1
I MÖVZU
Mənbəşünaslıq məsələləri, Azərbaycanda ibtidai-icma quruluşu.
P L AN :
1.Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik
ədəbiyyat.
2.“Albaniya tarixi”və “Kitabi-Dədə Qorqud” un
mənbəşünaslıq baxımından təhlili.
3. Azərbaycanda ibtidai-icma quruluşu.
ƏDƏBIYYAT
1. Azərbaycan tarixi .VII cilddə, I cild, Bakı 2007, səh, 44-165
2. Azərbaycan tarixi (Z.Bünyadovun redaktorluğu ilə), Bakı, 1994, səh. 19-57
3. Azərbaycan tarixi. (İ.Əliyevin redaktorluğu ilə) Bakı, 1996, səh. 8-33
4. Azərbaycan tarixi üzrə qaynaqlar.Bakı, 1989, sənəd 7 -13
5. Əhmədov Q. Bu günə necə gəlib çıxmışıq. Bakı, 1989
6. Moisey Kalankatuklu. Alban tarixi. Bakı 1993.
7. Kitabi- Dədə-Qorqud. Bakı, 1988.
8. Səfərov Y. Qədim Azərbaycan: Nə bilirik.Bakı 1989.
2
Azərbaycan yer üzünün ən qədim mədəniyyət mərkəzlərindən biridir. Onun
ərazisinin sakinləri minilliklər ərzində yaratdıqları zəngin mədəni irs qoyub
getmişlər. Bu irs müxtəlif tarixi qaynaqlar – maddi və yazılı abidələr əsasında
öyrənilir.
Maddi abidələrin öyrənilməsi ilə arxeologiya məşğul olur. Torpaq özündə bu
abidələrin tükənməz "arxivi"ni - əmək alətləri, məişət və bəzək əşyaları, silah,
məskən qalıqları, qəbirlər, qədim mədən və metaləritmə yerləri, həmçinin başqa
şeylər saxlayır.
Axtarış zamanı aşkara çıxarılan arxeoloji abidələr qədim dövrlərdən başlamış
son orta əsrlərədək Azərbaycan tarixini daha əsaslı şəkildə və daha dərindən
işıqlandırmaq imkanı verir.
Arxeologiya təkcə öyrənilən ölkənin ilk sakinlərinin maddi və mənəvi
mədəniyyət səviyyəsi haqqında mühakimə yürütməyə deyil, həm də məhsuldar
qüvvələr tarixi, sinfi cəmiyyətin yaranması və inkişafı, miqrasiya, etnogenez və bir
çox başqa problemlərlə bağlı olan mühüm məsələlərin bu və ya digər dərəcədə həll
olunmasına imkan verir.
Son zamanlar Azərbaycan ərazisində aşkara çıxarılmış və artıq elmi dövriyyəyə
daxil edilmiş numizmatik materiallar da tariximizin öyrənilməsi üçün böyük
əhəmiyyətə malikdir. Onlar bölgənin iqtisadi inkişafı, siyasi tarixinin bəzi
hadisələri, müəyyən dərəcədə həm də mədəni səviyyəsi haqqında mühakimə
yürütməyə imkan verir.
Yazılı qaynaqların da çox böyük əhəmiyyəti var. Azərbaycan tarixi üzrə yazılı
qaynaqları iki qrupa bölmək olar: sənədli və nəqli xarakterli qaynaqlar.
Cənubi Azərbaycan və həmsərhəd ərazilərin tayfaları haqqında məlumatlar
verən, ən, qədim qaynaqlar Şumer-Akkad mətnləridir. Şumer və qədim Akkad
dillərində tərtib olunmuş bütün bu kitabələr e.ə. III minilliyə və II minilliyin
başlanğıcına aiddir. Bu mətnlərin meydana çıxması əsasən Şumer və Akkad
çarlarının Zaqros dağları zonasına yürüşlərinə, habelə kuti hakimlərinin Cənubi
Beynənnəhreyndəki birəsrlik hökmranlığına borcludur. Ən ilkin, yazılı qaynaqlar
3
sırasında lullubi hökmdarlarının bir neçə qısa yerli kitabələrini də xatırlamaq
lazımdır.
E.ə. II minilliyin Elam və Aşşur qaynaqları çox kasıbdır və Zaqros zonası tayfaları
haqqında, demək olar ki, heç bir məlumat vermir. Aşşur qaynaqları içərisində
bizim üçün ən vacibləri II Adadnerari, II Tukulti-Ninurta, II Aşşurnasirapal, III
Salmanasar, V Şamşi-Adad, III Adadnerari, III Tiqlatpalasar, II Sarqon,
Sinaxxerib, Asarxaddon və Aşşurbanipalın kitabələridir.
Aşşur çarlarının kitabələrində çoxsaylı yürüşlərin, Azərbaycan vilayətləri və
qonşu vilayətlərdə məskunlaşmış tayfaların xarici, müəyyən dərəcədə isə daxili
siyasi və iqtisadi həyatının gedişini izləməyə imkan verən təsvirlər verilmişdir.
Aşşur qaynaqlarının Cənubi Azərbaycan vilayətləri haqqında məlumatları
xeyli dərəcədə Urartu kitabələrində mövcud olan məlumatlarla zənginləşir.
Babil qaynaqları içərisində e.ə. VII əsrin son rübünün hadisələrini işıqlandırmağa
imkan verən məşhur "Kedd xronikası"nın adını çəkmək lazımdır.
Cənubi Azərbaycan haqqında bəzi məlumatları "Bibliya"dan da almaq olar.
"Avesta" mühüm mənbələrdən biridir. Zərdüştlük və onunla bağlı olan dini fəlsəfi
sistemlər Cənubi Azərbaycan ərazisində min ildən xeyli artıq olan uzun bir dövr
ərzində yayılmışdı. Bizim "Avesta"ya diqqətimiz də bununla izah olunur.
"Avesta"nın kanonlaşdırılmalarından biri, şübhəsiz ki, Atropatenada bu
məmləkətin Sasani səltənətinin dövlət ziyarətgahı olduğu dövrdə baş vermişdir.
Çar I Daranın Həmədan rayonunda sıldırım qaya üzərində üç dildə yazılmış
Bisütun kitabəsi də bizə bəzi məlumatlar verir.
Antik yazıçılar - Miletli Hekatey, Lampsaklı Xaron, Lidiyalı Ksanf, Hellanik və b.
əsərlərində də Azərbaycan tarixi üzrə müəyyən məlumatlar var. E.ə. VI-V əsrlərin
yunan yazıçısı, ən qədim coğrafi xəritə əlavə olunmuş məşhur "Yerin təsviri"
əsərinin müəllifi Miletli Hekatey Cənubi Azərbaycanda məskunlaşmış matienlər
tayfasının, Arazboyu müklərin, Kaspi dənizi sahilində yaşayan hansısa katannların
adlarını çəkir.
4
Şərq haqqında yazılmış ilk yunan müəllifləri içərisində əsas yer, şübhəsiz ki,
"tarixin atası" Herodota (e.ə. V əsr) - qədim dövrün böyük tarixçisinə mənsubdur.
Herodotun madahlar (midiyalılar) və Mada (Midiya), skiflər və onların Asiya
vilayətlərinə yürüşləri, Azərbaycan tayfaları - müklər, utilər, saqartilər, matienlər,
kaspilər, ortokoribantlar haqqında məlumatları bizim üçün vacibdir. Herodotun
özünün bilavasitə şahidi olduğu hadisələr, habelə sorğu yolu ilə aldığı məlumatlar
onun "Tarix"nin əsas mənbələridir. İran şahları arxivlərinin rəsmi sənədlərinə yol
Herodot üçün ilk növbədə ona görə bağlı olmuşdur ki, o, yunan dilindən başqa heç
bir dil bilmirdi. Lakin bəzən onun əsərlərində, nəticə etibarilə bu rəsmi sənədlərlə
bağlı olan məlumatlara rast gəlinir. Şübhəsiz ki, Herodot onlardan üçüncü əldən
götürməklə istifadə etmişdir. Onun bəzi şeyləri öz sələfi Hekateydən götürdüyü
müəyyənləşdirilmişdir. Onun əsəri bütövlükdə indinin özünədək tariximizin bir
sıra məsələləri üzrə ən mühüm qaynaqlardan biri olaraq qalır.
İyirmi ilə qədər İran sarayında yaşamış, Əhəmənilərin (Haxamanişilərin) saray
həkimi olmuş, e.ə. V əsr müəllifi Knidli Ktesinin "Persika" əsərinin qorunub
saxlanılmış azsaylı parçalarından isə çox şey əldə etmək mümkün deyil.
Ktesi ayrı-ayrı hallarda ola bilsin ki, Əhəməni şah arxivinin rəsmi
sənədlərindən istifadə etmişdir. Onun əsərinin müəyyən məşhurluğuna
baxmayaraq, hələ qədim oxucular orada həqiqətə uyğun olmayan çoxlu məlumat
görə bilmişdilər.
"Persika"da döyüşkən Cənubi Azərbaycan tayfası kadusilər haqqında ən
qədim məlumat vardır. Ola bilsin ki, əsərdə Kaspiananın da adı çəkilirmiş.
Makedoniyalı İskəndərin müasiri e.ə. III əsr müəllifi Hermippin, e.ə. II əsrin
məşhur tarixçisi, əsəri məlumatlarının xüsusi dəqiqliyi ilə seçilən, qırxkitablıq
"Tarix"in müəllifi Polibinin və başqalarının əsərlərində bəzi mühüm məlumatlar
qorunub saxlanılmışdır. Polibinin Atropatena barəsində məlumatları xüsusilə
əhəmiyyətlidir.
Amasiyalı Strabonun (e.ə. 63-cü il - b.e. 23-cü ili) yunan dilində yazılmış və
"Coğrafiya" adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz qaynaqdır. Strabon öz
5
dövrünə görə yaxşı təhsil almış, çoxlu səyahət etmiş, müstəsna müşahidəçiliyi və
dərin zəkası ilə fərqlənmişdir. Amasiyalı müəllifin əsərində Makedoniyalı
İskəndərin müasirlərinin və hətta daha əvvəlki müəlliflərin əsərlərindən başlamış
Strabonun öz müasirlərinin əsərlərinədək saysız-hesabsız müxtəlif qaynaqlardan
istifadə olunmuşdur. Roma sərkərdəsi Pompeyin e.ə. 66-65-ci illərdə Zaqafqaziya
səfərində onun yol yoldaşı Mitilenli Feofanın qeydləri və bir sıra digər müəlliflərin
işləri ilə tanışdır və öz "Coğrafiya"sında bu əsərlərdən bol-bol parçalar gətirir.
Qafqazın, ayrı-ayrı hallarda isə bəzi digər qonşu ölkələrin Strabon
"Coğrafiya"sındakı təsviri, ətraflılığına görə bu ölkələrin tarixi, coğrafiyası və
etnoqrafiyası üzrə yeganə qaynaqdır.
Yazıları dövrümüzə qədər gəlib çatmış antik müəlliflərin heç birində albanlar
haqqında "Coğrafiya"da verilənlər yoxdur. Strabonun Atropat Madası və ya
Atropatenanın Böyük Madanın bir hissəsi olması, bu ölkənin öz adını Atropatın
adından alması və s. kimi məlumatları müstəsna qiymətə malikdir.
Məşhur Roma tarixçisi, 35 kitabı və itib-batmış cildlərinin bir qədər
fraqmentləri qorunub saxlanılmış "Roma tarixi" əsərinin müəllifi Tit Livi (e.ə. 59-
cu il - e. 1-ci ili) Roma müdaxiləsi dövrü albanları haqqında bəzi məlumatlar verir,
madalılar və kadusilərin adlarını çəkir.
Böyük Plininin (23/24-79-cu illər) "Təbii tarix"i bizim üçün mühüm əhəmiyyətə
malikdir. Demək olar ki, 350 yunan və 150-dək Roma müəllifinin əksəriyyəti bizə
gəlib çatmamış bir çox əsərindən istifadə edilərək yazılmış bu ensiklopedik
xarakterli əsərdə Azərbaycanın təbiəti, əhalisi, burada məskunlaşmış tayfaların
məişəti haqqında bir sıra çox qiymətli məlumatlar var.
Albaniyanın paytaxtı Qəbələnin adının ən ilkin xatırlanması Plininin hesabına bizə
gəlib çatmışdır (Plinidə: Kabalaka). O, bu ada, çox güman ki, e.ə. II-I əsrlərdə
yaşamış romalı müəllif Varronun əsərlərində rast gəlmişdir.
Plininin qaynaqlarından danışarkən qeyd etmək lazımdır ki, bir çox hallarda o
özü bu qaynaqların adlarını çəkir və bununla da onun bu və ya digər məlumatının
xarakteri və dolğunluq dərəcəsini müəyyənləşdirmək sahəsində tədqiqatçının işini
6
yüngülləşdirir. Plininin istifadə olunan qaynaqlara müəyyən qeyri-tənqidi
yanaşmasını və "Təbii tarix"in mətninin pis qorunub saxlanmasını da göstərmək
lazımdır.
Roma dövrü tarixçilərinin hamısından çox tanınanı və məşhuru yunanca yazan
Plutarx (46-127-ci illər) olmuşdur. O, çox səyahət etmiş, məhsuldar yazıçı
olmuşdur. Məşhur "Müqayisəli tərcümeyi-hallar" əsəri Plutarxa şöhrət gətirmişdir.
Aleksandrın, Sullanın, Lukullun, Antoninin və b. tərcümeyi-halları xüsusən
qiymətlidir.
Plutarxın "İsida və Osiris haqqında" əsəri də bizim üçün mühüm əhəmiyyətə
malikdir. Müəllif bu əsərində e.ə. IV əsrdə yaşamış, Makedoniyalı Aleksandrın
tapşırığı ilə zərdüştiliyin müqəddəs kitablarını öyrənən Feopompun ardınca
gedərək maqların təlimi və i.a. haqqında maraqlı məlumatlar verir.
İçərisində "Annallar" ("Salnamələr") və "Tarixlər" kimi xüsusilə seçilən çoxlu
əsərin müəllifi, məşhur romalı tarixçi Korneli Tasit (təxminən 55-117-ci illər) də
bizə bir sıra qiymətli məlumat çatdırmışdır. Onun əsərlərinin Romanın Qafqaz
ölkələri, o cümlədən Albaniya, habelə Parfiya ilə münasibətlərindən bəhs edilən
səhifələri müstəsna dərəcədə mühüm qaynaqdır. Albanlar haqqında maraqlı
məlumatlara II əsr müəllifi Appianın "Mitridatın müharibələri" adlı məşhur
əsərində də rast gəlmək mümkündür.
II əsr müəllifi Klavdi Ptolemeyin "Coğrafiya dərsliyi"ndə Azərbaycanın
coğrafiyası haqqında xeyli material var. Ptolemey bir çox vilayətlərin, dağların,
çayların, keçidlərin, şəhər, iri yaşayış məskənlərinin və xalqların adlarını çəkir.
Lakin onun xəritəsində xeyli miqdarda təhrif və uyğunsuzluqlar vardır.
Dion Kassi Kokkeianın (təxminən 150-235-ci illər) "Roma tarixi"ndə
Atropatena və Albaniya haqqında məlumatlar var.
Antik qaynaqların müstəsna əhəmiyyətinə baxmayaraq, onlara ehtiyatla
yanaşmaq lazımdır, çünki antik müəlliflərin məlumatları tez-tez təsadüfi, çox vaxt
isə ziddiyyətli xarakter daşımış və heç də həmişə dəqiqliyi ilə fərqlənməmişdir.
7
2. Azərbaycanın X əsrə qədərki vəziyyəti haqqında fikir söyləməyə imkan
verən yeganə yerli mənbə Moisey Kalanknatuklinin “Albaniya tarixi “ adlı
əsərinin çox böyük əhəmiyyəti vardır. “Albaniya tarixi” əsəri bənzərsiz tarixi yol
keçmiş əsərlərdən biridir. Onun hansı xalqın tarixi olması haqda qızğın
mübahisələrin arası kəsilmir. Bu xalq Şərqi Zaqfqaziyada yaşamış, indiki
azərbaycanlıların soykökündə dayanan albanlar olmuşlar. Buna görə də
“Albaniya tarixi “ kitabi bizə qədər erməni (qra-bar) dilində gəlib çatsa da, ona
sahib sayıla biləcək yeganə tarixi varlıq yalnız albanların özüdür. O vaxt
Albaniyada yaşamış müxtəlif dilli və ləhcəli 26 alban qəbiləsinin birləşməsi hələ V
əsrdən Aran dilinin Azərbaycanın şimal torpaqlarında vahid dil olması indi tarix
ədəbiyyatlarında şübhə doğurmur. VII əsrdə ərəblər tərəfindən Azərbaycan zəbt
olunmuş, yerli xristian albanların çoxu müsəlmanlığı qəbul etməli olmuş, indiki
dağlıq Qarabağda –Arsaxda yaşayan albanlar isə öz dillərində qalmış, xristian
ermənilərin əhatəsində olduqları üçün getdikcə öz dillərini itirmiş,
erməniləşmışdilər. alban kilsəsini özünə tabe edə bilmiş erməni kilsəsi albanlara
məxsus olan abidələri erməni abidəsi elan etmiş, yazılı abidələrin isə qədim erməni
dilinə -qrabara tərcümə etməyə cəhd etmişdilər. Eyni fəlakət “Albaniya tarixi”
kitabının başına gəlmiş və bu abidə erməni dilində çatmışdır. Tarixdə bu və ya
başqa dillərdə yaranmış əsərlər çoxdur. Məsələn İbn Sına, əl-Biruni, Fərabi və
başqaları ərəb dilində yazıb yaratmışlar. Ancaq belə bir fakt həmin əsərlərin milli-
tarixi ünvanı üçün göstərici deyildir. “ Albaniya tarixi ” kitabı 1861-ci ildə
Patkanyan tərəfindən rus dilinə tərcümə edilərək Peterburqda çap olunmuşdur.
Tərcüməçi əsərdə olan alban – türk ruhunu nə qədər təhrif etsə də, ümumilikdə
onu aradan qaldıra bilməmiş və hətta bəzi türk sözlərini olduğu kimi
saxlamışdır.
Hətta 1984-cü ildə Yerevanda ikinci dəfə nəşr olunan kitab o qədər təhrif
olunmuşdur ki, erməni tədqiqatçıları birinci tərcüməni yararsız saymışlar.
Əsərdə hadisələr VII əsrdən X əsrə qədər davam edir. Əsər 3 kitabdan
ibarətdir. Birinci və ikinci kitabları, görünür bir müəllif yazmışdır. Çünki VII
8
əsrə, xüsusilə Cavanşirin dövrünə düşən hadisələri bu müəllif öz gözləri ilə
görmüşdür. Lakin üçüncü kitabda hadisələrin işlənməsi X əsrə qədər çatdırılır.
Moisey Kalankatuklı VIII-X əsrlərdə yaşaya bilməzdi, deməli, sonuncu kitabın
başqa müəllif tərəfindən yazıldığı inkaredilməzdir. Başqa sözlə, üçüncü kitab
əslində bitmiş bir əsərə sonralar qatılmışdır.
Bu bir daha göstərir ki, Alban kilsəsi ətrafında gedən mübarizə ilə bağlı
olaraq , bu dövrdə “ Albaniya tarixi ” artıq kəskin siyasi əhəmiyyət kəsb etmiş bir
əsərə çevrilmiş-dir.
Əsərdə Mihranilər sülaləsinin Albaniya çarlığında hakimiyyətə gəlməsindən
başlayaraq, Albaniyanın görkəmli çarı Cavanşirin hakimiyyətinin başlanması
dövründən dövlətin sonrakı dövrlərinə qədər, xristianlığın bu ölkədə
yayılmasına, Albanlarla ərəblərin siyasi əlaqəsi qədər çox geniş məlumatlar
verilir.
Albaniyanın sonrakı, XI_XII əsrlər tarixini salnamə halında Gəncə şəhərində
anadan olmuş və ömrünü orada keçirmiş Mxitar Qoş yazmışdır. Qoşun “Alban
salnaməsi”akademik Z.M.Bünyadov tərəfindən 1960 ci ildə Azərbaycan dilinə
tərcümə edilmişdir. Onun “Alban səltənəti” əsəri həcmcə kiçik olsa da
mənbəşünaslıq baxımından çox qiymətli bir əsərdir.
“Kitabi Dədə Qorqud” Azərbaycan ədəbiyyatının ilkin və şah əsəri olmaqla
yanaşı Azərbaycan tarixinin ana qaynağı sayılır. Bu epos elm aləminə 1815-ci il-
də bəlli olmuşdur.
"Kitabi-Dədə Qorqud" dastanları VII –XII əsrlərdə və daha əvvəllər
Azərbaycanda baş vermiş hadisələrlə səsləşir.Dastandakı hadisələrin
əksəriyyəti Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Dərəşam, Əlincə, Qaradağ, Göyçə
gölü, Qaraçuq dağı və s. yerlərdə cərəyan edir. "Kitabi-Dədə Qorqud"u yazıya
köçürən şəxs Dədə Qorqudu bu dastanların yaradıcısı, həm də iştirakçısı kimi
təqdim edir. Bayat elindən çıxmış bu bilicini oğuzun müşkül məsələlərini həll
edərək gələcəkdən belə xəbər verdiyini göstərir. Bəzi məlumatlara görə Dədə
9
Qorqudun məzarı Dərbənddə yerləşir. XVII əsrin görkəmli səyyahları olan Övliya
Çələbi(səh. 286) vəAdam Olearinin(səh. 274) "Səyahətnamə"lərində bu fakta rast
gəlmək olar.
Alman şərqşünası H. F. D i t s Drezden kitabxanasında “Dədə Qorqud”
dastanlarını ilk dəfə aşkara çıxarmışdır. Hətta “Basatin Təpəgözü öldurdüyü boyu
alman dilinə çevirərək nəşr etdirmişdir. Alman şərqşünası Fridrix fon Ditsin
fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim
Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. "Kitabi-Dədə Qorqud"dakı
Təpəgöz obrazı Homerin "Odisseya" dastanındakı Polifem obrazı ilə müqayisədə
daha qədimdir.
Drezden nüsxəsi 154 səifəlik bir əsərdir, hər səhifəsində 13 sətir vardır,12
boydan ibarətdir.
Bu eposun İtaliyada Vatikan kitabxanasında saxlanılan 109 səhifəlik başqa
bir nüsxəsi də vardır. Drezden nüsxəsi açıq-aşkar Azərbaycan dilində
yazılmışdır. Vatikan nüsxəsi isə cəmi altı boydan ibarət olub, XVI əsr türkcəsinə
daha yaxındır. İndiki elmi biliklərə arxalanaraq dastanın aparıcı və başlıca
mövzularının çox-çox uzaqlara, hələ ibtidai – icma quruluşunun dağıldığı və “hərbi
demokratiya” hakimiyyətinin yaşadığı zamanlara gedib çıxdığını söyləmək olar.
Bir çox əsrlər boyu ozan sənətinin küçəsindən keçərək bu mövzular artıq VI-
VII əsrlərdə yazıya alınmış, fars (Pəhləvi) və ərəb dillərində də “Oğuznamə” adı
altında çevrilmişdir. Kitabın iki əsrə yaxın öyrənilmə tarixində böyük xidməti olan
böyük rus türkoloqu V.V. Bartoldun yazdığı kimi, kitab islamın ilk dövründə,
yəni Qafqaz mühitində Dərbənd keçidi ilə Ermənistan yaylağı arasındakı
torpaqlarda, yəni Azərbaycanda bəstələnib yaranmışdır. Ancaq kitabın yaşının
açarı onun özündədir. Kitabın əlyazmasında oğuzlar dönə-dönə müsəlman
adlandırılsalarda, bu oğuz cəmiyyəti əslində hələ islam və şəriət qanunlarından
10
kənarda durur. Bu oğuzlar hələdə “allah” yerinə daha çox “tanrı” (tenqri) sözünü
işlədirlər.
“Kitabi-Dədə Qorqud” eposunda ən qədim dini –mifoloji təsəvvür və adət
ənənələr oğuzların ibtidai dövrünə-bizim eranın III-IV əsrlərinə aiddir.
İslamiyyətdən əvvəlki bu dövrdə oğuzlar yarımköçəri həyat keçirmişlər. Oğuzların
əsas təsərrüfatı qoyunçuluq –maldarlıq, atcılıq və dəvə sürülərindən ibarətdir.
İnamları xeyirxah qüvvələrin rəmzi sayılan Xızır peyğəmbərdir.
At kultu oğuzlar içərisində daha geniş yayılmışdır. Bu isə iskitlərdən, hunlar-
dan gəlmə bir inancdır. At igidin yoldaşıdır, igid ölərsə at da öldürülür.
Çox maraqlı məsələlərdən biri kitabda “alban” adının bir etnos kimi iki dəfə
çəkilməsidir.
“Kitabi-Dədə Qorqud” da cərəyan edən hadislər əsasən VI-VIII əsrləri əhatə
edir. Lakin bəzi boylarda sonradan əlavə edilmiş və sonrakı tarixi hadisələrlə
uzlaşdırılan epizodlar vardır.
Kitabda biz əxlaq və məişət məsələlərini əks etdirən səhnələrə də rast gəlirik.
Oğuz igidləri, bütün oğuzlar hələ ruhani xidmət nə olduğunu bilməzlər. Onlar
uşaqlarına anadan doğulan kimi ad qoymurdular. Yeniyetmələr yalnız 15 yaşına
dolduqda və igidlik göstərib “ ərlik isdədikdə ”ad alırdılar. Bu adlar islamdan
çox-çox qabaq Oğuz dədələrin yaşatdığı türk adları idi.
Oğuzların qadınları, qız- gəlinləri çadra, yaşmaq nə olduğunu bilməzdilər.
Kitabda oğuz-türk xalqlarının etnik-əxlaqi, məişət məsələləri ilə yanaşı, siyasi,
inzibati -ərazi baxımından çox qiymətli məlumatlar verilir.
Beləliklə göstərmək olar ki. “Kitabi Dədə -Qorqud “ eposu Azərbaycan
xalqının ümumilikdə türk xalqlarının tarixinin, etnoqrafiyasının, öyrənilməsində
bir əvəzsiz mənbə rolunu oynayır.
11
3. İbtidai icma cəmiyyətinin, qədim insanların, onların inkişaf
xüsusiyyətlərinin meydana çıxması, formalaşması və ayrı-ayrı inkişaf mərhələləri
paleolit düşərgələrində aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi
mədəniyyət qalıqları vasitəsi ilə tədqiq olunur. Azərbaycanın iqlim şəraiti, çayların
bolluğu, ərazisinin bir hissəsinin dənizlə əhatə olunması bu ölkənin ilk yaşayış
məskəni olmasına imkan yaratmışdır. İnsan yarandığı gündən təbiətlə mübarizə
aparmalı olmuşdur. Təbiətin amansız hadisələri-soyuqlar, buzlaşmalar, daşqınlar
yanğınlar və s.insanları daim məhv olmaq təhlükəsi qarşısında qoyurdu.
Ən qədim zamanlarda insanlar vəhşi heyvanlardan demək olar ki, o qədərdə
fərqlənmirdilər. Qida axtarmaq onların başlıca məşğuliyyətləri idi. Lakin yaşamaq
uğrunda mübarizədə öz fəaliyyətini əmək alətləri hazırlamaq istiqamətində
gedərək, onlar heyvanat aləmindən ayrıla bilmişlər.
İbtidai icma qurluşu üç dövrə bölünür:
1. Daş dövrü
2. Tunc dövrü
3. Dəmir dövrü
İbtidai dövrlərdə alət hazırlamaq üçün ən münasib material daş olmuşdur. Daş
möhkəm, davamlı və uzun müddət qaldığına görə ən qədim insan mədəniyyəti
izləri zəmanəmizə qədər gəlib çıxmışdır. Məhz buna bəşəriyyətin keçdiyi təxminən
2 milyon ilə yaxın dövr tarixdə” daş dövrü” adlanmışdır. Metalın kəşvinə qədər
daş alətlər insan həyatında aparıcı rol oynamışdır.
Alt paleolit abidələrində aparılan tədqiqatlar zamanı 4 arxeoloji mədəniyyət -
olduvay (ən qədim), qədim aşel, aşel və Mustye mədəniyyətləri müəyyən
olunmuşdur.
Azərbaycanın qədim daş dövrü tarixi üçün ən mühüm arxeoloji tapıntılar
Azıx, Tağlar, Daşsalahlı, Qazma və Buzeyir mağara düşərgələrində aparılan
arxeoloji qazıntılar zamanı əldə olunmuşdur. Azıx mağarası (ən qədim türk
dillərində ayı deməkdir). Quruçayın sol sahilində dəniz səviyyəsindən 900 m
12
hündürdə yerləşir. Mağara bir-biri ilə dar keçidlərlə birləşən 6 salondan ibarətdir.
Azıx mağarası aşağı paleolit dövrünə aid nadir mağaralardandır. Oradan 1968-ci
ildə Aşel dövründə yaşamış ibtidai insanın çənə sümüyü tapılmışdır.Bu tapıntı
Azərbaycanın qədim insanların formalaşdığı əraziyə daxil olduğunu sübut edir.
Azıx mağarası arxeoloji cəhətdən 1960-cı ildən M.Hüseynov tərəfindən
öyrənilir. Qalınlığı 10-14m olan 10 təbəqə aşkar edilmişdir.
Birinci təbəqə Eneolit dörünə aiddir. Aşağı paleolitə aid olan 3,5,9
təbəqələrdən 15 mindən çox daş məmulatlar əldə edilmişdir. 6-cı təbəqədə ibtidai
üsulla qəlpələnmiş çapacağa oxşar alətlər tapılmışdır.Bu alətlər Şell dövrünə aid
edilir. 2 və 4 cü təbəqələrdə arxeoloji material tapılmamışdır.
Aşağı paleolitə aid təbəqələrdən tapılan 30 mindən çox daşlaşmış heyvan və
balıq sümüyü mağara sakinlərinin yığıcılıqla bərabər ovçuluqla və balıqçılıqla
məşğul olduqlarını sübut edir. Fauna qalıqları içində 35 növ heyvan sümüyü aşkar
edilmişdir.Eyni zamanda 4 ocaq yeri tapılmışdır.Azix mağarasındakı bu tapıntılar
sübut edir ki,bu ərazidə 1milyon il əvvəl yaşayış olmuşdur.
Qədim paleolit dövründə yaşayan ibtidai insanların həyatında ov xüsusi və
başlıca rol oynamışdır. Arxeoloji materiallar göstərır ki, şell-aşell dövründə
insanlar ayri-ayri dəstələrlə sürü halında yaşamışlar. Onların istifadə etdikləri
istehsal vasitələri dəstənin ümumi mülkiyəti olmuşdur. Onlarda ilk icma və bəsit
icma hakim ictimai qurum olmuşdur.
İstehsal vasitələri təkmilləşdikcə qədim insanlar da inkişaf edirdi. Onların
təfəkkürü genişlənmiş, ünsiyyət əlaqələri artmışdı. Bu münasibətlərin
nizamlanmasında dil və dini anlayışın böyük rolu olmuşdur.
Azərbaycan arxeologiyasının nailiyyətlərindən biri orta daş dövrü (Mezolit)
məsələsidir. Bu dövr e.ə XII:-VIII minillikləri əhatə edir.Tapıntılar göstərir ki, bu
13
dövrün sakinlərinin əsas peşəsi ovçuluq olmuşdur. Ox və yaydan istifadə edən
mezolit dövru insanları, papeolit dövrü insanlarına nisbətən xeyli inkişaf etmişdir.
1965-1966-ci illərdə C. Rüstəmov və F. Muradova tərəfindən Qobustanın “
Ana zağa ” və “ Çar dağ zağa ” sığınacaqlarında mezolit dövrünə aid bir sıra
maddi-mədəniyyət abidələri aşkara çıxarılmışdı. Qobustan Kiçik Qafqaz dağlarının
qurtaracağında Böyükdaş, Kicikdaş və Cingirdağ zonasında yerləşir. Qobustanda
zəngin qayaüstü təsvirlərlə yanaşı, daş dövründən başlamış orta əsrlərədək çoxlu
maddi-mədəniyyət abidələri vardır. Onlardan ibtidai-insan düşərgəsi, qədim
yaşayış məskəni, kurqanlar və s. göstərmək olar.
Qobustan 1947-ci ildən İshaq Cəfərzadənin rəhbərliyi altında öyrini-
lir.Arxeoloji qazıntılar zamanı Qobustanda 14 qədim düşərgə, 30-dan çox kurqan
öyrənilmişdir. Bu məskənlərdən ”Ana zağa” , ”Kənizə” , “Firuz” , “Ovcular”,
“Yazılıtəpə” və s. göstərmək olar.
“Firuz” adlı mezolid dövrü düşərgəsində aşkar edilmiş qəbir böyük elmi
əhəmiyyətə malikdir.11-nəfərin dəfn olunduğu bu qəbirdən balıq toru toxumaq
üçün sümük alətlər, daşdan, heyvan dişlərindən düzəldilmiş muncuqlar diqqəti cəlb
edir.”Ana zağa” dan Neolit dövrünə aid gil qablar, boyunbağılar tapılmışdır.
Qobustan qayaustü rəsmləri daha böyük elmi əhəmiyyət daşıyır.Təqribən 750
qaya üzərində 4000-ə qədər insan və heyvan təsvirləri müxtəlif işarələr aşkar
edilmişdir. Qayalar üzərində oyma üsulu ilə çoxlu qayıq təsvirləri həkk olunmuş-
dur.
Qayaüstü rəsimlər arasında ov səhnəsi, əmək prosesi, taxıl biçini, ibadət
etmək, qiz qaçırmaq, yallıya oxşar rəqs etmək səhnələrinə rast gəlinir. Məhşur
İsveç səyyahı Tur Heyerdal orada olarkən demişdir: ”Dünyada qaya təsvirlərində
əksini tapan qayıqların yaşı 3500 ildən çox deyildir. Bəs nə üçün sizinkilərin sorağı
səkkiz minilliklərdən gəlir.”
14
Mezolit dövrünə aid Damcılı, Qobustan və b. yerlərdən aşkar edilən əmək
alətləri və digər istehsal vasitələri sübut edirlər ki, bu dövrün sakinləri artıq oturaq
həyat sürmüş, kollektiv şəkildə yaşamışlar.
Məhsuldar qüvvələrin inkişaf səviyyəsinə uyğun olaraq ibtidai-icma quruluşu
meydana çıxmaqda idi. Bu quruluş istehsal vasitələri və məhsulları üzərində
ictimai mülkiyyətlə xarakterizə olunurdu. Bu quruluşun əsasını bir-biri ilə qan
qohumluğu olan insan qruplarında ibarət nəsil təşkil edirdi. Nəslin bütün üzvləri
birgə yaşayırdılar. O zaman insanın insan tərəfindən istismarı yox idi.
İbtidai-icma quruluşunun ilk dövrü nədənəsə mənsubiyyət ana xətti ilə inkişaf
edibdi. Bu dövr matriarxat və ya ananın şahlıq dövrü adlanır. Bu onunla əlaqədar
idi ki, qadınlar istehsalda hakim mövqe tuturdular. Sonralar qadınlar torpaq
becərməklə məşğul olduqları halda, kişilər yem arxasınca meşələri və düzləri
dolaşırdılar.
Mezolit (orta daş dövrü) o qədər uzun sürməmişdir. Yeni daş dövrü ilə əvəz
olunmuşdur. Bu yeni daş dövrü Neolit adlanır. Ümumiyyətlə Azərbaycanda
mezolit və Neolit dövrləri demək olar ki, nisbətən zəif öyrənilmişdir. Bu baximdan
Damcılı və Qobustan mağaralarında aşkar edilən abidələr çox böyük maraq
doğurur.
Neolit dövrü təxminən e.ə.VII-VI minillikləri əhatə edir. Neolit dövründə
qəbilələrin birləşməsi zəminində tayfalar meydana gəlir, qəbilə dilləri tayfa dilləri
ilə əvəz olunur. İnsanlar özlərinə lazım olan maddi nemətləri əldə etmək üçün daha
mükəmməl alətlər hazırlamağa çalışırdılar. Neolit dövrünün sonlarında insanlar
təsərrüfat və məişətdə metal əşyadan istifade etməyə başlayırlar. Bu ilk metal mis
olmuşdur. Mis məmulatının meydana çıxdığı bu dövr eneolit (mis-daş) dövrü
adlanır və e.ə. VI-IV minillikləri əhatə edir.
O zamanlar Azərbaycanca sakin olan tayfalar Gədəbəy, Daşkəsən, Yuxarı
Qarabağ ərazilərində olan mis yataqlarından istifadə edirdilər.
15
Azərbaycanin ərazisində eneolit dövrünə aid 60-dan çox yaşayış məskəni
aşkar edilmişdir. Bunlardan I-Kültəpə (Naxçıvan), İlanlıtəpə (Mil-Qarabağ),
Çalağantəpə, Qaraköpəktəpə, Zərgərtəpə (Muğan düzü) və başqa yaşayış yerlərini
göstərmək olar. Bu ərazilərdən misdən hazırlanmış əşyalar-kiçik əyri bıçaq, nizə
ucu, qayıq, bəzək əşyaları və s. şeylər tapılmışdır.
Mis dövründə sosial ictimai həyat tərzi və dünya görüşündədə mühüm
dəyişiklik-lərdə baş verdi. Qoşa nigahlı ailənin meydana çıxması və
möhkəmlənməsi istehsal vasi-tələri üzərində irəliyə doğru mühüm addım idi.
Maldarlıq və əkinçiliyin sürətli inkişafı ilə təsərrüfatda habelə ictimai həyatda
kişilərin mövqeyi möhkəmləndi.
Enolitin son mərhələsində metallurgiya sahəsində baş verən dəyişiklik yerli
tayfaların həyatında yeni daha mütərəqqi mərhələnin – Tunc dövrünün
başlanğıcığını qoydu. Bu dövr 3 min ilə qədər davam etmiş və e.ə. IV-II –
minillikləri əhatə etmişdir.
Azərbaycan ərazisində Tunc dövrü bir neçə inkişaf mərhələsi keçmişdir. Şərti
olaraq onlar ilk, orta və son Tunc dövrləri adlanmışlar. İlk tunc dövrü Kür-Araz
mədəniyyəti də adlanır. Bu mədəniyyətin əsas təşəkkül və yaylma sahəsi Kür-
Araz ovalığı olsada bu mədəniyyətin izlərinə Anadolu yaylası, İran, Suriya, Şimali
Qafqaza qədər ərazilərə də yayılmışdır.
Tunc dövrünün abidələri Xocalı, Gədəbəy, Daşkəsən, Gəncə, Mingəçevir,
Şəmkir, Naxçıvan və başqa ərazilərdə aşkar edilmişdir. Şəmkir və Mingəçevirdə
tunc baltalar və nizə ucları hazırlamaq üçün daş qəliblər aşkar edilmişdir.
Tunc dövrünün əsas qəbir abidələri qüfular və kurqanlar torpaq qəbirlərindən
ibarətdir. Onların içərisindən aşkar edilmiş materiallar tayfalararası mübadilədən
doğan qarşılıqlı əlaqələrin olmasını sübut edir.
Mingəçevir kurqanlarında tunc dövrünə aid mədəniyyət abidələri –qılıclar,
balta, təbərzinlər, xəncərlər, ox ucları və sair tapılmışdır. Maddi-mədəniyyət
16
sahəsindəki ciddi irəliləyişlə əlaqədar olaraq ölkənin təsərrüfat həyatı da xeyli
inkişaf etmişdir.
E.Ə.III-I minilliklərdə ölkənin iqtisadiyyatında əkinçilik və maldarlıq daha
böyük rol oynamışdır. Bu dövrdə dulusçuluq, metalişləmə, toxuculuq, daşişləmə
vəs. sənət sahəsi xeyli inkişaf etmişdir.
Tunc dövründə ana nəsli ata nəsli ilə (patrixal) əvəz edilməyə başlayır.
Patriarxal ailə münasibətləri genişlənməyə başlayır.
Erkən tunc dövründə məhsuldar qüvvələrin inkişafı nəticəsində birinci böyük
ictimai əmək bölgüsü -əkinçiliyin maldarlıqdan ayrılması prosesi baş vermişdir.
Orta tunc dövründə II Ictimai əmək bölgüsünün baş verməsi ibtidai- icma
qurluşunun gələcək tənəzzülü prosesinin sürətlənməsinə səbəb oldu.
Tunc dövrünün sonlarına yaxın əmlak və ictimai bərabərsizlik dərinləşməyə
başlayır, icma quruluşlarının əsasları sarsılır, böyük tayfa ittifaqları yaranır. Son
tunc dövründə III Ictimai əmək bölgüsü baş verdi Tacir sənətkar qrupundan ayrıldı.
Təsərrufat tayfalarının ümumi mülkiyyətdən ayrı-ayrı ailə başçılarının
mülkiyyətinə çevrilirdi. Tayfa başçıları tədricən maddi sərvətləri öz əllərinə alırlar.
Tayfalar arasında otlaq, qul ələ keçirilmək üstündə toqquşmalar təşkil olunurdu.
E.ə. II-ci minilliyin sonu I-ci minilliyin əvvəllərində tunc alətləri tədricən
dəmirlə əvəz olunmağa başlayır. Dəmirdən istifadə olunması ilə bəşər tarixində
yeni dövr-Dəmir dövrü başladı. Bu tunc və mis alətlərin sıxışdırılıb atılmasına,
torpağın becərilməsinin yaxşılaşdırılmasına və genişləndirilməsinə geniş imkanlar
asdı. Bununla da əkincilik insanın əsas və daimi məşğuliyyətinə çevrildi.
İbtidai-icma qurluşunda məsuldar qüvvələr ləng də olsa inkişaf etməkdə idi.
Daş alətlərdən metal alətlərə keçid istehsal üsülunda əsaslı çevrilişə səbəb oldu.
Tədricən insan əməyinin tətbiq olunduğu sahələr genişlənir, insanların yeni peşə
sahələri meydana çıxır, ayrı-ayrı ailələrin müstəqil məşğul olmaları üçün şərait
yaranırdı.
17
İbtidai-icma quruluşunun dağılmasına səbəb olan ziddiyyətlər yetişməkdə idi.
istehsal alət və vasitələri üzərində xüsusi mulkiyyət meydana çıxırdı. Tayfa
ağsaqqalları və bəzi üzvləri icmalardan ayrılır, yaxşı torpaqları öz əllərinə keçirir,
ictimai vəzifələri irsi olaraq öz varislərinə verirdilər.
Xüsusi mülkiyyətin və mübadilənin inkişafi xüsusi mülkiyyətin ictimai
mülkiyyətə qarşı qoyulmasına, ailələrin bir hissəsinin varlanmasına, digər
hissəsinin isə yoxsullaş-masına səbəb olundu. Meydana çıxan icma əyanları qalan
icmaçıları özləri üçün işləmə-yə məcbur edirdilər.
Tədricən varlı tayfalar başqa tayfaları öz nüfuzları altına alır, bəzən də tayfa
ittifaqlarının başında dururdular.
Bütün bu daxili ziddiyyətlər ibtidai-icma quruluşunun dağılmasına səbəb
oldu. İstehsal münasibətlərinin məhsuldar qüvvələrinin xarakterinə uyğun
gəlməməsi onlar arasında mübarizəyə səbəb olmuş yeni istehsal münasibətlərinin
yaranmasını labüd etmişdi. Cəmyyət siniflərə bölünmüş dövlət yaranmışdır.
Beləliklə, e.ə II minilliyin sonu e.ə.I-ci minilliyin əvvəllərindən başlayaraq
ilk sinifli cəmiyyət yaranmışdır və İbtidai icma qurulusu dağılmışdı. İnsanın insan
tərəfindən istismarına və xüsusi mülkiyyətin yaradılmasına başlanmışdır.
II Mövzu:
Azərbaycan ərazisində tayfa ittifaqlari və qədim dövlətlər.
P l a n :
18
1. Miladdan qabaq III-II minillkilərdə Azərbaycanın etnosiyasi
xəritəsi.
2. İlk Azərbaycan dövlətləri :Aratta, Lillubium və Kutium
dövlətləri.
3. Manna və Atropatena quldar dövlətləri və onların ictimai –
siyasi quruluşu.
4. Qafqaz Albaniyası : sərhədləri etnik tərkibi ,vilayətləri və
təsərrüfatı.
Ədəbiyyat:
1. Azərbaycan tarixi.VII cilddə, I cild, Bakı,2008,səh.166-414.
2. Azərbaycan tarixi .Bakı,1994, səh.73-169.
3. Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı,1998,səh.1-11.
4. Qaşqay S. Manna çarlığının tarixindən. B.1971.
5. Fazili A. A. Atropatena e.ə.IV-bizim eranın VII əsri. B.1992.
6. Məmmədova F.Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası.
Bakı. Elm,1986.
E.ə. II minilliyin ikinci yarısı ibtidai icma quruluşunun intensiv surətdə dağılması
və ilkin sinfi qurumların yaranması ilə səciyyələnir. Bu dövrdə sosial təbəqələşmə
və əmlak təbəqələşməsi prosesi xeyli dərinləşmişdi.
E.ə. I minilliyin əvvəlində Urmiyaboyu rayonda fərqləndirici əlamət daha qəbilə-
tayfa bölgüsü deyil, ərazi bölgüsündən ibarət olan mövcud xırda vahidlərlə
bərabər, nisbətən iri siyasi qurumların da yaranması idi.
19
Aşşurlular Urmiyaboyu rayonun bəzi vilayətlərinin hökmdarlarını bel älänu-dan
("məskən hakimləri"ndən) fərqli olaraq sarrani, yəni "çarlar" adlandırırlar.
Urmiyaboyu hövzə zonasında janzu titulu da qeydə alınmışdır ki, bu da kaşşu
(kassit) dilində "çar" deməkdir.
Mixi yazılardan bəlli olduğu kimi, e.ə. I minilliyin əvvəlində Cənubi Azərbaycan
ərazisinin özündə aşşurlularla mübarizə aparan bir neçə "çarlıq" var idi, burada
ayrı-ayrı "çarlıq"ların birləşmə prosesi gedirdi və bunun sayəsində onlar uzun
müddət Aşşur işğalçılarına müqavimət göstərə bilirdilər.
Həmin birləşmələrin meydana gəlməsi müəyyən dərəcədə xarici təhlükə ilə bağlı
idi.
Mənbələr artıq e.ə. III minilliyin sonlarına yaxın Azərbaycanın cənub –qərb
vilayətlərində lullubilərin və kutilərin tayfa itifaqlarının yarandığını göstərir.
Lillubilərin şərq qonşuları kassitlər, cənubi-şərq qonşuları isə elamlılar idilər.
Urmiya gölünün qərb və şimal sahillərindəki bəzi vilayətlərdə isə xurritlər yaşa-
yırdılar.
E.ə.III və I miniliyin başlanğıcına qədər həmin ərazilərdə yaşayan əhalinin
etnik və dül tərkibində demək olar ki, heç bir dəyişilik baş verməmişdi.
E.ə.I minilliyin başlanğıcında Cənubi Azərbaycan ərazisində sakin olan
qədim tayfaların bir hisəsinin manna tayfalarından ibarət olduğu göstərirlər. On-
lar Urmiya gölündən cənub və şərqdə yaşamışlar.
Mannalılar haqqında ilk məlumatı Assuriya daşüstü yazıları verir. Manna
tayfalarını etnik, iqtisadi və mədəni cəhətdən lullubi tayfalarının varisləri
sayılırlar.
Mannalardan şərq və cənub –şərqə doğru Midiya tayfaları yerləşmişdilər.
Onlar haqqında ilk məlumata e.ə.IX əsrə aid olan Assuriya yazılarında rast
gəlmək olur. Midiyalıların yerləşdiyi həmin ərazi “ Maday” və ya “Amaday”
adlanırdı.
20
E.ə I minillikdə Azərbaycan ərazisində kadusilər, kaspilər, albanlar və başqa
tayfalar da yaşayırdılar. Kadusilər Qarasu (Qaradağda ) çayı vadisində və Araz
çayı-nın cənub axarı ilə qonşu yerlərdə yaşamışlar.
Kaspilər Xəzər dənizinin qərb və cənub –qərb sahillərində yaşamış və son-
ralar midiyalılar, albanlar və başqa tayfalarla qarışmışlar.
Alban tayfaları güclü tayfalardan olub Kür çayının şimalında yaşamışlar.
E.ə VII əsrdə Azərbaycanın düzənlik ərazilərində skif (iskit) tayfaları da
yaşamışlar.
Azərbaycanda erkən tayfa ittifaqlarının yaranması və dövlət halında birləş-
məsi gedişini qaynaqlar əsasında dəqiq müəyyənləşdirmək mümkün deyil.
Lakin e.ə. III minillikdə Azərbaycanda müxtəlif ad daşıyan dövlət qurumlarının
meydana gəlməsi müşahidə olunur.
Azərbaycanda bizə məlum olan ilk dövlət qurumu Aratta olmuşdur
Aratta dövləti ilə əlaqədar (e.ə. III minilliyin I yarısı) hadisələr və məlumatlar bir
neçə şumer dastanında əks olunmuşdur. Onlar aşağıdakılardır:
1. En-Merkar və Aratta hökmdarı
2. En-Merkar və En-Sukuşsiranna
3. En-Merkar və Luqalbanda
4. Luqalbanda və Hurrum dağı
Arratanın ərazisi Urmiya gölünün cənub və cənub-şərq ərazilərini əhatə edirdi.
Diyala çayının yuxarı axarı və müasir Zəncan-Qəzvin ərazisi Arattanın aşağı
sərhəddini təşkil edirdi. Aratta dövləti İkiçayarası (Mesopotamiya) şəhər dövlətləri
ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdi. Dastanlara görə Uruk (Şumer
şəhər dövləti) ilə Aratta arasında əlaqələr gah düşmənçilik, gah dinc, gah dostluq
xarakteri daşıyır. En-Merkar (Uruk hökmdarı) Arattanın Uruka tabe olmasını tələb
edir. Aratta hökmdarı da öz növbəsində Uruku Arattaya tabe etmək üçün tədbirlər
görür. Lakin sami tayfaları Uruk şəhərini mühasirə edən zaman En-Merkar hərbi
21
yardım almaq üçün Aratta hökmdarına müraciət edir. Şumerlər Uruk şəhərindəki
məbədləri bərpa etmək üçün tikinti materiallarına, qiymətli metal və daşlara
ehtiyac duyurdular. Uruk hökmdarı En-Merkar bu materialların Arattadan
gətirilməsini istəyirdi. O, Aratta hökmdarı ilə yazışmalar aparır, qasidlər göndərir
və hətta bu ölkəyə səfər edir.
Arattada mövud olan siyasi və ideoloji şərait şumer məfhumları vasitəsilə əks
olunmuşdur. Ölkəni ensi rütbəsi daşıyan hökmdar idarə edirdi.
Arattanın dövlət idarələri şəhərlərdə yerləşir, hökmdar sarayda oturur və dövləti
idarə edirdi. Əsilzadə təbəqəsinə daxil olan maşmaş (kahin-vəzir), sukkal (elçi-
kiçik hökmdar, əyalət hakimi), uqula (rəis) və başqaları dövlət idarələrinin
qulluqçuları olmuşlar. Arattada dövlət idarəsində mirzələr də çalışırdılar. Onlar
həm Şumer hökmdarına cavab yazır, həm də En-Merkarın şumer dilində yazdığı
məktubları tərcümə edirdilər. Göründüyü kimi, Aratta dövlət idarələri şumer mixi
işarələri və şumer dili ilə tanış idi. Şumer ilə Aratta arasında əlaqə qasid vasitəsi ilə
həyata keçirilirdi. Zəngin yeraltı faydalı sərvətləri olan Aratta ölkəsinin əhalisi
qızıl, gümüş, mis, dağ daşı, qiymətli lacivərd daşı hasil edirdi. Qiymətli
metallardan hazırlanmış əşyalar və lacivərd daşı İkiçayarasına ixrac edilirdi. Aratta
əhalisi əsasən sənətkarlığın müxtəlif sahələri ilə məşğul olurdu. Burada məbəd və
saray tikən, divarlara qiymətli daşlardan naxışlar vuran mahir ustalar vardı.
Arattalılar qiymətli metal və daşlardan nadir zinət əşyaları hazırlayırdılar.
Arattada çoxallahlılıq (politeizm), yəni müxtəlif tanrı və tanrıçalara (ilahələrə)
sitayiş mövud idi. Qaynaqdan göründüyü kimi Şumerdə bərəkət və məhəbbət
ilahəsi hesab edilən İnannaya ibadət geniş yayılmışdı. İnannanın Arattada müqbil
adı məlum deyil. Akkadlar bu ilahəni İştar adlandırırdılar. Qaynaqlarda Aratta ilə
əlaqədar adı çəkilən digər bir ilahə Lamadır. İlahə Lama Arattanın mühafizəkarı
hesab edilirdi.
E.ə.XXIII əsrdə Urmiya gölünün cənubunda Lullubi dövləti yaranır.
Lullubum padşahlığında xırda hökmdarların hakimiyyəti mövcud imiş. Lullubum
hökmdarı İmmaşqun (e. ə. 2200-2170-ci illər) xırda hakimləri mərkəzi Lullubum
22
dövlətinə tabe etdi. Qaynaqlarda o, "İmmaşqun, Lullu (bum) ölkəsinin padşahlar
padşahı" adlandırılır. Beləliklə, e. ə. XXIII əsrdə Urmiya gölünün cənubunda
İkiçayarası Akkad dövləti ilə rəqabət aparan güclü Lullubum dövləti yaranır. Bu
dövlətin qüdrəti hökmdar Anubanininin (e. ə. 2170-2150-ci illər) dövründə daha da
artır. Məlumdur ki, Anubanini yazılarını mixi işarələr ilə tərtib etdirirdi. Mixi yazı
sistemi buranın əhalisinə hakim dairələrinə hələ Aratta dövründən tanış idi.
Anubanininin siyasi nailiyyətləri daş plitəsi üzərində həkk olunurdu. Onun "Daş
sütunu" abidəsində qeyd edilir: "Anubanini, qüdrətli hökmdar, Lullubum
hökmdarı, öz təsvirimi və İştar ilahəsinin təsvirini Batir dağında qoydurdum". Bu
abidə Diyala çayının orta axarında, Kirmanşaha gedən yol üzərində, Zohab şəhəri
yaxınlığında Saripul adlanan yerdə aşkar edilmişdir. Bu fakta əsasən, demək olar
ki, lullubilərin hakimiyyəti cənubda Diyala çayının orta axarınadək gəlib çatırdı.
Anubanini, eyni zamanda, cənubda Fars körfəzinə qədərki ərazini iddia edirdi,
şimalda isə onun dövlətinin hüdudları Urmiya gölünədək çatırdı. Ola bilsin ki,
Urmiya gölü hövzəsindəki digər torpaqlar da ona tabe edilmişdi.
Lullubum dövləti İkiçayarası ilə iqtisadi əlaqələrə girmişdi. Lullubilər şimali
İkiçayarasının Qasur şəhərində mal mübadiləsi edir və mal-qaranı taxıla
dəyişirdilər. Aratta dövründə olduğu kimi, lullubi dağ sakinlərinin də taxıla
ehtiyacı var idi. Onlar maldarlıq ilə yanaşı, dəmyə əkinçiliyi ilə də məşğul
olurdular.
Lullubilər də, Aratta dövründə olduğu kimi, İkiçayarası mədəniyyətinin
təsirinə məruz qalmışdılar. Onlar da mixi yazı sistemi ilə tanış idilər. Burada akkad
dilini bilən mirzələr və akkad qələbə abidələri hazırlama ənənəsinə uyğun abidələr
yaradan ustalar vardı. Anubanininin "Daş sütunu" İkiçayarası nümunələrinə
əsasən, lullubi ustaları tərəfindən yonulmuşdu.
Lullubilər səma, bərəkət və məhəbbət, ay, günəş və s. allahlara sitayiş
edirdilər. Təəssüf ki, bu allahların lullubi dilində adları qalmamışdır. Anubanininin
"Daş sütunu"nda bu allahların akkad adları çəkilmişdir. Anum (Səma allahı), İştar
(Bərəkət və məhəbbət ilahəsi), Sin (Ay allahı), Şamaş (Günəş allahı) və s. "Daş
23
sütun" abidəsində səma allahı Anunun adı birinci çəkilir. Bu da onu göstərir ki,
lullubi cəmiyyətində ata nəsli hüququ artıq üstünlük təşkil edirdi.
E. ə. II minillikdə vahid Lullubum dövləti parçalanır və yerində xırda
hakimiyyətlər yaranır.
Kuti dövlət qurumu e. ə. III minilliyin II yarısında Urmiya gölündən qərbdə və
cənub -qərbdə meydana gəlmişdir. Türk mənşəli kutilər Mesopotamiyada baş
verən hadisələrə qarışır və Akkad dövləti ilə hərbi münaqişələrə girirdilər. E. ə.
XXII əsrin əvvəllərində kutilər Mesopotamiyaya hücum edərək Akkad dövlətini
süquta uğratdılar. Bununla da kutilərin Mesopotamiyadakı 100 ilə yaxın
hakimiyyəti başladı. Onların hakimiyyəti illərində Mesopotamiyada:
şumerlərin və akkadların idarə sistemi saxlanıldı;
Canişinlik sistemi saxlanıldı;
şəhərlərarası toqquşmalara son qoyuldu;
Sökülmüş məbədlər bərpa edildi;
Ənənəvi məbəd tikintisi davam etdirildi;
Ticarət yollarında əmin-amanlıq yarandı.
E. ə. XXII əsrin sonunda Uruk şəhəri Kuti hökmdarı Tirikana qarşı qiyam
qaldırdı.Qiyam nəticəsində Mesopotamiyada Kuti ağalığına son qoyuldu və e.ə. III
minilliyin sonunda Kuti dövlət qurumu süqut etdi.
E.ə.I minilliyin əvvəllərində Cənubi Azərbaycanda, Urmiya gölü hövzəsində
mərkəzləşmiş dövlətin meydana gəlməsi üçün şərait yaranır.Bu dövlət Manna
adlanır.Manna e.ə. III—II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullubi,
hurri tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.
Manna çarlığının yerləşdiyi torpaqlarda yaşayanlar hələ ən qədim zamanlarda
Mesopotamiya vilayətləri ilə mədəni-iqtisadi və siyasi münasibətlərə
girmişdilər.Həmin ərazidə yaşayan tayfalarda ibtidai icma quruluşunun süqutunun
sürətlənməsində bunun, şübhəsiz, böyük əhəmiyyəti vardı.
24
Mannanın adı mixi yazıda ilk dəfə e.ə. 843-cü ildə III Salmanasarın kitabəsində
("Munna" formasında) çəkilmişdir. Adətən Aşşurlular Mannanı "Mannalılar
(tayfasının) ölkəsi", urartulular isə " Mana ölkəsi" adlandırırdılar. Aşşur
məlumatlarına görə, Manna çarlığı qədimdə Lullubum adlanmış böyük Zamua
vilayətinin bir hissəsi olan Daxili Zamuanın ərazisində meydana gəlmişdi. Güman
ki, Zamua etnik termindir - iri lullubi tayfalarından birinin adıdır
İki təhlükə: bir tərəfdən möhkəmlənmiş Aşşur dövlətinin, digər tərəfdən də çox
keçmədən Urartu dövlətinin törətdiyi təhlükə bu vilayətlərdə Manna tayfalarının
siyasi cəhətdən birləşməsinə güclü təkan verdi.
Mannanın ən qüdrətli hökmdarı İranzu olmuşdur. İranzu:
Mərkəzləşmə siyasəti aparırdı;
Urartunun işğal etdiyi Manna torpaqlarını geri qaytardı;
Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etdi;
Ölkədə canişinlik sistemi yaratdı;
Assuriya ilə müttəfiqlik əlaqələri qurdu;
Şuandahul və Durdukka şəhərlərinin əhalisinin üsyanını Assuriyanın köməyi ilə
yatırdı (e.ə. 719-cu il);
Mannanın şimal sərhədlərini Araz çayına qədər genişlən-dirdi;
Mana dövlətini Urmiya gölü hövzəsində qüdrətli dövlətə çevirdi;
İzirtu şəhəri Mannanın paytaxtına çevirdi;
Azanın dövrü (e.ə. 718 - e.ə. 716)- Azanın hakimiyyəti illərində Mannada daxili
çəkişmələr gücləndi. Urartu dövlətindən dəstək alan qüvvələr e.ə. 716-cı ildə Azanı
öldürdülər. Hakimiyyətə Ullusunu (e.ə. 716 - e.ə. 680) gəldi və Urartu ilə ittifaqa
girdi. Bundan qəzəblənən Assuriya hökmdarı II Sarqon e. ə. 716-cı ildə Mannaya
hücum edərək Ullusununu özünə tabe etdi.
E. ə. 715-ci ildə II Sarqon tərəfindən qiyamçı Dayaukku və I Rusa məğlub edildi.
Bu qələbədən istifadə edən Manna Urartu tərəfindən işğal edilmiş torpaqlarını geri
25
qaytardı. II Sarqon e. ə. 714-cü ildə Manna, Midiya və başqa ərazilərə yürüşə
çıxdı. Yürüşün əsas məqsədləri:
Mannanı tamamilə Urartu təcavüzündən xilas etmək;
Mannada Assuriyanın mövqeyini gücləndirmək;
Mannadan Assuriya xəzinəsinə göndərilən xəracın vaxtlı - vaxtında gəlməsini
təmin etmək.
Ahşerinin dövrü (e. ə. 675 - e. ə. 650)- Müstəqil xarici siyasət yeridən Ahşerinin
Assuriya ilə müttəfiqlik əlaqələri pozuldu. Bundan qəzəblənən Aşşurbanipal
Mannaya hücum edərək əhalinin var-dövlətini talan etdi və Izirtu şəhərini dağıtdı.
Qəzəblənən əhali qiyam qaldıraraq Ahşerini öldürdülər. Hakimiyyətə gələn Ualli
(e.ə. 650 - e.ə. 630) Assuriya ilə ittifaqı yenidən bərpa etdi. Uallidən sonra
hakimiyyətə gələn hökmdarlar da Assuriya ilə ittifaqa sadiq qaldılar. E.ə. 616-cı
ildə Assuriya Midiya və Yeni Babilistan tərəfindən hücuma məruz qaldığı zaman
Manna Assuriya ilə müttəfiqlik əlaqəsinə sadiq qaldı. Assuriyanın varlığına son
qoyulmasından sonra Manna da öz müstəqiliyini qoruyub saxlaya bilmədi və e.ə.
590-cı ildə Midiyaya birləşdirildi.
Dövlət idarəçiliyi-Manna dövlətini qeyri-məhdud hakimiyyətə malik olan hökmdar
idarə edirdi. Manna mərkəzləşmiş quldar dövlət idi və ölkənin vilayətləri canişinlər
tərəfindən idarə olunurdu. Mannada dövlətin idarə olunmasında “ağsaqqallar
şurası” da mühüm yer tuturdu. Lakin “ağsaqqallar şurası” hökmdardan asılı idi.
Manna mədəniyyətinə aiddir:
Həsənlidə tapılmış “qızıl cam” (camın üzərində günəş, ay və külək-yağış
allahları təsvir edilmişdi);
Ziviyədə tapılan və üzərində heroqlif yazılar olan gümüş sini;
Qrifonlar (qrifon-şir bədənli, qartal qanadlı şir və ya qartal başlı əfsanəvi
heyvan);
Sfinks (sfinks - şir bədənli, insan başlı əfsanəvi varlıq);
Heroqlif yazılardan istifadə;
26
Ritonlar (gümüş qədəh);
Yazılı abidə (II Sarqonun şərəfinə qoyulmuş).
E.ə.IX-VIII əsrlərdə midiya tayfalarının ilk siyasi itifaqı meydana çıxdı ki,
bunlar da gələcək Midiya dövlətinin rüşeymi idilər.Midiyanın adı ilk dəfə
Assuriya hökmdarı III Salmanasarın kitabəsində çəkilir. Heredot “Tarix”
əsərində Midiyada yaşayan altı tayfa haqqında geniş məlumat vermişdir. Midiya
tayfaları e.ə. IX - e.ə. VIII əsrlərdə Assuriya dövlətinə tabe idilər.
E. ə. VIII əsrdə Deyok Midiya tayfalarını birləşdirərək vahid dövlət yaratdı.
Dövlətin paytaxtı Ekbatan şəhəri idi. Midiya hökmdarı Kaştariti (e.ə. 672-e.ə.
653) Assuriyanın tabeçiliyindən çıxmağa nail oldu. O, e.ə. 653-cü ildə
Assuriyaya yürüş etsə də birləşmiş Assur-Skif ordusu tərəfindən məğlub edildi.
Bu məğlubiyyətdən sonra Midiya skiflərin hakimiyyəti altına düşdü)(e.ə653-
625).
Midiyanın hökmdarı Kiaksar dövründə (625-585) Midiya daha da qüvvət-
lənərək Assur ağalığına nəinki son qoyur , hətta ona qarşı mübarizəyə başlayır.
E.ə. 616-cı ildə Yeni Babilistanla ittifaqa girərək Assuriyaya hücuma keçir. 615-
612-ci illərdə Assuriyanın iri şəhərləri olan Aşşur, Arbela , Kalat və paytaxtı
Nineviya zəbt olundu. E.ə.604-cü ildə Assuriya imperiyası məhv edildi və
torpaqları Midiya və Babilistan arasında bölüşdürüldü.
Bundan sonra Astiaq Kiçik Asiyaya hücum edərək ilk Egey dənizi sahil-
lərində yerləşən Lidiya ərazilərini tutdu. O, Skif çarlığını da ləğv etdi. Midiyanın
sərhədləri Orta Asiyadan İran körfəzinə qədər uzanırdı. Azərbaycan əraziləri də
bu imperiyanın tərkib hissəsi idi.
Kiaksarın ölümündən sonra hakimiyyətə oğlu Astiaq (e.ə. 585-550) gəldi. Astiaqın
hakimiyyəti illərində:
Midiyanın daxili və xarici vəziyyəti mürəkkəbləşdi;
Midiya zadagənlarının hüquqları məhdudlaşdırılmağa başlandı;
Dövlətlə əyanların ziddiyyətləri artdı;
27
Midiya sarayındakı farsmeyilli qüvvvələr fəallaşdı;
Bir qrup Midiya əyanı fars vilayətinin başçısı II Kirlə gizli sazişə girdi.
E.ə. 553-cü ildə Midiya dövləti ilə müharibəyə başlayan II Kir qələbə qazandı.
Beləliklə, e.ə 550-ci ildə Midiya dövləti tarıx səhnəsindən silindi.
Azərbaycan Makedoniyalı İsgəndərin yürüşünə qədər Əhəmənilərin
hakimiyyəti altına düşür. E.ə. 530-cu ildə II Kir Azərbaycanın şimalında yaşayan
massagetlərə qarşı döyüşdə öldürülür.
Sonralar midiyalılar dəfələrlə əhəminilərin hakimiyyətindən azad olmaq üçün
farslara qarşı üsyanlar etmişdilər. Məs.e.ə. 522-ci ildə Qaumatanın üsyanı, elə
həmin il Fraortanın başçılığı ilə xalq üsyanları olmuşdur. Lakin imperiya bu
üsyanları yatıra bildi.
Qeyd olunduğu kimi Azərbaycan Mada çarlığı adı altında Əhəmənilərin bir
vilayəti kimi fəaliyyət göstərirdi. Lakin Mada çarlığı çox vaxt müstəqil siyasət
yeridirdi.
E.ə.331-ci ildə İran Əhəməni imperiyası dağıldıqdan sonra Mada hökmdarı
Atropat Makedoniyalı İsgəndərin hüzuruna gələrək baş əymişdir. Lakin Qavqamel
(Cancal) döyüşündə Atropat iranlılara kömək etdiyi üçün İsgəndər Atropatı
vəzifədən kənarlalaşdırıb Oksadat adlı bir nəfəri hakimiyyətə gətirir. E.ə.328 –ci
ildə münasibətləri qaydaya salan Atropat Kiçik Madanın –Atropatenanın satrapı
təyin olunur.
Atropat böyük dövlət xadimi, məşhur siyasətçi idi. Onun yeritdiyi siyasət
nəticəsində Yunan-Makedoniya əsgərləri Azərbaycan ərazisinə soxulmadılar.
E.ə 323-cü ildə Makedoniyalı İsgəndərin ölmündən sonra Atropat daha
müstəqil fəaliyyət göstərir. B.e.ə. 321-ci ildə isə Perdikki öldükdən sonra Atropat
tam müstəqil olur və Atropatena dövlətinin əsasını qoyur.
28
Atropatena Azərbaycanın (Adərbayqan)elmə məlum olan ən qədim adlarından
biridir. İran mənbələrində “Adurbadaqan”,ərərblərdə “Adərbaycan”, ermənilərdə
“Atrpataqan” və şair formalarda əks olunmuşdur.
Atropatın dövründə ölkənin paytaxtı Qazaka şəhəri idi və onun sərhədlərinə
Cənubi Azərbaycan, İran Kürdüstanı və Araz çayından şimala toroaqlar da daxil
idi. Atropatenanın , onun siyasi və mədəni həyatı haqqında məlumatlar,
Atropatendə kənd təsərüfatının, sənətkarlığın, şəhər həyatının və mədəniyyətinin
inkişaf etdiyini göstərir. Hətta mədənlərdə qızıl, gümüş, mis, dəmir, Urmiyə
gölündən düz çıxarılması haqqında məlumatlar vardır. Ölkədə atıcılıq da inkişaf
etmşdi. Atropatena tayfaları bunlar olmuşdur: azərilər, kaddusilər, maqlar, miqlər,
kaspilər.
B.e.ə. 323-cü ildə İsgəndərin ölümündən sonra Suriya (Selevkilər) dövləti
meydana gəlmişdir. E.ə. 222-220-ci illərdə Selevki çarı III Antiox Atropatenə
hücuma keçmişdi. Bu vaxt Atropateni Artabazan idarə edirdi. Selevkilər burada
güclü müqavimətə rast gəldilər. Hətta Artabozan hücuma keçərkən düşməni təqib
edib selevkilərin paytaxtı Selevkiya şəhərinə qədər gəlmişdilər. Selevkilər məcbur
olub müqavilə bağladılar.Bu müqaviləyə əsasən Atropatenanın ərazisi xeyli
genişləndi. Bu ərazilərə Ayrarat vilayətinin baş şəhəri, olan Armavir, Araz vadisi
də daxil olmaqla Kolxidaya qədər vilayətlər daxil idi. E.ə.III əsrin ortalarında
Selevklər dövləti dağılmağa başlayır. Belə bir şəraitdə e.ə. 250-ci ildə Xəzər
dənizinin cənub və cənub-qərbində Parfiya dövləti meydana çıxır.(Paytaxt
Aşqabad yaxınlığında olan Nisə şəhəri idi.)
Sonralar Parfiyalıalar ərazilərini Dəclə çayı vadilərinə qədər genişləndirmiş və
paytaxt Ktesifon olmuşdur. (Dəclə yaxınlığında) Ölkəni əsası I Arşak tərəfindən
qoyulmuş Arşakilər sülaləsi idarə edirdi.
E.ə.II əsrin ortalarında Arşakilər Selevkiləri məğlub edərək, dövləti məhv
etdilər. Təqribən e.ə.150-ci ildə Arşaki çarı I Mitridat Atropatenanı da özündən
asılı vəziyyətə salır. Bu vəziyyət eramızın III əsrinin ortalarına qədər davam
29
etmişdir. Lakin Atropatena Parfiya dövründə nisbətən də olsa öz daxili
müstəqilliyini qoruyub saxlayırdı.
Atropatenada Zərdüşt dini hakim olmuşdur.(Zərdüşt peyğəmbərin adı ilə
bağlıdır).Zərdüşt peyğəmbər b.e.ə. VII əsrin II yarısında yaşamışdır.Zərdüştlüyün
müqəddəs kitabı “Avesta”dır. Makedoniyalı İsgəndər Əhəmənilərin Persopoldakı
sarayını b.e.ə. 330-cu ildə yandıranda “Avesta”nın ilkin variantı məhv olmuşdur.
Lakin bizə kitabın sasanilər dövründə yığılan hissəsi gəlib çatmışdır. Avropanı
“Avesta” əsəri ilə 1771-ci ildə fransız alimi Anketil Düperron tanış etmişdir.
Azərbaycanın şimal vilayyətləri və Dağıstanın xeyli hissəsi qədimdə Albaniya
adlanırdı.Eramızdan əvvəl təqribən IV-III əsrlərdə formalaşmış, eramızın VIII
əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir.Paytaxtı əvvəlcə Qəbələ, sonra isə
Bərdə şəhərləri olmuşdur.II əsrdə yaşamış yunan coğrafiyaşünası Klavdi Ptolomey
yazır ki, Albaniya şimalda Sarmatiya, qərbdə İberiya , cənubda Atropatena, şərqdə
Kaspi dənizi ilə həmsərhəd idi. Albaniyanın inkişaf etmiş bir çox vilayətlərinin
adları mənbələrdə verilir. Lpina, Uti, Kambisena, Şakaşena, Kabalaka (Qəbələ),
Heceri, Çola və s. Albaniyada yaşayan əhali tərkib etibari ilə çoxmüxtəlif idi. Ən
iri tayfa olan albanlar Xəzər dənizi sahilində yaşayırdılar və ən qədim etnos
sayılırdılar. Antik səlnaməçi Arian albanları e.ə. IV əsr hadisələri ilə əlaqədar yad
etmişdir.
Strabonun məlumatına görə, Albaniya əhalisi 26 dildə danışan tayfalardan
ibarət idi. Qaynaqlarda Albaniyada yaşayan xalq və tayfalar sırasında utilər,
qarqarlar və amazonkalar, sovdelər, kaspilər, maqlar, sisaklar, mardlar və amardlar,
ariaklar və anariaklar, qellər və leqlərin adları çəkilir. Bu tayfaların ən qədimləri
Qafqaz və türk dillərində danışan avtoxton (yunanca autochton-yerli) etnoslar
olmuşlar. Eramızın ilk əsrlərindən başlayaraq Sasani şahlarının göstərişi ilə
Albaniyaya bir sıra irandilli tayfalar köçürülmüşdür, III-IV əsrlərdən başlayaraq isə
şimaldan, Dərbənd keçidindən yeni türk tayfalarının, o cümlədən hunların,
subarların, xəzərlərin, barsillərin və s. Qafqaz Albaniyasına axını başlamışdır.
Xüsusən də, subar tayfaları Albaniyanın qədim paytaxtı Qəbələ ətrafında
30
məskunlaşmışdılar. Buna görə də, erkən orta əsr mənbələri Qəbələni bəzən Qəbələ-
Subar adlandırırlar. Ərəblərin gəlişinə qədər Albaniya əhalisi üç hissədən -
qafqazdilli, türkdilli və irandilli əhalidən ibarət idi
Albaniya haqqında əsas mənbə Moisey Kalankatüklünün “Albaniya tarixi”
əsəridir. Burada alban əhalisinin əsasən əkinçilik, maldarlıq, bağçılıq, ovçuluq,
toxuculuq və ticarətlə məşğul olduqları göstərilir. Çox maraqlıdır ki, Albaniyada
quldarlıq münasibətləri üstünlük təşkil etmədi. Maddi nemətlər istehsalçıları icma
üzvləri idilər. Albanlar günəşə, aya sifayiş edirdilər. Qurban kəsməklə müşaiyət
olunan dini mərasimlər məbədlərdə icra olunurdu.
Alban dövlətinin tarixi erkən qaynaqlarda öz əksini tapmamışdır. Əsaən e.ə.I
əsrdən etibarən albanların siyasi həyatı barədə məlumatlar verilir.
Beləliklə e.ə.I əsrdə Romalıların şərqə hücumları dövründə albaniya əhalisi
aktiv siyasi fəaliyyətə başlayır. Romalılar sərkərdə Lukullun başçılığı altında e.ə.
69-cu ildə öz düşmənləri Pont çarlığını (kiçik Asiyanın Qara dəniz sahillərində
yerləşirdi.) məğlub edərək Cənubi Qafqaz ərazilərinə soxuldular. Albaniya və
Atropatenanın başı üzərini böyük təhlükə almış oldu. Roma sərkərdəsi əvvəlcə
Ermənistan ərazilərinə soxulur, paytaxt Tiqranakert (Van gölünün şərqində )
şəhərini mühasirəyə aldılar. Lakin alban qoşunlarının köməyə gəlməsi ilə Roma
qoşunları geri çəkildi. E.ə.66-cı ildə Qney Pompeyin rəhbərliyi altında Roma
qoşunları hücum edərkən II Tiqranı darmadağın edərək Albaniyaya soxuldu.
Pompey qışın çıxmasını gözləyərək geniş hücum (3 istiqamətdən) planı hazırladı.
Alban hökmdarı Qroys (Uruz) Pompeyin niyyətini başa düşərək, düşmən
üzərinə hücuma keçməklə təşəbbüsü ələ almaq və Roma ordusunu hissə-hissə əz-
məyi qərara alır.
Tarixçi Plutarx yazır:”... Qış Roma ordusunu yoxlayanda və romalılar
Saturnalı bayramını qeyd edən zaman albanlar 40 mindən az olmayan ordu ilə Kür
çayını keçdilər və onlara hücum etdilər.E.ə. 66-cı ildə İberuya sərhəddi
yaxınlığında, Kür çayı sahilində qanlı döyüş başladı. Alban döyüşçüləri düşməni
31
sıxışdırsalarda da romalılar onların hücumlarını dəf edə bildilər. Bu zaman barışıq
imzalandı. Lakin e.ə. 65-ci ildə Pompey yenidən Albaniyaya hücuma keçdi. Kürün
qolu olan Alazan çayı sahilində romalıları 60 min piyada, 12 min nəfərlik süvari
ordu gözləyirdi. Qoşunun başında hökmdarın qardaşı Kosis dururdu. Qanlı döyüş
romalıların qələbəsi ilə başa çatdı. Kosis və onun süvariləri məhv oldular.
Hökmdar Oroys dağlara çəkildi ki, mübarizəni yenidən davam etdirsin. Lakin
Pompey sülh yolu ilə albanları razı saldı.
E.ə.37-ci ildə Roma sərkərdəsi Krass Albaniyaya hücum etsə də burada çox
qala bilməyib geri qayıtmışdı. Lakin Alban hökmdarı Zoberi öz müttəfiqinə
çevrilmişdi.
Eramızın I əsrində Albaniyada hakimiyyət yerli hökmdarın əlində cəmləş-mişdi.Albaniya Roma ilə yaxın dostluq münasibətləri saxlayırdı.
Lakin Roma imperatoru Neron Albanlara qarşı böyük yürüş təşkil etdi. Onun bu yürüşü baş tutmadı, çünki Roma əhalisi üsyan edərək onu öldürdülər. Bir müddət sonra 80—90-cı illərdə imperator Domisianın dövründə romalılar hücum edərək xəzərin sahilinə qədər gəlib çıxmışdılar. Böyük daş (Qobustan ) dağının ətəyində Qafqazda ilk dəfə olaraq latın dilində yazı aşkar edilmişdir. Burada yazılmışdır: İmperator Domisian Sezar Avqust Germanik. Yuli Maksim, Filminatın XII leqionunun senturionu."
Bütün bu hücumlara baxmayaraq romalılar Atropatena və Albaniyanı öz hakimiyyətləri altına ala bilmədilər. Bu ölkələrdə yaşayan xalqlar və tayfalar öz istiqlaliyyətlərini qoruyub saxlaya bildilər.
MÖVZU III
Azərbaycan erkən orta əsrlərdə
P l a n:
1. III-V əsrlərdə Azərbaycanda məhsuldar qüvvələrin inkışafı.Feodal
torpaq mülkiyyətinin yaranması.
2. Sasani ışğalı və ona qarşı xalq azadlıq hərəkatı. Məzdəkizm
32
3. VI-VII əsr Azərbayan dövlətləri.Mədəniyyətin inkişafı.
Ədəbiyyat
1. Azərbaycan tarixi. VII-cilddə, II-ci cild, Bakı,2008, səh. 84-118.
2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1998, səh. 10-12.
3. Azərbaycan tarixi. Bakı, 1994, səh. 170-231.
4. Nizami Cəfərov “ Azərbaycanşünaslığın əsası ” Bakı 2005, səh 7-18.
5. Məmmədova F. Qafqaz Albaniyasının siyasi tarixi və tarixi
Coğrafiyası. Bakı, 1986.
6. Osmanov F.L.Qafqaz Albanıyasının maddi mədəniyyəti. Bakı,
1991,səh. 9-12.
7. Qaybullayev Q. Azərbaycanlıların təşəkkülü tarixindən.
Bakı, 1994.
8. Qasımova R.M.Azərbaycan xalqının etnogenizi. Bakı,1997.
III-XVIII ясрлярдя Азярбайжанда феодал жямиййяти мювжуд олмушдур.
Бу тарихи мярщяля цч дювря бюлцнмцшдц: илкин феодал вя йа илкин орта
ясрляр тарихи – III-Х ясрляр; инкишаф етмиш феодализм вя йа классик орта
ясрляр дюврц XI-XV ясрляр; сон феодализм вя йа сон орта ясрляр дюврц: -
XVI-XVIII яср.Азярбайжанда феодализмин тяшяккцлц просеси III-Y ясрляри
ящатя етмиш вя Вятян тарихиндя феодализм ижтимаи – игтисади
формасийасынын мцяййян дюврц – III-VII ясрляр – Азярбайжаны Сасани
империйасы иля (224-651) баьламышды. Эениш яразийя малик бу Иран
дювлятинин пайтахты Ктесифон шящяри олмушдур. III ясрин биринжи
йарысында Азярбайжанын жянуб щиссяси – Атропатена Сасани
33
империйасынын тяркибиня гатылмыш,Азярбайжанын шимал торпагларында
фяалиййят эюстярян Албан чарлыьы юз мювжудлуьуну сахлайа билмишди.
III-V- əsrlərdə Azərbəycanda feodalizmə xas olan ictimai- iqtisadi
münasibətlər yaranmışdı. Çox təəssüf ki, bu dövrə aid yazılı mənbələrin
məhdudluğu üzündən quldarlıq təsərrüfatının dağılması gedişini dərindən izləmək
mümkün deyildir. Bu dövrdə Sasani imperiyasının hakimiyyəti qismən Ön Qafqazı
da əhatə edirdi. Sasani imperiyasına daxil olan ölkələrdə feodal münasibətləri
oxşar şəkildə yaranırdı.
Feodal münasibətlərinin iqtisadi və sosial əlamətləri quldarlıq dövründə
meydana gəlmişdi. Dəmirdən hazırlanan əmək alətləri əkinçilik və sənətkarlıqda
əmək məhsuldarlığının artmasına səbəb oldu. Taxıl əkinləri genişlənirdi. Müxtəlif
sənət növləri yaranırdı. Şəhərlərdə və ticarət yollarına yaxın ərazidə mal-qara
ticarəti genişləndi.
Tədricən torpaq sahibkarlığının yeni səciyyəvi cəhətləri meydana gəldi.
əvvəllər torpaq hökmdara, dini qurumlara, ayrı-ayrı quldarlara mənsub idi.belə
torpaqlarda qulların, məcburi əmək adamlarının əməyindən istifadə olunurdu. Belə
işçilərin əməyə marağı olmurdu.dövlət torpaqları xidmət müqabilində hərbiçilərə,
dövlət işçilərinə payalayırdı. Belə torpaqlar mülk adlanırdı.Mülkün sahibi
mülkədar yəni feodal adlanırdı.Kəndlilər-əkinçilər feodalın torpağında
işləyirdi.Feodalizm cəmiyyəti adı da buradan götürülmüşdür.Feodalizmin ilk
mərhələsində kəndlilərin istismar edilməsinin əsas forması vergilər və dövlət
mükəlləfiyyətlərinin icrası idi.kəndlilər feodala vergini , əsasən məhsul formasında
verirdi. Kəndlilər feodaldan asılı olub,onun torpağını becərməli məhsulun
müəyyən hissəsini ona verməli idi.Eyni zamanda kəndli bir sıra
mükəlləfiyətlər(əvəzsiz əmək)də yerinə yetirməli olurdu.Kəndlinin özünə məxsus
mülkü(həyətyanı sahə,mal-qara,ev,əmək alətləri)olsa da onun əsas gəliri becərdiyi
torpaqla bağlı idi.Kəndlilər əsas istehsalçı qüvvəni təşkil edirdilər..Erkən orta
əsrlərdə Azərbaycanda təsərrüfatın natural forması üstün mövqe tuturdu.
NATURAL TƏSƏRRÜFAT-bazarla əlaqəsi olmayan zəruri tələbat mallarının
34
malikanə daxilində istehsal olunduğu təsərrüfatdır. Kəndli özünün və asılı olduğu
feodalın tələbini ödəmək üçün məhsul istehsal edirdi.
Feodalizmin ilkin mərhələsində kəndlilərin istismar edilməsinin əsas yolu vergi və
mükəlləfiyyətlərin icrası idi.Kəndi feodala minik verməli səfər vaxtı onun dəstəsini
yedizdirməli idi.Bundan əlavə kəndlinin yolların çəkilməsində,körpü və binaların
tikilməsində iştirak etməsi məcburi idi.Kəndlilər feodala vergni məhsul formasında
verirdilər.Feodalizmin yaranması məhsuldar qüvvələrin inkişafının bəhrəsi
idi.Lakin ölkəmizdə onun inkişafı bərabər səviyyədə getmirdi.Bəzi yerlərdə
kəndlilərlə yanaşı qulların da əməyindən istifadə edirdilər.Azərbaycan da əhalinin
əsas hissəsini İranda olduğu kimi kəndlilər təşkil edirdilər.Onlarla yanaşı
sənətkarlar və tacirlər də vergi verən təbəqəyə daxil idilər. Sasani dovlətində əhali
4 sosial təbəqəyə bölünürdü: 1.kahin ( asravan) 2. döyüşçü (arteştaran) 3.
Mrzə (dipiran) 4. Vergi verən (vastrioşan). Axırıncı təbəqə ən ağır can (qezit) və
torpaq (xaraq) vergisi verirdi. Бу дюврдя торпаг цзяриндя хцсуси мцлкиййятин
ики формасы олуб: дастэирд вя йа дастакерт – нясли вя йа гейри – шярти
торпаг сащиблийи вя башга форма – хвостак вя йа хостак – шярти торпаг
сащиблийи бу да, щаким сцлаляйя вя йа дювлятя хидмят мцгабилиндя айры –
айры щярбчиляря вя йа мямурлара верилян торпаг сащиблийи иди. Feodal
torpaq mülkiyyətinin bu iki forması ilə yanaşı məbəd və eləcə də icma və xüsusi
kəndli mülkiyyəti də mövcud idi.
V əsr alban səlnaməçisi Movses Xornilinin verdiyi məlumata görə Albaniya
əhalisi bu dövrdə hakim sinif olan feoddalara (azatlara) və maddi nemətlərin
istehsalçısı olan kəndlilərə (sinakanlara ) bölünürdü. Hakim sinfin nümayəndələri
naxarar,naxapet, azqapet və sair terminlərlə ifadə olunurdu. Getdikcə mərkəzləşən
dövlətdə hökmdarın (İsxan) hakimiyyəti gücləndi. O, ölkənin həm dünyəvi, həm
də dini hakimi kimi qanunvericilik hüququna malik idi. O, həm də hərbi
qüvvələrin başçısı sayılırdı. Mənbələrin məlumatına görə feodal münasibətlərinin
inkişafının ilk dövrlərində əsas istismar forması natural şəkildə toplanan vergilər
təşkil edirdi. Albaniyada toplanan vergilər bunlar idi. Can vergisi-has, kilsə onda
35
biri-tasanord, məhsul vergisi –ptix və s.Afropatendə də 20 yaşından 50 yaşına
qədər bütün kişilərdən can vergisi –cizyə alınırdı .Bu vergini verə bilməyənlər qula
çevrilirdilər.
Vergilərin ağırlıığı əhalini var-yoxdan çıxarır, xırda torpaq sahiblərinin
vergini ödəyə bilməməsi üzündən torpaqlarını satmağa məcbur olurdular.Beləliklə
torpaq iri əyanların əilində cəmləşirdi. Bu dövrdə Atropatena və Albaniyada az da
olsa qul əməyindən istifadə olunurdu. Lakin göstərmək lazımdır ki, kəndli nə
qədər var yoxdan çıxıb torpağını itirsə də, feodaldan tam asılı və ya təhkimçi
düşmədi.
Феодлаизм иctимаи – игтисади формасийасынын илкин дюврцндя
Азярбайжанда феодал шящярлярисалынмаьа башламышды. Бу шящярляр,
мцтляг мцдафия диварлары иля даирялянмиш йашайыш мянтягяляри иди.О
дюврдя Азярбайжанын ян мяшщур шящярляри Ярдябил вя Бярдя, Урмийа вя
Дярбянд, Тябриз вя Нахчыван, Мараьа вя Бейляган, Шабран вя Хунан,
Халхал вя Шяки иди. Бу шящярлярдя сяняткарлар юз сянятляриня уйьун
хцсуси мящяллялярдя йашайырдылар. Сяняткарлар ясасян юз сянятляринин
мящсулундан ялдя едилян эялирля йашайышларыны тямин едирдиляр.
Azərbaycanda feodal münasibətlərinin yaranması məhsuldar qüvvələrin
inkişafının nəticəsi idi. Lakin ölkəmizin ərazisində feodal münasibətlərinin
yaranması və formalaşması prosesi bərabər getmirdi.bəzi yerlərdə feodalizmdən
əvvəlki münasibətlər qalmaqda idi.
Azərbaycanda feodal münasibətlərinin inkişafı feodalizmin ümumi qanunlarına
əsaslanırdı. Lakin onun Avropa ölkələrindəki feodalizmdən fərqli xüsusiyyətləri də
var idi. Belə ki, Azərbaycanda feodalların şəxsi təsərrüfatı demək olar ki, yox idi.
Təsərrüfat düzəltmək onlar üçün əlverişli deyildi. Çünki süni suvarma tələb
olunurdu.
Asılı kəndlilərin vəziyyəti nə qədər ağır olsa da, onlar şəxsən asılı , yəni
təhkimli deyildilər.
36
Avropada feodal cəmiyyəti V əsrin sonlarından XV əsrin sonlarına qədərki
dövrü əhatə etdiyi halda, Azərbaycanda bu cəmiyyət daha erkən- III əsrdən
başlamış XIX əsrin ikinci yarısınadək davam etmişdir.
2. III-IV əsrlərdə Azərbaycanda feodal münasibətləri yarandı. Илкин
феодализм дюврцндя Сасани империйасынын тяркибиня гатылмыш
Атропатенадан фяргли олараг, Гафгаз Албанийасы юзцнцн мцстягиллийини
феодализмин илкин дюврцнцн айры – айры мярщяляляриндя горуйуб
сахлайа билмишди. Е. I ясринин 30-жу илляриндян VI ясрин яввялляриня
гядяр фасилялярля Гафгаз Албанийасынын мцстягиллийини Аршакиляр
сцлалясинин нцмайяндяляри горуйуб сахлайа билмишдиляр. Дювлятин
пайтахты яввялжя Гябяля (Кабалака) сонра ися Бярдя (Партав) олмушду.
Arşakilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan 226-cı ildə İranda Parfiya
dövlətini süquta uğradaraq Sasanilər dövlətinin əsasını qoydu. Atropatena bu
dövrdə də zərdüştlüyə sitayiş edirdi. Albaniya 226-cı ildə Sasanilərdən asılı
vəziyyətə düşdü. Atropatena isə 227-ci ildə onun vilayəti oldu. I Xosrov
Ənuşirəvanın dövründə (531-579) Albaniya, Atropatena və İberiya Sasani
dövlətinin Şimal mərzbanlığına daxil edildi. Erkən orta əsrlərdə Albaniyada, Çola,
Şəki, Uti, Arsax, Paytakaran və s. vilayətlər var idi. Uti vilayətində Bərdə şəhəri,
Şəki və Çola arasında Qəbələ şəhəri yerləşirdi. Həmin dövrdə Dərbənd “Dəmir
qapı” adlanırdı. Paytakaran Mil-Muğanı, Arsax isə Qarabağın dağlıq hissəsini
əhatə edirdi. Arsaxın əhalisini türklər təşkil edirdi.
III-V əsrlərdə Sasanilər Roma ilə müharibə edirdi. Sasani şahı I Şapur 260-cı ildə
Roma imperatoru Valerianı məğlub edərək onu əsir aldı. 359-cu ildə Sasanilər
Albaniyanın köməkliyi ilə Romanı yenə də məğlubiyyətə uğratdılar. Bununla da
Arsax, Marlar (Naxçıvan), Kaspiana geri qaytarıldı və Ermənistan Roma və
Sasanilər arasında bölüşdürüldü. İran şahı II Sapur (Ⅶ 309-379) Albaniyada
özünə sadiq hökmdar görmək istəyirdi. Bu zaman yeni Alban hökmdarı Urnayr
37
(359-371) siyasi səhnəyə çıxdı. Urnayr həm də II Şapurun bacısının əri idi. Ona
görə də Sasanilərələ Albaniya arasında müttəfiqlik siyasəti üstünlük təşkil edirdi.
Məs.Ermənistana qarşı döyüşlərdə Urnayr Sasanilərə kömək edirdi. (Movses
Xorneli ) Maisey Kalankatulu yazır ki, Albaniya hökmdarı “Armeniya daxilində
qələbə bayrağını qaldırdı.” (Dzirav döyüşü 371-ci il) .
IV əsr Roma tarixçisi Ammian Marsellin təsdiq edir ki, o, şəxsən Amidin
(Diyarbəkr ) divarları altınada öz dəstələri ilə II Şapuru müşaiyət edən Alban
hökmdarını görmüşdür.
Urnayrdan sonra hakimiyyətdə olan II Vaçaqan, Mirhavan, Satoy və Asay
(371-430-cu illər) dövründə yerli hakimiyyət məhdudlaşdırıldı. Sasanilərdən asılı
olmaq yerli əhalidə mübarizə əhvali- ruhiyyəni artırdı, Sasanilər hər şeydən əvvəl
Albaniyaya strateji cəhətdən çox qiymət verirdilər. İranlılar Albaniyada çoxlu
istekamlar tikirdilər. Sasanilər hər şeydən əvvəl Alban qapılarını (Dərbənd keçidi)
möhkəmlətmək , öz şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək istəyirdilər.
Çünki Şimali Qafqazda yaşayan köçərilər Dərbənd keçidi vasitəsilə İrana
hücumlar edirdilər
V əsrdə köçəri tayfaların hücumları daha da güclənir. Bu hücumlardan
qorunmaq üçün Sasanilər Alban qapıları (Dərbənd ) ərazisində əvvəl torpaq
sədlər , Şah II Yezdəqird (438-457) dövründə daşlardan nəhəng divar çəkildi. Bu
səddin çəkilməsinin ağırlığı yerli əhalinin üzərinə düşürdü. Moisey Kalankatulu
yazırdı: “İran şahları Qafqaz dağları ilə böyük Şərq dənizi (Xəzər) arasında böyük
binanı tikmək üçün memarlar toplamaq, müxtəlif materiallar axtarmaqla ölkəmizi
taqətdən salmışdılar”.
Sasanilər ölkənin daxilində öz qarnizonlarını yerləşdirmək üçün Beyləqanda,
Bərdədə, Şəmkirdə, Şamaxıda, Dərbənddə qalalar tikdirdilər. Eyni zamanda
Sasanilər bu yerlərə Fars dillərində danışan əhalidə köçürürdülər. Sasanilər həm də
yerli əhali üzərinə ağır vergilər qoymuşdular. (xərac, qezit və s.) Bu istisnmara
dözə bilməyən əhali ilk dəfə 450-ci ildə sasani zülmünə qarşı mübarizəyə qalxdı.
38
Həmin il Xalxal yaxınlığında (Qazax ərazisi) üsyançılar sasaniləri məğlub
etdilər.Şah II Yezdəgird vəzir Mehr Nersexin başçılığı altında üsyanı yatırmaq
üçün qoşun göndərdi. 451-ci il mayın 26-da Avaray gölündə (Maku yaxınlığı )şah
ordusu üsyançıları məğlub etdi. Lakin əsarət altına alınmış xalqın mübarizəsi
davam edirdi. Alban hökmdarı İranda gedən siyasi hadisələrdən istifadə edərək
sasanilərə qarşı üsyan etdi.
II Vaçenin başçılığı altında üsyan 460-cı il də baş vermişdi.Üsyançılar
Dərbənd qalasını ələ keçirərkən, Dağıstanda yaşayan dağlı tayfaları ilə ittifaq
bağladılar. Bunu görən Sasani şahı Füruz (459-464) hun tayfalarını öz tərəfinə
çəkərək üsyançılara qarşı onlardan istifadə etdi. 462-ci ildə hunlar (haylandur)
Albaniyaya soxuldular. Bir il uzanan bu müharibə II Vaçenin 463-cü ildə
hakimiyyətdən uzaqlaşdırılması ilə başa çatır. II Vaçedən sonra 30 il ərzində
Albaniya öz müstəqilliyini itirdi və sasanilərin təyin etdiyi mərzbanlar tərəfindən
idarə edilməyə başlandı.Morsey Kalankatulu yazırdı:” Vaçedən mömin Vaçaqana
kimi 30 il müddətinə Albaniya hökmdarsız qaldı. 493-cü ildə İran Şahı Kavadın
əmri ilə III Vaçaqan Albaniya hakimiyyyətinə gəldi. III Vaçaqan (493-510) ilk
növbədə Albaniyada xristianlığı geniş şəkildə yaymağa başladı. O, 498-ci ildə
Aguen kilsə məclisi çağırdı və xristian dininə aid qanunlar qəbul etdi. Lakin
xristianlıq Albaniyada geniş intişar tapa bilmədi. 510-cu ildə III Vaçaqanın
ölümündən sonra Sasanilər buradakı dövlət qurluşunu ləğv etdilər. Albaniyada
Sasani mərzbanlarının uzun müddətli (510-629) hökmdarlığı dövrü başladı. I
Xosrov Ənuşirəvan (531-579) dövründə Adərbayqan, Albaniya, İberiya və
Armeniya bir məzbanlıqda (canişinlik ) birləşdirildi. 628 –ci ildən Azərbaycan
Xəzər xaqanlığının işğallarına məruz qalmışdır.
III əsrdə Arşakilər sülaləsinə mənsub olan Mani öz təlimini 216 ci ildə
yaymağa başladı. Bu təlim xristian, zərdüşt və buddizm ünsürlərini özündə
birləşdirmişdi. Bu təlimə görə, işıqla zülmət arasında gedən mübarizə insanlara da
təsir edir, ona görə də insan özünü şər qüvvələrdən azad etməli, dünya nemətlərinə
həris olmamalıdır. Mani dini təlimi pəhləvi və Suriya dillərində yayılırdı. Bu təlim
39
tezliklə İrandan tutmuş Roma imperiyasının ucqarlarına, şərqdə isə Orta Asiyaya
qədər yayıldıBu təlim dövlətə qarşı çevrildiyinə görə II Şapur Manini 276-cı ildə
öldürdü, tərəfdarlarını ölkədən qovdu. Bu təlimin Sasanilərə qarşı məzdəkilər
hərəkatına böyük təsiri olmuşdu.
VI əsrin ikinci yarısında Cənubi Qafqazda kəndli çıxışları, ağ hunların hücumları
Sasanilər dövlətini zəiflətdi. 484-cü ildə Sasani qoşunlarını məğlub edən ağ hunlar
Mərv, Bəlx və Heratı ələ keçirdilər. Sasanilər onlara böyük miqdarda xərac
verdilər. Ölkə daxilində iri əyanlar mərkəzi hakimiyyətdən uzaqlaşmağa çalışdılar.
481-ci ildəİranda Məzdəkilər hərəkatı baş verdi. Бу щярякатын баш вермясинин
ясас сябяби Иранда игтисади вя сийаси бющранын кяскинляшмяси
шяраитиндя шащ щакимиййятинин зяифлямяси, яйанларын вя зярдцшти
кащинляринин гцдрятинин артмасы, ящалинин истисмарынын эцжлянмяси,
ижтимаи вя мцлки бярабярсизлийин дяринляшмяси, халг кцтляляринин вар-
йохдан чыхмасы вя мцфлисляшмяси, харижи сийасятдя
мцвяффягиййятсизликляр иди.Bu hərəkat dövlətin və feodalların zülmünə qarşı
çevrilmişdi. Мяздякиляр иcтимаи вя ямлак бярабярлийи щаггында мяздякилик
тялиминя ясасланараг, яйанларын ямлакыны яля кечириб йохсуллара
пайлайыр, садя адамлары йцксяк дювлят вязифяляриня тяйин едир,
щярямханалары ляьв едирдиляр.Məzdək yaratdığı təlimi ilk dəfə Həmədanda
yaymağa başlamışdı. O, mübarizə yolu ilə ədalətli cəmiyyət qurulmasını mümkün
hesab edirdi. Onun təliminə görə, varlıların torpağı və əmlakı alınıb kəndlilər
arasında bölüşdürülməlidir. Bu hərəkata kəndlilər,qullar, sənətkarlar, və şəhər
yoxsulları qoşulsalar da hərəkatın əsas hərəkətverici qüvvəsi kəndlilər idi.
Mərkəzi hakimiyyətə tabe olmayan əyanların və kahinlərin nüfuzunu sarsıtmaq və
mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün şah I Qubad bu hərəkata qoşuldu.
Məzdəkilərin vasitəsilə iri əyanların müqaviməti qırıldıqdan sonra I Qubad
hərəkatdan uzaqlaşıb, oğlu Xosrovla birlikdə hərəkata qarşı çıxdı. 529-cu ildə
Məzdək edam edildi, onun tərəfdarlarına isə amansız divan tutuldu. 80-mindən çöx
məzdəki tərəfdarına ağır divan tutuldu. Lakin bu hərəkat izsiz qalmadı. Hərəkat iri
kahinlərin təsirini zəiflətdfi. Eyni zamanda şah hakimiyyətinə təsir göstərən
40
əyanların hakimiyyətinə zərbə vuruldu.Məzdəkilər hərəkatının məğlub olmasının
əsas səbəbi, onun onun pis təşkil olunması və kortəbii xarakterli olması idi.
Məzdəkilər hərəkatı məğlub oldu, lakin onun ideyaları xalq arasında uzun müddət
yaşadı. Мяздяки щярякатынын якс-сядасы Гафгаз Албанийасы тарихинин
сонракы мярщялясиндя павликианлыгда юзцнц эюстярмишди. Павликиляр
щаггында илкин мялумат 706-707-жи илляря аиддир. Щямин вахт Партавда
чаьрылмыш Албанийа кился йыьынжагларынын гярары павликиляри
бидятчи кими пислямишдир. Лакин бу тяригят яряб ишьалы дюврцндя
Азярбайжанда халг-азадлыг щярякатынын идеолоjи эюстярижиляриндян
бири олмушдур. Мяздяки щярякаты тякcя Иран вя Азярбайжанда дейил,
цмумиликдя Мяркязи Гафгазда еркян орта ясрлярдя баш верян халг-азадлыг
щярякатынын илщамверижи гцввяси олмушдур.
3. VI əsrin sonu–VII əsrin əvvələrində Allbaniyada Girdiman vilayətinin
sahibləri olan feodal Mihranilər nəsli üstünlük əldə etdi. Moisey Kalankatuklunun
məlumatına görə saray çevrilişində iştirak edən (Kavada qarşı).Mihr sasani
hökmdarı Xosrov II Pərvizin qəzəbindən xilas olmaq məqsədilə 30 min qohumu ilə
Xəzərlərə sığınmaq üçün İrandan qaçmışdı.Lakin Xosrov vəziyyətdən ehtiyat
edərək, ardınca məktub göndərmiş və istədiyi yeri seçməsinə icazə vermişdi.
Şahın məktubunu Uti vilayətində olan Mihr elə burada məskunlaşır. Mihr və onun
xəlifələri yerli feoddalları müxtəlif yollarla aradan götürərək bütün Albaniyaya
sahib olmuşlar.
Onlar özlərinin farslığını iki nəsil saxlamış, bundan sonra xristianlığı qəbul
edəcək albanlaşmışlar. Akademik Bartoldin fikirincə “Yenidən albanların milli,
lakin fars mənşəli sülaləsi bərpa olundu.”Mihranilər Albaniyada 603-cü ilə yaxın
qərarlaşsalarda, bütün ölkəyə 630-cu ildən tam hüquqlu hakimə çevrildilər.
603-604-cü illərdə İran –Bizans müharibələrindən istifadə edən Albaniya
əhalisi sasani hakimiyyətinə qarşı üsyan etdilər. Lakin üsyan IIXosrov tərəfindən
amansızlıqla yatırıldı.Alban əyanlarının bir çoxu məhv edildi.Sonralar katolikos
Vironun köməyi ilə Mihranilərdən olan knyazlara şah “Girdiman hakimi və
41
Albaniyanın işxanı” titulu verildi. Belə bir titul Varaz Qriqor zamanı əldə edildi. II
Xosrov Qafqazın Bizasla əlaqələrini kəsmək məqsəd ilə 612-613-cü illərdə İrana
tabe xristianların məclisini çaqıraraq, Bizans diofizifliyin müqavilində monofizit
cərəyanını qəbul etdirir.
İlk Girdiman knyazı Mihr (570-590) uzun müddət dinc şəraitdə yaşayır. Onun
nəticəsi Qoçaq Vardan (600-615) Girdiman qalasını tikdirir. O, monofizitliyi qəbul
edir. O guya Aranşahlar nəslinin 60 nümayəndəsinə zəhər verib öldürmüş, və
bütün Albaniyanın sahibinə çevrilmişdir. Onun nəvəsi Varaz Qriqor (625-636)
Bizasla ittifaqa daha çox üstünlük verərək xristianlığın diofizit etiqadını qəbul edir.
630-ci ildə Varaz Qriqor əsirlikdən qayıdanVironun təkidi ilə monofizitizmi qəbul
edir. Bu isə sasanilərə yaxınlaşmaq demək idi.
Varaz Qriqorun varisi Cavanşir (636-680) bütün Albaniyanı öz hakimiyyəti
altında birləşdirir. O, Bərdə şəhərini ölkənin paytaxtı edir. Hakimiyyətinin ilk
dövründə Sasani şahı III Yezdəgirdə tabe olan Cavanşir onun tərəfində Ərəblərə
qarşı vuruşmuşdur. 651-ci ildə Sasani imperiyası dağıldıqdan sonra Ərəb
xilafətindən asılı vəziyyətə düşdü. Ərəb xilafətində çəkişmələr başlayan zaman
digər feodallar kimi Bizans imperatorunu II Konstantin (641-668) onu öz himayəsi
altına aldı. Bizans imperatorunun sayəsində Cavanşir İberiya sərhədlərindən Araz
çayına, Dərbəndə qədər bütün əraziləri əhatə edən Albaniyanın hakiminə çevrilir.
Lakin tezliklə Xəzərlərin Albaniyaya hücumları yenidən başladı. Cavanşir Xəzər
xaqanı ilə qohum olaraq müəyyən dərəcədə xaqanlıqdan asılı vəziyyətə düşdü.
Lakin Ərəblərin yeni yüksəlişi dövründə Cavanşir Şimal təhlükəsini aradan
qaldırmaq məqsədilə Ərəb xilafətinə meyl edir. Ərəb xəlifəsinin hüzuruna gederək
Şam şəhərində görüşür və ərəblərin himayəsinə sığınaraq Albaniya dövlətinin
daxili müstəqilliyini qoruyub saxlayır.
43
1.Xilafətin Azərbaycana yürüşlərinin başlanması. Girdiman knyazlığının
xarici və daxili siyasəti.
2.Xilafət hökmranlığı dövründə idarəçilik, köçürmə, torpaq və vergi siyasəti.
islam dininin yayılması.
3.Xürrəmilər hərəkəti. Babəkin başçılığı altında azadlıq hərəkatı.
ƏDƏBIYYAT
1. Azərbaycan tarixi. VII cilddə,Icild, Bakı,2008, səh.150-254.
2. Azərbaycan tarixi: üzrə qaynaqlar.Bakı, 1989, sənəd №14,23
3. Azərbaycan tarixi: Z.Bünyadovun redaktorluğu ilə. Bakı 1994, səh.
290-272.
4. Vəlixanlı N.IX-XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan
haqqında.
Bakı,1974, səh. 33-39.
5. Bünyadov Z.Azərbaycan VII –IX əsrlərdə. Bakı, 1993.
6. Vəlixanlı N.Ərəb xilafəti və Azərbaycan. Bakı, 1993.
7. Səid Nəfisi. Babək. Bakı, 1990.
8. Əliyev R.İ. Azərbaycan XII-XIV əsrlərdə. Bakı, 1980, səh.5-29.
Azərbaycan dövlətçiliyi tarixində zaman –zaman onun imperiyaların tərkibinə
daxil olması dövrüdə olmuşdur. Onlardan biri də Ərəb Xilafəti idi. Mənbələr
göstərir ki, VII əsrin birinci qərinəsində Ərəbistan yarımadasında güclü bir feodal
dövləti meydana gəldi. Asiyada, Afrikada və Avropada bir sıra ölkələri işğal edib
şöhrət qazanan bu dövlətin yaradıcısı Məhəmməd Peyğəmbər
Əleyhüssəlamidi.Məhəmməd Peyğəmbər (Ə) 610 cu ildə ərəblər arasında bu dini
44
yaymağa başlamış və onun vasitəsi ilə 630 cu ildə siyasi cəhətdən bir dövlətdə
birləşdirmişdi.Məhəmməd Peyğəmbər Əleyhüssəlamin yaratdığı yeni dini təlim-
islam (mənası Allaha mütilik deməkdi) feodal münasibətlərinin inkişafında,
dövlətin möhkəmlənməsində və genişlənməsində böyük rol oynadı. Ərəb əyanları
Məhəmmədin yaratdığı islam dinindən başqa ölkələrin işğal olunmasında bir vasitə
kimi istifadə etdilər.
Məhəmməd Peyğəmbər Əleyhüssəlamın vəfatından sonra onun yaratdığı
dövləti peyğəmbərin xələfləri idarə etdiyindən, dövlət xilafət adlanırdı.
Ərəb dövlətinin tarixinə nəzər salsaq 3 dövrə bölmək olar.
Ərəb Xilafətinin I dövrü (630-661) 661-ci ilə qədər olan dövrü əhatə edir.
Bu dövrdə Məhəmməd Peyğəmbər və onun 4 xəlifəsi (Peyğəmbərin müavinləri)
hakimiyyətdə olmuşdular. 632-ci ildə Məhəmməd Peyğəmbər vəfat etdi. O vəfat
edəndən sonra ərəb işğalları genişləndi. Ərəblərin hərbi işğallarının səbəbləri
aşağıdakılardır: Bizans ilə İran arasında uzun illər gedən müharibələr hər ikisini
zəiflətmişdi; ərəb qoşunlarında döyüşçülərin, xüsusi ilə sürətlə hərəkət edən
süvarilərin sayı daha çox idi; Bizans və İran əhalisi ağır vergilərdən azad olmaq
üçün ərəblərə xilaskar kimi baxır, onların tərəfinə keçirdi.
Xəlifə Əbu Bəkir (632-634), Ömər (634-644), Osman (644656), Əli (656-
661) olub.Xəlifələrin dövründə işğalçılıq müharibələri genişləndi. Əbu-Bəkir
dövründə Suriya və İranın işğalına başlandı. Ömər Suriya, İraq və Misiri işğal etdi.
Yərmuq (636) döyüşündə Bizans məğlub oldu. 638-cı ildə Kadsiyyə yaxınlığında
İran qoşunu məğlub oldu. 642-ci ildə Nahavənd vuruşmasında ərəblər İrana qalib
gəldilər. İranın paytaxtı Mədain 4 ay mühasirədə qaldı. Mədain (Ktesefon) 652-ci
ildə tutuldu və Sasanilər dövlətinə son qoyuldu. Xəlifə Əli isə ən yaxşı xəlifə idi.
O, xəracın yiğilmasına deyil torpağın səmərəli əkilib-becərilməsinə diqqət edir.
Əkilməyən torpaqlardan vergi alınmırdı.
Ərəb xilafətinin II dövrü 661-750-ci illəri əhatə edir. 661-ci ildə xəlifə Əli
Kufədə öldürüldü. Hakimiyyətə Müaviyə və onun oğlu Yəzid gəldi. Bu
sülalə Əməvilər sülaləsi adlanırdı. Bu sülalənin dövründə xilafətin paytaxtı
45
Mədinədən Şam (Dəməşq) şəhərinə köçürüldü.725 ci ildə əhali, mal-qara siyahıya
alındı, əvəllər ləğv olunmuş bəzi vergilər bərpa olundu, hətta rahibələrdən belə
vergi alınmağa başlandı, vergilərin ümumi miqdarı artırıldı. Ağır vergilər
yoxsulları deyil, iri və orta feodalları da müflisləşdirdi.
Ərəb xilafətinin III dövrü 750-1258-ci illəri əhatə edir. Abbasilər 750-ci ildə
Kufə məscidində Əməvilərin sonuncu nümayəndəsi Mərvanı qohumları ilə edam
etdilər və hakimiyyətə gəldilər. Onlar 762-ci ildə Bağdad şəhərinin əsasını
qoydular və paytaxtı Dəməşqdən Bağdada köçürdülər. Elə buna görə də bu
dövlət Bağdad xilafəti adlanır. Abbasilər dövründə vergi torpağın əkilib
becərilməsindən asılı olmayaraq alınmağa başladı. Xəlifə Mənsur xalq arasında
“pul atası” ləqəbini almışdı. Ən qəddar xəlifə olan Harun -Ər-Rəşid (780-809) 15
yaşından yuxarı hər bir şəxsin üzərinə vergi qoydu.
Xilafət qoşunu 634-636-cı illərdə Bizans qoşunlarını məğlub edib Suriyanı
ələ keçirdi. Bu qələbə ərəblərin İrana yolunu açmış oldu. Həmin vaxt
Azərbaycanda Sasanilər dövlətinin tərkibində idi. Xəzərlərlə müharibələr və daxili
çəkişmələr nəticəsində Sasani imperiyası xeyli zəifləmişdi. 638-ci ildə Ərəb
qoşunu Kadusiyə yaxınlığında sasaniləri məğlub etdi. 642-ci ildə isə Nahəvənd
döyüşündəki məğlubiyyətdən sonra İran orduları demək olar ki, dağıldı.
Ərəblərin İlkin hücumlarını dəf etməyə cəhd göstərən Sasani hökmdarı III
Yezdəgird ona tabe olan ölkələrdən kömək istədi. Belə bir əmr olan Alban çarı
Varaz Qriqor öz ikinci oğlu Cavanşiri döyüş meydanına göndərdi. O, Xorasan
hakimi Fərruxzaq oğlu Rüstəmin rəhbərlik etdiyi İran ordusunun tərkibində
ərəblərə qarşı döyşmüşdür. Kadusiyə döyüşündə Cavanşir öz şücaəti ilə
seçilmişdi. III Yezdəgird onu qiymətli hədiyələrlə mükafatlandırılmışdır. Demək
olar ki, Cavanşir İran qoşunları tərkibində ərəblərə qarşı vuruşmuşdur.
Ktesifonun mühasirəsində də Cavanşir fəallıq göstərmişdi. Təəssüf ki, həmin
döyüşdə sərkərdə Rüstəm həlak oldu.639-cu ildə Cavanşir döyüşün mənasızlığını
46
görərək öz qoşunları ilə Albaniyaya qayıdır. Həmin ildə Azərbaycana soxulan İran
qoşunları Bərdə yaxınlığında Cavanşir tərəfindən darmadağın edildi.
Ərəblər Sasaniləri məğlub etdikdən sonra 639-cu ildə sərkərdə Hüzeyfənin
başçılığı altında ərəb qoşunları Azərbaycan ərazilərinə soxuldular və burada güclü
müqavimətə rast gəldilər. Azərbaycan qoşunlarına mərzban Fərruxzad oğlu
İsfəndiyar başçılıq edirdi.Lakin o, məğlub olaraq əsir düşür. Bundan sonra onun
qardaşı Bəhram qoşuna başçılıq edir. Lakin o da ərəblər tərəfindən məğlub
edilir.644-cü ildəİsfəndiyar Ərəb qoşunun başçısı Bukeyr ibn Abdulla ilə
müqavilə bağlayır.Müqavilənin şərtlərinə görə azərbaycanlılar ərəblərə tabe
olaraq vergi verməli,ərəb əsgərlərini evində saxlamalı idilər. Ərəblər isə bunun
müqabilində əhalinin dininə və adət-ənənəsinə toxunmamalı idi. Bukeyr ibn
Abdulla Azərbaycanı tutduqdan sonra 642-ci ildəMuğanı, Şirvanı keçərək
Dərbəndə qədər gəlib çıxdılar. Dərbənd hakimi müqavimətsiz təslim oldu və
müqavilə bağladı. Müqavilənin şərtinə görə Dərbənd əhalisi Xəzərlərin
hücumunun qarşısını almaqla, vergilərdən azad olunacaqdı.643 cü ildə Ərəb
qoşunları Dərbəndə gəldi və Bələncər yaxınlığında Xəzərlərlə döyüşə
girdilər.Ancaq ərəblər məğlub oldular.Sonra Ərəblər 646-cı ildə Naxçıvandan
hücuma başlayaraq, əvvəlcə Şəki və Gorus, sonra Beyləqan və Bərdəni tutdular.
Daha sonra Qəbələ, Şivan , Şabran əhalisi təslim oldular.
653-cü ildə Bələncər yaxınlığında ikinci dəfə ərəblər Xəzər qoşunları
tərəfindən darmadağın edildilər. Lakin ərəblər Azərbaycandan əl çəkmək istəmir
və hücumlarını davam etdirirdilər.Azərbaycanı tutmaq uörunda Xəzərlərlə-ərəblər
arasında müharibə bir əsrə qədər davam etmişdi. VIII əsrin 30 cu illərində 300 min
Xəzər qoşunu Azərbaycana soxuldu və Savalan dağı yaxınlığında ərəbləri məğlub
etdilər. Xəzərləri yalnız Hilat şəhəri yaxınlığında Ərəbləri məğlub edərək
Azərbaycandan qovdular.
Belə bir dövrdə gənc Cavanşir ölkəni ərəb təhlükəsindən qurtarmaq
məqsədilə bir sıra tədbirlər gördü. Moisey Kalankatuklu onun haqqında belə
yazırdı: “ Cavanşir İran savaşında ad çıxarıb geri qayıtdı. Hökmdar paltarın geyib
47
taxta çıxdı. Albaniyanı öz səviyyəsinə yüksəltdi. O,Qafqazın vəhşi kimi yaşayan
tayfalarını ağıl və haqq yoluna gətirdi. Beləliklə, İberiya sərhədlərindən Hun
qapılarına (Dərbənd) və Araz çayına kimi mütləq hökmdarlıq etdi.”
Ərəblər Azərbaycana soxulanda Cavanşir onlara qarşı mübarizə məqsədilə
Bizans imperatoru II Konstantin (641-668)ilə ittifaqa girdi.
654 cü ildə hər iki hökmdar görüşüb ərəblərə qarşı birgə mübarizə
məsələlərini müzakirə etmişlər. 660-cı ildə ikinci belə görüş olmuşdu.
662-ci ildə ikinci bir təhlükə yarandı. Ərəbləri Bələncən yaxınlığında məğlub
edən Xəzərlər Albaniyaya soxuldular. Kür çayı sahilində Cavanşir xəzərləri
məqlub edir. Albaniya tarixində göstərilir. “O günü Cavanşir böyük qələbə
qazandığı üçün həmin barbar xalqa belə söylədi. “Get,Çola qapıarından (Dərbənd )
geri qayıt və bir də buraya gəlmə, çünki tanrı sənin gücünü heç etmişdir”.
Lakin 665 –ci ildə ərərlər yenidən Albaniyaya hücum etdilər və Araz
sahillərinə qədər gəlib çıxdılar. Cavanşir həm ərəblərə, həm də xəzərlərə qarşı
mübarizə aparmalı oldu. Bunun çətinliyini görərək Cavanşir xəzərlərlə sülh
bağladı, xəzər xaqanının qızı ilə evlənərək əsirlər və aparılmış qəniməti geri
qaytardı.
VII əsrin 60-cı illərində siyasi hadisələrin sonrakı gedişi Cavanşiri Xilafətə
qarşı öz siyasətini dəyişməyə məcbur etdi. Belə bir şəraitdə Cavanşir ərəblərə qarşı
əvvəlki münasibətini dəyişir və 667-ci ildə Şam şəhərinə Müaviyyənin görüşünə
gedir.Bu görüş Cavanşir üçün uğurlu alınır. 670-ci ildə Xəlifə yenidən Cavanşiri
Şama dövlət etdi. Cavanşir Xilafətlə Bizans arasında gedən diplomatik danışıqlara
vasitəçilik etmişdi.
Alban tarixində göstərilir: “Cavanşir Şama gəldi... Xəlifə axşam yeməyinə
onunla birlikdə oturdu... Xəlifə onun dərin biliyinə heyrət etdi. Ona bir dəvə, 52 iti
yerişli at və Sünik knyazlığının hakimiyyətini bağışladı. Xəlifə həm də Atropatena
torpaqlarının da idarələrini zorla ona tapşırmaq istədi. Lakin Cavanşir artıq şöhrət-
48
dən boyun qaçırdı... öz ölkəsinin üzərinə qoyulmuş verginin azaldılmasını xahiş
etdi”.
Xəlifə Albaniya hakiminə xeyli güzəştə getdi, onun ölkəsinin daxili müstə-
qilliyinə toxunmadı, əhalidən alınan vergiləri üçdə birə qədər azaltdı.
Cavanşir daxildə mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün iri feodal
əyanlara qarşı uzun müddət ciddi mübarizə aparmalı oldu və nəticədə 680 (681)
ci ildə ölkə daxilindəki Bizanspərəst feodalların gizli qəsdi nəticəsində öldrüldü.
Hakimiyyətə Varaz Trdat keçir. Bu zaman Xəzərlər yenidən Albaniya
ərazisinə hücum edirlər. Lakin Varaz onlarla sülh bağlaya bilir.
Xəlifə onu “Şərq vilayyətlərinin canişini, Alban padşahlığının və Uti
əyalətinin hakimi “ təsdiq etdi.
VII əsrin 80-ci illərində Bizansın Cənubi Qafqaza yürüşləri başlayır.
Azərbaycan üç böyük imperiyanın döyüş meydanına çevrilir.
699 – cu ildə yenidən Albaniyaya hücum edən bizanslılar Varaz Trdat və iki
oğlunu həbs edərək Konstantinopola əsirliyə aparılır və onlar orada 705-ci ilə
qədər qalırlar.
Hakimiyyət ərəbpərəst Siruyənin (Şeroy) əlinə keçsədə 704-cü ildə ərəblər
onu Şama çağıraraq gizli şəkildə aradan götürmüşlər.
705-ci ildə Varaz Trdat əsirlikdən qayıdır. Lakin Albaniya hətta vassal
mövqeyini də itirmiş olur. Şimallı- cənublu bütün Azərbaycan qəti şəkildə
ərəblərin tabeçiliyinə düşür.
Ərəb ordularının fasiləsiz hücumlarına baxmayaraq əhali onlara asanlıqla
boyun əymədi. Yalnız 90- illik kəskin mübarizədən sonra Xilafət orduları
Azərbaycanın istilanı başa çatdırdılar.
49
Ərəblər siyasi və dövlət təşkilatı cəhətdən Bizans və İran imperiyasından geri
qalırdılar.Ona görə də ilk vaxtlar onlar işğal etdikləri ölkəmizdə özlərinə qədər
mövcud olan idarə qaydalarını saxlamağa məcbur oldular.
Ərəblər bu yerlərdə əraziləri idarə etmək üçün əmirlik sistemi yaratdılar.
Azərbaycan və Arran 5 ci əmirliyə daxil idi. Abbasilər dövründə 14 əmirlik yara-
dıldı.Əmirliklər kiçik inzibati vahidlərə -nahiyə və rayonlara bölündü. Məs.Hər
nahiyə 12 rayondan. hər rayon 12 kənddən ibarət idi. Hər bir əyalətin sərhədləri
müəyyən edildi. Azərbaycanın şimal sərhədi Dərbənd , cənub sərhədi Həmədana
qədər urtardı. Xilafət dövründə Azərbaycanın paytaxtı Marağa şəhəri idi. Hər bir
əmirliyin başında xəlifə tərəfindən təyin edilmiş əmir dururdu. Bütün mülki və
hərbi işlər onun əlində idi. Əmrin rəhbərliyi ilə müxtəlif vəzifələri icra edən
məmurlar aparatı yaradıldı. Amil – vergilərin toplanmasına nəzarət edir. Qazı-
məhkəmə işlərinə baxırdı. Xilafətdə rabitə sistemini yüksək səviyyədə qurmaq
üçün “Bəril”adlanan rabitə mərkəzi poçt yaradılmışdı. Xilafətin əyalətlərdə əsas
dayağı məmurlar və ordu idi.Ordu əsasən ərəblərdən ibarət idi. Könüllü olaraq ərəb
ordusunda xidmət edənlər vergi və mükəlləfiyyətlərdən azad idi.Mənşəcə ərəb
olmayan könüllü islam ordusunda xidmət edən şəxslər Mövlalar, könüllü olaraq
ərəb odusunda xidmət edən xristianlar isə zimmilər adlanırdı.
Ərəblər Azərbaycanın Ərdəbil, Marağa, Beyləqan, Bərzənd, Dərbənd, Bərdə,
Naxçıvan kimi strateji əhəmiyyətli şəhərlərdə hərbi dəstələr saxlayırdılar. Bu
hərbi dəstələrdən yerli əhalinin baş verən üsyanlarını yatırmaq üçün istifadə
olunurdu.
Ərəblər işğal etdikləri ərazilərdə öz hakimiyyətlərini qoruyub möhkəmlən-
dirməkdən ötrü köçürmə siyasətindən istifadə edirdilər. Həmin dövrdə
Azərbaycana Ərəbistan çöllərindən çoxlu sayda ərəb əhalisi köçürüldü. Bunu
Azərbaycanın müxtəlif ərazilərində “Ərəb” adları ilə başlanan çoxlu kənd
adlarının qalması sübut edir. (Şamaxı,Ağsu, Kürdəmir)
50
Azərbaycan işğal olunduqdan sonra münbit və yararlı torpaqların xeyli hissəsi
Xilafətin mülkiyyəti elan olundu. Ərəb xilafətində torpaq sahibliyinin aşağıdakı
formaları vardı:
Xəlifə və dövlətə məxsus mülklər — buradan gələn gəlir xəzinəyə gedirdi.
Mülk — yerli feodallara məxsus idi.
İqta — xidmət əvəzinə verilən torpaqlar.
Vəqf — dini müəssisələrə məxsus torpaqlar.
İcma torpaqları — kəndlərin əkin yeri, otlaqlar, biçənəklər, qəbristanlıq və s.
Xilafət dövründə aşağıdakı vergilər alınırdı:
Xərac — torpaq vergisi (məhsulla torpağı olanlardan alınırdı).
Cizyə — can vergisi. Qeyri-müsəlman kişilərdən alınırdı.
Aşağıdakı dini vergilər alınırdı.
Xüms — daşına bilən əmlakdan, adamların faydalandığı bütün şeylərdən alınırdı.
Zəkat (sədəqə) — maldarlıqdan, ticarət və sənətkarlıqdan, əkin və meyvədən
alınırdı. Şikəstlərin, əlacsızların ehtiyacı zəkatdan ödənilirdi.
Səkkizinci yüzilin ortalarında Əməvilər sülaləsinin siysətinə qarşı həm Xilafət
sarayında, həm də onlara tabe olan asılı ölkələrdə kəskin mübarizə gedirdi. Xəlifə
sülalənin taleyi üçün yaranmış siyasi böhranı və təhlükəni aradan qaldırmaq
iqtidarında deyildi. Üsyanların əhatə dairəsi genişlənir və təsiri küclənirdi. Xilafətə
qarşı çıxışlar Şimali Afrikada, Orta Asiyada və Ön Qafqazda, demək olar ki, eyni
vaxtda baş verdiyindən Əməviləri sarsıtmışdı. Xilafətə qarşı Azərbaycanda çıxışlar
748-752-ci illərdə geniş vüsət aldı. Üsyanda əhalinin bütün təbəqələri iştirak edirdi
və onlara yerli feodal əyanlar başçılıq_edirdilər. Bu, səbəbsiz deyildi. Ərəblər
Azərbaycanda möhkəmləndikcə feodalları dövlət aparatından uzaqlaşdırır, onların
torpağını, kəndlilər üzərindəki hüququnu və digər imtiyazlarını məhdudlaşdırırdı.
Ona görə də, feodallar Xilafətdən daha çox narazı idilər. Azərbaycanda olan ərəb
mənsəb sahiblərinin xeyli hissəsi də Əməvilərin siyasətindən razı deyildi. Onlar da
üsyançılarla həmrəy idilər.
51
748-ci ildə Beyləqanda başlanmış üsyan tezliklə digər vilayətləri, xüsusilə,
Bərdəni və Ərdəbili əhatə etdi. Beyləqandakı üsyana yerli hökmdar Qəssab
Müsafir başçılıq edirdi. 748-750-ci illərdə üsyan bütün Cənubi Qafqazı bürüdü.
752-ci ildə Şəmkirdə belə bir üsyan baş verdi. Üsyanlar Şəməkirdə olan Ərəb
qüvvələrini məhv etdilər.
750-ci ildə hakimiyyətə gələn Abbasilər xilafət ərazilərində, o cümlədən
Azərbaycanda baş verən üsyanları qan içində boğdular.
VII əsrin ikinci yarısında Azərbaycanda azadlıq mübarizəsinin parlaq
səhifələrindən biri ərəb xilafətinə qarşı 60 ildən artıq davam etmiş xürrəmilər
hərakatıdır.Xürrəmilər cəmiyyətdəki bütün ədalətsizliklərin kökünü sosial
bərabərsizlikdə görürdülər. Onların şüarı torpağı və digər istehsal vasitələrini
xalqın ixtiyarına verməkdən, kəndliləri və sənətkarları feodalların əsarətindən
azad etməkdən ibarət idi.
Azərbaycanın istiqlaliyyətini bərpa etmək, onu yadellilərin işğallarından
qurtar-maq xürrəmilərin əsas idealı idi.
Xürrəmilər islamın ehkamlarını rədd edir və göstərirdilər ki, dünya daim
möv-cud olduğu kimi, insanların ruhu da əbədidir.
Dünyada iki qüvvə -xeyr və şər arasında fasilıəsiz mübarizə gedir, həm də
xeyrin şərə qalib gələcəyi labüddür.
Xürrəmiləri ərəblər “müxəmmurə”( qırmızı geyinənlər), farslar “Surxaləm”
(qırmızı bayraqlılar) adlandırırdılar.
Tədqiqatçılar “Xürrəm” sözünün mənşəyi haqqında müxtəlif fikirlər
söyləyirlər.
Məsələn. IX –X əsr müəlliflərinin fikrinə görə, bu söz Ərdəbil yaxınlığında
olan Xürrəm adlı yaşayış məntəqəsinin adı ilə bağlıdır.
52
“Xürrəm “ termininin Məzdəkin arvadı Xürrəmənin adı ilə bağlı olduğunu
söyləyənlər də vardır.Güya Məzdəkin ölümündən sonra onun qadını Xürrəmə
Məda-indən Peyə qaçmış və burada ərinin təlimini təbliğ etmişdir. “Xürrəm”
sözü fars dilində “Sad, xürrəm” kimi izah edilir.
Akademik Z. Bünyadov göstərir ki, xürrəmilər atəşpərəst idilər. O, “Xürrəm”
sözünün pəhləvi : dilində “ xur –od , xvar - günəş anlamında olduğunu göstərir.
Xürrəmilərin ilk çıxışları 778-ci illərdə xəlifə Mehdi dövründə baş vermiş-
dir.Tarixçi Nizam əl-Mülk göstərir ki, 778-ci ildə Çurqan batinləri Xürrəmilərlə
birləşərək Xilafətə qarşı çıxış etmişdir. Əbul-Bərra və onun oğlanlarının başçılığı
ilə Reyə tərəf hərəkət edən üsyançılar məğlubiyyətə uğrayırlar.
Xürrəmilər hərakatı IX əsrin əvələrində dahada genişlənir. Bu dövrdə
xürrəmilərin rəhbəri Cavidan ibn Səhl idi. O, Ərdəbil feodalı olmaqla böyük qoyun
sürülərinin sahibi idi. Üsyan 808-ci ildə başlamışdır və 816-cı ilə qədər zəif də olsa
davam etmişdir. 816-cı ildə Əbu İmranla döyüşdən sonra Cavidan vəfat edir və
Xürrəmilərin rəhbəri Babək olur.
Babək Cavidanın ən yaxın silahdaşı olmuşdur. Cavidan Babəkə Zəncandan
qayıdarkən Bilalabadda rast gəlmiş və qardaşı Abdulla ilə birlikdə öz dəstəsinə
cəlb etmişdi.(Təbəri)
Sonralar xürrəmilərin rəhbəri olan Babək özünü əsl xalq rəhbəri, görkəmli
sərkərdə, siyasi xadim kimi göstərə bilmişdir. Azərbaycanın hər yerindən Babəkə
qoşulmağa gəlirdilər və tezliklə onun 20 min nəfərlik üsyançı qoşunu təşkil
olundu. Babəkin ən yaxın köməkçiləri xalq içərisindən çıxmış istedadlı sərkərdələr
–Asim, Muaviyə, Abdulla, Tərxan, Rüstəm və başqaları idilər. Xürrəmilər 819-cu
ildən 827-ci ilə qədər Xilafətin 6 böyük ordusunu darmadağın etmişdilər.
819-cu ildə xəlifə əl-Məmun (813-833) xürrəmilər əleyihinə Yəhya İbn-
Müazin başçılığı altında böyük qoşun yeritdi. Bərdə yaxınlığında Xürrəmilər
ərəb qoşunlarını darmadağın etdilər. 821-ci ildə Babək xilafətin yeni bir ordusunu
53
məğlub edərək Bərdə, Beyləqan, Naxçıvan, Ərdəbil şəhərlərini düşməndən azad
etdi.827-ci ildə Xürrəmilərə qarşı məşhur sərkərdə Məhəmməd İbn Humeydin
başçılığı ilə böyük qoşun göndərildi. İki il hazırlıqdan sonra 829-cu ilin iyunun 3-
də Həşdadsər dağında xürrəmilərlə həlledici döyüşə girdi. Lakin Babəkin hərbi
qüdrəti nəticəsində düşmən böyük itki verərək məğlub oldu. Düşmənin 150 minlik
qoşunundan 30 mini, o cüm-lədən sərkərdə Hümeyd öldürüldü. Xürrəmilər 830-
cu ildə böyük strateji əhəmiyyəti olan Həmədan şəhərini tutdular.
833-cu ildə hakimiyyətə gələn Əl.Mötəsim üsyançılar üzərinə İshad İbn
İbrahimin başçılığı altında yeni qoşun göndərir. 833 cü il dekabırın 25-də
Həmədan yaxınlığında şiddətli döyüş başladı. Bu döyüşdə Xürrəmilər ilk dəfə ağır
məğlubiyyətə uğradılar. Üsyançılar böyük itki verdilər.
835-ci ildə Heydər İbn Kavus Afşinin rəhbərliyi altında yeni Ərəb qoşunları
Azərbaycana göndərildi. Babəkin xalq ordusunu daxilən pozmağa çalışan Afşin
cəsusluq və fitnəkarlıqdan daha çox istifadə edirdi. Xürrəmilər hər qarış torpaq
uğrunda mərdliklə vuruşurdular. Üsyançılar vuruşa-vuruşa Bəzz qalasına çəkildi-
lər. Bununla belə üsyançılar xilafət ordularına rahatlıq vermirdilər. 836-cı ildə
Buğa əl-Kəbirin qoşunlarını Həstadsər dağı yaxınlığında məqbul edərək bir neçə
sərkərdəsini öldürdülər.
837-ci ildə xilafətdən Afşinin köməyinə iki böyük ordu göndərildi.Avqusda
Afşin Bəzz qalasını mühasirəyə olur. Bu vaxt Bizans imperatoru - Babəkin
müttəfiqi Feofil 100 minlik qoşunda ərəblər üzərinə hücuma keçsə də, Bəz
qalasında mühasirədə olanların taleyinə heç bir təsir göstərmədi.
837-ci il avqustun 26-da Bəzz qalası süqut edir. Babək gizli yolla Bəzz
qalasından çıxaraq ölkənin şimal torpaqlarına üz tutur. Şunik torpaqlarının hakimi
Səhl İbn Smbat xəyanət edərək Babəki ərəblərə təslim edir.838-ci il martın 14-də
Babək Samirə (İraq) şəhərində edam edilir. Qardaşı Abdulla da Bağdada işgəncə
ilə edam olunur.
54
İşgəncənin dəhşətinə baxmayaraq Babək və Abdulla ölümə əzmlə sinə
gərdilər, mərdliklə əbədiyyətə qovuşdular. Babəkin adı Azərbaycan xalqının
istiqlaliyyəti uğrunda mübarizəyə çevrildi. Xürrəmlər hərakatının məğlub olmasına
baxmayaraq çox böyük tarixi əhəmiyyəti olmuşdur. Bu hərakat xalqın əsl azadlıq
hərakatı idi. İllərlə davam edən mübarizə Ərəb xilafətini maddi və mənəvi
cəhətdən xeyli zəiflədi. Bu hərakat digər xalqların da azadlıq mübarizəsinə təkan
verdi.838-840-cı illərdə Təbəristanda Məzyər Kəbirin başçılığı altında Xilafət
əsarətinə qarşı güclü azadlıq hərakatı başladı.Onlar da Babəkin şuarları altında
çıxış edirdilər.
Beləliklə Xilafətə qarşı bu üsyan və hərakatlar IX əsrin sonlarında Xilafətin
dağılmasına gətirib çıxardı.
55
Mövzu: 5
Etnogeniz məsələsi. Azərbaycan xalqının təşəkkülü
Plan
1. Etnogenez nədir? Etnogenez prosesində ən qədim etnik qrup və
tayfaların iştirakı.
2. Erkən orta əsrlərdə Azərbaycan əhalisi türkdilli tayfaların Azərbaycana
gəlişi.
3. Azərbaycan xalqının və dilinin təşəkkülü.
.
ƏDƏBİYYAT:
1. Azərbaycan tarixi. 7 cilddə, II cild, Bakı, Elm,2008səh.469-485.
2.Azərbaycan tarixi. Z.Bünyadovun redaktorluğu ilə, Bakı, 1994 səh.211-236.
3.Qeybullayev .Q . “Azərbaycan türklərinin təşəkkülü” Bakı,1994,
4.Qasımova R.M. Azərbaycan xalqının etnogenizi. Bakı,1997.
5.Azərbaycan tarixinin etnogenezinə dair. “Elm və həyat” ,1989, №1 .
6. Sumbatzadə A.F. “Azerbaycantsi-еtnogenez и formiravaniya naroda” Baku,
1990.
56
Etnik proses etnosların (qəbilələrin,tayfaların, xalqların) dəyişilməsi, yeni etnik
birliklərin yaranması prosesidir. Etnik prosesləri, yaxud etnogenez prosesini
öyrənən elm sahəsi etnoqrafiya elmində etnik tarix adlanır. Etnik tarixin tədqiqi
etnogenetik tədqiqatdır. Etnogenetik proses, yaxud etnogenez etnosun etnik
özünəməxsusluğunun, etnik sifətinin formalaşması prosesində baş verən tarixi
proseslərin məcmuudur. ..
Bu söz “etnos” sözündən olub –yunanca tayfa ,xalq deməkdir. “Genezis” isə
yaranma mənasını verir. “Etnogenez” bir neçə etnik komponemtdən yeni etnik
ümumiliyin əmələ gəlmə prosesidir.
İki tip etnogenetik proses fərqləndirlir:
1. Yeni tayfa qpupu və ya xalqın etnogenezində daha qədim tayfa qruplarının
iştirakı;
2.Etnogenez posesində başqa ərazisindən köçən etnosların iştirakı.
Əksər hallarda hər iki tip proses bu vəya digər nisbətdə birləşir. Azərbaycan
xalqının etnogenezində hər iki tip proses özünü göstərmişdir.
Azərbaycanın etnik tarixi Azərbaycan xalqının formalaşması tarixindən
qədimdir. Bu isə o deməkdir ki, Azərbaycan xalqının formalaşması prosesi
başlayana qədər Azərbaycanda (və həmhüdud regionlarda) kifayət qədər mürəkkəb
etnik hadisələr baş vermişdir. Bunun bir səbəbi, haqqında söhbət gedən
coğrafiyanın yaşayış üçün münasib təbii şəraitidirsə, digər çox mühüm səbəbi
müxtəlif istiqamətlərə gedən yollar üzərində yerləşməsi, etnik, sosial-siyasi
fəallığı, qaynarlığıdır. Qədim dövrlərdə Azərbaycanda hansı etnosun, yaxud
etnosların (iber-qafqazlıların, iranlıların, yaxud altaylıların — türklərin...) aparıcı
yer tutmasından asılı olmayaraq Azərbaycan xalqı qədim dövrün sonu, orta əsrlərin
əvvəllərindən başlayaraq məhz türk etnosları əsasında formalaşmışdır ki, həmin
etnoslar (türklər) buraya eyni dövrdə deyil, müxtəlif dövrlərdə gəlmişlər.
57
Akademik İ. Əliyevin belə bir mülahizəsini müxtəlif xarakterli faktlar təsdiq
edir ki, kutilər, lullubilər və hurrilər (ola bilsin ki, adı qədim Ön Asiya
mənbələrinə düşməyən başqa bir sıra sosial-siyasi birliklər) "hər biri qohum
tayfalardan — qonşu ərazilərdə yaşayan, bir dilin müxtəlif ləhcələrində danışan və
ümumi mədəniyyətin bir çox xüsusiyyətlərinə yiyələnmiş əhali qruplarından ibarət
idi". Və görünür, görkəmli tədqiqatçının e.ə. III minilliyin sonu, II minilliyin
əvvəllərində Azərbaycanda (və həmhüdud regionlarda) məskunlaşmış əhalinin, o
cümlədən kuti, lullubi və hurrilərin Qafqaz mənşəli olması barədəki fikri də elə bir
şübhə doğurmur. Həmin fikri qədim Ön Asiya dilləri mütəxəssisləri İ. M.
Dyakonov, Q. A. Melikişvili də təsdiq edirlər; onların araşdırmaları göstərir ki,
kuti, lullubi, hurri, Urartu, Alban dilləri Qafqaz dilləridir... Ümumiyyətlə, e.ə. II
minilliyin sonu, I minilliyin əvvəllərinə qədər Azərbaycanda, xüsusilə onun
cənubunda Qafqaz etnosları aparıcı rol oynamışlar və beləliklə, e.ə.V—III
minilliklərdə adları və etnik mənsubiyyətləri məlum olmayan azərbaycanlıları
nəzərə almasaq, ölkənin e.ə. III—II minilliklərə aid sonrakı əhalisi məhz Qafqaz
mənşəli olmuşdur. ...Eramızdan əvvəlki son əsrlərdə, eləcə də eramızın ilk
əsrlərində Azərbaycanın şimalında əsasən uti, girdman, qarqaz tayfaları
yaşayırdılar ki, bunları tarixi mənbələr ümumi şəkildə "albanlar", yaxud "ağvanlar"
adlandırırlar.
Beləliklə, Azərbaycan xalqının formalaşması prosesi başlayana qədər
Azərbaycanın etnik tarixini aşağıdakı dövrlərə bölmək olar:
I. E.ə. V minillikdən e.ə. III minilliyin ortalarına qədər — etnik "qeyri-
müəyyənlik" dövrü.
II. E.ə. III minilliyin ortalarından e.ə. II minilliyin sonu, I minilliyin əvvəllərinə
qədər — Qafqaz etnoslarının geniş yayıldığı dövr.
III. E.ə. II minilliyin sonu, I minilliyin əvvəllərindən eramızın I minilliyinin
ortalarına qədər —İran etnoslarının geniş yayıldığı dövr.
Azərbaycan xalqının təşəkkülünün birinci mərhələsini hun-qıpçaq türklərinin
Azərbaycanda məskunlaşması təşkil edir.
58
Azərbaycan xalqının təşəkkülünün ikinci mərhələsi (oğuz türklərinin
Azərbaycana axını) XI əsrin(və II minilliyin) əvvəllərində başladı... Onlar
Azərbaycanın etnosiyasi baxımdan dağınıq, qeyri mütəşəkkil cənubunu çox qısa
bir müddətdə tutub, Şimala — Qafqazın cənubuna doğru hərəkət etdilər.
Lakin burada oğuzları kifayət qədər ciddi müqavimət gözləyirdi. Alp Arslan bu
müqaviməti də tezliklə qıra (və Qafqazın cənubunu işğal edə) bildi. Və beləliklə,
XI əsrin sonlarında Azərbaycanın həm şimalı,həm də cənubu artıq oğuz türklərinin
yaratdıqları Səlcuqlar imperiyasının tərkibinə daxil oldu... İmperiyanın aydın
sərhədləri olmasa da, sahəsi həm kifayət qədər böyük idi, həm də get-gedə
genişlənirdi.
XI əsrdə, eləcə də XII əsrin əvvəllərində oğuz türkləri Azərbaycanın (və
həmhüdud regionların) etnik simasını tamamilə dəyişdirdilər. İstər türk (qıpçaq),
istər İran, istərsə də Qafqaz etnoslarının, xalqlarının oğuzlara göstərdiyi
müqavimətin heç bir əhəmiyyəti yox idi. Çünki ümumiyyətlə, II minilliyin
əvvəllərindən başlayan türk-oğuz fütuhatı elə bir hadisə idi ki, onun qarşısını
almaq, sadəcə olaraq,mümkün deyildi.
Oğuz türkləri, haqqında söhbət gedən dövrdə Azərbaycanı bütünlüklə
türkləşdirdilər, daha doğrusu, I minilliyin ilk əsrlərindən başlayan həmin proses
(Azərbaycanın türkləşməsi) II minilliyin ilk əsrlərində min ildən sonra keyfiyyətcə
başa çatdı.
Hər bir xalq müəyyən tarixi ərazidə yaşanmışdır. Heç bir xalq indi yığcam
yaşadığı ərazidən kənarda meydana gəlməmişdir. Xalqlar əvvəl müəyyən tarixi
ərazidə yaranmış, sonradan müxtəlif səbəblərə görə başqa ərazilərə yayılmışlar.
Azəri türklərinin bir xalq kimi formalaşdığı ərazi məhz Azərbaycan ərazisi
olmuşdur. Bu ərazi şimalda Dərbənddən, Cənubda Zəncan- Qəzvin , qərbdə Tiflis,
İrəvan və Urmiya gölünün qərb sahillərinə qədər uzanmışdır.
Ümumiyyətlə, xalqın təşəkkülü üçün üç şərt vacibdir:
1) etnik potensial;
2) coğrafiya, yaxud ərazi;
59
3) sosial-siyasi təşkilatlanma.
Azərbaycan xalqının etnik potensialını, yaxud əsaslarını türk mənbəyi müəyyən
etmişdir. Coğrafi, yaxud ərazi təminatına gəldikdə isə buraya zaman-zaman
məskunlaşmış Cənubi Qafqaz, tarixi Azərbaycan (Şimali İran) və Şərqi Anadolu
daxildir. Qədim dövrlərdən kifayət qədər canlı, qaynar həyat yaşayan bu
coğrafiyada uzun zaman davam edəcək sosial-siyasi birliklər qurmaq həmişə çətin
olmuşdur.
Türk etnosunun bölünməsi prosesinin yüz illər boyu davam etməsi, coğrafiyanın
genişliyi, etnik-siyasi hadisələrlə zənginliyi Azərbaycan xalqının təşəkkül-
formalaşma prosesinə ciddi təsir göstərmişdir.
Belə ki,
a) eramızın ilk əsrlərindən başlayan proses xeyli uzanmış, orta əsrlərin sonu yeni
dövrün əvvəllərinə (XVI- XVII əsrlərə) qədər davam etmişdir;
b) coğrafiyadan kənara az-çox diqqəti cəlb edəcək köçlər olmadığı halda,
coğrafiyaya ardıcıl köçüb məskunlaşmalar olmuşdur;
c) xalqın mütəşəkkilliyini təmin etməli olan sosial-siyasi, eləcə də mənəvi-ideoloji
güc mərkəzləri tez-tez dəyişdiyindən həmişə natamamlıq kompleksi özünü
göstərmişdir və s.
Türklər. Onların bölünməsi. Və yenidən bölünməsi.
Türklərin az-çox müstəqil bir etnos olaraq meydana çıxması eramızdan əvvəl III
minilliyin sonu II minilliyin əvvəllərinə aiddir. Həmin dövrə qədər türklər neçə
min illər monqollar və tunqus-mancurlarla Altay birliyinin tərkibində olmuşlar.
Zəngin mifoloji dünyagörüşü əsasında Tanrıçılığa (tək Tanrı təsəvvürünə) qədər
gəlib çıxan türklərin ata yurdu Mərkəzi Asiyadakı Tanrı dağlarının ətəkləri idi.
Onlar tədricən Cənuba, Qərbə və Cənub-Qərbə doğru münbit çöllərə yayılmağa
başladılar. Türk axınları xüsusilə eramızın ilk əsrlərində özünü daha ardıcıl, daha
60
məhsuldar və Avroasiya xalqlarının tarixinə həlledici təsirlərlə göstərməyə başladı.
Doğrudur, bir sıra tarixçilər türklərin hələ daha qədim dövrlərdə Qərbə-Romaya
yürüşləri, burada məskunlaşmaları barədə danışırlar. Eləcə də «tarixin başlandığı»
qədim Şumerdə türk izlərinin mövcudluğu çox az mütəxəssislərdə şübhə doğurur...
Ancaq bu «hadisələr» o qədər qədimdə qalmışdır ki, müasir xalqların keçmişini
təsəvvür etmək üçün bu və ya digər dərəcədə mübahisəsiz qəbul edilə biləcək çox
az şey verir. Qərbə axın edən türklər (hunlar) qədim dövrün sonu orta əsrlər
dövrünün əvvəllərində artıq Şərqi Avropanı məskunlaşdırmışdılar. Onların
«barbar» adlandırılan german və slavyanlarla ittifaqı Roma imperiyasına son
qoyub qocalmış Avropam cavanlaşdırdı. Attilanın hökmdarlıq elədiyi illərdə
həmin proses daha sürətlə gedərək türklərin dünya tarixindəki proqressiv rolunu
təsbit etdi.
Bu gün nəinki Şərqi, eləcə də Qərbi Avropanm bir sıra xalqlarının etnik tərkibində
türklərin danılmaz izləri vardır. Onu da nəzərə almaq lazımdır ki, türklərin Qərbi
Avropaya axınları heç zaman dayanmamış, orta əsrlərin sonlarına qədər davam
etmişdir.
Altay dağlarının ətəklərindən tədricən Cənuba, Qərbə və Cənub-Qərbə yayılan
türklər IX-XI əsrlərdə üç böyük tayfa ittifaqına, yaxud etnocoğrafı birliyinə
bölünürlər:
1)oğuzlar,
2)qıpçaqlar,
3)karluqlar.
Bu, türklərin ilk bölünməsi idi ki, həmin bölünmə təxminən min illik bir tarixə
malik idi.
Mərkəzi Asiya - Altay dağlan çıxış nöqtəsi kimi alınarsa, oğuzlar Cənub-Qərb,
qıpçaqlar Şimal-Qərb istiqamətində xeyli uzaqlara gedib çıxmış, karluqlar isə
Cənuba doğru yayılmışlar. Türklərin oğuz, qıpçaq və karluq tayfalarına bölünməsi
ilə yanaşı, yəni həmin bölünmə hələ başa çatmamış bu tayfalar daxilində də
61
bölünmə prosesi başlanmışdır ki, haqqında söhbət gedən proses orta əsrlərin
sonlarına qədər davam etmişdir.
Beləliklə, IX- XI əsrlər türklərin tarixində elə bir dövrdür ki, həm ilkin bölünmə
başa çatır, həm də ikinci bölünmənin konturları müəyyənləşir. Yəni bir tərəfdən
oğuzlar, qıpçaqlar və karluqlar var, digər tərəfdən müasir türk xalqlarının
«rüşeymlər»i görünür.
Oğuzlar, əsasən, türkmənlərə, Azərbaycan və Anadolu türklərinə, qıpçaqlar Altay,
qırğız, qazax, tatar və başqırdlara, karluqlar isə özbəklərə və uyğurlara bölünürlər.
Bununla belə, türklər Altay birliyindən ayrılarkən bəzi ümumi cəhətləri
saxladıqları kimi türk xalqları da ümumtürk xüsusiyyətlərini mühafizə etməkdə
davam edirlər.
Və beləliklə, Azərbaycan xalqı, əsasən, oğuz türklərinə aid olsa da, ümumtürk (və
ümumaltay!) etnik-mədəni kodunun daşıyıcısıdır
Azərbaycan xalqı bu geniş ərazidə yaşayan türk etnoslarından və qonşu
ölkələrdən gəlib burada məskunlaşan türkdilli digər etnosların qaynayıb-
qarışmasından yaranmışdır. Azərbaycan türkləri erkən dövrdən türk (prototürk)
dilində danışmış və heç birbaşqa xalqdan dönməmişdir. Azərbaycan xalqını öz
etnik və dil köklərindən qoparmaq üçün uzun müddət qondarma müddəalar
ortaya atılmışdır. Lakin XX əsrin 80-ci illərindən bəri Azərbaycan xalqının
etnogenzi məsələləri obyektiv şəkildə araşdırılaraq, qondarma, uydurma
nəzəriyyələrə tutarlı cavablar verilmişdir.
Bu sahədə Ə. Sumbatzadənin “Azərbaycanlılar, xalqın etnoqenizi və forma-
laşması” (1980), S. Əliyarlının” Azərbaycan xalqının etnogenizi haqqında “(1984),
F. Məmmədovanın “Alban etnosu məsələsinə dair” (1989), Q. Qeybullayevin
“Azərbaycan xalqının təşəkkülü yazdıqları sanballı əsərlər xalqın etnoqenezinin
öyrənilməsinə böyük töhvələr vermişdir.
62
Etnogenez məsələsinin öyrənilməsində Z. Bünyadov, İ.Əliyev, Y.Yusifov,
Rus alimlərindən Dyakonov, Trever, Novoseltseva və başqalarının böyük
xidmətləri olmuşdur.
Bir qədər də torpaqımızın qədim sakinləri olan Azərbaycanın şimal torpaq-
larına öz adlarını verən albanlar haqqında. Bəzi müəlliflər albanların lap qədimdən
məhz Azərbaycan dilli olmaları mülahizəsini irəli sürürlər. Albanların dilinin və
tarixinin öyrənilməsində Q.Voroşilin böyük rolu olmuşdur. O,göstərir ki, alban-
ağvan, ağuan oykonimi” comərdlər yurdu” mənasını verir Eyni zamanda
tədqiqatçı alim göstərir ki, Alban adının kökündə “ALP” sözü vardır ki, o da
qəhrəman , ər mənasını daşıyır. Tədqiqatçı alim K. Əliyev də bu fikirdədir. O,öz
mülahizələrini sübuta yetirmək üçün alban çarlarından Kosis və Oroyz (Uruz)
adlarının qədim Azərbaycan dilli soyların nümayəndələrinin adlarının olmasını
əsas götürür. Uruz adına biz Kitabi Dədə Qorqud da rast gəlirik. (Alp Aruz)
Albaniya ərazisində albanlardan əlavə müxtəlif dillərdə yaşayan müxtəlif tayfalar
olmuşlar. Şübhəsiz ki, bu tayfaların çoxu Azərbaycan dilli olmuşdur.
Bəzən Albaniyada yaşayan xalqları Qafqaz dilli tayfalar qrupuna daxil
edirlər. Lakin gəlin görək Albanların yaşadıqları Kür- Araz ovlağında bir dənə də
olsun Qafqaz dilli toponimə rast gəlinirmi?.
Bəzən tədqiqatlar göstərirlər ki, XI əsrdə bu yerlərə səlcuq türklərinin
gəlməsi və Azərbaycan xalqı təşəkkül tapmışdır. Lakin onlar səhv edirlər. Bunu
sübut etmək üçün göstərmək lazımdır ki, səlcuqlardan sonra bir dənə də olsun
səlcuqlarla bağlı və ya ayrı dildə toponim və oykonim qalmamışdır.
Tədqiqatçı V.Abayev göstərir ki, “Hər yeni soy öz sələflərindən nəsə alır, o
cümlədən toponimləri. Əgər bu əraziyə sonradan gəlmiş soylar albanları öz
içərilərində əritmişlərsə (assimilyasıya) onda heç olmazsa bir vəya bir neçə
toponim qalmalı idi. Deməli albanlar da bu əraziyə gələnlərələ eyni dildə
danışmışdır, və azərbaycan dilinin kökundə dayanmışlar. Belə olmasaydı biz
Azərbaycan dilində Qafqaz dillərinin qalıqlarını və ya təsirini görərdik.
63
Alban tayfaları Azərbaycan (türk) dilli olub e.ə. VII əsrdən –VIII əsrə qədər
Azərbaycan ərazisində məskunlaşmışlar. Onlar bir çox mənbələrdə alpan adı ilə də
tanınmışlar.”Kitabi Dədə Qorqud” eposunda biz alpan adlarına rast gəlirik və bu
da sübut redir ki, bizim yazılı abidəmizin tarixi daha qədimlərə gedib çıxır.
Hətta qazax, qırğız, özbək , türkmən xalqlarının formalaşmasında da alban
tayfalarının mühüm rolu olmuşdur. Bu ölkələrdə alban, alpan adı ilə bağlı çoxlu
oykonim, hidronim vardır.
Bir qədər də gəlmə soylar haqqında, hansı ki, onlarda Azərbaycan xalqının
etnogenezində önəmli rol oynamışlar. Əslində onların hamısını gəlmə hesab etmək
olmaz.(tarixçi Rəşiddədinin “Oğuznamə” sindən danışmalı) Hazırda dünyanın
hansı ölkəsini götürsən onların dillərinin də, özlərinin də gəlmə olduğunu
görərik .Tarix boyu etnosların –soyların miqrasiyası olmuşdur və indi də davam
edir.
Bu soylardan Azərbaycan ərazilərinə ən geniş şəkildə yayılanı saq (sak)
tayfaları olmuşdur. Belə ki, onların qalıqları eramızdan əvvəlki və sonrakı dövrdə
Azərbaycan ərazilərində yaşamışlar. Onların adları ilə bağlı çoxlu toponimlər indi
də qalmaqdadır. Saqların adı ilə bağlı ən qədim toponim Muğanda olmuş
Balasakan adıdır. Onalr e.ə. III yüzillikdə bu ərazidə yaşamışlar. Azərbaycannın
Şəki, Zaqtala , Arsaq adları bilavasitə saq tayfalarının adı ilə bağlıdır. Hətta saqlar
Naxçıvan ərazisinə qədər yayıla bilmişlər. Bunu Ordubadın Nusnus kəndində Saq
məhəlləsinin və Saq dağının olması sübut edir.
Azərbaycan ərazisində hələ də öz adını qoruyub saxlayan qədim tayfalardan
biri də qaşqaylar olmuşdur. Onların Azərbaycan ərazisinə gəlmə tarixləri dəqiq
məlum olmasada e.ə. II minillikdə onların kiçik Asiyada yaşamaları və hətta
şəhərlərinin olması məlumdur. Sonrakı dövrdə onların bir qismi miqrasiya
nəticəsində Azərbaycan ərazilərinə köçmüşlər.
Qədim sakinlərdən biri də saspurilərdir. Yunan tarixçisi Herodat saspurilərin
Araz sahilərindəə yaşadıqlarını göstərir. Görkəmli gürcü alimi Melikişivili saspur
64
soy birləşmələrinin tərkibinə xirruq –urartu və işqut-qimmir soy birləşmələrinin
də daxil edir. Tədqiqatlar belə hesab edirlər ki, saspuilərlə savirlər (sabir, Subar)
arasında oxşarlıq vardır. Çox güman ki, tayfalar II-III əsrlərdə dış hullarının bir
qolunu təşkil etmişlər. Bu hunların bir qupu isə Xəzərin qərb sahilində, indiki
Quba-Xaçmaz, Dəvəçi rayonları ərazisində məskun olmuşlar.
Azərbaycan xalqının formalaşmasında yuxarıda göstərilən etnoslarla yanaşı
biz gənlər(peçenek)qarqarlar, hunlar, xəzərlər, onoquzlar, sarqurlar (on oğuz, sarı
oğuz) qıpçaqlar və s.etnoslar haqqında da məlumat verməliyik. Lakin mühazirədə
bütün bu xalqlar haqqında məlumat verməyə imkanımız yoxdur.
Azərbaycan xalqının və dilinin təşəkkülü məsələlərinin öyrənilməsində böyük
əməyi olan Q. Voroşil çox qiyymətli bir tədqiqat aparmışdır. Məlumdur ki, Moisey
kalankatulunun “Albaniya”kitabı VII əsardə yazılıb. Bu dövrdə Azərbaycan dili
artıq təşəkkül tapmışdır və demək bu əsər məhz Azərbaycan dilində yazılmışdır.
Əsərdə külli miqdarda türk sözlərinin olması dediyimizi sübut edir.Məsələn əsərdə
biz xan, xaqan, xatun, tənin,turkan kimi rütbələrə, əyləntürk, bulqar, onoqur,
hinoqur hun, xəzər, peçenek, (gəngər)və s.kimi hironimlərə,alp Qazan,qonaq kimi
antroponimlərə hunestan, türkstan kimi toponimlərə rast gəlinir.
Hər bir xalqın mənşəyi onun dili müəyyən edilir. Diletnik mənsubiyyəti
bildirən yeganə əlamətdir. XX əsrin 30-cu illlərin sonuna kimi azərbaycanlılar
“türk, türk xalqı dili isə “türk dili adlanırdı. Lap qədimdən bəri Azərbaycan
ərazisində trük dilində danışan etnoslar yaşamışdır. Son illərdə türk dillərində
danışan əhalinin Azərbaycanda aborigen olmasını inkar edirdilər. Lakin
qaynaqların araşdırılıb öyrənilməsi bu mülahizlərin əsassız olduğunu sübut etdi.
Azərbaycan dili türk dilləri ailəsinə mənsudur. Deməli Azərbaycan türklərinin
mənşəyi dil mənsubiyyətinə uyğun Azərbaycanda yaşamış qədim türk etnoslarının
tarixi ilə bağlanmalıdır.
Qərbdə Egey dənizi hövzəsindən ta Anadoluda daxil olmaqla Şərqdə Çinə
qədər, Rusiya çölləri də daxil olmaqla: cənubda İran yaylasına qədər geniş ərazidə
65
türk xalqları təmsil olunmuşlar. Hər bir türk xalqı bu ərazidə müxtəlif adlar altında
formalaşmışlar. Bu proses erkən orta əsrlərdə baş vermişdir. Eləcə də Azərbaycan
xalqının mənşəyində burada yaşamış və müxtəlif dövrlərdə ona qaynayıb qarışmış
türk etnosları yaxından iştirak etmişlər.
Beləliklə, Azərbaycan xalqının və Azərbaycan dilinin formalaĢması haqqında indi
əsasən iki mülahizənin olduğu aydınlaĢır: 1) Azərbaycan xalqının etnogenezində
yerli (Qafqaz mənĢəli) etnoslarla yanaĢı gəlmə (türkdilli və irandilli) etnoslar da
iĢtirak etmiĢ, tarixən türkdilli etnoslar böyük üstünlük təĢkil edərək e. XI-XII
əsrlərində türkdilli Azərbaycan xalqının formalaĢmasına gətirib çıxarmıĢdır; 2)
358
Azərbaycan xalqı ta qədimdən bu ərazidə yaĢayan yerli türk etnosların və
qonĢu ölkələrdən gəlib burada məskunlaĢmıĢ, türk dillərində danıĢan1 digər
tayfaların qaynayıb-qarıĢmasından yaranmıĢ, formalaĢma prosesində və sonrakı
dövrlərdə onun tərkibinə baĢqa dillərdə danıĢan ayrı-ayrı etnoslar, xüsusilə
farsdilli tayfalar daxil olmuĢdur; Azərbaycan türkləri erkən dövrdən türk
(prototürk, erkən türk) dilində danıĢmıĢ və heç bir baĢqa xalqdan dönməmiĢdir
Beləliklə, gördüyümüz kimi, haqqında bəhs etdiyimiz dövrdə tarixi Azərbaycan
ərazisində cərəyan edən dil, ərazi, mədəniyyət və iqtisadi əlaqələr vəhdəti
zəminində yeni etnik birliyin - türkdilli Azərbaycan xalqının təĢəkkülü prosesi
baĢa çatır. Böyük axınla Azərbaycana gələn oğuz türklərinin bu prosesdə iĢtirakı
isə Azər-baycan türklərinin səlcuq yürüĢlərindən əvvəl baĢlayan formalaĢmasını
yalnız sürətləndirmiĢdi.
Bu prosesin baĢa çatması nəticəsində təqribən bugünkü Azərbaycan
dilimizdə danıĢan və artıq əksəriyyəti təĢkil edən xalqımızın təĢəkkülündən
sonra da Azərbaycan ərazisində, əvvəllər olduğu kimi, qafqazdilli və irandilli
xalqlar yaĢayırdılar. Maraqlı burasıdır ki, Azərbaycanın etnik xəritəsi bu gün də
min il əvvəlki cizgilərini saxlamıĢdır. Bu gün də Azərbaycan torpağında indi
"azsaylı xalqlar" adlandırdığımız irandilli talıĢlar, tatlar, kürdlər və b., qafqazdilli
udinlər, ləzgilər, xınalıqlar, bııduqlar və b. yaĢayırlar.
66
Beləliklə Azərbaycan dilinin və xalqının təşəkkülü III-VII əsarlərdə baş
vermiş,VII-VIII əsarlərdə başa çatmışdır.
67
VI MÖVZU
IX –XII əsrlərdə Azərbaycan feodal dövlətləri.
P L A N
1.Xilafətin dağılması şəraitində Azərbaycanda İctimai siyasi vəziyyət Müstə-
qilləşmə prosesinin başlanması.
2.Müstəqil feodal dövlətlətləri: Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər,
Şirvanşahlar.
3.Azərbaycan Atabəylər dövlətinin yaranması. Şəmsəddin Eldəniz
4.IX-XII əsrlərdə Azərbaycanın təsərrüfat həyatı, şəhərlər və mədəniyyət.
Ədəbiyyat
1. Azərbaycan tarixi.VII cilddə, II cild, Bakı, 2008, səh.283-424.
2. İradə Nuriyeva “Azərbaycan tarixi” Bakı, 2015
2. Azərbaycan tarixi.Z.Bünyadovun redaktorluğu ilə Bakı, 1994,səh. 273-322.
3. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989, səh. 121-137.
4. Bünyadov Z.M. Azərbaycan Atabəylər dövləti. Bakı, 1985,səh.185-220.
5. Şərifli M.X.IX əsrin 2-ci yarası-XI əsrlərdə Azərbaycan feodal dövlətləri.
Bakı, 1978, səh. 258-343.
6. Kərimov N.Odlar yurdunun səyyah və coğrafiyaşünasları. Bakı, 1996.
68
Abbasilər Xilafəti tarixində IX əsrin sonu, X əsrin əvvəli geniĢ ərazili
müsəlman imperiyasının ucqarlarındakı yerli hakim və canişinlərin separatizminin
güclənməsi ilə əlamətdardır. Onlardan hər biri mərkəzi hakimiyyətin üzlədiyi
çətinliklərdən, eləcə də idarə işini boş buraxmasından istifadə edərək ayrılmağa,
yarımmüstəqil və yaxud müstəqil dövlət qurumu yaratmağa can atırdı. Belə hakim
və caniĢinlər ilk növbədə xəlifə xəzinəsinə göndərdikləri vergilərin məbləğini
azaltmağa baĢlayır, sonra isə bu iĢi tamam dayandırırdılar.
Mərkəzi hakimiyyətdən birinci olaraq Mərakeş, Əlcəzair, Tunis və Liviya
ayrıldı. 788 və 800-cü illərdə həmin ərazilərdə İdrisilər, sonra isə Əqləbilər sülaləsi
möhkəmləndi. 20 il sonra Yəməndə Zeydilər, Xorasanda Tahirilər və baĢqa bu
kimi dövlətlər meydana gəldi. 861 -ci ildə xəlifə əl-Mütəvəkkil öldürüldükdən
sonra babə-kilər hərəkatının təsirilə artıq tamam zəifləmiĢ Xilafətin parçalanması
prosesi yenidən baĢlanır: Təbəristanda Ələvilər, Ġranda Səffarilər, Misirdə
Tulunilər, Xorasan və Orta Asiyada Samanilər dövlətləri yaranır.
Əsarət altına alınmış xalqların azadlıq mübarizəsi, daxili çəkişmələr, iri
feodalların mərkəzi hakimiyyətə tabe olmaması Xilafəti zəiflətdi və onun
ərazisində müstəqil dövlətlərin yaranmasına gətirib çıxartdı.İlk əvvəllər
imperiyanın ucqarlarında, o cümlədən Azərbaycanda kiçik dövlətlər-əmirlərliklər
yarandı (Bərdə, Qəbələ, Şəki və s.).IX əsrin ikinci yarısından başlayaraq
Azərbaycan ərazisində Şirvanşah Məzyədilər, Sacilər, Salarilər, Şəddadilər,
Rəvvadilər dövlətləri meydana çıxdı.Onlar ərəb əsarətindən qurtarmağa cəhd
edirdilər, buna görə onların yaranması müsbət hal idi.Lakin ölkənin xırda feodal
dövlətlərinə parçalanması xarici düşmənlərdən qorunmağı çətinləşdirirdi.
IX əsrdə Xilafətə qarşı mübarizə şəraitində Azərbaycanda meydana gələn
feodal dövlətlərdən biri də paytaxtı Ərdəbil şəhəri olan Sacilər dövləti (889-942-ci
illər) idi. Yeni sülalənin banisi hesab edilən Əbu Saç Divdad "adlı-sanlı türk
sərkərdələrindən" olmaqa Xilafət ordularının döyüşlərində dəfələrlə sınaqdan
çıxmış, Səhl ibn Sumbatın xəyanəti nəticəsində Babəkin tutulub Bərzəidə, Afşinin
düşərkəsinə aparılmasında iştirak etmişdi.
69
Sacilər mənşəcə türk idilər. Əbu Sac Divdad və onun varisləri Məhəmməd
və Yusif muxtəlif vaxtlarda Xilafətin əyalət hakimləri olmuş Abbasilər
hakimiyyətinə qarşı baş vermiş üsyanların yatırılmasında fəal iştirak etmişdilər.
Sacilərin banisinin Əbu Sac Divdad hesab edilməsinə baxmayaraq, dövlət
onun ölümündən xeyli sonra oğlanları Məhəmmədin və Yusifin dövründə
yaranmışdı. Xidmətləri ilə Xəlifənin rəğbətini qazandığına görə, 889-cu ildə
Məhəmməd Azərbaycanın hakimi təyin olundu. Təbərinin yazdığına görə,
o, "Azərbaycana gəldikdən dərhal sonra özünü müstəqil elan edib, Xilafətə tabe
olmaqdan boyun qaçırtdı". Lakin mənbələrdə qeyd edilir ki, Məhəmməd xəlifə ilə
əlaqəsini tamamilə kəsə bilmir və tez-tez sazişə girməli olurdu.
Məhəmməd ona qarşı itaətsizlik göstərən Marağa hakimini susdurdu və şəhəri
ələ keçirdi. 893-cu ildən başlayaraq o, bir neçə dəfə Ərməniyəyə uğurlu yürüşlər
təşkil etdi, Naxçıvandan keçərək Dvin hasarlarına qədər çatdı və erməni hakimi I
Sumbatın ailə üzvlərini və yaxın qohumlarını əsir götürdü, onun özünü güzəştə
getməyə məcbur etdi. Qələbədən sənra Məhəmməd öz oğlu Divdadı Ərməniyəyə
hakim təyin edib, özü Gürcüstana gedərək, Tiflisi və digər şəhərləri soyub taladı.
Bu qələbələr Məhəmmədin şöhrətini yüksəltdi. Qonşu dövlətlərin hakimləri ondan
çəkinməyə başladılar.
Bacarıqlı sərkərdə olan Yusifin qibtə ediləcək dərəcədə çevikliklə rəqiblərini
əzməsi, hakimiyyəti möhkəmləndirməsi, əvvəlki siyasi nüfuzunu bərpa etməsi,
Azərbaycanın müstəqilliyinin reallaşdırması Bağdadda xəlifə sarayına rahatlıq
vermirdi. Ona görə də xəlifə onu "idarə etdiyi Azərbaycan, Ərməniyə, Arran,
Beyləqan və s. əyalətləri buraxıb, İkiçayarasından "təhlükəli bir səfərə", Xilafətə
qarşı üsyan qaldırmış qərimətlərə qarşı müharibəyə göndərdi. 927-ci il dekabrın
27-də Kufə şəhəri yaxınlığındakı döyüş zamanı Yusifin qoşunu məğlub oldu. O
özü yaralandı, əsir düşdü və öldürüldü.
Sacilər sulaləsinin hakimləri içərisində Yusif ən nüfuzlusu olmaqla 24 il bu
dövləti idarə etmişdi. Sacilər dövləti
istiqlaliyyət qazandı. Azərbaycan torpaqları mərkəzləşdirildi ki, bunun
sayəsində də təsərrüfatın canlanmasına, şəhərlərin, sənətkarlığın, ticarətin və
70
mədəniyyətin inkişafına xeyli zəmin yarandı. Onun maliyyə və vergi sahəsində
obyektin siyasəti ölkədə iqtisadiyyatın dirçəlməsinə və əhalinin artmasına təkan
verdi.
Yusifin ölümündən sonra hakimiyyət əldən-ələ keçdi. Onun sərkərdəsi
Deysəmin dövründə Azərbaycan yenidən müharibə meydanına çevrildi. 942-ci ildə
Sacilər sülaləsinin hakimiyyətini Salarilər əvəz etdilər.
Salarilər dövləti. Dövlətin yaradıcısı Mərzuban ibn Məhəmməd Kilan
vilayətindəki Salarilər tayfasına mənsub olduğundan dövlət Salarilər adlanırdı.
Dövlətin təməlini qoyan Mərzuban ibn Məhəmməd çox uzaqgörən, ağıllı, mərd və
cəsur şəxsiyyət, görkəmli dövlət xadimi olmuşdu. O, yuxarıda qeyd edildiyi kimi,
942-ci ildə Sacilər hakimi Deysəmi məğlub edərək Azərbaycanı tutdu. Həmin
tarixdən hakimiyyət onun təmsil etdiyi Salarilər sülaləsnnin (942-981) əlinə
keçdi. Salarilər dövlətinin də paytaxtı Ərdəbil idi.
Salari hakimi Mərzuban ibn Məhəmməd çətin mubarizə şəraitində Sacilər
dövlətinin hakimiyyəti altında olan Azərbaycan torpaqlarına sahib olaraq öz
səltənətini möhkəmləndirməyə çalışdı. Möhkəmlənməkdə olan gənc dövlət yeni
fəlakətlə üzləşdi. Mənbələrdə Rus adlanan tayfalar təbiətinin və sərvətinin
zənginliyinə görə Qafqazın mirvarisi hesab edilən Bərdə şəhərinə hücum etdilər.
Xalq müqəddəs torpaq uğrunda mübarizəyə qalxdı. Görünməmiş qırğınlar və
talanlar başlandı, gözəl binalar dağıldı, şəhər əvvəlki əzəmətini itirdi. Bundan
istifadə edən Məsul hakimi Azərbaycanın cənubunda Səlmas şəhərinə basqın etdi.
Salari hakimi Bərdənin müdafiəsini sərkərdələrindən birinə tapşırıb, özü Səlmasın
harayına getdi. Onun bu yürüşü uğurlu oldu. Döyüşlərdəki qələbələr sayəsində
ölkənin cənub-qərb vilayətlərindən düşməni qovduqdan sonra, Azərbaycanın
şimal-qərb vilayətlərini və Ərməniyəni öz hakimiyyəti altına keçirdi. Sacilərin
dövründə olduğu kimi, Şirvanşah Məzyədilər dövləti Salarilərə tabe
edildi.Bununla da Salarilərin şimal sərhədi Dərbəndə qədər uzandı.
Azərbaycanın cənub-şərq vilayətlərinin, xüsusilə, Zəncanın, Əbhərin, Qəzvin
və İsfahan hakiminin asılılığında qalması Mərzubanı narahat edirdi. Onun məqsədi
Azərbaycanın qədim sərhədlərinin bütövlüyünə nail olmaq idi. O, bu niyyətlə 948-
71
ci ildə hərbi yürüşə başlayaraq Qəzvinə getdi. Mərzubanın
5 min nəfərlik ordusu düşməninkindən dəfələrlə az idi. Buna baxmayaraq, o,
döyüşdən imtina etməyi qeyrətinə sığışdıra
bilmədi. Saatlarla davam edən savaş Mərzubanın məğlubiyyəti ilə başa çatdı. O,
sərkərdələri ilə birlikdə əsir düşdü. Onun əsirlikdə olduğu dövrdə Azərbaycanda
hakimiyyət uğrunda feodalara müharibələri yenidən qızışdı. Hakimiyyəti əvvəlcə
Mərzubanın atası, sonra isə qardaşı Vəhsudan
ələ keçirdiyi hakimiyyət uğrunda mübarizədə keçmiş Sacilər
dövlətinin hakimi Deysəm də iştirak edirdi. O, Zəncanda, Azərbaycanın və
Ərməniyənin bir hissəsində hakimiyyəti
bərpa etdi. Salarilərin qoşunu maaşla saxlanılan süvari dəstələrindən
və piyada hissələrindən ibarət idi. Onların dənizdə gəmiləri də vardı.
40 il yaşamış Salarilər dövləti təkcə Azərbaycan və
Qafqazdakı feodal dövlətlərlə deyil, Ön Asiyadakı nüfuzlu dövlətlərlə də
müqayisə olunmağa layiq idi. X əsrin II yarısında Azərbaycanda meydanagələn
müstəqil feodal dövlətlərdən biri də paytaxtı Gəncə olan Şəddadilər
dövləti idi. Onun ərazisi əsasən Kür və Araz çayları arasındakı torpaqları
əhatə edirdi. Şəddadilər şimal tərəfdən Şəki və Kaxetiyaçarlığı ilə, cənubdan
Rəvvadilər dövləti ilə həmsərhəd idi. Dövlətin cənub-qərbində yerləşən Dəbil
şəhəri də Şəddadilərə tabe idi. Müəyyən dövrlərdə Şəki və Kaxetiya çarlığının bəzi
əraziləri də onlardan asılı vəziyyətə düşmüşdü. Ərməniyənin xeyli hissəsi
Şəddadilərin hakimiyyəti altında idi.
Bu dövlətin yaradıçısı hesab edilən Məhəmməd ibn Şəddad mənşəcə kürd idi.
O, Dəbil ətrafında yaşamaqla siyasi fəaliyyətə X əsrin ortalarında başlamışdı.
Əslində, Şəddadilər dövləti Salarilərin dövründə və onların
ərazisində meydana gəlmişdi. Salari hakimi Mərzuban əsirlikdə qaldığı beş il (948-
953) müddətində onun varisləri arasında hakimiyyətin qızışdığı şəraitdə
dövlət xeyli zəiflədi. Ona tabe olanfeodal əyanlar içərisində müstəqillik meylləri
gücləndi. Belə feodallardan biri Məhəmməd ibn Şəddad idi. O, fürsətdən istifadə
edərək, Dəbili tutdu və özünü mustəqil elan etdi. Lakin o, burada möhkəmlənə
72
bilmədi. Mərzuban əsirlikdən xilas olduqdan sonra hakimiyyətini
bərpa etdiyi zaman Dəbil Şəddadın əlindən çıxdı. Onun ölümündən sonra,
oğlanları Fəzl və Ləşkəri Gəncəyə gəldilər və 971-ci
ildə Salariİbrahimin Gəncədəki naibini qovaraq burada hakimiyyəti ələ
keçirdilər. MüharibədəƏbülhəsənLəşkəriyə gücü çatmayan Salari hökmdarı İbrahi
m ibn Mərzuban onunla muqavilə bağladı və Şəddadilər dövlətini rəsmən tanımağa
məcbur oldu. 971-ci ildən Şəddadilər dövləti fəaliyyətə başladı. Bu hadisə
Ləşkərinin nüfuzunu artırdı o, az müddət ərzində Bərdəni, Şəmkiri,
Ərməniyənin xeyli hissəsini öz dövlətinə birləşdirdi, ölkədə əmin-amanlıq yaratdı.
Səkkiz illik hakimiyyəti dövründə Şəddadilər dövləti möhkəmləndi və ərazisi
genişləndi. Onun varisi Fəzlin dövründə Beyləqan Şəddadilər dövlətinə
birləşdirildi. Ağıllıdiplomat olan Fəzl dövlət işlərini məharətlə idarə edirdi.
Ərəb tarixçisi ibn əl-Əsirin məlumatına görə, "Kürd Fəzlun 1030-cu ildə xəzərlər
üzərinə hücum etdi. Onlardan çox adam qırdı,əsir tutdu və böyükmiqdarda qənimət
aldı".
Şəddadi Fəzl uğurlu xarici siyasətlə yanaşı, ölkənin daxili işləri ilə məşğul
olmağı da unutmur, sənətkarlığın, ticarətin, mədəniyyətin inkişafına qayğı
göstərirdi. O, ticarət və hərbi məqsədlə Araz çayı üzərində körpu saldırdı.
Gəncədə öz adına pul kəsdirdi. Onun Şirvanşah Manuçöhrlə(1027-1034) qohum ol
masına baxmayaraq,
Şəddadilərlə Şirvanşahlar arasındakı dostluq və qohumluq sabit deyildi.
Şəddadilər tez-tez Şirvanşahlar, Rəvvadilər və gürcü hakimləri ilə müharibələr
edirdilər.
Şəddadilərin görkəmli
hakimlərindən olan Əbüləsvər Şavurun dövründə (1050-1067)
dövlət daha da möhkəmləndi. Şavur iqtisadi, ictimai həyatda və
xüsusilə, orduda bir sıra
faydalı islahatlar keçirərək,Gürcüstanla və Şirvanşahlarla müharibələri davam etdir
di. Alan tayfalarının, qonşu feodal dövlətlərin və xüsusilə, şöhrəti gündən-
günə artmaqda olan səlcuq türklərinin
73
basqınlarından qorunmaq üçün tədbirlərgördü. Gəncənin ətrafında xəndək
qazdırıb, hasar çəkdirdi. Onun tapşırığı ilə Dəmirçi İbrahim 1063-cü ildə Gəncənin
dəmir qapılarını düzəltdi. Həmin il Şirvana bir neçə yürüş təşkil
edərək, onlardan 40 mindinar xəraç aldı. Lakin siyasi vəziyyətin dəyişməsi ilə
əlaqədar olaraq Şavur hakimiyyətinin sonunda səlcuqların vassallığını qəbul
etməyə məcbur oldu.
Şəddadilər dövlətinin axırıncı əmiri olan III Fəzlun (1074-1088)
vassalı olduğu səlcuq sultanlığına qarşı mübarizəni davam "etdirmək istəyirdi.
Mənbələrin məlumatından aydın olur ki, Yaxın və OrtaŞərqdə,
həmçinin, Zaqafqaziyada güclü dövlət yaradan Səlcuq türkləri
Şəddadilərin daxili müstəqilliyini özləri üçün təhlükə hesab edirdilər. Ona görə də,
Səlcuq sultanı Məlikşah öz sərkərdəsi Buğanı qoşunlaGəncəyə
göndərdi. Buğa 1088-ci ildə Gəncəni tutdu və III Fəzlunu əsir
götürərək Bağdada göndərdi. O, 1091-ci ildə orada, əsirlikdə öldü. Beləliklə, 1088-
ci ildə Şəddadilər dövlətinin tarixi sona çatdı.
Orta əsr müəllifləri Rəvvadilər sülaləsinin tarixi və dövlətin yaradıcısı
Əbülheyca Rəvvadinin şəxsiyyəti barədə dolaşıq fikirlər söyləmişlər.
Əbulheycanın mənsub olduğu Rəvvadilər (mənşəcə ərəb idilər)
sülaləsinin tarixi qədimdir. Onlar VIII əsrdə Təbrizdə, Marağada,
Əhərdə, Qaradağda hakimlik etməklə uzun müddət müstəqilliyə can atmışdılar.
RəvvadilərinmənşəcəSalarilərləyaxınlığı olmamışdı.
X əsrin ortalarında və ikinci yarısındaƏhər
(Qaradağ) hakimi ƏbülheycaRəvvadiSalarilər
dövlətinin hakimi Mərzubana, sonra isə onun varisi İbrahimə tabe olan və xərac
verən nüfuzlu feodallardan idi. Əbulheyca yaranmış tarixi şəraitdən istifadə edərək,
981-ci ildə Salari İbrahimə tabe olmaqdan boyun qaçırdı, onunla mübarizəyə
başladı, qalib gəldi və hakimiyyəti ələ aldı. Beləliklə, Rəvvadilər dövləti rəsmən
yarandı. Vaxtilə Salarilər dövlətinin əlində olan Azərbaycan və Ərməniyə
torpaqları Rəvvadilərin hakimiyyəti altına keçdi. Dövlətin paytaxtı Ərdəbildən
Azərbaycanın qədim və zəikin şəhəri Təbrizə köçurüldü.Bu zaman Təbriz Ərdəbilə
74
nisbətən iqtisadi, siyasi və mədəni cəhətdən xeyli tərəqqi etmişdi. Təbrizin təbii-
çəğrafi mövqeyi paytaxt şəhəri uçun daha münasib idi. Rəvvadilər dövlətinin
ərazisi əsasən indiki İranAzərbaycanı ərazisini əhatə edirdi. Əbülheyca hakimiyyəti
ələ keçirib dövlətin daxili işlərini səhmana saldıqdan sonra 987-ci ildə
Ərməniyəyə hücum edərək onu özünə tabe edib əhali üzərinə vergi qoydu və xərac
aldı. O, Xəy və Urmu feodallarını da hakimiyyəti altına keçirtdi. Dövlətin ərazisi
genişlənməklə yanaşı, onun nüfuzu da yüksəlirdi. Əbülheycanın
varislərindən olan Əbu Mənsur Vəhsudan da (1020-1059) ölkə daxilində bir sıra
tədbirlər həyata keçirdi. Mərkəzi hakimiyyəti xeyli güçləndirdi. Onun dövründə
Şəddadilərlə düşmənçilik davam etdi. 1042-
ci ilin oktyabrındaTəbrizdə güclü zəlzələ baş verdi. Mənbələrin məlumatına görə,
zəlzələ nəticəsində bir çox binalar və qalalar dağıldı, 40 mindən
artıq adam tələf oldu, şəhərin müdafiə qabiliyyəti zəiflədi. Şəhərin
ətrafındakı qala hasarları uçulub-dağıldığından Rəvvadi Vəhsudan Təbrizi
tərk edib başqa qalaya köçdü. Şəhərin bərpa işləri başa çatdırılmamış Toğrul bəyin
başçılıq etdiyn səlcuq türkləri
Təbrizə hücum etdilər hücuma hazır olmayan Vəhsudan muqavimət göstərə
bilmədi.
İbn əlƏsirinyazdığınagörə, "səlcuq hakimi Toğrul bəy bir sıra
qələbələrdən sonra, 1054-cü ildə Təbrizə
gəldiyi zaman Rəvvadi hakimi Vəhsudan siyasi hakimiyyəti
əlində saxlamaq məqsədilə səlcuqların vassallığını qəbul etməyə məcbur oldu".
IX-XI əsrlərdə gərkin mübarizə şəraitində Azərbaycanda
müstəqil feodal dövlətlərin yaranması müstəsna əhəmiyyəti olan hadisə idi. Həmin
dövlətləri yaradan sülalələrin mənşəyindən və
mənsubiyyətindən asılı olmayaraq, bu dövlətlər Azərbaycan
torpağında milli zəmində təşəkkül tapırdılar.
75
3. . XII əsrin 30-cu illərində Yaxın Şərqlə baş verən siyasi hadisələrin
zəminində böyük tarixi hadisə baş verdi. Azərbaycan Atabəylər dövləti (1136-
1225) meydana çıxdı. Atabəylər dövlətinin banisi zəmanəsinin ağıllı diplomatı,
uzaqgörən dövlət xadimi Şəmsəddin Eldəniz (1136-1175) idi. Onun uşaqlığı son
dərəcə ağır keçmiş, valideyinlərini çox erkən itirmiş, qul bazarlarında satılaraq
əldən ələ keçmişdi.
Orta əsr tarixçiləri Mirxond və nəvəsi Xondəmir Şəmsəddin Eldənizin həyatı
haqqında məlumat vermişlər. (Rövzət əs-səfa “ və “Həbib əs siyar” adlı əsərlərində
)
O, Sultan Mahmud dövründə (1118-1131) bir qul kimi alınmış və İraqa apa-
rılaraq vəzir Əhməd əs-Sümeyrəməyə satılmışdır. 1122-ci ildə Sumeyrəmə Sultan
tərəfindən öldürülür və onun varidat Sultan Mahmudun ixtiyarına keçir. Deməli
Şəmisəddin Eldəniz də onun xidmətinə keçir. Sultan onun bacarığını görüb
tərbiyəsini əmir Nəsrə tapşırır. Çox çəkmir ki, O, at oynatmaq, qılınc çalmaqda öz
yaşıdlarını ötür. Bundan sonra sultan onu Əhlivan–salar (mətbəx başçısı) təyin
edir.
1132-ci ildə hakimiyyətə Sultan Toğrul keçir və Şəmsəddin Eldəniz
məmlüklər sırasına keçirilir. Sultanın arvadı Möminə xatun ona böyük iltilaf
(simpatiya) göstərdi. Bir az sonra Eldəniz əmir rütbəsinə çatdırılır. Sultan Toğrul
Eldənizi özünün azyaşlı oğlu Arslana atabəy (qəyyum) təyin edir. Sultan Toğrul
öləndən sonra Sultan Məsud Eldənizi dul qalmış Möminə xatunla evləndirir. Onun
iki oğlu və bir qızı olmuşdur.1136-cı ildə Sultan Məcud Arranı Şəmsəddin
Eldənizə iqta verir və o, yavaş-yavaş bütün Azərbaycana yiyələnməyə başlayır.
1160-cı ildə oğulluğu Arslan hakimiyyət -Sultan taxtına yiyələnsə də, dövləti
faktiki olraq Şəmsəddin Eldəniz idarə edirdi.
Tarixçilər Azərbaycan Eldənizlər dövlətinin və onu idarə edən sülalənin (Ata-
bəylər) tarixini 3 dövrə bölürlər: təşəkkül (1136-1160), çiçəklənmə (1160-1191),
tənəzzül (1191-1125) .
76
Birinci və ikinci dövrlərdə əldə edilən nailiyyətlər Eldənizin və onun
oğlanları-nın adı ilə bağlıdır. Qızıl Arslanın ölümündən sonra Cahan Pəhləvanın
oğlanları Əbu Bəkir (1191-1210) və Özbəyin (1210-1225) hökmdarlığı dövründə
dövlət tənəzzülə uğramış və Xarəzmşah Cəlaləddinin hücumu ilə süqut etmişdir.
Səlcuq şahzadələri arsında gedən mübarizədən məharətlə istifadə edən Şəmsəddin
Eldəniz 1160-cı ildə 20 minlik qoşunla Həmədanı alaraq atabəyi olduğu Arslan
şahı taxta çıxardı. Həmin dövrdən Şəmsəddin Eldəniz İraq Səlcuq dövlətinin
böyük atabəyi adlandı. Əslində dövləti o özü idarə edirdi. Şəmsəddin Eldəniz
Sultanın və özünün imkanlarından istifadə edərək oğlanlarının feodal iearxiyasının
ən yüksək pilləsində möhkəmləndirməyə nail oldu. Cahan Pəhləvanı hacib, Qızıl
Arslanı isə Sultan ordusunun baş sərkərdəsi təyin etdi.
Təbriz və Naxçıvan Atabəylər dövlətinin paytaxtı oldu.
Şəmsəddin Eldəniz 1161-ci ildə Həmədan yaxınlığında Rey vilayətinin
qoşunlarını məğlub etdi. Rey vilayətini iqta şəkilində oğlu cahan Pəhləvana verdi.
Tədricən Qum, Qəzvin, Ərdəbil, Marağa, Kirman vilayətləri də Eldənizdən asılı
vəziyyətə düşdülər. Eldənizin nüfuzu getdikcə artırdı. Ziya Bünyadov yazır:
“Atabəy Eldəniz əsl hökmdar idi. Əmrləri O, verir, İqta torpaqlarını paylayır,
dövlət xəzinəsinə o, nəzarət edirdi. Sultan Arslan Şah İbn Toğrulun ancaq adı
hökmdar idi.” Atabəylər öz torpaqlarını genişləndirməyə çalışırdılar. Onlar tez-tez
Şirvana və Ərməniyyəyə yürüşlər təşkil edir, Gürcüstanla düşmənçiliyi davam
etdirirdilər.
Gürcülər hətta 1139-cu ildə Gəncə zəlzələsindən az sonra şəhərə hücum
edərək oranı talamış və “Gəncə darvazalarını” qənimət kimi aparmışdılar.
1161-ci ildə Gürcülər 30 minlik qoşunla Gəncə və Dəbil şəhərinə hücum
edərək böyük vəhşiliklər törətdilər. Gürcülərin vəhşi hərəkətlərinə cavab olraq
1163-cü ilin yanvarında Şəmsəddin Eldəniz 50 minlik qoşunla Gürcüstana hücum
edərək 1 aydan çox vuruşdu. Çoxlu sayda adam öldürdü, əsir götürdü və hərbi
qənimət ələ keçirdi. Lakin bundan nəticə çıxarmayan gürcülər 1164 və 1166-cı
77
illərdə Azərbaycana yenidən hücumlar etmiş və Gəncəyə qədər gəlmişdilər. 1174-
cü ildə yenidən Eldəniz Gürcüstana yürüş etmiş və onları daha ağır məğlubiyyətə
uğratmışdır.
Mənbələrdə deyilir: “Abxazlar (gürcülər) darmadağın edildi, müsəlmanlar elə
bir qələbə çaldı ki, beləsini kimsə xatırlaya bilməzdi”.Gürcüstan yürüşündən
qayıtdıqdan sonra 1175-ciilin noyabrında Şəmsəddin Eldəniz Naxçıvanda vəfat
etdi.(ondan 1 ay əvvəl arvadı Möminə xatun vəfat etmişdi.) Az sonra Sultan Arslan
şah da vəfat etdi. Sultanlıq taxtına onun 7 yaşlı oğlu III Toğrul keçdi. Məhəmməd
Cahan Pəhləvan III Toğrula atabəy təyin edildi. Cahan Pəhləvanın dövründə
mərkəzi hakimiyyət daha da möhkəmləndi. O, Azərbaycanın idarə olunmasını
qardaşı Qızıl Arslana tapşırdı və eyni zamanda onu oğlu Əbu Bəkirin atabəyi təyin
etdi. Təbriz Qızıl Arslanın paytaxtı oldu.
Cahan Pəhləvanın dövründə (1175-1186) Atabəylər dövlətinin ərazisi dahada
genişləndi. Dövlət iqtisadi və siyasi cəhətdən dahada möhkəmləndi. Atabəylərin
təkcə 50 minlik süvari ordusu var idi.
80-ci illərdə Misir və Suriya ilə münasibətlər kəskinləşdi. 1185-ci ildə Qızıl
Arşlan böyük qoşunla Mosula tərəf hərəkət etdi. 1185-ci ildə Cahan Pəhləvan özü
də Əhlətə gəldi və münaqişəni dinc yolla öz xeyrinə həll etdi. Geri qayıdarkən
xəstələndi və 1186-cı ildə martın 23-də vəfat etdi.
Onun ölümündən sonra hakimiyyət məsələsi ciddi münaqişəyə səbəb oldu,
Arvadı İnancXatun öz oğlanlarını hakimiyyətdə görmək istəyirdi. (Qutluq İinanc
və Əmir Əmiran Ömər İran, Əbu Bəkir türk qızı Quteybə xatun, Özbəyin anası
kəniz Zahidə xatun idi) Bütün bunlara baxmayaraq hakimiyyətə Qızıl Arslan
(1186-1191) keçdi. Onun dövründə ölkədə sakitlik pozuldu. İnanc Xatun III
Toğrulla birləşərək Qızıl Arslana qarşı mübarizəyə başladılar. 1188-ci ildə
Həmədan yaxınlığında müxalif qüvvələr Qızıl Arslanı məğlub etdilər Lakin o,
xəlifə ilə İt-tifaqa girərək onları parçaladı və məğlub etdi: (1190) Sultan III
Toğrulu əsir edərək Naxçıvan yaxınlığında zindana saldı. Hakimiyyətini
78
möhkəmlədən Qızıl Arslan yolunu azmış əmirləri cəzalandırmaq məqsədi lə
əvvəlcə Van sahillərinə, sonra isə Şirvan və Gəncəyə yürüşə başladı. Burada
Qızıl Arslan böyük şair Nizami Gəncəvi ilə görüşdü. Sonra Gürcüstana yürüşə
başladı və onları məğlub edərək qənimət ələ keçirdi. Ömrünün sonlarına yaxın
eyş-işrətə və kef məclislərinə çox meyl göstərməyə başladı.1191-ci il sentybrın
21-də yatağında sui-qəsd nəticəsində öldürüldü. (İnanc Xatun tərəfindən)
Qızıl Arslanın ölümündən sonra Cahan Pəhləvanın qadınları və oğlanları
arsında hakimiyyət uğrunda mübarizə yenidən kəskinləşdi. Atabəylərin yaratdığı
mərkəzi hakimiyyət parçalandı. İraq, Rey, Mosul, İsfahan onların asıllığından
xilas oldu. Eldənizlərin əlində yalnız Azərbaycan torpaqları qaldı. Azərbaycannın
hakimi və sultan taxtına Əbu Bəkir yiyələndi. (1191-1210) Həmədanı və qonşu
əyalətləri İnanc Xatunun oğlanları Qutluq İnanc və Əmir Əmiran Ömər arasında
mübarizə başladı. 1192-ciildə Əbu Bəkir Təbriz yaxınlığında qardaşlarının
qoşununu məğlub etdi.Qutluq İnanc Xarəzmşah Təkisin yanına, Ömər isə
Şirvanşah Axsitanın yanına qaçdı.
1192-ci ildə Sultan III Toğrul zindandan xilas olaraq qoşun toplayır və
Təbrizə hücum edir. Daha sonra Həmədanı ələ keçirərək sultanlıq taxtına
yiyələnir. Lakin onun hakimiyyəti çox çəkmir. Xorəzmşah Təkişlə İttifaqa girən
Qutluq İnanc 1194-cü ildə III Toğrulu məğlub edərək öldürdü. Həmədan
Xarəzmşahın əlinə keçdi.Xorəzmşah Təkişin ölümündən sonra Sultan Əbu Bəkr
qardaşı Öməri Həmədan və Reyə hakim təyin etdi.
Əbu Bəkrin 20 illik hakimiyyəti dövründə təmsil etdiyi sülalənin nüfuzu xeyli
zəiflədi, dövlətin süqutunun qarçısını ala bilmədi. Əbu Bəkrdən sonra hakimiyyətə
qardaşı Atabəy Özbək keçdi. Onun hakimiyyəti dövründə (1210-1225) Azərbaycan
Atabəylər dövləti daha da zəiflədi. Özbəyin hakimiyyətinin ilk illərində Gürcü çarı
Tamaranın və Xarəzmşah Məhəmmədin ardıcıl hücumları başladı. Hətta Atabəy
Özbək Xarəzmşahlardan asılılığı qəbul etdi. Xarəzmlilər Azərbaycanın şəhər və
kəndlərini talan etdilər. Hətta bir sıra yerlərdə öz hərbi qüvvələrini yerləşdirdilər.
Zəif iradəli Atabəy Özbək nə tez-tez hücum edən gürcülərin, nə də monqolların
79
hücumlarının qarşısını ala bilmədi. Atabəy Özbək əhali arasında öz nüfuzunu
tamamilə itirmişdi. Əslində dövləti onun həyat yoldaşı, III Toğrulun qızı Məlakə
Mehrican xatun idarə edirdi.
Monqolların birinci yürüşlərindən sonra (1221) Xarəzmşahın oğlanları
Cəlaləddin və Qiyasəddin Azərbaycana hücum etdilər. Atabəy onlara da
müqavimət göstərə bilmədi. Öz bacısı Cəlaliyyəni Qiyasəddinə verib onunla
qohum oldu. Lakin 1225-ci ildə Cəlaləddin yenidən Təbrizə hücum edəndə Atabəy
Özbək əvvəl Gəncəyə, sonra isə Əlincə qalasına qaçdı və orada öldü. Bununla da
Atabəylər döv-lətinin tarixi sona çat-dı.
XII əsrdə Azərbaycanda feodal dövlətin yaranması müsbət hadisə idi. Ölkə
daxilində sabitliyin və əmin–amanlığın bərqərar edilməsi məhsuldar qüvvələrin
inkişafına və təsərrüfatın bütün sahələrinin canlanmasına və mədəniyyətin
çiçəklən-məsinə təkan verdi.
XII əsr əbəs yerə Azərbaycan mədəniyyətinin “qızıl dövrü “ adlandırılmır. Bu
İntibah dövrü xalqımız üçün ona görə qiymətlidir ki, N.Gəncəvi və onun müa-
sirlərinin - ədəbiyyat, incəsənət və elmimizin böyük dühasının yaşadığı dövrdür.
XII əsr həm də Azərbaycan elminin, ədəbiyyatının, incəsənətinin, memarlığın
böyük sü-rətlə inkişaf etdiyi dövrdür.
30 ilə qədər astronomiya ilə məşğul olmuş və bir sıra ulduz cədvəllərini
tərtib etmiş Fəridəddin Şirvani çox məşhur idi. XII əsrdə təbabətə dair çoxlu elmi
əsərlər yazılmışdır. Bunlardan Muzhəbəddin Təbrizi və Mahmud İbn İlyas bir çox
xəstəliklərin müalicəsi, əczaçılıq və sair haqqında gərəkli elmi əsərlər yazmışlar.
Tarix, fəlsəfə, nücum, məntiq sahəsində həmin dövrdə çoxlu elmi əsərlər
yazılmışdır. Məsələn Fəxrəddin ət Təbrizi ilk dəfə “Tarixi –Azərbaycan “ adlı
elmi əsər yazmışdır. Tarixə aid Səlcuqların vəziri olmuş Nizamülmülkün də
dəyərli əsərləri vardır. Memarlıq sahəsində xüsusi Azərbaycan məktəbi
formalaşmışdı. Əcəmi Naxçıvaninin tikdiyi İbn Quseyr və Möminə Xatun türbələri
memarlığın ən gözəl nümunələri hesab edilir. Məşhur Qız Qalası da mülahizələrə
80
görə XII əsrin yadigarıdır. XII əsrdə daha çox ədəbiyyat sahəsində böyük sıçrayış
olmuşdur. XII əsr Azərbaycan xalqına Xaqani, Şirvani, Mücirəddin Beyləqani,
Şihabəddin Sührəvərdi, Yusif əl Xuveyyi (Xoylu)kimi görkəmli şəxsiyyətləri
vetmişdir.
Qətran Təbrizi fars dilində yazsada, əsərlərində azərbaycan –türk sözlərindən
daha çox istifadə etmişdir. Şer-sənətin günəşi sayılan Nizani Gəncəvi çox geniş
intellektual səviyyəyə malik, özündən sonrakı nəsl üçün şer məktəbi qoyub getmiş
simalardandır. Onun “Xəmsə”si şer sənətinin zirvəsində dayanan poemalar top-
lusudur. XII əsr incəsənətin çiçəkləndiyi dövr sayılır. Bədii sənətkarlıq ustaları
oyma, həkketmə, xalçaçılıq və tətbiqi incəsənətin digər sahələrində çox işlər
görmüşlər. Musiqi sahəsində xanəndələr, sazəndələr, rəqqasələr, aşıqlar, ozanlar və
sair xadimlər xalqa xidmət edirdilər.
81
VII MÖVZU
Azərbaycan Elxanilər (Hülakülər) dövlətinin tərkibində.
P L A N
1. XIII əsrin başlanğıcında Azərbaycanda ictimai-siyasi vəziyyət. Monqolların
hücumlarinin başlanmasi.
2.Elxanilər dövlətinin yaranması.
3.XIII əsrdə təssərüfat həyatı. Şəhərlər və mədəniyyət.
Ədəbiyyat.
1.Azərbaycan tarixi. VII cilddə, III cild, Bakı,2008,səh.14-76.
2.Azərbaycan tarixi üzrə qaynaqlar.B,1989,səh.121-137.
3.Azərbaycan tarixi.B,1994,səh.322-348.
4.Bakıxanov A.Gülüstani-İrəm.B,1991.
5.Əlizadə AA.XIII-XIV əsrlərdə Azərbaycanın sosial –iqtisadi və siyasi
həyatı.B,1956.
6.Piriyev V. Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə.(1316-
1360-cı illər). Bakı. 1978.
82
1.XIII əsrin əvvəllərində Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik olmuş
Monqol dövlətinin qonşu ölkələrə yürüşü bu ölkələri təhlükə qarşısında qoydu.
Monqollar arasında tatarlar, naymanlar, keraitlər, merkitlər, tayciutlar, onkutlar
adlanan tayfa birləşmələri vardı. Çingiz xanın (1206-1227) başçılığı ilə təşkil
edilmiĢ monqol feodal dövləti qonşu vilayətləri zəbt etməyə baĢladı. TəĢkilati və
hərbi cəhətdən möhkəm olan ordu hissələri monqol feodalların qarĢısında geniĢ
imkanlar açdı. Qonşu ölkələrdə hökm sürən feodal pərakəndəliyi isə Çingiz xanın
iĢğalçı planlarının həyata keçməsi üçün əlveriĢli Ģərait yaratdı.
Monqol yürüşləri ərəfəsində Azərbaycanın vəziyyəti acınacaqlı idi. Ölkənin şərq
sərhədlərində mövcud olan Xarəzmşahlar dövləti daxilən möhkəm əsaslar üzərində
qurulmadığı üçün iqtisadi və güclü hərbi qüdrətə malik deyildi.
Həmçinin , Orta Asiyanın, Azərbaycanın yerli köçəri və oturaq feodal əyanları
daxili çəkişmələrə və ziddiyyətlərə son qoymadılar, düşmənə qarşı birgə mübarizə
aparmaq əzmi ilə vahid cəbhədə birləşə bilmədilər. Monqol hücumlarına məruz
qalmış hər bir şəhər ayrılıqda öz daxili qüvvələri hesabına istilaçılara qarşı döyüşür
və məğlub olurdu. Monqol qoşunları tutduqları şəhərlərdə görünməmiş dağıntılar
törətdilər, əhalini qırdılar, qul etdilər, var-dövlətini taladılar və yerli əhalinin yeni
etiraz çıxışları üçün zəmin saxlamadılar.
Monqol yürüşləri ərəfəsində Azərbaycan ərazisində vahid, mərkəzləşmiş dövlət
yox idi və burada feodal pərakəndəliyi hökm sürürdü. Azərbaycanda Eldənizlər
(yaxud Atabəylər) dövləti və şirvanşahlar dövləti mövcud idi, Marağada isə
Rəvvadilər nəslindən olan yerli Ağsunqurilər sülaləsi (1108-1227) hökmranlıq
edirdi.
XII əsrin sonunda Eldənizlər dövləti əzəli qüdrətini itirmişdi. Atabəylər ailəsinin
ayrı-ayrı üzvləri arasında səltənətə varis olmaq uğrunda şiddətli mübarizə gedirdi.
Daxili feodal çəkişmələri o dərəcəyə çatdı ki, bəzi feodal qruplar Əbubəkri
hakimiyyətdən salmağa və Azərbaycanı ələ keçirməyə cəhd göstərdilər.
Atabəylərin son nümayəndəsi olan Özbək (1210-1225) feodal qrupların əlində
oyuncağa çevrildi. Bütün dövlət işləri onun iştirakı olmadan həll edilirdi. Qonşu
83
ölkələrdə mövcud olan şəraitdən istifadə edən Çingiz xan hakimiyyətinin ilk
illərindən etibarən işğalçı müharibələr aparmağa başladı. 1211-ci ildə şimali Çin,
1215-ci ildə Pekin və şərqi Türküstan ələ keçirildi. 1219-cu ildə monqollar Xarəzm
dövləti ərazisinə basqın etdilər. Orta Asiyanın Otrar, Buxara, Səmərqənd şəhərləri
xarabalığa çevrildi. Monqol hücumlarına ciddi müqavimət göstərə bilməyən
Xarəzmşah Məhəmməd və onun oğlu Cəlaləddin İrana qaçdılar.
Monqollar Azərbaycana ilk dəfə 1220-ci ildə yürüş etdilər. Monqol sərkərdələri
Cəbə və Subutay Zəncanı, Ərdəbili, Sərabı və başqa şəhərləri talan etdilər,
dağıtdılar, Təbrizə yaxınlaşdılar.lakin Təbriz xərac verərək hücumdan xilas oldu.
Monqollar böyük xərac aldıqdan sonra qışlamaq üçün Muğana yollandılar və
oradan Gürcüstana basqın etdilər. 1221-ci ilin əvvəllərində Cəbə və Subutayın
dəstələri Gürcüstandan Azərbaycana qayıtdılar və Təbrizə tərəf yönəldilər. Təbriz
hakimi ġəmsəddin Tuğrayi pul, geyim və mal-qaradan ibarət xərac verməklə şəhəri
qarətdən xilas edə bildi. Bundan sonra monqollar qəflətən Marağa üzərinə yürüş
etdilər.əhaliyə qanlı divan tutuldu. Monqollar Marağada ikən Həmədanda xalq
üsyanı baş verdi, Cəbə və Subutay Azərbaycanı tərk etməli oldular. Tezliklə Cəbə
və Subutay Həmədanda üsyanı yatırdılar, sonra isə Ərdəbilə basqın edərək Ģəhəri
ələ keçirdilər.
Monqol qoşunu Ərdəbil istiqamətindən Təbrizə üçüncü dəfə hücum etdi. Özbək
düşmənin şəhərə yaxınlaşdığını eşidib Naxçıvana qaçdı. Təbriz hakimi Şəmsəddin
Tuğrayi üçüncü dəfə də xərac verib şəhəri azad etdi. Monqollar Sərab şəhərini zəbt
etdikdən sonra Beyləqana tərəf yönəldilər. Monqol qoşunları ilə şəhər əhalisi
arasında qanlı vuruşma baş verdi. Amansız döyüşdən sonra Beyləqan zəbt edildi və
əhaliyə qanlı divan tutuldu. Beyləqana od vurub yandıran monqol sərkərdələri
Cəbə və Subutay şəhər əhalisindən xərac alıb Gürcüstana getdilər və oradan
qayıdıb ġirvana soxuldular. Lakin şəhərə girə bilmədilər. Monqollar 1222-ci ildə
Şamaxıdan şimala tərəf yönəldilər. Dərbənddən keçməyin çətinliyini anlayaraq
hiyləyə əl atdılar və danıĢıqlar üçün ġirvanĢaha xəbər göndərdilər. Şirvanşah
təklifi qəbul etdi və 10 nəfərlik elçi heyəti göndərdi. Monqollar elçilərdən birini
84
öldürdülər, digərlərini isə məcbur etdilər ki, onları gizli yollarla Dərbənddən
Ģimala keçirsinlər. Beləliklə, monqol qoĢunları 1222-ci ildə Azərbaycan ərazisini
tərk etdilər və Monqolustana qayıtdılar. Monqolların ilk yürüşləri kəşfiyyat
xarakteri da.ıyırdı. Lakin bu yürü.ər Azərbaycanda siyasi pərakəndəliyin hökm
sürdüyünü bir daha sübut etdi. Düşmənə qarşı yekdilliklə mübarizə aparılmaması
monqolların qələbəsini təmin etdi.
1223-cü ildə Eldənizlərin zəifliyindən istifadə edən Qıpçaq tayfaları Dərbəndi
keçərək Şirvan, Gəncə, Qəbələyə qədər gəlib çıxdılar, böyük talanlar törətdi-
lər.Belə bir vəziyyətdən Gürcü feodalları da istifadə etmək məqsədilə 1225-ci ildə
Gəncəyə basqın etdilər.
1225-ci ildə Azərbaycan monqol hücumları nəticəsində hakimiyyətdən
məhrum olmuş Xarəzmşah Cəlaləddinin hücumlarına məruz qaldı. Cəlaləddn
Xəzərin cənubundan keçərək Marağanı tutdu. Az sonra Təbrizə hücum etdi.Atabəy
Özbək ailəsi ilə Gəncəyə,oradan isə Əlincəyə qaçdı və az sonra orada
öldü.Bununla da Atabəylər dövləti süqut etdi (1225).
Təbrizlilər Şəmsəddin Tuğrainin qardaşı oğlu Nizaməddinin başçılığı altında
şəhəri müdafiəyə qalxdılar. Müdafiəçilər 7 gün mərdliklə vuruşdular. Lakin şəhər
əyanlarınn satqınlığı üzündən şəhər təslim oldu. Daha sonra Gəncə, Beyləqan,
Bərdə, Şəmkir və başqa şəhərlər də istila olundu. Marağanın tutulması ilə
Ağsunqurilər dövləti də süqut etdi. Şirvanşahlar da ildə 100 min dinar vermək şərti
ilə Cəlaləddinin vassalına çevrildilər.
Azərbaycanın idarəçiliyi Cəlaləddinin vəziri Şərəf Əl Mülkin ixtiyarına
verildi. Onun Təbrizdə qeyri-qanuni vergilər toplaması şəhər əhalisinin üs-yanına
səbəb oldu. Gürcüstan yürüşündə olan Cəlaləddin Təbrizə gələrək üs-yanı yatırmış
və şəhər rəisi Nizaməddin Tuğraini edamı etdirmişdi. Bir qədər sonra Təbriz
əhalisi Yarbəyin başçılığı altında üsyana qalxmışdı.Tezliklə xalq hərakatı bütün
Azərbaycanı bürümüşdü.
85
1231-ci ildə Gəncə üsyanı xalq hərakatının ən yüksək pilləsi oldu. Sənət-kar
Bəndərin başçılığı ilə gəncəlilər şəhər hakiminin sarayını ələ keçirərək şəhərdəki
özbək qarnizonunu məhv etdilər. Şəhər üsyançıların əlinə keçdi. Bunu görən
Cəlaləddin üsyançıalarla danışığa girib təslim olunmalarını tələb etdi. Lakin
üsyançılar mübarizədən əl çəkməyərək, şəhərdən çıxdılar və sul-tan ordusuna
hücum etdilər. Lakin qanlı döyüşdən sonra üsyançılar şəhərə doğru geri
çəkildilər. Bunların ardınca Cəlaləddin də şəhərə soxularaq üsyanı yatırdı. 30 min
nəfəri Cəlaləddin edam etdirdi, Bəndəri isə tikə-tikə doğratdı.
Azərbaycanın Xoy, Mərənd, Naxçıvan və başqa şəhərlərində də Cəla-ləddinə
qarşı xalq üsyanları baş vermişdi.
Monqol qoşunları Cormağunun başçılığı ilə Rey və Həmədan şəhərlərini zəbt
edib, 1231-ci ildə ikinci dəfə Azərbaycana soxuldular. Azərbaycanda mövcud olan
vəziyyət düşmənə güclü müqavimət göstərməyə imkan vermədi, lakin bir sıra
şəhərlərdə istilaçılara qarşı gərgin mübarizə getdi. Marağa şəhəri düşmənə ciddi
müqavimət göstərdi. Monqollar şəhəri çətinliklə tuta bildilər və əhali üzərinə ağır
vergi qoyuldu. Sonra Təbriz şəhəri mühasirəyə alındı. Lakin şəhər əyanları
yenidən istilaçılarla danışıqlar apardılar. Onları qiymətli hədiyyələrlə razı saldılar
və şəhəri növbəti qırğından xilas etdilər. Monqollar buradan Gəncəyə yönəldilər
və şəhəri tutmağa cəhd etdilər. Əhalinin müqaviməti elə güclü idi ki, işğalçılar qala
divarlarını dağıtdıqdan sonra da bir həftə ərzində şəhərə girməyə cürət etmirdilər.
1235-ci ildə Gəncəni zəbt edən düşmənlər əhaliyə qanlı divan tutdular. Gəncə 4 il
ərzində xaraba vəziyyətdə qaldı. Monqollar Azərbaycanın digər Ģəhərlərində də
dağıntılar törətdilər, Ģəhər və kənd əhalisini qarət etdilər. Onlar şəmkirdə ciddi
müqavimətə rast gəldilər. DüĢmən Ģəhərə yaxınlaĢdıqda Ģəmkirlilər Ģəhər
hakimi Bəhramdan yadellilərə qarĢı mübarizəyə qalxmağı tələb etdilər. Lakin
Bəhram buna razı olmadı. Monqollar ġəmkiri mühasirəyə aldılar, Ģəhər ətrafındakı
xəndəklərə odun və saman dolduraraq qala divarlarına qalxmağa cəhd göstərdilər.
ġəmkirlilər bundan xəbər tutub gecə ikən samana od vurub yandırdılar. ġəhərə can
86
atan monqol qoĢunu xəndəkləri qum ilə doldurdu və bu üsulla atəşə son qoyaraq
şəhərə soxula bildi. ġəmkir yandırıldı, onun sakinləri qılıncdan keçirildi.
Monqollar Azərbaycanın digər şəhərlərinə də yürüş etdilər. Bakı və Tovuz ələ
keçirildi. 1239-cu ildə Dərbənd Ģəhərinin zəbt olunması ilə bütün Azərbaycan
monqollar tərəfindən istila edildi.
İlk yürüşlərdən fərqli olaraq monqolların ikinci yürüşündə əsas məqsəd zəbt
edilmiş ölkələrdə (ilk növbədə Azərbaycanda və ona qonşu olan ərazidə)
möhkəmlənmək idi. Buna görə də monqollar qələbə əldə etdikdən sonra
Monqolustana qayıtmadılar, Cənubi Qafqazda və İranda məskunlaşdılar.
2. Azərbaycan və eləcədə Ön Qafqaz ərazisi 1239-1256-cı illərdə ali mon-qol
xaqanlığının təyin etdiyi canişinlər tərəfindən idarə olunurdu. İlk canişin Arqun
ağanın yeritdiyi əsas siyasət yerli feodalların monqol əyanlarından asılılığını təmin
etməkdən ibarət idi.
Monqol xaqanlığının ön Asiya, Cənubu Qafqaz və Kiçik Asiyanı ələ
keçirməsinə baxmayaraq XIII əsrin ortalarında həmin vilayətlərdə iri feodal
malikanələri hələ də öz müstəqilliyini itirməmişdi.
Ali monqol xaqanı Münke istilaları davam etdirmək məqsədilə 1253-cü ildə
Ön Asiyaya qoşun göndərdi. Yürüşə Münkenin qardaşı Hülakü xan rəh-bərlik
edirdi. O, 1256-cı ildə Amu-Dəryanı keçərək Xəzərin cənubu ilə hərə-kətə başladı.
Həmin il İsmalilərin Ələmut qalası süquta uğradı. 1258-ci ilin fevralında
Hülakünün sərkərdəsi Baqu Bağdadi ələ keçirərək 500 il hökm-ranlıq etmiş
Abbasilər xilafətinə son qoydu.
Zəbt edilmiş ərazilər hesabına yeni Monqol ulusu (dövləti ) Hülakülər dövləti
yarandı. Bu dövlət Azərbaycanda bir əsrə qədər (1357) fəaliyyət gös-tərmişdir.
Azərbaycan dövlətin siyasi-inzibati mərkəzinə çevrildi. Əvvəlcə Marağa, sonra isə
Təbriz paytaxt oldu.
Hülakülər dövlətinin tərkibinə Azərbaycan, İraqi- Ərəb, İraqi-Əcəm, Kir-man,
Gürcüstan , Kiçik Asiya, Fars, Xrizistan, Xorasan vilayətləri daxil idi.
87
Hülakü xan oturaq əhalinin istismarı və yerli feodalların istismarı və sı-
xışdırması nəticəsində güclü mərkəzləşmiş dövlət yaratdı. Yalnız Şirvan-şahlar
öz daxili müstəqilliklərini qoruyub saxlaya bilmişdilər.
Hülakü xanın ölümündən sonra (1265) hakimiyyətə Abaqa xan (1265-1282)
keçdi.Onun hakimiyyətinin son dövrlərində mərkəzi hakimiyyətə qarşı narazılıqlar
artdı. 1275-ci ildə ona qarşı hətta Aranda üsyan baş verdi, lakin üsyan çətinliklə də
olsa,yatırıldı.Abaqa xandan sonra hakimiyyətə gələn Əh-məd xan (1282-1284)
cəmi iki il ölkəni idarə edə bildi.O, feodalların səyi ilə taxtdan salındı və Arqun
xan (1284-1291), sonra isə Göyxatun xan (1291-1295) hakimiyyətə gəlsə də bir
neçə ay taxtda oturdu.
Hülakılər sarayında baş verən çevriliş və çəkişmələr mərkəzi hakimiy-yəti
olduqca zəiflətmişdi.Bundan istifadə edən Qızıl Ordalılar 1263,1265, 1288 və 1290
-cı illərdə Azərbaycan torpaqlarına basqın edərək talanlar törət-mişlər.Qızıl
Ordalılarla Hülakulər arasında müharibələr fasilələr 100 ilə qə-dər davam etmişdir.
Bu müharibələr xalqı tamamilə var-yoxdan çıxarmışdı.
1295-ci ildə Hülakulər taxtına Qazan xan (1295-1304) yiyələndi.O, öz
siyasətində yerli feodallarla əlaqənin möhkəmlənməsi siyasəti yeridirdi. Hətta
o,islam dinini də qəbul edərək məscid tikdirdi.Köçəri monqol əyanları ona qarşı
çıxsalar da O,yerli feodallara arxalanaraq narazılıqları yatıra bildi. Mər-kəzi
hakimiyyəti möhkəmləndirdi. Ölkədə nisbətən sabit vəziyyət yarandı. Ulcaytu
xanın dövründə də (1304-1316) bu sabitlik pozulmadı. Lakin 12 yaşlı Əbu Səidin
hakimiyyətə gəlməsilə (1316-1335) feodal araçəkişmələri yenidən qızışdı. Faktiki
olaraq hakimiyyətin Sulduzilər nəslindən olan Əmir Çobanın əlində cəmlənməsi
bir çox feodalların narazılığına səbəb oldu. 1319,1320,1322-ci illərdə dövlətin
müxtəlif ərazilərində iğtişaşlar qalxdı. Lakin həmin iğtişaşlar Əmir Çobanın səyi
nəticəsində yatırıldı. Bundan sonra Əmir Çoban artıq dövlətin faktiki hakimi kimi
fəaliyyət göstərməyə başladı. Bundan narazı olan Əbu Səid 1328-ci ildə Əmir
Çobanı və bir neçə oğlunu öldürtdürdü.
88
1335-ci ildə Qızıl Ordu xanı Özbək yenidən Azərbaycana soxuldu. Elə bu
zaman Əbu Səid feodal araçəkişmələri nəticəsində öldürüldü. Qısa müddət ərzində
hakimiyyətdə Arpa xan (1335-1336), Musa xan (1336), Məhəmməd xan (1336-
1338) bir-birini əvəz etdi. Bu vəziyyətdən istifadə edən bir sıra əy-anlar və nəsillər
müstəqilləşməyə meyl etməyə başladılar. Belə qüvvələrdən Çobaniləri, Cəlariləri
və Xorasan əmirlərini göstərmək olar.
Çobanilər hakimiyət uğrunda mübarizəyə qoşulan ən qüdrətli feodal
qruplarından idi .Əmir Çobaninin nəvəsi Şeyx Həsən Çobani 1338-ciildə
cəlairlilərə qalib gələrək Ulcaytu (Məhəmməd Xudavəndə) xanın qızı Satıbəy
Xatunu padşah elan edib dövləti onun adından idarə eməyə başladı.1340-cı ildə
ildə Şeyx Həsən Satıbəyi hakimiyyətdən kənarlaşdırıb Süleyman xanı padşah elan
etdi. (1340-1344) 1344-cü ildə hakimiyyət Məlik Əşrəfin əlinə keçir. Əşrəfin
qəddarlığından cana doyan əhali Qazı Məhiyəddin Bərdəinin başçılığı ilə üsyan
etdilər. Hətta onlar Qızıl Orda xanı Cani Bəyi köməyə çağırdılar. 1357-ci ildə Cani
bəy Azərbaycana gəlir və hakimiyyəti ələ keçi-rir.Əşrəf-Çobani isə ələ keçirilərək
edam edildi. Beləliklə həm də Hülakülər dövlətinin varlığına son qoyuldu.
Hakimiyyəti ələ keçirən Cani bəy oğlu Bərdi bəyi Təbrizdə səltənətə oturtdu.
2 ay sonra atasının ölüm xəbərini alan Bərdi bəy Qızıl Orduya qayıtdı.
Bundan istifadə edən Cəlairi əmir Şeyx Uveys (1359-1374) 1358-ci ildə
Azərbaycana yürüş etdi və hakimiyyətə yiyələndi. Azərbaycan Cəlairlər
dövlətinin tərkibinə daxil oldu. Təbriz dövlətin paytaxtı idi.1367 –ci il də
Cəlairlilər Şirvani zəbt etdilər. Şeyx Uveysin dövründə mərkəzi idarəetmə aparatı
möhkəmləndi, iqtisadiyyatda müəyyən canlanma baş verdi. Lakin Cə-lairi Sultan
Hüseynin dövründə (1374-1382) ölkədə feodal dağınıqlığı gücləndi, mərkəzi
hakimiyyətə qarşı mübarizə şiddətləndi.
Hakimiyyəti ələ almağa can atan Cəlairli Sultan Əhməd yerli feodalların
narazılığından öz xeyrinə istifadə edərək 1382-ci ildə Sultan Hüseyin öl-dürtdürür.
Hakimiyyətə Sultan Əhməd keçir (1382-1410). Onun hakimiy-yətinə isə Əmir
89
Teymurun yürüşləri son qoysa da 1410-cu ildə Qaraqoyunlu Qara Yusif tərəfindən
öldürülərək Cəlairlər sülaləsinə son qoyur.
3. Monqol işğalı Azərbaycanın iqtisadiyyatına çox ağır zərbə vurdu. Əhalinin
kütləvi Ģəkildə məhv edilməsi monqol qoĢunlarının ilk yürüĢlərinin nəticəsi idi.
Monqol yürüĢləri, iĢğalları orta əsrlər ərzində görünməmiĢ terror və zülm
sisteminin tərkib hissəsi olmuĢdur. Xeyli maddi dəyəri və insan ehtiyatını özündə
cəmləĢdirmiĢ iri ticarət-sənətkarlıq mərkəzləri - Ģəhərlər monqol qoĢunlarının
baĢlıca hücum hədəfləri idi.
Monqolların birinci və ikinci yürüĢləri nəticəsində Ərdəbil, Beyləqan, Marağa,
Gəncə, ġamaxı, Naxçıvan, Xoy, Səlmas, Sərab, ġəmkir, Kağəzkonan, Bərdə, Ucan
və Qəzvin Ģəhərləri daha böyük dağıntılara məruz qaldı. Yalnız Qəzvin Ģəhərində
40 minədək insan qətlə yetirildi.
Ərdəbil və Beyləqan Ģəhərləri 7-8 il ərzində əhalidən məhrum olmuĢ, viran
edilmiĢ vəziyyətdə qaldı. Bu Ģəhərlər XarəzmĢah Cəlaləddinin dövründə qismən
bərpa edildi.
Tarixçi Həmdullah Qəzvininin verdiyi məlumata görə Azərbaycanın
cənubunda buğda,çəltik,pambıq, meyvə və üzüm becərilirdi. Bir sıra şəhərlərdə
sənətkarlıq istehsalı dirçəlməyə başlamışdı. Ərdəbildə zolaqlı və alabəzək parçalar,
Bərzənddə ipək örtüklər, Şəmkirdə yun paltar hazırlanır, Qəbələdə xan ipək
istehsal olunurdu. XIII əsrin sonlarında ticarət də müəyyən qədər canlanmışdı.
Azərbaycanın Şərq və Avropa ilə geniş ticarət əlaqələri tədricən bərpa edilirdi. Ən
mühüm ticarət yollarında karvansaralar tikilirdi. Karvansaralar müəyyən dərəcədə
qala istehkamlar şəklində tikilirdi. Çünki tacirlər tez-tez basqınlara məruz
qalırdılar.Məsələn, Minəcik, Sanqaçal, Beş-Barmaq dağları yaxınlığında indi də
qalmaqda olan karvan-saralar qalaları xatırladır.
XIII-XIV əsrlərdə Qərblə Şərq arasındakı ticarətdə Venetsiyalı və Genuyalı
tacirlər böyük rol oynayırdılar. Onlar Azərbaycana xəz, kətan, mahud, qalay
gətirir, buradan isə ipək, ədviyyat, daş-qaş və sair aparırdılar. Ticarətdə Təbriz
şəhəri əsas rol oynayırdı. Elxanilər dövründə Təbriz çox böyümüşdü. Lakin digər
90
şəhərlər monqolların vurduqları ziyan nəticəsində uzun müddət dirçələ bilmədi.
Məsələn Gəncə, Beyləqan və s.
Mənbələrin məlumatına görə Təbrizdə 200 min ev, 1 milyona yaxın əhali
yaşayırdı. 1321-ci ildə Təbrizə gəlmiş italiyalı Odorik Perdenon belə yazır: "Təbriz
şahanə şəhərdir. Ticarət baxımından dünyada Təbrizdən yaxşı şəhər yoxdur. Çünki
yer üzündə elə mal tapılmaz ki, Təbriz anbarlarında həmin maldan olmasın.
Monqol işğalı Azərbaycanın mədəniyyətinə də böyük ziyan vuraraq bir
müddət elm, mədəniyyət və incəsənətin inkişafını ləngitdi. İşğalçılar əsarətə
alınmış xalqların əsrlərdən bəri yaratdıqları mədəniyyət xəzinələrini dağıdıb məhv
edirdilər. Lakin bütün bunlara baxmayaraq Azərbaycan xalqı öz mədəniyyətinin
inkişafını davam etdirirdi. Hətta monqolların dövründə də Azərbaycan şərqin ən
mühüm mədəni mərkəzlərindən biri olmuşdur.
Həmin dövrdə Övhədi Marağai, Zülfiqar Şirvani, İzzəddin Həsənoğlu kimi
şairlər yazıb yaratmışdılar.
Övhədi Marağainın yazdığı, “Dəhnamə” (on məktub) poeması Azərbay-can
şairlərinin əsərləri içərisində xüsusilə seçilirdi. Poemada feodalların amansız
zülmü və ruhanilərin ziyanlığı ifşa olunurdu.
Azərbaycan –türk dilinin əhəmiyyətinin artması ilə əlaqədar olaraq hə-min
dildə yazılan əsrlərin sayı da çoxalmışdı. Elmi əsərlər isə əvvələrdə ol-duğu kimi
ərəb və fars dillərində yazılırdı. Türk dili dövlət dili səviyyəsinə qaldırıldı.
Məhəmməd Naxçıvani qeyd edir ki, mühüm dövlət sənədləri əha-liyə 3 dildə -
türk, ərəb və fars dillərində çatdırılırdı. Alim İbn Mühənna ilk dəfə Azərbaycan
sözləri tərtib etmişdi. 1233-cü ildə şair Əli türk dilində “Yusif dastanı” əsərini
yazmışdı.
Azərbaycan dilində yazan şairlərdən biri də İzzəddin Həsənoğlu idi. Onun
Azərbaycan dilində yazılmış “Divani” böyük şöhrət tapmışdır. Həmin poemada
91
coşqun və sədaqətli məhəbbət tərənnüm edilir.O, öz nigarına mü-raciət edərək
deyir:
Həsənoğlu sənə gərçi duaçidir, vəli sadiq
Nə sadiq, sadiqi bəndə, nə bəndə, bəndeyi-çakər.
Göstərilən dövrdə memarlıq da inkişaf edirdi. Abşeronda. Naxçıvanda, Təbrizdə
memarlığın gözəl abidələri-qalalar, qullələr, məqbərələr, məscidlər, karvansaralar
və s. indidə qalmaqdadır.
Məsələn, Mərdəkan, Nardaran, Ramana qalaları həmin dövrdə tikilmiş-dir.
Təbrizin Ərk qalası, Naxçıvanın Qarabağlar memarlıq kompleksləri indi də öz
gözəlliyini saxlayırlar.
Azərbaycanda astronomiya (nücum), riyyaziyyat, tibb, fəlsəfə, tarix, coğrafiya
və sair elmlər üzrə əhəmiyyətli kəşflər edildi, əsərlər yazıldı.
Görkəmli Alim Nəsrəddin Tusinin rəhbərliyi ilə 1259-cu ildə açılmış Marağa
rəsədxanası və eləcə də XIV əsrin əvvəlində Şamqazanda tikilmiş rəsədxana
Şərqdə astronomiya elminin mərkəzinə çevrilmişdi. Burada dünyanın bir çox
ölkələrindən görkəmli alimlər çalışırdılar. Ən yaxşı cihazlarla təchiz olunmuş bu
rəsədxanada elmi əsərlər, ulduzlu göyün xəritəsi, astronomiya cədvəlləri yaranmış
və hətta həmin əsərlər Yunan dilinə tərcümə edilmişdi. Təbabətin inkişafında
mühüm naiyyətlər əldə olunmuşdu. XIV əsrin əvvələrində Təbrizdə “Dar-əş Şəfa”
(Şəfa evi) yaradılmışdı. Hətta orada universitetə oxşar bir məktəb var idi. Burada
təbiətşünaslığı, fəlsəfəni, məntiqi, tarixi, təbabəti, ilahiyyatı, öyrənmək üçün
Şərqin müxtəlif ölkələ-rindən gəlmiş 6-7 min tələbə təhsil alırdı.
Həmin dövrdə riyaziyyat , fəlsəfə, tarix və başqa elm sahələrində gör-kəmli
alimlər yetişmişdi. Azərbaycanın məhşur riyaziyyatçısı “Risalətül-he-sab”əsərinin
müəllifi Ubeyd Təbrizi və görkəmli filosof Mahmud Şəbüstəri “Gülşəniraz”,
“Səadətnamə” kimi qiymətli elmi əsərlər yazmışlar.
92
Tarixçi Məhəmməd Naxçıvaninin yazdığı “Dəstül Əl-Kitab” (qanunlar kitabı)
o dövrün ictimai-siyasi həyatını canlandırır. Tarixçi Rəşiddədinin əsərləri “Şərq
tarixşünaslığının qızıl əsərləri”hesab olunur. Onun “Came ət təvarix” əsəri hələdə
qiymətli tarixi əsər sayılır.
Bu dövrdə Azərbaycanda elmin və ədəbiyyatın inkişafı ilə əlaqədar husn-xətt
sənəti geniş yayılmışdı. Bütün kitabları xəttatlar gözəl xətlərlə ya-zıb köçürürdülər.
Musiqi sahəsində Səfiəddin Urməvinin xidmətləri çox böyük olmuşdur. O,
özünün “Dövlət kitabı” əsərində musiqi nəzəriyyəsinə və not sənətinə aid qiyməli
fikirlər söyləmişdir. O, not yazısının banisi sayılır. Səfiəddin Urməvi hətta bir
neçə klassik muğam yaratmışdır.
Beləliklə Hülakülər dövründə baxmayaraq ki, işğalçılar Azərbaycan
mədəniyyətinin obyektiv inkişafını ləngidir və maneçilik göstərirdilər, lakin xalq
öz mədəniyyətini qoruyub saxlayır və inkişaf etdirirdi.
93
IV MÖVZU
Azərbaycan Ərəb xilafətinin tərkibində
Plan
1.Xilafətin Azərbaycana yürüşlərinin başlanması. Girdiman knyazlığının
xarici və daxili siyasəti.
2.Xilafət hökmranlığı dövründə idarəçilik, köçürmə, torpaq və vergi siyasəti.
islam dininin yayılması.
3.Xürrəmilər hərəkəti. Babəkin başçılığı altında azadlıq hərəkatı.
ƏDƏBIYYAT
1. Azərbaycan tarixi. VII cilddə,Icild, Bakı, 2008, səh.150-254.
2. Azərbaycan tarixi: üzrə qaynaqlar.Bakı, 1989, sənəd №14,23
3. Azərbaycan tarixi: Z.Bünyadovun redaktorluğu ilə. Bakı 1994, səh.
290-272.
4. Vəlixanlı N.IX-XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında.
Bakı,1974, səh. 33-39.
5. Bünyadov Z.Azərbaycan VII –IX əsrlərdə. Bakı, 1993.
6. Vəlixanlı N.Ərəb xilafəti və Azərbaycan. Bakı, 1993.
7. Səid Nəfisi. Babək. Bakı, 1990.
8. Əliyev R.İ. Azərbaycan XII-XIV əsrlərdə. Bakı, 1980, səh.5-29.
94
Azərbaycan dövlətçiliyi tarixində onun imperiyaların tərkibinə daxil olması
dövrü də olmuşdur. Onlardan biri də Ərəb Xilafəti idi. Mənbələr göstərir ki, VII
əsrin birinci qərinəsində Ərəbistan yarımadasında güclü bir feodal dövləti meydana
gəldi. Asiyada, Afrikada və Avropada bir sıra ölkələri işğal edib şöhrət qazanan bu
dövlətin yaradıcısı məkkəli Məhəmməd idi. Onun yaratdığı yeni dini təlim-islam
(mənası Allaha mütilik deməkdi) feodal münasibətlərinin inkişafında, dövlətin
möhkəmlənməsində və genişlənməsində böyük rol oynadı. Ərəb əyanları
Məhəmmədin yaratdığı islam dinindən başqa ölkələrin işğal olunmasında bir vasitə
kimi istifadə etdilər.
Məhəmmədin vəfatından sonra onun yaratdığı dövləti peyğəmbərin xələfləri
idarə etdiyindən, dövlət xilafət adlanırdı.
Ərəb tarixi 3 dövrə bölünür.
Ərəb Xilafətinin I dövrü (630-661) 661-ci ilə qədər olan dövrü əhatə edir.
Bu dövrdə Məhəmməd Peyğəmbər və onun 4 xəlifəsi (Peyğəmbərin müavinləri)
hakimiyyətdə olmuşdular. 632-ci ildə Məhəmməd Peyğəmbər vəfat etdi. O vəfat
edəndən sonra ərəb işğalları genişləndi. Ərəblərin hərbi işğallarının səbəbləri
aşağıdakılardır: Bizans ilə İran arasında uzun illər gedən müharibələr hər ikisini
zəiflətmişdi; ərəb qoşunlarında döyüşçülərin, xüsusi ilə sürətlə hərəkət edən
süvarilərin sayı daha çox idi; Bizans və İran əhalisi ağır vergilərdən azad olmaq
üçün ərəblərə xilaskar kimi baxır, onların tərəfinə keçirdi.
Xəlifə Əbu Bəkir (632-634), Ömər (634-644), Osman (644656), Əli (656-
661) dövründə işğalçılıq müharibələri genişləndi. Əbu-Bəkir dövründə Suriya və
İranın işğalına başlandı. Ömər Suriya, İraq və Misiri işğal etdi. Yərmuq (636)
döyüşündə Bizans məğlub oldu. 638-cı ildə Kadsiyyə yaxınlığında İran qoşunu
məğlub oldu. 642-ci ildə Nahavənd vuruşmasında ərəblər İrana qalib gəldilər.
İranın paytaxtı Mədain 4 ay mühasirədə qaldı. Mədain (Ktesefon) 652-ci ildə
tutuldu və Sasanilər dövlətinə son qoyuldu.
Ərəb xilafətinin II dövrü 661-750-ci illəri əhatə edir. 661-ci ildə xəlifə Əli
Kufədə öldürüldü. Hakimiyyətə Müaviyə və onun oğlu Yəzid gəldi. Bu
95
sülalə Əməvilər sülaləsi adlanırdı. Bu sülalənin dövründə xilafətin paytaxtı
Mədinədən Şam (Dəməşq) şəhərinə köçürüldü.
Ərəb xilafətinin III dövrü 750-1258-ci illəri əhatə edir. Abbasilər 750-ci ildə
Kufə məscidində Əməvilərin sonuncu nümayəndəsi Mərvanı qohumları ilə edam
etdilər və hakimiyyətə gəldilər. Onlar 762-ci ildə Bağdad şəhərinin əsasını
qoydular və paytaxtı Dəməşqdən Bağdada köçürdülər. Elə buna görə də bu
dövlət Bağdad xilafəti adlanır.
Ərəblərin İlkin hücumlarını dəf etməyə cəhd göstərən III Yezdəgird ona tabe
olan ölkələrdən kömək istədi. Belə bir əmr olan Alban çarı Varaz Qriqor öz ikinci
oğlu Cavanşiri döyüş meydanına göndərdi. O, Xorasan hakimi Fərruxzaq oğlu
Rüstəmin rəhbərlik etdiyi İran ordusunun tərkibində ərəblərə qarşı döyşmüşdür.
Kadusiyə döyüşündə Cavanşir öz şücaəti ilə seçilmişdi. III Yezdəgird onu
qiymətli hədiyələrlə mükafatlandırılmışdır. Demək olar ki, Cavanşir İran qoşunları
tərkibində ərəblərə qarşı vuruşmuşdur.
Ktesifonun mühasirəsində də Cavanşir fəallıq göstərmişdi. Təəssüf ki, həmin
döyüşdə sərkərdə Rüstəm həlak oldu.639-cu ildə Cavanşir döyüşün mənasızlığını
görərək öz qoşunları ilə Albaniyaya qayıdır. Həmin ildə Azərbaycana soxulan İran
qoşunları Bərdə yaxınlığında Cavanşir tərəfindən darmadağın edildi.
639-cu ildə sərkərdə Hüzeyfənin başçılığı altında ərəb qoşunları Azərbaycan
ərazilərinə soxuldular və burada güclü müqavimətə rast gəldilər. Azərbaycan
qoşunlarına mərzban Fərruxzad oğlu İsfəndiyar başçılıq edirdi.Lakin o, məğlub
olaraq əsir düşür. Bundan sonra onun qardaşı Bəhram qoşuna başçılıq edir. Lakin o
da ərəblər tərəfindən məğlub edilir.644-cü ildə o, ərəblərlə müqavilə bağlayır.
Müqavilənin şərtlərinə görə azərbaycanlılar ərəblərə tabe olaraq vergi
verməli,ərəb əsgərlərini evində saxlamalı idilər.
642-ci ildə Ərəblər Muğanı, Şirvanı keçərək Dərbəndə qədər gəlib çıxdılar.
Şirvanşah Şəhriyar aman istədi və sülh bağladı. 646-cı ildə Naxçıvandan hücuma
96
başlayan ərəblər, əvvəlcə Şəki və Gorus, sonra Beyləqan və Bərdəni tutdular.
Daha sonra Qəbələ, Şivan , Şabran əhalisi təslim oldular.
653-cü ildə Bələncər yaxınlığında ərəblər Xəzər qoşunları tərəfindən
darmadağın edildilər. Lakin ərəblər Azərbaycandan əl çəkmək istəmir və hücum-
larını davam etdirirdilər.
Belə bir dövrdə gənc Cavanşir ölkəni ərəb təhlükəsindən qurtarmaq
məqsədilə bir sıra tədbirlər gördü. Moisey Kalankatuklu onun haqqında belə
yazırdı: “ Cavanşir İran savaşında ad çıxarıb geri qayıtdı. Hökmdar paltarın geyib
taxta çıxdı. Albaniyanı öz səviyyəsinə yüksəltdi. O,Qafqazın vəhşi kimi yaşayan
tayfalarını ağıl və haqq yoluna gətirdi. Beləliklə, İberiya sərhədlərindən Hun
qapılarına (Dərbənd) və Araz çayına kimi mütləq hökmdarlıq etdi.”
Ərəblər Azərbaycana soxulanda Cavanşir onlara qarşı mübarizə məqsədilə
Bizans imperatoru II Konstantin (641-668)ilə ittifaqa girdi.
654 cü ildə hər iki hökmdar görüşüb ərəblərə qarşı birgə mübarizə
məsələlərini müzakirə etmişlər. 660-cı ildə ikinci belə görüş olmuşdu.
622-ci ildə ikinci bir təhlükə yarandı. Ərəbləri Bələncən yaxınlığında məğlub
edən Xəzərlər Albaniyaya soxuldular. Kür çayı sahilində Cavanşir xəzərləri
məqlub edir. Albaniya tarixində göstərilir. “O günü Cavanşir böyük qələbə
qazandığı üçün həmin barbar xalqa belə söylədi. “Get,Çola qapıarından (Dərbənd )
geri qayıt və bir də buraya gəlmə, çünki tanrı sənin gücünü heç etmişdir”.
Lakin 665 –ci ildə ərərlər yenidən Albaniyaya hücum etdilər və Araz
sahillərinə qədər gəlib çıxdılar. Cavanşir həm ərəblərə, həm də xəzərlərə qarşı
mübarizə aparmalı oldu. Bunun çətinliyini görərək Cavanşir xəzərlərlə sülh
bağladı, xəzər xaqanının qızı ilə evlənərək əsirlər və aparılmış qəniməti geri
qaytardı.
VII əsrin 60-cı illərində siyasi hadisələrin sonrakı gedişi Cavanşiri Xilafətə
qarşı öz siyasətini dəyişməyə məcbur etdi. Belə bir şəraitdə Cavanşir ərəblərə qarşı
97
əvvəlki münasibətini dəyişir və 667-ci ildə Şam şəhərinə Müaviyyənin görüşünə
gedir.Bu görüş Cavanşir üçün uğurlu alınır. 670-ci ildə Xəlifə yenidən Cavanşiri
Şama dövlət etdi. Cavanşir Xilafətlə Bizans arasında gedən diplomatik danışıqlara
vasitəçilik etmişdi.
Alban tarixində göstərilir: “Cavanşir Şama gəldi... Xəlifə axşam yeməyinə
onunla birlikdə oturdu... Xəlifə onun dərin biliyinə heyrət etdi. Ona bir dəvə, 52 iti
yerişli at və Sünik knyazlığının hakimiyyətini bağışladı. Xəlifə həm də Atropatena
torpaqlarının da idarələrini zorla ona tapşırmaq istədi. Lakin Cavanşir artıq şöhrət-
dən boyun qaçırdı... öz ölkəsinin üzərinə qoyulmuş verginin azaldılmasını xahiş
etdi”.
Xəlifə Albaniya hakiminə xeyli güzəştə getdi, onun ölkəsinin daxili müstə-
qilliyinə toxunmadı, əhalidən alınan vergiləri üçdə birə qədər azaltdı.
Cavanşir daxildə mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün iri feodal
əyanlara qarşı uzun müddət ciddi mübarizə aparmalı oldu və nəticədə 680 (681)
ci ildə ölkə daxilindəki Bizanspərəst feodalların gizli qəsdi nəticəsində öldrüldü.
Hakimiyyətə Varaz Trdat keçir. Bu zaman Xəzərlər yenidən Albaniya
ərazisinə hücum edirlər. Lakin Varaz onlarla sülh bağlaya bilir.
Xəlifə onu “Şərq vilayyətlərinin canişini, Alban padşahlığının və Uti
əyalətinin hakimi “ təsdiq etdi.
VII əsrin 80-ci illərində Bizansın Cənubi Qafqaza yürüşləri başlayır.
Azərbaycan üç böyük imperiyanın döyüş meydanına çevrilir.
699 – cu ildə yenidən Albaniyaya hücum edən bizanslılar Varaz Trdat və iki
oğlunu həbs edərək Konstantinopola əsirliyə aparılır və onlar orada 705-ci ilə
qədər qalırlar.
Hakimiyyət ərəbpərəst Siruyənin (Şeroy) əlinə keçsədə 704-cü ildə ərəblər
onu Şama çağıraraq gizli şəkildə aradan götürmüşlər.
98
705-ci ildə Varaz Trdat əsirlikdən qayıdır. Lakin Albaniya hətta vassal
mövqeyini də itirmiş olur. Şimallı- cənublu bütün Azərbaycan qəti şəkildə
ərəblərin tabeçiliyinə düşür.
Ərəb ordularının fasiləsiz hücumlarına baxmayaraq əhali onlara asanlıqla
boyun əymədi. Yalnız 90- illik kəskin mübarizədən sonra Xilafət orduları
Azərbaycanın istilanı başa çatdırdılar.
Ərəblər siyasi və dövlət təşkilatı cəhətdən Bizans və İran imperiyasından geri
qalırdılar.Ona görə də ilk vaxtlar onlar işğal etdikləri ölkəmizdə özlərinə qədər
mövcud olan idarə qaydalarını saxlamağa məcbur oldular.
Ərəblər bu yerlərdə əraziləri idarə etmək üçün əmirlik sistemi yaratdılar.
Azərbaycan və Arran 5 ci əmirliyə daxil idi. Abbasilər dövründə 14 əmirlik yara-
dıldı.Əmirliklər kiçik inzibati vahidlərə -nahiyə və rayonlara bölündü. Məs.Hər
nahiyə 12 rayondan. hər rayon 12 kənddən ibarət idi. Hər bir əyalətin sərhədləri
müəyyən edildi. Azərbaycanın şimal sərhədi Dərbənd , cənub sərhədi Həmədana
qədər urtardı. Xilafət dövründə Azərbaycanın paytaxtı Marağa şəhəri idi. Hər bir
əmirliyin başında xəlifə tərəfindən təyin edilmiş əmir dururdu. Bütün mülki və
hərbi işlər onun əlində idi. Əmrin rəhbərliyi ilə müxtəlif vəzifələri icra edən
məmurlar aparatı yaradıldı. Amil – vergilərin toplanmasına nəzarət edir. Qazı-
məhkəmə işlərinə baxırdı. Yerli əyanlar əvvəlki imtiyazlardan məhrum edilib,
idarə işlərinə buraxmırdılar. Ona görə də yerli feoddallar ərəblərin siyasətindən
narazı qalaraq onlara qarşı olan üsyanlarda iştirak edirdilər. Sonralar ərəblər
qoşunlarının təşkilində islamı qəbul etmiş yerli əhalidən (Mövlalardan və hətta
xristianlardan (zimmi) istifadə edirdilər).
Ərəblər Azərbaycanın Ərdəbil, Marağa, Beyləqan, Bərzənd, Dərbənd, Bərdə,
Naxçıvan kimi strateji əhəmiyyətli şəhərlərdə hərbi dəstələr saxlayırdılar. Bu
hərbi dəstələrdən yerli əhalinin baş verən üsyanlarını yatırmaq üçün istifadə
olunurdu.
99
Ərəblər işğal etdikləri ərazilərdə öz hakimiyyətlərini qoruyub
möhkəmləndirməkdən ötrü köçürmə siyasətindən istifadə edirdilər. Həmin dövrdə
Azərbaycana Ərəbistan çöllərindən çoxlu sayda ərəb əhalisi köçürüldü. Bunu
Azərbaycanın müxtəlif ərazilərində “Ərəb” adları ilə başlanan çoxlu kənd
adlarının qalması sübut edir. (Şamaxı,Ağsu, Kürdəmir)
Azərbaycan işğal olunduqdan sonra münbit və yararlı torpaqların xeyli hissəsi
Xilafətin mülkiyyəti elan olundu. Ərəb xilafətində torpaq sahibliyinin aşağıdakı
formaları vardı:
Xəlifə və dövlətə məxsus mülklər — buradan gələn gəlir xəzinəyə gedirdi.
Mülk — yerli feodallara məxsus idi.
İqta — xidmət əvəzinə verilən torpaqlar.
Vəqf — dini müəssisələrə məxsus torpaqlar.
İcma torpaqları — kəndlərin əkin yeri, otlaqlar, biçənəklər, qəbristanlıq və s.
Xilafət dövründə aşağıdakı vergilər alınırdı:
Xərac — torpaq vergisi (məhsulla torpağı olanlardan alınırdı).
Cizyə — can vergisi. Qeyri-müsəlman kişilərdən alınırdı.
Aşağıdakı dini vergilər alınırdı.
Xüms — daşına bilən əmlakdan, adamların faydalandığı bütün şeylərdən alınırdı.
Zəkat (sədəqə) — maldarlıqdan, ticarət və sənətkarlıqdan, əkin və meyvədən
alınırdı. Şikəstlərin, əlacsızların ehtiyacı zəkatdan ödənilirdi.
Xəlifə Əlinin dövründə vergilərin toplanmasında ədalətli siyasət yeridilirdi.
Əli İbn Əbutalib deyirdi ki, diqqəti xəracı yığmağa deyil, toppağın
əkilib ,becərilməsinə vermək lazımdır.
Əməvilər dövründə (661-750) dövlət xərac toplanmasına böyük diqqət
yetirirdi.725-ciildə Azərbaycanda əhali, mal-qara, torpaq siyahıya alındı. Yeni
vergilər tətbiq edildi.
100
15 yaşdan yuxarı əhali vergi verməli idi. Vergilərin ağırlığına dözə bilməyən
kəndlilər kəndlərdən kütləvi şəkildə gedirdilər. Onların torpaqlarını isə feodallar
mənim-səyirdi .Əməvilərin yeritdiyi bu siyasət onlara qarşı böyük narazılıqlar
yaratdı və 750-ci ildə onları Abbasilər əvəz etdilər. (750-1258)
Abbasilər əsasən yerli feodalların nüfuzundan istifadə edirdilər. Vergi
qaydasında yeni dəyişikliklər qoyuldu. Torpaq əkilib-əkilməməyindən asılı
olmayaraq vergi verilməli idi. Zimmilər (xristanlar) daha çox vergi verirdilər.
Səkkizinci yüzilin ortalarında Əməvilər sülaləsinin siysətinə qarşı həm Xilafət
sarayında, həm də onlara tabe olan asılı ölkələrdə kəskin mübarizə gedirdi. Xəlifə
sülalənin taleyi üçün yaranmış siyasi böhranı və təhlükəni aradan qaldırmaq
iqtidarında deyildi. Üsyanların əhatə dairəsi genişlənir və təsiri küclənirdi. Xilafətə
qarşı çıxışlar Şimali Afrikada, Orta Asiyada və Ön Qafqazda, demək olar ki, eyni
vaxtda baş verdiyindən Əməviləri sarsıtmışdı. Xilafətə qarşı Azərbaycanda çıxışlar
748-752-ci illərdə geniş vüsət aldı. Üsyanda əhalinin bütün təbəqələri iştirak edirdi
və onlara yerli feodal əyanlar başçılıq_edirdilər. Bu, səbəbsiz deyildi. Ərəblər
Azərbaycanda möhkəmləndikcə feodalları dövlət aparatından uzaqlaşdırır, onların
torpağını, kəndlilər üzərindəki hüququnu və digər imtiyazlarını məhdudlaşdırırdı.
Ona görə də, feodallar Xilafətdən daha çox narazı idilər. Azərbaycanda olan ərəb
mənsəb sahiblərinin xeyli hissəsi də Əməvilərin siyasətindən razı deyildi. Onlar da
üsyançılarla həmrəy idilər.
748-ci ildə Beyləqanda başlanmış üsyan tezliklə digər vilayətləri, xüsusilə,
Bərdəni və Ərdəbili əhatə etdi. Beyləqandakı üsyana yerli hökmdar
Vard ibn Səfvan başçılıq edirdi. 748-750-ci illərdə üsyan bütün Cənubi Qafqazı
bürüdü.
752-ci ildə Şəmkirdə belə bir üsyan baş verdi. Üsyanlar Şəməkirdə olan Ərəb
qüvvələrini məhv etdilər.
710-ci ildə hakimiyyətə gələn Abbasilər xilafət ərazilərində, o cümlədən
Azər-baycanda baş verən üsyanları qan içində boğdu.
101
Azərbaycanda azadlıq mübarizəsinin parlaq səhifələrindən biri ərəb
xilafətinə qarşı 60 ildən artıq davam etmiş xürrəmilər hərakatıdır.Xürrəmilər
cəmiyyətdəki bütün ədalətsizliklərin kökünü sosial bərabərsizlikdə görürdülər.
Onların şüarı torpağı və digər istehsal vasitələrini xalqın ixtiyarına verməkdən,
kəndliləri və sənətkarları feodalların əsarətindən azad etməkdən ibarət idi.
Azərbaycanın istiqlaliyyətini bərpa etmək, onu yadellilərin işğallarından
qurtar-maq xürrəmilərin əsas idealı idi.
Xürrəmilər islamın ehkamlarını rədd edir və göstərirdilər ki, dünya daim
möv-cud olduğu kimi, insanların ruhu da əbədidir.
Dünyada iki qüvvə -xeyr və şər arasında fasilıəsiz mübarizə gedir, həm də
xeyrin şərə qalib gələcəyi labüddür.
Xürrəmiləri ərəblər “müxəmmurə”( qırmızı geyinənlər), farslar “Surxaləm”
(qırmızı bayraqlılar) adlandırırdılar.
Tədqiqatçılar “Xürrəm” sözünün mənşəyi haqqında müxtəlif fikirlər
söyləyirlər.
Məsələn. IX –X əsr müəlliflərinin fikrinə görə, bu söz Ərdəbil yaxınlığında
olan Xürrəm adlı yaşayış məntəqəsinin adı ilə bağlıdır.
“Xürrəm “ termininin Məzdəkin arvadı Xürrəmənin adı ilə bağlı olduğunu
söyləyənlər də vardır.Güya Məzdəkin ölümündən sonra onun qadını Xürrəmə
Məda-indən Peyə qaçmış və burada ərinin təlimini təbliğ etmişdir. “Xürrəm”
sözü fars dilində “Sad, xürrəm” kimi izah edilir.
Akademik Z. Bünyadov göstərir ki, xürrəmilər atəşpərəst idilər. O, “Xürrəm”
sözünün pəhləvi : dilində “ xur –od , xvar - günəş anlamında olduğunu göstərir.
Xürrəmilərin ilk çıxışları 778-ci illərdə xəlifə Mehdi dövründə baş vermiş-
dir.Tarixçi Nizam əl-Mülk göstərir ki, 778-ci ildə Çurqan batinləri Xürrəmilərlə
102
birləşərək Xilafətə qarşı çıxış etmişdir. Əbul-Bərra və onun oğlanlarının başçılığı
ilə Reyə tərəf hərəkət edən üsyançılar məğlubiyyətə uğrayırlar.
Xürrəmilər hərakatı IX əsrin əvələrində dahada genişlənir. Bu dövrdə
xürrəmilərin rəhbəri Cavidan ibn Səhl idi. O, Ərdəbil feodalı olmaqla böyük qoyun
sürülərinin sahibi idi. Üsyan 808-ci ildə başlamışdır və 816-cı ilə qədər zəif də olsa
davam etmişdir. 816-cı ildə Əbu İmranla döyüşdən sonra Cavidan vəfat edir və
Xürrəmilərin rəhbəri Babək olur.
Babək Cavidanın ən yaxın silahdaşı olmuşdur. Cavidan Babəkə Zəncandan
qayıdarkən Bilalabadda rast gəlmiş və qardaşı Abdulla ilə birlikdə öz dəstəsinə
cəlb etmişdi.(Təbəri)
Sonralar xürrəmilərin rəhbəri olan Babək özünü əsl xalq rəhbəri, görkəmli
sərkərdə, siyasi xadim kimi göstərə bilmişdir. Azərbaycanın hər yerindən Babəkə
qoşulmağa gəlirdilər və tezliklə onun 20 min nəfərlik üsyançı qoşunu təşkil
olundu. Babəkin ən yaxın köməkçiləri xalq içərisindən çıxmış istedadlı sərkərdələr
–Asim, Muaviyə, Abdulla, Tərxan, Rüstəm və başqaları idilər. Xürrəmilər 819-cu
ildən 827-ci ilə qədər Xilafətin 6 böyük ordusunu darmadağın etmişdilər.
819-cu ildə xəlifə əl-Məmun (813-833) xürrəmilər əleyihinə Yəhya İbn-
Müazin başçılığı altında böyük qoşun yeritdi. Bərdə yaxınlığında Xürrəmilər
ərəb qoşunlarını darmadağın etdilər. 821-ci ildə Babək xilafətin yeni bir ordusunu
məğlub edərək Bərdə, Beyləqan, Naxçıvan, Ərdəbil şəhərlərini düşməndən azad
etdi.827-ci ildə Xürrəmilərə qarşı məşhur sərkərdə Məhəmməd İbn Humeydin
başçılığı ilə böyük qoşun göndərildi. İki il hazırlıqdan sonra 829-cu ilin iyunun 3-
də Həşdadsər dağında xürrəmilərlə həlledici döyüşə girdi. Lakin Babəkin hərbi
qüdrəti nəticəsində düşmən böyük itki verərək məğlub oldu. Düşmənin 150 minlik
qoşunundan 30 mini, o cüm-lədən sərkərdə Hümeyd öldürüldü. Xürrəmilər 830-
cu ildə böyük strateji əhəmiyyəti olan Həmədan şəhərini tutdular.
833-cu ildə hakimiyyətə gələn Əl.Mötəsim üsyançılar üzərinə İshad İbn
İbrahimin başçılığı altında yeni qoşun göndərir. 833 cü il dekabırın 25-də
103
Həmədan yaxınlığında şiddətli döyüş başladı. Bu döyüşdə Xürrəmilər ilk dəfə ağır
məğlubiyyətə uğradılar. Üsyançılar böyük itki verdilər.
835-ci ildə Heydər İbn Kavus Afşinin rəhbərliyi altında yeni Ərəb qoşunları
Azərbaycana göndərildi. Babəkin xalq ordusunu daxilən pozmağa çalışan Afşin
cəsusluq və fitnəkarlıqdan daha çox istifadə edirdi. Xürrəmilər hər qarış torpaq
uğrunda mərdliklə vuruşurdular. Üsyançılar vuruşa-vuruşa Bəzz qalasına çəkildi-
lər. Bununla belə üsyançılar xilafət ordularına rahatlıq vermirdilər. 836-cı ildə
Buğa əl-Kəbirin qoşunlarını Həstadsər dağı yaxınlığında məqbul edərək bir neçə
sərkərdəsini öldürdülər.
837-ci ildə xilafətdən Afşinin köməyinə iki böyük ordu göndərildi.Avqusda
Afşin Bəzz qalasını mühasirəyə olur. Bu vaxt Bizans imperatoru - Babəkin
müttəfiqi Feofil 100 minlik qoşunda ərəblər üzərinə hücuma keçsə də, Bəz
qalasında mühasirədə olanların taleyinə heç bir təsir göstərmədi.
837-ci il avqustun 26-da Bəzz qalası süqut edir. Babək gizli yolla Bəzz
qalasından çıxaraq ölkənin şimal torpaqlarına üz tutur. Şunik torpaqlarının hakimi
Səhl İbn Smbat xəyanət edərək Babəki ərəblərə təslim edir.838-ci il martın 14-də
Babək Samirə (İraq) şəhərində edam edilir. Qardaşı Abdulla da Bağdada işgəncə
ilə edam olunur.
İşgəncənin dəhşətinə baxmayaraq Babək və Abdulla ölümə əzmlə sinə
gərdilər, mərdliklə əbədiyyətə qovuşdular. Babəkin adı Azərbaycan xalqının
istiqlaliyyəti uğrunda mübarizəyə çevrildi. Xürrəmlər hərakatının məqbul olmasına
baxmayaraq çox böyük tarixi əhəmiyyəti olmuşdur. Bu hərakat xalqın əsl azadlıq
hərakatı idi. İllərlə davam edən mübarizə Ərəb xilafətini maddi və mənəvi
cəhətdən xeyli zəiflədi. Bu hərakat digər xalqların da azadlıq mübarizəsinə təkan
verdi.838-840-cı illərdə Təbəristanda Məzyər Kəbirin başçılığı altında Xilafət
əsarətinə qarşı güclü azadlıq hərakatı başladı.Onlar da Babəkin şuarları altında
çıxış edirdilər.
104
Beləliklə Xilafətə qarşı bu üsyan və hərakatlar IX əsrin sonlarında Xilafətin
dağılmasına gətirib çıxardı.
105
Mövzu:IX
Azərbaycan Səfəvilər dövləti
Plan
1. Qızılbaşlar hərəkatı. Səfəvilər dövlətinin yaranmasında onun
rolu.
2. I Şah İsmayıl. Azərbaycan torpaqlarının birləşdirilməsi.
3. Səfəvilər dövlətinin daxili və xarici siyasətinin başlıca
istiqamətləri.
4. XVII əsr-XVIII əsrin birinci yarısında Səfəvi dövlətinin
zəifləməsi və beynəlxalq rəqabət meydanına çevrilməsi.
Ədəbiyyat
1. Azərbaycan tarixi. VII cilddə, III cild, Bakı, 2008, səh 182-346.
2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı,1989,sənəd N 29-
41, 50-51,55
3. Azərbaycan tarixi, Bakı, 1994, səh. 392-459.
4. Azərbaycan tarixi. S. Əliyarlının redaktorluğu ilə
Bakı,1996,səh.364-459.
5. Mahmudov Y.A. Odlar yurduna səyahət.Bakı,1980,səh.9-62.
6. Fərzəliyev Ş. F. Azərbaycan XV -XVIəsrlərdə.Bakı,1983,səh.73-
82,113-127.
7. Şah İsmayıl Xətai.(məqalələr toplusu).Bakı,1988.
8. Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti.Bakı,1993.
106
XV əsrin ikinci yarısında Azərbaycanın siyasi həyatında Səfəvi xanədanına
mənsub olan Ərdəbil şeyxləri mühüm rol oynamağa başladılar. Səfəvi
xanədanının, habelə Ərdəbil "Səfəvi təriqəti"nin adı şeyx Səfiəddinlə (1252-1334)
bağlıdır. XV əsrin ortalarınadək Səfəvilər Ərdəbildə dərviş şeyxləri idi və onların
fəaliyyəti əsasən dini səciyyə daşıyırdı. şeyx Səfiəddinin xələfləri olan şeyx
Sədrəddin (1334-1392), şeyx Xoca Əli (1392-1427) və şeyx İbrahim (1427-1447)
təriqət başçıları kimi böyük nüfuz qazanmışdılar. Onların dövründə Ərdabil
təriqətinin Gilanda, Farsda və Rumda (Kiçik Asiyada) çoxlu müridi olmuşdur.
Tarixçilər Səfəvilərin tarixini 4 dövrə bölürlər:
1-ci dövr XIII əsrin sonlarından 1447-ci ilə qədər, 2-ci dövr 1447-1501-ci illər, 3-
cü dövr 1501-1587-ci illər, 4-cü dövr 1587-1736-cı illər.
Əgər birinci dövrdə səfəvilər şiəliyi yayır, xalq kütlələrinin antifeodal
hərəkatına başcılıq edirdilərsə, ikinci dövrdə Səfəvilər artıq müstəqil ruhani
feodalları kimi fəaliyyət göstərərək, Azərbaycanın siyasi həyatında mühüm rol
oynayırdılar. Üçüncü dövrdə Səfəvilərin hakimiyyəti yaranır, möhkəmlənir, və
onlar ölkənin həyatında mü-hüm rol oynayırlar. Dördüncü dövr isə Səfəvilərin
mahiyyətinin dəyişilməsi dövrü sayılır.XV əsrin ortalarından başlayaraq Səfəvilər
daha fəal siyasət yeritməyə başlayırlar. Çox çəkmir ki, Muğan, Qarabağ və Talış
dağlarına qədər olan ərazilər Səfəvilərin təsiri altına düşdülər.
1447-ci ildə hakimiyyətə gələn Şeyx Cüneyd (1447-1460) Qaraqoyunlularla
düşmənçilik siyasəti yeridirdi. Qaraqoyunluların rəqibi olan ağqoyunlu Uzun
Həsənlə ittifaqa girən Seyx Cüneyd müstəqil hərəkətə başlayır.
1460-cı ilin martın 3-də O, Dağıstana və Şirvana yürüş etdi. Samur çayı
sahilində I Xəlilüllah qaraqoyunlu Cahanşahla ittifaqa girərək Səfəvilərin qarşısını
kəsir və burada böyük toqquşma olur. Döyüş Səfəvilərin məğlubiyyəti və Şeyx
Cüneydin ölümü ilə nəticələnir. Onun oğlu Şeyx Heydər (1460-1488) atasının
siyasətini davam etdirirdi. O, dayısı Uzun Həsənin qızı ilə evlənərək, atasının
ağqoyunlularla yaratdığı ittifaqı daha da möhkəmləndirdi. Şeyx Heydərin vaxtında
107
qazi, sufi dəstələri tam hərbi qaydada təşkil olundular. Səfəvi döyüşçüləri başlarına
12 imamın şərəfinə on iki zolaqlı çalma bağlayırdılar və buradan “qızılbaşlar”
termini yaranmışdır.
Şeyx Heydər xeyli qoşun və silah topladıqdan formal asılı olduğu qaynı
Sultan Yaqubla razılığa gəldikdən sonra 1483-cü ildə və 1487-ci ildə Şirvan və
Dağıstana hücumlar təşkil edərək, çoxlu qənimət və əsir ələ keçirdi. Şeyx Heydərin
iki dəfə uğurlu yürüşləri Yaqubu qorxuya saldı. 1488-ci ildə Səfəvilər yenidən
Şirvana hücum edərkən Sultan Yaqub Heydərin üzərinə qoşun göndərir. Bunu
görən Heydər Tabasaran dönür və iyunun 9-da Şahdağın ətyində birləşmiş
ağqoyunlu və şirvan qoşunları ilə Səfəvilərlə üz-üzə gəlirlər. Qanlı döyüş
nəticəsində hər iki tərəf xeyli itki verdi və Şeyx Heydər döyüşdə öldürülür.
Beləliklə XV əsrdə Səfəvilərin öz hakimiyyətlərini Şirvana yaymaq cəhdləri
baş tutmadı. Səfəvilərin Ərdəbil hakimiyyətləri zəiflədi. Heydərin oğlanları
Sultanəli, İb-rahim və İsmayıl Sultan Yaqub tərəfindən əsir alınır. Onlar Sultan
Yaqubun bacısı Aləmşahbəyimin övladları idilər. Onlar Şiraz yaxınlığında İstəxr
qalasına salınmış və dörd il yarım orada əsirlikdə qalmışdılar.
Ağqoyunlu padşahı Rüstəm Mirzə hakimiyyətə gələrkən qardaşları 1492-ci il-
də əsirlikdən azad edir. Lakin Sultanəli öz dədə-baba hakimiyyətini bərpa etmək
məqsədilə hazırlığa başlayır və 1494-cü ildə Ərdəbil yaxınlığında döyüşə girir və
məğlub olur. Sultanəli isə həlak olur. Əbih Sultan Ərdəbilə daxil olaraq Səfəvilərin
çoxunu qılıncdan keçirir. Lakin qızılbaş əmirləri İsmayılı xilas edə bilirlər. Uzun
təqiblərdən sonra İsmayıl Lahicana gəlir və 6 ilə yaxın orada yaşıyır.
1499-cu ilin avqusyunda 13 yaşlı İsmayıl Lahicanı tərk edərək, Ərdəbilə yola
düşür. Bu səfərdə onu Hüseyn bəy Samlu, Dədə bəy, Hadim bəy Xülafə, Rüstəm
bəy Qaramanlı, Bayram və Qaramanlı, İlyas bəy Ayqutoğlu və Qara Piri bəy
müşaiyət edirdilər.
O, yolüstü Ərçivanda (Astara) qışlayır.1500-cu ildə Göyçə gölü ətrafına gəlir.
Burada Ərəşli və Zülqədərli tayfaları ona qoşulurlar. Artıq İsmayılın bayrağı
108
altında 7 minlik bir qoşun var idi. Onun bayrağı altında şamlu, ustaclı, rumlu,
təkəli, zülqədərli, əfşar,qacar, vasaq və həmçinin Qaradağın sufiləri birləşmişdilər.
Mənbələrin məlumatı-na görə Ərzincanda keçirilən müşavirədə əsas zərbəni
Şirkana vurmaq qərara alındı. Şir-vana hücum etməzdən əvvəl səfəvilər Gürcüstan
və Ermənistanın bir sıra qalalarına hücum edərək ,çoxulu qənimət əldə etdilər.
1500-ci ilin payızında qizilbaş qoşunu Kürü keçib Şirvan ərazisinə daxil olur.
Şirvanşah Fərrux Yasar Qəbələyə qaçır. Qızılbaşlar heç bir müqavimətə rast
gəlmədən Şamaxını tutaraq çoxlu qənimət əldə edirlər.Fərrux Yasar 1500-ci ilin
sonlarında qoşunla geri qayıdır və Cabanı düzündə səfəvilərlə döyüçə girir. Döyüş
səfəvilərin qələbəsilə başa çatır və Fərrux Yasar öldürülür. Onun sağ qalmış oğlu
İbrahim Şeyxşah Xəzər sahilindəki Şəhrin adlı yerə gələrək dağınıq qoşunları bir
yerə toplasa da döyüşməyə cürət etməyib Gilan şəhərinə gedir.
1501-ci ilin yazında İsmayıl Bakı qalasını ələ keçirmək məqsədilə hücuma
başlayır. Səfəvilərin hücumu ərəfəsində XV əsrdə Bakı şəhəri böyük əhəmiyyətə
malikdi. Beləki,
Azərbaycanın və bütün Cənubi Qafqazın mühüm sənətkarlıq və ticarət
mərkəzi,həmçinin Xəzər dənizi sahilində mühüm liman şəhəri idi.
2. Şamaxı ilə yanaşı Şirvan hakimlərinin iqamətgahı idi.
3. Şirvanşahların zəngin xəzinəsi və möhtəşəm Şirvanşahlar sarayı Bakıda idi.
Bakını Qazi bəyin arvadı müdafiə edirdi. Bu qadın Səfəvilərin təslim olmaq
təkifini rədd etdi hətta o, qalanın təslim olmaq təklifini gətirən Səfəvi elçisini və
şəhəri təslim etməyi məsləhət görən Bakı darğası Əbdül Fəttahı edam etdirdi.
Lakin İsmayılı qüvvələri:
1. 1501-ci ilin yazında Bakıya daxil oldular.
2. Qızılbaşlar şəhəri talan edib Şirvanşahların zəngin xəzinəsinə sahib oldular.
İsmayıl Bakını aldıqdan sonra Gülüstan qalasını mühasirəyə aldı lakin qoşununu
geri çəkdi.Çünkü İsmayıl Ağqoyunlu Əlvənd Mirzənin Təbrizdən güclü ordu ilə
hücuma keçməsi xəbərini almışdı. İsmayıl öz yaxın adamlarını toplayaraq “Siz
109
Azərbaycan taxtını yoxsa Gülüstan qalasını istəyirsiniz ” deyə soruşduqda onlar
“Əlbəttə Azərbaycan taxtını” deyə cavab verdilər.
Bakını aldıqdan sonra İsmayıl tezliklə cənuba doğru hərəkətə
başlayır.Yolüstü Gülüstan,Suxrab və Buğurd qalalarını mühasirəyə alsa da tezliklə
oradan gedir.Çünki Ağqoyunlu Əlvənd Mirzə Təbrizdə güclü qoşunla onların
üzərinə gəlirdilər.
1501-ci ilin ortalarında Şərur adlı yrdə hər iki qoşun arasında qeyri-bərabər
döyüş baş verdi.Belə ki,ağqoyunlular 30 min,səfəvilər isə 7 min nəfərdən ibarət
idi. Bu döyüşdə İsmayıl əsl sərkərdəlik məharəti nümayiş etdirirdi. Ağqoyunlular
məğ-lub olaraq dağılışmağa başladılar,Əlvənd Mirzə isə Ərzincana qaçdı. Beləliklə
1501-ci ilin payızında İsmayıl heç bir müqavimətsiz Təbrizə daxil olur və özünü
şah elan edir. Paytaxt Təbriz olmaqla Səfəvilərlə dövlətinin əsası qoyulur.(1501-
1736).
Səfəvilər dövləti sosial-iqtisadi cəhətdən daha çox inkiçaf etmiş Azərbaycan
əra-zisində yarandı. Bu dövlətdə əhalinin etnik və mədəni birliyə malik çoxluğunu
Azərbaycan türkləri təşkil edirdilər.Azərbayacan türkü dövlətin siyasi həyatında
rəhbər rol oynayırdı.Hərbi komandanlıq,maliyyə işləri, vilayət əmirləri vəzifəsi,
demək olar ki,bütün saray vəzifələri Azərbaycan türklərinin əlində cəmləşmişdi.
Dövlətin 74 əmirindən 69-cu azərbaycanlı idi.Ordu da demək olar ki,
azərbaycanlılardan təşkil olunurdu.Sarayda qoşun içərisində, diplomatik yazışmada
Azərbaycan türkçəsi işlədilirdi.
Əlvənd Mirzənin məğlubiyyətindən sonra əsas təhlükə Muzad Mirzədən
idi.Odur ki,1503-cü il iyunun 21-də Həmədan yaxınlığında, Almaqulağı deyilən
yerdə İsmayıl ağqoyunlularla vuruşa girir. Şiddətli döyüş qızılbaşların qələbəsilə
başa çatır. Murad Mirzə Şiraza qaçır. Əbih Sultan və başqa sərkərdələr əsir
alınaraq edam edilirlər. Bunun-la Ağqounlular dövlətinin varlığına son qoyulur.
İran və Əcəmin xeyli hissəsi Səfəvilərin əlinə keçir.
110
Səfəvilər dövləti gücləndikcə,onun Özbək dövləti və Türkiyə ilə münasibətləri
ziddiyətli xarakter alırdı. Özbək dövləti ilə ziddiyyyət əsasən Xorasan vilayəti ilə
əlaqədər idi.Səfəvilərin Kiçik Asiyada başlarının qarışmasından istifadə edən
Şeybani xan Xorasanı tutur və hətta İsmayıla tabe olmaq tələbini irəli
sürmüşdü.Bunu görən Şah İsmayıl Xorasana doğru hərəkətə başlayır.1510-cu il
dekabrın 1-də Mahmudi kəndi (Mərv yaxınlığı)ərazisində özbəklərlə döyüş oldu və
Şah İsmayıl qələbə çalaraq, hətta Şeybani xanı döyüşdə öldürür. Beləliklə Şah
İsmayıl Xorasan, Mərv, Bəlx və Herat şəhərlərini ələ keçirir. Amu-Dəryadan
tutmuş Fərata qədər ərazilər səfəvilərin hakimiy-yəti altına keçdi.
Səfəvilərin qüdrətinin artması Osmanlı Türkiyəsini çox narahat edirdi. Sultan
II Bəyazid 1504-cü ildə Səfəviləri tanımalı olsa da, onun oğlu Sultan Səlim
hakimiyyətə gəldikdən sonra (1512) səfəvilərlə düşmənçiliyə başladı. O, hətta
Türkiyə ərazisində yaşayan 40 minə qədər qızılbaşı edam etdirmişdi.
Şah İsmayıl Türkiyə ilə müharibənin labüdlüyünü gorərək Avropa ölkələri
(Venetsiya) ilə diplomatik danışıqlara başlayır. Lakin son anda Avropalılardan
kömək almaq cəhdi baça çıxdı.
1514-cü ilin avqustunda Sultan Səlim 200 minlik qoşunla azərbaycan
sərhədlərinə yaxınlaşdı. 1514-cü il avqustun 23-də, Çaldıran düzündə (Maku
yaxınlığı)qanlı döyüş oldu.Hər iki tərəf din düşmənçiliyi ruhunda tərbiyə edildiyi
üçün (çiə-sünni) şəhid olmağa hazır olan silahlı fanatiklər idi. Ona görə də Çal-
dıran döyüşü tarixə ən qanlı qardaş qırğını kimi düşmüşdür. Sultan Səlim üçün
böyük zəfər sayılan Çaldıran vuruşu,əslində Türk dünyasının ümumi faciəsi,qərb
dünyası diplomatiyasının isə strateji qələbəsi idi.Baş vermiş bu qanlı döyüş
türklərin qələbəsi ilə başa çatdı.Qeyri-bərabər döyüşdə səfəvilər 5 min döyüşçü
tələfat verdilər.Türklərin qələbəsində topların böyük rolu oldu.Şah İsmayıl
təkbətək döyüşdə türk sərkərdəsi Əli bəy Məlcuqoğlunu qılınc zərbəsilə yerə
sərdi. Döyüşdə Qızılbaşların məhşur sərkərdələri Məhəmməd xan Ustaclı,Sarı Pirə
Ustaclı , Xadim bəy Xülafə, lələ bəy Şamlı və s. həlak oldular.
111
Döyüşdə Şah İsmayıl yaralanır və döyüş həlqəsini qıraraq olkənin içərilərinə
çəkilir.Bundan sonra Sultan Səlim Şah İsmayılı təqib edərək Xoy, Mərənd və
Təbrizi ələ keçirir. Lakin türklər müharibəni davam etdirmək iqtidarında
deyildilər.Təbrizdə 6 gün qaldiqdan sonra oranı tərk etdilər.Türk qoşunları
içərisində narazılıq və həyəcanlar artdı.ona görə də Sultan Türkiyəyə geri
çəkilməyə başlayır və gedərkən Təbrizin ən yaxşı ustalarını ozü ilə apraır.
Çaldıran döyüşündəki məğlubiyyət Səfəvilərin qüdrətinin zəifləməsinə səbəb
oldu. 1514-cü ildə başlanan Səfəvi-Türkiyə müharibələri isə fasilələrlə 100-ilə
qədər davam etmişdi. Osmanlı Sultanı II İldırım Bəyazid (1481-1512) Şah
İsmayıla qarşı müharibəyə başlamağa cəsarət etməyərək 1504 –cü ildə Səfəvilər
dövlətini tanımalı oldu.
1512-ci ildə I İsmayılın qoşunları Kiçik Asiyada Qarahisar və Malatiya şəhərlərini
tutdular. Sərkərdə Məhəmməd xan Ustaclı Diyarbəkir şəhərini tutaraq buradan I
Şah İsmayılın göstərişi ilə I Sultan Səlimə təhqiramiz məktub yazdı.
Sultan I Səlim Səfəvilərə qarşı hərbi əməliyatlara başlamazdan əvvəl bir neçə
tədbir həyata keçirdi. Beləki:
1) Qərbdə hərbi əməliyyatlar dayandırıldı
2) Ölkə daxilində Səfəvi dərviş təriqətinin tərəfdarları olan Kiçik Asiya şiələrinin
kütləvi qırğını həyata keçirildi.
Sultan I Səlimin vaxtında Osmanlıların Azərbaycan işğal etmək planı baş tutmadı.
Şah İsmayılın ölümündən sonra hakimiyyətə oğlu I Təhmasib (1524-1576) gəldi.
Bu zaman ölkədə feodallar arasında çəkişmələr yenidən gücləndi. Qızılbaş
hakmiləri mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edərək itaətdən boyun
qaçırdılar.1534-cü ildə Azərbaycan Sultan I Süleymanın I yürüşünə məruz qaldı.
100 minlik ordu ilə Azərbaycan sərhəddini keçən Osmanlılar qısa vaxtda:
1)Cənubi Azərbaycanın xeyli hissəsini tutdular.
2) 1534-ü il sentyabrın 27-də Təbriz işğal olundu.
112
3) Osmanlılar Azərbaycanda ciddi müqavimətə rast gəldilər
4) Həm də qış sərt keçdiyindən və ərzaq çatışmadığına görə
Osmanlılar burda çox qala bilmədilər və ölkəni tərk elədilər. Qışı Bağdadda keçirdilər.1535-ci ilin yazında Azərbaycan Sultan I Süleymanın II yürüşünə məruz qaldı. II yürüş zamanı 1535-ci ildə Təbriz işğal olundu.II yürüş zamanı I Təhmasib bir sıra tədbirlər həyata keçirdi beləki:1)Təbriz əhalisini İranın içərilərinə köçürdü.2)Düşmən əlinə keçməmək üçün ot-ələfə od vuruldu.3)Mal-qara məhv edildi4) Şah özü isə Sultaniyəyə çəkildi.əvvəlki yürüş kimi bu yürüş də uğursuz oldu və Osmanlılar Azərbaycanı tərk
etdilər.
Bu dövrdə Şirvanda daxili ziddiyyətlər kəskinləşdi. Şahruxun dövründə
(1535-1538) Şirvan əmirlərinin özbaşınalığı həddini aşmışdı. Bundan istifadə edən
I Təhmasib Şirvanı işğal etmək məqsədilə 1538-ci ilin yayında Əlqas Mirzənin
başçılığı ilə 20 minlik qoşın göndərir. Şirvan alınaraq Səfəvilərin əyalətinə çevrilir.
Əlqas Mirzə Şirvana bəylərbəyi təyin dilir. Beləliklə Azərbaycanın həm cənubu,
həm də şimali bir dövlətin tərkibinə daxil olur. Bu isə ölkənin həm iqtisadi,həm də
mədəni hayatına müsbət təsir edir. I Təhmasib 1540-cı ildə Bakını, 1541-ci ildə
Tiflisi tutur.
1547-ci ildə Əlqas mirzə özünü müstəqil hökmdar elan etməyi qərara alaraq
qardaşına qarşı qiyam qaldırır.Bu qiyamda Əlqas Mrzəyə Krım xanı da kömək
edirdi. Lakin o, məğlub olaraq Türkiyəyə qaçır. Şahın oğlu İsmayıl Mirzə (II
İsmayıl) Şamaxıya bəylərbəyi təyin edilir. Onun dövründə və onu əvəz edən
Abdulla xan dövründə Şirvanda baş verən bütün qiyamlar yatırıldı və Səfəvilərin
hakimiyyəti burada daha da gücləndi.
1551-ci ildə I Təhmasib Şəkiyə tərəf hücum edir.Bu vaxt Şəki hakimi Dərviş
Məhəmməd Gələrsən-Görərsən qalasında möhkəmlənir. Qeyri bərabər döyüş
Səfəvilərin qələbəsi ilə başa çatır.
113
1548-1549 –cu illərdə Türklər yenə ölkəmiz üzərinə hücumlara başladılar. Bu
yürüşlərdə Əlqas Mirzə də iştirak edirdi. Türklər yenə Təbrizi ələ keçirirlər. 1555-
ci ildə Təhmasib paytaxtı Qəzvinə köçürür. Həmədan tərəfdən hücum edən Əlfas
Mirzə məğ-lub olaraq əsir düşür. Lakin Təhmasib onu öldürməyərək, ömürlük
Qəhqəhə qalasına salır.
1552-ci ildə I Təhmasib səfərbərlik edərək Osmanlılar üzərinə güclü hücum
təşkil edir.O, bir sıra ərazilərdə üstünlük əldə edərək çoxlu qənimət ələ
keçirir.1554-cü ildə yenidən Sultan Süleyman Azərbaycana hücum edərək
Naxçıvanı və başqa əraziləri viran etdi. Lakin digər ərazilərdə uğursuzluqla üzləşən
Sultan danışıqlara girir və 1455-ci il mayın 29-da Amasiyada sülh müqaviləsi
bağlanılır. Bu sülhə görə Qərbi Gürcüstan, Qərbi Ermənistan Türkiyənin,
Gürcüstanın Şərq vilayətləri və indiki Ermənistan Səfəvilərin ixtiyarına keçdi.
XVI əsrin 70-ci illərindən Türk istilalarının yeni dövrü başlayır.I Təhmasibin
ölümündən sonra (1576 ) hərbi –köçəri feodallar arasında çəkişmələr yenidən
şiddətləndi. Şahın oğulları arasındada hakimiyyət uğrunda mübarizə başlayır. Bu
mübarizədə şah II İsmayıl (1576-1578) qalib gələrək hakimiyyətə keçir. Lakin
saray çevrilişləri nəticəsində 2 il sonra İsmayıl öldürülür. Onun böyük qardaşı
Məhəmməd Xudabəndə (1578-1587) hakimiyyətə gəlir. O ilk növbədə öz
düşmənlərini saraydan uzaqlaşdırır və aradan götürür.Hətta II İsmayılın bir yaşlı
oğlunu da öldür ki, gələcəkdə hakimiyyət iddiasında olmasın. Onun dövründə
Səfəvilər dövləti daha da zəiflədi. Qızılbaş əmirləri arasında ikitirəlik düşdü. Bir
neçə nüfuzlu əmir dövləti əslində öz aralarında bölüşdürdülər. Dövlət xəzinəsi
demək olardı ki, boşaldılmışdı.
Dövlətin zəifliyindən istifadə edən Osmanlılar yenidən öz işğalçılıq
yürüşlərinə başladılar.1578-ci ildə başda Mustafa paşa olmaqla 100 minlik qoşun
Azərbaycana soxuldu. Sultan II Murad sünnilərin şiələrə cihadı altında “müqəddəs
müharibə” şüarını irəli sürərək ədavəti dahada qızışdırdı. Səfəvi ordusunda birlik
olmaması üzündən cəmi 10-15 min qoşunla türklərə qarşı çıxa bildilər. Çıldır
düzündə səfəvilər məğlubiyyətə uğradılar. Bundan sonra türklər Gəncəni tutaraq
114
Şirvana doğru hücuma başladılar. Şirvan bəylərbəyi Araz xan buranı başsız
qoyaraq qaçır. Türklər Şamaxı və Dərbəndi ələ keçirirlər. Lakin türklər bu dəfə də
Azərbaycanda çox qala bilmədilər.Qışın gəlməsilə onlar Ərzincana tərəf çəkilirlər.
Əmələ gələn vəziyyətdən istifadə edən Şahın oğlu Həmzə Mirzənin başçılığı
altında Səfəvilər əks hücuma keçirlər. Bu zaman Krım xanı Adil Girey də
Azərbaycana soxulur. Səfəvilər Şamaxıını keçərək Ağsu çayı sahilində birləşmiş
türk –tatar qoşunlarını məğlub edirlər. Hətta Krım xanı əsir düşür. Döyüşdə şahın
arvadı “çox zəkalı, bacarıqlı və tədbirli “olan Bəyim xanım da iştirak edirdi. Onun
Şirvana gətirdiyi 30 minlik qoşun düşməni məğlub etməkdə mühüm rol oynadı.
Uzun sürən müharibələr ölkənin iqtisadiyyatına olduqca mənfi təsir
göstərirdi. Daxili feodal əyanları arasında çəkişmələr yenidən güclənir. 1587-ci
ildə Məhəmməd Xudabəndə vəfat edir. Əyanlar Şah I Abbası hakimiyyətə (!587-
1629) gətirirlər. Bu dövrdə Türklər dəfələrlə Azərbaycana yürüşlər etmişdilər.
Nəhayət 1590-cı ildə iki dövlət arasında İstanbulda sülh müqaviləsi imzalanır.Sülh
müqaviləsi Azərbaycanı Səfəvi və Türkiyə dövlətləri arasında bölüşdürür. Şirvan
Qarabağ, Təbriz, Marağa, Sərab, Türkiyəyə ilhaq eildi. 1598-ci ildə ölkənin
paytaxtı Qəzvindən İsfahana köçürülür, bununla da XVI əsr Azərbaycan Səfəvi
dövlətinin tarixi başa çatır.
Səfəvilər dövründə Azərbaycanın ictimai-iqtisadi və siyasi həyatında mühüm
irəliləyişlər olmuşdu. Təsərrüfat həyatı dirçəlmiş, şəhərlər inkişaf edərək
genişlənirdi. Xüsusilə bu dövrdə sənətkarlıq və ticarət xeyli inkişaf etmişdi.Təbriz,
Şamaxı, Ərdəbil,Bakı və başqa şəhərlər böyüyür və möhkəmlənirdi. Ən böyük
şəhər Təbriz idi. Bu şəhər Qərb və Şərq ilə ticarətdə mühüm rol oynayırdı. O
dövrdə Şamaxının 25 minə qədər əhalisi var idi.Şamaxı həm də bğyük ticarət
mərkəzi idi. Bakıda neft istehsalı getdikcə artırdı.Türk səyyahı Katib Çələbi yazır
ki, Bakı qalasının ətrafında “500-ə qədər quyu vardır ki, bunlardan ağ və qara neft
çıxrılır
Azərbaycan Səfəvi dövlətinin dövlət qurluşu feodal despotik şahlıq
idi.Hakimiyyətdə iri feodallar təmsil olunurdular.Dövlətin başında qeyri-məhdud
115
hakimiyyətə malik olan “Səfəviyyə” dərviş ordeninin şeyxi sayılan şah dururdu. I
Şah İsmayılın dövründə şiəlik rəsmi dövlət dini elan edimişdi. Səfəvi dövlətinin
mərkəzləşmiş daimi ordusu yox idi.Ordu müharibə zamanı ayrı-ayrı qızılbaş
tayfalarından təşkil olnurdu. Bəylərbəyilər qoşuna rəhbərlik edirdilər.Bu qoşunlara
Çərik deyirdilər.Bundan əlavə,qorçulardan ibarət 4500 nəfərlik süvari qvardiya
korpusu şaha xidmət edirdi.
XVII əsrin 70- ci illərində Səfəvi dövləti siyasi-iqtisadi böhran keçirirdi.
Feodal və məmurların özbaşınalığı həddini aşmışdı.Bu da xalqın narazılığına səbəb
olurdu.1571-ci ildə feodal istismarına qarşı Təbriz sənətkarları və şəhər
yoxsullarının böyük üsyanı başladı. Qorxudan Şah məmurları şəhərdən qaçdılar.
Şəhər iki il üsyançıların əlində qaldı. 1573-cü ildə I Təhmasib üsyanı yatıra
bidi.Üsyan rəhbərlərindən 160 nəfəri şəhər meydanında edam edildi .XVII əsrin
70-80-ci illərində Şirvanda,Talışda da feodal zülmü əleyhinə çıxışlar olmuşdu.
XVI əsrin sonlarında Azərbaycan Səfəvi dövləti demək olar ki, tənəzzülə
uğramış-dı. Daxili ziddiyətlər son həddə çatmışdı. Digər tərəfdən Türk Osmanlı
istilaları davam edirdi. Belə bir vaxtda 1587-ci ildə ustaclı və şamlu tayfalarından
olan qızılbaşların Xorasan qrupu Qəzvində 16 yaşlı Abbası hakimiyyətə gətirdilər.
Elə ilk gündən Şah I Abbas (1587-1529) Səfəvilərin əvvəlki qüdrətini qaytarmağa
çalışırdı. O, ilk növbədə əllərində hədsiz var-dövlət və hakimiyyət toplamış
qızılbaş əyanlarının müqavimətini qırmağa başladı.Şah Abbas Səfəvilərin itirilmiş
ərazilərini geri qaytarmaq və mərkəzi hakimiyyəti gücləndirmək məqsədi ilə hərbi
və inzibati islahatlar keçirdi. O,hakimiyyətdə İran ünsürlərini təşkil
edən,teokratiya, şiə ruhaniliyi və oturaq əyanların mövqeyini möhkəmlətdi. Şah
Abbas ona qarşı çıxan tayfalara amansız divan tutdu. Şahın həyata keçirdiyi ilk
tədbirlərdən biri dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmaqdan ibarət oldu. Bu
məqsədlə o, yüksək vəzifəli bütün şəxslərdən peşkəş adı altında xəzinəyə müəyyən
məbləğ verilməsini tələb etdi. Şah Abbas orduya büyük fikir verirdi.O,ingilis hərbi
təlimatçılarının köməyi ilə yeni nizami ordu yaratdı Şah bir şox azərbaycanlı qoşun
116
başçılarını ordudan kənar etdi. Ordu süvarilərdən,tüfəngçilərdən, artilleriyadan və
xüsusi qvardiyadan ibarət idi.
Şah Abbas dövlətin paytaxtını 1598-ci ildə İsfahana köçürdü. Bu isə İran
əyanlarının sarayda və dövlət aparatında nüfuzunun qüvvətlənməsinə səbəb
oldu.Ümumiyyətlə Şah Abbasın islahatları nəticəsində qızılbaş əyanlarının qüdrəti
son dərəcə sarsıldı,mərkəzi hakimiyət son dərəcə qüvvətləndi.Azərbaycan İran
feodallarının təsiri altına düşdü.
XVII əsrin əvvəllərindən başlayaraq Səfəvi-Türkiyə müharibələri yanidən
qızışdı. Hərbi əməliyyatlar fasiləəlrlə 1602-ci ildən 1639-cu ilə qədər davam
etmişdir. 1603-cü ilin yayında Şah Ababs 15 minlik qoşunla Təbrizə tərəf hərəkətə
başlayır.Təbrizdən bir qədər aralı Sufiyan adlanan yerdə baş verən döyüşdə Şah
Abbas Osmanlılar üzərində ilk qələbəsini əldə edərək Təbrizi onlardan təmizləyir.
1603-cü ilin payızında Şah Abbasın qoşunları Naxçıvan və İrəvanı ələ keçirir. O,
bu yerlərin əhalisini İsfahana köçürür. Bununla onun məsədi türkələri ərzaq
təminatından məhrum etmək idi. 1606-cı iln qışında İran qoşunları Qarabağ,
Gəncə, və Tiflisi işğal etmək üçün yürüşə başlayır. Şahın qoçunları Gəncəni iki aya
qədər mühasirədə saxlayırlar. Şəhərdə yarləşən Türk qarnizonu müqavimət
göstərsə də qala divarları lağım və top atəşləri nəticəsində dağılır və qoşun şəhərə
daxil olaraq oranı talan edirlər. Hətta Şah Abbasın əmri ilə şəhər əhalisi 1606-cı
ilində Gəncə çayının sol sahilinə köçürülür. Az sonra Tiflis işğal olunur. Bakı və
Dərbənddə isə əhali türk qarnizonuna qarşı üsyan qaldıraraq onları qovdular. İran
qoşunıları Şamaxını da ələ keçirərək 2000-dən arrıq türk qoşununu məhv etdilər.
(1607-ci il)
Səfəvilərlə Türkiyə arasında baş verən 4 illik müharibə (1603-1607)Azər-
baycanın səfəvilər tərəfindən tutulmasına, bir zülmün digər zülmlə əvəz
olunmasına gətirib çıxardır.
Lakin Osmanlılar hər vasitə ilə yenidən bu torpaqları tutmağa çalışırdılar.
Onlar 1611-1612-ci illərdə yenidən Azərbaycana hücum etdilər və Təbrizi tutdular.
117
Lakin tezliklə ehtiyat edən türk qoşunu Van tərəfə çəkildi. Nəhayət 1612-ci ildə iki
dövlət arasında sülh müqaviləsi bağlansa da, bu müqavilə uzun sürmədi, yenidən
Səfəvi-Osmanlı müharibələri qızışdı. Şah Abasın nəvəsi I Səfinin dövründə (1629-
1642) müharibə hər iki tərəfdən tez-tez davam etdirilirdi. Nəhayət 1639-cu ilin
mayın 17-də Qəsri-Şirində Türkiyə-Səfəvi sülh müqaviləsi imzalandı. Bundan
sonra bir müddət nisbi sakitlik yaranır.Təsərrüffatda, şəhərlərin həyatında dirçəliş
meydana gəlir, bir sıra şəhərlər bərpa olunurlar (Gəncə). Azərbaycan ərazisinin in-
zibati bölgüsü yaradılır və 4 bəylərbəyliyinə bölünür. Bunlar Təbriz, Çuxur-Sədd
(Ermənistan), Qarabağ, və Şirvan bəylərbəylikləri idilər.Ölkənin cənub
vilayətlərinin çoxu Təbrizə aid idi və Azərbaycan bəylərbəyliyi adlanırdı.
I Şah Abbas özünə arxa yaratmaq məqsədilə Azərbaycanın şimal bölgələrinə
yarım köçəri tayfaları köçürürdü. Məsələn, Muğanda çoxlu Şahsevən ailəsi
yerləşdiril-mlşdi.Türk soylu Padarların İranadan Azərbaycana köçürülməsidə
həmin dövrə təsadüf edir. Onlar Şamaxı Şəki və Dəvəçi rayonlarında indi də
yaşayırlar.
Türkiyə işğalçılarının Azərbaycandan qovulması yalnız Şah Abbasın hərbi
əməliyyətlarının nəticəsi deyil, eyni zamanda yerli əhalinin onlara qarşı azadlıq
mübarizəsinin genişlənməsinin də böyük rolu olmuşdur.
1601-ci ildə Qubada ,1602-1603 illərdə Şirvanda , Qarabağda bir sıra xalq
çıxışları olmuşdu.Hətta Türkiyənin özündə də kəndli çıxışları baş vermişdi.Bun-
lardan biri Cəlalilər hərəkatı idi. Bu hərəkat Türkiyədə XVI-cı əsrin 90-cı illərində
başlamış və sonralar Azərbaycan ərazilərinədə yayılmışdı.Cəlalilərin ayrı-ayrı
dəstələri, onlara qoşulmuş şəhər və kənd yoxsulları yerli feodallar üzərinə hücum
edərək onların var dövlətlərini ələ keçiridilər. Müxtəlif tayfalar içərisindən çıxmış
Cəlalili dəstə başçılarından biri Koroğlu idi. Xalq rəvaətinə görə, Səlmas yaxınlı-
ğındakı xaraba qala Koroğlu tərəfindən tikilmişdir. İlk dəfə Koroğlunu tarixi
şəxsiyyət kimi Petruşevski təqdim etmişdir.O, yazırdıki”tarixi Koroğlu
Ermənistanda və Azəbaycanda fəaliyyət göstərirdi”.Koroğlunun silahdaşları Dəli
Həsən, Giziroğlu Mustafa bəy, Kosa Səfər, Tanritanımaz, Abaza Paşa
118
idilər.Koroğlunun tarixi şəxsiyyət olması haqqında o dövrdə yaşamış Əylisli
Zəkəriyyənin “Qeydlərində”, Övliya Çələbiyyənin “Səyahətnaməsində” və başqa
əsrlərdə məlumatlar verilir.
-XVII –ci əsrdə Rusiya, Qafqaz, İran, Orta Asiya ilə iqtisadi və siyasi əlaqə-
lərə mühüm yer verirdi. Rusiya Xəzər sahillərinə və Qafqaza çıxmaq və gələcəkdə
İran -Türkiyə müharibələrinə təsir etmək istəyirdi. Rusiya həmçinin Azərbaycanla
iqtisadi əlaqələrə böyük maraq göstərirdi.
Azərbaycandan Moskvaya tacirlər gedir, eyni zamanda rus tacirləri də bu
yerlərə gələrək ticarətlə məşğul olurdular.Ən çox Şamaxı, Dərbənd və Bakıda
rusların ticarət köşkləri var idi.1688-ci ildə Stepan Razin Xəzər sahillərinə çıxaraq
Bakı əhalisini talan etmişdi.
XVIII –ci əsrin əvəllərində I Pyotrun dövründə Qafqaza dair Rusiyanın xüsusi
planı hazırlanır. O, əsasən Xəzər sahili vilayətləri ələ keçirmək, gələcəkdə cənub
ölkələrinə ekspansiya siyasətini həyata keçirmək üçün Dərbənd, Bakı, Şamaxı,
Rəst kimi şəhərləri ələ keçirməyə çalışırdı.
1700-ci ildən başlayaraq I Pyotr yerlərdəki vəziyyəti öyrənmək üçün Cənubi
Qafqaza öz nümayəndələrini göndərməyə başladı. Rusiya İsveç üzərində qələbədən
dərhal sonra xəzər sahili vilayətlərə yürüşə başladı.1722-ci ilin iyulun 18-də I
Pyotr 274 gəmidən ibarət böyük bir donanma ilə Həştərxandan yürüşə başladı. Rus
qoşunalrı həm quru,həm də dəniz yolu ilə hərəkət edirdilər.Avqustun 15-də rus
qoşınları Dərbəndə yaxınlaşdılar. Şəhərin naibi İmamqulu şəhərin açarını I Pyotra
təqdim edir və rus qoşun-ları Dərbəndə daxil olurlar. 1723-cü ilin iyulun 12-də
Bakı şəhəri tutulur. Dərgahqulu bəy başda olmaqla 700 nəfərlik qarnizon ruslar
tərəfə keçdilər.Beləliklə Dərbənd Bakı, Gilan, Mazandaran, Astrabad zorla
Rusiyaya birləşdirildi. Bunun əvəzində gələcəkdə İrana müdaxilə edən əfqanlara
qarşı müba-rizədə İranlılara kömək etməyi öhdəsinə götürdü.Eyni zamanda Rusiya
İrana ona görə kömək edirdi ki, İran türkiyəni bu yerlərə buraxmasın.
119
Şərqdə öz müstəmləkə siyasətini həyata keçirməyə çalışan İngiltərə və Fransa
Rusi-yanın Qafqazdakı nüfuzunun güclənməsinə hər vasitə ilə mane olurdular.
Bakının tutul-masından istifadə edərək bu ölkələr Türkiyəni Rusiyaya qarşı
müharibəyə qızışdırırdılar. Dağıstan hakimləri olan Hacı Davud və Surxay xan da
Türkiyə ilə Rusiya əleyhinə yaxınlaşmağa başladılar.
1723-cü ilin yazında Ərzurum paşası böyük ordu ilə Gürcüstana daxil olur.
Onlar Tiflisi tuduqdan sonra Gəncə tərəfə hərəkət etdilər.Türklərin Qafqaza yürüşü
Türkiyə ilə Rusiya arasında ziddiyətləri dahada kəskinləşdirdi.Lakin müharibədən
yeni çıxmış Rusiya yeni müharibəyə girməyə cəsarət etmədi.1724-cü il iyulun 12-
də İstanbulda iki dövlət arasında sülh müqaviləsi imzalandı.Sülhə görə Xəzər sahili
vilayətlər istisna olmaqla Azərbaycan torpaqları Türkiyəyə birləşdirildi.
1724-cü ildə Türk qoşunları Cənuba doğru hərəkət edərək Naxçıvan Xoy və
Ordubadı tutdular.1725-ci ildə Təbriz, Ərdəbil Türklər tərəfindən işğal olundu.
Lakin Təbrizi alarkən türklər 20 minə yaxın əsgər tələfatı verdilər.
Türklərin hücumları İran Səfəvi dövlətinin bütün varlığını təhlükə altına
almışdı. Bu ağır günlərdə Türkiyəyə qarşı mübarizəyə Əfşar tayfasından olan
Nadir kimi bir şəxsiyyət meydana çıxır.Türkiyədəki siyasi vəziyyətədən istifadə
edən Nadir (Türkiyədə dövlət çevrilişi nəticəsində Sultan III Əhməd devrilmişdi)
onlara qarşı mübarizəyə başlayır.Eyni zamanda Rusiya da bu məsələdə İrana
rəğbət bəsləyirdi. Nadirqulu əvvəlcə əfqan feodallarını ölkədən qovaraq Herat
şəhərini tutur. Bundan sonra türklərə qarşı mübarizəyə başlayan Nadir, artıq 1730-
cu ildə Həmədan, Təbriz, Marağa və Ərdəbili işğalçılardan təmizləyir.Lakin bu
zaman Xorasanda baş verən qiyamla əlaqədər Nadir ora qayıdır. Bu zaman Şah II
Təhmasib öz nüfuzunu möhkəmləndirmək məqsədilə İrəvan istiqamətində hücuma
keçir, lakin orada biabırcasına məğlub olur. Bundan istifadə edən Türkiyə yünidən
Təbrizi tutur. Bundan qorxan II Təhmasib sülh bağlamağa razı olur.1732-ci ildə
Kirmanşah şəhərində sülh bağlanır. Sülhə görə İrəvan, Gəncə, Tiflis,Şamaxı,Şirvan
və Dağıstan Türkiyəyə verilir. Bu hadisə Nadiri olduqca narazı salır.1732-ci ildə
Nadir Xorasandan qayıdaraq II Təhmasibi taxtdan salır və onun oğlu 8 aylıq Abbas
120
Mirzəni III Abbas adı ilə taxta çaıxarır. Elə bu vaxtdan Nadir faktiki olaraq İran
dövlətini idarə etməyə başlayır.
1734-cü ildə Nadirqulu Azərbaycanın şimal torpaqlarına yürüşə başalyır.
Bunu görən Şamaxı hakimi Surxay xan Dağıstana qaçır və şəhər təslim olur.Şəhər
tamamilə yandırılır.Əhali isə şəhərin 6 km-liyinə köçürülərək burada yeni Şamaxı
salınır.Bir hissə isə Ağsu adlanan yerə köçürülür. Oktayabr da Nadir Gəncəyə
hücum edir.Gəncə çayın suyunu şəhər üzərinə çevirir və qala divarlarını dağıtsa da
şəhəri tam ələ keçirə bilmir.4 aylıq mühasirədən sonra şəhər alındı.Həmin dövrdə
Gürcüstan və İrəvan da türklərdən təmizlənir.
1725-ci ildə Rus çarı I Pyotr öləndən sonra sarayda baş verən çevrilişlər
Rusiyanın daxili və beynəlxalq vəzziyyətini pisləşir. Ordu və donanma xeyli
zəifləyir. Belə bir şəraitdə Rusiyanın Xəzərsahili vailayətlərini öz əllərində sax-
laması mümkün deyildi. Bu vilayətlər üstündə İranla müharibə başlana bilərdi.Ona
görə də 1732-ci ildə bağlanan Rusiya-İran sülhünə görə Kürdən cənuba Xəzər
sahiili vilayətlər yanidən İrana qaytarıldı. Rusiyanın bu sülhü bağlamaqda məqsə-
di, həm də Türkiyə əleyhinə İranla yaxınlaşmaq idi. 1735-ci ildə bağlanan yeni
müqaviləyə əsasən Ruslar Bakı və Dərbəndi də geri qaytardılar. Beləliklə Nadirin
nüfuzu olduqca qüvvətləndi. 1736-cı ilin əvvəlində Nadir qışlamaq üçün Muğana
gedir. Şah III Abbasın qəflətən ölmündən istifadə edən Nadir 1736-cı ilin martında
toplanmış qurultayda özünü şah elan edir. Onun taxt-tacı ələ keçrməsinə narazılıq
edən Ziyadoğluları, Kəbirli, Cavanşir, 32-lər tayfasını Xorasana sürgün edir. Qazax
və Borçalı isə Kartli-Kaxetiyanın tabeliyinə verildi.
Nadir köhnə bəylərbəyliklərini ləğv edərək Azərbaycan adı altında vahid
inzibati bölgü yaratdı. Bölgünün mərkəzi Təbriz, hakimi isə qardaşı İbrahim oldu.
Uzun sürən müharibələr Azərbaycanın iqtisadiyyatına ciddi zərbə vurmuş-du.
Belə bir şəraitdə talan edilmiş şəhər və kəndlərin əhalisi tələb olunan vergiləri
ödəyə bilmədiklərindən, İran xəzinəsi tamam başlamışdı. XVIII əsrin 30-40-cı
illərində zəhmətkeş xalqın maddi vəziyyətinin son dərəcə kəskinləşməsi və sinfi
121
ziddiyyətlərin artması son həddə çatdı. Bu illərdə dəhşətli aclıq və xəstəliklərin
yayılması əhalinin feodallar əleyhinə çıxışlarına gətirib çıxardı.Bir yandan Nadir
şah xəzinəni doldurmaq üçün əhali üzərinə soyğunçu vegilər tətbiq edirdi.
Nadir zülmünə qarşı üsyanlar hələ 1734-cü ildən başlamışdı. Birinci olaraq
Astaranın aclıq şəəkn əhalisi çıxış etdilər.Lakin onların çıxışları amansızlıqla
yatırıldı. 1735-ci ildə Şəki vilayətində Biləcik kəndinin əhalisi üsyan etdi. Onlara
qonşu Çənik,Tala kəndlərinin əhalisi də qoçuldular. Kəndlilər şahın vegi toplayan
məmurlarını qırır, onların keşikçi dəstələrinin üzərinə hücum edirdilər. Nadir şah
fevral ayında ora böyük cəza dəstəsi göndərir.Qanlı döyüşlərdən sonra Car və Tala
cammatı silahı yerə qoymağa məcbur oldular.Eyni zamanda Biləcik və Cəniklilər
də məğlub oldular.
1738-ci ildə Qarabağ,Şəki ,Şirvan və Balakəndə də kəndli üsyanları baş
vermişdi.Nadirin Hindistan səfərində olmasından istifadə edən Car camaatı
yenidən silaha sarıldılar.Hətta onlar üzərinə qoşun yeridən şahın qardaşı İbarahimi
məğlub etdilər.
XVIII əsrin 40-cı illərində xalq hərəkatı daha geniş vüsət aldı.1743-cü ildə
Şirvanda Nadir zülmünə qarşı üsyan qalxdı.Belə bir tarixi şəraitdə guya Səfəvilər
nəslindən olan yalançı Sam Mirzələr meydana şıxırlar. Nadir zülmündən cana
doyan əhali qurtuluşu Sam Mirzədə görürdülər və ona görə də onu rəğbətlə
qarşılayırlar. Lakin Sam Mirzələrin hamısı məğlub oldular. Bütün bu siyasi
hadisələrdən Türkiyə öz xeyrinə istifadə etməyə çalışırdı. 1743-44-cü illərdə
Şirvan, Şəki, Təbriz, Xoy və Səlmasda yeni üsyanlar baş verdi. Şəkidə baş verən
mübarizə daha kəskin xarakter aldı .Üsyanın baş verməsinə əsas səbəb Şəki hakimi
Məlik Nəcəfin özbaşınalığı olmuşdu. O, xalqa əzab verir, vegiləri üçqat toplayaraq
özü mənimsəyirdi.Hələ 1741-ci ildə səbri tükənmiş Şəki əhalisi Nadir şaha şikayət
etmişdi.Ona görə də Nadir Məlik Nəcəfin işlərinə nəzarət etmək üçün Şəki
əhalisindən vəkil seçməyi göstəriş verir.Əhali Hacı Çələbini Vəkil seçir.O, vəkil
seçiləndən sonra açıqcasına Məlik Nəcəfin işlərinə qarışır,onun əleyhinə çıxırdı.
Məlik Nəcəf Hacı Çələbidən narazı idi və onu şahın qarşısında təqsirləndirmək
122
üçün fürsət axtarırdı.O,şaha xəbər göndərir ki,guya Hacı Çələbi “Şahın əmrlərinə
tabe olmur ,xalqı da onları icra etməyə qoymur”.Qəzəblənmiş Şah Hacı Çələbini
hüzuruna çağırır və edam olunmasını əmr edir. Hacı Çələib kəndir boğazında
özünü mərdliklə və dəyanətlə apraraq, Məlik Nəcəfin işləkləri haqqında ərz edir.
Bunda sonra şah onu azad edir. Tarixçi Kərim Ağa Fatehin yazdığına görə,bu
hadisədən bir az keçmiş şah öz yaxın adamlarına deyir: “Mənim hüzurumda bir
kəsin nəfəs çəkəmyə həddi olmadığı halda bu Şəkili Çələbidə nə cürət varmış ki,
boğazında kəndir cəsarət edib bu ərzləri mənə söylədi və məlikdən mənə şikayət
etdi. Gğrərsiniz, o bir xəta edəcəkdir, mən öz zənnimdə heç vaxt yanılmamışam”.
Bir qədər keçmiş Məlik Nəcəf Çələbidən yenə şikayət edir. Şah Çələbinin
üzərinə 100 tümən cərimə kəsir. Lakin Çələbi bu cəriməni verməkdən boyun
qaçırır. Qəzəblənən Şah Çələbini yenidən hüzuruna çağırır. Çələbi bundan da
boyun qaçırır. Səhəri gün Çələbi öz adamlarını başına yığaraq üsyan edir və Məlik
Nəcəfi öldürür.O,özünü Şəki xanıl elan edir. O,uzun müddətlik ərzaq və sursat
ehtiyatı görərək, bütün şəhər əhalisini Şəkinin 8 km-də yerləşən qədim və
möhkəm “Gələsən-Görəsən “qalasına köçürür. 1744-cü ilin noyabrnda Nadir şahın
qoşunu Şəki üzərinə yürüşə başlayır. Lakin qoşun “Gələsən –Görəsən”də ciddi
müqavimətə rast gələrək Bərdə tərəfə çəkilr.1745-ni ilin fevralında şah qoşunları
yenidən Şəki üzərinə hücuma keçirlər, lakin Şəki əhalisi inadla müqavimət
göstərdi. Bu vaxt Türkiyə ilə münasibətlərin kəskinləşməsi üzündən Nadir şah
Şəkidə bir qarnizon qoyaraq Türkiyə sərhəddinə gedir.1745-ci ilin ortalarında
Türkiyə-İran müharibələri yenidən qızışdı. “Gələsən –Görəsən”qalası demək
olarki, 2 ilə yaxın mühasirədə qaldı.Qalada demək olar ki,ərzaq ehtiyatı qurtarmaq
üzrə idi. Odur ki, Hacı Çələbi vəkil vəzifəsində qalmaqla, Nadir şahın
hakimiyyətini tanımağa məcbur olur.
Aramsız ara müharibələri nəticəsində gərgin iqtisadi vəziyyət, sinfi mübarizə
nəticə etibarilə Nadir şahın dövlətinin süqutuna səbəb oldu.1747 ci il iyunun 20-də
sui-qəsd nəticəsində Nadir şah öldürüldü.Onun silah gücünə yaratdığı dövlət
tamamilə dağldı.İran dövlətini yünidən ara müharibələri bürüdü.
123
X MÖVZU
Azərbaycan xanlıqlar dövründə
Plan
1. Xanlıqların daxili siyasəti. Dövlət quruluşu
2. Ölkənin dövlət birliyi uğrunda mübarizə
3. Xanlıqların xarici siyasəti
4. Qacar basqınlarına qarşı qəhrəmanlıq mübarizəsi
Ədəbiyyat
1. Azərbaycan tarixi.VII cilddə,III cild,Bakı,2008, səh.404-460.
2. Azərbaycan tarixi üzrə qaynaqlar.Bakı,1989,səh.57-59.
3. Əhmədbəy Cavanşir. Qarabağ xanlığlnın 1747-1806-cı illərdə siyasi vəziy-
yətinə
dair. Qarabağnamələr. Bakı 1989,səh.157-174.
4. Kərim Ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi.Bakı.1959.
5. Mirzə Camal Cavanşir. Qarabağ tarixi. Qarabağnamələr.
Bakı, 1989. səh. 110-129
6. Axundov N. Qarabağ salnamələri. Bakı,1989.səh 7-214.
124
7.Dəlili N. Azərbaycanın cənub xanlıqları XVIII əsrin iknci yarısında. Bakı,
1979, səh.29-105.
XVIII əsrin ikinci yarısı Azərbaycan tarixinin mühüm dövrlərindən biridir.
Özünəməxsus xüsusiyyətləri olan bu dövr müstəqil və yarımmüstəqil dövlət qu-
rumlarının –xanlıqların tarixindən ibarətdir. Azərbaycan ərazisində xanlıqlar
başlıca olaraq İran hökmranlığı ilə mübarizədə yarandığından onların meydana
gəlməsinin sosial-iqtisadi şərtləri ümumi xarakter daşıyırdı. Lakin xanlıqların
yaranması formaca bir-birindən fərqlənirdi.
Bu dövrdə Azərbaycanda feodal pərakəndəliyi hökm sürürdü, vahid siyasi və
iqtisadi mərkəz yox idi. Təsərrüfatda, iqtisadiyyatda natural təssərüfat üstünlük
təşkil edirdi. Ayrı-ayrı xan, sultan, məlik və bəylər öz müstəqilliyini qorumağa
çalışır, öz mənafeləri naminə ölkəni pərakəndə vəziyyətdə saxlamaq
iatəyirdilər.Belə feodallar eyni zamanda xanlıqları birləşdirərək vahid bir dövlət
yaratmaq siyasəti yürüdənlərə qarşı çıxırdılar.
XVIII əsrin ortalarında İranda feodal ara müharibələri genişlənir.
Azərbaycanda isə demək olar ki, hər bir şəhər ətrafında müstəqil və yarımmüstəqil
feodal dövlətləri-xanlıqlar meydana gəlirdi.
Xanlıqların əmələ gəlməsinin əsas səbəbləri aşağıdakılardan ibarətdir:
-Ölkənin ayrı-ayrı vilayətləri arasında sabit iqtisadi əlaqələrin olmaması;
-natural təsərrüfatın hökm sürməsi;
-Ayrı-ayrı feodalların bu və ya digər ərazi üzərində öz hakimiyyətini qurmaq
cəhdləri;
-mərkəzi hakimiyyətin olmaması.
Azərbaycan ərazisındə ilk müstəqil xanlıqların yaranması XVIII əsrin 40-
cı illərinə aiddir. Əgər onlardan bəzisi Nadir şahın ölmündən sonra onun yaratdığı
125
dövlətin süqutundan sonra meydana gəlmişdirsə, bəziləri hələ Nadir şahın
hökmranlağı dövründə İran əleyhinə mübarizə nəticəsində formalaşmağa
başlamıışdı. Xanlıqların bəzisi isə öz başlanğıcını hələ Səfəvilər dövlətinin
tərkibində yarımmüstəqil inzibati varlıq kimi mövcud olduğu dövrdən götürür.
Məsələn, XVII əsrin sonlarından Quba və Talış xanlıqları yarımmüstəqil formada
Səfəvilərin hakimiyyəti dövründə mövcud olmuşdular.
Nadir Şahın ölümündən sonra (1747) isə Azərbaycanda daha müstəqil və
siyasi cəhətdən güclü xanlıqlar meydana çıxdı: Araz çayı ilə Kür çayı arasında
Qarabağ xanlığı, Zəngəzur sıra dağlarından Araz vadisinə qədər uzanan ərazilərdə
Naxçıvan xanlığı, Murovdağ silsiləsindən Kür çayına qədər Gəncə xanlığı, Şirvan
düzənliyində isə Şamaxı xanlığı öz varlığını saxlayırdı. Abşeron yarımadasında
Bakı xanlığı, Azərbaycanın şimal-şərqində Quba xanlığı, Dərbənd xanlığı, Bakı
xanlığından cənuba Salyan xanlığı, Kür ilə Arazın qovuşuğuna bitişmiş torpaqlarda
Cavad xanlığı, Xəzərin cənub-qərb sahilində Talış (Lənkəran) xanlığı yaranmışdı.
İndiki Ermənistan ərazilərinin şərqində İrəvan xanlığı fəaliyyət göstərirdi.
Azərbaycanın Araz çayından cənuba olan torpaqlarda da xanlıqlar
yaranmışdı. və bunlar öz müsdəqillikləri uğrunda İran feodallarına qarşı mübarizə
aparır-dılar. Bunlardan Təbriz, Urmiya, Xoy, Qaradağ, Sərab, Marağa, Maku
xanlıqlarını göstərə bilərik. Ümumilikdə 18-ə qədər – şimallı-cənublu xanlıq
fəaliyyət gös-tərmişdir.
Bunlardan əlavə daha kiçik ərazilərə malik və əksər vaxtlarda tabeçiliyində
olan məliklik və sultanlıqlar da yaranmışdı. Məsələn Qarabağda “xəmsə”adlanan
beş məliklik-Vərəndə, Çiləbörd, Gülüstan, Dizaq, Xaçın fəaliyyət göstərirdi və bu
məlik-liklərin əksəriyyəti Qarabağ xanlığından asılı idilər.
Qutqaşen, Qəbələ, Ərəş, İlusu sultanlıqları Şəki, xanlığından, Qazax və
Şəm-şəddin sultanlıqları bəzi vaxtlarda Gəncə və İrəvan xanlıqlarından asılı
vəziyyətdə olurdular.
126
Adını göstərdiyimiz bu xanlıqlardan bəziləri Azərbaycanın siyasi həyatında
əhəmiyyətli rol oynamış,bəziləri isə Azərbaycan torpaqlarının birləşdirilməsi
uğrunda uzun müddət mübarizə aparmışlar.Bunlardan Şəki,Qarabağ və Quba
xanlıqlarını misal gətirə bilərik.
Şəki xanlığı
Şəki xanlığının banisi Azərbaycanın görkəmli dövlət xadimlərindən olan
Hacı Çələbi xan olmuşdur.O, hələ Nadir şahın sağlığından Şəkini müstəqilləşdirə
bilmişdi. Onun dövründə Xanlıq güclü siyasi qüvvəyə çevrildi. Qəbələ və
Qutqaşen sultanlıqları Hacı Çələbinin (1747-1755) hakimiyyətini tanımağa
məcbur oldular. Hacı Çələbi Gəncə və Qarabağ xanlıqlarını özünə tabe etmək
uğrunda uzun müddət mübarizə aparmışdı. O,1748-ci ildə Qarabağ torpaqlarına
yürüş edərək bir sıra torpaqları ələ keçirmiş və bir aydan artıq Bayat qalasını
mühasirədə saxlasa da tezliklə geri çəkilmişdi.
Şəki xanlığının getdikcə qüdrətinin artması, onun Gəncə və Qərb torpaqları
uğrunda mübarizəsi, Azərbaycanın digər xanlarının və Kartli-Kaxetiya çarlığının
ciddi narahatlığına səbəb olmuşdu.Gürcü çarı Teymuraz Gəncə və Qarabağı
tutmağa çalışırdı. Hətta bu məqsədlə O, Dağıstan hakimlərinə müraciət etmiş və
rədd cavabı almışdı.
1751-ci ildə Teymuraz və oğlu II İrakli Alazan çayını keçərək Şəki xanlığının
ərazisinə daxil oldu. Fevral ayında gürcülər Car torpağında Hacı Çələbi ilə qarşı-
laşdılar. XVIII əsr Gürcü xronikasında bu yürüş barəsində deyilir: “1751-ci ildə çar
Teymuraz və oğlu İrakli Hacı Çələbi ilə vuruşmaqdan ötrü Cara getdilər. Onların
çoxlu qoşunu olmasına baxmayaraq, fevralda məğlub oldular”
1752-ci ildə Gürcü çarları Gəncə xanlığını ələ keçirməyi qərara aldılar.Onlar
Hacı Çələbiyə qarşı Azərbaycan xanlarından Şahverdi xanı (Gəncə) Heydərqulu
xanı (Naxçıvan) və Pənahəli xanı (Qarabağ) öz tərəfinə çəkərək itifaqa girdi.
127
1752-ci il martın 21-də müttəfiqlər müşavirə üçün Gəncə yaxınlığında
düşərgəyə toplaşdılar. Lakin Gürcü çarı qəflətən onları əsir alaraq Gürcüstana
apardı.
Bunu görən Hacı Çələbi xan Kür çayını keşərək Gəncəyə doğru hərəkət
edir.O,İraklinin qoşunlarını Ağstafa çayına qədər təqib edərək güclü zərbə
endirir.Düşmən 400 nəfər itki verərək Gürcüstanın içərlərinə çəkilirlər.Hacı Çələbi
Qazax və Borçalı ərazilərini tutaraq oğlu Ağakişi bəyi hakim təyin edir.
1755-ci ildə Hacı Çələbi böyük silahlı qüvvə ilə Şirvana yürüş edərək Ağsu
qalasını mühasirəyə alır. Qubalı Hüseynəli xan Şamaxı xanının köməyinə gəilr.
Birləşmiş qoşun Hacı Çələbini məğlub edirlər . O,çoxlu itki verərək geri
çəkilidi .Hacı Çələbi 1755-ci ildə vəfat edir.Hakimiyyətə onun oğlu Ağakişi xan
keçir. Lakin çox çəkmir ki,o qayınatası Qazıqumux hakimi Məhəmməd xan
tərəfindən öldürülür. Məhəmməd xan Şəkini tutur və qarət edir. Onun Şəkidə
hakimliyi 40 gün çəkir.Hacı Çələbinin nəvəsi Hüseyn xan Quba xanının köməyi ilə
Şəkidən işğalçıları qovaraq özünü xan elan edir.1768-ci ildə ittifaqa girən Şəki və
Quba xanları Şamaxı xanlığına hücum edərək, oranı öz aralarında bölüşdürdülər.
Bir qədər sonra Şəki xanlarının qohumları arasında mübarizə başlayır.Şəki
xanlığı olduqca zəifləyir.1779-cu ildə Hüseyn xan öldürüldükdən sonra hakimiy-
yəti Əbdülqədir ələ keçirir.Lakin o da hakimiyyətdə çox qala bilmir.Qarabağa
qaçmış Hüseyn xanın oğlu Məhəmmədhəsən xan İbarahim xanın köməyini alaraq
Şəkiyə gəlir.Əbdülqədir isə Qubaya qaçır.Hakimyyəti Məhəmmədəhsən xan ələ
keçirir 1781-1795).Ondan sonra isə Səlim xan hakimiyyətə gəlir.O,1805-ci il
mayın 21-də Şəki xanlığının Rusiyaya qatılması müqaviləsini imzaladı və beləliklə
Şəki xanlığı ləğv edildi.
Qarabağ xanlığı
Əsası Pənah Əli xan (1748-1763)tərəfindən qoyulmuş Qarabağ xanlığı XVIII
əsrin 2-ci yarısında xeyli qüvvətlənmişdi.Pənah Əli xan Qarabağda köçəri həyat
128
keçirən Cavanşirlər tayfasına məxsus olan Sarıcalı kəndindən idi.O,gəncliyində
qardaşı Behbudəli bəylə Nadir şahın yanında qulluq edirdi.
Lakin 1738-ci ildə qardaşı edam edildikdən sonra Pənahəli müəyyən müddət
Zəngəzurda gizlənir, tərəfdarlar toplayaraq Gəncə,Naxçıvan və Şəkiyə basqınlr
edirdi.Nadir şahın ölmündən sonra O,Qarabağda öz hakimiyyətini qura-raq, Ca-
vanşirlər,otuzikilər tayfasını ğz ətrafında cəmləyərək 20 minlik heyyəti toplayır.
Pənah Əli xan İran və ona düşmən olan yerli feodallardan qorunmaq üçün
Kəbirli mahalında Bayat qalasını tikdirir (1748-ci il).Xan bütün ailəsini və əyanları
bu qalaya köçürür.Habelə Təbriz və Ərdəbildən çoxlu sənətkarlar da burada yerləş-
dirildi.
Qarabağ xanlığının artmaqda olan qüdrətini görən Şirvan və Şəki hakimləri,
habelə erməni məlikləri Pənahəli xana qarşı ittifaq yaradırlar.Şəki xanı Hacı Çələbi
və onun müttəfiqləri xeyli qüvvə ilə 1848-ci ildə hücum edərək Bayat qalasını
mühasirəyə alırlar. Bir aydan çox davam edən mühasirə heç bir nəticə vermədi.
Müttəfiqlər çoxlu itki verərək geri şəkildilər. Pənahəli xan gələcəkdə öz düşmən-
lərinə qarşı dura bilmək üçün Ağdam yaxınlığında Şahbulaq qalasını da tikdirir.
Pənahəli xan İrandakı siyasi vəzuyyətdən istifadə edərək Gəncə, İrəvan,
Naxçıvan və Ərdəbil xanlıqlarını ələ keçirmıəyi qərara alır. Qısa müddət ərzində
O, həmin xanlıqlarda bəzilərini (Ərdəbil) zor ilə tabe etmiş, digərlərini isə ittifaq
bağlamağa məcbur edərək öz vassalına çevirmişdi.
Bu vaxt İranda hakimiyyət iddiasında olan Məhəmməd Həsən Qacar Qara-
bağda hücum edir. (1751-ci ildə ).Pənahəli İrandan təhlükə olduğunu bilərək
1750-ci ildən Şuşa qala şəhərini tikdirir. Əvvəllər bu qala Pənahabad adlanırdı. Qa-
la 1757-ci ildə tikilib başa çatmışdı. Şuşa tezliklə böyüyərək xanlığın mərkəzinə
çevrilir. Qacar yeni tikilməkdə olan qalanın ətrafında Topxana meşəsində düşərgə
salır. 1aya qədər orada qalmasına baxmayaraq heç qalaya yaxınlaşa bilmir.O, tez-
liklə geri qayıdır.
129
1760-cı ildə Urmiya hakimi Fətəli Xan Əfşar böyük qüvvə ilə Qarabağa hü-
cum edir. Demək olar ki, Şuşa 6 ay mühasirədə qalır. Lakin Pənahəli xan oğlunu
girov verməklə mühaisrədən azad olur.
1763-cü ildə Pənahəlinin vəfatından sonra oğlu İbrahim Xəlil xan hakimiyyətə
keçir.(1763-1806). Onun dövründə xanlıq daha da qüvvətlənir. Bu xanlığın hökmü
Qaradağ ,Ərdəbil, Naxçıvan və Gəncə ərazilərində işlənirdi. İbrahim Xəlil xan
Şəki, Car Balakən əhalisi ilə ittifaqda idi. Onun dövründə Qarabağ xanlığının Ru-
siya və Gürcüstan ilə əlaqələri genişlənirdi. Bu əlaqələrin yaranmasında görkəmli
Azərbaycan şairi M.P.Vaqifin böyük rolu olmuşdur.
1806-cı ildə Pənahəli xan ailəsi ilə birlikdə öz çadrında rus zabiti Lisaneviç
tərəfindən gülləboran edilmişdir. Xanlıq faktiki olaraq 1805-ci ildən Rusiyanın
himayəsinə keçmiş,formal olsada 1826-cı ilə qədər fəaliyyət göstərmişdir.
Quba xanlığı.
Quba xanlığının banisi Hüseynəli xan (1726-1758) hələ 1726-cı ildə Rus haki-
miyyəti tərəfindən bu vəzifəyə təqdim olunmuş və Rus çarı onu Quba xanı təyin
et-mişdi. Hüseynəli xan sonralar Gülhan, Altıpara, Doqquzpara icmalarını öz
mülk-lərinə birləşdirmişdi. Hüseynəli xan xarici siyasətdə Rusiyaya meyl edirdi.
Lakin zahirən Nadir şaha itaətini bildirdi. Nadir şahdan sonra O, müstəqil hakim
oldu. O,Salyan və Rudları Quba xanlığına billəşdirdi.
Onun oğlu Fətəli xanın dövründə (1758-1789) Quba xanlıığının mövqeyi daha
da mökəmləndi. Fətəli xan öz dövrünün görkəmli dövlət xadimi idi.A.Bakıxanov
onun haqqında yazırdı: “Fətəli xan tədbirli, mərhəmətli, əzmində sabitqədəm,
məmləkəti idarə etmək işlərində mahir bir adam idi.”
Fətəli xan mərkəzi hakimiyyəti möhəkəmləndirmək məqsədilə mahal
naiblərinin hakimiyyətini məhdudlaşdırdı, vergi toplanmasını nizama saldı, xəzinə-
nin gəlirini artırdı.
130
Fətəli xan hərbi işə ciddi yanaşırdı,onun xeyli qoşunu var idi.O,qonşu
xanlıqların torpaqlarını ilhaq etmək yolu ilə öz ərazilərini genişləndirmək istəyirdi.
Fətəli xanın bu siyasəti geniş miqyas aldı və şimali-şərqi Azərbaycan torpaqlarının
birləşdirilməsi ilə nəticələndi.
1757-ci ildə Salyan xanlığı qubalıların hücumuna məruz qaldı və tutularaq
Quba xanlığına birləşdirildi.1759-cu ildə Fətəli xan bir sıra şimali Qafqaz
hakimləri ilə birləşərək Dərbənd xanlığına yürüş etdi.Çox çəkmədi onlar Dərbəndə
daxil oldular və Dərbənd xanı Narinqalaya çəkildi.Az sonra Fətəli xan danışıqlar
adı ilə Məhəmməd Hüseyn xanı öz düşərgəsinə dəvət edir və həbsə alaraq gözlərini
çıxartdırır.
Dərbənddən sonra Fətəli xan Baki xanlığını birləşdirmək siyasəti yüritməyə
baçladı.O,Bakı xanlığı üzərində öz təsirini gücləndirmək üçün “nigah
diplomatiyasından”istifadə etdi. O,Qaraqaytaq usmisi Əmir Həmzəyə vəd etdiyi
bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmmədə ərə verdi.Ağıllı Xədicə Bikə
ərinin bütün işlərinə fəal müdaxilə etməyə başladı və nəticədə Bakı xanlığı Quba-
dan asılı vəziyyətə düşdü.
Fətəli xanın xarici siyasətində əsas yerlərdən birini Şamaxı xanlığının Qubaya
birləşdirilməsi məsələsi tuturdu. 1768-ci ildə Fətəli xanın qoşunu Şamaxıya
hücuma keçdi. Eyni vaxtda Fətəli xanın müttəfiqi Şəki xanı da Şamaxıya hücum
etdi.Şamaxılılar məğlub oldu və birləşmiş qoşun Şamaxıya daxil oldular.İşğaldan
sonra Şamaxı xanlığının az hissəsi Şəki xanlığlna, qalan hisəsi isə Quba xanlığına
birləşdirildi. Lakin çax çəkmir ki, şəki xanı Hüseyn xanla ittifaq pozulur və Fətəli
xan Şəkiyə düşən torpaqları da Quba xanlığına tabe edir.
Bu zaman gözləri kor edilib Şamaxıdan qovulan Ağası xan Qarabağın
Kotevan düzündə yerləşərək Fətəli xana qarşı müttəfiqlər toplayır.O,Avar hakimi
Nütsal xanı və Şəki xanı Hüseyn xanı öz ətrafında birləşdirir. 1744cü ildə
mütəffiqlər Şamaxıya hücum etdilər. Qəflətən yaxalanan Fətəli xan məğlub olaraq
geri çəkilr, Lakin sonralar öz qüvvələrini cəmləşdirən Fətəli xan yenidən Şamaxını
131
ələ keçirir.1768-ci ildə Cavad xanlığı da Quba xanlığından asılı vəziyyətə
salınır.1780-ci illərdə Fətəli xan dəfələrlə Qarabağ xanlığı üzərinə yürüş etsə də bu
yürüşlər uğursuz oldu. O,1784-cü ildə Azərbaycanın cənub xanlıqlarına hücum
edir. O, Ərdəbil və Meşini tutsada burada möhkəmlənə bilmədi.1785-ci ildə Fətəli
xan Şəki xanlığını özünə tabe etdi. Talış və Dağıstanın bir sıra torpaqları da ondan
asılı vəziyyətə düşdülər. 1788-ci ildə Fətəli xan Gəncəyə daxil olur. Lakin 1789-cu
ilin martında Fətəli xan qəflətən vəfat edir və onun Azərbaycan torpaqlarını
birləşdirmək siyasəti yarımçıq qalır.
Onun oğlu Əhməd xan (1789-1791) atasının nailiyyətlərini möhkəmləndirə
bilmir.Onun qardaşı Şeyx Əli dövründə (1791-1810) xanlığın qüdrəti daha da
zəifləyir və Şəki, Bakı, Şamaxı xanlıqları Qubanın asılılığından çıxırlar.
Gəncə xanlığı
Bu xanlıq Gəncə bəylərbəyliyi əsasında yaranmışdı. Bu bəylərbəylik irsi
olaraq XVII əsrdən Qacarlar tayfasının Ziyadoğlular tərəfindən idarəolunmuşdur.
Gəncə istər Hərbi-siyasi, istərsədə iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir-
di.
Gəncə xanlığının əsasını II Şahverdi (1747-1760) qoymuşdur. Onun hakimiy-
yəti dövründə qonşu dövlətlər –Qarabağ xanlığı və Kartli-Kaxetiya çarları buraya
hücumlar etmişdir. Hətta bir müddət Gəncə Kartli çarlarından asılı vəziyyətə
düşmüşdür. II Şahverdinin oğlu Məhəmmədhəsən xanın dövründə (1760-1780)
Gəncə Gürcü çarlarının asılığından qurtarır. Lakin 1780-ci ildə Məhəmməd Həsən
xan öz qardaşı Məhəmməd tərəfindən öldürülür. Bu vəziyyətdən istifadəedən
Qarabağ xanı İbrahim Xəlil xan və Gürcü çarı II İrakli yenidən Gəncəyə hücum
edərək şəhəri alırlar. Şəhərə Qarabağ nümayəndəsi Həzrətqulu bəy və gürcü nüma-
yəndəsi Keyxosrov Andronikşvili hakim təyin edilirlər.Bu vəziyyətdən zərər çəkən
132
aşağı xalq kütlələri tezliklə işğalçılara qarşı mübarizəyə başlayırlar. 1783-cü ildə
başlanan həmin hərəkəta Ziyadoğullar nəslindən olan Hacı bəy başçılıq edirdi.
Bu üsyana Qarabağ xanı İbarahimxəlil xan da kömək edirdi, çünki
O,gürcülərin buradan qovulmasını istəyirdi. Lakin üsyançılar hər iki işğalçını
Gəncədən qovurlar. Hacı bəy 1783-cü ilə qədər xanlığı idarə edir.Bu vaxt Şuşada
əsirlikdə olan Ziyadoğlu nəslindən olan Rəhim bəy (1785-86)Gəncəyə qaçır və
hakimiyəti ələ keçirir. Lakin Qarabağ və Gürcü hakimləri yenidən Gəncənin işlə-
rinə qarışmağa başlayırlar. Nəticədə Ziyadoğlu nəslinin görkəmli nümayəndəsi
Cavad xan (1786-1804)hakimiyyətə keçir.O,əvvəllər Gürcü çarlarından asılı olsa-
da,1795-ci ildən bu asılılığa son qoyur.
Cavad xan 1804-cü il yanvarın 3-də Rus qoşunlarına qarşı mübarizədə həlak
olmuş və bununla Gəncə xanlığı süqut etmişdir.
Azərbaycanın cənub xanlıqları:
-Bu xanlıqlardan biri Qaradağ xanlığı olmuşdur.Onun əsasını qoyan Kazım
xan (1748-1752) qonşu feodal hakimlərlə münasibətdə ehtiyatlı siyasət yeridir,
xanlığın daxili işlərini qaydaya salırdı. Xanlığın mərkəzi Əhər şəhəri olmuşdur. Bu
xanlıq 1782-ci ildə Qarabağ və Xoy xanlıqları tərəfindən işğal edildi və bundan
sonra xanlıq öz müstəqilliyini itirdi.
-Təbriz xanlığının banisi Dünbuli tayfasından olan Nəcəfqulu xan (1745-
1780) olmuşdur. Bu xanlıq müəyyən vaxt ərzində Urmiya feodallarından asılı
vəziyyətdə olmuşdur.Lakin 1763-cü ildə Təbriz xanlığı tam müstəqillik əldə edir.
-Marağa xanlığının əsasını Əliqulu xan Müqəddəm qoymuşdur. (1747-
1750).elə bir əhmiyyət kəsb etməyən bu xanlıq Qacar hakimiyyətinə qədər müstə-
qil fəaliyyət göstərmişdir.
-Ərdəbil xanlığının banisi Şahsevən tayfasından Nəzərəli xan (1747-
1783)olmuşdur.O,xarici siyasətdə Qarabağ və Talış xanlığı ilə əlaqələrə üstünlük
verirdi.Ərdəbil xanlığı Kərim xan Zəndə qarşı mübarizə aparmışdır.
133
-Güclü xanlıqlarından biri olan Urmiya xanlığının əsası Fətəli xan Əfşar
(1747-1763) tərəfindən qoyulmuşdur. Fətəli xan Cənubi Azərbaycanda xeyli ərazi
tuta bilmişdi.O,1763-cü ildə Kərim xan Zənd tərəfindən öldürüldükdən sonra
xanlıq öz əvvəlki əhəmiyyətini itirir.
-Xoy xanlığının ilk hakimi Şahbaz xan (1747-1763) olmuşdur. Mülayim
siyasət yeridən Şahbaz xan Urmiya hakimi Fətəli xan Əfşarla dostluq siyasəti
yürüdürdü.O,da Zənd tərəfindən məğlub edilmişdir.
-Maku xanlığı Bayat tayfasının başçısı Nadir şahın sərkərdəsi olmuş Əhməd
sultan (1747-1778) tərəfindən yaradılmışdır. Xanlığın mərkəzi Maku şəhəri idi.
Xanlıq öz ətrafında 30 kənd birləşdirdi.
-Sərab xanlığının əsası Şəqaqi tayfasının başçısı Əli xan (1747-1786) tə-
rəfindən qoyulmuşdur.O, Məhəmməd Həsən Qacara qarşı mübarizə aparmış-dır.
Sonralar Kərim xan Zəndin nominal hakimiyyətini qəbul etmişdir.
Yuxarıda aslarını çəkdiyimiz cənub xanlıqları demək olar ki, Azərbaycanın
siyasi həyatında o qədər də əhəmiyyətli rol oynamamış, tezliklə mübarizələrdə
tarix səhnəsindən çəkilb getmişlər.
İranda baş vermiş feodal ara mühartibələrində mənşə etibarıilə türk –qızılbaş
olan Qacar sülaləsi qələbə qazandı. Sülalənin banisi ağa Məhəmməd xan Qacar
XVIII əsrin 80-ci illərinin ortalarında İranın başlıca əyalətlərini (Xorasan istisna
olmaqla) işğal edərək Tehranı özünə paytaxt etdi. O,1793-cü ildə Azərbaycan
xanlarına tabe olmaq haqqında fərmanlar göndərdi. Lakin onun bu fərmanları
Azərbaycan xanlarını qorxutmadı. Qarabağ, Lənkəran, xanları, Kartli çarı II İrakli,
İrəvan xanı Məhəmməd Qacarın gələcək hücumlarının qarşısını almaq üçün
tədbirlər həyata keçirdilər.Hətta İbrahimxəlil xan Araz çayı üzərindəki Xudafərin
körpüsünü dağıtmağı əmr etdi.
1794-cü ildə Ağa Məhəmməd xan Qacar Qarabağa 8 minlik qoşun göndərir.
Lakin qoşun Əsgəran qalası yaxınlığında məğlub olub geri çəkildi. Dərbənd,
134
Gəncə və Şəki xanlarının itaət etməyə hazır olduqlarını görən Məhəmməd Qacar
yeni yürüşlərə həvəsləndi. Həm də bəzi Azərbaycan xanlarının Rusiyaya meyl
etməsi Qacarı Azərbaycana yürüş etməyə tələsdirdi.
Qacar qoşunlarına 3 istiqamətdə-Lənkəran, İrəvan və Şuşa istiqamətində yü-
rüş etməyi əmr etdi.
Qacar xan özü Şuşa üzərinə yürüşə başladı. İrəvana doöru hərəkət edən İran
qoşunları (sərbazlar ) Naxçıvan qalası yaxınlığında ciddi müqavimətə rast
gəldilər.Qacar şah buradan İrəvana doğru hərəkət edərək qalanı alır.
Ağa Məhəmmədin özünün başçılıq etdiyi əsas qoşun 1795-ci ilin yayında
Şuşa qalasını mühasirəyə aldı. Lakin qala möhkəm müdafiə olunurdu . Hətta qala
müdafiəçiləri bir neçə dəfə qaladan çıxaraq düşmənə ciddi zərbə endirdilər.Şuşanın
mühasirəsi bir aydan artıq davam etdi. Düz 33 gündən sonra işğalçılar Şuşanın
mühasirəsindən əl çəkib Tiflis istiqamətində irəliləməyə başladılar. Sentyabr
ayında onlar Tiflisi qarət etdilər. Bu yürüşdə Ağa Məhəmməd şahı Cavad xan da
müşaiyət etmişdir.
Bundan sonra Ağa Məhəmməd şah qışlamaq üçün Muğana gedir və oradan
yenidən Azərbaycan xanlarına və Dağıstan hakimlərinə hədə qorxu dolu məktublar
göndərir. Bu zaman Azərbaycanın bir sıra xanları kömək üçün Rusiyaya müraciət
edirlər . Bu müraciətlər rus qoşunlarının Ön Qafqaza hərbi yürüşünə səbəb
oldu.1796-cı il aprelin 18 –də Zubovun başçılığı altında 30 minlik Rus qoşununun
Azərbaycana yürüşü başladı. Bunu görən İran şahı tələsik Arazın o tayına çəkildi.
Həmin ildə o,özünü İran şahı elan etdi.
Rus qoşunları Dərbəndə yaxınlaşırlar .Quba xanı Şeyx Əli Azərbaycan
xanlarına Dərbəndə kömək etməyə dair müraciət etsə də bu müraciətə Bakı
xanından savayı heç kəs cavab vermədi. Dərbən də baş vermiş ixtişaşlar nəti-
cəsində şəhər təslim olur. Zubov buradan Şamaxı istiqamətində yürüş edir.
Mustafa xan şəhərdən çıxır. Onun yerinə Zubova təslim olan Qasım xan Şamaxı
xanı təyin edilir. Zubov da daha sonra Salyan tərəfə gedərək orada düşərgə salır.
135
Bu vaxt Qarabağ xanının nümayəndəsi də ora gələrək Ruslara itaətini bildirir.
Beləliklə Azərbaycanın Şimal xanlıqlarının bir neşəsi Rusiyaya tabe edildi. Lakin
Ruslar Azərbaycanda möhkəmlənə bilmədilər. 1796-cı ildə II Yekatirinanın ölməsi
Qafqaz siyasətinə təsir etdi. Çar I Pavel 1797-ci ildə Rus qoşunlarını Azərbaycan
və Dağıstandan geri çağırdı.
Rus qoşunlarının buradan getməsindən istifadə edən Ağa Məhəmməd şah
Qacar 1797-ci ilin yazında böyük bir ordu ilə Arazı keçərək Şuşaya yaxınlaşdı.
İbrahim Xəlil xan öz dəstəsilə düşmən topxanasına hücum edərkən geri qayıdır və
qala qapılarını bağlı görür. Qalada ona qarşı xəyanət etmişdilər.Ona görə də
İbrahim Xəlil xan öz dəstəsi ilə Car Balakənə-Avar hakimi, qohumu Ümmə xanın
yanına gedir.
Şuşa qalasının müdafiəçiləri başsız qalır və qala içərisində çaxnaşma yaranır.
Bundan istifadə edən İran Şahı Şuşanı işğal edir. O, şəhər əhalisi üzərinə 200 min
əşrəfi cərimə təyin edir. İran Şahı İbrahim xanın düşməni olan Məhəmməd bəyi
Şuşanın xanı təyin edir.
İran Şahının Qarabağı tutması Azərbaycanda siyasi vəziyyəti dəyişdi. Gən-
cə,Quba ,Bakı, Şəki xanları İran Şahına öz itaətlərini bildirdilər.
Ağa Məhəmməd şah yüzlərlə adamı zindana saldırdı. Onların içərisində
M.P.Vaqif və oğlu Əli bəy də var idi. Onalrın hamısını edam gözləyirdi.
Lakin 1797-ci il iyulun 4-də İbrahim xanın qardaşı oğlu Məhəmməd bəyin
təşəbbüsü ilə Şahın yaxın adamları Səfərəli bəy və Abbas bəy tərəfindən Qacar şah
öldürülür. Bunu görən İran qoşunu tələsik geri çəkilir. Məhəmməd bəy hakimiyyəti
ələ keçirir və onun əmri ilə M.P.Vaqif və oğlu öldürülür.
Tezliklə İbrahim xan Şuşaya qayıdır. Məhəmməd bəyi xəyanətdə ittiham
edərək həbs edir və onun düşməni Şamaxı xanı Mustafa xana göndərir.O, isə öz
nöbəsində Məhəmməd bəyi edam edir.
136
Beləliklə XVIII əsrin sonlarına yaxın nə Rusiya nə də İran işğalçılarına Şimali
Azərbaycanı işğal etmək nəsib olmadı.
XI MÖVZU
Azərbaycan XIX əsrin birinci yarısında
Azərbaycanın İran və Rusiya arasında bölüşdürülməsi.
PLAN
1.Rusiyanın Azərbaycanın şimal torpaqlarını tutması. Car Balakən və Gəncənin işğalı.
2.Birinci İran-Rusiya savaşı. Gülüstan müqaviləsi
3.İkinci İran Rusiya müharibəsi. 1828-ci il Türkmənçay sülh müqaviləsi.
ƏDƏBİYYAT:
1. Azərbaycan tarixi:VII-cilddə,IV-cild,Bakı,2008,səh.14-54.
2. Azərbaycan tarixi: Bakı,1994,səh.465-523.
3. Azərbaycan tarixi üzrə qaynaqlar Bakı 1989.
4. Banixanov.A.Gülüstani-İrəm. Bakı,1991.
5. Mustafayev.T XVIII-əsrin birinci yarısında Azərbaycanda Rusiya meylinin
güclənməsi. Bakı,1986.
6. Balayev. A Rusiyaya qovuşmaq ərəfəsində.
137
Bakı, 1988,səh.157-167.
XVIII-XIX əsrin hüdudlarında Azərbaycanın daxili və beynəlxalq vəziyyəti çox
mürəkkəb idi. Azərbaycan ərazisi xırda feodal dövlətlərə parçalanmışdı. Qonşu
xalqların ərazilərini ələ keçirmək uğrunda xanlar arasında ardı-arası kəsilməyən ara
müharibələri, feodallarla ölkə ərazisinin böyük əksəriyyətini təşkil edən kəndlilər
arasında sinfi ziddiyətlərin güclənməsi, iqtisadi tənəzzül Azərbaycanın daxili
vəziyyəti üçün səciyəvi hal idi. Rusiyanın Cənubi Qafqaz barəsindəki işğalçı
niyyətləri, İran işğalçılarının viraneidici türüşləri vəziyyəti daha da
gərginləşdirirdi.
XVIII əsrin sonlarından etibarən Azərbaycana qarşı əsas təhlükəşimaldan çar
Rusiyası idi. Məhz bu zəmində Rusiya-İran münasibətləri pisləşməkdə idi, buna
isə həm İngiltərə, həm də Fransa çalışırdı.
Xeyli davam edən ciddi diplomatik-siyasi və hərbi hazırlıqdan sonra Georgiyevsk
traktatına əsasən 1801-ci ildə Şərqi Gürcüstan (Kartli-Kaxetiya) Rusiyaya
birləşdirildi. O dövrdə Qazax və Şəmşəddil sultanlıqları Gürcüstandan asılı
vəziyyətdə olduğundan Şərqi Gürcüstanla birlikdə onlar da Rusiyaya ilhaq
edilmişdi. Azərbaycanın işğalına bununla da start verilmiş oldu. Rusiya
Gürcüstanın ardınca Azərbaycanı ələ keçirməyə hazırlaşırdı. Bu məqsədlə 1802-ci
ilin sentyabrında P. D. Sisianov Rusiyanın Qafqaz ordusunun baş komandanı təyin
edilmişdi. I Aleksandrın bu vəzifəyə knyaz P.Sisianovu təyin etməsi təsadüfi
deyildi. Mənşəcə gürcü olan bu knyaz II Yekaterinanm göstərişilə vaxtilə V.
Zubovun yürüşündə iştirak etmiş, 1796-1797-ci illərdə Bakı qalasının komendantı
olmuşdu.
İran bu siyasətlə razılaşmayaraq, Avropa dövlətlərinin köməyinə arxalanmaqla
Gürcüstanı Rusiya hakimiyyətindən qurtarmağa çalışır, antirus hərəkatına yardım
göstərirdi.
138
Azərbaycan xanlıqları ilə dil tapmağa xüsusi diqqət verilirdi. 1802-ci ildəİrana tabe
olmaq haqqında Qarabağ və Bakı xanlıqlarına təkliflər edildi.
I Aleksandrın tapşırığı ilə Sisianov 1802-ci ilin dekabrında Georgiyevskdə xanlarla
danışıqlara başladı. Görüşə Quba, Dərbənd, Talış xanları və Dağıstanın bəzi
hakimləri gəlmişdilər. Bakı xanı görüşə gəlmədi. Dekabrın 26-da imzalanmış
müqaviləyə görə onu imzalayan xanlar və hakimlər aralarındakı düşmənçiliyi,
narazılığı, mübahisələri və s. kənara qoymalı və ara müharibələri aparmamalı,
ortaya çıxan mübahisələr yalnız dinc yolla həll edilməli idi. İranın hücum edəcəyi
halda ona qarşı birgə çıxış etmək ayrıca göstərilirdi.
Müqavilədə ticarətin inkişaf etdirilməsindən, dənizçiliklə bağlı məsələlərdən və s.
bəhsolunurdu.
1803-cü ildə Bakı xanlığı ilə belə bir müqavilə imzalandı.
Georgiyevsk müqaviləsi bağlandığı vaxtdan əhəmiyyətsiz bir sənədə çevrildi.
Müqaviləyə qoşulan xanlıqlar İranın deyil, məhz Rusiyanın təcavüzünə məruz
qaldılar. Ona görə Georgiyevsk müqaviləsi qüvvəsini itirdi.
Çar Rusiyası ayrı-ayrı xanları öz tərəfinə çəkmək, onları himayəsi altına almaqla
yanaşı, işğalçı qoşundan da istifadə etmək fikrindən daşınmamışdı. Gürcüstandan
Şərqə Azərbaycanın əsas xanlıqlarına doğru qoşunların irəliləyəcəyi yolun
üzərində böyük hərbi-strateji əhəmiyyəti olan Car-Balakən camaatları idi. 1803cü
ilin yazında rus qoşunları general Qulyakovun komandanlığı altında Alazan
(Qanıq) çayı keçidində və Balakən yaxınlığında da Car-Balakən camaatını
məğlubiyyətə uğratdılar. Balakəni tutub viran etdilər. Sonra isə Car camaatı
müqavimət nəticəsində Balakənin başına gətirilmiş fəlakəti nəzərə alaraq, martın
29-da müqavimətsiz təslim oldu. Aprelin 12-də Tiflisdə Rusiya və Car-Balakən
arasında "andlı öhdəlik" imzalandı. Car-Balakən camaatının nümayəndələri Tiflisə
gələrək Rusiyanın ali hakimiyyətini qəbul etmək barəsində müqaviləni imzaladılar.
Bu müqaviləyə görə Car-Balakənlilər hər il çar xəzinəsinə 220 pud ipək verməli,
Tiflisə girovlar göndərməli, Car-Balakəndə rus qoşunlarını yerləşdirməli idilər.
Rusiya hökuməti Car-Balakən camaatının daxili idarə işlərinə qarışmayacağını vəd
etmişdi.
139
Car-Balakənin tutulması Azərbaycanın sonrakı işğalını nisbətən asanlaşdırdı.
Təsadüfi deyildir ki, Sisianov Xarici işlər kollegiyasına bu qələbənin "xüsusi
diqqətəlayiq olduğunu" yazmışdı.
"Andlı öhdəliyin" şərtləri Car-Balakən üçün ağır olduğundan onu yerinə yetirmək
çətin idi. Rusiya müəyyən edilmiş ipəyi vaxtında ala bilmirdi. Bu da Sisianovun
Car-Balakən camaatına hədələyici məktublar yazmasına səbəb oldu. Lakin bu
onunla kifayətlənməyərək yenidən hərbi müdaxiləyəəl atdı. Qulyakov 2500
nəfərlik qüvvə ilə 1804-cü il yanvarın əvvəllərində yenidən Car-Balakənə yürüşə
başladı. Əhalinin tərk etdiyi Car tutuldu. Qulyakov camaatın müqavimətini qırmaq
üçün təqiblərə başladı. Lakin 1804-cü il yanvarın 15-də carlılar tərəfindən
öldürüldü. Vəziyyəti belə görən Sisianov Car-Balakən camaatı ilə barışıq bağladı.
CarBalakəndən sonra İlisu sultanlığı da Rusiyanın təbəəliyinə keçməyə məcbur
oldu.
Cavad xan Rusiyaya birləşməyin əleyhinə idi, o xanlığı müstəqil idarə etməyi israr
edirdi. Bu isə Rusiya hökumətini təmin etmirdi. Cavad xanın dövründə Qazax,
Şəki, Şəmşəddil və başqa yerlər Gəncə xanlığına daxil edildi. O, Qarabağ ilə
münasibəti sahmana saldı. Cavad xan sədaqət rəmzi olaraq bir qızını və oğlunu
İbrahimxəlil xanın yanına göndərdi. II İrakli daim Gəncəyə sahib olmağa can
atırdı, yerli feodallar isə onu sıxışdıranda, Cavad xandan imdad gözləyirdi.
Gürcüstan Rusiya dövlətinin himayəsinə keçəndə Şəmşəddil barədə general Georgi
ilə Cavad xanm sözləri çəp düşdü. Lazerevin başçılığı ilə Gəncəyə qoşun gəl-di.
Cavad xan bildirdi ki, həm ruslarla, həm də gürcülərlə dostluq münasibətləri
saxlamaq istəyir, bircə şərtlə-gərək rus qoşunu Şəmşəddildən çıxıb getsin. Sonra P.
D. Sisianov gəldi. Qafqazdakı rus qoşunlarının başçısı təyin edilmiş və burada
çarizmin müstəmləkə siyasətini zor gücünə həyata keçirən general P.D. Sisianov
Gəncəni zəbt etməyə xüsusi əhəmiyyət verirdi. O, Gəncəyə yürüş üçün məqam
axtarırdı. Lazarev iki nəfər erməninin məktubuna əsaslanaraq 1803-cü il yanvarın
9-da Sisianova yazırdı ki, "Bütün Gəncə erməniləri rus ordusunun gəlişini
səbirsizliklə gözləyirlər. Gəncə xanının ehtiyat tədbiri yalnız ondan ibarətdir ki,
140
əmrlə hər gün Şəmkirədək on nəfərlik süvari mühafizə dəstəsi yola nəzarət edir".
Deməli, Lazarev rəsmi şəkildə bildirirdi ki, ermənilər Gəncəyə yadların gəlişini
səbirsizliklə gözləyirlər. Üstəlik xəbər verirdi ki, qorxmayın yollarınız açıqdır, vur-
tut onca nəfər yola göz qoyur. Onda Cavad xan hələ ruslarla səmimi qonşuluq,
dostluq arzusunda idi. Öz sözünü Sisianova açıqca bildirmirdi. 1803-cü il fevralın
25-də Sisianov Cavad xana ilk məktubunda yazırdı:"...Sizi və sizin xalqı rus
imperatoru öz himayəsinə götürür. Şərafətli etimadmızın...ən gözəl zəmanəti o
olardı ki, xahişimizi nəzərə alaraq yüksək mənsəbli böyük oğlunuzu - Uğurlu ağanı
bir əmanət kimi Tiflisə göndərəydiniz". Cavad xan ona ikibaşlı bir cavab yazdı.
Sisianov gördü ki, Cavad xan xoşluqla ipə-sapa yatmayacaq, Gəncəyə yürüşə
hazırlaşdı. 1803-cü il noyabrın 29-da Şəmkirə çatdı və Cavad xana təcili məktub
yazdı:"...Gəlmişəm ki, şəhərini Avropa adəti üzrə tutam... Sizdən ikicə söz tələb
edirəm, birini seçin:"Hə", yaxud "yox". Cavad xan elə həmin gün Sisianova ətraflı
cavab yolladı. (29 noyabr, 1803-cü il). Məktubda deyilirdi:"...Müharibə etmək
istəyirsənsə mən hazır. Mənə müharibəyə hazır olmaq təklif edirsən? Sən
Şəmşəddilə girən gündən döyüşə hazıram. Savaşmaq istəyirsənsə savaşaq,
hədələyirsən ki, təklifini qəbul etməsəm bəlaya düçar olaram. Əslində bədbəxtlik
səni Peterburqdan izləyə-izləyə bura çəkib gətirib. Bunu zaman, bir də davanın özü
göstərəcək".
1803-cü il noyabrın 30-da Sisianov Gəncə ermənilərinə müraciət etdi:"... Hamımızı
əmin edirəm ki, Ümumrusiya tac-taxtının müdafiəsi üçün qalxan hər kəs özünün
vəəmlakının təhlükəsizliyinə tam təminat alacaq, müsəlmanların soyğun
çuluğundan, hər cür təqib və sıxışdırmalardan canımız qurtaracaq. Sizə
Gürcüstanın hər hansı bir guşəsində Rusiya dövlətinin sakini kimi asudə yaşamaq
hüququ veriləcəkdir". ...Sisianov az sonra 1803-cü ilin dekabrında təslim olmaq
barədə Cavad xana ultimatum verdi. Cavad xan dərhal məktub yazdı; bildirdi ki,
şəhərin təhvil verilməsi barədə xam xəyal-dan əl çək. Gəncəyə yalnız meyidinin
üstündən keçə bilərsən. Bildin? Mən öləndən sonra. Özgə cür yox". Rus
qoşununun tərkibində 11 topu olan 6 piyada batalyonu, 3 eskadron və 200-dək
kazak vardı. İlk döyüş Gəncənin iki verstliyindəki Quluqobu adlı yerdə baş verdi.
141
Cavad xan düşmənə ciddi müqavimət göstərdi. Lakin düşmən onu sıxışdırmağa
başladı. Cavad xan Gəncə qalasına çəkildi. Sisianov 1804-cü il yanvarın 3-də səhər
qalaya hər tərəfdən od yağdırmağa başİadı. Qarabağ qapısı tərəfdən hücum edən
general S.A.Portnyakin qoşuna komandanlıq edirdi. Cavad xanın burada toplanan
əsas qüvvələri iki dəfə Portnyakinin hücumunu dəf edə bildi, yalnız üçüncü
hücumda ruslar şəhərə daxil ola bildilər.
Xan və onun oğlu yanvarın 5-də Şah Abbas məscidinin həyətində dəfn edildilər.
Amansız düşmənlə qeyri-bərabər döyüşdə həlak olmasına baxmayaraq, Cavad
xanın qəhrəman-lığı Azərbaycan tarixinin unudulmaz səhifələrindəndir. Gəncənin
işğal edilməsi çar Rusiyası üçün böyük əhəmiyyətə malik oldu. Azərbaycanın
digər xanlıqlarının taleyi də faktik olaraq həll edildi. Rus qoşunlarının Xəzər
sahillərinə çıxıb Həştərxanla əlaqələri təmin etməsinə şərait yarandı. Cənubi
Azərbaycana da yol açıldı.
Ona görə də çar hökuməti Gəncə xanlığı üzərində qələbəni yüksək
qiymətləndirərək, onu xüsusi qeyd etmişdi. Bu qələbəyə həsr edilmiş medal təsis
olundu. Gəncə xanlığı ləğv edildi. Qədim Azərbaycan şəhərinin adı I Aleksandrın
arvadı çariça Yelizaveta Alekseyevnanın şərəfinə Yelizavetpol adlandırıldı. Gəncə
sözünü dilinə gətirənlər isə cərimə edilməyə başlandı. Gəncə xanlığından asılı olan
Samux hökmdarı Şirin bəy də Rusiyanın hakimiyyəti altına gəlməyə məcbur oldu
və ildə Rusiyaya 1000 çervon xərac verməyi öhdəsinə götürdü.
Rus qoşununun işğalçılıq hücumları sultan Türkiyəsi və şah İranını narahat etdi.
Rusiyanın Cənubi Qafqazda güclən-məsi İngiltərənin və Fransanın mənafelərinə
zidd idi. Türkiyənin vəİranın vasitəsilə rus qoşunlarını Cənubi Qafqazdan
çıxarmaq məqsədilə onları Rusiyaya qarşı müharibəyə təhrik edirdilər. Bu
məqsədlə onlar Türkiyəyə vəİrana hərbi yardım edirdilər. İngiltərə tərəfindən
qızışdırılan şah İranı 1804-cü ilin mayında Rusiyadan öz qoşunlarını Cənubi
Qafqazdan çıxarmağı tələb etdi, rədd cavabı aldıqdan sonra 1804-cü ilin iyunun
16-da Rusiya iləİran arasında müharibə başlandı. Müharibə hər iki tərəfdən
142
ədalətsiz idi, çünki özgə torpaqlarının ələ keçirilməsi uğrunda gedirdi. Eyni vaxtda
İranla bərabər Rusiya Azərbaycan xanlıqlarına qarşı da müharibəni davam etdirir,
onların ərazisini işğal edir, yerli xal-qın mənafeyini tapdalayırdı. Rusiyanın ələ
keçirdiyi torpaq-ların etnik mənsubiyyətə görə vahid inzibati ərazidə
birləşdirilməsi də Balkanlarda olduğu kimi, dövlət qurumları yaratmağa səy
etməmək idi. Beləliklə, İran öz qoşunlarmı, əsasən, Ermənistanın şərq
torpaqlarında cəmləşdirmişdi. General Sisianov öz qoşunlarını həmin istiqamətə
apardı. Onun məqsədi İrəvan qalasını ələ keçirmək idi. Çoxsaylı İran qoşunları ilə
toqquşmada qələbə qazana bilməyən Sisianov geri çəkilməyə məcbur oldu. İran
qoşunu da itkiyə məruz qaldığından hücumu davam etdirmədi.
1805-ci ilin yazında Gəncə yaxınlığında düşərgə salmış Sisianov İbrahimxəlil
xandan, onun öz xarici siyasətində kimə arxalanması haqqında son sözünü
deməsini tələb etdi. Xanlığın siyasi taleyi həll olunurdu. Ya Rusiya ilə, ya da İranla
birləşməli idi. İbrahimxəlil xan Rusiyanı seçməyə məcbur oldu. 1805-ci il mayın
14-də Gəncə yaxınlığında Kürəkçay adlı yerdə Sisianovla İbrahimxəlil xan
arasında müqavilə" ("andlı öhdəlik") imzalandı. Bu müqaviləyə görə, Qarabağ xanı
Rusiya çarının vassalı olmağa razılıq verir, xarici dövlətlər ilə müstəqil
münasibətlər saxlamaq hüququn-dan Rusiya çarının xeyrinə imtina edir, çar
xəzinəsinə hər il 8 min çervon bac verməyi öhdəsinə götürürdü. Şuşa qalasın-da və
xanlığın ərazisində Rusiya qoşun dəstələri yerləşdirilirdi, İbrahimxəlil xan öz
nəvəsini Tiflisə baş komandanın qərargahında girov saxlanmaq üçün göndərməli
idi. Çar qoşunları general-leytenantı hərbi rütbəsi alan İbrahimxəlil xan birbaşa çar
baş komandanına tabe edilirdi. Bununla ya-naşı, çar hökuməti xanın və onun
qanuni varislərinin daxili idarə etmək hüquqlarına heç vaxt toxunmayacağım
öhdəsinə götürürdü.
Şəkidə hakimiyyət uğrunda mübarizədə Rusiyanın köməyinə arxalanmaq istəyən
Səlim xan Kürəkçay sahilində düşərgə salmış Sisianovun iqamətgahına gəldi,
yeznəsi İbrahimxəlil xandan bir həftə sonra, 1805-ci il mayın 21-də Şəki xanlığı da
Rusiyanın hakimiyyəti altına keçmək barədə müqavilə imzaladı. Bu müqavilənin
143
də şərtləri Qarabağ xanlığı ilə bağlanan müqavilənin, demək olar ki, eyni idi.
Az sonra Səlim xan öz əvvəlki qeyri-məhdud hakimiyyətini bərpa etməyə çalışdı.
1806-cı ilin iyununda Şuşa qalasında çar zabiti Lisaneviçin əmri ilə Səlim xanın
bacısı vəəri İbrahimxəlil xan, bütün ailəsi ilə birlikdə qətlə yetirildi. Qara-bağda
gözlənilmədən baş vermiş bu faciə Səlim xanın Rusiya himayəsindən imtina
etməsinə səbəb oldu. O, Şəkidə yerləşən rus qarnizonuna basqın etdi. Rus qoşun
dəstəsi Gəncəyə qayıtmalı oldu. Tezliklə, Abbas Mirzə Şəkiyə 300 sərbaz və
ləzgilərdən muzdlu qoşun yığmaq üçün Səlim xana 30 min çervon pul göndərdi.
Sisianov 1806-cı il sentyabrın 9-da general Bulqakova yazırdı ki, Bakım ələ
keçirəndən sonra "Kür boyu irəliləyərək xəyanət etmiş Şəki xanını cəzalandırsın".
Həmin ildəŞamaxı xanı Mustafa xan da ona kömək etməli, müqabilində Şəki
xanlığı ərazisinin bir hissəsi Mustafa xana verilməli idi. Səlim xan nəyin bahasına
olursa-olsun öz hakimiyyətini saxlamağa çalışırdı. Lakin çarizm Səlim xanı kənar
etməyi qət etdi və general Nebolsinin başçılığı altında Şəkiyə qoşun göndərdi.
Abbas Mirzədən aldığı pul ilə avar və ləzgilərin topladığı qoşunun Səlim xana
köməyi olmadı. 1806-cı il oktyabrın 22-də Şəki yaxınlığında baş vermiş döyüşdə
Səlim xan basıldı və ailəsi ilə birlikdə xanlıqda olan Gəldək kəndinə qaçdı. Səlim
xanın nəsli xan olmaq hüququndan məhrum edildi. Xanlığı idarə etmək üçün 4
bəydən ibarət müvəqqəti idarə yaradıldı. Səlim xan hər şeyin əldən çıxdığını
görərək Abbas Mirzənin düşərgəsinə qaçdı. Çar hökuməti İran şahından üz
döndərərək Rusiyaya köçmüş Cəfərqulu xanı Şəkiyə hakim təyin et-di. Lakin yenə
də Şəki əhalisi sakitləşmədi. Aşağı və Yuxarı Göynük kəndlərinin əhalisi üsyan
etdi və Cəfərqulu xana tabe olmayacaqlarmı bildirdi. Ələ keçmiş 40 nəfər üsyançı
öldürüldü. Başqa kəndlərdə də narazılıq artdı. Əhalinin bu çıxışı obyektiv olaraq
çarizmin müstəmləkə siyasətinə qarşı, habelə ona can-başla qulluq edən satqın
yerli feodal hakimlərə qarşı yönəldildi. 1807-ci ilin sonuna yaxın Cəfərqulu xana
qarşı müvəffəqiyyətsiz sui-qəsd oldu. Çar hökuməti əhalini qorxutmaq üçün
Şəkiyəəlavə bir batalyon qoşun göndərdi. Beləliklə, Şəkidə də çar idarə-üsulu
bərqərar oldu.
144
Şamaxı, Bakı və Quba xanlıqlarının işğal edilməsi. Qarabağ yə Şəki xanlıqlarının
Rusiyaya qatılmasından bir ay sonra İran qoşunu Tiflis üzərinə yeridi. Onlar
yolüstü İrana tabe olmaq təklifini rədd etmiş Qazax camaatmı tənbeh etmək fikrinə
düşdülər. Qazaxlılar İran vəliəhdi Abbas Mirzəyə təkcə ciddi müqavimət
göstərmir, hətta hücuma keçib onu qaçmağa məcbur etdilər. Bir İran tarixçisi yazır
ki, "Qazax əhalisi İrəvana doğru gedən farslara müqavimət göstərdi. Qazaxlılar
İrəvan düzünə qədər olan 18 fərsəxlik (hər fərsəx 6 km bərabərdir-red.) məsafənin
hər fərsəxindəİran qoşun-larına tələ düzəldirdilər. Onlar şahzadəyə (Abbas
Mirzəyə-red.) silahdan atəş açdılar". General Sisianov Rusiya-İran müharibəsində
Rus qoşunları tərəfindən iştirak etmək üçün yerli əsilzadələrdən atlı dəstələr təşkil
edirdi. Bu atlı dəstələrə nökərlər və maaflar da daxil idilər.
İranla müharibə aparan çar qoşunları Azərbaycanın digər xanlıqlarmı da tabe
etmək üçün ölkənin içərilərinə doğru irəliləməkdə davam edirdi. Sisianov Şamaxı,
Bakı və Quba xanlıqlarını tezlikləələ keçirmək fikrində idi. "Qarabağnamə"nin
müəllifi yazır ki, "Sisianovun indi qarşıda duran başlıca məqsədi dənizlər (Kaspi
və Qara) arasmdakı yerləri ələ keçirməkdən ibarətdir. Sisianovun qoşunları Şamaxı
üzərinə yeridi. Şamaxı xanı tərəddüd edirdi. Hələ 1804-cü ildə və 1805-ci ilin
yazında Şirvanın Rusiyanın hakimiyyəti altına keçməsi barədə Sisianovla Şamaxı
xanı Mustafa xan arasında danışıqlar olmuşdu. Sisianov Mustafa xandan Qarabağ
və Şəki xanlıqlarının qəbul etdikləri şərtləri eyni ilə qəbul etməsini tələb edirdi.
Lakin Mustafa xan gəlirinin bir hissəsinin Rusiya xəzinəsinə verilməsi tələbindən
əl çəkməyi və Şəki xanlığı torpaqlarının Şirvana qatılmasında ona kömək etməyi
Sisianova təklif etdi. Şamaxı xanı eyni zamanda Qarabağ xanlığına qatılmış Cavad
torpaqlarının geri qaytarılacağı haqqında təminat verməsini və həm də ona
Rusiyadan daimi maaş verilməsini xahiş edirdi. Lakin xanın bu tələbləri çar
hökumətini təmin etmirdi. Ona görə də 1805-ci ilin noyabrında Sisianovun qoşun
dəstəsi Mingəçevir yaxınlığında Kürü keçib Şamaxı istiqamətində hərəkət etdi.
Mustafa xan Sisianovun şərtlərini qəbul etməyə məcbur oldu. Lakin o, Şamaxı
xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi barədə müqaviləyə qol çəkmək
üçün Sisianovun düşərgəsinə getmədi. Belə olduqda, Sisianov qoşunlarmı Şamaxı
145
yaxınlığındakı ərazidə cəmləşdirməyə başladı. Mustafa xan, öz növbəsində,
Fitdağdakı qalada gizlənərək hücumu dəf etməyə hazırlaşırdı. Lakin dekabrın
ortalarında tərkibində Qarabağ erməniləri olan rus qoşunu iləŞamaxı xanının
qoşunu arasında elə bir ciddi hərbi əməliyyat olmadı. Mustafa xan xanlığın
Rusiyanın hakimiyyəti altına keçməsinə razılıq verməli oldu. Öz şəxsi
təhlükəsizliyini nəzərə alan xan müqaviləni Sisianovun düşərgəsində yox, Fitdağla
düşərgə arasındakı çöldə imzalamağa razı oldu. Bu müqaviləyə görə, Şamaxı xanı
başqa dövlətlərləəlaqələrini kəsməyi, öz gəlirindən Rusi-ya xəzinəsinə 8 min
çervon ayırmağı, rus hökuməti üçün Kürün mənsəbində istehkam tikilməsinə şərait
yaratmağı, rus qoşununu ərzaqla təchiz etməyi, yolların təhlükəsizliyini təmin
etməyi öhdəsinə götürdü. Beləliklə, 1805-ci il dekabrın 25dəŞamaxı xanlığı
Rusiyanın tərkibinə qatıldı. Şimali Azərbaycan xanlıqları içərisindəən böyük və
zəngin xanlıqlardan biri olan Şamaxı xanlığının Rusiya tərəfindən işğalının Rusiya
üçün böyük iqtisadi-siyasi və hərbistrateji əhəmiyyəti var idi. Sisianov Şamaxı
xanlığını tutduqdan sonra, 1805-ci ilin qışında Bakıya doğru hərəkət etdi. Sisianov
öz dəstəsini geri Zavalşinin desant dəstəsi ilə birləşdirərək, 1806-cı ilin yanvarında
Bakıya yaxınlaşdı və Rusiyanın hakimiyyəti altına keçmək haqqmda müqavilə
layihəsini Hüseynqulu xana gön-dərdi. Hüseynqulu xan Sisianovun təklif etdiyi
şərtləri qəbul etdiyini, Bakı qalası darvazalarının açarlarını Sisianova vermək
istədiyini və "bir neçə məxfi söz demək istədiyini" bildirdi.
Söhbətin səmimi qurtaracağını güman edən Sisianov ordunu kənarda saxlayaraq
podpolkovnik E. Eristavinin müşayiəti ilə xanın görüşünə getdi. 1806-cı il fevralın
8-də Bakı qalası darvazası qarşısında açarları təhvil verərkən Hüseynqulu xanın
əmisi oğlu İbrahim bəy güllə ilə Sisianovu vurdu və həmin gecə Sisianovun başmı
kəsərək Təbrizə Abbas Mirzəyə apardı. Bu xidməti müqabilindəşah İbrahim bəyə
xan titulu verdi və onu İran qoşun dəstəsinin komandiri təyin etdi. Bu hadisədən
sonra general Zavalşin rus qoşunu ilə birlikdə Bakıdan geri çəkildi, Sarı adasında
yerləşdi. 1806-cı ilin yazda Abbas Mirzənin komandanlığı altında 20 minlik İran
ordusu Şuşaya hücum etdi. Lakin tezliklə rus ordusunun mövqeyi
möhkəmləndirildi, Xanaşin aşırımında İran qoşunu məğlubiyyətə uğradı.
146
1806-cı il iyunun 22-də Dərbənd işğal edildi. Şəhərin idarəsi Rusiyaya rəğbəti olan
mayor rütbəsi verilən Əlipənah bəyə tapşırıldı.
1806-cı il sentyabrın 5-də general Bulqakovun komandanlığı ilə rus qoşunu Bakıya
tərəf hərəkət etdi və əhalinin təslim olmasını tələb etdi. Bulqakov yerli əhaliyə
toxunmayacağını bildirmək üçün öz oğlunu Bakıya göndərdi. Lakin Sisianovun
intiqamından qorxan şəhər əhalisi şəhəri tərk etdi. Hüseynqulu xan əvvəlcə
Qubaya, oradan da İrana qaçdı. Beləliklə, 1806-cı il oktyabrın 3-də Bakı işğal
olundu, Bakı xanlığı ləğv edildi. Bundan bir qədər sonra Quba xanlığı da döyüşsüz
təslim oldu. Şeyxəli xan dağlara qaçdı.
Bakı və Quba xanlıqlarının işğalından sonra rus qoşunu Şəkidəki üsyanı yatırtmaq
üçün oraya göndərildi. 1806-cı il oktyabrının 22-də Səlim xanın silahlı qüvvələri
darmadağın edildi, Səlim xan İrana qaçdı. Bunun ardınca ruslar Car-Balakən
camaatları üzərinə hücuma keçdilər. Rus qoşunu car-balakənlilərin köməyinə
gəlmiş Avar xanını mühasirəyə aldılar, tezliklə carlılar və onların müttəfiqləri
təslim oldular.
Azərbaycanın şimal xanlıqlarında baş vermiş üsyanları yatırtdıqdan sonra rus
qoşununun baş komandanı general Qudoviç bir sıra yerli feodal hökmdarları
dəyişdi. Məsələn, Dər-bənd və Quba xanlıqları müvəqqəti olaraq Tərki şamxalına
verildi. Bir qədər sonra isə bu yerlər imperiyanın əyalətlərinə çevrildi. İbrahimxəlil
xanın oğlu Mehdiqulu xan Qarabağa xan təyin olundu. Cəfərqulu xan Xoylu Şəki
xanlığının hakimi təyin edildi. Xoydan Şəkiyə köçürülmüşəhali yeni salınmış
Yenikəndə, Cəfərabad və s. kəndlərdə məskunlaşdılar.
Gülüstan sülh müqaviləsi. 1806-cı ilin sonlarında Türkiyə Rusiya əleyhinə
müharibəyə başladı. Hərbi əməliyyat Balkan yarımadasında və Qafqazda gedirdi.
İran qoşununun təhlükəsini dəf etmək üçün general Nebolsinin dəstəsi Tərtər çayı
ətrafında yerləşdirildi. Arpaçay sahilindəki döyüşlərdə rus qoşunu türkləri
məğlubiyyətə uğratdı.
Napoleon Fransa, İran və Türkiyənin iştirakı ilə Rusiya-ya qarşı Üçlər ittifaqı
yaratmaq haqqında 1807ci ilin yanvarında Fətəli şaha məktub yazdı. Mayın 9-da
Finkenşteyndə bağlanmış Fransa-İran müqaviləsinə görə Fransa İrana hərbi kömək
147
göstərməyə başladı. 1807-ci ilin yayında Rusiya ilə Tilzit müqaviləsinin
imzalanması İranda Fransanın mövqeyini zəiflətdi. İngilis diplomatiyasının səyi
nəticəsindəİngiltərəİranla yaxınlaşdı.
Rus-İran cəbhəsində döyüşlər ara vermirdi. İrəvan xanlığının tutulması ruslar üçün
əvvəlki kimi başlıca vəzifə olaraq qalırdı. 1808-ci ilin payızında İrəvan şəhəri
mühasirəyə alındı. General Qudoviç Naxçıvanı tutmağı general Nebolsinə həvalə
etdi. 1808-ci il oktyabrın sonunda Naxçıvan tutuldu. Lakin ruslar İrəvandakı
uğursuzluqdan sonra Naxçıvanı da tərk etməli oldular. Müvəffəqiyyətsiz 1808-ci il
kompaniyasından sonra Qudoviç istefaya çıxdı general Tormosov baş komandan
təyin edildi.
1809-cu ildə Rusiya iləİran arasında yeni toqquşmalar baş verdi. Avqustun
ortalarında Abbas Mirzə Arazı keçərək Gəncə yaxınlığındakı Ağbulağa yaxınlaşdı.
Lakin Gəncəni tuta bilməyərək İrəvana çəkildi. Bu zaman Əsgəranda yenidən sölh
danışıqları başlandı. Hər iki tərəfin Talış xanlığının kimə çatacağı barədəki
mübahisəsi bir nəticə vermədi. 1809-cu ilin sentyabrında İran qoşunları Talış
xanlığına soxuldu və Lənkəranı dağıtdı.
Beləliklə, Türkiyə vəİranın Rusiyaya qarşı hərbi əməliyyatları bərpa etmək
təhlükəsi yarandı. 1810-cu ilin avqustunda İran və Türkiyə arasında hərbi ittifaq
bağlandı. Lakin bu ittifaqın da İrana real köməyi olmadı və İran sülh danışıqlarına
başlamağı qərara aldı. 1810—1811-ci illərdə Rusi-ya Balkan və Qafqaz hərbi
əməliyyat meydanlarında yeni qələbələr əldə etdi. Bu, Sultan Türkiyəsini 1812-ci il
mayın 16-da Buxarestdə Rusiya ilə möqavilə imzalamağa məcbur etdi. Həmin
müqaviləyəəsasən Türkiyə Cənubi Qafqazın böyük bir hissəsinin Rusiya tərəfindən
işğal edilməsi faktım təsdiq etməli oldu.
1812-ci ilin yayında rus xalqı Napoleonun ordusuna qarşı müharibəyə qalxdı.
Napoleon yalnız fransız qoşunlarım deyil, ona tabe edilmiş bir sıra Avropa
dövlətlərinin hərbi qüvvələrini də Rusiya üzərinə yeritmişdi. Rusiyanın bütün
qüvvələrinin Napoleon qoşununa qarşı döyüşə cəlb olunmasından istifadə edən
İran ordusu Cənubi Qafqazda fəal əməliyyata başladı. 1812-ci ilin iyununda Abbas
148
Mirzənin 20 minlik qoşunu Xudafərindən keçib Qarabağa girdi vəŞahbulağı tutdu.
Lakin P. Kotlyarevskinin qoşun dəstəsi tezlikləİran ordusunu geri çəkilməyə
məcbur etdi. Həmin ilin iyulunda iki min nəfərlik Iran süvari dəstəsi Gəncəyə
basqın etmək istədi, lakin yerli ermənilərin silahlı dəstələri ilə birlikdə ruslar tərə-
findən məğlubiyyətə uğradıldı. Azərbaycanlılar iranlıların sürüb apardığı bütün
qaramalı geri aldılar və çoxlu qənimət ələ keçirdilər. Həmin ilin avqustunda 10
min nəfərlik İran dəstəsi fransız polkovniki Druvilin komandanlığı altında Talış
xanlığına basqın edərək, Lənkəran qalasını tutdu. Bunun ardınca 4 minlik İran
qoşunu Şəki xanlığına hücum etdi. Lakin oktyabrın 19-dan 20-ə keçən gecə
general P. Kotlyarevski 2 min nəfərlik ordu ilə Aslanduz təpəsində Abbas
Mirzənin böyük ordusuna hücum edib, tam qələbəəldə etdi. Bu döyüşdəİran
qoşunundan ölənlərin və yaralananların sayı 120 nəfər idi; 16 nəfər isə zabit əsir
alındı. Rus ordusundan da xeyli ölən və yaralanan var idi. 1813-cü il yanvarın 1-də
Lənkəran qalası ruslar tərəfindən hücumla alındı.
Rusların qələbəsi Fətəli şahı Rusiyanın qəddar düşməni olan Abbas Mirzəni ordu
komandanlığından kənar etməyə məcbur etdi. İngilis məsləhətçiləri rus
qüvvələrinin İranın içərilərinə doğru irəliləməsindən qorxuya düşərək şahı sülh
bağlamağa təhrik etdilər. Beləliklə, birinci Rusiya vəİran müharibəsi İranın tam
məğlubiyyəti ilə qurtardı.
1813-ci il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində sülh müqaviləsi
imzalandı. Bu müqaviləni İran tərəfindən şahın vəkili MirzəƏbdülhəsən xan Şirazi
və Rusiya tərəfindən Qafqazın yeni baş komandanı Rtişşev imzaladılar. Gülüstan
sülhünün şərtlərinə görə:
TalışŞirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki xanlıqları Rusiya imperiyasının
tərkibinə qatıldı. Bununla vahid Azərbaycan iki yerə bölündü. İran Şərqi
Gürcüstana, Qazax və Şəmşəddil sultanlıqlarına və Dağıstana olan iddialarından əl
çəkdiyini bildirdi. Irəvan və Naxçıvan xanlıqları hələlik şahın hakimiyyəti altında
qalırdı. Xəzər dənizində yalnız Rusiya hərbi donanma saxlaya bilərdi. Rusiya-İran
ticarəti üçün əlverişli şərait yaradıldı. Rusiya tacirləri daxili gömrük vergisindən
azad edilirdilər.
149
Gülüstan sülh müqaviləsi Azərbaycanın Rusiya tərəfindən iki yerə bölünməsinin
başlanğıcını qoydu.
Beləliklə, birinci Rusiya-İran müharibəsinin başa çatması və Gülüstan sülh
müqaviləsinin bağlanması ilə Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalının
əslində birinci mərhələsi başa çatdı.
Birinci Rusiya-İran müharibəsində məğlubiyyətə uğramış, Gülüstan sülh
müqaviləsini imzalamağa məcbur olmuşİran Cənubi Qafqazı əldən verməsi ilə heç
cür razılaşmaq istəmirdi, Rusiya ilə yeni müharibəyə hazırlaşırdı. Bu işdəİngiltərə
bütün vasitələrləİrana kömək edirdi. O, 1814-cü il-dəİranda Rusiyaya qarşı
müqavilə bağladı. Bu müqaviləyəəsasən İngiltərə hökuməti Iran qoşunlarını
nizama salmaq üçün İrana ingilis zabitləri göndərir, bu qoşunları silahla təchiz edir,
başqa şəhərlərdə silah zavodları tikdirir və s. Şah hökuməti özünü dirçəlmiş hesab
edib, Gülüstan sülh müqaviləsinin şərtlərinə yenidən baxmağı Rusiya hökuməti-nə
təklif etdi. Lakin danışıqlar nəticə vermədi. İran Türkiyəni Rusiyaya qarşı sövq
etmək, Rusiya ilə birgə mübarizə aparmaq üçün Türkiyə hökuməti ilə danışıqlara
girdi, Türkiyənin Rusiya ilə münasibətlərmi kəskinləşdirmək üçün bütün
vasitələrəəl atdı. Şah hökuməti öz xanlıqlarını itirdikdən sonra İrana qaçmış
xanlardan da istifadə etmək, onların vasitəsilə Azərbaycan əhalisini Rusiyaya qarşı
qaldırmaq fikrində idi.
1826-cı ilin əvvəlindəŞah sarayı Rusiyada-Peterburqda dekabristlərin üsyanı
xəbərini aldı. Şah hökuməti bu üsyanın Rusiyada daxili çəkişmələrə gətirib
çıxaracağını, bunun isə Rusiya dövlətinin zəifləməsinə səbəb olacağını zənn edərək
müharibəyə hazırlığı sürətləndirdi. 1826-cı il iyulun 16-da 60 minlik İran ordusu
Azərbaycanın Şimal torpaqlarına soxuldu. İkinci Rusiya İran müharibəsi başlandı.
İran şahı, həmişə olduğu kimi, bu dəfə də birinci Qarabağa soxuldu. Yenə də ilk
həmlə obyekti Şuşa qalası oldu. İran qoşunlarının birbirinin ardınca edilən
həmlələrinə, şəhərin top atəşinə tutulmasına baxmayaraq, Şuşanı tutmaq mümkün
olmadı. Qalanın müdafiəsinə Rus qarnizonu ilə birlikdə, şəhər əhalisinin bir hissəsi
də qalxmışdı. Qadınlar və qızlar qalanın müdafiəsindəərlərinə, atalarına,
150
qardaşlarına kömək edirdilər. Şah qoşunları Şuşanı 48 gün mühasirədə saxladılar,
lakin onu ala bilmədilər. İran qoşunları Azərbaycanın başqa torpaqlarına da hücum
etdilər. Lənkəranı, Salyanı aldılar, əhalinin xeyli hissəsini əsir apardılar. İran
qoşunları ilə Azərbaycana gəlmiş keçmiş xanlıqların İrana qaçmış xanları Gəncə,
Şamaxı, Şəki və s. kimi şəhərləri ələ keçirib öz xanlıqlarını bərpa etdilər. Həmin
yerlərdə olan az saylı rus qoşun dəstələri geri çəkilməyə məcbur oldular.
Azərbaycan ərazisinə girmişşah qoşunları əhaliyə amansız divan tutur, cavan
kişiləri, qız-gəlinləri əsir aparırdılar. Bir müşahidəçi yazırdı ki, "Şirvan əyalətini
tamamilə dağıdılmış gördüm. İran süvariləri dəhşətli qarətlər törətmişdilər... Bir
çox kəndlər boşalmışdı". Fürsətdən istifadə edən rus komandanlığı pərakəndə
vəziyyətdə olan qüvvələri birləşdirərək, strateji təşəbbüsü ələ aldı vəəks hücuma
keçdi. Ümumən, İran qoşunu Şimali Azərbaycana daxil olan kimi çarizm əleyhinə
üsyan dalğası genişləndi. XIX əsrin başlanğıcından etibarən işğal olunmuş
Azərbaycan torpaqlarında çarizmin həyata keçirdiyi müstəmləkə siyasəti, ictimai
və milli zülm həddini aşmışdı. Bütün bunlar ölkədə çar hökumətinə qarşı güNdən-
günə nifrəti artırdı. Hərəkatın əhalinin müxtəlif zümrələrini əhatə etməsinə
baxmayaraq, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizəəsas
məqsədə çevrilmişdi. Ona görə do üsyanlar bütün ölkəni əhatə edirdi. 1826-cı il
iyulun 28-nə keçən gecə Gəncədə üsyan başlandı. Şəhərdəki Rus qoşunu
darmadağın edildi. Uğurlu xan Gəncəyə daxil oldu.
Talış xanlığında da azadlıq uğrunda mübarizə genişlənirdi. Xanlıqda yerləşən
Xəzər dəniz batalyonunun komandanı mayor Ilyinskinin özbaşınalığı nəticəsində
1826-cı il iyunun 4-də Mir Həsən xan İrana qaçmışdı. Onun qayıtması ilə
Lənkəranda da üsyan baş verdi.
Bakı xanlığında da həyəcanlar başlanmışdı. Lakin möhkəm qala divarları rus
qoşununa keçmiş Bakı xanı Hüseynqulu xanın hücumlarını dəf etməyə imkan
verdiyindən, şəhərdə həyəcanlar asanlıqla yatırılırdı. Şirvanda, Qubada, Şəkidə və
digər yerlərdə baş vermiş üsyanlar Ölkəni təlatümə gətirmişdi. Geniş xalq
kütlələrinin üsyanlarda fəal iştirakı qələbələrin rəhni idi.
Müharibə başlanandan bir neçə ay sonra Rusiyadan Cənubi Qafqaza yeni qoşunlar
151
gəldi. I Nikolay A.
P. Yermolovu, İ.F.Paskeviçləəvəz etdi və rus qoşunu əks hücuma keçdi. 1826-cı il
sentyabrın 3-dəŞamxor yaxınlığındakı döyüşdəİran qoşunları ağır məğlubiyyətə
uğradı, xeyli tran sərbazı öldürüldü və yaralandı, sağ qalanlar qaçmaqla canlarım
qurtara bildilər. Rus qoşunlarının hücumu Abbas Mirzəni Şuşa qalasını
mühasirəsindən əl çəkməyə, Şamxor tərəfə hərəkətə məcbur etdi. Bu qoşunlarla rus
qoşunları Gəncə yaxınlığında üzləşdilər. Bu dəfə də rus qoşunları üstünlük
qazandılar. İran qoşunu darmadağın edildi. Bu qələbə üsyançıların vəziyyətini də
ağırlaşdırdı. Rus hərbi cəza dəstələri üsyanları qəddarlıqla yatıraraq üsyançılara
divan tuturdular. Döyüşdə Azərbaycan feodallarından və onların nökərlərindən
təşkil edilmiş süvari dəstələri də iştirak edirdi. Bu döyüş barəsində Qarabağnamə
müəllifi Mirzə Adıgözəl bəy yazırdı:"...Qızılbaşlar basıldılar, məğlubiyyətin
qabağını almaq mümkün olmayıb, qaçdılar. Bir gün bir gecə Arazdan keçdilər.
"'Rus qoşunları Gəncəni yeni-dən ələ keçirdilər. İran qoşunlarının köməyi ilə öz
torpaqlarını geri qaytarmış keçmiş xanların da müqəddəratı faktiki olaraq həll
edilmişdi. Lənkəran xanlığı hələlik İran qoşununun əlində qalırdı. Az sonra Rus
qoşunları İrəvan və Naxçıvan xanlıqlarına hücum etdilər, xanlıqları tutdular. 1827-
ci ilin sonlarında buradan Azərbaycanın cənub torpaqlarına girdilər. Rus
qoşunlarının köməyi ilə hakimiyyəti ələ keçirmək istəyən feodallar, həmçinin İran
şah hakimiyyətinin zülmündən cana gəlmişəhalinin bir qismi, xüsusilə xristianlar
onların Xoy və Təbrizə yürüşünə kömək edirdilər. Rus qoşunları dəstələrin-dən
birinin başçısı yazırdı ki, "əhali hər yerdə öz yerində alıb qoşunlarımızı düşmənlər
kimi deyil, öz himayəçiləri kimi qəbul edərək, onları qarşılamağa çıxırdı". Camaat
qacarların zülmündən o qədər cana doymuşdu ki, sonralar nələr ola biləcəyinin, bir
zülmkarın digər müstəmləkəçi iləəvəz olunacağını nəzərə almadan şəhərlərin
darvazalarını rus qoşunlarının üzünə açırdılar. Rus qoşunları Təbrizə yaxınlaşanda
Təbriz ruhanilərinin başçısı Mir Fəttahın çıxışı iləəhali onları qarşılamağa çıxdı.
Təbrizlilər Qacar zülmündən o qədər Əziyyət çəkmişdilər ki, rus qoşununu
Tehrana hücum etməyə çağırır, 12 min nəfərlik qoşunla kömək etməyə
hazırlaşdıqlarım bildirirdilər.
152
Rus qoşunu 1827-ci il aprelin 27-də Xudafərin körpüsünü ələ keçirdi. Hələ aprelin
23-dəəsas qüvvələr İrəvana doğru irəlilədi, qala mühasirəyə alındı. Rus qoşunu
böyük strateji əhəmiyyəti olan Abbasabad qalasına hücum etdi. Abbas Mirzə
iyulda 16 minlik qoşunla qalaya köməyə gəldi. Lakin iyulun 5-də Cavadbulaq
döyüşündə məğlub olandan sonra iyulun 7-də təslim oldu. Avqustun 13-də Alagöz
dağının ətəklərində baş vermiş döyüşlərdə do ruslar qalib gəldilər. Sentyabrın 20-
də Sərdərabad təslim oldu, ayın 26-da yenidən İrəvan qalası mühasirəyə alındı.
1827-ci il oktyabrın 2-də ruslar mərkəzə daxil oldular, 1828-ci ilin yanvarında
Qaradağın mərkəzi Əhəri tutdular. Hələ buna qədər Təbrizə yol açılmışdı və
oktyabrın 13-də Təbrizə daxil oldular, Az sonra Urmiyya vəƏrdəbili tutdular.
Tehrana yol açıldı. Şah İranı danışıqlara girməyə tələsdi. Təbrizdən bir qədər
Cənubda olan Türkmənçay kəndində, 1828-ci il fevralın 10-da İranla Rusiya
arasında sülh müqaviləsi imzalandı. Türkmənçay danışıqlarında rus yazıçısı
A.S.Qriboyedov və A.A.Bakıxanov da iştirak edirdilər. Müqaviləyə görə, çar
qoşunları Azərbaycanın cənub torpaqlarından çıxırdı, yenicə tutulmuşİrəvan və
Naxçıvan xanlıqları isə Rusiyanın tərkibinə qatıldı. İran şah hökuməti bu müqavilə
iləŞimal xanlıqlarının Rusiya tərəfindən zəbtini təsdiq etdi. Bu müqavilə hələ
Gülüstan müqaviləsi ilə Rus tacirlərinə verilmiş imtiyazların, həmçinin Xəzər
dənizində yalnız Rus hərbi donanmasının saxlanması hüququnu da təsdiq etdi.
Müharibədə məğlub olmuşİran Rusiyaya 20 milyon manat gümüş pulla təzminat
verməli idi. İran hökuməti təzminatı ödəyib qurtarana qədər zəbt edilmiş Cənubi
Azərbaycan vilayətləri Rusiyanın himayəsində qalırdı.
Rusiya-İran müharibəsi qurtarana yaxın Rusiya-Türkiyə münasibətləri kəskinləşdi.
Bu iki dövlət arasında 1828-ci ilin aprelində müharibəyə gətirib çıxardı. Qafqaz
cəbhəsində Rus qoşunlarının tərkibində dörd Azərbaycan süvari alayı iştirak edirdi.
Bu alaylar çar Rusiyasına can-başla qulluq edib torpaq sahələri, vəzifələr almağa
can atan bəylərdən, onların nökərlərindən və maaflardan ibarət idi. Çar hökuməti
onları eyni zamanda müharibənin gedişində qənimət ələ keçirib varlanmaqla
şirnikləndirmişdi, Bir sıra şəhərlərin ələ keçirilməsində bu alayların mühüm rolu
olmuşdu. Bir rus yazıçısı alayların döyüşlərini belə mədh edir: "Bu alaylar
153
barəsində mühakimə yürütmək üçün onları döyüşdə görmək hazıradır: bunlar
şimşəyi xatırladır, bunlar qəzəblənmiş Allahın birdən-birə düşmənlər içərisinə
ölüm və dəhşət saçan atəşinə bənzəyirdi. Müsəlman alaylarının gözlərim önündə
törətdikləri igidlik xarüqələrini hələ də heyrətlə yad edirəm".
Türkiyə hökuməti rus qoşunlarının ölkənin içərilərinə yeriyəcəyindən ehtiyat
edərək sülh müqaviləsi bağlamağa tələs-di. 1829-cu ildəƏdirnədə müqavilə
imzalandı. Türkiyə Cənubi Qafqazın çar Rusiyası tərəfindən zəbt olunmasını təsdiq
etməli oldu.
Azərbaycanın Rusiya tərəfindən zəbt edilməsinə münasibət birmənalı olmamışdır,
onun mənfi nəticələri ilə yanaşı əhəmiyyətli cəhətlərinin olmasına da diqqət
verilmişdir. İlk növbədə də qeyd etmək lazımdır ki, Azərbaycanın şimal
torpaqlarının Rusiya tərəfindən zəbt edilməsilə Azərbaycan xalqı öz dövlət
müstəqilliyini itirdi. Xalqı onun dövlət müstəqilliyindən məhrum etmək ən mürtəce
hadisədir. Şimali Azərbaycanın işğalı nəticəsində Azərbaycan xalqının zorla iki
hissəyə bölünməsi kimi tarixi ədalətsizlik baş verdi. Bu tarixi ədalətsizlik
nəticəsində vahid xalq bölündü, bir-birindən fərqli sosial-iqtisadi, siyasi və mədəni
inkişaf yoluna düşməyə məcbur oldu. İşğal nəticəsində Azərbaycan çar
Rusiyasının xammal bazasına və satış bazarına çevrildi. Azərbaycan iqtisadiyyatı
müstəmləkə iqtisadiyyatı xarakteri aldı. Bu isə, o demək idi ki, ölkə yalnız Rusiya
sənayesi üçün xammal istehsal etməli, öz sənayesi də buna xidmət etməli idi.
Bununla da Azərbaycan çar Rusiyasının müstəmləkəsinə çevrildi.
Azərbaycanın çar Rusiyası tərəfindən işğal edilməsi nəticəsində faciənin başlanğıcı
qoyuldu, ölkə iki hissəyə bölündü və bir-birindən fərqlənən ictimai-siyasi inkişaf
yolu götürdü, Azərbaycanın torpaqları hərraca qoyuldu, ermənilərin, rusların,
almanların və digər xalqların ölkəmizə köçürülməsi başlandı, təbii sərvətlərimiz
talan edilidi, tariximiz sistemli şəkildə saxtlaşadırılmağa başlandı. Bununla belə,
on illər boyu davam edən ara müharibələrinə son qoyuldu, xanlıqları dövrünün
sərhədləri aradan götürüldü, müharibələrə son qoyulması sabit iqtisadi inkişafı
şərtləndirdi, kapitalist istehsalının əsasları qoyuldu, xüsusilə neft Bakısının sürətli
inkişafı başlandı. Bununla belə, işğal faktorunun mənfi nəticələri, Azərbaycanın iki
154
hissəyə parçalanması (bu siyahını kifayət qədər uzatmaq mümkündür) onun
müsbət nəticələrinin üzərinə kölgə salsa da, unutmaq olmaz ki, bugünkü müstəqil
Azərbaycan Respublikası məhz Rusiyanın tərkibində olan Şimali Azərbaycanın
varisidir.
155
XII mövzu
XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Azərbaycanda ictimai-
iqtisadi vəziyyət və milli demokratik fikir.
Plan
1. . Demokratik milli mətbuatın yaranması, “Əkinçi” qəzeti. İctimai fikrin görkəmli nümayəndələri.
2. XX əsrin əvvəllərində Azərbaycanda siyasi təşkilatların və partiyaların
yaranması. Milli –azadlıq hərəkatı.
Ədəbiyyat.
1. Azərbaycan tarixi.VII cilddə,V vild,Bakı,2008,səh.18-161.
2. Azərbaycan tarixi. İ.Əliyevin redaktorluğu ilə.Bakı,1993,səh.226-242.
3. Vəliyev T.T. İmperializm dövründə Azərbaycan sənayesi və prole tariatı. Bakı,
1978, səh. 11- 48.
4. Məmmədov İ, Məmmədov Ç. Siyasi tarix. Bakı. 2004, səh. 32-54.
5. Balayev A. Panislamizm, pantürkizm və Azərbaycan. “Azərbaycan”qəzeti,5-12
aprel,1991
156
Azərbaycanın ictimai, iqtisadi və siyasi həyatındakı dəyişikliklər
Azərbaycan xalqının mədəniyyətində də öz əksini tapdı. Artıq XIX əsrin ikinci
yarısından iri sənaye şəhəri olan Bakı həm də Azərbaycanın mədəniyyət mərkəzinə
çevirilmişdi.
Kapitalist iqtisadiyyatının inkişafı nəticəsində ixtisaslı fəhlələrə, təhsilli
mütə-xəssislərə ehtiyac artırdı. Baxmayaraq ki, çar hökuməti milli ucqarların
mədə-ni və siyasi inkişafına mane olurdu, lakin obyektiv inkişaf davam etməkdə
idi.
1867-ci ildə çar hökuməti Qafqazın, o cümlədən Azərbaycanın təhsil
müəssələri haqqında Əsasnamə qəbul etdi. Lakin həmin Əsasnamədə yerli dillər
sıxışdırılır və rus dilində təhsilə böyük əhəmiyyət verilirdi. Ancaq 1876-cı ildə
Qori şəhərində açılmış Zaqafqaziya müəllimləri seminariyası, xüsusən də onun
1879-cu ildə açılmış Azərbaycan şöbəsinin məzunları (Fərhad Ağazadə, Üzeyir
Hacıbəyov,Cəlil Məm-mədquluzadə və b.) kənd məktəblərinə gəldikdən sonra
yerli uşaqların bu məktəblərdə oxuması mümkün olmuşdu.lakin bütün ibtidai
məktəblərdə yəlim ancaq rus dilində aparılırdı, yerli dillərdə ümum-təhsil
məktəblərinin açılmasına icazə verilmirdi.
1869-cu ildə Seyid Əzim Şirvani ilk dəfə olaraq Şamaxıda yeni tipli məktəb
açmışdı. 80-ci illərdə Şuşada, Lənkəranda, Ordubadda, Naxçıvanda belə məktəblər
açıldı. Bu məktəblərin ən mühüm əhəmiyyəti ondan ibarət idi ki, burada ilk dəfə
olaraq elmi biliklərin əsasları ana dilində öyrədilməyə başlandı.
Azərbaycan əhalisinin maariflənməsində rus-tatar məktəblərinin də müəyyən
rolu olmuşdur. İlk belə məktəbi Bakıda gənc pedaqoqlar Həbib bəy Mahmudbəyov
və Sultan Məcid Qənizadə açmışdılar.
Bu məktəblər üçün müəllimlərin hazırlanmasında Qori müəllimlər semina-
riyasının böyük rolu olmuşdur.1899-cu ilədək bu Seminariyanı 89 nəfər
157
azərbaycanlı bitirmişdi. Bunların çoxu sonralar Azərbaycan xalq maarif və
mədəniyyətinin fəxri nümüyəndələri oldular. Rəşidbəy Əfəndiyev, M.
Mahmudbəyov, S.M.Qniəmizadə, Firudin bəy Köçərli, Əlicabbar Orucəliyev və
başqalarının maarif sahəsindəki xidmətləri əvəz olunmazdır.
Yeni məktəb xadimlərinin ən mühüm vəzifəsi ana dilində dərsliklərin
yaradılması idi.Abdulla Şaiq “Uşaq çeşməyi”, “Gülzar”,M.Mahmudbəyov “İkinci
il”, “Üçüncü il”,”Türk ədəbiyyatına ilk qədəm”, “Yeni türk əlifbası” adlı dərsliklər
yazılmış-dılar.
Kişi təhsili ilə yanaşı, qadın orta təhsili də inkişaf edirdi.1874-cü ildə
Bakıda ilk qadın gimnaziyası açıldı,1883-cü ildən bu məktəb Mariya məktəbi adını
aldı. 1896-cı ildə Mərdananda məşhur messenat H.Z. Tağıyev tərəfindən bağbanlar
hazırırlayan birinci xüsusi məktəb açıldı. Elə həmin ildə H.Z Tağıyev Bakıda qız
məktəbinidə açmışdı.1896-cı ildə Bakıda Yermolayevə tərəfindən ilk musiqi
məktəbi də açıldı.1897-ci ildə rəssamlıq məktəbi də açılmışdı.
Azərbaycanda savadın yayılması ilə kitabxana və qiraətxanalara ehtiyac
hiss edilməyə başladı.Bu dövrdə ictimai və xüsusi kitabxanalar açıldı.İlk kütləvi
kitabxana 1859-cu ildə Şamaxı və Şuşada açılmışdı.
Azərbayacanın ictimai, iqtisadi və mədəni inkişafı elmin inkişafına şərait
yaradırdı.Təbiət elmlərinə maraq çox idi. Neft işinin öyrənilməsində Almaniyanın
Stras-burq univerisitetinin məzunu Möhsüm Xanlarovun kimyaçı kimi xüsusi
xidməti olmuşdur. Biologiya və kənd təsərrüfatı sahəsində də müəyyəın uğurlar
əldə edilmişdi. Bu sahədə H.B Zərdabi, N.B.Vəzirovun böyük xidmətləri
olmuşdur.H.B. Zərdabi “Gigi-ena”, “Torpaq, hava, su” və başqa əsərlər yararaq
təkamül nəzriyyəsini müdafiə etmişdi. Azərbaycanlı həkimlər Vəkilov,
Mehmandarov tibb eliminin inkişafına böyük köməklik etmişlər.
XIX əsrin ikinci yarsında Azərbaycanda tarix elmi sahəsində mühüm
irəliləyişlər olmuşdu. Mirzə Camal oğlu,Əhməd Bəy Cavanşir,Mir Mehdi Xəzani
Qarabağ xanlığının, Mirzə Əhməd Xudaverdi oğlu Lənkəran xanmlığının tarixinin
158
öyrənilməsi sahəsində uğurlu işlər görmüşlər.Azərbaycan ədəbiyyatının
inkişafında M.F. axundov,S.Ə. Şirvani, N.Nərimanov,F.B.Köçərli, H.B.Zərdabi
kimi nümayəndələrinin böyük rolu olmuşdur.Fəlsəfi fikrin inkişafında M.F
Axundovun xüsusi xidmətləri olmuşdur.Onun üç məktub və cavab adlı əsrində
təbiət və cəmiyyət məsələlərinə dair mütərrəqi fəlsəfi fikirlər verilmişdir.
Azərbaycanda teatr sənəti də inkişaf etməkdə idi.Milli teatırın yaranması
xalqın mənəvi həyatında böyük hadisə idi.1873-cu ilin martın 22-də Bakı realnı
məktəbinin tələbələri M.F.Axundovun “Lənkəran xanının vəziri” pyesini
səhnələşdirmişdilər. Aprelin 17-də “Hacı Qara” pyesi tamaşaya qoyuldu.
Musiqi sahəsində də böyük naliyyətlər əldə edildi.Hacı Hüsü, Cabbar
Qaryağdı oğlu, Məsədi İsi, Sadıqran, Keçəçi Məhəmməd kimi musiqiçilər xalq
arasında geniş şöhrətə malik idi.
1908-ci ildə yanvarın 12-də musiqi tarixində unudulmaz gün olmuşdur.
Tağıyev teatırının binasında Ü.Hacıbəcyov “Leyli və Məcnun” operasını ilk dəfə
tamaşaya qoy-muşdu.1913-cü ildə “Arşı mal alan”musiqili komediyası,1916-cı
ildə M.Maqomayevin “Şah İsmayıl” operaları tamaşaya qoyulmuşdu.
Rəssamlıq sahəsində Ə.Əzimzadə, B.Kəngərli, memarlıq sahəsində Zivər bəy
Ağayevin büyük xidmətləri olmuşdur.
-XIX əsrin ikinci yarısında Şimali Azərbaycanın mədəni həyatında milli
mətbuatın inkişafı ən mühüm hadisələrdən biri olmuşdur.Azərbaycan
ictimaiyyətinin ayrı-ayrı nümayəndələri böyük çətinliklərlə üzləşərək milli
mətbuatın bünövrəsini qoymuşdular. Azərbaycan mətbuatının banisi böyük ictimai
xadim Həsən bəy Zərdabinin “Əkinçi”qəzetinin buraxılması böyük hadisə idi.
Qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdır. H.B.Zərdabi qəzetin
təkcə naşiri və redaktoru deyil, həm də onun korrektoru və mürəttibi idi. 1875-
1877-ci illərdə Əkinçinin cəmi 56 nömrəsi çıxmışdı.
159
Əkinçi qəzeti mütərrəqi maarifçi,demokratik ideyaları təbliğ edir, mövhumata,
cəhalətə və avamlığa qarşı çıxır,Azərbaycan gerçəkliyinin bir çox zəruri
problemlərini qaldırırdı. Qəzet azadlığa çıxmağın yolunu elm və maarifdə
görürdü.O,təhsil və tərbiyə məsələlərinə xüsusi əhəmiyyət verir,məktəblərdə yeni
təlim və tərbiyə üsullarının tətbiq edilməsinə tərəfdar çıxırdı. Azərbaycanda qadın
təhsilinin, qadınların ictimai həyata cəlb olunmasının zəruriliyini müdafiə edən ilk
Azərbaycan qəzeti “Əkinçi”olmuşdur.Qəzet ana dilinin saflığı uğrunda yorulmaz
mübarizə aparırdı.
H.B.Zərdabi və onun qəzeti Cənubi Qafaqaz xalqları arasında çoxəsrlik
əlaqələrin möhkəməlndirilməsi ideyalarının qızğın təbliğatçısı kimi çixış edir, bu
xalqların daha da yaxınlaşması uğrunda mübarizə aparirdı.
“Əkinçi”Azərbaycanda mütərəqqi ictimai fikrin inkişafında və bütövlükdə
Azərbaycan mədəniyyətinin inkişafında böyük rol oynadı. O,qısa müddət ərzində
ən qabaqcıl ziyalıları öz ətrafında birlşdirmiş, Azərbaycan xalqının həyatının bir
çox sahələrinə müsbət təsir göstərmişdir.
Əkinçinin nəşri dayandıqdan iki il sonra Tiflisdə Azərbaycan dilində “Ziya”
qəzeti nəşr edidi. Onun birinci nömrəsi 1879-cu il yanvarın 16-da çapdan
çıxdı.Qəzet 1880-ci ilə qədər çıxmış,cəmi 76 nömrəsi buraxılmışdı.1880-ci il
dekabrın 6-dan etibarən qəzet “Ziyayi-Qafqaziyyə adı altında çıxmağa
başladı.Qəzetin yaradıcısı Seyid Ünsizadə idi.Qəzetin səhifələrində ictimai-siyasi
problemlərə geniş yer verilirdi.Cəmi 104 nömrəsi çıxmış və 1884 –cu ilə qədər
nəşr olunmuşdur.
1880-ci ildə onun qardaşı Cəlal Ünsizadənin “Kəşkül” adlı qəzeti nəşr
oıunmağa başlandı. Kəşkül öz ideya isqamətinə görə “Əkinçi”yə daha çox yaxın
idi. Qəzet, siyasət, ticarət, sənaye, mədəniyyət məsələlərinə toxunurdu. Eyni
zamanda qəzet Şərq despotizmini, geriliyi, fanatizmi tənqid atəçinə tutur,
maarifçilik və mədəniyyət ideyalarını müdafiə edirdi.
160
Rusiyanın mərkəzi şəhərlərində,Qori müəllimlər seminariyasında təhsil almış
gənclər “Kəşkül”qəzetinin mütərəqqi ideya və təşəbbüslərini müdafiə edərək onun
ətrafında toplaşırdılar. “Kəşkülün”başladığı hərəkatda Azərbaycan ziyalılarından
S.Ə.Şirvani,F.Köçərli,M.Şahtaxtlı,A.Qayıbov və başqaları yaxından iştirak
edirdilər. Qəzet 1991-ci ilədək nəşr olundu.
O dörün ən mühüm hadisələrindən biri də Tiflisdə satrik “Molla Nəsrəddin “
jurnalının 1906-cı il aprelin 1-də nəşrə başlaması oldu. Jurnal Azərbaycanda,
Rusiyanın türkdilli xalqları arasında , həmçinin yaxın Şərqdə satrik mətbuatın
əsasını qoydu, həmçinin milli – dümokratik fkrin inkişafında mühüm rol oynadı.
Molla Nəsrəddin “ jurnalının (1906-1931) əsasını Cəlil Məmmədquluzadə
qoymuşdur. Jurnalın səhifələrində M.Ə.Sabirin Ə.B.Haqverdiyevin,
Ə.Qəmküsarın, M.Ə.Möcüzün , Y.V.Çəmənzəminlinin yazıları çap olunurdu.
“Molla Nəsrəddinin”ardınca onun təsiri altında “Arı”, “Bəhlul”, “Tutu”,
“Zənbur”, “Məzəli”, “Babayi-Əmir”(1907-1917-ci illərdə)satrik jurnalları nəşrə
başladı. İnqilabi demokratik publisistikanın görkəmli nümayəndələrindən biri də
U.Hacıbəyov idi.
XIX əsrin sonları-XX əsrin əvələrində Azərbaycanın qabaqcıl ictimai və
sosioloji fikri yeni ideya məzmunu ilə dahada zənginləşdi. Azərbaycanın sosial-
iqtisadi inkişafı, ictimai həyatda islam dəyərlərinin rolunun genişlənməsi milli-
demokratik fikrin inkişafında böyük rol oynadı.
Azərbaycan ictimai fkrin formalaşıb inkişaf etməsində Azərbaycan
ziyalılarından H.B.Zərdabi M.Şaxtaxlı, Səmədağa Mehmandarov, N.Nərimanov,
C.Məmmədquluzadə, S.Ə.Şirvani və sairlərinin görkəmli rolları olmuşdur.
Milli- demokratik və ictimai fikrin yaranmasında Əli bəyHüseynzadə,
Əhməd bəy Ağayev və Əhməd Ağaoğlu kimi dahi şəxsiyyətlərin xidmətləri ölçüyə
gəlməzdir.
161
Əli bəy Hüseynzadə 1864-cü ildə anadan olmuş, görkəmli ictimai xadim,
pedaqoq, həkim, jurnalist, yazıçı kimi fəaliyyət göstərmişdir. Təhsilini Peterburq
və İstanbulda almışdır. Peterburqda təhsil alarkən tələbə siyasi dərnəklərində işti-
rak edən Əli bəy İstanbulda da siyasi fəaliyyətini davam etdirmişdir.O, Sultan
Əbdülhəmid rejiminə qarşı “İttihad və tərəqqi ” partiyasının əsasını qoymuş-
dur.1903-cü ildə Bakıya gələn Əli bəy jurnalistka ilə məşğul olmuş, ictimai –
siyasi fəaliyyətini genişləndirmişdir. Onun fəaliyyətində əsas yeri Turançılıq
ideyası tuturdu. Əli bəy türk xalqlarının milli birliyi, müstəqil dövlətçilik fikrini
ilk dəfə irəli sürmüş, onun elmi –nəzəri əsaslarını işləyib hazırlamışdır. Əli bəy
yazdığı “Türklər kimdir və kimdən ibarətdir, “Türk dilinin vəzifeyi-
mədəniyyəsi”, “Yazımız, “dilimiz” adlı məqalələrində öz məqsəd və məramını
geniş şəhr etmişdir.
Əli bəy yaradılmasını nəzərdə tutduğu milli cəmiyyətin quruculuğunda müasir
insan amilinə böyük əhəmiyyət verərək yazırdı: “Türk qanlı, müsəlman etiqadlı,
firəng fikirli, Avropa qiyafəli fədai” tərbiyə edib yetişdirmək lazımdır.
Əli bəy Hüseyinzadənin XX əsrin əvvələrində irəli sürdüyü “Türkləşmək,
islamlaşmaq, müasirləşmək ” şəklində siyasi şüara çevrilən fikri Azərbaycan Xalq
Cümhuriyyətinin dövlət atributuna çevrilmişdi.Əli bəy 1940-cı ildə İstanbulda
vəfat etmişdir.
İctimai fikrin görkəmli nümayəndələrindən biri olan Əhməd bəy Ağayev
(1869-1939) Azərbaycanda türkçülük hərəkatının ideoloqlarındandır.O, Fransanın
Sarbona universitetini bitirmiş, Şərq xalqlarının tarixini, ərəb, fars və türk
dillərini mükəmməl öyrənmişdir. Əhməd bəy Ağayev müsəlman xalqlarının
düşdüyü acınacaqlı vəziyyəti təhlil edir, bunun səbəblərini göstərir, müsəlman
xalqlarına böhtan atan əcnəbi, müəlliflərə tutarlı cavablar verirdi.
Əhməd bəy 1905-ci ildə “Həyat”, “İrşad” kimi Azərbaycanda milliyətçilik
düşüncəsinin formalaşmasında mühüm rol oynayan qəzetlərin həm redaktoru, həm
də nəşiri olmuşdur.
162
1909-cu ildə Türkiyəyə gedən Əhməd bəy “ Gənc Türklər” hərəkatı ilə yaxın-
laşmış və “İttihad və Tərəqqi” partiyasına daxil olaraq elmi- publisistik yazıları
ilə mətbuatda çıxışlar etmişdir.O,1918-ci ildə bolşevik-daşnak hökumətinə qarşı
mübarizəyə gəlmiş Nuru Paşanın Qafqaz İslam Ordusunun tərkibində siyasi
müşavir kimi Azərbaycana gəlmiş və Gəncədə yaradılan yeni hökumətin işinə
yaxından köməklik etmişdir. Əhməd bəy Azərbaycan parlamentinə üzv seçilmiş,
Paris sülh konfransında iştirak etmək üşün oraya gedəndə türkiyədə həbs edilərək
Malta adsına sürgün edilmişdir.
1921-ci ildə sürgündən gələn Əhməd bəy İstambula gələrək yenidən milli
hərəkata qoşulmuş və qurtuluş savaşının fəal iştirakçılarından biri olmuşdur. O,
xalqın millətçilik və türkçülük şüurunun oyanmasında çox mühüm rol oynamışdır.
İctimai fikrin görkəmli nümayəndələrindən biri də Əlimərdan bəy
Topçubaşov olmuşdur. (1863-1934). O, Rusiyanın müsəlman –türk xalqlarının
milli –azadlıq hərəkatının liderlərindən biri olmuşdur. “Kaspi” qəzetinə rəhbərlik
etmişdir. Əlimardan bəy 1905- ci ildə Nijni-Novqorod keçirilən Ümumrusiya
müsəlmanlarının 1- ci qurultayında göstərirdi. “Biz Türk övladları, əslimiz bir,
nəslimiz bir, dinimiz birdir. Qərbədən Şərqə qədər bizim atalarımızın mülküdür.
Atalarımız o qədər qəhrəman millət olduqları halda , bu gün Qafqaz dağlarında ,
Krım bağlarında, Kazan çöllərində və Orta Asiya ovalıqlarında atalarımızın
mülki olan öz torpaqlarımızda öz ehtiyaclarımızı bildirməyə imkanımız
qalmamışdır”.1906-cı ildə onun tərəfindən “ Umumrusiya müsəlmanları ittifaqı”
partiyasının proqram və nizamnaməsi yazılmışdır.
Onun təşəbbüsü ilə I Dövlət Dumasında müsəlman fruksiyası yaradılmışdır.
Azəri türklərinin müstəqilliyi uğrunda daim mübarizə aparan Ə.Topçubaşov AXC
parlamentinin ilk sədri olmuşdur. Paris sülh konfransı nümayəndələrinin rəhbəri
olaraq Azərbaycanın de-fakto tanınmasına nail olmuşdu. Əlimərdan bəy sonralar
Parisdə yaşayarkən də Azərbaycanla əlaqəni kəsməmiş, hətta 1921-ci ildə Parisdə
Qafqaz Konfedrasiyası yaradılması məsələsini müzakirə etmişdir. 1934-cü ildə
M.Ə.Rəsulzadə ilə birlikdə Konfederasiyanın bəyannaməsini imzalamışdır.
163
XX əsrin əvvələrində baş verən dünya iqtisadi bühranı (1900-1903) həm
Rusiyanı, həm də onun müstəmləkələrini əhatə edir. Bütün imperiyanı sarsıdan
tətillər dalğası Azərbaycanı da bürüdü, cəmiyyətin bütün təbəqələrində narazılıq-
lar artdı və cəmiyyət siyasiləşməyə başladı.
XX əsrin əvvələrində Azərbaycanda ilk siyasi təşkilatlar yaranmağa başladı.
Bu təşkilatların əksəriyyəti sosialist yönümlü idilər. Azərbaycan tarixinin XX əsrin əvvəlləri dövrü siyasi partiya və təşkilatların meydana gəlməsi ilə də səciyyələnir. Bu da Azərbaycan cəmiyyətində də siyasi fəallaşmanın yüksəlməsi ilə əlaqədar idi. Azərbaycanda ilk siyasi təşkilat hələ XIX əsrin 90-cı illərində meydana gəlmiş ilk sosial-demokrat dərnəklərin birləşdirilməsi əsasında 1901-ci ildə yaradılan RSDFP-nin Bakı Komitəsi olmuşdu. O, Azərbaycanın milli adət-ənənələrindən xəbəri olmayan, kənardan gəlmiş və əsasən rus dilli adamlar tərəfindən yaradılmışdı. Həmin təşkilatda da başlıca olaraq rus dilli fəhlələr birləşmişdi. Ona görə də onun təsiri Bakıdan kənara çox yayıla bilməmişdi.Azərbaycanda ilk milli partiya M.Ə.Rəsulzadənin hələ 17 yaşında ikən yaratdığı «Müsəlman gənclik təşkilatı» olmuşdu. Bir az sonra o, «Müsəlman demokratik «Müsavat» Cəmiyyəti» adı ilə gizli fəaliyyət göstərmişdi. Bu təşkilatın bir qolu da Güney Azərbaycanda yaradılmışdı. 1904-cü ilin oktyabrında bir qrup müsəlman sosialistləri: M.Mövsümov, M.Ə.Rəsulzadə, M.H.Hacınski və b. tərəfindən həmin cəmiyyətin əsasında müsəlman sosial-demokrat təşkilatı — «Hümmət» yaradılmışdı. O. «E1 bir olsa, dağı oynadar yerindən» devizi ilə eyni adlı qəzet nəşr etdirmişdi. Sonralar bu təşkilata N.Nərimanov, M.Əzizbəyov, S.M.Əfendiyev de daxil olmuşdu.«Hümmət»in yerlərdə şöbələri də yaradılmışdı, O cümlədən Tiflisdə də menşevik istiqamətli «Hümmət» təşkilatı yaradılmışdı. Əvvəllər təşkilata A.Yüzbaşov, Ə.Bayramov, Ə.H.Qarayev, M.Mirheydərzadə və b. daxil idi. Sonralar ona İ.Əbilov, Ə.Şeyxülislamov, S.Ağamalı oğlu da daxil olmuşdu. Onun əsas lideri S.Ağamalı oğlu olmuşdu.1905-ci ilin noyabrında eser partiyasının hələ 1903-cü ildə yaradılmış Bakı təşkilatı «İttifaq» adı ilə müstəqil partiyaya çevrilmişdi,1904-cü ildə Bakıda Şendrikov qardaşları tərəfindən «Balaxanı və Bibiheybət fəhlələri İttifaqı» adlanan menşevik təşkilatı yaradılmışdı. Sonralar o, «Bakı fəhlələri ittifaqı» adını almışdı.1905-ci ilin fevralında Gəncədə «Sosial-federalistlərin türk inqilabı komitəsi» yaradılmışdı. O, Azərbaycana muxtariyyət verilməsi, federativ Rusiya yaradılması ideyasını irəli sürmüşdü.1905-ci ilin yayında Gəncədə Şəfı bəy Rüstəmbəyovun başçılığı ilə «Qeyrət» adlı qrup yaradılmışdı. O, sonradan «Qeyrət» partiyasına çevrilmişdi. Onun yaradılmasında Ələkbər bəy Rəfıbəyli və Adil bəy Xasməmmədli fəal iştirak etmişdilər. Bu partiya 1908-
164
ci ilədək fəaliyyət göstərmişdi. 1917-ci il fevral inqilabından sonra «Qeyrət» partiyası «Türk ədəmi-mərkəziyyət partiyası» adı ilə yenidən fəaliyyətə başlamışdı. Onun yaradıcısı Nəsib bəy Yusifbəyli olmuşdu.Çarın 1905-ci il oktyabrın 17-də Manifest verməsi ölkənin ictimai-siyasi həyatında canlanma yaratdı. Azərbaycanda da siyasiləşmə yüksəldi. Siyasi partiyaların yaradılması prosesi genişləndi.1905-ci il dekabrın əvvəllərində Konstitusion demokratlar partiyasının Bakı şöbəsi yaradıldı. Onun yaradılmasında I.Hacınski, İ.Hacıyev, Ə.M.Topçubaşov, K.Səfərəliyev mühüm rol oynamışdılar. O, 1906-cı ilin yanvarında «Müsəlman Konstitusiyası partiyası»na çevrilmişdi.1905-ci ilin payızında «Müsəlman əyanları, ziyalıları və yuxarı təbəqələrin ittifaqı və müdafiə cəmiyyəti» meydana çıxdı,1905-ci ilin noyabrında tələbə-gənclərin inqilabi-demokratik «Üxüvvət» («Qardaşlıq») təşkilatı yaradılmışdı. 1905-ci ildə Bakıda və Təbrizdə «Mücahid» partiyası yaradılmışdı.1906-cı ilin avqust-sentyabr aylarında Bakı və Yelizavetpol quberniyalarında «Difai» partiyası meydana çıxdı, Partiyanın başlıca məqsədi Azərbaycan xalqını erməni terrorundan müdafiə etmək idi. «Difai» partiyasının Bakıda, Gəncədə, Şuşada, Ağdamda, Bərdədə, Yevlaxda, Tərtərdə, Qarsda, Naxçıvanda, Vladiqafqazda və b. yerlərdə şöbələri fəaliyyət göstərirdi. Partiyanın Bakı şöbəsinə Ə. Ağayev başçılıq edirdi,Partiyanın ən iri şöbəsi «Qarabağ birlik məclisi» idi. Onun fəaliyyəti bütün Qarabağı əhatə edirdi. Məclisin baş komitəsi Şuşada yerləşirdi. Onun sədri Kərim bəy Mehmandarov idi.1906-cı ildə Dağıstandan olan fəhlələr arasında iş aparmaq üçün başda Q.M.Ağasiyev və M.Aydınbəyov olmaqla sosial-demokrat «Faruq» qrupu yaradılmışdı.
Azərbaycanda həmkarlar ittifaqlarının formalaşması da bu dövrə təsadüf edir. 1906-cı ilin noyabrında Azərbaycanda həmkarlar ittifaqları təşəkkül tapmışdı. XX əsrin əvvəllərində Azərbaycanda «Müsəlman», «Nəşr maarif», «Nicat», «Səadət» və b. xeyriyyə cəmiyyətləri fəaliyyət göstərməyə başlamışdı. Onların yaradılmasında böyük xeyriyyəçi Z.A.Tağıyevin müstəsna xidmətləri olmuşdu.Bu dövrdə Azərbaycanda erməni «Daşnaksütyun», «Qnçaq» partiyaları da fəaliyyət göstərmişdi.«Müsavat» partiyasının yaradılması bu dövr Azərbaycan tarixinin çox mühüm hadisəsi idi. O, 1911-ci ildə Bakıda keçmiş hümmətçilərdən Məmməd Əli Rəsulzadə, Tağı Nağıyev, Abbasqulu Kazımzadə, Kərbəlayi Vəli Mikayılzadə və Qulamrza Şərifzadə tərəfindən yaradılmışdı. 1913-cü ildə mühacirətdən qayıdan Məmməd Əmin Rəsulzadə «Müsavat»a daxil olmuş və onun əvəzsiz liderinə çevrilmişdi.1917-ci ilin yazında Nəsib bəy Yusifbəyli tərəfindən Gəncədə yaradılmış «Türk ədəmi-mərkəziyyət» partiyası həmin ilin iyununda «Müsavat» partiyası ilə birləşmişdi.
165
1917-ci ilin martında bolşevik «Hümmət» təşkilatı öz fəaliyyətini bərpa etdi. Onun başında N.Nərimanov dururdu.1917-ci ilın sentyabrında «Rusiyada müsəlmançılıq» partiyası yaradıldı. O, Gəncədəki «İttihadi islam» partiyası ilə birləşərək «Rusiyada müsəlmançılıq-ittihad» birliyini təşkil etmişdi,Nəhayət, 1920-ci ilin fevralında bolşevik «Hümmət», «Ədalət» və RSDFP-nin Bakı Komitəsi zəminində Azərbaycan Kommunist partiyası təşkil edildi. Bununla da Azərbaycanda da təkpartiyalılığın əsası qoyuldu.Azərbaycanda gedən siyasi fəallaşmanın təzahürlərindən biri də çarın yanında məsləhətçi orqan olan Dövlət Dumasına seçkilərdə iştirak etmək idi. Bu seçkilərdə (1906-cı ilin mayında) birinci Dövlət Dumasına Azərbaycandan Məmmədtağı Əliyev, Ə.Haqverdiyev, İ.Ə.Ziyadxanov, Ə.Muradxanov və Ə.M.Topçubaşov deputat seçilmişdilər. Onlar Dumada yaradılmış Müsəlman fraksiyasına daxil idilər.Azərbaycanlı deputatlar Dumanın işində fəal iştirak edirdilər. Dumada İ.Ziyadxanovun və Ə.M.Topçubaşovun çıxışları daha kəskin idi. İ.Ziyadxanov İrəvan və Yelizavetpol quberniyalarında millətlərarası toqquşmalardan, inzibati orqanların özbaşınalığından bəhs etmiş, hökumətin köçürmə siyasətinə qarşı çıxmışdı. O, Duma tribunasından demişdi: «Biz bir əsr bundan əvvəl işğal edilmişik, Bizə heç bir hüquq və haqq verilməmişdir. Kölə halına salınmışıq. Milli varlığımıza təcavüz edilmişdir. Bir sıra ali məktəblərə qəbul olunmağımıza qadağa qoyulmuşdur. Dövlət idarələrində türk məmurlarına rast gəlmək mümkün deyildir. Torpaq azlığından əziyyət çəkirik. Lakin buraya Rusiyadan axın-axın kəndlilər köçürülür. Bilavasitə dövlətin əli ilə törədilən milli qırğın zəminində qana boyanmış bu torpaqlarda rus kəndliləri üçün planlaşdırdığınız yaşayış məntəqələrini qurursunuz. Bu hökumətin gizli surətdə hazırlayıb həyata keçirdiyi „parçala və hökm sür“ idarə tərzidir. İki ildən bəri qan içində üzən Vətənimdə cəsədlərin üstündən keçirik. Artıq səbrimiz tükənib».Rus deputatlar çıxışı «rədd olun gedin Türkiyəyə» qışqırığı ilə qarşılaşmışdılar.Sərt çıxışlarına görə Ə.M.Topçubaşov və İ.Ziyadxanov Dövlət Dumasının tərkibinə seçilmək hüququndan məhrum edilmişdilər.Azərbaycandan II Dövlət Dumasına F.İ.Xoyski, X.Xasməmmədov, İ.Z.Tağıyev, M.M.Şahtaxtinski, M.H.Mahmudov, Z.E.Zeynalov deputat seçilmişdilər.Bakı, Yelizavetpol və İrəvan quberniyalarının müsəlman əhalisindən III Dövlət Dumasına Xəlil bəy Xasməmmədov deputat seçilmişdi. O, da Dumada öz kəskin çıxışları ilə fərqlənirdi. X.Xasməmmədov öz çıxışlarında dəfələrlə hökumətin milli ayrı-seçkilik siyasəti, vətəndaş azadlıqları və siyasi hüquqlar verilməsi, köçürmə siyasəti, təhsil və məhkəmənin ana dilində aparılması və s. vacib məsələlərə toxunmuşdu.Azərbaycandan IV Dövlət Dumasına M.Y.Cəfərov deputat seçilmişdi. O zaman onun cəmi 27 yaşı var idi. Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdi.M.Y.Cəfərov Dumadakı çıxışlarından birində çar Rusiyasının milli əyalətlərdəki
166
ruslaşdırma siyasətini ifşa edərək demişdi: «Biz xalq maarifinə, ilk baxışda siyasətə heç bir yer olmadığı bu müqəddəs işə hökumətin qərəzli münasibətini acı təəssüflə qeyd edirik. Indiyədək hökumət müsəlmanların maariflendirilməsi adı altında onların ruslaşdırılmasına yönələn tədbirləri həyata keçirməyə çalışmışdır».
1901-ci ildə ilk təşkilat olan RSDFP –nın Bakı komitəsi yaradıldı. Onun təş-
kilatçıları Yenukidze, Ketsxoveli və Eyzenbet idilər.
1901- ci ildə Bakıda “İskra” çı qrup da təşəkkül tapdı. Həmin qrup gizli yolla
xaricdən “İskra” qəzetini Azərbaycana gətirərək fəhlələr arasında yayırdı. 1901-ci
ilin yayında gizli olaraq “Nina” mətbəəsi yaradldı və qəzet həmin mətbəədə çap
olunaraq geniş yayılırdı.
1904-cü ilin oktyabrında M.Ə.Rəsulzadə, M.A.Mirqasımov, M.Hacıyev,
A.Kazımzadənin birgə səyləri nəticəsində Bakıda müsəlman aləmində ilk sosi-al
—demokratik “Hümmət” təşkilatı fəaliyyətə başladı.Həmin təşkilatın eyni adda
qəzeti də nəşr olunurdu. 1905-ci idən N.Nərimanov həmin təşkilata daxil olur və
sonralar onun rəhbərinə çevrilir.“Hümmət” təşkilatının 1917-ci ilə qədər
fəaliyyətini iki aspektdə -bir tərəfdən bir çox siyasi məsələlərdə Bakı komitəsi ilə
birgə fəaliyyətə, digər tərəfdən isə milli ləyaqət və hüquqların müdafiəçisi kimi
nəzərdən keçirmək olar.1904-cü ilin dekabrında fəhlələrlə kapitalistlər arasında
“müştərək müqavilənin “ bağlanmasında “Hümmət” təşkilatının böyük rolu
olmuşdur. 1905-ci ildə “Hümmət” qəzeti senzura tərəfindən bağlanısa da, 1907-ci
ildə təşkilat “Təkamül”qəzetinin buraxılmasına nail olur.
Azərbaycan sosial –demokratları və hümmətçiləri ilə İran milli-azadlıq hərə-
katı mücahidləri arasında sıx əlaqə var idi. Onların çoxu dəfəlıərlə İranda olmuş və
1906-1911-ci illərin İran inqilabi hadisələrində iştirak etmişdir.
Hümmətçilərin Tflis təşkilatı daha aktiv fəaliyyət göstərirdi. Onun proq-
ramında insanların sinfi və milli mənsubiyyətindən asılı olmayaraq demokratik
azadlıqlar və hüquqları bəyan edilirdi.”Ədalət, bərabərlik, azadlıq” sözləri
təşkilatın devizinə çevrilmişdi. Sonralar Azərbaycan Parlamentinin üzvlətri olmuş
M.Əbilov, M.Şeyxülislamov,S.Ağamalıoğlu Tiflis “Hümmət”inə daxil idilər.
167
1903-cü ilin yayında Bakıda sosialist inqilabçıları–eserlər partiyası meydana
çıxdı. Eserlər digər şəhərlərdə də fəhlə və gənclər arasında öz təsirlərini yaymağa
çalışırdılar. Məsələn Şuşada realni təhsil məktəbində eser dərnəyi yaradılmışdı.
Gəncədə də belə bir təşkilatın yaradılmasına cəhd göstərilmişdi. Azərbaycanlı
eserlər üçün milli məsələ ön planda dururdu. Onlar geridə qalmış kütlələri
maarifləndirməyi və xalqın azadlığını özlərinin əsas vəzifəsi elan etmişdilər.
1905-ci il 17 oktyabr Çar Manifestindən sonra yaranan siyasi və ictimai
vəziyyət cəmiyyətin bütün təbəqələrini hərəkətə gətirdi, siyasi partiya və
təşkilatların yaranmasına təkan verdi.1905-ci il də Azərbaycanın siyasi səhnəsində
ilk olaraq sırf milli partiyalar meydana çıxdı. Fevralda Gəncədə “Sosial-
fedaralistlərin türk inqilabi komitəsi” yarandı. Bu təşkilatın buraxdığı vərəqələr-də
Qafqaz xalqlarının birliyi, müstəməlkəçiliyə qarşı mübarizə, Azərbaycanın
muxtariyyəti ideyaları öz əksini tapmışdı.
1905-ci ildə Gəncə və Şuşada “Qeyrət”adlı təşkilat (qrup) da fəaliyyətə
başlamış-dı.Bura Gəncənin tanınmış hüquqşünasları
Ə.Rəfibəyli,A.Xasməmmədov, H.Yusifbəyli daxil idilər. Bu qrupun əsas məqsədi
Qafqazın Rusiya ilə fedarativ münasibətlərinin qurulması və bu federasiya
çərçivəsində müsəlman əhalisinə muxtariyyat vermək idi.Bu qrup 1908-ci ilə qədər
fəaliyyət göstərdi.
1906-cı ildə Bakı və Gəncədə “Difai”partiyası meydana çıxdı.Onun banisi
Ə.Ağayev idi.Bir çox şəhərlərdə onun yerli şöbələri yaradılmışdı.
Azərbaycan xalqının siyasi cəhətdən birləşməsində 1911-ci ildə Bakıda
meydana çıxan Müsəlman Demokratik Müsavat (Bərabərlik) Partiyası mühüm rol
oynadı.Bu təşkilata milli mənafe uğrunda müəyyən mübarizə təcrübəsi olan bir sıra
ictimai xadimlər başçılıq edirdilər. Partiyanın baniləri Tağı Nağı oğlu, M.Əli
Rəsulzadə və Abbas Kazımzıdə olmuşlar.
Bu partiya 1917-ci ildə yaranmış “Türk Ədəmi Mərkəziyyət Partiyası ilə
birləşərək (N.Yusifbəyli) “Türk federalist Müsavat Partiyası” adını almışdır.
168
Partiyanın rəhbəri və ilhamvericisi M.Ə. Rəsulzadə idi.(1913-cü ildən).Bu
partiyanın təbliğat orqanı olan “Açıq söz”qəzeti nəşri olunurdu.
1912-ci ildə “Müsavat” partiyasının manifesti və proqramı nəşr edildi.
Proqramda qarşıya həyati məsələlər qoyulmuşdu. Bütün müsəlman xalqları üçün
bərabərlik əldə olunması,müsəlmanların dövlət müstəqilliyinin qorun-ması,
müstəqilliyini yaradan və onu qorumaq uğrunda mübarizə aparan mü-səlman
dövlətlərinə maddi və mənəvi yardım göstərilməsi.Partiya həm müsəlmanlar,həm
də demokratik amallara əsaslanan bütün partiyalarla əməkdaşlığa üstünlük
verirdi.Tezliklə partiya ziyalıları,xırda burjua,kəndli, fəhlə və qulluqçuların nüma-
yəndələrini öz sıralarına cəlb etdi və tezliklə Qafqazın ən güclü partiyalarından
birinə çevrildi.
XX əsrin əvvəllərində sosial ziddiyyətlərin kəskinləşməsi nəticəsində fəhlə və
kəndlilərin həm siyasi, həm də ideolji cəhətdən fəallaşması üçün obyektiv şərait
yaratdı.1905-ci ilin yazında Rusiya imperiyasında,onun ucqrlarında,o cümlədən
Azərbaycanda milli azadlıq mübarizəsi yüksəlməyə başladı. İlk dəfə 1905-ci ildə
Azərbaycanda Petisiya (imzatoplama)kampaniyası genişləndi.
Azərbaycan xalqının siyasi özünüdərkin formalaşmasında publisistika böyük
rol oynayırdı. Məqalə müəlləfləri mövcud siyasi hadisələri həm işıqlandırır, həm
də bu hadisələrin mahiyyətlərini açıb göstərirdilər.
Azərbaycanda burjua millətinin təşəkkülü, milli mədəni müəssisələrin
meydana çıxması, doğma dillərdə qəzet və jurnalların nəşri xalqın milli şüurunun
artmasına və siyasi fəaliyyətinin güclənməsinə, mlli azadlıq hərəkatının
genişlənməsinə səbəb olurdu. Milli azadlıq hərəkatları çox vaxt əsarət altına
alınmış fəhlə və kəndli hərəkatları ilə birləşirdi.
Azərbaycan burjuaziyası müxtəlif məhdudiyyətlərin aradan qaldırılması, ana
dilində təhsilin həyata keçirilməsi, zemstvo sistemi yaradılması və sair islahatların
keçirilməsini tələb edirdilər.Hətta iri torpaq sahibləri də öz sinfi hüquqları və silki
üstünlüklərini müdafiəyə qalxırdılar. Azərbaycan burjuaziyasının milli azadlıq
169
ideyaları “Yeni Füyuzat”, “Şəlalə”jurnallarında,”iqbal”, “Yeni həyat”, “Günəş” və
başqa qəzetlərdə geniş təbliğ olunurdu.
Azərbaycanın demokratik ziyalıları da milli zülmə qarçı çıxış edirdilər.Bu
istiqamətdə C.Məmmədquluzadə, M.S.Ordubadi, N.B.Vəzirov, N.Nərimanov,
Ə.Haqverdiyev, M.Ə.Rəsulzadə və başqaları mühüm rol oynayırdılar.
Aparılan mübarizə, tökülən qanlar nəhayət 1918-ci ildə öz bəhrəsini verdi və
Azərbaycan xalqı öz milli müstəqilliyini əldə etdi.
170
XIII MÖVZU
Güney Azərbaycanda ictimai-iqtisadi vəziyyət və
milli demokratik hərəkat.
Plan
1. Türkmənçay müqaviləsindən sonra Güney Azərbaycanın iqtisadi və
siyasi vəziyyəti.
2. Şah zülmünə və imperalizmə qarşı çıxdılar. Səttarxan hərakatı.
3. İrticanın və imperalist dövlətlərinin azadlıq hərakatını boğması.
Ədəbiyyat:
1. Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917).Bakı, 1985, səh. 112-180.
2. Azərbaycan tarixi. Bakı, 1994, səh.622-636.
3. Siyasi tarix. (mühazirə kursu), I hissə, Bakı,1995, səh. 107-171.
4. Həsənov N.Oynamış Təbriz və Səttarxan. Bakı, 1986,səh.35-51.
5. Belova N.K.Səttarxan 1905-1911-ci illər İran inqilabının qəhrəmanıdır.
(rus dilində), Moskva, 1983, səh. 28-41
171
1828-ci il Türkmənçay müqaviləsi ilə bir zaman bütöv bir ölkə olan Azərbaycanın
iki imperiya arasında «parçala hökm et» prinsipi əsasında sərhəd xətti etnikmilli
əsaslar üzrə deyil, siyasi mülahizələrə görə təyin edilməsi nəticəsində Azərbaycan
xalqı öz tarixi boyunca ən ciddi siyasi, iqtisadi və mənəvi zərbə aldı,
torpaqlarımızın sonrakı bölunmələrinin əsası qoyuldu. Müqavilənin şərtlərinə görə
Arazdan şimaldakı Azərbaycan torpaqları Rusiya çarının, indi Cənubi Azərbaycan
adlandırılan ərazilərimiz isə Qacar xanədanının hakimiyyəti altına düşdü.
İrana qatıldıqdan sonra ölkənin dörd əyalətindən birini təşkil edən Azərbaycan
əyalətinin ərazisinə ilk dövrlərdə cənubda Həmədan, cənub-şərqdə Zəncan və
Qəzvin mahalları daxil idi. Sonralar Azərbaycan əyalətinin inzibati sərhədləri
daraldılmış və 1906-cı ildə qəbul olunmuş seçki nizamnaməsində bu əyalətə
Təbriz, Urmiya, Xoy, Deyləmqan, Maku, Marağa, Binab, Miyandoab, Soucbulaq,
Dehxarqan, Mərənd, Əhər, Ərdəbil, Meşkin, Astara, Xalxal, Sərab, Miyanə,
Sainqala mahalları daxil edilmişdi.
Rəsmi İran statistikasına görə azərilərin sayı farslardan sonra ikinci yerdə
dayanır və 36%-ni təşkil edir. Azərbaycanın idarə olunmasına rəhbərlik rəsmən
şahin oğlunun (vəliəhdin) ixtiyarında olmuşdur.Əyalətin Mərkəzi Təbriz olmuşdur.
Vilayət və mahal-lara şahzadələr rəhbərlik edirdilər. Onlar bu yerlərə gəlir
mənbəyi kimi baxır və xalqı soyurdular.
XIX əsrin 30-60-cı illərində Cənubi Azərbaycan əhalisinin əsas məşğuliyyəti
əvvəllər olduğu kimi kənd təsərrüfatı, əkinçilik və maldarlıq idi. Təkcə kənd
əhalisi deyil, şəhər əhalisinin də bir qismi əkinçilik, bağçılıq, bostançılıq və kənd
təsərrüfatının başqa səhələrində çalışırdılar.
XIX əsrin 30-60-cı illərində Cənubi Azərbaycanda təbii və qismən suvarma
əsasında buğda, arpa, çəltik və başqa dənli bitkilər əkilir, barama yetişdirilir, mum
hazırlanır, müxtəlif meyvələr becərilirdi. 1837-1840-cı illərdə İranda olmuş rus
zabiti İ.F.Blaramberqin söylədiyinə görə Azərbaycanın Xoy mahalında becərilən
pambıq İranda becərilən ən yaxşı pambıq növü hesab olunurdu. Təbrizlə Miyana,
172
Mərənd və başqa şəhərlər arasında yerləşən kəndlər meyvə bağları ilə zənğin idi.
Ümumiyyətlə, Cənubi Azərbaycan İranın ən məhşur taxılçılıq və meyvəçilik
rayonlarından biri idi, əyalətdən taxılla yanaşı quru meyvələr də ixrac edilirdi.
Marağa və Urmiya yüksək keyfıyyətli kişmiş istehsal edirdi. Əhalinin köçəri həyat
sürən hissəsinin əsas məşğuliyyəti maldarlıq idi. Əyalətin zəngin təbii yem bazası
oturaq və yarımoturaq həyat sürən əhaliyə də maldarlıqla məşğul olmağa imkan
verirdi. Heyvandarlıq məhsullarından yun, gön-dəri və s. ölkə daxilində keçə,
yəhər hazırlanması, xalça-palaz toxunması, şəhərlərdə nəfıs xalçalar, şal və s.
istehsalında işlənirdi.
XIX əsrin ortalarında Cənubi Azərbaycan şəhərləri öz orta əsr qiyafəsini
saxlamışdı.Şəhərlərin sosial-iqtisadi həyatında mühüm rol oynayan sənətkarlar
ölkədə istehsal edilən əsas sənaye məhsullarının başlıca istehsalçıları idilər.
Müharibədən sonra yaranmış nisbi dinclik şəraitində sənətkarlıq müəyyən inkişaf
imkanı qazandı. Lakin İran hökumətinin öz bazarlarının qapılarını İngiltərə, Rusiya
və başqa Avropa dövlətlərinin üzünə açması nəticəsində axıb ğələn xarici mallar
yerli sənətkarların məhsullarını sıxışdırmağa başladı. Durmadan artan xarici mallar
axını, əlbəttə, sənətkarlığın ən mühüm sahəsi olan toxuculuq üçün ağır zərbə idi.
Parça, başlıca olaraq pambıq parça istehsal edən sənətkarların müflisləşməsi
nəticəsində 30-40-cı illərdə belə parçaların istehsalı azaldı. Lakin Təbriz və başqa
şəhərlərdə istehsal olunmuş parçalar keçmiş ənənə üzrə qonşu Zaqafqaziyada
malik olduğu bazarı hələ itirməmişdi. Təbriz özünün yüksək keyfıyyətli yun və
ipək parçaları ilə məhşur idi. Xalça, keçə, gön-dəri kimi istehsal sahələri xarici
malların rəqabəti ilə qarşılaşmadığı üçün inkişaf edirdi.
Cənubi Azərbaycan şəhərlərində orta əsrlərə xas olan sex quruluşu qalmaqda idi.
Bütün İranda olduğu kimi, Azərbaycanda da emalatxanalarda adətən 2-3 sənətkar
işləyirdi.Bununla yanaşı, daxili və xarici bazarda rəqibi olmayan malların istehsalı
ilə məşğul olan sahələrdə, ləng də olsa irəliləmə prosesi gedir və muzdlu əməkdən
istifadə olunur, kapitalist istehsal üsulunun inkişafı başlayırdı.
173
Bütün XIX əsr ərzində İran dövlətinin Avropa dövlətlərinə bir-birinin ardınca
güzəştə getməsi, onların xeyrinə müqavilələr bağlaması ölkənin
yarımmüstəmləkəyə çevrilməsinə gətirib çıxardı. Nəticədə İran iqtisadiyyatı
birtərəfli istiqamətə yönəldi ki, burada da xarici kapital ağalıq etməyə başladı.
XIX əsrin II yarısından etibarən İngiltərə və çar Rusiyasının İrana iqtisadi
təcavüzünün genişlənməsi nəticəsində ölkə sürətlə onların xammal mənbəyi və
satış bazarına çevrildi. İranda ingilis və rus kapitalistlərinə bir sıra yeni güzəşt və
imtiyazlar verildi. 1879-cu ildə İranda rus zabitlərinin rəhbərliyi ilə Rusiyadakı
kazak polkları nümunəsində kazak polku, sonra isə briqadası yaradıldı ki, bu da
ölkədə çarizmin nüfuzunun saxlanmasında mühüm amil idi. 1889-cu ildə ingilis
baronu Reyter İranda bank («Şahənşah» bankı) açdı, bir il sonra isə rus kapitalisti
Polyakovla birlikdə ölkənin bütün maliyyə sistemini öz nəzarəti altına aldı. Az
sonra Xəzər dənizində gəmi nəqliyyatı rus, şosse və dəmir yollarının çəkilişi isə bu
iki ölkənin şirkətlərinin nəzarətinə keçdi.
1901-ci ildə İran hökumətinin ingilis şirkətinə verdiyi imtiyaz əsasında, İranın neft
yataqlarının istismarını öz əlinə keçirmiş kapitalist D/Arsi İngiltərə-İran neft
şirkətini yaratdı (1909). İran hökuməti 1862-ci ildən başlayaraq ingilis kapi-
talistlərinə ölkədə teleqraf xətləri çəkilməsi sahəsində 1888-ci ildə isə rus
kapitalisti Lianozova Xəzər dənizi hövzəsində balıqçılıq sahəsində əlverişli
imtiyazlar vermişdi.
Bütün bunların nəticəsində İran İngiltərə və çar Rusiyasından həm siyasi, həm də
iqtisadi cəhətdən asılı bir dövlətə çevrildi. İranın xalq təsərrüfatı müstəmləkə və
asılı ölkələrə xas olan yeni xüsusiyyətlər kəsb etməyə başladı. Coğrafı mövqeyinə
görə Cənubi Azərbaycanda Rusiyanın nüfuzu daha güclü idi. XIX əsrin sonu-XX
əsrin əvvəllərində Cənubi Azərbaycanda kənd təsərrüfatının inkişafı Rusiya bazarı
ilə əlaqələrin səviyyəsindən və xarakterindən asılı idi. Rusiya bazarında, pambıq,
xammal, boyaq maddələri, yun, göndəri,bağırsaq və s. kimi əkinçilik və
heyvandarlıq məhsullarına, həmçinin bəzi sənətkarlıq mallarına olan tələbat həmin
sahələrin qismən inkişafına təkan verdi.
174
Azərbaycan yenə də İranın əsas taxıl bazalarından biri idi. XIX əsrin 90-cı
illərindən başlayaraq Rusiya səna-yesinin ucuz xammala olan tələbatı taxıl, düyü
ilə yanaşı, pambıq istehsalında da ciddi irəliləyiş yaratdı.
Xarici kapitalın ağalığı, sosial zülm, dövlət məmurlarının yerlərdəki
özbaşınalığı geniş xalq kütlələri içərisində narazılığa səbəb olurdu. Ölkədə
vaxtaşırı baş verən təbii fəlakətlər(quraqlıq, çəyirtkə basqını, epidemiyalar və s.),
möhtəkirlər tərəfındən süni surətdə yaradılan ərzaq qıtlığı istər şəhər, istərsə də
kənd yoxsulları içərisində həyəcanları son dərəcə artırırdı. XX əsrin əvvəllərinə
doğru bütün ölkədə sosial ziddiyyətlər olduqca kəskinləşmiş, əyalət, vilayət və
mahallara başçılıq edən məmurlara qarşı çıxışlar baş vermişdi.
1850-ci ildə Zəncanda babilər üsyana qalxdılar. Şəhərdə babilərin sayı 15
min nəfərə çatırdı. Bundan əlavə, yaxınlıqdakı kəndlərin əhalisi də onlara
qoşulmuşdu. Babilər şəhər qalasını tutdular. Şəhər iki hissəyə bölündü və babilər
onun yarıdan çox hissəsini ələ keçirdilər. Vuruşlarda babilərin ailə üzvləri də
iştirak edirdilər. Əsas etibarilə kəndli və sənətkarlardan ibarət olan babilərin
içərisində çoxlu tacir və xırda ruhanilər də var idi. Ətraf kəndlərdən olan əhali
üsyançıları gizli şəkildə ərzaqla təmin edirdilər.
Şah hökuməti tərəfindən üsyanı yatırmaq üçün göndərilən qoşun dəstələri
iyunun əvvəlində Zəncanı mühasirəyə aldılar, lakin üsyançılar tərəfindən ciddi
müqavimətə rast gələrək geri çəkilməli oldular.Dekabr ayında 30 minlik şah
qoşunu və feodal dəstələri Zəncanı yenidən mühasirəyə alaraq hər tərəfdən hücuma
keçdilər. Üsyançıların çoxu həlak oldu, onun başçısı Məhəmmədəli isə ağır
yaralandı və üç gündən sonra vəfat etdi. Babilərdən yalnız 100 nəfəri sağ qalmışdı
və onlar daha beş gün vuruşduqdan sonra şəhəri tərk etməyə imkan vermək şərtilə
mübarizəni dayandırmağa razı olduqlarını bildirdilər. Bu təklifi qəbul etmələri
haqqında Qurana and içmiş şah ordu başçıları, silahı yerə qoyan üsyançıların
hamısını qırdılar. Beləliklə, 1850-ci il dekabrın sonunda Zəncan üsyanı yatırıldı.
1848-1852-ci illərdə bütün İranda babilər hərəkatı məğlub edilsə də, ölkədə, o
cümlədən, Cənubi Azərbaycanda babil tərəfdarlarının sayı daha da artdı. Əhalinin
175
bütün narazı hissələrində babiliyə rəğbət çox güclü idi və şah hökuməti bunun
qarşısını ala bilmirdi. .
1870-1871, 1880-ci quraqlıq illərində bütün İranda aclıq baş verdiyi zaman
Cənubi Azərbaycan əhalisi taxıl möhtəkirliyinin artmasına etiraz olaraq ayağa
qalxdı, 1881-ci ildə isə valini əyalətdən qovdu. Bu hadisədən sonra Təbriz və
başqa şəhərlərdə baş verən ən böyük çıxış «Tənbəki üsyanı» adı ilə məhşur
hərəkatdır ki, bu da İran xalqlarının, xüsusilə də Azərbaycan xalqının,
imperializmə qarşı ilk çıxışı olmaqla onun siyasi mübarizəyə qoşulmasında
mühüm rol oynamışdır
Babi üsyanları öz ictimai-siyasi məzmunu və kütləviliyi ilə İranda və
Azərbaycanda baş vermiş ayrı-ayrı çıxışlardan fərqlənir və özünəməxsus yer
tuturdu. Təsadüfi deyil ki, babilər hərəkatı zamanı gələcəyin bir çox inqilabçıları
yetişmiş, onun inqilabi-demokratik hissəsi ölkədə baş verən xalq çıxışlaranda,
xususilə, 1905-1911-ci illər İran inqilabında fəal iştirak etmişdilər.
1905-1911-ci illər inqilabın gedişində Cənubi Azərbaycanda İranın başqa
rayonlarına nisbətən sosial ziddiyyətlər, siyasi vəziyyət daha gərgin olmuşdu. Xalq
ədalətli quruluş yaradılmasını tələb edirdi.Hərəkatın hərəkətverici qüvvələri
sənətkarlar, yenicə meydana gələn fəhlələr, tacirlərin xarici rəqabətdən ən çox
iflasa uğrayan xırda alverçi təbəqələri, dözülməz istismara məruz qalan kəndlilərin
qabaqcıl dəstələri və ictimai mövqelərinə görə onlara yaxın xırda ruhanilər idi.
Artmaqda olan hərəkatın təzyiqi altında İran şahı xalqın tələblərini yerinə
yetirməyə söz verdi. 1906-cı il avqustun 5-də konstitusiya verilməsi haqqında şah
fərmanı elan olundu.
1906-cı ilin sonunda Təbrizin gizli siyasi qrup və cəmiyyətləri tərəfindən
əsası hələ 1904-cü ildən qoyulmuş, RSDFP-nin Bakı təşkilatı və "Hümmət" qrupu
ilə yaxın əlaqə və hərəkat birliyi olmuş "İctimaiyyune-amiyyun", yəni sosial-
dekorat partiyası yarandı.
1906-cı il oktyabr ayının 20-dən noyabrın 5-nə kimi Azərbaycan seçkilərində
qələbə qazanmış nümayəndələr 1907-ci ilin fevral ayının 8-də Azərbaycan elçiləri
adı ilə Tehrana gəldilər və əyalət əncüməninin saraya verdiyi tələblərin məclisdə
176
müzakirəsi zamanı möhkəm dəlillərlə onların həyata keçirilməsi haqqında razılıq
əldə etməyə nail oldular. Bu qələbə demokratik qüvvələri ruhlandırmaqla yanaşı,
şahı qorxudaraq mütləq monarxiyanı bərpa etmək fikrinə saldı. Ölkənin hər
tərəfində feodalların silahlı dəstələri tərəfindən əhaliyə, demokratik qüvvələrə qarşı
basqınlar təşkil edilməyə başlandı. Həmin basqınların qarşısını almağa çalışan
demokratik qüvvələr məclis tərəfindən xalq üçün əhəmiyyətli maddələrin olduğu
"Konstitusiyaya əlavələr"in qəbul edilməsini ciddi tələb etdilər. Bununla yanaşı,
sosial-demokratlar irtica qüvvələri qarşısında inqilabın əsas məqsədlərini, qəbul
edilmiş konstitusiyanın həyata keçirilməsini təmin etməyin yolunu kütlələrin
gücündə, onların silahlanmasında görürdülər.
Artıq 1907-ci ilin iyun ayında Urmiya şəhərində yüzlərlə silahlı mücahid
əncümənin göstərişlərini həyata keçirməyə hazır idi. Azərbaycandakı bu təcrübə
İranın başqa şəhərlərində, o cümlədən, Tehranda da tətbiq olunmağa başladı.
1907-ci ilin oktyabrında şah tərəfindən məhdud burjua azadlıqlarını nəzərdə
tutan Konstitusiyaya "Əlavələr" qəbul edildi və sənədin təsdiqi inqilab cəbhəsində
sinfi qüvvələrin təbəqələşməsini sürətləndirdi. İrtica qüvvələri xalq və inqilab
cəbhəsinə qarşı hücuma hazırlaşmağa başladı və bu yolda bütün vasitələrdən -
Türkiyə, İngiltərə və çar Rusiyası dövlətlərinin hakim dairələrinin köməyindən
istifadə etməkdən də çəkinmədi.
1907-ci ilin noyabrında şah başda olmaqla, əksinqilabi irtica qüvvələri
tədbirlər görməyə başladılar. Demokratik hərəkata qarşı hücum hazırlamaq
məqsədilə Tehranda "Fetovvat" və "Səadət", eyni zamanda, Təbrizdə "İslamiyyə"
adlı irticaçı əncümənlər təşkil edildi. İrticaçılar 1908-ci ilin əvvəllərindən
Azərbaycanda və İranın başqa yerlərində öz fitnəkarlıqlarını qüvvətləndirdilər.
Şah və onun ətrafında toplanmış mürtəce qüvvələr tərəfindən hələ 1908-ci ilin
aprel-may aylarından hazırlanmaqda olan hökumət çevrilişi həmin il iyun ayının
23-də həyata keçirildi. Əksinqilab bütün İranda hücuma keçdi. Lakin Təbrizdə
inqilabi hərəkat daha ciddi şəkil aldı, burada Azərbaycan əyalət əncüməni, Təbriz
sosial-demokrat təşkilatı və məhəlli əncümənlər yeni inqilabi mübarizəyə, qəti
177
döyüşlərə hazırlaşmağa başladılar. İnqilabi mübarizənin mərkəzi Tehrandan
Təbrizə keçdi.
Təbriz üsyanı və Azərbaycandakı demokratik hərəkat bütün İranda inqilabi
hərəkatın yenidən yüksəlişinə təkan verdi. Təbriz üsyanı Rəşt və İsfahanda
üsyanların uğurla başa çatlasına, üsyançıların Tehrana yürüşünə, eyni zamanda,
Məhəmmədəli şahın hakimiyyətdən devrilməsinə (16 iyul 1909-cu il) və
Konstitusiyanın bərpa olunmasına səbəb oldu.
Fədailəri tərk-silah etmək məqsədilə Tehranın rəsmi dairələri tərəfindən Səttar
xan və Bağır xan 1910-cu il martın 11-də paytaxta dəvət olundular. Tərk-silah
haqqında əldə edilmiş razılığa baxmayaraq, Səttar xan və onun ətrafındakılara
Tehranda xaincəsinə basqın edildi. Vuruşma nəticəsində 18 nəfər həlak oldu, 40
nəfər, o cümlədən, Səttar xan yaralandı. Bununla da, inqilabın son səngəri
dağıdıldı. Səttar xan və Bağır xana Təbrizə qayıtmağa icazə verilmədi. Bu xəyanət
Azərbaycan xalqının dərin hiddətinə səbəb oldu, lakin Cənubi Azərbaycanda
yerləşən çar Rusiyasının qoşunları əhalinin fəal çıxışına imkan vermədilər. Çar
hökuməti Təbrizə yeni hərbi qüvvələr göndərməklə, dekabrın 28-dək Təbriz
fədailərinin müqavimətini qırdılar. Ələ keçən fədailər və Təbriz əncüməni
rəhbərlərinə divan tutuldu. İrticaçılar Təbrizə qayıtdılar. Bütün Azərbaycanda
terror və irtica hökm sürməyə başladı.
1905-1911-ci illər inqilabının yatırılması nəticəsində çar Rusiyası və İngiltərə
tərəfindən İranın, o cümlədən, inqilabda mühüm rol oynamış Cənubi Azərbaycanın
əsarət altına alınması və istismarı qüvvətləndi.
1917-ci ildə Rusiyada baş verən fevral burjua-demokratik inqilabının təsiri ilə
İran Demokrat Partiyası (İDP) və onun Azərbaycan əyalət komitəsinin fəaliyyəti
xeyli canlandı. Əyalət komitəsi, əsasən, orta və xırda burjuaziya, orta mülkədarlar,
ziyalılar və ruhanilərdən ibarət idi. Azərbaycan demokratları ölkədə bir sıra
dəyişikliklərin yerinə yetirilməsini, o cümlədən, məclisə seçkilər keçirilməsini,
Azərbaycan əyalətinin irticaçı valisi Sərdar Rəşidin işdən götürülməsini, xarici
qoşunların İrandan çıxarılmasını tələb edirdilər. İDP-nin Azərbaycan əyalət
komitəsi Azərbaycana muxtariyyət almaq uğrunda mübarizəyə çağırırdı.
178
Demokratlar tərəfindən Təbrizdə milli azadlıq ideyalarını təbliğ edən "Azərbaycan
himni" yaradılmışdı.
Rusiyada oktyabr hadisələrinin İrana və Cənubi Azərbaycana çox böyük təsiri
oldu. Bu hadisələr İranın dövlət müstəqilliyinə və suverenliyinə əhəmiyyətli
dərəcədə ziyan vurdu. Belə ki, 1917-ci il dekabrın 15-də Brestdə Rusiya hökuməti,
Kayzer Almaniyası və onun müttəfiqləri arasında İrandan xarici qoşunların
çıxarılması barədə sülh müqaviləsi imzalanması haqqında danışıqlar başlandı.
1918-ci il yanvarın 5-də rus qoşunlarının İrandan çıxarılması barədə proqram
elan edildi. Bununla belə, 1918-ci ilin yayında ingilis hərbi hissələri Cənubi
Azərbaycanın Zəncan, Miyane, Urmiya və Xoy şəhərlərinə daxil oldu. Cənubi
Azərbaycan ərazisinin çox hissəsi osmanlı Türkiyəsinin qoşunları tərəfindən işğal
edildi. ADP belə gərgin vəziyyətdə ingilis və türk qoşunlarına, yerli irtica
hökumətinə qarşı mübarizə aparırdı. ADP-nin rəhbərləri, o cümlədən, Xiyabani
dinc yolla mübarizə taktikasının lazımi nəticə verməyəcəyini yəqin edərək, silahlı
üsyana başladılar.
Bu vaxt üsyana rıəhbərlik etmək üçün “İctimai heyət” yaradıldı.Üsyançılar
Təbrizdə əsas dövlət idarələrini ələ keçirdilər. Təbrizin ardınca Marağa, Xoy,
Ərdəbil şəhərlərində də hakimiyyət üsyançıların əlinə keçdi.Beləliklə Cənubi
Azərbaycan “Azadistan”adlandırılmağa başlandı.1920-ci il iyunun 22-də S.M.
Xiyabaninin başçılığı ilə milli hökumət yaradıldı.Hökumət tezliklə iqtisadiyyat,
maarif,səhiyyə və aqrar sahədə islahatlar keçirməyə başladı.
Şah hökuməti üsyanı yatırmaq və azərbaycanlılara divan tutmaq məqsədilə
İngilis imperialist üzərinə şiddətli hücuma keçdi.Hücum 1920-ci ilin sentyabrın
11-də başladı və qoşun Təbrizə daxil oldu.10 günə qədər davam edən şiddətli küçə
vuruşmaları nəticəsində üsyan yatırıldı.Sentyabırın 14-də S.M. Xiyabani
vəhşicəsinə öldürüldü.
Bundan sonra 1920-ci ilin mayında Kiçik xanın rəhbərliyi altında Gilan
şəhərində inqilab baş vermiş və “Gilan Sovet Respublikası ” elan olunmuşdur.
179
Lakin daxili siyasi qüvvələr arasındakı çəkişmələr nəticəsində bu Respublika
uzun zaman fəaliyyət göstərə bilmədi.1921-ci ilin sonlarında əks inqilabi
qüvvələrin Gilana soxulması ilə bu Respublika məğlubiyyətə uğramışdı.
Beləliklə XX əsrin əvvələrində Cənubi Azərbaycanda azadlıq uğrunda gedən
mübarizələr Şah hökuməti və ona kömək edən xarici imperalist qüvvələrin
köməyilə qan içində boğuldu.1925-ci ildə hakimiyyətə gələn Rza şah Pəhləvinin
irticaçı qüvvələri Cənubi Azərbaycanın demokratik qüvvələri üzərinə geniş
hücuma keçməyə başladılar.
XX əsrin əvvəllərindən başlayaraq Türkiyədə də monarxaya sisteminə qarşı
milli demokratik hərəkat genişlənməyə başladı.Müxtəlif ölkələrə yayılmış olan
Gənc Türk qruplarını bir mərkəz ətrafında birləşdirmək və ortaq bir hərəkat yolu
seçmək məqsədilə 1902-ci il fevralın 4 də Parisdə gizli bir yığıncaq
keçirildi.Yığıncaqda Sultan Əbdülhəmidin devrilməsi, bu çevrilişdə ordudan
istifadə mə-sələsi qarşıya qoyuldu.Bu fikrin tərəftarı Prins Səbahəddin olmuşdur:
1907-ci ilin dekabrında Parisdə Gənc Türklərin ikinci Konqresi keçiril-
di.Konqres pozitivist Əhməd Rzanın təklifini qəbul edərək Sultan Səltənətinin və
Xəlifəliyin saxlanması haqqında qərar qəbul etdi. 1908-ci ildə Türkiyədə
müxalifətçi hərəkat daha da genişlənməyə başlayır. Makedoniyada üçüncü Ordu
birləşmələrində mübariz ruh daha güclü idi.Bu ordunun gənc zabitlərindən Ənvər
bəy və Rəsnəli Niyazi özləri ilə silah götürərək dağlara qalxdılar. Fədailər Mo-
nastr dağına çığmağa başladılar.
Beləliklə üsyan başlayır. Üsyan tezliklə Ədirnədəki hərbi hissələrə də
yayılmağa başlayır.
Üsyana Əlibəy Hüseynzadənin yaratdığı “İddihad və tərəqqi”partiyasının
mər-kəzi komtəsi rəhbərlik edirdi.Bu partiya konstitusiyanın yenidən elanı üçün
hərəkatın başlandığını bütün Avropaya bəyan etdi.
180
Sultan Əbdülhəmid hərəkatın rəhbərlərini əla almağa çalışsa da,buna nail
ola bilmədi:Saloniki və Monastrdakı ordular Sultana qarşı açıq cəbhə təşkil
etdilər.1908-ci ilin iyulun 20 –də Monastrın müsəlman əhalisi üsyana qalxaraq
hərbi cəbhəxananı ələ keçirdilər.Bunun ardınca Kosovada belə hərəkat baş
verdi.İyulun 23 –də Sultan Konstitusiyalı Monarxiya haqqında fərman verməyə
məcbur oldu.
“İttihad və tərəqqi ”partiyası getdikcə güclənərək dövləti idarə etmək vəzifəsi
ilə üz-üzə dayandı.1908-ci il seçkilərində iştirak edərək Parlamentdə bir neçə yer
əldə etdi.1908-ci ildə yaranmış “Əhrar”partiyası da məclisdə bir yer əldə edir.
1909-cu ildə siyasi hadisələr daha da kəskinləşdi. Bosniya-Hersoqvinanın,
Bolqarıstanın, Kirit adasının itirilməsi gərginliyi daha da artırdı. Aprelin 13 də
əsgəri birləşmələr məclis binası önünə toplaşaraq Baş nazirin və Məclis sədrinin
istefasını tələb etdilər və buna nail oldular.Aprelin 23-də Şövkət paşnın başçılığı
altında qoşun hissələri İstanbula girərək Sultan II Əbdülhəmidi taxtdan salmış və
onun yerinə Mehmet Rəşadi gətirmişlər.
1909-1911-ci illərdə “İttihad və Tərəqqi ” yavaş- yavaş ölkədə hakim
siyasi partiyaya çevrilir. Bir sıra partiyaların fəaliyyəti isə qadağan edildi.
1912-ci ildə hakimiyyətə” Xilaskar Zabitan ” qurupunun təzyiqi ilə Qazi Əh-
məd Muxtar Paşa gəldi. Lakin elə həmin ildə Balkan müharibəsinin başlanması ilə
bu hökumətin vəziyyəti olduqca ağırlaşdı. 1913-cu ildə hakimiyyət “İttihad və
Tərəqqi”partiyasının üzvlərindən Tələt, Ənvər və Camal Paşanın əlinə keçdi. Belə-
liklə 1918-ci ilə qədər ölkənin taleyinə tamamilə hakim olan Gənc türklərin ha-
kimiyyəti bərqərar oldu.
Gənc Türklər parlamentli bir rejim yaratmaqla qərb dövlətlərinin köməyi
ilə dövlət daxilində olan çətinlikləri asanlıqla aradan qaldıracaqlarına inanır-
dılar.Ancaq hadisələr heç də onların düşündükləri kimi olmadı.
181
1911-ci ilin sentyabrında İtaliya ilə müharibə başladı.Rusiya ilə saziş
bağlayan İtaliya Egey dənizində 12 adanı və Trablisi ələ keçirdi. Rusiyanın da
Balkanlarda öz siyasəti var idi.Rusiya buradakı Slavyan dövlətlərini birləşdirərək
Avropadakı Osmanlı torpaqlarını bunların arasında paylamaq, Bosfor və Dardanel
boğazlarına yiyələnmək istəyirdi.
Rusların yeritdiyi siyasət nəticəsində Bolqar –Serb müqaviləsi bağlandı
və bu müqaviləyə Yunanlar da qoşuldular.Çernoqoriyanın da bu müqaviləyə
qoşulması ilə Osmanlı dövlətinə qarşı Balkan dövlətlərinin ittifaqı yaradıldı.
Oktyabr ayında Çernoqoriya, Bolqarıstan, Serbiya və Yunanıstan Türkiyəyə qarşı
müharibəyə başladılar.Ordu daxilində gedən ziddiyətlər nəticəsində zəifləyən Türk
ordusu bir cəbhədə məğlub oldular.
1913-cü il mayın 30 da müqavilə imzalanır.Bu müqavilə ilə Osmanlı
dövləti Egey adalarının taleyini və Albaniyanın sərhədlərinin müəyyən edilməsi
taleyini böyük dövlətlərin ixtiyarına verirdi. Beləliklə 1913 cü ildə Avropa Türki-
yəsinin çox böyük qismi itirilmiş olur.
Gənc Türklərin hakimiyyəti dövründə Türkiyə siyasi cəhəddən zəifləməsinə
və bir sıra torpaqların itirilməsinə baxmayaraq, ölkə daxilində iqtisadi və mədəni
həyatda bir çox uğurlar əldə edildi. Gənc Türklər ölkə daxilində bir sıra
islahatlar həyata keçirdilər. İqtisadi baxımdan Gənc Türklərin ən böyük addımı
1914-cü ildə iş yerlərinin milliləşdiriləsi oldu.
1914-cü il iyulun 10- dan etbarən bütün şirkət və idarələrdə yazışmalar türk
dilində aparılmağa bağlandı. İqtisadi- təhsil sisteminə böyük üstünlük verirdi.
İqtisadi təhsil almaq üçün Almaniyaya tələbələr göndərildi. Magistr və texniki
işçilər hazırlayan kurslar açıldı.
1917-ci ilin martında Osmanlı Milli Bankı yaradıldı.1915-ci ildən “Sənaye
qanunu” yenidən ffəaliyyətə başladı. Həmin qanuna əsasən fabrik və zavodlarda
türk vətəndaşları işləməli idilər.
182
1917-ci ildə “Ziraət Xidmət Qanunu” qəbul edildi. Qanuna görə əsgərlikdən
azad olmuş bütün vətəndaşlara kənd təsərrüfatı işlərində xidmətçi kimi istifadə
etmək hüququ verildi.
Qadın hüquqlarının qorunması sahəsində bir sıra işlər görüldü. İlk dəfə qadın
Universiteti 1917-ci ildən fəaliyyətə başladı. . Qadmlar əvvəllər yalnız şəfqət
bacısı və müəllimlik peşələrinə yiyələnirdilərsə, indi digər ixtisaslara da
yiyələnmək imkanı əldə etdilər.
Orduda gəncləşdirmə siyasəti həyata keçilərək , Almaniyanın köməyi
nəticəsində silah və təchizat cəhətdən yenidən quruldu. Həmin ordu I Dünya
müharibəsində İngilis və Ruslara qarşı uğurla vuruşmuşdu.
Gənc Türklərin hakimiyyəti illərundə milli kitabxana, arxiv, musiqi və
coğrafiya institutları kimi mədəniyyət və elm qurumları yaradıldı.
Umumiyyətlə, Gənc Türklərin hakimiyyəti dövründə (1908-1918-ci illər)
Osmanlı düvlətinin tarixində çox mühüm dəyişikliklər olmuşdur.
183
XIV MÖVZU
Azərbaycan I Dünya müharibəsi dövründə
(1914-1918-ci illər)
PLAN
1.İmperialist müharibəsinin başlanması və Azərbaycan.
2.Müharibənin iqtisadiyyata təsiri. Zəhmətkeşlərin inqilabi: çıxışları.
3.Fevral burjia- demokratik inqilabının qələbəsi Azərbaycanda siyasi
vəziyyət. 1918-ci il mart soyqırımı.
ƏDƏBIYYAT
1. Azərbaycan tarixi. VII cilddə, V cild, Bakı, 2008, səh.162-191.
2. Məmmədov İ, Məmmədov Ç. Siyasi tarix, Bakı,2004,səh.71-74.
3. Siyasi tarix (mühazirə kursu).I hissə , Bakı, 1995,səh. 154-166.
4. Əliyev H.Ə.Azərbaycanlıların soyqırımı haqqında .28 mart, 1998-ci il
fərmanı.
5. Hacıyev H. İstiqlalın əzablı yolu. Bakı, 1991.
184
6. Musayev İ.Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət.(1917-1920-ci
illər), Bakı,1992.
XIX əsrin sonlarından başlayan kapitalist dövlətləri arasında dünyanın
bölüşdürülməsi uğrunda mübarizə 1914-1918-ci illərdə bəşəriyyatın ilk ən böyük
dəhşətli müharibəsinin başlanmasına səbəb oldu. Birinci Dünya müharibəsi kimi
tarixə düşən bu savaş 40-dan çox ölkəni əhatə etmişdi. Başlıca olaraq bu ölkələr 2
hissəyə bölünmüşlər: Antanta (İngiltərə,Fransa,Rusiya və b.) və Üçlər ittifaqı
(Alman,Avstriya-Macarıstan, İtaliya) . Müharibənin gedişatında Üçlər ittifaqı
Dördlər ittifaqına (Alman,Avstriya-Macarıstan,Türkiyə,Bolqarıstan) çevrilmişdir.
Müharibəyə başlanmasına bəhanə 28 iyun 1914 ildə Sarayevoda Avstriya-
Macarıstan imperiyasının vəliəhdi Frans-Ferdinandın qətlə yetirilməsi oldu.
Hərbi bloklara daxil olan dövlətlərin ayrı-ayrılıqda xüsusi işğalçılıq planları
vardı. Bu planlarda Azərbaycan və onun nefti xüsusi yer tuturdu. Hələ müharibə
ərəfəsində Azərbaycan neftini ələ keçirilməsi uğrunda ingilis və alman inhisarları
rəqabəti artmışdır. Almaniya Bakı neftini ələ keçirmək üçün Türkiyədən istifadə
etmək istəyirdi və bunun üçün hətta türk ordusunu müharibəyə hazırlayırdı.
Almanlar yalançı vədlərlə Türkiyənin Qafqaza sahib olmasına və Qafqazda
müsəlman dövləti yaradılmasını bildirirdi.
Azərbaycanı öz müstəmləkəsi olaraq saxlayan Rusiya isə boğazlara sahib
olub Türkiyəni bölüşdürmək istəyirdi. Osmanlılara gəldikdə isə keçmişdə itirdiyi
torpaqları geri qaytarmağı, Qafqaz müsəlmanlarını çarizmin müstəmləkə
əsarətindən xilas etməyi planlaşdırırdı. Türkiyə Rusiya ilə müharibədə Qafqazdakı
müsəlman xalqlarının köməyinə ümid bəsləyirdi. Lakin Türkiyə hökuməti
185
Azərbaycanın müstəqilliyinə dair heç bir vəd vermir, onun gələcək Turan
imperiyasının tərkibinə qatılmasını planlaşdırırdı.
Türklərin bilavasitə vəzifəsi Qars və Sarıqamış istiqamətində rus qoşunlarını
məğlub edərək Cənubi Qafqazı istila etmək idi. Lakin Sarıqamış istiqamətində türk
qoşunları məğlub oldular. Türk qoşunları eyni zamanda Cənubi Azərbaycan
ərazisinə girərək 1915- ci il yanvarın 1-də Təbrizi və Urmiyanı ələ keçirdilər. La-
kin yanvarın sonunda rus qoşunları Türkiyəni bu yerlərdən çıxara bildi.
I Dünya müharibəsinin başlanması Azərbaycan cəmiyyətinin müxtəlif təbə-
qələrində ziddiyətli əks-sədaya səbəb oldu. Cəmiyyətin yuxarı sosial təbəqələri
burjuaziya, mülkədarlar və liberal ziyalılar Rusiyanı müdafiə edirdilər. Eyni za-
manda Dövlət Dumasının müsəlman fraksiyası da çar hökumətini müdafiə edir,
bütün müsəlmanları “Rusiyanın şöhrəti və bütövlüyünün” qorunmasına çağrırdı.
Mütərəqqi Azərbaycan ziyalıları müharibə nəticəsində xalq üçün geniş
azadlıqlar əldə ediləcəyinə ümid bəsləyirdilər.F.X.Xoyski bu münasibətlə deyirdi:
“Bu müharibənin qalibi, kim olursa olsun, bu müharibədən çoxlu yaralarla və
zəifləmiş şəkildə çıxacaq. Zəifləmiş və yaralanmamış bizlər isə xahiş yox, tələb
edə biləcəyik. Müstəqillik, bax bizim üçün lazım olan budur, özüdə böyük
dövlətlər müharibədən sonra nə qədər zəif olsalar, bizim üçün azadlıq o qədər
yaxşı olacaq. Bu azadlıq bizim qüvvəmizdən, bizim neftimizdən doğacaq.Çünki
biz dünyaya daha çox lazımıq, nəinki dünya bizə”
M.Ə.Rəsulzadə də göstərirdiki bu müharibə əzilən ölkələrin müstəqilliyini
möhkəmləndirərək sülhlə bitəcək.
1914-1915-ci ilərdə türk inisarları, habelə azərbaycanlı mühacirlər antirus
təbliğatı gücləndirisələr də, bütünlükdə Azərbaycan cəmiyyəti Rusiyanın qələbə-
sini dəstəkləyirdilər.
Milyonçulardan H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev, H.Hacinsi və baş-
qaları bu müharibəyə çoxlu miqdarda ianələr verirdilər.Yerli burjuaziyanın
186
təşəbbüsü ilə Bakı və digər şəhərlərdə əhalidən ianə toplayır və xeyriyyəçilik işləri
davam etdirilirdi.
Çar hökuməti müsəlmanları orduya çağırmasada, bir çox azərbaycanlılar
könüllü surətdə hərbi xidmətə gedirdilər. Müharibədə 200 nəfərdən çox
azərbaycanlı zabit vuruşmuşdu. Məşhur generallar S.Mehmandarov, Ə.Şıxlinski,
Hüseynxan Naxçıvanski: bu müharibədə böyük şucaət göstərmişdi-lər.
H.Naxçıvanskinin rəhbərlik etdiyi “Vəhşi Diviziya “ ən iri müsəlman hərbi divi-
ziyası idi. Şuşada təşkil olunmuş “Tatar süvari alatyı” bu diviziyanın tərkib hissəsi
idi.Bu diviziyanın seçmə süvari alayları bütünlükdə azərbaycanlı və Dağıstanlı
könüllülərindən ibarət idi.
1914-cü il Lodz əməliyyatında 21-ci piyada diviziyasının komandiri
S.Mehmandarov xüsusuilə fərqlənirdi.O, rus qüvvələrini mühasirəyə almağa
çalışan alman general Markezinin hərbi planlarını pozmuş və onlara güclü zərbə
vurmuşdu. S.Mehmandarov müharibənin sonuna yaxın korpuslar qrupuna
komandirlik etmişdi.
“Artilleriyanın allahı” adlandırılmış general-leytenant Ə.Şıxlinski rus ordu-
sunda artilleriya işinin ən mahir ustası sayılırdı. Müharibənin ilk günlərindən
Peterburqun artilleriya müdafiəsi ona tapşırılmışdı.1915-ci ildə Ə.Şıxlınski Ali Baş
Komandanlıq qərərgahında işləmiş, sonra Qərb cəbhəsinin artilleriya rəisi, müha-
ribənin sonuna yaxın isə 10-cu ordunun komandanı vəzifəsini tutmuşdu.
Bir çox Azərbaycanlı zabitlər –polkovnik Talıb Vəkilov, rotmistr Teymur
Nov-ruzov, kapitan Tərlan Əliyarbəyov və başqaları döyüşlərdə göstərdikləri
igidliklərə görə yüksək mükafat olan “Georgi xaçı” ilə təltif edilmişdilər.
İlk azərbaycanlı hərbi təyyarəçi poruçik Fərrux Qayıbov rus aviasiya
qrupunun tərkibində Vilnodakı alman hərbi obyektlərinə hücumda iştirak etmiş-
di. Bir saat ərzində o, düşmənin 4 təyyarəsi ilə vuruşmuş, onlardan üçüncü vurub
salmış, lakin özü də vurularaq qəhrəmancasına həlak olmuşdur.
187
Müharibə dövründə Azərbaycanda fəaliyyət göstərərək partiya və siyasi təş-
kilatların da müharibəyə münasibətləri fərqlənirdi.
Bakıda fəaliyyət göstərən “Daşnaksütun”, “Qnçak” erməni partiyaları guya kı,
ermənilərin həyatında yeni səhifə açmalı olan bu müharibədə erməni xalqının
iştirakına tərəfdar çıxaraq onları mübarizəyə səsləyirdilər.
Bakı menşeviklərinin mövqeyi xeyli ziddiyətli idi. Onlar müharibənin ilk
günlərində vərəqələr çap edərək müharibəni pisləyirdilər. Eserlər də müharibəyə
müxtəlif mövqelərdən yanaşırdılar.
Bu müharibədə yalnız bolşeviklər partiyası öz hökuməti əlehinə çıxaraq
imperialist müharibəsini vətəndaş müharibəsinə çevirmək taktikasını irəli sürürdü-
lər.Bolşeviklərin müharibə əlehinə fəaliyyəti zəhmətkeş kütlələr arasında narazı-
lığı daha da artırırdı. Bu da Bakı və digər şəhərlərdə bir sıra tətillərin baş verməsi-
nə səbəb oldu.
-Müharibə ölkənin iqtisadiyyatına güclü dağıdıcı təsir göstərmişdi. Cəbhəyanı
bölgəyə çevrilmiş Azərbaycan sənayesi digər arxa rayonlara nisbətən müharibənin
dağıdıcı təsirinə daha çox məruz qalmışdı. Müharibə əmtəə dövriyyəsinin, nəqliy-
yatın işini pozmuş, xammal və avadanlıq idxalını məhdudlaşdırılmışdı.
Azərbaycan neft sənayesi müharibə illərində ciddi çətinliklərlə üzləşdi.
Kəskin neft böhranı yaranmış oldu. Texniki vasitələrin çatışmazlığı, xaricdən neft
ava-danlıqlarının alınmaması qazma işlərinin azalmasına, emal olunan məhsulların
kəskin azalmasına səbəb oldu.
Məsələn müharibə illərində Bakı emal zavodlarında yüksək keyfiyyətli neft
məhsulları 38,2 faizdən 23 faizə endi.
Ümumi təsərrüfat dağınıqlığı Azərbaycan iqtisadiyyatının digər sahələrində -
də dağ-mədən, ipəkçilikdə də özünü göstərdi.Gədəbəydə mis filizinin çıxarılması,
əridilməsi sahəsində xeyli geriləmə özünü göstərdi.Tovuzdakı sement zavodu
tamamilə bərbad hala düşmüşdü. Nuxa və Şuşanın ipəksarıma fabriklərinin yarıdan
188
çoxu barama çatışmazlığı üzündən işləmirdi. Pambıq –parça istehsalı xeyli azal-
mışdı.Balıqçılıq sənayesi tənəzzülə uğramışdı.
Müharibə illərində Azərbaycan kənd təsərrüfatı da ciddi böhran keçirdi. Dənli
və texniki bitkilər əkini kəskin surətdə azalmışdı. Bakı və Yelizavetpol
quberniyasında taxıl əkini sahəsi 42 faizə qədər azalmışdı.
Təsərrüfat dağınıqlığı pambıqçılıqda hakim idi. Yenə yuxarıda göstərilən
quberniyalarda pambıq istehsalı 3 dəfəyə qədər azalmışdı.
Müharibə Azərbaycanın iqtisadi həyatında mühüm yer tutan üzümçülüyü də
bərbad hala salmışdı.Azərbaycanda üzüm yığımı 1913-cü ildə 5000 puddan çox
olduğu halda, 1915-ci ildə 800 pud təşkil edərək 7 dəfə azalmışdı. Şərabçılıq və
meyvəçilik təsərrüfatı da ciddi böhran keçirirdi.
Heyvandarlıq da ağır vəziyyətdə idi. Mal-qaranın sayı kəskin surətdə azal-
mışdı.Mal-qaranın, xüsusən də at, camış və öküzlərin hərbi məqsədlər üçün
yığılması ilə əlaqədar olraq , müharibənin birinci iki ilində iş heyvanlarının sayı
təxminən 50 faiz azalmışdı.
Cəbhəyə və xüsusən də arxa işlərinə səfərbərliklər kənd təsərrüfatını işçi
qüvvəsindən xeyli dərəcədə məhrum edirdi. 1915-ci iliyunun 15-də verilən çar
fərmanına görə azərbaycan kəndinin kişi əhalisinin 30 faizi arxa cəbhə işlərinə
cəlb edilmişdi.
Güclənməkdə olan təsərrüfat dağınıqlığının ən mühüm səbəblərindən biri
nəqliyyatın böhran vəziyyətinə düşməsi idi. Qafqazı Avropa Rusiyası ilə bağlayan
ən başlıca yol Vladiqafqaz dəmir yolu xətti idi. Lakin həmin dəmir yolu xətti tex-
niki təhcizatın zəif olması üzündən Avropa ölkələrində olan dəmir yol xətlərində
olduqca geri qalırdı. Qafqaz dəmir yolu bir xətli idi ki, bu da onun yükdaşıma qa-
biliyyətini xeyli məhdudlaşdırırdı.
Dəniz nəqliyyatında vəziyyət nisbətən yaxşı idi. Müharibə illərində teplo-
xodlar, nefti boruları və digər gəmirlərin sayı nisbətən artmışdı.
189
Nəqliyyat və təsərrüfat dağınıqlığı Azərbaycanda ərzaq təminatını xeyli
kəskinləşdirmişdi. Ərzaq böhranı, qaçqınlar axını və şəhərdə iri hərbi birləşmə-
lərinin məskunlaşması üzündən daha da kəskinləşdi. Məsələn, Bakıya 1916-cı ildə
lazım olan 750-min pud əvəzinə cəmi 321-min pud buğda və un gətirilmişdi.
Müharibənin ilk günlərindən ərzaq məhsullarının qiymətləri hədsiz dərəcədə
sürətlə artırdı.Çörəyin qiyməti 3 dəfədən çox artmışdı.
Ərzaq çatışmazlığı Azərbaycanın qəzalarında qeyri adi dərəcədə dərinləş-
mişdi.Taxıl,ət, qənd, və digər ərzaq məhsulları kəskin şəkildə bahalaşdı.Qəzalarda
çörək 7-8 dəfə bahalaşmışdı.
Müharibə əməklə kapital arasındakı ziddiyətləri daha da kəskinləşdirdi, zəh-
mətkeş kütlələrinin vəziyyətini daha da ağırlaşdırdı.Neft sənayesi fəhlələrinin
həyat və iş şəraiti son dərəcədə çətinləşmişdi.Mədənlərdə iş günü 12-14 saatadək
yüksəlmişdi.
Müharibə zəhmətkeş kəndlilərinin yoxsullaşması və müflisləşməsinə gətirib
çıxardı.Kənddə sosial təbəqələşmə prosesi daha da sürətləndi.
Zəhmətkeşlərin iqtisadi və siyasi vəziyyətlərinin kəskin surətdə pisləşməsi,
onların tətil mübarizələrinin başlanmasına gətirib çıxardı.
1915-ci ilin yayından Bakı tətil hərəkatında dönüş başlandı və indiyədək təkcə
neft sənayesi işçilərinin iştirak etdikləri tətil hərəkatına digər sənaye müəssələri
fəhlələri də qoşuldular.1916-cı ıil fevralın 14-16-da şəhərdə iri həyəcanlar baş
verdi.Əksəriyyəti qadınlardan ibarət olan çox saylı kütlə alverçilərin üzərinə
hücum edərək bazarları,mağazaları ərzaq ambarlara dağıtmağa başladılar. Bu
həyacanlarda şagirdlər də iştirak edirdilər. Hökumət bu həyəcanıları yatırmaq üşün
Gəncə və başqa şəhərlərdən Bakıtya iri hərbi qüvvələr gətirdi.
1916-cı ildə Bakıda tətillərin sayı xeyli artaraq 94 aksiyaya çatmış, onlarda 13
min nəfərdən çox adam iştirak edtmişdir.Bu tətillərin təsiri ilə kapitalistlər
190
fəhlələrə müəyyən güzəştlərə getsələr də lakin polis və ordunun köməyi ilə bu
aksiyalara divan tutmağa çalışırdılar.
Fəhlə sinfinin kapitalistlərə qarşı mübarizəsi əyalətlərdə də artırdı. Şəki ipək
sarıma fabriklərinin fəhlələri, Gəncə mahlıc istehsalı fəhlələrinin geniş həyacanları
baş vermişdi.
Müharbə illərində iqtisadi böhranın dərinləşməsi, zəhmətkeşlərin vəziyyətinin
kəskin surətdə ağırlaşması və Azərbaycan kəndində sosial zidiyyətlərin
kəskinləşməsi kəndli həyacanının yüksəlişinə səbəb oldu. 1914-1917-ci illərdə
qəzaların əksəriyyətini kəndli hərəkatı bürümüşdü. Kəndlilər lik növbədə kəskin
ehtiyac duyduqları torpaq uğrunda mübarizə aparırdılar. Dövlət və mülkədar
torpaqlarının tutulması mübarizənin ən geniş yayılmış formalarından biri idi.
Müharibə illərində ən iri kəndli həyacanları Yelizavetpol quberniyaslnda və
Bakı quberniyasının Lənkəran və Quba qəzalarında baş verdi. Bu həyacanlar
kəndlilər və hökümət nümayəndələri-mülkədar, qolçomaq dəstələri arasında silahlı
toqquşmalarla müşahidə olunrdu.
Bu dövrdə qaçaqların –siulahlı kəndli dəstələrinin çıxışları xüsusilə kəskin xa-
raker alaraq, Azərbaycanın bütün qəzalarını əhatə etdi.Onlar amansız istismara,hər
cür sosial ədalətsizliyə qarşı mübarizə aparır, Çar mütələqiyətinin vergi siyasətinə
qarşı çıxırdılar. Müharibə illərində xalq intiqamçıların- qaçaqların 40 dək dəstəsi
fəaliyyət göstərirdi.Qaçaq hərəkatının ən görkəmli başçılarından biri Qaçaq
Süleyman Ağahüseyn oğlu idi.O,öz dəstəsi ilə Zəngəzur və Qarabağ bölgələrində
çar üsul idarəsinə, yerli bəylərə qarşı 15 ildən çox partizan mübarizəsi aparmışdı.
Onun dəstəsində 200-dən çox qaçaq var idi.
Cəbhədəki ağır vəziyyətə baxmayaraq çar hökjumədti kəndli hərəkatına qarşı
bir sıra tətbirlər həyata keçirir.Hərəkatının ən çox geniş yayıldığı
Bakı,Yelzavetpol quberniyalarında hərbi vəziyyət rejimi tətbiq edildi. Lakin iqti-
sadi və siyasi böhran gettikcə dərinləşir və günü gündən fəhlə və kəndli hərəkatı
dahada genişlənirdi.Çar hökuməti bu inqilabi çıxışların qarşısında aciz idi.
191
_ 1917-ci il fevralın 28-də Petroqradda baş verən burjua demokratik inqilabı
nəticəsində 300 illik Romanovlar sülaləsinin hakimiyyətinə son
qoyuldu.Mütləqiyyət devrildi.
M.Ə.Rəsulzadə o günlərdə yazırdı:” Rusiyanın xalqları öz ürəklərində
saxladıqları məqsədlərə nəhayət ki, çatdılar.Əli qanlı jandarım, bütün xalqların
düşməni olan istibdad yıxılmışdı”.
Martın 3-də hakimiyyət Cənubi Qafqazda xüsusi Zaqafqaziya Komitəsinə
verildi.Lakin yeni hakimiyyətin təşkilində vmüxtəlif siyasi partiyalar müxtəlif mö-
vqelərdə dayanırdılar.
1917-ci il Oktyabr çevrilişində (Petroqıradda) sonra Cənubi Qafqazda siyasi
vəziyyət yenidən kəskinləşdi.
1917-ci il noyabrın 15-də musavatçı, menşevik , eser və daşnaklardan ibarət
Zaqafqaziya Komissarlığı təşkil edirdi.Onun tərkibinə M.Cəfərov, M.Aslanov,
X.Xasməmmədov və F.X. Xoyski daxil oldular. Bu təşkilat zəif və az səmərəli
bir orqan idi. Onun öz ordusu yox idi, öz dekretlərini həyata keçirməkdə aciz idi.
Bakıda isə siyasi vəziyyət tamamilə başqa cürə idi. Beləliklə şəhərdə hakimiyyət
demək olar ki, sovetlərin əlində idi. Eyni zamanda Bakı Duması da hakimiyyət
orqanı kimi fəaliyyət göstərirdi və o, Bakı sovetini tanımaqdan imtina etdi.
Dumaya tanınmış hüquqşünas F.X.Xoyski rəhbərlik edirdi və bu təşkilat Bakı
ictimaiyyətinin müəyyən hissəsini təşkil edirdi.
Bu dövrdə siyasi nüfuzu daha da artan “Müsavat” partiyasının fəaliyəti daha
da gücləndi.1917-ci il oktyabrın 25- də partiyanın I qurultayı keçirildi, onun
proqramı qəbul edildi. I qurultay partiyanın sonrakı siyasi mübarizəsinin və
Azərbaycana milli muxtariyyat verilməsinin taktika və strategiyasını müəyyən
etdi. “Musavat” güc-ləndikcə onunla bolşeviklər arasında münasibət daha da
dərinləşirdi. Çünki bol-şeviklər və onların orqanı olan Bakı soveti ermənipərəst
siyasət yürü-dürdülər.
192
Bu vaxt Zaqafqaziyada siyasi vəziyyət daha da mürəkkəbləşdi. Fəaliyyət gös-
tərdiyi dövrdə Zaqafkom xalqa heç nə verə bilmədi.Torpaq məsələsi həll
edilməmiş qaldı.Torpaqlar kəndli komitələrinə verildi və kəndli torpağı həmin
komi-tələrdən icarəyə götürməli idi. Zaqafkomun həyata keçirdiyi bu torpaq
siyasəti kəndlilərin narazılıqılarının artmasına səbəb oldu. Azərbaycanın bir çox
qəzalarını kəndli həyəcanları bürümüş oldu. Bu həyəcanları yatırmaq üçün
Zaqafkom bütün zorakı tədbirlərə əl atdı.
Zaqafkomun xəyənətkar siyasətindən xalq kütlələrinin qəzəblənməsinin art-
maqda olduğunu görən millətəçi partiyalar 1918-ci il fevralın 23 –də Zaqafqaziya
Seymini çağırdılar.Seymdə Gürcüstan sosial-demokratlarından (Menşeviklər) 32
nəfər, Azərbaycan müsavatçıları 30 nəfər, erməni daşnaqlarından 27 nəfər deputad
iştirak edirdi.Digər partiya və bloklardan isə 14 deputat təmsil olunmiuşdular.
Ümumiyyətlə Seymdə müsəlman fraksiyasının sayı 44 nəfər deputatdan ibarət idi.
Zaqafqaziya Seymi Geqekçori başda olmaqla Zaqafqaziya hökumətini təşkil
etdi. Bu hökumətdə 13 nazir portfelinin 5 – i azərbaycanlılara məxsus idi.
Zaqafqaziya Seymi hökumətin əsas vəzifələrini müəyyən etdi.
1.Konstitusiya layihəsini hazırlamaq;
2.Respublikalar arasında sərhədlərin müəyyən edilməsi;
3.Müharibə vəziyyətinə son qoymaq ;
4.Torpaq isalhatı keçirmək.
Musavat partiyası adından M,Ə.Rəsulzadə hökumətin verdiyi təkliflərə
aşağıdakıları əlavə etməyi irəli sürdü:1). Dağıstanın Cənubi Qafqaza birləşdiril-
məsi.2).Bakının xaricilərdən( Bolşevilklərdən) azad edilməsi.
1918-ci il martın 31 də Zaqafqazaiya Seymi və Komisarlığının birgə iclasın-
da qərara alındı ki, sülh bağlamağa ixtiyarı var və Türkiyə ilə sülh müqaviləsi 1914
cü il sərhədlərinə əsaslanmalıdır Nümayəndə heyəti həm də çalışacaqdır ki,Şərqi
193
Anadolu öz müqəddəratını təyin etməli və Türkiyə hüdudlarında Ermənistanın
muxtariyyatını təmin etsinlər.
Cənubi Qafqazda milli azadlıq hərəkatının daha da gücləndiyi bir şəraitdə
Azərbaycnda geniş xalq kütlələrinin Aərbycana muxtariyyət verilməsi tələbini
qətiyyətlə irəli sürdülər. Cənubi Qafqaz xalqlarının gələcəkdə milli respublikalar
yaratmaq cəhdlərinə Bakı Soveti və onun rəhbəri S.Şaumyan maneçilik törətməyə
çalışır,bunu O, “millətcilərin öz müqəddəratını təyin etməsi”kimi qələmə verirdi.
O, Cənubi Qafqazı üç vilayətə parçalamağı zəruri sayırdı:
1.Qərbi Zaqafqaziya: bura Kutaisi, Batumi quberniyaları və Tiflis quberni-
yasının bir hissəsi aid edilirdi;
2.Şərqi Zaqafqaziy: Bura İrəvan quberniyası, Tiflis quberniyasının bir hissəsi,
Qars və Yelizavetpol quberniyası;
3.Bakı vilayəti,Yelizavetpol quberniyasının bir hissəsi, Dağıstan vilayəti.
Göründüyü kimi onun bölgüsü Ermənistan və erməni millətçilərinə xidmət
edirdi.Hətta Rusiyanın hökuməıt başçısı V.İ.Lenin Şaumyanı tənqid edərək gös-
tərirki, Şaumyan “Erməni millətçilərinin əlaltısına çevrilmişdir”.
1918-ci il aprelin 22-də Zaqafqaziya Seyminin islasında Cənubi Qafqazın
müstəqilliyi məsələsi müzakirə olundu və Zaqafqaziya Respublikalarının müstəqil,
demokratik və federativ respublikalar olması haqqında qətnamə qəbul olundu. Eyni
zamanda Çxenkeli başda olmaqla yeni hökumət kabineti yaradıldı. Xoyski,
M.Aslanov, İ.Heydərov, N.Yusifbəyli, M.Hacıniski bu hökumətin üzvi oldular.
Yeni hökumət yenidən Türkiyə ilə sülh danıışıqlarına başladılar. 1918-ci il
mayın 11-də Batumi şəhərində Zaqafqaziya və Türkiyə nümayəndə heyətləri
arasında danışıqlar davam etdirildi.Qars, Ərdahan və Batumun Türkiyəyə verilməsi
razılaşdırıldı.Ümumiyətlə Türkiyənin məqsədi Ermənistan və Azərbaycan
torpaqlarını tutmaqdan ibarət idi.Gürcüstan isə Almaniyaya verilməli idi.
194
Yeni yaradılmış hakimiyyət orqanıda uzun zaman yaşaya bilmədi.Gürcüstanın
mayın 26-da Seymin tərkibindən çıxmas ilə Zaqafqaziya Seymi iflasa uğradı.İki
gün sonra isə Azərbaycan və Ermənistan öz müsyəqilliklərini elan etdilər.
Bu dövrdə Cənubi Qafqazda Erməni Şovinist- millətçi qüvvələr öz məkrli
siyasətlərini davam etdirirdilər.1918 ilin yanvarından onlar Bakıda və digər
rayonlarda müsəlman qırğınları törətmək üçün müxtəlif fitnəkarlıqlara əl atırdılar.
Azərbaycanın qabaqcıl ziyalıları gözlənilən təhlükəni irəlicədən duyurdular.
Birinci dünya müharibəsinin sonlarında Qafqazın xiristian əhalisi məqsədyönlü
şəkildə silahlandırılırdı.Qafqaz cəbhəsinin ləğv olunması nəticəsində çoxlu erməni
və malakanlar silah əldə etməyə başladılar.Cəbhədən fərarilik edən bir çox erməni
və rus əskərləri də Bakıda cəmləşməyə başladılar. Eyni zamanda daşnakların da bir
neçə min yaxşı silahlanmış əsgəri var idi.
Ermənilərin və Bakı Soveti rəhbərliyinin müsəlman qırğınlarını törətməkdə
bir məqsədi də “Müsavat”partiyasının getdikcə genişlənən nüfuzunun qarşısını
almaqdan ibarət idi.Errmənilərin hazırladıqları bu qırğına qarşı çıxacaq silahlı
müsəlman qüvvələri demək olar ki, yox idi.
“Qırmızı Qvardiya” adı ilə yaradılan 10-12 min nəfərlik ordunun 70%-
ermənilərdən ibarət idi.Həmçinin Şamaxıda və Muğanda ehtiyat rus-malakan
silahlı dəstələri yaradılmışdı.
Cinayəti həyata keçirmək üçün bəhanə lazım idi.Bu məqsədlə “Evelina”
münaqişəsi törədildi.Həmin gəmidə olan müsəlman əsgərlərin tərksilah edilməsi
müsəlman əhalinin həyacanına səbəb oldu.Bakı Soveti əksinqilabi qiyamı yatırmaq
adı altında azərbaycanlı əhali üzərinə geniş hücuma başladılar.
1918ci il martın 30-da səhər tezdən əllərinə girəvə düşən daşnaklar gəmilərdə
qoyulmuş toplardan Abşeronun şimal kəndlərini atəşə tutdular.Bakının özündə
qırğın bir neçə gün davam etdi.Martın 30-da gecə kommisar Tatevos Əmirov bir
qurup silahlı dəstə ilə İsmailiyə binasına – müsəlman xeyriyyə ocağına
soxuldu.Çox çəkmədiki binanı alov bürüdü. Daşnaklar Təzəpir məscidinə,Tağıyev
195
teatırına böyük ziyan vurdular. 3 gün ərzində təkcə Bakıda 12 mindən çox müsəl-
man qanı töküldü. Erməni daşnakları uşaq, qadın, qocalara fərq qoymadan əsl soy-
qırım siyasəti yeridirdilər.
Erməni daşnaklarının bu cinayəti təkcə Bakı ilə qurtarmırdı.Onlar kütləvi
qırğınları Şamaxı,Quba ərazilərində də törətmişdilər.Amazapsın rəhbərliyi altında
Qubaya daxil olan daşnaklar 2 mindən çox azərbaycanlı əhalisinə divan
tutmuşdu.O hətta lovğalıqla belə deyirdi: “Mən bura qayda qanun yaratmaq,Sovet
hakimiyyətini qurmaq üçün yox, müsəlmanları məhv etmək üçün gəlmişəm”.Onun
cəza dəstələri təkcə insan qırğını ilə kifayətlənməyib, qarətlə də məşğul idilər.
Amazaps, Avetisov, Petrovun rəhbərliyi altında Bakı Sovetinin qoşunları
Şamaxıya hücum etmiş və kütləvi qırğınlar törətmişlər.Belə hücumlar Lənkəran,
Salyan və Kürdəmirdə də olmuşdu. Beləlikdə 3 gündən artıq davam edən
qırğınlarda 15 mindən çox dinc müsəlman əhalisi qətlə yetirildi və bu hadisə
azərbaycanlıların soyqırımı demək idi.
Mart hadisələri Bakıda Sovet hakimiyyətinin süqutunun başlanğıcı oldu.
Zəh-mətkeş müsəlman əhalisi Sovet hakimiyyitindən üz döndərməyə başladı.Çox
çək-mədi ki, iyulun 31-də Bakı Soveti iflasa uğradı.
Artıq azərbaycan xalqının müstəqilliyi zərurətə çevrilmişdi. Mayın 28-
də xalq öz istəyinə nail oldu və Azərbaycan xalq Cümhuriyyəti elan edildi.
196
XV MÖVZU
Azərbaycan Xalq Cümhuriyyəti
PLAN
1.Azərbaycan Xalq Cümhuriyyətinin yaranması.
2.Azərbaycan Xalq Cümhuriyyətində dövlət quruculuğu.
3.Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti.
4.Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və tarixdə yeri.
ƏDƏBIYYAT
1.Azərbaycan tarixi.VII cilddə, V cild, Bakı, 2008, cəh.315-525.
2.Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti, Bakı, 1990.
3.Azərbaycan Demokratik Respublikası.Tarix, ictimai-siyasi və ədəbi-mənəvi həyat.Bakı,1990.
4.Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti.Bakı 1990.
5.Məmmədov V, Məmmədov Ç.Siyasi tarix, Bakı, 2004, cəh.88-98.
6.Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində ( 1918-1920-ci illər).Bakı, 1990.
197
1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin sonuncu iclası keçirildi. İclasda
çıxış edən Sereteli Gürcüstanın federasiyadan çıxdığını bəyan etdi və Seym özünün
buraxılması haqqında qərar qəbul etdi.
Mayın 26-da Gürcü milli şurası tərəfındən Gürcüstanın müstəqilliyi elan edildi və
Ramişvili başda olmaqla hökumət kabinəsi yaradıldı. Yeni hökumətin ilk xarici
siyasi addımı mayın 28-də Almaniya ilə saziş bağlamaq oldu.
Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də fövqəladə iclas keçirdi. Yaranmış
vəziyyətin çətinliyini nəzərə alaraq yekdilliklə Azərbaycanın idarə olunmasını öz
öhdəsinə götürməyi qərara aldı və özünü müvəqqəti Milli Şura elan etdi. M.Ə.
Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri təyin olundu. H.Ağayev, M. Seyidov
onun müavinləri seçildilər. Sonra Milli Şuranın 9 nəfərdən ibarət İcraiyyə orqanı
yaradıldı ki, onun da sədrliyinə F.X.Xoyski seçildi.
Mayın 28-də Milli Şuranın 26 nəfərin iştirakı ilə keçirilən birinci iclasında Seymin
buraxılması və Gürcüstanın istiqlaliyyətinin elan edilməsi ilə əlaqədar
Azərbaycandakı vəziyyət müzakirə edildi. Şuranın üzvi X.Xasməmmədov məruzə
edərək təxirə salınmadan Azərbaycanın müstəqil respublika elan edilməsinin
zəruriliyini əsaslandırdı. Şuranın üzvlərindən Yusifbəyli, Şeyxülislamov, Seyidov
və b. bu fıkrə tərəfdar çıxdılar. Milli Şura 24 səslə Azərbaycanın istiqlaliyyətinin
elan edilməsi haqqında qərar qəbul edərək (S.MQəniyev və C.Axundov bitərəf
qalmışdı), 6 bənddən ibarət İstiqlal Bəyannaməsini bəyan etdi.
1. Azərbaycan tam hüquqlu və müstəqil dövlətdir. Cənubi Qafqazın cənub və
şərq hissələrindən ibarətdir. Ali hakimiyyət Azərbaycan xalqına məxsusdur.
2. Azərbaycanın siyasi quruluş forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq birliyin bütün üzvləri ilə,
xüsusən həmsərhəd xalqlar və dövlətlərlə qonşuluq əlaqələri yaradacaq.
4. Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri daxilində milliyətindən,
dinindən, cinsindən, içtimai vəziyyətindən asılı olmayaraq bütün
vətəndaşlarına tam vətəndaşlıq və siyasi hüquqlar verir.
198
5. Azərbaycan Xalq Cümhuriyyəti onun ərazisində yaşayan bütün xalqların
sərbəst inkişafına şərait yaradacaq.
6. Məclisi - Müəssisan çağrılana qədər Azərbaycanda ali hakimiyyət xalqın
səsvermə yolu ilə seçdiyi Milli Şura və Milli Şuranın qarşısında cavabdeh
olan Müvəqqəti Hökumət sayılır.
Bundan sonra Milli Şura F.X.Xoyskiyə hökumətin yaradılmasını tapşırdı.
Azərbaycanın ilk müvəqqəti hökuməti belə tərkibdə təqdim edildi: l)F.X.Xoyski -
Nazirlər Şurasının sədri, Daxili işlər naziri; 2) Xosrovpaşa bəy Sultanov - Hərbi
nazir; 3) N.Yusifbəyli - Xalq maarifı və Maliyyə naziri; 4) M.H.Hacinski - Xarici
işlər naziri; 5) X.B.Məlikaslanov - poçt, teleqraf və yollar naziri; 6)
Ə.Şeyxülislamov - Əkinçilik və əmək naziri; 7) X.Xasməmmədov - Ədliyyə naziri;
8) M.Y.Cəfərov - Ticarət və sənaye naziri; 9) Camo Hacinski Dövlət nəzarəti
naziri.
AXC-nin yaradılması bütün türk - müsəlman dünyasında çox mühüm tarixi hadisə
idi. Azərbaycan Respublikası dünyəvi təməl üzərində qurulan ilk türk dövləti idi.
AXC-nin yaradılması ilə XIX əsrin əvvəllərində itirilmiş dövlətçilik ənənələri
bərpa edildi.
İstiqlaliyyət elan edildikdən sonra yaranmış dövlətin sərhədlərini müəyyən etmək
lazım idi. Ən çətin vəziyyətə Ermənistan düşmüşdü. Ermənistan nümayəndələri
Azərbaycan hökumətinə müraciət etmişdilər. Mayın 29-da erməni Milli Şurası ilə
danışıqlar barədə F.X.Xoyski Milli Şuraya məlumat verir. Qeyd edir ki,
Aleksandropol türklər tərəfındən tutulduqdan sonra ermənilərə dövlət yaratmaq
üçün siyasi mərkəz lazımdır. Ona görə də Dağlıq Qarabağa olan iddialarından
imtina etmək şərti ilə İrəvan şəhəri onlara güzəştə edilə bilər. Milli şuranın iclası
İrəvanın ermənilərə güzəştə edilməsi barədə öz razılığını bildirdi. İrəvan Milli
Şurasının üzvləri M.Seyidov, B.Rzayev, N.Nərimanbəyov buna özlərinin qəti
etirazlarını bildirdilər. Lakin Milli Şura etirazı qəbul etmədi.
Gürcüstan ilə sərhəd məsələsi müzakirə edildi. Zaqatala dairəsi məsələsinin həlli
199
əhalinin ixtiyarına verildi. Yerli əhalinin rəyi ilə bu məsələ Azərbaycanın xeyrinə
həll olundu.
Azərbaycan hökumətinin ilk diplomatik addımlarından biri «Osmanlı
imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq»
müqaviləsinin imzalanması idı. Müqaviləni Türkiyə tərəfındən Ədliyyə naziri Xəlil
Menteşə, Qafqaz cəbhəsinin baş komandanı Vahib paşa, Azərbaycan tərəfdən
Xarici işlər naziri M.H.Hacinski və Milli Şuranın sədri M.Ə.Rəsulzadə imzaladılar.
Bu, Azərbaycan Cümhuriyyətinin xarici dövlətlə bağladığı ilk müqavilə idi.
Müqavilədə Osmanlı imperiyası ilə Azərbaycan Respublikası arasında daima sülh
və möhkəm dostluğun bərqərar olması, göstərilən hüdudlara əsasən Azərbaycanla
Türkiyənin geniş sərhədləri olan dövlət olması, dinclik və asayişi
möhkəmləndirmək, ölkənin təhlükəsizliyini təmin etmək üçün əgər ehtiyac olarsa
Osmanlı hökumətinin Azərbaycan respublikasına hərbi yardım göstərməyi öz
üzərinə götürməsi, dəmiryol yüklərinin daşınmasında tərəflərin öhdəlikləri, azad
gediş-gəliş və başqa maddələr irəli sürülürdü. Müqavilə Brest Litovsk
müqaviləsinin tərəflər arasında qüvvədə olmasından da bəhs edirdi.
İyunun 4-də imzalanmış müqaviləyə əlavə olaraq iki saziş də bağlandı.
1) Bakı-Batum neft kəmərinə aid olub Azərbaycan, Gürcüstan, Türkiyə arasında
imzalandı. Tərəflər razılığa gəldilər ki, öz ərazilərində neft kəmərinin fəaliyyətini
təmin etsinlər. Bu sazişin imzalanması Azərbaycan Neft sənayesinin işinə müsbət
təsir göstərib onun xarici bazara çıxışını təmin edirdi; 2) dəmir yollarına aid idi və
4 dövlət: Osmanlı imperiyası, Ermənistan, Azərbaycan, Gürcüstan Respublikaları
arasında imzalanmışdı.
Sazişdə deyilirdi: Keçmiş Rus dövlətinin mülkiyyəti olan dəmir yol nəqliyyat
vasitələri müqavilə imzalayan tərəflərin ərazi hüdudlarına uyğun olaraq onlar
arasında bölüşdürüləcək. Gürcüstana məxsus dəmir yolları Türkiyə ilə bərabər 28
may müqaviləsinə görə almanların da istifadəsinə verilirdi. Bununla Almaniya
Bakı neftinə doğru əhəmiyyətli addım atmış oldu.
Milli hökumət və Milli Şura iyunun 16-da Tiflisdən Gəncəyə köçür. Milli Şura
200
ölkədə yaranmış real vəziyyəti nəzərə alaraq iyunun 17-də keçirdiyi iclasda 2
mühüm qətnamə qəbul etmişdi.
1. Müvəqqəti Hökumətin səlahiyyətləri haqqında.
Qeyd olunur ki, Müvəqqəti Hökumət dövlət müstəqilliyini, mövcud siyasi
azadlıqları ləğv etmək, aqrar və b. mühüm məsələlərə dair inqilabi qanunları
dəyişdirmək hüququna malik deyil. O, 6 aydan gec olmayaraq milli məclisi
çağırmalıdır. Digər məsələlərdə tam bütün hüquqlara malikdir.
2. Milli Şuranın buraxılması, hakimiyyəti F.X.Xoyski kabinəsinə təhvil vermək
haqqında.
Gəncədə təşkil edilən ikinci hökumətin tərkibinə F.X.Xoyski, M.Hacinski,
B.Cavanşir, X.Məlikaslanov, Ə.Əmircanov, X.Sultanov, N.Yusifbəyli, A.Aşurov,
X.Rəfıbəyli, Ə.Topçubaşov, X.Xasməmmədov, M.Rəfıyev daxil idi.
Bu hökumətdə Müsəlman Sosialist bloku və Hümmət iştirak etmirdi.
Azərbaycan Milli Şurası müvəqqəti olaraq öz işini dayandırdı və bütün
səlahiyyətləri Müvəqqəti Hökumətə verdi, bir şərtlə ki, o, 6 aydan gec olmayaraq
Müəssisələr Məclisini çağıracaq.
İyunun 27-də Azərbaycan dili dövlət dili elan edildi. Dövlət idarələrində rus dilinin
işlənməsinə də hələlik icazə verilirdi.
Türk hərbi dəstələrinin Gəncə istiqamətində hərəkəti BXKS-nin böyük
narahatçılığına səbəb olmuşdu. 1918-ci il iyunun əvvəllərində Bakı Kommunası
Gəncə üzərinə yürüşə hazırlaşırdı. Məqsəd türk hərbi dəstələri toplanana qədər
istiqlaliyyətin beşiyi olan Gəncəni dağıtmaq idi. Hərbi əməliyyatların aparıldığı
ərazilərdə müsəlman əhalisi yeni talanlara məruz qalmağa başladı. İyunun 23-də
Azərbaycan hökuməti hərbi vəziyyət elan etdi. İyunun 27-si ilə 1-i arasındakı dörd
günlük gərgin vuruşma döyüşün taleyini həll etdi. Göyçay ətrafındakı döyüşlərdə
201
Sovetin qoşunlarının Gəncəyə yürüşünün qarşısı alındı və İslam ordusu Bakı
istiqamətində hərəkətə başladı. Bakı Sovetinin qoşunları darmadağın edilərək geri
çəkilmək məcburiyyətində qaldılar.
M.Ə.Rəsulzadə bu vəziyyəti irticanın qələbəsi kimi qiyməyləndirmiş və
göstərmişdir ki “Cənablar, gəlin ruhdan düşməyək və ümid edək ki,lap tezliklə
Azərbaycanın paytaxtı Bakıda,Müəssisələr Məclisində görüşəcəyik. Yaşasın Azər-
baycan!Yaşasın türk xalqı!”
Həmin iclasda “Müsavat” fraksiyası,bitərəflər və ittihadçılardan ibarət yeni
hökumətin tərkibi təsdiq edildi.
Hökumət iyunun 23-də ölkədə yaranmış gərgin vəziyyəti nəzərə alaraq, bütün
ölkə ərazisində hərbi vəziyyət elan etdi.
Yeni yaradılan hökumət kabinetində hərbi nazir vəzifəsi yox idi. Müsəlman
korpusu Azərbaycan hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da Azərbaycan
Korpusu” adlndırıldı. Avqustun 13-də Azərbaycan korpusu yenidən quruldu.
General Ə. Şıxlinski bu korpusun komandiri idi.
Hökumətin 24 iyun 1918-ci il tarixli qərarına əsasən Azərbaycan
Cümhuriyyətinin dövlət bayrağı qəbul edildi. Qırmızı fonda ağ aypara və
səkkizguşəli ulduzun təsvir edildiyi qırmızı parçadan hazırlanmış bayraq qəbul
olundu.
1918-ci il sentyabrın 1-də Hərbi Nazirlik yaradıldı. F.X.Xoyski hərbi nazir,
Səməd bəy Mehmandarov isə onun müavini oldu. Lakin qısa müddət ərzində yük-
sək döyüş qabiliyyətinə malik ordu yaratmaq çox çətin idi. Ordunun qurulması və
Bakının azad edilməsində türk hərbiçilərinin əvəzsiz xidmətləri olmuşdur.
Hərbi quruculuqla yanaşı Azərbaycan hökuməti digər tədbirlər də həyata
keçirdi. Hökumətin əsas vəzifələri dövlət idarələri, məhkəmə və məktəb sisteminin
milliləşdirilməsindən ibarət idi.1918-ci il iyunun 27-də Azərbaycan türk dili dövlət
dili elan olundu.
202
Azərbaycan hökumətinin qarşısında duran ən mühüm vəzifə Bakını işğaldan
azad edərək onu cümhuriyyətin paytaxtı elan etməkdən ibarət idi. Çünki
Azərbaycan xalqının düşmənləri hər vasitə ilə Bakını Azərbaycandan ayırmaq və
Rusiyanın bir quberniyasına çevirmək istəyirdilər.
Avqust ayında Xəlil Paşanın 36-cı diviziyası və Azərbaycan Əlahiddə
Korpusunun döyüşçüləri Bakını azad etmək uğrunda həlledici döyüşlərə başladılar.
Bu dövrdə BXKS-nin həyata keçirdiyi antiazərbaycan siyasəti bolşeviklərin
tamamilə nüfuzdan düşməsinə və 1918-ci il iyulun 31-də onların istefasına gətirib
çıxartdı. Bundan istifadə edən eser-menşeviklər «Sentrokaspi diktaturası» orqanını
yaratdılar. Bununla hakimiyyət həmin orqanın və Sovetin müvəqqəti icraiyyə
komitəsinin reyasət heyətinin əlinə keçdi. Bu orqan da ilk gündən bolşeviklərə
divan tutmaq və ingilisləri Bakıya dəvət etmək mövqeyi tutdu. Yeni hökumət eyni
zamanda Bakı Sovetinin antiazərbaycan siyasətini davam etdirməyə başladı. Lakin
nə bu yeni hökumət, nə də onların müttəfıqi olan ingilislər Bakının milli qüvvələr
tərəfındən azad edilməsinə mane ola bilmədilər.
Azərbaycan hökumətinin əsas vəzifəsi AXC-nin hakimiyyətini ölkənin bütün
ərazisinə yaymaq və Bakını Azərbaycan xalqının düşmənlərindən azad etmək idi.
Sentyabrın 15-də ağır döyüşlərdən sonra, Qafqaz İslam ordusu könüllü dəstələrinin
köməyi ilə Bakı azad edildi. «Sentrokaspi diktaturası» süqut etdi. Sentyabrın 17-də
Milli hökumət Bakıya koçürüldü. Bakı Respublikanın paytaxtı elan edildi.
Noyabrın 9-da AXC-nin dövlət bayrağı üç rəngli bayraqla əvəz edildi.
Noyabrın 29-da M.ə Rəsulzadənin imzası ilə Milli şuranın “Bütün
Azərbaycan əhalisinə”müraciəti dərc olundu.Həmin müraciətdə Milli Şuranın
parlamentə çevrilməsi niyyəti açıqlandı.
Milli şura noyabrın 25-də rus və erməni milli şuralarına öz nümatəndələrini
parlamentə göndərmək təklifi ilə müraciət etdi.Onlar ilk dövrdə etiraz etsələr də,
203
Tomsonun yeni yaradılacaq hökumətə hərtərəfli yardım edəcəyi haqqında verdiyi
bəyanatdan sonra onlar parlamentə öz nümayəndələrini göndərdilər.
Parlamentin əsas özəyini keçmiş Milli şuranın 44 üzvü təşkil edirdi. Daha 36
müsəlman deputat isə keçmiş milli komtələrin xətti ilə şəhər və qəzalardan
seçilmişdi.Nəzərdə tutulan 120 deputatdan 80 nəfəri müsəlman əhalini,21 nəfər
erməni, 10 nəfəri rus, 4 nəfərdə alman, yəhudi, gürcü və polyak azlıqlarını təmsil
etməli idi. Həmkarlar təşkilatlarına 3 yer, neft və Ticarət sənaye şurasına 3 yer
ayrılmışdı.
1918-ci il dekabrn 7-də müsəlman şərqi tarixində ilk dəfə olaraq parlament-
AXC-nin ali qanunverici orqanı öz işinə başladı. Parlamentin açılışı böyük təntənə
ilə keçdi.Bakı şəhəri bayram içində idi,insanlar bir-birini təbrik edirdilər.
Parlamentdə 3 froksiya və qrup təmsil olunmuşdu.
Parlamentin birinci iclasını Milli Şuranın və “Müsavat”partiyasının lideri
M.Ə.Rəsulzadə açaraq,nitqində Azərbaycan Cümhuriyyəti qarşısında duran ən
mühüm məsələlər barədə fikirlərini spyləyib, baçlıca məsələnin azadlıq və
müstəqillik ideyalarının gerçəkləşdirilməsi olduğunu vurğuladı.
M.Ə.Rəsulzadə parlamentin sədri və onun müavinin seçilməsi təklifi ilə
çıxış etdi və “Müsavatın”adından çıxış edən Ş.Rüstəmbəyov parlamentin sədri
vəzifəsinə Əlimərdan Bəy Topçubaşov və müavin vəzifəsinə isə Həsən bəy
Ağayevin nami-zədliyini irəli sürdü. Səsvermə nəticəsində onların namizədliyi
təsdiq edildi.Sonra parlament baş nazir F.X.Xoyskinin hökuməti adından
hökumətin daxili və xarici siyasəti haqqında hesabat məruzəsini dinlədi.
1918-ci il dekabrın 26-da F.X.Xoyskinin rəhbərliyi ilə yeni koalision (üçüncü)
hökumət təşkil olundu. Həmin hökumətdə müsavatçılar, sosialistlər, slavyan-Rus
cəmiyyəti və bitərəflər təmsil olunmuşdular.
.Hökumət qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın ərazi bütöv-
lüyünü qoruya biləcək güclü ordunun təşkil edilməsindən ibarət idi.Maarif
204
sahəsində, xüsusi olaraq Azərbaycan –türk dilinin dövlət dili kimi geniş
işlədilməsi, ölkədə yaşayan bütün xalqların mədəni inkişafı üçün bərabər şəraitin
yaradılması kimi vəzifələrin qoyulduöu bəyan edilirdi.Ərzaq probleminin həlli,
nəqliyyatın inkişafı, Azərbaycan pulunun buraxılması, ədliyyə və məhkəmə siste-
mində ədalət prinsipinin bərqərar edilməsi və s.tədbirlər görüləcəyi vəd edilirdi.
Torpağın əvəzsiz olaraq əkinçiyə verilməsi nəzərdə tutulurdu.
Lakin hökumət daxilində gedən ziddiyətlər və F.X.Xoyskinin xəstə olması
üçüncü kabinetin buraxılmasına gətirib çıxardı.Elə həmin vaxt N.bəy Yusifbəylinin
sədrliyi ilə yeni hökumət kabineti təşkil olundu və “İttihad”partiyasından başqa
bütün partiyalar yeni kabineti müdafiə etdilər.Yeni hökumətin də qarşısında əsas
vəzifə suveren dövlətçilik prinsipindən ibarət idi. Demokratik, hüquqi dövlətin
əsas əlamətlərini təşkil edən söz, vicdan, mətbuat, yığıncaq, həmkarlar ittifaqları
azad-lıqlarına təminat verilirdi. Neft siyasəti ,ordu quruculuğu, xaıq təhsili, ümumi
ic-bari təhsil məsələlərinə hökumət bəyanaməsində xüsusi diqqət verilirdi.Beləliklə
1919—cu il aprelin 14-də Azərbaycan parlamenti 4-cü hökümət kabinetini təsdiq
etdi.
Yeni hökümətin əvvəlki hökümətlərdən fərqi ondan ibarət idi ki, o, Rusiya ilə
münasibətləri dirçəltməyə çalışırdı. Yeni hökumət öz səlahiyyətlərinin icrasını çox
çətinliklə həyata keçirirdi. Bir yandan bolşeviklərin fəallaşması və onların
rəhbərliyi altında tətillərin keçirilməsi, bir yandan da Denikin ordusunun
Azərbaycana hücumu vəziyyəti daha da kəskinləşdirirdi. Eyni zamanda Rusiya
hökuməti də Azərbaycanın daxili işlərinə qarışır, Türkmənçay müqaviləsini bəhanə
gətirərək Xəzərdə üzən Azərbaycan gəmilərinin Rus bayrağı altında üzmələrini tə-
ləb edirdi.
Lakin Azərbaycan Dövlət Müdafiə Komitəsi Rusiyanın bu tələbinə sərt cavab
verərək göstərdi ki, həmin müqavilə Rusiya və İrana aiddir və Azərbaycan hərbi və
ticarət gəmiləri Azərbaycan bayrağı altıda üzəcəkdir.
205
1919-cu ilin ortaları Azərbaycanda təkcə daxili və xarici problemlərlə deyil,
eyni zamanda gənc demokratik dölətin müstəqil həyatının ildönümü ilə yadda
qaldı.
Azərbaycan xalqının müstəqil siyasi həyat yoluna qədəm qoyduğu vaxtdan 1
il keçirdi. Bu l il ciddi mübarizə və ağır sınaqlar ili oldu.Hökumət müraciətində
deyilirdi: “1919-cu ilin mayın 28-i Azərbaycan Cümhuriyyətinin milli bayramıdır.
Bu elə bayramdır ki, onun xatiri ümumazərbaycan vətəndaşları üçün daima
möhtərəm və müqəddəs sayılacaqdır.Bu vaxt ərzində Azərbaycan türkləri özlərinin
müstəqil, azad yaşamağa layiq olduqlarını gözəl surətdə göstərib, dövlət təşkilinə
istedad və qabiliyyət yetirdiklərini sübut etdilər”.
Azərbaycanda dövlətçiliyin təşəkkül tapması iqtisadiyyatın və ordunun
tamamilə yenidən qurulmasını tələb edirdi. Lakin I Dünya müharibəsi, Azərbay-
canda həmin dövrdə baş alıb gedən anarxiya, təsərrüfat dağınıqlığı gənc hökuməti
böyük çətinliklərlə qarşılaşdırdı.Hökumətin iqtisadiyyat sahəsində əsas vəzifələri
yalnız təsərrüfat sahələrinin bərpa edilməsi deyil, həm də yeni iqtisadi sistemin
prinsiplərini müəyyən-ləşdirmək və həmin prinsiplər əsasında islahatlara başlamaq
idi.
Azərbaycan Cümhuriyyətinin iqtisadi və siyasi platforması bütün
vətəndaşların həqiqi huquq bərabərliyini təmin edərək,demokratik bir cəmiyyət
qurmağı nəzərdə tuturdu.Bu məqsədə çatmağın əsas vasitəsi mülkiyyət formasının
müxtəlifliyi prinsipini həyata keçirməkdən , dövlətə, xüsusi şəxslərə, özünüidarə
orqanlarına məxsus mülkiyyət formalarının inkişafı üçün demokratik şəraiti təmin
etməkdən ibarət idi.
1919-cu il fevralın 4-də torpaq islahatı haqqında qanun layihəsi hazırlamaq
üçün Səməd bəy Ağamalıoğlu başda olmaqla xüsusi parlament komissiyası yara-
dıldı. Komisiyanın qərarına görə:
1.Respublika ərazisində bütün torpaqlar dövlətin mülkiyyətindədir:
206
2.Torpaq əvəzsiz olaraq dövlətin ixtiyarına keçitr;
3.Əvvəlki mülklərinin müəyyən hissəsi sahibkarların istifadəsi üçün
özündə qalır.
Azərbaycan Cümhuriyyətinin iqtisadi tədbirlərindən biri də gənc
respublikanın maliyyə sistemini tənzimləmək və xəzinədə vəsait toplanmasına nail
olmaq idi. Lakin Azərbaycan Cümhuriyyətinin maliyyə vəziyyəti çox ağır idi.
Parlament dağılmış iqtisadiyyatı bərpa etmək məqsədi ilə bir sıra qanunverici
aktların hazırlanmasına başladı.Bu aktlar ilk növbədə kredit, vergi, bank və
gömrük sahələrinə aid idi.Dövlət vergi siyasətinin formalaşmasına yardım edən
qanunlar zərfi hazırlanmışdı.
Sentyabrın 30-da Dövlət bankının açılışı oldu. Gəncə bankı isə Dövlət
bankının şöbəsi statusu oldu.
Parlament 1920—ci il yanvarın 15-də kənddəki shibkarlara, sənətkarlara,
sənayeçilərə, şirkətlərə inventar, mal-qara, toxum almağa yardım göstərmək üçün
xırda kredit haqqında qanun qəbul etdi. AXC-nin iqtisadi tədbirləri sırasında ən
əhəmiyyətlisindən biri də qonşu və xarici dövlətlərlə iqtisadi əlaqə yaratmaqdan
ibarət idi.Cümhuriyyət 1918-ciiliyunun 4-də Türkiyə, 1919-cu ilin mayında
İraq,İngiltərə, Amerika, Fransa, İtaliya ,Gürcüstan Dağıstan, Orta Asiya dövlətləri
ilə iqtisadiəlaqələr yaratmağa nail olmuşdu.
Azərbaycan Cümhuriyyəti öz fəaliyyətində milli mədəniyyətin –təhsil,
ədəbiyyat, elm və incəsənətin inkişaf etdirilməsinə xüsusi diqqət yetirildi.
Hökumətin 1918-ci il 28-avqust tarixli qərarı ilə bütün ibtidai tədris
müəsssisələrində təhsil ana dilində aparılır, eyni zamanda dövlət dili icbari
qaydada tədris olunurdu.5-ci sinifdən başlayaraq şagirdlər rus dilində oxuyur, lakin
türk dilini məcburi fənn kimi öyrənirdilər.Lakin pedoqoji kadrların çatışmazlığı ,
lazımı dərsliklərin olmaması təhsilin milliləşdirilməsinə əngəl törədirdi.Hökumət
azərbaycanlı şagirdlərin təhsilinə xüsusi diqqət yetirdi.
207
Azərbaycan hökumətinin ən mühüm təşəbbüslərindən biri də əlifba
islahatının keçirilməsi idi. 1919-cu ilin martında X.Məlik-Aslanovun sədrliyi
altında əlifba islahatı üzrə komissiya yaradıldı.
Azərbaycan hökuməti pedoqoji kadırların hazırlanmasına böyük əhəmiyyət
verirdi.Pedoqoji kadrlara olan ehtiyacın ödənilməsi üçün maarifnazirliyi tərəfin-
dən hər ildə respublikanın müxtəlif yerlərində seminariya açılması nəzərdə
tutulurdu.Eyni zamanda Qori Müəllimlər Seminariyasının Azərbaycan Şöbəsi
Qazax şəhərinə köçürüldü və müstəqil seminariyaya çevrildi. Parlamentin 1919-cu
il iyulun 19-da qəbul etdiyi qanuna əsasən Qazax, Şəki, Şuşa, Quba, Zaqatala,
Salyan, Gəncə və Bakıda iki aylıq pedoqoji kurslar açıldı. Kursların hər birində azı
50- müəllim hazırlanırdı.
1918-ci il-ci ildə Türkiyə ilə bağlanan 4 iyun müqaviləsinə görə Nazirlik
Türkiyədən 50 müəllim dəvət etmişdi. 1919-cu il oktyabrın əvvəllərində həmin
müəllimlər Azərbaycana gəlib müəllimlik fəaliyyətinə başlamışdılar. Azərbaycan
dilində dərsliklərin yazılması və nəşri üçün də xüsusi komissiya ayrılmışdı.
Türkiyədən də dərsliklər alınırdı.
Azərbaycan hökuməti ali təhsilin təşkili və yüksək ixtisaslı kadrların
hazırlanmasını ən əsas vəzifə hesab edirdi. Bakı Universitetinin,
Konservatoriyanın, Pedaqoji İnstitutun, Gəncədə Kənd Təsərrüfatı İnstitutunun
açılması planlaşdırılırdı.
Siyasi şəraitin əlverişsizliyi və maliyyə çətinlikləri üzündən yalnız bir ali
məktəbin - Bakı Universitetinin yaradılması üçün imkan əldə edildi.
Azərbaycan Xalq Maarifı nazirinin müavini Həmidbəy Şahtaxtinski görkəmli
rus alimi, Cənubi Qafqaz Universitetinin rektoru Razumovskiyə müraciət edərək
Bakı Universitetinin təşkili üçün kömək göstərməsini xahiş etmişdi. Razumovski
dəvəti qəbul etmiş və yaradılan komissiyanın sədri seçilmişdi.
208
1919-cu il sentyabrın 1-də Parlament Bakıda Dövlət Universitetinin təsis
edilməsi haqqında qanun qəbul etdi.qanunda Universitetin dörd fakültədən : tarix-
filologiya, fizika –riyaziyyat,hüquq və tibb fakültələindən ibarət olduğunu
göstərmişdir.Bakı Univesitetinin ilk ilk rektoru prof. V.İ. Razimovski olmuşdur.
İlk vaxtlar dərs demək üçün Moskva ,Rostov,Xarkov universitetlərindən görkəmli
alimlər dəvət olunurdular.
İlk tədris ilində təhsil alan tələbələrin sayı 877 nəfər idi.Təssüf ki. Bu
tələbələrin çox az hissəsini azərbaycanlılar təşkil edirdi.
1919-cu ilin 15 noyabr günü Universitetdə birinci dərs günü elan edildi.
Bakı Dövlət Universitetinin açılması Azərbaycan hökumətinin mədəniyyət
sahəsindəki böyük qələbəsi idi.
Müstəqilliyini elan etmiş gənc Azərbaycan Cümhuriyyəti xarici siyasət
məsələlərinə xüsusi diqqət yetirildi. Müstəqilliyin qorunub saxlanması daxildən
daha çox xarici amillərlə də bağlı idi. Ona görə də belə bir mürəkkəb şəraitdə
Azərbaycan siyasətçiləri çevik manevr etmək bacarığına malik olmalı idilər.
Xarici siyasət konsepsiyasının hazırlanması və həyata keçirilməsində Xoyski, Ha-
cınski, Cəfərov, Ziyadxanlı , Topçubaşov, Rəsulzadə, Ə.Ağayev, Yusifbəyli və sair
kimi görkəmli şəxsiyyətlər böyük rol oynamışlar.
Azərbaycan xarici siyasətində başlıca yeri qonşu dövlətlərlə mehriban müna-
sibətlər yaratmaqdan ibarət idi.
Azərbaycan Cümhuriyyətinin yaranmasından sonra Azərbaycan –Türkiyə
münasibətləri yeni mərhələyə, dövlətlərarası münasibətlər mərhələsinə qədəm
qoydu. 1918-ci il iyunun 4-də Azərbaycan ilə Türkiyə arasında Batum şəhərində
dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə bağlanmışdı.
4 iyun müqaviləsi əsasında Azərbaycan dövlət rəsmiləri Rəsulzadə və
Hacinski Türkiyə hökumətinə hərbi yardım göstərilməsi ilə əlaqədar müraciət
edilmişdi.
209
Azərbaycan –Türkiyə münasibətlərinin inkişafında Ə.M.Topçubaşovun
İstanbula getməsi və Azərbaycan hökumətinin fövqaladə səlahiyyətli naziri kimi
isə başlanmasının böyük rolu olmuşdur.
1918-ci ilin oktyabrında Ə.M.Topçubaşov Türkiyənin rəsmi dairləri ilə bir
sıra görüşlər keçirdi. Bu zaman Türkiyə və eləcə də Azərbaycan üçün çox ağır
olan Mudros müqaviləsi (30 oktyabr) bağlandı. Həmin müqavilənin 11-ci bəndinə
görə Türkiyə ordusu tezliklə Azərbaycanı tərk etməli, Bakının Antanta qoşunu
tərəfin-dən tutulmasına etiraz etməməli idi. Noyabrın 4-də Ə.M.Tobçubaşov
Azərbaycan hökuməti adından Mudros barışığının Azərbaycana aid maddələrinə
etirazını bildirdi.Artıq noyabrın 10-dan Türkiyə qoşunları Azərbaycandan
çıxarılmağa başlandı və bununla AXC-nin xarici siyasətində Türkiyə arientasiyası
dövrü başa çatdı.
1918-ci il noyabrın 17 –də Bakıya İngilis qoşunları daxil oldular. General
Tomson Xoyski hökumətini yeganə təsirli hökumət kimi qəbul etdi və bildirdi ki,
Böyük Britaniya hökuməti Azərbaycan hökumətini bu ölkənin ərazisində yeganə
qanuni hakimiyyət kimi tanıyır.
1919-cu ildən başlayaraq İngiltərə-Azərbaycan əlaqələri, Bakıdakı İngilis ko-
mandanlığı və İstanbuldakı İngilis hərbi və diplomatik nümayəndəliyi vasitəsilə
həyata keçirilirdi.
1918—1920-ci illərdə AXC-nin xarici siyasətinin əsas məqsədi Azərbaycanın
müstəqilliyinin gerçəkləşməsindən ibarət idi. Azərbaycan hökuməti Azərbaycanın
müstəqilliyinin tanınması və qorunub saxlanmasında Qərb ölkələrinin himayəsini
əldə etmək işinə birinci dərəcəli əhəmiyyət verirdi. Azərbaycan hökumətinin üzvü
Ə.M.Topçubaşov İstanbul, Vyana, Berlinə, eləcə də Ermənistan və Gürcüstanın
mərkəzlərinə səlahiyyətli səfır təyin edilmişdi. Verilən mandata görə
Ə.M.Topçubaşov Azərbaycanın maraqları ilə bağlı geniş səlahiyyətlərə malik idi.
O, İstanbulda ikən Ukrayna, İran, Rusiya, ABŞ, İtaliya, İsveç, Hollandiya,
Ermənistanın rəsmi nümayəndələri ilə görüşmüş, fıkir mübadiləsi etmiş və onlara
210
memorandum təqdim etmişdi. Memorandumda Qafqazın coğrafıyası, onun çar
dövründə inzibati bölgüsü, regionun demoqrafık vəziyyəti, Azərbaycan
respublikasında mövcud vəziyyət, aparılan quruculuq işləri, erməni probleminin
mahiyyəti, mart soyqırımı, Qarabağ məsələsi barədə məlumat verilir, Azərbaycan
Respublikasının müstəqil yaşamağa haqqı olduğu əsaslandırılırdı.
Osmanlı Türkiyəsi də Azərbaycanın müstəqilliyinin tanınması üçün əlindən gələni
əsirgiməyəcəyini bildirmişdi. Lakin Mudros sazişindən sonra Osmanlı
hökumətinin Azərbaycana köməyi minimuma enmişdi. Türkiyə müttəfıqlərindən
asılı vəziyyətə düşmüşdü. Müttəfıqlər Osmanlının Azərbaycana diplomatik
nümayəndə təyin etməsinə pantürkizm kimi baxmış, Osmanlı hökumətinə bunu
qadağan etmişdi.
1918-ci ilin iyulunda Azərbaycanın İstanbuldakı nümayəndə heyəti buradakı İran
konsulluğuna AXC-nin yaranması haqqında bəyannaməni təqdim etsə də, İran
konsulu Azərbaycan adlı müstəqil dövləti tanımadığını bildirmişdi. İranın
narahatçılığını aradan qaldırmaq üçün Azərbaycan hökuməti beynəlxalq sazişləri
imzalayarkən Qafqaz Azərbaycanı məfhumunu xüsusi ilə vurğulayırdu. 1919-cu il
sentyabr ayında İranın yeni xarici işlər naziri Firuz Mirzənin nümayəndə heyətinin
başçısı sifəti ilə Avropaya gəlməsindən sonra İran heyətinin Azərbaycan istiqlalına
münasibəti tam dəyişdi. Hətta hər iki dövlət arasında siyasi və iqtisadi ittifaqın
yaradılmasını nəzərdə tutan sənəd də qəbul edildi.
Azərbycan hökuməti qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinin
yaranmasına çalışır və mübahisəli məsələlərin danışıqlar yolu ilə həll edilməsi
tərəfdarı kimi çıxış edirdi. Gürcüstandan fərqli olaraq Ermənistanla münasibətlər
çox çətin qurulurdu. Normal qonşuluq münasibətlərinin yaranmasına ermənilərin
torpaq əldə etmək hərisliyi, törətdikləri vəhşiliklər mane olurdu.
Birinci dünya müharibəsindən sonra qalib dövlətlər müharibədən sonrakı dünyanın
vacib məsələlərini həll etmək üçün Parisdə sülh konfransının çağrılmasına qərar
verdilər. Dekabrın 7-də Azərbaycan parlamentində Parisə getmək üçün seçilən
nümayəndə heyəti 1919-cu il yanvarın 20-də İstanbula gəldi. Lakin burada Parisə
yola düşmək üçün Fransa hökumətindən üç ay yarım icazə gözləməli oldu. Yalnız
211
aprelin 22-ə ingilislərin köməyi ilə Parisə yola düşə bildilər və may ayında Parisə
çatdılar.
Mayın 28-də Azərbaycan nümayəndə heyəti ABŞ prezidenti V.Vilsonla görüşə
bildi. Vilsondan Azərbaycanın istiqlaliyyətinin tanınması, Vilson prinsiplərinin
Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər Liqasına qəbul olunması, ABŞ-
la Azərbaycan arasında diplomatik və iqtisadi əlaqələrin bərqərar edilməsi xahiş
edilirdi. Lakin prezident Vilson sülh konfransının dünyanın kiçik hissələrə
parçalanmasının əleyhinə olduğunu bildirmiş və Azəpbaycan nümayəndələrinə
konfederasiya ideyasını müdafıə etməyi məsləhət görmüşdü. Azərbaycan,
Gürcüstan və Dağlılar respublikasının nümayəndə heyətləri konfransın rəhbərlərinə
göndərdikləri bütün memorandumlarda Qafqazda konfederasiya ideyasına müsbət
yanaşdıqlarını qeyd etmişdilər. Lakin ermənilər ərazi sərhəd məsələsinə daha çox
əhəmiyyət verir və konfederasiya ideyası əleyhinə təbliğat aparır, Qafqazdakı
vəziyyət barədə Avropa və ABŞ ictimaiyyətində yanlış təsəvvür yaradırdılar.
Azərbaycan və Gürcüstan nümayəndələrinin etirazına baxmayaraq ermənilər
Türkiyənin 7 şərq vilayətini, keçmiş İrəvan quberniyası, Tiflis və Yelizavetpol
quberniyalarının cənubunu və Qars torpaqlarını tələb edirdilər. Azərbaycan
nümayəndə heyəti ermənilərin təbliğatına qarşı Avropa və Amerikanın özündə əks-
təbliğat işini təşkil etməyə məcbur oldu. Azərbaycan nümayəndələri ingilis, fransız
dillərində bir neçə kitabça hazırlayıb çap etdirmiş, Avropada və Amerikada
yayılmasını təşkil etmişdilər. Bu kitabçalarda Azərbaycanın tarixi, əhalisinin
antropologiyası və etnik tərkibi, təsərrüfatı, Azərbaycan Respublikasındakı
vəziyyət, ermənilərin təcavüzkar hərəkətləri haqqında məlumatlar verilirdi.
Azərbaycan nümayəndə heyətinin ən əhəmiyyətli təbliğat işlərindən biri «Paris
sülh konfransına Qafqaz Azərbaycanı sülh nümayəndəliyinin tələbləri» adlı kitabın
hazırlanması idi. Kitabda Azərbaycanın tarixi haqqında dəyərli məlumatlar
verilirdi. Bu sənəd üç mühüm tələb ilə bitirdi: 1) Sülh konfransı Azərbaycanın
müstəqilliyini tanısın. 2) Nümayəndə heyəti sülh konfransının işinə cəlb olunsun.
3) Azərbaycan Respublikası Millətlər Liqasının üzvlüyünə qəbul edilsin.
Azərbaycan nümayəndə heyətinin diplomatik fəaliyyətinin mühüm uğuru 1920-ci
212
il yanvarın 11-də Paris konfransının Ali Şurası tərəfındən Azərbaycanın istiqlalının
defakto tanınması və Azərbaycanın beynəlxalq münasibətlərin subyektinə
çevrilməsi idi. Bakıda 20-dən artıq xarici dövlətin diplomatik nümayəndəliyi
yaradılmışdı.
1920-ci ilin yazından müsəlman partiya və qruplaşmaları -“Müsavat”
“Əhrar” “İttihad”, sosialistlər komunistlər arasında sabitsizliyi dərinləşdirən
mübarizə daha da dərinləşirdi.Ən kəskin ziddiyyət “Musavat” ilə “İttihad”
arasında gedirdi. Respublikada siyasi vəziyyətin sabit olmaması parlamentin və
hökumətin içində də öz əksini tapdı. Bolşevik təhlükəsinin real olduğunu nəzərə
alan F.X.Xoyski hökumətindən respublikada fövqaladə vəziyyət tətbiq etməyə,
parlamentin buraxılmasını və Müəssislər Məclisinə seçkilər keçirilməsini tələb
etdi.
Sovet Rusiyasına münasibət məsələsi Azərbaycanın siyasi partiyaları arasında
əsas ziddiyyətlər nöqtəsinə çevrilmişdi. Sovet Rusiyası ilə real münasibətlərə əsas
tərəfdar daxili işlər naziri M. H. Hacınski, əleyhdar isə F.X.Xoyski idi.
1920-ci ilin əvvələrindən Rusiya Azərbaycanın daxili işlərinə daha çox təzyiq
göstərməyə başladı. Rusiya Xarici işlər naziri Çiçerin Azərbaycanın Rusiya ilə
hərbi İttifaqdan boyun qaçırmasına cavab olaraq yanvarın 23-də Azərbaycana nota
göndərdi. Rusiya bununla Azərbaycanı hərbi müqayisəyə (Denininə qarşı)
çəkməyə çalışırdı.
1920-ci il martın 17-də V.İ. Leninin Qafqaz cəbhəsi hərbi-inqilab Şurası
adından göndərdiyi teleqram Sovet hökumətinin Azərbaycana münasibətdəki gizli
niyyətindən xəbər verirdi. V.İ.Lenin göstərirdi ki, “bizim üçün Bakını ələ
keçirmək son dərəcə vacibdir. Bütün səyləri bu istiqamətə yönəldin, həm də
bəyanatlar sırf diplomatik olmalıdır” Bu dövrdə Azərbaycan kommunist təşkilatları
əsas gücü fəhlələrin və döyüş dəstələrinin silahlanmasına sərf edir, silahlı üsyan
hazırlanmasını özlərinin ən yaxın məqsədləri hesab edirdilər. Azərbaycan
213
kommunistləri Moskvadan göstərişlər alırdılar. Bakıya bolşevik fəalları, silah və
pul gətirilirdi.
Kommunistlərin aprelin 22-də keçirilən müşavirəsində Bakıda silahlı üsyan
planda hazırlanmışdı. Plana görə aprelin 27-də Bakıda kommunistlər silahlı çıxışa
başlamalı və XI ordu dəstələri Azərbaycan sərhəddini keçməli idilər.
Aprelin 27-də komunistlərin silahlı dəstələri həm şəhər daxilində, həm də
onun kənarlarında ən mühüm obyektləri, dəmir yol vağzalını, poçtu, teleqrafı,
radiostansiyanı, polis məntəqələrini , iri neft mədənlərini, hərbi və ticarət limanını
ələ keçirməyə başladılar.
Bakıda baş verən aprel hadisələrində Xəzər Hərbi Donanması əsas rol oynadı.
Hakimiyyətin iki saat ərzində Azərbaycan İnqilab Komitəsinə təhlil verilməsini
ultimatunla tələb edən hərbi gəmilər sahilə düzülərək topları hökumət orqanları
binalarına tuşladılar. Azərbaycan K.P.MK –sı adından Parlamentə hakimiyyətin N.
Nərimanovun başçılıq etdiyi Sovet fəhlə -kəndli hökumətinə vermək haqqında
ultimatum Ç. İldırım tərəfindən təqdim olundu.
Parlamentdə həmin ultimatun müzakirə edilərkən M.Ə.Rəsulzadə demişdi.
”Bu ultimatunun qəbul edilməsi hakimiyyəti dost maskası geyinmiş düşmənə
vermək deməkdir. Biz buraya millətin iradəsi və arzusu ilə gəlmişik və bizi
buradan yalnız güc və süngü ilə çıxarmaq olar”. Bunula belə vətəndaş müharibəsi
təhlükəsini nəzərə alan “Müsavat“ fraksiyası Azərbaycanın müstəqilliyi
saxlanacağı şərtlə ultimatunu qəbul etmək haqqında çoxluğun fikrinə qoşulmağı
vacib bildi.
1920-ci aprelin 27-dən 28-nə keçən gecə parlament hakimiyyəti Müvəqqəti
İnqilab komitəsinə təhfil verdi. Komitə Rusiya hökumətinə yardım etmək
haqqında müraciət etdi. Parlament hakimiyyəti (axşam saat 11-də) təhvil vermək
haqqında şərtlər də irəli sürdü:
214
1.Sovet hakimiyyəti tərəfindən idarə edilən Azərbaycanın tam müstəqillityi
saxlanılır;
2.Az.Kp-nın yaratdığı hökumət müvəqqəti orqan olacaqdır;
3.Azərbaycanın qəti idarə formasını Azərbaycannın Ali qanunverici orqanı
(parlament) müəyyən edəcəkdir;
4.Hökumət idarələrinin bütün qulluqçuları öz yerlərində qalır.
5. Yeni təşkil olunan kommunist hökuməti parlament üzvlərinin həyatının və
əmlakının toxunulmazlığına təminat verir;
6.Hökumət XI Ordunun döyüşlə Bakıya girməsinin qarşısını almaq üçün
tədbirlər görəcəkdir.
Lakin aprelin 27-si axşam saat 21-də Biləcəri stansiyası Sovet zirehli qatarları
tərəfindən tutuldu, səhər saat 4 də (28 aprel) “III Beynəlmiləl” zirehli qatarı Bakı
stansiyasına daxil oldu.Aprelin 30-da XI ordunun əsas hissələri şəhərə daxil
oldular.Həmin gün 7-ci süvari divizyanın hissələri Şamaxı və Ağsuya daxil
oldular, mayın 1 də isə Gəncə stansiyası ələ keçirildi.AXC hakimiyyətinin
devrilməsi ciddi daxili və xarici səbəblərin nəticəsi idi.1920-ci ilin yazında
Respublikada siyasi sabitlik daha kəskin şəkildə pozulurdu.23 ay ərzində 5
hökumət kabinetinin bir –birini əvəz etməsi həmin ziddiyətlərin nəticəsi idi.
Respublikada vəziyyəti mürəkkəbləşdirən digər ciddi amil o idi ki, hökumət erməni daşnakları ilə mübarizəyə həddindən artıq iqtisadi və hərbi ehtiyatlar cəlb etmək məcburiyyətində qalmışdı.Belə vəziyyətdən yararlanan Sovet Rusiyası açıq müdaxiləyə keçərək AXC-ni devirə bildi.Cümhuriyyətin yaranması, uğursuzluğuna baxmayaraq, onun 23 aylıq fəaliyyəti Azaərbaycan xalqının tarixi taleyində çox mühüm hadisə idi.O, qısa müddətdə parlamenti, hökuməti, ordusu və pul vahidi olan demokratik respublikaya çevrildi.
M.Ə. Rəsulzadənin təbirincə desək, Cümhuriyyət dövründə Azərbaycan xalqı demokratiyanın azda olsa dadını görmüş oldu.
215
XVI mövzu
Azərbaycan Sovet rejimi şəraitində
(1920-1930-cu illər)
Plan
1. AXC- nin süqutundan sonra Azərbaycanda sosial-iqtisadi vəziyyət. Sovet
rejiminə
qarşı üsyanlar.
2. Azərbaycanda Sovet milli siyasəti. DQMV-nin təşkili.
3. Azərbaycanda sosialist yenidən qurmaları və onların nəticələri.Kütləvi siyasi
repressiyalar.
Ədəbiyyat
1. Azərbaycan tarixi.VII cilddə, VI, Bakı, 2008, səh. 9-200,250-406.
2. Məmmədov İ, Məmmədov Ç. Siyasəti tarix, Bakı, 2004.səh.119-154
3. Siyasi tarix.I hissə Bakı, 1995, səh. 241- 267.
4. Siyasi tarix II hissə Bakı, 1998, səh..5-33.
5. Mustafazadə T. Ümumi tarix.IV cild, Bakı, 1997.
6. Məmmədzadə M. Milli Azərbaycan hərəkatı. Bakı, 1992, səh.147-149.
216
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, 1918-ci il aprelin 28-də
Müvəqqəti İnqilab Komitəsi yeni hökumətin Az. SSR Xalq Komissarları Sovetinin
aşağşdakı tərkibini təşkil etdi: N.Nərmanov-XKS-in sədri, Ç.İldırım- hərbi dəniz
işləri komissarı, H.Sultanov-xalq daxili işlər komissarı, Ə.H.Qarayev əmək və
ədliyyə komissarı, Q.Musabəyov əkinçilik, ticarət, sənaye və ərzaq komissarı və s.
Elə həmin gün Gəncə də hakimiyyət İnqilab Komitəsinin əlinə keçdi.
Həmin komitəyə İ.M Əliyev başçılıq etdi. Aprelin axırına yaxın Quba, Şamaxı,
Cavanşir qəzası, Şəmkir, Gədəbəy rayonlarında hakimiyyət inqilab komitələrinin
əlinə keçdi.
1920 –ci il mayın birinci yarsında Sovet hakimiyyəti Naxçıvandan başqa,
demək olar, bütün Azərbaycanda qurulmuşdu.Əhalinin zəhmətkeş təbəqələri və
liberal hissəsi bu hakimiyyəti əsasən qəbul edir və dəstəkləyirdi.
Yeni yaranmış hakimiyyət elə ilk günlərdən 27 aprel bəyanatına şərtlərini
pozaraq AXC liderlərinin, görkəmli nümayəndələrinin, Azərbaycan ordusunun,
müdafiə nazirliyinin xadimlərinin geniş həbsləri həyata keçirilir.Onların bir çoxu
Nargin adasında gülləndi, Rusiyanın həbs düşərgələrinə sürgün edildi. Bütün
bunlar Azərbaycan İnqilab Komitəsinin icazəsi olmadan, millətçi rus
sovimistlərinin və erməni daşnaklarının başçılıq etdikləri XI Ordunun xüsusi
şöbəsi tərəfindən özbaşınalıqla edilirdi. Daşnak terorçuları 1920-21-ci illərdə F.X.
Xoyiskini və H.B Ağayevi Tiflisdə, Behbudağa Cavanşiri Malta adasında vəhşi-
cəsinə qətlə yetirdilər.General Süleyman Sulkeviç, hökumət üzvləri X.Pəfibəyov,
İ.Ziyadxanov, F.Köçərli, professor Zimin və başqaları terorun qurbanları oldular.
M.Ə.Rəsulzadə həbs olunsa da İ. Stalin tərəfindən təsadüf nəticəsində
ölümdən xilas olmuşdu.Başqa görkəmli xadimlər isə xaricə mühasirət etdikərinə
görə salamat qaldılar.Hətta M.Ə.Rəsulzadənin başçılığı altında Türkiyədə
Azərbaycan Milli Mühacirət Mərkəzi yaratdılar.
217
Azərbaycan zəhmətkeşləri yeni cəmiyyət quruculuğuna çətin şəraitdə baş-
ladılar.Vətəndaş müharibəsinin vurduğu yaraları sağaltmaq üçün qarşıda ciddi və
gərgin iş dururdu. Ölkədə ilk növbədə həqiqi milli sülh yaratmaq lazım idi. Çünki
Azərbaycan əhalisi çoxmillətli idi.1920-ci il məlumatına görə, respublika
əhalisinin 68.8 faizini azərbaycan türkləri,21.7 faizini ermənilər,7.5faizini ruslar,
0.54 faizini gürcülər, 0,97 faizini yəhudilər, 7.09 faizini digər millətlər təşkil
edirdilər.
Azərbaycanın gələcəyi üçün aqrar məsələnin həlli çox böyük əhəmiyyət
kəsb edirdi. Belə ki, 1921-ci ildə əhalinin əksəriyyətini – 77.6 faizini kənd əhalisi
təşkil edirdi.1920-ci ilin mayında İnqilab Komitəsi torpağın əməkçi kəndlilərə
verilməsi haqqında dekret verdi. Dekretdə deyilirdi.”Xanların, bəylərin,
mülkədarların bütün torpaqları,bütün iş heyvanları və avadanlıqları ilə birlikdə
ödənşsiz olaraq zəhmət-keş xalqa verilir”. Dekreti həyata keçirmək məqsədilə qəza
və kənd torpaq komi-tələri yaradıldı.
Mayın 12-də İnqilab Komitəsinin verdiyi dekretə əsasən bütün meşələr,
sular, yeraltı sərvətlər respublika dövlətinin mülkiyyəti elan olunurdu.
Mayın 27-də Neft sənayesi milliləşdirildi.Ticarət azadlığı haqqında xüsusi
qərar N.Nərmanov tərəfindən imzalandı.
Sovet hakimiyyəti silkləri və dini imtiyazları,qadınların hüquq
bərabərsizliyini, milli məhdudiyyətləri ləğv etdi. Söz, mətbuat və vicdan azadlığı
elan etdi, ana dilində təhsilin tətbiq olunduğu elan olundu. Sosial təminat və
pensiyalar haqqında dekretlər verildi.
1920-ci il mayın 7-də Az.SSR Qızıl Ordusunun və donanmasının
yaradıldığı elan olundu.
Əksinqilab, Sobataj və möhtəkərliyə qarşı mübarizə üçün Fövqalada
Komis-siya (FK) yaradıldı.
218
Azərbaycan hökuməti çox çətin şəraitdə özünün iqtisadi siyasətini həyata
ke-çirməyə başladı.İlk növbədə “hərbi kommunizm” siyasətinin əsas hissəsi olan
ərzaq sapalağını ləğv etmək lazım idi. 1921-ci ildən ərzaq sapalağı ləğv edilərək,
ərzaq vergisi tətbiq edilməyə başlandı. Bu siyasət ölkədə ərzaq çatışmazlığını
nisbətən aradan qaldırdı və kənd təsərrüfatının müəyyən qədər inkişafına təkan
verdi.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Qərb dövlətləri öz
işğalçı fikirlərindən əl çəkmək istəmirdilər.Onlar Böyük Birtaniyadan asılı olan
“İran- Azərbaycan Federasiyası ” yaratmaq ideası ilə yaşayırdılar.
Qərb dövlətləri antisovet çıxışlar təşkil etmək məqsədilə Azərbaycana
agentlər, böyük miqdarda silah göndərirdilər.Antisovet qüvvələr əhali arasında
Sovet hakimiyyəti əleyhinə təbliğat aparırdılar, dindarlar, fanatiklər əhalini silaha
sarılaraq silahlı çıxışlara səsləyirdilər.
Üsyanların təşəbbüsçüləri Gəncədəki milli qüvvələr oldu.Onlar mayın
25-də Sovet hakimiyyətinə və Qızıl Ordu qarnizonuna qarşı fəal silahlı çıxışa
başladılar.Üsyanın əsas səbəblərindən biri milli zabitlərin xidmətdən çıxarılması və
ruslarla əvəz edilməsi idi. Mayın 28-dən-29-na keçən gecə 1800 nəfərlik Gəncə
qarnizonu üsyan qaldırdı və şəhərin müsəlmanlar yaşayan hissəsini tutdu. Üsyanı
yatırmaq üçün XI ordu hissələri hücuma keçdi və üsyan yatırılarkən minlərlə
üsyançı həlak oldu.Onların arasında görkəmli ictimai-siyasi xadimlər var
idi.General Mirzə Qacar, Cavad bəy Şıxlınıski, palkovnikn Cahangir bəy
Kazımbəyov qətlə yetirildilər. Ə.Şıxlınıski və S.Mehmandarov həbs edilsələr də,
N.Nərmanovun təkidi sayəsində azad edilərək, hərbi xidmətlərdə istifadə olunmaq
üçün Moskvaya göndərirdilər.
General Nuru paşanının rəhbərliyi ilə Qarabağda başlayan üsyan Şuşa,
Ağdam və Bərdəni də əhatə etdi. Üsyanda Azərbaycan priyada polku və yerli
bəylərin silahlı dəstələri iştirak edirdilər.1920-cu il iyunun 15-də rus qoşunlarının
hücumu ilə üsyan yatırıldı.
219
Qarabağ üsyanının yatırıldığı vaxt Zaqatala dairəsində üsyan qalxdı və
Şəki bölgəsinin də bir hissəsini əhatə etdi. Bu üsyan iyunun 6-da belə bir bəhanə
ilə baş-ladı ki, guya Gürcüstan Azrbaycana müharibə elan etmişdir. Digər bəhanə
əhalinin silahı təhvil verməsi barədə verilən əmr oldu.
Molla Hafiz Əfəndinin başçılıq etdiyi 1000-dən çox üsyançılar və onlara
qoşulmuş Aərbaycan qoşunlarının buradakı zabitləri İnqilab Komitəsinin bütün
üzvlərini həbs etməyə başladılar.
İyunun 18-də Qızıl Ordu hissələri şəhərə daxil olaraq qalanı tutmuş və
üsyanı yatırmışdılar.
Sovet hakimiyyətinə qarşı üsyanlarXankəndində,Qutqaşendə (Qəbələ),
Xaçmasda, Naxçıvanda və şair yerlərdə baş vermiş, lakin rus Qızıl Ordusu
tərəfindən amansızlıqla yatırılmışdı. Bütün bu üsyanlar sübut edir ki, əhalinin
müəyyən təbəqələri Sovet hökumətinin yeritdiyi siyasətdən narazı idilər.
Azrbaycan əhalisi çoxmillətli idi.Azəri türklərindən əlavə burada erməni,rus,
gürcü, ləzgi,ukraynalı,kürd,yəhudi və talışlar da yaşayırdılar.Lakin ötən dövr
ərzində milli münasibətlər olduqca kəskinləşmişdir.Ermənistanın başladığı təcavüz
xalqımızın həyatında dərin iz buraxmışdı.Milli münasibətlərin çox mürəkkəb
olduğu bir şəraitdə ilk növbədə respublikada yaşayan xalqlar arasında milli sülh
yaradılmasına başlamaq lazım idi. Ona görə də bütün millətlərin nümayəndələrinin
yeni respublika qurucaluğuna cəlb edilməsinə xüsusi diqqət yetirilirdi.1920-ci ilin
iyulunda Az.KP MK-si yanında milli azlıqlar şöbəsi yaradıldı.Milli azlıqlar
arasında mədəniyyət-maarif işinin təşkilinə xüsusi diqqət yetirilirdi. Milli azlıqlar
şöbələri məktəblər, kitabxanalar və digər mədəni – maarif idarələri açır, yeni
dərsliklər və ədəbiyyat nəşr olunurdu.Pedaqoji kadrlar hazırlamaq məqsədilə
tədrisin ana dilində aparıldığı xüsusi kurslar açılmışdı.
Respublikada yaşayan digər milli azlıqların hüquq və mənafelərinin hər
vasitə ilə qorunmsı hökumətin milli siyasətinin əsasını təşkil edirdi. Məsələn,
hökumət vətəndaş müharibəsi dövründə Muğanda dağıdılmış rus kəndlərinin
220
bərpasına hər cür yardım göstərirdi. Bu kəndlərin əməkçi kəndlilərinə pul, iş
heyvanı və kənd təsərrüfatı alətləri verilirdi.
Dağlıq Qarabağda azərbaycanlılarla ermənilər arasında dinc münasibətlər
bərpa olundu.Torpağın əməkçi xalqa verilməsi Azərbaycan qəzalarında normal
milli münasibətlər yaradılmasında mühüm rol oynadı.
Çoxmillətli ölkədə yeni cəmiyyət quruculuğu buradakı bütün millətlərin
və xalqların zəhmətkeşlərinin sıx iqtisadi əməkdaşlığının təmin olunmasını tələb
edirdi.Cənubi Qafqaz respublikaları vahid iqtisadi məkan idi. Ona görə də bu
respublikaların iqtisadi ittifaqı məsələsi qarşıda dururdu.
1921-ci ilin aprelində Qafqaz respublikalarını vahid bir təsərrüfat
mərkəzi hallında birləşdirmək məsələsi qarşıya qoyuldu.
1922-ci il martın 12-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan
nümayəndələrinin səlahiyyətli konfransı Zaqafqaziya Sovet Sosialist Respublika-
larının Federativ İttifaqını (ZSSPFİ) yaratdı.
1922-ci ilin yayından etibarən bu ittifaqın Zaqafqaziya Sovet Federativ
Soialist Respublikasına çevrilməsi və bunun SSRİ-yə daxil edilməsi uğrunda
kompaniya başladı. Dekabırın 30-da Ümumittifaq Birinci Sovetlər qurultayında
Sovet respublikalarının səlahiyyətli nümayəndələri SSRİ-nin yaradılması haqqında
müqavilə imzaladılar. SSRİ-yə RSFSR. Ukrayna SSR Belorusiya SSR və ZSFSR-
daxil oldular.
Siyasi əhəmiyyətinə və səsial iqtisadi nəticələrinə görə SSRİ-nin
mühüm tarixi rolu oldu. SSRİ Ümumdünya tarixinin müəyyən dövründə güclü
dövlətə çevrilərək, dünya birliyinin inkişafı gedişinə güclü təsir göstərdi.
Lakin sosialist ideyalarının deformasiyaya uğraması,milli siyasətin elan
etdiyi əsl prinsiplərdən geri çəkilməsi, hakim millətçilik şovinizminin güclənməsi
bu dövlətin süqutuna gətirib çıxardı.
221
Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra da, daşnak-
erməni silahlı qüvvələrinin təcəvüzkar hərəkətləri nəticəsində Naxçıvanda
gərginlik hələ də davam edirdi.Buranın əhalisi N.Nərmanova müraciət edərək
Naxçıvanı azad etməyi və Azərbaycanla birləşdirməyi xahiş etdilər.
1920-ci il iyunun 28–də XI Ordunun 1-ci Qafqaz alayı Naxçıvana daxil
oldu və oradan erməni- daşnak işğalçıları qovuldular. Beləliklə Naxçıvan diyarında
da Sovet hakimiyyəti quruldu. Naxçıvan Sovet Sosialist Respublikası elan edildi.
Naxçıvan diyarı haqqında Əsasnamədə deyilirdi:
“Naxçıvan diyarı AZ.SSR-nin qəyyumluğu altında muxtar respublika
elan edilərək Nax.SSR adlandırılsın.”
1924-cü il fevralın 9-da Az.SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı
ilə Naxçıvan diyarının Naxçıvan Muxtar SSR-ə çevrilməsi baş verdi.
Əsasnamənin 2-ci bəndində göstərilirdiki ki, Naxçıvan MSSR Azərbaycan
SSR-in tərkib hissəsidir və Muxtar Respublika kimi onun tərkibinə daxil olur.
Hələ AXC dövründə Dağlıq Qarabağda erməni millətçiləri hər vasitə ilə bu
ərazini Azərbaycandan qoparmağa çalışırdılar. 1919-cu il avqustun 5-də Dağlıq
Qarabağ ermənilərinin qurultayında Azərbaycan hökuməti ilə müvəqqəti saziş
imzalamışdılar. Sazişə görə Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının ermənilər
yaşayan dağlıq hissəsi və onun erməni əhalisi mədəni-milli muxtariyyət əsasında
Azərbaycan Respublikasının tərkibində qalırdı. Lakin daşnak ermənilər həmin
sazişi pozaraq Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına çalışırdılar.
Sovet hökuməti qurulduqdan sonra ermənilər bu məsələ ilə bağlı daha da
fəallaşdılar. 1923-cü il iyulun 7-də AZ.SSP Mərkəzi İcariyyə Komitəsi “Dağlıq
Qarabağ muxtar vilayətinin” yaradılması haqqında dekret verdi. Şuşa şəhəri və
Xankəndi, Şuşa qəzasında 115 kənd Cavanşir qəzasında 52 kənd, Qaryagın
qəzasından 30 kənd DQMV –nə verildi.
222
Bu ”xəyanətkar səxavətlilik” Azərbaycan millətinin mənafeyinə, Vətənin
gələcəyinə ciddi ziyan vuran bağışlanmaz cinayət idi. Qondarma Dağlıq Qarabağ
problemi şovinist rus imperiyasının Azərbaycan xalqına, onun taleyinə qarşı vaxt
aşırı istifadə etmək üçün bir alət oldu.
1923-cü il iyulun 7-də Pircahan kəndi mərkəz olmaqla Muxtar
Kürdüstan yaratmaq ideyası Ə.H. Qarayev tərəfindən irəli sürülmüşdü. Lakin
1923-cu il iyulun 16 da AzKP MK-si kürdlərin yaşadıqları ərazidə Kürdüstan
qəzası yaratmağı qərara aldı.
Çoxmillətli ölkədə yeni cəmiyyət quruculuğu buradakı millətlərin və
xalqların sıx iqtisadi əməkdaşlığının təmin olunmasını tələb edirdi.
1921-ci ilin martında Azərbaycanın Moskvadakı nümayəndəliyi Cənubi
Qafqaz Respublikalarının birləşmələrinin zəruri olduğu haqqında məsələ
qaldırdı.Bu Cənubi Qafqaz respublikalarının təsərrüfat fəaliyyətinin birləşdirmələri
üçün zəruri idi.Avqustun 7-də bu respublikaların iqtisadi siyasətinin əsas isti-
qamətləri müəyyən olundu.İlk növbədə xalq təsərrüfatının elektirikləşdirilməsinin
həyata keçirilməsi, suvarma sisteminin genişləndirilməsi maliyyə sisteminin
birləşdirilməsi, vahid pul nişanı buraxılması həyata keçirilməli idi.Bütün bunları
əlaqələndirmək üçün iqtisadi Büro yaradıldı.
1921-ci ildən etibarən Yeni İqtisadi Siyasətin (NEP) həyata keçirilməsi
nəticəsində əzaq sapalağı ərzaq vergisi ilə əvəz olundu. Sosialist ukladı getdikcə
digər iqtisadi ukladları sıxışdıraraq aradan çıxarırdı. Dövlət ticarəti və kooperasiya
getdikcə güclənirdi.
1925-ildən başlayaraq sosialist sənayeləşdirilməsi siyasəti yeridilməyə
başlandı.Bu siyasətdə başlıca məqsəd sosializmin maddi-texniki bazasını
yaratmaq, sosialist istehsal münasibətlərini inkişaf etdirmək və ölkənin müdafiə
qabilyətini möhkəmləndirməkdən ibarət idi.
223
1926-cı ildə Respublikanın sənayeləşdirilməsi üzrə komissiya yaradıldı.
Bu komissiyanın sədri Q.Musabəyov idi.Həmin komissiya 1926-30-cu illərdə
Respub-lika sənayesinin inkişafına dair plan layhiəsi işləyib hazırladı. Ən çox neft
sənaye-sinin və pambıqçılığın inkişafına xüsusi diqqət yetirilirdi.
Lakin respublikada sənayeləşmə çox çətin şəraitdə gedirdi. Texniki-
iqtisadi gerilik, müxtəlif ictimi-iqtisadi ukladların olması, sinfi düşmənlərin
müqavimət göstərməsi bu çətinliklərdən idi.
Bu dövrdə işsizlik də hələ ləğv edilməmişdi. Onların sayı 55 minə qədər
idi.(1927-ci ildə)
Azərbaycanda sənayeləşmə sürətlə getdiyi bir dövrdə müxalifət qüvvələri
(Sarkis, A.Babayev, Skublninski və başqaları) sosialist quruluşuna şübhə ilə
yanaşırdılar.
Lakin 1926-1928-ci illərdə artıq sənayeləşmə sahəsində ilk nailiyyətlər
əldə edildi. Gəncədə yağ-sabun kombinatı, Bakıda iri çörək zavodu, Putada neft
quyusu , oksigen –asetilen zavodu işə salındı.1926-cı ildə Bakını neft rayonları ilə
birləşdirə ilk elektrik dəmir yolu hərəkətə başladı.Yeni neft yataqlarının axtarılıb
tapılması sahəsində işlər genişləndi.
1928-1929-cu illərdə Azərbaycanda sənayeləşmənin textiki cəhətdən
yenidən qurulmasının birinci mərhələsi başa çatdı.
Elektrikləşdirmə sahəsində xeyli uğurlar əldə edildi.Salyan,Füzuli və
Şəkidə elektrik stansiyaları tikintisi başa çatdı. Sənayenin inkişafı ilə yanaşı fəhlə
sinifinin də sayı artırdı.1927-ci ildə onların da sayı 47 mindən 200 minə çatdı.
Sənayeləşmə ilə yanaşı kənd təsərrüfatının da sosialistcəsinə yenidən
qurulması prosesi genişlənməyə başladı.Xırda fərdi təsərrüfatlar vasitəsilə şəhər
əhalisini ərzaqla təmin etmək çox çətin idi. Kənddə xüsusi mülkiyyətçilik
münasibətləri sənayenin də inkiçafına maneçilik törədir.1928-ci ildə fərdi kəndli
224
təsərrüfatların sayı 354 minə çatırdı. Bu vəziyyətdən çıxış yolu kollektiv
təsərrüfatların yaradılmasında idi.
1927-ci ildən baçlayaraq kənddə kolxozların yaradılması siyasəti
genişləndi.Bu prosesə rəhbərlik etmək üçün Azərbaycan Mərkəzi Kolxoz idarəsi
yaradıldı. Artıq 1928-ci ildə 289 belə təsərrüfat yaradılmışdı. Eyni zamanda
sovxozlar texniki cəhətdən kolxozlara yardım edirdilər.
Göstərmək lazımdır ki, kolxoz quruculuğu çətin şəraitdə yerinə yetirilirdi.
Kənddə sinfi mübarizə dərinləşir, sovet quruculuğunun qatı düşmənləri olan qol-
çomaqlar kolxoz quruculuğuna qarşı mübarizə aparırdılar. Onlar quldur dəstələri
yradaraq kənd fəallarını öldürür, taxıl zəmilərini yandırr, kolxozun anbarlarını
dağıdaraq sapotajçılıqla məşğul olurdular. Qolçomaqlara qarşı Azərbaycan Dövlət
Siyasi İdarəsi mübarizə aparırdı.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra mədəni quruculuq
sahəsində də mühüm irəliləyişlər oldu.
1920-ci ildən başlayaraq Azərbaycanda savadsızlığın ləğv edliməsi sahəsində
işlər görülməyə başlandı. Bunumla əlaqədar savadsızlığı ləğv edən məktəblər yara-
dıldı.1923-cü ildə Respublika hökuməti yanında Q.Musabəyov başda olmaqla
savadsızlığa qarşı mübarizə Komitəsi yaradıldı.1922-1926-cı illərdə savadsızlığı
ləğv etmə məktəblərində 42,7 minə qədər adam savadsızlığını ləğv etmişdi.
1930-31-ci illərdə respublikada ümumi icbarıi təhsil tətbiq edilməyə
baçlandı.Köhnə məktəblərin əvəzində iki tipli kütləvi təhsil məktəbləri- 5 illik
təhsil müddəti olan bir dərəcəli ibtidai məktəb, 4 illik təhsil müddəti olan iki
dərəcəli məktəb (orta məktəb)yaradıldı. Məktəblərdə dini təlim ləğv edildi.
1925-ci il mayın 25-də Bakıda Azərbaycan müəllimlərinin I qurultayı
keçirildi. Qurultayda respublikada yeni məktəb quruculuğu sahəsində əldə edilmiş
uğurlara yekun vuruldu.
225
Xalq təhsilinin inkişafında əlifba islahatının həyata keçirilməsinin mühüm
rolu olmuşdur.1929-cu il yanvarın 1-dən latın əlifbası qəbul olundu. Lakin təəsüf
ki, 1940-cı il yanvarın 1-dən rus-kirill əlifbaslna keçid o qədər də məqsədə uyğun
deyildi və bu siyasət bilavasitə Moskvanın göstərişi ilə həyata keçirilmişdi.
Bu dövrdə mədəni-maarif müəssisələrinin genişləndirilməsi sahəsində də
müəyyən içlər görüldü. Mədəni-maarif işində qiraət evlərinin,qırmızı guşələrin,
kitabxana və klubların təşkil edilməsi əsas yer tutrdu .
1920-ci ildə Bakıda ilk dəfə Əli Bayramov adına Mərkəzi klub yaradıldı. Bu
klubun yaxın qəzalarda 17 şöbəsi fəaliyyət göstərirdi. Həmin klubların nəzdində
ümum-təhsil və peşə kursları,məktəblər,sənətkarlıq,tikinti,toxuçuluq və
s.emalatxan-lar,musiqi,qram dərnəkləri fəaliyyət göstərirdi.
1925-ci ildə Respublikada 75 kütləvi kitabxana fəaliyyət göstərirdi.
Bu dövrdə mətbuat və nəşriyyat işi də inkişaf stməyə başladı.Respublikada
qəzet və jurnallar şəbəkəsi xeyli genişləndi. “Yeni yol”, “Molla Nəsrəddin”,
“Maarif və mədəniyyət” jurnalları çap edilməyə başladı.
Bu dövrdə orta ixtisas və ali təhsilin də inkişafına diqqət
yetirilirdi.1926/27-ci tədris ilində respublikada 39 pedaqoji, kənd təsərrüfatı,
sənaye tex-niki, nəqliyyat,tibb üzrə orta ixtisas məktəbi fəaliyyət göstərirdi.1920-ci
ildən BDUyeni inkişaf mərhələsinə qədəm qoydu.Yeni fakültələr-fizika-riyaziyyat
və şərqşünaslıq fakültəsi açıldı.
1921-ci ildə Azərbaycan Politexniki institutu yaradıldı. Onun tərkibində
texnologiya, mühəndis-inşaat və kənd təsərrüfatı fakültələri yaradıldı. Sonralar
1929-cu ildə kənd təsərüfatı fakültəsi əssında Gəncədə Kənd Təsərrüfatı İnstitutu
yaradıldı.
1921-ci ildən Azərbaycan Dövlət Pedoqoji İnstitutu fəaliyyətə başladı.1922-ci
ildə Qadın Pedoqoji İnstitutu da təşkil edildi və sonralar APİ ilə birləşdi.
226
Ümumiyyətlə 1926/27-ci tədris ilində Respublikada fəaliyyət göstərən 5
ali məktəbdə 5351 nəfər tələbə təhsil alırdı.
Azərbacanın sosial və iqtisadi inkişafında 30-cu illərdə çox böyük
irəliləyişlər olmuşdur.1928-32-ci illərə dair birinci beşillik plan vaxtından qabaq
yerinə yetirildi.Neft və digər sənaye sahələri, aqrar sahədə böyük inkişaf nəzərə
çarpırdı.
Xalq təsərrüfatının yenidən qurulmasının həlledici mərhələsi başa çatır,
sosializmin maddi-texniki bazası daha da möhkəmlənirdi. Sosialist iqtisadi və
sosial münasibətləri şəriksiz hökmranlıq edir, bütün istismarçı siniflər ləğv
olunurdu.
Bununla belə, sosializm quruculuğu prosesi ilə yanaşı inzibati-anirlik
idarəetmə sisteminin törətdiyi narazılıqlar da artmaqda idi.
Bu narazılığı aradan qaldırmaqdan ötrü KP-sı “sıralarını təmizləmək”
haqqında qərar verildi”. Təkcə 1933-34 –cü illərdə iki mindən çox kommunist
partiya sıralarından çıxarıldı. Partiyadan çıxarılanların əksəriyyətini
azərbaycanlılar təşkil edirdi.
30-cu illərin ikinci yarısından respublika rəhbərliyində yaranmış mühit,
xüsusilə azərbaycanlılara qarşı düşmənçilik mövqeyində duran ermənilərin partiya
və güc strukturlarında cəməlşməsinə gətirib çıxardı. Bu siyasət azərbaycanlıları
respublikanın ictimai siyasi həyatından təcrid etməyə, fürsət düşdükdə onları fiziki
cəhətdən məhv etməyə yönəldilmişdi.
SSPİ –də sosializm cəmiyətinin qurulması, 20-30-cu illərdə olkənin
iqtisadiy-yatında, onun sinfi tərkibində əmələ gəlmiş əsaslı dəyişikliklər 1924-cü
ildə Sovet Konstitusiyasında qəbul edilmiş müddəalara yenidən baxılmasını tələb
edirdi.
227
1936-cı il noyabrın 17-də AZ.SSP IX Sovetlər Qurultayı çağrıldı və orada AZ.
SSP-in yeni Konstitusiyasının ümumxalq müsakirəsi dinlənildi və həmin layihə
bəyənildi. Həmin layihənin müzakirəsində 1 milyondan çox adam iştirak etmişdi.
Qurultay həmçinin ZSFSR-in ləğv edilməsi haqqında məsələni də
müzakirə etdi.
1937-ci il martın 14-də IX Sovetlər Qurultayı öz işini davam
etdirərək ,AZSSP –ni Yeni Konstitusiyanı qəbul etdi.
Çoxmillətli ölkədə sosial və iqtisadi dəyişikliklər prosesində milli məsələ
obyektiv olaraq öz əhəmiyyətini itirmişdi. Sosializm quruculuğunda milli amilin
təhrif olunması əhalisi müsəlman olan respublikakalarda xüsusilə aydın şəkildə
təzahür edirdi.
Azərbaycanda milli özündərkin hər cür təzahürü əksər hallarda millətçilik
damğası ilə kökündən kəsilir,onu az çox özündə əks etdirən elmi və ədəbi əsərlər
tənqid atəşinə tutulurdu.
Ölkədə avtoritar idarəçilik güclənir, rəhbər xadimlərin –Stalinin, Bağırovun
şəxsiyyəyinə pərəstiş daha da güclənir,idarəetmədə daha çox istifadə edilirdi.
Beləliklə vicdanlı komminstlərə,partiya və dövlət xadimlərinə,elm və
ədəbiyyat xadimlərinə qarşı geniş hücumlar başlandı.Ən yaxşı ziyalı
nümayəndələrin güllələnməsi,sürgün edilməsi ilə müşaiyət olunan represiyyalar
başlandı.
1937-ci ilin mayında XII Bakı partiya konfransında M.C.Bağırov bir çox
qocaman partiya üzvlərinin ideyaca darmadağın edilməsi üçün çağırışı kütləvi
cəzaları həyata keçirmək üçün bir çağırış oldu.
Bağırov və onun əlaltıları Sumbatov –Topuridze, Markaryan,Yemelyanov,
Qriqor-yan, Borşov kimi adamlar siyasi vəziyyətdən istifadə edərək Azərbaycanın
görkəmli oğullarını məhv etdilər.
228
Respublikanın görkəmli partiya və dövlət xadimləri R.Axundov,
D.Bünyad-zadə, M.D.Hüseynov,Ç.İldrım,Ə.H.Qarayev,H.Sultanov kimi
şəxsiyyətlər repres-siya qurbanı oldular.
Repressiya elm və mədəniyyət xadimlərinə qarşı da yünəldilmişdi.1937-ci ildə
H.Cavid, M.Müşfiq, Y.V.Çəmənzəminli, V.Xululu, Əhməd Cavad, T.Şahbazi
(Simurq), B.Çobanzadə və başqaları həbs edilərək ya güllələnmiş, ya da Sibirə və
uzaq Şərqə sürgün edilmişdilər.
Təkcə 1937-ci ildə Azərbaycanda “xalq düşməni” kimi 29 min nəfər
güllələnmiş və ya sürgün edilmişdi.
Ümumiyyətlə 1937-38-ci illərdə Azərbycanda 70 mindən çox insan –sadə
əməkçi, rəhbər, ziyalı represiyanın qurbanı olmuşdu.
Əslində bu Azərbaycan millətinin qatı düçmənləri tərəfindən etnik
düşmənçlik məqsədilə məhv edilməsi idi. Belə bir kədərli faktla sübut olunur ki,
Azərbaycandakı 51 rayondan 31-də daxili işlər idarəsinin baçında ermənilər
dururdular.
Beləliklə XX əsrin 30-cu ullərində milyonlarla adam Stalinin şəxsiyyətə
pərəstişinin qurbanı olmuşdur. Bunun isə ölkənin gələcək iqtisadi,siyasi,mədəni və
hərbi inkişafı üçün çox ağır nəticələri oldu.
229
XVII MÖVZU
Azərbaycan ikinci Dünya müharibəsi illərində.(1939 – 1945-ci illər)
PLAN
1.Azərbaycan ikinci Dünya müharibəsi illərində
2.Azərbaycan vətəndaşları partizan, müqavimət və milli –azadlıq hərəkatlarında.
3.Xalq təsərrüfatı müharibə illərində
ƏDƏBİYYAT
1.Azərbaycan tarixi.VII cilddə, VII cild.Bakı, 2008, səh II-297.
2.Siyasi tarix.(müh.kursu) II hissə,Bakı, 1995, səh.44-51.
3.Siyasi tarix. (dərs vəsaiti) II hissə, Bakı, 1998, səh.67-100
4.Mədətov Q. Azərbaycan Böyük Vətən müharibəsi illərində. Bakı,
1965, səh,10-33.
5.Orucov Q.S. Azərbaycan Qafqaz döyüşlərində.Bakı, 1984, səh.7-17.
230
Mövcud nüfuz dairələrini, xammal və satış bazarlarını yenidən bölüşdürmək
uğrunda mübarizə güclənmişdi. Versal-Vaşinqton sisteminin sərt, ağır və ədalətsiz
şərtlərindən narazı olan Almaniya və Yaponiyada millətçilik, irqçilik və qisasçılıq,
İtaliyada revanşizm meyli şiddətlənmişdi. SSRİ Şərqi Avropanı ələ keçirməyə,
Qara dəniz boğazlarında, Ön və Cənubi Asiyada, Uzun Şərqdə nüfuz dairəsini
genişləndirməyə çalışırdı. Böyük Britaniya, Fransa və ABŞ öz xammal və satış
bazarlarını, nüfuz dairələrini qoruyub saxlamaq əzmində idilər. İkinci Dünya
müharibəsinin səbəblərindən biri də liberal-demokratik dövlətlərin totalitar
rejimləri – faşizmi və kommunizmi, nasizmi və bolşevizmi bir-birinə qarşı qoyub
zəiflətmək və məhv etmək cəhdi idi.
İkinci Dünya müharibəsini xronoloji baxımdan üç böyük dövrə bölmək olar.
Birinci dövr 1939-cu il, sentyabrın 1-dən 1942-ci ilin iyun ayınadək davam
etmişdi. Bu dövr təcavüzkarın üstünlüyü şəraitində müharibənin miqyasının
genişlənməsi ilə səciyyələnir. İkinci dövr – 1942-ci ilin iyun – 1944-cü ilin yanvar
ayları – təşəbbüskarlıq və üstünlük antihitler koalisiyasının əlinə keçmiş əsaslı
dönüş dövrüdür. 1944-cü ilin yanvarından 1945-ci ilin 2 sentyabrınadək olan
üçüncü dövr faşist bloku dövlətləri ordularının darmadağın edilməsi, təcavüzkar
dövlətlərdə hakim rejimlərin böhranı və dağılması ilə əlaqədardır.
Zəngin təbii sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan İkinci
Dünya müharibəsi illərində də iri dövlətlərin strateji planlarında mühüm yer
tuturdu. Onlar Azərbaycana böyük maraq göstərirdilər, Almaniya Bakı neftini ələ
keçirməklə Şərqə - İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi.
Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin
dəqiq xəritəsi hazırlanmışdı. Nasist rəhbərləridən biri olan Rozenberqin hazırladığı
«Qafqazın idarə olunması planı»na əsasən Azərbaycanda Qafqaz reyx
Komissarlığına tabe olan xüsusi komissarlıq idarə üsulu yaradılmalı idi.
Digər bir plana görə SSRİ məğlub edildikdən sonra onun ərazisində olan türklərin
«Böyük Türküstan» dövləti yaradılmalı idi. Azərbaycan da onun tərkibinə daxil
edilməli idi. Hitlerin «Edelveys» adlanan Qafqaza hücum planında Bakının
231
tutulmasının dəqiq vaxtı da göstərilmişdi. Qafqaza xüsusi maraq göstərən ABŞ və
Böyük Britaniya tərtib etdikləri «Vilvet» planında Azərbaycanı öz nüfuz
dairələrinə çevirmək göstərilirdi. Öz növbəsində SSRİ-nin də azərbaycanlıları
Mərkəzi Asiyaya və Qazaxıstana köçürmək şərtilə Azərbaycanı öz tərkibində
saxlamaq planı var idi.
Sovet Azərbaycanı SSRİ-nin tərkibində olaraq hələ 1939-cu ilin payızından
müharibəyə cəlb olunmuşdu. Onun da igid oğul və qızları sovet-fin müharibəsi
cəbhəsinə getmişdilər. 1941-ci ilin iyununda Sovet İttifaqının Böyük Vətən
Müharibəsi başlanandan sonra o da faşizmə qarşı müharibəyə cəlb olundu.
Azərbaycanda da cəbhəyə kütləvi səfərbərlik elan olundu. Müharibə illərində
Azərbaycan döyüşən cəbhəyə 600 minə yaxın oğlan və qız göndərdi. Ondan 40
mini könüllü olaraq cəbhəyə yollanmışdılar. Azərbaycanlılardan 77-ci, 223-cü,
271-ci 402-ci, 416-cı, diviziyalar formalaşdırıldı. 227-ci və 396-cı diviziyaların
tərkibində də azərbaycanlılar çoxluq təşkil edirdilər.
Azərbaycan oğul və qızları da faşizmə qarşı döyüş cəbhələrində igidliklə
vuruşmuşdular. Onlar fərdi və kütləvi igidliklər göstərmişdilər, 40 nəfər
azərbaycanlı Brest qalasının müdafiəsində iştirak etmiş və son nəfəsinədək qala
uğrunda mərdliklə döyüşmüşdülər. 1941-ci ilin payızında Leninqrad (indi Sankt-
Peterburq) səmasını qoruyarkən Hüseynbala Əliyev misilsiz qəhrəmanlıq
göstərmişdi. O, düşmənin ona qarşı döyüşən 6 təyyarəsindən ikisini məhv etmiş,
17 yara almasına baxmayaraq öz təyyarəsini salamat uçuş meydançasına
endirmişdi. Lakin özü həlak olmuşdu. O, ölümündən sonra Sovet İttifaqı
Qəhrəmanı fəxri adına layiq görülmüşdü
1941-ci ilin dekabrında Novqorod yaxınlığındakı Pustinka kəndi uğrunda
döyüşlərdə kiçik leytenant İsrafil Məmmədov misilsiz igidlik göstərərək
azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq
görülmüşdü.
Şimali Qafqazı faşistlərdən azad etmək uğrundakı döyüşlərdə Azərbaycan
diviziyaları böyük rəşadət göstərmişdilər. 1942-ci ildə 402-ci diviziya Mozdok
ətrafındakı yaşayış məntəqələrinin, 416-cı diviziya Şimali Qafqazın bir sıra yaşayış
232
məntəqələrinin azad edilməsində fəal iştirak etmişdilər. Şimali Qafqaz uğrunda
gedən döyüşlərdə göstərdikləri igidliyə görə Qafur Məmmədov və İdris
Süleymanov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər.
1942-ci ildə Stalinqrad (indi Volqoqrad) uğrunda döyüşlərdə azərbaycanlılar
şücaətlə vuruşmuşdular. Baloğlan Abbasovun snayperlər qrupu, Həzi Aslanovun
tank alayı Stalinqrad döyüşlərində böyük mətanət göstərmişdilər. Stalinqrad
uğrundakı döyüşlərdə göstərdiyi rəşadətə görə 1942-ci il dekabrın 22-də Həzi
Aslanov ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. O ikinci dəfə
Sovet İttifaqı Qəhrəmanı fəxri adına Berezina çayını keçərək Pleşeni şəhərini,
habelə 508 yaşayış məntəqəsini azad etdiyinə görə almışdı. Bu barədə fərman onun
ölümündən 47 il sonra 1991-ci ildə həyata keçirilmişdi. 1943-cü ildə Ukraynanın
azad olunması uğrunda döyüşlərdə, xüsusən Dnepr çayını keçməkdə göstərdikləri
misilsiz rəşadətə görə M.Məhərrəmov, M.Ələkbərov, Ə.Məmmədov, F.Səfərov
Sovet İttifaqı Qəhrəmanı fəxri adını almışdılar.
Müxtəlif cəbhələrdə faşist qoşunlarına qarşı döyüşlərdə göstərdikləri rəşadətə görə
416-cı diviziya «Taqanroq diviziyası», döyüşçülərinin əksəriyyətini
azərbaycanlılar təşkil edən 227-ci diviziya «Temryuk divİziyası», 271-ci diviziya
«Qarlov diviziyası», 77-ci diviziya «Simferopol diviziyası» və 223-cü diviziya
«Belqrad diviziyası» adını qazanmışdılar. 223-cü və 416cı diviziyalar Odessa və
Kişinyovu, 271-ci diviziya Polşa və Çexoslovakiyanı, 223-cü diviziya
Yuqoslaviyanı azad etməkdə fəal iştirak etmişdilər. 416-cı diviziya Qafqazdan
Berlinə kimi böyük döyüş yolu keçmiş, Berlinin zəbt olunmasında iştirak etmişdi,
Polşa və Çexoslovakiyanın faşistlərdən təmizlənməsi uğrundakı döyüşlərdə
göstərdikləri igidliyə görə Ziya Bünyadov da daxil olmaqla 20 nəfər azərbaycanlı
Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər.1944-cü ildə Şimali
Transilvaniyanın Mağara şəhəri uğrunda döyüşlərdə göstərdiyi misilsiz igidliyə
görə Gəray Əsədov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq
görülmüşdü.
Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal
iştirak etmişdilər. Onlar Krımda, Ukraynada, Belorusiyada, Şimali Qafqazda,
233
Baltikyanı ölkələrdə, Polşada, Çexoslovakiyada, Macarıstanda, Yuqoslaviyada və
İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında
igidliklə vuıuşmuşdular. İsmayıl Əliyev Smolensk vilayətində fəaliyyət göstərən
partizan briqadasının qərargah rəisi, Məmməd Əliyev Krımda partizan dəstəsinin
başçısı, Ələkbər Əliyev Belorusiyada «Dyadya Kolya» partizan birləşməsinin
qərargah rəisi olmuşdu. Ukraynada 400 azərbaycanlı partizan dəstəsi təşkil
etmişdilər. 1942-ci ildə Polşada faşist hərbi əsir düşərgəsində Hadi Qiyasbəyovun
və Mirzəxan Məmmədovun başçılığı ilə gizli təşkilat yaranmışdı.
Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində,
xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdilər. Onlardan Fransa
müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adı yaddaşlarda daha
çox qalmışdır. O, «Armed Mişel» (Xarqo) adı ilə müqavimət hərəkatında fəal
iştirakına görə Fransanın 5 ordeni və en yüksək fəxri adı - «Fransanın Milli
Qəhrəmanı», şəxsi igidliyinə görə paradda əskərə generaldan qabaqda getmək
hüququ verən hərbi medalı ilə də təltif olunmuşdu.
Azərbaycanın igid oğlu Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada faşistlərə
qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi. O, Yuqoslaviya Xalq
Azadlıq Ordusunun kəşfiyyat təxribatçı qrupuna rəhbərlik edərək 1000 nəfərdən
çox fa-şist zabitini məhv etmiş, 700 nəfər hərbi əsiri azad etmişdi. 1944-cü ildə
faşistlərlə qeyri-bərabər döyüşdə həlak olmuşdu. 1957-ci ildə ona ölümündən sonra
Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi.
Partizan dəstəsində onunla yanaşı T.Əliyev, D.İsmayılov, Ə.Məmmədov,
M.Seyidov və b. da döyüşmüşdülər. Bunlardan başqa Yuqoslaviya Xalq Azadlıq
ordusu sıralarında onlarla azərbaycanlı faşizmə qarşı vuruşmuşdu. Onlardan 50
nəfəri Yuqoslaviyanın orden və medallarına layiq görülmüşdülər. Onlardan
partizan qərargahının rəisi D.Həkimli, bölmə komandirləri M.Abdullayev və
A.Məmmədov, pulemyotçu V.Hüseynov, həkim R.Ağazadə, feldşer M.Qulubəyov
və b. fərqlənmişdilər.
İtaliyada partizan dəstələrində vuruşan Ə.Babayev, H.Nadirov, M.Nəzərov,
İ.Məmmədov, V.Hüseynov, Ş.Məcidov, A.Mirzəyev, M.Nəcəfov, H.Əskərov,
234
M.Abdullayev, S.Səfıyev və b. Şimali İtaliyanın azad edilməsində fəal iştirak
etmişdilər. Əli
Babayev Qaribaldi adına batalyonun komandiri olmuş, «Hərbi şücaətinə görə»
gümüş medalla təltif olunmuşdu. Vilayət Hüseynov İtaliya faşistlərinin lideri
B.Mussolini həbs edənlərdən biri olmuşdu.
Azərbaycandan cəbhəyə səfərbər edilmiş 600 minə yaxın adamdan 200 mindən
çoxu həlak olmuş və itkin düşmüşdü. Müharibə cəbhələrində göstərdikləri şücaətə
görə xalqımızın 121 nəfər mərd oğlu Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq
görülmüşdü.
Müharibə illərində azərbaycanlılar antisovet hərəkatında da iştirak etmişdilər.
Baltikyanı ərazilər uğrunda gedən döyüşlər zamanı əsir düşən Əbdürrəhman (Əbo)
Fətəlbəyli Düdənginski Hitlerin razılığı ilə azərbaycanlılardan ibarət hərbi dəstələr
yaratmışdı. Azərbaycanlılardan yaradılan hərbi legion Fransanın cənubunda
müttəfiqlər əleyhinə döyüşlərdə iştirak etmişdilər.
Hitler hökumətinin Şərq nazirliyi 1941-ci ilin payızında M.Ə.Rəsulzadəni
Almaniyaya dəvət etmişdi. Onunla azərbaycanlı əsirlərin azad edilməsi, onlardan
milli ordu yaradılması məsələləri müzakirə edilmişdi. Hitler 1941-ci il dekabrın
22-də başqa milli hərbi hissələrlə yanaşı, Qafqaz müsəlmanlarından xüsusi hərbi
hissə yaradılması barədə əmr vermişdi. Qafqaz müsəlmanlarından təşkil edilmiş
hərbi hissələr 1942-ci ilin yayında Qafqaz cəbhəsindəki döyüşlərdə iştirak
etmişdilər. Azərbaycanlılardan təşkil olunmuş 7 min nəfərdən çox döyüşçüsü olan
«Aslan», «Dönməz», «Qafqaz», «Vətən» və b. hərbi dəstələr də bu döyüşlərdə
iştirak etmişdilər.
1943-cü ilin yazında antisovet hərəkatına rəhbərlik etmək üçün Berlində Milli
Azərbaycan Komitəsi yaradılmışdı. Həmin ilin may ayında xüsusi azad türk
diviziyası (162-ci piyada diviziyası) yaradılmışdı. Diviziyanın tərkibində
Azərbaycan legionu da var idi.
Hitlerin Azərbaycanı işğal etmək niyyətlərindən xəbər tutan M.Ə.Rəsulzadə
hitlerçilərlə əlaqəni kəsmişdi. O, Almaniyanı tərk etməli olmuşdu. 1943-cü
ilin payızında Hitler hökumətinin himayəsi ilə Berlində Azərbaycan parlamenti
235
və hökuməti yaradılmışdı. Ona Əbo bəy Fətəlibəyli Düdənginski başçılıq
etmişdi. Bu hökumət 1944-cü ilin qışınadək fəaliyyət göstərmişdi.
1942-ci ilin iyul ayında DTK-nin işçisi erməni Aruşanovun uydurma ittihamı
əsasında Bakının müxtəlif Ali və Orta ixtisas məktəblərindən olan 8 nəfər
tələbə həbs olunmuşdu. Onlar əsassız olaraq antisovet millətçi təşkilat
yaratmaqda təqsirləndirilmişdilər. Erməni müstəntiqləri Aruşanovun,
Qriqoryanın və Arustamovun əsassız ittihamnaməsi əsasında onlar 1942-ci
ilin oktyabrın 31-də mühakimə olunmuşdular. Mühakimə prosesi cəmi 45
dəqiqə çəkmişdi. Mühakimə olunanlardan İsgəndərov Süleyman ƏliAbbas oğlu,
Tağıyev Ələsgər Əli Səttar oğlu və Rzayev Məmmədhüseyn Həbib oğlu
məhkəmənin hökmü ilə 1942-ci il dekabrın 24-də güllələnmişdilər. Mustafayev
Çingiz Seyfulla oğlu, Ağayev Hüseynağa Mirhəşim oğlu, Məmmədov Ağa Ələsgər
Rza oğlu, Rzayev Saleh Əbdülhüseyn oğlu və Mehdiyev Zaman Zeynal oğlu 10 il
müddətinə azadlıqdan məhrum edilmişdilər. Həmin işdə adları çəkilən Həbibzadə
Şükür 1942-ci ilin noyabrında 8 il həbsə və Rüstəmov Ramiz isə dekabr ayında
güllələnməyə məhkum olunmuşdu. Lakin 1943-cü ilin fevralında onun cəzası 10 il
həbslə əvəz edilmişdi. Lakin sonradan apardan yoxlamalar nəticəsində sözügedən
iş üzrə hökmün əsassız və uydurma olduğu sübuta yetirilmiş, 1960-cı il yanvarın 5-
də isə ona xitam verilmişdir.
Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə
uyğun qurulmuşdu. Fəhlə və qulluqçular üçün iş günü 11-12 saata qaldırılmışdı.
Məzuniyyətlər ləğv olunmuşdu. Ərzaq və çox işlənən sənaye məhsullarının
satışı üzrə kartoçka sistemi tətbiq edilmişdi. Orduya səfərbər edilmiş işçilərin
yerinə qadınlar və yeniyetmələr cəlb olunmuşdular. Müharibənin ilk ilində neft
sənayesində işləməyə 11 min qadın gəlmişdi. Gənclərdən ixtisaslı kadrlar
hazırlanması genişləndirilmişdi.
Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdılar. O zaman
SSRİ-nin əsas duru yanacaq-neft bazası olan Bakının rolu artmışdı. Müharibə
illərində Bakı ölkə neftinin 70-75 faizini, benzinin 85-90 faizini verirdi. Motorlu
hərbi texnika demək olardı ki, əsasən Bakının verdiyi yanacaqla işləyirdi. 1941
236
1945-ci illərdəBakıölkəyə75 milyon ton neft, 22 milyon ton benzinvermişdi.
Bakıdöyüşənordununcəbbəxanalarındanbirinəçevrilmişdi.Bakıda «Katyuşa»
raketi, «Şpakinpulemyotu» istehsaledilir, «YAK - 3»
qırıcıtəyyarəsiyığılırdı.ÜmumənBakıda 130-dan
çoxsilahvəonunhissələrihazırlanırdı.
Azərbaycanınkəndəməkçiləridəmüharibəillərindədöyüşəncəbhəyəəllərindəngələnie
tmişdilər.Onlarölkəyə 500 min ton
pambıqvədigərstratejixammalməhsullarıvermişdilər.
Azərbaycan dəmiryolçuları müharibə illərində “LEND-LİZ” yolu ilə ABŞ və
Böyük Britaniyadan,İran körfəzindən və İran ərazisindən SSRİ-yə daşınan hərbi
sursat,sənaye və ərzaq mallarının təyinat yerlərinə çatdırılmasında fədəkarlıq
göstərmişlər.
Azərbaycan ziyalıları da müharibədə qələbəyə öz töhvələrini vermişdi-lər.
Azərbaycan alimləri izrehli texnikaya qarşı top gülləsi, özüidarə olunan bombalar,
tanka qarşı elektrik minaları, çoxpiləli minalar və s.hazırlamışdılar.
Y.Məmmədəliyevin rəbərliyi altında br qrup kimyaçı alim yüksək oktanlı
aviasiya yanacağı əldə etmişdi. Onun rəhbərliyi altında yeni zavod işə salınmışdı.
Ümumən,Y.Məmmədəliyevin rəhbərliyi altında kimyaçı alimlər müharibə illərində
38 növ sürtki yağı, 9 adda yüksək oktanlı təyyarə benzini və 8 növ dizel yağı
istehsalını təşkil etmişdilər.
Bakının elmi labaratoriyalarında tank əleyhinə yandırıcı və partlayıcı
maddələr istehsal olunurdu. Bu maddələrin alnmasında akademik Əli Quliyevin
misilsiz xidmətləri olmuşdur.Hətta o, kəşf etdiyi partlayıcı maddəni sınaqdan
keçirərkən baş vermiş partlayış nəticəsində qolunun birini itirmişdir.
Geoloq alimləri tərəfindən bu dövrdə 6 neft yatağı kəşf olunmuşdu.Mirəli
Qaşqyın və Şamil Əzizbəyovun rəhbərliyi ilə odadavamlı gil, fosvorit vəs.
yataqlar kəşf edilmişdi.
237
Tibb sahəsində akademik M.Topçubaşov cərrahiyyə böyük yeniliklər
gətirmişdi. Məhz onun şəfalı əlləri hesabına minlərlə əsgər və zabit yenidən döyüş
cəbhələrinə qayıtmışdılar.
Müharibə illərində məktəbləri pedaqoji kadrlarla təmin etmək üçün 1941-
ci ildə Qazaxda, Qubada, Naxçıvanda, Xankənddə, Ağdamda ikilik müəllimlər
institutları, Cəlilabad və Laçında pedoqoji məktəblər açılmışdı.
Müharibə illərində yaradıcı ziyalılar-yazıçılar, şairlər, bəstəkarlar,
rəssamlar qələbə naminə əllərindən gələni etmişdilər.Onlar öz əsərlərində
insanlarda Vətənə məhəbbət, düşmənə nifrət hissləri aşılayır, faşizm üzərində
qələbəyə inam yaradırdılar. Bundan başqa onlar vaxtaşırı döyüş cəbhələrinə gedir,
əsgərlər və zabitlər qarşısında çıxışlar edərək onların qələbə əzmini
qüvvətləndirirdilər.Bu sahədə şair və yazıçılardan S.Vurğun,S.Rüstəm, M.Rahim,
R.Rza, Ə.Vəliyev və başqalarının unuduımaz xidmətləri olmuşdur. Azərbaycan
ruhaniləri də xalqın düşmən qarşı mübarizyə səfərbər edlməsndə fəal iştirak
etmişdilər. Müharibədə qələbənin başlıca rəhnini xalqın ordu ilə birgə olması, ön
cəbhə ilə arxa cəbhə arasında əlaqənin möhkəmliyi təşkil edirdi. Arxa cəbhə daim
ön cəbhə üçün möhkəm dayaq olmuşdu. Əhali iqtisadiyyatı inkişaf etdirməklə
yanaşı, cəbhəyə təmənnasız köməyini əsirgəməmişdi. Müharibə illərində
Azərbaycanın fəhlə və kəndliləri, ziylıları müdafiə fonduna şəxsi əmlaklarından
15,5 kq qızıl, 952,5 kq gümüş, 295 milon manat pul, 15 milyon manatlıq qızıl
istirqaz vermişdilər.
1942-ci ildə respublika zəhmətkeşləri cəbhəyə iki min bağlama və 146
vaqon ərzaq göndərmişdilər. 1941-1993-cü ilərdə hərbi döyüşçülərə 1601 min isti
geyim, sırıqlı, gödəkcə, keçə çəkmə, corab, əlcək, qulaqlı papaq və
s.göndərilmişdi.
Müharibə dövründə, xüsusən 1941-1942-ci illərdə Azərbaycanda
vətəndaşların şəxsi qənaətləri hesabına tank dəstələri və hava eskadronları
yaratmaq hərəkatı geniş vüsət almışdı.
238
Alimlər, ədəbiyyat və incəsənət xadimləri, istehsalat qabaqcılları tank
kolonları və hava eskadronları fonduna öz şəxsi qənaətləri hesabına 215 milyon
rubl vəsait vermşdilər.
Resoublikanın kənd əhalisi şəxsi təsərrüfatından Qırmızı Ordu fonduna
18 min baş iribuynuzlu heyvan, 152 min pud taxıl, 170 min digər kənd təsərrüfatı
məhsulları vermişdilər.
Beləlklə,Azərbaycanın arxa cəbhəsi də İkinci Dünya müharbəsində SSRİ-
nin faşizm üzərində qələbə çalmasında çox mühüm rol oynayan Bakı öz layiqli
qiymətin almamışdı. O,əslində qəhrəman şəhər olsa da, ancaq Lenin Ordeni ilə
təltif edilmişdi.
Qələbənin təmin edilməsində Azərbaycanın böyük xidmətləri haqqında xalqımızın
ümummilli lideri Heydər Əliyev demişdir: "Əgər Bakının nefti olmasa idi, Sovetlər
İttifaqının qələbəsi mümkün deyildi". Heydər Əliyev başqa bir çıxışında
xalqımızın xidmətləri haqqında demişdir: "Tarix bu gün də bilməlidir ki, İkinci
dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox
böyük olmuşdur".
Heydər Əliyev 2003-cü ilin 25 fevralında Vaşinqtonda "Şərq-Qərb enerji dəhlizi
reallıqdır" mövzusunda beynəlxalq konfransda nitqində demişdir: "Çoxları indi də
deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci dünya müharibəsində SSRİ-nin
İngiltərə-Amerika koaliyasiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi
mümkün olmazdı".
239
Mövzu:18
II Dünya müharibəsindən sonra Azərbaycanda
sosial-iqtisadi və siyasi vəziyyət
PLAN
1. Müharibədən sonra Azərbaycanda sosial –iqtisadi və siyasi vəziyyət.
2. Azərbaycan–Ermənistan münasibətləri. Azərbaycanlıların Ermənistandan
kütləvi surətdə deportasiyası
3. Müharibədən sonra Cənubi Azərbaycanda demokratik və milli-azadlıq
hərəkatı.
ƏDƏBIYYAT
1. Azərbaycan tarixi .VII cilddə, VII cild, Bakı,2008,səh.200-297
2. Məmmədov İ. Məmmədov C.Azərbaycan tarixi .Bakı,2009,səh.176-200.
3. Mustafazadə T.Umumi tarix, IV cild, Bakı,1997.
4. Siyasi tarix (dərs vəsaiti) II hissə,Bakı,1998 səh. 86-100
5. Əliyev H.Ə.Müstəqilliyimiz əbədidir.I,II,cildlər,Bakı, 1997.
6. Əliyev H.Ə.”1948-1953-cü-illərdə azərbaycanlıların Ermənistandan kütləvi
surətdə deportasiyası haqqında”18 dekabr, 1997-ci il fərmanı
“Azərbaycan”qəzeti, 19 dekabr 1997-ci il .
7. Rəhimli Ə.Güney Azərbaycanda milli demokratik hərəkat (1941-1946), Bakı,
2003.
8. Didərginlər. Bakı,1990.
240
Müharibə Azərbaycanın da sosial-iqtisadi durumuna güclü zərər vurmuşdu.
Sənaye məhsulu 1945-ci ildə 1940-cı ilə nisbətən 22 faiz, neft istehsalı təqribən
yarıbayarı azalmışdı. Kənd təsərrüfatındada ciddi geriləmə baş vermişdi. Pambıq
istehsalı 1940-cı ilə nisbətən təqribən 3 dəfə, xam ipək istehsalı 2 dəfə azalmışdı.
Əhalinin sayı 1940-cı ildəkindən (3304,1min) 17,65 faiz fəhlə və qulluqçuların
sayı 60 mindən çox azalmışdı.
Müharibədən sonra Azərbaycanda təsərrüfatın bərpa və inkişaf etdirilməsinə
başlandı. Tezliklə təsərrüfatın bütün sahələri dinc quruculuq müstəvisinə keçiril-
məli və sonra inkişaf etdirilməli idi. Bu vəzifələr 1946—1950-ci illəri əhatə edən
dördüncü beşillik planda öz əksini tapmışdı. Həmin plana görə sənaye məhsulu
istehsalı müharibədən əvvəlikinə nisbətən18 faiz, kənd təsərrüfatı istehsalı isə 28,2
faiz artmalı idi.
1946-cı ildə xalq təsərrüfatının dinc quruculuq müstəvisinə keçirilməsi
vəzifəsi həyata keçirdi.1948-ci ildə isə Azərbaycanda sənaye məhsulu istehsalı
müharibədən əvvəlki səviyyəyə çatdırdı.1946-1950-ci illərdə Buzovna, Maştağa
(1945), Gürgan-dəniz, Hövsan və Umbakı (1948-1950),Neft daşları (1950)yeni
neft və qaz yataqları kəşf edirdi.1948-ci ildə dünyada ilk dəfə açıq dənizdə neft-
mədən estakadaları quruldu. 1949-cu il noyabrın 7-də Xəzərdə qazılan neft quyusu
fontan vurdu.
Xəzər nefti SSRİ-yə xidmət etməyə başladı. İndi Bakı –Tbilisi-Ceyhan neft
kəmərinin çəkilməsinin başa çatması ilə o, dünyaya xidmət edir.1950-ci ildə
estakadaların uzunluğu 18,9 km-ə çatdırıldı.
Müharibədən sonrakı ilk onilliyin axırında (1945-1955-ci illər) neft hasilatı
116,6 milyon tona çatdırdı.1946-1950-ci illərdə neft emalı zavodları yenidən qu-
ruldular.1946-1950-ci illərdə respublikada sənayenin ümumi məhsulu 78 faiz artdı.
Neft hasilatı 28 faiz, qaz çıxarılması 26 faiz çoxaldı.1946-1950-i illərdə neft
emalının həcmi 1,3 dəfə artdı.
241
Həmin illərdə polad əridilməsi 89 faiz, prokat istehsalı 70 faiz, elektirik ener-
jisi hasilatı 76 faiz, sement istehsalı 48 faiz artdı. Müharibədən sonra Sumqayıt,
Mingəçevir, Daşkəsən kimi sənaye şəhərləri yaradıldı. Sumqayıtda kimya və
metallurgiya, Mingəçevirdə energetika sənaye sahələri inkişaf etdirilməyə baş-ladı.
Daşkəsəndə isə dəmir filizi yataqları istifadəyə verildi. Daşkəsən filiz saflaşdırma
kombinatı yaradıldı.
Ümumən, müharibədən sonrakı on il ərzində Azərbaycanda 108 yeni sənaye
müəssisəsi tikilib istifadəyə verildi. Onlardan Bakı asbest-şifer zavodunu (1948),
Qaradağ sement zavodunu (1951),Yeni neftayırma zavodunu (1953) və b.göstər-
mək olar.
Azərbaycan kənd təsərrüfatı məhsullrı istehsalı da 1950-ci ildə 1945-ci ilə
nis-bətən 32 faiz artdı. Buna baxmayaraq, kənd təsərrüfatı, xüsusən əkinçilik
bitkiləri-nin əkin sahələri və məhsuldarlığının həcmi (taxıl,bostan məhsulları,
meyvə və s.) aşağı düşmüşdü. 1951-ci ildə kolxozların iriləşdirilməsi tədbirləri də
vəziyyətdən çıxmağa kömək etmədi. Kənd təsərrüfatınıda geriləmənin başlıca
səbəbini işçi qüvvəsinin, texnikanın çatışmaması ilə yanaşı, kolxozçuların maddi
marağının olmaması da təşkil edirdi. Bu da, zorakılıqla yaradılmış kolxoz
quruluşunun ciddi qüsurlarından soraq verirdi.
Bu illərdə əhalinin sosial vəziyyətində də dəyişikliklər baş verdi.1947-ci ilin
dekabrında ərzaq və sənaye malları satışındakı kartoçka sistemi ləğv olundu.
Ölkədə pul islahatı keçirildi. 1948-ci ildən etibarən ərzaq və sənaye mallarının
qiymətləri ardıcıl olaraq aşağı salınmağa başladı. 1950-ci ildə ümumi qiymətlər
1947-ci ilə nisbətən 43, o cümlədən ərzaq mallarının qiymətləri 47 faiz, sənaye
mallarının qiymətləri 35 faiz aşağı salınmışdı.1951-1954-cü illərdə də hər il
qiymətlərin aşağı salınması davam etdirilmişdi.
II Dünya müharibəsində SSRİ-nin qalib gəlməsi onun nəzarəti altında olan
bütün regionlarda, o cümlədən, Azərbaycan SSR-də totalitarizmin daha da
242
güclənməsinə səbəb oldu. Stalinin, Azərbaycanda isə həm də Bağırovun şəxsi
nəzarəti altında işləyən Dövlət Təhlükəsizlik və Daxili İşlər Nazirlikləri güclü
totalitar rejimin təmin olunması üçün mühüm vasitə idilər. Adamlara qarşı
etimadsızlıq, gizli izləmə, düşüncələrə nəzarət, çuğulluq, satqınlıq daha da
artmış, cəmiyyətdə ümumi vahimə yaradılmışdı.
Hamı bir-birindən şübhələnirdi. Müharibədən sonra bütün hakimiyyətin Stalinin
əlində cəmləşdirilməsinə mənəvi cəhətdən haqq qazandırmaq üçün onu
bütləşdirmək, hər vasitə ilə kütlələrdə onun şəxsiyyətinə pərəstiş formalaşdırmaq
totalitar üsul-idarəni daha da gücləndirməyin vasitələrindən biri idi. Stalinin
şəxsiyyətinə pərəstiş kütləvi psixoz səviyyəsinə çatdırılmışdı.İnzibati-amirlik üsul-
idarəsinin daha da güclənməsi, ictimai mülkiyyətə sərəncam vermək hüququnun
partiya-təsərrüfat bürokratiyasına məxsus olması, sözdə verilmiş bəzi demokratik
hüquqların da təmin olunmaması əhalini siyasətdən daha da uzaqlaşdırmışdı. "Xalq
hakimiyyəti" orqanlarına seçkilər ciddi nəzarət, inzibati təzyiq altında keçirilirdi.
Səsvermədən yayınmaq, demək olar ki, mümkün deyildi
Müharibədən sonra da Azərbaycanda 1937-ci il və müharibə abı- havası davam
edirdi. İ.Stalinin şəxsiyyətinə pərəstiş daha da güclənmişdi. Ölkədə yenidən
repressiyalar başlandı. İlk növbədə alman əsirliyindən qayıdanlara nəzarət artdı.
Onlara inamsızlıq hökm sürməyə başladı. Onlardan çoxları məhkum və ya sürgün
olundular. Kadr siyasətində qeyri millətlərin nümayəndələrinə, xüsusilə ermənilərə
yaşıl işıq yandırıldı. Gənclərin milli ruhunu boğmaq üçün tədbirlər görüldü. Hələ
ikinci dünya müharibəsi illərində (1942-1943-cü illərdə) ali məktəb tələbə və
aspiratlarından İsmixan Rəhimov, Gülhüseyn Abdullayev, (Hüseynoğlu), Hacı
Zeynalovun başçılığı ilə yaradılmış “İldırım”təşkilatına və onun üzvləri olan Azər
Ələsgərova, Kamal Əliyeva, Aydın Vahidova və Musa Abdullayeva divan
tutuldu.1948-ci ilin yazında təlşkilatın üzvləri mühakimə olundular.Onlardan 3-ü
25-il müddətinə konslagerə göndərildi, 4-ü 10 il və biri isə 7 il həbs cəzasına
məhkum edildi.
243
Müharibədən sonra totalitarizmin güclənməsini şərtləndirən cəhtlərindən
biri də, hakim ideologiasının inhisarının gücləndirilməsi oldu.1947-1951-ci illərdə
fəlsəfə (1947) biologiya (1948) fiziologiya (1950) dilçilik (1950) siyasi iqtisad
(1951) elmləri üzrə keçirilən diskussiyalar buna misal ola bilər. Bu zaman bir sıra
açıq fikirli görkəmli alimlər gözümçıxdıya salındılar. Bakı Dövlət Universitetinin
biologiya fakultəsində çalışan professor genetik M.Ə. Axundov tutduğu
vəzifələrdən uzaqlaşdırıldı.
Fəlsəfə və tarix elmlərində bu özünü daha qabarıq göstərdi. Bu dövrdəki
ədəbiyyatda Qafqazın o cümlədən, Azərbaycanın Rusiya tərəfindən işğal olunması
saxtalaşdırıldı. XIX əsrin əvvəllərində Azərbaycanın işğalı onun guya könüllü
olaraq, Rusiyanın tərkibinə daxil olması kimi qələmə verilirdi. Azərbaycan
Cümhuriyyətinin tarixi saxtalaşdırılırdı. Bu illər Azərbaycan tarixinə “musavat
dövrü” kimi təqdim olunurdu. Bu dövr təhsil müəssələrində tədris olun-
murdu.Sanki, Azərbaycan tarixində belə dövr olmamışdı.
Türk dünyasının unudulmaz abidəsi “Kitabi Dədə Qorqud” irticaçı xan –
bəy eposu kimi qiymətləndirilir, onun tətqiqatçıları, o cümlədən Həmid Araslı
təqib olunurdu. Məşhur Azərbaycan tarixçisi, pedaqoqu A.A.Bakıxanov
idealizimində fanatizmndə Mirzə Kazımbəy “Çarızmın sadiq qulu” olmaqda
günahlandrılırdı. Akademik M.A.Dadaşzadə “Türkiyənin casusu ” kimi
damğalanmış, akademik yazıçısı Mirzə İbrahimov SSRİ Elmlər Akademiyasının
müxbir üzvu, professor A.O. Makolevski sayıqlığını itirməkdə, Məmməd Rəfili
“Kosmopolitizmdə” təqsirləndirilir-di.Yazıçı Süleyman Vəliyev sürgün edilmişdir.
Görkəmli filosof, akademik Heydər Hüseynov “XIX əsir Azərbaycanda ictimai və
fəlsəfi fikir tarixindən” əsərinə görə kəs-kin tənqid olunmuş və “ingilis casusu”
adlandırımışdı.O, bu haqsızlığa dözməyərək intihar etmişdi.
Neftçi alimlərdən Prof. Ələşrəf Əlizadə, prof. Baxşıbəy Sultanov, Əli
Muradbəyli, Yusif Səfərov, Filosoflarda Əli Əlizadə, yzıçılarda Əbülhəsən
Ələkbərzadə şair Səməd Vurğun, Bəstəkar Ü.Hacıbəyov və b. hələ də təqib
olunurdular.
244
1947-ci il iyunun əvvəllərin də verilmiş cinayət fərmanına əsasən
Azərbaycanda Sovet rejiminə qarşı sədaqətlə xidmət edən müxtəlif təbəqələrdən
olan 10 minlərlə adamlar repressiya qurbanları olmuşlar. Cəmiyyətin ən dəyərli
kapitalı olan insan sosialist mülkiyyətinə məxsus adi bir alət, əşya, quzu, çəpiş və
danadan ucuz olmuşdur.
Azərbaycanın müstəqilliyini bərpa etmək uğrunda ardıcıl mübarizə
aparan M.Ə.Rəsulzadənin xalqı bu ruhda marifləndirmək məqsədilə 1949-cu ildə
Ankara da yaratdığı “Azərbaycan Kültür dərnəyi” antisovet, antiazərbaycan və
müntəce qurum kimi lənətlənirdi. 1953-cü il martın 5-də İ.Stalinin vəfatından
sonra Azərbaycanda da siyasi abı-hava dəyişdi. M.C. Bağırov tutduğu vəzifəsindən
(Nazirlər Sovetinin sədri) çıxarıldı. Bir müddət Uralda, Kuybşev neft birliyində
müavin işlədi. Sonra, 1953-cü ildə həbs olundu və mühakimə (1956 cı il 12- 26
apreldə) olunaraq ölümə məhkum edildi.
M.C.Bağırovun rəhbərliyi vaxtında güc orqanlarına başçılıq etmiş
Sumbatov-Toprudze, X. Qriqoryan, R.Marqaryan, T.Barşov, S.Yemelyanov,
A.Atakişiyev və b.da mühakimə olundular. Onlardan ilk 4-nə güllələnmə kəsildi.
Digərləri isə müxtəlif müddətlərə həbs cəzasına məhkum edildilər.
1954-cü ilin fevralında İ.D.Mustafayev AKP MK-nın Birinci katibi seçildi.
Onun başçılığı ilə Azərbaycanda yeni rəhbərlik formalaşdırıldı. O, Azərbaycanda
mülayim, demokratik ab-havanın, milli meyllərin dirçəlişi, yeni sənaye
şəhərlərinin yaradılması, sənaye və kənd təsərrüfatının inkişaf etdirmək
istiqamətində xeyli təqdirə layiq tədbirlər həyata keçirdi.
Sovet imperiyasının "Parçala-hökm et!" siyasəti xalqlar arasında daim
münaqişə, süni konfliktlər, problemlər yaradılmasında daha aydın təzahür edirdi.
Moskva Qafqazda da Azərbaycan, erməni, gürcü və başqa xalqları bir-birinə qarşı
qoymaq və hamısı üzərində hakim mövqeyini saxlamaq üçün ciddi milli münaqişə
ocaqları yaratmışdı. Bunlardan ən dərini Azərbaycanın Dağlıq Qarabağ bölgəsində
yaratdığı muxtar vilayətdə idi. Moskvanın fitvası və havadarlığı ilə mərkəzdəki
245
erməni lobbisinə arxalanan erməni millətçiləri, daşnaklar vaxtaşırı Azərbaycanın
əsasən XIX əsrin əvvəllərindən ermənilər tərəfindən məskunlaşdınlmış bu
ərazisinin ondan qoparılıb Ermənistana verilməsi tələbi ilə çıxış edirdilər.
Qonşularından qopardığı və güzəşt edildiyi ərazilər hesabına müstəqil dövlət
olmuş Emənistan İkinci Dünya müharibəsindən sonra da Azərbaycana, habelə
Türkiyəyə torpaq iddialarından əl çəkmirdi. O,Türkiyədən Şərqi Türkiyə
torpaqlarına, Azərbaycan-dan Dağlıq Qarabağın da Ermənistana birləşdirilməsinə
nail olmaq üçün mikoyanın təşəbbüsü və moskvanın dəstəyi ilə gizli olaraq xüsusi
“Qarabağ komiyəsi” yaratmış-dılar. Ermənistan başçıları Mikoyanın xeyir-duası ilə
1945-ci ilin payıında rəsmi olaraq SSRİ rəhbərliyinə Dağlıq Qarabağın Azərbaycan
SSR-dən alınıb Ermənistan SSR-ə verilməsi barədə məsələ qaldırmışdılar. Onların
fikrincə, Dağlıq Qarabağ iqtisadi cəhətdən Azərbaycan SSR-dən çox Ermənistan
SSR iləbağlı idi. Əslində Dağlıq Qarabağ Azərbaycanın əzəli ərazisi olaraq,onunla
bağlı,onun hesabına yaşayırdı.
Mərkəzi hökumət dərhal bu müraciətə reaksiya vermişdi. ÜİK(b)P MK-nın
katibi Y.H.Malenkovun imzası ilə bu barədə AZərbaycan K(b)P MK-nın Birinci
katibi M.C.Bağırova yazılı məlumat verilmiş və ondan öz rəyini bildirmək təklif
olunmuşdu.
M.C.Bağırov həmin məktuba cavab olaraq , 1945-ci ildekabrın 10-da MK-ya
yazdığı məktubda bildirmişdi ki, Ermənistanın Dağlıq Qarabağa əlaqədar irəli
sürdüyü iddiaların heç bir elmi və tarixi əsasları yoxdur.Dağlıq Qarabağ əzəli
Azərbaycan torpağıdır və torpağı olmaqda qalmaqdadır. Habelə, M.C.Bağırovun
cavab məktubunda bildirmişdi ki, Azərbaycan Dağlıq Qarabağı Ermənistana bu
şərtlə güzəştə gedə bilər ki, müxtəlif vaxtlarda Ermənistana , Gürcüstana və sovet
Rusiyasına verilmiş ərazilər Azərbaycan SSR-ə qaytarılsın. Bu cavab ermənilərin
Dağlıq Qarabağı ələ keçirmək planını puç etdi. Mərkəzi hökumətə problemin bütün
ölkə üçün sonsuz fəlakətlər gətirəcəyini anlatdı. Məhz buna görə də, Mərkəzi
hökumət məsələsinin “arxivə verilməsini” vacib saydı.
246
Ermənilər Cənubi Qafqazda özlərinə yer elədikdən sonra zaman –zaman
azərbaycanlıların öz doğma torpaqları olan Qərbi Azərbaycandan qovub çıxarmaq
niyyətlərini həyata keçirməyə başladılar.1905-1920-ci illərdə yüzlərlə
azərbaycanlılar yaşayan kəndlər dağılıb yandırılmış, onların əhalisi məhv edilmiş,
sağ qalanlar öz doğma ocaqlarından pərən-pərən edilmişdilər. Onlar sovet rejimi
şəraitində də, bu iyrənc şovinst niyyətlərindən əl çəkməmişdilər.Azərbaycan
torpaqları hesabına Əzizbəyov, Ararat, Artaşat Qafan, Noyamberyan, Mikoyan,
Dilican, Mehri və b. rayonları yarat-mışdılar.
Ermənilər İkinci Dünya müharibəsi və ondan sonrakı dövrdə də iyrənc
niyyətini davam etdirmişdilər. Onlar 1943-cü ildə İkinci Dünya müharibəsinin
qızğın vaxtında üç mütləq dövlət (ABŞ, SSRİ,Böyük Britaniya ) başçılarının
Tehran konfransında (28 noyabr-1dekabr 1943-cü il)SSRİ İran münasibətləri
məsələssssinin müzakirəsindən istfadə edərək Sovet rəhbərliyindən İranda yaşayan
ermənilərin SSRİ-yə Ermənistana köçürülməsi razılığını almışdılar.Hətta , onlar
xaricdə yaşayan ermənilərin Ermənstan SSR-ə köçürülməsi haqqında SSRİ Ali
Soveti Rəyasət Hüyətinin 1946-cı il 19 oktyabr fərmanı verməsinə nail
olmuşdular. Bu fərman əsasən SSRİNazirlər Soveti 1947-ci il dekabrın 23-də
“Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan
SSR-inKür-Araz ovlağına köçürülməsi haqqında”qərarını vermişdi.Həmin
qərarıhəyata keçirmək məqsədilə SSRİ Nazirlər Soveti 1948-ci il mart ayının 10—
da “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlıəhalinin Azərbaycan
əhalinin Azərbaycan SSR-inKür-Araz ovlağına köçürülməsi ilə əlaqədar tədbirlər
haqqında qərarını” qəbul etmişdi.
Depotasiya tədbirləri Ermənistanın 22 rayonunu ,əsasən Basarkeçər,
Zəngibasar, Noyanberyan, Mikoyan ,Dilican, Aştarxan, Kirovakan,Vedi
rayonlarınıəhatə etmişdi .Dağlıq və dağətəyiyerlərdə yerləşən bu rayonlar
azərbaycanlıların kompakt və ya ermənilərlə qarışıq halda yaşadıqları rayonlar idi.
Əslində xaricdən, əsasən İrandan ,Suriyadan,Livandan ,Misirdən Ermənstan
SSR-ə gələn ermənilər azərbaycanlılardan boşaldlmış kənd yerlərdə deyil,
247
özlərinin təkidi ilə şəhər qəsəbələrdə yerləşdirilirdilər. Bu da, Ermənistan
rəhbərliyinin bəhanəsinin əsassız və uydurma olduğundan soraq verirdi.
Öz doğma yurdlarındanzorla deportasiyaya məruz azərbaycanlılar əsasən
Kür-Araz ovlağında, Jdanov (indiki Beyləqan), İmişli, Saatlı, Sabirabad, Salyan,
habelə Yevlax, Ucar, Xaldan, Kürdəmir və s. aran rayonlarında yerləşdirildilər. Bu
da onların yarıdan çoxunun isti iqlim şəraitinə dözməyərək yələf olması ilə
nəticələnmişdi.
Bu hadisə əvvəllər sovet tarixşünaslığında SSRİ məkanında millətlərin və
millətlərarası münasibətlərin tənzim edilməsi, inkişafı və rəhbərliyin
“xeyirxah”addımı kimi qiymətləndirilmişdi. Lakin, Azərbaycanın müstəqilliyi
bərpa olunduqdan sonra tariximizin bu faciəli qara səhifəsi özünün əsl siyasi
mənasını almışdır.Bu faciəli hadisə əsl siyasi qiymətini ilk dəfə Ulu öndərimiz
Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olarkən “1948-1953-cü
illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından
kütləvi surətdə deportasiyası haqqında”1997-ci il 18 dekabr fərmanında almışdı. O,
xain xislətli qonşumuz olan ermənilərin SSRİ hökumətinin və xaricdəki erməni
lobbisinin dəstəyi ilə azərbaycanlılara qarşı növbəti soyqrımı kimi
qiymətləndirilmişdi.
Bu dövr Bakıya Azərbaycanda yeni yaradılmış sənaye mərkəzlərinə qeyri
millətlərin,o cümlədən ermənilərin axını ilə də səciyyələnmişdi.
Bütün bunlarla kifayətlənməyən ermənilər keçən əsrin 50-60 cı ilərində
Dağlıq Qarabağ məsələsini yenidən qabartmışdılar.50-ci illərin sonlarında fitnəkar
Mikoyanın və onu dəstəkləyən Suslovun təşəbbüsü ilə Dağlıq Qarabağın
Ermənistana verilməsi məsələsi yenidən gündəliyə çıxarıldı. Hətta, məsələn Sov.
İKPMK-da müzakirəyə çıxarıldı. Lakin, nəticəsiz qaldı.
1964-cü ildə A. Mikoyan SSRİ Ali Soveti Rəyasət Heyyətinin sədri olarkən
bu məsələnin yenidən gündəliyə gətirilməsinə cəhd göstərildi. Lakin, müəyyən
səbəblər üzündən Mərkəzi rəhbərlik,xüsusən,N.Xruşşov buna imkan verməmişdi.
248
Buna baxmayaraq antitürk,antiazərbaycan əhvali-ruhiyyəsi güclənməkdə
davam edirdi. “Qarabağ Komitəsi”nin fəaliyyəti aşıq hal almışdı. Ermənistanda
millətçilik tüğyan etməyə başlamışdı.1965-ci il aprelin 23-də qondarma “erməni
genosidi”nin 50 illiyi,türklərin,o cümlədən azərbaycanlıların genetik düşməni
olan,cəllad Andronikin isə 100 illiyi qeyd olunmuşdu.Hətta,onların şərəfinə
İrəvanda və digər yerlərdə abidələr də ucaldılmışdı.1967-ci ildə Xankəndində
(Stepanakertdə) bir neçə azərbaycanlı qətlə yetirilmişdi.
Bu dövrdə Azərbaycanda çox güclü erməni lobisi formalaşmışdı.Onların bir
çoxu Azərbaycan rəhbərliyində yuva salmışdılar.Onlar,Aərbaycanın milli inkişafın
a əngəlliklər törədirdilər.Mərkəzin dəstəyi ilə onlar bir çox kəndlərə,şəhərvə
qəsəbələrə,küçələrəerməni adlarının verilməsinə nail olmuşdular.Azərbaycanda isə
iki rayona S.Şamuyanın adı verilmişdi.
Moskvanın təzyiqi ilə Azərbaycanın bir çox əzəlitorpaqları”xalqlar
dostluğunu möhkəmləndirmək “ naminə ermənilərəbəxş olunmuşdu.Azərbaycan
SSR Ali soveti Rəyasət Heyyətinin 1969-cu il 7 may tarixli qərarı ilə
Laçın ,Qubadlı, Kəlbəcər,Qazax və b.rayonlarıdan iki min hektar yararlı torpaqlar
Ermənistana bəxşiş olunmuşdu. Lakin, Ulu öndərimiz Heydər Əliyevin
Azərbaycan rəhbər-liyinə gəlməsi ilə onun həyata keçirilməsi saxlanılmışdı.
1941-ci il avqustun 25-də Sovet müqaviləsinə əsasən (6-cı maddə) İran
sərhəddini keçərək Ərdəbil və Təbriz istiqamətində irəlilədilər.Sovet qoşunları ilə
eyni vaxtda İngilislər İranın cənubundan ölkəyə daxil oldular.
Sovet qoşunlarının İranda keçirdiyi hərbi əməliyyatlarda Azərbaycandan da
xüsusi bir qrup iştirak edirdi.Bu zaman,Təbrizdəki 47-ci ordunun Hərbi Şurasının
üzvi Əziz Əliyev rəhbərlik edirdi. Həmin qrupa Süleymanov,Rəhimov, Mirzə
İbrahimov,Mustafa Quliyev və başqaları daxil idilər.1941-ci ilin sonunadək
Bakıdan Cənubi Azərbaycana 2548 ton qənd, 1371 ton un, 1814 ton buğda və
s.ərzaq məhsulları yardım olaraq göndərilirdi.
249
1941-ci il oktyabrın 11-dən Azərbaycan dilində “Vətən yolunda” qəzet
nəşr olundu.Urmiyədə azərbaycan dilində “Qızıl əsgər” qəzeti buraxıldı.Cənubi
Azərbaycanlılar da öz növbəsində şimalda gedən Proseslərə ehtiramla
yanacaq,onlara yardım edirdilər.Onlar 416-cı Toqanroq diviziyasına pul vəsaiti
toplayaraq yardım etmişdilər.Təbrizdə bir sıra fabriklərin fəhlələri bir günlük əmək
haqlarını həmin diviziyanın fonduna vermişdilər.
Lakin Sovet hökumətinin burada yeritdiyi siyasət İngiltərə və ABŞ
hökumət-lətini narahat edirdi. 1943-cü il noyabrrın 28-də başlanan Tehran
konfransında qəbul edilmiş “İran haqqında Bəyannamədə” bütün tərəflər İranın
ərazi bütövlüyünün qorunub saxlanmasına tərəfdar olduqlarını bildirdilər. Bundan
sonra Sovet hökuməti İranda fəaliyyətini bir qədər zəiflətdi. Azərbaycandan İrana
göndərilmiş siyasi işçilərin çoxu geri çağrıldı.
Sovet hökuməti 1944-cü il martın 6-da “Cənubi Azərbaycan əhatəsinə
iqtisadi və mədəni yardımın gücləndirilməsi tədbirləri haqqında “ məsələ müzakirə
edərək qərar qəbul etdikdən sonra ora diqqət yenidən artdı.Qərarda diplomatik
orqanlarda çalışan azərbaycanlıların sayının artırılması, Azərbaycan dilində ordu
qəzetinin nə-şr ediləsi, Təbrizdə Azərbaycan dilində pulsuz onillik məktəb,
kitabxana , yazıçı və şairlərin nəşri və əhali arasında yayılması məsələləri irəli
sürülürdü.
1944-cü ilin yaz və yayında 1000 nəfərdən çox işçi səfərbər edilərək Cənubi
Azərbaycana göndərilmişdi.Onların qarşısında duran əsas vəzifə otaydakı
azərbaycanlıların milli özünüdərk hissini artırmaq, onların tək olmadıqlarını təbliğ
etməkdən ibarət idi.
1945-ci ilin yayında Cənubi Azərbaycanda vəziyyət gərginləşdi.İran
hökuməti: ABŞ və İngiltərənin hərbi-siyasi yardımına arxalanaraq ,azərbaycanda
təqib və terrora başladı.Bunlara qarşı özünümüdafiə məqsədilə fədaidəstələri təşkil
olundu.
250
İkinci dünya müharibəsinin başlanılması Böyük Britaniya ilə yanaşı Sovetlər
Birliyi hərbi hissələrinin İran adlanan ölkənin ərazisinə daxil olması ilə yekunlaşdı.
Bu isə, eyni zamanda, ölkənin Rza şahın başçılıq etdiyi istibdad rejiminin süqutuna
gətirib çıxardı. Bir tərəfdən xarici müdaxilə, digər tərəfdən mövcud rejimin
yıxılması İranda müəyyən qədər demokratik mühitin yaranmasına gətirib çıxarmış
oldu. Demokratik proses ölkənin müxtəlif bölgələrində fərqli formalarda təzahür
edirdi. Güney Azərbaycanda isə bu milli-azadlıq hərəkatı Seyid Cəfər Pişəvərinin
başçılığı ilə Azərbaycan Milli Hökümətinin yaranması ilə nəticələndi.
Azərbaycan Milli Höküməti Azərbaycan türklərinin apardığı uzun illik milli-
azadlıq hərəkatının təbii yekunu kimi şərtlənməkdədir. Seyid Cəfər Pişəvərinin
başçılığı ilə aparılan 21 Azər hərəkatı 12 dekabr 1945-ci ildə Azərbaycan Milli
Hökümətinin qurulması ilə nəticələnir. Ona görə də tarixi-siyasi ədəbiyyatda
Azərbaycan Milli Höküməti 21 Azər hərəkatı adı ilə tanınmaqdadır.
Azərbaycan Milli Höküməti İran adlanan ölkədə Azərbaycan türklərinin milli
muxtariyyət hüququnu tanıyan bir hökümət kimi fəaliyyətə başlamış, daha sonra
isə siyasi istiqamətini müstəqil dövlətçilik səmtinə yönləndirmək məramı
izləmişdir.
Azərbaycan Milli Höküməti xalqın böyük dəstəyilə dövlətin bir sıra mühüm
işlərini həyata keçirməyə başladı. Təbriz Dövlət Universitetinin və çoxlu sayda
orta məktəblərin açılması, Milli teatrın və mili filarmoniyanın yaradılması, milli
kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi işlərlə
Azərbaycan Milli Höküməti bir ildə iyirmi illik İran höküməti dövründən qat-qat
artıq bir irəliləyiş əldə etmişdi.
Azərbaycan Milli Höküməti dövründə könüllü xalq birliklərindən ibarət olan fədai
dəstələri Milli ordunun əsasını təşkil edirdi. Qısa müddət ərzində xalqın
sevimlisinə çevrilən fədailər Milli Hökümətin möhkəmlənməsində, onun hərbi
qüdrətinin güclənməsində, xalqda öz dövlətinə olan inamın, etibarın
formalaşmasında əhəmiyyətli rol oynamışlar. Fədai dəstələrinin özlərindən qat-qat
251
güclü olan İran Pəhləvi rejimi qarşısında dayanması, Milli Azərbaycan dövlətini
müdafiə etməsi yüksək vətənpərvərlik və qəhrəmanlığın təkrarsız örnəyidir.
Seyid Cəfər Pişəvərinin ciddi təşkilatçılıq səyləri, işgüzarlığı və fəaliyyəti
nəticəsində olduqca qısa bir dövr ərzində Azərbaycanın milli-demokratik qüvvələri
birləşərək xalqın iradəsinə və dəstəyinə söykənən milli dövlətin təməlini qurdular.
Azərbaycan Milli Hökümətinin apardığı islahatların ikinci qismi ölkədə həqiqi
mənada inqilabın həyata keçirilməsini təmin etmiş oldu.
Bu inqilab İran pəhləvi rejiminin assimilyasiya siyasətinə qarşı çıxmaq və
Azərbaycan Milli kimliyini təsdiq etmək məqsədi daşıyırdı. Azərbaycan dilinin
yüksək tutulmasına əsaslanan mədəni dəyişikliklər prosesi hətta 1945-ci ilin
noyabrından qabaq başlamışdı. Lakin öz rəsmi xarakterini 1946-cı ilin yanvarın 6-
da “Dil haqqında Milli Hökümətin Qərarı” ilə aldı. Bu sənəd elan etdi ki, “bu
gündən etibarən, Azərbaycanda rəsmi dil türk dilidir”. Bu vaxtadək türk dili artıq
bir çox məktəblərdə tədris olunurdu və ana dili dərsliklərin güclü şəkildə nəşrinə
başlanılmışdı. Qərarın qəbul edilməsi isə bu prosesin tez bir zamanda uğurlu
nəticələr verməsinə səbəb oldu. Həmçinin bir neçə ictimai – Azərbaycan İncəsənət
və Rəssamlıq Məktəbinin (19 yanvar 1946 ), Dövlət Teatrının (23 mart 1946),
Azərbaycan Radioverilişləri Agentliyinin (4 iyul 1946) və Təbriz Dövlət
Universitetinin (6 iyun 1946) açılması bu prosesin ən önəmli hadisələri oldu. 1946-
cı il sentyabr ayından – yeni tədris ilindən başlayaraq, bütün məktəblərdə dərslər
ana dili olan Azərbaycan türkcəsində aparılmalı idi və bu işin uğurlu şəkildə həyata
keçirilməsi Milli hökümətin mədəni islahatları içərisində önəmli yerlərdən birini
tutmaqdadır.
Azərbaycan Milli Höküməti dövründə aparılan mədənin islahatların mühüm bir
qanadını ana dili mətbuatın formalaşması səciyyələndirməkdədir. 1945-1946-cı
illərdə Azərbaycanın Güneyində müxtəlif mətbuat orqanları, o cümlədən “Vətən
yolunda”, “Azərbaycan”, “Fəryad”, “Azad millət”, “Qələbə”, “Yeni Şərq”,
“Maarif”, “Demokrat”, “Fəlahət” (Təbriz), “Cövdət” (Ərdəbil), “Urmiyyə”, “Qızıl
əsgər” (Urmiyə), “Vətən” (Miyana) qəzet, jurnal və məcmuələr nəşr olunmuş, bu
252
mətbuatın səhifələrində ölkənin ictimai-siyasi və ədəbi-kulturoloji həyatı
təcəssümü tapmışdır.
Azərbaycan Milli Höküməti sosial və iqtisadi dəyişiklikləri həyata keçirmək
məqsədilə bir sıra ciddi islahatlara da başladı. Bu sırada torpaqların kəndlilərə
paylanılması, şəhərlərdə və kənd yerlərində xəstəxanaların açılması, yolların
çəkilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, işsizliyin aradan qaldırılması və
s. kimi mühüm məsələlər qeyd olunmalıdır.
Nəhayət ki, sosial-iqtisadi islahatların surətli bir şəkildə həyata keçirildiyi bir
dövrdə Milli Hökümət İran fars rejiminin əlilə 12 dekabr 1946-cı ildə süquta
uğradıldı.
Qeyd edək ki, bir qədər öncə İran mərkəzi höküməti Azərbaycan Milli Höküməti
ilə imzaladığı anlaşmalarla bu muxtar dövləti rəsmən tanınmış olsa belə, eyni il
içərisində 1946-cı il sentyabrın 1-də Azərbaycan Xalq hakimiyyəti üzərinə ümumi
silahlı hücuma başlayan İran hökuməti 1946-cı ilin noyabrında 50 minlik qoşunla
Cənubi Azərbaycana hücuma keçdi.Əməliyyata İran şahı Məmməd Rza Pəhləvi
özü rəhbərlik edirdi.O, İran əsgərlərinə deyirdi: Gedin,Azərbaycanı atəşə tutun,
oranı yerləyeksan edin”. Bu böyük qüvvəyə qarşı cəmi 18 min nəfərlik silahlı
qüvvə var idi. Lakin şah ordusuna qarşı inadlı müqavimət göstərdi. Qısa müddət
ərzində milli –demokratik hərakat qan içində boğuldu.30 minə qədər adam
öldürüldü, 300 min adam isə sürgün olundu.
Azərbaycan Milli hökümətinin qurucuları Seyid Cəfər Pişəvəri başda olmaqla
böyük işgəncələrə məruz qalmışlar. S.C.Pişəvəri 1947-ci ilin iyul ayının 11-də
Yevlax şəhəri yaxınlığında müəmmalı şəkildə maşın qəzasında həlak olmuşdur.
Hökümətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam olunmuş, maarif naziri
Məhəmməd Biriya sovet siyasi - rejimi tərəfindən 22 ildən artıq həbsdə
saxlanılmışdır. Milli Hökümətin digər qurucları da həbs və sürgünlərə göndərilmiş,
ağır mühacirət həyatı yaşamağa məcbur olmuşlar. Lakin onların Azərbaycan
xalqının azadlığı və istiqlaliyyəti yolunda apardığı mübarizə adlarını tarixə ədəbi
olaraq yazmışdır.
253
Azərbaycan Milli Hökümətinin ömrü uzun olmasa da, bu hökümətin yaranması və
fəaliyyəti Azərbaycanın güneyində milli-azadlıq hərəkatının sonrakı mərhələdə
inkişafına ciddi təkan vermişdir. Bu gün istər güneydə, istərsə də dünyanın
müxtəlif ölkələrində gedən azadlıq hərəkatının əsas ideya qaynaqlarından biri
məhz Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulmuş Azərbaycan Milli
Hökümətidir.
255
XIX mövzu
Azərbaycan 1970-1980-ci illərdə
PLAN
1. Respublikanın ictimai-siyasi həyatı.
2. 70-80-ci illərdə sosial-iqtisadi və aqrar sahədə həyata keçirilən tədbirlər.
3. Azərbaycanda mədəni quruculuğun inkişafında yeni mərhələ
ƏDƏBIYYAT
1. Azərbaycan tarixi.VII cild, Bakı,2008, səh.445-584.
2. Siyasi tarix (Mühazirə kursu) II hissə, Bakı,1995, səh.123-135.
3. Məmmədov T, Məmmədovç.Siyasi tarix, Bakı,2004, səh.251-257.
4. Siyasi tarix (Dərs vəsaiti) II hissə, Bakı,1998, səh.291-296.
5. Az.KP. MK-nin Plenumlarının materialları.Bakı, 1969-82-ci illər.
256
1969-cu ilin iyulun 14-də Azərbaycanın siyasi həyatında mühüm hadisə baş
verdi.AZ.KP MK-nin Plenumunda H.Ə.Əliyev MK-nin birinci katibi seçildi. Azər-
baycanın müasir tarixində 1969-cu il dönüş mərhələsinin təmələni qoydu.
Avqust plenumunda H.Əliyev çıxış edərək, respublikanın iqtisadiyyatını
dərin və hərtərəfli təhlil etdi, təsərrüfata rəhbərlikdə,mədəni quruculuqda, ideoloji
isdə ciddi nöqsanlar olduğunu qeyd etdi və onları aradan qaldırmaq yollarını
göstərdi.
Avqust plenumunda dövlət əmək intizamını möhkəmləndirmək,
respublikada mədəni-psixoloji iqlimini sağlamlaşdırmaq vəzifələri irəli sürüldü.
H.Əliyev qısa müddətdə respublikada idarəçəlik sistemini xeyli möhkəm-
ləndirdi. O, bütün dövlət hakimiyyəti orqanlarının işini xalqın iqtisadi, sosial-
mədəni tərəqqisi və milli oyanış siyasətinin reallaşmasına yönəltdi.
H.Əliyev respublikada qanunçuluğun hüquqi bazasının
möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlərin təşəbbüsçüsü oldu.O,1978-
ci il AZ,SSP Konsti-tusiyasını hazırlayan komissiyanın sədri kimi geniş
dövlətçilik fəaliyyəti göstərdi. Aprelin 21-də AZSSP-nin Konstitusiyası qəbul
edildi.Bu ali qanun xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub
257
saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsaslar genişləndirdi. Moskvanın
etirazına baxmayaraq H.Əliyevin siyasi iradəsi nəti-cəsində Azərbaycan dili dövlət
dili statusunu saxladı.
H.Əliyrvin məharətlə həyata keçirdiyi çoxcəhətli siyasi-dövlətçilik
faliyyəti sa-həsində bütün ictimai təşkilatların diqqəti respublikanın iqtisadi, kadr
və mənəvi potensialının sürətlə artmasına yönəldildi.Bunun nəticəsində 70-ci
illərdə Azərbaycanda bütün başlıca iqtisadi göstəricilər durmadan artdı.14 ildə
(1969- 1982-ci illərdə) respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye
istehsalı 2 dəfə, xalq istehsalını malları 3 dəfə, kənd təsərrüfatında məcmu məhsul
2,7 dəfə artmış,250-dən çox fabrik, zavod, istehsal sexləri tikilmiş, 2 milyondan
çox adamın mənzil şəraiti yaxşılaşmışdı.
H.Əliyevin təşəbbüsü ilə xalqın mənəvi dəyərlərinin öyrənilməsi və
təbliğinə diqqət artırıldı.1977-ci ildə Nizami irsinin yenidən öyrənilməsi haqqında
qərar qəbul olundu.Hüseyin Cavidin cəsədininn qalıqları 1982-ci ildə İrkutsk
vilayətindən gətiri-lərək Naxçıvanda dəfn edildi.
70-ci illərdə Taqanroqda 416-cı Azərbaycan divizyasının böyük qələbəsinə
xa-tirə ansanblı, Sevastopolda 77-ci divizyanın şərəfinə böyük abidə ucaldılmışdı.
H.Əliyev respublikada kadr potensialının möhkəmləndirilməsinə xüsusi
diqqət verildi. Minlərlə Azərbaycanlı gənc digər şəhərlərdə aparıcı təhsil və elm
ocaqlarına oxumağa göndərildi. 70-80-ci illərdə SSRİ-nin hərbi məktəblərində
müxtəlif hərbi ixtisaslar üzrə 2000-dən çox azərbaycanlı zabit hazırlandı.
H.Əliyevin təşəbbüsü ilə milli özünədərk prosesi xeyli gücləndirildi.
“Gəncə ”sözü yasaq edildiyi vaxt, “Yeni Gəncə ” qəsəbəsi yaradıldı.Bakı
rayonları-na “Nizami ”,“Nəsimi” adları verildi.Naxçıvanda “Babək”,Yuxarı
Qarabağda Əsgəran adlarının verilməsi bu yerlərin əzəli azərbaycan torpaqları
olduğunu bir daha təsdiqlədi.
258
O,”İran Azərbaycanı ” terminini “Cənubi Azərbaycan” terminilə əvəz
etdi.
Beləliklə H.Əliyevin çoxcəhtli partiya və dövlət idarəçiliyi sayəsində
Azər-baycanın ictimai-siyasi həyatı olduqca zənginləşdi.İnsanların partiya və
dövlət orqanlarının ictimai təşkilatların işində fəaliyyəti artdı. Dövlət və ictimai
təşkilatla-rın mədəni tərəqqisi xalqın milli oyanışına istiqamətləndirilmiş siyasətin
reallaşdırıl-masına yönəldildi və səmərəli nəticələr verdi.
H.Əliyev kimi fitri istedadlı, uzaqgörən, xalqını sonsuz məhəbbətlə
sevən, praqmatik bir siyasətçinin Azərbaycana rəhbərlik etməsi respublikanın
ictimai-siyasi, iqtisadi və mədəni həyatında sürətli yüksəlişə səbəb oldu.
XX- əsrin 70-80-ci illəri Azərbaycan iqtisadiyyatının keçidiyi əvvəlki
inkişaf illəri ilə müqayisədə ən əlamətdar və böyük yüksəliş dövrü kimi tarixə
daxil olub.
Heydər Əliyevin təşəbbüsü ilə SSSR hökuməti Azərbaycanda sənayenin
və kənd təsərrüfatının intensiv inkişafı üçün xüsusi qərar qəbul etdi və xeyli vəsait
ayırdı. Azərbaycanda iqtisadi quruculuq fəaliyyəti 70- ci illərin ilk ilindən sürətlə
başladı.Kapital qoyuluşunun həcmi 1970 -85 –ci illərdə 32 milyard manat
təşkil edirdi ki, bu da Sovet dövrünün əvvəlki 50 ilində cəmi istifadə edilən
vəsaitdən 2,1 dəfə çox idi.
Bu kapitalın 45% -dən çoxu maşınqayırma, kimya, neft-kimya, tikinti
material-ları, yeyinti sənayesi sahələrinə qoyulmuşdu.
Respublikanın güclü elmi-texniki və istehsal potensialına söykənərək
iqtisadiy-yatın mühüm istiqamətlərinin inkişafı ardıcıl mərhələlər üzrə həyata
keçirildi. Əlvan və qara metalugiyanın yeni istehsal sahələri yaranırdı.
Kənd təsərrüfatı təyinatlı maşınqayırma sənayesində daha əhəmiyyətli yeni
müəssələrin yaradılması sahəsində ciddi işlər görüldü.
259
Neft və qaz istehsalı sahəsində 80-ci illərdə rekord nəticələr əldə olundu.
Belə ki, həmin dövrdə 13 milyon ton neft, 14milyard kubmetr təbii qaz istehsal
edilmiş-di.70-80-ci illərdə Azərbaycan rayonlarının qazla təmin edilməsi demək
olar ki, başa çatdırılır.
1970-80 –ci illərdə yeni müəssələr sənayenin təkmilləşməsi və məhsul
isteh-sallarının artırılmasında əhəmiyyətli rol oynamışdur.Bu dövrdə 218 yeni
sənaye müəssəsi istifadəyə verildi.
Mingəçevirdə elektrik stansiyası, Şəmkir Ses, Bakı Kondisioner zavodu,
Əli Bayramlı məişət cihazları zavodu, Ağdam dəzgahqayırma, Gəncə xalça,
qənnadı, çini –saxsı qablar zavodları məhz bu dövrdə istifadəyə verilmişdi.
Tarixən Azərbaycanda sənayenin birtərəfli inkişafı ilə əlaqədar onun
müəssələri əsasən Bakı və Sumqayıt regionunda yerləşmişdir.1970-85-ci illərdə
yaradılan yeni sənaye müəssələrinin 158-i və ya 72 faizi respublikanın başqa ərazi
sahələrində istifadə-yə verildi.
70-ci illərdə neft sənayesinin inkişafında da yeni dəyişikliklər baş
verdi.Geoloji kəşfiyyat işləri genişləndi.22 yeni neft və qaz yatağı kəşf olundu.Neft
mədənlərinin yarıdan çoxu avtomatlaşdırıldı.
Üzən buruqlardan “Azərbaycan”, “Xəzər” vastəsilə dənizin dərinliyində
6000 metrə çatan quyular qazıldı.
70-ci illərdə dərin dəniz özülləri hazırlayan iri zavodun tikintisinə başlandı
və zavod 1986–cı ildə fəaliyyətə başladı. Respublikada energetika sənayesi sürətlə
inkişaf edirdi.Araz çayı üzərində İran ilə birlikdə SES –sı tikildi .Yüngül sənaye,
yeyinti sənaye müəssləri şəbəkəsi xeyli genişləndi.
Azərbaycanın vahid xalq təsərrüfatı komplekslərindən biri olan nəqilyatın
da inkişaf etdirilməsi vacib strateji məsələlərindən biri idi. 70-80 –ci illərdə yeni
dəmir yolu –Ağdam –Xankəndi, Akstafa –İrəvan, Yevlax- Balakən xətləri
istifadəyə veril-di.1985-ci ildə 2067 kmə çatan dəmir yolu xətti var idi.
260
Avtomobil yollarının inkişafında da əhəmiyyətli dəyişikliklər baş verdi.
Avtomobil yollarının uzunluğu 1985 –ci ildə 22,4 min km -ə çatırdı.
70-80-ci illərdə metro tikintisi sahəsində böyük uğur əldə olundu.1970-ci
ildə “Ulduz ” stansiyası istifadəyə verildi.1972-ci ildə Bakının mərkəzini “8-ci
km” qəsəbəsi ilə birləşdirən metro xətti “Bak Soveti ”- “Neftçilər” metro xətt işə
düşdü.1985-ci ildə “Memar Əcəmi ” stansiyasına, 1979 –cu ildə “Əhmədli ”
stansiyasına qədər yeraltı də-miryol xətləri istifadəyə verildi.
Azərbaycanın dəniz nəqilyyatı da inkişaf edirdi. Bakı dəniz gəmiçiliyi
böyük donanmaya malik idi. Respublikada dəniz vasitəsilə Qazaxstan, Sibir,
İtalya, Əlcəzair, Polşa ,Ruminiya və s. ölkələrə mal daşınırdı.
1970-80-ci illərdə respublikada kənd təsərrüfatının maddi bazasının
gücləndirilməsinə xüsusi diqqət yetirilirdi.
Azərbaycanda kınd təsərrüfatına yararlı torpaqlar nisbətən məhdud
miqdardadır.Buna görə də kənd təsərrüfatında məhsuldar qüvvələrindən tam və
hərtərəfli istifadə edilməsi vacib idi. Bunun üçün ilk növbədə əkinçilik və heyvan-
darlığın müxtəlif təbii-iqtisadi zonalar üzrə səmərəli ixtisaslaşması və
mərkəzləşməsi tələb olunurdu.
70-ci illərdə kənd təsərrüfatında əmək bölgüsünün dərinləşməsi prosesi
sürətləndi.Pambıq istehsalı Muğan, Mil və Şirvan zonalarında təmərküzləşdi.18
rayon pambıqçılıqla məşğul idi. Ən çox pambıq istehsal edən rayonlar Bərdə,
Ağcəbədi, Beyləqan, Sabirabad idi.1985-ci ildə pambıq əkin sahələri 295,5 min
hektara çatmışdı.
Başqa sahələrdə də təmərküzləşmə gedirdi.Tərəvəzin 92 faizindən çoxu
Lənkəran, Astara, Quba-Xaçmaz, çay yarpağının 98 faizi Lənkəran-Astara,
taxılçılıq mərkəzi aran, Şəki İsmayıllı rayonlarında daha çox becərilirdi. Üzümçü-
lük bütün təbii iqtisadi zonalarda yetişdirilirdi.
261
Respublikada kənd təsərrüfatının ümumi məhsulunun həcmi 1981-85 –ci
illərdə orta hesabla 1966-70 –ci illərə nisbətən 2,6 dəfə çoxaldı
1981-85-ci illərdə taxıl istehsalı 1,3 milyon tona, pambıq 861,4 min tona,
tütün 56,9 min tona, üzüm 1,9 milyon tona çatdırılmışdı.
Beləliklə, 70-80-ci illərdə azərbaycan iqtisadiyyatı böyük zirvələr fəth
etdi. Əsas sosial iqtisadi göstəricilərə görə Azərbaycan ittifaq respublikaları
içərisində ön sıraları keçdi. Azərbycanın ictimai əmək bölgüsündə istər idxal ,
istərsə də ixrac edilən məhsulların istehsal həcminə görə rolu xeyli genişləndi.
Akademik Cəmil Quliyev yazır: “1969-cu ilin yayından H.Əliyevin
respubli-kaya rəhbərlik etməsi ilə Azərbaycanın sosial –iqtisadi və ictimai-siyasi
həyatında dönüş başlandı.H.Əliyev demək olar ki, 22 il Az.SSR-ə rəhbərlik etdi,
bu müddət ərzində o, Azərbaycanın milli dirçəlişi üçün XX əsrdə hamıdan daha
çox xidmət göstərdi Bu illərdə H.Əliyev suveren Azərbaycan Respublikasının
əsasını qoydu”
Lakin 1980-ci illərin ikinci yarısında Azərbaycanın iqtisadiyyatında ciddi
geriləmə prosesi başlandı. Ölkənin ictimai-siyasi rejimində baş verən gərgin və
təlatümlü hadisələr onu sarsıdaraq, iqtisadiyyatın tənəzzülünü sürətləndirdi.
Azərbaycanın ictimai-siyasi həyatının təsərrüfat sisteminin ahəngi 1987-
ci ildə erməni millətçilərinin “Dağlıq Qarabağ” ətrafında başladıqları fitnəkarlıqlıa
pozuldu. Moskvada yüksək vəzifələr tutan erməni millətçiləri Azərbaycan
iqtisadiyyatına böyük zərbələr endirmək üçün öz xəyanətkar fəaliyyətlərini ge-
nişləndirirdilər.İlk növbədə 1985-ci ildə alkoqolizmə qarşı mübarizə adl altında
respublikadaböyük gəlir verə üzüçülüyün ləğv edilməsinə çalışırdılar.1990-cı ildə
107 min hektar üzüm sahəsi ləğv edilmişdi.
1988 -ci ildə Gəncə avtomobil zavodunun, AKTİ –nin tələ şəhərciyinin
tikintiləri dayandırıldı.
262
Azərbaycan iqtisadiyyatının inkişafına yönəldilən əsaslı vəsait ildən-ilə
azaldıldı.Əsas fondların istifadəyə verilməsi 199—cı ildə 1985-ci ilə nisbətən 50
faiz aşağı düşdü. Neft hasilatı bu dövrdə 13,5 milyon tondan 13,1milyon tona, qaz
hasilatı isə 14,3 milyard kub metrdən 11,1 milyard kubmetrə enmişdi. Polad,
dəmir, sement, yüngül sənaye sahələri əvvəlki gücü ilə işləmişdi.
Mühüm, kənd təsərrüfatı məhsulları istehsalında ciddi geriləmə baş verdi.
1980-ci illərin ikinci yarısında Azərbaycan sənayesi ziddiyyətli, çox çətin və
ağır bir dövr keçirirdi. Digər tərəfdən isə metodları yararsız olan yenidənqurma,
millətlərarası toqquşmalar, rəhbərliyin zəifliyi iqtisadi inkişafa mane olurdu.
Respublikanın 70-80-ci illərdə iqtisadi yüksəlişi xalqın rifahının yaxşılaş-
dırılmasına şərait yaratmışdı.Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 80-ci
illərdə 1,3 dəfə, kolxozçuların orta aylıq əmək haqqı isə 1,5dəfə artmışdı.Qocalığa
və əlilliyə görə dövlətdə pensiya alanların sayı 1989-cu ildə 987 minə çatmışdı.
70-80-ci illərdə respublikanın şəhər və kəndlərində mənzil tikintisi sürətlə
ar-tmışdı.Baku, Sumqayıt, Gəncə, Əli Bayramlı, Mingəçevirdə yeni mikrorayon
və qəsəbələr salınmış ,çoxmərtəbəli binalar tikilmişdi. Həmin illərdə respublikada
ümumi sahəsi 35 mln kv-metr mənzil sahəsi tikilmişdi.3 milyona qədər əhalinin
mənzil şəraiti yaxşılaşdırılmışdı.
Həmin dövrdə Dənizkənarı park yenidən qurulmuş, Fəvvarələr meydanı,
yaradılmışdı. 70-ci illərdə Baku Dəniz Vağzalı, Respublika Sarayı, Gülüstan
sarayı, Velotrek tikildi.Həmin illərdə əhalinin içməli su ilə təminatı
yaxşılaşdırılaraq, Kür su kəməri tikildi. Lakin göstərmək lazımdır ki, sənaye, kənd
təsərrüfatı, nəqliyyat və tikinti inkişaf etdikcə təhlükəsizlik texnologiyasına ciddi
əməl olunmaması, təmiz-ləyici qurğulardan istifadə edilməməsi respublikada
ekoloji mühitin gündən –günə pozulmasına gətirib çıxardı.
Bakı,Sumqayıt, Gəncə, Əli bayramlı şəhəri ekoloji cəhətdən daha çox
çirklənmişdi. Bakıda çirkab sularının dənizə axıdılması nəticəsində Xəzər dənizi
263
həddən çox çirklənmişdi.Kimya zavodları Sumqayıt şəhərini “ölü
şəhərə”çevrilmişdi. Qonşu respublikalardan Kür və Araz çaylarına çirkab və
zəhərli maddələrin axıdılması böyük problem yaradırdı.
70-80- ci illərdə əhalinin sayı 5 milyon nəfərdən, 7,1 milyona çatmışdı.
Hər min nəfərə , təbii artım 20 faizə çatmışdı. Şəhər əhalisi 53,8 faiz təşkil
edirdi.Əhalinin sosial –sinfi strukturu da yeniləşmişdi.1989-cu ildə əhalinin 86,8
faizini fəhlə və qulluqçular, 12,7 faizini kolxozçular təşkil edirdi.Əhalinin milli
tərkibində də mühüm dəyioşikliklər baş vermişdi. 1989-cu il siyahıyaalınmasına
görə 7 milyondan çox əhalinin 6 milyonunu Azərbaycan türkləri, 392,3 min
nəfərini ruslar, 390,5 min nəfərini ermənilər, 171,4 min nəfərini ləzgilər, 44,1 min
nəfərini avarlar, 30,8 min nəfərini yəhudilər və sairə təşkil edirdi. Ümumiyyətlə
respublikada 82 xalqın nümayəndəsi məskunlaşmışdı.
Beləliklə 70-80-ci illərdə respublika əhalisinin sosial-siyasi, milli
strukturunda , məişət və rifahında mühüm dəyişikliklər baş vermişdi.
Bütün bunlarla yanaşı, əhalinin istehlak tələbləri lazımınca ödənilmirdi,
xidmətlərin səviyyəsi xüsisən kənd yerlərində hələ aşağı idi.Ekoloji mühit çirklə-
nirdi.və s. 70-80-ci il illər azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi
hə-yatinda mühüm irəliləmələr dövrü olmuşdur.Uşaq müəssisələrinin, məktəblərin
maddi-texniki təhsil bazası möhkəmlənmiş , tədrisin səviyyəsi xeyli yüksəlmişdi .
Bu illərdə respublikada 101 min nəfərlik məktəbəqədər uşaq müəsssəsi tikilib
isti- fadəyə verilmişdir.
Həmin dövrdə 703 min yerlik 1058 ümumtəhsil məktəb binası tikilib
istifadəyə verilmişdi.Ümumtəhsil məktəblərinin sayı 4356-ya çatdırılmışdı və bu
məktəblərdə 1,4 milyona qədər şagird təhsil alırdı.Bu məktəblərdə müəllimlərin
sayı 132-min nəfərə qədər artmışdı.
Məktəblərin 98 faizində fənn kabinələri, emalatxanalar fəəaliyyət
göstərirdi.
264
Azərbaycanda milli hərbi, kadrlar yeyişdirilməsini təmin etmək məqsdilə
H.Əliyevin təşəbbüsü ilə C.Naxçıvanski adına Bakı ibtidai hərbi məktəb, təşkil
olundu.
80-ci illərin sonunda Azərbaycanda 2185 məktəbdənkənar uşaq
müəssisələri ,o cümlədən 91 niioner məktəblilər sarayı,1593 nioner düşərgəsi, 240-
dan çox uşaq idman məktəbi, 210 musiqi məktəbi fəaliyyət göstərirdi.
Peşə təhsili sistemi inkişaf edirdi.70-80-ci illərdərespublikada 100 yeni texniki
–peşəməktəbi təşkil edilmişdi.1990-cı ildə 176 belə məktəbdə 83 minə qədər
şagirdtəhsil alırdı.Həmin şagirdlər sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı,məişət
xidməti və başqa sahələr üzrə peşəyə yiyələnirdilər.Təsərrüfat, maarif ,mədəniyyət,
səhiyyə və başqa sahələr üzrə orta ixtisaslı kadrlar hazırlayan 78 məktəbdə hər il
60-70min tələbə təhsil alırdı.Bu illərdə Bakı kitabxanaçılıq texnikumunun, Bakı
Pedaqoji,Gəncə tikinti-inşaat texnikumları, Şuşa pedoqoji məktəbinin, Mingəçevir
və Naxçıvan politexnikumlarının, Şəki pedoqoji məktəbinin yeni tədris binaları
və yataqxanaları tikilərək istifadəyə verildi.Bu illərdə tələbələrin təqaüdü 3 dəfə
artdı.
70-80-ci illərdə Azərbaycanda ali təhsil daha da inkişaf etdi. Yeni ali
təhsil ocaqları fəaliyyətə başladı.1971-ci ildə Rus dili və Ədəbiyyati (Slavyan
Universiteti) və Pedoqoji xarici dillər Unstititları yarandı.Azərbaycan Dövlət
Pedaqoji institutunun filialları əsasında 1972-ci ildə Naxçıvan , 1973-cü ildə
Xankəndi Pedoqoji instititları , 1976-cı ildəGəncə Texnologiya İnstitutu təşkil
edildi.
1980-ci ilərin sonlarında respublikada 17 ali təhsil müəssisəsi var idi.
Bu ali məktəblərdə 80-ci illərin axırlarında 8500 nəfər, o cümlədən 612 professor,
akademik, 3021nəfər dosent dərs deyirdi.Ali məktəblərdə hər il 100 min nəfər
tələbə təhsil alırdı. Bakı Dövlət Universitetində 13 min tələbə oxuyurdu.
Məktəblərdə tədrisin məzmununda müəyyən dəyişikliklər baş verdi.
Azərbaycan tarixinin tədrisi artırıldı.1988-ci ildən bütün ali və orta ixtisas
265
məktəblərində bu fənn tədris olunmağa başlanıldı. 80-ci illərin sonlarında hər 1000
nəfər əhalinin 129-u ali, 146-sı orta ixtisas, 425-i ümumi orta, 190-ı natamam orta
təhsilli idi.
İnsanların biliyinin , mədəni səviyyəsinin yüksəlməsində mədəni-maarif
müəssisələri və kütləvi informasiya vasitələri mühüm rol oynayırdı.
70-80-ci illərdə respublikamızın şəhər və kəndlərində 220 min yerlik 1066
klub və mədəniyyət , 111 kinoteatr istifadəyə verilmişdi.
Kütləvi kitabxanalar şəbəkəsi genişlənmiş, oradakı kitab və jurnalların
sayı 45,3 milyon nüxsəyə çatdırılmışdı.Hər 100 nəfərə 6,4min nüxsə kitab və
jurnal düşürdü. Respublikada 87 yeni muzey-1972-ci ildə Azərbaycan xalçası və
tətbiqi sənət muzeyi” Sergey Yeseninin xatirə muzeyi, 1975-ci ildə
U.Hacıbəyovun və S.Vurğunun,1981-ci ildə Naxçıvanda H.Cavidin ,1982-ci ildə
Bakıda C.Cabbarlının , Bülbülün ev muzeyləri, rayonlarda onlarla tarix-
diyarşünaslıq muzeyləri təşkil olundu.
Həmin dövrdə Gəncədə “Nizami “təsviri sənət qaleriyası, “Nizami dövrü
və yaradıcılığı” muzeyi açıldı.
70-80-ci illərdə respublikada 8 yeni dövlət teatırı açıldı və onların sayı
20-yə qədər olmuşdur.
Kütləvi informasiya vastələri şəbəkəsi artmaqda idi.1990-ci ildə 256
qəzet, jurnal və məcumə çap olunurdu.Dövri nəşrlərin illik tirajı 49 milyon
nüsxədən çox idi.
1976-88-ci illərdə 10 cildlik “Azərbaycan Sovet Ensklopediyası ” çapdan
çıxdı.Bu dövrdə 20 cildlik”Azərbaycan Ədəbiyyatı Kitabxanası” 50 cildlik
“Dünya Uşaq ədəbiyyatı Kitabxanası”, 100 cildlik “Dünya Ədəbiyyatı kitabxana-
sı”, “Molla Nəsrəddin”12 cildlik toplusu nəşr edildi(1-ci cild)
266
70-80-ci illərdə Azərbaycan elminin inkişafında mühüm nailiyyətlər əldə
olunmuşdu.Elmi müəssisəərin sayı 151-ə , o cümlədən elmi-tədqiqat istitutlarının
sayı 85-ə çatmışdı. Elmi tədqiqatla məşğul olan işçilərin sayı 32,3 nəfərdən
artmıdı.
1972-ci ildə Elmlər Akademiyasının Naxçıvanda Elmi Mərkəzi fəaliyyətə
başladı.
1975-ci ildən “Xəzər” elmi Mərkəzində respublikanın təbii ehtiyatlarının
kosmik tədqiqi aparılırdı.1978-ci ildə Bakıda Kosmik Tədqiqatlar Elm-istehsalat
Birliyi fəaliyyətə başladı.
1970-ci ildə Elmlər Akademiyasında 30 elmi müəssisə , 3300 elmi işçi
fəaliyyət göstərirdi.
Bakı həmin dövrdə “Neft Akademiyası”adlanırdı.Bu sahədə görməkli
alimlərdən Mirəli Qaşqay, Şəfaət Mehdiyev, Əli Əlizadə, Əzəl Sultanov və başqa-
ları görkəmli araşdırmalar aparırdılar.O dövrdə Fərman Salmanovun rəhbərliyi
altında Qərb Sibirin neft və qaz yataqları kəşf olunmuşdu.
Humanitar –ictimai fənlər sahəsində də mühüm naliyyətlər əldə olunmuşdu.
Z.Bünyadov,Cəmil Quliyev , İqrar Əliyev, Mahmud İsmayılov, Fuad Əfəndiyev,
Tofiq Köçərli kimi tarixçilər bu elmin inkişafında mühüm rol oynamışdılar.
Ədəbiyyatın inkişafında çox böyük irəliləyişlər olmuşdu.M.Dilbazi, Nəbi
Xəzri, İslam Səfərli, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Xəlil Rza bədii ədəbiyyatın
və ədəbiyyatşünaslığın inkişafında mühüm rol oynamışlar.
Bədii nəşringörkəmli nümayəndələri Süleyman Rəhimov, İlyas Əfəndiyev,
Əzizə Cəfərzadə, İsa Hüseynov, Ələviyyə Balayevanın əsərləri çox maraqla
oxunulurdu.
267
Xalqda milli şüurun oynamasında Cənubi Azərbaycan mövzusunda yazılmış
əsərlərin xüsusi əhəmiyyəti var idi.Mirzə İbrahimovun “Pərvanə”, “Cənub heka-
yələri”maraqla qarşılanırdı.
Respublikada musiqi, ifaçılıq teatr və kino sənəti sahəsində də mühüm
irəliləyişlər baş verdi.Fikrət Əmirovun “1001 gecə” , Aqşin Əlizadənin “Babək”
baletləri musiqi sənətinin ən mühüm naliyyətləri idi. Şərqdə ilk olaraq bir qadın
kimi Şəfiqə Axundova “Gəlin Qayası” operasını yazdı.
Azərbaycan kinosu böyük inkişaf yolu keçdi. “Azərbaycanfilm”
kinostudiyasında “Şərikli çörək” “Yeddi oğul istərəm”, “Ulduzlar sönmür””
Babək” “Tütək səsi”, “İstintaq”, Axırıncı aşırım”, “Dədə Qorqud” və başqa filmlər
çəkildi.
Beləliklə, 70-80-ci illər Azərbaycan mədəniyyətinin inkişafında mühüm dövr
ol-du. H.Əliyevin milli oyanış siyasəti sayəsində təhsil, elmi, mətbuat, ədəbiyyat
və incəsənətin tərəqqisi üçün əlverişli imkanlar açıldı.Respublikanın mənəvi
sərvətləri, kadr potensialı daha da artdı.Xalqın mədəni irsinin , tarixinin , dilinin
öyrənilməsi və təbliği genişləndi.
268
XX mövzu
1980-ci illərin axırları və 1990-cu illərin əvvəllərində
Azərbaycanda ictimai-siyasi vəziyyət.
Plan:
1.1980-ci illərin sonuna yaxın Azərbaycanda siyasi vəziyyət.
2.Qondarma Qarabağ məsələsi və onun Azərbaycanın siyasi durumuna təsiri.
3.Milli-demokratik ictimai hərəkatların və təşkilatların meydana gəlməsi.
Ədəbiyyat:
1.Azərbaycan tarixi.VII cilddə, VII cild, Bakı, 2008, səh.301-484.
2.Məmmədov İ, Məmmədov Ç. Siyasi tarix. Bakı, 2004, səh. 245-255.
3.Əliyev İ. Dağlıq Qarabağ.Tarix, faktlar, hadisələr.Bakı, 1989.
4.Səməndər.R. Şəhidlər.Bakı, 1990, səh.3-29.
269
5.Sultanov O. XX əsrin 80-ci illərin sonu-90-cı illərin əvvəllərində
Azərbaycanda siyasi mübarizə. Bakı, 1995.
XX əsrin 80-ci illərinin ortaları üçün SSRİ dərin böhran vəziyyətinə gəlib
çıxdı. 1981-1985 – ci illərdə sənaye və kənd təsərrüfatı məhsullarınınn istehsalı 2,5
-3 dəfə aşağı düşmüşdü. Ölkədə gizli iqtisadiyyat tüğyan edirdi. Ölkəni siyasi
böhran da bürümüşdü.
1985-ci ilin martında uğursuz M.Qorbaçovun hakimiyyətə gəlməsi ilə ölkədə
böhrandan çıxmaq məqsədilə “yenidənqurma”xətti həyata keçirilməyə başlandı.Bu
xətt xarici ədəbiyyatda “Qorbaçov inqilabi”kimi mənalandırılır.
“Yenidənqurma”əvvəl xalq təsərrüfatının inkişafını sürətləndirmək siyasətindən
başladı. Sonra iqtisadi, siyasi və hüquqi islahatlar həyata keçirilməsinə başlanıldı.
“Yenidənqurma”daha çox demokratiya,daha çox sosializm, aşkarlıq şüarları
altında həyata keçirilirdi.
Yenidənqurma və aşkarlıq siyasəti obyektiv surətdə demokratiya və azad-
fikirliliyin ilk rüşeymlərinin yaranmasına gətirib çıxardı. Lakin, 1988-ci ilin
əvvəllərinə kimi Azərbaycan demək olar ki, SSRİ-də gedən bu pozitiv proseslərdən
təcrid olunmuşdu. Həyatın real problemlərinin üstündən sükutla keçilməsi və onla-
rın ört-basdır edilməsi, hər şeyin normal olduğu haqqında illüziya yaradılması
ictimai-siyasi atmosferi müəyyənləşdirən əsas cəhətlər idi.
Baxmayaraq ki, Azərbaycan öz təbii sərvətlərinə görə SSRİ-də qabaqcıl
yerlərdən birini tuturdu, lakin problemlər içində boğulurdu. Xəstəxanalar,
məktəblər, mənzil çatışmır, adambaşına düşən milli gəlirə görə respublikamız
sonuncu yerlərdə gedirdi. Ekoloji problemlər nəticəsində uşaq ölümünün
səviyyəsinə görə Azərbaycan Afrikanın bir çox ölkələrini də geridə qoyurdu.
270
“Yenidənqurma” dövründə demokratiya, aşakarlıq və siyasi plüralizm
şəratinin yaradılması təqribən 70 il ərzində cəmiyyətdə, o cümlədən milli
münasibətlərdə yığılıb qalmış səhv və nöqsanları üzə çıxardı. Ölkədə
mərkəzdənqaçma meyyləri gücləndi. İctamai-siyasi həyatda demokratizm və
aşkarlıq yayıldı.
Elan olunmuş aşkarlıq prinsipindən istifadə edən respublika mətbuatında
tariximizin 1920-1940-cı illərini əhatə etdiyi dövrün səhifələri açıqlanır və kəskin-
tənqid olunur,M.C.Bağırov rejimi, onun qeyri-insani və qeyri-humanist hərəkətləri,
o dövrün totaltar idarəçilik metodları,bolşevizmin milli ayrı-seçkilk siyasəti vəs.
ifşa edilirdi.
Respublikada ictimai-siyasi yönümlü qeyri-hökumət təşkilatları və
cəmiyyətlər yaradıldı,çoxlu yeni formal və qeyri-formal nəşrlər meydana çıxdı.
“Azərbaycan”, “Odlar yurdu”, “Azadlıq”, “Yeni fikir”, “Vətən səsi”,
“Respublika”, “Ayna”, “Dalğa”,və başqa qəzetlər, “Gənclik”, “Xəzər”, “Açıq söz”
jurnalları çıxmağa başladı.
Demokratiya və aşkarlığın genişlənməsi sayəsində islam dəyərlərinə
qayıdıl-dı. Müqəddəs ibadət yerlərindən leqal şəkildə istifadə olunmağa başlandı.
Pir və ocaqlara ziyarətlər çoxalmağa başladı.1988-1990-cı illərdə respublikada 30-
dan çox məscid açıldı.1989-cu ildə Bakıda islam mədrəsəsi açıldı. İndi onun
bazasında yaradılmış Ali İslam Universiteti fəaliyyət göstərir.
1990-cı ildən başlayaraq müsəlmanların müqəddəs Məkkəyə ziyarətləri təşkil
edildi. “İslam” qəzetinin nəşrinə başlanıldı.
Respublikada İran və Türkiyədə yaşayan qan qardaşları olan azərbaycanlılarla
gediş -gəlişi bərpa etmək məqsədilə “ Sərhəd hərəkatı ” başladı.
1989-cu il dekabrın 31-1990-cı il yanvarın 1-də Araz çayı boyu 137 km
Sovet-İran, yanvarın 7-də SSRİ-Türkiyə arasında sərhəd qurğuları dağıdıldı.
Yanvarın 18-də Biləsüvar və Cəlilabad rayonlarında sərhəd qurğuları ləğv olundu.
271
Naxçıvan MR-də sərhədlə tikanlı məftillər arasında qalan17 kvadrat kilometr
torpaq sahəsi istifadəyə verildi.Sərhəddin hər iki tərəfində yaşayan qohum və
qardaşlarıın görüşü,gediş-gəlişi başladı.
Bir sözlə,respublikada yüksək ictimai-siyasi canlanma hökm sürürdü.
Lakin Azərbaycan rəhbərliyi Sovetlər birliyini qoruyub saxlamaq üçün Mərkəzin
səylərinə can-başla qoşulurdu. Azərbaycan da imperiyanı yenidən bərpa etmək
üçün hazırlanmış layihə və tədbirlərə tərəfdar çıxırdı.1990-cı lin mayında
Azərbaycanda da Prezident vəzifəsi təsis olundu.A.Mütəllibov Ali Sovet tərəfindən
Respublikanın ilk Prezidenti seçildi.
Bütün bunlara baxmayaraq “yenidənqur-ma”dövründə Azərbaycan
iqtisadiyyatın-da da geriləmə başladı.
“Yenidənqurma”nın elan etdiyi demokratiya,aşkarlıq şəraitindən istifadə edən
erməni millətçiləri Qərbi Azərbaycanda antitürk siyasətlərini gücləndirdilər,etnik
təmizləməyə başladılar.Azərbaycanlıların Ermənistandan yeni deportasiyası
başlandı.
1988-ci ilin fevralında İrəvanda “Ermənistanı türklərdən tətmizləməli”,
“Ermənistanda ermənilər yaşamalıdır!”,şüarları altında izdihamlı antitrük mitinqi
keçirildi.Erməni vandalları fevralın 21-də İrəvanda qalmış son məscidə hücum
edib onu dağıtdılar.
Aşıq Ələsgərin Basar-Keçərdəki qəbrini təhqir etdilər, Səməd Vurğunun
abidəsini dağıtdılar. Fevralın 18-23-də azərbaycanlı qaçqınların yeni dəstəsi
təqiblərdən canlarını qurtararaq, Azərbaycana axışdılar.
Ermənilər azərbaycanlıların vəhşi,qaniçən olması haqqında yalan təsəvvürlər
yaratmaq üçün 1988-ci il fevralın 28-də Sumqayıtda özünü azərbaycanlı kimi
qələmə verən “Paşa” ləqəbli Edik Qriqoryaının fəal iştirakı ilə fitnəkarlıq
törətdilər.Bu məqsəd üçün Sumqayıtın seçilməsi heç də təsadüfi deyildi.Çünki
Ermənistandan təhqir olunaraq qovulan azərbaycanlıların xeyli hissəsi buraya
272
pənah gətirmişdi.Hadisələrin videolentlərə cəkilməsi,varlı ermənilərin bir neçə gün
əvvəl banklardan pullarını götürərək qaçması, fitnəkarlığın planlı şəkildə
hazırlanmasından xəbər verirdi.
1988-ci il fevralın 27-də şəhərdə kütləvi mitinqlər başladı və ertəsi günü
erməni talanları baş verdi. Faciə zamanı 32 nəfər,o cümlədən 26 erməni və 6 nəfər
azər-baycanlı qətlə yetirilmiş,200 mənzil qarət edilmişdi.
Sumqayıt hadisələrindən sonra Ermənistanda qanlı anti-türk hərəkatı daha
mütəşəkkil hal aldı.1988-ci ilin mart-dekabr aylarında yüzlərlə azərbaycanlı qətlə
yetirildi, minlərlə adam isə İran və Türkiyə sərhədlərini keçərək, həmin ölkələrə
pənah gətirdilər.
Ermənilər azğınlaşaraq Qubadlı rayonunun Eyvazlı, Qovudlu və Qədili
kəndlərinə hücum edərək qırğınlar türətdilər. Naxçıvanın Kərki kəndini işğal
edərək yandırdılar.Sentyabrın 16-da Bakı-Tbilisi sərnişin avtobusunu
partlatdılar.1991-ci il iyulun 31-də Moskva –Bakı qatarınd güclü partlayış
törətdilər.
Beləliklə, Qərbi Azərbaycanda yaşayan Azərbaycanlılara qarşı ermənilərin
soyqrımı başa çıtdı.Oradan 230 min nəfərə qədər azərbaycanlı qovuldu, 225 nəfər
isə öldürüldü.Azərbaycanlıların Respublikamıza köçməsi burda ictimai-siyasi
durumu daha da gərginləşdirdii.
Sovet cəmiyyətini koklərinə qədər sarsıdan “yenidənqurma “ və aşkarlıq
siyasətindən istifadə edən ermənilər yenidən Azərbaycana ərazi iddialarını
qaldırdılar.Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi hərakatı “Miatsum”
başladı.
Münaqişənin qızışdırılmasında millətçi erməni ziyalılarının mühüm rolu
olmuşdu. Ermənistandan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin vacib-
liyini sübut etmək niyyəti ilə dünyanın 30-dan çox dövlətinə və beynəlxalq
təşkilatlara 300 min erməninin imzası ilə müraciətlər göndərilmişdi.
273
1987-ci ilin oktyabrında Ulu Öndərimiz Heydər Əliyevin SSRİ
rəhbərliyindən kənarlaşdırılması mənfur ermənilərin öz niyyətlərini reallaşdırmaq
ümidini artırdı.
Hələ 1940-cı illərdə yaradılmış “Qarabağkomitəsinin fəaliyyəti genişləndi.
1987-ci ilin oktyabrında İrəvanın Puşkin meydanında bu komitənin ilk açıq
nitqi keçirildi. Eyni zamanda Dağlıq Qarabağda uzun müddət fəaliyyət göstərən
yerli “Krunk” təşkilatıda açıq fəaliyyətə başladı.
Erməni seperatçıları Dağlıq Qarabağın Ermənistana verilməsini tələb
edərkən Azərbaycanın guya vilayətin sosial-iqtisadi və mədəni inkişafına diqqət
vermədiyini bəhanə gətirirdilər. Lakin o zaman Moskvadan göndərilən erməni
iqtisad çılarının araşdırmalarına görə Dağlıq Qarabağ vilayəti Azərbaycanın digər
bölgəsi nə nisbətən sosial –iqtisadi inkişaf səviyyəsinə görə xeyli irəlidə gedirdi.
Əgər tək cə 1976-1980-ci ollərdə Azərbaycan üzrə sənaye məhsulları istehsalı 3
dəfə artmış dırsa, vilayət üzrə bu rəqəm 3,3% təşkil edirdi.
1988-ci il fevralın 8-dən başlayaraq Xankəndində Dağlıq Qarabağın
Ermənistana verilməsi haqqında ermənilər imza toplamağa (prtisiya ) başladılar.
Fevralın 12-də isə həmin tələblə mitiqlərə başladılar. Ermənilər və onların
havadarları, Daşnak partiyası hələ çoxdan xaricdə bu məsələ ilə “Daşnak
partiyasının Afinada keçirilən qurultaylarında Azərbaycan torpaqları “Naxçıvan və
Qarabağ daxil olmaqla “va-hid və müstəqil Ermənistan ideyası irəli sürmüşdülər.
Z.Balayanın “Ocaq” kitabı da məhz həmin ideyanı yayırdı.1987-ci ildə
Aqanbekiyan Parisdə çıxış edərək Dağlıq Qarabağın Ermənistana birləşməsinin
iqtisadi cəhətdən daha əlverişli olması ideyasını irəli sürmüşdü. Bütün bunlar
Dalıq Qarabağda seperatçı çıxışlar üçün bir siqnal rolunu oynamışdır.
Azərbaycanın rəhbərliyinin qətiyyətsizliyndən şirniklənən ermənilər daha da
həyasəzlaşaraq fevralın 21-də DQMV-sovetinin qərarı ilə Dağlıq Qarabağın
Ermənistana birləşdirilməsi haqqında qərar verdilər.Fevralın 25-26-da eyni tələblə
Ermənistanda kütləvi mitinqlər keçirildi. Fevralın 24-də Ağdam –Əsgəran yolunda
274
iki azərbaycanlının öldürülməsi ilə Qarabağ konfiliktinin ilk qurbanları verildi.
Ermənistandan isə ilk azərbaycanlı qaçqınları dəstəsi Azərbaycana pənah
gətirməyə başladılar.
Bütün bunlara qarşı Azərbaycan rəhbərliyinin qətiyyətsizliyini görən xalq
res-publikanın qorunması tələbi ilə etiraz nümayişlərirə başladılar.Bu
nümayişlərdən ən izdihamlısı mayın 18-də Bakının baş meydanında
keçirildi.Vəziyyətin mürəkkəbliyini görən Moskva rəhbərlikdə dəyişiklik edərək
K.Bağırovun yerinə Ə.Vəzirovu gətirdi.Lakin o da öz sələfinin syasətini davam
etdirdi. Yeni rəhbər-liyin ən böyük səhvlərindən biri Ermənistandan gələn
qaçqınları Dağlıq Qarabağa yerləşdirmək əvəzinə onları Bakı və Sumqayıta
yönəltdi.
Sentyabrın 21-də Ermənilər Stepanakertdə yaşayan Azərbaycanlı əhalini
də öz evlərindən qovdular vəonlar Şuşaya sığındılar.
1988-ci il iyulun 18-də SSRİ Ali Soveti R.H.-i DQVM-nın Azərbaycanın
tərkib hissəsi olması haqqında qərarından sonra ermənilər daha da həyasızlaşaraq
elan olunmamış müharibəyə başladılar.Yaxşı silahlanmış erməni quldurları
Azərbaycan ərazisində açıq hərbi əməliyyatlara başladılar.Lakin Respublikanın
rəhbərliyinin göstərişi ilə hüquq mühafizə orqanları əhalidə olan tüfəngləri də
onlardan yığmağa başladılar.Bu azərbaycanlıların tərkisilah edilməsi demək idi.
Rəhbərliyin hadisələrə belə münasibəti xalq kütlələrini daha da
hiddətləndirdi.
1988-ci il noyabrın 18-dən dekabrın 5-dək “Azadlıq” meydanında fasiləsiz
mitinqlərdə 1 milyona yaxın adam iştirak edirdi. Rəhbərlik xalqın tələblərini yerinə
yetirmək əvəzinə Rus qoşunlarının köməyi ilə mitinqi dağıtmağa üstünlük verdi.
Bakıda və bir sıra başqa şəhərlərdə fövqaladə vəziyyət elan olundu. Beləliklə
Respublikada siyasi böhran son həddə çatmış oldu.Belə bir şəraitdə geniş xalq
kütlələri arasında yalnız Azərbaycanın ərazi bütğvlüyünün deyil, həmçinin onun
275
real suvürenliyini təmin edə biləcək kütləvi ictimai təşkilat yaratmaq ideası
tədricən yetişirdi.
1988-ci ilin yayında AXC yaratmaq üçün “təşəbbüs qurupu ” yaradılır.Bu
qurup AXC-ni proqram və nizamnaməsini bir neçə ay ərzində işləyib hazırladı.Bu
dövrdə “Varlıq” qrupu da yarandı və sonralar “Təşəbbüs qurupu” ilə birlikdə
AXC-nin yaranmasında mühüm rol oynadı.
1989-cu ilin mayında DQ-da hadisələr daha da kəskinləşdi.Hələ yanvar
ayında DQMV Xüsusi İdarə Komitəsinin (Volski) yaranması ilə Respublika
rəhbərliyi DQ-nin idarəçəliyindən demək olar ki, kənarlaşdırıldı. Azərbaycanlıları
Dağlıq Qarabağdan sıxışdırıb çıxarmağa başladılar.
Belə bir şəraitdə 16 iyul 1989-cu ildə AXC-nin təsis konfransı keçiril-
di.Əbülfəz Əliyev AXC-nin sədri seçildi.Proqram və nizamnamə təsdiq edildi.
Bu dövrdən başlayaraq Azərbaycan milli hərəkatında keyfiyyətcə yeni
mərhələ başlandı. İyul-Avqust aylarında yenidən mitinqlər keçirilməyə başlandı.
Həmin mitinqlərdə fövqalədə vəziyyətin, Dağlıq Qarabağda XİK –nin, komendant
saatının ləğv edilməsi tələbləri irəli sürülürdü.Sentyabr ayında AXC rəsmən qeydə
alındı və dekabrın 24-də AXC-nin orqanı olan “Azadlıq” qəzetinin 200 minlik
tirajla ilk nömrəsi çapdan çıxdı.
AXC-nin nüfuzunun artması rəhbərliyi olduqca narahat edirdi.Mərkəz
Azər-baycan milli hərəkatına ölümcül zərbə vurmaq fikrinə düşərək onu ictimai
siyasi təşkilat kimi məhv etmək istəyirdi.
Təəssüflə göstərmək lazımdır ki, AXC daxilində baş verən böhran
mərkəzin bu məkrli planının həyata keçirilməsini xeyli asanlaşdırdı.1989-cu il
oktuyabrın 27-28-də Bakıda AXC Məclisinin I sessiyası böhranın ciddiliyini açıb
göstərdi və sessiyadan sonra AXC –nin rəhbərliyində parçalanma baş verdi.
1990–cı ilin yanvarın 13-də Bakıda Erməni talanlarının başlanması
hakimiyyətin gizli təşkilatlarının səyi ilə təşkil olunmuşdu Bunda məqsədAXC-ni
276
günahlandıraraq onun üzərinə geniş hücuma keçmək idi.Hakimiyyət strukturları
demək olar ki, bu hadisələrə seyrçi münasibət bəsləyirdilər.Yalnız AXC-nin
fəallarının səyləri nəticəsində yüzlərlə erməninin həyatı xilas edildi.Ancaq
yanvarın 16-da talanları dayandırmaq mümkün oldu.
Yanvarın 15-də SSRİ Ali Soveti Rəyasət Heyətinin “Dağlıq Qarabağ və
bəzi digər rayonlarda fövqəlada vəziyyət elan olunması ” haqqında fərmanı, Bakı
və Gəncə şəhərlərində komendant saatının elan olunması Respublikada vəziyyəti
daha da gərginləşdirdi. Fərman elan olunduqdan sonra hərbi hissələrin (Rus)
ətrafında əhali piketlər təşkil etməyə başladılar.
Yanvarın 17-də AZ KP MK –nin binası qarşısında respublika
rəhbərliyinin istefası tələbi ilə fasiləsiz mitinqlər başlandı.
Moskva xlqın gözündən düşmüş Azərbaycan rəhbərliyini xilas etmək
məqsədi ilə silahlı qüvvə tətbiqinə əl atdı. 19 yanvar gecəsi xalqın xəbəri olmadan
cəllad Qarbaçovun səyi ilə SSRİ Ali Soveti R.H. Bakıda fövqəlada vəziyyət elan
etdi.
O müdhiş gecə, yanvarın 19-dan 20-nə keçən gecə Rus qoşunları heç bir
xəbərdarlıq etmədən Bakı üzərinə bir neçə istiqamətdən hücuma keçdilər.131 nəfər
günahsız adam qətlə yetirildi. Eyni zamanda Rus müdaxiləçiləri milli azadlıq
hərəkatını boğmaq üçün onun üzərinə geniş hücuma keçdilər.Yalnız 200-dən çox
demokratik hərəkatın fəal iştirakçıları həbs olunaraq Moskvaya aparıldı.Onların
içərisində Azərbaycan xalqının görkəmli oğlu Xəlil Rza Ulutürk də var idi.
20 yanvar faciəsindən sonra Respublikada rəhbərlik Ayaz Mütəllibova
keçdi.Əvvəlki rəhbərlik isə rusların köməyi ilə Moskvaya qaçdılar. Mütəllibov dö-
vründə də AXC və rəhbərlik arasında qarşıdurma davam edirdi.Bu vəziyyəti gö-
rərək Azərbaycanın yaradıcı ziyalılarının imza etdiyi “75-lər bəyanatı” “Elm ”
qəzetinin 1990-cı il 28 aprel sayında çap olundu.
277
Bəyanatda göstərilirdi ki: “ Bütün məsuliyyətimizlə bildiririk: yaxın
keçmişdə buraxılmış səhvlərin təkrar olunmasına qorxulu meyl mövcuddur.Bizim
fikirimizcə, respublika rəhbərliyi real şəkildə mövcud olan bütün vətənpərvər və
demokratik hərəkatların birləşməsi üçün təsirli tədbirlər görmür. Hamıya aydın
olmalıdır ki, indi respublikada qoşun gücünə saxlanan qayda-qanun
müvəqqətidir.Əgər indi ən təcili şəkildə əsil ictimai sakitliyin möhkəm özlünün
yaradılması üçün tədbirlər görülməszə, zorla bərqərar edilmiş”sükut” sonradan
daha böyük faciələrlə qurtara bilər.AXC-nin vətənpərvər, demokratik qüvvələrinin
iştirakı olamadan bu məqsədə nail olmaq mümkün deyildir. ”
Bu bəyanatın respublika rəhbərliyinə ciddi təsiri oldu. Rəhbərlik
demokratik qüvvələrlə bir başa danşıqlara getməyə başladı.Lakin hadisələrin
sonrakı gedişi göstərdi ki, hakimiyyət heç də demokratik qüvvələrlə konstruktiv
diolaq aparmaq fikrində deyil. Onlar yalnız xalqı sakitləşdirmək məqsədi ilə belə
bir dialoq görüntüsü yaratmağa cəhd göstərirdilər.
1990-cı ilin yayından başlayaraq fövqəladə rejimində müəyyən qədər
yum-şalma oldu.Lakin hakimiyyət yenə də hərbi qüvvəyə arxalanan “hərbiçi
partokratik ” rejmin əlində idi.
1991-ci ildə Ümumittifaq ərazisində demokratikləşmə və suverenlik
uğurunda mübarizə özünün yüksək pilləsinə qədəm qoydu.
Bu siyasi proseslərdən yararlanan Azərbaycan xalqı da özünün
müstəqilliyini əldə etmiş oldu.
1991-ci ilin oktyabrında 18-də Azərbaycan Respublikası Ali Sovetinin
Sessiyasında (parlamentdə).”Azərbaycan Respublikasının dövlət müstəqiliyi
haqqında” Kon stitusiya Aktı qəbul olundu.Həmin vaxtdan gənc Azərbaycan
Respublikası iqtisadi sosial-siyasi və hərbi sahədə əsaslı tədbirlər həyata keçirməyə
başladı.
278
Lakin bu tədbirlər çox çətinliklərlə üzləşdi.Müstəqilliyi qazanmaq nə
qədər asandırsa, onu qoruyub saxlamaq bir o qədər çətindir.Bu çətinliklər isə həm
daxili həm də beynəlxalq vəziyyətin gərginliyi ilə əlaqədar idi.
Ermənistanla gedən müharibə gənc Azərbaycan dövlətinin müstəqillik
uğrunda apardığı mübarizəni daha da çətinləşdirirdi. Lakin bütün bunlara
baxmayaraq Azərbaycan Respublikası tezliklə öz daxili və xarici potensialı
hesabına yer üzünün ən güclü subyektlərindən birinə çevrilə bildi.
Onu tezliklə bütün dünya dövlətləri –ilk olaraq Türkiyə, Rumuniya,
Pakistan tanıdılır.İlk olaraq Türkiyənin Azərbaycan Respublikası ilə“Dostluq və
strateji əməkdaşlıq” haqqında müqavilənin imzalanması müstəqil dövlətimizin və
dövlətçiliyimizin inkişafında mühüm rol oynamışdır.
279
XXI mövzu
Türkçülük, türk dünyası və müasir siyasi proseslər.
Plan
1.XV əsrin əvvəllərində türkçülük ideologiasının və ictimai fikrin inkişafı.
2.Türk xalqlarının siyasi, iqtisadi və mədəni yaxınlaşmasının tarixi zəruriliyi.
3.Müasir türk dünyası: inteqrasiya, inkişaf və perspektivlər.
Ədəbiyyat
1.Əliyev H.Ə. Türkiyə Respublikasına rəsmi səfərlərin sənədləri. (1993-
2003-cü
(illər) Bakı, 2003.
280
2.Türkdilli ölkələrin dövlət başçılarının zurvə toplantısının sənədləri.
Bakı,1999.
3.Azərbaycan tarixi. VII cild, Bakı, 2003,səh 472-481.
4.Məmmədov İ, Məmmədov Ç. Siyasi tarix, Bakı, 2004, səh 320-329.
5.Siyasi tarix (Dərs vəsaiti) II hissə, Bakı, 1998, səh 329-347.
6.Musayev M.R. Mirzəyev M.H. Türk dünyası. Bakı, 2004.
Türk mənşəli xalqlar dünyanın ən qədim xalqlarındandır.Onlar şimali-şərqi
Çindən tutmuş Şərqi Avropaya qədər olan geniş ərazilərdə yaşamışlar.Orta Asiya,
Sayan-Altay dağlarının şimal-qərb bölgəsi,Yenisey və İrtış çayları boyu, Ural,
Volqaboyu, Balxaş gölü, Xəzər dənizinin bütün ətraf bölgələri türk mənşəli
xalqların daim yaşadığı ərazilər idi.Tarixin müxtəlif vaxtlarında 115-ə qədər türk
dövlətləri olmuşdur. Onlardan 15-i imperatorluq (Xaqanlıq) 38-i imperatorluq
olmayan dövlət, 34-ü bəylik, 4-ü atəbəylik, 16-sı xanlıq, 5-i isə respublika
olmuşdur.
Lakin sonralar 600 ilildən çox yaşayan (1299-1918) Asiyada Anadolunu,
Suriyanı, Fələstini, İraqı, Misiri, Avropada Bolqarıstan, Serbiya, Makedoniya,
Albaniyanı və başqa əraziləri özündə birləşdirən Osmanlı imperiyası istisna
olmaqla türk xalqlarının tarixin müxtəlif zamanlarında mövcud olmuş dövlət və
dövlət qurum-ları parçalanıb dağılmışlar.
281
Onlar iri dövlətlərdən Rusiya, Çİn, İran, Avstriya- Macarıstanın qəsbkar
siyasətinin qurbanı olmuşlar və onların əsarəti altına düşmüşlər.
Dünya sivilizasiyasına Məhəmməd Xarəzmi (780-850), Fərabi (870-950),
Biruni (973-1048), İbn Sina (480-1037), N.Gəncəvi (1141-1209), N.Tusi (1201-
1274), Nəsimi (1369-1417), Füzuli (1404-1556) və başqaları kimi elm və
mədəniyyət korifeyləri, Attila, Mete, Şah İsmayıl, Babək, Teymur, Çingiz xan və
başqaları kimi fatehlər və sərkərdələr və yüksək mənəvi dəyərlər bəxş etmiş Turan
dünyası pərən-pərən edilərək iri dövlətlərin tabeçiliyinə və müstəmləkəsinə
düşmüşdür.
Xalqlara dirçəliş və liberal demokratizm gətirən kapitalizm cəmiyyətinin
inkişafı da onların müstəqillik uğrunda mübarizəsinə kömək etməmişiş, əksinə
onları iri kapitalist dövlətlərinin müstəmləkə və xammal bazasına çevirmişdir.
XVIII əsrin axırları üçün hələ az-çox öz müstəqilliyini saxlayan türk
əmirlikləri və xanlıqları da XIX əsrin 80-ci illərində tamamilə işğal olunaraq
Rusiyanın ucqarlarına çevirilmişdilər.
XIX əsrin əvvələrində Şimali Azərbaycan,həmin əsrin 60-80-ci illərində
Orta Asiya tamamilə Rusiaya birləşdrlmişdir.
Türkmənşəli xalqların parçaılanmasınn iqtisadi və siyasi səbəbələri
aşağıdakılardır:-Tarixən kök salmış feodal pərakəndəliyi;
-Silah gücü ilə yaradılmış türk dövlətlərinin iqtisadi cəhətdən möhkəm
olmaması;
-İri təcavüzkar dövlətlərə qarşı birgə müqavimətin zəif olması;
-Bu dövlətlərin zəngin yeraltı və yerüstü sərbəstlərə malik olmaları və bunlara
qar-şı iqtisadi,siyasi və hərbi maraqların güclü olması:
-Öz əxlaqi ənnələrinə görə türk xalqlarının humanistliyi, sadəlöhvlüyü, səda-
qətliyi və s.-müxtəlif dinə və təriqətlərə parçalanma mövcudluğu.
282
Dil və mənşə fərqlərinə görə türklər dörd qola ayrılmışlar:
1.Oğuzlar. Bura türklər, azərbaycanlılar, qaqauzlar, türkmənlər, kərküklər, ta-
tarlar aiddir.(Krım)
2.Qıpçaqlar.Bura özbəklər,salarlar,tuvalılar,xakaslar və s. daxildir.
4.Bulqarlar; Bura tatarlar (Kazan)başqırdlar, qaracaylar, karainlər daxildirlər.
Bütün türklərin kökündə eyni cəhətlər vardır.Bunlar aşağıdakılardır:
1.Dil ümumiliyi.
2.Ədəbi həyatın ümmuiliyi .
3.El sənətlərinin ümumiliyi
4.Tarixi-coğrafi məna
5.Adət-ənənə və əxlaq birliyi.
6.Eyni və ya oxşar toponimlər.
Tarixin bütün dönəmlərində türk xalqlarına qarşı itiralar söylənmiş,onların
köçəri, barbar, qeyri mədəni xalq olduqlarını iddia etmişlər.
Türk xalqının böyük oğlu və xilaskarı Kamal.Ata türk deyirdi: “Türk xalqı
böyük tarix yaratmışdır, lakin onun tarixi haqqında özgələri yazmışdır.”
XX əsrin əvvələrində məşhur Türkiyə tarixçisi Bəsim Atalay yazırdı
ki,bəşər tarixində nə qədər ləkə varsa, onu türklərin adına yazmağa çalışıblar.Türk
sərkərdələrini qaniçən, barbar kimi qələmə verənlər,öz tarixlərindəki vəhşiliklərdən
sükutla keçiblər.O,yazırdı: “Çingiz xan yalnız qılıncla iş görməmişdir.Öz
məmləkəti üçün qanunlar yaradılması zərurətini bilən bir hökmdar heç zaman
biliksiz və qaba ola bilməzdi. İftiralara.böhtanlara baxmayaraq hələ lap erkən
dövrlərdən türk xalqları bəşər mədəniyyətinin avanqardı olmuş,öz idrakı və
yenilməzliyi ilə dünyanı heyrətdə buraxmışdır.
283
Tarixdə türklər qədər hakim olmuş, xaqanlıqlar yaratmış,şan-şöhrət qazan-
mış bir xalq olmamışdır.Onlar nə qədər öyünsələr də yeri var”.
XX əsrin əvvəllərindən başlayaraq türk xalqları içəisində özünüdərk və
özünəqayıtma meylləri güclənməyə başlayır.Bu oyanış özünü daha çox Rusiyada
göstərirdi. Bu dövrdə Rusiyada siyahıya almaya görə 196 türkdilli xalqlar yaşa-
yırdı.Ona görə də türkçülük ideologiyalarının mərkəzi də məhz Rusiya sayılırdı.
Türkçülük ideologiyaları və ictimai fikrin intibahı XX əsrin əvvələrində
dünyada baş verən hadisələrlə bağlı idi. Rusiyada baş verən inqilablar nəticəsində
türkçülük ideologiyası əvvəlcə Rusiyada yaranmış, sonralar oradan Türkiyəyə
keçmişdir.
Amerika alimi Ç. U. Hostler yazır: “1907-ci ildən sonra Rusiyada libe-
ralizmin təqibi ilə əlaqədar türk-tatar liderlərinin mühacirəti nəticəsində
pantürkizmin ağırlıq mərkəzi Rusiyadan Türkiyəyə keçdi.”
Pantürkizmn Rusiya həqiqətinin məhsuludur.Türkçülük ideologiyasının
formalaşması hər şeydən əvvəl Rusiyanın milli uğurlarında və türkdilli xalqlarda
milli burjuaziyanın meydana gəlməsi və inkişafı ilə bağlı idi.
Bakıda H.B. Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetində sonra isə
Baxça-sarayda (Krım) İsmayıl bəy Qaspiralının “Tərcümən” qəzetində geniş
inkişaf edən türkçülük ideyaları Rusiyadakı türk xalqlarının milli şüurunun
formalaşmasında və inkişafında mühüm rol oynamışdı. Türkdilli mətbuat
turançılıq ideyalarının cücərməsi üçün zəmin yaradırdı.
Məmmədağa Şaxtaxtinskinin Tiflisdə nəşr etdirdiyi “Şərqi-Rus”, Ə.
Topçu başovun Bakıda nəşr etdiyi “Həyat”, Əhməd bəy Ağaoğlunun buraxdığı
“İrşad”, Əli bəy Hüseyinzadənin “Fiyuzat”, islam dininiYaponiyada yaymış
Əbdürrəşid İbrahimovun Peterburqda nəşr etdirdiyi “Ülfət”, Fateh Kərimovun
Orenburqda nəşr etdiyi “Vaxt” və sair mətbuat orqanlarında türklərin özünüdərk
284
və özünə qayıtması ilə bağlı mübahisələr, onların tarixi dövlətçilik ənənələri ilə
bağlı məqalələr diqqəti cəlb edirdi.
Türkçülük ideologiyasının yaranması və formalaşmasında Qahirədə Əli
Kamal bəyin nəşr etdirdiyi”Türk” qəzetinin xidmətini də xüsusi qeyd etmək
lazımdır.
Həmin mətbuat orqanlarında daha çox türkçülük və turançılıq ideyalarının
genişlənməsinə diqqət yetirilirdi.Yəni bütün türk xalqlarının vahid Turan
dövlətində birləşməsi ideyası gündəmdə idi.
Türkçülük və Turançılıq ideyalarının yarandığı ilk mərhələni
M.Ə.Rəsulzadə “Romantik pantürkizm”dövrü adlandırmışdır.
Lakin əhəmiyyətinə baxmayaraq milli şüurun formalaşdığı şəraitdə gerçək-
ləşməsi xəyal olan “romantik pantürkizm” milli qüvvələrin tələbatına cavab ver-
mirdi və artıq arxada qalmışdı.
Birinci Rus inqilabından sonra (1905-1907).Rusiyada yaşayan bir sıra türk-
çülük ideyasını yayanlar siyasi şəraitlə əlaqədar Türkiyəyə müraciət etməyə
məcbur oldular.Bunlardan Yusif Akçura oğlu (milliyyətcə tatar idi); Əli bəy
Hüseynzadə, Əhməd bəy ağaoğlu və başqalarını göstərmək olar. Bunların təsiri
altında həmin dövrdə Türkiyədə Ziya Göy Alp və başqaları kimi türkçülər yetiş-
dilər.Hətta 1910-1913-cü illərdə Avropa şəhərlərində də türkçülük ideyaları geniş-
lənirdi.Orada “Türk yurdu” adlı klublar da meydana gəlmişdi.
Türkçülüyün banilərindən biri olan Yusif Akçura oğlu (1870-1927)Qazan
tatarı idi, Samarada fabrikant ailəsində anadan olmuşdu.Ümumi təhsilini İstan-
bulda almış, sonra Qazan Universitetində dərs demişdir.”Rusiya Müsəlmanları İtti-
faqı” partiyasının yaradılmasında yaxından iştirak etmişdir.Sonralar İstanbula
köçmüş, Milli Məclisə deputat seçilmiş,Ankara Universitetinin hüquq fakultəsinin
professoru olmuşdur.Onun rəhbərliyi ilə “Türk yurdu” jurnalı çap edilməyə
başladı.Həmin jurnalın yaranmasında Əli bəy Hüseynzadə və Ağıl Muxtar da
285
yaxından iştirak etmişdilər. Az sonra həmin türkçülərin sırasında məşhur türkçü və
türkçülük ideologiyasının yaradıcılarından biri olan Ziya Göy Alp da görünməyə
başlayır.
Ziya Göy Alp özünün mənəvi cəhətdən yetişməsi və formalaşmasında Əli bəy
Hüseynzadəni özünün mənəvi atası hesab etmişdir.
Türkiyənin rəhbərliyi altında Böyük Turan dövlətinin yaranması ideyası
Qərb və Rus mətbuatında daha çox rast gəlinirdi.bu mənda Kamal Atatürkün
pantürkizm və panişlamizmə münasibəti xüsusilə maraqlıdır.1921-ci ilin deka-
brında Türkiyə Böyük Millət Məclisində çıxışında Atatürk qeyd etmişdi ki, Türk-
lər müsəlman olmaq etibarilə öz din qardaşlarının taleyi ilə həmişə maraqlanacaq,
lakin türklər heç bir vaxt bütün bu xalqları Türkiyənin başçılığı altında vahid
imperiyada birləşdirmək fikrinə düşməməlidirlər.O,göstərirdi ki, keçmişdə türklər
bu cür xülyaları irəli sürməklə bütün dünyanın nifrət və qəzəbini qazanmışdır.Biz
həyatımızı ancaq müstəqil yaşamağa həsr etməliyik.
Turançılıq və Trükiyənin rəhbərliyi altında birləşmək ideyaları 1918-ci ildə
Azərbaycanda da geniş yer tuturdu. Xüsusilə Gəncədə bu ideyanı müdafiə edən
müxaliflər daha çox idi.Lakin yeni yaranmış Xalq Cümhuriyyəti rəhbərliyi
Azərbaycanın müstəqilliyi ideyalarını müdafiə edirdilər və buna nail oldular.
Türkçülüyün gerçəkləşməsi uörunda mübarizədə, onun türk xalqlarına
aşılanmasında Ziya Göy Alp xüsusilə fərqlənirdi.O,18 yaşında olarkən həyatında
böhranlı anlar olmuş,özünə qəsd etməyə çalışmışdır. Lakin sonralar aktiv həyata
qoşulan Ziya Göy Alp İstanbul Universitetində sosiologiya professoru olmuş,
Türkiyə Respublikasının Böyük Millət Məclisinə deputat seçilmişdir.
Kamal Atatürk onun varlığına yüksək qiymət verərək yazmışdır: “Ətimin
və sümüyünün atası Əli Rza əfəndidirsə,fikrimin atası Ziya göy Alpdır”.Ziya.Göy
Alp türkçülük ideyasını böyüklüyünə görə üç dərəcəyə bölür:
1.Türkçülük:
286
2.Oğuzçuluq və ya türkmənçilik:
3.Turançılıq.
Onun fikrincə milli Trük dövlətinin-respublikasının yaranması birinci ide-
yanın gerçəkləşməsi demək idi.
Yaxın və uzaq ideya və məqsəd kimi oğuzçuluq və ya turançılıq nəzərdə
tutulurdu.Oğuzçuluq –oğuz birliyi və və ya Türkmənçilikdir. Milli duyğuların
yaxınlığı baxımından birləşə bilənlər onun fikrincə məhz oğuzlar ola bilərdi-
lər.Türkiyə,Azərbaycan,İran,Orta Asiya türkləri oğuz soyundan ibarət idilər. Bura-
da da söhbət məhz oğuz xalqlarının birləşməsindən gedir. Lakin Ziya Göy Alpa
görə bu xalqların siyasi birləşməsindən danışmaq hələ tezdir,yalnız onların mədə-
niyyət baxımından birləşməsindən söhbət gedə bilərdi.Türkçülük ideologiyasının
ən uzaq məqsədi isə böyük Turan dövlətinin yaranmasından ibarət idi.Turan yer
üzündə olan bütün türklərin vahid məkanda dövlət şərçivəsində birləşməsidir.
Türkçülük ideologiyası tərəfdarlarının əksəriyyəti hesab edirdi ki,türk mil-
lətçisi olmaq,eyni zamanda islamçı olmaq deməkdir,belə ki,din dildən sonra
millətin ən mühüm göstəricisidir.
Əhməd ağa oğlu göstərirdi ki,islam türk üçün sadəcə din deyil, o “milli və
irqi”dindir.Odur ki,türkçülük hərəkatına qoşulan hər bir kəs islamı qəbul etməli-
dir. Ziya Göl Alp yazırdı:”Türkçülüyün qayəsi müasir bir islam türkçülüyüdür.”
Göründüyü kimi Ziya.Göy Alp ”türkləşmək, islamlaşmaq, müasirləş-
mək” kimi düşüncəni uzaqlaşdırmağa çalışır.
Türkçülük idelogiyaları bir qayda olaraq türk aləminin hüdudlarını
müəyyən etməyə, bu işdə ərazi amilinə tez-tez müraciət edirdilər.Əhməd
Ağaoğlunun “Türk yurdu” jurnalında nəşr etdiyi “Türk aləmi ” məqaləsi xüsusi ilə
diqqəti cəlb edir.O, yazırdı: “Asiyanın ürəyində ucalan Altay dağlarından axıb
gələn türklər dünyaünın şimal və cənubuna , şərq və qərbinə yayılmışdılar.Türklər
287
Çinin ən ucqar bucaqlarından Finlandiya, Polşa, Macarıstan və Şimali Afrikayadək
müxtəlif ərazilərdə səpələnmişdilər.”
Ə.Ağaoğlunun fikrincə türk aləminin ərazisi təxminən Avropa və
Amerikanın birgə ərazisinə bərabərdir və bu ərazidə təxminən 70 milyon türk əha-
lisi yaşayır.Göstərmək lazımdır ki, bu rəqəm müasir dövrdə 250-milyonu keçmiş-
dir.
Türk dünyasının sərhədlərini müəyyən etməyə səy göstərən Yusif Akçura
oğlu türk ruhunu Qafqazda, Sibirdə, Şərqi Türküstanda – Turan çöllərində
axtarırdı.
“Türk aləmində ” məqaləsində Yusif Akçura oğlu Türk dünyasının 3
hissədən ibarət olduğunu qeyd edirdi :a) Müstəqil Osmanlı imperiyası; b) Çar
Rusiyası və qismən Çinin tabeliyində olan ərazilər; c ) İranın şimalı və şimal şərqı.
Türk xalqlarının yaşadıqları coğrafi ərazi hazırda Qərbdə Aralıq dənizi
sahillərindən şərqdə Edzin -Qol çayına (Çin səddinə qədər ). Şimalda buzlu okean
sahillərinədək,cənubda Kunlük dağlarına qədər geniş bir sahəni tutur.Sahəsi
10,5milyon kilometrdən çoxdur ki, bu da Avrasiya materikinin təxminən1/5-ni
təşkil edir.
XX əsrin əvvəllərinə nisbətən türklərin sayı 3 dəfədən də çox
artmışdır.Türk xalqlarının bədxahlarını qorxudan da elə budur.Dünyada demok-
ratik dəyişikliklər açıq-aydın türk, eyni zammanda müsəlman xalqlarının xeyrinə
dəyişir.XX! əsr türk əsri kimi tarixə düşəcəkdir.
XX əsrin sonlarına aid statistikaya görə Azərbaycanlıların orta illik artımı
2,7%, özbəklərin 3%, türkmənlərin 3%, qırğızların 2.9% təşkil etdiyi halda
İngiltərədə bu artım 0,1 % Yaponiyada 0,9%,İsveçrədə 0,3%, Pribaltika, Almaniya
kimi ölkələrdə əhalinin artımı 0,1% təşkil edir.
Müxtəlif ölkələrin belə əhali artımı ciddi demokratik dəyişikliklərə gətirib
çıxaracağından xəbər verir.Eyni zamanda dünya müsəlmanlarının say artımında da
288
türklərin payı vardır.Ümumiyyətlə türk xalqının 80%-i müsəlman, 20%-i isə qeyri
müsəlmanlardan–şamanizm,buddizm və yəhudilik dininə inananlardan ibarətdir.
Məcburiyyət qarşısında qalan və tarixi səbəblər üzündən bəzi türklər hətta
xristianlığı da qəbul ediblər.
Türklərin xristianlaşmasında rusların apardığı siyasətin də rolu böyük
olmuşdur.
BMT –nin statistik məlumatlarına görə, dünya dilləri sırasında türk dili
beşinci yerdədir.O da bir həqiqətdir ki,bir çox dövlətlərin daxilində yaşayan
milyonlarla türk öz doğma dilini unudub, daha doğrusu unutdurulub.Türklərin
təhsil aldığı müəssisələrdə digər dillər hakim olub, əksər türklər məcburən kiril
əlifbası ilə oxuyub yazıblar.
Göstərilən faktlar daha çox özünü Sovet imperiyası dövründə biruzə
vermişdir. Hətta bu siyasət o dərəcəyə çatmışdır ki, bəzi müttəfiq respublikalarda -
əsasən Orta Asiya respublikalarında ana-türk dilində bir dənə də olsun ali təhsil
müəsisəsi yox idi. Ruslaşdırma syasəti birinci növbədə antitürk siyasətindən gəlib
keçirdi.
Vaxtilə iqtisadi cəhətdən də türk respublikaları və türk toplumları
çıxılmaz vəzyyətə salınıblar. Azərbaycan, Özbəkistan, Qazaxıstan kimi respubli-
kalar Ümumittifaq büdcəsinə daha çox gəlir verirdilər, lakin aldıqları işə verdik-
lərindən daha az idi. Bu respublikalar hesabına Ermənistan, Moldova, Pribaltika
respublikaları daha çox faydalanırdılar.
Məsələn Qazaxıstan iqtisadi sahədə 5-ci yerdə getməsinə baxmayaraq, əha-
linin həyat səviyyəsinə görə 12-ci yerdə gedirdi. Digər türk respublikalarında da
eyni vəziyyət yaranmışdır.
SSRİ dövründə atom sınaqları ən çox türklərin yaşadıqları ərazilərdə
həyata keçirilirdi. Ekoloji cəhətdən ən çox əziyyət çəkən respublikalar da məhz
289
türk respublikaları idi. Məsələn 70-80-ci illərdə təkcə Sumqayıtda 13-dən çox
kimya müəssisəsi tikilmişdir.
Aral dənizinin qurumasının qarşısının alınmaması böyük ekoloji problem
yaradırdı.
Ən çox ağır zəhmət tələb edən işlərin çoxu da türk xalqları üzərinə düşürdü.
Pam-bıqçılıq,üzümçülük,tərəvəzçilik belə sahələrdəndir.
XX əsrin sonlarında türk dünyasının dünya sisteminin burulğanına daxil
olması tarixin qanunauyğun inkişafının nəticəsidir.Sovet imperiyasının dağılması
türk xalqlarının tarixində yeni dövrün –azadlıq və inkişaf dövrünün başlanmasına
gətirib çıxardı. İmperiyanın dağılması nəticəsində türk dilli xalqları təmsil edən, 5
müstəqil dövlətin Azərbaycan,Qazaxıstan,Özbəkistan,Qırğızıstan və Türkmənis-
tanın yaranması qüvvələr nisbətinin dəyişməsində mühüm amil sayılmalıdır.
Türkdilli xalqların təmsil etdikləri müstəqil dövlətlər və muxtar qurumlar
böyük əraziyə və olduqca müxtəlif təbii sərvətlərin zəngin ehtiyyatlarına
malikdirlər.Belə ehtiyyatlar isə həmin ölkələrdə təsərrüfatın bütün sahələrini
inkişaf etdirməyə, xalqların iqtisadi və sosial həyatını yüksək səviyyəyə
çatdırmağa imkan verir. Hə-min ölkələr nəinki iqtisadi,həm də hərbi və siyasi
potensiala malikdirlər.
Hazırda BMT-də 6 türk dövləti təmsil olunmuşdur.Türkiyə isə BMT-nin
Təhlükə
sizlik Şurasının üzvüdür. Türk dünyasının hərbi-iqtisadi potensialına gəlincə
bu ölkələrdə ildə təxminən 200 milyon tondan artıq neft,160 milyard kubmetr
qaz,250 milyon tona yaxın kömür çıxarılır.3550 milyard kilovat saat elektrik
enerjisi istehsal olunur.
Qzaxıstan ərazisində Baykonur raket buraxma kompleksi, nüvə silahı
arsenalı bu potensiala əlavə oluna bilər.Türk dünyasının güclü iqtisadi və hərbi
potensiala ma-lik olmaları onların getdikcə dünya siyasətinə təsir etmək
290
imkanlarını çoxaldır. Hətta getdikcə bir sıra inkişaf etmiş ölkələr türkdilli
ölkələrdən enerji asılılığına düşürlər.
XX əsrin sonları-XXI əsrin əvvəllərində türkdilli ölkələr və muxtar
qurumlar arasında iqtisadi,siyasi,mədəni yaxınlaşmalar baş verdi. Demək olar ki,
bu siyasətin həyata keçirilməsində ümüumulli lider H.Ə.Əliyevin çox büyük
xidmətləri olmuşdur.Onun təşəbbüsü isə Traseka layihəsi olan böyük ipək yolunun
bərpa olunması türk respublikaları arasında yaxınlaşmanın əsasını qoydu.
1993-cü ildə ilk dəfə olaraq İstanbulda türkdilli dövlət başçılarının zirvə
top-lantısının keçirilməsi də bu ölkələrin iqtisadi və mədəni cəhətdən
yaxınlaşmasında böyük rol oynadı.
Sonralar Bakı, Asqabad, Astana, Daşkənd şəhərlərində keçirilən türkdilli
dövlətlərin dövlət və hökumət başçılarının zirvə toplantılarının da bu məsələdə
böyük rolu olmuşdur.
Türk xalqkarı dil və mədəniyyət baxımından xeyli yaxınlaşmışlar.Hal –
hazırda gündəmdə duran ən əsas məsələlərdən biri türk xalqlarının ortaq dil
məsələsidir.
Qlobal dünyada xalqların yaxınlaşması, milli məsələnin-millətçiliyin
aradan qaldırıldığı bir dövrdə respublikada türkçülük siyasəti ilə yanaşı azər-
baycançılıq siyasəti də gündəmə gəlmişidir.
H.Əliyevin dediyi kimi “Azərbaycan onun ərazisində yaşayan bütün
millət və xalqlaırn ümumi vətənidir.”Bizi bir birimizə bağlayan ideal yaxın-
lığı,mənəvi əxlaqi prinsiplərdir.
Yenə H.Əliyevin fikrini yada salaraq qeyd etməliyik ki, biz türk mənşəli
millətik və türkdilli xalqalrının dilinə məxsus olan dilimiz vardır.
291
XXII mövzu
Müstəqil Azərbaycan Respublikası
Plan
1.Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunması və
möhkəmləndirilməsi
uğrunda mübarizə.
2.Azərbaycan sosial-iqtisadi və mədəni inkişaf yolunda.
3.Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu.
4.Azərbaycan Dünya birliyində.
Ədəbiyyat
1. Əliyev H.Ə.Müstəqilliyimiz əbədidir.II cild,Bakı, 1997.
2. Azərbaycan tarixi VII cild, Bakı,2008,səh.330-480.
3. Azərbaycan Respublikası Konstitusiyası.Bakı,1995.
4.”Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa edilməsi
292
haqqında” Ar.SSR Ali Sovetinin Bəynnaməsi. “Xalq qəzeti”,3
sentyabr,1991.
5. Məmmədov T,Məmmədov Ç,Siyasi tarix.II hissə, Bakı,1995,səh.121-135.
6. Siyasi tarix.(müh.kursu)II hissə,Bakı,1998.səh.287-39
I Mühazirə
Plan
1.Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunması və möhkəmləndirilməsi
uğrunda mübarizə.
2.Azərbaycan sosial-iqtisadi və mədəni inkişaf yolunda.
1990-cı il “Qanlı Yanvar”hadisəsindən sonra milli azadlıq hərakatı yeni
məcraya daxil oldu. İndi o,imperiya tərkibindən çıxmaq,müstəqillik əldə etmək
məzmununu aldı. İqtidar-müxalifət qarşıdurmasında da yeni mərhələ
başlandı.1990-cı ilin yazında bir qrup görkəmli alimlərin (75-lərin) və müxalifət
nümayəndələrinin razılığı ilə “Məşvərət Şurası”yaradıldı. “Şuranın”razılığı ilə ilk
dəfə olaraq prezident vəzifəsi təsis olundu. Mayın 21-də 28 may “Azərbaycan
dövlət quruculuöunun dirçəliş günü”elan etdildi.
1990-cı il iyulun 19-da H.Əliyev Kominist Partiyası sıralarından çıxdı.
O,iyulun 20-də Azərbaycana qayıtdı.İ ki gün sonra H.Əliyev Naxçıvana gedir.
Sentyabrın 30-da keçirilən seçkilərdə H.Əliyev seçicilərin 95℅ səsini alaraq
Az.SSR və Naxçıvan MSSR Ali sovetlərinə deputat seçildi.
293
1990-cı il noyabrın 17-də Naxçıvan MSSP Ali Sovetinin H.Əliyevin sədrliyi
ilə keçirilən sessiyası Muxtar Respublikanın adında “Sovet Sosialist” sözlərinin
götürülməsi və AXC-nin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi
barədə tarixi qərar qəbul etdi.
1991-ci il fevralın 5-də Az. SSR Ali Sovetində demokratik qüvvəlin tələbi ilə
dövlətin adı dəyişdirilərək “ Azərbaycan Respublikası ” adlandırılırdı.
Üçrəngli bayrağın dövlət bayrağı kimi təsdiq olunması barədə qərar qəbul
olundu. Respublikada demokratik qüvvələrin tələbi ilə çoxpartiyalılığın təşəkkülü
üçün əlverişli şərait yarandı. AXCP, Xalq Azadlıq Partiyası, ASDP, “ Yeni
Müsavat ” və s. partiyaların əsası qoyuldu.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin
sessiyasında yekdilliklə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi
haqqında” Konstitusiya aktı qəbul olundu. Bununla da Azərbaycan öz
müstəqilliyini bərpa etdi.
Konstitusiya aktı 6 bölmə və 32 maddədən ibarət idi. Bu sənəd gələcəkdə
Azərbaycanın yeni Konstitusiyasının hazırlanması üçün əsas olmuşdu.
Azərbaycanın müstəqilliyini ilk olaraq Türkiyə (noyabrın 19-da) Rumniya
(dekabr), Pakistan (dekabr),İsveçrə (dekabr), İran(dekabr),ABŞ 1992-ci il,yanvar).
Rusiya (aprel 1992)tanıdılar. Artıq 1993-cü ildə Azərbaycanın dövlət müstəqilliyi-
ni 116 dövlət tanımışdı.
Elə bu vaxt,yəni dekabrın 8-də RF, Ukrayna və Belarus respublikalarının
rəhbərləri MDB-nin yaradılması haqqında müqavilə imzaladılar. Beləlklə SSRİ
dağıldı. 1993-cü il sentyabrın 24-də Azərbaycan rəsmi olaraq MDB-yə daxil
oldu.1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq rəy sorğuu keçirildi.
Xalq yekdilliklə Azərbaycanın müstəqilliyi lehinə səs verdi.
Belə bir şəraitdə Dağlıq Qarabağ məsələsi gərgin olaraq qalırdı. Erməni
separatçıları Ermənistan və Rusiya hərbiçilərinin dəstəyi ilə bir-birinin ardınca
294
Azərbaycaban kəndlərini zəbt edərək yandırırdılar. Onlar hələ sentyabrın 2-də
qeyri-qanuni olaraq DQMV-ni müstəqil respublika olan edərək Goranboy
rayonunu da bu respublikaya daxil etmək haqqında qərar qəbul etdilər.
Buna cavab olaraq Ali Sovet DQVM-nin statusunu ləğv etmək haqqında qərar
qəbul etdi.1991-ci il oktyabrın 9-da Ali sovet “Azərbaycan Respublikası Silahlı
Qüvvələri haqqında” Qanun qəbul etsə də Azərbaycanda nizami ordu yaratmaq
çox çətin idi. Noyabr ayında rayon və şəhərlərin özünü müdafiə dəstələrinin
yaradılması haqqında sərəncam verildi.
Bu zaman erməni seperatçıları daha da həyasızlaşaraq Azərbaycan
torpaqlarının işğalını genişləndirməyə başladılar. Qarabağın Kərkicahan,
Malıbəyli, Quşçular kəndlərini ələ keçirdilər. Xocalı və Şuşanı mühasirəyə aldılar.
1992-ci il fevralın 25-də gecəerməni hərbi birləşmələri 366-cı rus alayının köməyi
ilə Xocalı soyqrımını törətdilər. Soyqırım nəticəsində 613 nəfər öldürüldü, 487
nəfər yaralandı, 1275 nəfər əsir alındı, 8 ailə bütövlükdə məhv edildi. 56 nəfər diri-
diri yandırıldı və digər əzablar verildi. Ölənlərin 106-sı qadın,83-ü uşaq, 70-i qoca
idi. Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımı idi.
Xocalı hadisəsi respublikada siyasi vəziyyəti daha da gərginləşdi. Marıtn 3-də
prezident sarayı qarşısında istefa tələbi ilə piket keçirildi. Martın 6-da keçən
izdihamlı mitinqdən sonra prezident Ayaz Mütəllibov istefa verdi. Nazirlər
kabineti buraxıldı və dövlət Müdafiə Komitəsi yaradıldı.
1992-ci il iyunun 7-də prezident seçkiləri keçirildi. Əbulfəz Elçibəy 59,4 faiz
səs toplayaraq Azərbaycan Respublikasının 2-ci prezidanti seçildi. Beləliklə
AXCP- Müsavat bloku hakimiyyəti ələ aldılar. Onların bir ilik hakimiyyəti
dövründə həm daxili gərginlik, həm də erməni işğalçıları ilə mübarizə daha da
gücləndi.
Cəbhə hakimiyyəti dövründə müəyyən müsbət işlər də görüldü. Belə ki,1992-
ci il martın 15-də “Azərbaycan Milli Qəhrəmanı”fəxri adı təsis olundu. Apreldə
Ali məktəblərə test üsulu ilə qəbul haqqında qərar verildi.1992-ci il mayın 27-də
295
“Azərbaycan Respublikasının himni,” 1993-cü il fevralın 23-də “Azərbaycan
Reüspublikasıının Gerbi haqqında” qanunlar qəbul olundu. “Siyasi partiyalar
haqqında”, “Hərbi xidmət haqqında” qanunlar məhz bu dövrdə qəbul olunmuşdu.
AXC-Müsavat xarici siyasətdə də ciddi səhvlərə yol vermişdilər. Hökumət
daxili poblemləri həll etmək əvəzinə, gah İrana, gah da Cinə həmin ölkələrdə
yaşayan türklərin hüquqlarının müdafiəsi ilə bağlı bəyanatlar səsləndirirdilər. Bu
da Azərbaycan Respublikasının vəziyyətini daha da ağırlaşdırdı. Rusiya ilə
münasibətlər də getdikcə ağırlaşır və ictimai-siyasi durum daha da pisləşirdi.
Rusiyanın Azərbaycana qarşı yeritdiyi məkrli siyasət nəticəsində “Ləzgizstan
dövləti”, “Talış Muğan respublikası”, “Bakı quberniyası”kimi müstəqil ərazilər
yaratmağa cəhd edilirdi. 1993-cü ilin iyununda Gəncədə S. Hüseynovun başçılığı
altında 709-cu alay qiyam qaldırdı.
Artıq Azərbaycan vətəndaş müharibəsi təhlükəsi qarşısında qalmışdı.
1993-cü ilin əvvəllərində Naxçıvanda da çevriliş cəhdi göstərilmişdi. Lakin H.
Əliyevin müdrik siyasəti və xalqın qətiyyəti sayəsində çevriliş cəhdinin qarşısı
alındı.
1991-1993-cü illərdə respublikanın iqtisadiyyatına da çox ağır zərbələr
vuruldu. Respublika talanır, onun sərvətləri xaricə daşınırdı. Pambıq və üzüm
sahələri bərbad vəziyyətə düşmüşdü. Müəssisələr bağlanır, işsizlik artır, əhalinin
güzəranı getdikcə pisləşirdi. Əhali regionlardan dolanışıq dalınca Bakı şəhərinə
axışırdı, ziyalıların çoxu xaricə getməyə məcbur olurdular.
Minimum əmək haqqı rəsmi istehlak minimumu həddindən 20 dəfə az idi.
İnflyasiya 1000%-ə çatmışdı. Ümumi daxili məhsul hər il orta hesabla 18-20 faiz
azalırdı. Dövlət büdcəsi böyük kəsirlə icra olunurdu.
Kriminal qüvvələr baş qaldırmışdı. Axşam və gecə vaxtlarında küçə və
parklara çıxmaq mümkün deyildi. Hakimiyyət ölkəni idarə etmək iqtidarında
deyildi.
296
Bu dövrdə Azərbaycan ziyalıları, uzaqgörən şəxsiyyətləri Naxçıvana, H.
Əliyevin yanına gedərək, Azərbaycanın düşdüyü vəziyyətindən çıxış yollarını
müzakirə edirdilər.
1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər ziyalısı “Səs”qəzeti
vasitəsilə H.Əliyevə “ Azərbaycan sizin sözünüzü gözləyir ”-deyə müraciət
etmişdi.
Həmin dövrdə Naxçıvanda 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan
Partiyasınnın (YAP) təsis konfransı oldu. H. Əliyev YAP-ın sədri seçildi.
1993-cü ilin iyununda ağır böhran keçirən AXC-Müsavat rəhbərliyi H.
Əliyevi Azərbaycan rəhbərliyinə çağırdı. İyunun 9-da H. Əliyev Bakıya gəldi.
İyunun 13-14-də O, Gəncəyə gələrək müxalifətlə danışıqlar apardı və siyasi
böhrandan çıxmaq yollarını müzakirə etdi.
1993-cü ilin iyunun 15-də H. Əliyev Ali Sovetin sədri seçildi. Bu tarixi gün
XX əsr tariximizə “ Milli Qurtuluş Günü ”kimi daxil olmuşdur.1997-ci ildən
həmin gün bayram kimi qeyd olunur. İyunun 18-də Ə. Elçibəy xəbər vermədən
Bakını tərk edərək, Naxçıvana, Kələki kəndinə gedir. İyunun 24-də respublika
prezidenti səlahiyyətlərini Ali Sovetin sədri H. Əliyev qəbul etdi. Həmin gündən
H.Əliyevin respublikaya ikinci rəhbərlik dövrü başlayır.
H. Əliyev ilk növbədə ölkənin rəhbər eşalonunu formalaşdırdı. Siyasi durumu
nəzərə alaraq Baş Nazir postunu Surət Hüseynova həvalə etdi.
1993-cü il oktyabrın 3-də H.Əliyev alternativ əsasda keçirilən seçkilərdə əksər
səslə (98,8%) Azərbaycan Respublikasının prezidenti seçildi.
Milli dövlətçiliyin qorunub mökəmlənməsində mühüm şərtlərdən biri də
güclü, intizamlı ordunun yaradılması təşkil edirdi. Bu məqsədlə 1993-cü il
noyabrın 1-də Dövlət Müdafiə Şurası yaradıldı.
297
Noyabrın 2-də prezident H. Əliyev televiziya ilə çıxış edərək “ Hər kəs
Vətənin əsgəri olmalıdır çağırışı ilə xalqa müraciət etdi. Xalqı ölkənin azadlığı
naminə birləşib düşmənə qarşı mübarizəyə qalxmağa çağırdı. Çağırışa cavab
olaraq könullulərdən ibarət batalyonlar yaradılıb cəbhəyə göndərildi.
Noyabrın 23-də Milli Şura “Müdafiə haqqında”qanun qəbul etdi. Noyabr-
dekabr aylarında 17 minə yaxın döyüşçüsü olan 40 ehtiyat taboru təşkil edildi.
Səriştəsiz komandir və zabitlər ordudan kənarlaşdırdı.1994-cu il yanvarın 5-də
Azərbaycan ordusu uğurlu əməliyyatlar keçirərək Füzulinin Horadiz qəsəbəsini,22
kəndi,Cəbrayılın bir hissəsini,Kəlbəcərin bir sıra kəndlərini düşməndən azad etdi.
1994-cu il mayın 12-də Bişkek protokoluna əsasən cəbhədə atəşkəsə nail
olundu. Lakin bu günkü günə qədər atəşkəs rejimi davam etsə də, ermənilər
tərəfindən tez-tez pozulur və onlarla insan tələfatı olmuşdur.
Həmin dövrə qədər artıq erməni silahlı qüvvələri Rusiya və digər aparıcı
dövlətlərdən dəstək alaraq Azərbaycanın 20% torpağını -7 rayon və Dağlıq
Qarabağ ərazilərini işğal edə bilmişdi.
Bu vəziyyətdən istifadə edən bəzi qüvvələr ölkə daxilində iğtişaşlar salmağa
və H. Əliyevi hakimiyyətdən uzaqlaşdırmağa çalışdılar.
1993-cü ilin sentyabrın ortalarında S. Hüseynov, Ə. Hümbətov və R. Qazıyev
qüvvələrini birləşdirib Bakıya hücum planı hazırladılar. Onlar açıq silahlı mübarizə
yoluna keçdilər.
1994-cü il oktyabrın 4-də Gəncədə S. Hüseynovun tərəfdarları olan 300 nəfər
silahlı dəstə İcra Hakimiyyəti və başqa strateji əhəmiyyətli obyektləri ələ
keçirdilər.
Belə bir şəraitdə oktyabrın 4-dən 5-nə keçən gecə H.Əliyev xalqa televiziya
vasitəsilə müraciət etdi. Onun çağırışına cavab olaraq yüz minlərlə adam Prezident
sarayı ətrafına toplandı. Qiyam yatırıldı.
298
Oktyabrın 5-də “Azadlıq” meydanında izdihamlı ümumxalq mitinqi keçirildi.
Xalq öz liderini dəstəklədiyini bir daha göstərdi.
Lakin təhlükə tamamilə aradan qaldırılmamışdı.1995-ci il martın 11-də
R.Cavadov (OMON-un komandiri).Prezidentin və Ali Sovet sədrinin istefası
tələbini irəli sürdü. Martın 13-də Ağstafa və Qazax rayonlarında xüsusi
təyinantlılar qiyam qaldırdılar. Atışmalar baş verdi.R.Cavadov aldığı güllə
yarasından həlak oldu. Rayonlarda da qiyamlar yatırıldı.
1995-ci ilin yayında, 1996-cı ilin dekabrında respublikada daha bir neçə terror
və dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Bundan sonra ölkə tam ictimai-siyasi
sabitlik mərhələsinə qədəm qoydu. İqtidar ictimai-siyasi sabitlik şəraitndə milli
dövlətçiliyin maddi-hüquqi bazasının möhkəmləndirilməsi üçün tədbirlər görməyə
başladı. Yeni iqtisadi münasibətlərin formalaşmasına münasib şərait yaratmaq
məqsədilə yüzə qədər qanun və qərar qəbul edildi.
1994-cü il aprelin 5-də ticarəti liberallaşdırmaq,1995-ci ilin fevralında valyuta
bazarının təşkili haqqında fərmanlar verildi. Bunların nəticəsində respublikada
infilyasiya kəskin şəkildə azaldı və 85% endi. Xarici kapitalı cəlb etmək məqsədilə
“açıq qapı”siyasəti yeridilməyə başlandı.Xarici sərmayədarlara təminat verən və
onıarı müdafiə edən qanunlar qəbul edildi.
Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf
Bankı ilə əməkdaşlıq genişləndi. Bütün bunlar respublika maliyyə-bank sistemini
dünya standartlarına uyğunlaşdırdı.
Müstəqilliyimizin, milli dövlətçiliyimizin möhəkmlənməsi və inkişafı yolunda
atılan ən mühüm addımlardan biri Azərbaycanın yeni neft strategiyasının ortaya
qoyulması olmuşdur.
Araşdırmalara görə Xəzər hövzəsində 10 milyard tona qədər neft ehtiyyatının
olduğu göstərilir.
299
H.Əliyevin Azərbaycana rəhbərliyə gəlişindən sonra neft strategiyasında
əsaslı dəyişiklik baş verdi.,bəzi xarici və daxili maneçilikləri dəf edərək həmin
strategiyanı həyata keçirməyə başladı.Bu strategiyanın gerçəkləşməsində ilk addım
Dövlət Neft Şirkəti ilə altı ölkənin (ABŞ,İngiltərə, Norveç Rusiya, Türkiyə, Sə-
udiyyə Ərəbistanı)11 iri neft şirkətləri (BP,Remco,Amoko,Penzoyl,Lukoyl və
s.)Xəzər dənizinin “Azəri”, “Ciraq”, “Günəşli”yataqlarının birgə işlənməsi haq-
qında birgə müqavilə imzalandı. İmzalanma mərasimi 1994-cü il sentyabrın 20-də
“Gülüstan”sarayında baş verdi. Müqavilə tarixə “Əsrin müqaviləsi”kimi daxili
oldu. “Əsrin müqaviləsi”müstəqil Azərbaycanın tarixində mühüm hadisə
idi .H.Əliyev bu mühüm hadisənin əhəmiyyətindən bəhs edərək demişdi: “Biz bu
müqaviləni hazırlamaqla Azərb. Respublikasının suveren hüquqlarının bərqərar
olduğunu, Azərbaycanın tam müstəqil dövlət,xalqımızın öz sərvətlərinə özünün
sahib olduğunu dünyaya bir daha nümayiş etdirdik.”
1995-ci ilin aprelində “Əsrin müqaviləsini gerçəkləşdirmək üçün Azərbaycan
Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) təşkil olundu.
Bağlanmış beynəlxalq neft müqavilələri sayəsində Azərbaycana mütərəqqi
texnalogiyalarının gətirilməsi, neft sənayesi infrastrukturunun yenidən qurulması,
nəqliyytat və xidmət sahələrinin inkişafı, yüksək peşəkar milli kadrların
hazırlanması və minlərlə iş yerlərinin açılması üçün geniş imkanlar açdı.
1997-ci il noyabrın 12-də “Çıraq-1”patformasında “Əsrin müqaviləsi”üzrə
ilkin neft hasilatında başlandı.
Yeni neft strategiyasında Azərbaycan neftinin dünya bazarına nəql edilməsi
mühüm yer tuturdu.Bu məqsədlə 1997-ci ildə “Səngəçal”terminalı tikildi.
1996-cı il yanvarın 18-də Azərbaycanla Rusiya arasında bağlanan sazişə
əsasən Azərbaycan nefti Bakı-Novorossiysk boru kəməri vasitəsilə dünya bazarına
nəql edilməyə başlandı.
300
1999-cu il aprelin 17-də Gürcüstanda ilkin Xəzər neftinin Qərb istiqamətində
nəqli üçün Bakı -Supsa ixrac kəmərinin və Supsa yerüstü terminalının açılışı oldu.
Yeni neft strategiyasınnı ən mühüm tərkib hissələrindən biri “Bakı-Tblisi-
Ceyhan”ixrac boru kəmərinin çəkilişi ideyasının meydana gəlməsi və gerçəkliyə
çevrilməsi idi.
1998-ci ildə Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri “Bakı-
Tbilisi-Ceyhan”əsas ixrac boru kəmərinin inşası haqqında ilk Bəyənnamə
imzaladılar.
BTC neft kəməri dünyada əvəzi olmayan mühəndis qurğusidir.Onun uzunluğu
1762 km-dir.Onun 443 km-i Azərbaycan,249 km-i Gürcüstan və 1070 km-i isə
Türkiyənin ərazisindən keçir. Kəmər ildə 50 milyon ton neft ötürmək gücünə
malikdir.Kəmərə H.Əliyevin adı verilmişdir.Son hesablamalara görə neft
strategiyası əsasında bağlanmış müqavilələrdən əldə olunacaq gəlir 210-215
milyard dollar olmalıdır.
Neft hasilatından gələn gəlirlərin artması ilə əlaqədar olaraq 1999-cu ilin
dekabrında prezidentin fərmanı ilə “Azərbaycan Dövlət Neft Fondu”təşkil olundu.
Hazırda Neft fondunda 1 miyard manatdan çox vəsait vardır.
Yeni neft strategiyasında Xəzərin dərinliklərində olan qazın hasil edilib
istifadəyə verilməsi və dünya bazarına ötürülməsi də mühüm yür tutur.
2001-ci il martın 12-də Türkiyə, sentyabrın 29-da isə Gürcüstanla “Bakı-
Tblisi-Ərzurum”qaz kəməri vasitəsilə Azərbaycan qazının nəqli vı satışı barədə
sazişlər imzalandı. Artıq 2003-cü ildə layihədə uzunluğu 1050 km müəyyən edilən
qaz kəməri nin inşasına başlandı.
Neft strategiyası Avropa Birliyi “TRASEKA”proqramı üzrə Avropa-Qafqaz-
Asiya nəqliyyat dəhlizinin- “Yeni “İpək Yolu”nun gerçəkləşməsi üçün də
perspektivlər açmışdır.
301
1996-cı ilin mayında Azərbaycan,Gürcüstan,Türkmənistan və Özbəkistan
arasında yük daşımaları haqqında sazişər imzalandı. Dekabr ayında Ukrayna da
həmin sazişə qoşuldu.
1998-ci il sentyabrın 7-8-də Bakıda “Böyük İpək yolu”Beynəlxalq Konqresi
keçirildi.Bu zaman Qazaxıstan və Qırğızıstan respublikaları da beynəlxalq sazişə
qoşuldular.
Bu dəhliz vasitəsilə Azərbaycandan 1996-2002-ci illərdə 33,3 milyon tondan
çox tranzit yük daşınmışdı.
Memarı H.Ə.Əliyev olan yeni neft strategiyası, onun əsas çıxış nöqtəsi olan
“Əsrin müqaviləsi”təkcə sırf iqtisadi əhəmiyyəti daşımır.O, həm də böyek siyasi,
geostrateji və beynəlxalq əhəmiyyət daşıyır.
Yeni neft strategiyası Azərbaycanda sosial-iqtisadi və mədəniyyət
problemlərinin həlli üüçn də əvəzsiz amil oldu.Məhz bu siyasət nəticəsində Azər-
baycan dünya miqyasında tanınmış və nüfuzlu dövlətə çevrilmişdir.
Müstəqillik illərində Azərbaycanda sosial-iqtisadi sahədə çox böyük
irəliləyişlər oldu.1995-1998-ci illərdə dövlət əmlakının özəlləşdirilməsi prosesi
həyata keçirildi.
2000-ci ilin avqustunda özəlləşdirmənin ikinci Dövlət Proqramı qəbul edildi.
Bu zaman iri və strateji müəssisələrin özəlləşdirlməsi üçün investisiya
müsabiqələri və tenderlər keçirilməsinə başlanıldı.
1995-ci ildə “Sahibkarlıq fəaliyyəti haqqında” qanun qəbul
olundu.Sahibkarlara kömək məqsədilə Milli fond təsis edildi.
Aqrar sahədə ciddi islahatlar keçirildi.1995-ci ilin əvvəllərində “Kolxoz və
sovxozların islahatı haqqında”qanun qəbul edildi. Bir il sonra “Tprpaq islahatı
haqqında”qəbul edilən qanuna əsasən torpaq pulsuz olaraq, kənddə yaşayan
vətəndaş-ların xüsusi mülkiyyətinə verildi.
302
Respublikanın vahid torpaq fondu əsasında üç-dövlət, bələdiyyə və xüsusi
torpaq mlkiyyəti forması müəyyən olundu. Torpaqların 22%-i xüsusi mülkiyyətə
verildi.
H.Əliyevin fərmanı ilə 1999-2000-ci illərdə Respublikada aqrar islahatların
dərinləşməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə
dair Dövlət Proqramı təsdiq olundu.
1995-ci ildən başlataraq 1300-dən çox kolxoz və sovxoz ləğv edildi. Onların
bazasında 35 minədək kəndli-fermer təsərrüfatı yaradıldı.
Respublikanın maşınqayırma sənayesi müəssisələri istiqamətini dəyişə-rək,
respublika sənayesi və kənd təsərrüfatı üçün avadanlıq, texnika, ehtiyat hissələri
istehsal etməyə başladı.
1996-cı ildə Qoz-fındıq emalı,yağ emalı,Koka-kola emal müəssisələri və
zavodlar açıldı.
Bu illərdə respublika maliyyə,valyuta,pul-kredit siyasəti və bank sistemi də
inkişaf etdirilmişdi.1995-2000-ci ilərdə dövlət büdcəsinin gəlirləri 1,7 dəfə,xərcləri
isə 1,8 dəfə artmışdı.
Əhalinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsi baxımından ciddi
tədbirlər həyata keçirildi.1994-cü ildə “Əhalinin sosial müdafiəsi haqqında”qanun
qəbul edildi və sosial Müdafiə Fondu yaradıldı.
Qaçqın və köçkünlərin mənzil-kommunal şəraitini yaxşılaşdırmaq və
məşğulluğunu yüksəltmək məqsədi ilə Dünya Bankının dəstəyi ilə sosial inkişaf
Fondu yaradıldı.
Rabitə və nəqliyyatın inkişafında böyük irəliləyişlər oldu.
Respublikasının idman həyatında da böyük canlanma baş verdi.Azərbaycan
Milli Olimpiya Komitəsi yaradıldı və onun prezidenti İlham Əliyev seçildi.
303
(1997).1996-cı il Yay olimpiya oyunlarında ilk dəfə müstəqil Azərbaycan təmsil
olundu və 197 komanda sırasında 48-ci yerə çıxdı.
Bu illərdə Azərbaycan mədəniyyəti də tənəzzül vəziyyətindən çıxaraq
dirçəliş yoluna qədəm qoydu. Təhsil sahəsində böyük irəliləyişlər oldu. Mək-
təbəlrin sayı xeyli artdı.1998-2000-ci illərdə 15 min nəfərlik 50 yeni məktəb binası
tikilmiş,100 məktəbdə isə tikinti və təmir işləri aparılmışdı.Təhsil sahəsində
islahhatlar aparılmasının dövlət təminatı gücləndirildi.Təhsil sahəsində islahatlar
üzrə Dövlət Komissiyası yaradıldı.
Ümumtəhsil məktəbləri üçün yeni milli proqram və dərsliklərin yaradılması
məhz bu dövrdə baş verdi.
1992-ci ildən latın qrafikasının keçilməsinə baxmayaraq,real şəkildə 2001-ci
ildən H.Əliyevin sərəncamı ilə bu məsələ həyata keçirildi.
Rspublika Ali təhsili sistemində də köklü dəyişiliklər baş vermişdi.Onun həm
strukturunda,həm də məzmununda dəyişiliklər baş verdi.
Bu illərdə özəl ali təhsil şəbəkələri genişləndi.2000-2001-ci tədris ilində
respublikada 43 ali məktəb fəaliyyət göstərirdi.Onlarda 119,7 mindən şox tələbə
təhsil alırdı.
Elmin inkişafı sahəsində də müəyyən irəliləyişlər olmuşdu.2001-ci ildə
Respublika Elmlər Akademiyası Milli Elmlər Akademiyası adını aldı.1990-cı
illərin ortalarında Akademiya sistemində 35 elmi-tədqiqat institu fəaliyyət göstərir
di.
Bu illərdə ədəbiyyat,incəsənət və mədəniyyətin digər sahələrində də mühüm
irəliləyişlər baş verdi.Bu illərdə Bakının,digər şəhər və qəsəbələrinin meydan və
xiyabanlarının da yenidən qurulmasına başlanmışdı.Keçmiş dağüstü parkda
Şəhidlər Xiyabanı salınmış,1998-ci ildə burada 21 metr hündürlüyündə möhtəşəm
abidə qoyul-muşdu.Şah İsmayıl, Hüseyn Cavid,Yusif Məmmədəliyev,Cəfər
Cabbarlının heykəlləri ucaldıldı. M.Füzulinin 500, “Kitabi Dədə Qordun”1300 illik
304
yubileyləi təntənə ilə qeyd olundu.Bu dövrün ən əhmiyyətli hadisələrindən birini
də azərbaycançılıq ideologi-yasıın formalaşdıırlması təşkil edirdi.
2001-ci il noyabrın 9-10-da Bakıda 50 milyonluq Dünya Azərbaycanlıların I
Qurultayının keçirilməsi böyük əhəmiyyətə malikdir.Hər ilin 31 dekabr günü
Dünya Azərbaycanlıların həmrəylik günü kimi qeyd olunmağa başlandı.
Beləliklə böyük çətinliklərə baxmayaraq,ümum milli lider H.Əliyevin
yorulmaz fəaliyyəti nəticəsində respublikamız əsl intibah yoluna qədəm qoymuş,
iqtisadi, siyasi,sosial və mədəni quruculuq sahələrində böyük nailiyyətlər əldə
etmişdi.
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev
başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir.
Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın yeni
prezidenti, həm də dünya azərbaycanlılarının yeni lideridir.
Azərbaycanın yeni prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan
görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və
nüfuza malikdir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada
məşhurdur.
Görkəmli siyasi və dövlət xadimi İlham Əliyev Azərbaycan xalqının ümummilli
lideri, dahi dövlət xadimi Heydər Əliyevin oğludur. O, peşəkar siyasətçidir. 1982-
ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Orada
elmi-pedaqoci fəaliyyətə başlamış (1982), aspirant, müəllim olmuşdur. Tarix
elmləri namizədidir (1985). 1991-ci ildən Moskvada "Oriyent" şirkətinin baş
direktoru işləmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi
əlaqələr üzrə vitse-prezidenti (1994-cü ildən) və birinci vitse-prezidenti (1997-ci
ildən), Azərbaycan Respublikasının baş naziri (2003) vəzifəsində çalışmışdır.
Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın
qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.
305
Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal
iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı
siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) lideridir. İlham Əliyev
YAP-ın I qurultayında (1999) partiya sədrinin müavini, II qurultayında (2001) isə
birinci müavini seçilmişdir.
İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin (1-2-ci çağırış) deputatı
olmuş, AŞPA-da Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin başçısı və
AŞPA-nın vitse-spikeri və Büro üzvü vəzifələrində səmərəli fəaliyyət göstərmişdir.
Azərbaycan xalqı qarşısındakı xidmətləri nəzərə alınaraq İlham Əliyev 2003-cü
ildə Azərbaycan Respublikasının Baş naziri təyin olunmuşdur. O, 2003-cü ilin
Prezident seçkilərində parlaq qələbə qazanaraq xalqın iradəsi ilə Azərbaycan
Respublikasının Prezidenti seçilmişdir.
Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin
demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir.
Onun rəhbərliyi ilə ölkədə iqtisadi islahatlar daha da sürətlənmiş, xüsusi prezident
fərmanı ilə 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət
proqramı qəbul olunmuşdur. Prezident İlham Əliyev ölkədə İnsan haqları və
azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlayır. O,
Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub
saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir
2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 % səsini
qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti
seçilmişdir. prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və
uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda
lider dövlətə çevrilmişdir.
306
II mühazirə
Plan:
1.Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu.
2.Azərbaycan dünya birliyində
XX əsrin 20-ci illərinin ortalarında müstəqil Azərbaycan Respublikasının
inkişafında yeni mərhələ başladı. Buna 1991-1993-cü illərdə baş verən təlatümlü
günlərdən sonra ölkədə çox çətinliklə yaranmış ictimai-siyasi sabitlik imkan
vermişdi.İndi Azərbaycan Respubliksı keçmiş sosialist istehsal münasibətlərindən
imtina edərək liberal demoratizmə və kapitalist istehsal münasibətlərinə keçməli
idi.Bu dövr sadəcə olaraq keçid dövrü adlanırdı.
Öz tarixinə yeni səhifə açan Azərbaycan hakim kommunist ideologiyasından və
sosialist ictimai –iqtisadi sistemindən imtina edərək milli və ümumbəşəri dəyərlərə
söykənən dünyavi, hüquqi, demokratik vətəndaş cəmiyyəti qurmaq yolunda
addımlar atmağa başlamışdı.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu bu məqsədə
çatmaqda mühüm addım olmuşdu.
Məlumdur ki, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq
Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Sovet imperiyası
dövründə Azərbaycanın dörd Konustitusiyası qəbul edilmişdir. (1921, 1925, 1937,
1978).Onların hamısı Sovetlər imperiyasına xidmət etmişdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk illərdə 1978-ci il
Konustitusiyası, çoxlu əlavə və dəyişikliklər edilməklə öz əsas hüquqi qüvvəsini
saxlayırdı. Müstəqil Azərbaycan Respublikasının Konustitusiyasını hazırlamaq
üçün 1991-ci ilin fevralında Ali Sovetin qərarı ilə 74 nəfərdən ibarət komissiyanın
307
yaradılmasına baxmayaraq, bu sahədə heç bir iş görülmədi.Milli Məclisin 1993-cü
ildə qəbul etdiyi qərara görə yaradılmış 14 nəfərlik komissiya da əsas qanun
layihəsini təqdim edə bilməmişdi.
1994-cü ilin ortalarından başlayaraq H.Əliyevin təşəbbüsü ilə yeni
Konustitusiya layihəsini hazırlamaq üçün tərkibi 33 nəfərdən ibarət Konustitusiya
komissiyası yaradıldı.Komissiyanın sədri H.Əliyevin başçılığı altında bu qurum
dinamik fəaliyyət göstərməyə başladı. Nəhayət, 1995-ci il oktyabrın 15-də
Konstitusiya layihəsi mətbuatda dərc olunaraq, ümumxalq müzakirəsinə təqdim
edildi.Ümumxalq müzakirəsi zamanı layihə barədə komissiyaya 1450 təklif daxil
olmuşdu.Təqdim olunan 199 maddədən, müzakirədən sonra 158 maddə qaldı.
1995-ci il noyabrın 12-də layihə üzrə ümumxalq sorğusu keçirildi. Sorğuda 4
milyona yaxn seçicidən 86 faizi iştirak etmişdi.Onların tam əksəriyyəti, yəni 94,8
faizi Konstitusiya layihəsinin lehinə səs verdi. Müstəqil Azərbaycan
Respublikasının yeni Konstitusiyası qəbul edildi. Həmin gün ilk parlament
seçkiləri də keçirildi.Yeni Konstitusiya bazar iqtisadiyyatına əsaslanan dünyəvi,
hüquqi, demmokratik vətəndaş cəmiyyətinin əsas qanunu idi.
Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir.Konstitusiyaya görə
Respublikada hakimiyyətin yeganə mənbəyi xalqdır.Xalqı yalnız onun demokratik
surətdə seçdiyi səlahiyyətl inümayəndələri təmsil edə bilər.
Konstitusiya insan və vətəndaş hüquqlqrının və azadlıqlarının qorunması və
təmin edilməsinin dövlətin ali məqsədi olması, mülkiyyətin toxunulmazlığına tə-
minat verilməsi, təbii sərvətlərin yalnız dövlətə mənsub olması və s. məsələlər
təsbit olunmuşdur. Dünyada çox az Konstitusiya vardır ki, onda insan hüquq və
azadlıqlarına Azərtbaycan Respublikasının Konstitusiyası qədər əhəmiyyət
verilir.Belə ki, Konstitusiyamızın 158 maddəsindən 48-i insan hüquq və azadlıqları
və onun təminatına həsr edilmişdir.
Konstitusiyada ən mühüm cəhətlərdən biri də hakimiyyət bölgüsünün müəyyən
edilməsidir.Konstitusiyaya görə dövlət hakimiyyəti qanunvericilik, icra və məh-
308
kəmə hakimiyyətinə bölünür. Qanunvericilik hakimiyyətini Milli Məclis, icra
haki-miyyətini prezident və məhkəmə hakimiyyətini isə müstəqil məhkəmələr
həyata keçirir.
Prezident ali icra hakimiyətinin vəzifəsini həyata keçirməklə bərabər, həm də
dövlətin başçısı, bütün xalqın təmsilçisi və onun vahidliyinin rəmzidir.Bu da Azər-
baycan Respublikasının quruluş etibarilə prezident respublikası olduğunun
göstəricisidir.
Azərbaycan Respublikasının Konstitusiyası ölkənin tarixində ilk dəfə olaraq,
özündə məhkəmələrin müstəqilliyini təmin edən prinsipləri təsbit et-mişdir.
Konstitusiyaya görə hakimlər müstəqildirlər, yalnız qanunlara tabedirlər.
Azərbaycanda demokratik cəmiyyət quruculuğunun mühüm istiqamətlərindən
biri də yerli özünüidarə orqanlarının təsis edilməsidir.Yerli özünüidarə orqanlarını
(Bələdiyyələr) birinci növbədə yerli inkişaf mənafelərini təmin edir, yerli
əhəmiyyətli məsələləri həll etmək hüququnu həyata keçirirlər.
Beləliklə Konstitusiyanın qəbul edilməsi ilə ölkədə bazar iqtisadiyyatına
əsaslanan dünyəvi, hüquqi, demokratik vətəndaş cəmiyyəti qurmağın hüquqi əsası
yarandı.
Konstitusiyanın qəbulundan sonra Respublikada demokratikləşmə prosesi daha
da gücləndi.İlk növbədə 1995-ci il noyabrın 12-də Milli məclisə Mojaritar və
Proporsional yolu ilə ilk seçkilər keçirildi.125 millət vəkilindən ibarət Milli məclis
formalaşdı. Bu seçkilərdə deputat mandatı uğrunda mübarizədə 8 siyasi partiya
iştirak edirdi.
2002-ci ildə seçki prosesi daha da demokratikləşərək “Mojaritar” seçki sis-
temi müəyyən edildi.
1996-cıilin fevralında Prezident yanında xüsusi “Hüquqi islahatlar
komissiyası” yaradıldı. 1998-ci ilin fevralında H.Əliyev “İnsan və vətəndaş hü-
309
quqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman
verdi.
Ölkədə insan hüquqları sahəsində atılan mühüm addımlardan biri ölüm cəzası
tamamilə ləğv olundu.
1998-ci ilin iyununda “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”
təsdiq edildi. Oktyabrda isə “Vətəndaşlıq haqqında” yeni qanun qəbul edildi.Eyni
zamanda “Ölkədən getmək və ölkəyə gəlmək gaqqında”, “Sərbəst toplaşmaq
azdlığı haqqında” yeni qanunlar qəbul olundu.
1998-ci il oktyabrın 11-də alternativ namizədlik əsasında prezident seçkiləri
keçirildi.6 nəfər prezdentlikliyə namizəd içərisində H.Əliyev 76,11% səs
toplayaraq Respublika prezidenti seçildi.
1995-ci ildə Respublikada Əvfetmə institutu fəaliyyətə başladı. H.Əliyev
tərəfindən həmin il 30 əvf fərmanı imzalandı.1996-2001-ci illərdə 6 əvf aktı qəbul
edilmişdi. Həmin aktlar 64 minə yaxın adama tətbiq olunmuşdu.
1998-1999 –cu illər ərzində “Konstitusiya məhkəməsi haqqında ”, “Məhkəmə
və hakimlər haqqında”, “Polis haqında” və s. qanunlar qəbul olundu.
Məhkəmələr haqqında qəbul olunmuş qanunlar məhkəmə sistemində əsaslı
dəyişikliklərin aparılmasına, beynəlixalq standartlara cavab verən yeni məhkəmə
sisteminin yaranmasına imkan verdi. Hazırda Respublikada Ali məhkəmə,
Konstitusiya məhkəməsi, Hərbi məhkəmə, Apelyasiya məhkəməsi, rayon (şəhər)
məhkəmələri fəaliyyət göstərir.
Yerli özünəidarə qurumu olan bələdiyyələrin formalaşması sahəsində də
addımlar atıldı. Bələdiyyələrin statusunu və fəaliyyətini nizamlayan 20-dək qanun
və nizamnamə qəbul edildi. 1999-cu ilin dekabrında Respublikada ilk dəfə bələdiy-
yə seçkiləri keçirildi. Seçkilər zamanı 2267 bələdiyyə təşkil edilmiş və 21 mindən
artıq bələdiyyə üzvi seçilmişdi.
310
2001-ci ilin dekabrında “Azərbaycan Respublikasının insan hüquqları üzrə
müvəkkili (Ombudsman) haqqqında” Azərbaycan Respublikasının Konstitusiya
qanunu qəbul edildi. 2002-ci ildə respublikada Ombudsman institutu yaradıldı.
Müstəqqillik illərində Respublikamızda çoxsaylı siyası partiyaların, ictimai
təşkilatların, birliklərin təşəkkülü və inkişafı üçün geniş imkanlar açıldı.Artıq
1999-cu ilin ortalarında Azərbaycanda 50-dən artıq siyasi partiya və ictimai
təşkilat var idi. 2001-ci ildə Respublikada qeydə alınmış 32 partiya, 1350-qeyri
hökumət təşkilatı, 30-a qədər hüquq mühafizə təşkilatı və 500-dən çox kütləvi-
informasiya vasitəsi fəaliyyət göstərirdi.Siyasi partiyaların sıralarında 410 min
nəfərdən çox adam birləşmişdi.
Azərbaycan hüquqi demokratik vətəndaş cəmiyyəti quruculuğunun mühüm
amillərdən biri də qadın hərəkatının genişlənməsidir.Cəmiyyətdə çox böyük qüvvə
olan qadınlar vətəndaş cəmiyyəti quruculuğuna öz dəyərli töhvələrini verirlər.
Onların təqribən 2 milyondan çoxu iqtisadiyyatın müxtəlif sahələrində çalışırlar.
Dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin 69 faizini orta ixtisas
məktəblərində çalışanların 64 faizini, ali məktəblərdə işləyənlərin 40 faizini
qadınlar təşkil edir.Respublikamızın ali məktəblərində oxuyanların 42 faizi
qızlardır.
1998-ci ilin yanvarında Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradıl-
ması 2000-ci ilin martında “Azərbaycan Respublikasında dövlət qadın “ siyasətinin
həyata keçirilməsi haqqında “Prezident”fərmanının verilməsi ölkəmizdə qadın
hərəkatına diqqət və qayğının bariz nümunəsidir.Bunların nəticəsidir ki,hazırda
respublikamızda 40-dan çox qadın təşkilatları fəaliyyət göstərir.
Hüquqi, demokratik vətəndaş cəmiyyəti quruculuğunda respublika əhalisinin
təqribən 55 faizini təşkil edən gənclərin də mühüm yeri vardır.Məhz buna görə də
dövlət gənclər siyasətinə böyük diqqət və qayğı göstərir.H.Əliyevin fərmanı
ilə1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin yaranmasını buna misal
göstərmək olar.
311
Dövlət gənclər siyasətinin hazırlanması və həyata keçirilməsində Azərbaycan
gənclərinin 1996-cıil fevralın 2-də keçirilmiş birinci və 1999-cu ilmartın 2-3-də
olmuş ikinci forumlarının mühüm rolu olmuşdur. Həmin forumda çıxış edən
H.Əliyev nitqində demişdir:”Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil
Azərbaycan Respublikasının gələcək yolu kimi qəbil etməlidir,... hər şeydən artıq
müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünülməlidir”.
Elə həmin ilin iyulunda Prezident H.Əliyevin “Dövlət gənclər siyasəti haqqında
fərman imzalandı. Bu fərman respublikanın ictimai-siyasi həyatında gənclərin daha
fəal iştirakını, onların fəaliyyətini istiqamətləndirən proqram sənədi olmuşdur.
Hüqiqi demokratik vətəndaş cəmiyyətinin formalaşmasının ən mühüm
istiqamətlərindən biri də söz və vicdan azadlığının təmin olunmasıdır.Məhz buna
görə də Azərbaycan Respublikasının Kostitusiyasında fikir, söz və mətbuat
azadlığına geniş təminat verilmişdir.
Respublika Prezidentinin “Azərbaycan Respublikasında söz, fikir,məlumat
azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında “1998-ci il 6 avqust
tarixli fərmanı kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların demokra-
tikləşməsi yolunda mühüm addım oldu.
Vətəndaş cəmiyyətinin əsas sərtlərindən biri də vicdan azadlığının təmin
olunması və formalaşmasıdır. 1992-ci ilin avqustun 30-da qəbul edilmiş “Dini
etiqad azadılığı” haqqında qanun vətəndaşların dinə münasibətini sərbəst
müəyyənləşdirməkdə mühüm rol oynadı. Hazırda Azərbaycanda islam, rus, gürcü
pravoslav kirsələrini, katolik kilsəsini, Kristina beynəlxalq cəmiyyətini, Alman
lüteran kilsəsini və sairəni təmsil edən 500-dən çox dini qurum fəaliyyət
göstərməkdədir.
Respublikada yem məscidlər, kilsələr və digər dini obyektlər inşa edilir,dini
mərasimlər bayramlar keçirilir.
312
Vicdan azadlığı üzrə Azərbaycan Respublikası Konustitusiyasında təsbit
olunmuş prinsiplərin həyata keçirilməsini təmin etmək məqsədi ilə 2001-ci ildə
Dini qurumlarla iş üzrə Dövlət Komitəsi yaradılmışdır. Hazırda Azərbaycan ən
böyük tolerant ölkəsi saylır.
Milli mənəvi dəyərlərimizin, o cümlədən dini dəyərlərimizin yenidən xalqa
qaytarılması, onların qorunub inkişaf etdirilməsi hüquqi, dünyəvi, demokratik
vətəndaş cəmiyyəti quran Azərbaycan üçün mühüm əhəmiyyyət kəsb edən
amillərdəndir.
Azərbaycan milli müstəqilliyini bərpa etdikdən sonra müstəqil xarici siyasət
yürütməyə başladı.Qısa bir müddətdə onu əksər dövlətlər tanıdılar. Azərbaycan
Respublikasının dövlət müstəqilliyini ilk olaraq 1991 –ci il noyabrın 9-da Türkiyə
Respublikası, dekabrın 11-də Ruminiya, dekabrın 13-də Pakistan, 1992-ci il
yanvarın 23-də ABŞ, aprelin 10-da 109-cu dövlət olaraq Rusiya Federasiyası
tanıdı.
Respublika rəhbərliyi Azərbaycanın dünya miqyasında tanıtmaq problemlərini
həll etmək naminə xarici siyasətdə Qərb meylini gücləndirməklə yanaşı, qonşu
Şərq dövlətləri ilə də münasibətləri genişlədirdi. Onun xarici siyasətində Türkiyə
ilə münasibətlər xüsusi yer tuturdu. Azərbaycan Türkiyəyə dünya siyasəti
meydanına çıxmaqda və Dağlıq Qarabağ məsələsini sülh yolu ilə həll etməkdə
dayaq nöqtəsi kimi baxırdı.Bu gün də Azərbaycan Türkiyə münasibətləri
H.Əliyevin “Bir millət, İki dövlət” devizi ilə müəyyən olunmuş müstəvidə inkişaf
etməkdədir.
Azərbaycan İran İslam Respublikası ilə də normal siyasi, iqtisadi və mədəni
münasibətlərin qaydaya düşməsinə daim diqqətlə yanaşır.2002-ci ildə iki ölkə
arasında “Dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında”
müqavilənin bağlanması münasibətləri daha da yaxşılaşdırdı.
1993-cü ildən etibarən Rusiya ilə tarazlaşdırılmış xarici siyasət yeridilir.1997-ci
ildə Moskvada iki ölkə arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik
313
haqqında”saziş imzalandı. Məhz bunun nəticəsində 2001-ci ildə Rusiya hərbi
naziri Ermənistanla Azərbaycan arasında müharibə olarsa Rusiyanın bitərəf
qalacağını elan etdi.
Hər iki ölkə rəhbərliyinin qarşlıqlı rəsmi səfərləri nəticəsində Rusiya ilə
Azərbaycan arasında siyasi,iqtisadi və mədəni sahələrdə bir slra strateji və faydalı
sazişlər imzalandı.Lakin Rusiya bunlara baxmayaraq münasibətlərə xələl gətirən
siyasətindən əl çəkmir. Rusiya Ermənistana hər cür yardım edir və hətta onu
silahlandırmaqdan əl çəkmir.2008-ci ildə Rusiya Ermənistana 1 milyard dollarlıq
silah vermişdir.
Azərbaycan Respublikası dünya birliyində öz bərabər hüquqlu yerini tutmaq və
Dağlıq Qarabağ məsələsini həll edə biləcək iri dövlətlərlə, o cümlədən ABŞ,Böyük
Britaniya,Fransa ,Almaniya və başqa ğlkələrlə də sıx münasibətlər yaratmağa
başladı.1992-ci ildə Azərbaycan ilə ABŞ arasında səfirlik səviyyəsində diplomatik
əlaqə yaradıldı.
1997-ci ildə ABŞ və Azərbaycan Prezidentləri tərəfindən Ağ evdə iki ölkə
arasındakı münasibətlərin əsas prinsipləri və istiqamətlərini müəyyən edən
“Amerika-Azərbaycan”münasibətləri haqqqında birgə bəyənat imzalandı.
2002-ci ildə Amerika Prezidenti “Azadlığı Müdafiə Qanununa” 907-ci əlavəni
müvəqqəti olaraq dayandırdı. 2003-cü ildə bu yenidən təkrar olundu.
Az sonra ABŞ Azərbaycana silah satışına qoyulmuş qadağanı aradan götür-
dü.Təhlükəsizlik tədbirlərində Azərbaycana yardım etməyə başladı.
Böyük Britaniyanın Azərbaycan Respublikası ilə ilk əlaqəsi 1992-ci ildə baş
nazir M.Tetçerin Bakıya səfəri zamanı başlamışdı.1994-cü ildə bu ölkə ilə neft
çıxarılması sahəsində əməkdaşlıq haqqında memorandum imzalandıqdan sonra iki
ölkə arasında əlaqələr daha da genişlənməyə başladı.2001-ci ilin sonlarında 200
ingilis şirkəti Azərbaycana 1 milyard dollarlıq invetsiya qoymuşdu, ticarət
dövriyyəsi isə 90 milyon dollara çatmışdı.
314
Fransa prezident H.Əliyevin ilk səfər etdiyi ölkə olmuşdu.1997-ci ildə iki ölkə
arasında iqtisadi əməkdaşlıq, xüsusən, Xəzər dənizində neft yataqlarının birgə
mənimsənilməsi barədə saziş imzalandı.
1995-ci ildən Almaniya dövləti ilə əlaqələr genişlənməyə başladı.1996-cı ildə
H.Əliyev bu ölkəyə rəsmi səfərə getmişdi. Hətta, 2001-ci ildə Berlində Azər-
baycanla Almaniya arasında iqtisadi əməkdaşlıq barədə protokol imzalandı.Sazişə
görə Almainya Gəncə və Şəki şəhərlərində kommunal sahələrinin inkişafına 31,5
milyon marka sərmayə qoymağı öhdəsinə götürmüşdü.
Azərbaycan Respublikası dünya birliyinin müstəqil, bərabər hüquqlu dövləti
kimi beynəlxalq və regional qurumlarda təmsil olunmaq,öz hüquqi yerini təmin
etmək sahəsində də ardıcıl və məqsədyönlü fəaliyyət göstərirdi.Belə ki,Azərbaycan
1991-ci ilin dekabrında İslam Konfraqnsı Təşkilatına,1992-ci ilin yanvarında
ATƏM-ə (1994-cü ildən ATƏT),fevralında İran,Türkiyə və Pakistanın daxil
olduğu İqtisadi Əməkdaşılıq Təşkilatına,martda BMT-yə, NATO-nun Çimali
Atlnatika Əməkdaşlıq Şurasına,1993-cü ilin oktyabrında MDB-yə daxil oldu.
Bundan başqa Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı,Beynəlxalq
Valyuta Fondu,Ümumdünya Bankı,YUNESKO,YUNİSEF və digər təşkilatlarla
əməkdaşlıq edir.
Azərbaycan,TRASEKA (Avropa Qafqaz-Asiya)Nəqliyyat proqramının,keçmiş
“ipək yolu”nunrallaşmasında fəal iştirak edir.
Azərbaycan Respublikasının dünya birliyi miqyasındakı fəsliyyətində BMT ilə
münasibətlər mütəsna yer tutur.Azərbaycan 1992-ci ilin maayında BMT-də daimi
nümayındəliyini açmışdı.1995-ci ildə H.Əiliyevin səyi nəticəsində erməni-
azərbaycan münaqişəsinin müzakirəsi zamanı BMT-nin 184-üzvündən 100-ü
Azərbaycanın mövqeyini dəstəkləmişdi.Işğalçı Ermənistanla əlaqədar olaaq BMT-
nin Təhlükəsizlik Şurası 4 qətnamə (822,853,874 və 884 saylı)qəbul etmişdi.
315
Təəssüflər olsun ki.Təhlükəsizlik Şurasının sözü gedən qətnamələrindən heç
biri hələ də yerinə yetirilməmişdir.
Dünya birliyinin beynəlxalq təşkilatlarında olan ATƏT də Azərbaycan Respub-
likasının əməkdaşılıq etdiyi qurumlarındandır.Azərbaycan bu təşkilata 1992-ci il
yanvarın 20-də qəbul edilmiş,iyulun 10-da isə onun yekun aktını (1975-ci il
Helsinki yekun aktı) imzalnamışdır.1992-ci il martın 24-də ATƏT Şurasının qərarı
ilə bu təşklilatın himayəsi altında Dağlıq Qarabağ üzrə Minsk konfransı çağrıl-
mışdı. Onun başlıca vəzifəsi Ermənistan-Azərbaycan münaqəşəsini nizamlamaq-
dan,problemin həlli üçün müvafiq sənədlər, hazırlamaqdan ibarət idi. Minsk
qrupunun tərkibinə 11 ölkə daxil idi. 1997-ci ildın Minsk qrupuna üç ölkə-Rusiya,
ABŞ, Fransa həmsədrlik edir.
Dağlıq Qarabağ probleminin həll edilməsi yollarının axtarılması baxımından
Azərbaycan üçün ən səmərəlisi ATƏT-in Budapeşt (1994-cü il 5-6 dekabr) və
Lissabon (1996-cı il 2-3) dekabr Sammitləri olmuşdur. Bu Sammitlərdə Dağlıq
Qarabağ münaqişəsinin həll etməyin təklif olunan üç prinsipinə:1)Azərbaycan və
Ermənistan ərazi bütövlüyü;2)Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək
status verilməsi;3)Dağlıq Qarabağ əhalisinin bütün vətəndaşlarına zaminlik
vürilməsinə səs vermişdilər.
Azərabayacan Respulikası dünya birliyinin ən nüfuzlu təşkilatlarından biri olan
Avropa Şurasına üzv olmaq üçün də ciddi səy göstərmişdi.Çünki, Azərbaycanın bu
quruma daxil olması,Avropa tərəfindən onun Avropa demokratiyası standartlarına
müvafiq dövlət kimi tanınması demək olardı. Bakı hələ 1992-ci ilin yanvarında
rəsmi olaraq Avropa Şurasına müraciət etmişdi. Lakin, müəyyən səbəblər üzündən,
xüsusən Ermənistan –Azərbaycan münaqişəsinin davam etdiyi üçün xahiş yerinə
yetirilməmişdi.2001-ci il yanvarın 25-də nəhayət, Strasburqda Azərbaycan
Respublikasının Avropa Şurasına daxil olması barədə qərar qəbul olundu.Bu
qurumda Azərbaycan parlamentinin nümayəndə heyyətinin başçısı İlham Əliyev
olmuşdu.
316
Azərbaycan nümayəndə heyəti ermənistanın təcavüzkar və işğalçı siyasətini ifşa
etmək üçün Avropa Şurası tribunasından istifadə edirdi.2001-ci ilin may ayında
Avropa Şurasının Nazirlər Komitəsinin 108-ci sessiyası Azərbaycanın ərazi
bütövlüyünü təsdiq edən xüsusi kommunike qəbul edmişdi.
Sentyabr sassiyasında isə erməni terrorozmi, terrorçu ermməni “ASALA” təşki-
latının azərbaycanlılara qarşı törədilmiş terror və soyqrımı aktlarında iştirakı
vurğulanmışdı.Göstərilmişdi ki,məhz həmin təşkilatın iştirakı ilə Azərbaycanda iki
min nəfərin ölmünə,on minlərlə admın yaralanmasına səbəb olan 32 terror aktı
törədilmişdi.
Azərbaycan Respublikasının Avropa Birliyi (1998-ci ildən Avropa İttifaqı)
ilə də əlaqələri genişlənmişdir. Avropa Birliyi hələ, 1991-ci il dekabrın 31-də
Azərbaycan Respublikasını tanımışdı.1995-ci ilin iyununda Avropa İttifaqının
Luksemburq toplantısında Cənibi Qafqaz üzrə “ümumi mövqe” layihəsini qəbul
etmişdi. Sənəddə göstərilmişdi ki, Avropa İttifaqı Cənubi Qafqaz respublikalarında
iqtisadi islahatlar gələcəkdə də dəstək verəcək,və onlara humanitar yardım
edəcəkdir.Azərbaycanla Avropa İttifaqı arasında bağlanmış tərəfdaşlıq və
əməkdaşlıq sazişi 1999-cu ilin yanvarından qüvvəyə minmişdi.
Azərbaycan Respublikası NATO ilə əməkdaşlıq yaratmağa çalışır.Aqzərbaycan
1992-ci ildə Əməkdaşlıq Şurasına qoşulmuşdu.1994-cü ildə isə NATO-nun
Avropada və dünyada sülhün və əmin-amanlığın bərqərar olması naminə “Sülh
naminə tərəfdaşlıq” proqramına qəbul edilmişdi.
Azərbaycan Respublikası 1993-cü ildə MDB-yə üzv qəbul olaraq, müstəqillik
qazanmış dövlətlərlə geniş əlaqələr yaradır.
Eyni zamanda Azərbaycan regional təşkilatlara da, o cümlədən Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatında, GÜAM-da TRASEKA” Qərb-Şərq” Proqramın-
da işgüzar fəaliyyət göstərməkdədir.
317
Artıq XXI əsrin əvvəlləri üçün Azərbaycan Respublikasını dünyanın 140-dan
çox dövləti tanımışdı. O, 70-dən çox xarici dövlətlə diplomatik əlaqə yaratmışdır.
Təkcə Bakı şəhərində 30-a qədər ölkənin səfirliyi fəaliyyət göstərir Azərbaycanın
isə 25-dən çox ölkədə səfirliyi, baş konsulluğu və daimi nümayəndəliyi fəaliyyət
göstərir.Azərbaycan Respublikası 15-dən çox beynəlxalq və regional təşkilat və
qrumların üzvü olaraq, fəaliyyət göstərir.
Beləliklə, Azərbaycan müstəqil dövlət kimi dünya birliyində öz hüquqi və
qanuni yerini təmin etmiş, onun bərabərhüquqlu üzvü kimi bəşər sivlizasiyasına
öz iqtisadi, mədəni, intellektual tövhələrini verməyə nail olmuşdur.
İkinci minilliyin sonu –üçüncü minilliyin əvvələrində tariximizdə baş verən
siyasi, sosial –iqtisadi və mədəni irəliləyişlər və naliyyətlər Azərbaycan Respub-
likasının gələcəkdədə böyük uğurlar qazanacağndan soraq verir.