dünyanı dəyişən 20 qadından 20 dərs

44
Dünyanı dəyişən 20 Qadından 20 Dərs

Upload: aygun-novruzova

Post on 16-Apr-2017

789 views

Category:

Business


8 download

TRANSCRIPT

Page 1: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

Dünyanı dəyişən

20 Qadından20 Dərs

Page 2: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

ƏN UĞURLU QADINLAR MÜVƏFFƏQİYYƏT VƏ UĞURSUZLUQDAN

NƏ KİMİ DƏRSLƏR ALIBLAR?

Page 3: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

NÖVBƏTİ MƏSLƏHƏTLƏR SİZƏ KARYERANIZDA VƏ BİZNESİNİZDƏ DÜZGÜN QƏRARLAR VERMƏKDƏ

KÖMƏK EDƏCƏK.

Page 4: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

J.K. ROWLING“Uğursuzluq müvəffəqiyyətin əsasıdır.”

1

Page 5: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

J.K. ROWLING“Uğursuzluq müvəffəqiyyətin əsasıdır.”

Harry Potter əsərinin müəllifidir.

Net dəyəri - 1 milyard dollar

“Mən çox uğursuzluq yaşamışam. Qısa sürən evlilik, tək başına valideyn olma, işsizlik, və evsizlik.” Ancaq o, klaviatura qarşısında oturdu və yazdı. Nəticə milyard dollarlıq Harry Potter seriyaları oldu. Bəzən biz ən dibdə olduğumuzu düşünəndəhəyatımızı dəyişəcək böyük hadisələrin çox yaxında olduğunun fərqinə varmırıq.

1

Page 6: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

MARİSSA MAYER“Cəsarətli olmağı unutmayın.”

2

Page 7: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

MARİSSA MAYER“Cəsarətli olmağı unutmayın.”

Yahoo-da İcraçı Direktor

Net dəyəri 300 milyon dollar

Marissa Mayer keçmiş iş yeri olan Google-dan çıxarkən Sergey Brinin ona dediyi son sözləri Yahoo-da da (hazırki iş yeri) yadına salır və bunu insanlara da məsləhət görür: “Cəsarətli olmağı unutmayın.”

“Əgər həqiqətən də özünüzün və başqalarının həyatında böyük dəyişikliklər etmək istəyirsinizsə, bunu mütləq etməlisiniz. İlk öncə daha təhlükəsiz seçimlər etmək və sonra onları təkrarlamaq daha asan olur.Ancaq cəsarətli olmağı da unutmayın.”

2

Page 8: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

MİUCCİA PRADA“Həyat eşqi ilə yaşlanın.”

3

Page 9: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

MİUCCİA PRADA“Həyat eşqi ilə yaşlanın.”

Prada Brendinin Sahibi

Net dəyəri 11.1 milyard dollar

Biz hamımız yaşlanırıq. Lakin problem odur ki, biz yaşlandıqca daha “yetkin” oluruq və artıq uşaqlar kimi oynamağı unuduruq.Pradanın yaradıcısı olan Miuccia Pradaya görə, biz yuxarıda deyilənin əksini etməliyik.“Qadınlar yaşlandıqca özlərini ram etməyə çalışırlar, ancaq ən yaxşı görünənlər adətən bir az dəlisov olanlardır.”

3

Page 10: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

BEYONCE KNOWLES“Özünüzü istedadlı dostlarla əhatə edin.”

4

Page 11: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

BEYONCE KNOWLES“Özünüzü istedadlı dostlarla əhatə edin.”

Müğənni, Bəstəkar

Net dəyəri 450 milyon dollar

Musiqi dünyasının ən önəmli adlarından biri Beyoncé ətrafında olan insanların gücünə çox inanır. Onun işçiləri və dostları Sony Music- in ən yaxşılarından ibarətdir.- Onun fəlsəfəsi nədir?-“Ən yaxşılarla işləmək səni daha yaxşı edəcək.”

4

Page 12: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

SHERYL SANDBERG“Karyera nərdivana deyil,

cəngəllik tipli idman zalına bənzəyir.”

5

Page 13: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

SHERYL SANDBERG“Karyera nərdivana deyil, cəngəllik tipli idman zalına bənzəyir.”

Facebook, Əməliyyatlar Müdiri

Net dəyəri 1 milyard

“Cəngəlliyəbənzər idman zalları daha çox yaradıcı kəşflər vəd edir. Bu idman zalının zirvəsinə qalxmağın yolları çoxdur. İşi tamamlamaq üçün çətinlikləri və çıxılmazları olan cığır uğur üçün daha yaxşı şans yaradır.”

5

Page 14: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

OPRAH WINFREY“Yavaşlamağı öyrən.”

6

Page 15: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

OPRAH WINFREY“Yavaşlamağı öyrən.”

OWN TV sahibi

Net dəyəri 1 milyard

“ Bəzən zəng etməli olduğum insanların siyahısı daha uzun olanda və insanlar qapımda görüşmək üçün gözləyəndə mən sadəcə dayanıram. Özümü sakitləşdirirəm. Bir ağaca baxıram. çiçəyə və günəşin pəncərədən düşən işığına. Və mən xatırlayıram ki sevgi mümkündür. Dərindən nəfəs alıram və işə qayıdıram.”

6

Page 16: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

ELIZABETH HOLMES“Hər gün eyni şeyi geyinin.”

7

Page 17: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

ELIZABETH HOLMES“Hər gün eyni şeyi geyinin.”

Theranos şirkətinin sahibi

Net dəyəri 4.5 milyard

Elizabeth Holmes ucuz Theranos- özün-et qan-testi dəstini yaratdıqdan sonra öz hesabına dünyanın ən cavan milyarder qadını olmuşdur. İşdəki gündəlik problemlərlə mübarizə apara bilmək üçün o, hər gün işə eyni şeyi geyinir.“Qara uzunboğaz işi asanlaşdırır, çünki hər gün eyni cür geyinirsən və işə nə geyinəcəyini düşünməyə məcbur olmursan- həyatında bir problem azalır.”

7

Page 18: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

SERENA WILLIAMS“Şans saxtadır. Konsentrasiya və dözümlülük isə

realdır.”

8

Page 19: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

SERENA WILLIAMS“Şans saxtadır. Konsentrasiya və dözümlülük isə

realdır.”

Tennis oyunçusu

Net dəyəri 160 milyon

Serena Comptonda çətin uşaqlıq keçirib.“Küçədə biri atəş açarkən tennis oynamağa davam edə bilirsənsə, bu konsentrasiya deməkdir.”O, uğuruna səbəb olan konsentrasiya və dözümlülük kimi cəhətlərinin formalaşmasını çətin uşaqlığına borcludur. “Şans heç bir şəkildə rol oynamır. Mən tennis sahəsində nə vaxt gələcəyini bilmədiyim o şans üçün saysız-hesabsız saatlarla məşq etmişəm.”

8

Page 20: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

SOPHIE AMORUSO“Yalnız özünüzlə yarışın.”

9

Page 21: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

SOPHIE AMORUSO“Yalnız özünüzlə yarışın.”

Nasty Gal şirkətinin sahibi

Net dəyəri 250 milyon

Sophia Amoruso kolleci yarıda buraxaraq mağaza soyğunuyla məşğul olub, zəngin bir qadına Prada ayaqqabılarını seçməkdə kömək etdiyinə görə saatda 12 dollar alırdı. e-Bay-də vintaj paltarlar satmış və sonra100 milyon dəyərində olan şirkətini açmışdır.Ancaq o inanmır ki, başqalarına oxşamağa çalışmaqla uğurlu ola bilərsən.“Mən öz idealın olmaq barədə çox danışıram- başqalarına oşxamağa çalışdıqcaözün olmaqdan çıxırsan. Mən özümlə yarışmağı üstün tuturam.”

9

Page 22: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

TORY BURCH“Düzgün insanları düzgün vəzifələrə qoyun.”

10

Page 23: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

TORY BURCH“Düzgün insanları düzgün vəzifələrə qoyun.”

Tory Burch markasının sahibi

Net dəyəri 1 milyard dollar

Tory Burch eyniadlı geyim şirkətinin rəhbəri və modelyeridir.“Yalnış vəzifədə yalnış insanlar olanda bu bütün şirkətin işinə təsir edir. Bu çətin öyrənilən dərs olsa da, inanılmaz təsiri var.”

10

Page 24: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

SARA BLAKELY“Sən özünün ən yaxşı köməyisən.”

11

Page 25: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

SARA BLAKELY“Sən özünün ən yaxşı köməyisən.”

Spanx Təsisçi

Net dəyəri 1,12 milyard dollar

“Mən çölə çıxdım və lazım olan bütün məhsulları özüm aldım və dostlarıma Spanx məhsulları almaq üçün pulu da özüm verdim, çünki müvəffəqiyyəti təmin etmək üçün yalnız özümə etibar edirdim. Mən hətta mağazalardakı satış nümayəndələrinə belə etibar etmək istəmirdim. İki il ərzində ticarət mərkəzində dayanıb Spanx məhsullarını özüm satmalı oldum, çünki mən hiss edirdim ki, “uğurun baş tutması mənim əlimdədir.”

11

Page 26: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

SUSAN WOJCICKI“Axmaq suallar verməkdən çəkinməyin.”

12

Page 27: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

SUSAN WOJCICKI“Axmaq suallar verməkdən çəkinməyin.”

YouTube İcraçı Direktor

Net dəyəri 300 milyon dollar

“Texnologiya sahəsində işləməyin önəmli tərəflərindən biri də odur ki, hər kəs bir çox işi ilk dəfə edir. Bu işdə ilklər çoxdur. Axmaq suallar verməyə hazır olmalısan, özünü ortaya at və öyrən.” Çünki texnologiya aləmində hər şey daim dəyişir, sən mütəmadi olaraq suallar verməli və öyrənməlisən.

12

Page 28: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

MEG WHITMAN“Fikrini yaxşı gedən işlərə cəmlə.”

13

Page 29: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

MEG WHITMAN“Fikrini yaxşı gedən işlərə cəmlə.”

Hewlett- Packard İcraçı Direktor

Net dəyəri 2 milyard dollar

Meg Whitman HP-də CEO olmadan öncə 5 ildə 4 CEO şirkətdə işdən çıxmışdır, rəqib şirkət bazarda nəzarəti ələ almış və HP-nin gəlir ehtiyatları 42% düşmüşdür.Şirkətdə yolunda getməyənləri düzəltmək əvəzinə, o, əks mövqe göstərdi: “Şirkətin nəyi düzgün etdiyini ortaya çıxar və ondan daha çox et.”3 ildə o, borcları 6.1 milyard dollar qədər azaltdı və uğurlu şəkildə 2 müəssisəyə böldü və onların gəlirini əvvəlki vəziyyətinə qayıtdı.

13

Page 30: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

LYNDA WEINMAN“Maneələr içindən öz yolunu tap.”

14

Page 31: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

LYNDA WEINMAN“Maneələr içindən öz yolunu tap.”

Lynda.com Təsisçi

Net dəyəri 320 milyon dollar

Lynda Weinman Lynda.com-u əslində rəqəmsal dizayn işinə görə əldə edib. Daha sonra o, veb dizayn sahəsində ilk kitabını yazdı, lakin onu reklam etmək üçün nəşriyyatçının veb səhifəsi yox idi. Və beləliklə o, öz veb səhifəsindən istifadə etdi. Bacarıqlı ol, təşəbbüs göstər və problemlərini həll et. Əgər bir həll yolu tapa bilmirsənsə, o zaman başqasını tap.“Əgər kimsə yoluna maneə qoyursa, maneələr içindən başqa bir yol tap.”

14

Page 32: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

MADONNA“İstədiyini dilə gətir.”

15

Page 33: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

MADONNA“İstədiyini dilə gətir.”

Müğənni

Net dəyəri 300 milyon dollar

Madonna hal-hazırda güclü və uğurlu qadın olmasına baxmayaraq, sərvət və şöhrət içində doğulmayıb. O, İtalyan immiqrantlar tərəfindən orta təbəqəli ailədə böyüdülüb. Ona heç nə verilməmişdi.O, zirvəyə doğru mübarizəsini bir prinsip əsasında aparıb: İstədiyini dilə gətir.“Bir çox insan istədiyini dilə gətirməkdən çəkinir. Məhz buna görə onlar istədiklərini əldə edə bilmirlər.”

15

Page 34: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

ALEXA VON TOBEL“Hansı qayadan tullanacağını bil.”

16

Page 35: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

ALEXA VON TOBEL“Hansı qayadan tullanacağını bil.”

LearnvestTəsisçi

Net dəyəri 100 milyon dollar

Alexa Von Tobel Harvard Biznes Məktəbini yarıda qoymuş və cəmiyyəti maliyyə ilə bağlı təhsil vermək üçün LearnVest-in əsasını qoydu. Bizi risk etməyə cəsarətləndirən Alexa riskin qarşısını almaq üçün düzgün planlaşdırmanın əhəmiyyətini vurğulayır.“Hansı qayadan tullanacağını qərarlaşdır və əmin ol ki, düzgün yol xəritən var və gedəcəyin yerə çatmaq üçün əlindən gələni etmisən.”Onun araşdırması nə ilə bağlı idi? O, 75 səhifəlik biznes plan hazırladı. “Heç kim bunu məndən istəməmişdi. Bu, mənim özüm üçün idi. Mən maliyyə haqda hər şeyi bilirdim. Kimsə məni sınağa çəksə, mənim cavablarım artıq hazır idi.”

16

Page 36: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

JENNIFER HYMAN“Sadə ol. Maraqlanan ol.”

17

Page 37: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

JENNIFER HYMAN“Sadə ol. Maraqlanan ol.”

Rent in Runway

Net dəyəri 100 milyon dollar

Jennifer Hymana görə sahibkarlıq ildən-ilə çətinləşir. Bu sahədə özündən əvvəl gələn insanlara qulaq asmaq lazımdır. O etiraf edir ki, karyerasının əvvəllərində intellektuallığına görə lovğalıq edirdi.“Biznes ideyasını tətbiq etmək asandır, lakin bir komanda yaratmaq prosesi inanılmaz dərəcədə yorucudur- sözün həm yaxşı, həm də pis mənasında. Sən davamlı olaraq başqalarına qulaq asmalı, sadə olmalısan və anlamalısan ki, sən sadəcə işin əvvəlindəsən və əsas məsələ davamlı olaraq öyrənməkdir.”

17

Page 38: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

MARTA STEWART“Heç vaxt bir yerdə qərar tutma.”

18

Page 39: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

MARTA STEWART“Heç vaxt bir yerdə qərar tutma.”

Marta Stewart Living

Net dəyəri 638 milyon dollar

Çox insan Marta Stewartı tanıyır, lakin çox azı onun hekayəsini bilir.Media nəhənginə çevrilmədən öncə onun iki fantastik işi var idi - dünya səviyyəli moda brendi üçün modellik etmiş və Manhattanda birjada çalışmışdır.O, əvvəlki işlərində çalışaraq çoxlu pul qazana bilər və tam təminatlı ola bilərdi. Amma o, özünü daha irəliyə atmaq istəyirdi. Nəticə etibarilə, o, net dəyərini 600 milyon dollara qaldıraraq media imperiyası qurdu.

18

Page 40: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

JESSICA ALBA“Vicdanlı olun.”

19

Page 41: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

JESSICA ALBA“Vicdanlı olun.”

Honest Şirkəti

Net dəyəri 1 milyard dollar

Jessica Alba bizə güclü və zəif tərəflərimizin fərqində olmağı xatırladır.“Mən biznes insanı deyiləm, mən anayam... Biz zəif tərəflərimizin fərqində olanda onları tamamlamaq üçün insanları işə ala bilərik.” Albanın həmtəsisçiləri onun təcrübəsi olmayan sahələrdə - internet marketinqi, qeyri-kommersiya və əməliyyatlar sahəsində təcrübəsi olan şəxslərdir.“Sən heç vaxt otaqdakı ən ağıllı insan olmaq istəməzsən.”

19

Page 42: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

TAYLOR SWIFT“İnsanlara qarşı xeyirxah ol.”

20

Page 43: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

TAYLOR SWIFT“İnsanlara qarşı xeyirxah ol.”

Müğənni, bəstəkar

Net dəyəri 200 milyon dollar

Taylor Swiftin 7 Grammy və 16 American Music mükafatı var, Billboard tərəfindən 2 dəfə ilin qadını adlandırılmışdır və Apple şirkətini sənətçilər üçün 0 kompensasiya siyasətini dəyişdirməyə inandırmışdır. Və o, hətta fanatları ilə şəxsən əlaqələr yaratmağa və yaxın dostlarına vaxt tapa bilir. “Mən arxamda mənə görə həyatlarında daha yaxşı fürsətlər əldə edən, özünü yaxşı hiss edən və ya sadəcə gülümsəyən insan ordusu buraxmaq istəyirəm.”“Həyatda nə olursa olsun, insanlara qarşı xeyirxah ol. Bunu etmək özündən sonra miras buraxmağa bənzəyir.”

20

Page 44: Dünyanı dəyişən 20 Qadından 20 Dərs

Tərcümə etdi: Aygün Novruzova

Mənbə: www.getsidekick.com

Şəxsi brendinizi yaratmaq və uğurlu karyera qurmaq üçün ilk addımları bizimlə atın:

www.gr8club.net