european union - avropa birliyi (in azerbaijani language)

53
Təmraz Həmidov Qafqaz Universiteti Beynəlxalq İqtisadi Münasibətlər Avropa Birliyi Prepared by Tamraz Hamidov

Upload: tamraz-hamidov

Post on 15-Feb-2017

234 views

Category:

Education


4 download

TRANSCRIPT

Page 1: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Təmraz Həmidov

Qafqaz UniversitetiBeynəlxalq İqtisadi Münasibətlər

Avropa BirliyiPrepared by Tamraz Hamidov

Page 2: European Union - Avropa birliyi  (in Azerbaijani language)

NNələrə diqqət yetirəcəyik?ələrə diqqət yetirəcəyik?

• I hissə - Avropa Birliyinə doğru inkişaf tarixi Avropa Iqtisadi Birliyinin qurulmasına qədər baş verən proseslər Gömrük İttifaqının qurulması Avropa İqtisadi Birliyindən Avropa Ortaq Bazarına keçid Avropa İqtisadi Birliyinin Ortaq Siyasətləri Avropa İttifaqının genişlənmə prosesi II hissə - Avropa Birliyi regional birlik və dövlət kimi Avropa İttifaqının Əsas Orqanları Avropa İttifaqının Maliyyə Qurumları və Fondları Maastricht Sazişi və İqtisadi və Valyuta Birliyi Avrozona Şengen Zonası Transatlantic Trade and Investment Partnership (TTİP) III hissə - Avropa Birliyi göstəricilərdə Avropa Birliyinin cari göstəriciləri

01.05.23

Page 3: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Avropa Birliyinə doğru inkişaf tarixi

I hissə

Page 4: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Avropa Birliyi: 500 milyondan çox insan – 6 ölkədən 28-ə doğru

Member states of the European UnionCandidate countries

Üzvləri: Avstriya,Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, Italiya, Latviya, Litva, Luxemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Rumuniya, Slovakiya, Sloveniya,İspaniya, İsveç, İngiltərə

Page 5: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Avropa Birliyi – Rəmzlər

Avropa BayrağıAvropa Himni

Avropa Günü, 9 MayThe motto: United in diversity

Pasport

Avro

Page 6: European Union - Avropa birliyi  (in Azerbaijani language)

• II Dünya Müharibəsindən sonra Avropada inteqrasiya yolunda baş verən irəliləyişlərin aşağıdakı 4 əsas səbəbi vardır:– Avropanın əsrlərlə davam edən “dünyanın mərkəzi olma” statusunun ABŞ və

Sovet İttifaqı tərəfindən əlindən alınması və Avropanın bu statusu yenidən əldə etmə düşüncəsi,

– Avropada bir daha savaşların ortaya çıxmamasına nail olma düşüncəsi, – Avropanın kompleks iqtisadi inkişafına nail olma düşüncəsi,– Avropadakı inteqrasiyanın dünya nizamına mühüm ölçüdə xidmət edəcəyi

düşüncəsi.

Avropa Birliyinin həqiqi məqsədi

Keçmiş düşmənlər arasında sülhü təmin etmək

Polad və kömür istehsalını idarə etməklə

Necə?

Page 7: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Bu düşüncələr istiqamətində:

Page 8: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Qurucuları

Sülh və firavanlıq üçün yeni ideyalar…

Konrad Adenauer

Robert Schuman

Winston Churchill

Alcide De Gasperi

Jean Monnet

Page 9: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Ümumi məlumat

• Avropa Birliyi və ya qısaca AB, 28 üzv ölkədən ibarət olan və torpaqları böyük miqyasda Avropa qitəsində yerləşən siyasi və iqtisadi təşkilatdır.

• 1993-cü ildə, Maastricht Sazişi kimi də tanınan Avropa İttifaqı Sazişinin imzalanması ilə mövcud Avropa İqtisadi Birliyinin statusu yüksəldilməklə qurulmuşdur.

• Təxminən 500 milyonluq əhalisi ilə Avropa İttifaqı, dünyanın nominal istehsal həcminin 30%-ə sahibdir (16.8 trilyon ABD$).

• Ərazisi: 4,3 mln. km2• Rəsmi dillərin sayı: 24• Adambaşına nominal ÜDM: 33 482 $

Page 10: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Ümumi məlumat• Avropa İttifaqı, bütün üzv ölkələr üçün məcburi olan standart qanunları vasitəsilə,

insan, əşya, xidmət və kapitalın hərəkət azadlıqlarını özündə birləşdirən vahid bir bazardır.

• İttifaq daxilində aqrar, balıqçılıq və regional inkişaf siyasətlərindən ibarət ortaq ticarət siyasəti həyata keçirilir.

• İttifaqa üzv ölkələrin 15-i, Avro adı ilə adlandırılan ortaq valyuta vahidindən istifadə etməyə başlamışdır.

• Avropa İttifaqı, üzv ölkələrini Dünya Ticarət Təşkilatında, G-8 zirvələrində və BMT-də təmsil edərək onların xarici siyasətlərində də rol oynayır. İttifaqın 27 üzvündən 21-i NATO üzvüdür.

• Schengen Sazişi tələblərinə görə İttifaq üzvü ölkələr arasında pasport nəzarətinin ortadan qaldırılması da daxil olmaqla bir sıra hüquqi məsələlərin və daxili işlərin tənzimlənməsində Avropa İttifaqının payı vardır.

• Avropa İttifaqı, dövətlərarası və çoxmillətli bir qurumdur. İttifaq daxilində bəzi məsələlərdə dövlətlərarası saziş və konsensus tələb olunur. Ancaq müəyyən hallarda millətlərüstü idarəetmə orqanları, üzvlərin anlaşması olmadan da qərar qaəbul edə bilir. Avropa İttifaqının bu tipli səlahiyyətlərə malik ən mühüm orqanları Avropa Komissiyası, Avropa Parlamenti, Avropa İttifaqı Şurası, Liderlər Zirvəsi, Avropa Ədalət Məhkəməsi və Avropa Mərkəzi Bankıdır.

• Avropa Parlementini Avropa İttifaqı vətəndaşları 5 ildən bir səsvermə yolu ilə seçirlər.

Page 11: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Avropa İqtisadi Birliyinin qurulmasına qədər baş verən proseslər

• 9 may 1950-ci ildə Fransa Xarici İşlər Naziri Robert Schuman ilə Jean Monnet tərəfindən hazırlan Schuman Planı bir məruzə formasında təqdim edilmişdir.

• 18 aprel 1951-ci ildə 6 Avropa ölkəsi, Belçika, Almaniya, Fransa, İtaliya, Lüksemburq və Hollandiya Avropa Kömür və Polad Birliyini quran sazişi imzalamasıyla Schuman Planının reallaşdırılmasına başlanmışdır.

• 25 mart 1957-ci il tarixində ölkələr arasında 1 yanvar 1958-ci ildən qüvvəyə minəcək Roma Sazişi imzalanaraq Avropa İqtisadi Birliyi (AİB) və Avropa Atom Enerjisi Birliyi (Euroatom) qurulmuşdur.

• Bu üç qurum Avropa İttifaqının əsasını təşkil edən Avropa İqtisadi Birliyini formalaşdırmışdır.

• Avropa İqtisadi Birliyi ilə bağlı ilkin dövrlərdə İngiltərə və Fransa arasında fikri ayrılığı olmuşdur.

Page 12: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Gömrük İttifaqının qurulması

• Roma Sazişində daxili (üzv ölkələr arasında) gömrük dərəcələrinin tədricən endirilərək 12 il sonra sıfır dərəcəyə çatdırılması nəzərdə tutulurdu.

• Bu proses 1968-ci ildə, yəni nəzərdə tutulan vaxtdan 18 ay əvvəl tamamlanmışdır.

• Eyni il üçüncü ölkələrə qarşı Ortaq Gömrük Taarifləri (OGT) tətbiq edilməyə başlanmışdır.

• Ortaq Gömrük Taarifləri (OGT) Nazirlər Şurası Qərarları və GATT raundları çərçivəsində bir neçə dəfə endirilmişdir.

• 1975-ci ildən Ortaq Gömrük Taariflərindən əldə edilən (OGT) gəlirlər Avropa İttifaqı büdcəsində toplanır.

• Gömrük İttifaqının qurulması prosesində daxili (üzv ölkələr arasında) kvotalar da ortadan qaldırılmışdır.

Page 13: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Avropa İqtisadi Birliyindən Avropa Ortaq Bazarına keçid

• Ortaq Bazarın formalaşması prosesi Gömrük İttifaqı qədər asan olmamışdır. Bu istiqamətdə bəzi nailiyyətlər aşağıdakılardır: – İşçilərin sərbəst hərəkəti: Bu mühüm dərəcədə təmin edilsə də, bəzi

məhdudiyyətlər hələ də mövcuddur.– İş yerləri açma və xidmət göstərmə hüququ: Bu istiqamətdə demək

olar ki, tam sərbəstləşmə baş vermişdir.– Kapitalın sərbəst hərəkəti və ödəmələrin sərbəstləşdirilməsi: 1999-cu

ilə qədər, yəni valyuta birliyinin formalaşdırılmasına qədər bu istiqamətdə mühüm dərəcədə sərbəstləşmə təmin edilmişdir.

Page 14: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Avropa İqtisadi Birliyindən Avropa Ortaq Bazarına keçid• Faktor axınlarının sərbəstləşdirilməsi istiqamətində məhdud da

olsa atılan bu addımlardan sonra 1970-ci illərdən Avropa İqtisadi Birliyinə eyni zamanda Avropa Ortaq Bazarı da deyilməyə başlanmışdır.

• Ancaq bu məhdud ortaq bazar olmuşdur.

• Tam ortaq bazarın əldə edilməsini nəzərdə tutan “Vahid Bazar”a isə 1 yanvar 1993-cü ildən keçilmişdir.

• Bu 1987-ci ildə həyata keçirilməyə başlanan Vahid Avropa Sənədi ilə reallaşdırılmışdır.

Page 15: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Avropa İqtisadi Birliyinin Ortaq Siyasətləri

• Roma Sazişində Avropa İqtisadi Birliyinin müəyyən sahələrdə ortaq siyasətlər formalaşdırması nəzərdə tutulmuşdur. Bu sahələr aşağıdakılardır: – Aqrar siyasət– Rəqabət siyasəti– Nəqliyyat siyasəti– Ticarət siyasəti

• Bununla yanaşı, enerji, elmi araşdırma, texnologiya, ətraf mühit, vergi və.s sahələrdə də ortaq siyasətlər formalaşdırılması nəzərdə tutulmuşdur.

• 1992-ci il Maastricht Sazişi ilə də valyuta birliyinin reallaşdırılması və bütün digər maliyyə, iqtisadi və sosial siyasət sahələrində oxşar siyasətlərin formalaşdırılması qəbul edilmişdir.

• Ortaq siyasətlər, müvafiq sahələrdə milli qurumların səlahiyyətlərinin Avropa İttifaqı qurumlarına ötürülməsi deməkdir.

Page 16: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Avropa İqtisadi Birliyinin Ortaq Siyasətləri• Ortaq Aqrar Siyasət

– Üzvlər arasında kənd təsərrüfatı məhsullarının xarici ticarəti sahəsində taariflər və digər ticarət məhdudiyyətlərinin ortadan qaldırılması və bir “Yaşıl Bazar”ın (green market) formalaşdırılması.

– Bütün üzv ölkələrdə kənd təsərrüfatı məhsullarına eyni qiymət səviyyəsini qarantiya etmək üçün ortaq qiymət sistemi qurulmuşdur.

– Kənd təsərrüfatını dəstəkləmə siyasətinin predmeti olan başlıca məhsullar arasında taxıl məhsulları, heyvan mənşəli məhsullar, zeytun yağı, bitki yağları, şəkər, meyvələr, tərəvəzlər və şərab ən mühüm yeri tutur.

– Dəstəkləmə və qiymət sisteminin qorunması İttifaq büdcəsinin bir hissəsi olan Avropa Aqrar Yönləndirmə və Qarantiya Fondu tərəfindən maliyyələşdirilir.

Page 17: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Avropa İqtisadi Birliyinin Ortaq Siyasətləri• Ortaq Rəqabət Siyasəti

– Roma Sazişi və bundan irəli gələrək bəzi mexanizmlər mövcuddur.

– Trestləşmə qadağandır.

– Bazar subyektləri arasında rəqabəti məhdudlaşdıran gizli və açıq sazişlər qadağandır.

– Bazarda hakim bir firmanın həyata keçirə biləcəyi və istehlakçının istismarına yol açan istehsalı məhdudlaşdırma, hədsiz qiymət qoyma, texniki inkişafı məhdudlaşdırma və.s qadağandır.

Page 18: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Avropa İqtisadi Birliyinin Ortaq Siyasətləri• Ortaq enerji siyasəti

– 1973 və 1979-cu il dünya enerji qiymətlərindəki böyük artımlardan sonra Avropa İqtisadi Birliyi aşağıdakı mühüm elementləri özündə birləşdirən ortaq enerji siyasəti müəyyənləşdirmişdir:

Neft idxalatının azaldıllması, İqtisadi artım ilə enerji tələbi arasındakı əlaqənin zəiflədilməsi, Kömür və atom enerjisindən əldə edilən enerji payının artırılması.

• Ortaq nəqliyyat siyasəti– Avropa İqtisadi Birliyi Sazişində aqrar siyasətdə olduğu kimi nəqliyyat sferasında

da ortaq siyasətləri formalaşdırılması nəzərdə tutulmuşdur.

– Lakin olduqca qarışıq olan bu sektorda tam mənası ilə ortaq siyasət həyata keçirilməsi məqsədi reallaşdırıla bilməmişdir.

Page 19: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Avropa İqtisadi Birliyinin Ortaq Siyasətləri

• Ortaq Texnologiya Siyasəti

– Avropa İqtisadi Birliyi ilk dövrlərdən Araşdırma və İşləmə fəaliyyətlərinə böyük əhəmiyyət vermişdir.

– Bu sahədə ABŞ və Yaponiyadan geri qalmamaq məqsədilə, məsələn EUROKA kimi ortaq proqramlar hazırlanmışdır.

– EUROKA iyul 1985-ci ildə Parisdə imzalanmış Avropa Texnoloji Əməkdaşlıq Sazişi təməlində ortaya çıxmışdır.

Page 20: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Avropa İqtisadi Birliyinin Ortaq Siyasətləri

• Ortaq Sosial Siyasətlər– İttifaqın sosial siyasətini həyata keçirən əsas orqanı Avropa Sosial Fondudur.

Fond işsizliyi azaltmak, coğrafi və peşə mobilliyini artırmaq və iş qüvvəsinin təhsilini maliyyələşdirmək kimi məqsədlərlə qurulmuşdur.

– 1975-ci ildə Avropa Regional İnkişaf Fondu qurulmuşdur. Geri qalmış bölgələrin inkişaf etdirilməsilə bağlı layihələrə maliyyə dəstəyi təmin edir. Struktur problemlərə malik sektorlara da yardımlar göstərir.

– Ətraf mühiti və istehlakçını qoruma siyasəti mövcuddur.– 1989-cu ildə təsdiq edilən Təməl Sosial Haqqlar Şərti, “Sosial Avropa”

anlayışının bir növ hərəkətverici qüvvəsini təşkil edir.

Page 21: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Maastricht Sazişi və İqtisadi və Valyuta Birliyi

• 7 fevral 1992-ci ildə rəsmi adı “Avropa İttifaqı Sazişi” olan Maastricht Sazişi imzalanmış və 1993-cü ildən qüvvəyə minmişdir.

• Saziş Avropa İttifaqının bir növ konstitusiyası sayılır.

• Sazişdən sonra Avropa İqtisadi Birliyinin adı Avropa İttifaqı olmuşdur.

• Sazişin imzalanması ilə Avropa inteqrasiya prosesində iqtisadi və valyuta birliyi mərhələsi olan son mərhələyə keçmişdir.

• 1989-cu il Madrid Zirvəsində qəbul edilən Delors Planı çərçivəsində iqtisadi və valyuta birliyinə keçid mərhələli prosesə çevrilmişdir.

• Planın əsas hədəfləri bunlar olmuşdur:– İqtisadi və valyuta birliyi

- Üzv ölkələrin valyuta siyasətilə bağlı səlahiyyətlərinin 1999-cu ildə qurulmuş Avropa Mərkəzi Bankına ötürülməsi,

- 1999-cu ildə Avro dövriyyəyə daxil olmuşdur.– Avropa vətəndaşlığı– Ortaq təhlükəsizlik və xarici siyasətin həyata keçirilməsi– Müxtəlif sahələrdə ortaq siyasətlər

Page 22: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Maastricht Sazişi və İqtisadi və Valyuta Birliyi

– İqtisadi və valyuta birliyi- Üzv ölkələrin valyuta siyasətilə bağlı səlahiyyətlərinin 1999-cu ildə qurulmuş

Avropa Mərkəzi Bankına ötürülməsi,- 1999-cu ildə Avro dövriyyəyə daxil olmuşdur.

– Avropa vətəndaşlığı– Ortaq təhlükəsizlik və xarici siyasətin həyata keçirilməsi– Müxtəlif sahələrdə ortaq siyasətlər

• Beləliklə, 1957-ci ildə gömrük ittifaqı formasında qurulmuş olan Avropa İqtisadi Birliyi iqtisadi və valyuta birliyi mərhələsinə çatmışdır.

Page 23: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Avropa İttifaqının genişlənmə prosesi

• 1973– İngiltərə, İrlandiya,

Danimarka• 1981

– Yunanıstan• 1986

– İspaniya, Portuqaliya• 1990

– Şərqi Almaniya• 1995

– İsveç, Finlandiya, Avstrya• 2004

– Çex Respublikası, Estoniya, Kipr, Latviya, Litva, Macarıstan, Malta, Polşa, Slovakiya, Sloveniya

• 2007– Bolqarıstan, Rumuniya

• 2013– Xorvatiya

Page 24: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Namizəd ölkələr və potensial namizədlər

Ölkə Ərazi(x 1000 km²)

Əhali(milyon nəfər)

Sərvət(Adambaşına düşən ÜDM)

Türkiyə 783 76.7 13 800

Montenegro 14 0.6 10 900

Makedoniya 25 2.1 9 100

Albaniya 28 2.9 7 500

Serbiya 77 7.2 9 100

Kosovo (under UN Security Resolution 1244 (pn) 11 1.8 :

Bosnia and Herzegovina (pn) 51 3.8 7 600

28 AB ölkəsi bilrikdə 4 272 507.4 25 700

Page 25: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Avropa Birliyi regional birlik və dövlət kimi

II hissə

Page 26: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Avropa Birliyi təssisatları

Aİ-nın hər biri xüsusi rol oynayan beş təsisatı var:Avropa Parlamenti (Üzv Dövlətlərin əhalisi tərəfindən seçilir);Avropa İttifaqının Şurası (Üzv Dövlətlərin hökumətlərini təmsil edir);Avropa Komissiyası (hərəkətverici qüvvə və icraedici orqan);Aİ Məhkəməsi (qanuna riayət olunmasını təmin edir);Auditorlar Məhkəməsi (Aİ büdcəsinin etibarlı və qanunauyğun şəkildə idarə olunmasına nəzarət edir).

Bu təsisatlarla bərabər digər beş mühüm orqan da var:Avropa İqtisadi və Sosial Komitəsi (mütəşəkkil vətəndaş cəmiyyətinin iqtisadi və sosial məsələlərlə bağlı fikirlərini ifadə edir);Regionlar Komitəsi (regional və yerli hakimiyyətlərin fikrini ifadə edir);Avropa Mərkəzi Bankı (pul-kredit siyasətindən və avronun idarə olunmasından cavabdehdir);Avropa Ombudsmanı (hər hansı Aİ təsisatı və ya orqanının səhv idarə etməsinə dair vətəndaşların şikayətləri ilə məşğul olur);Avropa İnvestisiya Bankı (investisiya layihələrini maliyyələşdirməklə, Aİ-nın məqsədlərinə nail olmasına yardım edir);

Page 27: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Avropa Parlamenti (The European Parliament)

Prezident Martin Schulz, S&D1 İyul 2014-dən bəri

Ən böyük siyasi qrupun lideri Manfred Weber, EPP4 İyun 2014-dən bəri

2-ci ən böyük siyasi qrupun lideri Gianni Pittella, S&D1 İyul 2014-dən bəri

‡ Avropa Parlamenti ilk dəfə 1979-cu ildə seçilib, AB-də yeganə orqandır ki, birbaşa seçicilər tərəfindən seçilir

‡ Plenar sessiyalar Strasburq, Fransada, parlament və komitə sessiyaları Brusseldə, adminstrativ ofislər isə Luksemburqda yerləşir

Page 28: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Avropa Parlamenti qanunverici və büdcə hakimiyyətini Şura (Council) ilə bölüşür.

Avropa Komissiyası AB-nin icraedici orqanıdır, Avropa Parlamentinə hesabat verir.

Avropa Komissiyasının prezidentini parlament seçir. Avropa Parlamenti Avropa Komissiyasını etibarsızlıq səsverməsi ilə və

2/3 çoxluqla heyət halında istefaya məcbur edə bilər (tək halda edə bilməz)

Page 29: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Avropa Parlamenti

Avropa Parlamenti üzvləri milli yox, siyasi görüşlərinə görə formalaşan 8 siyasi qrupda (partiya) və ya bitərəf ola bilər.

Partiya təşkil olunmaq üçün minimum 25 üzvü olmalı və üzv dövlətlərin ən azı ¼-i təmsil olunmalıdır

Page 30: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Avropa Birliyi Parlamenti

Avropa Birliyi Parlament seçkiləri hər 5 ildən bir 22-25 may tarixlərində keçirilir. 25 may bütün AB-də nəticələr elan olunur. Hər ölkə bu 4 gündən hansını seçəcəyində sərbəstdir Seçici aktivliyi 1979-cu ildə 61.99 %-dən 2009-cu ildə 43.24 %-ə qədər düşmüşdür.

Seçici aktivliyi

Page 31: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Avropa Komissiyası

• Avropa Komissiyası - Avropa Birliyi siyasətlərinin planlaşdırıcısı və koordinatorudur. 

• Qanun təklifləri hazırlayır, Parlament və Şuraya təqdim edir.

• Birliyin hərəkətverici orqanı olaraq Parlament və Şura tərəfindən hazırlanan büdcə və proqramları tətbiq etmək vəzifəsini daşıyır. 

• Komissiya 28 üzvü ilə (hər dövlətdən bir üzv-komiser) kabinet funksiyası daşıyır. Prezident Avropa Şurası tərəfindən təklif olunur və Avropa Parlamenti tərəfindən seçilir.

• Komissiya adətən Nazirlər Kabineti kimi fəaliyət göstərir. Komissiyada komiserlərlə yanaşı AB əməkdaşlarından təşkil olunmuş 25000 nəfərlik bir idarəedici təşkilat da mövcuddur Jean-Claude Juncker

Avropa Komissiyasının Prezidenti

Page 32: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Avropa Birliyi Şurası (Council of the European Union)

Avropa Birliyi Şurası Avropa Şurası ilə (European Council) qarışdırılmamalıdır.

Şura, («Nazirlər Şurası" ya da "AB Şurası") Avropa Birliyi üzv dövlətlərin hökümətlərində olan nazirlərdən təşkil olunmuş bir orqandır.

Şura AB içində üzv dövlətlərin milli mənafelərini təmin edən orqandır.

Şura toplantılarına müzakirə ediləcək mövzuya aid nazirlər qatılır. Məsələn,toplantının mövzusu iqtisadi və ya pul siyasətidirsə, üzv dövlətlərin iqtisadi və maliyyə nazirləri toplantıya qatılır.

Şura aşağıdakı spesifik sahələrdə üzv dövlətlərin siyasətlərini koordinasiya edir: Iqtisadi və fiskal siyasət Təhsil, mədəniyyət, gənclər və idman Məşğulluq siyasəti

Avropa Birliyi Şurasının rəhbəri hər 6 aydan bir seçilir

Page 33: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Avropa Şurası (The European Council)

• Avropa Şurası Avropa Birliyi üzv dövlətlətin dövlət və hökümət başçılarından, həmçinin onun Prezidenti və Avropa Komissiyasının Prezidentindən ibarətdir.

• Bir dövlət-bir səs prinsipi ilə təşkil olunub.• O AB-nin ümumi siyasi istiqamət və prioritetlərini

müəyyən edir. • Avropa Şurası Avropa Birliyi Şurası ilə eyni binaya və

heyətə (the General Secretariat of the Council-GSC) malikdir. Amma funksiyaları fərqlidir.

• Avropa Şurasının görüşləri- ‘sammitlər’  — ildə ən azı 4 dəfə baş tutur.

• Lissabon müqaviləsi Avropa Şurasına 2.5 ildən bir öz prezidentini seçmək hüququ verir

• Bu AB-nin qanunverici institutu deyil və AB qanunlarını müzakirə və ya qəbul etmir

Donald TuskPresident of the European Council

Page 34: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Avropa İttifaqının Maliyyə Qurumları və Fondları

• Avropa İttifaqı Büdcəsi: Üzv ölkələrin ayırmaları, üçüncü ölkə mallarından gömrük vergiləri, aqrar yığım gəlirləri və.s mənbələrdən formalaşır.

• Maliyyə Fondları– Avropa Sosial Fondu (ESF): Roma Sazişi ilə qurulmuşdur.– Avropa Regional İnkişaf Fondu (ERDF): 1975-ci ildə qurulmuşdur.– Avropa İnkişaf Fondu (EIF): Roma Sazişi ilə qurulmuş, Lome Sazişi

çərçivəsində İttifaqla xüsusi iqtisadi münasibətlər quran ACP (Afrika, Qəraiblər və Sakit Okean) ölkələrinə yardım edir.

– Avropa Valyuta Əməkdaşlığı Fondu (EMCF): Ödəniş çətinliyi çəkən ölkələrə qısamüddətli kredit təmin etmiş və Avropa Valyuta Sisteminin təməl qurumu vəzifəsini həyata keçirmişdir.

– Avropa Yönləndirmə və Qarantiya Fondu (FEOGA): 1962-cı ildə qurulmuşdur.

– Avropa İnvestisiya Bankı (EIB): Roma Sazişi ilə qurulmuş, məqsədi İttifaqın tarazlı inkişafı istiqamətində maliyyələşməni təmin etməkdir.

• Avropa Mərkəzi Bankı: Maastricht Sazişi ilə qurulmuş və Avropa iqtisadi və valyuta birliyinin təməl qurumudur.

Page 35: European Union - Avropa birliyi  (in Azerbaijani language)

EUROPEAN SYSTEM

Page 36: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Maastricht kriteryaları (Euro convergence criteria)

• Maastricht kriteryaları, AB-nə üzv ölkələrin İqtisadi və Monetar Birliyə qatılabilməsi üçün lazım olan şərtləri (Economic and Monetary Union -EMU) 3-cü mərhələsinə daxil olmaq və avronu valyutaları kimi qəbul etmək),  Kopenhagen kriteryaları isə AB-nə tam üzvlük şərtlərinin əsaslarını müəyyən edir.

• 7 Fevral 1992-ci ildə Niderlandın Mastrix şəhərində imzalanıb və 1 noyabr 1993-cü ildən qüvvəyə minib

1. Birlikdə ən aşağı inflyasiyaya (HICP) sahib (ən yaxşı performans göstərən)üç ölkənin illik inflyasiya nisbətlərinin ortalaması ilə əlaqəli dövlətin inflyasiya nisbəti arasındakı fərq 1.5 faizi keçməməlidir.

2. Üzv ölkə dövlət borclarının ÜDM-ə nisbəti 60 %-i keçməməlidir. 3. Üzv ölkə büdcə kəsrinin ÜDM-ə nisbəti 3 %-i keçməməlidir. 4. Hər hansı bir üzv ölkədə tətbiq olunan uzun müddətli faiz dərəcələri 12

aylıq dövr etibarı ilə, qiymət stabilliyi sahəsində ən yaxşı performans göstərən 3 ölkənin faiz nisbətini 2 faizdən çox aşmamalıdır.

5. Son 2 il etibarı ilə ölkə valyutası digər bir üzv ölkə pulu qarşısında devalvasiya etməmiş olmalıdır.Valyuta məzənnəsi sabitiyi

Page 37: European Union - Avropa birliyi  (in Azerbaijani language)

01.05.23Global economical crisis and its effects on Euro zone

Avrozonaya daxil olan ölkələr: 28 AB üzvündən 19-u. Avstriya, BelçikaKipr, EstoniyaFinlandiya, AlmaniyaFransa, Yunanıstanİrlandiya, İtaliyaLatviya, LitvaLuksemburq, MaltaNiderland,PortuqaliyaSlovakiya, Sloveniyaİspaniya

Page 38: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Şengen razılaşması 1985-ci il 14 iyunda Luksemburqun Şengen şəhərində 10 AB üzvündən 5-i tərəfindən imzalanmışdır.

Şengen zonası 1995-ci il 26 martda yaradıldı.

Hal-hazırda 26 üzvü var. 22 Avropa Birliyi üzvü və 4 EFTA üzvü (İslandiya, Norveç, Lixtenşteyn, İsveçrə)

San Marino, Monako və Vatikan Şengen müqaviləsi imzalamasalar da, de fakto Şengen zonası ilə pasportsuz, yoxlamasız əlaqə yaradırlar

AB və Şengen fərqli anlayışlarıdır

Şengen Zonası

Page 39: European Union - Avropa birliyi  (in Azerbaijani language)
Page 40: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Transatlantik Ticarət və İnvestisiya Əməkdaşlığı Transatlantic Trade and Investment Partnership (TTİP)

TTİP layihəsi 1990-cı illərdən müzakirə olunsa da 2013-cü il iyulunda AB-nin Avropa Şurasına ABŞ ilə qapalı danışıqlar aparması üçün icazə verməsi ilə rəsmən başlamışdır.

TTİP-in əsas məqsədi ABŞ və AB arasında tariflərin aşağı salınması (3 %-dən aşağı) və maneələrin azaldılmasıdır.

TTİP anlaşması imzalanarsa, 800 milyon istehlakçının yaşadığı nəhəng iqtisadi zona yaranacaq. Dünya miqyasında ümumdaxili məhsulun 50 faizi, ticarətin isə 40 faizi həmin zonanın payına düşəcək.

Avropa Komissiyasına görə TTİP AB iqtisadiyyatını 120 mlrd avro-ya qədər, ABŞ iqtisadiyyatının 90 mlrd avro-ya qədər, dünyanın geri qalanının iqtisadiyyatını isə 100 mlrd avro-ya qədər böyüyəcək.

İndiyədək 11 danışıq raundu keçirilib, bunların sonuncusu 19-23 Oktyabr 2015-ci ildə Mayamidə baş tutub

Page 41: European Union - Avropa birliyi  (in Azerbaijani language)

STOP TTIP

• "Stop TTIP" layihəsi çərçivəsində TTİP və CETA-a qarşı bir il ərzində 3.2 milyondan çox imza toplanmışdır.

• Əsasən Avropa Vətəndaşların Təşəbbüsü (ECİ) tərəfindən aparılan kampaniyada anlaşmanın Avropaya gəticəyi zərərlər– ABŞ –da geniş istifadə olunan GMO məhsullar Avropa bazarına axacaq– TTİP imzalanandan sonra ABŞ-ın transmilli korporasiyaları daha çox siyasi

və iqtisadi hakimiyyət əldə edəcək, insanların sosial, əmək və vətəndaş hüquqlarının daha asanlıqla əzə biləcəklər.

– TTİP imzalanandan sonra ABŞ və Avropa Birliyindəki şirkətlər arasındakı ticari, maliyyə və iqtisadi mübahisələri milli hökumətlər yox, Birləşmiş Ştatların transmilli korporasiyalarının tam nəzarətindəki "beynəlxalq arbitraj məhkəmələr" çözəcəklər

– Neft və qazın layların hidropartlayışı (frekinq) vasitəsilə hasilatı Avropaya gələcək

– Sənəd imzalanarsa, udan tərəf ABŞ-ın transmilli konsernləri, uduzanlar isə Avropa Birliyindəki şirkətlər və müəssisələr olacaq.

•  TTİP imzalanandan sonra Fransada əmək qabiliyyətinə malik və çalışan insanların hər birinin illik gəlirləri 5500 avro azalacaq. Şimali Avropa ölkələrində isə belə geriləmə 4800 avro təşkil edəcək 

Page 42: European Union - Avropa birliyi  (in Azerbaijani language)

ABŞ-AB ticarət əlaqələri

ABŞ-ın AB-də olan investisiyası bütün Asiyada olandan 3 dəfə çoxdur AB-nin ABŞ-da olan investisiyaları AB-nin Çin və Hindistanda birgə

investisiyalarından 8 dəfə çoxdur ABŞ və AB iqtisadiyyatları birlikdə dünya ÜDM-nin yarısı, dünya ticarət

axnının 3-də biri qədərdir.

Page 43: European Union - Avropa birliyi  (in Azerbaijani language)

ABŞ-AB ticarət əlaqələri

Page 44: European Union - Avropa birliyi  (in Azerbaijani language)

TAFTATransatlantic Free Trade Area

Təklif olunan TAFTA : ABŞ və Avropa Birliyi tünd göy və digər mümkün üzvlər açıq göy rəngdə (NAFTA and EFTA)

Page 45: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Avropa Birliyi göstəricilərdə

III hissə

Page 46: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Avropa Birliyi öz pulunu necə xərcləyir?

2015 AB büdcəsi: € 145.3 milyard = Ümumi Milli Gəlirin 1.02 %-i

Qlobal Avropa: Inkişafa yardım daxil olmaqla

6 %

Digər, adminstrativ6 %

Düzgün və hərtərəfli inkişaf: İş, rəqabət, regional inkişaf46 %

Təhlükəsizlik və ədalət2 %

Davamlı inkişaf–Təbii resurslar:

Kənd təsərrüfatı, ətraf mühit40 %

Page 47: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Adambaşına düşən ÜDM: sərvətin yayılması

Adambaşına düşən ÜDM(2014)28 AB ölkəsinin ortalama indeksi 100-dür

Page 48: European Union - Avropa birliyi  (in Azerbaijani language)

AB-də nə qədər adam yaşayır?

Əhali, mln nəfər(2015) Ümumilikdə 508 milyon

Page 49: European Union - Avropa birliyi  (in Azerbaijani language)

AB ölkələri nə qədər böyükdür?

Ərazisi (x 1000 km²)

Page 50: European Union - Avropa birliyi  (in Azerbaijani language)

AB dünyanın digər hissəsi ilə müqayisədə nə qədər zəngindir?

İqtisadiyyatın ölçüsü: ÜDM, trilyon avro(2013)

Adambaşına sərvət: Adambaşına ÜDM (2013)

Page 51: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Unemployment rate in EU and Euro area 2014

Avropa Birliyi və Avrozonada 2004-cü ildən 2014-cü ilədək işsizlik səviyyəsi

Source: Eurostat; ID 267906

Note: EU; Not seasonally adjustedFurther information regarding this statistic can be found on page 8.

Page 52: European Union - Avropa birliyi  (in Azerbaijani language)

National debt of the EU and the euro area in relation to the GDP 20202010-cu ildən 2020-ci ilədək Avropa Birliyi və Avrozonanın ÜDM-ə nisbətdə dövlət borcu

Source: IMF; ID 253616

2007-ci ildə Avropa Birliyinin dövlət borcu ÜDM-nin 66 %-i həcmində idisə, 2015-ci ildə 87.74 %-i həcmində qiymətləndirilir

Page 53: European Union - Avropa birliyi  (in Azerbaijani language)

Diqqətiniz və səbriniz üçün təşəkkür edirəm!!!

Təqdimatın sonu