teqdimat 05.04.2012
Post on 07-May-2015
930 Views
Preview:
DESCRIPTION
TRANSCRIPT
Ramil Süleymanov
Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sistemininİnformasiyalaşdırılması İdarəsinin Treninq və Monitorinq şöbəsinin müdiri
Bakı şəhəri, 05.04.2012
Sosial Xidmətlər və onların növləri
Tabaşir erası bitdi!!!”
Siz bir dəfə işinizə yarayan şeyi hər dəfə təkrar edə bilməzsiniz, çünki ətrafınızda olan hər şey daim dəyişir. Uğura nail olmaq üçün siz bu dəyişikliyin önündə olmalısınız.” – Sem Ualton, Wal-Mart-ın yaradıcısı
Müasir tələblərə texnologiyalar və texnologiyaların pedoqoji imkanlarından istifadə
etmək bilik və bacarıqları da daxildir. Şagird, tələbə, müəllim və təhsil müəssisələrini
idarə edənlər bu tələblərə cavab vermək üçün daim təqdiqatda olmalı, imkanlar
yaratmalı, imkanları bilik və bacarıqlara çevirməlidirlər.
İnternet və internetin imkanlarından təhsil məqsədləri üçün istifadə də müasir təhsil
siyasətinin əsas prioritet məqsədlərindən biridir.
İnternetin imkanlarından biri olan veb 2.0 texnologiyalarını təhsil məqsədləri üçün
istifadə edilməsi, layihə metodundan istifadə etməklə bu imkanları təhsilə tətbiq
edilməsi şagird və tələbələrin tənqidi və yaradıcı təfəkkürlü şəxsiyyətlər kimi
yetişməsinə yardım edən vacib amillərdən biridir.
Öyrənmə təcrid olunmuş və sabit bir proses deyil. Bu səbəbədən müəllimlər “tənqidi
pedaqoqikaya”ya müraciət etməlidirlər. Bu fəaliyyət çərçivəsində, müəllimlər biliyi
idarə edən şəxsdən müxtəlif əqli və sosial problemlərdə bacarıqların tətbiq
olunmasına yardım edən şəxsə çevrilirlər.
İnsanlar o vaxt yaxşı öyrənirlər ki, onlar işlədikləri zaman nəyi isə yaradırlar. Seymur Peypert
VEB 2.0 TEXNOLOGİYALARININ PEDAQOJİ İMKANLARI
1. Açıq, pulsuz və sərbəst surətdə elektron resurslardan istifadə etmək imkanı.
2. Sosial xidmətlərin internet məkanında geniş yayılması nəticəsində təhsil məqsədi ilə çoxlu sayda material
əldə etmək olar.
3. Danışıq proqramları şəbəkə qrupları vasitəsi ilə ayrı ayrı yerlərdə təhsilnən məşğul olan istifadəçilər bilik
və bacarıqların bölüşə bilmək və müstəqil surətdə internetdə təhsilə aid səhifələrin yaratmaq imkanı veirir.
4. Yeni şəbəkə xidmətləri – veb 2.0 şəbəkədə köklü surətdə hər hansı nəşr və materialların yaradılmasnı
sadələşdirir. İndi hər bir istifadəçi nəinki şəbəkə xidmətlərindən istifadə edə bilər o cümlədən öz veb
səhifəsini müsətqil surətdə yarada bilər. Bu kimi səhifələr hər gün artır və internetdə günü gündən
milyonlarla yeni şəkil, material, mövzu, rəsm, musiqi faylları yüklənilir. Bu materiallar təhsildə də istifadə
etmək üçün əhəmiyyətlidir.
5. İnformasiyaların, bilik və bacarıqların özününküləşdirmək veb 2.0 texnologiyalarının üstünlüklərindən
biridir. Veb 2.0 texnologiyaları informatika və kompyuterdən istifadə bacarıqları zəif olanlar üçün də geniş
imkanlar açır ki, bu imkanlardan istifadə etməklə öz səhifələrini yarada bilərlər. İlk addımlarda daha
effektli nəticələr almasalarda davamlı istifadə və texnologyanın sadəliyi təcrübələrinin istifadə zamanı
inkişaf etməsinə gətirib çıxaracaq.
Bu xidmətdən istifadə edərək-hər hansı
açar sözlərdən istifadə edərək istifadəçiyə lazım olan materialı tapmaq olar.Bununla yanaşı material yerləşdirmək və açar sözlə başlıq qoymaq olar.
Pedaqoji imkanları: dərs materialları üçün mənbədir.
İstifadəçilər nəinki, yaratdığı əlfəcinlərin tərkibində o cümlədən başqa istifadəçilər tərəfindən yaradılanlara da lazımi materialları axtara bilər. Xidmət imkan verir ki, istifadəçi bütün növ materialların, informasiyanın mənbələrindən isitfadə edə bilsin.
Dərs materialları üçün əlverişli məlumat anbarıdır. Müəllimlər fərdi və ya qrup halında dərs materiallarını yerləşdirə bilərlər.
www.bobrdobr.ru, www.del.icio.us
www.youtube.com www.rutube.ruVideoçəkilişləri yerləşdirmək, baxmaq və müzakirəsi üçün məkandır.Pedaqoji imkanları•başqa istifadəçilərin videokliplərinə baxmaq•Serverə yükləmə, qeydlər etmək və videoklipləri mübadilə edə bilərlər•Mövzuya uyğun qruplara üzv olub və yeni qruplar yarada bilərlər•Videoklipləri öz veb səhifələrinə köçürmək imkanı əldə edirlər.•www.youtube.com/watch?v=6gmP4nk0EOE – bu səhifədə veb 2.0 5 dəqiqəyə öyrədici filmlə tanış ola bilərsiniz. Filmdə sadə üsul və nümunələrlə veb 2.0 prinsiplərini izah edir.•www.youtube.com/watch?v=m3XZdNq_QGk – bu filimdə isə yutubun təhsildə imkanları haqqında filmə baxa bilərsiniz.•Şagirdlər və tələbələr təhsil aldıqları və icra etdikləri layihələrin çəkilişlərinin arxivi kimi istifadə edə bilərlər.
www.flicr.com, www.fotodia.ru
Bu xidmətinin əsas imkanları rəqəmsal şəkillərin yerləşdirilməsi və istifadəsidir.
Pedaqoji imkanları: dərs materialları üçün mənbə dərs materiallarının anbarı – şəkillərin
arxivi və şagird, tələbənin yaradıcı işi. Qruplaşdırılmış tapşırıqların həlli – hər
bir şəklin sahibi, müəllifi olduğu şəklə adını qoya və şəkil haqqında informasiya yerləşdirə bilər.
İzahlı xəritə - Şəkillərdə qeydlər etmək olar. Məsələn: şəkildə bir neçə obyekt təsvir olunubsa onda şəkilin daxilində ayrı – ayrılıqda hər bir təsvir olunmuş obyekti seçib ona qeydlər etmək mümkündür.
Birgə iş üsulu – Şagirdlər layihə metodikası çərçivəsində birgə layihənin icraçıları kimi də fəaliyyət göstərə bilərlər.
BLOQ, BLOGBloq sözünün mənası ingilis dilindən tərcümədə fəaliyyət mənasını verir. Web – logging və ya blogging – ümumdünya hörümçək toruna çıxış mənasında işlənir.Pedaqoji imkanları:
•pedaqoji müzakirələr üçün məkan. Bloqlar pedaqoji diskusiyalar üçün açıq və qapalı məkan ola bilər. Bu səhifələrin ancaq seçilmiş və ya bütün istifadəçilər üçün açıq ola bilər. Bu əsasən səhifənin yaradıcısının və icra etdiyi layihənin tələblərindən asılıdır. Bu səhifələrdən bütün istifadəçilər istifadə edə bilər. •Bu əsasən tədris layihələrini həyata keçirdikdə şəbəkə idarəçisindən icazə almaqla istifadə etmək olar.əlavə biliklər qazanmaq imkanı. •Təcrübədə bloqların əksəriyyətinin açıq xarakterli olması imkanı bundan istifadənin nəinki, mütəxəsislərin o cümlədən müəllim, şagird və tələbələr üçün də istifadə imkanı verir.
SlideShare
Şagirdlərin Veb 2.0 texnologiyalarına
yiyələnməsi təhsil ictimaiyyətinə həm də
millimənəvi baxımdan böyük önəm kəsb edir.
Biz müharibə şəraitində yaşayırıq,
torpaqlarımız işğal altındadır və bizim bir çox
tarixi abidələrimiz var ki, mənfur
qonşularımız tərəfindən mənimsədilmişdir.
Düzdür, biz tariximizi bilirik, öyrənirik. Bəs
onun qayğısına necə alırıq? Necə təbliğ
edirik? Bu baxımdan şagirdlər
yaratdıqlarıtəqdimatları
(http://www.slideshare.net), xəritələri,
sənədləri internet istifadəçiləri ilə paylaşırlar.
Cavab olaraq paylaşdığı insanlar öz rəylərini mətn vasitəsi
ilə bildirirlər. Nəticədə bir qrup şagirdlər bu təqdimat,
xəritə və ya sənəd ətrafında kiçik bir cəmiyyət yaradırlar.
Veb 2.0 texnologiyaları dinamik və interaktivdir. İş
prinsipi, naviqasiya çox rahat və dinamikdir. Bu
servislərdə işləmək üçün sadəcə qeydiyyatdan keçmək
lazımdır.
ReadTheWords
www.readthewords.com - Bu sayt imkan
yaradır ki, şagird ingilis dilində olan sözlərin,
materialların səsləniş formasını eşitsin. Bu sayt
vasitəsi ilə şagirdlər istənilən həcm də olan
sənədi və yaxud kitabı oxuya bilir. Bir növ
elektron kitab funksiyasını yerinə yetirir. Bu
saytın köməkliyi ilə şagirdlər PDF,
Word,Power Point formatında olan sənədləri
bura yükləyə bilərlər. Yüklədikdən sonra həmin
sənədin düzgün oxunuşunu dinləyə bilərlər.
Google Maps
maps.google.com - Bu saytın köməkliyi ilə şagirdlər
obyektlər arasında məsafələri ölçə bilərlər. Əsasən
coğrafiya dərsində istifadə edilir. Google-un çox
gözəl xidmətlərindən biri olan Google Maps-a
64 ölkə əlavə edildi. Bu ölkələrdən biri də
Azərbaycan oldu. Bu isə o deməkdir ki, artıq
siz xəritədə Google Maps-dan Azərbaycanın
istənilən nöqtəsini tapmaq olar. Google maps
proqramı bir növ Sizin üçün CPRS xidməti
rolunu da oyanyır. Bunu həm kompyuterə
həm də Samartfon mobil telefonlara yükləyə
bilərsiniz.
Google Map proqramının maraqlı xidmət
vasitələri vardır. Bu xidmət vasitələrinə:
Google Map Maker - Bu xidmət vasitəsi ilə hər
bir şəxs Google Maps-da gördüyü ünvan səhvini
problemsiz düzəldə bilər və ya yeni küçələr və s.
əlavə edə bilər. Məsələn, siz yaşadığınız ünvanı
bura asanlıqlaəla əlavə edə bilərsiniz. Bunun
üçün Siz bu sayta daxil olmalısınız
(http://www.google.com/mapmaker )
Google Latitude isə ən çox sevilən servislərdən
biridir. Belə ki,bu proqramın köməkliyi ilə siz
dost siyahınızda olan şəxslərin hal hazırda harda
olmasını görə bilirsiz və həmçinin də öz
koordinatlarınızı da aşağıdakı linkə daxil olaraq,
göndərə bilərsiniz.
http://www.google.com/latitude
WikipediyaVikipedia – wikiwiki – vikiviki- termin olaraq Qavay sözüdən götürülmüş “tez-tez” mənasını verən sözdür. Bu texnologiyanın yaradıcısı Uord Kanninqemdir. Pedaqoji imkanlarıPedaqoji imkanlarıİlk növbədə mənbə üzərində hər hansı qeydlər etmək olar. Hər bir səhifəsi müzakirə səhifəsilə və ya əks tərəf ilə bağlıdır. Səhifənin əks tərəfindən hər bir istifadəçi məlumat haqqında öz qeydlərini, fikirlərini qeyd edə bilər. Dərs materiallarının elektron variantı istifadəçilərə imkan verir ki, bu materiallardan keçid kimi başqa lazım olan materiallardan da istifadə və müzakirə edə bilsinlər.Elektron ensiklopediya. Hal -hazırda vikipediada yerləşdirilən məlumatların çoxluğu bundan elektron ensiklopediya kimi də istifadə etmək üçün şərait yaradır. Həm də axtarış saytlarında tez tapmaq imkanı bu imkanlarda daha çox insanların istifadəsini təmin edir.
Study ladderStudyladder -bu sosial xidmətin köməkliyi ilə
müəllimlər, şagirdlər, təlimçilər olduqca geniş
mənada faydalana bilərlər. Bu proqramın
köməkliyi ilə məktəbdə tədris prossesini
olduqca maraqlı qurmaq olar.
Pedaqoji imkanları:
Bu proqram özündə ingilis və riyaziyyat fənninə
aid geniş internet resursları birləşdirir. Bu
proqramın tərkibində yuxarıda sadaladığım
qrupların hər biri üçün maraqlı resurslar
vardır. Proqramın ən gözəl imkanlarından biri
ondan ibarətdir ki, burda virtual siif otağı və bu
otaqda interaktiv lövhə vardır. Bu lövhə özündə
çoxlu sayda interaktiv tapşırıqlar cəmləşdirir.
Hal hazırda dünyada bu proqramdan 70,000
müəllim və 100,000-dan çox şagird istifadə
edir.
WePapers
http://www.wepapers.com - Bu
saytın köməkliyi ilə isə siz öz
yaratdığınız sənədləri yerləşdirə
bilərsiniz. Burda sizə lazım olan
mövzuda sənədləri axtarışa verə
bilərsiniz. Bir növ elektron
kitabxanaya oxşayır.
Oovoo ProqramıOovoo- proqramı vasitəsi tədris zamanı bir birindən
olduqları məsafədən asılı olmayaraq, subyektlər
arasında effektiv canlı münasibətlər qurmaq olar.
Proqram istifadəçiyə hansı imkanları verir?
• Video poçt
• Video zənglər vasitəsi ilə konfranslar həyata keçirmək.
• Danışıqlara başlandığı andan onun zapis olunması
•Faylın ötürülməsi(25MB)
•Xüsusi video effekt
•Mətn formatında olan mesajların ötürülməsi
•Personal kompyuter və Mac platformalarında
işləmək(linux platforması hazırlanır) ooVoo proqramı istifadəçilərə imkan verir ki, istədiyi insanlarla əlaqələr qurmaq üçünPoçt xidmətləri, soisial şəbəkələr vasitəsi ilədə əlaqələr qurmağa imkan verir.
top related