i bölmə: bitkilərin ümumi patologiyası mövzu 4. bitki xəstəlikləri və onlara qarşı

Post on 16-Feb-2016

117 Views

Category:

Documents

6 Downloads

Preview:

Click to see full reader

DESCRIPTION

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. Aqronomluq ixtisası üzrə II kurs tələbələri üçün “Fitopatologiya” kursu. I Bölmə: Bitkilərin ümumi patologiyası Mövzu 4. Bitki xəstəlikləri və onlara qarşı mübarizə üsulları. Kənd təsərrüfatı elmləri doktoru, - PowerPoint PPT Presentation

TRANSCRIPT

I Bölmə: Bitkilərin ümumi patologiyasıMövzu 4. Bitki xəstəlikləri və onlara qarşı

mübarizə üsulları

Kənd təsərrüfatı elmləri doktoru, professor əvəzi İbrahim Cəfərov

AZƏRBAYCAN DÖVLƏT

AQRAR UNİVERSİTETİAqronomluq ixtisası üzrə II kurs tələbələri üçün

“Fitopatologiya” kursu

P L A N:

4.1 Aqrotexniki mübarizə üsulu

4.2 Bioloji mübarizə üsulu

4.3 Kimyəvi mübarizə üsulu

4.4 Fiziki-mexaniki mübarizə üsulu

4.5 Seleksiya- toxumçuluq üsulu

4.6 Bitki karantini

4.7 İnteqrir mübarizə üsulu, onun mahiyyəti və

məqsədləri

Ədəbiyyat

1.Cəfərov İ.H. Fitoterapiya. Bakı: «Elm», 2002, 231 c.2.Cəfərov İ.H. Ümumi fitopatologiya. Bakı: «Elm», 2007, 388 s.3.Cəfərov İ.H. Fitopatologiya (fənnin öyrənilməsinə dair metodik vəsait).

Bakı: «Elm», 2008, 181 s.4.Cəmil Hacıyev, Məşədi Hüseynov Əkinçilik. Bakı: 2008, 354 s.5.Rəhimov Ü.A. Kənd təsərrüfatı bitkilərinin xəstəlikləri. Bakı: «Maarif»,

1988, 160 s. 6.M.Timur Döken, Erkol Demirçi, Hüseyn Zengin Fitopatoloji. Erzurum:

2010, 256 s.7.Попкова К.В.Общая фитопатология. М.:«Агропромиздат», 1989, 398с. 8.Защита растений в устойчивых системах землепользования / Под

об-щей ред. док. с.х. наук Д.Шпаара, книга 1, Торжок ООО «Вариант», 2003, 391 с.

9.Семенкова И.Г., Соколова Э.С. Фитопатология. М.: Изд. Академия, 2003, 496 с.

10. Чикин Ю.А. Общая фитопатология (часть 1). Учебное пособие - Томск: ТГУ, 2001, 170 с.

www. google.ruwww.dic.academic.ru

4.1 Aqrotexniki mübarizə üsulu

Bitki mühafizəsi – iqtisadi və ekoloji təsdiq edilmiş yollarla tarlada məhsuldarlığın, eləcə də istehsal edilən məhsulun saxlanması zama-nı keyfiyyətin aşağı düşməsinin tam və ya qis-mən qarşısını ala bilən elmi əsaslandırılmış tədbirlərin məcmusudur.

Fitosanitar tədbirlər

Səpin müddəti və yığım

Suvarma Torpağın becərilmə

sxemi

Gübrələmə

Növbəli əkin

Sağlam toxum və əkin

materialı

AQROTEXNİKİ MÜBARİZƏ

Xəstəliklər

Planlaşdırma Torpağın işlənməsi,

səpinQulluq

Becərmə

üçün yerin seçilm

əsi

Növbəli əkin

Sort seçim

i

Torpağın

işlənməsi

Səpin

Alaqlarla mübarizə

Azotla və

maye peyinlə gübrələ

Bitki qalıqlar

ının məhv

edilməsi

1 2 3 4 5 6 7 8 9

Qar kiflənməsi

Tifulyoz

Serkosporellez

Ofiobolez

Dənlilərin xəstəliklərinə kompleks təşkilati və aqrotexniki profilaktiki tədbirlərin təsiri

1 2 3 4 5 6 7 8 9

Fuzarioz və digər kök

çürümələri

Sarı pas

Qonur və cırtdan pası

Buğdanın sarı ləkəliyi

Unlu şeh

Yarpaq və sünbüllərin

septoriozu

Sünbüllərin fuzariozu

Rinxosporioz

Torlu ləkəlik

Qeyd: güclü təsir; zəif təsir

Qeyd: Защита растений в устойчивых системах землепользования / Под общей ред. док. с.х. наук Д.Шпаара, книга 1, Торжок ООО «Вариант», 2003, 391 с.

Üzvü gübrələmə

Suda həll olan gübrələr və biostimulyatorlar

Təyyarə çiləmələri

Monokalium fosfat

Dərmanlanmış toxumlar

Torpağın ardıcıl becərilməsi

Dördtarlalı növbəli əkində herik birinci yerdə durur.

Tərəvəz bitkiləri sahəsində növbəli əkin

Tərəvəz bitkiləri sahəsində növbəli əkin

1.Payızlıqlar + siderat üçün birillik yem bitkiləri

2.Erkən yetişən kartof + turp

3.Soğan, sarımsaq + turpca

4.Xiyar + kahı

5.Göy-göyərtilər (keşniş, şüyüd, nanə, cəfəri)

6.Kələm (bütün növlər)

7.Pomidor

8.Mətbəxt kökümeyvələri (yerkökü, çuğundur, ağ turp)

Tərəvəz bitkiləri üçün nümunəvi növbəli əkin sxemi

Qara herik

Qara herikdən sonra qarpız əkini

Sağlam əkin materialı

Sağlam əkin materialı

Sağlam əkin materialı

Sağlam əkin materialı

Məhsul toplanışı

Məhsul toplanışı

Pomidor toplanışı

Pomidor toplanışı

Qarpız sahəsi

Xəstəlik törədicilərinin

məhv edilməsində antaqonistlərdən

istifadə

Torpaqda mikrob-antaqonistlərin

toplanması üçün əlverişli şəraitin

yaradılması

Antaqonist kulturaların tətbiqi

Antibiotiklərin tətbiqi

4.2 Bioloji mübarizə üsulu

Bağın zəhərsiz mühafizəsi

Ladybirds – yeddi nöqtəli parabüzən böcəyi

Chrysgidae – Qızılgöz bğcəyi

Earwig – Adi qulaqbükən

Heteropthera - Bağacıq

Dragonfly - Strekoza

Pestisidlər

Qeyri-üzvi mənşəlilər

Bitki, bakteriya, göbələk mənşəlilər Üzvi mənşəlilər

Mis kuporosu Trixodermin Xlorüzvi birləşmələr

Dəmir kuporosu Trixotetsin Fosforüzvi

birləşmələr

Misxloroksidi Fitobakterio-mitsin

Sintetik piretroidlər

Karbamin, tio və ditiokarbamin turşusu

4.3 Kimyəvi mübarizə üsulu

Mis kuporosu

Üzvi mənşəli fungisidlər

Üzvi mənşəli fungisidlər

Üzvi mənşəli fungisidlər

Tətbiq olunma obyektinə görə

pestisidlərin bölünməsi

İnsektisid

Ovisidlər

Larvisidlər

Akarasidlər

Afisidlər

NematasidlərFungisidlər

Herbisidlər

Arbarosidlər

Vermisidlər

Bakterisidlər

Şərqi Avropa 4%

Afrika 2%

Şimali Amerika

29%

Qərbi Avropa

25%

Yaponiya 10%

Asiya 13%Latın

Amerikası 17%

Regionlar üzrə bitkiləri kimyəvi mühafizə vasitələrinin dünya bazarı

Dünya üzrə bitki mühafizə vasitələrinin istehsalı

İllər üzrə mlrd. ABŞ dolları hesabı ilə

1960 1,7

1970 2,4

1980 14,6

1993 22,9

1996 31,3

2000 32,0

2005 27,0

2008 30,7

Ölkələr Ekoloji əkinçiliyin payı , %Avstriya 11,3İtaliya 7,9Finlandiya 6,6Danimarka 6,5İsveçrə 6,3Böyük Britaniya 4,0Almaniya 3,7Hollandiya 1,9Portuqaliya 1,8İspaniya 1,7Belçika 1,6Fransa 1,4Lüksemburq 0,8Yunanıstan 0,6

Avropa İttifaqı ölkələrində kənd təsərrüfatına yararlı torpaqlarda ekoloji əkinçiliyin payı (yanvar, 2002-ci il), %

Deutscher Bauernverband (Hrsg.). Situationsbericht 2003. Trends und Fakten zur Landwirtschaft. Bonn, 2002, 272 s.

Dünyanın regionları Ekoloji əkinçiliyin payı , %Asiya 0,5Afrika 0,4Cənubi Amerika 27,7Şimali Amerika 7,7Avropa 24,8Okeaniya 44,9

Dünya regionlarının yararlı torpaqlarında ekoloji əkinçiliyin payı, 2001-ci il

FİZİKİ-MEXANİKİ MÜBARİZƏ ÜSULU

Səpin və əkin materialının termiki

zərərləşdirilməsi

Torpağın qızdırılması

Dənin qurudulması

4.4 Fiziki-mexaniki mübarizə üsulu

Buğda və arpa toxumlarının toz sürmədən qorunmasında termiki zərərsizləşdirilmənin variantları

Variant Əlavə işləmə Termiki işləmə Sonrakı işləmə

İsti su ilə zərərsizləşdirmə

İslatma (20ºC, 48 saat)

45ºC (2-3 saat)

Nazik qat sərmək, tez-tez qarışdırmaq

Qaynar su ilə zərərsizləşdirmə

Suda isitmək (54ºC, 1-2 dəqiqə)

51-52ºC (10 dəqiqə)

Tez soyutmaq, qurutmaq

Qaynar su ilə islatmaqla zərərsizləşdirmək

Toxumun kütləsinin 5-6%-i qədər su ilə islatmaq (56-58ºC-yə qədər qızdırmaq)

56-58ºC 1 saat

45ºC 30 dəqiqə qurutmaq

4.5 Seleksiya toxumçuluq üsuluBitkilərin xəstəliklərdən qorunmasında ən səmərəli mühafizə

üsullarından biri də seleksiya- toxumçuluqdur. Digər üsullarla müqayisədə bu müasirdir və günümüzün tələbləri əsasında yara-dılmışdır. Bütün dünyada vüsət alan ekoloji təmiz məhsul prob-leminin həllində kimyəvi dərmanların tətbiqinə əsaslanmayan seleksiya işlərinin, davamlı sortların yaradılmasının və toxum-çuluğun inkişaf etdirilməsinin mühüm əhəmiyyəti vardır. Təsa-düfi deyildir ki, ölkəmizdə torpaq islahatları aparılarkən toxum-çuluq təsərrüfatlarına toxunulmamış, əksinə həmin təsərrüfatların maddi texniki bazasının möhkəmləndirilməsi üçün dövlət səviy-yəsində işlər görülmüşdür və görülməkdədir.

4.6 Bitki karantini

Ölkəmiz üçün xarici karantin obyektləri hesab edilən bitki xəstəlikləri aşağıdakılardır:

1.Buğdada hind sürməsi (Neovossia indica Mundcur);2.Buğdada sarı (selikli) bakterioz (Corynebacterium tritici (Hutch.) Burkh.);3.Qarğıdalıda bakterioz soluxma (Bacterium stewarti (Smith.) Bergey);4.Qarğıdalıda cənub helminthosporiozu (Cochliobolus heterostrophus Drechsl.);5.Pambıqda antraknoz (Glomerella gossypii Edg.);6.Kartofda xərçəng (Syhchytrium endobioticum (Schibb.) Pers.);7.Meyvə ağaclarında yanıq (Erwinia amylovora (Burill.) Com. S.A.B.);8.Sitruslarda xərçəng (Xanthomonas citri (Hasse.) Dowson);9.Sünbülçiçəyi bitkisində sarılıq, qərənfildə bakterial (vilt) soluxma

(Pseudomonas caryophylli Starr. and Burkholder);10.Payızgülüdə askoxitoz (Didymella chrysanthemi (Tossi) Gar. et Gull.);11.Payızgülündə ağ pas (Puccinia horiana Henn.).

Buğdada hind sürməsi - Neovossia indica Mundcur

Buğdada sarı (selikli) bakterioz - Corynebacterium tritici (Hutch.) Burkh.

Qarğıdalıda bakterioz soluxma -Bacterium stewarti (Smith.) Bergey.

Qarğıdalıda cənub helminthosporiozu - Cochliobolus heterostrophus Drechsl.

Pambıqda antraknoz - Glomerella gossypii Edg.

Kartofda xərçəng - Syhchytrium endobioticum (Schibb.) Pers.

Meyvə ağaclarında yanıq - Erwinia amylovora (Burill.) Com. S.A.B.

Sitruslarda xərçəng - Xanthomonas citri (Hasse.) Dowson.

Payızgülündə ağ pas - Puccinia horiana Henn.

İllər Dənlilər Tərəvəz və meyvələr Soya Kartof

1961 79467 24019 4173 2764

1970 114424 37238 12627 3780

1980 223191 55934 26877 4923

1990 226235 84044 25877 6986

2000 272592 116560 47383 76411961-ci ilə nisbətən 2000-ci ildə, %-lə 343 485 1135 276

Sonuncu 40 ildə kənd təsərrüfat məhsullarının dünya eksportunun inkişafı, min tonla

(FAOSTAT Database Results)

Ölkələr İllər

1980 1993 2000 Fransa 30,1 60,1 75,6 ABŞ 22,5 45,8 50,3 İspaniya 23,4 40,1 47,9 İtaliya 22,1 26,4 41,2 Çin 3,5 19,0 31,2 Böyük Britaniya 12,4 19,5 25,2 Rusiya - 5,9 21,2 Meksika 12,0 16,5 20,6 Kanada 12,9 15,1 19,7 Almaniya 11,1 14,4 19,0 Avstriya 13,9 18,3 18,0 Polşa 5,7 17,0 17,4

Dünyanın müxtəlif ölkələrinə gələn turistlərin sayı, mln.

Qeyd: Защита растений в устойчивых системах землепользования / Под общей ред. док. с.х. наук Д.Шпаара, книга 1, Торжок ООО «Вариант», 2003, 391 с.

Zərərli orqanizmlər Hansı ölkədən gətirilmişdir

Gətirilmə illəri

Kartofun fitoftorozu (Phytophthora infestans) Cənubi Amerika, ABŞ 1842

Qarğıdalının qovuqlu sürməsi (Ustilago zeae) ABŞ 19-cu əsrin ortaları

Qarğıdalı kəpənəyi (Ostrinia nubilalis) Şimali Amerika 1908Mayotunda yalançı unlu şeh (Pseudoperonospora humuli) Yaponiya,

ABŞ 1920

Kolorado böcəyi (Leptinytarsa decemlineata) ABŞ 1922Günəbaxanın yalançı unlu şehi (Plasmopora halstedii) ABŞ 1940Tütünün yalançı unlu şehi və ya peronosporozu (Peronospora tabacina)

Amerika, Avstraliya 1959

Qarğıdalıda cənub helminthosporiozu, ras T (Cochliobolus heterostrophus, ras T) ABŞ 1970

Diabrotikin qarğıdalı böcəyi (Diabrotica virgifeta virgifera) ABŞ 1992

Lyupinin antraknozu (Colletotrichum lupini com. nov.) Cənubi Amerika 90-cı illərin əvvəli

Zərərli patogen və zərərvericilərin Avropaya daşınma nümunələri

4.7 İnteqrir mübarizə üsulu, onun mahiyyəti və məqsədləri

İnteqrir bitki mühafizəsi (inteqrated plant protection) anlayışı kimyəvi mü-barizə üsulunun birtərəfli qaydada genişlənməsinə ilk cavab reaksiyasının ifa-dəsi kimi keçən əsrin 50-ci illərində baş vermişdir. Onun baş verməsi zamanı diqqət mərkəzində istehsalçıların sağlamlığı və ya ətraf mühitin mühafizəsi dayanmırdı. Bu gün biz belə hesab edirik ki, təbiətdə qarşılıqlı bioloji əlaqə-lərin kifayət qədər hesabatının aparılmaması kimyəvi mühafizə vasitələrinin tətbiqini müvəffəqiyyətli edə bilməz. 1959-cu ildə ABŞ-da kimyəvi və bioloji tədbirlərin (inteqrated control concept) inteqrasiyası barədə ilk məqalə dərc edildi.

1959-cu ildə zərərli heyvanlar və bitkilərlə beynəlxalq bioloji mübarizə təşkilatı (İnternational organization for Biological Control of Noxious Animals and Plants) inteqrir bitki mühafizəsi üzrə ilk beynəlxalq işçi qrupunu holland alimi de Fluiterin rəhbərliyi altında yaratdı. Təsadüfi deyildir ki, inteqrir mühafizə üzrə ilk işlər meyvəçilik sahəsində aparıldı, belə ki, kimyəvi müba-rizə zamanı ilkin problemlər, yəni zərərli və faydalı orqanizmlərin formasının dəyişməsi, insektisidlərə qarşı rezistenflik məhz burada yaranmışdır.

“İnteqrir bitki mühafizəsi” anlayışı elə əvvəldən müxtəlif mənalarda işlənsə də onu iki qaydada başa salmağa çalışırdılar:

1.Bütöv, ekoloji oriyentasiyalı, keyfiyyətcə yeni bitki mühafizəsi; 2.Zərərli orqanizmlərlə mübarizədə kimyəvi və qeyri kimyəvi metodların

sadə kombinasiyası. Müvafiq olaraq ekoloji qarışlıqlı əlaqələr müxtəlif cür hesablanırdı. Müxtəlif nüanslar “inteqrir bitki mühafizəsi” anlayışından seçilirdi: “İnteqrir mübarizə” (inteqrated control–İC; zərərvericilərin inteqrir menecmenti (inteqrated pest management - İPM).

İBM-nin ilk definitsiyası FAO-nun işçi qrupu tərəfindən 1964-cü ildə belə formalaşmışdır: “iqtisadi , ekoloji və toksikoloji yol verilən üsulların çoxşəkilli sistemi olub, zərərli orqanizmlərin sayını iqtisadi zərərlilik həddindən aşağı saxlamağa imkan verir, əsasında və ilk planda düşüncəli surətdə təbii məhdud-laşdırıcı amillərin istifadəsi və nizamlama mexanizmləri durur”

Rusiyada keçən 70-ci əsrin illərində “inteqrir bitki mühafizəsi” bioloji, aqrotexniki, kimyəvi, fiziki və bitki mühafizəsində tətbiq edilən digər metod-ların optimal kombinasiyası kimi qəbul edilir və bununla da konkret ekoloji-coğrafi zonada müəyyən bitkidə zərərli növlərin sayının nizamlanması ilə həyata keçirilir. İnteqrir mübarizə üsuluna Azərbaycanda da yanaşma təxminən yuxarıdakı kimidir.

İnteqrir mübarizəsi AFR-da qəbul olunan “Bitki mühafizəsi haqqında” qanununda aşağıdakı şəkildə əksini tapmışdır: “Davamlı sortların becə-rilməsi və bitkiçilik texnologiyalarının istifadəsi bioloji və biotexnoloji tədbirlərin tətbiqinin üstünlüyü və kombinasiyası ilə həyata keçirilir, kimyəvi mühafizə vasitələrinin istifadəsi imkan daxilində aşağı salınır ”.

1991-ci ildə Avropa İttifaqının definitsiyasında inteqrir bitki müha-fizəsinin tərifi belə səslənir: bioloji, biotexnoloji, kimyəvi, fiziki, aqrotex-niki və seleksiya xarakterli tədbirlərin tətbiqi ona yönəldilir ki, zərərli orqanizmlərlə yoluxma aşağı olsun ki, təsərrüfata ziyan dəyməsin və bu za-man kimyəvi vasitələrin istifadəsi ən sonuncu həddə qədər məhdudlaşsın.

İngilis dilli ədəbiyyatda İBM-nin 70 müxtəlif variantı səsləndirilir və təriflərin hamısı identik deyildir, lakin bütün hallarda, İBM sistemli yanaşma kimi başa düşülür və onun daim inkişafda olması bildirilir. 1992-ci ildə Rio de Joneyrada BMT-nin ətraf mühit və inkişaf üzrə keçirilən konfransında elan edilmişdir ki, inteqrir bitki mühafizəsi ümumi bitki mühafizəsinin sonrakı inkişafını istiqamətləndirən ümumdünya xəttidir.

İBM-nin bütün definitsiyaları özündə 3 əsas yekunu birləşdirir və onun

məqamlarını xarakterizə edir:

· inteqrir bitki mühafizəsi razılaşdırılmış kompleks yanaşma olub, bitkilərin

becərilməsi zamanı davamlılıq hesabatının xüsusi diqqətdə saxlanması;

· təbii nizamlama mexanizminə kömək edən ekoloji tələblərin və hərəkətlərin

yerinə yetirilməsi;

· bütün profilaktiki tədbirlərin yerinə yetirilməsi zamanı bitkilərin kimyəvi

mühafizə vasitələrinin tətbiqi məqsədyönlü və iqtisadi səmərəli olması.

İBM kimyəvi mühafizə vasitələrinin tətbiqini inkar etmir, lakin həmin tətbiqi

tələb olunan minimuma qədər məhdudlaşdırır. İBM–nin mahiyyəti yeni sistem

yanaşmadır. Hələlik demək olmaz ki, praktikada İBM tamamilə realizə edilmişdir.

BİTKİÇİLİK

Profilaktik tədbirlər

Təbii nizamlamaya yardım

Kimyəvi mübarizə tədbirləriBioloji mübarizə

tədbirləri

Müxaniki və fiziki mübarizə tədbirləri

Tələb olunan

minimum

ƏTRAF BİTKİÇİLİK MÜHİT

İnteqrir bitki mühafizəsinin qolları

İBM – nin əsas yeri və prinsipləri

1.İBM sistem xarakter daşıyır və kompleks yanaşma tələb edir.

2.İBM iqtisadi və sosial aspektlərin tarazlığı nəzərə alınmaqla ekoloji

tələbləri özündə birləşdirir. Bu zaman ekoloji təhlükəsizlik və davamlı

inkişaf çərçivəsində təsir təmin edilməlidir.

3.İBM konseptində profilaktiki mübarizə tədbirləri düzünə və terapevtik

tədbirlərdən üstünlük təşkil edir.

4.İBM bütün qərarların qəbulu zamanı dərin elmi əsaslandırma tələb edir.

5.İBM elmi əsaslandırılmış sistem kimi texniki tərəqqi və yeni elmi

dəyərlərdən istifadə edir, habelə yeni informasiyanın realizə edilməsi və

təqdimatına yüksək tələbkarlıq nümayiş etdirir.

İnteqrir bitki mühafizəsinin elementləri

İBM-nin elementləri bitki mühafizəsi üzrə görülən bütün təd-

birlərdir; abiotik və biotik stress amillərindən dəyən zərər və itkilər,

alaq otları, zərərvericilər və xəstəliklərlə mübarizədə düzünə itkilər.

İBM-nin profilaktiki tədbirlərinə aşağıdakı elementlər

aiddir:

· zərərli orqanizmlərin gətirilməsinin və yayılmasının qarşısının

alınması (daxili və xarici karantin);

· aqrosenozalarda, landşaftlarda faydalı həşəratların çoxalması və

inkişafını özünizamlayan mexanizmlərin gücləndirilməsi

(növbəli əkin, aralıq bitkilər, torpağın becərilməsi);

· becərilmə yerlərində mədəni bitki növlərinin torpaq iqlim şəraitinə olan tələbatına əməl edilməsi;· növbəli əkinə və aralıq bitkilərin becərilməsinə əməl edilməsi;· torpağın əsas və əkinqabağı işlənməsi, bu zaman torpaq- iqlim şəraiti, onun zərərli orqanizmlərə təsiri;· balanslaşdırılmış mineral gübrələrin verilməsi;· xəstəliklərə, zərərvericilərə və başqa stress amillərinə qarşı, yalnız həmin regionda becərilən yararlı sortların seçilməsi, sağlam səpin və əkin materialından istifadə edilməsi;· optimal əkin müddəti, səpin norması, basdırılma dərinliyi, bitkilərin tarlada optimal yerləşdirilməsi;· ümumi fitogigiyenanın bütün tələblərinə əməl edilməsi.

İnteqrir bitki mühafizəsinin düzünə tədbirlərinə aşağıda-kılar aiddir:

· bioloji mübarizə tədbirləri: yırtıcı və parazitoidlərin gətirilməsi,

yırtıcı və parazitoidlərin kütləvi çoxalması və yayılması, virus,

bakteriya və göbələk mənşəli preparatların tətbiqi, özünü məhv

etmə üsulu və başqaları;· mexaniki və fiziki mübarizə tədbirləri: mexaniki, texniki,

elektromaqnit şüaları ilə işləmələri;· kimyəvi mübarizə tədbirləri;· əkin və materiallarının kimyəvi dərmanlanması;· bioloji fəal maddələrin tətbiqi: böyümə maddələri,

atraktantlar, repellentlər, feromonlarBütün adları çəkilən İBM elementləri texnoloji reqlamentlərə

uyğun olaraq dəqiq yerinə yetirilməlidir.

Gavalı meyvəyeyəni üçün feremon tələsi

Feremon tələ

Feremon tələ

Feremon tələ

Feremon tələ

Milçəklər üçün yapışqan

Kəpənəklər üçün feremon tələ

1. Kənd təsərrüfatı bitkilərinin xəstəlikləri ilə mübarizədə hansı üsulları tanıyırsınız ?

a) mikrobioloji, aqrotexniki, fizioloji, biokimyəvib) bioloji, fitonsid, fitosanitar, kimyəvi, toxumçuluqc) növbəli əkin, düzgün səpin, mikrobioloji, fizioloji, seleksiyad) karantin, kimyəvi, makrobioloji, mikrobioloji, fizikie) aqrotexniki, bioloji, kimyəvi, fiziki-mexaniki, bitki karantini, seleksiya -toxumçuluq

Özünü yoxlama üçün mövzuya aid test sualları

2. Aqrotexniki mübarizə üsuluna daxil olan tədbirlər kompleksini sıralayın ?

a) torpağın becərilməsi, gübrələmə, növbəli əkin, sağlam toxum və əkin materialı, səpin müddəti və yığım, fitosanitar tədbirlər, suvarma

b) toxumların pestisidlərlə dərmanlanması, cərgələrlə suvarma, meyvə və giləmeyvələrin mexaniki üsulla toplanması

c) kimyəvi çiləmələr, toxumların qamma şüaları ilə işlənməsi, məhsulun düzgün saxlanması

d) mikrobioloji dərmanların tətbiqi, feremon tələlərdən istifadə, biostimulyatorların tətbiqi, ionlaşdırıcı şüalanmalar

e) düzgün suvarma, gübrələmə, toxum və əkin materialının dezinfeksiyası, məhsul saxlanan anbarların hazırlıq vəziyyəti

3. Xəstəliklə mübarizədə bioloji üsulun tətbiqinin əsasında nə durur ?

a) alaq otlarından istifadə etməklə xəstəliyin inkişafının qarşısını almaq

b) pestisidlərlə müxtəlif bitkilərin işlənməsic) repellent və attranktanlardan istifadəd) antibiotik və fitonsid mənşəli məhsulların

şöbələrindən istifadə etməklə xəstəliyin inkişafını durdurmaq

e) patogenlərə qarşı başqa mikroorqanizmlərdən, onların həyat fəaliyyətinin son məhsullarından və ya saprotrof orqanizmlərin antoqonist münasibətlərindən istifadə

4. Xəstəliklə mübarizədə tətbiq edilən pestisidlər kimyəvi tərkibinə görə hansı qruplara

bölünürlər ?

a) qeyri-üzvi mənşəli, bitki, göbələk və bakteriya mənşəlilər, üzvi mənşəlilər

b) ditiokarbamatlar, ftalamid birləşmələri, antibiotiklərc) xlorozlu birləşmələr, fosfor üzvi birləşmələr, sintetik

piretroidlərd) kükürd birləşmələri, metal birləşmələri, üzvi

mənşəliləre) strobilurinlər, dikarboksimidlər, fosfortiolatlar

5. Xəstəliklərə qarşı tətbiq olunan kimyəvi dərmanlar necə adlanır ?

a) insektoakarasidlər

b) arborosidlər

c) vermisidlər

d) alkolosidlər

e) fungisidlər

6. Patogenlərə təsir xarakterinə görə fungisidlər hansı qruplara bölünürlər?

a) müdafiə fungisidləri, müalicəvi fungisidlər

b) bitkilərin istirahət dövrü tətbiq edilən fungisidlər

c) vegetasiya və istirahət dövrü tətbiq edilən fungisidlər

d) kontakt və sistem təsirli fungisidlər

e) toxum dərmanları, torpağı dərmanlamaq üşün tətbiq

edilənlər

7. Fiziki-mexaniki mübarizə üsuluna əsasən hansı tədbirlər daxildir ?

a) əkin materialının zərərsizləşdirilməsi, məhsulun optimal saxlanması

b) səpin və əkin materiallarının termiki zərərsizləşdirilməsi, torpağın isidilməsi, dənin qurudulması və digər termoterapevdik tədbirlər

c) əkin materialının fungisidlərlə işlənməsi, parnik və istixanaların dezinfeksiyası

d) parniklərin isidilməsi, əkin və toxum materialının kimyəvi işlənməsi

e) məhsulun saxlanmasına yönələn tədbirlər kompleksi, vegetasiya dövrü fungisidlərlə çiləmələr, mexaniki zədələnmələrə yol verməmək

8. Karantin mübarizə üsulunun mahiyyəti nədir ?

a) ölkəmizə dünyanın digər regionlarından gətirilə biləcək zərərli patogenlərin və zərərvericilərin qarşısını almaq

b) bütövlükdə ölkə daxilində zərərverən orqanizmlərə qarşı səmərəli mübarizənin təşkili

c) ən geniş yayılmış alaq otlarının yayılmasını məhdudlaşdırmaq

d) biosenoz və ekosistemlərdə fitosanitar vəziyyəti nizamlamaq

e) ekosistemlərdə davamlı mübarizə aparmaqla növlərin özünü nizamlama proseslərinə yardımçı olmaq

Diqqətinizə görə təşəkkür edirəm!

top related