ə ğun ı - adb.org · dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1...

32
1 Asiya və Sakit okean regionunda Yoxsulluqla Mübarizə: Yoxsulluğun Azaldılması Strategiyası Asiya Inkişaf Bankı

Upload: others

Post on 18-Oct-2020

1 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

1

      

 Asiya və Sakit okean regionunda Yoxsulluqla Mübarizə: Yoxsulluğun 

Azaldılması Strategiyası 

Asiya Inkişaf Bankı  

Page 2: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

2

MISSIYA  

 

YOXSULLUĞUN AZALDILMASI: ƏSAS MƏQSƏD 

Yoxsulluq  insana  xas  olan  qeyri‐məqbul  vəziyyətdir.  Bu  vəziyyət  daimi  deyildir:  dövlət 

siyasəti  və  tədbirləri  yoxsulluğu  aradan  qaldıra  bilər  və  qaldırmalıdır.  Bu  özü  elə  inkişaf deməkdir. 

Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə 1). Asiya əhalisinin təqribən üçdə birini yoxsul təbəqə təşkil edir. Baxmayaraq ki, yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin  nisbəti  aşağı  düşməkdədir,  yoxsulluğun  azaldılmasında  olan  tendensiyalar  son zamanlar  pisləşmişdir.  Əhali  artımı  da  yoxsul  təbəqənin mütləq  sayını  artırır. Dünyanın  ən yoxsul  sub‐regionlarından  olan Cənubi Asiyada  hazırda  yarım milyarddan  çox  yoxsul  əhali yaşayır  ki,  onlardan  da  450  milyon  əhali  Hindistanda  məskunlaşmışdır.  Çin  Xalq Respublikasında  (ÇXR)  225 milyon,  Cənubi‐şərqi  Asiyada  isə  təqribən  55 milyon  daha  çox yoxsul  yaşayır  (Asiya  böhranına  görə  10 milyondan  çox  adam  yoxsulluğa düçar  olmuşdur). Mərkəzi  Asiya  respublikalarında  əhalinin  çoxu  keçid  dövründə  baş  vermiş  iqtisadi  iflas nəticəsində yoxsulluğa düçar olmuşdur. Sakit okean  regionunda olan kiçik ada dövlətlərində adam  başına  düşən  kapital  gəlirinin  nisbətən  yüksək  olmasına  baxmayaraq,  uzaq məsafədə olduqlarına, təbii fəlakətlər zonasında yerləşdiklərinə, xarici iqtisadi zərbələrə davam gətirmək üçün məhdud  potensiala malik  olduqlarına  görə  bu  dövlətlərdə  yoxsulluğa məruz  qalmaq təhlükəsi böyükdür. 

Son zamanlaradək regionda yoxsulluğun azaldılması tendensiyaları xüsusilə də Şərqi və Cənubi‐şərqi  Asiyada müsbət  olmuşdur.  Lakin,  Asiyada  1997‐ci  il maliyyə  böhranı  olduğu üçün iqtisadiyyatın ümumi daxili məhsulunda olan zəifləmə vəziyyəti daha da pisləşdi, keçici effektlər digər ölkələrdə tərəqqini dayandırdı. Böhranın təsir etdiyi ölkələrdə mütləq yoxsulluq artdı,  bundan daha  çox  əziyyət  çəkənlər  yoxsullar  (xüsusilə də  onların  uşaqları)  oldu. Daha təhlükəlisi budur ki, bu iqtisadiyyatda davamlı inkişaf bərqərar olduqdan sonra belə böhranın sosial nəticələri hələ uzun müddət hiss olunacaqdır.  

Regionda  iqtisadi  inkişafın  təmin  edilməsi  məqsədini  güdən  bir  təşkilat  kimi  Asiya İnkişaf Bankı (AİB) hər zaman yoxsulluğun azaldılması məsələsi ilə məşğul olmuşdur. Iqtisadi inkişafa xüsusi diqqət verməklə, AİB böyük sayda sosial və ekoloji problemlərlə məşğul olmaq üçün  öz  metodunu  proqressiv  surətdə  genişləndirmişdir1.  Bu  prosesdə  AİB‐nın  və  onun üzvlərinin əldə etdikləri  təcrübə hətta on  il əvvəl düşünülməmiş etimadın yaranmasına səbəb oldu: mütləq  yoxsulluq  aradan  qaldırıla  bilər.  Bunu  başa  düşmək  və  inkişafın  regionda  bu qədər  əhaliyə  toxunmamasını  bilmək  bizim  cəhdlərin  daha  dəqiq  yönəldilməsini  tələb  edir. Belə mülahizələr AİB‐nı yoxsulluğun aradan qaldırılmasını əsas məqsəd kimi qarşıya qoymağa təhrik edir. 

1 AİB‐nın  ilk Orta Müddətli  Strateji Çərçivəsində  (1992‐1995)  vurğulandığı  kimi  beş  strateji  inkişaf məqsədi  iqtisadi inkişafı dəstəkləmiş,  insan  inkişafını  təşviq etmiş, yoxsulluğu azaltmış, qadınların vəziyyətini yaxşılaşdırmış,  təbii ehtiyatları və ətraf mühiti əsaslandırılmış qaydada idarə etmişdir. 

Page 3: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

3

AİB  1990‐cı  illərdə  bir  sıra  ölkə  başçılarının  zirvə  görüşlərində  müəyyən  edilmiş Beynəlxalq  İnkişaf Hədəflərini dəstəkləyir  (yəni,  ifrat yoxsulluqda yaşayan  əhalinin nisbətini yarıyadək azaltmaq). 1997‐ci  ilin noyabr ayında Asiya və Sakit Okean üzrə  İqtisadi və Sosial Komissiyanın  regional  üzv  dövlətlərində  Sosial  İnkişaf  üzrə  Fəaliyyət  Gündəliyinin  həyata keçirilməsinin sürətləndirilməsinə dair Asiya və Sakit okean  regionunun nazirləri  razılıq  əldə etdilər.  Gündəliyin  hədəfləri  (yəni,  2010‐cu  ilədək  regionda  mütləq  yoxsulluğun  aradan qaldırılması) hökumətlər və beynəlxalq icma üçün aydın təlimatlar müəyyən etmişdir (Əlavə 1). Lakin  bu  hədəflərə  Asiya  böhranı  nöqteyi‐nəzərindən  baxmaq  lazımdır.  AİB  üzvlərlə yoxsulluğun azaldılması üçün mümkün regional hədəflərin hazırlanması üzərində çalışacaqdır. 

  Məqsəd Asiya və Sakit okean regionunu yoxsulluqdan azad görmək olduğu üçün AİB‐nın  aydın  və  müəyyən  məqsədə  yönəlmiş  missiyası  vardır.  Yoxsulluğun  azaldılması  beş məqsəddən tək biri deyildir, bu AİB‐nın əsas məqsədidir. Buna görə də digər strateji məqsədlər (yəni,  iqtisadi  inkişaf,  insan  inkişafı,  əsaslandırılmış ekoloji  idarəçilik, qadınların vəziyyətinin yaxşılaşdırılması) yoxsulluğun azaldılmasına daha səmərəli təsir göstərən yollarla izlənəcəkdir. Fundamental  dəyişikliklər  AİB‐nın  həyata  keçirdiyi  əməliyyatların  hər  bir  aspektinə  və səviyyəsinə  təsir  göstərəcəkdir.  Bu  strateji  sənəddə  bu  dəyişikliklərin  hansı  yollarla  həyata keçiriləcəyi müəyyən edilir. 

 

MÜVƏFFƏQIYYƏTƏ GÜVƏNMƏK Yoxsulluqla mübarizədə AİB  son üç on  illikdə  regionun müvəffəqiyyət qazandığına güvənir. Bu uğur fərdi ölkələr arasında fərqli olduğundan, bütün region son dərəcə dəyişmişdir. 1970‐ci illərin əvvəllərində regionun əhalisinin yarısı yoxsul olmuş, orta ömür müddəti 48 yaş olmuş, yaşlı  əhalinin yalnız 40  faizi savadlı olmuşdur. Bu gün yoxsul  əhalinin  faizi  əhalinin  təqribən üçdə birinədək düşmüş, ömür müddəti 65 yaşa qalxmış, yaşlıların 70  faizi  savadlı olmuşdur. Ümumi  əhalinin 1.8 milyarddan 3 milyardadək artdığına baxmayaraq, yoxsul  əhalinin  sayı 1 milyarddan 900 milyonadək düşməklə bir qədər azalmışdır.  

AİB  bu  məqsədlərin  əldə  edilməsinə  yardım  etmişdir.  O,  inkişaf  və  məşğulluğun artmasının  təşviq  edilməsinə  yönəlmiş  sərmayələri  və  siyasi  islahatları  maliyyələşdirmiş, xüsusilə  də  1990‐cı  illərdə  insan  inkişafı,  gender  bərabərliyi  və  ətraf mühitin  qorunmasına xüsusi diqqət vermişdir. Əlavə olaraq, AİB yoxsulluğu birbaşa ünvanlayan  layihələrin həyata keçirilməsini  dəstəkləmiş  (məs,  ibtidai  təhsil,  qidalanma,  səhiyyə,  ailə  planlaşdırması xidmətləri)  və  ya  təhlükəyə  daha  çox məruz  qalan  qrupların  qorunması  üçün mexanizmlər qurmuşdur  (əlillər  daxil  olmaqla).  AİB  yoxsulluqla  əlaqədar  məsələlər  üzrə  tədqiqatların aparılmasını  təşviq  etmiş,  yoxsulluğun  səbəbləri  və  göstərdiyi  təsir  mövzusunda  sektor‐yönümlü  siyasi  dialoqlar  aparmış,  hökumət  qurumlarında  institusional  potensialı qüvvətləndirmişdir. 

Illər  keçdikcə  AİB  yoxsulluğun  müxtəlif  səviyyələrini  ünvanlamağı  öyrənmişdir. Məsələn, səhiyyə sahəsində  tək avadanlıq və  tikinti  işlərinin maliyyələşdirilməsi əvəzinə, AİB hazırda  daha  çox  təlim  və  idarəçilik  sistemlərinə  sərmayə  qoyur2.  Daha  çox  diqqət benefisiarlarla məsləhətləşmələrin aparılmasına verilir. Lakin yenə də  layihələrin hazırlanması və həyata keçirilməsində  iştirakçı  tərəflərin  cəlb  edilməsi üçün daha  çox  iş görmək  lazımdır. Qadınların  statusunu yaxşılaşdırmağa  çalışarkən, AİB müdaxilələrinin kifayət qədər  səmərəli olmadığını aşkar etmişdir, çünki layihənin hazırlanması zamanı faktiki olaraq mövcud olmayan 

2 1991‐ci  ildən səhiyyə sektorunda  ilk  tibbi yardım və əhalinin  fəaliyyətinə ayrılmış kreditlərin payının son dərəcə artması ilə müşayiət olunmuşdur (Səhiyyə  Sektoru üzrə Siyasət, fevral, 1999). 

Page 4: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

4

institusional potensial ehtimal edilirdi.3 Layihə təşkilatlarında qadın heyətinin az olmasına çox zaman fikir verilmirdi. Eynilə, qadın üçün əlverişli mexanizmlərin (yəni, yaşayışla təmin etmə, səyahətlər, təhlükəsizlik) olmadığı şəraitdə kənd yerlərində qadın heyətin işə götürülməsi və ya xidmətlərindən  istifadə  edilməsi  çətin  idi.  İndi qadınlara dair  layihələr bu problemlər nəzərə alınmaqla  hazırlanmışlar.  Yoxsulluğun  azaldılmasında  güclü  silah  olan  mikro‐maliyyədə subsidiyalaşdırılan  kreditə AİB‐nın  əvvəlki  etimadı  yoxsulların  hər  zaman  həqiqi  benefisiar olmadıqlarını anlamağa yardım etmişdir. Mikro‐maliyyə xidmətlərinin genişləndirilməsini və göstərilməsini yaxşılaşdırmaq üçün qeyri‐hökumət təşkilatları (QHT) və özəl sektor təşkilatları ilə işləməyə hazırda böyük əhəmiyyət verilir. 

Regionda yoxsulluğun azaldılmasına yardım etməklə AİB bütün qüvvəsini bu tapşırığa yönəldir. Buna Asiya və Sakit okean  regionuna xüsusi diqqət yetirilməsi,  regional mövqe və regional üzvlərin daha çox  iştirak etməsi daxildir  (beləliklə, onların daha çox prosesdə  iştirak etməsi  AİB‐nın  strateji  meylidir).  Eyni  zamanda  qeyri‐regional  üzvlərin  iştirakı  qlobal perspektivlərin  regional  inkişaf  məsələlərinə  toxunmasını  təmin  edir.  AİB  qrantla maliyyələşdirilən texniki yardımı həyata keçirir, dövlət sektoruna kredit ayırır, bir dam altında özəl  sektor  əməliyyatlarını  həyata  keçirir,  nəticədə  ortaya  çıxan  birgə  əməkdaşlıqdan faydalanır. AİB‐nın hökumət məsələlərinə dair düzgün müəyyən edilmiş siyasəti və onun sub‐regional  əməkdaşlığın  təşviqində müvəffəqiyyəti yoxsulluğa qarşı mübarizədə getdikcə daha çox əhəmiyyət kəsb edir. AİB‐nın Asiya böhranına dair reaksiyası, xüsusilə də yoxsul təbəqəyə dəyən  təsirin zəiflədilməsində atdığı addımlar  təşkilatın  sosial müdafiə məsələlərini  səmərəli ünvanlaması potensialını nümayiş etdirmişdir. 

Yoxsulluğun azaldılması sahəsində ölkələr əsas cavabdehliyi daşıdıqları halda, regionda inkişaf üzrə əsas təşkilat kimi AİB yoxsulluğa qarşı mübarizədə kredit verən üzvlərin qüdrətli müttəfiqi  ola  bilər.  AİB‐nın  səmərli  və maliyyə  tövhələri  yoxsulluğun  azaldılmasında milli cəhdlərin gücləndirilməsində katalizator rolunu oynaya bilər. Buna görə də AİB özünü yenidən regionda  yoxsulluğun  aradan  qaldırılmasına həsr  edir. Yoxsulluğun Azaldılması  Strategiyası AİB‐nın bu çətin tapşırığa dair götürdüyü öhdəliyini təcəssüm etdirir. 

 

3 Gender və İnkişaf üzrə Siyasət, may 1998‐ci il 

Page 5: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

5

YOXSULLUĞUN AZALDILMASI PROBLEMI  

YOXSULLUĞUN MAHIYYƏTI 

Keçmişdə AİB yoxsulluğun əsas ölçü vahidi kimi gəlir səviyyəsinə çox  inanırdı. Lakin belə 

bir qlobal  razılaşma vardır ki, yoxsulluğun  səviyyəsi belə  ənənəvi  tərifin hüdudlarından  çox kənara çıxır. AİB‐nın nəzərincə yoxsulluq hər bir  insanın hüququ çatdığı əsas vasitə və  imkanlardan məhrum  olmaqdır. Hər  kəs  ibtidai  təhsil  və  ilk  tibbi  yardım  xidmətləri  ilə  təmin  olunmalıdır. Yoxsul ailələrin  öz  əməkləri  hesabına  özlərini  saxlamaq  və  münasib  surətdə  haqq  almaq,  eləcə  də  xarici zərbələrdən qorunmaq hüququ vardır. Gəlir və əsas xidmətlərlə təmin olunmaqdan başqa, əgər fərdlər və cəmiyyətlər  onların  həyatını  formalaşdıran  qərarların  alınmasında  iştirak  etmək  səlahiyyətinə  malik deyilsə,  o  zaman  onlar yoxsul  olacaq və bu  tendensiya davam  edəcəkdir. Beləliklə, yoxsulluq  ibtidai təhsil,  səhiyyə  qayğısı,  qidalanma,  su  və  sanitariya,  eləcə  də  gəlir,  məşğulluq  və  məvacib baxımından daha yaxşı ölçülür. Belə tədbirlər acizlik və iştirak etmək iqtidarının olmaması hissi kimi digər əhəmiyyətli qeyri‐material aktivlər üçün göstərici kimi  xidmət etməlidir. 

  Həqiqətdə yoxsulluğun ölçülməsi üçün  ən  çox  istifadə  edilən  standart  ərzaq və həyat üçün zəruri digər nemətlərin adekvat  istehlakıdır. Bu ölçü  (yoxsulluq həddi) gəlir və mədəni dəyərlərdən  asılı  olaraq  ölkədən  ölkəyə  fərqlənir.  Yoxsulluğun  azaldılması  üçün  göstərilən cəhdlərin  təsirinin  ölçülməsi  üçün  milli  qiymətləndirmələr  vacib  olduğu  halda,  AİB‐nın prioriteti mütləq yoxsulluqdur. Beynəlxalq müqayisələr də vacibdir.4  

 

YOXSULLUĞUN AZALDILMASI ÜZRƏ ÇƏRÇIVƏ5 Yoxsullar homogen qrup deyildir. Yoxsulluğun mahiyyəti kimi onun  səbəb və qurbanları da müxtəlif  olur.  Yoxsul  təbəqə  həyat  üçün  vacib  nemətlərdən məhrum  ola  bilər,  çünki  uzaq məsafədə və ya ehtiyatlarla zəngin olmayan ərazidə yaşayır və ya yaş, səhiyyə, həyat şəraiti və ya məşğul olduğu fəaliyyətə görə  təhlükəyə daha çox məruz qalır. Onlar etnik azlığa mənsub olduqları və ya cəmiyyətin onları sosial cəhətdən daha aşağı səviyyəli hesab etdiyi və ya sadəcə qadın və ya əlil olduqları üçün həyat üçün vacib nemətlərdən məhrum ola bilərlər. Daha geniş miqyasda yoxsulluq  cari vəziyyətdən  irəli gələ  bilər:  şəxsi maraqlara  və  qüdrətli hakimiyyət strukturlarına  görə  resurslar  qeyri‐bərabər  bölünür.  Yekunda,  yoxsul  təbəqənin  həyat  üçün zəruri  nemətlərdən məhrum  olması  siyasi  iradənin  olmaması,  idarəçiliyin  qeyri‐adekvatlığı, dövlət  siyasətləri  və  proqramlarının  qeyri‐müvafiqliyindən  irəli  gəlir.  Yoxsulluğun  həlli yollarının  tapılmasında  ilkin  cavabdehlik  ölkələrin  öz  üzərinə  düşür,  lakin  müvəffəqiyyət hökumət və vətəndaş cəmiyyətinin birgə cəhdlərindən, beynəlxalq  icmanın güclü və davamlı dəstəyindən  asılı  olacaqdır.  Bütün  iştirakçı  tərəflər  üçün  yoxsulluğun  azaldılması məqsədilə seçilmiş  strategiyalar  onun  bir  çox  səbəbinin  ünvanlanması  üçün  kifayət  qədər  hərtərəfli olmalıdırlar.  Bu  səbəbdən  yoxsulluğun  azaldılması  üzrə  hər  hansı  çərçivənin  əsas  ünsürləri 

4 Xas  olan  zəifliyə  baxmayaraq,  “günə  bir  dollar”  yoxsulluq  həddi  kimi  ölçülər,  Birləşmiş Millətlər  Təşkilatının İnkişaf Proqramının (UNDP) İnsan İnkişafı İndeksi və İnsan Yoxsulluğu İndeksi istifadə edilməyə davam edəcəkdir (Əlavə 1). Hər halda, Asiya və Sakit okean regionu kontekstində bu ölçülərin  təkmilləşdirilməsi ehtiyacı nəzərdən keçiriləcəkdir. 5  Bu  çərçivədə  Yoxsulluğun Azaldılması:  Əldə  edilən Məlumatlar  və Nəticələr  – Asiya  İnkişaf  Bankının  Seçilmiş  İnkişaf etməkdə olan Üzv Dövlətlərində Məsləhətləşmələrə dair hesabatın nəticələri nəzərə alınır (AİB, 1999, Manila). 

Page 6: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

6

kimi AİB yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş6 davamlı iqtisadi inkişafı və  sosial  inkişafı  iki  əsas  prinsip  kimi  görür. Hər  iki  ünsürün  təmin  edilməsi  sabit makro‐iqtisadi idarəçiliyi və düzgün idarəetməni – üçüncü əsas prinsipin təmin edilməsini tələb edir. Hər üç prinsip birgə sosial baxımdan hərtərəfli inkişafla nəticələnir.  

  Hər halda, sosial baxımdan hərtərəfli inkişafa nail olmaq üçün yoxsulluğun azaldılması üzrə  siyasətlərin  ekoloji  baxımdan  aqibətini,  ekoloji  siyasətlərin  yoxsul  təbəqəyə  göstərdiyi təsiri  daha  yaxşı  anlamaq  lazımdır.  Yoxsulluq‐ətraf  mühit  əlaqəsi  mahiyyətcə  iki  geniş komponentə malikdir. Bir tərəfdən, qanunların zəif tənzimlənməsi və həyata keçirilməsinə görə yoxsul  təbəqənin  məskunlaşdığı  ərazilərdə  yerləşən  və  ətraf  mühiti  çirkləndirən  sənaye müəssisələrinin  cəlb  olunduğu  “sənaye  obyektləri  tərəfindən  ətraf  mühitin  çirklənməsi problemləri”dir. Yoxsul  təbəqənin  ən  çox  təsirə məruz qaldığı yerlərdə məskunlaşdığı meqa‐şəhərlərdə hava və suyun çirklənməsi də bu kateqoriyaya daxil edilir. Digər tərəfdən, meşələrin kəsilməsi,  təbii  ehtiyatların  sürətlə  azalması  və  torpaqların  deqradasiyası  ilə  bağlı  “ətraf mühitin  çirklənməsi  məsələləri”dir.  Hər  iki  problem  yoxsulluğun  artması  ilə  birbaşa əlaqədardır. 

  Bu ümumi  çərçivədə  yoxsulluğun  azaldılması üzrə müdaxilələr  fövqəladə  vəziyyətdə yoxsul təbəqəyə əsas xidmətlərin təmin edilməsi kimi qısa müddətli (son Asiya böhranı kimi), əsas xidmətlərin göstərilməsinə təsir edən struktur məsələlərini ünvanlamağa yardım edən və yoxsulluğu  hədəf  götürən  digər  müdaxilələr  kimi  orta  müddətli  və  ya  yoxsul  təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş inkişafı təşviq edən və özəl sektorun genişlənməsini dəstəkləyən müdaxilələr kimi uzun müddətli ola bilər.  

  AİB əsasən orta və ya uzun müddətli təsirə malik olan müdaxilələrdə maraqlıdır. AİB‐nın  gücü  nisbətən  iri  sərmayələrin  maliyyələşdirilməsində,  eləcə  də  siyasi  islahatın dəstəklənməsində  hökumətlə  siyasi  dialoqun  aparılmasındadır.  Fiziki  sərmayələr  birbaşa yoxsulluğun  azaldılmasına  yardım  edərkən,  siyasi  və  institusional  mühit  də  yoxsulluğun davamlı  azalması  üçün  böyük  əhəmiyyət  kəsb  edir.  Buna  görə  də  AİB  siyasi  islahatları dəstəkləməklə,  fiziki  və  institusional potensialın  inkişafına  yardım  göstərməklə,  yoxsulluğun daha  yaxşı  ünvanlanması  üçün  layihə/proqramlar  hazırlamaqla  yoxsulluğun  azaldılması istiqamətində sistematik metod qəbul etmişdir.  

  Yoxsulluq və qeyri‐bərabərliyin aradan qaldırılması insanpərvər prioritetdir: bu eləcə də iqtisadi  inkişafı  təşviq  edir.  AİB‐dan  borc  alanlar  götürdükləri  kredit  üçün  sabit  iqtisadi əsaslandırmanın  olmasını  tələb  edirlər.  Təcrübə  aydın  göstərir  ki,  təhsil, mikro‐maliyyə  və səhiyyə sahələrində sərmayələr  tək yoxsulluğa  təsir göstərmir, eləcə də  iqtisadi  inkişafı  təşviq edir.  Insan  və  sosial  kapitalın  inkişaf  etdirilməsi  siyasi  sabitliyi,  səmərəliliyi,  beynəlxalq səviyyədə rəqabəti artırır ki, bu da daha sürətli inkişafa aparır. 

 

6 İnkişaf fəhlələri nəzərə alırsa, yoxsul təbəqə, xüsusilə də qadın və digər ənənəvi təcrid edilmiş qruplar üçün qeyri‐bərabərliyi zəiflədən, gəlir və məşğulluğun yaranmasını  təşviq edən siyasət və proqramlarla müşayiət olunursa, o zaman yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş olur.  

Page 7: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

7

ÇƏRÇIVƏNIN ƏSAS ÜNSÜRLƏRI  

Yoxsul  təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş davamlı  iqtisadi inkişaf Bir  çox  ölkələrin  son  iki  onillikdə  yoxsulluq  həddini  azaltdığı  Şərqi  Asiya  yoxsulluğun azaldılmasında  iqtisadi  inkişafın  əhəmiyyətini  sübut  edir. Asiya  böhranına  baxmayaraq,  bu ölkələr sabit  inkişafın yoxsulluğu necə azalda bilməsini göstərmişdir.  Inkişaf  əmək qüvvəsinə tələbatı artırdı ki, bu da öz növbəsində iqtisadi imkanları genişləndirdi, işçinin səmərəliliyini və məvacibini  qaldırdı.  Bu,  eləcə  də  ibtidai  təhsil,  səhiyyə  qayğısı  və  infrastruktur  sahələrində istifadə  edilə  biləcək dövlət gəlirlərini  artırdı.  Şərqi Asiyada  xaricə yönəlmiş  siyasətlər  əmək qüvvəsinin  istifadə  edildiyi  inkişafla  nəticələndi, məşğulluq  imkanlarının  artması  isə  böyük sayda  qadının  əmək  qüvvəsinə  daxil  olmasına  gətirdi.  Bu  da  yoxsulluğun  azaldılması  və qadınların  statusu  baxımından  əhəmiyyətli  nəticələr  verdi.  Məktəb  və  işçi  qüvvədə  qadın iştirakının artması  əhali artımının sürətini aşağı saldı. Milli gəlirlərin artması  insan kapitalına sərmayə  qoyuluşunun  artırılması,  yoxsul  təbəqənin  əsas  xidmətlərlə  təminatının yaxşılaşdırılması  istiqamətində  istifadə  edildi. Məhsuldarlıqda  inkişaf  və  əhalinin  artımında zəifləmə baş verdi. 

  Əldə edilmiş təcrübə aydındır: məşğulluq və gəlir yaratmaqla inkişaf yoxsulluğu azalda bilər,  əmək  tələb  edən  inkişaf  yoxsulluğu  daha  tez  azalda  bilər.  Beləliklə,  əmək  tələb  edən inkişafı təşviq edən siyasətlər yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş əsaslı tədbirlərdir. Belə  siyasətlərə xüsusilə həddən artıq  şişirdilmiş valyuta kursları,  idxal və/və ya ixraca  məhdudiyyətlər,  kredit  subsidiyaları  və  dövlət  müəssisələrindən  asılılıq  kimi  bazarı pozan müdaxilələrin aradan qaldırılması daxildir. Bu kateqoriyaya daxil olan digər siyasətlər özəl sektorlar üçün  əlverişli mühitin  inkişaf etdirilməsi, qadınlar və rəsmi  əmək qüvvəsindən kənarda qala bilən digər qruplar üçün məşğulluğun və gəlir gətirən  imkanların artırılmasına yönəlmiş  proqramlardır  (məs,  mikro‐maliyyə  və  “sosial  təminat  sistemi”7).  İş  yerlərinin yaranması, iqtisadi fəaliyyət və əsas sosial xidmətlərlə təmin olunmanın yaxşılaşdırılması yolu ilə  infrastrukturun  inkişafı da  inkişafa böyük  tövhə  edə bilər. Eynilə, yoxsul  təbəqə arasında fərdi əmək fəaliyyəti üçün imkanlar da təşviq edilməlidir. İnflyasiya və (regionda son zamanlar müşahidə  olunduğu  kimi)  iqtisadi  böhranlar  yoxsul  təbəqəyə  ciddi  təsir  etmişdir. Nəticədə, sabit makro‐iqtisadi idarəçilik yoxsulluğun davamlı azaldılması üçün vacibdir. 

  Inkişafın mühərriki olan özəl sektor da yoxsulluğun azaldılmasında birbaşa rol oynaya bilər. Yoxsul  təbəqəyə  fayda gətirə bilən  əsas xidmətlərin göstərilməsi də daxil olmaqla, özəl sektor  fiziki  və  sosial  infrastrukturda  iştirak  edə  bilər  (dövlət  sektoru  üçün  resursları  azad etməklə). Belə xidmətlərin göstərilməsi üçün özəl sektorun tövhəsini daha səmərəli etmək üçün əlverişli  mühit  yaranmalı,  maliyyə  sektoru  inkişaf  etdirilməlidir.  Özəl  sektorun  rolu genişləndiyi  üçün  hökumət  sahibkar  və  istehsalçı  rollarını  vasitəçi  və  tənzimləyici  rolları  ilə əvəz etməlidir. Doğrudan da səmərəli tənzimləyici çərçivə rəqabətin təşviqi, ədalətli təcrübə və standartların  tətbiqi, yoxsul  təbəqənin əsas xidmətlərlə  təmin edilməsi üçün vacibdir. Heyətin ixtisara  salınması,  yenidən  təşkilat  və  ya  kompensasiya  proqramlarının  müvafiq  olduğunu görmək üçün hökumətlər özəlləşdirmənin sosial  təsirini də yoxlamalıdırlar. Beləliklə, AİB‐nın 

7  Sosial  təminat  sistemi  proqramları  ehtiyacı  olanların  aşağı  məvacibli  işlə  təmin  olunması  ilə  yoxsulluğun azaldılmasına çalışır. Belə proqramlardan çox vaxt böhran zamanı böyük sayda yoxsul əhalinin işsiz olduğu zaman istifadə edilir. 

Page 8: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

8

Özəl Sektorun  İnkişafı Strategiyası yoxsulluğun azaldılması  istiqamətində münasib və birbaşa əlaqədar strategiyadır.  

Bazarla  hərəkətə  gətirilən  inkişaf  prosesləri  adətən  infrastruktur  və  insan  kapitalının artıq  qabaqcıl  olduğu daha  zəngin  yerləri  faydalandırır. Daha  yoxsul  ərazilərdə,  xüsusilə də həddən artıq  işçi qüvvəsi olan kənd yerlərində dövlət  tərəfindən sərmayə qoyuluşu zəruridir. Eynilə, kənddə yoxsul təbəqəni və ya şəhərdə işsizləri əsas xidmətlərlə və fərdi əmək fəaliyyəti ilə məşğul olmaq imkanları ilə təmin etmək üçün xüsusi müdaxilələr edilməlidir. 

Inkişafın sürətləndirilməsi üçün digər vacib yol regional və sub‐regional əməkdaşlıqdır ki,  bu  da  daha  geniş  bazarlar,  məhsuldarlığın  artması  hesabına  iqtisadiyyat  və  əməyin bölünməsini  təmin  edir. Belə  əməkdaşlıq məhdud  imkanları olan kiçik ölkələr üçün xüsusilə əhəmiyyətlidir.  Böyük  Mekonq  Sub‐regionunda  AİB  tərəfindən  istiqamətləndirilən  “inkişaf üçbucağı”nda8  və  Mərkəzi  Asiya  respublikalarında  olduğu  kimi  sub‐regional  səviyyədə əməkdaşlıq daha  çox  fayda verir. Xəstəliklərə qarşı mübarizə  (məsələn, vərəm, malyariya və HİV/QİÇS) və fikir mübadiləsi kimi digər yollarla da bu faydalı olur.  

  Təbii  sərvətlər  idarəçiliyi  də  daxil  olmaqla  ekoloji  təhlillər  davamlı  iqtisadi  inkişafda əsas  ünsürlərdir.  Əgər  təbii  mühit  və  resurslar  qorunmasa,  inkişafın  ömrü  qısa  olacaqdır. Baxmayaraq ki, keçmişdə dəyən zərər güclü mənfəət güdən maraqların nəticəsində olmuşdur, yoxsulluq və əhalinin təzyiqi meşələrin qırılması, otlaqların tapdalanması və həddən artıq balıq ovları ilə birgə təhlükə yaradır. Kənd yerlərində yoxsul təbəqə çox vaxt deqradasiyanın artması nəticəsində resursların həssas idarə olunmasını tələb edən torpaqlarda yaşayır. Şəhər yerlərində yoxsul  təbəqə  isə  əhali  artıqlığı  və  çirkli  yaşayış  şərtləri  nəticəsində  xəstəliklərə  düçar  olur. Yoxsulluğun  azaldılması  strategiyaları  ətraf  mühit  və  təbii  ehtiyatların  keyfiyyət  və səmərəliliyini artıran siyasət və tədbirlərlə müşayiət olunmalıdır. 

 

Sosial inkişaf Iqtisadi  inkişaf  sosial  inkişaf  üzrə  hərtərəfli  proqramla  müşayiət  olunduqda  yoxsulluğu səmərəli şəkildə azalda bilər. Nəzərdən qaçırılmış sahələri əhatə etmək üçün  iqtisadi  inkişafın bir qədər ünvanlanması vacibdir, beləliklə, sosial inkişaf hədəf götürülə bilər. Buna görə də hər bir  ölkədə  aşağıdakıları  təmin  edən  hərtərəfli  milli  yoxsulluğun  azaldılması  strategiyası olmalıdır:  (i)  insan  kapitalı  üçün  adekvat  büdcə  ayrılması,  (ii)  yoxsullar  üçün  əsas  sosial xidmətlərin  ünvanlanması;  (iii)  gender  ayrı‐seçkiliyinin  aradan  qaldırılması,  (iv)  effektiv demoqrafik siyasət və  (v) sosial müdafiə.  Insan kapitalını  inkişaf etdirməkdən  əlavə, xüsusilə də  təcrid  olunmuş  əhali  üçün  sosial  kapitalın  qüvvətləndirilməsi  məqsəd  kimi  qarşıya qoyulmalıdır. Müvafiq olaraq, istiqamətləndirilmiş proqramların beş sahədə həyata keçirilməsi tələb olunacaqdır. 

  İnsan  Kapitalının  İnkişafı.  İnsan  kapitalı  yoxsul  təbəqə  üçün  əsas  tövhədir.  Onun inkişaf  etdirilməsi  yoxsulluqla mübarizədə  fundamental  əhəmiyyət  kəsb  edir. Hər  bir  insan ibtidai  təhsil,  ilk  tibbi  yardım  və  digər  vacib  xidmətlərlə  təmin  olunmalıdır.  Belə  xidmətlər təmin olunmasa, yoxsul  təbəqə və onların uşaqlarının öz  iqtisadi vəziyyətlərini düzəltmək və hətta cəmiyyətdə tam iştirak etmək imkanları az olacaqdır. Yoxsul təbəqənin əmək qüvvəsində və  ümumiyyətlə  cəmiyyətdə  iştirakını  effektiv  artırmaq  üçün  alınan  təhsilin münasibliyini, keyfiyyət və kəmiyyətini planlaşdırmaq vacibdir.  

8 Bruney Darassalam‐İndoneziya‐Malayziya‐Filippin  adaları‐Şərqi Asiya  İnkişaf  Ərazisi və  İndoneziya‐Malayziya‐Tayland İnkişaf Üçbucağı kimi. 

Page 9: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

9

  Demoqrafik Siyasət. Ailənin tərkibinin sayı və daimi yoxsulluq arasında əlaqə xüsusilə də kənd yerlərində güclüdür.9 Bir çox ölkələr uşaqların gələcəkdə münasib sərmayə  ilə  təmin olunacaqları  səviyyəyədək  əhali  artımını  azaltmağı düşünürlər. Bunu  etmək üçün qadınların həyatının keyfiyyətini  artırmaq və  aşağıdakı məsələlərə yüksək prioritet vermək  lazımdır:  (i) qızlara  ümumi  təhsil  vermək,  (ii)  reproduktiv  səhiyyə  qayğısı  göstərmək  və  (iii)  iqtisadi imkanları artırmaq.  

  Sosial Kapitalın İnkişafı. Sosial kapital cəmiyyətin strukturunu müəyyən edir, iqtisadi tərəqqinin  sürətinə,  onun  mənfəətinin  yayılma  tərzinə  güclü  təsir  göstərir.  Faktiki  olaraq, yoxsul  təbəqənin  sosial  kapitalının  gücləndirilməsi daha  çox  cəmiyyətin  fəaliyyətində  iştirak etmələri üçün onların  imkanlarının artırılması deməkdir. Tarixi  səbəblərdən,  sosial birlik  çox zaman  zəif  olur,  bir  çox  icmalar  sistematik  sosial  marginalizasiyadan  əziyyət  çəkir.  Belə hallarda sosial və  fizioloji zəiflik hisslərini aradan qaldırmaq, səlahiyyətlərin verilməsi hissini tərbiyə  etmək,  iştirakçı  institutlar  qurmaq  üçün  güclü,  profilaktik  siyasətlər  tətbiq  etmək lazımdır. Mikro‐maliyyə,  səhiyyə  və  təbii  sərvətlərin  idarə  olunması  sahəsində  icma  əsaslı qrupların təşviq edilməsi bu istiqamətdə ilk vacib addımdır. Ayrı‐seçkiliyə qarşı qanunvericilik, torpaq  islahatı, mülkiyyət və  torpaq  sahibliyi haqqlarının  təmin edilməsi,  istifadəçi qrupların hüquqi  tanınması, açıq  ədliyyə sistemləri vasitəsilə sosial kapital və daha bölünməz cəmiyyət təşviq  edilə  bilər.  Etnik  azlıqlara  gəldikdə  isə  xüsusi  təhsil  proqramına,  özü  idarə  olunan səhiyyə və digər xidmətlərə ehtiyac ola bilər. 

  Gender  və  İnkişaf.  Bir  çox  cəmiyyətdə  qadınlar  qeyri‐uyğun  şəkildə  yoxsulluqdan əziyyət  çəkir,  həyat  üçün  vacib  nemətlərdən  sistematik  surətdə  məhrum  olurlar.  Beləliklə, qadınların vəziyyətinin yaxşılaşdırılması yoxsulluğun prioritet sahəsini ünvanlayır, səhiyyə və sosial  təminat  sahəsində xərclərin azalması, daha aşağı doğum  sayları, analıq və uşaq ölümü normalarının nəticələri barədə vacib sosial‐iqtisadi məlumatlar verir. Qadına səs vermək, onun tam  iştirakını  təşviq  etmək  cəmiyyətin  ümumi  inkişafına  vacib  tövhə  edir.  Mikro‐maliyyə (Əlavə 2),  su və  çirkab  suların  təmizlənməsi,  ətraf mühitin bərpasını  əhatə edən yoxsulluğun azaldılması  proqramları  daim  qadınların  tam  iştirakından  əldə  olunan  əhəmiyyətli  faydaları nümayiş etdirir (Çərçivə 1). 

 

Çərçivə I: Gender və Yoxsulluq 

Dünyada yoxsul əhalinin təqribən üçdə ikisi Asiya və Sakit okean regionundadır. Regionda 

yoxsul  təbəqənin üçdə  ikisi qadınlardır. Kənd yerlərində yaşayan qadınlar arasında yoxsulluq xüsusilə yüksək səviyyədədir. 

Yoxsul  ailələrdə  əmək və  ailənin  rifahı  sahəsində  cavabdehliklərin gender bölgüsü o deməkdir  ki,  yoxsulluğun  ağırlığı  qadınların  üzərinə  düşür.  Təhsil,  səhiyyə  qayğısı,  iqtisadi iştirak  və  gəlirlər  sahəsində  gender  qeyri‐bərabərliyini  nəzərə  alsaq,  ən  zəif  kateqoriya qadınlardır.  

Yoxsulluq  içində  yaşayan  qadınların  sayı  kişilərin  sayı  ilə müqayisədə  son  on  ildə qeyri‐uyğun  şəkildə  artmışdır.  Iş  axtarışında  kişilərin  miqrasiyası,  bunun  nəticəsində  ailə strukturunda baş verən dəyişikliklər xüsusilə də öhdəsində bir neçə ailə üzvü olan qadınların üzərinə əlavə yük qoymuşdur. Asiya və Sakit okean regionunda qadınların başçılıq etdiyi ailə təsərrüfatlarının proporsiyası 20‐40 faiz arasındadır. 

Yoxsulluğun artan feminizasiyası hazırda yaxşı tanınmış tendensiyadır. Bu Asiyada baş vermiş son Asiya böhranı ilə (burada da sabitləşdirmə proqramları qadınların çətinliklərini daha da çətinləşdirməyə meyl edir) və siyasi, iqtisadi və sosial formalaşmanın qısa müddətli nəticəsi 

9 Demoqrafik Siyasət Sənədi: Əhali Sektoruna Bank Yardımının Strukturu, iyul 1994‐cü il. 

Page 10: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

10

kimi keçid dövründə olan iqtisadiyyatda daha da güclənmişdir. 

Yoxsul  təbəqədə  qadınların  qeyri‐uyğun  sayı  insan  və  sosial  inkişaf  sahəsində  ciddi maneələr törədir, çünki bu qadınların da uşaqları yoxsulluq və əlverişsiz şərtlər silsiləsini təkrar olaraq  keçəcəklər.  Qadınların  siyasi,  hüquqi,  mədəni,  iqtisadi  və  sosial  statusunun təkmilləşdirilməsi beləliklə yoxsulluq tələsinə düşməməsi üçün əsas şərtdir. 

 

Sosial  Müdafiə.  Hər  cəmiyyətdə  yaş,  xəstəlik,  əlillik,  təbii  fəlakətlərdən  sarsılma,  iqtisadi böhranlar və ya vətəndaş münaqişəsinə görə zəif olan adamlar vardır. Riskləri daha yaxşı idarə etmək və  iqtisadi  təhlükəsizliyi  təmin  etməkdə  fərdlərə,  ev  təsərrüfatları və  icmalara yardım etmək üçün sosial müdafiəyə proqramlar silsiləsi daxildir. Yaşa görə  təqaüd,  işsizlik və əlillik sığortası, fəlakət, iqtisadi böhran və ya vətəndaş müharibəsinin təsirini aradan qaldırmaq üçün sosial  təhlükəsizlik  sistemləri  belə  proqramlara  daxildir.  Buna  eləcə  də  əmək  qüvvəsinin mobilliyi və əmək standartlarının tətbiqini yaxşılaşdırmaq istiqamətində tətbiq edilən siyasət də daxildir. 

 

Düzgün idarəetmə İdarəçiliyin  keyfiyyəti  yoxsulluğun  azaldılması  üçün  vacibdir.  Düzgün  idarə  etmə  ictimai iştirak  və  yoxsul  təbəqənin  vəziyyətinin  yaxşılaşdırılmasına  yönələn  siyasəti,  eləcə  də  sabit makro‐iqtisadi idarəçiliyi təşviq edir. Bu, dövlət vəsaitlərinin şəffaf istifadəsini təmin edir, özəl sektorun  inkişafını  təşviq  edir,  ictimai  xidmətlərin  effektiv  göstərilməsini dəstəkləyir,  hüquq norması yaratmağa yardım göstərir. Səmərəli və məhsuldar daxili sərmayə qoyuluşunu təşviq etmək, yoxsul  təbəqənin  real gəlirlərini qorumaq üçün  inflyasiyanı aşağı  səviyyədə  saxlamaq  düzgün makro‐iqtisadi  çərçivə üçün  zəruridir. Eynilə,  bu,  faiz dərəcəsi  və  valyuta  kursunda kapital  xərclərini  süni  olaraq  azaldan  və  əmək  qüvvəsinin  istifadə  olunmasına  mane  olan təhriflərə  yol  vermir.  Dövlət  xərclərinin  düzgün  idarə  olunması  maliyyə  intizamı,  iqtisadi inkişaf  və  bərabərlik  baxımından  əhəmiyyətlidir.  Effektiv  və  qabaqcıl  vergiqoyma  sistemi, ibtidai  təhsil,  ilk  tibbi  yardım  və  digər  ictimai  xidmətlərin  göstərilməsi  sahəsində müvafiq büdcə  ayırmaları  vasitəsilə  bərabərliyə  nail  olmaq  olar.  Maliyyə  sektorunun  effektiv tənzimlənməsi  və  yoxlanması  əmanətçilərin  qorunması,  rəqabətin  böyüməsi,  səmərəliliyin artması, cəmiyyətin bütün üzvləri tərəfindən maliyyə vəsaitlərinin istifadə olunması imkanının böyüməsi  üçün  vacibdir.  Asiya  böhranının  göstərdiyi  kimi  düzgün  idarə  etmə  artan liberalizasiya və qlobalizasiya dövründə  iqtisadi böhranlardan qaçmaq və ya təsirini azaltmaq üçün də böyük əhəmiyyət kəsb edir. 

  Dövlət  sektoru  tərəfindən  əsas  xidmətlərin  effektiv  və  səmərəli  göstərilməsi  yoxsul təbəqə üçün daha çox  əhəmiyyət kəsb etdiyindən, zəif  idarə etmə onlara qeyri‐uyğun  şəkildə zərər  vurur. Dövlət  sektorunda  qeyri‐səmərəlilik,  korrupsiya  və  israfçılıq  nəticəsində  ictimai xidmətlərin və yoxsulluğa qarşı ünvanlı proqramların lazımi səviyyəsini və keyfiyyətini təmin etmək  üçün  vəsait  azalır.  Halbuki,  yoxsul  təbəqəyə  əsas  xidmətlərin  göstərilməməsi  tək sərmayə  qoyuluşunun  olmamasından  irəli  gəlmir. Çox  zaman  bu,  aşağıdakıların  nəticəsində baş  verir:  (i)  maliyyə  cavabdehliyi  olmayan  institusional  strukturlar,  (ii)  yerli  elitaların hökmranlığı,  (iii)  geniş  yayılmış  korrupsiya,  (iv)  mədəni  səviyyədə  şərtləşdirilmiş  qeyri‐bərabərlik və (v) yoxsul təbəqənin iştirak etməməsi. Belə problemlər olduqda zəif idarəetmədən yoxsul təbəqə üçün cavabdeh olan idarəçiliyə keçmək üçün sistematik dəyişikliklər edilməlidir. Belə dəyişikliklər  etmək  çətindir,  çünki  yoxsul  təbəqəni  təcrid  edən mövcud  şərtlər mövcud iqtisadiyyat  və  səlahiyyət  baxımından  qeyri‐bərabərlikdə  əks  olunur.  Qeyri‐bərabərliklə mübarizə aparılmasa, yoxsul təbəqənin yaşayış səviyyəsini qaldırmaq çətin olacaqdır. 

Page 11: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

11

  Fəaliyyət iki səviyyədə aparılmalıdır. Yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş  inkişafı  və  sosial  inkişafı  təşviq  etmək  üçün milli  səviyyədə  dövlət  idarəçiliyi  və xərclərin idarə olunması qüvvətləndirilməlidir. Eyni zamanda ictimai xidmətlərin göstərilməsi üzrə  cavabdehlik  hökumətin  ən  aşağı  münasib  səviyyəsinə  ötürülməlidir.  Təəssüf  ki,  yerli hökumətlərdə  institusional potensial  zəif olmağa daha meyllidir. Buna görə də hakimiyyətin ötürülməsi mərhələlərlə ola bilər. Yaxşı olar ki, proses  ibtidai  təhsil və  ilk  tibbi yardım kimi prioritetlərdən başlasın. Uzun müddətli məqsəd yoxsul  təbəqəyə  səlahiyyətlərin verilməsi və yerli səviyyədə  iştirakı və cavabdehliyi  təşviq edən  institusional  tədbirlərin  inkişaf etdirilməsi olmalıdır (Çərçivə 2).  

  Bu  məqsədin  əldə  olunmasında,  eləcə  də  ümumiyyətlə  yoxsulluğun  azaldılması cəhdlərində  müxtəlif  iştirakçı  tərəflər  cəlb  edilmişdir.  Hökumət  və  özəl  sektordan  başqa, vətəndaş cəmiyyəti təşkilatlarının rolu vacib olmalıdır. Çoxlu sayda fəal və tez reaksiya verən həm milli,  həm  də  beynəlxalq Qeyri‐Hökumət  Təşkilatları  işin  hazırlanmasına  və  ya  yoxsul təbəqənin  qanuni  hüquqların mühafizəsinə  cəlb  olunmuşlar. Asiya  İnkişaf  Bankı  belə  qeyri‐hökumət təşkilatlarının təcrübəsi və perspektivlərindən faydalanmaq, yoxsul və zəif qruplarla yaxınlıqlarından istifadə etmək üçün onlarla əməkdaşlıq etməyə can atır. 

 

 

Çərçivə 2: İdarəçilik və Yoxsulluğun Azaldılması arasında Əlaqə 

İndoneziyada  son  maliyyə  böhranı  xüsusilə  də  yoxsul  təbəqə  üçün  külli  miqdarda 

problemə  səbəb oldu. Bu  fövqəladə vəziyyətə dair  reaksiyasında Asiya  İnkişaf Bankı  tək yoxsul təbəqənin üzləşdiyi çətinliklərin azaldılmasında Hökumətə yardım etmədi, eləcə də köhnə idarəçilik məsələlərini həll etməyə çalışdı. Yerli Hökumət və İcmanın Dəstəklənməsi Sektorunun  İnkişafı  Proqramı  səlahiyyətlərin  mərkəzdən  kənarlaşdırılması  və  yerli hökumətdə mühüm islahatların aparılmasını təşviq edir. Əsas məqsəd ictimaiyyətin həqiqi iştirakı  sisteminin  qurulmasıdır  ki,  burada  da  keçmişdə  olmayan  şəffaflıq  və  maliyyə cavabdehliyi olsun. Yeni  seçki qanunları çərçivəsində kəndlər yerli  inkişaf planlaşdırması və  onların  icrası  üçün  üzərinə  cavabdehlik  götürən  şuralar  seçəcək,  kəndin  namizədləri rayon səviyyəsində icmanın inkişaf forumunu idarə edəcəklər.  

Yoxsulluğa təsirin maksimuma çatdırılması üçün proqram çərçivəsində böhrandan daha çox zərər çəkmiş 35 rayon və 6.000 kəndə xüsusi diqqət yetirilir. Verilən vəsaitlər yerli icma  təşkilatlarına  yüksək  prioritetə  malik  kiçik  miqyaslı  infrastruktur  layihələrini müəyyən  etməyə  imkan  verir  ki,  bunlar da  uzun müddətli  icma  resurslarını  təmin  edir, yoxsullar üçün təcili olaraq məşğulluq imkanları açır. Belə sub‐layihələrin hazırlanması və idarə edilməsində yerli icmalar səlahiyyət və qərarların qəbul edilməsində cavabdehlik hiss edirlər. Sosial keçidlərin mürəkkəb və potensial baxımdan  təhlükəli olduğunu anlayaraq, vasitəçilər kəndlilərə yeni  imkanlardan  istifadə etməkdə  inamlı olmağa yardım edəcəklər. Proqramda yardım, qərarların qəbul edilməsi və məşğulluqda qadınların minimum iştirak dərəcəsi də müəyyən edilir. 

 

 

Page 12: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

12

STRATEGIYA  

Asiya  İnkişaf  Bankı  əməliyyatlarının  bütün  aspektlərinin  yoxsulluq  prinsipindən  irəli gəldiyini  təmin  etmək  üçün  Asiya  İnkişaf  Bakı  əvvəlki  bölmədə  təsvir  edilmiş  çərçivəni hərtərəfli  strategiyaya  çevirməlidir.  Növbəti  bölmələrdə  bu  çərçivənin  üç  prinsipinin  fərdi ölkələrdə siyasi islahatlar proqramlarını, sərmayə layihələrini və potensial quruculuğunu necə dəstəklədikləri  təsvir edilir. Əsas məqsədini güdməklə, Yoxsulluğun Azaldılması Strategiyası Asiya İnkişaf Bankının Uzun Müddətli Strateji Çərçivəsi üçün hərəkətverici qüvvə olacaqdır.  

   

YOXSULLUĞUN TƏHLILI Yoxsulluğun  səbəb  və  mahiyyəti  ölkədən  ölkəyə  fərqləndiyi  üçün  hər  ölkədə  yoxsulluğun azaldılması  üçün maneə  və  imkanların  hərtərəfli  tədqiq  edilməsi  başlanğıc  nöqtə  olmalıdır. Strategiya 21 (Əlavə 1) və Sosial İnkişaf üzrə Fəaliyyətin Gündəliyi çərçivəsində razılaşdırılmış sektor üzrə yoxsulluq hədəflərinin,  sonra  isə  əsas  sektor  strategiyalarının  icmalı yoxsulluğun təhlilində  ilk  tapşırıq  olacaqdır. Bu, yoxsulluğun mahiyyətini, dərəcə  və yayılmasını, makro‐iqtisadi  siyasətin  bölüşdürücü  effektlərini,  dövlət  xərclərinin  mərkəzi  və  səmərəliliyini, hökumət proqram və təşkilatlarının effektliliyini anlamağı tələb edəcəkdir. Asiya İnkişaf Bankı digər  iştirakçı  tərəfləri  təhlilə  cəlb  edəcək,  hökumət  və  donor  icması  tərəfindən  artıq hazırlanmış hərtərəfli məlumatlara əsaslanacaqdır. 

  Makro səviyyədə belə təhlildən başqa, yoxsul təbəqəni çoxluq təşkil edənlərə və coğrafi və  ya  sosial  faktorlara  görə  təcrid  olanlara  ayırmağa  yardım  etmək  üçün  yerdə  tədqiqatlar aparılacaqdır.  Bu  qrupların  hər  biri  üzrə  yoxsulluğu  əsaslandıran  faktorlar,  onların  dəyişən ehtiyacları,  tələbləri  və  ola  bilsin  cavab  nümunələri müəyyən  ediləcəkdir.  Aşağı  səviyyədə idarəçiliyin  keyfiyyətinin  qiymətləndirilməsi  də  tələb  olunacaqdır.  Burada  əsas  xidmətlərin keyfiyyəti  və  təminatı,  yoxsulluğun  azaldılması  proqramları  və  hüquq  sistemləri  haqda  qısa məlumat  almaq  üçün  vətəndaş  cəmiyyətinin  rəhbərləri  ilə  iştiraklı  qiymətləndirmələr  və məsləhətləşmələr aparılacaqdır.  

  Bu analitik proses vasitəsilə yoxsulluğu  sürətlə azaldacaq  siyasətlərin hazırlanması və qurumların  inkişaf  etdirilməsində  hökumətin  cəhdlərini  dəstəkləmək  üçün  Asiya  İnkişaf Bankının  resurslarından  istifadə  ediləcəkdir.  Vətəndaş  cəmiyyəti  və  özəl  sektorun  artan əhəmiyyəti baxımından onların bu təhlildə tam iştirakı vacibdir. AİB‐nın ərazi bölmələri birgə fikrin olmasını  təmin edəcəkdir. AİB‐nın  rəhbər  işçiləri prosesdə birbaşa  iştirak edəcək, onun keyfiyyəti üçün cavabdeh olacaqlar. 

  Asiya  İnkişaf Bankı  anlayır  ki,  işin  böyük  hissəsi  regionda  aparılır,  bir  çox  borc  alan ölkələrdə yoxsulluğun azaldılması və monitorinq üzrə yaxşı hazırlanmış strategiyalar var. Bəzi hallarda  strategiyalar  digər  xarici  qurumların  yardımı  ilə  hazırlanmışdır.10  Bir  çox  ölkələrdə vətəndaş  cəmiyyəti  də  fəal  olub,  aşağı  səviyyədə  yoxsulluq  məsələlərinə  dair  toplanmış məlumatlara  və  biliyə malik  olur. Öz  təhlilində Asiya  İnkişaf  Bankı  bu  bilik  orqanından  və özünü  doğrultmuş  metodlardan  istifadə  edəcəkdir.  AİB  eləcə  də  məlumat  toplanması  və idarəçiliyin,  yoxsulluğun  monitorinqinin,  ictimaiyyətin  iştirakı  ilə  elmi‐tədqiqatın  və yoxsulluğun  təhlilinin  qüvvətləndirilməsini  dəstəkləyəcəkdir.  Sakit  okeanda  ada  üzvləri  ilə 

10 Bir çox ölkələrdə Dünya Bankı və BMT‐nin  İnkişaf Proqramı yaşayış standartlarının qiymətləndirilməsi və digər sahələrdə hərtərəfli tədqiqatlar aparmışlar. 

Page 13: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

13

birgə AİB yoxsulluğun  təhlili üçün potensial quruculuğu  sahəsində aparıcı  rol oynayacaqdır. Öz  bilik  resursları  cəlb  olunduğundan,  Asiya  İnkişaf  Bankı  borc  alan  ölkələrin  hər  birində yoxsulluq üzrə məlumat bazasının qurulması üçün proqramını  sürətləndirir. Bu  təcrübə  əldə olan məlumatlarda boşluqları göstərir.  İştirakçı ölkələr və digər qurumlarla mümkün hallarda əməkdaşlıq etməklə bu boşluqları doldurmaq üçün tədbirlər görüləcəkdir. 

  Yoxsulluğun  azaldılması  da  AİB  Təşkilatının  iş  proqramının  əsas  fokusu  olacaqdır. Təşkilat  xüsusilə  də  regionda  iqtisadi  və  sosial  inkişaf,  yoxsulluğun  azaldılması  üzrə  uzun müddətli strategiyalar üçün analitik baza təmin edəcəkdir. 

 

Ölkə strategiyaları Hökumət  ‐  əsas  iştirakçı  tərəfin  formalaşdırıb,  idarə  edəcəyi  yüksək  səviyyəli  forumda yoxsulluğun  təhlili  zamanı  əldə  edilən  məlumatlar  müzakirə  ediləcəkdir.  Qeyri  Hökumət Təşkilatları və  icma əsaslı  təşkilatlar, özəl sektor, Asiya  İnkişaf Bankı və digər donorlar da bu prosesdə  iştirak edəcəklər. Forumun məqsədi yoxsulluğun  səbəb və  təsirini, yoxsulluğa daha çox təsir göstərən tədbirləri müzakirə etməkdir. Nəticədə yoxsulluğun azaldılması hədəflərinin əldə edilməsi üçün nəyin zəruri olduğunu anlamaqdır. 

Asiya  İnkişaf Bankının ölkə üzrə operativ strategiyası yoxsulluğun  təhlili və yüksək səviyyəli forumun  işindən  irəli  gələn  prioritetlər  əsasında  formalaşdırılacaqdır.  Strategiyada  siyasi islahatlar və sektorların vurğulanması da daxil olmaqla, təhlil veriləcək, fokus sahələr müəyyən ediləcəkdir.  Burada  eləcə  də  Asiya  İnkişaf  Bankı  və  digər  qurumların  proqramlarının müqayisəli üstünlüyü nəzərə alınacaqdır.11 

  Ölkə üzrə operativ strategiyanın  təhlilini və  fokusunu  təsdiq etmək üçün Hökumət və Asiya İnkişaf Bankı arasında tərəfdaşlıq sazişi bağlanacaqdır. Hökumət, vətəndaş cəmiyyəti və maliyyələşdirən  qurumların  yardımı  əsasında,  saziş  yoxsulluğun  azaldılması  üzrə  uzun müddətli  perspektivləri  və  razılaşdırılmış  hədəfləri  müəyyən  edən  davamlı  tərəfdaşlığı rəsmiləşdirəcəkdir. Əldə  edilmiş  tərəqqinin yoxlanması üçün zəruri olan  əsas göstəriciləri və institusional mərhələləri vurğulamaqla  icranın nəzərdən keçirilməsi üçün sazişə mexanizmlər də  daxil  ediləcəkdir.12  İcranın  Asiya  İnkişaf  Bankının  resurslarının  ayrılması  ilə əlaqələndirilməsi ilə tərəfdaşlıq sazişi sıx əlaqədar olacaqdır. 

  Asiya İnkişaf Bankının ölkəyə yardım planları tərəfdaşlıq sazişlərinin xüsusi tədbirlərdə tətbiq edilməsini həyata keçirəcəkdir. Illik hazırlanan planlar hər üç ildən bir hər borcalan ölkə üçün kredit və yardım proqramını müəyyən edir. Şəkil 1‐də Asiya  İnkişaf Bankının əməliyyat mərhələsinin necə işləyəcəyi göstərilir. 

11 Asiya İnkişaf Bankının ölkə üzrə operativ strategiyaları hər dörd ildən bir hazırlanır. 2000‐ci ildən başlayaraq, ölkə üzrə bütün yeni  strategiyalar göstərilmiş  tərzdə hazırlanacaqdır. Yenilikcə operativ  strategiyaları başa çatmış borc alan ölkələr üzrə Asiya İnkişaf Bankının yoxsulluğun azaldılması üzrə əsas məqsədinin əks olunması üçün müvafiq dəyişikliklər aparılacaqdır. Bu məqsədlə ətraflı yoxsulluq profilləri hazırlanacaq, ölkə strategiyasına, eləcə də ölkəyə yardım planına düzəlişlərin edilməsi işini istiqamətləndirəcəkdir. 12 Yoxsulluğun azaldılması üzrə hədəflər müvafiq yoxsulluq göstəricilərində lazım olan xüsusi təkmilləşdirmələrə bölünəcəkdir. 

Page 14: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

14

 

  

Page 15: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

15

  Asiya  İnkişaf Bankının daimi nümayəndəlikləri  tərəfdaşlıq sazişində müəyyən edilmiş göstəricilər və mərhələlərin yoxlanmasında əsas rol oynayacaqlar. Daimi nümayəndəliklər eləcə də  iştirakçı  tərəflər  və  vətəndaş  cəmiyyəti  təşkilatları  ilə  yoxsulluğun  azaldılması  üzrə razılaşdırılmış  hədəflərə  çatmaqda  əldə  edilən  tərəqqi  sahəsində  daim  qarşılıqlı  fəaliyyət göstərəcəklər. 

 

LAYIHƏNIN TIPOLOGIYASI Asiya  İnkişaf  Bankının  verdiyi  bütün  kreditlər  və  göstərdiyi  texniki  yardımın  yoxsulluğun azaldılmasına  tövhə  edəcəyi  gözlənilir.  Müvafiq  olaraq,  yoxsulluğa  təsirin  xüsusilə qiymətləndirilməsi  bütün  təkliflərə  daxil  olacaq,  hər  təklif  üzrə məntiqi  çərçivə  son məqsəd kimi yoxsulluğun azaldılması  ilə başlanacaqdır. Layihə və ya proqramlar  (i) yoxsul  təbəqənin vəziyyətinin yaxşılaşdırılmasını sürətləndirmək və ya (ii) birbaşa yoxsulluğu ünvanlamaq üçün planlaşdırıla bilər. 

  Yoxsul  təbəqənin  vəziyyətinin  yaxşılaşdırılmasına müdaxilələr  zamanı  geniş  iqtisadi inkişafda  olan  maneələr  ünvanlanmalıdır.  Siyasət  əsaslı  kreditlər  siyasi  və  institusional zəifliklərin  aradan  qaldırılması  üçün  istifadə  ediləcəkdir.  Infrastruktura  sərmayə  qoyuluşu hallarında  isə Asiya  İnkişaf  Bankı  yoxsulluğa  daha  böyük  təsir  göstərən  layihələrə  prioritet verəcəkdir.  Buna  layihələrin  yoxsul  ərazilərdə  yerləşdirilməsi  və  ya  yoxsul  təbəqənin  layihə fəaliyyətində  daha  çox  iştirak  etməsini  və  ya  onun  göstərdiyi  xidmətlərlə  daha  çox  təmin edilməsi üçün xüsusi komponentlər daxil ola bilər. 

  Yoxsulluğa  müdaxilələr  yoxsul  təbəqəni  tənasübsüz  şəkildə  faydalandırmaq  üçün planlaşdırılmalıdır. Onların  bəziləri  sosial  sektorlarda  həyata  keçirilə  bilər,  bəziləri  isə  kənd yerlərində  kənd  təsərrüfatı  və  infrastruktur  layihələri,  eləcə  də  ətraf  mühitin  qorunması layihələri  ola  bilər.  Bu  layihələr  siyasət  və  qurumlarda  əsas  zəiflikləri  ünvanlayacaq,  eyni zamanda  (i)  təhsil,  səhiyyə  və  digər  əsas  xidmətlərin  göstərilməsi,  (ii)  yerlərdə  və  ya yoxsulluğun  qeyri‐uyğun  şəkildə  yüksək  olduğu  icmalar  arasında  gəlir  və  məşğulluq imkanlarının yaradılması və/və ya  (iii) yoxsul  əhali və ya zəif qrupların riskinin zəiflədilməsi yolu  ilə  yoxsul  təbəqəni  dəstəkləyəcəkdir.  Belə  layihələrin  təyinedici  səciyyəsi  onların benefisiarlara qayğı göstərmələridir: layihə benefisiarları arasında yoxsul əhalinin proporsiyası ölkənin  bütün  əhalisində  olan  proporsiyasından  çox  böyük  olub,  heç  zaman  20  faizdən  az olmur.  Yoxsulluğa  müdaxilələrin  təsnifləndirilməsi  üçün  milli  və  kənd  yoxsulluq  həddləri tərəfdaşlıq sazişində müəyyən edilməlidir. 

  Əsas  layihə  müdaxilələri  ifrat  yoxsulluqla  mübarizə  aparmaq  üçün  xüsusilə planlaşdırılmış  yoxsulluq  müdaxilələrinin  sub‐kateqoriyası  olacaqdır.  Onlar  benefisiarların çoxunun  yoxsulluq  həddindən  aşağı  səviyyədə  olduğundan  əmin  olmaq  məqsədini daşıyacaqlar.  Belə  layihələr  çox  zaman  daha  kiçik,  tədrici,  hazırlanması  və  yoxlanması baxımından daha bahalı olub, digər layihələrdən daha böyük riskə məruz qalırlar. Lakin daha çətin  yoxsulluq  problemləri  üçün  həll  yollarını  tapmaq  üçün  əlavə  səylərin  göstərilməsi vacibdir.13     

13 Çətin yoxsulluq problemlərinə eyni zamanda həm  fiziki, həm də sosial  təcridə məruz qalan  icmaları, yəni uzaq, ehtiyatlarla zəngin olmayan regionlarda yaşayan aşağı sinif və ya etnik azlıqları göstərmək olar. 

Page 16: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

16

PROQRAM VƏ KREDIT VERMƏ HƏDƏFLƏRI Borc  alan  ölkə  ilə  tərəfdaşlıq  sazişi  ilə  AİB‐nın  yardım  proqramı  bir  araya  gələcəkdir. Tərəfdaşlıq  sazişi  siyasi  dialoqlar,  texniki  yardım  və  xüsusi  tədqiqatlar  daxil  olmaqla  kredit vermə və kredit verməmə instrumentlərini həyata keçirəcəkdir. Asiya İnkişaf Bankının fəaliyyət proqramının  belə  tərkibi  ölkəyə  yoxsulluğun  azaldılması  hədəflərinə  çatmağa  yardım  etmək məqsədini  daşıyır.  Birgə  götürdükdə  fərdi  ölkələrlə  tərəfdaşlıq  sazişləri  AİB‐nın  proqram məqsədləri  və  kredit  vermə  planlarının  ümumi mənzərəsini  təsvir  edəcəkdir.  Bu  hərtərəfli proqram  çərçivəsində Asiya  İnkişaf Bankının  tələb olunan kredit vermə  tərkibinə yoxsulluğa müdaxilə üzrə bütün dövlət sektorunun 40 faizdən azını daxil edəcəkdir. 40 faizin belə hədəfə alınması  da  belə  bir  ehtimala  əsaslanır  ki,  güzəştli  vəsaitlərin  müvafiq  səviyyəsi  AİB‐nın sərəncamında olmağa davam edəcəkdir. 

İndiyədək Asiya İnkişaf Bankı öz layihələrinin ən azı 50 faizinin və verilən kreditlərin 40 faizinin  iqtisadi  inkişafdan başqa məqsədlər daşıyan  layihələr  çərçivəsində verilməsini  təmin etmişdir.  Bu  hədəflərin  əldə  edilməsini  yoxlamaq  üçün  layihələr  insan  inkişafı,  yoxsulluğun azaldılması, qadınların  inkişafı və  ətraf mühit üzrə  ilkin və  ikinci dərəcəli məqsədlərə uyğun olaraq  təsnifləndirilmişdir. Hazırda  əsas məqsədi yoxsulluğun azaldılması olan Asiya  İnkişaf Bankının inkişaf məqsədlərinin ierarxiyası dəyişmiş, təsnifləndirmə sxemi yenidən işlənməlidir. 

AİB‐nın  yoxsulluğun  azaldılması  sahəsində  cəhdləri  hazırda  dayandırılmışdır,  çünki bəzi ölkələr güzəştli vəsaitlərdən istifadə edə bilmirlər (Çərçivə 3). Bu maneəni azaltmaq və bu ölkələrdə yoxsulluğun azaldılmasına görə verilən kreditləri artırmaq üçün cəhdlər göstərmək lazımdır.   

Çərçivə 3: Çin Xalq Respublikası və Hindistanda Yoxsulluğun Azaldılması 

Regionda yoxsul əhalinin təqribən 80 faizi tək iki ölkədə ‐ Çin Xalq Respublikası (ÇXR) 

və  Hindistanda  yaşayır.  Asiyada  yoxsulluğun  azaldılmasına  yardım  bu  iki  ölkədə yoxsulluqla mübarizəni daxil edir. Lakin AİB‐nın bu ölkələrə göstərdiyi yardımın nisbətən kiçik  miqyasını  (ÇXR‐da  dövlət  sərmayələrinin  1  faizinin  yarısından  az)  oradakı  geniş miqyaslı  yoxsulluqla  əlaqələndirmək  asan məsələ  deyildir.  Əlavə  problem  bu  ölkələrin aşağı kapital gəlirləri olan  (dövlət gəlirləri yüksək olsa da)  layihələr üçün güzəştsiz vəsait borc almağa könülsüz olmalarıdır.   

Bu  çətinliklərə  baxmayaraq,  AİB‐nın  ÇXR  və  Hindistanda  portfeli  sosial  və yoxsulluq parametrlərinə qarşı  laqeydlik etmir. ÇXR‐da AİB‐nın dəstəklədiyi  infrastruktur layihələrinin yeri daha çox sahil zolağından daxili ərazidə yoxsul dairələrə köçürülür. ÇXR‐da  dövlət  müəssisələrinin  yenidən  qurulması  prosesi  getdiyindən  şəhərdə  yoxsulluğun artması gözlənilir. AİB‐nın maliyyələşdirdiyi  tədqiqat ölkədə  şəhər yerlərində yoxsulluğu qiymətləndirəcək, müvafiq cavab reaksiyalarının müəyyən edilməsində Hökumətə yardım edəcək, AİB‐nın yardım edə biləcəyi həll yollarını təklif edəcəkdir. 

Hindistanda  AİB‐nın  yoxsulluğu  və  ya  ətraf  mühitlə  bağlı  məqsədlərin ünvanlanması sahəsində dəstəklədiyi layihələr tikintinin maliyyələşdirilməsi daxil olmaqla şəhərin  inkişafı  sub‐sektorunda  olmağa  daha  meyllidir.  Lakin  ölkə  hökumətlərinə kreditlərin verilməsi  tendensiyası  (məsələn, Qucarat və Madya Pradeş) AİB‐nın Hindistan portfelinin yoxsulluq fokusunun gücləndirilməsi üçün böyük potensial təklif edə bilər. Hər halda, AİB‐nın ÇXR  və Hindistanda  (AİB‐dan  güzəştsiz  kredit  alan digər  ölkələrdə) yoxsulluğun  azaldılmasına  göstərdiyi  yardımın  hazırkı  səviyyəsi  sınaq  olub,  yeni  kredit vermə instrumentlərinin hazırlanmasına çağırır.  

 

Page 17: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

17

Qısa müddətli Orta müddətli Uzun müddətli

Düzgün İdarəetmə

Sosial İnkişaf

Şəkil 2: Yoxsulluğun Azaldılması Matrisası

Yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş, Davamlı İqtisadi İnkişaf

Yoxsulluğun Azaldılması

Kənd Təsərrüfatı və Kənd yerlərinin inkişafıƏtraf Mühit və Təbii Sərvətlərin İdarə olunmasıNəqliyyat, Kommunikasiyalar, Energetika və Maliyyə

İştirakçı Tərəflərin İştirakı

Dövlət xərclərinin idarə olunmasıSəlahiyyətlərin mərkəzdən kənarlaşdırılması

Səhiyyə və TəhsilSu Təchizatı və Şəhərin İnkişafı

Sosial Müdafiə

MüdaxilələrStrateji Mərhələlər 

Özəl Sektorun İnkişafıRegional Əməkdaşlıq

  

LAYIHƏLƏRIN SEÇILMƏSI Seçmə  prosesində Asiya  İnkişaf Bankı  yoxsulluğun  azaldılması  baxımından  ən  böyük  nəticə vəd edən  layihələrə üstünlük verəcəkdir. Bu məqsədlə strateji çərçivənin hər üç mərhələsi hər bir  ölkəyə  təklif  edilmiş  yardım  kompleksinin  bir  hissəsi  olacaqdır.  Şəkil  2‐də mərhələlərin bütün proqrama necə təsir göstərdiyi yollar təsvir edilir. 

Asiya  İnkişaf Bankı qəbul edir ki, yoxsulluğa müdaxilə  istiqaməti və daha  çox  inkişaf meylli sərmayələrin nə dərəcədə vurğulanmalı olduğuna dair fərdi ölkələrin qərar verməsi çox zaman çətin olur. Yoxsulluğun azaldılması istiqamətində keçmişdəki icraat zəif olduqda və / və ya  qeyri‐bərabərlik  artdıqda,  idarəçilik  və  sosial  inkişafa  xüsusi  diqqət  verilməlidir.  Vacib islahatların  aparıldığı  və  ya  aparılmaqda  olduğu  ölkələrdə  inkişaf  meylli  sərmayələr yoxsulluğu  azaldacaqdır.  Layihələr  arasında  seçim  etdikdə  AİB  xüsusi  qiymətləndirmə metodikalarından  istifadə  edəcəkdir.14  Eyni  zamanda  müxtəlif  sektorlarda  sərmayələrin yoxsulluğa  təsirinə də diqqət  yetiriləcəkdir  (Çərçivə  4). Bu  vacib  sahədə  anlaşmanı  artırmaq üçün AİB  öz  analitik  işini  gücləndirəcəkdir  ki,  yoxsulluğun  azaldılması  üçün  daha  optimal şərtlərlə yardım təklif edə bilsin. 

Hər  ölkədə  layihələr  kompleksi  və  onların  təbiətinə  yoxsulluğun  təhlili  forma verəcəkdir.  Bu,  AİB‐nın  tək  simptomları  deyil,  real  maneələri  aradan  qaldırmasını  təmin edəcəkdir. Məsələn,  aclıq  və  ya  savadsızlıq    dövlət  səhiyyə  və  ya  təhsil  sistemində  qeyri‐adekvat sərmayə qoyuluşu nəticəsində ola bilər, Lakin (eynilə) buna səbəb sosial təcrid, gender ayrı‐seçkiliyi  və  ya  yerli  idarəçiliyin  zəifliyi  də  ola  bilər.  Yekunda,  müdaxilələr planlaşdırıldıqda  yoxsul  əhali  ilə  onların  prioritet  və  üstünlüklərinin  düzgün  ünvanlanması üçün məsləhətləşmələrin aparılması vacibdir.  

 

 

 

14 Metodikalara  benefisiarın  əhatə  dairəsi  və  gəlirlərin  paylanması  qiymətləndirmələri  daxildir.  Bu metodikalar subsidiyalaşdırılan  xidmətindən  (yəni,  səhiyyə  klinikalarının)  istifadə  tezliyinin  istifadəçinin  gəlir  səviyyəsi  ilə əlaqələndirilməsi üçün istifadə edilir. 

Page 18: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

18

 

 

Çərçivə 4: Banqladeşdə Yoxsulluğun Azaldılması Cəhdlərinin Prioritetləşdirilməsi 

Asiya  İnkişaf  Bankı  inkişaf  sahəsində  göstərilən  cəhdlərin  nəticəsini  nəzərdən 

keçirmək  və  onların  yoxsulluğa  potensial  təsirini  qiymətləndirmək  üçün  təzəlikcə tədqiqata  başlamışdır.  Əldə  edilmiş məlumatlar  –  artan  insan  kapitalı  yoxsulluğa  ən böyük  təsir  göstərir,  bundan  sonra  yollar  və  elektrik  enerjisi  kimi  fiziki  infrastruktura sərmayə  qoyuluşu,  daha  sonra  isə  yüksək məhsuldarlı  aqrar‐texnologiyanın  yayılması istiqamətində  göstərilən  cəhdlər  gəlir.  Tədqiqat  insan  inkişafı  və  infrastrukturdan, infrastruktur və mikro‐maliyyədən əldə olunacaq uğuru vurğulamışdır. Kənd təsərrüfatı, infrastruktur və mikro‐maliyyə sahələrində olan inkişaf proqramları da yüksək potensial nümayiş etdirmişlər. 

AİB‐nın Banqladeşdəki  portfelinə  nəzər  saldıqdan  sonra  tədqiqat  işarə  edir  ki,  bir  çox ənənəvi layihələrdə qadınların iştirakının artırılması üçün tədbirlər təklif edilir. Tədqiqat eləcə də əsas səhiyyə və qidalanma məsələlərinin AİB‐nın gələcək proqramlarında daha çox olmasını  təklif  edir. Tədqiqat Hökumət və ya vətəndaş  cəmiyyəti  tərəfindən güclü daxili  rəhbərliyin olmadığı  sektorlarda  iştiraka qarşı xəbərdarlıq edir. Fərdi  layihələrdə icranın  uyğursuzluq  qorxusu  AİB‐nın  daha  çox  siyasətə  əsaslanmış  kredit  verməyə razılığı və bilikli qurumun olması tələbi ilə nəticələnmişdir. 

 

 

ÇARPAZLAŞAN PRIORITETLƏR AİB  layihələri  hazırladığı  yolla,  eləcə  də  idarəçiliklə  əlaqədar  təşəbbüslər  vasitəsilə  düzgün idarəçiliyi təşviq edəcəkdir. Layihələrin müəyyən edilməsi və planlaşdırılması üzrə prosedurlar onları  təmsil  edən  yoxsul  təbəqə  və  vətəndaş  təşkilatlarına  səlahiyyət  verilməsinə  yardım edəcəkdir.  Dövlət  sektorundakı  qurumlarla  bütün  sövdələşmələr  məlumatın  tam  aşkar edilməsini  təmin  edəcək  şəffaf  prosedurlara  əsasən  aparılacaqdır.  Bu  eləcə  də  yoxsulluğun azaldılması  üzrə  prioritet  və  hədəflərin  müəyyən  edilməsində,  layihənin  birbaşa müəyyənləşdirilməsi  və  planlaşdırılmasında  effektiv  iştirakçı  tərəflərin  iştirakını  tələb edəcəkdir.  Xüsusi  layihələr  mərkəzi  və  yerli  səviyyələrdə  dövlət  xərclərinin  idarəçiliyini yaxşılaşdırmağa,  maliyyə  sahəsində  səlahiyyətlərin  mərkəzdən  kənarlaşdırılması  və  yerli orqanlara  səlahiyyətlərin  verilməsi  ilə  hökumətin maliyyə  cavabdehliyini  artırmağa, maliyyə bazarları və kommunal xidmətlərin effektiv tənzimlənməsini inkişaf etdirməyə çalışacaqdır.  

Müəssisələrin  inkişaf  etdirilməsi,  infrastruktur  və  digər  kommunal  xidmətlərin böyüməsi,  korporativ  idarəçilik  və maliyyə  cavabdehliyinin  təkmilləşdirilməsi  yolu  ilə  özəl sektor  yoxsulluğun  azaldılmasına  yardım  edəcəkdir.  Müəssisələrin  inkişaf  etdirilməsi  özəl sektorda  olan  vasitəçi  qurumlar  vasitəsilə  həyata  keçiriləcəkdir.  AİB  özəl  sektorun  hazırda təcrid olunmuş qruplara daha çox maliyyə xidmətləri göstərməsi və onları marketinq sahəsində dəstəkləməsi  üçün  cəsarətləndirilməsi məqsədilə  “çətin  tapşırıqlar  üçün  vəsaitlər”15  də  daxil olmaqla  qabaqcıl  metodları  araşdıracaqdır.  İnfrastrukturun  təmin  olunmasında  və  ictimai xidmətlərin  göstərilməsində,  yoxsul  təbəqəni  ünvanlayan  layihələrdə  iştiraklarını  artırmaq üçün özəl operatorlara  imkan verilə bilərdi. Tənzimləyici  islahat zamanı özəlləşdirmə,  icarəyə vermə,  özəl  sektor‐dövlət  tərəfdaşlıq  kimi  sektor  üzrə müəyyən metodlar  tətbiq  edilməlidir.  15 Çətin  tapşırıqlar  üçün  vəsaitlər  Birləşmiş  Krallıq  Hökumətinin  idarə  etdiyi  kimi  özəl  sektor  təşkilatlarının cəsarətləndirilməsi və  onlara  stimul verilməsi üçün planlaşdırılmışdır. Məqsəd bu  təşkilatlara yeni və  ehtimal ki, cəlbedici olmayan fəaliyyətlə məşğul olmaları riskini daha yaxşı qəbul etmələrinə kömək etməkdir. 

Page 19: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

19

AİB daha yaxşı korporativ  idarəçiliyi və maliyyə  cavabdehliyini  təşviq etməklə məşğulluğun keyfiyyət və şərtlərinə təsir etməyə çalışacaqdır.  

Regionda  yoxsul  əhalinin  əksəriyyətini  qadınlar  təşkil  edir.  Bu,  bütün  sektorlarda siyasətə  dəyişikliyin  gətirilməsini  və  qadınlara  sərmayə  qoyuluşunu  zəruri  edir.  Qadınlara təhsil, səhiyyə qayğısı, məşğulluq və maliyyə sahələrində xidmətlərin göstərilməsinə yönəlmiş sərmayələr AİB‐nın yoxsulluğun azaldılması sahəsində müdaxilələrinin böyük hissəsini  təşkil edəcəkdir.  Qadınların  hədəf  qrupu  olduğu  müstəqil  layihələr  və  ya  layihə  komponentləri planlaşdırılıb,  həyata  keçiriləcəkdir.  Nə  qədər  ki,  struktur  maneələri  qadınların  çıxış  və iştirakına  məhdudiyyət  qoyur  belə  müdaxilələrin  edilməsi  tələb  olunacaqdır.  Mədəni ənənələrdə cinslərin seqreqasiyası olduqda və ya qadınların  iqtisadi və sosial  tədbirlərdə  tam iştirak etmələri üçün onlara xüsusi yardımın göstərilməsi tələb olunduqda bu xüsusilə düzgün istiqamətdir. Qadınların vəziyyətinin yaxşılaşdırılması regionda yoxsulluğun azaldılması üzrə hər bir strategiyanın diqqət mərkəzidir. 

Ətraf  mühit  baxımından  davamlı  inkişaf  yoxsulluğun  azaldılması  üçün  vacib  olub, iqtisadi  inkişafı  təşviq  edən,  insan  kapitalını  gücləndirən  (təmiz  su  və  çirkab  suların təmizlənməsi  də  daxil  olmaqla),  kənd  təsərrüfatı  istehsalını  artıran,  yoxsul  təbəqənin  həyat şəraitini  təkmilləşdirən  inkişaf strategiyaları  ilə  sıx  əlaqədardır. Qadınlarla olduğu kimi,  ətraf mühit baxımından müdaxilələr  iqtisadiyyatın bütün  sektorlarını  əhatə  etməlidir. Ətraf mühit sahəsində xüsusi məqsədləri olan müstəqil müdaxilələrdən başqa, bir çox vacib ekoloji məsələ digər inkişaf məqsədləri olan layihələr çərçivəsində ünvanlanır. 

 

SEKTOR ÜZRƏ PRIORITETLƏR 

Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı Regionda  yoxsul  əhalinin  əksəriyyəti  kənd  yerlərində  yaşayır.  Onların  həyat  tərzi  şəhər ərazilərində  olan  həyat  tərzindən  geriyə  qalır.  Urbanizasiyanın  artmasına  və  böyük  sayda yoxsulluğun  azaldılması  proqramlarına  baxmayaraq,  kənddə  yoxsulların  sayı  bir  çox  ölkədə artmağa  davam  edir.  Halbuki,  kənd  yerlərində  davamlı  iqtisadi  inkişaf  yeni  iş  yerlərinin açılmasına  şəhərdə  olduğundan  daha  çox  təsir  edir.  Kəndin  inkişafına  ümumiyyətlə  aşağı səviyyəli sərmayə qoyuluşu da nəzərə alınmaqla bu fakt AİB‐na yenidən kənd sektoruna cəlb olunması üçün aydın səbəbdir.16 Xüsusilə də AİB aqrar‐iqlim sahələrinin inkişafına daha böyük diqqət  verəcəkdir  ki,  onlar  yaşıl  inqilab  texnologiyasından  kənarda  qalmışlar.  AİB  kənd təsərrüfatı  istehsalının bütün sahələrində səmərəlilik və məhsuldarlığın artırılması üçün vacib olan  sosial,  ekoloji  və  institusional  faktorlara  və  əlaqədar  qeyri‐təsərrüfat  fəaliyyətinə  daha böyük diqqət yetirəcəkdir. Eynilə, AİB kənd yerlərində özəl  sektor  fəaliyyətinin  təşviqi üçün yeni yollar axtaracaqdır. 

  Kənd yerlərində yaşayan yoxsul  təbəqə baxımından  idarəçilik  xüsusilə  effektiv və  tez reaksiya  verən  olmalıdır,  çünki  yoxsulluğun  azaldılması  proqramlarında  hökumət qurumlarının  dəstəyi  vacibdir.Təəssüf  ki,  kənddə  hökumət  qurumları  çox  zaman  potensial, öhdəliklərin  götürülməsi  və maliyyə  cavabdehliyi  baxımından  zəif  olurlar. Müvafiq  olaraq, yoxsul  təbəqənin  (xüsusilə  yoxsul  qadınların)  ictimai  kapitalının  institutlaşdırılması  və genişləndirilməsi, ictimai qurumların maliyyə cavabdehliyinin təmin edilməsi üçün AİB Qeyri Hökumət Təşkilatları və  istifadəçi qruplara ayırdığı diqqətini artıracaqdır. Eyni zamanda AİB kənddə  yoxsulluğun  azaldılması  sahəsində  daha  səmərəli  rol  oynamaları  üçün  yerli 

16 Asiyada Kənd Əraziləri: Yaşıl İnqilabdan Kənarda, AİB, 1999 

Page 20: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

20

hökumətlərin  potensialını  artırmağa  cəhd  göstərəcəkdir.  Keçmişdə  institusional  potensial quruculuğu  hökumət  qurumlarında  cəmləşmişdir,  gələcəkdə  sifarişçiyə,  yəni  icma  əsaslı təşkilatlara,  xalq  təşkilatlarına  və  kooperativlərinə  daha  çox  diqqət  yetiriləcəkdir.  Fokus mərkəzinin  belə  dəyişdirilməsi  inkişafı  aşağıdakı  yollarla  dəstəkləyir:  (i)  daha  səmərəli informasiya  və  metodologiyanın  ötürülməsi,  (ii)  mikro‐maliyyədə  və  genişləndirmə əməliyyatlarında xərclərin azaldılması,  (iii) yerli  inkişaf  təşəbbüslərinin müəyyən edilməsi və onlar  üçün  resursların  səfərbər  edilməsi,  (iv)  xarici  yardımın  göstərilməsini  tələb  edən  daha iddialı  inkişaf  prioritetlərinin müəyyən  edilməsi  və  aydın  xülasə  edilməsi  üçün  potensialın artırılması, və (v) ictimai qurumlardan maliyyə cavabdehliyinin tələb edilməsi üçün səlahiyyət və potensialın artırılması. 

  Siyasi  səviyyədə  AİB  qeyri‐müvafiq  subsidiyalar,  bazarın  təhrifi,  fermer  və  kənd müəssisələrinə  çox  zaman  verilən  ziddiyyətli  işarələrin  verilməsindən  nəticələnən  qeyri‐səmərəlilikləri ünvanlamağa davam edəcəkdir. Kənd yerlərinin maliyyələşdirilməsi sahəsində AİB davamlı və məqbul maliyyə qurumlarının yaranmasını dəstəkləyən institusional islahat və siyasətləri  təşviq  edəcəkdir. Qeyri‐təsərrüfat müəssisələri  kənddə  yoxsul  təbəqənin,  xüsusilə qadınların yaşaması üçün getdikcə daha böyük əhəmiyyət kəsb etdiyi üçün mikro‐maliyyənin çox məhdud əhatəsinin genişləndirilməsinə xüsusi diqqət veriləcəkdir. 

  Təbii mühit yoxsul təbəqə üçün böyük əhəmiyyət kəsb edir, çünki onların çoxu yaşamaq üçün  zəif  və  adətən  tükənən  resurs  bazalarından  asılı  olurlar.  AİB‐nın  yardımı  daha  çox ehtiyatların  davamlı  idarə  olunması məsələsini  ünvanlayacaqdır.  Bu,  yerli  əhali  və  ənənəvi istifadəçilərin  hüquqlarını  (və  cavabdehliklərini)  xüsusilə  vurğulayacaqdır.  Öz  növbəsində, torpaq sahibliyi hüquqları və ənənələri baxımından, hökumət və resurslardan asılı olan əhalinin birgə  idarəçiliyi  üçün  hökumətdən  nəzarət  funksiyasının  alınmasına  yardımın  göstərilməsi tələb oluna bilər. Siyasi səviyyədə AİB vacib su, meşə və dəniz resurslarının səmərəli idarəçiliyi üzrə  əsas planların  ictimaiyyətin  iştirakı  ilə  hazırlanmasında  hökuməti dəstəkləməyə davam edəcəkdir.  

 

Sosial sektorlar AİB insan kapitalının inkişafına göstərdiyi yardımı artıracaqdır, çünki belə sərmayələr nəsildən nəsilə keçən yoxsulluğun aradan qaldırılmasında ən səmərəli yoldur. Siyasətin və institusional şərtlərin  təkmilləşdirilməsi sahəsində göstərilən cəhdləri dəstəkləməklə AİB yoxsul  təbəqənin, xüsusilə  qadınların  vacib  sosial  xidmətlərlə  təmin  olunmasına  yardım  edəcəkdir. Keyfiyyətli ibtidai təhsil və  ilk tibbi yardım xidmətləri  ilə təmin olunmaqla yoxsul təbəqənin əsas müsbət cəhəti  olan  əməyin  uğurla  istifadə  edilməsində  şansı  artacaqdır.  Sosial  müdafiənin təkmilləşdirilməsi  yoxsulluğun  müxtəlif  dairələrində  yoxsul  şəxsi  tələyə  salan  riskləri  və borcları azaldacaqdır. 

Təhsil.  AİB  xüsusilə  qadınların,  qızların,  sosial  və  ya  coğrafi  səbəblərə  görə  təcrid edilmiş başqa  şəxslərin  əsas və qeyri‐rəsmi  təhsil və  səriştənin artırılması  sahəsində xidmətlə təmin  olunmaları  və  xidmətlərin  keyfiyyətinin  artırılması  üçün  güclü  və  qabaqcıl metodlar təmin  edəcəkdir.  Məktəb  təhsilində  gender  bərabərliyinin  təşviq  edilməsi  xüsusilə vurğulanacaqdır.  AİB  icraata  daha  yaxşı  nəzarəti,  mərkəzdən  kənarlaşdırılmış  idarəçiliyi, müvafiq  tədris  proqramlarını,  vətəndaş  cəmiyyəti  ilə  daha  güclü  əlaqələri  təşviq  etməklə obyektiv, səmərəli və uyğun təhsili daha çox dəstəkləyəcəkdir.  

Səhiyyə və Əhali. AİB yoxsul təbəqəni ünvanlayan profilaktik və promotor xidmətlərin göstərilməsi  də  daxil  olmaqla,  ilk  tibbi  yardım  sahəsində  sərmayələrini  artıracaqdır.  Yoxsul təbəqəyə qeyri‐uyğun şəkildə təsir göstərən səhiyyə məsələlərinə və əhali proqramlarına böyük 

Page 21: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

21

diqqət göstəriləcəkdir. Xüsusi diqqət  reproduktiv  səhiyyə  qayğısı və  aclığa  veriləcəkdir. AİB erkən  uşaqlıq  çağlarının  inkişafını  dəstəkləməyə  davam  edəcəkdir  (Çərçivə  5),  çünki  bu yoxsulluğun  azaldılması  ilə  sıx  əlaqədardır.  Siyasi  səviyyədə  yoxsul  təbəqənin,  xüsusilə  də qadınların  səhiyyə qayğısı  ilə  təmin olunmasına yaxından nəzarət ediləcəkdir. Səmərəlilik və ehtiyacı  olanlara  yardımı  artırmaq  üçün  özəl  sektor  və Qeyri Hökumət  Təşkilatlarının  cəlb edilməsinə xüsusi diqqət veriləcəkdir. 

 

Çərçivə 5: Erkən Uşaqlıq Çağlarının İnkişafı vasitəsilə Yoxsulluğun Azaldılması 

Azyaşlı uşaqların həyatı dəyişdikdə yoxsulluğun  azaldılması daha davamlı olur. 

AİB‐nın  Filipin  adalarında  (Dünya  Bankı  ilə  birgə  maliyyələşdirilmişdir)  həyata keçirdiyi  layihəsi  kimi  erkən  uşaqlıq  çağlarının  inkişafı  praqramlarında  yoxsul təbəqədə məktəbəqədər uşaqlar hədəf qrupu olur, proqramlar zəif uşaqların  səhiyyə, qidalanma,  fizioloji  və  idrak  baxımından  inkişafa  dair  ehtiyaclarını  ünvanlayır. Ömürlük riskləri sağlam və səmərəli həyata çevirmək məktəbəqədər illərdə ən vacib və səmərəli məsələdir. Erkən uşaqlıq çağlarının inkişafı proqramları ailələr üçün ömürlük mənfəət yaradır,  səhiyyə və  təhsil proqramlarında uşaq başına düşən xərcləri azaldır (xəstəliyin azalması və ali məktəbə hazırlıq vasitəsilə), iqtisadi inkişafın real normasını, ailə gəlirlərini artırır. 

Filipin adalarında həyata keçirilən erkən uşaqlıq çağlarının inkişafı layihəsi (1998‐2003) yoxsulluq  və  icraatın  hədəfə  alınması modelidir.  Az  qidalanma,  ölüm  faizi,  ibtidai məktəbə  getməməyin  göstəriciləri  inkişafla  əlaqədar  riskdə  olan  uşaqların  sayına uyğun  olaraq  1.500  bələdiyyə  və  şəhərdə  qeydə  alınmışdır.  Visayas  və  Mindanao əyalətlərində yüz yetmiş yerli hökumət seçilmiş, 5 milyon uşaq hədəf götürülmüşdür. Layihə  çərçivəsində  milli  və  yerli  hökumətlər  arasında  xərclərin  bölünməsinə  dair danışıqlar  aparılmış,  bələdiyyənin  ödəmə  qabiliyyəti  özünü  göstərmişdir.  Bələdiyyə ehtiyacı  olan  bütün uşaqları  səhiyyə,  qidalanma  və  erkən  təhsil  xidmətləri  ilə  təmin etməlidir, əks təqdirdə milli subsidiyalar ayrılmalıdır. AİB‐nın yardımı əsas xidmətləri maliyyələşdirir, icmanın səfərbər olunması, informasiya sistemləri və layihə idarəçiliyi sahələrində yerli hökumətləri dəstəkləyir. 

 

 

Sosial  Müdafiə.  AİB‐nın  bu  son  müdaxilə  sahəsi  hərtərəfli  sosial  siyasətin  vacib komponentidir. Sosial müdafiəyə olan ehtiyacın ünvanlanması üçün AİB yoxsulluq silsiləsinin qırılmasında əsas ünsür olan sarsılmanın mənfi təsirini (əsasən də qadınlara göstərilən təsirlər) azaltmaq  sahəsində  həyata  keçirilən  proqramları  dəstəkləyəcəkdir.  Yardım  əhalinin  zəif qrupları üçün sosial yardımın  inkişaf etdirilməsi,  işsizlik, əlillik,  işlə əlaqədar zədə almalar və yaşlılıqla bağlı risklərə qarşı sosial  təminatla və əmək bazarı proqramlarını həyata keçirməklə yoxsul əhalinin iqtisadi təhlükəsizliyini dəstəkləyir. 

Şəhərin İnkişafı. Kənd yerlərindən yoxsul əhalinin şəhər əsaslı iqtisadiyyatlara davamlı miqrasiyası nəticəsində  şəhərdə yoxsulluq  artır. Milyonlarla yoxsul  ailə  “qanunsuz” yerlərdə məskunlaşmışdır.  Təhlükəsiz  içməli  su  ilə  təminat  və  çirkab  suların  təmizlənməsi  kimi bələdiyyə  xidmətlərinin göstərilməsi zəifdir. Bir  çox  şəhər yoxsulu  işçi kapital, yaşayış və ya digər məqsədlərlə münasib  kreditlərdən  istifadəni məhdudlaşdıran  zəif  inkişaf  etmiş mikro‐maliyyə  bazarları  olan  qeyri‐rəsmi  sektorda  qazanc  yeri  tapır.  Sürətli  və  nəzarətsiz  artım şəhərdəki mühitə zərər vurduqda yoxsul əhali daha çox bu təsirə məruz qalır. 

Bu  vəziyyətlə  mübarizə  aparmaq  üçün  AİB  cavabdeh  yerli  hökumətlərin  inkişaf etdirilməsini  və  şəhərdə  idarəçiliyin  təkmilləşdirilməsini  dəstəkləyəcəkdir.  Sabit  ekoloji 

Page 22: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

22

idarəçiliyin təmin edilməsi üçün sektor qurumlarına da yardım göstəriləcəkdir. Özəl sektor və ictimaiyyətin  daha  geniş  iştirakı,  konduktiv  siyasi  mühitin  yaradılması  və  bazar  əsaslı metodlardan  istifadə  bu  strategiyanın  vacib  ünsürləridir.  Yekunda,  AİB  mikro‐maliyyə,  su təminatı  və  çirkab  suların  təmizlənməsi,  qeyri‐rəsmi  məskunlaşmaların  təkmilləşdirilməsi, aşağı  gəlirli  yaşayış  və  əsas  xidmətlərin  göstərilməsi  üçün  qabaqcıl  layihələrin  həyata keçirilməsi sahəsində qərəzsiz, səmərəli və davamlı sərmayə qoyuluşlarını dəstəkləyəcəkdir. 

 

İnfrastruktur və maliyyə Regionda yoxsulluq kənd yerlərində cəmləşdiyindən AİB yoxsul təbəqəyə birbaşa təsir göstərən layihələrə üstünlük verəcəkdir. Buraya kənd yolları və elektrik enerjisi ilə təminat, kiçik və orta müəssisələrin  təşviqi,  su  təminatı  və  çirkab  suların  təmizlənməsi  proqramları  daxildir  (əsas xidmətlər  göstərilmədikdə  yoxsul  təbəqənin  sağlamlığı  təhlükəyə  məruz  qalır).  Layihələrin planlaşdırılması, həyata keçirilməsi və onun çərçivəsində tədbirlərin aparılmasında iş yerlərinin açılmasına xüsusi yer veriləcəkdir. 

  Nəqliyyat  və  Kommunikasiyalar.  Nəqliyyat  və  kommunikasiyalarda  kəndə  və kənddən, inkişaf mərkəzləri arasında nəqliyyat xərclərinin azaldılması, yoxsul təbəqənin bazar, təhsil,  səhiyyə qayğısı və məşğulluq  sahəsində xidmətlərlə  təminatının artmasına  əsas diqqət veriləcəkdir. Ölkələrin daha yoxsul hissələrində, yoxsul əhalini və ya  təcrid olunmuş əraziləri iqtisadiyyatın əsas istiqamətləri ilə birləşdirən hissələrdə layihələrin yerləşdirilməsinə üstünlük veriləcəkdir.  Planlaşdırılmış  cəhdlər  informasiya  texnologiyası  potensialının  istifadəsi  üzrə qabaqcıl yolların tapılması istiqamətində göstəriləcək. Bunun vasitəsilə insan kapitalı və yoxsul təbəqənin bazara çıxış imkanları artacaqdır. 

  Energetika. Kənd yerlərinin elektrik enerjisi və bərpa olunan enerji ilə təminatına daha çox diqqət yetiriləcəkdir. Münasib hallarda bu iş təcrid olunmuş icmalara münasib qiymətlərlə energetikanın  təmin  edilməsi  üçün  mikro‐maliyyə  ilə  birgə  təşviq  ediləcəkdir.  Kommunal xidmətlərin  yenidən  qurulması  və  özəl  sektorun  iştirakı  ilə  rəqabətli  bazarların  olması  da sənaye  və  ev  təsərrüfatlarının  ən  səmərəli  qiymətlərlə  enerji  ilə  təmin  olunması  üçün  vacib olacaqdır.  Ənənəvi  elektrik  stansiyaları  layihələrinin  özəl  sektoru  cəlb  etmədiyi  hallarda hökumətlər  və  AİB  elektrik  enerjisinin  adekvat  təchizatını  təmin  etmək  üçün  öz  sərmayə rollarını oynayacaqlar. 

  Maliyyə.  Siyasi  islahatlar  və  bazar  infrastrukturu  orta,  kiçik  və mikro‐müəssisələrin ehtiyaclarının  daha  yaxşı  ödənməsinə  yönəlmiş  davamlı maliyyə  qurumlarının  yaranmasını təşviq  edəcəkdir.  Sabit  və  səmərəli  bank  sistemləri  və  qiymətli  kağızlar  bazarları  da  təşviq ediləcəkdir,  çünki  onlar  yoxsul  təbəqənin  vəziyyətinin  yaxşılaşdırılmasına  yönəlmiş  vacib tələblər olan makro‐iqtisadi sabitlik, qənaət edilmiş vəsaitlərin səfərbərliyində, uzun müddətli maliyyələşdirmənin təmin olunmasında vacibdir. 

 

Yeni mexanizmlərdən istifadə Yoxsulluğa  qarşı  görülən  əməliyyatları  daha  səmərəli  etmək  üçün  AİB  yardımın  düzgün modallığını  seçməlidir. Bəzi vəziyyətlərdə yeni  instrumentlər və ya mövcud  olanlardan yeni istifadə  metodları  tələb  oluna  bilər.  Sosial  sektorlarda  sərmayələr  siyasi  və  institusional islahatlarla  başlandıqda daha  yaxşı  işləyir. Bu,  uzun müddətli,  sektorun  inkişafına  yönəlmiş proqramların daha  çox  istifadəsinə  işarə  edir ki, burada da  siyasi dəyişikliklərə və potensial quruculuğuna  xarici  yardım  səmərəli  sərmayə  qoyuluşları  üçün  yol  açır.  Yoxsulluğun azaldılması  üzrə milli  proqramların  dəstəklənməsində  tədrici  ödəmə  ilə  siyasət  əsaslı  kredit 

Page 23: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

23

vermə belə proqramların düzgün ünvanlanması və səmərəli olmasını təmin etməklə nəzərdən keçirilə bilər. Yoxsulluq sahəsində problemlərin həlli hər zaman aydın olmadığından, ikitərəfli qurumlar və ya Qeyri Hökumət Təşkilatları ilə pilot layihələrə ciddi fikir vermək lazımdır. Belə cəhdlər göstərilmədikdə AİB qabaqcıl metodların sınaqdan keçirilməsi üçün pilot kreditlər verə bilər.  Belə  kreditlər  kiçik,  çevik  olduğundan  və  təcrübə  məqsədi  daşıdığında,  onlar sadələşdirilmiş təsdiq prosedurlarına zəmanət verəcəklər.  

  AİB  yoxsul  təbəqəni  həyata  keçirdiyi  əməliyyatlara  daha  yaxın  etmək  üçün  təşəbbüs göstərəcəkdir. Belə tədbirlərə yerli hökumətlərə birbaşa kreditlərin verilməsi daxil ola bilər ki, bununla  da  sosial  sərmayə  fondları  təşviq  edilir,  yoxsul  təbəqə  ilə  iş  təcrübəsi  olan  Qeyri‐Hökumət  Təşkilatları  dəstəklənir  (Çərçivə  6).  Sosial  kapital  və  iştirakın  artması  üçün  yeni metodların  araşdırılması  (məsələn,  əvvəllər  təcrübə  edilmiş  qrupların  və  icmaların  yerli hökumətdə  iştirakının  qüvvətləndirilməsi)  qabaqcıl mexanizmlərin  tətbiqini  tələb  edə  bilər. Vətəndaş  cəmiyyətində potensialın qüvvətləndirilməsi Qeyri Hökumət Təşkilatlarının yüksək qurumlarını cəlb etməklə regional proqramların həyata keçirilməsi tələb oluna bilər. 

 

Çərçivə 6: Yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılması sahəsində QHT və Özəl Sektorla iş 

Nepalın dərə‐təpəli ərazilərində milyonlarla yoxsul üçün hökumət xidmətləri ilə təmin 

olunma uzun müddət  sürən problemdir. Təqribən  iki onillik AİB  ənənəvi hökumət bank mexanizmlərinin  yoxsul  təbəqəyə  yardım  proqramlarını  dəstəkləməyə  çalışmışdır.  Buna baxmayaraq, bunun səmərəsi aşağı, əhatə dairəsi  isə məyusedici olmuşdur. Daha qabaqcıl metodların dərindən öyrənilməsi və  tətbiq olunmasından  sonra aydın olmuşdur ki, daha həssas  və  çevik maliyyə  vasitəçilərinə  ehtiyac  vardır.  1998‐ci  ildə  kommersiya  bankları tərəfindən ödənən kapitalla Kənd Mikro‐maliyyə  İnkişaf Mərkəzinin qurulması üçün AİB Hökumət,  kommersiya  bankları  və  qeyri  hökumət  təşkilatları  ilə  yenilik  gətirən  saziş bağlamışdır. Mikro‐maliyyə  fondu mikro‐maliyyə  ilə  davamlı  təmin  olunma  üçün  özəl sektor  banklarının  kommersiya  istiqamətini  qeyri  hökumət  təşkilatları,  Grameen  Bank replikatorlarının və kooperativlərin yerli  iştirakı, biliyi və öhdəliyi  ilə  əlaqələndirəcəkdir. Fond 50 səriştəli vasitəçini dəstəkləməyi, əksəriyyəti qadın olan 250,000‐dən artıq borc alanı əhatə etməyi planlaşdırır. 

 

TƏSIRIN MONITORINQI Əgər  nəticələr  yoxlanarsa  və  bunun  əsasında  icraat  təkmilləşdirilərsə,  strategiyalar  daha səmərəli olar. Hər halda, yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin, savadsızlığın və gender bərabərsizliyinin nisbətinin düşməsi kimi nəticələrin əldə edilməsi uzun vaxt aparır. Buna  görə  də  arzu  edilən  nəticələrin  alınmasında  tərəqqiyə  dair  erkən  məlumat  verən yoxsulluq  göstəriciləri  hazırlanmalıdır.  Hökumətlərlə  tərəfdaşlıq  sazişləri  çərçivəsində  belə göstəricilər  yoxsulluğun  hər  böhranlı  sahəsi  üzrə  müəyyən  ediləcəkdir.  Yoxsulluğun qiymətləndirilməsi mürəkkəb məsələ  olduğu  üçün  AİB  borc  alan  ölkələrə  vaxtlı  və  etibarlı məlumatların, eləcə də hərtərəfli və asanlıqla istifadə edilə bilən göstəricilərin hazırlanmasında öz  potensiallarını  qüvvətləndirməyə  yardım  edəcəkdir.  Razılaşdırılmış  hədəflərin  əldə edilməsinin  monitorinqində  AİB  yoxsulluğun  azaldılması  üzrə  siyasət  və  proqramların təkmilləşdirilməsi sahəsində borc alan hökumətlərə yardım edəcəkdir. Proses zamanı AİB eləcə də  öz  işi  üçün  cavabdeh  olacaqdır.  Xüsusi  layihə  və  strategiyaların  təsirini  daha  yaxşı qiymətləndirmək  üçün  təsirin  qiymətləndirilməsinə  daha  çox  yer  veriləcəkdir.  Daha  ciddi qiymətləndirmə proseslərini tamamlamaq üçün daha tez, daha keyfiyyətli tədbirlər, xüsusilə də 

Page 24: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

24

yoxsul təbəqənin birbaşa iştirak etdiyi tədbirlər görüləcəkdir. AİB‐nın daimi nümayəndəlikləri monitorinq fəaliyyətində daha vacib rol oynayacaqlar. 

 

MALIYYƏLƏŞDIRMƏ QURUMLARI ARASINDA FƏALIYYƏTIN 

ƏLAQƏLƏNDIRILMƏSI İnkişaf  üzrə  təşkilatlar  cüzi  resurslardan  maksimum  səmərəlilik  və  təsirlə  istifadə  etməyə borcludurlar.  Qəbul  edici  ölkənin  xarici  maliyyələşdirmənin  əlaqələndirilməsinə  rəhbərlik edəcəyini  başa  düşərək,  AİB  öz  təhlil  və  proqramlaşdırma  tədbirlərində  öz  cəhdlərini hökumətlərin,  eləcə  də  digər  inkişaf  qurumlarının  cəhdləri  ilə  yaxından  əlaqələndirəcəkdir. Digər  qurumlarla  və  müvafiq  hallarda  qeyri  hökumət  təşkilatları  ilə  fəaliyyətin əlaqələndirilməsi  yolu  ilə  AİB  öz  səmərəliliyini  artıracaq,  təkrarlanmaya  yol  verməyəcək, biliklərini  artıracaqdır.  Bu  kontekstdə  AİB  digər  qurumlarla  əməkdaşlıq  etməklə  Dünya Bankının təklif etdiyi hərtərəfli  inkişaf strukturunun səmərəliliyini öyrənəcəkdir. Bu məqsədlə iki borc alan ölkədə ‐ Qırğız Respublikası və Vyetnamda konsepsiya pilot‐sınaqdan keçir. 

  Öz  strategiyasının  ayrılmaz  hissəsi  kimi  AİB  eləcə  də    yoxsulluğun  azaldılması sahəsində göstərilən cəhdlərin səmərəliliyini və qarşılıqlı fəaliyyətin müvəffəqiyyətini artırmaq üçün  birgə  maliyyələşdirmənin  qabaqcıl  formalarını  araşdırır.  Məsələn,  yoxsulluğun azaldılması  üçün  lazım  olan  proqram  təminatının  hazırlanmasında  ikitərəfli  qurumların  fəal olduğu sahələrdə (yerli təşkilatlar, genişləndirmə sistemləri və s.) AİB fiziki infrastruktura dair əlaqədar tələbatların maliyyələşdirilməsində əməkdaşlıq edə bilər. 

Page 25: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

FƏALIYYƏT PROQRAMI  

Strategiya  icraat  yaxşı  olduqda  səmərəli  olur.  Buna  görə  də  AİB‐nın  Asiya  və  Sakit  okean regionunun  yoxsulluqdan  azad  olmasına dair  öhdəliyi  gördüyü  tədbirlərdə  əks  olunmalıdır. AİB  müvafiq  olaraq  yoxsulluğun  azaldılması  üçün  öz  resurslarını,  instrument  və  biznes proseslərini  tam  olaraq  çalışdırır.  Bu  bölmədə  bu  sahədə  göstərilən  əhəmiyyətli  tədbirlər  və fəaliyyət təsvir edilir. 

 

YOXSULLUĞUN AZALDILMASI ÜÇÜN MODIFIKASIYALAR 2000‐ci  ilin  əvvəllərində  AİB  yoxsulluğun  azaldılması  üzrə  illik  fəaliyyət  planını hazırlayacaqdır.  Planda  il  ərzində  yoxsulluğun  azaldılması  sahəsində  həyata  keçiriləcək tədbirlər  müəyyən  olunacaqdır.  Bu  tədbirlərə  başlanmalı  ölkə  əməliyyat  strategiyaları, yoxsulluq  və  yoxsulluğun  dərinliyinə müdaxilələr,  yoxsulluqla  əlaqədar  hazırlanacaq  və  ya həyata keçiriləcək texniki yardım daxil olacaqdır. 1999‐cu ilin sonunadək AİB bütün əməliyyat departamentlərinə aşağıdakı funksiyalar üçün cavabdeh olacaq işçi heyəti təyin edəcəkdir: 

(i)  yoxsulluğun  azaldılması  üçün  departamentin  fəaliyyət  planının  hazırlanması  və  həyata keçirilməsinin yoxlanması; 

(ii)  yoxsulluğun  azaldılması  sahəsində  əməliyyatları  həyata  keçirən  işçi  heyətinə  texniki yardımın göstərilməsi; və 

(iii) departamentin yoxsulluğun  azaldılması  istiqamətindəki  tədbirlərinə keyfiyyətə nəzarətin aparılması (yoxsulluğun təhlili, yoxsulluq və yoxsulluğun dərinliyinə müdaxilələr kimi). 

Strategiyaya  dair  öhdəliyə  işarə  etmək  və  təşkilatda  onun  həyata  keçirilməsinə  yardım etmək  üçün  1999‐cu  ilin  sonunadək  AİB  birbaşa  rəhbərlik  qarşısında  cavabdeh  olan yoxsulluğun  azaldılması  bölməsini  təsis  edəcəkdir.  Bölmə  Yoxsulluğun  Azaldılması Strategiyasını həyata keçirən və  tərəqqiyə nəzarət edən bütün departament və  idarələrin  işinə rəhbərlik  etmək  üçün  analitik  və  operativ  çərçivə  təmin  edəcəkdir.  Bu  məqsədlə  bölmə aşağıdakıları yerinə yetirəcəkdir: 

(i) yoxsulluğun  azaldılması  üçün AİB‐nın  illik  fəaliyyət  planını  hazırlamaq  və  onun həyata keçirilməsinə nəzarət etmək, keyfiyyət standartlarını təmin etmək; 

(ii) yoxsulluğun  statistikası  üçün məlumatlara  olan  ehtiyacı müəyyən  etməyə  yardım etmək, yoxsulluğun tədqiqat gündəliyini hazırlamaq; 

(iii) yoxsulluq  sahəsində  müdaxilələrin  planlaşdırılması  sahəsində  əməliyyat  üzrə təlimatları və işçi heyətin soraq kitabçasını hazırlamaq; və 

(iv) regionda  yoxsulluğun  azaldılması üzrə  işin  gedişatı  haqda  hesabatlar  hazırlamaq, konfrans və forumlar təşkil etmək, dialoqun aparılmasını təşviq etmək. 

 

AİB‐da  yoxsulluğun  azaldılması  sahəsində  əldə  edilən  tərəqqi  baxımından  bölməyə nəzarət ediləcəkdir. 

  Yoxsulluğun  azaldılmasına  çox‐profilli  və  ölkə  fokuslu metodları  təşviq  etmək  üçün böyük  cəhdlər  göstərmək  lazımdır.  AİB‐nın  işçi  heyəti  üçün  hər  zaman  “yoxsulluğu düşünmək”  vacibdir.  Bu  sahədə  məşğul  olan  bütün  departamentlərin  yoxsulluğa  qarşı 

Page 26: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

26

mübarizə tədbirlərinin aparılması üçün lazım olan səriştəni qazanmasını AİB 2002‐ci ilədək təmin  edəcəkdir  (məsələn,  gender  vəziyyətinin  qiymətləndirilməsi,  dövlət  xərclərinin nəzərdən  keçirilməsi,  institusional  təhlil,  iştirakçı  tərəflərlə məsləhətləşmələrin  və  onların iştirakının təşviqi). Bu məqsədlə əməliyyat departamentlərinin lazımi təcrübə və səriştə əldə edəcəyini təmin etmək üçün işçi heyətin vəzifələri yenidən müəyyən ediləcəkdir. Hər halda, bunun kifayət olmayacağına görə böyük sayda yeni vəzifələrin açılması tələb olunacaqdır. 

  AİB departament rəhbərləri və menecerlər daxil olmaqla bütün operativ və yeni işçilərə yoxsulluğun azaldılması metodologiyaları və texnikası sahəsində təlim təşkil edəcəkdir. 

  AİB Yoxsulluğun Azaldılması Strategiyasının səmərəli həyata keçirilməsini təşviq etmək üçün  daimi  nümayəndələrini  qüvvətləndirəcəkdir.  Daimi  nümayəndəliklər  tərəfdaşlıq sazişlərində  müəyyən  edilmiş  yoxsulluq  göstəricilərinə  və  mərhələlərə  nəzarət  edəcək, yoxsulluğa dair yeni məlumatların toplanması və yayılmasına yardım edəcəkdir. Mümkün hallarda AİB bu tədbirlərdə yardım göstərmələri üçün yerli peşəkarları cəlb edəcəkdir.17 

  2000‐ci  ilin  əvvəllərində  AİB  yoxsulluğa  dair  statistik  məlumatlar  bazasını qüvvətləndirmək  üçün  sürətli  proqram  həyata  keçirəcəkdir.  Əlavə  olaraq,  AİB  Qurumu regionda yoxsulluq məsələləri üzrə iş proqramını və fəaliyyətini genişləndirəcəkdir. 

 

YENI INSTRUMENTLƏR AİB  yoxsulluq  əməliyyatlarının  maliyyələşdirilməsi  yolunda  yaradıcı  olacaqdır.  Buna aşağıdakılar daxil olacaqdır: 

(i) AİB‐nın  yalnız  adi  kapital  resurslarından  istifadə  edə  bilən  ölkələrdə  AİB‐nın yoxsulluğa  daha  çox  diqqət  verməsi  üçün  AİB‐nın  bu  kredit  mənbəyindən maliyyələşdirilən  yoxsulluğun  azaldılması  layihələri  üçün  xüsusi  şərtlərin  təhlili (Çin Xalq Respublikası və Hindistan kimi).18  

(ii) Xüsusi  məqsədli  fondlara  olan  ehtiyacın  araşdırılması  (məsələn,  vətəndaş cəmiyyətinin inkişafa yardımını dəstəkləmək və ya yoxsulluğun azaldılmasında özəl sektorun iştirakını təşviq etmək); və 

(iii) Pilot  layihələr,  sektorun  inkişafı  proqramları  kimi  mövcud  instrumentlərdən  və yoxsulluğun  azaldılması  əməliyyatları  üçün  xüsusilə  uyğunlaşdırılmış  sosial sərmayə fondlarından daha çox istifadə. 

 

PROQRAM VƏ KREDIT VERMƏDƏ HƏDƏFLƏR AİB aşağıdakıları həyata keçirəcəkdir: 

(i) 2000‐ci  ilin  əvvəllərində  hər  borc  alan  ölkədə  kredit  vermə  və  kredit  verməmə tədbirləri üzrə hərtərəfli proqram hədəflərini müəyyən  edən  tərəfdaşlıq  sazişlərini hazırlamaq; 

(ii) 2001‐ci  ilədək  yoxsulluğun  azaldılması  istiqamətindəki  müdaxilələrə  dövlət sektorunda verilən kreditlərin 40 faizindən az olmayaraq kredit vermə; və  

17 Mümkün  yerlərdə  birgə  maliyyələşdirmə  variantı  bu  məqsəd  üçün  araşdırılacaqdır,  etimad  fondları  ilə maliyyələşdirilmiş gender üzrə mütəxəssislərin xidmətlərindən AİB istifadə etdiyi kimi. 18 “OCR Kredit Dəyişikliklərinin Nəzərdən keçirilməsi, Sənəd, AİB, 1999. Nəzərdən keçirilə bilən variantlara yekun ödəmə müddəti və / və ya kreditin amortizasiya cədvəlinin uzadılması daxildir. 

Page 27: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

27

(iii) 2002‐ci ilədək yoxsulluğun dərinliklərinə müdaxilə üçün kredit verməni artırmaq. 

 

TƏRƏFDAŞLARLA IŞ AİB aşağıdakıları həyata keçirəcəkdir: 

(i) 2000‐ci  ilin  əvvəllərində  tendensiyaları  qiymətləndirmək,  təhlil  etmək  və  nəzarət etmək  üçün  borc  alan  ölkələrdə  potensialın  qüvvətləndirilməsinə  yardım  təklif etmək; 

(ii) yoxsulluğun  təhlili  prosesinə  iştirakçı  tərəfləri  cəlb  etmək,  yoxsulluq  sahəsində yüksək  səviyyədə  keçirilən  forumlarda  onların  iştirakını  təşviq  etmək(  ölkənin operativ strategiyalarını və tərəfdaşlıq sazişlərindən əvvəl başlananlar); və 

(iii) digər  çoxtərəfli  və  ikitərəfli  qurumların,  qeyri  hökumət  təşkilatlarının  işinə əsaslanmaq,  onlarla  fəaliyyəti  daha  geniş  surətdə  əlaqələndirmək,  qabaqcıl  birgə maliyyələşdirmə vasitəsilə onların nisbi qüvvəsindən ən yaxşı yolla istifadə etmək. 

 

YOXSULLUĞUN AZALDILMASINDA ƏLDƏ EDILƏN TƏRƏQQININ MONITORINQI AİB aşağıdakıları həyata keçirəcəkdir: 

(i) yoxsulluğun azaldılması istiqamətində göstərilən cəhdlərə, yoxsulluğun azaldılması sahəsində  milli  və  regional  hədəflərin  əldə  edilməsində  tərəqqiyə  dair  İdarə Heyətinə illik hesabat vermə; və 

(ii) 2000‐ci ildən başlayaraq hər üç ildən bir Asiya və Sakit okean regionunda hökumət, vətəndaş  cəmiyyəti  və  maliyyələşdirmə  icmasının  nümayəndələrindən  ibarət yoxsulluq  forumunun  çağırılması,  yoxsulluğun  azaldılmasında  AİB  və  borc  alan ölkələrin  göstərdiyi  cəhdlər  istiqamətində  əldə  edilmiş  tərəqqinin  nəzərdən keçirilməsi. 

 

STRATEGIYANIN NƏZƏRDƏN KEÇIRILMƏSI AİB bu strategiyanı üç ildən sonra nəzərdən keçirəcəkdir. 

 

Page 28: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

28

Əlavə 1 

 

 

YOXSULLUĞUN QIYMƏTLƏNDIRILMƏSI, TƏRIFLƏR VƏ HƏDƏFLƏR  

YOXSULLUĞUN SAYI Asiya və  Sakit  okean  regionunda yoxsul  əhalinin  sayının hesablanması  asan  iş deyildir. Adi texniki  qiymətləndirmə  problemlərinin  strukturu  ölkələrin  müxtəlif  (gəlirlərə  əsaslanan) yoxsulluq  hədlərinin  olmasına  görə mürəkkəbdir.  Bəzi  yoxsulluq  hədləri  ən  yoxsul  əhaliyə diqqətin verilməsi üçün aşağı müəyyən edilmə, digər yoxsulluq hədləri  isə daha yüksək olur. Mürəkkəblik  eləcə də  ondan  irəli  gəlir  ki,  bir  sıra  ölkələr  üzrə  yoxsulluq  haqda məlumatlar yoxdur, olan məlumat isə ölkələr arasında asanlıqla müqayisə edilmir. Buna görə də regionda yoxsul  əhalinin  sayının  hesablanması  və  müqayisələrin  aparılması  çətin  həll  olunan problemlərdir.  Qismən  bu  səbəblərə  görə  Dünya  Bankı  adambaşına  günə  $1  məbləğində beynəlxalq yoxsulluq həddindən  istifadə edir  (1985‐ci  il alıcılıq qüvvəsinin gücü qiymətləri).19 Hər halda, bu tədbir fərdi ölkələrdə, xüsusən də milli yoxsulluq hədlərinin daha aşağı olduğu Çin Xalq Respublikası və Hindistanda istifadə edilən yoxsulluq hədlərindən fərqlənir. 

  Əsas mətndə  verilən  rəqəmlər  Dünya  Bankının məlumatlarına  əsaslanır.  20  rəqəmlər milli yoxsulluq normalarından  çox  fərqlənir. Məsələn, Çin Xalq Respublikası və Hindistanda  yoxsul  təbəqənin sayı 75 milyon və 350 milyon kimi hesablanmışdır. Dünya Bankı  isə yoxsul əhalinin sayını ÇXR‐da 225 milyon, Hindistanda isə 450 milyon kimi hesablamışdır. 

 

ƏSAS TƏRIFLƏR Cədvəl A1.1‐də bəzi əsas terminlərin tərifi verilir. 

  Yoxsulluğun mürəkkəb  aspektləri  və  nisbiliyini  nəzərə  alsaq,  yoxsulluğun  tərifləri  və konsepsiyaları hələ də müəyyən edilir. Buna baxmayaraq, hökumətlərin göstərdikləri cəhdlərə və  Birləşmiş  Millətlər  Təşkilatının  İnkişaf  Proqramı,  Dünya  Bankı  və  digər  qurumların göstərdiyi  dəstək  hesabına  son  bir  neçə  ildə  böyük  tərəqqi  əldə  edilmişdir.  Bu  tərəqqinin hərəkətverici  qüvvəsi  yoxsulluğun  azaldılması  sahəsində  qoyulan  hədəflərə  və  onların  necə yoxlanmasına dair son beynəlxalq konsensus olmuşdur. 

 

 

  1 Günə adambaşına $1 əsasında qiymətləndirmələrin dəqiqliyi bütün  inkişaf edən ölkələrdə yaşayış standartlarının qiymətləndirilməsi  müayinələrinin  müntəzəm  surətdə  aparılmasından,  Beynəlxalq  Müqayisə  Proqramının müntəzəm  şəkildə  yenidən  işlənməsindən  asılıdır.  Bu  və  digər  səbəblərə  görə  ölkə  üzrə  etibarlı  müqayisələr aparılmazdan əvvəl çox iş görmək lazımdır. 2  İnkişaf  etməkdə  və Keçid dövründə  olan  İqtisadiyyat:  1987‐1998‐ci  illərdə  adambaşına  günə  1 ABŞ dollarından aşağı yaşayan əhali. 

Page 29: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

29

YOXSULLUĞUN AZALDILMASI ÜZRƏ BEYNƏLXALQ HƏDƏFLƏR Birləşmiş Millətlər Təşkilatının bir  sıra konfranslarında, xüsusilə də 1995‐ci  ildə  sosial  inkişaf üzrə  keçirilmiş  Dünya  Sammitində  beynəlxalq  icma  yoxsulluğun  azaldılması  üzrə  birgə hədəflər toplusuna dair razılıq əldə etmişdir. 1996 –cı ildə İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Təşkilatın  İnkişafa  Yardım  Komitəsi  bu  hədəflərin  yeddisini  Strategiya  21  hədəfləri  kimi qüvvəyə  mindirmişdir.  Bunlar  regional  deyil  beynəlxalq  hədəflər  olub,  müəyyən  dərəcədə Afrikadakı  vəziyyətlə  əlaqədardır.  Asiya  İnkişaf  Bankı  1997‐ci  ildə  Nazirlər  səviyyəsində Beşinci  Asiya  və  Sakit  okean  Konfransını  dəstəkləmişdir  ki,  onun  da  nəticəsi  Manila Bəyannaməsində müəyyən  edilən  hərtərəfli  hədəflər  toplusu  olmuşdur.21 Hədəflərin  hər  iki toplusunun məlum rəqəmləri Cədvəl A1.2‐də verilir. 

  

Cədvəl A1.1: Əsas Termin və Təriflər  

 Əsas Termin 

 Tərif 

İnsan Yoxsulluğu  Həyat  üçün  vacib  olan  insan  imkanlarının,  xüsusilə  də savadlılıq və qidalanmanın olmaması. 

Gəlir baxımından Yoxsulluq 

Minimum istehlak ehtiyaclarının ödənməsi üçün kifayət qədər gəlirin olmaması. 

Mütləq Yoxsulluq  Yoxsulluğun dərəcəsidir  ki,  bundan  aşağı  səviyyədə  yaşayış üçün minimum tələblər ödənmir. Bu, minimum kalori tələbatı üstəgəl  vacib  qeyri‐ərzaq  komponentləri  baxımından müəyyən edilmiş ölçüdür. Mütləq yoxsulluq ifrat yoxsulluqla eyni  istifadə edildiyi halda, sonuncunun mənası yerli  şərhlər və ya hesablamalardan asılı olaraq dəyişə bilər. 

Nisbi Yoxsulluq  Adətən mütləq yoxsulluq həddinin müəyyən norması ilə əlaqədar və ya inkişaf etmiş ölkələrdə olduğu kimi adambaşına düşən orta gəlirin nisbəti kimi müəyyən edilir. Nisbi ölçü kimi bu, müxtəlif ölkələrdə və ya vaxtla fərqli ola bilər. 

İnsan İnkişafı İndeksi  Birləşmiş  Millətlər  Təşkilatının  İnkişaf  Proqramının  üç faktorundan  (i)  gözlənilən  orta  ömür müddəti,  (ii)  yaşlıların savadlılığı  və  (iii)  adambaşına  düşən  gəlirlər  (alıcılıq qüvvəsinin pariteti üzrə uyğunlaşdırılmışdır) ibarətdir. 

İnsan Yoxsulluğu İndeksi 

BMT‐nın  İnkişaf  Proqramının  əsas  insan  inkişafında ehtiyacların ölçüsüdür. Indeksi müəyyən etmək üçün  istifadə edilən  dəyişənlər  bunlardır:  (i)  40  yaşdan  cavab  öləcəyi gözlənilən adamların faizi, (ii) savadsız yaşlıların faizi və (iii) səhiyyə  xidmətləri  və  içməli  su  ilə  təmin  olmayan  əhalinin faizi və beş yaşdan aşağı çəkisi az uşaqların faizi baxımından ümumi iqtisadi təchizat. 

Genderə Səlahiyyət verilməsi Tədbiri 

BMT‐nin İnkişaf Proqramının iqtisadiyyatın əsas sahələrində, siyasi məsələlərdə və qərar qəbul etmə prosesində iştirakda gender qeyri‐bərabərliyinin səviyyəsinin qiymətləndirilməsi.  

  3 Manila Bəyannaməsi “Asiya və Sakit okean regionu üzrə BMT‐nin İqtisadi və Sosial Komissiyası regionunda Sosial İnkişaf  üzrə  Fəaliyyət  Gündələyinin  Sürətlə  Həyata  Keçirilməsi”.  Qeyd  edin  ki,  cədvəldə  verilən  hədəflər razılaşdırılmış strategiya və məqsədlərin yalnız bir hissəsidir. 

Page 30: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

30

 Cədvəl A1.2: Yoxsulluğun Azaldılması Sahəsində olan Məqsədlər 

  

Strategiya 21 Məqsədlər Hədəf İl 

 ESCAPa Hədəflər 

Hədəf İl 

İqtisadi rifah üzrə ‐ Ifrat yoxsulluqda olan əhalinin nisbətinin yarıyadək 

azalması.  

 2015 

 ‐ Mütləq yoxsulluğun 1990‐cı ilin səviyyəsini yarıyadək 

azaltmaq. ‐ Mütləq yoxsulluğun büsbütün aradan qaldırılması. 

 2000  

2010 Sosial inkişaf üzrə 

‐ Qlobal səviyyədə ibtidai təhsilin alınması.   

‐ Əsas  və orta təhsildə gender qeyri‐bərabərliyinin aradan qaldırılması. 

‐ Körpələr və 5 yaşdan aşağı uşaqların ölüm faizinin üçdə ikiyədək, anaların ölüm faizinin isə dörddə üçədək azaldılması. 

‐ Müvafiq yaşda bütün qadınlara reproduktiv səhiyyə xidmətlərinin göstərilməsi. 

 2015   

2005  

2015   

2015 

 ‐ İbtidai təhsilin ən azı 80 faizinin başa vurulmasını təmin 

etmək. ‐ İbtidai təhsil xidmətlərini qlobal səviyyədə təmin etmək. ‐ Ibtidai və orta təhsildə qızlar və oğlanlar üçün bərabər iştirak 

faizini təmin etmək. ‐ Beş yaşdan aşağı uşaq ölümü faizini 45 faizə və ondan 

aşağıya düşürtmək. ‐ Hər 1.000 sağ doğuşa düşən və uşaq ölümününü 34 faizə və 

ondan aşağıya düşürtmək. ‐ 1990‐cı il aclıq səviyyəsini yarıyadək azaltmaq. 

 2000  

2010  

2005  

2015  

2015  

2000 Ətraf mühitin davamlı inkişafı və bərpası 

‐ Davamlı inkişaf üzrə milli strategiyaların tətbiqi ‐ Qlobal və milli səviyyədə ekoloji sərvətlərin cari itkisinin 

qarşısının alınması. 

 2005  

2015 

 ‐ Yerli icmaları dəstəkləyən torpaq və dəniz idarəçiliyi üzrə 

planlar da daxil olmaqla, ətraf mühitin yoxsulluğa yönəlmiş müdafiəsi və qorunması üçün planların hazırlanması. 

‐ Zəhərli tullantıların düzgün idarəçiliyini həyata keçirmək üçün tədbirlərin görülməsi. 

 Ən 

yaxın vaxtda 

a Asiya və Sakit okean regionu üzrə BMT‐nin İqtisadi və Sosial Komissiyası 

Page 31: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

31

Əlavə 2   

MIKRO‐MALIYYƏ VƏ YOXSULLUĞUN AZALDILMASI  MIKRO‐MALIYYƏ  Mirko‐maliyyə aşağı gəlirli  sifarişçilərə, adətən  torpaqsız yoxsul  fermerlərə və ya qeyri‐rəsmi sektorda  işləyən  şəhərin  yoxsul  təbəqəsinə  maliyyə  xidmətləri  göstərir.  Mikro‐maliyyə xidmətlərinə qənaət mexanizmləri,  kredit  və  sığorta  kimi  digər  xidmətlər  daxil  ola  bilər. Mikro‐maliyyə xidmətlərinin göstəriciləri rəsmi sektor qurumları (məs, kommersiya və inkişaf bankları),  qeyri  hökumət  təşkilatları  və  kooperativlər  kimi  yarı‐rəsmi  qurumlar, digər  qeyri‐rəsmi, qənaət və kredit təşkilatları daxil ola bilər. Bu qurumların hamısı fərdi və ya qrupa kredit verilməsi əsasında xidmət göstərirlər.  NƏ ÜÇÜN MIKRO‐MALIYYƏ? Əsas mətnin ikinci bölməsində təsvir edildiyi kimi yoxsulluğun azaldılması yoxsul təbəqə üçün vacib  insan, sosial və  fiziki kapitalın ötürülməsi və yaradılmasıdır. Bu dəyişikliyin aparılması üçün səmərli və davamlı mexanizmlərin  tapılması böyük problemdir. Yoxsul  təbəqənin  fiziki kapitalını  artırmaq potensialına görə,  eyni  zamanda  insan və  sosial kapitalını qurduğu üçün son illərdə mirko‐maliyyə böyük diqqət cəlb etmişdir. 

  Yoxsulluğun əsas səbəbləri kimi  fiziki və sosial  təcrid olmanın rolu əsas mətndə  təsvir edilmişdir. Halbuki  təcrid  olma  da  institusional  sahəyə  aid  edilir.  Xərclərə1,  texnologiya  və institusional  qeyri‐obyektivliyə  görə  regionda  yoxsul  ev  təsərrüfatlarının  təqribən  95  faizi institusional maliyyə xidmətləri  ilə  təmin edilmir. Bunun nəticəsi böyük  əhəmiyyət kəsb edir. Xidmətlə  təmin olunmama o deməkdir ki, yoxsul ailələr yoxsulluqdan  çıxmaq üçün  sərmayə imkanlarından  istifadə edə bilmirlər. Onların gəlirləri qeyri‐müntəzəm olduğu və  əvvəlcədən müəyyən  edilə  bilmədiyi  üçün  xərclərin  bölüşdürülməsi,  xəstəlik  və  digər  fövqəladə vəziyyətlərlə müşayiət olunan borclara qarşı sığortalanmaq üçün məqbul kredit və qənaətlərlə təmin  olunmağa  yoxsul  təbəqənin  ehtiyacı  vardır.  Yoxsul  təbəqə  vəsaitə  qənaət  etməkdə çətinlik  çəkir,  çünki  onların  kiçik  depozitdə  faizi  olan  etibarlı  qurumlara  çıxışı  yoxdur. Məhdudiyyətlərinə  baxmayaraq,  mikro‐maliyyə  bütün  yuxarıda  çəkilən  səbəblərə  görə maksimum potensialla istifadə edilə bilən strategiyadır. 

 MIKRO‐MALIYYƏ TEXNOLOGIYASI Mikro‐maliyyənin yaranması xərc,  texnologiya və  institusional qeyri‐obyektivlik kimi  ənənəvi maneələrin  ünvanlanması  üçün  proqressiv  inkişaf  metodologiyasını  əks  etdirir.  Xərclər baxımından, kredit vermə üçün bazar əsaslı faizlərin tətbiqi, eləcə də qrup‐əsaslı əməliyyatların aparılması  vasitəsilə  əməliyyat  xərclərinin  azaldılması  böyük  təsir  göstərmişdir. Texnologiya baxımından,  fiziki  girovların  sosial  girovlarla  əvəz  edilməsi  böyük  dəyişmə  olmuşdur. Qrameen Bank və qeyri‐hökumət  təşkilatları  tərəfindən  təməli qoyulmuş qrup‐əsaslı aparılan əməliyyatlarla kreditlərə zəmanət verilməsi üçün vəsaitlərin olmaması yoxsul  təbəqəyə kredit verilməsi üçün artıq maneə deyildir. Qadınların daha böyük maliyyə intizamı mikro‐maliyyədə istifadə  ediləcəkdir,  çünki  onlar  sifarişçilərin  əksəriyyətini  təşkil  edir.  Hər  halda,  bir  çox 

1 Bu konteksdə xərclərə risk mükafatı da daxildir. 

Page 32: ə ğun ı - adb.org · Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə

32

vəziyyətlərdə qeyri‐obyektivlik də güclü  sinif  ənənələri  ilə qarışır, yoxsul  təbəqə haqda  səhv anlayış  yaradır. Məsələnin  bir  həll  yolu maliyyə  xidmətlərini  yoxsul  sifarişçilərə  daha  yaxın etmək üçün bir sıra qurumların meydana çıxması olmuşdur.   SOSIAL VƏ INSAN KAPITALI ƏLAQƏLƏRI Mikro‐maliyyə  əməliyyatları  tez‐tez  yoxsul  təbəqənin  səfərbər  edilməsi  və  hazırlanmasında əldə edilən uğurdan asılı olur, yəni onlar qənaət etmək, borc almaq və faiz ödəmək üçün yoxsul təbəqənin daha çox özünə güvənməsinə nail ola bilərlər. Inamın olmaması yoxsulluğun nəticəsi olduğundan,  həssas  və  etibarlı  qurumlar  bu  tapşırığa  cəlb  edilməlidirlər.  Bir  neçə  dəfə  bu məsələ hökumət qurumları və ya bankların işçiləri tərəfindən həll edilə bilər. Müsbət cəhətdən, sosial  hazırlığa  sərmayə  qoyuluşu  sosial  və  insan  potensialı  quruculuğu  baxımından  uzun‐müddətli mənfəət gətirir. Qadınların hazırlanması və  sonradan onların mikro‐maliyyəyə  cəlb edilməsi  yoxsul  qadınlara  yardım  etmək  və  onlara  imkan  vermək  üçün  səmərəli  yoldur. Qənaətlərin  və  borc  alan  qrupların  formalaşması  və  onların  fəaliyyəti  eynilə  inam,  etibar  və sosial  kapital  yaradır.  Eynilə,  borc  alanların  sahibkarlıq  fəaliyyətinə  cəlb  edilməsi  birbaşa onların  səriştəsini artırır,  səhiyyənin yaxşılaşdırılması və  risklərin azaldılmasına birbaşa yolla təsir edir.  YENI MODEL Mikro‐maliyyə  əməliyyatları  üzrə metodda  böyük  dəyişikliklər  baş  vermişdir.  Tənzimlənən faizlər  baxımından  subsidiyalaşdırılan  kreditlər  və  hədəfli  kredit  verməyə  əsaslanan  planlar indi  qeyri‐düzgün  hesab  edilir. Asiya  İnkişaf  Bankı  (AİB)  xərclərin  tam  ödənməsinə  xüsusi diqqət  verən  və  daha  böyük  əhatə  dairəsini  təmin  etmək  üçün  uzun  müddətdə  adekvat səmərəliliyi yaradan yeni konsensus qəbul etmişdir. Rəhbər prinsiplərə aşağıdakılar daxildir: (i) səmərəli qurum olmaları və  ilk yardımdan sonra öz  inkişaflarını davam etdirə bilmələri üçün xidmət  təminatçılarının  dəstəklənməsi,  (ii)  sosial  müdaxilədə  sərmayə  qoyuluşunun dəstəklənməsi,  (iii) yüksək  əməliyyat xərclərini və zəmanət verilməyən kiçik kreditlərlə bağlı risklərin ödənməsi üçün mikro‐maliyyə qurumlarının yüksək faiz qoymasını qəbul etmək.  AİB‐NIN ROLU AİB borc alan ölkələrdə maliyyə sektorunun inkişaf etdirilməsini uzun müddət dəstəkləmişdir. Keçmişdə  əsas  diqqət  böyük  maliyyə  qurumlarının  roluna,  onların  sərmayə  və  inkişafın dəstəklənməsində potensialına verilmişdir. AİB bu sahədə öz marağını güddüyü halda, yoxsul təbəqəyə  və  yoxsulluğun  azaldılmasına  müvafiq  olduğu  üçün  mikro‐maliyyəyə  də  böyük diqqət  yetirəcəkdir.  Mikro‐maliyyəyə  qarşı  duran  əsas  çətinlik  xidmət  təminatçılarının potensialının  qurulması  ehtiyacı,  eyni  zamanda  zəruri  maliyyə  standartları  və  intizamının saxlanmasıdır. Yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılması  istiqamətində banklar və rəsmi qurumlar  artıq  işləyirsə,  bu,  yoxsullara  müvafiq  yardım  mexanizmlərinin  hazırlanması  və dəstəklənməsi  deməkdir.  Böyük  çətinlik  yoxsul  əhali  üçün  müvafiq  olan  qurumların olmamasıdır.  Resurslarla  zəngin  olmayan  ərazilərdə  yaşayan  və  yoxsul  təbəqədə  ən  yoxsul şəxsləri  əhatə  etmək  üçün  maliyyə  metodologiyası  və  davamlı  institusional  mexanizmin olmaması  böyük problemdir. AİB  bir  sıra  qurumu  təşviq  etməli,  bu problemləri  həll  edəcək kompleks metod qəbul etməlidir.