beynəlxalq “web of scıence” elmİ məlumat bazasının

4
naxçıvan dÖvləT unİversİTeTİ azərbaycanın ən dəyərlİ, qabaqcıl alİ MəkTəblərİndən bİrİdİr Təsİsçİ: naxçıvan dÖvləT unİversİTeTİ 4 iyul 2020-ci il, №2 (31) HEYDƏR ƏLİYEV ekolojİ TarazlıĞın qorunub saxlanMasına daİr onlayn respublİka elMİ konfransı rənglərİn cazİbəlİ harMonİyası “kİMya” laboraTorİyasında sərbəsT yodun alınMası Təcrübəsİ aparılıb 26 İyun sİlahlı qüvvələr gününə həsr olunMuŞ solo konserT TəŞkİl edİlİb səhifə-2-də səhifə-2-də səhifə-2-də səhifə-3-də hüseyn həŞİMlİyə onun olMadıĞı dünyadan MəkTub səhifə-3-də N axçıvan Dövlət Universiteti- nin təşəbbüsü ilə Clarivate Analytics” Təhsil Şirkətinin Təhsil Proqramları üzrə şöbəsinin rəhbəri Valentin Boqorov beynəlxalq nüfuzlu jurnallara çıxış əldə olunması və effektiv istifadə qaydalarına dair vebinar təlim keçib. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev universitetdə ali təhsilin davamlı in- kişafına nail olunması, alimlərin elmi məqalələrinin nüfuzlu beynəl- xalq nəşrlərdə dərc olunmasına dəstək göstərilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd edi- lib ki, universitetdə elmi dərəcəlilərin sayı 179 nəfərdir. Onlardan 22 nəfəri elmlər doktoru, 157 nəfəri isə fəlsəfə doktorudur. Universitetin 3 əməkdaşı isə AMEA-nın müxbir üzvüdür. Bildirilib ki, universitet 43 ka- fedradan ibarət elmi-təşkilati struk- tura malikdir. 2016-2020-ci illər üçün universitet Elmi şurası tərəfin- dən təsdiq olunmuş layihəyə əsasən Texnika, Riyaziyyat, Fizika, Biolo- giya, Coğrafiya, Tibb, Fəlsəfə, Tarix, İqtisad, Siyasət, Hüquq, Pedaqogika, Filologiya, Sənətşünaslıq, Şəhərsalma və Memarlıq elmi istiqamətləri üzrə yerinə yetirilən elmi-tədqiqat işlərinin 60%-i muxtar respublika ilə bağlı olub. Vurğulanıb ki, professor- müəllim heyətinin apardıqları elmi- tədqiqat nəticələri əsasən, universi- tetin 4 seriyadan ibarət “Elmi əsərlər” jurnalında nəşr olunur. Jurnalın “Hu- manitar elmlər”, “Fizika-riyaziyyat və texnika elmləri”, “Təbiət və tibb elmləri”, “İctimai elmlər” istiqaməti üzrə hər il 2 nömrə olmaqla 8 nömrəsi nəşr olunur. Qeyd edilib ki, hazırda universitetdə fəlsəfə doktoru proq- ramı üzrə 109, elmlər doktoru proq- ramı üzrə 23 nəfər dissertant və doktorant təhsil alır. Fəlsəfə dokto- ru proqramı üzrə təhsil alanların sırasında əcənəbi dissertantların da ol- duğu vurğulanıb. Rektor bildirib ki, son 10 ildə universitet əməkdaşlarının 193 monoqrafiyası, 44 dərsliyi, 335 dərs vəsaiti, 522 metodik vəsait və proqramı, 8200 elmi məqaləsi və 1061 tezisi çap olunub. Elmi məqalələrdən 1135-i, tezislərdən isə 335-i xaricdə dərc olunub. Xaricdə dərc olunmuş məqalələrdən 80-i isə “Clarivate Analytics” (əvvəlki adı “Thomson Reuters”) yüksək impakt faktorlu jurnallarda dərc olunub. Elmi-tədqiqat istiqamətlərinin düzgün müəyyənləşdirilməsi və səmərəli- liyinin yüksəldilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və inkişaf etdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, elmi tədqiqatların əlaqələndirilməsi, elmi araşdırmaların ölkənin sosial-iqtisadi mədəni-mənəvi inkişafına yönəldilməsi isə gələcək perspektiv kimi diqqətə çatdırılıb. Rektor uni- versitetin “Elmi əsərlər” jurnalının “Web Of Science” də indeksləşməsi bazasına daxil olmağını gələcək fəaliyyət istiqaməti kimi önə çəkib. Clarivate Analytics təşkilatının Azərbaycan, Gürcüstan və Ukrayna üzrə nümayəndəsi Sevinc Cəfərova təlimin məqsədindən danışıb, gələ- cək əməkdaşlığın perspektivlərinə to xunub. “Müasir elmi-tədqiqatçılar üçün informasiya vasitələri” möv- zusunda Clarivate Analytics təşkilatının Təhsil proqramları üzrə direktoru Valentin Boqorov qeyd edib ki, 2015-ci ildə Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi- analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı “Thomson Reuters”) şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb və hazırda Azərbaycanın 40 ali təhsil müəssisəsi “Web of Science” elmi platformasına çıxış əldə edib. Vur- ğulanıb ki, son 5 ildə Azərbaycan alimlərinin impakt faktorlu jurnal- larda çap olunmuş məqalələrinin ölkə üzrə ümumi sayı 74 faiz artıb, ali təhsil müəssisələri üzrə müvafiq göstərici 88 faiz təşkil edib. “Web of Science” elmi bazasında 2017-ci ildə 1160 elmi-tədqiqat işi qeydə alınıb ki, bu da son 25 ildə Azərbaycan üzrə publikasiya sayın- da rekord göstəricidir. Həmin məqalələrin təxminən 43 faizi ali təhsil müəssisələrinin payına düşüb. “Web of Science” bazasına daxil olan məqalələrin artım dinamikasına görə Azərbaycan son 3 ildə Cənubi Qafqaz ölkələri arasında davamlı olaraq 1-ci yerdə qərarlaşıb. 2015-ci ildə Azərbaycandan cəmi 2 jurnal “Web of Science” bazasında indeksləşdirilmişdisə, 2017-ci ildə bu göstərici 7-yə çatıb. 2018-ci ildə isə lider olub. Şirkət təmsilçisi qeyd edib ki, “Clarivate Analytics” şirkəti ilə Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlığın növbəti 3 il ərzində davam etdirilməsinə dair qəbul edilmiş qərar, həmçinin Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2018-2021-ci illəri əhatə edən əməkdaşlıq üzrə Fəaliyyət Planı Azərbaycanda elmin inkişafına böyük təkan verəcək. Sonra Təhsil proqramları üzrə şöbənin rəhbəri Valentin Bogorov “Web of Science” bazasından istifadə qaydaları, bu şəbəkənin məlumat bazasında yerləşən elmi məqalələr onlardan istifadə yolları, elmi nəşrlər barədə slaydlar vasitəsilə ətraflı çıxış edib. V.Boqorov hər kəsi bütövlükdə bu qurumla sıx əlaqələr qurmağa dəvət edib. Sonda AMEA Naxçıvan Böl- mə sinin sədri, akademik İsmayıl Hacıyev, Nахçıvаn Müəllimlər İns- titutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru Azad Novruzov, “Naxçıvan” Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva mövzu ətrafında çıxışlar ediblər. beynəlxalq “Web of scıence” elMİ MəluMaT bazasının İMkanları və effekTİv İsTİfadə qaydalarına daİr vebİnar TəlİM N axçıvan Dövlət Universiteti Tibb fakültəsində “Yenido- ğulmuşlar, onların qiymətlən dirilməsi, kritik hallardan çıxarılma üsulları” adlı onlayn se- minar simulyasiya keçirilib. Ümumi təbabət və tibbi klinik fənlər kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyevanın rəhbərliyi və təşkilatçılığı ilə keçirilən simulyasiya universitetin rəsmi (ndu.edu.az) facebook səhifəsi üzərindən canlı yayınlanıb. “Müalicə işi“ ixtisası üzrə IV kurs tələbələrinin təqdimatında olan simulyasiya 3 hissədən ibarət olub. I hissədə vaxtın - da və vaxtından əvvəl doğulmuşlar, az və çox çəkili, ölü və diri yenido- ğulmuşlar haqda ətraflı məlumat ve- rilib. II hissədə yenidoğulmuşların qiymətləndirilməsi, göbək ciyəsinin kəsilməsi həm video material, həm də simulyasiya üzərində izah olunub. III hissədə isə Apkar şkalası üzrə aşa- ğı bal alanlar, az həyat qabiliyyəti olan yenidoğulmuşların canlandı- rılması, venadaxilinə dərman pre- paratlarının yeridilməsi üsulları əyani sürətdə göstərilib. Yenidoğulmuşun bələnməsi simulyator üzərində əyani göstərildikdən sonra nəticələr və tövsiyyələr dəyərləndirilib, suallar ca- vablandırılıb. onlayn seMİnar sİMulyasİya N axçıvan Dövlət Universiteti Tibb fakültəsinin həkim, rezident və tələbələri “Qarın - gərmə əməliyyatı – abdomenoplas- tikanın icrası və sonrakı dövrün izahı” adlı cərrahi əməliyyatda onlayn iştirak ediblər. İnternational Medical Center 2 (Beynəlxalq Tibb Mərkəzi) klinikasının baş həkimi və ümumi cərrahı Elvin Əliyevin həyata keçir- diyi əməliyyat facebook sosial şəbəkəsi üzərindən canlı yayınlanıb. 2 saatdan artıq davam edən canlı yayın izləyicilər tərəfindən ma- raqla qarşılanıb. Koordinasiyası və canlı videotəqdimatı tibb fakültə lə - rinin tələbələri tərəfindən təşkil edilən onlayn əməliyyatda müəllim və tələ- bə lərin sualları da cavablandırılıb. Qeyd edək ki, 2005-2011-ci illərdə Naxçıvan Dövlət Universite- tinin Tibb fakültəsinin “Pediatriya” ix- tisasında təhsil alan Elvin Əliyev 2011-2016-cı illərdə Azərbaycan Tibb Universitetində “Ümumi cər ra- hiy y ə” ixtisası üzrə rezidentura təh - sili alıb. Doktor Elvin Əliyev plastik cərrahiyyə, qarın gərmə, body lifting üzrə Türkiyədə ixtisas kursunda olub. Plastik cərrahiyyədə daha çox qarın gərmə əməliyyatları ilə məşğul olan həkim ölkədə ən çox bu əməliyyatları edən həkimlərin siyahısındadır. İndiyədək minlərlə qarın gərmə, ab- dominoplastika əməliyyatları icra edən Elvin Əliyev estetik-plastik cərrahiyyə üzrə ixtisaslaşıb. səadət əliyeva Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Tİbb fakülTəsİnİn Tələbələrİ beynəlxalq Tİbb Mərkəzİ həkİMİnİn cərrahİ əMəlİyyaTını onlayn İzləyİblər

Upload: others

Post on 17-Oct-2021

6 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: beynəlxalq “Web of scıence” elMİ MəluMaT bazasının

naxçıvan dÖvləT unİversİTeTİ azərbaycanın ən dəyərlİ, qabaqcıl alİ MəkTəblərİndən bİrİdİr

Təsİsçİ: naxçıvan dÖvləT unİversİTeTİ 4 iyul 2020-ci il, №2 (31)

HEYDƏR ƏLİYEV

ekolojİ TarazlıĞın

qorunub saxlanMasına daİronlayn respublİka

elMİ konfransı

rənglərİncazİbəlİ

harMonİyası

“kİMya”laboraTorİyasında

sərbəsT yodunalınMası Təcrübəsİ

aparılıb

26 İyun sİlahlıqüvvələr

gününə həsr olunMuŞ

solo konserTTəŞkİl edİlİb

səhifə-2-də səhifə-2-dəsəhifə-2-də səhifə-3-də

hüseynhəŞİMlİyə

onun olMadıĞıdünyadan

MəkTub

səhifə-3-də

Naxçıvan Dövlət Universiteti -nin təşəbbüsü ilə ClarivateAnalytics” Təhsil Şirkətinin

Təhsil Proqramları üzrə şöbəsininrəhbəri Valentin Boqorov beynəlxalqnüfuzlu jurnallara çıxış əldə olunmasıvə effektiv istifadə qaydalarına dairvebinar təlim keçib. Naxçıvan DövlətUniversitetinin rektoru Elbrus İsayevuniversitetdə ali təhsilin davamlı in-kişafına nail olunması, alimlərinelmi məqalələrinin nüfuzlu beynəl -xalq nəşrlərdə dərc olunmasına dəstəkgöstərilməsi istiqamətində görülənişlər barədə məlumat verib. Qeyd edi-lib ki, universitetdə elmi dərəcəlilərinsayı 179 nəfərdir. Onlardan 22 nəfərielmlər doktoru, 157 nəfəri isə fəlsəfədoktorudur. Universitetin 3 əməkdaşıisə AMEA-nın müxbir üzvüdür.

Bildirilib ki, universitet 43 ka-fedradan ibarət elmi-təşkilati struk-tura malikdir. 2016-2020-ci illərüçün universitet Elmi şurası tərəfin -dən təsdiq olunmuş layihəyə əsasənTexnika, Riyaziyyat, Fizika, Biolo-giya, Coğrafiya, Tibb, Fəlsəfə, Tarix,İqtisad, Siyasət, Hüquq, Pedaqogika,Filologiya, Sənətşünaslıq, Şəhərsalmavə Memarlıq elmi istiqamətləri üzrəyerinə yetirilən elmi-tədqiqat işlərinin60%-i muxtar respublika ilə bağlıolub. Vurğulanıb ki, professor-müəllim heyətinin apardıqları elmi-tədqiqat nəticələri əsasən, universi-tetin 4 seriyadan ibarət “Elmi əsərlər”jurnalında nəşr olunur. Jurnalın “Hu-manitar elmlər”, “Fizika-riyaziyyat vətexnika elmləri”, “Təbiət və tibbelmləri”, “İctimai elmlər” istiqamətiüzrə hər il 2 nömrə olmaqla 8 nömrəsi

nəşr olunur. Qeyd edilib ki, hazırdauniversitetdə fəlsəfə doktoru proq -ramı üzrə 109, elmlər doktoru proq -ramı üzrə 23 nəfər dissertant vədoktorant təhsil alır. Fəlsəfə dokto-ru proqramı üzrə təhsil alanlarınsırasında əcənəbi dissertantların da ol-duğu vurğulanıb. Rektor bildirib ki,son 10 ildə universitet əməkdaşlarının193 monoqrafiyası, 44 dərsliyi, 335dərs vəsaiti, 522 metodik vəsait vəproqramı, 8200 elmi məqaləsi və1061 tezisi çap olunub. Elmiməqalələrdən 1135-i, tezislərdən isə335-i xaricdə dərc olunub. Xaricdədərc olunmuş məqalələrdən 80-i isə“Clarivate Analytics” (əvvəlki adı“Thomson Reuters”) yüksək impaktfaktorlu jurnallarda dərc olunub.Elmi-tədqiqat istiqamətlərinin düzgünmüəyyənləşdirilməsi və səmərəli -liyinin yüksəldilməsi, elmi-texnikipotensialın qorunub saxlanılması vəinkişaf etdirilməsi, yüksək ixtisaslıkadrların hazırlanması, elmitədqiqatların əlaqələndirilməsi, elmiaraşdırmaların ölkənin sosial-iqtisadivə mədəni-mənəvi inkişafınayönəldilməsi isə gələcək perspektivkimi diqqətə çatdırılıb. Rektor uni-versitetin “Elmi əsərlər” jurnalının“Web Of Science” də indeksləşməsibazasına daxil olmağını gələcəkfəaliyyət istiqaməti kimi önə çəkib.

Clarivate Analytics təşkilatının

Azərbaycan, Gürcüstan və Ukraynaüzrə nümayəndəsi Sevinc Cəfərovatəlimin məqsədindən danışıb, gələ -cək əməkdaşlığın perspektivlərinəto xunub.

“Müasir elmi-tədqiqatçılarüçün informasiya vasitələri” möv-zusunda Clarivate Analyticstəşkilatının Təhsil proqramları üzrədirektoru Valentin Boqorov qeydedib ki, 2015-ci ildə Təhsil Nazirliyiilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan“Clarivate Analytics” (əvvəlki adı“Thomson Reuters”) şirkəti arasındaəməkdaşlıq sazişi imzalanıb vəhazırda Azərbaycanın 40 ali təhsilmüəssisəsi “Web of Science” elmiplatformasına çıxış əldə edib. Vur-

ğulanıb ki, son 5 ildə Azərbaycanalimlərinin impakt faktorlu jurnal-larda çap olunmuş məqalələrininölkə üzrə ümumi sayı 74 faiz artıb,ali təhsil müəssisələri üzrə müvafiq

göstərici 88 faiz təşkil edib. “Web ofScience” elmi bazasında 2017-ciildə 1160 elmi-tədqiqat işi qeydəalınıb ki, bu da son 25 ildəAzərbaycan üzrə publikasiya sayın-da rekord göstəricidir. Həminməqalələrin təxminən 43 faizi alitəhsil müəssisələrinin payına düşüb.“Web of Science” bazasına daxilolan məqalələrin artım dinamikasınagörə Azərbaycan son 3 ildə CənubiQafqaz ölkələri arasında davamlıolaraq 1-ci yerdə qərarlaşıb. 2015-ciildə Azərbaycandan cəmi 2 jurnal

“Web of Science” bazasındaindeksləşdirilmişdisə, 2017-ci ildə bugöstərici 7-yə çatıb. 2018-ci ildə isəlider olub.

Şirkət təmsilçisi qeyd edib ki,“Clarivate Analytics” şirkəti iləAzərbaycan ali təhsil müəssisələriarasında əməkdaşlığın növbəti 3 ilərzində davam etdirilməsinə dairqəbul edilmiş qərar, həmçinin TəhsilNazirliyi ilə “Clarivate Analytics”şirkəti arasında 2018-2021-ci illəriəhatə edən əməkdaşlıq üzrə FəaliyyətPlanı Azərbaycanda elmin inkişafınaböyük təkan verəcək. Sonra Təhsilproqramları üzrə şöbənin rəhbəriValentin Bogorov “Web of Science”bazasından istifadə qaydaları, buşəbəkənin məlumat bazasındayerləşən elmi məqalələr onlardanistifadə yolları, elmi nəşrlər barədəslaydlar vasitəsilə ətraflı çıxış edib.V.Boqorov hər kəsi bütövlükdə buqurumla sıx əlaqələr qurmağa dəvətedib.

Sonda AMEA Naxçıvan Böl -mə sinin sədri, akademik İsmayılHacıyev, Nахçıvаn Müəllimlər İns-titutunun rektoru, pedaqogika üzrəfəlsəfə doktoru Azad Novruzov,“Naxçıvan” Universitetinin rektoru,filologiya üzrə fəlsəfə doktoruNurlana Əliyeva mövzu ətrafındaçıxışlar ediblər.

beynəlxalq “Web of scıence” elMİ MəluMaT bazasının İMkanları və effekTİv İsTİfadə

qaydalarına daİr vebİnar TəlİM

Naxçıvan Dövlət UniversitetiTibb fakültəsində “Yenido-ğulmuşlar, onların

qiymətlən dirilməsi, kritik hallardançıxarılma üsulları” adlı onlayn se-minar simulyasiya keçirilib.

Ümumi təbabət və tibbi klinikfənlər kafedrasının müdiri, tibb üzrəfəlsəfə doktoru, dosent GültəkinƏliyevanın rəhbərliyi və təşkilatçılığıilə keçirilən simulyasiya universitetinrəsmi (ndu.edu.az) facebook səhifəsiüzərindən canlı yayınlanıb. “Müalicəişi“ ixtisası üzrə IV kurs tələbələrinintəqdimatında olan simulyasiya 3hissədən ibarət olub. I hissədə vaxtın -da və vaxtından əvvəl doğulmuşlar,

az və çox çəkili, ölü və diri yenido-ğulmuşlar haqda ətraflı məlumat ve-rilib. II hissədə yenidoğulmuşlarınqiymətləndirilməsi, göbək ciyəsininkəsilməsi həm video material, həmdə simulyasiya üzərində izah olunub.III hissədə isə Apkar şkalası üzrə aşa-ğı bal alanlar, az həyat qabiliyyətiolan yenidoğulmuşların canlandı-rılması, venadaxilinə dərman pre-paratlarının yeridilməsi üsulları əyanisürətdə göstərilib. Yenidoğulmuşunbələnməsi simulyator üzərində əyanigöstərildikdən sonra nəticələr vətövsiyyələr dəyərləndirilib, suallar ca-vablandırılıb.

onlayn seMİnar sİMulyasİya

Naxçıvan Dövlət UniversitetiTibb fakültəsinin həkim,rezident və tələbələri “Qarın -

gərmə əməliyyatı – abdomenoplas-tikanın icrası və sonrakı dövrünizahı” adlı cərrahi əməliyyatda onlayniştirak ediblər. İnternational MedicalCenter 2 (Beynəlxalq Tibb Mərkəzi)klinikasının baş həkimi və ümumicərrahı Elvin Əliyevin həyata keçir -diyi əməliyyat facebook sosialşəbəkəsi üzərindən canlı yayınlanıb.

2 saatdan artıq davam edən

canlı yayın izləyicilər tərəfindən ma-raqla qarşılanıb. Koordinasiyası vəcanlı videotəqdimatı tibb fakültə lə -rinin tələbələri tərəfindən təşkil edilənonlayn əməliyyatda müəllim və tələ -bə lərin sualları da cavablandırılıb.

Qeyd edək ki, 2005-2011-ciillərdə Naxçıvan Dövlət Universite-tinin Tibb fakültəsinin “Pediatriya” ix-tisasında təhsil alan Elvin Əliyev2011-2016-cı illərdə AzərbaycanTibb Universitetində “Ümumi cər ra -hiy yə” ixtisası üzrə rezidentura təh -sili alıb. Doktor Elvin Əliyev plastik

cərrahiyyə, qarın gərmə, body liftingüzrə Türkiyədə ixtisas kursunda olub.Plastik cərrahiyyədə daha çox qarıngərmə əməliyyatları ilə məşğul olanhəkim ölkədə ən çox bu əməliyyatlarıedən həkimlərin siyahısındadır.İndiyədək minlərlə qarın gərmə, ab-dominoplastika əməliyyatları icraedən Elvin Əliyev estetik-plastikcərrahiyyə üzrə ixtisaslaşıb.

səadət əliyevaTeleviziya, mətbuat və ictimaiyyətləəlaqələr bölməsinin müdiri

Tİbb fakülTəsİnİn Tələbələrİ

beynəlxalq Tİbb Mərkəzİ həkİMİnİn

cərrahİ əMəlİyyaTını onlayn İzləyİblər

Page 2: beynəlxalq “Web of scıence” elMİ MəluMaT bazasının

2 / gündəM yenİ fİkİr İyul 2020

Naxçıvan Dövlət UniversitetiTəbiətşünaslıq və kənd təsər -rüfatı fakültəsinin “Kimya”

laboratoriyasında növbəti onlayntəlim keçirilib.

Kimya elminin bir bolməsiolan “Fiziki-kimya” fənninə həsr olu -nan təlimi Naxçıvan Muxtar Res-publikasının Əməkdar Müəllimi, uni-versitetin “Kimya” kafedrasınınmüəllimi Akif Əliyev aparıb. Kimyəvitəcrübə "Yodid turşusunun hidrogenperoksidlə oksidləşmə reaksiyasınınsürət sabitinin təyini" mövzusuəsasında təşkil olunub. Təcrübədəsərbəst yodun alınması prosesiizlənilib və nəticə dəfələrlə müşahidəedilib. “Kimya” ixtisası üzrə III kurstələbələrinin asistentlik etdiyitəcrübənin nəticələri lövhədə qeydedilib və hesablanıb.

Universitetin “Kimya” kafed-rasının müdiri Sevinc Kərimova bil-dirib ki, artıq laborator təcrübələrinkeçirilməsi universitetdə bir ənənə ha-lını alıb. Tələbələrin məlum səbəbdəndərslərdən geri qalmamalarını təmin

etmək üçün bu təcrübələrin əhəmiy -yəti vurğulanıb. Diqqətə çatdırılıb ki,yaradılan imkanlardan istifadəgələcəkdə elmi-tədqiqat işlərində dəfaydalı əhəmiyyətə malikdir.

“kİMya” laboraTorİyasında sərbəsT yodunalınMası Təcrübəsİ aparılıb

Naxçıvan Dövlət Universitetiİncəsənət fakültəsi “Xalqçalğı alətləri” kafedrasında

onlayn ustad dərsi keçirilib. “BayatıŞiraz muğamı” mövzusunda onlayndərsi Azərbaycan RespublikasınınƏməkdar artisti, Azərbaycan MilliKon ser vatoriyasının “İnstrumentalmuğam” kafedrasının müdiri, do-sent, Malik Mansurov keçib. 70 nəfərmüəllim və tələbənin iştirak etdiyi se-minarda universitetin İncəsənət fakül -təsinin dekanı, Naxçıvan MuxtarRespublikasının Əməkdar rəssamıCavid İsmayılov giriş sözü ilə çıxışedib. Ali təhsil ocağında keçirilənonlayn dərslərin müəllim və tələbə -lə rin təcrübəsində artan rolu haqdaməlumat verilib.

Azərbaycan Respublikasınınəməkdar artisti Malik Mansurovqeyd edib ki, muğam sözü iran-ərəb-türk dilində işlədilən “məqam”sözündən yaranıb. “Məqam” sözü

simli alətlərdəki pərdə mənasınagəlir. Bildirilib ki, bu janr təxminənXIV əsrə qədər Yaxın Şərq xalqları-nın vahid musiqi janrı olub, lakin son-ralar baş verən ictimai-siyasi dəyişik -lik lər səbəbindən muğam xalqlara uy-ğun parçalanıb. “Bayatı- Şiraz” mu-ğamı haqqında geniş məlumat verənəməkdar artist vurğulayıb ki, yalnızXIX əsrin sonlarından müstəqil olan

muğam növü əvvəllər “Bayatı-İsfahan” dəstgahı kimi tanınıb. Bil-dirilib ki,“Bayatı-Şiraz” muğamı özgözəl, axıcı melodikasına və dərintəsir qüvvəsinə görə musiqiçilərtərəfindən çox zaman “ərusi-musiqi”(“musiqinin gəlini”) adlandırılır.

Sonda mövzu ətrafında çıxışlarolub və seminar iştirakçılarını ma-raqlandıran suallar cavablandırılıb.

azərbaycan respublİkasının əMəkdararTİsTİ Malİk Mansurov konservaTorİyanın

Tələbələrİnə onlayn usTad dərsİ keçİb

Naxçıvan Dövlət UniversitetiInformatika kafedrasının başmüəllimi Sevinc Paşayevanın

“Direktiv sənəd bazasında informa-siya axtarış sisteminin bəzi istismarxarakteristikalarının təyin edilməsi”adlı məqaləsi nüfuzlu “InternationalJournal of Modern Education andComputer Science (IJMECS)”jurnalında nəşr olunub.

Məqalədə Direktiv sənəd ba-zasında informasiya axtarış sistemininbəzi istismar xarakteristikalarınıntəyin edilməsi üçün metod verilib. Sis-temin istismarının həyat dövrləriaraşdırılıb və sistem işə salındıqdansonra aşınma və sıradan çıxma dövrü

haqda ətraflı məlumat verilib. Məqaləsistemin normal istismar dövründəbəzi istismar xarakteristikalarınınaraşdırılmasına həsr edilib. Məqalədəsistemin normal istismar dövrü üçünistifadəçilərdən sistemə daxil olanmüraciətlərin monitorinqinin təşkilimedodu verilib. Monitorinq nəticə -lərinin araşdırılması vasitəsi iləsistemdə imtinaların baş vermə ehti-malının paylanma funksiyası və sis-temin verilmiş vaxta qədər imtinasızişləməsi ehtimalının paylanmafunksiyaları təyin edilib. Yekun ola-raq sistemdəki imtinaların intensivliyivə sistemdə birinci imtinaya qədərolan orta vaxt nəzəri və eksperimen-

tal yolla təyin edilib.Qeyd edək ki, jurnal müasir

təhsilin və informatika (kompüter)elminin nəzəriyyə və təcrübəsinibirləşdirməyə çalışır. İnnovativ ide-yalardan spesifik alqoritmlərə və sis-temin tam tətbiqinə qədər müasirtəhsil və kompüter elmləri sahəsindəorijinal və yüksək keyfiyyətliməqalələr dərc edən jurnal müasirtəhsil və tətbiqetmələr sahəsində qa-baqcıl texnologiyalar üzərində işləyirvə “CrossRef”, “Google Scholar”,“EBSCO”, “JournalSeek” kimi elmibazalarda indeksləşir.

unİversİTeTİn MüəllİMİnİn elMİ Məqaləsİ nüfuzlu jurnalda dərc olunub

Naxçıvan Dövlət Universitetiİncəsənət fakültəsi Xalq çalğıalətləri kafedrasının müəllimi,

Prezident mükafatçısı Sərxan Abdul -la yevin 26 iyun Silahlı Qüvvələrgününə həsr olunmuş solo konsertikeçirilib. Fakültənin müəllimlərininmüşayiət etdiyi konsert universitetinrəsmi facebook üzərindən canlı ya-yımlanıb. Azərbaycan bəstəkarları -C.Cahangirov, E.Mansurov, S.Rüs -

təmov və digər mahnılardan ibarətkonsertdə bir-birindən gözəl ifalarsəsləndirilib.

Sonda Azərbaycan Respubli -kasının Əməkdar artsitləri GülyanaqFərzəliyeva, Tural Nəcəfov, univer-sitetin yetirməsi İlkin Abdullayevinifasında “Azərbaycan” mahnısı ifaedilib.

Konsert dinləyən hər kəsdəxoş ovqat yaradıb.

26 İyun sİlahlı qüvvələr gününə həsr olunMuŞonlayn solo konserT

Naxçıvan Dövlət Univer si te -tində İncəsənət fakültəsi For-tepiano kafedrasının onlayn

hesabat konserti keçirilib. Univer -sitetin rəsmi facebook səhifəsindəncanlı yayımlanan konsertin çoxsaylıizləyicisi olub. Konsertdə ilk öncəsözləri İsa Həbibbəyli və musiqisiSəidə Məmmədovaya məxsus “Nax-çıvanım” mahnısı İlkin Abdullayevintəqdimatında səsləndirilib. Azərbay -can klassik bəstəkarları F.Şücəddinov,V.Adıgözəlov, F.Bədəlbəyli, T.Quli -yev, A.Məlikov, E.İbrahim ovanınbəstələri tələbə və müəllimlərinifasında izləyicilərə xoş ovqat bəxşedib. F. Şopen, S. Raxmaninov,L.V.Bethoven, Rikkardo Koçante vədigər xarici ölkə bəstəkarlarınınəsərlərinin səsləndirildiyi konsertdəümumilikdə 20 əsər ifa edilib.Pianoda tələbələri kafedranın peşəkarmüəllimləri müşayiət ediblər.

Qeyd edək ki, kafedraya Əmə -k dar incəsənət xadimi, Prezidenttəqaüdçüsü, professor Səidə Məm -mədova rəhbərlik edir. AzərbaycanRespublikasının Əməkdar müəllimiSolmaz Axundova, Azərbaycan Res-publikasının Əməkdar Mədəniyyət iş-çisi Vidadi Heydərov, NaxçıvanMuxtar Respublikasının ƏməkdarMədəniyyət işçisi Rəna Cəfərova,Naxçıvan Muxtar RespublikasınınƏmək dar müəllimləri NərminəQədimova, Zemfira Babayeva kafed -ra da müəllim kimi fəaliyyət göstə -rirlər. Tələbələrin məhz bu müəllim -lərdən dərs alması və keçirilənkonsertlərdə müəllimlərin tələbələrimüşayiət etməsi onların gələcək peşətəcrübəsində əhəmiyyətlidir.

səadət əliyevaTeleviziya, mətbuat və ictimaiyyətləəlaqələr bölməsinin müdiri

forTepİano kafedrasınınonlayn hesabaT konserTİ

Naxçıvan Dövlət Univer si te -tində “Ekoloji tarazlığın qo-runub saxlanılmasına müasir

baxış : Problemlər, faktlar, təkliflər”mövzusunda onlayn respublika elmikonfransı keçirilib. Tədbirdə girişsözü ilə çıxış edən univеrsitеtin rek-toru Elbrus İsayev bildirib ki, ölkə -miz də iqtisadiyyatın inkişafı vəəhalinin sosial-mədəni səviyyəsininyüksəldilməsi ilə yanaşı, təbii ehtiyat -lardan səmərəli istifadə və ekoloji ta-razlığın qorunması dövlətin daimdiqqət mərkəzindədir. Bununla əlaqə -dar olaraq son illər ekologiyaya,təbiəti mühafizəyə və təbii ehtiyatlar -dan səmərəli istifadəyə dair bir sıranormativ hüquqi aktlar qəbul edilib,təbiətin qorunması və sağlamlaş -dırıl ması sahəsində mühüm praktikiaddımlar atılıb. Dövlət başçısınınSərəncamı ilə 2010-cu ilin ölkəmizdə“Ekologiya ili”elan edilməsi, həminildən başlayaraq beynəlxalq ekolo -giya sərgilərinin keçirilməsi ekolojiproblemlərin həllinə göstəriləndiqqətin daha bir ifadəsidir. Muxtarrespublika ərazisində də ekoloji ta-razlığın qorunması, əlverişli ekolojimühitin yaradılması, insanlarınsağlam ətraf mühitdə yaşamasınıntəmin edilməsi məqsədilə uğurlu so-sial-ekoloji siyasət həyata keçirilir.Rektor universitetdə “Ekologiyamühəndisliyi”, “Meliorasiya və su

təsərrüfatı tikindisliyi mühəndisliyi”ixtisasları üzrə bakalavr, magistr,doktorant hazırlığının həyata keçiril -məsindən danışıb. Diqqətə çatdırılıbki, ali təhsil ocağında yaradılanmüasir tədris şəraiti gələcəktəcrübələrin, tədqiqatların aparılma-sı üçün mühüm elmi, təcrübi əhəmiy -yətə malikdir.

“Azərbaycanın su ehtiyat ları -nın və iqlim dəyişmələrinin dayanıqlıinkişafa təsiri” adlı çıxışında AMEAHəsən Əliyev adına Coğrafiya İns-titutunun direktoru, akademik RamizMəmmədov qeyd edib ki, Azərbay -can da iqlim dəyişmələrinin təsirinəməruz qalan ölkələr siyahısındadır. Suehtiyatlarının azalmasının iqlimdəyişmələrinə təsiri olduğunu qeydedən akademik gələcəkdə bu amilinçaylara öz təsirini göstərəcəyini qeydedib. Amma, ölkəmizdə iqlim dəyiş -mə lərinin Azərbaycanın təbiətinə,insanlara təsirinin azaldılması üzrətədbirlər müəyyənləşdirilib. Akade-mik vurğulayıb ki, gələcəkdə hər birvətəndaş sudan səmərəli istifadəetməli, su ehtiyatının tükənməsinə yolverilməməlidir. Bunun üçün çaylarmühafizə olunmalı, çayların ekoloji

axını bərpa olunmalı, yaşıl texnolo-giyalardan, eyni zamanda suyaqənaetedici texnologiyalardan istifadəedilməli, sudan qənaətlə, lazımgəldikdə təkrar istifadə edilməlidir

AMEA-nın müxbir üzvü,Torpaq və Aqrokimya İnstitutunun di-rektoru, aqrar elmlər üzrə elmlərdoktoru, professor Əlövsət Quliyev“Naxçıvan Muxtar Respublikasındatorpaq ehtiyatlarından istifadə zamanısuvarma su problemləri” adlı çıxı-şında qeyd edib ki, muxtar respubli-

kada relyefin cənuba doğru meylliyi,günəş radiasiyasının çox olması, bu-ludsuz günlərin çoxluğu, fəal tem-peraturun yüksəlişi, yağıntının azlı-ğı suvarmanın daha çox istifadə

edilməsinə gətirib çıxarır. Bütünbunlar isə Naxçıvanda su ehtiyatla-rından son dərəcə diqqətlə istifadəetməyə, hər damcı suyu dəyərləndir -məyə gətirib çıxarır. Vurğulanıb ki,suvarma problemləri bir çox üsullahəll olunduğundan qapalı suvarmaşəbəkəsi, subartezian quyularının və

kəhrizlərin gücündən geniş istifadəolunur. Muxtar respublikada sudansəmərəli istifadə olunması, torpaq-ların münbitliyinin qorunması,şoranlaşma və eroziyaya qarşımübarizə aparılması, relyefi müxtəlifolan ərazilərdə düzgün suvarmatədbirlərinin icra edilməsi məqsədilə2007-ci ildən damcı üsulu ilə suvar-ma sisteminə üstünlük verilir. Müsbəthaldır ki, son dövrlər muxtar res-publikda xeyli bərpa işləri aparılıb,yeni-yeni meyvə bağları və meşə-parklar yaradılıb. Naxçıvan şəhərininözündə salınmış xeyli parklar vəyaşıllıqlar nəticəsində bura MDBölkələri içərisində təmiz şəhərlər si-yahısına düşüb.

“Coğrafiya” kafedrasının mü-diri, coğrafiya üzrə fəlsəfə doktoru,dosent Əli Həsənovun “Təbiətimühafizənin inkişaf tarixindən”,Ekoloji və Təbii Sərvətlər Nazir -liyinin “Ətraf mühit və təbii sərvət -lərdən istifadənin dövlət nəzarəti”şöbəsinin müdiri Azər Məm məd -ovun “Naxçıvan Muxtar Respubli-kasında ekoloji tarazlığın qorunubsaxlanılmasının perspektivləri” adlıçıxışları dinlənilib.

ekolojİ TarazlıĞın qorunub saxlanMasına daİr onlayn respublİka elMİ konfransı

Page 3: beynəlxalq “Web of scıence” elMİ MəluMaT bazasının

3 / gündəM yenİ fİkİr İyul 2020

R əssamlıq sənəti çox incə, maraq doğu-ran, insan ruhunu oxşayan, görmə di yi -miz bəzi məqamlarda olan gözəllikləri

bizlərə aşılayan gözəl bir sənət növüdür.Rəssamların çəkdikləri əsərlərdə öz ürəklərinitəsvir edə biləcəkləri bir ruh insanı onlaraqibtə etməyə çağırır. Bugünkü həmsöhbətimizincəsənətlə sıx bağlı olan, yaradıcılığında qibtəedilən cəhətləri üstünlük təşkil edən sənətşünasrəssam, Naxçıvan Dövlət Universiteti İncəsənətfakültəsi Təsviri İncəsənət kafedrasının müəllimiLəman Məmmədovadır.

Ləman müəllim, özünüz haqda məlumatverərdiniz zəhmət olmasa.

- Mən 1978-ci il iyunun 16-da Naxçıvanşəhərində anadan olmuşam. 1985-1995-ciillərdə Naxçıvan şəhər 3 saylı tam orta məktəbibitirmişəm. 1995-1999-cu illərdə AzərbaycanDövlət Mədəniyyət və İncəsənət Universitetindəbakalavr, 1999-2001-ci illərdə həmin univer-sitetin magis tratura pillləsində təhsil almışam.2001-ci ildən bugünədək Naxçıvan DövlətUniversitetində elmi-pedaqoji fəaliyyətlə məşğuloluram. Rəssam lıq la lap özümü dərk edəndənməşğul oluram. Rəngkarlıq, qrafika sahəsindəfərdi sərgim təşkil olunub. Əsərlərim qarışıqsərgilərdə, bir çox beynəlxalq sərgilərdə nümayişolunub.

Özündən çox danışmağı sev mə yənrəssama növbəti sualımı ünvanlayıram.Rəssamlar özlərini çəkir, yazıçılar özlərini ya-zır. Azından hiss lə ri ni, duyğularını,düşündüklərini çəkir, yazırlar. Hər kəs özəsərlərinin arxa planında özüdür. Bəs LəmanMəmmədova, əsərlərində özünə nə qədər yerayırır?

Yaradıcılığımda demək olar ki, təbiəttəsvirləri üstünlük təşkil edir. Naxçıvan təbiətinə,gözəl yerlərinə vurğunluğum yaradıcılığımdada öz əksini tapır. Ən çox təbiət mənzərələri,abidələr və natürmortlar çəkirəm.

Rəssamın işi rənglərlədir, rənglərinsehrinə düşdüyünüz anlar olubmu?

Bəli, bu anlar çox olub. O qədər əsəriməbaşım qarışdığı anlar olub ki, hətta səhərin açıl-mağından, axşamın düşməyindən xəbərim ol-mayıb. Amma, mən sizə deyərdim ki, elə əngözəl əsərlər də məhz həmin dövrdə yaranıb.Rəsm ruhumun qidası, ürəyimin nəğməsidir. Oqədər bağlıyam ki, bu işə sanki rəsm çəkdiyimzaman rahatladığımın fərqinə varıram. Məndeyərdim ki, rəssam ancaq öz hissləriylə,duyğu suy la rəsm çəkir, sanki öz qəlbini orta-ya qoyur.

Elmi əsərlərim illərin təcrübəsi,zəhmətimdir. Sənətim qəlbimin nəğməsi, ru-humun qidasıdır.

Sizin bütün əsərlərinizdə müsbət enerji,xoş əhval var. Belə başa düşülür ki, ancaqəhvalınız yaxşı olanda rəsm çəkirsiz?

Mənə görə yaradıcılıq könül işidir. Ancaqürəyim istəyəndə rəsm çəkirəm. Özümü heçvaxt rəsm çəkməyə məcbur etmirəm. Əhvalımyaxşı olmayanda rəsm çəkmədiyim üçün yəqinbu da əsərlərimə sirayət edir.

Ləman Məmmədovanın ən çox sevdiyitablosu hansıdır?

Bir qədər çətin sualdır. Hər bir yaradıcışəxs üçün onun əsərləri onun övladıdır. Mən dəhər övladını əzizləyən bir ana kimi əsələrimə

fərq qoya bilmirəm. Əsərlərimin hər hansısa biriəlimdən çıxanda - ya kiməsə hədiyyə verəndə,ya sərgi keçirilib bəyəniləndə bir tərəfdən on-lardan ayrıldığım üçün üzülürəm, amma digərtərəfdən isə qürurverici hiss duyuram ki,mənim əsərlərim sevilir, sərgilənir, kimlərsətərəfindən bəyənilir.

Hər bir rəssamın bir idealı olur. Siz necə,idealınız olan əsəri çəkmisinizmi?

Məncə öyrənməyin yaşı yoxdur. İnsanhansı yaşa gəlirsə-gəlsin öyrənməkdən yorul-mamalıdır. Mən hələ də öyrənirəm. Düşünürəmki, hələ idealım olan rəsmi çəkməyimə çox var.

Məşhur bir rəssamın bu sözləri ya-dımda qalmışdı. “Tərəddüd və sərbəst zamanmənim işim üçün önəmlidir” Ləman müəllimə,necə düşünür?

Yaradıcılığım üçün yeganə şərt mənəvirahatlığımdır. Mənən rahat olduğum hər zamanmənim işimə yarayır. Başqa heç nə yaradıcılı-ğıma mane olmur. İnsanın daxili dünyası sakitolanda, əhvalı yerində olanda onun əsərləri dəmüsbət əhval-ruhiyyəyə köklənir.

Sənətdə təsvir olunan səma deyil, çaydeyil, dəniz deyil… Təsvir olunan qəlbinənginliyidir. Mən deyərdim ki, insanların xa-rici görünüşü ilə daxili aləminin zənginliyi tambir vəhdət təşkil edir. Hər kəsin üzünə ən əsasıisə gözlərinə baxanda onun qəlbinin nələrə qa-dir olduğunu kəşf etmiş olursan. Gözəlliközlüyün də təbiətin gizli qanunlarınıntəzahürüdür. Qəlbinin gözəlliyini tablolalaraköçürən Ləman Məmmədova üçün gözəllik nədeməkdir?

- Gözəllik axtarmaq üçün bütün dünyanıgəzsək də bunu birinci növbədə özümüzdə da-şımalıyıq, yoxsa onu tapa bilmərik. Gözəllik an-layışına qısa şərh vermək demək olar ki, müm-kün deyil. Amma, mənim üçün gözəllik insa-

nın daxili dünya sıdır. Mən gözəlliyi görülən işlər,yaxşı əməllər, insanlara olan münasibətdəgörürəm. Daxili dünyası zəngin olan insanınxarici aləmi də istər-istəməz gözümüzdə ucalır.

Bəzi insanlar incəsənəti başa düşür,bəziləri hiss edir, bəziləri isə həm başa düşür,həm də hiss edir. Ləman Məmmədovanın qar-

şısına hansı insanlar daha çox çıxıb?Bəli, məni başa düşən, qiymət lən dirən in-

sanlar qarşıma çıxmasaydı mən LəmanMəmmədova olmayacaqdım. Bu səviyyəyə çat-mağım üçün məni hərtərəfli qiymətləndirən,başa düşən insanlara borcluyam. Xalq rəssamı,professor Hüseynqulu Əliyev isə mənimustadım, hər zaman dərs ala biləcəyimmüəllimimdir. Hüseynqulu müəllim hər zamanmənə deyir ki, “Sənin ən yaxşı tərəfin odur ki,səndə elmlə sənət vəhdətdə birləşib, çünkisənətşünas rəssamsan”. Bax, budur mənimyeganə qazancım- müəllimlərimdən xoş sözləreşitmək, onların xeyir-duasını almaq.

Ləman müəllim, həm də elmi fəaliyyətləməşğuldur. İncəsənət fakültəsi Təsviriincəsənət kafed ra sının müəllimi kimiincəsənətin sirlərini tələbələrə öyrədir. LəmanMəmmədova üçün müəllimlik nə deməkdir?

- Mən Naxçıvan Dövlət Uni ver sitetindəartıq 20 ildir ki elmi-pedaqoji fəaliyyətləməşğul oluram. Ancaq inanırsınız ki, tələbələrləişləmək mənə o qədər zövq verir, gənc lərləişləmək o qədər həvəs lən dirir, ruhlandırır ki,dəslərdə zamanın belə necə keçdiyinin fərqindəol mu ram. Mən gənc kollektivlə ünsiyyətdə ol-duqca sanki ruhumun da hər zaman gəncqaldığının fərqinə varıram. Bugünə qədər hərbir dərs prosesini bezmədən, usanmadan tədriset mişəm. Düşünürəm ki, müəllim öz savadı,tədris üsulları ilə bərabər əsl pedaqoq olmalıdır,gələcəyin müxtəlif peşə sahibinə əsl sənət, həyatdərsi verməlidir. Biz də bu yolda savadlı,ixtisasını dərindən bilən və əsl pedaqoq olanmüəllimlərdən dərs almışıq və öyrəndiyimiz me-todları da bacar dığımız qədər tələbələrə aşıla-yırıq. İxtisasıma dair bir çox kitabların damüəllifiyəm. “Təsviri sənət nəzəriy yəsi”,“Miniatür sənəti”, Heykəltaraş lıq vərəngkarlıqda insan gözəlliyinin təcəssümü” , “İncəsənət tarixi fənni üçün tədris-metodikvəsait”, Almani yada nəşr olunan “İntibahdövrünün rəssamları” kitablarım nəşr olunub.

Xalqımızın yaşayış tərzini, tarixini,mədəniyyət və incəsənətini özündə əks etdirənxalçaçılığa dair “Azərbaycan xalçaçılıq sənəti”adlı dərs vəsaitinin də müəllifisiniz. Zəhmətolmasa kitab haqda məlumat verərdiniz?

Azərbaycanı dünya incəsənəti tarixindətanıdan sahələrin ən önəmli lərindən biri xalçasənətidir. Xalqın sənət süzgəcinin məhsuluolan xalçalar muzeylərin eksponatı, estetikzövqü, məişətin interyer bəzəyi, qiy mətlisərvəti olub. Bu el sənətinin yaşadılması istiqa -

mə tin də mütərəqqi addımlar atılır. NaxçıvanMuxtar Respublikası Ali Məclisi SədrininSərəncamı ilə 2018-ci il aprel ayının 9-da“Naxçıvan Muxtar Respublikasında xalçasənətinin qorunmasına və inkişaf etdirilməsinədair 2018-2022-ci illər üçün Dövlət Proqramı”təsdiq edilib. Xalqımızın tarixi keçmişinə,milli-mənəvi dəyər lərinə verilən böyük önəminifadəsi olan bu Sərən camlar öz növbəsindəxalça çılıq sənətinin dərindən öyrənil məsi, araş-dırılması və təbliği üçün geniş imkan lar yaradır.Ali təhsil müəs sisələrinin bakalavr, magistr,həmçinin xalça sənəti ilə maraqlanan geniş oxu-cu auditoriyası üçün nəzərdə tutulan kitab xal-çaçılığa dair çoxillik tədqiqatların, dəyərliəsərlərin əsasın da tərtib edilmişdir. KitabdaAzərbay can dekorativ tətbiqi sənət növlərin dən,Azərbaycan xalçaçılığı tarixindən məlumatverilib. Xalçaların təsnifatı, Azərbaycanxalçaçılıq məktəbləri Qara bağ, Quba, TəbrizNaxçıvan, Bakı, Gəncə, Şirvan xalçaları özünə -məx sus xüsusiyyət lərinə görə ayrılıb. Sonda isəxalçaçı-rəssam Lətif Kərim ovun həyat və ya-radıcılığına, xalçaçılıq sahəsində gördüyü mi-silsiz xidmətlərdən məlumat verilib.

Naxçıvan Muxtar Respublikasının 95 il-lik yubileyi ilə əlaqədar Rəssamlar Birliyinin“Yurdumun rəngləri” festival-müsabiqəekpozisi yasında sərgilənən əsərlər içərisindəsizin də rəsminiz var. Plakat nominasiyası üzrərəsmdə fərqləndirici yeri tutmusunuz.

Çəkdiyim rəsmdə sülh simvolu olangöyərçinlərdən “Naxçıvan 95” sözünü yazmı-şam. Bununla muxtar respublikada sülh, əmin-amanlıq, firavanlıq, barış olduğunu deməkistəmişəm.

60-dan çox elmi məqalənin, bir çox mo-noqrafiyaların, dərs vəsaitləri və proqramla-rın, elmi məqalələrin və tədris metodikivəsaitlərin müəllifi olan Ləman Məm -mədovanın məqalə ləri Türkiyədə, AmerikaBirləşmiş Ştatlarında, Rusiyada, İngiltərədə,Almaniyada və. s dərc olunmuşdur. Beynəlxalqkonfransların iştirakçısı olan Ləman müəllimyerli və xarici fəxri fərmanlarla, diplomlarla,2017-ci ildə Naxçıvan Muxtar RespublikasıAilə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsi tərəfindən “Milli dəyər ləri mizintəbliğat sahəsindəki səmərəli xidmətlərinəgörə” diplomla təltif olunmuşdur. LəmanMəmməd ova nın qarşıda qoyduğu hədəflərinədən ibarətdir?

Mən Naxçıvan Dövlət Univer sitetindəişlədiyim üçün həqiqətən fəxr duyuram.Müəllimlik peşəsi mənim üçün çox dəyərli vəəvəzsiz bir peşə dir. Burada müəllimlərimlə birgəçiyin-çiyinə çalışmaq isə məni sənətə daha daruhlandırır. Hal-hazırda bir əsər üzərindəişləyirəm. Elmi fəaliy yətim də davam edir, yenitədqiqatlar üzərində çalışıram.

P. S. Biz də ona yaradıcılıq uğurları ar-zusuyla beləcə ayrılırıq təvazökar və üzündən-gözündən mehribanlıq yağan insandan....Gözlərimizin və qəlbimizin gözəllik ləri görməsivə duyması ümidilə rənglərin cazibəli har-moniyasında görüşərik!!!

səadət əliyevaTeleviziya, mətbuat və ictimaiyyətləəlaqələr bölməsinin müdiri

rənglərİn cazİbəlİ harMonİyası

rəssaMlıq bİr enerjİdİr. nə qədər dünya,yaŞayıŞ, İnsanlıq var, rəssaMlıq da olacaq

Salam, müəllim. Mən böyümüşəm. Ölüm xəbərlərinə alı-şır qulaqlarım... Bu xəbərlər daha uzaqlardan yox, lapyaxınlardan gəlir. Sonuncu yazdığım şeirdə belə bir misra varidi: "Daha ölümlər də ağlatmır məni..." Elə zənn etmişdim, bü-tün varlığımla donduğumu, həyatın məni heykələ çevirdiyini san-mışdım. Sizin xəbəriniz gələnə qədər...

Qrup yoldaşımla danışırdım, birdən titrək səslə mesaj-lara baxma ğımı istədi, baxdım... "Hüseyn Həşimli öldü" deyəbir cümlə yazılmışdı. Sizin adınız və ölüm... Heç vaxt bu sözlərineyni cümlədə işlənə biləcəyi ağlıma gəlməmişdi. Həmin an ölümacısının nə demək olduğunu anladım. İndiyə qədər qohumlar-dan, tanışlardan ölümünü eşitdiyim, hətta şahidi olduğumadamlar olub. Amma heç vaxt ölümü bütün ruhumla hiss edəbilməmişdim. Siz bizə tək ədəbiy yatı, həyatı yox, ən sonda ölümüdə öyrətdiniz, müəllim.

Tələbələriniz ən doğmasını itirmiş kimi hönkür-hönkürağladı. Gecələr gözlərə yuxu getmədi, sözlər boğazlardadüyünlənib qaldı, hamı özünü böyük bir yalanın içində hiss edirdi.Hərə bir öz itkisinə üzülürdüsə, bir də Nəqşicahanın,Azərbaycanın, ədəbiyyatın itkisinə üzülürdü. Həyatı, Tanrını,ədaləti sorğuya çəkənlər də az olmadı. Sizi tanımayan adamlarbelə sizə olan sevginin qarşısında heyrətlənib qaldı. Bu qədərsevilməyi, könüllər fəth etməyi necə bacardınız, müəllim?! Dün-yada savadlı alimlər, müəllimlər çoxdur, amma əksəriy yətininşəxsiyyəti ilə elmi fəaliyyəti üst-üstə düşmür. Siz isə dünyadakıən gözəl şeyləri - mənəviyyatı, mədəniyyəti, elmi özünüzdəbirləşdirmişdiniz. Mən Naxçıvan Dövlət Univer sitetini ən çoxsizə görə sevdim. Sizin dərsi niz olan günlər universitetəhəvəslə gəlir dim. İndiyə qədər sizdən soruşduğum bütün sual-

ların düzgün cavabını vermisiniz. İndi bir sualım olandasoruşmağa kimsəm yoxdur...

Artıq universiteti bitiririk, yoldaşlarla xatirələrdən danışırıq.Bilirsiniz, xoş xatirə lə rimizin böyük bir qismi sizinlə bağlıdır.Hamı mız qürurla deyirik ki,-“Biz Hüseyn Həşimlinintələbələriyik!” Naxçıvan Dövlət Universitetində HüseynHəşimlinin dərs keçdiyi son şanslı tələbələrdən...

Siz bizi dörd il ərzində bircə dəfə belə incitmədiniz.Haradan bilərdik ki, ölümüylə bizi hamıdan çox incidən elə sizolacaqsınız...

Darıxırıq, müəllim... "Ay müəllim" deyə səsləndiyimizdəbütün səmimiliyiniz, içdənli yinizlə "Ay bəli" deməyiniz üçündarıxırıq... Hansısa mövzudan söhbət düşəndə həmin mövzu -ya uyğun bir hekayə, əhvalat danışmağınız üçün darıxırıq... Bizə"Gələcəyin filo loqları" deyə xitab etməyiniz üçün... HələFüzulidən, Nəsimidən, orta əsrlərin adını belə eşitmədiyimizşairlərindən dediyiniz o qəzəllər... Mühazirə dəftərlərimizi dol-duran bir-birindən dəyərli məlumatlar... Masanızın üzərindəkikağızlar da darıxır, axı onlar toplanıb bir kitab olacaqdı...

Bəzən bizə gülməli əhvalatlar danışardınız, indi onlarıxatırlayanda gözlərimiz yaşarır. Xatirələr həmişə acı verir,müəllim, acısı da, şirini də...

Kitab rəfimin bir gözündə ancaq sizin kitablarınız var.Tək müəllifi olduğunuz kitablar yox, həm də ədəbiyyatşünaslıqlabağlı hədiyyə etdiyiniz başqa kitablar. Hansı kitabdan sizdə ikiədəd olsa, birini mütləq mənə verərdiniz. O kitablar sizin mənəolan inamınızın, güvəninizin ifadəsidir. Məndən bədii, elmi əsərləryazmağımı gözləyirdiniz, amma indi sizə sizin nəfəsinizgəlməyən dünyadan məktub yazıram...

Müəllim, indi daha yaxşı anlayıram. Həyatın boyası özürəyimizdə gizlənirmiş... Biz də duyğularımızla eyni olan rəngiürəyimizdən götürüb gözlərimizin önünə çəkirik və bütün dünyao rəngə bürünür. Sevinəndə masmavi, kədərlənəndə qapqara...İndi həyat qaradır, müəllim. Ürəyimdə qaradan başqa birrəngə əlim çatmır... Elə bilirəm ki, universitetin divarları toz-lanıb, siniflərdə kimsəsizlik əyləşib, pillələrdən ölüm yuvarla-nır. Bağçadakı bütün güllərdən qərənfil iyi gəlir... İnsanlarınüzündən təbəssüm oğurlanıb, hamı elə kimisə axtarır. Həmişəora-bura tələsən adamların yerişi də yavaşıyıb. Tək universitetmibelədir? Yox! Sizinlə yenidən görüşməyi, dərslərinizdə iştiraketməyi həvəslə gözləyən tələbələrin evlərində ümidlər ölür. Ke-çib getdiyiniz küçələr sanki, ölümlə sulanıb. Kainatın sükutu qu-laq batırır... Hələ dostlardan, ailədən danışmıram...

Maksim Qorkinin “Ana” əsərində işarələdiyim

cümlələrdən biri də belədir: “Biz kiminsə haqqında “ölübdür”deməyə tələsirik...” “Şirin portağal ağacım”da Zeze də ölümdəndanışır, deyir ki,-“Sevməyi dayandırırsan və o insan bir gün ölür”.Deməli, ölən insanların hamısı sevilməyən insanlardır. Heç kimsizin ölümünüzə inanmır, müəllim. Qoy elə inanmasınlar, buqədər sevilən insan necə ölə bilər axı?!

Kimisə itirəndə üzülməyimizlə əslində, bir az eqoist dav-ranmış oluruq. İtirdiyimiz adamdan çox, onsuz qalacağımıza üzü-lürük. Çünki ölüm qurtuluşdur, azadlıqdır. Həmişə içimizdə çır-pınan, uçmağa can atan o varlığın qanadlandığı andır. Ölüm ölənəyox, öləndən sonra qalana acı verir. Nəfəsimiz kəsildiyi an onunlabirlikdə artıq olan bütün yükləri ruhumuzdan atırıq. Azadlıq!Azadlıq!

Amma indi bunlarla təsəlli tapa bilmirəm, müəllim! Çün-ki yarım qalmış əsərlərinizin, tədqiqatlarınızın olduğunubilirəm. Onu da bilirəm ki, siz ədəbiyyat üçün bu həyatadözərdiniz, ölümün rahatlığındandırsa, bu narahat dünyadayaşayıb yenə də ədəbiyyat üçün nələrsə etməyi üstün tutardınız.Amma həyat... Hamı gedir, müəllim... Kimisi dünyanın to-zuna, dumanına qarışıb gedir, kimisi də ürəklərə, yaddaşlara axıbgedir... Göy üzü bir gün göy adamlarını canına çəkib qucaqlayır,yerdən qoparır. Ey ədəbiyyat adam, şeir adam, söz adam! Bizüzülürük, canımız yanır... Amma indi siz getdiyiniz yerdə hərşey xoşbəxtdir. Bəlkə də göy üzü, günəş, ay.. Ya da adınıbilmədiyimiz başqa bir dünya, sizin kimi nadir insanların top-laşdığı başqa bir məkan...

Müəllim, icazə verin, sizə son sualımı da verim. Deyində mənə, oralardan dünya necə görünür? Görünür, ya yox?!

gülay TahirliAzərbaycan dili və ədəbiyyatı ixtisası üzrə IV kurs tələbəsi

Page 4: beynəlxalq “Web of scıence” elMİ MəluMaT bazasının

baş redaktor:

Şəhla Şİrəlİ[email protected]

Qeydiyyat №330Sifariş №

Tiraj 500

Ünvan: AZ 7012, Naxçıvan şəhəri,

Universitet şəhərciyiTelefonlar:

544-08-61 (13-60)[email protected]

Redaktor: Samir Tarverdiyev

“Əcəmi” Nəşriyyat-PoliqrafiyaBirliyində ofset üsulu ilə çap

olunmuşdur.

4 / sərbəsT yenİ fİkİr İyul 2020

s Batareyanın qiyməti 1 manat, oyuncağın qiyməti 11

manatdır.

s Otaqda olan I və II lampanı yandırıb 5 dəqiqə

gözləyirik. Sonra II lampanı söndürüb otağa daxil oluruq və

sönülü lampların tempraturuna əsasən hansı açarın hansı lam-

paya aid olduğunu tapırıq.

s 100+1, 99+2, 98+3... bunların hamisin cəmi 101

eləyir və 50 belə rəqəm var 101×50=5050

s Slenqdən fərqli olaraq, fonetik və qrammatik siste-

mi olmayan, əsasən qara camaatın istifadə etdiyi bu dili Viktor

Hüqo Səfillərin dili yaxud arqo dil adlandırmışdı.

s Mühafizəçi gecə yatdığı üçün işdən qovulmuşdur.

ÖTən saydakı MənTİqİ sualların cavabları: