fənn: “k/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

23
Azərbaycan Dövlət Aqrar Universiteti Zoobaytarlıq və əmtəəşunaslıq fakültəsi Yoluxmayan xəstəliklər kafedrası Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri” Mövzu: “Mikroelementlərin çatışmamazlığı və çoxluğu nəticəsində əmələ gələn xəstəliklər ” Mühazirəçi: Dos.Əliyev N.A. Gəncə - 2 0 1 0

Upload: monty

Post on 16-Jan-2016

233 views

Category:

Documents


14 download

DESCRIPTION

Azərbaycan Dövlət Aqrar Universiteti Zoobaytarlıq və əmtəəşunaslıq fakültəsi Yoluxmayan xəstəliklər kafedrası. Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri” Mövzu: “ Mikroelementlərin çatışmamazlığı və çoxluğu nəticəsində əmələ gələn xəstəliklər ” Mühazirəçi: Dos.Əliyev N.A. - PowerPoint PPT Presentation

TRANSCRIPT

Page 1: Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Azərbaycan Dövlət Aqrar UniversitetiZoobaytarlıq və əmtəəşunaslıq fakültəsi

Yoluxmayan xəstəliklər kafedrası

Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Mövzu: “Mikroelementlərin çatışmamazlığı və çoxluğu nəticəsində əmələ gələn xəstəliklər ”

Mühazirəçi: Dos.Əliyev N.A.

Gəncə - 2 0 1 0

Page 2: Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Mikroelem.çatışmam. və çoxluğu nət.əmələ gələn xəs-r

Plan

1.Xəstəliyin səciyyələnməsi

2.Kobalt çatışmamazlığı

3.Mis çatışmamazlığı

4.Yod çatışmamazlığı

5.Otlaq tetaniyası

6.Sink çatışmamazlığı

7.Manqan çatışmamazlığı

8.Nikel çatışmamazlığı

Page 3: Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Mikroelem.çatışmam. və çoxluğu nət.əmələ gələn xəs-r

İstifadə olunan ədəbiyyatlar

1.Mehdiyev M.Ə. “Kənd təsərrüfatı heyvanlarının daxili xəstəlikləri”. I-II-hissə, Azərnəşr 1961-1962

2.Haciyev H.M. “Kənd təsərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəlikləri”, I-II hissə,”Maarif”, 1977- 1978

3.Haciyev H.M. “Kənd təsərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəlikləri”. Maarif-1992

4.Шарабрин И.Г. «Профилактика нарушений обмена веществ у крупного рогатого скота», Москва, «Колос»,1975

Page 4: Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Mikroelem.çatışmam. və çoxluğu nət.əmələ gələn xəs-r

Xəstəliyin səciyyələnməsi

Heyvan orqanizmində gedən proseslərin həm də burada iştirak edən maddələrin say etibarilə çoxluğu və onların orqanizmdəki rolu ilə əlaqədardır. Mübadilə proseslərində iştirak edən sistemlər çox müxtəlifdir. Onların bir qrupu da mikroelementlərdir. Orqanizmdə olan 50%-ə qədər mikroelementlərdən 24-ü qanın tərkibinə daxildir. Bunların bir hissəsi formalı elementlərin tərkibində, bir hissəsi isə zərdabda olur. Beyində 15 mikroelement toplanmışdır. Yod, ftor, brom, kobalt, mis, bor, manqan, xrom, selen, mərgümüş, stronsi, barium və s. Mikroelementlər toxumalarda toplanmaq xüsusiyyətinə malikdir.

Orqanizmdə maddələr mübadiləsini normal getməsi üçün mikroelementlərin çox cüzi miqdarı lazımdır, lakin bunların çox cüzi miqdarı çox böyük vəzifə ifa edir. Çünki mikroelementlər özlərinin yüksək bioloji fəallığına görə fərqlənir və fizioloji funksiyaların düzgün icra olunması üçün onlar çox vacibdir. Mikroelementlər fermentlərin, hormonların və vitaminlərin fəallaşmasında iştirak edir, bir sıra zülalların və azotsuz üzvi-mineral birləşmənin tərkibinə daxil olur.

Page 5: Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Mikroelem.çatışmam. və çoxluğu nət.əmələ gələn xəs-r

Mikroelementlər torpaq və sudan bitkilərin tərkibinə, yem və su ilə heyvan orqanizminə keçir. Mikroelementlərin orqanizmdə həm çatışmaması və həm də çox olması sayəsində müxtəlif xəstəlik başlayır. Məsələn: kobalt çatışmamazlığı akobaltoz, və ya hipokobaltoz, misin çatışmaması – hipokuporoz və ya akuporoz və ataksiya, yodun çatışmaması zob və hipotireoz manqanın çatışmaması – quşda perozis və donuzda axsaqlıq, sinkin azalması – parakeratoz, borun çoxluğu – korluq əmələ gətirir və s.

Biogeokimya qurşaqları barədə təlim torpaq, su və qida maddələrinin kimyəvi tərkibindən asılı olaraq bir sıra yerli xəstəliklərin mahiyyətini öyrənməyə və bu xəstəliklərlə mübarizə tədbirləri işləyib hazırlamağa imkan vermişdir. Heyvanların belə xəstəlikləri biokimyəvi enzootiya və ya endemik xəstəliklər adlanır. “Endemos”- yunan sözü olub “yerli” deməkdir. Bunlar xəstəliklər olub, uzun müddət əlamətsiz davam edir və təsərrüfatlara böyük ziyan vurur.

Son illər ölkəmizdə bu xəstəliklərin öyrənilməsi sahəsində geniş tədqiqat işləri aparılmış və vacib müalicə-profilaktika tədbirləri işlənib hazırlanmışdır.

Page 6: Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Mikroelem.çatışmam. və çoxluğu nət.əmələ gələn xəs-r

Kobalt çatışmamazlığı. Hipokobaltoz, akobaltoz

Torpaqda və bitkilərin tərkibində kobaltın az olması sayəsində kənd təsərrüfatı heyvanlarının bütün növlərində xronik davam edən və iştahanın azalması, məcaz pozğunluğuz. Anemiya və getdikcə artan arıqlamailə səciyyələnən xəstəlik əmələ gəlir ki, bu hipokobaltoz və ya akobaltoz adlanır. Bu xəstəliyə müxtəlif ölkələrdə müxtəlif ad verilmişdir.

Etiologiyası. Bu xəstəlik yemlərin tərkibində kobaltın çatışmamazlığı, bir sıra hallarda həm də mis və kalsiumun azlığı sayəsində əmələ gəlir.Adətən bataqlıq, qumlu, torflu yerlərdən yığılmış, yağış altında qalmış və odunlaşmış yemlər bu xəstəliyə səbəb olur. Bəzən fosfor turşusu ilə zəngin olan(un, dən, jmıx, çuğundur və s.) yemlər, yem payında kalsium duzların az olması bu xəstəliyi törədir.

Patogenez. Kobalt əsas mübadilədə mühüm rol oynamaqla, şəkər və azotun mənimsənilməsində, vitaminlərin və xüsusən anemiya əleyhinə maddələrin, B12 vitamininin biosintezində mühüm rol oynayır.B12 vitaminini 4,5 % kobaltdan ibarətdir. Bu isə sümük iliyində qanın əmələ gəlməsində iştirak edir. Kobalt sümük və bağırsaq fosfotazalarının, katalizanı, karboksilazanı, qanın qlikogenetik fəallığını yüksəldir, hüceyrə tənəffüsünü yaxşılaşdırır.

Page 7: Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Mikroelem.çatışmam. və çoxluğu nət.əmələ gələn xəs-r

Hipokobaltozla xəstə inək

Page 8: Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Mikroelem.çatışmam. və çoxluğu nət.əmələ gələn xəs-r

Əlamətlləri. Xəstənin iştahası azalır, məcəzi pozulur, yalama əlamətləri başlayır, xəstə yaxşı keyfiyyətli yemlərdən imtina etdiyi halda, kiflənmiş samanı. Nəcisə və sidiyə batmış küləşi həvəslə yeyir, divarı yalayır, axuru gəmirir, otlaqda torpaq yeyir və s.

Yalama mədə önlüklərində yad cisimlərin dayanması, qastroenteritə, retikulitə səbəb olur. Xəstə heyvanlarda gövşəmə, gəyirmə və mədə-bağırsaqların peristaltikası zəifləyir, nəcis bərkiyir, quru olur və seliklə örtülür, sonralar ishal, mədə və bağırsaqların katarı əmələ gəlir. Tüklər öz parlaqlığını itirir, pırpızlaşırvə tükdəyişmə ləngiyir.

Selikli qişalar solğunlaşıb sarıya çalır. Qoyunlarda yağ-tər cəhrayı rəng alır, sonra itir, yun qıvrımlığını itirir və kövrəkləşir.Dəri quruyur, elastikliyi zəifləyir və kəpəkləyir.

Qanda gedən dəyişikliklərdən hemoqlobinin miqdarı kəskin aşağı düşür, eritrositlərin çökməsi sürətlənir, anemiya baş verir, nəbz və ürək tonları zəifləyir, kəskin arıqlayır, bal salma, zəif bala doğma, südün azalması və ya tamam kəsilməsi müşahidə edilir. Orqanizmin rezistentliyi aşağı düşdüyü üçün xəstəliyə tutulur.

Page 9: Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Mikroelem.çatışmam. və çoxluğu nət.əmələ gələn xəs-r

Gedişi: xronik olub ay və il çəkir.

Diaqnozu. Anamnez məlumatlarına, xəstəliyin stasionar və enzootik halda getməsinə, əlamətlərinin tədricən inkişaf etməsinə, hematoloji müayinənin nəticələrinə, habelə torpaq və yemdə kobaltın təyin edilməsinə əsaslanır. Paratuberkulyozdan təfriq etmək lazımdır.

Proqnozu:vaxtında tədbir görüldükdə yaxşıdır. Xəstəliyi törədən səbəblər aradan qaldırılmadıqda heyvan arıqlıqdan ölür.

Müalicəsi:yem payında dəyişiklik aparılmalıdır. Kobaltla zəngin olan yemlər (yonca, şam ağacı yarpağı, göy ot və s.) yem payına daxil edilir. Bundan başqa xəstə heyvanın daxilinə su və ya yemlə kobalt-xlorid duzu təyin edilməli: qaramala və ata gündə 20-40 mq, donuza 5-10 mq, davarlara 3-5 mq. Kobalt qarışığı duz yalatmaq daha əlverişlidir. Belə duzun hər bir tonuna 300 q kobalt-xlor qarışdırılır. Akobaltoz zamanı karlovar duzu, soda verilməsi də məsləhət görülür. Otlaqda saxlanan heyvanlarda xəstəlik baş verdikdə, otlağı mütləq dəyişdirmək lazımdır.

Profilaktikası:heyvanlara verilən yem payı müxtəlif yemlərin qarışığından ibarət olmalıdır. Əgər bu və ya digər rayon və vilayətdə kobaltın azlığına

Page 10: Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Mikroelem.çatışmam. və çoxluğu nət.əmələ gələn xəs-r

şübhə olarsa, o zaman kobalt qarışdırılmasının qarışıq yemindən istifadə edilməsidir. Kobalt-xlorid duzunu profilaktika məqsədilə ilə də istifadə etmək olar.Belə hallarda bu duzu mis-sulfatla vermək daha əlverişlidir. Bunlar heyvana su ilə verilir.

Mis çatışmamazlığı.Hipokuporoz, akuporoz

Orqanizmdə mis elementinin azlıq etməsi nəticəsində əmələ gələn xəstəlik hipokuporoz və ya akuporoz adlanır. Bu xəstəliyə qaramal və qoyunlar, bəzəndə donuzlar tutulur.

Etiologiyası. Bataqlıq və turş xassəli torpaqlarda misin miqdarı kəskin surətdə azalır.Belə torpaqda bitən torpaqların tərkibində misin miqdarı hər kq-da 2-3-dan çox olmur. Adətən yemin hər 1 kq-da misin miqdarı 6 mq və daha çox olmalıdır.Qumlu və torflu torpaqda mis az olur.

Patogenezi. Mis heyvan orqanizmində bir sıra fermentlərin və hormonların daxil olduğu üçün mübadilə proseslərində mühüm rol oynayır. Ona görə də misin çatışmamazlığı nəticəsində hüceyrə və toxumalarda oksidləşmə- bərpa olunma prosesləri qan elementlərinin əmələ gəlməsi, D vitaminin

Page 11: Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Mikroelem.çatışmam. və çoxluğu nət.əmələ gələn xəs-r

biosintezi, toxuma tənəffü,hipofiz hormonlarının əmələ gəlməsi pozulur. Heyvan inkişafdan qalır. Buna görə də misin yemlərin tərkibində azlıq etməsi hipoxrom anemiya. Qısırlığa, osteodistrofiyaya, hətta davarlarda enzootik atoksiyaya səbəb olur. Heyvan inkişafdan qalır.

Əlamətləri. Tük örtüyündə gedən dəyişiklik daha səciyyəvidir: tük kobudlaşır, rəngini dəyişir, pırpızlaşır,tökülməyə başlayır, qıvrımlığı itir, dermatozlar görünür. Xəstəliyin xronik formasında yorğunluq, uzun sürən güclü ishal başlayır, məcəz sümüklər kövrəlir və nazilir, ürək qusurları eşidilir, inəklərdə süd məhsuldarlığı aşağı düşür, qısırlıq müşahidə edilir.

Diaqnoz.Yemdə, qanda və ölmüş heyvanın qaraciyərində misin miqdarını təyin etmək diaqnoza çoxkömək edir.

Müalicəsi.Yem payının dəyişdirilməsi fonundamis-sulfat preparatının tətbiq edilməsi prosesi aradan qaldıra bilər. Gündə qaramala 250-300 mq , cavan qaramala 50-150 mq, davarlara 10-20 mqmis-sulfat verilir.

Profilaktikası.Heyvanların mislə zəngin yemlərlə yemlənməsini, yemə mis-sulfat duzu qarışdırmalı. Torpağın kübrələnməsində fosfor və kalium kübrələri ilə birlikdə mis qarışığı, sənaye tullantılarından da istifadə edilir.

Page 12: Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Mikroelem.çatışmam. və çoxluğu nət.əmələ gələn xəs-r

Quzuların enzootik ataksiyası Enzootik ataksiya – quzularda baş beyin,periferik sinirlər və əzələlərin

degenerativ pozğunluğu ilə səciyyələnir. Buna səbəb embrional dövründə ana orqanizmində misin çatışmamasıdır.Bu xəstəlik dünyanın bir çox ölkələrində və eləcə də Azərbaycanda 1965-ci ildə İ.Z.Əyyubov Muqanda müəyyən etmişdir.

Etiologiyası. Xəstəliyin əsas səbəbi misin çatışmamasıdır. Orqanizmdə misin çatışmamsı molibden və qurğuşunun çoxluğu sayəsində baş verir.Belə halda molibden və qurğuşun bioloji aktiv maddələrin tərkibindən misin sıxışdırıb çıxarır. Xəstəliyin etiologiyasında A və E vitaminlərinin rolunu da qeyd edirlər. Azərbaycan respublikasında Muğan düzü torpaqlarında misin miqdarı az, molibden (5-6 dəfə çox), sulfatın (4-5 dəfə çox) miqdarında və yodun çox olması quzularda ataksiya əmələ gətirir.

Patogenezi: Mis okidləşdirici fermentlərin tərkibinə daxil olub, tərkibində dəmir olan fermentləri fəallaşdıran, qan serumu zülalları ilə kompleks birləşmələr əmələ gətirir. Misin üzvü birləşmələri bir sıra endogen toksik maddələrin zərərsizləşdirilməsində iştirak edir,tirozinin toksik təsirini aradan qaldırır. Boğaz qoyunlar misləkifayət qədər təmin olunmadıqda yeni doğulmuş körpə quzular südlə lazımi qədər mis qəbul edə bilmirlər. Nəticədə

Page 13: Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Mikroelem.çatışmam. və çoxluğu nət.əmələ gələn xəs-r

oksidləşdirici fermentlərin fəaliyyəti zəifləyir, toxumalardakı proteinaza aktivləşir, gialuronidaza sistemində gedən pozğunluqlar mukopolisaxarida – zalar mübadiləsində dərin dəyişiklik əmələ gətirir.

Əlamətləri. Ataksiya, parez, ətrafların, boyunun vəudlağın iflici, tənəffüs və ürək pozğunluğu xəstəliyin səciyyəvi əlaməti olub, heyvan doğulandan 10-15 gün və bəzən bir qədər də sonra başlayır. Bir sıra hallarda quzu xəstə doğulur və 1-3 gündən sonra ölür. İ.Z.Əyyubov öz tədqiqat və müşahidələrində bu xəstəliyin kəskin, yarımkəskin və xronik gedişli olmaqla 3 formasını müəyyən etmişdir.

Diaqnozu. Hərəkət koordinasiyasının pozulması, arxa ətrafların parezi və iflici, baş beyin kürəciklərinin boz və ağ maddələrinin əriməsi, atrofiyası kimi əlamətləri əsas götürülməlidir.

Müalicəsi. Otlağı dəyişdirmək, buna imkan olmadıqda xəstə quzuları anadan ayırıb bu xəstəliyə sağlam olan təsərrüfatdakı qoyun və ya inək südü ilə yemləndirilməsi yaxşı nəticə verir. Belə südə 10-15 gün 0,1%-li mis-sulfat və 0,1%-li kobalt-xlorid məhlulları ilə bioviti qarışdırırlar.

Profilaktikası. Otlaq dəyişdirilməli. Buna imkan olmadıqda boğaz qoyunlara boğazlığın son 3 ayı ərzində hər 100 kq xörək duzuna 180 q mis-sulfat qatıb 5 gündən bir vermək.

Page 14: Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Mikroelem.çatışmam. və çoxluğu nət.əmələ gələn xəs-r

Yod çatışmamazlığı

Kənd təsərrüfatı heyvanlarının hamısında yodun çatışmaması nəticəsində qalxanabənzər vəzin funksiyasının zəifləməsi və maddələr mübadiləsi pozğunluğu ilə davam edən endemik xəstəlikdir (boğaz uru xəstəliyi əmələ gəlir). Körpə heyvanlar buna daha həssasdır.

Etiologiyası. Bu xəstəlik yem və su vasitəsi ilə yodun orqanizmə kifayət qədər daxil olmaması nəticəsində əmələ gəlir. Qumlu, bataqlıq torpaqlarda yodun miqdarı az olduğu üçün heyvan orqanizmini təmin edə bilmir. Məhsuldar inəklər südlə çox yod ifraz etdikləri üçün onların ehtiyacı daha çox olur.

Patogenezi. Yod qalxanabənzər vəzin hormonu tiroksinin tərkibinə daxil olub, orqanizmdə maddələr mübadiləsində və xüsusən zülal və karbohidratlar mübadiləsində fəal iştirak edir. Yod fermentativ sistemi fəallaşdırır, toxumalarda gedən mübadilə proseslərini qüvvətləndirir, xüsusən azot, dəmir, kobalt, fosfor və s. maddələrin mənimsənilməsinə, karotinin A vitamininə çevrilməsinə köməklik edir,yod fermentləri aktivləşdirir, hemoqlobinin, hemosionin, kobalamin kimi zülal mikroelement birləşmələrinin sintezində yaxından iştirak edir, cinsiyyət üzvlərinin fəaliyyətini aktivləşdirir.

Page 15: Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Mikroelem.çatışmam. və çoxluğu nət.əmələ gələn xəs-r

Endemik zobla xəstə buzov

Page 16: Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Mikroelem.çatışmam. və çoxluğu nət.əmələ gələn xəs-r

Yodun orqanizmə az miqdarda daxil olması bu göstərilən proseslərin zəifləməsinə, hətta sönməsinə belə səbəb olur. Zbun görə də qalxanabənzər vəzin hipofunksiyasızamanı süd və yun məhsuldarlığı azalır, heyvan qısır qalır, ölü bala doğur.

Əlamətləri.Endemik zobun mühüm klinik əlamətlərindən biri qalxanabən- zər funksiyanın pozulmasıdır. Bu isə yod çatışmamazlığının dərəcəsi ilə sıxəlaqədardır.Bəzi müəlliflər bu xəstəliyin iki klinik formasının olmasını aşağıdakı kimi təsvir edir:

1.Boyunda şişin aydın görünməsi ilə davam edən endemik zobdur ki, buna qalxanabənzər vəzi yerləşən nahiyyədə asan müəyyən etmək olur.

2.Qalxanabənzər vəzinendemik böyüməsidir ki, bunu vəzidə gedən morfoloji dəyişikliklərini təyin etmək olur.

Endemik qurşaqlarda yem və suda yod azlığı olduqda heyvanlar bal salır, ölmüş və ya zəif bala doğurlar. Belə balalarda qalxanabənzər vəzin həcmcə bir neçə dəfə böyüyərək, traxeya və yem borusunun bir hissəsini tutur. Yod azlığı olan qurşaqlarda saxlanan heyvanlarda məhsuldarlıq aşağı düşür, cinsiyyət sikli pozulur.

Page 17: Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Mikroelem.çatışmam. və çoxluğu nət.əmələ gələn xəs-r

Diaqnozu. Qalxanabənzər vəzin palpasiyasına, heyvanın bədəninin quruluşuna, dəri və tük örtüyünün müayinəsinə, sümüklərin rentqenoqrafiyasına, ölmüş heyvanın qalxanabənzər vəzin anatomik və histoloji müayinəsinə əsasən diaqnoz qoyulur. Torpaqda, suda, yemdə, süddə və qalxanabənzər vəzində yodun miqdarının da təyin edilməsi vacibdir.

Müalicə və profilaktikası. Yod preparatları tətbiq olunur.Yod çatışmamazlığı olduqda profilaktika daha yaxşı nəticə verir. Bu məqsədlə yodlaşdırırlmış xörək duzundan istifadə olunur.(duzun 1 kq-na 25 mq kalsium yodid qarışdırılır). Kalium-yodidin suda məhlulundan da istifadə etmək olar. Kalium-yodidlə birlikdə A-vitamini, kalsium-fosfat preparatlarından istifadə etmək müalicə və profilaktikasında daha yaxşı nəticə verir.

Otlaq tetaniyası (Mg) Bu xəstəliyin müxtəlif adları vardır: ot tetaniyası, otdan büdürəmə,

hipomaqnemik tetaniya və s. Bu xəstəliyə gövşəyən heyvanlar, sonra qoyunlar tutulur və hipomaqnemiya, hipokalsemiya və sinir əzələ pozğunluğu ilə səciyyələnir. Otlaqların məhsuldarlığını yüksəltmək üçün azot və kalsium kübrələrindən geniş istifadə edən ABŞ,Avstraliya, Qərbi Avropa və s. ölkələrdə bu xəstəliyə daha çox təsadüf olunur.

Page 18: Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Mikroelem.çatışmam. və çoxluğu nət.əmələ gələn xəs-r

Etiologiyası. Xəstəliyin əmələ gəlməsinə əsas səbəb orqanizmdə maqneziumun çatışmaması (hipemaqnemiya).Torpağa çoxlu miqdarda klsium kübrəsi verdikdə o maqneziumu neytrallaşdırır və bitkidə onun azalmasına səbəb olur. Beləliklə torpaqda kalsium çox olduqda bitkilərdə onun miqdarı artır, buda heyvan orqanizmində maqneziumun miqdarına təsir edib onu azaldır, kalsium isə çoxalır. Orqanizmdə çox miqdarda olan kalium maqneziumla birlikdə sidiklə ifraz olunur, buda bədəndə maqneziumun azalmasına səbəb olur. Zülalla zəngin olan otlarda d maqneziumun balansına mənfi təsir göstərir.Belə otlarla heyvanı yemlədikdə mədə önlüklərində çoxlu ammonyak əmələ gəlir ki, buda bağırsaqlarda maqneziumun assimilyasiyasını zəiflədir.

Patogenezi. Maqnezium heyvan orqanizmin həyat fəaliyyəti üçün çox vacib sayılan maddələrdən biridir. O hüceyrəilə onu əhatə edən mühit arasında gedən mübadilə proseslərində iştirak edir, bir çox fermentləri aktivləşdirir, asetoxolinin sintez olunmasında və s. iştirak edir.

Maqnezium ionları sinir uclarında ləngidir. Orqanizmdəki maqneziumun 70% sümükdə, 30 % isə əzələlərdə və qanda toplanır. Otlaq tetniyası zamanı qanda maqneziumun miqdarı ilə yanaşı kalsiumun miqdarıda aşağı düşür.

Page 19: Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Mikroelem.çatışmam. və çoxluğu nət.əmələ gələn xəs-r

Əlamətləri. Orqanizmdə mövcud olan hipomaqnemiya və hipokalsemiya qanın elektrolit tərkibini pozduğu üçün sinir-əzələ oyanmaları şiddətlənir. Bu xəstəlikən çoxheyvanlar otlağa çıxarıldıqdan 5-6 həftəsonra, nadir hallarda isə payızda baş verir. İlk vaxtlar heyvanın südü azalır və yemdən qalır.Xəstəlik yüngül formada getdikdə heyvan hürkür, qıcıqlara qarşı onda həssaslıq artır, yerindən güclə tərpənir, yeriyərkən ləngər vurur, səndələyir.

Xəstəliyin ağır formasında tetanik qıcolmalar görünür.Bəzi heyvanlarda oyanma dövrü çox çəkir. Oyanmalr zamanıheyvan özünü çoxnarahat aparır, özünü və yaxudyanındakı heyvanı yalayır, axuru, taxta və dəmiri gəmirir. Belə tutmalar zamanı heyvan yıxılır, klonik və tonik qıcolmalar başlayır və bəzən onlar komatoz halla əvəz olunur.

Gedişi. Müalicə vaxtında aparıldıqdaəksər hallarda xəstə sağalır.Xəstəliyin ağır formasında heyvanın tənəffüs mərkəzi iflic olub ölümlə nəticələnir.

Diaqnozu. Klinik əlamətlərinə və qanın müayinəsinə əsasən diaqnoz qoyulur. Otlaq tetaniyasını doğum parezi, ketoz və quduzluqdan təfriq etmək lazımdır.

Müalicəsi. Xəstə heyvanın venasına 15 q kalsium-xlorid və 15 q maqnezium xlorid duzlarının 300-400 mq distillə edilmiş suda həll edib vurmalı.

Page 20: Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Mikroelem.çatışmam. və çoxluğu nət.əmələ gələn xəs-r

Bir sıra müəlliflər 10 % qlükoza məhlulundan 500 ml götürüb buna 10% kalsium qlükonat və 3 % maqnezium-sulfat qarışdırıb venaya yeritməyi məsləhət görürlər.

Borqlükonat kalsiumdan da geniş istifadə edilir.

Profilaktikası. Otlaq tetaniyası yayılan qurşaqlarda torpağı kalium və azot kübrələri ilə kübrələmək olmaz.Belə hallarda torpağın hər bir hektarına 3-5 sen. maqnezium-sulfat vermək məsləhət görülür.

Sink çatışmamazlığı

Yem payında sink elementinin çatmaması kənd təsərrüfat heyvanlarının bütün növlərində. Xüsusilə donuzlarda endemik xəstəliyə səbəb olur.

Etiologiyası. Heyvanın yem payında sinkin miqdarı az olduqd parakertoz əmələ gəlir, anemiya başlayır, bağırsaqdan sorulma zəifləyir, heyvan arıqlayır və inkişafdan qalır. Kalsium sinkin antiqonistidir. Yem payında kalsiumun miqdarı çox olduqda orqanizmdə sinkin azlığı daha kəskin surətdə biruzə verir.

Əlamətləri.Südəmər çoşkalar və körpələr inkişafdan qalır, iştahı zəifləyir, yanğı olur.Burun, qulaq, göz və ətraflarda paraketazon əlamətləri görünür.

Page 21: Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Mikroelem.çatışmam. və çoxluğu nət.əmələ gələn xəs-r

Buzovlarda apatiya ilə yanaşı arıqlama müşahidə edilir. Ətraflarda ödemlər əmələ gəlir, dəri qaysaq bağlayır.Buna ən çox ətraflarınaşağı nahiyyələrində, burun qanadları ətraflarında, başda və boyun nahiyyələrində rast gəlmək olur. Dərinin zədələnmiş nahiyyələrində tük tökülür.

Sinkin çatışmamsı sahəsində qoyunlarda da belə klinik əlamətlər müşahidə edilir.

Diaqnozu . Xəstə heyvanın qan serumunda sinkin miqdarı 5-7 dəfə azalır (100 mq% əvəzinə 15-20mkq% olur). Dermatit, ekzema və qoturluqdan təfriq etmək lazımdır.

Müalicəsi və profilaktikası. Yemə mis-sulfat qatmaqla xəstəliyin qarşısını almaq, heyvanların ümumi vəziyyətini yaxşılaşdırmaq, cinsi yetişkənliyi və bala vermə qabiliyyətini yüksəltmək olur. Ona görə də mis çatışmaması müşahidə edilən rayonlarda heyvanların 100 kq-na 100 mq mis-sulfat qarışdırıb vermək məsləhət görülür.

Page 22: Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Mikroelem.çatışmam. və çoxluğu nət.əmələ gələn xəs-r

Manqan çatışmamazlığı

Qumlu və torflu torpaqlarda manqan az olur.Belə torpaqları olan ölkə və vilayətlərdə quşlar arasında perozis müşahidə edilir.Son vaxtlar manqanın çatmamasından törəyən pozğunluq donuz və qaramallar arasında da qeyd edilir.

Patogenezi. Manqan bir sıra fermentləri (qələvi fosfotaza, dipeptidaza, arginaza) aktivləşdirir. Hipofizin qolodrop və laktottrophasil etmək qabiliyyətinə də bunun təsiri müəyyən edilmişdir. Manqan hüceyrədə oksidləşmə-bərpa olunma proseslərinin gedişinə təsir göstərir.

Əlamətləri. Manqan yem payında az olduqda sümüklərdə gedən dəyişiliklər daha səciyyəvi olur, skelet böyümür, ətrafların lülə sümükləri qısalır, əyilir. İnək və donuzların südü azalır. Manqanın çatmaması daha kəskin olduqda balasalma, ölü bala doğma və ya dölün sorulmasıda müşahidə edilir. Yem payında manqan və kobalt çatışmayıb, maqnezium, nikel və barium çox olduqda qaramal arsında endemik osteodistrofiya baş verir.

Törədici buğalarda periartrit, axsaqlıq, it oturuşu vəziyyəti yerə uzanmaq kimi əlamətlər görünür.

Page 23: Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Mikroelem.çatışmam. və çoxluğu nət.əmələ gələn xəs-r

Manqan çatışmamazlığı zamanı öküzün it oturuşu vəziyyəti