Azərbaycan tarixi. Xronologiya
Azərbaycan tarixi xronologiyası Tələbə Qəbulu Üzrə Dövlət
Komissiyası tərəfindən təsdiq edilmiş proqram əsasında yazılmışdır.
Vəsait hazirlanarkən mövcud test bankları nəzərdən keçirilmiş və mövcud
tələblər nəzərə alınmışdır. Vəsaitdə orta məktəb proqramına daxil olan
tarixi hadisələr, onların mahiyyəti, səbəb-nəticə əlaqələri haqqında qısa
xülasə verilmişdir. Vəsait orta məktəb şagirdləri, abituriyentlər və tarix
müəllimləri üçün nəzərdə tutulmuşdur.
İBTİDAİ İCMA QURULUŞU
2-3 milyon il b.ə Dünyada ilk dəfə olaraq Şərqi Afrikada ilk insan dəstəsinin meydana gəlməsi.
1,5 milyon il b.ə Azərbaycanda ilk insan dəstəsinin meydana gəlməsi.
700 min il b.ə Azıx mağarasından ocaq izlərinin tapılması.
350-400 min il b.ə Azıx adamının – “Azıxantrop”un yaşaması.
100 min il b.ə Yer üzündə soyuqlaşmanın başlaması.
100 min il b.ə Alt Paleolit dövrü. Bu dövrdə ilk insan tipi olan “Bacarıqlı insan”lar, ibtidai insan “sürüsü” (ulu icma),
mənimsəmə təsərrüfatı, çaxmaqdaşı, bazalt və obsidiandan (vulkanik şüşə - dəvəgözü) hazırlanan yeni əmək
alətləri meydana gəldi, insanlar ilk dəfə oddan istifadə etməyi öyrəndilər.
e.ə.100-40 min il b.ə Orta Paleolit dövrü. Bu dövrdə “Mustye mədəniyyəti” yarandı, yeni insan tipi olan “Neandertal adam”
meydana gəldi, Azərbaycanda əhali daha geniş əraziyə yayıldı, onlar Cənubi Qafqazın cənub-şərq yamacında,
Qarabağ (Tağlar), Qazax (Damcılı) , Naxçıxan (Qazma) bölgələrində məskən saldılar, dini təsəvvürlər inkişaf
etdi, axirət dünyasına inam yarandı, təbiət qüvvələrinə, ovsun, totemlərə inamla bağlı dini təsəvvürlər
genişləndi, “ulu icma” yavaş yavaş sıradan çıxdı və “qəbilə icması” yaranmağa başladı.
e.ə 40-12-ci minilliklər Üst Paleolit dövrü. Bu dövrdə “Ağıllı insan”ın yaranması prosesi başa çatdı, insan fiziki-əqli inkişafın yüksək
mərhələsinə çatdı, nitq və təfəkkür inkişaf etdi, kinetik dil sıradan çıxdı, qadınların cəmiyyətdə rolu artdı,
anaxaqanlıq meydana gəldi, ulu icmanı qəbilə icması əvəz etdi, iqlim mülayimləşdi, bir sıra heyvanların,
xüsusilə nəhəng maralın və mağara ayısının kökü kəsildi, insanlar ən çox Qafqaz maralı, ceyran, cüyür,
dağkeçisi və.s ovlayırdılar. Bu dövrün maddi qalıqlarına daha çox Qarabağ və Qazax bölgələrində rast gəlinir
e.ə.13-cü minillik Yer üzündə soyuqlaşmanın istiləşmə ilə əvəz olunması.
e.ə XII-VIII minilliklər Mezolit (Orta Daş) dövrü. Bu dövrdə yaşayış üçün daha əlverişli şərait yarandı, insanlar qəbilələr halında
birləşdilər, insanların əsas məşğuliyyəti yığıcılıq, ovçuluq və balıqçılıq oldu, əmək alətləri əsasən daş,
çaxmaqdaşı və sümükdən hazırlandı, mikrolit (kiçik daş alətlər) əmək alətləri meydana gəldi, ox və kamanın
ixtira edilməsi nəticəsində ovçuluq ön plana çıxdı, heyvanların əhilləşdirilməsinə başlanıldı, ibtidai
heyvandarlıq və əkinçiliyin - mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu, toxa
əkinçiliyi meydana gəldi, ibtidai incəsənət xeyli inkişaf etdi, axirət dünyasına inam artdı, dəfn zamanı ölülərin
yanına məişət əşyaları qoyulmağa başlandı. Azərbaycanda Mezolit dövrü əhalisinin yaşayışı və məşğuliyyəti
Qobustanda Firuz və Qazaxda Damcılı mağaraları əsasənda öyrənilmişdir.
e.ə VII-VI minilliklər Neolit (Yeni Daş) dövrü. Bu dövrdə istehsal təsərrüfatı (əkinçilik və maldarlıq) yarandı və formalaşdı, insanlar
təbiətin asılılığından azad oldular, məşğuliyyət sahələri içərisində maldarlıq və əkinçilik əsas yer tutdu, oturaq
həyata keçildi, daşların deşilməsi və cilalanması üsulları öyrənildi, saxsı qalar istehsalı və toxuculuq meydana
gəldi, əhali əkinçilik və maldarlıqla yanaşı, ovçuluq və balıqçılıqla da məşğul oldu, əmək alətləri əsasən
çaxmaqdaşından və obsidiandan - dəvəgözündən hazırlandı. Bu dövrün yaşayış məskənləri Təbriz
yaxınlığında, Gəncə, Qazax və Qobustanda tədqiq edilmişdi.
e.ə IV-VI minilliklər Eniolit (Mis-daş) dövrü. Torpaq toxa ilə yumşaldıldığından, bu dövr əkinçiliyi “toxa əkinçiliyi” adlanır. Eneolit
dövründə insanlar ilk dəfə metalla tanış oldu, cəmiyyətin həyatında “icma ağsaqqallar şurası” mühüm rol
oynamağa başladı, qoşa nigahlar yarandı, anaxaqanlıq çiçəkləndi, daş dövründən Tunc dövrünə keçidin əsası
qoyuldu, misdən əmək alətləri hazırlandı, daş alətlər yenə də təsərrüfat və məişətdə üstün yer tutdu, əhali artdı
və daha geniş ərazilərdə məskunlaşdı, yaşayış məskələri çay kənarında, əkinçilik və maldarlıq üçün əlverişli
yerlərdə salınmağa başlandı, yaşayış binaları və təsərrüfat tikililəri çiy kərpicdən və möhrədən dairəvi planda
inşa olundu, Azərbaycanda ilk dəfə atın əhilləşdirilməsinə başlanıldı, bizə məlum olan bütün ev heyvanlarının
hamısı əhilləşdirildi, ovçuluq və balıqçılıq ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrildi, sənətkarlıq əhalinin
məşğuliyyəti içərisində əsas yer tutdu, dəfn adətlərində də dəyişikliklər baş verdi - ölülər binaların arasında və
evlərin içərisində dəfn olunur, onların üzərində qan rəmzi sayılan qırmızı boya – orxa səpilirdi. Eneolit
dövrünün həyat tərzi Qobustan və Əliköməktəpə abidələri əsasında öyrənilmişdir.
e.ə V minillik Cəlilabad rayonunda Əliköməktəpə yaşayış yerindən əhilləşdirilmiş at sümükləri aşkar edilməsi.
e.ə IV-III minilliklər Erkən Tunc dövrü. Bu dövrdə Kür-Araz mədəniyyəti yarandı, əmlak və sosial bərabərsizlik yarandı, əhalinin
sayı artdı, onlar dağətəyi və dağlıq zonalarda məskən saldılar, yaşayış məskənləri çay kənarlarında və
düşməndən müdafiə olunmaq üçün əlverişli yerlərdə salındı, yaşayış evləri dairəvi planda olur, bünövrəsi
daşdan, divarları çiy kərpicdən tikilirdi, təsərrüfatda kişilərin rolu artmağa başladı, Birinci ictimai əmək
bölgüsü nəticəsində əkinçilik maldarlıqdan ayrılaraq müstəqil peşəyə çevrildi, toxa əkinçiliyi xış əkinçiliyi ilə
əvəz olundu, süni suvarma yarandı, atdan istifadə nəticəsində maldarlığın yeni sahəsi olan köçmə (yaylaq)
maldarlığı meydana gəldi, dəfn adətində bir çox dəyişikliklər baş verdi – ölülər yaşayış məskənindən kənarda
dəfn edilir, bəzi qəbirlərin üzərində kurqanlar (torpaq təpələr) qurulur, ölüyandırma və kollektiv dəfnetmə adəti
meydana gəldi, dini ayinlərin icrası üçün ibadətgahlar tikildi (Xaçmazda Sərkərtəpə, Qazaxda Babadərviş və
Naxçıvanda I Kültəpə yaşayış yerlərində belə mehrabı olan ibadət evləri aşkar edilmişdir).
e.ə III-II minilliklər Orta Tunc dövrü. Bu dövrdə sosial və əmlak bərabərsizliyi artdı, tayfalararası əlaqələr genişləndi, bağçılıq,
bostançılıq, üzümçülük və şərabçılıq kimi yeni təsərrüfat sahələri meydana gəldi, mübadilə yarandı, İkinci
ictimai əmək bölgüsü nəticəsində sənətkarlıq maldarlıq və əkinçilikdən ayrılaraq müstəqil sahəyə çevrildi,
dulusçuluqda müəyyən dəyişikliklər baş verdi – dulusçular davamlı və rəngli – boyalı saxsı qablar hazırlamağa
başladılar, “Boyalı qablar mədəniyyəti” yarandı, metaldan geniş istifadə olunsada, daşişləmə sənəti müəyyən
qədər mövqeyini saxladı, ovçuluq və balıqçılıq köməkçi məşğuliyyət sahəsinə çevrildi, qəbilə və tayfalar
böyük tayfa ittifaqlarında birləşdi, tayfa başçıları icmaya məxsus əmlakın çox hissəsini mənimsəməyə, vəfat
edərkən zəngin ev əşyaları və silahları ilə birlikdə dəfn olunmağa başlandı, iri yaşayış məskənləri olan ilkin
şəhər mərkəzləri yarandı, Naxçıvan və Urmiya bölgəsindəki bəzi yaşayış məskənləri Qədim Şərqin ilkin şəhər
mərkəzləri səviyyəsinə qədər yüksəldi. Orta Tunc dövrünün ilkin şəhər tipli yaşayış məskənləri Naxçıvanda II
Kültəpə, Oğlanqala, Urmiya sahilində Göytəpə, Qarabağda Üzərliktəpə düşərgələri əsasında öyrənilmişdir.
3500 il bundan əvvəl Naxçıvan şəhərinin əsasının qoyulması.
e.ə II m.sonu – I m.əvvəli Azərbaycanın şimalında ibtidai icma quruluşunun dağılmasının sürətlənməsi.
e.ə XIV- VIII əsrlər Son Tunc və Erkən Dəmir dövrü. Bu dövrdə siklopik qalalar meydana gəldi, yaşayış məskənlərinin ətrafına qalın
müdafiə divarları çəkildi, atdan minik və qoşqu vasitəsi, dəvədən minik vasitəsi və yük daşınmasında geniş
istifadə edildi, ata sitayiş ayini meydana gəldi, taxıl tunc və dəmir oraqlarla biçilirdi, bağçılıq, bostançılıq,
üzümçülük və şərabçılıq daha da inkişaf etdi, saxsı qabların istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxından
geniş istifadə olunmağa başlanıldı, Üçüncü ictimai əmək bölgüsü nəticəsində - sənətkarların içərisindən sənətkar-
tacirlər qrupu ayrılaraq peşəkar tacirlərə çevrildilər, tayfa başçılarının hakimiyyəti qüvvətləndi və onların
şəxsiyyəti ilahiləşdirildi, təbiət və səma cisimlərinə (Günəşə, Aya, ulduza) inam dərin kök saldı, Azərbaycan Ön
Asiya, Yaxın Şərq, xüsusilə Assuriya ilə geniş ticarət əlaqələri saxladı. Bu dövrdə ibtidai icma quruluşu
dağılmağa başladı.
e.ə VII əsr Azərbaycanda dəmirdən geniş istifadə olunmağa başlanılması.
İLK TAYFA BİRLİKLƏRİ VƏ ERKƏN DÖVLƏT QURUMLARI
e.ə III minillik Azərbaycanın cənubunda erkən dövlət qurumlarının meydana gəlməsi.
e.ə III minilliyin I yarısı Aratta dövlət qurumunun mövcud olması.
e.ə III-II minilliklər Azərbaycanın cənubunda Urmiya gölü ətrafında lullubi, kuti, su, turriki, Arazdan şimalda isə naxç və gərgər
tayfalarının yaşaması.
e.ə III minilliyin II yarısı Lullubi tayfa ittifaqının mövcud olması. Lullubilər Ön Asiyada igid və cəsur döyüşçü kimi tanınmış, hurri və het
dövlət idarələrində işə cəlb olunmuş, muzdlu döyüşçü kimi orduda xidmət etmiş, Akkad dövlətinin işğalçı
siyasətinə qarşı ittifaq yaratmışdılar.
e.ə XXIII– XXII əsrlər Urmiya gölünün cənubunda Lullubi dövlət qurumlarının meydana gəlməsi.
e.ə III minilliyin II yarısı Urmiya gölünün cənub-qərbində Kuti dövlət qurumunun meydana gəlməsi. Kuti dövlətinin sərhədləri şimalda
Urmiya gölünün qərbindən cənubda İran körfəzinə çatırdı.
e.ə XXII əsr Kutilərin Mesopotamiyaya hücum etməsi. Akkad dövlətinin süquta uğradılması və kutilərin Mesopotamiyada 100
illik hakimiyyətinin başlanması.
e.ə XXII əsrin sonları Uruk şəhərində Kuti hökmdarı Tirikana qarşı üsyan baş verməsi. Üsyan nəticəsində kutilərin Mesopotamiyada
100 illik hakimiyyətinə son qoyuldu və Mesopotamiyada III Ur Şumer sülaləsinin hökmüranlığı bərqərar oldu.
e.ə III minilliyin sonları Kuti və Lullubi dövlət qurumlarının süquta uğrayaraq xırda vilayətlərə parçalanması.
e.ə III minilliyin sonları Turukki tayfalarının Şuşarra vilayətini tutması.
e.ə 2003 Su tayfalarının III Ur sülaləsini devirməsi və Su ölkəsinin müstəqil olması.
e.ə II minilliyin əvvəlləri Kuti, lullubi və turikkilərin yeni tayfa birliyi yaratması.
e.ə II minillik Turukki, lullubi, kuti və şubar tayfalarının Assuriyaya qarşı üsyan qaldırması.
MANNA DÖVLƏTİ
e.ə III minillik Manna ərazisində ilk dövlət qurumlarının meydana gəlməsi.
e.ə II minillik Manna ərazisində yerli türkdilli etnosların yaşaması.
e.ə I minilliyin əvvəlləri Urmiya gölü ətrafında mərkəzləşmiş dövlətin meydana gəlməsi üçün əlverişli şəraitin yaranması.
e.ə 843 III Salmanasarın mixi yazılı kitabəsində ilk dəfə Manna adına rast gəlinməsi.
e.ə IX əsrin əvvəlləri Manna vilayətlərinin ayrı ayrı hakimlər tərəfindən idarə olunması. Zamua Mannanın əsas hissəsini təşkil etmiş və
əvvəllər lullubi ölkəsi olmuşdu. Gizilbunda Manna ilə Midiya arasında sərhəd vilayəti idi. Subi vilayəti öz atları
ilə fərqlənirdi. Bara vilayətində isə hökmdar sürüləri saxlanılırdı.
e.ə IX əsr Urmiya gölü ətrafında mərkəzləşmiş Manna dövlətinin yaranması.
e.ə IX-VIII əsrlər Urmiya gölü ətrafında Mannanın güclü dövlətə çevrilməsi.
e.ə VIII əsrin I yarısı Assuriya hökmdarı III Tiqlatpalasarın Manna və başqa ölkələrdə təsirini artırmaq üçün Urartu ilə vuruşması. III
Tiqlatpalasarın Mannanın Mazamua vilayətini tutaraq Assuriyaya birləşdirməsi və bir sıra tayfaları başqa əraziyə
köçürməsi.
e.ə 740-719 İranzunun hakimiyyəti. İranzunun hakimiyyəti dövründə Manna Urmiya gölü hövzəsində qüdrətli dövlətə
çevrildi, İzurtu paytaxt şəhəri oldu, Assuriyanın Urartuya qarşı müharibələrindən istifadə edərək mərkəzləşmə
siyasəti yürütdü, Urartunun işğal etdiyi Manna torpaqlarını geri qaytardı, Manna vilayətlərini mərkəzi
hakimiyyətə tabe etdi, ölkədə canişinlik sistemi yaratdı və canişinləri mərkəzi hakimiyyətdən asılı vəziyyətə saldı,
xarici siyasətdə Assuriya ilə ittifaqa və müttəfiqliyə meyl etdi və onun siyasi üstünlüyünü tanıdı, Mannanın ərazisi
şimalda Araz çayına çatdı, Manna cənubda və cənub şərqdə Kassi ölkəsi, Parsua və Midiya ilə həmsərhədd oldu.
e.ə 719 Mannanın Şuandahul və Durdukka şəhərlərinin əhalisinin İranzuya qarşı üsyan qaldırması. Lakin üsyan Assuriya
hökmdarı II Sarqon tərəfindən yatırıldı.
e.ə 718-716 Azanın hakimiyyəti. Azanın hakimiyyəti dövründə Mannada daxili çəkişmələr yenidən gücləndi, dövlətin
parçalanması qorxusu yarandı, mərkəzdən ayrılmaq istəyən qüvvələr fəallaşdı.
e.ə 716 Azanın sui-qəsd nəticəsində öldürülməsi.
e.ə 716-680 Ullusunun hakimiyyəti. Ullusun hakimiyyətə gəlməsində kömək etdiyi üçün Urartu hökmdarı I Rusaya 22 Manna
qalasını hədiyyə etdi, Assuriya ilə ittifaqdan üz döndərdi və Assuriya əsarətindən azad olmaq üçün Urartu ilə
ittifaqa girdi, Manna Urartu ilə Assuriya arasında mübarizə meydanına çevrildi, ölkədə tam sabitlik yaranmadı,
daxili çəkişmələr davam etdi, Manna Assuriya hökmdarı II Sarqonun hücumuna məruz qaldı və Assuriyanın
siyasi ağalığını tanıdı.
e.ə 716 II Sarqonun Mannaya yürüşü. II Sarqonun bu yürüşünün səbəbi Mannanın Assuriya əsarətindən azad olmaq üçün
Urartu ilə ittifaqa girməsi idi. Yürüş nəticəsində Sarqon paytaxt İzurtunu və bir neçə şəhəri tutaraq yandırdı,
Azanın qatillərini cəzalandırdı, Ullusunu hakimiyyətdə saxladı və bütün Manna torpaqlarını Ullusuna tabe etdi.
Ullusu isə Assuriyanın siyasi ağalığını tanıdı.
e.ə 715 Manna canişini Dayaukkunun qiyam qaldıraraq mərkəzi hakimiyyətə qarşı qiyam qaldırması.
e.ə 715 II Sarqonun Mannaya ikinci yürüşü. II Sarqonun bu yürüşdə məqsədi Manna canişini Dayaukku və I Rusanı
cəzalandırmaq idi.
e.ə 715 II Sarqonla I Rusa arasında döyüş baş verməsi. Döyüş nəticəsində II Sarqon qalib gəldi, Urartu hökmdarı
məğlub olaraq döyüş meydanından qaçdı. Beləliklə, II Sarqonun e.ə 715-ci il yürüşü nəticəsində Mannanın
Urartu tərəfindən işğal edilmiş torpaqları geri qaytarıldı. Lakin ölkədə tam sabitlik yaranmadı, daxili
çəkişmələr yenə də davam etdi.
e.ə 714 II Sarqonun Manna, Midiya və başqa ölkələrə “böyük yürüşü”. Böyük yürüş zamanı II Sarqonun məqsədi
Mannanı Urartunun təcavüzündən tamamilə azad etmək, Mannada Assuriyanın mövqeyini möhkəmləndirmək
və Mannadan Assuriyaya vaxtlı-vaxtlı xərac göndərilməsini təmin etmək idi. Yürüş nəticəsində II Sarqon
“düşmənin ayağını Mannadan kəsdi”, Urartu tərəfindən tutulmuş Uişdiş və Subi vilayətlərini azad etdi. I Rusa
müqavimət göstərə bilməyərək özünü öldürdü. Bundan sonra Urartu zəiflədi və bir daha Mannanın daxili
işlərinə qarışa bilmədi, Manna qüdrətli dövlət oldu. Bu yürüş zamanı Ullusun II Sarqonun şərəfinə yazılı abidə
qoydurdu.
e.ə 714 Ullusunu ilə II Sarqon arasında Sirdakka şəhərində sövdələşmə imzalanması.
e.ə 714 Mannanın Uişdiş vilayəti yaxınlığında döyüş. Döyüşdə I Rusa və onun köməyinə gəlmiş Manna canişinləri
məğlub oldu.
e.ə VIII əsrin I yarısı Mannada hakimiyyətin irsi olaraq atadan oğula keçməyə başlaması.
e.ə VII əsrin I rübü Kimmer, skif və sak tayfalarının Mannada məskən salması. Bundan istifadə edən Manna dövləti Assuriya
tabeliyindən çıxaraq tam müstəqil oldu.
e.ə 675-650 Ahşerinin hakimiyyəti. Ahşerinin dövründə Manna kimmer, skif və sak tayfalarına arxalanaraq Assuriya ilə olan
ittifaqı pozdu, Manna Assuriya tabeliyindən çıxaraq tam müstəqil oldu və müstəqil xarici siyasət yürütməyə
başladı, Assuriya hökmdarı Aşşurbanipal Mannaya qarətçi yürüş etdi.
e.ə 650 Assuriya hökmdarı Aşşurbanipalın Mannaya hücumu. Baş verən döyüşdə Aşheri məğlub oldu, Mannanın bir sıra
şəhərləri o cümlədən İzurtu şəhəri tutulub dağıdıldı, əhali və mal-qara qənimət kimi aparıldı.
e.ə 650 Aşheriyə qarşı Mannada üsyan baş verməsi. Üsyan nəticəsində Aşheri öldürüldü, onun yerinə oğlu Ualli gəldi.
e.ə 650-630 Uallinin hakimiyyəti. Uallinin dövründə Manna müstəqil dövlət kimi öz varlığını saxladı, Manna Assuriya ilə
ittifaqı bərpa etdi və bu ittifaqa sadiq qaldı.
e.ə 616 Assuriyanın Midiya və Babilistan ilə mübarizədə Mannanın hərbi dəstələrinin Assuriyaya kömək etməsi.
e.ə 590 Mannanın Midiya dövləti tərəfindən süquta uğradılması.
İSKİTLƏR. AZƏRBAYCAN MİDİYA VƏ ƏHƏMƏNİ İMPERİYALARININ TƏRKİBİNDƏ
e.ə IX əsr İlk dəfə Midiya adının Assuriya hökmdarı III Salmanasar tərəfindən işlədilməsi.
e.ə IX əsrin II yarısı Assuriya hökmdarlarının Midiyaya qarətçi yürüşlər edərək xırda hökmdarları özündən asılı vəziyyətə salması.
e.ə VIII əsrin II yarısı Assuriyanın Midiya ərazisinə yürüşlərinin çoxalması. II Sarqonun Midiyanı işğal etməsi.
e.ə VIII-VII əsrlər Qara dənizin sahillərində, Krım və Şimali Qafqazda kimmer, skif və sak tayflarının yaşaması.
e.ə VII əsrin əvvəlləri Kimmer, skif və sak tayflarının Ön Asiyaya yürüşlər edərək Azərbycan ərazilərində məskunlaşması.
e.ə VII əsrin ortaları Urmiya gömünün şimal-qərbində, Manna ilə Urartu dövlətləri arasında İskit padişahlığının yaranması. İskit
hökmdarı Tuqdammenin “Sak və Kuti ölkələrinin hökmdarı” rütbəsini daşıması.
e.ə VII əsrin I yarısı Deyok tərəfindən Midiya tayfalarının birləşdirilməsi.
e.ə 673-672 Deyokun hakimiyyəti. Deyok hakimiyyəti dövründə Midiya tayfalarını birləşdirərək vahid dövlət yaratmağa
təşəbbüs göstərdi, Ekbatan (Həmədan) şəhərini saldırdı və Midiyanın paytaxtı elan etdi.
e.ə 672-653 Midiya hökmdarı Kaştaritinin kakimiyyəti. Kaştariti (Fraorta) Assuriya ağalığına qarşı mübarizəyə başçılıq etmiş,
Midiyanı Assuriya tabeçiliyindən qurtararaq onu mustəqil dövlətə çevirmiş, Assuriyaya qarşı yürüşlər təşkil
etmiş, lakin iskitlərlə döyüşdə məğlub olmuşdu.
e.ə VI əsrin 50-ci illəri Kaştaritinin Assuriyaya qarşı yürüşlər təşkil etməsi. Yürüş nəticəsində iskitlərin köməyi ilə Assuriya qalib
gəldi, Kaştariti isə döyüşdə öldürüldü və Midiya iskitlərin hakimiyyəti altına düşdü. Bundan sonra Midiyada
İskit ağalığı dövrü başladı.
e.ə 653-625 Midiyada 28 illik iskit ağalığı dövrü.
e.ə 625-585 Midiya hökmdarı Kiaskarin kakimiyyəti. Kiaksar hakimiyyəti dövründə Midiyada İskit ağalığına son qoydu, xırda
vilayət hakimlərini dövlətə tabe etdi və daxili qüvvələri birləşdirdi, Midiya ordusunu yenidən təşkil edərək, onları
silah növünə uyğun nizəçi və oxçu dəstələrinə böldü, süvari dəstələrini piyadalardan ayırdı, Assuriya, Urartu, İskit
və Manna dövlətlərini süquta uğratdı, Midiya Lidiya dövləti ilə müharibə apardı.
e.ə 616-612 Midiya və Babilistanın Assuriyanın Aşşur, Arbela, Kalat və Nineviya şəhərlərini tutması.
e.ə 605 Assuriya dövlətinin süqut etməsi və torpaqlarının Midiya ilə Babilistan arasında bölüşdürülməsi.
e.ə VI əsrin əvvəlləri Manna dövləti və İskit padişahlığının Midiya tərəfindən süquta uğradılması.
e.ə 590-585 Kiaskarın Lidiya çarlığı ilə müharibə aparması.
e.ə 585-550 Midiya hökmdarı Astiaqın hakimiyyəti. Astiaqın hakimiyyəti dövründə daxili çəkişmələr artdı, farsmeyilli
qüvvələr fəallaşdı, zadəganların hüquqlarını məhdudlaşdırmaq siyasət yürütməsi onunla əyanalar arasında
narazılığa səbəb oldu, Fars əyalətinin hakimi II Kir ilə uğursuz müharibə apardı və Midiya dövləti süquta uğradı
e.ə 550 Astiaqala fars hakimi II Kir arasında müharibə. Üç il davam edən müharibə nəticəsinə II Kir qələbə qazanaraq
Midiyanın paytaxtı Ekbatan şəhərini tutdu və Midiya dövlətinin varlığına son qoydu, İran Əhəməni (fars)
dövlətinin tərkibinə qatıldı.
e.ə 550 II Kir tərəfindən Əhəmənilər dövlətinin əsasının qoyulması.
e.ə 550-330 Əhəmənilər dövlətinin mövcud olması.
e.ə 550-530 II Kirin hakimiyyəti. II Kirin hakimiyyəti dövründə Midiya və Babilistan dövləti süquta uğradıldı, Anadoluda
Lidiya çarlığı işğal edildi, Misirə qədər Qərb ölkələri Əhəmənilər dövlətinə tabe edildi, massagetlərlə uğursuz
müharibə aparıldı.
e.ə 547 II Kirin Lidiya çarlığını işğal etməsi.
e.ə 539 II Kirin Babilistan dövlətini işğal etməsi.
e.ə 530 Araz çayı yaxınlığında döyüş. II Kirin massaget çarı Tomris tərəfindən döyüşdə öldürülməsi.
e.ə 530-522 II Kambisin hakimiyyəti. II Kambis hakimiyyəti dövründə Cənubi Qafqazı işğal edərək Əhəmənilər
imperiyasının tərkibinə qatdı, Misiri işğal edərək özünü firon elan etdi, imperiyanın ərazisini Hind okeanından
Misirə və İrandan Qafqazadək genişləndi.
e.ə 525 Pelusiya döyüşü. Əhəmənilər dövlətinin Misiri işğal etməsi.
e.ə 522 Qaumata üsyanı. Qaumatanın əhəməni taxt-tacını ələ keçirməsi.
e.ə 522-486 I Daranın hakimiyyəti. I Dara hakimiyyəti dövründə Qaumata üsyanını yatıraraq Əhəmənilər dövlətinin əvvəlki
ərazilərini bərpa etdi, Hindistanın şimal-qərbini tutdu, darik adlanan vahid pul sistemi və güclü nizami ordu
yaratdı, ölkəni 20 satraplığa böldü, Azərbaycan Əhəməni imperiyasının satraplığından biri oldu.
e.ə 486-465 Kserkisin hakimiyyəti.
e.ə 339-330 III Daranın hakimiyyəti.
e.ə 331 Qavqamela döyüşü. Makedoniyalı İsgəndərin III Daranı məğlub etməsi.
e.ə 330 III Daranın öz adamı Bess tərəfindən öldürülməsi. Əhəmənilər dövlətinin süqut etməsi və ərzailərinin
Makedoniyalı İsgəndər tərəfindən tutulması.
ATROPATENA DÖVLƏTİ
e.ə VII-VI əsrlər Zərdüştlük dininin yaranması.
e.ə 330 Makedoniyalı İsgəndər tərəfindən “Avestanın” ilkin variantının məhv edilməsi.
e.ə 328 Makedoniyalı İsgəndərin Atropatı Midiya satraptı təyin etməsi.
e.ə 323 Makedoniyalı İsgəndərin ölümündən sonra Azərbaycanın cənubunda Atropatena dövləti, şimalında isə Albaniya
dövlətinin yaranması. Atropatenanın ərazisi Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikasının bəzi cənub
rayonlarını əhatə etmişdi. Atropatena quldar dövlət idi. Dövləri ordunun baş komandanı olan padşah idarə edirdi.
e.ə 321 Perdikkinin ölümündən sonra Atropat Midiyasının müstəqil dövlətə çevrilməsi.
e.ə IV əsr Azərbaycanda vahid xalqın yaranması prosesinin başlanması. Vahid xalqın yaranması prosesi Atropatena və
Albaniya dövlətlərinin yaranması ilə başlamışdı.
e.ə IV-III əsrlər Atropatenada Qazaka, Fraaspa, Fanaaspa, Aqnazana şəhərlərinin mövcud olması.
e.ə IV-I əsrlər Atropatenada azər, müq, kaspi və kadusi tayfalarının yaşaması.
e.ə 223 Selevik hökmdarı III Antioxun Atropatenaya hücumu. Hücum nəticəsində Atropatena hömdarı Artabazan məğlub
olaraq seleviklərdən asılı vəziyyətə düşdü.
e.ə 223-190 Artopatenanın Seleviklər dövlətindən asılı vəziyyətdə qalması.
e.ə 190 Maqneziya döyüşü. Romalıların III Antioxu məğlubiyyətə uğratması və Atropatenanın müstəqilliyini bərpa etməsi
e.ə II əsrin II yarısı Atropatenanın Parfiya ilə yaxınlaşması.
e.ə I əsrin I yarısı Roma sərkərdəsi Lukkul və Pompeyin Şərqə yürüşü. Yürüş nəticəsində Cənubi Qafqaz və bir sıra qonşu ölkələr
Ramadan asılı vəziyyətə düşdü. Bu zaman Atropatena Roma hakimiyyətini qəbul etsə də Romadan tam asılı
olmamış, öz müstəqilliyini əsasən saxlamışdı.
e.ə 53 Parfiyalıların romalıları məğlubiyyətə uğratması. Bu zaman Atropatena dövləti Parfiyanı müdafiə edirdi.
e.ə I əsrin II yarısı Roma sərkərdəsi Antoninin başçılığı ilə romalıların Şərqə yürüşü.
e.ə 38 Romalıların parfiyalıları məğlubiyyətə uğratması.
e.ə 38 Roma sərkərdəsi Antoninin Atropatenanın Fraaspa şəhərinə hücum etməsi. Fraaspa şəhəri yaxınlığında döyüş baş
verməsi. Döyüş nəticəsində şəhər yaxşı müdafi olunduğundan romalıların uzun sürən mühasirəsi bir nəticə
vermədi və romalılar Fraaspa şəhərini tuta bilməyib geri çəkildi. Antoni 35 minə yaxın əsgərini itirdi.
Atropatenalılar böyük qənimət ələ keçirdilər.
e.ə 20 Atropatenada hakimiyyətə gələn II Ariobarzanın on ilə qədər Romada yaşaması.
20 Atropatenanın sonuncu hökmdarı Ariovastın ölümü və Atropatenanın Parfiyanın Arşakilər sülaləsinin
hakimiyyəti altına düşməsi.
20-224 Atropatenanın Parfiyanın (Arşakilər sülaləsinin) hakimiyyəti altında qalması.
227 Atropatena torpaqlarının sasanilərin hakimiyyəti altına düşməsi.
II-III əsrlər Atropatenada qullara nataman azadlıq verilməsi.
II-III əsrlər Atropatenada quldarlıq quruluşunun böhran keçirməsi.
III-VII əsrlər Sasanilər dövründə “Avesta”nın yenidən toplanaraq yazıya alınması.
1771 Fransız alimi Anketil Düperronun “Avesta”nı fransız dilinə tərcümə eləməsi və ilk dəfə avropalıları “Avesta” ilə
tanış etməsi.
ALBANİYA DÖVLƏTİ
e.ə I minilliyin ortaları Albaniyada özünəməxsus mədəniyyətin və şəhərlərin meydana gəlməsi üçün ilkin şəraitin yaranması.
e.ə I minilliyin ortaları Albaniya əhalisinin Əhəmənilər imperiyasının tərkibində olarkən yazı ilə tanış olması.
e.ə VI-V əsrlər Əhəmənilər dövründə alban tayfalarının vahid ad altında birləşməsi. Albaniya ərazisində türkdilli (kadusi, kaspi,
amard) Qafqazdilli (leq, udin, buduq, xınalıq) tayfalarının yaşaması.
e.ə V əsr Yunan tarixçisi Heredot tərəfindən albanlar haqqında məlumat verilməsi. Heredot, albanlardan bəhs edərkən
kaspi tayfalarını nəzərdə tutmuş, I Daranın və Kserksin Yunanıstana hərbi yürüşlərində onların iştirak etdiyini
qeyd etmişdi.
e.ə IV əsrin sonları Albaniyada şəhərsalmanın güclənməsi.
e.ə IV-III əsrlər Albaniya dövlətinin yaranması. Albaniyanın ərazisi İberiya ilə Xəzər dənizi arasındakı ərazini əhatə edirdi.
Dövləti padşah idarə edirdi. Padşahdan sonra ölkədə ən hörmətli adam Ay məbədinin kahini idi.
e.ə IV-III əsrlər Albaniyada dövlətin yaranması ilə eyni vaxtda möhürlərin meydana gəlməsi.
e.ə IV-III əsrlər Albaniya əhalisinin ictimai quruluşuna görə dörd təbəqəyə bölünməsi. I təbəqəyə - padşah, ordu başçısı, II
təbəqəyə - din xadimləri (kahinlər), III təbəqəyə - hərbçilər və əkinçilər, IV təbəqəyə - təsərrüfatda işləyən adi
adamlar daxil idi.
e.ə IV-III əsrlər Albaniyada ticarətdə puldan geniş istifadə olunması. 1958-ci ildə Şamaxıda, 1966-cı ildə Qəbələdə tapılmış
gümüş pul dəfinələri albanların özlərinin pulu olduğunu sübut edir .
e.ə III əsrin I yarısı Albaniyada Makedoniyalı İsgəndərin pullarına oxşar pulların kəsilməsi.
e.ə III əsr Alban memarlığında kirəmitdən geniş istifadə olunmağa başlanması.
e.ə II əsr Aralıq dənizi hövzəsində Romanın ən güclü dövlətə çevrilməsi və Cənubi Qafqaz üçün təhlükə yaratması.
e.ə I əsrin I yarısı Roma sərkərdəsi Pompeyin Albaniya və İberiyaya hücum etməsi.
e.ə 66 Kür çayı sahilində döyüş. Roma ordusunun albanları məğlub etməsi.
e.ə 65 Alazan (Qanıx) çayı sahilində döyüş. Pompeyin hərbi hiylə işlədərək albanları məğlub etməsi.
e.ə 36 Antoninin sərkərdəsi Kanidinin başçılığı ilə romalıların Albaniya və İberiyaya yürüşü. İberiya və Albaniyanın
romalılardan asılılığı qəbul etməsi.
68 Roma imperatoru Neronun Albaniyaya böyük yürüşə hazırlaşması. Lakin Romada üsyan nəticəsində imperator
öldürüldü və yürüş baş tutmadı.
72-74 Alan tayfalarının Albaniya və Atropatenaya ən böyük yürüşü. Bu yürüş zamanı onların məqsədi qənimət əldə
etmək idi. Yürüş nəticəsində alanlar Atropatenanın bir-sıra ərazilərini qarət etmiş, Atropatena padşahı Pakor
öz ölkəsini başsız qoyaraq təhlükəsiz yerə qaçmış, ailəsi isə alanlara əsir düşmüşdü.
84-96 Roma imperatoru Domnisianın dövründə Roma ordusunun Albaniyaya və Xəzər sahillərinə gəlib çatması. Bunu
Qobusdan kitabəsi də sübut edir.
117-138 Roma imperatoru Adrianın alban hökmdarları ilə dostluq əlaqələri saxlaması.
eramızın ilk əsrləri Albaniyada su dəyirmanlarından istifadə olunması.
eramızın ilk əsrləri Albaniya sənətkarlarının yerli şüşə qablar hazırlaması.
I əsr Albaniyada hakimiyyətin yerli hökmüdarların əlində olması.
I-III əsrlər Alan tayfalarının Dərbənd keçidi vasitəsiylə Albaniyaya yürüşlər etməsi. Alan ayfaları ilə əlaqədar Mingəçevir və
Qəbələdə katakomba qəbirlərinin tikilməsi.
I-III əsrlər Albaniyada Kabalaka, Şamaxı, Ayniana və Anariaka şəhərlərinin mövcud olması.
I-III əsrlər Albaniya hökmdarlarının Roma ilə diplomatik əlaqələr saxlaması.
II əsr Şəkinin Böyük Dəhnə kəndində yunan dilində yazı olan daş kitabənin hazırlanması. Abidə 1902-ci ildə aşkar
olunmuşdu.
II-III əsrlər Albaniyada quldarlıq quruluşunun böhran keçirməsi.
III əsr Albanların Romaya yazılı məlumat göndərməsi.
III əsrin ortaları Albaniya hökmdarlarının Roma ilə diplomatik əlaqələrinin kəsilməsi.
AZƏRBAYCAN SASANİ İMPERİYASININ TƏRKİBİNDƏ (III-VII ƏSRLƏR)
I-V əsrlər Hun, xəzər, sabir və başqa türk tayfalarının Azərbaycanda məskunlaşması.
I əsr – 510 Türk mənşəli Arşakilər sülaləsinin Albaniyada hakimiyyəti.
215-255 Alban hökmdarı I Cəsur Vaçaqanın hakimiyyəti. I Vaçaqanın dövründə Albaniyanın bütün vilayətləri vahid
dövlətdə birləşdirildi və Albaniya güclü dövlətə çevrildi.
226 Ərdəşir Babəkanın Parfiya dövlətini süquta uğratması və Sasanilər dövlətinin əsasını qoyması.
226-651 Sasanilər dövlətinin mövcud olması.
226-241 Sasani şahı Ərdəşir Babəkanın hakimiyyəti. Ərdəşir Babəkan hakimiyyəti dövründə Atropatena dövləti öz
müstəqilliyini itirərək Sasanilər dövlətinin tərkibinə qatıldı.
227 Atropatena dövlətinin öz müstəqilliyini itirərək Sasanilər dövlətinin tərkibinə qatılması.
241-272 Sasani şahı I Şapurun hakimiyyəti. I Şapurun dövründə Albaniya Sasanilər dövlətinin tərkibinə qatılsa da onun
ölümündən sonra Albaniya yenidən müstəqil xarici siyasət yeritməyə başladı. I Şapur itaət altına alınmış
ölkələrdə Zərdüştliyi zorla yaymaq haqqında əmr verməsi ilə də yadda qalmışdı.
255-262 Alban hökmdarı I Vaçenin hakimiyyəti. I Vaçe Roma ilə ittifaqı Sasanilərə tabe olmaqdan üstün tutmuş, buna
baxmayaraq Albaniya Sasani imperiyasından asılı vəziyətə düşmüşdü.
260 I Şapurun Roma ordusunu məğlubiyyətə uğradaraq imperator Valerianı əsir alması.
262 Albaniyanın Sasani imperiyasının tərkibinə daxil edilməsi.
272 I Şapurun vəfat etməsi və Albaniyanın yenidən müstəqil xarici siyasət yeritməyə başlaması.
290-338 Paytakaran vilayətinin hakimi Sanatürkün hakimiyyəti. Sanatürk xristianlığın yayılmasına qarşı bir sıra
tədbirlər həyata keçirərək Van gölü istiqamətində erməni çarlığı üzərinə yürüş etmişdi. Sanatürkün yürüşdə
məqsədi Paytakaran vilayətində xristianlığın yayılmasının qarşısını almaq, Albaniyanın müstəqilliyini
qorumaq və ölkənin ərazi bütövlüyünü təmin etmək idi. Bu məqsədlə Sanatürk hunları, basilləri və digər türk
tayfalarını ittifaqa cəlb etmişdi.
III əsr İranda yüksək zümrələrin ağalığına qarşı Manilik hərəkatı baş verməsi.
III-V əsrlər Azərbaycanda feodalizm münasibətlərinin yaranması.
IV əsrin əvvəlləri Albaniyada xristianlıq dininin yayılmağa başlaması.
IV əsr Atropatenanın iqtisadi yüksəliş keçirməsi və əmtəə istehsalının genişlənməsi.
309-379 Sasani şahı II Şapurun hakimiyyəti. II Şapurun hakimiyyəti dövründə Albaniyada daxili vəziyyət
mürəkkəbləşdi, Cənubi Qafqaz, o cümlədən Albaniya torpaqları Sasani və Roma imperiyaları arasında
mübarizə meydanına çevrildi.
337 Sanatürkün erməni çarlığı üzərinə hücum etməsi. Hücum nəticəsində Sanatürk erməni çarlığının paytaxtını ələ
keçirərək buranı bir il əlində saxladı və ermənilərin xristianlığı yaymaq yolu ilə Azərbaycan torpaqlarını işğal
etmək planlarını birdəfəlik iflasa uğratdı.
338 Ermənilərin Roma və iberlərlə ittifaq yaradaraq Sanatürkü məğlub etməsi. Sanatürk ermənilərlə döyüşdə həlak
olması.
343-371 Alban hökmdarı Urnayrın hakimiyyəti. Urnayrın dövründə Albaniya müstəqil siyasət yeritdi, Sasani şahı II
Şapurla mütəffiqlik münasibətlər saxlanıldı, II Şapur Ön Asiya uğrunda mübarizədə Romaya qarşı vuruşarkən
Albaniya sasanilərin müttəfiqi kimi çıxış etdi.
359 Amid döyüşü. Roma ilə Sasani qoşunları arasında baş vermiş döyüşdə Albaniya hökmdarı Urnayr sasanilər
tərəfindən vuruşurdu. Döyüş nəticəsində II Şapur qələbə qazandı, Albaniyanın Arsax, Kaspiana vilayətləri və
Marlar ölkəsi (indiki Naxçıvan) geri qaytarıldı.
371 Dzirav döyüşü. Döyüş nəticəsində sasani-alban birləşmiş qüvvələri məğlub oldular, Urnayr ağır yaralandı,
Albaniya Uti, Şakasena, Girdiman və Kolt vilayətlərini itirdi.
387 Roma ilə Sasanilər arasında sülh müqaviləsi bağlanması. Müqavilənin şərtlərinə əsasən Van gölündən qərbdə
yerləşən kiçik erməni çarlığı süqut etdi və ərazisi Roma ilə sasanilər arasında bölüşdürüldü, Dzirav döyüşündə
Albaniyanın itirdiyi dörd vialyəti isə geri qaytarıldı.
379-421 Sasani şahı I Yezdəgerdin hakimiyyəti. I Yezdəgerd hakimiyyətinin ilk illərində Albaniyada xristianlığın
yayılmasına imkan verdi və xristianların xidmətindən istifadə etdi.
438-457 Sasani şahı II Yezdəgerdin hakimiyyəti. II Yezdəgerd hakimiyyəti dövründə xristianlığa qarşı mübarizəni
gücləndirdi, Albaniyanın və ona qonşu olan ölkələrin hakimlərini Ktesifona çağırtdıraraq onlara məcbur
atəşpərəstliyi qəbul etdirdi.
440-463 Alban hökmdarı II Vaçenin hakimiyyəti. II Vaçe hakimiyyəti dövründə atəşpərəstlik dinindən imtina edərək
xristianlığı rəsmi din kimi qəbul etdi, müstəqil siyasət yeridərək Sasanilərin tərkibindən çıxdı və Qafqazın 11
hakimiylə ittifaqa girərək yeni sasani şahı Firuzun hakimiyyətinə qarşı çıxdı.
457 Sasani hökmdarı II Yezdəgerdin vəfat etməsi və II Vaçenin atəşpərəstlik dinindən imtina edərək xristian
dinini qəbul etməsi.
462 Şahənşah Firuzun təkidilə Hoylandur (Onoqur) hunlarının Albaniyaya hücum etməsi. Nəticədə II Vaçe
hakimiyyətdən əl çəkdi (463-cü ildə), Albaniya Sasani hakimiyyətinə tabe edildi, bununla da Albaniya 30 il
müddətinə hökmdarsız qaldı və Albaniyada qısamüddətli sasani məruzbanlığı dövrü başladı.
463-493 Albaniyada Sasani mərzbanlarının qısamüddətli hökmranlığı dövrü.
481-529 İranda Məzdəkilər hərəkatı baş verməsi. Hərəkatın əsas ideyası ədalətli cəmiyyət qurmaq, insanlar arasında
əmlak bərabərliyi yaratmaq idi. Xeyirin Şər üzərində qələbəsinin mümkünlüyünü inkar edən maniçilikdən
fərqli olaraq məzdəkilər sonda Xeyirin qələbəsinə inanırdılar.
484-488 Sasani şahı Balaşın hakimiyyəti. Balaş hakimiyyəti dövründə III Mömin Vaçaqanın Albaniyada hökmdar
olmasına razılıq vermişdi.
488-531 Sasani şahı I Qubadın hakimiyyəti. I Qubad hakimiyyəti illərində məzdəkilər hərəkatı geniş vüsət aldı. O,
mərkəzi hakimiyyətə tabe olmaq istəməyən iri feodallara qalib gəlmək və özünə sosial dayaq yaratmaq
məqsədi ilə məzdəkiləri himayə etdi, aclıq zamanı taxıl anbarlarını əhali üçün açdı və Məzdəkin köməyi ilə
hakimiyyətini bərpa etdi. Qubadın dövründə III Mömin Vaçaqan Albaniyada tam hakimiyyətə sahib olsa da,
sonra Albaniyanın daxili müstəqilliyi yenidən ləğv olundu.
493-510 Albaniyada Arşakilər sülaləsinin sonuncu nümayəndəsi III Mömin Vaçaqanın hakimiyyəti. III Vaçaqan
hakimiyyəti dövründə Albaniyada xristianlığın yayılmasına çalışdı, xristianlıq dinini fəal təbliğ edən
məktəblər açdırdı, Aquen kilsə məclisini çağırdı, bütərəstlik və cadugərləri təqib etdi.
498 Aquen kilsə məclisinin çağırılması. III Mömin Vaçaqa tərəfindən çağırılan Aquen kilsə məclisi vergilərin
miqdarını müəyyənləşdirdi və xristianlıq dininə aid qanunlar qəbul etdi.
V əsr Alban dilində fərman tərtib olunması.
V-VII əsrlər Albaniyada feodal münasibətlərinin hakim mövqe qazanması.
510 Sasanilərin Cənubi Qafqazda müstəqil dövlət qurumlarını ləğv etməsi və Albaniyada uzunmüddətli sasani
mərzbanlığı dövrünün başlanması.
510-629 Albaniyada Sasani mərzbanlarının uzunmüddətli hökmranlığı dövrü.
529 Məzdəkin şahənşah I Qubad tərəfindən edam edilməsi. I Xosrov isə məzdəkilərə qanlı divan tutdu və
məzdəkilərdən 80 mindən artıq adamı öldürdü.
531-579 Sasani şahı I Xosrovun hakimiyyəti. I Xosrovun həyata keçirdiyi vergi islahatına əsasən kahinlər, məmurlar,
mirzələr, uşaqlar, qadınlar və 60 yaşına çatmış kişilər can vergisindən azad edildi, vergilər hissələrə bölünərək
ildə üç dəfəyə alınmağa başlandı, vergi alınarkən əvvəlki kimi məhsulun həcminə görə deyil, torpağın sahəsi
əsas götürülürdü, vergilər bar verən ağacların sayı, torpağın məhsuldarlığı və əhalinin sıxlığı nəzərə alınmaqla
mahallar və məntəqələr üzrə bölündü. Xosrovun vergi islahatı keçirməkdə məqsədi vergi yığan məmurların
özbaşınalığına son qoymaq və toplanmış vəsaitin xəzinəyə daxil olmasını təmin etmək idi. Lakin islahat
nəticəsində kəndlilərin vəziyyəti son dərəcə ağırlaşdı.
570-590 Albaniyanın Girdiman vilayətinin hakimi Mehranın hakimiyyəti dövrü.
591-628 Sasani şahı II Xosrov Pərvizin hakimiyəti. II Xosrov Mehranın Girdiman vilayətinə onunla gələn ailələr ilə
birlikdə məskən salmasına icazə vermişdi.
600-615 Cəsur Vardanın dövrü.
603-629 Bizans və Sasani imperiyaları arasında müharibənin son mərhələsi. Müharibə Sasani hökmdarı Xosrov
Pərvizin hücumu ilə başlandı və 25 il davam etdi. Müharibənin əvvəlində Sasani qoşunu üstünlüyü ələ alaraq
əhəmiyyətli qələbələr qazandı və Misiri tutdu. Bizansın paytaxtı Konstantinopol təhlükə qarşısında qaldı.
Lakin sasanilər bu üstünlüyü sonacan əllərində saxlaya bilmədilər. Müharibə Bizansın qələbəsi ilə başa çatdı.
629-cu ildə tərəflər arasında bağlanan müqaviləyə görə Albaniya Sasanilərin hakimiyyəti altında qaldı.
623 Bizans imperatoru II İraklinin sasanilər üzərinə hücuma keçməsi. Bu hücum zamanı II İrakli Dəbili və
Naxçıvanı qarət etdi, Qazaka şəhərini tutaraq burada atəşpərəstlərin baş məbədgahını dağıtdı, xəzərlərin
köməyi ilə Sasani ordularına ağır zərbələr endirdi, paytaxt Mədain (Ktesifon) şəhərini tutaraq şahənşahın
sarayını yandırdı, Xosrov Pərvizi hakimiyyətdən saldı.
VII əsrin əvvəlləri Albaniyada Sabir türklərinin nəslindən olan Mehranilər sülaləsinin hökmranlığının başlanması.
629-705 “Mehranilər (Girdiman) sülaləsi”nin Albaniyada hakimiyyəti dövrü.
630-642 Varaz Qriqorun Albaniyada hakimiyyəti. Varaz Qriqorun hakimiyyətə gəlməsi ilə 510-cu ildən bəri davam
edən sasani mərzbanlığına son qoyuldu və Albaniyada Mehranilər sülaləsinin rəsmi hakimiyyəti başladı,
sasanilər isə Mehranilərin müstəqilliyini tanımağa məcbur oldu, ərəblər sasanilərin ərazisinə hücum edərkən
oğlu Cavanşiri sasanilərə köməyə göndərdi.
AZƏRBAYCAN XİLAFƏTİN TƏRKİBİNDƏ (VII ƏSR – IX ƏSRİN II YARISINDA)
633 Ərəb ordusunun İraq tərəfindən Sasani imperiyasının sərhəddini keçməsi. Bu zaman sasani hökmdarı
imperiyaya tabe olan ölkələrdən, o cümlədən Albaniyadan ərəblərə qarşı vuruşmaq üçün qoşun tələb etdi
634 Albaniya hökmdarı Varaz Qriqorun sasanilərə kömək üçün oğlu Cavanşiri qoşunla ora göndərməsi
636 Kadisiyyə döyüşü. Ərəblərlə sasani orduları arasında baş verən döyüşdə Alban sərkərdəsi Cavanşir Sasanilər
tərəfindən vuruşaraq igidliyi ilə fərqləndi
638 Ktesifon döyüşü. Ərəb ordusunun sasanilərin paytaxtı Ktesifonu (Mədaini) mühasirəyə alması
VII əsrin 30-cu illəri Xəzərlərin Albaniyaya yürüşü. Yürüş nəticəsində xəzərlər Qəbələdə möhkəmlənərək Albaniyadan xərac aldılar
640 Sasani ordusunun ərəblər tərəfindən darmadağın edilməsi və Cavanşirin Albaniyaya qayıtması
640 Sərkərdə Hüzeyfənin başçılığı ilə ərəblərin Cənubi Azərbaycana hücum etməsi. Ərdəbil yaxınlığında döyüş.
Döyüş nəticəsində güclü və təcrübəli ərəb ordusu qalib gəldi və Cənubi Azərbaycan mərzbanı İsfəndiyar ibn
Fərruxzad ərəblər tərəfindən əsir alındı
642 Nahəvənd və Həmədan döyüşlərində sasanilərin məğlub olması. Ərəblərin Azərbaycana hücumunun
başlanması
642-681 Cavanşirin Albaniyada hakimiyyəti. Cavanşirin dövründə ölkədə dinc quruculuq işlərinə başlamaq üçün
əlverişli şərait yarandı, şimaldan Albaniyaya hücum edən xəzər xaqanının qızı ilə evlənməklə ölkəni
dağıntıdan xilas etdi, cənubdan gələn təhlükəni Albaniyadan sovuşdurmaq və Albaniyanın bütövlüyünü
saxlamaq məqsədi ilə Ərəb xilafətinin asılılığına keçdi
VII-VIII əsrlər Ərəblərin xəzərlərlə Azərbaycan uğrunda yüz ilədək müharibə aparması
643 I Bələncər döyüşü. Döyüş nəticəsində ərəblər xəzərlərə məğlub oldu və sərkərdə Əbdürrəhman döyüşdə
öldürüldü. Beləliklə Xilafətin Dərbənddən şimala ilk hücumunun uğursuzluqla nəticələndi
644 Ərəb sərkərdəsi Bukeyr İbn Abdullah ilə İsfəndiyar arasında sülh bağlanması. Sülhün şərtlərinə əsasən əhali
ərəblərə tabe olmalı, “imkanları daxilində” can vergisi - cizyə verməli idi. Qadınlar, uşaqlar can vergisindən
azad edildilər. Ərəblər əhalinin dininə, adət-ənənələrinə qarışmamağı öhdələrinə götürdü. Könüllü olaraq ərəb
ordusunda qulluq edənlər bütün vergi və mükəlləfiyyətlərdən azad edildi. Ərəblər tabe olmayıb ölkəni tərk
etmək istəyənlərə imkan yaratdılar
646 Sərkərdə Salman ibn Rəbiənin başçılığı ilə ərəblərin Naxçıvan, Gorus, Beyləqan, Bərdə, Qəbələ, Şəmkir, Şəki,
Şirvan və Şabranı tutması
VII əsrin 40-cı illəri Ərəb qoşunlarının sərkərdə Bukeyrin başçılığı ilə Muğanı və Dərbəni işğal edərək Şirvan hökmdarı Şəhriyarla
sülh bağlaması. Sülhün şərtlərinə əsasən əhali ərəblərə xərac və cizyə verməli, bu vergilər şimaldan hücum
edən xəzər və müxtəlif din sahiblərinin hücumlarını dəf etmək üçün Şirvanda saxlanılacaq qoşuna sərf
edilməli idi
645 Ərdəbildə ərəblərə qarşı yenidən üsyan baş verməsi
646 Ərəblərlə Ərdəbil əhalisi ilə yeni müqavilə bağlanması. Müqavilənin şərtlərinə əsasən vergilərin miqdarı
əvvəlkinə nisbətən xeyli artırıldı
651 Sasani imperiyasının süqut etməsi
653 II Bələncər döyüşü. Döyüş nəticəsində xəzərlər ərəblər üzərində parlaq qələbə qazandı və ərəb sərkərdəsi
Salman döyüşdə öldürüldü
654 Cavanşirin Bizans imperatoru II Konstantin ilə birinci dəfə görüşməsi
656-661 Xəlifə Əlin hakimiyyəti. Xəlifə Əlinin dövründə Bəsrə və Kufənin bir-çox ərəb tayfaları, o cümlədən əzdilər
nəsli Azərbaycanın cənub rayonlarında, xüsusilə Ərdəbil bölgəsində məskunlaşdırıldı. Xəlifə Əli ədalətli
vergi islahatı da keçirmişdi. Xəlifə Əlinin vergi islahatına əsasən əsas diqqət torpağın səmərəli əkib-
becərilməsinə yönəldildi və əkilməyən torpaqlardan xərac alınmadı
660 Cavanşirin Bizans imperatoru II Konstantin ilə ikinci dəfə görüşməsi. Cavanşirin Bizans imperatoru ilə
görüşməkdə məqsədi ərəblərə qarşı birlikdə mübarizə aparmaq ittifaq yaratmaqda idi
661-750 Xilafətdə Əməvilər sülaləsinin hakimiyyəti. Əməvilər sülaləsi dövründə Azərbaycanda əhali, mal qara, torpaq
siyahıya alındı, vergilərin ümumi məbləği artırıldı, əvvəllər ləğv edilmiş bəzi vergilər bərpa edildi, üzüm,
meyvə bağları, dəyirmanlardan və emalatxanalardan əlavə vergi alındı, sənət məmulatı, kəbin vəsiqəsi və.s
adda yeni vergilər tətbiq olundu, rahiblərdən cizyə vergisi alınmağa başlandı. Əməvilərin ağır vergi siyasəti
nəticəsində yoxsullarla yanaşı orta və iri feodallar müflisləşdi
662 Kür çayı yaxınlığında döyüş baş verməsi. Döyüş nəticəsində Cavanşir xəzərləri məğlubiyyətə uğratdı
665 Xəzərlərin böyük qüvvə ilə Albaniyaya hücum edərək Araz çayı sahillərinə qədər irəliləməsi. Vəziyyətin
ağırlığını görən Cavanşir Xəzər xaqanı ilə sülh müqaviləsi bağlayaraq qohum oldu. Müqavilənin şərtinə əsasən
albanlar hər il xəzərlərə xərac verməyə razı oldular. Bunun müqabilində bütün əsirlər və mal-qara geri
qaytarıldı
667 Cavanşirin birinci dəfə Xilafətin paytaxtı Dəməşq şəhərinə gedərək xəlifə Müaviyə ilə görüşməsi
670 Cavanşirin ikinci dəfə Dəməşq şəhərinə gedərək xəlifə Müaviyə ilə görüşməsi. Danışıqlar nəticəsidə xəlifə
Albaniyanın daxili müstəqilliyinə toxunmadı, Albaniya əhalisindən alınan vergilər üçdə bir qədər azaldıldı,
xəlifə Sünik knyazlığının hakimliyini Cavanşirə bağışladı
681 Albaniyada bizanspərəst feodalların sui-qəsdi nəticəsində Cavanşirin qətlə yetrilməsi. Cavanşirin qatillərindən
intiqam almaq bəhanəsi ilə xəzərlərin Albaniyaya hücum edərək Qəbələni və Bərdəyə qədər olan şəhər və
kəndləri qarət etməsi
VII əsr Cavanşirin göstərişi ilə Musa Kalankatlunın “Alban tarixi” əsərini yazması
VII-VIII əsrlər Ərəblərin işğalı və İslam dininin Azərbaycanın bütün ərazisində yayılması nəticəsində Azərbaycan xalqının
formalaşması üçün bütün zəruri şərtlərin yaranması
681-705 Alban hökmdarı Varaz Trdatın hakimiyyəti
VIII əsrin əvvəlləri Xəlifənin Cənubi Qafqazdakı Bizan tərəfdarlarını cəzalandırmaq məqsədilə Albaniyaya qoşun göndərməsi
705 Ərəblərin Albaniyaya yürüş etməsi. Yürüş nəticəsində Cavanşirin sonuncu varisiailəsi ilə birlikdə Dəməşqə
aparılaraq edam edildi, Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti sona çatdı və Albaniyanın idarə
olunması xəlifənin canişininə tapşırıldı
725 Azərbaycanda ərəblər tərəfindən əhali, mal-qara və torpaqların siyahıya alınması
730 Savalan dağı yaxınlığında döyüş baş verməsi. Döyüş nəticəsində xəzərlər ərəb ordusu üzərində parlaq qələbə
qazandı. Bundan sonra xəzərlər döyüşü davam etdirərək Diyarbəkrə və Mosula çatdılar. Ərəblər yalnız Van
gölü yaxınlığındakı Hilat şəhəri ətrafında xəzərlərin hücumunu çətinliklə dayandıra bildilər. Bundan sonra
qüvvələrini səfərbər edən ərəblər böyük ordu ilə hücuma keçdilər. Bu hadisədən sonra ərəblərlə sülh bağlayan
xəzərlərin bir hissəsi İslam dinini qəbul etdi
748-752 Xilafətə qarşı Azərbaycanda ilk çıxışların baş verməsi
748 Xilafətə qarşı Beyləqanda Müsafirin başçılığı ilə üsyan baş verməsi
750-1258 Xilafətdə Abbasilər sülaləsinin hakimiyyəti. Abbasilər sülaləsinin dövründə vergilər daha da artırıldı, 15
yaşına çatan hər bir şəxs vergi verməli idi, vergi torpağın əkilib-əkilməməsindən asılı olmayaraq alınmağa
başlandı, alınan verginin miqdarı suvarma texnikasından asılı olaraq məhsulun ¼-in yarısına qədər müəyyən
edildi. Abbasilər sülaləsinin vergi siyasəti nəticəsində kəndlilərin vəziyyəti daha da ağırlaşdı
754-775 Xəlifə əl-Mənsurun hakimiyyəti. Acgözlüyünə görə xəlifə əl-Mənsur xalq arasında “pul atası” ləqəbini
qazanmışdı
VIII əsrin II yarısı Azərbaycanda xilafətə qarşı çıxışların güclənməsi
778 Xürrəmilərin ərəblərə qarşı birinci üsyanı baş verməsi
786-809 Xəlifə Harun-ər-Rəşidin hakimiyyəti. Xəlifələr içərisində qəddarlığı ilə seçilən Harun-ər-Rəşidin dövründə
vergilər daha da artırıldı, on beş yaşına çatan hər bir şəxsdən vergi alınmağa başlanıldı. Onun dövründə
Azərbaycanda 15-dən artıq üsyan baş versə də hamısı qəddarlıqla yatrıldı
798-838 Babək Xürrəmidin yaşadığı dövr
VIII əsrin 90-cı illəri Xəzərlərin 100 min nəfərlik qoşununun Azərbaycanın şimalına hücumu nəticəsində ölkəni talanması və
minlərlə adamın əsir aparılması
VIII əsr Azərbaycan memarlığında günbəzli tikililərin geniş yayılması
808 Xürrəmilərin ərəblərə qarşı ikinci üsyanı. Bu üsyana Cavidan başçılıq edirdi. Lakin üsyan yatırıldı və on
minlərlə adam əsir aparıldı
813 – 833 Xəlifə Məmunun hakimiyyəti
816 Cavidanla Əbu İmranın döyüşdə bir-birini öldürməsi və Xürrəmilər icmasına rəhbərliyin Babəkin əlinə
keçməsi
816-837 Xürrəmilərin azadlıq müharibəsinə Babəkin başçılıq etməsi
819 Xürrəmilərə qarşı xəlifənin ilk nizami ordu göndərməsi. Üsyançıların həmin ordunu məğlub etməsi
IX əsrin 20-ci illəri Xürrəmilərin Sünik, Bərdə, Beyləqan, Qarabağ və Arranı ərəblərdən azad etməsi. Xürrəmilərin azadlıq
müharibəsinin genişlənməsi. Xəlifənin sərkərə Məhəmməd əl-Tusini Babəkə qarşı göndərməsi
XI 30-cu illərinin əvvəlləri Xürrəmilərin azadlıq müharibəsinin uğurlu dövrü
829 iyun I Həşdədsər döyüşü. Döyüş nəticəsində xürrəmilər parlaq qələbə qazandılar, xəlifənin sərkərdəsi Məhəmməd
əl-Tusi öldürüldü və ərəblərin Bəzz qalasını ələ keçirmək məqsədi baş tutmadı
830 I Həmədan döyüşü. Döyüş nəticəsində ərəblər məğlub oldular, Həmədan şəhəri xürrəmilərin əlinə keçdi. Bu
döyüş xürrəmilərin nizami ərəb orduları üzərində sayca beşinci qələbəsi idi
833 II Həmədan döyüşü. Döyüş nəticəsində xürrəmilər ilk dəfə ağır məğlubiyyətə uğradı. Bu qələbə Xilafətin
başçılarına və ərəb sərkərdələrinə bu vaxta qədərki səhvlərini anlatdı
833 – 842 Xəlifə Mötəsimin hakimiyyəti
835 Afşinin Xürrəmilərə qarşı vuruşan ərəb ordusuna baş komandan təyin edilməsi
836 II Həşdadsər döyüşü. Döyüş nəticəsində xürrəmilər ərəblər üzərində parlaq qələbə çaldılar və sərkərdə Buğa
döyüş meydanından qaçmaqla ölümdən xilas oldu
837 Xəlifənin Afşinin köməyinə iki böyük ordu göndərməsi
837 26 avqust Bəzz döyüşü. Döyüş nəticəsində xürrəmilər məğlub oldu, ərəblərdən 100 min, xürrəmilərdən 80 min nəfər
həlak oldu, 8 minə yaxın adam əsir alındı, ərəblər Bəzz qalasını çətinliklə tutaraq, Afşinin göstərişi ilə üç gün
yandırdılar
838 14 mart Babəkin Samirə şəhərində edam olunması
IX əsrin 30-40-cı illəri Varsan, Bərdəd, Mərənd və Kür-Araz vadisində ərəb əsarətinə qarşı üsyanlar baş verməsi. Kür-Araz
vadisindəki üsyana Əbu Musa rəhbərlik edirdi. Lakin ərəb sərkərdəsi Buğa hiylə ilə Əbu Musa üsyanını yatırdı
IX əsrin II yarısı Xilafətdən asılı olan ölkələrdə, o cümlədən Azərbaycanda milli-azadlıq hərəkatının davam etməsi.
Azərbaycanda ilk müstəqil feodal dövlətlərin meydana gəlməsi
AZƏRBAYCAN IX –XI ƏSRLƏRDƏ
AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN BƏRPASI. ŞİRVANŞAHLAR DÖVLƏTİ
IX əsr Xilafətin zəifləməsi və Azərbaycanda ilk feodal dövlətlərin yaranması
IX-XI əsrlər Azərbaycanda feodal dağınıqlığı və ara müharibələri dövrü
780-801 Yezid ibn Məzyədin hakimiyyəti. Yezid ibn Məzyəd Xəlifə Harun ər-Rəşid zamanında Cənubi Qafqaz
vilayətinin, o cümlədən Şirvanın hakimi olmuş, ərəblərin burada möhkəmlənməsində mühüm rolu oynamışdı.
Bu zaman o, Azərbaycan torpaqlarını, o cümlədən Aran, Şirvan və Dərbənd ərazisini idarə edirdi. Yezid ibn
Məzyəd özünə və xilafətə etnik dayaq yaratmaq məqsədilə Azərbaycana Rəbiə tayfasından, həmçinin Misir və
Suriyadan Aran, Şirvan və Dərbəndə çoxlu ərəb tayfaları köçürmüş, ilk dəfə Arranda paytaxtı Bərdə olan
yarımmüstəqil feodal dövləti - əmirlik yaratmışdı
801-860 Məhəmməd ibn Yezidin hakimiyyəti. Müəyyən müddət Cənubi Qafqaz valisi olmuş Məhəmməd ibn Yezidin
dövründə Məzyədilər Azərbaycanda daha da möhkəmləndilər və Məzyədilər sülaləsinin müstəqilliyi bir qədər
artdı
859 Məhəmməd ibn Yezidin Gəncəni bərpa etdirərək iqamətgahını buraya köçürməsi
861 Heysam ibn Xalidin Şirvanı müstəqil elan edərək Şirvanşah titulunu qəbul etməsi
861-1538 Şirvanşahlar dövlətinin mövcud olması. Şirvanşahlar dövləti Xilafətin dağılması gedişində Azərbaycanda
yaranmış ilk müstəqil və nisbətən güclü feodal dövlət idi. Şirvanşahlar dövlətini Məzyədilər sülaləsi idarə
edirdi. Dövlətin əsasını Heysam ibn Xalid qoymuşdu
861-917 Heysam ibn Xalidin hakimiyyəti. Heysam ibn Xalid müəyyən müddət Cənubi Qafqaz valisi - əmiri olmuşdur,
Şirvanı müstəqil elan etmiş və müstəqil Şirvanşahlar dövlətinin əsasını qoymuşdu. O, ilk dəfə Şirvanşah
titulunu qəbul etmiş və Lahicanşahlığı Şirvanşahlar dövlətinə birləşdirmişdi
917 Heysam ibn Xalidin Lahicanşahlığı Şirvanşahlar dövlətinə birləşdirməsi
917-948 Şirvanşah Əbu Tahirin hakimiyyəti. Onun dövründə Şirvanşahlar dövlətinin müstəqilliyi daha da artdı və
ərazisi genişləndi, Azərbaycanın şimalındakı xırda feodal mülklərinin Şirvan ətrafında birləşdirilməsi davam
etdirildi, dövlətin paytaxtı Şamaxı şəhərinə köçürüldü
918 Şirvanşah Əbu Tahirin Şamaxını bərpa etdirərək Şirvanşahlar dövlətinin paytaxtını Gəncədən buraya
köçürməsi. Şirvanşahlar dövlətinin paytaxtının Yezidiyyə adlanmağa başlanması
920 Şamaxının Sündü kəndində günbəzli məscid inşa olunması
981-982 Qəbələnin Şirvanşahlar dövlətinə birləşdirilməsi
982 Bərdənin Şirvanşahlar dövlətinə birləşdirilməsi
983 Şabranın Şirvanşahlar dövlətinə birləşdirilməsi
988 Dərbənd əmirliyinin Şirvanşahlar dövlətinə birləşdirilməsi
X əsrin II yarısı Xursan və Tabasaranın Şirvanşahlar dövlətinə birləşdirilməsi. Şəki və Sanariyə hakimlərinin Şirvanşahlardan
asılı vəziyyətə salınması
IX-X əsrlər Ağoğlan çayı sahilində Amaras monastrının, Gədəbəydə qalaça, Lerikdə Oğlanqala, Naxçıvanda Əlincə
qalasının inşa olunması
SACİLƏR VƏ SALARİLƏR DÖVLƏTİ
879-941 Sacilər dövlətinin mövcud olması. Əbu Sac Divdad tərəfindən əsasını qoyulmuş dövlətin paytaxtı Marağa və
Ərdəbil şəhərləri olmuşdur. Sacilərin hakimiyyəti dövründə bütün Azərbaycan torpaqları ilk dəfə vahid
dövlətdə birləşdirildi
879-898 Əbu Sac Divdadın hakimiyyəti. Xilafət qoşunlarında xidmət edən məşhur türk sərkərdələrdən olan Əbu Sac
Divdad xilafətdə bir sıra mühüm vəzifələr tutmuş, dəfələrlə ərəb qoşunlarının ən mürəkkəb hərbi
əməliyyatlarına başçılıq etmişdi
898-900 Sacilər dövlətində Məhəmməd ibn Əbu Sacın adına pul kəsilməsi
IX əsrin sonları Arranın, o cümlədən Bərdənin Sacilərin əlinə keçməsi və məzyədilərin buradakı nümayəndələrinin Şirvana
köçməsi
901-927 Yusif ibn Əbu Sacın hakimiyyəti. Yusif ibn Əbu Sacın hakimiyyəti dövründə Sacilər dövləti daha da
qüvvətləndi, Xilafət xəzinəsinə xərac göndərilməsi tamamilə dayandırıldı, gürcü qoşunları dəfələrlə
məğlubiyyətə uğradıldı, Kaxetiya ələ keçirildi və gürcü hakimləri Sacilər dövlətindən asılı vəziyyətə düşdü,
Şirvanşahlar dövləti Sacilərdən asılılığı qəbul etdi, Dərbənd səddi təmir etdirildi, Azərbaycan torpaqlar ilk
dəfə vahid dövlətdə birləşdirildi
912 Yusif ibn Əbu Sacın Xilafət xəzinəsinə xərac göndərməyi dayandırması
941 Sacilər dövlətinin sonuncu hökmdarı Deysəmin Salarilər tərəfindən taxtdan salınması və Sacilər dövlətinin
süqut etməsi
941-981 Salarilər dövlətinin mövcud olması. Paytaxtı Ərdəbil şəhəri olan Salarilər dövlətinin banisi Mərzban ibn
Məhəmməd olmuşdur
941-957 Mərzban ibn Məhəmmədin hakimiyyəti. Onun dövründə Azərbaycanın şimal- qərb torpaqları Salarilər
dövlətindən asılı hala salındı, Dərbənd ələ keçirildi, Şirvanşahlar dövləti və Şərqi Gürcüstan Salarilər
dövlətinə tabe edildi, Xəzər dənizində ilk dəfə Azərbaycanın ticarət gəmiləri üzməyə başladı, yenidən bütün
Azərbaycan torpaqları vahid dövlətdə birləşdirildi
957 Mərzban ibn Məhəmmədin ölümü. Onun oğulları ilə qardaşı Vəhsudan arasında hakimiyyət uğrunda ara
müharibələri və feodal hərc-mərciliyin başlanması
962-981 Sonuncu Salari hökmdarı İbrahim ibn Mərzbanın hakimiyyəti
RƏVVADİLƏR DÖVLƏTİ
VIII əsrin sonları Azərbaycanın cənubunda yarım-müstəqil Rəvvadi əmirliyinin yaranması
981 Əbülhica Rəvvadinin sonuncu Salari hökmdarı İbrahim ibn Mərzbanı taxtdan salaraq Salarilər dövlətini
süquta uğratması və Rəvvadilər dövlətinin əsasının qoyulması
981-1054 Rəvvadilər dövlətinin mövcud olması. Rəvvadilər dövlətinin ərazisinə Cənubi Azərbaycan torpaqları və
Muğan hakimliyi daxil idi. Dövlətin paytaxtı Ərdəbil sonra isə Təbriz şəhəri olmuşdur
981-988 Əbulhica Rəvvadinin hakimiyyəti
1020-1059 Rəvvadi hökmdarı Vəhsudanın hakimiyyəti
X əsrin 20-ci illəri Oğuz tayfalarının Azərbaycana yeni axınlarının baş verməsi. Oğuz tayfalarının Azərbaycana yeni axınları
nəticəsində Bizans imperiyası və onun dəstəklədiyi erməni və gürcü feodallarına qarşı mübarizə aparan
Azərbaycan türklərinin mövqeyi daha da qüvvətləndi
1028 Mahmud Qəznəvinin Xorasan oğuzlarına ağır zərbə vurması nəticəsində çoxlu oğuz ailəsinin Azərbaycana
köçməsi
1054 Sultan I Toğrulun başçılığı ilə səlcuqların Rəvvadilər dövlətinin varlığına son qoyması
1108-1227 Rəvvadilər nəslindən olan Ağsunqurilər sülaləsinin Marağada hakimiyyəti
ŞƏDDADİLƏR DÖVLƏTİ
951 Məhəmməd ibn Şəddadın (951-979) Dəbil əmirliyini yaratması
971 Məhəmməd ibn Şəddadın Gəncəni ələ keçirərək Şəddadilər dövlətinin əsasını qoyması
971-1054 Şəddadilər dövlətinin mövcud olması
985-1030 Şəddadi hökmdarı Fəzl ibn Məhəmmədin hakimiyyəti. Onun hakimiyyəti dövründə Şədaddilər dövləti daha da
qüvvətləndi, Gəncə ətrafındakı bütün xırda feodal mülkləri ləğv edildi, mərkəzi hakimiyyət gücləndi, Dəbil
Şəddadilər dövlətinə birləşdirildi, gürcü feodallarına və xəzərlərə qarşı uğurlu mübarizə aparıldı,
Şədaddilərlə Şirvanşahlar arasında sıx əlaqə və qohumluq münasibətləri yarandı, Araz çayı üzərində
Xudafərin körpüsü inşa edildi
1027 Fəzl ibn Məhəmmədin Araz çayı üzərində Xudafərin körpüsünü inşa etdirməsi
XI əsrin 30-cu illəri Arazdan şimaldakı Azərbaycan torpaqlarında yeni oğuz tayfalarının məskən salması nəticəsində Şədaddilərin
hərbi qüdrətinin daha da artması
1030 Şəddadi hökmdarı Fəzl ibn Məhəmmədin oğlu Musanın Beyləqanda qiyam qaldırmış qardaşı Əskuyəyə qarşı
slavyanları köməyə çağırması
1037 Şəddadilərin Dəbili ələ keçirməyə çalışan Bizans-erməni qoşunlarına ağır zərbə vurması
1038 Bizans və gürcü feodallarının birləşmiş qüvvəllərinin Tiflis müsəlman əmirliyini aradan qaldırmaq cəhdinin
baş tutmaması
1049-1067 Şəddadi hökmdarı Əbüləsvar Şavurun hakimiyyəti. Onun dövründə Şədaddilər dövləti daha da qüvvətləndi,
Gürcüstan və Şirvanşahlar dövləti ilə müharibə, Dəbili və Ani əmirliyini müdafiə etmək üçün erməni
feodallarına və Bizans imperiyasına qarşı mübarizə aparıldı, Gəncənin ətrafına hasar, xəndəklər çəkildi və
Gəncənin məşhur qala qapıları düzəldildi
1054 Əbuləsrav Şavurun Səlcuq sultanı I Toğrulun hakimiyyətini qəbul etməsi
1063 İbrahim Osman oğlu tərəfindən Gəncənin qala qapılarının düzəldilməsi
SLAVYANLARIN AZƏRBAYCANA YÜRÜŞLƏRİ
IX əsrin sonları Slavyanların Azərbaycana ilk hücumlarının başlanması
X əsrin əvvəlləri Slavyanların Xəzəryanı Azərbaycan torpaqlarına basqınlarının genişlənməsi və aramsız xarakter alması
909 Slavyanların 16 gəmi ilə Azərbaycana hücum etməsi. Hücum nəticəsində Xəzər dənizinin cənubundakı
Abaskun adası və sahil məntəqələri qarət edildi. Lakin slavyanlar yerli əhali tərəfindən ağır məğlubiyyətə
uğradıldı
910 Slavyanların Azərbaycana yürüşü nəticəsində Sarı adasında və sahil məntəqələrində yanğınlar törədilməsi.
Lakin slavyanlar Gilan şahının hərbi qüvvələri ilə toqquşmada məğlub olaraq geri çəkildilər. Geri çəkilən
slavyanlar bu dəfə Şirvanşahların qoşunları tərəfindən darmadağan edildilər
914 Slavyanların Xəzərin Azərbaycan sahillərinə və Bakı ətrafına basqınlar etməsi. Lakin slavyanlar geri
qayıdarkən Xəzərin şimal sahillərində müsəlman-türk qoşunları arasında şiddətli döyüşdə darmadağın
edildilər. Bu vuruşmadan təxminən 30 ilə qədər ruslar Xəzər sahillərində bir daha görünmədilər
944 Slavyanların Azərbaycana növbəti yürüşü. Bərdə faciəsinin baş verməsi
987 Dərbənd hakimi əmir Maymun ibn Əhmədin yerli əyanlara qarş mübarizədə slavyanları köməyə çağırması
1030 Xəzər sahillərinə hücum edən slavyan drujinalarının Bakı yaxınlığında və Kürdə, Arazın qovuşduğu yerdə
Şirvanşahların qoşunlarını məğlub etməsi
1032-1033 Şirvanın slavyanların növbəti hücumuna məruz qalması. Bu yürüşdə slavyanlarla birlikdə alanlar və sərirlər də
iştirak edirdilər. Yürüş nəticəsində Şirvanşahların paytaxtı Yezidiyyə (Şamaxı) şəhəri ələ keçirilərək qarət
edildi, Şirvanda 10 min nəfərə qədər adam qılıncdan keçirildi. Lakin Dərbənd hakimi əmir Mənsur ibn
Maymun onları ağır məğlubiyyətə uğratdı
1033 Alan və slavyanların Dərbənd hakimi Mənsur ibn Maymundan qisas almaq məqsədi ilə yenidən Azərbaycana
yürüşə başlaması. Lakin bu dəfə də onlar məğlubiyyətə uğradılar
1062 Gürcü çarı IV Baqratın alanlarla ittifaq bağlayaraq onları Azərbaycana hücuma sövq etməsi
AZƏRBAYCAN XI ƏSR -XIII ƏSRİN ƏVVƏLLƏRİNDƏ
AZƏRBAYCAN BÖYÜK SƏLCUQ İMPERİYASININ TƏRKİBİNDƏ. ELDƏNİZLƏR DÖVLƏTİ
1038-1157 Böyük Səlcuq imperatorluğunun mövcud olması
1038-1044 Bütün Xorasan və Xarəzmin səlcuqlar tərəfindən tutulması
1040-1063 Səlcuq sultanı I Toğrulun hakimiyyəti
1040 Dəndənakan döyüşü. Səlcuqların Qəznəvilər dövlətini məğlub etməsi
1040 Mərv şəhərində toplanan Böyük qurultayda səlcuqların Şərqdə və Qərbdə yeni hərbi əməliyyatlara başlamağa
qərar verməsi
1042-1051 Qərbi İranın Səlcuqlar tərəfindən tutulması
1043 Səlcuq dövlətinin paytaxtının Nişapurdan Rey şəhərinə köçürülməsi
1048 18 sentyabr Səlcuq – Azərbaycan türk qoşunlarının Bizans, erməni və gürcü feodallarını məğlub etməsi
1054 Rəvvadilər və Şəddadilər dövlətinin Səlcuqlardan asılı vəziyyətə düşməsi
1055 Səlcuqların Bağdadı tutaraq İraqı özlərinə tabe etməsi. Səlcuqların Abbasilər xilafətini özündən asılı vəziyyətə
salması. Abbasilərin I Toğrulu “şərqin və qərbin hökmdarı” kimi tanıması
XI əsrin ortaları Azərbaycanın iqtisadi həyatında Gəncə, Naxçıvan, Beyləqan, Təbriz və Şamaxı şəhərlərinin rolunun artması
XI əsrin ortaları Azərbaycan türk dilinin bütün ölkə ərazisində vahid ünsiyyət dilinə və ədəbi dilə çevrilməsi
1066 Səlcuqların Şirvanşahlar dövlətini özlərinə tabe etməsi. Azərbaycan torpaqlarının Böyük Səlcuq
imperatorluğunun tərkibinə qatılması prosesinin başa çatması
1072-1092 Səlcuq sultanı I Məlikşahın hakimiyyəti
1118-1157 Səlcuq hökmdarı Sultan Səncərin hakimiyyəti. Səlcuq imperatorluğunun faktiki olaraq ayrı-ayrı müstəqil
dövlətlərə parçalanması
1118-1194 İraq Səlcuq sultanlığının mövcud olması. İraq Səlcuq sultanlığının ərazisi İraqı, İranı və Kür çayından
cənubdakı Azərbaycan torpaqları da daxil olmaqla Cənubi Qafqazın bir hissəsini əhatə edirdi
1136 Şəmsəddin Eldənizin Arran hakimi təyin edilməsi ilə Eldənizlər dövlətinin əsasının qoyulması
1136-1225 Eldənizlər (Atabəylər) dövlətinin mövcud olması
1136-1175 Şəmsəddin Eldənizin hakimiyyəti. Eldəniz hakimiyyəti dövründə xırda feodal mülklərini aradan qaldıraraq
bütün Azərbaycanı öz hakimiyyəti altında birləşdirdi, öz adına pul kəsdirdi, 50 min nəfərlik daimi nizami ordu
yaratdı, İraq Səlcuq sultanlığını, gürcü torpaqları və Şirvanşahlar dövlətini, Hilat, Fars, Xuzistan, Mosul,
Kirman və Təbəristan hakimlərini Eldənizlərdən asılı vəziyyətə saldı, Atabəylər dövləti Yaxın və Orta Şərqin
ən qüdrətli dövlətlərində birinə çevrildi, əl – Cibal ölkəsi, İraq, Həmədan, Gilan, Mazandaran, İsfahan və Rey
Eldənizlər dövlətinə birləşdirildi,
1139 Gəncədə zəlzələ baş verməsi. Gəncə qala qapılarının gürcülər tərəfindən qənimət kimi Gürcüstana aparılması
1160 Şəmsəddin Eldənizin “Böyük atabəy” titulu alması. Eldənizin oğulluğu Arslan şahın (1161-1176) sultan elan
edilməsinə nail olması. Eldənizin Bütün İraq Səlcuq sultanlığını özü idarə etməyə başlaması
1161 Gürcü feodallarının Dəbil şəhərinə hücum etməsi
1162 Yusif İbn Küseyr türbəsinin inşa edilməsi
1175-1186 Məhəmməd Cahan Pəhlavanın hakimiyyəti. Pəhlavan hakimiyyəti dövründə mərkəzi hakimiyyəti
möhkəmlətdi, mühüm dövlət vəzifələrinə ən yaxın adamlarını təyin etdi, Azərbaycanın qərb torpaqlarını ələ
keçirməyə çalışan gürcü feodallarını dəfələrlə məğlub etdi, Təbrizi Ağsunqurilər sülaləsinin əlindən alaraq
Azərbaycanın iqtisadi və siyasi mərkəzinə çevirdi, müstəqilliyə can atan iri Səlcuq əmirlərinin müqavimətini
qırdı, atası kimi 50 min nəfərlik daimi nizami süvari ordu yaratdı, Abbasi xəlifələri Eldənizlər dövlətinin daxili
işlərinə qarışa bilmədilər
1175 Məhəmməd Cahan Pəhlavanın paytaxtı Naxçıvandan Həmədana köçürməsi
1176 Məhəmməd Cahan Pəhlavanın İraq Səlcuq sultanı III Toğrulun (1176-1194) atabəyi olması
1186 Möminə xatun türbəsinin inşa edilməsi
1186-1191 Atabəy Qızıl Arslanın hakimiyyəti
1187 Qoşaminarə abidəsinin inşa edilməsi
1190 Həmədan döyüşü. Qızıl Arslanın qələbə qazanaraq III Toğrulu oğlu Məlikşahla birlikdə əsir alması
1191 Qızıl Arslanın Xəlifə ən-Nasirin razılığı ilə özünü sultan elan etməsi. Atabəylərin sultan titulunu ələ keçirməsi
1191-1210 Atabəy Əbu Bəkrin hakimiyyəti. Əbu Bəkrin dövründə İsfahan, Rey vilayətləri və İraqın bir hissəsi Eldənizlər
dövlətindən ayrıldı, mərkəzi hakimiyyət uğrunda ara müharibələri Eldənizlər dövlətinin tənəzzülünü
sürətləndirdi, Qutluc İnanc Xarəzmşah Təkəşə sığınaraq Xorasan, Rey və Həmədanı ələ keçirdi
1194 Şəmkir və Beyləqan vuruşması. Gürcüstan və Şirvanşahların birləşmiş qoşunlarının Əbu Bəkri məğlubiyyətə
uğratması
XII əsrin II yarısı Cümə Məscidi və Darülmülkün (Eldənizlər sarayının) inşa edilməsi
1203 Gürcü qoşunlarının Dəbili qarət etməsi və Qərbi Azərbaycan torpaqlarının Gürcüstana qatılmaq təhlükəsinin
yaranması
1210-1211 Gürcü qoşunlarının Azərbaycan torpaqalarına dağıdıcı basqın etməsi. Bu yürüş zamanı gürcülər Naxçıvanı
mühasirəyə alsa da ələ keçirə bilmədilər. Naxçıvandan sonra gürcü qoşunları Təbriz istiqamətində hücumu
davam etdirərək Mərəndi talan etdilər və Təbrizi mühasirəyə aldılar. Təbriz hakimi Zahidə Xatın çoxlu pul,
daş-qaş və sənətkarlıq məhsulları verməklə Təbrizi gürcülərin təcavüzündən qurtardı. Miyanə, Uşan və Ərdəbil
şəhərini isə gürcülər qarət etdilər
1210-1225 Atabəy Özbəyin hakimiyyəti. Özbəyin dövründə dövlət işləri onun iştirakı olmadan həll olunmağa başlandı,
ölkədə daxili çəkişmələri daha da artdı, İraqi-Əcəmə müvəffəqiyyətsiz yürüş edildi, Azərbaycan gürcü və
monqolların hücumuna məruz qaldı, Eldənizlər dövlətinin süqutu daha da sürətləndi
ŞİRVANŞAHLAR DÖVLƏTİ
1063-1096 Şirvanşah I Fəribürzun hakimiyyəti
1066 Şirvanşahlar dövlətinin Səlcuqlar tərəfindən işğal edilməsi. Səlcuqlar tərəfindən Şirvanşahlar dövlətinin işğal
edilməsi nəticəsində Şirvanşahlar səlcuqlardan asılı vəziyyətə düşdü və bununla da Azərbaycan torpaqlarının
Böyük Səlcuq imperatorluğunun tərkibinə qatılması prosesi başa çatdı
1097-1107 Şirvanşah II Mənüçöhrün hakimiyyəti
1107-1120 Şirvanşah I Afridunun hakimiyyəti
1117 Demetrenin Şirvana hücum edərək Şirvanşahların qoşunlarını məğlubiyyətə uğratması
1120 Gürcü çarı IV Davidin Şirvana hücum edərək Şirvanşahların qoşunlarını məğlubiyyətə uğratması
1120-1160 Şirvanşah III Mənüçöhrün hakimiyyəti. III Mənüçöhrün dövründə Şirvan – Gürcüstan münasibətlərində dönüş
yarandı, Şirvanşahlar dövləti Səlcuq imperatorluğu ilə ittifaqdan çıxaraq onlara illik bac verməkdən imtina etdi
1121 Didqori döyüşü. Gürcülərin və onların müttəfiqlərinin (qıpçaq türkləri, alanlar və Qərbi Avropa səlibçilərinin)
birləşmiş qüvvələrinin Səlcuq qoşunlarını məğlub etməsi
1122 Tiflisin gürcülərin əlinə keçməsi və Tiflis müsəlman əmirliyinin ləğv edilməsi
1123 Sultan Mahmudun Şirvana hücumu. Hücum nəticəsində Sultan Mahmudun məğlub olaraq Şirvanı tərk etdi
1123-1124 IV Davidin Şirvan torpaqlarına yürüşü. Yürüş nəticəsində Şirvanşahların paytaxtı Şamaxı,Gülüstan və Buğurd
qalaları ələ keçirildi, gürcülər Şirvanın mühüm şəhər və qalalarında güclü qarnizonlar qoyub geri qayıtdılar
1125 IV Davidin ölümündən sonra gürcülərin Şirvanı tərk etməsi
XII əsrin 30-50-ci illəri Şirvanşahlar dövlətinin Cənubi Qafqazda ən qüdrətli siyasi amilə çevrilməsi
1160 Tamarın Şirvanşahlar dövlətində saray çevrilişi etməyə cəhd göstərməsi
1160-1196 Şirvanşah I Axsitanın hakimiyyəti. I Axsitan hakimiyyəti illərində Dərbənd hakimliyini Şirvanşahlar
dövlətindən asılı vəziyyətə saldı, Dərbənd səddini təmir etdirdi, Səlcuqlarla dostluq münasibətlərini bərpa etdi,
Atabəylər dövləti ilə dostluq münasibətləri qurdu, Gürcüstan çarlığı ilə mehriban qonşuluq əlaqələrini davam
etdirdi, paytaxtı Şamaxıdan Bakıya köçürtdü, dövlətin müdafiə qüdrəti artdı, Şirvanşahlar dövləti iqtisadi
inkişaf və mədəni tərəqqi etdi
1173 Şirvanşahın hərbi qüvvələrinin Gürcüstanda mərkəzi hakimiyyətə qarşı qiyamı yatırmaqda çar III Georgiyə
kömək etməsi
1175 Azərbaycana hücum edən slavyan donanmasının Şirvanşahın hərbi qüvvələri tərəfindən darmadağın edilməsi.
Slavyanlarla eyni zamanda hücum edərək Şabran və Dərbəndi ələ keçirən qıpçaqların I Axsitan tərəfindən
məğlub edilərək ölkədən qovulması
1192 Şamaxıda baş vermiş zəlzələ nəticəsində Şirvanşahlar dövlətinin paytaxtının Bakıya köçürülməsi
XII əsr Buğurd, Mərdəkan, Gülüstan və Qız qalalarının inşa edilməsi
AZƏRBAYCANA XIII-XIV ƏSRLƏRDƏ
MONQOLLARIN AZƏRBAYCANA YÜRÜŞLƏRİ. CƏLALƏDDİNİN AZƏRBAYCANDA HAKİMİYYƏTİ
1220-1222 Cəba və Sabutayın rəhbərliyi ilə monqolların Azərbaycana kəşfiyyat xarakterli I yürüşü. Yürüş zamanı
monqollar Təbrizə və Gəncəyə hücum etsələr də bu şəhərləri işğal edə bilmədilər. Beyləqan və Şamaxı isə
talan edildi. Gürcüstansa iki dəfə monqollar tərəfindən tutuldu
1221 Monqolların Təbrizə və Gəncəyə uğursuz hücum etməsi
1222 Monqolların Şirvana hücumu
1223 Kalka çayı sahilində döyüş. Monqolların rus-qıpçaq qoşunlarını məğlubiyyətə uğratması. Lakin İdilboyunda
bulqarlarla döyüşdə monqollar məğlub olaraq Monqolustana qayıtdılar
1225 Xarəzimşah Cəlaləddinin Azərbaycanı, o cümlədən Şirvanı tutması
1225-1231 Azərbaycanda Xarəzimşah Cəlaləddin dövlətinin mövcud olması
1225 Xarəzimşah Cəlaləddin tərəfindən Atabəylər dövlətinin varlığına son qoyulması
1227 Xarəzimşah Cəlaləddinin Marağada Ağsunqurilər sülaləsinin hakimiyyətinə son qoyması
XIII əsrin 20-ci illəri Şəkinin Şirvanşahlar dövlətinin tabeliyinə keçməsi
1231 Gəncədə Bəndər üsyanı. Üsyan Cəlaləddin tərəfindən yatırıldı, üsyan başçılarından isə 30 nəfər, o cümlədən
Bəndər edam olundu. Cəlaləddinə qarşı Gəncədən başqa, Xoy, Mərənd, Naxçıvad, və üç dəfə Təbrizdə də xalq
azadlıq hərəkatı baş verdi və onlar da qəddarlıqla yatırıldı
1231 Azərbaycanda Xarəzmşah Cəlaləddinin hakimiyyətinin başa çatması
1231-1239 Cormağun noyonun başçılığı ilə monqolların Azərbaycana II yürüşü
1235 Gəncənin monqollar tərəfindən işğal olunması
1239 Monqolların II yürüşü zamanı tamamilə dağılmış Gəncə şəhərinin bərpa olunmağa başlanması
1239 Monqolların Şirvanı və Dərbəndi ələ keçirməsi. Dərbənd şəhərinin tutulması ilə bütün Azərbaycanın monqollar
tərəfindən istilası və monqolların II yürüşü başa çatdı
1239-1256 Azərbaycanın Ali monqol xaqanlığının tərkibinə qatılması. Ali Monqol Xaqanlığının hakimiyyəti dövründə
Azərbaycan Ali Monqol Xaqanlığının canişinləri tərəfindən idarə edildi, Arqun ağa – Xorasan, İraqi-Əcəm,
Şirvan da daxil olmaqla Azərbaycan, Gürcüstan, Lur və Kirmana canişin təyin olundu, Azərbaycanın əksər
torpaq sahələri və otlaqları monqol canişinlərinin ixtiyarına keçdi, yerli feodalların əksəriyyəti torpaq
malikanələrindən məhrum edildi, yerli feodalların bir qismi isə monqolların vassalına çevrildi
MONQOLLARIN AZƏRBAYCANA III YÜRÜŞÜ. AZƏRBAYCANIN HÜLAKÜLƏR DÖVLƏTİNİN TƏRKİBİNƏ QATILMASI
1253 Hülakü xanın başçılığı ilə Müke xanın Ön Asiyaya qoşun göndərməsi
1254 Monqollar tərəfindən Azərbaycanda əhalinin siyahıya alınması
1256 Monqolların Azərbaycana III yürüşü. Monqolların III yürüşü nəticəsində Azərbaycanın Hülakülər dövlətinin
tərkibinə qatıldı
1258 Bağdadın Hülakülər tərəfindən tutulması və Abbasilər xilafətinin süqut etməsi
1258-1357 Beşinci Monqol Ulusu adlanan Hülakülər (Elxanilər) dövlətinin mövcud olması
1258-1265 Hülakü xanın hakimiyyəti. Hülakü xan hakimiyyəti dövründə hərbi-köçəri əyanların tez-tez baş verən
qiyamlarını yatırmaqla geniş əraziyə malik iqtisadi cəhətdən güclü və mərkəzləşmiş dövlət yaratdı, köçmə
zadəganlara arxalanaraq bütün ali hakimiyyət orqanlarını şahzadə və əmirlər arasında böldu, şahzadə Yuşmut
Arran hakimi təyin olundu, Azərbaycanın şimal sərhədlərinin mühafizəsini möhkəmləndirmək məqsədi ilə
burda güclü monqol hərbi dəstələri məskunlaşdırıldı, Hülakü dövləti öz qüdrətini və vahidliyini qoruyub
saxladı, lakin feodalların getdikcə güclənməsi mərkəzi hakimiyyətə qarşı mübarizəni gücləndirdi, Azərbaycan
torpaqları uğrunda Hülakü və Qızıl Ordu arasında müharibələr başladı
1259 Nəsirəddin Tusinin rəhbərliyi ilə Marağa rəsədxanasının tikilməsi
XIII əsrin 50-ci illəri Monqolların III yürüşü nəticəsində Şirvanşahlar dövlətinin müstəqilliyini itirməsi
XIII əsrin 60-cı illəri Azərbaycan uğrunda Hülakülərlə Qızıl Ordu xanları arasında müharibələrin başlanması
1263 Elxanilərlə Qızıl Ordu dövləti arasında ilk toqquşma baş verməsi. Qızıl Ordu dövlətinin bu hücumu nəticəsində
Dərbənd şəhəri tutuldu. Lakin Qızıl ordulular tezliklə geri oturduldu
1288; 1290 Qızıl Ordu xanlarının Azərbaycana növbəti yürüşləri. Hər iki yürüşdə Qızıl ordulular məğlub edilərək ölkədən
qovuldu
XIII əsrin sonları Keyxatu xanın ölkədə pul islahatı keçirməsi
1295 Qazan xanın Qarabağda padşah elan olunması
1295-1304 Qazan xanın hakimiyyəti. Qazan xan hakimiyyəti dövründə İslam dinini qəbul edərək Mahmud təxəllüsü aldı,
Azərbaycanın şimalında monqol feodallarının qiyamını yatıraraq mərkəzi hakimiyyəti möhkəmləndirdi
1297-1298 Qazan xanın Azərbaycanın şimalında monqol feodallarının qiyamını yatırması
1303 Qazan xanın fərmanıyla kəndlilərin bir yerdən başqa yerə getməsinin qadağan olunması. Bu fərmanla kəndlilər
öz yaşayış yerlərinə təhkim olunurdular
XIV əsrin əvvəlləri Təbrizdə Əlişah məscidinin (“Ərk qalası”nın) inşa edilməsi
1304-1316 Məhəmməd Olcayut xanın hakimiyyəti. Olcayutun hakimiyyəti illərində mərkəzi hakimiyyət daha da
qüvvətləndi və ölkədə feodal çəkişmələri azaldı
1316-1335 Əbu Səidin hakimiyyəti
1316-1357 Çobanilərin Hülakü səltənətini ələ keçirməsi
1318 Xorasanda mərkəzi hakimiyyətə qarşı çıxışların baş verməsi və bundan istifadə edən Qızıl Ordu qoşunlarının
Elxanilər dövləti üzərinə hücuma keçərək Kür çayının sahilinə qədər irəliləməsi
1319 Usta Yusif ibn Əhmədin hal-hazırda London şəhərinin Viktoriya və Albert muzeyində saxlanılan bədii kasanı
düzəltməsi
1319 Gürcüstanda mərkəzi hakimiyyətə qarşı üsyan baş verməsi
1319-1325 Əmir Çobanın rəhbərliyi ilə Qızıl Ordu dövlətinə müvəffəqiyyətli yürüşlər təşkil olunması
1328 Əbu Səidin əmir Çobanı və onun oğlanlarını edam etdirməsi
1335 Sultaniyyədə mərkəzi hakimiyyətə qarşı üsyan baş verməsi
1335 Hülakülər dövlətinin Qızıl orduların hücumuna məruz qalması. Əbu Səidin Qızıl Ordu xanı Özbək xanı məğlub
edərək onu geri çəkilməyə məcbur etməsi
1335-1336 Arpa xanın hakimiyyəti
1336-1338 Məhəmməd xanın hakimiyyəti. Məhəmməd xanın dövründən başalayaraq hakimiyyət uğrunda mübarizə yeni
forma aldı. Məqsəd Hülakü səltənətini ələ keçirmək deyil, Hülakülər dövlətinin ayrı-ayrı vilayətlərində
müstəqilləşmək idi. “Hülakülər səltənətinin mühafizəsi” bayrağı altında aparılan mübarizədə Çobanilər,
Cəlairilər və Şirvanşahlar daha fəal iştirak edirdilər
1338 Əmir Çobanın nəvəsi Şeyx Həsən Çobaninin (Kiçik Həsənin) Şeyx Həsən Cəlairiyə (Böyük Həsənə) qalib
gəlməsi. Azərbaycanın faktiki olaraq Çobanilərin əlinə keçməsi
1338-1340 Satı Bəy Xatunun hakimiyyəti
1340-1344 Hülakü hökmdarı Süleyman bəyin hakimiyyəti
1344 Şeyx Həsən Çobaninin öldürülməsi və Məlik Əşrəfin hakimiyyətə gəlməsi
1344 Azərbaycanda çobanilər zülmünə - Məlik Əşrəfə qarşı Təbriz əhalisinin üsyan qaldırması
1347-1348 Çobani Əşrəfin Şirvana yürüş etməsi. Şirvanşahlar dövlətinin Çobanilərin hakimiyyəti altına düşməsi
1357 Qızıl Ordu hökmdarı Canı bəyin Azərbaycana yürüşü. Canı bəyin Azərbycana yürüşü nəticəsində Təbriz
tutuldu, Hülakülər dövləti süquta uğradı, Azərbaycanda Qızıl Ordunun bir illik hakimiyyəti quruldu, Çobani
Əmiri Məlik Əşrəf edam olundu, Çobanilərin Hülakülər dövlətinin mühafizəsi uğrunda apardığı mübarizəyə
son qoyuldu. Canı bəy oğlu Bərdi bəyi Təbrizdə səltənətə qoyaraq, Qızıl Ordaya qayıtdı. Lakin Canı bəyin
qəfil ölümü Qızıl orduluların Azərbaycanı tərk etməsi ilə nəticələndi
1357-1358 Azərbaycanda Qızıl orduluların bir illik hakimiyyəti
AZƏRBAYCANIN CƏLAİRİLƏR DÖVLƏTİNİN TƏRKİBİNƏ QATILMASI
1340 Şeyx Həsən Cəlairinin Bağdadda Cəlairilər dövlətini yaratması
1340-1410 Cəlairilər dövlətinin mövcud olması
1340-1354 Böyük Həsən (Şeyx Həsən) Cəlairinin hakimiyyəti
1354-1374 Cəlairi Şeyx Üveysin hakimiyyəti. Şeyx Üveys dövründə mərkəzi idarə sistemi möhkəmləndirildi, iqtisadiyyat
və təsərrüfatda canlanma baş verdi, Azərbaycan Cəlairilər dövlətinin tərkibinə qatıldı, Cəlairilər dövləti
Şirvanşahlar dövlətini özündən asılı vəziyyətə saldı
1358 Cəlairilərin Azərbaycana yürüş edərək Təbrizi tutması
1358-1359 Azərbaycanın Cəlairilər dövləti tərəfindən işğal olunması
1364 Şirvanda Cəlairilərə qarşı üsyan baş verməsi
1367 Şeyx Üveysin Şirvana yürüşü. Şirvanşahlar dövlətinin Cəlairilərin vassal aslılığına düşməsi. Cəlairilərin Şirvan
ərazisini tutaraq Şirvanşahlar dövlətini özündən asılı vəziyyətə salması ilə Azərbaycanın tamamilə Cəlairilər
dövlətinin tərkibinə qatılması prosesi başa çatdı
1374-1382 Cəlairi Sultan Hüseynin hakimiyyəti. Sultan Hüseynin dövründə ölkədə feodal fərakəndəliyi gücləndi və
mərkəzi hakimiyyətə qarşı çıxışlar artdı
1382-1410 Cəlairi Sultan Əhmədin hakimiyyəti. Sultan Əhmədin dövründə Cəlairilər dövlətində feodal ara müharibələri
davam etdi, ölkənin ictimai və siyasi həyatında elə bir əhəmiyyətli dəyişiklik baş vermədi, II Şənbi-Qazan
döyüşündə Qara Yusifə məğlub oldu, Cəlairilər dövləti Qaraqoyunlular tərəfindən süquta uğradıldı
TOXTAMIŞ XAN VƏ ƏMİR TEYMURUN AZƏRBAYCANA YÜRÜŞLƏRİ
1385 Əmir Teymurun Azərbaycana daxil olması. Bu zaman Azərbaycanı idarə edən Cəlairilər dövlətinin hökmdarı
Sultan Əhməd Bağdada çəkildi. Lakin Mərkəzi Asiyada baş vermiş hadisələrlə əlaqədar olaraq Əmir Teymur
geri qayıtdı
1385 sonları Toxtamış xanın Azərbaycana birinci yürüşü. Toxtamış xan Azərbaycana birinci yürüş zamanı Dərbənddən
Şirvana daxil oldu, Təbriz şəhəri ona ciddi müqavimət göstərsədə hiylə yolu ilə tutuldu. Bu hücum nəticəsində
Təbrizdən başqa, Marağa, Mərənd, Naxçıvan şəhərləri qarət edildi, ölkədən çoxlu qənimət və 200 min əsir
aparıldı
1386-1387 Əmir Teymurun Azərbaycana birinci “üçillik” yürüşü. Birinci “üçillik” yürüşü zamanı Təbriz şəhəri tutuldu,
Cəlairi əmirləri Bağdada, bir qismi isə Əlincə qalasına qaçdı, Əlincə qalası mühasirəyə alındı, xalq Cəlairi
Şeyx Həsənin başçılığı ilə Naxçıvanda mübarizəyə qalxdı. Yürüş nəticəsində, Əlincə qalası istisna olmaqla
bütün Azərbaycan işğal olundu
1387 Toxtamış xanın ikinci dəfə Azərbaycana yürüş etməsi. Toxtamış xan Azərbaycana ikinci yürüş zamanı yenə
də Dərbənddən Azərbaycana daxil oldu. Lakin Miranşahın Kürün şimalına göndərilmiş qoşunlarına qarşı
müqavimət göstərə bilməyib geri çəkildi. Bundan sonra Toxtamış xan ölkəsinə qayıdaraq Buxarə və
Səmərqəndə hücum etdi
1387; 1393; 1397 Əmir Teymurun Əlincə qalasına hücumu
1387 Teymurun Toxtamış xanın Buxara və Səmərqəndə hücumu ilə əlaqədar Azərbaycanı tərk etməsi
1387-1392 Ayrı-ayrı feodal quruplarının Təbriz şəhəri uğrunda mübarizə aparması
XIV əsrin 80-ci illəri Toxtamış xanın və Əmir Teymurun hücumları, feodal çəkişmələri və ara müharibələrinin Azərbaycanda
iqtisadi böhrana səbəb olması
1392 Toxtamış xanın Azərbaycana üçüncü yürüşü. Toxtamış xanın Azərbaycana üçüncü yürüşü zamanı Azərbaycan
yenə də dağıntılara məruz qaldı
1392-1397 Əmir Teymurun Azərbaycana ikinci “beşillik” yürüşü. İkinci “beşillik” yürüş zamanı Teymur Gürcüstanı zəbt
etdi və Şəki hakimi Seyid Əlini itaətə gətirdi, Şirvanşah I İbrahim Teymurla ittifaq bağladı. Yürüş nəticəsində,
yenə də Əlincə qalası istisna olmaqla bütün Azərbaycan tutuldu
1395 Əmir Teymurun Toxtamış xanı məğlub etməsi
1399 Əmir Teymurun Azərbaycana üçüncü yürüşü. Üçüncü yürüş zamanı Qarabağ feodal hakimləri və Şəki hakimi
Seyid Əhməd Şirvanşah I İbrahimin himayədarlığı ilə Teymurla ittifaq bağladı, Əlincə qalası daxili çəkişmələr
nəticəsində Teymura tabe oldu, bütün Azərbaycan Teymurun tam hakimiyyəti altına düşdü
1399 Teymurun sifarişi ilə Əbdüləziz ibn Şərafəddin tərəfindən hazırda Sank-Peterburq şəhərində saxlanılan tiyanın
düzəldilməsi
1400 Əlincə qalasının daxili çəkişmələr nəticəsində Teymura tabe olması
XIII-XIV əsrlər Fəzullah Rəşidəddin, Gəncəli Kirakos və Nizaməddin Şaminin tarix elminə, Z.Qəzvini, H.Qəzvini və
Əbdürrəşid Bakuvinin coğrafiya elminə, Hinduşah Naxçıvani və Məhəmməd Naxçıvaninin dilçilik sahəsinə aid
qiymətli əsərlər yazması
XIII-XIV əsrlər Sultaniyyədə Olcayut Xudabəndə türbəsi (1305-1313), Bərdə türbəsi (1322), Qarabağlar türbəsi – Beştağ və
Naçıvanda Gülüstan türbəsinin inşa olunması
XIV əsr Təbrizdə Rəbi Rəşid mədrəsəsinin açılması
ŞİRVANŞAHLAR DÖVLƏTİ VƏ ŞƏKİ HAKİMLİYİ
1203-1225 Şirvanşah Güstasbsın hakimiyyəti. Güstasbsın hakimiyyəti illərində Şirvan monqolların birinci yürüşünə məruz
qaldı. Bu zaman monqol dəstələri Şirvana soxularaq xeyli qətl və qarətlər törətdilər
1225-1243 Şirvanşah III Fəribürzün hakimiyyəti. III Fəribürzün dövründə Şirvanşahlar dövləti Xarəzmşah Cəlaləddinin və
monqolların II yürüşünə məruz qaldı. Cəlaləddin Azərbaycana yürüş edən zaman III Fəribürz Cəlaləddin ilə
müqavilə bağladı. Müqavilənin şərtlərinə əsasən III Fəribürz Cəlaləddinə müəyyən miqdarda xərac verərək
ondan asılı vəziyyətə düşdü və Şirvanşahlar daxili müstəqilliyini saxladı
1243-1260 Şirvanşah II Axistanın hakimiyyəti. II Axistanın dövründə Şirvanşahlar dövləti Hülakülərin hakimiyyətini
qəbul etməli oldu və tədricən öz müstəqilliyini itirdi
XIII-XIV əsrlərin qovşağı Şəki hakimliyinin tarixçi Fəzlülah Rəşidəddinin oğlu Cəlal tərəfindən idarə olunması
XIV əsrin 30-cu illəri Şəki hakimliyinin daxili müstəqilliyini bərpa etməsi və Oyrat sülaləsinin hakimiyyətə gəlməsi
1345-1372 Şirvanşah Kavusun hakimiyyəti. Kavusun dövründə Şirvanşahlar dövləti Çobanilərin və Cəlairilərin ağalığını
tanıdı
1347-1348 Şirvanşahların Çobanilərin hakimiyyəti altına düşməsi
1364 Şirvanda Cəlairilərə qarşı üsyan baş verməsi
1367 Şirvanşah Kavusun iki dəfə Təbrizə yürüş edərək Azərbaycanı azad etməyə cəhd göstərməsi
1367 Şirvanşahlar dövlətinin Cəlairilərin vassal aslılığına düşməsi
1372-1382 Şirvanşah Hüşəngin hakimiyyəti
1382 Hüşəngin öldürülməsi nəticəsində Şirvanda Kəsranilər sülaləsinin hakimiyyətinin başa çatması və Dərbəndlilər
sülaləsinin hakimiyyətə gəlməsi
1382-1538 Şirvanşahlar dövlətində Dərbəndlilər sülaləsinin hakimiyyəti dövrü
1382-1417 Şirvanşah I İbrahimin hakimiyyəti
1386 Şirvanşah I İbrahimin Əmir Teymurun vassal asılılığını qəbul etməsi
1387-1392 Şəki hakimi Seyid Əlinin Teymura itaətdən boyun qaçırması
1392-1395 Teymurun Şəki hakimi Seyid Əlini cəzalandırmaq məqsədilə Şəkiyə hücum etməsi
1395 Miranşahın Seyid Əlini itaətə gətirmək üçün Şəkiyə hücum etməsi
XIII-XIV əsrlər Abşeron ərazisində Nardaran, Ramana, Mərdəkanda dairəvi və dördkünc qalalarının inşa olunması
XIV əsrin sonları Şəki hakimlərinin müstəqillik uğrunda mübarizəsinin güclənməsi
AZƏRBAYCAN XV ƏSRDƏ
QARAQOYUNLU DÖVLƏTİ
XIV əsrin 70-ci illəri Qaraqoyunluların Şərqi Anadoluda (Ərzincanda və Sivasda) möhkəmlənərək, Ağqoyunlulara, Cəlairilərə və
Teymurilərə qarşı mübarizə aparması
XIV əsrin 80-ci illəri Cəlairilərlə mübarizədə qaraqoyunlu tayfa birləşməsinin bir qədər zəifləməsi
1380-1389 Qara Məhəmmədin hakimiyyəti. Qaraqoyunlu tayfa ittifaqının yaranması
1382 Qara Məhəmmədin birinci dəfə Təbrizə hücum edərək Cəlairi Şeyx Əlini məğlub etməsi
1384 Qara Məhəmmədin Mardin hökmdarı Məcdəddin İsanın üzərinə yürüş etməsi
1385 Qara Məhəmmədin Mosul və Mardin hakimi Misir xocanı Qahirəyə göndərərək Sultan Berqoqdan Suriyaya
köçməyə razılıq alması
1387 Çapaqçur döyüşü. Qara Məhəmmədin Teymur üzərində qələbə qazanması
1388 Qara Məhəmmədin ikinci dəfə Təbrizə hücum edərək Cəlairi əmirlərinin müqavimətini qırması
1389 Qara Məhəmmədin Qaraqoyunlu əmiri Qara Pirhəsənlə doyüşdə öldürülməsi
1389-1421 Qara Yusifin hakimiyyəti. Qara Yusif hakimiyyəti dövründə mərkəzləşmiş dövlət yaratmaq üçün qüvvətli
süvari ordu yaratdı, Azərbaycanın cənubunu özü, dövlətin qalan vilayətlərini isə oğlanlar idarə etdi, əyanları
mərkəzi hakimiyyətlə hesablaşmağa məcbur etdi, feodal ara müharibələrini bir qədər zəiflətdi, feodalların asılı
kəndlilər üzərindəki ağalığını təmin etmək üçün əlverişli şərait yaratdı, təsərrüfatda müəyyən canlanma
yarandı. Lakin, Qara Yusif güclü mərkəzi aparat yarada bilmədi. Odur ki, Qaraqoyunlu dövləti
mərkəzləşdirilmiş dövlətə çevrilmədi
1392 Qara Yusifin Qara Pirhəsən bəylə döyüşdə qalib gələrək onu öldürməsi
1392 Teymurilərin Van şəhərini tutaraq qarət etməsi
1394 Bağdad döyüşü. Teymurun qoşunlarının qaraqoyunlu və cəlairilərin birləşmiş qüvvələrini məğlubiyyətə
uğratması
1395 Daxili ziddiyyətlər nəticəsində qaraqoyunlu tayfa ittifaqının dağılması. Qara Yusifin Teymur əlehinə ittifaq
yaratmaq məqsədi ilə Cəlairi Sultan Əhmədlə Misirə getməsi
1405 Əmir Teymurun Səmərqənddə vəfat etməsi. Qara Yusif və Sultan Əhmədin həbsdən çıxaraq Teymurilərlə
mübarizəni davam etdirməsi
1405 Kür sahilində döyüş. Şirvanşah I İbrahimin Gürcü çarı, Şəki, Ərdəbil hakimləri və Qaramanlı tayfası ilə ittifaqa
girərək Teymurun nəvəsi Öməri məğlub etməsi
1406-1410 Azərbaycan ərazisinin Teymurilərin, Cəlarilərin və Qaraqoyunluların mübarizə meydanına çevrilməsi
1406 Təbrizdə Teymurilərə qarşı üsyan baş verməsi və Təbriz üsyançılarının kömək üçün Şirvanşah I İbrahimə
müraciət etməsi
1406 Şirvanşah I İbrahimin Təbrizə daxil olaraq qısa müddətə Azərbaycanı öz hakimiyyəti altında birləşdirməsi
1406 I Şənbi Qazan döyüşü. Döyüş nəticəsində Qaraqoyunlu qüvvələri Teymuri Əbubəkri məğlub etdi. Bu qələbə
Qara Yusifin şöhrətini xeyli artırdı və onu sonrakı qələbələrə apardı
1408 21 aprel Sərdurud döyüşü. Döyüş nəticəsində qaraqoyunlular qalib gəldi, Teymurilərin qüvvələri darmadağın edildi və
Miranşah öldürüldü, Teymurilərin Azərbaycanda hakimiyyətinə son qoyuldu, Azərbaycanın cənub torpaqları
Qaraqoyunluların hakimiyyəti altına keçdi
1410 30 avqust II Şənbi-Qazan döyüşü. Döyüş nəticəsində Cəlairi qoşunu darmadağın edildi, Sultan Əhməd öldürüldü,
Cəlairilər dövlətinin varlığına və Azərbaycandakı hakimiyyətinə son qoyuldu, Bağdad qaraqoyunlulardan asılı
vəziyyətə düşdü, Qaraqoyunlu dövləti yarandı
1410-1468 Qaraqoyunlu dövlətinin mövcud olması
1411 Qara Yusifin oğlu Pirbudağı sultan elan etməsi
1412 Kür çayı sahilində döyüş. Döyüş nəticəsində Qarabağ, Muğan və Naxçıvanın silahlı dəstələrinin köməyi ilə
Qara Yusif qalib gəldi, Şirvanşah I İbrahim, Seyid Əhməd və II Konstantin döyüşdə məğlub olaraq əsir
düşdülər
1418; 1420 Teymuri Şahruxun iki dəfə Azərbaycana yürüş etməsi
1421-1429; 1431-1436 Qaraqoyunlu Qara İsgəndərin hakimiyyəti. Qara İsgəndər Qaraqoyunlu taxtına çıxdıqdan sonra dağınıq
qaraqoyunlu qüvvələrini yenidən birləşdirdi, Kürün cənubunu idarə edən Azərbaycan feodallarını özünə tabe
etdi, Şirvanşahlar dövlətinə və Şəki hakimliyinin müstəqilliyinə son qoymaq üçün Şirvana yürüş etdi,
teymurilərlə mübarizə apardı
1421 Alaşkerd döyüşü. Sultan Şahruxun Qara Yusifin oğlanları İsgəndər və İsfəndiyarı məğlub etməsi
1427 Qara İsgəndərin Şirvana hücum etməsi
1427 Teymuri Şahruxun üçüncü dəfə Azərbaycana yürüş etməsi
1427 Salmas döyüşü. Sultan Şahruxun yenidən İsgəndər başda olmaqla qaraqoyunlu qüvvələrini məğlubiyyətə
uğratması
1429-1431 Qaraqoyunlu Əbu Səidin hakimiyyəti
1434 Qaraqoyunlu İsgəndərin Şirvana ikinci dəfə hücum edərək Şamaxını dağıtması
1434 noyabr Xəlilullahın Reyə gedərək Qara İsgəndərin Şirvanda törətdiyi müsibətlər barədə Şahruxa məlumat verməsi və
onu Azərbaycana yürüşə dəvət etməsi
1435 Sultan Şahruxun Azərbaycana dördüncü dəfə yürüşə başlaması
1435 Təbriz döyüşü. Sultan Şahruxun və I Xəlilullahın birləşmiş qüvvələrinin qaraqoyunluları məğlub etməsi
1435 Sultan Şahruxun Təbrizə gələrək Qara Yusifin kiçik oğlu Cahanşahı Təbrizdə taxta çıxarması. Şahruxla
Cahanşah arasında razılaşmaya görə Qaraqoyunlu dövləti Teymurilərin vassal asılılığına düşdü
1435-1447 Qaraqoyunlu dövlətinin Teymurilərdən vassal asılılığında qalması
1436-1467 Qaraqoyunlu Cahanşahın hakimiyyəti. Cahanşah hakimiyyəti dövründə Şirvanşahlar dövləti ilə dostluq
münasibətləri yaratmağa çalışdı, feodal zümrəsinin mənafeyinə uyğun tədbirlər həyata keçirdi, gələcəkdə
işğalçılıq planlarını həyata keçirmək üçün hərbi islahat keçirdi, oturaq əhaliyə və iri tacirlərə arxalanaraq
mərkəzi hakimiyyətə tabe olmaq istəməyən yarımköçəri əmirlərə qarşı mübarizə apardı, Teymurilərin vassal
asılılığından çıxaraq onları vassal asılılığına saldı. Lakin Cahanşah daxili və xarici siyasəti nəticəsində xarici
müdaxiləyə və ara müharibələrinə son qoya bilmədi, onun mərkəzi hakimiyyəti möhkəmləndirmək siyasəti
nəticəsiz qaldı, xalq kütlələrinin vəziyyəti ağırlaşdı, feodal çəkilşələri və mərkəzi hakimiyyətə tabe olmamaq
cəhdləri artdı
1447 Teymuri Şahruxun vəfat etməsi və Cahanşahın Teymurilərin vassal asılılığından çıxaraq müstəqil siyasət
yeritməyə başlaması
XV əsrin 50-ci illəri Ağqoyunlu Uzun Həsənlə Cahanşah arasında baş vermiş döyüşlər - hərbi toqquşmalar nəticəsində
qaraqoyunluların məğlub olması və Şərqi Anadolunun çox hissəsini itirməsi
1453 Cahanşahın İran İraqını, Qərbi İranı və Şərqi İranın bir hissəsini ələ keçirməsi
1457 Cahanşahın Şahruxun oğlunu məğlub edərək Cürcanı və Xorasanı tutması
1458 Cahanşahın Teymurilərin mərkəzi Herat şəhərini tutması
1459 Cahanşahın oğlu Həsənəlinin başçılığı ilə Azərbaycanda, digər oğlu Pirbudağın başçılığı ilə Bağdadda mərkəzi
hakimiyyətə qarşı qiyam baş verməsi
1459 Cahanşahla Teymuri hökmdarı Əbu Səid arasında Herat barışığı imzalanması. Herat barışığına əsasən
Teymurilər Qaraqoyunlu dövlətindən vassal asılılığına düşdü və təzminat ödəməli oldu
1465 Cahanşahın oğlu Pirbudağın qiyamını yatırması
1465 Qaraqoyunlu Cahanşahın tapşırığı ilə Təbrizdə “Göy məscid”in inşa olunması
1467 Muş döyüşü. Döyüş qaraqoyunluların məğlubiyyəti ilə nəticələndi, Cahanşah döyüşdə öldürüldü və Bağdada
qədər olan ərazilər ağqoyunluların əlinə keçdi
1467-1468 Cahanşahin varisləri Həsənəli və Hüseynəli arasinda hakimiyyət uğrunda mübarizə getməsi. Mübarizə
nəticəsində Hüseynəli öldürüldü, Həsənəli isə öz qüvvələrini toplayaraq Ağqoyunlulara qarşi mübarizəyə
başladı. Həsənəli, rəiyyəti öz tərəfinə çəkmək üçün Təbriz yoxsullarına və kəndlilərə xeyli məbləğdə pul
payladı. Lakin onlar Həsənəlini müdafiə etmədilər. Buna görə də Uzun Həsən heç bir çətinlik çəkmədən
Azərbaycanı ələ keçirdi
1468 Ağqoyunlu Uzun Həsənin Cənubi Azərbaycanı və Qarabağı ələ kecirməsi. Qaraqoyunlu dövlətinin süqut
etməsi
AĞQOYUNLU DÖVLƏTİ
XIII-XIV əsrlər Ağqoyunlu tayfalarının Xorasandan Anadoluya köçməsi
1370-1388 Ağqoyunlu tayfalarının siyasi birliyinin başçısı Pəhləvan bəyin hakimiyyəti. Pəhləvan bəy hakimiyyəti
dövründə qaraqoyunlularla Teymur arasında gedən mübarizədən istifadə edərək Ağqoyunlu tayfalarını
birləşdirmək uğrunda ciddi mübarizə apardı, Ağqoyunlu tayfa ittifaqı Şərqi Anadolunun cənubunda böyük
qüvvəyə çevrildi, qonşu dövlətlər onunla hesablaşdılar
1388-1394 Ağqoyunlu Əlaəddin Turəlinin hakimiyyəti. Onun dövründə Ağqoyunlu tayfa ittifaqını möhkəmləndirmək
cəhdləri nəticəsiz qaldı
1394-1434 Qara Yuluq Osman bəyin hakimiyyəti. Osman bəy hakimiyyəti dövründə Sivas uğrunda mübarizədə
Qaraqoyunlulara qalib gələrək Diyarbəkirdə möhkəmləndi və Ağqoyunlu bəyliyinin əsasını qoydu, Diyarbəkri
bəyliyin mərkəzi seçdi, öz adina pul kəsdirdi, feodal çıxışlarını yatırdı, Ağqoyunlu tayfa ittifaqını xeyli
möhkəmləndirdi, Ərzincan və Mardin torpaqları Ağqoyunlulardan asılı vəziyyətə salındı
1394 Qara Yuluq Osman bəyin Ağqoyunlu bəyliyinin əsasını qoyulması
1434-1444 Əli bəyin hakimiyyəti
1444-1453 Cahangir Mirzənin hakimiyyəti. Cahangir Mirzənin hakimiyyəti dövründə qisa vaxt ərzində Ağqoyunlu
tayfalari yenidən birləşdirildi və ağqoyunlular Diyarbəkirdə möhkəmləndilər
1453 16 yanvar Uzun Həsənin Diyarbəkrdə qardaşı Cahangir Mirzənin qüvvələrini məğlub etməsi
1453-1478 Uzun Həsənin hakimiyyəti. Uzun Həsən hakimiyyəti dövründə nizami ordu yaratdı, odlu silah istehsal etməyə
təşəbbüs etdi, feodalların müqavimətini qırdı, bir qisminə isə bəzi güzəştlər etdi. Lakin Uzun Həsən də
mərkəzləşmiş dövlət yarada bilmədi
XV əsrin 50-ci illəri Uzun Həsənin Gürcüstanın Qaraqoyunlulara tabe olan şərq hissəsini tutması
XV əsrin 60-70-ci illəri Ağqoyunluların Osmanlı imperatorluğu ilə münasibətlərinin kəskinləşməsi
1461 Qoyluhisar döyüşü. Ağqoyunluların osmanlı qoşununa ciddi zərbə vurması
1461 Ağqoyunlularla osmanlılar arasında Yassıçəmən müqaviləsinin imzalanması
1461 15 avqust Osmanlıların Trabzonu fəth etməsi. Trabzonun fəth edilməsi nəticəsində Qara dənizdə Genuya ilə əlaqə
yaradan mühüm ticarət mərkəzi süqut etdi, Ağqoyunlu dövləti müttəfiqini və Qara dənizə yeganə çıxış yolunu
itirdi və Ağqoyunlu - Osmanlı münasibətləri yenidən kəskinləşdi
1463-1472 Venetsiya-Osmanlı müharibəsi
1464 Venetsiya hökumətinin Uzun Həsənin sarayına birinci dəfə diplomat göndərməsi
1468 Uzun Həsənin Cənubi Azərbaycanı və Qarabağı ələ kecirməsi. Ağqoyunlu dövlətinin əsasının qoyulması
1468-1501/1503 Ağqoyunlu dövlətinin mövcud olması
1468 Teymuri hökmdarı Əbu Səidin Ağqoyunlulara qarşı müharibəyə başlaması
1468-1469 Teymuri Əbu Səidin Azərbaycana hücumu. Uzun Həsənin Teymuri Əbu Səidin qoşunlarını məğlub etməsi
1472 Katerino Zenonun başçılığı ilə bir neçə Venetsiya diplonatının Təbrizə gəlməsi
1472-1473 Ağqoyunlu-Osmanlı müharibəsi
1472 yazı Ağqoyunluların Mirzə Yusif xanın başçılığı ilə Ərzincandan Qaraman istiqamətində osmanlılar üzərinə
hücuma keçməsi və Ağqoyunluların qələbə çalaraq Aralıq dənizinin sahillərinə çıxması
1472 avqust Beyşehir döyüşü. II Sultan Mehmedin oğlu Mustafanin başçılıq etdiyi osmanlı qoşununun Ağqoyunlu süvari
qüvvələrini məğlub etməsi
1473 1 avqust Malatiya döyüşü. Ağqoyunluların osmanlıları məğlub etməsi
1473 11 avqust Otluqbeli (Tərcan) döyüşü. Osmanlıların ağqoyunluları məğlub etməsi
1474 aprel Kürdlərin Venetsiya diplomatı İosaft Barbaronu və Ağqoyunlu elçilərini qarət etməsi
1474 may Uzun Həsənin böyük oğlu Uğurlu Məhəmmədin Şirazda mərkəzi hakimiyyətə qarşı qiyam qaldırması
1474-1477 Uzun Həsənin Gürcüstana iki dəfə yürüş etməsi. Yürüş nəticəsində Tiflis və Qori, həmçinin ölkənin çox hissəsi
Ağqoyunlular tərəfindən tutuldu. Uzun Həsənin Gürcü hakimi VI Baqratla bağladığı sülhün şərtinə əsasən
Tiflis də daxil omaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına düşdü
1475 Moskva knyazı III İvanın xüsusi elçisi Marko Rossonu Uzun Həsənin sarayına göndərməsi
1478-1490 Sultan Yaqubun hakimiyyəti. Yaqub Mirzə hakimiyyəti dövründə Şirvanla dostluq əlaqələri saxladı, hətta bu
əlaqələri daha da möhkəmləndirdi, lakin atasının Səfəvilərin Ərdəbil hakimiyyətinə olan müsbət meylini
qoruyub saxlaya bilmədi
1483 Sultan Yaqub tərəfindən Təbrizdə “Həşt-behşit” saray kompleksinin inşa edilməsi
1484 Maku şəhərinin Sofi kəndi yaxınlığında Topal Əhmədin başçılığı ilə kəndli çıxışı baş verməsi
1484 Qarabulaq kəndi yaxınlığında döyüş. Döyüş nəticəsində Ağqoyunlu Sultan Yaqub Topal Əhmədi məğlub
edərək kəndli çıxışını yatırdı
1490-1492 Baysunqurun hakimiyyəti
1491 Van döyüşü. Döyüş nəticəsində Sufi Xəlil məğlub oldu və Bicanoğlu hakimiyyəti ələ aldı. Lakin Bicanoğlu
Sultan Baysunqura toxunmayıb dövləti onun adından idarə etməyə başladı
1492 may Bərdə döyüşü. Döyüş nəticəsində Bicanoğlu və Baysunqur Rüstəm Mirzəyə məğlub oldular, Rüstəm Mirzə
qələbədən sonra Təbrizdə Ağqoyunlu taxtında oturdu
1492-1497 Rüstəm Mirzənin hakimiyyəti
1492 sonları Bərdə və Gəncə arasında döyüş. Baysunqur, babası Fərrux Yasarın köməyi ilə Rüstəm Mirzəyə qarşı döyüşsə
də məğlub oldu. Döyüşdən sonra Rüstəm Mirzə Şirvana daxil olaraq oranı qarət etdi
1493 Əhər döyüşü. Döyüş nəticəsində Sultanəli ilə Ağqoyunlu Rüstəm Mirzə Baysunqur və onun müttəfiqlərini
məğlub etdi, Baysunqur isə döyüşdə öldürüldü
1496 ortaları Sultaniyyə döyüşü. Gödək Əhmədin Ağqoyunlu qüvvələrini darmadağın etməsi
1496 sonları Naxçıvan döyüşü. Gödək Əhmədin Rüstəm Mirzənin əsas qüvvələrini məğlub edərək Ağqoyunlu taxtını ələ
keçirməsi
1497 əvvəlləri Gödək Əhmədin Təbrizə gələrək Ağqoyunlu dövlətində hakimiyyəti ələ alması. Gödək Əhməd hakimiyyəti
dövründə əhaliyə arxalanaraq hərbi əyanların müqavimətini qırmağa cəhd göstərdi, ara müharibələrinə son
qoymağa çalışdı, Ağqoyunlu dövlətini möhkəmləndirmək üçün səy göstərdi, vergi islahatı keçirdi. Gödək
Əhmədin vergi islahatına əsasən şəriətdə göstərilməyən 20-yə qədər vergi və mükəlləfiyyət ləğv edildi. Gödək
Əhmədin daxili siyasəti Əbih Sultan başda olmaqla bəzi əyanların narazılığına səbəb oldu, İran İraqında və
Fars vilayətində bəzi əmirlər qiyamlar qaldırdılar
1497 13 dekabr İsfahan döyüşü. Gödək Əhmədin qiyamçılar tərəfindən məğlub edilərək öldürülməsi
1497 Ağqoyunlu dövlətində ikihakimiyyətliliyin yaranması
1497-1501 Yaqub Mirzənin hakimiyyəti
1497-1503 Murad Mirzənin hakimiyyəti
1500 Əbhər sazişi. Sazişin şərtlərinə əsasən Ağqoyunlu dövləti şahzadə Murad Mirzə ilə Əlvənd Mirzə arasında iki
yerə bölündü, bütün Ərəb İraqı, Fars və Kirman Murad Mirzəyə keçdi, Qızılüzən çayı sərhədd olmaqla
Diyarbəkir, Kürdən Cənubdakı Azərbaycan torpaqları və Qarabağ Ağqoyunlu Əlvənd Mirzəyə verildi. Əbhər
sülhü nəticəsində Ağqoyunlu dövləti iki yerə parçalandı, dövlətin hərbi qüdrəti sarsıldı və süqutu sürətləndi
1501 Şərur döyüşü. İsmayil Mirzənin başçılığı ilə qızılbaşların Ağqoyunlu Əlvənd Mirzəni məğlub edərək
Ağqoyunluların birinci qolunu süquta uğratması
1503 21 iyun Almaqulağı döyüşü. İsmayil Mirzənin başçılığı ilə qızılbaşların Ağqoyunlu Murad Mirzəni məğlub edərək
Ağqoyunluların ikinci qolunu və Ağqoyunlu dövlətinisüquta uğratması
XV əsr Azərbaycan tacirlərinin Şam (Dəməşq), Hələb, Bursa, İstanbul, Trabzon şəhərləri vasitəsi ilə a Şirvanşah
avropalılarla ticarət əlaqələri qurması
XV əsr Görkəmli Azərbaycan musiqiçisi Əbdülqadir Marağainin Yaxın və Orta Şərq ölkələrində geniş yayılan
muğamlar, mahnı və rəqs melodiyaları yaratması. Bu dövrdə Azərbaycan rəssamlarından Əmir Dövlətyar və
onun şagirdləri Əbdül, Müsavir və.b məşhur idilər
XV əsr Şirvanşahlar saray kompleksinin, Təbrizdə Qeysəriyyə (Örtülü bazar) kompleksi və Divanxananın, Nəsriyyə və
Məqsudiyyə mədrəsələrinin, Həsən padşah camisinin inşa olunması
XV əsrin II yarısı Bakı şəhərinin Xəzərdə başlıca limana çevrilməsi
AZƏRBAYCAN XVI ƏSR - XVII ƏSRİN BİRİNCİ YARISINDA
SƏFƏVİLƏR DÖVLƏTİ
XIII əsrin sonları Səfəvilərin Ərdəbil hakimliyinin yaranması
1252-1334 Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddin İshaqın dövrü
1447-1460 Şeyx Cüneydin Ərdəbil hakimliyi dövrü
1449 Şeyx Cüneydin Ərdəbili tərk edərək Misir, Suriya və Mesopotamiyaya getməsi və varsaqla zülqədər tayfalarını
öz müridlərinin sırasına qatması. Sonra Şeyx Cüneyd Kiçik Asiyaya – Diyarbəkrə gələrək burada
Qaraqoyunluların rəqibi olan Ağqoyunlu Uzun Həsənlə ittifaqa girdi və bundan sonra müstəqil hərəkət etməyə
başladı
1449 Qaraqoyunlu hökmdarı Cahanşahın Ərdəbildə Şeyx Cəfəri (1449-1470) Səfəvi təriqətinə başçı təyin etməsi
XV əsrin ortaları Səfəvilərin daha fəal siyasət yeritməyə başlaması
XV əsrin II yarısı Muğanın bir hissəsinin, Qarabağın və Azərbaycanın Talış dağlarına qədər olan şərq torpaqlarının Səfəvilərin
təsiri altına düşməsi
1459 Şeyx Cəfərin Şeyx Cüneydi Ərdəbilə buraxmaması
1460 Şeyx Cüneydin Şirvana və Dağıstana yürüşü. Samur çayı yaxınlığında döyüş. Döyüş nəticəsində Şirvanşah I
Xəlilullahla Qaraqoyunlu hökmdarı Cahanşahın qoşunları səfəviləri məğlub etdilər, Şeyx Cüneyd döyüşdə
öldürüldü
1460-1488 Şeyx Heydərin Ərdəbil hakimliyi dövrü. Şeyx Heydər hakimiyyəti dövründə atasının siyasətini davam etdirdi,
Səfəvilərin Ərdəbil hakimliyinin sərhədləri genişləndi, səfəvilərin ağqoyunlularla ittifaqı daha da
möhkəmləndi, səfəvi döyüşçüləri başlarına 12 imamın şərəfinə on iki qırmızı zolaqlı çalma qoydular, “qazi”,
“sufi” dəstələri tam hərbi qaydada təşkil edildi
1470 Uzun Həsənin Şeyx Heydəri Səfəvi təriqətinin başçısı kimi taxtda oturtması
1483 Şeyx Heydərin Şirvana və Dağıstana birinci yürüşü. Birinci yürüş nəticəsində qızılbaşlar xeyli qənimət və
əsirlə geri qayıtdılar
1487 Şeyx Heydərin Şirvana və Dağıstana ikinci yürüşü. Yürüş nəticəsində qızılbaşlar qələbə ilə geri döndü
1488 Şeyx Heydərin Şirvana üçüncü yürüşü. Şahdağ döyüşü. Döyüş nəticəsində hər iki tərəf xeyli itki verdi,
Şirvanşah hökmdarı I Xəlilullahla Yaqub padşahın sərkərdəsi Bicanoğlunun qoşunları səfəviləri məğlub
etdilər, Şeyx Heydər isə döyüşdə öldürüldü
1488-1494 Şeyx Sultanəlinin Ərdəbil hakimliyi dövrü
1493 Əhər döyüşü. Döyüş nəticəsində Ağqoyunlu Rüstəm Mirzə və Səfəvilərin birləşmiş qüvvələri qalib gəldi,
Baysunqur və onun müttəfiqləri isə məğlubiyyətə uğradıldı
1494 Rüstəm Mirzənin Səfəvilərin Ərdəbil hakimliyinə qarş qəst təşkil etməsi. Şəməsi döyüşü. Döyüş nəticəsində
qızılbaş qüvvələri məğlub oldu və Sultanəli öldürüldü
1494-1495 Rüstəm Mirzənin Ərdəbili və Səfəvilərin digər mülklərini zəbt etməsi
1494-1501 Şahzadə İsmayılın Ərdəbil hakimliyi dövrü
1499 Şahzadə İsmayılın Lahicanı tərk edərək, Ərdəbilə gəlməsi
1500 Ərcivanda qızılbaş tayfalarının yığıncağının keçirilməsi. Yığıncaqda Kiçik Asiyaya – Ərzincana, oradan da
Suriyaya getmək qərara alındı
1500 yazı İsmayılın Ərcivandan Göyçə gölünün cənub sahilinə, Anadoluya – Ərzincana gəlməsi. Ərəşli və zülqədərli
tayfalarının İsmayıla qoşulması
1500 payızı Şahzadə İsmayılın Ərzincandan Şirvana yürüşü. Qızılbaşların heç bir müqavimətə rast gəlmədən Şamaxını
tutması
1500 Cabanı döyüşü. Döyüş nəticəsində İsmayıl Şirvanşahları məğlub etdi və Fərrux Yasarı öldürüldü
1501 yazı İsmayılın sərkərdəsi Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslunun Bakı qalasını ələ keçirməsi
1501 Şərur döyüşü. Döyüş nəticəsində qızılbaşlar parlaq qələbə qazandı və Ağqoyunlu dövlətinin birinci qolun süqut
etdi, Əlvənd Mirzə isə məğlub olaraq döyüş meydanından Ərzincana qaçdı
1501 payızı Şahzadə İsmayılın Təbrizə daxil olaraq özünü şah elan etməsi. Mərkəzləşmiş Səfəvilər dövlətinin yaranması
1501-1736 Səfəvilər dövlətinin mövcud olması
1501-1524 Şah I İsmayılın hakimiyyəti
1503 Almaqulağı döyüşü. Döyüş nəticəsində qızılbaşlar parlaq qələbə qazandı, ağqoyunlular sayca çox olsalarda
məğlub oldular, Murad Mirzə Şiraza qaçdı, Şah İsmayıl Muradı təqib edərək İranın içərilərinə doğru irəlilədi
və Şirazı ələ keçirdi, Ağqoyunlu dövlətinin ikinci qolu və Ağqoyunlu dövləti süqut etdi
1503 Şah I İsmayılın İsfahan, Qum və Kaşan şəhərlərini ələ keçirməsi
1504 Şah I İsmayılın Yəzdə və Kirmanı ələ keçirməsi
1504 Osmanlı sultanı II Bəyazidin Səfəvilər dövlətinin müstəqilliyini tanıması
1506-1508 Şah I İsmayılın Diyarbəkri, Hilatı, Bitlisi, Ərçişi və Bağdadla birlikdə İraqi Ərəbi ələ keçirməsi
1507-1508 Şeybani xanın Xorasan vilayətini tutması
1507-1508 Şah I İsmayılın Suriyadakı Venetsiya konsulları vasitəsilə Roma papası və Venetsiya ilə əlaqə yaratması
1510 Səfəvi diplomatı Əli Bəyin İtaliyaya səfərə getməsi
1510 Şah İsmayılın Xorasana, Şeybani xanın üzərinə hücum etməsi
1510 1 dekabr Mərv döyüşü. Döyüş nəticəsində özbək qoşunu məğlub oldu və Şeybani xan öldürüldü, Şah İsmayıl Herat,
Mərv və Bəlx şəhərləri daxil olmaqla Xorasan vilayətini ələ keçirdi, Səfəvilər dövləti imperatorluğa çevrildi,
Səfəvilər dövlətinin sərhədləri Fərat çayından Amudərya çayınadək çatdı
1512 Şah I İsmayılın Qaraman və Malatiyanı ələ keçirməsi
1514 Sultan Səlimin Ədirnədə fövqəladə divan çağırması. Bu ali məclisdə qızılbaşlarla müharibə müsəlmanların
müqəddəs vəzifəsi elan olundu, eyni zamanda Sultanın vəzirləri Şah İsmayılla müharibəni təhlükəli olduğunu
bildirdilər
1514 Sultan Səlimin Azərbaycana yürüş etməsi
1514-1555 I Səfəvi-Osmanlı müharibəsi dövrü
1514 23 avqust Çaldıran döyüşü. Döyüş nəticəsində osmanlılar qələbə qazanaraq Təbrizi ələ keçirdilər, osmanlılar Ərzurum
ilə birlikdə Sərqi Anadolu və Şimali İraqa yiyələndilər, Bağdad da daxil olmaqla Ərəb İraqı Səfəvilərdə qaldı,
Səfəvilərin hərbi qüdrəti zəiflədi və onun nüfuzuna ağır zərbə vuruldu
1514-1515 Sultan I Səlimin Ərzincanı və Diyarbəkri tutması
1515 Portuqaliya hərbi-dəniz qüvvələrinin Hörmüz (İran) körfəzini işğal etməsi
1516 Qoçhisar döyüşü. Döyüş nəticəsində osmanlılar Səfəvilər üzərində parlaq qələbə qazandılar, Şimalda Xarput və
Bitlisdən Rakkiyə qədər ərazilər, cənubda isə Mosul osmanlıların əlinə keçdi
1522 Şah I İsmayılın Kəmaləddin Behzadı Təbrizdəki saray kitabxanasına rəis təyin etməsi
1524-1576 Şah I Təhmasibin hakimiyyəti. I Təhmasibin hakimiyyətinin ilk illərində mərkəzi hakimiyyət bir qədər zəiflədi,
feodallar arasında çəkişmələr baş verdi, qızılbaş əmirləri mərkəzi hakimiyyətdən boyun qaçırmağa başladı,
Səfəvilərlə Osmanlılar arasında müharibə yenidən başladı. I Şah Təhmasibin hakimiyyəti dövründə Səfəvilər
dövlətinin paytaxtı Təbrizdən Qəzvinə köçürüldü, sənətkar və tacirlərdən alınan tamğa vergisi ləğv olundu,
Şirvanşahlar dövləti süquta uğradıldı, Şirvanda Əlqas Mirzənin üsyanı baş verdi, Şəki hakimliyinə son
qoyuldu, Azərbaycan torpaqları vahid dövlətdə birləşdirildi, mərkəzi hakimiyyət qüvvətləndi, Azərbaycan I
Sultan Süleymanın yürüşlərinə məruz qaldı, Amasiya sülhü imzalandı, Osmanlıların Azərbaycanı tutmaq
siyasəti baş isə tutmadı
1531 Təkəli əmiri Üləma bəyin Azərbaycanın cənubuna yürüş edərək, Təbrizi və Şərqi Anadoluda Bitlis şəhərini ələ
keçirməsi və Sultan Süleymanı Azərbaycana yürüş etməyə təhrik etməsi
1534 Osmanlı sultanı I Süleyman Qanuninin Azərbaycana birinci yürüşü. Yürüşü nəticəsində osmanlılar
Azərbaycanın xeyli hissəsini və Təbrizi tutsada buranı tərk etdilər
1535 Sultan I Süleymanın Azərbaycana ikinci yürüşü. İkinci yürüş zamanı da osmanlılar Təbriz şəhərini ələ keçirsə
də aclıq və səfalət onları Azərbaycanı tərk etməyə məcbur etdi
1535-1538 Şirvanşah Şahruxun hakimiyyəti. Şahruxun dövründə Şirvan əmirlərinin özbaşınalığı həddini aşdı, əmirlərin
özbaşınalığı əhalinin narazılığına səbəb oldu, Şirvanda kələntər Məhəmməd Aminin başçılığı ilə üsyan baş
verdi, hakimiyyət Hüseyn bəy başda olmaqla Şirvan əyanlarının əlində cəmləşdi
1536 Şah I Təhmasibin “Şeyx Səfi xalçası”nı toxutdurması
1537 Şirvanda Məhəmməd Aminin başçılığı ilə üsyan baş verməsi. Üsyançılar Salyanı və Şamaxını ələ keçirdilər.
Şahrux əyanlarla birlikdə Buğurd qalasına qaçdı. Lakin üsyançılar Salyan yaxınlığında döyüşdə Şirvan qoşunu
tərəfindən darmadağın edildi
1538 I Təhmasibin əmri ilə qızılbaşların Şirvana birinci yürüşü. I Təhmasibin göndərdiyi hərbi qüvvələrin Şirvana
ilk yürüşü nəticəsində Buğurd qalası səfəvilərə tabe edildi, Şirvanşahlar dövlətinin varlığına son qoyuldu,
sonuncu Şirvanşah hökmdarı Şahrux Təbrizə aparılaraq edam edildi, Şirvan ərazisi bəylərbəyiliyə çevrilərək
Səfəvilər dövlətinin əyalətinə çevrildi, Əlqas Mirzə Şirvana ilk bəylərbəyi təyin edildi, Şirvanşahların və yerli
əyanların əmlakı isə müsadirə olundu
1544 Qusar rayonunda Şeyx Cüneyd məqbərəsinin inşa edilməsi
1547 Şirvan bəylərbəyi Əlqas Mirzənin özünü Şirvanda müstəqil hökmdar elan etməsi və Səfəvilər əleyhinə qiyam
qaldırması
1547 I Təhmasibin Əlqas Mirzənin qiyamını yatırmaq məqsədi ilə Şirvana ikinci dəfə yürüş etməsi. I Təhmasibin
Şirvana ikinci hücumu nəticəsində Şirvan qiyamı yatırıldı, Əlqas Mirzə məğlub olaraq İstanbula qaçdı, I
Təhmasibin oğlu İsmayıl Mirzə Şirvan bəylərbəyi təyin edildi, həmçinin Səfəvilərin hakimiyyəti Şirvanda
daha da gücləndi
1548 Sultan I Süleymanın Azərbaycana üçüncü yürüşü
1548 Həmədan döyüşü. Döyüşdə Əlqas Mirzənin qoşunu darmadağın edildi, özü isə əsir alınaraq Qəhqəhə
qalasındakı zindana salındı və bir il sonra orada öldürüldü
1548 II Xəlilullahın oğlu Bürhan Mirzənin Şirvanda Səfəvilər əleyhinə qiyam qaldırması
1548 Şah I Təhmasibin Qarabağdan Sevindik bəy Əfşarı Şəkiyə yürüşə göndərməsi
1549 Əlişaban döyüşü. Döyüş nəticəsində Abdulla xan Ustaclının başçılığı ilə qızılbaşlar Şirvan qiyamçılarını
məğlubiyyətə uğratdı və Bürhan Mirzə öldürüldü. Bundan sonra Abdulla xan Ustaclı Şirvan bəylərbəyi təyin
olundu
1551 Səfəvi qoşununun Şəkiyə yürüşü. Səfəvi qoşununun Şəkiyə yürüşü nəticəsində Şəki uğrunda mübarizə
Səfəvilərin qələbəsi ilə başa çatdı, Şəki vilayəti Səfəvilərin tabeliyinə keçdi, Toygünü bəy Qacar Şəkinin ilk
qızılbaş hakimi təyin edildi, Azərbaycan torpaqlarının vahid dövlətdə birləşdirilməsi prosesi başa çatdı
1552 Şah I Təhmasibin osmanlılara qarşı müdafiədən fəal hücum əməliyyatlarına keçməsi. Buna Ərzurumdakı
Osmanlı hakimi İsgəndər paşanın Xoy və Çuxursəd bölgələrinə basqınları səbəb olmuşdur. Lakin, Ərzurum
qalası yaxınlığında döyüşdə osmanlılar qızılbaşlar tərəfindən məğlub edildilər. Bu əks hücum nəticəsində Hilat,
Van, Bitlis, Vostan və Ərçişdə osmanlılar darmadağın edildi, qızılbaşlar xeyli qənimətlə geri döndülər
1554 Sultan I Süleymanın Azərbaycana dördüncü yürüşü
1554 Buğurd qalası ətrafında döyüş. Osmanlı qoşununun darmadağın edilməsi
1554 Gülüstan qalası yaxınlığında döyüş. Döyüşdə Şirvan bəylərbəyi Abdulla xan Ustaclı Qasım Mirzənin
tərəfdarlarını məğlub etdi, Qasım Mirzə isə Gürcüstana və oradan Osmanlı ərazisinə qaçdı
1555 Şah I Təhmasibin paytaxtı Təbrizdən Qəzvinə köçürməsi
1555 29-may I Səfəvi-Osmanlı müharibəsinin başa çatması. Amasiya sülhü. Sülhün şərtlərinə əsasən Qərbi Gürcüstan,
Osmanlıların ixtiyarına keçdi, Gürcüstanın Şərq vilayətləri isə Səfəvilərdə qaldı
1562 Moskva şirkətinin nümayəndəsi A.Cenkinsonu Azərbaycana göndərməsi
1565 Şah I Təhmasibin sənətkarlardan və tacirlərdən alınan tamğa vergisini ləğv etməsi
1572-1573 Təbrizdə Şah I Təhmasibin hakimiyyətinə qarşı xalq üsyanı baş verməsi. Üsyanın səbəbi ağır vergi və
mükəlləfiyyətlər, Şah I Təhmasibin siyasəti və qızılbaş feodallarının zülmü idi. Üsyan Söhrab bəy tərəfindən
yatırılsa da şah bəzi güzəştlərə gedərək şəhər sənətkarlarından alınan vergini azaltdı, Təbriz şəhəri bütün divan
vergilərindən azad edildi və vergi toxunulmazlığı hüququ aldı
1576 Şah I Təhmasibin oğulları Məhəmməd Mirzə, İsmayıl Mirzə və Heydər Mirzə arasında hakimiyyət uğrunda
mübarizə getməsi. Mübarizə İsmayıl Mirzənin (II İsmayılın) qələbəsi ilə nəticələndi
1576-1577 Şah II İsmayılın hakimiyyəti
1577 Səfəvilər dövlətində saray çevrilişi. Saray çevrilişi nəticəsində II İsmayıl suiqəsd nəticəsində öldürüldü və
Səfəvilər dövlətində ikihakimiyyətlilik yarandı: Qəzvində I Təhmasibin qızı Pərixan xanım, digər tərəfdən
Məhəmməd Mirzə (Məhəmməd Xudabəndə) hakimiyyəti ələ almağa çalışdı
1577 Kürd qiyamı. Osmanlının Van hakimi Xosrov paşanın kürd tayfalarının qiyamını qaldırması. Kürd qiyamı
nəticəsində üsyançılar Urmiya, Xoy və Salması ələ keçirdilər, Səfəvilərin Xoy və Slamas hakimi Mahmud
Sultan Rumlu həlak oldu, qızılbaş türkmən tayfasının başçısı Əmir xan üsyançılarla döyüşdə məğlub oldu və
Səfəvi-Osmanlı müharibələrinin ikinci mərhələsinin başlaması üçün üçün bəhanə yarandı
1578-1587 Şah Məhəmməd Xudabəndənin hakimiyyəti. Xudabəndə hakimiyyətə gəldikdən sonra ilk növbədə öz
düşmənlərini saraydan uzaqlaşdırdı, bacısı Pərixan xanımı edam etdirdi. Xudabəndənin hakimiyyəti dövründə
Məhdi Ulya “dövlət işlərini” öz əlinə aldı və Ali divanın vəkili vəzifəsinə qədər yüksəldi, Səfəvilər dövləti
daha da zəiflədi, qızılbaş əmirləri arasında mübarizə başladı, bir neçə nüfuzlu əmir dövləti öz aralarında
bölüşdürdü, dövlət xəzinəsi boşaldı, osmanlılar yenidən öz işğalçılıq yürüşlərinə başladılar
1578-1590 II Səfəvi-Osmanlı müharibəsi dövrü
1578 Osmanlı sultanı III Muradın (1574-1595) Mustafa Lələ paşanın başçılığı altında Gürcüstana və Azərbaycana
qoşun göndərməsi
1578 avqust Mustafa Lələ paşanın başçılığı ilə osmanlıların Axalsıxı, Kaxetiyanı, Tiflisi, Qorini və Şirvanı ələ keçirməsi.
Şirvan ərazisi Osmanlılar tərəfindən tutulduqdan sonra Azərbaycan ərazisində Osmanlı hərbi-inzibati üsulu
yaradıldı, Şirvan hər biri sancaqlıqlardan ibarət olan Şamaxı və Dərbənd bəylərbəyiliklərinə bölündü; Osmanlı
hakimi Özdəmir oğlu Osman paşa Şirvan hakimi təyin olundu. Osman paşa Dərbəndi özünə iqamətgah seçdi
1578 9 avqust Çıldır döyüşü. Döyüş nəticəsində Qarabağ bəylərbəyi İmamqulu xanın başçılığı ilə qızılbaşlar osmanlılara
məğlub olaraq Qarabağa çəkildilər və qızılbaşların nüfuzlu başçıları həlak oldu
1578 sentyabr Qanıx (Alazan) döyüşü. Döyüş nəticəsində osmanlı ordusu böyük itki verdi, qızılbaşlar isə xeyli qənimət və
əsir əldə etdilər
1578 Tiflis yaxınlığında döyüş. İmamqulu xanın Mustafa Lələ paşanın üzərinə qəfil hücum edərək 20 min nəfərlik
osmanlı ordusunu məğlub edərək xeyli qənimət ələ keçirməsi
1578 Krım türklərinin Azərbaycana birinci yürüşü. Yürüş nəticəsində Krım xanı Adil Gərayın 12 minlik qoşunu
darmadağın edildi və Adil Gəray əsir düşdü
1578 28 noyabr Mollahəsənli döyüşü. Döyüş nəticəsində Krım xanı Adil Gərayın 12 minlik qoşunu darmadağın edildi və Adil
Gəray əsir düşdü, səfəvilər parlaq qələbə qazanaraq Şamaxını ələ keçirdilər və Şabrana kimi irəlilədilər
1579 Məhəmməd Gərayın başçılığı ilə Krım türklərinin Azərbaycana ikinci yürüşü. İkinci yürüş nəticəsində
Məhəmməd Gərayın başçılığı ilə Krım tatarları Şamaxını, Bakını və Qızılağaca qədər Azərbaycan ərazilərini
qarət edərək ölkəni tərk etdilər
1580 Sultan III Muradın Sinan paşanı orduya komandan təyin edərək Azərbaycana göndərməsi
1580 Krım türklərinin Azərbaycana üçüncü yürüşü. Üçüncü yürüş nəticəsində Krım türkləri Şirvanı qarət etdi, Bakı
tutuldu, Osman paşa Krım türklərinin köməyi ilə Bakıya daxil olaraq qalada mövqeyini möhkəmləndirdi, sonra
onlar tezliklə Dərbənddən keçərək Azərbaycanı tərk etdilər
1581 Krım türklərinin Azərbaycana dördüncü yürüşü Yürüş nəticəsində Krım xanının qardaşları Qazi Gərayın və
Səfı Gərayın başçılığı ilə Krım türkləri Şirvana hücum etsələr də məğlub olaraq geri çəkildilər
1581 Şabranla Şamaxı arasında döyüş. Şirvan hakimi Peykər xanın Krım türklərini və osmanlıların birləşmiş
qoşununu məğlub edərək Qazı Gərayı əsir alması
1582 Sinan paşanın sülh bağlamaq məqsədi ilə Səfəvi səfiri İbrahim xan Tərxanla birlikdə Ərzurumdan İstanbula
gəlməsi
1582 Osman paşanın Şirvanı ikinci dəfə tutması
1582 Sultan III Muradın Fərhad paşanı Şərqə yürüşünün rəhbəri təyin etməsi
1583 Qarabağ hakimi İmamqulu xan Qacarın Kürü keçərək Şirvana daxil olması və Rüstəm xanı öz dəstəsi ilə
birlikdə osmanlılara qarşı döyüşə göndərməsi. Döyüşdə osmanlılar ağır məğlubiyyətə uğradıldı
1583 “Məşəl savaşı”. Döyüş Osmanlı qüvvələrinin üstünlüyü ilə başa çatdı, qızılbaşlar döyüş meydanını tərk etdilər
1585 Sultan III Muradın Özdəmir oğlu Osman paşanı Şərqə yürüşünün rəhbəri təyin etməsi və Osman paşanın
Azərbaycana yürüşə başlaması
1585 dekabr Sufiyan döyüşü. Döyüşdə əvvəlcə qızılbaşlar osmanlılara ağır zərbə vurdular. Lakin osmanlıların sayca
üstünlüyü qızılbaşları geri çəkilməyə məcbur etdi
1586 Həmzə Mirzənin mərkəzi hakimiyyətə qarşı çıxan türkmən və təkəli əmirlərinin qiyamını yatırması
1586 Qarabağda Həmzə Mirzənin sui-qəsd nəticəsində qətlə yetrilməsi
1586-1590 Bütün Azərbaycanın Sultan III Muradın ordusu tərəfindən işğal olunması
1587 Ustaclı və şamlı tayfalarından olan qızılbaşların Xorasan qrupunun Qəzvində Abbası hakimiyyətə gətirməsi
1587-1629 I Şah Abbasın hakimiyyəti. I Şah Abbasın dövründə Səfəvilər dövlətinin paytaxtı İsfahana köçürüldü, vahid
Azərbaycan bəylərbəyiliyi yaradıldı, Azərbaycanın cənub-şərq vilayətləri Qəzvinə tabe edildi, Ərdəbil şəhəri
xüsusi idarəetmə hüququnu saxladı, hərbi-inzibati islahatlar nəticəsində mərkəzi hakimiyət son dərəcə
qüvvətləndi, ölkədə İran etnik ünsürünün rolu kəskin surətdə artdı, qızılbaş əyanlarının qüdrəti sarsıldı, ölkə
daxilində siyasi sabitlik bərpa edildi, məhsuldar qüvvələr yenidən canlandı, Səfəvilər dövləti hərbi-siyasi
baxımdan möhkəmləndi və keçmiş qüdrətini bərpa etdi
1590 II Səfəvi-Osmanlı müharibəsinin başa çatması. İstanbul sülhü. Sülhün şərtlərinə əsasən Azərbaycan ərazisi ilk
dəfə Səfəvi və Osmanlı dövlətləri arasında bölündü, Şirvan, Qarabağ, Sərab, Marağa, Təbriz və onların
qərbində yerləşən torpaqlar osmanlılara verildi, Şərqi Gürcüstan, İranın bəzi qərb vilayətləri Osmanlı
imperiyasının tərkibinə qatıldı, Qaradağ, Xalxal, Ərdəbil və Talış (Lənkəran) vilayətləri Səfəvilərdə qaldı
1593 I Şah Abbas tərəfindən vahid Azərbaycan bəylərbəyiliyinin yaradılması
1598 Səfəvilər dövlətinin paytaxtının Qəzvindən İsfahana köçürülməsi
1599 I Şah Abbasın Şeybaniləri məğlub edərək Xorasan vilayətini yenidən Səfəvilər dövlətinin tərkibinə qatması və
öz təsirini Mavərannəhrə yayması
XVI əsr Təbrizdə böyük kitabxana açılması
XVI əsr Məhəmməd Xudabəndə məqbərəsinin inşa olunması
XVI əsrin sonları İngilis tacirlərinin Azərbaycan bazarlarında möhkəmlənmək cəhdlərinin iflasa uğraması
XVI əsrin 90-cı illəri Şərqi Anadoluda Cəlalilər hərəkatının başlanması. Cəlaililər hərəkatının səbəbi kütləvi narazılıq, aclıq,
soyğunçuluq, dəhişətli dağıntılar və iqtisadi tənəzzül idi. Hərəkatın iştirakçıları Qərbi Azərbaycan
kəndlilərinidən, Osmanlı, Şəqri Anadolu və İraq qaçqınlarından təşkil edilmişdir
XVII əsrin əvvəlləri Cəlalilər hərəkatının Azərbaycana və qonşu ölkələrə yayılması
XVII əsrin əvvəlləri Azərbaycanda Cəlalili dəstə başçılarından olan Koroğlunun fəaliyyət göstərməsi
1602 Dəli Həsənin Şərqi Anadoluda Cəlalilər hərəkatına rəhbərlik etməsi
1603 Almaniya səfiri Georgi Taktanderin Osmanlı imperatorluğuna qarşı ittifaq yaratmaq məqsədi ilə Səfəvi
sarayına gəlməsi
1603 14 sentyabr I Şah Abbasın Osmanlı hakimiyyətində olan Azərbaycan ərazilərini azad etmək məqsədilə qoşunla Təbriz
üzərinə yürüş etməyə başlaması. Təbrizdə Osmanlı hakimiyyətinə qarşı üsyan baş verməsi. III Səfəvi-Osmanlı
müharibəsinin başlaması
1603-1612 III Səfəvi-Osmanlı müharibəsi dövrü
1603 21 oktyabr Səfəvi ordusunun Təbriz şəhərinə osmanlılar üzərinə hücum etməsi. Hücum nəticəsində I Şah Abbas
osmanlılar üzərində ilk qələbə qazanaraq Təbrizi osmanlılardan azad etdi. Təbrizin tutulması ilə Azərbaycanın
cənub vilayətlərinin taleyi həll olundu
1603 Ordubad əhalisinin Hacı Qəssabın başçılığı ilə osmanlılara qarşı üsyan qaldıraraq şəhəri azad etməsi. Ordubad
əhalisi Osmanlı hakimiyyətinə qarşı üsyan qaldırdığına görə I Şah Abbas tərəfındən bütün dövlət vergilərindən
azad edildilər
1603 I Şah Abbasın Culfa və Naxçıvanı osmanlılardan azad etməsi
1603 noyabr I Şah Abbasın İrəvan qalasını mühasirəyə alması
1604 avqust I Şah Abbasın İrəvan qalasını azad edərək Əmirgünə xan Qacarı Çuxursəd (İrəvan) bəylərbəyi təyin etməsi
1604 Osmanlı ordusunun Ciqaloğlu Sinan paşanın komandanlığı altında Azərbaycana birinci yürüşə başlaması
1604 I Şah Abbasın "Arazın sol sahilini dağıtmaq və əhalisizləşdirmək, bütün azərbaycanlıları köçürmək, ərzaq və
ələf nə varsa götürmək, qalanını isə məhv edib yandırmaq" haqqında fərman verməsi və “böyük sürgün”
siyasətini həyata keçirməsi. Şah fərmanına uyğun olaraq Naxçıvan, İrəvan, Culfa şəhərinin yandırılaraq
əhalisinin zor gücünə İsfahana, Mazandarana və İranın digər vilayətlərinə köçürüldü
1605 Ciqaloğlu Sinan paşanın ordusunun ikinci dəfə Azərbaycana yürüşə başlaması
1606 I Şah Abbasın Gəncəni osmanlılardan azad etməsi
1607 Bakı və Dərbənd əhalisinin osmanlılara qarşı üsyan qaldırması. Dərbənddə üsyan nəticəsində Osmanlı
hakimiyyətinə son qoyuldu. I Şah Abbas göstərdikləri şücaətə görə Dərbənd əhalisini bütün dövlət
vergilərindən azad etdi
1607 iyun Səfəvilərin Şamaxını azad etməsi və Zülfüqar xanın Şirvana hakim təyin olunması
1603-1607 III Səfəvi-Osmanlı müharibəsinin birinci mərhələsi. Müharibənin birinci mərhələsi Səfəvilərin qələbəsi ilə
başa çatdı, Osmanlı qoşunu Azərbaycandan tamamilə çıxarıldı, Azərbaycanın bütün ərazisi , Şəqri Gürcüstan
və qismən Dağıstan Səfəvilər dövlətinin tərkibinə qatıldı
1610 Hacı Məhəmməd və Qara Səidin başçılığı ilə Cəlalilərin bir hissəsinin Səfəvilər dövlətinin sərhədlərini tərk
etməsi. Cəlalilərin bir hissəsinin Səfəvilər dövlətinin sərhədlərini tərk etməsinin səbəbi I Şah Abbasa xidmət
edən sıravi cəlalilər və onların dəsdə başçılarının şahdan gözlədikləri imtiyazı əldə edə bilməməsi idi
1612 17 oktyabr Sərab sülhü. Sülhün şərtlərinə əsasən 1555-ci il Amasiya sülhünün şərtləri bərpa olundu, Osmanlı dövləti
Azərbaycan, Şərqi Gürcüstan, habelə Şərqi Anadolunun Səfəvi dövlətinə mənsub olmasını tanıdı, Səfəvilər
rusların tikdiyi Terek qalasının dağıdılması barədə sultanın əmrinə mane olmamalı idilər
1613 oktyabr I Şah Abbasın Şimali Qafqaz xalqlarını itaətə gətirmək üçün Azərbaycanın şimal vilayətlərinə və Gürcüstana
yürüş etməsi
1615-1616 Gəncə yaxınlığındakı Dəngi vilayətinin kəndlilərinin və Məlik Pirinin başçılığı ilə Şirvanda Səfəvilər əleyhinə
üsyan baş verməsi
1616-1618 IV Səfəvi-Osmanlı müharibəsi dövrü
1618 Gəray xanın başçılığı ilə Krım türklərinin Azərbaycana yürüş etməsi
1618 Sınıq körpü döyüşü. Döyüş nəticəsində osmanlılar səfəvilərə məğlub olaraq geri çəkildi
1618 sentyabr Mərənd sülhü. IV Səfəvi-Osmanlı müharibəsinin başa çatması
1622-1623 I Şah Abbasın 1618-ci il sülhünü pozaraq Bağdadla birlikdə İraqı ələ keçirməsi
1622-1639 V Səfəvi-Osmanlı müharibəsi dövrü. Osmanlı imperatorluğunda hərci-mərciliyin başlanması XVII əsrin 20-ci
illərində səfəvilərin osmanlılarla müharibəyə başlamasına imkan verdi
1629-1642 Şah I Səfinin hakimiyyəti. Şah I Səfi hakimiyyəti dövründə Azərbaycanın idarəsində xeyli dəyişiklik etdi,
Rüstəm xanı Azərbaycan bəylərbəyi və Təbriz hakimi təyin etdi, Səfəvi-Osmanlı müharibəsini uğurla davam
etdirdi, İrəvan qalasını osmanlılardan azad etdi, Bağdad şəhəri Osmanlılar tərəfindən tutuldu, Səfəvilər dövləti
ilə Osmanlılar arasında Qəsri-Şirin sülhünü imzaladı
1634 Osmanlıların İrəvanı və Təbrizi ələ keçirməsi
1635 Şah I Səfinin İrəvan qalasını Osmanlılardan azad etməsi
1638 Bağdad şəhərinin Osmanlılar tərəfindən tutulması
1639 17 may Qəsri-Şirin sülhü. Sülhün şərtlərinə əsasən Səfəvi-Osmanlı müharibəsinə son qoyuldu, Ərəb İraqı osmanlılarda,
Zəncir qalasından şərqdəki torpaqlar Səfəvilərdə qaldı, Səfəvilər Van və Qars qalalarına, həmçinin Ahalsıxa
hücüm etməyəcəklərinə dair təminat verdilər. Qəsri-Şirin sülhü ilə 1555-ci il Amasiya sülhünün şərtləri təsdiq
olundu
1642-1666 Şah II Abbasın hakimiyyəti. Şah II Abbasın dövründə Səfəvilər dövlətinin Rusiya ilə ticarət əlaqələri
genişləndi, Rusiya Xəzər dənizi hövzəsində möhkəmlənməyə can atdı, rusların Şimali Qafqazda qalalar
tikdirməsinə mane olmaq məqsədilə xüsusi fərman verildi, Rusiya ilə Səfəvilər dövləti arasında sərhədd
toqquşması baş verdi, şah fərmanı ilə cüftbaşı vergisi soyurqal torpaqlarından alınmadı
1647 Kazakların Fərəhabad taciri Hacı Bağırı qarət etməsi
1653 Səfəvi hərbi hissələri ilə ruslar arasında toqquşma baş verməsi
1653-1662 Səfəvi-Rusiya münaqişəsi. Rusiyanın Şimali Qafqazda qalalar tikdirməyə başlaması Səfəvi-Rusiya
münaqişəsinə səbəb olmuşdu
XVII əsrin ortaları Səyyah Şardenin İrəvanda, xan sarayında üçhissəli tamaşaya baxması və onu “Şərqin operası” adlandırması
1667 4 yanvar Şamaxıda zəlzələ baş verməsi
1667-1694 Şah Süleymanın hakimiyyəti. Şah Süleymanın dövründə Rusiya ilə Səfəvi dövləti arasında ticarət müqaviləsi
bağlandı, Rusiya ilə Volqa-Xəzər yolu vasitəsilə ticarət əlaqələri genişləndi, rus tacirlərinə xüsusi ehtiram
göstərilməsi tapşırıldı, Çuxursəd vilayətində qacar və bayat tayfaları üsyan qaldırdı, Xəzəryanı vilayətlər
S.Razinin yürüşlərinə məruz qaldı
1667 Səfəvi-Rusiya ticarət müqaviləsinin imzalanması. Bu müqavilə Səfəvilərin bütün hakimiyyəti dövründə ruslara
gömrüksüz ticarət etmək hüququ, karvansaralarda və bazarlarda imtiyazlar verirdi
1667-1668 Stepan Razinin başçılığı ilə don kazaklarının Azərbaycana qarətçi yürüşü
1671 Stepan Razinin Rusiya tərəfindən tutularaq edam edilməsi
1677 Çuxursəd bəylərbəyiliyində Qacar və Bayat tayfalarından olan əsgərlərin üsyan qaldırması. Çuxursəd
bəylərbəyi Səfiqulu xan üsyançılar qarşısında davam gətirməyərək qalaya sığınmağa məcbur oldu. Lakin
tezliklə Səfəvi hökmdarı Şah Süleymanın təyin etdiyi yeni bəylərbəyi üsyanı yatırdı
1694-1722 Şah Sultan Hüseynin hakimiyyəti. Şah Sultan Hüseynin dövründə feodal özbaşınalıqları artdı, iri feodallar
müstəqilliyə can atmağa başladılar, hakimiyyətə qarşı xalq hərəkatı gücləndi, ölkədə üsyanlar başladı, Şirvanda
Hacı Davudun başçılığı ilə üsyan baş verdi, əhali siyahıya alındı, əfqanlar Səfəvilər dövlətinə qarətçi yürüşlər
edərək İsfahan şəhərini tutdular. Şah musiqini qadağan edən fərmanlar verməsi ilə də yadda qalmışdır
1699-1702 Səfəvilər dövləti tərəfindən əhalinin və onun əmlakının siyahıya alınması. Siyahıya alma nəticəsində ölkədə
toplanan vergi və mükəlləfiyyətlərin sayı artırıldı, bu isə xalqın var-yoxdan çıxmasına səbəb oldu
XVII əsr Qədim İpək yolunun öz əhəmiyyətini itirməsi
XVII əsr Azərbaycan haqqında osmanlı səyyahı Övliya Çələbi, alman səyyahı Adam Oleari və holland səyyahı Yan
Streysin məlumat verməsı
XVII əsr Gəncədə Şah Abbas (Cümə) məscidi, Suraxanıda hind atəşpərəstlərinin məbədi, Şamaxının Kələxana kəndində
məqbərələr kompleksi (1663), Nardaran kəndində məscid (1663), Sanqaçalda ovdan, Təbrizdə Şibli
karvansarasının inşa edilməsi
XVII əsr Təbriz miniatür məktəbinin nümayəndələrinin İsfahan rəssamlıq məktəbini yaratması
XVII əsr Təbriz, Gəncə Şamaxı bəylərbəyiliyinin şəhərlərindəki saraylarda teatr kollektivlərinin təşkil olunması
XVII əsrin II yarısı Səfəvilər dövlətinin idarəçiliyində irsilik prinsipinin saxlanılması
XVII əsrin II yarısı Rusiyanın Azərbaycana əlverişli satış bazarı kimi yanaşması və digər dövlətlərin Azərbaycanla iqtisadi
əlaqələrinə mane olmaq siyasəti yeritməsi. Azərbaycan tacirlərinin Kazan, Novqorod, Yaroslav, Arxangelsk
şəhərləri ilə ticarət əlaqələri saxlaması
XVII əsrin II yarısı Şah II Abbasın baş tarixçisi Məhəmməd Tahir Vahidin “Tarixi-vahid” (“Abbasnamə”) əsərini yazması
XVII əsrin II yarısı Səfəvi dövlətində pul böhranı baş verməsi
XVII əsrin sonları Səfəvilər dövlətinin dərin iqtisadi-siyasi böhran keçirməsi
1707 Səfəvi zülmü əleyhinə Car-Balakəndə ilk kütləvi xalq çıxışı baş verməsi
1709 Təbrizdə sənətkar və şəhər yoxsullarının Səfəvi zülmü əleyhinə çıxışı baş verməsi
1709-1715 Soucbulaq və Muğanda Səfəvi zülmü əleyhinə kəndli çıxışları baş verməsi
1711 Car camaatının yenidən Səfəvi zülmü əleyhinə üsyan qaldırması. Şirvan bəylərbəyinin qoşunu ilə döyüşdə
üsyançılar qalib gəldi və bəylərbəyi döyüş meydanında həlak oldu
1716 Rus çarı I Pyotrun A. Volinskiyə gizli göstəriş verərək İrana göndərməsi. I Pyotrun Volinskiyə verdiyi gizli
göstərişlər Cənubi Qafqazdakı xristian əhali ilə əlaqə yaratmaq, Səfəvi dövlətinin ərazisində rus ticarətinin
rerspektivlərini öyrənmək, karvan yollarının, yerli qoşunun və müdafiə qurğularının vəziyyətini öyrənmək idi
1719-1721 Şirvanda feodal və Səfəvi zülmünə qarşı Hacı Davudun başçılığı ilə üsyan baş verməsi
1720 Qazıqumuxlu Surxay xanın köməyi ilə Hacı Davudun Şabran, Xudat və Şamaxı şəhərlərini tutması. Şamaxının
üsyançılar tərəfindən tutulması zamanı buradakı rus tacirlərinə böyük zərər dəydi, bəziləri isə öldürüldü
XVIII əsrin 20-ci illəri Cənubi Qafqaz uğrunda Rusiya, Osmanlı və Səfəvilər dövləti arasında mübarizə başlaması
1722 8 mart Əfqanların Səfəvilər dövlətinə hücum etməsi. İsfahan yaxınlığında döyüş. Əfqanların bu yürüşü nəticəsində
İsfahan yaxınlığında şah qoşunları məğlub edildi, paytaxt İsfahan mühasirəyə alındı, Səfəvilər dövlətində
mərkəzi hakimiyyət devrildi - Şah Sultan Hüseyn taxtdan salınaraq həbsə alındı
1722 Təhmasibin Astarabadda özünü II Təhmasib adı ilə şah elan etməsi
1722-1732 Şah II Təhmasibin hakimiyyəti. II Təhmasibin dövründə əfqanlar Azərbaycandan qovuldu, I Pyotr Xəzərsahili
vilayətlərə hücuma başladı və Rusiyanın Xəzəryanı vilayətləri işğal etməsinin I mərhələsi başa çatdı,
osmanlılar ölkənin bir hissəsi işğal etdi, Azərbaycan torpaqları Səfəvi, Osmanlı və Rusiya arasında
bölüşdürüldü, Peterburq, Nabur, Kirmanşah və Rəşt sülhləri imzalandı, Nadir xan osmanlılara qarşı
müharibəyə başladı
1722 15 iyun I Pyotrun Azərbaycan dilində “Bəyannamə” nəşr etdirərək Şirvana və Xəzəryanı bölgələrə göndərməsi.
“Bəyannamə”də rus qoşununun yürüşünün əsas səbəbi gizlədilir, Xəzəryanı bölgələrdə yaşayan şiə əhalisini
imnandırmağa çalışılırdı ki, o, Səfəvi şahının dostudur, yürüşdə onun məqsədi bu yerlərdə əmin-amanlıq
yaratmaqdan və rus tacirlərini qarət edən qiyamçıları cəzalandırmaqdan ibarətdir. I Pyotr Səfəvilərə qarşı
üsyan edən feodalların, Osmanlı türklərinin bu torpaqları zəbt etməsinin qarşısını alacaq, burada Səfəvilərin
hakimiyyətini bərpa edəcəkdir
1722 18 iyun I Pyotrun Həştərxandan Azərbaycanın Xəzəryanı vilayətlərinə yürüşə başlaması. I Pyotrun bu yürüşdə əsas
məqsədi Xəzərin qərb sahil bölgələrini işğal etmək və Cənubi Qafqazda möhkəmlənmək idi
1722 15 avqust I Pyotrun başçılığı ilə rus eskadrasının Dərbəndə daxil olması
1722 7 sentyabr I Pyotrun Bakının tutulasını general-mayor M.Matyuşkinə tapşıraraq Peterburqa qayıtması
1722 dekabr Rus eskadrasının Rəşt şəhərini zəbt etməsi və S.Abramovun burada konsulluq açması
1722 Şirvan üsyanının başçısı H.Davudun Rusiyaya qarşı mübarizədə kömək üçün Osmanlı sultanı III Əhmədə
müraciət etməsi
1723 28 iyul Rus eskadrasının Bakını işğal etməsi. Knyaz İ.Baryatinskinin Bakının komendatı təyin edilməsi. I Pyortun
əmri ilə Bakının alınması münasibəti ilə Peterburqda yaylım atəşi açıldı. Bakı işğal edildikdən sonra
M.Matyuşkin Bakı hakimi Məhəmməd Hüseyn bəyin H.Davudla əlaqədə olduğunu bəhanə edərək onun həbsə
alınmasını əmr etdi. Bakı tutulduqdan sonra rus komandanlığı asanlıqla Salyanı da işğal etdi
1723 12 sentyabr Peterburq müqaviləsi. Rusiya ilə Səfəvilər arasında imzalanan müqavilənin şərtlərinə əsasən Səfəvilərin
Dərbənddən Gilana qədər olan Xəzəryanı torpaqları Rusiyaya ilhaq edildi və Rusiya əfqanlarla müharibədə
Səfəvi şahına hərbi yardım edəcəyini öhdəsinə götürdü
1722-1723 Xəzəryanı bölgələrin Rusiya tərəfindən işğalının birinci mərhələsinin başa çatması
1723-1735 Rusiyanın Azərbaycanın Xəzəryanı vilayətlərində hökmranlığı dövrü
1723-1725 Şimali-qərbi Azərbaycan əhalisinin kömək üçün osmanlılara müraciət etməsi
1723 oktyabr Osmanlı qoşununun Gəncəyə uğursuz hücum etməsi
1724 may-avqust Cənubi Qafqazda yaşayan ermənilərin I Pyotra məktubla müraciət etməsi
1724 12 iyul İstanbul müqaviləsinin imzalanması. Rusiya ilə osmanlılar arasında imzalanan müqavilənin şərtlərinə əsasən
Osmanlı dövləti Peterburq müqaviləsinin şərtlərini təsdiq etdi, Rusiya, Xəzəryanı bölgələr istisna olmaqla,
bütün Azərbaycan ərazisinin osmanlılara verilməsinə razılıq verdi, Şirvan osmanlıların himayəsi altında
yarımmüstəqil xanlıq elan olundu, Hacı Davud isə Şirvan xanı təsdiq edildi, Şirvanın sahilyanı hissəsi isə
Rusiyanın tabeliyinə verildi, Kürdən şimaldakı torpaqlarda Osmanlılara hərbi qüvvə saxlamağa icazə
verilmir, bu ərazilər yerli hakimlər tərəfindən idarə olunmalı idi
1724 noyabr I Pyotrun xüsusi sərəncamla Rumyanstevə Şirvan bölgəsində ermənilərin yerləşdirilməsi barədə tapşırıq
verməsi
1724 Osmanlı dövlətinin Osmanlı işğal zonasına daxil olan əraziləri tutmağa başlaması
1724 iyun Osmanlı qoşunlarının müqavimət görmədən İrəvan şəhərini tutması. Naxçıvan, Ordubad, Qazax və Borçalı
əhalisinin könüllü olaraq Osmanlı hakimiyyətini qəbul etməsi
1724 yay Osmanlıların Salmas, Xoy və Mərəndə yiyələnməsi
1724 noyabr I Pyotrun ermənilərin Şirvana köçrülməsi haqqında xüsusi sərəncam imzalaması. Sərəncamda bildirilirdi ki,
əgər erməni xalqı bəyəndiyi yerdə yaşamaq istəsə ona kömək edib torpaq verilməli, şəhər və kəndlərdə
sahibsiz qalan evlər onların ixtiyarına verilməlidir. Bundan başqa I Pyotr Rumyanstevə tapşırmışdı ki,
erməniləri Xəzəryanı əyalətlərdə istədikləri şəhərlərdə yerləşdirmək üçün lazım gələrsə, yerli əhalini qovsun
1724-1725 Osmanlıların Azərbaycanın qərb torpaqlarını ələ keçirməsi
1724-1735 Azərbaycanın qərb torpaqlarında Osmanlı idarəçiliyi dövrü
1725 27 iyul Osmanlı qoşunlarının Abdulla Köprülü paşanın komandanlığı altında Təbriz şəhərini tutması
1725 avqust Osmanlı sərkərdəsi Sarı Müstafa paşanın Gəncəni tutması
1725 28 dekabr Osmanlı əsgərlərinin osmanlı işğal zonasına daxil olmayan Ərdəbil şəhərini tutması və şəhərin alınması
münasibətilə İstanbulda atəşfəşanlıq keçirilməsi
1725-1728 Osmanlı dövlətinin Cənubi Qafqazda qismən yumşaq vergi siyasəti yeritməsi
1726 Rus imperatoru I Yekaterinanın knyaz V.Dolqorukovu Gilana göndərməsi. I Yekaterinanın V.Dolqorukov
Gilana göndərməkdə məqsədi Səfəvi şahı II Təhmasiblə münasibətləri qaydaya salmaq idi
1726 Lənkəran, Astara, Təngərud, Muğan, Şahsevən bölgələrinin Rusiyanın işğalı altına düşməsi
1726 Zəngəzurda Osmanlılar əleyhinə üsyan baş verməsi
1727-1728 Osmanlıların Azərbaycanın işğal etdiyi bölgələrində əhalini siyahıya alması
1727 12 dekabr Nabur müqaviləsi. Rusiya ilə Osmanlı sərhədinin müəyyənləşdirilməsi barədə imzalanan Nabur
müqaviləsinin şərtlərinə əsasən ruslar 1727-ci ildə Cavad, Salyan, Şeşpara, Rustov, 1728-ci ildə isə Quba və
Təngəyə yiyələndilər
1728 Hacı Davudun Təngə qalasını ruslara təhvil verməkdən boyun qaçırması. Bunu Osmanlı hakim dairələri
sədaqətsizlik kimi qiymətləndirərək, onu xanlıqdan uzaqlaşdırdılar. H.Davud həbs edilib Kipr adasına sürgün
edildi. Qazıqumuxlu Surxay xan isə Şirvan xanı təyin olundu
1729-1731 Qarabağ, Şamaxı, Təbriz Xaçqala, Marağa, Həmrud, Ərdəbil və Xalxal bölgələrində Osmanlı hakimiyyəti
əleyhinə üsyanlar baş verməsi
1730 II Təhmasibin osmanlılardan işğal olunmuş Səfəvi torpaqlarını geri qaytarmağı tələb etməsi. Osmanlıların rədd
cavabı səfəvilərlə-osmanlılar arasında müharibəyə (1730-1733) səbəb oldu
1730 Nadir xanın Osmanlı dövlətinə qarşı müharibəyə başlaması
1730 Nadir xanın Marağa, Ərdəbil və Təbriz şəhərlərini Osmanlılardan azad etməsi
1730 Nadir xanın rus komandanlığından Xəzəryanı əyalətləri geri qaytarmağı tələb etməsi
1731 II Təhmasibin Naxçıvan və İrəvanı osmanlılardan geri almaq üçün uğursuz hərbi əməliyyatlara başlaması
1731 Üçkilsə (Üçmüədzin) döyüşü. II Təhmasibin osmanlılar tərəfindən ağır məğlubiyyətə uğradılması
1731 Həmədan yaxınlığında döyüş. Osmanlı qoşunları üçün İsfahana yol açılması
1732 16 yanvar Kirmanşah sülhü. Səfəvilərlə osmanlılar arasında imzalanan müqavilənin şərtlərinə əsasən İrəvan, Gəncə,
Şamaxı, Şirvan bölgələri osmanlılara verildi, Osmanlı dövləti Həmədan, Kirmanşah, Ərdəbil və Təbrizi
Səfəvilərə qaytarmağa razılıq verdi, Araz çayı bu dövlətlər arasında sərhəd oldu
1732 21 yanvar Rəşt müqaviləsi. Səfəvilərlə ruslar arasında imzalanan müqavilənin şərtlərinə əsasən Kürdən cənubda yerləşən
Xəzəryanı bölgələr Səfəvilər dövlətinə qaytarıldı, Səfəvilər dövləti osmanlıları Xəzəryanı bölgələrə
buraxmamağı öhdəsinə götürdü, Səfəvilər dövləti ərazisində rus tacirləri üçün güzəştli şərtlər nəzərdə tutuldu
1732 avqust Səfəvilər dövlətində saray çevrilişi baş verməsi. Çevriliş nəticəsində Nadir xan II Təhmasibi taxtdan salaraq
onun oğlu Abbas Mirzəni III Abbas adı ilə şah, özünü isə onun qəyyumu elan etdi. Bu hadisədən sonra Nadir
xan faktiki olaraq Səfəvilər dövlətinin tam səlahiyyətli hakimi oldu
1732-1736 Səfəvi dövlətinin sonuncu hökmdarı Şah III Abbasın hakimiyyəti
1733 yanvar Bağdad ətrafında döyüş. Nadir xanın Osmanlı qoşununa güclü zərbə endirməsi
1733 fevral Bağdad müqaviləsi. Osmanlı qoşunlarının komandanı Əhməd paşa ilə Nadir xan arasında imzalanan
müqavilənin şərtlərinə əsasən osmanlılar son on ildə işğal edilmiş bütün torpaqları Səfəvilərə qaytarmağı
öhdəsinə götürdü və Azərbaycanın cənubunda hərbi əməliyyatları dayandıraraq qoşunlarını buradan çıxardı
1734 Nadir xanın başçılığı ilə Şamaxının azad edilərək Şirvanda Osmanlı hökmranlığına son qoyulması
1734 Nadirin əmri ilə Şamaxı şəhərinin dağıdılması və əhalisinin “Yeni Şamaxıya” (Ağsuya) köçürülməsi
1735 Hacı Davudun Kipr adasından Geliboluya köçürülməsi və orada vəfat etməsi
1735 21 mart Gəncə müqaviləsi. Rusiya ilə Səfəvi dövləti arasında imzalanan müqavilənin şərtlərinə əsasən rus qoşunu
Xəzəryanı vilayətləri tamamilə tərk etməli idi
1735 iyun Üçmüədzinin şimal-şərqində Səfəvi və Osmanlı qoşunu arasında döyüş baş verməsi. Nadir xanın qələbə
qazanması
1735 sonları Osmanlı qoşununun Cənubi Qafqazdan tamamilə çıxarılması
1736 Nadir xan tərəfindən Səfəvilər dövlətinin varlığına son qoyulması
AZƏRBAYCAN NADİR ŞAH İMPERİYASININ TƏRKİBİNDƏ
XVIII 30-40-cı illəri Azərbaycanda Nadirin hakimiyyətinə qarşı xalq çıxışları baş verməsi
1734 İlk dəfə Astaranın yoxsul kəndlilərinin Nadir xana qarşı üsyan qaldırması
1734 Şəkinin Biləcik kəndinin əhalisinin Nadir xana qarşı üsyan qaldırması
1735 fevral Nadir xanın cəza dəstələrinin Car, Biləcik, Şamaxı və Astara üsyanlarını yatırması və Dərbəndə qədər olan
əraziləri hakimiyyət əleyhinə olan qüvvələrdən təmizləməsi
1736 əvvəlləri Nadir xanın sonuncu Səfəvi hökmdarı Şah III Abbası öldürtməsi
1736 mart Suqavuşan qurultayının keçirilməsi. Suqavuşan qurultay nəticəsində Nadir xan özünü İranın şahı elan etdi.
Bununla Səfəvilərin sülaləsinin hakimiyyətinə son qoyuldu. Qurultayda Nadirin şah seçilməsinə qarşı çıxan
feodallar ailələr ilə birlikdə Xorasana sürgün edildilər, Qazax, Şəmşəddil və Borçalı mahalları Kartli
hakiminin tabeliyinə verildi, Qarabağ məliklikləri isə Gəncə bəylərbəyliyinə tabe edildi
1736-1747 Azərbaycan torpaqlarının Nadir şah imperiyasının tərkibində qalması
1737 Nadir şahın əmri ilə rəiyyətin hərbi qulluğa çağırılması
1737 Nadir şahın Hindistana və Mərkəzi Asiyaya yürüş etməsi
1738 Nadir şahın ölkədə olmamasından istifadə edən Azərbaycanın şimal-qərb bölgəsinin əhalisinin Nadir şahın
kakimiyyətinə qarşı yenidən silaha əl atması
1738 Divanə İbrahim və Xəlilin başçılığı ilə Carda Nadir şaha qarşı ən böyük üsyan baş verməsi. Üsyanı yatırmaq
üçün Nadir şahın qardaşı İbrahim xan böyük ordu ilə Cara gəlsədə qanlı döyüş nəticəsində şahın qoşun
darmadağın edildi və İbrahim xan öldürüldü
1739 sonları Mirzə Səfi xanın başçılığı ilə şah qoşununun Car üsyanın qismən yatırması
1741 Nadir şahın Hacı Çələbini Şəki əyalətinə vəkil təyin etməsi
1741 yay Nadir şahın Azərbaycanın şimal-şərq bölgəsinə yürüşü
1743-1744 Nadir şah rejiminə qarşı Şirvan, Şəki, Təbriz, Xoy və Salmasda yeni üsyanlar baş verməsi
1743 əvvəlləri I Sam Mirzənin başçılığı ilə Şirvanda Nadir şaha qarşı üsyan baş verməsi
1743 Nadir şahın I Sam Mirzə üsyanını yatırmaq üçün oğlu Nəsrullah Mirzəni Şamaxıya göndərməsi
1743 oktyabr Şirvan üsyançılarının Ağsu şəhərini tutaraq şahın vergi toplayanlarını qovması və II Sam Mirzəni oraya dəvət
etməsi. Ağsuya gələn kimi II Sam Mirzəni ağır verigləri ləğv etdi və əhalidən az miqdarda vergi toplanması
barədə göstəriş verdi
17439 Şamaxı yaxınlığında Şirvan düzənliyində döyüş. Döyüş nəticəsində I Sam Mirzənin qoşunu darmadağın edildi
və Nəsrullah Mirzə Şamaxıda Nadir şah idarə üsulunu bərpa etdi
1743 sonları II Sam Mirzənin Şirvan üsyanına başçılıq etməsi
1743 oktyabr Şirvan üsyançılarının Ağsu şəhərini tutaraq Nadir şahın vergi toplayanlarını qovması və II Sam Mirzəni oraya
dəvət etməsi
1743 9 noyabr Nəsrullah Mirzənin Şirvan üsyançıları ilə döyüşdə ağır məğlubiyyətə uğraması
1743 sonları Şahbulağı döyüşü. Döyüş nəticəsində Nəsrullah Mirzə qalib gələrək Ağsu qalasını tutdu və Şirvan üsyanını
yatırdı, II Sam Mirzə isə məğlub olaraq Gürcüstana qaçdı. Məğlub olaraq Gürcüstana qaçan II Sam Mirzəni
Kartili-Kaxetiya çarı Teymuraz əsir alaraq Nəsrullah Mirzənin düşərgəsinə göndərdi. Nadir şah II Sam
Mirzənin tutulmasında köməyinə və digər xidmətlərinə görə Araqvi vilayətini Teymuraza hədiyyə etdi
1743 Hacı Çələbinin məlik Nəcəfi öldürərək şahın adamlarını Şəkidən qovması və Şəki vilayətini müstəqil xanlıq,
özünü isə xan elan etməsi
1744 29 noyabr Nadir şahın “Gələsən-Görəsən” qalasına hücum etməsi. Hücum nəticəsində Nadir şah müqavimətə rast gələrək
Bərdəyə doğru geri çəkildi
1746 “Gələsən-Görəsən” qalasının müdafiəçilərinin Nadir şaha tabe olması. “Gələsən-Görəsən” qalasının
müdafiəçilərinin Nadir şaha tabe olmasının səbəbi qalada ərzaq ehtiyyatının tükənməsi idi. Odur ki, Hacı
Çələbi vəkil vəzifəsində qalmaqla Nadir şaha güzəşdə gedib, onun hakimiyyətini tanımağa məcbur oldu
1747 əvvəlləri Hacı Çələbinin Nadir şah zülmünə qarşı yenidən üsyan qaldırması
1747 III Sam Mirzənin başçılığı ilə Nadir şah əleyhinə Ərdəbil və Təbrizdə üsyan baş verməsi
1747 19 iyun Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi. Nadir şahın öldürülməsindən sonra onun yaratdığı imperiya
süqut etdi, İran dövlətini yenidən ara müharibələri bürüdü, Azərbaycan ərazisi xanlıqlara, sultanlıqlara və
məlikliklərə parçalandı. Nadir şah dövlətinin süqutunun səbəbi aramsız müharibələr, iqtisadi vəziyyətin ağırlığı
və sosial-qruplar arasındakı ziddiyyətlər olmuşdur
AZƏRBAYCAN XVIII ƏSRİN İKİNCİ YARISINDA. XANLIQLAR DÖVRÜ
URMİYA XANLIĞI
XVIII əsrin ortaları Azərbaycanın xanlıqlara, sultanlıq və məlikliklərə parçalanması
XVIII əsrin ortalar Urmiya xanlığının yaranamsı. Xanlığın mərkəzi əvvəl Urmiya sonra isə Təbriz şəhəri olmuşdur
XVIII əsrin II yarısı Xanlıqlar dövrü. Bu dövrdə Azərbaycan, IX-XI əsrlərdə olduğu kimi feodal dağınıqlığı dövrünü yaşayırdı
XVIII əsrin 50-ci illəri İranda və Azərbaycanda mərkəzi hakimiyyət uğrunda Fətəli xan Əfşar, Kazım xan Zənd və Məhəmmədhəsən
xan Qacarın mübarizə aparması
1747-1763 Urmiya xanlığının banisi Fətəli xan Əfşarın hakimiyyəti
1751 Urmiyalı Fətəli xanın müttəfiqi Azad xanı İrəvan xanlığı üzərinə yürüşə göndərməsi. Lakin İrəvan xanı Mir
Mehdi xan Kartli çarı II İraklinin köməyi ilə Azad xanın qoşununu geri oturtdu
1752 Kərim xan Zəndin Azərbaycana hücum etməsi
1752 Qəşmə döyüşü. Döyüşü nəticəsində Kərim xan Zənd Fətəli xan Əfşara məğlub olaraq cənuba – Fars vilayətinə
qaçdı
1752 Miyanə döyüşü. Döyüşü nəticəsində Fətəli xan Əfşarın qoşunu yenə də qalib gəldi və Kərim xanın qardaşı
İsgəndər xan əsir alınaraq edam edildi
1753 Məhəmmədhəsən xan Qacarın Kərim xan Zəndi məğlub etməsi
1753-1754 Fətəli xan Əfşarın hakimiyyətini Mərkəzi və Cənubi İrana yayması. Bu illərdə Fətəli xanın idarə etdiyi
ərazilərin sərhədləri İranın cənubuna qədər uzanırdı. Lakin İran hakim dairələrinin Kərim xana köməyi
sayəsində əvvəlcə Şiraz, sonra isə İsfahan əldən çıxdı. Bununla da, Fətəli xanın mərkəzi hakimiyyət uğrunda
mübarizəsi zəiflədi
1756 mart Məhəmmədhəsən xanın İsfahan və Rəşti tutaraq Qarabağ xanlığı üzərinə yürüş etməsi. Məhəmmədhəsən xan
Qarabağ xanlığının mərkəzi olan Şuşanı bir ay mühasirədə saxlasa da, onu tuta bilmədi və geri çəkildi. Geri
çəkilərkən Təbrizi, sonra isə Urmiyanı tutdu
1755 yazı Məhəmmədhəsən xan Qacarın Zəndlər üzərində qələbə çalması.
1759 fevral Məhəmmədhəsən xan Qacarın öldürülməsi. Fətəli xan Əfşarın Təbrizə qayıdaraq hakimiyyətini
möhkəmləndirməsi və birləşdirmə siyasətini davam etdirməsi
1759 yaz Urmiyalı Fətəli xan Əfşarın Qarabağ xanlığına hücum edərək özündən asılı vəziyyətə salması. Qarabağ
xanlığından başqa, Ərdəbil və Maku xanlıqları istisna olmaqla Cənubi Azərbaycan xanlıqları da bir müddət
Fətəli xan Əfşardan asılı vəziyyətdə qalmışdı
1760 payız Kərim xan Zəndin Azərbaycanın cənubuna hücum edərək Təbrizi dörd ay mühasirədə saxlaması
1761 yay Qaraçəmən döyüşü. Kərim xan Zəndin yenidən Urmiyalı Fətəli xana məğlub olması
1763 oktyabr Kərim xan Zəndin 9 aylıq mühasirədən sonra Urmiya şəhərini tutması
1763 Kərim xan Zənd tərəfindən “Şiraz qonaqlığı”nın təşkil olunması. “Şiraz qonaqlığı”nda Qarabağ xanı Pərahəli
xan, Xoy xanı Şahbaz xan, Qaradağ xanı Kazım xanı və başqaları iştirak edirdilər. “Şiraz qonaqlığı”nda Kərim
xanın məqsədi xanları vətənlərindən uzaq salmaq və bu yolla onları özündən asılı vəziyyətə salmaq idi. Lakin,
“Şiraz qonaqlığı” gözlənilən nəticəni vermədi
XOY, TƏBRİZ, QARADAĞ VƏ ƏRDƏBİL XANLIQLARI
XVIII əsrin ortaları Əmiraslan xan tərəfindən Təbriz xanlığının əsasının qoyulması. Əmiraslan xan Nadir şahın dövründə III Sam
Mirzənin üsyanını yatırmış, onun özünü isə edam etdirmişdi. Nadir şahın ölümündən sonra isə müstəqil dövlət
yaradaraq qısa vaxtda Təbriz, Xalxal, Ərdəbil xanlıqlarını özünə tabe etdi və Adil şahın hakimiyyətini tanımadı
XVIII əsrin ortaları Kazım xan tərəfindən Qaradağ xanlığının əsasının qoyulması
XVIII əsrin ortaları Bəbir xan Şahsevən tərəfindən Ərdəbil xanlığının əsasının qoyulması. Bəbir xan hakimiyyəti dövründə xanlığı
siyasi cəhətdən möhkəmləndirdi
XVIII əsrin ortaları Şahbaz xan tərəfindən Xoy xanlığının əsasının qoyulması
1747-1783 Ərdəbil hakimi Nəzərəli xanın hakimiyyəti. Nəzərəli xan hakimiyyəti dövründə zəndlərlə və qacarlarla
münasibətləri kəskinləşdi, nigah diplomatiyası vasitəsilə qarabağlı İbrahim xanla dostluq əlaqələri yaratdı,
həmçinin Lənkəran xanlığı ilə mehriban qonşuluq münasibətləri qurdu
1748-1752 Qaradağ hakimi Kazım xanın hakimiyyəti. Kazım xan mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edərək,
Qaradağ xanlığının əsasını qoymuş, Şəki xanı Hacı Çələbiyə qarşı ittifaqına qoşulmuşdur
1748 Nadir şahdan sonra hakimiyyətə gələn Adil şahın öz qardaşı İbrahim Mirzə tərəfindən hakimiyyətdən
uzaqlaşdırılması
1748 İbrahim Mirzənin Təbriz hakimi Əmiraslan xanı məğlub edərək Təbrizi tutması. Lakin Məşhəd və İsfahanda
baş vermiş üsyan İbrahim şahın Təbrizdən geri çəklməsinə səbəb oldu və Məşhəddəki döyüşdə həlak oldu
1748 Fətəli xan Əfşarın Təbrizə yürüş etməsi. Yürüş nəticəsində Fətəli xan Təbriz şəhərini ələ keçirərək şəhərin
idarəsini Nəcəfqulu xan Dünbuliyə tapşırdı. Beləliklə, Təbriz xanlığı Urmiya xanlığından asılı vəziyyətə düşdü
1748-1763 Təbriz xanlığının Urmiyalı Fətəli xan Əfşardan asılı vəziyyətdə qalması
1759-1763 Qarabağ xanlığının Urmiya xanlığından asılı vəziyyətdə qalması
1763 Fətəli xan Əfşarın öldürülməsi və Təbriz xanlığının yenidən müstəqil olması
1763-1786 Xoy hakimi Dünbuli Əhməd xanın hakimiyyəti. Əhməd xan hakimiyyəti dövründə Urmiya xanlığını tabe
etməyə çalışdı, bir müddət İrəvan, Naxçıvan və Qaradağ xanlıqlarını özündə asılı vəziyyətə saldı, Azərbaycanın
bir sıra xanlıqları və Kartili çarlığı ilə diplomatik əlaqələr saxladı, Cəfərqulu xanı Naxçıvan xanlığında
hakimiyyətə gətirdi
1782 Qaradağ xanlığının Xoy və Qarabağ xanlarının birləşmiş qüvvələri tərəfindən işğal olunması və müstəqilliyini
itirməsi
1783 Təbriz yaxınlığında döyüş. Təbriz xanı Xudadad xanın Əhməd xanla birləşərək Urmiyalı İmamqulu xan Əfşar
və onun müttəfiqi sərablı Əli xan Şəqaqi üzərində qələbə qazanması
1783-1808 Ərdəbil hakimi Nəsir xanın hakimiyyəti. Nəsir xanın hakimiyyəti dövründə Qubalı Fətəli xan xanlığa yürüş
etdi, həmçinin Ərdəbil xanlığı qacarlardan asılı vəziyyətə düşdü
1791 Qaradağ xanlığının Ağa Məhəmməd xan Qacara tabe olması
ŞƏKİ XANLIĞI
1743-1744 Şəki ərazisində Nadir şah əsarətinə qarşı Hacı Çələbinin başçılığı ilə üsyan baş verməsi
1743 Hacı Çələbinin Şəkini müstəqil xanlıq, özünü isə xan elan etməsi
1743-1819 Şəki xanlığının mövcud olması
1743-1755 Şəki hakimi Hacı Çələbi xanın hakimiyyəti
1748 Hacı Çələbi xanla Qarabağ hakimi Pənahəli xan arasında “Bayat savaşı” baş verməsi
XVIII əsrin 50-ci illəri Hacı Çələbi xanın II İrakli üzərində qələbəsindən sonra İlisu sultanlığı istisna olmaqla, digər sultanlıqların
(Qazax, Şəmşəddil, Ərəş, Qəbələ) və Car-Balakən camaatlığının Şəki xanlığından asılı vəziyyətə düşməsi
1751 Şəki xanlığı ilə gürcülər arasında döyüş baş verməsi. Döyüş nəticəsində Hacı Çələbi xanın gürcüləri məğlub
etməsi
XVIII əsrin ortaları Qarabağ, Gəncə, Qaradağ və Xoy xanlıqlarının Şəki xanı Hacı Çələbiyə qarşı ittifaq yaratması
1752 mart “Qızılqaya xəyanəti”. Gürcü çarı II İraklinin hərbi dəstələrinin Gəncə yaxınlığında Qızılqaya adlanan yerdə
düşərgə salmış xanların üzərinə hücum edərək onları əsir götürməsi. “Qızılqaya xəyanəti”nin təşkilatçısı II
İrakli bu işi törətməklə xanlıqları özündən asılı vəziyyətə salmaq məqsədi güdürdü. “Qızılqaya xəyanəti”ndə
Qaradağ (Kazım xan), Gəncə (Şahverdi xan), Naxçıvan (Heydərqulu xan), İrəvan (Hüseynəli xan) xanlıqları
iştirak edirdi. “Qızılqaya xəyanəti” isə bir daha göstərdi ki, Azərbaycan xanları birləşməli və ümumi düşmənə
qarşı vahid cəbhədə mübarizə aparmalıdılar
1752 Şeyx Nizaminin qəbri yaxınlığında döyüş. Döyüş nəticəsində Hacı Çələbi xan gürcü qoşunlarını məğlub edərək
əsir alınmış Azərbaycan xanlarını azad etdi, Qazax və Borçalı ələ keçirilərək xanın oğlu Ağakişi bəy buraya
hakim təyin edildi
1752 yaz Gürcü çarı II İraklinin hərbi dəstələrinin Cara hücum etməsi. Bu zaman Hacı Çələbi xan Car camaatının
köməyinə gəldi və gürcü çarını əvvəlkindən daha ağır məğlubiyyətə uğratdı
1755 Hacı Çələbi xanın vəfat etməsi və onun Şamaxı xanlığını Şəkiyə tabe etmək planının baş tutmaması
1755-1767 Şəki hakimi Ağakişi bəyin hakimiyyəti
1763 Usta Abbasqulu tərəfindən Şəki xan sarayının inşa edilməsi
1767 Qubalı Fətəli xanın Şəki xanlığına müdaxilə etməsi. Bu müdaxilə nəticəsində Məhəmmədhəsən xan Şəkidən
qovuldu, Hacı Çələbinin nəvəsi Hüseyn xan Şəki xanı elan edildi və Şəki xanlığı Quba xanlığından siyasi
asılılığı qəbul etməli oldu
1767-1779 Şəki hakimi Hüseyn xanın hakimiyyəti
1779-1789 Şəki xanlığının Quba xanlığından asılı vəziyyətdə qalması
1779 Məhəmmədhəsən xanın Şəki xanlığında yenidən hakimiyyətə gəlməsi
1779-1795; 1797-1805 Şəki hakimi Məhəmmədhəsən xanın hakimiyyəti
1785 Qubalı Fətəli xanla Məhəmmədhəsən xanı arasında döyüş baş verməsi. Döyüşdə Fətəli xan Məhəmmədhəsən
xanı məğlub etdi və Şəki xanlığı Fətəli xandan asılı vəziyyətə düşdü
1788 Şamaxı yaxınlığında döyüş. Döyüş nəticəsində Fətəli xan Məhəmmədhəsən xanı məğlub etdi və Şəki xanlığı
yenidən Fətəli xandan asılı vəziyyətə düşdü
1789 Qubalı Fətəli xanın vəfat etməsi və Məhəmmədhəsən xanın Quba xanlığının asılılığından çıxaraq Şəkinin
müstəqilliyini bərpa etməsi
1795-1806 Şəki hakimi Səlim xanın hakimiyyəti
1795 Ərəş sultanlığının ləğv edilərək mahal kimi Şəki xanlığına birləşdirilməsi
ŞAMAXI XANLIĞI
1747-1820 Şamaxı xanlığının mövcud olması. Xanlığın əsasını Xançobanı tayfasından olan Məhəmməd Səid və Ağası
qardaşları qoymuşdular. Xanlıq şimal-şərqdə Quba, şərqdə Bakı, şimal-qərbdə Şəki, cənub-qərbdə Qarabağ
xanlığı və Kür çayı ilə həmsərhədd idi
1747-1763 Şamaxı xanlığında ikihakimiyyətliliyin mövcud olması
1763 Məhəmməd Səid xanın Yeni Şamaxıya hücum etməsi. Hücum nəticəsində Yeni Şamaxı tutuldu və
Məhəmmədəli xan əsir alındı, Şamaxı xanlığında ikihakimiyyətlilik ləğv edildi, xanlıqda bütün hakimiyyət
Məhəmməd Səid xanın əlinə keçdi, Yeni Şamaxı köhnə Şamaxıya birləşdirdi və Şamaxı şəhəri yenidən
xanlığın mərkəzi oldu
1763 Şamaxı xanlığında ikihakimiyyətliliyin ləğv edilməsi
1767 Qubalı Fətəli xan və Şəkili Hüseyn xanla Məhəmməd Səid və Ağası xan arasında döyüş baş verməsi. Döyüş
nəticəsində Məhəmməd Səid və Ağası xan məğlub oldular, Şamaxı xanlığının torpaqları Quba və Şəki
xanlıqları arasında bölüşdürüldü - xanlığın qərb hissəsi Şəki xanlığına, digər əraziləri isə Quba xanlığına
birləşdirildi
1767 Şamaxı xanlığının torpaqlarının Quba və Şəki xanlıqları arasında bölüşdürülməsi
1768 sentyabr Qubalı Fətəli xanla Şamaxı və Şəki xanlığının birləşmiş qüvvələri arasında döyüş baş verməsi. Döyüş
nəticəsində Fətəli xan qalib gəldi və Şəki xanlığının ixtiyarında olan Şamaxı torpaqlarını Quba xanlığına
birləşdirdi
1768 Şamaxı xanlığının tamamilə Quba xanlığına birləşdirilməsi
1768-1790 Şamaxı xanlığının Quba xanlığından asılı vəziyyətdə qalması
1790 Şamaxı xanlığının Quba xanlığının asılılığından çıxaraq müstəqilliyini bərpa etməsi
QUBA XANLIĞI
1726 Rusiya çarı tərəfindən Hüseynəli xanın Quba xanı təyin edilməsi
1726-1810 Quba xanlığının mövcud olması
1726-1758 Quba xanlığının banisi Hüseynəli xanın hakimiyyəti
1735 Hüseynəli xanın Quba xanlığının iqamətgahını Xudat qalasından Quba şəhərinə köçürməsi
1756 Qubalı Hüseynəli xanın Salyan nahiyəsini Quba xanlığına birləşdirməsi
1758-1789 Qubalı Fətəli xanın hakimiyyəti. Fətəli xan hakimiyyəti dövründə xanlığın ərazisini genişləndirmək siyasəti
yeritdi, vergi islahatına əsasən vergilərin mahal naibləri tərəfindən toplanması qaydası ləğv olundu, hər bir
kətxuda kəndlilərdən vergini xan xəzinəsinə və anbarlarına özü şəxsən təhvil verməli idi, bəzi mükəlləfiyyətlər
yalnız xan yasavullarının tələbi ilə yerinə yetirilməli idi, köçürmə siyasətinə əsasən xanlığın əhalisini artırmaq
məqsədilə, Azərbaycanın cənubundan əhali Şabrana köçürüldü, dövlətin sərhədlərini möhkəmləndirmək üçün
Muğandan şahsevən tayfalarının bir hissəsini xanlığın ərazisinə köçürüldü
XVIII əsrin 50-ci illəri Məhəmmədhüseyn xanın Dərbənd xanlığının əsasını qoyması
1759 Qubalı Fətəli xanın xanlığın ərazisini genişləndirmə siyasətinə başlaması və Dərbəndin Quba xanlığına
birləşdirilməsi
1767 Bakı xanlığının Quba xanlığına birləşdirilməsi. O dövrün rəsmi sənədlərində Fətəli xan artıq Quba, Dərbənd,
Bakı və Salyan hakimi adlandırılırdı
1768 Şamaxı və Cavad xanlıqlarının Quba xanlığına birləşdirilməsi
1768 Fətəli xanın Dərbənd xanlığının əhalisinin bir hissəsini Muğana köçürməsi
1770 II Yekaterinanın Quba xanlığı ilə Gürcüstanın münasibətlərini nizamlamaq haqqında xarici işlər
kollegiyasına göstəriş verməsi
1773 Şəki, Qarabağ və Avar hakimlərinin birləşmiş qüvvələrinin Quba xanlığına yürüşünün Fətəli xan tərəfindən
dəf edilməsi
1774 iyul Gavduşan döyüşü. Quba xanlığı ilə Qaraqaytaq üsmisi Əmir Həmzə və Şamaxı xanı Ağası xanın başçılıq
etdiyi bir sıra Azərbaycan və Dağıstan hakimlərinin birləşmiş qüvvələri arasında baş vermiş döyüş nəticəsində
Fətəli xan məğlub olaraq Salyana tərəf çəkildi. Müttəfiqlər isə Qubanı və Şamaxını tutaraq Dərbəndi
mühasirəyə aldılar
1775 Qubalı Fətəli xanın Mirzəbəy Fərhadbəylinin başçılığı ilə Rusiya sarayına birinci elçilər heyəti göndərməsi
1775 mart Qubalı Fətəli xanın Rusiyanın köməyi ilə düşmənləri üzərində qələbə çalaraq Gavduşan döyüşündəki
məğlubiyyətin əvəzini çıxması
1775-1776 Qubalı Fətəli xanla Kərim xan Zənd arasında elçilər mübadiləsi baş verməsi
1779 Qubalı Fətəli xanın Bakı hakimi Məlik Məhəmmədi Qarabağa göndərməsi
1780-1781 Qubalı Fətəli xanın Qarabağ xanlığına uğursuz yürüşlər təşkil etməsi
1782 Quba xanlığının Mirzə Sadıq Məmmədvəliyevin başçılığı ilə Peterburqa ikinci elçilik heyəti göndərməsi
1784 Qubalı Fətəli xanın Azərbaycanın cənub ərazilərinə hücum etməsi. Bu hücum nəticəsində Ərdəbil və Meşkin
şəhərləri ələ keçirildi. Lakin Fətəli xan Azərbaycanın cənub torpaqlarında Rusiyanın etiraz etməsi səbəbi ilə
möhkəmlənə bilmədi
1787 Qubalı Fətəli xanın Rusiya sarayına üçüncü elçilər heyəti göndərməsi
1789 Qubalı Fətəli xanın vəfat etməsi
1789-1791; 1791-1810 Quba hakimi Əhməd xanın və Şeyxəli xanın hakimiyyəti. Onların dövründə xanlığın qüdrətini qoruyub
saxlamaq mümkün olmadı, Şəki, Bakı və Şamaxı xanlıqları Quba xanlığının tabeliyindən çıxdılar
1803 12 sentyabr Şeyxəli xan tərəfindən Dərbənd şəhərinin ikinci dəfə Quba xanlığına birləşdirilməsi
QARABAĞ XANLIĞI
1736 Nadir xanın şah seçilməsinə qarşı çıxan otuzikilər, kəbirli və cavanşir tayfalarının başçılarını Nadir xan
Xorasan vilayətinə və Əfqanıstanın sərhədlərinə sürgün etməsi və qarabağlı Pənahəli bəyin qardaşı Fəzləli bəyi
edam etdirməsi
1748 Pənahəli bəyin Qarabağ xanlığının əsasını qoyması
1748-1822 Qarabağ xanlığının mövcud olması
1748-1763 Qarabağ xanlığının banisi Pənahəli xanın hakimiyyəti. Pənahəli xan hakimiyyəti dövründə xanlığı
möhkəmləndirmək üçün qalalar tikdirdi, Bayat savaşında qalib gəldi, xanlığın ərazisini xeyli genişləndirdi,
Gəncə, İrəvan, Naxçıvan və Ərdəbil xanlıqlarının idarəsini ələ keçirdi, məlikləri özünə tabe etdi. Pənahəli
xanın hakimiyyətini birinci Vərəndə məliyi Məlik Şahnəzər tanıdı. Balıqqayadakı məğlubtyyətindən sonra ilk
əvvəl Xaçın məliyi Məlik mirzə, daha sonra Dizaq, Çiləbörd, Talış (Gülüstan) məlikləri xan hakimiyyətinə tabe
oldular
1748 Pənahəli xanın Kəbirli mahalında Bayat qalasını inşa etdirməsi
1748 Qarabağ və Şəki xanlıqları arasında “Bayat savaşı” baş verməsi. “Bayat savaşı” nəticəsində Qarabağ hakimi
Pənahəli xan qalib gəldi, Hacı Çələbi və onun müttəfiqləri Qarabağın bir hissəsini ələ keçirsə də qələbə qazana
bilməyətək öz xanlıqlarına qayıtdılar, Qarabağ xanlığının ərazisi xeyli genişləndi, Pənahəli xan Gəncə, İrəvan,
Naxçıvan və Ərdəbili xanlıqlarını nüfuz dairəsinə saldı
1751 Pənahəli xanın Ağdamda Şahbulağı qalasını inşa etdirməsi
1752 Pənahəli xanın Şuşa qalasını inşa etdirməsi
1757 Məhəmmədhəsən xan Qacarın Qarabağa hücum etməsi. “Xatın arxı” döyüşü. Döyüş nəticəsində Pənahəli xan
qələbə çaldı və düşmənin iki topunu ələ keçirdi
1759 yazı Urmiyalı Fətəli xan Əfşarın Qarabağa hücum etməsi. Fətəli xanın hücumu nəticəsində Qarabağ xanlığı Urmiya
xanlığından asılı vəziyyətə düşdü
1759-1763 Qarabağ xanlığının Urmiya xanlığından asılı vəziyyətdə qalması
1763 Kərim xan Zəndin Fətəli xan Əfşar üzərinə hücum edərək Pənahəli xanı öz müttəfiqinə çevirməsi və Qarabağ
xanlığının Urmiya xanlığından salılığına son qoyulması
1763 Kərim xan Zəndin İbrahimxəlil ağanı zindandan buraxdıraraq hakimiyyət fərmanı ilə Qarabağa göndərməsi və
Pənahəli xanı isə “Şiraz qonaqlığı”na aparması. “Şiraz qonaqlığı” nəticəsində Qarabağ xanlığı Kərim Xan
Zəndin vassal asılılığına düşdü, Pənahəli xan hakimiyyətdən uzaqlaşdırılaraq dusdaq kimi Şirazda saxlanıldı,
Qarabağı idarə edən Mehrəli bəylə qardaşı İbrahimxəlil ağa arasında hakimiyyət mübarizəsi başladı
1763-1805 Qarabağ hakimi İbrahimxəlil xanın hakimiyyəti. İbrahimxəlil xan hakimiyyəti dövründə öz nüfuzunu Naxçıvan,
Gəncə və Təbriz xanlıqlarına yaydı, Avar xanı ilə qohum olaraq xarici basqınların və mərkəzdənqaçma
qüvvələrin qarşısını aldı, xanlığının sərhədlərini genişləndirmək siyasəti yeritdi, məliklərin separatçılıq
siyasətinə qarşı mübarizə apararaq xanlığının bütövlüyünü qoruyub saxlaya bildi. Vərəndə məliyi Şahnəzər və
Xaçın məliyi Mirzə xana sadiq qalsalar da, Dizaq, Çiləbörd və Gülüstan məlikləri xanlığa tabe olmaqdan imtina
etdilər
1763-1785 Qarabağ xanlığında İbrahimxəlil xanla Mehralı bəyin hakimiyət uğrunda mübarizə aparması
1785 İbrahimxəlil xanın Mehralı bəyə qarşı mübarizədə qalib gəlməsi və Mehrəlı bəyin öldürülməsi
1783 İbrahimxəlil xanla məliklər arasında mübarizənin daha da kəskinləşməsi. İbrahimxəlil xanın Dizaq məlikliyini
yenidən Qarabağ xanlığına tabe etməsi
1787 Məlikliklərin gürcü çarı II İrakli və rus polkovniki Burnaşovun köməyi ilə Qarabağ xanlığına “xaç yürüşü”
təşkil etməsi. Lakin 1787-1791-ci illərin Rusiya-Osmanlı müharibəsinin başlanması “xaç yürüşü”nün baş
tutmamasına səbəb oldu
1787; 1792 Qarabağ hakimi İbrahimxəlil xanın Naxçıvan xanlığına birinci uğursuz yürüşü
Qarabağ hakimi İbrahimxəlil xanın Naxçıvan xanlığına ikinci urursuz yürüşü
İRƏVAN XANLIĞI
1748-1828 İrəvan xanlığının mövcud olması. İrəvan xanlığı keçmiş Çuxursədd bəylərbəyiliyin ərazisində, Ağrı vadisi,
Dərələyəz və Göyçə gölü arasındakı torpaqlarda yaranmışdı. Xanlıq inzibati cəhətdən naiblərin idarə etdiyi 14
mahala bölünürdü
1748-1763 İrəvan xanlığının banisi Mir Mehdi xanın hakimiyyəti
1764-1783 İrəvan hakimi Hüseynəli xanın hakimiyyəti. Hüseynəli xanın dövründə xanlıq gürcülərin dəfələrlə dağıdıcı
hücumuna məruz qaldı
1764 İrəvanda Göy məscidin inşa edilməsi. İrəvan xanı Hüseynəli xan tərəfindən inşa etdirilmiş Göy məscid 1988-ci
ildə erməni daşnakları tərəfindən üçüncü dəfə yandırılmışdı
1765 İrəvan xanlığının gürcülərin qarətçilik yürüşünə məruz qalması
1769 Gürcülərin növbəti dəfə İrəvan xanlığına qarətçi yürüş təşkil etməsi
1779 Gürcü çarı II İraklinin İrəvan xanlığına hücum etməsi. Hücum nəticəsində II İrakli güclü müqavimətə rast
gələrək geri çəkilməyə məcbur oldu, o geri çəkilərkən özü ilə Gürcüstana xeyli əhalini əsir apardı
1780 II İrakli ilə Hüseynəli xan arasında müqavilə bağlanması. Müqavilənin şərtlərinə əsasən Hüseynəli xan II
İrakliyə ildə müəyyən məbləğdə pul verməyi vəd etdi. Bunun müqabilində II İrakli Gürcüstana köçürdüyü
əhalini geri qaytarmağı və İrəvan xanlığının ərazi bütövlüyünü qorumağı öhdəsinə aldı
1783 İrəvan xanlığında üsyan baş verməsi. Üsyan nəticəsində Hüseynəli xanla Məhəmmədhəsən xan qətlə yetirildi
və Hüseynəli xanın oğlu Qulaməli xan hakimiyyətə gəldi
1783-1785 İrəvan hakimi Qulaməli xanın hakimiyyəti
1785 İrəvan xanlığında saray çevrilişi baş verməsi. II İraklinin İrəvan xanlığında təşkil etdiyi saray çevrilişi
nəticəsində Qulaməli xan öldürüldü və hakimiyyətə onun qardaşı Məhəmməd xan keçdi
1785-1786 İrəvan xanlığının Avar xanı Ümmə xanın dağıdıcı hücumlarına məruz qalması
1785-1795; 1797-1805 İrəvan hakimi Məhəmməd xanın hakimiyyəti
XVIII əsrin 80-ci illəri İrəvan xanlığının əhalisinin çox az hissəsini təşkil edən erməni əhalisinin Qarabağ məlikləri ilə birlikdə Cənubi
Qafqazda “xristian dövləti” yaratmaq haqqında planları gerçəkləşdirmək məqsədi ilə II Yekaterinaya müraciət
etməsi
XVIII əsrin 80-90-ci illəri Naxçıvan xanlığının xeyli zəifləməsi. Bu dövrdə xanlığın zəifləməsinin səbəbi Kartil-Kaxetiya çarlığının
xanlığı öz hakimiyyəti altına almaq cəhdləri, daxili çəkişmələr, ağır feodal istismarı və Ağa Məhəmməd xan
Qacarın yürüşü idi
1791 İrəvanda Sərdar sarayının Güzgülü salonunun inşa edilməsi. Sərdar sarayı İrəvan xanı Hüseyəli xanın dövründə
Usta Mirzə Cəfər tərəfindən, Güzgülü salonu isə xanın oğlu Məhəmməd xanın dövründə inşa edilmişdir
1795 İrəvan xanlığının Ağa Məhəmməd xan Qacarın yürüşünə məruz qalması. Yürüş zamanı xanlıq Qacar tərəfindən
tutuldu. İrəvan xanı Məhəmməd xan tabelik rəmzi olaraq Qacarın düşərgəsinə girov göndərməyi, İran
xəzinəsinə pul və lazım gəldikdə qoşun verməyi üzərinə götürdü. Lakin Ağa Məhəmməd xan sonra Məhəmməd
xanı həbs edərək xanlığın idarəsini Əliqulu xana tapşırdı
1797 Ağa Məhəmməd şahın ölümündən sonra İrəvan əhalisinin Əliqulu xanı şəhərdən qovması. İranın yeni şahı
Fətəli şahın Məhəmməd xanı həbsdən azad edərək yenidən İrəvan xanı təyin etməsi Bundan sonra Məhəmməd
xan müstəqil siyasət yeritdi. Lakin ağır feodal istismarı və daxili çəkişmələr xanlığı xeyli zəiflətdi
NAXÇIVAN XANLIĞI
V əsr Türksoylu kəngərli tayfasının Naxçıvan ərazisində məskunlaşması
XVIII əsrin ortaları Naxçıvan xanlığının yaranması. Kəngərli tayfasının idarə etdiyi Naxçıvan xanlığının ərazisi Zəngəzur
dağlarından Araz çayının vadisinə qədər olan torpaqları əhatə edirdi
1747-1828 Naxçıvan xanlığının mövcud olması
1747-1763 Naxçıvan xanlığının banisi Heydərqulu xan Kəngərlinin hakimiyyəti. Nadir şahın ölümündən sonra Heydərqulu
xan yerli feodalların köməyi ilə şahın naibi Ağahəsəni Naxçıvandan qovdu və özünü xan elan etdi. Hərbi
cəhətdən zəif olan Heydərqulu xan Pənahəli xanın Bayatdakı qələbəsindən sonra ondan asılılığı qəbul etdi və
Şəki xanı Çələbi xana qarşı yaranmış ittifaqa qoşuldu
XVIII 60-80-ci illəri Naxçıvan xanlığının zəifləməsi. Bu dövrdə Naxçıvan xanlığının zəifləməsinin səbəbi daxili çəkişmələr və
qonşu xanların aramsız hücumları idi
1764 Hacı xanın Naxçıvan xanlığında hakimiyyəti ələ keçirməsi
1764–1765 Naxçıvan hakimi Hacı xanın hakimiyyəti. Hacı xanın dövründə xanlıq xeyli zəiflədi
1765–1770 Naxçıvan hakimi Rəhim xanın hakimiyyəti. Rəhim xanın dövründə xanlıqda daxili çəkişmələr başladı
1783 Xoy hakimi Əhməd xanın Cəfərqulu xanı Naxçıvan xanlığında hakimiyyətə gətirməsi
1783-1785 Naxçıvan hakimi Cəfərqulu xanın hakimiyyəti
1787-1797 Naxçıvan hakimi Kəlbəli xanın hakimiyyəti. Kəlbəli xanın dövründə Xoy və İrəvan xanlıqları ilə münasibətlər
yaxşılaşdı, Naxçıvanla Qarabağ xanlığı arasındakı ziddiyyətlər isə dərinləşdi, Qarabağlı İbrahimxəlil xanın
Naxçıvan xanlığına iki yürüşü dəf edildi
1787 Qarabağlı İbrahimxəlil xanın Naxçıvan xanlığına birinci yürüşü. Yürüş nəticəsində yenicə hakimiyyətə gələn
Kəlbərli xan İbrahimxəlil xanın hücumunun qarşısını aldı
1792 İbrahimxəlil xanın ikinci dəfə Naxçıvan xanlığına hücum etməsi. Bu dəfə də Kəlbəli xan yürüşü dəf etdi.
Sonralar İran təhlükəsinə qarşı birgə mübarizə Naxçıvanla Qarabağ xanlığı arasındakı ziddiyyətləri azaltdı
1795 Ağa Məhəmməd xan Qacarın qoşununun Naxçıvan xanlığına hücum etməsi
1797 Naxçıvan xanlığının Ağa Məhəmməd şah Qacarın ikinci yürüşünə məruz qalması. Qacar ikinci yürüş zamanı
Kəlbəli xanı həbs etdirib xan taxtına Abbasqulu xanı çıxartdı və Naxçıvan xanlığının əhalinin bir qismini İrana
köçürdü. Qacarın Kəlbəli xanı həbs edib, xanlığın əhalisini İrana köçürməsinin səbəbi Kəlbəli xanın xarici
siyasətdə ruslara meyil etməsi idi
1797-1808 Naxçıvan hakimi Abbasqulu xanın hakimiyyəti
1827-1828 Naxçıvan hakimi Ehsan xanın hakimiyyəti
LƏNKƏRAN XANLIĞI
XVIII əsrin 20-ci illəri Qızılağac hakimi Musa xanın Lənkəranda hakimiyyəti ələ keçirməsi
XVIII əsrin 30-cu illəri Musa xanın hakimiyyətdən əl çəkməsi və Səfəvilər nəslindən olan Seyid Abbasın Lənkəranda hakimiyyəti ələ
alması. Nadir şah rəsmi fərmanla Seyid Abbası Lənkəranın nəsli hakimi elan etməsi
1736 Seyid Abbasın Nadir şahın hakimiyyətini tanıyaraq oğlu Cəmaləddin Mirzə bəyi (Qara xanı) onun xidmətinə
göndərməsi
1736 Seyid Abbasın Lənkəran xanlığının mərkəzini Astaradan Lənkəran şəhərinə köçürməsi
1747 Cəmaləddin Mirzə bəy tərəfindən Lənkəran xanlığının əsasının qoyulması
1747-1826 Lənkəran xanlığının mövcud olması. Xanlığın ərazisi Azərbaycanın cənub-şərqi, Talış dağları, Xəzər dənizi və
Muğan düzü arasındakı torpaqları əhatə edirdi
1747-1786 Lənkəran xanlığının banisi Cəmaləddin Mirzə bəyin hakimiyyəti. Cəmaləddin Mirzə bəy Nadir şahın
ölümündən sonra Lənkəran xanlığını müstəqil idarə etməyə başladı, xanlığı möhkəmləndirmək üçün daimi
qoşun təşkil etdi, xan nəslindən olmayanlanın torpaq sahələrini müsadirə etdi, İran təhlükəsindən qorunmaq
məqsədilə Lənkəran şəhərinin sosial-iqtisadi və mədəni həyatında bir sıra dəyişiklik etdi, xarici siyasətdə
Rusiyaya meyl etdi
1768 Gilanlı Hidayət xanın Lənkəran xanlığına hücum etməsi. Hücum nəticəsində Qara xan təslim oldu və Hidayət
xana böyük xərac verdi
1785 Lənkəran xanlığının Quba xanlığından asılı vəziyyətə düşməsi
1786-1813 Lənkəran hakimi Mir Mustafa xanın hakimiyyəti. Mir Mustafa xan hakimiyyəti dövründə Sələfi Qara xan kimi
xarici siyasətdə Rusiyaya yaxınlaşdı, Lənkəran xanlığı Ağa Məhəmməd xan Qacarın hücumuna məruz qaldı,
Lənkəran əhalisinin bir hissəsi Sarı adasına köçürüldü, Rusiya-İran müharibəsində Lənkəran xanlığı İran
tərəfdən vuruşdu
1788 Gilan hakimi Hidayət xanın Salyana qədər olan əraziləri işğal etməsi
1795 Ağa Məhəmməd xan Qacarın Lənkəran xanlığına hücum etməsi. Bu zaman Mir Mustafa xan Lənkəran əhalisini
Sarı adasına köçürüb müdafiə mövqeyi tutdu və ona qarşı Rusiya ilə yaxınlaşmaq üçün öz nümayəndəsini
Şimali Qafqaza və Peterburqa göndərdi
BAKI XANLIĞI
XVIII əsrin 40-cı illəri Bakı xanlığının yaranması. Bakı xanlığı Quba və Dərbənd xanlıqları kimi Azərbaycanın şimal-şərqində, Xəzər
dənizi sahillərində yerləşirdi
1748-1806 Bakı xanlığının mövcud olması
1748-1768 Bakı xanlığının banisi I Mirzə Məhəmməd xanın hakimiyyəti. Onun dövründə Bakı xanlığının iqtisadiyyatı
dirçəldi və Xəzər dənizində gəmiçiliyin inkişafına xüsusi diqqət yetirildi
1768-1784 Bakı hakimi Məlik Məhəmmədin hakimiyyəti. Onun dövründə Bakı xanlığı müstəqilliyini itirərək Quba
xanlığından vassal asılılığına düşdü
1768 Bakı xanlığının “nigah diplomatiyası” vasitəsilə Quba xanlığına birləşdirilməsi
1784-1791 Bakı hakimi II Mirzə Məhəmməd xanın hakimiyyəti. Onun dövründə Bakı xanlığı yenidən müstəqil oldu
1789 Bakı xanlığının Qubalı Fətəli xanın ölümündən sonra müstəqilliyini bərpa etməsi
1792 II Mirzə Məhəmməd xanla hakimiyyət uğrunda mübarizədə Hüseynqulu xanın qalib gələrək hakimiyyəti ələ
keçirməsi
1792-1806 Bakı hakimi Hüseynqulu xanın hakimiyyəti. Hüseynqulu xan hakimiyyəti dövründə Bakı xanlığını işğal etməyə
çalışan Rusiya və İran arasında manevr etməyə çalışdı və Rusiyaya meyilli siyasət yeritdi, V.Zubovun
Azərbaycana yürüşü zamanı Bakı qalasının açarlarını ona təslim etdi
1793 19 aprel II Yekaterinanın fərmanı ilə Bakı xanlığının Rusiyanın himayəsinə keçməsi
1796 13 iyun Hüseynqulu xanın Bakı qalasının açarını Zubova təslim etməsi
1796 I Pavel tərəfindən rus qoşunlarının Azərbaycandan geri çağrılması və Hüseynqulu xanın xarici siyasətdə Ağa
Məhəmməd xan Qacara meyil etməsi
1797 Hüseynqulu xanın Rusiyanın himayəsindən birinci dəfə imtina etməsi
1797 Qacarın Şuşada öldürülməsindən sonra Hüseynqulu xanın Bakı xanlığının müstəqilliyini bərpa etməsi
1803 Bakı xanlığının ikinci dəfə Rusiyanın himayəsini qəbul etməsi
1804 Bakı xanlığının ikinci dəfə Rusiya asılılığından imtina etməsi
1806 oktyabr Bakı xanlığının Rusiya tərəfindən işğal edilərək ləğv edilməsi
GƏNCƏ XANLIĞI
1736 Nadir xanın şah seçilməsinə qarşı çıxdıqları üçün Ziyadoğluların Gəncədən sürgün edilməsi
XVIII əsrin ortaları Gəncə xanlığının yaranması. Qacar tayfasından olan Ziyadoğlular nəslinin idarə etdiyi Gəncə xanlığının ərazisi
Murovdağ silsiləsindən Kür çayınadək olan torpaqları əhatə edirdi
1747-1804 Gəncə xanlığının mövcud olması
1747-1760 Gəncə xanlığının banisi II Şahverdi xan Ziyadoğlunun hakimiyyəti. II Şahverdi xan Nadir şahın Gəncədəki
qarnizonunu darmadağın etməkdə ona yardımçı olan gürcü çarı II İrakliyə bac verməyi öhdəsinə götürmüş və
Kartli-Kaxetiya çarlığından asılılığı qəbul etmişdi
1760-1780 Gəncə hakimi Məhhəmmədhəsən xanın hakimiyyəti. Məhəmmədhəsən xan hakimiyyəti dövründə II Şahverdi
xanın II İrakli qarşısında öhdəsinə götürmüş pulu verməkdən imtina etdi və Gəncə xanlığının Kartli-Kaxetiya
asılılığına son qoydu
1780 Məhəmməd xanın qardaşı Məhəmmədhəsən xanı öldürdərək Gəncə xanlığında hakimiyyəti ələ keçirməsi
1780 Gürcü çarı II İrakli ilə İbrahimxəlil xanın Gəncə xanlığına hücum etməsi. Hücum nəticəsində xanlığın mərkəzi
Gəncə şəhəri tutuldu, yenicə taxta çıxmış Məhəmməd xan kor edilərək Şuşa qalasına salındı və Gəncə
xanlığında ikihakimiyyətlilik yarandı
1780-1783 Gəncə xanlığında ikihakimiyyətlilik dövrü
1783 Hacı bəyin başçılığı ilə Gəncədə xalq üsyanı baş verməsi. Üsyan nəticəsində Gürcü çarı ilə Qarabağ xanlığının
buradakı hakimləri Gəncədən qovuldular və Gəncə xanlığında ikihakimiyyətliliyə son qoyuldu
1784 payız II İraklinin rus polkovniki S.Burnaşov ilə birlikdə Gəncəyə hücum etməsi. Lakin Dağıstan hakimlərinin
köməyi ilə Gəncə xanlığı təcavüzdən xilas oldu
1785 Şuşa qalasında həbsdə olan Məhəmməd xanın yenidən Gəncə taxtına çıxmaq istəyinin həyata keçirməsinə mane
olmaq üçün İbrahimxəlil xanın onu edam etdirməsi
1785-1786 Gəncə hakimi Rəhim xanın hakimiyyəti
1786 İbrahimxəlil xanla II İraklinin Gəncəy xanlığına yenidən hücum etməsi. Lakin müəyyən məbləğdə xərac
ödəməyə razı olan Cavad xan hakimiyyətə gəldi
1786-1804 Gəncə hakimi Cavad xanın hakimiyyəti
1795 Cavad xanın Kartili-Kaxetiya çarlığı və Qarabağ xanlığına ödədiyi xəracı verməkdən imtina etməsi
1795 Cavad xanın Ağa Məhəmməd şah Qacarın Tiflisə hücumü zamanı ona qoşun və ərzaqla yardım etməsi
1796 Rus generalı V.Zubovun Cənubi Qafqaza, o cümlədən Azərbaycana birinci yürüşü zamanı Cavad xanın xərac
verərək Gəncə xanlığını xilas etməsi
1797 Cavad xanın Nadir şahın vaxtında Kartli çarlığına verilmiş Şəmşəddil, Qazax və Borqçalı mahallarını geri
alması
1804 3 yanvar Sisianovun başçılığı ilə rus qoşunlarının Gəncəni işğal etməsi və Gəncə xanlığının ləğv olunması
ŞİMAL-QƏRB CAMAATI, SULTANLIQLAR VƏ MƏLİKLİKLƏR
XI-XII əsrlər Türksoyulu qazax tayfasının Azərbaycanın şimal-qərb torpaqlarında məskunlaşması
XVI əsrin II yarısı İlisu sultanlığının yaranması
XVIII əsrin əvvəlləri Şəmşəddil tayfasının başçısı Səlim xanın Ahalsixini osmanlılardan alaraq öz ərazisinə birləşdirməsi
XVIII əsrin əvvəlləri Qazax tayfasının bir hissəsinin Qarabağa köçrülməsi
XVIII əsrin ortaları Qəbələ sultanlığının yaranması
XVIII əsrin 50-ci illəri Qəbələ sultanlığının və Car-Balakən camaatlığının Şəki xanlığından asılı vəziyyətə düşməsi
1795 Ərəş sultanlığının ləğv edilərək mahal kimi Şəki xanlığına birləşdirilməsi
XVIII əsrin sonları Qazax və Şəmşəddil sultanlıqlarının yaranması
XVIII əsrin sonları Car-Balakən camaatlığının müəyyən müstəqillik əldə etməsi
XVIII əsrin sonları Qəbələnin mahal kimi Şəki xanının naibləri tərəfindən idarə edilməyə başlanması
XVIII əsrin II yarısı Qarabağ mahalında Xaçın, Vərəndə, Dizaq, Gülüstan (Talış) Çiləbörd “xəmsə (beşlik) məlikliklərinin mövcud
olması. Dizaq məliyi Loridən, Vərəndə məliyi Şahnəzər Göyçədən, Çiləbörd məliyi Allahqulu Mağavızdan,
Talış məliyi Usub Şirvandan qaçaraq Qarabağa gəlmiş və Nadir şaha itaətə görə müvafiq ərazilərə məlik təyin
edilmişdilər. Məlikliklərdən yalnız Xaçın mahalının əhalisi yerli idilər
AZƏRBAYCAN XIX ƏSRDƏ
AZƏRBAYCAN TORPAQLARININ İŞĞALININ BAŞLANMASI (XVIII ƏSRİN SONU – XIX ƏSRİN ƏVVƏLLƏRİ)
1779 Kərim xan Zəndin vəfat etməsi və Qacarlar sülaləsinin İranda hakimiyyəti ələ alması
1779-1925 Qacarlar sülaləsinin İranda hakimiyyəti dövrü
1779-1797 Ağa Məhəmməd xan Qacarın hakimiyyəti dövrü
1781 Ağa Məhəmməd xan Qacarın Gilanı tutması
1781-1782 Rusiyanın qraf Voynoviçin komandanlığı altında Xəzəryanı bölgələrə yürüşə başlaması və bu məqsədlə
Həştərxandan Astarabada eskadra göndərməsi
1783 24 iyul Georgiyevsk traktatı. Gürcüstanın Rusiyanın himayəsinə keçməsi
1783 20 avqust Qafqazda rus qoşunlarının baş komandanı P.S.Potyomkinin Georgiyevski traktatının bağlanması haqqında
fərmanlarla Azərbaycan xanlarına müraciət etməsi
1785 Ağa Məhəmməd xan Qacarın Tehranı paytaxt elan etməsi
1785 Qarabağ, Şəki və Quba xanlıqlarının İstanbula elçilər heyəti göndərməsi
XVIII əsrin 90-cı illəri Ağa Məhəmməd xan Qacarın Azərbaycanın cənub ərazilərini - Sərab, Qaradağ, Xoy və Urmiya xanlıqlarını
özünə tabe etməsi
1791 Ağa Məhəmməd xan Qacarın Qaradağ xanlığını özünə tabe etməsi
1795 Ağa Məhəmməd xan Qacarın Azərbaycana birinci yürüşü. Şuşanın 33 günlük mühasirəsi
1795 12 sentyabr Qacarın Tiflisi tutması
1795 16 noyabr Çar II Yekaterinanın xüsusi sərəncam ilə general Qudoviçə “bütün Cənubi Qafqazı, eləcə də Xəzər dənizi
sahillərini İran təcavüzündən “qorumağı” tapşırması
1795 II Yekaterinanın Azərbaycana qarşı hərbi yürüşə rəhbərliyi general V.Zubova həvalə etməsi
1796 Ağa Məhəmməd xanın özünü İran şahı elan etməsi
1796 15 fevral General Savelyevin komandanlığı altında rusların Dərbənd şəhərini mühasirəyə alması. Bu hadisə ilə çarizmin
Azərbaycana qarşı müstəmləkəçilik siyasəti başlandı
1796 18 aprel V.Zubovun Cənubi Qafqaza, o cümlədən Azərbaycana yürüş etməsi
1796 əvvəlləri Rus və gürcülərin birləşmiş qüvvələrinin Gəncə xanlığına hücum etməsi. Hücum nəticəsində Gəncə şəhəri
mühasirəyə alınsa da tutulmadı, Cavad xan Sisianova bac verərək şəhəri dağıntıdan xilas etdi
1796 2 may V.Zubovun general Savelyevin qüvvələri ilə birlikdə Dərbən şəhərinə hücum etməsi. Hücum nəticəsində
Şeyxəli xanın müqavimətinə baxmayaraq Dərbən şəhəri zəbt edildi. V.Zubov xanlığın idarəsini Şeyxəli xanın
Rusiyaya meyilli bacısı Pəricə xanıma tapşırdı. Beləliklə Dərbnd ruslar tərəfindən birinci dəfə işğal edildi
1796 6 iyun V.Zubovun Quba xanlığını işğal etməsi və rus qoşunları üçün Bakı, Şamaxı və Salyana yol açılması
1796 13 iyun Bakı xanı Hüseynqulu xanın Bakı qalasının açarını Zubova təslim etməsi
1796 iyun V.Zubovun Şamaxı xanlığını tutması
1796 İbrahimxəlil xanın oğlu Əbülfət xanı V.Zubovun hüzuruna göndərməsi
1796 yay Şimali Azərbaycn xanlıqlarının Rusiya işğalına qarşı ittifaq yaratmağa təşəbbüsü göstərməsi. İbrahimxəlil xanın
yaratdığı bu birliyə Azərbaycanın şimal xanları və bəzi Dağıstan hakimləri daxil idi. Birlik Nurəli xan
vasitəsilə Zubova qarşı süi-qəsd təşkil etsə də baş tutmadı. Nurəli xan tutulub Həştərxana sürgün edildi.
Şeyxəli xan isə “göz dustağı”na çevrildi
1796 sentyabr Qubanın Alpar kəndi yaxınlığında döyüşü. Döyüş nəticəsində qubalı Şeyxəli xan Qazıqumuq xanı ilə birlikdə
500 nəfərlik rus hərbi dəstəsini darmadağın etdi. Məğlubiyyətə baxmayaraq rus qoşunu işğalçılıq siyasətini
davam etdirdi
1796 oktyabr Rusiyanın knyaz İ.P.Sisianovun başçılığı ilə V.Zubova kömək göndərməsi
1796 21 oktyabr General Rimski-Korsakovun komandanlığı ilə rus qoşunlarının Gəncə xanlığını işğal etməsi
1796 noyabr II Yekaterinanın vəfat etməsi və çar I Pavel tərəfindən Rus qoşunlarının Azərbaycandan geri çağırılması
1797 Rus qoşunlarının Azərbaycan torpaqlarını tamamilə tərk etməsi
1797 yaz Ağa Məhəmməd şah Qacarın Azərbaycanın şimal torpaqlarına ikinci yürüşü. Şuşanın işğalı
1797 4 iyul Ağa Məhəmməd şahın Şuşada qətlə yetrilməsi
1797-1834 İranda Fətəli şahın (Baba xanın) hakimiyyəti
1801 İngiltərə ilə İran arasında müqavilə imzalanması. Bu müqavilə İngiltərənin Cənubi Qafqaz barədə planlarını
həyata keçirməsi üçün geniş imkanlar açdı
1801 Fransanın İrana Rusiya əleyhinə müqavilə bağlamağı təklif etməsi
1801 12 sentyabr Çar I Aleksandrın manifesti ilə Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi. Şərqi Gürcüstanla birlikdə
Azərbaycanın Qazax, Şəmşəddil, Borçalı, Pəmbək əraziləri də Rusiyaya birləşdirilərək onun müstəmləkəsinə
çevrildi. Bununla da Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalına başlanıldı
1801 Şərqi Gürcüstanla birlikdə Azərbaycanın əzəli torpaqlarının işğalı ilə razılaşmayan bəy və ağaların ailələri ilə
birlikdə Gəncə xanlığına köçməsi
1801 Gəncə hakimi Cavad xanın öz nümayəndəsini Lazarevin yanına göndərərək rus qoşunlarının Şəmşəddil
ərazilərindən çıxarılmasını tələb etməsi
1801 dekabr Çar I Aleksandrın Qafqaz qoşunlarının baş komandanı general Knorrinqə məktubla müraciət etməsi. Bu
fərmana əsasən general Knorrinq Georgiyevsk şəhərində siyasi və ticarət məsələləri üzrə xanlıqlarla danışıqlar
apardı
1802 Quba, Dərbənd və Lənkəran xanları, həmçinin Tarku şamxalı, Qaraqaytaq üsmisi və başqa dağlı hakimləri
ilə Rusiya arasında Georgiyevski müqaviləsi imzalaması. Müqavilənin şərtlərinə əsasən bu müqaviləni
imzalayanlar İran hücum edən hallarda ona qarşı birgə çıxmağa öhdələrinə götürürdülər. Həmçinin tərəflər
Cənubi Qafqazda rus tacirlərinin təhlükəsizliyini təmin etməli və Xəzər dənizində gəmiçiliyi inkişaf etdirməli
idi
1802 Rusiyanın knayaz Sisianovu Qafqazdakı rus qoşunlarına komandan təyin etməsi. Rusiyanın Sisianovu
Qafqazdakı rus qoşunlarına komandan təyin etməkdə məqsədi Cənubi Qafqazın bütünlüklə işğal edilməsi
planını reallaşdırmaq idi
1803 yanvar Lazarevin Sisianova raport göndərməsi. Raportda qeyd edilirdi ki, “Gəncə erməniləri rus qoşunlarının
Gəncəyə gəlməsini səbirsizliklə gözləyirlər”
1803 Bakı hakimi Hüseynqulu xanın ikinci dəfə Rusiyanın himayəsinə keçməsi
1803 Qanıx (Alazan) döyüşü. General Qulyakovun carlıları məğlub edərək Balakəni ələ keçirməsi
1803 Rus qoşunlarının Car-Balakən camaatlığı ilə İlisu sultanlığını işğal etməsi. Rusiyanın faktiki olaraq
Azərbaycanla müharibəyə başlaması
1803 12 aprel “Andlı öhdəlik” adlı sənədin imzalanması. “Andlı öhdəliy”in şərtlərinə əsasən Car-Balakənin daxili
muxtariyyəti saxlanıldı, carlılar Rusiya xəzinəsinə ipəklə xərac ödəməli, sədaqət əlaməti olaraq Rusiyaya
əmanətlər verməli və öz ərazisində rus qoşunlarını yerləşdirməli idi
1803 29 noyabr Rus qoşunlarının Şəmkiri tutması
1803 dekabr Rus qoşunu ilə Gəncə xanlığının qüvvələri arasında Quru qobu döyüşünün baş verməsi
1803 29 dekabr Sisianovun rəhbərliyi ilə çağırılmış hərbi şuranın Gəncəyə hücum etmək haqqında qərar çıxarması
1804 3 yanvar Sisianovun başçılığı ilə rus qoşunlarının Gəncəni işğal etməsi. Cavad xanın mayor Lisanoviç tərəfindən qətlə
yetrilməsi. Rusiya tərəfindən Gəncənin işğal edilməsi nəticəsində digər xanlıqların da taleyi faktiki olaraq həll
edildi, Azərbaycanın cənub bölgələrinə yol açıldı, Gürcüstanın şərq sərhədlərinin təhlükəsizliyi təmin olundu
və rus qoşunlarının Xəzər sahillərinə çıxarq Həştərxanla əlaqələrin təmin edilməsinə şərait yarandı
1804 yanvar Carlıların “Andlı öhdəliy”in şərtlərini pozması. General Qulyakovun yenidən Cara soxulması və Carın ikinci
dəfə ruslar tərəfindən işğal olunması
1804 Zaqatala döyüşü. Döyüş nəticəsində rus ordusu carlılar tərəfindən məğlub edildi və general Qulyakov döyüşdə
öldürüldü
I RUSİYA-İRAN MÜHARİBƏSİ (1804-1813). AZƏRBAYCANIN BÖLÜŞDÜRÜLMƏSİNİN BİRİNCİ MƏRHƏLƏSİ
1804 14 iyun Sisianovun tabe olmaq haqqında İrəvan xanı Məhəmməd xana məktubla müraciət etməsi
1804 16 iyun I Rusiya–İran müharibəsinin başlaması
1804-1813 I Rusiya–İran müharibəsi dövrü. Müharibə hər iki tərəfdən də Azərbaycana qarşı işğalçı və ədalətsiz müharibə
idi
1804 27 iyul Üçmüədzin (Eçməzdin) döyüşü. Rus qoşunlarının məğlub olması
1804 4 sentiyabr Qəmərli döyüşü. Rus qoşunlarının məğlub olaraq geri çəkilməsi
1805 14 may Qarabağ xanlığı ilə Rusiya arasında Kürəkçay müqaviləsi imzalanması. Kürəkçay müqaviləsinin şərtlərinə
əsasən Qarabağ xanlığı Rusiya təbəəliyinə qəbul olundu, xanlıq müstəqil xarici siyasət hüququndan məhrum
edildi, xanlığın daxili idarəsi isə xanın ixtiyarında saxlanıldı, xan çar xəzinəsinə hər il 8 min çevron xərac
verməli və Şuşada rus qarnizonu yerləşdirilməli idi
1805 21 may Şəki xanlığı ilə Rusiya arasında Kürəkçay müqaviləsinin imzalanması
1805 yay Zavalişinin komandanlığı ilə rusların Ənzəli və Rəştə desant çıxarması. Lakin rusların bu cəhdi uğursuzluqla
nəticələndi
1805 Bakını və Gilanı tutmaq məqsədi ilə Sisianovun rus donanmasını Xəzər dənizinə göndərməsi
1805 27 dekabr Şamaxı xanlığı ilə Rusiya arasında Kürəkçay müqaviləsinin imzalanması və xanlığın Rusiyaya birləşdirilməsi
1805 Rusiyanın Zəylik kəndinin zəy mədənlərini müqatiəyə verməsi
1806 8 fevral Bakı xanı Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy tərəfindən Sisianovun qətlə yetrilməsi
1806 22 iyun Dərbənd xanlığının ruslar tərəfindən ikinci dəfə işğal edilməsi
1806 3 oktyabr Bakı xanlığının ruslar tərəfindən işğal edilərək ləğv edilməsi
1806 iyun Lisaneviçin İbrahimxəlil xanı ailəsi ilə birlikdə qətlə yetirməsi. Buna cavab olaraq Şəki hakimi Səlim xanın
Rusiya himayəsindən imtina etdərək rus qarnizonunu Şəkidən qovması
1806 Səlim xanın başçılığı ilə Şəkidə Rusiyanın müstəmləkəçilik siyasəti əleyhinə üsyan baş verməsi
1806 oktyabr Quba xanlığının ruslar tərəfindən işğal edilməsi
1806 22 oktyabr Şəki yaxınlığında döyüş. Döyüşü nəticəsində ruslar qalib gələrək Şəkini ələ keçirdilər, Səlim xan məğlub
olaraq İrana qaçdı. Xanlığı idarə etmək üçün rusiyapərəst Cəfərqulu xan başda olmaqla müvəqqəti idarə
sistemi yaradıldı
1806 Car-Balakəndə rus müstəmləkəçiləri əleyhinə üsyan baş verməsi
1806-1812 Rusiya-Osmanlı müharibəsi baş verəsi
1806 I Rusiya-İran müharibəsi zamanı sülh danışıqlarına başlanılması. İran şahı Fətəli şahın öz nümayəndəsini sülh
təklifi ilə Qafqazdakı rus qoşunlarının baş komandanı general Qudoviçin yanına göndərməsi
1807 18 iyun Gümrü döyüşü. Rusların osmanlı qoşununu məğlub etməsi
1808-1825 Rusiyanın Abşeronun neft quyularını müqatiəyə verməsi
1808 sentyabr-oktyabr Rus qoşunlarının Üçmüədzini və Naxçıvanı ələ keçirməsi
1809 Qarababa döyüşü. Abbas Mirzənin rus qoşunlarını məğlub etməsi
1808-1809 Rusiyanın İrana qarşı hərbi kampaniyasının uğursuzluqla nəticələnməsi
1809 General Qudoviçin isfefaya göndərilməsi və A.P.Tormosovun Qafqazdakı rus qoşunlarının baş komandanı
təyin edilməsi
1809 Abbas Mirzənin Qarabağ, Göyçə və Yelizavetpolu ruslardan azad etməyə uğursuz cəhd göstərməsi
1810 Qubada xanlığının ləğv edilərək yerli bəylərdən ibarət əyalət şurası təşkil olunması və Bakı xanı II Mirzə
Məhəmməd xanın əyalət şurasının sədri təyin olunması
1810 Qubada rus müstəmləkəçiləri əleyhinə üsyan baş verməsi. Üsyan nəticəsində, əyalət şurası öz fəaliyyətini
dayandırdı və hakimiyyət bütünlüklə komendata verildi. Beləliklə, I Rusiya-İran müharibəsi dövründə
Azərbaycanda müstəmləkə əsarətinə qarşı baş vermiş ilk çıxışların hamısı qəddarlıqla yatırıldı
1810 iyun P.V.Kotlyarevskinin Mehrini ələ keçirməsi
1810 I Rusiya-İran müharibəsinin gedişində Abbas Mirzənin ruslarla sülh danışıqlarını yenidən bərpa etməsi. Lakin
ingilis nümayəndəsi Herford Ceksonun bu danışıqları pozması nəticəsində sülh danışıqları baş tutması
1812 may Buxarest sülhü. Sülhün şərtlərinə əsasən osmanlılar Cənubi Qafqazın böyük bir hissəsinin Rusiya tərəfindən
işğal olunmasını təsdiq etdi
1812 10 oktyabr Aslandüz döyüşü. Döyüş nəticəsində general Kotlyarevskinin başçılığı ilə ruslar əhəmiyyətli qələbə qazandı,
Abbas Mirzə isə məğlub olaraq döyüş meydanından qaçdı
1812 dekabr Rus qoşununun Araz çayını keçərək Muğan istiqamətində hücuma başlaması
1812 31 dekabr Lənkəran döyüşü. Döyüş nəticəsində Sadıq xan qəhrəmancasına həlak oldu və rus generalı Kotlyarevskinin
başçılığı ilə Lənkəran şəhəri tutularaq dağıdıldı. Aslandüz və Lənkəran döyüºləri I Rusiya-İran müharibəsinin
taleyini həll etdi və rus qoşunlarının İranın içərilərinə doğru irəliləməsi üçün rela şərait yarandı
1812 Hacı Əlinin Yelizavetpol dairəsinin iki min əhalisinin xaricdən geri qayıtmasına köməklik etməsi
1813 12 oktyabr Gülüstan müqaviləsinin imzalanması. Gülüstan sülhünü İran tərəfindən Mirzə Əbülhəsən xan, Rusiya
tərəfindən Qafqazdakı rus qoşunlarının baş komandanı Rtişşev imzaladılar. Gülüstan sülhünün şərtlərinə
əsasən İran Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Lənkəran xanlıqları, Şərqi Gürcüstan və
Dağıstan Rusiyaya ilhaq edildi, Rusiya İrəvan və Naxçıvan xanlıqlarının İranın hakimiyyəti altında qalmasına
razılıq verdi, Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya verildi, Rusiya tacirlərinin
İranla ticarətində 5%-lik gömrük rüsumu müəyyənləşdirildi, İran ərazisində rus tacirləri daxili gömrük
rüsumlarını ödəməkdən azad edildilər. Beləliklə, Gülüstan müqaviləsinin imzalanması ilə I Rusiya-İran
müharibəsinə son qoyuldu və Azərbaycan torpaqlarının iki yerə bölüşdürülməsinin birinci mərhələsi başa çatdı
1813 Cəbrayıl kətxudası Yaqub ağanın Qarabağdan əsir aparılmış ailələrin İrandan geri qayıtmasını təşkil etməsi
1814 25 noyabr İngiltərə ilə İran arasında Tehran müqaviləsinin imzalanması. Müqavilənin şərtlərinə əsasən İran hökuməti
öz sərhədləri tərəfindən Hindistanın təhlükəsizliyini təmin etməyi öhdəsinə götürdü. Bunun əvəzində isə
İngiltərə İrana 1809-cu il müqaviləsi üzrə hər il müəyyən edilmiş məbləğdə maliyyə yardımı göstərmək, silah
və hərbi gəmilər ayırmaq haqqında üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcək, Gülüstan müqaviləsinin
şərtlərinə yenidən baxılmasına kömək göstərəcəkdi
1814-1829 Rusiyanın Kür çayında Xəzər dənizinə qədər balq ovlamağ müqatiəyə verməsi
1819 Erməni generalı V.Mədətovun göstərişi ilə Şəki xanlığının ləğv edilməsi
1820 Yermalovun göstərişi ilə Şamaxı xanlığının ləğv edilməsi
1822 Qarabağ xanlığının ləğv edilməsi
1823 İranla Osmanlı dövləti arasında “əməkdaşlıq haqqında müqavilə” bağlanması
1826 Lənkəran xanlığının ləğv edilməsi
II RUSİYA-İRAN MÜHARİBƏSİ (1826-1828). AZƏRBAYCANIN BÖLÜŞDÜRÜLMƏSİNİN İKİNCİ MƏRHƏLƏSİ
1825 Rusiyanın paytaxtında dekabristlər üsyanına baş verməsi və II Rusiya-İran müharibəsinin başlanmasını
sürətləndirməsi
1826 19 iyul II Rusiya-İran müharibəsinin başlaması
1826-1828 II Rusiya-İran müharibəsi dövrü
1826 27 iyul Gəncədə Rusiya əleyhinə üsyan baş verməsi. Gəncə üsyanı nəticəsində şəhərdəki rus qarnizonu və onlara
köməyə gələn hərbi yardım darmadağın edildi, şəhər Abbas Mirzənin qoşunu tərəfindən tutuldu
1826 General İ.F.Paskeviçin Qafqazdakı rus qoşunlarının komandanı təyin olunması
1826 3 sentyabr Şəmkir döyüşü. Döyüş nəticəsində əvvəlcə iranlılar üstün olsa da erməni generalı Mədətov döyüşün həlledici
anında gürcü könüllülərinin qüvvələrindən istifadə etməklə İran qoşununu geri çəkilməyə məcbur etdi. Az
sonra İran ordusunun bu geri çəkilməsi məğlubiyyətlə nəticələndi
1826 13 sentyabr Gəncə döyüşü. Döyüş nəticəsində Seçmə İran ordusu darmadağın edilərək Xudafərin körpüsünə tərəf qaçmağa
məcbur edildi. Döyüş II Rusiya-İran müharibənin sonrakı gedişinə təsir göstərdi, faktiki olaraq, onun
müqəddəratını həll etdi
1826 dekabr Şəkidə Hüseyn xanın başçılığı ilə Rusiya əleyhinə üsyan baş verməsi. Hüseyn xanın qaldırdığı üsyan da 20 il
əvvəl Şəkidə Səlim xanının Rusiya əlyhinə qaldırdığı üsyan kimi məğlubiyyətlə nəticələndi. Hüseyn xan
İrana qaçmağa məcbur oldu və bu ərazilər yenidən rus qoşunları tərəfindən işğal edildi
1827 20 aprel Paskeviçin komandanlığı altında rus qoşunlarının Xudafərin körpüsünü ələ keçirməsi
1827 16 iyun Naxçıvanın ruslar tərəfindən döyüşsüz ələ keçirilməsi
1827 5 iyul Cavanbulaq döyüşü. Döyüş nəticəsində qüvvə cəhətdən üstün olan ruslar qələbə çalaraq iyulun 7-də
Abbasabad qalasını işğal etdilər. Bu qələbə İrəvan xanlığının taleyində faciəli rol oynadı
1827 20 sentyabr Sərdərabad döyüşü. Rusların qalib gələrək Sərdarabad qalasını tutması
1827 1 oktyabr Rus qoşunlarının İrəvan qalasını işğal etməsi. İrəvan qalasının tutulmasına görə general Paskeviçin tituluna I
Nikolayın fərmanı ilə “Erivanski” sözü əlavə edildi. İrəvan qalasının işğalından sonra Rus komandanlığının
Azərbaycanın cənubuna hücumu başladı
1827 oktyabr Rus qoşunlarının Mərənd, Xoy və Təbriz şəhərlərini işğal etməsi. Təbrizi işğal edildikdən sonra şəhəri idarə
etmək üçün rus zabitlərinin başçılıq etdiyi müvəqqəti idarə yaradıldı. Bu idarəyə Təbriz ruhanilərinin başçısı
Ağa Mirfəttah və Təbrizin keçmiş qubernatoru Fətəli xan da daxil idi
1827 7 noyabr II Rusiya-İran müharibəsinin gedişində tərəflər arasında sülh danışıqlarının başlanması
1828 28 yanvar Rus qoşunlarının Urmiya şəhərini işğal etməsi
1828 8 fevral Rus qoşunlarının Ərdəbil şəhərini işğal etməsi. Ərdəbil şəhərini ruslar işğal etdikləri zamanı Şeyx Səfi
kitabxanası qarət edilərək nadir əlyazmalar Sankt-Peterburq şəhərindəki imperator kitabxanasına
göndərilmişdir
1828 10 fevral Türkmənçay sülhü. Rusiya ilə İran arasında imzalanan və 15 maddədən ibarət Türkmənçay müqaviləsi ilə II
Rusiya-İran müharibəsinə son qoyuldu və Azərbaycanın bölüşdürülməsinin ikinci mərhələsi başa çatdı.
Türkmənçay sülhünü İran tərəfindən Abbas Mirzə, Rusiya tərəfindən Qafqazdakı rus qoşunlarının baş
komandanı Paskaveç imzaladılar. Sülhün şərtlərinə əsasən Rusiya öz qoşunlarını Cənubi Azərbaycan
torpaqlarından çıxarmağı öhdəsinə götürdü, İran Şimali Azərbaycana olan iddialarından əl çəkərək əvvəllər
işğal edilmiş xanlıqlarla birlikdə, İrəvan və Naxçıvan xanlıqalarının da Rusiyaya ilhaq edilməsinə razılıq
verdi, İran Xəzər dənizinin Rusiyanın daxili dənizi olduğunu tanıdı və Xəzər dənizində hərbi donanma
saxlamaq hüququ yalnız Rusiyaya verildi, İran Rusiyaya 20 milyon gümüş manat məbləğində təzminat
verməli və bu məbləğin çox hissəsi ödənilənə qədər Cənubi Azərbaycan vilayətləri Rusiyanın işğalı altında
qalmalı idi. Müqavilədə əhalinin İrandan Cənubi Qafqaza hərəkətinə icazə verilirdi
1828 21 mart Naxçıvan və İrəvan xanlıqlarının ləğv edilərək onların yerində qondarma “Erməni vilayəti” yaradılması
1828-1829 Rusiya-Osmanlı müharibəsi. Ədirmə sülhü. Ədirnə sülhünün şərtlərinə əsasən Osmanlı dövləti Axalsıx
paşalığının bir hissəsini itirdi və bütün Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsini tanıdı.
Müqavilədə Osmanlı dövlətindən Cənubi Qafqaza, eləcə də Şimali Azərbaycana 84 min nəfərdən çox erməni
köçürülməsi də nəzərdə tutulurdu
ŞİMALİ AZƏRBAYCANDA RUSİYANIN MÜSTƏMLƏKƏÇİLİK REJİMİ ƏLEYHİNƏ ÜSYANLAR
XIX əsrin 30-cu illəri Car-Balakən, Lənkəran, Quba və Şəkidə müstəmləkəçilik əleyhinə üsyanlar baş verməsi
1830 fevral Rusiyanın Paskeviçin başçılığı ilə Car-Balakənə qoşun yeritməsi. Paskeviç hücum etməzdən əvvəl əhaliyə
Azərbaycan dilində Bəyannamə ilə müraciət etdi. Bəyannamədə bildirilirdi ki, vilayət yeni “Qaydalar”
əsasında idarə olunacaqdır. Yeni “Qaydalar”a əsasən doqquz nəfərdən ibarət olan Müvəqqəti idarə yaradılırdı.
Müvəqqəti idarəni onun rəisi, Baş hakim tərəfindən təyin olunacaq iki nəfər səlahiyyətli məmur və camaat
tərəfindən seçilmiş altı nəfər nümayəndə idarə etməli idi. Müvəqqəti idarəyə ilk rəis knyaz Bekoviç-
Çerkasski təyin edildi. Yeni “Qaydalar” Car-Balakənlə yanaşı İlisu sultanlığına da şamil edildi
1830 3 mart Rus qoşununun Cara daxil olması. Rus qoşununun Cara daxil olması nəticəsində Car-Balakənin daxili
muxtariyyətinə son qoyuldu və burada müvəqqəti idarə yaradıldı
1830 12 iyun Rusiyanın müstəmləkəçilik rejiminə qarşı Car-Balakəndə Həmzət bəyin başçılığı ilə ilk üsyan baş verməsi
1830 21 iyun Rus ordusu ilə Car-Balakən üsyançıları arasında Zaqatala qalası yaxınlığında ilk döyüş baş verməsi. Döyüş
nəticəsində üsyançılar məğlub oldu
1830 15 oktyabr Rus ordusu ilə Car-Balakən üsyançıları arasında həlledici döyüş baş verməsi. Döyüş nəticəsində rus qoşunu
kifayət qədər müqavimək göstərə bilməyərək məğlub oldu, Həmzət bəy başda olmaqla üsyançılar parlaq qələbə
qazandılar, Yeni Zaqatala qalasında yerləşən rus qoşunu təcrid olundu, üsyançılar Cara yiyələndilər. Lakin
sonralar Car-Balakən üsyanı yatırıldı, üsyan rəhbərlərindən 32 nəfər isə həbs olunaraq hərbi məhkəməyə
verildi
1830 14 noyabr Rusların Car-Balakən, Köhnə Zaqatala və Göyəm kəndlərini ələ keçirməsi
1830 dekabr Balakəndə Rusiyanın müstəmləkəçilik rejimi əleyhinə yenidən üsyan baş verməsi
1831 mart Rusiyanın müstəmləkəçilik rejimi əleyhinə Lənkəranda Mir Həsən xanın başçılığı ilə üsyan baş verməsi
1831 22 aprel Rus qoşununun Lənkəran üsyançılarının son sığınacağı olan Əmburan qalasını tutması. Üsyan yatrıldı, Mir
həsən xan İrana qaçdı. Üsyanın uğursuzluqla nəticələnməsinin səbəbi əhalinin müəyyən hissəsinin
müstəmələkəçilərin mövqeyində dayanması, Mir Həsən xanın imkanlarından kifayət qədər istifadə edə
bilməməsi və həlledici məqamda ləngiməsi, üsyançıların kifayət qədər silahlana bilməməsi, hakim təbəqənin
öz imtiyazlarını və əmlaklarını qorumaq naminə mübarizənin həledici məqamında ondan uzaqlaşması idi
1837 Rusiyanın müstəmləkəçilik rejimi əleyhinə Qubada Hacı Məhəmmədin başçılığı ilə üsyan baş verməsi. Quba
üsyanı XIX əsrin 30-cu illərində Azərbaycanda çarizmin müstəmləkə əsarətinə qarşı baş vermiş üsyanlar
içərisində iştirakçılarının sayına və təsir dairəsinə görə ən güclüsü idi
1837 əvvəlləri Quba əyalətində Varşavadakı müsəlman alayına atlılar toplanması haqqında xəbərin yayılması. Bu zaman
üsyan rəhbərləri hökumət qarşısında dövlət mükəlləfiyyətlərinin azaldılması, əyalətdən süvariləri toplanmasının
dayandırılması, komendant Gimbutun və onun yaxın adanlarının əyalətdən qovulması haqqında tələblər irəli
sürdülər
1837 avqust Qubanın Yuxarıbaş mahalı kəndlilərinin dağlıların lideri Şeyx Şamillə əlaqə saxlaması və üsyançıların Hərbi
Şura yayratması
1837 4-5 sentyaybr Üsyançılarının Quba şəhərinə hücuma keçməsi. Hücum nəticəsində Yarəlinin başçılıq etdiyi dəstə şəhər
məhkəməsinin binasını ələ keçirdi. Lakin, rus əsgərləri top atəşinin köməyi ilə üsyançıları şəhərdən çıxardı
1837 10 sentyabr Rus qoşunlarının əks hücuma keçərək Quba üsyançılarını məğlub etməsi. Quba üsyanı nəticəsində Hacı
Məhəmməd oğlu ilə birlikdə xəyanət yolu ilə ələ keçirilib hökumətə təslim edildi, üsyan rəhbərlərini mühakimə
etmək üçün Bakıda hərbi-səhra məhkəməsi təşkil edildi, məhkəmənin hökmü ilə 37 nəfərə ağır cəza verildi,
Hacı Məhəmməd isə edam olundu, Yarəli başda olmaqla, üsyan rəhbərlərindən altı nəfəri dağ mahallarına
qaçaraq mübarizəni davam etdirdi
1838 yay Acıaxur döyüşü. Döyüş nəticəsində başda Yarəli olmaqla Quba üsyançıları ruslara məğlub oldu, üsyan
rəhbərləri , o cümlədən Yarəli Rusiyaya sadiq qalacaqlarına and içərək xəzinəyə xərac verməklə cəzadan
xilas oldular
1837 Məşədi Məhəmmədin Şəkiyə gələrək, burada çarizm əleyhinə təbliğata başlaması
1838 Rusiyanın müstəmləkəçilik rejimi əleyhinə Şəkidə Məşədi Məhəmmədin başçılığı ilə üsyan baş verməsi
1838 iyul Məşədi Məhəmmədin Şəki həbsxanasından qaçaraq Şəki üsyanına başçılıq etməyə başlaması
1838 avqust Şəki üsyançılarının qala istisna olmaqla bütün şəhəri ələ keçirməsi
1838 3 sentyabr Şəki üsyanının çarizm tərəfindən yatrılması. Üsyan nəticəsində üsyançılar məğlub olaraq Şəkini tərk etdilər.
Məşədi Məhəmməd İrana qaçdı. Üsyanların məğlub olmasına baxmayaraq, təsirsiz qalmadı, üsyanların təsiri
ilə Rusiya Azərbaycanda komendant idarə üsulunu ləğv etməyə məbur oldu və bir sıra inzibati, məhəkəmə,
həmçinin aqrar islahatlar həyata keçirdi
ŞİMALİ AZƏRBAYCAN XIX ƏSRİN BİRİNCİ YARISINDA
XIX əsrin I rübü Azərbaycanda komendant idarə üsulu yaratması. Komendant idarə üsuluna əsasən xanlıqlar və sultanlıqlar
əyalətlər və dairələrə çevrildi. Komendant idarə üsulu dövründə Cənubi Qafqaz inzibati cəhətdən mərkəzi Şuşa
şəhəri olan Müsəlman əyalətələri rəisliyinə (bura Şəki, Şirvan, Qarabağ və Lənkəran əyalətləri daxil idi) və
mərkəzi Dərbənd şəhəri olan Hərbi dairə rəisliyinə (bura Bakı və Quba əyalətləri, Yelezavetpol, Car-Balakən
dairələri, Qazax və Şəmşəddil distansiyaları daxil idi) bölünmüşdü. Komendant idarə üsuluna əsasən
Azərbaycanın əyalətləri inzibati cəhətdən, mahallara, mahallar isə kəndlərə bölünürdü
XIX əsrin I yarısı Komendant idarə üsulu dövründə Qarabağ və Şəkidə əyalət məhəkəmələrinin, Bakı, Quba və Gəncədə şəhər
məhkəmələrinin fəaliyyət göstərməsi
1801 Şuşada İbrahim xan məscidi nəzdində yerləşən milli məktəbin – mollaxananın fəaliyyət göstərməyə başlaması
1809 Muğanlı Əvəzin “Kəlilə və Dimnə” əsərinə dair rəsimlər çəkməsi
1817 “Asiya musiqi jurnalı”nın 4-cü sayında “Dərbəndli Fətəlinin İran mahnısı”nın nota köçürülməsi
1817 General Yermolovun almanların ilk dəstələrinin Qafqaza köçürülməsinə razılıq verməsi
1817-1818 Qafqazda ilk alman koloniyaları olan Annenfeld və Yelenendorf koloniyalarının salınması
1819 Mirzə Cəfər Topçubaşovun Sankt-Peterburq universitetində fars dilinin tədrisinə başlaması
1820 Mirzə Kazımbəyin “Ərəb dilinin müxtəsər qrammatikası” əsərini yazması
1821-1822 Hacı Zeynalabdin Şirvaninin fars dilində “Cənnət bağı səyahətləri” əsərini yazması
1821 8 oktyabr Çar fərmanı ilə Cənubi Qafqazda güzəştli ticarət tarifi tətbiq olunması. Bu tarifə əsasən Cənubi Qafqaza
gətirilən əcnəbi mallarından yalnız 5% gömrük haqqı alınırdı
1823-1852 Salyan axundu Məhəmməd Əlinin şeyxulislam vəzifəsini tutması
1826 Təbriz mətbəəsində Ədbürrəzzaq Dünbulinin “Hökmdarın şanlı işləri” əsərinin işıq üzü görməsi
1828 Qriboyedov-Zavileyski tərəfindən “Rusiya-Cənubi Qafqaz ticarət şirkəti”nin layihəsinin tərtib edilməsi.
Layihəyə əsasən şirkətin səhmlərin bir hissəsi yerli tacirlərə və başqa imtiyazlı şəxslərə verilməli, şirkətin
təsərrüfat fəaliyyətini təşkil etmək üçün 120 min desyatin torpaq ayrılmalı idi
1828-1829 İran və Kiçik Asiyadan ermənilərin Şimali Azərbaycana köçrülməsi
1829 Müsəlman ruhanilərinin hüquqi və vəzifələrini müəyyən edən komitənin yaradılması. Şimali Azərbaycanda
şeyxülislam və müfti vəzifələrinin təsdiq edilməsi
1829 Nuxu şəhərinə Azərbaycanda ilk manufaktura tipli müəssisə olan Xanabad fabrikinin fəaliyyətə başlaması
1829 Kür çayındakı bütün balıq vətəgələrinin dövlətin sərəncamına keçməsi
1829 Cənubi Qafqaz məktəbləri haqqında məktəb nizamnaməsi qəbul edilməsi. Bu nizamnaməyə əsasən qəza
məktəbələri açılmalı idi. Belə məktəblər ilk dəfə Şuşada (1830), daha sonra Bakıda (1832), Nuxada (1832),
Yelizavetpolda (1833), Naxçıvanda (1837) və Şamaxıda (1838) açıldı
1829-1830 Senetorlar P.İ. Kultaysov və Y.İ. Meçnikovun Cənubi Qafqazda yoxlamalar aparması. Bu zaman senetorlar
müsəlman əyalətlərində maliyə-vergi sistemində saysız-hesabsız qanunsuzluqlar aşkar etmiş və komendantların
özbaşınalıqlarından heyrətə gəlmişdilər
1830 20 oktyabr Rusiyadan təriqətçi və bidətçilərin Cənubi Qafqaz vilayətlərinə köçrülmələri haqqında hökumət sərəncamı
verilməsi. Rusların Azərbaycana köçürülməsi nəticəsində yaylaq və qışlaq təsərrüfatlarına ciddi zərbə vuruldu
və əhalinin yaşayış səviyyəsi aşağı düşdü
1830 31 iyul Çar I Nikolayın fərmanı ilə feodalların tutulmuş torpaqlarının özlərinə qaytarılması. Bunun əvəzində bəylər
idarəetmədə iştirak etməli idilər
1931 3 iyun Ticarət “Əsasnamə”si ilə Cənubi Qafqazda yeni ticarət tarifinin tətbiq olunması. “Əsasnamə”yə əsasən Avropa
malları daha Cənubi Qafqaz vasitəsilə üçüncü ölkəyə aparıla bilinməzdi. “Əsnamə”də rəhdarın ləğvi də
nəzərdə tutulurdu. 8 oktyabr 1821-ci il çar fərmanı ilə 3 iyun 1831-ci il əsasnaməsi arasında əsas fərq ondan
ibarət idi ki, bu əsasnamədə Rus tacirlərinin Cənubi Qafqazda tam ağalığı təmin edilirdi
1832 A.Bakıxanov tərəfindən müsəlman məktəblərinin təsis edilməsi haqqında layihə hazırlanması. Müsəlman
məktəbələri haqqında layihəyə əsasən məktəb üç sinifdən ibarət olmalı, orada iki müsəlman və bir rus
müəllimi çalışmalı, şagirdlərə ana dili, fars və rus dilləri ilə yanaşı tarix, coğrafiya, hesab fənləri də keçilməli
idi. Belə məktəblərin Bakı şəhərində açılması nəzərdə tutulurdu
1832 yanvar “Tiflisskiye vedemosti” qəzetinin Azərbaycan dilində “Tatar xəbərləri” adlı əlavəsinin çıxmağa başlaması.
Burada qanunvericilik sənədləri və Qafqaza dair sərəncamlar çap olunurdu. Vərəqənin hazırlanmasında və
nəşrində A.Balıxanov fəal iştirak etmişdir
1832 Hacı Zeynalabdin Şirvaninin “Səyahət bağı” əsərini yazması
183 “Qalanın dibində” adlı Azərbaycan xalq mahnısının nota köçürülməsi
1834 Mirzə Cəfər Topçubaşovun “İran xrestomatiyası” və “Monqolların ən qədim dövrlərdən Teymurləngə qədərki
tarixi” adlı əsərlərinin nəşr edilməsi
1835 Mirzə Cəfər Topçubaşovun Sankt-Peterburq universitetinin kafedra müdiri və professoru təyin edilməsi
1836 “Cənubi Qafqaz ipəkçiliyi və ticarət sənayesini yayan cəmiyət”in təsis edilməsi və Xanabad manufakturasının
bu cəmiyyətin ixtiyarına keçməsi
1836 Alban katolikosluğunun ləğv edilməsi
1836 6 iyun Şimali Azərbaycanda rəhdar sisteminin ləğv edilməsi
1839 N.Dementiyevin – “Türk-tatar əlifbası”, “Yazı nümunələri”, “Təhsillər və povestlər”, M.Kazımbəyovun “Türk-
tatar dilinin qrammatikası” dərsliklərinin yazılması
1839-1843 Azərbaycanda pul islahatı həyata keçrilməsi. İslahata əsasən köhnə əskinaz gümüş pulla əvəz edildi
1840 10 aprel Çar I Nikolay tərəfindən Cənubi Qafqazda inzibati və məhkəmə islahatı haqqında qanunu qəbul edilməsi.
Qanun 1841-ci il yanvarın 1-dən qüvvəyə mindi. İnzibati islahata əsasən Komendant idarə üsulu ləğv edildi
və Cənubi Qafqazın inzibati quruluşu Ümumimperiya inzibati-ərazi bölgüsünə uyğunlaşdırıldı, Cənubi
Qafqaz diyarı Gürcüstan-İmeretiya quberniyasına (mərkəzi Tiflis) və Xəzər vilayətinə (mərkəzi Şamaxı)
bölündü, Yelizavetpol qəzası (Qazax və Şəmşəddil nahiyyələri ilə birlikdə), Car balakən dairəsi və Naxçıvan
qəzaları Gürcüstan-İmeretiya quberniyasının tərkibinə qatıldı, Quberniya və vilayətlər qəzalara, qəzalar isə
nahiyyələrə bölündü, Qafqazda ali hakimiyyət çar tərəfindən təyin edilən Qafqazının baş hakiminin əlində
qaldı, quberniyaları çar tərəfindən təyin edilən hərbi qubernatorlar idarə edirdilər, qubernatorun və Xəzər
vilayətinin rəisini çar təyin etsə də, onlar Qafqazının baş hakiminə tabe edildi, mahal naibləri vəzifəsi isə ləğv
edildi
1840 10 aprel Cənubi Qafqazda məhkəmə islahatı keçirilməsi. İslahata əsasən məhkəmə sistemi yenidən qurularaq
quberniya, vilayət və qəza məhkəmələri yaradıldı, məhkəmələr Ümumrusiya qanunları əsasında fəaliyyət
göstərməyə başladı, Azərbaycan məmurları məhkəmə aparatının bütün pillələrində ruslarla əvəz olundu, artıq
cinayət işlərinə Hərbi məhkəmələrdə deyil, mülki məhkəmələrdə baxılırdı, kəbin-talaq və vərəsəlik məsələləri
ilə məşğul olan şəriət məhəkəmələri isə saxlanıldı
1841 25 aprel Qazax, Şəmşəddil və Borçalı nahiyyələrində yaşayan bəy və ağaların torpaq sahibliyindən və kəndlilər
üzərindəki hüquqlarından məhrum edilməsi
1841 28 may Xəzər vilayətinin bəylərinin tiyul torpaqlarının müsadirə olunması və kənd idarəçiliyindən uzaqlaşdırılması
1841 A.Bakıxanovun “Gülüstani-İrəm” əsərini yazması. “Gülüstani-İrəm” əsəri ən qədim zamanlarda 1813-cü il
Gülüstan sülhünə qədərki dövrü əhatə edir. Əsərdə ilk dəfə olaraq Azərbayvan tarixi bir tam halında nəzərdən
keçirilir və dövrləşdirilir. Farsca yazılan əsərdə tarixi hadisələr dövrlərlə şərh edilmişdi
1841-1846 “Zaqafqazski vestnik” qəzetinin Azərbaycan türkcəsində “Qafqazın bu tərəfinin əxbarı” adlı əlavəsinin
buraxılışının nəşr olunması
1842 Bəylərin və ağaların torpaqlarının müsadirə olunmasının dayandırılması və I Nikolayın göstərişi ilə ağaların
mülkiyyət hüququ barədə “Əsasnamə” hazırlamaq üçün komitələr yaradılması
1843 Nuxa şəhərində “Təcrübə ipəkçilik məktəbi”nin fəaliyyətə başlaması
1843 A.Bakıxanovun “Gülüstani-İrəm” əsərinin “Qafqazın şərq hissəsinin tarixi” adı ilə rus dilinə tərcümə edilməsi
1844 A.Budaqovun “Türk-tatar dilinin əlifbası” dərsliyini yazması
1844 Şəmşəddil, Borçalı və Qazax nahiyələrinin kəndlilərinin dəstələrinin Şıxlı kəndində toplaşaraq vergi və
mükəlləfiyyətləri icra etməkdən imtina etməsi
1844 Cənubi Qafqaz Baş hakimliyinin ləğv edilməsi və mərkəzi Tiflis olan Qafqaz canişinliyinin yaradılması
1844-1854 Qafqazın ilk canişini qraf S.M.Vorontsovun hakimiyyəti
1845 A.Bakıxanovun “Gülüstani-İrəm” əsərinin Rusiya Elmlər Akademiyasında müzakirə edilməsi
1845 M.Adıgözəl bəyin ilk olaraq Qarabağ xanlığının tarixinə aid “Qarabağnamə” əsərini yazması. Mirzə Adıgözəl
bəyin “Qarabağnamə” əsəri yazılarkən şifahi tarixi qaynaqlarla yanaşı, bir sıra sənəd və materiallardan da
istifadə edilmişdir. Əsərdə Qarabağın 1736-cı ildən 1828-ci ilə qədərki siyasi tarixindən bəhs edilir
1846 6 dekabr Çar I Nikolayın bəy və ağaların hüquqları haqqında reskript imzalaması. Bu sərəncamla ilk dəfə olaraq bəy və
ağalara məxsus olan bütün torpaqlar onların irsi mülkiyyəti kimi təsdiq edildi, bəylərə kəndlilər arasında
qayda-qanun yaratmaq və onlar üzərində polis idarə üsulunu həyata keçirmək hüququ verildi, mülk, mülki-
xalisə ilə bərabər tiyul da bəy və ağaların rəsmən mülkiyyəti elan olundu, bəy və ağaların torpaqlarının özgə
silklərə keçirməsi qadağan olundu, verilmiş hüquqlar müqabilində bəylər ilk çağırışla ordu sıralarına
qoşulmağa və onun üzərinə qoyulacaq başqa vəzifələri can-başla yerinə yetirməyə borclu idi, sahibkar
kəndlilərinə rəiyət, rəncbər, nökər, elat adları əvəzinə ümumi mülkədar tabelisi adı verildi. İslahatın
əhəmiyyəti ondan ibarət idi ki, Şimali Azərbaycanın “ali müsəlman silki” Rusiya zadəganları ilə bərabər
hüquq qazandı, Rusiya hökuməti yerli feodallarla ittifaqa doğru mühüm bir addım atmış oldu və “ali müsəlman
silki”ni mərkəzi hakimiyyətə yaxınlaşdırdı. İslahatın məhdud cəhəti isə bəylərin diyarın idarəsində kütləvi
şəkildə iştirak etmək hüququna malik olmaması idi
1846 14 dekabr Gürcüstan-İmeretiya quberniyası ilə Xəzər vilayətinin ləğv edilərək onların ərazisində Tiflis, Kutais, Dərbənd,
Şamaxı quberniyalarının yaradılması və Car-Balakən dairəsinin təşkil edilməsi. 1840 və 1846-cı illərdəki
inzibati bölgülərdə oxşarlıq ondan ibarət idi ki, hər iki islahatda milli sərhədlər nəzərə alınmırdı
1846 A.Bakıxanovun “Gülüstani-İrəm” əsərinin “Kavkaz” və “Russkiy invalid” qəzetlərində dərc edilməsi
1847 fevral Tiflisdə italiyan skripkaçısı Malaqallinin Xeyriyyə Cəmiyyəti salonundakı konsertində Səttarın muğam
oxuması
1847 20 aprel-28 dekabr “Kəndli əsasnamələri”nin qəbul olunması. Əsasnamələrə əsasən kişi cinsindən olan və 15 yaşına çatmış hər bir
kəndliyə 5 desyat yararlı torpaq sahəsi verilirdi, torpaq əvəzində kəndli malcəhət adlı 1/10 vergisi, bəyin
otaqlarından istifadə əvəzində isə xüsusi rüsum olan çöpbaşı vergisi ödəməli idilər , bəy təsərrüfatında ildə
18 gün müddətində biyar işləri görmək üçün hər bir kəndli ailəsi bir kişi ayırmalı idi, sahibkarlar kəndlilər
üzərində polis və məhkəmə hüququ aldılar, sahibkar torpaqlarında yaşayan kəndlilərə başqa sahibkarların
yanına köçmək huququ verilirdi. 1846-cı il 6 dekabr reskripti ilə, 1847-ci il kəndli Əsasnamələrinin oxşar
cəhəti ondan ibarət idi ki, hər iki islahat bəy və ağa torpaqlarında yaşayan kəndlilərə aid edilir və bəylərə
kəndlilər üzəridə polis nəzarəti hüququ verilirdi
1847 Mirzə Camalın “Qarabağ tarixi” əsərini yazması. Mirzə Adıgözəl bəyin “Qarabağnamə” əsərindən fərqli olaraq
Mirzə Camalın əsərində siyasi hadisələrlə yanaşı Qarabağ xanlığının sosial-iqtisadi həyatına dair bəzi faktlar
da verilmişdi
1847 6 dekabr Bəy və ağaların tiyul torpaqlarının geri qaytarılaraq onların əvvəlki hüquqlarının təsdiq olunması
1848 Bibiheybətədə texnik F.Semyonov tərəfindən dünyada ilk dəfə qazma üsulu ilə neft quyusu qazılması. Belə
bir quyu ABŞ-da bundan 11 il sonra, 1859-cu ildə qazılmışdı
1848-1851 Qarabağlı Qənbər tərəfindən Şəki xan sarayının və onun divar naxışlarının bərpa edilməsi
1849 İrəvan quberniyasının təşkil edilməsi. Naxçıvan və Ordubad qəzalarının İrəvan quberniyasına verilməsi.
İrəvan quberniyasının tərkibinə İrəvan, Aleksandropol, Yenibəyazid və Şərur-Dərələyəz qəzaları da daxil idi
1849 Qafqaz tədris dairəsinin yaradılması
1849 Mirzə Kazımbəyin Sankt-Peterburq Universitetində işləməyə başlaması
1849-1867 Mirzə Cəfər Topçubaşovun Asiya departamentindəki Şərq Dilləri İnstitutunun professoru işləməsi
1850 M.Ş.Vazeh və İ.Qriqoryevin “Kitabi-türki” dərsliyini yazması
1850 Tiflisdə “Qafqaz kənd təsərüfatı cəmiyyəti”nin yaradılması
ŞİMALİ AZƏRBAYCAN XIX ƏSRİN İKİNCİ YARISINDA
1852 Şimali Azərbaycanda yeni vergi sisteminin tətbiq olunması və məhsul vergisindən pul vergisinə keçilməsi
1853 Şimali Azərbaycanda dövlət kəndlilərinin bir yerdən başqa yerə kömək hüququnun ləğv olunması
1853 Məktəb Nizamnaməsinin qəbul olunması. Bu nizamnaməyə əsasən Azərbaycanda ilk birsinifli ibtidai
məktəblər açıldı. İlk birsinifli ibtidai məktəblər Quba, Ordubad (1854) və Lənkəranda (1856) açıldı
1853 Mirzə Kazımbəyin Sankt-Peterburq Universitetində Şərqşünaslıq fakultəsinin açılmasına nail olması və onun
ilk dekanı seçilməsi
1854 Dövlət məmurları hazırlamaq məqsədi ilə Şamaxıda ali dördsinifli məktəb təsis edilməsi
1855 Gədəbəydə misəritmə zavodu inşa edilməsi və Azərbaycanda əlvan metallurgiya sənayesinin gələcək
yüksəlişinin başlanması
1957 A.Bakıxanovun hazırladığı müsəlman məktəbləri haqqında layihəsin çap edilməsi
1857 Şamaxının ilk baş memarı olan Qasım bəy tərəfindən köhnə anbar binasının teatır binasına çevrilməsi
1859 Bakıda “Qubernator bağı”nın salınması
1859 Şamaxıda zəlzələ baş verməsi və quberniya mərkəzinin Bakıya köçrülməsi. Şamaxı quberniyasının ləğv
edilərək onun əvəzində Bakı quberniyasının yaradılması. Bakı quberniyasının tərkibinə Bakı, Göyçay,
Lənkəran, Şamaxı, Cavad və Quba qəzaları daxil idi
1859 Suraxanıda rus kapitalistləri Kokorev və Qubonin tərəfindən ağ neft emal edən zavod inşa edilməsi
XIX əsrin 60-cı illəri Azərbaycanda kapitalist münasibətlərinin meydana gəlməsi və iri fabrik-zavod istehsalının yaranması
1860 Dərbənd quberniyasınını ləğv edilməsi və onun tərkibində olan Quba qəzasının Bakı quberniyasınını tərkibinə
qatılması
1861 Piriallahı adasında Tiflis əczatçısı Vitte tərəfindən parafin zavodu inşa edilməsi
1861 Alekseyev və Voronin qardaşlarının Nuxada ipək fabriki inşa etdirməsi
1861 Cənubi Qafqaz Mərkəzi İslahat Komitəsinin yaradılması
1861 iyun Cənubi Qafqaz diyarının mərkəzləşdirilməsi haqqında “Əsasnamə” əsasında dövlət, sahibkar torpaqlarının və
kəndlilərin pay torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsinə başlanılması
1862 Aleksandr Qalacovun təşəbbüsü ilə Balakən kəndində kilsə tikilməsi
1862 Nuxa ipək fabrikinin məhsullarının Londonda keçirilən sərgidə medala layiq görülməsi
1863 Azərbaycanlı kapitalist Cavad Məlikovun layihəsi əsasında ağ neft zavodu inşa olunması
1863 Zaqatalada Hacı Murtuzun başçılığı ilə üsyan baş verməsi. Üsyanın səbəbi əhalinin zorla xristianlaşdırılması,
çarizmin müstəmləkə siyasəti və məmurların özbaşınalığı, keşkəl sahiblərinin ingiloy və muğallar üzərindəki
hüquqlarının ləğv edilməsinə cəhd edilməsi idi. Ümummilli səciyyə daşıyan üsyanın hərəkətverici qüvvələrini
keşkəl sahibləri, müsəlman ruhaniləri, yerli imtiyazlı təbəqələr və sadə xalq kütlələri təşkil edirdi
1864 Balaxanı neft mədənlərində kəndlilərin icbari əməyinin ləğv edilməsi
1864 Tiflis-İrəvan-Naxçıvan-Culfa teleqraf xəttinin çəkilməsi
1865 “Simens qardaşları və K0” şirkətinin Gədəbəydə misəritmə zavodu inşa etdirməsi
1865 Simens qardaşlarının Daşkəsəndə kobalt zavodu inşa etdirməsi
1865 Bakıda dənizkənarı bulvarın salınması
1865 Bakıdakı 4 sinifli ali ibtidai məktəb əsasında gimnaziya təşkil edilməsi ilə Azərbaycanda rəsmi olaraq ilk orta
məktəbin açılması
1865 Kənd cəmiyyətləri haqqında qanunun qəbul edilməsi. Bu qanuna əsasən Rusiyadan fərqli olaraq, Azərbaycanda
hüquqları xeyli məhdud olan vahid kənd idarəsi yaradıldı, kənd cəmiyyətini kətxuda, cəmiyyətə daxil olan
ayrı-ayrı kəndləri isə onun köməkçiləri idarə etməli idilər, kənd idarəsinə 3 il müddətinə, yaşı 25-dən yuxarı
olan kəndlilər seçilə bilərdilər, kənd idarəsinə vəzifəyə seçilənlər qubernator tərəfindən təsdiq olunmalı idi.
Kənd cəmiyyətinin ali orqani kəndlilərin yığıncağı idi
1866 Naxçıvanın Aşağı Əylis kəndində ipək fabrikinin açılması
1866 Bakı, Şuşa, Tiflis və İrəvanda bəy komissiyalarının yaradılması
1866 Şimali Azərbaycanda məhkəmə islahatı keçrilməsi. İslahata əsasən keçmiş silki məhkəmələr ləğv edildi və
bütün silklər üçün vahid məhkəmələr yaradıldı, məhkəmə iclasları rus dilində aparılır, hakimlər isə yalnız
ruslardan təyin olunurdu. Hökumət Rusiyaya nisbətən Şimali Azərbaycanda məhkəmə islahatını yarımçıq
həyata keçirdi. 1866-cı il məhkəmə islahatı Rusiyadakı 1864-cü il məhkəmə islahatından fərqli olaraq
Azərbaycanda hakim vəzifəsinə seçki keçirilmir və hakimlər yalnız ruslardan təyin olunurdu
1868 Cavad və Göyçay qəzalarının yaradılaraq Bakı quberniyasının tərkibinə daxil edilməsi
1868 Yelizavetpol quberniyasının yaradılması. Quberniyanın tərkibinə Şuşa, Nuxa, Zəngəzur, Qazax, Ərəş,
Cəbrayıl və Cavanşir qəzaları daxil idi
1868 Bakı–Tiflis teleqraf xəttinin çəkilməsi
1868 Azərbaycanda ilk dəfə Gəncədə kütləvi kitabxana açılması
1869 Rusiyada alizarinin kəşf olunması nəticəsində Azərbaycanda qızılboya istehsalının tədricən tənəzzülə
uğraması
1870 Rusiyada şəhər islahatı keçirilməsi
1870 14 may Çar II Aleksandr tərəfindən “Cənubi Qafqaz quberniyaları “ali müsəlman silki”ndən olan şəxslərin
torpaqlarında sakin olan kəndlilərin torpaq qurluşu haqqında Əsasnamə” imzalanması. 14 may kəndli
“Əsasnamə”sinə əsasən Şimali Azərbaycanda sahibkar kəndliləri ödənc müqavilində feodal asılılığından azad
edilirdilər, 15 yaşına çatmış kişilərə 5 desyatin yararlı torpaq payı verilməsi nəzərdə tutulurdu, kəndlilərinin
mülkiyyətinə keçən torpaq payına görə onlar bəylərə ödənc verməli idilər, kəndli öz məhsulunun 1/10 hissəsini
məlcahət kimi torpaq sahibinə verməli idi. “Əsasnamə”də kəndlilərin feodal asılılığının ləğv edilməsi, torpaq
və vergilər məsələsinə toxunulurdu. İslahatın məhdud cəhətləri də var idi. Belə ki, islahat yalnız sahibkar
kəndlilərinə aid edilir və dövlət kəndliləri islahatdan kənar edilirdi. Kəndliyə öz pay torpağını satın alıb öz
mülkiyyətinə çevirmək hüququ verilsə də, tələb olunan pulu ödədikdən sonra torpağın mülkiyyətçisinə çevrilə
bilərdilər. 1870-ci il islahatı ilə kəndlilərdən yığılacaq məlcahət və.b vergilərin saxlanılması və 15 yaşına
çatmış hər bir kişiyə yararlı torpaq sahəsi verilməsi 1847-ci il “Əsasnamələri”ndə də nəzərdə tutulurdu. Bu
həmin “Əsasnamələr”in oxşar cəhəti idi. Lakin, 1847-ci il “Əsasnamələri”ndən fərqli olaraq 1870-ci il 14 may
kəndli “Əsasnamə”sində kəndlilərin 5 desyatindən artıq torpaq sahəsi mülkədarın xeyrinə kəsilib götürülür,
torpaq sahiblərinə bütün torpaqların 1/3 hissəsini öz sərəncamında saxlamaq hüququ verilir, kəndlilərin feodal
asılılığının ləğv edilməsi nəzərdə tutulur, kəndliyə öz pay torpaqlarını xüsusi mülkiyyətə çevirmək üçün onlara
torpağı satın almaq hüququ verilirdi. Azərbaycanda keçirilən 1870-ci il 14 may kəndli islahatı Rusiyadakı
1861-ci il kəndli islahatından fərqli olaraq Azərbaycanda kəndlilərə torpağı satın almaq üçün vəsait verilmirdi,
torpağın satış qiyməti Rusiyadakından daha baha idi və kəndli pay torpağını satın alınmasına məcbur
edilmirdi. 1870-ci il 14 may kəndli islahatı müəyyən əhəmiyyətə malik idi. Belə ki, islahat Şimali
Azərbaycanda feodal-asılı münasibətlərə güclü zərbə endirdi və kapitalist münasibətlərinin sonrakı inkişafı
üçün əlverişli şərait yarandı
1870 Şərur-Dərələyəz və Naxçıvan qəzalarının yaradılması
1871 Balaxanıda ilk dəfə buruq üsulu ilə neft quyusu qazılması
1871 Bəhmən Mirzənin “Şükürnameyi- şahənşahi” adlı əsərini yazması
1872 17 fevral Şimali Azərbaycanda iltizam sisteminin ləğv olunması və neft yataqlarının müzayiqə verilməyə başlanması
1872 13 may Məktəb “Əsasnaməsi”nə əsasən bütün qəza məktəblərinin pulu şəhər-məktəbləri ilə əvəz olunması
1873 Balaxanıda ilk dəfə neft fontanı vurması
1973 Qara şəhər adlanan zavodlar rayonunun yaradılması
1873 Neft quyularının qazılmasında ilk dəfə buxar mühərriklərindən istifadə edilməsi və Netf sənayesində
manufaktura mərhələsindən fabrik-zavod istehsalına keçidin baş verməsi
1873 23 mart M.F.Axundovun “Sərgüzəşti–vəziri–xanı-Lənkəran” adlı komediyasının tamaşaya qoyulması və
Azərbaycanda milli teatrın əsası qoyulması
1874 Ərəş qəzasının yaradılaraq Yelezavetpol quberniyasının tərkibinə daxil edilməsi
1874 Bakıda “Müqəddəs Nina” məktəbi əsasında ilk qadın gimnaziyasının təşkil olunması
1874 24 may Məktəb “Əsasnaməsi”nə əsasən ibtidai kənd məktəblərinin (xalq məktəblərinin) yaradılması
1874 Şuşa və Şamaxıda qəza məktəblərinin şəhər məktəblərinə çevrilməsi
1875 22 iyun Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin nəşr edilməsi və Milli mətbuatın əsasının qoyulması
1876 mart Bakıda Azərbaycanda ilk dəfə gildiya ticarət qaydasının tətbiq edilməsi
1876 Tiflisdə Qori Müəllimlər Seminariyasının yaradılması
1877 1870-ci il 14 may kəndli islahatının Quba qəzasına şamil edilməsi
1878 Bibiheybətdə H.Z.Tağıyev və Zubalovun neft quyusunun fontan vurması
1878 Mədənləri neftayırma müəssisələri ilə birləşdirən ilk neft kəmərinin işə salınması
1878 Şimali Azərbaycanda şəhər islahatı keçrilməsi. Şəhər islahatı haqqında “Əsasnaməyə” əsasən Bakı şəhər
duması və özünüidarəsi (bələdiyyəsi) yaradıldı, şəhər idarələri və dumalara seçkilərdə silki məhdudiyyətlər
ləğv olunsa da, seçkilərdə əmlak senzi saxlanıldı. Belə ki, şəhərdə yaşayan və vergi verən hər bir şəxs seçkidə
iştirak edə bilərdi. Fəhlələr, qulluqçular və ziyalılar bələdiyyə seçkilərində iştirak edə bilməzdilər. Seçkilərdə
25 yaşına çatmayanların və qadınların iştirak etmək hüququ yox idi. Kiçik təsərüfat işləri ilə məşğul olmaq
hüququ olan Şəhər dumasının fəaliyyətinə qubernator nəzarət edirdi. Bakı şəhər özünüidarəsini icraiyə orqani 4
il müddətinə seçilən və duma üzvlərindən ibarət olan şəhər bələdiyyəsi idi. Bakı şəhər dumanın fəaliyyətinin
əsasını şəhər ictimai özünüidarə məsələlərinin həll edilməsi, vergi və rüsumların təyin olunması, şəhər
əmlakına rəhbərlik edilməsi, büdcəyə baxılması və onun təsdq edilməsi məsələlər təşkil edirdi. Bakının şəhər
dumasına ilk seçkilərədə əsasən hökumət məmurları, tacirlər, sahibkarlar (H.Z. Tağıyev, M.Nağıyev,
H.Zərdabi, H.Mahmudbəyov və.b) təmsil olunurdular
1879 İsveç təbəəsi olan “Nobel qardaşları şirkəti”nin əsasının qoyulması
1879 “Nobel qardaşları şirkəti”nin dünyada ilk neft tankeri “Zoroastr”ınin (Zərdüstün) Bakı ilə Həştərxan arasında
hərəkətə başlaması və Neftin daşınmasında ilk dəfə tanker tipli gəmilərdən istifadə olunmağa başlanması
1879 Tiflisdə türk dilində “Ziya” qəzetinin nəşr olunmağa başlaması
1879 Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin yaradılması
XIX əsrin 70-ci illəri Zərbə üsulu ilə neft quyularının qazılmasına başlanılması
XIX əsrin 70-ci illəri Rusiyada başlanmış fəhlə hərəkatının təsiri ilə Bakı, Nuxa və Gədəbəydə dağınıq tətillər baş verməsi. Yalnız
iqtisadi tələblər irəli sürmələri ilk tətillərin səciyyəvi cəhəti idi. Buna baxmayaraq fəhlə tətilləri fəhlələrin
siyasi cəhətdən maariflənməsinə kömək etdi
XIX əsrin 70-ci illəri Qasım bəy Hacıbababəyov tərəfindən Bakıda kərvansara tikilməsi
1870-ci illərin sonu Qazax qəzasının Quşçu kəndinin kəndlilərinin İsgəndərbəyovların zülmünə qarşı çıxışı baş verməsi. Lakin
silahlı kazak dəstəsi kəndlilərin müqavimətini qıra bildi. Bu dövrdə Cavanşir qəzasının Marağalı kəndində və
Lənkəran qəzasının Qızılağac kəndində də kütləvi çıxışlar baş verdi
XIX əsrin 80-cı illəri Azərbaycan kəndində sosial-təbəqələşmənin güclənməsi və kənd icmalarının dağılmasının sürətlənməsi
1880 Neft mədənləri arasında ilk dəmir yolu çəkilməsi
1880 Bakı qalasının ikinci divarlarının sökülərək, yerində Nikolayev küçəsində binalar tikilməsi
1880 Tiflisdə Cəlal Ünsizadə tərəfindən “Kəşkül” qəzetinin işıq üzü görməsi
1880-1884 “Ziya” qəzetinin “Ziyayi–Qafqaziyyə” adı altında nəşr olunması
1881 Qazax qəzasının Öksüzlü kəndinin kəndlilərinin mülkədar Sultanovlara qarşı mübarizəyə qalxması. Kəndlilər
öz oğullarını bəylərin xidmətinə göndərməkdən boyun qaçırdılar. Nəticədə bəylər on il ərzində başqa
kəndlərdən nökər tutmağa məcbur oldular
1881 aprel Çar idarələri rəhbərlərinin özbaşnalığına qarşı Bakı fəhlələrinin çıxışı baş verməsi. Üsyan 72 nəfərin həbs
olunmasına cavab olaraq başladı. Üsyan zamanı polis və əsgərlərlə toqquşma baş verdi. Üsyançıların tərkibndə
neft məhsulları daşıyan çəlləkçilər çoxluq təşkil edirdi. Lakin üsyan qəddarlıqla yatırıldı
1881 Mövcud şəhər məktəbi əsasında yeddi sinifdən ibarət Gəncə gimnaziyasının açılması
1882 Naxçıvanda ilk pambıqtəmizləmə zavodu inşa olunması
1882-1883 Bakıda “Nobel bağı”nın salınması
1883 Rusiya imperiyasında misi saflaşdıran ilk müəssisə olan Qaldakənd misəritmə zavodunun inşa edilməsi
1883 aprel Tiflis-Bakı dəmir yolunun işə salınması
1883 Cəbrayıl və Cavanşir qəzalarının təşkil edilərək Yelizaverpol quberniyasının tərkibinə daxil edilməsi
1883 Qafqaz canişinliyinin ləğv edilərək Qafqazın idarəsinin mülki hissə üzrə rəisə tapşırılması
1883 Bakı həvəskar artistlər truppasının peşəkar teatr qrupuna çevrilməsi
1883 H.Z.Tağıyevin Bakıda ilk teatr binası tikdirməsi
1883 Naxçıvanda dram cəmiyyətinin təşkil olunması
1884 Bakıda Neft Sənayeçilərinin Qurultayının keçrilməsi. Təşkilata rəhbərlik edən Qurultay Şurası ən iri səhmdar
cəmiyyətlərin nümayəndələrini seçmək, hökumət qarşısında neft sənayeçilərinin mənafeyini müdafiə etmək,
neft maqnatlarını yüksək mənfəətlə təmin etmək və fəhlə hərəkatına qarşı mübarizəni təşkil etmək məsələləri
ilə məşğul olurdu
1884 Azərbaycanın ilk üzvi kimyaçı alimi Möhsün bəy Xanlarovun Almaniyadan Bakıya gələrək öz elmi-
tədqiqatlarını davam etdirməsi
1886 Bakı şəhərində ilk mərəkəzləşdirilmiş telefon stansiyasının işə salınması
1886 Memar Məmmədhəsən tərəfindən Bakıda ikinci qala qapılarının tikilməsi
1887 Azərbaycan kəndlilərinin hərbi vergi adlı mükəlləfiyyət daşımağa başlaması. Hərbi vergi orduya
səfərbəyliyə alınmalı şəxslərin üç illik orta qazancı nəzərə alınmaqla hesablanırdı
1887 İlk rus-Azərbaycan məktəblərinin açılması
1887 İlk dəfə Bakıda ticarətin yarmarka formasının təşkil edilməsi
1887 Tiflisdə “Qafqaz ipəkçilik stansiyası”nın açılması
1889 Bakıda konka nəqliyyatının fəaliyyətə başlaması
XIX əsrin 80-cı illəri Bakı neft sənayesinə rus və Rotşildin simasında fransız kapitalının nüfuz etməsi
XIX əsrin 80-90-cı illəri Qaçaq Nağı, Dəli Alı, Qaçaq Nəbi (Zəngəzur qəzasında) və Qaçaq Kərəmin (Qazax qəzasında, Gürcüstan,
Şimali Qafqaz və Osmanlı imperiyası ərazisində) qaçaqçılıq fəaliyyəti göstərməsi
XIX əsrin 80-90-cı illəri Bakıda rus dilində “Kaspi”, “Bakinskoye izvestiya” və “Baku” qəzetlərinin işıq üzü görməsi
XIX əsrin 90-cı illəri Neftin fontan üsulu ilə çıxarılmasına marağın azalması
XIX əsrin 90-cı illəri Bakıda Vişau şirkətinin timsalında ingilis kapitalının Bakı neft sənayesinə nüfuz etməsi
XIX əsrin sonları Neft sənayesində inhisarların meydana gəlməsi
XIX-XX əsrlərin qovşağı Neft çıxarılmasında Bakının dünyada birinci yerə çıxması
1890 H.Z.Tağıyevin “Kaspi” gəmiçilik cəmiyyətini ələ keçirərək, on gəmidən ibarət şirkət yaratması
1890 3 dekabr “Sudan istifadə haqqında Əsasnamə” qəbul olunması və “Qafqaz Su Müfəttişliyinin yaradılması
1892 Çar tərəfindən Azərbaycanda yeni şəhər əsasnaməsinin təsdiq olunması. Bu əsasnamə Gəncə şəhərinə də
şamil edilirdi. Bu şəhər islahatı 1878-ci il islahatının yuxarı dairələri təmin etmədiyi üçün keçrilmişdi
1893 Neft sənayeçilərinin Peterbuqrda keçrilən müşavirəsində “Bakı ağ neft zavodçuları ittifaqı” adlı intisar
birliyinin yaradılması. Bu inhisarın yaradılması nəticəsində ağ neft istehsalçıları ilk dəfə olaraq Amerikanın
“Standart oyl” şirkəti ilə dünya ağ neft bazarını bölüşdürməyə nail oldular. Lakin, 1897-ci ildə daxili
çəkişmələr üzündən “ittifaq” dağıldı
1893 “Simens qardaşları və K0” səhmdar cəmiyyəti ilə bağlanmış müqavilə üzrə bu cəmiyyətin “Nobel qardaşları”
inhisarının neft ayırma zavodları üçün hər il 80-200 min pud kükürd kolçedanı verməsi
1894 Naxçıvan və Ordubadda yazı taxtası və məktəb partaları olan Azərbaycan məktəbləri açılması
1894 Bakıda ilk milli qiraətxanaların açılması
1895 avqust Bakı tütün fabrikinin fəhlələrinin fəhlə hərəkatı tarixində ilk mütəşəkkil tətil keçirməsi
1895 Bakı Artistlər cəmiyyətinin təsis edilməsi
1896 Bakıda kişi gimnaziyasının fəaliyyətə başlaması
1896 H.Z.Tağıyevin “Yevlax mülkü”nü satın alması
1896 Azərbaycan səhnəsində N.V.Qoqolun “Müffətiş” piyesinin tamaşaya qoyulması
1896 A.Əliverdibəyovun “Rəsmli musiqi tarixi” əsəri ilə Azərbaycan musiqi tarixini yazması
1897 H.Z. Tağıyevin neft mədənlərini ingilis kapitalistlərinə satması və “Lifli maddələr emal edən Qafqaz səhmdar
cəmiyyəti”ni təsis etməsi
1898-1900 Memar İ.V.Qoslavskinin layinəsi üzrə H.Z.Tağıyevin müsəlman qızı məktəbinin binasının inşa edilməsi
1900 H.Z.Tağıyevin toxuculuq fabrikinin işə salınması
1900 Biləcəri-Metrovs-Maxaçqala dəmir yolu xəttinin istifadəyə verilməsi və Bakının Ümumirusiya bazarına
bilavasitə çıxmaq imkanı əldə etməsi
CƏNUBİ AZƏRBAYCAN XIX ƏSRDƏ
1797-1934 Fətəli şahın iranda hakimiyyəti. Fətəli şahın dövründən başlayaraq, Qacar şahlarının daxili və xarici siyasətində
Cənubi Azərbaycan xüsusi yer tuturdu. Fətəli şah zamanında Cənubi Azərbaycan “vəliəhdneşin” hesab
edilmiş, Təbriz isə həmişə rəsmi vəliəhdlərin iqamətgahı olmuşdur. İlk Qacar şahları dövründə Təbriz şəhəri
bir növ ikinci paytaxt hesab edildiyi üçün xarici ölkələrin diplomatik nümayəndəliklərinin iqamətgahı da
burada yerləşirdi
XIX əsrin I yarısı Gülüstan müqaviləsindən sonra İran hökuməti tərəfindən Urmiya, Maku, Nəmin və Gərgər xanlıqlarının daxili
müstəqilliklərini saxlaması
1833-1851-ci illər Təbrizdən Şimali Azərbaycanavə Rusiyaya xeyli məhsullar ixrac edilməsi. Rusiyaya ixrac edilən malların
mühüm hissəsini sənətkarlıq məhsulları təşkil edirdi. Şimali Azərbaycandan isə buraya zəfəran, ağ neft, ipək və
mis göndərilirdi
XIX əsrin 30-50-ci illəri Cənubi Azərbaycanda pambıq və tütün əkilməyə başlanılması. 1837-1840-cı illərin məlumatlarına görə Cənubi
Azərbaycanda ən yaxşı keyfiyyətli pambıq Xoy mahalında becərilirdi. Marağa və Urmiya bölgələrində isə
yüksək keyfiyyətli kişmiş hazırlanırdı
XIX əsrin 30-50-ci illəri Xoy, Urmiya və Qaradağda şüşə qablar istehsal edən müəssisələrin mövcud olması
XIX əsrin ortaları Cənubi Azərbaycanda torpaqların böyük hissəsinin dövlətin mülkiyyətinə keçməsi
1848-1852 Cənibi Azərbaycanda Babilər hərəkatı baş verməsi. Babilər hərəkatı mövcud siyasi-inzibati quruluşda narazı
qüvvələrin hərəkatı olub ölkənin kapitalizmə keçid dövrü ərəfəsində baş verən il siyasi çıxışlardan idi.
Hərəkatının mərəkəzi Cənubi Azərbaycan, hərəkatın banisi isə Seyid Əli Məhəmməd idi. Feodallara, ali
ruhanilərə və xarici kapitala qarşı çevrilmiş Babilər hərəkatı tacir, sənətkar və kəndlilərin arzuların əks
etdirdi. Babin təlimində kişilərələ qadınlar arasında bərabərlik elan edilirdi
1850 may-dekabr Babilər hərəkatının ən coşğun dövrü. Zənan şəhərində üsyan
1858 Cənubi Azərbaycanda ilk qəzet olan “Azərbaycan” qəzetinin (fars dilində) nəşr olunması
1869 Təbrizdə “Mədrəseye-Nasiri” adlı məktəbin açılması
11872-1881 Təbriz əhalisinin Sahibi-Divana qarşı çıxışı baş verməsi. Uzun müddət davam edən etirazlar nəticəsində 1881-
ci ildə Təbriz əhalisi Sahibi – Divanı Cənubi Azərbaycandan qova bildi
1875 Məhəmməd Təbrizi və Mirzə Mehdi Əxtər tərəfindən “Əxtər” (“Ulduz”) qəzetinin nəşr edilməsi
1877 Təbriz Dövlət Mədrəsəsinin (Darülfününun) təsis edilməsi
1878 Urmiyada Ali Tibb Məktəbinin fəaliyyətə başlaması
1880-1884 Cənubi Azərbaycanda “Təbriz” və “Mədəniyyət” adlı ilk xüsusi qəzetlərin nəşr olunması
1883 M.H.Rüşdiyyə tərəfindən İrəvanda yeni tipli “Üsuli-cədid” məktəbi təsis edilməsi
1886 Cənubi Azərbaycanda xalisə torpaqlarının satılması haqqında şah fərmanı verilməsi
1887 M.H.Rüşdiyyə tərəfindən Təbrizdə ilk xüsusi yeni tipli “Üsuli-cədid” məktəbinin təsis edilməsi
1888 Cənubi Azərbaycanda Ə.Talıbov tərəfindən “Şahsevən” qəzetinin nəşr edilməsi
1891-1892 Təbrizdə ingilis kapitalisti Tablota qarşı Tənbəki üsyanı baş verməsi. Üsyanın səbəbi İran şahı tərəfindən Tütün
və tənbəki inhisarının ingilist kapitalisti Talbota verilməsi idi. Üsyan nəticəsində şah hökuməti Talbotla
bağladığı müqaviləni 1892-ci ildə ləğv etməli oldu
1897 Cənubi Azərbaycanda “Ettehadiyyə cəmiyyəti”nin yaradılması. Cəmiyyət tacirlər tərəfindən, xarici kapitalın
təzyiqlərinə davam gətirmək məqsədilə yaradılmışdır
1898 Təbrizdə iri feodallar və ruhanilərin taxıl möhtəkirliyinə qarşı Zeynəb paşanın başçılığı ilə əhalinin etiraz
çıxışları baş verməsi. Üsyan zamanı möhtəkirlərin taxıl anbarları üzə çıxarılaraq yoxsul əhaliyə paylanıldı
XIX əsrin II yarısı Cənubi Azərbaycanda elatların torpaq vergisi əvəzinə hərbi xidmətə getməsi
XIX əsrin II yarısı Cənubi Azərbaycana rus kapitalının nüfuz etməsi. Rusiyanın “İran hesab–borc bankı”nın fəaliyətə başlaması
XIX əsrin sonları Rusiyanın Cənubi Azərbaycanı sənayesi üçün xammal mənbəyinə və satış bazarına çevirirməsi
XIX əsrin sonları Cənubi Azərbaycan əhalisinin Cənubi Qafqaz, Şimali Azərbaycan, Volqaboyu və Mərkəzi Asiyaya kəsbkarlığa
getməsi
ŞİMALİ AZƏRBAYCAN XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ
1900-1903 Dünyada iqtisadi böhran baş verməsi. Böhran nəticəsində Azərbaycanın iqtisadiyyatına güclü zərbə vuruldu,
əhalinin güzəranını pisləşdi, onlarla müəssisə bağlandı və minlərlə fəhlə işsiz qaldı
1900 “Simens qardaşları və K0” cəmiyyəti ilə “Voqau və K0” konserni arasında müqavilə bağlanması. Müqaviləyə
əsasən, istehsal edilmiş mis Moskva prokatı zavodlarına yalnız bu inhisar vasitəsilə satılmalı idi. Bu
müqavilə ilə Azərbaycanda əlvan metallurgiya sənayesinin inhisarlaşmasının başlanğıcı qoyuldu
1901 yanvar Bakıda iri tütün fabriklərinin fəhlələrinin işi dayandıraraq sahibkarların qarşısında bir sıra tələblər irəli
sürməsi
1901 Sabunçu və Balaxanı mexaniki zavodunun, Tovuz dəmir yolu stansiyasının fəhlələrinin tətil etməsi
1900 1 may “Cənubi Qafqazda dövlət kəndlilərinin torpaq quruluşu” haqqında qanun qəbul edilməsi. Bu qanuna əsasən
dövlət kəndlilərinə icma torpaqlarından nəsli istifadə hüququ verildi
1901 Bakıda H.Z.Tağıyevin qız məktəbinin açılması
1902 Gəncədə qız məktəbi açılması
1902 M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Azərbaycanda ilk siyasi təşkilat olan “Müsəlman gənclik təşkilatı”nın
yaradılması
1902 Ləki çiyid yağı zavodunun inşa edilməsi
1902 aprel Bakıda ilk açıq siyasi nümayiş keçirilməsi. Hərəkat ona görə ilk açıq siyasi nümayiş adlanırdı ki, nümayişlərdə
ilk dəfə siyasi tələblər və şüarlar irəli sürülürdü. Nümayiş iştirakçıları “Rədd olsun mütləqiyyət” və “Yaşasın
azadlıq” şüarları səsləndirdilər. Hökumət çətinliklədə olsa nümayişi dağıtdı və onun fəallarını həbs etdi
1903 21 aprel “Cənubi Qafqazın beş quberniyasında pay torpaqlarını müəyyənləşdirmək və torpaq quruluşu işini aparmaq
qaydası haqqında” Əsasnamə verilməsi. Əsasnamədə kəndlilərə əlavə pay torpaqları verilməsi, çəmən,
otlaq və meşələrdən pay ayrılması nəzərdə tutulurdu. Əsasnamədə o da qeyd edilirdi ki, torpğı almağa
kəndlilərin maddi imkanı olmadığından problemi həll etməyin yeganə yolu Kəndli torpaq bankının
yerlərdə şöbələri açılmalı və bu vəsaiti bank ödəməli, kəndlilər isə müəyyən müddətdə bu pulu banka geri
qaytarmalı idi. Sənədə əsasən pay torpaqlarının planı hazırlanarkən mövcud sərhədlər əsas götürülməli idi
1903 2 mart Bakıda yeni açıq küçə nümayişi keçirilməsi
1903 18 yun Bibiheybətdəki mexaniki emalatxana fəhlələrinin tətil etməsi. Tətil iştirakçıları əmək haqqının artırılması
haqqında tələblər irəli sürürdülər. Müdriyyət maaşları artıracağını vəd etdiyinə görə tətili dayandırıldı.
Lakin sahibkarlar verdiyi sözə əməl etmədi. Ona görə də iyulun 1-də tətil yenidən davam etdirildi. Bu
tətil bütün sənaye rayonlarının fəhlələrini də ayağa qaldırdı və ümumi tətil şəklini aldı. Dəmiryolda hərəkət
dayandırıldı. Sahibkarlara təqdim etmək üçün tələblər hazırlanmaq məqsədilə qabaqcıl fəhlələrdən ibarət
tətil komitəsi yaradıldı. Neft maqnatları onu “Fəhlə hökməti” adlandırırlar
1903 1-22 iyul Bakıda ilk ümumi siyasi tətil keçirilməsi. Bakıdakı tətil komitəsinin tələbnamə hazırlaması. Tətil komitəsinin
hazırladığı tələbnaməyə gündə 8 saatlıq iş günü, işdən qovulanların geri qaytarılması, əvvəlki nümayişlərdə
həbs edilən fəhlələrin azad edilməsi, əmək haqqının artırılması, fəhlələrlə nəzakətli rəftar və.s tələblər daxil
edilmişdi. Bakı fəhlələrinin 22 gün davam edən ilk ümumi tətili yatırıldı. Lakin tələblərinin çoxu yerinə
yetrilmədi. Buna baxmayaraq, fəhlələr mənəvi cəhətdən qələbə çalmış oldular. Bu 1903-cü il iyul
tətilinin əhəmiyyəti elə bu idi
1903-1905 M.Şahtaxtinskinin redaktorluğu ilə Tiflisdə “Şərqi –rus” qəzetinin nəşr olunması
1904 13 dekabr Balaxanı neft mədənlərində fəhlələrin dekabr tətilinə başlaması. Az müddətdə Balaxanı, Sabunçu rayonlarının
bütün fəhlələri, Bibiheybət neftçiləri, Qara şəhər və Ağ şəhər müəssisələrinin fəhlələri də tətilə başladı və
siyasi-iqtisadi tələblərlə çıxış etdilər. Dekabr tətilçilərinin tələblərinə gündə 8 saatlıq iş günü, 1 May günü
işin dayandırılması, söz, mətbuat, yığıncaq azadlığı, ittifaqlar təşkil etmək, məktəblər və klublar açmaq,
həftədə bir gün istirahət vermək, əmək haqqını saxlamaqla ildə bir dəfə məzuniyyət vermək, gecə
növbəsini ləğv etmək, sahibkarların hesabına fəhlələrin həyatını sığorta etmək , mübahisəli məsələləri
həll etmək üçün sənayeçilərin və fəhlələrin nümayəndələrindən ibarət mədən məhkəmələri təşkil etmək
və s. tələblət daxil edilmişdi. Bakı fəhlələrinin dekabr tətili 1905-1907-ci illər Birinci rus inqilabının
müjdəçisi oldu
1904 30 dekabr Sahibkarlarla neft sənayesində çalışan fəhlələr arasında Müştərək müqavilə (Mazut konstitusiyası)
imzalanması
1904 Rəşid bəy İsmayılovun “Müxtəsər Qafqaz tarixi” adlı əsərini yazması
1904 “Hümmət təşkilatı”nın yaradılması. Təşkilatın yaradıcıları M.H.Mövsümov, M.H.Hacınski və
M.Ə.Rəsulzadə idi. “Hümmət” təşkilatı RSDFP-nin Bakı Komitəsinin nəzdində fəaliyyət göstərirdi.
Təşkilatın yaradılmasında məqsəd bolşevik ideyalarını təbliğ etmək idi. Təşkilatın orqanı “Təkamül” və
“Yoldaş” qəzetləri idi. “Hümmət” təşkilatı əhalinin milli şüurunun inkişafında, özünüdərkində və soykökünə
qayıtmasında mühüm rol oynadı. Lakin tədricən bolşeviklərin və Bolşevik partiyasının Bakı komitəsinin
nəzarəti altına “Hümmət” təşkilatı əvvəlki milli qayəsində uzaqlaşdı
1904-1905 “Hümmət” təşkilatının orqanı olan “Təkamül” və “Yoldaş” qəzetlərinin işıq üzü görməsi
1905 9 yanvar Peterburqda “Qanlı bazar” günü hadisənin baş verməsi. “Qanlı bazar” günü hadisəsi ilə Rusiyada 1905-
1907-ci illər burjua-demokratik inqilabı başlandı. “Qanlı bazar” günü hadisəsi haqqında xəbər Bakıya
çatdıqda, Şimali Azərbaycanın bir çox sənaye müəssisələrində həmrəylik əlaməti olaraq tətillər keçirildi
1905 yanvar Bakının qeyri-neft sahəsində çalışan fəhlələrin 17 maddədən ibarət tələblərini sahibkarlara təqdim etməsi
1905-1906 Rusiyanın azərbaycanlılara qarşı milli qırğın siyasəti həyata keçirməsi. Milli qırğın siyasətinin həyata
keçirilməsində Daşnaksütyun partiyası və erməni quldurları həlledici rol oynamışdılar
1905 2 fevral Bakıda Ağarza adlı azərbaycanlının erməni komitəsi tərəfindən öldürülməsi və Azərbaycanda ermənilərlə
müsəlmanlar arasında milli qırğının başlaması
1905 fevral Dəllər və Alabaşlı kəndlərinin kəndlilərinin qolçomaqlara qarşı çıxışı baş verməsi
1905 iyun Bakıda Azərbaycan dilində “Həyat” qəzetinin işıq üzü görməsi
1905 15 avqust Nijni-Novqorodda Ümumrusiya müsəlmanlarının I qurultayının keçirilməsi. Qurultayın əsas təşəbbüskarı
Azərbaycan və tatar burjua nümayəndələri olmuşdu. Qurultayda türkçülük və müsəlmançılıq əsasında
birləşmənin vacibliyi qeyd edildi, “İttifaqi müsəlman” adlı Ümumrusiya müsəlman ittifaqının yaradılması
qərara alındı. Ə.M.Topçubaşov, Ə.Ağayev və Əbdürrəşid İbrahimov birlikdə “Müsəlman ittifaqı”nın
nizamnaməsini və proqramını hazırladılar. Sənədi Ə.M.Topçubaşov rus dilinə tərcümə etdi
Ə.M.Topçubaşov “Rusiya imperiyası daxilində türklərin vəziyyəti və problemləri” mövzusunda məruzə
ilə çıxış etdi
1905 16-21 avqust Şuşada etmənilərin milli qırğın törətməsi
1905 20-26 avqust Bakıda ermənilərin yenidən milli qırğın törətməsi
1905 Çar hökuməti tərəfindən Qafqaz canişinliyinin bərpa edilməsi və Vorontsov-Daşkovun Qafqaz canişini təyin
edilməsi
1905 16 oktyabr Ağstafa stansiyasında və bütün Cənubi Qafqaz dəmir yollarında fəhlələrin işi dayandırması. Ağstafadan
Bakıya və Xaçmaza qədər iri stansiyalarında tətil komitələri yaradılması. Dəmiryolçulardan başqa Bakı,
Gəncə, Nuxa və Şuşanın sənaye müəssisələri, Kür çayı boyundakı balıq vətəgələri fəhlələri də tətilə qoşuldular
1905 17 oktyabr Çar II Nikolayın 17 Oktyabr manifestini imzalaması
1905 oktyabr Mədən, fabrik və zavodlarda fəhlə komissiyaları təşkil olunması. Fəhlə komissiyaları Fəhlə Deputatları
Sovetinin yaranması üçün ilk addımlar idi
1905 noyabr Qafqaz canişini Vorontsov-Daşkovun “Qafqazdakı kəndli işinin nizama salınması haqqında Qeydlər”ini
hazırlaması. “Qeydlər”ə əsasən kəndli torpaq bankının şöbələri açılmalı və sahibkar kəndliləri torpaq pulu
verməkdən azad edilməli, torpaq pulu ödəməkdən azad edilmiş kəndlilər 1907-ci ilin yanvarından xüsusi
mülkiyyətçilər qrupuna daxil edilməli idilər. Layihədə nəzərdə tutulurdu ki, kəndli nizamnamə əsasında
istifadəsində olan pay torpağını icbari şəkildə satın ala bilər
1905 25 noyabr Bakı Fəhlə Deputatları Sovetinin (BFDS) yaradılması
1905 26 noyabr Naxçıvanın Çəhri kəndində kazak və ermənilərin qırğınlar törətməsi
1905 Ə.Topçubaşovun Nazirlər Komitəsinə təqdim etmək üçün ərz-hallar hazırlaması. Ərz-hallar Azərbaycanın çar
hökümətinə təqdim etdiyi ilk proqram sənədi idi
1905 “Müəslman cəmiyyəti xeyriyyəsi” və “Müdafiə və müsəlman kübarları ziyalılarının ittifaqı cəmiyyəti”nin
təsis edilməsi. Birinci cəmiyyət maarifin yayılmasında böyük xidməti olmuşdur. İkinci cəmiyyət milli –
azadlıq hərəkatını müdafiə edirdi
1905 Tiflisdə C.Məmmədquluzadə və Ö.F.Nemanzadə tərəfindən “Qeyrət” mətbəəsinin yaradılması
1905 “Difai” (“Müdafiə”) partiyasının yaradılması. Partiya Ə.Ağayevin rəhbərliyi ilə, azərbaycanlılara qarşı
törədilən milli qırğınların qarşısını almaq məqsədilə yaradılmışdı. Partiyanın mərkəzi komitəsi Gəncə
şəhərində yerləşirdi. Bundan başqa Şuşada, Ağdamda, Naxçıvanda, Qarsda və Vladiqafqazda partiyanın
şöbələri yaradılmışdı. Partiyanın 1906-cı ilin oktyabrında “İrşad” qəzetində dərc olunmuş proqramında
qeyd edilirdi ki, torpaq onu əkib-becərənlərə, zəhmətkeş kəndlilərə verilməlidir
1905 M.H.Rüşdiyyənin “Vətən dili” dərsliyinin çap olunması
1905-1913 H.Mollazadənin “Zübdətül–təvarix” (“Tarixlərin ən yaxşısı”) əsərini yazması
1906 yanvar Peterburqda Ümumrusiya müsəlmanlarının II qurultayının keçirilməsi. Qurultayda “Müsəlman ittifqı”nın
nizamnaməsi və proqramı müzakirə edilərək bəyənildi. “Müsəlman ittifqı”nın proqramında qarşıya iki
mühüm vəzifə - Ümumrusiya türklərini birləşdirmək və müstəmləkəçi çar imperiyasına qarşı vahid
cəbhədə mübarizə aparmaq ideyaları irəli sürüldü
1906 Qalakənd zavodunun istehsalı dayandırması
1906 23 fevral Bakı Fəhlə Deputatları Sovetinin fəaliyyətini dayandırması
1906 7 aprel “Molla Nəsrəddin” jurnalının nəşr olunması. Jurnal 1917-ci ilədək Tiflisdə, sonralar isə Təbrizdə və Bakıda
nəşr olundu
1906 aprel I Dumanın bir qurup deputatı tərəfindən Vıborq bəyannaməsinin qəbul edilməsi
1906 may İrəvanda və onun Məngüş, Güllücə, Kamal və Uşu kəndlərində ermənilərin milli qırğınlar törətməsi
1906 31 may - 7 iyul I Dövlət Dumasının fəaliyyət göstərməsi. I Dövlət Dumasına Azərbaycandan Əlimərdan bəy Topçubaşov,
İsmayıl xan Ziyadxanlı, Məmmədtağı Əliyev, Əsədulla bəy Muradxanov və Əbdürrəhim bəy Haqverdiyev
deputat seçilmişdir. Dumada Rusiya müsəlmanlarından seçilən deputatlar Ə.M.Topçubaşovun rəhbərliyi ilə
Müsəlman fraksiyasında birləşdi. Fraksiyanın 7 nəfərdən ibarət bürosunun tərkibinə M.Ə. Topçubaşov və
İ.Ziyadxanlı da daxil edildi
1906 avqust Nijni-Novqorodda III Ümumrusiya müsəlmanlarının qurultayının keçirilməsi. Qurultayıda “Müsəlman
ittifaqı”na rəhbərlik etmək üçün daimi yeri Bakı olan Mərkəzi Komitə yaradıldı, türklər yaşayan
bölgələrdə yeni tipli məktəblərin yaradılması, ibtidai icbari təhsilə keçirilməsi və təhsilin ana dilində
aparılması, rus dilində təhsil alan müsəlman gənclərə ana dili və şəriət təliminin verilməsi, mədrəsələrin
yenidən təşkili, milli kadrlar hazırlamaq üçün Bakıda, Kazanda və Baxçasarayda pedaqoji institutların
açılması qeyd edildi
1906 iyun Sultan bəy və İbrahim bəy tərəfindən Andronikin başçılığı ilə ermənilərin Qarabağa qırğın törətməsinin
qarşısının alınması
1906 oktyabr “İrşad” qəzetində “Difai” (Müdafiə) Partiyasının proqramının dərc olunması
1906 “Nəşri maarif” və “Nicat” cəmiyyətlərinin yaradılması
1906 Ləki çiyid yağı zavodu əsasında “Qafqaz yağ zavodu” səhmdar cəmiyyətinin təsis edilməsi
1906 avqust Azərbaycan müəllimlərinin I qurultayının keçirilməsi. Azərbaycan müəllimlərinin I qurultayında yeni tipli
məktəblərin yaradılması, icbari ibtidai təhsilə keçilməsi və təhsilin ana dilində aparılması haqqında
təkliflər qəbul edildi
1906 sonu-1907 əvvəlləri II Dövlət Dumasına seçkilər keçirilməsi. II Dövlət Dumasına Azərbaycandan Fətəli xan Xoyski, Məmmədtağı
Şaxtantiski, Xəlil bəy Xasməmmədov, İsmayıl Tağıyev, Mustafa Mahmudov və Zeynal Zeynalov deputat
seçildilər. Lakin onlardan II Dumaya deputat seçilən H.Z.Tağıyevin oğlu İsmayıl Tağıyev Dumaya getmədi
1907 20 fevral II Dövlət Dumasının ilk iclasına başlaması. Dumaya seçilmiş müsəlman deputatlar yenə də öz fraksiyasını
yaratdılar. Müsəlman fraksiyasının Bürosuna azərbaycanlı deputatlardan F.Xoyski və X.Xasməmmədov
daxil edildi. İ.Ziyadxanlı II Dumada çıxış edərək müstəmləkəçilərin xalqımızın başına gətirdiyi müsibətləri
çoxsaylı və tutarlı dəlillərlə ifşa etdi. Hər iki Dumada Müsəlman fraksiyasının proqramı hazırlandı. II
Dümadakı proqramı təcrübəli hüquqşünas Ə. Tobçubaşov hazırlamışdı. Müsəlman fraksiyasının proqramında
türk xalqlarının bütün sosial-iqtisadi, siyasi və mədəni problemləri öz əksini tapmışdı
1907 3 iyun II Dövlət Dumasının buraxılması. II Dumanın buraxılmasının səbəbi onun tərkibinin mütləqiyyəti qane
etməməsi idi. II Dumanın buraxıldığı gündə III Dumaya seçkilər keçirilməsi haqqında qanun qəbul edildi.
Yeni seçki qanunu son dərəcə mürtəce və müstəmləkəçi səciyyə daşıyırdı. III Dumaya seçkilər keçirilən
zaman Qafqaz, Mərkəzi Asiya və Sibir xalqları siyasi cəhətdən qeyri- yetkin xalqlar hesab edildiyi üçün
seçki hüququndan mərhum edildilər. Cənubi Qafqaz müsəlmanlarından III Dumaya yalnız Xəlil bəy
Xasməmmədov seçildi
1907 may “Müdafiə” təşkilatının yaradılması. Partiyanın rəhbəri İsmayıl xan Ziyadxanlı olmuşdur. Təşkilatın ətrafında
əhalinin imtiyazlı təbəqələri olan bəylər, mülkədarlar və ziyalılar birləşmişdilər. Təşkilatın fəaliyyəti ölkənin
qərb bölgələrini və Tiflis quberniyasının azərbaycanlılar yaşayan ərazilərini əhatə edirdi
1907 “İttifaq” təşkilatının yaradılması. Qurucuları Şərifzadə və Cuvarlinski olan partiyanın yaradılmasında məqsəd
müəslmanları erməni –rus silahlı birləşmələrinin soyqırımından qorumaq idi
1907 Rusiyada yeddi mis zavodunun ittifaqı olan - “Mis” sindikatının yaradılması
1907 Ağdaş, Qazax qəzasının Salahlı kəndində, Ağdamda, Balaxanıda, Qaryagin qəzasının Qarğabazar kəndində,
Şuşa və Şamaxıda qız məktəbləri açılması
1907-1911 “Arı” və “Bəhlul” jurnallarının nəşr olunması
1908 12 yanvar Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasının ilk dəfə tamaşaya qoyulması
1908 M.H.Hacınskinin Bakı şəhər İdarəsində tikinti şöbəsinə rəhbərlik etməsi
1908 M.Ə.Rəsulzadənin İrana, sonra da İstanbula getməyə məcbur olması
1909 Kiyev quberniyasından Quba qəzasına iki min kəndli köçürülməsi
1909 Rusiya sənayesində canlanma başlaması
1909-1910 M.H.Hacınski tərəfindən Bakıda Dənizkənarı bulvarın salınması
1909-1916 Sidqi Ruhulla və Abbas Mirzə Şərifzadənin rəhbərliyi ilə Bakı teatr truppalarının Təbrizdə
tamaşalar verməsi
1910 may Vorontsov-Daskovun “Qeydlər”inin canişin idarəsi tərəfindən bəyənilməsi
1910 Qafur Rəşad Mirzəzadənin “Qafqaz coğrafiyası” əsərini yazması
1910-1911 Bakıda bir sıra pərakəndə tətillər baş verməsi
1911 mart Vorontsov-Daşkovun “Qeydlər”inin Nazirlər Şurası tərəfindən təsdiq edilməsi
1911 Bakı-Quba-Xaçmaz telefon xəttinin işə salınması
1911 “Müsavat” (“Bərabərlik”) Partiyasının yadadılması. Partiyanın yaradıcıları Abbasqulu Kazımzadə, Tağı
Nağıyev və Məmmədəli Rəsulzadə olmuşdur. Partiyanın Kiyev Universitetindəki şöbəsi isə
Y.V.Çəmənzəmənlinin rəhbərliyi ilə yaradılmışdı
1911 sentiyabr Vorontsov-Daşkovun “Qeydlər”inin III Dövlət Dumasına təqdim olunaraq müzakirə olunması. Dövlət Duması
qanun layihəsini təsdiq etdikdən sonra Dövlət şurasına göndərdi
1911-1912 Lənkəran qəzasının Ərus və Butasər kəndlərinin mülkədara qarşı çıxışlarının baş verməsi
1912 “Müsavat” partiyasının proqramının nəşr olunması. Partiyanın proqramında müsəlmanların birliyi və
tərəqqisinə çalışan partiyalarla əlaqə yaratmağa çalışılır, müsəlman xalqlarını birliyinə, müstəqilliyi və
dövlətçiliyin bərpasına maddi-mənəvi kömək göstərmək vəd olunurdu
1912 İlk azərbaycanlı aktrisa Ş.Məmmədovanın səhnə fəaliyyətinə başlaması
1912 Məktəb “Əsasnaməsi”nə əsasən Azərbaycanda şəhər məktəblərinin ali birsinifli məktəblərə çevirilməsi
1912 4 aprel Sibirdə Lena mədənlərində fəhlələrin dinc nümayişinin gülləbaran edilməsinin Azərbaycanda tətil hərakatının
yüksəlişinə təkan verməsi
1912 7 may Nuxanın ipək sənayesi fəhlələrinin tətilə başlaması
1912 15 may Nuxanın ipək sənayesi fəhlələri ilə sahibkarlar arasında müştərək müqavilə bağlanması. Müştərək
müqavilənin şərtlərinə əsasən fəhlələrin iş günü qısaldıldı və əmək haqqı isə qismən artırıldı
1912 sentyabr-oktyabr Azərbaycanda IV Dövlət Dumasına deputat seçkiləri keçirilməsi. IV Dövlət Dumasına bBütün Cənubi
Qafqaz müsəlmanlarından yeganə deputat Məmmədyusif Cəfərov seçildi
1912 H.Z.Tağıyevin Xəzərin Yalama-Dəvəçi hissəsində və Dağıstanda 30 balıq vətəgəsi icarəyə götürməsi
1912 Bakı və Tiflis şəhərləri arasında birbaşa telefon xəttinin çəkilməsi
1912 Bakı və Gəncə quberniyasında rus kəndlərinin salınması
1912 20 dekabr “Cənubi Qafqaz quberniyalarında toraqların məcburi surətdə satın alınması haqqında” qanun verilməsi.
Qanuna əsasən sahibkar kəndliləri 1913-cü il yanvarın 1-dən mükəlləfiyyət daşımaqdan azad olunurdu,
kəndli xüsusi mülkiyyəti elan edilmiş pay torpağını məcburi şəkildə satın almalı, lakin çəmən, otlaq və
meşə sahələrini satın ala bilməz, həmin yerlərdən əvvəllərdə olduğu kimi, torpaq sahibinin razılığı ilə
istifadə edə bilərdi, su arxları mülkədarların xüsusi mülkiyyətində qalırdı, mülkədarlar torpaqdan istifadə
haqqını dövlət xəzinəsindən almalı idi, dövlət xəzinəsi isə torpaq pulunu 20 il ərzində kəndlilərdən
toplanmalı idi, kəndlilər malcəhət və bəhrə əvəzində pul ödəyirdilər, əkinçilik üçü yararsız olan torpaqlar
kəndlilərin mülkiyyətinə pulsuz keçirdi, pay torpaqlarında salınmış bağ yerləri əvəzində pul
ödənilmirdi
1912 “Oyl” inhisar birliyinin yaradılması
1912 Mirzə Rəhimin “Tarixi –cədidi –Qarabağ” (“Qarabağın yeni tarixi”) adlı əsərini yazması
1913 M.Ə.Rəsulzadənin vətənə qayıdaraq “Müsavat” partiyasının ideya istiqamətini tamamilə yeniləşdirməsi
1913 “Müsavat” partiyasının leqal fəaliyyətini müvəqqəti olaraq dayandırması. Balkan müharibələri dövründə türk
xalqlarına müraciət edərək Osmanlı imperiyasına yardım göstərəmək haqqında partiyanın yaydığı bəyanata
görə təqiblər başlandı və nəticədə partiya leqal fəaliyyətini müvəqqəti olaraq dayandırmağa məcbur oldu
1913 7 iyul Dağıstan və Zaqatala dairəsində feodal-asılı münasibətlərin ləğv olunması haqqında layihəninin qəbul
edilməsi. Qanuna əsasən ləğv edilmiş mükəlləfiyyətlər əvəzində bəylərə və keşkəl torpaq sahiblərinə
birdəfəlik mükafat olaraq 284 min manat verildi, kəndlilərin əvəzinə dövlətin sahibkarlara verdiyi bu borcu
kəndlilər iyirmi il ərzində xəzinəyə qaytarmalı idildər. 1912-1913-cü illər aqrar qanunlarının əhəmiyyəti
ondan ibarət idi ki, kənddə ictimai təbəqələşməni və kapitalist münasibətlərinin inkişafını sürətləndi. 1912-
1913-cü illərin aqrar qanunları nəticəsində sahibkr kəndliləri pay torpaqlarının xüsusi mülkiyyətçisinə çevirdi
və “müvəqqəti mükəlləfiyyətli” münasibətlərdən tədricən azad etdi. 1912-1913-cü illərin aqrar qanunlarının
məhdud cəhəti isə ondan ibarət idi ki, islahat nəticəsində sahibkar kəndliləri uzun müddətə dövlət xəzinəsinin
borclusuna çevrildilər. 1912-ci il qanunu 1870-ci il kəndli islahatından fərqli olaraq kəndlilər bütün
mükəlləfiyyətlərdən azad edildilər, dövlət kəndliyə maliyyə yardımı göstərdi, torpağın kəndliyə satılması
məcburi idi
1913 Dağıstan və Zaqatala dairəsində feodal-asılı münasibətlərinin ləğv olunması
1914 Gəncədə ilk müəllimlər seminariyasının açılması
1914 Ə.Əzimzadə tərəfindən M.Ə.Sabirin “Hophopnamə” əsərinə illüstrasiyalar çəkilməsi
1914 “Müsəlman artistləri cəmiyyəti”nin təşkil edilməsi
1914 Cahangir Zeynalovun “Şəfa” cəmiyyətinin nəzdindəki teatr truppasının rəhbəri olması
1914-1915 Y.Əliyev və F.Ağazadənin Avropa ölkələrinə həsr edilmiş coğrafiya əsərinin çap olunması
XX əsrin əvvəlləri Şimali Azərbaycanda qaçaq hərəkatının geniş miqyas alması. Bu dövrdə qaçaq hərəkatının görkəmli rəhbrləri
Qaçaq Kərəm, Dəli Alı, Məşədi Yusif, Məşədi Qədir, Qandal Nağı, Qaçaq Zahid və.b olmuşdur
ŞİMALİ AZƏRBAYCAN I DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ
1914 28 iyul I Dünya müharibəsinin başlaması. Müharibə dövründə Avropadakı Qərb və Cənub -Qərb cəbhələri ilə
yanaşı, Qafqaz cəbhəsi də var idi
1914-1918 I Dünya müharibəsinin davam etdiyi dövür
1914 sentyabr Çarın fərmanı ilə düşmən təbəələrinin Rusiyadakı müəssisələrinin müsadirə edilməsi
1914 4 dekabr Qafqaz cəbhəsində hərbi əməliyyatların başlanması
1914 “Simens qardaşları və K0” şirkətinin Almaniyanın “Ştuden Gezelşaft” inhisarı ilə müqavilə bağlaması
1915 yanvar Sarıqamış döyüşü. Sarıqamış döyüşünün nəticəsi olaraq osmanlı qoşunu məğlub olaraq Cənubi Azərbaycandan
çıxarıldı. Bu qələbədən sonra Rusiya Təbrizi tutdu. Osmanlı Ordusunun məğlubiyyəti Almaniyanın I Dünya
müharibəsində Türkiyənin iştirakı ilə Azərbaycanı, Qafqazı, o cümlədən Bakı neftini ələ keçirmək planı puça
uğratdı. Döyüşdə rus qoşunlarının qələbəsinin səbəbi rusların canlı qüvvəsinin və texnikasının çoxluğu idi
1915 iyun Çar hökumətinin fərmanına əsasən arxa cəbhədə işləmək üçün Azərbaycanda 50 mindən artıq gəncin
səfərbəyliyə alınması
1915 M.Ə Rəsulzadənin redaktorluğu ilə “Müsəvat” partiyanın orqani olan “Açıq söz” qəzetinin nəşr olunmağa
başlanması
1916 sentyabr Fərrux ağa Qayıbovun Vilnus səmasında düşmənin bir-neçə təyyarəsini məhv etməsi
1916 “Neft və milyonlar səltənətində” adlı ilk Azərbaycan filminin çəkilməsi
1916 M.Maqomayevin “Şah İsmayıl” operasının tamaşaya qoyulması
1916 H.Z.Tağıyevin qız məktəbinin ikisinifli məktəbinin adi ibtidai məktəbə çevirilməsi
1916 Bakıda müəllimlər seminariyası açılması
1917 Əliağa Şıxlınskinin 10-cu ordunun komandanı təyin edilməsi
1917 Naxçıvanda “El güzgüsü” adlı teatr cəmiyyətinin yaradılması
CƏNUBİ AZƏRBAYCAN İRAN İNQİLABI VƏ I DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ
1905 12 dekabr İranda məşrutə inqilabının başlanması. Tehranda bütün dükan və bazarların bağlanaraq əhalinin bəstə oturması
ilə İran inqilabı başlandı. İranda və Cənubi Azərbaycanda “bazarların bağlanması” tətilə, yaxut inqilaba
çağırışı bildirirdi. Eyni zamanda Təbriz, Zəncan, Ərdəbil və Xoyda da etiraz nümayişləri başlandı. Bu zaman
İran inqilabının iştirakçılarının əsas tələbi Konistitusiya qəbul edilməsi, Məclisin çağırılması, xarici
məmurların ölkədən qovulması və.s idi
1905-1911 İranda məşrutə inqilabının davam etməsi. 1905-1911-ci illər İran inqilabı əsasən konstitusiya uğrunda mübarizə
olduğu üçün məşrutə inqilabı adlanırdı. İnqilabın səbəbi kəndlərdə feodal istismarın güclənməsi, maliyyə
sisteminin pozulması, vergilərin çoxalması, sosial tarazlığın pozulması, ölkənin Rusiya və İranın
yarımmüstəmləkəsinə çevrilməsi idi
1906 5 avqust Müzəffərəddin şahın (1896-1907) konstitusiya haqqında fərman verməsi. Bunun ardınca Məclisə seçkilər elan
olundu. Bundan sonra xalq hər yerdə bəst yerlərini tərk etdi və bazar-dükanlar açıldı
1906 20 sentyabr Bir qurup ruhaninin Təbrizdə ingilis konsulluğunda bəstə oturması. Şəhərdə tətil və nümayişlərin yenidən
başlaması. Sentyabrında qazanmış qələbədən sonra Təbrizdə Məclisə seçkilər başlandı. Bu məqsədlə hərəkat
başçılarından əncüman (farsca - şura) seçildi. Əncümənlər Urmiya, Ərdəbil, Marağa, Salmas, Maku, Zəncan,
Xalxal şəhərlərində də yaradıldı. Seçkilərdən az sonra nümayəndələr Tehrana yola düşdülər
1906 30 dekabr Müzəffərəddin şahın hazırlanmış konstitusiyanı imzalaması
1907-1909 İran şahı Məhəmmədəli şahın hakimiyyəti
1907 yaz İran inqilabının ağırlıq mərkəzinin tədricən Təbriz şəhərinə keçməsi
1907 8 fevral Təbrizdə “Gizli mərkəz”in başçılığı ilə İran inqilabı dövründə ilk silahlı üsyan baş verməsi. Üsyan nəticəsində
qalib gələn üsyançılar qələbə əlaməti olaraq küçələrdə al bayraqlar asdılar, bütün dövlət idarələri, hərbi
kazarmalar və cəbhəxanalar ələ keçirildi, əyalət valisi və başqa dövlət nümayəndələri həbsə alındılar, şəhərdə
real hakimiyyət Əyalət şurasının əlinə keçdi. Beləliklə, 1908-ci ildə Təbriz üsyançılarının qələbəsi İran şahının
konstitusiya haqqında fərnam verməsi və məclis çağırması ilə nəticələndi. Bu faktlar Cənubi Azərbaycanın İran
inqilabında mühüm və həlledici mərkəzə çevrildiyini sübut edir
1908 18 iyun Səttarxanın inqilabın Təbrizin mərkəzi hisssini bütün ağ bayraqlardan təmizləyərək və onların yerinə inqilab
rəmizi bildirən qırmızı bayraqlar sancması
1908 23 iyun Tehranda əksinqilabi çevriliş baş verməsi. Şahin göstərişi ilə İrandakı kazak briqadasının komandiri, rus
polkovniki Lyaxov Məclisin və Tehrandakı Azərbaycan şurasının binalarını top atəşinə tutması. Nəticədə
Tehranda inqilabı çevriliş həyata keçirildi. Bu dövrdən başlayaraq Cənubi Azərbaycan İran inqilabının
mərkəzinə çevirildi
1908 avqust Şahın Təbriz üzərinə qoşun göndərməsi
1908 sentyabr Təbrizdə sentyabr döyüşləri. Döyüşlər nəticəsində bütün şəhər əksinqilabi qüvvələrdən təmizləndi və al
baytaqlara büründü, İranda inqilabi iş yenidən canlandı. Bu Təbriz üsyançılarının irtica qüvvələri üzərində ən
böyük qələbəsi idi. Qələbənin qazanılmasında misilsiz xidməti olan Səttarxanı xalq “Sərdare-milli” Bağırxanı
isə “Salare-milli” kimi çağırırdı
1908 Məhəmmədəli şahın konstitusiya haqqında fərnam verməsi və Məclisi çağırması
1908 noyabr-1909 yanvar Maku istisna olmaqla Cənubi Azərbaycanın bütün qərb vilayətlərinin əksinqilabçılardan tamamilə
təmizlənməsi
1909 yanvar Təbriz şəhəri üzərinə əksinqilabi qüvvələrin yenidən hücuma keçməsi
1909 25 aprel Rusiyanın İrandakı xarici təəbələrini qorumaq bəhanəsi ilə Təbrizə qoşun yeritməsi
1909-1925 İran şahı Əhməd şahın hakimiyyəti
1910 19 mart Səttərxan və Bağırxanın təntənə ilə Tehrana yola salınması
1910 7 avqust Səttarxanın və onun fədailərinin Tehranda daşnak Yepremin başçılıq etdiyi silahlı dəstələrin basqınına məruz
qalması
1911 28 dekabr Rusiya və İngiltərə tərəfindən İran inqilabının yatırılması. İran inqilabının məğlubiyyətə uğramasının səbəbi
xarici müdaxilə - İngiltərə və Rusiyanın inqilabı yatırmaqda fəal iştirak etməsi, inqilabçıların birliyinin
parçalanması idi. İran burjua inqilabının əhəmiyyəti ondan ibarət idi ki, bu inqilab Azərbaycan xalqının
ictimai-siyasi və milli şüurunun inkişafı üçün şərait yaratdı, xalqın demokratiya, milli-azadlıq uğrunda
mübarizə tarixində mühüm rol oynadı. Lakin, təssüf ki, 1905-1911-ci illər İran inqilabı zaman Cənubi
Azərbaycanda milli hökumətin yarandılması mümkün olmadı
1912 Alman kapitalistləri tərəfindən Təbrizdə “İran xalça şirkəti”nin təsir edilməsi
1914 25 dekabr Osmanlı qoşunlarının Təbrizə daxil olması
1915 yanvar Sarıqamış döyüşündən sonra Osmanlı qoşunlarının Cənubi Azərbaycanı tərk etməsi və rus qoşunlarının bura
daxil olması
1916 Təbrizdə ilk teatr binası tikilməsi
1917 Cənubi Azərbaycanda ilk orta məktəbin açılması
1918 əvvəlləri Rus qoşunlarının İrandan çıxarılması və ingilislərin Cənubi Azərbaycanı tutması
1918 əvvəlləri Osmanlı hərbi hissələrinin yenidən Cənubi Azərbaycana daxil olması
1918-1920 Erməni, aysor və kürtlərin Cənubi Azərbaycanda soyqırım törətməsi
1918 mart Cənubi Azərbaycanda ermənilər tərəfindən “Urmu bəlası” faciənin törədilməsi
AZƏRBAYCAN FEVRAL İNQİLABI VƏ ONDAN SONRAKI DÖVRDƏ
1917 fevral Rusiyada Fevral inqilabı baş verməsi. Fevral inqilabı nəticəsində çar II Nikolay taxtdan salındı, Rusiyada
Romonovlar sülaləsinin hakimiyyəti və monarxiya idarə üsulu ləğv edildi. Rusiyada Fevral inqilabının qələbəsi
xəbəri Azərbaycana çatdıqda ümumi tətil keçrildi və getdikcə əvvəlki hakimiyyət orqanları ləğv edilməyə
başlandı. Müvəqqəti Hökumət Bakıda öz orqanlarını yaratdı. Bakı Şəhər Duması isə fəaliyyətini davam etdirdi
və tərkibi əvvəlki kimi qalırdı. Gizli fəaliyyət göstərən siyasi partiyalara açıq fəaliyyət azadlıgı verildi. Milli-
azadlıq hərəkatı gücləndi və keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu. Həmçinin, Fəhlə və Əsgər
deputatları Sovetləri və Milli Şuralar yaranmağa başladı
1917 2-3 mart Bakının küçələrində, fabrik və zavodlarında nümayiş və mitinqlər keçirilməsi
1917 8 mart Bakı sovetinə seçkilər keçirilməsi. Sovetdə əsasən mençevik, daşnak, eser və bolşeviklər təmsil oldular. Bu
blok “Vahid və bölünməz” Rusiya imperiyası ideyasını təbliğ edirdi
1917 9 mart Müvəqqəti hökümətin göstərişi ilə Xüsusi Zaqafqaziya (Cənubi Qafqaz) Komitəsinin təsis edilməsi
1917 mart-oktyabr Xüsusi Cənubi Qafqaz Komitəsinin fəaliyyəti dövrü. Rusiyada Fevral inqilabının qələbəsindən sonra
yaradılmış Xüsusi Zaqafqaziya Komitəsi 1917-ci il oktyabr çevrilişindən sonra sovet rejimini tanımadığı üçün
(oktyabr çevrilişi səbəbiylə) devrildi
1917 15 mart Rusiyada burjua respublikasının qurulması haqqında “Müsavat” partiyasının müraciətnamə qəbul etməsi.
Müraciətnamədə Rusiyada burjua respublikasının qurulması bəyənilir, Müsavat” partiyasının liderləri xalqın
bütün demokratik qüvvələrini milli Azərbaycan dövlətinin yaradılması uğrunda mübarizəyə çağırırdı
1917 17 mart Müvəqqəti hökümətin Bakıda yerli hakimiyyət orqanı olan “İctimai təşkilatların İcraiyyə Komitəsi”ni
yaratması
1917 27 mart Müsəlman Milli Şurasının Müvəqqəti Komitəsinin seçilməsi. Cənubi Qafqazdakı Milli Şuralar içərisində ən
nüfuzlusu olan Bakı Müsəlman Milli Şurasının İcraiyyə komitəsinin sədri M.H.Hacınski, onun müavini isə
M.Ə.Rəsulzadə idi. Şuranın tərkibi əsasən milli burjuaziya və ziyalıların nümayəndələrindən ibarət idi.
İcraiyyə konitəsinin üzvləri M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, F.Xoyiski seçilmişdi. Bolşeviklərdən isə
N.Nərimanov və M.Əzizbəyov Milli Şuranın tərkibinə daxil edilmişdi
1917 mart “Birlik” təşkilatının yaradılması. Təşkilat Hənəfi Terequlov tərəfindən, Volqaboyu quberniyalarından gəlmiş
fəhlələr arasında siyasi iş aparmaq məqsədi ilə yaradılmışdı
1917 aprel Bakı Sovetinə yeni seçkilər keçirilməsi
1917 aprel Bakıda Qafqaz müsəlmanlarının qurultayının keçirilməsi. Qurultay Rusiyadakı türklərin gələcək siyasi
istiqaməti və taleyi baxımından uğurlu addım oldu. Qafqaz müsəlmanlarının qurultayında “Federalist”lərlə
“Musavat”çılar əsas prinsipial məsələlər üzrə həmrəy çıxış etdilər. Məhz bu qurultayda hər iki partiyanın yaxın
gələcəkdə birləşməsi üçün zəmin hazırlandı
1917 1 may Moskvada Ümumrusiya müsəlmanlarının qurultayının keçirilməsi. Qurultayın gündəliyinə milli-ərazi
muxtariyyəti, maarifi və mədəniyyət, Müəssisələr Məclisi torpaq, əsgəri qurumlar yaratmaq və.s məsələlər
daxil edilmişdi. Qurultayda Ə.Səlikovun məruzəsində Rusiyanın unitar dövlət kimi qorunub saxlanılması, milli
azlıqlara, o cümlədən türk xalqlarına yalnız mədəni muxtariyyət ifadə olunurdu. M.Ə.Rəsulzadə isə milli-ərazi
muxtariyyəti təklifinin irəli sürürdü. Səsvermədə M.Ə.Rəsulzadənin irəli sürdüyü ərazi muxtariyəti təklifi
böyük səs çoxlugu ilə qəbul edildi. Qurultayda Ə.M.Topçubaşov çıxışında Bakıda, İrəvanda, Qarsda və Cənubi
Qafqazın digər yerlərində ermənilərin ruslarla gizli ittifaqa girərək müsəlmanların yenidən kütləvi qırgınına
hazırlaşdıqlarını qeyd etdi. Bu fikir qurultay nümayəndələrinin böyük narahatçılıgına səbəb oldu. Bu barədə
Müvəqqəti hökümətə məlumat vermək üçün mayın 9-da Ə.M.Topçubaşovun rəhbərliyi ilə Peterburqa
nümayəndə heyəti göndərildi. Rusiya müsəlmanlarının növbəti qurultayı həmin ilin avqust ayında Kazanda
çağırmaq qərara alındı. Lakin imperiyadakı siyasi qeyri-sabitlik nəzərdə tutulan növbəti qurultayı keçirməyə
imkan vermədi
1917 iyun “Türk Ədəmi Mərkəziyyət Federalistlər partiyası”nın (TƏMP) yaradılması. Partiyanın yaradıcıları
N.Yusifbəyli, Ş.Rüstəmbəyov və H.Ağayev olmuşdur. Partiya “Müsavat” partiyası kimi Rusiyanın federativ,
demokratik respublika şəklində qurulmasına və onun tərkibində Azərbaycana ərazi müxtariyyəti verilməsinə
tərəfdar olduğunu bəyan etdi. Federalistlər partiyasının fikrincə, Rusiyada yaşayan türk xalqları vahid
federasiyada birləşməli və öz hüquqlarını müdafiə etməlidirlər
1917 iyun “Müsavat” partiyası ilə TƏMP-nın birləşərək “Türk Federalist Müsavat partiyası” adlanması. Rusiyada burjua
respublikası çərçivəsində müsəlmanlara mədəni-milli muxtariyyət verilməsini tələb edən tatar burjuaziyasından
fərqli olaraq, federalistlər Rusiyada federativ burjua respublikası daxilində ərazi muxtariyyətinin tərəfdarı idilər.
Bu ideyanı Azərbaycan Milli sənaye burjuaziyası nümayəndələri müdafiə edirdilər
1917 26 oktyabr Müsavat” partiyasının I qurultayının keçirilməsi. Qurultayda M.Ə.Rəsulzadə “müstəqil Azərbaycan dövlətinin
yaradılacağını və bu yeni dövlətin müstəqil dövlətlərdən biri olacağını” söylədi
1917 31 oktyabr Bakı Sovetinin şəhərdə hakimiyyəti öz əlinə alması haqqında qətnamə qəbul etməsi
1917 2 noyabr Bolşeviklərin Bakı Sovetinin konfransını çağırması. Konfransda bolşeviklər Bakıda Sovet hakimiyyətini elan
etdilər, Stepan Şaumyan Bakı Soveti İcraiyyə Komitəsinin sədri seçildi
1917 N.Nərimanovun “Hümmət” partiyasının sədri seçilməsi
1917 XI. 15-1918.II Zaqafqaziya (Cənubi Qafqaz) Komissarlığının fəaliyyəti dövrü. Komissarlıqda Cənubi Qafqazın hər üç milləti
(gürcü, azərbaycan və ermənilər) təmsil olunmuşdu. Komissarlığın sədri gürcü menşevik Y.P. Gegeçkori idi.
Zaqafqaziya komissarlığının Xüsusi Cənubi Qafqaz (Zaqafqaziya) Komitəsi kimi Rusiyada yaranmış sovet
hakimiyyətini tanımayaraq ona qarşı mübarizə apardı və özünü “müstəqil Zaqafqaziya hökuməti” elan etdi.
Zaqafqaziya Komissarlığının dörd ayadək fəalyyəti dövründə bölgədə sabitlik yarada bilmədi və dağıldı.
Komissarlığın fəaliyyəti dövründə onun hakimiyyəti bütün Cənubi Qafqazı əhatə etsədə yalnız Bakı şəhəri
qrumun səlahiyyətlərindən kənarda qaldı. Zaqafqaziya Seymində üç əsas fraksiya - menşevik, müsavat və
daşnak fraksiyaları var idi. Burada çoxluq müsəlman partiyaları blokuna məxsus idi. Seymdə Azərbaycan
fraksiyasının rəhbəri M.Ə.Rəsulzadə idi. Zaqafqaziya Seymi də öz fəaliyyətinə Osmanlı dövləti ilə sülh
danışıqlarının müzakirəsi ilə başladı
1917 5 dekabr Ərzincan sazişi. Zaqafqaziya Komisarlığı ilə Osmanlı dövləti arasında imzalanan bu sazişə əsasən rus qoşunları
Qafqaz cəbhəsindən geri çəkildi
1917 dekabr V.Lenin tərəfindən S.Şaumyanın Cənubi Qafqazın fövqaladə komissarı təyin edilməsi
1918 yanvar Şəmkir hadisələrinin baş verməsi
1918 yanvar Müsəlman korpusunun komandanı general Talşınskinin bolşeviklər tərəfindən həbs edilməsi
1918 III.10-V.27 Zaqafqaziya Seyminin fəaliyyəti dövrü
1918 3 mart Sovet Rusiyası ilə Almaniya arasında Brest-Litovsk sülh müqaviləsi imzalanması. Müqavilənin şərtlərinə
əsasən Rusiya Birinci Dünya müharibəsindən çıxdı, 1877-87-ci illər Rusiya-Osmanlı müharibəsinə qədərki
sərhəd xətti bərpa edildi, Qars, Ərdahan və Batum vilayətləri Osmanlı imperiyasına verildi, rus qoşunları
osmanlı ərazilərində və sərhəddə yerləşən erməni silahlı birləşmələrini tərk-silah etməyi öhdəliyinə götürdü.
Brest-Litovsk sülh müqaviləsi ermənilərin “Türkiyə Ermənistanı” planlarını alt-üst etdi
1918 14 mart Zaqafqaziya Seymi ilə Osmanlı dövləti arasında Trabzon konfransının keçirilməsi. Konfransda Cənubi Qafqaz
nümayəndə heyəti Brest-Litovsk müqaviləsinin Qafqaza aid olan maddələrinə etiraz etdi. Osmanlı tərəfi isə
Cənubi Qafqazın öz müstəqilliyini elan etməyincə, həmin etirazı əsassız hesab etdi. Seym 13 aprel tarixli
iclasında Osmanlı dövləti ilə müharibə haqqında qərar qəbul etdi. Bununlada Trabzon konfransı öz işini
dayandırdı. Bu müharibə cəmi səkkiz gün davam etdi. Osmanlı qoşunları aprelin 15-də Batumu tutdu.
Zaqafqaziya Seyminin Osmanlı dövləti ilə sülh danışıqları nəticəsində Zaqafqaziya Seymi Brest-Litovsk sülh
müqaviləsinin şərtlərini qəbul etdi və Cənubi Qafqaz müstəqil federativ respublika elan edildi
1918 24 mart Bolşevik və daşnaklar tərəfindən “Evelina” gəmisinin tərk-silah edilməsi
1918 30 mart Mart soyqırımına rəhbərlik etmək üçün Bakı Sovetinin İnqilabi Müdafiə Komitəsi yaratması
1918 30.III-2.IV Bakıda azərbaycanlılara qarşı soyqırım həyata keçirilməsi. Mart soyqırımı nəticəsində Bakıda 12 mindən çox
azərbaycanlı öldürüldü, “Kaspi” mətbəəsi, “Açıq söz” qəzetinin redaksiyası, “İsmailliyə” binası yandırıldı,
“Təzə pir” məscidinin minarələri isə dağıdıldı
1918 mart-sentyabr Bakı sovetinin təşkilatçılığı ilə ermənilərin bütün Azərbaycanda soyqırım həyata keçirməsi. Mart soyqırımı
zamanı 50 minə qədər azərbaycanlı öldürüldü. Soyqırım Bakı Sovetinin antiazərbaycan siyasətini xalq nümaiş
etdirdi, Bakıda bolşeviklər müvəqqəti üstünlük əldə etdilər, Azərbaycanda sovetləşmə ideyasına güclü zərbə
vurdu, Azərbaycn milli demokratiyasının muxtariyyətə olan ümidlərini qırdı, Azərbaycan xalqı arasında milli
birlik və müstəqil dövlətçilik ideyası gücləndi. Mart soyqırımına qədər Azərbaycan milli demokratiyasının
məqsədi Azərbaycana ərazi muxtariyyəti vermək olmuşdusa, soyqırımdan sonra bu məqsəd müstəqil dövlətçilik
ideyası oldu
1918 13 aprel Zaqafqaziya Seymi ilə Osmanlı dövləti arasında müharibə baş verməsi
1918 13-16 aprel S.Lalayan və T.Əmirovun daşnak dəstələrinin Şamaxıda soyqırım həyata keçirməsi. Şamaxıda həyata keçirilən
soyqırım nəticəsində Şamaxı əhalisinə qanlı divan tutuldu, 72 kənd isə dağıdıldı, 8 mindən artızq dinc
azərbaycanlı əhali öldürüldü
1918 20 aprel Fətəlixan Xoyskinin rəhbərlik etdiyi Bakı şəhər Dumasının buraxılması
1918 22 aprel Cənubi Qafqaz Federativ Respublikasının yaradılması
1918 22.IV-26.V Cənubi Qafqaz Federativ Respublikasının mövcud olması
1918 25 aprel S.Şaumyanın sədrliyi ilə Bakı Xalq Komissarlığı Soveti (XKS) hökumətinin yaradılması. Bakı XKS-in
Azərbaycanda fəaliyyəti dövründə sosialist tədbirləri adı ilə aşağıdakı tədbirləri həyata keçirdi: Sovet Rusiya
nümunəsində yeni sovet orqanları yaratmağa başladı, Bütün köhnə hakimiyyət orqanları ləğv edildi,
Azərbaycan Xalq Cumhuriyyəti yaranarkən onu milli hökumət kimi tanımadı, fəhlə-kəndli milisi, şəhər, qəza
və mahal xalq məhkəmələri təşkil edildi, hərbi tribunal təsis edildi, əksinqilabla mübarizə aparmaq üçün
Fövqaladə Komissiya yaradıldı, banklar, neft sənayesi və Xəzər Ticarət Donanması milliləşdirildi, neft
yataqlarını vəhşicəsinə istismar etdi, “qardaşlıq yardımı” adı altında Sovet Rusiyasına neft və neft məhsulları,
və.s göndərildi
1918 26 may Xəlil bəy Xasməmmədovun Zaqafqaziya hökumətinə ultimatum göndərməsi
1918 2-5 iyun Bakı sovetinin Bakı neft sənayesini və Xəzər Ticarət Donanmasını milliləşdirməsi
1918 Bakı XKS-in “qardaşlıq yardımı” adı altında Sovet Rusiyasına 1 milyon 300 min ton neft və neft məhsulları
göndərməsi
AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİ
1918 26 may Zaqafqaziya Seyminin sonuncu iclasının keçirilməsi. İclasda Gürcüstanın federasiyadan çıxmaq haqqında
bəyanatından sonra Zaqafqaziya Seymi özünün buraxıldığını elan etdi
1918 26 may Gürcüstanın Federasiyadan çıxması və Zaqafqaziya Seyminin buraxılması
1918 27 may Azərbaycan fraksiyasının sonuncu iclasının keçirilməsi. İclasda Müvəqqəti Milli Şuranın yaradılması haqda
qərar qəbul edildi və M.Ə. Rəsulzadə Milli Şuranın sədri seçildi. Milli Şura Azərbaycanın müstəqil dövlət
elan edilməsi haqqında qərar qəbul etdi
1918 28 may Milli Şura tərəfindən “İstiqlal bəyannaməsi”nin qəbul olunması və Azərbaycanın dövlət müstəqilliyinin elan
edilməsi
1918 28 may-16 iyul AXC hökumətinin fəaliyyətinin Tiflis dövrü
1918 28 may-17 iyul F.Xoyskinin rəhbərlik etdiyi I Hökumətin fəaliyyət göstərməsi
1918 30 may F.Xoyskinin AXC-nin yaradılması haqqında məlumatı radioteleqrafla xarici dövlətlərin başçılarına
göndərməsi
1918 AXC-in rəsmi orqanı kimi “Azərbaycan” qəzetinin nəşr olunmağa başlanması
1918 iyun AXC hökumətinin İrəvan şəhərini ermənilərə güzəştə getməsi
1918 4 iyun Batumda AXC ilə Osmanlı dövləti arasında Sülh və dostluq müqaviləsinin imzalanması. Müqavilənin
şərtlərinə əsasən Osmanlı dövləti Azərbaycanın dövlət müstəqilliyini tanıdı və müqavilənin 4-cü bəndinə görə
ehtiyac olarsa Azərbaycana hərbi yardım göstərməyi öz üzərinə götürdü Həmin bəndə müvafiq olaraq, Milli
Şuranın sədri M. Ə.Rəsulzadə və Xarici İşlər naziri M.Hacınski Osmanlı hökümətindən hərbi yardım istədilər.
Batum müqaviləsi AXC-nin xarici siyasət sahəsində ilk uğurlu addımı oldu
1918 iyun Nuru paşanın rəhbərliyi ilə “Qafqaz İslam ordusu”nun Gəncəyə gəlməsi
1918 10 iyun Bakı Sovetinin hərbi qüvvələrinin Cənubi Qafqaz dəmir yolu xətti boyunca hücuma keçərək, Bakı-Hacıqabul-
Kürdəmir-Müsüslü istiqamətində irəliləməsi
1918 12 iyun Bakı Sovetinin qoşunlarının Kürdəmiri işğal etməsi
1918 16 iyun Azərbaycan Milli Şurasının və hökümətinin Tiflisdən Gəncəyə köçürülməsi
1918 16 iyun-17 sentyabr AXC-nin fəaliyyətinin Gəncə dövrü
1918 17 iyun “İyun böhranı” baş verməsi. Gəncədə Nuru paşanın hökümətə etimadsızlıq göstərməsi ilə əlaqədar olaraq
hökümət böhranı yaranması. Böhrandan çıxmaq məqsədilə Milli Şurasının Gəncədə iclası keçirilməsi. “İyun
böhranı” Milli Şuranın fəaliyyətini müvəqqəti olaraq dəyandırılması ilə nəticələndi. Bununla Azərbaycanın
dövlət müstəqilliyi qorunub saxlanıldı
1918 17 iyun F.Xoyskinin başçılıgı ilə II Hökümət kabinetinin yaradılması
1918 Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Tiflisdən Qazaxa köçürülməsi
1918 22 iyun AXC hökuməti tərəfindən ərzaq məhsullarının ölkədən kənara daşınmasının qadağan edilməsi
1918 24 iyun AXC hökumətinin dövlət bayrağı haqqında qanun qəbul etməsi
1918 26 iyun AXC hökumətinin Milli Ordunun yaradılması haqqında fərman verməsi və Müsəlman korpusunun “Əlahiddə
Azərbaycan korpusu” adlandırılması
1918 27 iyun AXC hökuməti tərəfindən Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi
1918 27 iyun Bakı Sovetinin hərbi qüvvələri ilə “Qafqaz İslam Ordusu” arasında Göyçay istiqamətində döyüş baş verməsi.
Göyçay istiqamətində gedən gərgin döyüşlər nəticəsində Bakı Sovetinin qoşunları ağır məhlubiyyətə uğrayaraq
geri çəkilməyə məcbur oldu və onların Gəncəyə hücumunun qarşısı alındı
1918 11 iyul AXC hökuməti tərəfindən ölkədə hərbi səfərbərlik elan edilməsi
1918 20 iyul Azərbaycan-Osmanlı hərbi qüvvələrinin Bakı XKS-nin nəzarətində olan Bakı istiqamətində hücuma keçməsi.
Azərbaycan-Osmanlı hərbi qüvvələrinin Bakı istiqamətində hücuma keçməsi Bakı XKS-nin vəziyyətini xeyli
ağırlaşdırdı
1918 24 iyul Bakıda keçirilən mitinqlərdə eser-menşevik-daşnak liderlərinin ingilislərin Bakıya dəvət olunmasına tərəfdar
çıxması
1918 25 iyul Bakı XKS-in fövqəladə iclas keçirməsi. İclasda ingilis qoşunlarının Bakıya dəvət olunması və yeni koalisiyalı
hökumətin təşkili haqqında qətnamə qəbul edildi
1918 31 iyul Bakı XKS-in süqut etməsi. Bakı XKS-ni süqutunun səbəbi onun milli dayağının olmaması, sosial bazasının
çox zəif olması, Aztiazərbaycan siyasəti yeritməsi, Rusiyanın müstəmləkəçilik siyasətinə xidmət edən siyasət
yürütməsi, antidemokratik qondarma hökumət olması idi. Odur ki, zamanın tələbinə uyğun olaraq Bakı XKS-i
süquta uğradı və onu Sentrakaspi diktaturası əvəz etdi
1918 1 avqust Daşnak-sağ-eser-menşevik blokunun Bakıda “Sentrokaspi Diktaturası”nı yaratması
1918 17 avqust İngilis generalı Denstervilinin başçılığı ilə ingilis qoşunlarının Bakıya gəlməsi
1918 23 avqust Azərbaycan vətəndaşlığı haqqında fərman imzalanması
1918 27 avqust Sovet Rusiyası ilə Almaniya arasında gizli saziş imzalanması. Avqust sazişinin şərtlərinə əsasən Almaniya
üçüncü bir dövlətin, yəni Osmanlı imperiyasının Bakıya daxil olmasına mane olmağa çalışmalı, Rusiya isə
bunun qarşılığında Bakı neftinin 1/4 hissəsini Almaniyaya verməyi öhdəsinə götürdü. Lakin, beynəlxalq
vəziyyətin Almaniyanın əleyhinə dəyişməsi, Osmanlı və Azərbaycan hökumətinin qəti mövqeyi Almaniyanın
avqust sazişindən imtina etməyə məcbur etdi
1918 28 avqust AXC hökuməti tərəfindən məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul edilməsi
1918 yayı Andronik Ozanyanın Zəngəzurda soyqırım həyata keçirməsi
1918 14 sentyabr Müəssislər Məclisinin çağırılması üzrə hazırlıq işləri görmək məqsədi ilə komissiya yaradılması
1918 15 sentyabr Nuru paşanın başçılığı ilə Bakının Osmanlılar tərəfindən azad edilməsi
1918 17 sentyabr AXC hökumətinin Gəncədən Bakıya köçürülməsi
1918 sentyabr “Bakı bonu” adlı pul vahidinin dövriyyəyə buraxmaq barədə qərar qəbul edilməsi
1918 5 oktyabr AXC hökumətinin Bakı XKS-in milliləşdirmə ilə əlaqədar verdiyi dekret və sərəncamları ləğv etməsi
1918 30 oktyabr Mudros barışığı. Osmanlı ordusunun Azərbaycanı tərk etməyə başlaması
1918 1 noyabr AXC hökuməti tərəfindən hərbi nazirlik yaradılması və F.Xoyskinin hərbi nazir, general S.Mehmandarovun
onun müavini təyin edilməsi
1918 10 noyabr Osmanlı ordusunun Bakını tərk etməsi
1918 16 noyabr “Azərbaycan parlamentinin yaradılması haqqında” qanun qəbul edilməsi. Qanuna əsasən Təkpalatalı
parlament yaradılmalı və tərkibi 120 nəfərdən ibarət olmalı idi. Əhalinin tərkibinə uyğun olaraq 80 yer
azərbaycanlılara, 21 yer ermənilərə, 10 yer ruslara verilməli idi. yəhudi, alman, gürcü, polyak xalqlarının hər
biri üçün bir yer, həmkarlar ittifaqlarfı təşkilatları üçün 5 yer nəzərdə tutulmuşdu. Qanunla Respublika
ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ təsbit edildi
1918 17 noyabr General Tomsonun başçılığı ilə ingilis ordusunun Azərbaycana gəlməsi. Tomson Azərbaycan hökumətini
tanımayacağını elan etsə də, sonradan onu tanıdı və F.Xoyskinin başçılıq etdiyi hökuməti ölkədə yeganə
qanuni hökumət kimi qiymətləndirdi
1918 noyabr – 1919 mart Naxçıvanda Araz-Türk Respublikasının mövcud olması. Araz-Türk Respublikası mövcud olduğu dövrdə
bölgənin ermənilərin əlinə keçəmsinə imkan vermədi və AXC-nin ərazi bütövlüyünü təmin etdi
1918 7 dekabr AXC parlamentinin yaradılması və Ə.Topçubaşovun parlamentin ilk sədri seçilməsi
1918 10 dekabr Neft Sənayeçiləri Qurultayı Şurası yanında neft və neft məhsullarının satışı üzrə Büro yaradılması
1918 25 dekabr General S.Mehmandarovun AXC hərbi naziri, general-leytenant Əliağa Şıxlinskinin hərbi nazirin müavini,
general Süleyman bəy Sulkeviçin baş qərargah rəisi təyin edilməsi
1918.XII.26-1919.IV.14 F.Xoyskinin rəhbərliyi ilə III Hökumət habinetinin fəaliyyət göstərməsi
1918 28 dekabr AXC hökumətinin Paris sülh konfransında iştirak edəcək nümayəndə heyətinin tərkibini təsdiq etməsi
1919 8 yanvar Azərbaycan nümayəndə heyətinin İstanbul vasitəsi ilə Parisə yola düşməsi
1919 yanvar Əmək Nazirliyinin fəaliyyətə başlaması
1919 yanvar Qarabağ general-qubernatorluğunun yaradılması və Xosrov bəy Sultanovun ora qubernator təyin edilməsi
1919 fevral Naxçıvan general-qubernatorluğunun yaradılması və Bəhram xan Naxçıvanskinin ora qubernator təyin
edilməsi
1919.IV.14--XII.22 N.Yusifbəylinin rəhbərliyi ilə IV Hökumətin fəaliyyət göstərməsi. IV Hökumət kabinetinin proqramında
ərzaq, ticarət, maliyyə və nəqliyyatın inkişafı məsələlərinə xüsusi diqqət verildi
1919 mart Bakıda Azərbaycan (türk) dilində ilk böyük kitabxana açılması
1919 2 may Azərbaycan məsələsinin ABŞ, Fransa, İngiltərə və İtaliya dövlət başçılarının görüşündə müzakirə edilməsi
1919 may Cənub bölgəsində qondarma “Muğan Sovet Respublikası”nın yaradılması
1919 may-iyul Naxçıvan bölgəsində “erməni idarəçiliyi”nin mövcud olması
1919 28 may ABŞ prezidenti Vudro Vilsonun Azərbaycan nüməyəndə heyətini qəbul etməsi. Danışıqlar zamanı V.Vilsona
təqdim edilən memorondumda Azərbaycanın müstəqilliyinin tanınması, Vilsonun prinsiplərinin Azərbaycana
da şamil edilməsi, Azərbaycan nümayəndələrinin sülh konfransına buraxılması və Millətlər Cəmiyyətinə qəbul
edilməsi, ABŞ-ın hərbi departamentliyinin Azərbaycana hərbi yardım göstərsi, ABŞ-la Azərbaycan arasında
diplomatik münasibətlər yaradılması və.s tələblər irəli sürülmüşdü. Danışıqlar zamanı yerli şəraiti öyrənmək
üçün Cənubi Qafqaza ABŞ-ın xüsusi nümayəndəsinin göndərilməsi məqsədəuyğun hesab edildi
1919 may AXC hökumətinin Arbitraj yaratması
1919 11 iyun Azərbaycanda “Əksinqilab ilə Mübarizə Təşkilatı”nın yaradılması
1919 16 iyun Azərbaycanla Gürcüstan arasında hərbi-müdafiə müqaviləsi bağlanması. Denikin təcavüzünə qarşı səyləri
birləşdirmək müqavilənin məzmununu təşkil edirdi. Həmçinin Gürcüstanda Azərbaycan səfirliyi yaradıldı və
Zaqatala dairəsi ətrafında ərazi mübahisəsi dinc yolla həll edildi
1919 25 iyul Naxçıvan bölgəsindəki “erməni idarəçiliyi”nin iflasa uğraması
1919 avqust Bölgənin erməni əhalisinin Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması barədə qərar qəbul etməsi
1919 avqust Qondarma “Muğan Sovet Respublikası”nın ləğv olunması
1919 yayı ABŞ və Ermənistanın Naxçıvana dair planlarının baş tutmaması
1919 yayı “Azərbaycan Xəzər Donanması”nın yaradılması
1919 yayı AXC hökumətinin neft ixracı ilə əlaqədar xarici şirkətlərlə ticarət müqavilələri bağlaması
1919 1 sentyabr Azərbaycan parlamentinin Bakı şəhərində Universitet açmaq haqqında qanun qəbul etməsi
1919 sentyabr Azərbaycanlı gənclərin dövlət hesabına Osmanlı, Fransa, İtaliya, Rusiya və Böyük Britaniya dövlətlərinin ali
məktəblərində təhsil almağa göndərilməsi
1919 sentyabr Dövlət Bankının açılması
1919 9 noyabr AXC-in qırmızı bayrağının üçrəngli bayraqla əvəz edilməsi
1919 15 noyabr Bakı Universitetinin 2 fakultə ilə (tarix-filologiya və tibb) fəaliyyətə başlaması
1919 payızı Azərbaycanın bütün qəzalarında Azərbaycan (türk) dilində axşam kursları təşkil edilməsi
1919 dekabr “Müsəlman Şərqini öyrənən cəmiyyət”in yaradılması
1919 7 dekabr “İstiqlal” muzeyinin açılması
1919 Azərbaycanda ilk rəssamlıq studiyasının yaradılması
1919.XII.24-1920.IV.30 N.Yusifbəylinin rəhbərliyi ilə V Hökumət kabinetinin fəaliyyət göstərməsi
1920 əvvəlləri Maarif Nazirliyi nəzdində Arxeologiya şöbəsi yaradılması
1920 2 yanvar RSFSR Xalq Xarici İşlər komissarı G.V.Çiçerinin Azərbaycan hökumətinə ilk nota göndərməsi
1920 11 yanvar Böyük Britaniyanın Xarici İşlər Naziri Lord Kerzonun təklifi ilə “Antanta”nın Ali Şurasının AXC-in
müstəqilliyini de-fakto tanıması və AXC-in faktiki olaraq dünya birliyinin üzvünə çevirilməsi
1920 23 yanvar G.V.Çiçerinin Azərbaycan hökumətinə ikinci dəfə nota göndərməsi
1920 fevral AK(b)P-nın yaradılması və Rusiyanın Azərbaycanda “beşinci kolon”u yaratmağa nail olması
1920 17 mart V.İ.Leninin Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurasına Bakını işğal etmək barədə teleqram göndərməsi
1920 mart AXC hökumətinin Əmək Nazirliyinin aqrar islahat haqqında qanun layihəsi hazırlaması. Qanun layihəsinə
əsasən kənd əhalisinə 7 desyatindən 50 desyatinədək, şəhər əhalisinə 1 desyatindən 12 desyatinədək torpaq
verilməsi nəzərdə tutulurdu. Lakin parlamentdə əksər yerlər burjuaziya və mülkədarların əlində olduğu üçün
AXC hökuməti aqrar məsələni həll edə bilmədi və aqrar məsələ yarımçıq qaldı
1920 21 mart AXC hökuməti ilə İran arasında Dostluq haqqında müqaqavilə imzalanması. Müqaviləyə əsasən İran AXC-nin
müstəqilliyini tanıdı, Təbrizdə baş konsulluq, Tehranda isə Azərbaycan səfirliyi açıldı
1920 22 mart Dağlıq Qarabağda erməni qiyamı baş verməsi və daşnak dəstələrinin Azərbaycan ordusunun Xankəndi
şəhərində yerləşən qarnizonu üzərinə hücum etməsi
1920 30 mart N.Yusifbəylinin başçılıq etdiyi beşinci hökumət kabinetinin istefa verməsi və yeni – altıncı hökumətin
təşkilinin M.H.Hacınskiyə tapşırılması
1920 22 aprel M.H.Hacınskinin yeni hökumət təşkil etməkdən imtina etməsi
1920 25 aprel IX Qırmızı ordu hissələrinin Azərbaycan sərhəddini keçməsi
1920 27 aprel AK(b)P-in hakimiyyəti bolşeviklərə təhvil verilməsi haqqında AXC parlamentinə ultimatum göndərməsi. AXC
parlamentinin sonuncu iclasının keçirilməsi
1920 28 aprel Aprel istilası (çevrilişi). Aprel çevrilişi nəticəsində AXC süqut etdi, Azərbaycanda bolşeviklər hakimiyyətə
gəldi, bütün hakimiyyətin Müvəqqəti İnqilab Komitəsinə keçdi və Azərbaycan SSRİ Xalq Komissarları Soveti
təşkil olundu
CƏNUBİ AZƏRBAYCANDA MİLLİ AZADLIQ HƏRƏKATI (1917-1920)
1917-1920 Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı baş verməsi. Hərəkata Şeyx Məhəmməd Xiyabani rəhbərlik edirdi
1917 avqust Təbrizdə İDP Azərbaycan Əyalət Komitəsinin konfransının keçirilməsi. Konfransda müstəqil Azərbaycan
Demokrat Firqəsi (ADF) yaradıldı, Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə ADF-nin Mərkəzi Komitəsi
seçildi, demokratlarəhalini xarici işğalçıların ölkədən qovulmasına çağırdılar
1917 payız Təbriz, Ərdəbil, Xoy, Urmiya, Sərab və Zəncan şəhərlərində hökumət əleyhinə mitinqlər keçirilməsi.
Mitinqlərdə əhali Böyük Britaniyanın əlində oyuncağa çevriliş hökumətin istefa verməsini və İranda
demokratik hökumətin təşkil olunmasını tələb edirdilər
1917 sonları Vüsuqddövlə hökumətinin istefa verməsi
1919 9 avqust İngilis-İran sazişi bağlanması. Sazişin bağlanması nəticəsində İran siyasi və iqtisadi cəhətdən Böyük
Britaniyadan asılı vəziyyətə düşdü. İngilis-İran sazişi həmçinin Cənubi Azərbaycanda milli-azadlıq hərəkatına
təkan verdi, ingilis müstəmləkəçilərinə və İran hökumətinə qarşı mübarizə şiddətləndi
1919–1920 Təbriz, Zəncan və Xoy şəhərlərində İngilis-İran sazişinin ləğvini və Vüsuqüddövlənin dövlət işindən
kənarlaşdırılmasını tələb edən çıxışların keçirilməsi
1920 aprel ADF-nin üzvlərindən biri neçəsinin həbs edilməsi ilə İranda dinc çıxışların üsyana çevirilməsi
1920 7 aprel Təbrizdə silahlı üsyan baş verməsi. Silahlı üsyan nəticəsində Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı yeni
mərhələyə daxil oldu, milli-azadlıq hərəkatı silahlı üsyan xarakteri aldı, Təbrizdəki silahlı qüvvələrin
əksəriyyəti üsyançılara qoşuldular, üsyançılar dövlət idarələrini ələ keçirdilər, Təbrizə daxil olmuş polis
dəstələri şəhəri tərk etməyə məcbur oldu. Təbrizdə silahlı üsyana rəhbərlik etmək üçün Ş.M.Xiyabaninin
başçılığı ilə İctimai İdarə Heyəti (İİH) təşkil olundu, Ş.M.Xiyabani Azərbaycanın adı rəsmi ad kimi Azadıstan
elan etdi
1920 Eynüddövlənin Azərbaycan əyalətinə vali göndərilməsi. İctimai İdarə Heyətinin 8 maddədən ibarət tələblərini
Eynüddövləyə göndərməsi. Eynüddövlə, İctimai İdarə Heyətin 8 maddədən ibarət tələblərini qəbul etdikdən
sonra, valiyə Təbrizə daxil olmağa icazə verildi
1920 iyun Gilan respublikasının elan olunması
1920 23 iyun Ş.M.Xiyabaninin rəhbərliyi Milli Hökumət yaradılması. Milli Hökumət mövcud olduğu dövrdə ingilis
müstəmləkəçilərinin və mürtəce İran hökumətinin ölkədə ağalığına qarşı çıxır, bütün İranın
demokratikləşdirməsini qarşısına məqsəd qoydu, İranda şah rejiminin ləğvinə və respublika yaradılmasına
çalışdı, irticanın Cənubi Azərbaycana münasibətdə ayrı-seçkiliyə qarşı mübarizə apardı, ümumxalq mənafeyinə
cavab verən demokratik dəyişikliklər həyata keçirdi
1920 23 iyun-12 sentyabr Milli Hökumətin fəaliyyəti dövrü. Milli Hökumət fəaliyyəti dövründə sənaye, kənd təsərrüfatı, maarif,
maliyyə, səhiyyə, ədliyyə və.s. sahələrdə islahatlar həyata keçirdi, şəkər zavodu, toxuculuq və dəri fabrikləri
tikildi, kənd təsərrüfatı bankı və Milli bank açıldı, pul islahatı aparıldı, şəhər bələdiyyəsinə seçkilər keçirilməsi
planlaşdırıldı, Təbrizdə xalça fabriki tikilməsinə başlanıldı, bir sıra sahələr üzrə idarə və nazirlikləri yaradıldı,
Təbrizdə pulsuz qız məktəbi açıldı, yeni aşılmış məktəblərə Bakıdan müəllimlər dəvət edildi, müdafiə və hərbi
qüvvələrin yaradılması sahəsində işlər görüldü, milli qvardiya təşkilinə başlanıldı, şəhər əhalisindən və Təbrizə
gəlmiş kəndlilərdən gələcəkdə ümumi sayı 12 minə çatdırılacaq hərbi əstələlər yaradıldı. Milli Hökumət hərbi
qüvvələrin yaradılması sahəsində digər tədbirlər gördü - şəhər əhalisindən yeni jandarm və polis dəstələri təşkil
edildi, üsyançılara qoşulmuş jandarm dəstələrində nizam-intizam yaratdı, onların təlimi üçün xüsusi polis
məktəbi açıldı (amma, məhkəmə və inzibati islahatlar keçirilmədi)
1920 24 iyun Milli Hökumətin “Təcəddüd” qəzeti redaksiyasının binasından Alaqapıya köçürülməsi
1920 sentyabr Hidayət Müxbirüssəltənənin vali sifətilə Təbrizə gəlməsi. şəhərin kənarında düşərgə salaraq üsyançılara qarşı
tədbirlər həyata keçirməsi
1920 12 sentyabr Əksinqilabi qüvvələrin üsyançılar üzərinə hücuma keçməsi. Hücum nəticəsində Milli Hökumətin yerləşdiyi
Alaqapı ələ keçirildi, Ş.M.Xiyabani xaincəsinə öldürüldü, üsyançılara amansız divan tutuldu, yüzlərlə üsyançı
həbs, edam və sürgün edildi, nəhayyət üç ay fəaliyyət göstərmiş Milli Hökumət süqut etdi. Beləliklə, milli-
zadlıq hərəkatı ingilislərin köməyi ilə İran irticası tərəfindən yatırıldı. AXÇ və Milli Hökumətinin süqutu
arasında oxşarlıq var idi. Belə ki, hər iki hökumət xarici müdaxilə nəticəsində süqut etmişdi. Məğlub olmasına
baxmayaraq 1917-1920-ci illər Cənub Azərbaycanda baş verən milli-azadlıq hərəkatı xalqın azadlıq uğrunda
mübarizə tarixində əhəmiyyətli rol oynadı və sonrakı nəsilləri yeni mübarizələrə ruhlandıran örnək oldu
1921 Sovet-İran müqaviləsinin imzalanması
1925-1941 Rza şahın İranda hakimiyyəti
AZƏRBAYCAN SSRİ 1920-1930-CU İLLƏRDƏ
1920 28 aprel Azərbaycan SSRİ-nin yaradılması
1920 28-30 aprel Bolşeviklərin Lənkəran, Salyan, Şuşa və Ağdamda yerli hakimiyyəti öz əllərinə alması
1920 16 mart Moskva müqaviləsi. RSFSR ilə Turkiyə arasında imzalanan müqaviləyə əsasən Azərbaycanın himayəçiliyi
altında Naxçıvanın muxtar ərazi olmasına razılıq verildi, Azərbaycan Naxçıvanı üçüncü dövlətə güzəştə gedə
bilməzdi
1920 may XI Qızıl ordunun Gəncə, Şamaxı, Göyçay, Şəki, Zaqatala, Balakən və Qarabağı nəzarət altına alması
1920 3 may Bolşeviklərin qəza, mahal və kənd inqilab komitələri yaratması
1920 5 may Bolşeviklərin bütün xan, bəy, vəqf torpaqlarını müsadirə edərək ödənişsiz kəndlilərə paylaması
1920 6 may Azərbaycan SSR-in birinci sovetlər qurultayının keçirilməsi. Qurultayın qərarı ilə Azərbaycan İnqilab
Komitəsi ləğv edildi, RSFSR Konstitusiyası nümunəsində Azərbaycan SSR-in ilk Konstitusiyası qəbul edildi,
Konstitusiyada dövlət orqanlarının strukturu rəsmiləşdirildi, Azərbaycan SSR XKS-i yenidən təşkil edildi və
Azərbaycan MİK seçildi. Bununla da, Azərbaycan SSRİ-nin hüquqi cəhətdən qurulması başa çatdı və dövlət
orqanlarının strukturu müəyyənləşdirildi
1920 7 may Bolşeviklər tərəfindən ordu və donanmanın yenidən təşkil olunması
1920 12 may Bolşeviklər tərəfindən silki və mülki rütbələrin (zadəgan,bəy, xan, knyaz və s.) ləğv edilməsi
1920 15 may Bolşeviklər tərəfindən vicdan azadlığı elan olunması, hər cür dini ayinlərin icra olunmasının qadağan edilməsi.
Dinin dövlətdən və məktəbdən ayrılması
1920 24 may Bolşeviklər tərəfindən neft sənayesinin milliləşdirilməsi və “Azneft”in yaradılması. Azərbaycan neftinin Sovet
Rusiyasının ixtiyarına keçməsi
1920 may Azərbaycanda bolşevik hakimiyyətinə qarşı müqavimət hərəkatı baş verməsi. Müqavimət hərəkatının səbəbi
kommunist məmurlarının özbaşınalığı və xalqın sovet rejimindən narazılığı idi. Bu hərəkat dövlətə vergiləri
verməkdən imtina etmək, XI Qırmızı ordu hissələrini ərzaqla təchiz etməmək, adamların qaçaqçılığa
qoşulması, silahlı üsyanlar etmək və.s formada təzahür edirdi
1920 25 may Gəncədə sovet rejiminə qarşı ilk və ən güclü silahlı üsyan baş verməsi. Üsyanın əsas qüvvəsini Azərbaycan
Milli Ordusunun bölmələri təşkil edirdi. Üsyana general Cavad bəy Şıxlinski, general Məmməd Mirzə Qacar,
polkovnik Cahangir bəy Kazımbəyov və.b ibarət Hərbi Şura rəhbərlik edirdi. Lakin üsyan qəddarlıqla yatırıldı.
Gəncə üsyanın məşğub olmasının səbəbi qüvvələrin qeyri-bərabərliyi və Gəncənin erməni əlalisinin XI qırmızı
orduya kömək etməsi idi
1920 6 iyun Zaqatalada sovet rejiminə qarşı M.Hafiz və Əhmədəliyevin baçılığı ilə üsyan baş verməsi. Gəncə və Qrabağ
üsyanlarından fərqli olaraq bu üsyanın əsas qüvvəsi hərbiçilər deyil, dinc əhalidən ibarət dəstələr təşkil edirdi.
Zaqatala şəhəri tutulandan sonra hərbçilər də üsyançılara qoşuldular. Zaqatala üsyanı da amansızlıqla yatrıldı
və üsyançıların sağ qalan hissəsi Gürcüstanda sığınacaq tapmalı oldular
1920 iyun Qarabağda sovet rejiminə qarşı Nuru Paşanın baçılığı ilə üsyan baş verməsi. Üsyanın başlıca qüvvəsini
Azərbaycan Milli Ordusunun Qarabağda yerləşən hissələri, Şəki, Cavanşir, Ağdam süvari və Bakı piyada
alyları, iki topçu diviziyası təşkil edirdi. XI Qırmızı ordu hissələri ilə üsyançılar arasında ilk hərbi toqquşma
Ehsan xan Naxçıvavanskinin komandanlıq etdiyi Şəki alayı arasında oldu. Bu döyüş nəticəsində Şəki süvari
alayının hərbi dəstəsi XI Qırmızı ordu hissələri tərəfindən məğlub edildi, E.Naxçıvavanski və bir qrup hərbiçi
ələ keçirilərək XI Qırmızı ordu qərərgahında güllələndi
1920 iyun Bolşeviklərin Xəzər Ticarət Donanmasını, bankları və balıq sənayesini milliləşdirməsi
1920-1924 Lənkəran, Cavanşir, Ordubad, Şərur Qəbələ və Xaçmazda sovet rejiminə qarşı kütləvi çıxışlar baş verməsi
1920 iyul XI Qırmızı ordu hissələrinin Naxçıvanı tutması
1920 avqust Quba qəzasının Dəvəçi və Qusar dairələrində kəndli çıxışları baş verməsi
1920 avqust Sovet Rusiyası ilə Ermənistan arasında müvəqqəti saziş bağlanması. Sazişin şərtlərinə əsasən Şərur-Dərələyəz
qeyd-şərtsiz Ermənistana verildi, rus qoşunlarının zəbt etdiyi Qarabağ, Zəngəzur və Naxçıvan isə mübahisəli
ərazilər elan olundu
1920 26 avqust Azərbaycan İnqilab Komitəsinin fərmanı ilə taxıl ticarətinin inhisara alınması
1920 yayı Veysəl bəyin başçılığı ilə türk qoşunlarının Naxçıvanı nəzarət altına alması
1920 yayı Şəmkir qəzasının Müskürlü kəndi ətrafında kəndlilərin silahlı dəstəsi ilə XI Qırmızı ordu hissələri arasında
toqquşmalar baş verməsi
1920 yayı Azərbaycanda hərbi kommunizm siyasətinin tətbiq olunması. Hərbi kommunizm siyasətinə əsəsən taxıl
ticarəti inhisara alındı, Azərbayanda ərzaq sapalağı tətbiq olundu. Bütün artıq taxıl, yağ, yem, mal-qara
kəndlilərdən möhkəm qiybətlə alınmağa başladı
1920 sentyabr Azərbayanda ərzaq sapalağının tətbiq olunması. Ərzaq sapalağına həyata keçirmək üçün Bakı fəhlələrindən
təşkil olunmuş ərzaq dəstləri kəndlərə göndərildi, ümumi icbari əmək tətbiq edildi, “işləməyən dişləməz”
prinsipi həyata keçirilməyə başlandı, ərzaq payı verilməsi – kartoçka sistemi yaradıldı. Azərbaycada tətbiq
olunan ərzaq sapalağı nəticəsində kəndlilərin vəziyyəti ağırlaşdı. Buna cavab olaraq hökumət Azərbaycanda
ərzaq siyasətini yumşaltmağa məcbur oldu və bütün bölgələrdə (Quba və Cavad qəzaları istisna olunmaqla)
taxıl tədarükünü dayandırdı
1920 sentyabr Bolşeviklər tərəfindən kəndlərdə yoxsul komitələri yaradılması
1920 1-7 sentyabr Bakıda Şərq xalqlarının birinci qurultayının keçirilməsi
1920 30 sentyabr “RSFSR ilə Azərbaycan SSR arasında hərbi iqtisadi ittifaq haqqında” müqavilə bağlanması. Azərbaycanın
formal müstəqilliyinin ləğv olunmasında ilk addım atılması
1920 oktyabr Naxçıvanı Ermənistana birləşdirmək məqsədilə Naxçıvanda fövqəladə komissarlıq yaradılması
1920 oktyabr AK(b)P-nın ikinci qurultayının keçirilməsi
1920 29 noyabr Ermənistanın sovetləşməsinin başa çatması
1920 dekabr Gümrü (Aleksandropol) müqaviləsi. Türkiyə ilə Ermənistan arasında imzalanan müqavilənin şərtinə görə,
İrəvan bölgəsi və Göyçə gölü istisna olmaqla, bütün Ermənistan ərazisi təxminən 10 min km2 hüdudlarında
müəyyənləşdirildi
1920 Rus Azad tənqid və təbliğ teatrının yarandılması
1921 17 may “Bütün növ ərzaq inhisarının ləğv edilməsi haqqında” dekretlə ərzaq sapalağının ləğv olunması. Bu dekretlə,
ərzaq sapalağının ləğv olunması ilə Azərbayanda Yeni qtisadi siyasətə keçilməsi üçün ilk addım atıldı
1921 Azərbaycanda könüllü məhsul rüsumu olan – “çanaq” vergisinin tətbiq olunması
1921 Bolşeviklərin Azərbaycanda hərbi kommunizm siyasətindən imtina edərək YİS-ə keçməsi (1921-1925). Yeni
iqtisadi siyasət hakim mövqelərin dövlətin əlində olması şərtilə ərzaq vergisi tətbiq olunmasını, ticarət
azadlığına yol verilməsini, icarə sisteminin yaradılmasını, müştərək müəssisələrin qurulmasını, xarici
konsessiyaya yol verilməsini, kooperasiya, bank və kredit şəbəkəsinin yaradılmasını və s. iqtisadi tədbirlərin
tətbiq edilməsini nəzərdə tuturdu. Yeni iqtisadi siyasət əslində Rusiyanın kommunizmdən – kapitalizm
sisteminə geri qayırması demək idi
1921 iyun Ermənistan SSR XKS sədri A.Myasnikov tərəfindən Dağlıq Qarabağın Ermənistanın ayrılmaz tərkib hissəsi
elan olunması və A.Mravyanın Dağlıq Qarabağda fövqəladə nümayəndə təyin etməsi
1921 4 iyul RK(b)P-nın Qafqaz bürosunda Qarabağ məsələsinin müzakirə edilməsi. RK(b)P-nın Qafqaz bürosunun
iclasında əksəriyyət ermənipərəst mövqe tutdu. Lakin N.Nərimanovun qərara qəti etirazını və kəskin narazılıq
yarandığı nəzərə alan Qafqaz bürosu son qərar üçün məsələni RK(b)P MK-nın müzakirəsinə verməyi tövsiyyə
etdi
1921 5 iyul Qarabağ məsələsinin Qafqaz bürosunun plenumunda yenidən müzakirə olunması. Plenum RK(b)P MK-nın
rəyini nəzərə alaraq Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması və paytaxtı Şuşa şəhəri
olmaqla geniş vilayət muxtariyyatı verilməsi haqqında qərar çıxardı
1921 yayı Yoxsul komitələrinin kənd sovetləri ilə əvəz edilməsi
1921 yayı Yuxar Zəngəzurun Ermənistana ilhaq edilməsi
1921 7 oktyabr İngilis “Maiten” qəzetinin Azərbaycandakı sovet rejiminə qarşı üsyanlar haqqında məlumat dərc etməsi
1921 13 oktyabr Qars müqaviləsi. Rusiya ilə Türkiyə arasında imzalanan müqavilə ilə Naxçıvanın Azərbaycan ərazisi olması bir
daha təsdiqləndi, həmçinin Naxçıvanın sərhədləri və gələcək statusu qəti olaraq müəyyənləşdirildi
1921 noyabr RK(b)P MK-nın Siyasi Bürosunun Zaqafqaziya Federasiyasının yaradılması barədə qərar qəbul etməsi
1921 Azərbaycan SSR-in birinci Konstitusiyasının qəbul olunması. Bu Konstitusiya ilə rəsmi olaraq milliyətindən,
dinindən, cinsindən asılı olmayaraq həddi-buluğa çatan bütün zəhmətkeşlərə dövlət hakimiyyəti orqanlarına
seçmək və seçilmək, söz, mətbuat, vicdan azadlığı hüquqları verildi. Eyni zamanda vətəndaşların zəhmətlə
məşğul olmayan hissəsi seçki hüququndan məhrum edildi
1921 Bütün siyasi partiyaların, qəzet və jurnalların, o cümlədən “Müsavat”, “İttihad” və “Əhrar” partiyalarının
fəaliyyətlərinin qanunla qadağan olunması
1921 Azərbaycanda Dövlət Pedoqoji İnstitutu, Politexnik İnstitutu, Şərq dünyasında ilk Konservatoriya və Ali
Rəssamlıq Məktəbi açılması
1922 22 fevral Sovet respublikalarının RSFSR ilə saziş bağlaması. Bu sazişə əsasən ZSFSR ölkələri, o cümlədən Azərbaycan
beynəlxalq münasibətlərdə öz mənafeyini təmsil və müdafiə etməyi RSFSR-ə tapşırırdı
1922 mart ZSFSR-in (Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının) yaradılması
1922-1936 ZSFSR-in fəaliyyəti dövrü
1922 yazı Azərbaycanda ərzaq vergisinin tətbiq olunması
1922 yazı Naxçıvanın statusu haqqında “Əsasnamə”nin təsdiq olunması. “Əsasnamə”də Naxçıvan Sovet Sosialist
Respublikası (NSSR) adı ilə Azərbaycan SSR-in himayəsində muxtar respublika elan olundu
1922 10 dekabr ZSFSR-in toplanmış I Sovetlər qurultayında onun ali orqanı olan Zaqafqaziya MİK-in seçilməsi və Azərbayan
SSR-in formal müstəqilliyinin ləğv edilməsi
1922 30 dekabr SSRİ-in yaradılması və Azərbaycanın SSRİ-in tərkibinə qatılması (SSRİ-nin tərkibinə 4 respublika - RSFSR,
Ukrayna, Belorusiya və ZSFSR daxil idi)
1922 Azərbaycan Arxeologiya cəmiyyətinin təşkili
1922 Azərbaycan Dövlət Dram Teatrının açılması
1922 M.Ə.Rəsulzadənin Finlandiyaya və oradan Türkiyəyə mühacirət etməsi
1923 Savadsızlıqla mübarizə üçün Xüsusi Komitə yaradılması
1923 “Azərbaycanı Öyrənən Cəmiyyət”in (AÖC) yaradılması
1923 Azərbaycan Arxeolegiya cəmiyyətinin Arxeologiya Komitəsinə çevirilməsi
1923 M.Ə.Rəsulzadənin Türkiyədə “Müsavat” partiyasının xarici bürosunu yaratması
1923 Rus Azad tənqid və təbliğ teatrının Bakı işçi teatrına çevirilməsi
1923 31 dekabr Azərbaycan SSR MİK-in Naxçıvan ölkəsinin yenidən təşkili bardə qərar qəbul etməsi
1923 10 may H.Əliyevin Naxçıvan şəhərində anadan olması
1923 7 iyul Azərbaycan SSR-in tərkibində DQMV-in təşkili
1924 9 fevrel Azərbaycan SSR-in tərkibində Naxçıvan MSSR-in yaradılması
1924 İstanbulda M.Ə.Rəsulzadənin rəhbərliyi ilə gizli Azərbaycan Milli Mərkəzinin yaradılması
1924 “Azərbaycan İstiqlal Komitəsi” təşkilatının yaradılması
1924 Bakıda ilk radio qurğusunun quraşdırılması
1924 Suraxanıda turbobur vasitəsilə ilk neft quyusu qazılması
1924 yanvar SSRİ-in ilk Konstitusiyasının qəbul edilməsi
1924 Azərbaycan Opera və Balet Teatrının açılması
1924-1938 “Qız qalası əfsanəsi”, “Bismillah”, “Gilan qızı”, “Hacı qara”, “Sevil”, “Almaz”, “Mavi dəniz sahilində” (ilk
səsli film), “Bakılılar” və s. fimlərin çəkilib ekranlaşdırılması
1925 Gədəbəydə misəritmə zavodunun, Bakıda və Tovuzda sement zavodunun işə salınması
1925 dekabr Azərbaycanda sosialist sənayeləşdirilməsi xətti irəli sürülməsi. Sovet sənayeləşdirilməsi nəticəsində L.Şimidt
və Suraxanı mexaniki zavodu, ilk krekinq qurğusu tikilib istifadəyə verildi, SSR-i neft istehsalı üzrə dünyada
ikinci yerə çıxdı, Bakı-Batum neft kəməri çəkildi, SSRİ məkanında ilk dəfə Bakıda elektrik dəmir yolu xətti
istifadəyə verildi, Ələt-Culfa dəmir yolu xəttinin çəkilişi başa çatdı, Azərbaycan SSR aqrar ölkədən aqrar-
sənaye ölkəsinə çevrildi, Azərbaycanda Stalin modeli əsasında totalitar sosializm cəmiyyəti quruldu,
hakimiyyət vahid bir partiyanın əlində cəmləşdi, ölkədə bazar iqtisadiyyatına son qoyuldu
1920-ci illərin II yarısı Azərbaycanda xalq təsərrüfatının bütün sahələrinin sosialistcəsinə yenidən qurulmasına başlanılması.
Sosialistcəsinə yenidənqurmaların başlıca istiqamətlərini sosialist sənayeləşdirilməsi, kənd təsərrüfatlarının
kollektivləşdirilməsi, bolşevik idealogiyasına xidmət edən mədəni quruculuq, kommunist partiyasının
bölünməz və şəriksiz ağalığının təmin olunması, planlaşmada və idarəçilikdə sərt mərkəzləşmə sahələri təşkil
edirdi
1926 Azərbaycanda YİS prinsiplərindən imtina olunması və iqtisadiyyətda inzibati amirlik metodlarının tətbiq
edilməsinə keçilməsi
1926 Bakıda I Ümumittifaq Türkoloji qurultayın keçirilməsi
1926 Bakıda ilk radiostansiyanın fəaliyyətə başlaması
1926 “Qızıl qələmlər” ittifaqının yaradılması
1926 Azərbaycan Kinostudiyasının yaradılması
1927 Azərbaycan mühacirləri tərəfindən “Yeni Qafqaziya” məcmuəsinin dərc edilməsi
1928 Azərbaycan mühacirləri tərəfindən “Azəri Türk” məcmuəsininin dərc edilməsi
1929-1931 Azərbaycan mühacirləri tərəfindən “Odlu Yurd” və “Azərbaycan Yurt Bilgisi” məcmuəsinin dərc edilməsi
1929-1931 Ordubad və Zəngilan rayonlarının bir sıra kəndlərinin Ermənisatan verilməsi və bu ərazidə Mehri rayonu
yaradılması. Naxçıvanla Azərbaycanın digər torpaqları arasında sərhəddin bağlanması
1929 Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun açılması
1929 AÖC-in Dövlət Elmi Tədqiqat İnstitutuna çevirilməsi
1929 Ərəb qrafikalı əlifbadan latın qrafikalı əlifbaya keçilməsi
1929-1930 Azərbaycanda kollektivləşmə siyasətinin həyata keçirilməsi. Kollektivləşməni başa çatdırmaq üçün
kollektivləşmə həftəlikləri təşkil edildi, həftəliklər zamanı kəndlilər kolxozlara zorla yazıldı, qondarma
kolxozlar, kommunalar və artelləri yaradıldı, kolxoza könüllü gəlməyənlər həbs edilərək, “kulaka” salındı,
qolçomaqlara və tərəfdarlarına divan tutuldu. Kollektivləşmədə Azərbaycanda təşkil edilən Maşın Traktor
Stansiyalarının (MTS) mühüm rolu olmuşdu. MTS-lər kənddə dövlətin dayaq nöqtələri, siyasi və texniki
nəzarətçisi idilər
1930-1931 Azərbaycanda kollektivləşmə dalğasının yenidən yüksəlməyə başlaması
1930 Kəndlilərin kütləvi olaraq kolxozlardan çıxmağa başlaması və süni surətdə yaradılan kolxozların dağılması
1930 Kolxoz quruculuğuna qarşı Şəki-Zaqatala mahalında, Şəmkirin Bitdili kəndində, Naxçıvan MSSR-in Keçili
kəndində, Xızı dairəsinin Ağdərə kəndində, Cəbrayıl qəzasının Sirik kəndində üsyanlar baş verməsi
1930 Azərbaycan Tibb İnstitutunun açılması, Politexnik İnstitutunun Neft İnstitutuna çevrilməsi
1931 Azərbaycanda kollektivləşməyə qarşı qaçaq hərəkatı baş verməsi
1931 Azərbaycan Kukla Teatrının yaradılması
1932 Azərbaycan Yazıçılar İttifaqının yaradılması
1932 Azərbaycan Rəssamlar İttifaqının yaradılması
1934 Azərbaycan Bəstəkarlar İttifaqının yaradılması
1934 Sənaye İnstitutu və Xalq Təsərrüfatı İnstitutunun açılması
1934 M.C.Bağırovun Azərbaycan K(b)P MK-in birinci katibliyinə gətirilməsi (1934-1953)
1935 SSRİ EA-nın Azərbaycan şöbəsinin yaradılması
1936 Gənc Tamaşaçılar Teatrının yaradılması
1936 5 dekabr SSRİ-nin ikinci Konstitusiyasının qəbul olunması. Bu Konstitusiyaya əsasən Zaqafqaziya Fedesasiyası (ZSFS)
ləğv olundu və Azərbaycan birbaşa SSRİ-nin tərkibinə daxil edildi. Konstitusiyada vətəndaşlara formal olsa
da, geniş hüquqlar və demokratik azadlıqlar verildiyi təsbit olundu
1937 10 mart Azərbaycan SSR-in ikinci Konstitusiyasının qəbul olunması
1937 Üzeyir Hacıbəyovun “Koroğlu” operasının ilk dəfə tamaşaya qoyulması
1937-1940 Sovet Azərbaycanında kütləvi repressiyalar dövrü
1937 R.Axundov, Ə.Qarayev, S.M.Əfəndiyev, Q.Musabəyov, Q.Vəzirov, D.Bünyadzadə və 29 min adamın “xalq
düşməni” adı ilə güllələnməsi
1938 Musiqili Komediya Teatrının yaradılması
1938 Gəncədə və Şəkidə müəllimlər institutu açılması
1938-1940 Bolşeviklərin çörək dalınca Cənubi Azərbaycandan şimala gələn soydaşlarımızı zorla geri qaytarması –
deportasiya etməsi
1939 Latın qrafikalı əlifbadan kiril qrafikalı əlifbaya keçilməsi
AZƏRBAYCAN SSRİ II DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ
1939 1 sentyabr Almaniyanın Polşa üzərinə hücum etməsi və II Dünya müharibəsinin başlaması
1939-1945 II Dünya müharibəsi dövrü
1940 Əfrasiyab Bədəlbəylinin ilk Azərbaycan baleti olan – “Qız qalası” baletini yazması
1941 mart Hitlerin Bakı neftinin hasilini və daşınmasını “Kontinental neft cəmiyyəti”nə tapşırması
1941 22 iyun Almaniyanın SSRİ-i üzərinə hücum etməsi və Böyük vətən müharibəsinin başlaması
1941-1945 Böyük vətən müharibəsi dövrü
1941 28 iyun Azərbaycanda bütün işlərin müharibənin tələblərinə uyğun qurulmağa başlanması
1941 avqust 402-ci milli diviziyanın təşkil edilməsi. 402-ci diviziya ilk milli diviziya idi. Diviziya Mozdok yaxınlığında
(Qafqazda) döyüşdə fərqlənmiş, şəxsi heyətin çoxunu itidriyinə görə 416-cı diviziya ilə birləşdirilmişdi
1941 oktyabr 223-cü milli diviziyanın təşkil edilməsi. Diviziya Mozdok yaxınlığında döyüşdə fərqlənmiş, Şərqi Avropanın,
xüsusilə Yuqaslaviyanın azad olunmasında iştirak etmiş, Belqrad diviziyası fəxri adını almışdı
1941 dekabr Qafqaz müsəlmanlarından ibarət xüsusi hərbi hissə təşkil olunması haqqında Hitlerin sərəncam imzalaması
1941 dekabr İsrafil Məmmədovun Novqorod yaxınlığında Pustinka kəndi uğrunda gedən döyüşlərdə böyük sücaət
göstərməsi
1941 Fətəlibəyli–Düdənginskinin Hitlerə azərbaycanlılardan ibarət hərbi hissə yaratmaq haqqında müraciət etməsi
1941 M.Ə.Rəsulzadənin Almaniyaya dəvət olunması
1941 Culfa-Mincivan, Salyan-Neftçala, Papanin-Hacıqabul dəmir yolu xəttinin istifadəyə verilməsi
1941 Azərbaycan Opera və Balet Teatrının Təbrizdə ilk qastrol tamaşalara başlaması
1941 H.Əliyevin Naxçıvan MSSR Xalq Daxili İşlər və XKS-in şöbə müdiri işləməyə başlaması
1942 yazı Əhmədiyyə Cəbrayılovun Fransadakı faşist ölüm düşərgəsindən qaçaraq Fransanın azadlıq hərəkatına
qoşulması
1942 may 77-ci milli diviziyanın yenidən kompleksləşdirilməsi. Diviziya Kerç, Rostov, Stavropolun azad edilməsində
iştirak etmiş, Şimferopol diviziyası və Svorov diviziyası fəxri adını almış, “İkinci dərəcəli Svorov ordeni” ilə
təltif edilmiş, Krımın müdafiəsi zamanı şəxsi heyətin çoxunu itirmişdi
1942 avqust-sentyabr 271-ci milli diviziyanın təşkil edilməsi. Diviziya Qafqazdan Berlinədək müharibə yolu keçmiş, “Qorlovka
diviziyası” adını almış, İkinci dərəcəli Svorov odreni ilə təltif edilmişdi
1942 9 sentyabr SSRİ Ali Baş Komandanlığı tərəfindən Azərbaycan SSR-də hərbi vəziyyət elan edilməsi və Bakıda müdafiə
rayonu yaradılması
1942 sentyabr Almanların Cənubi Qafqaza yürüşünün qarşısının alınması
1942 oktyabr 416-ci milli diviziyanın təşkil edilməsi. Diviziya Mozdok yaxınlığında döyüşlərində fərqlənmiş, Berlinin
Brendenburq dararvazasına qələbə bayrağı sancmış, Fəxri “Taqanqor” diviziyası adını daşımış, “İkinci dərəcəli
Svorov ordeni” ilə təltif edilmişdi
1942 402-ci milli diviziyanın 416-cı milli diviziya ilə birləşdirilməsi
1942 dekabr Sovet rəhbərliyinin yerli əhalini zorla Mərkəzi Asiya və Qazağıstana köçürmək haqqında plan hazırlaması
1942 dekabr Nəcəf Əjdərovun Oroyl şəhəri üzərində qələbə bayrağı sancması
1942 22 dekabr Həzi Aslanovun Stalinqrad döyüşlərində igidliyinə görə birinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq
görülməsi
1942 Hadı Qiyasbəyov və Mirzəxan Məmmədovun Polşada faşist hərbi düşərgəsində gizli təşkilat yaratması
1942 Polkovnik Ələkbər Əliyevin “Dyadya Kolya” partizan birləşməsinə qərargah rəisi təyin olunması
1942 Almaniyada Qafqaz müsəlmanlarından ibarət hərbi birləşmələr təşkil olunması
1942-1943 Almanların Bakı səmasına soxulmaq cəhdlərinin qarşısının alınması
1943 Azad türk diviziyasının yaradılması və azərbaycanlılardan təşkil olunmuş legionun onun tərkibinə daxil
edilməsi
1943 yazı Berlində Fətəlibəyli-Düdənginskinin başçılığı ilə Milli Azərbaycan Komitəsinin təşkil olunması
1943 payızı Berlində mühacir Azərbaycan Parlamentinin və hökumətinin yaradılması. Alman hökumətinin mühacir
Azərbaycan hökumətini tanıması
1943-1944 sonları Berlində mühacir Azərbaycan hökumətinin fəaliyyət göstərməsi
1943 6 noyabr Berlində azərbaycanlıların milli qurultayının keçirilməsi
1943 payızı Azərbaycanda Respublika Yardım komitəsinin yaradılması. Komitənin yaradılmasında məqsəd 1943-1944-cü
illərdə işğaldan azad edilmiş rayonlarda təsərrüfatın bərpasına kömək etək idi
1943 Ə.Əzimzadə, İ.Axundov və M.Rəhmanzadənin rəsim əsərlərinin Moskvada Tretyakov Qalereyasında nümayiş
etdirilməsi
1944 14 aprel SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Cənubi Qafqaz Müsəlmanlarının Ruhani İdarəsinin yaradılması.
İlk sədri Şeyxülislam Ağa Əlizadə olan bu qurum çıxışlarında xalqı vətənə sədaqətlə xidmət etməyə çağırırdı
1944 iyun Həzi Aslanovun tank briqadasının Pleşşentsi şəhərini azad etməsi və ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adını
almaq üçün hökümətə fərman təqdin edilməsi (lakin bu fərman 1991-ci ildə imzalanmışdı)
1944 Ələkbər Əliyevin Suvorov adına partizan dəstəsinə komandir təyin edilməsi
1944 Mehdi Hüseynzadənin həlak olması
1944 Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində işəməyə başlaması
1945 24 yanvar Həzi Aslanovun döyüş əməliyyatları getməyən bir yerdə müəmmalı şəkildə həlak olması
1945 fevral 416-cı Azərbaycan diviziyasının Oder çayı sahilinə çıxaraq Berlin üzərinə yeriməsi
1945 mart Azərbaycan SSR Elmlər Akademiyasının təşkil olunması
1945 2 may Azərbaycan döyüşçülərinin Berlinin Bundenburq darvazası üzərinə qələbə bayrağı sancması
1945-1954 Fətəlibəyli-Dübənginskinin “Azadlıq” radiosunda Azərbaycan şöbəsinin redaktoru işləməsi
1945 8 may Almaniyanın danışıqsız təslim aktını imzalayaraq II Dünya müharibəsindən çıxması
1945 2 sentyabr II Dünya müharibəsinin başa çatması
CƏNUBİ AZƏRBAYCAN II DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ
1941-1946 Cənubi Azərbaycanda demokratik və milli azadlıq hərəkatı baş verməsi. Bu dövrdə İranda və Cənubi
Azərbaycanda demokratik hərəkatın canlanmasına səbəb Rza şahın hərbi-polis rejiminin iflasa uğraması,
Şimali Azərbaycandan sovet qoşunlarının tərkibində Cənubi Azərbaycana göndərilmiş ziyalıların, mədəniyyət
xadimlərinin əhali arasında apardığı mədəni-kütləvi tədbirlər olmuşdu
1941-1945 Cənubi Azərbaycanda demokratik hərəkatın birinci mərhələsi. Bu mərhələdə dərketmə, milli şüur inkişaf edi və
xalq kütlələri ana dilində yazıb-oxumağa başladı
1941 25 avqust SSRİ və Böyük Britaniyanın İrana qoşun yeridərək Cənubi Azərbaycanı tutması
1941 29 sentyabr Tehranda İran Xalq Partiyasının Azərbaycan təşkilatlarının təşəbbüsü ilə müxtəlif ictimai-siyasi birliklərin
yaradılması. Onlardan “Azərbaycan cəmiyyəti” və “Azərbaycan zəhmətkeşlər təşkilatı” xüsusilə fərqlənirdi
1941 Rza şahın hakimiyyətdən getməsi
1941-1979 Məhəmməd Rza şahın İranda hakimiyyəti
1942 dekabr ABŞ-ın İrana qoşun yeritməsi
1945-1946 Cənubi Azərbaycanda demokratik hərəkatın ikinci mərhələsi. Hərəkatın ikinci mərhələsi Milli Hökumətin
yaranması və fəaliyyəti ilə xarakterikdi. Ümumiyyətlə bu mərhələdə Azərbaycan Demokratik Firqəsi, silahlı
fədai dəstələri yaradıldı, Azərbaycan dilində “Azərbaycan” qəzeti nəşrə başladı, ADF təsisçilərinin ilk
konfransı və birinci qurultayı keçirildi, Azərbaycan Xalq Konqresi (Müəssisələr Məclisi) çağırıldı, Milli
Məclisə seçkilər keçirildi, Təbriz universiteti təsis olundu, Milli mədəniyyətin tərəqqisinə möhkəm zəmin
yarandı, dil haqqında qanun, aqrar qanun və əmək haqqında qanun qəbul edildi
1945 iyun-sentyabr Cənubi Azərbaycanın bir sıra yerlərində silahlı fədai dəstələri yaradılması
1945 3 sentyabr Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Demokratik Firqəsinin (ADF) yaradılması. ADF yaradılması
haqqında verdiyi bəyanatda partiyanın proqram prinsipləri izah edilir, Demokratik İran tərkibinə Azərbacjana
inzibati-təsərrüfat, mədəni muxtariyyət verilməsi tədbirləri irəli sürülürdü. Bəyanatda həmçinin, milli
həmrəylik əldə edilməsini nəzərdə tutulur, cəmiyyətin bütün üzvlərinin xeyrinə təkamül yolu ilə sosial-iqtisadi
islahatlar keçirilməsi tələb olunur, milliyyətindən və dinindən asılı olmayaraq, Azərbaycanda yaşayanların
hamısı üçün hüquq bərabərliyini təmin edilməsi bildirilir, İranın siyasi həyatının demokratikləşdirilməsi irəli
sürülürdü. Tərkibi fəhlə, kəndli, ziyalı, xərda və orta sahibkarlar və bəzi mülkədarlardan ibarət olan ADF-nin
yaranmasında məqsəd mürtəce qüvvələrin hücumlarının qarşısını almaq idi
1945 5 sentyabr ADF-nin orqanı olan “Azərbaycan” qəzetinin nəşrə olunmağa başlanması
1945 13 sentyabr ADF-in təsisçilərinin ilk konfransının keçirilməsi. Konfrans tərkibi 11 nəfərdən ibarət olan Müvəqqəti komitə
seçdi və ən qısa müddətdə partiyanın birinci qurultayının çağırılması qərara aldı
1945 2-4 oktyabr ADF-nin birinci qurultayının keçirilməsi. ADF-nin birinci qurultayı başda S.C.Pişəvəri olmaqla, partiyanın
Mərkəzi Komitəsini seçdi və dinc yolla siyasi mübarizəni davam etdirməyə yönəlmiş konkret fəaliyyətə
başlanıldı, 1945-ci il 3 sentyabr tarixli bəyanatının əsas müddəaları partiyanın proqram və nizamnaməsi kimi
qəbul etdi
1945 21 noyabr Azərbaycan Xalq Konqresinin çağırılması və özünü Müəssisələr Məclisi elan etməsi. Müəssisələr Məclisi
ümumi seçkilər yolu ilə Azərbaycan Milli Məclisinin çağırılmasını və Milli Hökumətin yaradılmasını istəyirdi
1945 27 noyabr-1 dekabr Cənubi Azərbaycanda Milli Məclisə seçkilər keçirilməsi
1945 12 dekabr 21 Azər hərəkatı. Seyid Cəfər Pişəvərinin başçılığı ilə Milli Hökumətin yaradılması. Bu dövrdə İranın hakim
dairələrinin Milli Hökumətin yaradılmasının qarşısını ala bilməməsinin səbəbi Sovet hərbi hissələrinin hələ
İranda olması idi. Belə ki, Sovet hərbi birləşmələri Cənubi Azərbaycanda hərəkat üçün qaranat rolunu
oynayırdı
1945 12 dek–1946 12 dek Milli hökumətin fəaliyyət dövrü. Milli hökumət fəaliyyəti dövründə Milli Məclis inzibati-ərazi orqanları
yaratmaq məqsədilə vilayət, mahal, şəhər, qəsəbə və kənd əncümənlarə seçkilər haqqında qanun qəbul etdi,
yerli əncümənlərə seçkilər keçirildi, dil haqqında qanun, aqrar qanun və əmək haqqında qanun qəbul edildi.
Bundan başqa hökumət və Milli Məclis Azərbaycanda sənaye, ticarət və maliyyənin inkişafına, vergi
sisteminin təkmilləşdirilməsinə yönəldilmiş bir sıra başqa qanun və fərmanlar verdi, ana dilində dərsliklər
yazıldı, müxtəlif ədəbiyyat, qəzet və jurnallar nəşr edildi, onlarca yeni məktəblər, kitabxana və qiraətxanalar
açıldı, müxtəlif təşkilat , birlik və muzeylər yaradıldı, Təbriz universiteti təsis olundu
1945 dekabr Milli Məclisin vilayət, mahal, şəhər, qəsəbə və kənd əncümənlarinə seçkilər haqqında qanun qəbul etməsi
1946 yanvar İran hökumətinə başçılıq edən Əhməd Qəvam (Qəvalmüssəltənə) hökumətinin Milli Hökumətlə danışıqlara
başlaması
1946 yanvar-fevral Cənubi Azərbaycanda yerli əncümənlərə seçkilər keçirilməsi və hökumətin müvafiq strukturlarının yaradılması
1946 16 yanvar Milli Hökumətin dil haqqında qanun qəbul etməsi. Bu qanunda “Azərbaycan dili” Azərbaycan ərazisində rəsmi
dövlət dili elan edildi. Bununla yanaşı Azərbaycanda yaşayan milli azlıqların öz dillərində təhsil almaq hüququ
saxlanılırdı
1946 fevral Milli Hökumətin aqrar qanun qəbul etməsi. Aqrar qanuna əsasən “xalisə”, dövlət mülkiyyətində olan torpaqlar,
habelə Azərbaycandan qaçmış və ona qarşı mübarizəni davam etdirən mülkədar və sahibkarların torpaqları
kəndlilər arasında bölüşdürüldü
1946 8 may BMT-nin tələbi ilə Sovet hökumətinin hərbi hissələrini İrandan çıxarılması
1946 12 may Milli Hökumətin “Əmək haqqında qanun” qəbul etməsi
1946 iyun Milli Hökumət tərəfindən Təbriz universitetinin təsis edilməsi
1946 iyun İranın Qəvalmüssəltənə hökumətinin Milli Hökumətlə müqavilə bağlaması
1946 12 dekabr İran qoşunlarının Təbrizdə daxil olması. Cənubi Azərbaycanda Milli hərəkatın məğlub olması. Cənubi
Azərbaycan Milli hərəkatının məğlub olmasının səbəbi İran hökumətinin silahlı qüvvələrinin üstünlüyü, ABŞ,
İngiltərə və Sovet hökumətinin İrandakı siyasəti idi. Hərəkatın məğlubiyyətə uğramasına baxmayaraq böyük
əhəmiyyəti oldu, xalqda öz milli varlığı, tarixi və mədəniyyəti ideyasını möhkəmlətdi və gələcək mübarizə
üçün zəmin yaratdı
1947 12 iyun S.C.Pişəvərinin müəmmalı şəkildə Şimali Azərbaycanda avtomobil qəzasında həlak olması
AZƏRBAYCAN SSRİ II DÜNYA MÜHARİBƏSİNDƏN SONRAKI DÖVRDƏ (1945-1980-Cİ İLLƏRDƏ)
1945 Ümumtəhsil məktəblərində buraxılış imtahanları müəyyən olunması. Ən yaxşı oxuyan şagirdlər üçün qızıl və
gümüş medalların təsis edilməsi.
1945 Rejissor R.Təhmasib tərəfindən “Arşın mal alan” filminin çəkilməsi və Azərbaycan kinosunun ilk dəfə dünya
ekranına çıxarılması.
1945 A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda gizli “Qarabağ komitəsi” adlı təşkilatın yaradılması.
1945 payız Ermənistan rəhbərliyi tərəfindən Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi məsələsinin
qaldırılması.
1945-1954 Sumqayıt Kimya, Boru prokatı və “Sintetik kauçuk zavodlarının inşa edilməsi.
1945-1950-ci illər Azərbaycanda Sovet rejiminə qarşı Gülhüseyn Hüseynoğlu, İsmixan Rəhimov və Hacı Zeynalovun başçılığı ilə
“İldırım” adlı gənclər təşkilatı yaradılması. Təşkilat müstəqil Azərbaycan Respublikasını bərpa etmək ideyasını
yaymağa cəhd göstərmiş, Azərbaycan (türk) dilinin sıxışdırılmasına qarşı etiraz etmişdi.
1946 oktyabr Moskvanın xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi haqqında qərar qəbul etməsi. Bu köçürülmə
azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması hesabına həyata keçirilməli idi.
1947 Ölkədə kartoçka sisteminin ləğv edilməsi.
1947-1952 SSR-də istehlak mallarının satış qiymətinin aşağı endirilməsi.
1947 23 dekabr “Ermənistan SSR-də kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür–Araz ovalığına
köçürülməsi haqqında” qərar qəbul edilməsi. Bu qərara əsasən 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min
nəfər “könüllülük prinsipinə əsasən” Azərbaycana köçürülməli idi.
1948 10 mart “Ermənistan SSR-də kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür–Araz ovalığına
köçürülməsi haqqında” qərarı həyata keçirmək üçün tədbirlər planı müəyyən edilməsi.
1948-1953 Ermənistan SSRİ-dən azərbaycanlıların bir hissəsinin departasiya edilməsi.
1948 Dünyada ilk dəfə Azərbaycanda açıq dənizdə neft – mədən estakadaları qurulması.
1948 Azərbaycanda məhsul istehsalının müharibədən əvvəlki səviyyəyə çatdırılması.
1949 7 noyabr Neft daşlarında ilk dəfə açıq dənizdə neft quyusu fontan vurması.
1949 Azərbaycan SSRİ-də icbari yeddillik təhsilə keçilməsi.
1949 H.Hüseynovun “XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” əsərinin nəşr edilməsi.
1949 M.Ə.Rəsulzadənin Ankarada “Azərbaycan Kültür dərnəyi”ni yaratması. Dərnəyin əsas məqsədi xalqı
maarifləndirmək idi.
1951 Qaradağ sement zavodunun tikilib istifadəyə verilməsi.
1953 5 mart Sov.İKR MK-nın birinci katibi İ.V.Stalinin vəfat etməsi.
1953 iyul M.C.Bağırovun vəzifəsindən azad edilərək “Kuybışevneft” birliyinə rəis müavini göndərilməsi.
1953 sentyabr N.S.Xruşşovun Sov.İKR MK-nın birinci katibi seçilməsi. N.S.Xruşşov hakimiyyəti ələ keçirdikdən sonra
inzibati-amirlik idarə sistemini, represiyaları və.b neqativ halları Stalinin adı ilə bağlayaraq onun şəxsiyyətinə
pərəstişi tənqid etdi, M.C.Bağırovun dövründə Azərbaycanda güc orqanlarına rəhbərlik etmiş Y.Sumbatov-
Topuridze, X.Qriqoryan, R.Markaryan və.b güllələnməyə məhkum olundular.
1953 Yeni Bakı Neftayırma zavodunun işə salınması.
1954-1959 İmam Mustafayevin Azərbaycan KP MK-in birinci katibi işləməsi. İmam Mustafayevin hakimiyyəti dövründə
xalqın vəziyyətini yaxşılaşdırmaq və hücumlardan qorunmaq üçün səylər göstərdi, Respublikanın iqtidadi
müstəqilliyinin təmin olunmasına çalışdı, sənayenin sürətli inkişafı nəticəsində Bakıda azərbaycanlıların sayı
xeyli artması və demoqrafik vəziyyətin dəyişməsi N.S. Xuruşovun beynəlmilər şəhər olan Bakını
Azərbaycanın tərkibindən çıxarıb birbaşa Moskvaya tabe etmək planını pozdu, Azərbaycan SSRİ Ali Sovetinin
sessiyasında Azərbaycan dili haqqında xüsusi qərar qəbul edildi, Azərbaycan dilini rəsmi dövlət dili statusunun
təmin olunmasına çalışıldı, Respublikanın dövlət idarələrində Azərbaycan dilinin tətbiqi üçün real addımlar
atıldı, məhkəmə quruculuğu, mülki, cinayət və məhkəmə məcəlləsinin qəbulu Respublikanın ixtiyarına
verildi.
1954 Daşkəsəndə dəmir filizi üçün saflaşdırma kombinatının tikilib istifadəyə verilməsi.
1954 Abşeron RDES və Mingəçevir SES-in tikilib istifadəyə verilməsi.
1956 K(b)P-nın XX qurultayının keçirilməsi. Qurultayda “demokratiyanın dərinləşdirilməsi” üçün tədbirlər
müəyyən olundu, Stalinin yaxın adamları vəzifədən uzaqlaşdırıldı və sovet hökuməti totalitar rejimin
yumşaldılması üçün cəhdlər göstərdi.
1956 aprel M.C.Bağırovun və onun əlaltılarının xalq düşməni kimi ölüm cəzasına məhkum edilməsi.
1956 14 fevral Azərbaycan televiziyasının fəaliyyətə başlaması.
1956 may Məhkəmə quruculuğu, mülki və cinayət məcəlləsinin qəbulunun Respublikanın ixtiyarına verilməsi.
1956 avqust Azərbaycan SSRİ Ali Sovetinin sessiyasında Azərbaycan dili haqqında xüsusi qərar qəbul edilməsi.
1956 Rejissor H.Seyidzadə tərəfindən “O olmasın, bu olsun” filminin ekranlaşdırılması.
1957 Mehdi Hüseynzadənin Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi.
1958 Rejissor T.Tağızadə tərəfindən “Uzaq sahillərdə” filminin çəkilməsi.
1958 Bütün ermənilərin katalikosu II Vazgenin Bakıya səfər etməsi. II Vazgen Bakıya gələrkən Dağlıq Qarabağın
Ermənistana verilməsi, Bakıda erməni ruhani seminariyasının açılması və Bakıdakı erməni kilsəsindən hər
səhər zəng vurulması təklifləri ilə çıxış etdi. Lakin rədd cavabı aldı.
1958 Maşın Traktor Stansiyalarının (MTS-lərin) ləğv edilməsi.
1958-1966 Gəncə Alüminium, Mingəçevir kabel, Bakı poladəritmə, soyuducuları və şin zavodunun, Sumqayıt superfosfat
və kimya kombinatının tikilib istifadəyə verilməsi.
1959 Azərbaycan SSRİ-də icbari səkkizillik təhsilə keçilməsi.
1959 Şuşada Ü.Hacıbəyovun və Xızıda C.Cabbarlının ev muzeylərinin açılması.
1950-ci illər Sovet Azərbaycanının repressiyaya məruz qalan yüzlərlə azərbaycanlıya bəraət verilməsi. İ.V.Stalinin
ölmündən sonra Sovet hökuməti pepressiyaya məruz qalmış azrəbaycanlılara bəraət verilsə də, lakin, minlərələ
siyasi dustağa və 20-30-cu illərdə xaricə mühacirət etməyə məcbur olanlara bərait verilmədi.
1950-1960-cı illər Bakı ayaqqabı, gön-dəri, mebel fabriklərinin və Gəncə xalça–mahud kombinatının istifadəyə verilməsi.
1950-1960-cı illər Bakıda Şəhriyar adına klubun, Hökumət evinin, Respublika stadionunun, Akademiya şəhərciyinin, Bakı hava
limanının və Dövlət sirkinin tikilib istifadəyə verilməsi.
1959-1969 Vəli Axundovun Azərbaycan K(b)P MK-nın birinci katibi işləməsi.
1961 Azərbaycanda Qaz emalı zavodunun işə salınması.
1961 Ölkədə pul islahatı keçirilməsi.
1962 “Milli Azərbaycan Qərargahı”adlı təşkilatın yaradılması.
1962 Bakı-Krasnovodsk gəmi-bərə yolunun istifadəyə verilməsi.
1962 “Kirpi” jurnalının nəşr olunmağa başlanması.
1964 H.Əliyevin Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini seçilməsi.
1965 Uydurma “erməni soyqırımı”nın 50 illiyinin qeyd edilməsi.
1966 Ölkədə məcburi onillik təhsilə keçilməsi.
1967 H.Əliyevin Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi.
1967 Yevlax-Bərdə-Ağdam dəmir yolunun işə düşməsi.
1967 Bakı metropoliteninin ilk 6 stansiyasının istifadəyə verilməsi.
1967 “Ulduz” jurnalının nəşr olunmağa başlanması.
1967 Xankəndində bir neçə nəfər azərbaycanlının qətlə yetirilməsi.
1969 “Qobustan” incəsənət toplusunun nəşr olunması.
1969 7 may Azərbaycan SSR Ali Sovetinin rəyasət heyətinin sərhəd rayonlarında 2 min hektardan çox Azərbaycan
torpağının Ermənistana verilməsi haqqında 5 may 1938-ci il qərarı təsdiq etməsi. Lakin H.Əliyevin
respublikada hakimiyyətə gəlməsi bu qərarın icrasına imkan vermədi.
1969 iyul Heydər Əliyevin Azərbaycan SSR-də hakimiyyətə gəlməsi. H.Əliyev hakimiyyətə gələn kimi Respublikanın
soiasi-sosial-iqtisadi və mədəni həyatını dərindən təhlil etdi, ciddi nöqsanları göstərdi, nöqsanların aradan
qaldırılması yollarını müəyyənləşdirdi, ölkədə mənəvi-psixoloji iqlimin və əmək intizamının
möhkəmləndirilməsi zərurətini irəli sürdü, Respublikada idarəçiliyi gücləndirdi və milli dirçəliş siyasəti yeritdi,
kadrlara qarşı tələbkarlıq, tapşırılan iş üçün məsuliyyət artırıldı, rüşvətxorluğa və korrupsiyaya qarşı ciddi
mübarizəyə başlanıldı.
1969-1982 Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi işləməsi. H.Əliyevin dövründə təsərrüfatda mühüm
irəlləyişlər baş verdi, neft sənayesində tənəzzülü aradan qaldırmaq üçün tədbirlər həyata keçirildi, idarəçilik
sistemi təkmilləşdirildi, Azərbaycanın dünyada və SSRİ-də mövqeyi yüksəldi, milli və iqtisadi dirçəliş
başlandı, mədəniyyətin inkişafına qayğı artdı, 250-dən çox zavod, fabrik, tikildi, 630 min yeni iş yeri açıldı,
ermənilərin DQMV-nə iddialarının və onların açıx çıxışların qarşısı alındı.
1969 5 avqust Heydər Əliyevin islahatlar platformasını irəli sürməsi.
1960 sonları Əbülfəz Əliyevin rəhbəriliyi ilə ADU-nun bir qrup tələbəsinin gənclər arasında siyasi-təbliğat işi aparması.
Onlar Azərbaycan dilinin sıxışdırılmasını, kargüzarlıq işlərinin rus dilində aparılmasını, Azərbaycanın xammal
bazasına çevrilməsini və.b məsələləri pisləyirdi.
1970 Bakıda “Sovet Türkologiyası” jurnalının çap olunmağa başlanması.
1971 C.Naxçıvanski adına Respublika orta ixtisaslaşdırılmış internat məktəbinin açılması.
1971 Naxçıvan MSSR-də Araz SES-in tikilib istifadəyə verilməsi.
1971 sentyabr Kür su kəmərinin işə salınması və Kür suyunun Bakıya gətirilməsi.
1973 Xankəndində Azərbaycan Pedoqoji İnstitutunun filialı əsasənda müstəqil pedoqoji institut açılması.
1975 Bakı-Böyük Kəsik və Bakı-Yalama xətlərinin elekrikləşdirilməsinin başa çatması.
1975 Bakıda Məişət Kondisionerlər zavodunun tikilib istifadəyə verilməsi.
1975 Tərtər SES-in tikilib istifadəyə verilməsi.
1976 H.Əliyevin Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçilməsi.
1976-1987 “Azərbaycan Sovet Ensiklopediyası”nın nəşr olunması.
1977 Ermənilərin Dağlıq Qarabağ məsələsini yenidən qaldırmaq cəhdinin qarşısının alınması.
1978 Üçüncü Azərbaycan SSR və Naxçıvan MSSR-in Konstitutsiyasının qəbul edilməsi. Bu Konstitusiyasında
Azərbaycan dilinin dövlət dili olması öz əksini tapdı.
1979 Ağdamdan Şuşaya dəmir yolu çəkilməsi.
1979 DQMV-də Əsgərov rayonunun təşkil olunması.
1970-ci illər Xəzər dənizində sualtı neft kəməri çəkilməsi. Azərbaycan neft maşınqayırma sahəsində ABŞ-dan donra
dünyada ikinci yerə çıxması. Cənubi Qafqazda ən iri poladtökmə zavodunun Bakıda tikilib istifadəyə
verilməsi. Bakı Sumqayıt və Mingəçevirdə evtikmə kombinatları, Sumqayıtda şüşə zavodu, Ələt ağac emalı
kombinatı müəssisələrinin tikilib istifadəyə verilməsi.
1970-ci illər Dəniz vağzalı, Respublika sarayı və “Moskva” mehmanxanasının tikilib istifadəyə verilməsi.
1970-1980-ci illər “Yeddi oğul istərəm” (rejissor T.Tağızadə), “Nəsimi” (rejissor H.Seyidbəyli), “Babək” (rejissor E.Quliyev),
“İstintaq” (rejissor R.Ocaqov), “Dədə Qorqud” (rejissor T.Tağızadə), “Yaramaz” (rejissor V.Mustafazadə)
filmlərinin çəkilməsi.
1981-1984 Şəmkir SES-in işə salınması.
1982 Hüseyn Cavidin nəşinin İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edilməsi.
1982 Sabirabadda iri su təchizatı kompleksinin istifadəyə verilməsi.
1982 dekabr H.Əliyevin Sov.İKP MK Siyasi Bürosuna üzv seçilməsi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin
edilməsi.
1982-1988 K.Bağırovun Azərbaycan SSR KP MK-nın birinci katibi işləməsi.
1983 Bakı-Qroznı neft kəmərinin istifadəyə verilməsi. Bakı-Qroznı neft kəmərinin istifadəyə verilməsi nəticəsində
Azərbaycan SSRİ-nin vahid neft kəmərinə qoşuldu və Sibir nefti emal olunmaq üçün Bakıya axmağa başladı.
1985 Dərin Dəniz özülləri zavodunun tikilib istifadəyə verilməsi.
1985 Bakı-Aktau (Şevçenko) bərə yolunun işə salınması.
1987 H.Əliyevin Moskvada öz vəzifəsindən istefa verməsi
1985-1991 M.Qarbaçovun SSRİ K(b)P MK birinci katibi işləməsi.
1985-1987 SSRİ-də “sürətləndirmə konsepsiyası” və “Yenidənqurma” xətti irəli sürülməsi.
1980 ikinci yarısı Bütün Sovet imperiyasında alkoqolizmə qarşı mübarizə kampaniyası həyata keçirilməsi.
1987 Bakıda Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyinin fəaliyyətə başlaması.
1980-ci illər Gülüstan sarayı, Yeni zoopark və Örtülü idman kompleksinin tikilib istifadəyə verilməsi.
CƏNUBİ AZƏRBAYCAN 1978-1979-CU İLLƏR İRAN İSLAM İNQİLABI VƏ ONDAN SONRAKI DÖVRDƏ
1977 12 dekabr Təbrizdə Milli hökumətin yaranmasının il dönümü münasibəti ilə İranda ən iri tələbə çıxışı baş verməsi.
1978 9 yanvar Qum şəhərində nümayiş keçirilməsi. Nümayişçilər Konstitusiya prinsiplərinə riayət olunması və İranda şahlıq
idarə üsulunun ləğv edilməsi tələblərini irəli sürürdülər.
1978 18 fevral Qumdakı hadisələrinin 40-cı günü, Təbrizdə mövcud quruluşa qarşı izdihamlı mitinq keçirilməsi. “29
Bəhmən” inqilabının başlanması. Təbriz üsyanı müəyyən əhəmiyyətə malik idi. Belə ki Təbriz üsyanı Pəhləvi
monorxiyasına, Məhəmməd Rza şah rejiminə qarşı xalqın nifrətini üzə çıxardı, pəhləvi monorxiyasına zərbə
vuran ilk xalq çıxışı oldu, inqilab dövründə şah rejiminə qarşı tələblər və “şaha ölüm” şüarı kəskin şəkildə ilk
dəfə Təbrizdə irəli sürüldü, Təbriz üsyanından sonra Tehran, İsfahan, Məşhəd, Qum, Zəncan və.b şəhərlərdə
ilk çıxıçlar baş verdi, üsyan İranda inqilabın geniş vüsət almasında həlledici rol oynadı.
1978-1979 İran İslam inqilabı dövrü. İnqilab nəticəsində İranda Məhəmməd Rza şahın hakimiyyəti və pəhləvi monarxiyası
devirildi, İran İslam Respublikası elan olundu.
1978 19 fevral Təbriz üsyanının hökumət tərəfindən yatırılması.
1978 2 sentyabr İran İslam inqilabının ikinci mərhələsinin başlanması. Ölkənin bütün sosial təbəqələrinin hərəkata qoşulması,
müxtəlif siyasi qrupların fəaliyyətlərini daha da genişləndirməsi, sənaye fəhlələrinin ən çox mərkəzləşdiyi
Tehran, İsfahan, və Təbrizdə hərəkatın daha geniş miqyas alması inqilabın bu mərhələsinin əsas səciyyəvi
cəhətlərini təşkil edir.
1978 7 sentyabr İranda üsyanların kütləvi xarakter alması və ölkədə hərbi vəziyyət elan olunması.
1978 8 sentyabr İranda nümayiş iştirakçılarının gülləbaran edilməsi - “Qanlı cümə günü” hadisəsinin baş verməsi.
1978 noyabr İranda neft sənayesi fəhlələrinin həftəlik çıxışlara başlaması.
1978 dekabr - 1979 fevral Neft sənayesi fəhlələrinin fasiləsiz ümumi tətillər keçirməsi. Ümumi tətillər nəticəsində şah hakimiyyətinə ağır
zərbə vuruldu və inqilabın taleyi həll olundu.
1979 16 yanvar Məhəmməd Rza şahın İrandan qaçması.
1979 11 fevral Tehran üsyanı. İran inqilabının qələbə qazanması.
1979 16 fevral İran inqilabının Cənubi Azərbaycanda başa çatması.
1979 1 aprel İran İslam Respublikasının elan olunması.
1980-1988 İran-İraq müharibəsi.
1981 sentyabr İran İslam Məclisinin torpaq islahatı haqqında qanun qəbul etməsi.
1980 sonu-1990 əvvəli Cənubi Azərbaycanın milli təfəkküründə yeni canlanma baş verməsi. Bu canlanmanın səbəbi Sovet-İran
sərhəddində sərhəd qurğularının dağıdılması və Şimali Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması idi.
AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİN BƏRPA OLUNMASI VƏ MÖHKƏMLƏNDİRİLMƏSİ
1988-1990 Ə.Vəzirovun Azərbaycan SSR KP MK-in birinci katibi işləməsi.
1988 yanvar Qərbi Azərbaycanlıların sonuncu deportasiyasının (1988-1991) başlaması. Qafan və Mehri rayonlarından ilk
qaçqınların Azərbaycana pənah gətirməsi.
1988 Respublika rəhbərliyinin Qazax və Gədəbəy rayonlarında minlərlə hektar torpaq sahəsinin Ermənistana
verilməsinə razılıq verməsi.
1988 9 fevral Bakıda ilk etiraz mitinqi keçirilməsi və Azərbaycanda milli-azadlıq – xalq hərəkatının başlaması. Bu dövrdə
Azərbaycanda xalq hərəkatının başlanmasının səbəbi Ermənistanda yaşayan soydaşlarımızın kütləvi şəkildə
deportasiyası və Dağlıq Qarabağda ermənilərin separatçılıq meyillərinə mərkəzin (Moskvanın) xeyr-dua
verməsi idi.
1988 19 fevral İrəvanda azərbaycanlılar əleyhinə mitinqlər keçirirməsi.
1988 20 fevral DQMV xalq deputatları sovetinin “Dağlıq Qarabağı Ermənistana birləşdirmək haqqında qərar” qəbul etməsi və
Dağlıq Qarabağ münaqişəsinin rəsmi olaraq başlaması.
1988 24 fevral Əsgəran rayonunda ermənilərin iki azərbaycanlını qətlə yetirməsi.
1988 28 fevral “Paşa” ləqəbli erməni E.Qriqoryanın Sumqayıtda ilk cinayət törətməsi. Ermənilərin Sumqayıt fitnəkarlığını
törətməsi. Sumqayıt fitnəkarlığını törətməkdə ermənilərin məqsədi azərbaycanlıları Ermənistandan birdəfəlik
çıxartmaq və azərbaycanlılara qarşı dünyada mənfi ictimai rəy yaratmaq idi.
1988 15 iyun Ermənistan SSRİ Ali Sovetinin “DQMV xalq deputatları sovetinin Ermənistana birləşdirmək haqqında”
qərarına razılıq verməsi.
1988 sentyabr Ermənilərin Xankəndi, Xocalı və Qubadlı rayonunun sərhəd kəndlərinə basqınlar etməyə başlaması.
1988 15-16 noyabr Şuşanın Topxana meşəsində ermənilərin sənaye obyekti tikməsinə etiraz olaraq Bakıda mitinqlər keçirilməsi.
1988 17 noyabr Xalq hərəkatının ən yüksək mərhələsinin başlaması. Milli Dirçəliş günü. “Azadlıq” meydanındakı bu mitinqdə
ilk dəfə “Suverenlik” və “Azadlıq” çağırışları səsləndi, AXC-nin üçrəngli bayrağı qaldırıldı, həmçinin
hökumətdən Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması üçün tədbir görülməsi tələb olundu.
1988 17 noyabr - 4 dekabr Meydan hərəkatı dövrü.
1988 11 dekabr Azərbaycandan Ermənistana zəlzələ zonasına köməyə gedən İl-76 təyyarəsinin ermənilər tərəfindən vurulması.
1989 Azərbaycanda ilk dəfə çoxmandatlı sistem əsasında xalq deputatları seçkiləri keçirilməsi.
1989 12 yanvar SSRİ Ali Soveti Rəyasət Heyətinin “Azərbaycan SSR-in DQMV-də xüsusi idarəçilik formasının tətbiqi
haqqında” qərar qəbul etməsi.
1989.I.12- 1989.IX.28 DQMV-də Xüsusi İdarə Komitəsinin (XİK) mövcud olması.
1989 16 iyun Bakıda AXC-nin təsis konfransının keçirilməsi. Konfransın qərarına əsasən AXC-nin proqramı və
nizamnaməsi qəbul edildi, Əbulfəz Əliyev isə AXC-nin sədri seçildi.
1989 iyul Xankəndinin (Stepanakertin) 14 min nəfərlik bütün azərbaycanlı əhalisinin şəhərdən çıxarılması.
1989 23 sentyabr “Azərbaycan SSRİ-nin suverenliyi haqqında” Konstitusiya Qanununun qəbul edilməsi.
1989 1 dekabr Ermənistan SSRİ AS-in “Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında qərar” qəbul etməsi.
1989 30 dekabr Gəncə şəhərinin tarixi adının bərpa edilməsi.
1989 31 dekabr Naxçıvan MSSR-də, Biləsuvar və Cəlilabad rayonlarında Sovet–İran sərhəd qurğularının dağıdılması.
1990 12 yanvar AXC tərəfindən Milli Müdafiə Şurası (MMŞ) yaradılması. MMŞ yaradılmasında məqsədi AXC
özünümüdafiə qüvvələrini birləşdirmək və erməni hücumlarının qarşısını almaq idi.
1990 15 yanvar SSR Ali Soveti Rəyasət Heyətinin “DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması
haqqında” fərman verməsi.
1990 19 yanvar Naxçıvan MSSR-in Ali Sovetinin Muxtar respublikanın SSRİ tərkibindən çıxması haqqında qərar qəbul
etməsi.
1990 19 yanvar SSRİ Ali Soveti Rəyasət Heyətinin “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman
verməsi.
1990 19-20 yanvar Sovet ordusunun Bakıya hücum edərək qanlı qırğın törətməsi. Respublikada 40 günlük ümummilli tətilin
(matəmin) başlanması.
1990 25 yan - 14 sent Ayaz Mütəllibovun Azərbaycan SSR KP MK-in birinci katibi işləməsi.
1990 19 may Azərbaycan Respublikasının prezidenti vəzifəsinin təsis edilməsi
1990 20 iyul H.Əliyevin Moskvadan Bakıya qayıtması.
1990 30 sentyabr H.Əliyevin Azərbaycan SSR və Naxçıvan SSR Ali Sovetinə deputat seçilməsi.
1990 17 noyabr Naxçıvan MR adından “Sovet sosialist” sözünün çıxarılması. Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli
bayrağının Naxçıvan MR-in rəsmi bayrağı kimi qəbul edilməsi. NMR Ali Sovetinin Ali Məclis adlandırılması
və Ali Məclisin 20 yanvar hadisələrinə düzgün siyasi qiymət verməsi.
1991 5 fevral Azərbaycan SSR-in Azərbaycan Respublikası adladırılması və AXC-nin üçrəngli bayrağına dövlət bayrağı
statusu verilməsi.
1991 17 mart SSRİ-nin saxlanması ilə əlaqədar Azərbaycanda referendum keçirilməsiə Referendumda Naxçıvan əhalisinin
iştirak etməkdən imtina etməsi.
1991 8 avqust Ermənistan SSR-də sonuncu azərbaycanlı kəndi olan Nüvədi kəndinin boşaldılması və Qərbi Azərbaycandan
azərbaycanlıların sonuncu deportasiyasının başa çatması.
1991 19-21 avqust Rusiyada Avqust çevrilişi. M.Qarbaçovun razılığı ilə Moskvada dövlət çevrilişinə cəhd edilməsi.
1991 30 avqust “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə”nin qəbul edilməsi.
1991-1994 Birinci Qarabağ müharibəsi dövrü. Qarabağ müharibəsinin səbəbi maraqlı dövlətlərin Azərbaycanda
mənafelərinin toqquşması və Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları idi.
1991 2 sentyabr Ermənilər tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaradılması.
1991 3 sentyabr H.Əliyevin NMR Ali Məclisinin sədri seçilməsi.
1991 8 sentyabr Respublikada ilk prezident seçkiləri keçirilməsi və A.Mütəllibovun prezident seçilməsi.
1991 9 oktyabr “Azərbaycan Milli özünümüdafiə qüvvələri haqqında” qanun qəbul olunması. Qanuna əsasən 1991-ci ilin
noyabrında 22 sərhədyanı bölgədə yerli əhalidən könüllü ərazi özünümüdafiə batalyonları yaradıldı.
1991 3 oktyabr A.Mütəllibov ilə AXC rəhbərliyi arasında Milli Şura yaradılması haqqında razılıq əldə edilməsi.
1991 18 oktyabr “Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi. Prezident
idarəsi, rayonlarda, şəhərlərdə və şəhər rayonlarında icra hakimiyyəti başçısı vəzifəsi yaradılması. Dövlət katibi
və dövlət müşavirləri vəzifələrinin təsis olunması.
1991 20 noyabr Qarakənd faciəsinin baş verməsi.
1991 26 noyabr Azərbaycan Ali Sovetinin demokratik blok nümayəndələrindən və iqtidaryönlü deputatlardan ibarət Milli Şura
yaratması.
1991 26 noyabr Azərbaycan Ali Soveti tərəfindən DQMV-in statusunun ləğv edilməsi.
1991 8 dekabr Belorusiyanın Brest şəhəri yaxınlığındakı “Viskuli” mehmanxanasında Belarusiya, Rusiya Federasiyası və
Ukrayna rəhbərlərinin Müstəqil Dövlətlər Birliyi (MDB) yaradılması haqqında müqavilə bağlaması.
Müqaviləyə əsasən SSRİ-nin beynəlxalq subyekt kimi varlığına son qoyulduğu elan edildi.
1991 Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması.
1991 9 dekabr Azərbaycanın İslam Konfransı Təşkilatına üzv qəbul olunması.
1991 25 dekabr M.Qorbaçovun SSRİ Prezidenti vəzifəsindən istefa verməsi və SSRİ-nin varlığına son qoyulması.
1991 25 dekabr Latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması haqqında qanun qəbul edilməsi.
1991 29 dekabr Azərbaycan Respublikasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında” referendum keçirilməsi.
1991 Rusiya ilə Ermənistan arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə”
bağlanması.
1992 19 yanvar Kərkicahan kəndinin ermənilər tərəfindən işğal olunması.
1992 26 yanvar Azərbaycan ordusunun uğursuz “Daşaltı” əməliyyətı” həyata keçirməsi.
1992 16 fevral Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkitatına üzv qəbul olunması.
1992 fevral Malıbəyli, Quşçular kəndlərini ermənilərin ələ keçirərək Xocalı və Şuşanı mühasirəyə alması.
1992 25-26 fevral Xocalı soyqırımının törədilməsi.
1992 2 mart Azərbaycanın BMT-yə üzv qəbul olunması.
1992 6 mart Prezident A.Mütəllibovun birinci dəfə istefa verməsi.
1992 16 mart R.Qazıyevin Müdafiə naziri vəzifəsini ələ keçirməsi.
1992 24 mart ATƏT-in Minsk Qrupunun yaradılması.
1992 8 may Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunması.
1992 14 may A.Mütəllibovun yenidən hakimiyyətə gətirilməsi.
1992 15 may SSRİ hərbi əmlakının bölüşdürülməsi haqqında Daşkənd müqaviləsinin imzalanması. Daşkənd müqaviləsinə
əsasən Xəzər donanmasının qüvvə və vəsaitinin 25%-i Azərbaycanın payına düşdü, Azərbaycana verilən silah
və hərbi sursat əsasında ordunun təchizatı nisbətən yaxşılaşdı, Respublikada Aviasiya polku yaradıldı.
1992 17-18 may Laçın rayonunun ermənilər tərəfindən işğal olunması və Dağlıq Qarabağ separatçıları ilə Ermənistan arasında
birbaşa əlaqə yaranması.
1992 18 may Müsavat partiyasının lideri İsa Qəmbərin Ali Sovetin sədri seçilməsi.
1992 27 may Azərbaycan Respublikasının Dövlət himninin qəbul edilməsi.
1992 28 may Naxçıvanla Türkiyə arasında Sədərək–Dilucu məntəqəsində “Ümid” körpüsünün açılması.
1992 7 iyun Əbülfəz Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi. AXC-Müsavat cütlüyünün hakimiyyətə
gəlməsi.
1992 iyun Prezident fərmanı ilə vahid komandanlıq haqqında fərman verilməsi.
1992 10 iyul Azərbaycanın Helsinki Müşavirəsinin Yekun Aktına qoşulması və ATƏT-ə üzv qəbul olunması.
1992 yay Azərbaycan ordusunun Ağdərə əməliyyatı nəticəsində Gornaboy bölgəsinin işğal edilmiş torpaqlarının azad
edilməsi. Xocavənd istiqamətində gedən döyüşlərində ermənilərin ciddi itkilərə məruz qalması.
1992 15 avqust Azərbaycan Respublikasının milli valyutası olan manatın ilk dəfə dövriyyəyə buraxılması.
1992 16 oktyabr “91-lərin” H.Əliyevə “Səs”qəzeti vasitəsilə müraciət etməsi. Qurtuluş hərəkatının başlanması.
1992 24 oktyabr ABŞ-ın “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin qəbul edilməsi və Azərbaycana dövlət səviyyəsində hər
cür yardım göstərilməsinə sərt məhdudiyyətlər qoyması.
1992 21 noyabr Naxçıvanda H.Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması və onun Proqram-
Nizamnaməsinin qəbul olunması.
1992 sonu - 1993 əvvəli Ağdərə –Kəlbəcər yolunun ermənilər tərəfindən tutulması.
1993 23 fevral Milli Məclisin Azərbaycan Respublikasının Dövlət gerbini təsdiq etməsi.
1993 3 aprel Kəlbəcər rayonunun ermənilər tərəfindən işğal olunması.
1992 ortaları Türkdilli ölkələrin Mədəniyyət Nazirliklərinin daimi Konseyinin yaradılması.
1993 4 iyun S.Hüseynovun başçılığı ilə 709 saylı hərbi hissənin Gəncədə hərbi qiyam qaldırması.
1993 15 iyun H.Əliyevin Ali Sovetin Sədri seçilməsi. Bu gün Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi daxil oldu.
“Milli Qurtuluş Günü” nəticəsində gələcək faciələrin, ölkədə vətəndaş müharibəsi və separatçılığın qarşısı
alındı, zorakı yolla hakimiyyəti ələ almaq ənənənəsinə son qoyuldu, Azərbaycan ərazisinin parçalanması
təhlükəsi aradan qaldırıldı, Azərbaycanın dövlətçiliyini və müstəqilliyini qoruyub saxlamaq mümkün oldu.
1993 24 iyun Milli Məclisin prezident səlahiyyətlərini H.Əliyevə həvalə etməsi.
1993 18 iyul Əbülfəz Elçibəyin Kələki kəndinə getməsi.
1993 avqust Cənub bölgəsində Ə.Hümbətovun “Talış Muğam Respublikası” yaratmağa çalışması.
1993 avqust Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının ermənilər tərəfindən işğal olunması.
1993 29 avqust Prezident Ə.Elçibəyə etimat haqqında referendum keçirilməsi.
1993 24 sentyabr Azərbaycanın MDB-yə üzv qəbul olunması.
1993 3 oktyabr H.Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi.
1993-1998 H.Əliyevin birinci Prezidentliyi dövrü.
1993 30 oktyabr Zəngilan rayonunun ermənilər tərəfindən işğal olunması.
1993 1 noyabr Prezident fərmanı ilə Dövlət Müdafiə Şurasının yaradılması.
1993 2 noyabr H.Əliyevin televiziya və radio vasitəsilə xalqa müraciət etməsi.
1993 sonları Əks hücumlar nəticəsində Beyləqan istiqamətində hücuma keçən düşmənin geri çəkilməsi.
1993 Türkdilli ölkələrin Mədəniyyət Nazirliklərinin icra qurumu olan TÜRKSOY-un yaradılması.
1993 Ali məktəblərdə iki pilləli (bakalavr və magistr) təhsilə keçilməsi.
1994 əvvəlləri Milli Ordunun hücum əməliyyatı nəticəsində Füzuli rayonunun Horadiz qəsəbəsi və 22 kəndinin, Cəbrayıl və
Kəlbəcər rayonlarının bir sıra yaşayış məntəqələrinin düşməndən azad edilməsi.
1994 əvvəlləri Ağdam və Ağdərə rayonlarının bir neçə yaşayış məntəqəsinin ermənilər tərəfindən işğal edilməsi.
1994 yanvar Milli valyuta olan manatın Respublika ərazisində yeganə ödəniş vasitəsi elan edilməsi.
1994 4 may Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması.
1994 12 may Bişkek protokolunun imzalanması və Ermənistanla Azərbaycan arasında atəşkəs əldə edilməsi.
1994 20 sentyabr “Əsrin müqaviləsi”nin imzalanması. Əsrin müqaviləsinə əsasən 14 ölkənin 30 neft şirkəti ilə 20 neft
müqaviləsi imzalandı, ŞELF-5 qazma qurğusu yenidən qurulub “İstiqlal” adı ilə istifadəyə verildi, “Qurtuluş”
müasir qazma qurğusu işə salındı (2000-ci ildə), “Çıraq” platformasından 120 metr dərinlikdə 176 km-lik neft
kəməri çəkildi, Sanqaçal Terminalı tikildi, çıxarılan neftin Avropa bazarlarına satılması üçün iki - Bakı-
Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan adlı əsas neft kəmərləri tikilib istifadəyə verildi.
1994 29 sentyabr H.Əliyevin BMT-nin 49-cu sessiyasında iştirak etməsi.
1994 29 sentyabr Afiyyədin Cəlilov və Şəmsi Rəhimovun qətlə yetirilməsi.
1994 2 oktyabr Xüsusi Təyinatlı Polis Dəstəsinin Bakıda Respublika prokurorluğunun binasını zəbt etməsi.
1994 4 oktyabr H.Əliyevin televiziya və radio vasitəsilə ikinci dəfə xalqa müraciət etməsi. Gəncədə S.Hüseynovun
tərəfdarlarının dövlət çevrilişinə cəhdinin qarşısının alınması.
1994 5-6 dekabr ATƏT-in Budapeşt sammitinin keçirilməsi. Sammitin qərarına əsasən ATƏT-in Minsk qrupunun həmsədrləri
təsisatı yaradıldı. Mins qrupunun tərkibi hazırda Rusiya, Fransa və ABŞ-dan ibarətdir.
1994 Xarici ticarətin sərbəstləşdirilməsi haqqında fərman imzalanması.
1994-1995 Neftayırma zavodlarında ALOW-2 qurğusunun istifadəyə verilməsi.
1995-1997 Respublikada özəlləşdirmə prosesinin həyata keçirilməsi.
1995 mart R.Cavadovun başçılığı ilə Azərbaycanda yenidən dövlət çevrilişinə cəhd edilməsi.
1995 2 mart “Dövlət aqrar islahatı” komissiyasının yaradılması.
1995 12 noyabr Respublikada birinci parlament seçkilərinin keçirilməsi və müstəqil Azərbaycanın ilk demokratik
parlamentinin yaradılması. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi.
1996 21 fevral Prezident yanında xüsusi hüquqi islahatlar komissiyasının yaradılması.
1996 16 iyul “Torpaq islahatı haqqında” Qanunun qəbul edilməsi. Qanuna əsasən bütün postsovet respublikalarında fərqli
olaraq, torpaq kənddə yaşayan vətəndaşların xüsusi mülkiyyətinə pulsuz verildi, Respublikanın vahid torpaq
fondu əsasında dövlət, bələdiyyə və xüsusi torpaq mülkiyyət forması müəyyən olundu. Qanun əsasında “Dövlət
torpaqları haqqında”, “Torpaq vergisi haqqında” qanunlar qəbul olundu və aqrar kredit kassaları yaradıldı.
Aqrar islahat nəticəsində kənd təsərrüfatı ilə birlikdə bütün əmlak və texnika özəlləşdirildi, Azərbaycan
kəndinin sosial siması dəyişdi, çoxukladlı iqtisadiyyat yaradıldı, aqrar sektorda dövlətin inhisarçılıq sistemi
liberallaşdırıldı, istehsalın və satışın azad bazar qanunları ilə həll edilməsinə şərait yaradıldı.
1996 26 avqust Prezidentin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” fərman
verməsi və narkobizneslə mübarizə üzrə komissiya yaradılması.
1996 26 oktyabr “Sudan pullu istifadə haqqında əsasnamə” qəbul olunması.
1996 noyabr Azərbaycan ilə YUNESKO arasında əməkdaşlıq haqqında memorondum imzalanması.
1996 2-3 dekabr ATƏT-in Lissabon sammitinin keçirilməsi. Sammitdə 54 ölkədən 53-ü Azərbaycanın ərazi bütövlüyünü
dəstəklədi.
1996 “Yarasa” bədii filminin Fransada “Birinci plan Beynəlxalq kinofestivalında” “Avropanın ən yaxşı tam metrajlı
bədii filmi” seçilməsi.
1996 YUNESKO-nun xətti ilə M.Füzulinin 500 illik yubileyinin, Ə.Vahidin, M.Moqamayevin, Y.Məmmədəliyevin,
S.Aşurbəylinin, B.Vahabzadənin, M.Rəhmanzadənin Qabilin yubileylərinin keçirilməsi.
1996 C.Məmmədquluzadənin, Niyazinin, H.Cavidin ev-muzeylərinin yaradılması, N.Nərimanovun ev-muzeyinin
yenidən qurulması.
1996 Azərbaycan idmançılarının ilk dəfə müstəqil dövlət bayrağı altında Atlantada (ABŞ-da) XXVI yay Olimpiya
oyunlarında iştirak etməsi.
1997 20 aprel “Dədə Qorqud dastanı”nın 1300 illik yubileyinin keçirilməsi haqqında fərman verilməsi.
1997 25 aprel Azərbaycanın Avropa Mədəniyyəti Konvensiyasına qoşulması.
1997 31 iyul İlham Əliyevin Milli Olimpiya Komitəsinin sədri seçilməsi.
1997 10 oktyabr Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın birlikdə Strasburqda GUAM adlı təşkilat yaratması.
1997 30 oktyabr Azərbaycan yazıçılarının X qurultayının keçirilməsi.
1997 17-19 noyabr Türk dövlət və cəmiyyətlərinin XI Bakı qurultayının keçirilməsi.
1997 21 noyabr Bakı-Tibilisi-Qars dəmir yolunun təməlinin qoyulması.
1997 18 dekabr Azərbaycan Respublikası prezidentinin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki
tarixi etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında” fərman imzalaması.
1997 “Mədəniyyət haqqında” qanunun qəbul olunması.
1997 Universitet və institutlarda “Heyüdər Əliyev məktəbləri”nin təşkil olunmağa başlanması.
1997 S.Vurğunun, Ə.Əliyevin, Ş.Məmmədovanın, Bülbülün, M.Rastrapoviçin yubileylərinin qeyd edilməsi.
1998 8-10 fevral Prezidentin təşəbbüsü ilə Milli Məclisin Respublikada ölüm cəzasını ləğv etməsi.
1998 22 fevral Prezidentin “İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını təmin edilməsi haqqında” fərman imzalaması.
1998 26 mart Azərbaycan Respublikası prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalaması. Bu
fərmana əsasən martın 31-i azərbaycanlıların soyqırımı günü elan edildi.
1998 12 aprel M.F.Axundzadə adına Respublika kitabxanasına Milli Kitabxana statusu verilməsi.
1998 14 iyul Konstitusiya məhkəməsinin yaradılması.
1998 6 avqust Prezidentin fərmanı ilə Azərbaycanda senzuranın ləğv edilməsi.
1998 8 sentyabr Bakıda İpək Yolunun barpası üzrə beynəlxalq konfrans keçirilməsi. Konfransda “Avropa-Qafqaz-Asiya”
dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş və Bakı bəyannaməsi imzalandı,
konfransda yaradılan beynəlxalq təşkilatın mənzil qərargahı Bakıda yerləşdirildi.
1998 9 oktyabr Şəhidlər Xiyabanında 21 metr hündürlüyündə abidənin və əbədi məşəlin açılışı.
1998 11 oktyabr H.Əliyevin ikinci müddətə prezident seçilməsi.
1998 29 dekabr Dövlət idarəetmə sistemində islahatlar həyata keçirmək üçün xüsusi komissiya yaradılması.
1998 Q.Qarayev, M.Şəhriyar, M.Müşfiq, A.Ələsgər və M.Cəlalın yubileylərinin qeyd edilməsi.
1998-2002 Bakı İstilik Elekrtik Mərkəzinin (İEM), Mingəçevir SES-in, “Şimal” DRES-in, Bakı ətrafında yüksək
gərginlikli şəbəkələrinin yenilən qurulması. Yenikənd SES-in üç blokunun istifadəyə verilməsi.
1999 3 oktyabr Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan şəhərində IX zirvə görüşünün keçirilməsi.
1999 18-19 noyabr ATƏT-in İstanbul sammitinin keçirilməsi. Sammitdə Bakı-Tibilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında
saziş imzalandı.
1999 12 dekabr Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri keçirilməsi.
2000 9 aprel “Dədə Qorqud dastanı”nın 1300 illik yubileyinin keçirilməsi.
2000 13 iyun “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” prezident fərmanı imzalanması.
2000 sentyabr Hakimlərin xüsusi test imtahanından keçməsi təcrübəsinin tətbiq olunması.
2000 12 oktyabr Şəmkir-Yenikənd SES-in tikilib istifadəyə verilməsi.
2000 20 oktyabr Bakıda ilk Olimpiya İdman Kompleksinin tikilib istifadəyə verilməsi.
2000 22 oktyabr H.Əliyevin BMT-nin 50-ci yubiley sessiyasında iştirak etməsi.
2000 5 noyabr Respublikada ikinci parlament seçkilətinin keçirilməsi.
2000 “Qurtuluş” müasir qazma qurğusunun işə salınması. “Çıraq” platformasından 120 metr dərinlikdə 176 km-lik
neft kəmərinin çəkilməsi. Sanqaçal Terminalının tikilməsi. Bakı-Novorossiysk və Bakı-Supsa neft
kəmərlərinin çəkilməsi.
2000 Azərbaycan idmançılarının Sidneydə (Avstraliyada) XXVII yay Olimpiya oyunlarında iştirak etməsi.
AZƏRBAYCAN ÜÇÜNCÜ MİNİLLİYİN BAŞLANĞICINDA
2001 9 yanvar Azərbaycanla Rusiya arasında Xəzər dənizinin Milli sektorlara bölüşdürüləsinə dair sazişlər bağlanması.
2001 17 yanvar Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi.
2001 25 yanvar Avropa Şurasının iqamətgahı qarşısında Azərbaycanın dövlət bayrağının qaldırılması. Azərbaycanın Avropa
Şurasının tamhüquqlu üzvünə çevirilməsi.
2001 12 mart Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə Azərbaycan qazının tranziti, nəqli və satışı haqqında Türkiyə ilə
saziş imzalanması.
2001 20 mart “Azərbaycan Respublikası dövlət müstəqilliyinin onuncu ildönümü haqqında” fərman imzalanması.
2001 23 may “Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında” sərəncam imzalanması.
2001 18 iyul Prezident fərmanı ilə avqustun 1-dən etibarən Azərbaycanda latın əlifbasına keçilməsi, mətbuatın, təhsilin,
rəsmi yazışmaların və çıxışların ana dilində olması barədə tədbirlərin həyata keçirilməsinə başlanılması.
2001 9 avqust “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” prezident fərmanı ilə avqustun 1-
nin Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması.
2001 24 avqust “Türk ulduzları”nın Bakı səmasında nümunəvi uçuşlar keçirməsi.
2001 1 sentyabr Respublikada ilk özəl orta ümuməhsil məktəbi olan və 2004-cü ildən Heydər Əliyevin adını daşıyan Müasir
Təhsil Kompleksinin fəaliyyətə başlaması.
2001 24 sentyabr AŞ PA-nın payız sessiyasında Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən sənəd qəbul edilməsi.
2001 29 sentyabr Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə Azərbaycan qazının tranziti, nəqli və satışı haqqında Gürcüstan ilə
saziş imzalanması.
2001 9-10 noyabr Bakı şəhərində Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi. Dünya azərbaycanlılarının I qrultayı
müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın bir bayraq altında birləşməsi istiqamətində irəliyə doğru
əhəmiyyətli bir addım atdı, xaricdə yaşayan azərbaycanlıların problem və qayğılarını, birliyi, təşkilatlanması
sahəsindəki mövcud vəziyyəti təhlil etdi, xaricdə yaşayan azərbaycanlıların ölkə ilə əlaqələrinin daha da
möhkəmləndirilməsinə, Azərbaycanla bağlı həqiqətlərin dünya birliyinə çatdırılmasına və diaspor quruculuğu
işinin təkmilləşdirilməsinə dair qərar qəbul etdi.
2001 29 noyabr Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin Milli sektorlara bölüşdürüləsinə dair sazişlər imzalanması.
2001 28 dekabr Ombudsman haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun qəbul edilməsi.
2001 3 aprel Ki-Uest danışıqları nəticəsində ABŞ Dövlət Departamentinin ilk dəfə Ermənistanı təcavüzkar dövlət kimi
tanıması.
2001 11 sentyabr ABŞ-da törədilmiş qanlı terror aktlarından sonra Azərbaycanın terrorizmə qarşı mübarizədə ABŞ-ın
müttəfiqinə çevirilməsi.
2001 Yaponiyanın İqtisadi Əməkdaşlıq Bankından alınan kreditlər hesabına Sumqayıtda Etilen-propilen zavodunun
əsaslı şəkildə yenidən qurulması.
2001 Azərbaycanın Dünya Turizm Təşkilatına tamhüquqlu üzvü qəbul olunması.
2001-2002 VI-XI siniflər üçün yeni “Ümumdünya tarixi” dərsliklərinin çap edilməsi.
2002 30 mart Corc Buşun “Azadlığı müdafiə Aktı”na 907-ci düzəlişi dayandırması ilə ABŞ-ın Azərbaycana silah satışı
üzərinə qoyduğu qadağanın ləğv olunması.
2002 23 aprel Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair
zirvə toplantısının keçirilməsi.
2002 30 aprel Trabzon zirvə görüşündə “Terrorizmə və cinayətkarlığa qarşı mütəşəkkil mübarizə haqqında” Azərbaycan,
Gürcüstan və Tükiyə arasında saziş imzalanması.
2002 11 iyun Prezident təqaüdünün verilməsinə başlanılması.
2002 2 iyul Respublikada Ombudsman təsisatının yaradılması və ölkənin ilk Ombudsmanının seçilməsi.
2002 15 iyul Xarici ölkələrdə yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması
2002 7 avqust Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin yaradılması
2002 24 avqust Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsinə dair ilk dəfə referendum keçirilməsi.
2002 27 avqust Respublika Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması.
2002 18 sentyabr Bakı-Tbilisi-Ceyhan İxrac Boru Kəmərinin Azərbaycan hissəsinin təməlinin qoyulması.
2002 21-22 noyabr Praqa sammitində Azərbaycanın NATO Parlament Assambleyasının assosiativ üzvlüyünə qəbul edilməsi.
2002 Azərbaycanın Abidələrin Bərpası Konservasiyası və Tədqiqi Beynəlxalq Mərkəzinə üzv qəbul olunması.
2002 Birinci neft müqaviləsi üzrə “Günəşli” yatağından ilkin neftin hasilatına başlanılması.
2002 Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac edilməsi barədə razılıq əldə olunması.
2002-2005 “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf sahəsində Dövlət Proqramı”nın qəbul olunması.
2003 yanvar İlham Əliyevin AŞ PA-nın vitse-prezidenti və qurumunun Büro üzvü seçilməsi.
2003 23 may Bakı-Tbilisi-Ceyhan İxrac Boru Kəmərinin Gürcüstan hissəsinin təməlinin qoyulması.
2003 16 iyun Prezidentinin sərəncamı ilə Şirvan və Ağgöl Milli Parklarının yaradılması.
2003 7 iyul Bakı metropoliteninin Həzi Əslanov adına 20-ci stansiyasının fəaliyyətə başlaması.
2003 24 iyul “Liler” yarımdalma dəniz qazma qurğusunun istifadəyə verilməsi.
2003 4 avqust İlham Əliyevin Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi.
2003 7 noyabr Azərbaycan muğamının YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irisinə daxil edilməsi.
2003 15 oktyabr Prezident seçkilərində İlham Əliyevin prezident seçilməsi.
2003-2008 İlham Əliyevin birinci prezidentliyi dövrü.
2003 12 dekabr Ümummilli lider H.Əliyevin vəfat etməsi.
2004 Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasına başlanılması və iki il sonra başa çatdırılması.
2004 12 yanvar Prezidentin “Azərbaycan Respublikasının Milli Ensiklopadiyasının nəşri haqqında” və “Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam imzalaması.
2004 11 fevral “Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət proqramı”nın qəbul edilməsi.
2004 10 may Heydər Əliyev Fondunun təsis edilməsi.
2004 iyul-avqust Azərbaycan idmançılarının Afinada XXVIII yay Olimpiya oyunlarında iştirak etməsi və F.Mansurovun ölkəyə
qızıl medal gətirməsi.
2004 21 avqust Prezidentin “Bilik gününün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında”,
“Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə
təminatı proqramı”na dair sərəncamlar imzalaması.
2004 20 oktyabr Təbrizdə Azərbaycan konsulluğunun açılması.
2005 16 fevral Rusiya Federasiyasında “Azərbaycan ili”nin təntənəli açılışının keçirilməsi.
2005 fevral “Azəri-Çıraq-Günəşli” yataqlarının Mərkəzi Azəri hissəsində ilkin neftin hasilatına başlanılması.
2005 28 aprel “Heydər Əliyev” ordenini təsis edilməsi haqqında Qanun qəbul edilməsi.
2005 10 may Respublika sarayının qarşısındakı xiyabanda H.Əliyevin heykəlinin açılışı.
2005 10 may Bakı-Tbilisi-Ceyhan İxrac Boru Kəmərinin doldurulması mərasiminin keçirilməsi.
2005 oktyabr Milli Məclisə üçüncü dəfə seçkilər keçirilməsi.
2005 Ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin pulsuz dərsliklə təmin edilməsi işinin başa çatdırılması.
2005 Azərbaycan Respublikasının Boloniya təhsil sisteminə qoşulması.
2005-2006 Ümumtəhsil müəssisələrində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsinə başlanması.
2006 16 mart Bakı şəhərində Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi.
2006 23 mart İmişlidə Şəkər zavodunun inşa edilməsi.
2006 13 iyul H.Əliyev adına Bakı-Tiflis-Geyhan əsas ixrac boru kəmərinin istifadəyə verilməsi.
2007 25 may Bakıda “İstiqlal” abidəsinin açılışı.
2008 “Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət proqramı”nın başa çatdırılması.
2008 Azərbaycan idmançılarının Pekində XIX yay Olimpiya oyunlarında iştirak etməsi və E.Məmmədlinin ölkəyə
qızıl medal gətirməsi.
2008 sentiyabr Bakı metropoliteninin Nəsimi stansiyasının fəaliyyətə başlaması.
2008 15 oktyabr İlham Əliyevin ikinci müddətə (2008-2013) prezident seçilməsi.
2009 18 mart Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsinə dair ikinci dəfə referendum keçirilməsi.
2009 4 may “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və Dövlət Proqramının
həyata keçirilməsi haqqında sərəncam imzalanması.
2009 18-24 mart Bakıda “Muğam aləmi” Beynəlxalq Musiqi festivalının keçirilməsi. Bakının İslam mədəniyyətinin paytaxtı
elan olunması.
2009 iyun “Təhsil haqqında” qanunun qəbul olunması.
2009 Bakı Beynəlxalq avtovağzal kompleksinin istifadəyə verilməsi.
2009-cu il dekabr Azərbaycan Respublikasında bələdiyyə seçkiləri keçirilməsi.
2009 30 dekabr Bakı Metropoliteninin Azadlıq stansiyasının istifadəyə verilməsi.
2010 18 iyun Milli Qəhrəman gizir Mübariz İbrahimovun təkbaşına qoşunların təmas xəttini keçərək ermənilərin xeyli əsgər
və zabitini məhv etməsi.
2010 1 sentyabr Bakıda Dövlət bayrağı meydanının açılışı.
2010 oktyabr Milli Məclisə dördüncü dəfə seçkilər keçirilməsi.
2010 4-6 dekabr ATƏT-in VII zirvə toplantısı olan Astana sammitinin keçirilməsi. Sammitdə Dağlıq Qarabağ münaqişəsinin
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin sürətləndirilməsi haqqında qərar qəbul edildi.
2010 28 dekabr Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi.
2010-cu il “Şahdəniz” qaz ixracı layihəsi üzrə tikilən TRB – 500 özüqaldıran platformanın inşasının başa çatdırılması.
2011-ci il fevran Azərbaycan Televiziyasında “Mədəniyyət” kanalının fəaliyyətə başlaması
2011-ci il iyul Bakı şəhərində Dünya azərbaycanlılarının III qurultayının keçirilməsi.
2011 24 oktyabr Azərbaycan Respublikasının BMT-in Təhlükəsizlik Şurasının Baş Assambleyasına iki il müddətinə (2012-
2013-cü illərdə) qeyri daimi üzv seçilməsi.
2011-ci il may Eurovision musiqi yarışmasında Azərbaycanın qalib gəlməsi.
2011-ci il 10 may Heydər Əliyev Mərkəzinin fəaliyyətə başlaması.
2012 may Bakıda 57-ci Eurovision musiqi yarışmasının keçirilməsi.
2012-ci il 13 iyul Prezident İ.Əliyevin fərmanı ilə “Asan xidmət” mərkəzinin yaradılması.
2012 avqust Azərbaycan idmançılarının Londonda XXX yay Olimpiya oyunlarında iştirak etməsi.
2012 Bakı metropoliteninin Dərnəgül stansiyasının fəaliyyətə başlaması.
2013 8 fevral Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması.
2013-cü il 24 iyun Bakıda 190 metrlik “Alov qüllələri”nin tikilib istifadəyə verilməsi.
2013 10 may Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi.
2013 9 oktyabr İlham Əliyevin üçüncü müddətə prezident seçilməsi.
2013-cü il 24 oktyabr “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası”nın təsdiq edilməsi
2013-cü il dekabr “Şahdəniz 2” müqaviləsinin (“XXI əsr müqaviləsinin”) imzalanması
2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilmişdir.
2014-cü il Bakı-Tiflis-Qars dəmiryol xəttinin başa çatdırılması
2014-cu il dekabr Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin keçirilməsi.
2015-ci il Bakıda ilk dəfə olaraq Avropa oyunlarının keçirilməsi.