ezamiyyə qaydaları və ezamiyyə xərclərini ödənilməsi

5
Ezamiyyə qaydaları və ezamiyyə xərclərini ödənilməsi

Upload: bell-webb

Post on 01-Jan-2016

296 views

Category:

Documents


3 download

DESCRIPTION

Ezamiyyə qaydaları və ezamiyyə xərclərini ödənilməsi. Ezamiyyə qaydaları. İşçi tərəfindən ezamiyyə sifarişi doldurulur . S ifarişdə ezam olunacaq ərazi , şəxslər və ezamiyyət müddəti göstərilr . Rəhbərlik tərəfindən səfər təsdiq olunarsa , əmrlə rəsmiləşdirilir . - PowerPoint PPT Presentation

TRANSCRIPT

Page 1: Ezamiyyə qaydaları və ezamiyyə xərclərini ödənilməsi

Ezamiyyə qaydaları və ezamiyyə xərclərini ödənilməsi

Page 2: Ezamiyyə qaydaları və ezamiyyə xərclərini ödənilməsi

Ezamiyyə qaydaları İşçi tərəfindən ezamiyyə sifarişi doldurulur. Sifarişdə ezam olunacaq ərazi, şəxslər və

ezamiyyət müddəti göstərilr.

Rəhbərlik tərəfindən səfər təsdiq olunarsa, əmrlə rəsmiləşdirilir.

Ezam olunan şəxsə səfər olunacaq ərazinin gündəlik normasına uyğun məbləğ İşçinin hesabına ödənilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilir.

Ölkə daxili ezamiyyə zamanı, hər bir ezam olunan şəxsə səfərdən əvvəl ezamiyyə vərəqəsi verilir.

İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir.

Page 3: Ezamiyyə qaydaları və ezamiyyə xərclərini ödənilməsi

Respublika ərazisi daxilində ezamiyyələr

Müəyyən olunmuş qaydada rəsmiyyətə salınmış ezamiyyət vəsiqəsi; Mehmanxana xərclərini təsdiq edən sənədlər.

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir.

Mehmanxana xərcləri barədə təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir.

Respublika ərazisi daxilində xidməti minik avtomobilləri ilə xidməti ezamiyyətə gedilməsi

zəruri olan hallarda nəqliyyat vasitələri üçün müəyyən edilmiş aylıq yürüş həddindən artıq yol qət edildiyi təqdirdə, sərf edilən yanacağın dəyəri təsdiqedici sənədlər əsasında ezamiyyə xərcləri üçün nəzərdə tutulmuş vəsaitlər hesabına nəqliyyat xərci kimi ödənilir.

Page 4: Ezamiyyə qaydaları və ezamiyyə xərclərini ödənilməsi

Xarici ölkələrə ezamiyyə Pasport və ya onu əvəz edən sənəddə ölkədən çıxmaq, ölkəyə qayıtmaq barədə

səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeydin surəti və nəqliyyat xərcləri barədə təsdiqedici sənədlər avans hesabatına əlavə edilir.

Xarici ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizini gündəlik yemək xərcləri təşkil edir.

Bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda işçiyə

ezamiyyə xərci ödənilmir. Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə

hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi

Yalnız yemək xərci ilə təmin etdiyi hallarda isə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizi həcmində vəsait ödənilir.

Page 5: Ezamiyyə qaydaları və ezamiyyə xərclərini ödənilməsi

Ezamiyyə zamanı aylı əmək haqqının hesablanması qaydaları

İşçi yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə, həmin müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir (Əmək Məcəlləsi, maddə 179).

Işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.