beltmann catalogue

15
1

Upload: rizvan-bagirli

Post on 08-Apr-2016

215 views

Category:

Documents


2 download

DESCRIPTION

Beltmann Product Catalogue (Work in proress...)

TRANSCRIPT

Page 1: Beltmann Catalogue

1

Page 2: Beltmann Catalogue

2 Beltmann

Page 3: Beltmann Catalogue

XVIII əsrin əvvəllində fortepianonun (və ya pianonun) kəşfi Avropa incəsənətində böyük səs-sədaya səbəb oldu. Piano musiqi mədəniyyə-tini tamamilə dəyişərək onun yeni bir mərhələyə qədəm qoymasına şərait yaratdı və dünya mu-siqi tarixində yeni bir səhifə açdı.

Dəstəkli və telli çalğı alətləri pianodan əvvəl — Orta Əsrlərdə də mövcud idi. Onlar arasında ən geniş yayılmışı zahirən pianonu xatırladan klavikord və klavesin idi. Lakin pianodan fərqli olaraq, onların hər ikisinin səsi sakit idi və iri zallarda geniş kütlə qarşısında çalınma üçün yararlı deyildilər.

XVII əsrdə musiqiyə maraq artdıqca onu din-ləmək arzusunda olanların sayı da çoxalırdı. Belə şəraitdə bəstəkarların və musiqiçilərin gur səsə malik dəstəkli çalğı alətinə güclü tələ-batı yarandı. Bundan əlavə, həmin alət böyük dinamika diapazonuna sahib olmalı və dinamik keçidlər etməklə istər gur, istərsə də sakit səs səviyyəsinə çatmağı bacarmalı idi.

Belə bir alət, nəhayət, 1709-cu ildə italyalı Bartolomeo Kristofori tərəfindən kəfş edildi.Sənətkar ona “gravicembalo col piano e forte”, yəni “sakit və gur çalınan dəstəkli alət” adını verdi. Bu, sonradan qısaldıldı və “fortepiano”ya (italyanca “gursakit”) çevrildi. Növbəti illərdə və əsrlərdə piano daha da təkmilləşdi və bugünkü müasir şəklini aldı.

Pianoda dəstəklər onun ön hissəsindəki lövhənin üzərində yerləşdirilib. Dəstəklərə basılanda xü-susi mexanizm kiçik çəkiciklərə zərbə endirir və həmin çəkiciklər tellərə dəyməklə səs meydana gətirirlər. Pianonun iki növü mövcuddur: royal və pianino. Royalda pianonun gövdəsi döşəməyə paralel yerləşir. Pianinoda isə o, şaquli is-tiqamətdə olur.

Pianonun genişimkanları onun tezliklə Avropa-nın ən vacib çalğı alətlərindən birinə çevrilmə-sinə imkan verdi. Dəstəklər vasitəsilə mürəkkəb melodiya və ahəng yaratmanın mümkünlü-yündən dolayı bəstəkarların əksəriyyəti ondan yaradıcılıq fəaliyyətində geniş istifadə etməyə başladı. Piano, xüsusən, klassik musiqi və caz janrlarında önəmli yer tutur. Bundan başqa, film və televiziya sahəsində də pianodan geniş istifadə olunur.

Fövqəladə musiqi aləti

3

Page 4: Beltmann Catalogue

Bir əsrlik tarix

4 Beltmann

Page 5: Beltmann Catalogue

XX əsrin əvvəllərində “Beltmann” pianolarının musiqi dünyasında meydana gəlməsi piano sənətinin daha da geniş vüsət almasına töhfə vermiş oldu. 1901-ci ildə Hollandiyanın Deventer şəhərində Yo-hann Beltmann piano istehsalı və təmiri fabrikinin əsasını qoydu və beləcə, adını Avropadakı bu nəfis və möhtəşəm musiqi alətinin istehsalçılarının sırasına yazdırdı. Əsl musiqi aşiqi olan Y. Beltmann fab-rikin yarandığı tarixdən onun istehsal gücünün və məhsul keyfiyyətinin artması və bazarda böyük uğur qazanması üçün böyük səylə çalışmışdı. 1918-ci ildə onun oğlu Boele Yan Beltmann da fabrikdə işləməyə başlayaraq atasına bu çətin işdə kömək etməyə qərar verdi. Beltmann ailəsinin gərgin əməyi nəticəsində fabrik ilbəil böyüdü, satış həcmi və miqyasi genişləndi, işçi qüvvəsi və istehsalatı artdı. 1922-ci ildə fabrik artıq ildə 120 piano istehsal edir və Avropada yüksək keyfiyyətli istehsalçı kimi tanınırdı.

Avropanı sarsıtmış İkinci Dünya müharibəsi musiqi sənətinə təsirsiz ötüşmədi. Qitəni bürümüş mü-sibət incəsənətin bütün sahələrinə marağı dondurdu. Avropada musiqi alətlərinə, eləcə də, pianoya tələbat azalmışdı. Bu səbəbdən 1939 – 1949-cu illərdə “Beltmann” fabrikinin həyatında durğunluq dövrü yaşandı. Satış həcmi azaldıqca fabrikin fəaliyyəti məhdudlaşmış və əsas iş istiqaməti pianola-rın təmirindən ibarət olmuşdu.

Lakin müharibənin bitməsilə musiqi aləmində yeni canlanma dövrü başlandı. Fəlakətin başa çatması və nasizm üzərində böyük zəfər insanların qəlbinə işıqlı gələcəyə ümid və sevinc toxumu səpmişdi. Xoşbəxt ovqat tezliklə özünü musiqidə təzahür etdirməyə başladı və nəticədə musiqi alətlətinə, xü-susən də, pianoya maraq və tələbat yüksəldi. Bu, 1949-cü ildə Beltmann ailəsinə şirkətin tam fəa-liyyətini bərpa etməyə imkan verdi və artıq bir il sonra fabrik ildə 190 piano istehsal etmək gücünə sahibləndi.

1967-ci ildə Beltmann ailəsinin daha bir üzvü – B. Y. Beltmannın nəvəsi Hans Leferink də fabrikdə çalışmağa başladı. Musiqiyə böyük məhəbbəti və həvəsi olan H. Leferink piano istehsalı sənətinin sirlərinə və incəliklərinə sürətlə yiyələndi və tezliklə onun rəhbəri vəzifəsinə keçdi. Fabrikin daha da genişlənməsini və daha böyük uğurlara nail olmasını arzulayan H. Leferink müəssisəni Almaniyanın cənubuna köçürür və digər piano istehsalçısı “Berduks” ilə birləşdirir. “Beltmann” fabrikinin tarixində önəmli yeri olan bu ittifaq onun ildə 10000-dən çox piano istehsal etməsinə imkan yaratmış oldu. Növbəti onilliklərdə “Beltmann” şirkəti Avropanın ən iri piano istehsalçılarından birinə çevrilir və onun istehsal etdiyi pianolar dünyanın müxtəlif ölkələrində yaşayan on minlərlə musiqi sənətkarları-nın, həvəskarlarının həyatında və həmçinin, musiqi universitetlərinin, məktəblərinin və sairə müəs-sisələrin fəaliyyətlərində qiymətli yer tutur.

Bir əsrlik tarixə malik “Beltmann” fabriki fəaliyyətini2 002-ci ildə dayandırır və onun rəhbəri H. Leferink 2008-ci ilə qədər Almaniyanın başqa bir piano fabrikində xarici ekspert kimi çalışır.

5

Page 6: Beltmann Catalogue

Azərbaycan iqtisadiyyatının inkişafında və eləcə də, onun sosial-mədəni rifahında böyük xidmətləri olan “Gilan Holding” Şirkətlər Qrupu 2008-ci ildə ölkənin incəsənət tarixində böyük iz buraxacaq yeniliyə imza atdı. Həmin vaxt “Beltmann” fabrikinin sabiq rəhbəri H. Leferink Azərbaycana dəvət edildi və onunla fabrikin fəaliyyətinin yenidən bərpası istiqamətində əhəmiyyətli razılıq əldə olundu. Anlaşmaya əsasən,zəngin musiqi irsi və adət-ənənələrinə sahib Azərbaycanın Qəbələ şəhərində“Gilan” piano fabriki inşa ediləcək və burada H. Leferin-kin rəhbərliyi ilə əfsanəvi “Beltmann” pianoları istehsal ediləcəkdi.

Əfsanəvi “Beltmann” Azərbaycanda

Qısa zamanda tikilmiş fabrik artıq 2009-cu ilin sentyabrında üç piano hazırlayıb təhvil verdi və bununla da, məşhur “Beltmann” pianoları dünyaya ikinci dəfə Azərbaycanda göz açdı. Ən son bey-nəlxalq standartlara cavab verən və bölgədə misli olmayan fabrik ölkənin musiqi mədəniyyətinin əvəzsiz sərvətinə çevrilmiş oldu.

Ötən əsrdə Avropada keyfiyyətinə görə şöhrət qa-zanmış “Beltmann” markalı pianoları bu gün yalnız Qəbələdəki “Gilan” pianofabriki istehsal edir.İldə 1000 ədəd piano istehsal edən fabrikin məhsulla-rı nəinki Azərbaycanda, eləcə də, xarici ölkələrdə satılır və onun incə zərif səsi dünyanın müxtəlif ölkələrindəki musiqisevərlərin könlünü oxşayır.

6 Beltmann

Page 7: Beltmann Catalogue

7

Page 8: Beltmann Catalogue

Beltmann8

Page 9: Beltmann Catalogue

İstehsalat prosesində təbiətə qayğıkeş və

diqqətli yanaşma, onun resurslarından şüurlu və

düzgün şəkildə yararlanma “Gilan” piano fabrikinin

ən vacib prinsiplərindən biridir. Məhsulların

hazırlanmasında ekoloji təmizliyin qorunmasına,

ətraf mühit və canlılar üçün zərərsiz maddələrdən istifadəyə xüsusi əhəmiyyət

verilir. “Beltmann” markasının yarandığı

gündən ciddi əməl olunan bu qayda onun

məhsullarının yüksək keyfiyyətinin və böyük uğurunun bünövrəsini

təşkil edib.

Ekoloji təmiz

9

Page 10: Beltmann Catalogue

Piano hazırlanmasında müxtəlif kimyəvi maddələrdən və sənayə materiallarından istifadə olunur. “Gilan” fabriki istehsalat üçün yalnız ətraf mühitə zəhərsiz və ziyansız resurslarıseçir və bunun üçün dünyanın müxtəlif ölkələrindən yüksək keyfiyyətli resurslar əldə edilir.

Fabrik istehsalat tullantılarının ətraf mühitəzərərli təsirinin qarşısının alınmasına da xüsusi diqqət ayırır və bütöv istehsalat dövrəsində ekolji təmizlik qaydalarına ciddi əməl edir.

10 Beltmann

Page 11: Beltmann Catalogue

11

Page 12: Beltmann Catalogue

“Gilan” piano fabrikində pianoların yüksək səs keyfiyyətinin və uzunmüddətli istifadə qabi-liyyətinin təminatı məqsədilə onun hazırlan-

masında istifadə edilən materialların seçiminə məxsusi qayğı göstərilir. Təcrübəli peşəkar

mütəxəssislərin iştirakı ilə yüksək keyfiyyətli məhsulun hasilatı üçün zəruri istehsalat resurs-

larının növü, mənşəyi və çatdırılma üsulları diqqətlə nəzərdən keçirilib. Hazırda “Beltmann”

pianolarının hazırlanmasında istifadə olunan məmulatların, demək olar ki, hamısı xaricdən idxal edilir. Onların 90%-i, xüsusilə, Almaniya

və Avstriya mənşəlidir.

Seçmə materiallar

12 Beltmann

Page 13: Beltmann Catalogue

“Beltmann” pianolarının ağac materialları Al-maniya, Çexiya və Avstriya arasında yerləşən meşədən gətirilir.Buna səbəb həmin meşədəki ağacların münasib iqlim şəraitində böyüməsi-dir ki, bu da səsin keyfiyyət və davamlılığına birbaşa müsbət təsir göstərir. “Dünyada ən yaxşı ağaclarbu meşədədir. Mükəmməl səs üçün tax-tanın keyfiyyəti çox əhəmiyyətlidir” — deyə H. Leferink bildirir.

13

Page 14: Beltmann Catalogue

Pianoların səs mexanizmi dünyanın ən key-fiyyətli və dəbli piano markaları üçün eyni məmulatları istehsal edən Almaniyanın “Ren-ner” şirkəti tərəfindən hazırlanır.Müxtəlif boya məhsulları İsveçrə və Türkiyə, faner Fransa və İndoneziya, xüsusi döşəmə parça isə İngiltərə-dən gətirilir. Çərçivələr Azərbaycanda istehsal edilir. Pianolar tamamilə əl ilə hazırlanır və onların hasilatında heç bir avtomatlaşdırma və kompüter sistemi iştirak etmir.

14 Beltmann

Page 15: Beltmann Catalogue

Bütün bu sadalananlar “Gilan” fabrikinin istehsal etdiyi “Beltmann” markalı pianoların yüksək keyfiyyətini təmin edir və bu gün onlar dünyanın piano bazarında təkrarolunmazlığı və təbiiliyi ilə seçilir.

15