AZƏRBAYCAN RESPUBLİKASI
İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ
“Dünya təcrübəsində xüsusi iqtisadi zonalar, mövcud vəziyyət, inkişaf
perspektivləri” mövzusunda
ARAYIŞI
Hazırladı:
Sənaye şöbəsinin Sənaye zonaları sektorunun
böyük məsləhətçisi Samirə Tağıyeva
BAKI – 2015
2
MÜNDƏRİCAT
Xüsusi iqtisadi zonalar haqqında ümumi anlayış ........................................................ 3
Xüsusi iqtisadi zonaların anlayışı və mahiyyəti ............................................................ 3
Xüsusi iqtisadi zonaların yaradılması məqsədləri və şərtləri ........................................ 7
Xüsusi iqtisadi zonaların təsnifatı .............................................................................. 12
Dünyadakı xüsusi iqtisadi zonaların ümumi vəziyyəti ............................................... 15
Dünyada xüsusi iqtisadi zonalar ................................................................................ 15
Azərbaycanın qonşu dövlətlərində və MDB ölkələrində xüsusi iqtisadi zonalar .......... 24
Türkiyə ...................................................................................................................... 24
İran ........................................................................................................................... 27
Rusiya ....................................................................................................................... 29
Belarus ...................................................................................................................... 31
Özbəkistan ................................................................................................................ 32
Qazaxıstan ................................................................................................................ 33
Qırğızıstan ................................................................................................................. 35
Tacikistan .................................................................................................................. 37
Moldova .................................................................................................................... 39
Türkmənistan ............................................................................................................ 41
Gürcüstan ................................................................................................................. 42
Ukrayna .................................................................................................................... 43
Azərbaycanda xüsusi iqtisadi zonalar ....................................................................... 45
Ədəbiyyat siyahısı .................................................................................................... 58
3
Xüsusi iqtisadi zonalar haqqında ümumi anlayış
Xüsusi iqtisadi zonaların anlayışı və mahiyyəti
Məlum olduğu kimi, dünya təsərrüfat sisteminin formalaşması tarixi müxtəlif
iqtisadi islahatlar mərhələsindən keçmişdir və iqtisadi islahatların aparılmasında bu və
ya digər formada müxtəlif yeni iqtisadi vasitələrdən istifadə edilmişdir. Belə iqtisadi
vasitələrdən və fəal inteqrasiya proseslərindən biri kimi xüsusi iqtisadi zonalar diqqəti
cəlb edir.1Müasir dövrdə xüsusi iqtisadi zonalar xarici ticarət strategiyasının vacib
elementlərindən biridir. Belə ki xüsusi iqtisadi zonalar yerli və xarici kapitalın cəlb
olunmasına, ixracın genişlənməsinə, valyuta ehtiyyatlarının artmasına, yeni
texnologiyalara çıxma imkanına və nəticədə milli iqtisadiyyatın inkişafına və dünya
bazarına səmərəli inteqrasiya olunmasına gətirib çıxarmışdır. Xüsusi iqtisadi zonalar
təsərrüfatın ərazi təşkilinin yeni formalarından biri hesab olunmaqla dünya təsərrüfat
sistemində xüsusi çəkiyə malikdir.2 Xüsusi iqtisadi zonalar XX əsin ikinci yarısından
etibarən beynəlxalq iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilmişlər.
Dünya iqtisadi əlaqələri üçün xüsusi iqtisadi zonalar əsasən beynəlxalq əmtəə
dövriyyəsinin fəallaşdırılması, investisiyaların cəlb edilməsi, iqtisadi inteqrasiya
proseslərinin dərinləşdirilməsi hesabına iqtisadi artımın sürətləndirilməsi faktoru kimi
və eyni zamanda inteqrasiya proseslərinin təşkilati formalarından biri kimi çıxış edir.
Bu mövzu son illər iqtisadçıların, alimlərin, sahibkarların, siyasətçilərin diqqətini
getdikcə daha çox özünə cəlb etməkdədir. Belə ki xüsusi iqtisadi zonalar dünya
təcrübəsinə ciddi nüfuz edərək müxtəlif dövlətlərdə uğurla fəaliyyət göstərirlər. Xüsusi
iqtisadi zonalar - yerli və xarici sahibkarlar üçün əlverişli iqtisadi şəraitə malik olan və
digər ərazilərə münasibətdə xüsusi hüquqi rejimli məhdud sahələrdir. Bir qayda olaraq
xüsusi iqtisadi zonalar bu və ya digər dərəcədə xüsusiləşmiş coğrafi ərazidir. Xüsusi
iqtisadi zona təkcə ayrılmış, xüsusi bir coğrafi ərazi deyil. Xüsusi iqtisadi zonalar
mahiyyət etibarilə milli iqtisadi məkanın, ölkənin digər ərazilərində tətbiq edilməyən
1 Əliyev Şəfa Tiflis oğlu - “Azərbaycanda xüsusi iqtisadi zonaların gerçəkləşdirilməsində Sumqayıt sənaye-istehsal
kompleksi amili”. Audit jurnalı 2011, № 4 (səhifə 46) 2 Rasim Abutalıbov - “Xüsusi iqtisadi zonaların sosial-iqtisadi inkişafa təsiri” Qafqaz Universitetinin jurnalı 2012, , № 34
(səhifə 33-34)
4
xüsusi güzəştlər və stimullar sisteminin istifadə edildiyi hissəsini bildirir. Bu zonalarda
tətbiq olunan müxtəlif (vergi, gömrük, inzibati və sair) güzəştlər həm daxili, həm də
xarici investisiyalar üçün əlverişlidir.
Xüsusi iqtisadi zonalar dövlətin iqtisadi proseslərə müdaxiləsinin qismən ixtisarı
üçün seçilmiş alət və ya dövlətlə özəl sektor arasında əməkdaşlığın bir formasıdır. Bu
zonalar iqtisadi vasitə kimi praktiki olaraq mümkün formalarda beynəlxalq iqtisadi
əməkdaşlığın inkişafına xidmət edir, zəruri infrastrukturun formalaşmasına yardım
etməklə yanaşı, yeni təsərrüfat münasibətlərini və idarəetmə metodlarını da reallaşdırır.
Xüsusi iqtisadi zonalar yüksək texnologiyalı istehsalı şərtləndirir, milli iqtisadiyyatın
dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirir. Xüsusi iqtisadi zonaların mühüm
vəzifələri sənayenin modernləşməsi və ixrac potensialının artırılması ilə bağlıdır. Qeyd
etmək lazımdır ki, xüsusi iqtisadi zonalar dünya ölkələrinin iqtisadi inkişaf
proseslərində yeni iqtisadi alət rolunu oynamaqla yanaşı, bu ölkələrdə bir qrup strateji
iqtisadi hədəflərin gerçəkləşdirilməsində, iqtisadiyyatın müxtəlif sektorlarının inkişaf
etdirilməsində mühüm əhəmiyyət kəsb edirlər.1
XX əsrin 90-cı illərindən başlayaraq xüsusi iqtisadi zonaların təşkilində 2
müxtəlif konseptual yanaşmadan istifadə edilir:
1) Ərazi yanaşması - bu yanaşmaya görə zona bütün rezidentlərin güzəştli
rejimlərdən istifadə etdikləri xüsusiləşmiş ərazidir. Ərazi yanaşmasına inkişaf etməkdə
olan dövlətlərdəki ixrac-istehsal zonalarını misal göstərmək olar;
2) Funksional yanaşma - bu yanaşmaya əsasən zona ölkə ərazisində yerləşdiyi
yerdən asılı olmayaraq müəyyən növ sahibkarlıq fəaliyyətinə tətbiq edilən güzəşt
rejimidir. Funksional yanaşmaya nümunə kimi “nöqtəvi” zonaları (ofşor zonaları,
“duty-free” mağazaları) qeyd etmək olar.
Xüsusi iqtisadi zonalarda fəaliyyət göstərən müəssisələrin əksəriyyəti ciddi
kapital qoyuluşlarına ehtiyac duyan sahələri təmsil edən müəssisələrdir. Onlar əsasən
tekstil, paltar, məişət elektronikası, idman malları, plastik kütlə məmulatları, mebel,
ərzaq, içki istehsal edirlər. Lakin elə xüsusi iqtisadi zonalar da vardır ki, onların
1 Əliyev Şəfa Tiflis oğlu - “Xüsusi iqtisadi zonalarda vergilərin mühüm aspektləri” Azərbaycanın vergi jurnalı 2/2014
(səhifə 151)
5
ərazilərində daha çox ağır sənaye müəssisələrinin inkişaf etdirilməsinə səy göstərilir.
Bir ölkənin xüsusi iqtisadi zonasında ağır sənaye müəssisələrinin yaradılması təbii ki,
ilk növbədə bu ölkələrin təbii ehiyyatları ilə əlaqədardı.
Aparılmış tədqiqat işləri və təhlillər xüsusi iqtisadi zonaların effektli bir iqtisadi
mexanizm kimi milli iqtisadiyyatların inkişafına verə biləcəkləri töfhələr, prioritet
istiqamətlər və bu kimi zonalarda vergilərin mühüm aspektləri barədə bir qrup
təkliflərin irəli sürülməsinə və nəticələrin ümumiləşdirilməsinə imkan verir:
- Xüsusi iqtisadi zonalar effektiv və məhsuldar iqtisadi alət kimi milli
iqtisadiyyatların inkişafının sürətləndirilməsində, iqtisadi fəallığın artırılmasında
ölkənin dünya təsərrüfat sisteminə inteqrasiyasının genişləndirilməsində, milli
iqtisadiyyatın rəqabətqabiliyyətinin yüksəldilməsində hüquqi-təsərrüfat və iqtisadi
avtonom rejimə malik iqtisadi mexanizm kimi çıxış edirlər;
- Xüsusi iqtisadi zonalar xüsusi güzəştlər sisteminə, o cümlədən vergi
güzəştlərinə malik olmaqla, investorlar üçün cəlbediciliyi ilə fərqlənirlər, eyni zamanda,
sahibkarlığın inkişafına əlavə stimullar verməklə, biznes mühitinin yaxşılaşdırılmasına
şərait yaradırlar;
- Xüsusi iqtisadi zonalarda vergi güzəştlərinin tətbiq edilməsinə həmin
zonalarda və əhatə etdiyi ərazilərdə iqtisadi fəallığın artırılması, maliyyə-təsərrüfat
subyektlərinin öz fəaliyyətlərinin gücləndirilməsinə əlavə stimullar verməsi son
nəticədə rəqabətqabiliyyətli istehsal sahələrinin yaradılmasına, yüksək standartlara
cavab verən məhsulların istehsalına və xidmətlərin təşkilinə, bunlarla əlaqədar olaraq
müxtəlif vergilər üzrə vergiqoyma bazalarının genişləndirilməsinə, mənfəətin əldə
edilməsinə, dolayı vergilərin həcminin artmasına imkan verir;
- Xüsusi iqtisadi zonalarda vergi güzəştlərinin tətbiqi, ilk növbədə, yüksək
standartlara cavab verən ixrac təyinatlı məhsulların çeşidinin genişləndirilməsinə şərait
yaradır, ölkəyə daxil olan valyuta vəsaitlərinin həcmini artırır, milli iqtisadiyyatın
modernləşdirilməsinə və innovasiya istiqamətində inkişafına yeni imkanlar açır;
- Vergi güzəştləri rəqabətqabiliyyətli müəssisələr şəbəkəsinin yaradılmasına,
xarici fəaliyyət iştirakçılarının sayının artırılmasına, xarici iqtisadi əlaqələrin
6
genişləndirilməsinə, xarici ticarət dövriyyəsinin diversifikasiyasına əlavə stimullar
verir.1
Xüsusi iqtisadi zonaların nəzəri əsasları və mahiyyəti onların adından bəllidir,
yəni bu kimi zonalar fəaliyyəti çərçivəsində xüsusi iqtisadi münasibətlərin
mövcudluğunu və iqtisadi tənzimləmə rejiminin xüsusiləşdirilməsini ifadə edir.
Tədqiqatçı alimlərin elmi əsərlərində xüsusi iqtisadi zonaların mahiyyəti və nəzəri
əsasları müxtəlifliyi ilə o qədər də fərqlənmirlər və bu mülahizələrin əsasında xüsusi
iqtisadi zonaların başlıca fəlsəfəsi onların azad, xüsusiləşdirilmiş və ya sərbəst avtonom
iqtisadi-hüquqi rejimlərin fəaliyyət göstərdiyi təsərrüfat rejimləri dayanır. T.P.Danko və
E.M.Okrut xüsusi iqtisadi zonaları dövlətin suveren bir ərazisi, təsərrüfat sisteminin
tərkib hissəsi hesab edirlər. Burada müəyyən edilmiş və konkret ümummilli
inteqrasiyalaşdırılmış korporativ məqsədlərə çatmaq üçün ictimai-iqtisadi
münasibətlərin xüsusi tənzimlənməsindən istifadə ilə istehsalın və ictimai məhsulun
bölgüsü həyata keçirilir.2
1 Əliyev Şəfa Tiflis oğlu - “Xüsusi iqtisadi zonalarda vergilərin mühüm aspektləri”. Azərbaycanın vergi jurnalı 2/2014
(səhifə 157-158) 2 Əliyev Şəfa Tiflis oğlu - “Qloballaşma şəraitində xüsusi iqtisadi zonalar institutunun səmərəliliyini şərtləndirən mühüm
amillər”. Audit jurnalı 2014, № 1 (səhifə 46)
7
Xüsusi iqtisadi zonaların yaradılması məqsədləri və şərtləri
Bazar iqtisadiyyatının reallaşdırılması prinsipləri içərisində ən vaciblərdən biri də
xüsusi iqtisadi zonaların yaradılması hesab olunur. Onların fəaliyyət göstərməsi xarici
iqtisadi fəaliyyətin liberallaşması və fəallaşdırılması ilə sıx əlaqədardır. Məlumdur ki,
xüsusi iqtisadi zonalar birdən-birə yaranmamışdır. Onların meydana gəlməsində
iqtisadi, sosial, siyasi və bu kimi digər amillərin təsirləri olmuşdur.
Xüsusi iqtisadi zonaların yaradılmasının tarixi zəruriliyi əsasən aşağıdakı
amillərlə izah olunur:
- ticarət dövriyyəsinin artırılması, alış-verişin sürətləndirilməsi, ticarət
tərəfdaşlarının maraqlarının təmin edilməsi;
- sərhəd və gömrük maneələrinin aradan qaldırılması, bürokratik nəzarət və
dövlət orqanlarının müdaxilələrinin məhdudlaşdırılması;
- investisiya və sərmayələrin yatırılmasına stimulların gücləndirilməsi, qoyulan
kapitalın rentabellik səviyyəsinin artırılması;
- ixrac yönümlü istehsalın həvəsləndirilməsi və xarici ticarət tərəfdaşlarının
maraqlarının qorunması;
- ölkənin istehlak bazarında defisit olan istehlak mallarının istehsalının
stimullaşdırılması;
- məşğulluğun gücləndirilməsi, iş yerlərinin açılması, ixtisaslı kadrların
hazırlanması;
- infrastrukturun maddi-texniki bazasının genişləndirilməsi, yeni layihələrin
gerçəkləşdirilməsi və sair.1
Xüsusi iqtisadi zonaların yaradılmasında başlıca məqsəd ölkələrin beynəlxalq
əmək bölgüsündə baş verən inkişaf proseslərinə fəal surətdə qoşulmaqdır. Söhbət ixrac
üçün rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi və bu yolla da valyuta
daxilolmalarının artımının təmin edilməsindən gedir. Xüsusi iqtisadi zonaların
yaradılmasında digər məqsəd bütövlükdə və ya ayrı-ayrı ərazilərdə dövlətin inkişafında
1 Əliyev Şəfa Tiflis oğlu - “Azərbaycanda xüsusi iqtisadi zonaların gerçəkləşdirilməsində Sumqayıt sənaye-istehsal
kompleksi amili”. Audit jurnalı 2011 (səhifə 46-47)
8
xarici ticarət, ümumi iqtisadiyyat, sosial, regional və elmi-texniki strateji tapşırıqların
həllidir. Bu zonaların yaradılma məqsədləri onları təşkil edən dövlətlərin sosial-iqtisadi
inkişaf səviyyəsindən, onların strateji-inkişaf prioritetlərindən və planlarından asılıdır.
Xüsusi iqtisadi zonaların yaradılması məqsədləri 3 qrupa ayrılır:
1) İqtisadi məqsədlər .
- milli bazarın dünya iqtisadiyyatı sisteminə effektiv daxil olması;
- xarici və milli investisiyaların cəlb edilməsi;
- beynəlxalq əmək bölgüsünün üstünlüklərindən istifadə edilməsi;
- ölkə büdcəsinə valyuta daxilolmalarının artırılması.
2) Sosial məqsədlər.
- iqtisadi cəhətdən geridə qalmış regionların kompleks inkişafı;
- iş yerlərinin sayının çoxaldılması və əhalinin məşğulluğunun təmin edilməsi;
- ixtisaslı kadrların təhsil və peşə təcrübələrinin artırılması.
3) Elmi-texniki məqsədlər.
- ən yeni yerli və xarici texnologiyaların istifadəsi;
- idarəetmənin yeni formalarının həyata keçirilməsi;
- texniki mərkəzlərin, elmi araşdırmaların istehsala cəlb edilməsi;
- istehsal gücünün və infrastrukturun keyfiyyətinin artırılması.
Ümumiyyətlə xüsusi iqtisadi zonaların yaradılması məqsədləri bu və ya digər
ölkənin iqtisadi, sosial, hətta siyasi vəziyyətindən asılı olaraq müxtəlif cür olur. Belə ki,
inkişaf etmiş ölkələrdə xüsusi iqtisadi zonalar bir qayda olaraq işsizlikdən əziyyət çəkən
və zəif infrastruktura malik olan geridə qalmış regionlarda yaradılır. Bu cür regionlara
xüsusi iqtisadi zona statusu verən ölkələr bu ərazilərə xarici investisiya cəlb
edilməsindən daha çox mövcud istehsalın inkişafını daha da stimullaşdırmaq və əlavə iş
yerlərinin təmin edilməsi kimi məqsədlər güdür. İnkişaf etməkdə olan ölkələrdə isə əsas
məqsəd xarici kapitalın, qabaqcıl texnologiyanın və idarəetmə təcrübəsinin ölkəyə cəlb
edilməsi, ixracın stimullaşdırılması, onun strukturunun yaxşılaşdırılması, məşğulluğun
artırılması və yüksək ixtisaslı kadrların hazırlanması, torpaq sahələrinin və digər
obyektlərin icarəyə verilməsi ilə əlavə mənfəətin əldə edilməsi, kommersiya və sair
xidmətlərin göstərilməsidir.
9
Xüsusi iqtisadi zonalar yaradılan zaman dövlətin və sahibkarların məqsədləri heç
də üst-üstə düşmür. Xüsusi iqtisadi zonaların yaradılması zamanı dövlətin məqsədləri
aşağıdakılardır:
- mal və xidmətlərin inkişafına birbaşa xarici sərmayə cəlb etmək;
- yüksək ixtisaslı kadrlar üçün yeni iş yerləri yaratmaq;
- ixrac bazasını inkişaf etdirmək;
- idxalı əvəzləmək.
Xüsusi iqtisadi zonaların yaradılması zamanı sahibkarların məqsədləri isə
aşağıdakılardır:
- istehsalı istehlakçıya uyğunlaşdırmaq;
- idxal və ixrac gömrük rüsumlarını minimuma endirmək;
- infrastruktura daxil olmaq;
- daha ucuz əmək qüvvəsindən istifadə etmək;
- inzibati maneələri azaltmaq;
- ərazini inkişaf etdirmək.
Xüsusi iqtisadi zona yaradılarkən vaxt amili nəzərə alınmalıdır. Qərb
iqtisadçılarının araşdırmalarına əsasən xüsusi iqtisadi zonanın yaradılması prosesi 4
mərhələyə bölünür:
1) İnvestisiyaya qədərki dövr;
2) İnvestisiya dövrü;
3) Əməliyyat dövrü;
4) İnkişaf dövrü.
Xüsusi iqtisadi zonaların yaradılması o şərtlər daxilində əsaslıdır ki, bu zaman bu
və ya digər ərazinin artıq mövcud olan iqtisadi üstünlükləri, beynəlxalq iqtisadi
mərkəzlərə yaxınlığı, elmi-texniki potensialı, əmək resurslarının böyük ehtiyyatlarının
mərkəzləşməsi amilləri reallaşdırılsın.
Xüsusi iqtisadi zonaların təşkilati-funksional strukturu kifayət qədər
müxtəlifliklərə malikdir. Buna görə də bu zonaların normal fəaliyyətinin təmin edilməsi
üçün ən əsas şərtlər aşağıdakılardan ibarətdir:
1. Ölkədə siyasi sabitlik;
10
2. Qanunvericilik bazasının mövcudluğu;
3. İnkişaf etmiş infrastruktur;
4. Əlverişli təbii-coğrafi mühit;
5. Əlverişli iqtisadi vəziyyət.
Xüsusi iqtisadi zonaların təşkil olunması zamanı yaranan vacib məsələlərdən biri
də onların yerləşdirilməsi ilə əlaqədardır. Bu zaman müəyyən tələblər irəli sürülür:
1. Xarici və daxili bazarlara çıxmağa imkan verən əlverişli nəqliyyat-coğrafi
yerləşmə və inkişaf etmiş nəqliyyat şəbəkələrinin mövcudluğu;
2. İnkişaf etmiş istehsal potensialının, istehsal və sosial infrastruktur növlərinin
mövcudluğu;
3. Qiymətli təbii ehtiyyat potensialı.
Xüsusi iqtisadi zonalar yaradılarkən mütəxəssislər adətən aşağıdakı suallara
cavab tapmağa çalışırlar:
1) İnkişafa nail olmaq üçün konkret hansı işlər görülməlidir;
2) Fəaliyyətin sonu nə ilə nəticələnəcəkdir;
3) Öncə hansı layihələr həyata keçirilməlidir və bunun üçün hansı maliyyə
mənbələri cəlb edilməldir;
4) Taktiki və strateji addımlar nədən ibarət olmalıdır;
5) Zonanın inkişafı üçün tədbirlər necə təşkil olunmalıdır.
Dünya təcrübəsində xüsusi iqtisadi zonaların yaradılmasının 2 variantı təklif
edilir:
1. Yuxarıdan aşağıya - bu variantda xüsusi iqtisadi zonaların təşkili mərkəzi
hakimiyyət orqanlarının təşəbbüsü və dövlət proqramları çərçivəsində nəzərdə tutulur.
2. Aşağıdan yuxarıya - bu variantda isə xüsusi iqtisadi zonalar bazar prinsipləri
əsasında öz-özünə təşkil edilir.
Xüsusi iqtisadi zonaların səmərəliliyini və onların praktiki proseslərdə məhsuldar
nəticələr verəcəyini şərtlərdirən amillərə aşağıdakılar daxildir:
- ölkədə iqtisadi inkişaf surətinin aşağı olması və bu sahədə pozitiv inkişaf
dinamikasının vacibliyi;
11
- milli iqtisadiyyatın innovasiyalaşdırılması üçün külli miqdarda
investisiyaların zəruri olması və yüksək texnologiyalara ehtiyacın durmadan artması;
- ixrac potensialından istifadənin yüksəldilməsi zərurəti və ümumilikdə ixracın
artım dinamikasının problemli olması, arzu olunan səviyədə olmaması və yaxud əsasən
ixracın mineral resurslar hesabına olması;
- investisiya mühitinin sahibkarlığın stimullaşdırılması baxımından əlverişli
olmaması və investorlar üçün daha cəlbedici iqtisadi-hüquqi və təsərrüfat rejimlərinin
formalaşdırılmasına zərurətin yaranması;
- ölkədə sahibkarlığın və biznesin inkişafına əlavə stimulların verilməsinin
vacibliyi, iqtisadi inkişaf proseslərinin sürətləndirilməsi üçün qeyri-ənənəvi, yəni daha
mütərəqqi yeni iqtisadi mexanizmlərin milli iqtisadi sistemə daxil edilməsi zərurəti;
- infrastrukturun inkişaf etdirilməsi və bu sahəyə iri həcmli dövlət
investisiyalarının yatırılması, onlardan səmərəli istifadəyə iqtisadi zəminin yaradılması,
iqtisadi mexanizmlərin formalaşdırılmasının vacibliyi;
- istehsal sahələrinin genişləndirilməsi, müasir texnologiyaların tətbiqinin
sürətləndirilməsi, elmi-texniki inkişafa dəstək verilməsi, texnoparkların yaradılmasının
zəruriliyi;
- əlverişli güzəştlər və üstünlüklər hesabına xüsusi iqtisadi zonalar vasitəsilə
ixrac təyinatlı və yüksək standartlara malik məhsulların istehsalının və xidmətlərin
təşkilinin stimullaşdırılması və sair.1
1 Əliyev Şəfa Tiflis oğlu - “Qloballaşma şəraitində xüsusi iqtisadi zonalar institutunun səmərəliliyini şərtləndirən mühüm
amillər” Audit jurnalı 2014, № 1 (səhifə 48)
12
Xüsusi iqtisadi zonaların təsnifatı
Xüsusi iqtisadi zonalar müxtəlif meyarlara görə müxtəlif cür təsnif olunur. Xüsusi
iqtisadi zonaların təsnifat meyarları aşağıdakılardan ibarətdir:
I. İqtisadi fəaliyyət növünə görə;
II. Təşkilatlanma dərəcəsinə görə;
III. Milli iqtisadiyyatda inteqrasiyaya görə;
IV. Vətəndaşlıq prinsipinə görə;
V. Güzəşt sistemlərinə görə.
İlkin meyar olan iqtisadi fəaliyyət növünə görə xüsusi iqtisadi zonalar 5 qrupa
ayrılır:
1. Ticarət zonaları - milli gömrük ərazisindən kənarda, hansı ki daxildə malların
satışa hazırlanması həyata keçirilən sahələrdir. Bu zonaların 5 növü var:
- Azad limanlar;
- Azad şəhərlər;
- Azad ticarət zonaları;
- Azad gömrük zonaları;
- “Duty Free” (rüsumsuz) mağazalar.
2. Sənaye-istehsal zonaları - milli gömrük ərazisinin bir hissəsi daxilində müəyyən
sənaye məhsullarının istehsalına əsaslanan sahələrdir. Bu zonaların 3 növü var:
- İxrac-istehsal zonaları;
- İdxal əvəzedici zonalar;
- İdxal-ixrac zonaları.
3. Texnologiyanı təşviq edən zonalar - milli gömrük ərazisindən kənarda, hansı ki
daxildə elmi-tədqiqat kimi fəaliyyətlər həyata keçirilən sahələrdi. Bu zonaların 2 növü
var:
- Texnoparklar;
- Texnopolislər.
4. Xidmət zonaları - maliyyə və qeyri-maliyyə xidmətlərini təmin edən firma üçün
güzəştli rejim olan sahələrdir. Bu zonaların 5 növü var:
13
- Azad bank xidmətləri zonaları;
- Azad maliyyə xidmətləri zonaları;
- Azad sığorta xidmətləri zonaları;
- Azad turizm-istirahət zonaları;
- Ofşor zonalar.
5. Kompleks zonalar - ayrı bir inzibati rayonun ərazisində təsərrüfat fəaliyyətini
güzəştli rejimlə təmin edən sahələrdir. Bu zonaların 3 növü var:
- Azad sahibkarlıq zonaları;
- Azad iqtisadi zonalar;
- Xüsusi rejimli zonalar.
İkinci meyar olan təşkilatlanma dərəcəsinə görə xüsusi iqtisadi zonalar 3 qrupa
bölünür:
1. Coğrafi zonalar - müəyyən bir sahədə adətən yaxşı inkişaf etmiş infrastruktur və
güzəştlərlə təmin olunur. Bu zonaların 2 növü var:
- Anklav zonalar. Bu zonalarda liberal siyasət ölkənin yalnız bir regionunda
olur, hansı ki bu da onun digər reigonlarla əlaqəsini azaldır.
- Açıq zonalar. Bu zonalarda gömrük nəzarəti mövcuddur, lakin heç bir xüsusi
məhdudiyyət yoxdur, hansı ki bu da onu digər regionlarla əlaqəli edir.
2. Funksional zonalar - güzəştlər müəyyən bir fəaliyyət altında verilir. Burada
yerləşdirmə ölkənin istənilən hissəsində ola bilər. Bu zonalarda əsas məqsəd daha çox
ixrac yönümlü şirkətlər cəlb etməkdən ibarətdir.
3. Coğrafi-funksional zonalar - adından da göründüyü kimi bu zonalar digər iki
zonanın (sahəvi zonaların və funksional zonaların) qarışığından ibarət olur.
Üçüncü meyar olan milli iqtisadiyyatda inteqrasiyaya görə xüsusi iqtisadi zonalar
2 qrupa ayrılır:
1. Ölkə iqtisadiyyatına inteqrasiya zonaları - əsas məqsəd zonanın xaricində milli
iqtisadiyyatın sektorları ilə əlaqələrin inkişaf etdirilməsi, ixrac istehsalı probleminin
həllində kömək göstərməsi, istehsalın texnoloji səviyyənin artırılması, məhsul
keyfiyyətinin yaxşılaşdırılması, daxili ehtiyacların ödənilməsindən ibarətdir.
14
2. İxrac yönümlü zonalar - ölkə iqtisadiyyatının ixrac yönümlü istehsalına əsaslanır
və daxili iqtisadiyyatla əlaqəsi aşağıdır.
Dördüncü meyar olan vətəndaşlıq prinsipinə görə xüsusi iqtisadi zonalar 2 qrupa
ayrılır:
1. Milli zonalar - bir dövlətin əhatəsində olan sahələrdir.
2. Transsərhəd zonalar - iki və daha çox dövlətin əhatəsində olan sahələrdir.
Beşinci meyar olan güzəşt sistemlərinə görə xüsusi iqtisadi zonalar 5 qrupa
bölünür:
1. Vergi güzəştli zonalar - bu zonalarda sahibkarlar tam və ya qismən vergi
ödməkdən azaddırlar.
2. Gömrük (idxal) güzəştli zonalar - burada istifadə edilən mallar tam və ya qismən
gömrük rüsumundan azaddırlar.
3. Gömrük (ixrac) güzəştli zonalar - daxildə istehsal olunan məhsullar ixrac zamanı
tam və ya qismən gömrük rüsumundan azaddırlar.
4. Maliyyə güzəştli zonalar - buraya investisiya subsidiyaları, dövlətin güzəştli
kreditləri, kommunal xərclərin və mövcud sahənin icarə haqqının azaldılması daxildir.
5. İnzibati güzəştli zonalar - bu zonalarda xarici vətəndaşların ölkəyə gəlişi və
gedişinin, tədbirlərin qeydiyyatının, xarici vətəndaşların xaricdən gəlirlərinin əldə
olunmasının sadələşdirilmiş qaydaları mövcuddur.
15
Dünyadakı xüsusi iqtisadi zonaların ümumi vəziyyəti
Dünyada xüsusi iqtisadi zonalar
Tarixən xüsusi iqtisadi zonaların ilk forması azad limanlar (portlar) olmuşdur. Bu
ərazilər kimi ilk növbədə iri dəniz portu və ona yaxın ərazilər istifadə edilirdi. Azad
limanlara xarici malların rüsumsuz gətirilməsinə və çıxarılmasına icazə verilirdi. Azad
liman statusuna müxtəlif dövrlərdə müxtəlif dövlətlərin liman şəhərləri malik olmuşlar.
Məsələn: İtaliyada 1547-ci ildə Livorno, 1595-ci ildə Genuya, 1661-ci ildə Venesiya,
Fransada 1669-cu ildə Marsel, Rusiyada 1817-ci ildə Odessa və sair. Hazırda azad
liman statusuna sahib olan Rumıniyanın Sulina şəhərini misal gətirmək olar.
Gömrük prosedurlarının sadələşdirilməsi üçün 18 may 1973-cü ildə qəbul olunan
Kioto Konvensiyasında göstərilib ki, azad zona (franko zona) dedikdə, ölkə ərazisinin
hər hansı bir hissəsi başa düşülür ki, burada məhsullara milli gömrük ərazisindən
kənarda olan bir obyekt kimi baxılır və buna görə də onlar gömrük nəzarətindən
keçirilmirlər və vergiyə cəlb edilmirlər. Başqa sözlə desək azad zona xüsusi rejim
altında fəaliyyət göstərən ölkə ərazisinin bir hissəsidir. Bu zonalarda təsərrüfat
subyektləri xüsusi rejim altında fəaliyyət göstərirlər. Bu fəaliyyətin tənzimlənməsi
gömrük tənzimlənməsini, vergiyə cəlbetməni, lisenziyalaşdırmanı, viza
rəsmiləşdirilməsini və digər məsələləri əhatə edir. Kioto Konvensiyasında azad
zonaların 2 ümumi tipi qeyd olunub:
1. Azad ticarət zonaları - malların yalnız sonrakı satışı üçün idxal edildiyi və bu
malların yenidən emalı və istehsalda istifadəsinin qadağan olunduğu zonalardır;
2. Azad sənaye zonaları - burada idxalına icazə verilən mallar icazə verilmiş
yenidən emal proseslərinə məzur qala bilərlər.
Xüsusi iqtisadi zonaların fəaliyyəti ilə bağlı beynəlxalq təcrübə göstərir ki,
müxtəlif inkişaf səviyyələrinə malik olan dövlətlərdə azad iqtisadi zonaların müxtəlif
formaları tətbiq edilir. İnkişaf etmiş iqtisadiyyata malik olan dövlətlərdə (məsələn:
Qərbi-Avropa dövlətləri, ABŞ, Yaponiya) üçün azad ticarət zonaları, azad hava
16
limanları, maliyyə-bank mərkəzləri, texniki zonalar xarakterikdir. İqtisadi cəhətdən
inkişaf etmiş ABŞ, Böyük Britaniya, Fransa kimi dövlətlərdə ilkin olaraq xüsusi iqtisadi
zonalar sırf beynəlxalq iqtisadi əlaqələrin fəallaşdırılması məqsədi ilə yaradılmağa
başlanılmışdır. Keçid iqtisadiyyatlı və inkişaf etməkdə olan dövlətlərdə isə (Asiya və
Latın Amerikası dövlətləri) ixrac-istehsal zonaları daha intensiv fəaliyyət göstərir.
Xüsusi iqtisadi zonaların ən sadə növlərindən biri azad gömrük zonalarıdır. Bu
zonalar XVII-XVIII əsrlərdən mövcuddur və xarici iqtisadi fəaliyyətin
stimullaşdırılmasına xidmət edir.
Xüsusi iqtisadi zonaların dünyada ən geniş yayılmış növü azad ticarət zonalarıdır.
Tarixi baxımdan ən qədim azad ticarət zonaları XIX əsrdə Almaniyanın Hamburq və
Bremen şəhərlərində yaradılmış zonalar hesab olunur.
Azad ticarət zonaları ABŞ-da daha geniş yayılmışdır. 1930-cu illərdə ABŞ-da
xarici ticarət zonaları (Foreign Trade Zones) yaradıldı. Xarici ticarət zonaları milli
ərazinin bir hissəsi olmaqla gömrük, vergi, maliyyə rejimli ticarət və sənaye zonalarıdır.
ABŞ-da xarici ticarət zonalarının yaradılması prezident Ruzveltin “Yeni kurs” adlanan
siyasəti ilə birbaşa bağlıdır. Bu siyasətlə əlaqədar olaraq 1934-cü ildə Konqres
tərəfindən “Xarici ticarət zonaları haqqında” Akt qəbul olundu. Bu Aktla müəyyən
edildi ki, hər bir rəsmi sərhəd limanında bir və ya bir neçə xarici ticarət zonası yaradıla
bilər. Həmin Aktda xarici ticarət zonalarının 2 növü qeyd olunub:
1. Ümumi təyinatlı;
2. İxtisaslaşdırılmış.
ABŞ-da xarici ticarət zonalarının fəaliyyəti qeyd olunan Aktla bərabər “Gömrük
xidməti və sərhəd mühafizəsi” Qaydaları ilə də tənzimlənir. 2013-cü ilədək ABŞ-da 174
xüsusi iqtisadi zona yaradılmışdır.
ABŞ-ın xüsusi iqtisadi zonalarında kompleks güzəştlər mövcuddur. 20 illik
müddətinə yaradılan xüsusi iqtisadi zonalarda təmir və tikinti işlərinə 5 %-lik vergi
güzəşti tətbiq edilməklə yanaşı, kapitalın artan dəyəri vergidən azad edilir, yeni iş
yerləri açan sahibkarlara vergi güzəştləri artırılır və mənfəət gəlirindən ayırmalar
azaldılır. ABŞ-ın texnoparklarında iri layihələrə dövlət tərəfindən ciddi dəstək göstərilir
və bu kimi texnoparkların sayı ölkədə 200-dən çoxdur. Kaliforniya ştatında yerləşən
17
“Silikonlu vadi” texnoparkının payına dünyada istehsal olunan kompüter və kompüter
texnikasının 20 %-dən çoxu düşür.1
ABŞ-dan başqa Hindistanda da azad ticarət zonaları fəaliyyət göstərir.
Hindistanda azad ticarət zonalarından əlavə xüsusi iqtisadi zonaların digər növləri olan
azad ticarət zonalarına, ixrac emalı zonalarına, azad limanlara da rast gəlmək olar.
Ümumiyyətlə, Hindistan Asiyada xüsusi iqtisadi zonaları yaradan ilk ölkələrdən
biri hesab olunur. Hindistandakı ilk zona 1965-ci ildə təşkil olunan Kandla adlı ixrac
emalı zonasıdır. Hazırda bu dövlətdə mövcud olan bir neçə xüsusi iqtisadi zonanı qeyd
etmək olar. Məsələn: Andxra Pradeşdə “Kanikada” və “Apaçe” xüsusi iqtisadi zonaları,
Çandiqarxda “Raciv Qandi” Texnoloji Parkı, Qucaratda “Essar Hazira” xüsusi iqtisadi
zonası, Keralada “Kiber” Park, Madxya Pradeşdə “İndoze” xüsusi iqtisadi zonası və
sair. 2000-ci ilin aprel ayında Hindistanda xüsusi iqtisadi zonalar siyasəti elan edildi. Bu
siyasət xüsusi iqtisadi zonaların effektivliyinə görə təqdirə layiq hesab olunur.
Xüsusi iqtisadi zonaların növlərindən biri olan açıq zonalar daha çox Çində
inkişaf etmişdir və demək olar ki, ölkənin bütün sahilboyu ərazilərini əhatə etməklə,
Çinin daxilinə doğru genişlənirlər. Belə zonalar əsasən xarici kapitalın cəlb edilməsi
məqsədi ilə güzəştli investisiya rejiminin yaradıldığı əraziləri əhatə edir. 1979-cu ildə
Çin Hökuməti təcrübə olaraq Şençjendə, Çjuxaedə, Şantouda, Şyamendə xüsusi ixrac
rayonlarının yaradılması haqqında qərar qəbul etdi. 1980-ci ildə Çin Hökuməti “xüsusi
ixrac rayonu” terminini ləğv etdi və rəsmi olaraq “xüsusi iqtsadi zona” terminini daxil
etdi. Çində ilk illər, siyasi reformasiyadan sonra xüsusi iqtisadi rayonların yaradılması
ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynamağa başladı. Xüsusi iqtisadi zonalar
ilə əlaqədar yeni qanunların və qaydaların nəşri iqtisadiyyatın inkişafına və daxili
iqtisadi əlaqələrin genişlənməsinə töhvə verdi. İqtisadçılardan biri qeyd edirdi ki,
çinlilərin ən böyük uğurlarından biri xüsusi iqtisadi zonaların yaradılması hesab olunur.
Hazırda Çinin ərazisində çoxlu sayda xüsusi iqtisadi zonalar var. Bunlardan 90-nı
dövlət səviyyəsində texniki-iqtisadi inkişaf zonalarıdır. Bu zonalar Pekin, Şanxay,
Quançjou, Tyantszin, Dalyan, Xarbin, Urumçi, Uxan, Çuntsin, Xançujou və digər
1 Əliyev Şəfa Tiflis oğlu - “Xüsusi iqtisadi zonalarda vergilərin mühüm aspektləri” Azərbaycanın vergi jurnalı 2/2014
(səhifə 153)
18
şəhərlərdə və rayonlardadırlar. Çinin zonalarından 114-ü yüksək texnologiya
zonalarıdır. Bunlara Pekin şəhərində Çjunquntsun texnoparkı, Şanxayın Pudun
rayonunda yerləşən Çjantzyan və Tyanszindəki yüksək texnologiyalar parkları, Nankin,
Çendu və Quançjou şəhərlərindəki yüksək texnologiyalı açıq zonalar aiddir. Çindəki
xüsusi iqtisadi zonaların 13-ü azad gömrük zonaları (Fuçjou, Syamen, Şindao, Ninbo,
Santoa və sair), 14-ü isə dövlət səviyyəsində sərhədlənmiş iqtisadi əməkdaşlıq
zonalarıdır (İnin, Taçen, Pincyan, Vantin, Xekou, Xeyxe, Dandun və sair).
Çinin xüsusi iqtisadi zonalarında 5 milyon dollardan yuxarı xarici investisiyalı iri
müəssisələr gəlir vergisindən azaddırlar və ya müəyyən müddətə vergilər tamamilə ləğv
olunurlar. Öz məhsullarının 70 %-dən çoxunu ixrac edən xüsusi iqtisadi zonaların
rezidentlərinin gəlirlərindən tutulmalar 10 % azaldılır. Hindistanlı tədqiqatçı-alim
S.K.Singhin fikrincə idxal rüsumlarının zəiflədilməsi və ixrac rüsumlarının aradan
qaldırılması, dolayı vergilərin aşağı salınması, çoxlu xüsusi vergi tətilləri və köməkçi,
yardımçı, tənzimləyici şərait Çinin xüsusi iqtisadi zonalarının sənaye istehsalı və
ixracda katalizator rolu oynamasını şərtləndirmişdir. Çində yüksək texnologiya təyinatlı
xüsusi iqtisadi zonalarda yerli hakimiyyət orqanları tərəfindən torpaq, su, elektrik
enerjisindən istifadə üzrə əlavə güzəştlər verilib. Torpaqların icarə müddəti 50 il
müəyyənləşdirilmişdir. Xüsusi iqtisadi zonanın rezidnetləri daşınmaz əmlakları almaq
və özəlləşdirmək hüququna malikdirlər.1
İkinci Dünya Müharibəsindən sonra Avropada ilk ixrac-istehsal zonasının
yaradılmasına İrlandiya nail olmuşdur. Bu ölkəni “Avropa pələngi” adlandırırdılar.
İrlandiyada yaradılmış ilk ixrac-istehsal zonası Şennon zonasıdır. Bu zona 1959-cu ildə
yaradılmışdır. Əvvəllər Transatlantik uçuşları həyata keçirən avialaynerlər üçün aralıq
yanacaqdoldurma məntəqəsi kimi fəaliyyət göstərirdi. Şennon zonası İrlandiyanın
cənub-qərb hissəsində dəniz sahilində yerləşir. Dünyada ilk dəfə olaraq “duty-free”
mağazası da məhz Şennon hava limanında yaradılmışdır. Hazırda bu təcrübədən demək
olar ki, bütün hava limanlarında istifadə edilir.
1 Əliyev Şəfa Tiflis oğlu - “Xüsusi iqtisadi zonalarda vergilərin mühüm aspektləri” Azərbaycanın vergi jurnalı 2/2014
(səhifə 154)
19
XX əsrin 70-ci illərin sonunda ixrac-istehsal zonaları Tayland, Banqladeş, Şri-
lanka, Pakistanda yaradılmağa başlanıldı. Pakistan Çinin uğurunu özünə nümunə
götürərək, elə məhz həmin dövlətin köməyi ilə öz ərazisində xüsusi iqtisadi zonalar
təşkil etməyə başladı. Pakistandakı xüsusi iqtisadi zonalara Sindxdə “Xairpur” xüsusi
iqtisadi zonası və “Karaçi” ixrac-emalı zonası, Pəncabda “Sialkot” ixrac-emalı zonası
və “Qujranvala” ixrac-istehsal zonası, Risalpurda isə “Risalpur” ixrac-emalı zonasını
misal göstərmək olar.
Vətəndaşlıq prinsipinə görə xüsusi iqtisadi zonalar 1950-ci illərdə “İqtisadi artım
üçlüyü”, “İqtisadi artım zonaları” çərçivələrində hazırda hətta Rusiyanın da iştirak
etdiyi Avropa Birliyi təcrübəsində yaradılmışdır. Sonalar bu zonaları Afrikada da
yaratmağa başladılar.
Xüsusi iqtisadi zonaların ən yeni növləri texnologiyanı təşviq edən zonalardır.
Onların inkişafı XX əsrdə baş vermiş elmi-texniki inqilabla bağlıdır. Texnologiyanı
təşviq edən zonalar texnoparklar və texnopolislər növündə olur. Bu zonalar ABŞ,
Yaponiya və Çində mövcuddur. Dünyada ilk elmi-texnopark 1950-ci ildə ABŞ-da
Stenford Universitetində yaradılmışdır. Texnoparklar Avropada 1970-ci illərin sonunda
əvvəlcə Böyük Britaniyada, sonra isə Belçika və Fransada, 1980-ci illərdə isə
Almaniyada yaradılmağa başlanılmışdır.
Xüsusi iqtisadi zonaların növlərindən biri olan ofşor zonalar 1970-ci illərdən
etibarən fəaliyyət göstərirlər. Ofşor zonalar ölkə ərazisinin və ya onun bir hissəsinin elə
sahəsidir ki, qeyri-rezident şirkətlər üçün qeydiyyat, lisenziyalaşdırma və vergilərin
güzəştli rejimi fəaliyyət göstərir, o şərtlə ki, onlar sahibkarlıq fəaliyyətini bu dövlətin
xaricində həyata keçirir. Ofşor zona “vergi sığınacağı”, “vergi limanı” və “vergi
cənnəti” adlandırılır. Bu zonalar xüsusi iqtisadi zonaların alt xidmət sahəsi hesab
olunur. Ofşor zonalar Böyük Britaniyanın keçmiş müstəmləkələri sayılan ölkələrdə
geniş yayılmışdır.
2003-cü ildə Rusiya Federasiyası Şurası gəlir vergisi üzrə investisiya
subsidiyalarını ləğv etdi, hansı ki, o vaxta qədər bunları yerli hakimiyyət orqanlarının
yaratmaq hüququ var idi. Bununla da Rusiyada daxili ofşorlar (Kalmıkıya, Çıkotka və
sair) ləğv edildi. Ofşorlardan yalnız Kalininqrad vilayəti qalıb. Burada Rusiya
20
Federasiyasının Vergi Məcəlləsi ilə xüsusi iqtisadi zonaların rezidentləri üçün
üstünlüklər müəyyən olunub. Ofşor zonaları olan hər bir dövlətdə onların siyahısı
müvafiq sənədlə təsdiq edilir. Ofşor zonaların siyahısı Ukraynada Nazirlər Kabinetinin
2003-cü il 24 fevral tarixli, 77 nömrəli Sərəncamı ilə, Belarusiyada Prezidentin 2006-cı
il 25 may tarixli, 353 nömrəli Fərmanı ilə, Rusiyada Maliyyə Nazirliyinin 2007-ci il 13
noyabr tarixli, 108 nömrəli Əmri ilə, Qazaxıstanda Maliyyə Nazirliyinin 2010-cu il 10
fevral tarixli, 52 nömrəli Əmri ilə təsdiq olunub.
Qeyd olunanlardan başqa ofşor zonalara Panama, Norman adaları, İrlandiya,
İsveçrəni də misal göstərmək olar. Panamada ilk xüsusi iqtisadi zona olan 2004-cü ildə
Panama kanalının yaxınlığında “Kolon” iqtisadi ticarət zonası yaradıldı. 2-ci zona isə
2007-ci ildə Verakruzda təşkil olunan “Panama Pasifiko” xüsusi iqtisadi zonasıdır.
Ofşor zonalar son zamanlarda Malta, Malayziyada da yaradılmağa başlanılmışdır.
Malayziyada ilk xüsusi iqtisadi zona 2009-cu ilin avqust ayında “şərq sahili iqtisadi
rayonu” adı ilə təşkil olunmuşdur.
Çin, Kanada, Argentina və Braziliyada xüsusi iqtisadi zonaların növlərindən biri
olan kompleks zonalara rast gəlmək olar.
Amerika qitəsində vergi güzəştləri hesabına öz ölkəsinin milli iqtisadi inkişafında
əhəmiyyətli rol oynamış xüsusi iqtisadi zonalardan biri kimi Braziliyadakı “Manaus”u
göstərmək olar. 1957-ci ildə yaradılan və 1967-ci ildən fəaliyyət göstərən Manaus
xüsusi iqtisadi zonasında 30 illik xüsusi ticarət və vergi güzəştləri
müəyyənləşdirilmişdir. Bu zonada rezidentlər 10 il müddətinə gəlir vergisindən
azaddırlar, burada işlədilən idxal mallarından vergilər tutulmur, zonada istehsal olunan
sənaye məhsulları və sənaye mallarında vergilər tətbiq olunmur, dövlət tərəfindən
xüsusi vacib layihələr üçün maliyyə resursları ayrılır. Federal güzəştlərdən başqa
Amazoniya ştatının və Manaus bələdiyyəsinin vergi güzəştləri müəyyənləşdirilmişdir.1
Xüsusi iqtisadi zona yaradan dövlətlərin məqsədləri müxtəlif ola bilər. Bəzi
dövlətlər xüsusi iqtisadi zonalardan iqtisadi inteqrasiya mexanizmi kimi, digərləri isə
xarici texnologiyaların cəlb edilməsi vasitəsi kimi istifadə edirlər. Böyük Britaniya
1 Əliyev Şəfa Tiflis oğlu - “Xüsusi iqtisadi zonalarda vergilərin mühüm aspektləri” Azərbaycanın vergi jurnalı 2/2014
(səhifə 153)
21
1981-ci ildən başlayaraq məşğulluğun artırılması və iqtisadi vəziyyətin
yaxşılaşdırılması məqsədi ilə Liverpul, Birmingem, Kardif kimi azad hava limanları
yaratmağa başlamışdır. Ümumiyyətlə Böyük Britaniyada xüsusi iqtisadi zonalar 2 qrupa
ayrılır:
1. Azad zonalar (Free zones);
2. Müəssisə zonaları (Enterprise zones).
Azad zonalar xüsusi ayrılmış ərazidir, hansı ki idxal olunan mallar gömrük
ərazisindən kənarda yerləşir. Hazırda Böyük Britaniyada mövcud olan azad zonalar
bunlardır:
1) “Liverpul” (Liverpul, İngiltərə);
2) “Prestvik” (Erşir, Şotlandiya);
3) “Şirnes” (Kont, İngiltərə);
4) “Sauttempton” (Hempşir, İngiltərə);
5) “Tilberi” (Esseks, İngiltərə);
6) “Men” adası.
Müəssisə zonaları isə dövlət tərəfindən iqtisadi fəallığın artılması məqsədi ilə
məhdudlaşdırılmış ərazidir. Böyük Britaniyada hazırda 35 müəssisə zonalar var ki,
bunlardan 24-ü İngiltərədə, 7-si Uelsdə, 4-ü Şotlandiyada yerləşir.
Digər bir Avropa dövləti olan Polşanın xüsusi iqtisadi zonalarında mənfəət
verigisindən azad edilməsi üzrə güzəştlərdə investisiya xərclərinin həcmi və yeni
yaradılan iş yerlərinin prioritetliyi əsas meyarlar kimi çıxış edirlər. Hazırda Polşada 14
xüsusi iqtisadi zona (“Legnika”, “Pomeranian”, “Slupsk”, “Suvalki”, “Katoviçka”,
“Tarnobrezq” və sair) mövcuddur.
Avropadan fərqli olaraq Asiyada xüsusi iqtisadi zonaların yaradılmasının
məqsədləri fərqlidir. Misal üçün Filippində xüsusi iqtisadi zonalar ölkənin iqtisadi
inkişafına kömək məqsədi ilə yaradılmışdır. 1995-ci ildə Filippində “Xüsusi iqtisadi
zonalar” Aktı qəbul olundu. Bu aktın qəbulundan sonra ölkədə xüsusi iqtisadi zonalar
təşkil olunmağa başlanıldı. Hazırda Filippində 200-dən çox xüsusi iqtisadi zona
(“Klark”, “Caqayan”, “Valensiya”, “Sankarlos”, “Katite” və sair) var. Filippində xüsusi
22
iqtisadi zonaların aqrar-sənaye zonaları, emal sənaye zonaları, azad limanlar, turizm
zonaları kimi növləri fəaliyyət göstərir.
Digər bir Asiya dövləti olan Cənubi Koreyada xüsusi iqtisadi zonalar azad
iqtisadi zonalar adlanır. Bu dövlətdə ilk zona 2003-cü ildə yaradılıb. Hazırda Cənubi
Koreyada 8 azad iqtisadi zona var:
1) “İnçeon” (2003);
2) “Busan-Cinhey” (2004);
3) “Qvanqyanq” (2004);
4) “Seymanqum” (2008);
5) “Sarı dəniz” (2008);
6) “Deyqu-Gyeonbuk” (2008);
7) “Şərq sahili” (2013);
8) “Çungbak” (2013).
Xüsusi iqtisadi zonaların çoxluq təşkil etdiyi Asiya ölkələrindən biri də Birləşmiş
Ərəb Əmirlikləridir (BƏƏ). Yeddi əmirlikdən ibarət olan BƏƏ dünyanın ən zəngin
ölkələrindən biri hesab olunur. BƏƏ-də bir şirkətin qeydiyyatı zamanı xüsusi iqtisadi
zonanın standart nizamnamə kapitalı təqdim olunur. Qeydiyyat yekunlaşdıqdan sonra
kapital geri qaytarılır. Qeydiyyatın növbəti mərhələsi lisenziyanın rəsmiləşdirilməsidir.
Şirkətlər üçün 4 növ lisenziya növü mövcuddur:
1. Sənaye lisenziyası;
2. Məhdud biznes lisenziyası;
3. Xidmətlər göstərilməsi üçün lisenziya;
4. Azad ticarət lisenziyası.
BƏƏ-də azad iqtisadi zonaların əsas üstünlükləri aşağıdakılardır:
- şirkətin nizamnamə kapitalının 100 % xarici mülkiyyət olması (BƏƏ-nin
vətəndaşlarından birinin təsisçi olmasına ehtiyac yoxdur);
- 100 % idxal və ixrac vergilərindən azad olma;
- kapitalın və gəlirin tam repatriasiyası, yəni geri qaytarılması;
- 15 il ərzində heç bir koorporativ verginin olmaması;
- gəlir vergisindən azad olma (bir qayda olaraq 50 il müddətinə);
23
- gömrük rüsumlarının olmaması;
- işə qəbul zamanı köməklik və əlavə dəstək xidmətləri.
BƏƏ-də 30-dan çox azad iqtisadi zona fəaliyyət göstərir. Nümunə kimi
aşağıdakıları qeyd etmək olar:
1) “Cəbəl-Əli” azad zonası (1985);
2) “Həmriyə” azad zonası (1995);
3) “Dubay hava limanı” azad zonası (1996);
4) “Dubay texnologiya və informasiya” azad zonası (2000);
5) “Ras-əl Şeyma” azad ticarət zonası (2000);
6) “Dubay sağlamlığın qorunması şəhəri” azad iqtisadi zonası (2002);
7) “Dubay sənaye şəhəri” iqtisadi zonası (2004);
8) “Dubay beynəlxalq maliyyə mərkəzi” azad iqtisadi zonası (2004);
9) “Dubay biotexnologiya və tədqiqat” parkı (2005) və sair.
Yamaykada isə xüsusi iqtisadi zonalar daha çox xarici investisiyalar cəlb etmək
məqsədi ilə yaradılmışdır. Burada ilk xüsusi iqtisadi zona 1976-cı ildə Kingstonda
yaradılıb. İkinci xüsusi iqtisadi zona 1988-ci ildə Monteqo Beydə təşkil olunub.
Yamaykada sonuncu xüsusi iqtisadi zona 2013-cü ildə Kayman adalarında yaradılıb.
Dünya təcrübəsində xüsusi iqtisadi zonaların yaradılmasının uğursuz cəhdləri də
olmuşdur. Ölkə iqtisadiyyatını daha da inkişaf etdirmək istəyən bir neçə dövlətdə xüsusi
iqtisadi zonaların yaradılması uğursuzluqla nəticələnmişdir ki, həmin dövlətlərə nümunə
kimi Şri-Lanka, Liberia, Seneqal, Qvatemalanı qeyd etmək olar.
Xüsusi iqtisadi zonalara dair dünyanın ilk birliyi WEPZA (World Export
Processing Zones Association) hesab olunur. WEPZA dünyada xüsusi iqtisadi zonalara
dair aparıcı təcrübəçilərin, hökümət rəsmilərinin, məsləhətçilərin, zonaların inkişafı,
təşviqi və təkmilləşdirilməsi ilə məşğul olan alimlərin birliyidir. Birlik 4 fevral 1978-ci
ildə yaradılmışdır. 1970-ci illərdə inkişaf etməkdə olan ölkələrdə ixrac-emalı zonaları
vasitəsi ilə ixrac istehsalını artırmaq üçün WEPZA yaradılmışdır. WEPZA xüsusi
iqtisadi zonalar haqqında bilik mübadiləsi və əməkdaşlıq üçün dünyanın əsas
platforması oldu. Birlik Beynəlxalq Ticarət Mərkəzinin ticarət dəstəkləmə təşkilatıdır.
O, həmçinin Ticarət və İnkişaf üzrə Birləşmiş Millətlər Konfransı çərçivəsində bir neçə
24
təşkilatların, o cümlədən QHT-lərin (qeyri-hökümət təşkilatlarının) üzvüdür. WEPZA
Flaqstaf (Flagstaff) adlı xüsusi iqtisadi zonalar haqqında jurnal vasitəsi ilə müxtəlif
zamanlarda öz səylərini irəlilədirdi. Bu jurnal WEPZA-nın razılığı ilə öz üzvləri üçün
1989-2005-ci illərdə nəşr olunub. Bundan başqa 1978-1985-ci illərdə WEPZA UNİDO
üçün zona rəsmilərinə görə mühüm təlim proqramlarını təmin etdi. WEPZA yaradılan
zaman xüsusi iqtisadi zonalar termininin əvəzinə birliyin adından da göründüyü kimi
ixrac emalı zonaları terminindən istifadə olunurdu. Müəyyən zaman keçdikcə xüsusi
iqtisadi zonalar terminindən istifadə olunmağa başlanıldı. Amma WEPZA-nın adında
heç bir dəyişiklik olunmadı.
Azərbaycanın qonşu dövlətlərində və MDB ölkələrində xüsusi iqtisadi
zonalar
Türkiyə
Türkiyədə 6 iyun 1985-ci ildə qəbul ounan, 3218 nömrəli “Azad zonalar ”
Qanununda (Serbest bölgeler Kanunu) azad zonaların qurulması və idarə olunmasında
əsas məqsədlər, ixracata istiqamətli sərmayə və istehsalı təşviq etmək, birbaşa xarici
investisiyaların və texnologiyaların daxil olmasını surətləndirmək, müəssisələri ixracata
istiqamətləndirmək, beynəlxalq ticarəti inkişaf etdirmək və sair bu kimi məsələlər qeyd
olunub. Ümumi olaraq azad zonalar (serbest bölgeler) ölkədə etibarlı ticarət, maliyyə və
iqtisadi sahələrlə bağlı hüquqi və inzibati qaydaların tətbiq olunmadığı və ya qismən
tətbiq olunduğu, sənaye və ticarət fəaliyyətləri üçün daha geniş subsidiyaların tanındığı
və ölkənin digər hissələrindən ayrılan yerlər olaraq təşkil oluna bilər.
1985-ci ildə qəbul edilmiş ölkə qanununa görə Türkiyədə xüsusi iqtisadi zonalar
vergilərdən azaddırlar və zonalarda fəaliyyət göstərən sahibkarlar gömrük, həmçinin
digər rüsumları ödəmirlər. Bundan əlavə, Türkiyənin xüsusi iqtisadi zonalarında istehsal
olunmuş malların ölkənin başqa ərazilərində satışına icazə verilir və bu ölkədə yaşayan
25
xarici vətəndaşlar xüsusi iqtisadi zonalarda 100 %-li xarici kapitalla müəssisələr
yaratmaq hüququna malikdirlər. Türkiyənin xüsusi iqtisadi zonalarında xarici və daxili
investorların kapitalının hərəkəti və həcmi barəsində məhdudiyyətlər yoxdur. Bu kimi
zonalarda əldə edilən mənfəətin Türiyə də daxil olmaqla dünyanın hər hansı bir ölkəsinə
köçürülməsinə icazə verilir.1
Türkiyədə 21 azad zona var:
1) “Mersin” (1987);
2) “Antalya” (1987);
3) “Ege” (1990);
4) “İstanbul Atatürk” hava limanı (1990);
5) “Trabzon” 1992);
6) “İstanbul dəri və sənaye” (1995);
7) “Şərqi Anadolu” (1995);
8) “Mardin” (1995);
9) “MKB Beynəlxalq daşınan qiymətlər” (1997);
10) “İzmir dəri” (1998);
11) “Rize” (1998);
12) “Samsun” (1998);
13) “İstanbul-Trakya” (1998);
14) “Kayseri” (1998);
15) “Adana” (1998);
16) “Avropa” (1999);
17) “Qaziantep” (1999);
18) “Bursa” (2001);
19) “Kocaeli” (2001);
20) “Denizli” (2002);
21) “TÜBİTAK Marmara Araşdırma Mərkəzi” (2002).
Azad zonalardakı bəzi üstünlüklər aşağıdakılar:
1 Əliyev Şəfa Tiflis oğlu - “Xüsusi iqtisadi zonalarda vergilərin mühüm aspektləri” Azərbaycanın vergi jurnalı 2/2014
(səhifə 153-154)
26
- Firmalar təsisatlar vergisi və gəlir vergisindən azaddırlar.
- Zonaya daxil olan mallar üçün gömrük verigi və əlavə dəyər vergisi ödənməz.
- İstehsalın 85 %-ini və daha çoxunu ixrac edən firmalar işçilərin maaşlarından
tutulan vergi və ödənişlərdən 100 % azaddırlar.
- Əldə edilən mənfəət heç bir icazəyə ehtiyac olmadan ölkə daxilinə və xaricinə
transfer edilə bilər.
- Türkiyədən azad zonalara edilən satışlar ixrac sayıldığından firmalar ixrac
qiymətinə əlavə dəyər vergisiz mal satın ala bilərlər.
- Hər cür infrastruktur xidmətləri (elektrik, qaz, su və sair) əlavə dəyər vergisiz
firmalara təqdim olunur.
- İstifadə olunmuş avadanlıqların azad zonalara daxil olması zamanı istifadə
müddətində hədd məsələsi yoxdur.
- Gömrük və müddət məhdudlaşdırılması olmadan mallar saxlanıla bilər.
Türkiyədə azad zonalardan başqa bir də azad limanlar var. Azad liman bir ölkənin
suverenlik sərhədləri içində qalmaqla birlikdə idxal, ixrac, ticarət və nəqliyyat
baxımından açıq limandır. Azad limanlar xüsusilə sənayeləşmiş Avropa ölkələrində rast
gəlinən dar əhatəli azad ticarət zonalarıdır. Azad liman terminini bir ölkədə tamamilə və
ya bir hissədə etibarlı olan maliyyə və iqtisadi qaydaların tətbiq olunmadığı liman və
onun ətrafı üçün istifadə edirlər.
12 aprel 2000-ci ildə Türkiyədə “Təşkilatlandırılmış sənaye zonaları” Qanunu
(Organize sanayi bölgeleri Kanunu) qəbul olundu. Bu Qanunun məqsədi
təşkilatlandırılmış sənaye zonalarının quruluş, istehsal və işlədilmə əsaslarını
tənzimləməkdir. Həmin Qanunun 2-ci maddəsində qeyd olunub ki, təşkilatlandırılmış
sənaye zonaları sənayenin uyğun görülən sahələrində inkişafı təmin etmək, əyri
sənayeləşmə və ekoloji problemlərin qarşısını almaq, urbanizasiyanı
istiqamətləndirmək, qaynaqlardan rasional istifadə etmək, məlumat və informasiya
texnologiyalarından faydalanmaq, sənaye növlərinin müəyyən bir plan daxilində
yerləşdirilməsi və inkişaf etdirilməsi məqsədi ilə sərhədləri təsdiq edilmiş ərazi
hissələrinin abadlıq planlarındakı nisbətlər daxilində lazımlı inzibati, ictimai və texniki
infrastruktur sahələri ilə kiçik istehsal və təmir, ticarət, təhsil və səhiyyə sahələri,
27
texnoloji inkişaf etdirmə bölgələri ilə təchiz olunan, planlı bir şəkildə və müəyyən
sistemlər daxilində sənaye üçün təsis edilməsi ilə yaradılan və bu Qanunun
müddəalarına görə işlədilən mal və xidmət istehsalı zonalarıdır. Qanunda diqqəti cəlb
edən əsas məsələlərdən biri 26-cı maddədə öz əksini tapıb. Qeyd olunan maddəyə
əsasən bu Qanundakı üsullara görə təyin olunan yerlərdə fiziki və hüquqi şəxslər
təşkilatlandırılmış sənaye zonalarını yarada bilər. Ancaq xüsusi təşkilatlandırılmış
sənaye zonaları yaradacaq olanlar isə ictimaiyyətləşə bilməzlər.
İran
İranın iqtisadi maraqlarına 1970-ci illərdən bəri azad ticarət zonaları və xüsusi
iqtisadi zonalar daxildir. Belə ki İranın iqtisadi siyatəsinin vacib istiqamətlərindən biri
də azad və xüsusi iqtisadi zonaların yaradılmasıdır. 2013-cü ilin iyun ayına kimi olan
məlumata əsasən İranda 7 azad iqtisadi zona fəaliyyət göstərir. İrandakı azad iqtisadi
zonalar bunlardır:
1) “Kiş”;
2) “Keşm”;
3) “Çabahar”;
4) “Bəndər-Ənzəli”;
5) “Aras”;
6) “Arvand”;
7) “Maku”.
Azad iqtisadi zonaların ərazisində müəssisələrin fəaliyyəti aşağıdakı müvafiq
qanunlarla və qanunvericilik aktları ilə tənzimlənir:
1. “İranın azad iqtisadi zonalarının yaradılması və idarə olunması haqqında” Qanun;
2. “İranın azad iqtisadi zonalarında investisiya” Qaydaları;
3. “İranın azad iqtisadi zonalarında idxal və ixrac” Qaydaları;
4. “Azad iqtisadi zonaların ərazisində valyuta tənzimlənməsi” Qaydaları;
5. “Azad iqtisadi zonaların ərazisində biznes, əmlak və əqli mülkiyyət hüquqlarının
qeydiyyatı haqqında” Qanun;
28
6. “Azad iqtisadi zonaların ərazisində işçi qüvvəsi, sığorta və sosial təminat”
Qaydaları;
7. “Azad iqtisadi zonaların ərazisində torpaq və təbii ehtiyyatlardan istifadə”
Qaydaları.
İrandakı azad iqtisadi zonaların ərazisində qeydiyyatdan keçən müəssisələrin
üstünlüklərinə aşağıdakılar daxildir:
- xarici kapitallı müəssisələrin qeydiyyatı imkanı;
- valyuta əməliyyatlarının sadələşdirilmiş qaydası;
- investisiyaların sadələşdirilmiş qaydası;
- bank əməliyyatlarının aparılmasının sadələşdirilmiş qaydası;
- müəssisələrin qeydiyyatının sadələşdirilmiş qaydası;
- malların idxalı və ixracının sadələşdirilmiş qaydası;
- zonalara vizasız səfərlər rejimi və sair.
Azad iqtisadi zonalardan əlavə İranda 15 xüsusi iqtisadi zona mövcuddur:
1) “Selfçeqan”;
2) “Sircan”;
3) “Ərgi-Cədid”;
4) “Buşer”;
5) “Şahid Rəci”;
6) “Əmirabad”;
7) “Seraxs”;
8) “Şiraz”;
9) “Pars”;
10) “Bəndər-İmam Xomeyni”;
11) “Xalicə-Fars”;
12) “Yəzd”;
13) “Lorestan”;
14) “Bəndər-Abbas”;
15) “Payam”.
29
Qeyd olunan xüsusi iqtisadi zonalardan “Payam” bölgədə öz hava limanı və
aviaxətti olan yeganə zonadır. Bu zona Tehran şəhərinə yaxın yerləşir. “Payam” xüsusi
iqtisadi zonasının Tehranın sənaye, iqtisadi və kənd təsərrüfatı mərkəzlərinə yaxınlığı
dəmiryol və digər yollarla asanlıqla çatmaq imkanı yaradır. İran tərəfdaşlığın hər bir
miqyasında birbaşa xarici investisiya cəlb etmək məqsədi ilə İranın investorları və xarici
subyektlər üçün “Payam” xüsusi iqtisadi zonasında bərabər imkanlar yaratdı. Bundan
başqa bu zonada yerləşənə qədər mallar, maşın və xammal üçün gömrük rüsumları
olmadan ödənişsiz giriş var. Həmçinin gömrük rəsmiləşdirilməsi olmadan bu zonadan
mal ixrac etmək imkanı da var. İqtisadçılardan Həsən Hakimiana görə birbaşa xarici
investorları maqnit kimi cəlb etmək üçün xüsusi iqtisadi zonalara nisbətən azad ticarət
zonaları öz fəaliyyət məqsədlərində daha çox iddialıdırlar. Xüsusi iqtisadi zonalar isə
malların daşınması və təminatın yaxşılaşdırılması üçün yaradılır.
Rusiya
Rusiyada hələ SSRİ dövründə azad zonaların təşkilinə dair tədbirlər görülürdü,
xüsusilə xarici ticarət dövriyyəsini gücləndirmək üçün limanlarda müəyyən güzəştlər
tətbiq olunmağa başlanılmışdır. Burada məqsəd bazar münasibətlərini sürətləndirmək və
bu bölgələrdə infrastruktur və sosial-iqtisadi problemləri həll etmək idi. Bu məqsədlə də
1990-cı ildə “Naxodka” adlı azad iqtisadi zona yaradıldı və orada bir sıra vergi və
gömrük güzəştləri tətbiq olundu.
Rusiyada xüsusi iqtisadi zonaların sistemli inkişafı 22 iyul 2005-ci ildə qəbul
olunan “Rusiya Federasiyasında xüsusi iqtisadi zonalar haqqında” Federal Qanunla
başladı. Rusiya qanunvericliyində ümumiləşdirilmiş anlayış kimi xüsusi iqtisadi zona
anlayışından, rus-dilində olan bəzi dərslik və məqalələrdə isə azad iqtisadi zonalar
anlayışından istifadə olunur. “Rusiya Federasiyasında xüsusi iqtisadi zonalar haqqında”
Federal Qanunun 2-ci maddəsinə müvafiq olaraq xüsusi iqtisadi zona - Rusiya
Federasiyasının ərazisinin bir hissəsidir, hansı ki Rusiya Federasiya Hökuməti
tərəfindən müəyyən edilir və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi
30
rejim, həmçinin azad gömrük zonalarında gömrük qaydaları tətbiq edilir. Qeyd olunan
Qanunun 4-cü maddəsində xüsusi iqtisadi zonaların 4 növü əks olunub:
1. Sənaye-istehsalı zonaları.
2. Texnologiyanı təşviq edən zonalar.
3. Turizm-istirahət zonaları .
4. Liman zonaları.
Həmin Qanun qəbul olunan zaman sənaye-istehsalı və texnologiyanı təşviq edən
zonalar mövcud idi. 2006-cı ildə turizm-istirahət zonaları, 2007-ci ildə isə liman
zonaları Federal Qanunlar şəklində bu Qanuna əlavə olundu. “Rusiya Federasiyasında
xüsusi iqtisadi zonalar haqqında” Federal Qanunda xüsusi iqtisadi zonaların 4 növü əks
olunsa da, Rusiyanın ərazisində xidmət zonaları da mövcuddur.
Rusiyanın xüsusi iqtisadi zonalarında əmlak, torpaq və nəqliyyat vergiləri
tutulmur. Ölkənin texniki-tətbiq zonalarında sərmayə yatıran investorlar isə mənfəət
vergisindən 5 % az ödəmək güzəştinə malikdirlər. Sığorta xərcləri də ölkədə
müəyyənləşdirilmiş səviyyədən 2 dəfə az ödənilir və əlavə dəyər vergisi (ƏDV) tətbiq
olunmur.1
Hazırda Rusiyada 24 xüsusi iqtisadi zona (4 sənaye-istehsalı zonaları, 4
texnologiyanı təşviq edən zona, 13 turizm-istirahət zonası, 3 liman zonası) var:
1) “Lipetsk” zonası - sənaye zonasıdır və Lipetsk vilayətində yerləşir;
2) “Alabuqa” zonası - sənaye zonasıdır və Tatarıstan Respublikasında yerləşir;
3) “Moqlino” zonası - sənaye zonasıdır və Pskovsk vilayətində yerləşir;
4) “Tolyatti” zonası - sənaye zonasıdır və Samara vilayətində yerləşir;
5) “Lyudinovo” zonası - sənaye zonasıdır və Kalujiski vilayətində yerləşir;
6) “Zelenoqrad” zonası - texnozonadır və Moskva şəhərində yerləşir;
7) “Dubna” zonası - texnozonadır və Moskva vilayətində yerləşir;
8) “Sankt-Peterburq” zonası - texnozonadır və Sankt-Peterburq şəhərində yerləşir;
9) “Tomsk” zonası - texnozonadır və Tomsk şəhərində yerləşir;
10) “Altay vadisi” zonası - turizm zonasıdır və Altay Respublikasında yerləşir;
1 Əliyev Şəfa Tiflis oğlu - “Xüsusi iqtisadi zonalarda vergilərin mühüm aspektləri” Azərbaycanın vergi jurnalı 2/2014
(səhifə 154)
31
11) “Baykal limanı” zonası - turizm zonasıdır və Buryatiya Respublikasında
yerləşir;
12) “Firuzə Xatın” zonası - turizm zonasıdır və Altay diyarında yerləşir;
13) “Baykal qapısı” zonası - turizm zonasıdır və İrkutsk vilayətində yerləşir;
14) “Ulyanovsk” zonası - liman zonasıdır və Ulyanovsk vilayətində yerləşir;
15) “Sovet limanı” zonası - liman zonasıdır və Xabarovsk diyarında yerləşir;
16) “Murmansk” ” zonası - liman zonasıdır və Murmansk şəhərində yerləşir (və
sair).
20-22 may 2014-cü ildə Moskvada keçirilən “Rusiya dəniz sənayesi” adlı IV
Beynəlxalq Forumda Həştərxan vilayətində xüsusi iqtisadi zonalar haqqında proyekt
təklif olunub. Ümumilikdə Rusiyada xüsusi iqtisadi zonaların yaradılmasının məqsədi
yüksək texnologiyalı iqtisadiyyatı, idxalı əvəzləyən sənayeni, nəqliyyat sistemini,
turizm və sanatoriya-kurort sahələrini inkişaf etdirməkdən ibarətdir.
Belarus
Belarusda xüsusi iqtisadi zonaların yaradılması və inkişafı 1990-cı illərdən
başlayıb. Açıq iqtisadiyyatın və xarici ticarətin liberallaşdırılması prinsiplərinin həyata
keçirilməsi məqsədi ilə 1996-cı ildə Belarusun Prezidenti “Belarus Respublikasının
ərazisində azad iqtisadi zonalar haqqında” Fərman imzaladı. 1997-ci ildə isə Hökumət
tərəfindən “Belarus Respublikasının ərazisində xüsusi iqtisadi zonaların təşkili
Konsepsiyası” nəşr olundu. Nəhayət 1998-ci ildə “Azad iqtisadi zonalar haqqında”
Belarus Respublikasının Qanunu qəbul olundu. Ümumiyyətlə Belarus xüsusi iqtisadi
zonalarının yaradılması prosesi şərti olaraq 2 mərhələyə ayrılır:
- 1-ci mərhələ (1996 - 2000-ci illəri əhatə edir);
- 2-ci mərhələ (2000 - 2005-ci illəri əhatə edir).
Belarusda hər bir inzibati ərazidə bir xüsusi iqtisadi zona yaradılıb. Burada xüsusi
iqtisadi zonalar xarakterinə və həyata keçirdiyi funksiyalara görə iqtisadi fəaliyyət
baxımından olduqca mürəkkəbdir. Hazırda bu ölkədə mövcud olan 6 xüsusi iqtisadi
zona mövcuddur:
32
1) “Brest”;
2) “Qoml-raton”;
3) “Minsk”;
4) “Vitebsk”;
5) “Moqilev”;
6) “Qrodnoinvest”.
Belarusda ilk xüsusi iqtisadi zona 1996-cı ildə yaradılan “Brest” adlı zonadır. 2 il
sonra, yəni 1998-ci ildə Qoml-raton və Minsk zonaları təşkil olundu. Sənaye
məhsullarının istehsalına görə əsas yeri Vitebsk zonası tutur. Bu zona 1999-cu ildə
yaradılıb. 2002-ci ildə isə son 2 zona Moqilev və Qrodnoinvest təşkil edildi. Xüsusi
iqtisadi zonaların məhz həmin ərazilərdə yaradılmasının 3 əsas səbəbi var:
1. Qeyd olunan yerlər istehsal fəaliyyətini həyata keçirmək üçün boş əraziyə, lazımi
infrastruktura və mühəndis-kommunikasiyasına malik idilər.
2. Burada inkişaf etmiş avtomobil, dəmiryol və hava nəqliyyatı şəbəkəsi var.
3. Xüsusi iqtisadi zonaların sərhədlərdəki azad istehsal güclü obyektlərə və tikililərə
təsirinin olmasıdır.
Belarusda xüsusi iqtisadi zonaların yaradılmasının əsas məqsədi xarici
investorları cəlb etməkdən ibarətdir, o şərtlə ki, daxildə istehsal ediləcək məhsullar
gələcəkdə xaricə ixrac olunsun. Bu dövlətdəki xüsusi iqtisadi zonalar daha çox
metallurgiya, maşınqayırma, kimya və neft sənaye sahələrini əhatə edir.
Özbəkistan
Növbəti MDB ölkəsi olan Özbəkistanda sənayenin inkişafı, yeni iş yerlərinin
yaradılması, ərazinin inkişafı ölkənin iqtisadi siyasətinin məqsədlərinə nail olmağının
yollarından biridir. Özbəkistanın ayrı-ayrı regionlarının sosial-iqtisadi inkişafı üçün
xüsusi iqtisadi zonaların yaradılması məqsədəmüvafiq idi.1 Özbəkistanda xüsusi iqtisadi
zonaların yaradılmasına dair ilk cəhdlər 1990-cı illərdə olub. 25 aprel 1996-cı ildə
Özbəkistanda “Azad iqtisadi zonalar haqqında” Qanun qəbul olundu. Bununla da ilk
1 «Создание специальных экономических зон в Республике Узбекистана» аналитический доклад (Ташкент 2008)
стр 1-2
33
addım atılmış oldu. Bu ölkədə xüsusi iqtisadi zonaların fəaliyyəti zamanı bir neçə
risklər yarandı. Həmin riskləri 3 qrupa ayırmaq olar:
1. Siyasi;
2. İqtisadi;
3. Sosial.
Qeyd olunan risklərdən başqa Özbəkistanda xüsusi iqtisadi zonaların fəaliyyəti
zamanı aşağıdakılar da təhlükə yarada bilər:
- Xüsusi iqtisadi zonada yerləşən malların ölkənin digər regionlarına
qaçaqmalçılığı ilə əlaqədar potensial təhlükə;
- Uyğun olmayan daşıma qiymətləri;
- Ekoloji risklər;
- Regional risklər;
- İnzibati risklər.1
Özbəkistanda 2 dekabr 2008-ci ildə Navoi vilayətində eyni adlı azad sənaye
iqtisadi zonası yaradıldı. “Navoi” ölkədə ilk xüsusi iqtisadi zona hesab olunur. “Navoi”
zonasının fəaliyyət müddəti mümkün olduğu qədər uzatmaq şərti ilə 30 ildir. Bu zona
xarici investorlara bizneslərini irəlilətmək üçün geniş imkanlar təqdim edir. Ölkədə 2-ci
zona olan “Anqren” xüsusi sənaye zonası 13 parel 2012-ci ildə Daşkənd vilayətində
yaradıldı. Bu zonanın fəaliyyət müddəti “Navoi” zonasındakı kimi mümkün olduğu
qədər uzatmaq şərti ilə 30 ildir. Özbəkistanda növbəti zona 18 mart 2013-cü ildə Cizak
və Sırdarınski vilayətlərində təşkil olundu. “Cizak” adlanan bu xüsusi iqtisadi zonada
Özbəkistan və Çin birlikdə işləyir.
Qazaxıstan
Qazaxıstanda xüsusi iqtisadi zonalar müəyyən müddət üçün yerli
nümayəndəliklər və icra hakimiyyəti orqanlarının təklifləri əsasında Qazaxıstan
Respublikası Prezidentinin Fərmanı ilə yaradılır. Xüsusi iqtisadi zonalar xüsusi hüquqi
rejimin tətbiq olunduğu ərazidir. Bu zonalar qlobal iqtisadi sistemdə ölkə iqtisadiyyatına
1 «Создание специальных экономических зон в Республике Узбекистана» аналитический доклад (Ташкент 2008)
стр 28-31
34
girişi aktivləşdirmək üçün regionların surətli inkişafı, yeni texnologiyanın bir və ya daha
çox sektorlarının inkişafı, yüksək ixrac yönümlü sənayenin yaradılması, yeni növ
məhsulların buraxılışı, investisiyaların cəlb edilməsi, bazar münasibətlərinin hüquqi
normalarının hazırlanması, nəzarət və idarəetmənin müasir metodlarının tətbiqi,
həmçinin sosial problemlərin həlli məqsədləri üçün yaradılır. Qazaxıstanın xüsusi
iqtisadi zonalarında korporativ gəlir vergisi, torpaq və əmlak vergiləri tutulmur. Bu
ölkədə xüsusi iqtisadi zonaların fəaliyyəti 21 iyul 2011-ci ildə qəbul olunan “Xüsusi
iqtisadi zonalar haqqında” Qazaxıstan Respublikasının Qanunu ilə (18 fevral 2013-cü
ildəki əlavələr və dəyişikliklərlə) tənzimlənir. Bu qanun aşağıdakı məsələləri geniş
əhatə edir:
- Xüsusi iqtisadi zonaların yaradılması;
- Xüsusi iqtisadi zonaların fəaliyyəti;
- Xüsusi iqtisadi zonaların üzvlərinin statusu;
- Xüsusi iqtisadi zonaların ərazisindəki qaydalar və sair.
Bu Qanun xüsusi iqtisadi zonaların fəaliyyəti ilə əlaqədar olan bir sıra mühüm
yenilikləri özündə cəmləşdirir. Qanunda qeyd olunan əsas yeniliklərdən biri xüsusi
iqtisadi zonaların yaradılmasına aiddir. Əgər xüsusi iqtisadi zonaların yaradılması təklifi
Qanunun qəbul edilməsindən əvvəl olarsa, yerli və ya mərkəzi icra hakimiyyəti
orqanları və sahibkar birlikləri, həmçinin qanunvericiliyə uyğun olaraq xüsusi iqtisadi
zonaların yaradılmasında maraqlı olan ayrı-ayrı hüquqi şəxslər tərəfindən həyata
keçirilə bilər. Qanun xüsusi iqtisadi zonaların ərazisindəki fəaliyyəti 2 qrupa ayırır:
1. Prioritet;
2. Dəstək.
Prioritet fəaliyyət xüsusi iqtisadi zonaların yaradılması məqsədlərinə uyğundur.
Dəstək fəaliyyət isə xüsusi iqtisadi zonaların iştirakçılarının fəaliyyətini təmin etmək
məqsədi ilə həyata keçirilir. Qanuna əsasən prioritet fəaliyyəti həyata keçirmək üçün
ərizə verən şəxs pul vəsaitinə və əmlaka malik olmalıdır. Qanun həmçinin ifadə edir ki,
ərizəçinin fəaliyyəti xüsusi iqtisadi zonanın ərazisində həyata keçirilən məqsədlərə
uyğun olmalıdır.
35
Bunlardan başqa qeyd etmək lazımdır ki, Qazaxıstan, Belarus və Rusiyanın
Gömrük İttifaqı rejimi xüsusi iqtisadi zonaların ərazisində tətbiq edilmir. Xüsusi iqtisadi
zonaların ərazisində azad gömrük zonasının xüsusi rejimi tətbiq edilir. Bu zonalara daxil
olan mallar Gömrük İttifaqından kənarda olan gömrük ərazisi kimi görülür. Bundan
başqa Qanun xüsusi iqtisadi zonalara münasibətdə xarici işçi qüvvəsini cəlb etmək
prinsipini dəyişib. Məsələn: yerli icra hakimiyyəti orqanları tərəfindən xarici işçi
qüvvəsinə icazə verilməsi daxili əmək bazarında namizəd axtarışı olmadan
sadələşdirilmiş qaydada edilir. Həmçinin Qanun xüsusi iqtisadi zonaların iştirakçılarına
xidmətlərin göstərilməsi mexanizmində “bir pəncərə” prinsipini tətbiq edir.
Qazaxıstanda fəaliyyət göstərən 9 xüsusi iqtisadi zona var:
1) “Astana yeni şəhər” (Astana şəhəri);
2) “Aktay” dəniz limanı (Aktay şəhəri);
3) İnformasiya texnologiyalar parkı (Almaata şəhəri);
4) “Ontustik” (Cənubi Qazaxıstan vilayəti);
5) “Burabay” (Şuçinski rayonu);
6) Milli neft-kimya sənaye texnoparkı (Atrausk vilayəti);
7) “Xorqos - şərq qapısı” (Almaata vilayəti);
8) “Pavlodar” (Pavlodar vilayəti);
9) “Sarıarka” (Karaqandinski vilayəti).
Qırğızıstan
Qırğızıstanda xüsusi iqtisadi zonaların yaradılmasında əsas məqsəd cəlbedici
investisiya mühiti yaratmaqdan ibarətdir. Qırğızıstandakı xüsusi iqtisadi zonalar
Qırğızıstan Respublikasının Maliyyə nazirinin 2005-ci il 15 fevral tarixli, 40-P nömrəli
əmri ilə təsdiq olunan “Qırğızıstan Respublikasının əraizisinə (ərazisindən) malların
daşınması və nəqliyyat vasitələrinin hərəkəti” Qaydaları ilə tənzimlənir. Bu Qaydalara
müvafiq olaraq xüsusi iqtisadi zonalar Qırğızıstan Respublikasının qanunvericiliyinə
uyğun olaraq yaradılmış, onun ərazisində yerləşən, Qırğızıstanın gömrük ərazisinin bir
hissəsidir, hansı ki, xüsusi vergi qoyma şərtləri həyata keçirilir. Həmin Qaydalara görə
36
Gömrük Məcəlləsi və digər normativ-hüquqi aktlar ilə müəyyən edilmiş hallar istisna
olmaqla xarici ticarətin dövlət tənzimlənməsi haqqında qanunvericiliyə uyğun olaraq
gömrük rüsumlarının, vergilərin və qeyri-tarif tənzimlənmə tədbirlərinin həyata
keçirilmə məqsədləri üçün xüsusi iqtisadi zonaların ərazisində yerləşdirilən mallar
Qırğızıstanın gömrük ərazisindən kənarda olan kimi baxılır. Qeyd olunan Qaydalara
əsasən xüsusi iqtisadi zonalar azad iqtisadi zonalardan və azad gömrük zonalarından
ibarətdir. Qırğızıstanda azad iqtisadi zonaların fəaliyyəti 16 dekabr 1992-ci ildə qəbul
olunan “Qırğızıstan Respublikasının azad iqtisadi zonaları haqqında” Qanunu ilə
tənzimlənir. Bu Qanunun 1-ci maddəsinə görə azad iqtisadi zonalar Qırğızıstan
Respublikasının ayrı-ayrı vilayətlərinin, rayonlarının və şəhərlərin ərazisində xüsusi
olaraq təcrid olunmuş sahələrdir. Azad iqtisadi zonaların məqsədləri:
- ayrı-ayrı bölgələrin və bütövlükdə respublikanın iqtisadiyyatının beynəlxalq
əmək bölgüsündə səmərəli cəlb edilməsi;
- xarici kapitalın, texnalogiyanın və idarəetmə təcrübəsinin cəlb olunması üçün
əlverişli şəraitin təmin edilməsi;
- dövlət və xüsusi mülkiyyətə əsaslanan yerli müəssisələrin və təşkilatların pul
vəsaitləri, xarici kapitalın inteqrasiyası əsasında ərazinin iqtisadi potensialının inkişafı;
- müasir sənaye və sosial infrastrukturun yaradılması;
- istehsal və sənaye məqsədləri üçün məhsulların və malların daxili bazarın
tələbatını ödəməsi;
- əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması.
“Qırğızıstan Respublikasının azad iqtisadi zonaları haqqında” Qanuna əsasən
azad iqtisadi zonalarda xarici ticarət və iqtisadi fəaliyyət sahəsində və əmək
münasibətlərinin hüquqi tənzimlənməsində müvafiq istisnalar və əlavələr ilə xüsusi
hüquqi rejimlər tətbiq olunur. Həmin Qanuna müvafiq olaraq azad iqtisadi zonaların
iştirakçıları onların qeydiyyat tarixlərindən asılı olmayaraq Qırğızıstan Respublikasının
qanunvericiliyinə uyğun olaraq gömrük rüsumu və vergilər ödənilmədən azad iqtisadi
zoanların ərazisində aksizli malların idxalı, saxlanılması, istehsalı və satışı qadağandır.
Qırğızıstanda 4 azad iqtisadi zona fəaliyyət göstərir:
37
1) “Bişkek” - bu azad iqtisadi zona ölkənin iqtisadi və siyasi mərkəzi olmaqla
respublikanın paytaxtında yerləşir. Baş müdirliyi “Manas” beynəlxalq hava limanı
yaxınlığında yerləşən “Ak-çiy” kəndindədir.
2) “Karakol” - bu azad iqtisadi zona Tyan-Şan dağ silsiləsinin ətəyində, dünyanın
ikinci ən böyük dağ gölü olan İssık-Kul gölünün sahilində yerləşir, hansı ki, turizmin
inkişafı üçün böyük imkanlar təmin edir.
3) “Maymak” - bu azad iqtisadi zona Qırğızıstan və Qazaxıstan sərhəddində,
beynəlxalq yol kəsişməsində yerləşir.
4) “Narın” - bu azad iqtisadi zona Çin sərhəddinin ərazisini əhatə edir və turizmin,
dağ-mədən sənayesinin inkişafı üçün əhəmiyyətli potensiala malik olmaqla Qırğızıstan
ərazisinin dörddə birini əhatə edir.
Tacikistan
Tacikistanda xüsusi iqtisadi zonaları formalaşdırmaq və inkişaf etdirmək məqsədi
ilə 29 mart 2010-cu ildə ATƏT ilə memorandum imzalandı. Tacikistanda xüsusi iqtisadi
zonaların yaradılmasının məqsədləri aşağıdakılardır:
- investisiyaların cəlb edilməsi yolu ilə iqtisdi potensialın inkişafını
stimullaşdırmaq;
- qabaqcıl idarəetmə və menecmentlik təcrübəsinin tətbiqi;
- beynəlxalq əmək bölgüsündə regionun iqtisadiyyatının səmərəliliyini
artırmaq;
- xarici ölkələrlə ticarət-iqtisadi əməkdaşlığın artırılması;
- xüsusi iqtisadi zonalara bitişik ərazilərdə şəhərsalmanın inkişafı;
- ixrac potensialının artırılması;
- bötüvlükdə əhalinin məşğulluğunu təmin etmək üçün müasir infrasturkturun
yaradılması.
25 mart 2011-ci ildə “Azad iqtisadi zonalar haqqında” Tacikistan Respublikasının
Qanunu qəbul olundu. Bu Qanunun qəbul olunmasında əsas məqsəd dünya iqtisadi
birliyində ölkə iqtisadiyyatının effektivliyinin, böyük kapitalın, yeni texnologiyanın
38
cəlb olunmasının, məşğulluğun və əhalinin yaşayış səviyyəsinin artırılmasından
ibarətdir. Qeyd olunan Qanun beynəlxalq qaydalara və standartlara uyğun, beynəlxalq
təşkilatların, xüsusilə də ABŞ-ın beynəlxalq inkişaf üzrə Agentliyinin (USAID) köməyi
ilə hazırlanmışdır. Qanun Tacikistan Respublikasında azad iqtisadi zonaların
yaradılması, idarə edilməsi və ləğvinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən
edir və azad iqtisadi zonalarda biznes və investisiya fəaliyyətində öz ərazilərində
əlverişli investisiya mühitini yaratmaq məqsədi ilə xüsusi hüquqi rejimin tətbiqi
qaydasını və şərtlərini tənzimləyir. Qanunun ümumi müddəalar adlanan 1-ci
maddəsində azad iqtisadi zonaların anlayışı öz əksini tapıb. Qeyd olunan maddəyə
müvafiq olaraq azad iqtisadi zona dəqiq müəyyən edilmiş sərhədləri olan Tacikistan
Respublikasının ərazisinin ayrı (məhdud) hissəsidir, hansı ki, sahibkarlıq və investisiya
fəaliyyətinin həyata keçirilməsi üçün güzəştli iqtisadi şərtlər və xüsusi hüquqi rejim
yaradılır. Qanunun 3-cü maddəsinə əsasən Tacikistan Respublikasında azad iqtisadi
zonalar aşağıdakı məqsədlərlə yaradılır:
- respublikanın, onun ayrı-ayrı regionlarının və ərazilərinin iqtisadi və sosial
potensialının inkişafı;
- iqtisadiyyatın real sektoruna investisiyaların cəlb olunması üçün əlverişli
şəraitin təmin edilməsi;
- mövcud iş yerlərinin qorunması və yeni iş yerlərinin yaradılması;
- müasir texnologiyanın cəlb edilməsi;
- müasir nəqliyyat, sənaye və sosial infrastrukturun yaradılması və inkişafı;
- idarəetmənin keyfiyyətinin artırılması, istehsalın səmərəliliyinin təmin edilməsi,
həmçinin dünya bazarında rəqabətli malların istehsalının artırılması;
- idxalı əvəzləməyə yönəlmiş istehsalın ixrac potensialının və inkişafının
artırılması;
- daxili istehsal bazarında tələbatın ödənilməsi;
- xarici və regional əlaqələrin canlandırılması;
- yeni ərazilərin və şəhərsalmanın inkişafı;
- bərpa olunan və bərpa olunmayan təbii ehtiyyatların qorunması və səmərəli
istifadə edilməsi.
39
Qanunun 5-ci maddəsində qeyd olunub ki, azad iqtisadi zonalar fəaliyyətinin
xarakterindən asılı olaraq aşağıdakı tipləri var:
1. Sənaye;
2. Ticarət və kommersiya;
3. Xidmət;
4. İnnovativ, elmi-tədqiqat, təqdimat.
Bununla yanaşı Qanun həmçinin bir neşə funksiyalı kompleks azad iqtisadi
zonaların növlərinin birləşə bilməsini də təmin edir. Qanunun 6-cı maddəsinə görə azad
iqtisadi zonalar xarakterindən və funksional tipindən asılı olaraq 50 il müddətinə
yaradılır. Qanunun 9-cu maddəsinə əsasən azad iqtisadi zonaların yaradılması haqqında
qərarı Tacikistan Respublikasının Hökuməti qəbul edir. Qeyd olunanlardan başqa
Qanunda vergi, gömrük, maliyyə, bank, sığorta, viza və digər güzəştlər də öz əksini
tapıb.
Hazırda Tacikistanda 4 azad iqtisadi zona var:
1) “Suqd”;
2) “Pyanc”;
3) “Danqara”;
4) “İşkaşim”.
Tacikistan Respublikasının Hökuməti xüsusi iqtisadi zonaların inkişafı üçün
müvafiq tədbirlər görür. Məsələn: Hökumət xüsusi iqtisadi zonalara dəstək vermək üçün
öz idarəçiliyi altında Koordinasiya Şurasını təşkil etdi. Bundan başqa qeyd etmək
lazımdır ki, Hökumət tərəfindən 2 oktyabr 2012-ci ildə “Azad iqtisadi zoanların inkişafı”
Fondu yaradıldı.
Moldova
Moldovada xüsusi iqtisadi zonalar 1990-cı illərdə yaradılmağa başladı. Azad
zonalar respublika ərazisinin fərqli hissələridir, hansı ki, müəyyən iş fəaliyyətinin fərdi
növlərində güzəştli şərtlər tətbiq edilir. Moldova azad zonalara dair Çinin təcrübəsindən
istifadə edirdi. 25 may 1993-cü ildə “Azad sahibkarlıq zonaları” haqqında Qanun qəbul
40
olundu. Qeyd olunan Qanunun müddəalarına görə azad sahibkarlıq zonaları ümumilikdə
respublikanın və onun ayrı-ayrı ərazilərinin sosial-iqtisadi inkişafı üçün xarici
sahibkarlar ilə birlikdə həyata keçirilən iş fəaliyyəti əsasında yaradılır. Dövlətin azad
sahibkarlıq zonalarını təşkil etməkdə bir sıra məqsədləri var ki, onlar aşağıdakılardan
ibarətdir:
- məşğulluğu təmin etmək;
- xarici investisiyaları cəlb etmək;
- müasir xarici avadanlıq və texnologiya cəlb etmək;
- istehlak mallarının və xidmətlərinin istehsalını genişləndirmək;
- idxalı əvəzləyən və ixrac istehsalını inkişaf etdirmək;
- maliyyə gəlirlərini artırmaq.
Qanun azad zonalara vergi, gömrük, maliyyə, qeydiyyat, əmək və digər rejimləri
verir. Moldovadakı zonaların növləri və tipləri olduqca genişdir. Bu ölkədə mövcud
olan zonaların tipləri aşağıdakılardır:
1. İstehsal zonaları (ixrac yönümlü və idxalı əvəzləyən);
2. Texnoloji zonalar (texnoparklar və texnopolislər);
3. Xarici ticarət zonaları (tranzit, ticarət və anbar);
4. Sığorta zonaları;
5. Bank zonaları;
6. Turizm zonaları və sair.
Moldovada fəaliyyət göstərən azad iqtisadi zonalar sistemi prinsipcə Ukraynanın
sisteminə uyğundur. Hazırda Moldovada 2 azad liman və 7 azad iqtisadi zona var:
1) “Curculeşt” beynəlxalq limanı;
2) “Markuleşt” beynəlxalq hava limanı;
3) “Belçı”;
4) “Valkaneş”;
5) “Tvarditsa”;
6) “Tarakliya”;
7) “Otaç-Biznes”;
8) “Uinqen-Biznes”;
41
9) “Ekspo-Biznes Kişinyov”.
Qeyd olunanlardan ən çox fərqlənəni “Belçı” azad iqtisadi zonasıdır. Bu zona
2010-cu ildə Moldova Respublikası Prezidentinin Fərmanı ilə yaradılıb. “Belçı” azad
iqtisadi zonası ölkənin inkişafı üçün xarici investisiyanın cəlb edilməsi, həmçinin
respublikanın ixrac potensialının artırılması məqsədi ilə yaradılmışdır.
Moldovada müəyyən sahələrin, bütövlükdə ölkənin sosial-iqtisadi inkişafını
sürətləndirmək üçün azad iqtisadi zonaların ərazisində aşağıdakılar tətbiq olunur:
1. Moldovanın tərəfdar olduğu beynəlxalq müqavilələr;
2. Moldova Respublikasının Qanunvericiliyi;
3. Hökumətin normativ aktları;
4. Azad iqtisadi zonaların administrasiyasının normativ aktları.
Türkmənistan
Son illərdə Türkmənistanda xarici iqtisadi fəaliyyətin inkişafında əsas prioritet
xarici kapitalı cəlb etməkdir. Bu sahədə ən mühüm istiqamətlərdən biri xüsusi iqtisadi
zonaların yaradılması hesab edilir. Türkmənistanda xüsusi iqtisadi zonalar aşağıdakı
normativ aktlar əsasında tənzimlənir:
1) 8 oktyabr 1993-cü ildə qəbul olunan “Azad iqtisadi zonalar haqqında” Qanun;
2) 5 oktyabr 2005-ci ildə qəbul olunan Vergi Məcəlləsi;
3) 18 mart 2008-ci ildə qəbul olunan “Xarici investisiyalar haqqında” Qanun;
4) 25 iyun 2008-ci ildə qəbul olunan “Fəaliyyətin müxtəlif növlərinin
lisenziyalaşdırılması haqqında” Qanun;
5) 10 may 2010-cu ildə qəbul olunan “Turizm haqqında” Qanun.
İlkin olaraq turizmin inkişafı baxımından Xəzəryanı bölgə olan Türkmənbaşı
şəhərində xüsusi iqtisadi zonaların yaradılması nəzərdə tutulurdu. 2007-ci ildə
Türkmənistanın Prezidenti “Avaza” zonasının yaradılmasını təklif etdi. Müəyyən
müzakirələrdən sonra Prezident “Avaza milli turizm zonasının yaradılması haqqında”
Qərar qəbul etdi. Hazırki dövrdə Türkmənistanın ərazisində faktiki olaraq “Avaza” adlı
bir xüsusi iqtisadi zona fəaliyyət göstərir. “Avaza” milli turizm zonası Xəzər dənizinin
42
şərqində, Türkmənbaşı liman şəhərinin yaxınlığında yerləşir. Türkmənistan
qanunvericiliyi investorlar üçün onlar milli turizm zonasının subyektləri kimi
tanındıqdan sonra vergi, gömrük və digər güzəştlər təmin edir. Qanunvericlikdə qeyd
olunan güzəştlər xarici investisiyalar cəlb etmək və xarici investorlar üçün ölkədə
səmərəli fəaliyyəti təmin etmək üçün nəzərdə tutulmuşdur. Bundan əlavə Türkmənistan
qanunvericiliyi milli turizm zonasının subyektləri üçün aşağıdakı güzəştləri və faydaları
təmin edir:
- turizm zonasında işləmək üçün Türkəmistana gələn xarici mütəxəssislərə və
işçilərə surətli olaraq vizanın və tikintiyə görə icazənin verilməsinin (konsulluq və
qeydiyyat haqqı ödəmədən) müəyyən qaydası;
- Aşqabad və Türkmənbaşı şəhərlərində turizm zonalarına dincəlmək üçün gələn
turistlərə vizanın rəsmiləşdirilməsinin sadələşdirilmiş proseduru.
Subyektlər turizm zonasında aşağıdakılardan azad olunur:
1. Turizm zonasında tikinti və digər əməliyyatlar üçün nəzərdə tutulan
Türkmənistana malların idxalı üzrə gömrük rüsumu və vergilərin ödənilməsindən;
2. Türkmənistanın Dövlət əmtəə və xammal materialları Birjasında bütün
imzalanmış müqavilələrin qeydiyyatı zamanı mübadilə haqlarını ödəmək vəzifəsindən;
3. Türkmənistan qanunvericiliyində müəyyən edilmiş büdcədənkənar fondlar ilə
gəlirlərdən çıxılmalar.
Milli turizm zonasının subyekti qismində həm fiziki şəxlər, həm də hüquqi şəxlər
çıxış edə bilərlər. Fiziki şəxslər milli turizm zonasının subyekti kimi lisenziyanın
verilməsi və onun rəsmiləşdirilməsi üçün dövlər rüsumunun ödənilməsindən azaddır.
Hüquqi şəxslər milli turizm zonasının subyekti kimi lisenziya almadan turizm zonasının
ərazisində fəaliyyətlərini həyata keçirmək hüququna malikdirlər, o şərtlə ki,
qanunvericilikdə nəzərdə tutulmuş tələblərə və şərtlərə əməl olunsun.
Gürcüstan
Gürcüstanda hökumət investisyia cəlb etmək üçün ölkədə xüsusi iqtisadi zonalar
yaratmaqda maraqlıdır. 2007-ci ildə Gürcüstan Parlamenti “Azad iqtisadi zonalar
43
haqqında” Qanun qəbul etdi. Bu Qanunda qeyd olunub ki, azad iqtisadi zonaların
ərazisində yerləşən torpaq sahələri tezliklə 49 il müddətinə sahiblərinə icarəyə
veriləcək. Qeyd olunan Qanuna müvafiq olaraq azad iqtisadi zonalar 10 hektardan da
çox ərazidə yaradıla bilər. Həmin Qanunda həmçinin azad iqtisadi zonaların 2 növü öz
əksini tapıb:
1. Ticarət zonaları;
2. Sənaye zonaları.
Hələ 2005-ci ildə Gürcüstan Prezidenti öz çıxışında qeyd etmişdir ki, Potidə
mütləq azad iqtisadi zona yaradılmalıdır. Poti Gürcüstanda liman şəhəri olmaqla ölkənin
qərbində, Samegrelo-Zemo Svaneti bölgəsində, Qara dənizin şərq sahilində yerləşir. Bu
şəhərin əlverişli coğrafi mövqeyini nəzərə alaraq 2009-cu ildə Poti azad sənaye zonası
yaradıldı.
Ukrayna
Ukraynada isə “Xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyətinin ümumi
prinsipləri haqqında” Qanun 13 oktyabr 1992-ci ildə qəbul olunub. 1994-cü ildə
Hökumət tərəfindən “Ukraynada xüsusi iqtisadi zonaların yaradılması Konsepsiyası”
nəşr olunub. “Xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyətinin ümumi prinsipləri
haqqında” Qanuna əsasən xüsusi iqtisadi zona Ukrayna ərazisinin bir hissəsidir, hansı
ki, iqtisadi fəaliyyət və qanunvericilik üçün xüsusi hüquqi rejim qurulur və fəaliyyət
göstərir. Xüsusi iqtisadi zonalarda yerli və xarici hüquqi və fiziki şəxslər üçün gömrük,
maliyyə, vergi və digər güzəştlər tətbiq olunur. Ümumiyyətlə Ukraynada xüsusi iqtisadi
zonaların fəaliyyəti onların yaradılmasının əsasından asılıdır. Belə ki xüsusi iqtisadi
zonaları yaratmaqda başlıca məqsəd xarici investorları cəlb etməkdir. Xüsusi iqtisadi
zonalar sosial-iqtisadi və digər şərtlərlə xarakterizə olunan prioritet inkişaf ərazilərindən
məhz əsas məqsədinə görə fərqlənir. Ukraynada xüsusi iqtisadi zonaların 6 növü var:
1. Xarici ticarət zonaları;
2. Sənaye kompleks zonaları;
3. Elmi-texniki zonalar;
44
4. Turizm-istirahət zonaları;
5. Ofşor zonalar;
6. Sərhəd ticarət zonaları.
Ukraynada ilk iqtisadi zona 1996-cı ildə Şimali Krımda yaradılan Sivaş adlı
eksperimental iqtisadi zona oldu. Ukraynadakı xüsusi iqtisadi zonaların əsas
xüsusiyyətlərindən biri də müddətli olmasıdır. İlk zona olan Sivaş zonasının fəaliyyət
müddəti 5 il idi. Ukraynadakı xüsusi iqtisadi zonalar aşağıdakılardır:
1) “Sivaş” (1996-cı ildə yaradılıb, fəaliyyət müddəti 5 ildir);
2) “Slavutiç” (1998-ci ildə yaradılıb, fəaliyyət müddəti 122 ildir);
3) “Azov” (1998-ci ildə yaradılıb, fəaliyyət müddəti 60 ildir);
4) “Donetsk” (1998-ci ildə yaradılıb, fəaliyyət müddəti 60 ildir);
5) “Zakarpartia” (1999-cu ildə yaradılıb, fəaliyyət müddəti 30 ildir);
6) “Yavoriv” (1999-cu ildə yaradılıb, fəaliyyət müddəti 121 ildir);
7) “İnterport” (2000-ci ildə yaradılıb, fəaliyyət müddəti 20 ildir);
8) “Kuratopolis” (2000-ci ildə yaradılıb, fəaliyyət müddəti 20 ildir);
9) “Mikolaiv” (2000-ci ildə yaradılıb, fəaliyyət müddəti 30 ildir);
10) “Port Krım” (2000-ci ildə yaradılıb, fəaliyyət müddəti 30 ildir);
11) “Port Franko” (2000-ci ildə yaradılıb, fəaliyyət müddəti 25 ildir);
12) “Reni” (2000-ci ildə yaradılıb, fəaliyyət müddəti 30 ildir).
45
Azərbaycanda xüsusi iqtisadi zonalar
Azərbaycanda xüsusi iqtisadi zonaların təşkil olunması üçün dünya təcrübəsi
dərindən araşdırılaraq ətraflı öyrənilmişdir. Ölkəmizdə xüsusi iqtisadi zonaların
yaradılması və tətbiqi məsələləri uzun illərdir ciddi müzakirələrə məruz qalmışdır.
Bununla belə xüsusi iqtisadi zonaların müxtəlif modifikasiyalarının öyrənilməsi və
ölkənin iqtisadi sisteminə daxil edilməsi məqsədi ilə dünya təcrübəsinin öyrənilməsi
xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti 2007-ci il 6 mart tarixində “Azərbaycan
Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” 538 nömrəli Fərman
imzaladı. Fərmanın preambulasında qeyd olunub ki, müasir dövrdə bir sıra ölkələrdə
mövcud sosial-iqtisadi problemlərin həllinə, elmi-texniki nailiyyətlərdən daha geniş və
səmərəli istifadəyə və bu ölkələrin beynəlxalq əmək bölgüsündə daha fəal iştirakına
xüsusi iqtisadi zonalar kimi iqtisadi fəaliyyətin yeni formasının tətbiqi vasitəsilə nail
olunur. Beynəlxalq təcrübə göstərir ki, xüsusi iqtisadi zonalar ayrı-ayrı ərazilərin və
bütövlükdə ölkələrin iqtisadi inkişafına güclü təsir imkanına malikdir. Azərbaycan
Respublikasında son illər həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bazar
iqtisadiyyatının bərqərar olması, ölkənin davamlı sosial-iqtisadi inkişafı və beynəlxalq
iqtisadi münasibətlər sisteminə inteqrasiyası üçün münbit şərait yaranmışdır. Hazırda
Azərbaycan Respublikası sosial-iqtisadi inkişafın yeni mərhələsindədir. Bununla
əlaqədar ölkədə qəbul edilmiş strateji proqramların və layihələrin həyata keçirilməsində,
prioritet iqtisadi və sosial vəzifələrin həllində xüsusi iqtisadi zonalar mühüm rol oynaya
bilər. Eyni zamanda belə zonaların yaradılması Azərbaycanın əlverişli coğrafi və
nəqliyyat mövqeyinin üstünlüklərindən istifadə etməklə xarici iqtisadi əlaqələrin daha
da genişlənməsinə təkan verə bilər.
Fərmanın 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti
“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli idi. 2009-cu il 14
aprel tarixində “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanunu
qəbul edildi. Bu Qanun Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların
46
yaradılması və idarə edilməsi ilə bağlı hüquqi və iqtisadi münasibətləri tənzimləyir,
həmin zonalarda sahibkarlıq fəaliyyətinin təşkili qaydalarını müəyyənləşdirir.
Azərbaycan Respublikasının Prezidenti 2009-cu il 3 iyun tarixində “Xüsusi iqtisadi
zonalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 101
nömrəli Fərman imzaladı. Azərbaycan Respublikası Nazirlər Kabineti 2009-cu il 16
iyun tarixində ““Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3
iyun tarixli, 101 nömrəli Fərmanının icrasını təmin etmək haqqında” 138s nömrəli
Sərəncam qəbul etdi.
“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci
maddəsində əsas anlayışlar öz əksini tapıb. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən
xüsusi iqtisadi zona - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi hüquqi
rejimin tətbiq edildiyi Azərbaycan Respublikası ərazisinin məhdud hissəsidir. Bu
zonaların ərazisində xüsusi hüquqi rejim tətbiq edilir. Bu Qanunun 1-ci maddəsində
qeyd olunan əsas anlayışlardan biri də xüsusi hüquqi rejimdir. Qanunun 1.0.2-ci
maddəsinə müvafiq olaraq xüsusi hüquqi rejim sahibkarlıq fəaliyyətinin güzəştli
şərtlərlə həyata keçirilməsi üçün xüsusi iqtisadi zona ərazisində onun rezidentlərinə
tətbiq edilən rejimdir. “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının
Qanununun 1.0.4-cü maddəsinə görə xüsusi iqtisadi zonanın rezidentləri Azərbaycan
Respublikasının Qanunvericiliyinə müvafiq olaraq dövlət qeydiyyatına alınmış, xüsusi
iqtisadi zona ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bu Qanunla
müəyyən edilmiş qaydada xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini almış
hüquqi və fiziki şəxslərdir. Qanunun 13-cü maddəsində xüsusi iqtisadi zonanın
rezidentlərinin fəaliyyəti, 14-cü maddəsində xüsusi iqtisadi zonanın rezidentləri
tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, 20-ci maddəsində isə xüsusi
iqtisadi zonanın rezidentlərinə dövlət təminatları öz əksini tapıb. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 18 dekabr tarixli, 193 nömrəli Qərarı ilə
“Xüsusi iqtisadi zonanın rezidentlərinin qeydiyyatının və reyestrinin aparılması
Qaydası”, “Xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsinin forması” və “Hüquqi və
fiziki şəxslərin xüsusi iqtisadi zonanın administrasiyasında qeydiyyatdan keçmək üçün
47
təqdim etdikləri ərizənin nümunəvi formasının və ərizəyə əlavə edilən sənədlərin
siyahısı” təsdiq edildi. “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının
Qanununun 13.1-ci maddəsində diqqəti cəlb edən məsələlərdən biri odur ki, səhmləri və
ya payları 100 % dövlətə məxsus olan hüquqi şəxslər xüsusi iqtisadi zonanın rezidenti
kimi qeydiyyatdan keçə bilməzlər. Qanunun 14.2-ci maddəsində isə qeyd olunub ki,
xüsusi iqtisadi zonanın rezidentləri xüsusi iqtisadi zonadan kənarda yalnız müstəqil
balansa malik olan filiallarını və nümayəndəliklərini aça bilərlər. Həmin filial və
nümayəndəliklərə xüsusi iqtisadi zonanın xüsusi rejimi tətbiq edilmir. Azərbaycan
Respublikası Nazirlər Kabineti “Xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs
yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan
rezidentlərin fəaliyyəti barədə balansın tərtib edilmə Qaydası və forması”nın təsdiq
edilməsi haqqında 2010-cu il 25 yanvar tarixli, 16 nömrəli Qərar qəbul etdi.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xüsusi
iqtisadi zonaların yaradılması haqqında” Fərmanının 2-ci hissəsinə müvafiq olaraq
ölkədə xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti ilə əlaqədar dövlət siyasəti
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən həyata keçirilir.
“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci
maddəsinə əsasən xüsusi iqtisadi zonanın yaradılması və fəaliyyəti sahəsində
səlahiyyətli orqan (bundan sonra - səlahiyyətli orqan) Azərbaycan Respublikasında
xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti ilə əlaqədar dövlət siyasətini həyata
keçirən müvafiq icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Prezidentinin
“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq
edilməsi barədə” Fərmanının 5.4-cü bəndinə görə həmin Qanunun 1.0.5-ci maddəsində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan
Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir. Səlahiyyətli orqanın
funksiyaları Qanunun 10-cu maddəsində qeyd olunub.
“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanununun
1.0.6-cı maddəsinə müvafiq olaraq xüsusi iqtisadi zonanın administrasiyası xüsusi
iqtisadi zonanın fəaliyyət müddətində onun ərazisində yaradılan səlahiyyətli orqanın
yerli qurumudur. Qanunun 11-ci maddəsində xüsusi iqtisadi zonanın
48
administrasiyasının funksiyaları öz əksini tapıb. Həmin Qanunun 1.0.7-ci maddəsinə
əsasən xüsusi iqtisadi zonanın operatoru (bundan sonra - operator) idarəetmə sazişi
çərçivəsində xüsusi iqtisadi zonanın idarə olunması və inkişaf etdirilməsinə cavabdehlik
daşıyan, bu sahədə böyük təcrübəyə malik olan şirkətdir. Operatorun hüquq və
vəzifələri Qanunun 12-ci maddəsində sadalanıb. Qeyd olunan Qanunun 1.0.8-ci
maddəsinə görə idarəetmə sazişi xüsusi iqtisadi zonanın idarə olunması və inkişaf
etdirilməsi üçün səlahiyyətli orqanla operator arasında imzalanan sazişdir. Qanunun 5-ci
maddəsi xüsusi iqtisadi zonanın ərazisində torpaq sahələrinin ayrılması və onlardan
istifadə adlanır. Bu maddəyə müvafiq olaraq xüsusi iqtisadi zonanın ərazisində dövlət
mülkiyətində olan torpaq sahələri üzərində dövlət idarəetməni xüsusi iqtisadi zonanın
fəaliyyəti müddətində xüsusi iqtisadi zonanın administrasiyası tərəfindən həyata
keçirilir. Xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə
müqaviləsi xüsusi iqtisadi zonanın administrasiyası ilə operator arasında və ya
operatorun təklifi əsasında xüsusi iqtisadi zonanın administrasiyası ilə onun rezidenti
arasında bağlanılır. Operator icarəyə götürülmüş torpaq sahəsini rezidentlərə subicarəyə
verir. İcarə müqaviləsinin nümunəvi forması səlahiyyətli orqan tərəfindən müəyyən
edilir. Xüsusi iqtisadi zonanın ərazisində torpaqlar xüsusi iqtisadi zonanın rezidentlərinə
tərəflərin razılığı ilə müəyyən edilən müddətə icarəyə verilir. Xüsusi iqtisadi zonanın
rezidentlərinə icarəyə verilmiş dövlət mülkiyyətində olan torpaq sahələrinin rezidentlər
tərəfindən digər şəxslərə subicarəyə verilməsinə xüsusi iqtisadi zona rejiminin qüvvədə
olduğu müddətdə yol verilmir. Qanunun 9-cu maddəsinə müvafiq olaraq xüsusi iqtisadi
zonanın idarə olunması və inkişaf etdirilməsi xüsusi iqtisadi zonanın administrasiyası və
müsabiqə yolu ilə seçilmiş operator tərəfindən həyata keçirilir. Müsabiqənin keçirilməsi
qaydaları Azərbaycan Respublikasının Prezidenti (“Xüsusi iqtisadi zonalar haqqında”
Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin Fərmanının 5.1-ci bəndi) tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 20 aprel tarixli, 257 nömrəli Fərmanı
ilə “Xüsusi iqtisadi zonanın operatorunun seçilməsi üzrə müsabiqənin keçirilməsi
Qaydaları” təsdiq edildi. Həmin Qaydalarda müsabiqənin təşkilinin məqsədi,
49
müsabiqənin təşkilatçısı, müsabiqə komissiyası və müsabiqəyə dair digər məsələlər
ətraflı şəkildə əks olunmuşdur.
Məlumdur ki, ərazisində xüsusi iqtisadi zona yaradan hər bir ölkənin müəyyən
məqsədləri olur. “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının
Qanununun 2-ci maddəsinə əsasən xüsusi iqtisadi zonanın yaradılmasının məqsədi
xüsusi hüquqi rejimin və müasir texnologiyaların tətbiqi əsasında rəqabətqabiliyyətli
yeni istehsal və xidmət sahələrinin təşkili yolu ilə Azərbaycan Respublikasında
sahibkarlığın və bütövlükdə iqtisadiyyatın inkişafını sürətləndirməkdir. Həmin Qanunun
4-cü maddəsinə müvafiq olaraq xüsusi iqtisadi zonada Azərbaycan Respublikasının
qanunvericiliyi ilə qadağan edilməyən, yüksək rəqabətqabiliyyətli məhsulların istehsalı
və xidmətlərin göstərilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti həyata keçirilir. Xüsusi
iqtisadi zonada sahibkarlıq fəaliyyətinin 3 növü qadağan edilir:
1. Qanunvericiliyə əsasən mülki dövriyyəsi qadağan edilmiş və ya
məhdudlaşdırılmış əşyaların istehsalı, saxlanılması və satışı, yerin təkindən faydalı
qazıntıların çıxarılması, habelə qiymətli metalların, neftin, neft məhsullarının və təbii
qazın hasilatı və emalı;
2. Teleradio yayımı fəaliyyəti;
3. Spirtli içkilərin və tütün məmulatlarının istehsalı.
“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci
maddəsinə və Azərbaycan Respublikası Prezidentinin “Xüsusi iqtisadi zonalar
haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Fərmanının
5.1-ci bəndinə müvafiq olaraq xüsusi iqtisadi zonanın yaradılması haqqında qərar
Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir. Qərarda xüsusi iqtisadi
zonanın yaradılması ilə bağlı aşağıdakılar müəyyən edilir:
- məqsəd;
- təyinat;
- fəaliyyət müddəti;
- maliyyələşdirilmə mənbələri.
Səlahiyyətli orqanın xüsusi iqtisadi zonanın yaradılması haqqında təklifinə
aşağıdakı sənədlər əlavə edilir:
50
- xüsusi iqtisadi zonanın yaradılmasının iqtisadi əsaslandırılması;
- xüsusi iqtisadi zonanın müvafiq ərazisinin iqtisadi, sosial və ekoloji şəraitinin
təhlili, maddi və əmək resursları, kommunikasiyalar və digər infrastrukturla təminatı
imkanları barədə məlumat;
- yaradılması təklif olunan xüsusi iqtisadi zonanın Əsasnaməsinin təklifi;
- xüsusi iqtisadi zonada həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və
onların xüsusiyyətləri;
- xüsusi iqtisadi zonanın ərazi sərhədlərinin dəqiq təsviri və ərazi planı,
yaradılması təklif olunan xüsusi iqtisadi zonada yerləşən torpaqların tərkibi haqqında
məlumat, torpaq sahələrinin mülkiyyətçilərinin və torpaq istifadəçilərinin siyahısı;
- xüsusi iqtisadi zonanın yaradılması ilə əlaqədar tədbirlər planı.
Qanunun 6-cı maddəsinə görə xüsusi iqtisadi zonanın ərazisi onun fəaliyyəti üçün
zəruri olan infrastrukturun (yol, elektrik enerjisi, qaz, su təminatı və sair) işçi
qüvvəsinin və digər amillərin mövcudluğu, ərazinin inkişaf perspektivi
qiymətləndirilməklə müəyyən edilir. Qanunun 7-ci maddəsinə əsasən xüsusi iqtisadi
zonanın maliyyələşdirilməsi xüsusi iqtisadi zonanın fəaliyyətindən əldə edilən gəlirlər,
habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.
Xüsusi iqtisadi zonaların fəaliyyətinə dövlət nəzarət edir. Dövlət nəzarəti “Xüsusi
iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsində
öz əksini tapıb. Qeyd olunan maddəyə müvafiq olaraq xüsusi iqtisadi zonada icra və
yerli özünüidarəetmə (bələdiyyə) orqanları öz səlahiyyətlərini xüsusi iqtisadi zona
haqqında qanunvericiliyin tələbləri nəzərə almaqla həyata keçirirlər. Xüsusi iqtisadi
zonanın rezidentlərinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması Azərbaycan
Respublikasının Vergilər Nazirliyi (“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan
Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin Fərmanının 5.6-cı bəndi) tərəfindən qanunvericiliklə müəyyən edilmiş
qaydada həyata keçirilir. Xüsusi iqtisadi zonada fəaliyyət göstərən kredit təşkilatlarının
fəaliyyətinə nəzarət Azərbaycan Respublikasının bank qanunvericiliyinə uyğun olaraq
həyata keçirilir.
51
“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanununda
xüsusi iqtisadi zonanın 2 əsas rejimi qeyd olunub:
1) Gömrük rejimi (Qanunun 17-ci maddəsi);
2) Vergi rejimi (Qanunun 18-ci maddəsi).
Xüsusi iqtisadi zonanın rejimlərindən biri gömrük rejimidir. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli, 199 nömrəli Qərarı ilə
“Xüsusi iqtisadi zonanın sərhədlərində gömrük nəzarətinin, gömrük məntəqələrinin
fəaliyyətinin, malların gömrük rəsmiləşdirilməsinin, nəqliyyat vasitələrinin və fiziki
şəxslərin sərhəddən buraxılma rejiminin sadələşdirilmiş Qaydaları” təsdiq edildi.
Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 3-cü və
“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.3-cü
maddələrinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazisi vahid gömrük
ərazisidir. Gömrük ərazisi Azərbaycan Respublikasının quru ərazisindən, daxili
sulardan, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsindən (o cümlədən orada yerləşən adalar, süni adalar, qurğular və tikililər) və
onların üzərindəki hava məkanından ibarət olan ərazidir. “Xüsusi iqtisadi zonalar
haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən xüsusi
iqtisadi zonanın rezidentlərinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada güzəştli
gömrük rejimi tətbiq olunur. Xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş malları
Azərbaycan Respublikasının qalan ərazisinə ixrac edən xüsusi iqtisadi zonanın
rezidentlərinə güzəştli gömrük rejimi tətbiq edilmir. Güzəştli gömrük rejimi zamanı
Azərbaycan Respublikasının qanunvericiliyi ilə idxalı və ixracı qadağan edilməmiş
bütün malların xüsusi iqtisadi zonaya aşağıdakı daxil olma və çıxma qaydaları tətbiq
olunur:
1. mallar (aksizli mallardan başqa) Azərbaycan Respublikasının gömrük ərazisi
xaricindən xüsusi iqtisadi zonaya idxal edilərkən idxal rüsumu və əlavə dəyər vergisi
tutulmur;
2. Azərbaycan Respublikasının gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya
idxal olunmuş mallar xüsusi iqtisadi zonadan Azərbaycan Respublikasının gömrük
ərazisi xaricinə ixrac olunarkən gömrük rüsumları və vergilər tutulmur;
52
3. xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş mallar Azərbaycan
Respublikasının gömrük ərazisi xaricinə ixrac edilərkən gömrük rüsumları və vergilər
tutulmur;
4. Azərbaycan Respublikasının gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya
idxal olunmuş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə xüsusi iqtisadi
zonadan idxal edilərkən, bu Qanunun 17.2-ci maddəsinə müvafiq olaraq gömrük
rüsumları və vergilər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun
olaraq tutulur;
5. xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş mallar təmir, yekun-
tamamlama işləri, nümunələrin sərgisi və digər bu kimi məqsədlərlə Azərbaycan
Respublikasının gömrük ərazisinə müvəqqəti idxal edilərkən gömrük rüsumları və
vergilər tutulmur;
6. Azərbaycan Respublikasında mallar xüsusi iqtisadi zonalar arasında idxal-ixrac
edilərkən gömrük rüsumları və vergilər tutulmur.
Qeyd olunan 6 haldan başqa bütün digər hallarda Azərbaycan Respublikasının
qüvvədə olan gömrük qanunvericiliyi tətbiq edilir. Xüsusi iqtisadi zonanın ərazisində
malların (azqiymətli, tezköhnələn, təhlükəli mallardan başqa) saxlanılma müddəti
məhdudlaşdırılmır. Xüsusi iqtisadi zonaya malların qanunsuz idxalı və ixracının
qarşısını almaq məqsədilə xüsusi iqtisadi zonanın sərhədlərində gömrük orqanları
tərəfindən gömrük nəzarəti, habelə xüsusi iqtisadi zonanın ərazisinə gətirilən və oradan
aparılan mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi həyata keçirilir. Xüsusi
iqtisdi zonada mallarla əməliyyat aparan rezidentlər gətirilən, aparılan, saxlanılan,
hazırlanan, emal edilən, satın alınan və satılan malların uçotunu aparır və həmin mallar
barədə Azərbaycan Respublikasının gömrük orqanlarına Azərbaycan Respublikasının
gömrük işini aparan icra hakimiyyəti orqanının (“Xüsusi iqtisadi zonalar haqqında”
Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin Fərmanının 5.7-ci bəndinə əsasən Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi) müəyyən etdiyi qaydada hesabat verir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti (“Xüsusi iqtisadi zonalar haqqında”
Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan
53
Respublikası Prezidentinin Fərmanının 5.3-cü bəndi) tərəfindən xüsusi iqtisadi zonanın
sərhədlərində gömrük nəzarətinin, gömrük məntəqələrinin fəaliyyətinin, malların
gömrük rəsmiləşdirilməsinin, nəqliyyat vasitələrinin və fiziki şəxslərin sərhəddən
buraxılma rejiminin sadələşdirilmiş qaydaları müəyyən edilir. Malların gömrük
rəsmiləşdirilməsi və gömrük anbarlarında saxlanılması üçün gömrük qanunvericiliyinə
uyğun olaraq gömrük yığımları alınır. Aksizli mallar xüsusi iqtisadi zonaya idxal
olunarkən onlardan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bütün
gömrük ödənişləri tutulur. Xüsusi iqtisadi zonanın ərazisində xüsusi razılıq (lisenziya)
əsasında gömrük brokerləri və sərbəst anbarlar fəaliyyət göstərə bilərlər. Gömrük
brokerlərinin və sərbəst anbarların lisenziyalaşdırılması qanunvericiliyə müvafiq olaraq
həyata keçirilir.
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində zonalara dair qeyd olunan
məsələlərdən biri də sərbəst zonalardır. Gömrük Məcəlləsinin 1.0.48-ci maddəsinə
əsasən sərbəst zona gömrük ərazisinin, gətirilən mallara gömrük rüsumlarının və
vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsidir. Həmin
Məcəllənin 3-cü maddəsinə müvafiq olaraq gömrük ərazisində bu Məcəllədə müəyyən
edilmiş qaydada sərbəst zonalar yaradıla bilər. Gömrük ərazisinin hüdudları, həmçinin
sərbəst zonaların perimetrləri gömrük sərhəddidir. Sərbəst zonaların perimetrləri istisna
olmaqla, gömrük sərhədi Azərbaycan Respublikasının dövlət sərhədi ilə üst-üstə düşür.
Gömrük Məcəlləsinin 31-ci fəsli (184 - 191-ci maddələr) sərbəst zonalar adlanır. Qeyd
olunan fəslə görə Azərbaycan Respublikasının Prezidenti gömrük ərazisində sərbəst
zona yarada və ləğv edə bilər. Hər bir zonanın sahəsini, onun giriş və çıxış
məntəqələrini Azərbaycan Respublikasının Prezidenti müəyyənləşdirir. Sərbəst zona
qapalı olmalıdır. Onun sahəsinin perimetrləri, giriş və çıxış məntəqələri gömrük
orqanlarının nəzarəti altında olur. Sərbəst zonaya daxil olan və oranı tərk edən şəxslər,
mallar və nəqliyyat vasitələri gömrük nəzarətindən keçməlidirlər. Sərbəst zonada tikinti
işləri gömrük orqanlarının icazəsi ilə aparılır. Bu zonalarda kommersiya və digər
fəaliyyət növləri gömrük orqanlarına müəyyən edilmiş formada, əvvəlcədən məlumat
verilməklə, onların icazəsi ilə həyata keçirilir.
54
Azərbaycan Respublikasının gömrük qanunvericiliyində diqqəti cəlb edən
məsələlərdən biri də daxildə emal xüsusi gömrük prosedurudur. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli, 4 nömrəli Qərarı ilə
“Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”
təsdiq edildi. Bu Qaydaların 2.1.1-ci yarımbəndinə və Azərbaycan Respublikasının
Gömrük Məcəlləsinin 1.0.3-cü maddəsinə əsasən daxildə emal - müəyyən malların emal
əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədi ilə Azərbaycan Respublikasının
gömrük ərazisinə gömrük rüsumları və vergilər alınmadan gətirilməsindən ibarət xüsusi
gömrük prosedurudur.
Xüsusi iqtisadi zonanın rejimlərindən digəri isə vergi rejimidir. “Xüsusi iqtisadi
zonalar haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən
xüsusi iqtisadi zonanın rezidentlərinə qanunvericiliklə nəzərdə tutulmuş güzəştli vergi
rejimi tətbiq olunur. Xüsusi iqtisadi zonanın ərazisində sahibkarlıq fəaliyyəti göstərən,
qeydiyyatdan keçmiş rezidentlər malların təqdim edilməsindən, işlərin görülməsindən,
xidmətlərin göstərilməsindən əldə etdikləri vəsaitin məbləğindən (ümumi hasilatın
həcmindən) və satışdan kənar gəlirlərindən 0,5 % dərəcə ilə vergini (sadələşdirilmiş
vergini) hesablayır, rüb qurtardıqdan sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli
olan həmin verginin məbləği haqqında Azərbaycan Respublikasının Vergilər
Nazirliyinin (“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının
5.6-cı bəndi) müəyyən etdiyi formada vergi orqanlarına bəyannamə verir və həmin
müddətdə bu vergini dövlət büdcəsinə ödəyirlər. Xüsusi iqtisadi zonanın rezidentləri
qeyd olunan vergi və fiziki şəxslərin muzdlu işlə əlaqədar gəlirindən vergi istisna
olmaqla, vergi qanunvericiliyi ilə müəyyən edilmiş digər vergiləri ödəməkdən
azaddırlar. Xüsusi iqtisadi zonanın rezidentinə vergi rejimi yalnız həmin zonada
göstərdiyi sahibkarlıq fəaliyyətinə tətbiq edilir. Xüsusi iqtisadi zonanın rezidentinin
Qanunun 14.5-ci maddəsində göstərilmiş səbəbdən qeydiyyatı ləğv edildikdə onun
əvvəlki dövrlər üzrə vergi öhdəlikləri vergi qanunvericiliyində müəyyən edilmiş
qaydada yenidən hesablanır və ödənilir. Xüsusi iqtisadi zonanın ərazisində vergi
ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər
55
iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarəti, vergi
qanunvericiliyinin pozulmasına görə məsuliyyət, digər məsələlər vergi qanunvericiliyi
ilə müəyyən edilir.
Bundan əlavə qeyd etmək lazımdır ki, hazırda qüvvədə olan Azərbaycan
Respublikasının Vergi Məcəlləsinin 2.7-ci maddəsinə görə bu Məcəllə qüvvəyə
minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş hasilatın pay
bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya
qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neftqaz fəaliyyəti və
xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər
normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən
edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir.
“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci
maddəsi xüsusi iqtisadi zonanın ləğv edilməsi adlanır. Bu maddəyə müvafiq olaraq
xüsusi iqtisadi zona onun yaradılması haqqında qərarda müəyyən edilmiş müddət
bitdikdən sonra ləğv edilir. Azərbaycan Respublikasının Prezidentinin (“Xüsusi iqtisadi
zonalar haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.1-ci bəndi) qərarı ilə xüsusi
iqtisadi zonanın müəyyən edilmiş fəaliyyət müddəti uzadıla bilər. Xüsusi iqtisadi zona
onun yaradılması haqqında qərarda müəyyən edilmiş müddətdən əvvəl Azərbaycan
Respublikasının Prezidentinin qərarı ilə aşağıdakı hallarda ləğv edilə bilər:
1. dövlətin maraqları, təhlükəsizliyi, müdafiə qabiliyyəti ilə bağlı zərurətdən irəli
gələn hallarda;
2. xüsusi iqtisadi zonanın yaradılması haqqında müvafiq qərar qəbul edildikdən
sonra keçən 3 il ərzində:
- sahibkarlıq fəaliyyəti üçün heç bir razılaşma bağlanmadıqda və ya əvvəl
bağlanmış razılaşmalar qüvvədən düşdükdə;
- xüsusi iqtisadi zonanın rezidentləri tərəfindən sahibkarlıq fəaliyyəti həyata
keçirilmədikdə.
56
Xüsusi iqtisadi zonanın ləğv edilməsi ilə bağlı həyata keçirilən tədbirlər müvafiq
qanunvericiliklə müəyyən edilir. Xüsusi iqtisadi zonanın müəyyən edilmiş müddətdən
əvvəl ləğv edilməsi haqqında qərar onu qəbul etdikdən 1 ay sonra qüvvəyə minir.
Qeyd etmək lazımdır ki, Azərbayacan Respublikası Prezidentinin 2014-cü il 26
dekabr tarixli, 964 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə Tədbirlər Planında xüsusi iqtisadi zonalara dair bir bənd verilməsə də,
Dövlət Proqramında xüsusi iqtisadi zonalar dəstək tədbirlərindən biri kimi öz əksini
tapmışdır.
Aparılmış tədqiqatlar xüsusi iqtisadi zona institutunun Azərbaycanın qeyri-neft
sektoruna tətbiq ediləcəyi təqdirdə, gözlənilən nəticələri ümumiləşdirməyə imkan verir:
- xüsusi iqtisadi zona institutunun tətbiqi ilə ölkənin iqtisadi inkişaf modeli
müasir texnologiyalar və idarəetmə metodları hesabına güclənə bilər;
- xüsusi iqtisadi zonalar vasitəsilə ölkənin qeyri-neft sektoru sahələrinin
innovasiyalaşdırılması proseslərinin sürətləndirilməsinə əlavə töhfələr verilir;
- xüsusi iqtisadi zonalar xarici investorların ölkənin qeyri-neft sektoru sahələrinə
investisiyaların yatırılmasında əlverişli poliqon rolunda çıxış edə bilərlər;
- xüsusi iqtisadi zonalar hesabına ölkədə qeyri-neft sektorunun müxtəlif
sahələrində rəqabətqabiliyyətli istehsal sahələri şəbəkəsi yaradılması asanlaşır və ixrac
potensialının artırılması prosesləri sürətləndirilər;
- xüsusi iqtisadi zonalar ölkənin ayrı-ayrı regionlarının, güclü iqtisadi potensiala
malik ərazilərin və sərhədyanı zonaların inkişafını genişləndirər, qeyri-neft sektorunun
potensialının reallaşdırılmasında effektivli iqtisadi mexanizm kimi səmərəli ola bilərlər
və sair.1
Azərbaycanda xüsusi iqtisadi zonaların növlərindən rüsumsuz ticarət mağazaları
(duty free) mövcuddur. “Rüsumsuz ticarət mağazalarının yaradılması və onların
fəaliyyətinin tənzimlənməsi Qaydaları” Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin 2013-cü il 30 oktyabr tarixli, 318 nömrəli Qərarı ilə təsdiq edilmişdi. Bu
1 Əliyev Şəfa Tiflis oğlu - “Qeyri-neft sektorunun inkişafında xüsusi iqtisadi zonaların təşkili məsələləri”. Audit jurnalı
2014, № 3 (səhifə 46)
57
Qaydalar rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin
tənzimlənməsi qaydalarını müəyyən edir. Rüsumsuz ticarət mağazalarında idxal gömrük
rüsumları, vergilər alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən son istifadə
xüsusi gömrük proseduru altında yerləşdirilmiş və şəxsi istifadə (istehlak) üçün nəzərdə
tutulan mallar satılır. Rüsumsuz ticarət mağazasının ərazisi (ticarət zalı, köməkçi otaq
və anbar) gömrük nəzarəti zonası hesab edilir və həmin ərazidə yerləşdirilən mallar
gömrük nəzarəti altında olur. Bu mağazanın fəaliyyətinə nəzarət onların yaradıldığı
ərazi üzrə gömrük orqanı tərəfindən həyata keçirilir. Rüsumsuz ticarət mağazaları
gömrük ərazisinin aşağıda göstərilən yerlərində yaradıla bilər:
1. Beynəlxalq hava limanının gömrük nəzarəti zonasında;
2. Beynəlxalq dəniz limanının gömrük nəzarəti zonasında;
3. Gömrük sərhəd buraxılış məntəqələrinin gömrük nəzarəti zonalarında;
4. Xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin
və konsulluqlarının başçıları və diplomatik heyətinin üzvüləri, habelə onlarla birlikdə
yaşayan ailə üzvləri üçün digər gömrük nəzarəti zonalarında.
Rüsumsuz ticarət mağazalarının yaradılmasına icazə Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi tərəfindən verilir. İcazənin alınması üçün “İnzibati icraat
haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, kağız
üzərində yazılı və ya elektron formada ərizə ilə müraciət edilir. Ərizədəki məlumatlar,
ərizəyə dair müddətlər, icazənin verilməsi, icazədəki məlumatlar, icazəyə dair
müddətlər, icazənin verilməsindən imtina halları, icazə fəaliyyətinin dayandırılması,
icazənin ləğv edilməsi halları, mağazadakı mallara və mağaza sahibinə dair şərtlər,
malların uçotunun aparılması qaydası, uçota dair müddətlər və digər məsələlər
“Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi
Qaydaları”nda öz əksini tapıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-
ci il 1 may tarixli, 137 nömrəli Qərarı ilə “Rüsumsuz ticarət mağazalarının yaradılması
və onların fəaliyyətinin tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilmişdi.
58
Ədəbiyyat siyahısı
1. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların
yaradılması haqqında” 2007-ci il 6 mart tarixli, 538 nömrəli Fərmanı http://e-
qanun.az/framework/12939 2. “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının 2009-cu il 14 aprel tarixli
Qanunu http://www.meclis.gov.az/?/az/legislation/view/1462
3. Azərbaycan Respublikası Prezidentinin “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə 2009-cu il 3 iyun tarixli, 101 nömrəli Fərmanı
http://www.taxes.gov.az/modul.php?name=qanun&news=645
4. ““Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 iyun tarixli, 101 nömrəli
Fərmanının icrasını təmin etmək haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-
cu il 16 iyun tarixli, 138s nömrəli Sərəncamı http://e-qanun.az/framework/17859
5. “Xüsusi iqtisadi zonanın rezidentlərinin qeydiyyatının və reyestrinin aparılması Qaydası”nın,
“Xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsinin forması”nın və “Hüquqi və fiziki şəxslərin
xüsusi iqtisadi zonanın administrasiyasında qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin
nümunəvi formasının və ərizəyə əlavə edilən sənədlərin siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 18 dekabr tarixli, 193 nömrəli Qərarı
http://cabmin.gov.az/?/az/pressreliz/view/226/
6. “Xüsusi iqtisadi zonanın sərhədlərində gömrük nəzarətinin, gömrük məntəqələrinin fəaliyyətinin,
malların gömrük rəsmiləşdirilməsinin, nəqliyyat vasitələrinin və fiziki şəxslərin sərhəddən
buraxılma rejiminin sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli, 199 nömrəli Qərarı
http://customs.gov.az/az/nkq251209.html
7. “Xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər
vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin fəaliyyəti barədə balansın tərtib
edilmə Qaydası və forması”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 25 yanvar tarixli, 16 nömrəli Qərarı
http://www.cabmin.gov.az/?/az/pressreliz/view/253/
8. “Xüsusi iqtisadi zonanın operatorunun seçilməsi üzrə müsabiqənin keçirilməsi Qaydaları”nın
təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 20 aprel tarixli, 257
nömrəli Fərmanı http://www.taxes.gov.az/modul.php?name=qanun&news=882
9. “Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi
Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü
il 30 oktyabr tarixli, 318 nömrəli Qərarı http://www.cabmin.gov.az/?/az/pressreliz/view/1171/
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 30 oktyabr tarixli, 318 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin
tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin 2015-ci il 1 may tarixli, 137 nömrəli Qərarı
http://www.cabmin.gov.az/?/az/pressreliz/view/1615/
11. Azərbaycan Respublikasının Vergi Məcəlləsi
http://www.taxes.gov.az/modul.php?name=qanun&cat=3
12. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi
http://customs.gov.az/addons/qanun/uploads/mecelle_yeni_.pdf
13. “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq
edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli,
4 nömrəli Qərarı http://www.cabmin.gov.az/?/az/pressreliz/view/1207/
14. Əliyev Şəfa Tiflis oğlu - “Xüsusi iqtisadi zonalarda vergilərin mühüm aspektləri”
http://vergijurnali.az/upload/File/6-2014.pdf
59
15. Rasim Abutalıbov - “Xüsusi iqtisadi zonaların sosial-iqtisadi inkişafa təsiri”
http://www.qu.edu.az/downloads/articles/1072_970.pdf
16. http://bbu.edu.az/uploads/files/Audit/AUD%C4%B0T%20-%204%20-%202011.pdf
17. http://bbu.edu.az/uploads/files/Audit/AUD%C4%B0T%20-%201%20-%202014.pdf
18. http://bbu.edu.az/uploads/files/Audit/AUD%C4%B0T%20-%203%20-%202014.pdf
19. http://az.wikipedia.org/wiki/Azad_iqtisadi_zona
20. http://www.taxes.gov.az/modul.php?name=beynelxalq&news=28
21. http://en.wikipedia.org/wiki/Special_economic_zone
22. https://ru.wikipedia.org/wiki/%D0%9E%D1%81%D0%BE%D0%B1%D0%B0%D1%8F_%D1
%8D%D0%BA%D0%BE%D0%BD%D0%BE%D0%BC%D0%B8%D1%87%D0%B5%D1%8
1%D0%BA%D0%B0%D1%8F_%D0%B7%D0%BE%D0%BD%D0%B0
23. http://cyclowiki.org/wiki/%D0%9E%D1%81%D0%BE%D0%B1%D1%8B%D0%B5_%D1%8
D%D0%BA%D0%BE%D0%BD%D0%BE%D0%BC%D0%B8%D1%87%D0%B5%D1%81%
D0%BA%D0%B8%D0%B5_%D0%B7%D0%BE%D0%BD%D1%8B_%D0%B2_%D0%A0%
D0%BE%D1%81%D1%81%D0%B8%D0%B8
24. http://www.consultant.ru/document/cons_doc_LAW_173553/
25. https://ru.wikipedia.org/wiki/%D0%9E%D1%84%D1%88%D0%BE%D1%80%D0%BD%D0%
B0%D1%8F_%D0%B7%D0%BE%D0%BD%D0%B0
26. http://tr.wikipedia.org/wiki/Serbest_b%C3%B6lge
27. http://marmarateknokent.tubitak.gov.tr/sites/images/seb_kanun.pdf
28. http://tr.wikipedia.org/wiki/Serbest_liman
29. http://tr.wikipedia.org/wiki/M%C3%BCnhas%C4%B1r_ekonomik_b%C3%B6lge
30. http://www.ved.gov.ru/exportcountries/cn/about_cn/laws_ved_cn/special_area_cn/
31. http://www.ved.gov.ru/exportcountries/gb/about_gb/laws_ved_gb/special_area_gb/
32. http://www.ved.gov.ru/exportcountries/us/about_us/laws_ved_us/special_area_us/
33. http://www.ved.gov.ru/exportcountries/ua/about_ua/laws_ved_ua/special_area_ua/
34. http://www.ved.gov.ru/exportcountries/ir/about_ir/laws_ved_ir/special_area_ir/
35. http://www.ved.gov.ru/exportcountries/kz/about_kz/laws_ved_kz/special_area_kz/
36. http://www.centralasia-
biz.com/cabiz/kirgizstan/Nalogovaja/nalogi%20aktualno/nalog_svobod_ekon_zona.htm
37. http://www.customs.kg/index.php/ru/custzak/tamofacont/172-porprtvitr
38. http://www.kenesh.kg/Articles/2362-
Zakon_Kyrgyzskoj_Respubliki_O_svobodnyx_ekonomicheskix_zonax_v_Kyrgyzskoj_Respubli
ke.aspx
39. http://www.mfer.uz/ru/investments/special-economic-zones/
40. file:///C:/Users/samira.tagiyeva/Downloads/Doklad_SEZ%20(3).pdf
41. http://catalog.fmb.ru/georgia2011-10.shtml
42. http://rus-finans.com/svobodnie-ekonomicheskie-zoni/sez-moldovi.php
43. http://www.furtunalawyers.com/?p=158
44. http://www.ved.gov.ru/exportcountries/tj/about_tj/laws_ved_tj/special_area_tj/
45. http://www.mehnat.tj/pdf_doc/21svobodnie_ekonom_zoni.pdf
46. http://www.ved.gov.ru/exportcountries/tm/about_tm/laws_ved_tm/special_area_tm/
47. http://www.trend.az/casia/turkmenistan/2164608.html
48. http://elibrary.bsu.az/kitablar/1046.pdf
49. http://www.almubadara-dubai.com/language/ru-
ru/biznes_v_oae/svobodnie_ekonomicheskie_zoni_oae.aspx
50. http://en.wikipedia.org/wiki/List_of_Free_Trade_Zones_in_the_United_Arab_Emirates
51. http://www.emirat.ru/wiki/%D0%A1%D0%B2%D0%BE%D0%B1%D0%BE%D0%B4%D0%B
D%D1%8B%D0%B5_%D1%8D%D0%BA%D0%BE%D0%BD%D0%BE%D0%BC%D0%B8
%D1%87%D0%B5%D1%81%D0%BA%D0%B8%D0%B5_%D0%B7%D0%BE%D0%BD%D
1%8B_%D0%B2_%D0%9E%D0%90%D0%AD
52. http://www.wepza.org/