kumulyativ təsirlər və qəza halları - bp€¦ · web viewdağılmalar üzrə bütün mövcud...

38
D230 saylı Blok üzrə Seysmik Tədqiqat Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi Fəsil 7 Kumulyativ təsirlər və qəza hallar 7 Kumulyativ təsirlər və qəza halları Mündəricat 7.1 Giriş..............................................................7-2 7.2 Kumulyativ təsirlər................................................7-2 7.2.1 Dəniz istifadəçiləri............................................7-3 7.2.2 Dəniz faunası...................................................7-3 7.3 Qəza halları.......................................................7-4 7.3.1 Gəmilərin toqquşması............................................7-4 7.3.2 Kimyəvi maddələrin/tullantıları axıdılması......................7-5 7.3.3 Karbohidrogen dağılmaları.......................................7-5 7.3.4 Dağılmanın qarşısının alınması cavab tədbirlərinin planlaşdırılması.....................................................7-27 Şəkillərin siyahısı Şəkil 7.1:.....İri neft dağılmalarının (700m 3 ) səbəbləri, 1970-2013 (ITOFP, 2014/2015)..............................................................7-6 Şəkil 7.2:................Dağılmış neftə təsir göstərən aşınma prosesləri 7-7 Şəkil 7.3:. Gəmi dizel yanacağının dağılmasının modelləşdirilməsi – dağılma sahələri 7-9 Şəkil 7.4:...Ən pis ssenari (Ssenari 5 – Payız) üzrə dəniz səthinin neftlə çirklənməsi ehtimalı...................................................7-13 Şəkil 7.5:Ehtimal simulyasiyasının nəticələri – Ən pis ssenari (Ssenari 5 - Payız) üzrə dəniz səthindəki neftin qalınlığı..........................7-14 Şəkil 7.6:.Deterministik simulyasiyanın nəticələri: Ən pis ssenari (Ssenari 3 – Yay) üzrə modelləşdirmə bölgəsində hər hansı vaxt intervalında hər hansı bölmədə dəniz səthindəki dizelin maksimum qalınlığı (>0.04µm)....7-15 Şəkil 7.7:...Ən pis ssenari (Ssenari 3 – Yay) üzrə dizelin aqibəti (kütlə) 7-16 Şəkil 7.8:.....Ən pis ssenari üzrə (Ssenari 3 – Yay) sahil xəttinin neftlə çirklənməsi ehtimalı...................................................7-17 Şəkil 7.9:.....Ən pis ssenari (Ssenari 3 – Yay) üzrə sahil xəttinin neftlə çirklənməsinin kəskinlik dərəcəsi......................................7-18 Şəkil 7.10:.Ən pis ssenari (yay) üzrə dağılmanın təsirinə məruz qalan dəniz istifadəçiləri.........................................................7-26 Cədvəllərin siyahısı Cədvəl 7.1:.2015-2019-cu illəri əhatə edən müddət ərzində həyata keçirilmiş yaxud planlaşdırılan seysmik tədqiqatların təfərrüatları................7-2 Cədvəl 7.2:.......Ən pis ssenari (Ssenari 5) üzrə ehtimal simulyasiyasının nəticələri 7-10 Cədvəl 7.3:.......Ən pis ssenari (Ssenari 3) üzrə ehtimal simulyasiyasının nəticələri 7-10 Dekabr 2018-ci il Yekun variant

Upload: others

Post on 07-Jul-2020

0 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

7 Kumulyativ təsirlər və qəza halları

Mündəricat

7.1 Giriş.......................................................................................................................................... 7-27.2 Kumulyativ təsirlər..................................................................................................................... 7-2

7.2.1 Dəniz istifadəçiləri...............................................................................................................7-37.2.2 Dəniz faunası...................................................................................................................... 7-3

7.3 Qəza halları.............................................................................................................................. 7-47.3.1 Gəmilərin toqquşması.........................................................................................................7-47.3.2 Kimyəvi maddələrin/tullantıları axıdılması...........................................................................7-57.3.3 Karbohidrogen dağılmaları..................................................................................................7-57.3.4 Dağılmanın qarşısının alınması və cavab tədbirlərinin planlaşdırılması............................7-27

Şəkillərin siyahısı

Şəkil 7.1: İri neft dağılmalarının (700m3) səbəbləri, 1970-2013 (ITOFP, 2014/2015).....................7-6Şəkil 7.2: Dağılmış neftə təsir göstərən aşınma prosesləri.............................................................7-7Şəkil 7.3: Gəmi dizel yanacağının dağılmasının modelləşdirilməsi – dağılma sahələri..................7-9Şəkil 7.4: Ən pis ssenari (Ssenari 5 – Payız) üzrə dəniz səthinin neftlə çirklənməsi ehtimalı.......7-13Şəkil 7.5: Ehtimal simulyasiyasının nəticələri – Ən pis ssenari (Ssenari 5 - Payız) üzrə dəniz səthindəki neftin qalınlığı..................................................................................................................7-14Şəkil 7.6: Deterministik simulyasiyanın nəticələri: Ən pis ssenari (Ssenari 3 – Yay) üzrə modelləşdirmə bölgəsində hər hansı vaxt intervalında hər hansı bölmədə dəniz səthindəki dizelin maksimum qalınlığı (>0.04µm).........................................................................................................7-15Şəkil 7.7: Ən pis ssenari (Ssenari 3 – Yay) üzrə dizelin aqibəti (kütlə).........................................7-16Şəkil 7.8: Ən pis ssenari üzrə (Ssenari 3 – Yay) sahil xəttinin neftlə çirklənməsi ehtimalı............7-17Şəkil 7.9: Ən pis ssenari (Ssenari 3 – Yay) üzrə sahil xəttinin neftlə çirklənməsinin kəskinlik dərəcəsi 7-18Şəkil 7.10: Ən pis ssenari (yay) üzrə dağılmanın təsirinə məruz qalan dəniz istifadəçiləri.........7-26

Cədvəllərin siyahısı

Cədvəl 7.1: 2015-2019-cu illəri əhatə edən müddət ərzində həyata keçirilmiş yaxud planlaşdırılan seysmik tədqiqatların təfərrüatları.......................................................................................................7-2Cədvəl 7.2: Ən pis ssenari (Ssenari 5) üzrə ehtimal simulyasiyasının nəticələri..........................7-10Cədvəl 7.3: Ən pis ssenari (Ssenari 3) üzrə ehtimal simulyasiyasının nəticələri..........................7-10Cədvəl 7.4: Dəniz və sahilyanı reseptorların karbohidrogen dağılmalarına qarşı həssaslığı,,,......7-20Cədvəl 7.5: Mühafizə edilən və xüsusi təyinatlı sahələr üzrə sahil xəttinin neftlə çirklənməsi ehtimalları 7-22Cədvəl 10.7: Neft dağılmalarına qarşı cavab tədbirləri üzrə səviyyələr......................................7-28

Dekabr 2018-ci ilYekun variant

Page 2: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

7.1 Giriş

ƏMSSTQ-nin bu bölməsində aşağıdakıların qiymətləndirilməsi verilir:

D230 saylı Blok üzrə Seysmik Tədqiqat işləri və digər layihə fəaliyyətləri nəticəsində meydana cıxa bilən və eyni vaxtda, ardıcıl yaxud interaktiv şəkildə meydana gələ bilən kumulyativ təsirlər;

D230 saylı Blok üzrə Seysmik Tədqiqat zamanı potensial olaraq baş verə biləcək qəza halları ilə bağlı təsirlər.

Təsirin qiymətləndirilməsi 3-cü fəsildə təsvir edilmiş təsirin qiymətləndirilməsi metodologiyasına uyğun hazırlanıb.

7.2 Kumulyativ təsirlər

Kumulyativ təsirlər digər keçmiş, cari yaxud (əsaslı olaraq proqnozlaşdırıla bilən) gələcək fəaliyyətlərin nəzərdə tutulmuş layihə ilə birlikdə səbəb olduğu əlavə dəyişikliklər nəticəsində ətraf mühitə olan təsirlər kimi müəyyənləşdirilə bilər. Kumulyativ təsirlər ayrı-ayrılıqda kiçik olan, lakin birlikdə əhəmiyyətli olan fəaliyyətlərdən/hadisələrdən irəli gələ bilər və eyni vaxtda, ardıcıl yaxud interaktiv şəkildə baş verə bilər.

Fəsil 3-də ümumi şəkildə təsvir edildiyi kimi, kumulyativ təsirlər aşağıdakılardan meydana çıxa bilər:

Layihə ilə bağlı ayrı-ayrı qalıq təsirlər arasında qarşılıqlı təsirlrə (layihədaxili təsirlər); Layihə ilə bağlı qalıq təsirlər və digər layihələrin və əlaqədar fəaliyyətlərin təsirləri arasındakı

qarşılıqlı təsirlər (layihələrarası təsirlər).

D230 saylı Blok üzrə Seysmik Tədqiqatın qalıq təsirlərinin xarakteri ilə bağlı olaraq, qəbuledici mühitə əhəmiyyətli kumulyativ layihədaxili təsirlərə gətirib çıxara biləcək sinerjili yaxud birgə qarşılıqlı təsirlər üçün potensial olmadığı ehtimal edilir və onlar bu qiymətləndirmənin əhatə dairəsindən çıxarılmışdır.

Layihələrarası kumulyativ təsirlər ilə bağlı olaraq, Layihə Sahəsi yaxınlığından məlum olan yeganə fəaliyyətlər artıq həyata keçirilmiş yaxud planlaşdırılan bir sıra digər seysmik tədqiqat işləridir (Cədvəl 7.1)1.

Cədvəl 7.1: 2015-2019-cu illəri əhatə edən müddət ərzində həyata keçirilmiş yaxud planlaşdırılan seysmik tədqiqatların təfərrüatları

Dənizdə seymik tədqiqat Əməliyyat müddətiMəlumat yığımı

aparılacaq təxmini sahə

Təxmini müddət

(aylar ilə)

Şahdəniz (ŞD) üzrə 3Ö tədqiqat Okt-Noy 2015 475 km2 1.5

Azəri-Çıraq-Günəşli (AÇG) üzrə 3Ö tədqiqat

Yan-Mar 2016 400 km2 3

AÇG üzrə 3Ö tədqiqat 2019 400 km2 3

AÇG üzrə dənizdibi seysmik tədqiqat 2019 200 km2 3

Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) üzrə 2Ö tədqiqat

Noy-Dek 2015 1400 km 1.5

AYDH üzrə 3Ö tədqiqat İyun 2016- Yan 2017 1150 km2 8

Qeyd: Yuxarıdakı tədqiqatlar və ŞSP-lər ilə bağlı Kontrakt Sahələri hazırkı hesabatın 1-ci fəslində verilmiş Şəkil 1.1-də təsvir edilib.

1 BP ilə yazışmalar, 2016-cı il

Dekabr 2018-ci ilYekun variant

2

Page 3: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

Peşəkar qiymətləndirmədən istifadə edərək və yuxarıda verilmiş digər seysmik işlərin qrafiki ilə bağlı bilinən məlumatlara əsaslanaraq, aşağıdakı əsas reseptor qrupları üçün layihələrarası kumulyativ təsirlər qiymətləndirilmişdir:

Dəniz istifadəçiləri; Dəniz faunası (Xəzər suitiləri və balıqlar).

D230 saylı Blok üzrə Seysmik Tədqiqatın 2019 və 2020-ci illərin arasında həyata keçirilməsi və 6 ayadək davam etməsi planlaşdırılır. Qiymətləndirmə əsasən dəniz reseptorlarına həm keçmiş, həm də mümkün gələcək təsiri nəzərə almaq üçün 2015-2020-ci illəri əhatə edən dövrü əhatə edib.

7.2.1 Dəniz istifadəçiləri

Hazırkı ƏMSSTQ sənədinin 5-ci fəslindəki 5.4.3-cü bölmədə qısa şəkildə təsvir edildiyi kimi, Tədqiqat Sahəsi (o cümlədən tədqiqat gəmisinin manevretmə zonası) əsasən bir sıra dəniz yolları boyunca hərəkət edən yerli, regional və beynəlxalq gəmilər tərəfindən istifadə olunur (baxın: Şəkil 5.12). Nəzərdə tutulan tədqiqat profillərinin 40km məsafəsi daxilində məlum olan balıqçılıq əhəmiyyətli sahələr yaxud digər dəniz istifadəçiləri mövcud deyil.

Layihə gəmiləri və avadanlıqları 6 ay müddətinədək (o cümlədən mobilizasiya, boşdayanma və demobilizasiya üçün vaxt nəzərə alınmaqla) fəaliyyət göstərəcək. Bu müddətin 2019-cu ilə planlaşdırılan AÇG 3Ö tədqiqat və AÇG dənizdibi seysmik tədqiqat ilə üst-üstə düşmə ehtimalı vardır (hər ikisinin təxminən 3 ay davam edəcəyi gözlənilir). AÇG Kontrakt Sahəsi D230 saylı Blokdan təxminən 10km məsafədə yerləşir və D230 saylı Blokda seysmik tədqiqat işlərinin təsirinə məruz qala bilən eyni dəniz nəqliyyat vasitələri tərəfindən istifadə edilməyəcəkdir.

Bundan əlavə, D230 saylı Blok üzrə Seysmik Tədqiqat Layihəsi üçün nəzərdə tutulan təsirazaltma tədbirləri (Bölmə 6.4.3-də təsvir edilib), o cümlədən tədqiqat gəmisi və yedəklənən avadanlıq (məhdud manevr imkanına malik olan) ətrafında təhlükəsizlik məqsədilə qadağan edilmiş zona və dəniz istifadəçiləri və müvafiq səlahiyyətli orqanlar ilə davamlı əlaqə təmin edəcək ki, regional və beynəlxalq gəmiçiliyə əhəmiyyətli kumulyativ təsirlər olmasın.

Layihə ilə bağlı dəstək gəmiləri arabir yanacaq doldurmaq və təchizat malları götürmək məqsədilə Bakıdakı limanlara gedib-gələcək. Bunlar dənizdə gəmilərin ümumi hərəkətini müəyyən qədər artıracaq, lakin, onların digər dəniz istifadəçiləri üçün əhəmiyyətli kumulyativ təsirə yaxud toqquşma riskini artırmasına səbəb olacağı ehtimal edilmir.

7.2.2 Dəniz faunası

Bir seysmik tədqiqat ilə bağlı canlı orqanizmlərin ayrı-ayrı stress amillərinin yaxud bir qrup stress amilinin təsirinə məruz qalması ayrıca götürüldükdə cüzi yaxud əhəmiyyətsiz dərəcədə ola bilər. Lakin, onlar digər seysmik işlərə əlavə olduqda yaxud digər stress amilləri ilə birlikdə sinerjili şəkildə fəaliyyət göstərdikdə əhəmiyyətli mənfi nəticələrə malik ola bilər. Bundan əlavə, bir çox digər hallar ilə yanaşı xəstəlik, qidalanma rejimi ilə bağlı stress, yaş və reproduktiv vəziyyət “toplana” bilər və sonradan seysmik fəaliyyətlərin təsirinə məruz qaldıqda, bütün bunlar orqanizmə yaxud populyasiyaya kumulyativ təsirlərlə nəticələnə bilər.

Sualtı səs seysmik məlumatların yığılması ilə bağlı əsas stress amilidir və maksimum 6 aylıq Layihə müddəti ərzində mövcud olacaq. Cədvəl 7.1-də göstərildiyi kimi, 2015-2020-ci illəri əhatə edən dövr ərzində Mərkəzi Xəzər hövzəsində planlaşdırılan yaxud həyata keçirilən digər tədqiqatların müddəti ümumilikdə 20 ay təşkil edir. D230 saylı Blok üzrə Seysmik Tədqiqat işlərinin müvəqqəti olaraq eyni vaxta təsadüf edə biləcəyi potensial tədqiqatlar AÇG üzrə 3Ö tədqiqat və AÇG dənizdibi seysmik tədqiqat ilə məhdudlaşır, lakin buna baxmayaraq, müvafiq kontrakt sahələri arasındakı məsafələri nəzərə alsaq təsir zonalarının (təsirlərin baş verə biləcəyi sahə) üst-üstə düşəcəyi ehtimal edilmir. Baxmayaraq ki, digər seysmik tədqiqatlarla bağlı səs səviyyələri həm məkan, həm də zaman baxımından fərqlənəcək, dəniz faunasına olan səs nəticəsində kumulyativ təsirlərin yaranması mümkündür, xüsusən də Xəzər suitisi və bəzi balıq növləri kimi orta dərəcədən yüksək dərəcəyədək həssaslığa malik növlərə təsir göstərə bilər.

Dekabr 2018-ci ilYekun variant

3

Page 4: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

2015-2020-ci illəri əhatə edən dövr ərzində 26 aylıq kumulyativ seysmik tədqiqat işlərinin olduğunu ehtimal etsək, Mərkəzi Xəzər hövzəsində dəniz mühiti qiymətləndirmə müddətinin təxminən 43%-i ərzində müxtəlif seysmik fəaliyyətlərin təsirinə məruz qalacaq. Bu təsirlər ümumilikdə xarakter etibarilə müvəqqəti olacaq və intensivliyinə görə lokal xarakter daşıyacaq (dəniz faunasına təsir hədlərindən yuxarı olan səs səviyyələri adətən enerji mənbələrinin ətrafındakı bir neçə kilometrlə məhdudlaşır), suitilərin və balıqların (balıq sürfələri istisna olmaqla) uzaqlaşacağı və səsin təsiri olan sahələrdən qaçacağı gözlənilir. Gözlənilən kumulyativ təsirlərin məkan və zaman üzrə paylanmasını nəzərə alsaq, onların ayrı-ayrı tədqiqatların təsirlərindən daha çox olacağı ehtimal edilmir. D230 saylı Blok üzrə Seysmik Tədqiqat suitilərin yaz miqrasiyası üçün ən həssas olan dövrdə həyata keçirilməyəcək və beləliklə də, bu müddətdə mümkün kumulyativ təsirlərin baş verməsi ehtimalı aradan qalxmış olacaq. Yaz və qış dövründə sualtı səsin dəniz faunasına qalıq təsirlərinin nəzərdə tutulan tədqiqat üçün az olacağı yaxud əhəmiyyətli olmayacağı qiymətləndirilib, buna görə də, digər məlum tədqiqatlarla hər hansı birgə təsirlərin əhəmiyyətli olacağı ehtimal edilmir. Lakin, payız miqrasiyası dövründə suitilərə D230 saylı Blok üzrə Seysmik Tədqiqatın orta dərəcədə əhəmiyyətli qalıq təsirini nəzərə alaraq, tövsiyə olunur ki, Mərkəzi Xəzər sahəsi üçün planlaşdırılan digər seymik tədqiqatların vaxtı elə planlaşdırılsın ki, oktyabr və noyabr aylarına təsadüf etməsin.

Hərəkətsiz balıq sürfələri seysmik səsin təsirinə daha həssasdır. Dəlillər göstərir ki, seysmik tədqiqatlardakı səs nəticəsində baş verən xəsarət və tələfat halları ilə bağlı balıq kürülərinin/sürfələrinin itkisi səs mənbəyinin bilavasitə yaxınlığındakı ərazi ilə məhdudlaşır. Bu itkilər kürüləmə sahələrindəki ümumi say (böyük ərazilərə yayılan) ilə müqayisədə statistika baxımından əhəmiyyətli səviyyədə olmayacaq. Tədqiqat Sahəsi daxilində yalnız bir neçə balıq növünün (az dərəcədən orta dərəcəyədək həssaslığa malik) kürü tökəcəyi hesab edilir (baxın: Fəsil 5, Bölmə 5.3.7.4). Beləliklə, nəzərdə tutulan Layihənin digər seysmik tədqiqatlarla birlikdə qiymətləndirmə dövrü ərzində regional miqyasda balıqların artımına və populyasiyalarına əhəmiyyətli kumulyativ təsir göstərəcəyi ehtimal edilmir.

7.3 Qəza halları

Qəza halları müntəzəm fəaliyyətlərdən ayrıca nəzərdən keçirilir, çünki onlar texniki nasazlıq, insan xətası və ya digər növ fövqəladə hal nəticəsində meydana çıxır. Həmişə BP və seysmik tədqiqat podratçıları tərəfindən yüksək əməliyyat göstəriciləri təmin ediləcək və qabaqcıl sənaye təcrübələrinə riayət olunacaq. Lakin, bu xarakterdə olan əksər layihələrdə olduğu kimi, qəza hallarının baş verməsi ehtimalı az da olsa mövcuddur.

D230 saylı Blok üzrə Seysmik Tədqiqat ərzində potensial olaraq ətraf mühitə əhəmiyyətli təsirlərlə nəticələnə biləcək potensial qəza halları müəyyənləşdirilmişdir və onlara aşağıdakılar daxildir:

Gəmilərin digər dəniz istifadəçiləri və Xəzər suitiləri ilə toqquşması; Layihə gəmilərindən kimyəvi maddələrin/tullantıların atılması; Layihə gəmilərinin istifadə etdiyi gəmi dizel yanacağı (GDY2) və sürtkü yağı da daxil olmaqla

karbohidrogenlərin dağılması hallar. Ən pis ssenaridə tədqiqat gəmisindən yanacaq ehtiyatının tam itkisi nəzərdə tutulur (maksimum 800 ton GDY və 22m3 sürtkü yağı).

Qeyd olunan hadisələrin baş vermə ehtimalı, nəticələr, təsirazaltma və nəzarət, hadisənin baş vermə ehtimalını minimuma endirmək üçün layihələndirilmiş təsirazaltma və cavab tədbirləri və təsirin miqyası aşağıdakı bölmələrdə təsvir edilmişdir.

7.3.1 Gəmilərin toqquşması

Nəzərdə tutulan seysmik tədqiqat profilləri və gəminin manevretmə zonası müntəzəm olaraq beynəlxalq, regional və yerli gəmilərin hərəkət etdiyi gəmiçilik zonası daxilində yerləşir. Layihə Sahəsindən balıqçılıq, neft və qaz yaxud digər fəaliyyətlər üçün istifadə edən hər hansı məlum digər dəniz istifadəçiləri mövcud deyil. Tədqiqat işləri 100m və 800m arasında dəyişən su dərinliklərində həyata keçiriləcək və buna görə də, seysmik avadanlığın dəniz dibindəki obyektlərə yaxud infrastruktura hər hansı mümkün müdaxiləsi ehtimal edilmir. Layihə gəmiləri ilə digər hərəkət edən 2 GDY gəmi qazoyl yanacağı ilə müqayisədə ümumilikdə daha yüksək sıxlığa malik olan, yüngül və ağır karbohidrogenlərin qarışığıdır. Bütün dünyada gəmi dizelinin tərkibində kükürd miqdarı təxminən 0.3 və 2.0 m/m % arasında olur. Aİ-nin yeni qanunvericiliyi (1999/32/EC saylı Direktivə düzəliş edən 2005/33/EC saylı Direktiv) ilə bağlı olaraq, 11 avqust 2016-cı ildən etibarən tərkibində kükürd miqdarı 1.5 m/m %-dən yüksək olan gəmi dizel yanacağının Aİ daxilində satışı qadağandır.

Dekabr 2018-ci ilYekun variant

4

Page 5: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

gəmilər arasında toqquşma potensialı mövcuddur. Lakin, 4-cü fəsilin 4.7.1-ci bölməsində və 6-cı fəsilin 6.4.3-cü bölməsində qeyd edilmiş dəniz və naviqasiya təhlükəsizliyi tədbirlərini həyata keçirməklə potensial toqquşma riski minimuma endiriləcək. Qabaqlayıcı tədbirlər gördükdən sonra, toqquşma nəticəsində digər dəniz istifadəçilərinə potensial təsirlərin əhəmiyyətli olacağı ehtimal edilmir.

Baş verməsi ehtimal edilməsə də belə, Xəzər suitilərinin gəmilər yaxud mənbə qrupları ilə toqquşması potensialı istisna edilə bilməz və bu hal suiti fərdləri üçün xəsarətlə yaxud ölümlə nəticələnə bilər. Tədqiqat gəmisi asta sürətlə (7.4 – 9.3 km/saat) fəaliyyət göstərəcək və gəminin göyərtəsində gündüz saatlarında heyvanların hərəkətini izləyən təlim keçmiş müşahidəçilər olacaq. Xəzər suitilərinin də artmış sualtı səs olan sahələrdən qaçacağı gözlənilir və buna görə də, toqquşma riski çox güman ki məhdudlaşacaq və populyasiya üçün az səviyyədə olacaq.

7.3.2 Kimyəvi maddələrin/tullantıları axıdılması

Tədqiqat və dəstək gəmilərinin göyərtəsində tədqiqat müddəti ərzində təmizlik və texniki xidmət məqsədilə az həcmdə kimyəvi maddələrdən (məsələn təmizləyici mayelər, boyalar və s.) istifadə olunacaq. Bütün kimyəvi maddələr hermetik konteynerlərdə və ikinci dərəcəli tutuma malik sahələrdə saxlanılacaq. Seysmik tədqiqat işləri ərzində formalaşan hər hansı tullantı növləri də gəminin göyərtəsində təyinatına uyğun konteynerlərdə saxlanılacaq və qabaqcıl sənaye təcrübələrindən və ehtiyatlı rəftar prosedurlarından istifadə etməklə dəstək gəmiləri tərəfindən sahilə daşınacaq. Aşağıdakı 7.4.3-cü bölmədə müəyyənləşdirilmiş nəzarət və təsirazaltma tədbirlərinin yerinə yetirilməsi nəzərə alınaraq kimyəvi maddələrin yaxud tullantıların qəza ilə/təsadüflə dəniz mühitinə dağılması ehtimalının çox aşağı olduğu hesab edilir. Ehtimal edilməsə də belə, hermetikliyin pozulması və təhlükəli maddələrin dənizə axması halında, təsirin əhəmiyyətinin aşağı olacağı gözlənilir, çünki axıdılmış hər hansı maddələr məhdud həcmdə olacaq və onlar lokal təsirə malik olacaq. Yüksək riskli təhlükəli kimyəvi maddələrin və tullantıların dağılması baş verdiyi təqdirdə, dəniz biotasına potensial toksik təsirləri minimuma endirmək üçün dərhal (qeydə alınmış qəzadan sonra 24 saatdan gec olmayaraq) dağılmış materialın toplanılması əməliyyatları təşkil ediləcək.

7.3.3 Karbohidrogen dağılmaları

Nəzərdə tutulan D230 saylı Seysmik Tədqiqat proqramı ərzində dəniz mühitinə çirklənməyə gətirib çıxara biləcək karbohidrogenlərin qəza nəticəsində baş verə biləcək potensial atqılarına yanacaqdoldurma, avadanlığın texniki xidməti, gəminin toqquşması, yanacaq çəninin sıradan çıxması, yanğın yaxud partlayış hallarında baş verən dağılmalar daxildir. Nəticə etibarilə baş verən potensial atqılar geniş miqyasda aşağıdakı kateqoriyalara bölünə bilər:

Tədqiqat gəmisindən iri həcmdə dizel yanacağının dağılması. Kiçik həcmdə yanacağın, sürtkü yağının/texniki xidmət yağının və strimer məhlunun

dağılması.

Böyük həcmdə yanacaq dağılmasının baş vermə ehtimalı azdır. Oxşar kəşfiyyat işləri ərzində qeydə alınan tipik karbohidrogen dağılmalarının həcmi 50 litr civarında olur3. Beynəlxalq Neft-Qaz İstehsalçıları Assosiasiyası4 tərəfindən su nəqliyyatında qəzaların statistikasının təhlili göstərir ki, gəmilərin toqquşması ümumi gəmi itkilərinin yalnız 12%-ni təşkil edir və bunun baş vermə ehtimalı çox aşağıdır.

Çirklənmənin Qarşısının Alınması üzrə Tanker Sahiblərinin Beynəlxalq Federasiyasının (ITOPF)5 statistikasına əsasən iri həcmli dağılmaların əsas səbəbləri çırpılma6/toqquşma (30%) və saya oturma (33%) hallarıdır. Digər mühüm səbəblərə isə korpusun sıradan çıxması və yanğın/partlayış hallarıdır (Şəkil 7.1).

3 Oil and Gas UK. http://www.oilandgasuk.co.uk/ Linkə 2016-cı ilin oktyabr ayında daxil olunub.

4 Beynəlxalq Neft-Qaz İstehsalçıları Assosiasiyası (OGP), 2010. Su Nəqliyyatında Qəzaların Statistikası, Risklərin qiymətləndirilməsi üzrə Məlumat bazası, Hesabat N. 434 – 10.

5 Çirklənmənin Qarşısının Alınması üzrə Tanker Sahiblərinin Beynəlxalq Federasiyasının (ITOPF) Təlimat Kitabçası, 2014/15.

6 Hərəkət edən obyektlərin hərəkətsiz obyektlə toqquşması

Dekabr 2018-ci ilYekun variant

5

Page 6: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

Şəkil 7.1: İri neft dağılmalarının (700m3) səbəbləri, 1970-2013 (ITOFP, 2014/2015)

Tədqiqat gəmisindən bütün yanacaq və sürtkü yağı həcmlərinin (müvafiq qaydada 800 ton və 22m3) dağılmasını ehtiva edən ən pis ssenarinin modelləşdirilməsi əsasında neftin dağılması riskinin kəmiyyət qiymətləndirməsi aparılıb və bu, aşağıda ətraflı qeyd edilib. Əslində bunun baş verəcəyi ehtimal edilmir, çünki yanacaq, bir qayda olaraq, dibində qoşa örtük olan və klapanlar ilə birləşdirilən bir neçə kiçik çəndə saxlanılır və bütün çənlərin kipliyinin eyni zamanda pozulacağı ehtimal olunmur. Bundan əlavə, tədqiqat gəmisinin korpusu ikiqatdır.

7.3.3.1 Kiçik həcmli dağılmalar

Kiçik həcmli karbohidrogen dağılmaları hidravlik şlanqların, avadanlığın, saxlama konteynerlərinin sızması yaxud yanacaqdoldurma zamanı dağılmalar nəticəsində baş verə bilər. Gəmilərdə nisbətən kiçik həcmlərdə sürtkü yağı və hidravlik mayelər olacaq. Tədqiqat gəmisindən (22m3) mühərrikin sürtkü yağının bütün həcminin ani dağılması halının modelləşdirilməsi göstərdi ki, sürtkü yağı kimi ağır karbohidrogenlərin ətraf mühitdə dayanıqlı olmasına baxmayaraq sahil xəttinin neftlə çirklənməsi yaxud dəniz səthinin əhəmiyyətli şəkildə neftlə örtülməsi baş verməyəcək (baxın: Əlavə 7A). 7.4.3-cü bölməsində müəyyənləşdirilmiş profilaktik (qabaqlayıcı) və təsirazaltma tədbirlərinin görülməsini nəzərə alaraq, kiçik həcmli dağılmaların təsirlərinin əhəmiyyətli olacağı gözlənilmir, çünki onlar dəniz mühitində nisbətən sürətlə dispersiya olacaq və bioloji cəhətdən parçalanacaq.

Seysmik tədqiqat proqramı ərzində istifadə ediləcək strimerlər həm maye doldurulmuş (yəni, İzopar M, yüngül neft distilyyatlarının qarışığı, əsasən kerosinə oxşar C2 – C5 izoparafin karbohidrogenləri), həm də/və ya “sərt” növlü (üzmə qabiliyyəti üçün köpük yaxud gel ilə doldurulmuş) strimerlər olacaq. Partlamış/zədələnmiş strimerdən mayenin sızması məhdud olacaq, çünki strimer kabelləri təxminən 100m-dən bir qapalı bölmələrə/seksiyalara bölünür. Buna görə də, bir seksiya zədələndikdə digərləri sağlam qalır. Hər bir bölmədə adətən 1-5 m3 maye olur. Mayeli strimerlərin konfiqurasiyası və layihələndirməsi səbəbindən bütün strimerin tam sıradan çıxması halı heç ehtimal edilmir (hətta strimerin digər gəmi ilə toqquşması halında belə). Sərt strimerlərdən istifadə edilməsi ümumiyyətlə maye sızması riskini aradan qaldırır. Buna görə də, strimerlərin mayesinin dəniz mühitinə əhəmiyyətli təsir göstərməsi gözlənilmir.

7.3.3.2 İri həcmdə gəmi dizel yanacağının dağılması

Dəniz mühitində gəmi dizel yanacağının aqibəti

Dizelin dispersiyasına təsir edən əsas proseslər Şəkil 7.2-də göstərilir. Neft dənizə atıldıqda buxarlanma, həll olma, dispersiya, emulsiyalaşma, çöküntü əmələ gəlmə, foto-oksidləşmə və bioloji parçalanma proseslərinin, ümumilikdə aşınma adlanan proses nəticəsində bir neçə fiziki və kimyəvi dəyişikliklərə uğrayır. Sözügedən dəyişikliklər dağılmış neftin növü və həcmindən, və mövcud hava və dəniz şəraitindən asılıdır.

Dekabr 2018-ci ilYekun variant

6

Page 7: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

Dizel yanacağı yüngül, emal edilmiş neft məhsuludur və ümumilikdə “gəmi dizeli” adlandırılır və qazoyl və az özlülüyə (12 santistoks (cSt)/400 C səviyyəsinədək) malik ağır dizel yanacağının qarışığıdır. Suya dağıldıqda, dizel yanacağı çox sürətlə yayılaraq nazik göy qurşağı və ya gümüşü rəngli ləkələr əmələ gətirdiyi halda gəmi dizeli tutqun və ya tünd rəngləri olan daha qalın təbəqə əmələ gətirə və səthdə daha uzun müddət davam gətirə bilər.

Buxarlanma və dispersiya neftin dəniz səthindən kənarlaşdırılması üçün əsas iki mexanizmdir, çöküntü əmələ gəlmə, oksidləşmə və bioloji parçalanma isə uzun müddət ərzində karbohidrogenləri ibtidai elementlərə çevirir.

Gəmi dizeli küləyin sürəti 5-7 dəniz milinə çatdıqda və ya dənizin vəziyyəti təxminən Bofort şkalası ilə 2 bal və ya daha çox olanda asanlıqla su sütununa yayılır. O, sudan çox yüngül olduğuna görə dizelin mürəkkəb və ya sərbəst neft kimi dəniz dibinə çöküb orda yığılması mümkün deyil. Lakin dizel fiziki olaraq dalğa hərəkəti sayəsində su sütununa qarışa, xırda damcılar yarada bilər və bu damcılar cərəyanlar vasitəsilə aparılıb asılı vəziyyətdə saxlanılır. Su sütununa yayılan dizel asılı çöküntülərə yapışaraq sonradan dənizin dibinə otura və ya çökə bilər. Bu prosesin açıq dəniz mühitindən daha çox sahilə yaxın ərazilərdə və ya çay deltalarında baş verəcəyi daha çox ehtimal olunur.

Emal edilməmiş xam neftlərlə müqayisədə, gəmi dizeli yapışqan yaxud özlülüklü deyil. Sahil xəttinə çıxdıqda, dizel sərt səthlərdə toplaşarsa məsaməli çöküntülərə sürətlə nüfuz etməyə meyllidir, dalğalar tezliklə onu yuyub aparır. Hər iki halda da, gəmi dizeli təbii mikroblar tərəfindən asanlıqla parçalanır (adətən bir – iki ay ərzində).

Dəniz orqanizmləri üçün toksiklik nöqteyi-nəzərdən dizel ən kəskin toksikliyə malik neft növlərindən biri hesab edilir.7

Şəkil 7.2: Dağılmış neftə təsir göstərən aşınma prosesləri

Gəmi dizelinin dağılmasının modelləşdirilməsi7 Okean və Atmosfer üzrə Milli Administrasiyanın (NOAA) Cavab Tədbirləri və Bərpa İdarəsi. http://response.restoration.noaa.gov (Noyabr 2015-ci ildə istifadə edilib).

Dekabr 2018-ci ilYekun variant

7

Buxarlanma

Yayılma Oksidləşmə Yayılma

Həll olmaDispersiya

Bioloji parçalanma

Çökmə

Emulsiyalaşma

Page 8: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

Tədqiqat gəmisindən iri həcmdə yanacağın dağılmasının potensial təsirini qiymətləndirmək üçün OSCAR (SİNTEF-in Neft Dağılmalarına qarşı Fövqəladə Fəaliyyət və Cavab Tədbirləri) modelləşdirmə proqramından istifadə etməklə modelləşdirmə aparılmışdır (modelin təsviri üçün Əlavə 7A-ya baxın). Ətraf mühitə təsir baxımından ən pis ssenari üzrə dağılma yerini müəyyənləşdirmək üçün beş dağılma sahəsi modelləşdirilmişdir (Şəkil 7.3). Hər bir dağılma sahəsində yaz, yay və payız mövsümləri üzrə modelləşdirmə aparılıb. Yaz mövsümü modelləşdirilib, çünki modelləşdirmə aparılan vaxt tədqiqatın vaxtı təsdiqlənməmişdi. Əsas ekoloji həssaslıqların müvəqqəti xarakter daşıması səbəbindən (xüsusən də dekabr və mart aylarında Xəzər suitilərinin az sayda mövcudluğu ilə bağlı), qış mövsümü üçün modelləşdirmə aparılmayıb.

Hazırkı ƏMSSTQ-nin məqsədləri çərçivəsində sahil xəttinin ən çox neftlə çirklənməsinə səbəb olan (dağılma sahəsi NS3 – Ssenari 3) və Azərbaycan xüsusi iqtisadi zonası (XİZ) xaricində su səthinin ən çox neftlə çirklənməsinə gətirib çıxaran (dağılma sahəsi FS1 – Ssenari 5) ssenarilər üzrə nəticələr Cədvəl 7.2 və 7.3-də xülasə şəklində təqdim edilib və aşağıda nəzərdən keçirilir.

Dekabr 2018-ci ilYekun variant

8

Page 9: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

Şəkil 7.3: Gəmi dizel yanacağının dağılmasının modelləşdirilməsi – dağılma sahələri

Qeyd: Şəkildə göstərilmiş ulduzlar modelləşdirilmiş dağılma yerlərini əks etdirir.

Dekabr 2018-ci ilYekun variant

9

Page 10: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

Cədvəl 7.2: Ən pis ssenari (Ssenari 5) üzrə ehtimal simulyasiyasının nəticələri

Neft dağılmasının modelləşdirilməsinə dair xülasə

Dağılma ssenarisi / təsviri Seysmik tədqiqat gəmisindən dizel dağılması – FS1 sahəsində 800 ton həcmində dağılma

Transsərhəd sular

Müəyyənləşdirilmiş orta xətt

Kəsişmə ehtimalı (> 1%) və çatması üçün tələb olunan minimum vaxt (günlər ilə)

5a ( FS1 - yazda) 5b ( FS1 - yayda) 5c ( FS1 - payızda)

Ehtimal Vaxt Ehtimal Vaxt Ehtimal Vaxt

Azərbaycan-İran 3 15 1 11

Azərbaycan-Qazaxıstan 5 1 3 2 2 2

Azərbaycan-Rusiya 1 26 1 10 1 10

Azərbaycan-Türkmənistan 6 1 2 2 2 2

Qazaxıstan-Türkmənistan 4 1 2 5 1 3

Rusiya-Qazaxıstan 2 12

Türkmənistan-İran 3 15 1 11Sahilə çıxma

Sahilə çıxma ehtimalı və sahilə çatması üçün tələb olunan minimum vaxt (günlər ilə)

Proqnozlaşdırılan yerlər5a ( FS1 - yazda) 5b ( FS1 - yayda) 5c ( FS1 - payızda)

Ehtimal Vaxt Ehtimal Vaxt Ehtimal Vaxt

Azərbaycan 5 3 3 2 3 2

İran 1 15 1 15

Rusiya 1 18Dizelin sahilə çıxması (ən pis hal) 243 ton 240 ton 255 ton

Cədvəl 7.3: Ən pis ssenari (Ssenari 3) üzrə ehtimal simulyasiyasının nəticələri

Neft dağılmasının modelləşdirilməsinə dair xülasə

Dağılma ssenarisi / təsviri Neft dağılmasının modelləşdirilməsinə dair xülasə – NS3 sahəsində 800 ton həcmində dağılma

Transsərhəd sular

Müəyyənləşdirilmiş orta xətt

Kəsişmə ehtimalı (> 1%) və çatması üçün tələb olunan minimum vaxt (günlər ilə)

3a (NS3 - yazda) 3b (NS3 - yayda) 3c (NS3 - payızda)

Ehtimal Vaxt Ehtimal Vaxt Ehtimal Vaxt

Azərbaycan-İran 1 8

Azərbaycan-Qazaxıstan 2 2 1 4 1 5

Azərbaycan-Rusiya 2 10 2 5 2 6

Azərbaycan–Türkmənistan 2 8

Qazaxıstan-Türkmənistan 1 8

Rusiya-Qazaxıstan 1 11

Türkmənistan-İran 1 16

Dekabr 2018-ci ilYekun variant

10

Page 11: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

Sahilə çıxmaSahilə çıxma ehtimalı və sahilə çatması üçün tələb olunan minimum vaxt

(günlər ilə)

Proqnozlaşdırılan yerlər3a (NS3 - yazda) 3b (NS3 -yayda) 3c (NS3 -payızda)

Ehtimal Vaxt Ehtimal Vaxt Ehtimal Vaxt

Azərbaycan 3 4 7 2 3 2

İran 1 13

Rusiya 1 22

Dizelin sahilə çıxması (ən pis hal) 356 ton 486 ton 269 ton

Səthdə neft qatı – Ehtimalın Modelləşdirilməsi

Modelləşdirmənin nəticələri göstərir ki, seysmik tədqiqat gəmisindən dağılmış neftin (dizel) dəniz səthində > 0.04 µm qalınlığında (və 5%-dən yuxarı (>5%) ehtimala əsasən) mövcudluğu bütün ssenarilər və bütün mövsümlər üzrə dağılma yerinə çox yaxın olacaq. Payız mövsümündə FS1 dağılma sahəsində (Ssenari 5) >5% ehtimalla səthin neftlə çirklənməsi Şəkil 7.4-də göstərilib Ümumiyyətlə səthin neftlə örtülməsi Azərbaycanın iqtisadi suları ilə məhdudlaşır, lakin buna baxmayaraq, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın iqtisadi sularında da >1% ehtimalla səthin müəyyən qədər neftlə örtülməsi proqnozlaşdırılır (Cədvəl 7.2 - 7.3; Şəkil 7.5).

Nəticələr həmçinin göstərir ki, dağılmış dizel Azərbaycan sahillərinə paralel şəkildə (şimal yaxud cənub istiqamətində) hərəkət etməyə meyllidir (baxın: Əlavə 7A). Səthdəki neftin yay mövsümü ilə müqayisədə payız və yazda daha uzağa hərəkət edəcəyi və Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan orta xətləri boyunca səthdə daha çox neftin olacağı görünür, lakin ehtimal göstəriciləri <5% təşkil edir. Transsərhəd kontekstində ərazi sularına dağılmış dizelin əhatə zonası məhduddur və gözlə müşahidə edilən neft təbəqəsinin (səthdəki neft təbəqəsinin qalınlığı > 0.04 µm) təsirinə məruz qalmış su səthinin təxminən 10%-ni təşkil edir.

Səthdəki dizelin proqnozlaşdırılan qalınlığına əsasən, dağılma yerinə bilavasitə yaxın ərazidə vizual olaraq “metal” rəngli görüntü olacağı proqnozlaşdırılır (baxın: Şəkil 7.5). Nisbətən daha uzağa getdikcə səthdəki dizelin dəniz səthində “parlaq təbəqə şəklində” yaxud “göy qurşağı rənglərində” neft qatı kimi görünəcəyi proqnozlaşdırılıb. Modelləşdirmə göstərdi ki, dizel modelləşdirmə bölgəsinin əksər sahələri daxilində dəniz səthində 3 gündən artıq qalmır və bu müddət adətən 2 gündən az olur (baxın: Əlavə 7A).

Səthdə neft qatı – Deterministik Modelləşdirmə

Ən pis ssenarinin deterministik simulyasiyası Ssenari 3-də sahil xəttinin ən çox neftlə çirklənməsi ilə nəticələnən ehtimal simulyasiyasının dinamikalarını göstərir (yay mövsümü; baxın: Cədvəl 7.3). Baxmayaraq ki, stoxastik nəticələr ümumi ekoloji riski daha yaxşı əks etdirir, bir deterministik simulyasiya dənizdəki dağılmış dizelin ən pis ssenari üzrə sahil xəttinin neftlə çirklənməsi zamanı özünü necə apara biləcəyini göstərir.

Şəkil 7.6-dan görmək olar ki, səthdə neftin əhatə zonası məhduddur.

Kütlə balansının təhlili (Şəkil 7.7) göstərir ki, dəniz səthindən dizelin buxarlanması dağılmadan sonra sürətlə baş verir (ilk 5 gün ərzində). Sonra isə buxarlanma sürəti əhəmiyyətli dərəcədə azalır və dizel sahil xəttində yan aldığında bioloji parçalanma ən aktiv parçalanma prosesinə çevrilir.

10 gündən sonra dəniz səthində dizelin qalmayacağı proqnozlaşdırılır. Dizelin kiçik nisbəti (1-2%) 10 gündən sonra dispersiya olunaraq su sütununda qalır, lakin dağılmadan 20 gün sonra kiçik nisbətlərdə bioloji parçalanmaya məruz qalır.

Dekabr 2018-ci ilYekun variant

11

Page 12: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

Sahil xəttində neft – Ehtimalın Modelləşdirilməsi

Modelləşdirmənin nəticələri göstərir ki, sahil xəttinin neftlə çirklənməsini əsasən Abşeron yarımadasının şərq və şimal sahilləri boyunca gözləmək olar, lakin buna baxmayaraq ayrıca təcrid edilmiş və daha uzaq yerlərdə də müəyyən qədər sahil xəttinin neftlə çirklənməsi baş verə bilər. Şəkil 7.8-də və Cədvəl 7.3-də ən pis ssenari – Ssenari 3 üzrə dizelin sahil xəttinə yan alması ehtimalı və onun sahilə çatması üçün lazım olan minimum vaxt göstərilir. Sahilə çıxan dizelin ən böyük həcminin yayda (hətta dəniz daha isti və havanın temperaturları daha yüksək olanda) baş verəcəyi proqnozlaşdırılır və bu vaxtlarda buxarlanma sürəti yüksək olur. Abşeron yarımadasının şimal hissəsində sahil xəttinin neftlə çirklənməsi daha kəskin olacaq, belə ki, dağılmadan sonra ilk 7 gün ərzində sahil xəttinin 30 – 40km-lik hissəsi boyunca burada neftlə çirklənmənin güclü (>10mm qalınlıqda) olacağı proqnozlaşdırılır (ITOPF təsnifatına əsasən8) (baxın: Şəkil 7.9).

Dağılma sahəsindən məsafə artdıqca çatma vaxtlarının böyüdüyü görünür. İlk 10 gün ərzində Abşeron yarımadasında (baxın: Cədvəllə 7.2 və 7.3; ehtimallar <5%) və sonrakı 20-25 gün ərzində daha uzaq məsafələrdə və Rusiya və İranın ayrı-ayrı yerlərində sahil xəttində dizel toplaşmağa meyllidir (1% ehtimal)9. Modelləşdirmə proqnozlaşdırır ki, bir sıra milli və beynəlxalq mühafizə olunan / xüsusi ayrılmış sahələr sahil xəttinin neftlə çirklənməsi səbəbindən təsirə məruz qala bilər (baxmayaraq ki, ehtimal azdır) (baxın: Cədvəl 7.5 və Şəkil 7.8).

Sahil xəttində neft – Deterministik Modelləşdirmə

Ən pis halda dağılmış materialın trayektoriyası onunla səciyyəvi idi ki, axınlar və küləklər dizeli NS3 dağılma sahəsindən cənuba aparır (baxın: Şəkil 7.6). Modelləşdirmənin nəticələri göstərir ki, dağılmış dizelin əksər hissəsi əhəmiyyətli dərəcədə dispersiya olmur (yayılmır) və onun çox hissəsi ya buxarlanır ya da sahilə çıxır (nisbətən konsentrasiyalı kütlə ilə). Aşınma dizelin sahilə çıxmasından əvvəl əsas aşınma prosesidir. Əsas sahilə çıxma prosesi baş verdikdən sonra dizelin aqibəti üçün növbəti mühüm bir mərhələ bioloji parçalanma olur (xüsusən də dağılmadan 20 gün sonra). Sahil xəttindən geriyə su sütununa doğru kiçik miqdarda təkrar hərəkətin olacağı da proqnozlaşdırılır.

Modelləşdirmə nəticələri göstərir ki, sahilə çıxmış neft bir neçə aydan çox sahil xəttində qalır (baxın: Şəkil 7.7) və ən çox miqdarda neftin sahilə çıxması dağılma sahəsindən birbaşa cənub istiqamətindəki sahil xətti boyunca baş verir. Əhəmiyyətli miqdarlarda emulsiyalaşmış dizelin (200 ton) sahilə çıxdıqdan 100 gün sonra sahil xəttində hələ də qaldığı müşahidə edilib.

Su sütununda dizelin dispersiyası (yayılması)

Su sütunundakı karbohidrogenlər müəyyən konsentrasiyadan artıq olduğundan su orqanizmləri üçün risk təşkil edir. Johnrsen (2005)10 və Det Norsk Veritas (2008)11 tərəfindən aparılmış tədqiqatın nəticəsində su sütunundakı müxtəlif karbohidrogen konsentrasiyalarının orqanizmlərə təsirini qiymətləndirmək üçün növlərin həssaslığı üzrə dozaya cavab reaksiyasının əyriləri hazırlanıb. Ümumi karbohidrogen konsentrasiyaları üçün 5-ci persentil üzrə ÖK50

12 göstəricisinin 58ppb olduğu aşkar edilib ki, bu göstərici də modelləşdirmədə potensial kəskin toksikoloji reaksiyalar üçün aşağı hədd kimi tətbiq edilib.

8 Çirklənmənin Qarşısının Alınması üzrə Tanker Sahiblərinin Beynəlxalq Federasiyası (ITOPF, 2011). Sahil xətlərində neftin müəyyənləşdirilməsi: Texniki Məlumat Sənədi (TIP) 6. BK. Səh.129 Təbii yaşayış mühitlərinin idarə olunması sahəsi və Növlərin idarə olunması sahəsi — IUCN Kateqoriya IV.10 Johnsen H, Nordtug T & Nilsen H. (2005). Qəza nəticəsində baş verən atqılar üçün ekoloji riskin idarə olunmasında tətbiq olunan su sütunu üçün PTK (proqnozlaşdırılan təsirsiz konsentrasiya) qiymətlərinin hesablanması. Statoil rapport C.FOU.DE.B02. Kəskin atqıların risk qiymətləndirməsi üçün istifadə olunmalı su sütunundakı neft komponentləri üçün hədd qiymətləri və riskə məruz qalma funksiyaları

11 DNV. (2008). Norveç Neft Sənayesi Assosiasiyası. Kəskin neft çirklənməsinin təsirlərinin risk qiymətləndirməsi üçün təlimatlar. Hesabat No 2007- 207512 ÖK50 – verilmiş vaxt müddəti ərzində təsirə məruz qalan növlərin 50:%-i üçün ölümcül təsirlə nəticələnən su sütununda dizel konsentrasiyası (həll olmuş və dispersiya olmuş).

Dekabr 2018-ci ilYekun variant

12

Page 13: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

Ehtimal modelləşdirməsinin nəticələri (Əlavə 7A) su sütununda ümumi karbohidrogen konsentrasiyalarının >58 ppb səviyyəsində dizelin mövcud olduğu konkret məhdud regionu göstərdi. >5% ehtimal diapazonunu nəzərdən keçirdikdə, əhatə zonaları dağılma sahəsi ilə lokallaşır. <5% ehtimal ilə ümumi karbohidrogenlərin konsentrasiyası >58 ppb olan sahələr həm şimal, həm də cənub istiqamətində sahil xəttinə paralel şəkildə dağılma sahəsindən 50km məsafədə uzanır. Bu zonanın adətən Azərbaycan XİZ daxilində məhdudlaşdığı görünür. Modelləşdirmə göstərir ki, dağılma sahəsindən 10km məsafə daxilində su sütununda ümumi karbohidrogen konsentrasiyaları üzrə ehtimallar 20% səviyyəsi qədər yüksəkdir. Lakin, ümumilikdə ehtimalların <5% olduğu müşahidə edilir. Modelləşdirmə göstərdi ki, su sütununda yayılmış (dispersiya) və həll olmuş >58 ppb dizel adətən istənilən yerdə bir gündən az müddətdə dayanıqlı olur.

Şəkil 7.4: Ən pis ssenari (Ssenari 5 – Payız) üzrə dəniz səthinin neftlə çirklənməsi ehtimalı

Dəniz səthində 0.04µm-dən artıq qalınlıqda neft qatı (gözlə görünən parlaq təbəqə) ( ehtimal >5%)

Səthin neftlə çirklənməsi ehtimalı (> 5%), səthdəki neft qatının qalınlığı 0.04 µm-dən yüksək olduqda (Neftin Görünüşünə dair Kod Sistemi haqqında Bonn Sazişinə əsasən minimum gözlə görünən qalınlıq13).

Xəritədəki şərti işarələr

13 Lewis, A. (2007). BAOAC (Neftin Görünüşünə dair Kod Sistemi haqqında Bonn Sazişi) sisteminin cari statusu: Niderlandın Şimal Dənizi Agentliyi (Directie Noordzee) üçün hesabat.

Dekabr 2018-ci ilYekun variant

13

NS5c (Payız)

Statistika xəritəsi: Səth: Hədd göstəricisindən (0.000mm) yuxarı çirklənmə ehtimalı (%)

Page 14: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

Şəkil 7.5: Ehtimal simulyasiyasının nəticələri – Ən pis ssenari (Ssenari 5 - Payız) üzrə dəniz səthindəki neftin qalınlığı

Dəniz səthindəki neftin qalınlığı (ehtimal >1%)

Səthdəki neftin orta qalınlığı BAOAC sisteminə (Neftin Görünüşünə dair Kod Sistemi haqqında Bonn Sazişi) əsaslanır

Xəritədəki şərti işarələr

Dekabr 2018-ci ilYekun variant

14

NS5c (Payız)

Statistika xəritəsi: Səth: Vaxt üzrə orta qiyməti çıxarılmış maksimum emulsiya qalınlığı (mm)

Page 15: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

Şəkil 7.6: Deterministik simulyasiyanın nəticələri: Ən pis ssenari (Ssenari 3 – Yay) üzrə modelləşdirmə bölgəsində hər hansı vaxt intervalında hər hansı bölmədə dəniz səthindəki dizelin maksimum qalınlığı (>0.04µm)

Dekabr 2018-ci ilYekun variant

15

Page 16: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

Şəkil 7.7: Ən pis ssenari (Ssenari 3 – Yay) üzrə dizelin aqibəti (kütlə)

Dekabr 2018-ci ilYekun variant

16

Page 17: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

Şəkil 7.8: Ən pis ssenari üzrə (Ssenari 3 – Yay) sahil xəttinin neftlə çirklənməsi ehtimalı

Sahil xəttinin neftlə çirklənməsi ehtimalı (>1%)

Sahil xəttinin neftlə çirklənməsi ehtimalı (> 1%), sahil xəttində neft kütləsi 0.169 ton/km-dən yüksək olduqda (ITOPT “Neftlə Yüngül Çirklənmə” diapazonunun minimum dəyəri 14).

14 Stoxastik simulyasiyalarda sahil xətti emulsiya kütləsi üçün minimum hədd (0.169 ton/km) istifadə edilib. Bu qiymətlər İTOPF tərəfindən istifadə olunan “Neftlə Yüngül Çirklənmə” həddinin aşağı limitidir.

Dekabr 2018-ci ilYekun variant

17

Page 18: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

Şəkil 7.9: Ən pis ssenari (Ssenari 3 – Yay) üzrə sahil xəttinin neftlə çirklənməsinin kəskinlik dərəcəsi

Sahil xəttinin neftlə çirklənməsinin kəskinlik dərəcəsi (ITOPF təsnifatı)

Sahil xəttinin neftlə çirklənməsinin kəskinlik dərəcəsi (ITOPF təsnifatı), İTOPF “Neftlə Yüngül Çirklənmə” həddindən (0.169 ton/km) yüksək olduqda. Nəticələr sahil xəttindəki dizel ehtimalının >1% olduğu yerləri göstərir.

Dekabr 2018-ci ilYekun variant

18

Page 19: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

İri həcmli karbohidrogen dağılmasının dəniz və sahilyanı reseptorlara təsirlərinin nəzərdən keçirilməsi

Karbohidrogenlər suya və çöküntünün keyfiyyətinə, dağılma ərazisi ilə əlaqədə ola bilən dəniz və sahil flora və faunasına, o cümlədən plankton, bentik onurğasız heyvanlar, balıqlar, dəniz quşları və dəniz məməlilərinə zərərli təsirlərə səbəb olmaq potensialına malikdir. Dağılmanın miqyasından və onun balıqçılıq sahələrinə yaxınlığından asılı olaraq, qida zənciri vasitəsilə balıqçılıq təsərrüfatlarına təsir və insan sağlamlığına dolayı təsir də mümkündür. Dəniz və sahilyanı reseptorların, o cümlədən balıqçılıq təsərrüfatlarının karbohidrogen dağılmalarına qarşı həssaslığına dair xülasə Cədvəl 7.4-də verilir.

Bu reseptorlara potensial təsirlərin qiymətləndirilməsi aşağıdakı təqdim olunur. Qiymətləndirmə prosesi dizel dağılmasının modelləşdirilməsinin nəticələrinə, karbohidrogen dağılmalarına qarşı xüsusi həssaslığa (yuxarıda qeyd edilmiş) və 5-ci fəsildə qeyd edilmiş mövcud ilkin ekoloji və sosial-iqtisadi vəziyyətə əsaslanır.

Plankton

Neft dağılmasının modelləşdirilməsi göstərir ki, suda dizel konsentrasiyalarının 58 ppm həddindən yuxarı olduğu bütün dağılma sahələri dağılma nöqtəsi ilə məhdudlaşır və onların 1-2 gündən artıq dayanıqlı olacağı gözlənilmir. Buna görə, (balıq sürfələri istisna olmaqla) planktonun karbohidrogenlərin toksik təsir səviyyələrinə məruz qalmasının qısa müddətli və lokal miqyaslı olacağı gözlənilir.

Planktonların artımının pik dövrü ərzində (yaz və payız) dizelin təsirinə məruz qalan biokütlə artacaq və bu da onların artım səviyyələrinin azalması və tələfatı ilə nəticələnəcək. Lakin, bunun uzun müddət ərzində ümumi artım səviyyəsi ilə müqayisədə əhəmiyyətli dərəcədə olacağı gözlənilmir. Bundan əlavə, qeyd etmək lazımdır ki, D230 saylı Blok üzrə Seysmik Tədqiqatı yaz dövründə həyata keçirmək planlaşdırılmır. Zooplankton da karbohidrogen dağılması nəticəsində tələfata məruz qala bilər, lakin onların erkən həyat mərhələlərindəki fərdlərinin çox sayda olması və qısa reproduktiv dövrlərə malik olması dağılmanın təsirinə məruz qalmış regiondan kənarda yerləşən sahələrdən onların gələrək bərpa olunmasına imkan yaradacaq. Beləliklə, nisbətən qısa müddətdən sonra plankton konsentrasiyalarının ilkin səviyyələrə qayıdacağı gözlənilir. Nəticədə, plankton icmalarına ümumi təsir əhəmiyyətli hesab edilmir.

Bentik onurğasızlar

5-ci fəsilin 5.3.5-ci bölməsində təfərrüatı ilə göstərildiyi kimi, Tədqiqat Sahəsində mövcud olacağı ehtimal edilən bentik birlikdə hər hansı konservasiya əhəmiyyətli növlərin olacağı gözlənilmir. Buna baxmayaraq, bentik birliklər yerli ekosistemin (xüsusən də nərə kimi balıqlar da daxil olmaqla digər növlər üçün qida mənbəyi kimi) mühüm funksiyalarının dəstəklənməsində əhəmiyyətli rol oynayır. Mühüm qida mənbəyi olan bir sıra taksonlar (məsələn yanüzən xərçəngkimilər) mövcuddur ki, onların karbohidrogenlərə qarşı həssas olduğu məlumdur.

Dizelin dəniz dibinə batacağı ehtimal edilmir, lakin o, sahilyanı ərazilərdə sahilə çıxa bilər. Dizel dağılmasının modelləşdirilməsi göstərir ki, dalğa və küləyin təsiri ilə yaranan suyun hərəkəti nəticəsində bentik birliklərin və çöküntülərin dizelin təsirinə məruz qalması mümkündür. Potensial təsirlərə aşağıdakılar daxil ola bilər: (i) xərçəngkimilər, yanüzənlər və ikitaylılar kimi həssas növlərdə sürətli tələfat; (ii) növlərin populyasiyasının və bolluğunun azaldığı müddət; (iii) təsadüfi növlərin bolluğu artmaqla, birliyin quruluşunun dəyişdiyi müddət. Qeyd olunmalıdır ki, dayaz sularda yerləşən ikitaylılar və xərçəngkimilər dizeldə yüngül aromatik birləşmələrin toksikliyinə qarşı xüsusilə həssasdır.

Sahilə çıxan dizelin maksimum proqnozlaşdırılmış miqdarı ən pis ssenaridə (yay) 486 ton təşkil edir. Bentos üçün bərpa vaxtı ətraf mühitin şərtlərindən və təsirə məruz qalmış növlərdən asılı olaraq dəyişir. Nisbətən daha yüngül növ karbohidrogenlərə (məsələn dizel kimi) gəldikdə isə, üstünlük təşkil edən açıq qumlu/lilli sahilyanı/dayazsulu ərazilərdəki bentik təbii mühitlərin bərpasının təxminən bir neçə aydan bir ilə qədər vaxt tələb edəcəyi ehtimal olunur.

Dekabr 2018-ci ilYekun variant

19

Page 20: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

Neftin sahilə çıxmasının az ehtimal edildiyini, sahilə çıxan dizelin təsirinə məruz qalmış sahilyanı zonanın məhdud ərazidə olacağını və bərpa templərinin orta müddətli olacağını nəzərə alaraq, az həssaslığa malik bentik onurğasızlara ümumi təsirin az olacağı gözlənilir.

Cədvəl 7.4: Dəniz və sahilyanı reseptorların karbohidrogen dağılmalarına qarşı həssaslığı 15,16,17,18

15 Okean və Atmosfer üzrə Milli Administrasiyanın (NOAA) Cavab Tədbirləri və Bərpa İdarəsi

(http://response.restoration.noaa.gov).

16 Beynəlxalq Neft-Qaz Sənayesi üzrə Ətraf Mühitin Mühafizəsi Assosiasiyası (IPIECA), 1997. Neft Çirklənməsinin Bioloji Təsirləri üzrə İstiqamətlər. Cild 8: Neft Çirklənməsinin Bioloji Təsirləri: Balıqçılıq təsərrüfatları. Beynəlxalq.

17 Neft Çirklənməsinin Dəniz mühitinə Təsirləri, 2011. Texniki məlumatlar sənədi 13. Dənizin Çirklənməsi Zamanı Tanker Sahiblərinin Məsuliyyətlərinin Məhdudlaşdırılması üzrə Beynəlxalq Federasiya (ITOPF).

18 İrlandiya Rabitə Departamenti, Enerji və Təbii Sərvətlər, Neft İşləri Bölməsi, 2011. Dənizdə Neft Kəşfiyyatı və Qiymətləndirilməsi Əməliyyatları üzrə Qaydalar və Prosedurlar.

Dekabr 2018-ci ilYekun variant

20

Page 21: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

Reseptor Karbohidrogenlərə qarşı həssaslıq

Plankton

Karbohidrogen dağılmasından sonra qida maddələri artığına görə fitoplanktonun bolluğu arta bilər, amma su sütunundakı zəhərliliyə görə zooplankton, balıq süfrələri və kürüləri arasında ölüm halları arta bilər, və buna görə də başqa balıq növlərinin qida zəncirinə təsir göstərə bilər.

Lokallaşmış ölüm halları ehtimal olunsa da, plankton icmalarına ümumi təsir statistik dərəcədə əhəmiyyətli deyil və ümumiyyətlə qısa-müddətlidir. Dağılmadan sonra plankton biokütləsi düşə bilər, ancaq yüksək reproduktiv templəri və təsir sahəsindən kənar ərazilərdən gəlmələr sayəsində bir neçə həftədən sonra populyasiya çox zaman əvvəlki səviyyəyə qayıdır.

Bentik onurğasız heyvanlar

Bentosa təsirlərə kəskin zəhərlilik və üzvi zənginləşdirmə daxildir. Dənizdə təsirlər adətən minimaldır və su dərinliyi və yerli hidroqrafiyanın təsiri altında olur. Alt qabarma-çəkilmə regionları ümumiyyətlə dağılmadan sonra orta qabarma-çəkilmə regionlarına nisbətən daha aşağı karbohidrogen konsentrasiyalarına malikdir, çünki çox zaman karbohidrogen axaraq dəniz səthinə yayılır. Bərpa olunma zamanları müxtəlifdir, yüngül karbohidrogenlər üçün isə ümumiyyətlə bir neçə aydan bir neçə ilə çəkə bilər.

Təsirlərə xərçəngkimilərlər və yanüzənlər kimi həssas növlərin sürətli ölüm halları; azalmış növlərin populyasiyası və bolluğu dövrləri; opportunistik növlərin artmış bolluğu ilə müşayiət olunan dəyişmiş icma strukturu dövrü daxil ola bilər.

Balıqlar

Dəlillər göstərir ki, balıqlar karbohidrogenlə çirklənmiş suları aşkar edə bilir və qaça bilir. Bu qaçış miqrasiya və ya kürü tökmə proseslərində pozulmaya səbəb ola bilər.

Balıqların karbohidrogenə məruz qalması ölüm hallarına və ya inkişafa, fiziologiyaya, davranışa və endirilən xəstəlik müqavimətinin enməsinə yarı-ölümcül təsirlərə səbəb ola bilər.

Balıq populyasiyaları dərin sular nisbətən dayaz sularda karbohidrogen çirklənməsinə daha həssasdır, karbohidrogen konsentrasiyaları yuxarı sütunda adətən daha yüksək olur.

Balıqlar qəlsəmələri vasitəsilə böyük miqdarda karbohidrogenlər uda bilər. Karbohidrogenlərə məruz qalan balıqlar ürək və tənəffüs templərində dəyişikliklərdən, genişlənmiş qara ciyərlər, azalmış inkişaf, üzgəcin eroziyası və biokimyəvi və hüceyrə səviyyələrində müxtəlif növ təsirlərdən əziyyət çəkə bilər. Karbohidrogenlərin zəhərliliyi həmçinin reproduksiya qabiliyyətinə mənfi təsir göstərə bilər və/və ya körpə balıqların deformasiya olunması ilə nəticələnə bilər.

Balıq kürüləri və sürfələri karbohidrogen çirklənmələrinə böyük balıqlardan daha həssasdır. Bir çox balıq növlərində bu mərhələlər səthə çıxır və burada dağılmış karbohidrogenlərlə əlaqə yaranması daha çox ehtimal edilir. Lakin, balıq növlərinin çoxunun geniş kürü tökmə yerləri olduğundan, böyük balıq populyasiyalarının sayına təsirin olması az ehtimal edilir. Növlər böyük olarsa və kürü tökmə dövrü ilə üst-üstə düşərsə dağılmaya görə təhlükədə ola bilərlər.

Karbohidrogen dağılmasının daha uzun müddətə təsirləri genetik zədə, fiziki eybəcərliklər, bolluq və inkişafın azalması və bəzi həyat mərhələlərində sağ qalma təhlükəsini göstərmişdir.

Quşlar

Dağılmış karbohidrogen dəniz quşlarının lələklərinə nüfuz edib onun izoləedilmə qabiliyyətini azalda bilər və onları suda temperatur dəyişmələrinə daha həssas və daha zəif üzücü edər. Bu da bədən temperaturunun düşməsi və ya batma nəticəsində ölümə səbəb ola bilər.

Karbohidrogendən özlərini təmizləmək üçün göstərdikləri səylər zamanı quşlar karbohidrogeni uda bilər. Karbohidrogenlər zəhərli olduğundan, bu pnevmoniya, dolmuş ağ ciyərlər, bağırsaq və ya ağ ciyər qansızmaları, qara ciyər və böyrək zədələnmələri kimi ciddi zədələrlə /sağlamlığa təsirlərlə nəticələnə bilər.

Karbohidrogenlər həmçinin quşların reproduksiya nəticələrinə təsir göstərə bilər, belə ki, kürt yatan quşun lələklərindən karbohidrogenlər yumurta qabıqlarındakı məsamələrdən keçib rüşeymləri ya öldürə ya da eybəcərliklərə səbəb olar.

Suitilər

Suitilər karbohidrogen çirklənməsinə çox həssasdır, çünki onlar vaxtlarının böyük hissəsini suyun səthində və ya yaxınlığında keçirirlər. Onların nəfəs almaları üçün üzə çıxmağı lazımdır və müntəzəm olaraq sahillərə çıxırlar. Karbohidrogen çirklənməsi hadisəsi müddətində, onlar həm üzə çıxanda həm də sahilə çıxanda təhlükədədirlər.

Suitilər karbohidrogenlə çirklənmiş qidanın qəbul edilməsindən və ya karbohidrogen damcılarının və buxarlarının udulmasından zədələnə bilərlər. Neft (yağ), xüsusilə yüngül neftlər (yağlar) və karbohidrogen buxarları, bunlara məruz qalan həssas toxumalara hücum edəcək. Bunlara gözləri və ağız boşluğunu əhatə edən selikli membranlar, tənəffüs səthləri, anal və sidik-tənasül dəlikləri daxildir. Bu gözdəki buynuz təbəqədə sürtünmələrə, konyunktivitə (göz qapağı selikli qişasının iltihabına) və xoralara səbəb ola bilər. Çirkli qənimətin istehlakı toxumalarda və orqanlarda karbohidrogenlərin toplanmasına gətirib çıxara bilər.

Balıqçılıq

Karbohidrogenlərə məruz qalan balıqlar korlanmış ola bilər, yəni məhsula neft dadı və ya qoxusu verər. Kommersiya balıq növləri açıq sularda nadir hallarda korlanır, çünki onlar çirklənmiş ərazidən yan keçə bilirlər. Buna baxmayaraq, iri miqdarda dağılmalar balıqtutma günlərinin itirilməsi və müəyyən növlərdə bütün mövsüm ərzində davam edən istisna zonalarının və qadağaların qoyulması ilə nəticələnə bilər.

Balıqlar

Balıq növlərinin əsas yerləşdiyi sahələr dayaz su şelfi sahələrindədir. Bir qayda olaraq. balıqların maksimum konsentrasiyalarına ilin əksər hissələri boyu 50m-ə qədər olan dərinliklərdə rast gəlinir və sahilyanı region miqrasiya etməyən (rezident) növlər üçün əhəmiyyətlidir və demək olar ki, bütün vətəgə əhəmiyyətli balıq növlərinin çoxalması və yetişməsi üçün təbii mühitləri təmin edir. Bu sahə rezident növlərin kürü tökdüyü yazda, yayda və payızda xüsusilə həssasdır. Nərə və qızılı kefal sahil boyunca 100m-dək dərinliklərdə miqrasiya edir. Bu miqrasiya yazda cənubdan şimala, payızda isə şimaldan cənuba doğrudur. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (IUCN) qırmızı kitabında nəsli kəsilmə təhlükəsi olanlar kimi təsnif edilmiş və yaz və yay miqrasiyaları ərzində 100m-dək dərinliyədək sularda mövcud olacağı çox ehtimal edilən bir neçə nərə növü mövcuddur.

Dekabr 2018-ci ilYekun variant

21

Page 22: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

Balıqlar iybilmə və ya dadbilmə sistemləri vasitəsilə karbohidrogenlərlə çirklənmiş suları ayırd etmək qabiliyyətinə malikdirlər və ona görə də çirklənmiş sahələrdən uzaqlaşmağa meyl edirlər. Buna görə, belə güman etmək olar ki, çox dayaz sularda dənizdibi və dənizin səthindəki dizelin arasında balıqların daha məhdud ola biləcəyinə baxmayaraq, böyük balıqların əksəriyyətinin dağılma sahəsindən uzaqlaşacaqdır. Dağılma sahəsindən uzaqlaşma davranışı bəzi balıq növlərinin miqrasiya marşrutunu poza bilər. Bunun nərə və siyənək kimi miqrasiya edən və kilkə və kefal kimi yarı-miqrasiya edən növlərin miqrasiyasına təsir göstərmək potensialı vardır. Çirklənmiş zonadan uzaqlaşmaq qabiliyyəti məhdud olduğundan, gənc balıqlar və sürfələr neft dağılmalarına qarşı daha həssas ola bilər. Bu qeyd olunan növlərin çoxalması üçün arzuolunmaz nəticələrə malik ola bilər. Qeyd etmək lazımdır ki, nərəkimilərin mühafizə olunan növləri Azərbaycan sularında kürü tökmür, lakin yaz və yay mövsümündə miqrasiya edəcək və yayda 100m-dək dərinliyə malik sahilyanı sularda qidalana bilər.

Əgər planlaşdırılmış seysmik tədqiqat ərzində hər hansı vaxtda pis ssenari üzrə dağılma baş verərsə, balıq növlərinin müxtəlif qrupları təsirə məruz qala bilər. D230 saylı Blok üzrə Seysmik Tədqiqatın 2017-ci ilin ortalarında başlaması planlaşdırılır və buna görə də yaz dövrünə təsadüf etməyəcək. Neft dağılmasının modelləşdirilməsi göstərir ki, dizelin iri nisbəti dağılmadan sonra ilk bir neçə gün ərzində buxarlanmaqla, balıqlar üzərində toksik təsirlərə səbəb ola bilən su sütununda dizel konsentrasiyaları davamlı deyil. Ehtimalın aşağı olmasını, ən pis variantda olan dağılma hadisəsinin sahə və vaxt məhdudiyyətlərini və eləcə də balıqların təsirə məruz qalmış sahələrdən uzaqlaşmaq qabiliyyətini nəzərə alaraq, balıq populyasiyalarına əhəmiyyətli təsirlər gözlənilmir.

Suitilər

Xəzər suitiləri dağılma sahəsi daxilində olarsa və ya dağılmış material hər hansı istirahət yaxud ovlama sahələrinə təsir göstərərsə, karbohidrogen onların üzərini örtməklə, nəfəs yaxud qida yollarına daxil olmaqla bərpaolunmaz təsirlərə gətirib çıxara bilər.

5-ci fəsilin 5.3.8-ci bölməsində qeyd edildiyi kimi, suitilərin aprel-may (pik yaz miqrasiyası), iyul (yayda qidalanma dövrü) və noyabr (pik payız miqrasiyası) aylarında Mərkəzi Xəzər ərazisində pik saylarda mövcud olacağı ehtimal edilir. D230 saylı Blok üzrə Seysmik Tədqiqatın 2017-ci ilin ortalarında başlaması planlaşdırılır və buna görə də, həssas yaz miqrasiya dövrünə təsadüf etməyəcək. Sonuncu tədqiqat göstərir ki, yaz və payız mövsümləri ərzində suitilərin əhəmiyyətli hissəsi Mərkəzi Xəzər sahəsində (Abşeron yarımadasının şimalına doğru) qidalanmağa davam edir. Sahilyanı zona və Xəzər dənizinin mərkəzi hissəsinin arasında istənilən yerdə müşahidə edilə biləcəyinə baxmayaraq, suitilər, adətən, sahilə qədər 1-2km məsafə saxlayır. Miqrasiya marşrutları və suitilərin yayılması dəqiq deyil və suitilərin əsas qida mənbəyi olan kilkələrin müxtəlif yayılması ilə sıx əlaqəlidir.

Neft dağılmasının modelləşdirilməsi məsafə artdıqca və vaxt keçdikcə, yayılaraq və nazikləşərək dağılma sahəsinin yaxınlığında səthdə dizelin qalınlığının ən böyük olacağını təsdiqləmişdir. Buna görə də, dağılma nöqtəsinin bir neçə kilometr radiusunda suitilər çox güman dizellə təmas edəcək. Sahələrin əksəriyyətində dizelin dənizin səthində qalma müddətinin 24 saatdan artıq olacağı proqnozlaşdırılmır və suitilərin sahilə çıxmaq üçün istifadə etdikləri məlum olan sahələrdə (məsələn Abşeron yarımadası və bitişik adalar) sahil xəttinin neftlə çirklənmə ehtimalı nisbətən aşağıdır (ehtimal 5%-dən aşağıdır). Buna görə də, suitilərin dağılmış dizelin hər hansı təsirinə məruz qalmasının məhdud olacağı ehtimal edilir.

Potensial dağılmanın sahə və vaxt miqyasının məhdud olacağına baxmayaraq, hətta kiçik miqdarda karbohidrogenlər ilə örtüldükdə belə, suitilərin neftlə çirklənməyə qarşı yüksək həssaslıq nümayiş etdirdiyi və bərpa sürətinin aşağı olduğu məlumdur. Xəzər suitiləri IUCN nəsli kəsilmə təhlükəsi ilə üzləşən növlərin siyahısına salınmışdır və müxtəlif təbii və antropogen stress mənbələrinin təzyiqi altındadır. Buna görə, suitilər üçün həssas sahələrin (Prioritet Sahə 2 və 4) daxilində toksik təsirlərə kiçik-orta səviyyədə məruz qaldıqda belə, bu potensial əhəmiyyətli təsir ilə nəticələnə bilər.

Mühafizə və ekoloji əhəmiyyətli sahələr

Sahil xətti boyunca bir sıra Mühafizə Olunan Ərazilər, Mühüm Ornitoloji Sahələr (MOS-lar) və Əsas Biomüxtəliflik Sahələri (ƏBS-lər) yerləşir ki, bunlar da dağılma baş verdiyi təqdirdə neftlə çirklənmənin təsirinə məruz qala bilər. Bunlar aşağıdakı Cədvəl 7.5-də xülasə şəklində təqdim edilib. Bu sahələr sahil xəttinin neftlə çirklənməsi ehtimalını göstərən xəritələrdə göstərilib (Şəkil 7-8 və 7-9) (Rusiya və

Dekabr 2018-ci ilYekun variant

22

Page 23: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

İran ərazisindəki uzaq sahələr istisna təşkil edir, belə ki, həmin ərazilər “Transsərhəd təsirlər” adlı 8-ci fəsildə nəzərdən keçirilir).

Cədvəl 7.5: Mühafizə edilən və xüsusi təyinatlı sahələr üzrə sahil xəttinin neftlə çirklənməsi ehtimalları

Xüsusi təyinatlı / Mühafizə edilən sahələr1

Müh

üm

Orn

itolo

ji Sa

Təyinatı Ölkə

Sahil xəttinin neftlə

çirklənməsi ehtimalı (%)

Abşeron Milli Parkı Milli ParkIUCN Kateqoriyası II Azərbaycan 4

Abşeron arxipelaqı (şimal) və Pirallahı buxtası MOS/ƏBS Azərbaycan 5

Şirvan Milli Parkı Milli ParkIUCN Kateqoriyası II Azərbaycan 2

Kür deltası MOS/ƏBS Azərbaycan 3

Bəndovan State Nature SanctuaryIUCN Category IV Azərbaycan 2

Qızılağac MOS/ƏBS Azərbaycan 2

Qızılağac Dövlət Təbiət Qoruğu Dövlət Təbiət Yasaqlığı Azərbaycan 3

Şahdili burnu

MOS/ƏBS Azərbaycan 4

Şorgəl gölləri / Şirvan qoruğu

MOS/ƏBS Azərbaycan 2

Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı

Dövlət Təbiət Yasaqlığı Azərbaycan 2

Yaşma adası MOS/ƏBS Azərbaycan 2

Dəvəçi Limanı (Ağzıbirçala gölü) MOS/ƏBS Azərbaycan 2

Çeçen adası və Aqraxan yarımadasının şərq tərəfi

MOS/ƏBS Rusiya

Federasiyası 1

Sulakskaya laqunu

MOS/ƏBS Rusiya Federasiyası 1

Agraxanski Zakaznik

Təbii yaşayış mühiti/ Növlərin idarə edilməsi sahəsiIUCN Kateqoriyası IV

Rusiya Federasiyası 1

Lisar Mühafizə Olunan Sahə MOS/ƏBS İran İslam Respublikası 1

Cənubi Xəzər sahili, Astara ərazisindən Qomişan ərazisinədək

MOS/ƏBS İran İslam Respublikası 1

Modelləşdirmənin proqnozlaşdırdığı sahil xəttinin neftlə çirklənməsi ehtimalları çox aşağıdır (1-5%). Müxtəlif təbii yaşayış mühitlərinin neft dağılmasından bərpası prosesi fərqlidir, lakin dizel kimi yüngül növ neft məhsulları üçün təxminən bir neçə aydan bir ilə qədər vaxt tələb edəcəyi ehtimal olunur. Müxtəlif təbii mühitlərin neft dağılmalarından bərpası dəyişir, lakin dizel kimi yüngül növ karbohidrogenlərdə üstünlük təşkil edən açıq sahil təbii mühitlərinin bərpasının bir neçə aydan bir ilə qədər davam edəcəyi ehtimal olunur. Bu orta səviyyəli bərpanı və aşağı ehtimalı əsas götürərək və bu sahələrin beynəlxalq mühafizə statusunu və ekoloji əhəmiyyətini nəzərə alaraq, potensial təsirlərin əhəmiyyətli olacağı güman edilir. MOS-ların təsirləri aşağıdakı bölmədə əlavə müzakirə edilmişdir.

Dekabr 2018-ci ilYekun variant

23

Page 24: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

Quşlar və mühüm ornitoloji və biomüxtəliflik sahələri

Xəzər regionunda çox saylı endemik və qorunan növlər mövcud olmaqla, yüksək müxtəlifliyə malik quş növləri dəstəklənir. Mərkəzi Xəzər hövzəsinin qərbi sahilyanı zonası həm beynəlxalq, həm də yerli miqyasda xeyli sayda köçəri və qışlayan quşların istifadə etdiyi ornitoloji əhəmiyyətə malik ərazidir ki, bu da bir sıra mühüm ornitoloji və biomüxtəliflik zonalarının təyinatında öz əksini tapır (baxın: Fəsil 5, Bölmə 5.3.9).

Növlərin mövcudluğu miqrasiya və qışlama dövrlərində əhəmiyyətli dərəcədə dəyişir. Dənizdə və Mərkəzi Xəzər hövzəsinin sahil xətti boyunca neft dağılmasının potensial təsir dairəsinə düşən sahələr kimi müəyyənləşdirilmiş bir sıra MOS-lər daxilində çox sayda qışlayan və miqrasiya edən qışlar mövcud olacaq (Cədvəl 7.5).

Bununla belə, yüksək həssaslığa malik müəyyən əsas dövrlər və ərazilər mövcuddur. Ördəklər və qaşqaldaqlar dekabr ayından fevral ayına qədər qışlayırlar və miqrasiya edən növlərin mövcudluğu mart və noyabr aylarında yüksək həddə çatır. MOS-lar bu quş qrupları (xüsusən də yuvalayan və çoxalan quşlar) üçün mühüm ərazilərdir. Quşların yuvalama mövsümü aprelin sonunda/mayın əvvəlində başlayır və iyulun ortalarınadək davam edir. Mərkəzi Xəzər hövzəsində quşların dənizdə paylanması və zənginliyi ilə bağlı məlumatlar məhduddur, lakin gözlənilir ki, burada qidalanmaq üçün suya baş vuran bir sıra quşlar və vaxtın çox hissəsini il ərzində dəniz səthində keçirən növlər (məsələn sterna) mövcud olacaqdır.

Dizelin qəza ilə dağılması dənizdəki və sahilə yaxın/ sahilyanı ərazilərdə quşlara təsir göstərə bilər. Quşlara tipik təsirlər toksik təsirlər, tələfat, habelə reproduktivliyin azalması kimi hallardan ibarətdir. Baxmayaraq ki, modelləşdirmə səthin neftlə çirklənməsi və neftin sahil xəttinə çıxması nəticəsində bəzi MOS-lərin və ƏBS-lərin yüksək karbohidrogen konsentrasiyalarının təsirinə məruz qala biləcəyini göstərir, dənizin dayanıqlı çirklənməsi 1-2 günlə məhdudlaşır. Lakin, qeyd etmək lazımdır ki, sahil xəttinə çıxdıqda, dizel asta sürətlə bioloji cəhətdən parçalanır və onun bir neçə aydan çox dayanıqlı qalacağı proqnozlaşdırılır. Ona görə də, yuxarıda qeyd edilmiş səbəblərdən dizelin mühüm ornitoloji sahələrə və əsas biomüxtəliflik zonalarına çatması ehtimalının aşağı olmasına baxmayaraq, belə hesab edilir ki, dizel atqısının mühüm ornitoloji və bio-müxtəliflik zonalarına potensial təsiri əhəmiyyətli ola bilər, çünki dağılma hadisəsi regionda yuvalayan quşlar üçün ilin ən həssas dövrünə təsadüf edəcəkdir.

Digər dəniz və sahilyanı ərazilərin istifadəçiləri

Balıqçılıq təsərrüfatları və sahilyanı turizm kimi sosial-iqtisadi reseptorlar qəza nəticəsində baş verən dağılma riskinin təsirinə məruz qala bilər. Sahilyanı sahələrə və ya vətəgə sahələrinə çatan iri həcmli yanacaq dağılması halı (800 ton) ilə bağlı ehtimallar 5%-dən aşağıdır. Dəniz mühitinə dağıldıqda, gəmi dizel yanacağının nisbətən sürətlə aşınacağı gözlənilir. Dizelin su səthinə modelləşdirilmiş maksimum təsiri 1-2 gün ilə məhdudlaşır və 58ppb-dən yüksək konsentrasiyada dizelin təsirinə məruz qalan su sütununun təsirə məruz qalma müddətinin iki gündən artıq olmayacağı gözlənilir. Sahilə çatdıqda dizel bioloji cəhətdən parçalanır və buxarlanır, lakin buna baxmayaraq, hətta bir neçə Aydan sonra da əhəmiyyətli miqdarlarda emulsiyalaşmış dizelin (dağılmış həcmin 20%-i) qaldığı görünüb (əsasən Abşeron yarımadasının şimal sahil xətti boyunca).

Baxmayaraq ki, iri həcmli dizel dağılmasının dəniz və sahilyanı reseptorlara əhəmiyyətli təsiri azdır, fəsadları, o cümlədən ictimaiyyətdə mənfi rəyin formalaşması və KİV-lərin bu məsələyə diqqəti nüfuza xələl gətirə bilər. Dağılma sahəsinin təsir zonası daxilində (Şəkil 7.10) yerləşən turizm obyektlərinin/biznes subyektlərinin təsirə məruz qalması potensialı var (xüsusən də turizm fəaliyyətlərinin pik səviyyədə olduğu yay dövründə). Baxmayaraq ki, dənizdə neft 1-2 gün ərzində dispersiya olacaq (yayılacaq), o, təsirə məruz qalmış istirahət çimərlikləri boyunca aylarla sahildə qala bilər (əsasən Abşeron yarımadasının şimal sahili boyunca), buna görə də, potensial olaraq təsir sahəsindəki istirahət obyektlərinə/biznes subyektlərinə əhəmiyyətli təsirə malik ola bilər.

Balıqçılıq təsərrüfatları da ən pis ssenari üzrə yanacaq dağılmasının təsirlərinə məruz qala bilər. Kiçik miqyaslı balıq ovu fəaliyyətləri əsasən Azərbaycanın sahil xəttindən 3 dəniz mili məsafəsi daxilində cəmləşib (baxın: Şəkil 7.10). Sənaye balıq ovu Azərbaycandan cənuba doğru balıq sənaye rayonlarında cəmləşmişdir. Balıq ovunun il boyu həyata keçirildiyinə baxmayaraq, kiçik miqyaslı balıq ovunun baş verdiyi pik balıqçılıq mövsümü sentyabr və may ayları arasında baş verdiyi halda sənaye

Dekabr 2018-ci ilYekun variant

24

Page 25: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

balıq ovunun yüksək tələbat mövsümünün mart ayından aprel ayına və sentyabr ayından noyabr ayına kimi davam edəcəyi başa düşülür.

Cədvəl 7.4-də karbohidrogen dağılmalarının balıq ehtiyatlarına bir neçə yolla necə təsir etmək potensialının olması haqqında məlumat verilir. Balıq sürfələrinin və körpə balıqların su sütununda karbohidrogenlərin nisbətən aşağı konsentrasiyalarına qarşı həssaslığına baxmayaraq, yetişkin sərbəst üzən balıqların və vətəgə əhəmiyyətli növlərin böyük dəstələrinin karbohidrogenlə çirklənmiş sahələri aşkar edəcəyi və həmin sahələrdən uzaqlaşacağı ehtimal edilir. Dağılmadan sonra, təsirə məruz qalmamış balıqların çoxalma fəaliyyəti, eləcə də təsirə məruz qalmamış ərazilərdən sürfələrin axını ehtiyat sayının bərpa edilməsinə gətirib çıxarmalıdır. Nəzərə alaraq ki, bir çox dəniz növləri külli-miqdarda sürfə hasil edir və bunlar da dəniz axınları vasitəsilə geniş ərazilərə paylanır, bu onu ifadə edir ki, növlər hər hansı kiçik itki hadisəsindən sonra nisbətən sürətlə bərpa oluna bilərlər.

Bununla belə, balıqlar karbohidrogenlər ilə yoluxa və çirklənə bilər. Hər hansı karbohidrogen dağılması halında, balıqların neftdən rənglənməsi və ya çirklənməsinin hər hansı əlaməti olarsa, nəticədə səlahiyyətli orqanlar tərəfindən balıqçılıq fəaliyyətlərinə qoyulan hər hansı məhdudiyyətlər yerli balıq vətəgələrinə zərərli maliyyə təsiri ilə nəticələnə bilər. Eynilə, vaxtında məhdudiyyətlərin qoyulmaması və ya qanunsuz balıq ovu zamanı çirklənmiş məhsulla qidalanma insan sağlamlığı üçün risk yarada bilər. Ən pis dağılma variantı ssenarisi (800 ton) sahil boyu kiçik miqyaslı balıq ovu sahələrinə təsir göstərə bilər. Təsirin kiçik sayda balıqçılar ilə məhdudlaşacağının ehtimal edildiyinə baxmayaraq, balıq ovu balıqçıların əksəriyyətinin dolanışığı üçün başlıca gəlir mənbəyi olduğuna görə potensial əhəmiyyətə malik ola bilər. Sənaye balıq ovu da dağılmanın təsirinə məruz qala bilər. Baxmayaraq ki, dağılmış dizelin bu sənaye balıq ovu əhəmiyyətinə malik vətəgələrə çatması ehtimalı azdır (< 5%), balıqlara və dolayısı ilə insan sağlamlığına toksik təsirlərin olması (və bunun da balıqçılıq fəaliyyətinin müvəqqəti qadağan edilməsinə və nəticədə sənaye balıqçılığına təsir göstərməsinə gətirib çıxarması) potensialının əhəmiyyətli dərəcədə olduğu hesab edilir.

İri həcmli dağılmaların təsirlərinə dair xülasə

Seysmik tədqiqat gəmisindən bütün dizel ehtiyatının (800 ton) dağılması modelləşdirilmişdir və nəticədə ekoloji və sosial-iqtisadi reseptorlara olan təsirlər qiymətləndirilmişdir. Yuxarıda qeyd edildiyi kimi, ümumilikdə dizelin ətraf mühitdə, su sütununda zərərli konsentrasiyalarda və ya dəniz səthində qalın təbəqə ilə qalmasının dağılmadan sonra bir neçə gündən artıq olmayacağı gözlənilir. Bundan əlavə, dağılma sahəsindən sahil xəttinə hər hansı dizelin çatması ehtimalının aşağı olduğu proqnozlaşdırılır, bu, adətən hər bir mövsümü əks etdirən meteoroloji şərtlərdə çoxsaylı dəyişənlərdən istifadə etməklə modelləşdirilmiş ssenarilərin <5%-də baş verir. Ən pis ssenaridəki şərtlərdə, 486 ton dizelin sahil xəttinə çatması proqnozlaşdırılıb.

800 ton həcmində dağılmış dizelin planktona, bentik onurğasızlara və balıqlara potensial təsirlərinin əhəmiyyətli olmayacağı hesab edilir. Seysmik tədqiqat işlərinin qrafiki elə planlaşdırılıb ki, Xəzər suitiləri (İUCN-nin təsnifatı üzrə nəsli kəsilmə təhlükəsiz olan növlər) üçün həssas olan yaz miqrasiya dövrünün əksər hissəsinə təsadüf etməyəcək. Lakin, hətta açıq dəniz sularında və Abşeron yarımadasının və yaxınlıqdakı adaların yaxınlığında (yay və payız dövründə suitilərin mövcud olduğu ərazilər) dizelin toksik təsirlərinə kiçik – orta miqyaslı məruz qalma halı potensial olaraq əhəmiyyətli təsirlə nəticələnə bilər.

Dağılmanın modelləşdirilməsi göstərdi ki, tədqiqat gəmilərinin sahilə ən yaxın yerlərdə fəaliyyət göstərə biləcəyi ərazidə dağılma baş verərsə, sahilə çıxan dizelin təsirinə məruz qala biləcək bir sıra mühafizə və ekoloji əhəmiyyətli sahələr mövcuddur, lakin buna baxmayaraq, bu cür halın baş verməsi ehtimalı azdır (5%-dən az). Bu sahələr əsasən Azərbaycanın sahil xətti boyunca və az sayda da Rusiya və İranın sahil xətti boyunca yerləşir (baxın: Cədvəl 7.5). Dizelin dağılması nəticəsində təsirə məruz qala biləcək təbii yaşayış mühitləri üçün gözlənilən proqnozlaşdırılmış orta müddətli bərpa dövrünə (bir neçə aydan bir ilədək) əsasən və bu sahələrin beynəlxalq konservasiya statusunu və ekoloji əhəmiyyətini nəzərə alaraq, dağılmanın potensial təsirlərinin əhəmiyyətli ola biləcəyi hesab edilir.

Modelləşdirmə dağılmadan sonra səthdəki və ya yayılmış / həll olmuş dizelin sahilə çatmasının nəticəsində bir sıra mühüm ornitoloji sahələrin, əsas biomüxtəliflik sahələrinin və əlaqədar quş növlərinin yüksələn karbohidrogen konsentrasiyalarının təsirinə məruz qala biləcəyini göstərir. Lakin, istənilən çirklənmənin miqyasının və davamlılığının sahə və vaxt cəhətdən məhdud olacağı ehtimal

Dekabr 2018-ci ilYekun variant

25

Page 26: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

edilir. Bununla belə, hesab edilir ki, mühüm ornitoloji və biomüxtəliflik sahələrinə (və orada mövcud olan quşlara) potensial təsiri əhəmiyyətli ola bilər, xüsusən də dağılma hadisəsi tədqiqat dövrünün əvvəlində baş verərsə, belə ki, bu vaxt regionda yuvalayan quşlar üçün ilin ən həssas dövrünə təsadüf edir.

Ən pis ssenari üzrə iri həcmli yanacaq dağılması sahil boyunca kiçik miqyaslı balıqçılıq sahələrinə və sənaye balıq ovuna təsir göstərə bilər. Baxmayaraq ki, bu təsirin vaxt baxımından məhdud olacağı gözlənilir, balıqçılıq fəaliyyətinə qadağa qoyularsa (balıqlara dizelin toksik təsiri səbəbindən) təsir potensial olaraq əhəmiyyətli ola bilər, çünki balıq ovu əksər balıqçılar üçün ailənin əsas gəlir mənbəyidir.

Şəkil 7.10: Ən pis ssenari (yay) üzrə dağılmanın təsirinə məruz qalan dəniz istifadəçiləri19

19 Bu sənədin tərtib edildiyi zaman Pirallahı adasının artıq əsas balıqçılıq sahəsi olmadığı başa düşülür.

Dekabr 2018-ci ilYekun variant

26

Page 27: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

Dekabr 2018-ci ilYekun variant

27

Page 28: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

7.3.4 Dağılmanın qarşısının alınması və cavab tədbirlərinin planlaşdırılması

Hər hansı dizel və ya təhlükəli materialın dağılması riskini minimuma endirmək üçün texniki və operativ nəzarət tədbirləri və az ehtimal edilən dağılma hadisəsi baş verdiyi halda görüləcək cavab tədbirləri aşağıda təsvir edilir.

Dağılmanın qarşısının alınması

D230 saylı Blok üzrə Seysmik Tədqiqat zamanı dağılma potensialını minimuma endirmək üçün mövcud olan xüsusi texniki və operativ nəzarət tədbirlərinə aşağıdakılar daxildir:

Gəmilərin BDT-nin müvafiq standartlarına (məs. gəminin vəziyyəti) və BP-nin müqavilə tələblərinə cavab verməsini təmin etmək üçün seysmik tədqiqat və dəstək gəmilərinin auditi;

Seysmik tədqiqat işləri üzrə podratçı BDT-nin qaydalarına uyğun olaraq Neftlə Çirklənmənin Aradan Qaldırılması üzrə Gəminin Fövqəladə Tədbirlər Planına (NÇAQGFTP) malik olmalıdır. NÇAQGFTP-yə digər müddəalar ilə yanaşı, yanacaqdoldurma əməliyyatları zamanı həyata keçirilməli neft dağılmaların qarşı fövqəladə fəaliyyət və cavab tədbiri prosedurları daxil olacaq. Podratçı NÇAQGFTP-ın icrasında gəmi heyətinin səriştəsini təmin edəcək;

BP şirkətinin mövcud dəniz əməliyyatları və geofiziki tədqiqat prosedurlarına uyğun olaraq, gəmilər üçün əlverişsiz hava şəraitində iş məhdudiyyətlərinin müəyyən edilməsi və onlara riayət edilməsinin təmin olunması;

Avadanlıqlar və yüksək dağılma riski daşıyan nöqtələrin (xüsusilə bunkerləmə şlanqları, bəndlər, saxlama çənlərinin klapanları və s.) mütəmadi texniki xidməti və yoxlanılması;

Kimyəvi maddələrdən istifadəni minimuma endirmək üçün kimyəvi maddələrin seçilməsi prosedurları;

Həm seysmik, həm də köməkçi gəmilər üçün hər zaman ciddi yanacaq doldurma prosedurlarına riayət edilməsi və bunkerləmə əməliyyatlarına nəzarət olunması;

Yanacaq vurma şlanqlarında əks klapanların quraşdırılması; Sızmaların qarşısını almaq üçün şlanqlar və çənlər kimi avadanlıqların təmir edilməsi və ya

dəyişdirilməsi ilə mütəmadi profilaktik texniki xidmət göstərilməsi; İşçilərə onların vəzifələrin tətbiq edilən, təhlükəli materialların idarə edilməsi, yanacaq

doldurma və tullantıların idarə edilməsi vəzifələri üzrə təlim keçilməsi; Sızma və dağılma riskini minimuma endirmək üçün müvafiq daşınma və saxlanılma

prosedurlarının həyata keçirilməsi və bütün təhlükəli maddələrin təyin edilmiş ərazilərdə və müəyyən edilmiş məqsədlərə cavab verən konteynerlərdə (yəni, möhürlənmiş/hermetik çəlləklərdə) saxlanılması;

Dağılmalara qarşı səmərəli cavab tədbirlərini təmin etmək üçün göyərtədə saxlanılan bütün kimyəvi maddələr üçün Materialların Təhlükəsizlik Pasportlarının (MTP) mövcud olması;

İlkin tendensiyaları müəyyən etmək və tapşırıq üzrə riskin qiymətləndirilməsini həyata keçirmək üçün bütün kiçik dağılma hadisələri haqqında hesabat verilməsi; və

Riskin qiymətləndirilməsinə əsasən dağılmalara qarşı müvafiq cavab tədbirləri və məhdudlaşdırma avadanlıqlarının xüsusi yerlərdə təmin edilməsi. Bu dağılma baş verərsə cavab tədbirlərinin cəld həyata keçirilməsinə imkan yaradacaqdır.

Cavab tədbirlərinin planlaşdırılması

BP Azərbaycanda dənizdə həyata keçirdiyi əməliyyatları üçün Dəniz Qurğularında Neft Dağılmalarına Qarşı Ehtiyat Cavab Tədbirləri Planı hazırlamışdır və bu planı həyata keçirir. Bu planda dağılma baş verdiyi halda həyata keçirilməli olan bildiriş, cavab tədbirləri və tamamlayıcı tədbirlər müəyyən edilir. MARPOL konvensiyasının qaydalarına əsasən, seysmik tədqiqat və dəstək gəmiləri (ümumi tutumu 400 tondan çox olan) üçün Neftlə Çirklənmənin Aradan Qaldırılması üzrə Gəminin Fövqəladə Tədbirlər Planı (NÇAQGFTP) hazırlanmalı və saxlanılmalıdır. Bu sənəddə gəmiyə məxsus nəzarət və cavab tədbirləri göstərilir, bu tədbirlər dağılmanı dayandırmaq və ya minimuma endirmək və təsirləri azaltmaq üçün yerinə yetirilməli olan fəaliyyətlərə yönəlir. Plana həmçinin bildiriş və hesabat vermə ilə bağlı öhdəliklər və əlaqə xətləri daxildir. Seysmoloji işlər üzrə podratçı və BP tədqiqatın başlanmasından əvvəl hər gəmi üçün NÇAQGFTP-nın AGT Regionu üzrə NDQCTP-na və dağılmalara qarşı cavab prosedurlarına uyğun olmasını təmin etmək üçün öhdəlik daşıyır.

Dekabr 2018-ci ilYekun variant

28

Page 29: Kumulyativ təsirlər və qəza halları - BP€¦ · Web viewDağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 7Kumulyativ təsirlər və qəza hallar

AGT üzrə dağılma prosedurlarına əsasən, dağılma hadisələri onların təsirin azaltmaq üçün tələb olunan ehtiyat səviyyəsinə uyğun olaraq kateqoriyalara bölünür. Cədvəl 7.6-dan göründüyü kimi, BP neft dağılmalarına qarşı cavab tədbirləri üçün beynəlxalq miqyasda qəbul edilmiş səviyyəli cavab tədbirləri konsepsiyasını qəbul etmişdir.

Cədvəl 10.6: Neft dağılmalarına qarşı cavab tədbirləri üzrə səviyyələr

Səviyyə 11-ci səviyyə dağılmalar dərhal sahə personalı tərəfindən aradan qaldırıla bilən, iş zamanı kiçik dağılmalar kimi müəyyən edilir. Çox hallarda, cavab tədbiri sahə resurslarından istifadə etməklə dağılmanı təmizləməkdən ibarət olacaq.

Səviyyə 22-ci səviyyə dağılmalar dağılma baş verən sahədə əlverişli olmayan əlavə yerli (ölkə daxili) resurslar və işçi qüvvəsinin tələb olunduğu dağılmalar kimi müəyyən edilir. Sahə üzrə cavab tədbirləri heyəti təxsis edilmiş 2-ci səviyyəli neft dağılmaları üzrə podratçının köməyi ilə təmizləmə işini həyata keçirəcək.

Səviyyə 3

3-cü səviyyəli dağılmalar çox böyük, davam etməkdə olan dağılmalardır, bu dağılmalar üçün dağılma mənşəyinin olan ölkədən kənardan əlavə resurslar tələb olunacaq. Belə dağılmalar çox nadirdir və yalnız quyuda partlayış və ya böyük diametrli borunun partlaması kimi hadisələr vasitəsilə baş verə bilər. Dağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin İdarə edilməsi Heyəti və Biznesə Dəstək Heyətinin hərtərəfli dəstəyi ilə fiziki cavab tədbirlərini həyata keçirəcək.

Hesabatların verilməsi

AGT üzrə dağılmalar haqqında məlumat vermə prosedurlarına əsasən, AYDH 3Ö Seysmik Tədqiqat ərzində bütün təsadüfi və icazəsiz atqılar (maye, qaz və ya bərk maddələr), o cümlədən təsdiq edilmiş həddi və ya müəyyən edilmiş şərtləri keçən atqılar haqqında daxildə məlumat veriləcək və bu hadisələr araşdırılacaq. ETSN ilə razılaşdırılmış, D230 saylı Blok üzrə Seysmik Tədqiqat ərzində qəbul ediləcək mövcud xarici bildiriş tələbləri aşağıdakılardır:

Ətraf mühitə həcmi 50L-dən artıq olan maye atqıları üçün ETSN-ə hadisə baş verdikdən sonra 24 saat ərzində şifahi, 72 saat ərzində isə yazılı məlumat veriləcək; və

Ətraf mühitə atqı 50L-dən azdırsa, atqı haqqında informasiya BP-nin AGT Regionu üzrə Planlaşdırılmamış Atqılar haqqında Hesabatına daxil ediləcək və hər ay ETSN-ə göndəriləcək.

2012-ci ilin dekabr ayında BP və ETSN arasında imzalanmış “Planlaşdırılmamış Material Atqılarının Tənzimlənməsi üçün Əməkdaşlığın Əsas Prinsiplərinin Razılaşdırılması haqqında” Protokolda təsdiq edilmiş atqı “qüvvədə olan HPBS tərəfindən icazə verilən, ETSN tərəfindən icazə verilən və / və ya ƏMSSTQ, ƏMTS, Texniki Qeyd, Texniki Məktub, ETSN-ə ayrıca atqı tələbi məktubları və ya ETSN ilə hər hansı digər yazılı razılaşmada yol verilən atqı” kimi müəyyən edilir. Təsdiq edilməmiş atqılar bu tərifə daxil olmayan atqılardır.

Dekabr 2018-ci ilYekun variant

29