sayt acmaq | bastan sona sayt yaratmaq

Post on 14-Apr-2017

61 Views

Category:

Technology

1 Downloads

Preview:

Click to see full reader

TRANSCRIPT

Mündəricat

1.Sayt Adını - Domaini Seç ………………………..Səhifə 4

2.Web Hosting Nədir Və Necə Seçilir?................Səhifə 7

3.Domainini Hostinginə Yönləndir.......................Səhifə 12

4.WordPressi Quraşdır……………………………..Səhifə 14

4.1.İlk Səhifə Və Yazını Yarat………………………….....Səhifə 20

4.2.WordPress Temanı Seç............................................Səhifə 22

4.3.Səhifənə Plugin Əlavə Et………………………..........Səhifə 25

4.4.Widget Yarat……………………………………….......Səhifə 28

4.5.Menu Yarat...............................................................Səhifə 35

4.6.Bir Neçə Vacib Qeyd …………………………...........Səhifə 39

Giriş

Sayt Acmaq görüldüyü qədər çətin və qarışıq bir proses deyil

Sadəcə olaraq doğru addımları izləyərək asan və sürətlə öz saytınızı yarada bilərsiniz.

Həmdə HTML kodlamaya ehtiyac olmadan.Saytımızı qurmaq üçün 2 əsas şeyə ehtiyacımız var:domain və hosting

Domain bizim internetdəki adresimizdir.Misal üçün www.sizinsaytınadı.com

Hosting isə bizim internetdə tutduğumuz sahədir.Bura səs,video,şəkil və bir çox başqa faylları yükləyə bilərik

Sadə formada isə belə izah etmək olar.Domain bizim evimizin ünvanı hosting isə əhatə etdiyi ərazidir.

Domain və hosting qədər vacib növbəti bir məqam isə saytımızın hansı platform ilə qurulacağıdır.

Yəni səhifə,yazı,tema və digər başqa şeyləri rahatlıqla idarə edəbiləcəyimiz sayt düzəltmə programına – platformuna ehtiyacımız olacaq.

Bütün bunları əhatə etmək üçün hazırladığım geniş izahlı bu kitabda hər məqamı incəliklərinə qədər öyrənəbiləcəksiniz

Domainini Seç Sayt qurmaq üçün əvvəlcə bir domain almalıyıq.Domain bizim internetdəki

adresimizdir.Bu xidməti verən bir çox sayt mövcuddur.Mənim tövsiyəm

Namecheap.com saytıdır.Domainimizi seçmək üçün bu sayta gedirik.

Almaq istədiyimiz domaini yuxarıdakı yere yazırıq.”Search” yəni axtar tuşuna

tıklayırıq.Əgər axtardığımız domain alınıbsa boşda olan birini tapmaq üçün başqa birini

axtarırıq.

Domain boşdadırsa alabilerik:

1.“Add To Card” butonuna tıklayırıq 2.Sonra ise “View Cart”a tıklayırıq.

Qarşınıza belə bir səhifə açılacaq:

SKOOLZOUT kuponunu “Promo Code” yərinə yazaraq “Apply” tuşuna tıklayırıq.

Sifarişin doğruluğunu təsdiqləyib “Confirm Order” butonuna tıklayırıq.

Ekranın sol tərəfindəki yeri doldurub “Create Account And Continue” tuşuna tıklayırıq

Hostingini Seç İndi isə növbə hostingimizi almağa gəldi.Hosting internet üzərində bizim tutduğumuz

yerdir.Hosting servisi üçün bir çox firma var.Sürət,Etibarlılıq,Keyfiyət,Dəstək,Qiymət bir

hostinqin ən vacib kriteriyalarıdır.Buna görə də sizə Hostgatoru məsləhət

görürəm.Hostgator.com`a gedirik.

Bir çox hostinq planı vardır.Yeni başlayanlar üçün “Shared” hosting planı

kifayətdir.”Shared” hostinqi görmək üçün “Get Started Now!” və daha sonra isə

“Choose A Plan” butonuna tıklayırıq.

“Hatchling Plan”da yanlız bir domain saxlamaq mümkündür.

“Baby Plan”da isə istədiyimiz qədər domain saxlaya bilərik.

“Hatchling Plan” üzərindən dəvam eliyirik.”Sign Up Now!”ya tıklayırıq.

1.Açılan səhifədə,İlk olaraq “I Already Own This Domain”i seçərək aldığımız domaini

yazırıq.

2.2-ci hissə kupon kodu yəni endirim kodu ilə bağlı olduğu üçün ikisini birlikdə edəcəyik.

3.Ödəniş üçün lazımi məlumatları daxil edib,ödəniş tipini seçirik.

4.Əlavə servislər daxil etmək.Bu hissə vaxt keçdikcə dəyişəbilər.İsdədiyimiz bir şey

varsa seçəbilərik.İşarətləri götürərək heç bir şey seçmədən dəvam edirik.

5.İndi isə kupon hissəsinə gəldik.

Yuxarıdakı şəkildə göründüyü kimi əgər Hostgatorun tətbiq

etdiyi FREEUPGRADE3 kuponu sizin seçdiyiniz andada aktiv olarsa birbaşa onu

seçməyiniz tövsiyə olunur.

Beləliklə pulunuza daha çox qənaət etmiş olacaqsınız

İki növ kupon kodu var:

12MINWEBSITE - İlk ayı sadəcə 1 cent ödəyərək başlıyırıq.Yeni başlayanlar üçün

əlveşli ola bilər.

Makewebsite76 - Seçdiyimiz müddəti 25% endirimli ödəyirik.Yəni hansı müddəti seçsək

o qədərini endirimlə ödəyirik.

Hostinglərin 1,3 və 6 aylıq 1,2 və 3 illik ödənişləri mövcuddur.

1.Əgər 0.01$ ödəyərək başlamağı düşünürsünüzsə 1 vəya 3 aylıq seçməlisiniz.İlk ayı 1

centlə başlayıb daha sonra isə normal qiymətlə dəvam edəcəyiniz üçün müddetin ferqi

olmayacaq

2.25% endirimle başlamaq istəyirsinizsə 1 illik planı seçəbilərsiniz.Çünki bu kuponda

seçəcəyiniz müddət qədər endirim əldə edirsiniz

Aşağıdakı müqayisədə hər iki kupon üçün 1 illik ödəniş var.

Bundan başqa Hostgator 60% endirimdə təklif edir.

Ancaq bu endirim müəyyən bir müddətdə olur(1 həftə vəya 1 gün)

Belə bir endirimlə qarşılaşdığınız halda 2 veya 3 illik almağınızı tövsiyə edərdim.

Əgər bu endirimdən daima xəbərdar olmaq istəyirsinizsə:

1.info@12minswebsite.com adresine endirim yazıb gönderin.Kompaniya başladığı

halda sizə bu haqda email ilə bildiriləcək

2.az.12minswebsite.com/endirimler səhifəsinə gedərək də kompaniyanın olub-

olmadığını öyrene bilərsiniz

Ödəyəcəyimiz müddətə və daxil edəcəyimiz kupona qərar verdikdən sonra “Checkout

Now!”ya tıklayaraq ödəniş edirik.Email adresimizə iki email gələcək.Onları saxlayırıq.

Domaini Hostinginə Yönləndir İndi isə saytımız işləməsi üçün aldığımız domaini hostingimizə yönləndirməliyik.

Namecheap.com səhifəsinə gedib hesabımıza daxil oluruq.

Sahibi olduğumuz domainin “Manage” butonuna tıklayırıq.

Nameservers bölümünde “Custom DNS”si seçərək devam eliyirik.

Qarşımıza çıxan bu iki yerə Hostgator`dan bizə gələn iki(1)(2) nameserveri kopyalıyırıq.

Save tuşuna tıklayaraq(3) işi sonlandırırıq.

Wordpress`i Quraşdır İndi saytımızın necə görünəcəyi və hansı təməl əsasında işləyəcəyini təyin

edəcəyik.Mən tamamilə pulsuz və isdifadəsi asan olan Wordpress`i tövsiyə edirəm.

Emailimizə girib Hostgator`dan bizə gələn maili açırıq.Cpanel linkimizə daxil

oluruq.Username(İsdifadəçi adı) ve Password(Parol)-umuzu yazıp “Log in” tuşuna

tıklayırıq.

Bura hostingimizin idarəetmə panelidir.

“Get Started with Wordpress Today” yazılan yerə tıklayırıq

Daha sonra,açılan səhifədə “Install WordPress”ə tıklayırıq

Açılan səhifədə:

1. WordPressi yükləyəcəyimiz saytı seçirik

2.Email adresimizi daxil edirik

3.Saytımız haqqında başlıq yazırıq

4.Admin isdifadəçi olaraq istədiyimiz bir ad daxil edirik

5.Adımızı yazırıq

6.Soyadımızı daxil edirik

Saytımız adını ve digər məlumatları daxil etdikden sonra “İnstall Wordpress”e tıklayırıq

WordPressimiz yükləndi.Parol və isdifadəçi adımızı kopyalıyırıq.Kırmızıyla

işarətlədiyim yerə tıklayırıq.Aşağıdakı səhifə açılacaq.İsdifadəçi adı ve parolumuzu

yazıb “Log In” butonuna tıklayırıq

Həmçinin bu məlumatlar email olaraq da bizə göndərilir.

Bəli.Artıq saytımızda edəcəyimiz bütün dəyişiklikəri bu panel üzərindən

edəcəyik.Həmdə bir dənədə html kodlama yazmadan

Ilk Səhifə Və Yazını Yarat

Hər ikisi də eyni formada yaradılır.

Səhifə və Post yaratmaq üçün “Posts Add new” “Pages Add New” hissələrinə

gedirik

Bura Word kimi işləyir.“Toolbar Toggle” a tıklayaraq daha çox xüsusiyyətlərdən

yazımızda isdifadə edəbilərik.Yazılarımızı bitirdikdən sonra “Publish”ə tıklayırıq.

Yazılarımıza link vermək üçün link əlavə etmək istədiyimiz yeri seçərək “İnsert/edit

link” butonuna tıklayırıq.

Daha sonra isə link adresimizi daxil edirik.“Apply”e tıklayırıq.Elavə olaraq “Link Options”

hissəsindəndə istədiyimiz quraşdırmaları edə bilərik.

WordPress Temasını Seç WordPress panelində Appearence Themes hissəsinə gedirik.

Yüklənmiş temalarımızı burada görürük.Yeni tema yükləmək üçün “Add New”a

tıklayırıq.

Burada temamızı iki yolla yükləyəbilərik.

1.İstediyimiz temanı axtarabilər vəya kategoriyalara görə tapabilərik.

Seçtiyimiz temanın üstünə gələrək “Install” butonuna tıklayırıq

Yüklənən temanı aktiv edirik

2.Diger bir üsulla isə əldə etdiyimiz temalarımızı(yəni komputerimizdə yüklü olan

temaları) WordPressimizə yükləyirik.

1.“Upload Theme”ə tıklayırıq

2.“Choose File”a tıklayıb yükləyəcəyimiz .zip qovluğunu seçirik

3.“Install Now” butonunu seçirik.

Daha sonra isə yüklənən temanı aktiv edirik

Səhifənə Plugin Əlavə Et Pluginlər fərqli xüsusiyyətləri istifadə etməyimizi təşkil edir.Pluginləri mobil tətbiqetmələr

kimi də düşünmək olar.Yüklenməyi isə temadakı ile eynidir.

1.

Yüklədiyimiz bu plugin sosial paylaşım ilə bağlıdır.İndi isə pluginə gedib

quraşdırmalarımızı edə bilərik

2.

“Contact Form 7” pluginini widget yaratmaq hissəsində dəvam edəcəyik

Widget Yarat Widgetlər fərqli xüsusiyyətlərin saytınızdakı yerini təyin edir.Misal olaraq hər hansı bir

pluginin saytımızın ən üstündə,sağ tərəfində,aşağısında olmağı widget vasitəsilə

müəyyənləşdirilir.

Ilk olarak birinci temamızla başlayaq.

1.AppearanceWidgets hissəsinə gedirik.

Sol tərəfdə mövcud widgetlərimiz,sağ tərəfdə isə widget sahələri var

Yuxarıdakı “Sidebar” widget sahəsi aşağı sağ sütunda göstərilən yerdir.

2.İndi isə widget əlavə etmək və silmək haqqında danışaq.

Silmək istədiyimiz widgeti sola sürüşdürərək buraxırıq.

Başqa bir formada isə widgeti seçib “delete”ə tıklayırıq

Əlavə etmək istədiyimiz widgeti sağa sürüşdürərək buraxırıq

Başqa bir üsulla isə widgeti seçərək istədiyimiz yerə əlavə edirik

Indi “Contact Form 7”ni əlavə edək.Plugin hissəsində bunu yükləmişdik.Bu plugin

ziyarətçilərimizin bizimlə əlaqə yaratmasını təmin edir.

Yeni birini yaradabilər vəya mövcud formda “edit”ə tıklayaraq

quraşdırabilərik.Formumuzu hazırladıqdan sonra kodu kopyalıyırıq.

Sol tərəfdəki mövcud widgetlərdən “Text”i seçib “Sidebar”a əlavə edirik.

Kodumuzu daxil edib “Save” butonuna tıklayırıq

Artıq formumuz hazırdır.İndi isə başqa bir tema yükləyərək widget sahələrinə baxaq.

Widget sahələri sizin temanızla əlaqəlidir.Hər temada fərqli olabilir

Menu Yarat Menuya saytımızın üst hissəsindəki navigasiya menusunu misal göstərmək olar.

1.Menu yaratmaq üçün ApprearanceMenus hissəsinə gedirik.

2.Menumuzun adını yazarak “Create menu”ya tıklayırıq.

3.Menuya nə əlavə edəcəyimizə qərar veririk.Səhifə əlavə edərək dəvam edək.

“View All”u seçib bütün səhifələrimizi görürük.Səhifələrimizi işarələyib “Add to Menu”ya

tıklayırıq.

4.Seçilənləri “Menu Structure” hissəsində görürük .İstədiyimiz birini sağa sürüşdürərək

sub-menu halına gətirəbilərik.Həmçinin yerlərini də dəyişdirəbilərik.

5.Buranı widgetdəndə bildiyimiz kimi saytımızda menumuzun olmasını istədiyimiz yeri

seçirik.

6.“Save Menu”ya tıklayırıq.

7.Yaratdığımız menuları widgetlərdən də əlavə edə bilərik.

Birneçə Vacib Qeyd

Ziyarətçilərimiz bizi daha rahat tapa bilməyi üçün

Settings Permalinks Common Settings altından Post Name`i seçirik.

Save Changes`ə tıklayırıq

Wordpress`də birçok quraşdırmaları özünüzdə edəbilərsiniz

Wordpress`i istifadə etdikcə daha yaxşı öyrənəcək və websaytınızı daha çox inkişaf

etdirəbiləcəksiniz

Bundan sonrası biraz da sizin websaytınızı necə qurmaq istəyəcəyinizlə bağldır

Umid edirəmki pillə-pillə hazırladığım bu e-kitab faydalı olacaqdır

Əgər hərhansı bir sualınız olarsa mənimlə əlaqə qurmaqdan çəkinməyin

Support@12minswebsite.com

Suleyman Aliyev

www.12minswebsite.com

www.az.12minswebsite.com

top related