bİologİya İxtİsasi ÜzrƏ mİkologİya kursu

Post on 09-Feb-2016

177 Views

Category:

Documents

13 Downloads

Preview:

Click to see full reader

DESCRIPTION

BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. www.themegallery.com. Mövzu 1. Giriş. Mikologiya bir elm kimi, onun məqsəd və vəzifələri, təbiətdə və insan həyatında göbələklərin əhəmiyyəti. Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov. - PowerPoint PPT Presentation

TRANSCRIPT

L/O/G/Owww.themegallery.com

AZƏRBAYCAN DÖVLƏT

AQRAR UNİVERSİTETİ

BİOLOGİYA İXTİSASI ÜZRƏMİKOLOGİYA KURSU

Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov

Mövzu 1. Giriş. Mikologiya bir elm kimi, onun

məqsəd və vəzifələri, təbiətdə və insan həyatında göbələklərin

əhəmiyyəti

1. Mikologiyanın predmeti və vəzifələri.

2. Mikologiya ümumi elmlər sistemində: onun fitopatologiya,

tibb, texnika və başqa bioloji elmlərlə əlaqəsi.

3. Mikologiyanın inkişaf tarixinə baxış.

4. Təbiətdə və insan həyatında göbələklərin əhəmiyyəti

P L A N

1.İbrahimov A.Ş., Abdulova Z.A., Mehdiyeva L.N. Mikologiya.

Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2008, 323 s.

2. Все о грибах / М.В.Горленко, Н.В.Гарибова, И.И.Сидирова

и др. М.: Лесн. Пром. Сть., 1986, 280 с.

3.Мюллер Э., Лёффлер В. Микология. М.: Мир, 1995, 343 с.

4.Гарибова Л.Б., Лекомцева С.Н. Основы микологии. М.:

2005, 220 с.

Əsas ədəbiyyatlar

Köməkçi ədəbiyyatlar

1. Adil Sadiqov Azərbaycanın yeməli və zəhərli göbələkləri. Bakı: “Elm”, 2007, 124 s.

2.İbrahim Cəfərov Ümumi fitopatologiya. Bakı: “Elm”, 2007, 392 s.

3.Томас Лессо Грибы. Москва: Астрель, 2007, 304 с.4.Джеффри Кибби Атлас грибов. Санкт-Петербург:

Амфора, 2009, 269 с.5.Грибы /пер. с. итал. Ф.Двин. М.: Астрель, 2009, 384 с.6.Емцев В.Г., Мишустин Е.Н. Микробиолгия. М.: Юрайт,

2012, 445 с. 7.Тихомиров Ф.К. Ботаника. 2-е изд., перераб. Москва:

«Высшая школа», 1968, 414 с.

Mikologiyanın predmeti və vəzifələri

Mikologiya yunan sözü olub,

mykes – göbələk, logos - elm,

təlim deməklə göbələklər

haqqında elmdir.

Mikologiyanın predmeti – göbələklərdir.

Botanikanın bir bölməsidir.

Ağ göbələk - Boletus edulis

Yer donbalanı – Tuber

Ağ yer donbalanı – Tuber magnatum Yer donbalanı – Tuber

Yay dombalanı - Tuber aestivum

Qış yer donbalanı - Tuber brumale

Xüsusi öyrədilmiş itlər dombalan axtarışında

Mikologiyanın əsas vəzifəsi:

GÖBƏLƏKLƏRİN

morfologiya

sistematika

biologiya

fiziologiya

biokimya

ekologiya

coğrafiya

filogenezini

öyrənmək və insanın həyatında rolunu aydınlaşdırmaqdan

ibarətdir

Təbiətdə 100000 mindən artıq göbələyə rast gəlinir

İngilis alimi Tomas Lesso göstərir ki, göbələklər aləmində növlərin sayı 1,5 milyona yaxındır

Mikoloqlar təsdiq edirlər ki, yalnız 80000 göbələk növü qanuni şəkildə qeydə alınmış və təsvir edilmişdir, bu isə mövcud göbələklərin yalnız 5%-i təşkil edir.

K.V.Popkova (2005) göstərir ki, bu gün dünyada qeydə alınan göbələklərin 5000 növü bitkilərdə parazitlik edir və onlar

fitopatogen göbələklər adlanırlar.

Fitopatogen göbələklər

Sphaerotheca pannosa f. rosae Ustilago zeae

Fitopatogen göbələklər

Taphrina deformans Cercospora beticola

Göbələklər

bakteriyalarla birlikdə üzvi qalıqları parçalayaraq torpaqəmələgətirmə,

torpağın münbit qatı olan humusun formalaşmasında fəal iştirak edirlər.

heyvan və bitkilərdə parazitlik edərək, onlarda müxtəlif

xəstəliklərə səbəb olurlar, məsələn, bitkilərdə pas və sürmə

xəstəlikləri.

kənd təsərrüfatı məhsullarında yerləşərək, xammal və

yarımfabrikatların çürüməsinə, hətta intoksikasiyasına səbəb olur

Lentinus lepideus Phellinus tremulae

Oduncaq dağıdan göbələklər

Göbələklərin vegetativ bədəni mitseldən- güclü budaqlanan

hiflərdən ibarətdir.

Göbələklərin əksəriyyətində xüsusi

qidalanma orqanı yoxdur və onlar qida maddələrini bütün bədən səthi ilə əldə

edirlər.

hif

mitsel

Osmotrof qidalanma xüsusiyyəti göbələyi bütün vegetativ bədəni ilə substrata maksimum yüklənməyi tələb edir, bu halda isə yayılma

çətinləşir, göbələk yeni substratları əhatə edə bilmir.

Göbələyin çoxalma sporları xüsusi mitsel strukturları vasitəsilə

substratın üzərinə çıxarılır.

Göbələk hifi

QaustoriyaBitki hüceyrəsinin

divarı

Bitki hüceyrəsi

Göbələklər üçün ümumi yaşayış yeri olan meyvə

bədənləri daxildə formalaşırlar

Kleystotesi

Peritesi

Apotesi

Göbələklər enerji almaq üçün mürəkkəb üzvi birləşmələrdən istifadə edirlər.

Böyük molekulyar kütlə hüceyrə örtüyü vasitəsilə sahibin toxumasına daxil ola bilmir.

Göbələklər yüksək molekullu polimerləri (polisaxaridlər, nuklein turşuları, zülallar və başqaları) hüceyrəyə daxil olma qabiliyyətli ayrı-ayrı monomerlərə qədər parçalayırlar.

Mikologiya

Fitopatologiya

Tibb

Texnika

Botanika

Sənaye

Mikologiya ümumi elmlər sistemində, onun fitopatologiya, tibb, texnika və başqa bioloji

elmlərlə əlaqəsi

Mikrobiologiya

Göbələklər

xlorofildən məhrumdur

saprotrof və ya parazit qidalanırlar

əhatəli orqanizm qrupudur, burada 100000 mindən çox

növ birləşmişdir

Mikologiyanın inkişaf tarixinə baxış

Yunan dilində şampinyon göbələklərin adı

“mikos” adlanır və bu haqda qədim yunan

mənbələrində bizim eraya qədər III əsrdə

Teofrastın əsərlərində xatırlanır. Elə göbələyin

latın adı “mikota” və ya “mycetes” də

başlanğıcını mikos sözündən götürmüşdür.

Rus dilində göbələk “губы” adlandırılmışdır.

“Göbələk” və ya “грибы” adı yalnız XV əsrin sonu

və ya XVI əsrin əvvəllərində meydana çıxmışdır.

Linqvistlərin mülahizələrinə görə bu söz qədim rus

sözü “гьрб”-dan götürülmüşdür. Rus torpağında

XVI və XVII əsərlərdə hər iki ad işlənmiş, XVIII

əsrin əvvəllərində meydana çıxan “грибы” sözü

rus dilinin lüğətinə daxil olmuşdur.

Bəzi mənbələrə görə Azərbaycanda da göbələklər haqqında bilgilər hələ XI əsrdən məlumdur. Adil Sadıqov (2007) yazır ki, XI

əsrdə Şamaxıda böyük alim Kafiəddin Şirvaninin yaratdığı Tibb Akademiyasında bir

sıra xəstəliklərin müalicəsində müxtəlif tərkibli dərmanlarla yanaşı, “yaşıl kif” də (penisillin)

yaraların müalicəsində tətbiq olunurdu.

Teofrastdan sonra göbələklər haqqında

xatırlamalara bir sıra qədim Roma

klassiklərində Dioskorida, Böyük Pliniy

rast gəlinir. Bu alimlər onlara məlum

olan iri göbələkləri təsvir etmiş, bəzi

xassələrini göstərmişlər.

Pliniy Böyük “Təbii tarix” əsərində göbələkləri yeyilən və yeyilməyənlərə ayırmaqla onların ilk təsnifatını verməyə cəhd etmişdir. Göbələklərin

təsnifatına belə yanaşma onu göstərir ki, Qədim Romada göbələklər artıq ərzaqlıq

məhsul kimi geniş istifadə olunurdu. Həmin dövrdə muxomor cinsindən olan Sezar göbələyi

məşhur idi.

Sezar göbələyi - Amanita caesarea

Məşhur Avstriya botaniki XVI əsrin sonu XVII əsrin əvvəllərində Kluzius 100 növdən artıq

göbələyi təsvir etmiş, həmin dövr üçün vacib olan göbələklərin şəkillərini çəkmiş və onu “Kluziusun

Kateksi” adlandırmışdır.

1729-cu ildə italyan alimi Mikeli vacib bir kəşf etdi: papaqlı göbələklərdə sporları gördü və onları

“toxum” kimi təqdim etdi, göstərdi ki, onlar bu toxumlarla çoxalırlar.

Fransız botaniki Dyutroşe papaqlı və başqa göbələklər yalnız meyvələrdir, onlar isə yerin

altında olan budaqlanan hiflərdən əmələ gəlir. Həmin hifləri biz indi mitsel adlandırırıq.

Alman botaniki X.Bokun “Otluqda” 1595-ci il kitabında göbələklərə cəmi bir fəsil ayrılmış, həmin fəsildə isə 10-a qədər papaqlı və qov

göbələklərinin təsviri verilmişdir.

Mikeli ilk dəfə göbələklərdə sporları aşkar etdikdən sonra, onları toxum adlandırdı.

Spor adı isə 1778-ci ildə alman botaniki Qedviq tərəfindən təklif olunmuşdur.

spor

Spordan hifin inkişafı

XVII əsrdə Huk və Malpigi kimi mikroskopçular mikroskop altında pas göbələklərini müşahidə etdilər.

Lakin pas göbələklərinin əmələ gəlməsini yarpağın özünün şəkildəyişməsi kimi izah etdilər.

1833-cü ildə Frans Unqerin “Bitkilərdə səpgilər” kitabında parazit mikroskopik göbələklər haqqında oxşar

nəzəriyyə inkişaf etdirilmişdir. Unqer yazırdı: “Şirənin xəstəlik vəziyyəti xəstəliyin səbəbidir, göbələk orqanizmləri

– nəticədir”.

Yalnız İsveç botaniki E.Friz (1794-1878) ilk dəfə bitkilərin xəstəlik törədicilərinin mikroskopik göbələklərə aid olduğunu

və xəstəlik bitki hüceyrəsindən başlayır fikrini təsdiq etdi.

Karl Linney 1735-ci ildə yazdığı “Təbiətin sistemi” kitabında 95 növ göbələyi təsvir etmiş, lakin təsnifləşdirə bilməmişdir. O

zaman alim yazırdı: “Göbələklərin sırasında xaos var”.

Karl Linney - İsveç təbiətşünası

(1707 – 1778)

E.Frizin 1821-1832-ci illərdə yazdığı “Mikologiyanın sistemi” adlı fundamental kitabda bir neçə min göbələk

növləri təsvir edilmişdir.

E.Friz – Niderland botaniki

(1848 – 1935)

Sürmə, pas, kartofda fitoftoroz kimi əhəmiyyətli parazit göbələklərin öyrənilməsi, eksperimental xarakterli işlərin

aparılması istiqaməti fransız botanikləri Tülyan qardaşlarına və alman alimi Anton de Bariyə məxsusdur. Anton de Bare

haqlı olaraq “Mikologiyanın atası” hesab olunur.

Anton de Bari – Alman morfoloq, mikoloq və anatomu

(1831–1888)

İtalyan alimi P.A.Sakkardo 1882-1931-ci illərdə 25 cildlik kitablarını həmin dövrdə mövcud olan 80 minə qədər

göbələyin latın dilində təsvirinə həsr etmişdir.

A.Sakkardo - İtalyan

botaniki və mikoloqu

(1845 – 1920)

Rusiyada mikologiyanın inkişafı (1838-1903) adı ilə bağlıdır. Onu haqlı olaraq rus mikologiyasının atası

adlandırırlar. Tədqiqatçının kələmdə kila, günəbaxanda pas, bir sıra tərəvəz bitkilərində ağ çürümə xəstəliklərinin törədiciləri olan göbələklər haqda verdiyi bilgilər bu gün

də aktuallığını saxlayır.

M.S.Voroninin- Rus botaniki,

mikoloqu və fitopatoloqu

(1838 - 1903)

S.Q.Navaşin bir çox göbələklərin inkişaf tsikllərini öyrənməklə mikologiya elminə müəyyən töhfələr

vermiş, bu sahədə akademikliyə qədər yüksəlmişdir.

S.Q.Navaşin – rus botaniki

(1857 - 1930)

A.A.Yaçevski 1915-ci ildən başlayaraq bütün ölkə üzrə bitki xəstəlikləri haqqında məlumatları toplayaraq «Mikologiya və

fitopatologiya üzrə materiallar» nəşr etdirməyə başladı. A.A.Yaçevski eyni zamanda bütün dünya mikoloq və

fitopatoloqları tərəfindən qəbul edilən məşhur kitabların müəllifidir: «Rusiyada dənli taxıllarda pas», «Fitopatologiya

(bitkilərin xəstəlikləri)», «Göbələklərin təyini», «Mikologiyanın əsasları» və başqaları.

A.A.Yaçevski – rus botaniki, mikoloqu

və fitopatoloqu

(1863 - 1932)

N.A.Naumovun 25 cinsə daxil olan 200-dən çox göbələk növünü təsvir etmişdir. O eyni zamanda mikoloq və fitopatoloq

kadrlarının yetişməsinə böyük diqqət verirdi: «Mikoloji və fitopatoloji tədqiqat üsulları», «Leninqrad vilayətinin göbələk florası», «Kənd təsərrüfatı bitkilərinin xəstəlikləri» kitabları

bunun üçün bir vasitə idi.

N.A.Naumov – Rus botaniki, mikoloqu və fitopatoloqu(1888 – 1959)

Amerikan mikoloqlardan

(1850-1942) bir sıra

botaniki və mikoloji

taksonların müəllifidir.

Botanik nomenklaturada

bu adlar “Artur” ilə

tamamlanır. Artur Cozef Çarlz

(1850-1942)

Bert Eduart Anqus

amerikalı mikoloq

olmaqla Şimali

Amerikanın bazidial

göbələklərini

öyrənmişdir. Bert Eduart Anqus

(1859 - 1939)

Rolf Zinger alman mənşəli

botanik alim Qərbi Avropa,

SSRİ, ABŞ, Argentina və Çilidə

işləmişdir. XX əsrin ən

görkəmli mikoloqlarındandır.

Aqar göbələklərinin sistemini

işləmiş, 2450 yeni göbələk növü

təsvir etmişdir. 9 dildə nəşr

edilən 400 əsərin müəllifidir.

Rolf Zinger

(1906 - 1994)

Şveynits Lyus Devid (1780-1834) Şimali Amerika

mikologiyasının atası adlandırılır. Alman mənşəli

mikoloqdur. Şimali Amerikada 4000 minə qədər

göbələk növünü təsvir etmişdir.

Təbiətdə və insan həyatında göbələklərin əhəmiyyəti

Torpaq göbələkləri vahid taksonomik qrup deyil, onlar ən müxtəlif ekoloji - trofik

qruplara mənsubdurlar:

saprotroflar

bitki patogenləri

mikoriza əmələ

gətirənlər yırtıcı göbələklər

Hamısının vahid yaşayış məskəni – torpaqdır

Göbələk hiflərinin miqdarı torpaqda çox zəngindir

Qarışıq meşə sahəsinin 1 qram torpağında 600 minə çatır, elə həmin miqdar torpaqda mitsel hiflərinin ümumi uzunluğu bir neçə

yüz metrlərlə ölçülür.

Bəzi meşə torpaqlarının bir hektarının 4-5 sm dərinliyində göbələk biokütləsi

50-320 kq-a çatır. Çox quru səhra qumlarında da

göbələklər qeydə alınır.

Göbələklər əksər torpaq tiplərində əsasən torpağın 5-10 sm dərinliyində toplanırlar

Torpaqda külli miqdarda üzvi maddələr toplanır, burada rütubət və havalanma da optimaldır

Torpaq göbələklərinin əksəriyyəti üçün 24-28°C temperatur optimal hesab edilir

Aspergillus, Mucor, Humicola kimi cinslərə daxil olan növlər 35-40°C-də yaşayırlar, onlara termofil

göbələklər deyilir

Torpaq göbələklərinin yayılmasında göstərilən

amillər rol oynayır:

su

günəş radiasiya

temperatur

Əgər təbiətdə göbələklər

olmasaydı, bütün yer səthi

bitki qalıqları ilə

örtülərdi.

Meşənin mərtəbələri

ağaclar

kolluqlar

kolcuqlar və otlarmamırlar və şibyələr

Meşənin adi görünüşü

Tökülən yarpaqlar,

köhnə ot qalıqları,

quru budaqlar

Meşə təbiətin məkanı kimi

Təbiətin tarazlığı

Torpaq göbələkləri üçün ən yaxşı yaşayış obyektlərindən biri

bitkinin kök üstü və ya kökətrafı zonasıdır, buna rizosfer də deyilir.

1904-cü ildə alman alimi L.Qiltner bəzi ot bitkilərinin kökətrafı

sahəsini öyrənərkən burada çoxlu miqdarda mikrobların

mövcudluğuna diqqət yetirdi, halbuki, kökdən kənar sahədə belə

mikroblar qeydə alınmırdı. Onun fikrinə görə bu təsadüfi hal

deyildir, ona görə ki, ali bitkilərin kök sistemi yüksək bioloji

fəallığı ilə fərqlənirlər. Qiltner tərəfindən mikrobların yüksək

miqdarı ilə fərqlənən və köklərə yaxın zona rizosfer adlandırıldı.

Mikoriza adlı bu kəşf Avstriya alimi S.Reyssekə

məxsusdur. Alim bu kəşfi 1847-ci ildə etmişdir. O hətta

köklərdən göbələk mitselini ayırmağa və onu

becərməyə cəhdlər etmişdir. Həmin dövrdə

tədqiqatçıların əksəriyyəti hesab edirdilər ki, göbələk

bitki köklərində parazitlik edir.

Birgə təkamülün gedişində göbələklər və ağaclar mürəkkəb qarşılıqlı münasibətlər qurmuşlar, bu

zaman hər iki orqanizm qarşılıqlı fayda alır

Mikoriza

Mikoriza

Göbələkləri meşənin düşməni

və sanitarı hesab edirlər

Mikroskopik və

makroskopik göbələklər

müxtəlif ağac, kol,

yabanı bitən ot və

becərilən bitkilərdə

xəstəliklər törədirlər

Nəticədə bitkilərdə

maddələr mübadiləsi

pozulur, məhsuldarlıq

aşağı düşür, bəzən

xəstəlik bitkinin məhvi

ilə sonuclanır

Zərərvermə xarakterinə görə göbələkləri müxtəlif qruplara bölürlər:

Keçmiş SSRİ-də ağac dağıdan 852 növ göbələk - makromisetlər qeydə alınmışdır. Bütün bunlarla yanaşı göbələklər həm də meşənin sanitarıdırlar.

I qrupa daxil olan göbələklər destruktiv

çürümə törədir, sellülozanı dağıdır,

oduncağın rəngi dəyişir, qonur çürümə

baş verir

II qrupa daxil olan göbələklər korroziyalı

çürüməyə səbəb olmaqla liqnin

maddəsini parçalayırlar

İynəyarpaqlı ağac

cinslərinin oduncağının parçalanması

prosesində iştirak edən göbələklər cinsləri

Enliyarpaqlı ağac

cinslərinin oduncağının parçalanması

prosesində iştirak edən

göbələk cinsləri

Fomitopsis

Gleofillum

Korpollelus

Stereum

Kornollelus

Kornolus

Fomes

Piptoporus

Yeməli göbələyin

Avropada 500 növü

Keçmiş İttifaqda 300-ə qədər növü

Rusiya, Ukrayna, Belarusda hər il cəmi 10-15 göbələk növü

Azərbaycanda isə 4-5 növü istifadə edilir

Göbələk tərkibinin 84-94%-ni su

Azotlu maddələr göbələyin quru kütləsinin 15-60%-dir. Onların isə 70%-i zülallardır.

Zülal maddələri şampinyonlarda 44%

Ağ göbələkdə 43,69%

Sancada 31,42%

Tozanaqlarda 32, 06%-dir. Tozanaqlarda 32,06%-dir

Ağ göbələkdə isə 22 amin turşusu olduğu aşkar edilmişdir.

Adi şampinyonda 18

İnsanların göbələyə olan tələbatının 75-80%-i şampinyon göbələklər

hesabına ödənilir.

Dünyanın 70-dən çox ölkəsində şamoinyon - Agaricus bisporus becərilir.

Təxminən istixananın 1 m²-dən 15 kq-a qədər göbələk toplanır.

Şampinyonların əsas istehsalçısı ABŞ-dır, dünya şampinyon istehsalının 25%-i onun üzərinə düşür.

İkinci yerdə Fransa gəlir, burada hər il 200 min tondan çox məhsul istehsal edilir.

Böyük Britaniya, Niderland, Polşa, Cənubi Koreya, Tailand və s. iri istehsalçılar sırasındadır.

Son illər şampinyon istehsalı Azərbaycanda da dinamik inkişaf edir.

Özünü yoxlama üçün mövzuya aid test sualları

a) yunan sözü olub, qıjı deməkdirb) yunan sözü olub, şibyə deməkdirc) yunan sözü olub, mykes, göbələk və loqos- elm, təlim deməkdird) latın sözü olub, mykes- mamır, loqos- elm deməkdire) latın sözü olub, ev göbələyi deməkdir

1.Mikologiya nə sözüdür və nə deməkdir ?

a) zoologiya

b) biologiya

c) botanika

d) fitopatologiya

e) alkologiya

2.Mikologiya hansı elmin bir bölməsi hesab edilir ?

a) göbələklərin su və ətraf mühit amillərinə təsirini öyrənirb) göbələklərin təbiətdə rolunu aydınlaşdırırc) göbələklərin insan həyatında rolunu aydınlaşdırırd) göbələklərinyalnız morfologiya və fiziologiyasını öyrənire) göbələklərin morfologiya, sistematika, biologiya, fiziologiya, biokimya, ekologiya, coğrafiya və filogenezini öyrənir

3.Mikologiyanın əsas vəzifələri?

a) artıq1 mln. yaxın

b) 5000

c) 100000 mindən

d) 1,5 mln.

e) 250000

4.Ədəbiyyat mənbələrinə görə təbiətdə

göbələklərin sayı?

a) 80000

b) yoxdur

c) 5000

d) 100-150

e) 100000

5.Təbiətdə nə qədər fitopatogen göbələklərə rast gəlinir?

a) şirin su hövzələrində

b) yalnız torpaqda və suda

c) yalnız məhv olmuş bitki qalıqlarında

d) torpaqda və suda, məhv olmuş bitki və heyvan

qalıqlarında, canlı orqanizmlərdə

e) canlı orqanizmlərdə

6.Göbələklər harada yaşayır?

a) bitkilər aləminin birincisi

b) təbiətin sirri

c) əjdahanın ixtirası

d) meşələrin vüqarı

e) təbiətin qoruyucusu

7.XVIII əsrdə yaşayan fransız botaniki P.Veyan göbələkləri necə adlandırmışdır?

a) avtotrof

b) biotrof

c) hemibiotrof

d) osmotrof

e) nekrotrof

8.Göbələklər heyvanlardan fərqli olaraq necə qidalanırlar?

a) hemmlər ilə

b) qaustoriyalar ilə

c) bütün bədən səthi ilə

d) xlamidosporlarla

e) qidalana bilmir

9.Göbələklər qida maddələrini necə əldə edirlər?

a) xlorüzvi birləşmələrdən

b) sadə üzvi maddələrdən

c) mürəkkəb üzvi birləşmələrdən

d) fosforüzvi birləşmələrdən

e) günəşdən

10.Göbələklər enerjini necə əldə edirlər?

a) hidrolaza və ya depolimereza

b) anilaza

c) hidrolaza və ya amilaza

d) pektin maddəsi

e) nişasta və qlükoza

11.Göbələklərin mürəkkəb üzvi birləşmələri parçaladıqları fermentlər

necə adlanır?

a) 50 mindən artıq

b) 300-400

c) 4 mindən artıq

d) 10 minə qədər

e) 100-ə qədər

12.Tədqiqatçı A.Sadıqovun fikrinə görə Azərbaycanda nə qədər göbələk növü

aşkar edilmişdir?

a) yoxdur

b) 100-ə qədər

c) 130-dan çox

d) 5-6 növ

e) yüzlərlə

13.Ölkəmizdə nə qədər yeməli göbələk növü yayılmışdır?

a) heyvanların xəstəlik törədicisi

b) bitkilərin xəstəlik törədicisi

c) şirin sularda yaşayan mikroorqanizmlərin

törədicisi

d) yabanı bitkilərin xəstəlik törədicisi

e) torpaqda yaşayan canlıların xəstəlik

törədicisi

14.Fitopatogen göbələk dedikdə nə başa düşülür?

a) mikota

b) mycetes

c) mikobiota

d) mikos

e) mycelium

15.Yunan dilində şampinyon göbələklərin adı necədir?

a) qubka

b) qribı

c) qubı

d) qribos

e) qrb

16.Qədim zamanlarda göbələk sözü rus dilində necə adlandırılmışdır?

a) XVI əsrin ortalarında

b) XV əsrdə

c) XVIII əsrin əvvəllərində

d) XVII əsrin əvvəllərində

e) XIX əsrdə

17.Qribı sözü neçənci əsrdə rus dilinin lüğətinə daxil edilmişdir?

a) Anton de Bari

b) Böyük Pliniy

c) Teofrast

d) Şarl Tülyan

e) K.V.Popkova

18.Göbələklər haqqında ilk xatırlamalara kimin yazılarında

rast gəlinir?

a) Teofrast, Dioskorida və Böyük Pliniy

b) Teofrast, A. De Bari, Böyük Pliniy

c) Dioskorida, Teofrast, Mikeli

d) Mikeli, Bok, Teofrast

e) Qedviq, Mikeli, Darvin

19.Göbələklərdən ilk bəhs edən üçlüyü göstərin?

a) 5 növdən artıq

b) 10 növ

c) 100 növdən artıq

d) 150 növ

e) 200-dən artıq növ

20.Məşhur Avstriya botaniki Kluzius XVI əsrin sonu, XVII əsrin əvvəllərində neçə göbələk

növünü təsvir etmişdir?

a) Alman botaniki Qedviq, 1778-ci il

b) Alman botaniki X.Bok, 1595-ci il

c) İtalyan alimi Mikeli, 1729- cu il

d) Avstriya botaniki Kluzius, 1752-ci il

e) Alman mikoloqu A. De Bari, 1861-ci il

21.Kim və neçənci ildə papaqlı göbələklərdə sporları görərək onları

toxum adlandırmışdır?

a) Təbiətin harmoniyası

b) Təbiətin dostu

c) Həyəcan təbili

d) Təbiətin sistemi

e) Anomal təbiət

22.95 növ göbələyin təsvir olunduğu K.Linney kitabı necə adlanır?

a) Praktiki mikologiya

b) Mikologiya

c) Torpaq mikologiyası

d) Mikologiyanın sistemi

e) Mikologiyanın əsasları

23.1821-1832-ci illərdə E.Friz göbələklərlə bağlı hansı kitabı yazmışdır?

a) K.Linney və E.Friz

b) K.Linney

c) X.Persoon və E.Friz

d) X.Persoon və K.Linney

e) A. De Bari və E.Friz

24.XIX əsrin əvvəllərində göbələklərin təsnifləşdirilməsi kimi işi

hansı alimlər yerinə yetirmişlər?

a) K.Linney

b) E.Tülyan

c) A. De Bari

d) E.Friz

e) Mikeli

25.Kİm “mikologiyanın atası” adını almışdır?

a) italyan alimi Mikeli

b) rus alimi A.A.Yaçevski

c) alman botaniki A. de Bari

d) italyan alimi P.A.Sakkardo

e) fransız alimi Ş.Tülyan

26. 80 min göbələyi latın dilində XIX əsrin sonu, XX əsrin 30-cu illərində kim

təsvir etmişdir?

a) 30000 növə qədər

b) 5000-dən çox

c) 25000 növ

d) 100-dən artıq

e) 27000 növ

27.Müasir təsəvvürlərə görə neçə növ torpaq göbələkləri məlumdur?

a) Alman alimi L.Qiltmer, 1904-cü il

b) Alman alimi A.Ftank, 1885-ci il

c) Avstriya alimi S.Reyssek, 1847-ci il

d) Rus alimi T.Mircink, 1988-cü il

e) Amerikan alimi Bert Anqus, 1939-cu il

28.Mikoriza halı kim tərəfindən və neçənci ildə müəyyən edilmişdir?

a) 952 növ

b) 100 növ

c) 852 növ

d) 556 növ

e) qeydə alınmamışdır

29.Keçmiş SSRİ-də meşəni dağıdan neçə növ göbələk- makromisetlər

qeydə alınmışdır?

top related