İslam ədəbiyyatı kitabxanası

32
Qurani-Kərimi əzbərləmək üçün QIZIL QAYDALAR

Upload: others

Post on 24-Jul-2022

10 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: İslam ədəbiyyatı kitabxanası

Qurani-Kərimiəzbərləmək üçün

QIZILQAYDALAR

Page 2: İslam ədəbiyyatı kitabxanası

2

“Qızıl qaydalar” silsilə-sindən olan ilk cib kitabça-sında oxucuların nəzərinə mü-qəddəs kitabımız Qurani-Kə-rimi əzbərləmək üçün on birqızıl qayda təqdim olunur.

Page 3: İslam ədəbiyyatı kitabxanası

3

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

Page 4: İslam ədəbiyyatı kitabxanası

4

Page 5: İslam ədəbiyyatı kitabxanası

5

BİRİNCİ QAYDAİxlaslı olmaq

Quran əzbərləyən zaman niy-yəti ixlaslı edib əsas məqsədidüzəltmək lazımdır. HəmçininQuran əzbərləməyi və ona əməletməyi Allah üçün, Onun Cən-nətinə müvəffəq olmaq və Onunrazılığını qazanmaq üçün etməklazımdır. Quranı oxuyan və onuəzbərləyən kəs böyük mükafatqazanır. Uca Allah buyurur:“Biz Kitabı sənə bir həqiqətkimi nazil etmişik. Sən də, di-

Page 6: İslam ədəbiyyatı kitabxanası

6

nin yalnız Allaha məxsus ol-duğuna iman gətirərək Onaibadət et! Doğrusu, əsl din an-caq Allaha məxsusdur”1.

“De: “Mənə, dini yalnızAllaha məxsus edərək, Ona iba-dət etmək əmr olunmuşdur!”2.

Peyğəmbər r demişdir: “UcaAllah belə deyib ki, Mən şə-riklərin şirkindən uzağam. Kimbir əməl edər və bu əməldə Mə-nə başqasını şərik qoşarsa, onuda, şirkini də tərk edərəm”.3

1 “əz-Zumər” surəsi, 2-ci və 3-cü ayələr.2 “əz-Zumər” surəsi, 11-ci ayə.3 Bu hədisi Buxari və Muslim rəvayət

etmişdir.

Page 7: İslam ədəbiyyatı kitabxanası

7

Quranı kiməsə göstərmək vəya eşitdirmək məqsədilə oxu-yub əzbərləyən şəxs üçün Allahtərəfindən heç bir savab və mü-kafat yoxdur. Həqiqətən, Qu-ranı dünya malı üçün oxuyanvə bunun müqabilində dünyamükafatı istəyən şəxs günah-kardır.

Page 8: İslam ədəbiyyatı kitabxanası

8

İKİNCİ QAYDATələffüzü və oxumağı

düzəltmək

İxlasdan sonra əzbərləməkyolunda ən birinci atılan ad-dım Quranın düzgün tələffü-zünü öyrənməkdir. Buna ancaqQuranı gözəl oxuyan qarini vəya hafizi dinləmək vasitəsilənail olmaq olar. Hətta ərəb di-lini ən gözəl bilən Peyğəmbə-rimizin r özü də onu Cəbrail-dən u dinləyərək öyrənmiş-dir. Peyğəmbərimiz r hər ilRamazan ayında Quranı Cəb-

Page 9: İslam ədəbiyyatı kitabxanası

9

railə bir dəfə oxuyardı. Vəfat et-diyi il isə onu iki dəfə oxudu. 4

Həmçinin Peyğəmbərimiz rəshabələrinə Quranı şifahi ola-raq öyrətmişdir. Əshabələrdəndə onların ardınca gələnlər buqayda ilə öyrənmişlər. İnsanərəb dilini və onun qaydalarınınə qədər yaxşı bilsə belə özünəarxayın olmamalı, əksinə, ilknövbədə Quran oxumağını tək-milləşdirməli və onu şifahi ola-raq mahir bir qaridən öyrənmə-lidir. Belə ki, Qurani-kərimdəolan bir çox ayələr məşhur ərəbdili qaydalarına müxalifdir.

4 Bu hədisi Buxari rəvayət etmişdir.

Page 10: İslam ədəbiyyatı kitabxanası

10

ÜÇÜNCÜ QAYDAHər gün nə qədər əzbərlə-yəcəyini müəyyən etmək

Quranı əzbərləmək istəyənşəxs hər gün əzbərləyə biləcəyiqədəri – bir neçə ayə və ya birsəhifə, yaxud iki səhifə, yaxudda cüzün səkkizdə birini və s.müəyyən etməlidir. O nə qədərəzbərləyəcəyini yəqin etdikdənsonra onu dəfələrlə təkrarlayıbtam şəkildə öyrənməlidir. Butəkrar da öz növbəsində avazlaolmalıdır. Bu isə ilk növbədəsünnəyə tabe olmaqdan, sonraisə hafizəni gücləndirməkdənötrüdür. Çünki bir ritmdə olan

Page 11: İslam ədəbiyyatı kitabxanası

11

avaz qulağa xoş gəlir və bu dadili müəyyən avaza öyrədərəkəzbərləməyə çox kömək edir.Bununla da həmin şəxs müəy-yən bir ayəyə uyğun olan avaz-da və ya onun oxunuş ritmin-də çatışmamazlıq hiss etdikdəorada olan xətanı dərhal hissedir. Belə ki o, xəta edərkən di-linin ona tabe olmadığını vəavazda nöqsanın baş verdiyinihiss edərək qiraəti yenidən tək-rar edir. Bütün bunlar onu gös-tərir ki, Quranı avazla oxumaqgərəkli əməldir və Peyğəmbə-rimizin r sözünə görə buna mü-xalif olmaq olmaz. Peyğəmbə-rimiz rdemişdir: “Quranı avaz-la oxumayan bizdən deyil”.

Page 12: İslam ədəbiyyatı kitabxanası

12

DÖRDÜNCÜ QAYDAGündəlik nəzərdə tutulan

miqdarı tam və gözəl şəkildəəzbərləmədən digərinə keç-

məmək

Quran əzbərləyən şəxs əz-bərlədiyini tam yadda saxlama-mış yenisinə keçməməlidir. Buda əzbərlədiyinin tam şəkildəzehnə həkk olunması üçündür.Şübhəsiz ki, müəyyən edilmişmiqdarı əzbərləməyə köməkedən amillərdən biri də Quranıəzbərləyən şəxsin gecə və gün-

Page 13: İslam ədəbiyyatı kitabxanası

13

düz imkan daxilində ona vaxtsərf etməsidir. Həmin şəxs bu-nu gündəlik namazlarında, na-mazları gözlədiyi vaxtlarda vənamazdan sonrakı vaxtlarda oxu-maq vasitəsilə edə bilər. Bu yol-la da Quran əzbərləmək asan-laşır. Bunu hətta bir neçə işləməşğul olan şəxslər də edə bi-lər. Çünki bu şəxs ayələri əz-bərləmək üçün xüsusi bir vaxttəyin etmir, əksinə, o öz qiraə-tini yalnız qarini dinləyərək dü-zəldir. Sonra da əzbərlədiyininamazlarda tətbiq edir. Belə-

Page 14: İslam ədəbiyyatı kitabxanası

14

liklə o, həmin gün ərzində birneçə işlə məşğul olmasına bax-mayaraq, axşam olduqda gün-dəlik təyin etdiyi ayələri əzbər-ləmiş və onları zehninə tamhəkk etmiş olur. Odur ki, Qu-ran əzbərləyən şəxs təzə ayələ-rə keçməyə tələsməməlidir. O,köhnə ayələri tam əzbərləyənəqədər ertəsi gün də onlarınüzərində davam etməlidir.

Page 15: İslam ədəbiyyatı kitabxanası

15

BEŞİNCİ QAYDAƏzbər zamanı eyni çapda

yazılmış Quran kitabındanəzbərləməyə riayət etmək

Əzbərləməyə kömək edənamillərdən biri də odur ki, Qu-ran əzbərləyən şəxs mütləq özüüçün müəyyən bir Quran ki-tabı seçməlidir. Ona görə ki, in-san eşitməklə yanaşı ayələrinyazılışını görməklə də əzbərlə-yir. Çünki Quran kitabını çoxoxuduqda və ona çox nəzər sal-dıqda, ayələrin orada olan şə-killəri və yerləri də zehində həkk

Page 16: İslam ədəbiyyatı kitabxanası

16

olur. Eyni kitabdan əzbərləmə-yən və ya ayələrin yerləri fərqliolan müxtəlif çaplarla yazılmışQuran kitablarından əzbərləyənşəxsə Quranı əzbərləmək dahaçətin olur. Odur ki, Quran əz-bərləyən şəxs ayələri eyni çap-da yazılmış Quran kitabındanəzbərləməyə riayət etməlidir.

Page 17: İslam ədəbiyyatı kitabxanası

17

ALTINCI QAYDAƏzbərləməyi asanlaşdırmaqüçün ayələri başa düşmək

Əzbərləməyə kömək edənən böyük amillərdən biri də əz-bərlədiyin ayələri başa düşməkvə onlar arasında olan bağlılığıbilməkdir. Ona görə də Quranəzbərləyən şəxs əzbərləmək is-tədiyi ayələrin təfsirini oxuma-lı və bu ayələr arasında olanbağlılığı bilməlidir ki, oxuduğuzaman bu şeylər onun fikrinəgəlmiş olsun. Bu da öz növbə-sində ayələri yada salmağı onun

Page 18: İslam ədəbiyyatı kitabxanası

18

üçün asanlaşdırır. Bununla ya-naşı, Quranı əzbərlədikdə yal-nız ayələrin fəhminə arxayınolmamalı, əksinə, ayələri tək-rarlamaq başlıca əsas olmalı-dır. Bu ona görədir ki, hərdəninsanın fikri dağınıq olduqdabelə, dili qiraətə uyğun gəlsin.Yalnız fəhminə arxayın olan şəx-sin fikri dağılan kimi, qiraətidə kəsilir. Bu cür hallar isə tez-tez, xüsusən də uzun qiraətlərzamanı baş verir.

Page 19: İslam ədəbiyyatı kitabxanası

19

YEDDİNCİ QAYDA

Bir surəni axıra qədərəzbərləmədən digərinə

keçməmək

Quran əzbərləyən şəxs hərhansı bir surəni əzbərləyib ba-şa çatdırdıqdan sonra onun hif-zini tam şəkildə mənimsəmə-dən və əvvəlini sonu ilə bağla-madan başqa surəyə keçməmə-lidir. Belə ki, onun dili bu su-rəni asanlıqla tələffüz etməli vəayələri yada saldıqda heç birçətin vəziyyətə düşməməlidir.Əksinə, onun hifzi o dərəcədəgüclü olmalıdır ki, hərdən fikriayələrin mənasını izləməkdən

Page 20: İslam ədəbiyyatı kitabxanası

20

yayınsa belə, surəni tələsmədən,asanlıqla oxusun. Necə ki, bi-zim hər birimiz heç bir çətinlikçəkmədən və hazırlaşmadan“Fatihə” surəsini oxuyur. Bu dahəmin surəni çoxlu təkrar etmə-yimizdən və onu daim oxuma-ğımızdan irəli gəlir. Nadir hal-lar müstəsna olmaqla, Quranınbütün surələrinin hifzi “Fati-hə” surəsinin hifzi kimi olur.Biz “Fatihə” surəsini bir nümu-nə olsun deyə misal çəkdik. Son-ra əzbərlənən surələr bir-birinəsıx bağlı şəkildə zehnə həkkolunmalıdır. Quran əzbərləyənşəxs həmin surəni yalnız mü-kəmməl əzbərlədikdən sonradigərinə keçə bilər.

Page 21: İslam ədəbiyyatı kitabxanası

21

SƏKKİZİNCİ QAYDAQuranı daim əzbərdən

kiməsə danışmaq

Quran əzbərləyən kəs təkcəöz hafizəsinə bel bağlamamalı,əzbərlədiyini daim başqasınadanışmalı və ya onu Qurandanizləməlidir. O bunu məharətlihafizlə etsə daha yaxşı olar.Quran əzbərləyən şəxs nəyi isəunutduqda və ya diqqətsiz ola-raq təkrarladıqda həmin hafizonun yadına salar.

Biz bəzən surəni səhv əzbər-ləyir və Qurana nəzər saldıqda

Page 22: İslam ədəbiyyatı kitabxanası

22

belə buna diqqət yetirmirik.Çünki çox vaxt əzbərdən oxu-maq görməyi qabaqlayır və be-ləliklə həmin şəxs əzbərdən oxu-duğu zaman Qurana baxsa da,xətasını görmür. Elə buna görədə Quranı əzbərdən başqasınadanışmaq ona bu xətaları dü-zəltməyə və onlara daim diq-qət yetirməyə səbəb olur.5

5 Bu hədisi Buxari rəvayət etmişdir.

Page 23: İslam ədəbiyyatı kitabxanası

23

DOQQUZUNCU QAYDAQuranı davamiyyətli

oxumaq

Quran yadda qalmasına gö-rə şer və ya nəsr əsərlərindənfərqlidir. Çünki, Quran yaddançox tez çıxır. Peyğəmbər r belədemişdir: “Canım Əlində olanAllaha and olsun ki, o (Qu-ran), kəndirdən açılıb qaçandəvədən daha tez (sahibini)tərk edir”.6

6 Bu hədisi Buxari və Muslim rəvayətetmişdir.

Page 24: İslam ədəbiyyatı kitabxanası

24

Quranı əzbər bilən şəxs onuazacıq da olsa təkrarlamasa, Qu-ran ondan uzaqlaşır və o, tezbir zamanda unudulur. Elə bu-na görə də daim Quran oxu-malı və əzbərlədiklərini təkrar-lamalısan. Bu barədə Peyğəm-bər r demişdir: “Quranı əz-bərdən bilən adam dəvələrinibuxovda saxlayan kimsəyə bən-zəyir. Əgər bu adam onları buvəziyyətdə saxlasa, onları daimözündə saxlamış olar, yox, əgərbaşlı-başına buraxarsa, onlarqaçıb gedərlər”.

Başqa bir rəvayətdə isə belədemişdir: “Quranla əhd bağla-

Page 25: İslam ədəbiyyatı kitabxanası

25

yın (onu unudulmaqdan qoru-yun)! Nəfsim əlində olana andolsun ki, o (Quran) ipdən (açı-lıb) qaçan dəvədən də bərk qa-çır”.

Bu o deməkdir ki, Quranəzbərləyən şəxs hər gün ən azıQuranın otuz cüzündən birini,ən çoxu isə on cüzünü təkrar-lamalıdır. Peyğəmbər r demiş-dir: “Kim Quranı üç (gündənaz müddətdə) oxuyub qurta-rarsa, onu anlamaz”.

Mütəmadi olaraq Quran oxu-maq əzbərlənən ayələri yaddasaxlamağa kömək edir, əks hal-da isə Quran yaddan çıxır.

Page 26: İslam ədəbiyyatı kitabxanası

26

ONUNCU QAYDAMütəşabih, yəni bir-birinə

bənzər ayələrə diqqətyetirmək

Qurani-Kərimdə məna vəoxunuşca mütəşabih ayələr var-dır. Uca Allah buyurur:

“Allah Sözün ən gözəlini –ayələri bir-birinə bənzəyən vətəkrarlanan Kitab kimi nazil et-di. Rəbbindən qorxanların on-dan dəriləri ürpəşər. Sonra isəAllahı yad etməklə dəriləri vəqəlbləri yumşalır”.7

7 əz-Zumər surəsi, 23-cü ayə.

Page 27: İslam ədəbiyyatı kitabxanası

27

Quranda olan altı mindənçox ayədən iki minə yaxını ox-şardır. Bu ayələr bir-birindənbəzən bir hərfə, bəzən də birsözə görə fərqlənirlər. Buna gö-rə də bacarıqlı qari mütəşabihayələrə xüsusi diqqət yetirmə-lidir. Biz burada mütəşabih de-dikdə, ləfzləri bir-birinə oxşarayələri nəzərdə tuturuq. Bu cürmütəşabih ayələrə mümkün qə-dər çox diqqət yetirdikdə hifztəkmilləşir. Mütəşabih ayələrədaha çox diqqət verən kitablarıçoxlu oxumaqla mükəmməl hif-zə nail olmaq mümkündür. Bu

Page 28: İslam ədəbiyyatı kitabxanası

28

kitabların ən məşhurları aşağı-dakılardır:– “Durratut-tənzil və ğurratut-tə‘vil” (Xatib əl-İskafi);– “Əsrarut-təkrar fil-Quran”(Mahmud əl-Kirmani).

Page 29: İslam ədəbiyyatı kitabxanası

29

ON BİRİNCİ QAYDAQızıl hifz yaşından

istifadə etmək

Xoşbəxtdir o kəs ki, ömrü-nün qızıl hafizə illərindən isti-fadə edir. Bu müddət təqribənbeş yaşından iyirmi üç yaşınakimidir. Həmin illərdə insanınhafizəsi çox güclü olur və onagörə də bu illərə qızıl hafizə il-ləri deyilir. İnsanın hafizəsi beşyaşına qədər qızıl hafizə illəri-nə nisbətən daha zəif olur. Elə-cə də təqribən iyirmi üç yaşın-dan sonra hafizə zəifləyir. Odurki, hər bir insan ömrünün qızıl

Page 30: İslam ədəbiyyatı kitabxanası

30

hafizə illərindən səmərəli istifa-də edib bacardığı qədər Allahınkitabından əzbərləməlidir. Buyaşda əzbərləmək daha asan,unutmaq ehtimalı isə daha azolur. Bundan sonrakı yaşlardaisə insan çox çətinliklə əzbərlə-yir və daha tez unudur. Doğrudemişlər ki, uşaqlıqda əzbərlə-nən, daş üzərindəki naxış kimi,yaşa dolduqda əzbərlənən isəsu üzərində olan naxış kimidir.

Odur ki, bizim hamımız qı-zıl hafizə illərindən səmərəli is-tifadə etməliyik. Əgər biz hə-min illəri ötürmüşüksə, çalış-malıyıq ki, övladlarımız bu yaşdövründən istifadə etsinlər.

Page 31: İslam ədəbiyyatı kitabxanası

31

Müvəffəqiyyət Allahdandır.Peyğəmbərimiz Məhəmmə-

də, onun ailəsinə və bütün əs-habələrinə Allahın xeyir-dua-sı və salamı olsun!

Page 32: İslam ədəbiyyatı kitabxanası

32

كرِكْشوكرِكْى ذِلَي عنعِأَمهاللَّوحعِنِسبتِادك

Allahummə! Əinni alə zik-rikə və şukrikə və husni

ibadətikə

Allahım! Səni zikr etməyə,Sənə şükr etməyə və Sənəgözəl tərzdə ibadət etməyə

mənə kömək ol!