dr. azər meht i yev

36
Kredit faizi dərəcələrinə təsir edən amillər üzrə dərinləşdirilmiş tədqiqat: Azərbaycan üzrə nəticələr Dr. Azər Mehtiyev

Upload: vandana-kartik

Post on 02-Jan-2016

88 views

Category:

Documents


1 download

DESCRIPTION

K redit faizi dərəcələrinə təsir edən amillər üzrə dərinləşdirilmiş tədqiqat: Azərbaycan üzrə nəticələr. Dr. Azər Meht i yev. Bank kreditləri üzrə faiz dərəcələrinin formalaşmasına təsir göstərən amillər. - PowerPoint PPT Presentation

TRANSCRIPT

Page 1: Dr. Azər Meht i yev

Kredit faizi dərəcələrinə təsir edən amillər üzrə dərinləşdirilmiş

tədqiqat: Azərbaycan üzrə nəticələr

Dr. Azər Mehtiyev

Page 2: Dr. Azər Meht i yev

Bank kreditləri üzrə faiz dərəcələrinin formalaşmasına təsir göstərən amillər

• Makroiqtisadi amillər - bunlar bütövlükdə ölkə iqtisadiyyatının və bank sisteminin mövcud durumunu xarakterizə edən və bütün formalarda ssuda faizlərinin formalaşmasına təsir göstərən amillərdir

• Xüsusi amillər - buraya hər bir kommersiya bankının özünün faiz siyasətinin bünövrəsini təşkil edən amillər aiddir

• İnstitusional amillər - ölkədə mövcud və fəaliyyətdə olan iqtisadi, siyasi və sosial institutlar

Page 3: Dr. Azər Meht i yev

Makroiqtisadi amillər

• Kredir resurslarının tələb və təklifi arasında nisbət;

• Mərkəzi Bankın pul-kredit siyasəti; • İnflyasiyanın səviyyəsi və inflyasiya gözləntiləri; • Kredit resursları (xidmətləri) bazarında rəqabət; • Qiymətli kağızlar bazarının inkişafı; • Milli valyutanın mübadilə kursu; • Milli iqtisadiyyatın açıqlığı; • Vergi sistemi və s.

Page 4: Dr. Azər Meht i yev

Xüsusi amillər

• Bankın kredit bazarındakı mövqeyi; • Bankın gəlirliliyinin təmin edilməsi üçün

depozitlər və kreditlər üzrə faiz dərəcələrinin tənzimlənməsi;

• Bank riskinin minimumlaşdırılması məqsədi ilə fazi dərəcələrinin idarə edilməsi;

• Əməliyyatların xüsusiyyətləri və s.

Page 5: Dr. Azər Meht i yev

İnstitusional amillər

• Dəqiq müəyyən edilmiş və etibarlı qorunan mülkiyyət hüquqları;

• Müqavilələrə əməl edilməsinin təmin edilməsi mexanizmləri (məsələn, məhkəmə sisteminin müstəqilliyi və s.);

• Icra hakimiyyətinin cəmiyyətə hesabatlılığını təmin edən qayda və mexanizmlər və s.

Page 6: Dr. Azər Meht i yev

Bank krediti üzrə fazi dərəcəsi (İ)

İ = r + e + RP + LP + MPBurada: • r – inflayasiyanın “0” səviyyəsi halında “risksiz

əməliyyatlar” üzrə real faiz dərəcəsidir; • e – borc öhdəliyi müddətində inflyasiya gözləntiləri

səviyyəsinə bərabər (ekvivalent) komisyon faizidir; • RP - borcun ödənilməməsi riski üzrə komisyon faizidir; • LP – likvidliyin itirilməsi riski üzrə komisyon faizidir; • MP – borc öhdəliyinin ödənilməsi müddəti nəzərə

alınmaqla riskə görə komisyon faizidir.

Page 7: Dr. Azər Meht i yev

Müddətindən asılı olaraq banklar tərəfindənverilən kreditlərin faiz dərəcələri

Banklarİstehlak

kreditləriAvtomobil kreditləri

Biznes kreditləri

İstehsal kreditləri

Digər* Digər*

Bank 1 18-24 17-20 16-20 16-20 21-24 20-22Bank 2 20-24 17-22 18-22 18-22Bank 3 20-36 16-21 15-30 7-28 18-24 4-20

Bank 4Korporativ müştərilərə - 10,5-24

Fərdi müştərilərə - 12-24Bank 5 20-26 20-26 18-24 17-22Bank 6 10,5-36 24-26 16-33

Bank 7 26-36 14-24 21-30Ipoteka 11-13

SKMF 4-6Qızıl 36

Bank 8 24-32 - 20-25 18-24Bank 9 15-24 15-24 5,5-20 5,5-20

Bank 10 20-36 17-22 17-30İpoteka

4-8SKMF

5-7Bank 11 20-28 17-23 16-24Bank 12 22-30 21-30 22-26Bank 13 cavablandırmayıbBank 14 12,9-36 20-24 18-28

Page 8: Dr. Azər Meht i yev

Bank kreditləri üzrə orta illik orta faiz dərəcələrinin dəyişməsi dinamikası

2002 2003 2004 2005 2006 2007 2008 2009 20100

2

4

6

8

10

12

14

16

18

20

15.59 14.91

15.55 15.1416.5

16.97 17.45

15.9214.1912.79

18.43 18.9617.11 17.17

16.2614.52

17.19 17.21

milli valyuta ilə xarici valyuta ilə

Ölkə üzrə orta kredit faizi dərəcələrinin 15-17 faiz səviyyəsində qərarlaşması əsasən Dövlət büdcəsi və Mərkəzi Bankın resursları hesabına verilən aşağı faizli (3-8 faizədək) və güzəştli kreditlərin hesabına baş verir. Belə ki, bank sistminin bütün krediq qoyuluşlarının təqribən 25-28 faizini məhz həmin mənbələrdən olan kreditlər təşkil edir

Page 9: Dr. Azər Meht i yev

Ölkənin kredit sisteminin tərkibi

2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 20100

20

40

60

80

100

120

140

160

59 53 46 46 44 44 44 46 46 46 45

99

63

47 58 7085 94 96 94 96 101

Banklar Bank olmayan kredit təşkilatları

Page 10: Dr. Azər Meht i yev

Bəzi ölkələrdə bankların sayı Ölkələr Bankların sayı

Əhalinin sayı, mln nəfər

Əhalinin hər 100.000 nəfərinə düşən bankların sayı

MDB ölkələri

Azərbaycan 46 8,9 0,52Ermənistan 21 3,2 0,65Belorus 31 9,4 0,33Qazaxıstan 40 16,5 0,24Rusiya 1012 142,9 0,71Ukrayna 176 45,7 0,38Tacikistan 14 6,9 0,20Özbəkistan 31 27,5 0,1Qırğızıstan 22 5,4 0,4Türkmənistan* 11 5,1 0,2Moldova 15 3,6 0,4Türkiyə 49 73,7 0,06

ABŞ* 6936 308,9 2,3

Almaniya* 2048 81,8 2,5

Avstriya* 867 8,4 10,3

Fransa* 880 65,5 1,3

İtaliya* 793 60,3 1,3

İsveçrə* 327 7,8 4,2

Page 11: Dr. Azər Meht i yev

Ümumi kredit qoyuluşu, mln. manatla

2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 20100

1000

2000

3000

4000

5000

6000

7000

8000

9000

10000

486.2

520.2

670.3

989.6

1441 2362.7

4681.8

7191.3 8407.5

9163.4

176.8

173.4

227.2

357.5

542.9

1170.5 2513.7

3672.9 4886.2

5865.3

309.4

346.8

443.1

632.1

898

1192.2

2168.1 3518.4

3521.3

3298.1

Cəmi kreditlər o cumlədən, milli valyutada

Son 10 ildə ölkənin bank sisteminin iqtisadiyyat sahələrinə təqdim etdiyi kredit qoyuluşları sürətlə artıb – kredit qoyuluşlarının ümumi həcmi 2001-ci illə müqayisədə 2010-cu ildə 18.8 dəfə çox olub. Bu müddət ərzində ölkədə yaradılan ÜDM-in nominal həcmi 7.8 dəfə artıb. Başqa sözlə kredit qoyuluşunun artım tempi ÜDM-in nominal artım tempini 2 dəfədən çox qabaqlayıb.

Page 12: Dr. Azər Meht i yev

Kredit qoyuluşlarının artım tempi ilə ÜDM-in nominal artım tempi arasında əlaqə

2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010

-20

0

20

40

60

80

100

120

4.24.2 7

28.9

47.6 45.6

64

98.2

53.6

16.9

9

2512.7 17.9

17.919.4

46.8 44 48.7

49.7

-11.3

16.8

Kredit qoyuluşlarının artım temri (əvvəlli illə müqayisədə faizlə) ÜDM-in nominal artım tempi (əvvəlki illə müqayisədə faizlə)

2004 və 2008-ci illər istisna olmaqla, qalan illərdə ÜDM-in nominal artım tempi ilə kredit qoyuluşlarının məbləğinin artım tempi arasında müəyyən uyğunluq nəzərə çarpır. Dünya maliyyə böhranı Azərbaycanda da kredit qoyuluşlarının artım tempnin aşağı düşməsinə təsir göstərib.

Page 13: Dr. Azər Meht i yev

Müddətlər üzrə kredit qoyuluşunun dinamikası

2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 20100

1000

2000

3000

4000

5000

6000

7000

353.9 374.8 487 700.9 913.21142 1577.3

2295.9 2359.9 2567.1

132.3 145.4 183.3 288.7527.7

1220.7

2763

4895.4

6047.56596.3

Qısamüddətli kredit qoyuluşları Uzunmüddətli kredit qoyuluşları

Ümumi kredit qoyuluşlarında uzunmüddətli kreditlərin xüsusi çəkisi daha yüksək templərlə artmaqdadır. 2001-ci ildə bütün kredit qoyuluşlarının yalnız 27.2 faizi uzunmüddətli kreditlər olubsa, 2010-cu ildə belə kreditlərin payı 72.0 faiz təşkil edib. Son 3 ildə (2008-2010) uzunmüddətli kreditlər 1.7 milyard manat artıb.

Page 14: Dr. Azər Meht i yev

Kredit qoyuluşlarının müddətlər üzrə valyuta tərkibi

2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 20100

500

1000

1500

2000

2500

3000

3500

4000

4500

Qısamüddətli, xarici valyutada Qısamüddətli, milli valyutadaUzunmüddətli, xarici valyutada Uzunmüddətli, milli valyutada

Kredit qoyuluşlarının müddətlər üzrə valyuta tərkibində son illər manatla uzunmüddətli kreditlər daha yüksək paya malikdir

Page 15: Dr. Azər Meht i yev

Kredit qoyuluşlarının kredit təşkilatları üzrə strukturu

2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 20100%

10%

20%

30%

40%

50%

60%

70%

80%

90%

100%

45.9 47.7 43.4 45.8 51.9 45.2 42.5 42.1 46.5 42.6

35.4 38.9 45.5 45.7 45.3 52 54.7 55.5 51.4 55.3

18.7 13.3 11.1 8.6 2.7 2.7 2.7 2.42.1 2.1

Dövlət bankları Özəl banklar Qeyri-bank kredit təşkilatları

Kredit qoyuluşunun kredit təşkilatları üzrə strukturunda bir dövlət bankının hökmran mövqeyinin (45 faizlik paya ) qalmasına rəğmən özəl bankların payının getdikcə artmağa meylli olması, qeyri-bank kredit təşkilatlarının isə cüzi paya (2.1 faiz) malik olması diqqəti çəkir

Page 16: Dr. Azər Meht i yev

İqtisadiyyata yönəldilən kredit qoyuluşlarının sahə strukturu

2001

2002

2003

2004

2005

2006

2007

2008

2009

2010

0% 10% 20% 30% 40% 50% 60% 70% 80% 90% 100%

Ticarət və xidmət Energetika, kimya və təbii ehtiyatlar Kənd təsərrüfatı və emal İnşaat və əmlak Sənaye və istehsal Nəqliyyat və rabitəEv təsərrüfatları Hökumət idarələri

Bankların təqdim etdikləri kredit qoyuluşlarının 55 faizindən çoxu ev təsərrüfatlarına və ticarət sektoruna verilir

Page 17: Dr. Azər Meht i yev

Kredit qoyuluşlarının regional strukturu

Bakı şəhəri 85.1

Abşeron 3.6Aran 3

Dağlıq Şirvan

0.3

Gəncə-Qazax,

2.6

Quba-Xaçmaz 0.9Lənkəran 1.3 Şəki-Zaqatala 2.3 Yuxarı Qarabağ 0.1

Naxçıvan 0.8

Bank sisteminin bütün kreditlərinin əksər hissəsi (89 faizinə qədəri) Bakı və Abşeron zonasında istifadə olunur

Page 18: Dr. Azər Meht i yev

0.0

2.0

4.0

6.0

8.0

10.0

12.0

14.0

16.0

18.0

20.0

9 9.5 9.5

1213 13

14

15

1210

8

5

32 2 2 3

35 5.25

5.25

15.1415.85 16.5

15.2816.25

17.4517.42

17.12

14.63

16.23

14.65

17.49 17.62 17.8918.08

16.06

14.06

16.21 16.43

16.5

16.21

uçot dərəcəsi manatla kreditə görə faiz dərəcəsi

MB-nin uçot dərəcələri və kreditlərə görə orta aylıq fazi dərəcələrinin dəyişməsi

Bank sisteminin bütün kredit resurslarında MB-nin mərkəzləşdirilmiş resursların payı 2009-cu ilədək cəmi 2.1 faiz olub. 2009-cu ildə MB-nin ehtiyatları hesabına dövlət bankı olan ABB-nin vasitəçiliyi ilə 2 iri dövlət şirkətinə güzətli şərtlərlə uzunmüddətli və irihəcmlə kreditin verilməsi ilə əlaqədar bu pay 15.2 faizə yüksəlib.

Page 19: Dr. Azər Meht i yev

İllik inflyasiyanın səviyyəsi

2002 2003 2004 2005 2006 2007 2008 2009 20100

3

6

9

12

15

18

21

24

2.82.2

6.7

9.6

8.3

16.7

20.8

1.5

5.7

15.59

14.91 15.55 15.1416.5

16.9717.45

15.9214.19

12.79

18.4318.96 17.11 17.17

16.26

14.52

17.19 17.21

İnflyasiya, %Kreditlər üzrə orta faiz dərəcəsi (milli valyutada), %

MB-nin tədqiqatları göstərir ki, son illər inflyasiyanın səviyyəsində qeyri-monetar amillərin (xüsusilə dövlət büdcəsi xərclərinin kəskin artmasının) rolu daha böyükdür. Belə yüksək inflyasiya ölkə iqtisadiyyatında inflyasiya gözləntilərinin də yüksək olaraq qalmasına səbəb olur.

Page 20: Dr. Azər Meht i yev

Bankların kredit resurslarının strukturu Depoz-itlər, cəmi - 38.9

Maliyyə sek-

torun-dan de-pozit və kreditlər

- 38.7

Digər öhdəlik-lər 6.1

Kapital - 16.3

01.01.2011 tarixinə bank sisteminin passivlərinin strukturu

Bankların kredit resurslarının əksər hissəsi – təqribən 39 faizi depozitlər və əmanətlər hesabına formalaşır

Page 21: Dr. Azər Meht i yev

Valyuta növünə üzrə depozitlərin məbləğinin dinamikası (milyon manat)

2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 20100

500

1000

1500

2000

2500

3000

55.5 55.9 70.4 110.3 205.8 249.3

826

1687.8 1934.8 1991.5

2839.5

461.3335.7 380

500.3

819.41045.1

1302.8 1495.6

2413.2 2300 2230

milli valyutada xarici valyutada

2002 2003 2004 2005 2006 2007 2008 2009 20100

2

4

6

8

10

12

14

8.286.5

6.93

8.92 10.3911.36 11.61

11.72 11.119.34

10.89.43 10.19

11.58 12.22

7.96

10.71 9.85000000000001

milli valyuta ilə xarici valyuta ilə

Depozitlər üzrə orta faiz dərəcələrinin dəyişməsi

Page 22: Dr. Azər Meht i yev

Depozitlər və kreditlər üzrə orta faiz dərəcələri

2002 2003 2004 2005 2006 2007 2008 2009 20100

2

4

6

8

10

12

14

16

18

20

8.286.5

6.93

8.9210.39

11.36 11.61 11.72 11.11

15.59 14.9115.55 15.14

16.516.97 17.45

15.9214.19

depozit faizi kredit faizi

2002 2003 2004 2005 2006 2007 2008 2009 20100

2

4

6

8

10

12

14

16

18

20

9.3410.8

9.4310.19

11.5812.22

7.96

10.71 9.85000000000001

12.79

18.43 18.9617.11 17.17

16.2614.52

17.19 17.21

depozit faizi kredit faizi

Xarici valyutada

Milli valyutada

Azərbaycanda manatla depozitlər və kreditlər üzrə orta faiz dərəcələri arasındakı fərq yaxşı beynəlxalq təcrübəyə uyğunlaşması baş verməkdədir

Page 23: Dr. Azər Meht i yev

Kredit və depozitlərin həcminin dinamikası, (milyon manat)

2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 20100

1000

2000

3000

4000

5000

6000

7000

8000

9000

10000

516.7

391.6

450.4

610.6

1025.2

1294.4

2128.8 3183.4 4348

4291.4

5069.5

466.4

486.2

520.2

670.3

989.5

1441 2362.7

4681.8

7191.3 8407.5

9163.4

Depozitlər Kredit qoyuluşu

Bankların kredit resurslarının təqribən 39 faizi onların cəlb etdikləri depozitlər və əmanətlər hesabına formalaşır. Buna görə də əmanət və depozitlərə görə ödənilən faizlərin yüksək olması (8-12 faiz intervalında) kreditə görə faiz dərəcələrinin yüksək olmasında başlıca amillərdən biridir.

Page 24: Dr. Azər Meht i yev

Banklararası kreditlər üzrə orta faiz dərəcələrinin dəyişməsi

01.01.2008 01.01.2009 01.01.2010 01.01.20110

2

4

6

8

10

12

14

16

18 16.2517.83

15.58

11.86

14.6916.17

8.79.99

Milli valyutada Xarici valyutada

01.01.2008 01.01.2009 01.01.2010 01.01.20110

2

4

6

8

10

12

14

16

1817.08 17.34 16.89

15.4114.72

16.00 17.06

14.37

Milli valyutada Xarici valyutada

1 ildən yuxarı kreditlər üzrə

Banklararası kreditlərdə qısamüddətli borclar üstünlük təşkil edir. Uzunmüddətli (1 ildən yuxarı) banklararası kredit faizləri son 3-4 ildə 2-3 faiz düşsə də, hələlik 14-16 faiz səviyyəsində qalmaqla yüksək olduğunu söyləmək olar

Page 25: Dr. Azər Meht i yev

Dövlət büdcəsinin vəsaitləri

2006-2011-ci illər ərzində dövlət büdcəsindən • Sahibkarlığa Kömək Milli Fonduna 453.1 milyon,• “Aqrolizinq” üçün 317.6 milyon, • Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə

40.0 milyon, • sosial ipotekaya 116.0 milyon manat vəsait ayrılıb. • Bu resurslar şox aşağı faizlə borcalanlara verilir.

Bunların faiz dərəcələri çox aşağı (4-8 faizədək) olduğundan orta faiz dərəcələrinin səviyyəsinə azaldıcı təsir göstərir.

Page 26: Dr. Azər Meht i yev

Kapital adekvatlığı göstəricisi, 2004-2010-cu illər

20,8% 20,7% 18,7% 19,9% 19,0% 17,5% 16,9% 15,8%

0%

10%

20%

30%

40%

2004 2005 2006 2007 2008 2009 2010 2011

Kommersiya banklarının malik olduğu resurslarının (passivlərin) təqribən 15-16 faizini xüsusi kapital təşkil edir. Ölkənin bank sistemində kapital adekvatlığı səviyyəsi Mərkəzi Bankın müəyyənləşdirdiyi 12%-lik normadan yüksəkdir. Lakin tətbiq edilməyə başlandığı 2004-cü ildə capital adekvatlığı səviyyəsi 20.8 faiz olubsa, sonrakı illərdə bu göstəricinin azalması müşahidə edilib (2010-cu ildə - 16.9 faiz). Ölkənin bank sistemində vaxtı keçmiş kreditlərin payının artması tendensiyası müşahidə olunur: bütün kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin payı 2006-cı ildəki 3.3 faizdən 2010-cu ilin axırına 5.4 faizə yüksəlib

Page 27: Dr. Azər Meht i yev

Kredit bazarında rəqabət

Bankların aktivlərinin həcminə görə sıralanması (renkinqi) (01.01.2011 tarixinə) (mln AZN)

Sıra sayı Banklar Aktivlərin

həcmiKredit

portfelinin ümumi həcmi

Cəmi kredit portfelində payı

1. Azərbaycan Beynəlxalq Bankı ASC 5527,917 3760,812 41,62. Kapital Bank ASC 770,574 533,509 5,83. Xalq Bank ASC 632,183 471,456 5,24. Bank Standard QSC KB 601,755 374,7 4,15. Texnikabank ASC 489,728 353,447 3,96. Access Bank QSC 366,023 266,185 2,97. Dəmirbank ASC 334,702 243,568 2,78. Unibank ASC 354,937 237,25 2,69. SilkWay Bank ASC 250,987 226,135 2,5

10. Paşa Bank ASC 509,074 194,86 2,110 ən böyük bank üzrə: 9844,138 6661,922 73,4CƏMİ: 13290,81 9163,4

Page 28: Dr. Azər Meht i yev

Kredit bazarında rəqabət

• Ölkə iqtisadiyyatına yönəldilən bütün kredit qoyuluşlarının 41.6 faizi yalnız bir dövlət bankının – Azərbaycan Beynəlxalq Bankının payına düşür. ABB-dən başqa daha 5 bank ölkənin kredit bazarının 22 faizinə malikdir (2010);

• Ölkənin bank sistemində səhmlərinin əksər hissələrinin bir şəxsin (fiziki və ya hüquqi) və ya eyni ailə üzvlərinin əlində cəmləşməsi, habelə bir neçə bankın eyni fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya nəzarətində olması halları geniş yayılıb;

• Ölkədə fəaliyyət göstərən kommersiya banklarının böyük əksəriyyəti məhz konkret iri biznes dairələri və oliqarxlarla (istehsal-maliyyə-tikinti holdinqlərinə) birbaşa bağlıdır;

• Belə bankların “öz çevrəsi”nə və başqalarına verdikləri kreditlərə görə faiz dərəcələri arasında ciddi fərq yaranır.

Page 29: Dr. Azər Meht i yev

Qiymətli kağızlar bazarının inkişafı

• Şirkətlər və iş adamları üçün borc vəsaiti əldə etməyin alternativ variantları yox dərəcəsindədir.

• Azərbaycanda dövlət qiymətli kağızlar bazarı əsasən Maliyyə Nazirliyinin qısamüddətli istiqrazlarından (təqribən 300 milyon manatlıq) ibarətdir. Bundan başqa, MB-nin qısamüddətli notları (təqribən 100-150 milyon manatlıq) da dövriyyədədir.

• Sığorta bazarı hələ kifayət qədər formalaşmadığından onun da kredit resursları bazarına ciddi təsir imkanları yoxdur.

• Dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində səhmdar cəmiyyətləri yaradılmasına rəğmən hələ də ölkədə korporativ səhm bazarının yarandığını söyləmək mümkün deyildir.

• Ölkədə habelə özəl pensiya fondları, investisiya fondları, tikinti-əmanət təşkilatları, klirinq təşkilatları, uçot (veksel) evləri və başqa bu kimi xarici ölkələrdə geniş yayılmış maliyyə vasitəçiliyi institutlarının formalaşmaması alternativ borc vəsaitləri bazarının yaranmamasını mümkünsüz edir.

• Bütün bunlar ölkənin kredit bazarında kommersiya banklarının inhisarlığını gücləndirir.

Page 30: Dr. Azər Meht i yev

Bankların gəlir və xərclərinin (faiz və qeyri-faiz) artım tempi, %-lə

İllərFaiz

gəlirlərinin artım tempi

Faiz xərclərinin

artım tempi

Qeyri-faiz gəlirlərinin artım tempi

Qeyri-faiz xərclərinin artım tempi

2004 66,0 54,0 22,8 26,52005 73,2 46,2 15,6 46,12006 56,7 78,2 41,2 48,92007 99,0 129,1 58,6 55,02008 78,2 86,2 35,8 50,42009 6,1 5,3 - 8,9 15,52010 2,0 18,4 5,0 9,2

-10%

10%

30%

50%

70%

90%

110%

130%

2004 2005 2006 2007 2008 2009 2010 2011-I

Faiz gəlirləri Qeyri-faiz gəlirləri Faiz xərcləri Qeyri-faiz xərcləri

Page 31: Dr. Azər Meht i yev

Bankların gəlir və xərclərinin strukturu İllər Ümumi

gəlirlər, milyon

manatla

onlardan Ümumi xərclər, milyon

manatla

onlardan

Faiz gəlirlərinin

payı, %

Qeyri-faiz gəlirlərinin

payı, %

Faiz xərclərinin

payı, %

Qeyri-faiz xərclərinin

payı, %

2003 126,79 48,14 51,86 81,6 31,68 68,32

2004 182,07 55,65 44,35 110,32 36,08 63,92

2005 268,85 65,27 34,73 161,25 36,09 63,91

2006 406,85 67,59 32,41 257,14 40,32 59,68

2007 756,44 72,36 27,64 475,49 49,96 50,04

2008 1259,1 77,45 22,55 800,28 55,29 44,71

2009 1293,36 80,00 20,00 878,92 52,99 47,01

2010 1326,89 79,53 20,47 1002,88 55,00 45,00

Bankların ümumi gəlirlərində faiz gəlirlərinin payı 2003-cü ildəki 48 faizdən 2010-cu ildə 80 faizə qalxdığı halda, xərclərdə faiz xərclərinin payı eyni dövrdə 32 faizdən 55 faizə yüksəlib. Bank sektorunun qeyri-faiz xərclərinin payı 2003-cü ildəki 68 faizdən 2010-cu ildə 45 faiz səviyyəsinə düşsə də, belə xərclərinin səviyyəsi yüksək olaraq qalmaqdadır. Burada bankların inzibati xərclərinin, o cümlədən kreditin rəsmiləşdirilməsi və ona xidmət üzrə bank xərclərinin yüksək payı diqqəti cəlb edir

Page 32: Dr. Azər Meht i yev

İnzibati xərclər

Kreditin rəsmiləşdirilməsi və ona xidmət üzrə bank xərclərinin yüksək olması verilən kreditlərin qaytarılması risklərinin azaldılması zərurətindən baş verir. Belə ki, borcalanın iqtisadi-hüquqi statusu, onun gəlirləri və maliyyə durumunun dayanıqlılığı, etibarlılığı, girov təminatı, zəmanət, müqavilələrə əməl edilməsi (borcun ödənilməsində ləngimələr və ya qaytarılmama hallarının mümkünlüyü) kimi amillər, ölkədə mülkiyyət hüquqlarının pozulması hallarının geniş yayılması, məhkəmələrin çıxardığı qərarların icrasında problemlərin olması, iş yerlərinin davamlı olmaması, biznesə qanunsuz müdaxilələrin geniş yayılması və sair kimi hallar risklərini artırmaqla kreditlərin rəsmiləşdirilməsi prosedurlarının mürəkkəbləşməsinə, xərclərin və risk premiyalarının yüksəlməsinə gətirib çıxarır

Page 33: Dr. Azər Meht i yev

Tövsiyələr

• Ölkə iqtisadiyyatında yüksək inflyasiya gözləntilərinin aradan qalxmasına nail olmaq zəruridir. Bunun üçün illik inflyasiyanın səviyyəsi davamlı olaraq 4-5 faizlik səviyyəni ötməməlidir. Son illər ölkədəki inflyasiyanın monetar amillərdən deyil, əsasən hökumətin büdcə xərcləmələrindən qaynaqlandığı nəzərə alınarsa, inflyasiya gözləntilərinin aradan qaldırılmasında Mərkəzi Bank ilə yanaşı həm də böyük neft gəlirlərindən səmərəli istifadə sahəsində hökumətin məsuliyyəti artırılmalıdır. İllik inflyasiya səviyyəsinin aşağı düşməsi əmanətlər və depozitlər üzrə ödənilən faizlərin, bu isə öz növbəsində kredit faizi dərəcələrinin aşağı düşməsinə gətirib çıxara bilər;

• Uçot siyasətinin kredit bazarına təsirinin artırılması üçün kommersiya banklarının kredit resurslarının formalaşmasında MB-nin mərkəzləşdirilmiş kredit resurslarının rolu artırılmalı, həm də bu resursları əldə etmək üçün bütün kommersiya banklarına bərabər şərtlər və rəqabətli əsaslar təmin edilməlidir;

• Mərkəzi Bank bank sistemində kapital adekvatlığının səviyyəsi sahəsindəki siyasətini davam etdirməlidir;

Page 34: Dr. Azər Meht i yev

• Ölkənin bank sistemində və kredit bazarında rəqabət mühitinin təmin edilməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir:

i) dövlət mülkiyyətində olan və kredit bazarında yüksək paya malik olan ABB-nin fəaliyyət şərtləri digər kommersiya bankları ilə eyniləşdirilməlidir;

ii) kommersiya banklarının kredit bazarlarındakı inhisar fəaliyyətinin qarşısının alınması və aradan qaldırılması üçün real tədbirlər həyata keçirilməlidir;

iii) ölkənin bank və maliyyə sisteminin (sığorta fondlarının və s.) iri biznes qurumlarının əlində cəmləşməsinin qarşısının alınmasını təmin etmək üçün qanunvericilikdə zəruri dəyişikliklər edilməli, bir fiziki və ya hüquqi şəxsin, yaxud eyni ailə üzvlərinin malik ola biləcəyi səhmlərin miqdarı ilə bağlı tələblər sərtləşdirilməlidir;

• Kredit xidmətləri bazarında rəqabət mühitinin inkişafı həm də qeyri-bank kredit təşkilatlarının (kredit ittifaqları, bank olmayan kredit təşkilatları və s.) sayının artmasını zəruri edir. Bunun üçün onların qeydiyyatı, formalaşması və fəaliyyəti şərtləri sadələşdirilməlidir;

• Dövlət vəsaiti hesabına müxtəlif istiqamətlərdə kommersiya banklarının təqdim etdikləri güzəştli kreditlərə münasibətdə cəmiyyət qarşısında şəffaflıq və hesabatlılıq tələbləri gücləndirilməlidir;

Tövsiyələr

Page 35: Dr. Azər Meht i yev

• Kreditin rəsmiləşdirilməsi və ona xidmət üzrə bank xərclərinin və risklərinin (uyğun olaraq, risk premiyalarının səviyyəsinin) aşağı salınması istiqamətində kompleks tədbirlərə ehtiyac var:

i) borcalanların kredit reyestrində ölkədə fəaliyyət göstərən bütün hüquqi şəxslər və fiziki şıxs-sahibkarlar, habelə vətəndaşlar barədə dolğun məlumat yerləşdirilməlidir;

ii) ölkədə daşınmaz əmlakın dövlət qeydiyyatı və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işləri sadələşdirilməli, habelə daşınar və daşınmaz əmlakın vahid dövlət reyestrinin yaradılması işləri sürətləndirilməlidir – bu, milyardlarla manatlıq əmlakın iqtisadi dövriyyəyə daxil edilməsinə və bankların resus bazasının genişlənməsinə gətirib çıxara bilər;

iii) ölkədə mülkiyyət hüquqlarının qorunmasına təminat sistemi gücləndirilməlidir; iv) biznesə qanunsuz müdaxilələrin qarşısı alınmalıdır və s.

• Ölkədə korporativ qiymətli kağızlar bazarının, özəl pensiya, sığorta və investisiya fondları və başqa maliyyə vasitəçiliyi institutlarının formalaşmaması istiqamətində işlərin gücləndirilməsi də zəruridir.

Tövsiyələr

Page 36: Dr. Azər Meht i yev

Diqqətinizə görə təşəkkür edirəm