edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə...
TRANSCRIPT
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" çərçivəsində Turizm üzrə Alt-işçi qrupunun
HESABATI
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Baki şəhəri, 2016-cı il
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Mündəricat
Azərbaycanda turizmin inkişaf strategiyası .......................................................... 3
Müzakirələr ...................................................................................................... 16
İştirakçılar ......................................................................................................... 18
Şəkillər .............................................................................................................. 19
2 İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
AR Mədəniyyət və Turizm Nazirliyinin
sektor müdiri Mahir Qəhrəmanov
Azərbaycanda turizmin inkişaf strategiyası
Strateji Yol Xəritəsinə dair təkliflər
3 İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Azərbaycan üçün turizmin əhəmiyyəti • Turizm ölkəmizin iqtisadi inkişaf planında prioritet olaraq müəyyən edilmiş
üç qeyri-neft sektorundan biri kimi
• Turizmin inkişaf etdirilməsi məqsədilə qəbul edilmiş Dövlət Proqramları
4 İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Azərbaycan üçün turizmin əhəmiyyəti Qanunvericilik
“Turizm haqqında” Azərbaycan Respublikasının yeni Qanun layihəsi
“2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası”
“Turizm rekreasiya zonalarının inkişafı” layihəsi
5
İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Azərbaycan turizminin güclü və zəif tərəfləri, mövcud dinamik inkişafın səbəbləri və problemlər
Güclü tərəflər və imkanlar
• Azərbaycan Avropa və Asiyanın, müxtəlif sivilizasiyaların və dinlərin qovşağında yerləşən, qədim tarixə, adət-ənənələrə malik olan bir ölkədir.
• Azərbaycanın zəngin və özünəməxsus mətbəxi var, əhalisinin tolerantlığı və qonaqpərvərliyi ilə fərqlənir.
• Azərbaycan qədim tarixə malik olduğuna və müxtəlif dinlərin qovşağında yerləşdiyinə görə onun ərazisi ayrı-ayrı dövrlərə və dinlərə aid tarixi, mədəni abidələrlə zəngindir, mədəni irs, eləcə də dini turizm sahəsində əsaslı potensiala sahibdir.
• Azərbaycan tarixi İpək Yolunun üzərində yerləşən və Avropa ilə Asiya qitəsini bir-birinə bağlayan strateji körpüdür. Beynəlxalq turizmin gələcək inkişafı şərq istiqamətinə doğru marağın artması tendensiyası ilə bağlıdır.
• Azərbaycan Avropanın bir hissəsi, həmçinin “Şərqin qapısı” kimi əlverişli coğrafi mövqeyə malikdir.
6 İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Azərbaycan turizminin güclü və zəif tərəfləri, mövcud dinamik inkişafın səbəbləri və problemlər Böyük və Kiçik Qafqaz dağ silsilələrinin əhatəsində, doqquz iqlim qurşağında və qızıl qumu ilə dünyada məşhur olan Xəzərin sahilində yerləşən Azərbaycan ərazisi ecazkar göllər və çaylarla, süni dəryaçalarla, sağlamlıq üçün təbii müalicə ehtiyatları ilə zəngindir və dağ, çay, dəniz, göl, sağlamlıq, ekoturizm, kənd turizmi nöqteyi-nəzərdən böyük imkanlara malikdir.
Neft biznesinin beşiyi sayılan Bakı Şərq və Qərb arxitekturasının ahəngindən yaranan panoramaya malik olduğundan və son dövrlər sürətlə inkişaf edərək şəhərsalmada müasir standartlar yaratdığından şəhər turizmi baxımından da cəlbedicidir.
Turizmin inkişafına hökumət dəstək göstərir.
Ölkənin turizm bazarında aparıcı beynəlxalq brendli mehmanxanalar və ona bərabər tutulan yerləşdirmə obyektləri mövcuddur.
Beynəlxalq turizm şirkətləri daha çox təcrübəli müştərilərə xidmət etmək üçün davamlı olaraq yeni istiqamətlər kəşf edir və belə istiqamətlər perspektivdə kütləvi turizm axınları üçün səyahət paketlərinin hazırlanması ilə nəticələnir.
Turistlər üçün maraqlı hekayələr, rəvayətlər, əfsanələr turizm marketinqi üçün vacib amildir. Azərbaycanın zəngin təbiəti, tarixi, folkloru, bütövlükdə mədəni irsi bunun üçün geniş imkanlar yaradır.
Son illər ərzində işgüzar (MICE) turizm də öz növbəsində beynəlxalq səviyyədə əhəmiyyətli, eləcə də çox rəqabətli bir seqmentə çevrilmişdir. Bu baxımdan paytaxt şəhəri olan Bakı və Gəncə şəhərləri, eləcə də Qəbələ öz konfrans zalları, mehmanxanaları və digər müvafiq xidmət infrastrukturları ilə cazibədar bir məkan sayılır.
7 İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Azərbaycan turizminin güclü və zəif tərəfləri, mövcud dinamik inkişafın səbəbləri və problemlər
Zəif tərəflər və problemlər Ümumi turizm mühiti və strukturu
• Azərbaycanın bütün turizm məhsulları birbaşa və ya dolayı olaraq, dövlətin müxtəlif qurumlarının (məsələn, təhsil, vergi, infrastruktur, mühafizə, təhlükəsizlik, səhiyyə və s.) səlahiyyəti çərçivəsindədir.
• Turizm sahəsində kadr hazırlığı həm keyfiyyət, həm də kəmiyyət baxımından bu sahədə əmək bazarının tələblərinə cavab vermir.
• Turizmin inkişafı üçün dövlət tərəfindən sənayenin idarə olunmasına dair konkret planlaşdırma prosesinə ehtiyac var.
• Turizm üzrə tədqiqatların və statistikanın aparılması keyfiyyəti təkmilləşdirilməlidir.
• Özəl sektor təmsilçiləri turizmin inkişaf prosesinə daha fəal cəlb olunmalıdır.
• Səmərəli iş mexanizmlərinə sahib olan ixtisaslaşmış peşəkar turizm assosiasiyalari yaradılmalıdır.
• Davamlı turizm məhsullarının yaradılması ilə turizm regional səviyyədə inkişaf etdirilməlidir.
• Azərbaycan üçün hədəf bazarlar hesab olunan ölkələrdə turizm təmsilçiliyi (yerli ixtisaslaşan şirkətlərdən ibarət) yaradılmalıdır.
• Mövsümiliyin əks təsirləri azaldılmalı, tədricən “il boyu turizm” prinsipi ilə işləmək təmin edilməlidir.
• Dövlətin turizmə dəstəyi çərçivəsində nazirliklər və dövlət qurumları arasında qarşılıqlı dəstək və koordinasiya təkmiləşdirilməlidir.
• Rəqib bazarlar qarşısında rəqabətliliyin artırılması üçün “qiymət və dəyər” amilləri yaxşılaşdırılmalıdır.
8 İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
• Turizm nəqliyyatı xidməti inkişaf etdirilməlidir.
• Turizm sahəsi üzrə kadr hazırlığının keyfiyyət təminatı yaxşılaşdırılmalıdır
• Turizm sahəsinin qanunvericilik bazası genişləndirilməlidir.
Azərbaycan turizminin güclü və zəif tərəfləri, mövcud dinamik inkişafın səbəbləri və problemlər
Xarici və yerli turistlər üçün səyahətetmə imkanlarının asanlaşdırılması
• Turistlərə viza verilmə proseduraları sadələşdirilməlidir.
• Beynəlxalq hava nəqliyyatı şəbəkəsi genişləndirilməli və qiymətlər azaldılmalıdır.
• Hava limanlarında nəqliyyat infrastrukturu və xidmətlər təkmilləşdirilməlidir (məsələn, avtomobillərin kirayəsi və hava limanı ilə şəhərlərarası avtobus marşrutlarının təşkili).
• Yol hərəkətinin təhlükəsizliyi artırılmalıdır.
• Xarici dillərdə məlumat lövhələri ilə təminat yaxşılaşdırılmalıdır (xüsusilə regionlarda).
• Milli parklara və çimərliklərə giriş sadələşdirilməlidir.
• Dənizkənarı infrastruktur təkmilləşdirilməli və əyləncə imkanları genişləndirilməlidir.
İşçi heyətin peşəkarlığı və xidmət çeşidlərinin artırılması
• Turizm sahəsində tələb olunan peşə və ixtisasların, həmçinin bilik və bacarıqların müəyyən olunması üçün monitorinqlər keçirilməli və araşdırmalar aparılmalıdır.
9 İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
• Müəyyən olunmuş peşə və ixtisaslar üzrə peşə və kvalifikasiya standartları, onların əsasında müasir tələblərə cavab verən təlim proqramları hazırlanmalı və tətbiq olunmalıdır.
• Turizm sahəsində peşəkar kadr çatışmazlığı aradan qaldırılmalıdır
• Xarici dil bilən kadrlara olan ehtiyaclar ödənilməlidir.
• Regionlarda Turizm İnformasiya Mərkəzləri tərəfindən təklif olunan xidmətlərin keyfiyyət və çeşidi artırılmalıdır.
• Satış üçün təklif olunan əl işlərinin nümunələri və suvenirlərin çeşidi artırılmalıdır.
10 İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Azərbaycan turizminin güclü və zəif tərəfləri, mövcud dinamik inkişafın səbəbləri və problemlər
Turizm infrastrukturu • Turizm və rekreasiya zonalarının yaradılması prosesinin ləng getməsi
• Regional turizm inkişaf layihələrinin maliyyələşməsinindəstəklənməməsi
• Turizm üzrə kompleks xidmətlər standartı təkmilləşdirilməlidir.
• Beynəlxalq standartlı 2, 3 və 4 ulduzlu yerləşdirmə vasitələrinin sayı artırılmalıdır.
• Turizm nümayiş obyektlərinin texniki səviyyəsi yaxşılaşdırılmalıdır.
11 İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın milli turizm siyasətini aparan və koordinasiya edən əsas
mərkəzi icra hakimiyyəti orqanı kimi missiyası • Azərbaycanın dünyada turizm ölkəsi (məkanı) kimi tanınması;
• Daxili və gəlmə turizm növlərinin inkişafına təkan verilməsi;
• Turizm üzrə əlverişli biznes mühitinin yaradılmasının sürətləndirilməsi;
• Regional səviyyədə rəqabətqabiliyyətli turizm xidməti infrastrukturunun inkişafına və kadr potensialının gücləndirilməsinə dəstəyin verilməsi;
• Turizm xidməti keyfiyyətinin yaxşılaşdırılması üçün ixtisaslı insan resurslarının inkişafına üstünlüyün verilməsi;
• Beynəlxalq turizm bazarında ölkənin rəqabətqabiliyyətinin artırılması;
• Cəlbedici turizm brendinin yaradılması və təşviqi;
• Beynəlxalq təcrübəyə əsasən turizmin inkişafına və rəqabətqabiliyyətinə təkan vermək üçün qanunların, normativ-hüquqi sənədlərin və keyfiyyət standartlarının təkmilləşdirilməsi.
12 İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Azərbaycan turizmi üçün dörd əsas prinsip
Birinci prinsip: davamlılıq
İkinci prinsip: rəqabətlilik
Üçüncü prinsip: xidmətin keyfiyyəti və qiyməti
Dördüncü prinsip: dövlət və özəl sektorlar arasında əməkdaşlıq
13 İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Azərbaycanın turizm strategiyasının dörd inkişaf istiqaməti
Birinci istiqamət – institusional strukturun inkişafı
- İnstitusional potensialı gücləndirməklə səmərəli idarəetmənin təmin olunması
- Tədqiqat və inkişaf
- Turizm məlumatlarının toplanması və Köməkçi Turizm Hesabları (Tourism Sattelite Account)
Qanunvericilik bazası və vergiyə cəlb olunma
- Vergi tənzimlənməsi
- Gender və əlillərlə bağlı məsələlər
- Turizm məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi
İkinci istiqamət – infrastrukturun inkişafının gücləndirilməsi
-Turizm infrastrukturunun əhəmiyyəti
1) Əsas infrastruktur
2) Yardımçı infrastruktur (əyləncə, turizm nümayişi və digər obyektlər)
- Təhsil və təlim
- Maliyyə dəstəyi mexanizmləri
- İnformasiya texnologiyaları
Üçüncü istiqamət – Azərbaycanda turizm məhsullarının müxtəlifliyi
Regional inkişaf
Azərbaycanda Ərazi İdarəetmə Təşkilatları (ƏİT) şəbəkəsinin yaradılması
14 İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Turizm Rekreasiya zonaları (TRZ)
Turizm məhsulunun inkişafı
Azərbaycanda turizmin məhsulunun inkişafı üçün aşağıdakıların həyata keçirilməsi vacibdir
- Azərbaycan turizmi – əsas turizm və rekreasiya zonaları / turizm mövzuları.
Dördüncü istiqamət – turizm məkanı olan Azərbaycanın marketinq və kommunikasiya sistemində peşəkarlığın artırılması
- Azərbaycanın turizm məkanı (destinasiya) kimi təşviqi
- Marketinq strategiyası və fəaliyyət planı
- Bazarların qruplaşdırılması
15 İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Müzakirələr
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” çərçivəsində keçirilən tədbir Azərbaycanda turizm sektorunun inkişafı, əsas prioritetlərin öyrənilməsi və turizm sahəsində aparılacaq əhəmiyyətli islahatları əhatə etmişdir. “İxtisaslaşmış turizm və əyləncə sektoru” üzrə işçi qrupda keçirilən müzakirələr zamanı Azərbaycanda turizm sahəsi üzrə üstünlüklər və çağırışlar müzakirə edildi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov işçi qrup üçün prezentasiyasını təqdim etdi. Müzakirələrin ilkin mərhələsində Ulu Öndər Heydər Əliyev tərəfindən turizmin inkişafı ilə əlaqədar görülmüş işlərin əhəmiyyəti vurğulandı.
Özəl sektor və ictimai birliklər müzakirələr zamanı öz təkliflərini verdilər. Ölkədə özəl turizm sektorunu təmsil edən baş menecerlər və vətəndaş cəmiyyəti nümayəndələri turizm sektorunun ÜDM-də payının artırılmasını, statistikanın təkmilləşdirilməsini və beynəlxalq təcrübənin tətbiqinin vacibliyini vurğuladılar. Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev Azərbaycanda ətraf mühitə vurulan zərərlərin turizm sektoruna, o cümlədən səhiyyə turizminin inkişafına əngəl yaratdığını qeyd edib. Bildirib ki, ətraf mühitə vurulan zərərlərlə bağlı qabaqlayıcı tədbirlər görmək, xüsusilə, Türkiyənin təcrübəsinin öyrənilməsinə ehtiyac vardır. Bundan əlavə o, otellərdə kadr potensialının formalaşması üçün dövlət tərəfindən əməli tədbirlərin görülməsini vurğuladı. Digər məsələ kimi qiymətin əmələ gəlməsində maya dəyərinin rolu, Mədəniyyət və Turizm Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müştərək layihələr həyata keçirtməyi, koordinasiya olunmağı, təcrübə paylaşımı müzakirə edildi. Türkiyədə turizmin inkişafı üçün qəbul edilən Təşviq-Subsidiya proqramı haqda qısa məlumat verildi. Proqramın əhəmiyyəti ondan ibarətdir ki, dövlət tərəfindən turizm şirkətləri üçün ayrılan subsidiya, müəyyən zaman keçdikdən sonra dövlətin özünə qayıdır. Müzakirələrə qoşulan Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov turizm sektorunda aparılmalı olan islahatlara kompleks yanaşmanın olmasını vurğuladı. Bildirdi ki, turizm sektorunun inkişafını şərtləndirəcək dörd amil vardır ki, bunlar ətraf mühit, davamlılıq, sənaye aktivliyi və icmaların fəaliyyətidir. Bundan əlavə Eldar Aslanov ölkədə infrastrukturun yaxşılaşdırılmasının vacibliyini önə çəkdi. Azərbaycan Turizm və Menecment Universiteti kadr hazırlığında önəmli rol oynayır, lakin sektor üçün yalnız ali təhsilli kadrlar deyil, həmçinin peşə yönümlü ixtisasların inkişaf etdirilməsi əsas faktordur. “Park İnn” otelinin baş meneceri də müzakirələrə qoşularaq Azərbaycanda turizm potensialının yüksək səviyyədə olmasını vurğulayaraq,
16 İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Türkiyənin turizmin inkişafı mərhələsində buraxdığı səhvləri Azərbaycanın təkrar etməməsinə çağırdı. Kütləviliyin yol verilməz olması və bunun Azərbaycana ziyan verə bilməsi ətrafında fikir mübadiləsi aparıldı. Bakı Dövlət Universitetinin müəllimi, Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzaffər Ağakərimov Azərbaycanda hostellərin və 2-3 ulduzlu otellərin olmasını və turizmin kütləvilik əsasında formalaşmasının vacibliyini önə çəkdi. “Park İnn” otelinin baş meneceri kütləviliyin zərərli olmasını vurğulasa da İİTKM-nin sədri Vüsal Qasımlı Azərbaycanla Türkiyə arasında bu mənada ciddi fərqin olmasını qeyd etdi: Türkiyə ilə Azərbaycan arasında ciddi bir fərq var ki, bu da qiymət məsələsidir. Türkiyədən fərqi olaraq Azərbaycan turizmdə doyma nöqtəsinə çatmayıb ki, kütləvi turizmdən imtina etsin. Qiymət faktoruna əhəmiyyət vermənin vacibliyini vurğulayan Vüsal Qasımlı portfel menecmentinin inkişafı və diversifikasiyanın önəmi barədə danışdı. Cənab Prezidentin qarantı olduğu ictimai-siyasi sabitliyin Azərbaycanda turizm sektorunun əsas üstünlüyü olduğu V.Qasımlı tərəfindən qeyd edildi. Sonda müzakirələrə qoşulan “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” ictimai birliyinin sədri Qəhrəman Usubov Xəzər dənizi ətrafındakı problemlərdən danışdı. Ölkədə ekoloji təhlükəsizliyin, xüsusilə, Xəzər dənizi ətrafındakı vəziyyət ürək açıcı deyil. Bütün bunlarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əməli tədbirlər hazırlanmalı və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müştərək iş ortaya qoyulmalıdır. Turizm sektoru üçün elmi kadr yetişdirən müəllimlərin kitablarının maliyyələşdirilməsində maliyyə resurslarının olmaması vurğulanıb. Milli suvenirlərin ciddi problem olması da artıq məlumdur. İçərişəhər tərkibində fəaliyyət göstərən suvenir dükanlarında milli suvenirlərdən əlavə bütün qonşu ölkələrin suvenirlərinə rast gəlmək mümkündür. Müzakirələr zamanı Xorqos Beynəlxalq Ticarət mərkəzinin analoqunun Azərbaycanda da tikilməsi haqda danışıldı. Qeyd edildi ki, əslində Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı azad iqtisadi zona daxilində həm də turizmin inkişafına dəstək ola bilər.
17 İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
İştirakçılar İştirakçının Adı Təmsil etdiyi qurum
Vüsal Qasımlı İİTKM icraçı direktor Elxan Mikayilov Prezident Administrasiyasının Aqrar və Sənaye Məsələləri
Şöbəsinin Aqrar məsələlər sektorunun müdiri Eldar Aslanov Turizm Universiteti, prorektor Fərhad Mikayilov UNEC nəzdində İqtisadi Araşdırmalar ETİ, sosial problemlər Elxan İmanov İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar ETİ, baş elmi işçi Vüsal Hüseynov İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar ETİ, mütəxəssis Seymur Həsənov Regionlarda turizmin inkişafı sektorunun müdiri,
Mədəniyyət və Turizm Nazirliyi Bəxtiyar Qılıncov Turizm sənayesi ilə iş sektorunun müdiri, Mədəniyyət və
Turizm Nazirliyi Mahir Qəhrəmanov Planlaşdırma və inkişaf sektorunun müdiri, Mədəniyyət və
Turizm Nazirliyi Nahid Bağırov Azərbaycan Turizm Assosiasiyasının sədri Rəhman Səfərov ATMU-nun Turizm və Qonaqpərvərlik fakultəsinin dekanı Bahadur Bilalov ATMU kafedra müdiri Novruz Quliyev ATMU kafedra müdiri Anar Mirzəyev ATMU dekan müavini Anar Eminov ATMU kafedra müdiri RuslanQuliyev Azərbaycan sağlamlıq və termal turizminə dəstək ictimai
birliyinin sədri Ceyhun Aşurov “SKAL Baku Klubu”-nun rəhbəri Qəhrəman Usubov “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” ictimai birliyinin
sədri Berker Balkoç “McKinsey and Co” şirkətinin Azərbaycan Ofisinin
nümayəndəsi Ruslan Əliyev Ercan Balkoç “McKinsey and Co” şirkətinin Azərbaycan Ofisinin
nümayəndəsi Emil Səfərov Mədəniyyət və Turizm Nazirliyi Nəsib Usubov “A la carte” şirkətinin rəhbəri Müzəffər Ağa-kərimov
Azərbaycan Turizm Assosiasiyası
Cəmilə Fərhadova “Holiday İnn” Baku Zafer Tongil İSR Holding Ahmet Can “Park İnn by Radisson” Azad Əhmədov “Bosfor” Hotel Samir Dübəndi Hotellər və Restoranlar Assosiasiyası Nicat Hacızadə İİTKM Vüsal Musayev İİTKM Ayaz Çaparlı İİTKM
18 İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
ŞƏKİLLƏR
19
İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
20 İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
21 İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu