ekolojİ sİyasƏt sevİl mƏmmƏdova azərbaycan … · s.məmmədova partiyaların...

12
■ Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə ■ EKOLOJİ SİYASƏT SEVİL MƏMMƏDOVA Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Politologiya və siyasi idarəetmə kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru DÖVLƏTİN EKOLOJİ SİYASƏTİNİN HƏYATA KEÇİRİLMƏSİNDƏ İCTİMAİ BİRLİKLƏRİN İŞTİRAKI Ekoloji situasiyanın kəskinləşdiyi müasir mərhələdə beynəlxalq səviyyədə ətraf mühin mühafizəsi məsələlərinə marağın daha da artdığı bir şəraitdə dünya ölkələrində ekoloji hərəkatın fəallaşması qanunauyğundur. Cəmiyyət üzvlə- rinin və onların təmsilçisi kimi ictimai təşkilatların ətraf mühitin mühafizəsində iştirakı, birincisi, əhalinin fəal hissəsinin bu məsələlərlə bağlı məlumatlılığının göstəricisidir; ikincisi, bu, ekoloji informasiyanın əhalinin qalan hissəsi arasında yayılması üçün bir kanal olmaqla, həm də stimuldur. İctimaiyyətin ekoloji fəaliyyətə cəlb olunması eyni zamanda yerli əhaliyə öz maraqları və narahatlıqlarını bildirmək, vətəndaşların bu sahədəki problem- lərin həllində hakimiyyət orqanlarına etimadını artırmaq imkanı verir; üçüncüsü, ictimai təşkilatlar və hərəkatların fəallığından bu və ya digər konkret ekoloji problemin qoyuluşu və onun həllinin operativliyi asılıdır. Təcrübə göstərir ki, inkişaf etmiş sənaye ölkələrində ekoloji siyasətdə nəzərə çarpacaq dərəcədə düzəlişlərin edilməsi bu ölkələrdəki ətraf mühitin mühafizəsi hərəkatlarının təzyiqi altında olmuşdur. Bu gün ekoloji hərəkat, bir tərəfdən, müxtəlif ölkələrin “yaşıllar” partiyaları ilə, digər tərəfdən isə, ictimai rəyin formalaşmasına və dövlətin ekoloji siyasətinə təsir göstərən milli ictimai ekoloji təşkilatlarla təmsil olunur [9]. Bu sahədəki təhlillər əsasında təbiəti mühafizə hərəkatının yaranması və inkişafında bir neçə mərhələni ayırmaq olar: - ekologiyaya həvəskarlıq və ictimai-elmi marağın formalaşması (XIX əsrin sonu - XX əsrin əvvəli); - kütləvi ekoetiraz mərhələsi (XX əsrin 60-cı illərinin ikinci yarısı); - geniş ictimaiyyət tərəfindən hakimiyyət dairələrinin ekoloji siyasətinin digər aspektlərinin dərk edilməsi (XX əsrin 70-ci illərinin sonu); - XX əsrin 80 və 90-cı illərinin kəsiyin - dən öz başlanğıcını götürmüş dördüncü mərhələ keçmiş SSRİ və Şərqi Avropa ölkələrində müstəqil ekoloji hərəkatların fəaliyyətinin coğrafi çərçivələrinin xeyli genişlənməsi ilə səciyyələnir. Bu mərhə- lədə - 1980-ci illərdə ekoloji problema- tikanın yeni tipli hərəkatlar tərəfindən fəal şəkildə mənimsənilməsi, inkişaf etmiş ölkələrdə hökumətlərin ekoloji siyasətinə xeyli təsir göstərməyə başlayan “yaşıllar” adını almış ekoloji partiyaların forma- laşması başlamışdır. Bu baxımdan qeyd etməlk lazımdır ki, məsələn, Avropa və Şimali Amerikada ekoloji problemlərin geniş miqyaslılığı müxtəlif səviyyələrdəki Avropa və dünya təşkilatlarının reaksiyasına səbəb olmuşdur ki, bu reaksiya- lardan biri də “Yaşıllar” partiyalarının yaran- ması olmuşdur. Bu partiyalar öz fəaliyyətinə birdəfəlik etiraz aksiyaları ilə başlamış, daha sonra isə real siyasi qüvvəyə çevrilmişlər. Bu hal ekoloji təhdidlərin milli təhlükəsizlik üçün siyasi təhdidlərə çevrilməsi nümunəsi kimi də göstərilə bilər. Daha sonra milli və beynəlxalq institutlar səviyyəsində strukturlaşmış ekoloji siyasətin həyata keçirilməsinin zəruriliyi dərk edilmiş, bu siyasətin məqsədi isə bütün növ tullantılara sərt standartların tətbiq edilməsi yolu ilə ətraf mühitin çirklənməsinin miqyası- nın azaldılması, iqtisadiyyatda aktiv stimullaş- dırma və sənayedə resurslara qənaət edən texnologiyaların tətbiqi, bir sözlə, ekoloji təhlükəsizliyin təmin edilməsi olmuşdur. Ekoloji 4 ( 60)2017 199

Upload: others

Post on 08-Mar-2020

9 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: EKOLOJİ SİYASƏT SEVİL MƏMMƏDOVA Azərbaycan … · S.Məmmədova partiyaların proqramlarında başlıca yer təbii balansı bərpa etmək məqsədilə iqtisadi siyasətin kökündən

■ Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə ■

E K O L O J İ S İ Y A S Ə T

SEVİL MƏMMƏDOVAAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Politologiya və siyasi idarəetmə kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru

DÖVLƏTİN EKOLOJİ SİYASƏTİNİN HƏYATA KEÇİRİLMƏSİNDƏ İCTİMAİ BİRLİKLƏRİN İŞTİRAKI

Ekoloji situasiyanın kəskinləşdiyi müasir mərhələdə beynəlxalq səviyyədə ətraf mühin mühafizəsi məsələlərinə marağın daha da artdığı bir şəraitdə dünya ölkələrində ekoloji hərəkatın fəallaşması qanunauyğundur. Cəmiyyət üzvlə­rinin və onların təm silçisi kimi ictimai təşkilatların ətraf mühitin mühafizəsində iştirakı, birincisi, əhalinin fəal hissəsinin bu məsələlərlə bağlı məlumatlılığının göstəricisidir; ikincisi, bu, ekoloji informasiyanın əhalinin qalan hissəsi arasında yayılması üçün bir kanal olmaqla, həm də stimuldur. İctim aiyyətin ekoloji fəaliyyətə cəlb olunması eyni zamanda yerli əhaliyə öz m araqları və narahatlıqlarını bildirmək, vətəndaşların bu sahədəki problem­lərin həllində hakimiyyət orqanlarına etimadını artırmaq imkanı verir; üçüncüsü, ictimai təşkilatlar və hərəkatların fəallığından bu və ya digər konkret ekoloji problemin qoyuluşu və onun həllinin operativliyi asılıdır. Təcrübə göstərir ki, inkişaf etmiş sənaye ölkələrində ekoloji siyasətdə nəzərə çarpacaq dərəcədə düzəlişlərin edilməsi bu ölkələrdəki ətraf mühitin mühafizəsi hərəkatlarının təzyiqi altında olmuşdur. Bu gün ekoloji hərəkat, bir tərəfdən, müxtəlif ölkələrin “yaşıllar” partiyaları ilə, digər tərəfdən isə, ictimai rəyin formalaşmasına və dövlətin ekoloji siyasətinə təsir göstərən milli ictimai ekoloji təşkilatlarla təmsil olunur[9].

Bu sahədəki təhlillər əsasında təbiəti mühafizə hərəkatının yaranması və inkişafında bir neçə mərhələni ayırmaq olar:

- ekologiyaya həvəskarlıq və ictimai-elmi marağın formalaşması (XIX əsrin sonu - XX əsrin əvvəli);

- kütləvi ekoetiraz mərhələsi (XX əsrin 60-cı illərinin ikinci yarısı);

- geniş ictimaiyyət tərəfindən hakimiyyət dairələrinin ekoloji siyasətinin digər aspektlərinin dərk edilməsi (XX əsrin 70-ci illərinin sonu);

- XX əsrin 80 və 90-cı illərinin kəsiyin­dən öz başlanğıcını götürmüş dördüncü mərhələ keçmiş SSRİ və Şərqi Avropa ölkələrində müstəqil ekoloji hərəkatların fəaliyyətinin coğrafi çərçivələrinin xeyli genişlənməsi ilə səciyyələnir. Bu mərhə­lədə - 1980-ci illərdə ekoloji problema- tikanın yeni tipli hərəkatlar tərəfindən fəal şəkildə mənimsənilməsi, inkişaf etmiş ölkələrdə hökumətlərin ekoloji siyasətinə xeyli təsir göstərməyə başlayan “yaşıllar” adını almış ekoloji partiyaların forma­laşması başlamışdır.

Bu baxımdan qeyd etməlk lazımdır ki, məsələn, Avropa və Şimali Amerikada ekoloji problem lərin geniş m iqyaslılığı m üxtəlif səviyyələrdəki Avropa və dünya təşkilatlarının reaksiyasına səbəb olmuşdur ki, bu reaksiya­lardan biri də “Yaşıllar” partiyalarının yaran­ması olmuşdur. Bu partiyalar öz fəaliyyətinə birdəfəlik etiraz aksiyaları ilə başlamış, daha sonra isə real siyasi qüvvəyə çevrilmişlər. Bu hal ekoloji təhdidlərin milli təhlükəsizlik üçün siyasi təhdidlərə çevrilməsi nümunəsi kimi də göstərilə bilər. Daha sonra milli və beynəlxalq institutlar səviyyəsində strukturlaşmış ekoloji siyasətin həyata keçirilməsinin zəruriliyi dərk edilmiş, bu siyasətin məqsədi isə bütün növ tullantılara sərt standartların tətbiq edilməsi yolu ilə ətraf mühitin çirklənməsinin miqyası­nın azaldılması, iqtisadiyyatda aktiv stimullaş­dırma və sənayedə resurslara qənaət edən texnologiyaların tətbiqi, bir sözlə, ekoloji təhlükəsizliyin təmin edilməsi olmuşdur. Ekoloji

■ 4 (60)2017 ■ ■ 199 ■

Page 2: EKOLOJİ SİYASƏT SEVİL MƏMMƏDOVA Azərbaycan … · S.Məmmədova partiyaların proqramlarında başlıca yer təbii balansı bərpa etmək məqsədilə iqtisadi siyasətin kökündən

■ S.Məmmədova ■

partiyaların proqramlarında başlıca yer təbii balansı bərpa etmək məqsədilə iqtisadi siyasətin kökündən dəyişdirilməsi vəzifələrinə, həmçinin ə tra f mühitin m ühafizəsinə dair konkret tədbirlərə ayrılmışdır.

Bu gün “yaşıllar” partiyaları Avropanın kifayət qədər nüfuzlu partiyalarına çevrilməklə, Almaniyada, Fransada, İngiltərədə, İtaliyada, bir sıra digər Avropa ölkələrində fəal şəkildə fəaliyyət göstərir, seçicilərin 5-10% səslərini qazanırlar. Buna misal olaraq Avropa İttifaqının sistem yaradıcı ölkələrindən biri olan Almaniyanın “Yaşıllar” Partiyasını göstərmək olar. Həmin Partiya 1979-cu ildə Almaniya Federativ Respublikasında “Yeni solçular” hərəkatının məğlubiyyətinə reaksiya kimi yaranmışdır. “Yaşıllar” əvvəlcə əksər hissəsi 1970-ci illərdə ekoloji istiqamət götürən (o cümlədən, atom enerjisi və ətraf mühitin çirklənməsinə qarşı mübarizə) yeni sosial hərəkatları birləşdirən “antipartiya” kimi mövcud olmuşlar. Partiyaya sol radikallar və anarxistlər, postmarksistlər, sol liberallar, xristian pasifistlər, eləcə də sağ siyasi spektrin nümayəndələri daxil olmuşlar. Bütövlükdə, sol mərkəzçi iqtisadi kursu dəstəkləyən və ekoloji cəhətdən təhlükəli layihələrə, o cümlədən atom elektrik stansiyalarına qarşı çıxan Almaniya Yaşıllar Partiyası 1983-cü ildə parlament seçkilərində səslərin 5,7%-ni əldə edərək Bundestaqda 27 yer tutmuş, 1987-ci ilin yanvarında isə daha geniş dəstəyə nail olmaqla səslərin 8,3%-ni qazanm ağa m üvəffəq olm uşdur [12]. Almaniyanın birləşməsindən sonra ümummilli seçkilərdə məğlub olduğu üçün Yaşıllar Partiyası parlamentdən kənarda qalmış və Şərqi Almaniya torpaqlarında özünün dəstəyinin genişlənməsinə çalışaraq 1989-cu ildə yaranmış “İttifaq 90”- la birləşmişdir. Partiya 1998-2005-ci illərdə Almaniya koalisyon hökumətində sosial- demokratların kiçik partnyoru olmuş, 2005-ci ildən yenə müxalifət mövqeyini tutmuşdur.. Diqqəti cəlb edən bir məsələ də odur ki, ilk dəfə olaraq 2008-ci ildə partiyanın həmsədr­lərindən biri türkmənşəli siyasətçi Cem Özdemir seçilmişdir (digər həmsədr Klaudia Rot). Partiya təbiət və ətraf mühitin bundan sonra dağıl­masının qarşısını almaq məqsədilə əmək və yaşayış şəraitinin radikal dəyişməsindən çıxış

edir və daxili siyasətdə bu məqsədi birbaşa demokratiyanın rolunun artırılması tələbi ilə əlaqələndirir. Bundan başqa “Yaşıllar” ictimai siyasətdə sol liberal baxışlardan çıxış edərək “çoxmədəniyyətlf” cəmiyyət, immiqrantların alman cəmiyyətinə inteqrasiyası, şəxsi həyat haqqında inform asiyanın, digər vətəndaş hüquqlarının müdafiəsi cəmiyyətin informasiya- laşdınlması və s. kimi vəzifələri qarşıya qoyurlar [ 11].

Onu da qeyd etmək lazımdır ki, partiya iri şəhərlərdə daha çox dəstəyə malikdir. Sonuncu parlament seçkilərində (24 sentyabr 2016-cı il) öz ətrafında 60 minədək üzvlərini birləşdirən «Yaşıllar» Bundestaqa daxil olan 3 üçüncü partiyalardan biri kimi (parlamentə cəmi 6 partiya daxil olub) səslərin 8,9%-ni toplayaraq, 67 mandat əldə etmişlər. Bütövlükdə, artıq parlamentdə təmsil olunmasının 30 illiyi tamam olan Almaniya Yaşıllarının qarşıya qoyduqları məqsədlərin hamısına nail olmaq mümkün olmasa da, onların ekologiya sahəsindəki konsepsiyaları, bir tərəfdən, ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılm asına öz təsirini göstərmiş, digər tərəfdən isə, Almaniyanın əsas siyasi partiyaları öz proqramlarına müvafiq müddəaları daxil etməyə məcbur olmuşlar [16]. Almaniyada “Yaşıllır”ın yerli seçkilərdə iştirakının nəticələrinin təhlili onların federal torpaqlarda da populyarlığının artmasını göstərir. Məsələn, bunun başlıca səbəblərindən biri 2011 -ci ildə Yaponiyada Fukusima atom elektrik stansiyasında qəzanın baş verməsi olmuşdur ki, bu da “Yaşıllari’a atom enerjisindən istifa­dəyə qarşı etiraz hərəkatının fəallaşdırılması imkanı vermişdir. Nəticədə A.Merkel höku­məti 17 Almaniya atom elektrik stansiyalarının işləməsi müddətinin uzadılması haqqında qanuna 3 aylıq moratoriy qoymuş, daha təhlükəli sayılan 7 köhnə AES-in işi dayandırılmışdır [8].

Digər inkişaf etmiş ölkədə - ABŞ-da yaşıllar hərəkatı sosial-siyasi hərəkat kimi öz baş­lanğıcını XIX ortalarından götürür, bu hərəkatın müasir formalarını ekoloji siyasi partiyalar və qeyri-hökumət təşkilatları təşkil edir [17]. Bu baxımdan Amerika “yaşıllar”ınm ictimai-siyasi fəaliyyəti maraq doğurur. Müasir mərhələdə “yaşılların” əsas milli partiyası kimi ABŞ

■ 200 ■ ■ Oktyabr - Noyabr - Dekabr ■

Page 3: EKOLOJİ SİYASƏT SEVİL MƏMMƏDOVA Azərbaycan … · S.Məmmədova partiyaların proqramlarında başlıca yer təbii balansı bərpa etmək məqsədilə iqtisadi siyasətin kökündən

■ Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə ■

“Yaşıllar” Partiyası (“Green Party United States”) çıxış edir. Siyasi partiya olaraq, ABŞ “Yaşıllar” Partiyası rəsmi şəkildə 2001-ci ildə könüllü “yaşıl” partiyalar və təşkilatların birləşməsi nəticəsində yarahmış, 2016-cı ilə üzvlərinin sayı 242 min nəfər təşkil etmişdir. Ancaq bundan əvvəl yaşıllardan 1996 və 2000-ci il prezident seçkilərində namizədlər iştirak etdikləri üçün ABŞ-da ilk milli Yaşıllar Partiyasının qeyri-rəsmi yaranması tarixi 1991-ci il hesab edilir. Onu da qeyd etmək lazımdır ki, partiyanın vahid lideri yoxdur və ona yeddi həmsədr rəhbərlik edir. Siyasi proqramına görə Partiya «yaşıl siyasətə» sosial-demokratiya və mütərəqqillik ideologiyasına əsaslanan sol- mərkəzçi baxışlara söykənir və fraksiyalararası ziddiyyətlərə baxmayaraq aşağıdakılardan çıxış edir:

- ətraf mühitin mühafizəsi;- sosial ədalət;- pasifist xarici siyasət;-vətəndaşların şəxsi odlu silahı üzərində

dövlət nəzarəti;- hakimiyyət orqanlarının desentralizasiyası

(qeyri-mərkəzləşməsi);- ictimai iqtisadiyyat;- zorakılığa qarşı və s. [ 13].Partiyanın iki namizədi (prezident və vitse-

prezidentliyə) 1996-cı ildən başlayaraq (1996, 2000, 2004, 2008, 2012, 2016) prezident seçkilərində iştirak etməklə, az da olsa, səs toplamışlar. ABŞ-ın üçüncü partiyaları arasında ikinci yer tutan bu partiyanın irəli sürdüyü namizəd (ölkədə tanınmış vəkil R.Neyder) 2000-ci ildə partiyanın tarixində ən yüksək nəticə əldə edərək, seçicilərin 2,7%-dək səslərini (2 883 105 səs) toplamışdır. Sonuncu iki pre­zident seçkilərində (2012, 2016) ’’Yaşıllardan” prezidentliyə namizəd Cili Stayn olaraq, 2012-ci ildə 468 907, 2016-cı ildə isə 1 213 103 səs toplamışdır. Bundan başqa 2016-cı ildə ABŞ-ın bütün ərazisində «yaşılların» 130-dan artıq nümayəndəsi seçkili vəzifələr tutmuşdur ki, onlardan da əksəriyyəti əsasən yerli səviyyə­dədir. Bütövlükdə, yarandığı vaxtdan partiyanın 1000-dən çox üzvləri seçkilərdə uğur əldə etmişlər [13].

Bəzi m əsələlər üzrə ABŞ “Y aşıllar” Partiyasının mövqeyini iki aparıcı partiyaların

- Demokratlar və Respublikaçıların mövqeləri ilə müqayisəli nəzərdən keçirmək olar. Belə ki, təhlillər göstərir ki, məsələn, ümumi səhiyyə, daha mütərəqqi vergiqoyma, odlu silahların əldə olunmasına məhdudiyyət kimi məsələlərdə «Yaşıllan> partiyası və Demokratların mövqeləri üst-üstə düşür. Lakin “Yaşılların” müsbət yanaşdığı seçki kam paniyasının dövlət maliyyələşdirilməsi, ölüm hökmünün ləğv edilməsi, narkotiklərin leqallaşdırılması, digər ölkələrin işlərinə müdaxilə edilməməsi kimi və s. məsələlərə Demokratlar qarşı çıxırlar. Respublikaçılar isə bütövlükdə qeyd olunan bu məsələlər üzrə əks mövqedən çıxış edirlər. İdeologiya baxımından isə “Yaşıllar” Partiya­sının ideologiyasını yaşıl liberalizm, Demokrat­ların - Amerika liberalizmi və mütərəqqiliyi, Respublikaçıların ideologiyasını isə klassik liberalizm, Amerika mühafizəkarlığı və yeni mühafizəkarlıq təşkil edir [14].

Beləliklə, göründüyü kimi, ABŞ-da «Yaşıllar» Partiyası ölkə «yaşıllarının» əsas milli yaşıllar partiyası olmaqla, siyasi sistemdə əsas üçüncü partiyalar sırasında (Libertarian və Konstitusiya partiyaları ilə yanaşı) fəaliyyət göstərir və seçicilərin dəyişən dəstəyini qaza­nır, onun nümayəndələri müxtəlif səviyyəli, əsasən də yerli səviyyəli seçkilərdə mandat əldə edə bilir, seçkili vəzifələr tuturlar. Lakin üçüncü siyasi partiya kimi “Yaşıllar” Partiyası bütün bunlara baxmayaraq iki aparıcı partiyaya- Demokratlar və Respublikaçılara real rəqabət təşkil edə bilmir ki, bunun da səbəbləri kimi, ekspertlər ABŞ siyasi sisteminin kiçik siyasi partiyalara real şans yaratmadığını, bu partiyalar haqqında KİV-də yetərincə informasiyanın verilmədiyini, seçki sistemində olan boşluqların olmasını, eləcə də həmin kiçik partiyaların maliyyə im kanlarının m əhdud olmasını göstərirlər. Digər tərəfdən, hesab olunur ki, Demokratlar və Respublikaçılar artıq vərdiş halını almış qüvvələr balansını saxlamaq üçün «üçüncü» partiyalara ümummilli seçkilərdə iştirak etməkdə maneələr yaradırlar. Əlbəttə, «Yaşıllar» Partiyasının nüm ayəndələrinin ümummilli seçkilərdə qələbə şansları olmasa da, bu seçkilərdə iştirak partiyaya cəmiyyətin diqqətini cəlb edir və onun nüfuzunun artmasına xidmət edir [14].

■ 4 (60) 2017 ■ ■ 201 ■

Page 4: EKOLOJİ SİYASƏT SEVİL MƏMMƏDOVA Azərbaycan … · S.Məmmədova partiyaların proqramlarında başlıca yer təbii balansı bərpa etmək məqsədilə iqtisadi siyasətin kökündən

■ S.Məmmədova ■

Postsovet ölkələrindən Rusiyada hazırda siyasi proseslərdə iştirak edən ekoloji yönümlü partiyalardan birini 2002-ci ildə “ Kedr” Rusiya ekoloji Partiyasının (1993-cü ildə yaradılmışır) bazasında qeydiyyatdan keçmiş Rusiya “Yaşıllar” ekoloji partiyası təşkil edir. Partiya özünün işini milli maraqları nəzərə alaraq qurur, ümum bəşəri və üm um dem okratik prinsiplərin prioritetliyindən, yumşaq islahat­çılıq kursundan çıxış edir, cəmiyyətdə aparılan demokratik dəyişiklikləri dəstəkləyir. Fəaliy- • yətinin başlıca istiqamətini vətəndaş cəmiyyə­tinin mənəviyyat, sosial ədalət və müdafiəlilik, , sağlam həyat tərzi və millətin sağlamlığı kimi dəyərlərin ətrafında konsolidasiyası təşkil edir. Partiyanın başlıca məqsədləri isə, birincisi, Rusiyanın insanın ətraf mühitlə harmoniyası, onun mənəvi və fiziki inkişafı əsasında davamlı inkişafa keçidinin təmin edilməsi; ikincisi, vətəndaşların həyat və sağlamlığı keyfiyyətinin artırılması; üçüncüsü, Rusiyanın qlobal ətraf mühitin qorunması proseslərində lider kimi beynəlxalq statusunun yüksəldilməsindən ibarətdir. Partiyanın fəaliyyət istiqamətlərini isə aşağıdakılar təşkil edir:

- vətəndaşların sağlamlığını, ətraf mühitin və təbii ehtiyatların mühafizəsini təmin edən hüquqi bazanın yaradılmasında iştirak etmək;

- Rusiyanın milli ekoloji siyasətinin for­malaşması və reallaşmasımda iştirak etmək;

- beynəlxalq enerji səmərəliliyi və qlobal iqlim dəyişikliyinin qarşısının alınması prosesində iştirak etmək;

- ölkənin ətraf təbii mühitinin sağlamlaş- dırılması layihələrində iştirak etmək;

- ekoloji dünyagörüşünün təbliği, böyü­məkdə olan nəslin ekoloji tərbiyəsi və təhsili [10].

Yarandığı vaxtdan hakim iyyətə yaxın olmağa can atsa da partiya üçün 2003- 2007 illərdə keçirilən parlament seçkiləri uğursuz olmuşdur. Partiya 2008-2011 illərdə özünü “Yaşıllar” içtimai hərəkat bəyan etmiş, lakin 2012-ci ildə yenə bərpa olunmaqla və kons­truktivlik nümayiş etdirərək 2015-ci il Dövlət Dumasına seçkilərdə iştirak etmək imkanı əldə etmişdir. Lakin bu cəhdlər də uğursuz olmuşdur.

Rusiyanın 74 reqionunda bölm ələri olan “Yaşıllar” regional parlamentlərdə 4 deputatla təmsil olunur [10 ].

Bununla yanaşı müasir mərhələdə Rusiya­da fəaliyyəti ilə daha çox diqqəti cəlb edən yeni ekoloji partiya 2012-ci ildə yaradılmış “Yaşıllar Alyansı” Partiyasıdır. Qanunvericilik və icra hakimiyyəti orqanlarında, eləcə də bələdiyyələrdə nümayəndələri olan “Yaşıllar Alyansı” 2016-cı ildən ekoloji, ictimai və siyasi fəallıq səviyyəsinə çıxaraq, 65 regional bölmələri ilə təmsil olunur. Hazırda partiya öz nümayəndəsini namizəd kimi irəli sürməklə 2018-ci il prezident seçkilərində iştirak edir [26].

Keçmiş SSRİ respublikalarından Belarusda yaşıllar hərəkatı öz başlanğıcını Çemobıl AES- də qəzanın baş verdiyi (26 aprel 1986-cı il) vaxtdan götürür. Belarus “Yaşıllar” partiyası isə 1994-cü ildə siyasi partiya kimi yaradılmış, 2008-ci ildən Avropa “Yaşıllar” partiyasında müşahidəçi-üzv statusunu almışdır. Partiyanın əsas proqram məqsədi insanın, cəmiyyət və dövlətin davamlı və ahəngdar inkişafı üçün şəraitin yaradılması, vətəndaşların ekoloji rifaha hüququnun təm in olunması və insanın məskunlaşdığı təbii mühitin bərpa edilmə­sindən ibarətdir. Bu kontekstdə qarşıya sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrinin inkişaf proqram­larının ekolojiləşdirilməsi; vətəndaşların dövlət və qeyri-dövlət strukturlardan ətraf mühitin durumu haqqında vaxtında və tam informasi­yanın almasına konstitusiya hüququnun təmin edilməsi; fasiləsiz ekoloji təhsil sisteminin yaradılması, vətəndaşlarda müasir ekoloji dünyagörüşünün və ekoloji mədəniyyətin formalaşdırılması; respublikada enerji və resurs qənaətedici texnologiyaların işlənilməsi və tətbiqinin dəstəklənməsi və s. kimi vəzifələr qoyulmuşdur [15, s.97-98] .

Mövcud rejimə neytral mövqədə olan Partiyanın fəaliyyət istiqam ətlərini bütün vətəndaşlar üçün bərabər hüquqlar, sosial iqtisadiyyat, alternativ energetika, zorakısız siyasi etika uğrunda mübarizə təşkil edir. Lakin Belarusun ərazisi Çernobıl qəzasından sonra radiasiya çirklənməsinə məruz qalmasına baxmayaraq, “Yaşıllar” Partiyası 2008-ci ilədək

■ 202 ■ ■ Oktyabr - Noyabr - Dekabr ■

Page 5: EKOLOJİ SİYASƏT SEVİL MƏMMƏDOVA Azərbaycan … · S.Məmmədova partiyaların proqramlarında başlıca yer təbii balansı bərpa etmək məqsədilə iqtisadi siyasətin kökündən

■ Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə ■

ölkənin ictimai və siyasi həyatında, eləcə də seçkilərdə praktiki olaraq iştirak etməmişdir. Digər tərəfdən, Partiya 2008-ci ildən müəyyən dərəcədə fəallaşsa da, prezident (2010, 2015-ci illər) və parlament (2016-cı il) seçkilərində onun irəli sürdüyü namizədlər seçicilərin dəstəyini əldə edə bilməmişlər [7].

Təhlillərdən göründüyü kimi, həm Rusiya­da, həm də Belarusda “yaşıllar” partiya səviyyə­sində siyasi məkanda təmsil olunmaqla, rəsmi qeydiyyata alınmış ictimai birliklər statusunu əldə etmişlər. Bununla belə, bu partiyalar müstəqillik dövründə fəallaşmış ekoloji hərəkat dalğasının təsiri altında meydana gəlsələr də, siyasi proseslərin gedişində real mübarizədə seçicilərin geniş dəstəyini qazana bilmirlər.

Hər iki ölkədə “yaşıllar” partiyaları ilə yanaşı ekoloji qeyri-hökumət təşkilatları da fəaliyyət göstərir ki, onlardan da Rusiyada Ümumrusiya təbiəti mühafizə cəmiyyətini, Rusiya ekoloji siyasət Mərkəzini, Rusiya “Yaşıllar” ekoloji hərəkatını, Rusiya regional ekoloji mərkəzi və s. göstərmək olar [18]. Bu baxımdan Belarusda ictimai ekoloji birliklərin 2008-ci ildə yaratdıqları “Yaşıl şəbəkə”nin fəaliyyəti maraq doğurur. “Yaşıl şəbəkə”yə ekoloji təşkilatlarla yanaşı, bu sahə ilə məşğul olan ekspertlər və fəallar da daxil olaraq, ölkədə ekoloji əhəmiyyətli qərarların qəbul edilməsində ictimaiyyətin təsirinin artırılması məqsədilə birləşmişlər. “Şəbəkəyə” “Ekodom” ictimai birlik, “Endo” ictimai ekoloji infor­masiya birliyi, “Ekosfera” beynəlxalq ictimai birlik, Beynəlxalq ictimai ekoloqlar birliyinin Minsk bölməsi və s. daxildir. “Yaşıllar şəbəkə”si əhalinin ətraf mühitin mühafizəsi sahəsində məlumatlandırılması, təbiətin və insanların sağlam ətraf mühitə hüquqlarının müdafiəsi ilə məşğul olur; ekoloji məsələlərlə bağlı dövlət orqanları ilə əməkdaşlıq edir; ekoloji təşkilatlara konsaltinq dəstəyi göstərir [25].

Azərbaycan Respublikasında da Konstitu­siyanın və ekoloji qanunvericiliyin müddəa­larına müvafiq olaraq ictimai birliklərin azad fəaliyyəti üçün əlverişli şərait yaradılmışdır. Çoxşaxəli dövlət siyasətini həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev ətraf mühitin qorunmasını hər bir ölkənin inkişa­fının vacib amillərindən birini təşkil etmə­

■ 4 (60) 2017 ■ ------------------------------------------------------------

sindən çıxış edir ki, bu da onun bu məsələyə konseptual yanaşmasını ifadə edir. Məhz bu yanaşmanın təzahürü olaraq dövlətimizin başçısı İlham Əliyev ekoloji vəziyyətin yaxşılaş­dırılması işlərinə ictimaiyyətin qoşulmasına yüksək qiymət vermişdir [2]. Azərbaycan Respublikasının «Ətraf mühitin mühafizəsi haqqında» Qanununda bu sahədə əhalinin və ictimai birliklərin iştirakı ətraf mühitin müha­fizəsinin əsas prinsipləri sırasında təsbit edilir (maddə 3) [1]. Digər tərəfdən, ictimai ekoloji birliklərin fəaliyyətinin səmərəliliyi qanun­vericiliklə onlara verilmiş hüquq və səlahiyyət­lərdən, eləcə də onların həyata keçirilməsi üçün ölkədə yaradılmış imkanlardan asılıdır. Bundan çıxış edərək Azərbaycan Respublika­sının «Ətraf mühitin mühafizəsi haqqında» Qanununda ətraf mühitin mühafizəsi sahəsində ictimai birliklərin konkret hüquqları təsbit edilmiş və həmin hüquqların reallaşması çərçivəsində onlara dövlətin ekoloji siyasətinin həyata keçirilməsində müvafiq formalarda iştirak etmək imkanları verilir. Belə ki, Qanunun 7-ci maddəsində ictimai birliklərin ətraf mühitin mühafizəsi sahəsində hüquqlarına aşağıdakılar aid edilir:

- özünün ekoloji proqramlarını işləmək və təbliğ etmək, ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların hüquqlarını və maraqlarını müdafiə etmək, onları bu işdə fəaliyyətə cəlb etmək;

- ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarəti həyata keçirmək;

- dövlət orqanlarından və təşkilatlarından ə tra f m ühitin vəziyyətinə və onun bərpasına dair tədbirlər barədə vaxtında, tam və dəqiq məlumat almaq;

- müəyyən işlərin yerinə yetirilməsi üzrə qanunvericiliklə nəzərdə tutulmuş ətraf mühitin mühafizəsi sahəsində dövlət orqanları və beynəlxalq təşkilatlar ilə müqavilə əsasında əməkdaşlıq etmək;

- ətraf mühitin mühafizəsi sahəsində qanun layihələrinin müzakirəsində iştirak etmək;

- inzibati və məhkəmə qaydasında ekoloji cəhətdən zərərli müəssisələrin, tikililərin və qurğuların yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi, o cümlədən ətraf mühitə və insanların

■ 203 ■

Page 6: EKOLOJİ SİYASƏT SEVİL MƏMMƏDOVA Azərbaycan … · S.Məmmədova partiyaların proqramlarında başlıca yer təbii balansı bərpa etmək məqsədilə iqtisadi siyasətin kökündən

■ S.Məmmədova ■

sağlamlığma mənfi təsir göstərən təsərrüfat fəaliyyətinin məhdudlaşdırılması, müvəq­qəti və daimi dayandırılmasını tələb etmək;

- ətraf mühitin mühafizəsi haqqında qanun­vericiliyin pozulması nəticəsində vətən­daşların sağlamlığma və əmlakına vu­rulmuş zərərin ödənilməsi haqqında iddia­ları məhkəməyə təqdim etmək və s. [1].

Azərbaycanda ətraf mühitin mühafizəsinə öz fəaliyyətində geniş yer verən siyasi partiya kimi Ulu öndər Heydər Əliyevin sədrliyi ilə yaranmış, hazırda isə onun siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında dinamik şəkildə inkişaf edən və ölkədə ən geniş sosial bazaya malik olan siyasi partiya - Yeni Azərbaycan Partiyasını göstərmək olar. Partiyanın sədri ölkə Prezidenti İlham Əliyev əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ardıcıl və səmərəli ekoloji siyasət həyata keçirir, Yeni Azərbaycan Partiyası ekoloji sahədəki fəaliyyətini bu siyasətə uyğun qurur. YAP-ın “Ətraf mühitə qayğı” layihələri çərçivəsində reallaşdırdığı geniş fəaliyyət istiqamətlərindən biri kimi Partiyanın sədri, ölkə Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci Vitse- Prezidenti Mehriban xanım Əliyevanın bilavasitə iştirakı ilə hər il təşkil olunan “Hərəyə bir ağac əkək” kampaniyasında ağacəkmə aksiya­larını göstərmək olar. Bütün rayon təşkilatlarının təşkilatçılığı ilə keçən bu kampaniya 2017-ci ildə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinə həsr olunaraq, hər il oldu­ğu kimi, özünün geniş miqyası və iştirakçıların böyük fəallığı ilə davam etdirilir [22].

Hazırda Azərbaycanda ekoloji yönümlü siyasi partiyaların mövcudluğu ilə bağlı isə 2006-cı ildə yaradılmış Azərbaycan “Yaşıllar” Partiyası qeyd etmək olar. Partiya indiyədək dövlət qeydiyyatından keçməmişdir, prezident və parlament seçkilərinə qatılmaqla siyasi proseslərdə iştirak etməyə cəhd etsə də, onun fəaliyyəti hiss olunmur. Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə yaradılmış demokratik və sağlam rəqabətli siyasi mühit şəraitində

ekoloji hərəkatın inkişaf tendensiyaları yeni “yaşıl” platformalı ekoloji siyasi partiyaların yaradılmasını istisna etmir.

Azərbaycanda dövlətin ekoloji siyasətinin həyata keçirilməsində - digər ekoloji qeyri- hökümət təşkilatları da iştirak edir. Hazırda dövlət qeydiyyatından keçmiş 70-dən çox ekoloji qeyri-hökumət təşkilatları həm milli, həm də regional və beynəlxalq səviyyələrdə fəaliyyət göstərirlər ki, onlardan bəzilərinin fəaliyyətinə nəzər salmaq olar. Bu baxımdan Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci V itse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə 2004-cü ildən böyük uğurla işləyən Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Heydər Əliyev Fondu öz fəaliyyətində digər sahələrlə yanaşı ekologiya sahəsində də müxtəlif layihələr həyata keçirərək, yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz dəyərli töhfəsini verir. Fondun məqsədləri sırasında ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləmək, sağlam həyat tərzini təbliğ etmək də yer almış və bu məqsədin reallaşması istiqamətində ardıcıl iş aparılır. Artıq ənənəvi olaraq Fondun təşəbbüsü və təşkilatçılığı ilə “Təmiz Şəhər” ASC ildə 2 dəfə “Beynəlxalq Xəzər həftəsi” çərçivəsində çimərlik mövsümündən əvvəl və sonra təmizlik aksiyalan təşkil edir. Buna misal olaraq Buzovna çimərliyinin sahilində “Təmizlik naminə!” şüarı altında təşkil olunmuş aksiyanı göstərmək olar. Burada keçirilən aksiya çərçivəsində sahil müxtəlif tullantılardan təmizlənərək toplanmış tullantılar Balaxanı şəhər tullantılarının çeşidlənməsi zavoduna təhvil verilmişdir. Bu aksiyalann keçirilməsində məqsəd ictimaiyyətin, xüsusilə də gənclərin diqqətini çimərliklərin zibillənməsi probleminə, tullantıların idarə edilməsi sahəsinə bir daha yönəltmək, eləcə də sağlam həyat tərzini təbliğ etmək, insanları ekologiyaya vurulan ziyanın mümkün qədər azaldılmasına çağırmaq, eyni zamanda, gənc­lərdə həm ekoloji, həm də piknik mədəniyyətini inkişaf etdirməkdən ibarətdir [19]. Fondun bu istiqamətlərdə ardıcıl apardığı iş uğurla davam etdirilir.

■ 204 ■ ■ Oktyabr - Noyabr - Dekabr ■

Page 7: EKOLOJİ SİYASƏT SEVİL MƏMMƏDOVA Azərbaycan … · S.Məmmədova partiyaların proqramlarında başlıca yer təbii balansı bərpa etmək məqsədilə iqtisadi siyasətin kökündən

■ Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə ■

Heydər Əliyev Fondunun Vitse - Prezidenti Leyla Əliyevanın rəhbərliyi altında gənclərin və dünya ictimaiyyətinin ekoloji problemlərə və ətraf mühitin mühafizəsi zərurətinə diqqətinin cəlb edilməsinə yönələn IDEA-“Ətraf mühitin mühafizəsi üzrə Beynəlxalq Dialoq” İctimai Birliyi tərəfindən beynəlxalq gənclər kampa­niyasının keçirilm əsi və bu kampaniya çərçivəsində çoxlu sayda layihələrin yerinə yetirilməsi də olduqca əhəmiyyətlidir. Bu mənada IDEA tərəfindən YUNESKO-nun himayəsi, Heydər Əliyev Mərkəzi və Panasonic Marketinq MDB-nin dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq 2013-cü il noyabrın 1-dən 15- dək paytaxt Bakı və Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə "Eko rəsm gündəliyi - 2013" Beynəlxalq layihə çərçivəsində milli ekoloji müsabiqənin keçirildiyini göstərmək olar. Bakı və Gəncə şəhərlərinin orta ümumtəhsil məktəblərini əhatə edən layihəyə ümumilikdə aşağı (6-11 yaş) və orta (12-15 yaş arası) yaş qruplarını təmsil edən 5 minədək şagird qatılmışdır. Beynəlxalq müsabiqənin məqsədi gənc nəsildə təbiətə sevgi hissinin formalaş­dırılması və inkişaf etdirilməsi, onlar arasında ekoloji təbliğat işinin gücləndirilməsi və məktəblilərin ətraf mühitin qorunması işinə səfərbər edilməsi olmuşdur. Layihə həmçinin ətraf mühit və insan sağlamlığının qorunması üzrə fəal vətəndaş mövqeyinin formalaşdırıl- masına xidmət edirdi. “Eko Rəsm G ündəlik­lərinin qiymətləndirilməsi layihənin münsiflər heyəti - IDEA kampaniyası, Heydər Əliyev Mərkəzi, Ekologiya və Təbii Sərvətlər və Təhsil Nazirlikləri nümayəndələrinin, bir sıra tanınmış ekspertlərin, incəsənət xadimlərinin iştirakı ilə əvvəlcədən nəzərdə tutulmuş meyarlara əsasən həyata keçirilmişdir [21].

IDEA-nın uğurla keçirdiyi tədbirlər sıra­sında həmçinin “Ümumrespublika Yaşıllaş­dırma” marafonunu, Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirilən "Ağacların kəsil­məsinə yox" proqramını, Qafqaz Biomüxtə- lifliyi Sammitini, ASAN xidmət və “Təmiz Şəhər”ASC ilə birgə təşkilatçılıqla həyata keçirilən “Hər kağızı bir yarpağa dəyişək” layihəsini, “Ə traf mühiti birgə qoruyaq”, “Yaşıllıqların artırılması və keyfiyyətinin yaxşılaşdırılması” ekoloji tədris proqramlarını,

bir sıra digər tədbirləri göstərmək olar. Bu istiqamətdə yerinə yetirilən layihələr əhalinin, xüsusilə də gənclərin ekoloji maarifləndiril­məsi, ekoloji şüuru və ekoloji mədəniyyətinin formalaşmasında da böyük əhəmiyyət kəsb edir. Onlardan biri kimi, IDEA İctimai Birliyinin gənc ekoloqların ətraf mühitlə bağlı biliklərini və onların xarici dil (ingilis dili) səviyyələrini təkmilləşdirmək məqsədi ilə 2012-ci ilin iyun ayından start verdiyi “Yaşıl söhbət klubu” (Green Conversation Club) layihəsini göstənnək olar. Klubda keçirilən görüşlərdə gənclər ətraf mühitlə bağlı qısa videoçarxlar izləyərək təəssüratlarını bölüşür, ekoloji mövzularda aparılan söhbətlərdə və interaktiv oyunlarda iştirak edirlər. “Yaşıl söhbət klubu” ilk gündən ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan tələbə və gənc mütəxəssislərin ingilis dilində söhbət etdiyi rahat tədris məkanı olmuşdur. Bundan başqa IDEA İctimai Birliyi “Sevimli bala” təşkilatı ilə əməkdaşlığı çərçivəsində 2015-ci ilin yanvar ayından həyata keçirilməsinə başlanmış uşaqlar üçün ətraf mühit üzrə maarifləndirmə xarakterli silsilə tədbirlərdən ibarət olan “Uşaqlar üçün ekoloji laboratoriya” adlı birgə layihə, 2016-cı ilin fevral ayından isə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə birlikdə məktəblilər üçün “Ətraf mühiti birgə qoruyaq” mövzusunda ekoloji tədris proqramı həyata keçirilir. Bu istiqamətdə IDEA tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yaradılmış Resurs Mərkəzində ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan gənclərin ekoloji biliklərini artırmaq, vacib ekoloji mövzulara mütəxəssis yanaşmasını müşahidə etmələrinə kömək etmək m əqsədilə hər ay ekoloji mövzularda təlimlərin, seminar və məşğələlərin, filmlərin təşkil olunması xüsusi əhəmiyyət kəsb edir [21].

Beləliklə, göründüyü kimi, IDEA İctimai Birliyin təşkil etdiyi layihələr ekoloji mühitin qorunmasına, gənclərin ekoloji məsələlərə cəlb edilməsi və onların ətraf mühitin mühafizəsinə töhfə verərək, ekoloji problemlərlə mübarizəyə qoşulmalarına xidmət edir. IDEA dövlət orqan­ları və təhsil müəssisələri ilə birgə fəaliyyəti çərçivəsində gənclərin ekoloji maarifləndiril­

■ 4 (60) 2017 ■ ■ 205 ■

Page 8: EKOLOJİ SİYASƏT SEVİL MƏMMƏDOVA Azərbaycan … · S.Məmmədova partiyaların proqramlarında başlıca yer təbii balansı bərpa etmək məqsədilə iqtisadi siyasətin kökündən

■ S.Məmmədova ■

məsi və ekoloji tərbiyəsinə yönələn geniş tədbirlər keçirilir. Bu istiqamətdə IDEA digər ictimai qurumlarla və dövlət orqanları ilə əməkdaşlıq edir ki, bu da görülən işlərin səmərəliliyinin təmin edilməsinə imkan verir.

Azərbaycanda ətraf mühitin mühafizəsi sa­həsində fəaliyyət göstərən vətəndaş cəmiyyətinin təm silçiləri kimi həmçinin Milli Ekoloji Proqnozlaşdırma Mərkəzini, “Rüzgar” Ekoloji İctimai Birliyini, Təbiəti Mühafizə Cəmiyyətini, Davamlı İnkişaf Cəmiyyətini, Azərbaycan Yaşıllar Hərəkatını və bir sıra digər qeyri- hökumət təşkilatlarım göstərmək olar.

Ölkəmizdə ətraf mühitin mühafizəsində fəallıq göstərən ekoloji QHT-lərdən biri kimi Milli Ekoloji Proqnozlaşdırm a M ərkəzi yarandığı vaxtdan çoxlu sayda layihələr həyata keçirmişdir. Mərkəzin fəaliyyətinin bir istiqa­mətini qanunsuz tullantı sahələrinin aşkar­lanması təşkil edir. Bu fəaliyyət çərçivəsində Mərkəz tərəfindən Bakının 11 inzibati rayonunda yerləşən qanunsuz tullantı sahələri üzrə aparılmış monitorinqlər nəticəsində 38-dən çox bu cür qanunsuz sahələr aşkar edilmiş və həmin tullantılar haqqında hər bir rayon üzrə hesabat və onların elektron xəritələri hazırlanaraq Ekologiya Nazirliyinə və “Təmiz Şəhər” ASC - yə təqdim edilmiş, bu iş həmin qurumlar tərəfindən nəzarətə alınmışdır [4].

Bu istiqamətdə ölkəmizdə 1996-cı ildən dövlət qeydiyyatına alınaraq fəaliyyət göstərən “Rüzgar” Ekoloji İctimai Birliyin əsas missiyası ətraf mühitin qorunması uğrunda ictimai mühitin qorunması uğrunda ictimai hərəkatın təşkilindən ibarətdir. İndiyədək Birlik tərəfindən 40-a qədər ekoloji layihələr həyata keçirilmişdir. Onlardan Birliyin 2016-cı ildə yerinə yetirdiyi “Meşə yanğınlarına qarşı ictimai mübarizənin təşkili və yanğın ərazilərində yaşıllaşdırma layihələrinin həyata keçirilməsinin təbliği” layihəsini göstərmək olar. Ərazi baxımından İsmayıllı, Şəki, Qax, Zaqatala və Balakən rayonlarını əhatə edən bu layihənin reallaşdırıl- masında əsas məqsəd meşə yanğınları sahəsində əhalinin məlumatlandırılması və maariflən­dirilməsi üzrə təbliğatın təşkili və yanğın ərazisində yaşıllaşdırma layihələrinin həyata keçirilməsi vasitəsilə ona qarşı ictimai hərəkatın formalaşdırılmasından ibarət olmuşdur [24].

■ 206 ■ --------------------------------------------------------------------

Bütövlükdə, Azərbaycanda ekoloji QHT- lərin fəaliyyət sahələrini biomüxtəlifliyin, heyvanların mühafizəsi, ətraf mühitin müha­fizəsi sahəsində qanunyaradıcılıq fəaliyyəti, siyasət və təhsil, hava və suyun keyfiyyəti, ətraf mühitə təsirin qiymətləndirilməsi, su ehtiyatlarının mühafizəsi və idarə olunması, ekoturizm və s. sahələr təşkil edir. İctimai birliklərin geniş fəaliyyəti üçün dövlət tərəfindən yaradılmış əlverişli mühit vətəndaş cəmiyyətinin inkişafına və üçüncü sektorun ətraf mühitin mühafizəsi sahəsində dövlət siyasətinin həyata keçirilməsində daha yaxından iştirak etməsinə xidmət edir. Belə şəraitdə ekoQHT-lər çalışırlar hakimiyyətlə münasibətlərini əməkdaşlıq və dialoq əsasında qursunlar ki, bunu da dövlətimiz tərəfindən mövcud sosial-ekoloji problemlərin həllində hakimiyyət və QHT-lərin partnyorlu- ğuna üstünlüyün verilməsi ilə izah etmək olar.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Ekologiya ili” elan edilmiş 2010-cu ildə Azərbaycan Gənclər Mərkəzinin təşəbbüsü ilə dövlət qurumları (Ekologiya Nazirliyi, Gənclər Nazirliyi , ARDNŞ) , özəl sektor və QHT- lərin qoşulduğu “EK O -2010” ekologiya koalisiyasının yaradılması diqqəti cəlb edən tədbirlərdən olmuşdur. “Azərsun Holding” və “Mətanət A” şirkətlərinin, Dövlət Neft Şirkətinin də tərəfdaş olduğu Koalisiya tərəfindən bir sıra layihələr, eləcə də aksiyalar (“Aydın səma”, “Qafqazın incisi”, “Mavi Xəzər”) keçirilmişdir. “Ekologiya ili” ərzində fəaliyyətini gərçəkləş- dirmiş Koalisiya həmçinin “Ekologiyanın dostu” mükafatını təsis etmiş və onun qaliblərini koalisiya üzvləri tərəfindən aparılan monitorinq­lər əsasında müəyyənləşdirərək mükafat-lan- dınlmışdır. Artıq qeyd etdiyimiz kimi, Koalisiya öz fəaliyyətini dövlət qurumları və QHT-lərlə birgə tədbirlərin keçirilməsi ilə qurmuşdur [4].

Milli ekoloji QHT-lərlə yanaşı ölkəmizdə və bütövlükdə regionda ətraf mühitin müha­fizəsində regional təşkilatlar da iştirak edir. Onlardan Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2017-ci ilin mart ayında yaradılmış “Regional İnkişaf’ İctimai Birliyi göstərmək olar. Başlıca məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan

■ Oktyabr - Noyabr - Dekabr ■

Page 9: EKOLOJİ SİYASƏT SEVİL MƏMMƏDOVA Azərbaycan … · S.Məmmədova partiyaların proqramlarında başlıca yer təbii balansı bərpa etmək məqsədilə iqtisadi siyasətin kökündən

■ Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə ■

islahatlar, o cümlədən dövlət tərəfindən region­ların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək verməkdən ibarət olan İctimai Birlik çoxtərəfli vəzifələri çərçivəsində region­larda əhalinin ekologiya, səhiyyə, idman, turizm və digər sahələrdə mövcud problemlərin öyrə­nilməsi və onların həlli, vətəndaşların qanun­vericilik aktları ilə müəyyən edilmiş hüquq­larının qorunması istiqamətində geniş tədbirlər həyata keçirilməsini də nəzərdə tutur [20].

Bundan başqa Azərbaycan Regional İnkişaf Mərkəzinin ətraf mühitin mühafizəsi sahəsində fəaliyyəti də maraq doğurur. Belə ki, Mərkəz müxtəlif istiqamətlərdə layihələr reallaşdırır, onlardan ekoloji əhəmiyyət daşıyan layihələr kimi Avropa Birliyinin Qafqaz Regional Ekoloji Mərkəzinin maliyyə dəstəyi ilə “Dağlıq Şirvan rayonunda torpaqların eroziyasının qarşısının alınması yollan” mövzusunda, Cənubi Qafqazın quru və yarım-quraq ekosistemlərində aqro- bioloji müxtəlifliyin Qorunması və Davamlı istifadəsi üçün adaptasiya cavabının İqlim Dəyişikliyinə Uyğunlaşm ası və Həyata keçirilməsi (2012-ci il), Sumqayıt və Bakı çimərliklərinin monitorinqi (2017-ci il) ilə bağlı və bir sıra digər layihələrin icrası xüsusi əhəmiyyət kəsb edir [23].

Azərbaycanda ekoloji QHT-lərin fəaliyyə­tinin əlaqələndirilm əsində Milli QHT-lər Forumunun və onun “Ekologiya” Departa- mentinin rolunu qeyd etmək lazımdır. Həmin Departamentin başlıca məqsədi mövcud ekoloji QHT-lərin topladıqları fəaliyyət təcrübəsini cəlb etməklə ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına və QHT-lərin maliyyə, informasiya məlumatının genişləndirilməsinə köməklik etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün Departamentin qarşısında bir sıra vəzifələr durur ki, onlardan da aşağıdakıları göstərmək olar:

- ölkədə ekoloji vəziyyətin yaxşılaşdırıl­ması və inkişafı ilə bağlı araşdırmalar aparmaq;

- ekoloji sabitliyi yaratmaq üçün ekoQHT- lərin fəaliyyətini canlandırmaq;

- ölkədə ekoloji vəziyyətin yaxşılaşdırıl­masına yönəldilmiş layihələr hazırlayaraq müvafiq dövlət orqanları və ictimaiyyətin diqqətinə təqdim etmək və s. [5].

Ölkədə həlli vacib olan ekoloji problem­lərin ictimaiyyətin, qeyri-hökumət təşkilatla­rının iştirakı ilə aradan qaldırılması məqsədilə 2010-cu ildən Ekologiya və Təbii Sərvətlər Naziri yanında İctimai Ekoloji Şura fəaliyyət göstərir. Şuranın fəaliyyətinin əsas istiqa­mətlərinə ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və təbiətdən səmərəli istifadə olunması sahələri üzrə ictimaiyyətin fikrini öyrənməklə, təkliflər, proqramlar, normativ- hüquqi aktların layihələrini hazırlamaq; əhalinin ekoloji şüurunun formalaşması istiqamətində təbliğat aparmaq; ətraf mühitin mühafizəsi sahəsində qeyri-hökum ət təşkilatları və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək; ə traf mühit üzrə inform asiya fondunun genişləndirilməsi, onun məqsədyönlü istifadə­sinin təmin olunmasına dair təkliflər vermək və ətraf mühitlə bağlı digər birgə tədbirlərin həyata keçirilməsi daxildir. Vətəndaş cəmiyyəti təmsilçiləri və müstəqil ekspertlər üçün açıq olan Şuranın Ekologiya və Təbii Sərvətlər Nazirinin sədrliyi ilə mütəmadi olaraq iclasları keçirilir, həlli vacib olan məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul olunur [3].

Ekoloji QHT-lər və dövlət strukturları ara­sında əlaqələrin qurulmasına Azərbaycanın Orxus Konvensiyasının imzalaması ilə bağlı 2003-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ATƏT-in Bakı ofisinin dəstəyi ilə ölkəmizdə açılmış Bakı Orxus Mərkəzi geniş imkanlar yaradır, onlara öz xarici həmkarları ilə əlaqələr qurmağa köməklik göstərir. Mərkəz öz fəaliyyətində vətəndaşların ətraf mühit üzrə bütün maraqlı məlumatları əldə etməsinə xidmət edir. Mərkəzin əsas məqsədi - ətraf mühitin korlanmaması və onun bərpa olunmasıdır. Bu­rada vətəndaşlara təqdim olunan bütün mə­lumatlar açıq və şəffafdır ki, bu da Azərbaycan cəmiyyətinin demokratikləşməsini bir daha təsdiq edir [6].

Beləliklə, dünya ölkələri və Azərbaycanın təcrübənin təhlili əsasında göstərmək olar ki, ekoloji siyasətin subyekti kim i, ictimai təşkilatların rolu ekoloji əhəmiyyətli qərarların işlənilməsində , ekoloi qanunvericiliyin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsində, təbiəti mühafizə tədbirlərində , əhalinin ekoloji maarifləndirilməsində iştirak etməsi ilə müəyyən

-------------------------------------------------------------------- ■ 207 ■■ 4 (60) 2017 ■

Page 10: EKOLOJİ SİYASƏT SEVİL MƏMMƏDOVA Azərbaycan … · S.Məmmədova partiyaların proqramlarında başlıca yer təbii balansı bərpa etmək məqsədilə iqtisadi siyasətin kökündən

■ S.Məmmədova ■

olunur. Bununla belə, ölkəmizdə ictimai ekoloji birliklərin səfərbəredici qabiliyyətinin artırılma­sına ehtiyac duyulur, onların bu rolu zəif hiss olunur. Onlar hələlik siyasi qərarlar qəbul etmək və böyük siyasətdə iştirak etmək təcrü­bəsinə malik deyillər. Fikrimizcə, bununla həm də ölkəmizdə bəzi cəhdlər olsa da, ancaq for­malaşmış ekosiyasi məkanda özünün siyasi təyinatını müəyyən edə bilən və rəqabətli siyasi mühitdə özünə yer tuta biləcək “yaşıllar” parti­yasının olmamasını izah etmək olar. İkincisi, yerli səviyyədə ekoloji QHT-lərin daha çox yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlıq etmək meyilləri, başqa sözlə, dövlət hakimiyyəti - EQHT münasibətləri üstünlük təşkil etdiyindən, onların yerli özünüidarəetmə orqanları ilə birgə fəaliyyəti, demək olar ki, epizodik xarakter daşıyır və beləliklə də yerli icmaların nümayən­dələri bu ictimai fəaliyyətə zəif cəlb olunur. Nəzərə alsaq ki, bəzən məhz yerli ekoloji və­ziyyət barədə informasiyanın həm də QHT-lər vasitəsilə geniş yayılmasında yaxud hansısa ekoloji problemlərin həlli təşəbbüsünün onlar tərəfindən irəli sürülməsində hakimiyyətlərin özləri (yerli icra hakimiyyəti və bələdiyyələrin) maraqlı olur, bu üç strukturun yerli ekoloji tədbirlərin keçirilməsində əməkdaşlığı mövcud ekoloji problemlərin aradan qaldırılması baxı-

Ədəbiyyat:

1. Azərbaycan Respublikasının «Ətraf mühi­tin mühafizəsi haqqında» Qanunu. 08 iyun 1999-cu il, № 678-IQ

2. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nitqi // http://files.preslib.az/site/ialiyev/2011 .pdf

3. Bağirov H. Azərbaycanda ekoloji problem­lərin həlli istiqamətində irəliləyişlər//Döv­lət idarəçiliyi: nəzəriyyə və təcrübə. 2014.-№ 1(45).-S .105-116.

4. Qeyri-hökumət təşkilatları ekologiya sahə-sində daha fəal olmalıdır//http ://anl .az/down/meqale/paritet/2010/m ay/119736.htm

5. Milli QHT-lər Forumunun “Ekologiya” Departamentinin cari arxivi

■ 208 ■ --------------------------------------------------------------------

mından zəruridir və onların münasibətləri part- nyorluq xarakteri daşımalıdır. Xüsusilə ekoloji QHT-lərin və bələdiyyələrin yerli səviyyədə bu sahədə əməkdaşlığı vətəndaş cəmiyyətinin inkişafında vacib rol oynayan yerli icmaların bu işdə yaxından iştirakı üçün geniş imkanlar açır, ekoloji əhəmiyyətli qərarların qəbul edilməsi təşəbbüsünün aşağıdan irəli sürülməsini fəallaşdırır ki, bu da ölkəmizin demokratik inkişafının vacib göstəricilərindən birini təşkil edir. Vətəndaşların isə rolu ondan ibarətdir ki, onlar bu sahədəki ictimai birliklərin fəaliyyətində iştirak etməklə yanaşı, fərdi qaydada ekoloji təşəbbüslərlə çıxış edə bilər, konkret, bir qayda olaraq, lokal ekoloji problemlərinin həlli məqsədilə birləşərək öz töhfələrini verə bilərlər.

Bütövlükdə, belə qənaətə gəlmək olar ki, müasir Azərbaycan cəmiyyətində dövlətimiz tərəfindən həyata keçirilən siyasət və əlverişli şərait sayəsində ekoloji problematika ətrafında mövcud olan sosial səfərbərlik potensialının daha da inkişafı üçün geniş imkanlar yaradılır ki, bu da ölkədə ekoloji hərəkatın inkişaf etmə­sini stimullaşdırır. Digər tərəfdən, ictimai ekoloji birliklərin fəallığının artması, ekoloji siyasət aktorlarının partnyorluq səviyyəsində əməkdaşlığı bu siyasətin səmərəliliyinin başlıca amillərindən birini təşkil edir.

6. Orxus Mərkəzinin yaradılması məqsədi // Ekoloji bülleten.2009-cu il, avqust.

7. Белорусская партия «Зелёные» // https://dic.academic.ru/dic.nsfiruwiki/619387

8. Итоги местных выборов во Франции иГермании //http://www.politvektor.ru/analitika/5647/

9. Матвеева Е. В. Межуровневые взаимо­действия в общественной, государствен­ной и мировой экологической политике. Автореф. дисс.на соиск.уч.степ.д.п.н. Саратов, 2012.

10. Матвеева Е. В., П. А. Прокопьева. Пар­тия «зеленых» Германии и миграцион­ный кризис в Европе // http://sociosphera. com/publication/conference/2016/78/

11. Направления деятельности политичес­кой партии «Российская экологическая

■ Oktyabr - Noyabr - Dekabr ■

Page 11: EKOLOJİ SİYASƏT SEVİL MƏMMƏDOVA Azərbaycan … · S.Məmmədova partiyaların proqramlarında başlıca yer təbii balansı bərpa etmək məqsədilə iqtisadi siyasətin kökündən

■ Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə ■

партия «Зеленые» // http://greenparty.ru/ page/61/

12. Партии в бундестаге и их предвы­борные программы// http://www.dw- world.de/dw/article/0„ 1157290,00.html

13. Партия Зеленых США // йрв:/ЛНс. academic.ru/dic.nsf/ пшикЕ 1593593

14. Политические партии США // https://ru.wikipedia.org/wiki/

15. Политические партии Беларуси - необ­ходимая часть гражданского общества: Материалы семинара. Минск: Фонд имени Фридриха Эберта, 2003. 113 с.

16. По итогам выборов в Германии в Бун­дестаг прошли шесть партий //

https: //ria.ru/world/20170925/1505459107/html

17. Экологические организации// http://cbs- bataysk.ru/docs/ekologia/zakon/ekoorg.htm

18. h t t p : / / w w w . h e y d a r - a l i y e v - foundation.org/az/content/blog/55

19. http://azertag.az/xeber/ 93238420. http :// ideacampaign.org/az/layihələr/21. http://www.yap.org.az/az/view/project/

8/etraf-muhite-qaygi22. http://www.azregionaldevelopment.az23. http://www.ruzgar-ngo.org/site/7name

=content&id=l 4&link=3&cont= 12&lang=224. http://publika.az/news/nida/53235.html25. http: // old. greenbelarus.info/rus/26. www.russian-greens.ru/page/about

Açar sözlər: ictimai ekoloji hərəkat, dövlətin ekoloji siyasəti, ictimai birliklər, siyasi partiyalar, ekoloji QHT-lər, müasir mərhələ, Azərbaycan Respublikası

Sevil MammadovaAcademy o f Public Administration

under the President of the Republic o f Azerbaijan, Assistant Professor o f Department o f Political Science

and Political Administration, PhD in Phylosophy

PARTICIPATION OF PUBLIC ASSOCIATIONS IN THE IMPLEMENTATION OF STATE ENVIRONMENTAL POLICY

SUMMARY

The article examines the participation of public associations - political parties and environmental non-governmental organizations in the implementation of the state environmental policy. It also reveals the objectives and program provisions of “greens” in modern society and participation in political processes using the example the Republic of Azerbaijan, and some Western and post- Soviet countries, particularly Germany, the USA, Russia, etc.

Additionally, the article covers the activities of the New Azerbaijan Party, the Heydar Aliyev Foundation, the Public Association IDEA, other public organizations in the sphere of environmental protection. Based on the analysis and general provisions, the author concluded that the policy pursued by the Azerbaijani state is aimed at enhancing of capacity for social mobilization around environmental issues and the active participation of public associations, which are an important institution of civil society, in the implementation of environmental protection

Key words: public ecological movement, state environmental policy, public associations, political parties, environmental NGOs, modern stage, the Republic o f Azerbaijan

■ 4(60) 2017 ■ ■ 209 ■

Page 12: EKOLOJİ SİYASƏT SEVİL MƏMMƏDOVA Azərbaycan … · S.Məmmədova partiyaların proqramlarında başlıca yer təbii balansı bərpa etmək məqsədilə iqtisadi siyasətin kökündən

■ 8.Мэттэ(1<т ■

Севиль МамедоваДоцент кафедры Политологии и политического управления

Академии Государственного Управления при Президенте Азербайджанской Республики,

доктор философии по философии

УЧАСТИЕ ОБЩЕСТВЕННЫХ ОБЪЕДИНЕНИЙ В ОСУЩЕСТВЛЕНИИ ЭКОЛОГИЧЕСКОЙ ПОЛИТИКИ ГОСУДАРСТВА

РЕЗЮМЕ

В статье на примере Азербайджанской Республики, а также некоторых западных и постсоветских стран, в частности Германии, США, России и др., анализируется участие общественных объединений - политических партий и экологических неправительственных организаций в осуществлении экологической политики государства, раскрываются цели, программные положения и направления деятельности «зеленых» в современном обществе, а также формы их участия в политических процессах. При этом освещается деятельность Партии Ени Азербайджан, Фонда Гейдара Алиева, Общественного объединения ШЕА, других общественных структур в сфере охраны окружающей среды, на основе проведенного анализа и обобщающих положений автор приходит к выводу, что политика, проводимая азербайджанским государством, направлено на развитие потенциала социальной мобилизации вокруг экологической проблематики и в этих условиях активное участие общественных объединений, являющихся важным институтом гражданского общества, в осуществлении экологической политики государства, партнерское сотрудничество акторов этой политики является одним из основных условий ее эффективности.

Ключевые слова: общественное экологическое движение, государственная экологическая политика, общественные объединения, политические партии, экологические НПО, совре­менный этап, Азербайджанская Республика

• 210 ■ ■ ОШуаЬг - 1ЧоуаЬг - ЦекаЬг ■