azƏrbaycan dÖvlƏt aqr a r unİversİtetİ bitkiçilik və bitki mühafizəsi kafedrası

60
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu : Birillik çoxillik paxlalı yem otlarının öyrənilməsi Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S.

Upload: harrison-bradley

Post on 31-Dec-2015

55 views

Category:

Documents


0 download

DESCRIPTION

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu : Birillik və çoxillik paxlalı yem otlarının öyrənilməsi Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S. BİRİLLİK VƏ ÇOXİLLİK PAXLALI YEM OTLARININ ÖYRƏNİLMƏSİ - PowerPoint PPT Presentation

TRANSCRIPT

Page 1: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Bitkiçilik və bitki mühafizəsi kafedrası

Mövzu: Birillik və çoxillik paxlalı yem otlarının öyrənilməsi

Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S.

Page 2: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

BİRİLLİK VƏ ÇOXİLLİK PAXLALI YEM OTLARININ ÖYRƏNİLMƏSİ

 Paxlalı bitkilər 12 mindən çox botaniki növü əhatə edir. MDB məkanında 61 cinsdə

toplanan 1850-yə qədər növü yayılmışdır ki, onlardan da yemçilikdə 10 cinsə daxil

olan 30 növdən istifadə edilir.

Birillik paxlalı yem otlarından ən çox aşağıdakılar yayılmışdır:

• Yazlıq gülül (Vicia sativa L.)

• Payızlıq ğülül (Vicia villosa Roth.)

• Çöl noxudu (Pisum arvense L. )

• Seradella (quşayağı) (Ornithopus sativus Broth.)

• Alqırmızı üçyarpaq (Trifolium incarnatum L.)

• Aleksandr üçyarpağı (T. alexandrinum L.)

• İran üçyarpağı (T. resupinatum L.)

Page 3: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Gülül (vicia) paxlalılar (Fabaseae) fəsiləsinə aid birillik bitkidir. 85-ə qədər növü

məlumdur. Lakin iki mədəni növü daha əhəmiyyətlidir, yazlıq və payızlıq gülül.

Yazlıq gülülün, yaxud səpin gülülünün (vicia sativa L.) üzərində çoxlu kökcükləri

olan mil kökü vardır. Kökcüklərdə çoxlu rizobium var. Gövdəsinin hündürlüyü 50-

60 sm, hətta 100 sm-ə çatan nazik, çoxüzlü və yerəyatandır. Yarpaqları lələkvaridir.

Hər lələkdə 4-8 cütə qədər yarpaq olur. Yarpağın nəhayəti cüt yarpaqcıqla yaxud da

bığcıqla qurtarır. Çiçəkləri yarpaq qoltuğunda cüt-cüt yerləşir. Çiçəyinin quruluşu

digər paxlalılarda olduğu kimidir və rəngi bənövşəyidir. Öz-özünü tozlayandır.

Meyvəsi paxladır, dalğavari və əyilmiş formada olur. Paxlanın uzunluğu 6-7 sm-ə

çatır. Paxlanın rəngi qonuru və qara olur. Paxlada 7- 9-a qədər toxum olur.

Toxumları iri, yuvarlaq, bucaqlı kimi, zəif basıq, yaxud azacıq yastı, boz, darçını və

qara rənglidir. Əksər formalarında üzərində tünd ləkələr olur. Göbəkciyi ensiz

xətvarı açıq rənglidir, toxumun dairəsinin uzunluğunun 1,5-1,6 hissəsini təşkil edir.

Toxumun iriliyi 4,5-5 mm, dənin mütləq kütləsi 45-55 qr-a qədərdir.

Page 4: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Gülülün cücərtiləri: 1 – səpin və ya yazlıq gülül, 2 - payızlıq və ya pırpızlı gülül

1

Page 5: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Səpin gülülü:1 – budağı; 2 – çiçəyi; 3 – meyvəsi; 4 – toxumu

3

2

4

1

Page 6: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Səpin gülülü (Vicia sativa L.): 1, 2 - bitki cücərti, çiçəkləmə və meyvəəmələgəlmə fazasında, 3 - gövdənin bir hissəsi, 4 - çiçək, 5 - meyvə, 6 - toxum

Page 7: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Yazlıq gülül (səpin gülülü) (Vicia sativa L.): toxumu, paxlası, budağı

Page 8: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Yazlıq gülül (Vicia sativa L.)

Page 9: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Yazlıq gülülün (Vicia sativa L.) kökü və budağı

Page 10: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Payızlıq, yaxud pırpızlı gülül (Vicia villosa Roth.) yaxşı inkişaf etmiş mil kökü və çoxlu

kökcükləri var. Gövdəsi nazik, üzəri tükcüklərlə örtülü əyiləndir, hündürlüyü 100-120 sm,

tez yatandır. Yarpaqları cütlələkşəkillidir. Nəhayəti bığcıqla qurtarır. Yarpaqcıqların miqdarı

6-10 cüt olur. Forması lansetvaridir. Çiçəkləri yarpaq qoltuğunda sıx salxım təşkil edir,

açıq-bənövşəyi rəngdədir. Çarpaz tozlanandır. Paxlası uzunsov romb formalı, tünd-şabalıdı

rəngdədir. Paxlada dənlər 2-6 ədəddir. Toxumları şarşəkilli, xırda, tünd – şabalıdı və qara

rənglidir, bəzən bənövşəyiyə də çalır. Toxum göbəkciyi tünd rəngli, oval formalıdır, orta

hissəsində açıq rəngli zolağı vardır. Göbəkcik toxumun dairəsinin uzunluğunun 1,7-1,8

hissəsini təşkil edir. Toxumun iriliyi 3-4 mm, 1000 ədədinin kütləsi 25-30 qramdır.

Page 11: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Pırpızlı gülül (Vicia villosa Roth.): 1, 2 - bitki cücərti, çiçəkləməvə meyvəəmələgəlmə fazasında, 3 - gövdənin bir hissəsi, 4 - çiçək, 5 - meyvə, 6 - toxum

Page 12: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Payızlıq (pırpızlı) gülül (Vicia villosa Roth.)

Page 13: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Payızlıq (pırpızlı) gülül (Vicia villosa Roth.)

Page 14: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Payızlıq (pırpızlı) gülül (Vicia villosa Roth.)

Page 15: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Üçyarpaq (Trifolium) cinsi botaniki cəhətcə paxlalılar fəsiləsinin ən zəngin cinslərindəndir.

Hazırkı təsnifata görə 300-ə qədər növü müəyyən edilmişdir. Lakin mədəni formaya 10 növü

salınmışdır ki, onlardan altı növü becərilir. Bu növlərin üçü çoxillik, üçü birillikdir.

Çoxillik üçyarpağın mühüm növləri qırmızı üçyarpaq, çəhrayı üçyarpaq, ağ üçyarpaq,

birillik üçyarpağın mühüm növləri isə İran üçyarpağı (şabdar), alqırmızı (inkarnatlı)

üçyarpaq və Aleksandr üçyarpağıdır. Bunlardan Azərbaycanda ən çox əkilib - becəriləni İran

üçyarpağıdır.

İran üçyarpağı (şabdar) (Trifolium resupinatum) paxlalılar fəsiləsinə aid bir və ikiillik

bitkidir. Kök, gövdə və yarpaqların quruluşuna, rənginə və yumşaqlıq dərəcəsinə görə

yoncaya oxşardır. Yarpaqları nazik, tərs yumurtavarı, çiçəkləri çəhrayı rəngli, xoşagələn iyi

vardır. Toxumu kürəşəkilli, yaxud ellipsvarı, xırdadır, rəngi parlaq sarıdan qırmızımtıla,

hətta qaramtıla qədər dəyişir. Bir toxumda müxtəlif rənglilik də olur. 1000 ədəd toxumunun

kütləsi 1,6-1,7 qramdır.

Alqırmızı üçyarpaq - Trifolium incarnatum – toxumu qırmızı üçyarpağın toxümundan 1,5

dəfə iri, şişkin-oval formalı, qırmızımtıl-darçını rənglidir.

Page 16: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Birillik üçyarpaqlar: I - alqırmızı üçyarpaq (T. incarnatum L.), II - Aleksandr üçyarpağı (T. alexandrinum L.), III - İran üçyarpağı (T. resupinatum L.) 1 – bitkilər çiçəkləmə fazasında , 2 – yarpaq və çiçək qrupu ilə gövdə hissəsi , 3 – çiçək, 4 – toxum.

Page 17: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Seradella (quşayağı) (Ornithopus sativus Broth.) : 1, 2 – bitki cücərti, çiçəkləmə və meyvəəmələgəlmə fazasında; 3 – üzərində yarpaq, çiçək

qrupu və meyvəsi olan budaq; 4 – çiçək; 5 – meyvə; 6 - meyvə buğumları.

Page 18: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Seradella (quşayağı) (Ornithopus sativus Broth.)

Page 19: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Seradellanın (quşayağı) paxlası və çiçəyi

Page 20: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Sarı üçyarpaq

Page 21: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

ÇOXİLLİK PAXLALI OTLAR:

• Çəmən (qırmızı) üçyarpağı (Trifolium pratense L.)• Ağ və ya sürünən üçyarpaq (Trifolium repens L.)• Çəhrayı (hibrid) üçyarpaq (Trifolium hybridum L.)• Yonca (Medicago L.)• Xaşa (Onobrychis)• Xəşəmbül (Melilotus Desr.)• Buynuzşəkilli qurdotu (Lotus corniculatus L.)• Şərq çəpişotu (Galegea orientalis Lam.)• Dərman çəpişotu (Galegea officinalis L.)• Çoxillik lüpin (Lupinus polyphyllus Lındl.)

Page 22: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Çəmən (qırmızı) üçyarpağı (Trifolium pratense L.): 1- 2 bitki inkişaf etmiş cücərti və çiçəkləmə fazasında; 3- yarpaq və

hamaşçiçəklə budağın bir hissəsi; 4- çiçək; 5- 6 - meyvəsi və toxumu (solda böyüdülmüş).

Page 23: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Çəmən (qırmızı) üçyarpaq (Trifolium pratense L.) bitkisinin çiçəkli budağı

Page 24: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Çəmən üçyarpağının quruluş sxemi: a – birçalımlı, b – ikiçalımlı, 1- 8 buğumaraları

Page 25: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Ağ və ya sürünən üçyarpaq (Trifolium repens L.) : 1 – bitki çiçəkləmə fazasında; 2 – inkişaf etmiş

cücərti; 3 –budaq hissəsi; 4 – çiçək; 5 – meyvə; 6 - toxum.

Page 26: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Çəhrayı üçyarpaq (Trifolium hybridum L.) : 1, 2 – bitki cücərti və çiçəkləmə fazasında; 3 – üzərində yarpaq və çiçək qrupu olan budaq; 4 – çiçək; 5 - meyvə, 6 – toxum

Page 27: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Yonca (Medicago) cinsi 50 - dən çox növü özündə birləşdirir. MDB ərazisində mədəni və yabanı olmaqla 36 növü yayılmışdır. Bunlardan da 20 növü çoxillik, 16 növü birillik yoncadır. Çoxillik növlərindən ən geniş yayılanları səpin yoncası – Medicago sativa və sarı yonca – Medicago falcata növüdür.  Hazırkı təsnifata əsasən səpin yoncası (Medicago sativa ) altı sərbəst növə ayrılır: 1. Avropa yoncası – Medicago eusativa2. Asiya yoncası – Medicago asiatica3. Qafqaz yoncası – Medicago praesativa4. Aralıq dənizi yoncası – Medicago polia5. Mesapatomiya yoncası – Medicago mesopotomica6. Mavi yonca – Medicago cerulea

Page 28: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Səpin yoncası (Medicago sativa L.): 1, 2 – bitki cücərti və çiçəkləmə fazasında; 3 – üzərində yarpaq və çiçək qrupu

olan budaq; 4 – çiçək; 5 – meyvə; 6 - toxum.

Page 29: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Yoncanın güclü, mil kökü var. Birinci il torpağın 2-3 m, sonrakı illərdə 8-10 m dərinliyinə işləyir. Belə

güclü kök sisteminə malik olması onu quru, çöl rayonlarında becərməyə imkan verir. Həm də torpaqda

çoxlu kök qalıqları saxladığına görə torpağı üzvi maddələrlə zənginləşdirir. Bundan başqa yoncanın

kökündə fır bakteriyaları yaşayır ki, onlar havanın molekulyar (N2) azotunu udmaq (mənimsəmək,

təsbit etmək) qabiliyyətinə malikdirlər. Üçillik yonca torpaqda 60-70 ton peyində olduğu qədər bioloji

azot, üzvi maddə toplayır. Yonca səpininin birinci ili toxumlar bakterial gübrə rizotorfinlə (nitragin)

mütləq işlənilməlidir.

Gövdəsi otvari, güclü budaqlanandır. Hər gövdədə 10-20 buğumarası olur. Birinci il yonca 3 gövdə, 2-

ci il 15-16, 3- cü il isə bir bitkidə 20- dən çox gövdə (budaq) əmələ gəlir. Birinci ili bitkinin boyu 30-

50 sm, sonrakı illər isə 100 sm-ə qədər böyüyə bilir. Yarpaq – yarpaq yanlığından, saplaqdan və 3

ləçəkdən ibarətdir. Çiçəyi çox çiçəkli dəstədir. Çiçəyi 5 kasa yarpaqlı, 5 ləçəkli olmaqla 10 erkəkcik və

1 dişicikdən ibarətdir. Meyvəsi 2-4 dəfə burulmuş çox toxumlu paxladır. Toxumu böyrəkşəkilli, əyri,

toxum göbəkciyi kiçik, dairəvidir. Normal yetişmiş toxumunun rəngi yaşılımtıl-sarı, qonuru-sarı,

sarımtıl, uzunluğu 2,25-2,5 mm, toxumun 1000 ədədinin kütləsi 2-2,7 qramdır.

Page 30: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

ab

c ç

Yonca: a- Daşkənd -3192, b- Daşkənd № 1, c - Xivinya yoncası, ç- şabdar

Page 31: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Yonca bitkisinin cücərtisi Üçyarpaq bitkisinin cücərtisi

Page 32: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Səpin yoncası (mavi yonca) (Medicago sativa L.)

Page 33: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Sarı yonca (Medicago falcata L.): 1, 2 – bitki cücərti və çiçəkləmə fazasında;

3 – üzərində yarpaq və çiçək qrupu olan budaq; 4 – çiçək; 5 - meyvə, 6 - toxum.

Page 34: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Çiçəkləmiş yonca bitkisi

Page 35: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası
Page 36: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Yonca toxumu

Page 37: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Cücərdilmiş yonca toxumları

Page 38: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

YONCA SORTLARI (2010)

1. AzNİXİ - 262 (1944)

2. AzNİXİ - 5 (1962)

3. AzSXİ - 1 (1967)

4. Abşeron (1989)

5. Aran (1996)

ASXİ-1 sortu sortlararası təkrar sərbəst tozlandırma yolu ilə yetişdirilmişdir. Kolu yerə

yatmayan, dik vəziyyətlidir. Bitkisinin yarpaqlanma dərəcəsi orta, böyümə enerjisi

yüksəkdir.

Yarpaqcıqları iri, bitkisinin hündürlüyü 115-130 sm hündürlüyündə, çiçək qrupu orta

sıxlıqda salxımdır. Salxımın 1 sm-də 5-6 çiçək yerləşir.

Ləçək yarpaqları bənövşəyi rəngli, paxlası iri, hər paxlada 7-8 toxum əmələ gəlir.

Page 39: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Xaşa ( Onobrychis) cinsi 140 - dan çox növü əhatə edir. Torpağın dərinliyinə gedən mil

kök sistemi vardır. Kökü torpaqdakı çətin həll olunan fosfor birləşmələrindən istifadə

etmək qabiliyyətinə malikdir. Ona görə də əkinlərə fosfor gübrəsi verdikdə toxum və quru

ot məhsuldarlığı praktiki olaraq artmır.

Yarpağı lələkşəkillidir. Gövdəsi budaqlanmır. Hər buğumdan iki ədəd yarpaqyanlığı olan

yarpaq inkişaf edir. Bitkinin boyu 80-100 sm-ə çatır. Çiçək qrupu 3-20 sm uzunluğunda

(salxım, qotaz) çiçəkləri iri, çəhrayı yaxud ağ rənglidir. Meyvəsi şarşəkilli paxladır.

Paxlalların qabığı möhkəm olduğundan onu qabıqlı səpirlər.

Mədəni formada üç növü məlumdur.

1. Gülülyarpaq xaşa (səpin xaşası) - Onobrychis viciifolia Scop.)

2. Qumluq xaşası - (Onobryshis arenaria D. C.)

3. Zaqafqaziya xaşası - (Onobrychis antasiatica)

Page 40: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Xaşa (Onobrychis) - 1, 2 – bitki cücərti, çiçəkləmə və meyvəəmələgəlmə fazasında; 3, 4 – Gülülyarpaq xaşanın(O. viciifolia Scop.) çiçək qrupu, yarpağı və çiçəyi; 5, 6 – Zaqafqaziya xaşasının (O. antasiatica Khin.) çiçək qrupu, yarpağı və çiçəyi; 7, 8 – Qumluq xaşasının (O. arenaria D. C.) çiçək qrupu, yarpağı və çiçəyi; 9, 10 – meyvəsi və toxumu.

Page 41: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

1. Gülülyarpaq xaşa, yaxud səpin xaşası - (Onobrychis viciifolia Scop.) Bitkinin hündürlüyü 90 sm-ə çatır. Kolu dik vəziyyətli, yarımdağınıqdır. Gövdəsi nisbətən zəif budaqlanan, yarpaqları xırda, lanset formalıdır. Buğumaralarının sayı 5-7 ədəddir. Yarpağı tünd-yaşıl rəngli, ellips, çox hallarda lansetvarı formalı, alt hissəsi və saplağı tüklüdür. Çiçək salxımı sıx, yumurta formalı, çiçəkləri orta irilikdədir (11-12 mm). Paxlaları iridir. Mütləq kütləsi 17- 22 qramdır.

2. Qumluq xaşası (Onobryshis arenaria D. C.) - Bitkinin hündürlüyü 100-110 sm, bəzən 125 sm-ə çatır. Kolu yarımdağınıq, dikdayanandır. Gövdəsi budaqlanan, qaba, içərisi dolu, üzəri xırda tükcüklərlə örtülür. Buğumaraları 6-8 ədəddir. Yarpağı lansetvarı, yaşıl rənglidir. Çiçək salxımı (qotazı) siçanquyruğu formalı, ensiz, iti nəhayətlidir. Paxlaları xırdadır. Mütləq kütləsi 11-15 qramdır.

3. Zaqafqaziya xaşası (Onobrychis antasiatica) - Kolu yığcam və dik vəziyyətlidir. Ot örtüyündə 50-120 sm, lazımı qədər nəmliyi olan dəmyə və suvarma şəraitində 170 sm hündürlüyündə olur. Gövdələri budaqlanmayan, zərif, içərisi boş, üzəri zəif tükcüklərlə örtülüdür. Yazda sürətli böyüyərək bir ildə iki dəfə çalınır. Ona ikiçalımlı xaşa da deyilir.

Page 42: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Adi xaşa (Onobrychis) bitkisinin çiçəkli budağı

Page 43: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

1 – Gülülyarpaq xaşa, 2 - Zaqafqaziya xaşası, 3 – Qumluq xaşası

Page 44: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Gülülyarpaq xaşanın (O. viciifolia Scop.) çiçəkli budağı, paxlası, çiçəyi və toxumu

Page 45: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

XAŞA SORTLARI (2010)

1.Yerli Naxçıvan (1942)

2. AzNİXİ -18 (1944)

3. AzNİXİ - 74 (1945)

4. AzNİİKLİP - 495 (2008)

Page 46: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Sarı xəşəmbül (Melilotus officinalis Desr.): 1, 2 – bitki cücərti və çiçəkləmə fazasında; 3 – üzərində yarpaq, çiçək qrupu və meyvəsi olan budaq; 4 – çiçək; 5, 6 – meyvə və

toxum; 7 –Ağ xəşəmbülün (Melilotus albus Desr.) budağı; 8 – çiçəyi; 9 – meyvəsi; 10 – kök sistemi.

Page 47: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Ağ xəşəmbül: (Melilotus albus Desr.):paxlası, toxumu, çiçəkli budağı və kökü

Page 48: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Xəşəmbül: 1 - bitkinin yuxarı hissəsi, 2 - kökü, 3 - ağ xəşəmbülün paxlası, 4 - sarı xəşəmbülün paxlası (böyüdülmüş)

1

2

3

4

Page 49: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Buynuzşəkilli qurdotu (Lotus corniculatus L.): 1, 2 – bitki cücərti, çiçəkləmə və meyvəəmələgəlmə

fazasında; 3 – üzərində yarpaq, çiçək qrupu və meyvəsi olan budaq; 4 – çiçək; 5 – meyvənin qabığı; 6 - toxum.

Page 50: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Buynuzşəkilli qurdotu (Lotus corniculatus L.

Page 51: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Buynuzşəkilli qurdotu (Lotus corniculatus L.): çiçəkli - meyvəli budağı, paxlası və kökü

Page 52: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Çəpişotu (Galegea orientalis Lam.): 1, 2 – bitki cücərti, çiçəkləmə və meyvəəmələgəlmə fazasında;

3 – üzərində yarpaq və çiçək qrupu olan budaq; 4 – çiçək; 5 – toxum, 6 – meyvə;

Page 53: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Şərq çəpişotu (Galegea orientalis Lam.)

Page 54: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Çoxillik lüpin (Lupinus polyphyllus Lındl.): 1, 2 - bitki cücərti, çiçəkləmə və meyvəəmələgəlmə fazasında, 3 - gövdənin yuxarı hissəsi, 4 - meyvə, 5 - toxum

Page 55: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Paxlalı yem otlarının meyvəsi və toxumu: 1- qırmızı üçyarpaq, 2 - çəhrayı üçyarpaq, 3 - ağ üçyarpaq, 4 - alqırmızı üçyarpaq, 5 - ağ xəşəmbül, 6 - sarı xəşəmbül, 7 - sarı yonca, 8 - səpin yoncası, 9 - gülülyarpaq xaşa, 10 - quşayağı (seradella), 11 - səpin gülülü, 12- pırpızlı (payızlıq) gülül

4

Page 56: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Birillik paxlalı otların toxumları: 1 – səpin gülülü, 2 – payızlıq gülül, 3 – seradella (quşayağı) (solda toxum buğumu)

Page 57: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Paxlalı yem otlarının yarpaqları: 1- qırmızı üçyarpaq, 2 - səpin yoncası, 3 - xəşəmbül, 4 - adi xaşa, 5 - quşayağı (seradella), 6 - yazlıq gülül

4

Page 58: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

a – səpin yoncasının, b – sarı yoncanın paxlaları

Page 59: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Xaşa növlərinin paxlası: 1 - gülülyarpaq, 2 - Zaqafqaziya, 3 – qumluq xaşası

Page 60: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

DİQQƏTİNİZƏ GÖRƏ SAĞ OLUN!