gücünü xalqından alan lider - xalqqazeti.comxalqqazeti.com/pdf/xalq 22 aprel opt.pdf ·...

8
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 76 (29341) 22 aprel 2020-ci il, çərşənbə Prezident İlham Əliyev: Enerji təminatı hər bir ölkənin döyünən ürəyidir P rezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 17 il ərzində respublikamızın sosial-iqtisa- di tərəqqisinin reallaşmasında mühüm elementlərdən olan energetika sahəsinin inkişafı- na çox böyük diqqət yetirilib, ölkəmizin elektrik enerjisi təsərrüfatında köklü islahatlar, bu sahədə mükəmməl infrast- rukturun yaradılması üçün ardıcıl və kompleks tədbirlər gerçəkləşdirilib. Azərbaycanın hazırda təqribən 1000 meqavatlıq əlavə enerji gücləri var ki, bu güclər həm ehtiyat təşkil edir, həm də ixrac potensialını genişləndirir. Bütün bu işlərin təməlində isə generasiya güclərinin yaradılması dayanır. Son 17 il ərzində təqribən 3 min meqavata yaxın yeni generasi- ya gücləri yaradılıb, bir çox elektrik stansiyaları inşa edilib və beləliklə, Azərbaycan bu istiqamətdə dünya miqyasında aparıcı ölkələrdən birinə çevrilib. Eyni zamanda, paylayıcı xətlərin yenidən qurulmasına və çəkilməsinə böyük diqqət göstərilib. Azərbaycan Prezidenti İl- ham Əliyev aprelin 20-də Bakı- da “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılış mərasimində bu barədə ətraflı bəhs edib. Dövlət başçısının mərasimindəki nitqinə diqqət yetirməzdən əvvəl kompleks haqqında məlumata qısa nəzər salaq. Xatırladaq ki, 1986-cı ildə istifadəyə verilən və o vaxtdan təmir edilmədiyinə görə, yararsız vəziyyətə düşən bina əsaslı şəkildə yenidən qurulub. Ətrafda abadlıq işləri görülüb, yaşıllıq sahələri salınıb. Binada fəaliyyət göstərəcək Baş İdarəetmə Mərkəzi vasitəsilə enerji- sistemin avtomatik idarəedilməsinin, idxal-ixrac proseslərinin, tənzimləmələrin həyata keçirilməsi nəzərdə tutulur. Əməliyyatlar insan müdaxiləsi olmadan məsafədən real- laşdırılır. Hazırda kompleksdə müasir avadanlıqlar və proqram təminatı ilə təchiz ediləcək yeni SCADA sistemi qurulur. Bu sistem əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən, 7 Regional Monitorinq Mərkəzindən ibarət olmaqla, ilkin mərhələdə 21 elektrik stansiyasını və 80 yarıms- tansiyanı əhatə edəcək. Yeni SCADA layihəsinin ilin sonunda tam başa çatdırılması nəzərdə tutulur. Dövlətimizin başçısı çıxışında kompleksin keçmişi barədə ətraflı məlumat verib. Bu binanın sovet dövründə tikildiyini, bir müddət bundan əvvəl özəlləşdirməyə çıxarıldığını, hətta “Azərenerji”nin balansından silindiyini də diqqətə çatdırıb: “ Mən bundan xəbər tutandan sonra göstəriş verdim ki, bu, dərhal “Azərenerji”nin balansına qaytarılsın. Çünki əks- təqdirdə bu binanı özəlləşdirən han- sısa sahibkarların burada nə yarada- caqları bəlli deyildi. Bina çox böyükdür, ərazisi də böyükdür, təqribən 4 hek- tara yaxındır. Əvvəlki binanın sahəsi 13 min kvadratmetr idi, indi isə artırılıb 20 min kvadratmetrə çatdırılıb. Yəni, burada ya hansısa bir mehmanxana, yaxud şadlıq evi, yaşayış binası, ya da ki, hansısa bir ictimai iaşə obyekti ya- radılacaqdı və energetiklər bu binadan məhrum olacaqdılar”. Prezident İlham Əliyev binanın energetiklərə qaytarılandan sonra, 2018-ci ilin sonunda əsaslı təmirə başlandığını və yenidənqurma işlərinin uğurla yekunlaşdığını, bununla da dövlətimizin energetika sahəsinə çox böyük əhəmiyyət verdiyini vurğulayıb. Ölkə rəhbəri, eyni zamanda, 2004-cü ildə regionların birinci sosial-iqtisadi in- kişafı Dövlət Proqramı qəbul edilərkən orada infrastruktur layihələri arasın- da əsas diqqət yetirilən sahələrdən birinin də energetika sektoru olduğunu xatırladıb. Yeri gəlmişkən, burada bir məqama diqqət yetirmək istərdik. Cənab İlham Əliyevin prezidentlik fəaliyyətinə başladığı ilk dövrdə ölkənin energetika sahəsində acı- nacaqlı vəziyyət hökm sürürdü, bu sahədə infrastruktur dağıl- maq həddində idi. Ona görə də Azərbaycan özünü elektrik enerjisi ilə təmin edə bilmirdi, mövcud ehtiyacı idxal hesabına reallaşdırırdı. Dövlət başçısının dediyi kimi, hətta Bakı şəhərində gecə saatlarında elektrik enerjisi kəsilirdi. Bax, bu səbəbdən də birinci regional inkişaf proqra- mında öz əksini tapan energetika layihələrinin icrasına başlanıldı. Astara, Xaçmaz, Şəki, Şahdağ və Səngəçalda elektrik stansiyaları tikildi. Bütün bunlar isə Azərbaycanın elektrik enerjisi ilə tələbatının yaxşı- laşmasına müsbət təsir göstərdi. Onu da qeyd edək ki, həmin dövrdə energetika sektorunda görülən işlərlə kifayətlənilmədi. Yeni, daha güclü elektrik stansiyalarının tikintisi diqqət mərkəzində saxlanıl- dı. Beləliklə, prioritet istiqamət kimi yanaşılan bu sahədə mühüm uğur- lar əldə olundu və son 16 il ərzində bütövlükdə ölkəmizdə 30-dan çox yeni stansiya istifadəyə verildi. Prezident İlham Əliyev yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açı- lış mərasimindəki çıxışında bu barədə deyib: “Əgər bu stansiyalar tikilməsəydi, bu gün Azərbaycan idxaldan bəlkə də 5 qat, 10 qat daha çox asılı olacaqdı, nəinki 2000-ci illərin əvvəllərində. Bu stansiyalar arasında böyük stansiyalar xüsusilə əhəmiyyət daşıyır. Ən böyük stansiya Şirvan şəhərində tikilmişdir – “Cənub” Elektrik Stansiyası. Onun generasiya gücü təxminən 800 meqavata bərabərdir. Ondan sonra Sumqayıt Elektrik Stansiyası, 525 meqavat. “Şimal 2” bu yaxınlarda istifadəyə verilib. Onun ge- nerasiya gücü 400 meqavata yaxındır. “Səngəçal” stansiyasının generasiya gücü 300 meqavatdır. Təkcə bu dörd stansiyanın generasiya gücü 2 min meqavatdan çoxdur. Bundan əlavə, ölkəmizin müxtəlif yerlərində su elekt- rik stansiyaları tikildi. Bildirməliyəm ki, Naxçıvan Muxtar Respublikasında tikilmiş su elektrik stansiyalarının generasiya gücü bütün muxtar res- publikanın tələbatını ödəmək iqtidarın- dadır. Vaxtilə İrandan və Türkiyədən elektrik enerjisi alan Naxçıvan Muxtar Respublikası indi özünü tam təmin edir və eyni zamanda, orada ixrac potensialı da yaranmışdır. O cümlədən bütövlükdə ölkəmizdə bu gün ixrac potensialı var və biz elektrik enerjisini idxal edən ölkədən elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişik”. Dövlətimizin başçısı çıxışında son illərdə görülən işlər sayəsində enerji təsərrüfatının tamamilə yeniləşdirildiyini, Azərbaycanı qonşu dövlətlərlə birləşdirən xətlərin inşa edildiyini, yeni yarımstansiyaların tikildiyini, transformatorlar quraşdırıl- dığını diqqətə çatdırıb. Ölkə rəhbəri, eyni zamanda, Mingəçevir Elektrik Stansiyasında baş verən qəzadan sonra həyata keçirilən tədbirlər, möv- cud stansiyaların güclərinin bərpası istiqamətində görülən işlər barədə də ətraflı məlumat verib. Həmçinin xarici investorların Azərbaycanın energetika sektoruna maraqlı olduqlarını bildirib. Prezident İlham Əliyev nitqində “Barmek” şirkətinin fəaliyyət göstərdiyi dövrdə energetika sistemində neqativ hallara yol verildiyini, lakin adı çəkilən qurumun əməllərinin qarşısının vaxtında alındığını, daha sonra isə müvafiq sərəncamla yeni struktur yaradıldığını vurğulayıb: “Dələduz şirkət Azərbaycandan qovuldu və mənim sərəncamımla o vaxt “Azərişıq” Səhmdar Cəmiyyəti yaradıldı. Adını da mən qoymu- şam, “Azərişıq”. Biz bütün enerji təsərrüfatımızı dövlət mülkiyyətinə qaytardıq. Əgər bunu etməsəydik, bu gün biz qaranlıq içində yaşayacaqdıq və “Azərenerji”nin bütün əmlakı dağı- dılacaqdı, necə ki, bu bina. Təsəvvür edin, 13 min kvadratmetrlik binanı çıxardılar özəlləşdirməyə və ucuz qiymətə satmaq istəyirdilər. Əgər mən xəbər tutmasaydım, mənə məlumat verilməsəydi, göstəriş verməsəydim satacaqdılar. İndi görün siz nə gözəl binada yerləşirsiniz. Bu, demək olar ki, bizim enerji sistemimizin tənzimlənməsi işində əsas mərkəzdir. Skada sistemi, dispetçer sistemi, idarəetmə sistemi, hamısı burdadır, harada yerləşəcəkdi? Bizim enerji sis- temimizi belə dağıtmaq istəyirdilər”. Göründüyü kimi, dövlət başçımı- zın prezidentlik fəaliyyəti dövründə ölkəmizin energetika sisteminin əsaslı şəkildə modernləşdirilməsi, itirilmiş generasiya güclərinin bərpası məqsədilə kompleks tədbirlər həyata keçirilib. 2018- ci il iyulun 3-də Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəzanın təkrarlanmaması məqsədilə “Azərenerji” ASC tərəfindən hazır- lanaraq dövlət başçısına təqdim edilən“Reabilitasiya proqramı” əsasında geniş həcmdə iş görülüb və bu istiqamətdə tədbirlər hazırda da davam etdirilir. Son illər ərzində energetika sahəsinə reallaşdırılan çox böyük layihələr sayəsində Azərbaycanda enerji təchizatı ilə bağlı bütün əsas problemlər demək olar ki, həllini tapıb, respublikamız artıq ener- ji təminatçısına çevrilib. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, əvvəlki dövrlərdə ölkəmiz elektrik enerjisi üzrə idxaldan asılı idi. İndi isə həm daxili tələbat ödənilir, həm də bu istiqamətdə ixrac həyata keçirilir. Bunu Azərbaycanın 2019-cu ildə 77 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac etməsi faktı da təsdiqləyir. Yuxarıda qeyd edilənləri yekun- laşdırıb deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar enerji sektorunun inkişafında da özü- nü aydın şəkildə göstərir. Respublika- nın sosial-iqtisadi tərəqqisinin təmin edilməsində mühüm elementlərdən olan bu sahənin inkişafına prioritet istiqamət kimi yanaşılaraq, elektrik enerjisi təsərrüfatında köklü islahatlar həyata keçirilir. Bu prosesin davamlı- lığı diqqətdə saxlanılır, enerji siste- minin etibarlılığının təmin olunması, bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün ardıcıl və kompleks tədbirlər davam etdirilir. Vaqif BAYRAMOV, “Xalq qəzeti” Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyası- nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Əhalisi 193696 nəfər olan 10 şəhər və rayonun 13 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respub- likasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,19 milyon (bir milyon bir yüz dox- san min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 21 aprel 2020-ci il H azırda bəşəriyyəti qorxuya salan koronavirusun acı xəbərləri dünyanın müxtəlif ölkələrindən eşidilməkdədir. Hətta vəziyyət o yerə çatıb ki, dövlət başçıları beynəlxalq tədbirlərdə bir-biri ilə çox ehtiyatla görüşür, bəzən əl uzatmağa belə çəkinirlər. Hər gün müxtəlif tədbirlərin, hətta nüfuzlu beynəlxalq təşkilatların iclaslarının təxirə salındığı, ticari əlaqələrin müvəqqəti dayandırıl- ması xəbəri koronavirusun yayılmasının qorxusundan irəli gəlir. Ancaq belə bir gündə Azərbaycan Prezidenti regionlara səfər edərək xalqla bir yerdə , insanların əhatəsində oldu, həmişə olduğu kimi, şəkil çəkdirdi. Yeni müəssisələrin açılışında iştirak etdi, əhalini narahat edən problemlərlə yerində tanış oldu və bu problemlərin aradan qaldırılması üçün tapşırıqlar verdi. Ötən ay iki gün ərzində altı rayona səfər edən dövlət başçısının əhali ilə səmimi görüşləri, insanlarla bir yerdə olması korona- virus adlı yoluxucu xəstəliyin yayılması qorxusunu müvəqqəti də olsa, unutdurdu. Son 16 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz misilsiz inkişaf yolu keçmiş, tarixi uğurlara imza atmış, dünya birliyinin sayılıb-seçilən dövlətləri sıra- sına daxil olmuş, mövqeyini daha da möhkəmləndirmişdir. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət xəttini dövrün tələblərinə uyğun olaraq, yeniləşdirməklə davam etdirən dövlət baş- çımız ölkəyə rəhbərlik etdiyi ilk gündən əhalinin rifahının yüksəldilməsini və təhlükəsizliyinin təmin edilməsini, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsini, milli maraqlarımıza ca- vab verən xarici siyasətin yürüdülməsini prioritet vəzifə kimi qarşıya qoyub. Gücünü xalqından alan dövlət başçı- mızın rəhbərliyi ilə həyata keçirilən düşünülmüş daxili və xarici siyasət sayəsində ölkəmizin beynəlxalq aləmdəki reytinqinin getdikcə yüksəlməsi bir daha təsdiqləyir ki, qarşıya qoyu- lan məqsədə nail olunub. Xalqımız ötən müddətdə əldə olunan uğurlara prezident seçkilərində layiqli qiymətini verib. 2003 - cü ildən 2018- ci il aprelin 11-dək keçirilən seçkilərdə də bunun şahidi olmuşuq. Bu müddət ərzində xalqın görülmüş işlərin, həyata keçirilən tədbirlərin nəticəsi olaraq dövlətimizin başçısına olan inamı, etimadı daha da artdı, onun ətrafında daha sıx birləşdi. 2016- cı ilin Aprel döyüşləri xalqın bu inamını daha da möhkəmləndirdi və işğal altında olan torpaq- larımızın yalnız Prezident İlham Əliyevin rəhbərliyi, düşünülmüş siyasi kursu sayəsində azad ediləcəyinə tam əminlik yarandı. Cəmi dörd gün davam edən həmin döyüşlərdə Ermənistan ordusu darmadağın edildi, 23 il düşmən əsarətində qalan min hektarlarla ərazimiz azad edildi, strateji əhəmiyyətli yüksəkliklər Silahlı Qüvvələrimizin nəzarətinə keçdi və həmin ərazilərdə bu gün də Azərbaycan bayrağı dalğalanır. Bundan əlavə, Şərur rayonunun 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə altına keçdi. Ümumilikdə, 11 min hek- tara yaxın ərazi ordumuzun nəzarətinə qaytarıldı. Uzun müddətdir ki, Azərbaycanın sabit və təhlükəsiz ölkə kimi tanınması dövlət başçısının uğurlu siyasi kursunun göstəricisidir. Sözün həqiqi mənasında, son 16 il ərzində ölkəmizdə sabitlik və əmin - amanlıq hökm sürməkdədir. Azərbaycan bu gün müsəlman dünya- sında həm də sabitlik adası kimi qəbul edilir. Təsadüfi deyil ki, dünyanın ən güclü dövlətlərinin generalları ən ciddi məsələlərin müzakirəsi üçün təhlükəsiz ölkə kimi məhz Azərbaycanı seçiblər. (ardı 3-cü səhifədə ) Bu gün dünya miqyasında ən səmərəli enerji sistemindən biri məhz Azərbaycandadır və bunu təsdiqləyən Davos Ümumdünya İqtisadi Forumunun hesabatıdır. Bunu mən elə-belə demirəm. Beləliklə, Forumun hesabatında elektrik enerjisinin əlçatanlıq indeksinə görə Azərbaycan dünyada ikinci yerdədir. Təsəvvür edin, ikinci yerdə. Bizdən qabaq, sadəcə olaraq, bir ölkə var. Yəni, bir çox inkişaf etmiş ölkələri qabaqlamışıq. Özü də nə vaxt, qısa müddət ərzində. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Gücünü xalqından alan lider

Upload: others

Post on 09-Aug-2020

1 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Gücünü xalqından alan lider - XALQQAZETI.COMxalqqazeti.com/pdf/xalq 22 aprel OPT.pdf · idxal-ixrac proseslərinin, tənzimləmələrin həyata keçirilməsi nəzərdə tutulur

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 76 (29341) 22 aprel 2020-ci il, çərşənbə

Prezident İlham Əliyev: Enerji təminatı hər bir ölkənin döyünən ürəyidirPrezident İlham Əliyevin

Azərbaycana rəhbərlik etdiyi son 17 il ərzində

respublikamızın sosial-iqtisa-di tərəqqisinin reallaşmasında mühüm elementlərdən olan energetika sahəsinin inkişafı-na çox böyük diqqət yetirilib, ölkəmizin elektrik enerjisi təsərrüfatında köklü islahatlar, bu sahədə mükəmməl infrast-rukturun yaradılması üçün ardıcıl və kompleks tədbirlər gerçəkləşdirilib.

Azərbaycanın hazırda təqribən 1000 meqavatlıq əlavə enerji gücləri var ki, bu güclər həm ehtiyat təşkil edir, həm də ixrac potensialını genişləndirir.

Bütün bu işlərin təməlində isə generasiya güclərinin yaradılması dayanır. Son 17 il ərzində təqribən 3 min meqavata yaxın yeni generasi-ya gücləri yaradılıb, bir çox elektrik stansiyaları inşa edilib və beləliklə, Azərbaycan bu istiqamətdə dünya miqyasında aparıcı ölkələrdən birinə çevrilib. Eyni zamanda, paylayıcı xətlərin yenidən qurulmasına və çəkilməsinə böyük diqqət göstərilib.

Azərbaycan Prezidenti İl-ham Əliyev aprelin 20-də Bakı-da “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılış mərasimində bu barədə ətraflı bəhs edib.

Dövlət başçısının mərasimindəki nitqinə diqqət yetirməzdən əvvəl kompleks haqqında məlumata qısa nəzər salaq. Xatırladaq ki, 1986-cı ildə istifadəyə verilən və o vaxtdan təmir edilmədiyinə görə, yararsız vəziyyətə düşən bina əsaslı şəkildə yenidən qurulub. Ətrafda abadlıq işləri görülüb, yaşıllıq sahələri salınıb.

Binada fəaliyyət göstərəcək Baş İdarəetmə Mərkəzi vasitəsilə enerji-sistemin avtomatik idarəedilməsinin, idxal-ixrac proseslərinin, tənzimləmələrin həyata keçirilməsi nəzərdə tutulur. Əməliyyatlar insan müdaxiləsi olmadan məsafədən real-laşdırılır. Hazırda kompleksdə müasir avadanlıqlar və proqram təminatı ilə təchiz ediləcək yeni SCADA sistemi qurulur. Bu sistem əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən, 7 Regional Monitorinq Mərkəzindən ibarət olmaqla, ilkin mərhələdə 21 elektrik stansiyasını və 80 yarıms-tansiyanı əhatə edəcək. Yeni SCADA layihəsinin ilin sonunda tam başa çatdırılması nəzərdə tutulur.

Dövlətimizin başçısı çıxışında kompleksin keçmişi barədə ətraflı məlumat verib. Bu binanın sovet dövründə tikildiyini, bir müddət bundan əvvəl özəlləşdirməyə çıxarıldığını, hətta “Azərenerji”nin balansından silindiyini də diqqətə çatdırıb: “ Mən bundan xəbər tutandan sonra göstəriş verdim ki, bu, dərhal “Azərenerji”nin balansına qaytarılsın. Çünki əks-təqdirdə bu binanı özəlləşdirən han-sısa sahibkarların burada nə yarada-caqları bəlli deyildi. Bina çox böyükdür, ərazisi də böyükdür, təqribən 4 hek-tara yaxındır. Əvvəlki binanın sahəsi

13 min kvadratmetr idi, indi isə artırılıb 20 min kvadratmetrə çatdırılıb. Yəni, burada ya hansısa bir mehmanxana, yaxud şadlıq evi, yaşayış binası, ya da ki, hansısa bir ictimai iaşə obyekti ya-radılacaqdı və energetiklər bu binadan məhrum olacaqdılar”.

Prezident İlham Əliyev binanın energetiklərə qaytarılandan sonra, 2018-ci ilin sonunda əsaslı təmirə başlandığını və yenidənqurma işlərinin uğurla yekunlaşdığını, bununla da dövlətimizin energetika sahəsinə çox böyük əhəmiyyət verdiyini vurğulayıb. Ölkə rəhbəri, eyni zamanda, 2004-cü ildə regionların birinci sosial-iqtisadi in-kişafı Dövlət Proqramı qəbul edilərkən orada infrastruktur layihələri arasın-da əsas diqqət yetirilən sahələrdən birinin də energetika sektoru olduğunu xatırladıb.

Yeri gəlmişkən, burada bir məqama diqqət yetirmək istərdik. Cənab İlham Əliyevin prezidentlik fəaliyyətinə başladığı ilk dövrdə ölkənin energetika sahəsində acı-nacaqlı vəziyyət hökm sürürdü, bu sahədə infrastruktur dağıl-maq həddində idi. Ona görə də Azərbaycan özünü elektrik enerjisi ilə təmin edə bilmirdi, mövcud ehtiyacı idxal hesabına reallaşdırırdı. Dövlət başçısının dediyi kimi, hətta Bakı şəhərində gecə saatlarında elektrik enerjisi kəsilirdi. Bax, bu səbəbdən də birinci regional inkişaf proqra-mında öz əksini tapan energetika layihələrinin icrasına başlanıldı. Astara, Xaçmaz, Şəki, Şahdağ və Səngəçalda elektrik stansiyaları tikildi. Bütün bunlar isə Azərbaycanın elektrik enerjisi ilə tələbatının yaxşı-laşmasına müsbət təsir göstərdi.

Onu da qeyd edək ki, həmin dövrdə energetika sektorunda görülən işlərlə kifayətlənilmədi. Yeni, daha güclü elektrik stansiyalarının tikintisi diqqət mərkəzində saxlanıl-dı. Beləliklə, prioritet istiqamət kimi yanaşılan bu sahədə mühüm uğur-lar əldə olundu və son 16 il ərzində bütövlükdə ölkəmizdə 30-dan çox yeni stansiya istifadəyə verildi.

Prezident İlham Əliyev yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açı-lış mərasimindəki çıxışında bu barədə deyib: “Əgər bu stansiyalar tikilməsəydi, bu gün Azərbaycan idxaldan bəlkə də 5 qat, 10 qat daha çox asılı olacaqdı, nəinki 2000-ci illərin əvvəllərində. Bu stansiyalar arasında böyük stansiyalar xüsusilə əhəmiyyət

daşıyır. Ən böyük stansiya Şirvan şəhərində tikilmişdir – “Cənub” Elektrik Stansiyası. Onun generasiya gücü təxminən 800 meqavata bərabərdir. Ondan sonra Sumqayıt Elektrik Stansiyası, 525 meqavat. “Şimal 2” bu yaxınlarda istifadəyə verilib. Onun ge-nerasiya gücü 400 meqavata yaxındır. “Səngəçal” stansiyasının generasiya gücü 300 meqavatdır. Təkcə bu dörd stansiyanın generasiya gücü 2 min meqavatdan çoxdur. Bundan əlavə, ölkəmizin müxtəlif yerlərində su elekt-rik stansiyaları tikildi. Bildirməliyəm ki, Naxçıvan Muxtar Respublikasında tikilmiş su elektrik stansiyalarının generasiya gücü bütün muxtar res-publikanın tələbatını ödəmək iqtidarın-dadır. Vaxtilə İrandan və Türkiyədən elektrik enerjisi alan Naxçıvan Muxtar Respublikası indi özünü tam təmin edir və eyni zamanda, orada ixrac potensialı da yaranmışdır. O cümlədən bütövlükdə ölkəmizdə bu gün ixrac potensialı var və biz elektrik enerjisini idxal edən ölkədən elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişik”.

Dövlətimizin başçısı çıxışında son illərdə görülən işlər sayəsində enerji təsərrüfatının tamamilə yeniləşdirildiyini, Azərbaycanı qonşu dövlətlərlə birləşdirən xətlərin inşa edildiyini, yeni yarımstansiyaların tikildiyini, transformatorlar quraşdırıl-dığını diqqətə çatdırıb. Ölkə rəhbəri, eyni zamanda, Mingəçevir Elektrik Stansiyasında baş verən qəzadan sonra həyata keçirilən tədbirlər, möv-cud stansiyaların güclərinin bərpası istiqamətində görülən işlər barədə də ətraflı məlumat verib. Həmçinin xarici investorların Azərbaycanın energetika sektoruna maraqlı olduqlarını bildirib.

Prezident İlham Əliyev nitqində “Barmek” şirkətinin fəaliyyət göstərdiyi dövrdə energetika sistemində neqativ hallara yol verildiyini, lakin adı çəkilən qurumun əməllərinin qarşısının vaxtında alındığını, daha sonra isə müvafiq sərəncamla yeni struktur yaradıldığını vurğulayıb: “Dələduz şirkət Azərbaycandan qovuldu və mənim sərəncamımla o vaxt “Azərişıq” Səhmdar Cəmiyyəti yaradıldı. Adını da mən qoymu-şam, “Azərişıq”. Biz bütün enerji təsərrüfatımızı dövlət mülkiyyətinə qaytardıq. Əgər bunu etməsəydik, bu gün biz qaranlıq içində yaşayacaqdıq və “Azərenerji”nin bütün əmlakı dağı-dılacaqdı, necə ki, bu bina. Təsəvvür edin, 13 min kvadratmetrlik binanı çıxardılar özəlləşdirməyə və ucuz

qiymətə satmaq istəyirdilər. Əgər mən xəbər tutmasaydım, mənə məlumat verilməsəydi, göstəriş verməsəydim satacaqdılar. İndi görün siz nə gözəl binada yerləşirsiniz. Bu, demək olar ki, bizim enerji sistemimizin tənzimlənməsi işində əsas mərkəzdir. Skada sistemi, dispetçer sistemi, idarəetmə sistemi, hamısı burdadır, harada yerləşəcəkdi? Bizim enerji sis-temimizi belə dağıtmaq istəyirdilər”.

Göründüyü kimi, dövlət başçımı-zın prezidentlik fəaliyyəti dövründə ölkəmizin energetika sisteminin əsaslı şəkildə modernləşdirilməsi, itirilmiş generasiya güclərinin bərpası məqsədilə kompleks tədbirlər həyata keçirilib. 2018-ci il iyulun 3-də Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəzanın təkrarlanmaması məqsədilə “Azərenerji” ASC tərəfindən hazır-lanaraq dövlət başçısına təqdim edilən“Reabilitasiya proqramı” əsasında geniş həcmdə iş görülüb və bu istiqamətdə tədbirlər hazırda da davam etdirilir.

Son illər ərzində energetika sahəsinə reallaşdırılan çox böyük layihələr sayəsində Azərbaycanda enerji təchizatı ilə bağlı bütün əsas problemlər demək olar ki, həllini tapıb, respublikamız artıq ener-ji təminatçısına çevrilib. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, əvvəlki dövrlərdə ölkəmiz elektrik enerjisi üzrə idxaldan asılı idi. İndi isə həm daxili tələbat ödənilir, həm də bu istiqamətdə ixrac həyata keçirilir. Bunu Azərbaycanın 2019-cu ildə 77 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac etməsi faktı da təsdiqləyir.

Yuxarıda qeyd edilənləri yekun-laşdırıb deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar enerji sektorunun inkişafında da özü-nü aydın şəkildə göstərir. Respublika-nın sosial-iqtisadi tərəqqisinin təmin edilməsində mühüm elementlərdən olan bu sahənin inkişafına prioritet istiqamət kimi yanaşılaraq, elektrik enerjisi təsərrüfatında köklü islahatlar həyata keçirilir. Bu prosesin davamlı-lığı diqqətdə saxlanılır, enerji siste-minin etibarlılığının təmin olunması, bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün ardıcıl və kompleks tədbirlər davam etdirilir.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının

ödənilməsinə dair əlavə tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyası-nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Əhalisi 193696 nəfər olan 10 şəhər və rayonun 13 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respub-likasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian

quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,19 milyon (bir milyon bir yüz dox-san min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 aprel 2020-ci il

H azırda bəşəriyyəti qorxuya salan koronavirusun acı xəbərləri dünyanın müxtəlif ölkələrindən eşidilməkdədir. Hətta vəziyyət o yerə çatıb ki, dövlət başçıları beynəlxalq tədbirlərdə bir-biri ilə çox ehtiyatla görüşür, bəzən əl

uzatmağa belə çəkinirlər. Hər gün müxtəlif tədbirlərin, hətta nüfuzlu beynəlxalq təşkilatların iclaslarının təxirə salındığı, ticari əlaqələrin müvəqqəti dayandırıl-ması xəbəri koronavirusun yayılmasının qorxusundan irəli gəlir. Ancaq belə bir gündə Azərbaycan Prezidenti regionlara səfər edərək xalqla bir yerdə , insanların əhatəsində oldu, həmişə olduğu kimi, şəkil çəkdirdi. Yeni müəssisələrin açılışında iştirak etdi, əhalini narahat edən problemlərlə yerində tanış oldu və bu problemlərin aradan qaldırılması üçün tapşırıqlar verdi. Ötən ay iki gün ərzində altı rayona səfər edən dövlət başçısının əhali ilə səmimi görüşləri, insanlarla bir yerdə olması korona-virus adlı yoluxucu xəstəliyin yayılması qorxusunu müvəqqəti də olsa, unutdurdu.

Son 16 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz misilsiz inkişaf yolu keçmiş, tarixi uğurlara imza atmış, dünya birliyinin sayılıb-seçilən dövlətləri sıra-sına daxil olmuş, mövqeyini daha da möhkəmləndirmişdir. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət xəttini

dövrün tələblərinə uyğun olaraq, yeniləşdirməklə davam etdirən dövlət baş-çımız ölkəyə rəhbərlik etdiyi ilk gündən əhalinin rifahının yüksəldilməsini və təhlükəsizliyinin təmin edilməsini, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsini, milli maraqlarımıza ca-vab verən xarici siyasətin yürüdülməsini prioritet vəzifə kimi qarşıya qoyub. Gücünü xalqından alan dövlət başçı-mızın rəhbərliyi ilə həyata keçirilən düşünülmüş daxili və xarici siyasət sayəsində ölkəmizin beynəlxalq aləmdəki reytinqinin getdikcə yüksəlməsi bir daha

təsdiqləyir ki, qarşıya qoyu-lan məqsədə nail olunub.

Xalqımız ötən müddətdə əldə olunan uğurlara prezident seçkilərində layiqli qiymətini verib. 2003 - cü ildən 2018-ci il aprelin 11-dək keçirilən seçkilərdə də bunun şahidi olmuşuq. Bu müddət ərzində xalqın görülmüş işlərin, həyata keçirilən tədbirlərin nəticəsi

olaraq dövlətimizin başçısına olan inamı, etimadı daha da artdı, onun ətrafında daha sıx birləşdi. 2016- cı ilin Aprel döyüşləri xalqın bu inamını daha da möhkəmləndirdi və işğal altında olan torpaq-larımızın yalnız Prezident İlham Əliyevin rəhbərliyi, düşünülmüş siyasi kursu sayəsində azad ediləcəyinə tam əminlik yarandı. Cəmi dörd gün davam edən həmin döyüşlərdə Ermənistan ordusu darmadağın edildi, 23 il düşmən əsarətində qalan min hektarlarla ərazimiz azad edildi, strateji əhəmiyyətli yüksəkliklər Silahlı Qüvvələrimizin nəzarətinə keçdi və həmin ərazilərdə bu

gün də Azərbaycan bayrağı dalğalanır.

Bundan əlavə, Şərur rayonunun 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə altına keçdi. Ümumilikdə, 11 min hek-

tara yaxın ərazi ordumuzun nəzarətinə qaytarıldı.

Uzun müddətdir ki, Azərbaycanın sabit və təhlükəsiz ölkə kimi tanınması dövlət başçısının uğurlu siyasi kursunun göstəricisidir. Sözün həqiqi mənasında, son 16 il ərzində ölkəmizdə sabitlik və əmin - amanlıq hökm sürməkdədir. Azərbaycan bu gün müsəlman dünya-sında həm də sabitlik adası kimi qəbul edilir. Təsadüfi deyil ki, dünyanın ən güclü dövlətlərinin generalları ən ciddi məsələlərin müzakirəsi üçün təhlükəsiz ölkə kimi məhz Azərbaycanı seçiblər.

(ardı 3-cü səhifədə )

Bu gün dünya miqyasında ən səmərəli enerji sistemindən biri məhz Azərbaycandadır və bunu təsdiqləyən Davos Ümumdünya İqtisadi Forumunun hesabatıdır. Bunu mən elə-belə demirəm. Beləliklə, Forumun hesabatında elektrik enerjisinin əlçatanlıq indeksinə görə Azərbaycan dünyada ikinci yerdədir. Təsəvvür edin, ikinci yerdə. Bizdən qabaq, sadəcə olaraq, bir ölkə var. Yəni, bir çox inkişaf etmiş ölkələri qabaqlamışıq. Özü də nə vaxt, qısa müddət ərzində.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Gücünü xalqından alan lider

Page 2: Gücünü xalqından alan lider - XALQQAZETI.COMxalqqazeti.com/pdf/xalq 22 aprel OPT.pdf · idxal-ixrac proseslərinin, tənzimləmələrin həyata keçirilməsi nəzərdə tutulur

22 aprel 2020-ci il, çərşənbə2N.R.Bağırova

töhmət elan edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyası-nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

İsmayıllı Rayon İcra Hakimiyyətinin baş-çısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infek-siyasının (COVID-19) yayılmasının qarşısının

alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 aprel 2020-ci il

Xalq görülən tədbirlərdən məmnunluq ifadə edir � Dünyamız bu gün ciddi sınaq qarşısındadır: “COVİD – 19” adlandırılan

dəhşətli virus bütün bəşəriyyətə qarşı “ölüm–qalım” müharibəsi aparır. Bu gözəgörünməz virusun yaratdığı ölümcül xəstəlik o qədər tez yayılır ki, bütün ölkələrin, hətta, tükənməz imkanlara malik ən qüdrətli dövlətlərin də səhiyyə sistemi onun qarşısında aciz qalıb.

Bu bəla dünya birliyinin tərkib hissəsi olan Azərbaycandan da, təəssüf ki, yan keçməyib. Pandemiya nəticəsində ölkəmizdə az da olsa, ölüm-itim var, karantin rejimi qüvvədədir. Ölkə iqtisadiyyatı, sosial-mədəni həyatı öz fəaliyyətini bu rejimə uyğun qurub, ehtiyac olmadan insan-lar evdən bayıra çıxmırlar. Məqsəd insanları bu təhlükəli xəstəlikdən qorumaq, onların sağ-lamlığını və sosial müdafiəsini təşkil etməkdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin çevik reaksiyası, atdığı məqsədyönlü addım-lar sayəsində ölkəmiz pandemiyaya qarşı mübarizədə nəzərəçarpacaq uğurlar qazanıb. Görülən sərt və qabaqlayıcı tədbirlər nəticəsində ölkədə bu sahədə vəziyyət nəzarət altındadır. Xüsusən son günlərdə xəstəliyə yoluxanlarla sa-ğalananların sayı arasında dinamika müsbətdir. Yəni, daha çox insan sağalır, nəinki bu xəstəliyə yoluxur.

İnsanların sosial müdafiəsinin daha da gücləndirilməsi sahəsində də çox mühüm işlər görülür. Bütün bunlar xalqın nəzərindən yayın-mır. Ölkənin hər yerindən, ayrı-ayrı təbəqələrdən olan insanlardan Azərbaycan Prezidentinin ün-vanına göndərilən saysız-hesabsız məktublarda bunlar öz əksini tapır. Onlardan bir neçəsini təqdim edirik:

Yaxşı ki, Siz varsınızHörmətli cənab Prezident!Mən ölkəmin Sizin kimi rəhbəri olmasın-

dan qürur duyuram. Qarabağ müharibəsinin veteranıyam, hazırda müəllim işləyirəm. Hər dəfə şagirdlərimə dövlətimizin inkişafından, ulu öndərimizin və Sizin Azərbaycan üçün etdiklərinizdən bəhs edəndə fəxr-fəxarət hissi keçirirəm.

Siz daim xalqı düşünürsünüz. Bu ağır

günlərdə COVİD–19 virusuna qarşı mübarizədə – Sizin qayğınız daha da artıb. Azərbaycan bu bəşəri bəlaya qarşı mübarizədə dünyanın inkişaf etmiş ən qüdrətli ölkələri ilə müqayisədə belə uğurla mübarizə aparır və bunun nəticələrini biz görüb qiymətləndiririk. Bunu hamı yaxşı bilir ki, bütün bunlar şəxsən Sizin rəhbərliyiniz altında aparılan qabaqlayıcı tədbirlər, qəbul edilmiş düz-gün qərarlar nəticəsində mümkün olmuşdur. İna-nıram ki, ölkəmiz bu bəladan Sizin rəhbərliyinizlə şərəflə qurtulacaq. Nə yaxşı ki, Siz varsınız!

Dərin hörmətlə,Emin Əvəz oğlu Mehtiyev,Biləsuvar rayonu.

Allah Sizi bu xalqa çox görməsin

Çox dəyərli Prezidentimiz!Ölkəmizdə yayılmaqda olan COVID-19 pan-

demiyasının qarşısını almaq üçün gördüyünüz çoxsaylı tədbirlərə görə Sizə minnətdarlığımı çatdırıram.

Mənim 69 yaşım var, pensiyaçıyam. Bu ağır günlərdə Azərbaycan xalqının hər bir ailəsini öz ailəniz kimi gördünüz. Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın mənfi təsirləri minimuma endirilib. Buna görə Sizə təşəkkürümü bildirirəm. Allahdan Sizə uzun ömür və cansağlığı arzu edirəm.

Hörmətlə,Qunça Mustafa qızı Qafarova,Bakı şəhəri, Nəsimi rayonu.

Azərbaycan gəncləri Sizinlə fəxr edirlər

Möhtərəm cənab Prezidentimiz!Bu məktubu yazmaqda məqsədim

Azərbaycanın bir gənc vətəndaşı olaraq, Sizə minnatdarlıq etməkdir.

Dünyanın bu çətin vəziyyətində bizə öz qay-ğınızı əsirgəmirsiniz. Xalqın dar günündə bir çox ölkələrin öz vətəndaşlarına göstərmədiyi qayğını Siz Azərbaycan vətəndaşlardan əsirgəmirsiniz. Atam həmişə bizə “Azərbaycanlı olmağımızla fəxr edin”, – deyir. Bu sevgi və qayğını bizə Siz bəxş etmisiniz. Siz heç zaman heç bir vətəndaşı yaddan çıxarmırsınız, biz tələbələrə də öz qayğı-nızı göstərirsiniz.

Sizə ailə üzvlərim və bütün Azərbaycan gəncləri adından minnətdarlığımı bildirirəm. Azərbaycan gəncləri öz Prezidenti ilə fəxr edir və Sizi dəstəkləyirlər. Allah Sizi qorusun!

Hörmətlə,Şəhriyar Bəxtiyar oğlu Cəfərli,Masallı rayonu, Hüseynhacılı kəndi.

Düşmənə qalib gələcəyimizə varlığımız qədər inanırıq

Hörmətli cənab Prezident!Cəbhə bölgəsində yaşayan vətəndaşlar

olaraq inanırıq ki, Sizin və Mehriban xanım Əliyevanın güclü iradəsi və qətiyyətli siyasəti nəticəsində biz mövcud pandemiyaya tez bir zamanda qalib gələcəyik. Sizin atdığınız addım-lar artıq öz səmərəsini verməkdədir. Bir neçə gündür pandemiya ilə bağlı açıqlanan statistika nikbinliyə əsas yaradır.

Kim bilir, bəlkə də bir çoxları üçün qarşısıa-lınmaz olan bu düşmənə qarşı qələbəmiz bizim növbəti zəfərlərimizin başlanğıcı olacaqdır. Sizin sayənizdə yağı düşmənə də qalib gələcəyimizə və işğal altında olan torpaqlarımızı azad edəcəyimizə varlığımız qədər inanırıq!

Uca Allah Sizi və ailənizi hifz etsin!

Hörmətlə,Yeganə Elman qızı Fərəcova,Füzuli rayonundan məcburi köçkün,Horadiz şəhəri.

“Xalq qəzeti”Heç bir siyasi partiyaya mənsub olmayan deputatların onlayn iclası keçirilib � Aprelin 21-də Milli Məclisin Sədri Sahibə

Qafarovanın iştirakı ilə heç bir siyasi partiyaya mənsub olmayan deputatların onlayn iclası keçirilib.

Milli Məclisin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, parlamen-tin Spikeri deputatlara tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzu-layıb.

Sonra Milli Məclis Sədrinin müavini Adil Əliyev çıxış edərək deyib ki, VI çağırış Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan deputatlar say etibarilə Yeni Azərbaycan Partiyasının üzvlərindən sonra ikinci böyük qrupdur. O, parlament rəhbərliyində partiya mənsubiyyəti olma-yan deputatların təmsilçisi kimi həmkarları ilə fikir mübadiləsi aparmağa xüsusi önəm verdiyini söyləyib. Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk icla-sındaki nitqində irəli sürülən tövsiyələrə uyğun olaraq par-tiya mənsubiyyəti olmayan deputatların da ölkəmizdə islahatların hüquqi bazasının genişlənməsi, Azərbaycan qanunvericiliyinin daha da təkmilləşməsi istiqamətində

görüləcək işlərdə fəallıq göstərəcəyi vurğulanıb. Tədbirdə deputatlar günün aktual məsələlərindən söhbət açıblar, qanunvericiliklə bağlı təkliflərini diqqətə çatdırıblar.

İlk onlayn iclasda ətraflı müzakirə olunan mövzular-dan biri də ölkəmizdə koro-navirus epidemiyasının geniş yayılmasının qarşısının alın-ması istiqamətində görülən tədbirlərlə bağlı olub. Bu məsələ ilə əlaqədar bildirilib ki, hazırda bütün bəşəriyyət, o cümlədən Azərbaycan

koronavirusla mübarizəni da-vam etdirir. Ölkəmizdə virusa yoluxanların sayı getdikcə azalır, müalicə olunaraq sa-

ğalanların sayı isə günbəgün artır.

Qeyd edilib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət, son iki ayda həyata keçirilən dövlət tədbirləri, atılan qətiyyətli addımlar Azərbaycanı bir sıra ölkələrin üzləşdiyi çətinliklərdən sığortalayıb. Ciddi tədbirlər görülməsəydi, vəziyyət nəzarətdən çıxa bilərdi. Dövlət başçısının da vurğu-ladığı kimi, Azərbaycan bu sınaqdan da üzüağ çıxacaq.

Milli Məclisin mətbuat xidmətinin məlumatı

� Koronavirus pandemiyası ilə əlaqədar Milli Məclisin plenar iclaslarında sanitariya normalarına riayət etmək üçün deputatları iki metr məsafə ilə hər sırada bir nəfər əyləşdirmək məcburiyyəti yaranıb. Milli Məclisin plenar iclas zalında bu qayda ilə 96 deputat yerləşə bilər.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, de-putatların hamısını əyləşdirmək məqsədilə nisbətən cavan deputatlar qabaqcadan məlumatlandırılıb ki, onlar zalda qonaq-lar üçün nəzərdə tutulmuş yuxarı yerlərdə yerləşdiriləcəklər. Həmin yerlərdə deputat-lara çıxışa yazılmaq və çıxış etmək üçün şərait yaradılıb. Səsvermə isə əlqaldırma yolu ilə həyata keçirilir. Bu tədbir müvəqqəti çıxış yolu kimi deputatlar tərəfindən qiymətləndirilib.

Lakin bu günlərdə bəzi kütləvi informa-siya vasitələrində bu tədbirlə bağlı nara-zılığın yaranması haqqında məlumatlar yayılıb. Bu məlumat əsasən deputat Ramil Həsənin sosial şəbəkədə paylaşdığı fikirlərlə əlaqələndirilir. Qeyd etmək lazımdır ki, deputat Ramil Həsənə Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev tərəfindən bu tədbirin məcburi müvəqqəti xarakter daşıdığı izah edilib. Deputat Ramil Həsən buna anlayış-la yanaşıb və o, bunun hər hansı deputata qarşı aşağılayıcı münasibət olmadığını başa

düşüb. Deputat Ramil Həsən Milli Məclisin Sədri tərəfindən tənbeh edilməyib və ona heç bir xəbərdarlıq olunmayıb. Bəzi KİV-lərin bu məsələ ətrafında sensasiya yaratması həmin KİV-lərə heç də başucalığı gətirmir. Bir daha kütləvi informasiya vasitələrinə sensasiya dalınca qaçmamağı və faktları olduğu kimi çatdırmağı tövsiyə edirik.

* * *Bəzi kütləvi informasiya vasitələrində Milli

Məclis Aparatının inzibati və hərbi qanun-vericilik şöbəsinin inzibati qanunvericilik sektoru müdiri vəzifəsinə Eldar İsmayıl oğlu Əsgərovun təyin edilməsi barədə məlumat yayılıb.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu xəbər həqiqətə uyğun deyil. Belə ki, Eldar Əsgərov 2017-ci il fevralın 13-dən Parlament Aparatı-nın adıçəkilən şöbəsinin hərbi qanunvericilik sektorunun müdiri vəzifəsində çalışır.

“KİV nümayəndələrindən bu cür informa-siyaları yayarkən bir daha diqqətli olmağa çağırırıq”, - deyə məlumatda qeyd edilir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 aprel tarixli Sərəncamına Əlavə

Qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış

məntəqələri üzrə bölgüsünə dair siyahıSıra№-si

Rayonun, şəhərin adı Quyuların sayı, ədəd

Yaşayış məntəqələrinin adı Əhalinin sayı, nəfər

Ağdaş 2 Ağzıbir 1981Şəkili 1201

Biləsuvar 2 Dərvişli kəndi 1766Gəncə 2 Kəpəz rayonu 178500Xocavənd 2 Muğanlı kəndi 1485Yardımlı 1 Köryədi kəndi 1813Şuşa (Ağdam rayonu ərazisi) 2 Mirzələr qış yatağı 698Laçın (Ağcabədi rayonu ərazisi) 2 “Qayğı” qəsəbəsi 453

“Mişni” obası 208Qobustan 2 Təklə kəndi 2166

Təklə Mirzəbaba kəndi 2498Lerik 1 Kələxan kəndi 483Naftalan 1 Qasımbəyli kəndi 444

Cəmi 17 13 193 696

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə hüquq institutları-nın möhkəmləndirilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqla-rının etibarlı təmin olunması üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə məhkəmə-hüquq islahatla-rının dərinləşdirilməsi, məhkəmələrin və prokurorluq orqanlarının işinin mü-asir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil olunması prosesi sistemli olaraq davam etdirilir.

Dövlət başçısı tərəfindən 2019-cu il aprelin 3-də imzalanmış “Məhkəmə-hüquq sistemində isla-hatların dərinləşdirilməsi haqqında” fərmanda məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulma-sı, infrastrukturun təkmilləşdirilməsi və məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi istiqamətində verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamı olub.

Müasir dövrün çağırışlarına cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin for-malaşdırılması, o cümlədən ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədi daşıyan həmin fərmanla müəyyən edilmiş vəzifələrin icrası istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu Ədliyyə Nazirliyi və Ali Məhkəmə ilə birgə sistemli tədbirlər hazırlayaraq həyata keçirib.

Fərmanın 2-ci bəndində cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi istiqamətində dövlət başçısının tapşı-

rıq və tövsiyələrinin icrası ilə əlaqədar Ali Məhkəmə, Baş Prokurorluq və Ədliyyə Nazirliyi tərəfindən Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrinə 400-ə yaxın dəyişikliklər edilməsi haqqında qanun layihələri hazırlanaraq təqdim edilib.

Fərmanla məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi təhlil edilməsi və fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlərin görülməsi Baş Prokurorluğa tövsiyə edilib və bu məqsədlə müvafiq komissiya yara-dılmaqla bu sahədə vəziyyət ətraflı və dərindən təhlil olunub, beynəlxalq standartlar və xarici dövlətlərin təcrübəsi öyrənilib.

Məhkəmələrdə dövlət ittiha-mının müdafiəsinin daha effektiv həyata keçirilməsi, vahid təcrübənin formalaşdırılması, məhkəmələrlə dövlət ittihamının müdafiəsini həyata keçirən prokurorlar arasında qar-şılıqlı əlaqələrin daha səmərəli təşkilinin təmin edilməsi, əhalinin prokurorluğa müraciət etmək imkan-larının asanlaşdırılması məqsədilə, Baş prokurorun 2020-ci il 24 fevral tarixli əmri ilə apellyasiya instansiyası məhkəmələrinin ərazi yurisdiksiya-sına müvafiq olaraq Baş Prokuror-luğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin strukturu yenidən təşkil edilib və idarənin tərkibində Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan regional şöbələri, eləcə də kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə və ittihamın təşkili və təhlili şöbələri təsis edilib.

Eyni tarixli sərəncamla Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsində möv-cud vəzifələrin yüksək nəzəri bi-lik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri hesa-bına yenidən komplektləşdirilməsi

üçün müsabiqə elan olunaraq Ali Məhkəmə, Məhkəmə-Hüquq Şura-sı və Hakimlərin Seçki Komitəsinin nümayəndələrinin də iştirak etdiyi Müsabiqə Komissiyası yaradılıb. Müsabiqənin nəticələrinə əsasən idarənin prokuror və böyük proku-roru vəzifələrinə təyinatlar həyata keçirilərək ştat tərkibi 44 faiz yenilənib.

Bununla yanaşı, qeyd edilən sahədə elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və məhkəmələrdə dövlət ittihamının müdafiəsinin səmərəliliyinin daha da artırılması məqsədilə cinayət işlərinə məhkəmələrdə baxılmasının nəticələrinin elektronlaşdırılmasını əhatə edən “Elektron İttiham” proqra-mı hazırlanaraq istifadəyə verilib.

Həmçinin dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi təhlil edilməsi və fəaliyyətin keyfiyyətinin artırılması üzrə zəruri tədbirlərin görülməsi da-vam etdirilərək 2019-cu il 3 aprel ta-rixli “Məhkəmə-hüquq sistemində isla-hatların dərinləşdirilməsi haqqında” fərmanında müəyyən edilmiş tapşırıq və tövsiyələrin yerinə yetirilməsinin təmin edilməsi məqsədilə Baş proku-ror tərəfindən müvafiq sahəvi əmrlər imzalanıb.

Ümumilikdə, fərmanın icra-sı vətəndaşlarımızın və hüquqi şəxslərin hüquqlarının məhkəmə müdafiəsinin yüksək tələblər səviyyəsində daha etibarlı təmin olunmasına, ədalət mühakiməsinə ictimai etimadın yüksəlməsinə,

əhaliyə daha çevik, asan və alter-nativ xidmətlərin göstərilməsinə, regionlarda hüquq institutlarının inkişafına, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsinə, məhkəmələrə kənar müdaxilələrin qarşısının alınmasına, qey-ri-prosessual münasibətlərin, süründürməçiliyin və digər neqativ halların yolverilməzliyinin, məhkəmə qərarlarının ədalətliliyinin və vaxtında icrasının təmin olunmasına, şəffaflığın və işlərə baxılmasının keyfiyyətinin artırılmasına, o cümlədən cinayət təqibi orqanlarında başlanmış cinayət işlərinin istintaqı zamanı cinayət qa-nunvericiliyinin müddəalarına düzgün istinad edilməklə əmələ obyektiv hü-quqi qiymət verilməsi, cinayət işlərinin yüksək peşəkarlıqla istintaq edilməsi, prokurorlar tərəfindən ibtidai araş-dırmanın həm prokurorluq, həm də digər istintaq orqanlarında keyfiyyətlə aparılması istiqamətində kəsərli tədbirlərin görülməsinə yönəlmiş məhkəmə təcrübəsinin formalaşdırıl-masına və icra olunması mexanizmi-nin təsbit edilməsinə xidmət edib.

Azərbaycan Respublikasının prokurorluq orqanları bundan son-ra da öz fəaliyyətini dövlət başçısı tərəfindən göstərilən etimada la-yiq səviyyədə qurmaqla, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində üzərinə düşən vəzifələri daha da məsuliyyətlə yerinə yetirərək cinayətkarlığa qarşı ciddi və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsini təmin edəcək.

Dövlət başçısının məhkəmə-hüquq islahatları ilə bağlı tövsiyələri prokurorluq orqanlarında uğurla həyata keçirilir

Məhkəmə-hüquq islahatlarının icrası istiqamətində Baş Prokurorluq Ədliyyə Nazirliyi və Ali Məhkəmə ilə birgə sistemli tədbirlər həyata keçirib

� Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi kursunun və strateji inkişaf konsepsiyasının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli əsaslandırılmış müdrik dövlət siyasətinin, yüksək siyasi iradəsi və dönməz qətiyyəti nəticəsində uğurla reallaşdırılan sistemli islahatlar ölkəmizin davamlı və dayanıqlı inkişafını təmin etməklə dövlətimizin daha da qüdrətlənməsinə, xalqımızın rifahının ildən-ilə yüksəlməsinə səbəb olub.

Page 3: Gücünü xalqından alan lider - XALQQAZETI.COMxalqqazeti.com/pdf/xalq 22 aprel OPT.pdf · idxal-ixrac proseslərinin, tənzimləmələrin həyata keçirilməsi nəzərdə tutulur

22 aprel 2020-ci il, çərşənbə 3

İndi dünyanın bir çox böyük dövlətlərinin belə koronavirus pandemiyasının ağır fəsadları qarşısında zəif, naəlaac qaldığı bir məqamda, Azərbaycanda Prezident İlham Əliyevin müdrik liderliyi ilə bu təhlükənin önlənməsi, əhalinin sağlamlığının qorunması üçün ardıcıl, düşünülmüş addımlar atılıb.

Nəticə göz qabağındadır. Bu gün Azərbaycan xalqı və dövləti, bəlkə də, son yüzilin ən ağır sınağından uğur-la, zəfərlə çıxmaq üzrədir. Təhlükənin ilk anından “Biz birlikdə güclüyük” deyə bəyan edən və dövlətin bütün resurslarını səfərbər etməyi bacaran cənab Prezidentin tarixi xidmətlərini nə qədirbilən xalqımız unudacaq, nə də əlahəzrət zaman.

Dövlətin, xalqın mənafeyi naminə atılan heç bir insani fədakarlıq, yüksək qətiyyət və parlaq əməllər izsiz qalmır. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, dövlətimizin başçısının xalqı-mızın sağlamlığına göstərdiyi yüksək diqqət və qayğı ölkə vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır.

Şəki şəhərinin sakini Mənsurə Cəbrayılova dövlət başçısına ünvanladığı məktubda yazır: “Mən sadə bir Azərbaycan vətəndaşı, müəllim, mədəniyyət işçisi olaraq, Sizinlə qürur duyuram. Biz Sizin xalqımız üçün necə böyük işlər gördüyünüzün şa-hidiyik. Dünyanı pis günə qo-yan bu virusla mübarizədə və bütün işlərinizdə Sizə dualar edirik. Mən və ailəm Uca Al-lahdan təvəqqe edirik ki, Sizə, həkimlərimizə, ordumuza, bu mübarizədə əməyi olan hər bir şəxsə dayaq olsun. Amin!”.

Görürsünüzmü, nə qədər səmimi, qəlbdən gələn sözlər

və duyğulardır. Belə səmimi sözlərə yalnız xalqını sonsuz məhəbbətlə sevən, onun xoşbəxtliyi üçün danılmaz fədakarlıqlar göstərən liderlər layiqdir. Prezident İlham Əliyev məhz belə bir liderdir!

Şəkidən dövlət başçısı-na başqa bir məktubu isə rayonun Qudula kəndinin sakini Nemət Əliyev ünvan-layıb. N.Əliyev yazır ki, bütün dünyanı bürüyən koronavirus xəstəliyinə qarşı mübarizədə respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük işlər görülür. İnsanlar televiziyada dövlət başçısının çıxışlarını diqqətlə dinləyirlər. Prezidentin imzaladığı müdrik qərarları tamamilə dəstəkləyirlər. Sadə zəhmət adamları cənab Prezidentin ağır pandemiya dönəmində ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalçıları-nın xərclərini qarşılamaq məqsədilə ayırdığı vəsaitlərə görə dərin minnətdarlıqlarını bildirirlər.

Azərbaycanın sərhəd bölgəsi olan Füzuli ra-yonunun sakini Vüsət Xəlilov bu ağır və çətin günlərdə sadə vətəndaşların yanında olduğuna, xüsusi karantin müddətində işsiz və aztəminatlı ailələrə aylıq 190 manat pul vəsaitinin ödənilməsinə görə bütün rayon sakinləri adından dövlət başçısına dərin minnətdarlığını bildirir. V.Xəlilovun qəlbindən dilinə axan sözlərin səmimiyyətinə inanmamaq sadəcə mümkün deyil: “Bir daha əmin olduq ki, Sizi özümüzə lider seçməkdə yanılmamışıq. Siz ümum-milli liderimiz kimi mürəkkəb vəziyyətlərdə böyük iradə nümayiş etdirməklə, xalqı irəli aparmağa qadir rəhbərsiniz və bizim xatirəmizdə daim belə

qalacaqsınız. Allah yardımçı-nız olsun!”.

İnsanlar dövlət başçı-sına inanır və güvənirlər. Sumqayıt şəhərindən Ləman Ramazanova haqlı olaraq cənab Prezidenti dövlətimizin böyük uğur-larının memarı adlandırır: “Möhtərəm cənab Prezident! Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasına imkan vermədiyinizə görə Sizə minnətdarıq. Vaxtında görülən tədbirlər sayəsində biz bu gün evimizdə sağlam şəkildə ailəmizin yanındayıq. Bu mübarizədə bir çox adam-lar qəhrəmanlıq göstərir, bu qəhrəmanlıqlar bizi qələbəyə yaxınlaşdırır. Bu qələbədə nə qədər çox adamın payı olsa da bayraqdarımız, qələbənin memarı Sizsiniz. Allah Sizi xalqımıza çox görməsin!”

Xalqımız dövlət başçısının yüksək səmərəli fəaliyyətini görür, müşahidə edir və layiqincə dəyərləndirir. Bakı şəhəri, Xətai rayonunun sakini Zəminə Cəfərova öz minnətdarlıq duyğu-larını belə ifadə etmişdir: “Möhtərəm cənab Prezident! Sizin müdrik siyasətinizin nəticəsi olaraq, Azərbaycan cənnət diyara çevrilmişdir. Qlobal pandemiyanın yayıl-dığı bir zamanda məhz Sizin rəhbərliyinizlə koronavirus ilə mübarizədə dövlət vax-tında qabaqlayıcı tədbirlər gördü. Bunun nəticəsidir ki, Azərbaycanda xəstələrin sayı da çox az oldu. Ölkəmizdə COVİD-19 infeksiyasına qarşı görülmüş bütün qabaq-layıcı tədbirlər insanlarımızın sağlamlığının qarantıdır. Sizin işsiz vətəndaşlara və sahib-karlara göstərdiyiniz maddi və mənəvi dəstək əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür”.

Qeyd etmək lazımdır ki, dövlət başçısına ünvanla-nan məktubların coğrafiyası da genişdir. Bu məktublar, demək olar ki, ölkəmizin hər bir yaxın-uzaq guşəsini, ən müxtəlif şəhər və kəndləri əhatə edir. Məsələn, İbrahim Şıxməmmədov Balakən rayonunun Qullar kəndinin sakinidir. O, özünün dövlət başçısına minnətdarlıq duyğularını aşağıdakı səmimi sözlərlə ifadə edib: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Sizi salamlayır və bu məktubumda Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu çətin günlərdə, “ölüm kabusu” insanların aldığı hər nəfəsdə dolaşarkən, xalqla birlikdə ol-duğunuza, COVID-19 pande-miyasının ölkəmizdə qarşısı-nın alınması üçün qabaqlayıcı tədbirlər gördüyünüzə görə, Sizə sonsuz minnətdarıq. İnanırıq ki, dünya tezliklə bu bəladan xilas olacaq, həyatımız əvvəlki axarına düşəcəkdir. Yaxşı ki, varsı-nız. Nə yaxşı ki, bu ölkənin Prezidenti Sizsiniz. Allah Sizi və ailənizi qorusun”.

Heydər Səmədov Neftça-la rayonundakı Mürsəqulu kəndində fermerdir. Bütün fermerlər kimi, o da dövlət başçısının kənd təsərrüfatının inkişafına göstərdiyi dəs-tək dən çox məmnundur. Təcrübəli fermer pande-miyaya qarşı mübarizədə dövlət başçısının göstərdiyi qətiyyət və yüksək idarəçilik səriştəsindən heyranlığını gizlətmir: “Sizin pandemiya şəraitində Azərbaycanı ağır təhlükədən necə qurtardığınız bir tarixdir. Yeni növ korona-virusun böyük insan tələfatı ilə nəticələnməsinin qarşısını almaq Sizin düşünülmüş, qabaqlayıcı tədbirlərinizin sayəsində mümkün olmuş-dur. Fərdi sahibkarlar kimi, Sizin bütün çağırışlarınızı dəstəkləyirik”.

Şamaxı rayonu, Sa-bir qəsəbəsinin sakini Şəfa Hacıyeva Azərbaycan dövləti tərəfindən əhalinin sosial müdafiəsi üçün görülən işlərdən razılıq edir və təhlükənin aradan qaldırılması üçün atılan addımları alqışla-yır: “Hörmətli cənab Prezident! Ölkəmiz koronavirus ilə bağlı aparılan mübarizədə zama-nında verilmiş qərarlarınız sayəsində ən inkişaf etmiş dövlətlərlə bir pillədə du-rur. Bu dövlət rəhbərinin uzaqgörənliyinin nəticəsidir. Bizimlə bərabər ailəmizin, övladlarımızın rifahını dü-şündüyünüz üçün Sizə ailəm və yaxınlarım adından dərin minnətdarlığımı bildirirəm. Sizin kimi rəhbəri olan dövlətin vətəndaşı olduğum üçün qürur duyuram. Hər zaman dövlətimizin rifahı naminə atacağınız qərarlarınızda yanı-nızdayam”.

Əlamətdar haldır ki, dövlət başçısına məktub

ünvanlayanlar arasında rus millətindən olan Azərbaycan vətəndaşları da az deyil. İs-mayıllı rayonundakı İvanov-ka kəndinin sakini Tatyana Ravçeyeva Prezident İlham Əliyevə olan dərin rəğbətini bu sözlərlə qələmə almışdır: “Hörmətli cənab Prezident. Siz, həmişə olduğu kimi, bu çətin dövrdə də xalqın yanındasınız, ona daim qayğı göstərirsiniz. Sizin düşüncə və əməlləriniz insanların həyatının qorunmasına, onla-rın sağlamlığının müdafiəsinə, maddi vəziyyətlərinin yax-şılaşdırılmasına yönəldilib. Sizin koronavirusla mübarizə istiqamətində qəbul etdi-yiniz tədbirlər qəlbinizin mərhəmətindən, sevginizin dərinliyindən, təfəkkürünüzün gücündən və müdrikliyindən xəbər verir.

Ailəm adından və şəxsən öz adımdan Sizə – gözəl insan və müdrik rəhbərə öz xalqı-nın qayğısına qaldığı üçün minnətdarlığımı bildirirəm. Əminəm ki, biz bu bəlanın öhdəsindən birlikdə gələcəyik. Biz daim Sizinləyik, biz birlikdə güclüyük! Allah Sizi qorusun”.

Masallı rayonunun Türkoba kəndinin sakini Füzuli Abdullayev Qara-bağ qazisidir. O, əmindir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə doğma Qarabağın hər qarış torpa-ğa yağı düşməndən mütləq azad ediləcək. F.Abdullayev hələlik bu gün koronavirusla mübarizədə vətəndaşlarımızın sağlamlığını hər şeydən vacib bilən və bu istiqamətdə bütün lazımi addımları atan dövlət başçısına qəlbən minnətdardır.

Bu günlərdə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin dövlət başçısına yazdıqla-rı məktublarda əks olunan səmimi fikir və arzular da diqqətə layiqdir. Azərbaycan Respublikasının Xalq artisti Roza Cəlilova dövlət başçısı-na müraciətində yazıb: “Sizin ölkəmizin inkişafı, xalqımızın rifah halının yüksəldilməsi uğrunda apardığınız düzgün siyasətə gözə Zati-alilərinizə ürəkdən təşəkkür edirəm. Birlik dirilikdir. Biz Sizin ətrafınızda sıx birləşərək böyük qüvvəyə çevriləcək və koronavirus pandemiyasının sınağından tezliklə alnıaçıq çıxacağıq. Mən 91 yaşımda buna ümid edirəm və inanıram. Cənab Prezident, Sizə tutduğunuz ali dövləti vəzifədə yeni uğurlar, möhkəm cansağlığı, uzun ömür, başda Siz olmaqla xalqımıza Ulu Tanrıdan kömək diləyirəm”.

Bu günlərdə Prezident İlham Əliyevə ünvanlanan məktublar olduqca çox-dur. Bu səmimi məktub və müraciətlərin hər birində Azərbaycan vətəndaşlarının öz sevimli liderinə sonsuz etimadı parlaq əksini tapıb.

M.HACIXANLI, “Xalq qəzeti”

(əvvəli 1-ci səhifədə)

Bu, həm də Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursunun dünyada bir-birinə qarşı duran qütblər tərəfindən müsbət qiymətləndirilməsinin göstəricisidir. Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda, ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan etibarın for-malaşmasını şərtləndirən əsas amillərdir.

Bu baxımdan 2017-ci ilin fevral ayında Rusi-ya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, gene-ral Valeri Gerasimov ilə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Cozef Danfordun, həmin ilin sentyabr ayında general Valeri Gerasimov ilə NATO Hərbi Komitəsinin rəhbəri, general Peti Pavelin, 2018-ci ilin aprel və dekabr aylarında general Gerasi-mov ilə NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin Baş Komandanı Kertis Skaparatti və nəhayət, 2019-cu ilin iyul ayında Rusiyanın ali hərbi rəhbərliyi ilə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters arasında görüşlərin Bakıda keçirilməsi təsadüfi sayılmamalıdır. Beləliklə, bu ilin fevra-lındakı ğörüş də daxil olmaqla, Bakı altıncı dəfə Rusiya ilə Qərb arasındakı ali hərbi danışıqlara evsahibliyi etdi. Heç şübhəsiz, bu seçim səbəbsiz deyildir. Əsas səbəb odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və qətiyyətli siyasət dünyanın əsas güc mərkəzləri tərəfindən ehtiramla qarşılanır.

Bütün bunların təminatçısı, təbii ki, Azərbaycan xalqı və onun iqtidarla olan monolit birliyi, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin kökündə dayanan əsas amil xalqın Prezident İlham Əliyevə olan inamı, etimadı və etibarı ilə bağlıdır. Prezidentin xalqının sevgisini qazanmasını şərtləndirən əsas amil isə, onun hər hansı beynəlxalq siyasi dairənin və ya böyük dövlətin diqtəsi altında deyil, məhz öz xal-qının mənafeyindən, dövlətçilik maraqlarından, milli –mənəvi dəyərlərdən irəli gələn müstəqil siyasəti həyata keçirməsidir. Təsadüfi deyil ki, bu gün də , Prezident İlham Əliyev bütün dünyada müstəqil siyasət həyata keçirən lider kimi tanınır və böyük nüfuz sahibidir.

Fransanın “Opinion Way” şirkətinin Azərbaycan Prezidenti İlham Əliyevin son bir ildəki fəaliyyəti ilə bağlı açıqladığı geniş rəy sorğusunun nəticələri bir tərəfdən ölkəmizi daha dərindən tanıdan əhatəli sənəd kimi, digər tərəfdən isə “iqtidar-xalq” vəhdətinin sarsıl-mazlığının təzahürü olduğunu dəyərləndirilir. Sorğunun nəticəsi, eyni zamanda, Prezidentin daxili və xarici siyasətinin Azərbaycan xalqı tərəfindən necə diqqətlə izlənilməsinin sübutu kimi əhəmiyyətlidir. Rəyi soruşulanların 80 faizdən çoxunun Azərbaycandakı möhkəm və davamlı sabitliyi Prezidentin fəaliyyətinin birbaşa nəticəsi hesab etməsi təsdiqləyir ki, ölkəmizdəki sabitliyin əsas sütunu “xalq- iqtidar” birliyidir. Bu fakt bir daha təsdiqlədi ki, dövlət başçısının fəaliyyəti cəmiyyət tərəfindən böyük razılıqla qar-şılanır. Sorgu bir daha təsdiqlədi ki, Azərbaycan Prezidentinin xüsusilə son bir ildə həyata keçirdiyi geniş sosial müdafiə paketi həqiqətən cəmiyyətimizin gözlədiyi və böyük dəyər verdiyi fəaliyyət istiqamətlərindən biridir.

Dövlətimizin başçısının seçkilər ərəfəsində yeni iqtisadi modelə keçidlə, iqtisadi və sosial sahədə islahatların aparılacağı ilə bağlı verdiyi vədləri ardıcıl olaraq yerinə yetirilir. Son illər bütün sahələr üzrə aparılan islahatlar, xüsusilə kadrların seçilib-yerləşdirilməsi, istedadlı gənclərə etimad göstərilməsi xalq tərəfindən rəğbətlə qarşılanır. Özünün qeyd etdiyi kimi, hər zaman fəaliyyətində xalqın dəstəyinə arxalanan dövlət başçısı daim xalq ilə təmasda olur, vətəndaşları narahat edən problemləri birbaşa onların dilindən dinləyir və bu məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verir. Təbii hadisələr zamanı dövlət başçısının bu hadisələrdən zərər çəkən insanların yanında olması,

onların qarşılaşdıqları problemlərin dövlət vəsaiti hesabına aradan qaldırılması barədə dərhal göstəriş verməsi, Kür daşqını və zəlzələ zamanı evləri da-ğılmış əhaliyə hər cür infrastruktura maik yaraşıqlı və davamlı evlər tikilməsi xalqın gələcəyə inamını daha da artırdı.

Ötən illər ərzində Prezidentin hər zaman xal-qının yanında olduğunun, onların problemlərinin həllinə xüsusi həssaslıqla yanaşdığını görmüşük. Yeri gəlmişkən, ötən illərdə baş verən zəlzələlər nəticəsində Zaqatala, Balakən, Şamaxı, İsma-yıllı və Ağsu rayonlarında bir sıra fərdi evlərə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəymişdi. Hadisədən dərhal sonra dövlətimizin başçısı zəlzələ baş verən ərazidə oldu, vəziyyətlə yerində tanış olaraq vətəndaşlarla görüşdü, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində göstərişlər verdi, müvafiq sərəncam imzalandı və Prezidentin ehtiyat fondundan vəsait ayrıldı. Qısa müddət ərzində fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlərə başlanıldı. Təbii fəlakət nəticəsində dağılan bir sıra evlər təxminən bir ay sonra əsaslı şəkildə təmir edilərək dövlətimizin başçısının və Birin-ci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə sahiblərinə təqdim olundu. Əlbəttə, bu, Azərbaycan Prezidentinin, dövlətinin öz vətəndaşına göstərdiyi diqqətin bariz nümunəsidir.

Hər bir Azərbaycan vətəndaşı bunu bilir, Prezidentin, dövlətinin onun arxasında dayandığı-nı görür, üzləşdiyi problemlərin ədalətli şəkildə, qısa müddət ərzində həll ediləcəyinə inanır. Dövlət başçısının ölkə vətəndaşlarına ünvanladığı “Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti həmişə sizin arxanızdadır” – tezisi hər bir kəsdə iftixar hissi doğurur. Bütün bunlar “iqtidar-xalq” birliyini daha sıx tellərlə bir-birinə bağlayır.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Dövlətimizin siyasəti sosialyönümlüdür və əhalinin həssas qrupla-rına xüsusi diqqəti ilə seçilir. Şəhid ailələrinə, müharibə veteranlarına və əlillərə daim xüsusi qayğı ilə yanaşılması xüsusi qeyd edilməlidir. Xatırladaq ki, 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində növbəti dəfə qələbə qa-zandıqdan sonra dövlət başçısının imzaladığı ilk fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin onun növbəti prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən biri olduğunu təsdiq etdi. 2019-cu il 28 yanvar tarixli fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsi ilə əlaqədar oldu.

“2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır”, -- deyə bəyan edən Prezident İlham Əliyevin bu sözləri onun uğurlu sosial islahat-lar paketinin nailiyyətləri kimi, əhalinin rifah halının yaxşılaşdırılması sahəsində ciddi addım-ların atılması ilə real təsdiqini tapıb. Minimum əməkhaqqının, minimum pensiyanın bir il ərzində iki dəfə, bütün növ sosial müavinətlərin, əmək haqlarının, pensiyaların artırılması ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərdi. Bütün bunlar Azərbaycanın sosi-alyönümlü dövlət siyasətinin əsasında humanizm prinsipləri dayandığının növbəti təsdiqi oldu.

Dövlətimizin başçısının paytaxtda və bölgələrimizdə vətəndaşlarla keçirdiyi səmimi görüşlər, onların qayğıları ilə yaxından maraqlan-ması, insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində qəbul edilən qərarlar ölkəmizdə “xalq-iqtidar” birliyini getdikcə möhkəmləndirir, xalqın Prezidentinə olan inamını daha da artırır.

Son vaxtlar koronavirus pandemiyasının sürətlə yayıldığı və acı fəsadları ilə insanları ciddi narahat etdiyi bir zamanda da dövlət başçımızın humanist addımlar atması, əhaliyə dəyən zərərin dövlət vəsaiti hesabın ödənilməsi barədə göstəriş verməsi, həmçinin yeni modul tipli xəstəxanaların tikilməsi barədə tapşırıq verməsi ölkə vətəndaşlarının gələcəyə olan inamını daha da artırıb. Xalq Prezidentə inanır və güvənir.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Gücünü xalqından alan lider

Üç ayda 10,6 milyard manatlıq sənaye məhsulu

Dövlət Statistika Komitəsindən verilən məlumatda deylir ki, sənaye məhsulunun 65,5 faizi mədənçıxarma sektorunda, 28,4 faizi emal sektorun-da, 5,4 faizi elektrik enerji-si, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sekto-runda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 3,9 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 15,3 faiz artmışdır.

Emal sektorunda avtomo-bil, qoşqu və yarımqoşquların istehsalı 7,3 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 3,9 dəfə, metallur-giya sənayesi məhsullarının istehsalı 2,1 dəfə, içkilərin istehsalı 2,1 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 66,7 faiz,

əczaçılıq məhsullarının isteh-salı 36,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 28 faiz, tütün məmulatlarının is-tehsalı 28 faiz, kimya sənayesi məhsullarının istehsalı 25,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 25 faiz, poliqrafiya məhsullarının istehsalı 20,2 faiz, kağız və karton istehsalı 20,2 faiz, elektrik avadanlıqlarının isteh-salı 18,3 faiz, mebel istehsalı 14,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 10,5 faiz, geyim istehsalı 10 faiz, neft məhsullarının istehsalı 9,6 faiz, qida məhsullarının istehsalı 5,3 faiz, hazır metal məmulatlarının istehsalı 2,7 faiz artmış, tikinti materialları-nın istehsalı 14,8 faiz, maşın və avadanlıqların istehsalı 16 faiz, maşın və avadanlıq-ların quraşdırılması və təmiri işləri 20,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 60,7 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və bu-xar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 17,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sekto-runda isə 4,2 faiz artmışdır.

Samirə ƏLIYEVA, “Xalq qəzeti”

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-mart aylarında 10,6 milyard

manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 23 faiz artmışdır.

Xalqın dövlət başçısına inam və rəğbəti tükənməzdirBu, Prezidentə ünvanlanmış məktublarda da əksini tapır

H ər bir dövlət xadiminin, tarixi şəxsiyyətin real

gücü, qüdrəti tarixin ən ağır, ən çətin dönəmlərində üzə çıxır. Azərbaycan xalqı həqiqətən xoşbəxt xalqlardandır ki, indiki son dərəcə narahat, taleyüklü bir dönəmdə ölkəmizə Prezident Ilham Əliyev kimi müdrik siyasətçi, görkəmli dövlət xadimi rəhbərlik edir.

Azərbaycan yanvar-fevral aylarında 144 ölkə ilə xarici ticarət əlaqələri saxlamışdır

Gömrük orqanlarında qeydiyyatı apa-rılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 4 milyard 883 milyon ABŞ dolları təşkil et-mişdir. Ticarət dövriyyəsinin 3 milyard 95,9 milyon dollarını və ya 63,4 faizini ölkədən ixrac olunmuş məhsulların, 1 milyard 787,1 milyon dollarını (36,6 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1 milyard 308,8 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,3 faiz, real ifadədə 14,8 faiz, o cümlədən idxal 34,5 faiz, ixrac isə 1 faiz azalmışdır.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, 2020-ci ilin yanvar-fevral aylarında qeyri neft-qaz məhsullarının ixracı 2019-cu ilin yanvar-fevral aylarına nisbətən faktiki qiymətlərlə 5,2 faiz artmış, real ifadədə isə 3,4 faiz azalaraq 295,8 milyon dollar təşkil etmişdir. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın

45,9 faizini İtaliyaya, 9,6 faizini Türkiyəyə, 6,7 faizini İsrailə, 4,6 faizini Yunanıstana, 3,7 faizini Tunisə, 3,2 faizini Çexiyaya, 2,9 faizini Almaniyaya, hər biri 2,8 faiz olmaqla Rusiya və Gürcüstana, 2,7 faizini Ukrayna-ya, 2,0 faizini Çinə, 1,8 faizini Portuqaliya-ya, 11,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (29,8 faiz), Türkiyəyə (25,5 faiz), Gürcüstana (11,8 faiz), İsveçrəyə

(9,7 faiz), Çinə (2,6 faiz), İtaliyaya (2,1 faiz), Ukraynaya (1,9 faiz), İrana (1,9 faiz), Qa-zaxıstana (1,9 faiz), Yunanıstana (1,4 faiz), Almaniyaya (1,3 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,7 faizi Çin, 14,3 faizi Rusiya, 14 faizi ABŞ, 13,2 faizi Türkiyə, 5,3 faizi Almaniya, 4,6 faizi İtaliya, 3,4 fa-izi Ukrayna, 2,9 faizi İran, hər biri 2,2 faiz olmaqla Türkmənistan və Birləşmiş Krallıq,

hər biri 1,9 faiz olmaqla Koreya və Yapo-niya, 1,3 faizi Fransa, 18,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2020-ci ilin yanvar-fevral ayların-da 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə mühüm məhsul növlərindən şəkərin ixracı 3,8 faiz, bitki yağları – 2,7 dəfə, meyvə və tərəvəz konservləri – 1,8 dəfə, meyvə və tərəvəz şirələri – 34,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıq-lar – 2,2 dəfə, kartof – 1,6 dəfə, pambıq lifi – 16,1 faiz, polietilen – 6,1 faiz, emal olunmamış alüminium – 10,6 faiz, pambıq ipliyi – 1,8 dəfə, qara metallardan borular – 1,7 dəfə artmış, təzə meyvə ixracı isə 24,5 faiz, təzə tərəvəz – 12,1 faiz, çay – 10,7 faiz azalmışdır.

2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə 2020-ci ilin yanvar-fevral aylarında bitki yağlarının idxalı 0,7 faiz, təzə meyvə – 9,2 faiz, kartof – 1,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 21,4 faiz, çay – 20,3 faiz, mal əti – 7,2 faiz, təzə tərəvəz – 25,3 faiz, minik avtomobilləri – 2,3 dəfə, dərman vasitələri – 26,6 faiz, polad prokatı – 45,6 artmış, buğda idxalı isə 60,7 faiz, quş əti və onun əlavə məhsulları – 25,5 faiz, xam şəkər və şəkər – 74,3 faiz, siqaret – 88,1 faiz, mineral gübrələr – 58,5 faiz azalmışdır.

Samirə ƏLIYEVA, “Xalq qəzeti”

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respub-likasının hüquqi və fiziki şəxsləri dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 85 ölkəyə məhsul ixrac olunmuş, 136 ölkədən idxal olunmuşdur.

Page 4: Gücünü xalqından alan lider - XALQQAZETI.COMxalqqazeti.com/pdf/xalq 22 aprel OPT.pdf · idxal-ixrac proseslərinin, tənzimləmələrin həyata keçirilməsi nəzərdə tutulur

22 aprel 2020-ci il, çərşənbə4Azərbaycanda yeni koronavirus

infeksiyasına daha 44 yoluxma faktı qeydə alınıb, 74 nəfər müalicə olunaraq sağalıb

� Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasına daha 44 yoluxma faktı qeydə alınıb, 74 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanın-da Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, CO-VID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, hipotireoz və xronik böyrək xəstəliyi olan 1963-cü il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1480 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 865 nəfər müalicə olunaraq sağalıb, 20

nəfər vəfat edib, 595 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdiri-lir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 20 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin

səhhəti stabildir.Ötən müddət ərzində

yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 102.764 test apa-rılıb.

Yeni Azərbaycan Partiyasında qanvermə aksiyası keçirilib

� Aprelin 21-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində qanvermə aksiyası keçirilib. Aksiyada YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının gəncləri iştirak ediblər.

YAP-ın mətbuat xidmətinin rəhbəri, partiyanın Siya-si Şurasının üzvü Hüseyn Paşayev AZƏRTAC-a bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikası-nın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşu-laraq qanvermə aksiyası təşkil edib. Onun sözlərinə görə, hər zaman humanist, xeyirxah təşəbbüslərin müəllifi olan Mehriban xanım Əliyevanın qana ehtiyacı olan insanlar üçün belə bir çağırış etməsi də cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır.

H.Paşayev qeyd edib ki, YAP İcra Katibliyində təşkil olunan bugünkü aksiya irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara, o cümlədən talassemiya xəstələrinə yardım məqsədi daşıyır. O, aksiyanın təşkilinin partiya üzvlərinin vətənpərvərliyindən, onların ölkəmizdə həyata keçirilən bütün xeyirxah işlərdə fəallıq göstərməkdə maraqlı olmasından xəbər verdiyini diqqətə çatdırıb.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının baş həkiminin müavini Namirə Abbasova keçirilən qanvermə aksiya-sını yüksək dəyərləndirib. Onun sözlərinə görə, par-tiyanın hər il belə aksiyalar

təşkil etməsi çox humanist addımdır. N.Abbasova deyib ki, toplanan qan talassemi-ya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara veriləcək. Topla-nan qan laboratoriyalarda yoxlanılacaq. Yaşı 18-dən 65-dək olan sağlam insanlar qan verə bilərlər: “Burada insanlar qan verməzdən əvvəl həkim müayinəsindən keçirlər. İnfeksion xəstəliklər, o cümlədən əməliyyat keçir-miş, həmçinin şəkərli diabet, zob, ürək çatışmazlığından əziyyət çəkən insanlar qan verə bilməzlər. Qanvermənin müsbət cəhətləri də var. Belə ki, təzyiq yüksəkdirsə, qan

verdikdən sonra normalla-şır, qan yaradan orqanla-rın fəaliyyəti yüksəlir. Qan vermək ürəyin də fəaliyyətinə müsbət təsir edir. Ən əsası,

insanlar qan verməklə qana ehtiyacı olan vətəndaşlara yardım göstərdikləri üçün özlərini xoşbəxt hiss edirlər”, - deyə N.Abbasova söyləyib.

Aksiya iştirakçılarından biri olan Amil Xankişiyev deyib: “Bugünkü aksiyada öz ailə üzvlərimlə iştirak edirəm. Belə nəcib bir təşəbbüsdə iştirak etməkdən məmnunuq. Çünki qan verməklə hər hansı bir irsi qan xəstəliyindən əziyyət çəkən vətəndaşımıza kömək edə, onun həyatını xilas edə bilərik”.

Qeyd edək ki, qanvermə aksiyasında, ümumilikdə, 40-dan çox YAP üzvü iştirak edib.

Xalqın sağlamlığının təmin edilməsi dövlət siyasətinin prioritetidir � “Ölkəmizdə əhalinin bütün təbəqələrinin dövlətin yüksək diqqət və

qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır. Bu gün yeni növ koronavirus pandemisiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən operativ və mübarizə xarakterli tədbirlər dövlətin öz vətəndaşlarına verdiyi dəyərin parlaq ifadəsidir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva bildirdi.

Dövlət tərəfindən görülən bütün tədbirlərin xalqın sağlamlığının və ölkəmizin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşı-dığını vurğulayan S.Fətəliyeva Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı mübarizədə ölkəmizin nümunəvi olduğunu da diqqətə çatdırdı. O qeyd etdi ki, koronavirus pandemiyası ilə mübarizə tədbirləri Prezident İlham Əliyevin şəxsi nəzarətindədir: “Hazırda bütün müvafiq strukturlar bu məqsəd üçün səfərbər olunub. Yaranmış şəraitlə əlaqədar dövlət başçısı tərəfindən iqtisadiyyatımızı, o cümlədən insanlarımızın sosial həyatını qo-rumaq üçün çox mühüm qərarlar verilib. Eyni

zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlətimizin başçısı ilə bu istiqamətdəki gərgin zəhməti xüsusilə qeyd olunmalıdır. Məlumdur ki, Mehriban xanım Əliyeva ixtisasca həkimdir və təbii ki, koronavirus pandemisiyasına qarşı mübarizə tədbirlərində onun tibbi bilik və təcrübəsi də mühüm rol oynayır. Bir sıra xəstəxanaların pandemiya ilə mübarizə üçün təşkil olunması, yeni laboratoriyaların alın-ması, tibbi personalın bu prosesə səfərbər olunmasında da Mehriban xanım Əliyevanın peşəkarlığı öz sözünü deyir. Mehriban xanım Əliyeva rəsmi “Instagram” səhifəsində xalqa müraciətində xüsusi karantin rejiminə ciddi əməl etməyə, zərurət olmadıqda vətəndaşları evdən çıxmamağa çağırıb. Düşünürəm ki, bu müraciətə hər kəs ciddi əməl etməli, özünü və cəmiyyəti qorumalıdır”.

Xüsusi karantin rejiminin vaxtının mayın 4-nə qədər uzadılmasına münasibət bildirən S.Fətəliyeva bunu düşünülmüş addım kimi qiymətləndirdi və ölkə vətəndaşlarının sağ-lamlığının qorunması, o cümlədən pandemiya-nın geniş yayılmasının qarşısının alınması ilə əlaqələndirdi.

Qələmə aldı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

Leyla Əliyevanın təşəbbüsü ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə dərman preparatları təqdim edilib

AZƏRTAC xəbər verir ki, təqdim olunmuş dərman pre-paratları “Cırtdan” adlı ailəvi meqaşoudan əldə edilən gəlir hesabına alınıb. “Biz birlikdə güclüyük!” şüarı altında təqdim edilən yardım xüsusi karan-tin rejiminin tətbiq olunduğu

vaxtda dövlət səviyyəsində həyata keçirilən tədbirləri dəstəkləmək məqsədi daşıyır.

Son illər ərzində Azərbaycanda xəstə və yardı-ma ehtiyacı olanlara, xüsusilə də uşaqlara qayğı və diqqəti ilə seçilən Leyla Əliyeva

tərəfindən bu insanlara ardıcıl olaraq müxtəlif şəkildə yardım və dəstək göstərilib, onun təşəbbüsü ilə “Cırtdan” me-qaşoudan əldə edilən gəlirlər xüsusi qayğıya ehtiyacı olan

uşaqların sağlamlığının bərpa və təmin olunmasına yönləndirilir.

Qeyd edək ki, keçən il sözügedən layihə çərçivəsində Talassemiya Mərkəzinə

maliyyə yardımı, Milli On-kologiya Mərkəzinin uşaq şöbəsinə dərman preparatları, müxtəlif oyuncaq və digər hədiyyələr təqdim edilib.

Polad BÜLBÜLOĞLU: Dağıstan sərhədinə getmək lazım deyil, portalda qeydiyyatdan keçmək lazımdır

Telekanalın verdiyi məlumata görə, minlərlə azərbaycanlı Rusiyadan çıxa bilmir. “Evə gedirəm” adlı xüsusi portalda Azərbaycan vətəndaşlarının respublikaya qayıtmaları üçün siyahılar tərtib edilir. Portalda “qay-nar xətlər”in nömrələri də göstərilib. Qayıtmağı arzu edənlər bu saytda qeydiy-yatdan keçməli və elektron növbədə nömrələrini almalı-dırlar. Bundan sonra onların evə qayıtmalarına kömək ediləcək.

Səfir deyib: “Başımıza bəla gəlib, ümumi bəla. O, bütün dünyada, o cümlədən bizim regionumuzda da özünü

göstərir. Prezident, Birinci vitse-prezident, hökumət virusun inkişafı, pandemiya-nın inkişafı ilə bağlı vəziyyəti, altında saxlamaq üçün nə mümkündürsə edirlər. Hələ ki, buna müvəffəq olurlar. Bura-da əsas məqsəd əhalini qoru-maq, epidemiyanın geniş ya-yılmasına imkan verməməkdir və hələ ki, başqa ölkələrlə müqayisədə bizdə müvafiq rəqəmlər qismən aşağıdır. Epidemiyanın yayılmaması üçün bütün tədbirlər görülür. Məhz bu səbəbdən, birdən-birə çox sayda insanın ölkəyə geri qaytarılması mümkün de-yil. Karantin müddəti yenidən, bu dəfə mayın 4-nə qədər

uzadılıb. Mayın 4-dən sonra karantin rejiminin yumşal-dılması üzrə tədbirlər hazır-lanır. Amma bu gün sərhəd bağlıdır. Buna görə dövlət tərəfindən “Yedu domoy” (“Evə gedirəm”) adlı xüsusi portal yaradılıb”.

Səfir vurğulayıb ki, insanlar portalda qeydiyyat-

dan keçəndən sonra ümumi mənzərə aydın olub.

Polad Bülbüloğlu deyib: “Karantin rejimində insanları qəbul etmək imkanından asılı olaraq, onların Vətənə qayıdı-şı mərkəzləşdirilmiş qaydada təmin olunacaq. Səfirlik bu gün bu işlə məşğuldur, çünki müraciətlər həddən çoxdur.

Həqiqətən, Rusiya bizə yaxın və dost ölkədir. Biz qonşu ölkələrik. Burada bizim insan-larımız çoxdur. Amma vəziyyət elədir ki, hamını dərhal göndərmək mümkün deyil. Buna görə indi burada, Rusi-yada olan həmvətənlərimizə müraciət etmək istəyirəm. Oraya, Dağıstan sərhədinə getmək lazım deyil, portalda qeydiyyatdan keçmək lazım-dır. Harada, nə vaxt, necə və nə qədər insanın Vətənə qa-yıda biləcəyi portal vasitəsilə bildiriləcək. İndi bu bizim ən vacib vəzifəmizdir”.

Qeyd edək ki, səfirlikdə Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları üçün +79774422964 nömrəli qaynar xətt açılıb.

Fəridə ABDULLAYEVA, AZƏRTAC-ın xüsusi

müxbiriMoskva

� Aprelin 20-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaranmış məhdudiyyətlər fonunda ehtiyac duyulan dərman preparatları təqdim edilib.

� Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “MİR 24” telekanalına verdiyi müsahibədə həmvətənlərimizin Vətənə qayıtmaları üçün Azərbaycan dövləti tərəfindən görülən tədbirlərdən danışıb.

Həkim soydaşımız qardaş ölkədə pandemiya ilə bağlı yaranmış vəziyyətdən, mübarizə tədbirlərindən və müalicə metodikasından söhbət açaraq dedi:

– Hər il keçid mövsümlərində daha çox olmaqla insanlarda qrip müşahidə olunur. Hər kəs ildə bir dəfə də olsa qripə yoluxur, boğazı ağrıyır və bu, 10 gün də olsa davam edir. İmmuniteti normal olan insanlar bunu yaşayır və müəyyən müddətdə virusa qalib gəlirlər. Koronavi-rus olmasa da, başqa viruslardan da hər il minlərlə insan pnevmaniya olur, sağalır və ya ölür. Ona görə də demək olmaz ki, koronavirusun əlacı yoxdur və hər kəs öləcək.

Söhbət ondan gedir ki, hələlik korona-virusun vaksini yoxdur. İnsanlar inanma-lıdır ki, normal və güclü immun sistemləri varsa virusa qalib gələcəklər. Bəzi dərman və vitaminlər isə, sadəcə, xəstəliyin daha ağır keçməməsi üçün istifadə olunur. Burada ən vacib olan məqam xəstəliyin yayılmasının qarşısını alaraq, immuniteti zəif insanların tibbi xidmət ala bilmələrinə şərait yaratmaqdır.

Türkiyədə koronavirus üzrə təşkil edilmiş Elmi Şura gündəlik toplantılar keçirərək, ən son elmi yeniliklərə görə tətbiq olunan protokolları yeniləyir, həkimlərə ünvanlayır. Buna görə də xəstəliyin ağırlaşmaması üçün istifadə olu-nan dərmanlar və metodlar daim yenilənir. Koronaviruslu xəstələrin müalicəsi ilə in-feksiya və ağciyər xəstəlikləri, anesteziya və reanimasiya üzrə mütəxəssislər, daxili xəstəliklər ilə məşğul olan həkimlər, təcili tibbi yardım işçiləri məşğul olurlar.

Türkiyədə virusa yoluxan xəstələri infeksion xəstələr üçün olan palatalara yerləşdirirlər və yaxınları kənardan şüşə ara məsafəsi ilə onları görürlər. Amma indi xəstə sayının cox olması səbəbi ilə hər xəstəxanada belə şərait yaratmaq olmur. Ona görə də cəmiyyət bu mövzu ilə əlaqəli maariflənməli və bir görüşün, əslində, onlar üçün nə qədər təhlükə yara-dacağının fərqində olmalıdır.

Türkiyədə yoluxmanın yaş qrupları üzrə durumu barədə Fərid Qasımzadə belə məlumat verdi:

–Türkiyə səhiyyəsinin statistikası-na görə, 18–65 yaş arası insanlar ölkə əhalisinin, təqribən, 60 faizini əhatə edir. Bu göstərici üzrə Türkiyə koronavirusla mübarizə aparan Avropa ölkələrindən daha gənc hesab olunur. Buna görə də Türkiyədə virusa yoluxan xəstələrin sağalmasında artım faizi daha yuxarıdır. İzolyasiya qaydalarının vacibliyini bütün səhiyyə təşkilatları bildirirlər. Bu baxım-dan xəstəliyin inkişaf dinamikasını ölkə fərqi ilə yox, demoqrafik vəziyyət və

virusa məruzqalma səviyyəsi ilə ölçmək daha doğrudur.

Bu virusa hər yaş qrupu yoluxa bilir. Türkiyədə kişilərin koronavirus xəstəliyini daha ağır formada keçirməsi müşahidə edilir. Bunun da əsas səbəblərindən biri onların daha çox siqaret çəkməsidir. Gənc xəstələrin vəziyyəti, adətən, yaxşı olduğu üçün onlar evdə müalicə olunur-lar. Onların qızdırma və öskürəklərinin olması telefon məsafəsi ilə müəyyən edilir, yoxlanılır. Bu da ondan ötrüdür ki, xəstəxanalarda daha ağır xəstələri qarşı-lamaq üçün yer ehtiyatı tükənməsin. Çox olmasa da, vəziyyətləri orta-ağır, ağır olan gənclər də var. Uşaqların xəstəliyi daha yüngül keçirdiyi və tez sağaldığı müşahidə edildiyi üçün onlara tətbiq edilən müalicə kursu fərqli olur.

Hazırda xüsusilə İstanbulda insan sıxlığına görə koronavirusa yoluxanla-rın sayının artacağı gözlənilir. İnsanlar karantin qaydalarına tam əməl etmədiyi üçün virusdan tam qaçış da yoxdur. Lakin digər ölkələrə nisbətdə, ümumiyyətlə, Türkiyədə ölüm faktı daha azdır. Çünki ölkənin səhiyyə sistemi istər həkim və tibbi personal, istərsə də xəstəxana ilə tib-bi ləvazimat ehtiyatı baxımından hazırkı vəziyyətin öhdəsindən gəlir.

Azərbaycanlı Həkimlər Dərnəyinin rəhbəri çalışdığı xəstəxanada müalicə işlərinin təşkili barədə də danışdı:

– Mən çalışdığım xəstəxananın 7 əsas binasının 3-ü koronaviruslu xəstələr üçün ayrılıb. Müalicə işlərinə bütün sahələrdən həkimlər cəlb edilib. Xəstəxana həkim sayını artıraraq, səhiyyə işçilərinin sağlıq

durumunu qorumağa çalışır. Həkimlər 12 saat işdə olur və 48 saat işdən, viruslu xəstələrdən uzaq qalır. Bəlkə də, İtaliyanın səhvi bu oldu ki, daha çox iş saatı tətbiq edərək, tibb personalının sağlamlığını böyük risk altında qoydu. Bu, onların virusla daha çox təmasda olmasına gətirdi və gündə 60 tibb işçisinin koronavirusdan dünyasını dəyişdiyi kimi hallar oldu. Türkiyədə bu

təcrübə onu göstərir ki, planlı və növbəli şəkildə iş önəmlidir. Bundan başqa, koronavirusla mübarizə aparan həkimlər üçün ayrıca otellər ayrılıb və ailə üzvlərini yoluxdurmamaq üçün tibb işçiləri istirahət günlərini orda keçirə bilərlər.

Müsahibimiz koronavirusa yolux-muş xəstələrin necə qidalanması barədə bildirdi:

– Əvvəla, onu deyim ki, xəstəliyə yo-luxan və yoluxma şübhəsi olan insanlar ev şəraitindədirsə, mütləq şəkildə əşyalarını və mümkünsə, otağını ayırmalıdır. Otağın tez-tez havalandırılması vacibdir. Bundan başqa, həmin şəxslər bol maye içməlidir. Portağal, kivi, bibər və s. kimi C vita-mini ilə zəngin qidaları qəbul etmək məsləhətdir. Amma konkret hansısa bir qida yoxdur ki, deyək, bunu ye, sağalacaq-san. Eyni zamanda, yeməklə bağlı hansısa məhdudiyyət də qoymuruq. Əsas odur ki, normal halda olduğu kimi, belə vaxtda da düzgün və sağlam qidalanasan, yuxu rejiminə riayət edəsən.

Koronavirusun “SARS”, MERS, QİÇS “Quş qripi”, “Donuz qripi”, “Ebo-la”, Zika kimi təhlükəli yoluxmalarla müqayisədə daha çox qorxulu olmasına münasibət bildirən Fərid Qasımzadə söylədi:

– Koronavirus digər viruslardan fərqli olaraq daha tez yayılma və yoluxdurma gücünə malikdir. Ancaq bu virusa kimin immun sisteminin necə reaksiya verəcəyi bilinmir. Kimisi xəstəliyi sadə qrip kimi keçirə bilər, kimisi ağciyər çatışmazlı-ğından ölə bilər. Bütün dünya artıq bu

xəstəlikdən sonra hər şeyin dəyişəcəyinə inanır. İnsanlar gigiyena qaydalarına daha çox diqqət edəcək. Hər halda, bir-birləri ilə öpüşüb-görüşməyin təhlükəli olduğunu unutmayacaqlar. Bu pandemiya birdən-birə yoxa çıxmayacaq. Türkiyə də daxil olmaqla, milyonlarla əhalisi olan ölkələrdə hamı birdən sağalmayacaq. Bu səbəblə koronavirus xeyli müddət bizim gündəlik

həyat tərzimiz olacaq. Bu virusun muta-siyaları hər il bizi müxtəlif xəstəliklərlə qarşı-qarşıya qoyacaq.

Sonda Azərbayanlı Həkimlər Dərnəyi adından bildirim ki, Türkiyədə çalışan azərbaycanlı həkimlər pandemiya ilə bağlı Vətənimizdəki vəziyyəti ilk gündən diqqətlə izləyir, nədəsə gərəkli olacağı-mızı bir an da unutmuruq. Nə yaxşı ki, Azərbaycanda bu bəlaya əksər ölkələrdən daha tez və ciddi yanaşıldı, xalq qısa müddətdə dövlətin qayğısı və karantin qərarı ilə əhatə olundu.

Bundan sonra da soydaşlarımızın karantin və izolyasiya qaydalarına riayət etməsini, xəstə olub-olmamalarından aslı olmayaraq, sosial məsafəni qorumağı, cəmiyyət arasında maska taxmalarını məsləhət görürəm. Çünki hələ tam virusa yoluxduğunu hiss etməyən insan da ətrafdakıları virusa yoluxdura bilər. Bu mübarizədə mükəmməl səhiyyə siste-mi yoxdur. Dünyanın ən inkişaf etmiş ölkələri belə, koronavirusun qarşısını ala bilmir. Hazırda vətəndaşların üzərinə də böyük məsuliyyət düşür. Səhiyyə sistemi-nin, tibb işçilərinin xəstəlik qarşısında aciz qalmaması insanlardan da çox aslıdır.

PS. Yazıya Azərbayanlı Həkimlər Dərnəyinin rəhbəri, Ankara Şəhər Xəstəxanasının kardioloq həkimi Fərid Qasımzadə haqqında bir məlumatı da əlavə etmək yerinə düşərdi. Türkiyədə uzmanlıq təhsili almış Fərid Sam-sun On Doqquz Eylül Universiteti-nin kafedra müdüri, professor Azər Qasımzadənin ogludur. Anası Fəridə Qasımzadə Samsunda Yaşayan və Təhsil Alan Azərbaycanlıların Dostluq Cəmiyyətinin yaradıcısı və rəhbəridir. Bu ailə Türkiyənin, eləcə də Qara dəniz bölgəsinin ən böyük şəhəri olan Samsunun içtimai və elmi dairələrində yaxşı tanınır. İllər uzunu onların dəstəyi və təşkilatçılığı ilə Samsun şəhərində keçirilən Azərbaycanla bağlı bayram, şənlik və anım tədbirləri Türkiyə mətbuatının da gündəmində olmuşdur.

Hazırladılar: Tahir AYDINOĞLU,

Namiq QƏDİMOĞLU, “Xalq qəzeti”

Qardaş Türkiyədə çalışan bir qrup həkim ölkəmizə gələrək koronavirusa yoluxmuş xəstələrin müalicəsində, bu bəlaya qarşı profilaktik mübarizə tədbirlərində fədakarlıqla iştirak edir. Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyinin rəhbəri Fərid Qasımzadə redaksiyamızla onlayn əlaqə zamanı bildirdi ki, bu layihə Azərbaycanın təşəbbüsü ilə, o cümlədən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin, Heydər Əliyev Fondu və TƏBİB-in məsul əməkdaşlarının təşəbbüsü ilə gerçəkləşdirilib.

Türkiyədə çalışan azərbaycanlı həkimlər ölkəmizdə koronavirusla mübarizəyə qoşulublar

Müsahibimiz Ankara şəhər Xəstəxanasının kardioloq həkimi, Azərbaycanlı Həkimlər Dərnəyinin rəhbəri Fərid Qasımzadədir

Page 5: Gücünü xalqından alan lider - XALQQAZETI.COMxalqqazeti.com/pdf/xalq 22 aprel OPT.pdf · idxal-ixrac proseslərinin, tənzimləmələrin həyata keçirilməsi nəzərdə tutulur

22 aprel 2020-ci il, çərşənbə 5

Pandemiyadan həmrəyliyimiz sayəsində xilas olacağıq – Bu gün Azərbaycanda koro-

navirusun geniş yayılmasının qar-şısının alınması məqsədilə sistemli addımlar atılmaqdadır. Nazirlər Ka-bineti yanında operativ qərargahın yaradılması, ölkədə xüsusi karantin rejiminin tətbiq olunması, Koronavi-rusla Mübarizəyə Dəstək Fondunun təşkili, Prezident İlham Əliyevin bir illik maaşını bu fonda köçürməsi, cəmiyyətin müxtəlif təbəqələrindən olan vətəndaşlarımızın bu nəcib aksiyaya qoşulması və digər addımlar da həmin məqsədə xidmət edir. Koronovirusun vura biləcəyi zərərin qarşısının alınması üçün dövlət başçısının tapşırığına əsasən, Nazirlər Kabineti müva-fiq Tədbirlər Planını təsdiqləyib. Məqsəd vətəndaşların sosial müdafiəsini tam təmin etməkdir. İşsiz vətəndaşlara 190 manat həcmində vəsaitin ayrılması, tənha və yaşlı insanlara müxtəlif layihələr

çərçivəsində göstərilən yardımlar Azərbaycan vətəndaşına dövlətin dəstəyinin ifadəsidir.

Pandemiya ilə mübarizədə vətəndaşların üzərinə də böyük məsuliyyət düşür. Onlar bu həssas karantin günlərində müəyyən edilmiş qərar və qaydalara əməl etməlidir. Şübhə yoxdur ki, vətəndaşlarımızın hər birinin öz

məsuliyyətlərini dərk etməsi və qaydalara əməl etməsi bu bəladan daha tez xilas olacağımıza müsbət təsir göstərəcək. Karantin reji-minin tətbiq edildiyi bu günlərdə gənclərin vaxtının səmərəli təşkili istiqamətində bir sıra təşəbbüs və layihələr həyata keçirilir. Onların istər bədii ədəbiyyata həvəsinin ar-tırılması, istərsə də onlayn dərslərin

keçirilməsi, deyə bilərəm ki, öz müsbət nəticəsini verməkdədir. Bu gün internet portallarda olan tədris resursları üçün faydalı məlumatlar məktəbli və tələbələrə öz biliklərini artırmağa daha çox kömək edə bilər. Əlbəttə, müəllimlərimizin bu həsass dövrdə onları virtu-al dərslə və görüşlər vasitəsilə istiqamətləndirməsi də bu işdə öz

töhfəsini verir. Necə deyərlər, “Evdə qal, dərsdən, mütaliədən qalma” prinsipi bu gün gənclərimiz üçün əsas devizdir.

Bu günlərdə bir sıra həyati vacib hesab edilən peşə sahiblərinin, xüsusilə də həkimlərimizin, polislərimizin və əsgərlərimizin yorulmadan, fədakarcasına çalışması və hər kəsin Prezident İlham Əliyevin “Biz birlikdə güc-lüyük” çağırışına müsbət cavab verməsi onu deməyə əsas ve-rir ki, biz xalq və dövlət olaraq, tezliklə bu bəladan xilas olacağıq. Bütün görülən işlər Azərbaycan dövlətinin bu ümumbəşəri bəla ilə mübarizədə göstərdiyi qətiyyət və əzmkarlığın, iqtidar-xalq birliyindən və həmrəylikdən irəli gəlir.

Qələmə aldı: Əfsanə BAYRAMQIZI,

“Xalq qəzeti”

Onun sözlərinə görə, belə bir çətin zamanda Azərbaycan dövlətinin, xüsusilə dövlət başçısının əhalinin bu təhlükəli virus-dan qorunması üçün həyata keçirdiyi çoxsaylı tədbirlər, eləcə də insanlara “evdə qal!” çağırışı artıq müsbət nəticələrini verir. Nazirlər Kabineti yanında operativ qərargahın yaradılması və onun karantin rejimi barədə verdiyi qərarlar insanların ölüm gətirən bu virusdan xilas olmasına xidmət edir. Nəticə isə göz qabağındadır. Respublikamızda həm yolux-ma faizi, həm də ölüm halları minimum səviyyədədir.

Pandemiyanın yarandığı ilk vaxtlar insanlar müəyyən çətinliklərlə qarşılaşdılar. Amma hiss olunur ki, Pre-zidentimizin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciətləri öz təsirini göstərmiş və vətəndaşlarımız “Evdə qal!” çağırışlarına əməl etməklə, pandemiyanın ölkədə yayılmasının qarşısı-nı almaq üçün mübarizəyə qoşulmuşlar.

Bugünlər, bütün dünya əhalisi kimi Azərbaycan sakinləri də sınaq qarşısın-dadır. Koronavirus epidemi-yasının geniş yayıldığı bir dövrdə yaşayırıq. Hər gün xarici ölkələrdə bu virusa yoluxanlar və ölənlər haq-qında eşitdiyimiz məlumatlar bizi kədərləndirir. Azərbaycan xalqı isə vahimədən uzaqdır. Çünki ölkədə əhalinin bu virusdan qorunmasına ciddi nəzarət edilir.

Bizim çox tədbirli və müdrik Prezidentimiz var. O, ölkəmizi hər cür çətinliklərdən çıxarmağa qadirdir. Dünyanın korona-virus təhlükəsi ilə üzləşdiyi bir vaxtda türkdilli xalqların daha sıx həmrəylik nü-mayiş etdirərək bu qlobal problemin mənfi təsirlərini azaltmaq üçün birgə səy göstərilməsi təşəbbüsü də məhz Prezident İlham Əliyevdən gəldi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şu-rasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonf-rans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi

bu gün dünya ölkələrinin maraq dairəsindədir. Zirvə görüşündə də koronavirus epidemiyasının qlobal bəla olduğu bir daha vurğulan-maqla, bu bəladan qurtul-maq üçün dünya ölkələrinin birgə mübarizəsinin vacibliyi vurğulandı.

Ölkəmizdə pandemi-ya ilə mübarizə tədbirləri davam etməkdədir. Mən Azərbaycanın mədəniyyət xadimlərinin bu ağır günlərdə xalqımızda yüksək əhval-ruhiyyə yaratmaq təşəbbüslərini də alqışlayı-ram. Onlar, nə qədər çətin də olsa da, onlayn formada, yaxud televiziya ilə xalqa müraciət edir, evdə qalmağı, bu bəlanın ötüşəcəyi günü gözləməyə çağırırlar. Mən də, bacım, SSRİ Xalq artisti Fidan xanım da bu çağırışa qoşularaq deyirik: əzizlərimiz evdə qalıb özünüzü və ətrafınızdakıları qoruyun. Özünüzdə inam yaradın ki, bu bəla teziklə ötüb keçəcək, biz uğurlu sabaha qovuşa-cağıq.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

Şəki Regional Mədəniyyət İdarəsində NÖVBƏTI VIDEOKONFRANS

Konfransda idarənin rəisi Mirvari Zeynalova çıxış edərək Mədəniyyət naziri Əbülfəs Qarayevin regional idarələrin fəaliyyəti ilə bağlı keçirilən son videokonfransda verdiyi tap-şırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmin tap-şırıqlar faşizm üzərində Böyük Qələbənin 75 illik yubileyi ilə bağlı hazırlıq işlərinin görülməsi, region üzrə iri mədəniyyət müəssisələrinin (Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünas-lıq Muzeyi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Uşaq Musiqi Məktəbi, Mədəniyyət Mərkəzi, Rəsm Qalereyası) sürətli internetlə təmin edilməsi, müəssisələrin “Mədəniyyətimizi virtual məkanda tanıdaq” müsabiqəsinə fəal qoşulmaları və s. kimi məsələlərdən ibarət idi.

İdarə rəisi sonra sosial şəbəkələr üzərindən fəaliyyətin daha da genişləndirilməsi, aktivliyin artırılması, izləyicilərə mədəniyyət sahəsində baş verən

yeniliklərin çatdırılması, tabeçilikdə olan müəssisələrdə koronavirus əleyhinə tibbi-profilaktik dezinfeksiya işlərinin davam etdirilməsi, hazırki özünütəcrid şəraitində yaşayan, sosial ehtiyacı

olan ahıl yaşlılara, pensiyaçı mədəniyyət işçilərinə və aztəminatlı ailələrə maddi və mənəvi yardımların davam etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərlərində distant dərslərin keyfiyyətinin yüksəldilməsi və sair istiqamətlərdə müvafiq tapşırıq və tövsiyələrini verib.

Sonra müəssisə rəhbərlərinin çıxışları dinlənilib və qərarlar qəbul olunub.

İlqar HƏSƏNOV, “Xalq qəzeti”nin bölgə müxbiri

RAGB minnətdarlıq edir

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) könüllülər bölməsi dünyanın bütün tibb işçilərinə minnətdarlıq əlaməti olaraq videoçarx çəkib.

“Əziz həkimlərimiz, sizin əməyiniz çox dəyərlidir! Çox sağ olun!”. RAGB-nin üzvləri bu çətin dövrdə insanların həyatı və sağlamlığı üçün mübarizə aparan bütün tibb işçilərinə belə müraciət edirlər. “Ətrafda virusun tüğyan etdiyi bir vaxtda, dünyada elə cəsarətli və alicənab insanlar var ki, onlar digərlərinə görə öz həyat və sağlamlıqlarını riskə ataraq, bütün vaxtlarını xəstəxana postunda keçirirlər. Həkimlər, tibb bacıları və bütün tibbi heyət – dövrümüzün qəhrəmanlarıdır. Bütün “sağ ol”ları məhz onlara ünvan-lamaq , dünyanın bütün alqışlarını onlara həsr etmək istəyirsən. Buna baxmayaraq, onlar öz postlarını tərk etmir, virusla müharibədə ön mövqedədirlər. Səhiyyə işçiləri xəstələri ağır vəziyyətdə buraxmır və onları xilas etməkdən ötrü əllərindən gələn hər şeyi edirlər. RAGB-nin könüllülər bölməsi bu kiçik videoçarxı dünyanın bütün tibb işçilərinə minnətdarlıq əlaməti olaraq hazırlayıb”, – deyə təşkilatın sosial şəbəkələrdəki səhifələrində yerləşdirilən videoposta olan şərhdə bildirilir.

AZƏRTAC

Təsvir etməyə çalışdığım hadisədən 55 ildən çox bir vaxt keçib. Amma mən heç vaxt Gəncədə bu qədər qar görməmişəm. Onda 10 yaşım ancaq olardı. Öz evimizdən heç kimə demədən çıxmışdım. Elə bilirdim Səyyarə bibimgilin Zərrabi küçəsindəki evlərini özüm taparam... Üç saatdan çox idi fırlanırdım, bir getdi-yim küçəyə, döngəyə bəlkə də 5-6 dəfə gedib çıxırdım, təkcə o küçədən savayı. Heç nədən qorxmurdum və bilirdim ki, tapacağam. Məni qorxudan, heyrətləndirən şəhərin bomboş olması idi. Nə bir maşın çıxırdı qarşıma, nə də bir adam.Hara baxırdım yolların kənarlarına yığılmış qar topaları görürdüm.İnsan səsi gəlməyən şəhər nə vahiməli imiş!

...Artıq taqətdən düşmüş-düm. Hündür, bir tərəfinin budaqları qurumuş çinarı görəndə sanki toxdadım. Bilir-dim ki, bibimgilin küçələrinin başında da belə bir çinar, altında da gecə-gündüz axan su kranı var. Deyirdilər çinarın yanında kəhriz var, onun

suyudur. Kimsə burada nazik uzun taxtadan oturmağa yer də düzəltmişdi. Donmuş, balaca əllərimlə tələsik qarı eşələməyə başladım. Birdən əlim nəyəsə ilişdi. Taxta idi! Sevinc və ağla-maq hisslərim bir-birinə qarışdı.Bu, həmin yer idi! Tez küçənin başına boylandım. Bibimgilin qırmızı rəngli taxta darvazaları görünürdü...

...Nədənsə indi, Gəncədə olarkən bu sərin, bir qədər də çiskinli aprel axşamı təsvir etdi-yim həmin epizod bir kino lenti kimi gəlib dayandı gözlərim önündə. Artıq şər qarışmışdı. Lap yaxından azan səsi gəldi. Baxdım ki, məlahətli səs Cümə məscidindən, qoşa minarələrdən gəlir. Ətrafda o qədər sakitlik vardı ki, azan səsi əks-səda verir, qoca çinarlara daraşmış quşların səsinə qarışırdı...Düzü bir qədər diksinən kimi oldum. Lap elə azıb için-için ağladığım vaxtda olduğu kimi. Amma bu hal elə də uzun çəkmədi.Sanki indi ayıldım ki, axı Gəncədə də karantin saatıdır, xüsusi rejimdir. Çalıb oynayası deyillər ki...

İcra hakimiyyətinin əzəmətli inzibati binasının adda-budda pəncərələrindən işıq süzülürdü.Yəqin ki, aparat işçilərinin otaqları idi. Bu günlər onların nə gecəsi vardı, nə gündüzü. Niyazi Bayramovun təşkil və təsdiq etdiyi operativ qərargah saat mexanizmi kimi işləyirdi. Eyni qərargah rayon icra hakimiyyətlərində də fəaliyyət göstərir.

– Ay Nizami, ay Nizami...Qarşıdakı doqquzmərtəbədə

kimsə öz balkonundan başqa bir balkona səslənirdi. Çağır-dığı adamın balkona çıxdığını

görüb yenə uca səslə “Nizamiyə bayaqdan çörək demişəm, alıb gəlmədi?” – deyə soruşdu.

Bildim ki, qonşunun oğlunu deyir, yəqin onun da adı Nizami-dir. Gəncədə dünən doğulan uşağı da Nizami deyə çağırırlar, 90 yaşlı qocanı da. Qarşına çıxan beş adamdan azı ikisi Nizamidir. Doqquz yüz ildir ki, belədir. Hələ neçə yüzilliklər də belə gedəcək. Bu adqoy-ma əsrdən-əsrə adlayır, amma ənənə unudulmur. Çünki bu yerlərdə Şeyx Nizaminin adı çox əzizdir, müqəddəsdir. İnanmı-ram ki, Nizami adı başqa şəhər və rayonlarda Gəncədəkindən çox olsun. Bir qədər əvvəl şəhərin Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyevlə telefon söhbətimi də yada salıb gülümsədim. Deyirdi ki, indicə Nizami küçəsindən gəlirik. İmkansız, ahıl, yaşı 65-i keçmiş sakinlərə ərzaq yardımı paylayırdıq. Niyazi müəllimin təşəbbüsüdür. Heç bilirsiniz şəhərdə nə qədər adam bu təşəbbüsə qoşulub?

Rayon icra hakimiyyəti başçısının bunu mənə deməsinə bəlkə də ehtiyac yox idi. Çünki bilirəm ki, Gəncədə adamlar bir-birinin, necə deyərlər, qolundan tutmağı, dərdinə şərik olmağı özlərinə şərəf sanır və bundan qürur duyurlar. Bilirdim ki, Niyazi müəllimin bu təşəbbüsü şəhərdə böyük əks-səda yaradıb. Nazirlər Kabineti yanında operativ qərargahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq,

yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası olduğuna görə Gəncədə tənha yaşayan ahıl şəxslərə yardım edilir. Aksiyadan aztəminatlı ailələr də faydalanırlar.

Tənha yaşayan ahıl vətəndaşların evlərinə və aztəminatlı ailələrə şəhər icra hakimiyyətinin könül-lü əməkdaşları baş çəkirlər. Onlar Böyük Vətən müharibəsi iştirakçıları 98 yaşlı Tofiq Hüseynovun və 96 yaşlı Bəylər

Verdiyevin evində olarkən vete-ranlar deyiblər ki, bu diqqət, bu qayğı onların ömrünü bir qədər də uzadacaq. Tək yaşamasına baxmayaraq hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğu-nu bildirən Tofiq Hüseynov, göstərilən diqqətə görə ölkə başçısı və şəhər rəhbərliyinə öz minnətdarlığını bildirib. 98 yaşlı müharibə iştirakçısı əhalini xü-susi karantin rejimi qaydalarına əməl etməyə və evdə qalmağa çağırıb.

Birinci qrup əlil olan Bəylər Verdiyev də öz növbəsində verilən dəyərə görə təşəkkürünü bildirib. Qeyd edib ki, bu gün koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən bütün zəruri addımlar atılır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu məsələyə xüsusi həssaslıqla yanaşırlar. Vətəndaşlar da öz növbələrində daha məsuliyyətli olmalı, xüsusi

karantin rejimi qaydalarına əməl etməlidirlər. Bir məsələni qeyd etmək istərdim ki, adlarını çəkdiyim ahıllardan savayı Gəncədə ölkə Prezidentinə göndərilən məktubların sayı-he-sabı yoxdur. Şəhər sakinləri öz məktublarında Prezidentimizin vaxtında qabaqlayıcı tədbirlər görməsini və başqa ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyəti yüksək qiymətləndirir və bunun dövlət başçımızın xidməti olduğunu bildirirlər…

Əlbəttə, bütün bunlar-dan xəbərim vardı. Bilirdim ki, təşəbbüsün irəli sürül-düyü ilk gün Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ümumilikdə 110-na yaxın aztəminatlı ailəyə, o cümlədən yaşı 65-dən yuxarı tənha ahıl vətəndaşa ərzaq yardımı edilib. Bəs bu təşəbbüsün ertəsi günü? Qərargaha edilən zənglərin ardı-arası kəsilmirdi:

– Aqrar universitetdən na-rahat edirik. Rektor tapşırıb ki, tədris-təcrübə təsərrüfatımızın, istixanalarımızın nə qədər məhsulu, əti, yumurtası, xiyar, pomidoru var, yığıb imkansız, tənha ahıl adamlara paylayaq...

– “İmperial” şirkətlər qrupu-nun nümayəndəsi Rüstəm Bağı-rovdur. Bağlamalar düzəltmişik.İstəyirik ki, bizə siyahı və ünvanlar verəsiniz...

– “Gəncə Şərab-2”-dəndir. Namiq müəllimin göstərişi ilə adımıza layiq ərzaq yardı-mı tədarükü görmüşük, hara aparaq?

Bir deyil, beş deyil, on deyil bu zənglər, bu müraciətlər. Yüzlərlə, minlərlədir.

Hamı narahatdır, hamı nəsə eləmək istəyir. İdarə, müəssisə və təşkilatların, tədris müəssisələrinin rəhbərləri, bələdiyyələr, deputatlar, ayrı-ay-rı sahibkarlar, adi adamlar ölkə Prezidentinin yaratdığı yardım fonduna yüz min manatlarla vəsait köçürüblər, öz birillik əmək haqlarını ianə ediblər. Milli Məclisin Gəncədən seçilən deputatları Musa Quliyev, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Müşviq Cəfərov bu günlər yuxarıda adlarını çəkdiyimiz kateqoriyadan olan adamların yanından çəkilmirlər.

Onlar təkcə ərzaq köməkliyi deyil, həm də maarifləndirici söhbətlər aparır, insanlara mənəvi və psixoloji dayaq olur-lar. “Sahibkar qadınlar” İctimai Birliyinin sədri şəhərdə fəallığı ilə daim seçilən Zemfira Ağa-yeva öz müəssisələrində maska istehsalını təşkil etmişdir. Şəhər icra hakimiyyəti başçısının istehsal prosesi ilə gəlib yerində tanış olması, problemləri ilə maraqlanması kollektivi daha da ruhlandırmışdır.

Şəhərdə dezinfeksiya işləri, apteklərə, ərzaq mağazalarına nəzarət çox yüksək səviyyədə qurulmuşdur. Niyazi Bayramov xüsusi rejimin tətbiq olunduğu günün ertəsi, lap səhər tezdən özü şəhərə çıxdı, qarşısına çıxan bəzi ahıl sakinləri saxlayıb bayırda olmaqlarının səbəbini soruşdu, köməyə ehtiyacı olanlara yardım göstərilməsini tapşırdı və bununla belə hər bir sakini “evdə qal” çağırışı-na əməl etməyə səslədi. İcra hakimiyyəti başçısı ilə birlikdə şəhərə çıxan məsul şəxslərdən biri söyləyir ki, Niyazi müəllim karantin rejimini pozan ahıl sakinlərlə, elə adi vətəndaşlarla da elə təmkinlə, elə səmimi söhbət elədi, inanmıram onlar ikinci dəfə bu rejimi pozsunlar. Sonrakı günlərdə də bu nəzarət unudulmayıb və bu gün də davam edir.

...Qarşıma üç nəfər po-lis işçisi çıxır. Çox nəzakətlə müraciət edib sənədlərimə ba-xırlar. Mətbuat işçisi olduğumu öyrəndikdən sonra “Sizə bizim nə köməyimiz dəyə bilər?” deyə soruşurlar. Üzlərində maska, mənimlə məsafədən danışan polis işçilərinin hərəkətləri, davranışları adamda qürur hissi oyadır.

Aralanıram. Yenə sakitlik, yenə tənhalıq. Cəmi bir ay əvvəl belə deyildi. Onda da gecə vaxtı şəhərə çıxmışdım. Bir qədər soyuq olmasına baxmayaraq adamlar park və xiyabanlara axışırdı. Çünki hər yerdə şərait yaradılmışdı, işıqlandırma sistemi qaydaya salınmışdı. Gəncənin tarixində heç vaxt bu qədər küçə asfaltlanmamışdı, səkilər, nümunəvi məhəllələr yaradılmamışdı.

...Sükutu ara-sıra keçən maşınların səsi pozur. Nə gizlədim, Gəncəni heç vaxt belə görməmişdim. Şəhər küsmüş uşağa bənzəyirdi, Danışdırsan da danışmır. Amma bir tərəfdən də sevinirəm. Sevinirəm ki, gəncəlilər nizam-intizama, qayda-qanuna, böyük-kiçik sözünə əməl etdiklərini bax elə bu sükutla bir daha təsdiq edirlər. Adamlar bilirlər ki, bu, müvəqqəti bir haldır və bütün bu qadağalar, tövsiyələr onlar üçündür, onların balaları, gələcəyi üçündür. Gərək heç kimin əziyyəti yerə düşməsin. Nə Prezidentimizin, nə şəhərin müvafiq strukturlarının, nə də elə adi insanların. Hamı çəkici bir zindana vuranda yaxşı olur. Dövlət başçımız necə deyib? “Biz bir yerdə güclüyük!”

Hamlet QASIMOV, “Xalq qəzeti”nin

bölgə müxbir

İçin-için, səssizcə, özüm üçün ağlayırdım. Hıçqırtılarımı, təkcə özüm eşidirdim. Ətrafda olan ölü sükut bədənimin, ayaqlarımın şaxtadan buza döndərdiyi yerlərini daha da keyləşdirmişdi.Qarın hündürlüyü az qala mənim boyuma çatırdı.

Uğurlu sabaha ümidimiz artır

“Çətin günün ömrü az olar, – deyiblər. Biz də tezliklə xalqımızın birliyi, həmrəyliyi ilə bu bəladan qurtaracağıq. Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi çevik, düşünülmüş siyasət bunu deməyə əsas verir”. Bunu bizimlə söhbətində Xalq artisti Xuraman Qasımova dedi.

İdarənin tabeliyində olan mədəniyyət müəssisələrinin rəhbərlərinin və aparat əməkdaşlarının iştirakı ilə xüsusi ka-

rantin rejimi dövründə regional idarənin müəssisələrinin fəaliyyətinə həsr olunmuş növbəti videokonfrans keçirilib.

GƏNCƏ:

diqqət və qayğının əhatəsində

Bu gün təkcə ölkəmiz deyil, bütün bəşəriyyət COVİD-19 pandemiyası ilə mübarizə aparır, insanlığı bu qorxulu bəladan xilas etməyə çalışır. Dövlətimizin pandemiya ilə mübarizədə qəbul etdiyi qərar və gördüyü önləyici tədbirlər sakinlərimizin bu virusdan daha az zərər çəkməsinə, xalqımızın sağlamlığının və təhlükəsizliyinin qorunmasına yönəlib. Görülən işlərlə bağlı Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov fikirlərini belə ifadə etdi:

Page 6: Gücünü xalqından alan lider - XALQQAZETI.COMxalqqazeti.com/pdf/xalq 22 aprel OPT.pdf · idxal-ixrac proseslərinin, tənzimləmələrin həyata keçirilməsi nəzərdə tutulur

QUBA: meyvə bağlarında yaz-becərmə işləri aparılır

Fermerlər karantin qaydalarına ciddi əməl edirlər

Təcrübəli fermer Aslan Yusifov rayonun Birinci Nügədi kəndindəki öz pay torpaqlarında əsasən meyvə bağı salıb. Eldə-obada bacarıqlı təsərrüfatçı, fermer kimi tanınır. Bir neçə dəfə onun, həmin kənddən olan başqa fermerlərin əldə etdiyi uğurlar, arzu və planları barədə yazmışam.

Məlumdur ki, karantin şəraiti ilə bağlı olaraq bölgələrə getmək, orada əmək adamları ilə görüşmək çətinləşib. Amma xəyal insanı yaxın-uzaq yerlərə çox asanlıqla apara bilir. Uşaqlıq illərim həmin kənddə keçdiyindən, nə gizlədim, mənim üçün “bir köynək yaxın olan” o bağları, insanları tez-tez yada salmalı oluram.

Sözün qısası, bu günlərdə köhnə tanışım Aslanın “Soltan bağı” adlanan sahədəki meyvə ağaclarının bu ilıq yaz günlərində gül-çiçəyə qərq olduğunu düşünüb ona telefon açdım.

Aslan zəngimə sevinib dedi ki, həqiqətən, indi bağların çox füsunkar çağıdır. Hər yer--bağlar, tarlalar yamyaşıldır, ağaclarının ağ, çəhrayı, qırmızı rəngli çiçəklərinə isə iki göz lazımdır ki, tamaşa etsin.

Təbii ki, bu yaz günlərində meyvə bağlarında iş də çoxdur. Fermer qeyd etdi ki, o, bu günlər ərzində ən çox meyvə bağındakı ağacların suvarılması, on-ların diblərinə əlavə gübrə verilməsi ilə məşğuldur. Bir də ki, bağlarda hamı ziyanvericilərə qarşı dərmanlama işləri aparır.

Təbii ki, Aslandan karantin şərtlərinə necə əməl etməsi, bu şərtlərin onun və başqa fermerlərin işlərinə mane olub-olmadığı barədə də soruşdum.

Fermer cavab verdu ki, başqa bağbanlar kimi, o, özünün pay torpağında işləməyə gedərkən ölkəmizdə koronavirusun yayılmasının qarşısı-nın alınması üçün tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun hərəkət edir.

A.Yusifov dövlətimizin bu istiqamətdə gördü-yü qabaqlayıcı tədbirlərin hər kəsdə dərin razılıq hissi doğurduğunu vurğulayaraq dedi:

--İnanıram ki, hər şey yaxşı olacaq. Atalar deyib ki, çətin günün ömrü az olar. İnşallah, xalqı-mız bu bəladan tezliklə qurtular.

Telefonda fermerlə sağollaşıb Quba Dövlət Aqrar İnkişaf Mərkəzinə zəng vurdum. Ora-dan bildirdilər ki, Qubanın meyvə bağlarında, başqa kənd təsərrüfatı sahələrində fermerlərin kənd daxilində təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün hərəkəti sərbəstdir. Əgər ferme-rin təsərrüfat işləri ilə əlaqədar başqa kəndə, rayon mərkəzinə getməsi vacibdirsə, bunun üçün yerli icra hakimiyyəti orqanının ərazi icra nümayəndəliyindən müvafiq arayış almalıdır. Rayon mərkəzində yaşayan, kəndlərdə təsərrüfatı olan şəxslərə arayışı şəhər icra nümayəndəliyi verir.

Ümid etmək olar ki, qubalı fermerlər, son illər olduğu kimi, bu il də meyvə bağlarında bol məhsul yetişdirə biləcəklər. Hazırda rayonda, ümumilikdə 17 min hektardan çox meyvə bağı mövcuddur. Bunun 13 min hektardan çoxunu alma bağları təşkil edir. Hər il rayonun alma bağ-larından 100 min tondan çox məhsul toplanılır.

Bu məqamda qeyd etmək lazımdır ki, Quba rayonunda meyvəçiliyin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində məhz bu dahi siyasətçinin təşəbbüsü və qayğısı nəticəsində Qubada 10 min hektara yaxın yüksək məhsuldar alma bağları salınıb ki, bu gün həmin bağlar əhalinin əsas gəlir mənbəyini təşkil edir.

Xoşbəxtlikdən, bu sahəyə ölkəmizdə diqqət azalmayıb, əksinə daha da artıb. Quba Rayon İcra Hakimiyyətindən mənə bildirdilər ki, ölkəmizin hər bir bölgəsində olduğu kimi, Qubada da Prezident İlham Əliyev tərəfindən aqrar sahəyə, təsərrüfatçılara, sahibkarlara və fermerlərə hərtərəfli yardım, diqqət və qayğı göstərilir. Dövlət başçısının göstərişi ilə son illər rayonda 5 min hektar yeni, daha məhsuldar bağlar, 1400 hektardan çox superintensiv meyvə, həmçinin 2 min hektara yaxın ərazidə yeni fındıq və qoz bağları salınıb. Rayon ərazisində 16-dan artıq soyuducu-kamera tikilərək istifadəyə verilib.

Hazırda respublika üzrə ümumi alma bağları əkinlərinin 71,6 faizi, o cümlədən məhsul isteh-salının da 71 faizi Quba-Xaçmaz iqtisadi rayon-larının payına düşür. Ən çox alma istehsal edən rayonların siyahısında Quba rayonu ilk pillədə qərarlaşıb. Ötən il qubalılar üçün xüsusilə uğurlu olub. Onlar bağlardan 120 min tondan çox meyvə toplayıblar.

Ümid edirik ki, bu təsərrüfat ili də quba-lı bağbanlar, rayonun bütün fermerləri, əmək kollektivləri üçün uğurlu olacaq. Qubada bu gün hər kəs çalışdığı, təmsil olunduğu sahədə öz işinin öhdəsindən gəlməyə çalışır ki, rayonun, bütövlükdə ölkəmizin, dövlətimizin uğurları daha çox olsun, xalqımız daha firavan və xoşbəxt yaşasın.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

Ölkə rəhbəri nitqində kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlərdən bəhs edərkən, respublikada hazırda su ehtiyatlarının səmərəli istifadəsi məsələsinin prioritet olduğunu bir daha xatırladıb: “Heç kimə sirr deyil ki, su olan yerdə məhsuldarlıq da artır və insanların dolanışığı da yüksəlir. Məhz bu məqsədlə ölkəmizdə bir neçə önəmli genişmiqyaslı layihə icra edilmişdir. Əgər Şəmkirçay su anbarı, Taxtakörpü su anbarı vaxtında tikilməsəydi, kanallar çəkilməsəydi, o sudan qidalanan rayonlarda böyük çətinliklər ola bilərdi. Biz son bir neçə il ərzində orta hesabla təqribən yüz min hektara yaxın torpağa suyun verilməsini təmin edirik. Bunlar vaxtilə suvarılmayan, yaxud da ki, suvarılması lazımi səviyyədə olmayan torpaqlardır”.

Dövlətimizin başçısı kənd təsərrüfatının suya olan tələbatını ödəmək üçün yeni proqramın hazırlanmasının zəruriliyini də diqqətə çatdıraraq, artıq köhnə metodlarla fəaliyyət göstərməyin vaxtı keçdiyini qeyd edib. Bunu həmin metodların səmərəliliyinin özünü doğrultmaması ilə əlaqələndirib və hazırda meliorasi-ya sahəsində yeni texnologiyaların tətbiqinə ehtiyac duyulduğunu vurğulayıb.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin sözügedən məsələ ilə bağlı müşavirədən sonrakı gün–aprelin 15-də imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam

əsasında su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə komissiya yaradılıb.

Burada onu da qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 14-də imzaladığı “Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında” sərəncamına əsasən isə Prezi-dentin ehtiyat fondundan Aqrar Kredit və İnkişaf Agentliyinə 30

milyon manat məbləğində vəsait ayrılıb. Bu, fermerlərə əlavə bir dəstək, əkin dövründə fermerlərin mikrokreditlərə tələbatının ödənilməsi deməkdir.

“Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçıla-rının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında” sərəncamının mühüm əhəmiyyəti həm də onunla bağlıdır ki, indiyədək fermerlər

kredit üçün banklara müraciət edəndə banklar tərəfindən əksər hallarda onlardan kredit müqabilində Bakıda mənzil girovu tələb olunurdu. Prezidentin imza-ladığı sərəncam isə fermerlərin kredit almaq imkanlarını asanlaş-dıracaq. Yəni yeni sərəncamla fermerlərə girov tələb etmədən mikrokreditlər veriləcək.

Cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə aqrar sahənin inkişafı istiqamətində davamlı tədbirlərin həyata keçirilməsindən danışılarkən, hazırda kənd təsərrüfatında fəaliyyətin xüsu-si karantin rejiminin tələblərinə uyğun qurulduğu, Nazirlər Kabi-netinin təlimatına əsasən, kənd təsərrüfatında işlərin fasiləsiz həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları arasında sıx əməkdaşlıq yaradıldığı, yazlıq səpinlərinin aqrotexniki qaydalar əsasında aparıldığı da vurğulanıb.

Bu isə o deməkdir ki, rayonlar-dan orta və iritonnajlı maşınlarla paytaxta, digər böyük şəhərlərə, rayonlara kənd təsərrüfatı, eləcə də ərzaq məhsullarının daşın-

masına icazə verilir. Fermerlər yerli icra hakimiyyəti orqanla-rından aldıqları arayış əsasında məhsullarını sərbəst şəkildə pay-taxt, böyük şəhərlər və rayonlara gətirib sata bilirlər. Eyni zamanda, məhsullar heç bir maneə olmadan bazarlara çıxarılır, həmçinin xarici ölkələrə ixrac edilir.

Xatırladaq ki, hazırda bölgələrdə mineral gübrə, pes-tisid, toxum təchizatı və satışı həyata keçirilir, kənd təsərrüfatı texnikalarının məhdudiyyətsiz hərəkəti təmin edilir. Kənd təsərrüfatı məhsullarının orta və iri həcmli maşınlarla daşınması məhdudiyyət olmadan reallaşdı-rılır.

Respublika üzrə 2020-ci il üçün 1 milyon hektardan çox sahədə taxıl əkini aparılıb. Əkin sahələrinin 641 min hektarını buğ-da, 369 min hektarını arpa əkinləri təşkil edib. Əkin sahələrində intensiv aqrotexniki tədbirlərin aparılması, vegetasiya suvarma-larının həyata keçirilməsi diqqətdə saxlanılıb.

Bu il respublikanın 21 rayo-nu üzrə 100 min hektar sahədə pambıq əkini proqnozlaşdırılıb.

Bununla əlaqədar artıq 19 mindən çox istehsalçı ilə müqavilə bağ-lanılıb, əkin sahələrinin toxum, gübrə, pestisidlə təminatı ilə bağlı tədbirlər görülüb.

Hazırda digər yazlıq əkinlər – tütün, şəkər çuğunduru, bostan-tərəvəz, kartof əkini üzrə tədbirlər həyata keçirilir.

Fermerlərin gübrəyə ehtiyacını təmin etmək məqsədilə ölkəyə lazımi miqdarda mineral gübrə idxal olunub. O cümlədən, bu ildən daxili istehsal gübrəsi olan karbamid gübrəyə olan tələbatın ödənilməsində mühüm rol oyna-mağa başlayıb. Karantin rejimi dövründə təsərrüfatların gübrə ilə təmin olunması üçün təchizatçı şirkətlər tərəfindən rayonlarda və kəndlərdə səyyar satışlar təşkil edilib.

Taxıl biçininə hazırlıq işləri də davam etdirilir. Hazırda respub-likada 1700-dən çox taxılbiçən kombayn var. “Aqrolizinq” ASC-nin

rayon bölmələri tərəfindən biçinə 728 kombayn cəlb ediləcək. Bundan əlavə, əlavə 125 kom-baynın alınması planlaşdırılır. Həmçinin dövlət dəstəyi ilə özəl sektor tərəfindən lazımi texnikalar alınmaqdadir. Ümumilikdə, ölkədə taxıl biçini zamanı tələbatı tam ödəyə biləcək sayda kombayn mövcuddur.

Bu ilin yanvarından fermerlərə subsidiyalar yeni mexanizmə uy-ğun verilməyə başlanıb. Subsidi-

yaların ödənilməsi yalnız elektron kənd təsərrüfatı sistemi üzərindən həyata keçirilir. Bu günədək elektron sistemdə 484 mindən artıq fermer qeydiyyatdan keçib, 357 mindən çox fermer payızlıq əkinlərini bəyan edib. Artıq bu günə 321 mindən artıq fermerə subsidiyalar ödənilib.

Göründüyü kimi, koronavi-rus xəstəliyi ilə əlaqədar dünya ölkələrinin əksəriyyətində, eyni za-manda, Azərbaycanda elan olun-muş karantin rejimi, ilk növbədə, əhalinin ərzaq təminatının fasiləsizliyini daha qabarıq ortaya çıxarıb. Bu mənada aqrar sekto-run əhəmiyyəti daha da artıb. İlk növbədə, yaz-tarla işlərinin aktual dövrü olduğu bütün vacib addım-lar – mərkəzi və yerli qurumların idarəçiliyi tədbirləri, fermer və digər aqrar sahə mütəxəssislərinin hərəkətləri pandemiya dövrü-nün tələblərinə uyğunlaşdırılıb. İdarəçilik tədbirlərinin fasiləsizliyi

təmin olunmaqla məsafədən idarə olunma qaydalarına keçilib, onlayn videokonfranslar, elektron məktublaşma, telefon, “WatsApp” qrupları vasitəsi ilə tapşırıqların icrasına başlanılıb. Ona görə də indiyədək ötən ildən nəzərdə tutulan əkin planlarının həyata keçirilməsində hər hansı bir gecikmə, təxirəsalma müşahidə olunmayıb.

V.BAYRAMOV, “Xalq qəzeti”

P rezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə iqtisadi sahədə əldə edilən müsbət göstəriciləri diqqətə çatdır-

maqla bərabər, son illər kənd təsərrüfatında da mü-hüm dəyişikliklərin baş verdiyini vurğulayıb. Dövlət başçısı, eyni zamanda, hesabat dövründə Elektron Kənd Təsərrüfatı Proqramının gerçəkləşdirildiyini, fermerlərə subsidiyaların verilmə mexanizminin təkmilləşdirildiyini, bu sahədə məhsuldarlığın artırıl-ması üçün önəmli tədbirlər həyata keçirildiyini, ixrac bazarının genişləndirildiyini bildirib.

Bu günlərdə Qubanın meyvə bağlarında yaz fəslinə uyğun aqrotexniki tədbirlər həyata keçirilir. Bağbanlar əmindirlər ki, bol məhsul

yetişdirmək üçün yaz-becərmə tədbirlərini vaxt itirmədən, həvəslə, səriştə ilə görmək lazımdır.

Aqrar sektorun inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir

KÜRDƏMIR: pambıqçılar məhsuldarlıq rekordunu təzələmək əzmindədirlər

Bildirilir ki, səpinə hamıdan tez Qarasu, Şilyan, Xəlsə, Carlı kəndlərinin ərazilərində start verilib. Qısa müddətdə 150 hektardan çox sahəyə çiyid səpilib. Məlumatda o da vurğulanır ki, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlar-

la tam təmin ediliblər. Bu mühüm kampaniyaya 30 traktor, 15 səpin aqreqatı cəlb olunub. Qeyd edək ki, pambıqçılıq rayonda ənənəvi təsərrüfat sahəsidir. Əkinçilər kampaniyanın vaxtında başa çatdırılması üçün bütün qüvvələrini səfərbər ediblər.

Yeri gəlmişkən, bu il fevralın 12-də Kürdəmirdə səfərdə olan Prezident İlham Əliyev ənənəvi pambıq rayonunun fermerlərinin əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirməklə yanaşı, onların qarşı-sında mühüm vəzifələrin dayandığını da söyləmişdi. Dövlət başçımız bir neçə gün əvvəl -- aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə də aqrar sahə mütəxəssislərinin uğurlarını yüksək qiymətləndirərək demişdir ki, birinci rübdə kənd təsərrüfatının artımı 3,7 faiz olmuşdur: “Bitkiçilikdə daha böyük nəticələr əldə edilib, 13 faizdən çox artım var. Nəzərə alsaq ki, keçən il də bitkiçilikdə artım böyük idi, bu, göstərir ki, bu sahə uğurla, sürətlə inkişaf edir”.

Kənd Təsərrüfatı naziri İnam Kərimov isə vurğula-mışdır ki, bölgələrdə hazırda mineral gübrə, pesti-sid, toxum təchizatı və satışı həyata keçirilir, kənd təsərrüfatı texnikalarının məhdudiyyətsiz hərəkəti təmin edilib: “Bu il respublikanın 21 rayonu üzrə 100 min hektar sahədə pambıq əkini proqnozlaşdırılır. Ya-xın günlərdə əkin sahələrində intensiv səpinə başla-nılacaq. Artıq 19 mindən çox istehsalçı ilə müqavilələr bağlanılıb, əkin sahələrinin toxum, gübrə, pestisidlə təminatı ilə bağlı tədbirlər görülüb”.

Cənab nazirin qeyd etdiyi “intensiv səpini” reallaş-dıran rayonlardan biri də məhz Kürdəmirdir. Xatırla-daq ki, bu il fevralın 20-də rayon icra hakimiyyətinin akt zalında “Kürdəmir rayonunun 2019-cu ilin so-sial-iqtisadi inkişafının yekunları və qarşıda duran

vəzifələr barədə” keçirilən hesabat yığın-cağında geniş məruzə ilə çıxış edən icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov pambıqçılıqda əldə edilən uğurlardan danışarkən demişdir ki, ölkə Prezidenti tərəfindən Azərbaycana xarici valyuta axınının təmin edilməsi məqsədilə ixrac-yönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığı, pambığın da ixrac-yönümlü məhsul olduğu nəzərə alınaraq, bu sahənin inkişaf etdirilməsi qarşımıza mühüm vəzifə kimi qoyulmuşdur.

Rayon rəhbəri qeyd etmişdi ki, həmin tapşırığın icrasını təmin etmək məqsədilə 2019-cu ildə Kürdəmirdə 2809 hektar-da pambıq əkilmiş, 6497,4 ton məhsul tədarük olunmuşdur. Pambıq sahəsinin hər hektarından orta hesabla 23,1 sentner məhsul götürülmüşdür ki, bu

da rayonda ən yüksək məhsuldarlıq ili olan 1981-ci ilin göstəricisindən 4,6 sentner çoxdur. Pambığın əkilməsi, becərilməsi və yığılması işlərinə 6 mindən çox işçi, 14 pambıqyığan maşın, digər maşın və mexanizmlər cəlb edilmişdir.

Yəni Kürdəmir pambıqçıları 38 il əvvəlki məhsuldarlıq rekordunu 2019-cu ildə təzələmişlər. İnanırıq ki, rayon fermerləri bu il də ötənilki rekordu üstələyən məhsuldarlığa nail ola biləcəklər. Əlverişli, yaxud əlverişsiz olmasına baxmayaraq, hər cür iqlim şəraitində özünəməxsus uğurlar qazanan Kürdəmir pambıqçılarına yeni nailiyyətlər arzulayırıq.

İlqar HƏSƏNOV, “Xalq qəzeti”nin

bölgə müxbiri

Rayon icra hakimiyyətindən aldığımız məlumata görə, cari təsərrüfat mövsümündə rayonda 2130 hektardan çox sahədə çiyid səpilməsi nəzərdə tutu-lub. Səpinə mütəşəkkil hazırlıqlar görülüb. Belə ki, səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.

22 aprel 2020-ci il, çərşənbə6

Page 7: Gücünü xalqından alan lider - XALQQAZETI.COMxalqqazeti.com/pdf/xalq 22 aprel OPT.pdf · idxal-ixrac proseslərinin, tənzimləmələrin həyata keçirilməsi nəzərdə tutulur

22 aprel 2020-ci il, çərşənbə 7

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında

Aqrar Xidmətlər Agentliyi nəqliyyat vasitələri və onların

qoşquları üçün dövlət qeydiyyat nişanlarının satın alınması məqsədilə

kotirovka sorğusu keçirir İştirak etmək istəyənlər əsas şərtlər toplusunu aşağıda-

kı ünvandan ala bilərlər:Ünvan-Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi 7A.Əlaqə telefonu- (050) 361-98-62.Kotirovka sorğusu üçün bağlı zərflərin qəbulunun son

tarixi 24 aprel 2020-ci il saat 17 .00-dır. Bağlı zərflər 27 aprel 2020-ci il saat 11 .00-da iddiaçı-

nın özünün və ya etibarnaməsi əsasında onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi 7A nömrəli ünvanda Kənd Təsərrüfatı Nazirliyi ya-nında Aqrar Xidmətlər Agentliyinin iclas zalında açılacaqdır.

Azərbaycan Respublikasının Kənd

Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi

agentliyin aparatı üçün dəftərxana və təsərrüfat mallarının satın

alınması məqsədilə

kotirovka sorğusu keçirirİştirak etmək istəyənlər əsas şərtlər toplusunu

aşağıdakı ünvandan ala bilərlər:Ünvan- Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi 7A.Əlaqə telefonu- (050) 361-98-62. Kotirovka sorğusu üçün bağlı zərflərin qəbulunun

son tarixi 24 aprel 2020-ci il saat 17 .00-dır. Bağlı zərflər 27 aprel 2020-ci il saat 12 .00-da

iddiaçının özünün və ya etibarnaməsi əsasında onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi 7A nömrəli ünvanda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentli-yinin İclas zalında açılacaqdır.

B İ L D İ R İ Ş“Xalq qəzeti”nin 6 mart 2020-ci il tarixli nömrəsində

dərc edilmiş “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçirəcəyi tenderlərlə əlaqədar bildirilir ki, mövcud hadisələrlə bağlı tenderlərin keçirilməsi müddəti aşağıda qeyd olunan vaxta qədər uzadılır.

1. Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması obyektində Astara və Ağcabədi rayonları üzrə iddiaçı-lar öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə 29 aprel 2020-ci il saat 18 .00-а qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.Təklif zərfləri 30 aprel 2020-ci il saat 12 .00-dа açılacaqdır; Xaçmaz rayonu üzrə isə iddiaçılar öz tender təkliflərini möhürlənib im-zalanmış şəkildə 12 may 2020-ci il saat 18.00-а qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.Təklif zərfləri 13 may 2020-ci il saat 12.00-dа açılacaqdır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

akkumulyatorların satın alınması məqsədilə

müsabiqə elan edirMüsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az

səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2020-ci il mayın 1-i saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan- Bakı, Heydər Əliyev prospekti 152, “Çinar plaza”, 24-cü mərtəbə.

Əlaqə telefonu- (012) 404-37-00, daxili- 1263.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

müxtəlif növ taxta materiallarının satın alınması məqsədilə

müsabiqə elan edirMüsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.

az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2020-ci il mayın 5-i saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılma-dan geri qaytarılacaqdır.

Ünvan- Bakı, Heydər Əliyev prospekti 152, “Çinar plaza”, 24-cü mərtəbə.

Əlaqə telefonu- (012) 404-37-00, daxili- 1263.

“Suraxanı Avtomotoservis” ASC

səhmdarlarının nəzərinə!Səhmdarların növbəti illik ümumi yığıncağı

2 iyun 2020-ci il saat 11.00-da Bakı şəhəri , Qaraçuxur qəsəbəsi , E.Bəkirli küçəsi 4041–ci məhəllədə keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:1. 2019-cu ilin yekunları üzrə maliyyə -təftiş

komissiyasının hesabatı.2. Balans mənfəətinin bölüşdürülməsi.3. İllik hesabatın təsdiqi.4. Baş direktorun hesabatı.Əlaqə telefonu- 427-64-50.Səhmdarların qeydiyyatı şəxsiyyəti təsdiq

edən sənədə əsasən Bakı, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi 4041-ci məhəllədə 2 iyun 2020-ci il saat 10.00-da başlayır.

İdarə heyəti

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2020-ci il üçün

AÇIQ TENDER ELAN EDİRTender iştirakçılarına təklif olunur

ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun aşağıda göstərilən lotlar üzrə tender təkliflərini etender.gov.az elekt-ron portalında yerləşdirsinlər. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları nəzərə almalıdırlar.

Lot- 21919. Avtomobil ehtiyat hissələrinin satın alınması.

Lot- 21920. Elektrik avadanlığının satın alınması.

Lot- 21921. Təsərrüfat mallarının satın alınması.

Lot- 21923. Xüsusi geyim forması-nın satın alınması.

İşlərin yerinə yetirilməsi 2020-ci ilin sonunadək nəzərdə tutulur.

Tenderdə iştirak etmək istəyənlər Lot- 21919 və Lot- 21920 üçün hər birinə 80 manat, Lot- 21921 və Lot- 21923 üçün isə hər birinə 50 manat məbləğdə iştirak haqqını sifarişçi-nin bankdakı hesablaşma hesabına köçürdükdən sonra etender.gov.az elektron portalından tenderin əsas şərtlər toplusunu ala bilərlər. Tende-rin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.Tender sənədləri üçün köçürülmüş vəsait geri qaytarıl-mır. İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

Təşkilat- GƏNCƏ ŞƏHƏR MƏNZİL–KOMMUNAL TƏSƏRRÜFATI İSTEH-

SALAT BİRLİYİVÖEN- 2300336431H/h-

AZ58AZRT38060019440017830004“AZƏR-TÜRK” BANK ASCKod - 506883VÖEN- 9900006111M/h- AZ-

02NABZ01350100000000022944S.W.I.F.Bik- AZRTAZ22Ödəniş sənədlərində məqsədli

maliyyələşmə olması göstərilməlidir.Tenderdə iştirak etmək istəyənlər 13

may 2020-ci il saat 18.00 -dək aşağı-dakı sənədləri etender.gov.az elektron portalında yerləşdirməlidirlər:

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında son 1 maliyə ili nəzərdə tutulan arayış;

-son bir il ərzində (fəaliyyətini da-yandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respub-likasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanından arayış;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən son 1 maliyə ili nəzərdə tutulmaqla təsdiq olunmuş

maliyyə hesabatının surəti;-iddiaçının rəsmi blankında təqdim

olunmuş bank rekvizitləri və ünvanı;-qeydiyyatdan keçdiyi ölkə

(reysterdən cıxarış);-nizamnamə ;-analoji işlərin yerinə yetirilməsinə

aid iddiaçıların potensial imkanları haqqında məlumat (maddi-texniki baza, avadanlıq, işçi qüvvəsi və s.).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul edilməyəcəkdir.Tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır.

Həmin təminat zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır.

İddiaçılar lotlar üzrə tender təkliflərini 21 may 2020-ci il saat 18.00-a qədər etender.gov.az elektron portalında yerləşdirməlidirlər.Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul edilməyəcəkdir.

Tender proseduru 22 may 2020-ci il saat 18.00-da etender.gov.az elektron portalında keçiriləcəkdir.

Tenderlə əlaqədar məlumat almaq üçün etender.gov.az, [email protected] elektron portalına və ya əlaqələndirici şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs- Tofiq Quliyev, telefon- 022 256 03 21.

Şamaxıda koronavirusa qarşı mübarizə ciddi nəzarətdə saxlanılır

Rayon icra hakimiyyəti və müvafiq dövlət qurumlarının əməkdaşları aparılan işləri ciddi nəzarətdə saxlayırlar. Görülən tədbirlər barədə operativ məlumatlar dərhal qərargaha daxil olur və hər gün keçirilən toplantıda müzakirə olunur.

Aztəminatlı ailələrin, xüsusilə, yaşı 65-dən yu-xarı olan tənha şəxslərin sosial-məişət problemləri icra strukturlarının, ərazi icra nümayəndəliklərinin, bələdiyyə orqanlarının və könüllülərin diqqətindən yayınmır, DSMF-nin rayon şöbəsinin sosial xidmət işçiləri ilə birgə belə həssas təbəqədən olan insanlara da-vamlı sosial-məişət xidmətləri

göstərilir, yardımlar onların evlərinə çatdırılır. Həmçinin özünüməşğulluq proqramı çərçivəsində aktivlər almış bir neçə dərziyə rayon icra hakimiyyətinin tərəfindən material alınaraq haqqı ödənilməklə maska tikdiri-lib və pulsuz olaraq rayon sakinlərinə paylanılmasına başlanmışdır.

Rayonda hər kəsin ko-ronavirusa qarşı mübarizə tədbirlərinə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi təqdirəlayiqdir. Gündəlik davam edən xeyriyyə tədbirləri sosial məsuliyyətin, dövlət-vətəndaş birliyini əks etdirən əsas amillərin bariz göstəricisidir. Rayonun idarə və müəssisələrinin inzibati

binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkənlərdə, ümumilikdə, bütün ictimai yerlərdə tibbi-profilaktik və dezinfeksiya tədbirləri aparılır. Kommunal xidmət müəssisələri Gigiyena və Epidemiologiya Mərkəzi ilə birlikdə gündəlik olaraq küçələrdə, sərnişin avtobus-larında və dayanacaqlarda, terminal, bankomat, məişət konteynerləri olan yerlərdə təmizlik və dezinfeksiya işlərini ardıcıl görürlər.

Rayonda zəruri profilaktik və sosial tədbirlərin həyata keçirilməsi ilə yanaşı, səhiyyə sisteminin maddi-texniki bazası da möhkəmləndirilir. Belə ki, Azərbaycan Respubli-kasının Prezidenti cənab İlham Əliyevin “Şamaxı rayonunda xidmət infrastrukturunun texni-ki təminatının gücləndirilməsi haqqında” 2019-cu il 28

noyabr tarixli sərəncamının icrası çərçivəsində Şamaxıya Türkiyə istehsalı olan yeni, müasir standartlara cavab verən 3 təcili tibbi yardım maşını, 1 ədəd isə Almaniya istehsalı olan ən yeni model reanimasiya maşını – reanimo-bil gətirilib. Rayon üzrə təcili tibbi yardım maşınlarının sayı 6-ya çatıb ki, bu da çağırış və digər təxirəsalınmaz tədbirlərin vaxtında görülməsinə imkan verir.

Rayonun kənd təsərrüfatı istehsalçıları da yaz-tarla işlərini koronavirusun yayıl-masının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına uyğun həyata keçirirlər.

İlqar HƏSƏNOV, “Xalq qəzeti”nin

bölgə müxbiri

“Marş Sığorta və Təkrar Sığorta üzrə broker” MMC-nin 2019-cu il dekabrın 31-nə bitən il üzrə maliyyə vəziyyəti haqqında hesabat

manatla

AKTİVLƏR 31 dekabr 2019-cu il

31 dekabr 2018-ci il

Uzunmüddətli aktivlər

Əmlak, avadanlıq və qeyri-maddi aktivlər 79 29

Cəmi uzunmüddətli aktivlər 79 29

Qısamüddətli aktivlər

Ödənilmiş avanslar 15 20

Vergiyə debitor borcları, xalis 8 -

Ticarət və digər debitor borcları 1,891 5,854

Pul vəsaitləri 3,461 2,589

Cəmi qısamüddətli aktivlər 5,375 8,463

Cəmi aktivlər 5,454 8,492

KAPİTAL VƏ ÖHDƏLİKLƏR

Kapital və ehtiyatlar

Nizamnamə kapitalı 10 10

Bölüşdürülməmiş mənfəət 1,211 1,383

Cəmi kapital 1,221 1,393

Qısamüddətli öhdəliklər

Ticarət və digər kreditor borcları 4,126 7,046

Cari mənfəət vergisi öhdəliyi - 6

İcarə öhdəlikləri 64 -

Cəmi qısamüddətli öhdəliklər 4,190 7,052

Uzunmüddətli öhdəliklər

Təxirə salınmış vergi öhdəliyi 43 47

Cəmi uzunmüddətli öhdəliklər 43 47

Cəmi öhdəliklər 4,233 7,099

Cəmi kapital və öhdəliklər 5,454 8,492

Kapitalda dəyişikliklər haqqında hesabat Nizamnamə

kapitalıBölüşdürülməmiş

mənfəətCəmi

kapital

2018-ci il yanvarın 1-nə qalıq 10 1,518 1,528

Mühasibat uçotu siyasətində dəyişiklik - (305) (305)

Elan olunmuş və ödənilmiş dividendlər - (510) (510)

İl üzrə cəmi məcmu gəlir - 680 680

2018-ci il dekabrın 31-nə qalıq 10 1,383 1,393

Mühasibat uçotu siyasətində dəyişiklik - (10) (10)

Elan olunmuş və ödənilmiş dividendlər - (643) (643)

Cəmi il üzrə məcmu gəlir - 481 481

2019-cu il dekabrın 31-nə qalıq 10 1,211 1,221

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat 2019-cu il dekabrın

31-nə bitən il

2018-ci il dekabrın

31-nə bitən il

ƏMƏLİYYAT FƏALİYYƏTLƏRİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:

İl üzrə mənfəət 481 680

Düzəlişlər:

Mənfəət vergisi xərci 120 170

Köhnəlmə və amortizasiya 103 10

Maliyyə xərci, xalis 36 18

Debitor borcların silinməsi (49) -

Şübhəli borclar üçün ehtiyatda dəyişiklik (102) (155)

Dövriyyə kapitalında hərəkətlərdən əvvəl daxil olan pul vəsaitləri 589 723

Dövriyyə kapitalında hərəkətlər:

Ödənilmiş avanslarda azalma 5 21

Ticarət və digər debitor borclarda azalma /(artım) 4,058 (1,318)

Vergilər üzrə balanslarda azalma / (artım) 76 (18)

Ticarət və digər kreditor borclarda (azalma) /artım (2,911) 962

Əməliyyatlar üzrə yaranan pul vəsaitləri 1,817 370

Ödənilmiş mənfəət vergisi (181) (185)

Əməliyyat fəaliyyətləri üzrə yaranan xalis pul vəsaitləri 1,636 185

MALİYYƏ FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:

İcarə öhdəliklərinin ödənilməsi (96) -

Ödənilmiş dividendlər (643) (510)

Maliyyə fəaliyyətləri üzrə istifadə olunan xalis pul vəsaitləri (739) (510)

İNVESTİSİYA FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:

Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin alınması (10) (5)

İnvestisiya fəaliyyətlərində istifadə olunan xalis pul vəsaitləri (10) (5)

Xarici valyuta ilə saxlanılan pul vəsaitlərinin qa-lıqlarına valyuta məzənnəsindəki dəyişikliklərin təsiri

(15) (8)

PUL VƏSAİTLƏRİNDƏ XALİS ARTIM / (AZALMA) 872 (338)

PUL VƏSAİTLƏRİ, ilin əvvəlində 2,589 2,927

PUL VƏSAİTLƏRİ, ilin sonunda 3,461 2,589

Mənfəət, zərər və ya digər məcmu gəlirlər haqqında hesabat2019-cu il dekabrın

31-nə bitən il

2018-ci il dekabrın

31-nə bitən il

Broker haqqı 1,855 1,714

Əməliyyat xərcləri (1,218) (846)

Əməliyyat mənfəəti 637 868

Maliyyə xərci, xalis (36) (18)

Vergidən əvvəl mənfəət 601 850

Mənfəət vergisi xərci (120) (170)

İL ÜZRƏ CƏMİ MƏCMU GƏLİR 481 680

Müstəqil auditorun hesabatı

“Marş Sığorta və Təkrar sığorta üzrə Broker” Məhdud Məsuliyyətli Cəmiyyətinin payçısının və rəhbərliyinin nəzərinə!

Rəy Biz “Marş Sığorta və Təkrar sığorta üzrə Broker” Məhdud Məsuliyyətli

Cəmiyyətinin (şirkət) 2019-cu il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında hesabatından və həmin tarixdə başa çatan il üzrə mənfəət , zərər və ya digər məcmu gəlirlər, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında he-sabatlardan, habelə mühüm mühasibat uçotu prinsiplərinin icmalı daxil olmaqla qeydlərdən ibarət maliyyə hesabatlarının auditini apardıq.

Bizcə, əlavə edilən maliyyə hesabatları şirkətin 2019-cu il dekabrın 31-nə maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələri və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlər üzrə düzgün əks etdirir.

Rəy üçün əsaslarBiz auditi Beynəlxalq Audit Standartlarına (BAS-lara) uyğun həyata ke-

çirdik. Həmin standartlar üzrə bizim məsuliyyətimiz irəlidə hesabatın Maliyyə Hesabatlarının Auditi üzrə Auditorun Məsuliyyəti bölməsində təsvir olunur. Biz, Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının Peşəkar Mühasiblərin Etika Məcəlləsinə (MBESŞ Məcəlləsi) uyğun şirkətdən asılı olmadan müstəqil şəkildə fəaliyyət göstərir və etika ilə bağlı digər öhdəliklərimizi MBESŞ məcəlləsinə uyğun yerinə yetirmişik. Bizcə, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və uyğun əsası təmin edir.

Maliyyə hesabatları üzrə rəhbərliyin və idarəetmə səlahiyyətləri olan şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS-yə uyğun hazırlanması və düzgün təqdim edilməsi, həmçinin fırıldaqçılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq mühüm təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanma-sını təmin etmək üçün rəhbərliyin zəruri saydığı daxili nəzarət üzrə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırlayarkən, rəhbərliyin şirkəti ləğv etmək və ya əməliyyatlarını dayandırmaq niyyətində olduğu və ya bunu etməkdən başqa heç bir real alternativi yaranmadığı hallar istisna olmaqla, şirkətin fəaliyyətini fasiləsizlik prinsipi ilə davam etdirməsi qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsizliklə bağlı məsələlərin açıqlanmasına və mühasibat uçotunun fasiləsizlik prinsipindən istifadə edilməsinə görə rəhbərlik məsuliyyət daşıyır.

İdarəetmə səlahiyyəti olan şəxslər şirkətin maliyyə hesabatlarının hazırlan-ması prosesinə nəzarət üçün məsuliyyət daşıyırlar.

30 mart 2020-ci il

Rayonda Nazirlər Kabineti yanında Operativ qərargahın qərar və təlimatlarına uyğun olaraq, yaradılmış mobil qruplar tərəfindən vətəndaşlarla

mütəmadi maarifləndirici söhbətlər və dezinfeksi-ya işləri aparılır. Rayonun giriş-çıxış hissələrində, kəndlərarası yollarda patrul postları qurulmuş və hərəkət məhdudlaşdırılmışdır. Yaxşı haldır ki, əhalinin əksər hissəsi “Evdə qal!” çağırışına anlayışla yanaşır.

“Pandemiya sınağında qazandığımız dözüm və həmrəylik bizi daha güclü edəcək”

– Prezident İlham Əliyevin rəhbərliyi ilə pandemiya bəlasına qarşı Azərbaycanda gerçəkləşdirilən kompleks tədbirlərin dünyada misli yoxdur. Bizim dövlət var olsun ki, çox operativ şəkildə bu ölümsaçan virusun geniş yayıl-maması üçün önləyici tədbirlər gördü və imkan vermədi ki, bu bəla bizdə başqa ölkələrdəki kimi qorxunc həddə yüksəlsin.

Karantin rejimini mən də hamı kimi evdə keçirirəm. Yazıb-oxumağımı davam etdirirəm, işlərimi görürəm. Gündəlik əlaqədə olduğum insanlar və hər şey üçün darıxsam da, evdə qalmağın ümumi bəlaya qarşı ən təsirli mübarizə yolu olduğu barədə deyilənləri dərin anlayışla qar-şılayıram. Ötən günlər göstərdi ki, ziyalılarımızın ev şəraitində də ictimai-faydalı işləri davam

etdirməsi mümükündür. Bundan sonra daha çox

diqqətli olmalıyıq, çəkilən zəhmətin hədər getməsinə imkan verməməliyik. Bu çətin günlərdə qazandığımız dözüm və inam bizi daha güclü edəcək. Bir də, indiki pandemiya məhdudiyyətləri göstərdi ki, dünyayla qay-nayıb-qarışmaq məsələsini getdikcə daha çox onlayn sistemə keçirmək nəinki

mümkündür, bir sıra hallarda faydalıdır da. Artıq təyyarə ilə hansısa ölkəyə getmədən də virtual görüşlər, müzakirələr və dəyərli mübadilələr baş tutur. Həyat göstərdi ki, təyyarələr məkanları zamanca yaxın eləsə də, əhatəli get-gəllər insanları bir-birinə daha çox qovuşdursa da, pandemiya kimi bəlaları da dünyaya daha sürətlə və geniş yaya bilir.

Müsahibimiz sonda dedi: “Düşünürəm ki, bu pandemiya bütün dünyaya, ölkələrə və xalqlara maddi baxımdan çox ziyan vursa da, mənəvi dəyərləri xeyli zənginləşdirəcək. Korona-virusla mübarizə zəminində əldə edilmiş bəşəri təcrübə, buvaxtadək görünməmiş eks-tremal şəraitdə tapılan yollar və sınaqdan keçirilən üsullar isə tezliklə dünyanı daha çevik və səmərəli inkişaf relsi üzərinə qaldıracaq.

Hazırladı: R.TAHİR, “Xalq qəzeti”

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı redaksi-yamızla telefon əlaqəsində koronavirusla bağlı

dövlətin gerçəkləşdirdiyi tədbirlərin müstəsna önəmini vurğulayaraq, hər kəsin qoyulmuş karantin qaydaları-na ciddi əməl etməsinin və bu çətin sınaq günlərində ölkəmizdə ən yüksək səviyyədə milli həmrəyliyin zəruri olduğunu bildirdi:

Page 8: Gücünü xalqından alan lider - XALQQAZETI.COMxalqqazeti.com/pdf/xalq 22 aprel OPT.pdf · idxal-ixrac proseslərinin, tənzimləmələrin həyata keçirilməsi nəzərdə tutulur

22 aprel 2020-ci il, çərşənbə8

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

6113

945

40 qəpik

ABŞ

ÜST məhkəməyə verilibNyu-Yorkun

Vestçester dairəsinin sakinləri koronavirus pan-demiyası zamanı səhlənkarlığa yol verdiyinə görə Ümum-dünya Səhiyyə Təşkilatını (ÜST) məhkəməyə

veriblər. Onlar beynəlxalq təşkilatı vaxtında pandemiya elan etməməkdə, başlanğıc mərhələdə Çinin verdiyi reaksiyaya nəzarət etməməkdə günahlandırılır.

Vestçesterlilər, eyni zamanda, ÜST-ü koronavirusun ciddiliyini gizlətmək məqsədilə Çin hökuməti ilə əlbir olmaqda ittiham edirlər.

Məlumatı “Reuters” yayıb.

Almaniya

Satış azalıb“Volkswagen

Group”un Çindəki satışları cari ilin bi-rinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 35,1 faiz azalıb. “Volk-swagen Group China” və onun 3 birgə müəssisəsi bu dövrdə Çin bazarına ümumilikdə 613 min 900 avtomobil çıxarıb. “Volkswagen Group China”nın idarə heyətinin sədri Ste-fan Vollenşteyn bildirib ki, şirkət Çinin avtomobil bazarı-nın tezliklə bərpa olunacağına və yayın əvvəlində normal vəziyyətə qayıdacağına ümid edir.

Xəbəri “Autonews” verib.

Təzminat tələb edilir Koronavirus

pandemiyasına görə, ciddi itkilərlə üzləşən Almaniya Çindən təzminat tələb edir. Rəsmi Berlinin Pekindən tələb etdiyi təzminatın

məbləği 130 milyard avrodur. Bura turist, hava yolları, film sənayesinin itkiləri və sair daxildir.

Məlumata görə, bir çox ölkə pandemiya ilə bağlı Çindən məhkəmə yolu ilə təzminat tələb etməyə hazırla-şır.

Məlumatı NTV yayıb.

İsveçrə

Korona peyvəndi ilə bağlı açıqlamaİsveçrədə

koronavirus peyvəndinin istifadəsinə oktyabr ayında başlanılacaq.

Bu bəyanatla ölkənin tibb üzrə ixtisaslaşan “Sai-ba” şirkətinin direktoru çıxış edib. O bildirib ki, peyvəndin sınağı üçün bu ay ərzində könüllülər müəyyən ediləcək: “Bu işdə Sürix Tətbiqi Elmlər Universiteti bizə yardımçı olacaq. Oktyabrda peyvənd bütün İsveçrə xalqı üçün istifadə ediləcək”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İsveçrə alimlərinin bu fəaliyyətinə dəstəyini ifadə edib.

Xəbəri “Medikforum” verib.

Türkiyə

Pelleqrini ilə danışıqlara başlanıbİstanbulun

“Fənərbaxça” futbol klubu Manuel Pelleqri-nini baş məşqçi postuna gətirmək istəyir. Bildirilir ki, artıq qocaman mütəxəssislə

danışıqlara başlanılıb. Məlumata görə, “Fənərbaxça” rəhbərliyi təcrübəli mütəxəssisi Türkiyəyə dəvət edib.

Qeyd edək ki, “Real”, “Mançester Siti”, “Malaqa”, “Vilyareal” kimi klubları çalışdırmış Pelleqrinin son iş yeri “Vest Hem” olub.

Xəbəri “Eurosport” verib.Hazırladı:

Elçin ABBASOV, “Xalq qəzeti”

 Aprelin 22-də  Bakıda və Abşeron yarımadasında

dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Gecə 8-11, gündüz 14-17, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir gücləcək. Gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan,

Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 0-5, gündüz 5-8 dərəcə isti olacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 5-10, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq.

 Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 6-11, gündüz 18-23 dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 10-12, gündüz 15-20, dağlarda gecə 5-8, gündüz 10-14 dərəcə isti olacaq.

9 2016-cı il martın 17-də 1503146531 saylı nömrə ilə qeydiyyata alınmış “Cavid-2016” Məhdud Məsuliyyətli Cəmiyyəti təşkilati- hüquqi formasını dəyişərək “Cavid-2016” Mənzil-Tikinti Kooperativinə çevrildiyini elan edir.

ABŞ Prezidenti immiqrasiyanı dayandırmaq niyyətindədir

Tramp özünün twitterində bununla bağlı yazıb: “Dünya-da gözəgörünməz düşmənin hücumda olduğu bir vaxt-da, eləcə də bizim Amerika vətəndaşlarının iş yerlərinin qorunub saxlanması zərurəti ilə əlaqədar Birləşmiş Ştatlara immiqrasiyanın müvəqqəti olaraq dayandırılması haqqında fərman imzalayacağam”.

Bununla belə, Prezident qərarının nə vaxt qüvvəyə minəcəyini və nə qədər davam edəcəyini dəqiqləşdirməyib. Eyni zamanda, Trampın öz niyyəti barədə digər ölkələrin liderlərinə məlumat verib-vermədiyi də məlum deyil.

ABŞ-da hesab edirlər ki, immiqrasiyanın da-yandırılması Tramp Administrasiyasının bir çox Avropa ölkələrinə, o cümlədən Çinə, Kanadaya,

İrana və Cənubi Koreyaya vətəndaşların səfərinin məhdudlaşdırılması ilə bağlı qərarının müddətini uzatmaq deməkdir.

Siyasi təhlilçilər bildirirlər ki, Donald Tramp prezidentliyinin böyük bir hissəsini ABŞ-a immiqrasiyanın məhdudlaşdırılması uğrunda mübarizəyə həsr edib. 2016-cı ildə seçkiqaba-ğı təbliğat kampaniyası dövründə onun əsas

vədlərindən biri də Meksika ilə sərhəddə divar ucaldılması olub. Hazırda isə Tramp dünyada koro-navirus pandemiya-sının yayılmasından istifadə edərək belə bir qərar qəbul etmək istəyir.

Yeri gəlmişkən, son bir sutka ərzində

ABŞ-da 1590 nəfər koronavirusdan ölüb və bununla da ölkədə pandemiya qurbanlarının sayı 40 690-a çatıb. Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da daha 24 499 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, in-feksiya daşıyıcılarının sayı 789 786-ya yüksəlib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Məlumdur ki, MRH bir müddət əvvəl “Qəzəb vulkanı” hərbi əməliyyatına start verib. Məqsəd bir çox xarici dövlətlərin silah və maliyyə cəhətdən dəstəklədikləri üsyançı-ları sıxışdırmaq və ölkənin ərazi bütövlüyünü bərpa etməkdir. Məlumdur ki, Liviya olduqca zəngin karbohidrogen yataqlarına malikdir.

Ən son məlumata görə, MRH hərbçiləri bu ölkənin şərqində yerləşən qiyamçıların əsas istinad bazalarından sayılan Tərhun şəhəri istiqamətində hücuma başlayıblar. “Qəzəb

vulkanı” hərbi əməliyyatı qərargahının mətbuat katibi Mustafa əl-Mecai “Anadolu” agentliyinə bildirib ki, MRH-nin qırıcı təyyarələri sepa-ratçıların mövqelərinə hava zərbələri endirib. Dağıntı və itkilər barədə açıqlama verilməyib.

Liviya hökuməti cəbhə xəttinə əlavə canlı hərbi qüvvə və texnika göndərib. Qeyd etmək lazımdır ki, şəhər strateji cəhətdən mühüm əhəmiyyət kəsb edir və hər hansı bir tərəfin burada uğuru, bütövlükdə silahlı münaqişənin taleyinə həlledici təsir göstərə bilər.

Xatırladaq ki, bu il martın 22-də BMT rəhbərliyi Liviya-

da münaqişə tərəflərini koronavirus pande-miyası ilə əlaqədar atəşkəs elan etməyə ça-ğırmışdı. Lakin X.Haftar ordusu buna məhəl qoymadan paytaxt Tripoliyə raket zərbələri endirdi. Buna cavab olaraq Liviya hökuməti hərbi əməliyyata başlamağa məcbur oldu.

M.HACIXANLI, “Xalq qəzeti”

ÜST-ün Sakit okean hövzəsinin qərb hissəsi üzrə regional direktoru Takeşi Kasainin sözlərinə görə, təhlükəsizlik tədbirlərinin görülməsi virusun yayılması ilə mübarizədə effektivliyini göstərib və insanlar yeni

həyat tərzinə hazır olmalı-dır.

Məsələni şərh edən Takeşi Kasai deyib: “Ko-ronavirus əleyhinə vaksin və ya çox effektiv müalicə metodları tapılana qədər izolyasiya prosesi həyat normamıza çevrilməlidir”.

O, məhdudiyyət tədbirlərinin ləğvi imkan-larını nəzərdən keçirən hökumətlərin bunu ehtiyatla və mərhələli etmələrini, həmçinin ölkədəki epidemio-loji vəziyyəti diqqətdə saxla-malı olduqlarını vurğulayıb.

Ekspert daha sonra deyib: “Koronavirus dövr edir, heç bir ölkə potensial yeni infeksiya dalğasından sığortalanmayıb”.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

Rusiyada 100 jurnalist koronavirusa yoluxub

Rusiyada 100 nəfər jurnalist COVİD-19 virusu daşıyıcısıdır. Onlardan biri vəfat edib. Daha 500 nəfər KİV işçisi karantin və özünütəcrid rejimindədir.

Rusiya Rabitə nazirinin müavini Aleksey Volin bil-dirib ki, karantin rejimində jurnalistlər də tibb işçiləri, hərbçilər, polislər və digərləri kimi fasiləsiz fəaliyyət göstərirlər. Moskvada bir jurnalist COVİD-19 virisunun

qurbanı olub.Qeyd edək ki, Rusiyada

karantin rejimi aprelin 30-na qədərdir.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Bundesliqanın bərpa olunacağı vaxt açıqlanıb

Məlumatda Almaniyanın əsas və 2-ci Bundesliqanın mayın 9-dan başlayacağı bildirilib. Plana görə, oyunlar azarkeşsiz keçiriləcək və stadiona 239 nəfərin girişinə icazə veriləcək.

Qeyd edək ki, Bundesliqada mövsümün bitməsinə 9 tur qalıb. Turnir cədvəlində hazırda “Bavariya” 55 xalla liderdir.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

Son günlər Liviyada silahlı münaqişəyə cəlb olunan tərəflər arasında kəskin mübarizə başla-yıb. BMT tərəfindən tanınan Liviya Milli Razılıq Hökumətinin (MRH) silahlı qüvvələri bu ölkənin şərqində qiyamçı general Xəlifə Haftarın başçılıq etdiyi qeyri-qanuni hərbi birləşmələri sıxışdırma-ğa başlayıb.

Avropa İttifaqının iqtisadiyyatı

10 faiz azala bilər

Mənbə yazır ki, bu barədə Aİ ölkələrinin səfirləri ilə məsləhətləşmələrdən sonra Avropa Komissi-yasının nümayəndəsi bildirib.

Qeyd olunur ki, Av-ropa Komissiyası fevral ayının ortalarında verdiyi sonuncu rəsmi iqtisadi proqnozunda COVİD-19 pandemiyasının dünya iqtisadiy-yatına təsirinin cüzi olacağını, bu təsirin artıq 2020-ci ilin birinci rübündə aradan qaldırılacağını, nəticədə Avropa İttifaqında iqtisadi artımın saxlanılacağını, lakin bunun 1,6–1,4 faiz zəifləyəcəyini iddia etmişdi. Mart ayında Av-ropa Komissiyası 2020-ci ildə artımın ümumdaxili məhsul həcmində 1-2,5 faizlik enişlə müşayiət olunması ssena-risini nəzərdən keçirsə də, bu rəqəmlər rəsmən təsdiqini tapmamışdı.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

“Reuters” agentliyinin yaydığı məlumata görə, koronavirus pandemiyasının yayılma-sı ilə bağlı böhran səbəbindən 2020-ci ildə Avropa İttifaqının (Aİ) iqtisadiyyatı 10 faiz geriləyə bilər.

“Bild” nəşrinin yadığı məlumata görə, koronavirus pandemiyasına görə dayandırılmış Almaniya Bundesliqası bərpa oluna bilər.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, xaricdən

ölkəyə miqrant qəbulunun (immiq-rasiyanın) dayandırılması haqqın-da fərman vermək niyyətindədir. Məlumatı “İnterfaks.ru” verib.

Liviyada döyüşlər intensiv xarakter alıb

ÜST-ün xəbərdarlığı“Euronews” agentliyinin yaydığı məlumata

görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fikrincə, koronavirusun yayılması ilə bağlı tətbiq edilən müxtəlif məhdudiyyətlərin əsassız ləğvi yeni infeksiya dalğasına səbəb ola bilər.

BBC-nin yaydığı məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru

Tedros Gebreyesus dünyada hələ koronavirusla bağ-lı təhlükənin tam sovuşmadığını və böhranlı dövrün qarşıda olduğunu bildirib.

Məlumatda qeyd edilir ki, ÜST-ün Cenevrədəki mərkəzində videokonfransdan sonra brifinq keçirərək jurnalistlərin suallarını cavablandıran Tedros Gebreyesus virusa qalib gəlməyin iki şərtini açıqlayıb.

ÜST rəhbərinin fikrincə, koronavirusun öhdəsindən qlobal müqavimət və beynəlxalq

həmrəylik hesabına gəlmək olar: “Bu iki faktor olmasa, təhlükənin miqyası böyüyə bilər. Faciəni önləmək üçün həmrəylik nümayiş etdirmək lazımdır. Bu, elə virusdur ki, çoxları hələ bunun fərqində deyil”.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

“TƏHLÜKƏ TAM SOVUŞMAYIB”