media.turuz.commedia.turuz.com/artkle/2014/1366-_kesli_tarixin... · web view3 - gholamreza ma`sumi...

102
TARİXİN KÜSÜFLƏRİ 8- ci məqalə Azərbaycan Toponimlərinin kök Araşdırması (6-ci Bölüm) Yardımlı Rayonu: AVUN – AVUR – ANZOV – ASTANLI Kənd Adlarının Etimologiyası Yazar : Fərhad Cavadi Abdulla oğlu/ Güney Azərbaycan / Urmiya / 10 – Sentyabr 2014 Azərbaycanın Yardımlı rayonun kənd toponimlərindən birisi "Avun" kəndidir. Yardımlı əhalisindən olan Elshad Alarli Qarashov un dediyinə əsasən "Avun kendi dağlıq ərazide meşə ətəyinde yerləşən kenddir.Əhalisi əkinçilikle ve heyvandarlıqla meşguldur.ona yaxin kend Qaraqaya kendidir.Yardimli rayonuna teqriben 6-7 kilometr yaxindir". Yardımlı Rayonu / Avun kendinen gözel menzere şekili gönderen : Bəhlul Qənizadə

Upload: truongdiep

Post on 10-May-2018

229 views

Category:

Documents


7 download

TRANSCRIPT

Page 1: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

TARİXİN KÜSÜFLƏRİ 8- ci məqalə

Azərbaycan Toponimlərinin kök Araşdırması (6-ci Bölüm)

Yardımlı Rayonu: AVUN – AVUR – ANZOV – ASTANLI

Kənd Adlarının Etimologiyası

Yazar : Fərhad Cavadi Abdulla oğlu/ Güney Azərbaycan / Urmiya / 10 – Sentyabr 2014 Azərbaycanın Yardımlı rayonun kənd toponimlərindən birisi "Avun" kəndidir. Yardımlı əhalisindən olan Elshad Alarli Qarashovun dediyinə əsasən "Avun kendi dağlıq ərazide meşə ətəyinde yerləşən kenddir.Əhalisi əkinçilikle ve heyvandarlıqla meşguldur.ona yaxin kend Qaraqaya kendidir.Yardimli rayonuna teqriben 6-7 kilometr yaxindir". Yardımlı Rayonu / Avun kendinen gözel menzere

şekili gönderen : Bəhlul Qənizadə

Page 2: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

Yardımlı rayonun digər bir yerli əhalisindən olan Alar kəndli rəssam və şair Melik Bextiyaroglu deyir ki " Avun Peştesər silsilesinin şimal yamacında yerleşir. Her iki kendi meşəler əhatə edir. Avunun qabaqindan Vileşin bir qolu Serekodu çayi keçir. Her iki kend (Avun və Avur)Yardimliya getmek uçun yamac aşaqı gedib Vileşden keçmeli olurlar".Yardımlı Rayonun "Vərgədüz" kəndindən olan gənc və eyni halda Yardımlı toponimləri haqqında inanılmaz dərəcədə çaba göstərib tədqiqat aparan və özəlliklə də öz doğma kəndi "Vərgədüz" haqqında çeşitli və yoğun şəkildə matriallar və bilgilər toplayan "Bəhram Əhədov" ,"Avun" kəndi haqqında öz facebook səhifəsində ,bizə belə yazır : "Avun ,Yardımlı rayonunun "Çayüzü" inzibati ərazi vahidində kənddir. "Viləş" çayı sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi adını ərazidəki eyni- adlı çaydan almışdır! "Avun" Yardımlı rayonunun "Osnakeran" kəndində çay adıdır.Toponim yerli əhalinin dilində "Ovun" kimi tələffüz edilir. Tədqiqatçıların bir qisminə görə, hidronim Talış dilindəki ov (su) sözündən və həm məkan, həm də cəmlik bildirən -on şəkilçisindən ibarət olub, "sulu yer" deməkdir. Tədqiqatçıların digər qismi isə bu toponimi "ov, ovlaq" kimi izah edir. Əslində türk dillərində avun "sakitləŞdirən, təsəlli verən, ovudan"; "ram olan, sakitləşən" deməkdir. Deməli, Avun hidronimini "sakit çay" kimi qəbul etmək daha məqsədəuyğundur.Toponimikada Amur çayının adı da eyni məna ilə açıqlanır! Bahram Ahadov . Bu kəndin adı da Azərbaycan Türk mifologiyası ilə bağlı mifik addır və müxtəlif formantlarda,başqa xalqların mifologiyasında özünü əks etdirməkdədi.Bu Azərbaycan türk mifi,türk seltləri ya"göl" tayfasının "Epona"adlı mifində təzahür edilir və bu xalqın "At ilahəsi"(ruhun son səfərində onu müşayiət edən tanrıça) sayılır.1 Avun---->Abun---->Apun---> Epun---> Epon ---->Epona .Bu ilahə "Veylz" tanrıçalarından sayılan "Riyannun" ilə bərabər sayılır. Çünki bu Tanrıça atlar ilə ilgili idi və deyilənlərə görə ilk öncə bu ilahə bir sırrılı geçiyə minmiş halda, zahir olur və heç bir at ,onun kimi dağdan dırmanıb qalxa bilməz idi. Sonralar o nahaq yerə,oğlunun öldürülməsi ilə günahlandırılır və ona belə cəza kəsirlər ki gərəkdir bir at kimi görüşə gələnləri öz belinə mindirib dənizə aparsın. Bu talehliklərə rəğmən ,o əslində çox güclü bir tanrı imiş.2 Bu Türk-Azərbaycan mifi Yunan mifologiasında və mifik əfsanələrində özünü "Ofion" (Ophion) kimi əks etdirir. Ofion adı Yunan mifologiasında iki adama həsr olunub və işlənibdir.Biri"kronus" və"Rea"dan öncə Titanlardan olan,"Urinome"nin əri və "Okeanus"(Oseanus)un qızı imiş.İkincisi "Amikus"un atası sayılan mifik şəxsdir. O "Sentur"lardan biri sayılırdı ki "Zevs" ilə savaşa girir, amma Zevs onu

Page 3: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

"Ofionion" dağın altında ovub dağıtdı.3 Avun Türk mifinin "Ofion" formasına çıxmağın prosesini də belə göstərmək olar. "Avun" -----> Afun -----> Afon ----> Afion ."Michael Grant" və "John Hazel"ın nəzərinə görə Yunan-Roma mifləri içində,"Evan","İfis"in qızı və eyni halda"Kapaneus"un eşi və arvadının adı idi.O zaman ki yeddi pəhlivan,Tebes şəhərini muhasirəyə aldılar, "Evan" özünü,öz ərinin ölü yandırma təll və od tonqalına atdı və ot tutub öldü. "Avun" ---> Evun ---> Evan.Bizim "Avun" adı ilə ilgili qədim yunan miflogiasında "Epione" adlı mifimiz də var.O "Asklepios"un eşi və arvadı sayılırdı."Avun" ----> Abun----> Abiun ---->Apiun ----> Epione .Bu iki mifolog alimin dediyinə görə Kronus`un Yunan panteonuna hökm sürməkdən öncə,"Eurynume" və onun əri "Ofion" olampusa hökmranlıq edirdilər və "Eurynome" -nin şəkili öz məbədində (Figaliya`da)"Balıq quyruqlu bir qadın" kimi rəsm olunubdur. 4 Bu Yardımlı panteonunun mifi eyni halda Misir panteonunda da ən önəmli tanrılardan birisinə çevirilmiş yəni"Hava Tanrısı" adı ilə tanınıbdır.Bu Azərbaycan mifi "b","n" səslərinin əvəz olunması ilə "Amun" formatında ,qədim Misir panteonunda Riçard Kavindişə görə "qoç" və "qaz" bəlgələri ilə ilgili ,artım və məhsuldarlıq tanrısı kimi sayılırdı. 5 Bu kənd adına oxşar ,Yunan mifologiasında bir mif adı da var və o "Evenus" ,"Ares" savaş tanrısının öğlunun adıdır. "İdas"onun qızı "Marpesa"nı oğurlayıb qanadlı atları olan kalıska(Faytun)ilə qaçırtmaq istədi və"Evenus" , "İdası" qovalamağa başladı və o qədər qovaladı ki öz atları nəfəsdən və gücdən düşdülər.O sonra atlarını öldürüb və qəzəbdən özünü "Lukurmas"çayında boğdu.6İran mifologu Q.Məsumi`nin,dünya mifologlarının yazdığı əsərlərdən və qaynaqlardan hazırladığı Ensiklopedianın dediyinə görə,qədim Roma mifləri və əfsanələrində,"Evan"bir ilahənin adıdır ki adamı əbədi və ölməz edirdi. O həmən yerdə qeyd edir ki qədim "İLAM" şahlıq sülalərinin,birinci sülaləsinin adı "Avan"şahları sülaləsi kimi gedir.Bu sülalənin zamanında,İLAMın mərkəzi və paytaxtı"Avan" adlanırdı və "Babil"ə olan bütün hucumlar və hərbi yürüşlər bu şəhərdən üz verirdi.O artırır ki"Avan"şəhəri, gərəkdir ki İranın cənub-qərbində yerləşmiş indiki "Şuştər" şəhəri olmuş olsun ki "Şuş" şəhərinin cənub-şərqində yerləşir.Bu şahlıq sülaləsinin qurucusu"Peli" adlı şah idi.Ondan sonra "1-ci TATA", "Ukku-Tanhiş","Hişutaş","Şuşun Tarana" ,"Napilhuş","Utalumaş", "Kikku Sive Temti","1-ci Hişep Ratep","Luh İşan" ,"2-ci Hişep Ratep","Helu" ,"Hita" , "Şinpi Hiş Huk"və"Kutik İnşuşinak" hökm sürdülər. 7 Bu məlumatlardan belə nəticə almaq olur ki"Yardımlı" rayonun bu "Avun" kənd adı bir Türk kökənli mifik addır və onun çox qədim bir

Page 4: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

tarixi və keçmişi vardır. "Avun" mifi eyni halda qədim türk dilində də işlək bir termin olub və "Avınç"dan alınaraq onun "Avın","Avınmaq", "Ovsun","Ovsunlama" kimi başqa variantları da yaradılıb və türk qamusunda indi də işlənməkdədir. B.Ə.BUDAQOV, N.G.MƏMMƏDOV AZƏRBAYCANIN LƏNKƏRAN REGİONU TOPONİMLƏRİNİN İZAHLI LÜĞƏTİ adlı əsərində "AVUN" sözü və adının burada "Sakitlik", "Dinclik" anlamını daşıdığına qarşı gələrək ,bu anlamları Lerik rayonunun

"Avun" toponiminə ,geçərli,uyarlı və inandırıcı olmadığını söyləyib yazırlar :" Avun kəndi Şəxs adını daşıdığı halda,səhvən «sakitləş», «dincəl» və s. kimi izah edilməsinin ciddi elmi əsası yoxdur".8 Görünür bu kənd adının haqqında Akademik Budaq Budaqov və N.G. Məmmədov, bu toponimin "sakitlik" və "Dinclik" anlam və xarakteri daşımağın əleyhinədirlər və bu sayaq anlamlarla ilgili bilməyi ,qeyr-i elmi və qeyr-i real hesab edirlər,halbuki bu məqalədə əksinə olaraq ,onların "Avun"u şəxs adını daşıdığı iddialarının qeyr-i real və inandırıcı olmadığı ,bəlli və aşkar olunacaq. Azərbaycan toponimiya alimləri ,hər hansı bir kənd adının açıklamağından aciz qalan zamanı,onu şəxs adı ilə bağlı olduğunu irəli sürüblər və bu yol ilə özlərini əzab və zəhmətdən və çətinlikdən qurtarıblar.Bizcə toponimiya alimləri "Budaq Budaqov"dan tutmuş ta başqalarına qədər,Azərbaycan toponimlərinin izahı və etimologiası ilə çox səthi və qeyr-i real və üzdən geçmə yanaşıblar. Avun kəndinin düzgün araşdırmaq istəsək ,öz-özlüyündə bir qalın Tarix kitabı ola bilər,amma çox təəsüf ki bir sətir yazıya iktifa edib ,cənab Budaqov və Məmmədov birgə yazırlar ki "Avun" kəndinin adı ,şəxs adı ilə bağlıdır,və beləliklə bu kəndin adının etimologiasına bir sətir sözdə səhv nəzər verib ona yekun vururlar.Akademik Budaq Budaqov və N.G.Məmmədov sonra "Avun" kənd adının şəxs adı ilə səhv olaraq bağlamaqlarına rəğmən,buna da qane və razı olmayıblar və bu əsil Türk kökənli və Türk mifologiasından qaynaqlanmış bu oykonimin adını,aparıb bağlayıblar Taliş dilinə və onu Talış dili əsasında,səhv olaraq yorumlayıblar və bundan qafil olublar ki Azərbaycan toponimlərinin adları Taliş xalqının bu əraziyə gəlməsindən ,ən azı 4000 il öncə ,müxtəlif Türk tayfaları tərəfindən ,Türk mifologiası əsasında qoyulubdur. Amma çox təəsüf ki Azərbaycan toponimiya sahəsində qələm çalan alimlərimiz bu tarixi gərçəkdən qafil olublar.Alimlərin belə səhv nəzərlər vermələri və araşdırmadan aciz olan zamanı ,səhv və qeyr-i real və başdan-sovma və söz yeri qalmasın deyə kitablarının səhv nəzəriyyələrlə doldurması və onu xalqın zehininə səhv olaraq

Page 5: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

yerləşdirməsi , zamanı gələndə ,bu Azərbaycan xalqına çox bahasına qurtula bilər. Azərbaycan alimi bir toponimin araşdırmasından və etimologiasının açıklamasından aciz qalan zaman , nə yaxşı olar ki ,o səhv açıklamanın xeyrindən geçib onu qurdalamayıb ,qaş qoyan yerdə ,vurub gözü də çıxartmasın. Akademik B.Budaqov və N.G.Məmmədov da nə yaxşı olardı ki belə səhv və həqiqətdən uzaq bir nəzər verməkdən və səhv yorum yapmaqdan , yaxşı bu olardı ki yazardılar hələlik bunu açıklamağa imkan yoxdur və düzgün bir elmi və real açıklama əldə yoxdur.Bu ondan çox yaxşı idi ki bir əsil Türk toponim adına bilmədən və ya məlumat naqisliyi üzündən bir səhv nəzər verilib ,onu nahaq yerə bir başqasına ayid edilsin.Bizim bu məqalədə Bu toponim adının "sakitləşmə"və "dinclik" ,"təsəlli", "sakitlik və səssizlik" anlamları ilə ilgili olduğu bəlli və isbat olunacaq. B.Ə.BUDAQOV, N.G.MƏMMƏDOV AZƏRBAYCANIN LƏNKƏRAN REGİONU TOPONİMLƏRİNİN İZAHLI LÜĞƏTİ adlı əsərində səh.15-də "Avun" haqqında belə yazır:"AVUN KƏNDI. Yardımlı r. Oykonim Talış dilində av (ov) «su» və məkan, cəm bildirən on sözlərindən

yaranaraq «sulu yer» mənasındadır (Sulu kəndi ).9 Halbuki"Avın"(Avun) qədim türk dilində "Dinclik","Toxtaxlıq", "Asudəlik" , "sakitlik", "Aram və səssiz olmaq" , "qorxu və iztirapdan uzaq olmaq","siküt və səssizlik və hay-küvsüz" və bu kimi anlamlarda işlənirmiş və demək olar "Avun"//"Avın"türk mifi də,mifik açısından bu yuxarıda saydığımız anlamları və bu anlamlarda olan özəllikləri və xarakterləri daşımaqda olub.Ola bilər ki bu türk mifi Azərbaycandan,digər bir ölkələrə və xalqlara gedərkən,o ölkələrdə və o xalqların panteonunda yerləşdiyi zaman ,başqa bir xarakter ona bağışlamış olsunlar və yeni bir vəzifə daşımış olsun və hətta cinsiyyəti(erkək-dişiliyi)də fərq eləmiş olsun,amma onun adının əsas kökü öz yerini bir-az dəyişiliklər ilə qoruyub saxlayıbdır.Yuxarıdakı məlumatlara görə,bizcə bu mifik adı daşıyan türk etnosu 2500 il eradan əvvəl(4500 il bundan qabaq) artıq bu adı daşyan "Avun"//"Avın" türk soylu tayfa,Azərbaycan ərazisində məskun imiş və belə məlum edir ki gərəkdir bu tayfa və etnos,bu yuxarıdakı tarixdən də çox qabaqlar Azərbaycan ərazisində məskun olmuş olsunlar ki sonra gəlib 2500 il eradan əvvəl, İranın çənub qərbində ,yəni indiki "Xuzistan"bölgəsində yerləşib və "İLAM" adlı ölkə və dövlətin ilk qurucu sülaləsi olub və ilk 12 şahı da məhz bu tayfadan olub.bu səbəbə görə biz bu türk soylu "Avun" etnos və tayfanı çox qədim bir tarixə malik olduğuna inanırıq və "Yardımlı"nın bu kəndinin ilkin sakinlərini "İLAM" adlı iltisaqi dilli və türk soylu höküməti və dövlətinin ilk qurucuları kimi

Page 6: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

tanımalıyıq. "İLAM" dövlətinin 2500 il eradan əvvəl şahlarının ad-siyahısını və onların sülaləsinin "Avan"//"Avun" adlanmasını artıq danmaq olmaz və bu məlumatı"Kiririş"ilahəsinin məbədindən tapılan gil tableti deyir və bu gil lövh də ,danılmaz bir sənəd və faktdır.Bu gil lövh ,qədim "İLAM" dövləti haqqında ən arxaik sənəd sayılır ki İranın cənub-qərbində olan"Buşehr" adlı bölgədən tapılıb - çıxarılıbdır. Arxeologiya alimlərin oxuyub dediklərinə görə bu gil tabletdə "Kiririş"adlı ilahənin məbədinin me`mar və inşa edəninin adı da qeyd olunub və adı"Hita"dır.Bu gil-tablet yazısında "Hita" özünü "Lipak"ın(=Tanrıların) qulu və qulluqçusu kimi tanıtdırır.Bu gil-tablet alimlərin dediyinə görə"Sargun"un(Akad şahı) zamanında "İLAM" türkləri ,öz dillərində yazmaq üçün,Şumer xətt və alfabetindən yararlanırmışlar. 10 Avan sülaləsi"İLAM"şahlarının siyahisi yazılmış bu gil tablet,Fransanın"Luvr" muzeyində saxlanılır.Bizcə"Yardımlı"nın ,"Avun" kənd sakinlərinin ulu əcdadı eradan əvvəl 3-cü,4-cü minilliklərdə Altay-Tianşan dağları ətrafı bölgədə və Sibir türk ərazisində yaşayırmışlar və bunların bir bölümü köç edib gəlib sibiryanın şimal-şərqində ,indiki Yakutıstan Saxa türkləri ərazisində ,"Lena" çayının sağ və solundakı ərazilərdə yerləşib və onlara indi də"Avun"etnonimin başqa fonetik variantı olan"Evenk" türkləri deyirlər və eyni halda bunların bir bölümü də "Aral" və "Xəzər" dənizlərinin şimal sahillərini keçərək,Azərbaycan ərazisində məskun olub və sonra cənuba sarı gedib indiki İranın Xuzistan bölgəsində yerləşib və orada ilk"İLAM"adlı dövlət təşkilatının qurucuları olublar və bunların indiki Xuzistan ərazisində yerləşdiklərindən 2000 il keçəndən sonra ,indiki Fars-Arilər adlandırdığımız Hind-Avropalı dilli xalq İran ərazisinə təpilərək,gəlib həmən bu "Avun"ların qurduğu və yaratdığı ölkə və dövlət ərazisində yerləşib və məskunlaşmaya başlayıb və "İlam" (Avun) xalqının qulağının dibində və qonşuluğunda yaşamağa başladılar və"İLAM"(Avun) türk xalqının mədəniyyəti və uygarlığından bəhrələnməyə və istifadə etməyə başladılar. Farslar hətta özləri üçün yazı xətti və alfabetləri yox idi və həmən bu ilamların (Avunların) xəttindən yararlanırdılar.Onlar sonra Əhəməni sülaləsi adında iş başına gələndən sonra,İLAM-ların da başqa xalqlar və mədəniyyətlər kimi axırlarına çıxdılar və bu dövləti və ölkəni də aradan aparıb və İLAM torpağını da artıq bir Fars əyaləti və ərazisi kimi öz imperiyalarına qatdılar.Əlbət də onu xatırlatmalq lazim ki Farsların İLAM ərazisində gəldikləri gündən yerləşdikləri üçün ,artıq İLAM(Avun) ərazisi ,Farslaşmış və Fars ərazisi kimi görünürdü. Avın//Avun Türklərinin yaratdığı və qurduğu"Elam" ölkə və dövləti haqqında və onun etimologiyası haqqında,dünyanın bir çox tanınmış tarixçiləri

Page 7: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

və arxeolog, alimləri,olmasın yorumları ediblər və müxtəlif yönlərə onu yönəldiblər. O sıradan "Damerow" və "Englund" bu Avun türklərinin ölkə adını,Şumercə "Elum"(=uca və yüksəklikdə olan yer) termininin Akkadca forması bilirlər. 11 "Walter Hinz"in nəzərinə görə bu ölkənin adı "hal Hatamti" olubdur və bu adda "hal",yurd və ölkə anlamında və"tamt" bağışlayan tanrı deməkdir.12Bunlardan başqa "Vallat","Quintana","R.Zadok" və"M.J.Steve" kimi alimlər də hər birisi bu mayada və buna yaxın mayalarda ,bu türk ölkəsinin adını şumer və Akkadca yorumlamaq istəmişlər 13 və görünür ki Türk mifologiası elementini ,Türk yer adlarında nə həddə və nə qədər rol oynadığını mənimsəməmişdən və bu əsas faktoru bilmədən,bu ölkə adı haqqında düyünü düyün üstünə vurublar və sankı bu Elam xalqı,bir türk xalqı deyilmiş kimi nəzərdə alıblar və bu həqiqəti bilməyiblər ki bu türk ölkənin adı Türk dilində Tanrı və günəş tanrısı anlamı verən "Al" sözü və adı ilə bağlı olan bir addır və "EL" də "AL" sözünün digər fonetik variantıdır və bu ölkənin adı əslində "Günəş tanrıçası" ya "Günəş Tanrıça ana"nın yurdu deməkdir və bu adı qoyan xalq ,digər türk etnosları və tayfaları kimi öz tapındığı "Günəş Tanrı" ya "Günəş Tanrıça"nın adını öz ölkəsinə veribdir.Elam dövlətinin şahlarının birisinin adı "Kutik inşuşinak" kimi gedir.Bu adda ki İnşuşinak sözünün anlamı"Sus Tanrının yurdunu sevən"dir və "Kutik" sözün anlamı "qıddıs","müqəddəs" ,"kutsal" deməkdir. bu çarın adı külliyyətdə" kutsal sus tanrının yurdunu sevən" deməkdir.İnşuşinak sözündə, birinci gələn "in",qədim türk dilində"yurd","ev" ,"yuva" deməkdir(biz indilikdə bu sözü toyuq-cücə ini sözündə işlədirik və Avropalılar da bizdən alaraq ,Hotel, Motel, Qonaq və Turist evi anlamında işlədirlər və ingilizcə Hotelə "İnn" yazıb, "İn " deyirlər)."Şuş" isə sakitlik tanrısı adıdır və"İnaq",dost və sevər anlamındadır.Bir güclü ehtimala görədə"Şuşin" siküt və sakitlik tanrısının adı olmuş olsun və adın sonundakı "AK" sözüdə "Tanrı" anlamında olmuş olsun. Elam türklərinin şahlarının adları da qədim türkcəsindədir və heç bir başqa xalq və etnoslara ayid olan bir söz deyil.Batı-Avropa tarixçı və Arxeolog alimlər və tədqiqatçıları, hər zamankı kimi,himi və binövrəni düzgün tökmədən,binanın işlənməsinə başlayıblar və sonda da öz başlarına fırlanıblar və olmasın ilginç olmayan yorumlara əl atıblar.Onlar bunu başa düşmək istəmirlər ki bu yaxın və orta doğu,qədim çağlarda türkün ən əsas yaşadığı və məskun olduğu bölgə olubdur və qədim türk (protürklərin) ərazisi olub və başqa soy və etnoslar ,sonradan gələnlərdilər və yerli ,avtoxton xalqlar olmayıblar.Onlar bunu başa düşmək istəmirlər ki Elam

Page 8: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

xalqı ilə Fin-uyğur Finiki türkləri ilə Azərbaycanın Yardımlı bölgəsində yaşayan "Avun" türk tayfası və Azərbaycanın Qarabağında yerləşən "Şuşa" şəhərinin əhalisinin ulu əcdadları eyni soy və kökdən bir xalq olub və bunları bir-birisi ilə ilgisi və bağlılığı vardır və eyni halda"Elam","Alban"(Albania) ,"Alan" (Alania) və "Aran" ölkə adları bir kökdən və bir-birinə bağlı adlardılar.Bunları bizə isbatlayan bu türk xalqının mifologiasıdır ki Avropa,Batı, qərbi Avropa,Rus alimləri bu önəmli məsələdən qafil qalıblar.Bu iddiaları yerə-göyə sığmayan və dünyanın neçə tanınmış universet və inistutlarında dərs keçən professor alimlər, hələ indiyə qədər orta doğuda hakim olmuş mifologia atmosferini və Türk atmosferinin hakimiyyətini və bu şaxənin mahiyyətini və bölgədə nə dərəcədə rol oynadığını və türk toponimiyasında necə tə`sir bağışladığını və hər bir sosial-mədəni proseslərdə əsas həll edici və nə kimi rol oynadığını bilməyiblər və yaxud ört-bastır etmək istəyirlər.Bizcə Azərbaycanın"şuşa"şəhərinin də "Yardımlı"nın bu "Avun" kəndi ilə ilgisi olmalıdır və demək olar ki Avunların ulu əcdadı,Qarabağın şuşasının ilk sakinləri olmuşlar və şuşada yerləşdikdən sonra öz tapındıqları "şuş"// "şuşen" //"sus"//"susen" tanrının adını yeni məskun olduqları yerə vermiş olublar.Bizcə türk dilində "sus" və "susmaq","sakit və səssiz olmaq" da elə həmən bu "Avun"ya "Avın" türklərinin tanrısının adından alınma söz və termindir. Bu"Avun"ların ulu əcdadları da Azərbaycandan İranın cənub-qərbi ərazisinə köçəndən sonra da, elə həmən ərazidə yerləşdikləri zaman,öz şəhər və yurdlarına da həmən tanrıları olan "sus"//"şuş" və "Şuştər" tanrılarının adını veriblər.Biz Avun//Avın Türk tayfasının Azərbaycan ərazisində ,o sıradan Yardımlı bölgəsində məskun olma tarixini və zamanını düşünmək üçün,tanınmış və dünya şöhrətli Avustraliyalı arxeolog "Daniel T.Patts"in dediyinə14və həmçinin"M.Voigt"və"R.H.Dayson"15 və"H.Weiss"gilin dediklərinə16 diqqətinizi cəlb etmək istəyirik. Bu arxeologların iddialarına görə"İLAM"ın "Şuş"şəhərinin tikilən zamanı bəlli deyil,amma"Radio-karbon" şivəsi və texnikası ilə bu şəhərin ən qədim layəsinin(suxurunun) ömürü və yaşı, eradan əvvəl 3955 və 4395 arasındadır.Bu arxeolog alimlər deyirlər ki biz ilk öncə buna inananmadıq ,amma bir sıra başqa saxsı qablar üzərində bu Radio-karbon analizini "Dollfus" 1978 ci ildə Cəfər Abad kənd təpəsində apararkən ,"Şuş" şəhərinin yaranma və tikiliş tarixinin və zamanının ədədləri,bir daha təsdiq olundu.Deməli bu profesenal alimlərin analizlərinin dediyi ilə "Şuş" şəhərinin yaranma tarixi 4000 il eradan əvvələ çatır.İndi hörmətli oxucular hesab etsinlər

Page 9: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

ki bu "Avun" türklərinin Altay-Tianşan və Türkistan ərazisindən Azərbaycan ərazisinə və Yardımlı bölgəsində yerləşdikləri çağ,nə zaman ola bilər.Bəlli dir ki Azərbaycanda Yardımlı və Qarabağ bölgələrində məskunlaşma tarixi, 4000 il eradan əvvəl zamanından da qabaq olmalıdır,yəni 6000 il bundan qabaq,bu tayfa artıq Azərbaycanda(Yardımlıda və Qarabağda və Güney Azərbaycanın Miyana bölgəsində) məskun imiş. Avustraliyalı Arxeolog Daniel T.Potts qeyd edir ki "İlam"adı qədim antik Uruk(şumer)yazılarında eradan əvvəl 3-cü minilliyin başlanışında qeydə alınıbdır və bu zaman"Evan"(Avan) adlı başqa bir İran zonası,həmən ilama oxşar vəziyyətdə peyda olunur və o zamandan bəri 3-cü minilliyin 1-ci yarısına ayid müxtəlif şumer mənbələrində bu iki(ilam və Evan) adı zikr olunub.17Avun// Avın//Evan şahlıq sülaləsindən olan şahlardan birisinin adı(e.ö 2100-cü il)"Puzur İnşuşinak"dır.18Bu Avun//Avın// Avan//Evan türk şahının adı Şumer Tanrılarından olan,sırrlar və gizlər tanrısı,yer altı yolların və keçidlərin Tanrısı yəni"Buzur"Tanrısının adıdır.19Bu qədim türk Avun xalqının iki şəhəri indi də İranda həmən qədim adlarını qoruyub saxlayıbdır,biri "ŞUŞ"və o biri isə "ŞUŞTƏR"dir.Şuştər şəhər adı əslində "sustar"//"Şuştar"dır və anlamı "Sus tanrısı","Sakit və siküt tanrısı" deməkdir."Şuş" özü təklikdə elə həmən tanrının sadəcə adıdır.Azərbaycanın Qarabağındakı "şuşa" mifik adı da əslində "Şuş.Ağ" //"Sus.Ağ"dır ,yəni "Sus Tanrısı"//"Şuş Tanrısı" deməkdir və zamanla yumuşaq "ğ" səsi düşərək"şuşa"formuna düşübdür.Demək belə nəticə almaq olar ki Qarabağda Şuşa şəhərinin qurucuları və ilk məskunları,elə həmən Yardımlı rayonun"Avun"//"Avın" kənd sakinlərinin ulu əcdadları olmuş və bu şəhər ya bölgəyə də öz tayfa və etnik tanrılarının adını veriblər."Avun"ların şimali siberiyada məskun olmuşların adının"EVENK" formada olması da belə izahlamaq olar ki bu etnonim əslində "Avın.uk" olmuş və xalq dialekt şivəsində ilkin"A"səsi"E"yə və qıssa sait olan"ı"səsi,"E"yə və "uk"sözünün "u" saiti düşərək ,"Evenk" formunu əldə edibdir.Bu adda "UK" sözü qədim türkcə olan "nəsil", "soy","oğul" deməkdir və bu etnonimin külliyyətdə anlamı olur "Avın"// "Avun" nəsli,Avun evladı,Avin soyu. Avun//Avın türklərinin əsas yeri kamçatka yarımadasının qərbində yerləşən sibirya ərazisidir.Digər güclü bir ehtimal da bu ki "Evenk"adı əslində"Evenq" olmuş olsun,yəni bu adın sonluğunu təşkil edən hissə,"nun-i ğunnə"ya"nun-i səğir"(burun səsli nq)olmuş olsun,və bu etnosun adı("q" səsi düşərək)"Even"formada özünü göstərmiş olsun.Yeri gəlmişkən qeyd edək ki bu kəndin adaşı Güney Azərbaycanın Miyana şəhərinin kəndlərindən olan, "Ovun" kəndidir.

Page 10: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

Ovun kəndi G.Az. Miyana Şəhəri / Ovun kəndindən gözəl görüntü / Şəkili çəkən : Qadir Rüstəmi Bu kəndin kənarında bir göl var ki onun da adı "Ovunluq" gedir.

. G.Az.Miyana,Ovun kəndinə ayid "Ovunluq gölü" və vəhşi ördəklər. Şəkili çəkən: Talibi

"Even" türk soylu xalqın miflərinin digər qitələrdə və o sıradan Avropada və Afrikada yayılmasının səbəbi də,Azərbaycandan digər bölgələrə türklərin köç etmələri əsərində olubdur. "Avun"//"Avın"söz və adının öncə saydığımız anlamlarından biri də "avınmaq" və "təsəlli tapmaq"dır və elə bu anlamı daşıdığı üçündür ki Avropa və Yunan mifologiasında"Afion"ya "Efion" kimi yer almış"Avun" sözü,indilikdə də,anaşa və nə`şə verici,məng edici,narkotik

Page 11: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

anlamında işləyir və tiryak və geroin kimi narkotik maddələrə,"Əfyun" da deyilir.Qədim İlamilərin ,yəni Avun//Avın Türklərinin Türk soylu olduğunda dünya alimləri,hələlik şüphə ilə yanaşırlar və bu nəslin Türk olduğuna, başqa Türk tayfalar və xalqları kimi,Türkdən başqa,hər bir soya və nəsilə mənsub edə bilirlər.Rus Antropologu(insanşünası) "A.Bernshtam" yazır ki Sarmatları və Alanları ,eranın başlanış yüzilliklərində hələ Türkmən hesab edə bilərik və yeni-sey Qırqızları eradan sonra 3-cü yüzillikdə, hələ Tianşan Qırqızı olmayıblar və Baktrianın xalqı 1-ci yüzillikdə hələ Tacik olmayıblar. 20 Görünür ki xalqların etnogeneziyası və soy mənsubiyyətini Alimlərin istəyi ilə bəlli olunur və bir xalqın soyu, onların istədiyi bir soya çevirilə bilər,necə ki orta Asiyada,Qafqaz, Türkistanda,Azərbaycan,İran və Anadoluda nə qədər türk soylu və Türkdilli xalqlar vardısa ,bu alimlərin istədiyi zaman Türk ola bilərlər və hələlik heç biri Türk deyil və yaxud hələ Türk olmayıblar. Hörmətli oxucuların gərəkdir buradan hesab-kitab əllərinə gəlmiş olsun ki biz kimlər ilə və nə tisbir və xarakterdə olan alimlər,Tarixçilər ,Arxeologlar və araşdırıcılar ilə tərəf-hesab olmuşuq. Bizcə "Avun" (Avın/Avan) türkləri ,Azərbaycan ərazisində yerləşdikdən sonra ,onların bir bölümü də ,indiki EREVAN şəhərinin yerində məskunlaşıb və Erevan ya İravan (Yerevan)şəhərini tikib –qurublar ,çünki bu şəhərin adı məhz bu türk tayfası ilə bağlı olmalıdır və anlamı Avanlar//Avunlar //Evanlar mərkəzi və şəhəri deməkdir. M.W.Stolper`in dediyinə görə Şumerlərin şahlar siyahısının əsasında, Avan ya Evanların bir sülaləsi İranın cənub-qərbində (indiki Xuzistan əyalətində)İLAM dövlətini yaradanda 356 il hökmranlıq ediblər. 21 Daniel T.Potts`un, İ.J.Gelb və B.Kienast`ın araşdırmaları əsasında və dediklərinə görə ,Evanların iki şahının adı yazıda aradan gedibdir və üçüncü şahın da ,adının bir qismi "ku-ol-[...]" salim qalıbdır. 22 Avun ya Evan türklərinin ELAM-da ikinci şahlıq sülaləsi qədim Babil dövründən başlayır və bu sülalənin 12 şahının heç birisinin adının tərkibində "ku-ol" sözü işlənməyib və ya bu söz ilə başlanmayır. Şuş`un yaxınlığında bir təpə var ki "Apadana" adlanır və deyilənlərə görə Əhəməni şahı Dara ,bu təpədə bir saray tikir və bu saray münasibətinə görə bu təpə "Apadana" adlanır ,amma bizcə bu təpənin adı ,Dara`dan qabaqkı zamanlara, yəni Şuş`un öz tikilmə tarixinə (eradan əvvəl 4-cü minilliyə) ayid olmalıdır və çox ehtimal verilir ki bu Apadana deyilən ad ,həmən "Abdinli" kənd adının tərkibində gələn "Abidin" sözünün qədim Farsca yazılış formasıdır və "Avan/Avun/Evan türkləri Şuşda yerləşdikdən sonra ,bu təpədə "Ab.edin" ya "Ab.odin" tanrının şərəfinə bu saray və ya əslində ,bu məbədi və tapınağı tikmiş

Page 12: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

olsunlar. Ab.Odin ----> Ap.Odin ----> Ap.Adin ----> Apadin.a ----> Apadana ( Bizcə Cuma günü Türklərdə "Adina" deyildiyi də bu "Odin" Tanrının adı ilə bağlıdır və bu gün onun adının şərəfinə "Odina" ya "Adina" qoyulub və bu Tanrıya həsr olunan gün sayılır. Necə ki Avropanın şimalında həmçinin Türklər vasitəsilə , Türk tanrılar və mifləri əsasında həftənin günlərinə ad qoyulubdur. "Loren Auerbach"ın yazdığına görə həftənin ikinci günü "Tuseday","Tir" tanrının adı ilə, üçüncü günü "Wednesday", "Voden" tanrının adı ilə,dördüncü günü "Thursday" ,"Thor" tanrının adı ilə və beşinci günü "Friday","Frigg" tanrının adı ilə bağlıdır 23).Bu təpənin adı və onda tikilən sarayın adının Dara`nın adına bağlamaq,sonradan Əhəməni Daranın təşəbbüsü ilə həmən məbədin və tapınağın yenidən bərpa etmə və remontu ilə bağlı və onu Dini məbədlikdən çıxardıb və bir şahlıq sarayına çevirməsindən irəli gəlir.Yəni Avun türkləri Azərbaycan ərazisindən köçüb indiki "Xuzistan" ərazisində yerləşdikdən sonra,öz doğma yurdlarının adlarını və daha doğrusu,öz sevdikləri və tapındıqları Tanrılarının adını,yeni məskunlaşdıqları ərazidəki toponimlərə veriblər.Beləliklə də biz nəticə alırıq ki Avan ya Avun Türkləri öz yaşadıqları toponimlərin adlarını ,o sıradan Yardımlı bölgəsindəki "Avun" ,"Abidin"(Abdinli) , Soşo kəndləri və Qarabağ bölgəsindən Şuşa`nin adını ,bu sonradan yaşadıqları yerlərin adına da veriblər.Avun Türkləri eyni halda İLAM-da Şuş şəhərini tikəndən sonra ,onun yaxınlığında "Abıdin"dən başqa ,bir şəhərcik də tikirlər və ona qədim türk tanrılarından olan "Ağra" ya "Akra" adını verirlər. Tədqiqatçı Arxeologlar bu yaşayış qəsəbəsinə "Akropol" ya "Akropolice" adlandırırlar. Latınca "Police" sözü həmən türkcə Balık(= şəhər) sözünün latın yazılış formasıdır. Balık ----> palık ----> palıc(k) -----> polic -----> polic(s)e . Akropol adında "Akro" ,Tanrı adıdır və "Pol" isə həmən türkcə "Bal" Tanrı deməkdir(Bel--->Bal --->Pal ---> Pol)və Akropol , Akro (Ağ.ra//Ak.ra//Ağ.Rə) ıldırım tanrısı deməkdir. Bu tanrı sonra Türklərin köçləri ilə Misirə gedib və Misirlərin ən böyük tanrılarından birisi kimi vəzifə daşıyırmış. Bu İlam şuş şəhərinin Akropol qəsəbəsinin yaşını "Voigt","Dayson" və "Weiss" kimi arxeolog alimlər ,Radio-karbon analizi ilə ,eradan əvvəl 3955 və 4395 arasında bəlləndiriblər. Bizcə Avun tanrı ("v"//"b" hərflərin "m" ilə əvəzlənməsi qanuna görə) Amun formantında ,Türklərin vasitəsilə Misir və Yunana da köçüb və özəlliklə də Misir mifləri içində böyük və baş tanrı sayılırmış və Yunanlılar isə onu "Zevs"(Zeus) tanrısı ilə bərabər və birgə nəzərdə alırmışlar. Mifologların və o sıradan Q.Məsumi`nin iddialarına görə "Amun" Misir və özəlliklə də "Teb" şəhərinin böyük allahına çevirilmişdi və onu Tanrıların padişahı bilib ,onu

Page 13: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

"Amun-Rə" çağırırmışlar və sonda Misir din xadimləri onu "Rə" (ıldırım ) tanrısı ilə bir tutub və Misirin doqquzluk tanrı panteonasının başçısı və lideri seçirlər. 24 Elam /Evan türk xalqının inanclarına diqqət edərkən belə bir nəticəyə çatmaq olur ki Azərbaycanın Yardımlı bölgəsində yerləşmiş Avun əhalisi və eyni halda Qarabağın Şuşa əhalisinin ulu əcdadı ,ölümdən sonra həyata inanırmışlar və biz bunu onların qəbirlərindən tapılmış əşya ilə əldə edə bilirik. Onlar ölünü qəbirə qoyarkən ,onunla mütləq bir saxsı küzə, hədiyə və padarka adı ilə qəbirə qoyarmışlar. O zaman bir Avunlu ölərkən ,çox sadə halda ,kəfənsiz halda evinin tərkinin (pol`unun)torpağı altında basdırarmışlar və nə qədər yoxsul da olmuş olsayıdı,yenə də bir saxsı qab ya küzə,onun ayaq tərəfində dəfn edərmişlər . Varlılar da qəbirlərində ,istər palçıqdan qayırılmış qəbir olsun və ya istərsə də gözəl kərpiclərdən hörülmüş qəbir olsun ,mütləq belə bir saxsı qab-qacaqları olarmış və eyni halda bir su kanallar və boruları düzəldirmişlər ki onun vasitəsi ilə qəbirin içərisinə suyu hidayət etmək olurdu və su qəbirin içinə tökülə bilirdi. Avun xalqı belə inanırmışlar ki su da,yemək kimi ölümdən sonra ölüyə lazimdir. Bu mövzu,Yardımlı,Cəlil Abad bölgələrində tapılmış Anu qəbirləri və Anu camlarını(yerli xalq diyalekt şivəsində:Ənov qəbir və camlarını) bizə xatırladır. Avun xalqı belə inanırdı ki belə bir hədiyələr və padarkalar (saxsı qab-qacaq) ,ölüyə yumnuludur və xoş yumnuluk gətirər və ölünün ruhunu əbədi narahatçılıkdan qurtarır.Avunlular eyni halda belə inanırdılar ki qəbir əyər yaxşı hazırlanmış olsa və yaxşıca bəzədilmiş olsa ,eləyə bilər ki ölünün vəziyyətində və keyfiyyətində çoxlu təsirlər buraxsın. Belə əldə olunur ki tanrıların ölünü yaxşı və gülər üzlə qarşılaması üçün,onun ağzını yağ ilə doldurmaq və ət , çörək qabağına qoymaqlarını və həmçinin ona şərab ya su verməni də düşünmək olar. Bunların hamısı bunu göstərir ki həm Elam /Evan ölkəsində və həm də Yardımlının Avun toponimində və eyni halda Yardımlı,Lerik,lənkəran, Cəlil Abad ,indiki Ermənistanın"Erevan"ında və,Qarabağın Şuşasında yaşayan türklərin ulu əcdadları,ölümdən sonra ölünün həyat və yaşamasına inanırmışlar.Bizcə Elam və Evanda,və eyni halda Avunda və yuxarıda saydığımız Azərbaycan ərazi bölgələrində,bu tayfalar və xalqların ulu əcdadı,ölüləri öz əşyaları ilə(ki onun sərvət və varının göstəricisi kimi sayılırmış), pişmiş palçıqdan qayırılmış tabuta qoyarmışlar və çox ehtimal ki bu saydığımız bölgələrdə,ölünün əti çürüyüb aradan gedəndən sonra ,basdırarmışlar və belə ki başını bir dərin kasa ya camda və böyük –uzun sümükləri böyük su bardağı şəkilində olan qabda və bala qazançalar onun kənarında qoyarkən, basdırarmışlar.Bu əşya və saxsı qab-

Page 14: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

qacaq hər bir adi və normal qəbirdə tapılarmış.Mis metalından qayırılmış ayna (güzgü),enli oraqlar və sancaq kimi əşyanı da bu qəbirlərdə görmək olar.Bu əşya bizə bunu göstərmiş olur ki metal və mis metal peşə və sənəti Azərbaycanın yuxarıda saydığımız bölgələrində nə dərəcədə parlak və yüksək səviyyədə inkişaf etməsini bəyan edir.Bu qəbirlərin ən önəmlisi qövsi halətdə taqları olan sərdabələrdir ki bir və ya ailənin bir neçə ölüsünü ,zamanla çürüyüb aradan gedəndən sonra,bir-birinin ardıca orada dəfn edilməsi və basdırılmasıdır.Bu sərdabə qəbirlərin dam örtüyünün dibində bir sənduqə kimi düzəldirmişlər ki ölüyə sunulan hədiyələr və padarkaları və bir sıra onun haqqında yazılan gil tabletləri onun içinə qoyub saxlanırmış.Belə bir gil-tablet yazıları,ELAM/Evan(indiki Xuzistan bölgəsində)Avunların qəbirlərindən aşkarlanıb və üzə çıxarılıb. Elam/Evan Avunlarının ölü basdırma adət-ənənə və törənlərinə diqqət edərkən belə düşünürük ki onların Azərbaycandakı "Avun"lu soydaşları və eldaşları ilə eyni olmuş olalar . Ölünün sənduqəsində yerləşmiş gil-tablet yazılarında , o zamanım (6000 il bundan qabaq) yəni qədim Türk və antik şərqın dəfn və ölü basdırma adət-ənənəsini bizə açıklayıb və qədim türk ölü mərasiminin göstəricisi kimi bu mərasim və törənin maddi və fiziki yaddaşı da sayılır.Bu gil-tabletlər ölən insanın Tanrı qarşısında və tanrı tərəfindən davərlik və qəzavət olunması haqda və tanrının ona söylədikləri öyüd və nəsihətlərdən söz gedir və tanrı onun yaxşı və pis əməllərini öz tərəzisində çəkməyə başlayır və çox ehtimal ki bu sayaq düşüncə və inam bu xalqda tərəzı şəklində simvolizma olunub və elə buna görədir ki çoxlu qəbirlərdə qoyulmuş tərəzı ölçü daşları yəni müxtəlif çəki daşlarının qəbirlərdə tapılması , bu fikir və inancdan irəli gəlirmiş. Bizcə Avunlar sonralar çalışırmışlar ki öz ölülərinin özəlliklərini,xarakterlərini və şəkillərini saxlamış olsunlar və istəmirdilər ki onun üzündəki çizgilər belə aradan getsin. Avunlar da bu hədəf və istəklərinə görə öz qəbirlərində ,çi palçıq və gildən qayırılmış adam kəllələrini (baş) naxışlayıb ,boyamış halda qoyurmuşlar və çox güman ki ölünün başından öncə qəlibini tuturmuşlar ki ,olduqca ölünün üz və başının həqiqi keyfiyyatını qorumuş və əldə etmiş olsunlar və olduqca sün`i olmasın və gahdan da bu heykəllər bütöv olurmuş və ölü nə halətdə qəbirdə yatmış kimi də , o heykəli də eləsinə qəbirdə uzaldıb qoyurdular və gahdan da bir maska kimi qayırılırmış ki ölünün üzünü tutmuş və örtmüş olsun. Avun türkləri ölüləri çox vaxtlar daşdan döşənmiş böyük tabutların altında və ya kərpicdən hörülmüş bir qəbir yerində dəfn edib basdırırmışlar. Bu tabutlar pişmiş palçıqdan və dörd bucaq şəkillər ilə

Page 15: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

naxışlar və bəzəklə və ya qabarıq dairələrlə düzəlirdi.Qəbir hissəsində,dəfn və basdırma mərasimi və törənləri üçün bir sıra tikintilər tikilmişdir. Ölünün meyiti çoxlu bər-bəzəklər ilə süslənib ,bəzədilirmiş və onun kəfəninin üzərində qızıldan düzəlmiş bandalar və rubanlar tikilirmiş ,gümüşdən düzəldilmiş başlıq (papaq) və qadın ölüləri üçün gümüş sinəbənd və qızıl ya gümüş sırğalar və bilərziklər, bürünçdən düzəlmiş bir güzgü və ölünün iki əllərinin arasında bürünz (tunc)tos ,kasa ya cam qoyulurmuş. Çox vaxt yeməli hədiyələri müxtəlif küzələrdə və qablarda ,tabutdan eşikdə və ya onun üzərinə qoyurmuşlar və Elam və Evan`da ,Avunlar gahdan ölünün kənarında onun atını və arabasını da basdırarmışlar. Elam və Evanlara ayid tapılmış gil-tabletdə yazılıb ki "İnşuşinak" ölülərin əməllərinin ölçü-biçini və qəzavətini və onların əməllərinə davərlik və həkəmlik etmə vəzifəsini də daşıyırmış. Yerdən üzülmüş və ayrılmış ölünün ruhu , iki yol göstərici tanrının vasitəsi ilə,birisi "lağım tanrısı"ya Elamca "Lagamal" və o birisi isə "Qaravisli"ya Elamca"İşne Karab"qarşılanır və istiqbal olunub və "İnşuşinak"ın hüzuruna hidayət olunur və İnşuşinak "Ruhların yoxlayıcısı" və "Ruhların həkəmi" vəzifəsində ,öz hökmünü verir. Bizcə Avun/Elam türklərinin "İnşuşinak" adının həqiqi etimologiası "siküt evinin Tanrısı" deməkdir. Bu Türk teofor ad,qədim türkcə"in"(=yuva,ev,dincəlmək yeri)və "şuşin"//"susin"(=siküt, sakit,dinclik,səssizçilik) və "ak"//"aq"(=Tanrı ,Allah) sözlərin tərkibindən yaranıbdır.Bizcə Avunlar və Yardımlının "Avun" kənd sakinlərinin ulu əcdadı , oğuz soyunun üç-oqlar bölümündəndilər, çünki tarixi rivayətlər də bunu bizim üçün təsdiqləyir.Bu haqda Mir Əli Seyidov yazır:"Oğuz qağandan sonra ,qızıl çadıra şərəfli yerdə Günxan otururdu. Günxanın çadırının içəri qapısında vəziri Ərqil xoca,eləcə də vəzirlər otururdu... sol yöndə birinci çadırda Gökxanın böyük oğlu Bayanduru ,ikincidə Çavulduru,... altıncı çadırda "Avan"ı oturdurdular.Bunlar üç-oqlardılar.Deməli mərkəz göydən (günəşdən) xaqanlığı ,hakimliyi verilən xaqan və xaqanın sağında ,solunda özünün və qardaşlarının evladları oturur." 25 Avun haqqında sözümüzü burada yekunlaşdırmalıyıq və bircə bunu deyə bilərik ki zahirdə çox bir önəmsiz və Yardımlının ucqar bir bölgəsində gözlərdən itib-batıb gedən bir kəndin ,Azərbaycan,Turan və türk tarixində ,Elam/Evan tarixində kimsənin inanmadığına rəğmən, nə dərəcədə rol oynadığını və bu senariyonun baş rolu oynadığını görürük. Kimsə inanmaz idi ki həmən bu Yardımlının sadcə bir kiçik kəndinin əhalisinin ulu əcdadı Dünya tarixi və mədəniyyətində nə izlər buraxıb və nəkimi parlaq staja malik bir türk xalqı

Page 16: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

olub.Kimsə inana bilməz idi ki Avunluların ulu əcdadı haradan haralara köç edib və eradan 4000 il qabaq Elam/Evan kimi bir hökümət və dövlət təşkilatı qurubdur və eyni halda Azərbaycanın Erevan və Şuşa kimi şəhərlərinin də qurucusu və inşa edəni olubdur və sonra da Elam/Evan dövlətini yaradandan sonra həmən Tanrı və toponim adlarını da,orada tikdiyi toponimlərə və şəhərlərə vermiş olsun. Kimsə inana bilməz idi ki həmən Avunların bir böyük bölümü də saka türkləri ilə qovuşaraq ,sibiryanın şimal-şərqində məskən salsın. Bu idi Avun kəndinin haqqında Tarixin küsüfləri .

Azərbaycanın Yardımlı rayonun digər toponimlərində birisi,"Avur" kəndidir. Yardımlı rayonun yerli əhalisindən olan Alar kəndli rəssam və şair Melik Bextiyaroglu deyir ki " Avur da Avun kəndi kimi Peştesər silsilesinin şimal yamacında yerleşir. Her iki kendi meşəler əhatə edir. Her iki kend Yardimliya getmek uçun yamac aşaqı gedib Vileşden keçmeli olurlar".

Avur kəndindən bir görüntü /Şəkili göndərən:Ucar şəhərindən Kazım Məmmədov Yardımlının "Vərgədüz" kənd əhalisindən olan və Yardımlı toponimləri üzrə tədqiqat aparan gənc "Bəhram Əhədov" ,Yardımlının "Avur" kəndi haqqında soruşduqda ,öz facebook səhifəsində belə qeyd etdi ki " Avur Yardımlı

Page 17: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

rayonunun Çayüzü inzibati ərazi vahidində kənd. Viləş çayının sahilindədir. Yerli əhalinin məlumatına görə, av (ov sözünun qədim variantı) və ur (qədim türk dillərində "bol", "cox") komponentlərindən ibarət olan bu toponim "ovlaq, ov heyvanları cox olan yer" mənasını ifadə edir. Qədim türk yazılı abidələrinin dilində avırmak/evirmək "bir Şeyin ətrafında hərlənmək, dolanmaq" mənasında işlənmışdır. Kəndin adlandırılmasında onun coğrafi movqeyi nəzərə alınmışdır. Kəndin kənarındakı çay onun ətrafına dolanır! Bahram Ahadov

B.Ə.BUDAQOV, N.G.MƏMMƏDOV AZƏRBAYCANIN LƏNKƏRAN REGİONU

TOPONİMLƏRİNİN İZAHLI LÜĞƏTİ adlı əsərində səh.15-də belə yazırlar :AVUR KƏNDI. Yardımlı r. Yaşayış məntəqəsinin adı av (ov) sözünün qədim variantı və «ur» qədim türk dillərində «bol», «çox» sözlərindəndir (Bol sulu kəndi).26 Halbuki Türk toponimlərində və o sıradan Azərbaycan toponimlərinin ad tərkibində olan "av"/"ov" ,heç zaman "su" anlamında olmayıbdır.Səbəbdə budur ki Türk ərazilərindəki toponimlərin yaranma və təşəkkül tarixi Hind-Avropa dilli Farslardan və Farskökənli xalqların bu Türk əraziyə gəlməsindən çox qabaqlara ayiddir.Bu toponimin haqqında olan ehtimalları burada gətirmək istəyirik.Ehtimala görə bu kəndin adı "Amaru" ilə ilgili olmuş ola.F.Guirand yazır ki Amaru,Şumerlərin yer üzü və hava tanrısı sayılan,Enlil tanrının silahı adlanırmış. Amaru`nun anlamı"böyük tufan"dır. 27 Biz "Amaru" ilə "Avur" kənd adının bağlantısını belə açıklaya bilərik ki "Amaru" əslində ("b","m" səslərinin əvəzlənməsinə görə)"Abaru"imiş. "Abaru" adı da "Ab.Aru" /"Ab.Aeru" olub. Bu adın tərkibində olan türkcə "Ab"//"Abı"//"Aba" sözü "Tanrı" anlamındadır və "Aeru"//"Ayru"//"Aru" ,hava və yel anlamındadır.Yeri gəlmişkən bunu da izahlamalıyıq ki adların və sözlərin yazılışında sonuna "U" səsi və hərfinin artırılması ,qədim Akkadların yazı uslublarından və qaydalarından biridir. Akkadlar yazılış zamanı sözün soluğuna "u" hərfi artırarmışlar. Latin və ingilizcə hava anlamında olan "Aero" sözü də həmən bu şumer tanrısı "Enlil"in silahı olan "Amaru"(=böyük tufan ya fırtına)dan alınmadır. Avur yel və hava tanrısı olduğu üçün və hava eyni halda hər tərəfə axıb-yayıldığı üçün , avaralıq və sərgərdanlıq anlamlarını da özündən törədib və indi də türk dilində "Avur" tanrısı ilə ilgili ,qədim türklər "Avara"(= sərgərdan),Avaraçılıq(=sərgərdanlıq) sözləri yaradıb işlədirlər. Avara (sərgərdanlıq) sözü bu mifik adın 3-cü,4-cü dərəcəli anlamıdır. Burada yeri gəlmişkən hörmətli oxucunun diqqətini bir önəmli məsələyə cəlb etmiş olaq və o da budur ki bütün dillərdə işlənən sözlər (kələmələr,terminlər) Türk mifləri ilə bağlıdır və bu miflərdən törənmişlər.O zamanki Avropanın yerli aborigen xalqı tam vəhşiyyətdə yaşayarkən və bir-biri ilə danışmaq və ilgi qurmaqa belə söz və termin tapa bilməyirdilər , və şayəd çox sözlərini və istəklərini ima-işarə və əl-qol dəbərtmək ilə başa salırdılar və

Page 18: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

vəhşi halətdə cəngəllərdə ,ağaclar başında yaşayırdılar , o zaman eyni halda Türk xalqı möhtəşəm bir sosial və mədəni səpkidə ,öz tikdikləri və saldıkları şəhərlərində ,köylərində ,Anadoludan tutmuş Asianın şərq və şimal-şərqinə qədər uzanan türk ərazisində yaşayırdı. Avropanın vəhşiyyətdə və bər-bər halda yaşadığı dövrüdə,artıq türk xalqı mədəni həyatının bir mərhələsində idi və o səviyyəyə çatmışdır ki Bu türk xalqı ,möhtəşəm bir mifologiaya və zəngin mənəvi,ruhsal və duyğusal inanclara və dinlərə və inkişaf tapmış mükəmməl bir danışıq dilinə,yazı-pozuya malik bir xalq olmuşdur.Türklər əyər Avropa quruluğuna köçlərini başlamasa idilər,Avropa xalqı bəlkədə yarısı hələ cəngəllərdə və ağaclar başında vəhşi meyvələr axtarmaqda olacağ idilər və bəlkə də hələ indiyə qədər adi danışıqlarına söz və termin tapa bilməyirdilər və əl-qol tərpətmək ilə danışırdılar.Avropa yerlisinə dili,mədəniyyəti,şəhərdə, köydə toplum halda yaşamağı,din nədir,inanc nədir,Tanrı nədir,mif nədir, qəhrəman nədir,ilahə nədir,hammısını Türk və onun uyqarlığı və möhtəşəm mədəniyyəti verib və onun müəllimi olubdur. Avropalıların danışdığı dilin yüzə altmış faizi 60% türk panteonunun tanrıları və tanrıçalarının,Türk mifləri və mitlərinin adlarından və onların daşıdığı mifik vəzifələrindən alınma və yaranma sözlərdir.Bir çox terminləri Türkün miflərinin daşıdığı vəzifədən götürüb öz dillərində termin kimi işlədirlər. Misal üçün həmən Aborigen sözünü ,Türkün "Avur" Tanrısının özəllyindən və mifik vəzifə və xarakter daşımasından alıbdır .Latinlər və Avropalılar bu türk mifinin adından ,avara –sərgərdan ,boş-boş dolanıb gəzən öz yerli xalqlarına (Avropanın ilkin yerli sakinlərinə) da "Aborigen" terminini yaradıblar və onlar çünki boş-boş cəngəllərdə meyvə dalısıca gəzişib dolanırdılar və nə şəhərləri var idi və nə qanun deyə ,heç nə bilmirdilər və yeməklərini də cəngəldə ağaclarda meyvə axtarıb yığırdılar, bunun üçün Avaraçılık anlamını yetirən bu termini onlar haqqında işlədirdilər.Aborigen terminini məcazi olaraq əsli və ümdə millət ya xalq adlandırıblar.Qədim dünya törənləri və mifləri insklopediası kitabında "Aborigines" sözü qarşısında yazılıbdır : "Roma əfsanələrində Aborigenlər (=Avropanın ilkin sakinləri) İtalianın ən qədim məskunları imiş ki onlara ağacların evladı deyərmişlər.Aborigenlərin heç bir şəhəri ya toplumsal yaşayış mərkəzləri və mədəni qanunları olmadan, avaraçılıqla və sərgərdanlıqla yaşayırdılar və yeməklərini ağaclardan vəhşi meyvələr dərmək ilə hazırlayırdılar. Onların adı ümumən "əsli xalq" tərcümə olunurdu". 28 Deməli biz bu Yardımlı kəndin adını "Ab.Aru" ,"Ab.Uru" ya "Aburu" formasında bərpa edə bilərik. Ab.uru ----> Av.uru ----> Av.ur

Page 19: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

Avur kəndindən bir görüntü /Şəkili göndərən:Ucar şəhərindən Kazım Məmmədov Yardımlının "Avur" kənd əhalisinin ulu əcdadı,Azərbaycandan başqa ölkələrə köç edərkən,Misirə də gedib çıxmışlar və qədim misirdə öz etnos adlarını və tanrılarının adını qoymuş "Avaris"(Avuris) şəhərini tikib yaradırlar. L.Delaport`un dediyinə görə,Avaris qədim misirdə "Hiksus"lar dövründə şəhər adıymiş.29 Bizcə Hiksus etnik adı əslində İksus ya "Ek.sus" iymiş ki "h" səsi sonradan ona artırlanıbdır və "Ek" sözü qədim türk dilində "Ana" deməkdir və "Eksus" etnos adı əslində "Sus ananın","Sus ilahəsi"nin adı deməkdir. Deməli Eksuslar//Hiksuslar,Avun türklərin bir qolu ola bilərlər və Avunların da"sus"// "şuş" tanrısını sitayiş edirdilər.Avurlar isə həmən Avun soydaşlarının tapındığı "sus" ya "şuş" tanrını da Misirə aparıb və orada yaydılar.Avurlar,"sus"//"şuş" tanrısına tapındıqları üçün,Hiksus ya Eksus da adlanırdılar və buna görədə Misirdə yerləşdiyi yerdə də öz etnos adları ilə uyğun,tikdikləri şəhərə də "Avaris" adı veriblər. "Avurlar"Misirdə,tapındıqları Tanrının(Ek.sus) adı ilə, "Eksus" ya"Hiksus" adlandılar və L.Delaport`un dediyinə görə "Hiksuslar" bir şahlıq sülaləsi kimi,bir müddət Misirdə hökmranlıq etdilər.30 Azərbaycanda və o sıradan Yardımlı rayonundakı"Avun"lar və"Avur"ların ulu əcdadı , Türkistanın Fin-uyğur türklərinə mənsub soy və etnosdular. Onlar eyni halda Azərbaycana və Anadoluya köçmüş Fin-uyğurların nəslindədilər ki bu bölgədə Finiki adı ilə tanınıblar və Finikiyyə ölkəsinin də qurucuları sayılırlar. Bunun üçün də Avur, Avun,Erevan,Şuşa ,qədim Elam-Evan türkləri,şimali sibirdə "Evenk"lər və sibiryanın şərqində "Amur" toponimlərinin ilk sakin olmuş türk xalqları,həmən Finiki(Fin-uyğur)türkləri ilə bir kökə və etnik soya və bir mifologiyaya

Page 20: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

mənsubdular.Azərbaycanda və Anadoluda məskun olmuş Finiki türkləri türk mifologiyasını da Yunana aparıb və orada həmən türk finiki panteonunu yenidən qurdular. L.Delaport açıq-aşkara iqrqr və e`tiraf edir ki Eranın 1-ci yüzilliyin son illərinin,və İskəndəriyyə şəhərindən olan yəhudi filosofu "Filo"//"Philo",bizə göstərdi ki Yunanın mifləri ,Finiki mifləri əsasında yaranıb və beləliklə eliyə bildi ilk bəşər nəslinin tarixini açıklaya bilsin.L.Delaport qeyd edir ki Filonun mənbəyi və qaynağı,Finikiyalı müəllif "Sanxuniaton"un (Sanchunianthon) yazıları və informasiasıdır. 31 Filon bu finiki müəllifin bilgilərinin əsasında Yunanın,"Uranusian Tarixi"ni qələmə alıb yaratdı. Bu Tarixin əsasında deyilir ki"Oranus" ya "Oran"ın "kronus"la muharibəsində, evladları "Avur"(Hour=saat) və "Destini"ni(= təqdir,sərnivişt, başa gələn,olacaq) onun savaşına göndərdi və"Kronus"onları da məğlub edib öz yerlərində oturtdu. 32 Deməli L.Delaport`un dediyindən belə əldə olunur ki Yunan mifləri və mifologiası,Azərbaycan Finiki Türklərinin panteonunda olan miflərin kopyasıdır.Yardımlının "Avur" toponimi Yunan Türk Fin-uyğur kopyalı mifologiasında,zaman keçidinin tanrısı yəni saat Tanrısı vəzifəsini daşıyan Tanrıdır.Tovrat`da Türk soylu Finikilərin haqqında verilən məlumatlara əsasən belə bəlli olunur ki Bəni-İsrailin süleyman adlı hökmdarı zamanı(-929-961) Finikilər ilə,Ahiram`ın hökmranlığı zamanı,çox yaxşı olmuş və buna səbəb oldu ki Ahiram,Süleymanın düzəltmək istədiyi məbədlər,tapınaqlar və sarayların tikdirməyinə ciddi şəkildə yardım edib və bu işə ayid tikinti matrialları və peşəkar sənətgərləri onun ixtiyarına qoysun.Tovratda sonra yazılır ki Bəni-İsrailin hökmranı "süleyman" və Finikilər hökmranı"Ahiram"birgə "Ophir" (Ofir) yurd və ölkəsinə qoşun yürüdürlər."Ofir"in yerini normal olaraq "Yəmən"də (Ərəbistanın cənubunda)yerləşdiyini qeyd edirlər.33Bizcə müəlliflər Şumerlərin behişti adlanan"Maşu"dakı yanıldıqlarını burada da təkrar edirlər və Şumerlərin "Maşu"sunu indiki Bəhreyn ərazisində sandıqları kimi,"Ofir"(Ophir) yurdunu da səhv olaraq,Ərəbistanın cənubundakı"Yəmən"adlı ölkədə yerləşdiyini zənn edirlər,halbu ki qızıl,bahalı –qiymətli daşların və ağacın yeri,susuz çöllük olan Ərəbistanın cənubi ola bilməz.Bəlli edəli bu"Ofir" haradırsa ,onun ilkin adı olmayacaq və belə məlum edir ki Finikilər oranı tutduqdan sonra ,ola bilər ki öz yurdlarındakı yer adı"Avur"u ,bu şəhərə qoymuş olsunlar.Bizcə bu "Ofir" yurdu qara dənizin şimali-qərb "Deniester"və"Denieper" çaylarının arasındakı ərazidə ,Qara dəniz sahilində yerləşməli olmalıdır və bir güclü ehtimala görə də "Ophir" (ofir) yurdu qara dənizin şimal-şərqindəki sahilində yerləşməli olsun və bizcə həmən"İberi"ya"İveri"yurdu(indiki Gürcüstan Ərazisi),adını bu"Ofir"ya "Avır" dan alıbdır,yəni "Ofir" həmən "Avır" //"İvir"ya"Avur"deməkdir.Deməli bu hesabla bu ehtimal yaranır ki"Avur"kənd əhalisinin ulu əcdadı ,Azərbaycandan başqa ,bir qolu da indiki Gürcüstan adlandırdığımız ərazidə məskunlaşıb və yeni yurdlarına da öz sevdikləri "sus ilahəsi"nin adı ilə ilgili , o bölgənin də adını

Page 21: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

"Avur" qoyublar və bu ad zaman keçdikcə fonetik dəyişiliynə uğramış və "ibir" /"iber" və sonda "İberia" formlarına düşübdür. Gürcüstan ərazisində indi də "Avranlu" adında toponim və oronim vardı ki əslində "Avıranlı" ya"Avuranlu" deməkdir."Ofir"(Ophir) adı əslində həmən"Ovir"ya"Avir"və"Avur"dur və anlamı "Sus ilahəsinin evladı","təskin verici ilahənin yurdu" ,"Sülh və əmniyyət ilahəsi" deməkdir.Bu adın ilk hissəsi olan"Ov"/"Of"(Op) sözündən,latin dilində "Ophion" (= nəşə verici,susdurucu,sakitləşdirici,sakitlik verən,narkotik maddə) kimi işlənir və bizim dil və ləhcədə "Afyun" kimi ifa edilir. "Avur" türk mifi ,Hindistan mifologiasında "Apris" və ya "Apri" formunda özünü göstərməkdədir və "Dünya Mifləri Ensiklopediası"nın yazdığına görə ,sanskrit dilində özünə yer açarkən "toxtaxlıq","təskin","sakinləşdirmə" anlamlarında işlənir. 34 Avır.is ---> Afır.is ----> Apır.is ----> Apris. Avur Tanrısı "Amurru" formasında , Mezopotamia mifologiasında,Akkad ölkəsinin dağlıq ərazisinin Tanrısı kimi,çadırlarda yaşayanların,köçəri və gündə bir yerdə köş salanların,avara-sərgərdan qalmışların,və bəlkəm də tərk-i dünya edənlərin,subay qalmış qadınlar və başqa dağda yaşayanların tanrısı sayılır.Bu Tanrının arvadı yəni "Belit-Seri" ölülər aləminin hesab-kitab ,səbt-i zəbt dəftərində işləyibdir və Amurru ona "Səhra ilahəsi" ,"səhra və çöl qadını" ləqəbini veribdir.35 Amurru tanrı adının sonundakı"U"hərfi sonradan Akkadca yazılışında artırlanıbdır,çünki kələmələrin akkadca yazılışında,sonuna"u"hərfi artırlanardı. Amurru adında,"b"-"m" hərflərinin qədim türk dillərində dəyişilmə özəlliyini nəzərdə alaraq ,Amurru əslində ,ilk öncə Avur imiş.Avur//Abur ----> Amur + u = Amurru . Avur türk panteonunun Tanrısı,"Amor" formasında Roma(Rum) dilində və luğət qamusunda "sevgi"və"İstək" anlamında və Roma mifologiasında,"Venus" ilahəsinin oğludur ki qızıl yumurtanın içindən çıxıbdır. 36 Qədim Roma mifologiasında ölüm mələkəsinin adı "Averna"(=Avır ana),həmçinin bu türk Avun Tanrısının adı ilə ilgilidir və eyni halda Roma ölkəsində "Kampania"da volkan ağzında əmələ gəlmiş gölün adı,"Avernus" da bu türk Avur tanrısı ilə ilgilidir.Qədim zamanlarda bu gölü,cəhənnəmin giriş qapısı kimi hesab edirdilər. Qədim antik dövrləri mifologiası əsasında,özəlliklə də Roma ölkəsində "Avernus",yer altı qaranlıq dünyadan ibarət imiş ki bütün insanların ruhları ,ayırt-seçgi olmadan orada məskulaşırdılar. 37

Page 22: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

Avur kəndindən bir görüntü /Şəkili göndərən:Ucar şəhərindən Kazım Məmmədov Bu izahatdan məlum olur ki Azərbaycanın Yardımlı rayonundayerləşən "Avur" kəndi də Azərbaycanın və eyni halda yardımlının başqa kəndləri kimi olaraq , bir mifik addır və türk mifologiyasından qaynaqlanan addır və Azərbaycandan da geniş şəkildə Afrikaya və Avropaya da Türk xalqların köçləri sayəsində yayılıbdır. Azərbaycanın Yardımlı bölgəsinin digər bir toponiminin adı "Anzo" ya "Anzov" dur. Azərbaycanın vikipediasının yazdığına görə :" Kənd haqqında geniş məlumatları Malik Balaşovla Şirəli İsayevin yazdıqları "OĞUZ ELİ ANZOV" kitabından almaq olar Anzov Yardımılı rayonunun böyük kəndlərindən biridir. Əhalsi 1000 nəfərdən artıqdır. Anzov kəndini tarixi 400 ildən artıqdır, yəni ilk məskunlaşma 400 il bundan əvvələ təsadüf edir. Kənddə İlk məskunlaşan QILINCXAN olmuşdur. O, buraya İranın KƏLƏNSURA kəndindən gəlmişdir. İlk məskunlaşma Həsən Kərimin adıyla əlaqələndirilsə də, Həsən Kərim Qılıncxanın oğlu olmuşdur. Görünür, Qılıncxanın yaşı cox olduğundan o, burada çox ömür sürə bilməmiş və sonradan kənddə məskunlaşanlar Həsən Kərimi burada görmüş və onu buranın ilk insanı sanmışlar. Kəndin ümumi ərazisi genişddir". Bu mənbə sonra bu kəndin adının etimologiasını açıklamağa təşəbbüs göstərib və belə yazır :" Anzov sözünün mənasını talış dilinin sözü hesab edənlər olsa da, belə burada tarix boyu talış yaşamamışdır. Əslində ANZOV sözü Türk dilindən tərcümədə XANSOYLU, XANNƏSİLLİ deməkdir". http://en.wikipedia.org/w/index.php?title=Anzov&oldid=586889931.

Page 23: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

Əlbətdə biz bu tərcümə haqqında nə qədər fikirləşdik, ki "Anzov" sözü necə "Xan soylu" ya "Xan əsilli" anlamını daşıya bilir, bir yerə çatmadıq! Görünür ki bu ada belə anlam bağışlama ,uydurmadan başqa bir şey deyil.Bu mənbə Anzo kəndinin cöğrafia və iqlimi haqqında deyir: Anzov kəndi Talış silsilə dağlarının qərb qurtaracağında, maili dağ yamaclarının ətəyində yerləşir. Kəndin iqlimi Yardımlıya və cənub bölgəsinin dağlıq hissəsinə məxsus sərt kontinental iqlimə uyğundur. Ərazi üçün demək olar ki,bütün fəsillər xarakterikdir. Burada payız və qış fəsillərinin iqlimi Naxçıvanın quru və sərt iqliminə oxşayır. Bu iqlimsə Türkiyənin, hətta Yunanıstanın cənubundakı ərazilərin iqliminə bənzəyir. Otlaq sahələrinin əksər hissəsi güney hissədə yerləşir. Burada ilk sakinlərin çoxillik təcrübələrinə əsaslanan əməli iş – qoyun yatağının, yəni Qışlaq adlı sahədə qış qoyun yatağının salınması çox diqqətə layiqdir. Havalar istiləşəndə, yazın gəlişi ilə kənd camaatının yaylağa köçü başlanır, yeni yurd yerləri – Sarıbulaq, Əmbüs, Haça yurd, Qoyunyatan dərə, Tiy daş, Vənəköç, Çəktə alaçıqlarla bəzənərdi Kəndin digər torpaqları ərazinin şərq hissəsində güneybasarda yerləşən piramida şəkilli ərazidən, Ban diki, Pojalar, Yaz yurdu, Percon, Tülcon, Gənci yatağı, İmam yeri, Yol Əli, Söyüdbulaq, Gədik, kənd ərazisindəki Xırdalar, Çolakəş, Ləjon, Mkomon, Əyri ulas, Əliməmməd ölən poja sahələrindən ibarətdir. http://en.wikipedia.org/w/index.php?title=Anzov&oldid=586889931 Anzov kəndin bu torpaq ərazisi adları da qədim Azərbaycan və Türk mifologiasından qaynaqlanmış və nəş`ət tutmuş adlardılar. Bu ərazi torpaqlardan sayılan birisi "Əyri ulas"dır. Bu qədim mifik ad əslində "Aryulas" olub ki zaman sürəsində "Əyri ulas" formantını əldə edibdir və bununla da əsil və düzgün məna və anlamını da itirmiş olubdur. "Aryulas" adını əslində "Ar.yalaz"//"Ar.yalas" kimi bərpa etmək lazimdir. Bu mifik və Teofor qədim türk adı , "Ar"(= müqəddəs,qırmızı,Tanrı) , "Yal" (= od,şö`lə ,

Page 24: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

nur ,ışıq) və "As//us" (= Günəş ,od) sözlərinin tərkibindən yaranıb və ümumiyyətdə anlamı "müqəddəs Günəş ışığı" ," Günəş Tanrının işığı"deməkdir. Bu kutsal türk-Azərbaycan mifi , Azərbaycan Türklərinin eradan 1900 il öncə indiki Yunan yurduna və ərazisinə köçləri zamanı ,özlərilə apardığı miflərdən birisi sayılır. Qədim Dünya Mifləri və Ayinləri İnsklopediası" adlı əsərdə bu ad haqqında belə qeyd olunub : "Qədim Yunan əfsanələri və mifologiasında "Erilaus" Troylardan birisi idi ki "Patroclus" əli ilə öldürülür. Erilaus ,"Clite" (oxunuşu: klite) ilə evlənir və "Meilanion" adlı oğlu olur ki bu da savaş heynində öldürülür". 38 Burada işarə olunan "Troylar" ,həmən Türklərdir yəni Yunan ölkəsinə köç etmiş Azərbaycan Türkləridir(Daha doğrusu Türk tayfalar və boyları) . İnsklopedia qadının adını "klite" yazmaqda ,səhv və yanlış qeyd edibdir ,çünki bu Türk qadının adı əslində "Səlitə" və ya "Salta"dır."İmam yeri" adlı ərazi haqqında da deyə bilərik ki bu ad əslində "Əməm yeri" olmalıdır.Qədim türkcə söz olan"əməm",türkcə "Əmə" (=hörmətli xanım, Ana,qadın və məcazi olaraq İlahə,Tanrıça) və"Əm"(= əlac,çarə,dərman , tədavi) sözlərinin tərkibindən yaranıb və külliyyətdə anlamı "Təbib ana" ,"Tibabət və dərman ilahəsi" deməkdir.Anzov kəndin digər bir torpaq ərazilərindən birisinin adı "Pojalar" gedir."Poja" sözünü açıklamadan öncə ,yeri gəlmişkən Azərbaycan Müəllimlər İnstitutu filologiya üzrə fəlsəfə doktoru ELMAN MİRZƏYEV, Azərbaycan milli elmlər akademiyası M.Fzuli adına əlyazmalar institutunun"Filologiya məsələləri"adlı elmi dərgisinin №10, 2013-da çap olunmuş "BƏZİ MİKROTOPONİMLƏRİN MƏNŞƏYİNƏ DAİR(DİALEKT VƏ ŞİVƏ MATERİALLARI ƏSASINDA) adlı məqaləsində ,Azərbaycan dilçiliyinin dialektolojia sahəsinə işarə edərək, dialekt leksikasında xüsusi adların kompleks şəklində öyrənilməsini vurğulayaraq ,onun tədqiqatdan kənarda qaldığını e`lan edir. Elman Mirzəyev ,Professor A.Qurbanova istinad edir və sözünün davamında yazır ki :"A.Qurbanov qeyd edir ki, - “Azərbaycan onomastikasını öyrənmək üçün əsas mənbələrdən biri dilimizin dialekt və şivələridir. Bu mənbələr müasir Azərbaycan dilinin şifahi-fərqli danışıq formasıdır.Burada ləqəblərin,mikrotoponimlərin öyrənilməsi daha əhəmiyyətlidir.Dialekt leksikasının bu vacib sahəsi lazımi şəkildə və bəlkə də işlənməyib desək, daha düzgün olar” . Elman Mirzəyev sonra işarə edir ki :"Qeyd olunan sahənin öyrənilməsinin zəruriliyini nəzərə alaraq, biz də bu məqaləmizdə Lerik, Yardımlı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsindən qeydə aldığımız bəzi mikrotoponimlərin mənşəyini açıqlamağa çalışacağıq. Elman Mirzəyev məqaləsinin davamında Cəlilabad,Lerik və Yardımlı bölgələrində geniş yayılmış "Poja" topoformantı haqqında belə yazır :" Yardımlı, Cəlilabad və Lerik

Page 25: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

rayonlarının mikrotoponimləri sistemində geniş yayılmış topoformantlardan biri də pocə//poçə//poja//pojə komponentidir. “Azərbaycan dilinin dialektoloji lüğət”ində Yardımlı şivələrində «yamac» mənasında pocə leksemi qeydə alınmışdır . Bu söz eyni anlamda Yardımlı, Lerik və Cəlilabad rayonları ərazisində müxtəlif mikrotoponimlər arasında da geniş işlənmə mövqeyinə malikdir. Müqayisə üçün bəzi nümunələrə diqqət yetirək: Lüməpojə“Yardımlı rayonunun Anzov kəndi ərazisində mikroadonim” – lümə Yardımlı şivələrində “qısa” + pocə//pojə “yamac” – tam mənada “qısa yamac”, Şorpoçə “Yardımlı rayonunun Əsədabad kəndi ərazisində mikroadonim” şor Lənkəran qrupu şivələrində – siğırçın quşu + poçə “yamac” – tam mənada “sığırçın quşunun olduğu yamac”, Tınıxlı poja “Yardımlı rayonunun Anzov kəndi ərazisində mikroadonim” – tınıx//tinix Lənkəran qrupu şivələrində “fıstıq ağacı” + pocə//pojə“yamac” – tam mənada “fıstıq ağacı olan yamac” , Ropojə “Yardımlı rayonunun Anzov kəndi ərazisində mikroadonim” – Ro “talış dilində yol” (müqayisə et: fars vətacik dillərində rah) + pocə//pojə “yamac” – tam mənada “yol yamacı”, Rəzdəğ pojəsi “Lerik rayonunun Buruğ kəndi ərazisində mikroadonim” – Rəzdəğ <Razdaq“şəxs adı” + pojə “yamac” – tam mənada “Razdaq adlı şəxsə məxsus yamac”,Əli pojəsi “Lerik rayonunun Buruğ kəndi ərazisində mikroadonim” – Əli “şəxs adı+ pojə “yamac” – tam mənada “Əli adlı şəxsə məxsus yamac”, Nilli pocə “Cəlilabad rayonunun Şatırlı kəndi ərazisində mikroadonim” – nil Lənkəran qrupu şivələrində“azatağacı” + pojə “yamac” – tam mənada “azatağac olan yamac”, Yoncalı pocə “Cəlilabad rayonunun Şatırlı kəndi ərazisində mikroadonim” – yonca “bitki adı” + pojə “yamac” – tam mənada “yonca bitkisi bitən yamac”, Şirli pocə “Cəlilabad rayonunun Əsədli kəndi ərazisində mikroadonim” – şir “heyvan adı”+ pocə“yamac” – tam mənada“şirin olduğu yamac” və s.Eyni semantikaya malik olan bu topoformant poçə şəklində Lerik rayonunun talışdilli mikrotoponimlərində də müşahidə olunur. Məsələn, Ziyadi poçə “Lerik rayonunun Noda kəndi ərazisində mikrotoponim” – Ziyad “şəxs adı” + -i şəkilçi +poçə “yamac” – tam mənada “Ziyada məxsus olan yamac”, Serəpoçə “Lerik rayonunun Noda kəndi ərazisində mikrotoponim” – ser talış dilində “əzgil” + -ə “bitişdirici səs” + poçə “yamac” – tam mənada “əzgil olan yamac”,

Page 26: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

Morəpoçə “Lerik rayonunun Noda kəndi ərazisində mikrotoponim” – mor talış dilində “ilan” (müq.et: digər İran dillərində mar) + -ə “bitişdirici səs” + poçə “yamac” – tam mənada“ilanlı yamac”.İran dillərinə dair mənbələrdən aydın olur ki, bu qrupa daxil olan bir sıra dillərdə pa//po “ayaq” mənasında çıxış edir. Bundan başqa, bəzi İran dillərində həmin sözün sinonimi olan poçə vahidinin işlənməsinə də təsadüf olunur. Müqayisə üçün: talış və tacik dillərində poçə “ayaq”, “ayaqcıq”, “qılça”. Talış dilinin leksikasında qeyd olunan leksem bənzərlik əsasında həm də “dərə və çay kənarlarında yamac” semantikasını da qazanmışdır.Dil faktlarına əsaslansaq belə bir nəticəyə gəlmək olar ki, poçə etimoloji cəhətdən İran dillərində po//pa “ayaq” (müq. et: müasir fars dilində pa [ پا ], tacik və talış dillərində po, gilək dilində på) və çə>cə//jə «şəkilçi» tərkib hissələrindən ibarət olmaqla, substrat hadisəsinin nəticəsi olaraq Cəlilabad, Yardımlı və Lerik rayonlarının mikrotoponimləri sistemində də yer almışdır. 39"Pojalar" ərazi adının anlamı bizim düşündüyümüzə görə ,həmən Yunan mifologiasında "Nayad"ların bir qısmi olmalıdır ki "Pegaea"adlanırlar və bunlar bulaqlarda yaşayan nimflərdilər. "Naiad"lar bulaqlar,çeşmələr və su gözələrində olurlar və bulaqlar,arxlar və su gözələrinin suyunu,Tanrıların çayları və nehirləri kimi hidayət edib istiqamətləndirirlər.40Deməli "pojalar"ərazisinin adı"Naiad nimflərin yeri" deməkdir.Digər bir güclü ehtimala görə "poja" sözü əslində türk sözü "Boşa"nın fonetik dəyişiliyinə uğramış forması olmalıdır."Boşa"sözünün anlamı "atmaq", "vasil etmək","ulaşdırmaq","nail etdirmək","hidayət etmək" ,"istiqamətləndirmək", "göstəriş vermək və bələdçilik etmək" deməkdir. Amerka və Mekzika yerli xalqının mifologiasında "Boşa" ,"poşa" formasında təzahür edir və ,"Dünya Mifləri Ensiklopediası"əsasında,dünyanı yaradan "Avona vilona" tanrının ,yerin dərinliyindəki zağada yaratdığı 4 kişidən birisinin adıdır və bu mənbəyin dediyinə görə bu kişi Tanrının məxluqatını işıqlığa, aydınlığa və nura hidayət etməkdir.Bu kişinin əsl adı "poşaiyankya"dır. 41 Biz bu adın haqqında çoxlu çalışdıqdan sonra belə bir sonuca vardıq. Bizcə "Poşaiyankya" mürəkkəb addır və "poşa"(= öndər,lider, rəhbər,yol göstərən ,sərdar, bələdçi, yol aparan) və "yankıya" (oda,atəşə,işığa, nura,qurtuluşa uğratmaq) deməkdir və beləliklə bu ad külliyyətdə "Tanrının yaratdıqlarını (məxluqatını) işıqlığa və Aydınlığa sövq vərən və yönəltən" deməkdir. Buradan bəlli olur ki türklərin işlətdiyi "paşa" (= sərdar,qoşun və ordu başçısı,ali və yüksək rütbəli baş komandan) sözü ,əslində həmən türk mifik adı "Boşa" ya"Başa" sözündən və adından alınmadır və "başa vermək","başarılı olmaq", "başarı" sözləri də elə həmən bu "başa" sözü ilə bir

Page 27: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

kökdən və anlamdandır. " Ban diki" ərazinin adı isə bizcə qədim Azərbaycan Türklərinin tarla tanrısı adı "Man" ilə bağlı olmalıdır.Bu mif Türklər vasitəsilə Yunan ərazisinə də köçürlənib və Yunan mifologiasında "pan" formunda özünə özəl yer tutmaqdadır. ,"Dünya Mifləri Ensiklopediası"əsasında,Yunan mifologiasında "pan", tarla,meşə,cəngəl, heyvanlar,sürülər və çobanlar Tanrısı sayılır.42Beləliklə Anzov kəndinin "Ban diki" adlı ərazisinin ad-anlamı ,"Ban (Man) tanrısı yüksəkliyi"deməkdir."Ban diki" adı haqqında digər güclü bir ehtimal da budur ki bu ad əslində "Vanlik" ya"Vənlik"olmuş olsun və bu ad zaman sürəsində "Ban diki" formasına düşmüş ola. "Ban" (van) sözünün qədimtürk dilində "Qurştili"(göyrüş) ağacı anlamında nəzər də tutsaq, o zaman bu Anzov kənd sahəsinin adının anlamı "kurştili ağacları(göyrüş,vən ağacları) bitən təpə" deməkdir. Bunu da artırmalıyıq ki Fars dilində bu qədim Türk mifik Qurştili ağacın adını ,sözün əsil və düzgün formasını və həmçinin onun mifik xarakter və özəlliyini nəzərə almayaraq ,və ya xud onun düzgün mifik mahiyyətini bilmədən və baş çıxartmadan,zahiri səslənişinə uyaraq ,onu "Quş dili" anlamında bilib və eləcə də farsca bərabərini ,yəni "zəban gonceşk" deyib ,qeydə alıblar.İndilikdə Fars dil və ədəbiyyatında bir səhv və yanlış qondarma anlam kimi özünü əks etdirməkdədir və bütün Farsca lüğət ensiklopedialarında bu hal davam etməkdədir və Farslar "Göyrüş" ya həmən "Vən" ağacına "zəban gonceşk"(= Serçə quşu dili aəacı) deyirlər. Bu səhvin və yanılmağın səbəbi budur ki Fars dili lüğət və sözcük ustaları və uzmanları,bu adın tərkibində olan"R"hərfini nəzərə almayıb və onu saqit ediblər və "Qurştili" əsil türk sözünü "Quş tili" kimi oxuyub və elə də onun hərfi mənasını qeyd ediblər.Görünür bir sözün tərkibində yerləşmiş hərfi salanda və ya nəzərə almadan,kəlmə və sözün anlamı yerdən-göyə cə fərq edir."Quş tili" yəni uçan quşun dili və iki sözün tərkibindən yaranıbdı ,amma "Qurştili"sözü üç sözün tərkibindən yaranmış sözdür:Qurş (= bel,kəmər,əhatə,dövrə,sikl)+ti (şəkilçi) + li (mənsubiyyət şəkilçisi) == kəmərlik,bellik,dövrə vuran,əhatə edən . Bura da"Qurştili"adı,o ağaça deyilir ki həyat ağacı və kosmik ağacıdır.Qədim Türklər və o sıradan Avropanın şimalına köçən Türk soylu xalqların mifologiasında ,belə inanırdılar ki həyat kosmik ağacı (Ygg drasill) yer kürəsinin dörd çevrəsini bürüyüb və onun butaları bütün dünyanı və kosmusu dövr(kuruq vurur) edir və onun 3 böyük kökü ,kosmusun ya uzayın 3 səthini bir-birinə yapışdıran və qovuşdurma sorumluğunu daşıyır.Deməli belə məlum olur ki "Qurşti" sözü həmən türk"Qurşaq" sözünün başqa variantı sayılır və "Qurşti"nin bu məbhəsdə anlamı, yer kürəsini əhatə edən və onun bel qurşağı sayılır və burada heç uçan quşun dilindən söhbət getmir və quşun dili burada anlamsız,uyarsızdır və bu həyat və uzay ağacını quş dilinə mənsub etmək və bağlamaq boş yerə və yersizdir. Burada sadəcə Farsların və yaxud sonrakı Türk müəlliflərin,səslənmə və fonetik oxşarıqdan yanılmalarıdır və qələt yerə bir

Page 28: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

termin və söz yaratmadan başqa bir iş görülməyibdir. Göyrüş ağacı, dünya ağacı,həyat ağacı ,uzay və kosmus ağacı deyilən ağacın bəlgəsi və simgəsi sayılır. "Göyrüş" türk kökənli bir ağac adıdır. Bu ağac adını gərəkdir "Göyraş" kimi bərpa etmək. Bu ağac adı iki türk sözü "Göy" (=yaş,yaşıllıq,göyərti,bitgi və məcazi olaraq "ağac") və "Raş" (=ağac növü və cinsi adı) sözlərindən təşkil tapıb və külliyyətdə anlamı "Raş ağacı" deməkdir."Raş" isə"Günəş","işıqlı gün","gün işığı" deməkdir.Deməli Raş ağacı ,"Günəş Tanrısının ağacı" deməkdir. Əyər "Ban" sözünü "uca","yüksək", "təpə" anlamında nəzərdə alsaq ,o zaman bu kənd sahənin adı"Təpə başı" deməkdir. Əyər "Ban"sözünü qədim türk dilində "gölək","su yığıntısı gölcək","göl" anlamını nəzərdə alsaq,o zaman bu kənd sahənin adı "Göl başı" deməkdir. Anzov kənd ərazisindəki"Xırdalar"adlı sahə, bizcə qədim Misir mifi olan "Cherti"(oxunuşu:kerti) ya"Xerti"ilə ilgililidir."Dünya Mifləri Ensiklopediası" əsasında ,Qədim Misir mifologiasında "Xerti" ölülərin qayıqçısı və qayıq sürəni imiş.Bu mifin başı, qoç başı imiş.Bir ehtimala görə də bu kənd ərazi səhəsinin adı "Zevs"(Zeus)dən,uşaqlıq çağında qoruyub-gözətləyən Tanrılar və mələklərin adı "kuret"lər ilə ilgili olmuş olsun.43 "Ləjon" sahə adı ,bizcə çox ehtimal ki "Lugun" ,"Lagon" olmuş ola. "Lagon" mifik adını gərəkdir "Lugan" formunda bərpa etmək.Bu mürəkkəb mifik ad "lu" (Nəhəng, Balina,Əjdaha)və"Gan//Ğan" (= Türklərdə Su Tanrısı) sözlərinin tərkibində yaranıbdır və külliyyətdə anlamı "Nəhəng Tanrı","Dəniz dev balığı" , "Dəniz əjdahası" deməkdir. "Lok"//"Luk"//"Log"//Lug" Çin mifologiasında "Lung" formantına düşərək,beş caynaqlı əjdaha mifinə çevirilib və"yağış"ın(yağmurun) bəlgəsi və ağ kutsal ruhu sayılır."LU"//"LÜ","Leviathan"formunda, J.C. Kooperin dediynə görə, bir növ əjdaha ya dəniz devi sayılırmış ki Timsaha çox oxşarı vardı və Fin-ogarit mifologiası əsasında,o dəniz əjdahası sayılırdı ki doğa üstü bir şəkli və fiqurası var imiş.44Bu kənd sahəsi haqqında digər bir güclü ehtimal da budur ki bu ad qədim Türk kökənli Mezopotamia mifologiasında "Nergal" Tanrının eşi və mələkəsi sayılan "Ləs" ya "Ləz" Tanrıça və ilahə ilə bağlı və ilgili addır. "Jeremy Black" və "Anthony Green" öz ortaq əsərlərində yazırlar ki :"Nerqal tanrı ,yeraltı dünya ilə ilişkidə olmuşdur və ümumiyyətdə "Ereşkigal" yeraltı dünyanın mələkəsi və ilahəsinin əri və eşi sayılırdı, amma başqa ilahələr də gahdan Nerqalın eşi hesab olunurdu ki onlardan birisi "Ləs" ilahəsidir". 45 "Ləş" və "Ləj","Ləs" ilahəsi adının başqa fonetik variantları sayılır. Bizcə Türk dilində insan və heyvanların ölmüş cisimlərinə və cəsədlərinə işlədilən,"Ləş" ya "Leş" sözü də ,əslində həmən bu yeraltı dünyanın ilahəsi "Ləs" ya "Ləş"ın adından alınmadır və biz cəsədə "ləş" ya "leş" deyərkən ,əslində "Ləs" Tanrıça ya ilahəsinin adını çağırırıq. Anzov kəndinin "Ləjon" sahəsinin adı da həmən bu "Ləs" ilahəsinin adı ilə bağlı və ondan alınmadır. "Ləjon" adının tərkibindəki "on" ,əslində "an" formasında olub və iki anlamda ,yəni cəm bağlayıcı şəkilçi və ya "Tanrı/Tanrıça" anlamında ola bilər və iki anlamdan birisin ifa edə bilər,yəni

Page 29: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

"Ləs"(Ləş/Ləj)lər və digəri isə "Ləs" ya "Ləş"//"Ləj" Tanrısı. Anzov kəndin daha bir səhəsi "Yol əli" adlanır.Bizcə çox ehtimal ki bu sahənin adı "Yal Alı" olmuş ola. "Yal" qədim türk dilində "od şö`ləsi","alov" ,"işıq","atəş" və "Al" sözü isə "qırmızı","isti","Tanrı","Günəş", "Günəş Tanrısı" deməkdir və külliyyətdə bu mifik və kutsal adın anlamı "Günəş odu və şö`ləsi","Günəş Tanrısı" deməkdir. Anzov kənd sahələrindən birisi də "Əli Məmməd ölən poja" adlı yerdir.Bizcə bu sahənin adı fonetik oxşarlığının bəlasına giriftar olub və belə "Əli Məmməd" şəxs adı formuna düşübdür. Əlbətdə çox ehtimal ki Anzov kənd əhalisi bu ad`a görədə bir nağıl ya son əsirlərə ayid bir biografia ya sujet hazırlamış olalar ki güya şah Abbas zamanı burada bir Əli Məmməd adlı bir xan ya hakim var imiş və burada ölüb-basdırılıb və ya buna oxşar bir dastanlardan birisi... Halbuki Anzov kəndin bu sahəsinin adı ,bir teofor və mifik türk adıdır və buradaheç Əli Məmməd adlı bir adamdan söhbət getmir.Burada yalnız bir fonetik oxşarlığı vardır."Əli Məmməd"adın"Əli"hissəsi,əslində qədim türkce"Al"//"Alı"(= qırmızı Günəş,Tanrı,müqəddəs)deməkdir və"Məmməd"hissəsi ,əslində "im"//"imi"// "eme"(=dev,dəhşətli,iri çüssəli,çox yekəpər,bədheyvərə və yırtıcı leş yeyən Tanrı) +"Met"//"Mot"//"Mat"(=ölü,cəsəd,leş)=="ölü yeyən dev Tanrı" deməkdir.Deməli bu dediklərimizin əsasında "İmi.Mot" və yaxud "İm.Mat" adı zaman sürəsində ,xalqın leksikasında ,fonetik dəyişikliyə uğrarkən,onun oxşar fonetikası olan "Məmməd" formantını əldə edibdir və eyni halda "Al.im.mat" adı da "Əli Məmməd" formantına düşübdür. Şah-Mat oyununda olan "Mat" sözü də həmən qədim Türk-mifik sözü olan "Mat" sözüdür və anlamı şahın ölməsi ilə bərabər və qaçaq yolu olmaması və yaxalanmağı deməkdir. Türk dilində indilikdə işlətdiyimiz "Mat" sözü də həmən qədimdə işlənən mifik "Mat" sözüdür və anlamı da "quruyub qalmaq, heyrətdən şok olub, donub bir halda qalmaq" deməkdir ,çünki insan "Mat" qalanda ,sanki ölü kimi donub hərəkətsiz qalır və özünə gələ bilmir.Yuxarıda sözü gedən qədim Türk mifi "Alimmat", Türk tayfalarının Azərbaycandan köçlər vasitəsilə Misir ölkəsinə də gedib çıxmış və Misir mifologiasında ölüm və ölüyə həsr olunmuş mifik vəzifəni öhdədar olmuşdur.Ünlü sosiyal-Antropoloj ,mifolog alim "Dr.Roy Willis",bu mifin Misir panteonundakı mahiyyəti və daşıdığı vəzifəsi haqqında belə yazır : " Qədim Misirlilərin inancına görə ölülərin təqdiri və müqəddəratı,"Oziris zalında təyin və bəlli olunurdu və bu zalda ,Tanrılar həkəmlik edirdilər bir halda ki ölünün ürəyini bir quş tükü ilə tərəzidə ölçüb və çəkirlər.İtbaşlı bir meymun (Tuth tanrının bəlgəsi) təqdir və alınyazısını müqəddər vətəklif edən tərəzini ələ alırdı və çaqqal başlı Anubis Tanrı da tərəzi hər cəhətli düz və qaydasında olsun deyə ,nəzarət edir.Əyər ölünün ürəyi quş tükündən ağır olurdursa ,ölənin ruhu "Amemot"(= ölüləri yeyən) adlı dev Tanrı vasitəsilə yox və nabud olunurdu". 46 Əlbətdə ünlü mifolog alim və mif ensiklopedia yazarı "Richard Cavendish"in yazdığına görə "Amemot" bir qorxunc və dəhşətli bir varlıqdır ki bu qəzavət və

Page 30: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

həkəmiyyətdən alnı açıq və üzü aq çıxmayan ölüləri udurdu. 47 Beləliklə "Əli Məmməd ölən poja" adlı kənd sahəsi adının əsil düzgün formasının "Al.Eme.Mat ölüm poşa" olduğu bəlli olunur. Bu adın tərkibində olan "poşa" həmən indiki türk dilində işlənən "paşa" (= sərdar,sərvər,Ağa,lider,sərkərdə, qoşun başçısı) deməkdir və bu izahata görə ,Anzov kəndinin bu sahəsinin anlamı və etimologiası "Alemmat, ölüm sərvəri" , "Alimmot ,ölüm dev-tanrısı" . Bizcə indiki İran`ın şimal-mərkəzində yerləşmiş Azərbaycanın böyük və qədim şəhəri sayılan "Qəzvin"in yaxınlığında ,Həsən Səbbah`ın və onun terorist fədailərinin qərargahı və qalası sayılan "Alemmut" ya "Ələmut" qalasının adı da ,bu qədim türk mifi olan "Al.Em.Mat" (Alemot//Alımat//Almad/Ələmut) ölüm ağası və sərvəri ,ölüm Tanrısının adıdır. Bizcə Kazaxıstanın "Almata" yaxud "Almatey" şəhərinin adı da ,həmən türk mifologia tanrısı olan ,ölüm Tanrısı "Al.em.mat" adıdır və eyni halda Güney Azərbaycanın "Ələmdar" şəhərinin adı da,həmən türk miflərindən olan ölüm Tanrısı "Al.em.mat" adıdır. Bu şəhərin adı əsil düzgün forması "Al.em.mat.ar" olmuş və adın sonundakı "ar"sözü "kutsal", "müqəddəs" deməkdir. Beləliklə "Ələmdar" şəhərinin anlamı və etimologiası "Kutsal və Müqəddəs Ölüm Tanrısı" deməkdir. "Əli Məmməd ölən poja" adın tərkibində olan "ölən" sözü ,əslində "ölüm" olmuş və qədim türk dilləri sülaləsində "m"-"n" səslərinin bir-birinə əvəzlənməsi qanununa görə "ölüm" , "Ölün"ə çevirilibdir və yerli türk xalq leksika və dialekt şivəsində ,sonda bu söz ,"ölən" sözünə çevirilibdir. Burada bəlli olunur ki Ərəb dilində ölum və fəna anlamında işlənən "Mot"// "Movt" sözü də elə həmən bu qədim türk kökənli "Mat" sözündən alınıb və yalnız "A" saiti "O" saitinə çevirilibdir.Qədim Türkcə olan "Mut"(=ölüm,fəna, yoxluq) sözündə ,"M" səsinin "B"ya çevirilməsi ilə,Mut sözü "Fut"a çevirilibdir ki Fut sözüdə ərəb dilində "Mot" ilə yanaşı "ölüm" və "ölmək" anlamında həmçinin işlənilir. İndi də birisi öləndə ,ərəbcə ona deyilir ki "Fo`t" eləyibdir. Ərəblər bu "fut" sözündən, "vəfat"(=ölüm) kimi söz və termin yaradıblar."Fut" sözünü eyni halda Farslar da götürüb fars dilində də "püfləmək //fitləmək// fütləmək" anlamında və söndürmək kimi anlamlarda işlədirlər.Mat ---> Mut ---> But ---> Vut ----> Fut /Fot. Anzov kəndin səhələrindən birisinin adı "Çolakəş"dir. Bu səhənin adı haqqında irəli sürdüyümüz ehtimallardan birisi bu adın,"Karagas" türk etnoniminin təhrifə uğramış forması olmasıdır.Bizcə bu kənd sahəsinin adı,ilk öncə "karagas" və yaxud "karakas" olubdur və zaman sürəsində yerli xalq diyalekt şivəsində təhrifə və səs dəyişimə yğramışdır. Yəni "k">"ç" və eyni halda "r">"l" səslərin bir-birisinə əvəzlənməsi ilə "Kara" sözü "Çala"// "Çola" sözünə çevirlənibdir. Eyni halda "kas" sözü də "kaş" ya "kəş"ə çevirlənibdir. Karagas -----> (k >ç) Çarakas -----> (r> l) Çalakas -----> (s> ş) Çalakaş -----> (a>o ,a>ə) Çolakəş . Fransalı ünlü mifolog və mitholog "Alen Girbran"(Alain Gheerbrant) ,"Jan Şevaliye"(Jean Chevalier) və digər 15 dünya şöhrətli alimlər ilə birlikdə yazdığı "simvollar Ensiklopediası" adlı əsərdə

Page 31: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

"Karagas" və "Karagaslar" sözü haqqında belə izah verir :" Karagas`lar ,Samuid kökənli Sibir Türk xalqlarından birisidir. Onlar Türk dinində danışırlar". 48 Anzov`un bu kənd sahəsi haqqında digər bir ehtimal da budurki ,bu sahənin adı Sibir etnoslarından olan "kalar" qəbilə və tayfa adı ilə bağlı olsun və əslində "kalargas" ya "kalarkas" olmuş olsun ki zaman`la çevirlənib "çolakəş" formuna düşmüş olsun. "kaş" çox ehtimal ki burada diklik və təpə və yüksəklik yer anlamında olmuş olsun və "çolakəş" adı külliyyətdə "Kalar`ların təpəsi(dağı)" ,"kalar yüksəkliyi" deməkdir. "Kalar.kas" ----> kala.kas ----> kala.kaş ----> kola.kaş ----> çola.kaş ----> çola.kəş . Deməli bizcə çox ehtimala görə bu kənd sahənin adı,"karagas" və ya "kalar" tayfalarının adı ilə bağlıdır və bir etnonim olmalıdır.Anzov kəndin "Percon" sahəsinin adı haqqında deyə bilərik ki bu adda "Marmara" dənizində də bir ada var və ad "Proconnese" kimi yazılıbdır. Bizcə əyər adın ilk hissəsini "pro" götürsək (=ilkin,ibtida,başanğıc) və adın ikinci hissəsini "con"(oxunuşu "son" = evlad,oğul,nəsil,soy) nəzərdə alsaq,o zaman bu adın anlamı ümumiyyətdə"ilk nəsil", "ilk insanlar" ,"ilk bəşər grupu" olmalıdır. Amma əyər bu adın ilk hissəsini,qədim türk dilində olan "par" sözü nəzərdə alsaq və adın ikinci hissəsini də "cun"(oxunuşu:san/sun=Günəş) nəzərdə tutsaq, o zaman bu adın anlamı "parlaq və parıldayan günəş" ,və məcazi olaraq "Günəş Tanrısı" deməkdir.Belə çıxır ki Anzovun bu kəndsahəsinin adı çox ehtimala görə əslində"par.gün"olmuş və yerli xalq leksikalarında,fonetik dəyişiliyə uğramışdır və pargün//parkün adı sonda "percon" formuna düşübdür.Digər bir güclü ehtimal da budur ki bu toponimin ilk hissəsi "per"(=Tanrı,Tək-vahid Tanrı) və ikinci hissəsi də əslində "kün"(=gün,günəş) olmuş olsun və "kün" xalq leksikasında "cün" və "con"a çevirilmiş olsun. Beləliklə də "percon" adı ,əslində "Bir.Gün"//"pir.Gün" olub və zaman seyrində "percon"a çevirilibdir. Bu hesab ilə ,indiki zamanda Azərbaycan ərazisində işlənilən "pir" sözü də "Tək və vahid Tanrı" ,"Tanrı" deməkdir. Deməli bu əsasla "percon" toponim adı həqiqi formantı "Bir.kün" ya "Pir.gün" olmuşdur. Əyər toponimin ikinci hissəsini "son" kimi tələffüz oluna , o zaman bu toponim adın bir anlamı hərfi mənası da "Tək insan" ,"vahid insan" "insan özü" deməkdir. Latinlər və İngiltərəlilər də həmən bu türk sözünü Türklərdən alıb indi də "person" deyib –yazıb ,"şəxs" anlamında işlədirlər. Buradan bəlli olunur ki Anzov kəndin bu sahəsinin adı qədim teofor türk adı "pir.kün"//"pir.gün" // "pir.ğun" ,"Günəş Tanrı" olub və sonralar ki "Gün"//"kün" leksik dəyişiliyində "çün" və "sün"ə çeviriləndə , "son" tələffüzü tapıb və "oğul","evlad" anlamı qazanıb və bütövlükdə anlamı "Tanrı oğlu" olur və sonralar Türklər vasitəsilə "Misir" ərazisinə köçüb və bu türk teofor mifik ad orada geniş şəkildə Misir şahları ünvanına və tituluna çevirlənib və Misirlər "Firon" kimi işlədiblər. Deməli "Fir.on" sözü ,anlamı "Tanrı oğlu","Günəş tanrının oğlu"dur. Bir.Gün ---> pir.gun ----> pirğun ----> Firğun ----> Fir.un . Digər bir güclü ehtimal da budur ki

Page 32: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

"percon" adı əslində "par.cin" yəni "parlaq və yanar cin" ,"oddan yaranmış cin" ,"odlu cin" anlamında olmuş olsun. Mifolog "Richard Kavendish"ə görə ,"Cen" ya "cin"lər ,mifologia aləmində ,bədənləri heyvandan və başları insan başı olan varlıqlar sayılır.Bu varlıqların vəhşiyanə hiss və duyğuları qadınları görmək həmən və eyni halda şərabın iyisinə çoşa gəlirdi.49 Bizcə bu sahə adı "percon" ,Yardımlının "Bərcan" adlı kəndin adı ilə eynidir və eyni kökdən və eyni anlamdaddır. Yəni "Bərcanda yaşayan Türk xalqı ,həmən bu "percon" adı ilə ilgili olmuş olalar. Anzov kəndin başqa bir sahəsinin adı "xuaxıl"dır.Bizcə bu kənd sahəsinin adı ,əslində "xax.il" ya "xax.el" olmalıdır. "Xax" ,"Xu.Ax" tərkibinin ,qıssalmış variantıdır."Xu.ax" mürəkkəb sözdə , "xu" həmən qədim türk dilində işlənən "ku"/"kü" (=səs,küv,ağac,qələmə və söyüd ağacı,meşə,) və "Ax"(əslində "Ağ" ,Tanrı anlamında) sözlərinin tərkibindən yaranmış addır və ümumiyyətdə "səs tanrısı ","Ağac ,"meşə" və "El" (=Tanrı,günəş tanrısı) və külliyyətdə "Ağac Tanrısı","Meşə Tanrısı" ,"səs Tanrısı" deməkdir. "Xuax" və yaxud "Xax" adında ,Azərbaycanın Naxçıvan bölgəsində "qala"nın olduğunu tarixçilər qeyd ediblər. "Xaxı" Naxçıvan bölgəsində bir qədim qalanın adıdır.Bu qala Mir Əli Seyidov`a görə "indi "Gavur qalası" adı ilə məşhurdur. Bu qalanın ilkin adı "Xaxı" ,"xax" sözündən alınıbdır. "Xax" sözü müxtəlif Türk dillərində , o sıradan Teleut,Altay,Qırqız,Qara Qırqız, Tatar və sair türklərdə(Qaq),möhkəm və sərt məna verir.50Deməli"Xaxı" yəni o kəs ki sərt və möhkəm və qudrətlidir.Adın"Xuax"hissəsini,Azərbaycanın şimalında yerləşən "Qax" şəhər adı ilə də müqayisə etmək olar. "Xuaxıl" adında ,əyər adın ikinci hissəsini "el"//"il" (=xalq,nəsil,soy) nəzərdə tutulsa, o zaman "xuaxıl" yəni "Ağac Tanrıya tapan el" ,"Meşə Tanrısına tapan nəsil və soy" deməkdir.Digər bir ehtimal "xuaxıl"adı haqqında budur ki bu ad "xu" və "Axıl" sözlərinin tərkibindən düzəlmiş olsun. Bizcə bir ehtimala görə "xu" ,həmən qədim türk sözü olan "ku"/"kü"(=səs,küv) və "Axıl" isə "çay","su","axar su və çay" deməkdir və "xu.axıl",bütölükdə "Aşıb-coşub daşan çay və su" , "çox dolu və səs-küvlü axan çay" deməkdir.Xuaxıl türk Azərbaycan mifi ,Türklərin vasitəsilə Yunan`a da köçüb və Yunan panteonunda "Axılus" formunda özünü əks etdirməkdədir. Dünya mifləri Ensiklopediasının verdiyi məlumata görə , "Axıl mifi və ya Yunanca ifa etsək "Axılus" ,çay və axar su ,nehir Tanrısı sayılır. O eyni halda Yunan mifologiasında su pərilərin atası da sayılır. Axıl //Axılus öz qardaşları arasında ,yəni 3000 çay Tanrısı içində ,hamısından böyük və tanınmışdır". 51 .Az. Vikipediasının yazdığına görə Kəndin yay otlaqları – yəni elat heyvandarlıq sahələri isə daha böyük əraziləri əhatə edir. Bu yaylaqların hamısı kəndin cənubundadır. Azərbaycan Vikipediası yazır :" Tarixlər şahidi Haça yurd, Halavar daşı, Dib yurd, Vənəköç, Soyuqbulaq, Balaxan yurdu, Güney və Quzey üstə kolat, Sarıbulaq, Əmbüs, Tiy daş, Aslan yurdu, Çəktə, Xuaxıl (Şahbazəli bəyin payız oturacağı), Ağasən yurdu, Bəbir yurdu, Qoyunyatan dərə, Çur-çur və Yuvagah yaylaqlarıdır... . http://en.wikipedia.org/w/index.php?

Page 33: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

title=Anzov&oldid=586889931 "Halavar" yaylaq adını bizcə "Holavar" kimi bərpa etmək lazim gərəkir. "Holavar" yaylağın adı türk dilində "xərməngah", "xərmən yeri", "küləş döymə yeri","öküzləri boyundan birgə bir sırada bağlayıb taxıl xərmənini döymək" deməkdir. "Halavar daşı" isə "taxıl xırmanını ,küləşi böyük daşın içində ya üzərində böyük ağac toxmaq`la döyməkdir".Olabilər ki bu daş iki tikədən ibarət olsun ki bir-birinin üzərində durub və taxılı üstdəki daşın deşiyindən töküb və onu dəstər ilə ,altdakı daşın üzərində çəkib fırlatmaq`la taxıl dəni üyüdülürmüş. "Dib yurd" otlağın adı qədim türk mifik addır. Bu ad bizə açıklayır ki bu "Anzov" kəndinin bu otlaq və yaylaq yerisi zamanında bir yaşayış məskəni olubdur ,baxmayaraq ki indiki zamanda ora bir çöl və yaylaq kimi görünür. "Dib" qədim türk mifologiasında "Tanrı" ,"Böyük Tanrı" ,"Dev" ,"Dev Tanrı" deməkdir. "Dib"/"dev"/"Devə"/"Dəevə"/"Dəvə"/"Tiv"/"Tev"/"Tevə"/"Təvə" hamısı bir-birinin fonetik variantları sayılır və hamısı eyni sözdür. "Dib yurdu" ,"dev tanrı yurdu" deməkdir. Türk dilində "Dəvə" dediyimiz heyvanın adı da (çox iri yapalı və böyük çüssəyə malik olduğuna və eyni halda bəd-heybərə bir qiyafəyə və sifətə malik olduğuna görə ,elə həmən bu "Dev"//"Devə" sözündən alınıb yaranıbdır.Bizcə çox ehtimal`la ,"Anzov" toponim və yaşayış bölgəsinin bu hissəsi və zonası ,yaşayış yeri olub və bu yaylaq yerində yaşayan "Anzov"lılar ,Avropanın Britania adasına və indiki "İrləndia"da məskunlaşıblar və öz ilkin doğma yurdlarının adını orada ,məskunlaşmış yerə qoymuşlar və Yardımlı`nın Anzov zonasındakı doğma yerin adını Britaniada kı yerə veriblər. Yardımlı`nın Anzov türklərinin "İrlandia"dakı məskun olmuşları , öz yaşayış yerlərinin adını "Dib yurdu"nun bərabəri və eyni anlamdaşını ,yəni "Diblin"i qoydular.Bu ad əslində düzgün forması"Deb.El.İn"olmuş və sonra latinlərin tə`siri altında indiki"Dublin"formasına düşübdür.Əlbətdə oxuculara mümkündür ki bu məlumat və açıklamalar gülünc və inanılmaz nəzərə gəlmiş ola və inana bilməyə, necə ola bilər ki bir boş otlağı və yaylağı ,Avropanın İrlandia`sına və onun indiki paytaxtına bağlamaq ola?! Amma bunu unutmayaq ki bu bəşər və Türk- bəşər Tarixinin həyat yolu və tarixinin gedişidir.Burada 500 ildən və ya 1000 ildən söz və danışıq getmir.Bu tarixi olay,ən azı 2000 il eradan öncəyə ayiddir.Bizim çox tarixi yaşayış yerlərimiz və şəhərlərimiz olub ki öz zamanında bir böyük şəhər sayılırmış ,amma indiki zamanda ondan təkcə tarix kitablarında və tarixi qaynaqlarda ,bir quru ad qalıbdır və hətta çox şəhərlər var ki onun indiki yerini və hansı ərazidə olduğunu,tarix və arxeologia alimləri dəqiqləşdirə bilmirlər. Bunun üçün Azərbaycan və türk toponimlərini araşdırarkən bu gözə gəlməz detaylara diqqət və fikir vermək lazimdir. Bunu tam əminliklə qeyd edə bilərik ki belə bir gerçəkləri Avropa və Batı dünyası onmin illər sonra da ,heç zaman qəbul edə bilməyəcək və belə bir həqiqi kəşfiyyatı və tapıntıların üzünə örtük çəkib ,qapadacakdır. Avropalıya vəhşət

Page 34: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

vericidir ki qəbul etsin Britania adasının bir çox xalqı (o siradan "Skoth"lar,"İrlandia"lılar,"Veylz"lər) türk soylu xalqlardılar və onların ata-baba və doğma ilkin yurdları"Azərbaycan" olubdur. Bizim öz türk xalqımız bu həqiqətə inana bilmir , harda qalsın min illər boyu tarixən duşmanımız olan Avropa və batı xalqlarına.Necə ola bilər ki Azərbaycanın Yardımlı rayonundakı Anzov kənd cəmaətinin ulu əcdadları gedib ingiltərədən baş çıxartsın?! və ya Azərbaycanın Gilar kənd cəmaətinin ulu əcdadları Fransadan baş çıxartsın və böyük bir nəhəng dövlət qurmuş olsun və neçə əsrlər "Roma" imperiası ilə qılınc-qılınca çalsın. Təkcə Yardımlı rayonun kəndləri ,Azərbaycan türk xalqları və tayfalarının Avropa mədəniyyətinin qurulması və yaradılmasındakı böyük rol oynadığı, bizə və tarixşunaslıq elminə kifayət edər.Amma hanı görən göz və eşidən qulaq?! Azərbaycanın Anzovlu türkləri yeni yurdlarında yerləşdikdən sonra ,öz doğma yurd adını bu yeni məskun olduğu yurdlarına yəni "Deb.El.İn"i qoydular. Bu adın tərkibində olan "Deb" həmən "Dib yurdu"nun "Dib" sözüdür və əslində bizim indiki"Dev"(=Yer üzü və yer altı dünyanın həyulaları) deməkdir. "EL" isə həmən "Tanrı" və həmçinin "xalq" deməkdir."İn" isə "yurd", "Ev","Məskən","Yuva" deməkdir."İn" sözünü Azərbaycan türk xalqı indi də toyuq-cücə yeri və onun yatdığı-qaldığı yerə işlədir və "toyuq ini" deyirlər. Bizim bu türk sözümüz indi də Avropada və İngiltərədə "Hotel","Qonaq və misafir qalan yerə" işlədilir və "İNN" yazıb ,"in" oxuyurlar. Deməli bu izahat`la İrlandianın paytaxtı "Dublin"in ad anlamı olur : "Dev Tanrının yurdu" və eyni halda Anzov kəndinin "Dib yurdu" otlaq və yaylağının anlamı da eynən həmən anlamdır. "Çəktə" otlaq və yaylağın adı da qədim türk sözüdür və "çəkmək" sözündən alınma sözdür. Çəkmək işi və fe`li Türk dilində iki anlamda işlənə bilər.Birisi rəsm etmək ,şəkil çəkmək və digəri isə tüstü ya başqa qaz ya buğu boğaz və burun hava yolları ilə bədənin içinə sorub-çəkməkdir(misal üçün siqaret çəkmək). Bizcə bu qədim türk sözünə diqqət edərkən belə əldə olunur ki ,qədim türk dilində "ayna" və "Güzgü" sözünə və eyni halda ağızdan və boğazdan bədəninin içinə tüstü çəkənə və ya çupuq və tütün çəkənə də "Çəkatlı","Çəkətli" deyirmişlər və beləliklə belə düşünmək olar ki "Çəktə" çox ehtimal`la "tütün","tənbəki","çədənə" və digər kullanılan narkotik maddələrə də deyilirmiş. Bizcə narkotik maddə kimi də qurudub işlədilən həmən "çədənə" bitgisinin adı da həmən qədim türk sözü olan "çəktə" sözü ilə bir kökdəndir və farsca "şahdanə" deyilən söz bu bitgiyə səhv və yanlışcadır və fonetik oxşarlıqdan uydurulub-yazılma sözdür. "Çədənə" dediyimiz narkotik və nə`şə verici bitginin adı əslində "çəktə dənə" olubdur və zaman sürəsində qısalmış ,təlxisləşib və "çədənə" formuna düşübdür. Farslar isə bu türk sözünü türklərdən eşidərkən ,onu "çadane" və ya "şadane" və sonda da "şahdane" kimi qeydə alıblar.Bu bilgilərin əsasında , bir ehtimala görə də ,çox mümkündürki Anzovun bu otlaq sahəsi narkotik və nəşə verici "çədənə" kimi bitgilərin əsas

Page 35: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

gövərən yeri imiş və bu otlağın bu növ bitginin bitib gövərməsinə çox əl-verişli imiş. Anzov kəndinin digər bir otlaq sahəsinin adı "Ağa sən yurdu"dur. Bizcə bu otlaq adında zahirdə şəxs adı kimi (ağa həsən) göründüyünə rəğmən, burada söz konusu , "yel" haqqındadır. Bu yaylağın və ya otlağın adını gərəkdir düzgün forması olan "Ağ əsən yurdu" kimi bərpa etmək lazimdir. Bu adda "əsən" (=yel,nəsim,rüzkar) sözünün birinci hərfi olan "ə" səsi saqit olunub və bu indiki forma düşübdür. Deməli bu sahənin adının həqiqi adı "Ağ yel əsən yurdu" anlamındadır və yəqin ki bu otlaq və yaylaq coğrafi və təbii cəhətdən,çənubdan və güneydən əsən"Ağ yel"in əsdiyi və tutduğu səmtindədir . Bu otlaq və yaylağın adı haqqında digər bir güclü ehtimal da budur ki ,bu ad qədim türk və eyni halda İran türk mifologiasında özünə yer açmış "Ağas" ya "Agas" qara quvvə və dev və şərr Tanrısı adı ilə bağlı olmuş olsun. "Agas" qədim İran Türk mifologiasında qara və kötülük quvvəsi və Tanrısı olan bir "Əhrimən" (əyrimən), "Ağriman" (yalan danışan, qeybdən deyən, öncədən görən)dır. İran türk kökənli mifologiasında "Agas",yalandan doğulubdur və bir dişi bəd nəzər dev və həyula kimi tanınılır ki insana o bəd nəzəri ilə göz vurub ziyan verirmiş. Bizcə bu "Agas" həmən insana və onun əkininə və bitgilərə zərər verən ,cənubdan əsən zəhərli və səmmili ,isti ,zərərli yeldir ki ,türk mifologiada "Ağas" Tanrı ilə göstərilib və özünə özəl bir zərər verici Tanrı və qara quvvə mənşəyi kimi təzahür edir. "Agas" mifik adında "Ağ"ın bir neçə çaları vardır və o sıradan birisi "Tanrı" deməkdir.Bu baxımdan adın mənası,"As"ı Günəş anlamında nəzərə alaraq,"Günəş Tanrısı" deməkdir."Ağ"ın bir anlamı "səmm"və"zəhər" deməkdir, və burada "As" ,əslində "Əs" ,"yel" ,"nəsim" deməkdir və bunun əsasında "Agas",yəni "Ağ yel","zəhərli və zərər yetirən yel" deməkdir.Deməli "Fars dilində "zərər ,ziyan , xəsarət və sədəmə" anlamında işlənən "Asib" sözü də elə həmən bu qədim türkcə "As" ya "Əs" sözündən alınıb və işlədirlər. "Agas"ın bu zərər verici ,dağıdıcı və viran edici mifik xarakterinə görədir ki qədim Mezopotamia mifologiasında "Agasaya" savaş ilahəsi kimi ,özünü göstərir və Babil "İştar"ı ilə bərabər sayılırdı. "Agasaya"nın höviyyət,kimliyi və xarakterikası göydə və göy üzündə ,bir savaşçı və döyüşçü kimidir. Bu məlumat əsasında ,deməli "Ağasən yurdu" yaylağın adı bir mifik addır ki Yardımlının Anzovundan qədim İrana,Mezopotamiaya,Yunanistana, Hindistana və hətta Afrikaya(Dahumi qəbiləsi içinə) və Karaib adalarına da zaman-zaman köçüb gedibdir.Dünya Mifləri Ensiklopediasına istinadən "Agas hindistanda "Agastia" adı kimi özünü əks etdirir və hindistan panteonunda özünə özəl vəzifələr əldə edir. O Hindistanda müsbət rola malik bir mif-insandır və yellər tanrısı "Vindhya"nın müəllimi və eyni halda dağlar və təpələrin tanrısı da sayılırmış. O atasının təbəiyyətində və yurdunda olan suları udur və içir ta ki "Əhrimən"lərin və qara quvvəli dev tanrıların ,suların dibində gizlənməsini və Tanrıların cəzasından qurtulub qaçmasının qarşısını alıb qaçmalarına mümaniət edirdi.

Page 36: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

"Agas" Karaib adalarında və Afrikanın Dahumi qəbiləsi əfsanələri və mifləri içində "Agassu" formasında ,bir ovsuncu və cadugər ruh kimidir ki minlər tayı və bərabəri vardı". 52 Anzov kəndinin daha bir otlağı və yaylağının adı "Vənəköç"dür. Bizcə bu ad "Vən Ağac" adının fonetik variantıdır və ola bilər yerli xalqın leksik və diyalekt şivəsində bu adın saitləri bir az fonetik dəyişikliyinə uğramış olsun . Vən Ağac ----> Vən Agac ----> Vən Akac ----> Vən Akaç ----> Vən Əköç . Deməli belə məlum olur ki vaxtilə bu yaylaq və otlaq bütün Vən ağaclar ilə örtülü imiş. Anzov yaylaqlarından birisi də "Əmbüs"dür. Bizcə bu ad əslində "Embas" və ya "Əmbas" kimi bərpa etmək lazimdir. Bu ad "Embas" formasında nəzərdə alsaq ,deyə bilərik ki bu ad qədim türk dilində olan "Əm"/"Em"(= sağ,salim,sağlam və məcazi olaraq ağıllı ,bilici, fərasətli, mahir,işbilir) və türkcə "Bas"//"Baş" (= baş kəllə , qafa, və məcazi anlamda lider,sərkərdə,rəhbər,başçı,yol aparan) sözlərinin tərkibindən yaranmış türk antroponim şəxs adıdır və anlamı "ağıllı ,ağlı-hüşü başında olan, zəki, fərasətli lider və sərkərdə","Ağıllı rəhbər" deməkdir. Bu ad qədim Azərbaycan türk xalqları arasında işlək və mərsum adlardan sayılırdı və buna misal olaraq ,qədim Türk Ermənistan dövlətinin (e.ö 5-ci yüzilliyin sonlarında) padişahı "Sabran"ın sərkərdəsinin adı olubdur. 53 Digər güclü bir ehtimala görə Əmbüs türk mifik adı ,türk mifologiasında bir ilahə adı olmuş olsun. Bu türk ilahəsinin adı "Ambus"//"Ambis" olmalıdır. Azərbaycanin Yardımlı-Cəlilabad bölgəsində yerləşən Alar kənd sakini olan şair-yazıçı və tədqiqatçı alim "Bilal Alarlı"nın "Alar" kənd haqqında yazdığı məruzəsində Alarlı Alıxan ailəsindən və Alıxan kişinin qoçaq-dilavər qızı "Niyar" xanımdan söz açarkən ,"Əmbüz" adlı xalq nağılı və əfsanəsinin olduğunu vurqulayırlar ve yazır ki"“Dərəkeçməz”, “Əmbüz”, “Qara at yolu” adlı digər əfsanələrdə isə alarların məskunlaşma tarixindən söhbət açılır...54 Deməli belə aydın olur ki Azərbaycan türk mifi "Əmbüs" özünü şifahi xalq ədəbiyyatında və nağılda qoruyub saxlayıb.Bilal Alarlı`nın "Əmbüz"a işarə etdiyi izahatdan yazdığı məqalədə belə anlaşılır ki "Əmbüz" nağılı və əfsanəsi aşk,sevgi, aşkda sədaqət və bağlanan əhdə və peymana vəfalı qalmaq,qoçaq sevərlik ,igidliyi pula-vəzifəyə və maddiyyata satmamaq və zülmə ,zalimə baş əyməmək xarakterli bir türk-Azərbaycan əfsanəsidir. Əlbət də bizim bu nağıldan anladıqlarımız, Bilal Alarlı`nın bu nağılı "Niyar"xanımın əfsanəsi ilə müqayisəsindən irəli gələn təxmindir. Bizcə "Ambus" Türk mifologiaslnda ,eşq və sevgi ilahəsidir.Bu türk mifinin ad-tərkibində olan "Am" ,ilahə və ana anlamındadır ,"bus"/"bis" isə sevgi ,sevmək və evlənmək deməkdir və nəhayət bu ki "Ambus" ,"sevgi və aşk ilahəsi" deməkdir. Öpüş və öpmək anlamında Fars dilində işlənən "Bus" sözüdə əslində həmən bu aşk və sevgi xarakteri daşıyan "Ambus" türk mifinin adından alınma bir sözdür və bu türk mifi indiyə qədər Fars dilində özünü qoruyub saxlayıbdır.Bu qədim Türk mifi ,Azərbaycan ərazisindən "Yunan" və "Misir"

Page 37: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

ölkələrinə də köç edib və bu ölkələrin panteonunda da özünə özəl yer tutubdur. "Ambus" mifik adın "Bus" hissəsi,Misir panteonunda ,"Bes" formasında özünü əks etdirməkdədir."Richard Kavendish"ə görə "Bes" ,Misir panteonunda "yaxşı və gözəl taleh və bəxt Tanrısı","Aşk və evlənmək Tanrısı" ,"Musiqi Tanrısı" deməkdir. 55 "Bes" Tanrı ,Misir mifologiasında eyni halda qadınların bəzəyinə və süsünə də nəzarət edirmiş.Bu "Bes" tanrı əslində "Liliput" Tanrılardan sayılırdı.Richard Kavendiş`in yazdığına əsasən, məlum olunur ki qədim Quzey Misirdə ,Bu Türk Tanrının adında ,bir Toponim ya şəhər də salınmışdır ki "Ombus" formunda qeydə alınıbdır. 56 "Ambus" türk mifi ,qədim Yunan mifləri və əfsanələrində bir xəyali və şəbəh kimi varlıq sayılırdı və yeraltı dünyayə ayid idi. O gecələr vəhşət və qorxuya səbəb olurdu. O istədiyi hər bir şəkilə və formaya çıxa bilirdi və özəlliklə də qadınlara və uşaqlara zahir olub və onların qorxu və vəhşətinə səbəb olurdu. O insan ətindən yeyib qidalanırdı və qurbanlarını öz toruna və tələsinə salmaq üçün , özünü çox gözəl və gənc qadın şəklinə salarmış. Bu Tanrının Yunan mifologiasında adı ,"Empusa" kimi qeyd olunubdur. Anzov kəndinin digər bir yaylaq və otlaq sahəsinin adı "Balaxan yurdu"dur.Bu kənd yaylağı adının hərfi mənası iki cürə açıklamak olar : 1) bir yer ki orada bal pətəyi çoxdur və onun üçün "bal axan yeri" adlansın. 2) kiçik xan və hökmranın qaldığı və yaxud anadan olduğu sahə . Amma mifologia baxımından bu adı belə açıklaya bilərik ki bu kənd sahənin adı "Bal Akan", iki sözün tərkibindən yaranıbdır. Bu adda "Bal" qədim türk dilində ,özəlliklə də "Fin-oyğır" soylu Finiki türklərin dillərində "Tanrı" deməkdir və "Bel"//"Bil"//"Bul"//"Bəəl" onun variantları sayılır.Adın ikinci hissəsi olan "Akan" , türk Azərbaycan mifik adlarından birisidir. Bizcə "Akan" ,qədim türk dilində "od","atəş","dağdan axıb gələn od","axan od" ,"volgan odu və atəşi" ,"volkanlı dağdan püsgürən və axan od və atəş" deməkdir. Bu qədim Türk mifi ,Azərbaycan ərazisindən xaricə də yayılıb və başqa millətlərə və yurdlara da (o sıradan Hindistana,Yunana, Misirə Avropaya, Amerka qitəsində "Maya"lar arasına) gedib və ya aparılıbdır.Avropa latinleri bu türk tanrı mifini eləcədə "Volkan" kimi götürüb işlədirlər. Volkan latin sözü əslində elə həmən qədim Azərbaycan Türk mifi olan "Balaxan" Tanrısının adıdır və yalnız bir-az fonetik dəyişikliyə məruz qalmışdır və səslənmə baxımından latin dili fonetikasına uyğunlaşıb. "Bal.Axan ----> Bal.Akan ----> Bol.Akan ----> Bol.kan ----> (B>V) Vol.kan . Azərbaycanın "Beyləqan" ya "Biləqan" şəhərinin adı da məhz həmən qədim Az. Türk mifi olan "Balaxan" Tanrının başqa bir fonetik formada olan adıdır. "Bal.Axan ----> Bel.Akan ----> Beyləkan ----> Beyləqan. ///// Bal.Axan ----> Bil.Akan ----> Biləqan.///// Bakı şəhərinin "Balaxanı" adlı rayonun adı da , məhz bu Türk tanrısının adıdır. Avropanın "Balkan" yarımadasının adı da həmən bu Türk mifinin adı ilə bağlıdır və həmən "Bal.Axan" Tanrının adıdır. "Axan" türk mifik adı "Fin-Oyğır" türkləri köçü

Page 38: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

vasitəsilə Amerka qarəsinə də gedib çıxıbdır və "Maya" mədəniyyəti və mif panteonunda özünə özəl yer tutubdur. Bu Fin-Uyğur türk mifi ,Maya əfsanələri və mifləri içində "Mey və Şərab (çaxır) Tanrısı" sayılır. Bəllidir ki şərabın qırmızı rəngi,od və atəşi xatırlatmağı bu od-atəş tanrısı ilə ilgili və oxşarlığı burada əsas rol oynayır. Bu türk mifi Hindistan mifologiasında "Agni" adı altında özünə yer tutmuşdur və od tanrısı sayılırmış. Axan ----> Ağan ----> Ağani ----> Ağni ----> Agni . Türk mifi olan "Axan" ,Misir panteonunda "Aken" adı ilə, başqa bir vəzifə daşımaqda olubdur. Aken Misir panteonunun ən önəmli və əhəmmiyyətli Tanrılarından olubdur və ümumiyyətlə bir qoç başı ilə rəsm olunubdur. "Axan" türk mifi, eyni halda "İnuit" mifləri içində bir ilahə kimi çıxış edir və "artım ,doğum" ilahəsi və "Maya" mifləri içində "doğum və analıq" ilahəsi kimi adlanıbdır.Anzov kəndin daha bir başqa sahə ərazisinin adı "Güney və Quzey üstə kolat" adlanır.Bu kənd sahəsinin adındakı "Kolat" sözü ,Türk mifik sözdür. Bu "Kolat" sözü ,tarixdə "Nadir" şahın dövründə ,Məşhəd şəhərinin şimalında yerləşmiş bir təpə və zağa adı olmuş ki Nadir şahın xəzanəsi sayılırmış və "Kəlat-i Nadiri" adlanırdı. Bizcə Kolat Türk mifologiasında "Təqdir","Sərnivişt","alın yazısı" ,"başa gələcək" ilahəsinin adıdır və 3- "Fata"dan ya sərnivişt ilahələrindən (mələk qız) birisinin adıdır. Bizim belə yanaşmamıza və nəticə çıxartmağımıza səbəb ,Yunan mifologiasında bu mifin belə vəzifə daşımasından və həmçinin Yunan mifologiasının ,Türk və Azərbaycan mifologiasından qidalanmağı və qaynaqlanmağı faktorundan irəli gəlir. Artıq Yunan mifologiasının əsasları və himinin ,Türk və Azərbaycan mifləri və mifologiası əsasında və himi üzərində bina olduğunu açıq-aşkara görüb və hiss olunur və artıq dünya mifologia elmi bu faktiki həqiqəti qəbul etməlidir ki bütün xalqların və dünya mifləri və mifologiası Türk və Azərbaycan mifləri və mifologiasından qaynaqlanıb və Azərbaycan terminalından başqa yerlərə və xalqlara yayımlanlbdır.Dünya mifologia elmi artıq qəbul etməlidir ki bütün dünyada olan hər bir mifin özəyi və çəyirdəyi Türk yurdu Turandan və Azərbaycan kanalından gedib və ya aparılıbdır. Yunan mifi ,Azərbaycan və Türk mifinin bir kopyası kimi özünü "Yunan mifi" adı altında özünü əks etdirir və yaşadır. Yunan mifləri Azərbaycan və Türk –Turan dünyasının miflər arxivi və galeriyası sayılır. Demək bu əsasla ,dünyaya hay-küv və ün salmışYunan mifologiası , əslində həmən Türk və Azərbaycan mifləri və mifologiasıdır.Biz tarixi ,siyasi,və dini olaylar və gərginliklər ucubatından itirdiyimiz və mifologia tariximizdən silinmiş və itgin-batqın düşmüş miflərimizi və mifologiamızı və onun izlərini və daşıdığı vəzifələrini və mifik obrazlarını,Avropa və özəlliklə də Yunan,Roma və İskandinavia mifologiasında görə bilərik.Demək Yunan ,Roma,iskandinavia mifologiası ,əslində Türk-Turan və Azərbaycan mifləri panteonunun və mifologiasının yaddaşı xəzinəsidirlər. Richard Kavendish bu mif-qızların haqqında yazır ki :"Yunan mifologiasında Təqdir və sərnivişt(başa gələn)

Page 39: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

ilahələri və qızların sayı 3- dür və"Fate"deyilir. Bizcə indiki zamanda da gəlinin gəlin donunda ,gəlin çıxarkən başında olan ağ qumaşdan tikilib-hazırlanmış başlıqa "Fata" deyilməsi də elə bu mələklərin "Fate" deyilən adı ilə ilgili və bir sözdür. Bu üç Fate ya qız-ilahənin adları"Lachesis"(oxunuşu:Laxesis), "Klotho" (oxunuşu:kloto) ,"Atropos"dur.Bu qızlar keçmişdən,indiki haldan və gələcəkdən deyirdilər. 57 J.C.Kooper bu adı "Clotho"(oxunuşu:kloto) kimi qeyd edir və açıklamasında yazır ki:"Üç Muar,Yunan mifologiasında təqdir və sərnivişt ilahələridirlər.Muar`lar(Mories,Morilər) Yunan miflərində sərnivişt və başa gələnin bəlgəsi sayılırmış və 3 bacıdan ibarətdirlər.Onlardan birisi təqdir və başa gələni,ipini əyirir,birisi onu dolayır və üçüncü də şəxsin ömrü sona çatanda,onu dərir.Onlar daş ürək və rəhimsiz idilər.Morilər(Muarlar) elə bir qanunun göstərgəsi idilər ki hətta Tanrılar da onu dəyişməyə qadir deyil idilər. 58Bizcə daha bir güclü ehtimala görə"Kolat"sözü,əslində "Günəş atı","Nurlu at" deməkdir.Adın ilk hissəsi olan"kol"əslində"Sol"imiş və qədim türk dilində, anlamı "Ağ günəş işığı","Ağ günəş nuru","nurlu" olmalı imiş.Türk dilində "Ağ" anlamında işlənən "zal" sözü də bu "sol"sözü ilə bir kökdəndir.Hətta Rus dilində işlənən "zalatoy"(золотой) sözü də və qədim əfsanəvi saka türklərindən olan Rüstəm adlı pəhləvanın atasının adı "Zal" da ,eyni sözdülər və bir kökdəndilər. Deməli bu "kolat" sözü əslində "zalat"imiş və sonra leksik dəyişilikə uğramış və sonda "kolat" formuna düşmuş olub. Zal.At ----> Zolat ---> Solat ----> Çolat ----> Kolat(Günəş Atı , Günəş nurlu at) .Günəş atı ,günəşin kalıskasını(faytununu) çəkir və özünü günəşə qulluqda olmağa həsr edir. İnsan oğlu tarixdən öncə zamanlardan ta tarixə qədər "At"ı müqəddəs sayıbdır. At türk mifologiasında bir çox əfsanələr ,nağıllar və dəstanların qəhrəmanı sayılır. Osıradan biz qədim Türk ölkəsi olan İran Saka Türklərinin ünlü pəhləvanı "Rüstəm"in ağ atı "Rəxş"i ad apara bilərik. Koroğlu dastanında olan "qırat" ,"Bozat"dan ad apara bilərik. Anzov kəndinin daha bir otlaq və yaylaq sahəsinin adı "Tiydaş"dır. Bizcə "Tiydaş" sahə adı əslində "Yağmur Taşı" ilə ilgili bir addır. Bu adın ilkin hissəsi olan "Tiy" əslində "su","çay" və yaxud "yağmur//yağış" anlamındadır və adın ikinci hissəsi həmən "taş"//"daş" deməkdir və çox ehtimal ki bu sahədə yağmur və yağışa ayid bir yekə qaya ya daş olmuş ola ki qədim türklər onu yağmur ilə ilgili bilmiş olsunlar. "Tiy" sözü ilə ilgili ,qədim türk mifologiasında "Tiştər" adlı "yağmur Tanrısı" olmuş ki zərdüştism əsasında ,o bir ağ at kimi göstərilibdir. Bu tanrının adı Avesta`da qeyd olunubdur. At ,yeraltı suların sırdaşı sayılır və yeraltı suların hərəkəti səmtini tanır və biz buradan bulaqların və çeşməlrin suyunu eşiyə çıxıb axması,atın yerə dırnaq döymələri ilə mənsub oldugunu görürük. Deməli at yağmur tanrılarının eyni zatı və bərabəri və bəlgəsidir. Az. Vikipediasında sonra yazılır ki :"Haça yurd yaylağındakı Xoca Döngə dəniz səviyyəsindən 2230 metr hündürlükdə yerləşir. Kənddə ta qədimdən bir neçə bol sulu bulaq olmuşdur. Bu bulaqlardan biri kəndin şərq hissəsini su ilə təmin

Page 40: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

edən Böyük bulaqdır... Kəndin qərb hissəsi isə daha çox Yolçu bulağı və Ləjon bulağından istifadə ediblər... Kəndin bir hissısi isə Drosun bulağından istifadə ediblər... Sadalanan bulaqlardan başqa kəndin örüş-otlaq və biçənək sahələrində Daşbulaq,Söyüdbulaq,Percon bulağı, Liməpoja bulağı, Xosu lingi bulaqlarından yayda dəryaz çalınarkən, ot yığılarkən əhali içir, yuyunur, ətrafında dincəlirlər. Kəndətrafı meşə zolağında Qarabulaq (kükürdlü su), Kəndəlaşbulaq, Batdaq bulaq (Batdaqlı göl də deyirlər), İsti su (müalicəvi əhəmiyyətlidir), Çinarbulaq, Şahverdi bulağı, yaylaqlardakı büllur kimi şəffaf, diş göynədən Soyuqbulaq, Çur-çur bulağı, Daş bulaq dillər əzbəri olmuşdur... ərazi müalicəvi əhəmiyyətli suları (kükürdlü su) ilə də zəngindir. Ümumiyyətlə, ərazi bol sulu olması ilə fərqlənir. Belə ki, kənddə xırda və böyük bulaqlarla yanaşı 25-dən artıq, ətraf ərazilərdə isə 20-yə yaxın bulaq (şirin sulu ) vardır... http://en.wikipedia.org/w/index.php?title=Anzov&oldid=586889931 Lazim görünür qeyd edək ki yuxarıda sayılan bulaqların adları da mifik addır və Azərbaycan panteonununTürk miflərindən alınma adlardılar və hər biri Azərbaycan Türk mifologiasında olan miflərini özlərində əks etdirir. "Xosu Lingi" bulağın adı Az.Türk soy,nəsil artımı mifidir . Bu bulaq adı ,soy və nəsil artımı Tanrısının adını daşımaqdadır və iki türkcə sözün tərkibindən yaranmış addır. Adın ilkin hissəsi ,ərkəklik cinsəl organına ayid "Xosiyə" (= ərkəklik alətinə vəsl olmuş cüt beyzələr ya xayalar) ,ərkək toxumluğu və toxum yığılıb toplanan iki yumurta üzv və hissədir. Türkcə "Xosu" sözündən ,Türklər "Qoza"(pambıq kimi bitkilərin başında yumurta formunda olduğu kimi)və "Koza"//"Kuza"(su küzəsi kimi),"Qasıq"//"Qosıq"(insan organında göbəkdən aşağı, ərkəklik cinsəl alətinin və xayaların bitişən yerin üst hissəsi)və hətta xörək yemək üçün işlənən "Qaşıq" (onun ağıza girən hissəsinin yumurta şəklində dayazlığı səbəbdən ),sözlərini yaradıblar.Bununla Türklər hər bir nəsnənin inhina tapması , içəriyə ya eşiyə qövs tapması və yumurta formu tapmasına və girdəliyi olmasına "koz" sözünü və ya onunla tərkibləri işlədiblər. Beləliklə "Koz"//"Kaz" sözündən "kozbel" (=köşşək çıxartmış adam) ,"Kaz"(=dağ ,təpə,zirvə) ,"Gaz"(=buğ,buxar,uçub göyə gedən bir şey),"Goz" (= cəviz ya girdəkan) ,"kasa"(=içi girdə oyulmuş və boşatılmış qab,cam),"Qazan" (=böyük içi qövsli və gird oyulmuş qab ya qastruka),gözün üstündəki "Qaş" dediyimiz qövs yemiş tüklü üzv və bu kimi sözləri yaradıblar. Türkcə "Koz" sözündən ,ərəblər həmən "Qövs"(=kəmani forma,yay formu) sözünü əxz edib və işlədirlər.Adın ikinci hissəsi "Lingi" sözü haqqında çoxlu araşdırma və çalışıklardan sonar bu nəticəyə vardık ki "lingi" ,ərkəklik aləti və orqanının özüdür və eyni halda Türk mifologiasında soy və nəsil artırımın bəlgəsi sayılır."Lingi" sözü bəlli edəli, qədim Türk dili qamusunda uzunsov və lülələnmiş (truba formu) alətə və şeyə deyilirmiş və bir nəsnənin dil kimi uzunvarı olduğunu və uzunluğunu bəyan edən və bildirən termin olmuşdur. Bu türk sözünün "uzunluq" anlamını daşıdığı baxımdan,Avropalılar və latinlər,Türk dilindən alaraq onu"Long"(=uzun,draz)

Page 41: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

kimi və həmçinin"dil" anlamında olan"Language" və "Linguisit"kimi işlədib,kullanırlar. Lingi Türk mifik adı eyni halda Çin mifologiasına "Long" formasında girərkən,əjdaha anlamında işlənibdir."Qədim Türk Abidələrinin sözlüyü" adlı sözlükdə "Long"//"Lonq" sözünün qarşısında yazılıb: Əjdaha ,çin.59"Lingi" mifik sözü həmçinin Hindistan mifologiasında özünə "Linga" formunda geniş yer tutubdur. "Linga" ,Hindistan mifologiasında "Richard Kavendish"in yazdığına görə ,Hindilərin böyük Tanrısı sayılan "Şiva"nın bəlgəsi və simvolu sayılır. Bu mifolog və mitholog qeyd edir ki nəuz halda (nəhayət həddə qalxmış ərkəklik aləti (=orqanı,üzvü) və həmçinin üç şaxəli süngü ,"Şiva" Tanrısının bəlgələri sayılır.Şiva,Hindlılərin təqva,pisliklərdən özünü qoruyan və eyni halda ərkəklik aləti Tanrısı ,yəni "linga" sayılır.60 J.C.Cooper ,Thames və Hudson`un birgə yazdıqları simgələr və simvollar ensiklopediada "linga" haqqında belə yazılıbdır :" linga ,Hind mifologiasında ,Şiva Tanrının yaradıcı rolonun bəlgəsidir.61"Dünya Mifləri Ensiklopediası"nın yazdığına görə :"Hindistanda ərkək çinsəl alətini sitayiş etmək üçün bir-sıra məbədlər və tapınaqlar vardır ki "Falilism" deyilən firqə ya qrup ,o məbədlərə ya tapınaqlara ,özəlliklə də Nipal və Bənarəs məbədlərinə müraciət edirlər".Bu mənbə sonra artırır ki "Lingayat"lar (Lingiçilər,Xosu lingi bulağın adında olduğu "lingi" sözü ilə bir kökdəndir),hindistanın cənubunda və Bəmbei də bir qrup ya firqəyə deyilir ki "Şiva" Tanrının pərəstiş edənləridilər təxminən 3 miliyona yaxın nifusları olar. Onlar Şiva`nı bu pərəstiş və inancın Tanrısı və ərkəklik cinsəl alətini də onun bəlgəsi və simgəsi sayırlar.Hindlilər "Lingə"ni (=ərkəklik cinsəl alətinə oxşar konusvarı daşı)müqəddəs bilib və onu yerin döllənməsi, mayalanması və artım vericisi sanırlar.Özəlliklə də "Şaktı" firqə və qrupunda və Falisismlərin ayin və törənlərində bu növ pərəstiş və sitayiş çox zövq və həvəslə yerinə yetirilir.Cinsəl erkək və dişi alət və orqanlarının pərəstiş və sitayişi ,özəlliklə də ərkək cinsəl aləti ya Falisism,bir çox yurdlarda və ölkələrdə ,müxtəlif dövrlərdə ,ən qədim zamanlardan bəri ta 20-ci əsrə qədər var idi və Misirdə və Japoniada bu ayin və törən çox qabarıq şəkildə özünü qoruyub saxlamışdır .Japonianın "kumaki" adlı kəndində belə bir növ sitayiş və pərəstiş üçün özəl məbəd indi də bu ayin və sitayiş üçün vardır. 62 Deməli bu izahatdan belə bəlli olunur ki Anzov kəndinin bu bulağının adı Türk mifologiasındakı "nəsil və soy artımı"mifi ilə bağlıdır və adının anlamı ümumiyyətdə"nəsil və soy artımı Tanrısı" deməkdir.Anzov kəndin digər bulaqlarından biri,Limə poja bulağıdır. Bizcə Anzovun bu bulağının adı,qədim mezopotamiya mifologiasındakı leh və lim anlamında olan "Lahmu"/ "Lehmu" varlığıdır.Fransalı mitholog "F.Jiran" (F.Guirand)ın yazdığına əsasən, Mezopotamiya yaradılış himasə və epizoduna görə,yaranışın ilkin mərhələsində Əpsu(=şirin sular okiyanı) və Tiyamat (=şor sular okiyanı) birləşirlər və onların birləşməsindən sonra,iki böyük əjdahaya oxşar ilan,birisi dişilik daşıyan

Page 42: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

"Lehamu" və digəri isə ərkəklik daşıyan "Lehmu" peyda olunurlar.Bundan sonra bu iki əjdahanın evlənməsindən"ənşar"(=göy dünyası) və"kişar"(=yer üzü dünyası) doğulub yaranılır.63 Xanım Nancy.K. Sandars`ın yazdığına görə "Lehmu" və "Lehamu" dünya yaranışı prosesinin ilkin ərkək-dişi cüftü sayılır. 64 Görünür Anzov kəndin bu bulağı,öz adını,qədim Türk Şumerlərin(kəngərlərin) mifologiasında özünə özəl yer tutmuş və sonra da şumer mifologiasından başqa semit soylu xalqların mifologiasına daxil olub və özünə xass rolunu az-çox dəyişiliklərlə oynamaqda olubdur.Mifologiada yazılmış mezopotamiya mifi "Lehmu" ,əslində həmən Türk sözü və adı olan"leh-lim"(palçıqlı su) deməkdir və bu ad öz düzgün və köklü yeri olan Azərbaycan ərazisində və o sıradan Yardımlı rayonun Anzov kənd ərazisində,bir bulaq adında özünü qoruyub-saxlamaqdadır.Bizcə Anzov kəndindəki bu bulağın adı ilə latin Amerkadakı "Peru" ölkəsinin paytaxtının adı "Lima" şəhərinin adları eynidir və bir kökdəndir və hər ikisi də qədim protürk mifik ad sayılır. Peru ölkəsinin "Lima" şəhərinin adı "İnka"dan öncə və yaxud pro-inka Türk kökənli mədəniyyətinə ayid bir mifdir.İnka mədəniyyətindən öncə,Günəş pərəstlik inancı ,xalqın hakim inancı sayılırmış. Deməli bu bulağın adı (Limə poja), "Limə//Lehmu sərvəri", "Leh və lim iyesi" deməkdir.Anzovun digər bir bulağının adı "Yolçu bulağı"dır. Anzov əhalsinin əsas məşğuliyyəti üçün oturaq maldarlıq xarakterik olmuşdur. Əhalinin bir qismi oturaq(əkinçilik,sənətkarlıq),başqa bir qismi isə heyvandarlıq, əsasən də qoyunçuluqla məşğul olmuşdur. Havalar istiləşəndə, yazın gəlişi ilə kənd camaatının qərbindəki Çinarbulaq adlı ərazidəki çinar ağacı özünəməx –susluğu ilə seçlir. Belə çinar ağacına eyni bir düz xətt boyunca rayonun ətraf ərazilərində, o cümlədən Ökü kəndində, Urakəran, Zenqaran, Solqard ərazilərində rast gəlinir. Maraqlı burasıdır ki, bu çinarlar çoxalmır, başqa yerlərdə təsadüf olunmur... Hamısı da bol sulu bulaqların üstündədir. Çinarların ətrafında qədim yaşayış məskəni olmuşdur. Belə ki, Çinarbulağın ətraf ərazisi böyük bir qədim qəbristanlıqdır. Bu ağaca əhali arasında müqəddəs ağac kimi baxırlar. Onun qorunmasına xüsusi fikir verirlər. Son vaxtlar ətrafı qırıldığıdan bu çinar ağacı daha da əzəmətli görünür. Kölgəsində yerləşən, rişələrindən süzülüb çıxan su isə içməliliyi, şirinliyi və özünəməxsusluğu ilə seçilir. Göründüyü kimi bölgənin özünəməxsus flora və faunası vardır." 65 Azərbaycanın yardımlı rayonundan olan alim "Şahlar Məmmədov" (Göytürk) öz facebook səhifəsində ortaya qoyduğu Yardımlı rayonun toponimlərinin adı haqqında statusun əsasında, bu kəndin "Anzov"adı haqqında məlumat verərkən iddia edirlər ki bu kəndin ilkin adı "Zivirs" olub və deyirlər ki " Zivirs adını m n demir m, m nb l r deyir..H rfi m nası "Sulu yer" dem kdir..." ə ə ə ə ə ə ə əO k ndin adı haqqında deyir ki "Ad fonetik c h td n daşlaşıb, onu ə ə ə əsad l şdirm kd n söhb t ged bil r.." ə ə ə ə ə ə ə O sonra "Ansu" adını "Anzo" yerinə qoyulmasını məsləhət görüb qeyd edirlər ki " Ansu il Anzov arasında ciddi əf rq yoxdur... Başqaları da Anzov sözü haqqında el düşünür.. Onomastik ə ə

Page 43: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

vahidl r aydın olmalıdr, pis s sl n n adlar is d yişdirilib h min k ndi ə ə ə ə ə ə ə əxarakteriz ed n adla v z olunmalıdır, m nc ! ə ə ə ə ə ə Şahlar Məmmədov sonra bu kəndin adı haqqında daha bir məqama da toxunur və qeyd edirlər ki t dqiqatçılar bu k ndin adını " nzua" kimi izah edib, Ancaq k ndin adını ə ə Ə əAnsu qoysaq el q l tl r olmayacaq... ə ə ə ə Şahlar Məmmədov kəndin adının başqa variantları izahında qeyd edirlər ki " Anzo (v) k ndinin vv lki adı XIX ə ə ə

srd Zivirs olub..Bizim yerli t dqiqatçıların bundan x b ri ə ə ə ə əyoxdur..Monqol m nş li sözdür. "Sulu yer" dem kdir. Sonradan l ğv edib ə ə ə əAnzo(v) qoyublar.. Y ni , slind kalka üsulu il Ansu.. Lakin b zil ri bu ə ə ə ə ə əadı " nc ov" kimi izah edir.. nc Yardımlı şiv l rind "çox", "bol" Ə Ə ə ə ədem kdir, "ov" da talış dilind "su" dem kdir....Ansu is t miz türk ə ə ə ə əm nş li olub "An" türk dill rind "çök k", "yeraltı boşluq" dem kdir, ə ə ə ə ə əy ni,h rfii m nası "Yerin altından çıxan su" dem kdir...ə ə ə ə Şahlar Göytürk 66 Biz Anzo kənd adını Türk dili əsasında hərfi mənası ilə açıklamaqda belə düşünürük ki : " Anzo və Anzov , Zivirs adına görə ən qədimdir.Anzo və yaxud Anzov adı ,bu kəndin ilkin adıdır və eyni halda teofor və müqəddəs bir ad sayılır.Bu kəndin adını əyər "Anzov" hesab etsək , Anzov özü mürəkkəb addır və iki hissədən ibarətdir. Birinci hissə "An" göy Tanrısının adı və ikinci hissə "Zov"(zav,zab,sav, sab= sifariş,Allah tərəfindən gələn vəhy,tapşırıq,buyuruq, fərman) ibarətdir və külliyyətdə "Tanrı buyuruğu","vəhy və buyuruq alan yer" deməkdir. Əlbət də məcazi olaraq "Tanrı elçisi" ,"pegəmbər" anlamındadır. Demək ola bilər ki vaxtilə bu kəndin həndəvərində bir müqəddəs tapınaq, məbəd,kilisə və ya indiki adı ilə demiş olsaq "pir","ocaq"ya sehirli-sirrılı adlanan bir yer olmuş olsun və yaxud bir müqəddəs və əsrarəngiz bir dağ ya təpə də ,həmçinin orada olmuş olsun.Bu kəndin adından,cənubi Azərbaycanın "Urmiya" gölünün şimalında yerləşən "Güney" bölgəsində ,indi də bir kənd vardır və xalq "Ənzob"deyib,"Ənzab"yazırlar.Azərbaycan kənd adlarının özəlliklərindən birisi, onların qədim Türk mifləri və mitləri ilə sıxı şəkildə bağlılığıdır.Əyər bu kəndin adını "Anzo" nəzərdə alsaq ,deyə bilərik bu kəndin adı iki hissədən,"An"(=göy tanrısı An,Tanrı) və"zu"(=su, sular,dənizlər və okyanlar) qədim türk sözlərindən yaranıbdır və külliyyətdə hərfi mənası"Su Tanrısı","Su Allahı","Su xanı" deməkdir.Anzu eyni halda ehtimala görə Şumercə"İmduqud" adlı qorxunc quşun ,Akkadca yazılış adıdır. 67 Bizcə Yardımlının bu toponiminin adı bir güclü ehtimala görə əslində yer altı şirin sular və bulaqlar,quyular və göllər tanrısı "Abzu" ya "Abzo"dur. "Abzo" ad və sözündə ,"b"-"n" səslərinin qədim türklərdə və o sıradan Şumer (kəngər) türklərinin dilində bir-birinə çevirilməsi faktorunu nəzərə alaraq,"Anzo"ya çevirilibdir. "Abzo"(və onun başqa fonetik variantı olan "Anzo") xanım N.K.Sanders`in dediyinə görə Babil panteonunda "ilahə Tiyamat`ın eşi və əri ,Ənşar və Kişşaru`nun atası,bütün tanrıların şirin suların hökmranı sayılır.O şumer panteonundakı "An"(=göylər Tanrısı) ilə bərabər bir tanrıdır.68

Page 44: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

Azərbaycan xalqının toponimlərinin sırrını və onların etimologiyasını öyrənmək və açıklamak üçün,bizim tez-tez Azərbaycan və türk mifologiasına müraciət etməmiz çox təbii və normal bir məsələdir.Türkdilli xalqların və o sıradan Azərbaycan mifologiasında elə ongunlar,Tanrılar və mifik obrazlar vardır ki onların öyrənilməsi və açıklanması ,yalnız türk toponimlərinin mifologiasının üzə çıxarılması yox , bəlkə ümum halda Türk-Turan xalqlarının ümumi inkişaf səviyyəsini göstərgəsidir. Türk-Turan xalqların onqunları və Tanrılarının hər tərəfli araşdırılması ,Türk xalqların bəşəriyyət və mədəniyyət aləmindəki nailiyyətlərini və mənəvi ,mifologi ,fəlsəfi və bədii düşüncə aləmindəki inkişafını üzə çıxarmış olur. "Yer" və "su" ,türk xalqlarında və o sıradan Azərbaycan türk xalqının mənəviyyatında kutsal sayılmış və bunların hərəsinin də ayrıca Tanrısı olbdur. Türklərin baharda Novruz bayramı təntənəsindən sonra suya atlanmaq və bir-birinə su səpməkləri də elə həmən bu suya və su tanrısına və ya su ilahəsinə inamları ilə bağlıdır. Bu gerçəyi hətta qədim Yunan mənbələri də qeyd ediblər və deyirlər ki Türklər o zaman su`ya tapınarmışlar və ona qurbanlar kəsərmişlər. 69 Alban Tarixçisi Musa Kalankatlı Hun türklərinin inamları və əqidələrindən söz açarkən qeyd edir ki Hunlar su`ya tapınarmışlar. 70 Ərəb səyyahı İbn-i Fədlan da yazır ki türklərdə su tanrısı variymiş. 71 Əbdulqadir İnan`ın dediyinə görə Hun türklərin 24 boyunun başçıları ,ilin 5-ci ayında "Lung-çenq" şəhərinə toplaşıb ,göy tanrıya,yer,su ruhlarına qurban verərmişlər. 72 Ə.İnan eyni halda qeyd edir ki Qıpçaq qəbilə birləşməsi silsiləsinə daxil olan "Qımıq" türklərdən bəhs edərkən "Gərdizi" qeyd edir ki onlar suyun tanrısı olduğuna inanır və suya tapınırlar. 73 Dədə qorqut boylarının yazıya alındığı əsirdə də bu güclü inam varmış və suyun müqəddəsliyinin ,suya tapınmanın açıq-aşkara izlərinə bu dəstanlarda tuş gəlirik. Görünür zaman,mifik təfəkkürdən sonra yaranmış dünya görüşləri və dinlər,suya olan inamı Azərbaycan və türk əfsanələrindən təmamilə silib çıxara bilməmişdir və "Amudux piri" əfsanəsini buna şahid göstərmək olar. Başqırt türklərinin "ulu qatay","Saluvit","Barın-Tabın" və başqa oymaqları ,yağış yağdırmaq məqsədi ilə bir-birini suya basar,bir-birinə su atarmışlar. 74 Mir əli Seyidovun yazdığına görə Əskilərlə səsləşən və səfəvilər hakimiyyəti illərində keçirilən su səpmə və bir-birlərini palçıqla suvamağa ,sulamaq və itələmək və palçığa bulamaq ,mərasimi son vaxtlara qədər Azərbaycanın əksər bölgələrində və o sıradan Ermənistanda yaşayan Azərbaycanlılar arasında qalırdı. Bu törəndə xalqın bir-birini sulama,suya basma mərasiminə "su cəddim" deyərmişlər. "Su cəddim" "su" və "cəddim"(=Baba) sözlərindən yaranmış mürəkkəb sözdür."su cəddim"(Su Baba) mürəkkəb sözünün özündə də suya inamın izi var.Elə buna görə də mərasim "su-cəddim"// "su baba" adlanmışdır.Türk xalqlarında müqəddəslərə,məbudlara ara bir "Baba" da deyərmişlər.Bu suya inamla bağlı olaraq Azərbaycanın "Quba" bölgəsünün "Alpan" kəndində "su baba" adlı əski

Page 45: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

bir türbə bu günə kimi mövcuddur. 75 Altay türkləri arasında su Tanrısını "Yu iyesi " //"su iyesi" ,Yakutlarda isə "Qaran"//"Ğaran" adlandırmışlar. 76 Görünür ki "Su Tanrısı" ,Türk xalqlarının mifolojisində çox önəmli yer tutduğundan , onun adına Şaman dualarında tez-tez tuş gəlinir. Əbdulqadir İnan`ın dediyinə görə Qamın //Şamanın çağırışı ilə insanların yardımına gələn ilk tanrı məhz "Yayik xan" ya "Yayiq xan" adlı "Su Tanrısı"dır. 77 Qədim türk dini sayılan "Zərdüşt" dinində də öz əksini tapan "Od" və "Atəş"ə tapınma,Türk xalqların ən ilkin inanclarınını ,yəni od`a ,atəşə tapınmanı əks etdiridi və Zərdüşt dini zamanında da Türklər oda ,atəşə müraciət edərkən ,mütləq su Tanrısının adını çəkirmişlər: "Ey Atəş anamız,sən doqquz irmaqın qovuşduğu yerdə,doqquz bucaqlı pak evdə oturan və çayların,dənizlərin ilahəsi "su Tanrısı" ilə danışırsan". 78 Ə.İnanın bu gətirdiyi od və atəş duasından bəlli olunur ki "Su Tanrısı" ,"Atəş Ana" kimi müqəddəs məskəndə ,müqəddəs yerdə əyləşir (doqquz irmaq,doqquz bucaqlı ev və sairə) ,suya,su tanrısına tapınma türkdilli xalqlarda o qədər geniş yayılmışdır ki hətta uşağı olmayan qadınlar sudan uşaq da diləmişlər. Qırqız və qazax türk xalqlarında ,doğmayan qadının evladı olması üçün tək bitən ağaca ,bulağa, suya qurban kəsib ,orada gecələrmişlər. 79 Sudan və ağacdan uşaq diləməyin türk xalqları arasında ,çox əski mifologia kökləri vardır. Türk xalqlarnın suya inamı haqqında Mir əli Seyidov ,Murat Uraz, Əbdulqadir İnan, Biçurin , Fuad köprülü kimi alimlər müxtəlif araşdırmalar və tədqiqatlar aparıblar.Türkdilli xalqların bir çoxu suyu ilk başlanğıc hesab etmişlər və elə buna görədir ki onların mifologiasında deyilir ki Tanrı ilə bərabər kainatda,öncə yalnız"su"variymış."Əski türk xalqların inamına görə ,müqəddəslərin olduqları yer,bulaq ,çay başları və sular imiş. 80 Bu da suya,su tanrısına inamla sıxı bağlıdır. Türk xalqların nağıl və dastanlarında pərilərin tez-tez su kənarında görünməsi də bu inamla səsləşməlidir. Bir sıra türk xalqlarının pəri`yə adicə "su pərisi" (=dərya qızı) deməsi də fikrimizin doğruluğunu isbat edir. 81 Dədə Qorqut ölümdən yaxa qurtarmaq üçün ,sonda "su"ya və "çay"a pənah gətirir və çayın üzərində xalça sərir və orada qopuzunu çalır. Ancaq ölüm onu su və çayın üzərində də yaxalayır.Dədə Qorqutun ölümdən yaxa qurtarmaq üçün ,su və çay üzərində yaşamalı olmağı tədqiqatçıların diqqətini və marağını çəlb etmişdir. Bunun səbəbini Mirəli Seyidov belə açıklır ki ,vaxtilə türkdilli xalqlarda belə inam varmış ki ,su ,daha doğrusu "su tanrısı" ,insanı dərd-bəladən,hətta ölümdən belə qurtarır.Belə bir inam olmasaydı , onda Dədə Qorqut kimi müdrik və ağıllı ,ölümdən yaxa qurtarmaq üçün çay üzərində məskən salmaz idi. 82 Çox maraqlıdır ki türk xalqının inamına görə , 17 xan ya mə`bud ,uca dağların başında ,eləcə də ölkəni yaşıllaşdıran çayların başında olurmuşlar. Bu 17 xanın , mə`budun ,Tanrının başçısı ,ən qudrətlisi "Oqan xan" ya "Qğan xan" təpəsi "Bay ulgen"nin iqamətgahına çatan şam ağacının ortasında əyləşir. Onun iki oğlundan birinin

Page 46: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

adı "Su xan"dır. 83 Suxan həmən su tanrısı deməkdir. Biz əyər "Anzo" kənd adını şumer mifologiasındakı "imduqud" adlı həyula quşunun ,Akkadca yazılış forması olduğunu nəzərdə alsaq, onda belə bir nəticə də əldə olunur ki "Apsu"//"Abzo"(b--->n Anzo) yeraltı şirin suların Tanrısının , "Anzo"(=şumercə imduqud) adlanan qorxunc əjdaha-şer ,qum girdibadi və tufan quşu ilə ilgili və bağlantısı var. Bu tufan və girdbad quşunun başı şer başıdır və təni –peykəri əjdahadır. Əjdaha şərq dünyasında uğur və tanrısal gücün nişanəsidir halbu ki qərb və batıda yeraltı dünyanın tanrıları ilə ilgili olaraq , veran edici və şərr mənşəyidir. Deməli əjdaha eləyə bilər həm şərr quvvə ola və həm xeyir quvvəsi. Uzaq doğuda əjdaha doğa üstü bir güc və quvvə ,ağıl ,zəka,qudrət və həyat verici suların güc və quvvəsidir. Əjdaha eyni halda gizli quvvənin , ram olmayan təbiətin və suların həyat verici və həyat bağışlama bəlgəsidir.Əjdaha iki xarakterlidir ,həm yağış(=yağmur) tanrısıdır ,həmyağmur tanrısının duşmanı sayıla bilər ki yağış yağmanın qarşısını alır. Buludların əjdahası Çin mifologiasında ıldırım ,şimşək və yerin dərinliyində olan suların və bulaqları artımlı ,artım verici yağışıdır. Şumer və mezopotamiya mifologiasında əjdaha şərr və veran edici xarakter daşımaqdadır. 84 Şer(aslan) heyvanının başı Günəş və günəşin istiliyinin ,əsaləti oddan yaranmış,əzəmət, qudrət,qorxmazlıq,ədalət,qanun,hərbi qudrətin bəlgəsidir və yirtıcıların şahı sayılır ,eyni halda rəhimsizliyin,qəsavət,savaş və savaş tanrılarının bəlgəsi də sayılır. Şer eyni halda dişi xarakterli də ola bilər və böyük ana ilahənin yanında və onun kalıskasını çəkəndir və analıq qərizəsinin bəlgəsidir və əksər hallarda bakirə və qız savaş ilahələrinin yanında olur . 85 Anzo bir quş heybətində rəsm olunub və başı şer başı təni,peykəri çox böyük və bir dev kimidir və qanad çalmağı qum tufanı və girdibadın yaranmasına səbəb olur.Anzo`nun başqa rəsmlərində ,onun buxcu kimi dimdikinin olmasından xəbər verir və başı quş başına oxşayır.Assur incəsənətində o bir dev həyula formasındadır ki iki quş və şer elementlərindən yaranıbdır və bir əjdaha-şer (Lion-Dragon) sayılır. 86 Anzo//Anzu mezopotamiya mifologiasında tufan quşu və "An"//"Anu"nun evladı sayılır.Enlil (havaTanrısı) onu özünə can qoruyucu və öz odasının qoruyucusu kimi seçir.Bu tufan və fırtına quşu olan Anzu Enlil tanrının ixtiyarında olan təqdir və sərniveşt tabletlərini oğurlayıb və bir əl çatmaz dağa qaçır və bu iş ilə Enlil tanrının qudrətini özü ilə aparır.Anzu bu iş ilə qəsdi o idi ki bütün tanrılara hökmranlığı ələ gətirsin və onlara hökm və fərman sürsün.Enlil Anzu`nu öldürmək üçün,oğlu"Adad"dan istəyir ki öz silahı ıldırım və şimşək ilə , "Anzu"nu aradan aparsın ,amma adad bu işdən imtina edir. Sonra Tanrılar "Gerra"dan istəyirlər ki öz od silahı ilə Anzo`nu yandırsın. Gerra da bu işdən imtina edir.Sonra "Şara"dan (İştar`ın oğlu) istəyirlər ki Anzonu öz silahı ilə öldürsün. O da bu iıdən imtina edir və Tanrılar sakit qalırlar. Sonda "EA" ,"Belet ili"dən istəyir ki bir oğlan yaratsın ki Anzonu öldürə bilsin.Belet ili də güclü qol-

Page 47: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

biləkli və enlikürək və döşü enli "Ningirsu" ya "Ninorta"nı yaradır. Sonda ninurta ,Anzunu tapıb ona qələbə çalır və sərniveşt və təqdir tabletlərini ələ keçirib ,Enlilə verir. 87 Deməli bu məlumatlardan belə əldə olunur ki "Anzu" ,Tufan və fırtına quşudur və "Anzu" adında "zu" hissəsi , mənbələr əsasında ,Tufan və fırtına deməkdir.Demək bu hesabla "Anzo" kəndin adı haqqında "Abzu" variantı və "Anzu" variantı göz önündə durur və diqqətlə ,köklü araşdırarkən ,görünür ki hər ikisi də kök baxımından bir-birinə bağlı variantlardır və hər ikisinin kökündə ,sular və Tufan //fırtına elementlərinin kökündə əjdaha (Dragon) mifik elementi ortaq səviyyədə rol oynayır. Babil və Assur və ümumiyyətlə mezopotamia mifologiasında "Abzu"//"Apsu" şirin suların əjdaha və dev həyulası sayılır 88 Azərbaycanın əslən Yardımlı rayonundan olan tədqiqatçı "Şahlar Məmmədov" qeyd etmişdir ki "Anzo" kəndin ilkin adı "Zivirs" olmuşdur və bu ad moğolcadır və anlamı mənbələr əsasında "sulu yer" olmasını irəli sürür. Bizcə "Sulu yer" anlamını mənbələrin əsasında "Zivirs" sözünə düzgün nəzərə gəlmir və bu adın sonunda gələn "s" səsi və hərfi , anlamı dəyişdirir. Bu ad əyər "zivir" olmuş olsa ,onda bu "sulu yer" anlamı bu ada düzgün və uyğun gələ bilər ,çünki "Zivir" mürəkkəb sözdür və "ziv" (=yaş,sulu,nəmli) və "İr"(= yer,məhəl,məkan,mahal,bölgə) sözlərinin tərkibindən yaranıb və külliyyətdə "sulu yer" deməkdir. Amma söz konusu "Zivirs" olmuş olsa ,onda "sulu yer" anlamı bu ad`a uyğun gəlmir və "zivirs"i sulu yer demək düzgün görünmür. Bizcə əyər Şahlar Məmmədov`un dediyi ki güya bu kəndin ilkin adı "Zivirs" iymiş ,həqiqəti olmuş olsa ,qeyd etməliyik ki "Zivirs" adı ,elə yerində və düzgün olaraq bu kəndə seçilib qoyulubdur ,çünki Zivirs adı əslində ,elə həmən "Anzo"//"Anzu" deməkdir və zivirs`in də anlamı "Anzu","Tufan və fırtına quşu" ,"zu quşu" deməkdir. Zivirs adı qədim türkcə addır və iki türk kökənli qədim söz ,"Zi" və "virs" sözlərinin tərkibindən yaranıbdır. "Zi" həmən "Zu"yun başqa fonetik variantıdır və mifik anlamı "Tufan", "fırtına","girdibad","qum və toz dumanı","Dəniz burulğanı və girdabı" deməkdir. "virs" isə qədim türk dilində ,özəlliklə də qədim Türk yurdu olan "İran","Aria","hind" bölgələrində (Hind-Avropa dilli xalqların bu əraziyə gəlməsindən ən azı 10.000 il öncə)əslində düzgün forması "pırz"/"pırız"dır və öz yerində bu da mürəkkəb söz və addır və "Pır" və "ız" şəkilçidən yaranmış addır. "Pır" sözü qədim türkcəsində,uçuş səsindən alınaraq ,"qanad","qanad çalma", "uçmaq haləti" anlamındadır.Quş uçmağa qalxanda və uçuşa başlarkən ,sür`ətlə qanad çalıb,"pırr" səsi qalxır və eşidilir.Deməli ilkin türklər (protürklər) bu səsdən yana ,quşun uçan üzv və organına "pırr"//"pır" adı veriblər və hətta quşun özünə də ,bu "pır" sözün sonuna "ız" artıraraq ,"pırız" deyiblər və hətta "uçuş"un və "uçuş" əməlinə də "pıraz" deyiblər.Hind-Avropa dilli xalqlar bu əraziyə köçüb gəlib və Türk xalqların içində və qonşuluğunda və ya tabeçiliyində olarkən bu türk sözlər və terminləri əxz edərkən ,öz

Page 48: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

qamuslarına salıb,işlədib ,mənimsəmişdilər və digər tərəfdən də türklərin Avropaya köçləri vasitəsilə , Avropalılar da bu söz və terminləri türklərdən alaraq ,öz dillərində işlətməyə başlayıb və indi də işlətməkdədirlər. İlkin türk soylu tayfaların qanad çalma sözünə "pır" dedikləri sözü ,neçə minilliklərdən sonra qonşuluğunda və tabeçiliyində olan Hind-Avropa dilli "Fars" adlandırdığımız xalq ,onu türkdən alıb "Pər" formuna çıxardıb və "Qanad" anlamında işlədib və indi də işlədir. "Fars" adlandırdığımız xalq ,qədim İran türkünün "uçuş"a işlətdiyi "pırraz" // "pıraz" sözünü türkdən alaraq ,bir az fonetik dəyişiliklə ,Fars dili fonetikasına və leksikasına uyğun edərək "Pərvaz" şəklinə salıb və indi də işlədir və artıq bu qədim türk metirkasını daşıyan "pırraz" sözü ,"pərvaz" formunda ,bir fars termini kimi özünü göstərməkdədir. Avropa dilli və Avropa soylu xalq da öz nöbəsində , o da bu qədim türk qamusu və söz xəzinəsindən nəsibsiz və paysız qalmayıbdır və türkcə "pırız" (=uçan ,quş) sözünü ,"p" səsinin "b" səsi ilə ifa edərək və həmçinin ikinci "ı" qıssa saiti salaraq ,bu qədim türk sözünü onlar da "quş" anlamında işlədirlər.Biz bu "pırız"ın Avropalıların dilinə keçməsi prosesini belə göstərə bilərik : "Pırız" -----> pırıth -----> bırıth -----> bırth -----> bırt -----> bırd -----> "bird" . "Bird" ingiliz dilində "Quş" deməkdir. Deməli bu məlumat və informasiya əsasında Moğolca sanılan "Zivirs" sözü və ya adı ,qədim İran- protürkcə mifik sözdür və anlamı da "Zi//Zu quşu"dur və bu mifə başqa bir Türk xalqı da onu başqa mifik variantı əsasında ,"Anzo"//"Anzu" deyirmiş. "Anzu" və "Zuvirs"(zivirs) adları ,hər ikisidə eyni mifik anlamda və eyni xarakteri daşımaqdadır və hər ikisidə söz konusu olan Yardımlı rayonun "Anzo" ya "Zivirs" kənd adına eyni anlamı və mifi ,özündə əks etdirməkdədir və bu kəndin adlarının heç birisi başqa yad dillərdən və yad ellərdən deyildir və eyni buna oxşar ki,bu ölkəmizə bizim xalqın bir hissəsi "Aturpatkan" desin və bir hissəsi isə "Azərbaycan" desin. Hər halda ikisi də eyni türk sözüdür və anlamları da eynidir ,yalnız zahiri fonetik forma dəyişiliyi vardır. əsas budur ki xalq öz yaşadığı kənd və toponiminin rişə, mənşəyini,etimologiyasını(anlamını),və haradan kök aldığını və başqa detaylarını bilmiş olsun və bilsin ki kəndinin adı haradan və hansı dildən və xalqdan qaynaqlanır və nə kimi proseslər keçirdib ta indiki formasını əldə edibdir. "Zivirs" adının tərkibində olan "virs" və ya "pırz"(pırth) sözündən Fars xalqı , yarışda üstün gələn adama istifadə edirlər və o adama "piruz"(Firuz) deyirlər ki əslində qədim türkcəsi olan "pıruth" ya həmən "pıruz"deməkdir . çünki yarışda üstün gələn və qalib gələn adam ,başqalarına nisbət ucalıb yüksək pillədə yer alır və onlara görə göydə olur və bu göyə ,yüksəkliyə qalxan da bir quş kimi yüksəkliyə və göylərə qalxıb yer tutduğuna görə quş ilə müqaisə olunur və "pırth"(pırz) sözündən alınaraq "piruth"(piruz) deyilir və eyni halda göy və ucalıq və yüksəkliyin özü də elə həmən bu sözdən alınaraq "pırath" ya "praz" deyilibdir ki Farslar həmən bu kəlməni Türkdən əxz edərək onu "Fəraz"

Page 49: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

şəklində indiyə qədər öz dil və ədəbiyyatında işlədibdir. Avropalılar isə adamın ödülləndirməsində verilən ödülə və mükafata ,bu türk kökənli "pırth" ya "pırz" sözündən istifadə edərək ,"prayz" deyirlər. Qədim Türklər eyni halda çox gözəl və dəyərli və bahalı olan zi`nət üçün və bəzək üçün işlənən daşa da ,göy rəngində olmağına görə , "pırth"(pırz) sözündən alınaraq , "pıruza" dedilər ki indilikdə bu söz,az fonetik dəyişiliklə ,"Firuzə"yə çevirilibdir. Bu izahlar və açıklamalar bizə göstərir ki "sulu yer" anlamında və eyni halda Moğolca sandığımız "Zivirs" söz ya adı ,əslində qədim protürkcə sözdür və anlamı da "zu quşu" ,"tufan və fırtına quşu" deməkdir və "Anzu" sözü ilə bir anlam və qavramdadır bir-biri ilə heç bir fərqləri yoxdur və hər ikisi də Yardımlının "Anzo" kəndinin adı sayılır və bu adların qədimlik stajı çox keçmişlərə ayiddir və staj baxımından deyə bilərik ki bu "Anzu" adı mezopotamiyada və şumerlər zamanından(eradan əvvəl 4-cü minillikdən bəri) işlək və bəlli bir türk şumer mif adıdır. Bizcə mifologia baxımından "Zivirs" adının sonundakı "s" səsini "d"//"t" səsi nəzərdə alsaq, görünür ki "zivirs" əslində həmən "zivirth" dir və iki türk sözü "ziv"//"zuv" (=volkan ,əjdaha,Dragon,həyula,Dev ilan,ağzından od püsgürən əjdaha) və "ırth"//"Erth"(=yer) tərkibindən yaranıb və külliyyətdə anlamı "Yer əjdahası" ,"Yeraltından çıxan əjdaha" deməkdir. Anzu//Anzo//Anzov//Anzob isə "An" (=göy,hava tanrısı)və"Zuv"//"Zov"//"Zu"(=əjdaha,od püsgürən dev ilan,Dragon) sözlərinin tərkibindən yaranıb və anlamı külliyyətdə"Göy və hava əjdahası" , "Tufan və fırtına kuş-əjdahası"deməkdir.Deməli Yardımlının bu kəndinin hər iki adında "əjdaha" elementi iştirak edibdir.Bizcə çox ehtimalı var ki bu kəndin adı mürkkəb iki addan yaranmış ola,yəni adı"Anzov-Zivirs"və ya"Zivirs-Anzov" olmuş ola ki bu son zamanlarda və son əsirlərdə qıssalmış olsun deyə,xalq "Zivirs" hissəsini atmış olsun və "Anzov" hissəsini kullanmış olsun."Anzov-zivirs" ya "Zivirs-Anzov"adı,"yer əjdahası-göy əjdahası"deməkdir.Zivirs sözün "virs" hissəsi ,"z"-"d" səslərinin türk dillərində bir-birisinə çevirilməsi əsasında "vird" formasına düşür."Vird" sözü ,qədim türk dilində"danışmaq","ardıcıl söz demək" ,"bir quş kimi bir sözü ağızda daim təkrarlamaq və oxumaq" ,"zümzümə etmək" deməkdir. Biz bu sözü indiki zamanda "dua" ,"cadı-cəmbəl","sehr və ovsun" qismində işlədirik və "vird oxuma" deyirik. Buradan bir nəticə də əldə edirik ki "vird" demək olar ki həmən "quş dili"dir. "Birth" //"virth" sözündə iki ardıcıl samitdən birisinin düşmə qaydasına görə , "vır" və "vıt" formaları da əldə olunub ki hər iki formada olan sözləri biz ancaq danışıq mövzusunda və danışıq halətlərində işlədirik.Məsala deyilir:"vır-vır danışma " və ya "vıt-vıt danışmaq. "vıt"//"vit","bit" formasında,hər zaman kulldan və bütpvdən bir kiçik zərrəni bizim üçün ifa edir."vit"//"bit"danışığşn bir kiçik vahid elementi anlamını verərək , eyni halda ba.qa sahələrdə də ,həmən anlamda işlənməkdədir. "vit"//"bit" sözü kampyuter və bilgisayar cahazında ,"bayt" formasında ,hər

Page 50: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

hərfin müxtəlif kiçik hissələrinə ayid olunub və neçə bitdən(bayt`dan) bir hərf yaranıb ,təşkil tapır. "Bit" ərəb dilində "ev" və "xana"deməkdir ,çünki hər ev ,bir toponimin (kənd ya şəhərin) kiçik bir vahid hissəsi sayılır. Şeir aləmində də şeir`in bir hissəsinə "beyt" deyilir. Bu söz hətta biologiyada işlənir və "vitamin" sözünün tərkibində iştirak edibdir,çünki vitamin bir ünsür və ya mineral maddənin bir kiçik vahid hissəsi sayılır. Vitamin yəni Aminlərin (Amino ased ,Amino...) bir kiçik vahid hissəsi deməkdir. "Bit"//"vit"dən gül,ağac tingi dediyimiz "fidə" və "fidan" və "bitgi" sözləri yaranıbdır. Bit(ə) ----> vit(ə) -----> Fit(ə) -----> Fid(ə) -----> Fidan . Deməli "Fidan" bir gül ,ağac ya bitginin kiçik və körpə bir vahid hissəsi (həmən tingi) deməkdir. Qədim türk dilində olan "Biti"//"bitik" (= yazı ,yazılı bir tikə kağaz) sözü də həmən bu "Bit" sözündən törənibdir. Bunlar "bit" sözünün qədim protürklərin dilində , geniş əhatə dairəsinə malik olduğunu bizə göstərməkdədir. Qanad üzvü və organı heç zaman təl ola bilməz və daima cüt halda ola bilər ,çünki qanad tək ola bilməz və üçüşa yaramaz ,bunun üçün kökü və mənşəyi türkcə olan "pır"(=qanad) sözündən ,paralel anlamı daşıyan "para","par" sözləri (=bərabər, ölçü bir, həm istiqamət) yaranıbdır. Hətta "bərabər" sözüdə əslində həmən "parapar" (=eşit,eşitlik,ölçü bir) deməkdir. Pul anlamında işlənən "Para" sözü də həmən bu anlamları daşımakdadır ,çünki "para" aldığımız malın bərabəri olan dəyər və puldur."Pır" qədim protürklərin dilində "Qanad"dan başqa "uçan quş" anlamını da daşıyırdı. Buna görədə paralel ,bərabərlik və eşitlik anlamını daşıyan "Quşa" ya "Qoşa" sözünü də ,"paralel" və "bərabər","yanaşı","yan-yana" anlamında işlədiblər.Beləliklə biz lazimi qədər burada "Anzu" və "Zivirs" kənd adlarını açıklamış olmağını düşünürük . Yardımlı rayonun digər bir kəndinin adı və eyni halda Cəlil Abad rayonunun bir kəndinin adı da, "Astanlı"dır. Əslən Astanlı kəndindən olan Füzuli Astanbəyli bu kəndin haqqında belə məlumat verir :" Astanli kəndi bura ilk dəfə gələn Astan bəyin adı ilə bağlıdır. Üz-üzə dayanmış daglardan birinin ətəyində yerləşir.Ətrafı meşə massivləri ilə örtülüdür. Əhalisi əkincilik və maldarlıqla məşğuldur. Rayon mərkəzindən 25 km aralıdır. Bir tərəfdən İran ilə digər tərəfdən Cəlilabad rayonunun ərazisi ilə sərhəddir.İqlimi qışda sərt, yayda normal olur.Talış sira daglarına aid olan Burovar dağ silsiləsinin ətəyində yerləşir"Fuzuli Astanbeyli. Tarix fənni üzrə universet təhsilatını bitirmiş Astanlı kəndindən olan Ramil Mirzəzadə ,Astanlı kəndi haqqında onun öz facebook səhifəsində soruşduqda belə deyir :" Astanli kendinde yaşayan əhali sonradan meskunlaşanlardandir bele ki onlar teqriben 19-cu esrin evvellerinde gelmişler. kendin əsl tarixi" becrevan" adlanan yer adi ile bağlıdır. toponimkaya muraciet etdikde "bacrevan"la bagli yer adları vardır ki bu da bu menteqenin tarixini qedim dovre baglayır. İmanxan qebristanlığında aşkar olunan kup qebir medeniyyeti sahali korpusu deve cuxuru qarovul gediyi her biri qədim tarixdir. butun bunlara regmen deye bilerem ki qədim türklere mexsus bu kendin tarixini

Page 51: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

özünde yaşadan "İmanxan" qebristanlığındaki baş daşlarındaki işareler qədimden xeber verir. yardımlı yolunun ustunde yerlesen bazar yerine yaxin olan bu kend boyuk bir erazini ehate edir". O sonra digər bir vaxtda astanlı haqqında belə məlumat verir :" Astanli qedim turk mekanidir bele ki burda 14 15 esre aid imanxan qebristanligi kendin qedim tarixe malik olmasinin subutudur kend ona yaxin olan tuk kokenli kendlerin telavar gugavar bercan zevin kimi cografi mekanlarin astanasini teskil edir belke ele kendin adi astana giris sozunden goturulmusdur. ipek yolu üzerinde yerleşib bele ki Ərdebile geden yolun üstündeki dəvə çuxuru buna tutarli subutdur.......isteseniz daha genis melumat vere bilerem. Astanli haqqinda qarovul gediyi 20 ci esrin evvellerinde ssriye qarsi baslayan mubarizede esas istinad noqtesi olub gedikden bir terefi celilabad bir terefi de yardimli rayonunun mueyyen erazisi aydin gorunur bu da qacaqlarin tehlukeni gormek sansini artirmisdir". Ramil MirzezadeMəhəmməd Mahmudov adlı digər bir Azərbaycanlı öz facebook səhifəsində Astanlı kəndinin digər bir rayonlarda adaşı və tayı olduğunu bizə açıklayıb dedi ki :" Qazax rayonunda da Astanbəyli kəndi var,Məlumat üçün bildirmək istədim".Mahammad Mahmudov Azərbaycanın Akademik ünlü toponimşunas alimi "Budaq Budaqov" və N.G.Məmmədov, AZƏRBAYCANIN LƏNKƏRAN REGİONU TOPONİMLƏRİNİN İZAHLI LÜĞƏTİ adlı əsərində "Astanlı" toponiminin

etimolojiası haqqında belə yazırlar : " AŞAĞI ASTANLI KƏNDI. Yardımlı r. Oykonimin tərkibindəki Astan şəxs adı, «lı» isə etnik mənsubiyyət bildirən Şəkilçidir. Aşağı komponenti isə kəndin coğrafi mövqeyini əks etdirir.89 Görünür ki Bu iki ünlü alimin nəzərinə görə "Astanlı" toponimi "Astan" adlı şəxs ilə bağlıdır və bundan da artıq izah vermirlər ki "Astan"ın şəxs adını olduğunu haradan ələ gətiriblər.B.Budaqov bu toponimin adını yalnız bir şəxs adı olduğuna hökm verib kifayətləniblər və bu əzəmətlikdə və möhtəşəm mifik adı,sadəcə bir şəxs adı olduğunu qeyd ediblər.Görünür Budaqov və Məmmədov kimi akademik alimlər ,Azərbaycan ərazisində olan toponim adlarına çox səthi və sadəcə üzdən baxıblar və onları dərindən etimolojisini mənimsəməyiblər və düzgün araşdırma və tədqiqdən vaz geçiblər.Çox təəsüflər olsun ki bizim alimlər toponim araşdırmada ,başardıqca çalışmalarına rəğmən,düzgün və həqiqi ,köklü-dibli bu konu ilə ilgilənməyiblər və üzdən geçmə ,xala-xatırın qalmasın ,bu işdə çalışıblar və əsərlər yaradıb-yazıb və Azərbaycan toponim şunaslıq elmi sahəsinə sunublar , amma əsasi və köklü olmayıb və təməlsiz olub və çox sadə

Page 52: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

və aşağı səviyyədə tədqiqat aparılıbdır və bununla da bu sahədə yazılmış əsərlər də çox səthi və aşağı səviyyədə və qeyr-i elmi və əsassız olubdur.Bu Astanlı kəndin adının etimologiasını müxtəlif yönlərdən açıklamağına girişmək olar və biz burada o yönləri izahlandırmaq istəyirk. Bu toponimin ilk hissəsi ,"Ast" tərkibindən ibarətdir."Ast" bir çox Türk və o sıradan Azərbaycan toponimlərinin ad tərkibində iştirak edibdir. Misal üçün "Astara" ,"Astaraxan" ,"Astar abad"(Xəzərin cənub-şərqində yerləşən indiki "Qorqan" şəhərinin əski adı) ,Astamal,Astur(Güney Azərbaycanın Miyana şəhərinin ətrafında kənd adı) və sairəni ad aparmaq olar. "Ast" qədim türkcə sözdür və anlamı "aşağı" ,"alt" , "aşağı tərəf" ,"cənub","güney səmti" deməkdir. Alt anlamını daşıyan "Astar"(iç üz,alt üz) sözüdə ,həmən "Ast" sözü ilə bir kökdəndir. Biz bu Astar sözünü indilikdə paltar və geyim qismində işlədirik.

Astanlı kəndindən bir görüntü /Şəkili göndərən Fuzuli Astanbeyli Astanlı toponim adının ikinci hissəsi "An" , tanrı,göy tanrı ,və "lı" isə mənsubiyyət şəkilçisidir. Belə məlum olunur ki bu kənd adında ,"Ast.An " yəni

Page 53: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

"Altdakı allah" ,"yeraltı tanrı" ,"alt dünyanın tanrısı" deməkdir.Bizcə qapı astanası dediyimiz keçid yeri ,elə həmən "Astan" (=yeraltı dünyanın tanrısı) mifik sözündən alınmadır. "Astana" sözü haqqında ünlü mifolog "J.C.Kooper" yazır:"Astana mifologia baxımından,küfrdən qudusluğa (müqəddəsliyə),küfürlü dış atmosferindən müqəddəs,pak iç atmosferinə , yeni bir aləmə və dünyayə keçiddir və mərz,sərhəd bəlgəsi sayılır.Astana doğa və doğa üstü`nun bir-birini qət eliyən xətti sayılır.Astana ayin və sünnət baxımından"zincir və qandalları qırma"törənlərində , yer və məkanı yenidən düzəldib,inşa edir,necə ki yeni il törənlərində,zaman yenidən təkrarlanır.Suya batma və suda cumub qalma ,bir qaranlıq cəngəlliyə keçid və tıfardakı qapıdan içəri girib daxil olma ,tanınmamış təhlikələrə girişin və giriş astanasının bəlgələri sayılır. Bəkarət Tanrıçaları və eyni halda "Lar"lar ,Astananın Tanrıçaları sayılır. Astana`nın qoruyucuları onlardılar ki müqəddəs və kutsal hövzəyə (zonaya) girmədən öncə ,gərəkdir onlara qalib gəlmiş olasın və bu qoruyucular ibarətdir əjdahalar,ilanlar,dev-həyulalar,itlər,aslanlar və sairə." 90 Astanlı kənd adının birinci hissəsi "Ast"// "Aset" ,Misir mifologiasında çox əski və əsli miflərdən birisi sayılır. Bu ilahə ,İzis`dən öncə ,bir Ana ilahəsi kimi pərəstiş olunurdu.Əslində "Aset"neçə yüz il idi ki pərəstiş olunurdu,ki Rumilər (Romalılar) İzis`i Misirə gətirib və Misir panteonuna daxil etdilər. Bundan belə "Asıt" ilahəsinin pərəstişi Misirdə unudulmağa doğru gedir və Misir xalqı ,yeni ilahəni(izisi) ,Ana ilahəsi kimi pərəstiş etməyə başladılar və "Asıt" ilahəsinin adı yalnız məbəd tıfarlarının yazılı hirogliflərində yadigar qalıbdır. 91 Afriqanın mifologiasında olan "Astar" tanrısının adında da "Ast" sözü iştirak edibdir. Afrika mifologiasında Etiopia ölkəsində "Astar" Göy Tanrının adıdır və bu ölkədə üçlük Tanrıların birisi sayılır". 92 "Ast" və "Astar" sözü Azərbaycan , kiçik Asya və ön Asya bölgəsinə gəlmiş qədim Fin-uyğur soylu "Finiki" türklərinin də mifologiasında ,artım,bərəkət,gözəllik,cinsəl aşk və sevgi ilahəsi "Astarte" adında da iştirak edibdir. "Finikilərin bu ilahəsi Babillərin "İştar" ilahəsi ilə bərabər sayılırmış və bu ilahə sonralar başqa ilahələr ilə birləşərək "Ay Tanrısı" sayılırdı." 93 "Ast" sözü eyni halda Türk soylu Hurrilərin də mifologiasında savaş Tanrısı vəzifəsində olan "Astabis" ,özünə özəl yer tutmuşdur. Türk soylu Hurrilərin savaş Tanrısı "Astabis"i ,Akkadların "Ninorta" Tanrısı ilə bir və bərabər tutulub və Hittitcə adı "Zamama"dır. 94 Astanlı kənd adını qədim Misir mifləri arasında "Astennu" formasında görmək olar.Astennu qədim Misir mifologiasında bir quyruğu qıssa maymundur ki "Thoth"(Tus) Tanrısı ilə birgə

Page 54: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

və ortaq imiş. Astennu ,oddan olmuş bir gölün ətrafında qərar tutmuş dörd meymundan birisi sayılırmış. Astennu meymunun adı ölülər kitabının 17-ci övsununda zikr və zahir olunubdur. 95 Misirlərin ən qədim Tanrılarından olan "Asten" demək olar ki onların "Thoth" (Tos//Tus) Allahının bəlgəsi kimi sayılırmış. Gahdan "Thoth" Tanrı ,başı it başı olan meymun formasında rəsm olunub ki əski Tanrı "Asten"ə oxşayırmış. Astanlı kənd adının izlərini Avropada ,Britaniya adasında həmçinin görmək olar.Bizcə çox ehtimala görə ,indiki Astanlıların ulu əcdadı ,eradan neçə minillər öncə , "Gölütlər" (Gilit//kilit//kelt//Selt)lər ilə birlikdə və ya onların tərkibində ,Avropaya və Britania adasına köç etmişlər. Astanlılar indiki Britaniada yerləşdikdən sonra ,"Stanti" (Setanti) adı ilə qəbilə adları adlanıb və tanınıbdır. Hətta Britanianın Selt//Kelt türklərin "Kohalen" mifik qəhrəmanı`nın adı "John X.W.P. Corcoran"a görə "Stanta"(Setanta) imiş ki ehtimala görə bu "Stanti" qəbilənin qəhrəmanı sayılırmış. Bu Türk seltlərin qəhrəmanın uşaqlığı elə bir formada təsvirə çəkilib ki bütün insani-əxlaqi nimunə sifətlərin iyesi imiş və bir Selt//Kelt Türk zadəganlarının balalarına yaraşan şəraitdə boya-başa çatmışdır .96 Astanlı -----> Stanlı -----> Stanti (qəbilə adı).............. Astan.ta ----> Stan.ta (şəxs adı). Lazim görünür qeyd edək ki "Astanta"//"Stanta" şəxs adında , Astan yəni "Günəşin qızarması","qızarmış od" və "ta" isə "tağ" ya "dağ" deməkdir və külliyyətdə bu adın anlamı :" Qızarmış od püsgürən dağ" ya "volkan dağı" deməkdir. Astanlı kənd adının tərkibindəki "As",qədim türk dilində işlənən "od" və "Günəş" anlamında işlənən sözdür ki "us/is/es/ot/ud" onun müxtəlif fonetik variantları sayılır. "Tan" isə "Günəşin və odun qızarması" deməkdir və həmən "Dan yeri"(səhər tezdən günəş çırtdamadan qırmızı rəngdə olan yer) ilə birdir. "Astanlı" kənd adındaki "Astan" ,əslində "günəş və od qızarma yeri" deməkdir və od yanan yer deməkdir. Astan sözü məcazi olaraq Türk mifologiasında "cəhənnəm" ,"yeraltı dünya" deməkdir. Qədim Türklər "dan" //"Tan" sözünun belə anlamları daşıdığı üçün , "Tan" sözündən "Təndir" , "Tamu" sözlərini yaradıblar. Çörək pişirmək üçün Təndir , od yanma yeridir və onun içində od yanmalıdır. Təndir sözü əslində "Tan tanrısı" deməkdir . "Tan.Tar" ----->"Tan.Tır" -----> "Tən.Tir" -----> "Tən.dir" "Tamu"(Tanu//Damu) ,cəhənnəm anlamında olan söz də elə həmən "Tan"ın başqa variantları olan "Tün" və "Tin"(tüstülü-dumanlı od)sözlərindən alınma və yaranma sözdür. Mezopotamia mifologiasında "Domuzi"//"Damuzi"// Tomuzi" //"Tamuzi" tanrının adı da ,həmən bu "Tan"//"Dan" sözündən alınıma

Page 55: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

ad və sözdür. Əski Türk sözü olan TAMU , türk sözü TÜNOY (TİNOY) ya TÜNOYİ (TİNOYİ)–nin zaman sürəsində dəyişilmiş formasıdır. TÜNOY sözü , qədim türk sözü olan TÜN /TİN(= gecə,qaranlıq , zülmət , qara toz-dumanlıq , qara tüstü) və OY(ev , yurd , məkan , yer, məskən) sözlərinin tərkibindən yaranmış mürəkkəb türk sözüdür və külliyyətdə anlamı olur : Qaranlıqlar yurdu ,Qara Toz-Dumanlı və odlu yer,yeraltı dünya .Bu anlam,türklərin inamları və dünya görüşlərilə uyğun bir inanc`iymiş və sonralar hər türk dilli xalqın fonetik və səs dəyişmə özəlliklərinin əsasında türlü formalarda səslənməyə başlayıb. Bu söz sonralar türk dilli kəngərlərin mifik aləmində özünə özəl yer tutub və kəngərlər panteonunda ən sevimli tanrılardan birişi olub. Bu söz kəngər mifologiyasında teofor ada çevirilib və " DAMUZİ" // TAMUZİ // DOMUZİ // DOMUZ adı formasında özünü zahir edir. Вu həmən kəngər (şumer) ilahəsi İnanna və Babil ilahəsi İştarın sevgilisi və eşi olan "çobanlar tanrısı", "əkinçilər hamisi" Domuzi tanrısıdır.İnanna yeraltı dünyayə səfər edib görüşündən sonra yerində birisini qoymadan qayıda bilməzdi,buna görə yeraltı tanrıları (devlər),onun əri və sevgilisi olan Domuzi`ni ona canişin seçərək yeraltı dünyayə gətirdilər. Beləliklə Domuzi ölür və yeraltı dünyanın (ölüm)Tanrısı seçilir və o göndən bəri onun İnana ya İştarın eşqi və sevgisi yolunda ölməsi və o dünyayə getməsini anmaq üçün şumerlər(kəngərlər) yeni il bayramı açılış törənini Domuzi və İnana (İştər) evlənməsilə (kutsal evlənmə) başlardılar belə ki güya ilin 6 ayını Domuzi ölür (qış fəslinin təmsilcisi)və yeraltı dünyada keçiri və 6 ayını dirilib(yay-yaz fəsli) yer üzündə keçirir.Bu tanrını anması üçün ilin bir ayının adını ona həsr etdilər.Bu rivayətdən belə çıxır ki Domuzi türk (kəngər )tanrısının adı həmən türkcə TÜNOY sözünün başqa forması və biçimidir və bu türk sözünün anlamı`yla tam bağlı və uyğundur. Biz burada TÜNOY sözünün DOMUZİ tanrının adına zamanla çevirilmə prosesini AZ.türk dilçilik elmi əsasları və özəllikləri əsasında belə göstərə bilərik : Tün.oy-----> Tum.oy -----> Tomuy --(y---> z) Tomuz -----> Domuz . //////////TÜNOY sözünün TAMU-ya çevirilmə prosesini də belə göstərmək olar : Tünoy ----> Tanoy ---->(n-->m) Tamuy ----->(yumuşq "y" səsinin düşməsilə) "Tamu" (= qranlıq ev , qara toz-dumanlı yer)//////// Türkcə olan TÜN sözü TAN // DAN və TİN sözlərinin başqa variyantları sayılır. Dan sökülmə yəni Günəşin işığı qaranlıq və zülmət pərdəsini söküb dağıltması və Günəşin çırtdaması deməkdir. TÜN sözü qədim hamamların od tonqalı yandırılan yerin adında da işlənir: Tün anbar (hamam cəhənnəmi ya od anbarı) ki hamamın bu hissəsi suyu qızdırırdı. Bir ölən adamı pisləyərkən deyilir : Tün

Page 56: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

bə tün düşsün yəni yeraltı dünyanın (7 zülmət və qaranlıqlı qatdan ibarətdir) bir qatından o birisi qatına düşsün və ən son qatına düşüb tullansın. UÇMAQ ya Behişt sözünə gələndə qeyd etmək lazimdir ki bu sözün əsl variyantı və deyimi qədim türk dilində ÇİNOY ya ÇİNOD dur və anlamı "HƏQİQİ EV" , " Həqiqi və düzgün saray" , "Axırət evi və sarayı" deməkdir və o da TÜNOY-ın (yeraltı dünya) əksinə olaraq göylərdə və onun 7 qatlarında yerləşir və biri öləndən sonra (yaxşı adam olsa) ora gedir və ora getməyə də mələklər onu qanadlarında aparmalıdılar yəni bu adam mələyin uçuşu`yla göyün 7 qatına o həqiqi saraya və axirət ev ya saraya gedir ona görə burada qanadla uçuş prosesi var və bir növ uçmaqdır göydəki saraya və behiştə. Demək hər ölü behişt sarayına və evinə getməli olsaydı ,o mütləq qanata minib qanadla getməli`ydi və buna görədə şumer (kəngərlər) mifologiyasında bu inam əsasında "Ganad" söz və termini behişt və göydəki həqiqi və axirət sarayına getmə məsələsində özünə yer açıb və Behişt , göydəki mənzil və saray anlamında işlənməyə başlayır və indiki ərəblərin əcdadları da (semit soylu xalqlar ) türkcə GANAD sözünü götürüb ərəb dili qalibinə salıb və ərəb dili fonetikasına uyğunlaşdıraraq onu CƏNAT/CƏNNƏT formasında işlətməyə başlayır. Bu proses də belə bir şəraitdə olunur : Ganad -----> Ganat ------> (ərəb dilində "g" olmadığına görə) canat -----> cənət -----> cənnət . //////////// ÇİNOD türk sözü (çin = həqiqi , düzgün , vaqei , daimi və həmişəlik olaraq + OY//OD = ev, yurd, mənzin, saray, küşk === axirət evi , həqiqi və düzgün saray ) zərdüşt dinində də (farslar bu türk sözünü eybəcər hala salaraq ) ÇİNVƏD / ÇİNVƏT formunda və məhşərə , hesab-kitaba aparılan yolun körpusu anlamındadır və dəfələrlə bu körpudən ad aparılıb. Demək belə əldə olunur ki GANAD və UÇMAQ türk sözləri hər ikisidə bir anlamda türk mifologiyasının terminləri kimi işlənməkdədir və farslar birini (çinod`u) və ərəblər də o birisini (qanadı) götürüb işlədirlər. "Tan" və ya "Dan"a gəlincə ,qeyd etməliyik ki "Dan" ,Britania adasının "İrlandia" mifologiasında "Donn" formunda "ölüm tanrısı" ,"ölüm sərvəri və ağası" sayılır. 97 "Dan"ın mifologiada "ölüm" anlamı daşıması da ondan irəli gəlir ki səhər tezdən Günəşin işığı və şuası ilə "Dan yerinin sökülməsi " yəni qaranlığın ölümü və aradan getməsi deməkdir. Dan yerində günəşin çırtlaması ilə ,qaranlıq ölür və məhv olur.Deməli belə məlum olunur ki Türk mifologiası baxımından ,"Dan" //"Tan" əslində ilkin anlamı "ölüm Tanrısı" deməkdir və yuxarıda saydıqlarımız anlamlar ,"Dan"ın 2-ci ,3-cü dərəcəli anlamları sayılır."Dan" tanrısı ,"Donn" formasında ,bir sıra türk etnonimlr və

Page 57: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

etnitoponimlərin ad tərkibində iştirak edibdir. Misal üçün "Qaradonlar" (=Böyük ölüm Tanrısı, Qara və ulu ölüm Tanrısı) , "Danqaralı" (Qara ölüm Tanrısı) Güney Azərbaycanda Urmiyənin ətraf kəndlərindən birisinin adı . Qeyd etməliyik ki "Qaradonlar" türklər ilə ilgili Azərbaycanda "Qaradonlu" adı altında kəndlərimiz vardı və eyni halda Türkmənlərdə və Özbəklərdə "karaton" adlı tayfalarımız var. Bu etnos ilə ilgili indiki Ermənistan Kordçayk mahalında "Karatonis" adlı kəndimiz var. Astanlı kənd adındakı"Astan"//"Astana",Azərbaycan Türk mifologiası baxımından ,ölülər dünyası ilə dirilər dünyasının mərzi və sərhəddi sayılır.Bu mifik təfəkkür və düşüncə bizcə,Azərbaycanın "Gilar"ları vastəsilə(Yardımlının indiki Gilar kənd əhalisinin ulu əcdadı vasitəsilə) Avropanın mərkəzinə (özəlliklə indiki Fransa`ya) və şimalına (Britania adasına) aparılıbdır.Biz bu məlumatdan "Astanlı"kəndi ilə"gilar"kəndi arasında bir bağlayıcı və gizli bir ilgi və bağlantının (mifik və şayəd də tayfa)olmasını da hiss edib sezirik."Dr.Ray Dunning`ə görə Selt //Kelt mifologiası əsasında ,Sehirli ağaşlıqlar (=meşəliklər,cəngəlliklər), bulaqlar və göləklər(=kiçik su gölləri, gölməçələr) bu iki dünyanın sərhəddi və astanası sayılır. 98 Astanlı kənd adındakı "Astan" mifik adı ,Rum(Roma) mifologiasında "Actaeon" (indiki oxunuşu Aktayon) Tanrı adı kimi özünü göstərməkdədir. Yunan miflərinin mifik nağıllarını bir yerə toplayıb latin dilində yazıya alan müəllif "Ovid"(e.ö 43-cü il) ,"The Metamorphoses" adlı əsərində , ikiyüz qıssa və əlli uzun nağılı şərh edərkən , "Actaeon"(Aktayon) adlı Tanrının kin və intiqamından da söz açır.Ovid`in nağılı əsasında ,Aktayon "Diana"nı lüt və çılpaq görən kimi,bir ceyrana çönür və Aktayonun ov itləri onu pardaxlayıb ,öldürürlər. 99 Bir adı bəlli olmayan Fransalı şair 1300 -cü ildə "Ovid"in əsərindəki nağılları , İsa Məsih tə`limatını daşıyan əfsanələri toplum halına salıb ,şərh edir. Bu əsərdə "Diana" müqəddəs üçlükdə və Aktayon ,İsa Məsih və "Phaethon"(Faytun) ki Günəşin arabasını(kalıskasını) oğurlayır,"Lusifer"in (ki özü ilə nur daşımaqdadır) yerinə,və "Demeter" kilisa ananın yerinə qoyulubdur. Bu məlumatlardan belə əldə olunur ki Azərbaycanın "Astan" adlı mifi , türklər vasitəsilə Roma`ya da gedib çıxıb və roma panteonunda ("s"səsini "c"ilə qeydə alaraq və eyni halda "c" hərfini "k" səsi ilə tələffüz edərək) "Aktayon" adı altında özünə yer tutubdur. "s" səsini latin dilində "c" hərfi ilə qeydə almaq və onu sonra"k"səsi ilə ifa etmək,latin dilində və grafikasında səciyyəvi haldır. Beləliklə deyə bilərik ki Azərbaycanın "Astan" adlı mifi ,Avropaya və latinlər içrə gedib yerləşərkən , latin grafikası ilə "Actan"

Page 58: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

formunda qeydə alınıb və "c" hərfi bu dildə "k" səsini əldə edərkən,"Aktan" kimi səslənibdir və latin dilinin saitlər qanununa uyğunlaşaraq ,"Aktaon" ya "Aktaeon" //"Aktayon" kimi səslənibdir. Yardımlı və Cəlil Abad rayonlarındakı "Astanlı" adlı toponimlərin "Astan" mifinin,Avropa və latinlərdə "Actaeon"(=Aktayon) formasına çıxma prosesini belə göstərmək olar : Astan-----> "s">"c" Actan-----> (sait dəyişiliyi üz verərək) "Actaeon"----->latin dilində"s" səsli"c","k"səsini əldə edərkən "c">"k" Aktaeon----->oxunuşu:Aktayon.

Yazar : Fərhad Cavadi Abdulla oğlu / Güney Azərbaycan Urmiya /10- Sentyabr 2014 QAYNAQLAR : 1 – Dr.Ray Dunning , The Times World Mytholojy,General Editor:William G.Doty, London:Times Book,2002,Tr.By Abolghasem Esmailpour,Tehran 2013 , p.227

2 - Richard Cavendish, – Mitholojy An İllustrated Enscyclopedia of The Principal Myths And Religions of The World ,Tr.By R.Behzadi,Elm Nəşriyyatı,Tehran 2007, səh.301

3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap, Sure Mehr Nəşriyyatı , Tehran 2008 , səh.977

4 – Michael Grant & John Hazel , Who,s Who in Classical Mythology , Tr.By. Rza Rzai , Nəşr-i Mahi , Tehran 2002 , səh.143/113 5 - Richard Cavendish, Həmən qaynaq ,səh.160

6 - Michael Grant & John Hazel, Həmən qaynaq, səh. 164

7 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.877

8 - B.Ə.Budaqov, N.G.Məmmədov. Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti. Bakı 2007,səh.6 9 - B.Ə.Budaqov, N.G.Məmmədov,Həmən qaynaq,səh.15 10 - Gholamreza Ma`sumi , Həmən yerdə11 – P.Damerow & R.K.Englund ,(1985) , Die Zahlzeichensysteme der Archaischen Text aus Uruk,Berlin

12 – Walter Hinz , (1971b),Persia ,c.2400-1800 BC ,CAH 1/2 , 644-80

Page 59: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

13 – Daniel T.Potts , The Archaeology of Elam : Formation and Transformation of an Ancient İranian State ,1999 , Tr.By. Zahra Basti , Tehran ,səh.14-15

14 - Daniel T.Potts ,Həmən mənbə,səh.83

15 – M.Voigt & R.H.Dayson , The Chronology of Iran,ca . 8000-2000 BC , in Ehrich,R.W.,ed.,(1992) /Chronologies in Old World Archaeology J, Chicago/London : University of Chicago 122-78

16 – H.Weiss (1977), Periodization,population and early state formation in Khuzistan , in Levine, L.D. and Young,T.C.,Jr.,eds.,

17 – Daniel T.Potts ,Həmən mənbə,səh.136 18 - Daniel T.Potts ,Həmən mənbə,səh.136 19 - Fərhad Cavadi Abdulla oğlu , Türkcə İnsan Adları -4-cü kitab , səh.358 20 - A.Bernshtam (1962),On the origin of the kirrgiz people,in Michael, R.N.,ed.,studies in Siberian Ethnogenesis, Torento:Arctic Institute of North America Anthopology of the North, Tr.from Russian Sources/No.2,119-28

21 – M.W.Stolper (1989),Awan,Enlr3,113-114

22 – İ.J.Gelb & B.Kienast ,Die altakkadischen Königsinschriften des dritten Jahrtausends v. Chr., Stuttgart : Freiburger altorientalische Studien 6, 1990 / Daniel T.Potts ,Həmən mənbə,səh.142

23 – Loren Auerbach , The Times World Mytholojy,General Editor:William G.Doty, London:Times Book,2002,Tr.By Abolghasem Esmailpour,Tehran 2013 , p.129 24 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.406

25 - Mir Əli Seyidov ,Azərbaycan xalqının soy kökünü düşünərkən – Tərcümə:R.Şavanlı , Əxtər nəşri ,Təbriz 2006 ,səh 595 26 - B.Ə.Budaqov, N.G.Məmmədov,səh.15 27- F.Guirand – the Myths of Assyria and Babylonia – New Larousse Encyclopedia of World Mythology- Tr.By: A.Esmailpur- Ferkre Ruz publication- Tehran 1995 , p.65

28 –Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.106 29 - L. Delaport , the Myths of Assyria and Babylonia – New Larousse Encyclopedia of World Mythology,p.183

30 - L.Delaport , Həmən qaynaq , həmən yerdə

Page 60: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

31 - L.Delaport , Həmən qaynaq ,səh.172-173

32 - L.Delaport , Həmən qaynaq ,səh.177

33 - Rüqəyyə Behzadi , Qafqaz ,Zaqafqaziya və Mezopotamiyada yaşamış əski etnoslar , Ney Nəşriyyatı ,Tehran , 2002 ,səh.284-298 34 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.113 35 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.405 36 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.404 37 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.456 38 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.559 39 – Elman Mirzəyev ,BƏZİ MİKROTOPONİMLƏRİN MƏNŞƏYİNƏ DAİR(DİALEKT VƏ ŞİVƏ MATERİALLARI ƏSASINDA), Filologiya məsələləri – №10, Bakı,2013,səh.3340 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.481.514 41 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.456 42 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.480 43 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh. 502-504 44 - J.C.Kooper , An İllustrated Encyclopedia of Traditional symbols , London 1993 ,Tr.By. Malihe Karbasian , Fərhəng nəşr nov , 2-ci çap,Tehran 2006,səh.452-453 45 - Jeremy Black and Anthony Green – illustrations By Tessa Rickards, Gods, Demons and symbols of Ancient Mesopotamia (An Illustrated Dictionary) – Translated by peyman Matin , p . 224 46 – Roy Willis ,The Times World Mytholojy,General Editor:William G.Doty, London:Times Book,2002,Tr.By Abolghasem Esmailpour,Tehran 2013 , p. 47 - Richard Cavendish, Həmən qaynaq ,səh.154 48 – Alain Gheerbrant & Jean Chevalier ,Dictionnaire des symboles, Tr.By Sudabeh Fazaili, Ceyhn Nəşri, 3-cü baskı , Tehran 2009 ,səh.394 49 - Richard Cavendish, Həmən qaynaq ,səh.206 50 - Mir Əli Seyidov, göstərilən əsəri ,səh.129 51 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.174 52 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.349-350 53 - Giyaseddin Geybullayev , Eski Türkler ve Ermenistan , Azerbaycan Dövlet Neşriyyatı , Baku 1992 54 - Bilal Alarlı , "Alar Türk Tayfası" adlı tədqiqi məqaləsi 55 - Richard Cavendish, Həmən qaynaq ,səh.161 56 - Richard Cavendish, Həmən qaynaq ,səh.162 57 - Richard Cavendish, Həmən qaynaq ,səh.224 58 - J.C.Kooper , Həmən qaynaq , səh.446-458 46 59 - N.M.Xudiyev & Ə.A.Quliyev , Qədim Türk Abidələrinin sözlüyü, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti , Bakı 1992 , səh.72 60 - Richard Cavendish, Həmən qaynaq ,səh.60 .75

Page 61: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

61 - J.C.Kooper , Həmən qaynaq ,səh.325 62 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.1506-1507 63 - F.Guirand – göstərilən əsəri ,səh.59 64 - N.K.Sanders – Heaven and Hell in Mesopotamian Mythology- printed in the Iran – Nashre Ghatreh Pub. Tr. By A. Esmailpour .səh.255 65 - http://en.wikipedia.org/w/index.php?title=Anzov&oldid=586889931"66 – https://www.facebook.com/Goyturk 4 iyun 2013 67 - Jeremy Black and Anthony Green – illustrations By Tessa Rickards, Gods, Demons and symbols of Ancient Mesopotamia (An Illustrated Dictionary) – Translated by peyman Matin , p .177 68 - N.K.Sanders – Heaven and Hell in Mesopotamian Mythology- printed in the Iran – Nashre Ghatreh Pub. Tr. By A. Esmailpour .səh.15 69 -Feofilakt Simo katta , Tarix , 1957 ,səh.161

70 – Musa Qağanqatlı , Ağvan(Alban) ölkəsinin tarixi , moskova 1860 ,səh.191

71 – Əhməd ibn-i Fədlan , Siyahət naməsi (volqa çay boyu 921-922 ci illərdə səyahət naməsi) 1956

72 – Əbdulqadir İnan, Tarixdə və bu gün şamanism, Ankara,1954 , səh.2

73 – Əbdulqadir İnan , göstərilən əsəri ,səh.9

74 - Əbdulqadir İnan , göstərilən əsəri ,səh.165

75 - Mir Əli Seyidov ,Azərbaycan xalqının soy kökünü düşünərkən – Tərcümə:R.Şavanlı , Əxtər nəşri ,Təbriz 2006 ,səh 307-308

76 – Murat Uraz ,Türk Mitholojisi , İstanbul 1967 , səh.132

77 - Əbdulqadir İnan , göstərilən əsəri ,səh.308

78 - Əbdulqadir İnan , göstərilən əsəri ,səh.68

79 - Əbdulqadir İnan , göstərilən əsəri ,səh.168

80 – Murat Uraz , göstərilən əsəri ,səh.79-80

81 – Q.P.Sensarov ,Xarəzm özbəklərinin islamdan qabaq ilkin inancları və ayinləri

82 - Mir Əli Seyidov, göstərilən əsəri ,səh.317

83 – Türk Tarixinin ana xəttləri , 1931 İstanbul ,səh.57 / Əbdulqadir İnan , Tarixdə və bugün şamanizm ,Ankara,1954 ,səh. 55

Page 62: media.turuz.commedia.turuz.com/Artkle/2014/1366-_Kesli_Tarixin... · Web view3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap,

84 - J.C.Kooper , Həmən qaynaq , səh.17-18-19

85 - J.C.Kooper, göstərilən əsəri,səh.234

86 - Jeremy Black and Anthony Green , göstərilən əsər ,səh.177

87 - Gholamreza Ma`sumi , göstərilən əsəri ,səh.441

88 - F.Guirand – göstərilən əsəri ,səh.108

89 - B.Ə.Budaqov, N.G.Məmmədov, Həmən qaynaq,səh.14 90 - J.C.Kooper, göstərilən əsəri,səh.7-8

91 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.258-259

92 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.259

93 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,həmən yerdə

94 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,həmən yerdə

95 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.264

96 - F.Guirand & John .X. W. P. Corcoran , New Larousse Encyclopedia Mythology , Tr.By M.Ş.Fomeşi , Qətrə Nəşri , Tehran 2005 , səh.144

97 - F.Guirand & John .X. W. P. Corcoran , həmən qaynaq,səh.170

98 - Dr.Ray Dunning , The Times World Mytholojy,General Editor:William G.Doty, London:Times Book,2002,Tr.By Abolghasem Esmailpour,Tehran 2013 , p.126

99 - Richard Cavendish, həmən qaynaq ,səh.230