Şeİr gÖyƏrÇİn dƏnİdİanl.az/el/kitab/2019/01/cd/azf-306333.pdfarif dedi:-ay uşaqlar! gəldi...

96
Ələsgər Talıboğlu ŞEİR GÖYƏRÇİN DƏNİDİ Bakı-2018

Upload: others

Post on 03-Jan-2020

5 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

Ələsgər Talıboğlu

ŞEİR GÖYƏRÇİNDƏNİDİ

Bakı-2018

Page 2: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

Redaktor:Şair-resssam Nazim Şah

Korrektor: Şair Elçin Məlhəmli

Kitaba şair-publisis, AYB-nin üzvü, Məmməd Araz mükafatı lauretaı, dörd şeirlər kitabının müəllifi Ələsgər Talıboğlunun uşaqlar üçün yazdığı şeirlər, yanıltmaclar, sevməcələr, öcəşmə və sataşmalar, laylalar, nazlama və oxşamalar, tapmacalar daxil edilmişdir. Bu,müəllifin balaca oxucularla ilk görüşüdür.

İSBN

Page 3: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

3

GƏLDİ BAHAR

Çıxdı günəş,Əridi qar.YaşıllaşdıBoz yamaclar.Gəldi canaÇayır-çəmən.PöhrələndiHər yasəmən.Baş qaldırdıTorpaq altdanLalə,nərgiz,Səbzə,reyhan.Bağ-bağçadaHaray saldı,BudaqlardaQanad çaldı.BülbüllərinCəh-cəh səsiUşaqlarınŞən nəğməsi.Arif dedi:-Ay uşaqlar!Gəldi artıqGözəl bahar.Gəlin çoxluBel götürək.

Page 4: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

4

Tarlalaraİşə gedək.Hər kəs görsünGücümüzü,AlqışlasınHamı bizi.Qoy,ucalsınHər vaxt,hər an,GözəlləşənAna yurdum-Azərbaycan!

04.03.1980

Page 5: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

5

TƏKCƏ SƏNİN OLARAM

Aysel dedi:-Ay nənə,Qurban olum mən sənə.Nolar sən get bazara.çoxlu rəngli kitablar,dəftər,qələm al mənə.Həm oxuyum,həm yazım,Sən,gör,necə ağıllı,Qoçaqdır sənin qızın.-Yaxşı,quzum ,alaram.-Nənə,nənə,ay nənə,Qurban olum mən sənə.Məmmədə də algınançoxlu rəngli qələmlər,həm də şəkil dəftəri.Qoy,çəkməyə alışsın,onun toppuş əlləri.-Yaxşı,yaxşı,ay quzum,sabah gedib, alaram.Aysel sevincdən həmənbaşladı öz oynuna.Bərk-bərk qucaqlayıb o,qollarını doladınənəsinin boynuna.-Bax,o zaman,ay nənə,mən səninlə qalaram.Sənə layiq qız olub,təkcə sənin olaram.

13.10.2012

Page 6: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

6

ÖMƏR NECƏ DƏCƏLDİ

Ömər kiçik olsa da,çox mehriban uşaqdı.Yaşıdları içindəƏn dəcəldi, qoçaqdı.Elə dəcəldir ki,o,sanki tamam oyundu.Hər yerişi,duruşubir sevincdi,düyündü.Gah yeriyir,yıxılır,gah da mayallaq aşır,gah da ki,qarış-qarışotaqları dolaşır.Hərdən bir dəcəl çəpiş,hərdən də quzu olur.İt kimi hürə-hürəbalaca tazı olur.Bəzən bütün ev boyudana kimi böyürür,bəzən də buğa olubüstümüzə yüyürür.Yuxu ilə yox işi,çox az yatır bu Ömər.Ev-eşiyi bir-birinəyaman qatır bu Ömər.Bircə bunu bilin siz,ey yaxınlar,ey dostlar,Ömər kimi çox dəcəl,sevimli bir uşaq var...

12.04 2013

Page 7: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

7

GÜNAYIN SEVDİYİ QUŞ

Günaygilin həyətihəm bağlı, həm bağçalı.Əlvan-əlvan gülləridüymə-düymə qönçəli. Günay isə daha çoxsevir bağda quşları.Sərçəni, göyərçini,bir də qaranquşları.

Onun ən çox sevdiyigöyərçindir, goyərçin.Heç özü də bilməyirsevir onu, nə üçün?..

06.09 2013

Page 8: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

8

ŞİRİNDİL QIZ

Nərmin necə gözəldir,Necə də şirin qızdır.Onu görən sanır ki,Sanki aydır, ulduzdur.

Min oyundan çıxır o,Hərdən bizə gələndə.Hər sözündən bal dadır,Danışanda, güləndə.

Hələ çox balacadır,Təzə keçibdir üçə.Elə hay-küy qoparır,Az qalır ki, ev köçə.

Bircə an da durmayır,Ötür o elə dil-dil.Artıq hər kəs çağırır:Nərmin deyil, Şirindil.

28.01.2014.

Page 9: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

9

İŞGÜZAR QIZ

Bu balaca FidanınGözləri bir cüt ulduz.Bax, necə də ağıllı,İşgüzardır bizim qız.

Dörd yaşında olsa da,Heç yorulmaq bilməyir.Tez yerinə yetirirNənəsi nə söyləyir.

Nənəsinə hər an o,Kömək edir yaxından.Nənəsini sevir o,Nəvələrin çoxundan.

Mehriban babasınınHey boynuna sarılır.Çünki babası onaGözəl gəlincik alır.

09.02.2014.

Page 10: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

10

OYANAR ULDUZ

Kiçik bacımınUlduzdur adı,Öpdüm üzündənÜzü bal dadı.

Onunla hər günoynayıram mənevdə, eşikdə,o isə yatıbtaxta beşikdə.

İstəyirəm ki,Oyadam onu,Anamsa eləGörəntək bunuAstadan deyir:-Toxunma, ay qız,təzəcə yatıb,oyanar Ulduz.

28.03.2014.

Page 11: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

11

MIŞIL-MIŞIL UYUYUR

Bu balaca XədicəUyuyur mışıl-mışıl.Saçları salxım-salxım,Gözləri işıl-işıl.

Babası keşiyindəDurub bir əsgər kimi.Bu balaca beşiyiQoruyur səngər kimi.

Əlində ağac əsa,Başında qara papaq.Dodağında təbəssüm,Saçı-saqqalı düm ağ.

Nəvə şirin yuxuda,Baba oyaqdı yenə.Bu evin sükutunuPozmaq yasaqdır yenə.

Ulduz qonur, ay qonurPəncərəyə hər gecə.Mışıl-mışıl uyuyurBu balaca Xədicə.

28.03.2014.

Page 12: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

12

QARÇİÇƏYİ

-Ay nənə, bu çiçəyinnədən axı deyirlərQarçiçəyi adına?Bu soyuqda, sazaqdabelə zərif gözəlinkim yetişər dadına? ...Nədən axı boy verirqar altından çox erkən?Əllərim üşüyəcəkmən onu ax ... dərirkən ...-Sənə necə anladım,başa salım, ay qızım.Bu Tanrının işidir,artıq söhbət nə lazım?..Odur bu yer üzünüqar altından boylanıbsalamlayan birinci,çiçəklərin içindəbir incidir, bir inci.Ona görə sən andannə qədər var dərginən,özünə əlvan-əlvanböyük çələng hörgünən.

12.08.2014.

Page 13: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

13

O MÜĞƏNNİ OLACAQ

Hələ doqquz aylıqdırmənim Xədicə nəvəm,İstərəm ki,mən onuhey oxşayam,hey sevəm.

İstər qucaqda olsun,istərsə də beşikdə,Öz-özünə qığıldar,həm evdə, həm eşikdə.

Yaman heyran qalmışam,bu uşağa,vallah, mən.Qəlblərə nur çiləyiroxuduğu nəğmədən.

İnanıram ki,bu qızaləmə səs salacaq.Böyüyəndə yəgin ki,o müğənni olacaq.

29.09.2014

Page 14: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

14

BİZİM BALACA BAĞIR

Necə də mehribandırBizim balaca Bağır.Atdığı hər addımdanBir dünya sevinc yağır.

Ağlamaqla işi yox,Eləcə hey güləcək.Qabağına kim çıxsa,Onu doğma biləcək.

Balağından yapışıbOna qucaq açacaq.Qucağa cıxan kimiÖpüb bərk-bərk qucacaq.

Beləcə oxşayacaq,Sevəcək o hər kəsi.Hamıya can verəcəkOnun isti nəfəsi.

18.10.2014

Page 15: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

15

MƏNİM NƏVƏLƏRİM

Bağımın bəhrəsidir,Əlimin dəhrəsidir.Qəlbümün çəhrəsidir,Mənim nəvələrim.

Ağzımın xoş dadıdır,Könlümün qanadıdır.Evimin büsatıdır,Mənim nəvələrim.

Dizimin təpəridir,Yad gözün çəpəridir.Ömrümün sipəridirMənim nəvələrim.

Ürəyimə buz sudur,Mənim üçün bir qudur.Mənə arxa, umuddur,Mənim nəvələrim.

Tanrı verən gözümdür,Bal qoxuyan sözümdür.Vallah , elə özümdür,Mənim nəvələrim.

19.10.2014

Page 16: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

16

MEMAR OLACAQ

Bu balaca Ömərinboş durmaqla yox işi.Həyətdə oynamaqdırelə onun vərdişi.

Ən sevdiyi oyuncaqqumdur,daşdır ,maladır. Tikdiyi də ki,vallah,“böyük-böyük qaladır”.

Nə baltanı,çəkiciəlindən yerə qoymur.Divarlara ara birmıx çalmaqdan heç doymur.

Axşamacan oynayır cürbəcür alət ilə.Hər kəs ondan danışırsevgi, məhəbbət ilə.

Bir Allah vergisidir,sanki bizim bu Ömər.Böyüyəndə məncə o,yəqin olacaq memar.

24.01.2015.

Page 17: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

17

DİLAVƏR QIZ

Şirin,gülərüz Xavərdil boğaza qoymayır.Dəcəllik də etməkdənvallah-billah doymayır.

Heç yorulmaq bilmədənağlına hər gələniöşələyib hey tökür.Evi tarmar eyləyib,təp-təzə oyuncağıhəməncə bir-bir sökür.

Dilotu yeyib sanki,bülbül kimi ötür o.Bir an belə susmayır,istər hara götür,o.

Çox ağıllı,məntiqlisuallar verir Xavər.Odur ki, hər kəs onuçağırır bax, Dilavər.

25.01.2015.

Page 18: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

18

“ƏTCƏ BALA” ƏKBƏR

“Ətcə bala” Əkbərin qırxı çıxmayıb hələ. Gəlişiylə hay salıb bir obaya, bir elə.

Kimini baba edib,kiminisə o nənə.Hər kəsə“pay”gətirib “boxçasında” bir dənə.

Birinə “bibi”,“əmi”,Birinə “xala” adı.birinə “dayı”-deyə,baldan şirin bal dadı.

“Ətcə bala” Əkbəringəlişi çox şəst olub.İllah da ki, babasısevincindən məst olub.

09.02.2015

Page 19: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

19

ÖYRƏNƏCƏM

-Ana,sabah məni də oyadarsan erkəndən.-Mənim igid, nər balam,de,görüm axı nədən?-Bütün yayı atamlagedəcəm birgə işə.Mən ondan öyrənəcəmözümə gözəl peşə.

09.02.2015

SƏMƏNI

Sən verirsən Novruzun müjdəsini hər il də.Dolaşırsan evbəevhər ağızda,hər dildə.Baharın ilk elçisi,Səməni, ay, Səməni.Gəlişinlə gəl bəzəhəm çölü, həm çəməni.

11.02.2015

Page 20: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

20

GOMBUL YUSİF.

Bizim balaca Yusifuşaqlıqdan elə heyçoxlu yemək yeyərdi.Hər yeyəndən sonra dayatmaq vaxtı gələndəhələ acam yenə dəyemek verin”-deyərdi .

Odur ki, o yamancaşişib olmuşdu gombul.Uşaqlar zaraflayerə yıxıb qarnındaçalardılar hey dunbul

O isə gülə-güləharay salıb bağırar,dostlarını söyərdi,hələ gücü çatanıarada bir döyərdi.

Məhlədə hər kəs onuçağırır “Gombul”-deyə, O isə qürur duyurqarnına döyə-döyə.

11.02.2015

Page 21: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

21

QAR YAĞIR

Qar yağır şappan-şappan,bax,dən-dən,yer üzünəuca-ucagöylərdən.Qar yağıraram-aram,ağappaq,yer də,göy dəgəlin kimibaşdan-başalap düm ağ.

12.02.2015

Page 22: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

22

BALACA QIZCIĞAZ

Saçları tək qaradır Lətifənin gözləri. Hamını valeh edirşirin-şəkər sözləri.

Danışanda ağzındanbal damır onun sanki. Ləzzət verir hər kəsəSözlərinin ahəngi.

Artıq gedir baxçayabu balaca qızcığaz.Onun hər kəlməsindənYağır min-min işvə, naz.

14.02.2015

Page 23: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

23

ATDI DƏCƏLLİYİN DAŞINI

Atası Hikmətə də aldı gözəl oyuncaq. Bilmədi ki,nə etsin Hikmət bunu duyuncaq.

Atasını oxşayıb dönə-dönə öpdü o. Sevincini ev boyu sağa-sola səpdi o.

Qucağına alaraqtəzə,böyük maşını.Atdı elə o gündəndəcəlliyin daşını.

14.02.2015

Page 24: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

24

RƏQQAS QIZ

Bu balaca Ayselinsiz baxmayın boyuna.Görənlər valeh oluronun hər bir oynuna.

Rəqs etməyi çox sevir,yorulmur oynamaqdan.Bircə an da doymayırbulaqtək qaynamaqdan.

Sanki yerə dəyməyirçəlimsiz ayaqları.Əlləri göydə uçur,allanır yanaqları.

Dörd tərəfi bürüyürsevinc dolu sədası.Hamını məst eyləyirçılğın hissi,nidası.

17.02.2015

Page 25: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

25

ŞƏKİDƏ BIR YAY GÜNÜ

Babam ilə getmişdimbir yay günü Şəkiyə.Aşıb-daşan sevincimgəlmirdi heç çəkiyə.

Sabahısı getdik bizŞəki Xan sarayına.Tariximdən hay verən babaların hayına.

Mən orda görən zamano cüt, qoşa ucalanbeş yüz yaşlı çinarı,daha ürəkdən sevdimbelə gözəl diyarı

23.02.2015

Page 26: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

26

BİZİM ARZU

Bizim Arzu görəndə həyətdəki quşları.Bütün evi bürüyürhay-küyü,alqışları.

Tez çığırıb bağırır,evi vurur bir-birnə.Həmən yemək aparıronların hər birinə.

Yedirir o quşlarıbirbəbir,dənə-dənə.Özü isə seyr edirsevincək dönə-dönə.

Görsəniz necə sevirsərçəni,göyərçini.Quşların ən gözəli,rəngi əlvan,çinçini.

Quşlar sanki can verirbu dəcəl qızcığaza.Onunçün də aparırpayını quşcuğaza.

06.03.2015.

Page 27: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

27

CIRTDANI, DE, CIRTDANI…

Nərgiz nənə sevimli nəvəsini öyərdi. Sevə-sevə hər axşam elə nağıl deyərdi.

Nərgiz nənə nağılı söyləyərdi şən səslə. Ona qulaq asardı Sona da həvəslə.

Günəşsə nənəsinin uzanıb dizi üstə, Dinləyərdi hər sözü çox ahəstə-ahəstə.

“Cırtdanı de, Cırtdanı”- deyə israr edərdi. Dinləyərkən nağılı o yuxuya gederdi

08.03.2015

Page 28: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

28

SEVİNCİMİN NƏNƏSİ

Hələ çox qocalmayıb.Sevincimin nənəsi.Gündə yüz yol başınadönəsidir,dönəsi.

Axşam-sabah deməyir nənəyə kömək edir. Nənə hara gedirsə, o da oraya gedir.

Nənə evə gələntək tez yerini düzəldir.Onu öpüb,oxşayıb,deyir “necə gözəldir”.

Nənəsini sevir oilahi bir sevgiylə.hər kəsə də danışır məhəbbətlə, övgüylə.

09.03.2015

Page 29: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

29

BU GÜN MƏNİM AD GÜNÜM

Bu gün mənim ad günüm,Doğum günüm,şad günüm.Tamam olub beş yaşım,Sevinirəm qardaşım.Dostlar yığışıb bizə,Gecəm dönüb gündüzə.Sevincimin həddi yox,Məni təbrik edən çox...Hər kəs öpüb oxşayırXoş sözlər deyə-deyə.Bu sevincdən ürəyimSığışmır yerə-göyə.Bilmirəm ki, nə deyimBu gün sizə,a dostlar.Elə siz də mənimtəkolun belə bəxtiyar.

11.03.2015.

Page 30: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

30

GÖYDƏN DÜŞƏN ALMA

Nənə axşam söylədinəvəsinə bir nağıl.Verdi ona hərdən dəçoxlu nabat,həm noğul.

Bax,yamanca xoşunagəldi onun bu nağıl.Öz payından nənəyəverdi nabat,həm noğul.

Səhəri gün nağılıbabaya dedi nəvə.Göydən düşən almanıonunla yedi nəvə.

20.03.2015

Page 31: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

31

BİZİM QONŞU RAMİN

Bizim qonşu Ramininnecə kiçikdir boyu.Əməlinə baxsanız,dam dolusu var toyu.

Heç zaman sakit durmur,bir an olsa da belə.Eh…yorulmaq bilmədəndəcəllik edir elə.

Evi vurur bir-birnə,eyləyir ələk-vələk. Hünəriz varsa əgərSiz onu tutun görək.

Hər deşikdən-deşiyəsiçan kimi qaçır o.Elə bil ki,qaçmayır sanki yerlə uçur o.

“Siçan”-deyə çağırırodur ki,onu hər kəs.Əlbəttdə, bu ayamaona deyilmir əbəs

23.03.2015

Page 32: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

32

GÜLƏRÜZ AYDAN

Bu gülərüz Aydanınhələlik var üç yaşı.Baxın,könül oxşayırhəm yanağı,göz-qaşı.

Evin tək övladıdır,hər ürəkdə öz yeri.Belə şirin bir qızınyox tayı-bərabəri. Bu qızın bir sözünükimsə etməz heç iki.Di gəl ki,şıltaqlıqlaişi yoxdur hələ ki.

23.03.2015

Page 33: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

33

AY KƏPƏNƏK UÇUB GƏL…

Ay kəpənək,uçub gəl,Qar,çovğundan qaçıb gəl.Dağı-daşı keçib gəl,Gəl ki,görüm mən səni,Çöl-çəməndə şən səni.

Hər yer güldü, çiçəkdi,Necə əlvan,göyçəkdi.Sənsiz nəyə gərəkdi,Gəl ki,görüm mən səni,Çöl-çəməndə şən səni.

Sənsən nazlı bir mələk,Bəsdir etdiyin “kələk”.Sənsiz gülmür bu ürək,Gəl ki,görüm mən səni,Çöl-çəməndə şən səni.

10.04.2015

Page 34: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

34

DƏFTƏR-QƏLƏMSİZ YATMIR

Hüseyn kiçik olsa da,özünə xas işi var.Hər kəsin də sevdiyi çox ilginc vərdişi var.

Elə dəftər, qələmdiroynadığı oyuncaq.Heç yorulmaq bilmədən oynayır o doyuncaq.

Sağa-sola çevirib varaqları yazır o.Hərdən də gülə-güləyazdığını pozur o.

Arada bir də yazır həm əlini, üzünü.Mürəkkəblə boyayır burnunu həm,gözünü.

Öyrəşibdi Hüseynin əli qələm tutmağa.Həttda dəftər-qələmsiz getməyir o yatmağa.

22.04.2015.

Page 35: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

35

ÇİÇƏK DƏRDİ ANASINA

Nərgiz bu gün dayısıylagetdi bağa.O baş çəkdigülzarlığa.Dolaşdıqca bağ-bağçanı,oxşadı o,hər qönçəniDedi: bunlar nə gözəldi,Anam üçünlap özəldi.Bax, bunlardandərərəm mən,elə evə getdiyimdəanama daverərəm mən. Axı o da bir çiçəkdi, necə şirin, xoş göyçəkdi”.

23.04.2015

Page 36: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

36

SƏRKƏRDƏ ÖMƏR

Minib qarğı atınısevimli nəvəm Ömər.“Haydı,arxamca”-deyəhəmən irəli cumar.

Bəzisinə deyər ki,“siz arxaya tez kecin”.Bəzisinə:”Durmayın,əzməyə düşmən seçin”.

Gah hücuma keçər o,gah da geri çəkilər.“Yağıların”önündədivar kimi dikilər .

Haraylayar “döyüşə”o, “döyüş” dostlarını,Sınayar lap dar andaonların ilqarını.

Sərkərdətək “döyüşə”aparar o hər kəsi.Elə ona görə dəqalib gələr dəstəsi.

23.04.2015

Page 37: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

37

PİŞİK OLUB XƏDİCƏ

Artıq dahapişik olubbu Xədicə.Miyoldayır pişiklərtəkzərif-zərif,incə-incə.Harda görsə,alır onuağuşuna,tutur sevdayağışına...“Mənim məstan,şən pişiyim,sənsən ilkim,son beşiyim”-deyə-deyə,öyə-öyəsevələyiro, pişiyi,arxasıncadolanır heyev-eşiyi.

26.04.2015

Page 38: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

38

TOĞRULUN KƏND SEVGİSİ

Anasıyla bu yayıToğrul getmişdi kəndə.Ürək dolu xatirəgətirmişdi özüyləo şəhərə dönəndə.

Kəndin abı-havasıgəlmişdi çox xoşuna.Onunçün də hamıyadeyirdi ki,bu yayıkeçirməyib boşuna.

Ürəyinə yatmışdıkəndin bağı-bağatı.Min bir zəhmət çəkərək,qoyun-quzu saxlayankəndçinin xoş həyatı.

Neçə-neçə sadiq dosto, tapmışdı özünə.Vurulmuşdu bu kəndinhər an könül oxşayanhəm gecə-gündüzünə.

Page 39: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

39

Toğrulu kənd gör necəsalmışdısa kəməndə,atasına deyirdi:“Gəlin biz də bir yolluqköçüb gedəyin kəndə”.

28.04.2015.

CÜCƏLƏR

Cücələrə kim dən atar,“cik...cik...” edib şən səslə,tez həməncə dənləyər.Yetişməsə hansınaçəkilər bir kənara“cüy...cüy...”edib inləyər.

03.06.2015

Page 40: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

40

AY NƏNƏ, BİR NAĞIL DE

Ay nənə,bir nağıl de,Yatmış ruhum oyansın.Uşaq könlüm biryoluq,Nur selinə boyansın.

Ay nənə,bir nağıl de,Qoy, könlümü uyutsun.Oxşayıb hər an məni,Gündə bir boy böyütsün.

Ay nənə,bir nağıl de,Baldan da şirin olsun.Qaynar çeşmələr təki,Suyu saf, sərin olsun.

Ay nənə,bir nağıl de,Şirin yuxu gətirsin.Alıb bu yer üzündənMəni göyə götürsün.

04.05.2015

Page 41: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

41

XƏDİCƏNİN İTİ

Xədicənin iti varbapbalaca-özütək.Elə oynayır hər günonunla ürkək-ürkək.

Pay verir itinə dənə yeyirsə, bax, özü.Alışıbdır yamancabu itə üzü-gözü.

“Toppuş”-deyə çağırır o öz gözəl itini. Hamıdan çox istəyir öz itinin xətrini.

Anasına hey deyir:-Sən itimi yuyundur.Oymasını gətirir:-Al,itimə geyindir.

İstəmir ki, itindən bir an da ayrı qalsın.Ancaq anası qoymuraxsam yatağa alsın.

17.05.2015

Page 42: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

42

ARZUNUN BEŞ YAŞI VAR

Mənim bu Arzu balamBeş yaşlı bir göyərçin.Saçları şəvə kimiSaçları qırçın-qırçın.

Böyüyübdür o artıq,Gedir baxçaya hər gün.Evə gələn kimi dəBaşlayır hay-küy,düyün.

Anasına deyir hey:-Orada dostlarım var.Türkər,Aysun,NərminəOğuz,Günay,Bəxtiyar.

Hamısı da gülərüz,Ağıllı,dəcəl,qoçaq.Bu uşaqlar həmişəMənimlə bir olacaq.

Müəlliməmi gəl,gör sən.Necə də mehribandır.O da elə sənintəkSevimli bir insandır.

Odur ki,mən sevirəmBaxçamızı,ay Ana.Ora gedəndən artıqGəlmişəm ətə-qana.

06.06.2015

Page 43: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

43

MİRZƏLİNİN TOPU

Mirzəlinin topu var,Özündən də çox yekə. Qaçır onun dalıncaElə hey səkə-səkə.

Gah başının üstündə,Gah ayaqda oynadır.Onun hər bir oyunuBir ayrıca dünyadır.

Vurduğu hər bir zərbəEv-eşiyi inlədir.Hər könülə su səpibYamanca sərinlədir.

Bir Allah vergisidirMirzəlinin əməli.Bunu hər kəs dərk edib,Yaxşı-yaxşı bilməli.

Kim nə deyir,qoy, desin,Böyüyəndə bu uşaq,Mütləq,mütləq şöhrətliBir futbolçu olacaq.

10.07.2015

Page 44: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

44

SAÇINA BAX, BABAMIN...

Saçına bax,babamınAğappaqdır qar kimi.Bar gətirən ağacdaHeyva kimi,nar kimi.

Keçmişindən hay verirAlnının naxışları.Əzablardan yoğrulmuşO yorğun baxışları.

Çiynində bir dərd yükü,Yeriyər ağır-ağır.Kimsəylə işi olmaz,Danışar fağır-fağır.

Sərt olsa da baxışı,İpək kimi qəlbi var.Onu ürəkdən sevənMənim təki bir gözəlQız nəvəsi-Səlbi var.

14.07.2015

Page 45: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

45

QUŞLAR VƏ XƏDİCƏ

Böyüyübdü Xədicə,bax,quşlara səpir dən.Onları yemlədikcəiçi keçir içindən.

Hərəsini bir dilləçağırır o yanına.Heyrətlə də baxır o,quşların hər oynuna.

Gah sərçəyə dən verir,gah da ki,göyərçinə.Bəzən tutmaq istəyirbirini sinə-sinə.

O keçirir quşlarlagünlərini beləcə.Axışırlar üstünəquşlar onu görüncə.

29.07.2015

Page 46: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

46

SEVİMLİ DƏCƏL NƏVƏM

Üç yaşında çox dəcəl,sevimli bir nəvəm var.Yamsılayar hər kəsi,min bir şəbeh çıxarar.

Sabah-sabah qalxar tez,hamıdan da gec yatar.Istədiyi anda daevə hər cür toy tutar.

Gah it kimi hürüyər,gah da olar bir pişik.Siçan kimi o evdə qoymaz bir dəlmə-deşik.

Bəzən də xoruz olubdayanmadan banlayar.Hərdəndə də şəkər üçün elə məni yanlayar.

Bəzən minib beliməməni edər bir dəvə.Mən hardan taparambelə gözəl bir nəvə.

08.11.2015.

Page 47: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

47

BİZİM KİÇİK SƏHƏR

Bir yaşı tamam olubBizim kiçik Səhərin.Odur mənim ilk nəvəm,Bağım, barçam, bəhərim.

Artıq ayaq açıb o,yeriyir təzə-təzə.Ara bir də üstüməyüyürür çox baməzə.

Bu qız kimi görürsə,əl-qol açıb hey gülür.Üz-gözündən dörd yanaxoş bir sevinc tökülür.

Evə gələn hər kəsəgöndərir bərk-bərk öpüşKim ki, öpmək istəyir olur həməncə “çəpiş” ...

Mənim bu “cırtdan” nəvəm,Bal tək şirin,bal tək xoş.Hər onu öpdüyümdəOluram elə sərxoş.

26.11.2015

Page 48: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

48

KƏPƏNƏK DƏ ÇİÇƏKDİR

Gəl,çəməndə uçuşankəpənəyə, bax,ana.Elə əlvan rəngiyləməni gətirir cana.

Baxın,elə onlar daçəməndə bir çiçəkdir.Qanadları da xallıtəzə-tər bir ləçəkdi,

İstəyirəm birbəbirdərəm hərdən çəməndən.Di gəl ki, durmayırlar,qaçırlar elə məndən.

Nə olar ki tutmağaanacan, gəl et köməkAlım onu əlimə,oxşayım hey kəpənək

13.12.2015.

Page 49: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

49

SƏRÇƏYƏ BAX, SƏRÇƏYƏ

Ay ata, bax, çəpərəOdur qondu sərçəcik.Sağa-sola baxaraq,Eyləyir elə cik...cik...

Bax...bax, qalxır havayaQanad çalır sərçəcik.Həmən də geri dönür,eyləyir elə cik...cik...

Nə olar, bir sərçə al,Sən də mənə, ay ata.Ona çoxlu dən verim,tez böyüyüb boy ata.

Ay ata, bax, çəpərəOdur qondu sərçəcik.Sağa-sola boylanıbeyləyir elə cik...cik...

21.12.2015

Page 50: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

50

BAHAR GƏLİB

Bahar gəlib.... çəməndəaçılıb tər çiçəklər.Necə də göz doyurur,əlvan-əlvan ləçəklər.

Çiçəklərin başındaoynaşır kəpənəklər.Sağa-sola vurnuxur,qaynaşır kəpənəklər.

Ara da bir də qonubçiçəkləri öpürlər.Çiçəklərin üstünəzərli naxış səpirlər.

24.03.2016

Page 51: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

51

MƏMMƏDİN BABASI

Bağban idi Məmmədinbir baxçada babası.Hər kəs ondan deyirdi-gəlirdi xoş sədası...

Məmməd də bir gün getdibabasının bağına.Baxdı orda güllərinal-əlvan yığnağına.

“Xortumu sən ver mənə,ay baba”- dedi Məmməd.Qoy, su səpim güllərə,mən də çəkim bir zəhmət.

Bu oyunbaz Məmmədibabası çox sevərdi.Onunçun də sevincəkxortumu ona verdi.

Məmməd alıb xortumugülə doğru salladı.Di gəl ki, gül yerinəbabasını suladı...

29.05.2016

Page 52: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

52

YEDDİ AYLIQDIR İNCİ

Yeddi aylıqdır İnci,hələ bilməyir yeriş.Lakin maneji iləevdə edir hey yürüş.

Bir an belə durmayır,sağa-sola səkir o.Əlinə nə keçirsə,ortalığa tökür o.

Harda kitab görürsə,həmən təpir ağzına.Baxmayır heç bir zamannə ağına, bozuna.

Əlləriylə oxşayıb,arada bir də öpür.Gah da hay-küy qoparıb,dörd yana sevinc səpir.

Kitaba sevgisindəbir hikmət var bu qızda.Böyüyəndə məşhur biralimtək dolaşacaqadı dildə, ağızda.

06.06.2016

Page 53: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

53

QIRXAYAQ

-Doğrudurmu,ay ana,qırxayağın qırx dənəayağı vardır elə?..-Yox,ay oğul,nə bilim,Hardan onda qırx ayaq...-Nədəndir ki,bəs onahamı deyir qırxayaq?..

19.09.2016

QUŞÜZÜMÜ

Anamla dünən gütdimtarladan pambıq yığaq.Göz gördükcə hər tərəfağappaqdı...ağappaq.

Necə də düppədüzdüpambıqların düzümü.Burda bir də varıydıçoxluca quşüzümü.

Axşamacan yedim məndoyunca quşüzümü.Qoymadım da heç yesinlap, bircə quş üzümü.

19.09.2016

Page 54: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

54

İNCİ

Uşaqların içindəçox dəcəldi bu İnci.Dəcəllikdə hamıdanbirincidir...birinci...

Durmayır ki,sakit heç,bir an da,olsa belə.Nə oyundan çıxırsa,eyləyir bilə-bilə.

Kiminə çırtma vurur,kiminin saçın yolur.Kiminin də başınaelə bir bəla olur.

Hərəni bir yol iləcırnatmağa çalışır.Sanki bəhsə girərəkhamı ilə yarışır.

Gözəllikdə,di gəl ki,tayı yoxdur bu qızın.Odur ki,çəkir hamıbu dəcəlin bax nazın...

19.09.2016

Page 55: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

55

BU ÇƏMƏNİN ÇİÇƏKLƏRİ

Bu çəməninçiçəklərizərif,incə,məst olursanhər çiçəyiax...dərincə...

Bu çəməndəçiçəklərinrəngi sarı,çiçəklərdənbal əmməkdəhər bir arı.

Bu çəməndəçiçəklərinçoxu bəyaz,göz oxşayırtər çiçəkligüllü bu yaz.

10.10.2016

Page 56: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

56

BALACA ZƏRİFƏ

Hələ iki yaşındabu balaca zərifə.Elə işlər görür ki,Heç sığmayır tərifə.

Yatağından qalxantək,anasıyla bərabər.Toyuqlara dən verireləcə o hər səhər.

Sonra isə gedir o,cücələrin yanına.Həsəd ilə baxır o,onların hər oynuna.

Gah düşüb arxasıncasağa-sola qovur o.Hansını tuta bilmirdörd bir yana sovur o.

Cücələrlə bezmədənelə dil-dil danışır.Ara da bir də qızıb,gah dalaşır,barışır.

Page 57: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

57

Tutaraq hər birinioxşayıb,öpür elə.Siz bilsəniz nə qədərgündə dən səpir elə.

Cücələrdir onunçünən sevimli oyuncaq.Odur ki də oynayıronlar ilə doyuncaq.

11.10.2016

GÖYDƏN ÜÇ ALMA DÜŞDÜ

-Göydən üç alma düşdü:biri mənim,biri özümün,biri də nağıl deyənin...Məmməd də tez deyərdi:-Nolar...nolar,ay nənə!..Hamısını yemə tək,birini də ver mənə...Bax,beləcə hər axşamnənəm nağıl deyərdi,almaları da bir-birelə özü yeyərdi...

22.09.2016

Page 58: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

58

BU GÖZƏLƏ BAXIN

Baxın... baxın, ay qızlar!..bu gözələ siz bircə...Sevdim onu ürəkdənmən ilk dəfə görüncə.

Yanaqlarım rəngdədiqanadları elə bil.Önündəcə naz satır,hər tər çiçək, hər tər gül.

Uçur elə durmadano çiçəkdən-çiçəyə.Toxunur asta-astaHər çiçəkdə ləçəyə.

Baxın, o bir pəritəkdolaşır çəmən-çəmən.Bilin, elə hər kəsdənmənəm onu çox sevən...

İstəyirəm qanadımolsun elə onuntək.Mən də uçum dörd yana,olum gözəl kəpənək.

14.11.2016

Page 59: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

59

BİR ÖRDƏYİM VAR MƏNİM

Bir ördəyim var mənim,yaramazdır necə də...Qoymayır ki, yatmağanə gündüz, nə gecə də...

Baş aparır, “qa”, “qu” yususmayır ki, bir an da...Onu bircə görəsən,suya necə cumanda.

Qaçır hovuz boyu o,elə o baş bu başa.Üzür suyun içindəmayallaq aşa-aşa...

Sağa-sola qovsam da,sudan çıxmır ördəyim.Qalıram mat-məəttəl,bilmirəm ki, neyləyim?...

Qorxuram xəstələnəpayızın sərt günündə.Elə qalsa yaxşıdıhələ ki, öz hinində.

14.11.2016

Page 60: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

60

GÜLAYIN PİŞİYİ

Kiçik nəvəm Gülayınbir pişiyi var elə.Adını “Məstan” qoyub,oynayır onun ilə.

Gah alır qucağına,gah boynunda gəzdirir.Gah da salıb hovuzasağa-sola üzdürür.

Gah içməyə süd verir,gah da yağlı yeməklər.Gah da evin içindəpişiklə bir iməklər.

İstədiyi oyunuaçır onun başına.Bu da gəlir yamancaMəstan “qızın” xoşuna...

Aradabir hirslənib,hətta onu döyür də.Bircə gəlin, görün, sizonu necə öyür də...

Page 61: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

61

Ondan ayrı yatmır ki:fikri-zikri pişikdə.Daha tutar qoymayıb Məstanla ev-eşikdə...

Mənə yaxın durmur ki,bilmirəm gedim hara.Pişiyiylə o mənigətiribdi lap zara.

18.11.2016

Page 62: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

62

GƏL OYNAYAQ “ƏNZƏLİ”

-Nə durmusan, ay İncə,Gəl, oynayaq “Gizlənpaç”.Mən yumum gözlərimiSən dayanma, bircə qaç...-Yorulmuşam, yox-deyəİncə başın yellədi:-Oynamıram-söylədi.Dilləndi Hikmət yenə:-Elədirsə, ay İncəGəl, oynayaq “Ənzəli”...-Bu nə oyun, ay dəli?-Mən əyilim, sən tullan...-Məndən uzaq get, dolan.Oynamaq istəmirəm,Saysan da yüz oyunu.De, nə vaxtdan “Ənzəli”Olubdu qız oyunu?...

01.12.2016

Page 63: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

63

İNCƏNİN GƏLİNCİYİ

Yaş yarımındaOlsa da İncə,Hər kəsdən də çoxGəlinciyiniSevir o öncə.

Hey tumar çəkir,Oxşayır, öpür,Darayır saçın.Üst-başına daHey ətir səpir.

Basır bağrınaevdə, eşikdə.Laylay çalaraq,elə yatırırkiçik beşikdə.

“Ağlayar”-deyəHeç yerə qoymur.Hər səhər-axşamAtıb-tutmaqdanDoymur ki, doymur....

Page 64: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

64

Baxma, balacaOlsa da İncə,Bir “ana” kimiGəlinciyiniSevir, gör necə....

24.02.2017.

YANAQLARI NAR KİMİ

Yanaqları nar kimi gülöyşədir, gülöyşə.Dodaqları da sankibənövşədir, bənövşə.Güləndə gülüşləribənzəyir lap Günəşə.Bu balaca Aydanıngözlərinə baxın siz:gözlərisə sıx, qalın,bax, yamyaşıl bir meşə.

24.02.2017.

Page 65: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

65

SİÇAN YEYİB DİŞİNİ

-Ay Vurğun, sənin necəincitək dişlərin var....Gözəllikdə tayı yox,hər biri bir canavar....

-Boş-boşuna danışma,mən bilirəm işimi...Elə anam deyir ki....siçan yeyib dişini.

21.05.2017.

* * * * * * * *

Çayı çox sevirbalaca Surxay.İçdikcə eləeyləyir:- Ox...xay....

24.02.2017.

Page 66: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

66

ÇİÇƏK

Dolaşırdı baxçadaüç yaşlı körpə Çiçək.Seyr edirdi dörd yanı-hər tərəf çiçək-çiçək...

Gəzirdi çiçəklikdəo təzə-tər çiçək tək.Çiçəyə bənzəyirdiöz çiçəkli donuylabizim gözəl bu Çiçək.

02.06.2017.

İNCİ

-Ay qız, adın nə?...-İnci.-Evdə neçə uşaqsız?-İki qardaş, bir bacı.-Sən neçənci uşaqsan?-Birinci!Babam mənə hey deyir:-Bir incisən, bir inci!...

24.10.2017.

Page 67: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

67

ANAMI SEVDİYİM TƏK

Baxın, bizim baxçadavar hər cürə tər çiçək.Rəngləri əlvan-əlvan,yarpağı ləçək-ləçək....

Su verirəm onlara,oxşayıram, öpürəm.Açan hər bir qönçənigözlərimə təpirəm....

Anamı sevdiyim təksevirəm gülləri də...Çiçəklərin eşqiyləhey çağlayan, hey coşannəğməli dilləri də....

01.07.2017.

Page 68: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

68

YAĞIŞ YAĞIR DAMLA-DAMLA

Yağış yağırdamla-damla-Ay qız, Damla,Nə durmusan?....İslanarsantez gəl, evə....

-Ay ana, səngörmürsən?...oynayıramdamlaylanecə dəsevə-sevə....

24.10.2017.

Page 69: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

69

BAŞINDAN AYAĞACAN

Bu gün ata qızınaalmışdı bir gəlincik.Ayan bunu görüncək,basıb bərk-bərk bağrınadedi həmən sevincək:-Ay ata, sən bu qızınüz-gözünə, bax, hələ...Başından ayağacanoxşayır mənə elə.Çox sağ ol ki, mənim dəoldu gözəl bir bacım.İstərəm ki, onu mənhəm oxşayıb, həm qucum.

01.01.2018.

Page 70: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

70

AYI KİM DİŞLƏMİŞDİR?

Almanı yeyə-yeyəTuran baxır da göyə.-Ay ana, bu nə işdir?...Ayı bu axşam belə,görən kim dişləmişdir?...Ana dedi:-Ay oğlum,ay şəkərim, noğulum...Canım, gözüm, ürəyim,ay bircəcik mələyim!...Bax, yeyirsən almanı,de, yarısı bəs hanı?...Bu uca göylərin dəvardır sən tək mələyi.Öz gözəli... göyçəyi...Yəqin ki, o mələklərelə dişləyib Ayı...

29.10.2018

Page 71: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

71

SEVMƏCƏLƏR

Səməd balam sarıdı,Gözü sudan durudu.O balaca qızların Ən sevimli yarıdı.

***Gün batdı axşam oldu,Ay da tamaşam oldu.Mənim bu Ümid balamQəlbimdə ağ şam oldu.

***Qataram günü aya,Ömrümü saya-saya.Günay nəvəmi hər günÖpürəm doya-doya.

***Səhərdir mənim qızım,Gözləri cüt ulduzum.Babasını çox sevirSevimli körpə quzum.

***Gün çıxar,gündüz olar,Dağ-dərə dümdüz olar.Sevinc nəvəm gələndəSevincim yüzdə yüz olar.

Page 72: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

72

Əlidi balam,Vəlidi balam.Toxunmayın siz,körpəlikdən oeləcə çılğın,dəlidi balam.

02.03.2015

Page 73: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

73

YANILTMAC

Nənəlinənəsiniçox sevirdihamıdan.NənəsiNənəlinioxşayaraqdeyirdi:-Gül balamınə gözəlyaradıbdıYaradan.

26.04.2015

YANILTMAC

Hatəm, Hafis,Hüseyin-hamılıqlahasarıhəməncə, bax,hördülər.

Hasarıhörə-hörəhündürlükdənbaxaraqbayırdakıhər kəsiçox aydıncagördülər.

26.04.2015.

Page 74: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

74

YANILTMAC

Çaqqal oğluÇaqqalınçaqqal oğluand içdi.Çaqqal oğluÇaqqal babasınıncanından keçdi.Söz verdi ki,etməyəcək oğurluq.Bundan sonratutduğu yololacaqdır doğruluq.

29.04.2015

YANILTMAC

Rəngsaz Rəhimrəngi rənglə rənglədi.Rəngi rəngə qata-qata, rəngi rəngəçata-çataruhunu rəng üstündə köklədi.

29.04.2015

Page 75: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

75

YANILTMAC

Çiçəyə bənzər Çicək çiçəkliyigörcək,səhər-səhərçiçəklikdən dəstə-dəstədərdi çiçək.Çiçək kimi çiçək qıza neçə dəstə verdi Çiçək.

29.04.2015

YANILTMAC

Hadı,Bıdı-Tanrıdanbudu.Bıdı,Hadı-Atam qoyubbu adı.

30.04.2015.

Page 76: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

76

YANILTMAC

Cır...Cır...cırhacırcırıldayırCırcırama.Cırıldaya,cırıldayagəl,sən onuarama.

30.04.2015

YANILTMAC

Bahar,Banu,bir dəBikə baxçamızdanbənövşənidərdilər.Bənövşədənbirər-birərhər birinəgözəl çələnghördülər.

30.04.2015

Page 77: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

77

YANILTMAC

Qara qarğaqonduqoz ağacına.Qarıldadıqar...qar...Qara qarğaağacdakıqozuqapıbqarıldadıdar...dar...

02.05.2015

YANILTMAC

Bağban Bəhmanbirbağçadabağban idi.BağbanBəhmanbu bağçada bağban deyil,loğman idi.

02.05.2015

Page 78: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

78

YANILTMAC

Nərgiz,Nərmin,Nailətaladannərgizdərdilər.Nərgiz,Nərmin,NailədərdiklərinərgizləriNərgiz nənəyəverdilər.

05.05.2015

YANLITMAC

Kərim, Kərəm,Kəmaləkəndinkitabxanasınakitabalmağagetdilər.Kərim,Kərəm,Kəmalə kitabxanadakönlə yatankitabtapmaq üçünkitablarıələk-vələketdilər.

06.05.2015

Page 79: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

79

YANILTMAC

Dülgər DadaşdayıDaşlı dərədəndəhrə iləkəsdiyidağdağanağasındandüzəltdidəmir kimiboyunduruq.Daha bundan sonradülgərDadaşdayınınişinənə quyruq?..

07.05.2015

YANILTMAC

Ay,cır-cırcırcırama,qulağımın dibindəcarçəkə-çəkəcır-cırcırıldama...

12.05.2015

Page 80: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

80

YANILTMAC

KisəçiKərəm Kamalı kisələsə də ondan kir çıxmadı. Kisəçi Kərəm bilmədi ki,Kisəçi Kazım ondan qabaq Kamalıkisələmişdi.

12.05.2015

YANILTMAC

Mə...mə...mələyir qoyun.Mö...mö...möyüldəyir inək.Hav...hav...Havıldayır köpək.Mır...mır...mırıldayır pişik.Bunların səsindənDağılır ev-eşik...

13.05.2015

Page 81: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

81

YANILTMAC

Dağçı Dağlardırmaşdıdağa.Sevə-sevəbaxdıdağıntəpəsinədikdiyidalğalanan bayrağa.

13.05.2015

YANILTMAC

AlmaAlmayaalmaverdi.AlmaAlmadanalmadı oalmanı.Almadedi ki,axıAlma neynəyir almanı.Almanı yemək üçünsən teztapgınanSalmanı.

25.05.2015

Page 82: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

82

YANILTMAC

DənizdünəndədəsiDadaşlabirlikdədənizəgetmişdi.DədəsiDadaşla birlikdədənizinduzlusularınadalmasıDənizidahadaməftunetmişdi.

25.05.2015

YANILTMAC

BəstibibiBəşirəbu günbişirqayğanaq.Yanaqları qoy olsunonun eləal yanaq.BəstibibiBəşirə bişirdibaxqayğanaq.Bəşirinyanaqlarıde,oldumual yanaq?!.

30.05.2015

Page 83: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

83

YANILTMAC

Bir-birdi,Rəqəmlərin ilkidi.İki-birdən sonradı.Üç-göydən düşən almadı.Bir kimsəyə qalmadı.Dörd-fəsillərin çəmidi,Yer dəyişən gəmidi.Gəldin çatdın sən beşə,Çıçək açar hər köşə.Sıradakı altıdı.Oynamağın vaxtıdı.Yeddi-rəqəmlərin piridi,Sanki mələk,hüridi.O ki,qaldı o cüt qız-Elə səkkizlə doqquz,Ona yaxın olandı.Demə dünya yalandı.On-barmaqların sayıdı.Rəqəmləri bilməyənAyıların tayıdı.

15.09.2016

Page 84: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

84

YANILTMACLAR

Ağ qaranı ağ etməz,qara ağı ağ etməz.Ağ qaranı ağ etsə,qara da ağı qara edər. ***Nalbənd Nuşirəvan qırqovulun, turacın, bildirçinin ayaqlarına nal vurmaq istədi.Di gəl ki,qırqovulu,turacı,bildirçini tuta bilmədi. ***Xiyarburun Xanəmir xeyirxahXumar xanımın xaşılını xımır-xımır yeyərək xaşallandı.Xiyarburun Xanəmir xaşal qarnınısığallaya-sığallaya xoşallandı. ***Qara əqrəb,qırxayaq və qarışqaqaçış yarışına qoşulsalar, görəsən,Qurtqayası qayasına birinci kim çatmış olar? ***Qarayanız qozbel Qafur qudasıqıvırcıq Qasımla qara qazançadakı qızılı, qurğuşunu və qara qalayı qaydasınca bölə bilməyib qovğa etdilər? ***Qardaşoğlu Qaraxan qatırquyruğu, qırxbuğum, qarnıyarıq, quluncan, qantəpər,qarağat və bir də qara yoncanı bir-birindən ayırd edə bilmədi. ***

Page 85: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

85

Porsuq Piri paxlavacı palazqulaq Paşanın pəncərəsindən pırpız pişiyi qovub papağını içəri atdı.Paxlavacı palazqulaq Paşa porsuq Pirinin papağına paxlava qoyub geri verdi. ***Xələvşəli Xudaverdi xiyar bostanında xor-xor xorul dayanda xınalı Xədicə qulaqlarını tutdu ki,Xələvşəli Xu daverdinin xoruz banını xatırladan xorultusunu eşitməsin.

16.09.2016

Page 86: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

86

ÖCƏŞMƏLƏR, SATAŞMALAR

-Deginən,alma!-Alma!-Kimsədən geri qalma!

***-Deginən,nar!-Nar!-Bu palan sənə yaman dar.

***-Deginən,qarpız!-Qarpız!-Ay axmaq,səni sevmir ki,o qız.

***-Deginən,yemiş!-Yemiş!-Necə də acgözsən,ay görməmiş.

***-Deginən ,qoz!-Qoz!-Görüm səni olasan toz.

***-Deginən ,fındıq!-Fındıq!-Ağlama ay zındıq.

***-Deginən ,püstə!-Püstə!-Olmusan yamanca xəstə.

Page 87: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

87

-Deginən,badam!-Badam!-Yox sənin kimi adam.

***-Deginən ,üzüm!-Üzüm!-Yoluna tikan düzüm.

***-Deginən,çinar!-Çinar!-Ay axmaq,səni kim insan sanar.

***-Deginən, dəfinə!-Dəfinə!-Bu axmaqın səhfinə bax,səhfinə...

***-Deginən ,qayın!-Qayın!-Səni döysün elə dayın.

***-Deginən ,əncir!-Əncir!-Görüm səni it olub,gəmirəsən zəncir.

***-Deginən ,yasəmən!-Yasəmən!-Sənsiz necə xoş olaram mən.

Page 88: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

88

-Deginən ,söyüd!-Söyüd!-Ay axmaq,heç eşidirsən öyüd.

***-Deginən, camış!-Camış!-Niyə əl çəkmirsən,ay qamış.

14.09.2016

- Deginən fağır!-Fağır!-Səni döysün Bağır!

***-Deginən noğul!-Noğul!-Səndən olmaz bir oğul!

***-Deginən inci!-İnci!-Məni etdin girinci!

***-Deginən az!-Az!-Sənsən elə yaramaz!

***

Page 89: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

89

-Deginən köşşək!-Köşşək!-Sən də oldun di, eşşək!

***-Deginən ərik!-Ərik!-Başına düşsün körük!

***-Deginən moruq!-Moruq!-Sənsən kürkü cırıq!

***-Deginən səhər!-Səhər!-Ağzın olsun zəhər!

***-Deginən aşiq!-Aşiq!-Sən də ol mənə məşuq!

***-Deginən darğa!-Darğa!-İstəyin nə, ay qarğa!

***-Deginən ay!-Ay!-Sənsən öküzə tay!

***-Deginən yürüş!-Yürüş!-Di, dur burdan sürüş!

22.02.2016

Page 90: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

90

LAYLALAR

Laylay, evim, eşiyim,Boş qalmasın beşiyin.Şirin-şirin yatginan,Mənsə çəkim keşiyin.

Sənin olsun Ay balam,Coşqun selli çay, balam.Sənsən Tanrı verdiyiBir şirincə pay, balam.

Laylay, a nağıl balam,Qənd, şəkər, noğul balam.Arzum budur tez böyü,İgid ol, oğul balam.

Laylay, çiçəyim, laylay,Gözəl-göyçəyim, laylay,Ta ki, övlad yolundaAğar birçəyim, laylay.

Laylay dedim, duyasan,Çox yatasan, doyasan.Tez zamanda dil açıb,Aləmə səs yayasan.

Laylay, ürəyim mənim,Böyü gərəyim mənimSənsən elə həyatdaArxam, dirəyim mənim.

22.02.2016

Page 91: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

91

NAZLAMA VƏ OXŞAMALAR

Balama qurban dayısı, Balam qızıl mayası.

Balama qurban təkələr,Balam nə vaxt kökələr.

Balama qurban ayılar,Susun,balam ayılar.

Balama qurban anası,Balam göllər sonası.

Balama qurban xalası,Balam dağlar balası.

Balama qurban dədəsi,Balam nə vaxtdil açıb da ötəsi.

13.09.2016

Page 92: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

92

TAPMACALAR

Üç canbir qardaşdılar,Daim birgə coşdular.Sinədə,əldə,dizdə,Açması elə sizdə Qırçınlıdır telləri,Ağ,qaradır dilləri.Hey açılıb yığılar,Oxşayar könülləri. Nə böyüyər, kiçilər,Nə uzanar, qısalar.Heç durmadan elə hey,Öz başına fırlanar. Günəşdən qorxub qaçar,Başı aşağı durar.Ancaq nədənsə onlargecələr uçar.

Bu ağacdan o ağacaElə quştək atlanar.Hər kəsə diş ağardıb,Quyruğunu sallayar.

(Tar,kamança və qaval)

(Qarmon)

(Yer kürəsi)

(Yarasa)

(Meymun)

Page 93: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

93

Yerin yeddi qatındanDayanmadan axar o.Elə axa-axadaÜrəkləri yaxar o. O nədir ki, siz deyin,Ülgüctəkin dişi var?Elə yonar, yonqular,Tək taxtayla işi var. Dəmirdəndi hər dişi,Ot-ələflə var işi. Bircə nəfər, bax, yazar,Min biri də hey yozar. Adam deyil, bax, qaçır,Ayağından od saçır. Göydəkini yerə səpər,Yerdəkini göyə səpər. Ağappaqdı qar deyil,Yupyumrudu şar deyil.İçindəki boyasıQabığına dar deyil. Başında var papağı,Uzun olar saplağı.Toxunsan sən zağınaNurlandırar otağı.

(Bulaq)

(Rəndə)

(Dırmıq)

(Kitab)

(At)

(Bulud)

(Yumurta)

(Kibrit çöpü)

Page 94: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

94

Hər ildə bircə kərəÇuxasını dəyişər.Yeriməz ki, heç zaman,Torpaq üstdə sürüşər. O nədir ki, qoparıb,Parçalayıb böldükdəUlduztək dənələnər?Yediyin zaman isə Əllərin başdan-başaQızıl qana bələnər. O nədir taxta üstəOn beşi tamam ağdır,On beşisə, qaradır.Oynamaqçün atdığınDaşlar isə balacaBir cüt, əkiz paradır. Keşikçitək yatmaz heç,Gecə qurddan qorxmaz heç.Nə ölüdü, nə diri,Bağdan kənar çıxmaz heç. Nə töksən boğazına Dayanmadan əzər o.Çuvallara yığılarƏləklərdə gəzər o. (İlan)

(Nar)

(Nərd)

(Müqəvva)

(Dəyirman daşı və un)

Page 95: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

95

Deyin görüm, o hansıçalışqan zərqanaddı,uçanda elə bil ki,hansısa bir zamanaayarlanmış saatdı. Çölü ağ olur,həm də qırmızı,içisə bəyaz.Yeyənlər bilirdadını ancaq,acıdır bir az. Uzundur bizim kişi,Xəmirlədir hər işi. Barmaqlar arasında süzər,Kağıza qara inci düzər. Qapı-pəncərədən boldur,Getdiyi dəmirdən yoldur. Qışda qardan qoruyar,Yayda isə günəşdən.Kişiliyin rəmzitəkBaxar daim yüksəkdən. Buynuzları haçadı,Saqqalı isə saya. Kişi deyir özünə,Tük də çıxmaz üzünə.

(Arı)

(Turp)

(Oxlov)

(Qələm)

(Qatar)

(Papaq)

(Keçi)

(Kosa adam)

Page 96: ŞEİR GÖYƏRÇİN DƏNİDİanl.az/el/Kitab/2019/01/cd/Azf-306333.pdfArif dedi:-Ay uşaqlar! Gəldi artıq Gözəl bahar. Gəlin çoxlu Bel götürək. 4 Tarlalara İşə gedək

“ORXAN” NƏŞRİYYAT VƏ POLİQRAFİYAMÜƏSSİSƏSİNİN

DİREKTORU: CƏFƏR BAĞIROV

Yığılmağa verilmiş 26.11.2018Çapa imzalanmışdır 05.12.2018

Şərti çap vərəqi 6Format 60X84 1/16

Tirajı 500

Kitab “ORXAN” Nəşriyyat və Poliqrafiyamüəssisəsinin mətbəəsində hazır diapozitivlərdənistifadə olunmaqla ofset üsulu ilə çapedilmişdir.

E-mail: [email protected]:(+99412) 562 83 03

Ünvan: Dərnəgül qəsəbəsi, 3105-ci məhəllə