h t -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d t dbirin...

26
1 Əlavə 20 “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)”nın 2014-cü il ərzində icra vəziyyəti barədə MƏLUMAT Sıra -si Tədbirlərin adı İcraçı təşkilatlar İcra müddəti (illər üzrə) İcra vəziyyəti Tədbirin icrasının qiymətləndirilməsi Tədbirin qismən icra edilməsi və ya icra edilməməsinin səbəbləri Tam icra olunub Qismən icra olunub İcra olunma- yıb 4.1.2 Dövlət qulluğu sahəsində islahatların sürətləndirilməsi 4.1.2.1 Dövlət qulluğunun idarə edilməsi sisteminin təkmilləşdirilməsi 4.1.2.1.2 Dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi DQMK, ƏN, müvafiq mərkəzi icra hakimiyyəti orqanları 2011- 2015 Dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi ilə bağlı tədbirlər davam etdirilmişdir. Dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsində əsas məqsəd dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə normativ hüquqi aktların sistemləşdirilməsidir. Hazırlanmış “Dövlət Qulluğu məcəllə- si”nin layihəsi rəy təkliflərin öyrənilməsi üçün bütün mərkəzi icra hakimiyyəti orqanlarına göndərilmişdir. Dövlət orqanlarından layihə ilə bağlı Komissiyaya daxil olmuş rəy və təkliflər ümumiləşdirilmiş təhlil edilmişdir. “Dövlət Qulluğu məcəlləsi” layihəsinin son variantı rəy və təkliflərin öyrənilməsi üçün mərkəzi icrahakimiyyəti orqanlarına, +

Upload: others

Post on 08-Mar-2020

4 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: h T -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d T dbirin ...dqmk.gov.az/aze/downloads/hesabatlar/2014/Elave/YOXSULLUQ CEDVEL -elave... · 1 Əlavə 20 “2008-2015-ci illərdə

1

Əlavə 20

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın

həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)”nın 2014-cü il ərzində icra vəziyyəti barədə

MƏLUMAT

Sıra

№-si

Tədbirlərin adı

İcraçı

təşkilatlar

İcra

müddəti

(illər

üzrə)

İcra vəziyyəti

Tədbirin icrasının

qiymətləndirilməsi

Tədbirin qismən

icra edilməsi və

ya icra

edilməməsinin

səbəbləri

Tam

icra

olunub

Qismən

icra

olunub

İcra

olunma-

yıb

4.1.2 Dövlət qulluğu sahəsində islahatların sürətləndirilməsi

4.1.2.1 Dövlət qulluğunun idarə edilməsi sisteminin təkmilləşdirilməsi

4.1.2.1.2 Dövlət qulluğuna

dair qanunvericiliyin

məcəllələşdirilməsi

DQMK,

ƏN,

müvafiq

mərkəzi

icra

hakimiyyəti

orqanları

2011-

2015

Dövlət qulluğuna dair qanunvericiliyin

məcəllələşdirilməsi ilə bağlı tədbirlər

davam etdirilmişdir. Dövlət qulluğuna dair

qanunvericiliyin məcəllələşdirilməsində

əsas məqsəd dövlət qulluğu sahəsində

münasibətləri tənzimləyən qanunvericiliyin

təkmilləşdirilməsi və bu sahədə normativ

hüquqi aktların sistemləşdirilməsidir.

Hazırlanmış “Dövlət Qulluğu məcəllə-

si”nin layihəsi rəy və təkliflərin

öyrənilməsi üçün bütün mərkəzi icra

hakimiyyəti orqanlarına göndərilmişdir.

Dövlət orqanlarından layihə ilə bağlı

Komissiyaya daxil olmuş rəy və təkliflər

ümumiləşdirilmiş və təhlil edilmişdir.

“Dövlət Qulluğu məcəlləsi” layihəsinin

son variantı rəy və təkliflərin öyrənilməsi

üçün mərkəzi icrahakimiyyəti orqanlarına,

+

Page 2: h T -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d T dbirin ...dqmk.gov.az/aze/downloads/hesabatlar/2014/Elave/YOXSULLUQ CEDVEL -elave... · 1 Əlavə 20 “2008-2015-ci illərdə

2

Dövlət İdarəçilik Akademiyasına və

Apelyasiya məhkəmələrinə yenidən

göndərilmişdir. Eyni zamanda “Dövlət

Qulluğu Məcəlləsi”nin layihəsinin son

versiyası həm Komissiyanın rəsmi internet

saytının (www.dqmk.gov.az) “Qanunve-

ricilik və digər aktlar” bölməsinin

“Normativ hüquqi aktların layihələri”

altbölməsində, həm də “Azərbaycan

Respublikası Nazirlər Kabinetinin və

mərkəzi icra hakimiyyəti orqanlarının

hazırladıqları normativ hüquqi aktların

layihələri” portalında yerləşdirilərək

ictimai müzakirəyə təqdim edilmişdir.

Həmçinin 24 dekabr 2014-cü il tarixdə

Komissiya tərəfindən “Dövlət Qulluğu

Məcəlləsi” layihəsinin ictimai müzakirəsi

keçirilmişdir. Yığıncaqda tədbir iştirakçı-

ları tərəfindən məcəllənin maddələri ilə

bağlı bir sıra təkliflər irəli sürülmüşdür.

Məcəllə layihəsinə dair verilmiş rəy və

təkliflər nəzərə alınmaqla layihənin son

versiyası 30 dekabr 2014-cü il tarixli

01/03-07/2296 nömrəli məktubla Azərbay-

can Respublikasının Nazirlər Kabinetinə

təqdim edilmişdir.

4.1.2.1.4 Azərbaycan

Respublikasının

Prezidenti yanında

Dövlət Qulluğu

Məsələləri üzrə

Komissiyanın

strukturunun

qanunvericiliklə

NK, MN,

DQMK

2011 Komissiyanın strukturunun

təkmilləşdirilməsi üçün ştat vahidinin

artırılması məqsədilə müvafiq sənədlər

Azərbaycan Respublikasının Nazirlər

Kabinetinə göndərilmişdir.

Azərbaycan Respublikası

Prezidentinin 2014-cü il 11 aprel tarixli

377 nömrəli “Azərbaycan Respublikasının

+

Page 3: h T -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d T dbirin ...dqmk.gov.az/aze/downloads/hesabatlar/2014/Elave/YOXSULLUQ CEDVEL -elave... · 1 Əlavə 20 “2008-2015-ci illərdə

3

Komissiyaya həvalə

edilmiş yeni

funksiyalara uyğun

olaraq

təkmilləşdirilməsi

Prezidenti yanında Dövlət Qulluğu

Məsələləri üzrə Komissiyanın fəaliyyətinin

təmin edilməsi haqqında” Azərbaycan

Respublikası Prezidentinin 2005-ci il 15

sentyabr tarixli 1005 nömrəli

Sərəncamında dəyişikliklər edilməsi

barədə” Sərəncamı ilə Komissiyanın

işçilərinin ümumi say tərkibi 15 ştat vahidi

artırılmışdır. Komissiyanın strukturu

təkmilləşdirilərək onun Aparatında 4 şöbə,

2 müstəqil sektor yaradılmışdır. Yaradılmış Hüquq şöbəsi iki

sektordan ibarətdir. Normativ hüquqi

aktların layihələrinin hazırlanması və

dövlət qulluğuna dair qanunvericiliyin

dövlət orqanlarında düzgün tətbiq

edilməsinin təmin edilməsi məqsədilə

həmin şöbənin tərkibində Normativ-hüquqi

aktların layihələrinin hazırlanması və

qanunvericiliyin tətbiqinə nəzarət sektoru

yaradılmışdır. Eyni zamanda,

Komissiyanın dövlət qulluqçularının etik

davranış qaydalarına nəzarət orqanı

funksiyalarını həyata keçirdiyini, dövlət

qulluqçuları barəsində keçirilən xidməti

fəaliyyətin qiymətləndirilməsini əlaqələn-

dirdiyini və bu sahələrdə maarifləndirmə

işini həyata keçirdiyini nəzərə alaraq

Hüquq şöbəsinin tərkibində Dövlət

qulluqçularının etik davranışına nəzarət və

xidməti fəaliyyətinin qiymətləndirilməsi

sektoru da yaradılmışdır.

Yaradılmış digər şöbə İnsan

resurslarının idarə edilməsi və dövlət

qulluğuna kadrların seçilməsi şöbəsidir.

Page 4: h T -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d T dbirin ...dqmk.gov.az/aze/downloads/hesabatlar/2014/Elave/YOXSULLUQ CEDVEL -elave... · 1 Əlavə 20 “2008-2015-ci illərdə

4

Həmin şöbənin tərkibində təşkil olunmuş

İnsan resurslarının idarə edilməsi

sektoruna “Dövlət qulluqçularının

reyestri”nin aparılması işi həvalə

edilmişdir ki, bununla da qeyd edilən

reyestrin səmərəli idarə edilməsi təmin

olunacaqdır.

Yaradılmış digər şöbə İnformasiya

texnologiyaları və proqram təminatı

şöbəsidir.

Dövlət qulluğuna müsabiqə əsasında

qəbulun ilk mərhələsi test imtahanı

mərhəlisidir. Test imtahanın daha yüksək

səviyyədə keçirilməsinin təşkil edilməsi,

test tapşırıqlarının hazırlanması,

ekspertizasının həyata keçirilməsi və test

tapşırıqları bazasının formalaşdırılması

məqsədi ilə həmin şöbənin tərkibində Test

tapşırıqları bazasının yaradılması və

ekspertizası sektoru yaradılmışdır.

4.1.2.1.5. Dövlət

qulluqçularının

xidməti fəaliyyətinin

qiymətləndirilməsi-

nin həyata

keçirilməsinin təmin

edilməsi

DQMK,

KQMK

2011-

2015

Komissiyanın 2014-cü il 10 fevral tarixli

021-Q nömrəli Qərarı ilə “Dövlət

qulluqçusunun xidməti fəaliyyətinin

qiymətləndirilməsi Qaydaları” təsdiq

edilmiş və Azərbaycan Respublikasının

Hüquqi Aktların Dövlət Reyestrinə daxil

edilmişdir. Qeyd edilən Qaydalar “Dövlət

qulluğu haqqında” Azərbaycan Respubli-

kası Qanununun 30.1-ci maddəsinə əsasən

hazırlanmışdır və inzibati vəzifələrin

üçüncü-yeddinci təsnifatlarına uyğun olan

inzibati vəzifələri tutan dövlət qulluqçusu-

nun xidməti fəaliyyətinin qiymətləndiril-

məsi qaydalarını müəyyən edir.

+

Page 5: h T -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d T dbirin ...dqmk.gov.az/aze/downloads/hesabatlar/2014/Elave/YOXSULLUQ CEDVEL -elave... · 1 Əlavə 20 “2008-2015-ci illərdə

5

Dövlət orqanlarının fəaliyyətində

səmərəliliyin artırılması məqsədi ilə dövlət

qulluqçularının xidməti fəaliyyətinin

qiymətləndirilməsinin qanunvericiliyin

tələblərinə uyğun və peşəkar şəkildə apa-

rılması üçün Komissiya tərəfindən 2014-cü

il mayın 21-də 22 dövlət orqanı üzrə dövlət

qulluqçularının xidməti fəaliyyətinin

qiymətləndirilməsini aparacaq 26 nəfər

məsul şəxsə, iyunun 3 və 4-də 32 dövlət

orqanı üzrə qiymətləndirməni həyata

keçirəcək struktur bölmə rəhbərləri və

qiymətləndirmənin tətbiqinə məsul olan

ümumilikdə 58 nəfər dövlət qulluqçusuna,

iyunun 25-də Azərbaycan Respublikası

Dövlət Statistika Komitəsi ilə birgə Dövlət

Statistika Komitəsi, Müdafiə Sənayesi

Nazirliyi və Nazirlər Kabineti yanında

İçərişəhər Dövlət Tarix-memarlıq Qoruğu

İdarəsinin struktur bölmə rəhbərləri və

qiymətləndirmənin tətbiqinə məsul olan

ümumilikdə 17 nəfər dövlət qulluqçusuna,

12 dekabr tarixdə Ədliyyə

Akademiyasında Ədliyyə qurumlarında

rəhbər vəzifələrdə qulluq keçən ədliyyə

orqanlarının işçiləri üçün “Dövlət

qulluqçularının xidməti fəaliyyətinin

qiymətləndirilməsi” mövzusunda, 17

dekabr tarixdə Rabitə və Yüksək

Texnologiyalar Nazirliyində nazirliyin

mərkəzi aparatı üzrə şöbə müdiri və sektor

müdiri vəzifəsində qulluq keçən, habelə

kadr məsələlərinə məsul olan dövlət

qulluqçuları üçün “Dövlət qulluqçusunun

xidməti fəaliyyətinin qiymətləndirilməsi

Page 6: h T -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d T dbirin ...dqmk.gov.az/aze/downloads/hesabatlar/2014/Elave/YOXSULLUQ CEDVEL -elave... · 1 Əlavə 20 “2008-2015-ci illərdə

6

qaydaları” mövzusunda, 18-19 dekabr

tarixlərində 23 məhkəmə və 26 yerli icra

hakimiyyəti orqanlarının Aparatlarında

inzibati vəzifələrin beşinci-yeddinci

təsnifatlarında qulluq keçən 52 nəfər gənc

dövlət qulluqçusuna “Dövlət qulluqçula-

rının xidməti fəaliyyətinin qiymətlən-

dirilməsi” mövzusunda təlimlər

keçirilmişdir. Təlimlərdə dövlət

qulluqçusunun xidməti fəaliyyətinin qiy-

mətləndirilməsinin aparılması prosesi,

qiymətləndirmə üzrə hüquq və vəzifələr,

qiymətləndirmənin nəticələri üzrə tətbiq

edilən tədbirlər və digər mövzular əhatə

edilmişdir. Ümumilikdə hesabat dövrü

ərzində 60 dövlət orqanında çalışan 150-

dən çox dövlət qulluqçusuna xidməti

fəaliyyətin qiymətləndirilməsi ilə bağlı

təlim keçirilmişdir.

Dövlət qulluqçularının xidməti

fəaliyyətin qiymətləndirilməsinin 40

mərkəzi, 80 yerli icra hakimiyyəti

orqanlarında və 102 məhkəmə orqan-

larında tətbiqi təmin olunmuşdur.

4.12.1.6. Dövlət

Qulluqçularının

Reyestrinin

aparılması işinin

təkmilləşdirilməsi

DQMK,

bütün

digər

dövlət

orqanları

2011-

2015

Dövlət Qulluqçuları Reyestri

İnformasiya Sisteminin (DQRİS) verilənlər

bazasının formalaşdırılması 2014-ci ildə

yekunlaşmış və il ərzində dövlət

orqanlarının strukturu ilə Reyestrdə əks

olunan strukturun uyğunluğu təmin

olunmuşdur. Hesabat ili ərzində dövlət

orqanlarının strukturunun Reyestrdəki

strukturla uyğunluğu təmin olunmuşdur.

Ümumilikdə 219 dövlət orqanı, o

+

Page 7: h T -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d T dbirin ...dqmk.gov.az/aze/downloads/hesabatlar/2014/Elave/YOXSULLUQ CEDVEL -elave... · 1 Əlavə 20 “2008-2015-ci illərdə

7

cümlədən 44 mərkəzi icra hakimiyyəti

orqanı, 79 yerli icra hakimiyyəti orqanı, 96

məhkəmə hakimiyyəti orqanlarının

strukturu və ştat cədvəli üzrə dövlət

qulluqçuları barədə məlumatlar

yoxlanılmışdır. Hal-hazırda dövlət

qulluğunda vəzifə tutan 21563 dövlət

qulluqçusu, o cümlədən mərkəzi icra

hakimiyyəti orqanları üzrə 12070, yerli

icra hakimiyyəti orqanları üzrə 8069,

məhkəmələr üzrə isə 1424 dövlət

qulluqçusu barədə məlumatlar Reyestrdə

öz əksini tapmışdır. Əvvəllər dövlət

orqanlarında çalışmış və indi dövlət

qulluqçusu vəzifəsi tutmayan 10112 dövlət

qulluqçusu barədə məlumatlar isə DQRİS-

in arxiv bazasında toplanılıb və bu bazanın

yoxlanılması üzrə işlər davam etdirilir.

4.1.2.1.7.

Dövlət orqanlarında

etik davranış

qaydalarının tətbiqi

vəziyyətinin

ümumiləşdirilmiş

nəticələrinin illik

müzakirələrinin

keçirilməsi

DQMK,

bütün

dövlət

orqanları

2011-

2015

2014-cü il 18 fevral tarixdə “Komissiyanın

2013-cü il üzrə illik fəaliyyəti və etik

davranış qaydalarına əməl edilməsi

vəziyyəti barədə hesabatları” mövzusunda

qeyri-hökumət təşkilatlarının nümayəndə-

ləri ilə dəyirmi masa keçirilmişdir.

Tədbirdə dövlət qulluqçularının etik

davranış qaydaları sahəsində mövcud

vəziyyət, Komissiya tərəfindən etik

davranış qaydaları üzrə həyata keçirilən

nəzarət və maarifləndirmə tədbirləri barədə

müzakirələr aparılmışdır.

23 iyun 2104-cü ildə Komissiya, Binəqədi

Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan

Partiyası Binəqədi Rayon Təşkilatı,

Binəqədi Rayon Gənclər və İdman İdarəsi

+

Page 8: h T -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d T dbirin ...dqmk.gov.az/aze/downloads/hesabatlar/2014/Elave/YOXSULLUQ CEDVEL -elave... · 1 Əlavə 20 “2008-2015-ci illərdə

8

və Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası ilə

birgə “Dövlət qulluğu və dövlət

qulluqçuları üçün etik davranış qaydaları”

mövzusunda müzakirələr keçirilmişdir.

“Dövlət qulluqçularının etik davranış

qaydaları haqqında” Azərbaycan

Respublikasının Qanunu ilə müəyyən

edilmiş etik davranış qaydalarına əməl

edilməsi vəziyyəti ilə bağlı Komissiyada

iclas keçirilmişdir. İclasda Komissiyada

qulluq keçən dövlət qulluqçuları tərəfindən

2014-cü il üzrə etik davranış qaydalarına

əməl edilməsi vəziyyəti təhlil edilmişdir.

4.1.2.2. Dövlət qulluğuna qəbul mexanizminin təkmilləşdirilməsi

4.1.2.2.1. Dövlət qulluğuna

qəbula dair

qanunvericiliyin

təkmilləşdirilməsi

DQMK,

ƏN

2011-

2015

Dövlət qulluğuna qəbul sahəsində

Komissiyanın təcrübəsi, sistemin güclü və

zəif cəhətləri, qabaqcıl beynəlxalq təcrübə

nəzərə alınmaqla “Dövlət qulluğu

məcəlləsi”nin layihəsində dövlət qulluğuna

qəbulun təkmilləşdirilməsi məqsədi ilə

əlavə müddəalar nəzərdə tutulmuşdur.

Dövlət qulluğuna qəbulun müsabiqə və

müsahibə əsasında həyata keçirilməsi

prosesi yenidən işlənilərək daha da

təkmilləşdirilmişdir.Yerli icra hakimiyyəti

orqanlarında vakant dövlət qulluğu

vəzifələrinə qəbulun həyata keçirilməsi

qaydaları və şərtləri təkmilləşdirilmişdir.

Dövlət qulluğuna qəbulun şəffaflığı, o

cümlədən dövlət qulluğunda daha yüksək

vəzifələrin şəffaf və bərabərlik prinsipləri

əsasında tutulmasının təmin edilməsi

məqsədilə “Dövlət qulluğu Məcəlləsi”

+

Page 9: h T -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d T dbirin ...dqmk.gov.az/aze/downloads/hesabatlar/2014/Elave/YOXSULLUQ CEDVEL -elave... · 1 Əlavə 20 “2008-2015-ci illərdə

9

layihəsində inzibati vəzifələrin üçüncü və

dördüncü təsnifatlarına uyğun olan

vəzifələrin müsahibə əsasında tutulması

qaydası müəyyən edilmişdir. 4.1.2.2.2. Qanunvericiliklə

müəyyən edilmiş

şərtlərə uyğun olaraq

dövlət qulluğu

vəzifələri üzrə vəzifə

təlimatlarının

hazırlanmasının başa

çatdırılması

DQMK,

müvafiq

mərkəzi və

yerli icra

hakimiyyəti

orqanları

2011-

2013 Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2009-cu il 17 sentyabr tarixli

143 nömrəli Qərarı ilə təsdiq edilmiş

“İnzibati vəzifələrin beşinci-yeddinci

təsnifatlarına uyğun olan vakant vəzifələrin

tutulmasının Ümumi Şərtləri”nə əsasən

hesabat dövrü ərzində Komissiya

tərəfindən dövlət orqanlarında inzibati

vəzifələrin beşinci-yeddinci təsnifatlarına

aid olan vəzifələr üzrə formalaşdırılmış

vahid məlumat bazası təkmilləşdirilmişdir.

Bəzi dövlət orqanlarında struktur

dəyişikliklərinin aparılması, dövlət qul-

luğuna qəbulla bağlı keçirilmiş müsabiqə

və müsahibələrin nəticələrinin təhlili,

dövlət orqanlarının kadr tələbatının

dəyişməsi və digər bu kimi hallar nəzərə

alınaraq bir sıra dövlət orqanları üzrə

“Təşkilati-hüquqi sənədlər və inzibati

vəzifələr haqqında Məlumat Toplusu”na

zəruri əlavə və dəyişikliklər edilmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin və Ali Attestasiya

Komissiyasının Məlumat Topluları

hazırlanaraq razılaşdırılmaya təqdim

edilmişdir. Əlavə olaraq İqtisadiyyat və

Sənaye Nazirliyində, Energetika

Nazirliyində, Azərbaycan Respublikasının

Prezidenti yanında Vətəndaşlara Xidmət və

Sosial İnnovasiyalar üzrə Dövlət

+ Dövlət orqanla-

rında baş vermiş

struktur dəyişik-

liyi

Page 10: h T -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d T dbirin ...dqmk.gov.az/aze/downloads/hesabatlar/2014/Elave/YOXSULLUQ CEDVEL -elave... · 1 Əlavə 20 “2008-2015-ci illərdə

10

Agentliyində, Maliyyə Nazirliyində,

Alternativ və Bərpa Olunan Enerji

Mənbələri üzrə Dövlət Agentliyində baş

vermiş struktur dəyişikliyi nəzərə alınmış,

vəzifə təlimatlarının təkmilləşdirilməsi

aparılmışdır.

4.1.2.3. Dövlət qulluqçularının sosial müdafiəsi sisteminin gücləndirilməsi

4.1.2.3.1. Dövlət

qulluqçularının

əməyin ödənilməsi

sisteminin

təkmilləşdirilməsi,

onların fəaliyyətinin

nəticələrinə

əsaslanan

həvəsləndirilmə

sisteminin

yaradılması

NK,

DQMK,

MN,

ƏƏSMN

2011-

2015 Tədbirin icrası ilə bağlı Komissiyanın,

Maliyyə Nazirliyinin və Əmək və Əhalinin

Sosial Müdafiəsi Nazirliyinin

nümayəndələrindən ibarət işçi qrupu

yaradılmışdır və işçi qrupunun 2014-cü il

12 mart tarixdə görüşü keçirilmişdir.

Görüşdə dövlət qulluqçularının əməyinin

ödənilməsi və mükafatlandırılması

sisteminin təkmilləşdirilməsi ilə bağlı

Komissiya tərəfindən hazırlanmış təkliflər

müzakirə edilmişdir. Müzakirələrin

nəticəsi nəzərə alınaraq hazırda təkliflər

üzərində işçi qrup tərəfindən işlər davam

etdirilir.

Komissiyanın 2014-cü il 10 fevral tarixli

021-Q nömrəli Qərarı ilə təsdiq edilmiş

“Dövlət qulluqçusunun xidməti

fəaliyyətinin qiymətləndirilməsi Qayda-

ları”nda dövlət qulluqçusunun xidməti

fəaliyyətinin qiymətləndirilməsinin nəti-

cəsi əsasında onun barəsində həvəslən-

dirmə tədbirlərinin görülməsi nəzərdə

tutulmuşdur. Bu tədbirlərə uyğun olaraq

dövlət qulluqçusunun xidməti fəaliyyətinin

nəticəsindən asılı olaraq onun fərdi

qaydada mükafatlandırılması və yaxud

vəzifə maaşına əlavələrin müəyyən

+

Page 11: h T -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d T dbirin ...dqmk.gov.az/aze/downloads/hesabatlar/2014/Elave/YOXSULLUQ CEDVEL -elave... · 1 Əlavə 20 “2008-2015-ci illərdə

11

edilməsi mümkün olacaq.

4.1.2.3.2. Dövlət

qulluqçularının

özlərinin və ailə

üzvlərinin dövlət

hesabına icbari tibbi

sığortasının tətbiqi

istiqamətində zəruri

tədbirlərin həyata

keçirilməsi

NK,

DQMK,

MN,

ƏƏSMN

2011-

2015

“Dövlət qulluqçularının icbari sığortası

haqqında” Azərbaycan Respublikasının

Qanunu “Dövlət qulluqçularının icbari

sığortası haqqında” Azərbaycan

Respublikası Qanununun ləğv edilməsi

barədə” Azərbaycan Respublikasının

2014-cü il 4 aprel tarixli 933-IVQ nömrəli

Qanunu ilə qüvvədən düşmüşdür. Dövlət

qulluqçularının icbari sığortası ilə bağlı

məsələlərin tənzimlənməsinin “İcbari

sığorta haqqında” Azərbaycan

Respublikasının Qanununa uyğun olaraq

həyata keçirilməsi nəzərdə tutulur.

+

4.1.2.4. Dövlət qulluqçularının əlavə peşə sisteminin inkişaf etdirilməsi

4.1.2.4.1 Dövlət

qulluqçularının

əlavə peşə təhsili

sahəsində

qanunvericiliyin

təkmilləşdirilməsi

NK,

DQMK,

ƏN

2011-

2012

2013-cü ildə dövlət qulluqçularının əlavə

təhsilini tənzimləyən qaydaların

təkmilləşdirilməsi məqsədi ilə “Dövlət

qulluğu haqqında” Azərbaycan

Respublikası Qanununda dövlət

qulluqçularının təlim keçməsi məsələləri

ilə bağlı dəyişikliklər edilməsi barədə

qanun layihəsi hazırlanmışdır. Layihəyə

əsasən “Dövlət qulluğu haqqında”

Azərbaycan Respublikası Qanununa 22-2-

ci maddənin (Maddə 22-2. Dövlət

qulluqçusunun təlim keçməsi) əlavə

edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən

maddəyə əsasən dövlət qulluqçularının

təlim keçməsinin məqsədi, qısa-müddətli

təlimlərin keçirilmə qaydası, dövlət

qulluqçularının təlim tələbatlarının

öyrənilməsi qaydasının müəyyən edilməsi,

+

Page 12: h T -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d T dbirin ...dqmk.gov.az/aze/downloads/hesabatlar/2014/Elave/YOXSULLUQ CEDVEL -elave... · 1 Əlavə 20 “2008-2015-ci illərdə

12

dövlət qulluqçularının qısamüddətli

təlimlərdə iştirakı üçün əsaslar, ilk dəfə

inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul

edilən şəxslərin, habelə ilk dəfə inzibati

vəzifələrin üçüncü-yeddinci təsnifatları

üzrə rəhbər vəzifələrə təyin edilən dövlət

qulluqçularının xüsusi təlim kurslarından

keçməsinin hüquqi əsaslarının müəyyən

edilməsi nəzərdə tutulmuşdur. Layihə

Azərbaycan Respublikasının Nazirlər

Kabinetinə təqdim edilmişdir.

Eyni zamanda “Dövlət qulluqçusunun

əlavə təhsilinin növü, forması, müddəti və

maliyyə təminatı Qaydaları”na dair

təkliflər təqdim edilmişdir. Təqdim edilmiş

təkliflərlə qeyd edilən qaydaların

təkmilləşdirilməsi, həmin qaydaların

“Təhsil haqqında” Azərbaycan

Respublikası Qanununun tələblərinə

uyğunlaşdırılması təmin olunacaqdır. Eyni

zamanda layihədə dövlət qulluqçuları üçün

əlavə təhsil istiqaməti olaraq ixtisasartırma

ilə yanaşı staj keçmə və təkmilləşdirmə də

nəzərdə tutulmuşdur.

Komissiya tərəfindən hazırlanan “Dövlət

qulluğu məcəlləsi” layihəsində dövlət

qulluqçularının əlavə peşə təhsili ilə bağlı

xüsusi fəsil nəzərdə tutulmuşdur. Həmin

fəsildə əlavə təhsilin məqsədi və onun

növləri, forması, həyatakeçirilməsi (təşkili)

və maliyyə təminatı ilə bağlı müddəalar

nəzərdə tutulmuşdur.

Hesabat dövrü ərzində Təlim

Mərkəzinin yaradılması məqsədi ilə

hazırlanmış sənəd layihələrinə dair Əmək

Page 13: h T -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d T dbirin ...dqmk.gov.az/aze/downloads/hesabatlar/2014/Elave/YOXSULLUQ CEDVEL -elave... · 1 Əlavə 20 “2008-2015-ci illərdə

13

və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə,

Maliyyə və Təhsil nazirliklərinin rəy və

təklifləri nəzərə alınaraq müvafiq hüquqi

akt layihələri yenidən işlənərək 10 noyabr

2014-cü il tarixli 01/03-07/1829 nömrəli

məktubla Azərbaycan Respublikasının

Nazirlər Kabinetinə təqdim edilmişdir.

4.1.2.4.2 Dövlət qulluqçularının

əlavə peşə təhsili

ehtiyaclarının

müəyyən edilməsi

mexanizminin

hazırlanması

DQMK,

müvafiq

icra

hakimiyyəti

orqanları

2011-

2012 Nəzərdə tutulmuş tapşırıqlar 4.1.2.4.1-ci

bənddə qeyd olunan təkliflərdə öz əksini

tapmışdır.

“Dövlət qulluğu məcəlləsi” layihəsində

xidməti fəaliyyətin qiymətləndirilməsi

nəticəsində dövlət qulluqçusunun mütləq

qaydada peşə hazırlığına və ixtisasının

artırılmasına cəlb edilməsi nəzərdə

tutulmuşdur.

“Dövlət qulluğu məcəlləsi” layihəsində

rəhbər vəzifə tutan dövlət qulluqçularının

idarəetmə və komanda qurmaq və s.

məsələlər üzrə, ilk dəfə dövlət qulluğuna

qəbul edilmiş şəxslərin isə dövlət

qulluğuna dair qanunvericiliyin tətbiqi,

etik davranış, maraqlar toqquşması,

korrupsiyaya qarşı mübarizə və s.

məsələlər üzrə peşə hazırlığına və

ixtisasının artırılmasına cəlb edilməsi

nəzərdə tutulmuşdur.

“Dövlət qulluğu məcəlləsi” layihəsində

dövlət qulluqçusunun əlavə təhsilinin

maliyyələşdirilməsi məqsədilə hər il

müvafiq dövlət orqanı üçün nəzərdə

tutulmuş büdcənin 2 faizi məbləğində

həmin orqan üçün pul vəsait ayrılması

müəyyən edilmişdir.

Komissiyanın 2014-cü il 10 fevral tarixli

+

Page 14: h T -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d T dbirin ...dqmk.gov.az/aze/downloads/hesabatlar/2014/Elave/YOXSULLUQ CEDVEL -elave... · 1 Əlavə 20 “2008-2015-ci illərdə

14

021-Q nömrəli Qərarı ilə təsdiq edilmiş

“Dövlət qulluqçusunun xidməti

fəaliyyətinin qiymətləndirilməsi

Qaydaları”nda xidməti fəaliyyətin

qiymətləndirilməsinin nəticəsində dövlət

qulluqçusunun xidməti fəaliyyətinin

təkmilləşdirilməsi üçün təlim tələbatlarının

müəyyən edilməsi və təlimlərə cəlb

edilməsi nəzərdə tutulmuşdur.

4.1.2.4.3 Dövlət qulluqçuları

üçün ümumi

kitabxananın

yaradılması

NK,

DQMK

2011-

2013 Komissiyada dövlət qulluğu və idarəetmə

sahəsi üzrə kitabxana fondu yaradılmışdır.

Lakin kitabxana fondunun daha səmərəli

idarə olunması və geniş miqyaslı

auditoriyanı əhatə etməsi üçün onun

yerləşəcəyi müvafiq sahəyə və fəaliyyətinə

məsul ştat vahidinin olmasına ehtiyac

vardır.

Qeyd edilənləri nəzərə alaraq Komissiya

tərəfindən yaradılması nəzərdə tutulan

dövlət qulluqçuları üçün ixtisaslaşmış

Təlim Mərkəzinin nəzdində dövlət

qulluqçuları üçün ümumi kitabxananın

fəaliyyət göstərməsi, Komissiyanın yeni

inşa ediləcək inzibati binasının layihəsində

binanın birinci mərtəbəsində kitabxananın

yerləşdirilməsi və Təlim Mərkəzinin ştat

cədvəlində kitabxananın fəaliyyətinə məsul

olan 1 ştat vahidinin təsis edilməsi ilə bağlı

2013-cü ildə təkliflər hazırlanaraq Nazirlər

Kabinetinə təqdim edilmişdir.

Kitabxananın əlavə olaraq elektron

kitabxana və resurs mərkəzi kimi fəaliyyət

göstərməsi də nəzərdə tutulur.

Əlavə olaraq bildiririk ki, hesabat dövrü

+ Komissiyanın

hazırda icarəyə

götürdüyü

binasında

kitabxananın

yerləşdirilməsi

üçün şəraitin

olmaması

Page 15: h T -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d T dbirin ...dqmk.gov.az/aze/downloads/hesabatlar/2014/Elave/YOXSULLUQ CEDVEL -elave... · 1 Əlavə 20 “2008-2015-ci illərdə

15

ərzində Komissiyanın kitabxana fonduna

dövlət qulluğu və insan resurslarının idarə

edilməsi üzrə yeni kitablar alınmışdır.

4.1.2.5. Dövlət qulluğu sahəsində təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi

4.1.2.5.1 Vətəndaş cəmiyyətinin

inkişaf etdirilməsi ilə

bağlı ali təhsil

müəssisələrinin yuxarı

kurs tələbələri ilə

görüşlərin keçirilməsi,

QHT sektoru, KİV ilə

əlaqələrin

genişləndirilməsi

DQMK,

müvafiq

mərkəzi və

yerli icra

hakimiyyəti

orqanları

2011-

2015 Vətəndaş cəmiyyətini Komissiyanın

fəaliyyəti və dövlət qulluğu sahəsində

aparılan islahatlarla yaxından tanış etmək,

qeyd edilən sahələrə ictimai nəzarəti

artırmaq məqsədi ilə hesabat dövrü ərzində

bir sıra tədbirlər görülmüşdür. Dövlət

qulluğuna qəbulla bağlı keçirilən

müsabiqələrin test imtahanı və müsahibə

mərhələlərində Komissiyanın dəvəti ilə

qeyri-hökumət təşkilatları və media

nümayəndələri müşahidəçi kimi iştirak

etmişlər. Eyni zamanda vətəndaş cəmiyyəti

üzvləri vakant dövlət qulluğu vəzifələrinin

tutulması üçün keçirilən müsahibələrdə

qrup üzvü kimi iştirak edərək dövlət

qulluğuna kadrların seçilməsi prosesində

qərarların qəbuluna cəlb edilmişlər.

18 fevral tarixdə “Komissiyanın 2013-cü il

üzrə illik fəaliyyəti və etik davranış

qaydalarına əməl edilməsi vəziyyəti barədə

hesabatları” mövzusunda dəyirmi masa

təşkil edilmişdir. Tədbirdə Azərbaycanda

fəaliyyət göstərən qeyri-hökumət

təşkilatlarının nümayəndələri və müstəqil

ekspertlər iştirak etmişlər. Dəyirmi

masanın keçirilməsində məqsəd 2013-cü il

ərzində Komissiyanın fəaliyyəti və dövlət

qulluqçularının etik davranış qaydalarına

riayət etməsi vəziyyəti barədə tədbir

iştirakçılarını, eləcə də ictimaiyyəti

+ Mütəmadi

həyata keçirilir

Page 16: h T -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d T dbirin ...dqmk.gov.az/aze/downloads/hesabatlar/2014/Elave/YOXSULLUQ CEDVEL -elave... · 1 Əlavə 20 “2008-2015-ci illərdə

16

məlumatlandırmaq, Komissiyanın

fəaliyyəti və dövlət qulluqçularının etik

davranış məsələləri üzrə ictimai rəyi

öyrənmək olmuşdur. Tədbir Azərbaycan,

İctimai və Space televiziya kanalları,

YurdTV, APATV və SƏSTV onlayn

televiziya kanalları, AzərTAC, Trend,

APA, TheFirstNews, SalamNews və Səs

İnformasiya Agentlikləri, “Azərbaycan”,

“Xalq qəzeti” və “Palitra” qəzetləri, habelə

Komissiyanın rəsmi internet saytı və

Facebook sosial şəbəkəsindəki səhifəsi

vasitəsilə ictimaiyyətə çatdırılmışdır.

Komissiyanın əməkdaşları 27 fevral

tarixdə Azərbaycan Diplomatik

Akademiyasında “ADA karyera həftəsi”

mövzusunda əmək sərgisində, 6 may

tarixdə Azərbaycan Texniki

Universitetində “Karyerada ilk addım”

mövzusunda əmək yarmarkasında və 23

may tarixdə Azərbaycan Dövlət İqtisad

Universitetində “Məzun – 2014”

Respublika əmək yarmarkasında iştirak

etmişlər.

8-10, 22 aprel tarixlərində Azərbaycan

Dövlət Aqrar Universitetində, Azərbaycan

Texnologiya Universitetində, Gəncə

Dövlət Universitetində, Mingəçevir

Politexnik İnstitutunda və Lənkəran Dövlət

Universitetində, 24, 30 və 31 oktyabr

2014-cü il tarixlərdə Azərbaycan Texniki

Universitetində, Azərbaycan Dövlət İqtisad

Universitetində, Sumqayıt Dövlət

Universitetində, 1, 17 və 18 noyabr 2014-

cü il tarixlərdə M.V.Lomonosov adına

Page 17: h T -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d T dbirin ...dqmk.gov.az/aze/downloads/hesabatlar/2014/Elave/YOXSULLUQ CEDVEL -elave... · 1 Əlavə 20 “2008-2015-ci illərdə

17

Moskva Dövlət Universitetinin Bakı

Filialında, Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasında və Bakı Dövlət

Universitetində məzun olacaq 1700-dən

artıq bakalavr və magistrlarla görüş

keçirilmişdir. Keçirilmiş görüşlərdə

Komissiyanın əməkdaşları tərəfindən

tədbir iştirakçılarına Komissiyanın məqsəd

və funksiyaları, fəaliyyəti və qarşısında

duran vəzifələri, son illər dövlət qulluğu

sahəsində aparılan islahatlar, dövlət

qulluğuna qəbulla bağlı tətbiq olunan

yeniliklər və dövlət qulluğunun

üstünlükləri, dövlət qulluğuna qəbulun

müsabiqə və şəffaflıq əsasında keçirilməsi

şərtləri barədə məlumatlar verilmişdir.

10 aprel tarixdə Komissiyanın və

Mingəçevir Şəhər Gənclər və İdman

İdarəsinin birgə təşkilatçılığı ilə

Mingəçevir Gənclər Evində QHT və yerli

KİV nümayəndələrinin iştirakı ilə 150-dən

artıq gəncə görüş keçirilmişdir.

29 aprel tarixdə Azərbaycan

Respublikasının Prezidenti yanında Dövlət

İdarəçilik Akademiyasında Akademiyanın,

Komissiyanın və Azərbaycan

Respublikasının Prezidenti yanında

Vətəndaşlara Xidmət və Sosial

İnnovasiyalar üzrə Dövlət Agentliyinin

birgə təşkilatçılığı ilə “Dövlət qulluğuna

qəbul və dövlət qulluqçusunun karyera

inkişafı” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə 150-dən artıq “ASAN xidmət”

mərkəzlərində könüllü kimi fəaliyyət

Page 18: h T -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d T dbirin ...dqmk.gov.az/aze/downloads/hesabatlar/2014/Elave/YOXSULLUQ CEDVEL -elave... · 1 Əlavə 20 “2008-2015-ci illərdə

18

göstərmiş gənclər və hazırda fəaliyyət

göstərən könüllülər ilə yanaşı Dövlət

İdarəçilik Akademiyasının yuxarı kurs

tələbələri iştirak etmişlər.

Yuxarıda göstərilən tədbirlərdə

Komissiyanın iştirakının əsas məqsədi

Komissiyanın fəaliyyətinə, xüsusi ilə

dövlət qulluğuna qəbul prosesinə ictimai

etimadın artırılması və potensiallı

gənclərin dövlət qulluğuna cəlb edilməsi

olmuşdur. Tədbirlərdə Komissiyanın

fəaliyyəti, dövlət qulluğuna qəbulun

müsabiqə və şəffaflıq əsasında aparılması,

dövlət qulluğunun üstünlükləri və

təminatları barədə tədbir iştirakçılarına

məlumat verilmiş, tədbir iştirakçılarına

“Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət Qulluğu Məsələləri üzrə

Komissiyanın fəaliyyəti”, “Dövlət

qulluğuna qəbul”, “Dövlət qulluğuna qəbul

zamanı vəzifə seçimini düzgün necə

etməli” və “Dövlət qulluğuna müsabiqə

əsasında qəbul” mövzularında çap

məhsulları paylanmışdır.

Hesabat dövrü ərzində dövlət qulluğu

sisteminin mahiyyəti, dövlət qulluğunda

aparılan islahatlar, dövlət qulluğuna qəbul,

dövlət qulluqçularının etik davranış

qaydalarına riayət etməsi və korrupsiyaya

qarşı mübarizə ilə bağlı təşkil edilən

tədbirlər, habelə Komissiyanın ümumi

fəaliyyəti barədə məlumatlar Komissiyanın

rəhbərliyi və əməkdaşları tərəfindən

mütəmadi olaraq Azərbaycan, İctimai,

ANS, Space, Lider televiziyaları,

Page 19: h T -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d T dbirin ...dqmk.gov.az/aze/downloads/hesabatlar/2014/Elave/YOXSULLUQ CEDVEL -elave... · 1 Əlavə 20 “2008-2015-ci illərdə

19

RegionTV, APATV, SƏSTV və

İnterazTVonlayn televiziya kanalları, Araz

FM radiosu, AzərTAC, Trend, APA,

TheFirstNews, Azadinform, Gün.az, Səs,

İnterafax, ABC (Fineko) İnformasiya

Agentlikləri, Lent.az onlayn xəbər

agentliyi, Qafqazinfo internet qəzeti,

“Azərbaycan”, “Xalq qəzeti”,

“Respublika”, “Bakinskiyraboçiy”,

“Azerbaydjanskiyeizvestiya”, “Həftə içi”,

“Kaspi”, “NewBakuPost” qəzetləri, habelə

Komissiyanın rəsmi internet saytı və

Facebook sosial şəbəkəsindəki səhifəsi

vasitəsilə ictimaiyyətə çatdırılmışdır.

Bunlarla yanaşı Komissiya rəhbərliyinin və

əməkdaşlarının Azərbaycan televiziyasının

“Səhər” musiqili-informasiya

proqramında, İctimai Televiziyanın “Açıq

dərs” verilişində, APATV, SƏSTV və

İnterazTVonlayn televiziya kanallarında

çıxışları olmuş, “Trend” İnformasiya

Agentliyi, “Xalq qəzeti”, “Respublika” və

“İki sahil” qəzetlərində məqalə və

müsahibələri dərc edilmişdir

Komissiya vətəndaşlarla əlaqələrini daha

çox özünün internet saytı vasitəsilə qurur.

Belə ki, 2008-ci ildən indiyə kimi

Komissiyanın internet saytında

yerləşdirilmiş yazılara 9 milyon 700

mindən çox baxış olmuşdur. İnternet

saytında qeydiyyatdan keçmiş

istifadəçilərin sayı isə 14800-ü keçmişdir.

2014-cü ilərzində Komissiyaya internet

saytı vasitəsilə 780 onlayn müraciət daxil

olmuşdur.

Page 20: h T -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d T dbirin ...dqmk.gov.az/aze/downloads/hesabatlar/2014/Elave/YOXSULLUQ CEDVEL -elave... · 1 Əlavə 20 “2008-2015-ci illərdə

20

4.1.2.5.2. Dövlət qulluğuna dair

qanunvericiliyin

tətbiqi üzrə

maarifləndirmənin

aparılması

DQMK,

müvafiq

icra

hakimiyyəti

orqanları

2011-

2015 Tədbirin icrası ilə bağlı vakant dövlət

qulluğu vəzifələrinin tutulması üzrə

müsahibələrdə qrup üzvü kimi iştirakı

nəzərdə tutulan dövlət orqanlarının

nümayəndələri və mütəxəssislər üçün

müsahibələrin keçirilməsi qaydaları və

texnologiyası barədə təlimlər təşkil

edilmişdir. Təlimlərin məqsədi qeyd edilən

nümayəndələrin müsahibələrin

keçirilməsinə dair qanunvericiliyin tələb-

ləri barədə məlumatlandırılması, namizəd-

lərin potensialının üzə çıxarılması üçün

müsahibələrin aparılması texnologiyası

üzrə təlimatlandırılması olmuşdur. Təlim-

lərdə ümumilikdə 106 nəfər iştirak etmiş-

dir.

7-9 aprel 2014-cü il tarixlərdə Komissiya

və Almaniya Beynəlxalq Əməkdaşlıq

Cəmiyyətinin (GIZ) təşkilatçılığı ilə

“Dövlət qulluğunda etika” mövzusunda

təlim keçirilmişdir. Təlimin keçirilməsində

əsas məqsəd bu sahədə Azərbaycan və

beynəlxalq təcrübənin müqayisəsi, etik

məsələlərin aktual problemləri ətrafında

müzakirələrin aparılması və dövlət

qulluqçuları üçün etik kitabçanın və

müvafiq təlim modulunun hazırlanması

üzrə müzakirələrin aparılması olmuşdur.

29 aprel tarixdə Komissiya tərəfindən

Azərbaycan Respublikasının Dövlət

Statistika Komitəsində qulluq keçən 24

nəfər dövlət qulluqçusu üçün “Dövlət

orqanlarında etik davranış qaydaları”

mövzusunda təlim keçirilmişdir.

+

Page 21: h T -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d T dbirin ...dqmk.gov.az/aze/downloads/hesabatlar/2014/Elave/YOXSULLUQ CEDVEL -elave... · 1 Əlavə 20 “2008-2015-ci illərdə

21

23 iyun tarixində Komissiyanın, Binəqədi

Rayon İcra Hakimiyyətinin, Binəqədi

Rayon Gənclər və İdman İdarəsinin və

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının

birgə təşkilatçılığı ilə Binəqədi rayonunun

gənc dövlət qulluqçularına və bir qrup fəal

gəncinə “Dövlət qulluğu və dövlət

qulluqçuları üçün etik davranış qaydaları”

mövzusunda təlim keçirilmişdir. Təlimdə

etik davranış qaydalarının dövlət

orqanlarının və prinsiplər, Azərbaycan

qanunvericiliyində təsbit edilən etik

davranış qaydaları barədə iştirakçılara

ətraflı məlumat verilmişdir.

6-8 sentyabr 2014-cü il tarixlərində dövlət

orqanlarında etik təlimçilərin formalaş-

dırılması və inkişafını təmin etmək məq-

sədi ilə Komissiyanın, Azərbaycan

Respublikasının Prezidenti yanında Dövlət

İdarəçilik Akademiyasının, Azərbaycan

Respublikası Prezidenti yanında Vətən-

daşlara Xidmət və Sosial İnnovasiyalar

üzrə Dövlət Agentliyinin, İqtisadiyyat və

Sənaye Nazirliyinin və Nəqliyyat

Nazirliyinin nümayəndələrinə xüsusi təlim

kursu keçirilmişdir.

9-10 sentyabr 2014-cü il tarixlərdə

Komissiyanın və Almaniya Beynəlxalq

Əməkdaşlıq Təşkilatının (GİZ) birgə

təşkilatçılığı ilə dövlət qulluqçuları üçün

“Dövlət qulluğunda etika və etik

dilemmaların həlli” mövzusunda təlim

keçirilmişdir. Təlimdə “Korrupsiyanın

qarşısının alınması”, “Maraqlar toqquş-

Page 22: h T -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d T dbirin ...dqmk.gov.az/aze/downloads/hesabatlar/2014/Elave/YOXSULLUQ CEDVEL -elave... · 1 Əlavə 20 “2008-2015-ci illərdə

22

masının qarşısının alınması”, “Etik

dəyişikliklər üçün alətlər”, “Etik

qaydaların tətbiqi üzrə çətinliklər və etik

problemlərin həlli üzrə alətlər”, “Etik

məsələlərə dair qanunvericilik” və digər

mövzularda çıxışlar edilmiş və müzakirələr

aparılmışdır. Təlim iştirakçılarına

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət Qulluğu Məsələləri üzrə

Komissiyanın, Azərbaycan Respubli-

kasının Prezidenti yanında Dövlət

İdarəçilik Akademiyasının, Azərbaycan

Respublikası Prezidenti yanında Vətən-

daşlara Xidmət və Sosial İnnovasiyalar

üzrə Dövlət Agentliyinin, İqtisadiyyat və

Sənaye Nazirliyinin və Nəqliyyat Nazir-

liyinin xüsusi kurs keçmiş nümayəndələri

təlim keçmişdir. Qeyd olunan şəxslərin

təşkil edilmiş təlimləri müvəffəqiyyətlə

keçirdikləri nəzərə alınaraq, həmin şəxslərə

Almaniyanın Dövlət Qulluqçuları

Federasiyasının Təlim və Araşdırmalar

Akademiyasının “Etik məsələlər üzrə

professional təlimçi” sertifikatı (İSO

sertifikatı) təqdim edilmişdir. Almaniyanın

Dövlət Qulluqçuları Federasiyasının Təlim

və Araşdırmalar Akademiyası İdarə

Heyətinin direktoru və digər ekspertlərin

qatıldığı təlimdə iştirakçılardan ibarət

qruplar yaradılmış, etik situasiyalar və

onların həlli üçün alətlər barədə

müzakirələr təşkil edilmişdir.

20 sentyabr 2014-cü il tarixdə Azərbaycan

Respublikasının Dövlət Miqrasiya

Xidmətində “Dövlət qulluqçularının etik

Page 23: h T -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d T dbirin ...dqmk.gov.az/aze/downloads/hesabatlar/2014/Elave/YOXSULLUQ CEDVEL -elave... · 1 Əlavə 20 “2008-2015-ci illərdə

23

davranış qaydaları” mövzusunda təlim

keçirilmişdir. Təlimdə Dövlət Miqrasiya

Xidmətinin 80 nəfər əməkdaşı iştirak

etmişdir. Təlimdə “Etika nədir?”,

“Etikanın dövlət qulluğunda əhəmiyyəti”,

“Korrupsiyanın qarşısının alınması”,

“Maraqlar toqquşmasının qarşısının

alınması”, “Etik qaydalara nəzarət” və s.

mövzular ətrafında müzakirələr təşkil

olunmuşdur. Təlimdə etik dilemmalar üzrə

tapşırıqlar həll edilmiş, iştirakçıları

maraqlandıran suallar cavablandırılmışdır.

18 noyabr tarixində Komissiya

tərəfindən Nizami Rayon İcra

Hakimiyyətindəqulluq keçən dövlət

qulluqçuları üçün “Etik kazuslar və həlli

yolları” mövzusunda təlimlər keçirilmişdir.

21 noyabr tarixində Komissiya

tərəfindən Suraxanı Rayon İcra

Hakimiyyətinin inzibati binasında, 18-19

dekabr tarixlərində Komissiya tərəfindən

23 yerli icra hakimiyyəti orqanlarında,

habelə 26 məhkəmə orqanlarında kadr və

etik məsələlərə məsul olan 52 əməkdaş

üçün “Dövlət qulluqçularının etik davranış

qaydaları” mövzusunda təlim təşkil

olunmuşdur. Təlim zamanı iştirakçılara

dövlət qulluqçularının vicdanlı davranışı,

ictimai etimad, insanların hüquq, azadlıq

və qanuni maraqlarına, şərəf və ləyaqətinə

və işgüzar nüfuzuna hörmət, hüquqi

şəxslərin işgüzar nüfuzuna hörmət, mədəni

davranış, maddi və qeyri-maddi nemət-

lərin, imtiyazların və ya güzəştlərin əldə

edilməsinə yol verilməməsi, hədiyyə alma

Page 24: h T -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d T dbirin ...dqmk.gov.az/aze/downloads/hesabatlar/2014/Elave/YOXSULLUQ CEDVEL -elave... · 1 Əlavə 20 “2008-2015-ci illərdə

24

ilə əlaqədar məhdudiyyətlər, maraqların

toqquşmasının qarşısının alınması,

əmlakdan istifadə, məlumatlardan istifadə

və s. kimi etik davranış qaydaları və

prinsipləri barədə məlumat verilmiş və

həmin məsələlər barədə müzakirələr

aparılmışdır.

Komissiya tərəfindən dövlət qulluğuna

qəbulla bağlı keçirilmiş müsabiqələrdə

müvəffəqiyyət əldə edən və hazırda dövlət

qulluğunda çalışan və yaşı 29-a qədər olan

gənclər üçün onların peşə bacarıqlarının

artırılması və müasir dövrün tələblərinə

cavab verən gənc menecerlərin

formalaşdırılması məqsədi ilə 19 və 20

iyun, 25, 26 və 27 noyabr tarixlərdə

təlimlər keçirilmişdir. Təlimlərdə dövlət

orqanlarının mərkəzi aparatlarında və Bakı

şəhəri üzrə yerli bölmələrində inzibati

vəzifələrdə qulluq keçən 153 nəfər gənc

dövlət qulluqçusu iştirak etmişdir.

Təlimlərdə “Dövlət qulluqçularının etik

davranış qaydaları” və digər mövzularda

təqdimatlar edilmiş və dövlət qulluğuna

dair qanunvericiliyin tətbiqi ilə bağlı

müzakirələr aparılmışdır.

Ümumilikdə hesabat dövrü ərzində 93

dövlət orqanında çalışan 550-dən çox

dövlət qulluqçusuna “Dövlət

qulluqçularının etik davranış qaydaları”

mövzusunda təlim keçirilmişdir.

Eyni zamanda Komissiya tərəfindən dövlət

qulluqçusunun xidməti fəaliyyətinin

qiymətləndirilməsi mövzusunu əhatə edən

təlimlər keçirilmişdir.

Page 25: h T -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d T dbirin ...dqmk.gov.az/aze/downloads/hesabatlar/2014/Elave/YOXSULLUQ CEDVEL -elave... · 1 Əlavə 20 “2008-2015-ci illərdə

25

Komissiya tərəfindən dövlət qulluqçu-

larının etik davranış məsələləri ilə bağlı

maarifləndirilmənin həyata keçirilməsi

məqəsilə bələdçi sənədlərin hazırlanması

müvafiq qanunvericilikdə nəzərdə tutul-

muşdur. Bu məqsədlə Komissiya tərə-

findən “Dövlət qulluğunda etika”

mövzusunda kitabça nəşr edilmişdir.

4.1.2.5.3. Dövlət qulluğunun

tənzimləmə institutları

və bu sahədə insan

resurslarının idarə

edilməsinin aktual

məsələlərinə dair

nəşrlərin buraxılması

DQMK

2011-

2015 İctimaiyyəti Komissiyanın fəaliyyət

istiqamətləri və gördüyü işlər barədə

məlumatlandırmaq, vətəndaşları dövlət

qulluğuna qəbul qaydaları üzrə maarif-

ləndirmək, onları potensiallarına və

maraqlarına uyğun vəzifə seçiminə

yönəltmək məqsədi ilə Azərbaycan

Respublikasının Prezidenti yanında Dövlət

Qulluğu Məsələləri üzrə Komissiya

haqqında jurnal, “Azərbaycan Respublika-

sının Prezidenti yanında Dövlət Qulluğu

Məsələləri üzrə Komissiyanın fəaliyyəti”,

“Dövlət qulluğuna qəbul”, “Dövlət

qulluqçularının etik davranış qaydaları” və

“Dövlət qulluğuna müsabiqə əsasında

qəbul” mövzularını əhatə edən bukletlər

ölkədə keçirilən müxtəlif tədbirlərdə tədbir

iştirakçılarına paylanmışdır.

Hesabat dövrü ərzində Komissiya

korrupsiyaya qarşı mübarizə və dövlət

qulluqçularının etik davranış məsələləri

üzrə ictimaiyyət arasında maarifləndirməni

həyata keçirmək üçün tədbirləri davam

etdirmişdir. Bu məqsədlə “İnformasiyanın

açıqlanması korrupsiyaya qarşı alət kimi”,

“Dövlət qulluğunda korrupsiyaya qarşı

+

Page 26: h T -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d T dbirin ...dqmk.gov.az/aze/downloads/hesabatlar/2014/Elave/YOXSULLUQ CEDVEL -elave... · 1 Əlavə 20 “2008-2015-ci illərdə

26

mübarizə: korrupsiya və onun aradan

qaldırılması sahəsində tədbirlər” və

“Dövlət qulluğunda korrupsiyaya qarşı

mübarizə: rüşvət, yoxsa hədiyyə?”

mövzularında bukletlər nəşr edilərək

müxtəlif tədbirlərdə ictimaiyyətə

paylanmışdır. Komissiya tərəfindən

“Dövlət qulluğunda etika” mövzusunda

kitab nəşr edilmişdir. Vəsaitin

hazırlanmasında məqsəd dövlət qulluğunda

etik prinsiplər və onların əhəmiyyəti, etik

davranış qaydalarına əməl olunmasına

nəzarət mexanizmləri və etik pozuntuların

araşdırılması üzrə qanunvericiliyin

tələbləri barədə məlumat verilməsi, dövlət

qulluqçularını etik davranış qaydaları ilə

bağlı nümunələrlə tanış edərək onların etik

qaydaların tətbiqi üzrə praktiki biliklərə

yiyələnməsinə və xidməti fəaliyyəti

zamanı qərar verərkən qarşılaşdıqları

dilemmaların həllinə köməklik

göstərilməsidir. Qeyd olunan vəsait dövlət

qulluqçuları arasında paylanmışdır.

Qeyd: 4.1.2.1.1, 4.1.2.1.3, 4.1.2.1.8 və 4.1.2.2.3-cü yarımbəndlərdə nəzərdə tutulmuş tapşırıqlar tam icra edilmişdir. Həmin tapşırıqların icrası

barədə məlumat əvvəlki hesabatlarda təqdim olunmuşdur.