baş yarpaqa dönüş təsirli liderliyin sirləriliderlik təəssüf ki, bir-birindən müstəqil...

26
Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləri Liderligə ayid bir neçə qisa yazılar: Təsirli Liderliyin sirləri Liderliyin 10 xüsusiyyəti “Liderlik” nədir və yaxşı lider necə olur? Böyük liderlər necə inam qazanırlar? LidLiderlik deyirsiniz amma nədir liderlik xüxüsusiyyətləri? Lider idarəçilər Daha effektiv liderliyin yolları Yaxşı lider olmağın 12 qızıl qaydası Təşkilat və şirkətlərdə zamanın idarə olunması. Liderlik üslubları Liderliyin 17 qaydası Boss və lider arasındakı fərqlər. Bugünün birləşmiş dünyasında liderlik bilik və təcrübəsi getdikcə artan bir möhtərəmlik qazanmaqdadır.Bugün insanlar mükəmməlliyi əldə etmək mənasında liderliyi təşviq etməkdədirlər.İdarəetmə, işçilərin vəziyyətini düzəltmək və tam məhsuldar hala gəlmələrini təmin etmək üçün onları təşviq etməyə kafi əhəmiyyəti verə bilməməkdədir.Bu məzmunda təsirli bir liderin idarəsindəki rəhbərlik maksimum səmərəni əldə etməyi təmin edəcək. Dünya var olduğundan bəri insanlar hər zaman bir liderin ətrafında toplanmış və onun yönləndirmələri istiqamətində müvəffəqiyyətə ya da ziyana uğramışlardır.Liderler cəmiyyətləri ya da birliyi hərəkətə keçirən, onlara missiya yükləyən insanlardir.Lider nə qədər təsirli olursa o qədər doğru, mütənasib olaraq müvəffəqiyyət qaçınılmazdır.Bunu unutmamalıyıq ki, liderlər lider olaraq doğulmazlar, onlar yaradılır. Yaxşı edilməsi lazım olan şey sizcə də ortada deyilmi? Hər insan olduğu ictimai mühitdə bir lider ola bilər.O zaman edilməsi lazım olan təsirli bir lider olmaqdır. Yaxşı bəs nədir Liderlik? Liderlik sənətini müxtəlif şəkillərdə təyin edə bilərik; • Harry Truman: Lider başqalarının etmək istəmədiyi və sevmədiyi işləri onlara etdirmə qabiliyyətinə sahib olan adamdır.

Upload: others

Post on 24-May-2020

5 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləriLiderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən daha çox şey kəsb edir.İnsanda aşağıda

Baş yarpaqa dönüş

Təsirli Liderliyin sirləri

Liderligə ayid bir neçə qisa yazılar:

Təsirli Liderliyin sirləri

Liderliyin 10 xüsusiyyəti

“Liderlik” nədir və yaxşı lider necə olur?

Böyük liderlər necə inam qazanırlar?

LidLiderlik deyirsiniz amma nədir liderlik

xüxüsusiyyətləri? Lider idarəçilər Daha effektiv liderliyin yolları

Yaxşı lider olmağın 12 qızıl

qaydası Təşkilat və şirkətlərdə

zamanın idarə olunması.

Liderlik üslubları

Liderliyin 17 qaydası

Boss və lider arasındakı fərqlər.

Bugünün birləşmiş dünyasında liderlik bilik və təcrübəsi getdikcə artan bir

möhtərəmlik qazanmaqdadır.Bugün insanlar mükəmməlliyi əldə etmək mənasında liderliyi təşviq etməkdədirlər.İdarəetmə, işçilərin vəziyyətini

düzəltmək və tam məhsuldar hala gəlmələrini təmin etmək üçün onları təşviq etməyə kafi əhəmiyyəti verə bilməməkdədir.Bu məzmunda təsirli

bir liderin idarəsindəki rəhbərlik maksimum səmərəni əldə etməyi təmin edəcək.

Dünya var olduğundan bəri insanlar hər zaman bir liderin ətrafında

toplanmış və onun yönləndirmələri istiqamətində müvəffəqiyyətə ya da

ziyana uğramışlardır.Liderler cəmiyyətləri ya da birliyi hərəkətə keçirən, onlara missiya yükləyən insanlardir.Lider nə qədər təsirli olursa o qədər

doğru, mütənasib olaraq müvəffəqiyyət qaçınılmazdır.Bunu unutmamalıyıq ki, liderlər lider olaraq doğulmazlar, onlar yaradılır. Yaxşı edilməsi lazım

olan şey sizcə də ortada deyilmi? Hər insan olduğu ictimai mühitdə bir lider ola bilər.O zaman edilməsi lazım olan təsirli bir lider olmaqdır.

Yaxşı bəs nədir Liderlik?

Liderlik sənətini müxtəlif şəkillərdə təyin edə bilərik;

• Harry Truman: Lider başqalarının etmək istəmədiyi və sevmədiyi işləri onlara etdirmə qabiliyyətinə sahib olan adamdır.

Page 2: Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləriLiderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən daha çox şey kəsb edir.İnsanda aşağıda

• Vince Lombardi: Bir oyunun taktikalarını yalnız quru taxta başında

ortaya qoyan məşqçi dəyərsizdir.Dəyərli olanlar oyunçularının içinə girən və onları motivasiya edə biləndir.

Buna görə, lider başqalarını hərəkətləndirə bilən, düşüncə üfüqü geniş, yaxşı bir dizaynerdir.Liderin bu tərifi iki əhəmiyyətli ölçüyə malikdir;

* Gələcəyə istiqamətli bir məqsəd yaratma.

* İnsanlara bu məqsədi həyata keçirmək üçün təsir.

Başqalarına liderlik etmək üçün lazımlı şərt təbii və içdən olmaqdır.İnsanları müvəffəqiyyətli bir şəkildə idarə etmək üçün təklif

edilən “texnikalar” bəzən işə yaramaya bilər.

Başqalarını idarə və təsirli bir lider portretini yaratmaq üçün 15 təməl

liderlik xüsusiyyətləri mövcuddur.Bunların hamısı doğulacaq nəticələrin bütün məsuliyyətini üstünə alan, özünə qarşı sevgi və hörməti olan bir

lider görünüşünü yaradar.Bu görünüş liderin arzulanan fərdi xüsusiyyətləri olan dürüstlük, namus və əxlaq ilə mənəvi faktorları olan dayanıqlılıq və

cəsarəti də əhatə edir.

** Təsirli Lider əməkdaşlığı və qürur duyğusunu inkişaf etdirər.

** Təsirli Lider yüksək düzgünlük və dürüstlük standartlarına görə

yaşayar.

** Təsirli Lider məlumatı istəyərək və sevə-sevə paylaşar.

** Təsirli Lider personalının performansını inkişaf etdirmək üçün

təlimatçılıq edər.

** Təsirli Lider mükəmməllikdə israr edər.

** Təsirli Lider astları üçün nümunə təşkil edər.

** Təsirli Lider astlarına məsuliyyət verər.

** Təsirli Lider cəsarət sahibidir.

** Təsirli Lider astlarına güvənər.

** Təsirli Lider qərarlıdır.

** Təsirli lider zamanında hərəkətə keçə bilən xüsusiyyətinə malikdir.

** Təsirli Lider zamanını qiymətləndirər.

Page 3: Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləriLiderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən daha çox şey kəsb edir.İnsanda aşağıda

** Təsirli Lider əmrindəkilərin sədaqətini qazanar.

** Təsirli Lider personal mərkəzçidir.

** Təsirli Lider astlarını dinləyər.

Liderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən

daha çox şey kəsb edir.İnsanda aşağıda yazılı olan qisimlər olmadığı təqdirdə liderlik potensialının sərhədlərinə çata bilməz:

- Tam və ya qəbul edilə bilən səviyyədə sağlam olmaq.

- Təminedici bir xüsusi həyata sahib olmaq.

- Həyatını öyrənməyə həsr etmiş olmaq.

Liderin həyatında bu şərtlərdən biri və ya daha çoxu bir neçə ay və ya daha çox tapılmaya bilər.Bütün insanların müvəqqəti sağlamlıq və şəxsi

problemləri ola bilər.Öyrənmə motivasiyaları da azala bilər.Ancaq xroniki xəstəliyi və ya evində problemləri olan biri davamlı, ən yaxşı performansı

əldə edə bilməz.Bu, o adamın özünə yönəlməsinə yol açaraq, təsirli

olmasına mane olur.Sağlamlığı və şəxsi həyatı baxımından ən yaxşı biri həyatı boyunca özünü inkişaf etdirməyə həsr etmədiyi müddətcə lider ola

bilməz.Şəxsi inkişaf və tərəqqi durduğunda liderlər köhnə bir maşın qədər modası keçmiş olar.

Nəticə olaraq; Lider olmaq demək “Bundan sonra qrupun bir üzvü

olmadığınızı bilmək və bir zamanlar davam etdirdiyiniz və zövq aldığınız qrupsal əlaqələri bitirməyiniz” deməkdir.Məsuliyyət altına girdiyinizdə

“Xeyr” deyə bilməli, intizamı təmin edə bilməli və bəzi insanlar tərəfindən xoş qarşılanmayacaq qərarları verə bilməlisiniz. Köhnə yoldaşlarınız

tərəfindən rədd edilmə, tez-tez sonradan haqqınızda fikir irəli sürülmə və

arxanızdan danışılmaq riskləriylə qarşı-qarşıyasınız.

Zirvədə Yalnızlıq! Əgər bu sizi narahat edirsə, idarə sizə görə olmaya bilər.

Liderlik bütün bunlara dəyərmi? Bu sizin şəxsiyyətinizə və həyatdan gözləmələrinizə bağlıdır.Hər insan xeyrini və zərərini dartaraq bir lider

olub, ola bilməyəcəyinə qərar verməlidir.Mənə görə liderlik bunların

hamısına, hətta daha da çoxuna dəyər. (başa qayıt)

Qaynaq: http://allmag.az/

Tərcümə etdi: Ruhəngiz Əsgərova

Page 4: Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləriLiderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən daha çox şey kəsb edir.İnsanda aşağıda

Liderliyin 10 xüsusiyyəti

“Liderlik - liderin şəxsi

xüsusiyyətlərindən başlayır” - Frans

Xesselbayn Liderliyin mürəkkəb triqonometrik formul hesablarını

apardıq və lider olmanın 10 əsas xüsusiyyətini ortalığa çıxardıq.

1. Enerjili olmaq- yalnızca aktiv insan öz arxasınca başqalarını apara bilər.

2. Etibarlılıq- avtoritet və başqalarına nümunə olmaq üçün lider etibarı və

stabilliyi qoruyub saxlamalıdır.

3.Maraq- entuziazm və öz sevdiyi işdə marağı olmayan adamın lider olma

şansı sıfıra bərabərdir.

4.Təşəbbüskarlıq- lider hər zaman başqalarından bir addım öndə olmalıdır.

5.Qətiyyətlilik- gərəkdiyi zaman qəti fikir qəbul edə bilməyən şəxs lider

ola bilməz.

6.Obyektivlik- liderlərin “sevimliləri” olmur. Onlar vəziyyəti hərtərəfli olaraq eyni qiymətləndirirlər.

7.İşi sona çatdırmaq bacarığı- bu keyfiyyət olmadan lider olmaq qeyri-mümkündür.

8.Səmimiyyət- tələb olunan xüsusiyyətlərdən biridir. Bu xüsusiyyət

olmasa , lider heç bir şeyə nail ola bilməz.

9.Ünsiyyətlilik- insanlarla dil tapmaq bacarığı hər birimiz üçün çox

vacibdir. Lider üçün isə bu xüsusiyyət daha da vacibdir.

10.Qərarlı və zəmanətçi- əsil lider obyektiv olaraq “leyhinə” və “əleyhinə” olan qaydaları dəyərləndirməyi bacaran biridir.

Siz bu xüsusiyyətlərin hansı birinə maliksiniz? (başa qayıt)

Qaynaq: http://allmag.az/

Tərcümə etdi: Məmmədova Züleyxa

Page 5: Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləriLiderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən daha çox şey kəsb edir.İnsanda aşağıda

“Liderlik” nədir və yaxşı lider necə olur?

Liderliyə bir çox təriflər verilir. “

Collins” ingilis dili lüğəti liderliyi belə müəyyənləşdirir : “ komanda

və qrupun rəhbəri (ləri)” . Lakin əsil liderlik bundan daha artıq mənaya

malikdir. Lider təşkilatın icraçı

direktoru və ya gizli müvəffəqiyyətə nail olmaq üçün

komandasına rəhbərlik edən bir illik işçi də ola bilər. Dəfələrlə güclü

liderlər sadəcə olaraq ruhlandırma, inandırma və şəxsi əlaqələr

vasitəsilə rəhbərlik etdikləri halda, lider rəsmi güc və səlahiyyətdən də istifadə edə bilər.

{ Beləliklə liderlik nədir? Mükəmməl olan tərif belədir:

“Liderlik əks təqdirdə müvəffəq olunmayacaq nəticəni qəsdən əldə etmək

üçün digərlərinə rəhbərlik etmək sənətidir.”

Sadəcə nəticələrin əldə edilməsilə yaxşı lider olunmur. Yaxşı liderlər zəhmət tələb edən nəticələrə qəsdən başqalarının köməyindən

faydalanaraq nail olurlar. Onlar tək başına uğursuz şirkətləri şanslı

təşkilata çevirə bilirlər. Onlar kampaniyanın inkişafını dəyişə bilərlər. Yaxşı

liderlik ümumi nailiyyət üçün ən əsas vasitədir.}(Bu bəndə ki 6.7 xəttin yerinə

mütərcimin adından sonra gələn yazının oxumağın tüvsiyə edirəm, Mir Cəfər)

Yaxşı liderin səciyyəvi xüsusiyyətləri:

Yaxşı lider necə olur? Aşağıda onların bəzi çox vacib səciyyəvi xüsusiyyətləri göstərilmişdir:

Özünü tanıma.

Siz daxili emosional vəziyyətiniz barədə gizli biliyə maliksiniz. Siz güclü və

zəif tərəflərinizi bilirsiniz. Siz nə zaman axarında işlədiyinizi və nə zaman

işlə həddən artıq yükləndiyinizi bilirsiniz. Maksimum potensiala çatmağınıza təkan verəcək imkanlarınız və çatışmazlıqlarınız da daxil

olaraq özünüzü tanıyırsınız.

Page 6: Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləriLiderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən daha çox şey kəsb edir.İnsanda aşağıda

Özünü idarəetmə.

Siz güclü və effektiv yolla özünüzü idarə edə bilərsiniz. Siz məqsədə necə nail olmaq, tapşırıqları necə formalaşdırmaq və ləngimələri necə aradan

götürmək lazım olduğunu bilirsiniz. Siz layihələr üçün necə enerji yaratmaq və qəzəbləndiyiniz zaman özünüzü necə sakitləşdirməyi

bilirsiniz. Siz lazım olduğunda tez qərar verə , lakin masa arxasında bütün seçimləri tələsmədən müzakirə edə bilirsiniz.

Görmə.

Siz özünüzdən daha böyük olan hədəfə doğru çalışırsınız. Bu komandanın

uğuru kimi kiçik, lakin dünya sülhünə nail olmaq kimi böyük görmə ola bilər. Gələcəyə istiqamətlənərək çalışmaq şəxsi maraqlar uğrunda

çalışmaqdan daha ruhlandırıcıdır.

Motivasiya etmək bacarığı.

Liderlər insanlara nəyi etməli olduqlarını deyərək rəhbərlik etməməlidirlər.

Əvəzində liderlər insanların onlara kömək etməyi istəmələrinə səbəb olmalıdırlar. Bunun əsas hissəsi başqalarına yardım etmək üçün şəxsi

istəklərinizi təkmilləşdirməkdir. Başqaları sizin onlara kömək etmək istədiyinizi düşündükdə onlar da öz növbəsində sizə yardım edəcəklər.

Sosial şəbəkələri və buradakı əsas təsirediciləri başa düşmək

liderliyin digər əsas hissəsidir. Kim təşkilatda rəsmi və qeyri-rəsmi olaraq ən böyük gücə malikdir? Kim qrupun ürəyi funksiyasını

daşıyır?

Bunlar yaxşı liderin ən vacib səciyyəvi xüsusiyyətləridir.

Emosional zəka və liderlik.

Bu səciyyəvi cəhətlərin çoxu emosional zəka ilə birbaşa bağlıdır. Yüksək emosional zəkaya malik liderlər təbii olaraq, daha çox özlərindən agah

olurlar. Onlar zehni proseslərini dərk edir və özlərini necə idarə etməli olduqlarını bilirlər. Onlar həvəsində olduqları ilə daha çox təmasda olurlar.

Onlar, şübhəsiz, başqalarının qayğısına daha çox qalırlar və əvəzində

daha çox şəfqət alırlar. Onlar daha sosialdırlar.

Qaynaq: http://allmag.az/ Tərcümə etdi: Tamara Mustafayeva

Page 7: Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləriLiderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən daha çox şey kəsb edir.İnsanda aşağıda

Yaxşı bir lider olmaq istəyirsənsə, bunun üçün ilk növbədə istək və iradən

olmalıdır və sən həqiqətdə, kim olduğunu, nə bildiyini və nəyi bacara biləcəyini dürüst bir şəkildə qəbul etməlisən. Bunu da qeyd etməliyik ki,

liderin nə dərəcədə müvəffəqiyyətli olub-olmadığını liderin özü və ya digər

şəxslər yox, məhz onun rəhbərlik etdiyi qrupda (qurum, təşkilat) işləyən komanda yoldaşları daha dəqiq qiymətləndirir. Əgər komanda

yoldaşları öz liderlərinə inanmazlarsa, bu zaman onlar tezliklə həvəsdən düşəcəklər. Əgər lider kimi uğur qazanmaq istəyirsənsə, bu halda sən

özündən daha yüksək vəzifədə çaışan müdir və ya rəisləri deyil, öz komanda yoldaşlarını inadırmalısan ki, səninlə həqiqətən də, tərəfdaş

olmağa dəyər.

Bəs insanları liderin arxasınca getməyə təhrik edən səbəblər nədir?

Hər şeydən əvvəl bunu qeyd etməliyik ki, insanlar yalnız hörmət etdikləri şəxslər tərəfindən idarə olunmaq istəyirlər. Hörmət qazanmaq

üçün lider daim etik normalara riayət etməlidir.

Yaxşı liderin əsas xüsusiyyətlərinə dürüst xarakterə sahib olma və hər hansı bir məqsəd uğrunda fədakarcasına mübarizə aparmaq da daxildir.

İşçilərinin gözündə, sənin liderlik qabiliyyətin onların öz rifah halından , təşkilatın məqsədlərinə qədər təsir edən hər şeyi özündə birləşdirir.

Böyük və ya kiçik- demək olar ki, bütün təşkilatlarda müdirlər

kommunikasiyanın aşağı səviyyədə olmasından şikayət edirlər. Liderlik barədə danışarkən, burada kommunikasiya dedikdə həm işlə bağlı

məlumatların ötürülməsi, həm də işçilər arasında ünsiyyətin qurulması başa düşülür. Bunu mütləq nəzərə almaq lazımdır ki, sizin işçilərinizlə olan

ünsiyyətiniz əlaqələri ya daha da inkişaf etdirəcək ya da onlara xələl gətirəcəkdir.

Lider həmçinin fasilitator rolundan da çıxış etməli, yəni məqsədə çatmaq

yolunda komandanı lazım olan dəstəklə təmin etmək. Bu dəstək bəzən sadəcə olaraq həvəsləndirici bir neçə söz , bəzən də tapşırığın yerinə

yetirilməsi üçün lazım olan təchizatdan ibarət ola bilər. Komanda üzvlərini dinləməklə lider məqsədə çatmağa mane olan çətinliklərdən xəbərdar ola

və müvafiq çıxış yolu tapa bilər.

Page 8: Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləriLiderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən daha çox şey kəsb edir.İnsanda aşağıda

Komanda liderləri arasında rast gəlinən ən ümumi səhvlərdən biri də

onların hər şeyi təkbaşına etməyə çalışmalarıdır. Yaxşı liderlər komanda üzvlərinə müəyyən işləri həvalə edərək məqsədə nail olmaq üçün onları

həvəsləndirirlər. Bununla onlar həmçinin öz komanda üzvlərinin zəif və

güclü xüsusiyyətlərini müəyyənləşdirə bilirlər.

Liderin yumor hissinə malik olması olduqca müsbət bir haldır. Darıxdırıcı,

xüsusilə də, gərgin vaxtlarda yumor münaqişələri aradan qaldırmaqda əvəzsiz rol oynayır. Əsl liderlər öz komanda yoldaşlarının əhvalını

yüksəltmək üçün yumordan necə istifadə etməyi çox yaxşı bilirlər.

Son olaraq, ununtmamalıyıq ki, hər bir şəxs özündə liderliyə xas olan xüsusiyyətləri formalaşdıra bilər. (başa qayıt)

Qaynaq: http://allmag.az/

Yazar ya tərcümə etən: ??

5

Page 9: Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləriLiderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən daha çox şey kəsb edir.İnsanda aşağıda

BBöyük liderlər necə inam qazanırlar?

Liderlər üçün ən vacib

məsələlərdən biri öz ardıcıllarının inamını

qazanmaqdır. Aşağıda bir lideri etibarlı edən

beş yol göstərilib.

1. Onlar qarşılıqlı hörmət əsasında

hərəkət edirlər İnam qazanmağın

yollarından biri hörmət etməkdən keçir. Sizə

bir fərd kimi hörmət etməyi bacaran, bacarıqlarınızdan əmin olan və etik davranış nümayiş edən lider böyük ehtimalla ən çox etibar olunan lider

olacaqdır.

2. Onlar sizə həqiqətən qayğıyla yanaşdıqlarını hiss etdirirlər

İş həyatınızdan əlavə sizin şəxsi həyatınız və vəziyyətinizlə həqiqətən maraqlanan bir lider, əlbəttə ki, sizin inamınızı qazanacaq. Belə lider sizə

hiss etdirəcək ki, siz onun ən dəyərli işçisisiniz. O, tez – tez başqalarının yanında sizin nə qədər yaxşı işlər gördüyünüzü deyir. Onun etibarlılığı sizə

və ailənizə, məqsəd və nailiyyətlərinizə, rəy və təkliflərinizə qayğıyla yanaşmasındadır. O sizi diqqətlə dinləyir.

3. Onlar müvəffəqiyyət qazanmağa aparan səbəblərə diqqət

edirlər Bir lider səbəblərə möhkəm şəkildə diqqətini topladıqda bu onun

hərəkətlərindən görünür. Onun əsas məqsədləri , missiya və dəyərləri , düşüncələri və inamları səbəblərə və onları müvəffəqiyyətə çevirməyə

yönəlir.

4. Onlar düzgün seçimlər edirlər

Etibarlı lider hər zaman düzgün seçimlər etmək niyyətində olur. Əsas məqsəd səbəbi müdafiə etmək olduğuna görə o, tamahkar və eqoist

davranış göstərmir. O, həmişə öz seçimləri barədə ardıcıllarını məlumatlandırır və seçimlərinin arxasında duran məntiqi izah edir. Belə

açıq – aşkar davranış ona başqalarının inamını qazanmağa kömək edir. O öz dəyərlərini irəli çəkir və onları nəyin dəstəklədiyini izah edir.

5. Onlar səhv etdikdə üzr istəməyi bacarır

Səhvini başa düşmək və qəbul etmək bir lideri öz ardıcıllarının gözündə daha da yüksəldir. Lider səhv etdikdə insanlar ondan üzrlə bərabər

açıqlama da gözləyirlər. Ardıcılları nə baş verdiyi haqda daimi şəkildə

Page 10: Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləriLiderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən daha çox şey kəsb edir.İnsanda aşağıda

məlumatlandırmaq, nələrdə səhv edildiyini izah etmək və üzr istəmək

liderə, müəyyən səhvlər edilməsinə baxmayaraq, həmişə irəliyə baxaraq onları aradan qaldırmağın yollarını düşünməyin daha vacib

olduğunu anlamağa kömək edir. (başa qayıt)

T Qaynaq: http://allmag.az/

əTrcümə etdi : Nərgiz İsmayılova

Page 11: Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləriLiderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən daha çox şey kəsb edir.İnsanda aşağıda

Liderlik deyirsiniz amma nədir liderlik xüsusiyyətləri? Lider

idarəçilər

Lider idarəçilər aşağıdakı xüsusiyyətlərə sahibdirlər:

1) Vizion sahibi olmaq

Bir liderin ən əhəmiyyətli xüsusiyyəti vizion sahibi olmasıdır. Bu xüsusiyyət onu digər insanlardan fərqli edər. Lider gələcəyi görər, gələcəkdə ola

biləcək mənfiliklərə və ya imkanlara qarşı strategiya inkişaf etdirər. Bununla da kifayətlənməyib, planlarını həyata keçirər və müvəffəqiyyətli

olar.

2) Çox işləmək

Gerçək bir liderin tənbəl olma ehtimalı düşünülə bilməz. Zəka bir liderdeki ən əhəmiyyətli xüsusiyyətlərdən biridir. Ancaq təkbaşına bu kifayət etməz.

Liderin bu zəkanı istifadə etməsi lazımdır. Bunun üçün də çalışqanlıq bir liderin ən əsas xüsusiyyətlərindəndir.

3) Ağıllı işçilərlə çalışmaq

Lider idarəçi komanda işinə inanar. Ətrafındakı partnyorlarını buna görə

təyin edər. Əslində meydana gətirdiyi komanda onun rəhbərlik bacarığını də ortaya qoyar. Çünki lider eyni zamanda istiqamətləndirən və kütlələri

arxasınca aparmağı bacaran adamdır.

4) İşçilərə hissə vermək

Dünyada dəyişməyən ən fundamental lider, rəhbərlik qaydası, şübhəsiz, yanınızda işlətdiyiniz kəslərə işlərini öz işləri kimi mənimsətməkdir. Bunu

iki yolla edərsiniz. İlk üsul işçilərə həqiqi mənada şirkətdən hissə

Page 12: Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləriLiderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən daha çox şey kəsb edir.İnsanda aşağıda

verməkdir. Beləcə sizinlə çalışan, həqiqətən qabiliyyətli və ağıllı işçiləriniz

başqa bir firmaya keçməyi düşünməz və şirkətinizin gəlir nisbəti daha çox artar. Ağıllı və qabiliyyətli bir işçi itirməyi heç bir ağıllı idarəçi istəməz.

5) İşçilərə dəyər vermək

Yuxarıda bəhs etdiyimiz ikinci dəyişməyən lider, rəhbərlik qaydası,

şübhəsiz ki, yanınızda işlətdiyiniz, həqiqətən qabiliyyətli insanları itirməməkdir. Hər işçi dəyişimi əslində şirkəti ciddi zərərə uğradır. Hər yeni

gələn işçi orientasiya və təlim müddətində firmanın zaman və pul

itirməsinə səbəb olur.

6) Bazarın inkişafını təqib etmək

Lider hər zaman özünü inkişaf etdirməyi, səhvlərini görüb tədbirlər almağı

bacara bilməlidir. Hansı sektorda və ya hansı nöqtədə olursa olsun, bu

mövzuda bazar inkişafını təqib etməyən şirkət və ya idarəçilər yox olmağa məhkumdurlar.

7) Bazarın inkişafını təqib etməklə qalmayıb, bazarı şəkilləndirmək

Lider şirkət və ya lider idarəçilərin dəyişməyən ən fundamental qaydası

,şübhəsiz ki, qayda qoya bilmələridir. Lider qayda qoyar, ətrafı tətbiq edər. Çünki lider şirkət və ya idarəçi bazar və ya qrupunun tələblərini

əvvəlcədən nəzərə alaraq sistemin və ya bazar inkişafının uygunluğuna görə qaydaları qoymalı və tətbiq etməlidir.

8) Fokuslanma

Dünyada şirkətlərin müvəffəqiyyət nisbətləri araşdırıldığında əldə edilən

məlumatlar müəyyən bir mövzuda mütəxəssisləşmiş və özünü inkişaf etdirmiş firmaların gəlirinin daha da artdığını və risk nisbətini salaraq

bazar dəyərinin yüksəldiyini göstərir.

9) Təvazökar bir həyat sürmək

Ağıllı bir idarəçi qazandığının dəyərini bilir, buna görə xərclərini planlayır. Çünki pul qazanmaq zaman və enerji tələb edir. 'Time is money', yəni

zaman puldur. Bu səbəbdən ağıllı bir şirkət və idarəçi zaman istifadəsinə diqqət edər, zamanı investisiyaya çevirmə üsullarını tapar. Bütün bu səyin

sonunda həyatını və xərclərini ona görə planlayar.

Page 13: Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləriLiderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən daha çox şey kəsb edir.İnsanda aşağıda

10) Hədəfə kilidlənmə

Lider idarəçi hədəf müəyyən edir, bu hədəfə kilidlənir və nə olursa olsun, ona çatmağı bilir. Lider hədəf müəyyən etməli və bu hədəfə çatmaq üçün

strategiyalar inkişaf etdirməlidir.

Bill Gates bir lider idarəçi olaraq hədəfinə fokuslanmağı və bunun nəticəsində də o hədəfi reallaşdırmağı bacara bilmişdir. Çox kiçik yaşda bir

hədəf təyin etmiş və bu hədəfinə çatmaq üçün nə lazımdırsa etmişdir. Hədəfə kilidlənməyi bacara bilmişdir.

11) Adamları tanıma

Liderin ən əhəmiyyətli xüsusiyyəti kütlələri öz arxasınca apara bilməsidir.

Bunu edə bilmək asan bir üstünlük deyil. Bunu edə bilmək üçün qrupunuzda inam yaratmalı və idarə edə bilməlisiniz. Bunun üçün nəyi və

kimi idarə etdiyinizini yaxşı bilməlisiniz.

Yuxarıda bir neçə maddəylə yekunlaşdırdığımız liderlik xüsusiyyətlərini

,əlbəttə ,bu qədərlə məhdudlaşdıra bilmərik . Bu sahədə ciddi analiz və işlər davam edir. Ancaq bilinməsi lazım olan ən təməl həqiqət ,şübhəsiz,

bu insanların özlərinə olan inanclarıdır. Yəni, bir işi bacaracaqlarına əvvəl özlərini ,sonra da qruplarını inandırmalıdırlar ... (başa qayıt)

Qaynaq: http://allmag.az/

Tərcümə etdi: Şəbnəm Cavadlı

Page 14: Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləriLiderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən daha çox şey kəsb edir.İnsanda aşağıda

Yaxşı lider olmağın 12 qızıl qaydası

Vəzifəniz nə olursa olsun, liderlik

xüsusiyyətləriniz karyeranızda böyük əhəmiyyət daşıyır. Ağıllı şirkətlər və

işçilər, iş həyatında müvəffəqiyyətli qala bilmək üçün liderlik

xüsusiyyətlərini inkişaf etdirmənin nə

qədər əhəmiyyətli olduğunu dərk edirlər.

Yenilikçi olun. Yeniliklərə qarşı çıxsanız, iş həyatınızda müvəffəqiyyətli ola bilməzsiniz. Məsələn,yeni bir

proyektə könüllü redaktor olun və dəyişmə üçün digər iş yoldaşlarınıza

nümunə olun.

Duyğularınıza nəzarət edin. Ən yaxşı idarəçilər belə bəzən şəxsi

problemlər yaşaya bilər. Bu kimi vəziyyətlərdə gerçək liderlər problemi öz içlərində həll etməyə, xüsusilə iş yerində bunu digər insanlara əks

etdirməməyə çalışırlar. Əhəmiyyətli olan hamımızın zaman-zaman

problemlər yaşaya biləcəyini qəbul etmək və bunu ən yaxşı şəkildə idarə edə bilməkdir.

Müsbət davranın. Başqalarına qarşı yalnız nəsə istədiyiniz zaman yaxşı davranmayın. Yaxşı davranmaq üçün yaxşı davranın və həyatınızın necə

asanlaşdığını, işlərin necə sürətlə irəlilədiyini görün. Əks təqdirdə insanlar

süni davrandığınızı anlayacaqlar.

Qiymətləndirin. İnsanların ən əhəmiyyətli ehtiyaclarından biri

dəyərləndirilməkdir. Liderlik etdiyiniz insanlar da komandanıza etdikləri xeyirin dərk edilməsinə və qiymətləndirilməsə layiqdir. Onlara tez-tez

təşəkkür etsəniz, müvəffəqiyyətlərini gördüyünüzü və komanda üçün

əhəmiyyətli olduqlarını anlayacaqlar.

Həyəcan keçicidir. Həyəcan və ehtiras yoluxucudur. İşinizə qarşı nə

qədər həyəcan hiss etsəniz,ətrafınızdakılar da bundan təsirlənib həyəcanınıza ortaq olacaqlar.

Page 15: Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləriLiderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən daha çox şey kəsb edir.İnsanda aşağıda

Güvənin. Yaxşı bir lider işçilərinə güvənər və cavabdehlik verər. İşin hər

mərhələsində onlara nəzarət etməyi dayandırın, işin idarəsini onlara verin və nəticələri qiymətləndirin. Bu davranışınız və güvəniniz qarşısında

işçilərin daha yaxşı bir performans göstərdiklərinə şahid olacaqsınız.

İşçiləri təəccübləndirin. İşçiləri hərəkətə keçirmək üçün onlara əhəmiyyət vermək və etdikləri iş üçün təqdir etməniz kafi deyil. Onlara

gözlənilməz sürprizlər edərək enerjilərini artırın. Yaxşı bir lider gözlənilməz sürprizlər edərək işçilərini motivasiya etməyi və enerjisini artırmağı

bilməlidir.

Kiçik hadisələrin gününüzü məhv etməsinə icazə verməyin. Tıxacda yaşadığınız gərginliyin, kiçik müzakirələrin əhvalınızı pozmasına, gününüzü

məhv etməsinə icazə verməyin. Unutmayın, yaxşı bir lider duyğularını nəzarət altında tutmağı bacarır.

Çətin yollar zirvəyə çatdırar. Zirvəyə gedən yollar ümumiyyətlə

çətinliklərlə doludur. Yeni mübarizələrlə və təcrübələrlə dolu olan bu çətin yollar sizə yeni şeylər öyrənmək, inkişaf və təcrübə sahənizi genişlətmək

imkanı verir.

Düşmənlərinizi tərəfdaşınız edin. Sizi əhəmiyyətli mövzulardan

uzaqlaşdıracaq, yolunuzu kəsəcək potensial düşmənlərinizi öz tərəfinizə

çəkmək üçün problemin qaynağını tapın. Problemin sürətlə böyüyüb pisləşməsini istəmirsinizsə, vəziyyəti anladığınız anda hərəkətə keçməli və

problemi həll etmək üçün addım atmalısınız.

İşçilərinizə qarşı dürüst olun. İşçilərinizlə şirkətin gizli məlumatları

xaricində, gördüyünüz iş ,şirkətin vəziyyəti və hədəfləriylə əlaqədar

mümkün olduqca çox məlumat paylaşmağa çalışın. Onlara qarşı dürüst olsanız, çətin zamanlarda belə yanınızda olub işlərin yoluna girməsi üçün

səy göstərərlər. Bu, insanların içindəki müsbət enerjini ortaya çıxarmanıza köməkçi olacaq.

Page 16: Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləriLiderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən daha çox şey kəsb edir.İnsanda aşağıda

Müvəffəqiyyəti qeyd edin. Sizin üçün həqiqətən əhəmiyyətli olan bir

mövzuda müvəffəqiyyət əldə etdinizsə, bunu qeyd etməyi unutmayın. Uğuru ailə və dostlarla qeyd etmək sizi gücləndirəcək, yeni mübarizələr və

uğurlar üçün həvəsləndirəcək. (başa qayıt)

Qaynaq: http://allmag.az/

Tərcümə etdi: Nərgiz Cəlilova

Page 17: Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləriLiderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən daha çox şey kəsb edir.İnsanda aşağıda

Təşkilat və şirkətlərdə zamanın idarə olunması.

Son illərdə, xüsusilə böyüyən

firmalarda zamanın idarəsi anlayışı ön plana çıxır. Biznes sahibləri zamanın

idarə olunmasının əhəmiyyətini daha yaxşı anlayır. Zaman anlayışı hər kəs

üçün eyni mənanı daşıyır. Il 365 gün, həftə 7 gün, gün 24 saat, saat 60

dəqiqə, dəqiqə 60 saniyə. Bu səbəbdən zamanı çoxaltmaq, saxlamaq, geri

almaq mümkün deyil. O halda əhəmiyyətli olan zamanı ən yaxşı və

ən məhsuldar şəkildə necə istifadə etməkdir.

Müəssisələrdə gördüyümüz ən diqqətə çarpan zaman itkisi, plansızlıqdan qaynaqlanır. Ediləcək işlərin, danışıqların, yazışmaların, yığıncaqların

təşkilinin plansızca, naməlumluqlar içində edilməsi zaman itkisini meydana gətirir. Həlli çox da çətin olmayan plansızlıq problemini ortadan qaldırmaq

çətin deyil. Böyük firmalarda müəssisə rəhbərlərinin plan və proqramını ümumiyyətlə köməkçiləri edir və istiqamətləndirir. Digər kiçik və orta

miqyaslı təşkilatlarda idarəçilər planlarını və proqramlarını özləri etmək

məcburiyyətindədirlər.

Problemləri vaxtında, effektiv və dəqiq bir şəkildə həll edə bilməyən, özünü problemin həllində, alacağı qərarda kafi görməyən idarəçilər bu cür

problemləri təxirə salaraq zamanlarının çoxunu boşa xərcləyir. İdarəçilər üçün ən əhəmiyyətli zaman itkilərindən biri də şirkət sahiblərinin

səlahiyyətlərini təhvil vermək istəməmələri səbəbiylə yaranan zaman itkisidir.

İnkişaf edən cəmiyyətlərdə işçilərin tələbləri hər keçən gün artır. Rəhbərlik işçilərin istək və tələblərinə müsbət ya da mənfi cavab verə bilməlidir.

Məşğulam, işim var, edə bilmərəm kimi anlayışları bir çox şeyi nəzərə alaraq deyə bilməlidirlər.

Rəhbərlik və şirkət sahibləri zamanlarının çoxunu telefon danışıqları,

yazışmalarla keçirir. Burada katibəyə əhəmiyyətli vəzifələr düşməkdədir. Telefon əlaqələrini səlahiyyətli şəxslərə istiqamətləndirmək onların

vəzifəsidir. Hər əlaqəni ümumi direktora ötürən katibə şirkətin məhsuldarlığını yarıya salar.

Page 18: Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləriLiderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən daha çox şey kəsb edir.İnsanda aşağıda

Əldə etdiyimiz təcrübələrdən öyrəndiyimiz və tövsiyə edəcəyimiz budur ki,

Pareto analizini hər işinizdə tətbiq edin. Problemləri əhəmiyyət sırasına görə sıralandırın və həll etməyə ən əhəmiyyətlilərdən başlayın.

Hər işi özünüz etməyə çalışmayın, zaman ən bahalı gerçəkdir. Vaxtı boşa

xərcləməyin.

Çox çalışaraq zamanı yaxşı istifadə edə bilməzsiniz. Çox çalışmaq sizi ailənizdən, ətrafınızdan və bir çox faktdan uzaqlaşdırar. Bəlkə də

sağlamlığınızdan olacaqsınız. Unutmayın ki, əhəmiyyətli olan çox işləmək deyil, zamanı məhsuldar istifadə etməkdir.

Vaxtı istifadə etmənin ən əhəmiyyətli açarlarından biri də texnoloji infrastrukturun kafi olmasıdır. Günümüz dünyası yenilik edə bilməyən və

yeniliklərə ayaq uydura bilməyənlərin silinəcəyi bir dünyadır. Buna görə də texnologiyanı sonuna qədər istifadə etmək lazımdır. Məsələn, işə giriş-

çıxışın barmaq izi oxucuları ilə edilməsi nəzarəti azaldacaq və zaman itkisini önləyəcək. (başa qayıt)

Qaynaq: http://allmag.az/

Tərcümə etdi: Nərgiz Cəlilova

Page 19: Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləriLiderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən daha çox şey kəsb edir.İnsanda aşağıda

Liderlik üslubları

Menecer və lider bəzən sinonim kimi

işlədilməsinə baxmayaraq tamamilə fərqli anlayışlardır. Menecerlər

komanda üzvlərinin işdə uğur qazanmasını asanlaşdırmaq vəzifəsi

daşıyırlar. Onlar işçilərinin məhsuldar və müvəffəqiyyətli işləməsi üçün lazım

olan hər şeyin təmin edilməsi öhdəliyi daşıyırlar. Menecerlər yaxşı təlim

görmüş, pozitiv və müəyyən təcrübəyə malik şəxslər olmalıdır.

Lider isə komandada xüsusi istedadı olan hər hansı bir şəxsdir. Stereotiplərdən kənar düşünə bilən, ideyaları olan və biznes və ya

layihənin müəyyən sahələrində menecer və komanda üçün faydalı ola biləcək təcrübələrə sahib olan şəxs olmalıdır. Lider titullarına görə deyil,

güclü tərəflərinə görə seçilməlidir.

Yaxşı menecerlər işin növbəti mərhələlərinə doğru getdikcə müxtəlif

liderlərin ortaya çıxmasına və komanda üzvlərini (eləcə də özlərini) həvəsləndirməsinə imkan yaratmalıdırlar.

Müxtəlif çətinlik və yeniliklərlə üzləşdikdə siz daha sonra nə baş verəcəyini bilmədiyiniz naməlum bir yola çıxmış kimi hiss edirsiniz. Heç kəsdən bütün

sualların cavabını bilməsini və ya tituluna uyğun olaraq komandanı “dəmir yumruq”la idarə etməsini gözləmək olmaz. Bu, sadəcə olaraq heç

alınmayacaq da. Bəzən layihədə ardı-arası kəsilməyən maneələr və ya

imkanlar üzə çıxır və onları yalnız bütün kollektiv ürəyini, ağlını və bacarıqlarını işə qoyarsa, həll etmək mümkün ola bilər.

Tədqiqatlar göstərir ki, menecerin liderlik üslubu şirkətin uğurunun 30%-ni

təmin edir. Bu, olduqca yüksək rəqəmdir. Qoleman tədqiqat apararaq altı

liderlik üslubu, eləcə də hər bir üslubun korporativ mühitdəki effektlərinin qısa təhlilini həyata keçirmişdir:

Page 20: Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləriLiderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən daha çox şey kəsb edir.İnsanda aşağıda

1.“Yolgöstərən” lider mükəmməllik tələb edir və özünü nümunə hesab

edir. Bu üslubu bir cümlə ilə ifadə etməli olsaq, belə deyə bilərik: “Mən necə edirəmsə, elə et dərhal”. Komanda yüksək motivasiyalı və bacarıqlı

olduqda və lider sürətli nəticə əldə etmək istədikdə bu üslub işə yarayır.

Lakin geniş miqyasda tətbiq edilərsə, bu üslub komanda üzvlərini bezdirə və yenilik meyllərini məhv edə bilər

2.Avtoritet lider komandanı ümumi məqsəd ətrafında səfərbər edir,

diqqəti son məqsədə yönəldərək vasitə seçimini hər bir fərdin öz öhdəsinə buraxır. Bu üslubu bir cümlə ilə ifadə etməli olsaq, belə deyə bilərik:

“Mənimlə gəl”. Bu üslub o zaman səmərəli olur ki, vəziyyət dəyişdiyi üçün komandanın yeni bir məqsədə ehtiyacı vardır və ya aşkar rəhbərliyə

ehtiyac duyulmur. Avtoritet lider missiya naminə sahibkarlıq ruhu və şövq oyadır. Lakin əgər lider ondan daha çox bilən mütəxəssislər qrupu ilə

işləyirsə, bu üslub o qədər də səmərəli olmaya bilər.

3.Əlaqələndirici lider təşkilata birlik və aidlik hissi gətirən, emosional

əlaqələr yaratmaq istəyən liderdir. Bu üslubu bir cümlə ilə ifadə etməli olsaq, belə deyə bilərik: “İnsan daha əsasdır”. Əlaqələndirici üslub stressli

vaxtlarda, komanda üzvlərini hər hansı bir travmadan xilas etmək lazım olduqda və ya komandada inam və etimadı bərpa etmək lazım olduqda

faydalıdır. Bu üslub ayrıca üslub kimi istifadə edilməməlidir, çünki sadəcə tərif və qayğıya əsaslanmaq performans səviyyəsinin enməsinə və

istiqamətlənmənin zəifləməsinə səbəb ola bilər.

4.Təlimatlandırıcı lider insanları gələcəyə hazırlayır. Bu üslubu bir cümlə

ilə ifadə etməli olsaq, belə deyə bilərik: “Bunu sınaqdan keçir”. Bu üslub o zaman işə yarayır ki, lider komanda üzvlərinə onların daha müvəffəqiyyətli

olmasına kömək edə biləcək daimi fərdi keyfiyyətlər aşılamaq istəsin. Komanda üzvləri mühafizəkar olduqda, dəyişmək və öyrənməyə meylli

olmadıqda və ya liderdə müvafiq keyfiyyətlər çatışmadıqda bu üslub səmərəsiz olur.

5.Tələbkar lider dərhal deyilənlərə tabe olmağı tələb edir. Bu üslubu bir cümlə ilə ifadə etməli olsaq, belə deyə bilərik: “Nə deyirəmsə, onu da elə”.

Bu üslub böhran zamanı və ya tufan və ya yanğın kimi fövqəladə vəziyyətlərlə səmərəli ola bilər. Problem yaradan komanda üzvlərinə

nəzarət məqsədilə də bu üslubdan istifadə etmək mümkündür. Lakin heç də həmişə bu üsluba yol vermək olmaz, çünki insanları bir-birinə

yadlaşdırır və elastiklik və yaradıcılıq hisslərini öldürür.

6.Demokratik lider bütün üzvlərin iştirakı yolu ilə qarşılıqlı anlaşmanı təmin edir. Bu üslubu bir cümlə ilə ifadə etməli olsaq, belə deyə bilərik:

“Sən necə düşünürsən?” Lider komanda üzvlərinin öz qərarları, plan və

məqsədlərinin olmasını və onlar üçün məsuliyyət daşımasını istədikdə və ya yeni və maraqlı ideyalara ehtiyacı olduqda bu üslubdan istifadə edə

bilər. Lakin fövqəladə vəziyyətlərdə, hər hansı digər səbəbdən vaxt amili

Page 21: Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləriLiderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən daha çox şey kəsb edir.İnsanda aşağıda

olduqca mühüm olduqda və ya üzvlər təkliflər irəli sürəcək qədər

məlumatlı olmadıqda bu üslubdan istifadə etmək səmərəli deyildir.

(başa qayıt)

Qaynaq: http://allmag.az/

Tərcümə etdi: Cavadova Gülnaz

Page 22: Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləriLiderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən daha çox şey kəsb edir.İnsanda aşağıda

Liderliyin 17 qaydası

1. Qarşınıza məqsədlər qoyun. Hər

bir şeydə.

2. Hadisələrə doğru gedin, onların sizi tapmasını gözləməyin.

3. Yumor ilə yaşayın. Öyrənməyin mümkün olmadığı bir şeyin üzərində

sadəcə gülün.

4. Təcrübələr aparın. Öz üzərinizdə, sizi əhatə edən insanların üzərində, taleyiniz üzərində. Uğursuzluqlar unudulacaq, zəfərlər isə tarixə düşəcək.

5. İnsanlara ümumi ideya və nailiyyətlərinə görə haqq etdikləri mükafatı verin. Başqalarından öndə getmək, sadəcə olaraq liderliyinizin bir

hissəsidir. Bəzən siz onlarla bərabər getməlisiniz.

6. Optimist olun. Hər zaman özünüzə: “Bəlkə alındı?” sualını verin.

7. Öz qaydalarınızı düşünüb onlara uyğun yaşayın. Oyunda qalib gələn ən

yaxşı oyunçu deyil, qaydaları yaradan oyunçudur.

8. Özünüzə və arxanızca gələn insanlara güvənin.

9. İnsanları sevin. İnsanların yarısı sizin bu hərəkətinizi qarşılıqsız

qoyacaq, o biri yarısı isə sizə onlara verdiyinizdən üç dəfə daha artığını qaytaracaq.

10.Özünüzə: “Daha artığını necə öyrənə bilərəm?” sualını verin. Sabah bu

gündən yalnızca bir şərtlə daha yaxşı ola bilər- əgər siz sabah bugünə nisbətən daha yaxşı ola bilsəniz. Və ya daha dəqiq: Siz inkişaf etmirsinizsə

geridə qalmağa başlayırsınız.

11. İstedadlarınızı bilin və həyatınızı onların ətrafında qurun. Başqalarına

öz istedadlarını üzə çıxarmağa yardımçı olun.

12. İşin bir hissəsini başqalarına güvənərək həvalə edin, bölüşün. Bütün işi öz üzərinizə götürməyiniz bütün pulları özünüzə götürməyinizdən daha

böyük günahdır.

13. Gününüzü planlaşdırın. Lider gününü özü üçün özü planlaşdırır. Başqa

insanlar üçün planları liderlər qurur.

Page 23: Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləriLiderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən daha çox şey kəsb edir.İnsanda aşağıda

14. İki dəfə bir bilik üçün ödəməyin. Başqasının bütün həyatını sərf edərək

cavabını tapmış bir sualın cavabına bütün həyatınızı sərf etməyin. Başqa insanların ideyalarını satın alın. Simic hər zaman iki dəfə ödəmir. Ən

dəhşətli halda, simic ödənişi bir dəfə edir və sonrakı ödəməni mənasız

xərclənən həyatı ilə ödəyir.

15. Liderlər qlobusa növbə ilə adi gözlə və mikroskopla baxmağı bacarırlar. Onlar böyük miqyasda düşünür, amma əsas anları nəzərdən

keçirəndə detallara qədər açıqlamağı da bacarırlar.

16. Liderlər qərarları düzgün qəbul edirlər. Adi insanların on qərar qəbul

edə biləcəyi yerdə, lider bir qərar qəbul edir və öz qərarında əmin olur. Deyirlər ki, liderlər gələcəyi görür. Amma bu tam düzgün deyil. Onlar

gələcəyi görmür, onlar onu yaradır və nə etdiklərini dəqiq bilirlər.

17. Həyatı daha yaxşı etməyə çalışın. (başa qayıt)

Qaynaq: http://allmag.az/

Yazar ya tərcümə edən: ??

Page 24: Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləriLiderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən daha çox şey kəsb edir.İnsanda aşağıda

Boss və lider arasındakı fərqlər.

Çox vaxt müasir cəmiyyət boss və lider anlayışlarını müəyyənləşdirməkdə

səhvə yol verir. Əslində onlar tamamilə ayrı-ayrı şəxslərdir.

1. Boss yalnız ağ və qaranı görür, lider isə bozu da qəbul edir.

2. Boss deməyi xoşlayır, lider isə öyrətməyi üstün tutur.

3. Boss detallara qapılır, lider isə böyük şəkili təhlil edir.

4. Boss qorxu ilə idarə edir, lider isə inamla ruhlandırır.

5. Boss böyük kibir nümayiş etdirir, lider is təvazökarlıq göstərir.

6. Boss danışmağı xoşlayır, lider isə dinləməyə üstünlük verir.

7. Boss ümumi şəkildə “nə” deyir, lider həmçinin “nə üçün?”-ü

izah edir.

8. Boss ilk olaraq mənfəət haqqında düşünür, lider isə birinci növbədə insanları düşünür.

9. Boss tənqid edir, lider isə yol göstərir.

10. Boss sonu düşünür, lider məqsədlər üçün çalışır.

11. Boss diktə etməyi sevir, lider isə əməkdaşlıq etməyi.

12. Boss passivlik gördükdə ruhdan salır, lider isə motivasiya etməyə çalışır. (başa qayıt)

Qaynaq: http://allmag.az/

Tərcümə etdi: Nərgiz Cəlilova

Page 25: Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləriLiderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən daha çox şey kəsb edir.İnsanda aşağıda

Daha effektiv liderliyin yolları

Çox çalışqan bir işçi ola bilərsən,amma əgər ofisdə masanın arxasında

gizlənirsənsə,heç kim sənin işini necə səlis şəkildə yerinə yetirdiyindən və ağlasığmaz liderlik bacarıqlarından xəbərdar olmayacaq.Effektiv liderlik

komanda işidir,yalnız bir şəxsin təcrübəsi deyil.

Öz komandan ilə üzbəüz görüşməyə vaxt yarat. Komanda yoldaşlarının səni lazım olanda rahat şəkildə tapmasına imkan ver.Özün və komandanla

bağlı fikirləri və müvəffəqiyyət hekayələrini bölüşmək üçün qısa müddətli görüşlər (15-20 dəqiqə) xahiş et.Həmçinin improvizasiya olunmuş

imkanlardan da öz xeyrinə istifadə et.

STAR (situation or task,action and results) metodundan istifadə et.STAR

metodu müvəffəqiyyət hekayələrini paylaşmaq üçün sadə,lakin çox güclü formuldur.Situasiya və ya məsələ ilə başla,daha sonra fəaliyyəti təsvir

et.Sonda öz təşkilatına qazandırdığın dəyəri göstərmək üçün hansı diqqətəlayiq nəticələrə nail olduğunu bildir.Öz hekayələrində mümkün ola

bildiyin qədər müəyyən olmağa çalış.Vaxtaşırı öz bacarıqlarını və üstün keyfiyyətlərini bildirməkdən çəkinmə.

İnsanları öz şəbəkən ilə əlaqələndir.Yeni biznes partnyoruna ehtiyac duyan kolleqan var? Şəbəkəndəki liderləri münasib professional və hətta şəxsi

maraqlara sahib digər liderlərlə əlaqələndir.Biznes zamanı öz şəbəkəni bölüşmək,tanıdıqların və daha vacib,sənin tanıyanlar vasitəsilə şəbəkəni

genişləndirməyin əla yoludur.

Öz komandana qazandığınız müvəffəqiyyətləri qeyd etməyi öyrət.Komandanı uğur hekayələrini bölüşmək üçün ruhlandır və onlar

sənin adından güclü səsə çevriləcəklər.Həmçinin komandana keçdiyi

çətinlikləri qeyd etməyi öyrətmək istəyə də bilərsən.

Sosial şəbəkələrdən istifadə et.Düzgün və professional istifadə edildikdə sosial şəbəkə saytları sənə öz sektorunda hakim mövqe qazanmağa

Page 26: Baş yarpaqa dönüş Təsirli Liderliyin sirləriLiderlik təəssüf ki, bir-birindən müstəqil xüsusiyyətləri əldə etməkdən daha çox şey kəsb edir.İnsanda aşağıda

kömək edə bilər.Peşəkarlığına zərər yetirmədiyinə əmin olmaq şərtilə şəxsi

keyfiyyətlərini göstərən şəxsi şəkillərin və ya status yeniləmələrinin arasındakı balansı qorumağa çalış.Professional maraqlarına münasib olan

link və ya elanlar paylaş.Bu peşəkar brenddir.

Yüksək keyfiyyətə malik işlər görən və hər zaman göz önündə olan lider

olmaq üçün həmin liderin təşkilatının görünüşü belə olmalıdır. Güclü liderin komandası hər zaman bu görünüşü müvəffəqiyyətlə irəli daşıyır.

(başa qayıt)

Qaynaq: http://allmag.az/

Tərcümə etdi: İsmayılova Nərgiz