baki – tbİlİsİ – ceyhan boru kƏmƏrİ layİhƏsİ and resettlement ac… · smtapp...

35
BAKI – TBİLİSİ – CEYHAN BORU KƏMƏRİ LAYİHƏSİ SOSİAL MƏSƏLƏLƏR VƏ TORPAQ AYIRMA ÜZRƏ TƏDBİRLƏR PLANI NƏZARƏT ŞURASI FEVRAL, 2004-CÜ İL Robert Barkley Frederik Covannetti Tasnem Salam

Upload: others

Post on 25-May-2020

0 views

Category:

Documents


0 download

TRANSCRIPT

BAKI – TBİLİSİ – CEYHAN BORU KƏMƏRİ LAYİHƏSİ

SOSİAL MƏSƏLƏLƏR VƏ TORPAQ AYIRMA ÜZRƏ TƏDBİRLƏR PLANI

NƏZARƏT ŞURASI

FEVRAL, 2004-CÜ İL

Robert Barkley

Frederik Covannetti

Tasnem Salam

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-2

HİSSƏ A. SMTAPP-NİN NƏZƏRDƏN KEÇİRİLMƏSİ ZAMANI AŞKAR OLUNMUŞ MƏSƏLƏLƏRİN XÜLASƏSİ

FEVRAL, 2004-CÜ İL

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-3

HİSSƏ A. SƏNƏDİN İÇİNDƏKİLƏRİN XÜLASƏSİ

1. GİRİŞ.......................................................................................................................4

1.1 EKSPERTLƏR ŞURASI TƏRƏFINDƏN NƏZƏRDƏN KEÇIRILƏN MƏSƏLƏLƏR ÜZRƏ TƏLƏBLƏR 4

1.2 LAYIHƏNIN TƏSVIRI ............................................................................................4

1.3 MƏSƏLƏLƏRIN EKPERTLƏR ŞURASI TƏRƏFINDƏN NƏZƏRDƏN KEÇIRMƏSININ MƏQSƏDLƏRI......................................................................................................5

1.4 FEVRAL, 2004-CÜ IL TARIXDƏ NƏZƏRDƏN KEÇIRILƏCƏK MƏSƏLƏLƏRIN ICMALI ............6

1.5 HESABATIN FORMASI ...........................................................................................6

2. TORPAĞIN AYRILMASI............................................................................................9

2.1 BU GÜNƏ KIMI GÖRÜLMÜŞ IŞLƏR ...........................................................................9

2.2 TIKINTI ZAMANI TORPAQ ILƏ ƏLAQƏDAR ƏLAVƏ TƏLƏBLƏR ......................................10

2.3 SOYĞUNÇULUQ VƏ KORRUPSIYA BARƏDƏ IDDIALAR.................................................11

2.4 İSTIFADƏ HÜQUQUNUN QAYTARILMASI/İSTIFADƏNIN MƏHDUDLAŞDIRILMASI.............12

3. DOLANIŞIĞIN BƏRPASI ........................................................................................13

3.1 DOLANIŞIĞIN BƏRPASI.......................................................................................13

3.2 ƏKTP FONDU ...................................................................................................14

3.3 SOSIAL CƏHƏTDƏN ZƏIF QRUPLAR........................................................................14

3.4 ETNIK VƏ DINI AZLIQLAR ....................................................................................15

4. TİKİNTİNİN İCMALARA TƏSİRLƏRİ......................................................................16

4.1 ÜMUMI MƏLUMAT ..............................................................................................16

4.2 YERLI ƏHALININ IŞƏ GÖTÜRÜLMƏSI .....................................................................16

4.3 YERLI MƏNBƏLƏRDƏN TƏDARÜK ..........................................................................16

4.4 İCMANIN TƏHLÜKƏSIZLIYI ..................................................................................17

4.5 TIKINTININ KƏNDLƏRƏ TƏSIRI............................................................................17

4.6 İCTIMAIYYƏTLƏ ILƏ ƏLAQƏ .................................................................................18

4.7 ŞIKAYƏTLƏRƏ BAXILMASI ...................................................................................19

5. İCİMAİ SƏRMAYƏ PROQRAMI...............................................................................20

5.1 İSP-NIN ICRASI ÜZRƏ TƏRƏFDAŞLARIN SEÇILMƏSI.................................................20

5.2 İSP-NIN PLANLAŞDIRILMASI, LAYIHƏLƏŞDIRILMƏSI VƏ ICRASI................................20

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-4

1. GİRİŞ

1.1 Ekspertlər Şurası tərəfindən nəzərdən keçirilən məsələlər üzrə tələblər

Bakı-Tbilisi-Ceyhan (BTC) Boru Kəməri Layihəsi üzrə Sosial Məsələlər və Torpaq Ayırma Proqramı üzrə Planı (SMTAPP) ikinci dəfə 2004-cü ilin fevral ayında nəzarət məqsədilə nəzərdən keçirilmişdir.

SMTAPP ilə əlaqədar məsələlərin nəzərdən keçirilməsi Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Layihəsi üzrə Əhalinin Köçürülməsi üzrə Tədbirlər Planının (ƏKTP) və BTC Layihəsi üzrə Ekoloji və Sosial Tədbirlər Planının (ESTP) bir tələbidir. SMTAPP ilə əlaqədar məsələlərin nəzərdən keçirilməsi altı aylıq fasilə ilə aparılır və hansının daha tez baş verməsində asılı olaraq, boru kəmərinin tikintisi tamamlandıqdan sonra 36 ay müddətinə və ya SMTAPP şurasının təsirə məruz qalmış insanların yaşayış standartlarının və gəlir səviyyələrinin tam bərpa olduğu qərarına gəldiyi vaxtadək davam edəcəkdir. Bu halda Tamamlanmış işlərin təftişi aparılacaqdır. Tamamlanmış işlərin təftişində məqsəd BTC Co şirkətinin ƏKTP-da müəyyən olunmuş öhdəliklərə əməl etməsinin təsdiqindən ibarət olacaqdır.

Məsələlərin nəzarət üçün Ekspertlər Şurası tərəfindən növbəti dəfə nəzərdən keçirilməsi 2004-cü ilin iyul ayında aparılacaqdır.

1.2 Layihənin təsviri

BTC layihəsi Azərbaycanın Bakı şəhəri yaxınlığındakı Səngəçal Terminalından sutkada bir milyon barelə (st) - ildə 50 milyon tonadək - xam neftin Gürcüstan ərazisi vasitəsilə Türkiyədəki Aralıq dənizi sahilində Ceyhan limanındakı yeni dəniz terminalına nəql olunması üçün nəzərdə tutulmuş boru kəməri sistemidir. Neft buradan tankerlər vasitəsilə beynəlxalq bazarlara daşınacaqdır. 1760 kilometrlik bu boru kəməri 2005-ci ilin birinci yarısında istismara veriləcəyi planlaşdırılır.

BTC boru kəməri beynəlxalq standartlara uyğun olaraq tikiləcək və istismar ediləcəkdir. Şəkil 1.1-də təsvir edildiyi kimi boru kəməri torpağa basdırılacaq və Azərbaycan (442km), Gürcüstan (248km) və Türkiyə (1076km) ərazilərindən keçdikdə evlərin və ya qəsəbələrin hər hansı fiziki yerdəyişməsi ehtiyacının yaranmasına yol verilməyəcəkdir. Boru kəməri dəhlizində hal-hazırda aparılan kənd təsərrüfatı və torpaqla bağlı fəaliyyətlər tikintinin tamamlanmasından sonra bəzi məhdudiyyətlər ilə təzələnə biləcəkdir və təsirlərin əksəriyyəti xüsusiyyətinə görə müvəqqətidir. Boru kəməri sistemi siyirtmə stansiyaları, nasos stansiyaları, ölçmə stansiyası, kommersiya uçotu qovşağı və Ceyhan limanında bir terminal və yanalma körpüsü kimi bir sıra yerüstü qurğulardan (YQ) ibarət olacaqdır. YQ üçün torpaq sahələri daimi ayrılacaqdır.

Torpaq və əmlakın müvəqqəti və ya daimi itkisinə məruz qalmış torpaq sahibləri, icarədarlar və qeydiyyata düşməmiş sakinlər, yaşayış vasitələrinə təsirlər və məhdudlaşdırılmış istifadə yolları barədə məlumatların xülasəsi Cədvəl 1-1-ə daxil edilmişdir. Burada layihənin təsirinə məruz qalmış ailələrin ümumi sayı təxmini göstərilmişdir (səhifənin aşağısında verilmiş qeyd 2-yə baxın). BTC boru kəməri təxminən 17,716 ayrılmış torpaq sahəsinə təsir göstərəcəkdir. Bu sahələrin əksəriyyəti yalnız nominal üç illik tikinti müddətində təsirə məruz qalacaqdır, lakin ilkin qazıntı işlərindən sahələr əvvəlki vəziyyətə qaytarılana kimi orta hesabla altı ay çəkəcəyi gözlənilir. Çox kiçik sayda torpaq sahibləri YQ və əlaqədar giriş yolları üçün tələb olunan torpaqlardan daimi istifadə imkanlarını itirəcəkdir. Layihə üçün tələb olunan torpaq sahələri ilə əlaqədar tələblər Cədvəl 1-2-də xülasə şəkilində verilmişdir .

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-5

Layihə 2002-ci ilin iyul ayında təsis edilmiş Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkəti (BTC Co) tərəfindən işlənməkdədir.

BTC boru kəmərinə əlavə olaraq, Türkiyənin yerli istehlakçıları arasında paylamaq məqsədilə ildə 7.3 milyard kub metr qazı Gürcüstan ərazisi vasitəsilə Səngəçal Terminalından Gürcüstan/Türkiyə sərhədinə nəql etmək üçün Cənubi Qafqaz Boru Kəməri (CQBK) təklif edilir. CQBK BTC boru kəmərinə paralel olaraq, eyni 44 metrlik tikinti dəhlizi daxilində Azərbaycan və Gürcüstan ərazisindən keçməklə tikiləcəkdir. CQBK partnyorları hal-hazırda çoxtərəfli kreditorlar vasitəsilə maliyyə vəsaiti axtarmırlar.

1.3 Məsələlərin Ekpertlər Şurası tərəfindən nəzərdən keçirməsinin məqsədləri

Altı aylıq SMTAPP-nın məqsədləri aşağıdakı kimidir:

(i) ƏKTP-na ümumi uyğunluğun yoxlanması;

(ii) layihənin təsirinə məruz qalmış insanların həyat şəraiti və yaşayış vasitələrinin bərpası və ya genişləndirilməsi üçün tədbirlər görüldüyünün və həmin tədbirlərin səmərəliliyinin qiymətləndirildiyinin təsdiq edilməsi; və,

(iii) layihənin təsirinə məruz qalmış icmaların həyat keyfiyyəti və yaşayış vasitələrinin hansı səviyyəyədək bərpa edildiyinin qiymətləndirilməsi

SMTAPP şurası ESTP-da və onun tərkib hissəsi olan Podratçıya Nəzarət Planlarında (PNP) təsvir olunmuş sosial təsirlərin nəzərdən keçirilməsi üçün digər yumşaldıcı tədbirlərə ümumi uyğunluğu qiymətləndirəcəkdir, belə ki, bunlar öhdəliklərin yerinə yetirildiyini və ya onlara uyğunluğun təmin edildiyini təsdiq etmək üçün sahələrə faktiki səfərlərin edilməsini və icmanın üzvləri ilə qarşılıqlı əlaqələrin yaradılmasını tələb edir. SMTAPP şurası tərəfindən təsdiq ediləcək öhdəliklərin növünə aşağıdakılar daxildir:

- çirklənmənin qarşısının alınması – icmalarda toz və səs-küyün idarə olunması

- İcmaların təhlükəsizliyi – yoluxucu xəstəliklər barədə icmaların məlumatının artırılması proqramları; layihə üzrə nəqliyyat vasitələrinin marşrutları və nəqliyyat təhlükəsizliyi barədə icmanın məlumatının artırılması

- İnfrastruktur və xidmətlər – zədələnmiş infrastrukturun əvvəlki vəziyyətinə qaytarılması və kompensasiya prosesi; layihə üzrə sulardan icmalara təsirsiz şəkildə istifadə olunması; və layihə ilə əlaqədar istifadə olunan yolların müvafiq şəraitdə saxlanması

- İctimaiyyətlə əlaqə - layihə üzrə fəaliyyətlər barədə icmanın məlumatının artırılması; şikayətlər üzrə prosedur qaydalar; düşərgədəki qaydalar; işə götürmə prosesi; layihə üzrə nəqliyyat vasitələri üçün sürət məhdudiyyətləri; səs-küylü fəaliyyətlər və planlaşdırılmış digər təsirlər barədə əvvəlcədən xəbər verilməsi; tədarük prosesi və icma ilə müntəzəm görüşlərin keçirilməsi və ictimaiyyət ilə əlaqə üzrə məsul şəxslərlə (İƏMŞ) əlaqələrin yaradılması

- Şikayətlərin idarə olunması– məlumat verilmiş şikayətlərin izlənməsi; İƏMŞ ilə əlaqə yaratmaq imkanlarının yaradılması; şikayət etmə prosedurları və şikayətlərə baxılması barədə icmanın məlumatının artırılması

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-6

SMTAPP şurasından həmçinin, (i) bu “əlavə dəyərə malik” proqramların boru kəmərinin təsirinə məruz qalmış icmaların davamlı sosial inkişafı istiqamətində ümumi təsirinin qiymətləndirilməsində əsas kimi İctimai Sərmayə Proqramları (İSP) və monitorinq hesabatlarını; və (ii) ümumi ictimai əlaqənin səmərəliliyinin xaricdən nəzərdən keçirilməsinin və baxılmasına ehtiyac duyulan hər hansı həlledici məsələlərin müəyyənləşdirilməsinin əsası kimi İctimaiyyətlə Məsləhətləşmə və Layihə Haqqında Məlumat Verilməsi Planı (İMLMVP) və cari məsləhətləşmələr və ESTP-na nəzarət barədə hesabatları nəzərdən keçirmək tələb olunur.

1.4 Fevral, 2004-cü il tarixdə nəzərdən keçiriləcək məsələlərin icmalı

SMTAPP ilə əlaqədar məsələlər ikinci dəfə 1 - 23 fevral, 2004-cü il müddətində nəzərdən keçirilmişdir. Həmin məsələlər SMTAPP şurasının üzvləri xanım Tasnem Salam, cənab Frederik Covannetti və cənab Robert Barkley tərəfindən nəzərdən keçirilmişdir. Beynəlxalq Maliyyə Korporasiyasının sosial mütəxəssisləri Cənab Ted Pollett və cənab Şoun Miller Türkiyəyə və Azərbaycan/Gürcüstana müvafiq səfərləri zamanı şuranı müşayİƏMŞ etmişdir.

Fevral, 2004-cü ildə nəzərdən keçirməmişdən qabaq, SMTAPP şurası BTC layihəsinin tikinti fazası üzrə sosial və ekoloji məsələlərin idarə olunması və hesabat vermə sistemi (son dəfə nəzərdən keçirmə ilə əlaqədar tövsiyələrin yerinə yetirilməsi) barədə qısa məlumat almışdır. Nəzarət məqsədilə ekoloji və sosial məsələlərin kreditorlar tərəfindən nəzərdən keçirilməsi ƏKTP-na BTC tərəfindən daxili nəzarət barədə rüblük hesabatlar nəzərdən keçirmə tarixindən qabaq şuraya təhvil verilmişdir.

SMTAPP şurasının öhdəliklər sahəsi avqust, 2003-cü il tarixli ilk SMTAPP hesabatına qoşma kimi nəzərdən keçirilə bilər.

1.5 Hesabatın forması

Mütəxəssislər Şurasının sosial məsələlər və əhalinin köçürülməsi üzrə tədbirlər planı ilə bağlı nəticə və tövsiyələrin yüksək səviyyədə icmalı ümumən BTC layihəsi ilə əlaqədar olduğundan bu Hissə A-nın xülasəsində verilir. Ətraflı və ölkə üzrə məsələlərin nəzərdən keçiriləsi ilə əlaqədar şərhlər və tövsiyələr hər bir ölkə üçün ayrıca hesabatda verilmişdir:

- Hissə B Azərbaycan

- Hissə C Gürcüstan

- Hissə D Türkiyə

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-7

Cədvəl 1-1 Layihənin təsirinə məruz qalmış ailələr barədə məlumatların xülasəsi1

Torpaq sahələrinin sayı Layihənin təsirinə məruz qalmış

ailələrin kateqoriyaları

Azərbaycan

(58 metrlik dəhliz)2

Gürcüstan

(58 metrlik dəhliz)

Türkiyə

(28 metrlik dəhliz)

Cəmi

Torpaq sahibləri3 3,921 3,110 5,970 + 3,017 zilyet4

16,018

İcarədarlar 153 257 1,080 1,490 Qeydiyyata düşməmiş torpaq istifadəçiləri

6 - Təxminən 50 56

Müəssisə işçiləri5 152 M/D M/D 152 Təsirə məruz qalmış ailələrin cəmi

4,232 3,3676 10,117 17,716

1 Bu cədvəl ƏKTP üçün hazırlanmış cədvəllərdəki məlumatların xülasəsinə əsaslanır. Hər üç ölkədə layihənin təsirinə məruz qalmış ailələrin faktiki sayı cari torpaqların ayrılması və torpaq sahiblərinin müəyyənləşdirilməsi tədqiqatlarının, qeydiyyatdan keçməmiş istifadəçilərin araşdırılması və oxşar proseslər nəticəsində cədvəldəki göstəricilərdən fərqlənə bilər. Layihənin təsirinə məruz qalmış insanlarla əlaqədar son məsələlər üç ölkə üzrə torpaqların ayrılması tamamlandıqda həll olunacaqdır.

2 Azərbaycan və Gürcüstan üçün torpaq sahibləri və icarədarların sayı istifadənin məhdudlaşdırılması nəticəsində təsirə məruz qalmış 58 metr enində dəhliz əsasında götürülmüşdür, lakin buraya həmçinin, 44 metr enində tikinti dəhlizi və 8 metr enində boru kəməri dəhlizi də daxildir.

3 Azərbaycan, Türkiyə və Gürcüstanın hər birində torpaq sahəsi üçün mülkiyyət hüquqlarını təsdiq edən sənədə bir neçə sahibin adının göstərilməsi adı haldır. Bu cədvəlin məqsədinə uyğun olaraq, göstərilmiş saylar müqavilələrin imzalandığı torpaq sahələrinin sayına əsaslanır. Türkiyədəki torpaq sahələrinin çoxunun sahibləri birdən artıq ailədəndir. Buna görə layihənin bir torpaq sahəsinə aid olduğu halda iki və ya daha artıq ailəyə təsir göstərə biləcəyi hallar qaçılmazdır.

4 Türkiyədə Zilyet sahiblik hüquqları kimi qəbul olunmuş adət-ənənəyə və ya uzurfrukt hüquqlarına əsaslanır. Belə hüququn istifadəçisi hər hansı mübahisə və ya müdaxilə olmadan torpaqdan 20 il istifadə etdiyini nümayiş etdirə bilər. Torpaq üzərində sahiblik hüquqlarını təsdiq edən sənədə malik bu istifadəçilər torpaq sahibləri ilə eyni hüquqa bərabərdir və onlara da tam kompensasiya ödəniləcəkdir.

5 Azərbaycanda dövlət müəssisələrinin bəzi işçiləri əmək haqqı almağın əvəzinə özəl sektora mənsub mal-qaranın otarılmasına arxalanır. Əlavə şərh üçün KTP-nın B hissəsinin 5.2.3.1 bölməsinə diqqət yetirin.

6 Gürcüstanda sakrebulos üçün ayrılmış və boru kəmərinin təsirinə (qismən və ya tamamilə) məruz qalmış 438 torpaq sahəsi bu xülasədə nəzərə alınmamışdır. İcma bu torpaq sahələrindən bir qayda olaraq biçənək və ya otlaq kimi istifadə edir.

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-8

Cədvəl 1-2 Layihə üzrə torpaq sahələri ilə əlaqədar tələblərin xülasəsi7

BTC layihəsi üçün tələb torpaq sahələri (hektarla) Azərbaycan Gürcüstan Türkiyə Cəmi

Layihə komponenti

Torpaqdan müvəqqəti

istifadə

Torpaqdan daimi

istifadə

Torpaqdan müvəqqəti

istifadə

Torpaqdan daimi

istifadə

Torpaqdan müvəqqəti

istifadə

Torpaqdan daimi

istifadə

Torpaqdan müvəqqəti

istifadə

Torpaqdan daimi

istifadə Boru kəmərinin tikinti dəhlizi

1,970 - 1,088 - 2,903 - 5,961 -

Tikinti düşərgələri, boru anbarları

219 - 30 - 100 - 349 -

YQ-lar və giriş yolları

- 26 - 70 - 101 - 197

Cəmi 2,189 26 1,118 70 3,003 101 6,310 197

7 Bu cədvəl ƏKTP üçün hazırlanmış cədvəllərdəki məlumatların xülasəsinə əsaslanır. Hər üç ölkədə layihənin təsirinə məruz qalmış ailələrin faktiki sayı cari torpaqların ayrılması və torpaq sahiblərinin müəyyənləşdirilməsi tədqiqatlarının, qeydiyyatdan keçməmiş istifadəçilərin araşdırılması və oxşar proseslər nəticəsində cədvəldəki göstəricilərdən fərqlənə bilər. Layihənin təsirinə məruz qalmış insanlarla əlaqədar son məsələlər üç ölkə üzrə torpaqların ayrılması tamamlandıqda həll olunacaqdır.

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-9

2. TORPAĞIN AYRILMASI

2.1 Bu günə kimi görülmüş işlər

BTC Co torpağın ayrılması prosesinin gedişi barədə 31 yanvar, 2003-cü il tarixinə aşağıdakı məlumatı vermişdir:

- Bütün özəl və bələdiyyə torpaqları üçün kompensasiya ödənişləri tamamlanmaqla Azərbaycanda torpağın ayrılması əsasən tamamlanmışdır (16 torpağın sahibi aşkar olunmadığından kompensasiya ödənilməmişdir)

- Gürcüstanda 87% özəl torpaq sahələri ayrılmaqla ümumi torpaq ayrılması prosesi 85% tamamlanmışdır

- Türkiyədə 59% özəl torpaq sahələri ayrılmaqla ümumi torpaq ayrılması prosesi 82% tamamlanmışdır

Hər üç ölkədə BTC Co (Azərbaycan və Gürcüstan) və BOTAS/DSA (Türkiyə) tərəfindən torpağın ayrılması prosedurları müvafiq qaydada işlənib hazırlamışdır və səmərəli qaydada işləyir. Danışıqların aparılmasında, müqavilənin imzalanmasında insanlara kömək məqsədilə tədbirlərin görülməsinin və ödəniş prosedurlarının müvafiq qaydada yerinə yetirildiyi qiymətləndirilmişdir. Üç ölkələrin hər birində layihənin təsirinə məruz qalmış insanlar üçüncü tərəfin hüquq xidmətlərindən sərbəst istifadə edə bilər və tələb olunduqda, məhkəmə inzibati prosedurları tamamlamaqda onlara yardım göstərilir.

Son baxış zamanı kompensasiyası hələ ödənilməmiş bələdiyyə torpaq sahəsi üçün kompensasiya Azərbaycanda artıq ödənilmişdir. Təxminən 66 torpaq sahibinə təsir göstərən kadastr tədqiqi zamanı bəzi səhvlərin aşkar edildiyinə baxmayaraq, bu məsələlər səmərəli qaydada həll olunmaqdadır. Boru kəməri üzrə “məsləhətləşmə” və “mühafizə” zonalarına tətbiq olunacaq qaydalar Yanacaq və Energetika Nazirliyi tərəfindən təsdiq edilmişdir və 2004-cü ilin mart ayında qəbul ediləcəyi gözlənilir. BTC Co. şirkətinə torpaq üzərində rəsmi mülkiyyət hüquqlarının verilməsinin son mərhələsi “hərtərəfli müqavilə” tamamlanmaqdadır və 2004-cü ilin iyun ayında Azərbaycan dövləti ilə BTC Co. arasında imzalanacağı gözlənilir.

Gürcüstanda BTC Co özəl və icarə hüququ əsasında istifadə olunan torpaqlar üçün müqavilələrin imzalanmasında davamlı inkişaf eldə etməkdədir. SMTAPP Şurası müşahidə etmişdir ki, rayon torpaq şöbələri əvvəllər ayrılmış torpaq sahələri ilə əlaqədar qalıq kadastr və sahiblərin müəyyənləşdirilməsi məsələlərinin həll olunmasında irəliləyişə nail olmuşdur . Tabatskuri kəndində torpaq qeydiyyatının ləğvi ilə əlaqədar bəzi məsələlər həll olunmamış qalır. Hal-hazırda bu məsələyə rayon məhkəməsi baxmaqdadır. Ümumi otlaqlar və biçənəklər üçün kəndin İcma Əsaslı Təşkilatlarına (İƏMŞ) ödənişlər bəzi icmalarda fikir ayrılıqları əmələ gətirmişdir. SMTAPP Şurasının narahatlıqlarına cavab olaraq, BTC Co kompensasiyaların kənd əhalisi arasında şəffaf paylanması üzrə əlavə məsləhət verilməsini və prosesə rəhbərlik edilməsini təmin etmək üçün QHT və Torpaq Sahiblərinin Hüquqlarının Mühafizəsi Assosiasiyasını (TSHMA) mövcud fəaliyyət sahələrini genişləndirmişdir. BTC Co Axaltsixe, Qardabani və Rustavidə təklif olunmuş kompensasiyanı almaqdan imtina etmiş 39 torpaq sahibinə qarşı (mülkiyyətin məcburi olaraq özgəninkiləşdirilməsi formasında) “məcburi tikinti zolağı” tədbirlərini görməyə təşəbbüs göstərmişdir. ƏKTP Şurası bu tədbirlərin ƏKTP və OD 4.30-un normalarına uyğunluğunu təmin etmək üçün onların nəticələrinin monitorinqini aparır. Torpaq

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-10

sahiblərinin köçürülməsinin mümkün olmadığı hallarda “məcburi tikinti zolağı” üsulundan da istifadə edilmişdir. BTC Co. müəyyən qədər uğur əldə etməklə iştirak etməyən torpaq sahiblərinin müəyyən edilməsi üçün səylərini davam etdirir.

Türkiyədə torpağın ayrılması qənaətbəxş şəkildə davam etdirilir. İştirak etməyən torpaq sahələrinin payçılarının kənddə qamış qohumlarına vəkalətnamə verə bilmədiyi hallarda torpaqdan istifadə hüququ əldə etmək üçün BOTAS/DSA şirkətlərinin Mülkiyyətin Özgəninkiləşdirilməsi Qanununun 10-u və 27-ci maddələrinin müddəalarından istifadə etməsinə həmişə ehtiyac duyulmuşdur. BOTAS/DSA şirkətlərinin belə halları minimuma endirməkdə və ödənişlərin mümkün qədər tez aparılması üçün məhkəmə proseslərinin işini sürətləndirməkdə səylərini əsirgəmədiyi müşahidə edilmişdir. Layihə əsasında aparılmış qeydiyyatdan və ilkin məhkəmə qərarının verilməsindən sonra zilyət torpaq sahəsi üzərində sahiblik hüququ ilə əlaqədar Ərdahan, Qars və Ərzurumda bəzi mübahisələr baş vermişdir. SMTAPP tərəfindən baxılmış bütün hallarda düzgün hüquqi proseslər gözlənilmişdir. SMTAPP Şurası zilyət torpaq sahələri üzərində mülkiyyət hüququ ilə əlaqədar qaldırılmış bütün məsələlərin məhkəmədə həll olunmasını tövsiyə etmişdir.

Ümumilikdə, BTC layihəsi ilə əlaqədar torpaqların ayrılması prosesinə 17 700-dən artıq torpaq sahəsi ilə əlaqədar sövdələşmələr daxildir və çətinlik törətmiş halların sayı çox kiçik olaraq qalır.

2.2 Tikinti zamanı torpaq ilə əlaqədar əlavə tələblər

Ümumiyyətlə, hər üç ölkədə tikinti düşərgələri və boru anbarları üçün torpağın ayrılması ƏKTP-na uyğun olaraq aparılmışdır. Bununla belə, SMTAPP tikinti sahələri ilə əlaqədar digər tələblərin az səmərəli formada idarə olunduğunu müşahidə etmişdir. Belə tələblərə aşağıdakılar daxildir:

- (bütün ölkələrdə) qalaqlanmış torpaqların qonşu sahələrə dağılması, tikinti zolağından kənarlarda təmizləmə işlərinin aparılması və torpağın üst qatının soyulması nəticəsində müəyyən tikinti zolağı boyu sahənin eninə genişləndirilməsi ilə əlaqədar əlavə sahədən istifadə

- tikinti ilə əlaqədar müvəqqəti giriş yollarının salınması

- atılma gölməçələri kimi sahələr üçün tələb olunan digər tikinti sahələri, kəsişmələrdə, karxanalarda və oxşar ərazilərdə iş sahəsinin eninin artırılması.

Hər üç ölkədə boru kəmərinin tikinti podratçıları bəzi sahələrdə qalaqlanmış materiallarının tikinti zolağı daxilində saxlanmasında çətinliklərlə üzləşmişdir. Çətinliklər boru kəmərinin mövcud infrastrukturun altından keçməsinə şərait yaratmaq üçün xəndəyin daha dərin qazıldığı və ya daşlı sahələrdə aparılan qazıntı zamanı gözlənildiyindən artıq qazılmış kütlənin əmələ gəldiyi kəsişmələrdə baş verir. Gürcüstanda tikinti podratçısının torpaq sahəsi üzərində sahiblik hüququnu müvafiq qaydada təsdiq etdirmədən və ya qonşu kəndlərlə məsləhətləşmə aparmadan müvəqqəti giriş yolları inşa etdiyi yerli icmalarda mübahisələr yaranmışdır. Təyin olunmuş tikinti zolağı və iş sahələrindən kənarda belə müdaxilələrin əvvəlcədən razılaşma və ya kompensasiya ödənişi olmadan baş verdiyi hallarda bu qonşu icmalarla münaqişənin yaranmasına gətirib çıxara və layihənin OD 4.30 normasının tələblərinə uyğun gəlməməsi ilə bağlı tənqid olunmasına səbəb ola bilər . SMTAPP Şurası BTC Co şirkətinə ƏKTP-nın tələblərinə əməl olunması tələbini bütün podratçılara xatırlatmağı və lazım gəldikdə, aşağıdakı tədbirləri görməsini tövsiyə edir:

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-11

- podratçının gördüyü işlərin təsdiq olunmuş tikinti zolağından və ya təyin olunmuş digər iş sahələrindən kənarda təsirə məruz qala biləcəyi bütün sahələri (tikinti zolağı, giriş yolları, boru anbarları, tikinti düşərgələri, kəsişmələr, karxanalar və bu kimi sahələr) müəyyənləşdirmək üçün tikinti zonasının tədqiqatının aparılması

- əvvəllər kompensasiya ödənilməmiş tutulmuş torpaq sahələrində podratçıların ƏKTP-nın prinsip və tariflərinə uyğun olaraq müqavilə bağlamasını və kompensasiya ödəməsini təşkil etmək

- müvafiq kompensasiyanın ödənilməsindən qabaq tikinti zolağı və təyin olunmuş iş sahələrindən kənarda gələcək müdaxilələri minimuma endirmək məqsədilə podratçıların bu ərazidə fəaliyyətinə nəzarət etmək üçün tələb olunan sistemlərin, prosedurların və insan ehtiyatlarının nəzərdən keçirilməsi və bunun labüd olduğu hallarda torpaq sahiblərinə operativ kompensasiyaların verilməsi.

Bəzi podratçıların tikinti zolağından kənardakı torpaq sahəsindən istifadə müqabilində “natura” şəkilində kompensasiya verilməsi barədə danışıq aparması ƏKTP-na ziddir və dəstəklənmir.

SMTAPP Şurası podratçılarla torpaq sövdələşmələrində iştirak etdikdə torpaq sahibləri və istifadəçilərə üçünü tərəfin (TSHMA, CLEE, RUDF və ya ekvivalent təşkilatlar) hüquqi yardımından istifadə etməyin təklif olunması barədə 2003-cü ilin avqust ayında edilmiş tövsiyələri təkrar edir.

Podratçının fəaliyyəti və tikinti məqsədləri üçün əlavə torpaq sahəsinin təmin olunması ilə əlaqədar ƏKTP-nın prinsiplərinə əməl etməsi xüsusilə Gürcüstanda gücləndirilməlidir. Gürcüstan və Türkiyədə əlavə tikinti sahələrinə başlanması podratçıların müvəqqəti torpaq əldə etmə sistemləri və ehtiyatlarını əlavə olaraq genişləndirəcəkdir. Yeni tikinti sahələrində əməliyyatlara başlamamışdan qabaq BTC Co müvafiq işçi heyətinin, nəzarətin, qeydiyyatın və keyfiyyətin təmin olunması prosedurlarının mövcud olduğuna əmin olmalıdır. Yeni tikinti sahələrinin subpodratçıları təlim keçməli və torpaq sahəsinə daxil olmamışdan qabaq ƏKTP-nın öhdəlikləri ilə tam tanış olmalıdırlar.

Tövsiyələr:

a. BTC Co tikinti zolağı və təyin olunmuş digər iş sahələrindən kənarda torpaq sahəsi, məhsulu və ya əmlakı tikinti fəaliyyətlərinin təsirinə məruz qalmış torpaq sahibləri və istifadəçilərinin müəyyənləşdirilməsinə və kompensasiya edilməsinə yüksək dərəcədə üstünlük verildiyini təmin etməlidir.

b. BTC Co yeni tikinti sahələrinə işə başlamamışdan qabaq müvafiq işçi heyətinin, nəzarətin, qeydiyyatın və keyfiyyətin təmin olunması prosedurlarının mövcud olmasını təmin etməlidir – BTC Co və subpodratçının ehtiyat və sistemlərinə tətbiq edilir.

c. BTC Co yeni sahələrdəki subpodratçıların torpaq üzə qruplarının təlim keçməsini və mobilizasiyaya qədər ƏKTP-nın öhdəlikləri və sahəyə daxil olmamışdan qabaq müvafiq tələblərlə tam tanış olduğunu təmin etməlidir.

2.3 Soyğunçuluq və korrupsiya barədə iddialar

Hər üç ölkədə məsləhətləşmələrin aparıldığı kompensasiya alıcıları qəti olaraq təsdiqləmişlər ki, onlardan məcburən ödəniş alınması cəhdləri olmamışdır və onlar yaşadıqları kənddə hər hansı belə hadisənin baş verməsindən xəbərsizdirlər.

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-12

BTC Co – ilə tərəfd QHT-lar tərəfindən təqdim olunmuş informasiyada göstərilir ki, layihənin təsirinə məruz qalmış torpaq üçün fırıldaq yolla kompensasiya iddia etməyə cəhd göstərmiş yerli hökumət məmurlarının qanunsuz torpaq sövdələşmələri ilə məşğul olması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prokurorluğu tərəfindən kiçik sayda araşdırmaların aparılmışdır. Gürcüstanda da yerli hökumət məmurlarının qanunsuz torpaq sövdələşmələri ilə məşğul olmasından və məlumat verildiyi kimi cinayətkar qrupların kompensasiya alıcılarından mühafizə üçün pul almasından ibarət bir neçə hal və hökumət məmurlarının icma üçün nəzərdə tutulmuş kompensasiya vəsaiti mənimsəməsindən ibarət bir və ya iki hal qeydə alınmışdır. Polis və dövlət prokurorluğu cinayət məsuliyyətinə cəlb etmə ilə nəticələnmiş bir neçə araşdırmalar aparmışdır. Türkiyədə bu günə qədər korrupsiya hadisəsi qeydə alınmamışdır.

SMTAPP Şurası həbs və cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnməklə polis və dövlət prokurorlarının Azərbaycan və Gürcüstanda araşdırmalara təşəbbüs göstərdiyini müşahidə etməkdən məmnundur.Ümumiyyətlə, təsirə məruz qalmış insanlarla məsləhətləşmələr nəticəsində əldə olunmuş sübutlar əsasında korrupsiyanın minimuma endirilməsi üçün görülmüş tədbirlər əsaslandırılmış qaydada səmərəli olmuşdur.

Tövsiyə:

d. BTC Co şirkətinin hökumətin bütün səviyyələrində anti-korrupsiya mövqeyini möhkəmlətməsini davam etdirməsi.

2.4 İstifadə hüququnun qaytarılması/İstifadənin məhdudlaşdırılması

2003-cü ilin avqust ayında SMTAPP-nın hesabatında Gürcüstan üzrə köçürmə proqramında əhəmiyyətli çatışmazlıq kimi torpaqdan istifadə hüququnun qaytarılması barədə ƏKTP-nın öhdəliyi üçün aydın strategiyanın olmaması müəyyənləşdirilmişdir. İstifadə məhdudiyyətlərinin tətbiq olunması üsulları ilə əlaqədar məsələlər də həll olunmalıdır. 2004-cü ilin fevral ayında SMTAPP tərəfində yenidən nəzərdən keçirmə zamanı torpaqdan istifadə hüququnun qaytarılması üçün strategiya və prosedurların işlənməsində məhdud inkişafın olduğu aşkar edilmişdir. BTC Co daxili strategiyanın Gürcüstanda iyun ayına qədər razılaşdırılacağını gözləyir, lakin xarici məsləhətləşmə və qanunvericiliyin təsdiqi üçün əlavə vaxt tələb olunacaqdır. BTC Co hüququn geri qaytarılmasının faktiki icrasının 18-24 ay çəkəcəyini nəzərdə tutmuşdur. Torpaqların layihənin təsirinə məruz qalmış insanlara qaytarılması barədə ümidlər həddən artıq yüksəkdir. Torpaqdan istifadə hüquqlarının geri qaytarılmasının ehtiyatla və sistemli şəkildə idarə olunmadığı hallar sosial münaqişə yaratmaq potensialına malikdir və qarşısı alınmalıdır. SMTAPP Şurası bu məsələlərin təxirə salınmadan həll olunması üçün BTC İdarəetmə Qrupunun lazım olan ehtiyatları ayırmasını tövsiyə edir.

Bütün ölkələrdə torpağın qaytarılması prosesi və istifadə məhdudiyyətlərinin təbİƏMŞi barədə təsirə məruz qalmış icmalara aydın məlumat verilməsinə ehtiyac vardır (daha ətraflı müzakirə üçün 6.2 bölməsinə baxın).

Tövsiyə:

e. BTC Co istifadə hüququnun qaytarılması və istifadənin məhdudlaşdırılması strategiyalarının həll olunmasına Gürcüstanda mümkün qədər tez başlamaq üçün müvafiq diqqət və ehtiyatların tətbiq edilməsini təmin etməlidir.

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-13

3. DOLANIŞIĞIN BƏRPASI

3.1 Dolanışığın bərpası

Hər bir ölkədə dolanışığın bərpası üçün ƏKTP strategiyası üç əsas tədbirə əsaslanır:

- Tikinti müddətində məhsullar və digər məhsuldar əmlaklardan əldə olunan gəlirin itkisini (torpaq üzərində sahiblik hüquqlarının birillik məhsul itkisinə görə kompensasiya ödəməklə alındığı Gürcüstan istisnadır) kompensasiya etmək üçün nağd vəsait

- Boru kəmərinin tikintisindən sonra kənd təsərrüfatı və digər məhsuldar torpağın səmərəli qaydada bərpası

- (Yerüstü qurğular və digər daimi qurğular istisna olmaqla) torpaqdan istifadə hüququnun təsirə məruz qalmış torpaq sahiblərinə qaytarılması üçün müəyyən məhdudiyyətlər nəzərdə tutulmuşdur

Bu tədbirlərin hər birinin bu günə kimi səmərəsi aşağıda müzakirə edilir.

3.1.1 Nağd kompensasiyadan istifadə

Nəzərdən keçirmə prosesi zamanı aparılmış məsləhətləşmələr nəticəsində aşkar edilmişdir ki, layihənin təsirinə məruz qalmış ailələrin əksəriyyəti aldıqları kompensasiyadan öz gəlirlərini genişləndirmək üçün istehsal kapitalında, səmərəliliyin artırılması üçün balanslarında olan kənd təsərrüfatı torpaqlarında və yaşayış şəraitini yaxşılaşdırmaq üçün evlərin təmirində ağılla istifadə edir. Çox az hallarda ailələr aldıqları kompensasiyadan ağılı istifadə etməmişdir. Bütün ölkələrdə ƏKTP-na nəzarət, İƏMŞ-lar və İSP üzrə tərəfdaşlar layihənin təsirinə məruz qalmış əhali arasında hər hansı çətinliklərin olub-olmadığına qarşı ayıq olmalıdırlar və səlahiyyət verilmiş hallarda OD 4.30-un “köçürmə köçürülən şəxslərin iqtisadi bazasını təkmilləşdirmək və ya ən azı bərpa etmək məqsədi daşımalıdır” prinsipinə uyğun olaraq, əlavə kömək göstərməlidirlər.

3.1.2 Bərpa

Kənd təsərrüfatı və digər məhsuldar torpaqların bərpası hələ başlamamışdır. Məsləhətləşmələr göstərir ki, hər üç ölkədə layihənin təsirinə məruz qalmış şəxslər bərpa prosesinin müvafiq qaydada aparılması ilə bağlı narahatdır. Ailələrin bəzilərinin narahatlığı (Azərbaycanda və Şərqi Gürcüstanda) Qərb İxrac Boru Kəməri Marşrutu və (Türkiyədə) Şərqi Anadolu Təbii Qaz Boru Kəməri boyu əvvəlki bərpa prosesinin keyfiyyətsizliyi ilə əlaqədardır. Səmərəli bərpa prosesi ƏKTP üzrə dolanışığın bərpası strategiyasının həlledici elementi olduğundan SMTAPP Şurası onun icrasına yaxından nəzarət edəcəkdir.

3.1.3 Torpaqdan istifadə hüququnun qaytarılması

Bölmə 2.4-dəki tövsiyələrə baxın.

3.1.4 Qolovası balıqçılarının dolanışığının yaxşılaşdırılması

Qolovasi balıqçıları üçün müfəssəl kompensasiya planının işlənib hazırlanması üçün hərtərəfli çərçivə ƏKTP-na daxil edilmişdir. Ankara Universiteti (EDUSER) Ceyhan Terminalı

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-14

və yanalma körpüsü ətrafındakı sahələrin qadağan zonası elan olunması nəticəsində həmin balıqçılıq sahələrindən istifadə imkanlarını itirəcək Qolovasidəki balıqçıların dolanışığının ətraflı tədqiqini tamamlamışdır. Dolanışığın bərpası planı hələ tamamlanmamışdır. Dolanışığın Bərpası Planının başa çatdırıla bilməsi və təsirə məruz qalmış balıqçılara təqdim oluna bilməsi üçün BTC Co və BOTAS balıqçılara təklif oluna bilən potensial iş və təlim imkanları barədə operativ razılığa gəlməlidir. Balıqçıların fəaliyyətlərinin layihə tərəfindən qarşısının hələ alınmadığı halda dolanışığın bərpası paketi barədə danışıqlar aparmaq və həmin paketi başa çatdırmaq üçün hələ əhəmiyyətli işlər görülməlidir.

Tövsiyə:

f. BTC Co Qolovasi balıqçılarına təklif olunacaq iş və təlim imkanları barədə BOTAS ilə qısa müddətdə razılığa gəlməlidir ki, dolanışığın bərpası planı başa çatdırıla və balıqçılara təqdim oluna bilsin.

3.2 ƏKTP fondu

ƏKTP fondları əslində OD 4.30 və Gürcüstan və Türkiyədə milli qanunvericilik əsasında ödənilən kompensasiyada hər hansı boşluqları doldurmaq üçün hazırlanmışdır. Azərbaycanda boşluqları doldurmaq üçün digər mexanizmlərdən istifadə olunur.

Türkiyədə SMTAPP üçüncü tərəf torpaq istifadəçilərinə (Bax hissə D, bölmə 2.3.4) kompensasiyanın və ümumi torpaq kompensasiyasının (Bax hissə D, bölmə 2.3.5) ödənilməsi məqsədilə ƏKTP fondundan müvəffəqiyyətlə istifadə olunduğu barədə əvvəlki nəticələri təsdiq etmişdir. Bununla belə, qeyd olunmuşdur ki, ƏKTP fondundan ödənilə bilən “kiçik xərclər” ilə əlaqədar olaraq layihənin təsirinə məruz qalmış insanlar tərəfindən çox az sayda iddia qaldırılmışdır.

Gürcüstanda ƏKTP fondundan hal-hazırda bank işi və kompensasiya sərmayələrinin dəstəklənməsi, sakrebulo sahələrdə mal-qara otarılması haqqının ödənilməsi və sosial cəhətdən zəif ailələrə nağd pul vəsaiti olmadan yardım göstərilməsi üçün istifadə edilir. Ümumiyyətlə, fond əsasında aparıla fəaliyyətlər qənaətbəxş səviyyədə həyata keçirilir.

3.3 Sosial cəhətdən zəif qruplar

SMTAPP Şurası qeyd edir ki, bütün ölkələrin danışıqlardan qabaqkı, müqavilənin imzalanması və layihənin ödəniş mərhələlərində sosial cəhətdən zəif ailələrin zərərə məruz qalmamasına diqqət yetirdiyi halda ödənişdən sonrakı mərhələdə də belə ailələrin monitorinqinə müvafiq diqqət yetirilməsinə ehtiyac vardır.

ƏKTP-da götürülmüş öhdəliklərin bir hissəsi kimi Gürcüstan layihənin təsirinə məruz qalmış sosial cəhətdən zəif ailələrə nağd pul vəsaiti olmadan yardım göstərilməsi proqramına təşəbbüs göstərmişdir. İctimai Sərmayə Proqramı tərəfdaşlarının məsləhəti ilə BTC Co özünün ƏKTP-dakı öhdəliklərinin çərçivəsindən kənara çıxmış və layihə üzrə torpağın ayrılmasının təsirinə məruz qalmış kəndlərdə yaşayan sosial cəhətdən bütün zəif ailələri əhatə etmək üçün nağd pul vəsaiti olmadan yardım göstərilməsi proqramının həcmini genişləndirmişdir.

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-15

Bu günə qədər tamamlanmış məsləhətləşmələrə əsasən SMTAPP Şurası Gürcüstanda həyata keçirilən proqramlara oxşar proqramların Azərbaycan və ya Türkiyədə də özünü doğruldacağını və ya onların OD 4.30 prinsiplərinə uyğun gəlməsinin tələb olunduğunu güman etmir. Bununla belə, şura İƏMŞ-ların və İSP-nın tərəfdaşlarının Azərbaycan və Türkiyədə kənd və icmaların rəhbərləri və rifahını yoxlamaq üçün bir qrup sosial cəhətdən zəif insanlar ilə müntəzəm və sistemali olaraq görüşməsini tövsiyə edir. Əgər sosial cəhətdən zəif ailələrin layihə mənfəətlərindən istifadə imkanlarının azaldığı və ya layihənin mənfi təsirinə məruz qaldığı aşkar edilərsə, müvafiq kömək təklif edilməlidir.

Sosial cəhətdən zəif insanlar üçün ölkələr üzrə spesifik tövsiyələrB, C və D hissələrində verilmişdir.

3.4 Etnik və dini azlıqlar

2004-cü ilin fevral ayında nəzərdən keçirmə ərzində boru kəməri boyu kəndlərdəki etnik və dini azlıqlarla məsləhətləşmələr aparılmışdır8. Ayrı-seçkilik xarakterli praktikaya yol verilməsini sübut edən hallar aşkar olunmamışdır. Türkiyədə BTC Co və BOTAS/DSA şirkətlərinin işçi heyətinin etnik azlıqlarla əlaqədar məsələlərə həssas və tarazlı şəkildə yanaşdığı aşkar olunmuşdur. Gürcüstanda İSP proqramlarının mədəni və dini fərqlərə reaksiya verdiyi və müsəlman azərbaycanlıların yaşadığı kəndlərdə hər iki cinsin tarazlı iştirakına şərait yaratmaq üçün tənzimləndiyi aşkar olunmuşdur .

8 2004-cü ilin fevral ayı ərzində SMƏKTP tərəfindən nəzərdən keçirmə zamanı məsləhətləşmələrin aparıldığı etnik və dini azlıqlara Azərbaycanda mesxeti türkləri; Gürcüstanda azərbaycanlılar, yunanlar və ermənilər və Tyürkiyədə isə kürdlər, tərəkəmələr və ələvilər daxildir.

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-16

4. TİKİNTİNİN İCMALARA TƏSİRLƏRİ

4.1 Ümumi məlumat

Təsirə məruz qalmış icmaların təcrübə və perspektivlərinə xüsusi istinad olunmaqla, fəaliyyət sahəsi əsasında SMTAPP tərəfindən BTC Co şirkətinin Podratçının Nəzarət Planlarındakı (PNP) öhdəliklər ilə əlaqədar fəaliyyətinin qiymətlənldirilməsi nəzərdən keçirilmişdir.

4.2 Yerli əhalinin işə götürülməsi

Hər üç ölkədə podratçıların yerli əhalinin işlə təmin olunması sahəsində qoyulmuş hədəflərə tələb olunduğu qaydada və ya artıqlaması ilə cavab verdiyi barədə məlumat verilmişdir. Aparılmış məsləhətləşmələr nəticəsində aşkar olunmuşdur ki, kəndlilərin əksəriyyəti yerli əhalinin işlə təmin olunması prosedurlarının ədalətli və şəffaf olduğuna inanır. Onların əksəriyyəti layihənin nisbətən kiçik sayda iş yerləri yaradacağını başa düşür. Şura BTC boru kəməri dəhlizi boyu işsizlik səviyyəsinin yüksək olduğunu və iş üçün müzakirələrin aparılmasının və iş barədə şikayətlərin təqdim edilməsinin labüdlüyünü nəzərə almışdır. Layihə üzrə İƏMŞ-lar iş yerlərinin məhdudluğu barədə məlumatların təkrarlanmasını davam etdirməli və cari tələbatları layihəni tənqid kimi qəbul etməməlidirlər.

Türkiyədə Sahə B üçün məsuliyyət daşıyan bir podratçı bəzilərinin 50-dən az işçisi olan külli miqdarda kiçik subpodratçıları işə götürmüşdür. ƏMTQ sənədinin şərtlərinə görə 50-dən az işçi heyəti olan firmalar PNP-nın yerli işçilər üzrə hədəflərinə əməl etmək məsuliyyətindən azaddır. Nəticədə, B sahəsindəki işçilərin tərkibi Türkiyədəki yerli bacarıqsız işçilər üçün nəzərdə tutularaq tələb olunan fəaliyyət hədəfindən (ƏFG - əsas fəaliyyət göstəricisindən) çox aşağıdır. Layihənin məşğulluq qaydalarına tam əməl olunmayan qonşu kəndlərdə aşkar göründüyü kimi belə situasiya mübahisə potensialına malikdir. BTC Co-nun BOTAS və Sahə B üzrə podratçını layihə üzrə məşğulluq qaydalarını bütün subpodratçılara, ələxüsus, bacarıqsız işçi qüvvələrinə tətbiq etməyə təşviq etməsi tövsiyə olunmuşdur.

4.3 Yerli mənbələrdən tədarük

Yerli mənbələrdən tədarük layihədə “…mal və xidmətlərin boru kəmərinin keçdiyi ərazidəki milli ... bizness müəssisələrindən və ya icma və ya rayonlardan alınması kimi müəyyənləşdirilmişdir”9

Bakıdakı Biznes Mərkəzi layihənin yerli səviyyədə ölkədaxili xərci ilə əlaqədar məlumatların hal-hazırda toplanmaqda olduğunu göstərdiyinə baxmayaraq, layihə belə məlumatlar üzrə hər hansı rəqəmi hələ açıqlamamışdır. Bu məlumat layihənin yerli tədarük üzrə nə qədər mənfəət əmələ gətirdiyini göstərməkdə faydalıdır.

Türkiyədəki podratçıların tədarük məqsədilə əyalətdəki kapitallara müracİƏMŞ etdiyinin müşahidə olunduğuna baxmayaraq, hər bir ölkədəki tikinti podratçısı ilə məsləhətləşmələrdən və layihənin təsirinə məruz qalmış az sayda icmaların cavablarına görə yerli (yəni, rayon və icma) mənbələrdən tədarük səviyyəsi məhduddur. Cavab

9 Azərbaycanın Tədarük və Təchizat barədə Podratçının Nəzarət Planı, 23 may, 2003-cü il.

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-17

göstərmişdir ki, ərzaq mallarının və təzə məhsulların bir nisbətinin yerli tədarükçülərdən alındığı bəzi tikinti düşərgələrinin yaxınlığındayerli tədarük daha uğurludur. Bəzən yerli mənbələrdən alındığından, ofis sahəsi, yanacaq, aqreqatlar, butılka suyu və siqaretlər də həmin kateqoriyaya aid tədarük malları kimi göstərilmişdir. Podratçılardan biri “birbaşa alış”ın əvəzinə spesifik malların tədarükçüsü üçün tender keçirilməsi tələbinin yerli tədarük mənbələri üçün maneə olduğunu qeyd etmişdir. Yerli təchizatçıların ərzaq daşınması, nəqliyyat vasitələrinin təhlükəsizliyi və püskürtü normaları kimi SƏTƏM standartlarına cavab vermək iqtidarında olmaması məhdudlaşdırıcı əmsal kimi göstərilmişdir.

Layihənin SƏTƏM standartları müəyyənləşdirilmiş və fəal tikinti müqavilələrinə daxil edilmişdir. İndi yerli səviyyədə tədarük həcmini artırmaq məqsədilə həmin standartların yumşaldılması üçün real imkanlar mövcud deyildir və SMTAPP Şurası bunu dəstəkləmir. İstismarın gələcək mərhələsində diqqət rayon/icma səviyyəsində tədarük imkanlarının artırılmasına yönəldilməlidir. Yerli icmaların müəssisələri mobilizasiya etməsinə kömək göstərmək və istismar mərhələsində mal və xidmətləri təchiz etməkdən ötrü onların tenderdə iştirak etməsinə şərait yaratmaq məqsədilə tələb olunan SƏTƏM standartlarına nail olmaq üçün tikinti qrafikinin tarazlaşdırılması dövründə mövcud hazırlıq müddətindən istifadə olunmalıdır. Həmçinin, 6.4 bölməsindəki müzakirə və tövsiyələrə baxın.

Tövsiyə:

g. Yerli mənbələrdən tədarükün bir göstəricisi kimi BTC Co hər bir ölkə üzrə sərf etdiyi ölkədaxili xərclər barədə məlumatları rüblük əsasda açıqlamalıdır.

4.4 İcmanın təhlükəsizliyi

Podratçının icmanın təhlükəsizlik barədə məlumatın artırılması proqramının müvafiq qaydada yerinə yetirildiyi qiymətləndirilmişdir. Gürcüstanda çox az hallarda təlimin azərbaycanlı və erməni kiçik etnik qruplara məxsus azyaşlı uşaqlar tərəfindən başa düşülməyən dillərdə aparıldığına baxmayaraq, orta məktəb şagirdlərinin əksəriyyəti əməyin təhlükəsizliyi barədə təlim keçdiyini göstərmişdir. Təlim keçdiklərinə baxmayaraq, Türkiyədəki uşaqların bəzilərinin layihə ilə əlaqədar nəqliyyat vasitələrinin səbəb olduğu risklərdən xəbərdar olmadığı aşkar olunmuşdur. Uşaqların təhlükəsizlik texnikası barədə məlumatlarını daha səmərəli qaydada artırmaq məqsədi daşıyan proqram layihələşdirmək məqsədilə Türkiyədə layihəyə təhsil mütəxəssisi cəlb edilmişdir. Türkiyədə (mədəniyyət cəhətdən məqbul olan hallarda) tikinti zolağında gözətçilik etmək üçün qadınlardan daha çox istifadə edilməsi boru kəməri marşrutu boyu fəal iş zonalarının yaxınlığında uşaqların təhlükəsizlik texnikası barədə məlumatlarının artırılmasının daha bir yolunu göstərmişdir.

SMTAPP il əlaqədar məsələlərin Türkiyədə nəzərdən keçirilməsi zamanı BTC Co şirkətinin SƏTƏM tələblərinə zidd olaraq, bəzi hasarsız, fəal iş sahələri (boru anbarları, Sahə B) qeydə alınmışdır. Bəzi dar kənd kəsişmələrində nəqliyyat vasitələrinin hərəkətinə nəzarət məqsədilə (siqnalçı, sürət göstəriciləri və maneələrdən ibarət) əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu aşkar edilmişdir.

4.5 Tikintinin kəndlərə təsiri

Şikayət kitabçalarının nəzərdən keçirilməsi və kənd əhalisi ilə məsləhətləşmələr nəticəsində bu növ iş üçün xarakterik olan bir sıra şikayətlər aşkar edilmişdir. Müzakirə zamanı kəndlilərin qeyd etdikləri təsir növlərinə səs-küy və tozun yaratdığı narahatlıq, yerli yolların

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-18

və infrastrukturun zədələnməsi, nəqliyyat vasitələrinin hərəkəti və ya partlayış nəticəsində yaranmış vibrasiya ilə əlaqədar olaraq evlərin çatlaması və tikinti zolağından kənarda məhsullara ziyan dəyməsi daxildir.

Şikayət kitabçalarından şikayətlərin əksəriyyətinin müvafiq qaydada və vaxtında həll edildiyi aşkar edilmişdir10. BTC Co şirkətinin yolların və infrastrukturların ən azı layihədən əvvəlki vəziyyətə qaytarılması barədə öhdəliyi kəndlilər və kənd rəhbərləri tərəfindən həmişə başa düşülmür. Bu öhdəliklər kənd daxilində təkrarlanaraq aydınlaşdırılarsa, narahatlıq və təşvişin əksəriyyətinin qarşısını almaq olar.

Layihə üzrə yeganə nailiyyət kənar işçi qüvvələrin iştirakı və davranışı ilə əlaqədar şikayətlərin olmaması ilə bağlı olmuşdur. Məsləhətləşmələr aparılmış kəndlilər layihənin işçiləri ilə əlaqədar şikayət etməmişdir. BTC Co və onun podratçıları ilə əlaqədar çox az sayda şikayətlər edilmişdir.

4.6 İctimaiyyətlə ilə əlaqə

Həm BTC Co. Şirkətinin, həm də onun podratçılarının İƏMŞİƏMŞ-ların ictimaiyyətlə əlaqəsinin Azərbaycan və Türkiyədə müvafiq səviyyədə olduğu qiymətləndirilmişdir. Gürcüstanda BTC İƏMŞ-ların sayı mövcud iş yükünün idarə olunması üçün kifayət deyildir. BTC Co nəzərdən keçirmə prosesi zamanı əlavə İƏMŞ işçilərinin işə götürülməsinə başlamışdı və sənədin yazıldığı vaxt üç əlavə İƏMŞ və sahədə sosial məsələlər üzrə rəisin işə götürüldüyünü təsdiq etmişdi. SMTAPP Şurası BTC Co şirkətinin Gürcüstanda ictimai əlaqə üzrə fəaliyyətini gücləndirmək üçün digər tədbirlərin görülməsi barədə razılığa gəlmişdir. BTC Co şirkətinə görə, bu tədbirlərin çoxu sənədin yazıldığı dövrdə artıq yerinə yetirilmişdi.

Həmçinin, Gürcüstanda SMTAPP Şurası əməliyyatların başlamasına giriş kimi boru kəməri təhlükəsizliyi barədə informasiyanın ehtiyatla hazırlanmasına və maarifləndirmə kompaniyasına başlamasına ehtiyac olduğunu vurğulamışdır. Bu ehtiyaca xüsusi misal olaraq Rustavi şəhərində dörd çoxmənzilli binaların sakinlərini göstərmək olar. Bu çoxmənzilli binalar BTC və Cənubi Qafqaz boru kəmərlərindən 240 və 310 metrlik məsafədədir. 10 fevral 2004-cü il tarixdə SMTAPP Şurası 70 mənzilin sakinləri ilə qarşılıqlı əlaqələr yaratmışdır. Bu qarşılıqlı əlaqələrdən məlum olmuşdur ki, mənzillərin sakinləri boru kəmərlərinin yaxınlıqda olması və yaşadıqları binanın strukturunun möhkəmliyinə şübhə etdiklərindən təhlükəsizlik məsələləri ilə əlaqədar çox narahatdırlar. Onların təhlükəsizlik texnikası ilə əlaqədar bəzi narahatlıqları boru kəmərlərinin səbəb ola biləcəyi təsirlərlə əlaqədar ciddi yanlış təəssüratlara əsaslanır. Bu, BTC Co şirkətinin sakinlər və yerli imanın rəhbərləri barədə dəqiq məlumat verilməsinə və həmin məlumatların asanlıqla dərk oluna biləcək formada təqdim edilməsinə diqqəti artırmasına ehtiyac olduğunu göstərir.

Mənzilin sakinləri 7 fevral, 2004-cü il tarixdə boru kəmərinin tikinti zolağında keçirilmiş nümayişə polisin müdaxiləsi ilə əlaqədar SMTAPP Şurası qarşısında müəyyən iddialar qaldırmışdır. Bu iddialar BTC Co şirkətinin idarə heyətinə təqdim olunmuşdur. BTC Co şirkətinin sorğuları göstərir ki, Rustavi sakinləri bu hadisələr ilə əlaqədar dövlət orqanlarına

10 Şikayətlərin aradan qaldırılmasında yol verilmiş bəzi uyğunsuzluqlar ilə əlaqədar olaraq Bölmə Error! Reference source not found.-yə baxın.

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-19

şikayət təqdim etməmişdir. Bu şərtlər altında layihə tərəfindən hər hansı əsaslandırılmış müdaxilənin dəstəklənməsi çətindir . Əmlakın zədələnməsi və ya insanların xəsarət almasının qarşısını almaq üçün bəzi hallarda polisin müdaxiləsinin lazım olduğu halda SMTAPP Şurası belə müdaxilə hallarından yalnız son vasitə kimi istifadə olunmamasında və belə müdaxilənin Təhlükəsizlik və insan Hüquqları barədə Könülü Prinsiplərə uyğun qaydada aparılmamasından narahatdır.

2003-cü ilin sonu və 2004-cü ilin əvvəllərində Gürcüstanda BTC Co boru kəmərinin tikinti zolağının etiraz edən şəxslər və ya kəndlilər qrupu tərəfindən bağlanması ilə bir neçə dəfə qarşılaşmışdır. BTC Co bildirir ki. SMTAPP Şurasının 2004cü il tarixində Gürcüstana baş çəkməsindən sonra tikinti zolağının bağlanması halları azalmışdır. Bu seçkidən sonrakı müddətdə yerli siyasi kontekstdə dəyişkənliyin azalması, həmçinin, ehtiyatların artırılması və yeni hökumətin bu məsələləri daha yaxşı əlaqələndirməsi ilə əlaqədardır.

Bölmə 2.2-də qeyd edildiyi kimi, Gürcüstan və Türkiyədə yeni tikinti sahələrinin açılması İƏMŞ- qruplarına tələbatları artıracaqdır. Belə hal gözlənilməlidir və lazım gələrsə, əlavə işçi heyəti işə götürülməlidir (Bax tövsiyə b).

4.7 Şikayətlərə baxılması

Hər bir ölkədə torpaq və tikinti ilə əlaqədar şikayətlərə baxılması üçün şikayət kitabçaları nəzərdə tutulmaqla bu ölkələrdə şikayətə baxılması prosesi təkmilləşmişdir. Şikayətlərin müəyyənləşdirililməsi və qeydə alınması üsulunda bəzi problemlər qalmaqdadır. Şikayətlərə baxılması prosesləri üçün ölkə üzrə spesifik tövsiyələr B. C vəD hissələrinə daxil edilmişdir. .

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-20

5. İCİMAİ SƏRMAYƏ PROQRAMI

5.1 İSP-nın icrası üzrə tərəfdaşların seçilməsi

Hər üç ölkədə İctimai Sərmayə Proqramları ölkə daxili və beynəlxalq QHT-ları, təhsil müəssisələri və özəl şirkətlər üçün açıq olan tender prosesi əsasında podrata verilmişdir. Xarici məsləhətçi qurumlardan məsləhət alınmaqla qiymətləndirmə ölkə daxilində aparılmışdır. SMTAPP Şurası hər üç ölkədə İSP üçün tərəfdaşların seçilməsi prosesinin sağlam, rəqabətə yararlı və şəffaf olduğunu qiymətləndirmişdir. Bütün təkliflərdə milli yoxsulluğun azaldılması strategiyalarına istinad olunması tələb edilmişdir.

Azərbaycan və Gürcüstanda İSP-larına yerli QHT-ları tərəfdaşları ilə birlikdə təcrübəli, beynəlxalq inkişaf üzrə QHT-ları rəhbərlik edir. Türkiyədə İSP-ları milli QHT-ları və universitet əsaslı təşkilatlar tərəfindən həyata keçirilir.

İSP-nın ümumi büdcəsi 25.0 milyon ABŞ Dolları olmaqla aşağıdakı qaydada bölünür: Azərbaycan 8.0 milyon ABŞ Dolları; Gürcüstan 8.0 milyon ABŞ Dolları və Türkiyə 9.0 milyon ABŞ Dolları.

5.2 İSP-nın planlaşdırılması, layihələşdirilməsi və icrası

Xüsusilə, Azərbaycan və Gürcüstanda ictimai iştirak imkanlarının genişləndirilməsi, potensialın artırılması və təlimin keçirilməsi vurğulanmaqla İSP-lar hər bir ölkədə çox sektorlu (məsələn, infrastrukturun bərpası, energetika, sağlamlıq, kənd təsərrüfatı, mikro-maliyyə) götürülür. Bütün infrastruktur layihələr kəndlilərin 25 faiz pay qoyuluşu (nağd pul, əmək, material, avadanlıq və s. formalarda) tələb edir. Kəndlilərlə aparılmış məsləhətləşmələr zamanı aşkar olunmuşdur ki, İSP üzrə fəaliyyətlər barədə geniş məlumat var və həmin fəaliyyətlər müsbət qəbul olunur. Qrup görüşlərində və ictimai təşəbbüs qruplarında qadınların əhəmiyyətli hissəsi fəal iştirak etmişdir. Yerli hökumət və dövlət agentlikləri ilə əlaqələr bəzən icmanın təşəbbüs qruplarındakı yerli bələdiyyə məmurlarının iştirakı, həmçinin hökumət agentliklərindən texniki mənbə kimi istifadə edilməsi vasitəsi ilə yaradılmışdır. Ümumiyyətlə, İSP-larının layihəsi və onların səmərəli qaydada icrası SMTAPP Şurasında yaxşı təəssürat oyatmışdır.

Türkiyədə İSP-nın icrasındakı bəzi zəiflikləri nəzərdən keçirmək üçün gücləndirici tədbirlər razılaşdırılmışdır. İSP-nın Türkiyədə icraçıları tərəfindən istifadə olunan iştirakın planlaşdırılması prosesləri digər iki ölkədə olduğu kimi yaxşı işlənməmişdir. SMTAPP məsələlərinin Türkiyədə nəzərdən keçirilməsi bəzi layihələrin texniki layihəsi ilə əlaqədar bəzi narahatlıqlar və layihənin ciddi şəkildə nəzərdən keçirilməsi ehtiyacını əmələ gətirmişdir. Tövsiyə olunan gücləndirici tədbirlər bu hesabatın 5.2 bölməsinin D hissəsində təsvir edilmişdir.

5.3 İSP-nın SƏTƏM ilə əlaqədar məsələləri

SMTAPP Şurası üç ölkənin hər birində İSP-larının həyata keçirilməsi ilə əlaqədar bəzi potensial SƏTƏM məsələlərini qeyd etmişdir. Şura qəbul etmişdir ki, BTC səviyyəsində SƏTƏM standartlarının İSP-nın icrasına tətbiqi yol verilməyəcək qədər baha başa gələcək və əldə oluna bilən mənfəətləri çox azaldacaqdır. Layihələrin əksəriyyəti masştabına görə çox kiçikdir. Bununla belə, SMTAPP Şurası İSP təchizatçılarının hər bir layihə ilə əlaqədar sağlamlıq, əməyin təhlükəsizliyi, sosial sahə və ətraf mühitin mühafizəsi ilə əlaqədar

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-21

risklərin sadə formada qiymətləndirilməsinin aparılması və lazım olan halarda, müvafiq yumşaldıcı tədbirlərin layihələşdirmə prosesinə daxil edilməsi ehtiyacını müəyyənləşdirmişdir. (Layihənin növündən asılı olaraq) aşağıdakılar daxil olmaqla, lakin onlarla məhdudlaşmayaraq, əsas təhlükəsizlik tədbirlərinin görülməsinin təmin edilməsinə diqqət yetirilməlidir:

- açıq xəndəklərin və qazılmış sahələrin müvafiq qaydada hasarlanması

- insanların istifadəsi üçün təchiz olunduğu hallarda suyun keyfiyyətinin yoxlanması (ən azı yeni su təchizat mənbəyindən şaxənin çəkildiyi layihələrdə)

- asbest və digər təhlükəli materialların müvafiq qaydada yüklənib-boşaldılması

- nəqliyyat vasitələrinin hərəkətinin idarə olunmasına diqqət yetirilməsi

- su təchizatının təkmilləşdirilməsinin nəzərdə tutulduğu hallarda çirkab suları sisteminin vəziyyətinin və həcminin yaxşılaşdırılması

İSP fəaliyyətlərinin vaxtaşırı monitorinq prosesinin bir hissəsi kimi BTC Co İSP üzrə tərəfdaşlar SƏTƏM üzrə müvafiq tədbirlərin nəzərə alındığını təsdiq etməlidir.

Tövsiyə:

BTC Co hər bir layihə ilə əlaqədar sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi risklərinin sadə qiymətləndirilməsini aparmaq və sənədləşdirmək və lazım olan hallarda müvafiq yumşaldıcı tədbirlərin layihələşdirmə prosesində nəzərə alınması barədə İSP təchizatçılarına göstəriş verməlidir.

5.4 Rəhbərlik, monitorinq və qiymətləndirmə

BTC Co tərəfindən hər bir ölkədə İSP-larına rəhbərlik və monitorinq səviyyələri tamamilə müxtəlifdir. Tikinti sahələrinin coğrafi əhatəsi, təsirə məruz qalmış kəndlərin sayının və İSP layihələrinin Azərbaycan və Gürcüstandan daha artıq olduğundan Türkiyədə bu tapşırığın masştabı daha böyükdür. İSP tərəfdaşlarının başlıca monitorinq rolunu oynaması tövsiyə edilir. İSP-nın aralıq nəzərdən keçirilməsi prosesinin bir hissəsi kimi İSP layihələrinin kəsişmələri üzrə risklərin idarə olunmasının səmərəliliyinə də baxılmalıdır.

Tövsiyə:

BTC Co hər bir ölkədə İSP-larının icrası ilə əlaqədar riskləri idarə etmək üçün monitorinq və digər təminat proseslərinə ehtiyac olub-olmadığını nəzərdən keçirməlidir.

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-22

6. QALDIRILMIŞ DİGƏR MƏSƏLƏLƏR

6.1 İctimaiyyətlə məsləhətləşmə və açıqlama

Kreditorun tələblərinə uyğun olaraq, hər bir ölkə üçün İctimaiyyətlə Məsləhətləşmə və Açıqlama Planları hazırlanmış və açıqlanmışdır. İMAP-larını əvəz etmək üçün hər bir ölkə üçün “ünsiyyət planları”nın hazırlanacağı barədə kreditorların qarşısında öhdəlik götürülmüşdür. Bunlar hələ başa çatdırılmamışdır.

SMTAPP Şurasına məlumat verilmişdir ki, BP Biznes Bölümü QHT-larının cəlb olunması proqramını işləyib hazırlamaqdadır. BTC Co şirkətinin perspektivlərindən baxdıqda, bu proqramın sürətlə həyata keçirilməsi və onun BTC layihəsi üzrə məlumatların yayılması və cavab ehtiyaclarına, həmçinin, BP-nin ümumi məqsədlərinə uyğunluğu təmin olunmalıdır.

Tövsiyə:

Məsələlərin SMTAPP tərəfindən növbəti dəfə nəzərdən keçirilməsindən qabaq BTC Co hər bir ölkə üçün ünsiyyət planlarını tamamlamalıdır.

6.2 İcmaların informasiyaya olan ehtiyacları

Kəndlərdə aparılmış məsləhətləşmələrdən aydın olmuşdur ki, layihənin təsirinə məruz qalmış icmaların layihənin aspektləri, həmçinin, ictimaiyyət arasında geniş anlaşılmazlığa səbəb olmuş və layihənin təsirinə məruz qalmış insanların başa düşmək üçün məlumata ehtiyac duyduqları sahələr barədə daha çox informasiya axtardıqları bir neçə əsas sahə vardır. Həmin sahələr aşağıdakılardır:

- boru kəmərinin təhlükəsizliyi (və 500m “məsləhətləşmə” zonasının əhatə olunması )

- istifadə üzərinə qoyulmuş məhdudiyyətlər

- torpaqdan istifadə hüququnun qaytarılması

- sınaq və istismara vermə zamanı fəaliyyətlər

- istismar mərhələsi ərzində fəaliyyətlər

500m-lik “məsləhətləşmə” zonası barədə anlaşılmazlıqlar şərqi Gürcüstanda daha geniş yayılmışdır11. Gürcüstanda (və Azərbaycanda) Torpağın Ayrılması və Kompensasiya üzrə Təlimatlar (TAKT) və ƏKTP göstərmişdir ki, boru kəmərinin hər iki tərəfində BTC Co şirkətinin hər hansı nəzərdə tutulmuş tikinti işləri12 və ya xəstəxana və ya orta məktəblər kimi planlaşdırılan strateji obyektlərin inşası barədə məsləhətləşmək arzusunda olduğu

11 İki nəfər məlumat verən şəxsə görə 500 metrlik məsləhətləşmə zonası barədə çaşqınlıqların bəzisi Gürcüstanın şərq rayonlarında fəaliyyət göstərmiş və layihəyə qarşı çıxan QHT-ları tərəfindən yaradılmış ola bilər.

12 Boru kəmərinin hər iki tərəfində 500 metrlik zonanın məsləhətləşmə zonası kimi götürülməsində məqsəd ondan ibarətdir ki, məktəblər və ya xəstəxanalar kimi hər hansı əhəmiyyətli tikinti işlərinin görülməsinə razılıq verməmişdən qabaq dövlət ehtiyatlı planlaşdırma aparsın və BTC Co şirkəti ilə məsləhətləşsin.

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-23

500m-lik zona mövcuddur. Görünür, bu bəzi icmalar arasında anlaşılmazlıq yaratmışdır ki, (i) 500m-lik zona risk və ya “təhlükə” zonasıdır; və (ii) BTC Co müəyyən tikinti (orta məktəblər, xəstəxanalar) ilə əlaqədar məqsədyönlü planlaşdırma aparma yollarını araşdırdığından təsirə məruz qalmış torpaq sahibləri kompensasiya almaq hüququna malikdirlər. Boru kəmərinin təhlükəsizliyi barədə aydın informasiya vermək və 500 metrlik və digər mühafizə zonaları barədə anlaşılmazlıqları aradan qaldırmaq üçün ehtiyatlı informasiya kampaniyasının aparılmasına təşəbbüs göstərilməlidir.

Tövsiyə:

BTC Co boru kəmərinin təhlükəsizliyi, istifadənin məhdudlaşdırılması, torpaqdan istifadə hüquqlarının qaytarılması, istismara vermə və istismar mərhələlərində görüləcək fəaliyyətlər və bunların boru kəmərinin qonşuluğundakı sahələrə təsirləri (əgər vardırsa) barədə icmalara vaxtında məlumat çatdırılması strategiyalarını işləyib hazırlamalıdır.

6.3 Dəyişikliklərin idarə olunması

2004-cü ilin fevral ayında nəzərdə keçirmə prosesi zamanı SMTAPP Şurası bunların arasında ƏKTP və PNP-da (bir ƏFG-də dəyişiklik) sənədləşdirilmiş layihə, tikinti metodu və fəaliyyət meyarlarında bir neçə dəyişikliyi qeydə almışdır:

- Layihəyə dəyişikliklər edilməsi (o cümlədən marşrutların dəyişdirilməsi (bütün ölkələrdə), PT 1-də (Türkiyə) yanacaq mənbəyinin dəyişdirilməsi, vertolyot meydançaları üçün torpaq sahəsinin ayrılması, boru kəmərinin ayrılması və mühafizə zonasının (Gürcüstan) enində dəyişiyin müzakirəsi

- Tikinti prosedurunda dəyişiklik (məsələn, tikinti zolağında torpağın üst qatının soyulması proseduru (Gürcüstan), əlavə tikinti sahələrinin ayrılması (Gürcüstan və Türkiyə))

- PNP0da dəyişikliklər (məsələn, yerli tədarük üçün Əsas Fəaliyyət Göstəricisi)

- ƏKTP-da digər dəyişikliklər (məsələn, ƏKTP-da təsvir olunmuş torpaq sahəsinin məcburi ayrılmasından fərqli şəkildə Gürcüstanda “məcburi tikinti zolağı”ndan istifadə)

Hər bir nəzərdən keçirmə prosesindən qabaq təsdiq olunmuş “dəyişikliklər”in xülasəsinə malik olmaq SMTAPP Şurası üçün faydalı olardı. Tətbiq oluna bilən hallarda, aşağıdakıları əhatə edən hər hansı dəyişiklik barədə xülasə informasiyaya malik olmaq daha faydalı olacaqdır:

torpaq ilə əlaqədar tələblər barədə dəyişiklik

layihənin təsirinə məruz qalmış əhalidə dəyişiklik

layihə tərəfindən təklif olunmuş hər hansı əlavə məsləhətləşmə və ya informasiyanı açıqlama fəaliyyətləri

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-24

Tövsiyə:

1. SMTAPP Şurası hər bir nəzərdən keçirmədən qabaq təsdiq olunmuş dəyişikliklər (layihə, tikinti prosedurları və PNP-nın sənədləşdirilməsi) barədə informasiya xülasəsinə malik olmalıdır.

6.4 İstismar mərhələsinə keçid

SMTAPP Şurasının səlahiyyətlər sahəsi əsasında 2008-ci ilin sonuna və ya SMTAPP Şurasının dolanışığın bərpasının tamamlandığı barədə qərar qəbul etdiyi hər hansı belə əvvəlki tarixə qədər SMTAPP tərəfindən monitorinq aparılacaqdır.

2004-cü ilin ortalarından etibarən boru kəmərinin idarə olunması fəaliyyəti 2005-ci ilin əvvəllərində başa çatacaq Tikinti Qrupundan tədricən BTC İstismar Qrupuna keçəcəkdir. Hal-hazırda, İstismar Qrupu işə götürüldükcə və büdcə müəyyənləşdikcə. SMTAPP Şurası məsuliyyətlərin ötürülməsi ilə əlaqədar bəzi məsələləri vaxtında işıqlandırmağı nəzərdən keçirir. Bu məsələlər uyğunluq üçün deyil, təhvil vermənin idarə olunması maraqlarına uyğun olaraq qaldırılır. Bunlar aşağıdakı üç başlıq əsasında təsnif edilir:

- İstismar mərhələsində işlə təmin olunma və tədarük məqsədilə kənd və şəhər səviyyəsində iştirak imkanlarının maksimuma qaldırılması

- İSP-larının davamlılığının təmin edilməsi

- İctimaiyyətlə əlaqə, sosial məsələlər, ƏKTP-nın monitorinqi, şikayətlərə baxılması, müvafiq hesabat və qeydiyyat aparma proseslərinin davamlılığının təmin edilməsi

6.4.1 Kənd və şəhərlərdən tədarük imkanları

Bölmə 4.3-də qeyd edildiyi kimi, layihənin tikinti mərhələsində kəndlilər üçün tədarük imkanlarının yaradılmasının məhdud olduğu aşkar edilmişdir. Layihənin yerli mənbələrdən mal və xidmətlərlə təchiz edilməsi üçün daha davamlı və uzun müddətli imkanlar BTC boru kəmərinin istismar mərhələsində yarana bilər. Kəndlərin və kənd səviyyəsində müəssisələrin belə imkanlardan istifadə edib tenderdə iştirak etməsinə şərait yaradılması məqsədilə kəndlilərin mobilizasiya, imkanların müəyyənləşdirilməsi, əsas biznes planlaşdırma işləri, müəssisələrin yaradılması, təkliflərin hazırlanması və SƏTƏM üzrə təlimlər barədə kömək göstərilməsini tələb edəcəyi 12-18 aylıq hazırlıq müddətinin olmasına ehtiyac vardır. BTC İstismar Qrupunun (ələlxüsus, onların tədarük şöbəsinin) əməkdaşlığı və əvvəldən prosesə cəlb edilməsi vasitəsilə tikinti mərhələsində İSP təşəbbüslərində kəndlilərin istismar mərhələsi üzrə fəaliyyətlərdə tenderdə iştirak etməsi mümkün ola bilər. Aşağıdakı mərhələlər tövsiyə olunur:

- yerli tədarükün məqsəd şəkilində istismar mərhələsi üzrə qaydalara və planlara daxil edilməsinin təmin olunması

- istismar qrupunun mobilizasiyasından sonra mümkün qədər tez boru kəməri və nasos stansiyası üzrə əməliyyatların nəzərdən keçirilməsi, işə götürüləcək kənd camaatı üçün imkanların, kənardan təchiz ediləcək mal və xidmətlərin müəyyənləşdirilməsi (məsələn, landşaftın saxlanması, ümumi texniki-təmir işləri, təhlükəsizlik, tədarük və ərzaq təchizatı, nəqliyyat vasitələrinə xidmət göstərilməsi,

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-25

yanacaq təchizatı, iaşə xidmətləri, bir formalı istehsal, camaşırxana xidmətləri, təmizləmə xidmətləri, çap işləri və işarələrin yazılması, və sair)

- yerli məşğulluq və tədarük funksiyalarının İstismar Qrupuna səmərəli ötürülməsi üçün arzu olunan əlaqələri müəyyənləşdirmək məqsədilə BTC Tikinti Qrupu və İstismar Qrupu arasında seminarın keçirilməsi və istismar mərhələsi üzrə tədarük tenderlərində iştirak prosesində kəndlilərin iştirakına şərait yaratmaq üçün tikinti mərhələsi üzrə İSP kiçik müəssisələrin inkişafına təşəbbüs göstərilməsi imkanlarının araşdırılması

Boru kəməri marşrutu boyu kənd təsərrüfatının nağd vəsaitləri o qədər kasıbdır ki, kənardan ən kiçik təchizat imkanları belə yerli ictimaiyyətə nağd pul axınını təmin edə və müxtəlif mənfəətlərin əldə olunmasına gətirib çıxara bilər. Tədarüklə əlaqədar kəndlərin potensialının artırılmasına başlamaq heç də gec deyildir.

Tövsiyə:

m. İstismar qrupunun mobilizasiyasından sonra mümkün qədər tez BTC Co boru kəməri və nasos stansiyası üzrə əməliyyatları nəzərdən keçirməli, işə götürüləcək kənd camaatı üçün imkanları, kənardan təchiz ediləcək mal və xidmətləri müəyyənləşdirməlidir.

n. BTC Co istismar mərhələsi üzrə tədarük tenderlərində iştirak prosesində kəndlilərin iştirakına şərait yaratmaq üçün tikinti mərhələsi üzrə İSP kiçik müəssisələrin inkişafına təşəbbüs göstərilməsi imkanlarını araşdırmalıdır.

6.4.2 İSP-larının davamlılığı

Tikinti mərhələsinin bir hissəsi kimi hal-hazırda yerinə yetirilməkdə olan İSP-larının müddəti nisbətən qısadır. Davamlı mənfəətlər əldə etməkdən ötrü sağlamlıq sektorunda olduğu kimi bir qayda olaraq proqramların üç ildən artıq müddətə dəstəklənməsinə ehtiyac vardır. Tikinti mərhələsi hansı ölkədə hansı proqramın səmərəli olduğunun və hansının müddətinin artırıla bilməsinin qiymətləndirilməsi üçün əla əsasla təmin edir. İSP-ları üzrə təşəbbüslərin istismar mərhələsi üzrə icmaya göstərilən yardımın bir hissəsini təşkil etdiyini nəzərə alaraq, əvvəldən başlamağın əvəzinə cari İSP-ları təşəbbüsləri və öyrənilmiş dərslərin İstismar qrupu tərəfindən tədqiqi və davamlı və cari proqramlar əmələ gətirmək üçün bunlardan bəzilərinin müddəti və coğrafi əhatə sahəsinin uzadılmasını nəzərdən keçirməsi tövsiyə olunur.

Tövsiyə:

o. BTC İSP-larının davam etdirilərək İstismar Mərhələsinə daxil edilməsi məqsədilə arzu olunan əlaqə və tədbirlərin nəzərdən keçirməsi üçün BTC tikinti qrupu və istismar qrupu arasında seminar keçirməlidir.

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-26

6.4.3 İctimaiyyətlə əlaqə və sosial məsələlərin idarə olunmasının davamlılığı

BTC Co hər bir ölkədə vaxt keçdikcə və icmalarla qarşılıqlı əlaqə yolu ilə güclü şəbəkələr, əlaqələr yaratmış, yerli məsələlər, narahatlıqlar və maraqlı tərəflər barədə məlumatlar əldə etmiş tikinti zamanı ictimaiyyətlə əlaqə üzrə məsul şəxslər qrupları yaratmışdır. Bu insanlar layihənin əmlakıdır. Onlar həmçinin, ƏKTP-nın monitorinqi, şikayətlərə baxılması proseduru və nominal olaraq 1008-ci ilin sonunda SMTAPP-nın monitorinqi başa çatana kimi davam etdirilməsinə ehtiyac duyulan hesabat vermə tələbləri barədə biliyə malikdirlər. Ümid edilir ki, tikinti zamanı ictimaiyyətlə əlaqə üzrə məsul şəxslərin özəyi istismar mərhələsində də saxlanılacaqdır ki, icma ilə yaradılmış əlaqələr və layihənin sosial məsələlərinin idarə olunması sistemləri itməsin.

Tövsiyə:

p. BTC Co ictimaiyyətlə əlaqə üzrə məsul şəxslərin dəyərini və istismar mərhələsində ictimaiyyətlə əlaqə ehtiyatları ilə bağlı tələblər nəzərdən keçirildikdə onların yerli ictimaiyyətlə yaxşı əlaqələrin saxlanmasında rolunu nəzərə almalıdır.

6.5 Regional inkişaf təşəbbüsü

Ümumiyyətlə, ölkədaxili İSP-ları ümumi sosial sərmayə və ictimaiyyətə yardım məsələlərinin yerinə yetirilməsində əla modellər təmin edir. Onların milli yoxsulluğun azaldılması strategiyaları ilə əlaqəsi həmçinin onların milli sosial inkişaf məqsədləri üçün əhəmiyyətini gücləndirir. İSP-larının işlənməsi və həyata keçirilməsi və digər mənbələrdən əlavə qrant yardımının alınması üçün onların işə salınması zamanı hər hansı gələcək ümumi sosial sərmayənin layihələşdirilməsi istiqamətində əhəmiyyətli dərslər öyrənilmişdir. SMTAPP Şurası ümid edir ki, Regional İnkişaf Təşəbbüsünü formalaşdırdıqda BP SİP-larının ümumi ictimai sərmayəyə ən müasir yanaşma üsulu olduğunu qəbul edəcək və ölkədaxili qruplar tərəfindən öyrənilmiş dərslərdən bəhrələnəcəkdir.

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-27

7. YEKUN

Ümumiyyətlə, qiymətləndirmələrə görə BTC layihəsinin ƏKTP və PNP-larında müəyyənləşdirilmiş öhdəliklərə cavab verdiyi müəyyənləşdirilmişdir. Bununla belə, cari nəzərdən keçirmə prosesi zamanı ümumi layihə fəaliyyətinin gücləndirilməsinə ehtiyac duyulan bir sıra sahələr müəyyənləşdirilmişdir. Bu sahələrə aşağıdakılar daxildir:

- Podratçı üçün müvəqqəti torpaq sahəsinin ayrılmasının idarə olunması

- İnformasiyanın layihənin təsirinə məruz qalmış icmalar arasında yayılması

- İSP layihələri ilə bağlı SƏTƏM məsələlərinə təminat verilməsi

- Xüsusilə, ƏKTP və PNP-larında sənədləşdirilmiş öhdəliklərdən fərqlənmə hallarında dəyişikliklərin idarə olunması

Layihənin icrasının ləngidildiyi və məsələlərin həlli üçün əlavə səylərin göstərilməsinə ehtiyac duyulan iki sahə mövcuddur:

- Gürcüstanda torpaqdan istifadə hüquqlarının qaytarılması və istifadənin məhdudlaşdırılması strategiyaları

- Qolovasi balıqçıları üçün dolanışığın bərpası planı

Hər üç ölkədə İSP-larının bu günə kimi planlaşdırılması və icrası SMTAPP Şurasında yaxşı təəssürat oyatmışdır. On iki aydan sonra İSP-ları layihədə iştirak edən kəndlərə əhəmiyyətli mənfəətlər vermişdir. Türkiyədə onların fəaliyyətini daha da gücləndirmək üçün bəzi tədbirlər görmək tövsiyə olunur.

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-28

8. MƏSƏLƏLƏR ÜZRƏ YEKUNLAŞDIRILMIŞ CƏDVƏL

8.1 Əvvəl nəzərdən keçirilmiş məsələlərlə əlaqədar tövsiyələrin izlənməsi

Aşağıdakı cədvəldə 2003-cü ilin avqust ayında ilk nəzərdən keçirmə nəticəsində SMTAPP Şurası tərəfindən irəli sürülmüş tövsiyələr sadalanır və onların 2004-cü il fevral ayında vəziyyəti təsvir olunur.

Cədvəl 5-1 Əvvəl nəzərdən keçirilmiş məsələlərlə əlaqədar tövsiyələrin izlənməsi

Tarix Tövsiyə 2004-cü ilin fevral ayında vəziyyəti

Avqust, 2003-cü il 2004-cü ilin fevral ayının başlanğıcında SMTAPP tərəfindən nəzərdən keçirilməsi üçün BTC Co tikinti mərhələsi üzrə sosial və ekoloji məsələlərin idarə olunması və hesabat vermə sistemləri barədə Mütəxəssislər Şurası üçün hərtərəfli brifinq təşkil etməlidir.

Yerinə yetirilib

Avqust, 2003-cü il BTC Co Ekoloji və Sosial Məsələlər üzrə Kreditorun son rüb üçün Monitorinq Hesabatlarının SMTAPP-ın Mütəxəssislər Şurasının mobilizasiyasından qabaq hazır edilməsini təmin etməlidir.

Yerinə yetirilib

Avqust, 2003-cü il BTC Co şirkətinin sosial monitorinq qrupları kəndlər və sərhədyanı ərazilərdə kompensasiya ödənişi ilə əlaqədar əmələ gələn gərginliklərə qarşı ayıq olmalıdır.

Yerinə yetirilib

Avqust, 2003-cü il BTC Co boru kəməri dəhlizi boyu torpaq sahələrinin satışı qiymətlərinin monitorinqini aparmalı və milli təmayüllərlə müqayisə etməlidir. İnformasiya hər il ictimaiyyətə açıqlanmalıdır.

Yerinə yetirilib

Avqust, 2003-cü il BTC Co hər bir ölkədə hökumətin yüksək səviyyələrində anti-korrupsiya mövqeyini möhkəmlətməyə davam etməlidir.

Yerinə yetirilib (davam edir)

Avqust, 2003-cü il BTC Co özünün anti-korrupsiya mövqeyini regional, rayon və yerli hökumət orqanları arasında müntəzəm olaraq möhkəmlətməli və rəhbərlərin köməyindən istifadə etməkdə fəal olmalıdır.

Yerinə yetirilib (davam edir)

Avqust, 2003-cü il İnsanların məxfi şəkildə şikayətlərini bildirmələri üçün BTC Co tərəfdaş QHT-larını (CLEE, TSHMA və RUDF) ictimaiyyətə açıqlamalıdır.

Yerinə yetirilib

Avqust, 2003-cü il Ölkədəki qrupların mümkün qeyri-qanuni torpaq qeydiyyatı və ya sövdələşmələrindən xəbərdar olduğu hallarda BTC Co məsul dövlət orqanlarını belə halları araşdırmağa, nəticələri və qaldırılmış hər hansı cinayət işlərini ictimaiyyətə açıqlamağa təşviq etməlidir.

Yerinə yetirilib (davam edir)

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-29

Tarix Tövsiyə 2004-cü ilin fevral ayında vəziyyəti

Avqust, 2003-cü il BTC Co ƏKTP və Dünya Bankının OD 4.30 prinsiplərini nəzərə alaraq, sadə protokollar və ya müvafiq gücləndirici tədbirlər vasitəsilə Podratçıya torpaq sahəsinin ayrılması prosedurlarını nəzərdən keçirməli və rəsmiləşdirməlidir.

Yerinə yetirilməlidir

Avqust, 2003-cü il Podratçı ilə sövdələşmələrin monitorinqini aparmaq və prosesdə iştirak edə bilən özəl tərəflərə lazım ola bilən hər hansı yardım etmək və kömək göstərmək məqsədilə BTC Co QHT-ları üçün şərait yaratmalıdır.

Yerinə yetirilib

Avqust, 2003-cü il BTC Co Gürcüstanda torpaqdan istifadə hüquqlarını qaytarmaq üçün rəsmi mexanizmləri yekunlaşdırmalıdır.

Yerinə yetirilməlidir

Avqust, 2003-cü il Tikinti dəhlizindən istifadə hüququnun qaytarılmasına daha yaxınlaşdıqda BTC Co torpaqdan istifadə hüququnun qaytarılmasından sonra əməl olunacaq prosedurları təkrarlamaq və tətbiq olunacaq məhdudiyyətləri ailələrə xatırlatmaq üçün hər üç ölkədə informasiyanın yayılması kampaniyasını aparmalıdır.

Yerinə yetirilməlidir

Avqust, 2003-cü il BTC Co ailələrin gəliri və məsrəfləri barədə aparılan illik təkrar tədqiqatları hər üç ölkə boyu apardığı özünün sosial monitorinq proqramının ayrılmaz bir hissəsi kimi həmin proqrama daxil etməlidir.

(Yerinə yetirilmək üzrədir)

Avqust, 2003-cü il Şikayətlərə baxılması zamanı rolları və məsuliyyətləri aydınlaşdırmaq məqsədilə BTC Co seminarlar təşkil etməlidir.

Yerinə yetirilib

Avqust, 2003-cü il Razılaşdırılmış təshihedici tədbirlərin tamamlandığını və şikayətçilərin nəticələrdən razı qaldığını təsdiqləmək üçün BTC Co (və ya onun tərəfdaş QHT-ları) şikayətlərin aradan qaldırılması üçün həmin şikayətlərə müntəzəm baxmalıdır.

Yerinə yetirilməlidir

Avqust, 2003-cü il BTC sosial monitorinq qrupları hər hansı şikayətlərə və ya narahatlığa malik olub-olmamalarını müəyyənləşdirmək üçün sosial cəhətdən zəif qruplarla məsləhətləşməyə xüsusi diqqət yetirməlidir.

Yerinə yetirilməlidir (Azərbaycan, Türkiyə)

Avqust, 2003-cü il BTC Co yerli mənbələrdən tədarük ilə əlaqədar Podratçıların fəaliyyətini təkmilləşdirmək məqsədilə tədbirləri nəzərdən keçirməlidir.

Yerinə yetirilməlidir

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-30

Tarix Tövsiyə 2004-cü ilin fevral ayında vəziyyəti

Avqust, 2003-cü il BTC Co İSP-larının coğrafi sahəsi və ya müvəqqəti müddətini mümkün olan qədər artırmaq üçün tərəfdaşlıq və gücləndirmə vasitəsilə digər tərəflərlə birgə fəaliyyət imkanlarını araşdırmalıdır.

Yerinə yetirilib (Azərbaycan); Yerinə yetirilmək üzrədir (Türkiyə); Yerinə yetirilməlidir (Gürcüstan)

Avqust, 2003-cü il BTC Co ictimai sərmayə qoyuluşunun uzun müddətə planlaşdırılmasının bir hissəsi kimi əməliyyatlar zamanı maliyyələşdirmə müddətinin mümkün olan qədər uzadılması məqsədilə İSP üzrə sərmayələrin qiymətləndirilməsini nəzərə almalıdır.

Yerinə yetirilməlidir

8.2 2004-cü ilin fevral ayında nəzərdən keçirilmiş məsələlərlə əlaqədar tövsiyələr

Türkiyədə BTC layihəsi ilə əlaqədar məsələlərin 2004-cü ilin fevral ayında nəzərdən keçirilməsi nəticəsində əmələ gələn əsas tövsiyələr aşağıdakı cədvəldə verilmişdir. Tövsiyələrin üstünlük dərəcələri aşağıdakı qaydada göstərilir:

Yüksək ƏKTP, ƏMSSTQ və ya Dünya Bankının OD 4.30-da göstərilmiş öhdəliklərə uyğunluğu təmin etmək üçün həlledici əhəmiyyət daşıyan tədbirlər

Orta Sosial və ya köçürmə ilə əlaqədar məqbul praktikaya uyğun olmaq və ya faktiki və ya potensial sosial risk sahələrini nəzərdən qaçırmamaq üçün arzu olunan tədbirlər

Aşağı Vaxt baxımından dah az həlledici olan əhəmiyyətli tədbirlər

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-31

Məsələ Layihə prinsipləri Fəaliyyət Tövsiyələr Kim tərəfindən

Üstünlük

TORPAĞIN AYRILMASI BTC Co tikinti zolağı və digər müvafiq iş sahələrindən kənarda tikinti fəaliyyətlərinin təsirinə məruz qalmış, hələ kompensasiya almamış torpaq, məhsul və ya əmlak sahibləri və istifadəçilərinin müəyyənləşdirilməsi və onlara kompensasiya ödənilməsinə yüksək üstünlük verməsini təmin etməlidir.

BTC Co Yüksək

BTC Co hər hansı yeni tikinti sahəsində işə başlamamışdan qabaq müvafiq işçi heyətinin olmasını, nəzarət edilməsini, qeydlərin aparılmasını və təminat prosedurlarının yerində olmasını təmin etməlidir – bu həm BTC Co, həm də subpodratçının ehtiyatlarına və sistemlərinə tətbiq edilir.

BTC Co Yüksək

Tikinti məqsədilə əlavə torpaq sahəsinin idarə olunması

ƏKTP və ya OD 4.30-a uyğun olaraq, Podratçı əlavə torpaq sahəsi üzrə tələbləri boynuna götürməli, BTC Co uyğunluğun monitorinqini aparmalıdır.

OD 4.30-un prinsiplərinə zidd olaraq, podratçıların ödənişdən qabaq torpaq sahəsini tutduğu bəzi hallarda SMTAPP Şurası narahatlıq ifadə etmişdir.

BTC Co yeni sahələrdəki subpodratçıların torpaq üzə qruplarının təlim keçməsini və mobilizasiyaya qədər ƏKTP-nın öhdəlikləri və sahəyə daxil olmamışdan qabaq müvafiq tələblərlə tam tanış olduğunu təmin etməlidir.

BTC Co Yüksək

Soyğunçuluq və korrupsiya barədə iddialar

Layihə istənilən formada korrupsiya ilə razılaşmır və ya belə korrupsiya hallarını dəstəkləmir.

Bu günə kimi aparılmış məsləhətləşmələr əsasında belə halların geniş yayılmadığının göründüyünə baxmayaraq, soyğunçuluq və korrupsiya barədə fəaliyyətlər Gürcüstan və Azərbaycanda baş vermişdir.

BTC Co şirkəti hökumətin bütün səviyyələrində anti-korrupsiya mövqeyini möhkəmlətməsini davam etdirməlidir.

BTC Co Orta

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-32

Məsələ Layihə prinsipləri Fəaliyyət Tövsiyələr Kim tərəfindən

Üstünlük

Boru kəmərinin mühafizə zonası/torpaqdan istifadə hüquqlarının qaytarılması

Tikinti tamamlandıqda torpaqdan istifadə hüququ əvvəlki torpaq istifadəçilərinə qaytarılmalıdır.

Gürcüstanda 58 metrlik mühafizə zonasını tamamlamaq üçün xüsusi torpaq sahəsində 44 metrlik dəhlizin hər iki tərəfində iki 7 metrlik zolağın əldə olunması strategiyası hələ başa çatdırılmamışdır.

BTC Co istifadə hüququnun qaytarılması və istifadənin məhdudlaşdırılması strategiyalarının həll olunmasına Gürcüstanda mümkün qədər tez başlamaq üçün müvafiq diqqət və ehtiyatların tətbiq edilməsini təmin etməlidir.

BTC Co Yüksək

DOLANIŞIĞIN BƏRPASI Qolovasi balıqçılarının dolanışığının bərpası

ƏKTP-na görə Ceyhan Dəniz Terminalı yaxınlığındakı Qolovasi kəndində balıqçılar kompensasiya almaq hüququna malikdirlər

Ətraf mühitin ilkin vəziyyətinin hərtərəfli tədqiqi tamamlanmışdır (Ankara Universiteti) və hərtərəfli Dolanışığın Bərpası Planına daxil edilməsinə ehtiyac vardır.

BTC Co Qolovasi balıqçılarına təklif olunacaq iş və təlim imkanları barədə BOTAS ilə razılığa gəlməlidir ki, dolanışığın bərpası planı başa çatdırıla və balıqçılara təqdim oluna bilsin.

BTC Co Yüksək

TİKİNTİNİN İCMALARA TƏSİRLƏRİ Yerli mənbələrdən tədarük

Podratçıların ölkədaxili məsrəfləri barədə məlumatlar yerli mənbələrdən tədarük üzrə Əsas Fəaliyyət Göstəricilərindən biridir

Yerli tədarük fəaliyyətinin qiymətləndirilə bilməsi üçün ölkədaxili məsrəflər barədə məlumat tutuşdurulmalıdır.

Yerli mənbələrdən tədarükün bir göstəricisi kimi BTC Co hər bir ölkə üzrə sərf etdiyi ölkədaxili xərclər barədə məlumatları hər rüb açıqlamalıdır.

BTC Co Yüksək

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-33

Məsələ Layihə prinsipləri Fəaliyyət Tövsiyələr Kim tərəfindən

Üstünlük

İCTİMAİ SƏRMAYƏ PROQRAMI BTC Co hər bir layihə ilə əlaqədar sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi risklərinin sadə qiymətləndirilməsini aparmaq və sənədləşdirmək və lazım olan hallarda müvafiq yumşaldıcı tədbirlərin layihələşdirmə prosesində nəzərə alınması barədə İSP təchizatçılarına göstəriş verməlidir.

BTC Co Orta İSP Layihəsi üzrə SƏTƏM

Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi ilə əlaqədar risklərin nəzərdən qaçırılmadığını təmin etmək üçün İSP-ları əsaslandırılmış qaydada ehtiyat tədbirləri görməlidir.

SMTAPP Şurası hər üç ölkədə İSP-larının icrası ilə əlaqədar bəzi potensial SƏTƏM məsələlərini qeydə almışdır və İSP-ları təchizatçılarının hər bir İSP üzrə sağlamlıq, əməyin təhlükəsizliyi, sosial sahə və ətraf mühitin mühafizəsi ilə əlaqədar risklərin sadə formada qiymətləndirilməsinə ehtiyac olduğunu müəyyənləşdirmişdir.

BTC Co hər bir ölkədə İSP-larının icrası ilə əlaqədar riskləri idarə etmək üçün monitorinq və digər təminat proseslərinə ehtiyac olub-olmadığını nəzərdən keçirməlidir.

BTC Co Orta

İctimaiyyətlə məsləhətləşmə və açıqlama İnformasiyanın yayılması

İctimaiyyətlə Məsləhətləşmə və Açıqlama Planlarını əvəz etmək üçün

Bütün üç ölkədə ünsiyyət planlarının hazırlanması (Gürcüstanda maraqlı tərəfin prosesə cəlb olunması planı)

Məsələlərin SMTAPP tərəfindən növbəti dəfə nəzərdən keçirilməsindən qabaq BTC Co hər bir ölkə üçün ünsiyyət planlarını tamamlamalıdır.

BTC Co Yüksək

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-34

Məsələ Layihə prinsipləri Fəaliyyət Tövsiyələr Kim tərəfindən

Üstünlük

Ölkə Qrupları “ünsiyyət planları”nı hazırlamalıdır

təkmilləşdirilmişdir. Planlar başa çatdırılmalıdır. SMTAPP üzrə məsləhətləşmələr təsirə məruz qalmış icmaların boru kəmərinin təhlükəsizliyi, 500 metrlik “məsləhətləşmə zonası”nın əhəmiyyəti, istifadəyə qoyulan məhdudiyyətlər, tikinti tamamlandıqda torpaq sahəsinin/torpaq sahəsi üzərində istifadə hüququnun qaytarılması kimi sahələrə dair daha çox informasiyaya ehtiyac duyduqları bir sıra sahələri müəyyənləşdirmişdir. .

BTC Co boru kəmərinin təhlükəsizliyi, istifadənin məhdudlaşdırılması, torpaqdan istifadə hüquqlarının qaytarılması, istismara vermə və istismar mərhələlərində görüləcək fəaliyyətlər və bunların boru kəmərinin qonşuluğundakı sahələrə təsirləri (əgər vardırsa) barədə icmalara vaxtında məlumat çatdırılması strategiyalarını işləyib hazırlamalıdır.

BTC Co Yüksək

DƏYİŞİKLİKLƏRİN İDARƏ OLUNMASI Dəyişikliklərin idarə olunması

Sistematik və sənədləşdirilmiş dəyişikliklərin idarə olunması

SMTAPP Şurası layihələşdirmə və icra prosesi üzrə sahədə rast gəlinmiş dəyişikliklər barədə informasiya almamışdır.

SMTAPP Şurası hər bir nəzərdən keçirmədən qabaq təsdiq olunmuş dəyişikliklər (layihə, tikinti prosedurları və PNP-nın sənədləşdirilməsi) barədə informasiya xülasəsinə malik olmalıdır.

BTC Co Orta

İstismar mərhələsinə keçid İSP-nın davamlılığı, məşğulluq və tədarük təşəbbüsləri

Cari layihə üzrə mənfəətlərin yerli icmalarla bölüşdürülməsi öhdəliyi

SMTAPP Şurası tikinti mərhələsində İSP üzrə təlim və fəaliyyətlər ilə istismar mərhələsində ilkin əməkdaşlıq vasitəsilə reallaşa bilən məşğulluq və tədarük arasında potensial birgə fəaliyyət sahələrinin olduğunu müşahidə etmişdir.

İstismar qrupunun mobilizasiyasından sonra mümkün qədər tez BTC Co boru kəməri və nasos stansiyası üzrə əməliyyatları nəzərdən keçirməli, işə götürüləcək kənd camaatı üçün imkanları, kənardan təchiz ediləcək mal və xidmətləri müəyyənləşdirməlidir.

BTC Co Orta

Hissə A. BTC SMƏKTP üzrə ekspertlər şurası tərəfindən nəzərdən keçirilmiş məsələlərin xülasəsi Fevral, 2004-cü il Düz. 1 A-35

Məsələ Layihə prinsipləri Fəaliyyət Tövsiyələr Kim tərəfindən

Üstünlük

BTC Co istismar mərhələsi üzrə tədarük tenderlərində iştirak prosesində kəndlilərin iştirakına şərait yaratmaq üçün tikinti mərhələsi üzrə İSP kiçik müəssisələrin inkişafına təşəbbüs göstərilməsi imkanlarını araşdırmalıdır.

BTC Co Orta

BTC İSP-larının davam etdirilərək İstismar Mərhələsinə daxil edilməsi məqsədilə arzu olunan əlaqə və tədbirlərin nəzərdən keçirməsi üçün BTC tikinti qrupu və istismar qrupu arasında seminar keçirməlidir.

BTC Co Orta

İctimaiyyətlə əlaqənin davam etdirilməsi

İctimai əlaqələrin cari səmərəli idarə olunması barədə öhdəlik

BTC yerli icmalarla yaxşı inkişaf etdirilmiş əlaqələr yaratmış İƏMŞ-lər qrupunu işə götürmüş və onlara təlim keçmişdir. Bəzi əsas İƏMŞ-lərin istismar fəaliyyətlərinə keçirilməsi məsələsinə baxılmalıdır

BTC Co ictimaiyyətlə əlaqə üzrə məsul şəxslərin dəyərini və istismar mərhələsində ictimaiyyətlə əlaqə ehtiyatları ilə bağlı tələblər nəzərdən keçirildikdə onların yerli ictimaiyyətlə yaxşı əlaqələrin saxlanmasında rolunu nəzərə almalıdır.

BTC Co Aşağı