biologiya 6 dərs 11 çiçək və meyvə

33
Biologiya 6 müəllim: Ülviyyə Mahmudova Mövzu: ÇİÇƏK

Upload: timur-ulvi

Post on 23-Jan-2018

2.026 views

Category:

Education


2 download

TRANSCRIPT

Page 1: Biologiya 6 dərs 11 çiçək və meyvə

Biologiya 6müəllim: Ülviyyə Mahmudova

Mövzu: ÇİÇƏK

Page 2: Biologiya 6 dərs 11 çiçək və meyvə

Çiçəyin quruluşu

Page 3: Biologiya 6 dərs 11 çiçək və meyvə

Çiçək formulu

Çiçək qurluşunu hərflər, rəqəmlər və işarələrlə göstərmək mümkündür. Ççək üzvlərinin şərti işarələrlə riyazi ifadəsi ÇİÇƏYİN FORMULU adlanır. Çiçək üzvləri şərti olaraq aşağıdakı hərflər və işarələrlə göstərilir:

K- kasayarpağı;L – ləçək yarpağı (tac);Ç –yarpaqcıq (sadə çiçəkyanlıqlı çiçəklər);E – erkəkcik;D - dişicik;() – bitişmiş üzvlər;∞ - çoxlu, sonsuz.

Page 4: Biologiya 6 dərs 11 çiçək və meyvə

Ikiqat və sadə çiçəkyanlığı

Page 5: Biologiya 6 dərs 11 çiçək və meyvə

Tam çiçəkdə xaricdən daxilə doğru çiçək hissələrinin növbələşməsi hiss olunur.

Çiçəkyanlığı - cinsi prosesdə bilavasitə iştirak etməyən çiçək hissələri olub, kasacıq və tacdan təşkil olunmuşdur.

Çiçəkyanlığının quruluşuna görə aşağıdakı əsas çiçək tipləri ayırd edilir:

1. İkiqat çiçəkyanlıqlı çiçəklər, tam çiçəklər – çiçəkyanlığı həm kasacıqdan, həm də tacdan təşkil olunmuşdur. Məsələn, alma, kələm, badımcan, noxud və s.

2. Sadə çiçəkyanlıqlı çiçəklər – çiçəkyanlığı yalnız yarpaqcıqdan təçkil olunmuşdur. Məsələn, günəbaxan, zəncirotu, inciçiçəyi, zanbaq, dağ laləsi, soğan və s.

3. Çılpaq (örtüksüz) çiçəklər – çiçəkyanlığı ümumiyyətlə olmur. Məsələn, söyüd, qovaq, göyrüş və s. (qeyri-tam çiçəklər)

Page 6: Biologiya 6 dərs 11 çiçək və meyvə

Çiçək tipləri

Çiçəyin əsas orqanları olan erkəkcik və dişiciyin çiçəkdə yerləşməsinə görə aşağıdakı əsas çiçək tipləri ayırd edilir:

1.İkicinsli çiçəklər – çiçəkdə həm erkəkcik, həm də dişicik inkişaf edir.

2. Bircinsliçiçəklər – çiçəkdə erkəkcik və ya dişiciyin inkişafından asılı olaraq erkəkcikli və dişicikli çiçəklər ayırd edilir. Erkəkcikli çiçəkdə ancaq erkəkcik inkişaf edir, dişiciklər isə olmur. Dişicikli çiçəklərdə isə yalnız dişiciklər olur.

Page 7: Biologiya 6 dərs 11 çiçək və meyvə

çiçək tipləri (cədvəl)

Bitkinin tipi Çiçəyin tipi

Çiçəyin quruluşu Aid olunan bitkilər

Birevli

İkicinsliErkəkcik və dişicik birçiçəkdə olur

Alma, armud, çiyələk, nar, alça, gilas,heyva, göyəm,zeytun, ərik, pambıq, albalı, limon və s.

Bircinsli

Dişicik və erkəkcik ayrı-ayrı çiçəklərdə yerləşir, lakin eyni bir bitki üzərində yerləşir.

Şabalıd, xiyar, boranı, fındıq, yemiş, qarğıdalı, qarpız, qoz

İkievli Bircinsli

Dişicikli çiçəklər bir bitkidə, erkəkcikli çiçəklər başqa bir bitki üzərində yerləşir.

Çətənə, qovaq, söyüd, quzuqulağı, gicitkən

Çiçəkdə bəzən nə erkəkcik, nə də dişicik olur. Belə çiçəklər cinsiyyətsiz çiçəklər adlanır. Məsələn, günəbaxanda, çobanyastığında, astrada,göyçiçəkdə olan dilcikşəkilli şişəklər tozlandırıcı həşəratı cəlb etməyə xidmət edir.

Page 8: Biologiya 6 dərs 11 çiçək və meyvə

Taxılların çiçəyi

Page 9: Biologiya 6 dərs 11 çiçək və meyvə

Birləpəli və ikiləpəli bitkilərin əsas əlamətləri

Page 10: Biologiya 6 dərs 11 çiçək və meyvə

Birevli və ikievli bitkilər

Page 11: Biologiya 6 dərs 11 çiçək və meyvə

Çiçək qrupları (cədvəl)

Page 12: Biologiya 6 dərs 11 çiçək və meyvə

Çiçək qrupları

Page 13: Biologiya 6 dərs 11 çiçək və meyvə

Tozlanma. Yetişmiş tozcuğun çiçəkcikdən dişiciyin ağzına düşməsiprosesinə tozlanma deyilir. Təbii şəraitdə tozlanma əsasən. Iki cürolur:

Öz-özünə tozlanma – eyni çiçəkdəki tozcuğun həmin çiçəyindişiciyinin ağızcığına düşməsinə öz-özünə tozlanma deyilir. Öz-özünətozlanma istər təsərrüfat, istərsə də gələcək nəsil üçün zərərlidir,cırlaşmaya səbəb ola bilər. Bu cür tozlanma buğda, arpa, darı, çəltik,noxud, lobya, kətan, kartof, pomidor, pambıq və s. Bitkilərdəolur. Bubitkilərdə tozlanma müddəti müxtəlifdir. Məsələn, arpada tozlanmasünbül qından çıxmamış, noxudda çiçəkləri açılmamış, kətandaçiçəklər açıldıqdan günortaya qədər gedir. Pambıqda tozlanma birgündə qurtarır.

Bu üsulla tozlanan bitkilərin aşağıdakı əsas xüsusiyyətləri vardır:- çiçəkləri ikicinslidir;- erkəkcik və dişicik eyni vaxtda yetişir;- dişicik erkəkcikdən ya aşağıda, ya da ona bərabər səviyyədə

yerləşir.

Page 14: Biologiya 6 dərs 11 çiçək və meyvə

Bitkilər həşəratlarla, küləklə, öz-özünə və süni(insan əli ilə) tozlanırlar

Page 15: Biologiya 6 dərs 11 çiçək və meyvə

Çarpaz tozlanma – tozcuğun bir çiçəyin erkəkciyindən digər çiçəkdəki dişiciyin ağzına düşməsinə çarpaz tozlanma deyilir. Çarpaz tozlanma nəticəsində ziqot (rüşeym) irsiyyətcə müxtəlif fərdlərin cinsiyyət hüceyrlərinin mayalanmasından əmələ gəldiyi üçün fərd yeni bioloji əlamətlər qazanır, uyğunlaşma və həyatilik qabiliyyəti artır. Bitkilərdə müxtəliflik və yeni növlərin əmələ gəlməsinin əsasını şarpaz tozlanma təşkil edir.Mülayim en dairələrinin bitkilərində bu proses, əsasən külək və həşərat vasitəsilə baş verir.

Toz hüceyrələri külək vasitəsilə çiçəkdən-çiçəyə aparılarsa, belə bitkilər küləklə tozlanan bitkilər adlanır. Küləklə tozlanma tarixi inkişaf prosesində ilkin olaraq meydana gəlmişdir. Məsəslən, çovdar, qarğıdalı, palıd, fındıq, fıstıq, qoz, qızılağac qovaq və s. Bu üsulla tozlanan bitkilərin əsas səciyyəvi əlamətləri aşağıdakılardır:

- əksəriyyətində çiçəkyanlığı, nektarlıq və ətirli çiçəklər olmur; - erkəkcik saplağı çox uzun olur;- əsasən sırğa, sünbül çiçək qrupuna daxildir;- tozcuq hüceyrələri xırda, yüngül və çoxlu sayda olur.

Örtülütoxumlu bitkilərin əksəriyyəti həşəratla çarpaz tozlanır. Məsələn, arılarla tozlanan balverən bitkilər (cökə, ağ akasiya, yemişan, alma, ərik, gs.ilas, yonca, qaratikan və s.), kəpənəklə(gecə çiçəyi, ətirli tütün), miçəklərlə (raffleziya, ayland, kəndalaş) vəs. Tozlanan bitkilər mövcuddur. Həşəratla tozlanan bitkilərin aşağıdakı əsas səciyyəvi əlamətləri vardır:

- əlvan rəngli çiçəkyanlığı və güclü ətirli çiçəkləri olur;- inkişaf etmiş nektarlıqlar nektarla zəngindir;- tək-tək yerləşən iri çiçəklərə və ya iri çiçək qrupuna (səbət, salxım, başcıq və s.) malikdir;- tozcuq hüceyrələriiri və yapışqanlı olur.Süni tozlanma bilavasitə insanlar tərəfindən yeni bitki sortlarının alınması və məhsuldarlığın

yüksəldilməsi məqsədilə aparılır. Məsələn, qarğıdalı bitkisində küləksiz havada, günəbaxan bitkisində soyuq və yağışlı havada süni tozlanma aparılır.

Süni çarpaz tozlandırılmış çiçəklərdən alınan toxum elit toxum adlanır.

Page 16: Biologiya 6 dərs 11 çiçək və meyvə

Tozcuğun və dişiciyin quruluşu

Page 17: Biologiya 6 dərs 11 çiçək və meyvə

Tozlama –tozcuğun dişicik ağızcığına düşməsidir

Page 18: Biologiya 6 dərs 11 çiçək və meyvə

Dişiciyin və erkəkciyin yetişməsi

Page 19: Biologiya 6 dərs 11 çiçək və meyvə

Ayrıcinsli çiçəklərin qurluşu

Həm erkəkcik, həm də dişicikli çiçəklər üçün səciyyəvi əlamət hər iki çiçəkdə meyoz və mitoz bölünmənin baş verməsidir.

Erkəkcikli çiçəklərdə aşağıdakı proseslər baş verir:- tozluqların və erkəkcik sapının formalaşması;- tozcuq dənəsinin formalaşması.Dişicikli çiçəklərdə isə aşağıdakı proseslər baş verir:- rüşeym kisəsinin formalaşması;- ikiqat mayalanma prosesi;- toxumun əmələ gəlməsi.

Page 20: Biologiya 6 dərs 11 çiçək və meyvə

Rüşeym kisəsi

Əksər hallarda tozlanma nəticəsində dişiciyin ağızcığına düşmüş tozcuqda vegetativ hüceyrə tozcuq borusunu əmələ gətirir, generativ hüceyrə isə bölünərək 2 erkək hüceyrəyə başlanğıc verir.

Rüşeym kisəsinin formalaşması. Dişi cinsiyyət hüceyrələri dişiciyinyumurtalığında yerləşmiş yumurtacığında meqasporogenez (rüşeym kisəsinin əmələ gəlməsi) prosesi nəticəsində formalaşır. Yumurtacıqda dişi cinsiyyət hüceyrələrini əmələ gətirəcək başlanğıc ana hüceyrədən (2n) meyoz yolu ilə bölünərək 4 haploid hüceyrə - meqaspor (n) əmələ gətirir. Bunlardan üçü əriyərək məhv olur, biri isə böyüyərək makroqametofitə çevrilir. Makroqametofitin nüvəsi üç dəfə ardıcıl mitoz yolla bölünür (bu zaman sitoplazma bölünmür) və hər qütbdə dörd olmaqla 8 haploid (n) nüvəəmələ gətirir. Onların hər biri plazma ilə əhatə olunaraq hüceyrəyə çevrilir. Hər qütbdəki hüceyrələrdən biri mərkəzə doğru gələrək birləşirvə mayalanmaya qabil diploid (2n) mərkəzi hüceyrəni əmələ gətirir.Qütblərdə qalan hüceyrələrdən biri yumurta hüceyrəyə çevrilir, digərləri isə rüşeym kisəsinin divarlarını təşkil edir ya daəriyərək məhv olur. Daxilində bu proseslər gedən makroqametofit rüşeym kisəsi – dişi qametofit adlanır.

Rüşeym kisəsində mayalanmada iştirak edən iki hüceyrə vardır. Bunlardan biri (yumurta hüceyrəsi) tozcuq girəcəyinin qarşısında digəri isə mərkəzi yerləşir.

Page 21: Biologiya 6 dərs 11 çiçək və meyvə

İKİQAT MAYALANMA

Page 22: Biologiya 6 dərs 11 çiçək və meyvə

Dişiciyin quruluşu, mayalanma

Page 23: Biologiya 6 dərs 11 çiçək və meyvə

İkiqat mayalanma

İkiqat mayalanma. Tozcuq hüceyrəsi hər hansı bir yolla ağızcığa düşdükdən sonra cücərməyə başlayırvə tozcuq borusunu əmələ gətirir.

İlk dəfə tozcuq borusu çılpaqtoxumlularda əmələ gəlmişdir. Əksər hallarda tozcuq borusuna iki sperm və bir vegetativ nüvə keçir. Tozcuq borusu

yumurtalıqda yerləşən yumurtacıq istiqamətində böyüyür. O, sütuncuqdan keçərək yumurtalığa, oradan yumurtacığa və daha sonra rüşeym kisəsinə çatır.

Dişicik ağızcığında bir neçə tozcuq cücərə bilər. Onlardan yalnız biri rüşeym kisəsinə çatır və onda mayalanma prosesini aparır. Lakin yumurtacıqda rüşeym kisəsi çox olduqda, onda ona uyğun olaraq tozcuq borusu cücərib, rüşeym kisəsinin sayına bərabər olur.

Tozcuq borusu rüşeym kisəsinə çatana qədər vegetativ nüvə dağılır. Tozcuq yolu ilə rüşeym kisəsinə daxil olan borunun qılafı partlayır və spermilər rüşeym kisəsinin möhtəviyyatına qarışır. Bu zaman spermilərdən biri iri haploid yumurta hüceyrə ilə qovuşaraq diploid (2n) ziqotu, digəri isə mərkəzi hüceyrə ilə birləşərək triploid (3n) hüceyrə əmələ gətirir.

Page 24: Biologiya 6 dərs 11 çiçək və meyvə

İkiqat mayalanmada xromosom sayıHüceyrə

sayıXromosom

dəstinin cəmi

Mayalanmadan bilavasitə əvvəl (spermilər daxil olmayıb 8n xromosomlu 7 hüceyrə)

Haploid hüceyrə 6 6n

Diploid hüceyrə 1 2n

Mayalanmada bilavasitə iştirak edən 2 3n

Mayalanmada bilavasitə iştirak edən haploid hüceyrə

1 n

Mayalanmada bilavasitə iştirak edən diploid hüceyrə

1 2n

Mayalanmada bilavasitə iştirak etməyən 5 5n

Mayalanmadan bilavasitə əvvəl daxil olub, 10 xromosomlu 9 hüceyrə)

Haploid hüceyrə 8 8n

Diploid hüceyrə 1 2n

Mayalanmada bilavasitə iştirak edən 4 5n

Mayalanmada bilavasitə iştirak edən haploid hüceyrə

3 3n

Mayalanmada bilavasitə iştirak edən diploidhüceyrə

1 2n

Mayalanmada bilavasitə iştirak etməyən 5 5n

Mayalanmadan bilavasitə əmələ gələn toxumda, 5n xromosomlu 2 hüceyrə)

Diploid hüceyrə (ziqot) 1 2n

Triploid hüceyrə (endosperm) 1 3n

Page 25: Biologiya 6 dərs 11 çiçək və meyvə

İkqat mayalanmanın təhlili

Çiçəkli bitkilərdə diploid (2n)xromosom dəstinə maliknümayəndələrində ikiqat mayalanmanın təhlili zamanı aşağıdakınəticələrə gəlirik:

● Erkək qametofit – tozcuq dənəsi haploid (n) xromosom dəstinəmalik 3 hüceyrədən (2 spermi və 1 vegetativ hüceyrə) ibarətdir.

● Dişi qametofit – rüşeym kisəsi 6 haploid (n) və bir diploid (2n)mərkəz hüceyrədən ibarətdir. Burada, yalnızyumurtahüceyrə vəmərkəzi hüceyrə bilavasitə mayalanmada iştirak edir.

● Çiçəkli bitkilərdə ikiqat mayalanma gedir. Mayalanmış yumurtahüceyrə diploid rüşeymə mərkəzi hüceyrə isə triploid endospermə(ehtiyat qida maddəsi) başlanğıc verir.

● Mayalanma zamanı yumurtacıqdan toxum, yumurtalıqdan isəmeyvə inkişaf edir.

Page 26: Biologiya 6 dərs 11 çiçək və meyvə

Yumurtacıqdan toxum, yumurtalıqdan meyvə əmələ gəlir

Page 27: Biologiya 6 dərs 11 çiçək və meyvə

Meyvələrin mənşəyinə görə qrupları

Mənşəyinə görə meyvələr aşağıdakı qruplara bölünür:● Əsl meyvələr - mayalanma zamanı çiçəyin yalnız

yumurtalığından əmələ əmələ gələn həqiqi meyvələrdir.Məsələn, noxud, lobya, alça, ərik və s. Bitkilərdə;

● Axta meyvələr – mayalanma getmədən əmələ gələnhəqiqi meyvələrdir. Bu meyvələrdə toxum olmur.Məsələn, üzüm, limon, portağal, şərq xurması, əncir,alma, armud və s. bitkilərdə;

● Yalançı meyvələr – meyvənin əmələ gəlməsindəyumurtalıqdan əlavə çiçəyin digər hissələri (çiçək yatağı,çiçək yanlığı və çiçək saplağı) iştirak edir. Məsələn, alma,armud, heyva, nar, itburnu, çiyələk və s. bitkilərdə

Page 28: Biologiya 6 dərs 11 çiçək və meyvə

Sadə və mürəkkəb meyvə

Meyvələr eyni zamanda onun əmələ gəlməsində iştirak edən dişiciyin sayından asılı olaraq da qruplaşdırılır.

● Sadə meyvələr-bir dişiciyin iştirakı ilə əmələ gələn meyvələrdir. Sadə meyvələr cədvəldə verildiyi kimi meyvəyanlığının və yumurtacığın inkişaf xüsusiyyətlərinə görə təsnif edilir.

● Mürəkkəb meyvələr – bir çiçəyin iki və ya daha çox dişiciyinin iştirakı ilə əmələ gələn meyvələrdir. Belə meyvələrə yığma fındıqcıqmeyvə və yığma çəyirdəkmeyvəni misal göstərmək olar. Yığma fındıqcıqmeyvədə, məsələn, çiyələkdə olduğu kimi, inkişaf etmiş şirəli çiçək yatağında çoxlu quru fındıqcıq (toxumca) meyvə toplanır. Lakin yığma çəyirdəkmeyvədə, məsələn, moruqda, böyürtkəndə olduğu kimi, inkişaf etmiş ağ quru çiçək yatağında çoxlu şirəli çəyirdəkmeyvələr toplanır.

Page 29: Biologiya 6 dərs 11 çiçək və meyvə

Meyvələrin quruluşuNümunə

toxumlardəricikşəkilli meyvəyanlığı içərisində sərbəst yerləşir

Günəbaxan, zəncirotu, topinambur

toxum qabığı dəricikşəkilli Buğda, arpa, qarğıdalı

toxumlar odunlaşmış meyvəyanlığı içərisində sərbəst yerləşir.

Qoz, fındıq, palıd

toxumlar iki açılan qın

Page 30: Biologiya 6 dərs 11 çiçək və meyvə

Meyvələrin quruluşu

Page 31: Biologiya 6 dərs 11 çiçək və meyvə
Page 32: Biologiya 6 dərs 11 çiçək və meyvə

Meyvələrin quruluşu

Page 33: Biologiya 6 dərs 11 çiçək və meyvə

Meyvələrin quruluşu