azərbaycan respublikasının dövlət bayrağı
DESCRIPTION
Azərbaycan Respublikasının Dövlət BayrağıTRANSCRIPT
![Page 1: Azərbaycan Respublikasının Dövlət Bayrağı](https://reader036.vdocuments.pub/reader036/viewer/2022082218/55927f931a28abf2588b4569/html5/thumbnails/1.jpg)
Dünyanını ən hündür bayrağı
Azərbaycandadır !
![Page 2: Azərbaycan Respublikasının Dövlət Bayrağı](https://reader036.vdocuments.pub/reader036/viewer/2022082218/55927f931a28abf2588b4569/html5/thumbnails/2.jpg)
Azərbaycan Respublikasının Dövlət bayrağı
• Azərbacan Respublikasının Dövlət bayrağı Azərbaycan Dövlətinin suverenliyinin rəmzidir. Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir.
![Page 3: Azərbaycan Respublikasının Dövlət Bayrağı](https://reader036.vdocuments.pub/reader036/viewer/2022082218/55927f931a28abf2588b4569/html5/thumbnails/3.jpg)
• Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olması ilə bağlıdır.
• Qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni ifadə edir.
• Yaşıl rəng –islam dininə mənsubluğu ifadə edir
![Page 4: Azərbaycan Respublikasının Dövlət Bayrağı](https://reader036.vdocuments.pub/reader036/viewer/2022082218/55927f931a28abf2588b4569/html5/thumbnails/4.jpg)
Dövlət Bayrağı Günü
• 2009-cu il noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmişdir. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.
![Page 5: Azərbaycan Respublikasının Dövlət Bayrağı](https://reader036.vdocuments.pub/reader036/viewer/2022082218/55927f931a28abf2588b4569/html5/thumbnails/5.jpg)
Dövlət Bayrağı Meydanı• Dövlət Bayrağı
Meydanı — Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət
parkı. Meydanın təntənəli açılışı 2010-cu ilin sentyabrın 1-də
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən keçirilmişdir.
![Page 6: Azərbaycan Respublikasının Dövlət Bayrağı](https://reader036.vdocuments.pub/reader036/viewer/2022082218/55927f931a28abf2588b4569/html5/thumbnails/6.jpg)
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi
qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
• 162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. İnşa olunmuş dayağın
hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir.
Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 m², kütləsi isə təqribən 350 kq-dır. Ginnes Dünya Rekordları Təşkilatı
2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu
təsdiq edib.