hakimiyy?t allahindir, insanlarin deyil...3 hakimiyyƏt allahindir, insanlarin deyil ithaf allahın...

29
HAKIMIYYƏT ALLAHINDIR, INSANLARIN DEYIL Əhməd əl Həsən (ə.s) İkinci nəşr 2015

Upload: others

Post on 18-Jan-2020

35 views

Category:

Documents


1 download

TRANSCRIPT

HAKIMIYYƏT ALLAHINDIR,

INSANLARIN DEYIL Əhməd əl Həsən (ə.s)

İkinci nəşr 2015

1 HAKIMIYYƏT ALLAHINDIR, INSANLARIN DEYIL

2 ƏHMƏD ƏL HƏSƏN (Ə.S)

(s.v.t): subhanə və təala (münəzzəh və uca)

(s.a.a): səllallahu əleyhi və alihi və səlləm (Allah ona və ailəsinə səlat və salam etsin)

(ə.s): çox insan üçün əleyhimussəlam (onlara salam olsun),

tək nəfər üçün əleyhissəlam (ona salam olsun)

(s.a): qadınlar üçün səlamullahi əleyha (Allahın salamı onun üzərinə olsun)

(r.a): rahiməhullahi əleyh (Allah ona rəhmət etsin)

(l.a): çox insan üçün lənətullahi aleyhim (Allah onlara lənət etsin),

tək nəfər üçün lənətullahi aleyh (Allah ona lənət etsin)

3 HAKIMIYYƏT ALLAHINDIR, INSANLARIN DEYIL

Ithaf

Allahın Xəlifəsinə

İmam Muhəmməd ibn əl Həsən əl Mehdi (ə.s)

Məzlum olan

Atam, Həbibim, Hər şeyim

Lütfən Səni rahatlatmak və kədərinizi paylaşmaq üçün səy

göstərdiyim bu sözləri qəbul et

Onları xeyirli olaraq qəbul etməyin üçün sənə yalvarıram

Mən belə bir şərəfə layiq olmasam belə

Günahkar Qüsur

Əhməd əl Həsən

1425 Hicri

4 ƏHMƏD ƏL HƏSƏN (Ə.S)

Mündəricat Giriş .......................................................... 5

Demokratiya Nədir? ................................. 8

Demokratiyanın Tutarsızlıqları .............. 11

1. Diktatorluq demokratiyanın ən altındadır: .. 11

2. Dünyadakı ən böyük demokratik ölkələr

diktatorluğu tətbiq edir: .............................. 11

3. Demokratiya və pul: ............................... 12

4. Demokratiya və azadlıq: ......................... 12

5. Demokratiya və din: ............................... 13

6. Beşikdən qəbirə demokratiya: .................. 13

Demokratiyanın Əqli Bənzəri................. 15

Nəyə görə Gözlənən İslahatçı? ............... 23

Din .......................................................... 23

Dünya ...................................................... 24

5 HAKIMIYYƏT ALLAHINDIR, INSANLARIN DEYIL

Bismillahirrahmanirrahim

Giriş Bunlar son günlərdir, həlledici dəqiqələr və insanları ya yüksəyə qaldıracaq ya

da aşağı sürükləyəcək olan qəziyyə günləridir. Bəzi insanlar, elə əxlaqsızca yetişiblər ki, çuxurun dibində eləcə oturub durarlar. Bəziləri isə, o qədər yüksəlməyə başlayıblar ki, az qala dağların zirvələrini fəth edib oraya oturmuşlar. Və digərləri isə sərxoş və çaşqın haldadır. Əvvəlki 2 grupa da aid deyillər. Onlar, hər səsin ardına düşən, hər əsintiyə qapılıb gedən tör-töküntüdürlər.

Bu həlledici dəqiqələrdə, yer üzü əhlinin bu ilahi imtahan zamanında, İslamı müdafiə etdiyi ya da İslamı təmsil ettiyini iddia edən kəslərin çoxu istənilən halda itirmişdir. Təəffüs ki, ilk itirən kəslər; Nəbilərin, Rəsulların və İmamların (ə.s) düşmənləri tərəfindən daima təkrar edilmiş şeytani kəlamı (insanların hakimiyyətini) hələ də təkrarlamağa davam edən əməlsiz alimlər olmuşdur. Yalnız bu dəfə, o kəlamı böyük şeytan dirçəltdi. Beləliklə o alimlər də onun cazibəsinə vurulub ona aşiq oldular. Böyük şeytan[1] o kəlamı (demokratiyanı); azadlıq, azad seçkilər və ya onların rədd edə bilməyəcəyi başqa adlarla adlandırdı. Onlar da ona və onun müridlərinə dayana bilmədilər, çünki bu əməlsiz alimlər və onların təqlidçiləri dinin, önəmsiz və səthi elmindən başqa heç nəyə sahib deyillər. Onlar üçün din tamamilə təkrardan ibarət olan və haqqında söz etməyə dəyməyən boş bir şeydir. Bu şəkildə bu əməlsiz alimlər, büyük şeytanın bıçağını götürüb Əmirəl Möminin Əlinin (ə.s) qəlbinə sancdılar. Və köhnə yara Allahın xəlifəsini öz haqqından məhrum edib, Allahın, Nəbisinin (s.a.a) və İmamların (ə.s) məqbul saymadığı insanların hakimiyyətini (hakimiyyətunnası) təsdiqləyən Şura və Bəni Səidə Səqifəsi məclisi [2] ilə yenidən deşildi. Ona görə də, bu əməlsiz alimlər, Nəbilərin, Rəsulların və İmamların (ə.s) məhrum edilməsini təqdir etdilər və zalımlar da, Hüseyn ibn Əlinin (ə.s) qətlini dəstəklədilər.

Məni ən çox kədərləndirən şey odur ki, Allahın Öz yer üzərində hakimiyyətini müdafiə edəcək birini tapa bilmirəm. Elə ki, bu həqiqi hakimiyyəti tanıyan kəslər belə onu müdafiə etməyi tərk etmişlər. Çünki, onlar, bu cür davranmaqla, özlərinin mövcud zülmə və mərhəmətsizliyə qarşı savaşacaqlarının fərqinə vardılar. Ən pisi isə hamının insanların hakimiyyətini tanımasıdır. Elə ki, bu hakimiyyət təəssüf ki Allaha sadiq qalan çox az insan xaric, Müsəlmanlar

1 Amerikaya işarətən deyilmişdir 2 Əbu bəkr, ömər və bəzilərinin Həzrəti Rəsulullahdan (s.a.a) sonra xəlifəliyi İmam Əli ibn Əbu Talibdən (ə.s) qəsbetmək üçün toplandıqları məclis.

6 ƏHMƏD ƏL HƏSƏN (Ə.S)

tərəfindən də təqdir edilmişdir. Hətta, Quranda bu cür oxumalarına baxmayaraq: [De ki: “Ey mülkün (hökmranlığın) sahibi olan Allahım! Sən mülkü (hökmranlığı) dilədiyin kəsə verərsən."] (Al-i İmran 3:26).

Buna görə də, bu əməlsiz alimlər; ilahi dinin əsas sütununu yıxdılar ki, o sütun Allahın hakimiyyəti və Allahın xilafətidir. Və nəticədə, bu əməlsiz alimlərə görə mənimsənilmiş seçkilər və demokratiyaya görə Allahın yer üzərindəki xəlifələri Əhlibeyt (ə.s) və onların övladlarının sonuncusu İmam Mehdi (ə.s) var olmazdı. Əslində bu alimlər Quran-i Kərimi tamamilə rədd etmişdir, çünki Allah Quranda belə buyurmuşdur: [Mən yer üzərində bir xəlifə yerləşdirəcəyəm.] (Bəqərə 2:30).

Və O (s.v.t), Quranda dəsturu (konstitusiyanı) və qanunu endirməsinə baxmayaraq, bu əməlsiz alimlər Allahın hakiminin ya da xəlifəsinin insanlar tərəfindən seçkilər ilə təyin ediləcəyini və beləliklə də dəsturun da özləri tərəfindən yazılacağını deyərlər. Buna görə də bu əməlsiz alimlər təkcə Allahın dininə müxalifət etməklə qalmadılar, həmçinin Allahı da rədd etdilər. Və iblisin (l.a) tərəfində durdular.

Ona görə də haqqın açıq və hər cür müəmmadan uzaq olmasına baxmayaraq etiraz edən kəsə bəhanə buraxmamaq və görən hər kəs üçün mövzuya işıq tutmaq məqsədilə bu sözləri yazmağıma ehtiyac olduğunu düşündüm. Üstəlik, Allahdan bu sözləri Qiyamət Günü bu əməlsiz alimlərə və onların təqlidçilərinə qarşı Öz dəlillərindən biri qılmasını diləyirəm. Onlar, o alimləri izləyərək Allaha və Al-i Muhəmmədə (ə.s) qarşı savaşmış, onların (o alimlərin) təqibçiləri olan bütləri və iblisi təqdir etmiş və Vəsi Əli ibn Əbu Talib (ə.s) ilə onun övladlarından olan İmamların (ə.s) (haqlarından) məhrum edilməsini təqdir etmiş oldular.

***

7 HAKIMIYYƏT ALLAHINDIR, INSANLARIN DEYIL

Rəhman və Rəhim olan Allahın Adı ilə

Həmd Aləmlərin Rəbbi Allahadır,

Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o artıq

ən möhkəm ipdən yapışmış olur. Bütün işlərin axırı Allaha

dönəcək!

( Loğman 31:22 )

8 ƏHMƏD ƏL HƏSƏN (Ə.S)

Demokratiya Nədir? Demokratiya insanlar vasitəsilə, insanlar üçün olan, insanların hökümətidir.

Demokratiya, qanunvericilik və idarəetmə qüvvələrinin seçimi ilə həyata keçir. Bu iki gücün səlahiyyətləri, haqları və öhdəlikləri, sosial dəyərlərə və ənənələrə görə bir yerdən başqa yerə qismən fərqlilik göstərə bilən bir dəstur ya da ümumi qanun tərəfindən təyin edilir. Halbuki bu ideologiya çox köhnədir (bilirik ki Platon/Əflatun bunu minlərlə il bundan əvvəl zikr etmişdir), həqiqətdə həyata keçirilməmiş və demokratiyanın içində yer almış düşüncələrin həqiqətinə yaxınlaşmamışdır; azadlıq savaşından və ya çoxu ingilis olan Amerikan xalqının, işğalçı ölkə ya da Ana İngiltərəyə qarşı gerçəkləşdirdiyi ayrılıqdan sonra Amerikada baş verənlər istisna olmaqla. Əslində, yaxşısı budur ki, demokratik Amerikanın elm adamlarından biri olan Amerikan Martin Dodge bizə demokratiyanın Müasir Demokratiya Mənbəyi içində olduğunu açıqlasın. O belə deyir:

Demokratiya yaradıldı, çünki insanlar azad yaşamaq istədi… Amerikan

demokratiyası öz-özünə ortaya çıxmadı. O, səylərin və dirənişin

nəticəsi idi. O, fərdləri öz ağası edər… Üstəlik, bizə böyük miqdarda

fürsətlər də verər, cəmiyyətin hər fərdinə öhdəliklər verər… bununla

bərabər, sərhədsiz inkişaf və rifaha zəmin hazırlayar… bizim

Amerikada izlədiyimiz rejim ölkəyə bir varlıq qazandırmış olan

demokratik təlimin təməlindən gəlir. Bu səbəbdən, onun etibarlılığını

təsdiq etməyə meyl etdik və demokratiyanın qurulması üçün uzun bir

zaman keçdiyini və ancaq əsrlərlə dirənişdən sonra tamamilə əldə

edilə bildiyini unutduq. Nəticədə demokratiya bizə gəlib çatdı, çünki

azad yaşamaqda qərarlı idik və çünki sürü kimi bir yerdən başqa yerə

sürülməkdən nifrət edirdik. Demokratiya insanların məzlum

vətəndaşlara qarşı itaətkar olmayaraq özlərini idarə etdiyi zaman

həyata keçər, çünki onlar ilk mövqeyi tutar və səlahiyyətləri idarə

etməkdə öncəliyə sahibdirlər.

Demokratik rejim altında cəmiyyət öz-özünü idarə edər. Bəli, öz-özünü

idarə edər və ən yüksək mövqelərdə insanlar yer alar. Nüfuz

sahiblərinə gəldikdə, bu sifəti onlara layiq görər-görməz onlar

təhlükəli olurlar. Üstəlik, insanlıq tarixində bu nəzəriyyəyə baxsaq,

onun əsla var olmadığını görərik. Çünki insanlar, öz vətəndaşlarına az

sayda haqq və önəmsiz şəxsi imtiyazlar vermiş hökmdarlar,

imperatorlar və diktatorlar tərəfindən idarə edildi. Bu vətəndaşların

mövcud hökümətdə heç bir səsi ya da təmsili yox idi və onlar heç bir

9 HAKIMIYYƏT ALLAHINDIR, INSANLARIN DEYIL

önəmə sahib deyildi, nə hörmətə nə də mühafizəyə. Onlar yüksək

vergilər verməyə məcbur edildilər, həbs edildilər və ya sadəcə hakim

tərəfindən ifadə edilmiş tələsik bir işarə və ya istəkdən dolayı ölümə

məhkum edildilər.

Demokratiya ilk dəfə Yunanıstanda quruldu, lakin bugünlərdə ən

önəmli ünsür olan kökləri isə ilk dəfə yeddi yüz il bundan əvvəl

İngiltərədə, Kral Con 1215’ci ildə ‘Magna Carta’ qanunvericiliyini

imzaladığı zaman ortaya çıxdı. Əslində kral buna çox da istəkli deyildi,

çünki o bunun, öz yanında tam hakimiyyətlə hökm edəcək başqa bir

gücdən asılılığı və onu tanımağı özündə ehtiva etdiyinin fərqinə

varmışdı.

Dövlətlərin başlarının və hökumət orqanlarının, qazandıqları və onları

itirmə qorxusu ilə əlləşdikləri şan və gücü təhvil verməyi rədd

etdiklərini demək lüzumsuzdur, halbuki demokratiya gücün insanların

əlində tutulmasını öhdəsinə götürər.

Magna Carta’nın imzalanmasından bu yana İngiltərə yaxın dörd yüz

ildə baş vermiş bir hadisələr silsiləsinə şahid oldu. İnkişaf yavaş idi,

lakin o, Sir Edvard Kok 17’ci əsrin əvvəllərində İcmalar Palatasının

önündə durub bənzərsiz bir cəsarətlə bəzi krallıq məqamlarının qeyri-

məşru olduğunu, çünki dəsturu pozduqlarını və bununla da bağlayıcı

olmaqdan çıxdıqlarını dediyi zaman burada parlament sisteminin

təsdiqlənməsini təmin etdi.

Buna görə də İngiltərə demokratiyanın beşiyidir. Amma özünə aid olan

Amerikan koloniyalarına belə bir imtiyaz vermədi və bu koloniyaların

vətəndaşlarına bir ev heyvanı sürüsüymüş kimi davranmağa davam

etdi. Koloniyalara zorla qəbul etdirilən məhdudiyyətlər, onu yox etmək

yerinə sadəcə azadlıq mücadiləsini daha da artırdı. Bildiyiniz kimi,

müasir dünyanın ən güclü dövləti ABŞ’ın qurulması ilə nəticələnmiş

Amerikan İnqilabının baş verməsinin arxasındakı səbəb bu idi. Onun

qurulması, demokratik təlimin təməllərinin ‘Müstəqillik Bəyannaməsi,

Qanunvericilik və onunla bağlı İnsan Haqları Sazişi olaraq bilinən

əlavələr’ üzərində sağlamlaşdırılması ilə əlaqəli idi.

Mükəmməl və rasional bir hökuməti hələ qura bilmədiyimizi qəbul

edirik. Buna baxmayaraq, xoşbəxtliyimiz haqqında nə düşünürsünüz?

… azadlıqlarımız haqqında? … inkişafımız və irəliləyişimiz haqqında? …

yaxşı vəziyyət və rifah səviyyəmiz haqqında? … sağlamlıq imkanlarımız

10 ƏHMƏD ƏL HƏSƏN (Ə.S)

və demokratik sistemimizə borclu olduğumuz maddi-mənəvi

varlığımızın təhlükəsizliyi haqqında?

Bütün bunları düşünməsi, ölçməsi və hesablanması üçün bütün

oxuyuculara təqdim edirəm. Əldə ettiyimiz idarəetmə metodları

təsadüfən bizə gəlib çatmadı, onlar çox böyük əməklərin nəticəsi idi.

Axırda sözlərini bu cür bitirir:

Atdığımız hər addımda demokratiya bizim üçün, bütün tərəfdarlarına

şəxsi səylərinin mükafatı olaraq möhtəşəm və əbədi xoşbəxt bir həyata

gedən yolu asanlaşdıraraq sərhədsiz rifah zəmini hazırlayır. [3]

Hər adil düşünən biri qəbul etməlidir ki, demokratik doktrina, digər bütün

siyasi hökmləri, Avropadakı, bəzi Cənubi Amerika, Asiya və Afrika ölkələrindəki

həqiqi siyasi arenada üstələməsindən əvvəl, əqli olaraq üstələmişdir. Çünki,

bütün bu təlimlər tək həqiqətdən ortaya çıxır: Bir qrup və ya bir şəxs və o qrup və

ya şəxsin tutumu ilə onların insanlara etiraz etmədən itaət etmələrini xahiş edən

qanunlar təsis edən ilâhlar kimi bəhs etdikləri, həqiqətdə isə anormal fəlsəfələri

tərəfindən gücün əldə tutulması. Maraqlıdır ki, çox sayda faşist və diktator

idarəetmə rejimi bugünlərdə demokratik olduğunu iddia edir və elə olduqlarını

isbatlamaq üçün uydurma referendumlar, etibarlı səsvermələr və seçkilər təşkil

edirlər. Əslində, bütün idarəetmə rejimlərinin demokratik doktrina qarşısında

məğlub olmalarının ən böyük dəlili də budur. Və bu, onların ona (demokratiyaya)

meyl etmələrinin, onun kimi davranmağa başlamalarının, ona tərəfdar

olmalarının və ya ən azından o yolda irəliləmələrinin səbəbini açıqlayır.

Hətta bugünlərdə dini doktrinalar da demokratik doktrinaya olan sevgilərini

ifadə etməkdədir və onların tərəfdarları da demokratik olduklarını iddia

etməkdədir. Təəssüf ki bu son bəhs edilən şey böyüklüyünü qısqanıb qarğanı

təqlid edən göyərçin kimidir, lakin günün sonunda o göyərçin qarğa olmağa nail

ola bilmədən öz göyərçin şəxsiyyətini də itirər. Bugün demokratiya ilə etibarlı

dəlillərlə savaşan və demokratiya üçün həqiqi əqli bir nümunə olaraq

mənimsənilib sinifləndirilməyə layiq olan mülayim bir görüş təklif edən bir

doktrina tapa bilmirəm. Ancaq Yəhudilikdə İlyas tərəfindən, Xristianlıqda İsa

Məsih (ə.s) tərəfindən, İslamda da Mehdi (ə.s) tərəfindən təmsil edilib mövcud

olan Müntəzir İslahedici təlimindən başqa. Həmçinin Müntəzir İslahedici

müəyyən bir şəxsə işarə etmədən, digər dinlərdə də zikr edilmişdir.

3 Mənbə: Öz Təlimlərinizi Tanıyın, Martin Herbert Dodge.

11 HAKIMIYYƏT ALLAHINDIR, INSANLARIN DEYIL

Demokratiyanın Tutarsızlıqları 1. Diktatorluq demokratiyanın ən altındadır:

Bu həqiqət praktiki olarak aydındır. Çünki intellektual bir təlim, gücün müəyyən

bir partiyaya verilməsini dəstəkləyərsə, mütləqdir ki o (partiya) öz siyasi

görüşünü hər hansı bir yolla bu ölkəyə tətbiq etmək istəyər. Bəziləri deyə bilər ki,

insanlar özləri bu doktrinanı seçdi və iqtidara gətirdi. Halbuki gördüyüm qədərilə,

insanlar bu partiyanı və intellektual doktrinanı, seçkilər müddəti boyunca siyasi

arenada mövcud olan şey əsasında iqtidara gətirmiş olurlar. İnsanlar bir ildə

işlərin necə tərs dönəcəyini bilməzlər. Ona görə də, bu idarəetmə rejiminin hər

hansı bir şəkildə onların dini və ya dünyəvi mənfəətlərinə zərər verməsi lazım

gələrsə; onlar bu rejimdən geri dönə bilməyəcəklər, atalar sözündə keçdiyi kimi,

“İşlər dönüşü olmayan nöqtəni keçib getmişdir, artıq ediləcək heç bir şey

yoxdur.”

Dolayısı ilə, yer üzünü xaraba qoymuş Hitler kimi qubernatorlar, seçkilər və

sözdə demokratiya sayəsində iqtidara gəlmişdir. Və Almanyada baş verən şeyin,

o zamanki demokratiyanın yetkinləşməməsindən qaynaqlandığı iddia edilərsə;

bilməlisiniz ki, bu həmçinin bugünlərdə İtaliyada da olan vəziyyətdir. Şübhəsiz ki,

İtaliyada bir qrup insan iqtidara gəlmiş və ölkəni Amerikanın yanında İslama və

Müsəlmanlara qarşı çürük bir savaşa soxmuşdur. İtalyan xalqının bugünlərdə bu

hökumətə qarşı çıxmasına və müxaliflərin İtalyan birliklərinin geri çağırılmasını

tələb etməsinə baxmayaraq iqtidarda olan zalım partiya, İtalyan birləşmələrinin

İraq işğalına davam etməkdə qərarlıdır. Bu səbəbdən, bugünlərdə diktatorluq və

faşizmin İtaliyaya necə geri dönüdüyünü görməkdəyik. Həmçinin, ABŞ’ın İraqı

işğalında və İslama və Müsəlmanlara göstərdiyi təcavüzkarlıqda ana müttəfiqi

olan demokratik Birləşmiş Krallıqda da görürük ki, milyonlarla insan London

küçələrində, İslama və Müsəlmanlara qarşı olan bu zalım və müstəmləkəçi savaşı

qınayaraq etirazlar etmişdir. Lakin bu hadisə Britaniya hökumətinin qərarında

heç bir təsir yaratmamışdır. Bu bizi sadəcə bu nəticəyə götürür; diktatorluq

demokratiyanın içində əməlli başlı kök salmışdır.

2. Dünyadakı ən böyük demokratik ölkələr diktatorluğu tətbiq edir:

ABŞ’dakı rejimin demokratik olaraq görünməsinə baxmayaraq, yenə də o, dünya nüfuzu üzərinə təzyiqin və diktatorluğunun ən çirkin şəkillərini tətbiq edir. Bu, demokratiya anlayışı ilə açıq bir ziddiyyət təşkil edir. Şübhəsiz, qarışıq bir doktrinanı mənimsəyən bir rejim onu hər kəsə tətbiq etmək məcburiyyətindədir, hər yerdə və hər zamanda, heç bir istisna olmadan. Amma Amerikalılar dünya

12 ƏHMƏD ƏL HƏSƏN (Ə.S)

insanlarını alçaldıb onlara hakim olmaq istəyir və Müsəlmanlara özəl bir təhqir və hörmətsizliklə davranırlar. Çünki onlar bilir ki, bütün Müsəlmanların İmamı olan İmam Mehdi (ə.s) ABŞ’ın sonunu gətirəcək. Diqqət ediləcək başqa bir həqiqət isə budur ki, Amerikalı Müsəlmanlar Birləşmiş Ştatlarda belə ayrı-seçkilikdən sıxıntı çəkərək yaşayır. Elə isə hanı demokratiya?

3. Demokratiya və pul:

Təbliğata, yalanlara, faktları təhrif etməyə, tamahkar və yaramaz kimsələri ələ almağa xərcləyəcək pulu olmayan şəxslərin demokratiyada yeri yoxdur. Buna görə də demokratik rejimdə pulun gücü anormal bir şəkildə ortaya çıxar. Partiya və təşkilatlar, xəyanət başlamazdan əvvəl, hər hansı bir yolla kasıbların və miskinlərin pulunu oğurlamağa başlayar. Məsələn, Birləşmiş Ştatlarda Yəhudilər pul sayəsində seçkilərin gedişatını təyin edər və Birləşmiş Ştatlarda iqtidarda olmasını istədikləri hər kəsin seçilməsi barəsində ən azı 70%’lik bir qalibiyyətə çatarlar. Beləliklə də Sionist Dövlətə olan Amerikan dəstəyi davam edər.

Hiylələrə, yalnış reklamlara və pulun demokratiya üzərindəki gücünə gəlincə; bu daima Amerikadakı qazetlərdə müzakirə mövzusu olmuşdur. Əslində, illər öncə Amerikan bir yazar tərəfindən yazılaraq, Birləşmiş Ştatlardakı demokratiyanın sadəcə bir saxtakarlıq və önəmsiz bir oyun olduğunu, bunun səbəbinin də onu idarə edən şeyin hiylə, saxtakarlıq və pul olduğunu təsdiqləyən bir məqalə oxuduğumu xatırlayıram.

4. Demokratiya və azadlıq:

Bütün dünyada mütləq azadlığı tanıyan heç bir rejim yoxdur, hətta demokratik rejimlər də şəxslərin və qrupların azadlığına məhdidiyyətlər qoyur. Ancaq, azadlığı azaldan bu məhdudiyyətlərin ölçüsü nədir? Biri hansı ölçüyə qədər şəxslərin və qrupların istədikləri hər şeyi etməkdə azad olmalarına icazə verə bilər?!

Diqqət etmək lazımdır ki, azadlıq üzərinə bu məhdudiyyətləri yükləyən insanların əksəriyyətinin tək əhəmiyyət verdikləri şeyin öz arzularını təmin etmək olduğunu bəlli etməmək üçün, mütləq cinayət işləyərlər. Ona görə də, demokratiyada məhdudiyyət dinə, islaha, əlavə olaraq da yaxşılığı əmr edib pislikdən çəkindirməyə məcbur edilir, çünki ilahi din, pozitiv qanunla ziddiyyət təşkil edən başqa bir qanunu – İlahi Qanunu özündə daşıyır. Əslində, demokratiyada azadlıq arzuları reallaşdırmaq, fəsad çıxarmaq, əxlaqsızlıq etmək və Allahın haram qıldığı pisliklərə batmaq üçün sərbəst buraxılır. Nəticədə, demokratiyanın qurulduğu bütün cəmiyyətlər pozulmuş və çirkin cəmiyyətlərə çevrilir, çünki pozitiv qanun zina edən, fəsad çıxaran, alkoqol içən, çılpaq gəzən və digər fəsad növlərini çıxaran kəsi qoruyur.

13 HAKIMIYYƏT ALLAHINDIR, INSANLARIN DEYIL

5. Demokratiya və din:

Şübhəsiz ki ilahi din demokratik fəlsəfədən fərqli bir fəlsəfəyə sahibdir. Çünki Allahın dini sadəcə Allah tərəfindən olan təyinatı (Mən yer üzündə bir xəlifə qılıram) tanıyar – ki o da Mehdi’nin (ə.s) təyin edilməsidir – və sadəcə biz Müsəlmanlar üçün bizim zəmanəmizdəki Allahın qanununu (Quranı) tanıyar. Yəhudilər üçün Allah İlyas’ı (ə.s) təyin etdi və onun qanunu Tövratda yer aldı, Xristianlar üçün isə Allah İsa’nı (ə.s) təyin etdi və onun qanunu İncildə yer aldı. Belə olduğu halda, necə olur ki Müsəlmanlar, Xristianlar və ya Yəhudilər Allaha iman etdiklərini və Mehdi (ə.s) ilə Quran, İsa (ə.s) ilə İncil və ya İlyas (ə.s) ilə Tövrat tərəfindən təmsil edilən Allahın hakimiyyətini təsdiqlədiklərini iddia edib, eyni zamanda ilahi dinin təməlini və Allahın yer üzündəki hakimiyyətini rədd edən insanların hakimiyyətini və demokratiyanı tanıdıqlarını söyləyə bilirlər? Buna görə də, hər kim demokratiyanı və seçkiləri tanıyarsa, həmin şəxs ilahi dinə bağlı ola bilməz və bütün dinlərə və Allahın hakimiyyətinə qarşı kâfir sayılar.

6. Beşikdən qəbirə demokratiya:

Demokratiya müəyyən bir ölkədə yol almağa başlayarsa, 10larla siyasi partiya və cərəyan ortaya çıxa bilər. Lakin, bir halda ki həqiqətdə hiylə, saxtakarlıq, yalan, iftira, reklam və pul ölkəni idarə edən şeylərdir, bütün bu siyasi partiyalar zamanla parçalanar və əsasən siyasi arenada sadəcə iki partiya qalar. Əslində yekun nəticə və acı son, liderlik sükanına hakim olan bu iki partiyadan biri ilə ortaya çıxar. Nəticədə də diktatorluq demokratiya şəklində yenidən ortaya çıxar. Həqiqətən də, iki ən qədim demokratik ölkə bu vəziyyət üçün açıq-aydın bir dəlil təşkil edir, çünki onlar demokratiyanın son mərhələlərini yaşamaqdadırlar. Doğrusu, bu iki ölkə Muhafizəkar və İşçi Partiyalarının hakim olduğu Birləşmiş Krallıq ilə Respublikaçı və Demokrat Partiyaların hakim olduğu ABŞ’dan başqası deyildir. Bu mərhələdə, bu partiyalar liderlik sükanının mütləq hakimiyyəti üzərində ixtilafda olarlar, çünki demokratiya zəifin aradan qaldırılması mərhələsi ilə nəticələnir. Ona görə də, insanlar hal-hazırda demokratiyadan diktatorluğa doğru gedən bir gedişat içindədirlər. Əslində, iki partiyanın və ideologiyanın liderlik sükanına hakim olması, onlar ilə hər hansı bir düzgün ideoloji müxalifətin gizliliyi arasındakı ideoloji uyğunluğu nəzərə aldığımız halda, öz-özlüyündə bir növ diktatorluqdur. Üstəlik, bu fakt sadəcə bir qrup demokratiya tərəfdarının hakimiyyəti ələ keçirib digər partiyaları aradan çıxarmasından, beləliklə də bir gecədə demokratiyadan diktatorluğa keçilməsindən sonra heç bir maneə olmasa baş verər. Bu haqda, Yunan filosofu Əflatun belə deyir:

Demokratiyanın tərəfdarları və xalqın qoruyucuları arasında ən sərt və

fərasətli olan kəs ortaya çıxacaq. Sonra o şəxs varlıları sürgün və ya

edam edər, borcları ləğv edər, torpaqları bölər və özü üçün təhlikəli

sui-qəsdlərdən qorunmasını təmin edəcək bir hərbi birlik yaradar.

14 ƏHMƏD ƏL HƏSƏN (Ə.S)

Beləliklə xalq da onun varlığı ilə sevinər və o da hakimiyyəti ələ keçirər.

Üstəlik, öz mövqeyini gücləndirmək, xalqı özündən uzaq tutmaq

(toxunulmaz olmaq) və prioritetli qalmaq məqsədilə, sülh bağladıqdan

sonra qonşularına qarşı müharibə elan edər. Beləliklə o, ölkədə öz

metodunu qurar, hər müxalif ya da tənqidçinin boynunu vurar, bütün

xeyirxah kəsləri özündən uzaq tutar və bir qrup tamahkar və veteranı

razı salar. Həmçinin o, bizim şəhərimizdən qovduğumuz şairlərə

comərdlik edər və beləliklə onlar da ona təriflər yağdırar. Üstəlik, o

məbədləri talan edər və xalqı öz mühafizəçilərini və köməkçilərini

bəsləməyə məcbur edər. Nəhayət, bu nöqtədə anlaşılar ki onlar

azadlıqdan qəddarlığa keçidə şahid olmuşlar və bu son hökumətdir. [4]

Xülasə, deyilən məqsədlər üçün bu ziddiyyətləri kafi görürəm, əks halda demokratiyadaki ziddiyyətlər saysız-hesabsızdır.

***

4 Mənbə: Respublika (Əflatun)

15 HAKIMIYYƏT ALLAHINDIR, INSANLARIN DEYIL

Demokratiyanın Əqli Bənzəri (Gözlənən Dünya İslahatçısı Təlimi)

Bütün ilahi dinlər Allahın hakimiyyətini tanıyır. Lakin insanlar O’nun hakimiyyətini rədd edib onu qəbul etmədilər, çox azı istisna olmaqla, onların çoxu bu cür etdi. Talut (ə.s) zamanındakı Musa’nın (ə.s) qövmü və ya Muhəmməd Nəbi (s.a.a) zamanındakı Müsəlmanlar kimi. Ancaq Peyğəmbər (s.a.a) vəfat edər-etməz onlar Şura, seçkilər və Vəsi Əli ibn Əbu Talib’i (ə.s) uzaqlaşdırdıqları Bəni-Saidə Səqifəsi məclisi sayəsində Allahın hakimiyyətini rədd etməyə və insanların hakimiyyətini tanımağa geri döndülər.

Bugünlərdə istər alim istərsə də avam xalq olsun hər kəsin insanların hakimiyyətini və seçimlərini dəstəkləməsinə baxmayaraq, onların böyük əksəriyyəti Allahın yer üzündəki xəlifəsinin həqiqi hakim olduğunu qəbul edir. Lakin bu təsdiq, şüurluluq və şüursuzluq arasında olan psixoloji bir çaxnaşmada zəif və məğlub edilmiş bir doktrina olaraq qalır. Ona görə insanlar, xüsusilə də əməlsiz alimlər, onları yeyib-bitirən, yuxularını pozan, onları qaranlıqlar içində silkələyib büdrədən bir nifaq halında yaşayırlar. Onlar bilirlər ki, Allah haqqdır, Allahın hakimiyyəti doğrudur və insanların hakimiyyəti düzgün deyil və insanların hakimiyyəti, Allahın yer üzündəki hakimiyyəti ilə ixtilaf içindədir. Lakin onlar haqq və doğru olan şey üçün dirənməzkən haqq olmayana və batilə yardım edərlər. Budur, bu zamanın alimləri bu dünyanın ən pis fəqihləridir. Onlar fitnə çıxarmış kəslərdir və bu onlara geri dönəcəkdir. Bu mövzuda Rəsulullah (s.a.a) belə buyurmuşdur:

Ümmətimə elə bir zaman gələcək ki, Qurandan yazısı xaric və İslamdan

adı xaric heç nə qalmayacaq. Onlar özlərini Müsəlman deyə

adlandıracaqlar, halbuki onlar İslamdan ən uzaq insanlardır. Onların

məscidləri insanlarla dolacaq, lakin hidayətdən boş olacaq. O zamanın

fəqihləri bu dünyada yaşayan ən şərli fəqihlərdir, fitnə onlardan çıxar

və onlara geri dönər. [5]

Sanki onlar Əmirəl-Mömininin (ə.s) “Haqq yolda gedən insanların azlığından dolayı haqq yolu yalnız zənn etməyin” sözünü və Rəsulullahın (s.a.a) “İslam qərib başladı və əvvəldə olduğu kimi qəribliyə geri dönəcəkdir, elə isə qəribləri müjdələyin” sözünü eşitməmiş kimidirlər. Lakin bəli, sizə deyirəm! Vallahi, onlar bu sözləri eşitdilər və anladılar, amma bu dünyaya aşiq oldular və onun bər-bəzəyini sevdilər. Bir cəsədin ətrafına toplandılar və onu yediklərini

5 Mənbə: Bihar-ul Ənvar c.52 s.190

16 ƏHMƏD ƏL HƏSƏN (Ə.S)

ortaya çıxardılar. Onlar yorğun idi və hiylələri yox idi, beləliklə bu dünyanın mükafatlarını əldə etmək üçün dindən başqa bir yol tapa bilmədilər.

Müsəlman Şiə alimi olduğunu iddia edən kəslər sadəcə Əmirəl-Mömininin (ə.s) hörmətini çiynəmədilər, bununla bərabər ona başqa bir acı verdilər və qəlbini qanadan başqa bir yara açdılar. Beləliklə zülmət imamları olan bu əməlsiz alimlər, Bəni-Saidə Səqifəsi fəlakətini yenidən ortaya çıxardılar və onu öz zamanında olduğu kimi gətirdilər, həmçinin bir daha Fatimeyi Zəhra’nı (ə.s) incitmək üçün zəmin hazırladılar. Lakin bu səfər bunun içində İmam Mehdi (ə.s) olacaq, çünki Rəsulullahın (s.a.a) günü kimi bir gün və Rəsulullahın (s.a.a) övladları kimi övladlar olacaq. Dünən, Əli (ə.s) ilə oğlu var idi və bugün isə Mehdi (ə.s) ilə oğlu var. Özünü atəşdən qurtaracaq, zamanın Qüreyş kafirlərinin girdabından qaçacaq və Allahın Vəlilərinə tutunaraq özünü qoruyacaq bir nəfər olmayacaqmı? İblisin (l.a) sizi aldatmasına və Allah və Rəsulu ilə savaşıb Onun şəriətini təhrif edən əməlsiz alimləri təqdis etmənizə sövq etməsinə izn verməyin! Onların sözlərini və əməllərini Quran ilə, Peyğəmbər (s.a.a) və Əhlibeytinin (ə.s) Sünnəti ilə qarşılaşdırın. Görəcəksiniz ki, onlar bir-biri ilə tamamilə ixtilafdadır. Rəsulullahın (s.a.a) onları lənətlədiyi kimi siz də onları lənətləyin. Rəsulullahın (s.a.a) özünü onlardan uzaq tutduğu kimi, siz də özünüzü onlardan uzaq tutun. Rəsulullah (s.a.a) ibn Məsud’a dedi:

İslam qərib başladı və əvvəldə olduğu kimi qəribliyə geri dönəcək, elə

isə qəribləri müjdələyin. Sizin övladlarınızdan o zamana (Mehdi’nin

(ə.s) zühur zamanına) şahid olanlar, onların camaatlarında iştirak

etməsin, cənazələrinə qatılmasın, xəstələrini ziyarət etməsin. Onlar

sizin sünnətinizə riayət etdiklərini, sizin dəvətinizin və yolunuzun

ardınca getdiklərini iddia edəcəklər, halbuki sizin əməllərinizə

müxalifdirlər. Onlar sizinkindən başqa bir dini təqib edən halda

öləcəklər. Bu insanlar məndən deyil və mən də onlardan deyiləm…

Sonra da Rəsulullah (s.a.a) belə dedi:

Ey ibn Məsud, bir zaman gələcək ki dininə bağlı qalmağa davam edən

kəs əlində atəş közü tutmuş kimi hiss edəcək. Ona görə, o şəxs bir qurd

(canavar) kimi davranmalıdır, yoxsa qurdlar onu yeyərlər.

Ey ibn Məsud, onların alimləri və fəqihləri əxlaqsız xainlərdir. Daha da

pisi, onlar Allahın ən şərli məxluqlarıdır və onların təqibçiləri,

ziyarətçiləri, onlarla rəftar edənlər, onları sevənlər, onlarla oturanlar

və onlara ağıl verənlər də elədir. Budur, Allahın ən şərli məxluqları,

cəhənnəm atəşləri onlar sayəsində yollarını tapacaq və onlar kardırlar,

laldırlar, kordurlar və geri dönməzlər. Qiyamət günü onlarla bir araya

gələcəyik və onları kar, lal və kor edəcəyik, çünki onlar cəhənnəmə

17 HAKIMIYYƏT ALLAHINDIR, INSANLARIN DEYIL

aiddirlər. Atəş sönməyə başladığı zaman, onu alovlandıracağıq və

onların dəriləri kül olduğu zaman onları başqa dərilərlə dəyişdirəcəyik

ki əzab çəksinlər. Atəşə atılsalar, onun parçalayıcı nəfəs çəkişini

eşidərlər və onlar acı içində oradan çıxmağı hər istədiklərində atəş

qəzəbindən az qala çatlayacaq, və onlar oraya geri atılacaq və

yanmanın əzablı acısını dadmağa məhkum olacaqlar. Orada onların bir

nəfəs çəkişi olacak, amma orada eşitməzlər.

Ey ibn Məsud, onlar mənim dinimi, sünnətimi, yolumu, şəriətimi təqib

etdiklərini iddia edərlər, lakin mənimlə bir əlaqələri yoxdur, mənim də

onlarla heç bir əlaqəm yoxdur.

Ey ibn Məsud, hər kəsin içində onlarla oturma! Bazarlarda onlarla alver

etmə! Onlara yol göstərmə və onlara içəcək su vermə!

Allah buyurmuştur: [Kim dünya həyatını və onun bər-bəzəyini istərsə,

onların əməllərini(n qarşılığını) orada onlara ödəryərik. Və onlara

orada (qarşılıqları) əksildilməz.] (Hud 11:15).

Həmçinin Allah buyurmuşdur: [Kim axirət qazancını istərsə, Biz onun

qazancını artırarıq. Kim dünya qazancını istərsə, ona da ondan

artırarıq (verərik). Və onun axirətdə nəsibi yoxdur.] (Şura 42:20)

Ey ibn Məsud, ümmətim onlardan gələn büyük düşmənlik, kin və

ixtilaflara məruz qalacaq. Onlar, öz zamanlarında ümmətin rəzilləridir

və Allah Öz ismi ilə onları yerə batıracaq və onları meymunlara və

donuzlara çevirəcək.

İbn Məsud deyir ki: Sonra Rəsulullah (s.a.a) ağladı və biz də onun

ağlaması ilə ağladıq və dedik ki: Ey Rəsulullah (s.a.a) sizi ağladan şey

nədir?

O (s.a.a) da belə buyurdu: Zavallılara Yazığım gəldiyi üçün. Allah

alimlərə və fəqihlərə işarə edərək belə buyurur: [Və onları dəhşətə

qapıldıqları zaman görsəydin. Artıq qaçış yoxdur. Və onlar, yaxın bir

yerdən yaxalandılar.] (Səbə 34:51).

Ey ibn Məsud, elm öyrənib onunla bu dünya zövqlərini əldə etmək

istəyən və bu dünya ilə onun bərbəzəyini elmə tərcih edən kəs Allahın

qəzəbini öz üzərinə çəkəcək və Allahın Müqəddəs Kitabını rədd etmiş

olan Yəhudilər və Xristianlar ilə birlikdə cəhənnəmin ən alçaq

dərəcəsində yer alacaq. Bu haqda Allah (s.v.t) belə buyurmuşdur:

18 ƏHMƏD ƏL HƏSƏN (Ə.S)

[Lakin o tanıdıqları şey onlara gəldikdə onu inkar etdilər. Allahın lənəti

kafirlərin üzərinə olsun.] (Bəqərə 2:89).

Ey ibn Məsud, Allah, Quranı bu dünya və onun bər-bəzəyi uğruna

öyrənən kəsə Cənnətlərə girməyi qadağan edəcək. Ey ibn Məsud,

şübhəsiz ki haqqı öyrənən və öyrəndiyi ilə əməl etməyən kəs Qiyamət

Günü kor ediləcək və cəhənnəmə yerləşdiriləcək. Elmi yalan, şöhrət və

dünyəvi məqsədlər üçün öyrənən kəsin nemətləri geri alınacaq və öz

qədərinin özünü həlak etməsinə izn verən Allah tərəfindən onun ruzisi

azalacaqdır, çünki Allahın, öz qədərinə tərk etdiyi kəs həlak olar. Bu

haqda Allah belə buyurmuşdur: [Artıq Rəbbi ilə görüşməyi uman

xeyirli əməllər işləsin və Rəbbinə ibadətdə heç kimi şərik tutmasın.]

(Kəhf 18:110)

Ey ibn Məsud, dostların sadiq kəslər və qardaşların təqvalı və zahid

kəslər olsun. Çünki Allah buyurdu: [O gün təqvalılar (müttəqilər) xaric,

səmimi dostlar birbirinə düşməndir.] (Zuxruf 43:67).

Ey ibn Məsud, bilirəm ki onlar tanınan şeyi tanınmayan olaraq və

tanınmayan şeyi də tanınan olaraq qəbul edərlər, çünki Allah onları

kafir deyə adlandırmışdır və onların arasında haqqa şahid olanlar və

ədaləti müdafiə edənlər yoxdur. Üstəlik, Allah belə buyurmuşdur: [Ey

iman edənlər! Özünüzə, ata ananıza və yaxınlarınıza belə olsa, varlı və

ya kasıb da olsalar, Allah üçün ədaləti yerinə gətirən şahidlər olun.]

(Nisa 4:135)

Ey ibn Məsud, onlar ataları və malları üçün fəzilət iddia edərlər. [6]

Rəsulullahın (s.a.a) sözlərinə tabe olmayan və bu sözlərlə əməl etməyən alimlərin halı bu cürdür. Çünki onlar, Əlinin (ə.s) uzaqlaşdırılıb, ona zülm edilməsini təsdiqlədiyi halda, yenə də, Müsəlman və Şiə olduqlarını iddia edərlər. Allahın lənəti, özünü insanlar üçün bir imam, büt və Allahdan başqa sitayiş ediləcək bir ilah olaraq təyin edən, hər dəlalətə sürükləyici axmağın üzərinə olsun! İnsanların, əməlsiz alimləri izləməkdən çəkinməsi lazımdır. Çünki onlar, insanların hakimiyyətini, seçkiləri və Amerikanın (ən böyük saxtakarın) gətirdiyi demokratiyanı tanıyarlar. Onlar Allahın hakimiyyətini tanımalı və İmam Mehdi’ni (ə.s) izləməlidirlər. Əks halda, insanlar, Peyğəmbərlərinə və İmamlarına nə deyəcək? Bütün ilahi dinlərin, Allahın hakimiyyətini tanıdığı və insanların hakimiyyətini rədd etməsi hər kəsə məlum deyilmi? Onlar; Quran, Rəsulullah

6 Mənbə: İlzam-un Nəsib c.2 s.131-132

19 HAKIMIYYƏT ALLAHINDIR, INSANLARIN DEYIL

(s.a.a) və Əhlibeyt’in (ə.s) hörmətini çiynədikdən və Allahın şəriətini təhrif etdikdən sonra, bu əməlsiz alimləri izləməkdə heç kimin bir bəhanəsi yoxdur.

Onlar bugünün alimləridir. İmam Mehdi (ə.s) ilə savaşan alimlər. Elə isə, bütün ilahi dinlərin, Allahın hakimiyyətini tanımasına baxmayaraq, şeytanı (l.a) izləyib, insanların hakimiyyətini tanıdıqdan sonra, onların təqibçiləri üçün bir bəhanə qalarmı? Yəhudilər hələ də İlyas’ı (ə.s) gözləyir, Xristianlar hələ də İsa’nı (ə.s) gözləyir və Müsəlmanlar Mehdi’ni (ə.s) gözləyir. O halda, Yəhudilər İlyas’a (ə.s) belə deyəcəkmi: “Geri dön, bizim seçkilərimiz və demokratiyamız var və onlar ilahi təyinatdan daha yaxşıdır.” Xristianlar da İsa’ya (ə.s) belə deyəcəkmi: “Sən eşşəyə minərsən, yundan paltar geyərsən, çoz az yeyərsən və dünyalıq zövqləri tərk edərsən. Geri dön, biz mümkün olan bütün şəkillərdə, halalda və haramda həyatdan zövq alan və bizim arzularımızı və tutqularımızı yerinə gətirən idarəçilərimizi seçdik.” Müsəlmanlar, xüsusilə də Şiələr İmam Mehdi’yə (ə.s) belə deyəcəkmi: “Geri dön ey Fatimə’nin (ə.s) oğlu, çünki fəqihlərimiz ən yaxşı çıxış yolu olan demokratiya və seçkiləri kəşf etdi.” Üstəlik, bugünün fəqihlərinin təqlidçiləri İmam Mehdi’yə (ə.s) belə deyəcəkmi: “Bizim fəqihlərimiz Şuranın, Səqifənin və seçkilərin doğru şeylər olduğunu kəşf etdi.” Onlar ən sonda səqifədəki kəslərin haqlı olduğunu və Əmirəl Möminin Əli ibn Əbu Talibin (ə.s) haqsız olduğunumu deyəcəklər? Onlar nə deyəcəklər və içinə düşdükləri bu ziddiyyəti necə həll edəcəklər?!

Bu fəqihlərə – ki onlar haqqındakı üstünlük təşkil edən fikrə görə onları belə adlandırıram, yoxsa onları heç fəqih hesab etmirəm – sadə bir İraqlının deyəcəyi şeydən başqa bir şey demirəm: “Bu oyundur yoxsa din?” Və siz onu qarmaqarışıq hala gətirdiniz.

Biz Şiələr, Ömər ibn Xəttabı rədd edərik, çünki o şuranı və seçkiləri dəstəkləmişdir və siz, bugünün alimləri də şuranı və seçkiləri təsdiqləyirsiniz. Elə isə dəyişən nədir?!

İndiki Tövrat və İncil’in ikisi də, Allahın yer üzündəki hakimiyyətini dəstəkləyir,

insanların hakimiyyətini deyil. Və hər ikisi də, Yəhudilər və Xristianlara

məcburedici dəlillər təqdim edən ilahi kitablardır. Qərbdəki demokratiya

nəzəriyyəçiləri, Tövratda yer alan bu mətnləri rədd etmək haqda çox çalışdılar.

Hətta bu nəzəriyyəçilərin bəziləri, Allahın yer üzündəki hakimiyyətini təsdiq edən

və insanların hakimiyyətini rədd edən bu mətnləri, düzgün bir qəlibə soxmaq

üçün, onları təhrif etməyi tərcih etdi, Baruc Spinoza’nın “Teoloji-Politik

İncələmələr” kitabında etdiyi kimi. Halbuki ilk səhifələrindən son səhifəsinə qədər

Quran, Allahın hakimiyyətini təsdiqləyir və insanların hakimiyyətini rədd edir.

Allahın kəlamını istədikləri kimi təhrif etmək istəyənlərin və o insanları və o

əqidəni, onların törətdikləri bu fəsada və saxtakarlığa rəğmən müdafiə edənlərin

20 ƏHMƏD ƏL HƏSƏN (Ə.S)

qüsurlu qavrayışları ilə maraqlanmırıq. Baxmayaraq ki, bu fəsad çox açıqdır və

fərqinə varmaq çox zəhmət tələb etmir.

İlk olaraq, Allahın yer üzündəki hakimiyyətini gücləndirən ayələrə baxaq:

1. [De: “Ey hökmranlığın sahibi olan Allahım! Sən mülkü (hökmranlığı) istədiyinə vərərsən və istədiyindən də onu alarsan. İstədiyini əziz edərsən, istədiyini də zəlil edərsən. Xeyir Sənin əlindədir. Şübhəsiz ki Sən hər şeyə qadirsən."] (Al-i İmran 3:26)

Bu ayə açıq şəkildə işarə edir ki, Allah mütləq hökmdardır. Allah Təala istədiyi kəsi Öz xəlifəsi təyin edər. Bu haqda belə buyurmuşdur: [Mən yer üzündə bir xəlifə yerləşdirəcəyəm.] (Bəqərə 2:30). Bu ayədən anlayırıq ki, Allah tərəfindən təyin edilmədikcə, heç kimin bir hökmdar təyin etmə və ya bir hökmdar ya da hakim seçmə haqqı yoxdur. Şübhəsiz, Allah bu ilahi hökmdarlıq və ya hakimiyyəti Öz istədiyi bəndəsinə bəxş edər. Üstəlik, Allah tərəfindən təyin edilən hökmdarın faktiki olaraq hökmranlıq etməsi mühüm deyil. Çünki, insanlığın başından bəri daima olduğu kimi o hökmdar zülm edilib uzaqlaşdırılmış ola bilər. İbrahim (ə.s) hökmranlıq etmədi, Nəmrud (l.a) etdi. Musa (ə.s) hökmranlıq etmədi, Firon (l.a) etdi. Hüseyn (ə.s) hökmranlıq etmədi, Yezid (l.a) etdi. Ona görə də Allah belə buyurmuşdur: [Yoxsa onlar, Allahın fəzlindən insanlara verdiyi şeylərə həsədmi edirlər? Halbuki Biz, İbrahim ailəsinə (soyuna) Kitab və Hikmət vermişdik. Və onlara böyük bir mülk (hökmranlıq) də verdik.] (Nisa 4:54)

Həmçinin, İbrahim (ə.s) və övladlarına (ə.s) daima mülk və ilahi hakimiyyət

verilməsinə baxmayaraq, onlara zülm edildi, boyun əydirildi və onlar zalım

tərəfindən ələ keçirilmiş gücdən məhrum edildi. Əslində bütün insanların

vəzifəsi, Allahın yer üzündəki xəlifəsini dəstəkləmək və Allahın hakimiyyətini

gücləndirməkdir, əks halda onlar fürsətlərini əldən buraxaraq Rəbblərini

qəzəbləndirəcəklər.

İmam Sadiq (ə.s) belə buyurmuşdur:

Allahın ‘Onun ağaclarını tikmək sizin işiniz deyil’ deyə buyurduğunu

görmürsünüzmü, yəni özünüz üçün bir İmam təyin etmək və öz arzu və

istəyinizə görə onun belə olduğunu iddia etmək sizin işiniz deyil. Üç

adam var ki, Allah Qiyamət Günü onlarla danışmayacaq və onlara

baxmayacaq. Onlara yardım etməyəcək və onlar böyük əzabdan acı

çəkəcək: (Onlardan biri) Allahın böyütmədiyi ağacı böyüdənlər, yəni

21 HAKIMIYYƏT ALLAHINDIR, INSANLARIN DEYIL

Allah tərəfindən təyin edilməyən bir imamı təyin edən və ya Allah

tərəfindən təyin edilən insanları rədd edən kəslərdir... [7]

2. Talut’un (ə.s) hekayəsi

[Musadan sonra İsrailoğullarının öndərlərini görmədinmi? Nəbilərinə: “Bizim üçün bir məlik təyin et ki, Allah yolunda vuruşaq.” demişdilər.] (Bəqərə 2:246). İsrailoğullarının bu sadiq və dürüst camaatı, Allahın hakimiyyətinə iman edir.

Şübhəsiz ki, onlar hər hansı bir şəxsi seçmədilər. Bunun əvəzinə, Allahdan onlara bir məlik (hökmdar) seçməsini istədilər. Bu, Allahın qanununun bütün ilahi dinlərdə, məlik’in, insanlar tərəfindən şura ilə deyil, Allah tərəfindən təyin edildiyini təsdiq etdiyi ən böyük dəlildir.

3. Mən yer üzündə bir xəlifə yaradacağam

[Mən yer üzündə bir xəlifə yerləşdirəcəyəm.](Bəqərə 2:30). Allahın xəlifəsi yer üzündə hakim olacaq və ilk xəlifə Adəm’dir (ə.s). Hər dövrdə, o dövrə aid Allahın xəlifəsi var. Bu səbəbdən, bu dövrdə Allahın xəlifəsi Mehdi’dir (ə.s) və insanlar, onun hakimiyyətinə zəmin hazırlamalıdır. Çünki o, Allah tərəfindən təyin edilmişdir, seçkilər və demokratiya ilə ona zülm edilməməlidir.

4. Allah Təala belə buyurmuşdur: [Allahın nazil etdiyi ilə hökm etməyənlər – məhz onlar kafirlərdir.] (Maidə 5:44), sonra buyurmuşdur: [Allahın nazil etdiyi ilə hökm etməyənlər – məhz onlar zalımlardır.] (Maidə 5:45) və əlavə etmişdir: [Allahın nazil etdiyi ilə hökm etməyənlər – məhz onlar fasiqlərdir] (Maidə 5:47)

Məlumdur ki hakim, nə vaxt olursa olsun, yeni problemlərlə qarşılaşacaqdır və o, Allah vergisi olan bəsirətə və xüsusi elmə sahib olmalıdır ki, bunlar sayəsində, qarşıdan gələn hadisələrdə Allahın hakimiyyətini tanıtsın. Əslində Allahın xəlifəsindən başqası, Allahın nazil etdiyi şey barədə necə hökm edə bilərdi ki? Dəyişməz olan budur ki, Allahın yer üzündəki xəlifəsindən başqa heç kim Allahın nazil etdiyi şey ilə hökm etmə fürsətinə sahib olmayacaq.

İnsanların hakimiyyətini və seçkiləri rədd edən bir çox ayə və hadisələr var, dinləmiş və şahid olmuş bir kəsin bu hadisəsi kimi.

Musa’nın (ə.s) və onun qövmünün hekayəsi:

[Musa Bizim təyin etdiyimiz vaxt üçün tayfasından yetmiş kişi seçdi. Onları zəlzələ yaxaladıqda o dedi: “Ey Rəbbim! Əgər istəsəydin, bundan əvvəl onları da, məni də məhv edərdin. Özümüzdən olan səfehlərin etdiklərinə görə bizi həlakmı edəcəksən? Bu, yalnız Sənin sınağındır. Sən onunla

7 Mənbə: Tuhəful Uqul (Həsən ibn Əli Hərrani) s.325

22 ƏHMƏD ƏL HƏSƏN (Ə.S)

istədiyini azğınlığa aparır, istədiyini də doğru yola yönəldirsən. Sən bizim Himayəçimizsən! Bizi bağışla və bizə rəhm et! Axı Sən bağışlayanların ən yaxşısısan.”] (Araf 7:155)

Məsum Nəbi olan Musa (ə.s), İsrailoğullarının ən xeyirlilərindən yetmiş kişi seçdi. Onların hamısı inkar etdi və həm ona, həm də Allahın əmrlərinə qarşı gəldi. Ona görə də, əgər Musa (ə.s) kimi məsum bir Peyğəmbər, ilahi bir vəzifə üçün yetmiş kişi seçir və onların heç biri bu vəzifəyə layiq olmursa, onda avam xalq necə özlərinə hakim və məlik seçə bilər? Onlar bilmədən, Allahın məxluqlarının ən şərlisini seçə bilərlər.

Bu, həqiqəti axtaran və daha artığını istəyən kəslər üçün kifayət qədər dəlil təşkil etməkdədir. Şübhəsiz ki, əllərindəki Quran, qafillərə belə səslənir:

[Andolsun ki zikrdən sonra Zəbur’da, ərzə saleh qullarımın varis olacağını yazdıq. Şübhəsiz ki abidlər qövmü üçün bunda, əlbəttə açıqlamalar vardır. Səni Biz, sadəcə aləmlərə rəhmət olaraq göndərdik. De ki: “Mənə, sizin ilâhınızın sadəcə tək bir ilâh olduğu vəhy edildi.” Elə isə siz müsəlman olmayacaqsınızmı? Əgər bundan sonra üz döndərsələr, o zaman de: “Sizə müsavi olaraq (hamıya bərabər şəkildə) təbliğ etdim. Vəd olunan şeyin uzaq və ya yaxın olduğunu bilmirəm.” Sözsüz ki O, sözün cəhrî olanını (açıq deyilənini) və gizleyib saxladıqlarınızı da bilir. Bilmirəm, bəlkə də o sizin üçün bir imtahandır. Və müəyyən müddət ərzində faydalanmağınız üçündür. Dedi ki: “Ey Rəbbim, haqq ilə hökm ver. Və bizim Rəbbimiz, sizin vəsfləndirmələrinizə qarşı yardım istənilən Rəhman’dır.”] (Ənbiya 21:105-112)

***

23 HAKIMIYYƏT ALLAHINDIR, INSANLARIN DEYIL

Nəyə görə Gözlənən İslahatçı?

Din a) Allah:

O (s.v.t) belə buyurmuşdur: [Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım.] (Zariyat 51:56). Onların hədislərində buyurulur ki, yəni Məni tanısınlar deyə, çünki Müntəzər (Gözlənilən) İslahatçının (ə.s) əsas vəzifəsi, insanlara Allahı (s.v.t) tanıtmaq və onları Allaha yönləndirməkdir. O, Allaha hidayət edən və Allahın qulları üzərinə dəlilidir.

b) Rəsullar (Elçilər):

Gözlənən İslahatçının (ə.s) ikinci vəzifəsi, Elçilərə (ə.s) edilən zülmə işarə edərək, onları (ə.s) insanlara tanıtmaq və onların, haqları əllərindən alınmış və miraslarından məhrum edilmiş, Allahın yer üzündəki xəlifələri olduqlarını göstərməkdir.

c) Risalət (Çağrı):

Gözlənən İslahatçının (ə.s) üçüncü vəzifəsi, insanlara ilahi risaləti və şəriəti tanıdıb, onları təhrif və yalandan qorumaq və bununla da haqqı, Allahı razı edən əqidəni və Allahı razı edən şəriəti ortaya çıxarmaqdır.

Nəticə etibarilə, dini islah etmək üçün Gözlənən İslahatçının (ə.s) gətirə biləcəyi ən vacib şey; elm, mərifət və hikmətdir [O, onlara Kitabı və Hikməti öyrədər]. Həmçinin, hədisdə İmam Sadiq (ə.s) belə buyurmuşdur:

Elm iyirmi yeddi hərfdir. Bütün peyğəmbərlərin gətirdikləri, sadəcə iki

hərfdir. Bugünə qədər xalq, iki hərfdən artığını bilməmişdir. Bizdən

olan Qaim qiyam etdiy zaman digər iyirmi beş hərfi ortaya çıxaracaq və

xalq arasında yayacaq və iki hərfi də digərlərinə əlavə edəcək. Beləliklə

onları tam iyirmi yeddi hərf olaraq yayacaq. [8]

8 Mənbə: Bihar-ul Ənvar: c.52 s.336

24 ƏHMƏD ƏL HƏSƏN (Ə.S)

Dünya Bütün ilahi dinlərin bildirdiyi kimi, Gözlənən İslahatçı, yer üzü zülm və

haqsızlıqla dolduqdan sonra, onu haqq-ədalətlə dolduracaqdır. Bu ifadə, Müsəlmanlar arasında çox məşhurdur. Çünki Rəsulullah (s.a.a) və Əhlibeyt’i (ə.s) bunu dilə gətirmişdir. Həm Sünnilər, həm də Şiələr bunu nəql etmişdir.

O halda, yer üzündə haqq-ədalətin yayılmasının ardındakı səbəbi təşkil edən, Allahın hakimiyyətinin özündə daşıdığı və əhatə etdiyi şeylər nələrdir? Ancaq bu önəmli mövzunu təhlil etməzdən əvvəl, ən azı bunun qədər önəmli olan və təhlil edilməsi lazım olduğunu göstərən bir şeyi açıqlamaq istəyirəm. Şübhəsiz ki biz, Şiə Müsəlmanlar, Rəsulullahın (s.a.a) və onun Əhlibeytinin (ə.s) zühur və qiyamət əlamətləri haqqındakı buyurduğu şeylərə görə, bu günlərin, Gözlənən İslahatçının (ə.s) zühur və qiyam günləri olduğunu qəbul edirik. Yoldan azmış və deyilənləri eşitməyənlərin (bu mövzuya) münasibəti bizi qətiyyən maraqlandırmır. Həmçinin, dünya Xristianları da bu günləri, onların İsa (ə.s) olaraq qəbul etdiyi gözlənən Məsih’in (ə.s) zühur və qiyam günləri olaraq qəbul edir. Hətta, son yüzilliyin ortasında Xristian bir rahib tərəfindən yazılmış bir kitabı oxumuşdum. Bu kitabda rahib, zühur və kiçik qiyamət əlamətlərinin Mələkutda başladığını təsdiq edir.

Yəhudilərə gəlincə, onlar da bu günləri kiçik qiyamət günləri olaraq qəbul edir. Əslində, onların bir qrup kahinləri, bu günlərin, İlyas’ın (ə.s) qayıdışına və Dünya İslahatçısının zühuruna şahidlik edəcəyini təsdiq edir. Son vaxtlar onların bəziləri təyyarələrdən, Fələstindəki Müsəlmanlara yazılı elanlar (proşuralar) ataraq onların Müqəddəs Torpağı tərk etmələrini tələb edirdilər. Çünki kiçik qiyamətin zamanın gəldiyini bu günlərin son günlər olduğunu və bundan sonra Müqəddəs Torpaqda saleh insanlardan başqa heç kimin qalmayacağını bildirirdilər. Yəhudilərə görə, saleh insanların, özləri (Yəhudilər) olduğunu söyləməyə zənnimcə ehtiyac yoxdur.

Belə olduğu halda, görünür ki, peyğəmbərlər (ə.s) haqqında öz kitablarında zikr edilmiş və yazılmış şeylərə iman edən bütün inanclı insanlar, bu günlərin kiçik qiyamət və Gözlənən Dünya İslahatçısının (ə.s) zühur günləri olduğunu qəbul edir. Ona görə də bu günlər, onun qiyamətinin və yer üzü zülm və haqsızlıqla dolduğu kimi, onu haqq-ədalətlə dolduracağı zamanın günləridirsə, o halda belə nəticəyə gəlirik ki, bu günlərdə yer üzü zülm və haqsızlıqla dolmuşdur. Bu səbəbdən insanın ağlına iki sual gəlməkdədir:

Birincisi: “Dünyanı zülm və haqsızlıqla doldurmuş olan nədir?” Bu sualın cavabı açıqlandı və onu aşağıda da zikr edəcəyəm.

25 HAKIMIYYƏT ALLAHINDIR, INSANLARIN DEYIL

İkincisi: “Dünyanı haqq-ədalətlə dolduran nədir?” Əslində bunu, yer üzünü ədalətlə dolduran bir səbəb edib, Allahın hakimiyyəti içində yer alan bəzi şeyləri vurğulayaraq açıqlamağa başlamaq istədiyim şey elə budur.

1- Qanun (Ümumi Konstitusiya və digərləri):

Allah, qanunu təsis edəndir. O, bu dünyanın və sakinlərinin Xaliqidir. Həmçinin O, oranın əhalisi və canlı növləri olan insanların, cinlərin, heyvanların, bitkilərin və bizə məlum olub olmayan digər məxluqların mənfəətinə ən uyğun olan şeyi bilir. O, keçmişi də, indini də, gələcəyi də bilir. O, bir bütün olaraq insan növünü nizamlayan şeylə bərabər, insan bədənini və ruhunu nizamlayan şeyi də bilir. Məsələn qanun keçmişi, indini, gələcəyi, insan bədənini və ruhunu, fərdin mənfəətini, cəmiyyətin mənfəətini və digər varlıqların mənfəətini özündə əks etdirməlidir. Hətta qanun; yer üzü, su, ətraf mühit kimi cansız nəsnələrin xeyrini də nəzərə almalıdır. Elə isə, Allahdan başqa biri, bütün bu şeylərin detallarından necə xəbərdar olacaq? Halbuki onların əksəriyyəti qavraya bilməz və idrak edə bilməz haldadır, bu da bizim üçün onları qavramağın və onların sifətlərini və s. başa düşməyin imkansız olduğu mənasına gələr. Bununla bərabər, əgər birinin, bütün bu detalları bildiyini fərz etsək belə, o şəxs bütün bu detalları özündə əks etdirən bir qanunu necə formalaşdıracaq? Halbuki, onların bəziləri pratiki olaraq ziddiyyətli ola bilər. Mənfəət harda olacaq? Hansı qanunvericilikdə? Şübhəsiz ki bunlar, ilahi Qanun və səmavi Şəriətdən başqa heç bir qanunda mövcud olmayacaq, çünki onlar, bütün məxluqatın Xaliqi tərəfindən qoyulmuşdur. O, sirləri və qeybi bilir və O, işləri istədiyi kimi yürütməyə qadirdir. Çünki O, bu dünyanın yeganə Hökmdarıdır.

2- Məlik (Hökmdar) ya da Hakim:

Təməlini təşkil edən şey, istər insanların hakimiyyəti (diktatorluq və ya demokratiya), istərsə də Allahın hakimiyyəti olsun, liderlik, cəmiyyətə birbaşa təsir etməkdədir. Çünki cəmiyyət, ən azından fitri olaraq bu liderliyi qəbul etməyə vadar ediləcəkdir. Çünki insanlar, fitri olaraq Allah tərəfindən təyin edilmiş müəyyən bir lideri izləməyə meyllidir [Allahın insanları yaratdığı fitrət budur. Allahın yaratdığında dəyişiklik yoxdur, dosdoğru din budur.] (Rum 30:30).

Bu lider, Allahın Vəlisi və yer üzündəki Xəlifəsidir. Lakin Allahın Vəlisi haqqından məhrum edilmiş və bu dünyanın dumanlığından dolayı insani fitrət güzgüsü bulanıqlaşmışsa, insan Allahın Vəlisinin və O’nun qulları üzərinə Höccətinin yerini alan, hər hansı yeni bir liderliyi qəbul edəcək. Əslində belə etməklə insan, öz ehtiyacını qarşılamaq istər, hətta bu yeni liderlik, Allahın yer üzündəki Vəlisinə və O’nun insanları üzərinə olan Höccətinə tərs düşüb, ona düşmənlik bəsləsə də. İnsan ümumiyyətlə, hakim tərəfindən təmsil edilən liderliyə, bu liderliyin sadəcə iki partiyadan ibarət olacağını bilərək diqqət edər: Allahın təyin etdiyi hakim olan Allahın xəlifəsi və O’nun qulları üzərinə Höccəti

26 ƏHMƏD ƏL HƏSƏN (Ə.S)

olan şəxs və onun yanında olan başqa biri. Bu şəxs, istər zülm və təcavüzkarlıqla hökm sürən avtoritar bir diktator olsun, istərsə də azad demokratik yollarla seçilmiş bir lider olsun. Allahın təyin etdiyi hakim, Allah adına danışır. Çünki o, sadəcə, Allahın ona söyləməsini əmr etdiyi şeyi söyləyər və Allah nə cür edilməsini söyləmədikcə heç nə etməz.

İnsanların təyin etdiyi və ya (özü) onlara hakim olan hökmdara gəldikdə, o əsla Allah adına danışmaz. Bu haqda, Rəsulullah (s.a.a) belə bir şey buyurmuşdur:

Bir danışanı dinləyən, ona ibadət etmişdir. Ona görə əgər danışan,

Allahın kəlamını danışırsa, o şəxs Allaha ibadət etmişdir. Lakin əgər

danışan, şeytanın sözləri ilə danışırsa, o şəxs şeytana ibadət etmişdir.

[9]

Ona görə də, sadəcə Allah adına bir danışan və şeytan adına bir danışan var, üçüncü tərəf yoxdur. Ona görə də Allahın Vəlisi və O’nun qulları üzərinə Höccətindən başqa hər hansı bir hakim, həyata keçirdiyi zülm miqdarına bağlı olaraq mütləq, hansı şəkildə olursa olsun, şeytan adına danışandır. Bu haqda, onlar (ə.s) belə buyurmuşdur: “Mehdi’dən (ə.s) əvvəl qaldırılan bütün bayraqlar, tağutun bayrağıdır.” [10] və onlar (ə.s) bu ifadə ilə sahibi Mehdi (ə.s) ilə bağlantısı olmayan hər bayrağa işarə etmişlər.

O halda, Allahın (s.v.t) təyin etdiyi hakim O’nun adına danışar və Allahın (s.v.t) təyin etmədiyi hakim isə şeytan adına danışar. Ona görə də mütləqdir ki, Allah adına danışan, dini və dünyanı doğru yola götürər və şeytan adına danışan isə, dini də dünyanı da məhv edər.

Üstəlik, Allah (s.v.t) bizim niyyətlərimizi və düşüncələrimizi bilir. O, xeyri şərdən ayırd edəndir. O, Öz vəlisini və xəlifəsini seçər və onu, yerdə qalan bütün insanlardan ayırd edər ki, beləliklə o xəlifə, yer üzündə O’nun məxluqatının ən xeyirlisi, ən üstünü, ən dürüstü, ən müdriki və alimi olsun. Həmçinin Allah Təala o xəlifəni məsum qılacaq, salehlik və islahat barədə ona etibar edəcəkdir.

Lakin, əgər insanlar, Allahın seçiminə etiraz edərsə, onlar sadəcə Allahın məxluqatının ən pisini seçəcəklər. Çünki məsum bir peyğəmbər olan Musa’nın (ə.s) öz camaatından saleh olduqlarına inandığı yetmiş nəfər seçib, daha sonra onların fəsadlarını başa düşməsi, onun şahid olduğu şeyi dinləmək istəyən hər kəs tərəfindən bir nümunə olaraq qəbul edilməli və bilinməlidir.

3- Allahın hakimiyyətindəki qanun və hakimin kamil və məsum olması

Bunun üçün, insanların siyasi, iqtisadi və sosial vəziyyətlərinin düzəldilməsi də onlara (qanun və hakimə) düşəcək. Əslində insan həyatının bütün bu yönləri,

9 Mənbə: əl-Kafi c.6 s.434 vs. 10 Mənbə: əl-Kafi c.8 s.290 vs.

27 HAKIMIYYƏT ALLAHINDIR, INSANLARIN DEYIL

qanuna və hakimə bağlıdır. Çünki qanun onları nizama salar və hakim də onu icra edər. Bu səbəbdən qanun, Allah tərəfindən qoyulmuşsa, bu aspektlərin tənzimlənməsi və təşkil edilməsi hər şeyin ən yaxşısı və ən kamili olacaq. Dolayısı ilə, əgər hakim, Allahın yer üzündəki vəlisi və xəlifəsi və O’nun məxluqatının ən yaxşısıdırsa, ilahi qanunun icra olunması kamil, tam və ən yaxşı səviyyədə olacaqdır.

Nəticə etibarilə, əgər ümmət, Allahın yer üzündəki hakimiyyətini qəbul edərsə, dinin və həyatın ən yaxşısına sahib olacaq və ümmətin övladları; həm bu dünyada, həm də axirətdə səadətə çatacaqlar. Şübhəsiz ki, Allahın Vəlisinə beyət edib ona bağlanaraq, Allahın yer üzündəki hakimiyyətini tanıyan ümmət, öz övladlarını göylərə yüksəldəcək və onlar da, göylərə yüksəlmiş olan bütün insanların ən xeyirliləri olacaqlar. Yer üzü göyün hədiyyələri ilə bərəkətlənəcək. Çünki o, Allah tərəfindən göndəriləcək ən xeyirli şəxsdir və bu ümmət də, insanlar tərəfindən bilinən ən xeyirli ümmət olacaq. Çünki o ümmət, Allahın yer üzündəki vəlisini və xəlifəsini qəbul etmişdir.

[Əgər o məmləkətlərin əhalisi iman gətirib çəkinsəydilər, əlbəttə, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar yalanladılar. Biz də onları qazandıqlarına görə məhv etdik.] (Əraf 7:96)

Doğrusu, ümmətlər, Allahın xəlifəsini daha çox dəstəkləyərək onun əmrlərinə daha çox itaət etdikcə daha da çox fəzilət qazanacaq. Nəticədə, İmam Mehdi’ni (ə.s) qəbul edəcək olan ümmət indiyə qədər insanlar tərəfindən bilinən ən xeyirli ümmət olacaq.

[Siz insanlar üçün çıxarılmış ən xeyirli ümmətsiniz, xeyri əmr edər, pislikdən çəkindirərsiniz.] (Al-i İmran 3:110). Onlar Mehdi’nin (ə.s) 313 əshabı və onların ardıcılları olacaq.

Lakin bir ümmət, Allahın yer üzündəki vəlisini və xəlifəsini rədd edərsə, bu, dünyanın və axirətin mükafatını itirməkdə ən böyük xəta olacaq. Çünki bu, dünyada zillət və səfalətə, cəhənnəmdə isə atəşə və şərrə səbəb olacaq.

Son olaraq bunu vurğulamaq istəyirəm ki, Allaha iman edən birinin, insanların təsis etdiyi qanunun Allahın qanunundan; və insanların təyin etdiyi hakimin də Allahın təyin etdiyi hakimdən daha xeyirli olduğunu düşünə biləcəyini zənn etmirəm… Həmd yalnız Allahadır.

[Onlar səni gördükdə ancaq sənə lağ edərək, “Budurmu Allahın elçi göndərdiyi kəs? Əgər biz tanrılarımıza tapınmaqda səbrli olmasaydıq, az qala o, bizi onlardan uzaqlaşdıracaqdı” deyirlər. Əzabı gördükləri zaman kimin (haqq) yoldan daha çox azdığını anlayacaqlar.] (Furqan 25:41-42)

28 ƏHMƏD ƏL HƏSƏN (Ə.S)

Günahkar Qüsur

Əhməd əl Həsən

1425 Hicri

Əlavə məlumat üçün:

ahmedelhasan.wordpress.com

ahmedalhasan313.wordpress.com

firstmahdi.wordpress.com

siyahbayraklar.wordpress.com

black-banners.com

Youtube kanalı:

Haydari Kerrar

Siyah Bayraklar