mövzu 18. tələbedici yarımstansiyaların güc transformatorlarının təmiri

13
Mövzu 18. Tələbedici yarımstansiyaların güc transformatorlarının təmiri Plan 1.Transformatorun yığılması və çıxarılan hissənin qurudulma metodları 2.Transformator yağının təmizlənməsi və qurudulması 3.Transformatorun təmirdən sonra sınaqdan keçirilməsi 4.Genişləndiricinin, gövdənin və araqatının sınaqdan keçirilməsi 5.Transformator yağının sınaqdan keçirilməsi 6.Transformator dolağının izolyasiya müqavimətinin yoxlanması 7.Transformator dolaqlarının müqavimətinin ölçülməsi 8.Sarğılararası izolyasiyanın elektrik möhkəmliyinin yoxlanması 9.Transformatorun yüksüz işləmə və qısa qapanma sınağından keçirilməsi 10.Maqnit nüvəsinin sıxıcı şpilkalarının izolyasiyasının elektrik möhkəmliyinin və müqavimətinin yoxlanması 11.Transformasiya əmsalının, dolaqların birləşmə sxeminin və qrupunun yoxlanması Ədəbiyyat 1.Пястолов А. А. и др. Монтаж, эксплуатация и ремонт электрооборудования. – М.: Колос, 1981. 2.Ирха П.Д., Буторин В.А. и др. Практикум по технологии монтажа и ремонта электрооборудования. М.: Агропромиздат, 1990. 3.Перельмутер Н.М. Электромонтер – обмотчик и изолировщик по ремонту электрических машин. М.: Высшая школа, 1980. 4.Атабеков В.Б. Ремонт трансформаторов и электрических машин. М.: Высшая школа, 1983. 1

Upload: odessa-love

Post on 31-Dec-2015

97 views

Category:

Documents


2 download

DESCRIPTION

Mövzu 18. Tələbedici yarımstansiyaların güc transformatorlarının təmiri. Plan 1.Transformatorun yığılması və çıxarılan hissənin qurudulma metodları 2.Transformator yağının təmizlənməsi və qurudulması 3.Transformatorun təmirdən sonra sınaqdan keçirilməsi - PowerPoint PPT Presentation

TRANSCRIPT

Page 1: Mövzu 18.  Tələbedici yarımstansiyaların güc transformatorlarının təmiri

Mövzu 18. Tələbedici yarımstansiyaların güc transformatorlarının təmiri

Plan

1.Transformatorun yığılması və çıxarılan hissənin qurudulma metodları

2.Transformator yağının təmizlənməsi və qurudulması

3.Transformatorun təmirdən sonra sınaqdan keçirilməsi

4.Genişləndiricinin, gövdənin və araqatının sınaqdan keçirilməsi

5.Transformator yağının sınaqdan keçirilməsi

6.Transformator dolağının izolyasiya müqavimətinin yoxlanması

7.Transformator dolaqlarının müqavimətinin ölçülməsi

8.Sarğılararası izolyasiyanın elektrik möhkəmliyinin yoxlanması

9.Transformatorun yüksüz işləmə və qısa qapanma sınağından keçirilməsi

10.Maqnit nüvəsinin sıxıcı şpilkalarının izolyasiyasının elektrik möhkəmliyinin və müqavimətinin yoxlanması

11.Transformasiya əmsalının, dolaqların birləşmə sxeminin və qrupunun yoxlanması

 

Ədəbiyyat

1.Пястолов А. А. и др. Монтаж, эксплуатация и ремонт электрооборудования. – М.: Колос, 1981.

2.Ирха П.Д., Буторин В.А. и др. Практикум по технологии монтажа и ремонта электрооборудования. М.: Агропромиздат, 1990.

3.Перельмутер Н.М. Электромонтер – обмотчик и изолировщик по ремонту электрических машин. М.: Высшая школа, 1980.

4.Атабеков В.Б. Ремонт трансформаторов и электрических машин. М.: Высшая школа, 1983.

 1

Page 2: Mövzu 18.  Tələbedici yarımstansiyaların güc transformatorlarının təmiri

Transformatorun yığılması və çıxarılan hissəninqurudulma metodları

Birinci mərhələ. Gücü 320kVA-ya qədər olan transformatorların nüvəsi hündürlüyü 350...600mm olan kətilin üstünə qoyulur. Böyük güclü transformatorların nüvələrini döşəmədə quraşdırırlar.

Maqnit keçiricisinin çubuqlarını kiper lenti ilə sarıyırlar. Presləyici sancaqların qaykalarını boşaldırlar, cancaqları və bakelit borucuqları çıxardırlar. Boyunduruq tirlərini çıxarırlar. Nüvənin yuxarı boyunduruğunu, lövhələri arabir işarələyərək sixtasızlaşdırırlar.

Maqnit keçiricisinin çubuğunda əllə əvvəlcə - AG dolaqlarını, sonra YG dolaqlarını oturdurlar.

Son və çox məsuliyyətli əməliyyat bütün çıxarılan hissənin preslənməsidir. Şaquli sancaqlarla dolağı presləyirlər.

Fibra araqatı üstündən çəkicin zərbələri ilə yuxarı boyunduruğun polad lövhələrini hamarlayırlar. Konusvari polad düzəldici ilə yuxarı boyunduruğun sıxma sancaqları üçün deşikləri düzəldirlər.

Bakelit borucuqları yerləşdirir və yuxarı boyunduruğu sıxıcı sancaqlarla sıxırlar.Çıxarılan hissə yığıldıqdan sonra ilkin sınaqlar seriyası yerinə yetirilir.

2

Page 3: Mövzu 18.  Tələbedici yarımstansiyaların güc transformatorlarının təmiri

İkinci mərhələ. Ayırmaların hazırlanmasını, quraşdırılmasını, birləşdirilməsini, lehimlənməsini və izolə edilməsini aparırlar. Ayırmaları dolaqların ucları ilə qaynaqla və ya lehimləmə yoluyla, bu məqsədlə xüsusi qurğu tətbiq etməklə birləşdirirlər.Transformatorun tamamilə yığılmış çıxarılan hissəsi qurudulur, belə ki, o çoxlu izolyasiyalı detallara malikdir, hansılar ki, saxlama və yığma prosesində nəmlənə bilərlər və izolyasiyasının keyfiyyəti azala bilər.Üçüncü mərhələ. Transformatorun qurudulmuş çıxarılan hissəsi qapaqla komplektləşdirilir. Ayırmaları girişlərlə və çevirgəcin kontaktları ilə birləşdirirlər. Çıxarılan hissəni çənin içərisinə salırlar. Qapağı bərkidirlər. Çəni yağla doldururlar. Qapağın üstünə genişləndiricini və bütün armaturu quraşdırırlar.Transformator buraxılış sınaqları stendinə daxil olur.

3

Page 4: Mövzu 18.  Tələbedici yarımstansiyaların güc transformatorlarının təmiri

Transformator yağının təmizlənməsi və qurudulması

HCM-3 tipli sentrafuqa:1-gevdə; 2-nasos; 3-elektrik mühərriki; 4-elektrik qızdırıcısı; 5-filtr.

Filtr-press:6-sıxma vintli şturval; 7-çərçivədən, lövhələrdən və

filtrləyici materialdan ibarət dəst (yığım); 8-manometr; 9-yağın çıxması üçün flaneslı borucuq; 10-gobud təmizləyici filtr; 11-yağın girməsi üçün flaneslı

borucuq; 12-nasos; 13-elektrik mühərriki.

4

Page 5: Mövzu 18.  Tələbedici yarımstansiyaların güc transformatorlarının təmiri

Güc transformatorunun təmirdən sonra sınaqdan keçirilməsi

Təmirdən sonra yoxlama sınağının keçirilməsi məsləhət görülür. Yoxlama sınağının tərkibinə aşağıdakı sınaq əməliyyatları daxildir:

1.Genişləndiricinin, gövdənin və araqatının sınaqdan keçirilməsi.2.Transformator yağının sınaqdan keçirilməsi.3.Transformator dolağının izolyasiya müqavimətinin yoxlanması.4.Transformator dolaqlarının müqavimətinin ölçülməsi.5.Maqnit nüvəsinin sıxıcı şpilkalarının izolyasiyasının elektrik

möhkəmliyinin və müqavimətinin yoxlanması.6.Sarğılararası izolyasiyanın elektrik möhkəmliyinin yoxlanması.7.Transformator dolaqlarının və farfor çıxışlarının izolyasiyasının elektrik

möhkəmliyinin yoxlanması.8.Transformasiya əmsalının, dolaqların birləşmə sxeminin və qrupunun

yoxlanması.9.Transformatorun yüksüz işləmə və qısa qapanma sınağından keçirilməsi.

5

Page 6: Mövzu 18.  Tələbedici yarımstansiyaların güc transformatorlarının təmiri

Transformator yağının sınaqdan keçirilməsi

6

Page 7: Mövzu 18.  Tələbedici yarımstansiyaların güc transformatorlarının təmiri

Transformator dolağının izolyasiya müqavimətinin

yoxlanması

Transformator dolaqlarının izolyasiya müqavimətinin gərginliyi 1000...2500V olan meqoometrlə ölçülməlidir. İzolyasiya müqaviməti ayrı-ayrı fazalar, dolaqlar arasında və gövdəyə görə yoxlanılır. İzolyasiya müqaviməti normalaşdırılmır.

Buna görə də izolyasiya müqaviməti ölçüldüyündən meqoometrin 15 və 60 saniyədən sonra qiymətləri hesablanılır:

nisbəti müəyyən edilib müqayisə edilir.

Gərginliyi 35 kV-ya qədər olan güc transformatorlarında ≤ 1,3 olmalıdır.

7

15

60

İZ

İZ

R

R

15

60

İZ

İZ

R

R

Page 8: Mövzu 18.  Tələbedici yarımstansiyaların güc transformatorlarının təmiri

Transformator dolağının izolyasiya müqavimətinin ölçülməsi

8

Transformator dolaqlarının müqaviməti əsasən iki üsulla ölçülür:1.Elektrik körpüsü üsulu;2.Ampermetr və vatmetr üsulu.Transformator dolaqlarının müqavimətinin ölçülməsində УМВ

körpülərindən geniş istifadə olunur. Dolağın müqavimətinin ölçülməsi MD 16 körpüsü ilə aparılır. Müqavimət aşağıdakı ifadələrlə hesablanılır:

I

URX

burada: ∆U – millivoltmetrin göstərişi; I – dolaqdan keçən cərəyan şiddəti.

Page 9: Mövzu 18.  Tələbedici yarımstansiyaların güc transformatorlarının təmiri

Sarğılararası izolyasiyanın elektrik möhkəmliyinin yoxlanması

Transformator dolaqlarının elektrik möhkəmliyi fazalar arasında, gövdəyə görə və I və II tərəf dolaqların arasında sınaq gərginliyi verməklə yoxlanılır. Sınaq gərginliyinin qiyməti yüksək gərginlik tərəfi üçün dolağın gərginliyindən asılı olaraq verilir. Güc transformatorlarında alçaq tərəf dolağı təmirin xarakterindən asılı olaraq zavod sınağı gərginliyinin (75 ... 90%) qiymətində aparılır. Zavod sınağının qiymətləri almayan transformatorların alçaq gərginlik dolağı 2 kV gərginlik verməklə 1 dəqiqə müddətində elektrik möhkəmliyi yoxlanılır.

Transformator dolaqlarının izolyasiya müqaviməti ilk sınaq qiymətindən 30% və daha artıq çox olarsa yararsız hesab edilir.

9

Page 10: Mövzu 18.  Tələbedici yarımstansiyaların güc transformatorlarının təmiri

Transformatorun yüksüz işləmə və qısa qapanmasınağından keçirilməsi

Yüksüz işləmə cərəyanının və itkisini tapmaq üçün transformatorun II-ci tərəfinə nominal gərginlik verilir. I-ci tərəf isə açıq saxlanılır, hər üç fazada cərəyan və bu halda tələb edilən güc ölçülür. Sınaq zamanı I və II-ci tərəf gərginlikləri də ölçülür. Təyin edilən bütün parametrlər buraxıla bilən DÜİST qiymətləri ilə müqayisə edilir.

Yüksüz işləmə cərəyanı ölçülərək qiyməti zavod sınağı qiymətindən 40%-dən çox olmamalıdır. Ayrı-ayrı fazaların gərginlikləri bir-birindən ±5% çox fərqlənməməlidir. Ölçülmüş yüksüz işləmə itkisi zavod sınağı qiymətindən 25%-dən artıq fərqlənməməlidir.

10

Page 11: Mövzu 18.  Tələbedici yarımstansiyaların güc transformatorlarının təmiri

11

100%1

1

IU

IUUU

n

nqqqq

qqU

Qısa qapanma sınağı vasitəsilə 750S-dəki qısa qapanma gərginliyi və itgisi təyin edilir. Sınaq alçaq tərəfi qısa qapamaq və yüksək tərəfə qısa qapanma gərginliyi verməklə aparılır. Əgər sınaq niminal gərginlik və cərəyanda aparılmazsa qısa qapanma gərginliyi aşağıdakı ifadədən tapılır:

burada - I1 və U1 cərəyan və gərginlikdə

aparılan qısa qapanma gərginliyidir.

Page 12: Mövzu 18.  Tələbedici yarımstansiyaların güc transformatorlarının təmiri

12

Qısa qapanma sınağı 750S işçi temperaturada aparılmazsa aşağıdakı ifadə ilə qısa qapanma itkisi 750S-yə gətirilir:

tPP tS

235

310075

Burada Pt – t temperaturdakı itki. Təyin olunan qiymətlər

buraxıla bilən DÜİST və ya zavod sınağı qiymətlərilə müqayisə edilir. Un ≤ 10 kV və Sn ≤ 180 kVA olan güc transformatorları

üçün:

Uqq = 4,5 ... 5,5%

Pqq = 335 ... 4100 VtƏgər ölçülmüş qiymətlər bu qiymətlərdən ±10%-dək çox

fərqlənməzsə təklif olunan transformator istismara verilə bilər.

Page 13: Mövzu 18.  Tələbedici yarımstansiyaların güc transformatorlarının təmiri

Maqnit nüvəsinin sıxıcı şpilkalarının izolyasiyasının elektrik möhkəmliyinin və müqavimətinin yoxlanması

Maqnit nüvəsinin sıxıcı şpilkalarının izolyasiya müqavimətinin gərginliyi 1000 V-luq meqommetrlə aparılır.

İzolyasiya müqavimətinin qiyməti normalaşdırıldığı üçün ölçünün nəticəsi əvvəlki ölçülən qiymətlərlə müqayisə olunur. Bu halda izolyasiyanın ölçülmüş qiyməti transformatorun zavod sınağı və ya istismar vaxtı aparılmış sonuncu sınaq qiymətlərindən 70%-dən az olmamalıdır. Əgər qeyd olunan belə sınaq qiymətləri olmazsa onda UI = 6 ... 35 kV olan transformatorlar üçün Rbb ≥ 2 ... 5 MOm olmalıdır

13