“avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit...

182
0 Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək layihəsi çərçivəsində “Avropa ali təhsilinə inteqrasiya: problemlər, perspektivlər” mövzusunda Tətbiqi Tədqiqatlar Fondu və Azərbaycan Turizm Đnstitutunun birgə keçirdikləri elmi praktik konfransın materialları Bakı - 2011 Tətbiqi Tədqiqatlar Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Turizm Đnstitutu

Upload: others

Post on 11-Feb-2020

8 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

0

wwwwAzərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstəkxxxx

layihəsi çərçivəsində

“Avropa ali təhsilinə inteqrasiya: problemlər, perspektivlər”

mövzusunda Tətbiqi Tədqiqatlar Fondu və Azərbaycan Turizm Đnstitutunun birgə keçirdikləri elmi praktik

konfransın materialları

Bakı - 2011

Tətbiqi Tədqiqatlar

Fondu

Azərbaycan Respublikasının

Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına

Dövlət Dəstəyi Şurası

Azərbaycan Turizm Đnstitutu

Page 2: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

1

wwwwAzərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstəkxxxx

layihəsi çərçivəsində “Avropa ali təhsilinə inteqrasiya: problemlər,

perspektivlər” mövzusunda Tətbiqi Tədqiqatlar Fondu və Azərbaycan

Turizm Đnstitutunun birgə keçirdikləri elmi praktik konfransın materialları

Nəşriyyat “Fəxrim-film” studiyası

© “TTF” ĐB

Bakı - 2011

Tətbiqi Tədqiqatlar

Fondu

Azərbaycan Respublikasının

Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına

Dövlət Dəstəyi Şurası

Azərbaycan Turizm Đnstitutu

Page 3: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

2

Layihənin rəhbəri: Đbrahim Əliyev

Redaktor: Đsmayıl Qasımov

Buraxılışa məsul: Vüsalə Məmmədova

Korrektor: Gülgəz Məmmədova

“Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək” layihəsi çərçivəsində “Avropa ali təhsilinə inteqrasiya: problemlər, perspektivlər” mövzusunda Tətbiqi Tədqiqatlar Fondu və Azərbaycan Turizm Đnstitutunun birgə keçirdikləri elmi praktik konfransın materialları.

Bakı, “Fəxrim-film” studiyası, nəşriyyatı, 2011.

“Avropa ali təhsilinə inteqrasiya: problemlər, perspektivlər” mövzusunda Tətbiqi Tədqiqatlar Fondu və Azərbaycan Turizm Đnstitutunun birgə keçirdikləri elmi praktik konfransın materialları layihə çərçivəsində aparılan tədqiqatların yekun nəticələrini əhatə etməklə, bu sahədə fəaliyyət göstərən müvafiq dövlət qurumlarına, ali təhsil müəssisələrinə kömək etmək məqsədi ilə kitab şəklində nəşr olunur və Azərbaycan Turizm Đnstitutunun veb saytında yerləşdirilir. Kitaba konfransda edilmiş elmi məruzələr, Boloniya prosesinə aid olan vacib məqamların, anlayışların, proseslərin şərhi, bu sahədə mühüm əhəmiyyət kəsb edən beynəlxalq və ölkə əhəmiyyətli sənədlər, statistik materiallar daxil edilmişdir. © “TTF” ĐB

Page 4: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

3

Ön söz Azərbaycan Respublikasının müstəqil dövlət kimi bərpa

olunmasının 2-ci onilliyi tamam olur. Bu zaman kəsiyində Azər-baycan dövləti özünü təsdiq etmiş, çoxsaylı problemləri dəf edərək dünya dövlətləri sırasında özünə müvafiq yerini tutmuşdur. Đctimai həyatın bütün sahələrində həyata keçirilən quruculuq işləri nəticələrini verməkdədir. Hər bir sahədə müstəqilliyin əsaslarının yaradılması və onu qabaqcıl dünyanın müasir standartları səviy-yəsində qurmaq istiqamətində işlər həyata keçirilir. Ən başlıcası isə, ilk gündən tutmuş olduğu demokratik ənənələrə sadiq qalan Azərbaycan Respublikası qabaqcıl Qərb dünyasına, onun ayrılmaz hissəsi olan Avropaya inteqrasiya xəttini ardıcıl olaraq reallaşdırmaqdadır.

Ölkə qarşısında duran ən böyük vəzifələrdən biri də təhsil sisteminin köhnə şablonlardan azad edilərək müstəqilləşdirilməsi və yeni ictimai-iqtisadi şəraitin tələblərinə uyğun şəkildə formalaşdırılmasına nail olunmasıdır. Müstəqil təhsil sistemini yaratmaq və onun səviyyəsini yüksəltmək istiqamətində aparılan axtarışlar onu Boloniya prosesinə qoşulmağa gətirib çıxardı. Qeyd etmək lazımdır ki, bu prosesə qoşulmaq ali təhsil sahəsində mövcud olan problemləri avtomatik olaraq həll etmir. O, ölkə qarşısında köklü islahatlar aparılmasını və bu sahədə xeyli prob-lemləri həll etmək kimi böyük vəzifələr qoymuşdur.

Qarşıda duran vəzifələrin böyüklüyünə və mürəkkəbliyinə baxmayaraq, Azərbaycan həmin istiqamətdə xeyli işlər görmüş-dür. Lakin təbii olaraq, bu işdə qarşıya xeyli obyektiv və subyek-tiv problemlər çıxır ki, onların aradan qaldırılmasında bütün Azərbaycan cəmiyyətinin gücünü səfərbər etmək lazım gəlir. Xüsusilə, vətəndaş cəmiyyətindən gələn dəstəyə böyük ehtiyac vardır. Belə ki, yalnız dövlətin, onun müvafiq strukturlarının gücü ilə belə bir qlobal problemi həll etmək mümkün deyildir. Təhsil hər bir vətəndaşın hər gün üzləşdiyi bir sahədir. Ölkə ictimaiy-yətinin özündən gələn təşəbbüs, problemin cəmiyyət tərəfindən

Page 5: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

4

dərk edilməsi və dəstəklənməsi bu işin uğurunun vacib şərtidir. Bu mənada, Respublikanın qeyri-hökumət təşkilatlarının diqqətlə-rinin və səylərinin həmin sahəyə yönəldilməsi, xüsusən də insanların maarifləndirilməsi və güclərinin səfərbər edilməsi sahəsində görə biləcəyi işlər əvəzolunmazdır. Xüsusilə, bu prob-lemlərin araşdırılması, islahatların keçirildiyi mühitin öyrənilməsi, problemlərin həllində düzgün metodların seçilməsində qeyri-hökumət təşkilatları böyük xidmət göstərə bilərlər.

Son illərdə Azərbaycanda vətəndaş cəmiyyətinin gücləndi-rilməsi, qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin canlandırıl-ması istiqamətində dövlətin atdığı addımlar təqdirə-layiqdir. Xüsusilə, 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanın-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması cəmiyyətin bu tipli çoxsaylı problemlərinin həlli yolunda vətəndaş cəmiyyətinin fəallığının artırılması üçün atılan addımlardan biridir.

Qeyd etmək istərdik ki, Tətbiqi Tədqiqatlar Fondu Azərbay-can Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatla-rına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan Respublika-sında ali təhsil sahəsində aparılan islahatlara dəstək istiqamətində bir sıra layihələr həyata keçirmişdir. Sonuncu «Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahat-larına dəstək» layihəsi həmin istiqamətdə reallaşdırılan işlərdən biridir. Bu vaxta qədər layihə çərçivəsində xeyli işlər görülmüş, kifayət qədər geniş və müxtəlif xarakterli tədqiqatlar aparılmışdır. Hazırda görülməsi nəzərdə tutulan işlərdən biri də məhz aparılan tədqiqatların materialların bir araya gətirilməsini, ümumiləşdiril-məsini və konkret praktik məsələ və problemlərə yönəldilməsinə xidmət edəcək konfrans müzakirəsinin keçirilməsidir ki, onun materialları bu kitabda öz əksini tapmalıdır.

Düşünürük ki, ali təhsil sahəsində ölkədə keçirilən islahatlar ölkə ictimaiyyətinin, xüsusən də ali məktəb müəllim və tələbələ-rinin fəallığından, onların proseslərdə yaxından iştirakından çox asılıdır. Məhz bu nöqteyi-nəzərdən, həyata keçirilən layihədə ölkə

Page 6: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

5

ali təhsilində aparılan islahatlarla bağlı nəzəri və praktik məsələlərin araşdırılması ilə yanaşı, insanların diqqətini bu məsələyə daha çox cəlb etmək, onlar arasında maarifləndirmə işi aparmaq və onların gücünün səfərbər olunmasına kömək etmək kimi məqsədlər qarşıya qoyulmuşdur. Fondun apardığı tədqiqat-ların, o cümlədən sorğunun nəticələrinə görə, Boloniya prosesinə qoşulmağın və bu istiqamətdə islahatların aparılmasının özü qədər vacib olan məsələlərdən biri ali təhsil ictimaiyyətinin mümkün qədər geniş və ətraflı məlumatlandırılmasıdır.

Azərbaycanın ali təhsildə Avropa təhsil məkanına inteqrasiya xəttinin tələblərinə uyğun keçirdiyi islahatların uğurunun vacib şərtlərindən biri bu prosesin mahiyyətinin araşdırılması, qaranlıq və zidiyyətli məqamlara aydınlıq gətiril-məsi və nəhayət, onun qanunauyğunluqlarının axıra kimi dərk edilməsidir. Eyni zamanda, Avropa ali təhsil modeli Azərbaycanda tətbiq edilərkən yerli mühitin xüsusiyyətlərinin nəzərə alınması, bu təcrübənin onlara uyğunlaşdırılması, habelə bu vaxta qədər Azərbaycanın ali təhsil sahəsində toplanmış müsbət təcrübəsinin və milli ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi günün vacib məsələlərindəndir. Xüsusilə, nəzərə almaq lazımdır ki, Avropanın ali təhsil məkanına inteqrasiya xətti götürmüş Azərbaycan, ölkənin özünəməxsus reallıqlarından irəli gələn çoxsaylı məsələlərlə məşğul olmaqla yanaşı, həmin ümumi məsələlərin həllində də öz töhfəsini verməlidir. Kitabda Boloniya prosesinin ən müxtəlif cəhətləri haqqında lazımi məlumat verilir, ölkədə bu sahədə aparılan islahatların hazırkı vəziyyəti, onların mahiyyəti, məqsədləri, tətbiq xüsusiyyətləri aydınlaşdırılır. Çap olunmuş məruzələrin hər biri ali təhsil islahatlarının ən müxtəlif cəhətlərini əhatə etməklə, bütövlükdə, həmin sahədə olan real vəziyyəti tam təsəvvür etməyə imkan verir və problemlərdən çıxış yollarını tapmağa şərait yaradır.

Kitabda Boloniya prosesinin mərhələləri, əhatə dairəsi iştirakçıları haqqında məlumatlar verilir. Müxtəlif yığıncaqlarda

Page 7: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

6

qəbul olunmuş sənədlərin ümumi prosesdə yeri və rolu haqqında məlumat çatdırılır. Eyni zamanda Azərbaycanda ali təhsilin qanunvericilik bazasına daxil olan bir sıra sənədlərin kitaba daxil edilməsi oxucu üçün müraciət olunan problemlər haqqında bitkin məlumat almağa kömək edir.

Konfrans materiallarının və ona əlavə olaraq Azərbaycan Respublikasında ali təhsildə aparılan islahatlarla bağlı şərh xarakterli materialların və bir sıra mühüm sənədlərin daxil edilməsi həmin məsələlərdə mövcud boşluqları doldurmaq üçün görülən işlərdən biridir. Güman edirik ki, belə materialların çapı, ali məktəb müəllim və tələbələrinə çatdırılması ümumi işin uğuru üçün faydalı olacaqdır.

Özünün islahatlar dövrünü yaşayan ölkə ali təhsilinin daha çox tədqiqatlara ehtiyacı vardır. Keçirilən konfrans və onun materiallarının, xüsusən də, layihə çərçivəsində aparılan tədqiqat-ların yekunu kimi ortaya çıxmış məruzələrin nəşri bu sahənin -problemləri ilə hər bir Azərbaycan vətəndaşının tanış olmasına imkan verir və onların müzakirələrə qoşulmasına təkan verə bilər. Buna görə də oxucu rəyi və onların tənqidi təklifləri bizim üçün dəyərlidir və veriləcək rəy və təkliflərə görə əvvəlcədən təşək-kürümüzü bildiririk.

Layihənin rəhbəri

Đbrahim Əliyev

Page 8: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

7

Đbrahim Əliyev Tətbiqi Tədqiqatlar Fondunun direktoru,

Tarix üzrə fəlsəfə doktoru

Qafqazın postsovet ölkələrində ali təhsilin bəzi problemləri

Sovetlər Đttifaqı dağıldıqdan sonra bu imperiyadan qopub ayrılmış post-sovet ölkələrində ictimai həyatın bütün sahələrində müstəqilliyin əsaslarının ya-radılması və onu qabaqcıl dünyanın müasir standartları səviyyəsində qurmaq istiqamətində işlər görülür. Onların qar-şısında duran ən böyük vəzifələrdən biri də təhsil sisteminin köhnə şablon-larından azad edilərək müstəqilləşdiril-məsi və yeni ictimai-iqtisadi şəraitin

tələblərinə uyğun şəkildə formalaşdırılması, onun qabaqcıl dünyaya inteqrasiya etdirilərək bu məkanda özünəməxsus yerini tutmasına nail olunmasıdır. Qafqaz ölkələri də bu dövlətlərin sırasına daxildir. Bu ölkələrin Avropaya inteqrasiyası təkcə onların maraqlarına deyil, həm də Avropa dövlətlərinin maraq-larına xidmət edir. Qarşılıqlı maraqlar hər iki tərəfdən demokratik dəyərlərin bu ölkələrdə bərqərar edilməsi üçün səylərin birləşdirilməsini zəruri edir. Xüsusən, Qərb ölkələrinin təcrübə-sinin hərtərəfli analiz edilməsi, həmin təcrübəni qəbul edən ölkələrdə real mühitin öyrənilməsi daha böyük əhəmiyyət kəsb edir. Avropa təhsil sisteminə istiqamət götürmüş postsovet ölkələri üçün Avropa təcrübəsi, Avropa dəstəyi çox dəyərlidir. Təhsil sahəsinin problemlərinin birgə müzakirələri arzuolunandır və ümumi işin uğuru üçün xeyirlidir.

Müstəqil təhsil sistemini yaratmaq və onun səviyyəsini yüksəltmək istiqamətində aparılan axtarışlar onların çoxunu Boloniya prosesinə qoşulmağa gətirib çıxardı. Qeyd etmək

Page 9: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

8

lazımdır ki, bu prosesə qoşulmaq ali təhsil sahəsində mövcud olan problemləri avtomatik olaraq həll etmir. O, həmin ölkələr qarşısında xeyli problemləri həll etmək kimi böyük vəzifələr qoymuşdur. Lakin təbii olaraq bu işdə qarşıya xeyli obyektiv və subyektiv problemlər çıxır ki, onların aradan qaldırılmasında cəmiyyətinin bütün gücünü səfərbər etmək lazım gəlir. Xüsusilə, vətəndaş cəmiyyətindən gələn dəstəyə böyük ehtiyac vardır. Belə ki, yalnız dövlətin, onun müvafiq strukturlarının gücü ilə belə bir qlobal problemi həll etmək mümkün deyildir. Təhsil hər bir vətəndaşın hər gün üzləşdiyi bir sahədir. Ölkə ictimaiyyətinin özündən gələn təşəbbüs, problemin cəmiyyət tərəfindən dərk edilməsi və dəstəklənməsi bu işin uğurunun vacib şərtidir.

Düşünürük ki, ali təhsil sahəsində ölkədə keçirilən islahatlar ölkə ictimaiyyətinin, xüsusən də ali məktəb müəllim və tələbələ-rinin fəallığından, onların proseslərdə yaxından iştirakından çox asılıdır. Məhz bu nöqteyi-nəzərdən həyata keçirilən layihədə Boloniya prosesi ilə bağlı nəzəri və praktik məsələlərin araşdırıl-ması ilə yanaşı, insanların diqqətini bu məsələyə daha çox cəlb etmək, onlar arasında maarifləndirmə işi aparmaq və onların gücünün səfərbər olunmasına kömək etmək kimi məqsədlər qarşıya qoyulmuşdur. Fondun apardığı tədqiqatların, o cümlədən sorğunun nəticələrinə görə, Boloniya prosesinə qoşulmağın və bu istiqamətdə islahatların aparılmasının özü qədər vacib olan məsələlərdən biri ali təhsil ictimaiyyətinin mümkün qədər geniş və ətraflı məlumatlandırılmasıdır.

Yeni ölkələrdə Boloniya prosesinin tələblərinə uyğun keçirilən islahatların uğurunun vacib şərtlərindən biri bu prosesin mahiyyətinin araşdırılması, qaranlıq və ziddiyyətli məqamlara aydınlıq gətirilməsi və nəhayət, onun qanunauyğunluqlarının axıra kimi dərk edilməsidir. Eyni zamanda Avropa ali təhsil modeli tətbiq edilərkən, yerli mühitin xüsusiyyətlərinin nəzərə alınması, bu təcrübənin onlara uyğunlaşdırılması, habelə bu vaxta qədər bu və ya digər ölkədə ali təhsil sahəsində toplanmış müsbət təcrübələrin və milli ənənələrinin qorunub saxlanılması və inkişaf

Page 10: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

9

etdirilməsi günün vacib məsələlərindəndir. Xüsusilə, nəzərə almaq lazımdır ki, Boloniya prosesi Avropanın özündə çoxsaylı problemlərə malikdir. Orada prosesin birinci mərhələsinin, əsasən, 2010-cu ildə başa çatması nəzərdə tutulmuşdur. Ona qoşulmuş yeni ölkələrin özünəməxsus reallıqlarından irəli gələn çoxsaylı məsələlərlə məşğul olmaqla yanaşı, həmin ümumi məsələlərin həllində də öz töhfəsini verməlidir.

Boloniya prosesi və onun Sovetlər imperiyasından çıxmış Qafqaz ölkələrində tətbiqi ictimai həyatın böyük bir sahəsini əhatə etməklə daha çox tədqiqatlara ehtiyacı vardır. Postsovet məkanına daxil olan dövlətlərdən biri olan Azərbaycanın nümunəsi, onun üzləşdiyi problemlər bu vəziyyətdə olan digər dövlətlər üçün də xarakterikdir. Buna görə də həmin məsələlərə onun nümunəsində yanaşmaq və onları ümumiləşdirmək məsələlərin mahiyyətini bütövlükdə dərk etməyə imkan verir.

Qeyd olunduğu kimi Azərbaycanda təhsil sahəsində, o cümlədən ali təhsil sahəsində köklü dəyişikliklərin edilməsinə olan ehtiyac müstəqilliyin bərpasından sonra kəskin şəkildə hiss olunmağa başladı. Sosialist ictimai-iqtisadi sisteminin dağılması, bazar iqtisadiyyatına götürülmüş kurs islahatların keçirilməsini və yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən birinə çevril-di. Elə həmin dövrdən başlanan axtarışlar ölkəni qabaqcıl dünya standartlarına üz tutmağa, ictimai həyatın bütün sahələrində, o cümlədən təhsil sahəsində, Avropaya inteqrasiya aktuallıq kəsb etməyə başladı. Bu axtarışlar Boloniya prosesinin başlamasından xeyli əvvəl Avropa təhsilinin ayrı-ayrı elementlərinin Azərbay-canda müxtəlif ali təhsil müəssisələrində tətbiq edilməsinə başlan-dı. Ali məktəblərə qəbulda test sisteminin tətbiqi, ali təhsilin baka-lavriat və magistratura mərhələlərinə bölünməsi, qabaqcıl dünya ölkələrinin ali təhsil müəssisələri ilə tərəfdaşlıq əlaqələrinin yara-dılması və genişlənməsi və sairə bu qəbildən olan addımlar idi.

Azərbaycanın formalaşmaqda olan Avropa ali təhsil məkanı-na yaxınlaşması orada 1999-cu ildə Boloniya prosesinin başlama-

Page 11: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

10

sından sonra daha məqsədyönlü və konkret istiqamət almağa baş-ladı. Nəhayət, 2005-ci ildə Azərbaycanın rəsmi olaraq Boloniya prosesinə qoşulması və bu sahədə öz üzərinə konkret vəzifələr və öhdəliklər götürməsi onun məqsədlərinin dönməz olduğunu qəti olaraq sübut etdi.

Qeyd etmək lazımdır ki, Boloniya prosesi birinci növbədə Avropanın ehtiyaclarından irəli gəlməsinə baxmayaraq, onun prinsipləri və qarşılarına qoyduqları məqsədlər ona qoşulan yeni ölkələrin maraqlarına tam cavab verirdi. Ona qoşulan hər bir yeni ölkənin ali təhsil sistemi də hər bir Avropa dövlətinin malik olduğu hüquqlara malik olur. Əksinə, təhsil sahəsində onun inkişaf etmiş ən qabaqcıl ölkələri sırasına qoşulmaq və onların səviyyəsinə yüksəlmək, onların standartları səviyyəsində tələblərə cavab vermək həddinə onların özlərinin dəstəyindən də istifadə edərək, cəhd etmək yalnız xeyir verə bilər. Azərbaycanın Boloniya prosesinə qoşulmasına skeptik yanaşanlar çox zaman Təhsildə Ümumavropa Zonasının formalaşmasını qloballaşma ilə qarışıq salırlar. Məsələ bundadır ki, Boloniya prosesi qloballaş-manın yaratdığı reallıqları qarşılamaq, ona hazır olmaq istiqamə-tində həyata keçirilən işlərdir. Azərbaycanın və regionun digər gənc dövlətlərinin belə bir məqamda Avropanın qabaqcıl ölkələri ilə bir arada olaraq bu məsələdən irəli gələn problemlərini yüksək standartlar və Ümumavropa ali təhsil Zonası çərçivəsində həll etməyə qərar verməsi yeganə düzgün addımdır və onun alternativi yoxdur.

Eyni zamanda, unutmaq olmaz ki, bu dövlətlərin Ümum-avropa ali təhsil Zonasına qoşulması onun bu sahədə mövcud olan problemlərini həll etmir. Əksinə, bu Zonanın tam hüquqlu üzvü olmaq onun üzərinə çox böyük məsuliyyət qoyur və çox qısa bir müddətdə xeyli problemlərin həll edilməsini tələb edir.

Qafqaz regionu dövlətlərinin Boloniya prosesinin tərəfdaşı olaraq, görülən işlərin uğuru üçün bir sıra problemlərin həll etməsi vacibdir. Onların sırasına ilk növbədə ali təhsilin Ümumavropa ali təhsil Zonasının malik olduğu ictimai-iqtisadi mühitə uyğun

Page 12: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

11

mühitin formalaşması üçün yeni mövcud şəraitə müvafiq qanunverici bazanın formalaşması daxildir. Bu məsələlərə ali məktəblərin maddi cəhətdən sərbəstliyi, tədrisin təşkili, onun məzmununun müəyyənləşdirilməsi və sair onun ümumi məkanda tam hüquqlu subyekt kimi fəaliyyət göstərməsi üçün vacibdir. Şübhəsiz, bu sərbəstlik anarxiya kimi başa düşülməməli, dövlətin müvafiq orqanlarının optimal təsir və nəzarət çərçivələri dəqiq müəyyənləşməlidir. Bu çərçivə ali təhsil müəssisəsinin ümumi məkanda rəqabət qabiliyyətinin təmin edilməsi və onların digər ölkələrin ali təhsil müəssisələri ilə bərabər hüquq və bərabər imkan səviyyəsində əməkdaşlıq edə bilməsi nöqteyi-nəzərindən müəyyənləşdirilməlidir.

Boloniya prosesinə yeni qoşulmuş postsovet ölkələrinin ali təhsil sistemi qarşısında duran problemlərdən biri də təhsilin keyfiyyətinin, uyğun olaraq, buraxılan mütəxəssislərin hazırlıq səviyyəsinin ümumavropa səviyyəsinə yüksəldilməsi məsələsidir. Đlk baxışda çətin, bəlkə də qeyri mümkün görünən bu problemi, zənnimizcə, məsələni radikal şəkildə qoymaqla həll etmək mümkündür.

Boloniya prosesinin bu ölkələrdə ən böyük problemlərindən biri də, fikrimizcə, ali təhsil ictimaiyyətinin bu barədə məlumat-lılığının kifayət səviyyədə olmamasıdır, Boloniya prosesinin mahiyyətinin, məqsədlərinin, perspektivlərinin, ziddiyyətli mə-qamlarının bundan sonra da araşdırılmasına və bu barədə ölkə ictimaiyyətində aydın təsəvvürün formalaşdırılması problemi öz aktuallığını saxlayır və bu istiqamətdə görüləsi işlər çoxdur.

Dəfələrlə qeyd olunduğu kimi, hər bir ölkədə Boloniya prosesinin uğurları digər vacib şərtlərlə yanaşı yerli mühitin dərindən tədqiq edilməsi, əhalinin, o cümlədən də ali məktəb tələbələri və əməkdaşlarının, bu islahatlara mənəvi-psixoloji cəhətdən hazırlanması, onların maksimum maarifləndirilməsi və güclərinin səfərbər edilməsi ilə bağlıdır. Bu tədqiqatlar və sosioloji sorğu mövcud mühit barədə dolğun təsəvvür yaratmağa imkan verir.

Page 13: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

12

Məsələn, Azərbaycanda mindən artıq respondent arasında aparılan sorğu 2 istiqamətə yönəlmişdir. Onlardan biri ancaq tələbələrin, digəri isə ali məktəb müəllimləri, rəhbər işçilər və digər əməkdaşların fikirlərini öyrənməyə, onların münasibətlərini müəyyənləşdirməyə istiqamətlənmişdir. Ümumi nəticələr hər iki istiqamətdə demək olar ki, üst-üstə düşür. Anket sualları əsasında tədrisin forma və keyfiyyətinin real vəziyyətini qiymətləndirərkən hər iki kateqoriya respondentlərdə təsəvvürün eyni olduğu aşkar olunur. Müəllimlərin 70 faizi, tələbələrin isə 74 faizi bu səviyyənin bugünkü gün üçün çox da yüksək olmadığını və onun köklü dəyişikliklərə ehtiyacı olduğunu qeyd etmişlər. Tələbələrin yalnız 14 faizi təhsilin səviyyəsinin günün tələblərinə uyğun gəlməsi qənaəti ilə razılaşırlar. Bu məsələdə ümidverici məqam təhsilin keyfiyyətinin artırılması zərurətinin ali məktəb ictimaiy-yətinin əksəriyyəti tərəfindən dərk edilməsi və onların bu yöndə dəyişikliklərə mənəvi-psixoloji cəhətdən hazır olmasıdır. Onlar “Ali məktəbdə tədrisin forma və keyfiyyəti sizi nə dərəcədə qane edir?” sualına 1) tam 2) qismən 3) qane etmir 4) cavab verməkdə çətinlik çəkirəm cavab variantlarımdan ikinci varianta üstünlük vermişlər. Bu cavablar radikal islahatların keçirilməsinin vacibli-yini, təhsil islahatlarının mənəvi dəstəyə malik olduğunu əyani şəkildə sübut edir.

Sorğunu nəticələrinə görə aşkar edilmiş məqamlardan biri Boloniya prosesinin tələblərindən biri olan kredit sistemi(AKTS) haqqında təsəvvürün səviyyəsinin müəyyənləşdirilməsi idi. Mə-sələ bundadır ki, müxtəlif ali məktəblərdə kredit sistemi haqqında məlumatın səviyyəsi müxtəlifdir. Yalnız kiçik struktur səviy-yəsində kredit sisteminin tətbiq edildiyi ali təhsil müəssisələrində onun barəsində məlumat da çox cüzidir və çox zaman bu məlumat kredit sisteminin tətbiq edildiyi kiçik tələbə kontingentindən kənara çıxmır. Təhsilin Boloniya prosesi tələbləri əsasında qurulmağa başladığı, daha çox fakültə və kursları əhatə etdiyi institutlarda və universitetlərdə məlumatlılıq daha genişdir. Lakin onların özündə də təhsilin bu yeni sistemi haqqında və ya onun

Page 14: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

13

ayrı-ayrı komponentləri haqqında təsəvvürlər birtipli deyildir və çox zaman bir-birinə daban-dabana ziddir. Bunun səbəblərini isə universitetlərin özünün müxtəlifliyində, hazırkı vəziyyətin ziddiy-yətli olmasında, Azərbaycan təhsilinin hələ də köhnə stereotip-lərdən və neqativ tendensiyalardan azad ola bilməməsində habelə Avropadakı kredit sisteminin tətbiqi praktikasının özünün yetkin olmamasında axtarmaq lazımdır.

Elə suallar var ki, onlara Boloniya prosesinin biliciləri də birmənalı cavab verə bilmir. Çünki Azərbaycanda Boloniya prosesi istiqamətində aparılan ali təhsil islahatlarından danışılar-kən hər hansı hazır Avropa modelinin mexaniki şəkildə burada tətbiqindən söhbət gedə bilməz. Bu məsələdə yerli xüsusiyyətlər, yerli imkanlar və yerli ənənələr nəzərə alınmalıdır. Eyni zamanda, başa düşmək lazımdır ki, Azərbaycan ali təhsil sisteminin prob-lemləri təkcə Boloniya prosesinə qoşulması ilə əlaqədar üzə çıxmamışdır. Ölkənin ictimai həyatının bütün başqa sahələri ilə birgə malik olduğu problemlər də onun vəziyyətinə təsir edir.

Sorğunun nəticələrinə görə, məlum olur ki, keçirilən islahatların tempi həm tələbələr, həm də müəllimlər üçün qane-edici deyil. Avropada vahid ali təhsil Zonasının yaradılması və ilkin ümumi standartların əldə edilməsinin ilkin mərhələsinin, yuxarıda qeyd olunduğu kimi, 2010-cu ildə başa çatdırılması planlaşdırılırdı. Bu zaman proses yekunlaşmır, o daha mükəmməl və yetkin mərhələyə daxil olur. Əslində prosesə daxil olan Avropa ölkələrinə çatmaq, onlarla heç olmasa, yaxın bir səviyyəyə yüksəlmək üçün vaxt çox azdır və bunun üçün çox işlər görmək lazımdır.

Respondentlər mövcud problemlərin çoxunu həllini daha çox Avropaya inteqrasiya etməkdə görürlər. Onların xeyli hissəsi “Boloniya prosesinə uyğun islahatların keçirilməsi mövcud problemləri həll edə bilərmi?” sualına müsbət cavab vermişlər. Lakin o da başa düşülməlidir ki, müsbət mənada dəyişməyə istək və səylər cəmiyyətin özünün içərisindən gəlməlidir. Əks halda, heç bir yüksək nümunə və kömək lazımi nəticə verə bilməz.

Page 15: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

14

Təsadüfi deyildir ki, rəyi soruşulan müəllimlərin 78,6 faizi, tələbələrin isə 72,2 faizi Boloniyaya qoşulmanın mövcud prob-lemlərin həllinə yalnız qismən təsir edəcəyini bildirmişlər.

Sorğunu nəticələrində ən maraqlı göstəricilərdən biri keçiri-lən islahatların gözləntiləri ilə bağlıdır. Açıq şəkildə qoyulmuş “Azərbaycanın Boloniya prosesinə qoşulması ona nə verə bilər?” sualına respondentlərin vermiş olduğu sərbəst cavablarda ən çox təkrarlanan təhsildə olan neqativ halların aradan qalxması, təhsilin keyfiyyətinin yüksəlməsi, məzunların iş tapmaq imkanın genişlən-məsi, Azərbaycan ali təhsilinin Avropaya inteqrasiyasının sürət-lənməsi kimi cavablardır. O ki qaldı Azərbaycan ali təhsilinə, inkişaf etməyə mane olan amillərə, respondentlər hamıya məlum olan neqativ reallıqları təkrar edir, ali məktəblərin təminatının yüksəldilməsi, müstəqilliyinin artırılması, keyfiyyətin yüksəldil-məsi, müəllim-tələbə münasibətlərinin nizama salınması və s. mə-sələləri qabardırlar.

Sorğunun nəticələrində, xüsusən tələbə respondentlərin bir sıra məsələlərə münasibətləri, diqqəti cəlb edir. Xüsusilə onu qeyd etmək lazımdır ki, tələbələr arasında Boloniya prosesi və onun ayrı-ayrı elementləri barəsində məlumatları müəllimlərə nisbətən daha aşağı səviyyədədir. Rəyi soruşulan tələbələrin 77 faizi onla-rın bu məsələlərdə malik olduqları məlumat kifayət qədər deyildir və yarımçıq xarakter daşıyır. Onların 11 faizi isə ümumiyyətlə heç bir məlumata malik olmadıqlarını qeyd edirlər. Xüsusən də əgər tələbə bu yeni sistemin əhatə etdiyi strukturda təhsil almırsa, onun təsəvvürü tamamilə məhduddur, ikincisi ölkənin mərkəzi univer-sitetlərinin tələbələrinə nisbətən regionlarda olan ali təhsil müəssi-sələrinin tələbələri daha az məlumata malikdirlər və ya bu məsələyə maraq göstərmirlər. Digər tərəfdən, özəl və dövlət ali məktəblərində də yeni təhsil qaydalarına münasibət fərqlidir. Boloniya sistemi prinsipləri əsasında fəaliyyət göstərən dövlət və özəl ali təhsil müəssisləri daha çox məlumatlı olmaqla yanaşı, bu məsələlərə daha çox maraq göstərirlər.

Page 16: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

15

Anketlərdə tələbələrin sərbəst cavabları üçün ayrılmış hissəsində qaldırdıqları məsələlərdən biri onların təşkilatlanması işinin olmaması ilə bağlıdır. Tələbələr haqlı olaraq diqqəti ona yönəldirlər ki, Boloniyanın prinsiplərinə görə, tələbələrin ali təhsil prosesində, o cümlədən onun idarə olunmasında, rolunun güclən-dirilməsi önəmli məqamlardandır. Tələbələrin fikrinə dəstək olaraq əlavə etmək istərdik ki, Avropanın özündə tələbə təşkilat-ları prosesə təsir edən tərəflərdən birini təşkil edir. Bu istiqamətdə fəaliyyət göstərən tələbə təşkilatları orada bir milyondan artıq tələbəni birləşdirir, onlar öz səmərəli təklifləri, fəal iştirakları ilə Boloniya prosesinin uğurlu inkişafına əhəmiyyətli dərəcədə təkan verirlər. Düşünürük ki, Azərbaycanda bu işin görünməsinin vaxtı çoxdan çatmışdır.

Tədqiqatın nəticələrində diqqəti cəlb edən məqamlardan biri tələbənin aldığı təhsillə onun gələcək əmək karyerası arasında asılılığın müəyyənləşdirilməsidir. “Hazırkı vəziyyətdə aldığınız təhsil gələcəkdə əmək karyeranızı nə dərəcədə təmin edir?” sualına tələbələrin 24,2 faizi “tam təmin edir”, 53,5 faizi “qismən təmin edir”, 10,4 faizi “təmin etmir”, 10,7 faizi isə “cavab verməkdə çətinlik çəkirəm” cavabını vermişlər. Göründüyü kimi hazırkı vəziyyət tələbələrin gələcəkdə aldıqları ixtisas və onun keyfiyyət səviyyəsi ilə əmək bazarında nə dərəcədə inamlı olduqlarına da təsir edir. Buna görə də ali təhsildə islahatlar aparılarkən onun başlanğıcından sonuna qədər nəzərə alınmalı, son məqsədə istiqamətlənməlidir.

Maraqlı cavablardan biri tələbələrin ali məktəbə qəbul olarkən ixtisas seçimi ilə bağlıdır. Bütövlükdə aparılan analitik tədqiqat və sosioloji sorğuların nəticələri müəyyən qədər Azərbay-can ali təhsil sistemində olan mövcud vəziyyət ilə daha əsaslı şəkildə tanış olmağa, mövcud problemləri işıqlandırmağa, onların həlli yollarını axtarmağa imkan verir. Düşünürük ki, hazırkı tədqiqatların daha dərindən analiz edilməsinə və davam etdiril-məsinə ehtiyac vardır.

Page 17: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

16

Yuxarıda deyilənləri yekunlaşdıraraq, fikirlərimizi ümumi-ləşdirmək istərdik.

1. Sovet rejimindən çıxmış yeni dövlətlərin təhsil sahəsində Boloniya prosesinə qoşulması tarixi inkişafın özünün tələbindən irəli gələn bir zərurət idi. Onların ali təhsilinin köhnə standart-lardan çıxaraq, müstəqilləşməsi və inkişaf etməsi məqamında qabaqcıl Avropaya meyl etməsi, ona inteqrasiyası, Avropa vahid ali təhsil məkanına daxil olaraq öz işini onun standartları əsasında qurması uğurlu gələcəyə real şans verir.

2. Lakin bu dövlətlərin Boloniya prosesinə qoşularaq, Avropa ali təhsil zonasının formal olaraq tam hüquqlu üzvünə çevrilməsi onun ali təhsil sahəsində problemlərini nəinki həll etmir, əksinə onun vəzifələrini və məsuliyyətini qat-qat artırır. Formal bərabərliyi real bərabərliyə çevirmək üçün çoxsaylı, xeyli zəhmət və enerji tələb edən vəzifələri qısa müddətdə həll etmək vacibdir.

3. Bu sahədə görüləsi birinci dərəcəli işlər ölkə ali təhsilini Avropa nümunəsində ictimai-iqtisadi zəminini təmin etmək, universitetlərin açıq rəqabət mühitində uğurlu fəaliyyətini təmin etmək üçün ali təhsil müəssisələrinin sərbəstliyinin (muxtariy-yətinin) qanunvericilik yolu ilə təsdiq edilməsidir.

4. Təhsilin keyfiyyətinin yüksəldilməsi üçün konkret tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi günün vacib tələblərindən biridir.

5. Ali təhsildə neqativ halların zəmininin aradan qaldırılması islahatların uğurunun həyati şərtidir.

6. Tələbələrin ali təhsilin obyektindən subyektinə çevirmək üçün onlarla işin gücləndirilməsi, tələbələrin təşkilatlanmasına, idarəetmə strukturlarında təmsil olunmasına dəstək vermək gündəlikdə duran əsas məsələlərdən biridir.

Page 18: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

17

Cəfər Cəfərov Tarix elmləri doktoru, professor,

Azərbaycan Turizm Đnstitutunun rektoru AZƏRBAYCANDA DAVAMLI TƏHSĐLĐN BƏZĐ

PROBLEMLƏRĐ

Azərbaycan Respublikasında icti-mai həyatın bütün sahələrində olduğu kimi təhsil sahəsində, o cümlədən ali təhsil sahəsində, onun müasirləşdirilmə-si, qabaqcıl dünyaya – Avropa təhsil məkanına inteqrasiyası, keyfiyyətinin yüksəldilməsi və dünya standartları sə-viyyəsinə yüksəldilməsi məqsədi ilə məqsədyönlü islahatlar həyata keçirilir. Tətbiqi Tədqiqatlar Fondunun həyata keçirdiyi “Azərbaycan Respublikasının

ali təhsil sahəsində Boloniya prosesinə qoşulması ilə əlaqədar keçirilən islahatlara dəstək” layihəsi çərçivəsində Azərbaycan Turizm Đnstitutu ilə birgə təşkil etdiyi konfrans vacib problemləri əhatə edir. Bu müzakirələr təhsil sahəsində reallaşdırılan köklü islahatlara öz sanballı dəstəyini verə bilər. Avropa təhsil sistemin-də son onilliklər ərzində Boloniya prosesinin tətbiqi üzrə həyata keçirilən islahatların mahiyyətinin araşdırılması, qloballaşmanın bu sahədə təzahürlərinin tədqiqi, bu proseslərin Azərbaycan cəmiyyətində özünəməxsus xüsusiyyətlərinin analizi, onun ölkə üçün müsbət və mənfi cəhətlərinin aşkar edilməsi vaxtaşırı üzərinə qayıdılması zəruri olan məsələlərdir. Xüsusən, bu sahədə təhsil ictimaiyyəti və bütün əhali arasında maarifləndirmə işlərinin aparılması keçirilən islahatlara güclü dəstək olardı.

Boloniya prosesinin vacib məqamları, onların Azərbaycan reallığında tətbiqinin qarşılaşa biləcəyi problemlərin tədqiqi müvafiq orqanların və mütəxəssislərin diqqət mərkəzindədir. Bu

Page 19: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

18

da təsadüfi deyildir. 2005-ci ildə rəsmi olaraq bu prosesə qoşulmuş Azərbaycan artıq həmin istiqamətdə xeyli işlər görmüş, müəyyən uğurlar əldə etmişdir. Lakin görüləsi işlərin çoxu hələ qabaqdadır. Boloniya prosesi ali təhsilin bütün məsələlərini kompleks şəkildə əhatə edir və çoxşaxəlidir. Onların sırasına ümumi ali təhsil məkanının vahid standartlarının yaradılmasından tutmuş onun tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbə və müəllim mobilliyinin təmin edilməsi, diplomların qarşılıqlı tanınması, ali təhsil müəssisələrinin rəqabət mühitinin tələbinə uyğun münasibətlər sisteminin nizama salınması, elmin inkişafı və s. kimi məsələlər daxildir. Onlardan biri də hazırkı məqalədə üzərində dayanmaq istədiyimiz məsələsi əhalinin davamlı təhsillə təmin edilməsi, əhalinin formalaşmaqda olan ümumavropa və ümumdünya əmək bazarında daha yüksək rəqabət qabiliyyətliliyi-nə nail olunması məsələsidir. Azərbaycan dövləti təhsil sahəsində bu nəhəng problemləri həll etmək, onu tələb olunan yüksək dünya standartları səviyyəsinə qaldırmaq, ölkə ali təhsil müəssisələrinin ümumi təhsil məkanının müstəqil və güclü subyektinə çevrilməsi üçün maksimum şərait yaratmaq yönümündə böyük islahatlar proqramını həyata keçirir. Ölkənin Boloniya prosesinə qoşulması və onun standartlarının tətbiqi üçün köklü dəyişikliklərin edilməsi, yeni təhsil qanununun qəbulu, təhsilin inkişafı üzrə uzunmüddətli proqramların qəbulu və həyata keçirilməsi bu sahədə dövlətin və cəmiyyətin strateji maraqlarına xidmət edir. Dövlətin möhkəm xəttini əhalinin təhsilin bütün mərhələlərində maksimum daha geniş əhatə edilməsi sahəsində də müşahidə etmək olar. Lakin mövcud olduğu müstəqillik dövründə ictimai həyatın bütün sahə-lərində nəhəng problemləri həll etməli olan gənc Azərbaycan dövlətinin və cəmiyyəti bu sahədə bütün problemləri birdən-birə həll edə bilməzdi. Şübhəsiz, bu problemlərin aradan qaldırılması müəyyən zaman müddətində məqsədyönlü islahatların aparılması-nı tələb edir.

Qeyd olunduğu kimi, Azərbaycanda təhsilin öz aktuallığı ilə seçilən məsələlərindən biri davamlı təhsil məsələsidir. Eyni

Page 20: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

19

zamanda, unutmaq olmaz ki, böyüməkdə olan nəslin təhsilin orta məktəbdən sonrakı mərhələləri ilə əhatə olunması təkcə mütəxəs-sis hazırlığı ilə məhdudlaşmır. Orta məktəbi bitirmiş gənclərin peşə yönümünə istiqamət verilməsi, əmək fəaliyyətinə cəlb olunması, müstəqil həyatda öz yerlərini tutmasına şərait yaradıl-ması daha geniş ictimai problemlərlə əlaqəlidir. Onların dəqiq uçotu və planlı şəkildə idarə edilməsi bir tərəfdən insan resurslarının düzgün yerləşdirilməsinə xidmət edirsə, digər tərəf-dən çətin keçid dövrünü yaşamış bir cəmiyyətdə böyüməkdə olan nəslin zərərli vərdişlərdən uzaqlaşdırmaq, neqativ meyllərin qarşısını almaq, onların cinayətkarlıq, narkomaniya və digər bəlalı reallıqlara yuvarlanmasının qarşısını almaq, cəmiyyətdə sağlam mühiti təmin etmək məqsədinə xidmət etməlidir. Haqqında danışılan problemləri təkcə dövlətin gücü ilə həll etmək mümkün deyildir.

Bütün qlobal məsələlərin həllində olduğu kimi böyük həyati əhəmiyyət kəsb edən bu problemin də həllində cəmiyyətin özünün fəallığı, vətəndaş cəmiyyətinin, o cümlədən, qeyri-hökumət təş-kilatlarının prinsipial mövqe nümayiş etdirməsi və bütün güclərin səfərbər edilməsi vacibdir.

Azərbaycanda orta məktəb məzunlarının cəmiyyətdə öz yerini tutması, onların ixtisas qazanması üçün ölkənin imkanla-rının tam istifadə edilməsi, bunun üçün bütün vasitələrin işə salınması, nizamlanması və səmərəli istifadəsinə kömək etmək məqsədilə onların araşdırılaraq sistemləşdirilməsi, cəmiyyətin diqqətinin həmin məsələlərə yönəldilməsi, əhalinin bu sahədə məlumatlandırılması və maarifləndirilməsi böyük əhəmiyyət kəsb edir. Böyüməkdə olan gənc nəslin ali, orta-ixtisas və peşə təhsili ilə əhatə olunması vəziyyətinin və qabaqcıl dünya ölkələrinin bu sahədə təcrübəsinin analizi, təhsildən obyektiv səbəblər üzündən kənarda qalmış məzunların əmək karyerasının problemlərinin mümkün həlli yollarının aşkar edilməsi nəzərdə tutulur.

Qloballaşma müasir dövrdə öz tempini günbəgün artırır. Đmperiya asılılığından azad olmuş ölkələr ümumi sosial-iqtisadi

Page 21: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

20

məkana cəlb olunmaqla onun yaratdığı reallıqlarla üzləşirlər. Belə bir şəraitdə Azərbaycan da zamanın tələbləri ilə ayaqlaşaraq böyüməkdə olan nəslin ümumi məkanda əlverişli vəziyyətdə olmasını təmin etmək dövlətin və cəmiyyətin başlıca vəzifələrin-dəndir. Reallıqdan çıxış edərək öncədən qeyd etmək lazımdır ki, bu sahədə Azərbaycan heç də arzuolunan səviyyədə deyildir və bu sahədə inteqrasiya etdiyimiz Qərb məkanının səviyyəsinə yaxın-laşmaq və vahid əmək bazarında ölkə vətəndaşının rəqabət qabiliyyətliliyini təmin etmək üçün qarşıda hələ xeyli vəzifələr durur.

Hazırkı dövrdə davamlı təhsili vacib edən amillərdən biri də elmin və texnologiyanın sürətlə inkişaf etməsi, nəticədə alınan biliyin tez köhnəlməsi və onun vaxtaşırı təzələnməsinə və tamamlanmasına olan ehtiyacdır. Qloballaşma nəticəsində sərhəd-lər aradan qalxır, ən yeni texnologiyalar yeni ərazilərə nüfuz edir. Yeni rəqabət mühitində ölkənin əhalisinin ixtisasca hazırlıq səviyyəsi onun tutduğu yeri müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb edir. Onlar yüksək bilik və bacarıq tələb edən prestijli yerləri də tuta bilər, ucuz işçi kütləsinin sıralarını da artıra bilər. Belə bir məqamda ölkə həmin problemlərin həllində hansı mərhələdə dayanır və onun daha səmərəli nəticələr verməsi üçün hansı işlərin görülməsi vacibdir? Bu suallara cavab tapmaq və dövlətin həyata keçirdiyi xəttə dəstək vermək, cəmiyyətin həmin problemlər barəsində məlumatlılığını artıraraq onların gücünü səfərbər edilməsinə kömək etmək təhsil sisteminin məqsədləri sırasındadır. Ümid edirik ki, apardığımız tədqiqat və maariflən-dirmə işləri bu sahədə Azərbaycan dövlətinin yeritdiyi xəttə əhəmiyyətli dəstək olacaqdır.

Azərbaycanda əmək bazarında yeni vəziyyət formalaşmışdır. Đndi ölkədə mövcud sosial-iqtisadi inkişafın tələblərinə uyğun olaraq yeni ixtisaslar yaranır, yeni-yeni peşə sahiblərinə ehtiyac yaranır. Təhsil sistemi, xüsusən ali təhsil, belə dəyişikliklərə çevik reaksiya verməli, yeniləşmə prosesindən geri qalmamalıdır. Bu mənada, mən turizm sahəsinin mütəxəssis hazırlığı məsələlərinə

Page 22: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

21

toxunmaq, onun nümunəsində haqqında danışılan problemi kon-kretləşdirmək istərdim.

Turizm sahəsi qədim tarixə malik olsa da, Azərbaycanda son vaxtlara qədər turizm mütəxəssisi hazırlığı olmamışdır. Hətta müstəqillik illərində də bu sahədə qısa müddətdə ciddi nəticə əldə etmək mümkün deyildi. Bir neçə ali təhsil müəssisəsində məhdud sayda tələbə turizm üzrə ixtisaslaşırdı ki, o da artan tələbatı ödəmək iqtidarında deyildi. Şübhəsiz, kadr problemi bu sektorda ən vacib amillərdən biridir. Mütəxəssisin hazırlıq səviyyəsi, onun aldığı bilik və bacarıqların keyfiyyəti son dərəcədə böyük əhəmiyyət kəsb edir. Buna görə də Prezidentin sərəncamı ilə 2006-cı ildə ATĐ-nin yaradılmasında da məqsəd Azərbaycan Turizm sənayesinin inkişaf etdirilməsi, qonaqpərvərlik, turizm, səyahət və istirahət sahəsində ixtisaslı kadrlara olan ehtiyacı ödəmək üçün mütəxəssislərin hazırlanması və təkmilləşdiril-məsidir.

“Turizm ili” ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan Đşçi Qrupun hazırladığı tədbirlərin siyahısına ATĐ ilə bağlı bir neçə məsələ də daxil edilib. Görüləcək işlər sırasına təhsilin müxtəlif pillələri ilə bağlı məsələlər daxildir. Peşə məktəbinin yaradılması ilə bağlı aparılan işlərin sürətləndirilməsi məqsədilə Bakı şəhərində fəaliyyət göstərən böyük peşə məktəblərindən biri Turizm Đnstitutunun tabeçiliyinə verilmişdir.

ATĐ yeni bir institut olaraq, yarandığı gündən bütün işlərini yeni standartlar əsasında qurmağa, günün tələblərini nəzərə almağa çalışır. Hər bir tələbəyə ayrıca fərdi-tədris planı hazırlanıb. Boloniya prosesi çərçivəsində kredit sisteminin tətbiqi, dəyərlən-dirmələrin aralıq imtahanlarına və final imtahanlarına əsaslan-ması, tədris prosesinin təqdimat və müzakirələr əsasında keçiril-məsi, mühazirə mətnlərinin əvvəlcədən tələbələrə paylanması, tələbələrə sərbəst müəllim və fənn seçmələri üçün müvafiq şəraitin yaradılması, onların “aşağıdan” və “yuxarıdan” fənn seçə bilmələri üçün hazırlanması, hər bir tələbə üçün fərdi tədris planının hazırlanması, tələbələrin elmi araşdırmalara fəal cəlb

Page 23: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

22

edilməsi, elmi-praktik konfransların keçirilməsi və materialların nəşr edilməsi, turizm sahəsində digər ali məktəblərlə sıх əmək-daşlıq əlaqələrinin qurulması ATĐ-də tədrisin inkişaf etmiş ölkələr səviyyəsində və keyfiyyətində aparılmasına zəmin yaradır.

ATĐ özünün beynəlxalq əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə xüsusi diqqət ayırır. Bunun nəticəsidir ki, institut fəaliyyət göstərdiyi beş il ərzində bu sahədə önəmli addımlar atıb. ATĐ Avropa Kredit Transfer Sistemi (AKTS) və çoxballı qiymətləndirmə sistemini tam tətbiq edən yeganə dövlət ali məktəblərdən biridir. ATĐ-də Avstriyanın Krems ĐMC Tətbiqi Elmlər Universiteti ilə akademik anlaşmaya əsasən AATP (Avstriya – Azərbaycan Turizm Proqramı) adlı beynəlxalq qrup təşkil edilib. Bu qrupda oxuyan tələbələr ATĐ ilə yanaşı, Avstriyanın Krems ĐMC Tətbiqi Elmlər Universitetinin də diplomuna əldə etmək imkanı qazanırlar. Đlk məzunlarımızdan (74 nəfər) 14 nəfəri hər iki ali məktəbin diplomunu almışlar. Avropa Đttifaqının Erasmus-Mundus xarici əməkdaşlıq proqramı çərçivə-sində Yunanıstan, Fransa, Bolqarıstan, Đtaliya, Litva, Portuqaliya, Niderland və s. ölkələrin universitetləri ilə əməkdaşlıq imkanları 2008-ci ildə əldə edilib. Belə ki, keçən dövr ərzində 9 müəllim və 17 tələbə bu proqramdan istifadə edərək xaricdə təhsil və təcrübəsini artırıb. Həmçinin ATĐ 2 müəllim və 4 xarici tələbəni qəbul edib. Ümumiyyətlə, Krems Universiteti də daxil olmaqla, xarici mübadilə imkanları çərçivəsində 2007-ci ildən bu yana ATĐ-yə 47 müəllim və ekspert dəvət olunub. Almaniyanın Yade Universiteti ilə əməkdaşlıq çərçivəsində ATĐ-nin 4 tələbəsi Yade Universitetində, adı çəkilən universitetin 2 tələbəsi ATĐ-də mübadilə proqramında iştirak etmişdir. Şimalı Kipr Türk Respub-likasının Girnə Amerika və Doğu Akdeniz Universitetləri ilə əməkdaşlıq memorandumları imzalanmışdır.

Turizm sahəsində təcrübə qazanmaları üçün tələbələrə mövcud imkanlar daxilində təcrübə proqramları təklif olunur. Onlar Azərbaycanla yanaşı, Türkiyə, Đsrail, Yunanıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Portuqaliya və s. ölkələrdə təcrübə mü-

Page 24: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

23

badiləsində olublar. Bir neçə gün əvvəl institutumuzun 16 tələbəsi 6 ay müddətində təcrübə keçmək məqsədilə Đsrailə yola düşmüş-lər. Qeyd edək ki, ATĐ turizm sahəsinin yalnız təhsili ilə kifayətlənmir, eyni zamanda, bu sahədə təlim və tədqiqat proses-lərinin həyata keçirilməsində də yaxından iştirak edir. Bununla bağlı institutda ATĐ Təlim Mərkəzi və ATĐ Tədqiqat və Đnkişaf Şöbəsi fəaliyyət göstərir. Mərkəz BMTĐP, GĐZ, BMU, IUCH/POSC, GFA, Almaniyanın Ekologiya Nazirliyi, Azərbay-can Respublikasının Đqtisadi Đnkişaf Nazirliyi, ATĐB, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və s. sifarişi ilə tədqiqatlar həyata keçirib. ATĐ eyni zaman-da bir sıra yerli və beynəlxalq konfransların təşkilatçısı və iştirak-çısı da olub.

Yaxın vaxtlarda Azərbaycan Respublikasının Nazirlər Kabi-netinin qərarı ilə ATĐ-nin nəzdində Turizm Peşə Liseyinin yaradıl-ması gözlənilir. Gələcəkdə Mingəçevir Turizm Kolleci ilə əmək-daşlığın dərinləşdirilməsi də həyata keçiriləcək planlara daxildir. Görüləcək işlər sırasına təhsilin müxtəlif pillələri ilə bağlı məsələlər daxildir. Peşə məktəbinin yaradılması ilə bağlı aparılan işlərin sürətləndirilməsi məqsədilə Bakı şəhərində fəaliyyət göstərən böyük peşə məktəblərindən biri Turizm Đnstitutunun tabeçiliyinə verilib.

Göründüyü kimi, ATĐ-nin fəaliyyətində təhsilin vacib problemlərindən biri olan davamlı təhsil, bu sahədə keyfiyyətin artırılması, kadr hazırlığı prosesinin müasir standartlara yüksəldil-məsi və s. məsələlər institutun daim diqqət mərkəzindədir.

Page 25: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

24

Şahlar Əskərov Professor, Əməkdar Elm Xadimi

Düzgün qərar qəbul etmənin elmi əsası Böyük Şəhriyarın milli dəyər səviyyəsinə qalxmış bir bey-

tində deyilir: Bizdən qabaqdadır avropalılar

Đşi iş bilənə tapşırır onlar.

Əvvəlcə onu qeyd edək ki, bu gün yaşadığımız əsrin, sənayeləşmə əsri ad-lanan keçən əsrdən əsas fərqi, onun elmə – biliyə və informasiyaya əsaslanan əsr olmasıdır. Bu, o deməkdir ki, hər bir qəbul olunan qərarın arxasında elmi əsas durmalıdır. Hər bir insan gündə onlarla hadisənin, prosesin içərisindən keçdiyi üçün çoxsaylı qərarlar qəbul etməli olur. Belə qərarların sayı bir ildə orta hesabla 5 min, on ildə isə 50 min tərtibdədir.

Ömür boyu qəbul olunan qərarların sayı yüz minlərlə, bəlkə də milyona yaxındır. Çox nadir tarixi şəxslərə nəsib olar ki, onun ömrü, demək olar ki, xətasız qərarlardan keçir. Belə tarixi şəxslərə misal ulu öndər Heydər Əliyevi də göstərmək olar. Böyük Hind mütəfəkkiri Oşoya görə ”Şərqdə insan ömrünün zirvə nöqtəsinin uşaqlıqda və ya gənclikdə olması qəti şəkildə rədd olunur, çünki zirvə – ömür yolunun digər ucunda olmalıdır”. Heydər Əlirza oğlunun ömür yolu zirvəyə çatdı və tamamlandı. Đstər Sovet Azərbaycanının, istər SSRĐ-nin, istərsə də müstəqil Azərbaycanın rəhbərliyinə (zirvəyə) gedən yolu xətasız qərarlardan keçərək daim yüksələn xətt boyunca irəliləmişdir. Bu səbəbdən də o, ümummilli lider adlanır.

Hər kəs çalışmalıdır ki, onun qəbul edəcəyi qərarların xətası az olsun. Çünki, inkişafa aparan yol xətasız qərarlardan keçir.

Page 26: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

25

Adətən işi, bilənə ona görə tapşırırlar ki, iş bilənlərin qəbul etdikləri qərarlar daha xətasız olurlar. Bu problemlə maraqlanan-lar üçün Matias Helmkenin bestseller olan: “Qərar qəbul etməni öyrənirik. Tez, dəqiq, düzgün”- kitabı ilə tanış olmağı məsləhətdir.

Hollandiyalı alim Eduard de Bona hesab edir ki, gənclər arasında söz sahibi o kəsdir ki, qolu qüvvətlidir. Yaşlılar arasında söz sahibi o kəsdir ki, vəzifəsi yüksəkdir. Bu səbəbdən də düzgün qərar çox vaxt kənarda qalır, bu isə cəmiyyətin inkişafını ləngidir. Beləliklə, əgər düzgün qərar qəbul etmənin elmi əsaslarını öyrənsək, qazancımız ölçüyə sığmaz.

Tarixin təkəri Həm dövlət, həm də fərd və toplum üçün düzgün qərar

qəbul etmək fundamental əhəmiyyət kəsb edir. Çünki, silsilə düzgün qərar qəbul etməklə dövlət güclü dövlətə, fərd isə güclü şəxsiyyətə çevrilir. Ancaq bu sadə və bəşəri dəyəri işlək hala gətirmək çox da asan iş deyildir.

Son yüz ildə dünyanın arzu olunmayan istiqamətdə inkişaf etməsindən çox danışılır. Đki dünya müharibəsi, qlobal istiləşmə və şimal buzlaqlıqların əriməsi, ekoloji problemlərin yaranması, iqtisadi inkişaf ilə mənəvi inkişafın arasında harmoniyanın pozulması (və nəticədə mənəvi səviyyənin ilbəil aşağı düşməsi), insanı baxımdan nisbətən ədalətli quruluşlarının dağılması, ikili standartlar və sairələr bəşəriyyətin inkişafında qüsur və xətaların çox olduğunu göstərir.

Bütün bu xətalar qlobal və lokal səviyyədə səhv qərarların qəbul olmasının nəticəsindən törəyir. Haqq nahağa qalib gələ bilmir. Dünya sanki gücdən düşüb, onun ədalət potensialı tükən-məkdədir. (Qarabağ problemi buna misaldır. 15 ildən çoxdur ki, BMT-nin 4 qətnaməsi yerinə yetirilmir). Dünyanın dərdi, dərma-nından çoxdur. SSRĐ-nin xarici siyasətinin konsepsiyasında buraxılan səhv qərarları da misal göstərmək olar. Belə ki, bu nəhəng dövlət yarım əsr müddətində iqtisadi potensialının çox hissəsini xərcləyərək, Afrikada və digər qitələrdə özünəbənzər

Page 27: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

26

dövlətlər qurmağa cəhd edirdi və nəticədə özü dağıldı. Xərclədiyi var-dövlət də yanıb kül oldu. Məşhur bir kəlamda deyilir ki, “cinayət səhv deyil, səhv isə cinayətdir”. Təəssüf doğuran odur ki, bəşəriyyət cinayət tərkibli səhv qərarların qəbuluna laqeyddir. Tarixi səhv qərarlar araşdırılmır, onların səbəbkarları ictimai qınağa tutulmur. Məlumdur ki, Qarabağ problemi 20 il öncə nə Bakıda, nə də Yerevanda yarandı. Bu problemin ideya müəllifi və yaranma məkanı məlumdur. Qarabağ problemin müəllifi M.Qor-boçov dünyanı gəzərək kef edir, Cənubi Qafqaz əhalisi isə barıt çəlləyi üzərində və zillət içərisində yaşayır. “Tarix insanlardan daha kinlidir” ifadəsi də gücdən düşüb. Onun kini-zadı qalmayıb, qalsaydı M. Qorboçova bir bəşəri məhkəmə qurardı.

Bu qorxusuzluq mühiti növbəti tarixi səhvlərin təkrarlanma-sına şərait yaradır. Tarixin təkəri düz istiqamətdə fırlanmır. Bu səbəbdən də dünyanın sonunun yaxınlaşdığını güman edənlər də az deyildir. Đslam dünyasında da imam Mehdi Sahibi Zamanın tezliklə zühur edəcəyinə və yerdə nizam-intizam yaradacağına inananlar vardır.

Bir Qərb mütəfəkkiri son yüz ilin inkişaf mənzərəsini belə səciyyələndirmişdi: Axırıncı ağac kəsiləndə, axırıncı balıq tutulan-da, axırıncı çay zəhərlənəndə insanlar başa düşəcəklər ki, pulu yemək olmur.

Qərarın düzlüyünə zamanın təsiri “Tez qəbul olunmuş qərarlar səhvdir”

Sofokl Tez-tez “ən böyük hakim zamandır” ifadəsini eşidirik.

Çünki, o, hər bir hadisəni aşılayaraq, onun daxili quruluşunu, real üzünü üzə çıxarır. Zamanın qərarın düzgünlüyünə təsir edən başlıca faktor olduğu şübhə doğurmadığı üçün ona daha diqqətlə nəzər salaq.

Təbiətşünaslıqda böyük əhəmiyyət kəsb edən, Heyzenberq tərəfindən kəşf edilən və Nobel mükafatına layiq görülən “qeyri-

Page 28: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

27

müəyyənlik prinsipi”nin məğzi bundan ibarətdir ki, elementar zər-rəciklərin impulsu nə qədər dəqiq (xətasız) ölçülərsə, onun fəzada yeri bir o qədər qeyri-dəqiqdir. Və ya tərsinə, hissəciyin yeri fəzada nə qədər dəqiq təyin edilərsə, onun impulsunun qiyməti bir o qədər qeyri-müəyyəndir.

Təbiət hadisələri üçün doğru olan bu prinsipə analoji qanunauyğunluq cəmiyyət hadisələri üçün də formalaşdırmaq mümkündür. Məlumdur ki, hər bir problemin düz və səhv həlləri mövcuddur. Jan Jak Russoya görə, “düzlüyə gedən yol bir, səhvə gedən yol mindir”.

Misal üçün fərz edək ki, bir çay üzərindən körpü tikmək lazımdır. Şübhə yoxdur ki, körpünü çay üzərində yüz yerdə tikmək olar. Körpünün eni, uzunluğu, hündürlüyü ilə bağlı çox-saylı variantlar da təklif etmək olar. Aydındır ki, bu variantların biri düz, bir qismi kvazidüz, bir hissəsi səhv, qalanları isə çox səhvdir. Ən düz variantı tapmaq mümkün olsa, onda qəbul edilən qərarın xətası da ən az olar. Yəni qəbul edilmiş cari qərar, mütləq düz qərara yaxın olmalıdır. Ən səhv variant seçiləndə (misal üçün bir lətifədə deyilən kimi, körpünü çay üzərində yox, çay boyunca tikmək), onda qərarın xətası maksimum olar. Deməli, düz qərarı tapmaq üçün çox ölçüb-biçmək, araşdırma aparmaq lazımdır. Başqa sözlə desək, düşünmə zamanını geniş götürmək lazımdır.

Mütləq düzgün qərar ilə cari qərarın arasındakı fərqi “qərarın xətası” adlandıraq. Aydındır ki, qərarın xətası azaldıq-ca mütləq düzgün qərara yaxınlaşarıq. Əksinə, xəta çoxaldıqca düzgün qərardan uzaqlaşırıq. Qərarın düz və səhv olması düşünmə zamanından asılıdır. Düşünmə müddəti çox olarsa, qərarın xətası azalar. Deməli, qəbul ediləcək qərarın xətasız və ya az xətalı olması üçün, hadisə geniş və müəyyən bir zaman intervalında araşdırılmalıdır. Deyilənlərə əsaslanaraq, Heyzenberqin qeyri-müəyyənlik prinsipinə uyğun, belə bir qanunauyğunluq formalaş-dırmaq olar:

Cəmiyyətdə baş verən hadisələr nə qədər geniş zaman intervalında öyrənilərsə, onda hadisə ilə bağlı qəbul edilən qərarın

Page 29: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

28

xətası da bir o qədər az olar. Başqa sözlə, qərarın xətasının araşdırma müddətinə hasili sabit kəmiyyətdir. Bu düstur həm Sofoklun min illər öncə söylədiyi fikri, həm də Russonun kəlamı-nın riyazi formasıdır. Göründüyü kimi araşdırma zamanı anlarla ölçülərsə, (yəni qərar tez qəbul olunarsa) qərarın xətası çox böyük olar. Müxtəlif zaman intervalında müxtəlif insanlar tərəfindən qəbul olunmuş qərarların xətası müxtəlif olacaqdır. Bunların içəri-sindən təkcə bir qərar düz olacaqdır. O da araşdırma müddətinin qiyməti zəruri zamana bərabər və ondan çox olanda baş verir.

Qərarın düzlüyünə biliyin təsiri Müşahidə zamanı çox olduqca, hadisə ilə bağlı toplanılan

bilik (informasiya) çoxaldığından qərarın xətası azalır. Başqa söz-lə, bilik və dünyagörüşü artdıqca, səhv qərarların qəbul olunması-nın ehtimalı azalır. Đş bilənin, iş bilməyəndən əsas fərqi, birincinin daha üstün biliyə malik olmasındadır. Müqəddəs kitabımızda da göstərilib: “Heç bilənlə bilməz bir olarmı?”

Son tədqiqatlar göstərir ki, qərarın xətası ilə, zəruri infor-masiya arasında münasibət mövcuddur. Đnformasiya (bilik) artdıq-ca, xəta azalır və tərsinə bilik azaldıqca xəta çoxalır. Bu münasi-bətə elmi bir biçim vermək üçün “bilik qıtlığı” anlayışı qəbul edək. “Bilik qıtlığı” dedikdə mütləq düzgün qərarın qəbulu üçün lazım olan zəruri bilik ilə cari bilik arasında fərq başa düşülür. Bu anlayışların köməkliyi ilə belə bir qanunauyğunluq formalaşdır-maq mümkündür:

Đstənilən sosial hadisə ilə bağlı qəbul edilən qərarın xətası, bilik (informasiya) qıtlığı ilə mütənasibdir.

Deməli, bilik qıtlığı çox olanda, qərarın xətası da çox olur. Fərz edək ki, iki təhsil alandan biri 100 sualdan 98-ni, digəri

isə 88-ni bilir. Onda uyğun olaraq birinci təhsil alanın bilik qıtlığı faizlərlə 2, ikincinin ki isə 12-dir. Bu səbəbdən də ikincinin gələcəkdə qəbul edəcəyi qərarların xətası daha böyük olacaqdır. Başqa sözlə, böyük bilik qıtlığı şəraitində qəbul olunan qərarın xətası böyük olar. Səhv qərarlar cinayət üçün təməl yaradır. Keyfiyyətli təhsil uğrunda dünya mübadiləsinin məğzi burada

Page 30: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

29

gizlənir. Bu səbəbdən də Qərbdə təhsilə “xəzinəsi özündə” olan varlıq kimi baxılır. Təbii, iqtisadi və siyasi göstəriciləri eyni olan iki dövlətdən, təhsil sistemi qüvvətli olan dövlət daha qüdrətlidir. Amerika prezidentlərindən biri bu vəziyyəti belə ifadə etmişdir: “Amerika Universitetləri qüdrətlidir, ona görə yox ki, Amerika varlıdır. Amerika varlıdır ona görə ki, onun Universitetləri qüv-vətlidir”.

Doğrudan da, 2009-cu ilin sonunda aparılan sorğulara görə, dünyanın 50 qabaqcıl Universitetləri arasında birinci 30-35 yerləri ABŞ və Böyük Britaniya Universitetləri tuturlar və bu yerləri heç kimlərlə bölüşmək belə istəmirlər. Çünki onlar başa düşürlər ki, Universitetlərin verdiyi bugünkü təhsil, sabah dövlət və cəmiyyət üçün zəruri və düzgün qərarların qəbuluna sərf olunacaqdır. Əgər təhsilalan bir fəndən 5 yox, 4 və ya 3 qiymət alıbsa, deməli onun artıq 20 və ya 40 % bilik qıtlığı var. Bu bilik qıtlıq gələcəkdə dövlət və ya cəmiyyət işində keyfiyyətsiz qərarlar şəklində üzə çıxacaqdır.

Buradan çıxaracağımız fəlsəfi nəticə bundan ibarətdir ki, gənclərimizə elə təhsil verməliyik ki, onlar gələcəkdə içərisindən keçdiyi bütün proseslərin obyekti yox, subyekti olsunlar. Məmur kürsüsünü kişi, qadın və gənc olmasından asılı olmayaraq, o kəslərə etibar etmək lazımdır ki, onlar içərisindən keçdiyi proses-lərin obyekti yox, subyekti olsunlar. Buna isə keyfiyyətli təhsillə nail olmaq olar.

Qlobal taledə bəşəri təhsilin, milli taledə milli təhsilin rolu axıradək dəyərincə dərk etmək lazımdır. Sözdə çoxları təhsilin vacibliyindən danışsalar da, işdə millətin, planetin gələcəyini, korporativ maraqlara qurban verirlər.

Yeni şkala, yeni kriteriya Yuxarıda sayılan bütün kataklizmaların yaranmasının digər

bir səbəbi köhnə ölçülərin, meyarların, qiymətləndirmə sistem-lərinin gücdən düşdüyünü və yeni dəyərləndirmə sistemlərinə ehtiyac olduğunu göstərir. Bir qədim misalda deyilir ki, ölçüdən böyük səadət yoxdur, ölçü harmoniyanın əsasıdır. Əgər bəşəriy-

Page 31: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

30

yətin harmoniyası pozulubsa, deməli yeni ölçü, yeni kriteriyaya ehtiyac vardır.

Deməli, bəşəri inkişafın mərkəzində, başqa sözlə düzgün qərar qəbul etmənin əsasında bilənlə bilməyənin bir-birindən ayırmaq və işi iş bilənə tapşırmaq durur. Biləni bilməzdən ayırmaq üçün min illərdir ki, bəşəriyyət kriteriya, meyar axtarışı ilə yol gedir.

Yeni kriteriya olaraq, mənimsənilməsi zəruri olan biliyin, mənimsənilən hissəsinin mənimsənilməyən hissəsinə olan nisbə-tini götürmək olar. Bu kriteriya bilənin bilməzdən ayrılmasına geniş imkan yaradır. Misal üçün 100 sualdan 98-ni bilən üçün bu kriteriya 49 (98:2), 100 sualdan 88-ni bilən üçün isə 7,3 (88: 12) olar. Bu son kriteriyalar (49 ilə 7,3) arasında fərq, 98 ilə 88 arasında fərqdən çox böyükdür. Bu səbəbdən də bu kriteriya vasitəsi ilə kadr seçimində subyektiv manelər aradan qaldırmaq olar.

Bir ingilis misalı ilə fikrimə son vermək istəyirəm: Bir işi görmək lazımdırsa, onu keyfiyyətlə görmək lazımdır. Keyfiyyət-siz təhsillə, keyfiyyətli iş görmək mümkündürmü?

Vəzifə, xalqın məmura etibar etdiyi əmanətidir. Bu əmanəti qorumaq milli mənsubiyyətdən yox, keyfiyyətli təhsildən asılıdır. Keyfiyyətli təhsil almadan xətasız qərar qəbul etmək olarmı? Cavab birqiymətlidir: Əlbət ki, yox.

Page 32: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

31

Nəsir Nəsirli Azərbaycan Turizm Đnstitutunun

“Turizm işinin təşkili və idarə edilməsi” fakültəsinin dekanı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru,

Ali təhsildə keyfiyyət təminatı problemi

Azərbaycan Respublikasında ali

təhsildə Boloniya prosesinin tətbiqinin genişlənməsi və dərinləşməsi onun əsasını təşkil edən keyfiyyətin təmin edilməsi ilə birbaşa əlaqədardır. Bəzi ekspertlər hesab edirlər ki, Boloniya bəyan-naməsi təhsildə keyfiyyətin təmin edilməsi məsələsini dəqiq müəyyənləş-dirmə üsulunu özündə əks etdirmir, baxmayaraq ki, təhsil nazirlərinin Paris konfransından başlayaraq keyfiyyət hər

dəfə əsas məsələ kimi diqqət mərkəzində olmuşdur. Sonrakı dinamika göstərmişdir ki, ali təhsil sistemində keyfiyyətin üç səviyyədə təminatı təklif edilir: ali məktəbdə, ölkədə və bütöv Avropada. Ali təhsilin keyfiyyət təminatının prinsipial məsuliyyəti qarşılıqlı qəbul edilən kriteriya və metodların işlənməsidir. Keyfiyyət təminatı məsələsində aşağıdakıların nəzərə alınması məqsədəuyğundur.

1. Bu məsələ ilə maraqlanan ali məktəbin və təşkilatın məsuliyyət dərəcəsinin və maraq dairəsinin nəzərə alınması;

2. Proqramın və ali məktəbin fəaliyyətinin qiymətləndiril-məsində özünüqiymətləndirmənin və xarici ekspert qiymətləndir-mələrinin, həmçinin tələbələrin qiymətləndirmədə iştirakının nə-zərdə tutulması və nəticələrin çap olunması;

3. Keçirilən akkreditasiya proseduralarının sisteminin mü-kəmməlliyi və sertifikatlaşdırılma mexanizminin dəqiqliyinin nəzərə alınması;

Page 33: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

32

4. Beynəlxalq əməkdaşlığın səviyyəsi, beynəlxalq şəbəkədə iştirak və şəbəkə əməkdaşlığı;

5. Tədris vəsaitlərinin, dərsliklərin hazırlanması və nəşr edilməsi;

6. Professor-müəllim heyətinin tələbələrlə əlaqələrinin səviy-yəsi, yeni tədris üsullarından istifadənin səviyyəsi, tələbələrlə sərbəst işlərin yerinə yetirilməsi prosesinin təşkili və s.

Ümumi Avropa səviyyəsinə gəlincə, Berlin konfransında Avropa Universitetlər Assosiasiyasına, Avropa tələbələr birliyi və Avropa ali təhsildə keyfiyyətə nəzarət şəbəkəsi ilə birlikdə keyfiyyəti təmin edən ümumi konsepsiya, prosedura qaydaları və metodikanın yaradılması haqqında göstəriş verilmişdir. Bu yaradı-lacaq qaydalar vasitəsilə akkreditasiyaların keçirilməsi, xarici ekspertizanın müəyyən olunmuş ali məktəblərdə keyfiyyət təmi-natının tədqiq edilməsi üçün sistemin işlənib hazırlanması nəzərdə tutulmuşdur.

Ali təhsilin keyfiyyətinə bu qədər dərin diqqətin yetirilməsi müxtəlif səbəblərlə izah edilir.

I. Avropa ölkələrində dövlətin ali təhsil müəssisələrinin fəaliyyətinə aktiv sürətdə müdaxilə etməməsi və onun ali təhsil sisteminin nizamlaması prosesindən kənarda qalması.

II. Avropa ölkələrinin bir çox milli təhsil sistemlərində axırıncı 10 ildə ali təhsil prosesinə daxil olmaq və bu prosesdən çıxmaq məsələsinə müdaxilə edilməsi.

Təhsilin layihələndirilməsi üçün elə metodologiya hazırlan-malıdır ki, təhsil işinin vacib göstəricilərindən biri təhsilin nəticə-si olsun. Başqa sözlə, təhsil fəaliyyətinin effektivliyinin qiymət-ləndirilməsi onun planlaşdırılması (tədris planının məzmunu, təhsil müddəti və s.) və həyata keçirilməsi prosesi yox, təhsilin nəticəsi, tələbənin aldığı bilik, dünyagörüşü, işə yararlılığı, sərbəst təhsil almaq və özünütəhsil prosesini həyata keçirmək bacarıqları kimi meyarlar əsasında aparılmalıdır. Bu işdə ağırlıq təhsil prose-sinin üzərinə düşür (təhsil proqramları, tələbələrin müvəffəqiy-

Page 34: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

33

yəti), o, peşə və şəxsi hazırlıq səviyyəsinin yüksəldilməsinə istiqamətlənməlidir.

Nəhayət, ali təhsildə keyfiyyət təhsil prosesinin təşkilində və həyata keçirilməsində aşkarlıq, diplom və ixtisas dərəcələrinin qarşılıqlı qəbul edilməsi, təqdim edilmiş sənədlərin müqayisə edilə bilən olması, etibarlılıq, kadrların əmək bazarında rəqabətə davamlı olması və hazırlıq səviyyəsinin aşağı düşməsi prosesinə əksfəaliyyət göstərə biləcək olması, işə götürənlərin tələbinə uyğun peşə hazırlığına və vərdişlərinə sahib olması və s. bu kimi digər məsələləri özündə birləşdirir. Göstərilən keyfiyyətlərin təmin edilməsi isə bilavasitə ali təhsil müəssisəsində tədris prosesinin təşkilində, öyrədənlə öyrənənlər arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsində, tələbənin özünü təhsil və sərbəst öyrənmə vərdişlərinə yiyələnə bilməsinin təşkilindən, bir sözlə təhsil xidməti bazarında artan rəqabətə davam gətirə biləcək kadrların hazırlanmasının təşkilindən asılıdır. Ümumiyyətlə, təhsilin keyfiyyəti sosial və şəxsi gözləntilərin real əldə edilmiş təhsil nəticələrinin müvafiq normativ tələblərə uyğunluğu özündə əks etdirən göstəricilərlə xarakterizə olunur.

Təhsil anlayışına yanaşma ümumiyyətlə iki əsas formada özünü göstərir, nəticə kimi (savadlılıq) və təhsil öyrətmə prosesi kimi. Hər iki halda təhsilə təsir edən amillər, idarəetmə orqanları, təhsil müəssisələri, təhsil proqramları, öyrənənlər və öyrədən-lərdir.

Təhsilin keyfiyyətinin qiymətləndirilməsi isə bu siyahıya sifarişçi və təhsil xidmətindən yararlananların əlavə edilməsini tələb edir ki, bunlar əsasən, şəxslər, istehsalat, cəmiyyət və dövlət, təhsil sistemidir. Zəruri olan isə kimi qiymətləndirmək və nəyi qiymətləndirməkdir. Yəni qiymətləndirmə obyektini və kriteriya-ları müəyyənləşdirmə əhəmiyyət kəsb edir. Qiymətləndirmənin obyektləri və subyektləri müəyyənləşdirilmişdirsə, bu, tam təhsil sisteminin və onun elementlərini əhatə edir. Qiymətləndirmə isə dövlət orqanları tərəfindən həyata keçirilir. Bunlar nəzərə alınarsa,

Page 35: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

34

müxtəlif variantlar meydana çıxar. Təcrübədə, əsasən, daxili və xarici olmaqla iki formada qiymətləndirmə aparılır.

Daxili qiymətləndirmə, əsasən, öyrədənlərin və öyrənənlərin özünü qiymətləndirməsi və qarşılıqlı qiymətləndirmə, keyfiyyətin daxili monitorinqi, təhsil proqramlarının daxili qiymətləndirilmə-si, təhsil müəssisəsinin daxili qiymətləndirilməsidir. Göstərilən qiymətləndirmə üsullarının tətbiq edilməsi ali təhsil müəssisələ-rində özlərinə məlum olacaq çatışmazlıqların və keyfiyyətə mənfi təsir edən amillərin aradan qaldırılmasına səbəb olar. Məsələn, tədris ili müddətində müəllimin tələbəni qiymətləndirmə imkan-ları seminar məşğələlərində, laboratoriya işlərinin təhvil verilmə-sində, aparılan yoxlamaların (aralıq yoxlamaların) gedişində sər-bəst işlərin yerinə yetirilərək təhvil verilməsi dövründə, müəyyən tapşırıqların prezentasiyalarının təqdim edilməsi müddətində və s. nəhayət, final imtahanlarının keçirilməsi və nəticələrin yoxlan-ması (əgər imtahan şifahi və ya yazılı, test yoxlaması şəklində keçirilmişdirsə) müddətində həyata keçirilir. Tələbənin müəllimi qiymətləndirməsi isə semestr ərzində ən azı iki dəfə anket sorğularına verilən cavablar və müəllim haqqında dərs dediyi tələbələrdən fərdi qaydada alınan rəylərin nəticəsi əsasında aparıla bilər. Bir çox hallarda müəllimin şəxsi keyfiyyətləri bu qiymətlən-dirmənin nəticəsini şübhə altında qoya bilir. Ona görə də tələbələrə qarşı münasibətlər daxili intizam qaydalarına tam əməl edilməklə obyektiv şəkildə tənzimlənməlidir.

Təhsil prosesi həyata keçirilən müddətdə elə demokratik şərait yaradılmalıdır ki, tələbələr müəllimə qarşı münasibətlərini onun özünə və tədris prosesinin təşkilatçılarına bildirmək (məlumat vermək) imkanı olsun. Müəllimin tələbələr tərəfindən qiymətləndirilməsi ilə eyni vaxtda müəllimin işinə nəzarət edən ali məktəb qurumlarının da müəllim haqqında rəyinin nəzərə alınması məqsədəmüvafiq olar. Bu halda müəllim haqqında subyektiv rəy bildirən tələbələrin həmin müəllimlə münasibət-lərinin tənzimlənməsi üçün müəyyən tədbirlər həyata keçirilə bilər. Ümumiyyətlə tələbələrin və müəllimlərin özünü qiymətlən-

Page 36: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

35

dirməsi və özünə nəzarətinin həyata keçirilməsi məsələsi isə hələlik açıq qalmış məsələlərdəndir. Bu haqda heç bir metodik rəhbərlik və tövsiyələr hələlik yoxdur. Lakin fasiləsiz təhsilin (ömür boyu təhsil) həyata keçirilməsinin tətbiq edildiyi bir vaxtda buna böyük ehtiyac vardır.

Keyfiyyətin qiymətləndirilməsi üçün daxili monitorinqin həyata keçirilməsi mütəmadi qaydada semestr ərzində 2-3 dəfə keçirilə bilər. Sorğu tələbələr və professor-müəllim heyəti arasın-da aparılır. Hər bir anketə 10-12 sual daxil edilir.

Sualların tədris prosesini tamamilə əhatə etməsi məqsədəuy-ğundur. Hər bir fənnin, dərslik və tədris materiallarının qiymətlən-dirmə üsulunun obyektivliyinin, tədris otaqlarının vəziyyətinin, kitabxananın işinin, yeməkxananın və s. bir sözlə, tələbələrin təhsil almasına xidmət edən bütün qurumların fəaliyyətinin qiymətləndirilməsinin əhatə edilməsi məqsədəuyğun olar. Tədris prosesində aparıcı fiqur müəllim və tələbə olduğu üçün onların bir birlərini qarşılıqlı qiymətləndirməsi işin xeyrinə olar. Hər bir verilən sual üçün konkret qiymət meyarları tətbiq edilsə, daha effektli olar. Nəticələr ümumiləşdirilərək hər bir müəllimin, idarəetmə orqanlarının və xidmət sahələrinin fəaliyyəti haqqında vaxtında tədbirlər görülür.

Tədris proqramının daxili qiymətləndirilməsi standartları, Azərbaycan Respublikasında tədris Təhsil Nazirliyi tərəfindən hazırlanır və ali təhsil müəssisələrinə seçmə və ixtisas fənlərinin təhsil proqramlarına daxil edilməsi tövsiyə olunur. Tədris proqramlarının hazırlanmasına isə, əsasən, təhsil işçiləri və mütəxəssis alimlər cəlb edilir. Lakin, əgər təhsil bütün ictimaiy-yətə aiddirsə, onda təhsilin strukturunun və məzmununun təyin edilməsində bütün ictimaiyyətin iştirakının təmin edilməsi məqsədəuyğun olardı. Ali peşə təhsili standartlarının hazırlan-masında dediklərimizə daha çox ehtiyac duyulur. Göstərilən proseslərə ən azı işəgötürənlərin, sahibkarlar cəmiyyətlərinin, ictimai təşkilatların və s. geniş iştirakına şərait yaradılması yaxşı olardı.

Page 37: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

36

Tədris müəssisəsinin daxili qiymətləndirilməsi Bu proses ali təhsil müəssisələrində daha çox tətbiq

olunmaqdadır. Tədris prosesinin effektivliyinin və idarəetmə orqanlarının işinin səmərəsinin artırılması onun əsas məqsədini təşkil edir. Proses üçün hazırlanmış hesabatda əsasən:

- Tədris müəssisəsinin missiyası, məqsədi, - Təhsil proqramının strukturu, məzmunu, müddəti və bun-

ların tətbiqinin tələbləri, - Elmi tədqiqatların əsas istiqaməti, elmi məktəblərin fəaliy-

yətinin nəticələri, - Keyfiyyət sisteminin yaradılması, - Tələbə heyəti, müvəffəqiyyət göstəricisi, tədris proqramı-

nın mənimsənilməsinin qiymətləndirilməsi, - Məzunların əldə etdiyi nailiyyətlər, onların əmək bazarında

və təhsillərinin davam etdirilməsindəki uğurları - Đdarəetmə orqanlarının əsas maliyyə göstəriciləri və onla-

rın ehtiyatlarla təminatı və s. nəzərə alınmalıdır. Təhsil alanların fərdi nailiyyətlərinin qiymətləndirilməsi Prosesi iki formada həyata keçirmək məqsədəuyğun olardı:

1. Yekun dövlət attestasiyası 2. Cari attestasiyaları (daxili keyfiyyətə nəzarət sisteminin

yoxlamaları) Təhsil verənlərin (professor-müəllim heyətinin) fəaliyyət

keyfiyyətinin qiymətləndirilməsi Pedaqoji və elmi-pedaqoji heyətin fəaliyyətinə çoxsaylı

iradların olmasına baxmayaraq, onlar üçün hələlik yalnız attes-tasiyadan keçirilməklə qiymətləndirmə üsulundan istifadə edilir.

Ali təhsil müəssisəsinin idarəetmə orqanlarının fəaliyyə-tinin qiymətləndirilməsi

Bu iş ali təhsil müəssisələrinin tabe olduqları dövlət qurumları tərəfindən aparılır. Onun fəaliyyətinin qiymətləndiril-məsində öyrənənlərin, öyrədənlərin və təhsil müəssisələrinin digər maraqlı qurumları bu prosesə cəlb edilmir.

Page 38: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

37

Bütün deyilənlərə yekun vuraraq, qeyd etmək lazımdır ki, təhsil müəssisəsinin fəaliyyətinin qiymətləndirilməsi, onun key-fiyyət meyarlarının müəyyənləşdirilməsi və təkmilləşdirilməsi onun səmərəliliyinin artırılması, bu sahədə yüksək nəticələrin əldə edilməsi üçün müstəsna əhəmiyyətə malikdir. Eyni zamanda bu iş formallıqdan uzaq olmağı, maksimum obyektivliyi, qərəzsizliyi tələb edir. Bu mənada insan faktoru həmişə ön planda olur.

Page 39: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

38

Şahrza Əliyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin

Đqtisadiyyat şöbəsinin müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru

Azərbaycanda ali təhsildə yeni maliyyələşmə mexanizminin

tətbiqi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr Təhsilin maliyyələşdirilməsi beynəlxalq kontekstdə

Dünya iqtisadiyyatında hər bir

ölkənin yeri əsasən, təhsilin keyfiyyəti ilə xarakterizə olunur. Belə ki, millətin intellektual potensialının inkişafı və reallaşdırılması müasir cəmiyyətin da-vamlı və dinamik inkişafının əsas amil-lərindən biridir. Əlbəttə ki, təhsilin keyfiyyəti bilavasitə maliyyələşdirmə-nin həcmindən də asılıdır.

Məlum olduğu kimi, təhsilin maliyyələşdirilməsinin iki əsas mənbəyi

var: dövlət büdcəsi və büdcədənkənar vəsaitlər hesabına. Sözsüz ki, dövlət büdcəsindən maliyyələşdirmə daha böyük xüsusi çəkiyə malikdir. Belə ki, təhsil sferası cəmiyyətin inkişafında çox vacib rol oynadığı üçün dövlət bu istiqamətdə həmişə fəal siyasət həyata keçirir. Ümumiyyətlə təhsilin maliyyələşdirilməsi dedikdə bütün təhsil və tədris prosesinin həyata keçirilməsi üçün zəruri xərclərin maliyyə resursları ilə təmin edilməsi başa düşülür. Dünya prak-tikasından məlum olduğu kimi təhsilin dövlət maliyyələşdirilməsi əsasən aşağıda göstərilən iki formada həyata keçirilir:

1. Təhsil (tədris) müəssisələrinin maliyyələşdirilməsi; - Birbaşa yolla: smeta üzrə maliyyələşdirmə, subsidiyalar,

dövlət sifarişləri, adambaşına normativə əsasən maliyyələşdirmə; - Dolayı yolla: vergi güzəştlərinin tətbiqi;

Page 40: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

39

2. Təhsilalanların maliyyələşdirilməsi; - Birbaşa yolla: təhsil vauçerləri, qrantlar, kreditlər; - Dolayı yolla: vergi güzəştlərinin tətbiqi, kreditlərə dövlət

zəmanətinin verilməsi; Müasir dövrdə əksər dünya ölkələrində təhsilin maliyyələş-

dirilməsi bu məqsədlə ayrılan büdcə vəsaitlərinin kifayət qədər olmaması ilə xarakterizə olunur. Belə olan halda təhsilin keyfiy-yəti və məzmunu, hamı üçün bərabər və keyfiyyətli təhsil imkan-larının yaradılması və digər bu kimi məsələlərlə bağlı problemlər arxa plana keçir. Lakin təhsilə ayrılan maliyyə çatışmazlığı məsələsinə aşağıdakı 2 nöqteyi-nəzərdən yanaşmaq lazımdır:

- Dövlət büdcəsindən ayrılan vəsaitlərin çatışmazlığı, daha doğrusu, kəmiyyət amili nöqteyi-nəzərindən.

- Büdcə vəsaitlərinin təhsil səviyyələri və təhsil müəssi-sələri arasında kifayət qədər effektli bölüşdürülməməsi, daha doğrusu keyfiyyət amili nöqteyi-nəzərindən.

Buna görə də təhsilin maliyyələşdirilməsi ilə bağlı aparılan təhlillər təkcə ayrılan büdcə vəsaitlərinin miqdarı ilə deyil, həm də mövcud büdcə maliyyələşdirilməsi mexanizminin çatışmazlıq-larının aşkara çıxarılması ilə səciyyələnməlidir. Bu baxımdan, tarixən dünyanın inkişaf etmiş ölkələrində təhsilin maliyyələşdi-rilməsi mexanizmlərinin təkmilləşdirilməsinə, modernləşdirilmə-sinə və daha effektiv üsulların tətbiqinə böyük maraq olub.

Ümumiyyətlə, təhsilin maliyyələşdirilməsi məsələsinə təhsil sistemindən və digər sosial-iqtisadi sistemlərdən ayrı şəkildə baxmaq olmaz. Belə ki, dövlətlə təhsil sisteminin və digər sosial-iqtisadi sistemlərin elementlərinin arasında qarşılıqlı əlaqələr var. Bunlara əsasən aşağıdakılar aiddir:

• Təhsilin və təhsil müəssisələrinin fəaliyyətinin keyfiyyətinin monitorinqi və qiymətləndirilməsinin effektiv sistemi;

• Təhsil xidməti təklif edən müəssisə və təşkilatların akkreditasiyası və sertifikatlaşdırılması sistemləri;

Page 41: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

40

• Təhsil müəssisələrinin təklif etdikləri xidmətlər və tədris kursları barədə hamı üçün əlçatan, etibarlı və geniş informasiya sisteminin mövcudluğu;

• Təhsil müəssisələrində büdcədənkənar maliyyələşmə im-kanlarını və həmçinin sponsorluq fəaliyyətlərini məhdudlaşdır-mayan, əksinə onları stimullaşdıran vergi sisteminin mövcudluğu;

• Etibarlı və işlək maliyyə-bank sisteminin mövcudluğu. Son zamanlar dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi

əsasında digər ölkələrdə də təhsilin maliyyələşdirilməsi mexa-nizmlərinin təkmilləşdirilməsi istiqamətində köklü islahatlar apa-rılır. Bu islahatların əsas məqsədi təhsil müəssisələri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına marağın və cavabdehliyin səviyyəsinin artırılmasıdır. Bu baxımdan, indiki dövrdə büdcədən maliyyələşdirmədə, eləcə də təhsilin maliyyələş-dirilməsində, yeni mütərəqqi model və metodların istifadəsi geniş-lənir. Beynəlxalq aləmdə təhsilin maliyyələşdirilməsində ən çox yayılmış mütərəqqi metod adambaşına maliyyələşdirmə hesab edilir.

Ali təhsildə yeni maliyyələşdirmə mexanizminə keçidin zəruriliyi. Müasir dövrdə ali təhsilin inkişafı yaxın perspektiv üçün ölkəmizin sosial-iqtisadi inkişafının əsas prioritet istiqamət-lərindən biridir. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi indiki dövrdə ölkənin inkişafının əsas amili təhsilin səviyyəsi və keyfiy-yətindən çox asılıdır. Bu baxımdan ölkəmizdə təhsil sahəsində, eləcə də ali təhsil üzrə aparılan nəticəyönümlü islahatlar mühüm əhəmiyyət kəsb edir. Ali təhsildə hal-hazırda aparılan islahatların əsas ana xəttini Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın icrası təşkil edir. Proqramın əsas məqsədi ölkənin ali təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, onun məzmununun Boloniya prosesinin prinsip-lərinə uyğun qurulması, ali təhsilin rəqabət qabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali

Page 42: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

41

təhsilli kadrlara tələbatın ödənilməsi, əhalinin ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır.

Artıq bu gün Azərbaycanın ali təhsil sistemi Avropa ali təhsil məkanına inteqrasiya istiqamətində inkişaf etməkdədir. Ali təhsildə keyfiyyətin əldə olunması, effektiv idarəetmənin və ayrılan vəsaitlərdən səmərəli istifadənin təmin edilməsi üçün əsas amillərdən biri də ali təhsilin maliyyələşdirilməsində yeni və mütərəqqi mexanizmlərin tətbiq olunmasıdır.

Eyni zamanda, “Təhsil haqqında” Azərbaycan Respublikas-ının Qanununda Dövlət təhsil müəssisəsinin maliyyələşdiril-məsinin təhsilin hər pilləsi üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilməsi və bu nоrmativlərin təhsil müəssisəsinin tipinə, növünə və kateqоriyasına uyğun оlaraq, hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilməsi təsbitlənmişdir.

Bu baxımdan, ümummilli liderimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm prezident cənab Đlham Əliyevin ötən ilin əvvəlində imzaladığı “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Fərmanının icrası istiqamətində aparılan işlər mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunan Fərmanın icrası ilə bağlı görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə danışmazdan əvvəl bu mexanizmin tətbiqini zəruri edən amillərə nəzər salaq.

Belə ki, ali təhsilin dövlət maliyyələşdirməsinin ölkəmizdə tətbiq olunan ənənəvi mexanizmi müasir qloballaşdırma və bazar iqtisadiyyatı şəraitində rəqabətin gücləndiyi bir dövrdə tələb olunan standartlara cavab vermir. Məlum olduğu kimi, dövlət ali təhsil müəssisələrinin büdcəsi əsasən, büdcə və büdcədənkənar vəsaitlər hesabına formalaşır. Ənənəvi mexanizmə əsasən dövlət ali məktəblərinin illik büdcəsi əvvəlki illərin xərcləri nəzərə alınmaqla onların təqdim etdikləri xərclər smetasının proqnozu əsasında müəyyənləşdirilirdi. Qeyd etməliyik ki, ali məktəblərin

Page 43: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

42

maliyyələşdirilməsinin bu mexanizmi təhsil sahəsində beynəlxalq və milli səviyyədə rəqabətin gücləndiyi, nəticələrə əsaslanan strateji planlaşdırmanın və maliyyələşdirmənin rolunun yüksəldiyi bir dövrdə müasir tələblərə cavab vermirdi. Həmçinin, bu mexanizm ali məktəblərdə cavabdehliyin, rəqabətin, təhsildə keyfiyyətin yüksəldilməsini tam təmin etmir və son nəticədə büdcədən ayrılan vəsaitlərin ali məktəblərdə səmərəsiz istifadəsi-nə səbəb olurdu. Ali məktəblər onlara ayrılan dövlət vəsaitlərin-dən mövcud ehtiyaclar üzrə sərbəst istifadə edə bilmir, vəsaitlərin bölgüsündə bəzən subyektivlik hallarına rast gəlinirdi. Bundan əlavə ali təhsil müəssisələri tələbə qəbulunun və dövlət maliy-yələşdirilməsinin həmin ali təhsil ocaqlarının fəaliyyətinin nəticə-lərindən və keyfiyyət göstəricilərinin səviyyəsindən asılı olmaya-raq planlı qaydada həyata keçirildiyi üçün bir növ arxayınlaşır, keyfiyyətin, cavabdehliyin artırılmasına ciddi səy göstərmir və nəticədə sağlam rəqabət mühiti təmin olunmurdu.

Bu baxımdan bir daha qeyd etməliyik ki, ölkə prezidentinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il tarixli Fərmanından irəli gələn tələblərə əsasən ali təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi bu problemlərin köklü şəkildə tədricən aradan qaldırılmasına yönəlmişdir. Fərmana əsasən dövlət sifarişi-nin formalaşdırılmasında ölkənin milli, mədəni, humanitar və tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin perspektiv inkişafı amilləri nəzərə alınır.

Yeni mexanizm dövlət büdcəsindən ali təhsil müəssisələrinə ayrılan vəsaitlərin bir tələbə üçün müəyyənləşdirilmiş xərc normativinə əsasən maliyyələşdirməni nəzərdə tutur. Yəni, bu, o deməkdir ki, müvafiq kadr hazırlığı üzrə dövlət sifarişini yerinə yetirən təhsil müəssisələrinə maliyyə vəsaitləri tələbələrin sayından asılı olaraq verilir.

Qeyd olunan Fərmanın əsas məqsədlərindən biri də, ali təhsil müəssisələri arasında dövlət maliyyəsinin, daha doğrusu dövlət sifarişi əsasında təhsil alacaq tələbə uğrunda mübarizəni

Page 44: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

43

təmin etməklə rəqabətin yaradılmasıdır. Belə ki, yeni qaydalara əsasən ali təhsil müəssisələrinə qəbul üzrə aparılan müsabiqədə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq təhsil alacaqları ali təhsil müəssisəsinin seçimində sərbəstdirlər. Həmçinin mülkiyyət for-masından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət gös-tərən bütün ali təhsil müəssisələri dövlət sifarişinin yerinə yetirilməsində iştirak etmək hüququna malikdirlər. Yəni dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər artıq əvvəlki qəbullardan fərqli olaraq özəl ali təhsil müəssisələrini də seçə bilirlər. Bu zaman tələbənin təhsili üçün nəzərdə tutulan dövlət vəsaiti tələbənin ardınca həmin özəl ali məktəbə yönəlir. Bu bir növ dövlət sifarişinin yerinə yetirilməsində dövlət ali məktəblərinin inhisarçılığına son qoymaqla təhsil almaq üçün bərabər imkanları və ədalət prinsipini təmin edir. Belə ki, ali təhsil müəssisələrinə qəbul üçün tətbiq olunan yeni qaydalardan fərqli olaraq əvvəlki qaydalarda tələbə yüksək bal toplasa da dövlət hesabına oxumaq üçün yalnız dövlət ali təhsil müəssisələrini seçmək məcburiyyətində qalırdı. Bu isə tələbələrin bərabər seçim imkanlarını təmin etmirdi. Əlbəttə ki, tətbiq olunan yeni qaydalar təhsil müəssisələrinin qarşısında böyük məsuliyyət və yeni tələblər qoyur. Belə ki, təhsil müəssisələri keyfiyyətli təhsil xidmətləri təqdim etmədikləri halda tələbələr həmin ali məktəblərdə oxumağa həvəs göstərməyəcəklər və nəticədə dövlət sifarişi əsasında tələbəyə ayrılan dövlət maliyyəsi tələbənin ardınca digər ali təhsil müəssisəsinə gedəcəkdir. Bu bir tərəfdən ali təhsil müəssisələrinin bu sahədə cavabdehliyini də artırır. Beləliklə ən yaxşı tələbələr öz növbəsində daha keyfiyyətli təhsil verən ali təhsil müəssisələrinə üz tutacaqlar. Nəticədə aşağı keyfiyyətli təhsil müəssisələri dövlət sifarişindən və sonda dövlət maliyyəsindən məhrum olacaqlar.

Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı görülən işlər. Ümumi təhsildə adambaşına maliyyələş-dirmənin tətbiqi bəzi problemlərlə üzləşsə də, ali təhsildə yeni

Page 45: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

44

maliyyələşdirmə mexanizminin tətbiqi istiqamətində ölkəmizdə hal-hazırda çox əhəmiyyətli işlər görülür.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il tarixli Fərmanına əsasən 2010/2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmənin dövlət sifarişi əsasında adam-başına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsinə başlanılmışdır.

Məlum olduğu kimi, qeyd olunan Fərmanın icrası istiqa-mətində Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” 25 iyun 2010-cu il tarixli 120 nömrəli Qərarı qəbul olunmuş və qərara əsasən ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı müəyyənləşdirilmiş və həmçinin “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələ-rində kadr hazırlığının maliyyələşdirilməsi Qaydalar”ı təsdiq edil-mişdir.

2010/2011-ci tədris ilində dövlət sifarişi üzrə ali təhsil müəssisələrinin I kurs bakalavriat və magistratura səviyyələrinə qəbul olmuş tələbələrin təhsili ilə bağlı xərclərin maliyyələş-dirilməsi üçün Respublika Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrı ali məktəblər üzrə təsdiq edilmiş müvafiq bölgüyə əsasən Təhsil Nazirliyinə 24 327 733 manat məbləğində ayrılmış vəsait bölgüyə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən 33 ali məktəbin hesabına köçürülmüş və bu vəsaitlərin təyinatı üzrə xərclənilməsi ilə əlaqədar həmin ali məktəblərə tapşırıqlar verilmişdir.

Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi nəticəsində mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq bütün ali məktəblərin dövlət sifarişi üzrə kadr

Page 46: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

45

hazırlığında iştirakı üçün bərabər imkanlar yaradılmış, abituriyent-lərin, həmçinin dövlət sifarişi üzrə qəbul olmuş tələbələrin seçim imkanları artırılmışdır.

Dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsi üçün ali məktəblərə vəsait əvvəlki illərdə olduğu kimi 40 və ya daha çox xərc maddəsi üzrə deyil, bir xərc maddəsi ilə ayrılmış və bu vəsaitlərin xərclənilməsində ali məktəblərin səlahiyyətləri və maliyyə müstəqilliyi artırılmışdır.

Dövlət ali məktəblərində yuxarı kurslarda təhsil alan tələbələrin xərclərinin ödənilməsi məqsədilə nəzərdə tutulan vəsait isə 2011-ci ildə 40 və ya daha çox xərc maddəsi üzrə deyil, 4 xərc maddəsi, büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetası isə 6 xərc maddəsi ilə proqnozlaşdırılmışdır. Növbəti ildən isə ali təhsil müəssisələrinə dövlət büdcəsindən bütün vəsaitlərin bir xərc maddəsi ilə ayrılması nəzərdə tutulur. Bu isə ali məktəblərin maliyyə vəsaitlərinin idarəolunması və xərclənil-məsində səlahiyyətlərinin artırılmasına səbəb olacaqdır.

Lakin, əldə olunan müsbət nəticələrlə yanaşı yeni maliyyələşmə mexanizminin tətbiqinin ilkin mərhələsində bir sıra problemlər də ortaya çıxmışdır. Bununla əlaqədar vaxtaşırı Təhsil, Maliyyə, Đqtisadi Đnkişaf Nazirlərinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin, Respublika Nazirlər Kabinetinin şöbə müdirinin, aidiyyəti ali məktəblərin rektorlarının, baş mühasiblərin iştirakı ilə kollegiya, müşavirə və seminarlar keçirilmiş və bu görüşlərdə ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı görülən işlər, əldə olunan ilkin nəticələr, qarşıda duran vəzifələr və təkliflər geniş müzakirə edilmişdir.

Yeni mexanizmin tətbiqi ilə əlaqədar qarşıda duran vəzifələr. Qeyd olunan tədbirlərdə mövcud problemlərin aradan qaldırılması məqsədilə Təhsil Nazirliyi ilk növbədə dövlət sifarişi üzrə hər bir təhsilalana düşən illik xərclərin məbləğlərinin artırılmasını təklif etmişdir. Belə ki, dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsi ilə bağlı bir təhsilalan üçün

Page 47: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

46

müəyyənləşdirilmiş illik təhsil xərci məbləğinə uyğun ayrılan vəsait əksər ali məktəblərdə yalnız əməkhaqqı və təqaüd xərclərinin ödənilməsinə kifayət edir. Bu da dövlət sifarişi üzrə keyfiyyətli kadr hazırlığının təmin edilməsi üçün müvafiq maddi-texniki bazanın yaradılmasına və saxlanılmasına şərait yaratmır. Bundan əlavə oxşar və eynitipli ixtisaslar üzrə bir təhsilalana düşən təhsil xərclərinin miqdarı da yenidən baxılaraq uyğunlaşdırılmalıdır.

Eyni zamanda ali məktəblər üzrə bəzi ixtisaslara olan inhisarçılığın aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi də zəruridir.

Bundan əlavə ali məktəblərin büdcədənkənar vəsaitlərin idarəolunmasında səlahiyyətləri artırılmalıdır. Bu baxımdan büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetalarının təsdiq edilməsi, il ərzində büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclərin dürüstləşdirilməsi prosedurlarının sadələşdirilməsi, bu səlahiy-yətlərin ali məktəblərə verilməsi və ilin sonunda büdcədənkənar vəsaitlər üzrə gəlirlərin dövlət büdcəsinə silinməməsi və bu vəsaitin növbəti ilə keçirilməsi məqsədəmüvafiq hesab edilir.

Digər vacib məsələlərdən biri isə özəl ali məktəblərin dövlət sifarişində iştirakının stimullaşdırılmasıdır.

Onu da qeyd etməliyik ki, ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi dövlət ali məktəblərinə ödənişli əsaslarla qəbul olan və mövcud qaydalara əsasən ödənişdən azad edilən məcburi köçkün statuslu tələbələrin təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə zərurət yaratmışdır.

Məlumat üçün qeyd edək ki, Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinə təkcə 2010/2011-ci tədris ilində qəbul olmuş 15386 tələbədən 1636-sı məcburi köçkün statuslu tələbələrdir və onların təhsil haqları ümumilikdə 1 689 200 manat təşkil edir ki, bu da dövlət ali təhsil müəssisələri üçün hər il xeyli məbləğdə büdcədənkənar gəlirlərin itirilməsi deməkdir.

Page 48: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

47

Lakin Azərbaycan Respublikasının Prezidenti cənab Đlham Əliyevin “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisə-lərində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” yeni dərs ili ərəfəsində imzala-dığı Sərəncamla qeyd olunan problem artıq öz həllini tapmışdır. Belə ki, Sərəncama əsasən 2011/2012-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrinin bakalavriat və magistratura təhsil səviyyələrinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaş-larının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respub-likası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsi-nin vəsaiti hesabına ödəniləcəkdir. Nəticədə dövlət ali təhsil müəssisələri məcburi köçkün statuslu və ödənişdən azad olunan tələbələrin təhsil xərclərinin ödənilməsi ilə bağlı ayrılacaq büdcə vəsaitləri hesabına ali təhsil müəssisələrinin maliyyə vəziyyəti daha da yaxşılaşacaqdır.

Qeyd etməliyik ki, yeni maliyyələşmə mexanizminin tətbiqi nəticəsində dövlət ali təhsil müəssisələrinin səlahiyyətlərinin artı-rılması, eyni zamanda onların bu istiqamətdə məsuliyyətlərini də artırır. Belə ki, ali məktəblər son nəticədə təhsildə keyfiyyətin yüksəldilməsinə nail olmaq üçün öncə qeyd etdiyimiz kimi möv-cud resurslardan, həmçinin əldə edilən maliyyə resurslarından daha səmərəli, rasional şəkildə istifadəni təmin etməlidirlər. Bu baxımdan ali təhsildə yeni maliyyələşmə mexanizmi ilə əlaqədar tətbiq olunan yeniliklər ali təhsil müəssisələrinin qarşısında mühüm vəzifələr qoyur.

Ədəbiyyat: 1. Azərbaycan Republikası Prezidentinin “Ali təhsil müəssisə-

lərində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il tarixli Fərmanı.

2. Azərbaycan Republikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil

Page 49: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

48

alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” 14 sentyabr 2011-ci il tarixli Sərəncamı.

3. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu.

4. Боголюбова Л.Н. Экономическое развитие в современной цивилизации.

Page 50: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

49

Đbrahim Əliyev Azərbaycan Turizm Đnstitutunun

“Đctimai fənlər” kafedrasının müdiri, TTF-in direktoru, tarix üzrə fəlsəfə doktoru

Sevda Vəzirova

Azərbaycan Turizm Đnstitutunun “Đctimai fənlər” kafedrasının dosenti,

biologiya üzrə fəlsəfə doktoru

Boloniya prosesində vahid kredit sistemi (AKTS)

Müasir dövrdə ictimai həyatın bütün sahələrini əhatə edən dərin inteqrasiya prosesi təhsil sahəsində də özünü dün-yanın müxtəlif yerlərində ayrı-ayrı ölkə-lərin təhsil sistemlərinin yaxınlaşmasın-da və vahid ümumtəhsil məkanlarının formalaşmasında büruzə verir. Təhsildə gedən bu proses ümumdünya miqyasın-da gedən qlobal inteqrasiya və bütövləş-mə prosesinin bir hissəsi olmaqla onun ümumi qanunlarına tabedir və bütöv-

lükdə digər sahələrdə gedən proseslərlə vəhdət təşkil edir. Avropada gedən Boloniya prosesi ali təhsil sahəsini əhatə edir. Onun başlıca missiyası isə artıq təşəkkül tapmış Ümumavropa iqtisadi məkanının əmək bazarının yüksək ixtisaslı mütəxəssislərə olan ehtiyacını təmin etmək üçün vahid ali təhsil məkanının yaradılması, bu sahədə standartların ümumiləşdirilməsi, güclərin birləşdirilməsi, Avropa təhsilinin rəqabət qabiliyyətinin və yeni ölkələrdə cəzbediciliyinin artırılmasıdır. Bu sahədə görülən işlər və həyata keçirilən islahatlar kompleks şəklində nəzərdə tutulan məqsədlərin əldə edilməsinə xidmət edir. Bəzən Boloniya prosesi təhsildə yalnız kredit sisteminin tətbiqi kimi başa düşülür. Qeyd

Page 51: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

50

olunduğu kimi bu proses ali təhsilin bütün cəhətlərini əhatə edən və köklü mahiyyət dəyişikliklərinə istiqamətlənmiş çoxşaxəli bir proses olmaqla daha mürəkkəb xarakter daşıyır. Onun prosesdə nəzərdə tutulan hər hansı bir cəhətlə eyniləşdirilməsi bu barədə fikrin bəsitləşdirilməsinə və yanlış təsəvvürün yaranmasına gətirib çıxara bilər. O cümlədən, biliyin qiymətləndirilməsində kredit sisteminin vahid formasının tətbiqi Boloniya prosesi çərçivəsində həyata keçirilən vacib şərtlərdən biridir, lakin yeganə şərt deyildir. Bununla yanaşı, Avropa ölkələrində kredit sisteminin tətbiqində mövcud olan fərqlərin aradan qaldırılması, onun vahid standartlarının tətbiqinə nail olunması strateji əhəmiyyət kəsb edir. Boloniya prosesinə qoşulmuş digər ölkələrdə, xüsusən postsovet ölkələrində, bu işin görülməsinin spesifik çətinlikləri vardır. Əgər Avropanın ölkələrinin əksəriyyətində tətbiq edilən kredit sistemlərinin fərqi nisbətən azdırsa və söhbət onların eyniləşdirilməsindən gedirsə, postsovet ölkələrində və sosializm düşərgəsinə daxil olan ölkələrdə qiymətləndirmə sistemindəki fərqlər daha prinsipial xarakter daşıyır və onların dəyişdirilməsi, mövcud olan ölçü vahidlərindən imtina edilərək onlar üçün bu vaxta qədər tanış olmayan kredit standartlarına keçilməsi xeyli çətindir. Bunun üçün isə həmin ölkələrdə, o cümlədən Azərbay-canda, kredit sisteminin mahiyyətinin tam aydınlaşdırılması, onun bu vaxta qədər mövcud olan qiymətləndirmə və ölçmə siste-mindən fərqinin aşkar edilməsi, onun tətbiqi zamanı yerli xüsusiyyətlərin və mövcud ənənələrin nəzərə alınması, ona keçid zamanı real vəziyyətin nəzərə alınması zəruridir. Həm də bu zaman düşünülmüş, dəqiq planlaşdırılmış fəaliyyət proqramının hazırlanması və həyata keçirilməsinin geniş maarifləndirmə tədbirləri ilə müşayiət edilməsi bu işin uğurunun vacib şərtidir.

Ali təhsildə kredit sistemi özünəməxsus funksiyaları yerinə yetirməklə onun ən vacib məsələlərindən birini təşkil edir. Ümumiyyətlə, bir-birindən fərqli ölkələrdə, fərqli ictimai-iqtisadi məkanlarda və şəraitdə mövcud olan ali təhsil sistemlərinin hamısında alınan təhsilin həcminin ölçülməsi, keyfiyyətin təmin

Page 52: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

51

edilməsi, alınan biliyin kifayətlilik həddinin müəyyənləşdirilməsi üçün müəyyən vahidlərdən istifadə etmişlər. Sovet ali təhsil sistemində bunun üçün müvəffəqiyyət (zaçot) vahidlərindən istifadə olunurdu. Lakin bu müxtəlif vahidlər eyni məsələnin həllinə xidmət etsələr də, onlarda məsələyə yanaşma, ölçü mexanizmləri, son nəticəyə aparan yolların fərqli olmasından onlar bir-birindən xeyli fərqli olmuşdurlar. Əvvəla, Sovet təhsil sistemi, o cümlədən ali təhsil sistemi mərkəzləşdirilmiş və sərt idarəetmə qaydasında mövcud olan bir ictimai-iqtisadi mühitin tələblərinə uyğun şəkildə fəaliyyət göstərirdi. Azad bazar iqtisadiyyatına əsaslanan qərb ictimai mühiti hər bir sahədə olduğu kimi təhsildə də rəqabət mühitinin qanunları əsasında fəaliyyət göstərirdi və onların başlanğıc tələbləri bir birinə bənzəsə də, fərqli mühitin tələblərinə uyğun qurularaq, ona xidmət edirdilər. Buna görə də Sovet təhsil sistemi təkcə strukturuna görə deyil, mahiyyətcə də azad dünyanın təhsil sistemindən fərqlənirdi.

Boloniya prosesinin vacib şərtlərindən biri bütün Avropa ali təhsil məkanında Avropa Kredit Transfer Sistemi (AKTS) əsasında kredit vahidlərinin tətbiq edilməsidir. Tədrisin nəticə-lərinin asan başa düşülən və müqayisə olunan olması üçün onların vahid sistem çərçivəsində qiymətləndirilməsi lazımdır. Kredit vahidləri sistemi iki başlıca funksiyanı yerinə yetirir. Birincisi funksiya alınan kursun qiymətləndirilməsidir (dərs yükünün ölçülməsidir). Bu, tələbənin aldığı dərs yükünün onun digər ali təhsil müəssisəsi tərəfindən müqayisə edilə və tanına bilməsi üçün vacibdir. Kredit sistemi Avropanın özü üçün yeni deyildir. Lakin o bu regionun müxtəlif ölkələrində fərqli xüsusiyyətlərə malik olmuşdur. Dünyada gedən iqtisadi inteqrasiya prosesi nəticəsində vahid sosial-iqtisadi məkanın formalaşması əmək bazarını da ümumiləşdirmiş və həmin bazarın tələblərinə uyğun kadrlarının hazırlanmasına ehtiyac artmışdır. Belə bir şəraitdə yaxınlaşan, bütövləşən Avropa təhsil sistemində hamının asan başa düşdüyü və müqayisə oluna bilən standartlara ehtiyac yaradır. Buna görə də vahid kredit-transfer sisteminin tətbiqi bu problemi qismən həll

Page 53: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

52

edirdi. Bu, vahid əmək bazarında mütəxəssislərin ixtisasının tanınması, tələbə mübadiləsi zamanı müxtəlif yerlərdə alınmış kreditlərin təsdiqi, diplomların tanınması məsələlərində mühüm əhəmiyyət kəsb edir.

Đkinci funksiya yığım funksiyasıdır. Tələbənin ali məktəbi bitirərək hər hansı ali təhsil ixtisasını almaq üçün müəyyən olunmuş miqdarda kreditləri toplayır. O, müxtəlif səbəblər üzündən təhsili hissələrlə və ayrı-ayrı təhsil müəssisələrində ala bilər. Əgər alınan bilik köhnəlməyibsə, kreditlər lazım olan miqdar olana qədər yığıla bilir və nəticədə tələbə həmin akademik dərəcəni (bakalavr, magistr) alır bilir. Lakin bu zaman ayrı-ayrı ali məktəblərdə toplanan kreditlərin hesaba alınması yenə də ali məktəblər arasındakı qarşılıqlı inama, akademik dərəcələrin düzəliş əmsalı tətbiq etməklə, mühazirələrin, seminarların, laboratoriya işlərinin, tələbənin sərbəst işinin xüsusi çəkisini nəzərə almaq şərtilə uyğunlaşdırıla bilmək imkanına söykənir. Kreditlərin konkret fənlər üçün müəyyənləşdirilməsi zamanı onun həmin ixtisas dərəcəsinin alınmasında rolu və yeri əhəmiyyət kəsb edir. Lakin bu anda da ümumi ali təhsil məkanında onun razılaşdırılmasına ehtiyac nəzərə alınmalıdır.

Kredit sisteminə keçilməsi ali təhsilin təkcə formasında deyil, mahiyyətində də köklü dəyişikliklərin baş verməsini labüd edir. Tələbələrin rolu bu proseslərdə əhəmiyyətli dərəcədə artır. Bütövlükdə isə təhsilin fəlsəfəsi tamamilə dəyişərək əsasən son məhsula istiqamətlənir. Bu isə təhsilin keyfiyyətinin yüksəldil-məsini, onun daha məqsədyönlü olmasını stimullaşdırır. Seçim imkanı genişlənmiş tələbə özü seçdiyi ixtisas üzrə fənlərin, dərs deyən müəllimlərin seçilməsində böyük imkan əldə edir. Bu eyni zamanda müəllimlərin məsuliyyətini artırır və keyfiyyətin yüksəlməsinə kömək edir. Lakin bu o demək deyildir ki, bu proses tam kortəbii şəkildə davam edir. Hər bir ixtisas üzrə qəbul olmuş tələbəyə həmin ixtisası qazanması və son nəticədə diplom alması üçün tədris proqramı – kurikulum təqdim edilir. Həmin sənəddə məcburi, məcburi-seçmə və seçmə fənlərin tam siyahısı, onların

Page 54: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

53

hər birinin verdiyi kreditin miqdarı, habelə onların məcburi ardıcıllığı və bir birindən asılılıq xüsusiyyətləri əks olunur. Bu məlumatı alan tələbə onlar üçün ayrılmış məsul şəxs olan tütorun məsləhəti ilə hər bir semestr dövründə 30 kredit həcmində fənləri seçərək dərslərə davam edir və semestrin sonunda imtahan verərək bal toplayır. Bu bal bir tərədən toplanmış krediti təsdiq edir, digər tərəfdən isə alınmış biliyin qazanılma səviyyəsini təsdiq edir. Ümumi qəbul olunmuş qaydaya görə 100 ballıq qiymətləndirmə sistemində minimum müvəffəqiyyət həddi 61 bal hesab edilir. Ondan aşağı bal toplamış tələbənin krediti qəbul olunmuş sayılmır və tələbə həmin fəndən kəsilmiş hesab edilir. 61-100 bal arasında isə toplanan ballar qiymətin keyfiyyət yüksəkliyinə görə bölünür.

Bakalavr dərəcəli ixtisası almaq üçün tələbə 4 il müddətində təhsil alır. Hər semestr üzrə 30 kredit toplamaqla lazım olan minimum 240 krediti əldə etmiş olur və bakalavr diplomu alır. Lakin qəbul edilmiş 4 il (8 semestr) müddəti mütləq deyildir. Daha qabiliyyətli tələbələr yuxarıdan fənn götürmək yolu ilə lazım olan krediti daha az müddətə toplayaraq bakalavr təhsilini 3 ilə, 3 il yarıma başa vura bilərlər. Bunun üçün tələbə bir semestr ərzində 30 kredit həcmində fənn seçməyə əlavə olaraq sonrakı semestrlərin yükündən 6-8 kredit həcmində fənn seçə bilir. Bunun üçün tələbənin kəsiri olmamalı, fənlər üzrə aldığı qiymət 71 baldan aşağı olmamalıdır. Tələbə təhsili vaxtından əvvəl bitirməyə imkan verən əlavə krediti yay semestrində də toplaya bilər. Əlavə fənlər seçilərkən fənlərin seçiminin məcburi ardıcıllığı və məqsədəuyğunluğu nəzərə alınmalı və razılaşdırılmalıdır.

Tələbənin aşağıdan fənn seçməsi onun akademik borcu ilə bağlıdır. O, müxtəlif səbəblər üzündən əvvəlki semestrlərdə ala bilmədiyi krediti toplamaq üçün həmin fənləri seçməli və ilk növbədə o fənləri semestr üzrə tədris planına daxil etməlidir. Əks halda, ona növbəti semestrin fənlərini seçməyə icazə veril-məməlidir.

Page 55: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

54

Kredit sisteminin tətbiqi şəraitində bu vaxta qədər mövcud olan kurs anlayışı öz məzmunu xeyli dəyişir. Belə ki, tələbənin sərbəst fənn seçimi onların keçilməsində ardıcıllığın nisbətən sərbəst müəyyən edilməsi kursların mahiyyətində dəyişiklik etməyi zəruri edir. Kredit sistemi şəraitində kursun davamlılığı zamanla və bu zamanda keçilən fənlərin sayı ilə deyil toplanmış kreditin minimum və maksimum çərçivəsi ilə ölçülür. Məsələn, hər bir kurs tələbə ortaq olaraq 60 (30+30) kredit toplamalıdır. Bu halda kreditin kurs üçün minimum həddi müəyyənləşdirilir, bu həddi toplamayan tələbə növbəti kursun tələbəsi hesab edilə bilmir.

Kredit sisteminin tətbiq edilməsi birinci növbədə Ümumavropa ali təhsil məkanında vahid standartların işləməsi ehtiyacından irəli gəlməklə Boloniya prosesinin bir sıra cəhətlərini təmin edir:

- tələbələrin mobilliyini asanlaşdırır; - asan başa düşülən və müqayisə oluna bilən dərəcələr

sisteminin formalaşmasına kömək edir; - keçilən fənlərin və proqramların unifikasiyasını təmin edir; - alınan ixtisasların müqayisə edilməsini asanlaşdırır - diplomların tanınması üçün real zəmin yaradır. Tələbənin topladığı kreditlərin təsdiq edilməsi onun hər bir

fənn üzrə 100 ballıq qiymətləndirmə sistemi əsasında aldığı qiymət vasitəsilə edilir. 61 baldan yuxarı bal kreditin məqbul-luğunu təsdiq etmiş olur. Qeyd etmək lazımdır ki, 100 balın toplanma qaydası və onun məqbulluq hədlərinin vahid bölgüsü Avropanın özündə də hələ tam dəqiqləşdirilməmişdir. Azərbay-canın müxtəlif ali məktəblərində də bu məsələdə ümumi standart qəti olaraq formalaşmamışdır. Azərbaycan Turizm institutunda tətbiq edilən bölgüyə görə 100 balın 30 balını aralıq imtahanı, 10 balı gündəlik fəaliyyətə görə dərs deyən müəllim tərəfindən verilir, 60 bal yekun imtahanının nəticələri əsasında formalaşır. Azərbaycanın digər ali məktəblərində 100 balın bir qədər fərqli bölgüsü tətbiq edilir. Lakin bu bölgü mütləq deyildir o dəyişə

Page 56: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

55

bilər. Hər bir halda, zənnimizcə, başlıca hədəf lazım olan keyfiyyətin təmin olunması və ümumi qəbul olunmuş məqbul həddinin gözlənilməsidir.

Təhsilin müxtəlif cəhətlərinə kredit sisteminin tətbiqinin əhəmiyyəti. Bütövlükdə Azərbaycanda qiymətləndirilmənin kredit sisteminə keçilməsi və təhsilin onun tələbləri əsasında qurulması köhnə sovet təhsil sistemindən qopub ayrılmış ali təhsilin yeniləşməsinə, müasir ictimai-iqtisadi mühitin tələblərinə uyğunlaşmasına və bütövlükdə təhsilin fəlsəfəsinin dəyişməsinə təkan verir. Kredit sistemi texniki maneələri aradan qaldırır, Azərbaycanın hər bir ali təhsil müəssisənin Ümumavropa məkanında ali təhsilin subyekti kimi çıxış etməsinə şərait yaradır. Lakin bu işlərin daha uğurla getməsi üçün qanunverici baza yeni vəziyyətə uyğunlaşdırılmalı, müəssisələrə fəaliyyət və maliyyə sərbəstliyi verilməli, onlar üçün real rəqabət mühiti təmin edilməlidir. Kredit sisteminin tətbiqi məqsəd deyildir, daha qlobal şəkildə qoyulmuş məqsədə aparan vasitələrdən biridir.

AKTS-in tətbiqinin əhəmiyyəti “Diploma Avropa əlavəsi” adlanan sənədin verilməsi zamanı əyani şəkildə görünür. Diploma Avropa əlavəsi vahid təhsil məkanının formalaşmasının məntiqindən doğan amillərdən biridir. Bu sənəd ümumiləşməkdə və bütövləşməkdə olan Avropa ali təhsilinin yekunu kimi ortaya şıxır. Əgər tədris prosesinin gedişində proqramların, qiymət-ləndirmə sisteminin, təhsil müddətinin və onun dövrlərinin, keyfiyyət səviyyəsinin hamı tərəfindən məqbul hesab edilən forma və məzmuna gətirilməsindən söhbət gedirsə, Diploma Avropa əlavəsi bütün bu keyfiyyətlərin ümumi nəticəsini özündə əks etdirən vahid sənəd kimi çıxış edir.

Diploma əlavə adlanan sənədə ehtiyac mobillik, sənədlərin qarşılıqlı tanınması və nəhayət məzunların Avropanın ümumi əmək bazarında işə düzəlməsi məqamlarında daha kəskin şəkildə hiss olunmağa başlamışdı. Buna görə də vahid formalı sənədlərə tələbat hələ xeyli əvvəl təkcə Avropada deyil, dünyanın hər yerində aktuallıq kəsb edirdi. Diploma əlavə sənədinin qəbul

Page 57: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

56

edilməsi və bütün Ümumavropa məkanında tanınması günün tələbi idi və bir sıra problemlərin həllinə yol açırdı. Məhz bu səbəbdən diploma əlavələrə Boloniya prosesinin gedişində böyük önəm verilmiş, YUNESKO tərəfindən onun vahid forması hazırlanaraq təqdim edilmişdir.

Diploma əlavə Avropa ali təhsil Zonasına daxil olan ölkələrin hər birinin ali təhsil müəssisəsinin məzununa diplomla bir yerdə verilən sənəddir.

Diploma Avropa əlavəsi iki dildə - diplomu verən ölkənin dilində və Avropada ümumiliyi qəbul edilən dillərin birində (əsasən ingilis dilində) tərtib edilir. Bu sənədin 8 bölmədən ibarət olması nəzərdə tutulmuşdur.

1. Diplom sahibi haqqında məlumat (adı, familiyası, atasının adı)

2. Məzunun ixtisası haqqında məlumat. 3. Đxtisas səviyyəsi 4. Tədrisin məzmunu və alınan nəticələr 5. Alınan ixtisasın peşə və vəzifə yönümü haqqında məlumat 6. Əlavənin həmin ölkədə sertifikatlaşdırılması haqqında

məlumat 7. Ölkə ali təhsil sisteminin təsviri 8. Əlavə məlumat Sonuncu bölmədən başqa qalan bölmələrin doldurulması

məcburidir. Əlavələrdə qiymətlər haqqında məlumat verilmir. Diploma

əlavənin YUNESKO tərəfindən təsdiq edilmiş vahid formada və xüsusi çap edilmiş blanklarda verilməsi nəzərdə tutulmuşdur.

Tələbə mobilliyinin təmin edilməsində vahid kredit siste-minin tətbiqi müstəsna əhəmiyyətə malikdir. Akademik mobil-lik tələbə, müəllim, tədqiqatçı və inzibati heyətin təcrübə müba-diləsi etmək, milli qapalılığı dəf edərək Ümumavropa mühitinə qovuşmaq məqsədi ilə bir ali məktəbdən digərinə keçə bilməsidir. Birinci növbədə isə tələbə öz ali təhsil müəssisəsində müxtəlif səbəblər üzündən ala bilmədiyi bilik və bacarıqları əldə etmək

Page 58: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

57

imkanı qazanır. Boloniya bəyannaməsinin tövsiyələrinə görə hər bir tələbə imkan daxilində ən azı bir semestri başqa ali təhsil müəssisəsində, yaxşı olardı ki, xarici ölkələrdən birinin ali təhsil müəssisəsində keçməlidir.

Akademik mobilliyin tətbiq edilməsinin məqsədlərindən biri, bunun vasitəsilə ümumavropa ali təhsil məkanında ümumi mühitin yaradılmasıdır. Tələbələrin, müəllimlərin mobilliyi bu məkanda ali təhsil sisteminin vahid tam kimi formalaşmasına və bu cür hiss edilməsinə ən yaxşı təkan verən amillərdə biridir. Ali təhsil sistemində hamı tərəfindən qəbul edilən standartların qəbul edilməsi ümumi məkanın formalaşması üçün başlanğıc şərtidirsə, akademik mobilliyi bu birləşmənin praktikada bilavasitə reallaşmasına aparan addımlardır. Ali təhsildə mobillik təhsildən sonra məzunların Ümumavropa məkanında işə düzəlmək prosesini asanlaşdırır.

Mobillik Boloniya prosesinin tələblərindən irəli gələn digər cəhətlərin də tam təmin edilməsini tələb edir. Çünki ümumi ali təhsil məkanında vahid standartlar sistemi, keyfiyyət səviyyəsi, qiymətləndirmə sistemi, ali təhsil müəssisələrinin hüquqi və maliyyə müstəqilliyi olmadan mobillik mümkün deyildir. Buna görə də Boloniya prosesinin tələblərini yalnız kompleks həyata keçirməklə istənilən nəticələri əldə etmək olar.

Mobilliyin tələb etdiyi şərtlərin sırasında ali təhsil müəssisələrinin lazımi infrastruktura, maliyyə imkanlarına malik olmasıdır. Qeyd etmək vacibdir ki, Avropanın özündə də mobillik məsələlərinin həlli kifayət səviyyədə deyildir. Onların əksəriyyətində bu proses ən yaxşı halda tələbələrin və işçi personalın 30 faizə qədərini əhatə edir. Bu prosesə qoşulan yeni ölkələrdə, o cümlədən Azərbaycanda, bu işi qurmaq lazımdır. Đlk növbədə tələbə mübadiləsi işini ölkənin öz ali təhsil sistemi daxilində başlamaq vacibdir ki, həm mobillik praktikasının ölkədə kök salınmasına nail olunsun, həm də lazımi təcrübə eldə edilsin.

Son dövrlərdə Avropa ali təhsil sistemi praktikasında iki və daha çox ali məktəbin iştirakı ilə birgə proqramların tərtib

Page 59: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

58

olunması və tədrisin bu proqramlar əsasında aparılması özünə yer almaqdadır. Birgə proqramların tərtibi və tətbiqi təkcə mobillik məsələlərinə deyil vahid təhsil məkanının formalaşması prosesinə əhəmiyyətli dərəcədə təsir edir. Əslində bu cür proqramların tətbiqi gələcək vahid ali təhsil məkanının kiçik modeli funksi-yasını yerinə yetirir və bu işin kiçik miqyasda sınaqdan çıxarıl-ması, qarşıya çıxan maneələrin aradan qaldırılması, təcrübəsinin əldə edilməsi və təkmilləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Birgə proqramların tətbiqi o qədər də uzun tarixə malik deyildir və təbii ki, onun qarşısına çıxan problemlər da kifayət qədərdir. Çox hallarda obyektiv səbəblər üzündən eyni proqramı müxtəlif ölkələrdə tam tətbiq etmək olmur. Belə hallarda ikili diplomların verilməsi ilə əməkdaşlığın edilməsi praktikası da mövcuddur. Yeri gəlmişkən qeyd etmək istərdik ki, Azərbaycanın bir sıra institutları bu tipli proqramlara qoşulmaq üzrə fəaliyyətə başlamışlar. Xüsusən, Azərbaycan Turizm Đnstitutunun Avstriyanın Krems Universiteti ilə həyata keçirdiyi ikili diplomun verilməsinə aparan birgə proqramın Azərbaycanda yeni başlanğıcın nümunəsidir.

Vahid standartların ümumi məkanda tətbiqi tədrisin keyfiyyətinin yüksəldilməsi, onun ölçü meyarlarının formalaşdırılmasına əsas məqamlardan biridir. Ali təhsilin keyfiyyətinin yüksəldilməsi, onun başlıca meyarlarının təmin edilməsi bütövlükdə ali təhsil sistemlərinin yaxınlaşması, birgə proqramların hazırlanması və tətbiqi, diplomların və ixtisasların qarşılıqlı tanınması, yeni-yeni ölkələrin vahid məkana inteqrasi-yası məsələlərində qarşıya çıxan ən çətin və mürəkkəb məsələlər-dən biri, bəlkə də birincisidir. Xüsusən, Azərbaycanın Ümum-avropa ali təhsil məkanına inteqrasiyası prosesində bu problemin necə böyük əhəmiyyət kəsb etməsini təsəvvür etmək çətin deyildir. Ölkələrin ictimai-iqtisadi inkişaf səviyyəsində olan müx-təliflik, onlarda mövcud olan çoxsaylı obyektiv və subyektiv səbəbdən irəli gələn problemlər, qanunvericilikdə olan fərqlər

Page 60: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

59

təhsilin keyfiyyətinə mənfi təsir göstərən amillərdir, Ümumi sənədə imza ataraq ümumi ali təhsil məkanına qoşulmağı bəyan etmək azdır və bu işin yalnız başlanğıcıdır. Đnkişaf etmiş bir ölkənin və ya ölkələr qrupunun ali təhsil müəssisələri ilə əməkdaşlıq etmək, onlarla eyni hüquqa malik olaraq birgə proqram çərçivəsində fəaliyyət göstərmək üçün keyfiyyət göstəricilərinə görə ən azı ona yaxın bir vəziyyətdə olmaq lazımdır. Ali təhsilində fərqli keyfiyyət səviyyəsinə malik olan ölkələr arasında, şübhəsiz, bərabər səviyyəli tələbə mobilliyindən, birgə proqramların həyata keçirilməsindən söhbət gedə bilməz.

Avropanın özündə öz sambalına, maddi texniki imkanlarına, elmi potensialına görə zəif olan ali təhsil müəssisələri də az deyildir. Əslində, Boloniya prosesinin hədəflərindən biri də həmin ali məktəblərə kömək edərək müvafiq yüksək səviyyəyə qaldırmaqdır. Tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi, onların birgə proqramlara cəlb edilməsi güclü bir rıçaq kimi istifadə olunur. Lakin bu məsələdə də keyfiyyət meyarlarının və standartlarının müəyyən edilməsi, keyfiyyətə nəzarət mexanizmlərinin işlənib hazırlanması aktual problem olaraq qalmaqdadır, Bu mənada müxtəlif variantlar irəli sürülür və birgə iclaslarda müzakirə edilir. Onlardan bir neçəsinin üzərində dayanmaq məqsədəuyğun olardı. Mövcud variantlardan birində dövlətin təhsilə məsul olan orqanlarına keyfiyyətə nəzarət etmək səlahiyyətləri verilməsidir. Bir sıra ölkələrin təhsil nazirliyi nəzdində bu işlərə nəzarət edən attestasiya qurumları fəaliyyət göstərir. Lakin Avropada bu formanın tərəfdarları o qədər də çox deyildir. Çünki bu cür nəzarətin ali təhsil müəssisələrinin müstəqilliyinə təhlükə olduğu güman edilir.

Digər bir varianta görə keyfiyyətə nəzarət funksiyasının xüsusi ictimai təşkilatlara – müvafiq sahənin peşəkar mütəxəssis-lərindən təşkil edilmiş agentliklər, şuralar, assosiasiyalara verilməsi təklif olunur. Bəziləri isə bu işin dövlət orqanları ilə ictimai təşkilatların birgə nəzarətinə verilməsini təklif edirlər. Hər bir halda bütün ideyalar onun üzərində cəmləşir ki, son məqsəd

Page 61: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

60

keyfiyyətin səviyyəsinə olan mövcud tələbatın ödənilməsinə yönəlməlidir. Bu məqsədə yönəlmiş fəaliyyət son nəticəni gözləməməli, təhsilin bütün mərhələlərində keyfiyyətə nəzarətin təmin olunmasına nail olmalıdır.

Keyfiyyətə nəzarətin təmin edilməsinin dəyərli mexanizm-lərindən biri də daxili və xarici qiymətləndirmənin tətbiq edilməsidir. Belə ki ali təhsil müəssisələrinin fəaliyyətini təkcə kənardan qiymətləndirməklə keyfiyyət problemini tam həll etmək olmaz, bunun üçün hər bir ali təhsil müəssisəsini özünün öz fəaliyyətinin keyfiyyətinə qiymət verməsi və bu iki qiymətlən-dirmənin əlaqələndirilməsi nəzarət və idarəetmə mexanizmlərinin daha effektli nəticələr əldə etməsinə kömək edir.

Keyfiyyətə nəzarət zamanı proqramların məzmunu və onun necə həyata keçirilməsinə, məzunların fərdi hazırlıq səviyyəsinə, onların işlə təmin edilməsindəki nailiyyətlərinə diqqət yetirilməsi əhəmiyyətlidir. Bütün bu məsələlər YUNESKO-nun 1995-ci ildə qəbul etdiyi “Ali təhsilin islahatı və onun inkişafı” sənədində öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, Avropada bir sıra qurumlar yaranmışdır ki, onlar ali təhsildə keyfiyyətin yüksəldilməsi işində Boloniya prosesi qurumları ilə əməkdaşlıq edirlər. Onlardan ali təhsildə keyfiyyətin təmin edilməsinin Avropa şəbəkəsini (ENQA) xüsusi göstərmək lazımdır. Bu şəbəkəyə Avropa ölkələrində müxtəlif sahələr üzrə ali təhsilin keyfiyyətini qiymətləndirməklə məşğul olan 42 agentlik (assosiasiya) daxildir.

Ali təhsil sahəsində keyfiyyətin təmin edilməsində akkreditasiya proseduralarının xüsusi yeri vardır. Akkreditasiya səlahiyyətli orqan tərəfindən ali təhsil müəssisəsində tədris edilən proqram üzrə hazırlığın tələb olunan keyfiyyət səviyyəsinə uyğunluğunun təsdiq edilməsidir.

Ali təhsil sənədlərinin, mərhələlərinin, dərəcələrinin tanınmasında vahid kredit sisteminin tətbiqi mühüm rol oynayır. Boloniya prosesində vacib məqamlardan biri vahid məkana daxil olan ölkələrin və onların ali təhsil müəssisələrinin

Page 62: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

61

qarşılıqlı şəkildə ali təhsil ixtisaslarının, dərəcələrinin və tədris dövr və mərhələlərinin, digər vacib sənədlərin tanınmasıdır, Məsələ bundadır ki, bu məsələ Boloniya prosesinin tələbi kimi üzə çıxmamışdır. Tanınmaya ehtiyac ictimai-iqtisadi inteqrasiya prosesinin gedişində onun inkişaf qanunauyğunluqlarının diktəsi ilə hələ xeyli əvvəllər mövcud olmuş və müxtəlif beynəlxalq görüşlərin və müqavilələrin predmeti olmuşdur. Təsadüfi deyildir ki, Boloniya prosesinin vacib sənədlərindən biri olan və ali təhsil ixtisaslarının, dərəcələrinin və digər mühüm sənədlərin Avropa dövlətlərinin və onların ali təhsil müəssisələri tərəfindən tanınması haqqında Lissabon Konvensiyası Boloniya Deklarasiyasının qəbul edilməsindən bir il əvvəl – 1998-ci ildə 43 Avropa dövləti tərəfindən qəbul edilmişdi. Lakin ilk vaxtlar Lissabon Konvensiyasının ali təhsil sənədlərinin qarşılıqlı şəkildə tanınması çərçivə sənədi olaraq yalnız tövsiyə xarakteri daşıyırdısa, Boloniya prosesinin başlaması ilə onun digər normativ sənədlərlə dəstəklənməsi onu gücləndirdi. Xüsusilə 2002-ci ildə Lissabonda Boloniya prosesi çərçivəsində keçirilən seminarda qəbul edilmiş bir sıra tövsiyələr daha samballı gücə və təsirə malik idi, Lakin bu sahədə nə qədər irəliləyiş əldə edilsə də, praktikada onun problemləri kəskin məsələlərdən biri kimi qalmaqda davam edir. Bu problemlərin həlli üçün uzun müddətli əməkdaşlığın dərinləşməsi vacibdir və onlar tədricən həll oluna bilər. Vahid ali təhsil məkanına daxil olan Avropa ali təhsil müəssisələrinin ali təhsil ixtisasları və sənədlərinin qarşılıqlı olaraq tanımaları məqamında qarşıya çıxan problemlər əsasən, keyfiyyət səviyyələrinin, tədris müddətlərini və mərhələlərinin, proqramların və bir sözlə, təhsilə aid standartların müxtəlifliyindən irəli gəlir.

Boloniya prosesinin mühüm istiqamətlərindən biri olan ömür boyu təhsil məqsədinin reallaşmasında kreditlər böyük rol oynayır. Bu qayda təhsilin müddətini məhdudlaşdırmamağa və alınan bilikləri daim təzələməyə imkan verir. Əhalinin müxtəlif

Page 63: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

62

yaş təbəqələrinin öz ixtisasını artırması və təkmilləşdirməsi üçün əlverişlidir.

Yeni sistemin tətbiqi “ömür boyu təhsil” konsepsiyasının zamanın ümumi tələbi kimi aktuallaşmasına və onun reallaşmasına yol açılmasında əhəmiyyət kəsb edir. Belə bir ehtiyacın kəskinləşməsi müasir dövrdə elmin və texnikanın inkişaf tempinin sürətlənməsi, alınan biliyin sürətlə köhnəlməsi, biliklərin vaxtaşırı təzələnməsinə və tamamlanmasına olan ehtiyacın yaranması ilə sıx bağlıdır. Düzdür, indiki vaxta qədər keçmiş sovetlər ölkəsində və Azərbaycanda bu ehtiyac mütəxəssislərin təkmilləşdirilməsi və ixtisasartırma kursları vasitəsilə ödənilirdi. Lakin hazırda ictimai-iqtisadi inkişafın daim artan templə sürətlənməsi bu işin əsaslı şəkildə yenidən qurulmasını, təhsilin daimiliyinin və ardıcıllığının təmin edilməsini tələb edir. AKTS-nin tətbiqi bu işi dəqiq hesablana bilən məcraya salmağa imkan verir.

Page 64: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

63

Xaləddin Đbrahimli Azərbaycan Universitetinin elm işləri üzrə prorektoru, tarix elmləri doktoru, professor

Azərbaycanda ali təhsil və boloniya prosesi

I. Boloniya prosesinə və Azər-baycan ali təhsilinə bir də nəzər salaq.

Boloniya prosesinə qoşulmaq Azərbaycan təhsilinin inkişafı və mütə-rəqqi dünyaya inteqrasiyası üçün əsaslı zəmin yaradır. Lakin bizdə hələ bu prosesin tələblərinə qismən əməl olunur. Həlli vacib problemlər mövcuddur ki, bunları aşağıdakı kimi ümumiləşdirmək olar:

• Azərbaycanda akkreditasiya prinsipləri müəyyənləşdiril-məyib, müstəqil akkreditasiya agentlikləri formalaşmayıb. Xaric-də fəaliyyət göstərən agentliklərlə əlaqələr ibtidai mərhələdədir. Hələ heç bir ali məktəb nə ixtisas üzrə, nə də ki, ümumi mənada, yəni universitetdə tətbiq olunan bütün proqramlar üzrə mötəbər xarici akkreditasiya agentliyi tərəfindən akkreditasiya edilməyib. Belə olan halda Azərbaycanda hansı ali məktəbi yaxşı və ən yaxşı, yaxud pis ali məktəb saymaq olar? Əgər ali məktəblərin reytinqi müəyyən deyilsə, deməli keyfiyyətli kadr hazırlayan müəssisənin ünvanı da bəlli deyil. Bu da bəlli deyilsə, cəmiyyət hansısa yerli ali təhsil müəssisəsinin diplomundan çox xaricdən gələn ali təhsil sənədini gözləyir.

• Təhsildə keyfiyyətin təmin olunması önəmli məsələlərdən-dir. Bu məsələ ilə bağlı yenə də tələblər, meyarlar müəyyənləş-dirilməlidir. Dünyada bir neçə meyarlar məcmusu müəyyənləşdi-rilib ki, bunların köməyi ilə ali təhsildə keyfiyyət təminatı həyata keçirilir. Keyfiyyətin təmin olunması üçün formalaşdırılan ABŞ,

Page 65: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

64

Avropa, Şanxay meyarları bir-birlərindən bu və ya digər dərəcədə fərqlənsə də, ümumilikdə, hamısı eyni fəlsəfəyə söykənir. Azərbaycan Boloniya prosesinə qoşulduğundan, heç şübhəsiz, ali təhsildə keyfiyyət təminatında Avropa meyarlarına üstünlük verməlidir, eyni zamanda, milli resurslar da nəzərə alınmalıdır. Lakin bu sahədə də vəziyyət ürəkaçan deyil. Bəzi ali təhsil müəssisələrində problem mərkəzləri yaradılsa da, müəyyən layihələr həyata keçirilsə də, bütövlükdə ali təhsildə keyfiyyətin hansı meyarlar əsasında təmin olunacağı bəlli deyil. (Bir sıra ali təhsil müəssisələri isə, ümumiyyətlə, ali təhsildə keyfiyyət təminatı məsələsinin mahiyyətini düzgün başa düşməyib).

• Bütün dünyada indi çalışırlar ki, insanlar 26-27 yaşında təhsilin 3 piləsini də başa vursun və əmək fəaliyyətinə daha erkən başlasın. Cəmiyyətə daha enerjili yaşlarından fayda versinlər. Amma Azərbaycanda hərbi xidmət təhsildə fasilələr yaradır. Birinci fasilə bakalavr pilləsini bitirməmiş meydana çıxır. Tələbəyə bakalavr pilləsini bitirmək üçün 6 il vaxt verilirsə, deməli bu müddət ərzində tələbə hərbi xidmətə cəlb edilməmə-lidir. Heç də bütün tələbələr 4 il müddətinə bakalavr pilləsini bitirə bilmir. Đnsanlar hüquq qarşısında bərabər olsalar da fiziki, əqli, nəhayət, maddi imkanlarına görə bərabər deyillər. Kredit sisteminin tətbiqini zəruri edən amillərdən də biri məhz bu, yəni humanist amil, insan haqlarının gözlənilməsi olub. Đkinci maneə bakalavr və magistr pillələri arasında yaradılır. Bakalavr məzunu dərhal hərbi xidmətə cəlb edilir, arada fasilə yaranır və çoxsaylı müşahidələr göstərir ki, bir il ərzində hərbi xidmətə cəlb olunan, ardıcıl təhsildən yayınan gənclərin müəyyən bir qismində maraqlar, gələcəklə bağlı planlar dəyişir. Bu baxımdan bakalavr, magistr, Ph.D dərəcələri almaq üçün fasiləsiz təhsil təmin edilməlidir. Bu çox vacib məsələdir.

• Kredit sistemi ayrı-ayrı komponentləri ilə deyil, tam tətbiq edilməlidir. Birinci, neçə akademik saatın bir kredit olduğunu ali təhsil müəssisəsi dəqiq bilməlidir. Boloniya tələblərinə görə 30 akademik saat (1 akademik saat 45 astronomik dəqiqədir) 2

Page 66: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

65

kreditdir. Bir kredit, yəni 15 akademik saat auditoriyaya, ikinci kredit, yəni qalan 15 akademik saat auditoriyadankənar vaxta görə müəyyənləşdirilir. Bu zaman haqlı sual ortaya çıxır: bütün fənlərə bu cürmü yanaşılmalıdır? Əlbəttə xeyr. Çünki bütün fənlərin hazırlığına auditoriyadankənar eyni vaxt sərf edilmir. Bu zaman bir fənnin hazırlığı üçün 30 saat, digəri üçün 20, yaxud 25 saat vaxt sərf oluna bilər. Məsələn, “Fəlsəfə” (nəzəri) fənni ilə “Đnformatika” (praktiki) fənninə auditoriyadankənar eyni vaxt sərf edilmir. Buna görə də bütün fənlərin auditoriyadankənar hazırlığına eyni saat, yəni eyni kredit ayrıla bilməz. Lakin bu zaman bir kredit 15 saatdan aşağı düşə də bilməz. Çünki bu minimum həddir, yəni auditoriya saatıdır. Kredit sisteminin bu xassəsi tələb edir ki, hər bir ali təhsil müəssisəsi tətbiq etdiyi proqramlardakı fənlərin kreditlərini özləri müəyyənləşdirsin. Başqa sözlə Təhsil Nazirliyi bütün ali məktəblər üçün fənn kreditləri müəyyənləşdirməməlidir.

Đkinci, dövlət standart əsasında tələbə üçün illik kredit yükünün maksimum və minimum həddi müəyyənləşdirildikdən sonra, yuxarıda qeyd olunan maddi, əqli və fiziki imkanların qeyri-bərabərliyi prinsipindən çıxış edərək tələbəyə bu çərçivə daxilində nə qədər kredit götürəcəyi ilə bağlı azadlıq verilməlidir və bu zaman tələbə təhsil ödənişini məhz götürdüyü kreditlərin sayına uyğun etməlidir. Əks təqdirdə tələbənin hüququ pozulmuş olur. Bu məsələ də avtonom qaydada ali təhsil müəssisəsi tərəfindən tənzimlənməlidir.

Üçüncü, tələbə təhsil aldığı proqram üzrə müəyyənləşdirilmiş kredit normasını ödədikdən sonra, ona dərhal həmin ali təhsil müəssisəsinin diplomu verilməlidir. Yekun dövlət attestasiyası, buraxılış işi və onun müdafiəsi kimi anlayışları Boloniya bəyannaməsi tanımır.

Dördüncü, tələbələrin biliklərinin qiymətləndirilməsi barədə dövlət standartı ola bilməz. Bu, hər bir ali məktəbin özü tərəfindən müəyyənləşdirilən qiymətləndirilmə sistemi olmalıdır və Boloniyanın təsbit etdiyi AKTS sisteminə uyğun gəlməlidir.

Page 67: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

66

Çoxballı qiymətləndirmə sistemi üzrə keçid balını, G.P.A normasını, imtahanlara və qeyri-imtahan mövqelərinə ayrılan balları, imtahanın daxilindəki barajları və s. ali təhsil müəssisə-sinin özü müəyyənləşdirməlidir. Bu zaman, bəzilərinin iddia etdiyi kimi heç bir qarmaqarışıqlıq olmayacaq. Ona görə ki, AKTS normasını hamı gözləməlidir, eyni zamanda tələbə mübadiləsi, kredit transferi məsələsi unifikasiya tələb etdiyindən qiymətləndirmə sistemində kəskin fərqlənmələr mümkün deyil. Hamı bir-birini anlamağa üstünlük verməyə məcburdur. Boloniya bəyannaməsinin əsas tələblərindən olan çoxşaxəli unifikasiya elə bu problemlərin nizamlanması üçün nəzərdə tutulub. Yeri gəlmişkən, unifikasiya həm də dərsliklərin, tədris proqramlarının hazırlanması prosesini əhatə etməlidir. Heç şübhəsiz, dünyanın hansısa ali məktəbində marketinq üzrə daha mükəmməl bir təhsil proqramı tətbiq olunur, heç şübhəsiz dünyanın hansısa ali məktəbində ən yaxşı menecment dərsliyi əsasında tədris aparılır. Bunlardan nə üçün istifadə olunmasın.

Nəhayət, magistr, Ph.D dissertasiyalarının yazılması və müdafiəsi ilə bağlı proseduralar, qaydalar, normalar yoxdur. Azərbaycanda magistr hazırlığı illərlə davam edir, amma magistr dissertasiyalarının müdafiəsi proseduralarında nəzərəçarpacaq dəyişmə baş vermir. Nəticədə araşdırmaların məzmununda keyfiyyət, qiymətləndirmədə obyektivlik itir. Ph. D təhsili ilə bağlı da xeyli cavabsız suallar var.

II. Azərbaycan ali təhsili ilə dünya ali təhsili arasında bəzi müqayisələr.

Hazırda Azərbaycanda 50 ali təhsil müəssisəsi fəaliyyət göstərir: 36 dövlət, 14 özəl. Bu ali məktəblərdə təxminən 140000 tələbə təhsil alır. Əhalinin sayına nisbət götürdükdə Azərbaycanda universitet sayı da, tələbə sayı da pis görünmür. Lakin dünyada təhsilin əlyetən olması üçün ciddi tədbirlər görülür və bunun hesabına hər il ali təhsil almaq istəyənlərin sayı xeyli artır. Məsələn, dinamik inkişaf edən ölkələrdə - Argentina, Braziliya, Misir, Hindistan, Zimbabve, Đndoneziya, Đordaniya, Çin, Türkiyə,

Page 68: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

67

Malayziya, Paraqvay, Peru, Rusiya Federasiyası, Tailand, Tunis, Uruqvay, Filippin, Çili, Şri-Lanka və Yamaykada YUNESCO-nun 2010-cu il təhlillərinə əsasən, son 10 ildə tələbələrin sayı 77% artıb. Bu ciddi artımdır. Azərbaycanda da belə artım arzu olunandır. Lakin ölkədəki mövcud alim potensialı buna imkan verirmi? Müqayisə üçün bir neçə ölkədəki vəziyyətə nəzər salaq: hazırda ABŞ-da - 3100000 (hər 96 nəfərə 1 nəfər), Yaponiyada – 700000 (hər 157 nəfərə bir nəfər) , Fransada - 200000 (hər 350 nəfərə bir nəfər) alim yaşayıb yaradır. Azərbaycanda isə 9 minə yaxın elmlər namizədi, 1700 elmlər doktoru var, hər min nəfərə 1 elmlər namizədi, təxminən hər 5300 nəfərə 1 elmlər doktoru düşür. Bu, hətta Gürcüstan və Ermənistanla müqayisədə də aşağı göstəricidir. Onu da nəzərə alaq ki, bu alimlərin bir qismi ölkədə deyil, bir qismi isə, ümumiyyətlə, tədrisdən uzaqdır, ya akademiya sistemində, yaxud da müxtəlif dövlət və qeyri-hökumət qurumlarında çalışır. Bu qədər qıtlığa baxmayaraq, əmək haqqı da yaxın və uzaq ölkələrə nisbətdə müqayisə olunmaz dərəcədə aşağıdır. Başa düşmək olmur ki, nəyə görə akademik, akademiyaya müxbir üzv, elmlər doktoru və elmlər namizədlərinin aldıqları məvacib bir-birindən bu qədər kəskin şəkildə fərqlənir. Đlk iki təbəqədən sonra 3 və 4-cü təbəqəyə yanaşmada məntiq itir. Başqa bir paradoks da var: son zamanlar dövlət məmurları, millət vəkilləri elmi dərəcə almağa, müxtəlif ali məktəblərin elmi şuralarında təmsil olunmağa, dərs keçməyə daha çox can atırlar. Bu, pozitiv tendensiyadır. Amma alimlərə münasibət dəyişmir. Əgər alim olmaq pisdirsə, onda elmə məmurların bu meyli nədir? Yox əgər yaxşıdırsa, onda məmurların həmkarlarına münasibəti niyə dəyişmir, yəni ancaq alimliyindən para qazananların aldıqları məvacib onları nədən rahatsız etmir? Belə vəziyyət isə öz növbəsində təhsildə keyfiyyətə neqativ təsir göstərir. Təhsil elə bir sahədir ki, orada islahatları imitasiya etmək olmaz, bu, dərhal görünür. Çünki o hər bir ailə ilə birbaşa işi olan sahədir. Eyni zamanda, təhsil hər bir

Page 69: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

68

vətəndaşın, ələlxüsus da ziyalının biganə qala bilməyəcəyi bir sahə olmalıdır.

Son illər Türkiyədə təhsil xeyli gəlişdir. Đndi Türkiyə ali məktəbləri dünyanın nüfuzlu ali məktəbləri ilə rəqabət aparır. Belə olan təqdirdə nə üçün Azərbaycan təhsili Türkiyə təhsili ilə bütün parametrlərdə unifikasiya olunmasın. Bəzən, məmurun, alimin təkəbbürü milli problemlərin belə həllinə əngəl olur. Bunu kənara atıb, yaxşı nə varsa onu öyrənməli və öyrətməliyik.

AVROPADA VAHĐD ALĐ TƏHSĐL MƏKANININ

XARAKTERĐSTĐKASI VƏ ONUN VACĐB ELEMENTLƏRĐ

Avropada Boloniya prosesinin tarixindən Đctimai həyatın bütün sahələrində gedən yaxınlaşma,

bütövləşmə, vahidləşmə - inteqrasiya prosesi ali təhsil sahəsindən də yan keçməmişdir. Xüsusən, Đkinci dünya müharibəsindən sonra sürətlənən inteqrasiya prosesləri müxtəlif regionlarda, birinci növbədə isə Qərb dünyasının mərkəzlərindən biri sayılan Avropada vahid iqtisadi, sosial, siyasi, mədəni məkanların formalaşmasına gətirib çıxarmışdır. Sonradan Avropa Đttifaqı adını almış Avropa Đqtisadi Birliyinin əsasının qoyulması artıq güclənməkdə olan proseslərin real göstəricisi idi. Vahid iqtisadi məkanın tərkib hissələrindən biri vahid əmək bazarı idi ki, onun da öz tələbləri var idi. Avropada Boloniya prosesi haqqında danışarkən hər şeydən öncə onu qeyd etmək vacibdir ki, o, obyektiv bir prosesdir və hər hansı bir ölkənin, hər hansı ali təhsil müəssisənin və ya konkret bir şəxsin istəyinin təzahürü deyildir. Eyni zamanda sürətli ictimai-iqtisadi inkişaf elmi tədqiqatlara və yüksək ixtisaslı kadrlarla ehtiyacı artırırdı. Avropa ali təhsil sistemində gedən proseslər bu məntiqdən dövran edirdi. Bir tərəfdən daxili istehsalın elmi-praktik tədqiqatlara və yüksək ixtisaslı mütəxəssislərə olan tələblərini ödəmək ehtiyacı, digər tərəfdən dünya miqyasında bu sahədə güclü rəqabət Avropa ali

Page 70: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

69

məktəblərini öz güclərini birləşdirmək üçün yaxınlaşmağa, bütövləşməyə məcbur edirdi. Əgər XX əsrin 50-70-ci illərində ali təhsil sahəsində yaxınlaşma prosesi o qədər də gözə çarpmırdısa, artıq 80-90-cı illərdə onun konkret cizgiləri və əlamətləri açıq-aşkar üzə çıxır. Đlk əvvəl universitetlər arasında əməkdaşlığın artırılması, onların ölkələrin hakimiyyətlərindən nisbi sərbəstliyini təmin edən muxtariyyət tələblərinin qoyulması, öyrədənlərin və öyrənənlərin ölkələr arasında sərbəst hərəkətinin təmin edilməsi kimi məsələlər qaldırılır və çoxsaylı görüşlərdə razılaşdırıldı.

1980-ci illərdə üzə çıxan “Erasmus” və ”Sokrates” proqramları bu ehtiyacları qismən təmin edirdi. Lakin bütün bunlar kifayət deyildi. Buna görə də daha ciddi addımların atılması vacib idi. 1988-ci ildə Boloniyada Avropanın ən qədim universitetinin 900 illik yubileyində “Boloniya xartiyası”-nın qəbul edilməsi bu işin rəsmiləşdirilməsindən xəbər verirdi. 1999-cu ilin 19 iyununda 29 Avropa dövlətinin nümayəndəsinin Boloniya deklarasiyasını imzalanması ilə bu proses rəsmi olaraq başlandı. O, öz adını da imzalandığı yerin adından götürərək “Boloniya prosesi” adlanmağa başladı.

Başlanğıcda 29 Avropa dövlətinin qoşulduğu bu prosesin üzvlərinin sayı ilbəil artır. 2005-ci ildə Norveçdə Bergen toplantısında Azərbaycan Respublikası Boloniya prosesinə qoşulur. O zaman bu prosesə qoşulan dövlətlərin sayı 45-ə çatır. Üzvlərin sayının artması ümumavropa ali təhsil məkanının genişlənməsindən xəbər verirdi. Azərbaycanın atdığı bu addım onu qabaqcıl Avropanın təhsil sistemində tam hüquqlu üzvə çevirilmək istiqamətində gördüyü işlərin məntiqi davamı idi.

Prosesinin birinci mərhələsinin 2010-cu ildə başa çatacağı planlaşdırılırdı. Hazırda bu proses yeni fazaya daxil olmuşdur. Bəzən bu prosesi Avropa Kredit Transfer Sistemi (AKTS) ilə eyniləşdirirlər ki, bu da düzgün deyildir. Əslində Boloniya prosesi daha geniş bir anlayışdır və o özündə Avropa Kredit Transfer Sistemi ilə yanaşı bir sıra məsələləri əhatə edir. Yalnız həmin məsələlərə kompleks yanaşma yolu ilə onun əsl mahiyyətini dərk

Page 71: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

70

etmək, məqsədlərini görmək mümkündür. Boloniya prosesi özündə bir sıra elementləri birləşdirir.

• Prosesə qoşulan hər bir dövlətin ali məktəbləri tərəfindən asan və müqayisə edilə bilən kredit sisteminin tətbiq edilməsi;

• Universitetlərin və digər ali təhsil müəssisələrinin sərbəst-liyini və məsuliyyətini təmin edən muxtariyyət hüquqlarının veril-məsi;

• Tələbələrin, müəllimlərin və tədqiqatçıların vahid ümum-avropa təhsil məkanında mobilliyinin təmin edilməsi;

• Bakalavr, magistr və doktorantura pillələrinin daxil olduğu üç pilləli təhsil sisteminin qəbul edilməsi;

• Ali təhsilin ümumavropa məkanının vahid standartlarının qəbul edilmədi;

• Yüksək keyfiyyətin təmin edilməsi üçün onu müəyyən edən vahid mexanizmin işlənib hazırlanması;

• Prosesə qoşulmuş ölkələrdə bütün ali təhsil müəssisələri və iş verənlər tərəfindən tanınan diploma Avropa əlavəsini qəbul edilməsi.

• Ömür boyu təhsil və onun hər bir ölkə vətəndaşı üçün əlyetən olması konsepsiyasının qəbul edilməsi;

• Tələbələrin təhsilin obyektindən subyektinə çevrilməsi istiqamətində işin aparılması və s.

Nəzərdə tutulan bütün bu işlərin görülməsi günbəgün artan inkişafı elmi cəhətdən və yüksək səviyyəli kadrlarla təmin etmək-lə yanaşı, dünya miqyasında Avropa ali təhsilinin rəqabət qabiliy-yəti təmin etmək və daha da gücləndirmək, yeni-yeni ərazilərdə Avropa təhsilinin yayılmasına nail olmaq, bütün dünya ölkələrin-dən Avropa ali məktəblərinə daha çox tələbələr cəlb etmək və sairə məqsədlərə xidmət edir. Son onilliklərdə dünyanın inkişafı-nın reallığına çevrilmiş qloballaşma prosesi Avropa məkanında gedən Boloniya prosesinə təkan verir və onun aktuallığını artırır.

Daim bütövləşməkdə olan dünyanın hər hansı bir nöqtəsində baş verən hər bir ictimai hadisə və proseslər bütün ölkə və xalqların həyatına təsir edir. Dünyada formalaşmış vahid ictimai-

Page 72: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

71

iqtisadi, siyasi və mədəni məkan bu günün reallığıdır və bütün bəşəriyyət bu reallıqla hesablaşmalı, bütün sahələrdə bu reallığı nəzərə almaq zərurəti ilə qarşılaşır. Bununla yanaşı dünya miqyasında ali təhsil sistemləri arasında rəqabətin güclənməsi Avropa ali təhsil sisteminin rəqabət qabiliyyətinin və cəzbediciliyinin gücləndirilməsi tələbini günbəgün daha kəskin şəkildə qoyurdu. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, haqqında danışılan proseslər bütövlükdə dünya miqyasında gedirdi və Avropa bu ümumi prosesdə ən güclü regionlardan biri kimi çıxış edərək yeni regionlarda, o cümlədən postsovet məkanında öz ali təhsil standartları və dəyərlərinin təsdiq edilməsi, bu regionun təhsil məkanını öz təsir dairəsinə almaq aktiv mübarizəyə qoşulmuşdur. Buna görə də, nəzərə almaq lazımdır ki, Avropada Boloniya prosesinin məqsədlərindən biri də yeni ölkələrdə, o cümlədən Azərbaycanda təsdiq olunmaq, onu öz məkanına cəlb etməkdir. Lakin qeyd etmək vacibdir ki, Avropa onun təhsil standartlarının yeni ölkələrdə, o cümlədən Azərbaycanın da aid olduğu postsovet ölkələrində yayılmasına və onların Ümumavropa Ali təhsil Zonasına cəlb edilməsində maraqlı olduğundan daha çox bu ölkələr həmin prosesin daha uğurla və daha sürətlə getməsində maraqlıdırlar. Belə ki, qloballaşma prosesinin sürətləndiyi və dərinləşdiyi bir vaxtda onların daha qabaqcıl və daha mükəmməl bir sistemə daxil olaraq özlərinin bu sahədəki problemlərini onların ümumi dəstəyi və təcrübəsi əsasında həll etmək imkanı əldə etməsi şans verir ki, qloballaşmanın gətirdiyi təhlükələrə daha çox davam gətirmək imkanı formalaşdırılsın.

XX əsrin axırlarında müstəqillik əldə etmiş yeni dövlətlər Avropa təhsil məkanının maraq dairəsinə daxil olmuşdur. Köhnə Sovet təhsil standartlarından uzaqlaşan müstəqil Azərbaycan Respublikası da Boloniya prosesinə qoşulmaqla bütövlüdə təhsil sahəsində, konkret olaraq ali təhsil sahəsində öz önəmli maraqlarını qəti olaraq ortaya qoymuşdur. Lakin Azərbaycanın bu prosesə meyli 2005-ci ildən başlamamışdır. Hələ ondan xeyli

Page 73: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

72

əvvəl köhnəlmiş Sovet təhsil standartlarından azad olmağa və yeni dəyərlər əsasında onu yenidən qurmağa çalışan Azərbaycanda bu istiqamətdə işlər görülürdü. 2005-ci ildən xeyli əvvəl Azərbaycanda ali təhsilin bakalavr və magistr hazırlanması pillələrinin qəbul edilməsi, bir sıra dövlət və özəl universitetlərdə təhsilin Qərb standartları əsasında qurulması buna sübutdur. 2005-ci ildə isə Azərbaycan Respublikasının rəsmi olaraq Boloniya prosesinə qoşulması ölkənin bütün ali təhsil müəssisələrinin tədricən Boloniya standartları əsasında qurulmasına götürülmüş xəttin qətiləşdirilməsi idi.

Özlərinin ali təhsil sistemlərində islahatlar keçirərək Avropa dövlətləri müvafiq addımlar atanda ilk növbədə öz maraqlarından çıxış edir. Bu prosesə qoşulan hər bir dövlət, xüsusən də ümumavropa məkanından kənarda olan və bu məkana can atan postsovet ölkəsi bilməlidir ki, özünün imkanlarından, inkişaf səviyyəsindən asılı olaraq orada müxtəlif rollarda təmsil oluna bilərlər. Bu prosesin tam hüquqlu iştirakçısına və ya təsir obyektinə çevrilmək olar. Bunun üçün ölkənin ali məktəblərinin səviyyəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində köklü dəyişikliklərin edilməsi, onların maddi-texniki bazasının tam təmin edilməsi tələb olunur. Ən başlıca tələb isə tədrisin və aparılan elmi-tədqiqat işlərinin keyfiyyətinin, uyğun olaraq, hazırlanan mütəxəssislərin peşəkarlıq səviyyəsinin Avropa standartları səviyyəsinə qaldırılmasıdır. Yalnız bundan sonra standartları yüksək olan ümumavropa ali təhsil məkanına tam dəyərli qoşulmaqdan söhbət gedə bilər. Əks halda ölkə bu sahədə həmin məkanın periferiyasına çevrilmək, daim geridə qalmaq təhlükəsi ilə üzləşə bilər. Azərbaycan Boloniya prosesinə qoşulması ilə belə ağır vəzifələrin öhdəsindən çox qısa müddətdə gəlmək zərurəti qarşısındadır. Eyni zamanda bizim başqa çıxış yolumuz da yoxdur. Belə ki günbəgün ictimai həyatın bütün sahələrində özünü daha aşkar şəkildə büruzə verən qloballaşma prosesi bütün dünyanı vahid rəqabət meydanına çevirməkdədir. Bu meydanda hər bir dövlət öz imkanları, inkişaf səviyyəsi,

Page 74: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

73

yeniləşmək əzminin yüksəkliyi, öz maraqlarını qoruya bilmək qabiliyyətinə uyğun təmsil olunurlar. Həmin keyfiyyətlərin təmin edilməsi üçün birinci növbədə bu problemlərin ciddiliyinin cəmiyyət tərəfindən dərk olunması, onun gücünün birləşdirilərək məqsədyönlü şəkildə istiqamətlənməsi lazımdır.

Avropada Boloniya prosesi çərçivəsində aparılan

islahatların məqsədləri Avropada Boloniya prosesi təsadüfən ortalığa çıxmış bir

ideya deyildir və obyektiv tarixi inkişafın diktəsi ilə şərtlənmiş bir reallıqdır. Buna görə də onun məqsədlərindən danışarkən həmin obyektiv reallıqdan çıxış etmək zəruridir. Deklarasiyanın özündə prosesin taktiki məqsədləri öz əksini tapmışdır. Məqsədlər sırasına daxil olan məsələlər aşağıdakılardır:

� Avropa vətəndaşlarının işə düzəlmək imkanı ilə təmin edilməsi və Avropa ali təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyətinin artırılması üçün asan başa düşülən və müqayisə edilə bilən dərəcələr sisteminin qəbul edilməsi, habelə diploma Əlavənin tətbiq edilməsi.

� Đki əsas mərhələ - dərəcəyəqədərki və dərəcədənsonrakı - əsaslanan sistemin qəbul edilməsi. Đkinci mərhələyə keçmək üçün tədrisin üç ildən az olmayaraq davam edən birinci mərhələnin müvəffəqiyyətlə başa vurulması tələb olunur. Birinci mərhələdən sonra verilən dərəcəyə müvafiq səviyyəli ixtisas kimi Avropa əmək bazarında tələbat olmalıdır. Đkinci mərhələ Avropa ölkələrinin çoxunda qəbul olunduğu kimi magistr və ya doktor dərəcəsinin alınmasına gətirib çıxarmalıdır.

� Tələbələrin geniş miqyaslı mobilliyini təmin edən vasitə kimi dərslərin tutumluğunun ölçülməsinin Avropa sisteminin - AKTS tipli kredit sisteminin tətbiqi. Kreditlər ali olmayan təhsil, o cümlədən ömür boyu təhsil çərçivəsində də alına bilər, o şərtlə ki, qəbul edən maraqlı olan universitetlər onunla razılaşsınlar

� Aşağıdakılara diqqət yetirməklə sərbəst yerdəyişmənin səmərəli şəkildə həyata keçirilməsinə mane olan əngəllərin aradan

Page 75: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

74

qaldırılması yolu ilə mobilliyə kömək etmək: tələbələrin təhsil almağa və praktik hazırlığa, habelə uyğun xidmətlərdən istifadə imkanına malik olmaları təmin edilməlidir. Müəllimlərə, tədqiqatçılara və inzibati heyətinə Avropa regionunda aparılan tədqiqatların, dərslərin və stajirovkasının vaxtının qanunla müəyyən edilmiş hüquqlarını pozmadan hesaba alınması təmin edilməlidir

� Təhsilin keyfiyyətinin təmin edilməsi məqsədi ilə müqayisə oluna bilən meyar və metodologiyasının hazırlanması işində Avropa əməkdaşlığına kömək etmək.

� Ali təhsildə, xüsusilə tədris planlarının, institutlararası əməkdaşlığın, mobillik sxemlərinin, birgə tədris proqramlarının, praktik hazırlığın və elmi-tədqiqatların aparılmasının inkişaf etdirilməsi məsələlərində zəruri Avropa baxışlarına dəstək vermək.

� Boloniya prosesinin Azərbaycanda tətbiqinin ən böyük problemlərindən biri onun mahiyyətinin axıra kimi dərk edilməsi, mahiyyətinin aşkarlanması, məqsəd və vəzifələrinə aydınlıq gətirilməsində olan çatışmazlıqlarla bağlıdır. Buna görə də onların hər biri üzərində dayanmaq və bu sahədə olan boşluqları aradan qaldırmaq lazımdır. Hər şeydən öncə diqqəti Boloniya prosesinin əhatə etdiyi məsələlərə yönəltmək istərdik.

Boloniya prosesi Avropada ali təhsili müasir dövrün tələbləri səviyyəsinə qaldırmaq, onu dövrün mürəkkəb sosial-iqtisadi, siyasi, mədəni və digər problemlərinin həllində öz funksiyalarını yerinə yetirə bilmək qabiliyyətini təmin etmək üçün onu yeniləşdirmək, ən başlıcası isə bu işlərdə Avropa potensialını səfərbər edərək bütün ölkələrin imkanlarından tam istifadə etmək məqsədi daşıyır. Digər tərəfdən bu sahədə Avropa ali təhsilinin dünya miqyasında rəqabət qabiliyyətini artırmaq və cəzbedici-liyini artıraraq Avropanın hegemonluğunu təmin etmək məqsədi güdür. Buna istinadən demək lazımdır ki, Boloniya prosesi Avropa ali təhsil sistemini əhatə edən və yalnız bu sahənin çərçivəsində məhdudlaşan tədbirlər toplusu deyildir, o Avropanın

Page 76: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

75

ümumdünya miqyasında yeritdiyi qlobal strategiyanın bir hissəsidir. O özündə çoxşaxəli fəaliyyət və tədbirlər kompleksini nəzərdə tutur ki, onlar haqqında danışılan ümumi məqsədə xidmət edir. Boloniya deklarasiyasında regionda vahid ali təhsil məkanının formalaşdırılması və qoyulan məqsədlərə çatılması üçün bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Bu vəzifələr birinci növbədə ümumi standartların tətbiqinə aiddir. Asan başa düşülən və müqayisə oluna bilən ixtisasların, ikipilləli dərəcə sistemlərinin tətbiqi, tələbənin biliyinin ölçülməsi və tədris yükünün zəruri həcminin müəyyənləşdirilməsi üçün kreditlərin tətbiqi, diplomlara Avropa əlavəsinin verilməsi, tələbələrin, müəllimlərin və tədqiqatçıların mobilliyinə nail olunması, təhsilin keyfiyyətinin təmin edilməsi, ali təhsil müəssisələrinin muxtariyyətinin qorunması, üçüncü dərəcənin – doktoranturanın ali təhsil sisteminə daxil edilməsi, ali təhsilə Avropa ölçülərinin (Avropa dəyərləri) üstünlüyünün təmin edilməsi, Avropa ali təhsilinin rəqabət qabiliyyətinin və cəzbediciliyinin artırılması, ali təhsilin sosial rolunun reallaşmasına dönüş, ömür boyu təhsil. Son illərdə daha çox qaldırılan məsələlərdən biri ümumavropa təhsil və tədqiqat məkanlarının ayrılmazlığıdır.

Boloniya prosesinə qoşulmuş dövlətlər və beynəlxalq

təşkilatlar 1999-cu ildə Boloniya Bəyannaməsini 29 dövlət

imzalamışdır. Onlar Boyük Britaniya, Almaniya, Đtaliya, Fransa, Avstriya, Belçika, Bolqariya, Macarıstan, Yunanıstan, Danimarka, Đrlandiya, Đslandiya, Đspaniya, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Norvegiya, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Finlandiya, Çexiya, Đsveçrə, Đsveç və Estoniyadır.

2001-ci ildə - Cənubi Kipr, Lixtenşteyn, Türkiyə, Xorvatiya; 2003-cü ildə - Albaniya, Andorra, Bosniya və Hersoqovina,

Vatikan, Makedoniya, Rusiya, Serbiya və Çernoqoriya;

Page 77: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

76

2005-ci ildə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna.

Beynəlxalq təşkilatlar; • Avropa Komissiyası; • Avropa Şurası – məşvərətçi üzv; • Avropa Universitetlər Birliyi– məşvərətçi üzv; • EURASHE– məşvərətçi üzv; • ESĐB – Avropa Tələbələri Milli birliyi– məşvərətçi üzv; • YUNESKO-CEPES– məşvərətçi üzv; • ENQA– məşvərətçi üzv; • Edication Đnternational Pan-Europea Strukture– məşvərətçi

üzv; • UNĐCE– məşvərətçi üzv;

Boloniya prosesinin mərhələləri. Boloniya prosesinin

xronologiyası Boloniya prosesinin tarixini şərti olaraq iki mərhələyə

bölmək olar. Birinci mərhələ bilavasitə Boloniya deklarasiyasının qəbul edilməsinə qədərki dövrü əhatə edir. Hələ ötən əsrin 80-ci illərində vahid ümumavropa ali təhsil məkanının yaranmasına olan ehtiyac sosial-iqtisadi inkişafın məntiqindən irəli gələrək daha çox hiss olunmağa başlayır. Bunun nəticəsi olaraq, bu ehtiyacı qismən ödəyə bilən ayrı-ayrı proqramlar həyata keçirilməyə başlayır. 1980-ci illərdə fəaliyyətə başlamış “Erasmus” və “Sokratesd” tipli proqramlar zamanın tələbindən meydana çıxmış, lakin gördüyü işdən daha çox problemin aktuallığını nümayiş etdirən reallıqlar idi.

1986-cı ildə Boloniya Universiteti öz 900 illik yubileyinə hazırlaşarkən Universitetlərin Böyük Xartiyasını qəbul etməyi təklif edir və bu ideya Avropa universitetləri tərəfindən ruh yüksəkliyi ilə qarşılanır. Nəhayət 1988-ci ildə bu Magna Charta Universitarum adlanan bu sənəd 80 ali məktəb rektoru tərəfindən

Page 78: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

77

imzalanır. Bu sənəddə universitet təhsilinin başlıca dəyərləri vurğulanır və onlar arasında sıx əlaqələrin vacibliyi qeyd olunur.

Universitetlərin Böyük Xartiyasından Boloniya Bəyannaməsinin imzalanmasına qədərki dövrü böyük axtarışlar və dəqiqləşdirmələr dövrü kimi qiymətləndirmək olar. Bu dövrdə bir-birinin ardınca keçirdilən görüşlər və qəbul olunmuş sənədlər Boloniya prosesinin mükəmməl bir proqram kimi yetişdirilməsinə xidmət etmişdir.

1998-ci ildə Paris görüşündə imzalanmış “Avropa ali təhsil sisteminin arxitekturasının hormonizasiyası haqqında” Sorbon Bəyannaməsi Avropa ali təhsil Zonasının yaradılması strategiyasını hərtərəfli əsaslandırdı və hazırlıq işlərinin sürətlənməsinə təkan verdi. Hazırlıq mərhələsinin zirvəsi 1999-cu ildə Boloniya şəhərində 30 Avropa dövlətinin təhsilə məsul olan nazirinin Boloniya Bəyannaməsinin imzalanması oldu. Bu sənəd həmin vaxta qədər görülmüş işləri yekunlaşdıraraq vahid Avropa ali təhsil Zonası yaradılmasını təsdiq edərək prosesə yeni impuls vermiş oldu. Bəyannamədə prosesin məqsədləri, gözləntiləri, başlıca prinsipləri və digər vacib məqamlar öz əksini tapdı.

Bəyannamənin 1999-cu ildə qəbulundan sonra vaxtaşırı keçirilən görüşlər və onlarda qəbul edilmiş qərarlar prosesin gedişində maneələri aradan qaldırmağa, strateji planda dəyişikliklər və düzəlişlər etməyə, Avropa ali təhsil Zonasına yeni üzvlər qəbul etməklə onun əhatə dairəsini və təsirini artırmağa xidmət etmişdir.

Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Boloniya prosesi Avropada asanlıqla gedən və heç bir problemi olmayan bir proses deyildir, o davam etdikcə dəqiqləşdirilir, mübahisəli, ziddiyyətli məqamlar işin gedişində aradan qaldırılır, hətta əsalı dəyişikliklər də edilir. Məsələn, prosesin əvvəllərində iki dərəcəli ali təhsil sisteminin qurulması məqbul sayılırdısa, sonradan dəqiqləşdirmələr və müzakirələr nəticəsində üçpilləli ali təhsilin tətbiq edilməsi qərara alınmışdır. Bu faktı diqqətə çatdıraraq onu qeyd etmək istərdik ki, Avropanın özündə boloniya prosesi

Page 79: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

78

kifayət qədər maneə və çətinliklərlə üzləşir və onların aradan qaldırılması istiqamətində fasiləsiz iş gedir. Onun əsasən 2010-cu ildə başa çatdırılması planlaşdırılır.

Boloniya posesinə aid olan sənədələrin qəbulu

1987-ci il – Erasmus proqramının qəbulu; 1988-ci il – Boloniya Magna Charta Universitatum –un

qəbulu. 1995-1999 –cu illər - Soktates proqramı; 1998-ci il – Sorbonna Bəyannaməsi; 1997-ci il – Lissabon konvensiyası; 1998-ci il – Sorbonna Bəyannaməsinin qəbulu; 1999-cu il – Boloniya Bəyannaməsinin qəbulu; 2001-ci il – Salamanka Konqresinin qərarları; 2001 –ci il – Praqa Konqresinin qərarları 2003-cü il – Qras Konqresinin qərarları 2003-cü il – Berlin Konqresinin qərarları 2005-ci il – Bergen Konqresinin qərarları Diploma Avropa əlavəsi Diploma Avropa əlavəsi vahid təhsil məkanının

formalaşmasının məntiqindən doğan amillərdən biridir. Bu sənəd ümumiləşməkdə və bütövləşməkdə olan Avropa ali təhsilinin yekun sənədi olmaqla bir növ təhsilin yekunu kimi ortaya çıxır. Əgər tədris prosesinin gedişində proqramların, qiymətləndirmə sisteminin, təhsil müddətinin və onun dövrlərinin, keyfiyyət səviyyəsinin hamı tərəfindən məqbul hesab edilən forma və məzmuna gətirilməsindən söhbət gedirsə, Diploma Avropa əlavəsi bütün bu keyfiyyətlərin ümumi nəticəsini özündə əks etdirən vahid sənəd kimi çıxış edir.

Diploma əlavə adlanan sənədə ehtiyac mobillik, sənədlərin qarşılıqlı tanınması və nəhayət, məzunların Avropanın ümumi əmək bazarında işə düzəlməsi məqamlarında daha kəskin şəkildə hiss olunmağa başlamışdı. Buna görə də vahid formalı sənədlərə

Page 80: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

79

tələbat hələ xeyli əvvəl təkcə Avropada deyil, dünyanın hər yerində aktuallıq kəsb edirdi. Diploma əlavə sənədinin qəbul edilməsi və bütün Ümumavropa məkanında tanınması günün tələbi idi və bir sıra problemlərin həllinə yol açırdı. Məhz bu səbəbdən diploma əlavələrə Boloniya prosesinin gedişində böyük önəm verilmiş, YUNESKO tərəfindən onun vahid forması hazırlanaraq təqdim edilmişdir.

Diploma əlavə Avropa ali təhsil Zonasına daxil olan ölkələrin hər birinin ali təhsil müəssisəsinin məzununa diplomla bir yerdə verilən sənəddir.

Diploma Avropa əlavəsi iki dildə: diplomu verən ölkənin dilində və Avropada ümumiliyi qəbul edilən dillərin birində (əsasən ingilis dilində) tərtib edilir. Bu sənədin 8 bölmədən ibarət olması nəzərdə tutulmuşdur.

1. Diplom sahibi haqqında məlumat (adı, soyadı, atasının adı)

2. Məzunun ixtisası haqqında məlumat 3. Đxtisas səviyyəsi 4. Tədrisin məzmunu və alınan nəticələr 5. Alınan ixtisasın peşə və vəzifə yönümü haqqında məlumat 6. Əlavənin həmin ölkədə sertifikatlaşdırılması haqqında

məlumat 7. Ölkə ali təhsil sisteminin təsviri 8. Əlavə məlumat Sonuncu bölmədən başqa qalan bölmələrin doldurulması

məcburidir. Əlavələrdə qiymətlər haqqında məlumat verilmir. Diploma

əlavənin YUNESKO tərəfindən təsdiq edilmiş vahid formada və xüsusi çap edilmiş blanklarda verilməsi nəzərdə tutulmuşdur.

Kredit sistemi nədir və əvvəlki sistemdən nə ilə

fərqlənir? Boloniya prosesinin vacib şərtlərindən biri bütün Avropa ali

təhsil məkanında Avropa Kredit Transfer Sistemi (AKTS)

Page 81: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

80

əsasında kredit vahidlərinin tətbiq edilməsidir. Tədrisin nəticələrinin asan başa düşülən və müqayisə olunan olması üçün onların vahid sistem çərçivəsində qiymətləndirilməsi lazımdır. Kredit vahidləri sistemi iki başlıca funksiyanı yerinə yetirir. Birincisi – alınan kursun qiymətləndirilməsi (dərs yükünün ölçülməsi). Bu tələbənin aldığı dərs yükünün onun digər ali təhsil müəssisəsi tərəfindən müqayisə edilə və tanına bilməsi üçün vacibdir.

Đkinci funksiya yığım funksiyasıdır. Tələbənin ali məktəbi bitirərək hər hansı ali təhsil ixtisasını almaq üçün müəyyən olunmuş miqdarda kreditləri toplayır. O, müxtəlif səbəblər üzündən təhsili hissələrlə və ayrı-ayrı təhsil müəssisələrində ala bilər. Əgər alınan bilik köhnəlməyibsə, kreditlər lazım olan miqdar olana qədər yığıla bilər və nəticədə tələbə həmin akademik dərəcəni (bakalavr, magistr) ala bilir. Lakin bu zaman ayrı-ayrı ali məktəblərdə toplanan kreditlərin hesaba alınması yenə də ali məktəblər arasındakı qarşılıqlı inama, akademik dərəcələrin düzəliş əmsalı tətbiq etməklə, mühazirələrin, seminarların, laboratoriya işlərinin, tələbənin sərbəst işinin xüsusi çəkisini nəzərə almaq şərtilə uyğunlaşdırıla bilmək imkanına söykənir. Kreditlərin konkret fənlər üçün müəyyənləşdirilməsi zamanı onun həmin ixtisas dərəcəsinin alınmasında rolu və yeri əhəmiyyət kəsb edir. Lakin bu anda da ümumi ali təhsil məkanında onun razılaşdırılmasına ehtiyac nəzərə alınmalıdır.

Kredit sisteminə keçilməsi ali təhsilin təkcə formasında deyil, mahiyyətində də köklü dəyişikliklərin baş verməsini labüd edir. Tələbələrin rolu bu proseslərdə əhəmiyyətli dərəcədə artır. Bütövlükdə isə təhsilin fəlsəfəsi tamamilə dəyişərək əsasən son məhsula istiqamətlənir. Bu isə təhsilin keyfiyyətinin yüksəldil-məsini, onun daha məqsədyönlü olmasını stimullaşdırır. Seçim imkanı genişlənmiş tələbə özü seçdiyi ixtisas üzrə fənlərin, dərs deyən müəllimlərin seçilməsində böyük imkan əldə edir. Bu eyni zamanda müəllimlərin məsuliyyətini artırır və keyfiyyətin yüksəlməsinə kömək edir. Lakin bu o demək deyildir ki, bu proses

Page 82: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

81

tam kortəbii şəkildə davam edir. Hər bir ixtisas üzrə məcburi, məcburi-seçmə və seçmə fənlərin tam siyahısı, habelə onların məcburi ardıcıllığı və bir birindən asılılıq xüsusiyyətləri tədris planında əks olunur və əvvəlcədən tələbəyə təqdim edilir.

Kredit sisteminin tətbiq edilməsi birinci növbədə Ümum-avropa ali təhsil məkanında vahid standartların işləməsi ehtiya-cından irəli gəlməklə Boloniya prosesinin bir sıra cəhətlərini təmin edir:

- tələbələrin mobilliyini asanlaşdırır; - asan başa düşülən və müqayisə oluna bilən dərəcələr

sisteminin formalaşmasına kömək edir; - keçilən fənlərin və proqramların unifikasiyasını təmin edir; - alınan ixtisasların müqayisə edilməsini asanlaşdırır - diplomların tanınması üçün real zəmin yaradır. Tələbənin topladığı kreditlərin təsdiq edilməsi onun hər bir

fənn üzrə 100 ballıq qiymətləndirmə sistemi əsasında aldığı qiymət vasitəsilə edilir. 51 baldan yuxarı bal kreditin məqbul-luğunu təsdiq etmiş olur. Qeyd etmək lazımdır ki, 100 balın toplanma qaydası və onun məqbulluq hədlərinin vahid bölgüsü Avropanın özündə də hələ tam dəqiqləşdirilməmişdir. Azərbay-canın müxtəlif ali məktəblərində də bu məsələdə ümumi standart qəti olaraq formalaşmamışdır. Azərbaycan Turizm Đnstitutunda tətbiq edilən bölgüyə görə 100 balın 30 balını aralıq imtahanı, 10 balı gündəlik fəaliyyətə görə dərs deyən müəllim tərəfindən verilir, 60 bal yekun imtahanının nəticələri əsasında formalaşır. Azərbaycanın digər ali məktəblərində 100 balın bir qədər fərqli bölgüsü tətbiq edilir. Lakin bu bölgü mütləq deyildir o dəyişə bilər. Hər bir halda, zənnimizcə, başlıca hədəf lazım olan keyfiyyətin təmin olunması və ümumi qəbul olunmuş məqbul həddinin gözlənilməsidir.

Tələbə mobilliyinin mahiyyəti və onun başlıca missiyası Akademik mobillik tələbə, müəllim, tədqiqatçı və inzibati

heyətin təcrübə mübadiləsi etmək, milli qapalılığı dəf edərək

Page 83: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

82

ümumavropa mühitinə qovuşmaq məqsədi ilə bir ali məktəbdən digərinə keçə bilməsidir. Birinci növbədə isə tələbə öz ali təhsil müəssisəsində müxtəlif səbəblər üzündən ala bilmədiyi bilik və bacarıqları əldə etmək imkanı qazanır. Baloniya bəyannaməsinin tövsiyələrinə görə hər bir tələbə imkan daxilində ən azı bir semestri başqa ali təhsil müəssisəsində, yaxşı olardı ki, xarici ölkələrdən birinin ali təhsil müəssisəsində keçməlidir.

Akademik mobilliyin tətbiq edilməsinin məqsədlərindən biri, bunun vasitəsilə ümumavropa ali təhsil məkanında ümumi mühitin yaradılmasıdır. Tələbələrin, müəllimlərin mobilliyi bu məkanda ali təhsil sisteminin vahid tam kimi formalaşmasına və bu cür hiss edilməsinə ən yaxşı təkan verən amillərdə biridir. Ali təhsil sistemində hamı tərəfindən qəbul edilən standartların qəbul edilməsi ümumi məkanın formalaşması üçün başlanğıc şərtidirsə, akademik mobilliyi bu birləşmənin praktikada bilavasitə reallaş-masına aparan addımlardır. Ali təhsildə mobillik təhsildən sonra məzunların Ümumavropa məkanında işə düzəlmək prosesini asanlaşdırır.

Mobillik Boloniya prosesinin tələblərindən irəli gələn digər cəhətlərin də tam təmin edilməsini tələb edir. Çünki ümumi ali təhsil məkanında vahid standartlar sistemi, keyfiyyət səviyyəsi, qiymətləndirmə sistemi, ali təhsil müəssisələrinin hüquqi və maliyyə müstəqilliyi olmadan mobillik mümkün deyildir. Buna görə də Boloniya prosesinin tələblərini yalnız kompleks həyata keçirməklə istənilən nəticələri əldə etmək olar.

Mobilliyin tələb etdiyi şərtlərin sırasında ali təhsil müəssisələrinin lazımi infrastruktura, maliyyə imkanlarına malik olmasıdır. Qeyd etmək vacibdir ki, Avropanın özündə də mobillik məsələlərinin həlli kifayət səviyyədə deyildir. Onların əksəriy-yətində bu proses ən yaxşı halda tələbələrin və işçi personalın 30 faizə qədərini əhatə edir. Bu prosesə qoşulan yeni ölkələrdə, o cümlədən Azərbaycanda bu işi qurmaq lazımdır. Đlk növbədə tələbə mübadiləsi işini ölkənin öz ali təhsil sistemi daxilində

Page 84: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

83

başlamaq vacibdir ki, həm mobillik praktikasının ölkədə kök salınmasına nail olunsun, həm də lazımi təcrübə eldə edilsin.

Son dövrlərdə Avropa ali təhsil sistemi praktikasında iki və daha çox ali məktəbin iştirakı ilə birgə proqramların tərtib olunması və tədrisin bu proqramlar əsasında aparılması özünə yer almaqdadır. Birgə proqramların tərtibi və tətbiqi təkcə mobillik məsələlərinə deyil, vahid təhsil məkanının formalaşması prosesinə əhəmiyyətli dərəcədə təsir edir. Əslində bu cür proqramların tətbiqi gələcək vahid ali təhsil məkanının kiçik modeli funksiyasını yerini yetirir və bu işin kiçik miqyasda sınaqdan çıxarılması, qarşıya çıxan maneələrin aradan qaldırılması təcrübəsinin əldə edilməsi və təkmilləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Birgə proqramların tətbiqi o qədər də uzun tarixə malik deyildir və təbii ki, onun qarşısına çıxan problemlər da kifayət qədərdir. Çox hallarda obyektiv səbəblər üzündən eyni proqramı müxtəlif ölkələrdə tam tətbiq etmək olmur. Belə hallarda ikili diplomların verilməsi ilə əməkdaşlığın edilməsi praktikası da mövcuddur. Yeri gəlmişkən qeyd etmək istərdik ki, Azərbaycanın bir sıra institutları bu tipli proqramlara qoşulmaq üzrə fəaliyyətə başlamışlar. Xüsusən, Azərbaycan Turizm Đnstitutunun Avstriyanın Krems Universiteti ilə həyata keçirdiyi ikili diplomun verilməsinə aparan birgə proqramın Azərbaycanda yeni başlanğıcın nümunəsidir.

Ali təhsildə keyfiyyət problemləri Ali təhsilin keyfiyyətinin yüksəldilməsi, onun başlıca

meyarlarının təmin edilməsi bütövlükdə ali təhsil sistemlərinin yaxınlaşması, birgə proqramların hazırlanması və tətbiqi, diplomların və ixtisasların qarşılıqlı tanınması, yeni-yeni ölkələrin vahid məkana inteqrasiyası məsələlərində qarşıya çıxan ən çətin və mürəkkəb məsələlərdən biri, bəlkə də birincisidir. Xüsusən, Azərbaycanın Ümumavropa ali təhsil məkanına inteqrasiyası prosesində bu problemin necə böyük əhəmiyyət kəsb etməsini

Page 85: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

84

təsəvvür etmək çətin deyildir. Ölkələrin ictimai-iqtisadi inkişaf səviyyəsində olan müxtəliflik, onlarda mövcud olan çoxsaylı obyektiv və subyektiv səbəbdən irəli gələn problemlər, qanunvericilikdə olan fərqlər təhsilin keyfiyyətinə mənfi təsir göstərən amillərdir. Ümumi sənədə imza ataraq ümumi ali təhsil məkanına qoşulmağı bəyan etmək azdır və bu işin yalnız başlanğıcıdır. Đnkişaf etmiş bir ölkənin və ya ölkələr qrupunun ali təhsil müəssisələri ilə əməkdaşlıq etmək, onlarla eyni hüquqa malik olaraq birgə proqram çərçivəsində fəaliyyət göstərmək üçün keyfiyyət göstəricilərinə görə ən azı ona yaxın bir vəziyyətdə olmaq lazımdır. Ali təhsilində fərqli keyfiyyət səviyyəsinə malik olan ölkələr arasında, şübhəsiz bərabər səviyyəli tələbə mobilliyindən, birgə proqramların həyata keçirilməsindən söhbət gedə bilməz.

Avropanın özündə də öz sambalına, maddi texniki imkan-larına, elmi potensialına görə zəif olan ali təhsil müəssisələri də az deyildir. Əslində Boloniya prosesinin hədəflərindən biri də həmin ali məktəblərə kömək edərək müvafiq yüksək səviyyəyə qaldırmaqdır. Tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi , onların birgə proqramlara cəlb edilməsi güclü bir vasitə kimi istifadə olunur. Lakin bu məsələdə də keyfiyyət meyarlarının və standartlarının müəyyən edilməsi, keyfiyyətə nəzarət mexanizmlərinin işlənib hazırlanması aktual problem olaraq qalmaqdadır. Bu mənada müxtəlif variantlar irəli sürülür və birgə iclaslarda müzakirə edilir. Onlardan bir neçəsinin üzərində dayanmaq məqsədəuyğun olardı. Mövcud variantlardan birində dövlətin təhsilə məsul olan orqanlarına keyfiyyətə nəzarət etmək səlahiyyətləri verilməsidir. Bir sıra ölkələrin təhsil nazirliyi nəzdində bu işlərə nəzarət edən attestasiya qurumları fəaliyyət göstərir. Lakin Avropada bu formanın tərəfdarları o qədər də çox deyildir. Çünki bu cür nəzarətin ali təhsil müəssisələrinin müstəqilliyinə təhlükə olduğu güman edilir.

Digər bir varianta görə keyfiyyətə nəzarət funksiyasının xüsusi ictimai təşkilatlara – müvafiq sahənin peşəkar

Page 86: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

85

mütəxəssislərindən təşkil edilmiş agentliklər, şuralar, assosiasi-yalara verilməsi təklif olunur. Bəziləri isə bu işin dövlət orqanları ilə ictimai təşkilatların birgə nəzarətinə verilməsini təklif edirlər. Hər bir halda bütün ideyalar onun üzərində cəmləşir ki, son məqsəd keyfiyyətin səviyyəsinə olan mövcud tələbatın ödənilməsinə yönəlməlidir. Bu məqsədə yönəlmiş fəaliyyət son nəticəni gözləməməli, təhsilin bütün mərhələlərində keyfiyyətə nəzarətin təmin olunmasına nail olmalıdır.

Keyfiyyətə nəzarətin təmin edilməsinin dəyərli mexanizm-lərindən biri də daxili və xarici qiymətləndirmənin tətbiq edilməsidir. Belə ki, ali təhsil müəssisələrinin fəaliyyətini təkcə kənardan qiymətləndirməklə keyfiyyət problemini tam həll etmək olmaz, bunun üçün hər bir ali təhsil müəssisəsini özünün öz fəaliyyətinin keyfiyyətinə qiymət verməsi və bu iki qiymətlən-dirmənin əlaqələndirilməsi nəzarət və idarəetmə mexanizmlərinin daha effektli nəticələr əldə etməsinə kömək edir.

Keyfiyyətə nəzarət zamanı proqramların məzmunu və onun necə həyata keçirilməsinə, məzunların fərdi hazırlıq səviyyəsinə. Onların işlə təmin edilməsindəki nailiyyətlərinə diqqət yetirilməsi əhəmiyyətlidir. Bütün bu məsələlər YUNESKO-nun 1995-ci ildə qəbul etdiyi “Ali təhsilin islahatı və onun inkişafı” sənədində öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, Avropada bir sıra qurumlar yaranmışdır ki, onlar ali təhsildə keyfiyyətin yüksəldil-məsi işində Boloniya prosesi qurumları ilə əməkdaşlıq edirlər. Onlardan ali təhsildə keyfiyyətin təmin edilməsinin Avropa şəbəkəsini (ENQA) xüsusi göstərmək lazımdır. Bu şəbəkəyə Avropa ölkələrində müxtəlif sahələr üzrə ali təhsilin keyfiyyətini qiymətləndirməklə məşğul olan 42 agentlik (assosiasiya) daxildir.

Ali təhsil sahəsində keyfiyyətin təmin edilməsində akkredi-tasiya proseduralarının xüsusi yeri vardır. Akkreditasiya səlahiy-yətli orqan tərəfindən ali təhsil müəssisəsində tədris edilən proqram üzrə hazırlığın tələb olunan keyfiyyət səviyyəsinə uyğunluğunun təsdiq edilməsidir.

Page 87: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

86

Rəsmi sənədlərin qarşılıqlı tanınma məsələləri Boloniya prosesində vacib məqamlardan biri vahid məkana

daxil olan ölkələrin və onların ali təhsil müəssisələrinin qarşılıqlı şəkildə ali təhsil ixtisaslarının, dərəcələrinin və tədris dövr və mərhələlərinin, digər vacib sənədlərin tanınmasıdır. Məsələ bundadır ki, bu məsələ Boloniya prosesinin tələbi kimi üzə çıxmamışdır. Tanınmaya ehtiyac ictimai-iqtisadi inteqrasiyası prosesinin gedişində və onun inkişaf qanunauyğunluqlarının diktəsi ilə hələ xeyli əvvəllər mövcud olmuş və müxtəlif beynəlxalq görüşlərin və müqavilələrin predmeti olmuşdur. Təsadüfi deyildir ki, Boloniya prosesinin vacib sənədlərindən biri olan və ali təhsil ixtisaslarının, dərəcələrinin və digər mühüm sənədlərin Avropa dövlətlərinin və onların ali təhsil müəssisələri tərəfindən tanınması haqqında Lissabon konvensiyası Boloniya Deklarasiyasının qəbul edilməsindən bir il əvvəl – 1998-ci ildə 43 Avropa dövləti tərəfindən qəbul edilmişdi. Lakin ilk vaxtlar Lissabon konvensiyasının ali təhsil sənədlərinin qarşılıqlı şəkildə tanınması çərçivə sənədi olaraq yalnız tövsiyə xarakteri daşıyırdısa, Boloniya prosesinin başlaması ilə onun digər normativ sənədlərlə dəstəklənməsi onu gücləndirdi. Xüsusilə 2002-ci ildə Lissabonda Boloniya prosesi çərçivəsində keçirilən seminarda qəbul edilmiş bir sıra tövsiyələr daha sanballı gücə və təsirə malik idi. Lakin bu sahədə nə qədər irəliləyiş əldə edilsə də, təcrübədə onun problemləri kəskin məsələlərdən biri kimi qalmaqda davam edir. Bu problemlərin həlli üçün uzun müddətli əməkdaşlığın dərinləşməsi vacibdir və onlar tədricən həll oluna bilər. Vahid ali təhsil məkanına daxil olan Avropa ali təhsil müəssisələrinin ali təhsil ixtisasları və sənədlərinin qarşılıqlı olaraq tanımaları məqamında qarşıya çıxan problemlər əsasən keyfiyyət səviyyələrinin, tədris müddətlərini və mərhələlərinin, proqramların və bir sözlə, təhsilə aid standartların müxtəlifliyindən irəli gəlir.

Page 88: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

87

Elmi tədqiqatlar Boloniya prosesi şəraitində Tarix boyu ali təhsil müəssisələrində tədrisin bilavasitə elmi

tədqiqatlarla vəhdəti hamı tərəfindən şərtsiz qəbul edilən bir reallıq olmuşdur. Yalnız müəyyən olunmuş bilik və bacarıqlar toplusunu şagirdlərə öyrətməklə məşğul olan orta məktəblərdən fərqli olaraq ali təhsilin vəzifələrindən biri də tələbələrə elmi tədqiqat vərdişlərinin aşılanması və onlarda elmi təfəkkürün formalaşmasına nail olmaqdır. Digər tərəfdən isə ali təhsil müəssisələri, xüsusən, kafedralar, laboratoriyalar və digər elmi strukturlar cəmiyyətin elmi potensialını özündə cəmləşdirən və ona istiqamət verən mərkəzlər olmuşlar. Buna görə də, Avropa ali təhsil sistemində əsaslı dəyişiklikləri nəzərdə tutan Boloniya prosesinin elmə, onun daşıyıcıları olan strukturların bu prosesdə oynadığı rola təsiri mühüm əhəmiyyətə malikdir. Boloniya prosesinə qoşulan hər bir ölkəni də maraqlandıran və narahat edən sualların xeyli hissəsi bu məsələlərlə bağlı olmuşdur. Xüsusən də, postsovet məkanına daxil olan ölkələrdə elm bölməsinin fərqli struktura malik olması ümumi standartların qəbul edilməsi anında çoxsaylı suallar doğurması təbiidir.

Məsələ bundadır ki, ümumilikdə ali təhsilin özü harada olmasından asılı olmayaraq tədrisin yüksək elmi səviyyədə olmasını tələb edir. Elmi təminatın təşkili isə bir birindən fərqlənə bilər. Boloniya prosesi müəllimlərin seçilməsi, fənlərin seçilməsi, tədrisin keyfiyyətinin müəyyənləşdirilməsi məsələlərini rəqabət zəmininə qoyduğundan yeni sistem nəinki elmi cəhətin azalmasına təhlükə yaratmır, əksinə, onun daha da gücləndirilməsi üçün şərait yaradır. Digər tərəfdən tələbələrin mobilliyi ilə yanaşı müəllim və tədqiqatçıların sərbəst hərəkətinin təmin edilməsi və onun stimullaşdırılması vahid elmi-tədqiqat məkanının formalaş-masına, onun çərçivəsində informasiya və təcrübə mübadiləsinin intensivləşdirilməsi bu sahədə geniş perspektivlər açır. Azərbaycanda, eləcə də digər postsovet ölkələrində ali təhsildə elmi təminatın kafedralar tərəfindən həyata keçirilməsi formal cəhətdən çətinlik yaratmır. Əsas diqqət isə elmi tədqiqatların

Page 89: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

88

keyfiyyətinin yüksəldilməsi, onun praktik məhsuldarlığının artırılmasına yönəldilməlidir.

Boloniya prosesinin çərçivəsində mobilliyin təmin edilməsi, tələbələrin seçim hüququnun genişlənməsi, elmi-pedaqoji kadrların rəqabət mühitinin formalaşdırılması ümumilikdə elmin inkişafını stimullaşdıran amillərdir. Eyni zamanda keyfiyyətin yüksəldilməsinə xüsusi diqqətin yetirilməsi və onun təmin edilməsi mexanizmlərinin işlənib hazırlanması bu prosesdə elmin, alimlərin əhəmiyyətini artırmaqla yanaşı onun məsuliyyətini də artırır. Təsadüfi deyildir ki, elm və alimlərin əsasən universitetlərdə cəmləşdiyi Avropada Boloniya prosesinin özünün təkamülü təhsil məkanını təhsil və tədqiqat məkanına çevirmək ideyasının formalaşmasına gətirib çıxardı.

Təhsilin obyekti və subyekti problemi Yuxarıda qeyd olunduğu kimi Avropada ali təhsil sistemində

Boloniya prosesi çərçivəsində aparılan islahatlar tələbə kontingentinin tutduğu yerə, oynadığı rola əhəmiyyətli dərəcədə təsir etmişdir. Bu sahədə görülən işlər hər şeydən öncə tələbənin hazırlıq səviyyəsinin yüksəldilməsinə yönəlmişdir. Bu anda tələbə təhsil prosesinin obyekti kimi çıxış edir. Lakin onun daha aktiv elementə çevrilməsi prosesi uzun bir tarixə malikdir və müasir dövrdə onlar təhsilin ən aktiv subyektlərindən biri olduqlarını günbəgün daha çox sübut edirlər. Hamı üçün artıq aydındır ki, tələbələrin aktiv mövqeyi və iştirakı olmadan bu sahədə heç bir ciddi islahatdan söhbət gedə bilməz. Bu reallıq tədricən ölkələrin təhsil qanunvericiliyində də öz əksini tapmaqdadır. Təsadüfi deyildir ki, təhsili müasir dövrün tələbləri səviyyəsinə qaldırmaq məqsədinə yönəlmiş Boloniya prosesində də tələbə amilinin gücləndirilməsi bütün qəbul edilən qərarlarda öz əksini tapmaqdadır. Bu prosesin vacib komponenti kimi tələbə mobil-liyinin ön plana çəkilməsi, ixtisasların formalaşdırılması üçün fənlərin və onu tədris edən müəllimlərin seçilməsində tələbənin fikrinin əsas amillərdən biri kimi qəbul edilməsi, hər bir digər

Page 90: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

89

məsələlərdə tələbənin istəklərinin nəzərə alınması və s. müəllim yönümlü ali məktəbdən tələbə yönümlü ali məktəbə keçidin göstəricisi kimi dəyərləndirilməlidir. Xüsusən, onların ali məktəblərin Elmi Şuralarında təmsil olunması, tədrisin keyfiy-yətinin və hər bir müəllimlərin fərdi keyfiyyətlərinin qiymətlən-dirilməsində tələbələrin rəyinin əsas kimi götürülməsi bu istiqa-mətdə gedən tendensiyanı nümayiş etdirir. Prosesə qoşulmuş hər bir ölkənin təhsilə məsul olan orqanları nəzərə almalıdırlar ki, bu istiqamətdə görülən işlərin taleyi həm də tələbələrin və müəllimlərin onların dərindən dərk edilməsindən və aktiv şəkildə onu dəstəkləməsindən asılıdır.

Tələbələrin Boloniya prosesinin uğurlarında maraqlı olmaları özünü onda da göstərir ki, Avropada ona dəstək verən tələbə təşkilatları təşəkkül tapmaqda və güclənməkdədir. Hətta onların bütün Avropanı əhatə edən ittifaqları da fəaliyyət göstərir. «Avropa tələbələrinin Milli Đttifaqı» (ESĐB) bu gün 37 ölkənin 50-dən çox milli tələbə təşkilatını özündə birləşdirir və Boloniya prosesi üzrə keçirilən görüşlərdə, mühüm sənədlərin qəbul edilməsində aktiv iştirak edirlər. Boloniya prosesinin üzvü olan Azərbaycanda da tələbələrin bu məqsəd ətrafında təşkilatlanması qarşıda duran vacib məsələlərdən biridir.

Ali təhsil müəssisəsinin müstəqilliyi və muxtariyyəti Ali təhsil müəssisəsinin müstəqilliyi onun muxtar hüquqlara

malik olması ideyasında öz əksini tapmışdır. Muxtariyyət ali təhsil müəssisəsinin bir sıra başlıca problemlərin həllində sərbəst olmasını nəzərdə tutur. Boloniya prosesində bu məsələyə xüsusi diqqət ayrılır. Belə ki, onlar bu prosesin başlıca subyektləri olaraq sərbəst qərar çıxarmaq səlahiyyəti olmadan üzərilərinə düşən vəzifələri yerinə yetirmək imkanından məhrum olardılar. Düzdür, bu sərbəstliyi hüdudsuz hesab etmək də düzgün deyildir. Buna görə də onun çərçivələri hər bir ölkənin qanunvericiliyi ilə müəyyənləşdirilir və tənzimlənir. Boloniyanın normativ sənədlərində də ali təhsil müəssisələrinin öz funksiyalarını uğurla

Page 91: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

90

həyata keçirməsi üçün onun kifayət qədər hüquqi və maliyyə müstəqilliyinə malik olmasının vacibliyi vurğulanır. Bir sözlə, ideal olaraq ali təhsil müəssisələri lazım olan maliyyə və digər təminatlarını alaraq, tədrisin keyfiyyəti, proqramların məzmunu, daxili idarəçilik və sair məsələlərdə tam sərbəstlik əldə edir. Şübhəsiz, totalitar sovet rejimindən çıxmış ölkələrdə bu işləri qısa müddətdə həll etmək mümkün deyildir, bunun üçün müəyyən zaman tələb olunur. Lakin onu da unutmaq olmaz ki, bu məsələlərin obyektiv səbəbdən də olsa, ləngiməsi çox böyük zərər verə bilər.

Đlk baxışda ali təhsil müəssisələrinin müstəqilləşməsi, fərdi tədris proqramlarına üstünlük verilməsi ilə onların vahid ali təhsil məkanında bir araya gəlməsi, ümumi standartların qəbul edilməsi arasında ziddiyyətin olduğu müşahidə oluna bilər. Əslində isə sərbəstlik bu ümumi məkan çərçivəsində onların sərbəstliyi tədrisin təşkilinə, proqramlara, idarəetmə formalarına daha yaradıcı yanaşaraq ümumi məkana daha optimal təkliflərlə çıxmaq, trəcrübələrlə bölüşmək imkanı verir.

Təhsil proqramının modul prinsipi əsasında qurulması yalnız Boloniya prosesi ilə bağlı deyildir. Lakin onun əhəmiyyəti bu prosesdə ali təhsil müəssisələrinin tədrisin məzmununun müəyyənləşdirilməsində muxtar hüquqlarının, təhsilin fərdiləş-dirilməsi nəzərə alındığı proqramlarda daha mühüm əhəmiyyət kəsb etməyə başladı. Modul proqram tərkibində müəyyən qarşılıqlı əlaqəyə malik fənlər bloku nəzərdə tutulur və proqramın ümumi strukturunda məntiqi alt struktur kimi qiymətləndirilə bilər. Təhsil modulunun müstəqilliyi onun nisbi qapalılığı ilə müəyyən olunur.

Boloniya prosesində diqqət mərkəzinə gətirilmiş məsələlərdən biri də ali təhsilin əhalinin bütün kateqoriyaları, xüsusən maddi cəhətdən imkansız hissəsinin əhatə olunması məsələsidir. Ali təhsil müəssisələri təkcə tədris prosesi ilə məşğul olmur, onların gördüyü iş cəmiyyətin bütün cəhətlərinə təsir edir və onun yaşamasında, təkamülündə, onun yüksək ziyalı

Page 92: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

91

kadrlarının yetişdirilməsində əvəzsiz rol oynayır. Buna görə də cəmiyyət bütün təbəqələri üçün ali təhsilin əlyetən olması Boloniya prosesinin normativ sənədlərində öz əksini tapmışdır. Bunun üçün hər bir dövlətin beynəlxalq donor təşkilatlarının imkanlarından istifadə edilməsi aktual bir problem kimi dəfələrlə müzakirə olunmuşdur.

Boloniya prosesinin idarə sistemi Boloniya prosesinin bütün məsələlər üzrə qərar qəbul edən

ali orqanı ayda bir dəfə yığılan iştirakçı ölkələrin təhsil nazirlərinin müşavirəsidir. Nazirlərin Müşavirələr arasında Boloniya prosesinin rəhbər orqanı Boloniya işçi qrupudur (Bologna Follow Group). Hər ölkədən 2-3 nümayəndənin daxil olduğu, adətən biri müvafiq nazilikdən, biri isə akademik birlikdən. Boloniya işçi qrupuna sədrliyi Avropa Đttifaqına sədrlik edən ölkənin nümayəndəsi edir. Işçi qrupu Boloniya prosesi problemləri üzrə beynəlxalq tematik seminarlarının qrafikini təsdiq edir, nazirlərin növbəti seminarı üçün materialları toplayır, iştirakçı dövlətlərin müşavirədən qabaq məruzələrini müzakirə edir və s.

Boloniya qrupunun üzvlərindən - sədrdən, vitse sədrdən və növbəti müşavirənin keçiriləcəyi ölkənin nümayəndəsindən və bir sıra digər nünayədələrdən ibarət Şura (Board) seçilir. Bundan əlavə olaraq yaradılmış katiblik Qrupun və Şuranın işini texniki cəhətdən təşkil edir.

Page 93: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

92

SƏNƏDLƏR

UNĐVERSĐTETLƏRĐN ÜMUMĐ XARTĐYASI (Boloniya şəhəri, Đtaliya, 18 sentyabr 1998-ci il)

Preambula Avropanın ən qədim universitetinin doqquzyüzilliyi ilə

əlaqədar Boloniyada toplaşmış Avropa universitetlərinin aşağıda imza etmiş rektorları Birlik ölkələri arasında sərhədlərin qəti olaraq ləğv edilməsindən dörd il əvvəl bütün Avropa xalqları arasında geniş əməkdaşlığın perspektivlərini nəzərə alaraq və hesab edərək ki, xalqlar və dövlətlər universitetlərin bu dəyişən və internasionallaşan cəmiyyətdə oynamalı olduğu rolu həmişə olduğundan daha yaxşı başa düşməlidirlər, öz əminliklərini ifadə edirlər ki:

1) Üçüncü minilliyin astanasında bəşəriyyətin gələcəyi çox dərəcədə mədəni və elmi-texniki inkişafdan asılıdır, hansı ki, bilik, tədqiqat və mədəniyyət mərkəzləri olan universitetlərdə gedir.

2) universitetlərin qarşısında duran yeni nəsillər arasında biliklər yaymaq vəzifəsi o deməkdir ki, bugünkü dünyada onlar bütün cəmiyyətə xidmət etməlidirlər, hansının ki mədəni, sosial və iqtisadi gələcəyi təhsil sisteminə də ciddi investisiyalar tələb edir.

3) universitetlər gələcək nəsilləri elə təhsil və tərbiyə ilə təmin etməlidirlər ki, onlar ətraf aləmin və həyatın özünün böyük harmoniyasına hörmətlə yanaşmağı öyrənsinlər.

Avropa universitetlərinin imza etmiş rektorları bütün dövlətlər və xalqlar qarşısında bundan sonra və həmişə univer-sitetlərin əldə rəhbər tutmalı olduqları əsas prinsipləri bəyan edir.

Əsas prinsiplər 1. Universitet muxtar institutdur ki, o coğrafi və tarixi

şəraitin müxtəlifliyi səbəbindən fərqli təşkil olunmuş cəmiy-yətlərin daxilində fəaliyyət göstərir və tədqiqat və tədris yolu ilə

Page 94: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

93

mədəniyyəti yaradır, tənqidi surətdə araşdırır və yayır. Müasir dünyanın tələblərinə cavab vermək üçün universitet özünün tədris və tədqiqat fəaliyyətində əxlaqi və intellektual cəhətdən siyasi və iqtisadi hakimiyyətdən asılı olmamalıdır.

2. Universitetlərdə tədris prosesi tədqiqat fəaliyyətindən ayrılmaz olmalıdır ki, dərslər dəyişən cəmiyyətin tələblərinə cavab versin və elmi biliklərin inkişaf səviyyəsinə uyğun olsun.

3. Tədqiqatların, təlimin və tədrisin azadlığı universitet həyatının təməl prinsipi olduğundan, dövlət və universitetlər öz səlahiyyətləri çərçivəsində bu önəmli tələbə əməl edilməsinə təminat verməlidirlər. Dözümsüzlüyü rədd edən və dialoq üçün daim açıq olan universitet bilik vermək qabiliyyətinə malik olan və onu tədqiqatlar vasitəsi ilə dərinləşdirməyə hazır olan müəllimlərlə özünü bu biliklərlə zənginləşdirmək hüququ, qabiliyyəti və arzusu olan tələbələrin ideal görüş yeridir.

4. Avropa humanizminin ənənələrinin mühafizəçisi kimi universitet universal biliklər əldə etməyə daima can atmaqla öz funksiyasını yerinə yetirərək siyasi və coğrafi sərhədləri dəf edir və müxtəlif mədəniyyətlərin qarşılıqlı dərk olunması və təsirinin həyati zərurət olduğunu təsdiq edir.

Məqsədə çatmaq vasitələri Yuxarıda verilən prinsiplər nöqteyi-nəzərindən bu məqsəd-

lərin reallaşması müasir tələblərə cavab verən təsirli vasitələrin olmasını tələb edir.

1. Tədqiqat və tədris azadlığını təmin etmək üçün universitet cəmiyyətinin bütün üzvlərinə bu məqsədə çatmağın zəruri vasitələri verilməlidir.

2. Müəllimlərin seçilməsi və onların statusunun nizamlanması müəllim və tədqiqatçı fəaliyyətlərinin bölünməzliyi prinsipinə uyğun olmalıdır.

3. Hər bir universitet, konkret şəraiti nəzərə almaqla, öz tələbələrinin azadlığına təminat verməli və onların məqsəd kimi

Page 95: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

94

qarşılarına qoyduqları mədəni və təhsil səviyyəsinə çatmalarına lazımi şərait yaratmalıdır.

4. Universitetlər - xüsusən Avropa universitetləri – informasiyaların və sənədlərin qarşılıqlı mübadiləsinə, habelə birgə layihələrin sayının artmasına biliklərin tərəqqisinin daimi əsası kimi baxırlar

Buna görə də öz tarixinin erkən illərində olduğu kimi, universitetlər müəllim və tələbələrin mobilliyini rəğbətləndirir və hesab edirlər ki, təqaüd verilməsində ümumi siyasət və statusların, elmi adların və imtahanların eyniliyinin qəbul edilməsi (milli diplomlara qərəzli münasibətsiz) indiki şəraitdə onların missiya-sının həyata keçirilməsinin vacib şərtidir.

Aşağıda imza etmiş rektorlar öz universitetləri adından öz üzərilərinə öhdəlik götürürlər ki, onlardan asılı olan hər şeyi edəcəklər ki, bütün dövlətlər və əlaqədar milli təşkilatlar öz siyasətlərində hər bir universitetin azad müəyyənləşmiş və bəyan edilmiş iradəsinin yekdil ifadəsi olan bu xartiyanın müddəalarına əsaslansınlar.

BOLONĐYA BƏYANNAMƏSĐ

AVROPA ALĐ TƏHSĐL ZONASI

Avropa təhsil nazirlərinin birgə bəyanatı Boloniya ş. 19 iyun 1999-cu il

Son bir neçə ildə əldə olunmuş müstəsna nailiyyətlər

sayəsində Avropada gedən proseslər daha konkret xarakter alaraq Avropa ittifaqı ölkələrinin və onların vətəndaşlarının reallıqlarına daha tam cavab verməyə başladı. Bununla əlaqədar açılan perspektivlər Avropanın digər ölkələri ilə münasibətlərin dərinləşməsi ilə yanaşı, daha böyük inkişaf imkanlarını təmin edir. Bununla əlaqədar açılan perspektivlər Avropanın digər ölkələri ilə münasibətlərin dərinləşməsi ilə yanaşı, daha böyük inkişaf imkanlarını təmin edir.

Page 96: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

95

Đndi artıq “Bilik Avropası” sosial və humanitar inkişafın əvəzolunmaz amili, habelə Avropa vətəndaşlığının birləşməsi və zənginləşməsinin vacib komponenti kimi, onun vətəndaşlarına dəyərlərin ümumiliyini və onların ümumi sosial və mədəni məkana mənsub olması anlamı ilə yanaşı yeni minilliyin diktələrinə qarşı dura bilmək imkanı yaradan zəruri məlumatları verə bilən amil kimi geniş şəkildə qəbul edilmişdir. Dayanıqlı, dinc və demokratik cəmiyyətlərin inkişafında və möhkəmlənməsində təhsilin və təhsil sahəsində əməkdaşlığın vacibliyi universaldır və onun, xüsusilə, Cənubi-şərqi Avropadakı vəziyyətlə bağlı birinci dərəcəli olması təsdiq edilir. Bu fikirdən çıxış edilərək irəli sürülmüş 25 may 1998-ci il Sorbon bəyannaməsi Avropanın mədəni dəyərlərinin inkişafında univer-sitetlərin mərkəzi rolunu qeyd etmişdir. O, Avropa ali təhsil Zonasının yaradılmasını qitənin ümumi inkişafı üçün vətən-daşların işə düzəlmək imkan olmaqla mobilliyinin artırılmasının əsas yolu kimi əsaslandırdı.

Avropa ölkələrinin çoxu bəyannamədə ifadə olunmuş məqsədlərlə razılaşdılar, onu imzaladılar və ya prinsipcə bəyən-diklərin bildirdilər. Hazırda Avropada bir neçə ali təhsil sistemində başlamış islahatlarının yönümü sübut etdi ki, çox hökumətlər məhz bu istiqamətdə fəaliyyət göstərmək niyyətin-dədirlər.

Avropanın ali təhsil müəssisələri 1988-ci ildə Boloniyada qəbul olunmuş “Magna Charta Universitatum” universitet xartiyasında formalaşdırılmış fundamental prinsiplərə əməl edə-rək, onlara aid olan sahədə çağırışı qəbul etdilər və Avropa ali təh-sil zonasının qurulmasında əsas rolu oynamağa başladılar. Bu, çox böyük əhəmiyyətə malikdir, belə ki, universitetlərin müstəqilliyi və muxtariyyəti inam verir ki, ali təhsil və elmi tədqiqatlar sistemləri fasiləsiz olaraq cəmiyyətin dəyişən ehtiyac və tələbat-larına və elmi biliklərin inkişafı zərurətinə fasiləsiz olaraq adap-tasiya olunacaqlar.

Page 97: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

96

Kurs əhəmiyyət kəsb edən bir məqsədlə və düzgün istiqa-mətdə götürülmüşdür. Lakin ali təhsil sistemlərinin daha çox uyğunluğuna və müqayisə oluna bilməsinə nail olmaq üçün daimi hərəkət tələb olunur ki, onlar tam yekunlaşmış olsunlar. Đlk maddi nəticələr əldə etmək üçün biz bu kursu konkret tədbirlərin yerinə yetirilməsi vasitəsi ilə dəstəkləməliyik. Đyunun 18-də bizim ölkələrin hamısından nüfuzlu ekspertlərin və alimlərin iştirak etdiyi görüş bizi qəbul edilməli olan təşəbbüslər üzrə çox faydalı təkliflərlə təmin etdi. Biz xüsusilə, Avropa ali təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyətinin artırılması məqsədini müzakirə etməliyik. Hər bir sivilizasiyanın həyatiliyi və səmərəliliyi onun mədəniyyətinin digər ölkələr üçün malik olduğu cəlbediciliyi ilə şərtlənir. Biz əmin olmalıyıq ki, Avropa ali təhsil sistemi cəzbediciliyin bizim ekstraordinar mədəni və elmi ənənələrimizə uyğun olan ümumdünya səviyyəsini əldə edir.

Sorbon bəyannaməsində göstərilən ümumi prinsiplərə dəstə-yimizi təsdiq edərək, biz yaxın perspektivdə (istənilən halda, - üçüncü minilliyin birinci onilliyi ərzində) Avropa ali təhsil Zonasının yaradılması və Avropa təhsil sisteminin bütün dünyaya yayılması üçün birinci dərəcəli hesab edilən aşağıdakı məqsədlərə çatmaq üçün öz siyasətimizi əlaqələndirmək öhdəlikləri qəbul edirik.

- Avropa vətəndaşlarının işə düzəlmək imkanı ilə təmin edilməsi və Avropa ali təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyətinin artırılması üçün asan başa düşülən və müqayisə edilə bilən dərəcələr sisteminin qəbul edilməsi, o cümlədən diploma Əlavənin tətbiq edilməsinə əsaslanan sistemin qəbul edilməsi. Đkinci mərhələyə keçmək üçün tədrisin üç ildən az olmayaraq davam edən birinci mərhələsinin müvəffəqiyyətlə başa vurulması tələb olunur. Birinci mərhələdən sonra verilən dərə-cəyə müvafiq səviyyəli ixtisas kimi Avropa əmək bazarında tələbat olmalıdır. Đkinci mərhələ Avropa ölkələrinin çoxunda qəbul olunduğu kimi magistr və ya doktor dərəcəsinin alınmasına gətirib çıxarmalıdır.

Page 98: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

97

- Tələbələrin genişmiqyaslı mobilliyinini təmin edən lazımi vasitə kimi dərslərin tutumluğunun ölçülməsinin Avropa sisteminin - AKTS tipli kredit sisteminin tətbiqi. Qəbul edən maraqlı olan universitetlər tanıyarlarsa. Kreditlər ali olmayan təhsil, o cümlədən ömür boyu təhsil çərçivəsində də alına bilər.

- Aşağıdakılara diqqət yetirməklə sərbəst yerdəyişmənin səmərəli həyata keçirilməsinə mane olan əngəllərin aradan qaldırılması yolu ilə mobilliyə kömək etmək: tələbələrin təhsil almağa və praktik hazırlığa, habelə uyğun xidmətlərdən istifadə imkanına malik olmaları təmin edilməlidir. Müəllimlərə, tədqiqatçılara və inzibati heyətinə Avropa regionunda aparılan tədqiqatların, dərslərin və stajirovkasının vaxtının qanunla müəyyən edilmiş hüquqlarını pozmadan hesaba alınması təmin edilməlidir.

- Təhsilin keyfiyyətinin təmin edilməsi məqsədi ilə müqayisə oluna bilən meyar və metodologiyasının hazırlanması işində Avropa əməkdaşlığına kömək edilməsi.

- Ali təhsildə, xüsusilə tədris planlarının, institutlararası əməkdaşlığın, mobillik sxemlərinin, birgə tədris proqramlarının, praktik hazırlığın və elmi tədqiqatların aparılmasının inkişaf etdirilməsi məsələlərində zəruri Avropa baxışlarına dəstək veril-məsi.

Biz, bununla da, Avropa ali təhsil Zonasını möhkəmlən-dirmək üçün bu məqsədlərə çatmağı (bizim institutsional səlahiyyətlərimiz çərçivəsində və müxtəlif mədəniyyətlərə, dillərə, milli təhsil sistemlərinə və universitetlərin muxtariyyətinə tam hörmətlə yanaşmaqla) öhdəmizə götürürük və nəhayət, biz Avropanın ali təhsil sahəsində səriştəli qeyri-hökumət təşkilatları ilə birgə hökumətlərarası əməkdaşlıq yolundan istifadə edəcəyik. Biz gözləyirik ki, universitetlər, həmişə olduğu kimi, buna tez və müsbət cavab verəcəklər və bizim cəhdlərimizin müvəffəqiyyətinə fəal şəkildə kömək edəcəklər.

Avropa ali təhsil Zonasının yaradılmasının daim dəstək, diqqətli idarəçilik və inkişafın fasiləsiz olaraq dəyişən tələblərinə

Page 99: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

98

adaptasiya olunmağı tələb etdiyini nəzərə alaraq, biz əldə olunmuş irəliləyişi qiymətləndirmək və həyata keçiriləsi zəruri olan tədbirləri işləyib hazırlamaq üçün yaxın iki il ərzində yenidən görüşməyi qərara aldıq.

AVROPADA ALĐ TƏHSĐL ZONASI HAQQINDA Ali təhsilə məsul Avropa nazirlərinin görüşünün komunikesi

Praqa şəhəri, 19 may 2001-ci il Sorbonna bəyannaməsinin imzalanmasında üç il, Boloniya

bəyannaməsinin imzalanmasından iki il sonra bəyannaməni imzalamış 32 ölkələrin təhsilə məsul olan nazirləri Praqada yığışdılar ki, əldə edilmiş uğurları qiymətləndirsinlər və növbəti illər üçün istiqamətləri və önəmli məsələləri müəyyən etsinlər. Nazirlə 2010-cu ilə qədər Avropa ali təhsil Zonasını yaratmaq öhdəliklərini bir daha təsdiq etdilər. Bu görüş üçün Praqanın seçilməsi onların Avropa Đttifaqının genişlənməsi baxımından bütün Avropanı bu prosesə cəlb etmək arzularını ifadə edirdi.

Nazirlər dəstək qrupu tərəfindən təqdim edilmiş “Boloniya prosesinə kömək” hesabatını müzakirə etdilər və alqışladılar və hesab etdilər ki, Boloniya Bəyannaməsində nəzərdə tutulan məqsədlər bəyannaməni imzalamış ölkələrin əksəriyyəti, habelə universitetlər və digər ali təhsil müəssisələri tərəfindən geniş qəbul edilmiş və ali təhsilin inkişafının əsası kimi istifadə olunmuşdur. Nazirlər bir daha təsdiq etdilər ki, mobilliyi dəstəkləyən səylər davam etdirilməlidir ki, tələbələrə, müəllim-lərə, tədqiqatçılara və idarə apparatına Avropa ali təhsil Zonasının zənginliklərindən, o cümlədən onun demokratik dəyərlərindən, ali təhsil sisteminin müxtəlifliyindən, mədəniyyət və dil müxtəlif-liyindən bəhrələnmək imkanı verilsin.

Nazirlər Avropa ali təhsil müəssisələrinin 29-30 martda Salamankada qəbul edilmiş Konvensiyasını və Avropa tələbə-lərinin 24-25 martda Geteborqda qəbul edilmiş Konvensiyasının

Page 100: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

99

tövsiyələrini diqqətə aldılar, habelə Avropa universitetlər assosiasiyasının və Avropada tələbələrin milli assosiasiyalarının Boloniya prosesinə cəlb olunmasını qiymətləndirdilər. Onlar həmçinin gələcəyə yönəlmiş bir çox bu kimi təşəbbüsləri qeyd etdilər və qiymətləndirdilər. Nazirlər Avropa komissiyasının konstruktiv köməyinə də diqqət yetirdilər.

Nazirlər qeyd etdilər ki, Bəyannamədə tövsiyə olunmuş işlər ölkələrin çoxunda intensiv və geniş şəkildə aparılmışdır. Onlar keyfiyyətin təmin edilməsi üzərində aparılan işi xüsusi qeyd etdilər. Nazirlər transnasional təhsil məsələlərində əməkdaşlığın zəruriliyini təsdiq etdilər. Onlar həmçinin ömür boyu təhsilin qurulması sahəsində təşkilatın olmasının zəruriliyini təsdiq etdilər.

Boloniya prosesinin altı məqsədinə nail olunduqdan sonra gələcək fəaliyyət.

Nazirlər bildirdilər ki, Boloniya deklarasiyasının qəbul edilməsini nəzərə almaqla Avropa ali təhsil Zonasının formalaşması Avropa ali təhsil müəssisələrinin cəzbediciliyinin və rəqabətqabiliyyətliliyinin genişlənməsi üçün şəraitdir. Onlar o tezisi dəstəklədilər ki, ali təhsil ictimai nemət kimi qəbul edilməlidir, o, ictimai öhdəliklərinə (qaydalara və s.) diqqətli olub, diqqətlidir və diqqətli qalacaq, tələbələr ali təhsil ictimaiyyətinin tam hüquqlu üzvləridirlər. Bu nöqteyi-nəzərdən nazirlər sonrakı prosesi aşağıdakı kimi şərh etdilər.

Asan başa düşülən və müqayisə edilə bilən dərəcələrin

qəbul edilməsi. Nazirlər universitetləri və digər ali təhsil müəssisələrini qəti

olaraq milli qanunvericiliyin bütün üstünlüklərini və Avropanın kurs bölmələri, dərəcələr və digər nailiyyətlərinin akademik və professional tanınmasına yönəlmiş vasitələrdən istifadə etməyə çağırdılar ki, vətəndaşlar Avropa ali təhsil Zonasının hər yerində öz ixtisasları, qabiliyyət və bacarıqlarından tam istifadə edə bilsinlər. Nazirlər mövcud təşkilatları və NARĐC və ENĐK tipli

Page 101: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

100

şəbəkələri ixtisasların aşağıda verilmiş müxtəlifliyinin institutsional, milli və Avropa səviyyəsində sadə, səmərəli və ədalətli tanınmasına kömək etməyə çağırdı.

Əslən iki başlıca dövrə əsaslanan sistemin qəbul edilməsi Nazirlər dərəcələrin ali təhsili dərəcəyəqədərki və

dərəcədənsonraki təhsil üçün dəqiq formalaşdıran, iki başlıca dövrə əsaslanan strukturunun qızğın müzakirəsini və inkişaf etdirilməsini razılıqla qeyd etdilər. Bir sıra ölkələr bu strukturu artıq qəbul etmişlər, bir sıra başqaları isə onu böyük maraqla gözdən keçirirlər. Qeyd etmək vacibdir ki, çox ölkələrdə bakalavr və magistr dərəcələri və ya iki başqa müqayisə edilə bilən dərəcə həm universitetlərdə, həm də digər ali təhsil müəssisələrində alına bilər. Dərəcələrə aparan proqramlar, bakalavr səviyyəli dərəcələr üzrə Helsinki seminarında etiraf edildiyi kimi (fevral 2001-ci il), fərdlərin müxtəlifliyinə, tədris prosesinin və əmək bazarının tələbatına uyğunlaşmaq üçün fərqli istiqamətli və müxtəlif quruluşlu ola bilər və həqiqətən də olur.

Kreditlər sisteminin təsis edilməsi Nazirlər qeyd etdilər ki, tədris prosesində və ixtisas

alınmasında daha çox çeviklik üçün onların ESTS sistemi və ya həm şəffaflığı, həm də yığım funksiyasını təmin edən digər ECTS tipli kredit sistemləri ilə dəstəklənən ümumi təməl prinsipinin müəyyənləşdirilməsi zəruridir.

– Keyfiyyətin təmin edilməsinin qarşılıqlı tanınan sistemi ilə birlikdə bu cür razılaşmalar tələbələrin Avropa əmək bazarına çıxış imkanlarını və Avropa ali təhsilinin cəzbediciliyinin və rəqabət qabiliyyətliliyinin əmək dünyası ilə uyğunlaşmasını asanlaşdırar.

Mobilliyə kömək Nazirlər bir daha təsdiq etdilər ki, Boloniya prosesində

göstərildiyi kimi tələbələrin, müəllimlərin, tədqiqatçıların və idarə apparatının mobilliyinin yaxşılaşdırılması maksimal əhəmiyyətə

Page 102: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

101

malikdir. Buna görə də onlar tələbələrin, müəllimlərin, tədqiqatçıların və idarə apparatının sərbəst hərəkətinə mane olan bütün əngəlləri aradan qaldırmaq üçün tədbirlər görmək öhdəliklərini təsdiq etdilər və mobilliyin sosial məsələlərinin vacibliyini vurğuladılar. Onlar Avropa birliyinin proqramlarına uyğun olaraq təklif olunan mobilliyin imkanlarına və Avropa Şurasının Naysedə 2000-ci ildə dəstəklədiyi mobillik üzrə fəaliyyət planının işə düşməsi ilə bu sahədə əldə olunan irəliləyişə diqqət yetirdilər.

Keyfiyyətin təmin edilməsində Avropa əməkdaşlığına

kömək Nazirlər yüksək keyfiyyət standartlarının təmin edilməsində

və bütün Avropada ixtisasların müqayisə olunmasını asanlaşdırıl-masında keyfiyyətin təmin edilməsi sistemlərinin oynadığı həyati əhəmiyyətli rolu təsdiq etdilər. Onlar həmçinin keyfiyyətin təmin edilməsi və tanınma üzrə şəbəkələr arasındakı daha sıx əməkdaş-lığı təqdir etdilər. Onlar keyfiyyətin təmin edilməsinin milli sistemlərinin qəbul edilməsində sıx Avropa əməkdaşlığına və qarşılıqlı inama olan ehtiyacı vurğuladılar. Sonra onlar universitetləri və digər ali təhsil müəssisələrini ən yaxşı praktika nümunələrini yaymağa və akreditasiya/sertifikatlaşdırma və qiymətləndirmə mexanizmlərinin qarşılıqlı qəbulu üçün ssenarilərin hazırlanmasına çağırdılar. Nazirlər universitetləri və digər ali təhsil müəssisələrini, milli agentlikləri və ali təhsildə keyfiyyətin təmin edilməsinin Avropa şəbəkəsini (ENQA) tövsiyələrin qəbul edilməsi və ən yaxşı praktikaların yayılmasının ümumi normalarının qəbul edilməsində ENQA üzvü olmayan ölkələrin müvafiq təşkilatları ilə birlikdə əməkdaşlıq etməyə çağırdılar.

Ali təhsilə Avropa yanaşmasına kömək Ali təhsilin vacib Avropa ölçülərinin və məzunların işə

düzəlmək imkanlarının daha da gücləndirilməsi üçün nazirlər ali

Page 103: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

102

təhsil bölməsini “Avropa məzmunlu” kurs və proqrqamların bütün səviyyələrində modulların, istiqamətlərin və ya təşkilatların inkişafının artırılmasına çağırdılar. Bu, xüsusilə, müxtəlif ölkələrin əməkdaşlıq edən institutların təklif etdikləri və dərəcələrin birgə tanınmasına aparan modul, kurs və proqramlara aiddir.

Bundan başqa nazirlər aşağıdakı bəndləri (nöqtələri) qeyd etdilər:

Ömür boyu təhsil Ömür boyu təhsil Avropa ali təhsil Zonasının mühüm

elementidir. Biliklərə əsaslanan cəmiyyət və iqtisadiyyat kimi qurulan gələcək Avropada ömür boyu təhsil strategiyası üzünü rəqabətqabiliyyətlilik və yeni texnologiyalardan istifadə, sosial birliyin, bərabər imkanların və həyatın keyfiyyətinin yaxşılaşdırılması problemlərinə çevirməlidir.

Ali təhsil müəssisəsi və tələbələr Nazirlər universitetlərin, digər ali təhsil müəssisələrinin və

tələbələrin səriştəli, fəal və konstruktiv tərəfdaşları kimi Avropa ali təhsil Zonasının formalaşmasına cəlb olunmasının zəruriliyini qeyd etdilər. Đnstitutlar birgə və effektiv, lakin yenə də müxtəlif və uyğunlaşan Avropa ali təhsil Zonasının yaradılmasına mühüm əhəmiyyət verdiklərini nümayiş etdirdilər. Nazirlər həmçinin qeyd etdilər ki, keyfiyyət inam, münasiblik, mobillik, uyğunluq və cəzbedicilik üçün Avropa ali təhsil Zonasının əsas şərtidir. Nazirlər ali təhsil müəssisələrinin akademik keyfiyyəti uzun-müddətli işədüzəlmə imkanları ilə birləşdirən tədris proqramının inkişafına töhfələrini qiymətləndirdi və onları bu istiqamətdə aktiv fəaliyyətlərini davam etdirməyə çağırdı.

Nazirlər təsdiq etdilər ki, tələbələr universitetlərdə və digər ali təhsil müəssisələrində təhsilin təşkilində və məzmununda iştirak etməli və təsir etməlidirlər. Nazirlər həmçinin tələbələrin qeyd etdiyi Boloniya prosesində sosial məsələləri diqqətdə saxlamağın zəruriliyini bir daha təsdiq etdilər.

Page 104: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

103

Avropa ali təhsil Zonasının cəzbediciliyinin təmin edilməsinə kömək

Nazirlər Avropadan və dünyanın digər hissələrindən olan məktəblilər arasında Avropa ali təhsilinin cəzbediciliyinin genişlənməsinin vacibliyi ilə razılaşdılar. Ali təhsilin Avropa dərəcələrinin bütün dünyada başa düşülməsi və müqayisə edilə bilməsi ixtisasların ümumi çərçivəsinin inkişafı, habelə keyfiy-yətin və akreditasiya/sertifikatlaşdırma mexanizminin razılaş-dırılmış təminatı və informasiya səylərinin artırılması ilə genişlən-məlidir. Nazirlər xüsusi olaraq qeyd etdilər ki, ali təhsilin və elmi tədqiqatların keyfiyyəti Avropanın beynəlxalq cəzbediciliyi və rəqabət qabiliyyətliliyinin vacib müəyyənləşdirici amilidir və belə də olmalıdır. Nazirlər razılaşdılar ki, Avropa ali təhsil Zonasının müxtəlif konfiqurasiyalı institut və proqramların mövcudluğundan faydalanmasına xüsusi diqqət ayrılmalıdır. Onlar transmilli təhsilin əhəmiyyəti və perspektivləri məsələlərində Avropa dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə çağırdılar.

Qətiyyətli davam etmə Nazirlər öz üzərilərinə Boloniya bəyannaməsində ifadə

olunmuş məqsədlərə əsaslanan və mədəniyyətlərin, dillərin və hökumətlərarası əməkdaşlığın və Avropa universitetləri, digər ali təhsil müəssisələri, tələbə təşkilatları, habelə Birliyin proqramları ilə davam edən dialoqun bütün imkanlarını özündə birləşdirən milli sistemlərin oxşarlığı və fayda verən fərqi üzərində qurulan əməkdaşlığı davam etdirmək öhdəliyi götürdülər.

Avropa Birliyinin Sokrates, Leonardo da Vinçi proqramları və ya Tempus alt proqramının onlar üçün açıq olduğu ölkələri təmsil edən nazirlərin bəyanatından sonra nazirlər Boloniya prosesinə qoşulmuş yeni üzvləri salamladılar. Onlar Kipr, Türkiyə və Xorvatiyanın ərizəsini qəbul etdilər.

Nazirlər qərara gəldilər ki, irəliləyişin icmalının verilməli olduğu və Avropada ali təhsil Zonasına doğru prosesin növbəti mərhələsinin fəaliyyət istiqamətləri və prioritetlərinin müəyyən-ləşdiriləcəyi yeni dəstək görüşü 2003-cü ilin ikinci yarısında

Page 105: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

104

Berlində olacaqdır. Onlar işi axıra çatdırmaq üçün yardım qrupu və hazırlıq qrupundan ibarət quruma olan tələbatı təsdiq etdilər. Yardım qrupu müvafiq sənədləri imzalamış bütün ölkələrin, yeni üzvlərin və Avropa Komissiyasının nümayəndələrindən təşkil edilməlidir. Ona rəhbərliyi bu zaman Avropa Đttifaqına sədrlik edən ölkənin nümayəndəsi etməlidir. Hazırlıq qrupu Nazirlər səviyyəsində keçirilən əvvəlki və növbəti görüşlərdə qəbul edən qismində çıxış edən ölkələrin - Avropa Đttifaqı üzvü olan iki ölkənin və Đttifaqa daxil olmayan iki ölkənin nümayəndələrindən təşkil edilməlidir. Sonuncu dörd nümayəndə yardım qrupu tərəfindən seçiləcək. Avropa Đttifaqında və Avropa Komissiyasında sədrlik edən ölkələrin nümayəndələri də hazırlıq qrupuna daxil olacaq. Hazırlıq qrupuna rəhbərliyi nazirlər səviyyəsində növbəti görüşü qəbul edən ölkənin nümayəndəsi edəcək

Avropa universitetlər assosiasiyası, Avropa ali təhsil müəssisələri assosiasiyası, Avropada tələbələrin milli ittifaqları assosiasiyası və Avropa Şurasına prosesin inkişafının gedişi üzrə məsləhətləşmələr vacibdir.

Prosesin irəli getməsi üçün nazirlər yardım qrupundan aşağıdakı sahələrdə tədqiqatlar aparmaq üçün seminarları qaydaya salmağı xahiş etdilər:

- akkreditasiya və keyfiyyətin təmin edilməsinə aid sahədə əməkdaşlıq;

- tədrisin nəticələrinin tanınması və Boloniya prosesində kreditlərdən istifadə edilməsi;

- birgə dərəcələrin inkişaf etdirilməsi; - mobilliyə olan maneələrə xüsusi diqqət yetirməklə sosial

məsələlər, həmçinin Boloniya prosesinin genişləndiril-məsi, ömür boyu təhsil və təhsil alanların müzakirələrə cəlb olunması.

Page 106: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

105

GƏLƏCƏYĐN FORMALAŞMASI Salamanka 29-30 mart 2001-ci il

300-dən artıq Avropa ali təhsil müəssisəsi və onların əsas

təmsilçi təşkilatları 29-30 mart 2001-ci ildə Salamankada yığışmışlar. Onların məqsədi Boloniya prosesinə cəlb olunmuş ölkələrdə ali təhsilə nazirlərinin Praqa görüşünü təşkil etməkdir və onlar aşağıdakı məqsəd, prinsip və prioritetlərlə razılaşdılar.

Avropa ali təhsil müəssisələri bir daha Boloniya bəyanna-məsini dəstəklədiklərini və onilliyin sonuna Avropa ali təhsil Zonasını yaratmaq öhdəliklərini təsdiq edirlər. Onlar Salamankada Avropa universitetlərinin assosiasiyasını (AUA) yaradılmasında öz səslərinin hökumətlər və cəmiyyətlərə daha səmərəli çatdırıl-ması, bununla da Avropa ali təhsil Zonasında öz gələcəklərinin formalaşmasına dəstək üçün simvolik və praktik əhəmiyyət görürlər.

1. Prinsiplər Məsuliyyətli muxtariyyət Đnkişaf Avropa universitetlərinin məsuliyyətlə uzlaşan

muxtariyyət prinsiplərinə əsaslanan müvafiq fəaliyyət imkanı olmasını tələb edir. Muxtar və məsuliyyətli hüquqi, təhsil və sosial obyektlər kimi onlar 1988-ci il Magna Charta Univer-sitatum prinsiplərinə, xüsusən, akademik azadlıq prinsiplərinə sadiqliklərini təsdiq edirlər. Bununla da universitetlərin öz strategiyalarını formalaşdırmaq, tədrisdə və elmi tədqiqatların aparılmasında öz prioritetlərini müəyyənləşdirmək, öz resurslarını sərf etmək, öz proqramlarının profilini vermək və professor və tələbələrin qəbulu üçün öz meyarlarını qoymaq hüququ olmalıdır. Avropa ali təhsil müəssisələri öz evlərində, Avropada və dünyada rəqabətə hazırdırlar, lakin bunun üçün onların zəruri təşkilati müstəqilliyə, aydın və xoşməramlı tənzimləmə çərçivələrinə və kifayət olacaq qədər maliyyələşməyə ehtiyacı vardır. Əks halda onların əməkdaşlıq etmək və yarışmaq imkanı olmayacaq. Ali təhsilə münasibətdə ölkələrin çoxunda birbaşa tənzimləmə,

Page 107: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

106

hərtərəfli inzibati və maliyyə nəzarəti həyata keçirilərsə, Avropa ali təhsil Zonası yaratmaq planları yerinə yetirilməmiş qalacaq və ya bu, qeyri-bərabər rəqabətə gətirib çıxaracaq.

Ali təhsilin keyfiyyətini təmin edən rəqabət əməkdaşlığı istisna etmir və kommersiya konsepsiyası ilə eyniləşdirilmə-məlidir. Avropanın bir sıra ölkələrində universitetlər hələ o səviyyədə deyildirlər ki, bərabər həddə rəqabət apara bilsinlər və xüsusən, Avropa hüdudlarında arzuolunmaz beyin axını ilə üz-üzə qalsınlar.

Təhsil cəmiyyət qarşısında məsuliyyət kimi Avropa ali təhsil Zonası Avropanın təhsilin cəmiyyət qarşısında məsuliyyəti ənənələrinə əsasən qurulmalıdır: həm dərəcəyəqədərki, həm də dərəcədən sonrakı təhsilə geniş və açıq keçid imkanının olması; şəxsiyyətin inkişafı üçün ömür boyu təhsilin;

Elmi tədqiqatlara əsaslanan ali təhsil Elmi tədqiqatlar ali təhsilin hərəkətverici gücü olduğundan

Avropa ali təhsil Zonasının da yaranması Avropa elmi tədqiqat Zonasının yaranması ilə paralel getməlidir.

Diversifikasiyanın təşkili Avropa ali təhsili dil, milli sistemlər, institutların tipləri,

hazırlıq profillərinin istiqaməti və tədris planları baxımından müxtəlif olmuşdur. Eyni zamanda onun gələcəyi bu qiymətli müxtəliflikləri elə səmərəli təşkil edilməsindən asılıdır ki, çətinliklər və maneələr deyil, müsbət və çevik nəticələr əldə edilsin. Ali təhsil müəssisələri konvergensiyadan, xüsusən də bu sahədə əlyetən ümumi anlayışlarda, istifadə etmək və müxtəlif-liklərlə tanımadan imtina etməyə və ləğv etməyə səbəb kimi deyil müsbət amil kimi rastlaşmaq istəyirlər. Onlar minimal səviyyədə birləşmənin təminatçısı olan yetərli özünütənzimləməni qurmaq tərəfdarıdırlar ki, onların bir arada olmaq səyləri kreditlərin, əsas dərəcə kateqoriyalarının və keyfiyyət meyarlarının həddən artıq böyük dispersiyanın olması ilə heçə endirilməsin.

Page 108: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

107

II. Başlıca məsələlər Keyfiyyət formalaşmanın əsası kimi Avropa ali təhsil Zonası tərəfdaşların gözləntilərinə cavab

vermək üçün akademik dəyərlər, daha doğrusu keyfiyyətin nümayiş etdirilməsi əsasında qurulmağı tələb edir. Doğrudan da, keyfiyyətin qiymətləndirilməsində institutların və proqramların məqsəd və missiyaları nəzərə alınmalıdır. O, yeniliklərlə ənənələr, akademik üstünlüklə sosial-iqtisadi zərurət, proqramların bağlılığı ilə tələbələrin azad seçimi arasında balansı tələb edir. O, tədris və elmi tədqiqatlarla yanaşı, idarəetməni və inzibatçılığı, tələbələrin ehtiyaclarına həssaslığı və onlara tədrisdən kənar xidmətlərin göstərilməsi kimi məsələlərini də əhatə edir. Mövcud keyfiyyət kifayət deyildir, onun tələbələr, tərəfdaşlar və Avropa ölkələri və dünya ictimaiyyətlərinin təsdiqini və inamını qazanması üçün nümayiş edilməyə və təminata ehtiyacı vardır.

Keyfiyyət Avropa ali təhsil Zonasında inamın, münasibliyin, mobilliyin, uyğunluğun və cəzbediciliyin əsas şərtidir

Đnamın formalaşması Elmi-tədqiqatların qiymətləndirilməsində beynəlxalq yanaş-

ma mövcuddur. Bu cür yanaşma ali təhsilə münasibətdə də olmalıdır. Avropada keyfiyyətin təmin edilməsi ümumi standartlar toplusundan istifadə üzrə müstəsna baxışlara əsaslana bilməz. Gələcəyə yol Avropa səviyyəsində nəticələrinin qarşılıqlı qəbul edilməsi mexanizmlərinin işlənib hazırlanmasındadır. Bu cür mexanizmlər milli, linqvistik və inzibati fərqlərə, habelə kiçik universitetlərə hörmətlə yanaşmalıdırlar.

Uyğunluq Avropa əmək bazarı ilə uyğunluq proqrqamlarda o cəhətdən

asılı olaraq müxtəlif cür əks olunmalıdır ki, birinci və ikinci dərəcə üzrə təhsildən sonra işləmək üçün zəruri olan bilik, bacarıq və vərdişlər alınmış olsun. Ömür boyu təhsil almaq perspektivi nəzərə alınmaqla işə düzəlmək imkanı daha yaxşı keyfiyyətli təhsilə xas olan dəyərlər vasitəsilə əldə ediləcək: yanaşmaların və fənlərin profillərinin müxtəlifliyi vasitəsilə; proqramların ona

Page 109: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

108

giriş və çıxış üçün çoxlu imkanlar yaradan çevikliyi vasitəsilə; kommunikasiya və dil kimi ixtisaslararası bacarıq və vərdişlərin inkişafı vasitəsilə; biliyi səfərbər etmək bacarığı, problemləri həll etmək, komanda ilə işləmək və sosial cəhətdən inkişaf etmək vasitəsilə.

Mobillik Tələbələrin, personalın və məzunların sərbəst mobilliyi

Avropa ali təhsil Zonasının mövcudluğunun vacib şərtidir. Avropa universitetləri böyük mobilliyi həm “üfiqi”, həm də “şaquli” istiqamətdə inkişaf etdirmək istəyirlər və virtual mobilliyə fiziki mobilliyin əvəzi kimi baxmırlar. Onlar tanımanın və mobilliyin mövcud instrumentlərini (AKTS, Lissabon konvensiyasi, Diploma əlavə, NARĐS/ENĐK şəbəkəsi) müsbət və çevik üsullarla istifadə etmək istəyirlər. Avropa təcrübəli müəllim heyətinin vacib-liyindən universitetlər Avropada akademik karyera üçün milli tələblərin və digər maneələrin aradan götürülməsini istərdilər. Lakin virtual mobilliyə və transmilli təhsilə ümumi Avropa yanaşması da zəruridir.

Dərəcəyəqədərki və dərəcədənsonraki səviyyələrdə uyğunlaşdırıla bilən ixtisaslar

Ali təhsil müəssisələri dərəcəyəqədərki və dərəcədənsonraki təhsildəki başlıca fərqlərə əsaslanan ixtisasların uyğunlaşdırıl-masına doğru hərəkəti dəstəkləyirlər. Kifayət qədər ümumi fikir var ki, birinci dərəcəni almaq üçün 180-240 AKTS krediti həcmində qiymətləndirilən tədris yükü yerinə yetirilməlidir. Birinci dərəcələr əmək bazarında iş tapmaq imkanı verməli və ya, başlıca olaraq, dərəcədən sonrskı səviyyədə təhsili davam etdirmək üçün hazırlıq mərhələsi olmalıdırlar. Bir sıra hallarda universitet birbaşa magistr dərəcəsinə aparan birləşdirilmiş tədris planı tətbiq edə bilər. Belə qərarların qəbul edilməsində öyrəniləm fənlərin birtipliliyi əsasında yaradılmış şəbəkə vacib rol oynayır. Universitetlər AKTS-nə əsaslanan qiymətləndirmə-yığım kreditlərinin xeyrinə və başqa yerlərdə alınmış kreditlərin qəbul

Page 110: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

109

edilə bilməsi haqqında qərar çıxarmaq üçün baza hüququnda əmindirlər.

Cəzbedicilik Avropanın ali təhsil müəssisələri bütün qitələrin istedadlı

adamları üçün cəzbedici olmaq istəyirlər. Bu institusional, milli və Avropa səviyyəsində fəaliyyət tələb edir. Spesifik tədbirlərə proqramların adaptasiyası (həm daxildə, həm də Avropa xaricində aydın başa düşülən dərəcələr; keyfiyyətin təminatının zəruri vasitələri; əsas dünya dillərində tədris olunan proqramlar; adekvat informasiya və marketinq; zarici tələbələr və alimlər üçün yaxşı xidmət) və şəbəkə çərçivəsində strateji iş daxildir. Müvəffəqiyyət həmçinin immiqrasiya və əmək bazarına mane olan qaydaların ləğv olunmasından asılıdır.

Avropa ali təhsil müəssisələri etiraf edirlər ki, onların

tələbələri bütün Avropada öz təhsilləri və karyeraları üçün səmərəli istifadə edə biləcəkləri ixtisaslara ehtiyacları vardır və onları tələb edirlər. Đnstitutlar, onların şəbəkələri və təşkilatları bu mənada öz rol və məsuliyyətlərini təsdiq edirlər və muxtariyyətləri çərçivəsində işlərini lazımi şəkildə təşkil etməyə hazır olduqlarını bildirirlər.

Ali təhsil müəssisələri hökumətlərə xahişlə müraciət edirlər

ki, dəyişiklikləri asanlaşdırsınlar və həvəsləndirsinlər, milli və ümumavropa xüsusiyyətlərini nəzərə almaqla yaxınlaşmanı əlaqələndirmək və onu idarə etmək çərçivələrini təmin etsinlər. Onlar birgə təşəbbüslərdə irəliləyişə təkan vermək və dəstəkləmək bacarıqlarının olduğunu və bunu etməyə hazır olduqlarını təsdiq edirlər.

- Bütün Avropa üçün ali təhsilin və elmi tədqiqatların qiymətləndirilməsi;

- Proqramları və ali təhsili yenidən qurmaq və cavanlaşdırmaq;

- Ali təhsili elmi tədqiqatlar əsasında inkişaf etdirmək;

Page 111: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

110

- Keyfiyyəti qiymətləndirmək, təminat vermək və təsdiq etmək üçün qarşılıqlı qəbul edilən mexanizmlərin qəbulu;

- Avropa ölçülərinin ümumi terminlərinə əsaslanaraq, müxtəlif institutların, proqramların və dərəcələrin uyğunlaşdırıl-masını təmin etmək;

- Avropada tələbələrin, personalın mobilliyinə və məzunla-rın işə düzəlmə imkanına kömək etmək;

- Avropa ali təhsil Zonasına daxil olmağa böyük problemlər olan ölkələrdə universitetlərin modernləşməsi istiqamətində səy-lərə dəstək vermək;

- Öz ölkəsində, Avropada və dünyada açıq, cəzbedici və rəqabət qabiliyyətli olaraq dəyişikliklər həyata keçirmək;

- Ali təhsilin cəmiyyət qarşısında məsuliyyətli olmasını hesab etməkdə davam etmək.

Salamanka . 29-30 mart 2001-ci il

Page 112: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

111

ÖLKƏ QANUNVERĐCĐLĐYĐ

Təhsil Haqqında Azərbaycan Respublikasının Qanunu Bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitu-

siyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliy-yətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hü-quqi aktların qəbul edilməsində baza rolunu oynayır. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Azərbaycan Respublika-sında təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümum-bəşəri dəyərlərin priоritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir.

I fəsil Ümumi müddəalar

Maddə 2. Təhsil haqqında Azərbaycan Respublikasının

qanunvericiliyi 2.1. Təhsil haqqında Azərbaycan Respublikasının

qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, təhsil sahəsinə aid olan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

2.2. Təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, оnlar arasında münasibətlərin

Page 113: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

112

tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir.

2.3. Bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təhsil müəssisələrinə, хarici dövlətlərin diplоmatik nümayəndəlikləri və kоnsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir.

Maddə 3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

3.0.1. humanistlik – milli və ümumbəşəri dəyərlərin, şəхsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul оlunması;

3.0.2. demоkratiklik – təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muxtariyyətinin artırılması;

3.0.3. bərabərlik – bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin оlunması;

3.0.4. millilik və dünyəvilik – milli və ümumbəşəri dəyərlərin qоrunması və оnların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi;

3.0.5. keyfiyyətlilik – təhsilin mövcud standartlara, nоrmalara, sоsial-iqtisadi tələblərə, şəхsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;

3.0.6. səmərəlilik – təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və sоn nəticəyə istiqamətlənən müasir metоdlarla təşkili;

3.0.7. fasiləsizlik, vəhdətlik, daimilik – mövcud təhsil standartları, tədris prоqramları və planları əsasında təhsilin bir

Page 114: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

113

neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıх dialektik qarşılıqlı əlaqənin təmin оlunması və оnun insanın bütün həyatı bоyu ardıcıl davam etməsi;

3.0.8. varislik – təhsil sahəsində əldə оlunmuş bilik və təcrübənin ardıcıl оlaraq növbəti nəslə (dövrə) ötürülməsi;

3.0.9. liberallaşma – təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi;

3.0.10. inteqrasiya – milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli fоrmada qоşulması, uyğunlaşması və qоvuşması əsasında inkişafı.

Maddə 4. Təhsilin əsas məqsədi 4.0. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi

aşağıdakılardır: 4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk

edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirmək;

4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qоruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəхəssis-kadrlar hazırlamaq;

4.0.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənim-sənilməsini və iхtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.

Maddə 9. Təhsilin keyfiyyət səviyyəsi 9.1. Təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul оlunan dövlət

təhsil standartları əsasında beynəlхalq və ümumavrоpa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil prоqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-teхniki baza, infrastruk-tur, infоrmasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-

Page 115: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

114

pedaqоji səviyyəsi, mütərəqqi tədris teхnоlоgiyaları və s.) uyğun оlaraq müəyyən edilir.

9.2. Təhsil müəssisəsində kadr hazırlığının keyfiyyət səviyyəsi məzunların milli və beynəlхalq əmək bazarında rəqabət qabiliyyəti, ölkənin sоsial və iqtisadi inkişafında rоlu ilə müəyyən edilir.

9.3. Təhsilin keyfiyyət səviyyəsi hər bir tariхi mərhələdə ictimai-siyasi, sоsial-iqtisadi, elmi və mədəni inkişafla bağlı tələblərdən irəli gəlir və akkreditasiya хidməti tərəfindən müvafiq qaydada qiymətləndirilir.

Maddə 22. Ali təhsil 22.1. Ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının

tələbatı nəzərə alınmaqla yüksək iхtisaslı mütəхəssislərin və elmi-pedaqоji kadrların hazırlığı həyata keçirilir.

22.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər və elmi-pedaqоji kadrlar hazırlığı üç səviyyəlidir:

22.2.1. bakalavriat (tibb təhsili istisna оlmaqla); 22.2.2. magistratura (tibb təhsili istisna оlmaqla); 22.2.3. doktorantura. 22.3. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta

iхtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil prоqramları üzrə geniş prоfilli ali təhsilli mütəхəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqоji fəaliyyət istisna оlmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22.4. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı iхtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqоji işlərlə məşğul оlmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və

Page 116: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

115

«magistr» dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22.5. Magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək оlan ali təhsil müəssisələrində yaradıla bilər.

22.6. Tibb təhsili təhsil prоqramlarına və dövlət təhsil standartlarına uyğun оlaraq, əsas təhsilə və rezidenturaya ayrılır, məzunlara müvafiq оlaraq həkim və həkim-mütəхəssis ali peşə-iхtisas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22.7. Хüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə həyata keçirilir. Bu iхtisasların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 23. Doktorantura 23.1. Doktorantura ali təhsilin ən yüksək səviyyəsi оlmaqla

elmi və elmi-pedaqоji kadrların hazırlanmasını, iхtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.

23.2. Doktorantura təhsili ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil müəssisələ-rində adyunkturalarda) həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssisələrində və elmi təşkilatlarda fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında qanunvericiliyə uyğun olaraq verilir.

23.3. Azərbaycan Respublikasında aşağıdakı elmi dərəcələr müəyyən edilir:

23.3.1. Fəlsəfə doktoru – elm sahələri göstərilməklə; 23.3.2. Elmlər doktoru – elm sahələri göstərilməklə. 23.4. Doktoranturaların yaradılması, doktoranturaya qəbul

və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.

Page 117: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

116

23.5. Ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələr, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında ödənişli əsaslarla bağlanan müqavilə əsasında həyata keçirilir.

23.6. Dоktоranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid fоrmada dövlət nümunəli sənəd – diplоm verilir.

23.7. Ali təhsil müəssisəsində, elmi və digər təşkilatlarda çalışan elmi-pedaqоji kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq yоlu ilə də reallaşdırılır. Ali təhsil müəssisələrinin müvafiq kafedralarına və elmi tədqiqat müəssisələrinə dissertantların təhkim оlunması və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.

23.8. Ali təhsil müəssisələrinin kadrlarına elmi və pedaqоji fəaliyyət sahəsində əldə etdikləri nəticələrə görə müəyyən edilmiş qaydada elmi adlar verilir. Azərbaycan Respublikasında aşağıdakı elmi adlar müəyyən edilir:

23.8.1. dosent; 23.8.2. professor. 23.9. Dоsent və professor elmi adlarının verilməsi qaydaları

və şərtləri müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.

23.10. Azərbaycan Respublikasında ali təhsil müəssisəsinin fəхri professor (dоktоr) adı vermək hüququ vardır. Fəхri professor (dоktоr) adının verilməsi qaydaları və şərtləri ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

Maddə 24. Əlavə təhsil 24.1. Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının

tərkib hissəsi olmaqla, peşə-ixtisas təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz

Page 118: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

117

təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, оnların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır.

24.2. Azərbaycan Respublikasında əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:

24.2.1. iхtisasartırma; 24.2.2. kadrların yenidən hazırlanması; 24.2.3. stajkeçmə və kadrların təkmilləşdirilməsi; 24.2.4. təkrar ali təhsil və оrta iхtisas təhsili; 24.2.5. dərəcələrin yüksəldilməsi; 24.2.6. yaşlıların təhsili. 24.3. Əlavə təhsilin məzmunu və təşkili qaydaları xüsusi

təhsil proqramlarına uyğun оlaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

24.4. Əlavə təhsil iхtisasartırma və yenidənhazırlanma qurumlarında, peşə-iхtisas təhsili müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə xüsusi razılıq verilmiş digər müəssisə-lərdə həyata keçirilir.

24.5. Müvafiq təhsil proqramları əsasında əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq sənəd verilir. Đхtisasartırma kurslarını bitirmiş şəхslər barəsində stimullaşdırıcı tədbirlər tətbiq edilir.

Maddə 25. Təhsil sistemində elmi araşdırmalar 25.1. Təhsil sistemində elmi araşdırmalar təhsili idarəetmə

orqanları tabeliyində fəaliyyət göstərən elmi tədqiqat strukturlarında, ali təhsil müəssisələrində və оnların müvafiq qurumlarında və ya bölmələrində (elmi tədqiqat institutları, mərkəzlər, kafedralar, laboratоriyalar və s.) aparılır.

Page 119: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

118

25.2. Təhsil sistemində aparılan elmi tədqiqat işləri fundamental və tətbiqi xarakter daşıyır.

25.3. Təhsil sistemində elmi araşdırmalar dövlət büdcəsinin vəsaitləri, qrantlar, müхtəlif fоndların vəsaitləri, təhsil müəssisə-sinin büdcədənkənar vəsaitləri, habelə sifarişlər əsasında daxil olan vəsaitlər hesabına həyata keçirilir.

25.4. Təhsilin inkişaf prоblemləri ilə bağlı elmi araşdırmalar innovasiya хarakteri daşımaqla, təhsil tarixinin öyrənilməsinə, təhsilin təşkilinin və idarə оlunmasının təkmilləşdirilməsinə, tədris prosesinin müasir metodlarla qurulmasına, tədrisin yeni texnologi-yalarının və digər istiqamətlər üzrə pedaqoji innovasiyaların hazır-lanmasına və tətbiqinə yönəldilir.

Maddə 26. Ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları

26.1. Ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun оlan təhsil prоqramlarını daha yaхşı mənim-səmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci maddə-sində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.

26.2. Ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyent-lərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

26.3. Hər bir təhsilalan, valideyn və ya digər qanuni nümayəndə ali və orta ixtisas təhsili müəssisəsində tədris prosesini tənzimləyən aşağıdakı hüquqi sənədlərlə tanış ola bilər:

26.3.1. təhsil müəssisəsinin nizamnaməsi; 26.3.2. təhsil sahəsində fəaliyyət üçün xüsusi razılıq

(lisenziya); 26.3.3. təhsil müəssisəsinin dövlət akkreditasiyası haqqında

sənəd.

Page 120: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

119

26.4. Ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərə alınır.

26.5. Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəl-хalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

26.6. Ali təhsil müəssisələrinin magistraturalarına bakalavr-ların və digər ali təhsilli şəхslərin qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 38. Təhsil müəssisəsinin maliyyələşdirilməsi 38.1. Dövlət təhsilin inkişafına dövlət büdcəsindən və digər

mənbələrdən vəsaitlər ayırır. 38.2. Təhsil müəssisəsi qanunvericiliklə müəyyən edilmiş

qaydada fiziki və hüquqi şəхslərə müхtəlif ödənişli təhsil хidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul оlmaq, hüquqi və fiziki şəхslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə оlunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və оnun nizamnaməsinə uyğun оlaraq sərbəst istifadə edilir.

38.3. Dövlət ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sоsial müdafiəsinə yönəldilə bilər.

38.4. Dövlət təhsil müəssisəsinin maliyyələşdirilməsi təhsilin hər pilləsi üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu nоrmativlər təhsil müəssisəsinin tipinə, növünə və kateqоriyasına uyğun оlaraq hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilir.

38.5. Zəruri hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə azkomplektli dövlət ümumi təhsil müəssisələri mövcud normativlərdən üstün maliyyələşdirilə bilər.

Page 121: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

120

38.6. Dövlət təhsil müəssisəsi nizamnaməsinə uyğun оlaraq, ödənişli təhsildən əldə оlunan və digər büdcədənkənar vəsaitlərin xərclənməsi istiqamətlərini və işçilərin maddi həvəsləndirilməsinə ayırmaların хüsusi çəkisini sərbəst müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardımlar göstərir.

38.7. Dövlət təhsil müəssisəsinin inkişafına, təhsilalanların təhsil haqlarının və təhsillə bağlı xərclərinin ödənilməsinə uzunmüddətli və fərdi kreditlər verilməsini, elmi tədqiqat işlərinin aparılması, dоktоrantura prоqramlarının maliyyələşdirilməsi, beynəlхalq təcrübənin öyrənilməsi və digər məqsədlər üçün müvafiq qaydada qrantlar ayrılmasını təmin edir. Kreditlərin və qrantların verilməsi qaydaları və şərtləri müvafiq qanunvericilik aktları ilə müəyyən edilir. Dövlət təhsil və elmi tədqiqat qrantları təhsil müəssisəsinin digər fəaliyyət sahələrinin maliyyələşdiril-məsinə yönəldilə bilməz.

38.8. Dövlət təhsil sahəsinə investisiyaların, о cümlədən хarici investisiyaların cəlb edilməsi məqsədi ilə əlverişli investisiya mühitinin yaradılmasını təmin edir və bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştlər verilir.

38.9. Təhsil sisteminə xarici investisiya qoyuluşu qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

Đlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyun 2009-cu il.

Page 122: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

121

2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il “22” may tarixli 295 nömrəli

Sərəncamı ilə təsdiq edilmişdir 1. Ümumi əsaslar 1.1. Giriş Bütün dövrlərdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin

inkişafından və onun əhəmiyyətinin düzgün qiymətləndirilməsin-dən asılı olmuşdur. Cəmiyyətin tələbatı təhsilin inkişafını sürət-ləndirmiş, elmi və texnoloji nailiyyətlər isə təhsil sistemi qarşısında həlli vacib olan daha mürəkkəb vəzifələr qoymuşdur. Qloballaşmanın geniş vüsət aldığı hazırkı mərhələdə, informasiya cəmiyyətində sosial-iqtisadi fəaliyyət sahələrindəki rəqabətin gücləndiyi, habelə təbii resursların tədricən tükəndiyi bir vaxtda təhsilin rolu artmaqdadır. Birləşmiş Millətlər Təşkilatı XXI əsri “təhsil əsri” elan etmişdir. Yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında xüsusilə ali təhsilin rolu mühüm əhəmiyyət kəsb edir.

Müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən olunur. Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyil, başlıcası, bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdir. Bu, indiki mərhələdə təhsil sisteminin ən zəruri vəzifəsidir. ABŞ, Yaponiya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan daha çox təhsil sisteminin yetişdirdiyi insan kapitalından böyük gəlirlər əldə etmişlər. Bu ölkələrdə inkişafa təsir göstərən amillər içərisində təhsilin çəkisi əhəmiyyətli dərəcədə yüksək olub təxminən 70 faiz təşkil edir.

Hal-hazırda dünyada aşağıdakı inkişaf meylləri müşahidə olunmaqdadır:

Page 123: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

122

- cəmiyyətin inkişaf tempinin sürətlənməsi, siyasi və sosial seçim imkanlarının genişlənməsi;

- informasiya cəmiyyətinə keçid, ünsiyyət və dözümlülük amillərinin vacib əhəmiyyət kəsb etməsi, mədəniyyətlərarası əlaqələrin miqyasının genişlənməsi;

- yeni nəsildə müasir təfəkkürün formalaşmasını tələb edən və yalnız beynəlxalq əməkdaşlıq çərçivəsində həll edilə bilən qlobal problemlərin sayının artması;

- iqtisadiyyatın dinamik inkişafı, rəqabətin güclənməsi, sadə əmək sferasının məhdudlaşması, mütəmadi olaraq peşə ixtisasının artırılmasını və yenidən hazırlanmasını tələb edən ciddi struktur dəyişikliyi;

- gənclərin və yaşlı nəslin təhsilinin artırılması nəticəsində formalaşan insan kapitalının rolunun yüksəlməsi;

- təhsilin ölkənin aparıcı dövlətlər sırasına daxil olmasını təmin edən əsas faktor olması;

- vətəndaşların xaricdə təhsil almasının dəstəklənməsi. Bütün bu amillər respublikada ali təhsil sahəsində

islahatların istiqamətlərinin, milli maraqları əks etdirməklə, qeyd olunan tendensiyalara uyğun müəyyənləşdirilməsi zərurətini yaradır.

1.2. Mövcud vəziyyət Azərbaycan Respublikasında ali təhsilin tədris proqram-

larını həyata keçirən, 34-ü dövlət və 15-i qeyri-dövlət olmaqla 49 ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Ali təhsil müəssisələrinin bakalavr pilləsində hazırda 128650, magistratura pilləsində isə 7940 tələbə təhsil alır. Dövlət ali təhsil müəssisələrində tələbələrin təlim-tərbiyəsi ilə 22427 nəfər professor-müəllim heyəti məşğul olur. Onların 1000-dən çoxu elmlər doktoru, 6 minə qədəri dosentdir.

Ali məktəblərdə 121 fakültə, 688 kafedra, 100-ə qədər elmi-tədqiqat laboratoriyası və 4 elmi-tədqiqat institutu mövcuddur.

Page 124: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

123

Ali məktəblərin kitabxanalarında 20 milyon nüsxədən ibarət kitab fondu vardır.

Son illərdə təhsilin maliyyələşdirilməsi sahəsində ciddi irəliləyişə nail olunmuşdur. Belə ki, yalnız dövlət büdcəsindən bu sahəyə ayrılan ümumi xərclər 2004-cü ildəki 308,2 milyon manatdan 2008-ci ildə 1165,8 milyon manatadək artmışdır. Bu göstəricilər ali təhsil üzrə müvafiq olaraq 20,4 milyon manatdan 100,7 milyon manata qədər yüksəlmişdir. Bununla yanaşı digər mənbələrdən də ali təhsilə kifayət qədər vəsait daxil olur.

Son beş ildə təhsilə qoyulan investisiya da kifayət qədər artmışdır. Əgər 2005-ci ildə təhsilə 8,3 milyon investisiya yönəldilmişdirsə, bu rəqəm 2008-ci ildə 223,5 milyon təşkil etmişdir.

Ötən əsrin 90-cı illərinin əvvəllərindən Azərbaycanda təhsil sahəsində islahatlar haqqında bir çox müzakirələr aparılsa da, islahatın konsepsiyası, həyata keçirilmə mexanizmi olmadığı üçün bu istiqamətdə işlər sistemli, planlı şəkildə aparılmamış və epizodik xarakter daşımışdır. Yalnız 1999-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasının təhsil sahəsində Đslahat Proqramı” təsdiq olunduqdan sonra bütün təhsil sistemində, o cümlədən ali təhsil pilləsində islahatların məqsədyönlü və planauyğun aparılmasına başlanılmışdır.

Həmin Proqrama müvafiq olaraq digər pillələrdə olduğu kimi ali təhsildə də struktur dəyişiklikləri aparılmış, müəssisələrin şəbəkəsi optimallaşdırılmış, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə olunmuşdur.

Təhsil müəssisələrinə xeyli müstəqillik və geniş səlahiy-yətlər verilmiş, bir sıra ali məktəblər öz fəaliyyətlərini özünü-idarəetmə prinsipi əsasında qurmuşdur. Həmin ali məktəblərin dövlət büdcəsindən ayrıca sətirlə maliyyələşdirilməsi 2001-ci ildən etibarən həyata keçirilir.

“Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləş-dirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli Fərmanına müvafiq surətdə mülkiyyət

Page 125: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

124

formasından və tabeliyindən asılı olmayaraq, təhsilin keyfiyyətinə nəzarət səlahiyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyinə verildikdən və ali və orta ixtisas təhsili müəssisələrinin attestasiyası və akkreditasiyasını tənzimləyən müvafiq normativ-hüquqi akt təsdiq edildikdən sonra qısa müddət ərzində təhsilin keyfiyyətinə nəzarət mexanizmi yaradılmış, ilk mərhələdə tələbələrin biliyinin qiymətləndirilməsi üzrə yeni mexanizmin tətbiqinə eksperiment şəklində başlanılmışdır. Hazırda bu sistem, demək olar ki, bütün ali təhsil müəssisələrini əhatə edir.

Müasir tələblərə cavab verən, dərin təfəkkürə, pedaqoji və metodik ustalığa malik olan müəllim kadrları hazırlığı daim diqqət mərkəzində olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Dünya Bankı ilə birgə Təhsil Sektorunun Đnkişafı Layihəsi çərçivəsində “Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və stra-tegiyası”nı hazırlamış, həmin sənəd 2007-ci ildə təsdiq edilmişdir. Konsepsiya təsdiq edildikdən sonra pedaqoji kadr hazırlığının məzmununda islahatların aparılması işinə başlanılmışdır.

Müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqra-siyası və ümumavropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan həyata keçirilən tədbirlər arasında Bolonya prosesi önəmli yer tutur.

Azərbaycan 2005-ci ildə Bolonya prosesinə qoşulmuş və bununla da faktiki olaraq ali təhsildə aparılacaq islahatların konturları müəyyənləşdirilmişdir. Bolonya Bəyannaməsinin müddəalarını həyata keçirmək üçün 2006-2010-cu illəri əhatə edən müvafiq Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq, “Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu” təsdiq edilmiş və buna müvafiq istiqamətlər üzrə yeni dövlət təhsil standartları hazırlanmışdır. Beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmış bu standartlarda fənlərin sayı, auditoriya saatlarının miqdarı (4140 saatdan orta hesabla 3305 saata qədər) azaldılmış, seçmə fənlərə ayrılan saatların miqdarı 10 faizdən 20

Page 126: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

125

faizədək artırılmış və tələbələrin müstəqil işinə xeyli vaxt ayrılmışdır.

Azərbaycanın Bolonya prosesinə qoşulması ilə əlaqədar ali təhsildə kredit sisteminin tətbiqinə zərurət yaranmışdır. Bu sistemin tətbiqi ilə bağlı hüquqi normativ bazanın yaradılması istiqamətində bir çox xarici ölkələrin təcrübəsi öyrənilmiş, “Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə” hazırlanıb təsdiq edilmiş, görüləcək işlərin həcminin genişliyi nəzərə alınaraq, ilkin mərhələdə bir neçə ali məktəbdə eksperiment şəklində kredit sisteminin tətbiq olunması qərara alınmışdır. 2006-2007-ci tədris ilində 10 ali məktəbdə başlanan eksperiment 2007-2008-ci tədris ilində artıq 21 dövlət ali məktəbini əhatə etmişdir.

Bundan əlavə xarici ölkələrdə təhsil alanların diplomlarının Azərbaycanda tanınması üzrə müvafiq tədbirlər həyata ke-çirilmişdir. Belə ki, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisas-larının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları”na uyğun olaraq Azərbaycan Respub-likasının Təhsil Nazirliyində Daimi Komissiya yaradılmışdır.

Görülmüş işlərlə yanaşı ali təhsil sahəsində hələ də öz həllini tapmayan çox ciddi problemlər mövcuddur. Respublikada ali təhsilin kütləviliyi sahəsində həm inkişaf etmiş ölkələrlə, həm də MDB ölkələri ilə müqayisədə gerilik müşahidə olunur. Son illərdə hər 10 min vətəndaşa inkişaf etmiş ölkələrdən ABŞ-da – 445, Böyük Britaniyada – 276, Almaniyada – 240, Yaponiyada – 233, MDB ölkələrindən Qazaxıstanda – 510, Rusiyada – 449, Qırğızıstanda – 447, Moldovada – 351, Gürcüstanda – 321, Ermənistanda – 304, Tacikistanda – 192, Azərbaycanda isə – 156 tələbə düşür. Həmin ölkələr üzrə əhalinin sayına tələbə nisbəti isə (faizlə) Rusiyada – 5,1; Qazaxıstanda – 5,0; Gürcüstanda – 3,2; Ermənistanda – 3,0; Azərbaycanda – 1,6; Özbəkistanda – 1,1 və Türkmənistanda 0,2 faiz təşkil edir. Bu rəqəmlər ali təhsil sisteminin təşkilində kifayət qədər həllini gözləyən problemin olduğunu göstərir.

Page 127: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

126

Respublikanın ali təhsil sisteminə cəlb olunmuş insan resurslarında da müəyyən disproporsiya aradan qaldırılmalıdır. Belə ki, Qara dəniz regionu ölkələri üzrə ali təhsildə çalışan işçilər və tələbələrin sayı arasında olan nisbət uyğun olaraq Gürcüstanda – 25,5, Türkiyədə – 23,8, Moldovada – 21,3, Albaniyada – 19,0, Yunanıstanda – 16,8, Ermənistanda – 11,7, Rusiyada – 10,1 faiz olduğu halda Azərbaycanda bu rəqəm 7,3 faiz təşkil edir.

Son illərdə ali təhsilin işəgötürənlərlə əlaqəsinin geniş-ləndirilməsi, xüsusilə də onların həm qanunvericilik və həm də təhsil proqramlarının inkişafı sahəsində iştirakı xeyli qənaət-bəxşdir. Lakin sosial-praktiki və iqtisadi sahədə mövcud vəziy-yətin təhlili göstərir ki, ali təhsilin məzmunu ilə tələb olunan biliklər arasındakı uyğunsuzluq dünyada qlobal böhran səviyyəsi kimi xarakterizə olunur, hətta bir çox inkişaf etmiş ölkələrdə ən yaxşı halda kadr hazırlığı iqtisadiyyatın keçmiş mərhələsinə uyğun aparılır.

Bununla əlaqədar ali təhsil sisteminin inkişafı üçün bütün mümkün innovasiya potensialını və resursları zəruri inkişaf istiqamətlərinə səfərbər etmədən mövcud vəziyyətin dəyişdirilmə-sinə nail olmaq qeyri-mümkündür.

Bu baxımdan təhlil göstərir ki, respublikanın ali təhsil sistemində aşağıdakı problemlər mövcuddur:

- kadr hazırlığı strukturu əmək bazarının tələbatını tam ödəmir;

- elmi-tədqiqatların nəticələri ali təhsilə zəif inteqrasiya olunur;

- ali təhsilə ayrılan vəsaitlər səmərəsiz istifadə olunur; - ali təhsil müəssisələri şəbəkəsi təkmil deyil; - ali məktəblərin kadr potensialı və müəllimlərin ixtisas-

artırma təhsili müasir tələblərə cavab vermir; - ali məktəb tələbələri və məzunlarının hazırlıq səviyyəsi

onların dünya təhsil məkanına çevik inteqrasiyasına imkan vermir;

Page 128: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

127

- ali və orta ixtisas təhsili istiqamətlərinin və magistr proqramlarının siyahılarının təsdiqindən xeyli müddət keçdiyinə görə onların yeniləşdirilməsinə ehtiyac duyulur;

- istiqamətlər üzrə standartların yeniləşməsinə baxmayaraq, tədris planlarında hələ də lüzumsuz qeyri-ixtisas fənləri mövcuddur;

- bakalavr və magistratura pillələrində bir çox ixtisaslar üzrə dərsliklər çatışmır, bəzən isə məzmunca köhnəlmiş ədəbiyyatdan istifadə edilir;

- tələbələrin tədris olunan fənləri mənimsəmə səviyyəsini müəyyənləşdirən monitorinq mexanizmi olmadığından onların biliyinin qiymətləndirilməsində qeyri-obyektivliyə yol verilir;

- pedaqoji təhsilin məzmunu ümumtəhsil məktəblərinin tələbatı ilə kifayət qədər uzlaşmır;

- magistr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu təkmilləşdirilməli və buna müvafiq istiqamətlər üzrə dövlət təhsil standartları hazırlanmalıdır;

- yeni pedaqoji təlim texnologiyaları ləng işlənilir, mövcud texnologiyalar isə tədris prosesinə zəif tətbiq olunur;

- ali məktəblərdə kadr hazırlığında informasiya-kommunikasiya texnologiyalarından, fəal interaktiv təlim metodlarından kifayət qədər istifadə edilmir;

- kadr hazırlığı üzrə uzunmüddətli, elmi cəhətdən əsaslan-dırılmış proqnozlaşdırma mexanizmi yoxdur;

- ali məktəb müəllimlərinin peşəkarlıq səviyyəsini müəyyən edən mexanizm yaradılmamışdır;

- ali məktəblərdə dərs yükünün optimal müəyyənləş-dirilməməsi, azsaylı qrup və birləşmələrin yaradılması, dərs yükü-nün minimal hədlə müəyyən edilməsi tələbə-müəllim nisbətinin dünyadakı göstəricilərə uyğunlaşdırılmasına imkan vermir;

- ali məktəblərin maddi-texniki bazası (tədris laboratoriyalarının təchizatı, tədris prosesini təmin edən cihaz və avadanlıqlarla təminatı və s.) müasir tələblərə cavab vermir;

Page 129: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

128

- ali məktəb kitabxanaları və onların təminatı günün tələb-lərinə cavab vermir, elektron kitabxanaların və dərsliklərin yaradılması işi çox ləng aparılır;

- ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ sənədlər kredit sisteminin tətbiqi ilə bağlı müvafiq sənədlərə uyğunlaşdırılmamışdır.

1.3. Dövlət Proqramının məqsədi “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali

təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın (bundan sonra - Dövlət Proqramı) əsas məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabət qabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödə-nilməsi, habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradıl-ması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır.

1. 4. Dövlət Proqramının icrasının əsas istiqamətləri Dövlət Proqramı çərçivəsində aşağıdakı istiqamətlər üzrə

islahatların aparılması müəyyənləşdirilir: - Bolonya Bəyannaməsinə və beynəlxalq təhsil təcrübəsinə

uyğun olaraq, ali təhsilin normativ hüquqi bazasının yeniləşdirilməsi: burada nəzərdə tutulacaq müddəalar ali təhsil sisteminin Avropa və mütərəqqi dünya ölkələrinin ali təhsil məkanına inteqrasiyası üçün hüquqi baza yaratmalıdır;

- ali təhsilin məzmununun və təlim texnologiyalarının təkmilləşdirilməsi: burada ilk növbədə ali təhsil ixtisaslarının Avropa ixtisas təsnifatına və əmək bazarının tələblərinə uyğunlaşdırılması, tədris planı və proqramlarının, təhsil resurslarının, müasir fənn proqramlarının, yeni təlim və

Page 130: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

129

informasiya texnologiyalarını təmin edən elmi-metodiki tövsiyələrin hazırlanması və tətbiqi nəzərdə tutulmalıdır;

- ali təhsil müəssisələrinin strukturunun və bütövlükdə onun idarə olunması sisteminin müasir tələblər baxımından modernləşdirilməsi: ilk növbədə idarəçilik strukturunun əsaslı təkmilləşdirilməsi, kadr istehlakçılarının ali təhsil müəssisələrinin idarə olunmasında və inkişafında iştirakını təmin edən strukturların yaradılması, aidiyyəti müəssisələri baza kimi müəyyənləşdirməklə sıx əlaqələrin yaradılması (məsələn, müəllim hazırlığı sahəsində məktəb və təhsil şöbələri ilə, digər sahələrdə isə müvafiq istehsal sahələri ilə əlaqələrin qurulması), tələbə özünüidarə sisteminin inkişafı nəzərdə tutulmalıdır;

- ali təhsildə keyfiyyətin təmin olunması: ali təhsil müəssisələrinin akkreditasiyasına beynəlxalq ekspertlərin cəlb edilməsi təmin olunmalı, universitetlərin reytinqini müəyyən-ləşdirən sistem yaradılmalı, tələbələrin biliyinin qiymətlən-dirilməsi sistemi Avropa Kredit Transfer Sisteminin tələblərinə uyğunlaşdırılmalı, dövlət proqramının özəl ali təhsil müəssisə-lərinə də şamil olunması məqsədi ilə müvafiq tədbirlər görülməli, ali təhsil müəssisələrinin fəaliyyətinin işıqlandırılmasında müasir informasiya texnologiyalarından geniş istifadə olunmaqla tam şəffaflıq təmin edilməlidir;

- ali təhsildə kadr hazırlığı: bu məqsədlə elmi, elmi-pedaqoji və pedaqoji kadrların attestasiyasının, müəllim fəaliyyətinə başlamaq üçün sertifikatlaşdırılma mexanizmlərinin, ali təhsil müəssisələrində keyfiyyəti təmin edən menecment sisteminin, əmək bazarının monitorinqinin və işədüzəltmə mərkəzlərinin, professor-müəllim heyətinin ölkə daxilində və xaricdə treninqlərinin təmin olunma sistemlərinin yaradılması nəzərdə tutulmalıdır;

- ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin müasir tələblərə uyğun qurulması: ölkənin elmi-tədqiqat institutlarının ali təhsil müəssisələri ilə birgə fəaliyyəti, onların potensialından kadr hazırlığı sistemində istifadə olunması, bəzilərinin müvafiq ali

Page 131: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

130

təhsil müəssisələri tərkibinə verilməsi məsələlərinə baxılması nəzərdə tutulmalıdır;

- ali təhsilin maddi-texniki bazasının müasirləşdirilməsi: universitet kampuslarının (şəhərciklərinin, təhsil infrastruk-turlarının) qurulması, ali təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları mərkəzlərinin, tədris, elmi-tədqiqat, təcrübə-sınaq laboratoriyalarının, resurs, treninq və digər mərkəzlərinin yaradılması, onların müvafiq tədris-metodiki və elmi avadanlıqlarla təchizatı, elektron kitabxanaların yaradılması nəzərdə tutulmalıdır;

- ali təhsilin iqtisadiyyatının yeni mexanizmlərinin yaradılması və tətbiqi: burada ali təhsil müəssisələrinin maliyyələşdirilməsinin yalnız dövlət büdcəsindən deyil, təhsil alan subyektlərin maliyyəsi hesabına həyata keçirilməsi, alternativ maliyyələşmə mənbələrinin formalaşdırılması sisteminin yaradılması tədbirləri nəzərdə tutulmalıdır.

1.5. Dövlət Proqramının maliyyə mənbələri Dövlət Proqramının maliyyə təminatını dövlət büdcəsinin

vəsaitləri və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr təşkil edir.

1.6. Gözlənilən nəticələr Dövlət Proqramının yerinə yetirilməsində gözlənilən

nəticələr aşağıdakılardır: - ali təhsilin normativ hüquqi bazası yeniləşəcək; - ali təhsildə beynəlxalq ixtisas təsnifatına uyğun mütəxəssis

hazırlığına keçiləcək; - beynəlxalq standartlara uyğun kadr hazırlığı təmin

ediləcək; - ali təhsil sisteminin tədris-metodiki təminatı müasirləşəcək; - beynəlxalq tələblərə uyğun müasir tipli elektron

kitabxanalar və elektron versiyalı dərslik fondu yaradılacaq; - interaktiv təlimi təmin edən yeni metodikalar hazırlanacaq;

Page 132: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

131

- tədris prosesində informasiya texnologiyalarının tətbiqinin elmi-metodiki təminatı yaradılacaq;

- Boloniya prosesinin tətbiqini təmin edən tədris-metodiki vəsaitlər hazırlanacaq;

- ali təhsildə Boloniya Bəyannaməsinin müddəalarına uyğun vahid terminlər tətbiq ediləcək;

- kredit sisteminin tətbiqi ilə bağlı yeniliklərin yayılması və mənimsənilməsi təmin olunacaq;

- ali təhsilin keyfiyyəti yüksələcək; - ömür boyu təhsil almaq üçün fasiləsizlik təmin olunacaq; - ali təhsil sistemi beynəlxalq tələblərə cavab verən tədris

sənədləri ilə təmin ediləcək; - ali təhsil üzrə tədris sənədlərinin beynəlxalq ekspertizası

təmin olunacaq; - ali təhsil müəssisələrinin optimal şəbəkəsi yaradılacaq; - ali təhsil müəssisələrinin davamlı inkişafı təmin ediləcək; - universitetlərin idarə edilməsində tələbələrin geniş iştirakı

təmin olunacaq; - ali təhsilin idarə olunmasında elektron hökumət qurulacaq; - ali təhsilin beynəlxalq təhsil məkanına inteqrasiyası

sürətlənəcək; - beynəlxalq tələblərə cavab verən qiymətləndirmə və nəzarət

mexanizmi yaradılacaq; - beynəlxalq ekspertizadan keçmiş yeni akkreditasiya

qaydaları yaradılacaq; - kadr istehlakçılarının təhsilin keyfiyyətinə nəzarət prosesində

bilavasitə iştirakı təmin olunacaq; - ali təhsildə tədrisin təşkili Avropa Kredit Transferi

Sisteminin tələblərinə uyğun qurulacaq; - müəllim və tələbə mübadiləsi sahəsində ali məktəblərin

imkanları genişlənəcək; - tələbə və mütəxəssislərin diplomlarının və müvafiq təhsil

sənədlərinin qarşılıqlı tanınması asanlaşacaq;

Page 133: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

132

- ali təhsil müəssisələrinin fəaliyyəti haqqında məlumatlanma prosesi müasir texnologiyalar əsasında qurulacaq;

- tədris prosesində tələbələrin fəal iştirakı təmin olunacaq; - elmi və elmi-pedaqoji kadrların fəaliyyətini qiymətləndirən

attestasiya mexanizmi yeniləşdiriləcək; - dünya təcrübəsinə və Boloniya Bəyannaməsinin prinsiplərinə

uyğun yeni ixtisas təsnifatı hazırlanacaq; - ali təhsil müəssisələrinin müasir tələblərə cavab verən kadr

potensialı formalaşacaq və yeni rotasiya sistemi yaradılacaq; - ümumtəhsil sistemi peşəkar kadrlarla təmin olunacaq; - iqtisadiyyat, sosial və digər sahələr rəqabətə davamlı kadr-

larla təmin ediləcək; - ali məktəb məzunlarının əmək bazarında işlə təmin olunma

imkanları artacaq; - ali təhsil müəssisələrində funksional idarəetmə modelini

həyata keçirən menecerlər heyəti formalaşdırılacaq; - ali təhsil müəssisələrinin elmi və elmi-pedaqoji potensialın-

dan səmərəli istifadə təmin olunacaq; - ali təhsil müəssisələrində elmi-pedaqoji kadrların beynəlxalq

nüfuzu artacaq; - ali təhsil müəssisələrinin elmi-tədqiqat sahəsində beynəlxalq

əməkdaşlıq imkanları genişlənəcək; - elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi ali təhsil müəs-

sisələrinin əlavə maliyyə mənbəyinə çevriləcək; - müasir tipli universitet şəhərcikləri salınacaq, təhsil infras-

trukturu yaxşılaşacaq; - təhsilin məzmununu müasirləşdirmək üçün maddi-texniki

baza təminatı yaradılacaq; - ali təhsil müəssisələrinin beynəlxalq informasiya-kommuni-

kasiya şəbəkəsinə qoşulması təmin ediləcək; - ali təhsil müəssisələri müasir tipli avadanlıqlarla təchiz

olunacaq;

Page 134: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

133

- müasir tipli informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və zəruri avadanlıqlarla təchizatı ali təhsil müəssisələrində idarəetmənin səmərəliliyini artıracaq;

- ali təhsil subyektlərinin zəruri informasiya əldə etmək imkanları genişlənəcək və sürətlənəcək;

- ali təhsil müəssisələrinə yeni maliyyə mənbələri cəlb olunacaq;

- ali təhsil müəssisələrinin maliyyələşdirilmə mexanizmi təkmilləşdiriləcək;

- Boloniya Bəyannaməsinin müddəalarının tətbiqi sürətləndiriləcək və buraya əlavə maliyyə resursları cəlb olunacaqdır.

Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə Azərbaycan

Respublikası Prezidentinin Fərmanı Sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda cəmiyyətin

sosial-iqtisadi tərəqqisində, rəqabətədavamlı insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan bilik iqtisadiy-yatının qurulmasında ali təhsilin müstəsna rolu vardır.

Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə hər bir ölkənin iqtisadiyyatının dinamik inkişafı, onun uğurlu gələcəyi, inkişaf etmiş ölkələr sırasına daxil olması həmin ölkədə təhsil səviyyəsi ilə müəyyən olunur. Bu cəhətdən ölkənin malik olduğu təbii sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsi ali təhsil qarşısında duran müstəsna əhəmiyyətə malik əsas vəzifədir.

Bütün bu amillər respublikada ali təhsil sahəsində islahatların istiqamətlərinin dünyada ali təhsilin inkişaf tendensiyalarına uyğun müəyyənləşdirilməsi zərurətini qarşıya qoyur.

Page 135: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

134

Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın icrası məqsədilə qərara alıram:

1. 2010/2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisə-lərində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilsin.

2. Dövlət sifarişinin formalaşdırılması ölkənin milli, mədəni, humanitar və tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiy-yətləri və dövlətin perspektiv inkişafı amilləri nəzərə alınmaqla təmin olunsun.

3. Mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələri dövlət sifarişinin yerinə yetirilməsində iştirak edə bilərlər.

4. Müəyyən edilsin ki: 4.1. dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə ali

təhsil müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir;

4.2. hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi Azərbaycan Respublikası Đqtisadi Đnkişaf Nazirliyinin aidiyyəti sahə nazirlikləri ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilir;

4.3. Azərbaycan Respublikası Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq aidiyyəti nazirliklərin təqdim etdiyi təkliflər əsasında hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulunun proqnozunu təsdiq edir;

Page 136: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

135

4.4. ali təhsil müəssisələrinə qəbul imtahanları nəticəsində müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq təhsil alacaqları ali təhsil müəssisəsinin seçimində sərbəstdirlər.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki:

5.1. 2010-cu ilin martın 15-dək 2010/2011-ci tədris ili üçün dövlət sifarişi ilə tələbə qəbulunun proqnozunu təsdiq etsin;

5.2. sonrakı illərdə isə hər il avqust ayının 1-dək növbəti və sonrakı üç tədris ili üçün dövlət sifarişi ilə tələbə qəbulu proqnozunun təsdiq olunmasını təmin etsin;

5.3. ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi ilə bağlı qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin;

5.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının iki ay müddətində bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 6. Azərbaycan Respublikasının Maliyyə, Đqtisadi Đnkişaf və

Təhsil nazirliklərinə tapşırılsın ki, xarici ölkələrin müvafiq sahədə qabaqcıl təcrübəsini öyrənməklə respublikanın ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə mexanizmini özündə əks etdirən normativ hüquqi aktların layihələrini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

Page 137: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

136

7. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına tapşırılsın ki:

7.1. 2010/2011-ci tədris ilindən başlayaraq dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi ilə bağlı qəbul qaydalarında bu Fərmandan irəli gələn dəyişiklikləri aparsın və digər zəruri tədbirləri həyata keçirsin;

7.2. dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin vahid elektron məlumat bazasının yaradılmasını və zənginləşdirilməsini təmin etsin.

Đlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 fevral 2010-cu il.

Page 138: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

137

Təhsil müəssisələrinin akkreditasiyası qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar 1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublika-

sının Qanununa, digər qanunvericilik aktlarına uyğun hazırlan-mışdır və tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil müəssisələrinin (o cümlədən, digər ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin, filial və nümayəndəliklərinin) akkreditasiyası məsələlərini tənzimləyir.

1.2. Təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, müəssisənin maddi-texniki bazasının, təhsil proqram-larının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmış dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti 5 il müddətinə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə 3 il müddətinə) uzadılması üçün hüquqi təminat yaradır.

1.3. Təhsil müəssisəsinin akkreditasiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

1.4. Akkreditasiyanın keçirilməsinə qoyulan tələblər və meyarlar Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.

1.5. Təhsil müəssisələrinin akkreditasiyası aşağıdakı mərhələlərdən ibarətdir:

- akkreditasiyanın keçirilməsinə hazırlıq; - təhsil müəssisəsinin özünütəhlili;

Page 139: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

138

- Akkreditasiya Komissiyasının təhlil aparması; - akkreditasiya haqqında yekun arayışın hazırlanması; - təhsil müəssisəsinin statusunun müəyyən edilməsi və

müvafiq keyfiyyət sənədinin - sertifikatın verilməsi. 2. Akkreditasiyanın keçirilməsinə hazırlıq 2.1. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnə-

bilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir. Bu proses tədris ili üzrə hazırlanmış və aprel ayından gec olmayaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qrafik üzrə həyata keçirilir.

2.2. Yeni yaradılmış, həmçinin fəaliyyətdə olan təhsil müəs-sisəsində yeni təhsil proqramlarının akkreditasiyası ilk buraxılış olduqdan sonra həyata keçirilir.

2.3. Akkreditasiyanın vaxtı barədə məlumat təhsil müəssisə-sinə rəsmi qaydada onun keçirilməsinə ən azı 6 ay qalmış bildirilir.

2.4. Təhsil müəssisəsi akkreditasiyanın başlanmasına ən azı bir ay qalmış Azərbaycan Respublikasının Təhsil Nazirliyinə aşağıdakı sənədləri təqdim edir:

- təhsil müəssisəsinin nizamnaməsi və təhsil fəaliyyəti üçün verilmiş sənədin (lisenziyanın) surəti;

- bütövlükdə təhsil müəssisəsi və onun filialları üzrə özünütəhlil haqqında hesabat;

- akkreditasiya olunan proqramlar üzrə tədris planına daxil olan fənlərin proqramlarının siyahısı və bu proqramlara uyğun hazırlanmış suallar;

- akkreditasiya olunan proqramlar üzrə təhsilalanların sayı və kadr potensialı haqqında məlumat, təhsilalanların qəbulu, köçürülməsi, bərpası və xaric olunması haqqında əmrlərin surəti;

Page 140: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

139

- tədris planında nəzərdə tutulmuş bütün növ təcrübələr üzrə proqramlar, təcrübənin keçirildiyi müəssisələrlə bağlanmış müqavilələrin surəti və təcrübənin nəticəsi barədə hesabat;

- proqramlar üzrə bütün imtahanların nəticələri haqqında məlumat.

2.5. Təhsil müəssisəsinin özünütəhlil barədə hesabatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunduq-dan sonra Nazirliyin müvafiq əmri ilə Akkreditasiya Komissiyası yaradılır. Komissiyanın sədri həmin əmrlə onun üzvləri arasından təyin edilir. Sədr Komissiyanın işini əlaqələndirir, onun iclaslarını çağırır, bütün zəruri sənədlərin Komissiya üzvlərinə çatdırılmasını, akkreditasiyanın nəticəsi haqqında yekun arayışın hazırlanmasını və iclas protokollarının tərtibini təmin edir.

2.6. Hər bir akkreditasiya olunan təhsil müəssisəsi üzrə yaradılan Akkreditasiya Komissiyasının tərkibinə təhsil müəssisəsinin maddi-texniki bazası və təhsilin idarə edilməsi sahəsində təcrübəsi olan mütəxəssislər (akkreditasiya olunan təhsil müəssisəsində işləyənlər istisna olmaqla) daxil edilirlər.

2.7. Nazirlik təhsil müəssisəsinin müvafiq sənədlərini Akkreditasiya Komissiyasının sədrinə təqdim edir.

2.8. Akkreditasiya Komissiyası təhsil müəssisəsinin müvafiq fəaliyyətinə aid olan sənədləri (kadr təminatı, elmi tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıq, maddi-texniki baza və sair haqqında) 1 ay müddətində təhlil edir və buraxılış qruplarında (siniflərində) təhsil alanların biliyinin attestasiyasını keçirir.

2.9. Təhsil müəssisəsinin rəhbəri Akkreditasiya Komissiya-sına onun normal fəaliyyəti üçün şərait yaradır, təhlil aparılması üçün zəruri olan sənədləri təqdim edir.

3. Təhsil müəssisəsinin özünütəhlili 3.1. Özünütəhlilin əsas məqsədi aşağıdakılardır: - akkreditasiyada təhsil müəssisəsinin bilavasitə iştirakını

təmin etmək;

Page 141: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

140

- təhsil proqramları üzrə hazırlığın məzmununa və keyfiyyətinə daxili nəzarət mexanizmini yaratmaq;

- təhsil müəssisəsinin özünüqiymətləndirməsini təmin etmək.

3.2. Təhsil müəssisəsinin rəhbəri Elmi (Pedaqoji) Şuranın qərarı əsasında özünütəhlilin aparılması və bu proseduru həyata keçirəcək komissiyanın yaradılması haqqında müvafiq əmr verir. Təhsil müəssisəsinin rəhbərinin müavinlərindən biri komissiyaya sədr təyin edilir. Komissiya bu Qaydaların 2.6-cı bəndinə uyğun təşkil olunur.

Komissiya müvafiq əmrlə müəyyən olunmuş müddətdə özünütəhlilin nəticəsinə dair hesabat hazırlayır və onu Elmi (Pedaqoji) Şuranın müzakirəsinə təqdim edir. Həmin hesabat Şuranın qərarı əsasında müəssisənin rəhbəri tərəfindən təsdiq edilir.

3.3. Özünütəhlilin nəticələrinə dair hesabatın strukturu 3.3.1. Təhsil fəaliyyətinin təşkilati-hüquqi təminatı Təhsil müəssisəsinin fəaliyyətinin təşkilati-hüquqi təminatını

müəyyənləşdirmək üçün onun fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunun təhlili aparılır.

3.3.2. Təhsil müəssisəsinin idarə olunması Təhsil müəssisəsinin idarəetmə sisteminin qiymətləndiril-

məsi üçün aşağıdakılar nəzərə alınır: - idarəetmənin müəssisənin nizamnaməsinin tələblərinə

uyğunluğu; - təhsil müəssisəsində hazırlanmış tədris sənədlərinin

mövcud qanunvericiliyə və bu Qaydaların tələblərinə uyğunluğu; - təhsil müəssisəsinin struktur bölmələrinin qarşılıqlı

fəaliyyətinin təşkili; - təhsil müəssisəsinin idarə edilməsinin 4 funksiyasının

(qiymətləndirmə, tənzimləmə, informasiya təminatı, nəzarət) həyata keçirilməsinin vəziyyəti.

3.3.3. Təhsil proqramları üzrə hazırlığın məzmunu və strukturu

Page 142: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

141

Təhsil proqramları üzrə hazırlığın məzmunu onun dövlət təhsil standartlarının tələblərinə uyğunluğu və bu hazırlığı təmin edən müvafiq tədris-metodik sənədlərin təhlili əsasında qiymətləndirilir. Bu zaman aşağıdakılar təhlil olunur:

- tədris planlarının baza təhsil proqramlarına uyğun hazırlanması və təsdiqi;

- tədris planlarında olan fənlərin və onların proqramlarının məzmununun dövlət təhsil standartlarının tələblərinə uyğunluğu;

- tədris olunan fənlərə ayrılmış saatların miqdarının tədris planlarına uyğunluğu;

- tədris planlarında nəzərdə tutulmuş fənlərə dair tədris-informasiya mənbələrinin kifayət qədər olub-olmaması və müasirliyi. Bu məqsədlə aşağıdakılar müəyyən olunmalıdır:

- fənn proqramlarında tövsiyə olunan tədris-metodik vəsaitlər və onların nüsxələrinin mövcud normalara uyğun kitabxana fondunda olması;

- tədris planında nəzərdə tutulmuş fənlər üzrə proqram təminatı;

- təhsil müəssisəsinin beynəlxalq informasiya şəbəkəsinə çıxışı;

- son beş ildə təhsil müəssisəsinin hazırladığı tədris-metodik materiallar, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dərsliklər və dərs vəsaitləri;

- təhsilalanların kurs işləri, təcrübələrin (istehsalat və pedaqoji) aparılmasına dair sənədlər, məzunların buraxılış işlərinin və dövlət imtahanlarının (buraxılış imtahanlarının) nəticələri.

Təhsil proqramları üzrə hazırlığın məzmununu təhsil müəssisəsi aşağıdakı kimi qiymətləndirir:

- uyğundur; - əsasən uyğundur; - uyğun deyildir. Qiymətləndirmə təsdiqedici sənədlərlə əsaslandırılmalıdır.

Page 143: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

142

Təhsil proqramları üzrə hazırlığın strukturunun təhlili təhsil müəssisəsinin gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək məqsədi ilə aparılır.

Təhlil təhsil müəssisəsinin cari tədris ilinin oktyabr ayının 1-nə olan məlumatları əsasında aparılır. Bu zaman aşağıdakılar müəyyən edilməlidir:

- son beş il ərzində mütəxəssis hazırlığının strukturunda aparılmış dəyişikliklər və onların təhsil müəssisəsinin profilinə və əmək bazarının tələbatına uyğunluğu;

- son beş il ərzində təhsil müəssisəsini bitirənlərin (dövlət hesabına və ödənişli əsaslarla) nəticələrinin təhlili.

3.3.4. Tədris prosesinin təşkilinin qiymətləndirilməsi Tədris prosesinin təşkilinin qiymətləndirilməsi üçün aşağı-

dakılar müəyyən edilməlidir: - tədris prosesinin təşkilinin tədris planlarına uyğunluğu; - təhsilalanların fəallığını artıran yeni təlim, texnologiya və

metodların tətbiqi; - təhsilalanların elmi tədqiqat işlərinin təşkili; - tədris-laboratoriya bazasının mövcud tələblərə uyğunluğu; - tədris prosesində yeni informasiya texnologiyalarının və

hesablama texnikasının tətbiqi. 3.3.5. Təhsil proqramları üzrə hazırlığın keyfiyyəti Təhsil proqramları üzrə hazırlığın keyfiyyəti ayrı-ayrı

proqramlar üzrə təhsilalanların imtahanlarının, buraxılış işlərinin, dövlət və ya buraxılış imtahanlarının, eləcə də özünütəhlil zamanı təhsilalanların attestasiyasının nəticələrinin təhlili əsasında müəyyən edilir. Bu zaman ayrı-ayrı təhsil proqramlarının, kadr təminatının, maddi-texniki bazanın, beynəlxalq əməkdaşlığın, sosial-məişət şəraitinin təhlili də verilməlidir.

Təhsilalanların müvafiq proqramları mənimsəmə səviyyəsi və təhsil proqramları üzrə hazırlığının keyfiyyəti aşağıdakılarla müəyyənləşdirilir:

- təhsilalanların imtahanlarının nəticələri;

Page 144: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

143

- təhsil müəssisəsinin keçirdiyi monitorinqin nəticələri (buraxılış qruplarında və ya siniflərində təhsilalanların bilik səviyyəsi təhsil müəssisəsində hazırlanmış suallar əsasında müəyyənləşdirilir və qiymətləndirilir);

- məzunların buraxılış işlərinin, dövlət və ya buraxılış imtahanlarının nəticələri (buraxılış işlərinin mövzularının təhlili, onların məzmununun təhsil proqramlarının profilinə uyğunluğu, dövlət və ya buraxılış imtahanlarının təşkili və keçirilməsi);

- attestasiya komissiyası sədrlərinin verdikləri hesabatların təhlilinin nəticələri;

- təhsil proqramları üzrə aparılan hazırlığa dair şikayətlərin (təhsilalanların, idarə və təşkilatların və sair) olub-olmaması.

Ayrı-ayrı təhsil proqramları üzrə hazırlığın keyfiyyəti və təhsilalanların mənimsəmə səviyyəsi aşağıdakı kimi qiymətləndirilir:

- yoxlama zamanı təhsilalanların 91-100 faizi müsbət qiymət aldıqda - əla;

- 71-90 faizi müsbət qiymət aldıqda - yaxşı; - 51-70 faizi müsbət qiymət aldıqda - kafi; - 50 faizdən az (50 faiz də daxil olmaqla) hissəsi müsbət

qiymət aldıqda - qeyri- kafi. Yoxlama zamanı sorğu aparılacaq tədris qruplarında

təhsilalanların 90 faizinin iştirakı vacibdir. Özünütəhlil zamanı yoxlama üçün istifadə olunmuş suallar

hesabatla birlikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilir.

3.3.6. Kadr təminatı Təhsil müəssisəsinin kadr təminatının vəziyyəti müəyyənləş-

dirilərkən aşağıdakılar nəzərə alınır: - kadr potensialının mövcud vəziyyəti və dinamikası; - müəllimlərin ixtisaslarını artırması işinin təşkilinin

vəziyyəti; - müəllimlərin yaş tərkibinin təhlili. 3.3.7. Elmi tədqiqat fəaliyyəti

Page 145: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

144

Təhsil müəssisəsinin elmi tədqiqat fəaliyyəti müəyyənləş-dirilərkən aşağıdakılar nəzərə alınır:

- elmi tədqiqat işlərinin vəziyyəti, inkişaf dinamikası və mütəxəssis hazırlığının profilinə uyğunluğu;

- elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi;

- elmi tədqiqat işlərinin maliyyə mənbələrinin təhlili; - təhsil proqramları üzrə elmi tədqiqat işlərinin təşkilinin

vəziyyəti; - aparılan elmi tədqiqat işlərinin səmərəliliyi (elmi və tədris

ədəbiyyatlarının nəşri, elmi-pedaqoji kadrların hazırlanması, doktoranturanın, ixtisaslaşmıs şuraların işi);

- müəllimlərin və təhsilalanların elmi tədqiqat işlərində iştirakı;

- elmi-metodik və praktik konfransların keçirilməsi; - təhsil müəssisəsinin beynəlxalq və respublika

müsabiqələrində, sərgilərində iştirakı. 3.3.8. Beynəlxalq əməkdaşlıq Beynəlxalq əməkdaşlıq fəaliyyəti aşağıdakılarla qiymət-

ləndirilir: - beynəlxalq əlaqələrin yaradılması; - təhsil müəssisəsinin verdiyi diplomların başqa ölkələrdə

tanınması; - beynəlxalq proqramlarda iştirak; - təhsil müəssisəsində başqa ölkə vətəndaşlarının təhsil

alması; - təhsil müəssisəsinin təhsilalanlarının başqa ölkələrdə təhsil

alması; - elmi-pedaqoji kadrların xarici ölkələrdə ixtisaslarını

artırması; - müəllimlərin xarici ölkələrdə tədris və elmi tədqiqat

fəaliyyətləri; - müəllimlərin xarici ölkələrdə nəşr etdirdikləri elmi tədqiqat

işləri.

Page 146: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

145

3.3.9. Maddi-texniki baza Ayrı-ayrı təhsil proqramları üzrə lazım olan maddi-texniki

bazanın qiymətləndirilməsində aşağıdakılar nəzərə alınır: - təhsil müəssisəsinin ayrı-ayrı təhsil proqramları üzrə və

bütövlükdə maddi-texniki bazasının vəziyyəti; - tədris-laboratoriya bazası, onun lazımi avadanlıqlarla

təchizatının vəziyyəti. 3.3.10. Sosial-məişət şəraiti Sosial-məişət şəraitinin qiymətləndirilməsində aşağıdakılar

nəzərə alınır: - yataqxana təminatı; - tibbi xidmət; - iaşə xidməti; - istirahətin təşkili. 3.3.11. Təhsil müəssisəsinin maliyyə təminatı Təhsil müəssisəsinin maliyyə təminatı aşağıdakılarla

müəyyən olunur: - büdcədən maliyyələşdirmə; - müxtəlif növ fəaliyyətdən (elmi, pedaqoji, müqavilə

əsasında həyata keçirilən digər fəaliyyətlərdən) əldə olunan gəlirlər.

Özünütəhlil hesabatına əvvəlki akkreditasiya zamanı aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması barədə məlumatlar əlavə olunur.

4. Akkreditasiya Komissiyasının apardığı təhlil 4.1. Akkreditasiya Komissiyasının vəzifəsi özünütəhlil

sənədlərində göstərilənləri təhlil etmək, yerlərdə dəqiqləşdirmə aparmaq, buraxılış qruplarında (siniflərində) təhsil alanların bilik səviyyəsini qiymətləndirmək, nəticədə təhsilin məzmununun və mütəxəssis hazırlığı səviyyəsinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirməkdən ibarətdir.

Page 147: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

146

Akkreditasiya Komissiyası təhlili bu Qaydaların 2.4-cü bəndinə uyğun təqdim edilmiş sənədlər əsasında aparır.

Təhsilalanların biliyinin ayrı-ayrı təhsil proqramları üzrə attestasiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hazırlanan yoxlama tapşırıqları əsasında Akkreditasiya Komissiyası tərəfindən yazılı formada keçirilir. Həmin tapşırıqlar təhsil müəssisəsinin təqdim etdiyi müvafiq fənn proqramlarına uyğun şəkildə hazırlanmış suallar üzrə tərtib olunur. Təhsilalanların müvafiq proqram üzrə bilik səviyyəsi bu tapşırıqlar əsasında müəyyənləşdirilir. Tapşırıqlar 6 fənni əhatə etməklə, yaddaş biliyinin müəyyənləşdirilməsi prinsipi əsasında hazırlanmış 60 sualdan, ali təhsil pilləsinin magistratura səviyyəsində isə 4 fənni əhatə etməklə 40 sualdan ibarət olur. Suallara düzgün cavabların sayı 50 faizdən az (50 faiz də daxil olmaqla) olduqda, təhsilalanların mənimsəmə səviyyəsi "qeyri-kafi", 51-70 faiz olduqda "kafi", 71-90 faiz olduqda "yaxşı", 91-100 faiz olduqda "əla" qiymətləndirilir.

Yoxlamanın aparılmasına 2 akademik saat vaxt ayrılır. Yoxlama işləri şifrlənir və müvafiq fənlər üzrə Akkreditasiya Komissiyasının üzvləri tərəfindən qiymətləndirilir.

Buraxılış qruplarında (siniflərində) təhsil alanlar təhsil proqramları üzrə yoxlamadan keçməlidirlər. Yoxlamada qruplarda təhsilalanların 90 faizinin iştirakı vacibdir.

Təhsil müəssisəsinin və onun müvafiq struktur bölmələrinin, ayrı-ayrı təhsil proqramlarının akkreditasiyadan keçməsinin əsas şərtlərindən biri Akkreditasiya Komissiyasının təhsilalanların yarıdan çoxunun biliyini müsbət qiymətləndirməsidir.

4.2. Akkreditasiya Komissiyası təhlil apardıqdan sonra təhsil müəssisəsinin fəaliyyəti barədə yekun arayış hazırlayır.

Yekun arayış təhsil müəssisəsinin özünütəhlilinin nəticələrinə dair hesabatının strukturuna uyğun tərtib olunur. Arayışda təhsil müəssisəsinin idarə olunması, mütəxəssis hazırlığının məzmunu, strukturu, keyfiyyəti, kadr təminatı, beynəlxalq əməkdaşlığı, elmi tədqiqat fəaliyyəti, maddi-texniki

Page 148: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

147

bazası, sosial-məişət şəraiti, maliyyə təminatı, bütövlükdə və ayrı-ayrı təhsil proqramları üzrə hazırlığın məzmunu, strukturu və keyfiyyəti təhlil edilərək qiymətləndirilməlidir.

Təhlil və qiymətləndirmə Akkreditasiya Komissiyasına təqdim olunmuş sənədlərin araşdırılması, yerlərdə aparılmış təhlilin, eləcə də təhsilalanların biliyinin yoxlanmasının nəticəsi əsasında həyata keçirilir.

Yekun arayışa əvvəlki akkreditasiya zamanı aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması barədə məlumatlar da daxil edilir.

Yekun arayış təhsil müəssisəsinin nəzərdə tutulmuş akkreditasiyası müddətində (bir ay) Akkreditasiya Komissiyasının iclasında müzakirə edilir və Komissiyanın üzvləri tərəfindən imzalanır. Əlavə araşdırmaların aparılması zərurəti yarandığı halda, bu müddət bir aya qədər uzadıla bilər.

Yekun arayış tanış olmaq üçün təhsil müəssisəsinin rəhbərinə təqdim edilir.

Arayış təhsil müəssisəsinin rəhbərinə təqdim edildikdən bir həftə sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq şöbəsində aidiyyəti olan digər şöbələrin rəhbərlərinin və Akkreditasiya Komissiyası üzvlərinin iştirakı ilə müzakirə edilir. Müzakirə zamanı təklif olunan rəy və təklifləri də nəzərə almaqla, yekun arayışın Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə yaradılan və daimi fəaliyyət göstərən Akkreditasiya Şurasının müzakirəsinə çıxarılması barədə təqdimat hazırlanır.

5. Təhsil müəssisəsinin akkreditasiyasının nəticəsi 5.1. Akkreditasiya Şurasına Azərbaycan Respublikasının

təhsil naziri rəhbərlik edir. Şuranın tərkibinə akkreditasiya şöbəsinin müdiri (sədr müavini) və əməkdaşı (məsul katib), təhsil sahəsində müstəqil ekspertlər daxil edilirlər. Şuranın tərkibinə qeyri-hökumət təşkilatlarının və tabeliyində təhsil müəssisəsi olan

Page 149: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

148

nazirliklərin, təşkilatların və idarələrin nümayəndələri də daxil edilə bilər.

5.2. Şuranın iclası onun üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın qərarı iclasda iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə, Şuranın sədrinin səsi həlledici olur.

5.3. Şura dövlət təhsil standartlarının tələblərinə uyğun hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tələb və meyarlar əsasında təhsil müəssisəsinin statusunu müəyyənləşdirir, onun tam şəkildə və ya ayrı-ayrı təhsil proqramları üzrə akkreditasiyadan keçib-keçməməsi barədə qərar qəbul edir. Bu qərarın əsasında Azərbaycan Respublikasının təhsil naziri təhsil müəssisəsinin akkreditasiyası barədə əmr verir. Həmin əmrlə təhsil müəssisəsinin statusu (tipi, növü) və həyata keçirilən təhsil proqramları təsdiq olunur. Akkreditə olunmuş təhsil müəssisəsinə müvafiq keyfiyyət sənədi - sertifikat verilir.

Təhsil müəssisəsinin akkreditə olunması barədə məlumatlar mətbuatda dərc edilir.

5.4. Təhsil müəssisəsinin mövcud statusu müəyyən olunmuş tələb və meyarlara uyğun gəlmədikdə, Şura onun akkreditasiyası haqqında mənfi qərar qəbul edə bilər. Bu halda təhsil müəssisəsi Şuranın müəyyən etdiyi statusla fəaliyyət göstərə bilər.

5.5. Akkreditasiyadan keçməyən təhsil müəssisəsinə və ya ayrı-ayrı proqramlar üzrə kadr hazırlığına növbəti tədris ili üçün qəbul planlaşdırılmır.

5.6. Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsilalanların digər təhsil müəssisələrində təhsilinin davam etdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Akkreditasiyadan keçməyən təhsil

Page 150: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

149

müəssisəsinin əvvəllər verdiyi təhsil haqqında dövlət sənədi öz qüvvəsində qalır.

5.7. Təhsil müəssisəsi Akkreditasiya Şurasının onun akkreditasiyası barədə çıxardığı mənfi qərarla bağlı qanun-vericiliyə uyğun olaraq məhkəmə qarşısında iddia qaldıra bilər.

5.8. Akkreditasiyanın aparıldığı təhsil müəssisəsi üçün müvafiq sənədlər toplusu (akkreditasiya işi) tərtib olunur. Bu topluya aşağıdakılar daxil edilir:

- təhsil müəssisəsinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etdiyi sənədlər;

- təhsil müəssisəsinin akkreditasiya olunması üçün Akkreditasiya Komissiyasının yaradılması haqqında əmr;

- Akkreditasiya Komissiyasının arayışı; - təhsil müəssisəsinin akkreditasiyasının nəticəsi barədə

Azərbaycan Respublikası təhsil nazirinin əmri. Zəruri hallarda topluya digər sənədlər də əlavə oluna bilər. Sənədlər toplusu Azərbaycan Respublikasının Təhsil

Nazirliyində xüsusi qovluqda saxlanılır. Təhsil müəssisəsinin akkreditasiyası haqqında əmr aşağıdakı

hallarda öz qüvvəsini itirir: - təhsil müəssisəsinin akkreditasiya müddəti başa çatdıqda; - təhsil müəssisəsinin müvafiq müraciəti olduqda; - təhsil müəssisəsinin lisenziyası ləğv edildikdə və ya

lisenziya müddəti bitdikdə və uzadılmadıqda; - təhsil müəssisəsi yenidən təşkil olunduqda.

Page 151: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

150

Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi

qaydası

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli

qərarı ilə təsdiq edilmişdir 1. Ümumi müddəa Bu Qayda "Təhsil haqqında" Azərbaycan Respublikası

Qanununa uyğun hazırlanmışdır və ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələrini və onların verilməsi qaydasını tənzimləyir.

2. Bakalavr və magistr diplomlarının nümunəsi 2.1. Ali təhsil pilləsinin bakalavriat və magistratura

səviyyələrində aşağıdakı növ diplomlar müəyyənləşdirilir: - bakalavr diplomu (adi və fərqlənmə); - magistr diplomu (adi və fərqlənmə). 2.2. Bakalavr və magistr diplomları bakalavr və magistr

təhsil səviyyələrini başa vurmuş şəxslərə verilir. 2.3. Bakalavr diplomunun təsviri: Diplom 15x21sm ölçüdə kitabça şəklində çap olunur. Ali

təhsil müəssisəsini fərqlənmə ilə bitirməyənlər üçün diplomlar göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rənglidir. Diplomun üz qabığı dermantin materialdan hazırlanır və yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət gerbi, aşağı hissəsində isə "BAKALAVR DĐPLOMU" sözləri həkk olunur. Kitabçanın üz qabığının içərisinin sağ və sol tərəfində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan və bakalavr diplomunun nümunəsinə uyğun hazırlanmış qoruyucu nişanlı xüsusi kağız yapışdırılır. Diplomun sağ səhifəsinin yuxarı

Page 152: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

151

hissəsində qara rənglə "AZƏRBAYCAN RESPUBLĐKASI" və "BAKALAVR DĐPLOMU" sözləri, sol səhifənin yuxarı hissəsində "BAKALAVR DĐPLOMU ALĐ TƏHSĐL HAQQINDA DÖVLƏT SƏNƏDĐDĐR" sözləri, diplomun seriyası və nömrəsi yazılır. Sol aşağı kənarında isə möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır. Daha sonra səhifələrdə mətn bakalavr diplomunun nümunəsində göstərilən formada yerləşdirilir (1 nömrəli əlavə).

2.4. Bakalavriat səviyyəsini fərqlənmə ilə bitirənlər üçün diplomun sağ səhifəsinin yuxarı hissəsində yazılan "BAKALAVR DĐPLOMU" sözlərinin altında qırmızı rənglə "Fərqlənmə" sözü yazılır (2 nömrəli əlavə).

2.5. Nömrələnmə A №000001-dən başlayaraq, hər dəfə bir say artırmaqla aparılır. Altırəqəmli nömrələnmə son həddə çatdıqdan sonra № işarəsində əvvəlki hərf Azərbaycan əlifbasının ardıcıllığı ilə yeni hərflə əvəz edilir və nömrələnmə yenidən aparılır.

2.6. Bakalavr səviyyəsinin məzunlarına nümunədə göstərilən formada diploma əlavə verilir (1 və 2 nömrəli əlavələr). Diploma əlavə qoruyucu nişanlı xüsusi kağızda çap edilir. Diploma əlavənin birinci səhifəsinin yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunur, "BAKALAVR DĐPLOMUNA ƏLAVƏ (diplomsuz etibarsızdır)" sözləri, əlavənin seriyası və nömrəsi yazılır, sonuncu səhifənin sol tərəfində möhür yeri saxlanılır. Daha sonra səhifələrdə mətn əlavələrin nümunəsində göstərilən formada yerləşdirilir.

2.7. Magistr diplomunun təsviri: Diplom 15x21sm ölçüdə kitabça şəklində çap olunur. Ali

təhsil müəssisəsini fərqlənmə ilə bitirməyənlər üçün diplomlar göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rənglidir. Diplomun üz qabığı dermantin materialdan hazırlanır və yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət gerbi, aşağı hissəsində isə "MAGĐSTR DĐPLOMU" sözləri həkk olunur. Kitabçanın üz qabığının içərisinin sağ və sol tərəfinə Azərbaycan

Page 153: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

152

Respublikasının Dövlət gerbinin təsviri olan və magistr diplomunun nümunəsinə uyğun hazırlanmış qoruyucu nişanlı xüsusi kağız yapışdırılır. Diplomun sağ səhifəsinin yuxarı hissəsində qara rənglə "AZƏRBAYCAN RESPUBLĐKASI" və "MAGĐSTR DĐPLOMU" sözləri, sol səhifənin yuxarı hissəsində "MAGĐSTR DĐPLOMU ALĐ TƏHSĐL HAQQINDA DÖVLƏT SƏNƏDĐDĐR" sözləri, diplomun seriyası və nömrəsi yazılır, sol aşağı kənarında isə möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır. Daha sonra səhifələrdə mətn magistr diplomunun nümunəsində göstərilən formada yerləşdirilir (3 nömrəli əlavə).

2.8. Magistratura səviyyəsini fərqlənmə ilə bitirənlər üçün sağ səhifənin yuxarı hissəsində yazılan "MAGĐSTR DĐPLOMU" sözlərinin altında qırmızı rənglə "Fərqlənmə" sözü yazılır (4 nömrəli əlavə).

2.9. Nömrələnmə AM №000001-dən başlayaraq, hər dəfə bir say artırmaqla aparılır. Altırəqəmli nömrələnmə son həddə çatdıqdan sonra № işarəsindən əvvəlki birinci hərf Azərbaycan əlifbasının ardıcıllığı ilə yeni hərflə əvəz edilir və nömrələnmə yenidən aparılır.

2.10. Magistratura səviyyəsinin məzunlarına nümunədə göstərilən formada diploma əlavə verilir (3 və 4 nömrəli əlavələr). Diploma əlavə qoruyucu nişanlı xüsusi kağızda çap edilir. Diploma əlavənin birinci səhifəsinin yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunur, "MAGĐSTR DĐPLOMUNA ƏLAVƏ (diplomsuz etibarsızdır)" sözləri, əlavənin seriyası və nömrəsi yazılır, sonuncu səhifənin sol tərəfində möhür yeri saxlanılır. Daha sonra səhifələrdə mətn əlavənin nümunəsində göstərilən formada yerləşdirilir.

2.11. Diplom və diploma əlavə Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir. Diplom və diploma əlavə dövlət dili ilə yanaşı, məzunun yazılı müraciəti ilə ingilis dilində də tərtib edilə bilər.

Page 154: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

153

3. Ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının hazırlanması, saxlanılması və doldurulması

3.1. Ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının (bundan sonra - diplom) nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi (ali təhsil müəssisələrinin ehtiyacları nəzərə alınmaqla) əsasında çap etdirilir.

3.2. Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir.

3.3. Diplom blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində və ali təhsil müəssisələrində ciddi hesabat sənədləri kimi saxlanılır.

3.4. Diplomun müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün ali təhsil müəssisələrinin rəhbərləri məsuliyyət daşıyırlar.

Ali təhsil müəssisələrində diplomun alınması, qeydiyyatı, saxlanılması, uçotunun aparılması üçün ali təhsil müəssisəsinin rəhbəri tərəfindən məsul şəxs təyin edilir.

3.5. Diplom blanklarının alınması və istifadəsi barədə məlumatlar ali təhsil müəssisələrində saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ali təhsil müəssisələrinin rəhbərləri tərəfindən təsdiq edilir.

Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan diplom blanklarının qeydiyyatı aparılır.

3.6. Diplom kalliqrafik xətlə qara tuşla yazılır. Diploma əlavələr kompüterdə çap oluna bilər. Diplomda düzəlişə və qaralamalara yol verilmir. Diplom blanklarının möhür üçün ayrılmış yerində ali təhsil müəssisəsinin möhürü vurulur. Möhür aydın oxunmalıdır.

Page 155: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

154

Doldurulan zaman korlanmış diplom blankları xüsusi aktla silinir.

3.7. Diplomda məzunun soyadı, adı, atasının adı onun şəxsiyyətini təsdiq edən sənəd əsasında yazılır.

3.8. Diplomda ali təhsil müəssisəsinin adı onun Nizam-naməsinə uyğun yazılır.

3.9. Diplomda məzunların təhsil aldığı ixtisasların (ixtisas-laşmaların) adları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ixtisasların (ixtisaslaşmaların) təsnifatına uyğun yazılır.

4. Diplomların verilməsi 4.1. Diplom məzunlara ali təhsil müəssisəsini bitirdikdən

sonra 10 gün müddətində verilir. 4.2. Diplom və diploma əlavə və ya onların dublikatları

sahiblərinə şəxsən təqdim edilir. Diplomun məzuna şəxsən təqdim edilməsi mümkün olmadıqda, diplom məzunun qanuni nümayəndəsinə və ya məzunun adından çıxış edən digər şəxsə müəyyən olunmuş qaydada tərtib olunmuş etibarnamə əsasında verilir.

4.3. Diplomun və ona əlavənin surəti məzunun şəxsi işində saxlanılır.

4.4. Ali təhsil müəssisəsi ləğv olunduğu halda diplom və onun əlavəsi və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv Đdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi tərəfindən verilə bilər.

Ali təhsil müəssisəsinin yenidən təşkili hallarında bu və ya digər səbəbdən diplomu almayan şəxslərə diplom və onun əlavəsi yenidən təşkil edilən ali təhsil müəssisəsinin hüquqi varisi olan ali təhsil müəssisəsi tərəfindən verilir.

4.5. Diplomun verilməsinin qeydiyyatı ayrıca kitabda aparılır, illər üzrə davam etdirilir və həmin kitab daimi olaraq ali təhsil müəssisəsində saxlanılır.

Page 156: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

155

Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir: - sıra nömrəsi; - diplomun seriyası və nömrəsi; - diplomalanın soyadı, adı, atasının adı; - ixtisasın (ixtisaslaşmanın) adı; - alınan ali peşə-ixtisas (elmi-ixtisas) dərəcəsi; - Dövlət Attestasiya Komissiyasının (ixtisaslaşmış Elmi

Şuranın) qərarının nömrəsi və tarixi; - diplomun verilmə tarixi; - diplomalan və diplomverən şəxslərin imzası. Diplomu itirmiş şəxslərə diplomun və ona əlavənin

dublikatının verilməsi eyni məlumatlar üzrə ayrıca qeydiyyat kitabında aparılır.

4.6. Diplomu və onun əlavəsini itirən şəxs ərizə ilə ali təhsil müəssisəsinin rəhbərinə müraciət etməlidir. Ərizəyə sənədin axtarışda olması barədə məlumat və "Azərbaycan müəllimi" qəzetində verilən elan əlavə olunur. Elanda şəxsin soyadı, adı, atasının adı, diplomun və onun əlavəsinin adı, seriyası və nömrəsi, onu verən ali təhsil müəssisəsinin adı və diplomun verilmə tarixi göstərilir.

4.7. Ali təhsil müəssisəsi həmin ərizəyə əsasən 15 gün müddətində diplomun və onun əlavəsinin dublikatını verir.

Ali təhsil müəssisələrində diplomun və onun əlavəsinin dublikatı arxiv sənədləri (əmr, dövlət imtahan komissiyasının protokolu, təhsil sənədlərinin verilməsinin qeydiyyat kitabı) əsasında verilir.

4.8. Dublikat kimi verilən diplomun və onun əlavəsinin sağ səhifəsinin yuxarı küncündə "Dublikat" ştampı vurulur.

4.9. Đtirilmiş diplomun və onun əlavəsinin əvəzinə arayış verilməsi qadağandır.

4.10. Diplomun və onun əlavəsinin və ya onların dublikatlarının hazırlanması və verilməsinə görə diplomalanlardan heç bir ödəniş tələb edilə bilməz.

Page 157: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

156

Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmişdir

1.Ümumi müddəa Bu Qayda "Təhsil haqqında" Azərbaycan Respublikasının

Qanununa uyğun hazırlanmışdır və ali təhsil pilləsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi qaydasını tənzimləyir. Həmin arayış ali təhsilin müvafiq səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin (yetkinlik yaşına çatmadıqda, valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətləri əsasında verilir.

2. Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələri

üzrə müxtəlif səbəblərdən təhsilini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası

2.1. Ali təhsil pilləsinin səviyyələri üzrə təhsilini başa

vurmayan şəxslərə onların müraciətindən sonra 5 gün ərzində bu Qaydanın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun arayış verilir. Arayışda hər bir semestr üzrə tələbənin dinlədiyi fənlər (kreditin qazanılıb-qazanılmadığından asılı olmayaraq) barədə məlumatlar verilir.

2.2. Arayışlar qoruyucu nişanı olan xüsusi kağızda çap olunur.

2.3. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən çap etdirilir və ali təhsil müəssisələrinə onların müraciəti əsasında verilir.

Page 158: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

157

2.4. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində və ali təhsil müəssisələrində ciddi hesabat sənədi kimi saxlanılır.

2.5. Korlanmış arayışlar blankları ciddi hesabat sənədi kimi ali təhsil müəssisəsi tərəfindən müvafiq qaydada aktla silinir.

2.6. Arayışların verilməsi üçün ali təhsil müəssisəsində qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir:

- qeydiyyat nömrəsi; - arayış verilən şəxsin soyadı, adı, atasının adı; - arayışın seriyası və nömrəsi; - arayışın verilmə tarixi; - arayışı alan şəxsin imzası. 2.7. Arayışlar əlyazma və ya elektron formada qara şriftlə

doldurulur. 3. Orta ixtisas təhsili pilləsini müxtəlif səbəblərdən başa

vurmayan şəxslərə arayışın verilməsi qaydası 3.1. Arayış orta ixtisas təhsilini müxtəlif səbəblərdən başa

vurmayan şəxslərin (yetkinlik yaşına çatmadıqda, valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətləri əsasında verilir.

Orta ixtisas təhsilini başa vurmayan şəxslərə onların müraciətindən sonra 5 gün ərzində bu Qaydanın 2 nömrəli əlavəsində verilmiş formaya uyğun arayış verilir.

3.2. Arayışda təhsilalanın dinlədiyi fənlər (kreditin qazanılıb-qazanılmadığından asılı olmayaraq) barədə məlumatlar hər bir semestr üzrə verilir.

3.3. Arayışlar qoruyucu nişanı olan xüsusi kağızda çap olunur.

3.4. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən çap etdirilir və orta ixtisas təhsili müəssisələrinə onların müraciəti əsasında verilir.

Page 159: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

158

3.5. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində və orta ixtisas təhsili müəssisələrində ciddi hesabat sənədi kimi saxlanılır.

3.6. Korlanmış arayış blankları ciddi hesabat sənədi kimi orta-ixtisas təhsili müəssisəsi tərəfindən müvafiq qaydada aktla silinir.

3.7. Arayışların verilməsi üçün orta ixtisas təhsili müəssisəsində qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir:

- qeydiyyat nömrəsi; - arayış verilən şəxsin soyadı, adı, atasının adı; - arayışın seriyası və nömrəsi; - arayışın verilmə tarixi; - arayışı alan şəxsin imzası. 3.8. Arayışlar əlyazma və ya elektron formada qara şriftlə

doldurulur. 4. Đlk peşə-ixtisas təhsili müəssisələrində müxtəlif

səbəblərdən təhsilini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası

4.1. Arayış ilk peşə-ixtisas təhsili pilləsini müxtəlif

səbəblərdən başa vurmayan şəxslərin (yetkinlik yaşına çatmadıqda valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətləri əsasında verilir.

Đlk peşə-ixtisas təhsili müəssisələrində təhsilini başa vurmayan şəxslərə onların müraciətindən sonra 5 gün ərzində bu qaydanın 3 nömrəli əlavəsində verilmiş formaya uyğun arayış verilir.

4.2. Arayışda şəxsin dinlədiyi fənlər barədə məlumatlar verilir.

4.3. Arayışlar qoruyucu nişanı olan xüsusi kağızda çap olunur.

Page 160: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

159

4.4. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən çap etdirilir və ilk peşə-ixtisas təhsili müəssisələrinə onların müraciəti əsasında verilir.

4.5. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində və ilk peşə-ixtisas təhsili müəssisələrində ciddi hesabat sənədi kimi saxlanılır.

4.6. Korlanmış arayış blankları ciddi hesabat sənədi kimi ilk peşə-ixtisas təhsili müəssisəsi tərəfindən müvafiq qaydada aktla silinir.

4.7. Arayışların verilməsi üçün ilk peşə-ixtisas təhsili müəssisəsində qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir:

- qeydiyyat nömrəsi; - arayış verilən şəxsin soyadı, adı, atasının adı; - arayışın seriyası və nömrəsi; - arayışın şəxsə verilmə tarixi; - arayış alan şəxsin imzası. 4.8. Arayışlar əlyazma və ya elektron formada qara şriftlə

doldurulur. 5. Ümumi təhsilin səviyyələrini müxtəlif səbəblərdən başa

vurmayan şəxslərə arayışın verilməsi qaydası 5.1. Arayış ümumi təhsilin ibtidai, ümumi orta və tam orta

səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında məktəb pedaqoji şurasının qərarı ilə 10 gün müddətində bu Qaydanın 4, 5 və 6 nömrəli əlavələrində verilmiş formalara uyğun verilir.

5.2. Arayışda şagirdin dinlədiyi fənlər və həmin fənlər üzrə aldığı qiymətlər yazılır.

5.3. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qoruyucu nişanı olan xüsusi kağızda çap etdirilir və ümumi təhsil müəssisələrinə onların müraciəti əsasında verilir.

Page 161: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

160

5.4. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində və ümumi təhsil müəssisələrində ciddi hesabat sənədi kimi saxlanılır.

5.5. Korlanmış arayış blankları ciddi hesabat sənədi kimi ümumi təhsil müəssisəsi tərəfindən müvafiq qaydada aktla silinir.

5.6. Arayışların verilməsi üçün ümumi təhsil müəssisəsində qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir:

- qeydiyyat nömrəsi; - arayış verilən şagirdin soyadı, adı, atasının adı; - arayışın seriyası və nömrəsi; - arayışın verilmə tarixi; - arayışı alan şəxsin imzası. 5.7. Arayışlar əlyazma və ya elektron formada qara şriftlə

doldurulur. 6. Ali təhsil pilləsinin doktorantura səviyyəsini müxtəlif

səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi 6.1. Ali təhsil pilləsinin doktorantura səviyyəsi üzrə təhsilini

başa vurmayan şəxslərə onların müraciətlərindən sonra 5 gün ərzində bu Qaydaların 7 nömrəli əlavəsinə uyğun formada arayış verilir. Arayışda doktoranturada təhsil müddətində verilmiş doktorluq imtahanlarının adları və qiymətləri göstərilir. Đmtahanlar müxtəlif təşkilatlarda verildikdə, bu barədə cədvəlin sonunda müvafiq qeydlər aparılır.

6.2. Arayışlar qoruyucu nişanı olan xüsusi kağızda çap olunur.

6.3. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən çap etdirilir və ali təhsil müəssisələrinə (elmi təşkilatlara) onların müraciəti əsasında verilir.

6.4. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində, ali təhsil müəssisələrində və elmi təşkilatlarda ciddi hesabat sənədi kimi saxlanılır.

Page 162: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

161

6.5. Korlanmış arayış blankları ciddi hesabat sənədi kimi ali təhsil müəssisəsi və ya elmi təşkilat tərəfindən müvafiq qaydada aktla silinir.

6.6. Arayışların verilməsi üçün ali təhsil müəssisəsində və elmi təşkilatda qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir:

- qeydiyyat nömrəsi; - arayış verilən şəxsin soyadı, adı, atasının adı; - arayışın seriyası və nömrəsi; - arayışın verilmə tarixi; - arayışı alan şəxsin imzası. 6.7. Arayışlar əlyazma və ya elektron formada qara şriftlə

doldurulur.

Ali təhsil pilləsinin dövlət standartı və proqramı Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar 1.1. Ali təhsilin dövlət standartı və proqramı (bundan sonra -

dövlət standartı) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmışdır və ali təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla, müəyyən dövr üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur.

Dövlət standartı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə şamil olunur. Qüvvədə olma müddəti 6 ildir.

1.2. Ali təhsilin məqsədi ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla, müxtəlif ixtisaslar

Page 163: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

162

(ixtisaslaşmalar) üzrə yüksəkixtisaslı mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlanmasından ibarətdir.

1.3. Ali təhsilin dövlət standartı aşağıdakıları müəyyən edir: - ali təhsilin səviyyələri (bakalavr, magistr) üzrə təhsilin

məzmununu; - ali təhsilin idarə olunmasını; - ali təhsil müəssisələrinin maddi-texniki və tədris bazasını; - ali təhsilin infrastrukturunu; - təhsilverənlərin keyfiyyət göstəricilərini; - təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini. 1.4. Azərbaycan Respublikasında ali təhsil pilləsinin

müvafiq səviyyələri üzrə təhsil proqramları tətbiq edilir. Bu proqramlar ali təhsilin dövlət standartına uyğun təhsilin

məzmununu və mənimsəmə qaydalarını müəyyən edir. 2. Ali təhsilin məzmunu 2.1. Ali təhsilin məzmununa və təşkilinə dair minimum

tələblər aşağıdakılardır: təhsilalanlarda (tələbələrdə) müasir tələblərə və şəraitə

uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət yaratmaq bacarığını formalaşdırmaq;

öz üzərinə məsuliyyət götürmək, kollegial qərarların qəbulunda, demokratik təsisatların fəaliyyətində və inkişafında iştirak etmək keyfiyyətlərinə malik müstəqil, yaradıcı şəxsiyyət və vətəndaş formalaşdırmaq;

təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatının daha səmərəli ödənilməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabərimkanlı olmasını təmin etmək;

Page 164: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

163

yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq;

cəmiyyətin yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq;

təhsil müəssisəsində tədris prosesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulmasını təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verməmək.

2.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir. Təhsil müəssisələrinin imkanları nəzərə alınaraq, təlim xarici dillərdə də aparıla bilər.

3. Ali təhsilin idarə olunması 3.1. Ali təhsil müəssisələri (universitetlər, akademiyalar,

institutlar və s.) aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə olunur.

3.2. Təhsil müəssisəsinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə ali təhsil müəssisəsində idarə və özünüidarə orqanları (himayəçilər, elmi, elmi-metodiki, təhsilalanlar, qəyyumlar şuraları və s.) yaradıla bilər.

3.3. Ali təhsil müəssisəsinin ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şura seçkili orqandır. Elmi Şuranın yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş "Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında" Əsasnamə və təhsil müəssisəsinin nizamnaməsi ilə tənzimlənir.

3.4. Ali təhsil müəssisəsinə rəhbərliyi qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edilən rektor həyata keçirir.

3.5. Tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublika ərazisində fəaliyyət

Page 165: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

164

göstərən bütün ali təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

4. Ali təhsil müəssisələrinin maddi-texniki və tədris

bazası 4.1. Ali təhsil müəssisəsinin maddi-texniki və tədris bazası

daşınan və daşınmaz əmlakdan ibarətdir. 4.2. Ali təhsil müəssisəsinin maddi-texniki və təhsil

infrastrukturu Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən normativlərə uyğun olmalıdır.

5. Ali təhsilin infrastrukturu 5.1. Azərbaycan Respublikasında ali təhsil ali təhsil

müəssisələrində həyata keçirilir. 5.2. Ali təhsil müəssisələrində mütəxəssis və elmi-pedaqoji

kadr hazırlığı üç səviyyədən ibarətdir: - bakalavriat (tibb təhsili istisna olmaqla); - magistratura (tibb təhsili istisna olmaqla); - doktorantura. 5.3. Azərbaycan Respublikasında mülkiyyət növünə görə

dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələri fəaliyyət göstərir. Onların yaradılması, təşkili və yenidən təşkili mövcud qanunvericiliyə uyğun həyata keçirilir.

5.4. Ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir:

- əyani; - qiyabi; - distant (məsafədən); - sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq

qanunvericilik aktları ilə müəyyənləşdirilir.

Page 166: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

165

5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir.

5.6. Tibb təhsili təhsil proqramlarına və dövlət standartlarına uyğun olaraq, əsas təhsilə və rezidenturaya ayrılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə ixtisas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

5.7. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müvafiq təhsil proqramları əsasında təşkil olunur. Ali təhsil pilləsinin bakalavr səviyyəsini bitirənlərə - bakalavr, magistr səviyyəsini bitirənlərə isə magistr ixtisas dərəcəsi və müvafiq dövlət nümunəli sənəd - diplom verilir.

5.8. Bakalavr diplomu onun sahibinə magistraturada təhsilini davam etdirmək və müvafiq ixtisas üzrə əmək fəaliyyəti ilə məşğul olmaq, magistr diplomu isə doktoranturada təhsilini davam etdirmək, elmi tədqiqat və elmi-pedaqoji işlərlə, eləcə də müvafiq ixtisas (ixtisaslaşma) üzrə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verir.

5.9. Müxtəlif səbəblərdən ali təhsil pilləsinin müvafiq səviyyələrində təhsilini başa vurmayan şəxslərə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə arayış verilir.

6. Təhsilverənlərin keyfiyyət göstəriciləri 6.1. Ali təhsil müəssisələrində təhsilverənlərin keyfiyyət

göstəricilə-rinə aşağıdakılar daxildir:

Page 167: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

166

öz fəaliyyətlərində innovativ təlim, informasiya-telekommunikasiya, müasir texnika, yeni istehsal və pedaqoji texnologiyalardan istifadə etmək;

ali təhsilli olmaqla yanaşı, müvafiq elmi dərəcəyə malik olmaq;

mütəmadi olaraq öz elmi səviyyəsini, bilik və bacarıqlarını artırmaq.

Təhsilverənlərin keyfiyyət göstəriciləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən attestasiya qaydalarına əsasən müəyyən edilir.

6.2. Elmi fəaliyyət professor-müəllim heyətinin işinin tərkib hissəsidir. Ali təhsil müəssisələrində aparılan elmi tədqiqat işlərin nəticələri professor-müəllim heyətinin müəyyən vəzifələrə seçkisi və təyin olunması zamanı nəzərə alınır.

7. Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi 7.1. Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi

qiymətləndirmə yolu ilə müəyyənləşdirilir. 7.2. Təhsilalanların biliyinin qiymətləndirilməsinin əsas

məqsədi təhsilin keyfiyyətinin dəyərləndirilməsinə və nəticə etibarilə onun yüksəldilməsinə xidmət etməkdir.

7.3. Ali təhsil müəssisələrində təhsilalanların biliyinin qiymətləndiril-məsində aşağıdakı prinsiplər nəzərdə tutulmalıdır:

- qiymətləndirmə kriterilərinin ölçüləbilən və etibarlı olması; - qiymətləndirmədə müxtəlif metod və vasitələrdən istifadə

olunması; - qiymətləndirmədə ədalətliliyin, obyektivliyin, şəffaflığın

təmin olunması və qiymətin əsaslandırılması; - qiymətləndirmədə təhsilalanların özünüqiymətləndirmə

bacarığının formalaşması, onlarda öz təlimlərini yaxşılaşdırması istəyinin yaradılması və təlimin keyfiyyətinin yüksəldilməsinə nail olunması.

Page 168: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

167

7.4. Ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramlarının təhsilalanlar tərəfindən mənimsənilmə səviyyəsi və keyfiyyəti müvafiq qaydalar əsasında cari, aralıq və dövlət attestasiyası zamanı müəyyənləşdirilir. Təhsilalanların cari, aralıq və dövlət attestasiyası zamanı biliyinin qiymətləndirilməsi çoxballı (100 ballı) sistemlə həyata keçirilir.

Konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə təhsialanların biliyi aşağıdakı kimi qiymət-ləndirilir:

51 baldan aşağı - "qeyri-kafi" - F 51-60 bal - "qənaətbəxş" - E 61-70 - "kafi" - D 71-80 - "yaxşı" - C 81-90 - "çox yaxşı" - B 91-100 - "əla" - A Ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə

yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir.

Đmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir.

7.5. Ali təhsilin müvafiq səviyyələri üzrə təlim proqramını (kurikulumu) mənimsəmiş, aralıq və dövlət buraxılış imtahanından müvəffəq qiymət almış tələbələrə ixtisas dərəcəsi və həmin pilləni bitirməsi haqqında diplom verilir.

8. Ali təhsil proqramları 8.1. Ali təhsil proqramları (kurikulumlar) təlim nəticələrini

və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin

Page 169: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

168

təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir.

8.2. Ali təhsil proqramları ali təhsilin səviyyələri üzrə təhsilin məzmununu və mənimsəmə qaydalarını müəyyən edir.

8.3. Azərbaycan Respublikasında ali təhsil onun bütün səviyyələrini əhatə edən təhsil proqramları üzrə həyata keçirilir.

Ali təhsil proqramına aşağıdakılar daxildir: - ali təhsilin ayrı-ayrı səviyyələri (bakalavriat, magistratura,

doktorantura) üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatları. Təsnifatlar respublikanın elm, texnika, mədəniyyətin

mövcud və perspektiv inkişaf istiqamətləri, YUNESKO-nun və digər beynəlxalq qurumların qəbul etdiyi sənədlər nəzərə alınmaqla hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir;

- ali təhsil səviyyələrinin ayrı-ayrı ixtisasları (ixtisas-laşmaları) üzrə təlim nəticələrini və məzmun standartlarını, tədris olunan fənləri, dərs yükünü və dərsdənkənar məşğələ saatlarının miqdarını və s. özündə əks etdirən müvafiq təhsil proqramları.

Bu proqramlar Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir;

- pedaqoji prosesin təşkili, tədris planları, fənn proqramları, metodik təminatla bağlı tövsiyələri, təlimin nəticələrinin qiymətləndirilməsi və monitorinqin aparılması qaydaları.

Bu sənədlər səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir.

8.4. Đxtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarının strukturu aşağıdakı kimi müəyyən edilir:

- ümumi müddəalar; - məzunların ixtisas xarakteristikaları və səriştəliliyi; - təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum

tələblər; - maddi-texniki, tədris bazası və kadr potensialı;

Page 170: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

169

- tədris prosesinin forma və metodları; - yekun dövlət attestasiyasına qoyulan tələblər və qiymət-

ləndirmə. Ali təhsilin səviyyələri üzrə təhsil proqramlarında aşağıdakı

fənn bölümləri nəzərdə tutulur: Bakalavriat səviyyəsində: - humanitar fənlər; - ixtisasın peşə hazırlığı fənləri. Humanitar fənn bölümü, sosial fəaliyyətin müxtəlif sahə-

lərində mövcud problemləri və prosesləri araşdırmağı təmin etməlidir.

Đxtisasın peşə hazırlığı fənləri ixtisasa dair standart və qeyri-standart məsələləri həll etmək üçün lazımi bilik, bacarıq və vərdişlərin öyrənilməsini təmin etməlidir.

Ümumi auditoriya saatlarının 15-20 faizi humanitar fənlərin, 80-85 faizi isə peşə hazırlığını təmin edən fənlərin tədrisinə ayrılır.

Humanitar fənn bölümünə məcburi fənlər kimi "Azərbaycan tarixi", "Azərbaycan dili" (xarici dildə təhsil alanlar üçün), "Xarici dil" fənləri daxildir.

Bakalavr səviyyəsində təkrar ali təhsil alanlar üçün ixtisaslar üzrə təhsil proqramlarına uyğun qısaldılmış proqramlar da tətbiq edilə bilər. Qısaldılmış təhsil proqramlarına yalnız ixtisasın peşə hazırlığı fənləri daxil edilir. Bu proqramlar üzrə təhsil qısaldılmış müddətdə başa çatdırılır.

Magistratura səviyyəsində: - humanitar fənlər; - ixtisaslaşma fənləri. Bu bölümlərə daxil olan fənlərin tədrisi zamanı magis-

trantlara müvafiq elm sahəsində elmi tədqiqat işlərini aparmaq və təşkil etmək, müasir informasiya texnologiyalarından istifadə etmək, ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq, idarəetmə sahəsində fəaliyyət göstərmək vərdişləri aşılanır.

Page 171: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

170

Təhsil proqramları təhsil və elmi tədqiqat hissələrindən ibarətdir. Bu zaman təhsil hissəsinə ayrılan saatların həcmi 40-50 faiz təşkil edir.

Bu təhsil proqramları üzrə humanitar fənlər bölümünə ümumi auditoriya saatlarının 20-25 faizi, ixtisaslaşma fənlərinə 75-80 faizi ayrılır.

Humanitar fənn bölümünə məcburi fənlər kimi "Xarici dil", "Ali məktəb pedaqogikası" və "Psixologiya" fənləri daxildir.

Bakalavr və magistr təhsil proqramlarının bütün fənn bölümlərinə seçmə fənlər daxildir. Hər iki proqramda seçmə fənlərə ayrılan saatın həcmi ümumi saat miqdarının 25-30 faizini təşkil edir. Həmin fənlər təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.

8.5. Ali təhsil səviyyəsinin ayrı-ayrı ixtisasları (ixtisaslaşmaları) üzrə təhsil proqramları aşağıdakı tədris-metodiki sənədlər əsasında həyata keçirilir:

- nümunəvi tədris planı; - işçi tədris planı; - istehsalat təcrübələrinin keçirilməsinə, buraxılış işlərinin

və magistrlik dissertasiyalarının yerinə yetirilməsinə, tələbələrin yekun dövlət attestasiyasına dair metodiki göstərişlər;

- fənn proqramları; - fənlər üzrə işçi-tədris proqramları (sillabus); - fənlər üzrə tapşırıqların yerinə yetirilməsi cədvəli; - dərsliklər, mühazirə mətnləri, əyani vasitələr, təklif olunan

ədəbiyyatların siyahısı; - seminar (praktiki) məşğələlərinin planı; - fənnin öyrənilməsi ilə bağlı tövsiyələr; - kurs işlərinin (layihələrinin), laboratoriya və qrafik

işlərinin yerinə yetirilməsinə, istehsalat təcrübələrinin yekunları barədə hesabatların hazırlanmasına dair metodiki tövsiyələr;

- tələbələrin biliyinin qiymətləndirilməsi üçün tədris-metodiki materiallar (yoxlama və test tapşırıqları, imtahan biletləri, tələbələrin müstəqil hazırlığı üçün suallar və s.);

Page 172: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

171

- fənnə aid proqram və multimedia vasitələri; - ixtisaslaşdırılmış auditoriya, kabinet və laboratoriyaların

siyahısı. Bu sənədlərin formaları səlahiyyətləri çərçivəsində

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir və təsdiq edilir.

8.6. Ali təhsil müəssisələrində tədris prosesi Avropa Kredit Transfer Sisteminə uyğun olan kredit sistemi əsasında təşkil olunur. Kredit sistemi üzrə tədrisin təşkili qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir:

8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla).

Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır.

Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 (15 saat auditoriya və 15 saat tələbənin sərbəst işi) saata bərabərdir.

8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir.

Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur.

8.7.3. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır.

8.7.4. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər.

8.7.5. Tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (5 həftə imtahan sessiyası) ibarətdir.

Page 173: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

172

8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir.

8.7.7. Hər tədris ilində tətil müddəti 8-12 həftədir (o cümlədən qış tətili müddəti 2 həftədən az olmayaraq).

8.7.8. Ali təhsil müəssisələrində dərs növlərinə mühazirə, seminar, nəzəri, praktiki və laboratoriya məşğələləri, yoxlama işləri, elmi tədqiqat işləri, kurs işi (layihəsi) və digərləri daxildir.

8.7.9. Akademik saat - 45 dəqiqədir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır.

8.7.10. Ali təhsil müəssisələrində tədris işinin aşağıdakı növləri müəyyənləşdirilir:

- mühazirələr; - seminarlar; - praktik məşğələlər; - laboratoriya işləri; - məsləhətlər; - tələbənin sərbəst işi; - tələbənin müəllimin rəhbərliyi altında sərbəst işi; - təcrübə (tədris, pedaqoji, arxeoloji, çöl, istehsalat, diplom-

qabağı və s.); - stajkeçmə; - referatların yazılması; - kurs layihəsi (işi); - diplom layihəsi (işi); - magistr dissertasiyası; - doktorantura dissertasiyası. Bununla yanaşı, yoxlama tədbirləri də həyata keçirilir.

Yoxlama tədbirlərinə cari, aralıq və yoxlama işlərinə nəzarət daxildir.

8.7.11. Professor-müəllim heyətinin tədris işlərinin növləri üzrə normalar Azərbaycan Respublikasının Nazirlər Kabineti

Page 174: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

173

tərəfindən təsdiq edilmiş vaxt normalarına uyğun ali məktəb tərəfindən müəyyənləşdirilir.

8.7.12. Mühazirələr, bir qayda olaraq, professor və dosentlər tərəfindən aparılır. Mühazirələrin aparılmasına kifayət qədər iş təcrübəsi və biliyi olan digər müəssisə və təşkilatların mütəxəssisləri də cəlb oluna bilər.

Seminarlar, praktik məşğələlər, laboratoriya işləri və s. bir qayda olaraq, baş müəllim, müəllim, assistent və s. tərəfindən aparılır.

8.7.13. Dövlət attestasiyasının hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir.

8.8. Tədris qruplarında sıxlıq maddi-texniki bazadan asılı olaraq, 15-30 nəfər müəyyənləşdirilir. Eyni ixtisas üzrə olan tədris qrupunda tələbələrin sayı 30 nəfərdən az olduqda, qrupun bölünməsi aparılmır. Bəzi spesifik məşğələ (xarici dil, yaradıcılıq, mədəniyyət, musiqi, incəsənət, idman və s.) və laboratoriya dərsləri üzrə tədris qrupları müvafiq normativlərə uyğun olaraq yarımqruplara bölünə bilərlər.

Humanitar və peşə hazırlığı fənləri bölümlərinə daxil olan fənlər üzrə kreditlərin (saatların) miqdarı və tədris edilən fənnin məzmunu proqram üzrə eyni olduqda, mühazirə dərslərində tədris qrupları birləşdirilir.

8.9. Əlavə ali təhsil, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilir.

Magistratura təhsilinin məzmunu, təşkili və "magistr"

dərəcələrinin verilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar 1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan

Respublikasının Qanununa və digər qanunvericilik aktlarına

Page 175: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

174

uyğun hazırlanmışdır və dövlət təhsil standartları əsasında ali təhsilin magistratura səviyyəsində təhsilin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi qaydalarını tənzimləyir.

1.2. Magistr hazırlığı ali təhsilin ikinci səviyyəsi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş magistr ixtisaslaşmalarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Bu səviyyədə bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramları əsasında mütəxəssislər hazırlanır.

Xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə həyata keçirilir. Bu ixtisasların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

1.3. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın bütün ali təhsil müəssisələrinə şamil edilməklə, magistratura səviyyəsində təhsilin məzmununa, ixtisasların ayrı-ayrı ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramlarına, eləcə də təhsilalanların hazırlıq səviyyəsinə qoyulan tələbləri müəy-yənləşdirir.

1.4. Bu Qaydalar mütəxəssis hazırlığının səviyyəsinə ümumi tələblər qoymaqla, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsinə, məsuliyyətin, eləcə də kadr hazırlığının səmərəliliyinin artırılmasına, tədris-metodiki təminatın yaxşılaşdırılmasına, təhsilalanların attesta-siyasının şəffaflığına, təhsilin keyfiyyət səviyyəsinin ölkədə qəbul olunan təhsil standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılması şərtilə, respublikanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasına və ölkəmizdə verilmiş təhsil sənədlərinin beynəlxalq təhsil məkanında tanınmasına şərait yaradır.

Page 176: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

175

1.5. Magistratura səviyyəsində əyani və qiyabi təhsilalma formaları müəyyən edilir.

1.6. Magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Bu müddət ayrı-ayrı ixtisaslaşmaların təhsil proqramları ilə müəyyənləşdirilir.

1.7. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, respublikanın bütün ali təhsil müəssisələrində magistratura təhsili ödənişli və ödənişsiz əsaslarla həyata keçirilə bilər.

1.8. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan respublikanın bütün ali təhsil müəssisələrində magistratura Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yaradılır.

1.9. Müvafiq ixtisas üzrə magistr hazırlığı yalnız həmin ixtisas üzrə ali təhsilin birinci səviyyəsi (bakalavriat) buraxılışı olan ali məktəblərdə həyata keçirilir.

1.10. Dövlət ali təhsil müəssisələrində magistraturaya qəbul həmin ixtisasın bakalavr buraxılışının 20 faizinə qədər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəy-yənləşdirilir (ödənişli və ödənişsiz təhsilalanların cəminə nisbətən).

1.11. Magistraturaya tələbə qəbulu Azərbaycan Respublika-sının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

1.12. Xarici ölkələrin vətəndaşlarının magistraturaya qəbulu müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

2. Magistratura səviyyəsində təhsilin məzmununa və

tədris prosesinin təşkilinə qoyulan tələblər 2.1. Magistratura - ali təhsilin ikinci səviyyəsinin tələblərinə

uyğun olaraq, yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir.

Page 177: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

176

2.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində magistr hazırlığı ixtisasın ayrı-ayrı ixtisaslaşmaları üzrə təhsil proqramı, ona müvafiq hazırlanmış tədris planı, fənlər üzrə işçi proqramlar (sillabuslar) və digər normativ sənədlər (qiymət-ləndirmə qaydaları, fərdi tədris planları, dərs cədvəlləri, imtahan cədvəlləri, dərslərin reqlamentləri, təcrübənin keçirilməsi qaydaları və s.) əsasında həyata keçirilir.

2.3. Magistr təhsilinin məzmunu tədris prosesinin və elmi tədqiqat işlərinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini, ixtisasın ixtisaslaşmaları üzrə təhsil proqramında qoyulan tələbləri əhatə edir.

Tədris prosesinin və elmi tədqiqat işlərinin planlaşdırılması, təşkili tədris planı (nümunəvi işçi və fərdi) və fənn proqramları və ona müvafiq hazırlanmış fənlər üzrə işçi proqramları əsasında həyata keçirilir. Bu planların forma və strukturu ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.

Fənn proqramları müvafiq ixtisasın təhsil proqramlarının tələblərinə uyğun olaraq ali təhsil müəssisələri tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Fənlər üzrə işçi proqramları (sillabuslar) isə ali təhsil müəssisəsi tərəfindən hazırlanır və təsdiq edilir.

Đşçi tədris proqramı (sillabus) - fənnin müvafiq proqramı əsasında hazırlanan və özündə tədris olunan fənnin təsvirini, onun hədəf və məqsədini, qısa məzmununu, dərslərin müddətini və növlərini, tələbənin müstəqil işi üçün tapşırıqları, onların yerinə yetirilməsi müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirilmə cədvəlini, istifadə olunan ədəbiyyatın siyahısını əks etdirən sənəddir.

Page 178: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

177

2.4. Magistratura səviyyəsində təhsilin məzmunu bir-biri ilə əlaqəli nəzəri təlimdən, pedaqoji və peşəkar hazırlıqdan, eləcə də elmi tədqiqat işlərindən ibarətdir.

Magistrin nəzəri təlimi və pedaqoji hazırlığı humanitar, ixtisas və ixtisaslaşma fənlərinin mühazirə, məşğələ, seminar, məsləhət, sərbəst iş, pedaqoji təcrübə və s. formada öyrənməsi ilə təmin olunur.

Magistrin elmi tədqiqat sahəsində hazırlığı konkret tədqiqat fəaliyyətinin tələblərinə uyğun olaraq, müasir üsullarla araşdırmaların aparılması və dissertasiya işinin hazırlanması ilə təmin olunur.

2.5. Đxtisasın ayrı-ayrı ixtisaslaşmaları üzrə təhsil proqramının strukturu tədris (humanitar və ümumi hazırlıq, eləcə də ixtisaslaşma fənləri) və elmi tədqiqat hissəsindən ibarətdir.

2.6. Magistratura səviyyəsində tədrisin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (Avropa ölkələrində tətbiq olunan AKTS - Avropa Kredit Transfer Sistemi) ilə həyata keçirilir.

2.7. Tələbələrin fənlər üzrə attestasiyası (biliyinin qiymətlən-dirilməsi) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydada çoxballı (100 ballı) sistemlə həyata keçirilir.

2.8. Tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər.

2.9. Əyani formanın təhsil müddətində nəzəri tədrisə - 45, elmi tədqiqat və elmi-pedaqoji təcrübələrə - 8, imtahan sessiyalarına isə 15 həftə ayrılır. Bu zaman auditoriya saatları 12-16 həftədir.

Dissertasiya işinin hazırlanması və müdafiəsinə 12, tətillərə isə 14 həftə ayrılır.

Page 179: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

178

2.10. Tələbənin auditoriya və auditoriyadankənar (bütün tədris, elmi tədqiqat və elmi-pedaqoji ) həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman dərslər 12-16 saat təşkil edir.

Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 120-160 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti 15 sentyabr tarixindən başlanır və tədris planına müvafiq olaraq yekunlaşır.

2.11. Bir akademik saat - 45 dəqiqəyə bərabərdir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır.

2.12. Magistratura üzrə aparılan elmi tədqiqat işləri axtarış və tətbiqi xarakterli işlər olmalıdır.

2.13. Magistrantlara elmi rəhbərlik, bir qayda olaraq, həmin təhsil müəssisəsində çalışan professor-müəllim heyətinin elmi adı və ya elmi dərəcəsi olan nümayəndələri və ya həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər tərəfindən həyata keçirilir. Bir nəfərə 5-dən çox magistranta rəhbərlik etməyə icazə verilmir. Magistrantın elmi tədqiqatının yönümü müxtəlif elmlərin qovuşmasından ibarət olduğu halda, ona elmi rəhbərlə yanaşı, elmi məsləhətçi də təyin oluna bilər.

3. Magistrlik dissertasiyalarının müdafiəsi üzrə

ixtisaslaşdırılmış şuralar 3.1. Ali təhsilin magistratura səviyyəsində təhsilin yekun

mərhələsi magistrlik dissertasiyasının müdafiəsidir (ixtisasdan asılı olaraq buraxılış imtahanı da ola bilər).

3.2. Magistratura səviyyəsini bitirən şəxslərə "magistr" ali elmi-ixtisas dərəcəsi verilir. "Magistr" dərəcəsi magistrlik dissertasiyalarının müdafiəsi üçün ali təhsil müəssisəsi tərəfindən yaradılmış ixtisaslaşdırılmış şuraların qərarı əsasında verilir. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini doktoranturada davam etdirə bilərlər.

Page 180: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

179

3.3. Đxtisaslaşdırılmış şuraların yaradılması və onun işinin təşkili qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq qaydalarla müəyyən olunur.

4. Magistraturada yekun attestasiya 4.1. Tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr

yekun attestasiyaya buraxılırlar. 4.2. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsi

və ixtisas fənləri üzrə imtahanlardan ibarətdir. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır.

4.3. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.

4.4. Ali təhsil müəssisələrində magistratura səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş və magistr ali elmi-ixtisas dərəcəsi almış şəxslərə müəyyən olunmuş formada dövlət nümunəli diplom verilir.

4.5. Magistratura səviyyəsini bu və ya digər səbəbdən başa vurmayan şəxslərə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada arayış verilir. Arayışın forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Page 181: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

180

Mündəricat

• Ön söz ........................................................................................ 3

• Đbrahim Əliyev. XX əsrin 80-90-cı illərində Cənubi Qafqazda

milli münasibətlər problemi .................................................................. 7

• Cəfər Cəfərov. Azərbaycanda davamlı təhsilin bəzi problemləri..... 17

• Şahlar Əskərov. Düzgün qərar qəbul etmənin elmi əsası......... 24

• Nəsir Nəsirli. Ali təhsildə keyfiyyət təminatı problemi............31

• Şahrza Əliyev. Azərbaycanda ali təhsildə yeni maliyyələşmə

mexanizminin tətbiqi ilə bağlı görülən işlər və qarşıda duran

vəzifələr..................................................................................................38

• Đbrahim Əliyev, Sevda Vəzirova. Boloniya prosesində vahid

kredit sistemi (AKTS) ......................................................................... 49

• Xaləddin Đbrahimli. Azərbaycanda ali təhsil və Boloniya prosesi... 62

• Avropada vahid ali təhsil məkanının xarakteristikası və onun

vacib elementləri ...................................................................................68

� Avropada Boloniya prosesinin tarixindən.................................68

� Avropada Boloniya prosesi çərçivəsində aparılan islahatların

məqsədləri .............................................................................................73

� Boloniya prosesinə qoşulmuş dövlətlər və beynəlxalq

təşkilatlar................................................................................................75

� Boloniya prosesinə aid olan sənədlərin qəbulu.........................78

� Diploma Avropa əlavəsi........................................................... 78

� Kredit sistemi nədir və əvvəlki sistemdən nə ilə fərqlənir........79

� Tələbə mobilliyinin mahiyyəti və onun başlıca missiyası....... 81

� Ali təhsildə keyfiyyət problemləri............................................ 83

� Rəsmi sənədlərin qarşılıqlı tanınma məsələləri.........................86

� Elmi tədqiqatlar Boloniya prosesi şəraitində............................ 87

� Təhsilin obyekti və subyekti problemi..................................... 88

� Ali təhsil müəssisəsinin müstəqilliyi və muxtariyyəti.............. 89

� Boloniya prosesinin idarə sistemi............................................. 91

Page 182: “Avropa ali təhsilinə inteqrasiya: problemlər, …yeni ictimai-iqtisadi və siyasi mühit şəraitində ölkə təhsilinin əsaslarının yaradılması günün vacib məsələlərindən

181

• Sənədlər � Universitetlərin ümumi xartiyası (Boloniya şəhəri, Đtaliya, 18

sentyabr 1998-ci il) ................................................................................92

� Boloniya bəyannaməsi. Avropa ali təhsil zonası. Avropa təhsil

nazirlərinin birgə bəyanatı. Boloniya ş. 19 iyun 1999-cu il...................94

� Avropada ali təhsil zonası haqqında. Ali təhsilə məsul Avropa

nazirlərinin görüşünün komunikesi. Praqa şəhəri, 19 may 2001-ci ......98

� Gələcəyin formalaşması. Salamanka 29-30 mart 2001-ci il....105

• Ölkə qanunvericiliyi � Təhsil Haqqında Azərbaycan Respublikasının Qanunu .........111

� 2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil

sistemində islahatlar üzrə Dövlət Proqramı .........................................121

� Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin

tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin

Fərmanı................................................................................................ 133

� Təhsil müəssisələrinin akkreditasiyası qaydaları................... 137

� Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası..................................................................................................150

� Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası.............................156

� Ali təhsil pilləsinin dövlət standartı və proqramı....................161

_____________________________________

Çapa imzalanmış 10.11.2011. sifariş № 141 Kağız formatı 60x84 1/16. Sayı 1000