14.3 qarağat bitkisinin xəstəlikləri

20
14.3 Qarağat bitkisinin xəstəlikləri Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi, Coelomycetes sinfi, Melanconiales sırası, Melanconiaceae fəsiləsi, Gloeosporium cinsi Bioloji qrupu: Hemibiotrof Qarağatda antraknoz Gloesporium ribis Mont et Desm.

Upload: zavad

Post on 16-Jan-2016

72 views

Category:

Documents


0 download

DESCRIPTION

14.3 Qarağat bitkisinin xəstəlikləri. Qarağatda antraknoz – Gloesporium ribis Mont et Desm. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi, Coelomycetes sinfi, Melanconiales sırası, Melanconiaceae fəsiləsi, Gloeosporium cinsi Bioloji qrupu : Hemi b iotrof. - PowerPoint PPT Presentation

TRANSCRIPT

Page 1: 14.3 Qarağat bitkisinin xəstəlikləri

14.3 Qarağat bitkisinin xəstəlikləri

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Anamorfic fungi

şöbəsi, Coelomycetes sinfi, Melanconiales sırası,

Melanconiaceae fəsiləsi, Gloeosporium cinsi

Bioloji qrupu:

Hemibiotrof

Qarağatda antraknoz – Gloesporium ribis Mont et Desm.

Page 2: 14.3 Qarağat bitkisinin xəstəlikləri

Patogenin morfologiya və biologiyası. Əsasan yarpaq və sap-laqlar sirayətlənirlər, təsadüfi hallarda xəstəliyin əlamətlərinə cavan zoğ, meyvəayaqcıqğı və gilələrdə təsadüf edilir. Yarpaqlarda kiçik, tünd-qonur, həlqəvi və ya yarım həlqəvi 0,8-1,2 mm-lik ləkələr əmələ gəlir. Bu ləkələrin üzərində xəstəlik törədicinin qara, parlaq, qabarıq konidi mərhələsi İnkişaf edir. Yarpaq saplaqlarında, meyvə-ayaqcığı və yaşıl zoğlarda qara, azacıq basıq, zəif sporlu ləkələr, gilələrdə isə qırmızı haşiyəli parlaq-qonur kiçik ləkələr formalaşır.

Xəstəliyi konidi mərhələsində Gloesporium ribis Mont et Desm. adlandırırlar. Patogenin konidi mərhələsi Coelomycetes sinfinin Melanconiales sırasına daxildir. Patogenin iki forması məlumdur: F.nigra - qara qarağatı yoluxur.

Xəstəlik törədicinin qara qarağatı yoluxan formasının xüsusiyyəti nisbətən kiçik temperatur həddində inkişaf etməkdir. Göbələyin bu forması öz inkişafı üçün yuxan olmayan temperatur tələb edir.

Page 3: 14.3 Qarağat bitkisinin xəstəlikləri
Page 4: 14.3 Qarağat bitkisinin xəstəlikləri

1. Konidi lojası eninə kəsikdə2. Konidilər3. Kisə kisəsporlarla

Qarağatda antraknoz

Page 5: 14.3 Qarağat bitkisinin xəstəlikləri

YAYILMASI

• Azərbaycanın Gəncə-Qazax, Dağlıq Şirvan, Şəki-Zaqatala və Quba-Xaçmaz bölgələrində rast gəlinir.

EKOLOGİYASI

• Konidilər bir bitkidən digərinə yağış damcılan və həşəratlar vasitəsilə yayılırlar, onlar yalnız damcı suda cücərirlər,

• 15-20°C temperaturda xəstəliyin inkubasiya dövrü 8-12 gündür

TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ

• Xəstəliyinin təsiri atında yarpaqların çox hissəsi vaxtından əvvəl tökülür, cavan zoğlar məhv olur, məhsul kəskin aşağı düşür,

• Məhsuldarlıq 30-75% azalır,

MÜBARİZƏ TƏDBİRLƏRİ• Yarpaq tökümündən sonra və ya erkən yazda tumurcuqlar açılmamış nitrafen (30-40 kq/ha),

• Tumurcuqlar şişən zaman 3%-li bordo mayesi ilə göy çiləmə aparmaq, • Çiçəkləmədən əvvəl və 10-12 günlük intervalla yay dövrü 1% bordo

mayesi ilə çiləmələr aparılmalıdır• Çiləmələr məhsul toplanışına 20 gün qalmış dayandırılmalıdır

Page 6: 14.3 Qarağat bitkisinin xəstəlikləri

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Ascomycota şöbəsi,

Euascomycetes sinfi, Erysiphales sırası,

Erysiphaceae fəsiləsi, Sphaerotheca cinsi

Bioloji qrupu:

Obliqat parazit

Qarağatda unlu şeh - Sphaerotheca mors-uvae Bert. et Curt.

Page 7: 14.3 Qarağat bitkisinin xəstəlikləri

Patogenin morfologiya və biologiyası. Xəstəliklə yarpaq, zoğ və gilələr yoluxurlar. Unlu şeh xəstəliyinin simptomları cavan təpə yarpaqlarda və böyüyən zoğlarda əmələ gəlir. Yoluxma yerlərində ağ torvarı örtük inkişaf edir. Bu göbələyin konidi sporlarından ibarətdir. Onlar uçuşur, hava ахını ilə yeni orqanlara düşərək, yoluxmanın təkrarlanmasına səbəb olur. Müəyyən zaman müddətindən sonra səthi mitsel qonurlaşır və göbələyin qara meyvə bədəni (kleystotesilor) ilə örtülür.

Parazitin konidi mərhələsi qısa budaqlanmayan konididaşıyan-larla və zəncir formasında düzülmüş birhüceyrəli, rəngsiz, ellipsvarı konidilərlə təmsil olunmuşdur. Müəyyən zamandan sonra mitselin sıxlaşmasından kleystotesilər formalaşırlar. Onlar şarşəkilli, qəhvəyi, 80-100 mkm diametrlidir. Kleystotesilərin telləri mitseldən az fərqlənirlər. Kleystotesilərdə bir yumurtaşəkilli kisə formalaşır. Hər kisədə 8 kisəspor əmələ gəlir. Xəstəlik törədici mitsel formasında canlı hüceyrələrdə və kleystotesilərlə yoluxmuş zoğ və tökülən yarpaqlarda qışlayır.

Page 8: 14.3 Qarağat bitkisinin xəstəlikləri
Page 9: 14.3 Qarağat bitkisinin xəstəlikləri

YAYILMASI

• Xəstəlik Azərbaycan şəraitində də geniş yayılmışdır

EKOLOGİYASI• Bitkilərin konidilər və mitsel vasitəsilə yoluxması üçün optimal temperatura 17-20°S,

• Havanın nisbi rütubətinin 90-100% olması tələb olunur• 30°S-dən yuxarı temperaturda xəstəliyin inkişafı zəifləyir• Ətraf mühit şəraitindən asılı olaraq, göbələk 10-a qədər konidi spor nəsli

əmələ gətirirTƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ

• Yarpaqlarda assimilyasiya səthi aşağı düşür, transpirasiya güclənir, meyvələrin yoluxması nəticəsində onların keyfiyyət göstəriciləri pisləşir,

• Məhsuldarlıq 10-15%, epifitotiya illərində isə 30-35% aşağı düşür

MÜBARİZƏ TƏDBİRLƏRİ• Xəstəliyin ilkin simptomları göründükdə kumulus (5-6 kq/ha), • Topaz (0,5 l/ha), • Skor (0,2 l/ha) və s. preparatlardan biri ilə çiləmə aparılır• Axırıncı çiləmə məhsul toplanışına 20 gün qalmış dayandırılır

Page 10: 14.3 Qarağat bitkisinin xəstəlikləri

Xəstəlik yarpaq damarları arasında sarı ləkələr formasında əmələ

gəlir. Sirayətlənmiş yarpaq tamamilə saralır və soluxurlar.

Mozaika xəstəliyinin Curront mosaic əmələ gətirir. Mənənələr

vasitəsilə yayılır. Xəstə bitkilər inkişaf etmir və meyvə vermirlər.

Yoluxmuş bitkiləri yandırırlar.

Mübarizə tədbirləri.

Virussuz əkin materialının alınması önəmli tədbirdir.

Xəstəliyin yayılmasına səbəb olan mənənələrə qarşı insektisid-

lərdən biri ilə kimyəvi mübarizə aparılmalıdır.

Qarağatda mozaika- Curront mosaic

Page 12: 14.3 Qarağat bitkisinin xəstəlikləri

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi,

Coelomycetes sinfi, Melanconiales sırası,

Melanconiaceae fəsiləsi, Gloeosporium cinsi

Bioloji qrupu:

Fakültətiv parazit

Moruğun antraknozu - Gloesporium venetum Sreg.

14.4 Moruq bitkisinin xəstəlikləri

Page 13: 14.3 Qarağat bitkisinin xəstəlikləri

Patogenin morfologiya və biologiyası. Yarpaqlar, saplaq, zoğ və

meyvələr sirayətlənirlər. Yarpaqlarda çox kiçik həlqəvi ləkələr əmələ

gəlir. Ləkələr çox vaxt 1-3 mm diametrli olub, ortası boztəhər

olmaqla geniş al-qırmızı haşiyə ilə əhatə edilmişdir. Çox iri ləkələr

bəzən qovuşurlar. Müəyyən hallarda köhnə ləkələrdə olan yoluxmuş

toxuma tökülür.

Saplaqlarda kiçik qovuşan yaralar formasında ləkələr əmələ gəlir.

Gövdədə geniş al-qırmızı haşiyə ilə əhatəyə alınmış dərin yaralar

formalaşır. Güclü yoluxma zamanı ləkələr qovuşurlar və qonurtəhər

rəng alır, mantarlaşır və partlayır. Belə bütöv mantarlar adətən bic

zoğların uclarında, meyvəverən budaqlarda əmələ gəlir və onları

məhv edir. Payızda və qışda belə bütöv yoluxmuş toxuma bozarır və

xəstəliyin bu mərhələsinə "boz qabıq" deyirlər.

Page 14: 14.3 Qarağat bitkisinin xəstəlikləri
Page 15: 14.3 Qarağat bitkisinin xəstəlikləri

YAYILMASI

• Ölkəmizin rütubətlə zəngin Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz bölgələrində rast gəlinir

EKOLOGİYASI

• 70-80% nisbi rütubətdə, 18-20ºC temperaturda daha fəal inkişaf edir• Xəstəliyin inkubasiya müddəti 8-12 günə başa çatır

TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ• Meyvələr yoluxan zaman dad keyfiyyətlərini itirir, əmtəəlik qabiliyyət

aşağı düşür• Ümumi məhsulun azalması ilə istehsal olunan əmtəənin maya dəyəri də

yüksəlir

MÜBARİZƏ TƏDBİRLƏRİ• 2%-li nitrafen məhlulu ilə (30-40 kq/ha) qabaqlayıcı çiləmələr aparılmalıdır• Vegetasiyanın əvvəllərində çiçəkləmədən əvvəl və məhsul dərimindən

sonra 1 %-li bordo mayesi (1000-1200 1/ha)• 0,4%-li misxloroksidi (4 kq/ha), • 0,5%-li kaptan preparatının suspenziyası (5 kq/ha) və s. çiləmələr

aparılmalıdır

Page 16: 14.3 Qarağat bitkisinin xəstəlikləri

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi,

Coelomycetes sinfi, Sphaeropsidales sırası,

Sphaeropsidaceae fəsiləsi, Septoria cinsi

Bioloji qrupu:

Fakültətiv parazit

Moruğun ağ ləkəlik və ya septoriozu – Septoria rubi West.

Page 17: 14.3 Qarağat bitkisinin xəstəlikləri

Patogenin morfologiya və biologiyası. Moruq bitkisinin yarpaq-larında çoxsaylı həlqəvi, qəhvəyitəhər ləkələr əmələ gəlir. Az sonra onlar ağarır və al-qırmızı haşiyəli olur. Müəyyən zaman ötəndən sonra ləkələr qovuşur, dağılır və tökülürlər.

Patogen yarpaqların üst tərəfində olan ləkələrin üzərində piknidlər əmələ gətirir. Piknidlərdə sapvari, rəngsiz, 3-4 aydın olmayan arakəsməli piknosporlar formalaşır.

Onlar piknidlərdən çəhrayı-qırmızı lent kütləsi şəklində çıxırlar. Göbələk kisə mərhələsi də əmələ gətirə bilir və bu halda onu Mycosphaerella rubi Roak. adlandırırlar. Onun psevdotesilərinin diametri 60-80 mkm-dir. Kisələr silindrik olub, 8 kisəsporu var. Sonuncular rəngsiz, yüngülcə iynəşəkillidir.

Patogen sporlarla yayılır. Xəstəliyin inkişafına küllü miqdar yağıntılar və mülayim temperatur əlverişli şərait yaradır. Patogen yarpaqlardan əlavə zəif müşahidə edilən ləkələr formasında göv-dələrdə də müşahidə edilir. Yoluxmuş zoğların qabığı kiçik yarıqlarla örtülür.

Page 18: 14.3 Qarağat bitkisinin xəstəlikləri
Page 19: 14.3 Qarağat bitkisinin xəstəlikləri

YAYILMASI

• Moruq becərilən əksər ölkələrdə geniş yayılmışdır

EKOLOGİYASI

• Piknosporların uçuşması və yeni infeksiyalar törətməsi üçün yüksək rütubət və 20-25ºC temperatur tələb olunur

TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ• Xəstəliklə yoluxma nəticəsində yarpaqlarda fotosintez zəifləyir,

yarpaqların əksətiyyəti vaxtından əvvəl yerə tökülür, zoğların zədələnməsi bitkilərin xarici stress amillərinə qarşı davamlılığını aşağı salır

MÜBARİZƏ TƏDBİRLƏRİ• Yüksək aqrofon yaradılmalı, davamlı sortların yaradılması və rayonlaşdırılması mühüm əhəmiyyət kəsb edir,

• Xəstəliyin ilkin simptomları göründükdə moniko bordo (5-6 kq/ha), ridomil MS (1,5 kq/ha), mankoseb (2,0 kq/ha) və s. preparatlardan biri ilə çiləmə aparılır

Page 20: 14.3 Qarağat bitkisinin xəstəlikləri

Diqqətinizə görə təşəkkür edirəm