o qara Əyrİ bulud · atamın hər bir hekayəsi film kimidir. uc-uca calasan, roman olar....

226
O qara əyri bulud 1 Qəşəm Nəcəfzadə O QARA ƏYRİ BULUD Hekayələr "Elm və təhsil" Bakı-2018

Upload: others

Post on 30-Apr-2020

13 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

1

Qəşəm Nəcəfzadə

O QARA ƏYRİ BULUD

Hekayələr

"Elm və təhsil" Bakı-2018

Page 2: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

2

Kitabın redaktoru: Aşıq Qərib Ön sözün müəllifi: Kəramət Böyükçöl

Qəşəm Nəcəfzadə. O qara əyri bulud (hekayələr) Bakı, 2018, "Elm və təhsil",228 səh

əşəm Nəcəfzadənin yeni kitabına toplanmış hekayələrin əsas qismi tərəkəmə həyatından bəhs edir. Tərəkəmə camaatının xarekteri, düşüncə və təfəkkürü, yurd yerləri, comərdliyi, folkloru, adət-ənənəsi hekayələrin baş

mövzusudur. Hekayələrdə yaşadığımız həyatın ürək çırpıntıları, müharibənin insan təfəkküründə açdığı yaralar təsvir olunur. Əsərlərin əsas ideyası dinindən, dilindən, irqindən asılı olmayaraq əzab içində çırpınan insana kömək durmaq, onun düşüncəsindəki insanlıq duyğularını ayağa qaldırmaq və hətta qəddar olanları da öz qəddarlığından xilas etməkdir.

Q

Page 3: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

3

Bu kitabı atam Mirzənin, anam Tamaranın, nənəm Minayənin ruhuna bağışlayıram. Mən yazmağı onlardan öyrənmişəm. “Nə yaxşı vardınız, nə yaxşı sizinlə tanış oldum, nə yaxşı ki, bu dünyada görüşdük”

Ön söz Bu nişanda atam…

eçə gündü atamın hekayələrini oxuyuram. Özünün də xəbəri yox. Çünki son bir ili ikimiz evdə bir

kompüter işlədirik. Mənim kompüterimi oğlum xarab eləyib. Atam uşaq vaxtı yeməyin ən yaxşı tikələrini bizə yedirdirdi. İndi də elədir, guya yuxusu gəlir, keçir öz otağına, yüz faiz bilirəm ki, o, kompüteri mənə vermək üçün belə edir. Mən də başlayıram kompüterdə onun hekayələrini oxumağa. Deyəsən, kitab çap etdirəcək, kitaba ad da qoyub: “O qara əyri bulud”.

Atam atasını çox sevir. Kitabın adını da atasına yazdığı hekayədən götürüb. Hər hekayəsini oxuyandan sonra gedib otağında atama baxıram. Görürəm ki, şirin yuxudadır, amma elə bil yuxuda da fikir eləyir. Üzünə kədərli bir təbəssüm qonub, əl vurub uçurmaq istəmirəm. Sadəcə, ayaqlarından öpüb gəlirəm.

Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən, niyə bu hekayələri yazıb bitirəndən sonra “urra” deyib evdə qışqırmayıb?

N

Page 4: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

4

Niyə müsahibələr verməyib? Elə sakitcə dayanıb. İşdən elə yorğun-arğın gəlir ki, elə bil özünü güclə sürüyüb gətirib evə. Nə olub? – soruşanda isə bircə kəlmə deyib: – Yaman ağrıyıram. Vəssalam.

Uşaq vaxtı qələmini, kitabını əlindən alardıq, indi də kompüterini. Yazıq atam. Elə bil hamımıza borcludur. Yorğun atam, şair atam, yazıçı atam…

Atam müsahibələrinin birində deyir ki, yazıçılığı atasından öyrənib. Yəni babamdan. Babam hər şeyə bir ad qoşardı. Dağa, düzə, qoyuna, adama… Hər şeyə ürəyindən keçən adı verirdi. Sonra biz babam qoyduğu adlarla yaşayırdıq, onu çağırırdıq, dindirirdik.

Atam deyir ki, ədəbiyyatın bir tərəfi də həyatdakı ha-disə və detalları sözlə işarələməkdir, ad qoymaqdır. Uşaq-lıqdan biz atamın həyat nişanları və işarələri ilə yaşayırıq.

Atamın hekayələri əsasən, tərəkəmə həyatından bəhs edir. Elat camaatının başına gələn gülməli və ağlamalı hadisələri yuxa bir dildə qələmə alıb. Heç bir obrazında oyunbazlıq etməyib. Mən onu yaxşı tanıyıram, istəsə də edə bilmir. Həyatın və gedişatın üzünü necə var, elə də kö-çürüb kağıza. Bəzən isə hadisələr Bakı şəhərinin mərkə-zində cərəyan edir. Əslində, mən bilirəm bu hadisələr ata-mın təfəkküründə baş verir.

Atamın hekayələrinin dili su kimidir, heç bir yerdə iliş-mir. Tərəkəmələrin özünəməxsus danışıq tərzi, dili, məişə-ti, toyu, toxuculuğu, folkloru, mətbəxi bu hekayələrin enerjisini təşkil edir. Bu gün oturaq həyata keçdiyimizdən və Kəlbəcər, Laçın yaylaqları erməni işğalı altında oldu-ğundan tərəkəmə leksikonu unudulmaqdadır. Atamın he-kayələrini tərəkəmə, bütövlükdə isə türkün mədəniyyət arxivi adlandırmaq olar. Səhv eləmirəmsə, Çingiz Aytma-tov deyirdi ki, “tərəkəmə” sözünün mənası “türk mənəm” deməkdir.

Page 5: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

5

Hiss edirəm ki, atam bütün hekayələrində ağrıyır. Bəlkə də bir evdə yaşayırıq deyə, mən bunu daha dərindən hiss edirəm. Hər halda atamı əzbər bilirəm. Mənim köşə və hekayələrimin, müsahibələrimin, romanlarımın ən kədərli məqamları atamdan keçən təəssüratlardır. Atam yolundakı gölməçələrin tən ortasından keçir. Qolundan tutub sax-lasaq belə xeyri yoxdur. Anam buna görə həmişə deyinir. Və bu detallar mənim fikrimdən heç vaxt yayınmır. Hara getsəm, atam mənimlə gedir. Hara getsək, atam belədir.

Hələ mən atamın esseləri, böyüklər və uşaqlar üçün yazdığı şeirlərdən danışmıram. Onlar qalsın sonraya. Atam ədəbi mühitdə olduğu kimi tanınmır. Onu qəbul et-məyənlər çoxdur. Hətta atamı mənim öz yanımda şair, ya-zıçı kimi pisləyən nə qədər adam var. Ürəyimdə bu adamların mədəniyyətsizliyinə gülürəm.

Atamı həmişə görməməzliyə qoyurlar. Özü də qəsdən edirlər. Atam isə çox iradəli, dözümlü, zəhmətkeş və həm də çox ümidli bir insandır. Hələ bir dəfə onun ümidsiz olduğunu, ruhdan düşdüyünü görməmişəm. Onu aldadan-lara belə ümidi var. Əvvəllər atamın bu cür xüsusiyyətlə-rini qəbul eləməkdə çətinlik çəksəm də, sonradan anladım ki, buna səbəb onun mətnləri imiş. Atam deyir ki, əgər sənin arxanda yazın dayanıbsa və yaza bilirsənsə, ümidsiz ola bilməzsən, heç vaxt intihar səni ağuşuna çağırmaz. Onun tez-tez xatırladığım bir fikri də var: “Yaradıcılıq adamı bütün bəlalardan xilas edir”.

Atam atasına yazdığı “O qara əyri bulud” hekayəsin-dəki aşağıdakı yer ürəyimə çəkilmiş cızığın yeri kimi məni hələ də göynədir: “Atam atasını hey yada salmağa çalışır-dı. Məhz elə burda, bilmirəm niyə? Evdə bir dəfə də olsun söhbət salmazdı. Bəlkə biz dünyanın dibinə düşmüşük. Bəlkə bura ən yaddaqalan yerdir. Bəlkə atam ürəyin-dəkiləri danışmaq üçün məni bura gətirib?

Page 6: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

6

Atamdan soruşdum: – Sən heç bura – Qaranlıq dərəyə qoyunları otarmağa

gətirmisən? – 1942-ci ildə. Atamla. 1946-cı ildə atamı tutdular.

Kolxoz sədri tutdurdu. 60 baş qoyun verdik, yenə burax-madılar. O vaxtdan gəlməmişəm bura, indi 1976-cı ilin yayında səninlə gəldim… Sonra atam ağladı. Əllərinin ar-xası ilə gözünün yaşını silə-silə dedi ki, indi atamı tutdu-ran kişinin oğlu bizim kolxoz sədridir. Sən yaxşı oxu, kol-xoz sədri ol. Niyə atam bunu başqa vaxt demir, iki dağın arasında deyir? Bəlkə insan ayağı az-az dəyən bu yerdə ilahi bir sirr vardı”.

Atam xatirələrinə çox bağlıdır. Ən çox keçmişdən ya-zır. Mənə elə gəlir ki, o, xatirələrdən elm yaradır. Qaranlıq bir meşədə insanı tapıb sevinir…

Kəramət Böyükçöl,

Yazıçı

Page 7: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

7

AĞGÜL

əlbəcərin yeddi dolamasını üzü Taxtaya qalxırdıq. Soltan dayı qarşımıza gəldi və ilk sözü bu oldu ki, Ağgül azarlayıb. Ağgül inəyimizin adıdır. Anam

ona “Şves” inək deyirdi. İndi bilirəm ki, bu, İsveçrə (Şvetsariya) cinsi demək imiş. O vaxt heç kəs bilmirdi bunu. Çünki o zaman bu cins Azərbaycana gətirilmişdi, ya yox, bilmirəm, amma bizim tərəkəmələrdə yüz faiz yox idi, sadəcə, sözbaz tərə­kə­mələr uzun, enli və çox süd verən inəklərə belə ad qo­yur­dular. Bu, bir tərəfdən də əzizləmə mənasında işlənirdi.

Ağgülün əmcəyinin biri kor idi, buna baxmayaraq, bircə sağımda vedrəni doldururdu. Anam Ağgülün azarlamasını eşidəndə, bir yumub, beş tökdü, yenə Soltan dayı inəyin sağalması üçün çıxış yolu qoymadı. Soltan dayı dərədəki İstisu sanotoriyasına gedirdi ki, oradan on – on beş şüşə “İstisu” alsın, arvadı Məleykə xalanın mədəsi xəstə idi.

Əvvəl yaylağa binələrimiz gedirdi, yəni yüngül qab-qacaq, dəyə tikmək üçün beş-altı çubuq və başqa xırda-mırda şeylər... İmişlidən dağdakı yurd yerlərimizə getmək üçün yeddi dəfə binələr əylənərdi – Beyləqanın Haramı düzü, Qubadlı, Cəbrayıl, Çay, Daş körpü, Mıxtökən, Laçında Minkənd və sair yerlərdə... Hər yurdda üç, ya dörd gün dayanardıq.

Soltan dayı o bəd xəbəri verəndə dəyələrimiz artıq sonuncu yurd yerimizdə toxtamışdı, arxadan ağır evlə­ri­miz gəlirdi. Qaz-51 və ya Qaz-53 yük maşınlarının

K

Page 8: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

8

banına ağırlığımız yüklənirdi. Mitil yığılmış fərməşlər, neft qab­ları, un kisələri, iri çubuqlar, qablar, ləyənlər maşına yığılırdı. Fərməşlərin üstündə ailə üzvləri – arvadlar və uşaqlar əyləşərdi. Maşınlar yurd yerlərinə çatanda çoban-lar bir-birilərinə təbrik edib gözaydınlığı verirdilər: Gözün aydın, arvad gəlib.

İndi biz yeddi dolamanı çıxırıq. Soltan dayı qanımızı elə qaraltı ki, Taxtaya necə gəldiyimizdən xəbərimiz olmadı. Taxtada şəhərdən istirahətə gələnlərin çadırları, yeməkxanalar, içində aşıqları, kabab iyi, çal-çağır, peraşki satanların səsi, gödək don geyinmiş şəhər qızlarının voley-bol oynamaları, nalbəndlərin fıştırığı, hind filmlərinin şə-killərini satan oğlanların hind musiqilərini yamsılamaları, daha nə bilim nələr və bizə qəribə gələn çox şeylər Taxtanı başına götürmüşdü... Maşının üstündən, çubuqların arasın-dan utana-utana baxırdıq bu mənzərəyə. Peraşki yeməkdən doymurduq, kabab-zad istəmirdik, çünki biz ilk dəfəydi peraşki görürdük.

Burdan maşınlar iki istiqamətə ayrılır, biri Qara xaç yolu – Murad təpəsinə, Çaxmaq qayaya, Sarı yerə, Qırmızı təpəyə gedən yol, biri də Soltan Heydər yolu – Gəlin qayasına, Bağırsaq dərəsinə, Ceyran bulağına, Dəlidağa, Sarımsaqlıya, Çalba­yıra, Əyriburuna, Süleyman və Lilpar bulaqlarına, Əyri qara gedən yol... İndi biz Soltan Heydər yolu ilə Lilpar bulağına gedirik.

Anam ağlayır, hey öz-özünə deyirdi: “Görəsən Ağgül niyə azarlayıb?”

Anam Ağgülə çoxlu nəğmələr qoşub, hər dəfə sağanda onları oxuyur, inək xoşhallanır, südü çox verir və anamdan başqa heç kəsi sağmağa qoymurdu.

Bir dəfə qışlaqda Ağgülün balası öldü… Balası üçün hey mələyirdi Ağgül. Anam dözmürdü, gözünün yaşını saxlaya bilmirdi… Ağgül yeriyəndə əmcəyindən süd

Page 9: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

9

tökülürdü, çünki yelini çox böyük idi. Ağsaqqal kişilər yığıldı ki, gəlin anası ölmüş bir bu-

zovu Ağgülə təliyək, südü qurumasın. Ancaq necə? Bunu Ağgül götürərmi, qəbul eləyərmi? Əlbəttə, yox. Kişilər Ağgülün ölmüş balasının dərisini soyub başqa bir buzovun belinə sərdilər, üstünə duz səpdilər ki, Ağgül yalayar, ağzı dada gələr, onu öz balası hesab eləyib qəbul edər.

Ağgül buzovu iylədi və buynuzları ilə itələdi. Anamı yenə ağlamaq tutdu, Ağgülün vəfasına “əhsən” dedi. Baş-qa fermadan bir kişi gəlib, başqa cür əlac qıldı. O, “qalın bir örkən gətirin” – dedi. Örkəni sabunlayıb Ağgülün tə-ninə saldılar, örkən xeyli gedəndən sonra burmağa başladılar, inək ağrıdan qıvrılırdı. Sonra örkəni bura-bura çıxartdılar. İnək elə bilirdi ki, doğur. Bu ağrı doğmağının ağrısına oxşayırdı. Örkəni çıxardan kimi yad buzovu Ağgülün altına buraxdılar. Ağgül buzovu yalamağa başladı, elə bildi ki, indicə doğub və buzovu altına buraxdı. Ağgülün aldanmağına anam çox ağlayırdı, “Ağgülümü niyə aldatdınız?” – deyirdi.

Soltan dayı “Ağgül azarlayıb” – deyən kimi anam tələsdi, sürücüyə: “ayağını diri tərpət ” – dedi.

Yurda çatdıq, maşından düşən kimi anam Ağgülün ya-nına gəldi, kürəyini qaşıdı. Ağgül güclə ayağa qalxdı, çün-ki bildi ki, anam gəlib. Amma yenə yıxıldı. Anam atama:– “Bəlkə Ağgülü vurmusan?” – dedi. “Bəlkə Sarımsaqlı dağında zəhərli ot yeyib? – dedi.” Atam mənim canıma and içdi ki, vallah bilmirəm, elə axşamdan burtağlayıb (azarlayıb). Anamın tapşırığı ilə Ağgülün boğazına yarım vedrə ağartı tökdülər, sonra onu qovdular, inək qaçdıqca böyrünə gərməşov ağacla vurdular, inək qaçdı, atam qovdu.

Əvvəl dedilər, yəqin dabaq xəstəliyidir. Anam “yox” – dedi. Dedilər, Qarayaradı, anam yenə razılaşmadı. Dedilər,

Page 10: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

10

qaraciyərində kəpənək qurdu var, anam dedi, qəti yox… Duz gətirib yalatdırdı inəyə... Dağ otlarının duzu yoxdur axı. Ağgül duzdan yaladı, sudan içdi. Anam o biri inəkləri Ağgülə qurban dedi. Boynunu qucaqlayıb, nəğməsini oxudu, yelinini sığalladı, sinəsini qaşıdı, bir-iki gənə vardı, onu təmizlədi. Sonra yenə oxudu:

Ağgülüm hey, Ay dağlarda ağ gülüm hey, Naxırda uzun boylum hey, Uzaqdan gələndə yüyürənim hey Çirkli yerlərdə yatmayanım hey, Çirkli yerlərdə otlamayanım hey Özgə arvadları sağmağa qoymayanım hey Quzum heyy Balam heyy Evim heyy Anam oxuduqca Ağgül xoşhallanırdı. Anam atama dedi

ki, Ağgül mənim xiffətimi çəkib. İnək get-gedə yaxşılaşdı. Ağgülün çoxlu balası vardı, böyümüşdülər, onların da

balaları vardı. Anam onlara “Ağgül balası” deyirdi. Aylar, günlər yaman namərddir, bir-birinin dabanını

basa-basa ötürdülər. Biz də arandan yaylağa, yaylaqda arana köçməkdə idik.

Günlərin bir günü anam xəstələndi. Dərdinin dərmanı tapılmadı, onca günün içində dünyasını dəyişdi. Sonra atamı evləndirdim. Bacılarım mənə “etibarsız”– dedilər, anamıza necə qıydın -dedilər?

Ağgül yenicə doğmuşdu, balasını duz kimi yalayırdı, anamdan xəbəri yox idi. Analığım Ağgülü sağmaq istədi, qoymadı, təpiklə vurdu, nə qədər elədilər, heç kəsi yaxına qoymadı. Bu dəfə Ağgülü aldada bilmədilər. Axırda atam analığımın gözünün qabağında Ağgülü ağacla o ki var döydü, inək yenə yumşalmadı, analığım inəyi sağıb,

Page 11: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

11

məharətini göstərmək istəyirdi. Ağgül anamı gəzirdi, nəğməsini istəyirdi. Yenə atam inəyi döydü, axırda inəyin ayaqları titrəməyə başladı. Anam yadıma düşdü, məni ağlamaq tutdu.

Bu o zaman idi ki, daha dağa gedə bilmirdik, yaylaqla-rımız ermənilərin əlində idi. Ağgül qəşəng, gömgöy dadlı otlara həsrət idi. Saman, ya da hərdənbir preslənmiş quru ot yeyirdi. Arıqlamışdı, atam o qədər döymüşdü ki, axsa-yır, amma yenə o qadını sağmağa qoymurdu.

Bir gün Ağgül xəstələndi, heç nə yemədi, yelini əri-məyə başladı. Taqətdən düşürdü. Daha ona qurban deyən yox idi. Anam bir dəfə onun nəğməsini oxusaydı, bəlkə də sağalardı. Harada idi anam?!

Atam dedi, inək öləcək, gərək aparıb ət kombinatına verim, orda inəkləri kəsib kolbasa düzəldirlər. Ancaq xəstə inəyi götürərlərmi?

Səhər Ağgülü zorla Qaz-53 maşının banına mindirdik. Balası mələyirdi, elə bil analığım sevinirdi. Ağgül getmək istəmirdi, fermamız və balası gözdən itənə kimi mələdi. Sonra gördüyü yerləri tanımadı deyə, heç başını yuxarı qaldırmadı da.

Ağgülü ət kombinatının direktoru ilə yarı qiymətə razılaşdıq. Dedilər, indi kəsəcəklər. Atamı maraq götürdü, dedi, qoy kəssinlər, görək dərdi nədir? Həm də onun çəkisini bilmək bizə lazım idi. Ətini qapanda (tərəzi) çəkəndən sonra pulumuzu verəcəkdilər.

Ağgülü dar bir yerə gətirdilər, qaçmaq mümkün deyil-di, qorxusundan gözləri dörd olmuşdu. Anam yadıma düş-dü, yenə məni ağlamaq tutdu. Atam da ağladı.

Ağgülün alnının ortasına yüksək gərginlikli elektrik cərəyanı verib, öldürdülər. Öləndən sonra da sanki gözləri dirənib bizə baxırdı. Sonra ayağından bağlayıb yuxarı qaldırdılar, haça bir dəmirdən asdılar. Dərisini soydular.

Page 12: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

12

Ağgülün mədəsindən iki dənə 5 sm uzunluğunda məftil çıxdı. Məftil mədəni deşib şişirtmişdi. Ağgülü məftil öldürmüşdü. Məftili preslənmiş saman yeyəndə udmuşdu. Atam məftilləri əl dəsmalına büküb götürdü.

Ağgülü doyunca ağladıq Ağgülü müharibə öldürmüşdü. Məftil müharibə idi.

Müharibə olmasaydı, Ağgül Aranda nə gəzirdi, samanı niyə yeyirdi?

Ağgülün çəkisi dörd yüz əlli kilo gəldi, hesablayıb pulumuzu verdilər. Dərisini götürüb qayıtdıq fermaya. Balası qabağımıza yüyürdü, xeyli mələdi.

Atam dəsmala bükülmüş məftilləri analığıma verib, “Sandığa qoy” – dedi.

Çölə çıxanda nə görsək yaxşıdır? Buzov çənəsini Ağgülün duzlanmış dərisinin üstə qoyub yatmışdı.

Bu hadisə 1993-cü ildə baş verdi. 2009-cu ildə atam

dünyasını dəyişdi. Analığım bir gün məftili çölə atmaq istəyəndə qoymadım. Məftili evimə gətirdim, indiyə kimi saxlayıram...

Page 13: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

13

QARBASAN

tamın çoban yoldaşı Mürsəl dayı bizdən üç günlü-yə atımızın hörüyünü istədi. Atam da verdi. Hörük otuz metr olardı. Ucunda da yerə sancmaq üçün

tovlamıx. Bu uzun kəndirlə atı başından bağlayırlar ki, uzağa getməsin, yəni otuz metrlik radiusda otlasın.

Üç gündən sonra Mürsəl dayı atamı səslədi. Atam evdə mütəkkəyə dirsəklənib mürgüləyirdi. Çölə çıxdım. Mürsəl dayı guya itlərin qorxusundan yaxına gələ bilmir, eləcə hörüyü tovlamıx bağlanan hissəsindən beş-altı metr əlində dəstələyib bizim evə tərəf, çəmənliyə tulladı. Dedi bala, gəl hörüyü apar. Gedib gördüm ki, Mürsəl dayının tulladığı yerdə hörük yoxdu. Qayıdıb məsələni atama dedim. Atam heç halını pozmadan mürgi vura-vura dedi:

– Yəqin hörüyün o biri ucunu öz ayağına bağlayıbmış. Qayıdanda otların arası ilə sürüyə-sürüyə aparıb.

Sonra Mürsəl dayı deyəcəkdi ki, oğlun görə-görə hörü-yü atdım siz tərəfə.

Çox heyrətləndim. Həm də ona görə ki, atam bunu necə bildi?

Oğurluq məsələlərinə görə tərəkəmələr çoxlu it saxla-yırlar və həm də bu itləri çox istəyirlər. Ferma uşaqları balalayan qancığın altından həmişə küçük tuturlar. Mən də özümə bir küçük götürdüm. Ağzının böyrü qara idi. Belə itlər tutağan olur.

Tutağan olmaq üçün amma səbəb təkcə bu, deyilmiş. Atam küçüyün hər iki qulağından tutub bir dəfə havada fırladı. Küçük yerə düşdü, qulaqları qırılıb atamın əlində

A

Page 14: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

14

qaldı. Atam dedi ki, qulaqlar iti yaxşı eşitməyə qoymur, həm də boğuşanda rəqibin dişinə keçir. Sonra küçüyün quyruğunu kəsdi, səbəbini soruşanda dedi ki, it başını quyruğunun üstə qoyub şirin – şirin yatır, oğru da öz işini rahat görür. Həm də itlər boğuşanda quyruq itlərin ağzına keçən ən asan yerdi. Ona görə çoban iti quyruqsuz və qulaqsız olsa, daha yaxşıdır.

Atam mənə tapşırdı ki, küçük yatanda onu təpiklə və ya ağacla tez-tez vurum. Dedim, niyə, yazıqdı axı? Dedi, onda it əsəbi böyüyür və daha sərt olur.

Küçük qar yağanda doğulmuşdu deyə adını Qarbasan qoydum. Qarbasan böyüdü, oldu itlərimizin ağası. Çox qəribəydi, atam gecələr itlərin nəyə hürdüyünü bilirdi. Başqa bir itimiz hürəndə atam deyirdi: Aya hürür. Başqa birisi hürəndə deyirdi, buruğa hürür – fermamızın yanında neft buruğu vardı. Nə bilim, biri kətyan koluna hürür. Kət-yan kolu gecə vaxtı kənardan adama oxşayır, quruyanda yastılayıb quzuların altına sərirlər ki, nəmişliyi götürsün, aralarından hava yaxşı keçir.

Qarbasan hürəndə atam deyirdi, o, indi tanış adama hü-rür. Bərkdən hürüb göyərəndə, atam deyirdi ki, artıq bu dəfə oğruya hürür. Tez ayağa qalxıb itləri qıylayırdı. Bu qıy çox qəribə səsdi. Elə bil itlər üçün “həyəcan siq-nalı”dır.

Elə ki Qarbasan əvvəl bərk hürüb, sonra zingildədisə, demək yüz faiz canavar görüb. Canavar ona təpinir. Qarbasan hələm-hələm canavardan qorxan deyildi. O biri itlər canavar görəndə az qala alaçığa girib içəridən çölə hürürdülər. Amma Qarbasan bu qeyrətsizliyi qəbul eləməzdi. Atam deyirdi ki, Qarbasanda canavar qatı var. Onun anasının anası Böyükağanın (atamın çoban dostu) itinin balasıdır. Böyükağa deyirdi ki, onun da itinin anasının anası uzun müddət canavarla dostluq eləyib,

Page 15: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

15

kürsəyə gəlib. Qarbasanın nəsli çox böyük yerlərə gedib çıxırdı.

Qarbasana əsasən küt atırdıq. Küt bizdə arpa unundan hazırlanmış xəmirə deyirlər.

Bir dəfə dağa köç edəndə obamız Qubadlı ərazisində Ağcabədi rayonunun Avşar fermaları ilə qonşu düşdü. Onların itləri bizim itlərlə boğuşdu. Sonra bir-birini iylədilər. Burda Qarbasanın gözü Avşar itlərindən olan bir qancığa düşdü.

Qarbasan ölmüş də yaraşıqlı... Qancıq ona laqeyd qalmadı. Qarbasan hər gün gedir Avşar fermalarına, bizim fermanın itləri qalır başsız... Axırda atam Qarbasanın burnunun düz üstünə yağlı bir ağac vurdu, Qarbasan yenə ağzının-burnunun qanını yalaya-yalaya Avşar fermalarına baxırdı. Hər gün döyülürdü, yenə gözü o tərəfdə idi. Axırda boynuna zəncir keçirdik. Yenə o tərəfə baxıb uladı. Bir gün tezdən baxıb gördük ki, Qarbasan zənciri başından çıxarıb qaçıb. Axtarmadığımız yer qalmadı. Ağlayıb özümü öldürürdüm. Bütün çobanlar hərəsi mənə bir küçük verdi, xeyri yox idi. Hara gedirdik, Qarbasanı axtarırdıq. Hətta kənddə bizə gülürdülər ki, adam bu qədər it axtarar? Ağsaqqallar atama deyirdi ki, oğlun uşaqdı, bəs sənə nə olub, sən də uşaqsan?

Bundan sonra Qarbasanı utana-utana axtardıq, Aranda, dağda, Ağcabədi, Cəbrayıl, Laçın, Kəlbəcər fermalarında axtardıq, tanıyan, görən, bilən, eşidən olmadı ki, olmadı. Üç yay yaylaqda, üç payız payızlıqda, üç qış qışlaqda, üç yaz yazlıqda olduq, yəni üç il keçdi Qarbasanın itməyin-dən...

Sonra Haramı düzündə atımızı itirdik. Qulan idi atımız. İndi də başladıq at axtarmağa. O dərə mənim, bu təpə sənin... Eşidən, bilən, görən, tanıyan olmadı! Altı ay da Qulanın itməyindən keçdi.

Page 16: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

16

Murad təpəsində idik. Yaylaqda. Cermuxun (şəhər ) ba-şının üstündə. Günorta vaxtı idi. Qoyun sağılırdı. Bir də gördük itlərin hamısı ayağa qalxdı. Uzaqdan Qulan kişnəyə-kişnəyə gəlirdi, yanında da Qarbasan! Bu mənzərəni hər dəfə xatırlayanda tüklərim biz-biz olur. Bütün ferma töküldü, qonşu fermaların da adamları gəldi. Arvadlar ağlayırdılar...

Sən demə, atımız itəndə Qarbasan olan yerə gedib çıxıbmış. Qarbasanı Ağcabədi fermalarının adamları tutublarmış. Zəncirdə saxlayırlarmış. At gedib ora çıxan kimi Qarbasan onu, o da Qarbasanı tanıyıb. Atı da tutub-lar. Sonra Qulanla Qarbasan fürsət tapan kimi qaçıblar düz bizim ferma olan yerə – Sarıyer yaylağına... Qarbasanla Qulan bizim yurd yerlərimizi qarış-qarış tanıyırdılar.

Qarbasan gəlib çənəsini ayaqqabılarımın üstünə söykə-di, hamının ayaqlarına yıxıldı, sanki hamıdan etdiyi günah üçün üzr istəyirdi. Gözünün biri kor olmuşdu. Onun kor gözünün üstündən öpdüm. Öz sevgisi yolunda Qarbasan gözünün birini qurban vermişdi...

Page 17: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

17

DAVA, YAVA, ANAŞ, BAŞ...

eddi atımız vardı, birinin adı Qulan, yeddi itimiz vardı, birinin adı Lokan. Küçüklüyündən Lokanı mən böyütmüşdüm, südü “luk-luk” içdiyinə görə

adını Lokan qoymuşdum. Sözüm bunlarda yox, tərəkəmələrin ağac davasındadı.

Onların yumruqla arası yoxdur. Yumruqları çomaqdır. Özü də zoğal ağacından... Əvvəl ocaqda ağacı ütürlər, sonra qabığını soyurlar. Ağacın aşağı ucunun yumrulanan (əsasən haça olan yerdən) yerini bıçaqla elə yonurlar ki, kişi bığına oxşayır.

Atamın beş belə ağacı vardı. Salardı çadırla çubuqların arasına. Bunlar atamın toy-nişan ağaclarıydı. Yəni dava-şava üçün, elə-belə əlinə götürməzdi. Elə-belə əlinə aldığı gərməşov ağacıydı... Gərməşov yüngül və yumşaq olur. Bu ağac soyuq havalarda adamın əlini üşütmür. Qoyun səhər-səhər şehli yoncadan yeyib köpəndə böyrünə bu ağacla vururlar, köpü alınır.

Elə ki dava düşdü, atam gərməşov ağacı atır, qaçır evdəki çomağını götürür. Əgər adam karlıdırsa yoğununu, zəifdirsə, nəziyini...

Tərəkəmələrin dalaşmağı amansız olur. Atam lap hirsli-dir. Çoxlu davalara düşüb. Hamısı da film kimi yadımda.

Tərəkəmələrin əgər davası yer üstündə deyilsə, onda hök-mən it və ya da at üstündədir. Atlarının quyruğu qırxılarsa, bu, ölümlə nəticələnir: At kişinin namusudur və onun üçün “var-yox” məsələsidir. Tərəkəmənin özünə bir ağac vursan kar eləməz, itinin ağzına bir çubuq çəkdinsə, qanın getdi.

Y

Page 18: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

18

Dağa köç gedəndə, İmişlidən Laçın dağlarına qədər yeddi yurdda əylənirdik, üç gün istirahət edib, təzədən yola düşürdük. Ağır evlərimiz sürü dağa çatandan, yəni əsl yurda yetəndən sonra gəlirdi. Hələlik gedən binə idi... Yə-ni kiçik ev. Bəzən çobanların arvadları da özləri ilə gedirdi.

Bir gün Laçının yaylaqlarının gözü olan “Eşşək meydanı”nda bizim obanın başqa bir oba ilə davası düşdü. Dava nə üstə düşsə yaxşıdır? İt üstə.

Qonşu obadan bir kişi gəlib bizim örüşün ortasından keçir. Lokan cumur kişiyə, o biri itlərimiz də Lokana qoşulur, Lokan təcrübəsizlik eləyib çox irəli gedir, kişi karlı bir ağac çəkir Lokanın burnunun üstünə. Lokan zingildəyir, qanacaq göstərib geri çəkilir, amma kişi qanmır, yenə Lokanı vurur. Lokan burnunun qanını yalaya-yalaya gəlir alaçığın qabağında dayanmış atamın yanına, düşür ayaqlarına, atamın ürəyi qana dönür, evdəki karlı ağacın birini çəkib gedir kişinin üstünə, iki ağacla onu oturdur yerə. Mən bu mənzərəni görəndə elə bildim artıq iş tamamlandı.

Səhəri o obadan bir kişi də bizim çobanın birini oturdub – qaldırır, yəni vurur. Bizimkilər də onların ikisini... Onlar da bizdən üçünü... Beləliklə, dava başlayır. Bu da olur 1973-cü ilin avqust ayında.

Dava düz bir ay dayanmadan davam edir. Biz tərəfdən arvadlar samovar qaynadır, çay dəmləyir, qoyunlar kəsilir, qazanlar asılır, yeməklər bişir. Eyni zamanda o biri tərəfdə də arvadlar bu cür yemək-içmək, çay dəstgahı qururlar.

Həm onlar, həm biz tərəfdən on iki kişi dalaşmağa ge-dir, digər onikisi istirahət etmək üçün qayıdır, yeyir-içir, yaralı yerlərini arvadlar sarıyır, sonra bunlar gedir, yoru-lanlar gəlir. Hər iki tərəf heç bir odlu silahdan istifadə et-mədən, təhqir və söyüş işlətmədən “sivil” qaydada döyüşü davam etdirir.

Page 19: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

19

Bu döyüşdə atamdan danışmasam, daha bu nə oğulluq olar? Atamın o vaxt qırx yaşı həmin olardı. Ayaqqabılarını soyundu, şalvarının balaqlarını corabın içinə saldı, sırıqlısını qoluna “bəlgə” eləyib, girdi döyüşə. Atam çox sürətlə qaçırdı, əks tərəfin adamlarını çırpa-çırpa gedib çıxırdı onlar tərəfdəki təpənin başına, ordan da çırpa-çırpa gəlib çıxırdı bizim tərəfdəki təpənin başına. Elə sürətlə qaçırdı ki, onu vurmaq mümkün deyildi. Hər qaçışında onlardan iki-üç nəfər yerə otururdu.

Bir şey dəqiq yadımdadı. Atamın çoban yoldaşı döyüşə əlində koğa (qoyun tutmaq üçün ucu qarmaq kimi ağac) girmişdi, atam tez onun koğasını əlindən alıb, təpiklə “burnunu” sındırdı. Çünki koğanı döyüşdə çox asanlıqla tutmaq olur.

Atamın çoban dostu boyca gödək dağar Məmmədağa el-obaya sevgi hislərini cilovlaya bilməyib həmişə belə davalarada çox irəli çıxırdı. Birinci həmlədən başı yarılırdı. Arvadlar yerə yıxılan Məmmədağanın üstə saçlarını yolub ağlaşırdılar. Hamı qalırdı Məmmədağının hayına. Qarşı tərəfdə sevinirdi. Ona görə də atam bu davada çox yaxşı bir ağıl elədi, baş çoban Surxayın böyük oğlanlarına tapışırdı ki, Məmmədağanı qoymayın davaya girsin, ona köməyi bizə lazım deyil, tutun yıxın, qollarını sarıyın.

Davanın şirin yerində onlar tərəfdən bir kişi üç dişli yavanı götürüb cumdu bizim adamlara. Bunu görən o tərəfin adamların ağsaqqalı yavanı həmin kişinin əlindən aldı, qırılmış sapıyla yumşaq yerinə bir-ikisini çəkib yabanı lap uzağa tulladı və dedi ki, bu dava yavalıq deyil, get zoğal ağacını götür gəl.

Dava getdikcə şiddətlənirdi. Bir ağsaqqal yox idi ki, davanı dayandırsın. Ağsaqqal da dalaşırdı, qarasaqqal da! Hökumət də Aranda... Dağda hökumət nə gəzir?

Page 20: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

20

Düz bir ayın tamamında bizim tərəfdən Anaş adlı bir qız girdi döyüşə, atasına kömək eləməyə. Qız da nə qız ola! At minib-çapan, ağac oynadan əsl tərəkəmə qızı... Gəl gör nə meydan sulayır.

Tale o vaxt üzümüzə güldü ki, Anaş vurub qarşı tərəfdən bir kişinin başını yardı. Bu zaman kişi qışqırıb dedi ki, ay camaat, ay Əliqulular camaatı, biz təslim, davanı dayandırın! Hamının qolları yanına düşdü. Hər iki tərəf bir-birinin yanına gəldi. Kişi bizim tərəfdəkilərə üzünü tutub dedi: “Mənim başımı yaran kimin qızıdır?” Mərdan dayı irəli yeriyib dedi ki, mənim qızımdı.

Kişi dedi: – Hələ mənim başımı indiyə kimi yaran olmayıb. O qız

ki mənim başımı yardı, onu almalıyam... Hamı suya-buza döndü, kimi kövrəldi, kimi etiraz etdi.

Amma hər iki tərəfin adamları yumşaldı, ağacı yerə atıb bir-biri ilə qucaqlaşıb öpüşdülər, biz tərəfin arvadları da o biri tərəfin arvadları ilə görüşüb hal-xoş elədilər. İtlərimiz itləri ilə iyləşdilər, çulğaşdılar.

Bir aya qədər davam edən davanı, axır ki, sevgi dayandırdı.

Yenə sevgi, yenə qadın!

Page 21: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

21

ANAMIN BARMAQLARI

nam satdığımız qoyunların, motalların sayını bar-maqları ilə çox dəqiq hesablayırdı. Atamla mən belə məsələlərdə anam demişkən, “beysavad” idik.

Günahımız da yox. Məsələn, bir gün satdığımız qoyunla-rın on yeddisi yüz iyirmi altı, yeddisi yüz qırx doqquz, otuzu yüz otuz üç, motalların dördü qırx doqquz, üçü qırx iki manatdan hesablanmalıydı Oğulsan gəl hesabla. Onun-cu sinifdə oxumağıma baxmayaraq, bir dənəsini də düz gətirə bilmirdim, “Çox fikirləşəndə başım ağrıyır” – deyir-dim. Anam mənə yalvarırdı: “Qurban olum, sən hesabla-ma, başın ağrıyar, başına gələn qoyunlarımıza gəlsin!” Atam da mənim kimi. Anam hamısını barmaqları ilə he-sablayıb düz gətirirdi.

Atam heç vaxt anamın sözündən çıxmazdı. Nə vaxt çıxıbsa, onda da ziyan çəkib. Elə bil atam anamı bu barədə sınamışdı.

Məsələn bir dəfə… Eşşəyimizi Şirinqumda canavar parçaladı... Eşşək ev işlərinə yaxın olan heyvandı. Balaca və sakit

olduğundan arvadlar ona asanlıqla yun, palaz, gəbə, garvıd (xalça növü) yükləyir, aparıb çayda yuyurdular. Eşşək də it kimi ferma evlərinə əzizdi. Bulaq uzaqda olanda bidon-ları baş-başa çatıb eşşəyin belinə aşırır, su gətirməyə ge-dirdik.

Anam həmişə deyirdi ki, canavar eşşəyə çox hərisdir. Üz-üzə çətin olsa da, bir fənd tapıb onu parçalayır. Ona görə anam atama hər axşam bərk-bərk, tapşırırdı ki, eşşə-yin ipini iydə ağacına bağlamasın. Çünki canavar eşşəyi

A

Page 22: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

22

qovacaq, ipi ağaca dolanacaq, ağaca sıxılacaq, canavar asanlıqla onu yeyəcək.

Anam çox dedi, atam az eşitdi. Axır ki, canavar eşşəyi həmin qaydada, anam dediyi kimi parçaladı...

Atam iki qoyun verib Ağcabədi fermalarından bir eşşək aldı.

Anam alveri sevən adam idi. Unu, düyünü, qəndi, şəkər tozunu – bir sözlə nə lazımsa, hamısını həmişə çox alırdı. Qonşular deyirdi, toy eləyirsiz, nədi? Dükandan aldıqlarını eşşəyə yükləyib gətirirdi.

O vaxt toylar həyətdə olurdi. Mənim toyumda anam qonşulardan heç nə gətirmədi, yüz əlli bulud, üç yüz ədəd adi boşqab, üç yüz ədəd stəkan aldırdı.

Anam atama həftəyə bir qoyun kəsdirirdi. Bir dəfə anam mal-qaramızın içində əlini yüz kiloluq dananın üstə qoyub dedi, əmoğlu, bu dananı kəs, yeyək. Atam da baş üstə əmiqızı,– dedi.

Anam xanım-xatın qadın idi! Ürəyim ağrıyanda üzünü cırmaqla ürəyi soyumurdu, dilini çıxarıb dırnaqları ilə cırırdı. Bu, məşəqqətin son həddi idi.

Anam atamdan düz adam idi. Atam yetim və kimsəsiz olduğundan həyat onu hər yerdən, hər tərəfdən sıxmışdı. Amma anamın düz adam olmasına atam şərait yaratmışdı.

Anamın yaxşı səsi var idi. Yas yerlərində elə ağlayırdı ki, qadınlardan əlavə çöldə kişilər də hönkürürdü.

Bir dəfə atamla fermadan yas yerinə gəlirdik. Anam bizdən qabaq gəlmişdi. Lap uzaqdan ağlamaq səsi gəldi, atam dedi, bala, o sənin ananın səsidir, dayan, bir az qulaq asaq.

Anam şair idi. Ölünü xüsusi əlamətləri ilə təsvir edib ağlayırdı. O qədər gözəl ağlayırdı ki, bəzi adamlar deyir-dilər, kaş öləndə bizi Tamara ağlasın, yəni mənim anam.

Anam deyirdi sənə elə qız alacam ki, mən öləndə yaxşı

Page 23: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

23

ağlasın, yəni dillə. Anam öləndə heç kəs ona ucadan ağlamadı, içində

ağladı, ən çox da anamın səsini ağladılar. Daha kəndimizdə səslə ağlayan arvad qalmamışdı. Anam hamımızın qayğısını çəkirdi. Hər dəfə deyirdi ki,

mən öləndə kaş xəlvət bir yerdə durub sizə baxaydım, görüm mənsiz necə dolanırsınız?

Atamda biz az yalançılıq vardı. Elə məndə də var... Ümu­miyyətlə, həyat deyilən yerdə bir az yalançı olmamaq mümkün deyil. Bizim yalançılığımız düzlüyə xidmət eləyirdi.

Məsələn, yenə bir dəfə... Qışdan əlli dörd erkək toğlunu yemə bağlamışdıq. Yaz

ağzı atam bir təzə QAZ-53 maşın tutdu, qoyunları Göyça-ya satmağa apardıq. Bir baş yanıbalalı arıq inəyimiz vardı, onu da mindirdik. Əvvəllər qoyunu Bərdəyə aparırdıq. Göyçaydan qardaşıma təzə qız almışdıq deyə, dedik, daha xeyrimizi niyə özgəyə verək, özümüzünkünə nə gəlib?

Anam əlini qoyunların belinə qoyub qiymətləndirdi. Atam dedi, bala, anan deyən qiymətə çətin ki, çataq.

Səhər saat 5-də kənddən çıxdıq. Atam cibindəki puldan on manat ayırıb Seyid Aydın ağanın cəddinə nəzir elədi və qatlayıb döş cibinə qoydu ki, sağ gedək, salamat qayıdaq.

Hava alaqaranlıq idi. Quşlar indi – indi yuxudan oya-nırdılar. Kürdəmir yoluna təzəcə çıxmışdıq ki, qabaqda, kolluğun içində bir maşın işığının yanıb söndüyünü gördük. Elə bil palçıqlı göldə iri bir timsah gözlərini açıb yumdu. Yaxınlaşanda gördük ki, milislərdi (indiki polis).

Atam milisə dedi, Seyid Aydının cəddinə on manat nə-zir qoymuşdum ki, qabağıma çıxmayasınız. Milisin yaşlı və ucaboy olanı dedi, mən də iyirmi manat nəzir qoymuş-dum ki, bazar günü səhər Göyçaya qoyun aparanlar mə-nim qabağıma çıxsın.

Page 24: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

24

Dedilər, sənəd verin, qoyunların arayışını... Arayış nə gə-zir? Dedik, yoxdur, öz qoyunlarımızdı, aparırıq satmağa.

Milislər çıxdı maşına, əllərində fənər, başladılar qoyun-ların quyruğuna və qulağını yoxlamağa. Yəni “birka” və nömrə gəzməyə. O vaxt qoyunların qulağına sırğa taxırdılar, quyruğuna da tujla nömrə yapışdırırdılar. Bunlar hökümətin, yəni kolxozun qoyunu hesab olunurdu. Yaşlı milis Allaha yalvarırdı ki, kaş bir kolxoz qoyuna əlimə keçə.

Düz yarım saat baxdılar, birdən yaşlı polisin əli erkək bir toxlunun cırılmış qulağına keçdi. Dedi, aha, tapdım, “birka”nı çıxarmısınız. Atam and-aman elədi ki, bizim bir Qarbasan adında itimiz var, qoyunun qulağını quzu vaxtı o dişləyib. İnanmadılar, yüz manat verdik, canımızı güclə qurtardıq.

Çatdıq Göyçaya. Göyçay da soyuq. Qoyunları boşaltdıq. Gördük bazara iri, enli bir kişi girdi: paltosunu atıb çiyninə, yanında on – on beş nəfər əshabəsi... Çatır, hər şeyə “optovoy” qiymət deyir və gedir. Razılaşanlar da olur, razılaşmayanlar da. Bizim qoyunlara çatanda dedi, nə qədərdi? Atam dedi, əlli dörd baş. Dedi, üst-üstə yüz iyirmi beşdən pulunu verirəm. Razılaşmadıq, dedik yüz otuzdan götür. Yox dedi. Kişı getdi bazarın yuxarı başına. Ondan sonra bizim qoyuna yaxınlaşan olmadı. Sən demə, bu kişi bazarın şefi imiş. Hansı qoyuna əl qoyurmuşsa, onu özündən başqa heç kəs almırmış. Kişinin dediyi qiymət anamın dediyi qiymətdən beş manat aşağı idi. İnək də bir tərəfdə, heç soruşan yox. Get-gedə üşüyürdük. Ümumiyyətlə, qoyunlar bir tərəfə, üstəlik yanıbalalı arıq inəyi satmaqdan çox utanırdıq. Deyirdik, birdən göyçaylı qohumlarımızdan biri bizi görmüş olar. Barı heç olmasa, satdıqlarımız, xüsusən yanıbalalı inək kök olsa, yenə dərd yarıdır.

Page 25: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

25

Bir azdan bir arvadla bir kişi gəldi, inəyin qiymətini soruşdular. Atamla başqa istiqamətə baxırdıq, guya inək bizim deyil. Atam dedi, sən get inəyin yanına, qiyməti de. Bizim göyçaylı qohumların qonşularına oxşayırlar, sən uşaqsan, tanımazlar. Dedim, yox, sən get. Axır atam getdi, dedi, inək balası ilə birlikdə dörd yüz manatdır. Bu, lap aşağı qiymət idi. Sonra atam əlavə elədi, sağanda təpik atır, əmcəyinin biri kordu. Nə bilim, inəyi o qədər pislədi ki, atama yazığım gəldi, o, canını inəkdən belə qurtarmaq istəyirdi. Belə deməklə inəyə söyürdü elə bil. Atam çəkdiyi əzablara nifrət eləyirdi. Həm də atam alış-verişə düz adam idi, nə deyirdi düz deyirdi.

Axır ki, atam özü inəyi dörd yüz manatdan üç yüz əlli manata endirib satdı. Bəlkə də, onlar inəyi dörd yüz manata alacaqdılar. Halbuki kəndimizdə bu qiymətə erkək qoyun satırdılar...

Nə isə, inəkdən canımızı qurtardıq, qaldı qoyunlar. Bazardan yavaş-yavaş əl-ayaq çəkilir, bayaqkı kişi də kənarda dayanıb gözləyirdi.

Atam dedi: – Bala, fermada yem yox, milisə yüz manat verdik,

maşına da yüz əlli verəcəyik... Mən utanıram, sən get o kişiyə de ki, gəl qoyunların hamısını yüz iyirmi beşdən götür.

Getdim kişiyə dedim, başının dəstəsi ilə gəldi. – Bayaq yüz iyirmi beş manat deyirdm, vermədiniz,

indi yüz iyirmidən alıram. Mən: – Yox, yüz iyirmi üç manata götür, yolda qoyunları

milis tutub, maşın pulu, yol xərci var hələ. Kiş əlini yelləyib, “Almıram” – dedi və getdi. Bir az keçəndən sonra atam kişini çağırdı. – Gəl, yüz iyirmi manatdan götür.

Page 26: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

26

Kişi gəldi, gözünü qıyıb atama baxdı. – İndi yüz on səkkizdən alıram. – Yox – qeyri-ixtiyarı qışqırdım. Atam tez dedi, satıram, götür yüz on səkkiz

manatdan... Bir dəqiqə geciksəydi, yüz on səkkiz manat yüz on beş

olacaqdı. Qoyunları satdıq. O kişiyə nifrət elədim. Atam pis

olmuşdu, boynunu qucaqladım. Elə bildim atam deyil, qardaşımdı.

Göyçayda Əli Kərimin qəbrini ziyarət edəcəkdim, necə oldusa, yaddan çıxdı.

Atam yolda maşını saxlatdırdı və məni kənara çəkdi. – Bala, satdıqlarımızı anan barmaqları ilə

hesablayacaq. Hər şeyi onun dediyindən ucuz verdik. Anan kədərlənəcək. Fikir eləyəcək.

Mən çiyinlərimi çəkdim. Atam dedi: – Gəl belə eləyək. Yalandan anana deyək ki, polisə yüz

yox, iki yüz əlli manat verdik. Sürücü yüz əlli manata yaxın durmadı, iki yüz yetmiş manata güclə razı saldıq.

Sonra əlavə elədi. – İki dəfə guya çörək yedik, biri səhər, biri də gələndə

yolda, guya sənin könlün kabab istəyib, yüz əlli manat da onu çəkək.

Mən başımla təsdiqlədim. – Bax, sözümüz bir olsun ha, anana belə də danış. Sonra qayıdıb mənə dedi: – Üstündə nə qədər pulun var? – Altmış beş manat... – Ver mənə, yüz on iki manat da məndə var, qoyaq

qoyunların pulunun üstünə. Anan fikir eləməsin. Evə gəldik. Anam barmağı ilə hesabladı. Hələ bu haqq-

Page 27: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

27

hesablardan sonra qoyunları su qiymətinə satdığımız göz qabağında idi...

Atam o qədər məsum, uşaq təbəssümü ilə dayanmışdı ki, onu ilk dəfə oğlum kimi bağrıma basmaq istədim.

Anam bir onu dedi ki, əmioğlu, barı doyunca çörək yedinizmi?

– Hə, yedik, əmiqızı. Onsuz da evin pulları həmişə atamda olurdu. Sadəcə,

anamı sevindirmək istəyirdi. Anam düz adam idi. Amma nə yazıqlar ki, heç vaxt evin çöldən xəbəri olmur. Çöl evin başını kəsmək istəyir...

Page 28: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

28

SADAY BƏYİN QİSASI

izim kəndin Şirinqum qışlağı var. Qış aylarında qoyunları orda saxlayırıq. Şirinqumun otu, suyu şirindi. Qum təpəciklərinin arasında bir göl var.

Onun yaşını bilən yoxdur, çox qanlı hadisələr baş verib burda. Suda batmış dəyirman daşları uzaqdan görünür, göldə müxtəlif rəngli quşlar üzür.

1930-cu ildə rus əsgərləri gəlibmiş Şirinquma. Təsəv-vür edin, tərəkəmə hara, rus hara?

O vaxt tərəkəmələr rus dilindən adda-budda söz öyrəniblər. İndi də həmin sözləri öz ləhçələrinə üyğun işlədirlər

Sən demə rus əsgərləri əslən tərəkəmə, bizim obaların sayılıb-seçilən bəylərindən olan Saday bəyi axtarırlarmış. Saday bəy boy-buxunlu, yaraşıqlı, zəhmli, şaqqalı, igid bir tərəkəmə oğlu imiş. Başının dəstəsi ilə tərəkəmə camaatı arasında Sovet hakimiyyətinin əleyhinə təbliğat aparır, hökumətə qarşı döyüşürmüş.

Əsgərlər Şirinqumda çadır qurublarmış. Hər səhər qurşaqdan yuxarı çılpaq idman eləyirlərmiş. Tərəkəmə qadınları da bunu görürmüş, bu da tərəkəmə kişilərinə ağır yer eləyirmiş. Rus gədəsinin biri lap ağ eləyibmiş, finiş xəttini düz bizim fermanın yanında salıbmış. Tərəkəmələr demişkən, bizim qadınların gözünün qabağında dombalaq aşırmış, güləşməyə adam gəzirmiş. Tərəkəmələrdən onun qabağına çıxan yoxuymuş. Tərəkəmə hara, idman hara?

Bir dəfə obamızın ağsaqqalı Hacı Məhəmməd baba çobanlara deyir ki, kim o rusu yıxsa, ona on erkək verəcəm. Heç kəs ürək eləmir, çəlimsiz çolaq Böyükağa

B

Page 29: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

29

deyir ki, mən yıxaram, hamını gülmək tutur. Heç kəs inanmır. Deyirlər, Böyükağa heç düz yolda yerişini yeriyə bilmir, o ki qaldı rusu yıxa... Böyükağa hirslənib deyir ki, nəyə gülürsünüz, siz yıxılmış rusunuza yiyə durun. Nəsə, rusu birtəhər başa salırlar ki, gəl bizim adamla güləş. Rus əvvəl bir neçə priyom-zad işlədir, əmələ gəlmir.

Gözünə döndüyüm çolaq Böyükağa eləməyib tənbəl-lik, qədim tərəkəmə badalağı ilə rusun arxasını qoyur yerə (təklif edirəm ki, tərəkəmənin məşhur “Badalaq” priyomu milli güləşimizdə istifadə edilsin, çünki özgə güləşçilər bu badalaqdan xəbərsizdilər). Badalaq hara, rus hara?

Böyükağa on erkəyi alıb qatır sürüsünə. Elə o vaxtdan kimsə bir kimsənin iş görmək bacarığına şübhə edəndə deyirlər, ay qardaş, sənin nəyinə lazım, yıxılmış rusuna yiyə dur. Nəsə, rusu burda qoyaq, keçək Saday bəyə.

Saday bəyə qarşı hökumət yerli qüvvələrdən də istifadə edirmiş. Bu işi də tapşırıblarmış anamın dost-doğma ma-ması qızı Aftelin əri Əbil kişiyə (ona kəndimizdə Ceyran Əbil deyirlər). Ona bir tüfəng də verirlər. Gözünə döndü-yüm Əbil kişi də Saday bəyi tutmaq əvəzinə, hər gecə Sa-day bəylə yeyib-içir, gündüzlər də Şirinqumda çıxırmış ceyran ovuna. O qədər ceyran ovlayır ki, axırda adına Ceyran Əbil deyirlər. Hökumət soruşanda ki, bəs Saday bəyi nə vaxt tutacaqsan? O da cavabında deyirmiş ki, möhkəm axtarış gedir, yerini bələdləmişəm, elə bu gün-sa-bah əl-qolu bağlı gətirəjəm qırmızı stolunuzun qabağına (tərəkəmələr üçün “qırmızı stol” sovet hökuməti demək imiş və bu stoldan çox qorxurlarmış ).

Hökumət də Əbilə inanırmış, patronu-zadı bol eləyir-miş ki, korluq çəkməsin. Əbil də hər gün anamın maması qızına ceyran əti yedirdirmiş.

Sən demə, hökumət əl altdan iş görürmüş, ayrı bir plan əsasında Saday bəyi axtarırmış. Ayrı-ayrılıqda kəndin bəzi

Page 30: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

30

adamlarını ələ alıbmış, bu iş də tapşırılıbmış Salmana. Sal-man rusca “net, yest” bildiyindən ruslarla arası saz imiş, həm də Saday bəylə də bağrı badaşmış. Deyilənə görə Salmanın qardaşının qulağı kar imiş. Beş yaşı olanda atası qonşu fermanın qancığını güllələyəndə qulağı batıbmış, o kar olan, bu kar olan, hələ indiyəncən açılmayıbmış. Bir gün Salman başı batmış Saday bəyə ismarıc göndərir ki, axşam bizə gəlsin, qonağım olsun, ondan ötrü darıxmışam, burnumun ucu göynəyir. Saday bəy də dəstəsini götürüb gecə gəlir Salmanın evinə. İçəri girən kimi Saday bəy deyir ki, Salman, bu evdən rus iyi gəlir.

Sən demə, rus əsgərləri evi mühasirəyə alıblarmış, Salman Saday bəyə qurğu qurubmuş. O saat Saday bəy beşaçılanın burnu ilə qapını açıb sıçrayır çölə. Atışma başlayır, atışmanın səsi atları hörüyündən qopardır, qoyun-quzu mələşir, itlər hürüşür... Nə isə, ara qarışır, Saday bəy qaçıb özünü verir məşhur Sarıqamışlığa və xilas olur.

Günlər keçir, aylar ötür... Salman gecələr yatmır. Bilir ki, Saday bəy bu qisası onda qoymayacaq. Dərdini Əbilə deyir, o da söz vermir, deyir ceyrandan başqa mənim əlimdən heç nə gəlmir.

Bütün tərəkəmə itlərinin hamısı Saday bəyi tanıyırmış. Novruz bayramına bir gün qalmış xoruzun birinci banında, qoyunlar ikinci dəfə sidiklənən vaxtı Saday bəy beşaçıla-nın burnu ilə Salman yatan alaçığın köhnə kilimdən hazır-lamış qapısını qaldırıb, girir içəri, Salmanı və ailəsini çıxa-rır çölə. Salman döşənir Saday bəyin ayaqlarına. Heç bir xeyri olmur.

Saday bəy deyir: – Salman, mən səni öldürsəm, canını qurtaracaqsan. Sə-

nə elə bir cəza verəjəm ki, ömür boyu yadından çıxmasın. Salmanın arvadı yaylığını salır Saday bəyin ayağının

altına, Saday bəy yaylığı saymır. Salmanın 15 yaşında əkiz

Page 31: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

31

oğlu varmış. Onların çeçələ barmaqlarını bir-birinə çatır. Deyir, oğlunun ikisini də alnından vuracam. Məni ruslara niyə satdın? Hamı yalvarır, Salman özünü qaldırıb çırpır yerə, özünü torpağa bülənd eləyir. Qonşu fermadan Saday bəyin bacısı Bikəni gətirirlər. Bikə də yalvarır, xeyri olmur. Saday bəy Salmanın arvadına deyir, ayağımın altı-na yaylığını sərdiyinə görə oğlunun birini bağışlayıram, get, birini seç.

Ana gəlir oğlanlarının yanına, nə qədər eləyir seçə bil-mir, qayıdıb yenidən Saday bəyə yalvarır ki, seçə bilmi-rəm, ikisini də bağışla. Saday bəy yenə “Get birini seç” – deyir. Ana yenə seçə bilmir. Axırda Saday bəy sərrast atəşlə qardaşların ikisini də düz alnının ortasından vurur. Güllənin səsindən Salmanın arvadının qulağı kar olur, qardaşının qulağı isə açılır.

Sizə kimdən deyim, Əbildən. Əbilin kefi o qədər kökə-lir ki, atı çapanda üstündə ayaq üstə dururmuş. Sonra isə atı başı üstə çapırmış.

Bir gün ceyran Əbilin gülləsinin qabağında başı üstə durur. Əbil atəş açmır. Deyilənə görə, bu, Əbilin ovladığı yüzüncü ceyran imiş. Təbiət Əbilə belə etiraz edir. Əbil gəlib görür ki, ceyranın yanında yeni doğulmuş balası var. Əbil kişilik eləyib o vaxtdan ceyrana güllə atmağı tərgidir.

İndi kəndimizin qəbiristanlığında Əbilin qəbri var. Üstünə ceyran şəkli çəkilib, Əbil özü at belində, tüfəngi də çiynində.

Salmanın oğlanlarının qətlindən sonra Saday bəy xəya-nət nəticəsində rus əsgərləri tərəfindən öldürülür. Rus əs-gərləri Şirinqum qışlağından çıxıb gedirlər. Onlardan yadi-gar Şirinqumda otuz metr hündürlükdə gözətçi məntəqəsi qalıb. Salman oğlanlarının ölümündən sonra dəli olur, ar-vadı isə hələ yaşayır...

Page 32: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

32

AT MURTUZƏLİNİN BADALAĞI

izim tərəkəmə fermalarında min dili, min açarı olan bir çoban var, adı da At Murtuzəli. İpləmənin biri, dəlinin yekəsi. At nallayan və axtalayan. Fermalar-

da qoçların xayalarını o burur, sonra kəndirlə bağlayır. Bu cür qoçlara “Buruq qoc” deyirlər. Daha bu qoçlar qoyun sürüb arıqlamır. Onları sürüdən ayırıb ötürürlər xama. Belə qoçları satmaq üçün kökəldirlər. Yaxşı yadımdadır, atam həmişə buruq qoçların belini əlləyib deyirdi: “Hərəsinin üstündə ən aşağısı iki yüz manat yatır”. Yazığım gəlir belə qoçlara, qoçluqları əlindən alınıb! Qoyunun içində cəmi beş-altı damazlıq qoç saxlayırlar. Dişi qoyunlar döl tutandan sonra onları da qatırlar buruq qoçların içinə. Deyirlər, boş yerə qoyun sürüb arıqlamasın.

At Murtuzəli Allahın bəlasıdır. O, hətta ağzı köpük-lənən kələlərin də xayalarını burur və şahə qalxan dayları axtalayır. Əlindən hər sənət gəlir At Murtuzəlinin. Arvad-baz olsa da, sevə bilmir. Sevgi onun üçün axtalanmış at kimi şeydir.

Daşkörpüdən bir həkim gəlmişdi bizim fermaya, arvadı vardı, sanki ağ maya. Bir az üzüyola qadın idi. Deyirlər, At Murtuzəli ona cəmi bir dəfə əlini çəkib, vəssalam. Dağar Cəmil deyir ki, dildə arvadbazdı At Murtuzəli. Çox vaxt özünə böhtan deyir, adını çıxardır.

At Murtuzəli qoyun kəsəndə quyruğunu dörd bölüb ağzına atır, yeməyin üstündən həmişə bir stəkan yağ içir. Atın arxa ayaqlarını özü tutur, özü qaldırır, özü nallayır. Atlar At Murtuzəli görəndə qorxur.

Arvadı da ağzıyırtığın biri. Gecə aralarında nə olur, sabah danışır ferma arvadlarına.

B

Page 33: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

33

– Bax, məni burda sizlə söhbət eləyən görsə ha, o saat başımı kəsər. Hirslidir. Qabaqkı arvadını elə buna görə öldürüb. Cibində lüt arvad şəkilli kartlar var. Daha qorxumdan deyə bilmirəm ki, bunlar kimin arvadının şəkilləridir.

O vaxtdan arvadlar da başladı öz ərlərinin cibində şəkil axtarmağa. Birinin cibindən qoyun qığı çıxdı. Sən demə çöldə qoyun otaranda çoban yoldaşı ilə “qığmərə” oynayırmış.

At Murtuzəli sevgisini qoç burmaq, at axtalamaq və cibindəki lüt qadın şəkilləri ilə öldürmüşdü. Hər halda, dəqiq bilən yoxdur. Amma mən bilən, onu erkək heyvanların qarğışı tutub.

At Murtuzəli yaxşı dombalaq aşır, adama yaxşı badalaq vurur, həm eləsindən, həm beləsindən... Birini ayağı ilə vurur, birini dili ilə. Onun badalağından qurtarmaq çətin olur. Əgər Olimpia oyunlarının badalaq və dombalaq aşmaq üzrə növləri olsaydı, birinci yeri yüz faiz bizim At Murtuzəli tutardı. Tərəkəmə fermalarında çox əlləm-qəlləm işlərin müəllifidir At Murtuzəli.

Bir dəfə Ağcabədi fermalarının yanından keçirmiş. Yoldaşı da kim ola – Çəpgöz Səməd. Görür bir çoban sürünü yaylıma verib, yəni sürü dağın döşündə yayılıb rahat otlayır... Qoyunlar göz oxşayır, çoxu da Qarabağ cinsi. At Murtuzəli tez “badalağ”ın birini işə salır. Səmədə deyir ki, mən çobanın başını qatajam, sən o tərəfdən sürünü böl.

At Murtuzəli çobana çatır, boynunu qucaqlayıb başlayır ağlamağa:

– Ay əmioğlu, ölmədim, axır ki, səni gördüm. Çoban qalır mat-məəttəl, bilmir neyləsin: – Ayə, sən kimsən eeyy? At Murtuzəli çobanı yenə basır bağrına, başlayır bu

Page 34: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

34

dəfə lap bərkdən ağlamağa: – Ayə, bəs sən əmioğlunu niyə tanımadın? Bəs əmim

sənə deməyib? Atalarımız qardaşdı. Mənim atam mühari-bədə itkin düşüb. Sonra Dərbəndə gəlib çıxıb, mən Dər-bənddə doğuldum. Atam öləndən sonra köçdüm Bərdəyə. O son ana qədər qardaşını arzuladı, onu görməmiş getdi. Mənə dedi ki, əmini tapmasan, yanıma gəlmə.

Bu dəfə At Murtuzəli “ay əmioğlu” deyib çobanı yenidən bağrına basır, çoban da kövrəlir, axırda o da bunun boynunu qucaqlayır. O, hönkürür, bu, hönkürür. O, qucaqlayır, bu, qucaqlayır. Səməd də sürünü o tərəfdən seçir...

Tərəkəmələrdə qoyun oğurluğuna “seçmək” deyirlər. At Murtuzəli çobanı bir də qucaqlayır, “Ay əmioğlu”

qışqırır. Sevindiyindən aradabir sol əli ilə papağın üstün-dən başına vurur. Çoban əmioğlusunun xətrinə ondan da bərk qışqırır.

At Murtuzəli deyir: – Ay əmioğlu, “Sarıyer” yaylağından keçirdim, səni

gördüm. Əmimin iyini səndən aldım. Bir az toxtadım. Gözlərim yollarda idi.

Çoban At Murtuzəliyə nə təhər inanırsa, indi o əl çək-mir. At Murtuzəli də ayağının birini qaçaq qoyub. Düşü-nür ki, Səməd öz işini artıq görüb qurtarmış olar.

Çoban əl çəkmir. Deyir, getməliyik bizə. Qoy atam görsün ki, kim gəlib? Ayağının altında dəvə kəssin. Qoy kəndimiz, fermamız görsün ki, mənim necə əmioğlum var.

At Murtuzəli deyir ki, yox, əvvəl sən bizə gəl, qoy atamın ruhu şad olsun ki, onun ocağına çoxdan axtardığı qardaşı oğlu gəlib.

Çoban deyir: – Yox, əvvəl sən gəl. At Murtuzəli deyir:

Page 35: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

35

– Əmioğlu, məni kövrəltmə, birinci sən gəlməlisən. Mən getsəm əmimi görən kimi ürəyim partlayar, çünki atam ondan “əli uzalı” gedib. Dözmərəm. Atam əmimi ölən günə kimi arzuladı.

Bu dəfə çoban At Murtuzəlini qucaqlayıb lap hönkürür. At Murtuzəli də onu bağrına basır, amma bir gözü yal tərəfdə olur, görür ki, Səməd seçdiyi qoyunları artıq yaldan aşırmaq-dadır. Bir az fırlansa çoban görə bilər. At Murtuzəli növbəti ba-dalağını işə salır, ayağını çobanın ayağının yanına qoyub onu azca qanırır, ikisi də yıxılır yerə. Başlayırlar yerdə ağlaşmağa.

Bir azdan dururlar ayağa, qucaqlaşıb öpüşürlər, yenə qucaqlaşırlar.

Artıq Səməd böldüyünü yaldan aşırıbmış. At Murtuzəli dedi: – Gedib qohum-əqrəbaya xəbər verim, üç-dörd günə

gələcəyik əmimin yanına. Çoban deyir, əmioğlu, başına dönüm, atama bunu desəm,

ürəyi partlayacaq. Tez gəlin. At Murtuzəli “baş üstə” deyib gözünün yaşını silə-silə bir

göz qırpımında yalı aşır. Görür ki, Səməd on doqquz baş yaxşı şişək seçib. Şişək – bir yaşlı qoyun, yəni qoyunun həddi-buluq vaxtı.

Çoban ağlaya-ağlaya sürünü gətirir arxaca. Atasını qucaqlayıb hönkürür. Deyir, əmim oğlunu tapdım. Atası deyir, ayə, nə əmioğlu, sənin əmin var ki, oğlu da olsun?

– Hə varmış, müharibədə itkin düşübmüş. Mən bu gün tapdım onu.

Atası şübhələnir. Deyir ə, qoyunu sayın görüm. Sayırlar, sürüdən on doqquz qoyun kəm gəlir.

Çobanın atası barmağını dişləyir: – Sən öl bu, Karrarlı At Murtuzəli işi olacaq. Oğluma

badalaq gəlib... Atı minib tərpənir Karrar obasına, Əyri qarın altına...

Page 36: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

36

XALÇAMIZI OĞURLADILAR

əhər yuxudan oyanıb gördük ki, gəbəmizi hanadan kəsib aparıblar. Gəbə yarımçıq idi, tam toxunma-mışdı. Nənəm gəbəyə mənim adımı yazmışdı. Yazı-

pozu bilmirdi nənəm. Doqquzuncu sinifdə oxuyan mamam (bibi) eləcə adımın şəklini çəkib vermişdi nənəmə. O da, türklər demiş, yapmışdı gəbənin ortasına.

Nənəm anadan olduğum tarixi bilmirdi. Söz düşəndə deyirdi, Biliş kişi ölən ili, özü də qoyunun örüşdən qayı-dan vaxtı (yəni axşam saat səkkiz radələri) anadan olmu-şam. İşıqlar sönübmüş, ev qaranlıq olub, üstümdə bir çıraq nöyüt yanıbmış. Məni tutan mamaçaya nənəm altı balalı toyuq verib. Bir işi yarıtmayanda nənəm həmişə mənə deyirdi, üstündə yanan bir çıraq nöyütə hayıf...

Oğrular evimizə qapıdan girmişdilər. Evdə nənəmlə ikimiz idik. Düz hananın qabağında yatmışdıq. Oğrular, bəlkə də, üstümüzdən adlayıblar. Qapımız içəridən bağlan-mırdı. Nənəm yun basılmış kisəni qapının arxasına söy-kəyirdi ki, barı qapı öz-özünə açılmasın. Bəzən elə olurdu ki, pişik qapını ayağı ilə açırdı. Bu səbəbdən nənəmin yun kisəsi kiçik həmlələr üçün əməlli başlı sipər idi.

Oğrular yun kisəsini də aparmışdilar. Nənəm yanıb-ya-xılırdı: “Qarğıyan qarğıyana desin ki, görüm, hanan boş qalsın!”

Nənəm kəndimizin hana qurmaq üzrə əl-əl gəzən usta-larından idi. Əgər kəndimiz şəhər ola, şəhərin də toxucu-luq fabriki ola, bilin ki, həmin fabrikin direktoru yüz faiz nənəm olardı. Mən də fabrik direktorunun nəvəsi kimi, yə-qin, kənddə o vaxt modda olan 412 seriyalı “Moskviç”lə avtoşluq edərdim. Nənəmin şöhrəti gedib qonşu kəndlərə

S

Page 37: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

37

çıxmışdı. Adamlar gəlib növbəyə yazılırdılar. Onun qur-duğu hananı heç kəs qura bilmirdi.

Bizim evdə hana elə həmişə qurulu olardı. Biri qurtaran kimi, o biri başlardı. Nənəmin cəhrəsi maşınım, ip yumaq-ları isə futbol topum idi.

Nənəmin bəxti bir şeydə də gətirib: oğlu qışlaqda ço-ban, Qarabağ cinsli qoyunlarının bilicisi, gəlini motal basan, maya tutan, suluq, bulama, bağırbeyin bişirən bir sözlə, tərəkəmə yeməklərinin baş aşpazı... Nənəm tanrı bəxtəvəridi. Gəlini hər səhər bulama göndərir. Yeyir bula-madan, qurur hanadan.

Nənəm əvvəl fermaya gedir, yunlu Qarabağ qoyunlarını seçir, beləcə əliylə – onu, onu, onu yox, o birini, hə onu, – göstərib hamsını doldurur kərəsgəyə (payızda qoyunların yatdığı yer), oğluna – atama qırxdırır, yunu gəlinə yudur-dur, gətirtdirir kəndə. Yunu didir, təmizləyir, sonra daraq-da darayır, daradığı əlçimləri piltə-piltə düzür. Həmin pil-tələri cəhrə iyinin ucuna ilişdirib əyirir. Piltəni piltəyə ca-layır. İyə sarınan piltə ip olur. Sonra həmin ipləri iyə dolayaraq cəhrəni bulayır, bir az keçmir ki, uzun yemiş boyda dükçə əmələ gəlir. Sonra nənəm yerdə bardaş qurur, həmin dükçələrdəki ipi hər iki dizinə dolayaraq səkkiz formasında kələf düzəldir. Nənəm heç vaxt kələfin ucunu itirmir... Sonra həmin kələfləri aparıb rayonda boyatdırır... Boyaqçı Limon adında bir kişidir. Bir az da şorgözdür. Kəndimizdə bir-iki arvadla adı çıxıb.

Nənəm müxtəlif rənglərə boyanmış kələfləri sərir günə. Quruyandan sonra onlardan yumaq düzəldir. Bu vaxt mə-nim “bayramım” başlayır, daha doğrusu, futbol çempiona-tım... Top kimi yumru yumaqları evdə təpiklə ora-bura vu-ruram.

Nənəm cəhrənin kirişini (barabanı fırlayan) qoyunun damarından hazırlayır, üstünə qır sürtür. Kiriş lap xaricdən

Page 38: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

38

gətirilən xammala oxşayır. Nənəm xalçaçılıq üzrə professordur. O, pambığı didib

içindən çiyidi çıxardır, darayıb piltə hazırlayır. Nənəmin elminə bax. Pambıq piltə ilə yun piltəni üst-üstə qoyub hər ikisini cəhrədə əyirir, bu da olur əriş – heç vaxt qırılmır, bərk olur. Həmən bu ərişlə nənəm sanki gəbənin onurğa sütununu düzəldir. Hananın yanlarında aşağı-yuxarı hissələri haçalı dirəklər olur, həmin haçalara oxun ucları yerləşdirilir. Ox iki dənədir: aşağıda və yuxarıda, ucları da haçaların arasında. Dirəklərin aşağısı yerə bərkidilir. Nənəm aşağı və yuxarıdakı oxlara ərişi dolayır. Tarın simi kimi... Ancaq ondan sıx. Əvvəl əriş bir az boş olur, bunun da əlacını nənəm tapıb. Xananın yan dirəklərinin aşağı hissəsində, ox taxılan haçanın üst tərəfində azca boşluq olur. Nənəm ora üçün paz düzəldir. Pazı da hər dəfə mən vururam. Hər dəfə baltanın arxası ilə pazı vuranda nənəm qocalıq pulundan mənə beş manat verir. Aşağı tərəfdə oxun hər iki başından paz vurulandan sonra əriş daram durur. Qurulmuş hananın ortasına küjü bağlanır, bu hana enliliyində, 50 sm diametrində olan, hamar uzun ağacdır. Bu da ona görədir ki, küjü ərişlərin birini qabaqa, birini geridə saxlayır. Nənəm biri qabağa, biri geri olan ərişlərin arasına əlini asanlıqla salıb arğacı keçirir, sonra onu kirkitlə vurur, həvə ilə döyəcləyib bərkidir. Bundan sonra ərişlə arğac bir-birini kip tutur. Tərəkəmələrdə iki adam möhkəm dost olanda deyirlər: “Əriş-arğac kimidilər!” Elə ki, toxunan yer küjüyə bir az çatdı, mən pazı çıxardıram, əriş boşalır, küjnü aşağı, toxunan hissəyə endirib çıxıram küjünün üstünə, basıram aşağı. Buna da hananı ötürmək deyirlər. Burda da zəhmət haqqım ayrıdır; bir-iki manat, ya da bir nəlbəki çiyə. Sonra pazı yenidən vurub ərişləri daraldıram. Nənəm başlayır oxuya-oxuya hananı toxu-mağa.

Page 39: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

39

Beləliklə, hananı yeddi dəfə ötürəndə iş tamam olur. Yəni xalçanın başı yuxarıdakı oxun üstündən aşıb ayağına çatmağa az qalmış xalça kəsilir, ucları düyünlənir.

Kimin evində hana qurulurdusa, bəxtəvər sayılırdı. Xa-nanın sevinci oğul doğan gəlinin, qoyunu əkiz doğan ço-banın, inəkləri və camışları yelinləyən ev sahibinin sevin-cinə tay tutulurdu.

İndi bütün bu zəhmətdən sonra gəbəmizi kəsib aparıb-lar, nənəm oğrunu əl-əl gəzir. Atam, anam fermadan kən-də gəlib. Utandığımdan yükün arxasından çıxmıram. Hamı məni sorğu-suala tutur. Atam deyir, bəs sən evin kişi qırığısan, ayıb deyil, niyə yatıbsan? Mən də bir şey demə-liyəm axı. Deyirəm, gecə yatmışdım, qəflətən oyandım, gördüm “taqqıltı” gəlir. O saat hamı deyir: “Aha”. Sonra dayanıram. Diqqət mərkəzindəyəm deyə, özümü çəkirəm. Uşaqlıq dostlarım mənə heyranlıqla baxırlar.

Dedim, taqqıltı yaxınlaşdı qapıya. Nənəm o saat cibimə bir beşlik basdı. Dedim, kim idisə, qapını açdı, açan kimi nənəmin yun kisəsi sürüşdü. Girdi içəri. Hamı dedi, kim? Dedim, dayım. Anam ağzımın üstə bir şillə çəkdi. Elə bildi məni nənəm öyrədir. Beşliyi də ona görə verib. Hirsləndi. Gətirdiyi bulamani itə tökdü. Gəlinlik kürsüsündən bir-iki ağız çıxış elədi ki, niyə qaynanam yatıb, gəbəni toxuma-yıb. Yatmasaydı, oğru bu qələti eləməzdi. Mən istədim oğ-runu dəyişim. Hamının qulağı dikdi. Dedim, dayım de-yil-di, əmim idi. Nənəm dedi, kəs səsini! Çıxdım çölə, indi hamı mənə yaltaqlanır ki, onun adını deməkdən vaz ke-çim. Müəyyən bir iş, sirr bilən adam kimi məndə artıq diq-qət çəkən imic əmələ gəlib, özümü yaman dartıram. Çox adam saydım, tez dəyişdim. Gördüm fürsətdi. Məni vurub qaçan Elşənin atasının üstə möhkəm dayandım, dedim, Zakir dayı idi, vəssalam. Daha fikrimi dəyişmədim. Elə o vaxtdan Zakir dayı ilə olduq qanlı-bıçaq. Gediş-gəliş

Page 40: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

40

kəsildi. İstədim deyəm, yalandı, amma dediyim yalana özüm inanmışdım. Demədim...

O hadisədən yeddi il keçəndən sonra mamam getmişdi fermaya. Deyirəm dünyanın işinə bax... Bir atlı gəlib çıxır bizim fermaya. Bunun da yaxşı xurcunu olur. Tərkində də bir qadın. Sən demə arvadı imiş. Xurcunun bir gözündə uşaq, o biri gözündə quzu. Uşağın iki yaşı olarmış. Uşaq ağlayır, quzu mələyir. Ara kəsilmir, hər ikisi bir-birinə “xod” verir.

Atlı kürdlərin fermasından imiş. Bizim arvadlardan, at soruşur, it soruşur, yol soruşur. Guya itiyi var. Gərək nə-nəmin gəlini olmaya... Anam o saat bilir ki, bu, oğrudu, fermanı bələdləyir. Belə eləyir ki, heç kəs şübhələnməsin. Bu vaxt mamam baxır ki, xurcunun uşaq olan tərəfində mənim adım yazılıb “Qəşəm”. Mamam adımı hamıya gös-tərir. Ara qarışır, məzhəb itir! Arvadlar alır kişini, nə alır.

Sən demə oğurlanan gəbəmizi doğrayıb xurcun düzəl-diblərmiş! Kişi dedi, xurcunu Sarıxanlı kəndində çoban yoldaşım Talıbdan almışam. Talıba ismarış getdi. O da de-di ki, Karrar yatağından Səfərdən almışam. Səfəri tapdıq. Səfər dedi, özüm toxutdurmuşam, dedik, bəs ad? Səfərə nə var, dedi, o, bir naxışdı... Yəni tərəkəmə dilində desək, “çeşni”. Tərəkəməyə nə sübut?

Xurcunu həmin atlıdan aldıq, özünü də biabır edib yola saldıq Ağcabədi tərəfə. Xurcunu özümüz xeyli işlətdik. Sonra atam xurcunun arasını açıb uzun müddət ata çul (alıq) elədi... Hərdən də atın belinə sarıyırdı ki, soyuqlayıb çərləməsin. Üstündə də mənim adım... Mən isə kənddə müəllim... Nənəm isə artıq həyatda yox...

Page 41: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

41

BAŞI YAYLIQLI QOYUNLAR

oyun sağılıb qurtarandan sonra Sevdimalı bizə gəldi. Atı yalın minmişdi, əli də yalın idi, elə atın başındakı çatını o tərəfə, bu tərəfə tərpədərək dəh-

mərləyirdi. “Dəh-dəh” sözü “bəh-bəh” kimi eşidilirdi. Sevdimalı atdan düşdü, əlindəki çatı ilə atın qabaq

ayaqlarına duşaq (qaçmamaq üçün atın qabaq ayaqlarına bağlanan kəndir) vurdu, ötürdü alaçığın arxasındakı soğul-muş pambıq sahəsinə. Atın quyruğunu düyünlədi ki, pıt-rax, pişpişə vurmasın.

At tərli idi, atam dedi, çər deyər ata, ona görə Sevdima-lı bizim atın yəhərini aparıb qoydu öz atının belinə, quşqu-nunu keçirdi atın quyruğunun altına, sinəbəndini düzəltdi, tapqırını çəkib möhkəm bağladı.

Onunla hal-əhval eləməmiş atam dilləndi: – Koramazla aran necədir? – Lap yaxşı, aramızdan su keçmir. Yəni bu, o deməkdi ki, koramaz su qatılmamış südlə

hazırlansa, lap əla. Anam qatığa süd qatıb qarışdırdı, sonra böyük qablarda qoydu atamla Sevdimalının qabağına. Sevdimalının koramazı hortdatmasına itlər çöldə qulaqla-rını şəkləyirdi.

Bir-iki qaşıqdan sonra atam dedi: – Arvad – uşaq necədi, qoyun-quzunun otdanacağı varmı? Sevdimalı mütəkkədən dirsəyini qaldırıb dik oturdu.

Koramaz dolu qaşığı ağzına aparıb “hort” eləyəndən sonra başladı sözə:

– Sən öl Mirzə, bizim arvad bu saat küçükləmiş qancıq kimidi, nə deyirəm “hav” eləyib cumur üstümə! Südü çü-

Q

Page 42: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

42

rüyür günah məndə, qursağı it aparır, yenə günah məndə. Bir yandan da otdanacaq yox, at yıxılsa dişi çıxar... Nov-ruzdan sonra yağış yağmadı, quru külək əsdi, torpağı sac kimi qovurdu. Hort!

– Sizin qoyunlar qışdan saz çıxmışdı. – Çıxdığına baxma, qıl-qurd qoyunları yaman qırdı, ço-

xu da quzu saldı. Hort! – Yazdıq vaxtı qoyunlar qurdu çayırdan götürdü, qoyun

çayır yedi, elə olur. – Bəs neyləyək, harda otaraq? Yazdıq yerimiz oradı.

Hort. – Həm də sən sürünü payızdıqda pıtrağa vurdurdun, heç

onun yunu da ələ gəlməz. – Hort! Elə arvadın davasının biri də budu: niyə qoyunu

pıtrağa vermisən? Hort! Öldürür məni. Hort! O günü əlimə tutma bir əmlik keçib, sən öl onu soydum, doğradım, dol-durub samovara, qaynadıb soyutma elədim, tökdüm arvadın qabağına, deynən köpəqqızı mənə bir sağ ol dedimi?! Hort! Qancığın qızı, dədən öyündə ətsizlikdən qursaq yeyirdin. Hort!

Anam süfrəyə yaxınlaşan pişiyə yüngülcə acıqlandı, həm də bu, o demək idi ki, Mirzə (mənim atam), söhbəti dəyiş, nədi Sevdimalı ağzını iyləndirir.

Atam dedi, xeyir ola, ay Sevdimalı, səndən çıxmayan iş, günün bu vaxtı durub bizə gəlmisən, indi dölləyin (yeni doğmuş və doğmağa hazırlaşan qoyunlar) çöldən gələn vaxtıdı, yəqin təzə doğan qoyunlar da var, balası çöldə qalar, qurd-quş yeyər.

Sevdimalı eyhamı çox gözəl başa düşdü, yəni bu o demək idi ki, qarnının məmmədalısını de, mənim dölləyi-min gələn vaxtıdır... Hələ oğursaq quzularım var, onları əmizdirməliyəm.

Sevdimalı ayağa dura-dura atama dedi:

Page 43: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

43

– İsmayılı üç günlüyə ver mənə. İsmayıl atamın subay çobanıdır. Özü də subaydır,

otardığı sürü də! Fermadan ayağını hələ kənara qoymayıb, bazarlığı, pal-paltarını həmişə anası alıb. Otuz üç yaşı var. Turp kimi oğlandı, ayağını yerə vursa, yer yarılar. Heç vaxt dükan görməyib, bir dəfə Laçının Minkəndində bir dükan görmüşdü, elə bildi şəhərdi, elə bildi dükanın rəfləri küçədi, araq şüşələri işıqlardı.

İsmayıl heç nədən qorxan deyil, qorxduğu ancaq höku-mətdi, ən əsası da hökumətin adamı əsgər aparmağından yaman qorxur.

Atam dedi, İsmayılı neynirsən? Dedi, Laçın fermaların-da qoyunları “kiryəlin”ləyəcəyik, əvəzinə hərəmizə bir tut-ma quzu verəcəklər. Atam da dedi, İsmayıl, dur get Sevdimali əminə kömək elə.

Qoyun kiryəlinləmək nədir? Çobanlar bir metr enində, iki metr dərinliyində, dörd metr uzunluğunda iri bir çuxur qazırlar. İçini su ilə doldururlar. Həmin suya iki şüşə kiryəlin deyilən pis qoxu verən dərman tökürlər. Sonra qoyunları bir-bir tutub atırlar həmin suyun içinə. Kir-yəlinləşmiş su qoyunda yara-yuranı sağaldır, bit-birəni bir-dəfəlik aparır. Belə şeylərdə Sevdimalı əvəzsizdir.

Dabaq xəstəliyinin müalicəsində Sevdimalını əl-əl gəzirlər. Sevdimalı gör neyləyir? Bir metr enində 4 metr uzunlunda iki metr hundürlüyündə paralel divar hördürür. Divarların arasını quru odunlarla doldurur. Sonra od vurur. Qıpqırmızı közü eşib yastılayır. Sonra qoyun sürüsünü çobanların köməyi ilə həmin aradan keçirir. Közün içindən keçdikcə qoyunların ayağı ütülür, dırnaqları yanır və beləliklə dırnaqların arasındakı yara dezinfeksiya olunur, dabaq xəstəliyi bir dəfəlik sağalır.

İsmayılın getməyinə atam icazə verəndə dalağı sancdı, hiss etdi ki, Sevdimalı İsmayılı belə şeylərə görə aparmır.

Page 44: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

44

Atamın xeyir-duasından sonra Sevdimalı İsmayılı aldı tərkinə, yəhərimiz də yaddan çıxır onun atının belində gedir. Burda Sevdimalının əli yenə gətirir.

Sevdimalı İsmayılı götürüb gəlir Boşcalar kəndinə, girir dükana, yaxşı kolbasa, sosiska, araq alır. Gedib otururlar Bəhrəmtəpə ilə Boşçallar kəndinin arasında, arxın üstündə, söyüdün altında. Əmlik əti yeməkdən bezmiş İsmayıl cumur kolbasaya, nə cumur! Elə bilir şəhərdədir... Sevdimalı ilə yüz-yüz vurur, ağıl çıxır başdan. Sevdimalı görür ki, məsələni açmağın məqamı gəlib. Deyir, İsmayıl, bu gün gördüyün o dükan var ha, onu bu gecə yarmalıyıq. İsmayıl soruşur ki, dükan kimindir? Sevdimalı deyir hökumətin. İsmayıl daş atıb başını tutur ki, mən qələt eləyərəm hökumətin dükanını yardığım yerdə. Kimi deyirsən, gedək dükanını yaraq, qoyununu, malını aparaq, amma hökumətin yox! Mən hökumətdən qorxuram.

Sevdimalı görür İsmayıl yola gələn deyil, onu götürüb gəlir Beyləqanın Binnətli kəndinə. Deyir, bu axşam Binnətlidən dörd cöngə çıxartmalıyıq. Axşam düşür, saat olur üç, anası ölüb Sevdimalının, girir üç gün bundan əvvəl bələdlədiyi həyətə. Heç qorxub eləmədən, düz gedir itin üstünə, it quyruğunu bulayır, elə bil Sevdimalını tanıyır. Sevdimalı itin zəncirini mıxdan açır, aparıb əl damının arxasındakı iydə ağacına bağlayır.

İsmayıl Sevdimalıdan soruşur ki, it səni nə yaxşı tanı-yır? Sevdimalı gənc oğruya başa salır ki, itdən qorxanda, həyəcandan adamda pis qoxu əmələ gəlir, bunu dünyada yalnız it duya bilir, ondan sonra it o qoxu gələn adamı oğ-ru hesab eləyir, cumur üstünə. Elə ki, qorxmadın, o qoxu gəlmir, it oğrunu hörmət və izzətlə qarşılayır.

İsmayılın gözü çıxır kəlləsinə. Bir yandan da baxır ki, Sevdimalı sırıqlını çıxarıb tövlənin kilidini sındırmaqla məşğuldur. Elə arxayın işləyir, elə bil öz tövləsidir, təmir

Page 45: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

45

işi aparır. İyirmi dəqiqədən sonra qapını açıb içəridən dörd baş cöngəni çıxarır. Elə bu zaman hay düşür kəndə. Sev-dimalı cöngələri qovur Sarıxanlı kəndinin aşağısından Əli-qulular tərəfə... Kənd camaatı haylaya-haylaya həmin isti-qamətə gəlirlər. Arada bir tüfəng atırlar. Sevdimalı da tez-tez ağzını hava ilə doldurur, sonra şəhadət barmağını ağzı-na salıb ucadan “part” eləyir. Guya bu da Sevdimalının gülləsidir. İsmayıl da ürəklənir. Sevdimalı ilə İsmayıl gö-rür ki, kənd camaatı bunların izini tutub gəlir, cöngələri şor kanalın o üzünə ötürüb əks istiqamətdəki xəsilliyə qaçırlar, uzanırlar yerə, özlərini vururlar yatmışlığa.

Xəsillik də olur Əliquluların... Kənd camaatı gəlib xəsilliyə çatır. Görürlər, iki adam uzanıb yerə, baxırlar ki, şirin yuxudadırlar. Təpiklə nə qədər vururlar, Sevdimalı oyanmır ki, oyanmır. Axırda ayağından tutub sürüyürlər. İsmayılı da eynən! Sevdimalı oyanır, deyir, siz kimsiniz? Onlar da deyir, burdan dörd cöngə aparan oğru görmə-diniz? Deyir, yox. Axırda kənd camaatı Sevdimalı ilə İs-mayıldan soruşur ki, siz gecə vaxtı, saat 4-də burda nə gə-zirsiniz? Sevdimalı deyir, xəsilliyə qarovul çəkirik.

İndi gör, nə olsa yaxşıdır? Sevdimalı da başlayır bun-larla cöngələri gəzməyə. Sevdimalı adamları əks istiqamə-tə aparır. Hərdənbir yerə əyilib malın ayaq izlərini göstərir ki, bax, burdan keçibdir. Camaat daha da həvəslənir. Axır-da gəlib çıxırlar Bəhrəmtəpəyə, cöngələr də qalıb Əliqulu-lar tərəfdə. Camaat yorulub gedir evlərinə. Sevdimalı da gəlib çıxır həmin biçənəyə. Yəhəri bizim olan atı minir, cöngələri qovub gətirir Karrar yatağına, səhəri də bazar-mış. Cöngələri beş aşağı, beş yuxarı xırıd eləyir.

Page 46: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

46

*** Sevdimalı işgüzar “marşrut”larını hərdən öz kəndlərinə

– Əliqululara da salırdı. Kənddən qoyunları oğurlayıb fermaya gətirirdi. Hərdən də əksinə. Kəndlə fermanın arası 12 km-dir.

1980-ci ilin payızında Əliqulular kəndində mal-qoyun qalmadı, toyuq-quş qəhətə çıxdı. Hamısını gecə oğurlayırdılar. Camaat nə qədər ayıq-sayıq dayansa da, xeyri yox idi, hər gecə bir keçi də olsa aparırdılar. Kənd camaatı axırda İmişli Rayon Milis Şöbəsinə şikayət etdi. Yenə mümkün olmadı, “uçaskovu” gəlib kənddə qaldı, amma oğurluq öz ritmi ilə yenə davam edirdi. Oğrunu heç cür tapa bilmirdilər.

Axırda Rayon Milis Şöbəsi belə qərara gəldi ki, bir gecə Əliqulular kəndini mühasirədə saxlasınlar. Hamıdan xəbərsiz. Görsünlər nə olur? Axşam kəndin ətrafında milislər sıx-sıx düzüldülər, maşınların işıqlarını söndürüb kətyənin, qarağanın arxasında gizlətdilər. Rəis də postları tez-tez yoxlayırdı. Milislər deyir ki, hələlik heç nə yoxdur. Saat 4-də rəis Əliqulular kəndinin Şirinqum ferması istiqamətindəki posta gəlir, soruşur ki, gəlib-gedən, adam -zad görmüsünüzmü? Deyirlər, yox. Milisin biri sonradan deyir ki, təkcə bir “lulkalı mateskilet” keçdi, “lulkada” ba-şı qırmızı yaylıqlı üç arvad vardı. Rəis o saat başa düşür ki, sən öl qoyunları apardılar...

Sən demə Sevdimalı qoyunların ağzını bərk bağlayıb, məftillə bərkidib “lulka”ya, başlarına da qırmızı yaylıq örtübmüş.

O, bilir ki, postu keçən kimi dalınca gələcəklər, bir az gedəndən sonra qoyunların ayağını bağlayıb sürüyüb salır bir xəndəyə. Gəlir fermaya, “lulka”nı açıb basır küzə. İki təkərli “motoskilet”i də salır vanaya, özü də sürünü çı-

Page 47: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

47

xardır çölə-guya qoyunları sidikləyir (qoyunları yatma-mışdan əvvəl sidik ifrazı üçün bayıra çıxarırlar )

Milislər gəlib Sevdimalıdan “lulka”sında üç arvad otur-muş “motosklet”i soruşurlar. Sevdimalı əvvəl anlamır, gu-ya yuxuludur və həm də gülməlidr. Guya onunla məzələ-nirlər. Düz on dəfə soruşur ki, siz nə deyirsiniz, onlar da məsələni izah etdikcə, Sevdimalını gülmək tutur, onlara heç əhəmiyyət vermir. Əlacsız qalan milislər çıxıb gedirlər o biri fermaya. Səhər tezdən Sevdimalı gedib xəndəkdən qoyunları gətirir, burnuna dağ çəkib, belinə öz sürüsün-dəki kimi “qraska” ilə “s” hərfini basıb qatır sürüyə, guya qoyunlar lap əvvəldən burda doğub, burda törəyiblər.

Page 48: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

48

ƏMİMİN ƏSGƏRLİK MƏSƏLƏSİ, QIRMIZI GƏRDƏK VƏ MƏN...

aylağa yenicə çıxmışıq, Çalbayıra. Dəlidağın ba-şında hələ qar var. Əyriqar yeni-yeni Günəşə gü-lümsəyir, yəni bir az əriyir. Atam alaçığın çubuq-

larını yerə sancır, ucu yonulub deyə biz kimidi. İlk dəfə çubuğu yerə bir az sancır, sonra çıxardır, anam həmin çu-xura su tökür, atam çubuğu həmin yerə sancanda lap də-rinə gedir.

Yanlara əyin çubuqlar sancılır və çubuqların ucu anam düzəltdiyi qotazlı kəndirlərlə bağlanır. Yerdən iki metr yu-xarıda cubuqlar dairəvi şəkildə bir-birinə çatılır və alaçığın yanları çətən ilə (çətən bir metr hündürlükdə təmizlənmiş qarğıdan hörülür) örtülür, onun üstündən yanlıq salınır – bu yarım çadırdı – sonra alaçığın üstü iri çadır ilə örtülür, çadırın ucundakı ilgəyə kəndir keçirir, kiçik daşlara bağ-layır, ya da yerə taxta və ağacdan mıxça çalıb ona bərki-dirlər. Sonra alaçığın ətrafına qarım (balaca arx) qazırlar ki, sel gələndə içəri dolmasın.

Bütün çobanların evi belə tikilir. Bizim alaçıq daha bö-yük olurdu. İndi lap böyük tikirik. Çünki, əmimə toy elə-məliyik. Nənəm deyir, içində gərdək qurulacaq.

Əmimi o ili qoymadıq əsgər gedə. Nənəm elədi... Get-səydi, başımıza bu oyunlar gəlməzdi! Nənəm Kənd Sovet sədrinə iki dənə İran gəbəsi verdi ki, bu işi ört-basdır elə. Həm qoyuna gedənim yoxdu, həm də sonbeşiyimdi... Razidən (əmimin adı Razidir) ayrı dura bilmirəm. Kənd sovetinin sədri dedi, onda gərək uşağı xəstə çıxardaq, həkimə də bir gəbə verməlisən. Nənəm razılaşdı.

Y

Page 49: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

49

1973-cü ilin oktyabrı, mən uşaq, nənəm demiş, ağzım da yalaq, yəni yırtıq, daha doğrusu xəbərçi. Heç kəs mənim yanımda söz danışmır ki, sabah bütün fermaya “düy” vuracam. Bir dəfə nənəmi çiməndə görmüşdüm, düz bir il hamı mənim ağzımı yummaqla məşğul oldu. Babam nənəmi cırnatmaq üçün mənə deyirdi, başına dönüm, nənən çiməndə nə gördün? Elə ki, danışmağa başlayırdım, məni iynə vurmaqla qorxudurdular, hoppaya alırdılar, çiyə verirdilər, xoruz verirdilər... Axır ki, gördüklərimi heç kəsə deyə bilmirdim. Gül kimi xəbəri unutdum getdi.

İndi deyirəm, gör nə qədər pis adam olmuşam, heç məndə insaf deyilən şey yoxmuş. Arvadlar çiməndə məndən xəlvət çimirdilər.

Gördüm nənəm anama deyir ki, həkim səhər tezdən gə-ləcək. Gördülər ki, mən qulaq asıram, dalını çevirdilər ki, guya həkim mənə iynə vurmağa gələcək, məni gizlətmək lazımdı. Dedim, sən öl, burda bir iş var, iki əməl.

Əmimin yerini ayrı alaçıqda salmışdılar. Niyə salmış-dılar, bilmirdim. Səhər idi. Güdükdə durmuşdum. Dedilər həkim gəlir, nənəm tez əmimin döşəyinə bir stəkan su caladı. Həkimə dedilər ki, guya əmim hər axşam döşəyinə sidik salır. Mənə elə bu lazım idi, qışqıra-qışqıra qaçdım: “Uy dad! Əmim yerinə işəyir” – dedim. Hamı yığışdı başıma. Anam məni tutub yanbızımdan dərin bir çimdik götürdü.

Bir stəkan suya görə əmim əsgərliyə getmədi, getsəydi bundan yaxşı idi. Fermada biabır olduq, nənəm sürünü əmimə otartmağına otartdı, amma biz haradan biləydik ki, əmimin evlənməyi qoyunun quzu salmağı kimi bir şey olacaq.

Qonşular hər səhər bizim qapıya boylanırdılar ki, gör-sünlər çölə yorğan-döşək sərmişik, ya yox.

Page 50: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

50

Əmimin evlənmək vaxtı gələndə hansı qızı dedilər, daş atıb başını tutdu ki, yox eee... öldür məni o oğlana getmə-rəm. Nənəm hansı qapını döydü, hamı “yox” dedi. Səbəbi də məlum.

Axırda nənəm kəndimizdən əlini üzüb qız üçün tor atdı başqa kəndlərə. Qardaş, xəbər gedib ora da çıxıbmış. Nə-nəm istəyirdi əmimə çoban qızı alsın, məsələn, pendir ma-yalasın, qursaq tutsun, suluq, kətəməz, bulama bişirsin, koramaz düzəltsin, bir sözlə, nənəmin ferma məktəbinin əlaçı şagirdi olsun.

Əmim də elə-belə əmi deyil ha! Hər gecə gedib, Tatal-lardan bir dəvə gətirib kəsir, qonum-qonşı səhərə kimi də-vəni alışma (bölüşdürür) eləyir. Səhər əmim bəhanə eləyir ki, mən qoyuna gedə bilmərəm, bəs dəvədən qorxuram... Guya əmim dəvəni tanımır, görən kimi qaçıb evə girir ki, qoymayın, o nədirsə, gəlib bizi yeyəcək! Əmimin oyunu olsun, halbuki axşam düşəndə dəvəni tək “xıx”ırdır. Bu, şübhələnməsinlər deyə, əmimin yeni oyunudur.

Axır ki, nənəm uzaq bir yerə ilmə atdı, ilmə o saat tut-du. Öyrəndi ki, Karrar yatağında bir qız var, əsl əmimin malıdır, nənəmin də tələbəsi.

Qız anasının ağzı arandı, gördük ki, razıdılar. Nənəm bir üzük götürdü, bir yaylıq, yaylığı üzüyə keçirib bağladı, atamla getdi Karrar yatağına. Məni də apardılar. Nənəm əmimi tərifləyəndə böyürdən qəfil ağzımdan qaçırtdım ki, əmim hər gecə bir dəvə kəsir, amma dəvədən qorxur. Mənə fikir verən olmadı, dedilər yəqin xəstə-zadam.

Qızın anası dedi ki, qızım bu il dörd gəbə toxuyub. Dörd garvıdı (lay), on səkkiz qoyunu, beş inəyi, bir dəvəsi (düşündüm ki, əmim kəsəcək), yeddi keçisi, bir atı (yanı dayçalı), bir eşşəyi (yanı qoduqlu), dörd dəst yorğan- dö-şəyi, iki fərməşi, iki səhəngi, cəhrəsi, didilmiş yunu, dördayağı, oxlovu, daha nə bilim... canım sənə desin, hər

Page 51: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

51

şeyi var! Qızım qurulu evdi, əlləri qızıldı, bax bu saat sizə bağırbeyin bişirsin, suluq tutsun, qatığa çalansı lazım de-yil, seyid nəvəsidi, çeçələ barmağını südə vuran kimi uyu-şur, adama küpə (bankə) qoysun, ayağını yusun, baş-ayaq ütsün. Əlindən hər iş gəlir!

Gördüm ki, nənəmin alnı Qoşqar dağı kimi açıldı, hər iki əlini belinə qoyub yüngülcə yırğalandı, elə bircə cümlə dedi: “Eynən özüməm!”

Qayıdıb gəldik fermamıza, nənəm dedi ki, toyu tez elə-yək, elə dağa çıxan kimi aşıq vurduraq (çaldırmaq). Yoxsa Əliqulular camaatı Karrara hökmən bir xəbər çatdıracaq. Elə bil nənəmin ağzı fal imiş. Dağa çıxan kimi qızın anası gəlib dedi ki, sizə veriləsi qızımız yoxdur. Çünki oğlanın əsgərliyə getməməyinin səbəbini bilirik. Nənəm dəli oldu. Axırda nənəm məni gələn arvada göstərib dedi ki, bu ba-lam ölsün, əgər onda elə bir xəstəlik varsa! Bir gecə bu uşaq əmisi ilə yatıb, döşəyi də o, isladıb.

Nənəm məni yaman yerdən vurdu. Çimdiyi vaxtın ha-yıfını çıxdı. Bilmədim nə edim. Dayım qızı bu sözü eşidən kimi qaçdı hamını xəbərləməyə.

Arvad nənəmə inanıb getdi. İndi dağdayıq, Çalbayırda. Atam iri ev tikib, nənəm

evin bir küncündə qırmızı gərdək qurub, ətəkləri qırçınlı-dır. Səhərdən keçib oturmuşam gərdəyin dalında. Qızın anası da bizdədi, birdən nənəm mənə acıqlandı, dedi, a gə-də, çıx çölə, yoxsa gərdəyin dalını isladarsan! Gördü pis oldum. Yağlı yeməyin ortasında həzm dərmanı Mezim forte içilən kimi mənə yüngülvarı bir “başına dönüm” – dedi ki, bu söhbət mənə çox ağırlıq eləməsin, çimmək mə-sələsi yadıma düşməsin.

Nənəm yaman nənədir. Bir dəfə mənə bu cür qarğımış-dı: “Görüm səni qırmızı gərdək üzü görməyəsən!” Acığı tutanda balaca qızlara belə deyirdi: “Görüm üstünüzə

Page 52: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

52

şalvar bağı açılmasın!” İndi qapımızda toydu, zurnada çalır Həsrət Hüseynov,

Oxuyan da Eynulladır, Cəbrayılov. Həsrət elə çalır ki, sürü yalın başından tökülüb gəlir arxaca.. Kolxozumuzun bir zootexniki var – Əhliman dayı, yenə içib, ağacı boynuna qoyub “Tərəkəmə” havası oynayır.

İndi gəlin gərdəyin dalındadır. O biri uşaqlar gərdəyin dalında siçan-pişik oynayırlar. Ağzımın suyu axır. Mən gərdəyin yanına gedən kimi qızın yengəsi tez üstümə qış-qırır: “Ay uşaq, çölə!” Məni gərdəyə yaxın qoymurlar. Da-yım qızı da məni lağa qoyur. Ölmüş deyəsən indidən naz eləyir.

Page 53: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

53

QARA SÖYÜNÜN ERKƏKLƏRİ

ənəm danışır ki, mənim kiçik bacım Sevil anadan olan ili (bu düşür Şıxəli Qurbanov ölən ilə, yəni 1967) quyruq doğan vaxt, yəni avqust ayının 15-

dən sonra, qoyun qırxınından bir az əvvəl aşıq Həsrət Hüseynov gəlmişdi yaylağa, Murad təpəsinə, özü ilə xanəndə Eynulla Cəbrayılovu da gətirmişdi. Qara Söyünün kiçik oğlu Qulamın toyu olacaqdı. Qara Söyünün ferması düz Murad təpəsinin ətəyində idi. Sağılan sürü yalda, buruq qoçlar çeyillikdə (sucuq yerlər). Arvadlar ora-bura qaçmaqda, uşaqlar arxalarınca yüyürməkdə. İtlər hürüşməkdə, atlar kişnəməkdə. Mənim də yaşım 10-dan 2 ay kəm. Hər şey bugünkü kimi yadımda...

Murad təpəsinin ətəyində bir yay səhəri. Çiçəklər kəpə­nəkləri, arıları dəli eləməkdə. Həsrət Hüseynov balabanı sazlamaqda, Eynulla da boğazını arıtlamaqda. Atlıların biri gedir, biri gəlir. İtlər bir atlını ötürür, başqa bir atlını qarşılayır. Bir sözlə, ferma qazan kimi qaynayır. Qazan dedim, yadıma elə qazan düşdü. Ocağın üstündə düz on dənə qazan, hər qazanın başında bir arvad, hər ar-vadın əlində bir kəfkir var! Arvadlar qazanların qapaqla-rını elə sürətlə, ya da bir az da hirslə elə açıb-örtürlər ki, şaqqıltıya itlər hürüşür. Hərdən arvadlar kəfkirləri qazanın qırağına bərk-bərk vururlar. Bu, o deməkdir ki, ya düyü ötüb, ya da qovurmanın duzu kəmdi. Duz gətirin, ya da belə olar ki, hər şey əladır, arvadlar şücaətlərinin təntənəsi kimi zəfər zənglərini çalırlar.

Subay sürü Murad təpəsini aşmaqda idi, çobansız otla-yırdı, çobanı göndərmişdilər Sarıxanlı fermasına ki, adam-

N

Page 54: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

54

ları Qara Söyünün oğlu Qulamın toyuna çağırsın. Belə adamlara tərəkəmə camaatı “təklifçi” deyir. Çobanın da əsli kürd, düz Minkəndin aşağı tərəfindən, adı da Musa...

Musa burda qalsın, gələk Qara Söyünün yanına. Birdən Qara Söyün Həsrət Hüseynova dedi: – Aşıq, əgər o balabanınla yalı aşan o sürünü aşağı, ça-

yın qırağına tökə bilsən sənə on baş erkək bağışlayacam. Hamı məəttəl qaldı. Toplaşdılar Aşıq Həsrətin başına.

Artıq qoyunun yarısı gədiyi aşmışdı. Həsrət Hüseynov balabanı sazladı, bir-iki dəfə ordunu doldurub boşaltdı, ayağının birini götürüb birini qoydu, bir addım qabağa getdi, iki addım dala. Sağa baxdı zənən, sola baxdı kişilər, Qara Söyün də ortada, söykənib çomağına.

Aşıq Həsrət bir-iki dəfə “düd-düd” elədi, sonra başladı nə başladı. Elə bil Murad təpəsinin sinəsinə səs yağışı yağdı. Elə bil sürü səsdən islandı, səmtini fermaya tərəf çevirdi, qoyunlar mələşə-mələşə töküldü fermanın ayağın-dakı çaya. Qara Söyün dediyi kimi də elədi. Sürüdən aşıq Həsrət üçün on erkək ayırtdırdı.

Qara Söyünün belə mərd xasiyyətləri çox idi. Aranda – Şirinqum qışlağında rus pəhləvanını yıxan çobana da 10 erkək bağışlamışdı.

Bir dəfə də “Sarıyer” yaylağında maraqlı bir hadisə olmuşdu...

Quşbaş Əvəz (yandan baxanda Əvəzin başı quş başına oxşayır) Kəlbəcərin taxtasına atını nallatmağa aparıbmış. Qayıdanda Avşar fermalarının yanından keçir. İtlər tökülür Quşbaş Əvəzin üstünə. Əvəz özü də bilmədən ağzıqara itlərin birinə karlı bir ağac çəkir. Elə bu zaman obadan bir kişi ağacını götürüb gəlir Əvəzin üstünə. Deyir, mənə it Əhməd deyərlər, atdan düş. Əvəzi atdan düşürüb atı əlindən alır. Əvəzin yanbızına bir-iki ağac çəkəndən sonra deyir, mənim əlimdən hələ heç bir adam canını sağ-

Page 55: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

55

salamat qurtara bilməyib. Quşbaş Əvəz yalvarır ki, Əhməd qardaş, başına dö-

nüm, Ağcabədi-İmişli həmişə bir el-oba olublar, məni çe-vir balalarının başına, qələt elədim, iti vurdum, bilmədim, səhv elədim.

Əhməd yenə bir ağac çəkir Əvəzin yanbızına. Əvəz “Oy-oy”! – deyir, atılıb-düşür.

Əvəz bir də yalvarır ki, əyə, Əhməd, qardaş, itinə qur-ban olum, keç günahımdan, qələt eləyib başımı daşa döy-müşəm.

Əvəz bu sözləri deyə-deyə yavaş-yavaş Əhmədi yalın başına çıxardır, artıq yalın o üzü Əliqulular camaatıdır. Bizim obalar...

Yenə Əhmədə yalvarır, dil tökür, erkək boyun olur, xeyri olmur.

Birdən Əvəz əlindəki ağacla qəflətən Əhmədin başının tən ortasına karlı bir zərbə vurur. Dalınca deyir ki, al köpayoğlu, mənə də Əliqulular Quşbaş Əvəz deyərlər. Əh-məd yıxılır yerə. Əvəz çarığını əlinə alıb üz tutur Əliqulu-lar fermasına, düz Qara Söyünün yanına. Deyir, Söyün da-yı, başına dönüm, qoyma məni Avşar camaatı öldürəcək. Qara Söyün Əvəzin bu cəsarətinə görə ona on erkək bağışlayır.

İndi on erkəyi alan Aşıq Həsrət böyük şövqlə çalır, Ey-nulla Cəbrayılov da oxuyur. Gəlin də kim ola? Nənəmin xalası qızı Minaya... Təzə gəlinmiş deyə, hələlik hamı tərifləyirmiş, guya Eynulla Cəbrayılov da “Gün var min aya deyər” mahnısını elə Minayaya qoşubmuş. Əliqulular camaatının qız-gəlini yanıb yaxılırlar ki, niyə bizim adımız Minaya deyil və toy olanda aşıqlar niyə bizim adımıza mahnı qoşmayıb?

Nəsə... Adında “min” və “aya” sözlərinin olmasına baxmayaraq, Minayanın boyu ata minməyə çatmır. Axırda

Page 56: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

56

böyük əmisi Minayanı “hopp” eləyib qaldırır atın belinə. Ayağı heç üzəngiyə də dəymir. Bir kişi atın yüyənini çəkir, biri də Minayanı atın üstündə bərk-bərk tutur ki, yıxılmasın. Atla cəmi-cümlətanı əlli addım yol gedib oğlan evinə çatırlar. Gəlini oğlanın dayısı atdan düşürən kimi, Eynulla Cəbrayılov başlayır “Minaya” mahnısını oxumağa: “Gətir içək çay, Minaya”

Qız-gəlinin ürəyi partlayır ki, bax, elə indicə aşıq Minayaya bir şeir qoşdu. (Minaya ölənə kimi elə bilirdi ki, aşıq o mahnını onun üçün qoşub). Qız-gəlin mağarda, Mina-ya gəlin otağında, yəni çadır iqamətgahında, qırmızı gərdəyin dalında. Aşıq mağara baxıb yenə bir mahnı oxuyur.

Ağız süddür, dodaq qaymaq Dilin batıb bala, Nərgiz!

Sən demə Minayanın kiçik bacısının adı Nərgizmiş. Ar-

vadlar xayın-xayın pıçıldaşırlar ki, tanrı bəxtəvərinin bacı-sına da mahnı qoşdular. Heç bizim adımızı çəkib eləyən yoxdur.

Elə oradaca söz yaranır ki, yəqin Qara Söyün hər mah-nıya görə on erkək verib aşığa. Bu vaxt ağzı əyri arvadın biri qayıdır ki, əgər aşıq mənim adıma elə şeir qoşa ha, ərim o saat həmin aşığı beşaçılanla dəlmə-deşik eləyər. Arvadlar hamısı bir ağızdan: “Bizim kişi də o cür eləyər” – deyirlər. Arvad nədi, aşıq adına söz qoşdu nədi? Hətta arvadın biri gedib ərinə deyir ki, mən bu toyda qala bil-mərəm, aşıq adamın adına söz qoşur. Birdən durdu mənim adıma bir söz dedi, onda başımıza haranın daşını tökərik?! Əri dedi, sən öl, həmin aşığı o saat qanına bələrəm!

Kişinin ürəyi soyumadı, durub getdi Minayanın əri Qulamın yanına. Dedi, hanı sənin kişiliyin? Kürdəmirli aşıq gəlib sənin arvadına, baldızına söz qoşur. Qulam da

Page 57: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

57

gedib atası Qara Söyünə bu məsələni dedi. Söyün də Qula-ma bərk acıqlandı, dedi, get dinməzcə otur yerində!

Bu vədə sizə kimdən deyim, Minayanın kiçik bacısı Nərgizdən! Mahnı oxunan kimi Nərgiz obanın cavanları-nın gözündən yayınmadı. Hamı elçi düşdü Nərgizə. O saat toyda Nərgizi gizlətdilər ki, götürüb qaçan olmasın. Ən təhlükəsiz yer Minayanın yanı idi: gərdəyin dalı! Nərgizi aparıb qoydular ora. Mağardan səs gəlirdi.

Sən Tahiri küsdürübsən, Qol-qanadın sındırıbsan. Gələn yolun kəsdiribsən, Necə gəlim yola, Nərgiz.

Sən demə Nərgizə elçi düşən cavanların birinin adı

Tahir imiş. Tahir bir yerdə dayanmır, qar sovruğu eləyir. Anası da deyir, bala, adın Nərgizlə çıxdı, gərək onu alasan. Tahir sakitləşir. Qulam da səbirsizliklə gözləyir ki, kaş Tahirin adı Nərgizlə çıxdığı kimi, onunku da Minaya ilə çıxaydı. Eynulla da dünya görmüş adam idi, yenə “Minaya” mahnısını oxuyur, axırını da belə gətirir: “Süz Qulama çay, Minaya”

Qulamın kopü alınır. Mağardakı arvadların bəziləri kədərlənir. Ha özünü dartırlarsa, adlarına mahnı qoşulmur. Qəm dəryasına batırlar.

Ay doğanda toy qurtarır. Nərgizi Minayanın yanından çıxarıb indi Qulamı aparırlar.

Səhər açılır. Təmiz havada səs bərk gedən olur axı. Görürlər ki, Murad təpəsinin döşündə dünən toya adamları dəvət edən “təklifçi” kürd Musa ferma tərəfə baxıb oxuyur. Nəqəratı da arada sürünü haylamaq olur.

Page 58: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

58

Tərəkəmələr lovğadı, Hər biri bir darğadı. İçdikləri dovğadı, Vurduqları qarğadı. Yeməkləri qovurmoydu, Yanındakı dolmoydu. Oxuyan Ejnulloydu, Çalan da Həsrət, hoydu!

Qara Söyün o saat başa düşür ki, onun zəhmət haqqını

verməyib. Deyir, gedin onu tutun gətirin, iki saz erkək verəjəm...

Page 59: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

59

O QARA, ƏYRİ BULUD

tam dedi ki, artıq örüşdə ot yoxdur, at yıxılsa dişi çıxar, gərək sabah qoyunları Qaranlıq dərəyə endi-rək. Qaranlıq dərə Kəlbəcərdədir, Lilpər bulağının

Laçın tərifində, yalın o üzündə, Qulalıda. Qaranlıq dərə çox qorxuludur. Nadir hallarda ora

sürünü endirərlər. O qədər dərindi, içindən ağ köpüklü çay axmasaydı, heç görünməzdi. Elə bil dərənin dibinə qar yağıb. Anam axşamdan pendir-çörək, soyutma kartof, yu-murta hazırladı, bağlamaya büküb, kiçik heybəyə qoydu, mən də aşırdım çiynimə.

Biz axşama qayıtmalıydıq. Qonşu fermaların yanında keçəndə bizim sürüyə xeyli

qoyun qatdılar. Hamı bilirdi ki, biz sürünü dərəyə aparırıq, dərədə ot bax, burdan, dizdəndi. Birinci Nənəqız xalam bir erkəyi ayırıb qatdı sürüyə ki, uşağın qurbanıdı, qoy yaxşı yeyib kökəlsin. Sonra Nüsrət dayı da dörd baş qoyun gətirdi ki, bu payız kiçik qızın nişanıdır. Ağaseyid dayı da on doqquz baş qoyun sürüyə qoşdu ki, bu da uşağın instituta qəbul puludu.

Biz tərəkəmələrdə hər şey qoyunla ölçülür. Demək olar ki, pul burda işləmir. Məsələn, bir evin Qaz -53 maşınla arandan yaylağa qaldırılma haqqı bir qoyun eləyir. Kənddə işıqpulumuz bir illik bir qoyunun haqqınadır. Mamaça uşağın birini bir yanı balalı qoyuna tutur. Bir dəfə Cəlal dayımı polislər tutmuşdu, onu beş inəyə, on üç şişəyə (bir yaşlı qoyun) qurtardılar. Bir toyuq dörd kilo qənd eləyir. Əsgərlikdən uşağı birdəfəlik saxlatmaq əlli baş qoyunla həll olunur. İyirmi baş qoyuna əsgər gedən uşağı Padam-

A

Page 60: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

60

darda saldırmaq mümkündür. Uşağı əsgərlikdə yeməkxa-naya işə düzəltmək o yannı-bu yannı altı baş qoyuna rahat başa gəlir. Bəzən toylarda nəmər əvəzinə qoyun yazdırır-lar. Bir sözlə, bizim fermada qiymət vahidi qoyundur.

Bir dəfə Səməd dayım Kəlbəcərin taxtasından Lilpər bulağına piyada gəlirmiş. Yolda bir “Pobeda” dayanır, Sə-məd dayıya deyir, otur. Heç vaxt rahat maşına minməyən Səməd dayı arxa oturacaqda uşaq kimi atılıb düşür və de-yir: “Oyy, ay Allah, nə yumşaqdır?!” Sonra sürücüyə deyir, ay bala, bu maşını neçəyə almısan? O da deyir, on min manata. Səməd dayı soruşur ki, ay oğul, qoyunla bu qiymət neçə eləyir? O da deyir ki, yüz erkək. Səməd dayının gözü çıxır kəlləsinə, deyir, ayə, köpəyoğlu, sən hansı fermanı dağıtmısan? Mən beş oğlumla iyirmi ildi bu çöllərdə sərgərdanam, it zülmü çəkirəm heç əlli erkək qazana bilməmişəm.

Sən demə, bu da olur İmişli rayon prokuroru, qoyun kəm-kəsiri ilə bağlı bizim yaylağa gedirmiş.

Prokurorun şərəfinə mərasim qurulur, əvvəlcə ortaya qırmızı stol qoyulur. Sədr, partkom, prokuror qırmızı sto-lun arxasında otururlar. Qırmızı stol tərəkəmələr üçün hö-kümət deməkdir. Stolun üstündə vazda qırmızı alma qo-yublarmış. Səməd dayımın gözü də almada... Prokuror Əliqulular kəndinin sosial inkişafından danışır, gələcək uğurlarını qeyd edir. Hazırkı nöqsanların aradan qaldırma-sı yollarını göstərir. Nəhayət, söhbət bitir.

Prokuror soruşur ki, kimin sualı var? Səməd dayım əli-ni qaldırır. Hamı deyir, görən Səməd nə deyəcək? Proku-ror deyir, buyur. Səməd dayım deyir ki, olar, almanın biri-ni yeyim? Yəni Səməd dayı üçün söz-möz boş şeydi, əsas yeməkdi. Prokuror yoldakı söhbətin heç üstünə gəlmir, al-ma söhbətinə də xeyli gülür, camaat da prokurora baxıb lap ürəkdən qəhqəhə çəkirlər.

Page 61: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

61

Səməd dayının bir sözü də kəndimizdə məşhurdur: əgər yeməyi çeynəyirsənsə, hələ sənin deyil, boğazdan keçdisə, sənindi! Sözüm bunda yox. Atamla sürünü Qaranlıq dərə-yə tərəf aparmaqdayıq. Anam çox dedi, Qəşəmi aparma. Uşaqdı. Birdən-ikiyə o dərəyə düşməyib. Atam əhəmiyyət vermədi. Özüm etiraz etsəydim, atam bərk acıqlanardı.

Bir dəfə qonşunun uşağına döyülməyimə görə atam mənə karlı bir şilə vurdu. Lap sonralar institutun 4-cü kur-sunda oxuyanda anama bir qızı sevdiyimi demişdim. Anam da atama dedi, atam etiraz etdi ki, sənə çoban qızı alacam! Dedim, almıram. Atam əl ağacını götürdü, mən qaçıb yükün dalına girdim, yük aşdı. Atamın ağacları dö-şəklərə dəyib toz çıxartdı. Anam mənim yox, döşəyin ha-yına qaldı: “Bu nə tozdur belə?”

Bu davadan sonra atam bildi ki, mən çıxıb şəhərə gedə-cəm, hündürdaban ayaqqabımı geyinib getdi qoyuna. Ona görə belə etdi ki, o, gələnə kimi şəhərə gedə bilməyim və gəlib axşam mənimlə barışsın.

Atam keciləri qabağına qatıb aparırdı, qoyunlar da onun dalınca rahat gedir, mən arxada qalanları qovaraq sü-rüyə qatırdım.

Qoyunun qabaq hissəsi dərəyə tökülməkdə idi. Tozanaq ətrafı bürümüşdü. Aşağı endikcə vahimə məni bürüyürdü. Eniş o qədər sərt idi ki, oturub sürüşürdüm.

Bəzən elə olurdu, qoyunlar dığırlanır, gəlib mənə də-yirdi və ya başımın üstündən aşırdı. Keçilərin heç vecinə deyildi, elə bil burda doğulub, burda böyüyüblər. Balaca daş qırıqları güllə kimi aşağı diyirlənirdi. Dərənin dibi çox ensiz idi. Balaca vadisi görünürdü. Hiss edirdim ki, atam da peşman olub, amma sürünü geri qaytarmaq da çətin idi. Aşağı endikcə bürkü artırdı. Dərənin dibinə çatanda qo-yunlar mələşməyə başladı. Sanki qələbəni qeyd edirdilər. Elə bil onlar indiyə kimi səslərini udmuşdular. Səssizlik-

Page 62: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

62

dən adamın qulağı uğuldayırdı və aradabir uzaqda güllə səsləri eşidilirdi. Atam dedi, onlar Beyləqan ovçularıdır, dağ keçisi ovlayırlar. Hər tərəf yamyaşıl idi. Qoyunlar otun içində itib batırdı. Atam qələbəsinin təntənəsini qeyd edirmiş kimi bir qaya parçasına dirsəkləndi və ilk dəfə mehriban səslə dedi:

– Qorxdun, başına dönüm? Yanına gəldim, üzümü sırıqlısının qoluna söykədim. Atam ilk dəfə öz atasından mənə danışmağa başladı:

“Atam güclə yadıma gəlir. Boz atımız vardı, bir gün atam məni qaldırıb onun üstünə qoydu və atın üstündən o üzə yıxıldım. Vəssalam! Atamdan yadımda ancaq bu, qalıb. Sonra atamı hökümət tutub güllələdi. Deyəsən 1946-cı ildə. Səbəbini heç vaxt bilmədik.

Atam məni çayın ortasında iri bir qayanın üstünə çıxart-dı. Qayanın ortasında su şırnağı təzyiqlə fontan vururdu. Su qaynar idi. Atam dedi, bu su Kəlbəcər “İstisu”yunun damarından ayrılan bir xətdir. Həmin daşın üstündə oturub atamla çörək yedik, süfrəmizə çayın qırağından nanə, yar-pız, quzuqulağı, baldırğan yığıb gətirdik. Evə aparmaq üçün bir baldırğan şələsi düzəltdim.

Atam atasını hey yada salmağa çalışırdı. Məhz elə bur-da, bilmirəm niyə? Evdə bir dəfə də olsun söhbət salmaz-dı. Bəlkə biz dünyanın dibinə düşmüşük. Bəlkə, bura ən yadda qalan yerdir. Bəlkə atam ürəyindəkiləri danışmaq üçün məni bura gətirib?

Atamdan soruşdum: – Sən heç bura qoyunları oturmağa gətirmisən? – 1942-ci ldə. Atamla. 1946-cı ildə atamı tutdular. Kol-

xoz sədri tutdurdu. Altmış baş qoyun verdik, yenə burax-madılar. O vaxtdan gəlməmişəm bura, indi 1976-cı ilin ya-yında səninlə gəldim...

Sonra atam ağladı. Əllərinin arxası ilə gözünün yaşını

Page 63: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

63

silə-silə dedi ki, indi atamı tutduran kişinin oğlu bizim kol-xoz sədridir. Sən yaxşı oxu, kolxoz sədri ol.

Niyə atam bunu başqa vaxt demir, iki dağın arasında deyir? Bəlkə insan ayağı az-az dəyən bu yerdə ilahi bir sirr vardı.

Atam əlini qaşının üstünə qoyub göyə baxdı və məni yanına çağırıb dedi:

– O əyri, qara buludu görürsən? Yerdən yavaş-yavaş qalxır, Alagöllərdən su götürür. Əyri quyruqlu bulud fəlakətli yağışdı. Burda qalsaq, sel bizi aparacaq.

Atamın qəribə bir xasiyyəti vardı. Nəyi bilirdisə, mənə öyrədirdi. Məsələn, o mənə bir dəfə gecəyarı göydə altı rə-qəminə oxşar bir ulduz silsiləsini göstərib dedi, bax o gör-düyün “karvanqıran” ulduzdur. Bu ulduzlar gecənin bir aləmində məsələn, saat 3-4 arası o qədər işıqlı olur ki, adam elə bilir dan sökülür. Karvanbaşı aldanıb karvanı yola çıxardır və soyuqdan hamsı məhv olur. Atam deyirdi ki, bu ulduzu ona atası, atasın da babası tanıdıbmış. Mənə deyirdi ki, sən də öz oğluna o ulduzu göstərərsən. Deyər-sən ki, baban belə deyirdi.

Mən göyə bir də baxdım, bu bulud vergülə oxşayırdı, vergüldən başqa bir şey deyildi. Axı atam bundan da qara zəhmli buludlar görmüşdü. Amma qorxmamışdı. Demək, bu cür buludlar atama yaxşı tanışdı. Qoyunu dərədən çıxartmağa başladıq. Dərəni çıxmağa on addım qalmış ata-mın quzu vaxtı mənə verdiyi sarıkürə qoyun sürünün arxa-sında dayanıb mələdi. Nə qədər elədim gəlmədi, ərindim aşağı düşməyə. Balaca bir daş götürüb qoyuna atdım. Daş qoyunun qulağının dibinə dəyən kimi diyirləndi dərəyə. Dərəni duman tutmuşdu. Yağış artıq bizi islatmışdı. Atam sürünü qıylayıb təzədən dərəyə doldurdu. Çatdıq ki, sarı-kürə qoyun qan içindədir. Atam qoyunu daş mağarada kə-sib soydu.

Page 64: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

64

Tez-tez ildırım çaxırdı. Atam dedi, kahalar ildırımı çə-kən olur. Çıxıb yağışın altında dayandıq. Atamdan bir az aralanmışdım ki, elə bil dərəyə od töküldü, qəflətən yıxıl-dım. Ayılan kimi atamı ayaq üstə görmədim. Bir az irəli gedib gördüm ki, atam yerə yıxılıb titrəyir. Atamı ildırım vurmuşdu. Yıxılanda ayaqqabıları ayağından çıxmışdı. Dabanından qan açılmışdı. Gözləri, üzünün dərisi bir yer-də dayanmırdı, səyriyirdi. Mən fermaya qaçdm, gördüm, fermada ağlaşmadı. Sən demə, Saday dayını da ildırım vu-rub. Hər şeyi anama danışdım. Hamı Qaranlıq dərəyə tərəf yüyürdü, atamı boğazına qədər torpağa basdırdılar. Gecəni dərədə qaldıq. Səhəri Laçından bir kürd həkimi gətirdilər. Atama iynə vurdu. Zəhmət haqqı kimi bir qoyun verdik. Həkim dedi, Allahın sizə onda yazığı gəlib ki, dabanı partlayıb, enerji dabanından çıxıb.

Atam mənə gülümsünüb dedi, oğlum, həmişə özünü o balaca, qara, əyri buluddan qoru, o bulud bütün dünyanı dolaşır – sonra atam bir balaca daşa dirsəkənib sözünə davam etdi – o buludu mənə atam göstərirmişdi, atama da babam deyibmiş. Bax sən də öz balana de, ha...

Page 65: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

65

QƏRİB ATDAN YIXILAN YER...

lli ilin çobanı atam say bilmirdi. Gündə iki dəfə, gözünün birini qıyıb, sürüyə diqqətlə baxırdı:

tezdən örüşə aparanda, şər vaxtı örüşdən gətirəndə. Bəs niyə sürüdən bir qoyun kəm olan kimi bilirdi? Bunu hər adam bacarmazdı. Qoyunları sürünün içərisində ailə-ailə (deyək ki, ev-ev) tanıyırdı.

Məsələn, bilirdi ki, sarıkürə qoyun və onun “dostları” bu saat sürünün hansı tərəfində olar. Atam deyirdi ki, elə qoyun var, həmişə sürünün sağ və sol, arxa və qabaq, ya da orta hissəsində otlayır, nadir hallarda bir qoyun yerini dəyişə bilər, bu zaman həmin qoyun təzmiş, yəni azmış hesab olunur.

Atam qoyunları axşam arxaca gətirəndə belə sayırdı; sarıkürə qoyunu gördüm, tayını görmək gərək, yaxud ağkürə qoyunu gördüm, tayını tapmaq görək. Beləliklə, qoyunları cütləməklə, hətta üç-üç, dörd-dörd qruplaşdır-maqla azanını, təzənini tapıb üzə çıxarırdı.

Yadıma bir hadisə düşdü. Deməsəm olmaz. Qonşu kənddən Məhəmmədəlini bizim kəndə kolkoz sədri qoyur-lar. Sən demə qoyun yarıya qədər kəm imiş. Məhəmməd-əli kişi qoyunları saydıqca hər yüz qoyuna cibinə bir qo-yun qığı atırmış. Köhnə ferma müdiri, erkəklərin kökünə daş atan, dost-doğmaca babamın dayısı oğlu Zakir kişi də Məhmmədəlinin arxasında dayanıbmış. Məhəmmədəli cibinə bir qığ atanda birini də Zakir əlavə edirmiş. Sonda görürlər ki, sürüdə hələ yüz qoyun artıqdır. Bir il kecməmiş Məhəmmədəlini tutub basırlar dama, on dörd il iş verirlər. Son sözdə Məhəmmədəli nə desə yaxşıdır: –

Ə

Page 66: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

66

“Mən bir də Əliqulular kəndinə kolxoz sədri olmaram”. Gələk atamın yanına. Mən 6-da oxuyanda qardaşım Qərib 3-cü sinfə gedirdi.

Sirrimiz, sözümüz bir idi. Atam Çalbayır yaylağında sürünü otarmağı bizə etibar edirdi. Bu da o zaman olurdu ki, çoban yoldaşları ilə Cermuxa (Quşçuplək qəsəbəsi) bazarlıq eləməyə gedərdi. Onda atam xrom çəkməsini geyər, dimdikli, dördkünc kepkasını qoyar, atımızın belinə bəzəkli yəhəri atıb tapqırını çəkərdi... Mən çox sonralar bildim ki, atam niyə xrom çəkmə, qəlifey şalvar, dördkünc kepka qoyurmuş? Sən dəmə çobanlar və bir də aşıqlar özlərini Stalinə oxşadırlarmış. Bu ənənə şəklində gəlib atamgilə qədər çatıbmış...

Atam Cermuxdan bizə pomidor alıb gətirirdi. Ət-zad yeməzdik, hamımızın əlində pomidor laləyə bənzəyərdi.

Sürümüzün içində iri bir qoç vardı. Qoyunları otardığı-mız vaxt Qəriblə qoçu tərkləşib minirdik. O qədər minir-dik ki, qoç bikefləyirdi. Axşam arxaca gələn kimi atam heyvana baxıb deyirdi bu qoç niyə burtaxlayıb (xəstə-lənib)?! Biz də heç nə demirdik. Guya heç nədən xəbəri-miz yoxdu. Qoç bizi görən kimi ilim-ilim itirdi, elə bilirdi yenə minəcəyik.

Qəribi bir-iki dəfə döymüşdüm, xırda səhlənkarlığına və xəbərçiliyinə görə. Biri buna görə olmuşdu ki, Qərib mənim ilk sevgi məktubumu itirmişdi...

Qonşumuzdakı bir qıza guya vurulmuşdum, sinif yolda-şım idi. Şanlı bir məktub yazdım verdim Qəribə, dedim, apar ver o qıza. Qızın da bizə bir az qohumluğu çatırdı. Üç-dörd gün keçdi, gördüm qızın hərəkətlərində pisə-yax-şıya doğru heç bir dəyişiklik yoxdur. Bir gün məktubu çə-pərimizin yol tərəfindən tapdım... Sən demə Qərib mək-tubu itiribmiş... Gəldim Qəribin yanına, nə yemisən turşulu toyuq əti!

Page 67: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

67

İkinci döyməyim də o vaxt oldu ki, fermamıza şəhərli oğlan gəlmişdi, uzaq qohum idi, indi bərkgedən rayonların birinin prokurorudur. O, mənə bir vazelin qutusu verdi, qoçumuzu iyirmi dəqiqəliyə mindi, bu da oldu Qaranlıq dərənin başından, Söyün bulağına kimi... Mən “başı” yox, vazelindən Qəribin üzünə bir barmaq olsa da vurmadım, Qərib də gələn kimi məsələni atama dedi, atam məni döydü, mən də Qəribi.

Atam Qəribi məndən çox istəyirdi.... Bu da ən çox anamdan gəlirdi. Anam ona həm Aşıq Qərib deyirdi, həm də “Qara moç”. “Qara” o demək idi ki, Qərib qarayanız idi, “moç” da onu öpməyə işarəydi.

Atamla anamın Qərib haqqında bir hekayəsi vardı. Sevgi hekayəsi də demək olar ona. Hər gün həmin hadisəni bir – birilərinə danışırdılar.

Qərib balaca imiş, yəni qundaqda olan vaxt... Köç dağa üz tutubmuş. Anam at belində, Qərib də qucağında, atam bir az ondan irəli Mıxtökən yollarını ağır-ağır qalxırlarmış. Necə olursa, atın qabaq ayağı büdrəyir, Qərib anamın qucağından düşür iri bir daşın üstünə.

Atam sonralar atın büdrəməyinin səbəbini dırnaqlarının uzanması ilə izah edirdi. Atın dırnaqları uzananda kiçik balta ilə kəsirlər.

Nə isə... Qərib daşın üstə yıxılır, zalım oğlu heç yuxudan ayılmır da! Atam tez yüyürür uşağı götürür və tez anama deyir:

– Əmiqızı, qorxma, Qəribə heç nə olmayıb. (Atam və anam qohum olmasalar da bir-birinə

“əmioğli”, “əmiqızı” deyirdilər). Anam da deyir: – Əmioğlu, bəlkə, məni aldadırsan, Qəribə nəsə olub? O da and içir ki, Qəşəmin canı üçün heç nə olmayıb... Atam o saat iri bir qoç qurban deyir, hətta elə o saat

Page 68: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

68

anamın gözünün qabağında ağacla qoçun belinə vurub manşırlayır.

O gündən Qəribi daha çox istəyiblər. Hətta o vaxtdan o yerin adı qalır: “Qərib atdan yıxılan yer”. Məsələn, kənddə soruşulanda ki, köç hardadır, deyirdlər “Qərib atdan yıxılan yer”də. Beləliklə, evimizdə Qəribin reytinqi o vaxtan qalxır.

Sonralar atamla anam Qəribin sağ qalmağının səbəbini müxtəlif amillərlə bağlayırdılar. Guya atam çox fərasətli tərpənib, uşağı elə göydə tutub! Əslində bu, atamın şöh­rətinin qalxması üçün anamın uydurması idi. Atam da təvazökarlıq edib anamın könlü xoş olsun deyə belə deyirdi:

– Vallah əmiqızı, məndə heç bir fərasət-zad olmadı. Sən uşağı əlindən çox asta buraxdın.

Guya bu da anamın fərasəti imiş. – Əmioğlu, azca mürgüləmişdim. – Əmiqızı, səndə günah yox idi, mən də olsam, elə olardı. Atam bütün gücü ilə anamın günahsızlığını sübut etmək

istəyirdi. Anam da var gücü ilə atamın sıçrayıb uşağı göydə tutmağından danışırdı.

Sonralar atam anamın uydurmasına inanıb həmin hadisəni həqiqət kimi danışırdı. Guya uşağı göydə tutub. Çünki həmişə köç gedəndə “Qərib atdan yıxılan yer”ə çatanda bu məsələ beş-on dəqiqəlik müzakirə olunurdu. Müzakirələrdə mən də iştirak edirdim. İkisi də – atam da, anam da bir-birlərini inandırmaq üçün mənim canıma and içirdilər! Ona görə də mən öz işimi əvvəldən bilib o saat gedib dayanırdım, hər ikisinin arasanda, gah atamın, gah da anamın üzünə baxırdım, canıma and içilməsinin böyük səbirsizliklə gözləyirdim. Mən də bir işin qulpundan yapışmış adam kimi kişilənirdim. Hətta bu müzakirələrin son iki ilində artıq Qərib Əfqanıstanda hərbi xidmətdə idi...

Page 69: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

69

Yenə köç dayandı, atamla anam həmin daşın üstünə gəldi. Mən də canıma and içilməsi üçün özümü lap qabağa verdim.

Anam dedi: – Qəşəmin canı üçün beyqəfil uşaq qucağımdan sıçradı

daşın üstünə. Allah uzaq eləsin, ölsəydi, indi bizdən ayrı düşməyi on doqquz il olardı.

– Əmiqızı, Qəşəmin canı üçün uşaq o boyda hündür-lükdən yıxılsaydı ölərdi. Görünür, Qərib əlindən sürüşəndə sən çox aşağı əyilmisən və sonra əlindən buraxmısan.

– Düz deyirsən, əmioğlu, mən əyilmişdim, amma sən özünü çatdırdıb uşağı göydəcə tutdun.

– Hə, mən tez şığıdım, uşağı yerə düşməyə qoymadım. – Əmiöğlu, uşaq yıxılanda mən əyilməsəydim, sən

uşağı tuta bilməyəcəkdin. Əslində bu məsələdə nə anamın, nə də atamın qəhrə-

manlığı olmuşdu. At büdrəmişdi, uşaq daşın üstə düşmüş-dü, bələk qalın olduğundan, uşağa heç nə olmamışdı.

Atam-anam bu məsələdə öz qəhrəmanlıqlarını çox şişir-dirdilər. Son vaxtlar elə danışırdılar ki, heç elə bil uşaq yıxılmayıbmış, anam uşağı atıbmış, atam da göydə tutub-muş...

Hər dəfə köç həmin yerdə dayanırdı. – Hə, əmiqızı, burda, bax burda, bu daşın üstə... – Hə, əmioğlu, mən bu tərəfdən gəlirdim, sən o tərəf-

dən. – Əmiqızı, sən çox cəld tərpəndin, yaxşı ki, özün yıxıl-

madın. – Əmioğlu, sən çox fərasətli adamsan ki, bir anın için-

də... – Burda bu daşın üstə... – Yox, bir az o tərəfə idi... – Əmiqızı, gör sənin yadında necə dəqiq qalıb?!

Page 70: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

70

– Qəşəmin canı üçün, elə bil bu gün olub. Qərib evimizin ən əziz övladı idi. Çünki o, atamla ana-

ma bir sevgi, bir diqqət, bir qəhrəmanlıq ömrü yaşatmışdı. Qərib sürətlə böyüdü. Əsgərliyini Əfqanistanda keçirdi.

1980 – 82-ci illərdə. İki il yarım Əfqanıstanda ölümlə üz-üzə qaldı. Gələndə atam onu gətirən maşının təkərlərindən öpdü. Anam Qəribdən ötrü o qədər ağlamışdı ki, gözləri tutulmuşdu.

O, Qəribə tərəf yox, əks istiqamətə qaçırdı. Atam Qəri-bin ayağının altında on iki qoyun qurbanı kəsdi, bir baş da ala cöngə.

Atam onun əsgərlik günlərini saya-saya say öyrəndi, in-di qoyunları özü sayır.

Bu günlərdə kənddə idim, Qəribin əlli yaşı tamam olur-du. Məktubu itirməyindən, qoç minməyimizdən danışdıq. Qəribin uşaqları gülüşdülər. Dedim, ay qırışmallar, bəlkə siz də...

Çox qəribsədim... Elə Qərib də.... Atam, anam həyatda yox... Canıma and içən də yox...

“Qərib attdan yıxılan yer” də lap uzada... Deyəsən, çöldə bərk külək əsir....

Page 71: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

71

TELLİ XALA ÖLDÜ...

əndimizdə bir Telli xala vardı, hamının evini gəzər-di, ayağında qaloş, başında yaylıq. Əvvəl qapıda

bir az danışar, ardınca həyətə keçər, sonra evə adlardı. Başlardı söhbətə...

Söhbəti ilk əvvəllər öz toyu haqqında olardı, bunu adə-tən gənc qızlara danışardı, qızlar da toyun (və söhbətin) ən maraqlı yerinə gəlib çatanda bir-birinin çiyninə vurub uğu-nardılar gülməkdən. Harda qızlar gülüşürdülərsə, bilirdik ki, Telli xala onların yanındadı və ağzından nəsə qaçırdıb.

Aman-zaman Ənvər adlı bir oğlu vardı Telli xalanın, orta məktəbdə şagirdim olmuşdu... Telli xala harda qız görürdüsə, deyirdi, səni Ənvərə alacam.

Kənddə qız köçəndə Telli xalanı yengə aparırdılar. Oğlanların bəzisi onun yanında başıaşağı idi, bəzisi başıyuxarı. Toy gecəsi döşəyin altına qoyulan pul Telli xalaya çatırdı. Hələ bəzən qardaşı tərəfindən gəlinin əlinə dəsmalla bağlanan pulun da arxasına keçirdi. Amma öz toyundan başqa heç kəsə heç nə danışmazdı.

1982-ci ildə Ənvəri əsgər apardılar, Ənvər anası ölmüş, gedib düşdü Əfqanıstana... Gələn məktubları mən oxuyardım Telli xalaya, cavabını da mən yazardım.

Oğlu əsgər gedəndən sonra toy söhbətlərini unutdu Telli xala. İndi də, özü demiş, xaraba Əfqanıstandan danışırdı. Kənddə evləri bir-bir gəzir, Ənvərdən danışır, hər evdən bir təsəlli alırdı.

SSRİ-nin Baş katibi L.İ.Brejnevin adını əzbərləmişdi. Deyirdi, onun balası ölsün, Ənvəri o apardı Əfqanıstana.

K

Page 72: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

72

Telli xala qurbanlıq bir cöngə saxlayırdı, bütün bağ-bağatları alt-üst eləyirdi, heç kəs xətrinə dəymirdi cöngənin. Bilirdilər ki, Ənvərin qurbanlığıdır.

1983-cü ili mayın 6-da qəflətən Ənvərin meyitini gətirdilər. Xəbəri Telli xalaya deyə bilmirdilər.

Telli xala axırda özü bildi, özü duydu. Dedi, ay adamlar, məgər Ənvərin toyudur ki, mənim qapıma gəlmisiz? Tabutu diri adam kimi qucaqladı. Qurbanlıq cöngə kənarda dayanıb ağlaşanlara baxırdı.

Ağsaqqallar hərbiçilərə dedi, qoyun tabut bir gecə evdə qalsın. Bu şərtlə razı oldular ki, əlisilahlı əsgərlər tabuta keşikçi dayanacaqlar. Telli üzünü tabutun baş tərəfinə qoyub səhərəcən ağladı. Səhəri Ənvəri dəfn elədilər. Qurbanlıq cöngəni kəsib Ənvərə ehsan verdilər.

Telli xala deyirdi, tabutdakı mənim oğlum deyil, oğlum hardasa sağdı. Amma heç kəs inanmırdı.

Gecə gizlicə qəbri açdılar, baxdılar ki, tabutda meyit yoxdur. Elə həmin günün səhəri Ənvərdən məktub gəldi. Hamı sevindi, hamı güldü... Baxdılar ki, məktubu Ənvər ölümündən bir gün əvvəl yazıb.

Bir gün Telli xala mənə dedi ki, müəllim, mənim adımdan SSRİ-nin böyüyünə məktub yaz. Amma demə ki, qəbri açmışıq. Denən axtarsınlar, bəlkə oğlum sağdı!

Mən SSRİ-nin Müdafiə Naziri Ustinovun adına mək-tub yazdım. Bir aydan sonra cavab gəldi ki, oğlunuz vətən yolunda şəhid olub. Telli xala yalvardı ki, bir məktub da yaz. Amma demə qəbri açmışıq. Birini də yazdım, iki ay-dan sonra yenə cavab gəldi: “Bir də bu haqda maraqlan-sanız, sizin haqqınızda xüsusi tədbir görüləcək!”

Telli xalanın məktub ümidi də öldü. 1985-ci ildə sovet qoşunları Əfqanıstandan çıxarılanda

bir əsgər gəlib Telli xalanı tapdı. Dedi, oğlunuz sağdı, bir qolunu da itirib. Amma gələ bilmir, çünki sənədi yoxdu.

Page 73: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

73

Sonra bərk-bərk tapşırdı ki, mənim adım olmasın. Telli xala dəli oldu! Saçını yolub küləyə verdi. Özünü

qonşuların evinə saldı, heç kəs təsəllidən başqa heç nə vermədi.

Ənvərin kəndimizdə qəbri vardı, özü isə Əfqanıstanda sağ idi. Ənvərin iki ünvanı vardı: biri məzar, biri də Əfqa-nıstan.

Hər şeyi olduğu kimi açıb danışsaydıq, məzarın arxa-sında dayanan sovet hökuməti çox asanlıqla Əfqanıstanda Ənvəri güllələyərdi. Açıb demədik. Dedik, özü nə vaxt gə-lər, gələr...

Özü isə gəlmədi. O günü Telli xala öldü. Can verə bilmirdi. Axırda

si­nəsinə Ənvərin tərli köynəyini sərdilər, məktublarını tökdülər, evdə yarımçıq bir siqareti qalıbmış, onu gətirdilər. Bundan sonra Telli xala oğlunun qoxusunu alıb öldü. Özü də çox rahat öldü...

Page 74: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

74

ELÇİLİK

illi-dilavər bir dostum var, Qarabağın Tuğ kən-dindəndir. Buzovnada yaşayır. Şair təbiətlidir. Şeir

yazırmış. “Azərbaycan gəncləri” qəzetində Tofiq Mütəlli-bov şeirlərini çap eləməyib, o da küsüb ədəbiyyatdan.

Danışığı qızıldır, elə ki, qələmə alır, öldürür hamısını. Elə bil dünyanın ən gülməli və ən ağlamalı hadisələri bu kişinin başına gəlir. Əvvəl elə bilirdim özü bəzəyir – on-ları tayfalarına “Çöp bəzəyənlər” deyirlər – sonra gördüm ki, yox.

Bir gün mənə dedi ki, oğluma elçi gedəcəyik, sən də gəl. Dedim, hara gedirsiz, hara gəlim? Dedi, sabah saat 2-də Səməd Vurğunun heykəlinin yanında ol.

Dostum, dostumun arvadı, mən, mənim arvadım, bir də dostumun dostu və onun arvadı, necə deyərlər, altı yol-daş olub gəldik Böyük şora.

Dostum elə sevinirdi ki, lap kövrəlirdi, Dostum arvadı isə qaynana kürsüsü üçün özünə yeni bir imic düzəltməkdə idi. Elə deyirdi, nə bilim vallah, gədə qohumdan-zaddan almadı, kəndimizin gözəllərini qoyub ağzımızı dirədi Böyük Şora.

Qızgilin evi Bakının “Böyük Şor” qəsəbəsindədir. Dostum tez-tez deyir, Allah şükürlər olsun sənə,

ölmə­dim, bu günü də gördüm, hardan ağlıma gələrdi ki, oğlum Raziyə elçi gedərəm?!

Bir yaşıl qapını döydük, daha doğrusu, dostum tələsik və özü də ədəbsiz şəkildə qapını döyəcləməyə başladı. Arvadı dostuma dedi, döymə, zəngi bas. Kişi yenə qapını döydü. Axırda arvadı özü zəngi basdı.

D

Page 75: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

75

Bir kişi açdı qapını. Dostum o kişi ilə ikiəlli görüşdü, zənn elədim ki, qızın atasıdır. O, gözünə döndüyüm də, qucaqladı dostumun boynunu, bir demədi, iki demədi, düz 5 dəfə dedi, xoş gəlib, səfa gətirmisiz.

Arvadı dostumun sol qolundan qalın bir çimdik götürdü. Bu o demək idi ki, təkəlli görüşdüyün yerdə, sol qolunun nə işi var?

Qızın atasını da arvadı tələsik o tərəfə çəkib o ki var danladı ki, bu, iki dəfə öpüşmək nədir, sən qız atasısan, ağır otur, batman gəl, qoy o səni öpsün, qoy o sənə yalvarsın.

Gələcək qayınanaların bu “sualtı” atışmasından sonra keçdik içəri.

Dostum kövrəlirdi. – Ölmədim bu günü də gördüm, hardan ağlıma gələrdi

ki, o boydan Tuğdan durub bu boyda Böyük Şora elçi gələrəm. Demək, oğlum böyüyüb, bilirsən, mənim oğlum necə oğlandı? Şairdi şair! Şeirləri internet saytlarında yayılır, şəkli qəzetlərdə çıxır. Hə, o, lap balaca idi, boğazı ağrıyırdı, Allah haqqı, özümü öldürdüm – dostum danışdıqca ayağa qalxırdı – bilirsiniz, dedim, ay allah, kaş onun boğazının ağrısı mənə gələydi. Onu qollarımın arasında böyütmüşəm, canımı qurban vermişəm. İndi onun üçün elçi gəlmişəm. İlahi, mən xoşbəxtəm!

Sonra dostum balaca vaxtı oğluna qoşduğu şeiri xatırladı.

Razi yaraşıqlıdır, Qəndə bulaşıqlıdır. Dostum bu şeirdən sonra başladı ağlamağa. Yaxşı ki,

bu zaman mobil telefonuna zəng gəldi. Telefona baxdı: – Hə, odur! Oğlum Razi. Ölmədim bu günü də gördüm. Səsini aydınca eşidirdim: – Ata, mən səni ora ağlamağa göndərmişəm?

Page 76: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

76

Yazıq dostum yenə kövrəldi. Sən demə o tərəfdən qız dostumun oğluna zəng eləyib-

miş ki, atan gəlib məni istəmək əvəzinə, burda ağlaşma qurub. Dostum yenə başlayırdı ki, oğlunun uşaqlıq illərin-dən bir hekayə danışsın, qızın atası bunu hiss edib tez o biri otağa səsləndi: “Şirinçay gəlsin!”

Elə bu zaman qız pərdənin arxasından atasını barmaq işarəsi ilə çağırdı. Qızın dediklərini lap aydınca eşitdim: “Ata, onlar məni səndən nə vaxt istədilər ki, şirinçay gətirdirsən.

Kişi qaş-qabaqla qayıdıb yerində oturdu. Əllərini çar-pazladı, stolda özünü dala-qabağa yellədi. Müdrik görkəm aldı: “Gərək fikirləşək!”

Dostum başladı yenə kövrəlməyə. “Leyli və Məc-nun”dan dürlü – dürlü sitatlar gətirdi. Demək Məcniun çöldə...

Dirsəyinin altından arvadı necə vurdusa, çay qaşığı əv-vəl yuxarı qalxıb sonra dostumun qucağına düşdü. Arvadı qulağına yavaşca dedi: “Qısa elə, burax bu ədəbiyyatı, özü də çayı az iç!”

Artıq dostum beşinci stəkanı boşaldırdı. Çayxor adamıydı. Həm də müxalifətçi idi. Dostumun oğlu yenə zəng elədi, qulağım səsi göydə çaldı. “Ata, ora çay içməyə gedibsən? Qurtar bu “Leyli və Məcnun”u”.

Təbii, qız yenə zəng edibmiş! Bu söhbət bitən kimi dos-tum bir də dedi ki, mənə çay gətirin. Daha dostumun arva-dı dözmədi, dedi ki, biz sizin qızınızı almağa gəlmişik. Versəniz də sağ olun, verməsəniz də!

Dostum bu sözə düzəliş elədi, dedi, yox, verməsəniz sağ olmayın, amma qızı verin!

Tez dostumun telefonuna yenə zəng gəldi, ata, o nə sözdür anam deyir, bizi niyə biabır eləyirsiniz?! Qız atası fürsəti fotə vermədi, tələsik dedi: “Şirinçay gəlsin!”

Page 77: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

77

Şirinçayı qız özü gətirdi, dostumu yenə ağlamaq tutdu, ölmədik, bu günü də gördük...

Şirinçay yerə qoyulan kimi dostum çəkdi başına. Qız gələcək qayınatasına təəccüb elədi, amma alt dodağını çeynəməklə məsələni yüngülcə yola verdi.

Axır ki, ayağa durduq. Təzə qudalar qaş-qabaqlıdır. Görəsən niyə? Arvadı dostumu öyrədir ki, ayrılanda əl görüşmə, dodaqucu, yüngül “sağ ol” de. Qızın anası ərini mətbəxə çəkib təlimatlandırır ki, niyə əldən-ayaqdan gedirsən? Onları soyuq yola sal. Heç əl də görüşmə.

Yüngülcə “sağ ol”la ayrılırıq. Yolda arvadı dostumu alır, nə alır: “O nə ağlamaq idi? Elə bu cür ağlayırsınız ki, iyirmi ildi hakimiyyətə gələ bilmirsiniz!” Oğlu da bir yandan zəng elədi ki, niyə onlarla ayrılanda soyuq görüşmüsüz? Dostum dedi, qızın atası soyuq salamlaşdı, ona görə. Oğlu cavabında: “Axı qız deyir, sənin atan soyuq görüşdü?”

Məsələ uzandı. Dostum lap hirsləndi. El bil mitinqdir. Bizi küçədə sıraya düzüb uzun bir nitq söylədi. Arvadı mitinqi beşcə dəqiqəyə dağıtdı. Dostumun son cümləsi hələ də yadımdadır:

“Axı siz insan azadlığını niyə başa düşmürsünüz, ay adamlar ?!”

Page 78: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

78

TƏRSİNƏ ÇEVRİLƏN BAŞMAQ

ənəm deyirdi ki, 1946-cı ildə babamı Moskvaya “Xalq nailiyyətləri sərgisinə” göndərdilər. Amma bilmədik, niyə göndərdilər, kim göndərdi? 3 ildən

sonra məlum oldu ki, babam bir dəfə uzaq örüşdən fermaya gəlirmiş, təzə döğulmuş əkiz quzunun qabaq ayaqlarını çatıb atıbmış çiyninə. Babamın yanında bir maşın dayanır, içəridəki adam deyir, min maşına, babam da quzular çiynində minib oturur maşına. Qarayanız, eynəkli, zəhmli kişi babamın ad-familiyasını soruşur, ba-bam da dübbədüz deyir. Həmin maşın babamı gətirib dü-şürür fermamızda.

Sən demə bu adam Mir Çəfər Bağırov imiş... Babamı Moskvaya göndərən də elə o imiş. Sonralar eşitdik ki, M.Müşfiqi də o güllələtdirib.

Nənəm qarğışcıl, alğışcıl adam idi. Qonşunun qızları onu tez-tez hirsləndirər, nənəmin xüsusən, bir qarğışını dönə-dönə eşitmək istəyərdilər: “Görüm üstünüzə şalvar bağı açılmasın!” Qızlar qaqqıldaşardılar.

Bir dəfə mən cəhrənin iyindən ox düzəltmişdim. Hirslənib mənə nə desə yaxşıdır: “Görüm səni qırmızı gərdək dalına girməyəsən!” Bu sözü qızlar eşitdi və uzun müddət məni lağa qoyub güldülər. Əslində nənəm balaca uşaqlara belə deməklə, onların toyunu yada salıb şənləndi-rərdi.

Nənəmi tez-tez söylədərdik. Məsələn, soruşardıq ki, nişanlı olanda adaxlısı ilə necə görüşüb? Deyirdi hec vaxt göruşməmişəm, üzünü elə gərdəyin dalında gördüm. Am-ma bir dəfə– nənəm deyirdi– yaylağa təzə çıxmışıq,

N

Page 79: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

79

alaçıqda yatmışdıq. Xoruzun birinci banı olardı. Gördüm çadırın ətəyi tərpənir, fikir vermədim, bir də gördüm üzümə soyuq bir əl dəydi, bildim ki, Xatının oğlunun əlidir.

Nənəm həmişə ərinə “Xatının oğlu” deyib. Babamın anasının adı Xatınmış… Babam da nənəmə həmişə “Gül-lünün qızı” deyirmiş. Nənəmin anasının adı Güllü imiş…

Nənəm hərdən belə deyərdi: “flankəsin qızı ilə filankəsin oğlu öyün dalında oynormuş”. Biz də deyərdik, ay nənə, “oynamaq” nədi? O, utandığından deməzdi, biz isə əl çəkməzdik.

Sonralar babamı Mir Cəfər Bağırov güllələtdirib... Nənəm ölənə kimi ərinin günahının nə olduğunu bilmədi. Balalarını min-bir əziyyətlə boya-başa çatdırıb nənəm. Balalarını yedirdib, özü barmaqlarını yalayıb.

Nənəm şeir yazdığımı bilirdi. Hey deyirdi, şairləri güllələyirlər, yazma. Sonra bir dəfə dedi ki, bala, gözünə nə görünürsə, ağlına nə gəlirsə yaz. Gör bu yarpaq niyə düşür, bu külək niyə əsir? Əslində düz deyirdi nənəm.

Mənə deyirdi, alanda rus qızı al, qoy dilini bilməyək, yoxsa söz-sovumuz düşəcək.

Mənim toyumda çox gözəl oynadı, “zakazı” da belə oldu: “Mən oğlanın nənəsiyəm, “Heyvagülü” çalın.

Mən Bakıya oxumağa gedəndə nənəmin ilk sözü bu oldu: “Ehtiyatlı ol. Bəkidə “çülük”lər var, adamın əlindən pulunu alır”.

Bilirdim ki, nənəm “julik” demək istəyir. Bir şeir də qoşmuşdu mənə:

Bəkinin küçələri, Banlaşır beçələri. Mən çağırıram Qəşəmi Hay verir neçələri.

Page 80: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

80

Ən çox bizə cavanlığından danışardı. Deyirdi eeey, hörüklərim vardı, bax belə. Xatının oğlu məni ən çox hörüklərimə görə almışdı. Sonra əlavə edərdi: “Bir dəfə Xatının oğlu məni İravana apardı, dedi, nə istiyirsən sənə alım.”

İrəvan səfərini unuda bilmirdi nənəm. Nənəm dediyinə görə, babam çox qoçaqmış. Hara get-

sə, əlidolu gələrmiş… Həmişə kiçik nəvəsini – mənim qardaşımı (ona babamın adını qoyublar) babama bənzədərdi. Daha ərinin adını çəkməzdi, deyərdi: “Toşnu adı qoyulandı!”

Nənəm aşığa “göyçəli” deyirdi, niyə elə deyirdi bilmi­rəm?

Soruşanda özü də bilmirdi. İndi bilirəm ki, nənəmin gəncliyində aşıqların hamısı Göyçədən gəlirmiş… Soruşanda, ay qız, bu aşıq haralıdı? Deyirdilər, göyçəli.

Hansı kişi arvadının sözünə baxardısa, nənəm o saat deyərdi ki, bu axşam arvad kişinin “Puçunu” (açar) burub.

Nənəm həmişə deyərdi ki, çox vaxt oğru bayram axşamı gəlir evə, özü də boş qayıtmır. Deyirdim, nənə, niyə? Cavabını bilmirdi. Məncə, səbəb bu imiş ki, adamlar bayram axşamı çox yeyirlər, başdan qan azalıb mədəyə axır, adamları dərin yuxu aparır. Bir də oğrunu əlində güclü bir bəhanə var. Görsələr, deyəcəklər, papaq atmağa gəlmişəm.

Babam öləndə iyirmi səkkiz yaşı varmış. Nənəmin də iyirmi beş yaşı... Üç uşaqları olub: iki qız, bir oğlan. Uşaqlar çox balacaymış. Böyüyünün, yəni mənim atamın səkkiz yaşı varmış. Nənəmi çox yerdən istəyirlərmiş. Nənəm “yox” deyirmş. Nənəm deyir, bir dəfə çölə çıxanda gördüm ki, uşaqlarım başmaqlarımı tərsinə çeviriblər. Görünür uşaqları da qonşudakı arvadlar öyrədibmiş.

Biz bunun nə demək olduğunu soruşanda nənəm izah

Page 81: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

81

etdi: “Uşaqlarım bununla demək istəyirmişlər ki, ana, biz günah qazana bilmərik, icazə veririk, istəsən ərə gedə bilərsən”.

Sonra biz maraqla soruşardıq, nənə, bəs sən nə dedin? Nənəm yaşmaqlanıb deyərdi: “Mən heç nə demədim,

başmaqları düzəldib, balalarımın yanında qaldım”.

Page 82: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

82

GÖYÜŞ

şaqlıqda üç arzum vardı: biri o idi ki, kaş böyük qardaşım olaydı, özü də lal olaydı. Bu ondan irəli gəlirdi ki, kəndimizdə Sərvər adında lal oğlan

vardı, çox güclü idi, hamı ondan qorxurdu. İkinci arzum ondan ibarət idi ki, kaş yenə mənim böyük

bir qardaşım olaydı, o da uşaq vaxtı ölmüş olaydı və mən də ondan ötrü ağlayaydım. Bu da ondan irəli gəlirdi ki, kəndimizdə Məmməd adında bir həmyaşıdım vardı, böyük qardaşı ölmüşdü və Məmməd ondan ötrü elə ağlayırdı ki, lap tamahım düşürdü.

O, böyük qardaşının ağacdan düzəldilmiş başdaşına beş qəpikləri ağlaya-ağlaya sancırdı, biz də kənardan baxırdıq, ağzımızın suyu axırdı.

Sonra biz də vəcdə gəldik qulpumuzdan çıxan nə qədər qəpiyimiz vardısa, hamısını verdik Məmmədə, o da çaldı qardaşının başdaşına.

Bir dəfə anama dedim ki, kaş mənim böyük qardaşım olaydı, o da öləydi, mən onun başdaşına beş qəpik sancay-dım. Anam bir onu dedi ki, böyük qardaş sən, ölmək istə-yərdin? Mən də cavab vermək əvəzinə, iki dəfə çiynimi, bir dəfə burnumu çəkdim.

Amma yenə böyük qardaş arzusu burnumun ucundan çəkilib getmədi, göynərtisini da da artırdı. Bu göynərti ona görə daha da artırdı ki, sinif yolda-şım Adəm böyük qardaşı Ənvərin hesabına bəy kefində yaşayırdı. Lazım gələndə onun köhnə ayaqqabısını geyi-nir, köhnə pencəyini daraldır, köynəyin qollaını kəsdirir taxır əyninə, bir sözlə, böyük qardaş Adəm üçün əməlli-

U

Page 83: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

83

başlı şəhər dükanıdır. Hələ Adəmin riyaziyyatdan məsələrini həll eləyir, onun xətrinə dəyən uşaqların ağzını əzir, məktəb bufetindən ona lazım olan şeyləri alır. Bir sözlə, Adəm məktəbin ən üzdə olan uşağıdır. Hələ işə bax, hər gün Adəm Ənvərin gələcək toyundan danışırdı. O, aşıqların yanında oturacaq, savaş pullarını şəxsən özü yığacaq, pulları xanəndənin qavalına qoyanda beş-on manat xəlvət şalvarın arxa cibinə basacaqdı. Hələ ola bilsin ki, aşıqlar da ona zəhmət haqqı kimi pul versin. Burda lap dəli oldum, qaçdım evə. Toyuq-cücəni pərən-pərən elədim. Zoqal ağacla təzə doğan inəyimizin enini-uzunun olçdüm, kiçik qardaşımı saldım təpiyimin altına, nə yemisən turşulu toyuq əti. Nənəm gəldi ki, ay bala, nə olub sənə? “Daram” vedrəyə bir təpik, anam dovğa bulayırdı, ona bir təpik, qapıya bir təpik... Ora bir təpik bura bir təpik. Axır məni tutdular. Dedim mənim böyük qardaşım olub, niyə onu məndən gizlədirsiniz? Dedilər yox. Dedim bəlkə əsgər gedib? Dedilər yox. Dedim bəlkə ölüb, gedim başdaşına qəpik çalım? Dedilər yox. Sənin böyük qardaşın olmayıb, olmayıb vəssalam, elə böyüyü sənsən. Üçüncü arzum o idi ki, Göyüş adında ya dayım olay-dı, ya qardaşım, ya da əmim. Çünki kəndimizdə Göyüş adlı bir kişi vardı, ona Smaxor Göyüş deyirdilər. Göyüş mənim üçün dünyanın ən tanınmış kişisiydi, milislərlə (polislər) dost idi, onların qulağına söz deyirdi, onlarla gəlib-gedirdi, oturub-dururdu. Hamı deyirdi, Göyüş xəbərçidi, özünüzü ondan qoruyun. Amma mənim fəxr elədiyim adam yenə Göyüş idi. Göyüş kiçik qardaşı Əlini “ministr” oğlu kimi saxlayırdı, hərdən traktorunu Əliyə verirdi, Əli də kəndin ortasında “avtoşluq” eləyirdi.

Kənddə biri siqaret çəkəndə deyirdilər ki, siqaret çəkmə, xəstələnərsən. O da cavabında deyirdi ki, gərək

Page 84: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

84

Göyüş çoxdan ölmüş olaydı! Dörd yaşından “Prima” (ucuz siqaret) çəkir, səksən yaşı var.

Biri toz-torpağın içində eşələnəndə deyirdilər, toz ağci-yərini tutacaq, deyirdi, gərək Göyüş çoxdan ölmüş ola, yeddi yaşından anbarda taxıl sovurur. Biri ayaqyalın gə-zəndə və ya “mesni” araq içəndə deyirdilər, canına yazığın gəlsin, o da deyirdi, Göyüş niyə ölmür, on yaşından ayaq-yalın taxıl suvarır, elə o vaxtdan da hər gün ucuz araq içir.

Bir sözlə, Göyüş kəndimizdə xoşa gəlməyən işlərin qəhrəmanı idi və sarsaq məsələlərdə həmişə nümunə göstərilirdi. Göyüş mən yaşda uşaqları tutub qulağına de-yirdi ki, xalanı mənə verərsən?! Xoşbəxtlikdənmi, bəd-bəxtlikdənmi mənim xalam yox idi...

Göyüş hamıya, qohum oldu-olmadı, “əmioğlu” deyirdi. Bəs mən niyə Göyüşü sevirdim? Ona görə ki, Göyüş

bizim toyların təklifçisi, indiki dillə desəm “dəvətnamə verəni”, həm də aparıcısı idi. Göyüş qaşqa atını minib qapı-qapı gəzər, adamları toya dəvət eləyərdi. Onun dəvətinin mətni yalnız bir cümlədən ibarət idi: “Adı filankəs toy eləyir, bu gün əvvəlidir, sabah axırı” – yəni iki gün... Məsələn, əmimin toyunda belə deyirdi: “Adı Şirin toy eləyir, bu gün əvvəlidir, sabah axırı”. Şirin mənim babam idi. Yəni adamları bəyin atasının adı ilə çağırırdı. Hər təklifin haqqı bir manat idi. Yüz ev yüz manat eləyirdi.

Axşam bəyin tərifində uşaqların bəyin bir addımlığında dayanması xoşbəxtlik sayılırdı. Bu “ərazi” isə yalnız Göyüşün ixtiyarında idi. Bəyə yaxın dayanmağın xoşbəxtliyi ondan ibarət idi ki, yəni mən bəyin dostuyam və yaxud mənim də bir vaxtlar bəyin yerində oturmaq ehtimalım tezliklə reallaşa bilər.

Axşam bəy təriflənəndə xanəndə xələt almaq üçün bəyin qohumlarının adını çəkirdi. Bu, adı çəkilənlər üçün

Page 85: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

85

fəxarət idi. Biz təəccüb eləyirdik ki, görən o, bizim adımı-zı haradan bilir. Sən demə Göyüş xanəndənin qulağına qo-humların adlarını deyirmiş. Kimin adı çəkilməsə, küsərdi.

Göyüş hərdən mikrofonda danışırdı. Bu cümlə daha çox yadda qalardı: “Aşıqlara çay gətirin!” və ya “Aşıqlar qoyun əti yemir, toyuq kəsin!” Göyüş bunu toy sahibinə yavaşca da deyə bilərdi, amma mikrofon ayrı şey idi. Söz mağardan uçan kimi həyətdə toyuq-cücələr pərən-pərən olardı.

Göyüş toyda içib çox oynardı, dişi ilə dəsmalı yerdən götürərdi. Sonra başı üstə dayanardı.Göyüş kəndimiz üçün ayrıca bir teatr idi.Ona niyə Smaxor Göyüş deyirdilər – bunu heç kəs bilmirdi. Yaşlı adamlar da qoyduqları adı unutmuşlar.

Tərəkəmələr mal-qaralarını sağ-salamat saxlamaq üçün həmişə şəhərdən uzaq yerdə yataq qurardılar. Onlar ötən əsin 30-cu illərində İmişli rayon mərkəzinə bazarlıq üçün gedəndə ilk dəfə sfetofor görüblər, İmişlidə də tək bir sfetofor varmış. Bu söz tərəkəməlirin dilinə yatmırmış, sfetofora “smaxor” deyirlərmiş. Göyüşün gözü yaşıl idi. Uşaq vaxtı onun gözlərini sfetoforun yaşıl işığına oxşadıblar...

Bu günlərdə eşitdim ki, Göyüş evin üstdən yıxılıb ölüb. Qonşunun evinin şiferini düzəldirmiş. Səksən dörd yaşında... Mənim uşaqlıq illərimin qəhrəmanı çox sadə və aydın bir şəkildə yıxılıb öldü. İşə bax, o, yıxılandan sonra bir neçə saat heç kəs ona yaxın getməyib. Elə biliblər zarafat eləyir, ya da nəinsə fikrini eləyir, bir azdan özü durar – deyiblər. Göyüş də durmayıb. Kimsə çağırsaydı, bəlkə də durardı.

Page 86: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

86

NƏNƏ HEY

şaq vaxtı dörd yaşıma qədər ağır xəstə olmuşam, nənəm uzaq bir kənddə mollaya baxdırıb. Molla deyib ki, üç günə öləcək. Qurban deyiblər ki, öl-

məyim. Üç gün keçib, görüblər yaxşılaşıram, qurbanımı kəsiblər.

Nənəm çox istədiyindən mənə “ərim” deyirdi. Qonşu-muzda bir ərlik qız var idi, nənəm deyirdi onu sənə ala-cam. Qızın yanında deyirdi. Mən buna inanmışdım. Qız ərə gedəndə onların evlərini sapandla daşa basdım. Toyuq-larını həyətimizə qoymadım.

Balaca dostlarımla min hoqqadan çıxırdım, guya ağacla evlənmişdik. Hərəmizin bir ağac arvadı vardı. Mənim arvadım yoğun bir çinar idi. Hər gün arvadlarımızı qucaq-layırdıq.

Yalın ayağımla tozlu yollarda cığır çəkərdim, cığırlar gəlib bir-biri ilə kəsişəndə sevinərdim. Yol evimizin qa-bağından keçirdi, hər səhər nənəm süpürgə ilə cığırımı po-zub yolun tozunu süpürərdi. Bir dəfə buna görə hirslənib nənəmin bir qazan dovğasını ocağın üstündən aşırıb qaçdım.

Məndən yaşca bir az böyük dostlarımdan biri şəhərdən mənə bir qız şəkli alıb gətirmişdi. Cibimdə gəzdirirdim, gündə üç-dörd dəfə evimizin çardağına çıxır, şəklin üzün-dən öpüb düşərdim. Ordan xəlvət yer tapa bilmirdim.

Nənəm bir dəfə atama dedi ki, deyəsən evin üstünə pi-şik çıxır, çardağa çıxışı bağla. Atam da bağladı. Sonra kənddən kənara iki kilometr yol gedib şəklə baxıb gəlir-dim.

U

Page 87: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

87

Kəndimizdə poçt qutusu vardı, bir dəfə qutuya bir ağ kağız parçası saldım. Qaçıb evə gizləndim, dedim, görəsən həmin kağız parçası hara gedib çıxacaq? Üstündə ünvan yox idi. Yəqin ki, ünvan olmadığına görə, kağız heç yerə getməyəcək, buna görə məni axtarıb tapacaqdılar! Uzun müddət fikir elədim... Elə bilirdim hökumət də üstünə ünvan yazılmayan o kağız parçasını düşünür. Bu saat hamının əsas fikri elə budur.

Nənəm öyrətmişdi ki, Allaha “Allah baba” deyim. Hər gün Allah babaya yalvarardım, o kağızı mən atdığımı bilməsinlər.

Telefon dirəklərinin yanında pis söz danışmazdım, elə bilirdim bütün telefon simləri hökumətin qulağına gedir. Nənəm belə demişdi.

Məndən yaşça böyük oğlanlar bir yerə yığılıb istədik-ləri qızdan danışırdılar. Yanlarına gedən kimi səslərini kəsir­dilər. Ciblərindən vazelin çıxarıb barmaqların ucunda alnıma azca sürtərdilər. Elə bilirdim ətirdi... Mən ətir gör­məmişdim. Bundan sonra onlardan uzaqlaşardım. Sonralar bildim ki, onlara nə zülmlər vermişəm.

Bir dəfə yaylaqda fermaya şəkil çəkən gəlmişdi, hamının şəklini çəkdi. Dedim, mənim də şəklim çək. O da aparatı üzümə tutub ağzı ilə “çık” elədi. Baş barmağını mənə göstərib “əla” – dedi. Dedim, şəklimi ver. O da əlini çantasına atıb bir dovşan şəkli çıxardı, dedi al, bu da sənin şəklin. Mən uzun müddət elə bildim ki, dovşan şəkli mənəm. Hamıya göstərirdim, elə bilirdim biz adam olanda belə oluruq, amma şəkil çəkdirəndə şəklimiz dovşan kimi çıxır.

Yeddi yaşımda birinci sinfə getdim, üç – dörd gündən sonra nənəmə dedim ki, daha mənim getdiyim bəsdi, indi də sən get. Nənəm məni dalına alıb apardı məktəbə. Sinif yoldaşlarım, ən çox da qızlar mənə baxıb gülürdülər.

Page 88: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

88

Nənəm məni sinfə qoyandan, yəni müəllimimizə təhvil verəndən beş – altı dəqiqə sonra dərsdən qaçırdım. Kəsə yolla nənəmdən tez gəlirdim evə. Nənəm gəlib görürdü ki, mən artıq evdəyəm.

Əlacsız qalan nənəm düz bir ay mənimlə bir partada oturdu. Nənəmsiz məktəbə getmirdim. Sonra nənəm yoruldu. Mən də bundan sonra heç məktəbə getmədim.

Müəllimlər dalımca evə gəlirdilər, məni tutub zorla aparardılar, birdən əllərindən çıxırdım, müəllimlər düşür-dü dalımca, mənə çata bilmirdilər.

Kitabın, dəftərin iyi gələndə titim-titim titrəyirdim, ge-cə səhərə kimi ağlayırdım. İstəyirdim nənəm deyə ki, yax-şı, səhər dərsə getmə, Desəydi, o dəqiqə kiriyərdim.

Tək-tük dərsə gedəndə də riyaziyyatdan ev tapşırıqları-nı köçürmək üçün parta yoldaşım dəftərini mənə verərdi. Sən demə parta yoldaşım misalları başqasından on qəpiyə alıb, mənə iyirmi qəpiyə satırmış.

Amma mən də az aşın duzu deyildim, səkilli kartların hər birini dəqiqəsi on beş qəpikdən uşaqlara göstərirdim.

Dərsə getməməyimin əsas səbəblərindən biri kök bir qı-zın məni döyməsi idi. Utandığımdan dərdimi heç kəsə de-yə bilmirdim. Qız da məni xəlvət döyürdü. Heç kim gör-mürdü.

Ən qorxduğum dərs bədən tərbiyəsi idi. Hələ oğlanlar bir yana, qızların hamısı uzunluğa məndən yaxşı tullanır-dılar. Ən çox da məni döyən o qız...

Amma pişik, quş oynatmaqda, at minməkdə, araba dü-zəltməkdə, pəncərə şüşəsi sındırmaqda, qarpız qabığından maşın düzəltməkdə, nə bilim, cibində şəkilli kart gəzdirməkdə, hamısı məndən geri qalırdı.

Müəllimlər adımı jurnaldan pozmur, sinifdən-sinfə öz-ləri keçirirdilər, deyirdilər guya yaxşı zehnim var (tərəkə-mələrdə yaddaşa zehin deyirlər), mənə heyfləri gəlir.

Page 89: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

89

Axır ki, 9-cu sinifdə dərsə getməyə məndə maraq oyan-dı. Sevirdim. Ardıcıl dərsə getməyə başladım. Onda həmin qız məndən utanırdı.

Şəkilli kartları həyətimizdə torpağa basdırdım. Doqquzuncu sinifdən sonra yaxşı qiymətlə oxudum. Sonra universitet... Kitablar... Görüşlər... Bakı... Xarici

ölkələr... İndi həmin məktəbim girişində mənim iri şəklimi asıb-

lar. Ədəbiyyat otağında kitablarımdan ibarət guşə düzəl-diblər. Bu yaxınlarda həmin məktəbin şagird və müəllim kollektivi ilə mənim şair kimi görüşüm oldu.

Müəllimlərim xatirə danışdılar. Nənəm yadıma düşdü. Görüşdə nənəm yox idi. Nənəmi on yeddi ildir itirmişəm. Kaş nənəm qapıdan girəydi... Ay nənə, hey!

Page 90: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

90

ATAM

tamı çoxdan itirmişəm. Yaşlandıqca yadıma ya-man düşür. Cizgiləri o qədər doğmadır, elə bili-rəm, əlimi uzatsam, ona toxunar.

Getdikcə atama daha çox oxşayıram. Deyirlər insan yaşlandıqca belə olur.

Əvvəl anam öldü, sonra atam... Anam öləndə o qədər ağlamadıq, bəlkə də ata təskinliyi

buna imkan vermədi. Anamdan on il sonra atam dünyasını dəyişdi. İki qat ağladıq. Sən demə atam həm də anamızı əvəz edirmiş. Atam öləndə anam ikinci dəfə öldü.

Atam çoban idi. Altı yaşından qoyun otarırdı. Çölün dilini bilirdi. Həyatı, insanları yaxşı tanıyırdı. Uşaq olanda axşamlar onun yolunu həsrətlə gözləyərdik. Hər axşam ciblərindən çöldən yığdığı göbələkləri boşaldardı. Ciblə-rini bölüşmüşdük. Ailədə böyük uşaq olduğuma görə iri cibi mənə düşmüşdü. Anam göbələkləri həmin axşam ocaqda bişirib bizə yedirdərdi. Hərdən barmağını yalayar-dı ki, guya o da yedi.

Atam süd dişlərimizə sap dolayıb çəkərdi. Deyərdi, apar bu dişi at yükün dalına. Bizi öyrədərdi ki, belə deyək: “Ay siçan, mən balta dişimi verim sənə, sən inci dişini ver mənə”.

Axşam yeməyində yanında oturmaq üstündə bacı, qardaşlarımla davamız düşərdi. Əlimizlə onun üstünü, xüsusən şalvarının dizlərini yağ eləyərdik, sonra başımızı dizinə qoyub yatardıq.

Bir də görürdün atam sağın vaxtı arxacda durub əllərini uzadaraq, alaçığın qabağında dayanmış anamdan nəsə

A

Page 91: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

91

soruşur. Əvəzində anam da: – “Nədi eeey, Lenin kimi əlini uzadıbsan, sözünü de görüm…” – deyərdi.

Bir dəfə anam təzə çay dəmləyir, stəkana süzür, sonra çayniki də qoyur atamın yanına, gedir yaxınlıqdakı sahədən pambıq yığmağa.Atam stəkandakı çayı içəndən sonra durub gəlir tarlanın o başına – anamın yanına, deyir, gəl, gedək mənə çay süz. Anam uzun yol gəlib atama çay süzür. Halbuki süfrədə çayniklə stəkanın arası bir qarışmış. Demək atam anamdan ötrü bərk darıxırmış…

Atam qonaqlarımıza həmişə qoyun kəsərdi. Dünən kə-silən qoyunun ətini bu gün gələn qonağa bişirtdirməzdi. Deyərdi, daha bu qoyun deyil, ətdir. Qonaq razı olmayan-da atam deyərdi: “Qoyundu dana, onsuz da itəcək”. Ya da deyərdi, dəlicədir. Anam hirslə “Qoyunu onsuz da kəsir-sən, daha niyə urvatdan salırsan” – deyib üzünü çevirərdi. Təkcə mən bilirdim ki, atam qonağı razı salmaqdan ötrü belə deyir.

Özəlləşdirmə başlayanda ondan kolxozun sağmal sürü-sünü aldılar. Atamı götürüb icra başçının yanına gəldim. Atam icra başçısına “Katib” deyirdi. İlk sözü başçıya bu, bu oldu:

– Yoldaş katib, sürünü niyə əlimdən alırsan? Bizim qo-yun sürülərini Bakıya daşıyırlar, kəsirlər, çins qoyunların nəsli kəsilir axı. Bəs bu çöllər nejə olajax?”

İcra başçısı dedi: – Mirzə kişi, bu özəlləşdirmə qanunudur. Kimin pulu

var gəlib alır. Atam: – Yoldaş katib, bu “özgələşdirmə” qanunu olanda sürü

kimə qalmalıdır?” Peşə məktəbini bitirən bir gədəyəmi? Yoxsa mantyoramı? Niyə elə həmin qoyunları çobanın özünə vermirsiniz? Sabah bu ölkəyə ət, süd, yağ lazım olmayacaq?

Page 92: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

92

Əslində düz deyirdi atam. Atam qoyunun nəslini, cinsini yaxşı tanıyırdı. Bu, onil-

liklərə gedib çıxırdı. Bıçaqla qoyunların dırnağını yonub təmizləyirdi ki, dırnaqları qırılıb heyvanı incitməsin.

Qoyun burtax (xəstə) olanda gözünün didəsindən qan alardı. Əgər qoyun qanını yaladısa sağalacaq, yalamadısa yox. Atam belə qoyunlara “Qana düşüb” deyirdi.

Qoyun şehli yoncadan yeyib köpəndə atam qoyunun belini gərməşov ağacla döyəcləyirdi.

Atam deyirdi ki, qoyun həmişə canavarı yadında saxlayır, təkcə qırxılanda canavarı unudur. Atam danışırdı ki, qoyunun sağ böyrü ona görə çökək qalır ki, ora Həzrət Abbasın ağacının yeridi.

Anam öləndən sonra atamı evləndirdim. Bacılarım mənimlə əl-ələ qalxdılar ki, niyə belə etdin? O qadına mən “ana” dedim ki, atam aldansın, onu sevsin. “Ana” deməsəydim, qadını boşayardı atam. O qadın anamın səliqə-sahmanını pozdu, evimizi tamam dəyişdirdi.

Hamımız olacağa razılaşdıq. Təkcə Ağgül adlı inəyimiz o qadını qəbul etmədi – sağanda qoymadı! İnək etibarlıy-dı. Atam inəyi ağacla vurdu.

Anam öləndən sonra atam nəvələri ilə domino oynayır-dı. Nəvələri əl çalırdı babalarının uduzmağına. Anam sağ olsaydı, atam domino oynamazdı, oynasa da uduzmazdı. Gəlinlər nahara çağırırdı atamı, atam tələsirdi. Anam sağ olsaydı tələsməzdi, deyərdi, bura gətir.

Atam heç kəslə dalaşmamışdı. Amma yumruqları iriy-di. Düşünürəm ki, yumruğu böyüyün dərdi də böyük olur-muş…

Atama “Qağa” deyirdim. Həmişə deyirdi, “Qağan ölsün ki, qağan sənə maşın ala-

caq” Ölümündən on beş dəqiqə əvvəl Bakıya – mənə zəng

Page 93: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

93

elədi. Axşam saatları idi. Demə, fermada möhkəm azarlayıbmış… Mənə son sözü belə oldu: “Qəşəm, qağan ölsün ki, qağan ölür”.

Bacım ağlaya-ağlaya deyirdi ki, Qəşəm, qağam çətin öldü, həkimsiz öldü. Həkimi fermaya gətirə bilmədik, yağış yağmışdı, yollar palçıq idi. Amma qonşumuz – atamın çoban dostu Əlimərdan dayı çox yaxşı öldü, rahat. Yağış yağmadı, yollar quru oldu. Həkim gəlib ağ xalatinı geyindi, qanını ölçdü. Sonra da stolu qoyub oturdu başının üstə. Kaş qağam da belə öləydi.

Bacım danışırdı ki, fermada atam keçinəndə toyuqlar qaqqıldaşdı, itlər hürüşdü, qoyunlar mələşdi, atlar kişnədi.

Page 94: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

94

OCAQQIRAĞI

tamın çoban dostu Dağar Cəmil arvadı Ayna ilə bizə gəlib, səsi-küyü hər yeri başına götürüb. Elə varlı da deyil, Dağar Cəmilin yeddi davarı ola-

olmaya. Amma sən gəl bunun havasına bax. Qorxağın biri, yaltağın ipləməsi. Həmişə sədr gələndə deyir, arvad təzə çay dəmləyib, sən Allah qədəmini bizə bas.

İşi, gücü arvaddan danışmaqdı. Alandan deyir ki, boşa-yacam. Hələ ki, bir yenilik yoxdur. Arvada “ocaqqırağı” deyir. Bu söz tərəkəmələrdə çox məşhurdur. Qabaqlar dəyələrdə ocaq qalayıb qırağında otururmuşlar. Xüsusən axşamlar. İndi arvadı bu ocağa bənzədirlər. Yəni, ailədə kim varsa, axşam arvadın başına cəm olar. Deyirlər, kimin ocaqqırağı öldüsə, o ailə dağılır.

İlk baxışdan adam elə bilir ki, Dağar Cəmil dəlidir. Yetənə deyir, gəl arvadı verim sənə. Elə indi içəri girən ki-mi yavaşca qulağıma pıçıldadı: “Sən öl, arvadı verirəm sə-nə, isti təndir kimidir, gecələr yorğan-döşək lazım deyil!” Arvadı da qayıtdı ki, ətin tökülsün, ay Cəmil, uşağın tərbi-yəsini niyə pozursan?

Dağar Cəmil tərəkəmələr haqqında çoxlu lətifələr bilir. Bu da tərəkəmələrin çoxunun xoşuna gəlmir. Deyir, bizi biabır eləmə. Öz aramızda olan sözü kənara çıxartma, arazqıraxlıları bizə güldürmə.

İmişli camaatı tarixən qeyri-rəsmi iki yerə ayrılır: arazqıraxlılar və tərəkəmələr. Arazqıraxlılar Araz çayının sahilində yaşayırlar, tərəkəmələr Kürün. İşləri-gücləri bir-birilərinə lətifə qoşmaqdı. Dağar Cəmilin nə vecinə, Araz aşığındandı, Kür topuğundan. Bir ucdan lətifələri hamının

A

Page 95: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

95

qulağına üyüdür. Dağar Cəmil deyir: – Bir gün ocaqqırağını rayona doxtura aparmışam.

Rentgen otağına girdik, hər tərəf qaranlıq. Doxtur Aynaya nə elədi, nə eləmədi bilmirəm, rentgen otağından çıxanda Ayna başı batmış doxtura nə desə yaxşıdır?

– Doxtur, gecən xeyrə qalsın. Dağar Cəmil əsgərlikdə cəmi altı ay olub, sonra məlum

olmayan xəstəliyə görə “kamsavat” eləyiblər. Özü bunu boynuna almır, guya yaxşı “slujit” etdiyinə görə iki ili altı aya endiriblər. Rus dilində adda-budda sözlər bilir. Deyir, rus dilini “simiçka” kimi çırtlayıram.

Dağar Cəmil hamıya rusca söyüş söyür. Rusca yalnız söyüş bilir. Axşam Moskvanın “Vremya” xəbərlər proqramı başlayanda arvadı deyir, əşi, gəl gör nə deyirlər? Cəmil ha gözünü döyür, bir iki kəlmə də başa düşmür, axırda arvadına deyir ki, arvad, bunlar mənim bildiyim rus dilində danışmırlar.

Dağar Cəmil altı aylıq əsgərliyindən otuz ildir ki, dayanmadan danışır. Guya orda bir qızla evlənibmış, qız da Rastovlu imiş, adı da Vera. Guya hələ bir qızları da var. Nə bilim, Dağar Cəmilin əsgərlik hekayətləri çətin ki, bitsin. Əsgərlik xatirələri ən çox arvadı Aynanı cırnatmaq üçündür.

Danışdığı əhvalatların biri hamının dilində əzbərdir. Sən demə Cəmildən qabaq əsgər gedib gələn tərəkəmə ca-vanları danışırmışlar ki, əsgərlikdə ən əsas iş rus qadınları-na, xüsusən komandirin arvadına sataşmaqdır. Bu da Cə-milin yadında möhkəm qalıbmış. Anası ölmüş fürsət gözləyirmiş. Elə əsgərliyə buna görə gedibmiş… Yoxsa atası saxlatdırardı...

Elə bilirmiş ki, əsgərliyin ləzzəti komandirin arvadına sataşmaqdı. Guya bu da o zaman olurmuş ki, komandir

Page 96: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

96

əsgərə “Apar bu ərzağı evimizə ver” – deyirmiş. Cəmil əsgər gedən andan bu mötəbər əmri gözləyirmiş. Komandir isə ona belə bir xoşbəxtlik nəsib eləmir ki, eləmir! Axırda Cəmil kəndə məktub yazır ki, qağa, öldüm, yanıma gəl. Atası Əliş bir qoyunu qovurma elətdirir, minir Rostov qatarına, gedib Cəmili tapır. Şübhəsiz, Cəmilin Rostovdakı “stroybata” düşməyi Əliş dayıya elə-belə başa gəlməyib. Düz beş yüz manat sayıb. “Stroybata” biz tərəflərdə tərəkəmə hərbi hissəsi deyirlər. Çox adam uşağını ora saldırmaq üçün “sino” gedir.

Əliş dayı pay-püşü komandirə verir. Cəmil elə bilir ki, arzusuna çatmağa az qalıb. Komandir Cəmilə deyir, “veş”i götür, gəl dalımca. Cəmil elə bilir yüz faiz o deyəndi. Atası qalır hərbi hissənin girişində. Bir az gedəndən sonra komandir “veş”i qoydurur sarı bir maşına, maşın tərpənir. Komandir Cəmilə bir dənə “spasibo” deyir, vəssalam!

Cəmil “kamsavat” olub gələndə bu hadisəni başqa cür danışırdı. Guya komandirin arvadının yanbızından bir tərəkəmə çimdiyi alıbmış, qadın da “Oy mama!” deyib diksinibmiş. Bu çimdik bizim tərəflərdə maşa ilə arvad çimdikləmək kimi bir şeydir. Cəmil o vaxtlar dağar deyilmiş. Aynanı alandan sonra dağarlaşıbmış...

İndi Dağar Cəmil arvadı ilə bizə gəlib. Əsas məsələ bu-dur ki, deyir, arvadı boşayıram. Ata-anamın əsas sözü də öz yerində; yəni oğlun evlənməlidir, qızın ərə getməlidir. Dağar Cəmilin dağarlığı ondadır ki, deyir, boşamalıyam, vəssalam! Arvadı da qayıdır ki, boşamayan kişi deyil!

Cəmil: – Boşayıram, çıx get dədənin xarabasına. – Getmirəm, kağızımı ver, gedim. – Sən öl, bu saat verərəm kağızını. – Kişisən, indi ver. – Vermirəm, get özün götür.

Page 97: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

97

– Hardadı mənim kağızım, bu saat ver? – Evdə sandıqdadır, get götür. – Götürmürəm, kişisən, get özün gətir, ver. Biz bilmirdik, Aynanın istədiyi və Dağar Cəmilin ver-

mədiyi o kağız nədir və hardadır? Amma dəqiq bilirdim ki, o kağız yoxdur. Demək, Dağar Cəmil olmayan kağızı vermədiyi və Ayna da almadığı kimi boşanmaq söhbəti də ciddi bir şey deyil. Guya Ayna ata evinə kağızsız getsə, binamusluq sayılar. Və Dağar Cəmil o kağızı verməsə, Ayna ömür boyu boşana bilməz. O kağız tərəkəmələrdə bir növ etibarnamə sayılır. Bəlkə də kəbin kağızı – zadmış.

Dağar Cəmilin yeddi oğlu, bir qızı vardı. Hələ Aynanın abort elədiklərini hesaba salsaq, nə qədər uşaq eləyər? Kənddə işləyən, tərəkəmələrin dili ilə desək, “Mama doxturu” qadınlara tibbin köməkliyi ilə uşaqdan azad olunmağını desə də, buna inanan yox idi. Abort deyəndə tərəkəmə qadınlarının bu sahədə gözəl və özəl “klini-kaları” var. Onların ən gözəl abort masası bir metr hün-dürlükdə olan mal pəyəsinin üstündən tullanmaqdı. Hiss elədin ki, vaxtın keçib, çıx pəyənin üstündən, tullan, vəs-salam! Ayna neçə dəfələrlə pəyənin üstündən tullanmışdı, sayı heç yadında deyil. Tərəkəmən qadınlarının pəyənin üstündən tullanmaq, həkimsiz, pulsuz, ağrısız uşaqdan azad olunmaq praktikası, məncə, dünya tibb elminə hələ də məlum deyil.

Cəmil dağar deyildi, əslində Cəmili arvadı dağar elə­mişdi. Hey orda-burda deyirdi ki, Cəmil hər yeməyi yeyən deyil, hər adamı sayan deyil, başı səs götürən deyil, diş çəkdirəndə burda yox, Tiflisdə çəkdirir, toyuğun dib budunu yemir ki, arxaya yaxındı, urusetdə hörməti var, rusca bilir. Hətta Ayna Cəmilin Rostovda qızının olması söhbətinə sevinirdi. Arvadlar bu məsələnin onun başına qaxanda deyirdi ki, burda nə var, təki mənim xoruzum

Page 98: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

98

özgə çəpərində banlasın. Bir gün Ayna azarladı. Rayon həkimləri onu Bakıya

yazdılar. Dərdinə əlac olmadı. Ayna səhərə yaxın Cəmilin qucağında keçindi. Cəmili saz saxlayan Ayna imiş… Ayna ölən kimi Cəmil dağarlıqdan düşdü…

Aynanı qəbirə qoyanda Dağar Cəmil özü yıxıldı qəbrin içinə. Məni basdırın – dedi. Adamlar yaman ağladılar. Cəmil düz qırx gün gecəli-gündüzlü Aynanın qəbrinin üstdə yatdı. Sınıxdı, üzü qupquru odun parçasına oxşadı. Cəmil Aynanın kağızını vermişdimi, verməmişdimi, bilmirəm. Amma Aynanın qırxı günü keçindi. Ölmək istəmirdi, eləcə “Ayna, Ayna” – deyirdi. Yaşlı adamlar dedi ki, gözləməsi var. Aynanın tər iyi verən baş yaylığını onun sinəsinə sərdilər, o saat keçindi.

Kəndimizin o biri kişiləri arvadları ölən kimi başqa arvad aldılar. Cəmil belə eləmədi, Aynanın dalınca getdi. Aralarında qırx gün məsafə vardı.

Page 99: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

99

YURD HEKAYƏSİ

akıya təzə köçmüşdük, Bayılda, 20-ci sahə deyilən bir ərazidə kirayə qalırdıq. Böyük oğlum 5-ci sinifdə oxuyurdu. Kəndirin ucundan tutan vaxtları-

dır. Bu məsəl atamdan qalmadı. Təkliyini həmişə belə izah edirdi; mən bir ağacı götürəndə o biri başından yapışan ol-mayıb. Yəni tək olmuşam, hər işi təkbaşına görmüşəm.

Atamın qardaşı yox idi. Mən anadan olandan sonra ata-ma deyiblər ki, ay Mirzə, gözün aydın olsun, daha ağacın ucundan yapışanın var. Mən də tənbəl uşaq, ortalıqda veyil-veyil gəzənin biri. Nənəm tez-tez mənə deyirdi ay bala, bir ağacın ucundan yapışsana. O vaxtlar bu ağacın ucu məsələsi əməlli-başlı bizim kəndə ştat idi. İndi böyü-müşəm, evim, ailəm, uşaqlarım. İşə bax, həmin ağacın ucu indi gəlib Bakıda kəndirin ucu iə əvəzlənib. Yəni kəndirin ucundan tutanım var: iki oğlum, bir qızım.

“İyirminci sahə”dən, yəni kirayə qaldığım evdən hər gün Azərbaycan Yazıçılar Birliyinə gəlirdim. Elə belə. Bir-iki şair dostum vardı, onlarla görüşməyə.Yol boyu ətrafa baxırdım, yolun kənarındakı boş sahələri gördükcə xəyalımda tikəcəyim evi canlandırırdim. 20-ci sahə ilə Bakıl dairəsinə qədər yolun sağ və sol tərəfində deyəsən ev tikmək üçün adamlara pay torpaqlar verilirdi. Hər dəfə avtobusun əyləci xəyalımda tikdiyim evi uçururdu.

Günlərin bir günü on iki yaşlı oğlumla həmin boş sahə-yə gəldim, evdən iyirmi beş metr kəndir də götümüşdüm. Gərgin iş gedirdi, kimi evin yerini qazdırır, kimi, daş tökdürür, kimi hasar çəkdirir, neft ərazisi adlanan bu yerdə geniş tikinti işləri başlamışdı. Mən sürətlə və özü də mətin

B

Page 100: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

100

addımlarla tikililəri keçərək sonuncu evdən sonrakı boş bir ərazidə dayandım. Kəndiri açdım, oğluma dedim, tut kəndirin ucundan. O da tutdu, iyirmi beş metr eninə, iyirmi də uzununa ölçdük, yəni beş sot. Ölçdüyümüz yer kvadrat şəklində idi. Beş sotun dord tərəfinə iri söyüd ağacları basdırdıq, ora-burasını o tərəf, bu tərəfə bellədik. Əslində məqsədimiz yerin sahibi kimi özümüzü ətrafdakılara göstərmək idi.

Sən demə, adamlar bu yeri Səbail İcra Hakimiyyətindən sərancamla alırlarmış. Bu məsələdən az-çox xəbərim olsa da, heç üzə vurmurdum, adamları şübhələndirmək istə­mirdim. Mənim sərancamım ancaq iyirmi beş metr kəndir, dörd ağac və yerin üstündəki, bəlkə də, minlərlə ayaq izlərimiz idi. Çünki oğlumla yerin üstündə o qədər o yana, bu yana getmişdik ki, elə bil burada böyük bir mitinq keçirilmişdi və ya ləpirlərin geniş sərgisi açılmışdı. Qəribə burasında idi ki, mənim iri ləpirlərimin arxasınca düşən oğlumun ayaq izləri yaman sevincli idi. Nədənsə bu balaca ləpirlər məni çox kövrəldirdi.

Gəlib keçənlər artıq bizə xeyir dua verirdilər. Biz daha da ürəklənirdik. Xeyir-duaları yerimiz üçün verilən sərən­camin ilk cümləsinə bənzətmək olardı.

Sərancamla gələnlər bizdən o tərəfə adlayırdı. Burada dəqiq dəqiq ünvan yazılmırdı. Sadəcə ünvan belə göstərilirdi: Səlyan şosesi, Bibiheybət küçəsi, vəssalam. Beləliklə, bizim tutduğumuz yer ortada qaldı. Getdikçə yerimiz köhnəlməyə başlayırdı. Köhnəliyin özü də yerin məhz bizə aid olmasina kömək edirdi. Burda köhnəlmək dadımıza çatırdı. Bir dəfə güclü bir yağış yağdı. Əməlli- başlı islandıq. İslanmağın özü də yerin bizə aid olduğunu göstərirdi. Yoxsa biz yad yerdə niyə islanaq ki…?

Qonşuluqdakı ağsaqqal kişi bizi öyrədirdi ki, bala, hər gün yerinizin üstə olun, möhkəm durun. Yoxsa gəlib

Page 101: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

101

yerinizi əlinizdən ala bilərlər. Qoca atan, anan varsa, onlar gəlib yerin üstündə dayansınlar. Azdan-çoxdan qocalara hörmət edirlər. Elə bil kişi yerimizin sərəncamsız olduğunu bilirmiş. Səhəri yoldaşımı, yeddi yaşlı qızımı, beş yaşlı oğlumu da gətirdim. Onlar da yerin üstünə təzə ləpirlər saldılar. Bir az da yerin məhz bizə aid olmasını təsdiq etdilər. Sanki biz o boş torpaq sahəsində artıq yaşamağa başlamışdıq. Xəyallar qururduq. Eli bilirdik ev tikilib, hasar çəkilib və biz də evin içindəyik. Düşünürdük ki, yolnan keçənlər artıq bizi görmürlər. Arzularımız üzümüzə örtük çəkmişdi, biz bu örtüyün arxasında yaşayırdıq. Axşamlar kirayə evimizə gedir, gündüzlər səhər saat 9-dan axşam saat 8-ə kimi yerin üstə olurduq. Ev tikdirən qonşularla mehriban idik. Salamlaşıb hal-əhval tuturduq. Bir-birimizi qonaq gedirdik, termoslarda gətirdiyimiz çayı içirdik.

Bir gün yenə oğluma dedim, tut, bu kəndirin ucundan. O da tutdu, mən və ya o sağa-sola fırlanır, guya tikəcəyimiz evin özülünü qazmaq üçün plan cızırdıq. Özümüzü camaata iş görən adam kimi göstərirdik. Balaca mübahisələrimiz də olurdu. Bunun da əsas səbəbkarı yoldaşımdır. Deyir, gərək mətbəximiz geniş olsun. Bir yandan da qızım, məhz dayandığı yerdə odasının (elə beləcə də deyir) tikilməyini israr edir.

Bu saat ən ümdə məsələrdən biri də qonaq otağıdır. Hətta müəyyənləşdirmişik ki, bizə kimlər gələ bilər və ya mənim şair dostlarımın oturması, şeir deməsi və ədəbi müzakirlər aparmaq üçün xüsusi otağın ayrılması diqqət mərkəzindədir. Kasıb adamların arzusu nə böyük olurmuş. Mən bunu ilk dəfə hiss elədim.

Qonşularım çoxu artıq öz həyətlərinə daş tökdürürlər. Evin özülünü qazırlar, beton qarışdırıb, evin fundametini başa çatdırırlar. Bəziləri artıq evin kürsünü hörüblər,

Page 102: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

102

bəziləri taxta şifer-zad gətiriblər. Bizim ancaq dörd ağacımız, iyirmi beş metr kəndirimiz, sapı laxlayan belimiz, bir də şirin xəyallarımız var.

Bir gün balaca oğlum kəndirin ucunu aparıb yerin arxa tərəfindəki ağaca bağlayarkən qəflətən qışqırdı:– Ata, ağac yarpaqlayıb, hamımız yüyürdük, doğurdan da, ağac yarpaq açmışdı. Dörd ağacdan üçü göyərmişdi. Bu da torpağın məhz bizə aid olduğunu göstərən növbəti fakt kimi görünürdü. Artıq yerin özümüzün olmağına qətiyyətlə inanmağa başlamışdıq. Daha inamla evin neçə otaqdan ibarət olmağını, pəncərələrin hansı tərəfə düşməyini, mətbəxi, qızımın, özü demişkən, odasını, yaradıcılıq və şair dostlarımla müzakirələr aparacağımız qonaq otağının yerini dəqiqləşdirdik.

Oğlum kəndirin ucundan yenə tutdu, kah sağa, gah sola fırlandıq, yenə mübahisələr başladı ki, pəncərə qonşunun həyəti tərəfdə qoyulmasın. Bu, yaxşı hal deyil. Amma onda otağın biri pəncərəsiz olacaq. O gecə səhərə qədər pəncərəsiz evin fikirini elədik. Yaman məyus olmusduq. Gecə kağız üzərində çəkdiklərimizi gündüzlər beş sotun üstündə təcrübədən keçirirdik.

Termosu kiçik oğlum sındırdığından yerin ortasında ocaq qaladıq və üstünə dəmir çaydan qoyduq, çay qaynatdıq. Yerin ortasında qaralan ocaq yeri torpaq sahəsinin bizə aid olduğunu göstərən ən əsas faktlardan sayıla bilərdi. Ocaq yeri möhürə oxşayırdı. Sankı yerin bizə verilməsini təsdiqləmişdi. Biz yüz ölçüb, bir biçsək də yer qazmağa, daş gətirməyə bir manat pulumuz yox idi. Hələ evin ötən aya olan kirayəsini verməmişdik. İşim də yox.

Hər gün səhər kirayə evimizdən çıxıb “öz evimizə” gəlirdik. Ocaq qalayırdıq, çay qaynadırdıq. Hərəmizin iri bir stəkanımız vardır, çay içməkdən doymurduq. İtimiz də

Page 103: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

103

vardı, hardansa gəlib o da bizim gördüyümüz işlərə tamaşa eləyirdi.

Balaca oğlum yerin ayağındakı kölməçədə corablarını islatmışdı. Yoldaşım corabları yuyub qurutmaq üçün ağacların üstə sərmişdi. Külək corabları yellədirdi. Yellənən corab da torpağın bizə məxsus olmasının nişanlarından biri idi.

İtin kənardan keçənlərə hürməsi, sonra gəlib yaxınlığımızda çöməlməsi təsdiq edirdi ki, bura bizim evimiz, bu da qapımızın itidir. Bir pişik kənardan bizə baxıb miyoldayırdi, amma itin qorxusundan yaxın gəlmirdi. Artıq onun ayaqlarının dördü də bizim həyətin içində idi.

Gözümü yol tərəfdən çəkmirdim. Bilirdim ki, nə vaxtsa gələcəklər. Günlərin bir günü uzaqdan bir polis maşının gəldiyini gördüm. Tez oğluma dedim: – kəndirin ucundan tut. Oğlumla evin yerini yenidən ölçüb-biçməyə başladıq. Guya heç nədən xəbərimiz yoxdur. Polis maşını düz bizim yerin ortasında dayandı.

Arxasınca daha bir polis maşını gəldi. On nəfər olardılar. İtimiz nə qədər hürdüsə, xeyiri olmadı. Onu daşlamaqla uzaqlaşdırdılar. Pişik çoxdan çıxıb getmişdi. Sonra polislər oğlumla mənim əlimdən kəndiri alıb qırıq-qırıq elədilər. Ocağın üstündə qaynayan çaydanımıza təpik vurub caladılar. Yarpaqlayan ağacları kökündən çıxarıb iki böldülər. Təkçə qızım otağı tikiləcək yerdən tərpənməmişdi. İri polis çəkmələri bizim ləpirlərimizin üzərinə ayrı bir örtük çəkdi. Belimizi iki sındırdılar. Bizi torpaq sahəsindən çıxarıb “evimizi” uçurdular.

Bizdən yerin sərəncamını istəyirdilər. Uşaqlarımın yanında utanırdım. Çinki qırx yaşıma çatsam da, on beş kitabım işıq üzü görsə də, hələ bir sərəncam alacaq qədər şöhrətim yox idi. Oğlum ikiyə bölünmüş söyüd ağacını

Page 104: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

104

əlinə götürüb başının üstə tutdu. Sanki o solmaqda olan yarpaqların altında durmuş kimiydi. Birdən– birə oqlum uca səslə dedi:

Bu yaşıl ağacın üstü Allahın, Bu yaşı ağacın altı bizimdi.

Misraları eşidən kimi o saat yadıma Zəlimxan Yaqub

düşdü. Hə, tez Zəlimxan Yaqubun yanına getməliyəm. Uşaqları qonşunun həyətinə yığıb getdim Milli Məclisə. Saat 12-yə 20 dəqiqə qalırdı. İçlas 12-də başlayacaqdı. Pilləkənləri çıxa bilmirdim. Anadangəlmə ürək qüsuru nəfəsimi kəsirdi. Oğlum da mənimlə gəlirdi. Biz tez çatmalıyıq. Oğlum sanki mənim yerimə nəfəs almaq istəyirdi. Nəbzimi saymağı öyrəşmişdi oğlum, qəflətən biləyimdən tutdu və dedi:-Ata, səndə aritmiya var, dincəl. Pilləkəndə oturduq. Dilimin altına validol qoydum.

O vaxt Milli Məclisin binasına çatdım ki, Zəlimxan Yaqub artıq qəbul otağından çıxır. Ətarafında xeyli adam var. Salam verməmiş tövşüyə-tövşüyə ilk sözüm bu, oldu:

– Uçurtdular – Nəyi? – Evimi. – Mən qoymaram sənin evini uçurtsunlar, hələ

ölmə­mişəm, gəl, getdik. Sən demə şairin ətrafındakıların çoxu jurnalistlər imiş.

Səhəri əksər qəzetlər yazacaqdılar : “Qəşəm Nəcəfzadənin evini uçurtdular”.

Zəlimxan Yaqub həmin gün içlasda iştirak etmədi. Mə-ni də götürüb Səbail İcra Hakimiyətinə gəldi. O zaman Səbail İcra Hakimiyyətinin başçısı Rüstəm Məmmədov idi. İki saat qəbulunda gözlədik. Bizi qəbul etmədi. Zəlimxan Yaqub hirslə bunadan çıxdı. Sürücüyə dedi ki,

Page 105: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

105

sür Qəşəmgilə. Guya sürücü bizim evin yerini bilir. Mən yol boyu hər şeyi başdan danışmağa başladım. Əvvəl kəndiri dedim... dedi, kəndiri heç qırmaq olmaz. Yarpaqlayan ağacı dedim, dedi, ağacı kökündən çıxarmaq elə ev uçurmaqdan da betərdir. Sonra ocağı, ocağın üsündə qaynayan çaydanı dedim, burda lap kövrəldi, dedi, bu lap 10 evi uçurtmağa bərabərdir. Axır ki, çatdıq yurda. Gördüm, hələ də uşaqlarım qonşunun həyətindədilər, qorxularından yurda ayaq basmayıblar. Zəlimxan Yaqubun iri ayaqları torpaq sahəsinə daxil olan kimi hamımız ürəklənib yenidən “evimizə” daxil olduq. Kəndir yox idi. Şair yerin enini-uzununu addımları ilə ölçürdü. İyirmi beş belə, iyirmi də belə, demək, beş sot -əllərini o tərəfə, bu tərəfə yelləyərk – Allah xeyir versin, toya-nişana gələk – dedi.

Qonşular şairlə ehtiramla görüşdülər. Bir az keçmişdi ki, yenidən bir maşın polis gəldi. İçindən rütbəcə böyüyünün biri maşından düşüb şairlə iki əlli görüşdü. Sonra şairə dedi:- rəisimiz bərk hirslənib, bu gün qəzetlər yazıb ki, guya biz cavan və istedadlı bir şairin evini uçurmuşuq. Amma burda ev yox idi.

Zəlimxan Yaqub lap uca səslə dedi: Var idi, özü də lap yekə ev var idi. Burda bir ana təbəssümü, bir ata arzusu, bir körpə sevinci var idi, onu ucurdunuz. Ocaq var idi, onu söndürdünüz. Öy nəynən öy olar, ocaqnan onu da dağıtdınız. Xeyir bərəkəti, ata öyüdünü, şairin arzularını yerlə yeksən elədiniz.

Polislər heç nə demədi. Sakitcə ağacları aparıb həmin yerə basdırdılar. Maşından bir yumaq kəndir, bir təzə bel, bir çaydan gətirdilər, ocaq qalayıb üstə qoydular və sonra çıxıb getdilər.

Şair axsam bizi evinə apardı. Cavan yaşlarında onun da başına belə bir iş gəldiyini dedi: – Mən də qanunsuz, yəni

Page 106: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

106

sənədi olmayan bir ev tikmişdim. Haqqımda cinayət işi qaldırdılar. Yenə sənin ki, yaxşı oldu. Tikdiyim evi mənim özümə sökdürdülər. Bir yandan əsəb, bir yandan da hörgünün möhkəmliyi məni lap əldən saldı. Sementini o qədər çox eləmişdim ki, uçurmaq olmurdu. Səninki kimi dörd ağac olsaydı, nə vardı... O vaxtdan böyrəklərim ağrı tapdı.

Sonra şair “Xocalı” haqqında yeni şeirlərini oxudu. Gecə onlarda qaldıq. O vaxt şair Yeni Yasamalda bina evində yaşayırdı. Səhər açılan kimi bizi maşınla yurdumuza gətirdi. Dedi, uşaqlar yerin üstə olsunlar, biz gedək icra hakimiyyətinə. Kimi görürdü mənim haqqımda belə deyirdi, məndən də qəşəng, məndən də gözəl şair... lap utanırdım.

Şair ilk kitabımın redaktoru idi. 80-ci llərin əvvəlində “Yazıçı” nəşriyyatında işləyirdi. Kitabın da plana düşməsinə o, komək eləmişdi.

Nəhayət, dörd-beş gündən sonra Zəlimxan Yaqub çox

əziyyətlə icra hakimiyyətindən torpağın sərancamını aldı. Məndən də çox sevinirdi. Gəldik yurdun üstünə.

Balaca uşaqlarım polisin verdiyi kəndirlə oynayırdılar. Nəsə ölçüb biçirdilər. Yoldaşım yerin ortasında ocaq qalamışdı, üstündə də çaydan. Şair elə həmin gün mənə min dənə daş aldı. İyirmi kisədən çox sement. Maşınlar gurhagurla daşı yerin ortasında boşaltdılar. Qanad açıb uçmaq istəyirdim. Sonra Zəlimxan Yaqub kəndiri götürdü, mənə dedi ki, tut ipin ucundan. Xeyli ölçüb biçdik. Qızım üçün otağı, yoldaşım üçün mətbəxi lap geniş götürdük. On dörd il sonra qızım həmin evdən gəlin köçdü. Sonra həmin evə iki gəlin gətirdim.

Page 107: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

107

MƏNİ AĞLADAN İT

ərdəkan bağlarında qəflətən bir dəstə it çıxdı qarşıma. Elə bil uzaqdan gəliblər. İllərin ağırlığı, ağrı-acısı, ehtiyacı itlərin kədərli baxışlarında və

“əyin başları”nda hiss olunurdu. Hamısı nədənsə gileylidir. Arabir hürmələri, zingildəmələri daxildəki narazılığı ifadə edirdi. Biri sahibinin qaba rəftarından, biri maşınların təkərlərindən, biri də yeməkxana sahibinin qəddarlığından baş götürüb qaçıb. Axırda bir yerə yığılıb yenə it olublar, ayrı-ayrı deyil, bir dəstədə birləşiblər. Birliyi insanlarda yox, özlərində tapıblar

Səkkiz itdi. Biri axsayır, di gəl yoldaşlarının hamısın-dan öndədir. Birinin isə bir gözü yumulub, deyəsən, kor-dur. Tək gözü ilə ora-buranı axtarır. Hərdənbir ağacların dibini sulayır. Tez-tez qabağa gedib burnu ilə xırda daşlara toxunur, bir az iyləyib qayıdır, yenidən dəstəyə qoşulur. Aralarında biri də var, quyruğunu qaldırıb qoyub belinə. Kefi yüznən gedir. O qədər lovğadır ki, az qala ayaqları bir-birinə dolaşıb yıxılsın. Hiss edirsən ki, sevir, özü də yaman sevir. Bir it də var, dəstəyə qarışmır, onlarla yanaşı gedir, amma dəstədəki itlərə hürə-hürə gedir.

Görünür, o, dəstədə hansısa itin birinə hürür. Haqqı tapdalanıb. Ya onu dəstədən qovublar, ya da bu dəstəyə yaxınlarda rast gəlib, hələ onların qayda-qanunları ilə uyğunlaşa bilmir. İtlər yeridikcə hərdənbir o tərəf-bu tərəfə hürür. Sanki insanlara xatırladırlar ki, qorxmayın biz itik, biz hələ də hürə bilirik, hələ itliyimizi itirməmişik. İstəsəniz, bizi götürüb saxlaya bilərsiz.

Abşeron sanotoriyasının bağlarında itlərə xeyli tamaşa elədim. O saat onlar da ayaq saxladı. Biri lap irəli gəldi.

M

Page 108: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

108

Qulağını şəklədi. Sonra quyruğunu buladı. Bir az da irləli gəlib çömbəldi, qabaq ayaqlarını irəli uzatdı və astadan hürdü. Bu hürməyin içində bir hüzn vardı: hirslə hürmək deyildi. Səs yumşaq idi. Elə bil bu səsin içində göz yaşı vardı.

Korpusa yerləşdik. Həyat yoldaşım həmişəki kimi yenə öz ali göstərişlərindən birini verdi: “Şairliyin tutmasın, bura sanotoriyadır, itlə-zadla oynama, dost var, düşmən var”.

Həyətə düşdüm. Elə bil itlər məni gözləyirdi. Hamısı sıra ilə dayanıb baxırdı. O biri-o tək it də bir az aralı dayanıb hürürdü. Onun aramsız hürməyi dəstədəki ədalətsizliyə etiraz kimi yozula bilərdi. Ya itlərin içindəki mövcud bir adətə etiraz edirdi, ya da itlərin başçısına bildirmək istəyirdi ki, bax sənin yanındakılar yatıb, amma mən sərvaxtam, iş başındayam, hürürəm, onlardan etibarlıyam. O itin daha nə dediyini mən bu tezliklə öyrənə bilməzdım, vaxt lazım idi.

İtlər bəzən adamları müşayət edir, onlarla xeyli addımlayır, adamlar korpusa daxil olandan sonra, binadan çıxan başqa adamları dayanacağa qədər ötürürdülər. Sonra ordan bir adamla korpusun qabağına gəlirdilər. Bütün bunların bir mənası vardı. İtlər özlərini insanlara tanıdıb demək istəyirdilər ki, biz itik, bizi niyə unudubsuz, bizim zəncirimizi niyə açdız, bizi niyə çölə buraxdız.

Kim bilir, bəlkə itlərin günahı vardı. Bəlkə, onlar sahib­lərinə xəyanət ediblər, sahibləri də onları küçələrə buraxmaqla cəzalandırıb. Amma yox, it heç vaxt xəyanət etmir, daha doğrusu bacarmır. Bir səbəb də ola bilər: onları evlərdən “tuziklər” didərgin sala bilərdi.

Hər səhər yuxudan ayılan kimi həyətə qaçırdım, itləri görməyə tələsirdim. Elə bilirdim ki, sanotoriya rəhbərliyinin bu gün sabah onları gülllələtmək fikri var.

Page 109: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

109

Çünki itlər get-gedə güllə qabağına gələnə oxşayırdılar, hərəkətləri, hürmələri, insanları qarşılamaları, yola salma-ları onların güllələnməyini labüd edirdi. Bunun bir günahı da məndə idi, çünki onlara çox yaxınlaşıb ürəkləndirirdim, insanlara inanmağı aşılayırdım. İtlər mənə inanıb gizlən-dikləri yerdən açıqlığa çıxırdı.

Bəzən bu dəstəni yer kürəsinə, tək gəzən iti isə Yerin peyki olan Aya bənzədirdim. Onu hansısa bir cazibə qüv-vəsi itlərə qarışmağa qoymurdu. İt dəstəsinin peyki olan tək it elə bil günahsız olduğunu subut etmək istəyirdi. Əslində, dəstədəki itlər ona heç nə demirdi, heç başlarını da qaldırıb ona baxmırdılar. Tək it onlara hürürdü, hərdən hirslə, hərdən də yavaş-yavaş qaralarına danışırdı. Belə güman etmək olardı ki, dəstədəki itlər bu bağa təzə gəliblər, tənha it isə, bu bağda böyüyüb, boya-başa çatıb. Dəstədəki itlər onun bağını, yurdunu işğal edənlərə oxşayırdı. Ona görə də tənha it dəstədəki itlərlə barışmırdı.

İtlər ən çox gecə hürürdülər. Dəstədəki itlər tək –tük, tənha it isə, yurdu talanmış qurd kimi ulayırdı. Onların gecə hürüşü gündüzünkündən fərqlənirdi. Elə bil gecənin qaranlığı itləri sıxırdı: onlar insan axtarır, insan gəzirdilər. Mən onların səsini ayırd etməyə çalışırdım. Bilirdim bu səs axsayan itindir, yoxsa kor itin. Təxmini bilirdim. Tənha itin səsi zənguləyə bənzəyirdi. Onda elə bir boğaz vardı ki, adamın başının tükü biz-biz olurdu. O hürmürdü, hönkürürdü. Ağzından səsləri şəlalə kimi çölə daşdırırdı. Səs onun ağzından daşdıqca ağlamaq istəyirdim.

Qırx altı il bundan qabaq biz İmişli rayonunun Şirinqum qışlağında qoyun saxlayırdıq. On yaşım olardı. Alaçığımızdan üç yüz metr kənarda bir neft buruğu vardı. Gündüzlər buruğun səsi eşidilmirdi. Gecələr isə yaralı insan kimi inildəyirdi buruq. Onda itlərimiz o buruğa hürürdü. Amma o itlərin birinin zənguləsi hələ də

Page 110: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

110

yadımdadı. O hürən kimi atam, anam, mən yuxudan oyanar, həmin itin gözəl hürüşünə diqqətlə qulaq asardıq. Atam deyərdi ki, bu cür boğaz heç bir it də yoxdur. O uzun bir səslə hürür, səsinin içində xırda daşlar kimi müxtəlif cingiltili səslər atılır –düşür, qaynayır, həmin o uzun səsə rənglər qatırdı.

Atam bir dəfə gecə o iti tutub alaçığa gətirdi. İti oxşayırdım. Toppuş səkil ayaqları vardı. Ürəyi uçunurdu. Birdən alaçıqda burnunu bir az yuxarı qaldıraraq buruğa tərəf tutub elə hürdü ki, anamı ağlamaq tutdu. Elə gözəl hürürdü ki, adamın ruhu dincəlirdi. O səs, səsdəki yatımlılıq, istilik, doğmalıq bizi qəribliyə Ay işığı, dəvə karvanı, dəvənin ovsarı, karvanbaşı, qum səhrası, qumu sovuran səhra küləyinə çəkirdi. Anam itin səsində Ay işı-ğını gördüyünü deyirdi. Sankı evimizə Ay işığı dolmuşdu. O it ancaq buruğa, Aya, buluda elə hürürdü. Qalan şeylərə adi itlər hürən kimi “hav, hav” eləyirdi.

Anam deyirdi ki, mən o buruğun səsinə yatıram. İtin sə-si də buruğa bir yaraşıq verirdi. Hər ikisi bizi sehrləyirdi.

Atam it və at haqqında bizə danışmaqdan yorulmazdı. Atamın işi-gücü məni, daha doğrusu, anamı heyrət-ləndirmək idi. Anam heyrətləndisə, atamın əhvalı açılırdı. Atam deyirdi ki, atın yorğası onun istedadıdır. Bu istedadı ancaq onu sürən üzə çıxara bilər. Yalnız atam minəndə atımız, şair demiş: “Yay kimi dartınıb, ox kimi süzürdü”. Başqası minəndə yalnız dördnala çapırdı. İt də belə. Atam de-yirdi, itin səsinin gözəlliyi onun istedadıdır. Təbiətin ona ver-diyi bir gözəllikdir. Sonra o it qapımızdan yoxa çıxdı. Buru-ğa, Aya, buluda hürən olmadı. Anam yuxu yatmadı. Nə qədər axtardıq, nə o iti, nə də başqa itlərdə o səsi tapa bilmədik.

İndi o vaxtdan bir qərinə və on üç il vaxt keçib. Atam, anam həyatda yoxdur. Buruğu da çoxdan söküblər. Bakıya köçmüşəm. Fermamız dağılıb. İndi Bakıda, “Abşeron” sa-

Page 111: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

111

notoriyasında o tənha itin səsi məni yaman ağladır. Anam, atam, fermamız, o köhnə buruq yadıma düşür. Yoldaşımın itin səsinin gözəlliyinə inanmağı gəlmir və mənim həmin səsə necə hönkürməyimi xəstə olmağımla əlaqələndirir.

Düz on dörd gündür burdayam, O tənha it dəstəyə qa-rışmır. Eləcə hürür, mənə elə gəlir ki, o hürdükcə öz sə-sinin başına dolanır. Səs də ona dolanır. Eynən fermamız-dakı itimiz kimi. Demək, bu səs o kökdəndir, o səsin ta-ğındandır, Ay işığı, tənhalıq, dəvə karvanı, qum səhrası eyni ilə bu itin səsində var.

Bir gecə o itin səsi gəlmədi, məni ağlamaq tutdu. Yol-daşım da mənə gülür. Adam da itin səsi üçün ağlayarmı? Düşdüm həyətə, ha səslədim, ha çağırdım, cavab yox. Dəstə orda idi, tənha it yox. Bir də o səsi mən nə vaxt eşi-dəcəyəm – deyə düşündüm? Qarşıma çıxacaqmı, ömür ye-təcəkmi o səsi bir də eşitməyə?

Səhərisi bağı dəli kimi axtardım, o iti tapmadım. Sa-notoriyanın çıxışında, mərkəzi yolda onu gördüm. Maşın vurmuşdu. Zənguləsi ağzında qalmışdı. Elə bil ağız dolusu bir səs asfalta calanmışdı, üstünə də Ay işığı qonmuşdu.

Page 112: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

112

YOLDA DAYANAN QADINI MAŞINA GÖTÜRMƏK

tamın mənə verdiyi öyüdlərin çoxu yadımdan çıxsa da, başıma hər hansı bir hadisə gələndə atamın öyüdü ondan qabaq gəlir. Dəqiq bilirəm ki,

atamın yadımdan çıxan və çıxmayan öyüdlərinin yanında – onunla bağlı hökmən bir hadisə var. Çünki atam həyatı beş barmağı kimi əzbər bilirdi.

Atamın öyüdlərindən biri bu idi ki, əgər sən maşınla yol gedəsən, özün də tək olasan, yolda bir qadın ola, qucağın-da da uşaq ola, o da sənə əl qaldıra və deyə ki, məni də gö-tür, şəhərə gedirəm, nəbadə götürəsən. Çünki o cür qadını xuliqan kişilər qabağa verir, özü də kol-kosda pusquda gizlənir, maşını dayanan kimi pusqudan çıxır, sürücünün boğazına bıçağı dirəyib öldürürlər. Maşını da götürüb aradan çıxırlar.

Atam elə danışırdı ki, elə bil yüz faiz bu hadisə onun başına gəlib.

Bu günlərdə Gədəbəydən Gəncəyə gəlirdim, özüm də maşında tək. Dolamaların birində qucağında uşaq olan bir qadın mənə əl qaldırdı. Qeyri-ixtiyarı maşını saxladım. O saat atamın öyüdü düşdü yadıma. Ətrafa baxdım, kol-kos yoxuydu, hər tərəf açıqlıq, uzaqda iri qayalar varıydı, xeyli baxdım. Düşündüm ki, kişilər ordan gəlincə, mən maşını yerindən quş kimi tərpədərəm.

Atamın öyüdünə bir bənd də əlavə elədim, birdən kişilər yox, elə qadın özü bıçağı çıxardıb dirədi boğazıma, mən nə edərəm onda (arxasını da belə quraşdırdım), QAİ gözün açınca qalar iki buynuzum. Yox bu, ola bilməzdi,

A

Page 113: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

113

qadının qucağında uşaq varıydı. Qadının qucağında uşaq yox ey, bir qucaq təbəssüm

varıydı, uşaq mənə baxıb gülümsünürdü. Qadına ilk sözüm bu oldu:

– O uşaq nəyindi? – Nəvəm. Dəli olmadımmı? Özümün də altı nəvəm var. Daha

mən nə kişiyəm ki, yolda qalan bir qadına kömək edə bilməyəm? O saat atamın öyüdünü hadisəsi ilə birlikdə başımdan çıxardım.

Düşüb qapını özüm açdım. Şair olasan, bir qadına kömək eləməyəsən, daha nəyə lazımdı sənin o kif iyi verən şeirlərin? – deyə düşündüm. Torpağımızın iyirmi faizi işğal altındadı. Tay-tuşlarım gedib şəhid olub, mən burda bir el qızını atamın öyüdünə görə niyə yolda qoyum? Bəlkə, o vaxt erməni qızları o cür hərəkətlər ediblər, bu qadın ki, öz millətimdir. Bəlkə, şəhid ailəsidir, ya şəhid bacısıdır. Bəlkə, elə işğal olunmuş rayonlarımızın birindədir, lap elə Qarabağdandır. Gündə Qarabağa, şəhidlərimizə şeir yazıram. Necə ola bilər ki, mən bu qadını yolda qoyum? Özü də sərt bir yoxuşda, qucağında uşaq. Hələ çiynində bağlama, ayağında qaloş. Uşağın qucağında yarım litrlik yarımçıq fanta. Ayağında potu.

Uşaq arada-bir fantadan qurtum-qurtum içir. Amma deyəsən atamın öyüdündən bir-iki hərf ilişib

qalıb başımda. Tez-tez güzgüdən arxaya baxıram. Arada bir əlimi uzadıb uşağın çənəsinə çırtma vururam. Əslində bu, qadının əlində bıçaq olub – olmamağını yoxlamaqdı. Qadının əllərində ancaq bıçaq ağzı kimi görünən iri qırış-lar vardı.

Uşaq artıq qadının qucağında düşüb maşının oturacağında potu ilə o yan bu yana tullanır. Vecimə deyil. Qoy sevinsin uşaq. O qədər uşaq şeirim var. Biri də elə bu, olsun.

Page 114: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

114

Gəncənin Daşkəsən rayonu tərəfdəki girişində bezindoldurma stansiyası var. Üzü dağlara tərəfdi. Həmişə burda benzini kəm vururlar, dağa gedənləri aldadırlar. Əlacım nədir? Gərək benzin götürüm.

Məndə də belə bir xasiyyət var; yolu pulla ölçürəm, daha benzinlə yox. Məsələn, Bakıdan Gəncəyə iyirmi manatlıq benzinlə gedirəm. Gəncəydən Xoşbulağa yeddi manatlıq benzin eləyir. Kəsəsi mənim ölçüm budur. Litr-zad bilmərəm nədir?

Operatora: – on manatlıq benzin vur – deyib pulu uzadıram.

Kişi benzini vurub qurtardıqdan sonra deyir: – Qardaş, 5 manat da ver, çaşdım on beş manatlıq

vurdum. – O qədər kəm vurmusunuz ki, indi Allah əvəzini çıxır

– deyirəm. Və maşını tərpədirəm. Qadın Gəncədə düşür. Düz on dəfə sağ ol deyir. Mən

də on dəfə “ sən sağ ol” deyib qaytarıram və gedirəm. Düşünürəm ki, görəsən operotar niyə çaşdı? Qəlbimə isti bir düyğu gəlir. Onu Allah elədi. Kiçik bir

yaxşılıq elədim, Allah min dəfə əvəzini verdi.

Page 115: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

115

GÜLÜMSƏYƏN AĞAC

lə bil qonşumuz Əliş bir udum işığı torpaq altına aparmaq istəmədi.

Gözlərini açdı. – Ölürəm aaz, a Telli, gücüm canımdan yavaş-yavaş

çəkilib gedir. İşdi ölüb-eləsəm, gədəni prokurorluğa qoyarsan ha!

Tellinin üzünün bir tərəfində gün çıxdı, bir tərəfində çay axdı.

– Ölməzsən, ay kişi, Allah eləməsin! O ili də belə olmuşdun. Yaz gəlir, qan qaynayır.

Əliş dünyanın bir tərəfi kimi böyrü üstə yıxılmışdı. Canından həyat küsmüşdü. Ölüm yeriyirdi canının içiynən.

– Ağız, yenə deyirəm, bənkdəki pulu götür, gədəni instuğa qoy. Qorxma, mən də tezliklə ayağa qalxacam.

Sonra ürəyində fikirləşdi: “Ay Telli, torpağın üzü soyuq olsa da, heç nəyi itirmir…”

– Gələcəm, azz, mən də dalınca gələcəm. Mütləq gələ­cəm, – dedi. Sonra Tellinin üzünə elə baxdı ki, Telli o saat başa düşdü – Yadına gəlir, iydəliyə sənin yanına gəlirdim ha, bax elə...

Əliş canını yer üzündən çəkib apardı. Telli bir yumub, beş tökdü. Bu da dünyanın bir tərəfiydi, göz yaşı üstündə oturan tərəfi. Arvadların səs-küyü qab-qacaq cingiltisi kimi Əlişin böyük qardaşının qulağına dolurdu… Çox çəkmədi ki, arvadlardan bir “qırmızı ismarıc” gəldi: “İndi ağlayaq, yoxsa sonra?” Əlişin böyük qardaşı “zakaz” elədi: “Bir saatdan sonra – camaat yığışanda!”

E

Page 116: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

116

Bir saatdan sonra ağlaşma başladı. Hər kəs öz ölüsünü ağlayırdı. Heç kəs Əlişi ağlamırdı. Bircə Tellidən başqa.

Birdən Kənd Sovetinin maşınından bir qırmızıpapaq (polis) düşdü. Hamının ürəyi düşdü içinə. Məlum oldu ki, Əlişin dostuymuş. O da ağlayırdı.

Başlar torpağa əyilmişdi, ağlamaq hamını bərabər eləmişdi.

Günlər, aylar, illər Tellini çırpa-çırpa ötürdü. Telli həmişə qəbiristanlığa gedirdi. Elə bil Əlişin qəbri

hamilə qalmışdı. Torpağın qarnı başından aşırdı. Sanki qəbir Əlişi doğacaqdı. Telli ağlayırdı: “Dur, ay kişi, dur, nə vermisən torpağa çiynini. Ay evin tikilsin, oğlun yekəlib, payız prokurorluğa aparıram”.

Torpaq dinmirdi. Telli hiss eləyirdi ki, nəsə torpaqda isti bir nəfəs var.

Telli həmişə ağzı üstə yatırdı, torpaqdan Əlişin ətri gəlirdi. Gecələr sinəsini nəsə döyürdü. Telli hiss eləyirdi ki, sinəsini döyən Əlişdi, torpağın altından çıxır. Hiss eləyirdi ki, dünyanın harasında torpaq varsa, orda Əliş var.

Deyirdi: “Başına döndüyüm kişi torpağa qarışdı, getdi”. Pəncərənin ağzında körpə ağac şitilləri bitmişdi. Elə bil

Əliş öləndən çiçəklər, ağaclar, otlar çoxalmışdı. Çiçəklərə, ağaclara, otlara Tellinin qanı qaynayırdı. Çiçəklər, ağaclar, otlar Əliş kimi gülümsəyirdi.

Əlişin balaca oğlu yekəlmişdi, bığ qoymuşdu. Qoluna saat bağlamışdı. Hələ bir dəfə toyda bir 10 manat “zakaz” verib qonşunun qızlarını oynatmışdı. Telli elə hey deyirdi: “Boyuna qurban, səni özüm bu qış prokurorluğa aparacam, bütün Bəki dədənin tanışıdı”.

Bir gün Telligilin qapısının ağzında nazik beton qatı partlamağa başladı. Bir neçə gün sonra çat yerindən körpə ağac şitili çıxdı. Tellinin ürəyi üşəndi: “İraq olsun”.

Page 117: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

117

Balaca şitil beton qatını yarıb boy atırdı. Şitil gülüm­səyirdi, su istəyirdi. Telli şitilin yanlarını təmizlədi, su tökdü. Ağac evə girib-çıxmağa mane olurdu, gündən-günə böyüyürdü. Ağacın yanından keçəndə Tellinin ürəyi sancırdı. Gecələr elə bil ağac içəri girir, yarpaqlarını Tellinin üzünə qoyurdu. Gündüzlər Tellinin dalınca düşürdü, Tellini çağırırdı.

Bir gün səhər Telli çölə çıxanda gördü, ağac nadinc– nadinc gülümsəyir.

Ağacdan səs gəlirdi: – Qorxma, Telli, sənə demədimmi gələcəm? Telli yüyürdü, ağacın boynunu qucaqlayıb hönkür-

hönkür ağladı. – Əliş, Əliş, axır ki, qayıtdın.

Page 118: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

118

AY ÜRƏK…

ki ayağını bir başmağa dirədi ki, alacam, vəssalam! Arvad çox yalvardı: – Əşi, müəllim adamsan, motosiklet sənin harana

yaraşır? Xalx “Mersedes” alır, “Cip” alır, sən də durub qocalıqda yorğalıq eləyirsən.

Mümkün olmadı, mütləq almalıydı. Özü də ilk dəfə tərki-nə oğlu Kazımı mindirməliydi. Adlı-sanlı “Volqa”ları ötmə-liydi. Nərgizgilin çəpərinin yanından sürətlə keçmə­liydi.

Birdən nəsə “dızz” elədi. Nərgiz: – A bala, o kimiydi? – soruşdu. – Mama, Cəmil müəllimdi, təzə “tır-tır” alıb. Yüznən

sürür ey!.. Kənddə qıy çıxmışdı ki, Cəmil müəllim motosiklet alıb.

“Bu gələn Cəmil müəllimdir!”, “Balam, Cəmil müəllim görünmür, bəlkə avariya-zad eləyib?”, “Nahaq ikitəkərli alıb, gərək üçtəkərli alaydı”, – söz-söhbəti dillərdə gəzirdi.

Motosiklet almaq onun uşaqlıq arzusuydu. Çəpərləri, sərhədləri aşıb getmək, gəncliyində sevdiyi,

lakin vüsalına yetmədiyi Nərgizi tərkinə alıb bu dünyadan ilim-ilim itmək, uçan durnaların cərgəsinə qoşulmaq istəyirdi.

Nərgizgilin çəpərinin yanına çatanda qazı artırdı. – Öyün tikilsin, ay Cəmil müəllim, tozun bizi

öldürdü… Arvad-uşaqlı kişidir eey. Ay bala, qaç, Cəmil müəllim, gəldi!

– Dızz!!! Əvvəlcə universitetdə saxlamışdılar. Bir müddət sonra

İ

Page 119: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

119

kəndə qayıtdı. Dedi, kənd yaxşıdı. Orta məktəbdə dərs dedi. Arada arvadını boşamaq istədi.

Deyirdi, könlümə yatmır, vapşe, mən onu sevməmişəm, anam zornan aldı.

Qrup yoldaşlarından ikisi elmlər doktoruydu. Cəmil müəllim darıxırdı. Zamanın sürəti onu qane

etmirdi. İstəyirdi motosikleti süni peyk olsun, yerin belinə dolansın. Darıxa-darıxa əriyirdi, balacalaşırdı. Yarısı harasa çıxıb getmişdi. Canı jaketinin, köynəyinin boğazından süzülüb çıxmaq istəyirdi. Gözləri irilənmişdi.

Motosikletə bir təpik vurdu. – Hı, yerimir. Kazım motosikleti dikəltdi. – Niyə yerimir, dədə? – Yavaş gedir, bala, yavaş. Cəmil müəllim təzədən motosikletə oturdu, arvadı

yaxına gəldi. – Ay Cəmil, ayıbdı, axı sən müəllimsən, hamı sənin

motosikletindən danışır. Gəl sən də geyin-keçin, qalstuk bağla, get müəllimlərlə yanaşı dur, söhbət elə.

Cəmil müəllim motosikletə qaz verə-verə düşünürdü: “Yox, gedəcəm, sizi qoyub gedəcəm!”.

Birdən lap darıxdı: – Gedəcəm, çıxıb gedəcəm! – Hara gedirsən, dədə? – Cəhənnəmə! Motosikletə qaz verdi: “Uç, motosikletim, uç, yerin

üstüncə uç!”. Eheyy!!! Hamı Nərgizgilin çəpərinə tərəf yüyürürdü. Motosiklet ağaca dəyib çilik-çilik olmuşdu. Cəmil

müəl­limə tərəf qaçdılar. Paltosu bomboş idi, Cəmil müəllim içində yox idi...

Page 120: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

120

BƏNÖVŞƏ

ələ axırıncı yüzü içmirdi, qabağına qoyub düşünür-dü: “Onsuz da Qasım kişi çıxmadı, bu dünyanın özü kişi deyil, arvaddı. Qasım da onun qarnından

çıxıb. Orda-burda “vətən” deyə-deyə özünü gözə dürtür”. Onun içini mən bilirəm, atası, anası kimdi, mən bilirəm!

Pişik üzünü onun qıçına sürtdü. Qucağına alıb, pişiyi öpdü:

“İnsanlarda inam azalıb, heç kəs mənə inanmır, bir söz deyəndə gərək and içəsən, “Sən öl” vurasan, dədəni, nə-nəni qəbirdən çəkib gətirəsən”.

Birdən stəkandakı araqda tük göründü, iriləndi və na-zik yaşıl ota oxşadı. Bir ay bundan qabaq da belə olmuşdu, içdi, içəndən sonra yenə həmin hadisə baş verdi.

Gördüyü qələm kimi qızlar xoşuna gəlirdi. Yüngülvari evlənmişdi də. Bir il yaşadıqdan sonra qadını onu atıb getdi, saxlaya bilmədi. İçkiyə qurşandı, birini möhkəmcə əzişdirdi. Həbs olundu. Həbsdən sonra bir müddət işsiz gəzdi. Və gəlib qırx yaşına çatdı.

Qasıma nifrət eləyirdi. “Lüt Qasımı arvadı kişi elədi, böyütdü.”

Hər axşam bu “stalovada” oturar, vurar, evinə gedərdi. Evinin qabağında ağac dirəyini qucaqlar, öpər, öpər, do-daqlarını qanadınca əl çəkməzdi. Sonra aşağı sürüşər, ba-şını quru ağac dirəyinə söykəyib, yuxuya gedərdi.

Keçən ildən bəri həmişə araq içəndə axırıncı yüzün içə-risində tükə bənzər şey görünər, sonra yaşıl ota çevrilərdi. Zənn edərdi ki, çox içib. Ona görə axırıncı yüzü içməz, yerə tökər, yaşıl ot da yoxa çıxardı.

H

Page 121: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

121

İndi quru ağac dirəyi intizarla onun yolunu gözləyir, qara saçları, şümal bədəni darıxırdı. Əsərrənə-əsərrənə gedəndə qabağına çoxlu dirəklər çıxar, ancaq heç birini öpməz, evdəki tənha ağac dirəyi üçün tələsərdi. Hər ikisi sonsuz idi: ağac da, o da!

Arağın içindəki ot get-gedə böyüyür, işıqlanırdı. İşıqlana-işıqlana yellənirdi. Keçən ay yüz qramla birlikdə otu da uddu. Ağzı ot tamı verdi, qolları özüynən davaya qalxdı. Qoluynan, ayağıynan dalaşırdı, gözləriynən dala-şırdı. Əvvəl-axır ayaqları, qolları onu yıxdı, yerdə eşələn-məyə başladı. Ancaq qolundan gələn səs istiydi, tanışıydı, öz səsinə oxşayırdı.

Sonra ayağa qalxıb, evlərinə getdi. Ağac sevgilisinə söykənib, ağlamağa başladı. Canı ağrıyırdı, hər şeyi yaşıl ot elədi. Bax, onda qonşudan dul Tünzalə yüyürüb, onun qollarını ovxaladı.

– Qollarım dağılır, Tünzalə, ayağım çığırır. – Niyə dağılmasın, ay rəhmətliyin oğlu, yaşın ötüb,

evlənmirsən. Neçə ildi canında, qolunda oğlun, qızın darı-xır. Axı, oğlun da, qızın da yaşamaq istəyir. Qolunda pas-lanıb, görmürsən nə yoğundu. Vallah, canındakı uşaqların-dı eey, səni rahat buraxmır, onların toylarıdı, gücləridi səni belə yıxıb sürüyən, bu kökə salan. Evlən, uşaqlarını dar məhbəsdən qurtar.

Onda hiss etmişdi ki, Tünzalə necə mehribandı, əlləri necə yumşaqdı. Canı sakit olmuşdu.

İndi yenə axırıncı yüz qram idi. İçində də həmin yaşıl ot. Yox, içməyəcəkdi, gözləyəcəkdi, görsün bu yaşıl otun axırı nə olur: “Bu dünya Qasım kimilərindi. Yox, elə yaşa-maq da bir kişilik deyil. Tünzalə deyirdi ki, evlənməsən, ölə bilərsən canındakı uşaqların da ölər. Qoy evlənim, uşaqlarım olsun, onları böyüdəcəm. Qoy Qasımın canı çıxsın”.

Page 122: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

122

Birdən arağın içindəki yaşıl ot hərəkətə gəldi və sarı quş dimdiyi kimi başını çölə çıxartdı. Bənövşə idi... Qışqırdı: “Bənövşə, bənövşə!” Yüz qram arağın içində bənövşə bitmişdi. Saralmışdı... Bənövşə getdikcə başını yuxarı qaldırırdı. Demək keçən dəfə bənövşə yemişdi. Yenə qışqırdı: “Bənövşə, bənövşə”. Pişik yorğun-yorğun ona baxırdı, görünür inanmırdı. “Stalova”nın işçiləri başına toplaşmışdı. Heç kəs bənövşəni görmürdü. Elə yüz qram yüz qram idi.

– Siz bənövşəni görmürsünüz? Budur eey, mənim arağımın içində. Mən üzəcəyəm onu, əl vurmayın.

O, əl atıb yüz qram arağın üstündən nəsə götürdü: – Bu bənövşəni Tünzaləyə aparacağam. Bu gülü onun

yaxasına taxacağam. Deyəcəyəm, səni sevirəm, sevirəm, sevirəm, sevirəm! Mənim uşaqlarım olacaq!

Hamı onun əlinə baxırdı, heç kəs bənövşəni görmürdü. Yüz qram araq stolun üstündə qalmışdı.

Page 123: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

123

ŞƏHİD ANASI

əndimizə şəhid gətirmişdilər, kəndin arvadları, kişiləri əvvəlcə tabutu yerə qoymağa imkan vermədilər, hamı əllərini nida kimi tabutun üstə

qoymaq istəyirdi, tabut xeyli adamların çiynində “yaşadı”. Sonra həyətdəki yoncanı yatırıb təzə kilimin üstünə qoydular tabutu. Şəhidin anası “qiyyə” çəkib göyə çıxmaq istədi, qoymadılar, göydən əllərini tabut kimi ayaqların altına qədər endirdilər. Usaqlar ağacın başına cıxıb yuxarıdan tabuta tamaşa eləyirdilər.

Kənd icra nüməyəndəsi adamları sakitləşdirib səliqə-səhman yaradırdı. Onun nizam-intizamında əsasən rayon rəhbərliyi nəzərdə tutulurdu. İcra başçısı, müavinləri və hərbi komissar gələcəkdi.

Şəhidin bacıları saçlarını bir-birinə bağladılar, elə gözəl ağlayırdılar ki... Ağladıqları havaya oynayırdılar.

Şəhidin nişanlısı gəldi, gecənin ətəyi kimi yellənə-yellənə. Arvadlar onu ortada-tabutun başında əyləşdirdilər. Yaşlı arvadların biri dedi:

– Ay qız, əlinə qoyduğun o xına nədi? Qız ağladı. Arvadın o biri edilədi: – Ay qız, çalınan bu toyun nədi? Başqa arvad: – Ay qız, bəs aşığın hanı? Qız nə cavab versin? Qızın zərif çiyinləri yağış damcıları kimi atılıb düşürdü.

Qıza çox sual verdilər. Qız heç bir suala cavab verə bilmədi.

K

Page 124: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

124

Ağsaqqalın biri gəlib arvadlara təpindi. – Sakit olun, molla gəlir. Molla Qurana başlayanda arvadların səsi şam kimi

söndü. Amma ananın köksündə bir hıçqırıq diyirlənirdi...Quran qurtarandan sonra kənd icra nüməyədəsi dedi ki, hərbi komissar gəlib, baş sağlığı verəcək, ona görə də səssiz dayanın.

Hərbi komissarı adamlar yaxşı tanıyırdılar, əlindəki, fəxri fərman da onlara tanış idi. Amma onlar oğul vermirdi, təsəlli verirdi. Kök hərbi komissar əlindəki saralmış kağızdan hamının əzbər bildiyi sözləri oxudu. Bundan sonra ana oğlunun ölməyinə əmin oldu, elə bir nalə çəkdi ki, elə bil göyə iti bir qılınc sancıldı. İcra nümayədəsi və bir neçə ağsaqqal narahat oldu və gəlib arvada dedilər ki, belə olmaz, yaxşı döyül, rayon icra başçısı o boyda yolu basa-basa gəlib.

Kənddə beləydi ki, rayon icra başçısı kimin hüzürünə gəlirdisə, yalan olmasın, bu, toy-bayram hesab olunurdu. Arvadlara xısın-xısın xəbər gəldi ki, rayon icra başçısı bir kisə düyü, bir kisə un, bir kisə qənd gətirib. Bunu eşidəndən sonra arvadlar başladılar daha da bərkdən ağlamağa, ölümün həqiqiliyinə gerçəkdən inandılar.

Yenə ağsaqqallar və icra nümayəndəsi ağlayanların üs­tünə düşdülər ki, lazım deyil, bu cür ağlamalar, həm Allaha ağır gedər, həm də hökumətin xöşuna gəlməz, xüsusən, bədxah qonşularımız sevinə bilər. Əksinə, biz sevinməliyik.

Kənarda dayanan televiziya işçiləri icra nüməyəndə-sinin göstərişi ilə çəkiliş aparırdı, ağsaqqallar ürək söz-lərini deyirdilər.

Qəzetdən, saytlardan xeyli jurnalist gəlmişdi. Hamısı kənarda dayanmşıdı. Qələm-dəftərləri əllərində idi, fotoaparatları boyunlarından asılmışdı.

Page 125: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

125

Bir neçə ağsaqqal və icra nüməyəndəsi şəhidin anasını arvadların içindən bir az kənara çağırdılar, dedilər ki, Ba-kıdan hörmətli yoldaşlar gəlib, səni televiziyaya çəkəcək-lər, şəklini qəzetə vuracaqlar. Ona görə də, özünü ələ al, saçlarını dara bir az. Şəhid anasının dırnağı ilə üzündə açdığı şırımı yod vurub qaydaya saldılar. Şəhid anası ağlayırdı. Ağsaqqallar və icra nüməyəndəsi yenə arvadın üstə düşdülər, belə olmaz, heç olmasa gülümsə bir az.

Əvvəl icra nüməyəndəsi çıxış elədi, şəhid anasına 20 sot torpaq sahəsinin ayrıldığını və onun işıq pulundan, qaz pulundan, su pulundən azad olunduğunu dedi. Sonra şəkilçəkənlər və kameralar şəhid anasına yönəldi. Arvad danışa bilmədi. Üç-dörd dəfə əllərini saxladılar. Arvad danışmaq istəmirdi. İstəsə də, danışa bilmirdi. Axırda arvada bir-iki söz öyrətdilər. Dönə-dönə tapşırdılar ki, arvad gülümsəsin, oğlunun şəhid olmağına sevinsin. Bir ağsaqqal kişı şəhid anası rolunu yamsıladı, dedi bax, belə danış. O böyürdən biri dedi, gül, bu böyürdən biri dedi, gül. O dedi belə elə, bu dedi belə elə, axırda arvadı güldürdülər.

Page 126: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

126

KAMERAYA DÜZ BAXA BİLMƏYƏN YAZIÇI

arada tədbir olsa, Qurban ordadı! Qurban Qurban deyil, od parçasıdı. Yerin altını da bilir, üstünü də. Çoxları elə bilir, Qurban heç nə bilmir. Amma

Qurban o sözü deyənləri çaya susuz aparıb, susuz gətirər. Bizim Qurban yaman Qurban, yerə baxan, ürək yaxan. Əli hər yana çatır Qurbanın. Bakıda keçirilən ədəbi-mədəni tədbirlərin səyyar elanıdır Qurban. Hamı ondan xəbər alır həftənin tədbirlərini, yerini, saatını və hətta ora kimlərin gələcəyini. Bəzən tədbiri kim aparacağından da xəbər tutur. Onu da bilir ki, tədbirin rəsmi hissəsindən sonra bədii, yəni yemək-içmək hissəsi olacaq, ya yox? Qurban tədbirə vəzifəli adamların, xüsusən deputatların gəlib gəlməyəcəyini qabaqcadan bilir. Gələcəksə, hesab elə ki, Qurbanın Qurban bayramıdır. Demək, deputatlarla şəkil çəkdirmək şıdırğı yağış kimi başlayacaq.

Qurban hərdən ehmalca yaxınlaşır mənə, xosınlaşır: – Səhər gəlməyəcəksən ora? – Hara? – Tədbirə, Atatürk Mərkəzinə. Deputatlar gələcək,

tədbiri Nizami Cəfərov aparacaq. İkinci hissəsi də olacaq. Bilirəm ki, hamıya belə deyir. Hər zaman Qurban iri çanta ilə gəlir tədbirlərə. Depu-

tatların və ya gözəl xanımların şəklini çəkəndə əlindəkini qoyur çantaya, ayrı bir aparat çıxarır, sazlayır, guya hər adamın şəklini bu aparatla çəkmir! Guya bu, aparatların ən yaxşısıdır.

Yeriyəndə ləngərlidir Qurban. Amma deyəsən həmişə

H

Page 127: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

127

ağırlıq bir tərəfini basır. Çox səbirlidir. Bir şəkli çan-tasında düz iki saat axtarar, yoruldum deməz. Bir sözü yüz dəfə soruş, əsla bezməz, sanki məlumat bürosudur və bu işdən elə bil Qaracuxurda yerləşən bir evin kirayəsi qədər maaş alır.

Qurbanınkı şəkildi... Yaxud, şəkil kimi insanlar... Xüsusən şəkil kimi qızlar...

Qurban insanların psixologiyasını çox dəqiq bilir. Ayda heç olmasa bir-iki dəfə mənə deyir, sənə bir şəkil göstərəcəm, heç kəsə demə. Göstərir. Yenə o. Böyük yazıçımız... Qurbanı cin atına mindirən kadr. Deyirəm, niyə hirslənirsən? Cəhənnəmə olsun! Deyir bu kişi heç vaxt kameraya düz baxmır, həmişə kənara boylanır, guya vacib bir işi var, tələsir.

O günü Qurban başının bir böyük dəstəsi ilə gedirdi tədbirə. Yolda bir-iki nəfərlə danışıb onları da qatdı dəstəsinə.

Nənəm deyərdi ki, adamı aləmdə bir aşıq biabır eləyər, bir də evində işləyən usta. Onda gərək evinin hər işi düz ola. Məsələn, palazın kirli olmaya. Qazanın da həmişə qaynaya. Nənəm Qurbanı tanısaydı, onu da salardı öz siyahısına.

Qurban hamının xasiyyətini bilir. Kim boşanıb, kim ayrılıb, kimin xeyir işidir, kimin qızını kim oğluna alır və sair.

O günü, bayaq bəhs elədiyim yazıçının yeni bir şəklini göstərir mənə. Ətrafında yenə çoxlu adamlar, oxucular və oxucu olmayanlar. Qurban deyir, çox əsəbiləşdirdi məni, nə qədər elədim düz baxmadı. Yenə kənara boylandı. Adam utanır deməyə ki, ay qardaş, bura bax, barmağımın tuşuna...

Demək, Qurban üçün dünyanın ən əziyyətli işi kamera-ya düz baxmayan yazıçının şəklini çəkməkdi. Qurban nə

Page 128: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

128

qədər gözünü qıysa da, dizini qatlasa da, o tərəf bu tərəfə keçsə də, kişi düz baxmır ki, baxmır.

Qurban yaxşı bilir ki, kim pul verəndi, kim yox. Söhbət şəkil pulundan gedir.

Soruşuram: – Qurban, filankəs necə? – Verən deyil. – Bəs bu? – Verəndi, amma az. – Bəs o kənarda duran qırmızı qalstuklu kişi? – O da hərdən verir. Qurban adamdan şəkil pulu istəyən deyil, kim nə versə

deyir, min bərəkət! Çox səliqəli geyinir. Boynu qalstuksuz olmur. Elə bil Moskvadan indi gəlib, təyyarədən bu dəqiqə düşüb.

Peşəsinin vurğunudur, gözü, könlü tox, sadə, halal bir insandır. Heç vaxt iclasın uzun çəkməyindən bezməz. Kim kimi tənqid edir, fərqində deyil. Kim küsür, kim inciyir Qurban bilməz. Bircə adamlar kadra sığa bilməyəndə hirslənir. Bir də o yazıçının şəkilini çəkəndə...

Dünən böyük yazıçının təzə şəklini çəkib gətirib. Deyir, sən Allah buna bax, yenə düz baxmır. Yanındakıların hamısının baxışı düz, bununku əyri. Sonra Qurban guya yazıçını söyür: “Əyri oğlu əyri. Onun şəklini çəkməkdən ötrü ölmürəm eyyy – Qurban deyir – adamlar xahiş edirlər ki, bizim onunla şəklimizi çək”. Sonra qulağıma deyir: “Bilirsən, bu kişi niyə kameraya düz baxmır? Səbəbini tapmışam. Ona görə ki, o, heç vaxt yanındakıları bəyənmir. Guya adamlar onunla zorla şəkil çəkdirirlər. Guya bu uzağa baxdığı halda adamlar gəlib yanında dayanıblar. Guya heç xəbəri yoxdur. Deyirəm, Qurban, sən bilməyən şeyə qurd düşər.

Qurban yeganə adamdır ki, məclisin hər tərəfində

Page 129: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

129

hərəkət edir. Lap başacan gedir, hərdən yubilyarın, səbəbkarın qulağına söz deyib güldürür. Çıxış etmək istəyənlərin ismarışlarını aparıb aparıcıya çatdırır. Gah içəri girir, gah çölə çıxır. Tamamilə azaddı Qurban.

Elə ki, iki adam söhbət edir, o saat aparatı tutur üzünə, gözünün birini qıyır, dizlərini qatlayır. Elə bu zaman şimşək çaxır.

Çox rahat adamdı Qurban. Küçə ilə elə gedir, elə bil, “Əməkdar İncəsənət Xadimi” fəxri adını indicə alıb.

Hərdən Qurban olmaq istəyirəm...

Page 130: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

130

SEÇKİ MƏNTƏQƏSİNİN KEÇMİŞ İŞÇİSİ

ukla teatrının qabağında bir avtobus dayanacağı var. Hər dəfə bura çatanda yorğun başımı avtobu-sun soyuq pəncərisinə dayayıb onu axtarıram. Orta

yaşını çoxdan keçmiş bir kişi hərdən bir ayağını yolun ortasına tərəf atıb bir az irəli dördgözlə baxır. Deyəsən nəzarətçidir. Heç kəs avtobusun gəlişini onun kimi həyacanla gözləmir. Paltarı nimdaş olsa da, səliqəlidir. Üzündə ötən illərdən bir təbəssüm donub qalıb. Nəvə sevincinə yüyürən adama oxşayır. Hiss edirsən ki, duruşunda və yerişində bir qurur var. Nə vaxtsa bu qürur sındırılıb elə bil. Sonradan özünü düzəltmək istəyib, amma yaxşı alınmayıb. Qürurun sındığı yerdə bir calaq əmələ gəlib. Ona görə tez –tez əlini boğazına aparır və jaketinin qalın boğazını üzü yıxarı dartıb sığallayır. Bununla o, qürurun calaq yerini itirmək istəyir.

Hərdən əllərini qarnının üstünə qoyub sürtür. Bu ilk baxışda mədədə yeni başlayan qastiritə işarə ola bilər. Amma üzündəki məmnunluqdan bilmək olar ki, o, ya bir neçə dəqiqə bundan qabaq yaxşıca yeyib, ya da qarşıda onu bir qonaqlıq gözləyir. Döş cibinə bir qələm, bir dənə kağız parçası qoyub. 88 saylı marşurutu görən kimi əllər o saat dös çibinə gedir. Adamların yara-yara irəli cumur. İrilənmiş gözləri yağış damlalarına bənzəyir. Kənardan baxanlar da hiss edir ki, ən cox tələsən “sərnişin” odur. Hər dəfə sürücü ilə çox səmimi görüşür. Qabaqkı avtobusun dayanacaqdan neçənci dəqiqədə çıxdığını sürücüyə böyük şövqlə başa salır.

K

Page 131: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

131

Əlbəttə, bu böyük xidmətdir. Sürücü gülə-gülə onun ovcuna nəsə basır. O da bunun müqabilində kağız parçasına nəsə qeyd edir. Hər ikisi gülümsünür.

Sonra kişi, bir gözü sürücü də ola-ola, var səsilə qışqırır: Sahil metrosu, Rəşid Behbudov, Milli bank... Bu saat müəlliminin qarşısında şeir deyən şagirdə oxşayır. Sürücü onun dediklərinə həm müşayət kimi, həm də tələsidiyini bildirmək üşün ardıcıl beş-altı dəfə siqnal verir. Kişi yenə bununla işini bitmiş hesab eləmir. O biri avtobuslara da yol göstərir. Xüsusən 88 saylı avtobusun qabaq və arxasında dayanan avtobusları kənarlaşdırmaq üçün əldən-ayaqdan gedir. Bununla o, 88 saylı avtobusa xüsusi diqqət göstərir.

Yenə kişinin ürəyi soyumur. Hələ avtobusa minir. Adamların arxaya çəkilməsini xahiş edir. Arxa oturacaqlar boş olduğunu adamlara göstərir. Cavan uşaqları ayağa qal-dırıb qadınları əyləşdirir. Hərdən bir analarının yanındakı körpə uşaqların adını soruşur, burunlarına barmağı ilə yün-gül cırtmalar vurur. Sonra aşağı düşür. Saatına baxıb sürü-cüyə gülümsünür; yəni tərpənmək vaxtıdır.

Avtobus tərpənən kimi dayanacaqdakı sərnişlərə deyir: Darıxmayın, növbəti avtobus bir dəqiqəyə gəlir. O təkçə 88 saylı avtopusla kifayətlənmir. Başqa avtobuslara da əl atır. Onlar üçün də bir –iki ağız elan verir. Bu, onun əlavə xeyirxahlığıdır. Dayanacaqlara quraşdırılmış məlumat aparatları işləməsə də, bu kişi onları canlı şəkildə əvəz edir.

Mən hər dəfə o kişini görəndə yorğunluğumu unudu-ram. Ondakı həvəs, şuxluq, çeviklik mənə yeni bir iş ener-jisi verir. Elə bilirəm mən onu hardasa görmüşəm. Hə, bü-tün hərəkətləri ilə liftçi qıza oxşayır. Telefonçu qız kimi işlərini həvəslə görür. Hamını bir an içində yerbəyer elə-yir. Heç vaxt uşaqların burnuna çırtma vurmağı unutmur.

Page 132: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

132

Bir dəfə necə oldusa, mən avtobusdan deyil, onu daya-nacağın özündə müşahidə elədim. Nə sual verdimsə, ham-sına dəqiq və yerli – yerində cavab verdi. Ona baxdıqca yorğunluğum tüstü kimi canımdan çıxırdı. Ürəklənib bir sual da verdim:

– Siz əvvəllər harada işləmisiniz? – Seçki məntəqəsində seçicilərin adlarını yazırdım. Düz

18 il bu işdə işləmişəm. Hə, xatırlayıram. Necə də o adlar səliqə ilə yazılırdı –

xəyalım məni divara və ya lövhəyə vurulmus o siyahıdakı adların aydın, dürüst yazılışına apardı. Bir dəfə də olsun seçicilərin ad və soyadlarında hərf səhvi yox idi.

O, isə öz sevimli marşurutunu səbrsizliklə gözləyirdi.

Page 133: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

133

NAXIRÇININ DİPLOMU

nstitutu bitirəndən sonra qayıdıb gəldim kəndə. O vaxt şəhərdə qalmağın iki yolu vardı; biri bu idi ki, adamın olsaydı, səni institutda ən aşağısı lobarant

saxlatdıra bilərdi. Bu da olmayandan sonra gərək bir şəhərli qızla evlənəydin, qız da qırsaqqız olub səni saxlayaydı şəhərdə.

Hər ikisindən əlim boşa çıxdı. Özümün də şeir yazan vaxtımdı, şeirlərim qəzetlərdə çap olunur. Bir sözlə, kəndə gələn kimi həyat məni qatlayıb qoydu dizinin altda.

Biz şagird olanda kənd müəllimlərinin pəh-pəhlə dediyi (İndi bilirəm ki, uydurma imiş) bir cümlə vardı. Məni institutda müəllim saxlayırdılar, özüm qalmadım. Bilirdim ki, müəllim sındığı adamların yanında elə-belə deyir, ən azından aldığı kənd qızının bət-bənizinə bir az ümüd dəysin– deyə belə söyləyir.

Bu sözü müəllimlərin hamısı deyirdi. Orta məktəbdə biznən oxuyan müəllim uşaqları da deyirdilər ki, atamı institutda müəllim saxlamaq istəyirlərmiş, özü qalmayıb. Bu söz yorulmuş adamların bir az ümid yeriydi. Müəllim uşaqlarından əsəbləşənlər də olurdu. Guya ataları böyük səhv edib, şəhərdə müəllim qalsaydı, indi bunların da üzünə bir ağ gün doğardı. Şəhərdə oxuyardılar, kinoya, idmana gedərdilər və belə-belə şeylər uydurub yanımızda kişilənirdilər.

İndi mən də kənd müəllimiyəm. Gördüm ki, o yalanı uyduran müəllimlərin gunahı yoxmuş. Az qalırdım, mən də uyduram, özümü güclə saxlayırdım. Müəllimliyim qalsın bir tərəfdə, keçək təsərrüfat işlərimə.

İ

Page 134: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

134

Kənddə qayda beləydi ki, gərək mən iyirmi beş gün-dən-bir mal növbəsinə gedəydim. İyirmi dörd evin mal-qarası bir yerə toplanır, olur naxır, gündə bir evin sahibi naxırı otarmağa aparır.Tərəkəmələr bunu mal “uçuru” deyirlər, yəni “oçered”. Rus dilini yaxşı bilməsələr də, dillərində rus sözləri kəm olmur bunların. Üç inəyimiz bir comuşumuz vardı, comuş təzə doğmuşdu. Əlqərəz, iyirmi dörd evin mal-qarasını bir yerə toplayıb naxırı hayladım örüşə. Yay, hava isti. Əynimdə ağ şalvar, qolu gödək cins göynək, hündürdaban ayaqqabı, ürəyimdə arzular, şeir-ədəbiyyat, sevdiyim qız, onun vəfasızlığı bütün həyatımı sürüyüb aparırdım örüşə. Güclə yeriyirdim. Acığa düşüb əynimi dəyişmədim, deyirdim qoy əynimdəki “şəhəri” belə sındırım, o ki məni belə sındırdı, ölsəm də elə bu geyimdə ölüm.

Naxırı haylayıram, toz dumanın içindəyəm. Yayın istisi bir yana, naxırdan məni elə bir istilik vururdu ki, az qala ürəyim dayansın, tez-tez nəfəsim təntiyirdi. Kənd adamları baxıb mənə gülürdülər.

Sürüdəki malların çoxunun buynuzunda dua var idi, sapla bağlamışdılar. Guya sağılanda inək təpik atmasın. Comuşun birinin belinə balaca bir it minib, əməlli-başlı istirahət edir, gah yatır, gah uzanır, gah durur. Kənd camaatı deyirdi ki, o it o comuşla bir yatıb, bir durur. İstəsə yanınca yeriyir, istəsə belinə minir, baxır onun kefinə.

Özümə yazığım gəlirdi. Ata kimi, qardaş-bacı kimi özümü ağlayırdım. Arzularım güllələnmişdi. “Ulduz” jurnalında işləyəcəkdim, mənə kinayə ilə baxanların, şeirimə lağ edənlərin baxışlarını dəyişəcəkdim guya.

Onu da deyim ki, malın otlamağı üçün örüş yoxdur, var ee, çox balacadı. Naxır gah kolxozun pambığına doluşur, gah yonsacına, taxılına daraşır, gücüm çatmır malları bir

Page 135: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

135

yerə toplamağa. Briqadir gəlib deyir ki, ay müəllim, savadlı adamsan, heç sənə institutda dərs deməyiblər, malı niyə qoyursan pamıq kollarını yesin?

Sədr gəlib söylənir: – Müəllim, sənə diplom verənə nə deyim, bəs bilmirsən ki, naxırı taxıla buraxmaq olmaz?

Bir sözlə, it günündəyəm. Naxır mənlə davaya durub, məndən yonca, taxıl, pambıq istəyir. Axır ki, naxırı öynə vaxtı arxın başına, söyüdün altına toplaya bildim. Buna malın kölgələnmək vaxtı deyirlər. Məsələn, saat 13-dən 15 kimi. Mallar dincəlir comuşlar suya girir, əməlli-başı kef edirlər.

Gələk özümün istirahətimə. Ayaqqabımın dabanları yox. Köynəyimin düymələrinin ikisi sınıb. Əl ağacım ortadan qırılıb. Özümə termosda çay gətirmişdim, o da ürəyim kimi çiliklənib tökülüb içinə. Bir sözlə, elə bil müharibədən çıxmışam, şül-küt olmuşam.

Bir az keçmişdi ki, yenidən naxır pambıq sahəsinə doldu. Gücüm çatmırdı sahədən çıxarmağa. Kim köməyə gəlirdisə, mənim oxuyub oxumamağımı, diplom alıb almamağımı soruşurdu. Hamı günahı diplomda görürdü. Deyirdilər bu səhvi savadsız adam da eləməz, o ki qala, ali təhsilli, diplomlu müəllim ola.

Qayıdıb oturdum, arxın başında, başladım doyunca özümü ağlamağa.

Anam kimi ağladım...

Page 136: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

136

MƏNƏ ŞUŞA AL

n yeddi yaşı var bu balacanın. Allahın bəlasıdır. Burdan vurub, ordan çıxır. Bir də görürsən yoxa

çıxdı, bir də görürsən elə bir yerdə peyda oldu ki, ömür boyu mən ora gedib çıxa bilmərəm. Məsələn, Türkiyə Prezidenti Ərdoğanla şəkli. Özü də hiss edirsən ki, Ərdoğan onu tanıyır.

Mənə baba deyir, hərdən üzüm tüklü olanda öpür: Mənim təmiz və uşaq ürəkli babam. Elə internetdə də belə yazır. Mən də ona Nəvə deyirəm.

Biri-iki gün çərşab bağladı, bilirəm ki, yəqin ya İrana gedir, ya da dini qrumlara, ya da şeyximizlə görüşə. Soruşsam da deməyəcək. Ağzı elə bil balaca kəlbətindi, sıxıldı, vəssalam. Vaxtı var hər şeyin – gərək gedib gəlsin sonra.

O günü internetdə baxıram ki, İrandadır xalası qızı ilə gedibmiş. Guya həkimə. Guya orda dərman ucuzdu. Amma xalası qızının yanında lal-kar. Hə, belə görünür, bir mənim yanımda açır sandığı, tökür pambığı. Xalası qızı elə bilir ki, bu qız dünya üzü görməyib. amma bilmir ki, Nəvə onu bulağa sussuz aparıb sussuz gətirər.

Bir də görürsən ki, uça-uça gəldi. Baba, söz var, əla bir söz. O sənin qəbuluna düşə bilmədiyin adam, o böyük adam, o deputat adam. Hə, o bax o. Sənin sitayiş elədiyin, haqqında poema yazdığın o adam....

– Hə nə olsun... Onu təkçə mən xoşlamıram ki, hamı çox istəyir onu. Xalqın ziyalısı, ağsaqqalımızdır. El yolunda infarkt keçirib.

O

Page 137: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

137

– O mənə eşq elan elədi. Düşdü ayağıma. Dilin çıxartdı. Balaca dili var. Sənin böyük adam hesab elədiyin adam bu imiş, baba? Bax budur telefon nömrəsini də verib, deyir, gizli nömrəmdi, ancaq səninlə danışacam.

Ay Allah, deyəsən Nəvə, hamını gözümdən salacaq. Bu qız müxalifətin ən yekəsidir. Mən lap donub qalmışam. Gör nə deyir mənə?

– Baba, yığ onun qəbul otağını, görək sənə nə deyirlər? Aha, bu saat. – Qızım salam, (Nəvə qulağıma deyir, “qızım” demə)

mən Təhməzovun qəbuluna düşmək istəyirəm. – Cənab Təhməzov bu saat Sabirabadda şəhid ailələri

ilə görüşdədir, onlarım problemlərini həll edir. Nəvə deyir, qoy bu saat mən onu mobilini yığım sən

bax. Amma səs eləmə. Guya təkəm. – Neredesiniz Kərimçik...? – Yavrum, gözəllər gözəlim, xanımlar xanımım, bu saat

Mərdəkanda bağ evimdə. Təkəm. İstəyirsən maşınımı göndərim səni gətirsin. Qaban kababı, kənd beçəsi, qızıl balıq... hamısını düzdürmüşəm.

– Yoox mən kukla istəyirəm, Kərimcik. Məni kukla teatrına apar.

– İstəyirsən kukla teatrını özəlləşdirib keçirdim sənin adına.

– Yox Kərimçik, mən ayı kuklasını istəyirəm. Cənab Təhməzov zarıyır. Nəvə telefonu söndürür. Xeyli aradan keçir, Nəvə deyir, ey mənim təmiz ürəkli

babam, indi təzədən yığ Təhməzov yoldaşın qəbul otağını, amma turubkani əl dəsmalına bük səsin dəyişsin.

Əlim əsə-əsə yığıram. – Cənab Təhməzov yerindədir.? – Sizə nə lazımdır? – Cənab sədr

Page 138: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

138

– Cənab sədrin vaxtı yoxdur, iş başındadır, yanında iclasdır, ötən ilin yekunlarını müzakirə edir.

Nəvə çıxır otaqdan, elə bil otaqdan nəfəs çıxır. Bu qız hamını biabır edəcək. Yenə həftələr ötür. Nəvədən bir xəbər yox.

Ürəyi çox təmizdi Nəvənin. Ancaq birçə bu adam dolamağı olmaya.

İki həftə keçəndən sonra yenə gəlib iş otağıma. – Uşaq ürəkli Babam mənim, aç komyüterini, gör

feysbukda sənin qəbuluna düşə bilmədiyin o adamla necə məzələnmişəm – deyir.

– Vayyy, Cənab Zərbəliyevlə? – Hə Zərbişka ilə. Oxuyuram. – Salam xanım. – Salam. – Sizinlə tanış olmaq olar? – ))))))))))))) – Siz hər dəfə burda olanda mənim ürəyim çırpınır, tər

basır, həyacanlanıram. – )))))))) – İnanın səmimiyətimə, xanım, mən sizin gözəlliyinizi

qiymətləndirən adamam. Tam məsuliyyətimlə deyirəm, sizin tamam fərqli gözləriniz var. O gözlərdəki sönsuzluq məni Şuşaya qədər aparır. Siz Ceyransız, Azərbaycanın ceyranı. Tam cürətimlə deyirəm ki, sizin gözəlliyiniz adamın ağlını başından alır.

– ))))))))) – Gözəl xanım, bir cavab verəcəksiniz, ya yox, nə vaxta

kimi mənim səbr-qərarımı kəsəcəksiniz? İndiyə qədər sizin kimi nəzakətli gözəl bir xanıma rast gəlməmişəm. İnanın, həyatımı sizə bağlamışam. Sizinlə nəfəs alıram.

– )))))))

Page 139: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

139

Nəvəyə deyirəm: – Heç bilirsən bu kimdi? – Yox, nə bilim kimdi, mənim üçün heç kim... – Bu əvvəl icra başsısı idi, sonra nazir oldu, sonra

komitə sədri, indi deputat, alim, professor, orden, medal.... ay Nəvə, belə eləmə başına dönüm.

Yazışmanın ardını oxuyuram. – Ceyran, səsini çixart heç olmasa səsin ağrıyan

ürəyimə bir məlhəm olsun. – ))))))) Onda əvvəlcə sən dilini çixart baxım. – Nə? – Mənə Kukla al – Nə? – Mənə Şuşa al. – Nə? – )))))))))

Page 140: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

140

NAFTALAN NOVELLASI

iz elə bilirdik ki, bütün dərdlərin dərmanı Nafata-landı, daha doğrusu, Naftalan vannasıdır. Qonşu arvadların fantaziyası az qala Rusiya Elmlər Aka-

demiyasına qədər gedib çıxacaqdı. – Filankəsin uşağı olmurdu, Naftalan vannasına qəbul

edəndən sonra uşağa qaldı. – Filankəsin qara ciyəri şişmişdi bir balon naftalan

gətirdilər, iki ay üstünə sürtdülər, o gedən getdi. – Filankəsin barmağının ucundan sızanaq çıxmışdı,

naftalana batıran kimi elə bil yox imiş. Bir sözlə, arvadların danışıqları canlı şifahi xalq

ədəbiy­yatıdır ki, var. Özü də düz qulağımın dibində. Folklor institutunun bundan xəbəri yox.

Qonşu arvadların küçədəki seminarlarında mütamadi iştirak edən uşaqlarımın anası gəlib dedi ki, öldü var, döndü yoxdur. Bu yay gedirik Naftalana.

Tövsiyəsi də belə oldu: Sənin qan təzyiqinə, şəkərinə, ürəyinə, ürəkdəki aritmiyalara, gözünün zəif görməyinə, qol-qıça, oynaq ağrılarına, mədə xorasına, diş, baş ağrılarına, hətta düzəlməyən işlərinə Naftalan kömək edəcək.

Uşaqlarımın anası ailə qurduğumuz otuz il ərzində bütün xəstəliklərimin ümumiləşdirilmiş ekipirizini iyirmi dəqiqə müddətində ifadəli şəkildə səsləndirdi. Açığı mən də həvəsə gəldim. Dedim niyə getməyək? Naftalan budur eyy, qulağımızın dibində.

Hara müraciət elədik, putyofka yox. Əvvəldən bilirəm ki, mənə havayı putyovka qismət olan deyil. Ona görə də,

B

Page 141: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

141

putyovka əvəzinə bankdan kredit götürüb getdik Naftalana. Naftalan nə naftalan, göz oxşayan ürək yaxan. Hər tərəf adam. Adamın yarısı madam.

Ən birinci Naftalan vannasından başladıq. Düşündük ki, o biri müalicələri Bakıda da elətdirmək olar. Yoldaşı-mın tövsiyyəsi bu, oldu ki, gərək vannaya boğazına kimi girəsən.

Artıq vannadayam. Nəzarətci qadından soruşuram: – Naftalan nəyə xeyirdir? Əslində bilirəm. Söhbəti şirinləşdirmək istəyirəm. – Hər şeyə. Can ağrısına, bel ağrısına, yaraya, xoraya...

Hər şeyə. Sonra keçdi dəvə məsələsinə. Şaha, gölməçəyə. Necə

əsr bundan qabaq dəvənin canındakı yaraların sağalmağına.

– Neçə vanna qəbul edəndən sonra adam özünü yaxşı hiss eləyir?

– Adam var üç, adam var beş, adam var on, adam da var on beş vannadan sonra.

Gördüm, özləri üçün əməlli-başlı çıxış yolu qoyublar. Birinci şübhəm artıq başladı.

Naftalan iri çənlərə vurulur, qızdırıldıqdan sonra vannalara verilir, istifadə olunur. Sonra vannadan yenidən çənlərə vurulur, yenə qızdırılır və hər dəfə belə təkrarlanır.

Maraq məni götürür. Çünki hər dəfə istifadə olunandan sonra görən Naftalanın mazutunun tərkibundəki mikro elementlər azalmır?

Bir az da hirsliyəm. Artıq onuncu vannadaır. Hec bir dəyişiklik hiss eləmirəm. Ona görə də, baş həkimdən soruşururam:

– Siz mazutu, yəni naftalanı heç dəyişirsiniz? – Həə, hər altı aydan bir Neft şirkətindən Naftalan

alırıq.

Page 142: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

142

– Bəs köhnəni neynirsiniz? – Onu da göndəririk Bakıya, Badamdarda sanotoriya

var, ora veririk. Ürəyimdə düşünürəm: Vallah, siz heç altı ildir ki, bu

mazutu dəyişmirsiniz. Niyə də dəyişəsiniz axı? Götürdüyüm pul krediti yadıma düşür. Bi az

çəsarətlənirəm. – Bəlkə, heç mazutu dəyişmirsiniz. Bir az da gülümsünürəm. Yaxşı deyil axı, birdən-birə belə

sərt danışmaq. – Yox, nə danışırsınız? Bizi hər il yoxlayırlar. Ürəyimdə düşünürəm: Yoxlayanı yola salmağa nə var? Həkim mənə ümüdlər verir, adam var, bir aydan sonra

xeyir eləyir, adam da var, iki aydan sonra. Bakıdayam, müalicədən düz iki ay keçib, yenə heç bir

əhəmiyyəti yoxdur. Həmin ağrılardır, quzu kimi yatışıb canımda.

Həkimə zəng edirəm. – Artıq iki ay da keçdi, heç bir xeyri yoxdur. Belimin

ağrısından oturub-dura bilmirəm. – Müəllim, altı ay da gözlə. Yaxşı olacaqsan. Ya da

günah özündəndir, soyuğa vermisən. Naftalandan çıxandan sonra gərək özünü 6 ay gözləyəsən.

6 aydan sonra həkimə zəng edirəm. Artıq o məni tanımır. Deyir: – Naftalana neçə dəfə gəlmisən? Deyirəm: – Bir dəfə. Deyir – Gərək Naftalana iki dəfə gələsən, adam var iki

dəfəyə, adam var, üç dəfəyə xeyir eləyir, adam da var, dörd- beş dəfə gələndən sonra xeyirun görür.

Bu, əsl novelladır. Hər il kredit... Daha heç nə demirəm. – dud – dud – dud...

Page 143: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

143

QAPIÇI

tam həmişə deyərdi ki, bir iş düzəltmək istəyəndə ən birinci qapıçıdan başla. Bir başa yuxarıdakı ilə danışsan, heç nə alınmayacaq.

Görünür, qapıçı həyata daha yaxındır. Dilin, nitqin, problemin lap bir addımlığındadı.

Bu yaxınlarda rəhbər vəzifədə olan bir nəfərlə görüşmək istəyirdim. Elə hər şeyi qapıdan, daha doğrusu qapıçıdan başladım.

Hava soyuq, hər tərəfdən külək ulayır, Ə. Kərim demiş, “qarın göyə yağan vaxt”ıdı. Bakıdan uzaq bir şəhər. Özümü saldım qapıçının otağına. Kişi qalxdı ayağa, mənə yer göstərdi. Oturdum. Dedi ki, bu saat çay verərəm, isinərsən. Çaydanı qoydu şunuru yeddi - səkkiz yerdən sarınmış “pletka”nın üstə. Spirallar qırıq olduğundan “pletka” yanmadı. Kişi sprialların uclarını bir-birinin üstə qoyub kəlbətinlə burdu. O saat çaydan pəsdən oxumağa başladı. Qalın stəkanlar stolun üstə, hələ yuyulmayıb. İçində dünənin, bəlkə də çoxdanın çayı qalıb. Artıq stəkanı rəng kəsib. Üç stəkana bir nəlbəki var. Stəkanların altında “Yeni Müsavat” qəzetinin bir il bundan qabaqkı sayı. Böyrü-başı cırıq.

Mən bu işin müqabilində şirin və yorğun səslə kişiyə “ çox sağ ol,qardaş” deyirəm.

Qardaş soruşur: – Kəklikotu, yoxsa adi çay? Ürəklənirəm. – Əlbəttə, kəklikotu. Qardaş Göyçədəndi. Başlayırıq dağdan, bağdan söhbə-

tə. Aşıq Ələsgərdən, Aşıq Alıdan dəm vurmağa.

A

Page 144: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

144

Qardaş pəncərənin qırıq şüşəsindən gözlərini qıyıb ba-xır: – Müəllim bir az var, gəlib. Yaxşı adamdı. O da bizim tərəflərdəndi, Göyçədən. Həyətdə gəzən bacısı oğludur. Cangüdənidir. Müəllimin kefi həmişə cüt günləri saz olur. Yaxşı saz çalmağı var. Nəşriyyatda Mahmud var ha, onunla bacanaqdır.

Qardaş dil – qəfəsə qoymur. Mənim xətrim xoş olsun deyə tanışlıq dairəsini Azərbaycan boyda cızır.Yadıma özüm düşürəm. “Azərbaycan” jurnalının poeziya şöbəsinin redaktoruyam. Əynimə-başıma baxanda kənd adamına oxşayıram. Bilirəm ki, adətən söz soruşanda mənim kimi adamlardan soruşurlar. Çox vaxt otağımda oturmağa darıxıram. Düşürəm Yazıçılar Birliyinin qabağına. Gəlib-gedənlə salamlaşıb əhvallaşıram.

Bir dəfə bir oğlan gəldi. O tərəfə baxdı, bu tərəfə baxdı, ağlı məndən nə kəsdisə soruşdu.

– Qardaş, Yazıçılar Birliyinin sədri Anar neçənci mərtəbədə oturur?

– İkinci mərtəbədə. – Bəs Çingiz Abdullayev neçənci mərtəbədə oturur? – Üçüncü mərtəbədə. – Bəs “Ulduz” jurnalının redaktoru? – Dördüncü mərtəbədə Sonra başladı işə gəlmə saatlarını soruşmağa. Mən də

hamısını canla-başla dedim. Sonra dedi: – Mən hansının yanına getsəm yaxşıdır. – Nə məsələdir? – Şeir gətirmişəm. – “Ulduz” jurnalına apar. Oğlan çox suallar verdi, hamısını da səbirlə

cavablandırdım. Axırda qayıtdı ki, qardaş, sən burda qapıçı işləyirsən?

Page 145: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

145

– Hə, dedim. Görünür oğlan da birinci öz işini qapıçıdan başlamaq

istəyirmiş... İndi gələk qardaşın yanına... İkinci stəkanı da içirəm, belə yerlərin çayı dadlı olur.

Qapıçı mənə məsləhət gördü ki, burda vaxt itirməyim... Onsuz da müəllim içəri daxil olub. Axşam da gec çıxacaq. Bu gün neft şirkətindən qonaqları var.

Qardaş direktorun iş qrafikini əzbərdən dedi. Gördüm ki, qrafikdə mənə yer yoxdur. Əlacsız qaldığımı görüb dedi ki, telefon nömrəni ver mənə. Nömrəmin ikisini də verdim. Nömrənin birini yazdı, dedi, biri bəsdi, direktorla danışım, gəl görüş. Bir şeyi də əlavə etdi – telefonun açıq olsun ha...

Otaqdan çıxıram. Külək elə bil məni gözləyirmiş. Başladı, nə başladı. Dönüb arxaya baxıram. Uzaqda bir gözətçi koması qaralır. O koma üçün darıxıram. Düşünürəm ki, o komada yaxşı bir insan yaşayır.

Page 146: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

146

BOY

onşumuz Səfər kişinin dərdi aşır başından. Hər axşam oğlu ilə bizə gəlir. Deyir, müəllim, mənim dərdim “Novruz dərdi”di. Açır sandığı, tökür

pambığı. Dərdini dağ götürməz bu kişinin. Dərdi “boy” dərdidir. “Boy” sizə elə-belə gəlməsin. Dağ kimi kişini əridib. Oğlunu polisə düzəltmək istəyir Səfər. Amma uşağın boyu çox balacadı. Səfər deyir ki, gərək uşağın boyu 1 metr 75 sm ola. Yoxsa, götürmürlər. Uşaq da polis olmaq arzusu ilə dəli-divanə. Elə bil qız sevir. Zalım oğlunun gecə-gündüz yuxusu yox. Səfər oğlundan dəli, oğlu Səfərdən dəli.

Səfərdən soruşuram: – Oğlunun boyu neçədi? Səfər deyir: – Müəllim, evdə ölçürəm, 1 metr 75 sm gəlir. Gedirik,

hökümətin boy ölçəni 1 metr 70 sm deyir. Bilmirəm hansı düz ölçür? Evdə arvad da, qızım da ölçür 1metr 75 sm-dən kəm olmur uşağın boyu. Bax, bu 5 santimetrin dərdi bizi əməlli başlı əldən salıb. Yeməyimiz-içməyimiz yox, gecəmiz-gündüzümüz qara.

– Bəlkə, səhv ölçürsən? Hökümət səhv eləməz. – Vallah, düz ölçürük. Sizdə metrə varsa, gətir özün

ölç. – Yox, bizim metrə Xırdalandadı, qızımgildədir. – Müəllim, istəyirsən oğlumun boyunu əlinlə qarışda, 7

qarış yarım olsa, mən deyəndi. – Yox, qarış düz verməz. – Onda qamış gətirim ölç. Evimizin arxasındakı neft

Q

Page 147: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

147

gölməçəsində qamış var. Atama qəbir qazanda boyunu qamışla ölçdülər.

– Yaxşı deyil axı, şər işlə xeyir işi qarışdırmağın, düşər-düşməzi olar.

– Vallah nənəm həmişə mənə deyirdi, boyuna qamış ölçüm. İndi mənim boyum 1 metr 76 sm-dir. Müəllim, sizdən nə gizlədim, qamış uzatdı mənim boyumu.

Gördüm Səfərin qarnı dərdlə doludur. Ona görə zəng elədim köhnə polis işçısı bacanağıma.

– Ay Rafiq müəllim, polisə işə girməyə boyun nə dəxli var?

Onun da qarnının altı dərd yığnaymış. Başladı, nə baş-ladı. Bilirəm ki, o, danışdısa, polis xatirələri çətin qurtara.

Dedim: – Rafiq müəllim, qısa elə, evdə qonaq var. – Bəli, polisin boyu hündür olmalıdı ki, vətəndaş ona

altdan yuxarı baxsın. Gördüm bacanağım getdikcə qızışır, “saq ol” deyib

telefonu bağladım. Səfər yerində düz dayana bilmirdi. Bizdə heç bir boy

ölçən tapa bilməyəndən sonra ayağa durub evin divarına soykəndi. Elə bu zaman oğlu stolun üstündən çəngəli götürüb atasının düz başının üstən divarı cızdı. Aboy tamamilə xarab oldu. Bu, Səfərin vecinə deyildi. Tez divardan geri çəkildi. Elə bu zaman oğlu atasının dayandığı yerdə durdu. Görünür, evdə çox belə məşqlər eləyiblər. Səfər qolumdan tutub çəkdi oğlunun yanına.

– Müəllim, sən Allah gəl bax, lap mənim boyum uzunluqdadır.

Sonra Səfər gəlib ehmalca yanımda əyləşdi. – Deyirlər hardasa boyu uzadan bir kişi var. Hər

santimetri min manata uzadır. Bu da üst-üstə eləyir beş min manat. O da bizdə yox.

Page 148: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

148

– Vallah mən eşitməmişəm. Deyəsən Səfər daha dəqiq faktlara keçmək istəyirdi.

Mən yerimdə beli ağrıyırmış kimi qurcalandım. Səfər o saat başladı belin xəstəliyindən, müalicəsindən danışmağa. Gördüm uzun çəkəcək. Birdən ürəyimdə “Aha” tapdım de-yərək, ayağa durdum. Başladım uşağı sorğu-sual eləməyə.

– Oğlum, nə üçün polis olmaq istəyirsən? Oğlan şagird kimi düz dayanıb dedi: – Vətənimə xidmət etmək istəyirəm. Bildim ki, bu, Səfərin öyrətməsidir. Dedim: – Oğlum mən də sənun əmin. Qəti qorxub eləmə,

düzünü de, nəyə görə polis olmaq istəyirsən? – Pul qazanmaq üçün. – Pulu hardan qazanacaqsan? Şəhidlər xiyabanında ağacların arxasında gizlənib gəlib

– gedənləri güdəcəm. Əgər cavan oğlanla qız gəlsə və oğlan sevgilisinin

əlindən yapışsa o saat ikisini də tutacam. – Sonra? – Deyəcəm belə yerdə əl-ələ tutmaq olmaz. Aparıram

sizi şöbəyə. Şəkilinizi çəkib divara vuracağıq. – Bəs sonra? – Onda oğlan mənə yüz manat verəcək ki, bizi boşla

gedək, bir səhvdi eləmişik. – Bəlkə, oğlan pul vermədi? – Axı mən onda vermişdim...

Page 149: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

149

SEÇKİ ÜSULU

ir neçə il bundan qabaq kəndimizə getmişdim, əslində kəndə çox gedirəm, bu gedişim ayrı bir gediş idi. Milli Məclisə seçkilər başlayırdı. Elimə-

obama arxayın olub mən də namizədliyimi vermişdim. Kənddə böyük bir yığınçaq keçirdim, sağ olsunlar,

haqqımda xoş sözlər söylədilər, ağsaqqallar dedilər ki, öz əmioğlumuzdu (tərəkəməlilər qohum oldu-olmadı, hamısı bir-birinə “əmoğlu” deyir) bu kəndin toz-torpağını udub, yasımıza, toyumuza gəlib, sabah dara düşəndə, niyə gedək yad adamın qapısını döyək, elə alın açıqlığı ilə – heç qapısını döymədən – öz əmioğlumuzun qapısını açarıq, bir qısmat çörəyini yeyib, bir stəkan çayını içərik, od bizim, kösöv bizim. Burda çətin nə var ki?

Mən də uzun bir çıxış elədim. Daha doğrusu, platformamdakı bəzi müddaları diqqətə çatdırdım. Elm və mədəniyyət sahəsində görəcəyim işlərin qısa bəndlərindən bir neçəsini dedim. Gördüm camaat məni çətin başa düşür, heç dinmirlər, ona görə də keçdim onların başa düşdüyü dildə danışmağa.

– Sizin üşün yol çəkdirəcəyəm. Yerlərdən səslər gəldi. – Yalan deyirsən, çəkdirməyəcəksən, səndən qabaq

seçilən deputat da belə deyirdi. Keçdim əsas mətləbə və məktəbə. – Sizə məktəb tikdirəcəyəm. – Yalandı. – Sizə su çəkdirəcəyəm. – Yalandı.

B

Page 150: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

150

– Sizə əl tutacağam. – O da yalandı. Gördüm mümkün deyil, qabaq seçilən deputat camaatın

inamını çox yaralayıb, neçə illər lazımdı ki, bu yaralar sağalsın. Və onu da anladim ki, camaatın inamı yaralandığı üçün mənim də deputatlığa gedən yolum bu kəndin yolları kimi çala-çuxurdu.

Yığıncaq açıq havada keçirilirdi, kəndin mərkəzində. Kişilər, yəni seçicilərim məni dövrəyə almışdlar. Uşaqlar məni yaxşı görmək üçün ətrafdakı ağacların başına dırmaşmışdılar. Kişilərdən o tərəfə kəndin itləri çöməlib oturmuşdu, arabir mənim qırmızı qalustukuma baxıb bir-iki ağız hürürdülər. İtlərdən də o tərəfə qızlar, gəlinlər dayanıb üzü bəri baxırdılar.

Məni ən çox düşündürən ağızlarının böyrü qara itlər idi. Ona görə ağzı qara deyirəm ki, bu itlər tərəkəmə itləri-di, həm çox etibarlı, həm də çox tutağan olurlar. Çünki on-lar adamı bir dəfə tanıdılarsa, heç vax unutmurlar.

Gördüm, camaatı öz dillərində o qədər aldadıblar ki, daha mənə heç bir yer qalmayıb. Ona görə keçdim rəsmi plaformamın 3-cü bəndinə. Dünyada gedən qloballaşma və milliləşmə məsələləri və bu prosesdə Azərbaycanın tutduğu yol barədə danışmağa başladım. İnsafən, sağ olsunlar, məni bu fikirlərimə görə çox alqışladılar. Görü-nür, bu sahədə onları hələ aldatmayıblar, amma arxada dayanan itlər daha da bərkdən hürdülər. Qonşumuz, öz dost-doğmaca əmimoğlum Etibar itlərə bərk acıqlandı, hətta yerdən daş götürüb onlara tərəf atdı. İtlər həmin daşın dalınca xeyli qaçdılar və gördülər ki, atdıqları şey onlara tanışdı, sonra yenə qayıdıb həminki yerlərində çöməldilər, başladılar işin sonunu gözləməyə.

İtlərin səsini eşitdimi, nəydimi, bilmirəm, yerdən bir ağsaqqal kişi ayağa durub çox qəribə bir söz dedi və mən

Page 151: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

151

bu sözə görə quruyub yerimdəcə qaldım. – De görüm, səni bizim kəndin itləri tanıyır? İndi itləri

buraxacağam sənin üstünə, əgər tanıdılarsa, səni deputat seçəcəyik, tanımadılarsa yox. Çünki o deputat yaxşı deputat olur ki, onu seçildiyi kəndin itləri də tanıyır. Ona görə ki, çox gəlib-gedib kəndə.

Daha mənim deməyə sözüm olmadı. Ağsaqqal haqlı idi.

Elə bu zaman əmioğlumun yeddi qızdan sonra yeddi qurbanla tapılan oğul nəvəsi dabanlarını qaldırıb qulağıma elə bir söz dedi ki, mən iclası bağlayası oldum. Əmioğlu-mun nəvəsinin dediyi söz ondan ibarət idi ki, kəndin dü-kan sahibləri platformam və gözəl şəklim həkk olunan pla-katımı dükanların qabağına vurulmasına icazə üçün otuz manat pul istəyirlər. Səbəbini soruşanda dedi ki, qabaqkı deputat əlli manat verirmiş və mən əmioğlu olduğum üçün otuz manata razıdırlar.

Bildim ki, bu kənd məni deputat seçməyəcək, rəhmətlik dədəm deyərdi bu at bu dəvəni qaytarmayacaq. Şələ-şüləmi yığışdırıb qayıtdım şəhərə.

Page 152: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

152

QƏŞƏMƏ BİR DƏNƏ QƏLƏM

ər gecə evə gələndə qapıda problemlərimlə basa-basa gəlirəm. Düzəlməyən işlərimi alnımla kənara itələyib içəri girirəm. Alnım ağrıyır. Əlimdə

“Ədəbiyyat qəzeti”, həyətdə yoldaşıma verirəm, keçirəm içəri.

Özümlə köntöy bir misra gətirmişəm. Hə, qələm lazımdır. Hanı qələm? Ağzım açılan kimi qızım qaçır evciyinə. Qələmi dirək qoyubmuş evciyinə. Gətirir qələmi. Yoldaşım mızıldanır: Üç uşaq, bir də sən, cəmi bir qələminiz var, özünə bir qələm al.

– İndiki qələmlər bərəkətsizdir. Vərəqin bu başından girməmiş, o başında qurtarır-deyirəm.

Yoldaşım susur... Yazıçılar Birliyindən gətirmişəm bu misranı.

Yonmalıyam. Üzümün qırışından qorxur qızım. Misranı yonduqca üzümün qırışı azalır. Qanım qaradır. Qızım bilir məni nə ilə sevindirmək olar.

– Ata, Anar müəllim televiziyada danışırdı Uşaqların xətri xoş olsun deyə, bu gün bir yerdəydik –

deyirəm. 5-ci sinifdə oxuyan oğlum “Ədəbiyyat qəzeti”ni

vərəq­ləyir. – Ata, yenə şeirlərini verməyiblər – Vermədilər, oğlum. Yoldaşım pərtliyi aradan qaldırmaq istəyir: – Bayaq prezident Zəlimxan Yaqub haqqında danışırdı.

H

Page 153: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

153

Yoldaşım bunu təsadüfən demir... Misranı yonduqca üz qırışlarım azalır. Elə bil üzümün

qırışlarını yonuram. Qələmi yerə qoyan kimi qızım götürür, aparır evciyinə,

deyir, qonaqlarım var. Qələmi bu dəfə çıraq eləyir qızım. Yoldaşım səhərki bazarlıq üçün siyahı tutmaq istəyir.

Qələm axtarır. Qızımın evciyi yenə uçur. 10 kilo kartof (Gədəbəy) 4 kilo ət (mal) 3 kilo düyü (tamaşa) 2 kilo qənd (kəllə) 2 kilo kələm (dolmalıq) 20 dənə yumurta (kənd) 2 dənə diş pastası (siqnal) Turalın boğazına dərman (Lüqol) Qızım siyahıya kukla yazdırmaq istəyir, oğlum tapança.

Asılı qalıblar qələmdən. Sözləri keçmir. Pis oluram. Bilirəm ki, yazmayacaq. Qayda belədir. Kim nəyi çox

istəyirsə, onu yazmırlar, vermirlər. Özüm yadıma düşürəm. Mənim də adımı beləcə

siyahıya yazmadılar. Bir dəfə yazmışdılar, sonra pozdular. Yenə üzüm qırışır. Aha, yonmaq lazımdır.

Qələmi mənə ver – deyirəm. Qızım deyir: – Növbə mənimdi. İndi qələmim “Bəbə” olacaq. Elə bu an yoldaşım siyahıya əlavə edir: “Qəşəmə bir

dənə qələm”. Adımı ilk dəfə siyahıya yazırlar. Sevinirəm. Üzümün

qırışı quruyur. Deyirəm, ilahi, insanı xoşbəxt eləmək nə qədər asanmış.

Arada qızım qələmi oğurlayır, aparıb qoyur evciyinə. Elə tənhayam ki, onun evciyinə girib yatmaq istəyirəm.

Bəlkə də onun evciyinin yanında hər şey mənasızdı.

Page 154: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

154

Oğlum deyir: – Ata, indi şeirlərin qəzetdə çıxmayacaq? – Yox... Oğlumun o məchul kədərini heç vaxt unutmuram. Qızım deyir: – Ata, şeirin çıxanda mənə kukla al. Kiçik oğlum: – Ata, şeirin çıxanda mənə ayaqqabı al. – Ata, prezidentlə görüşəndə denən bizə ev versin. Sonra oğlum qardaşına: – Qabaqlar Zəlimxan Yaqub da ata kimi kasıb imiş. – Fikrət Qocanın da şeirlərini qabaq qəzetlər gec çap

edirlərmiş… – Qabaq Nəriman Həsənzadəni də televiziyaya az

çıxırmış… – Musa Yaqub da ata kimi kirayə qalırmiş. Üzüm qırışlanır. Alnımla nəyisə irəli basıb aparıram.

Yol aşıram. Mənə qələm verin, alnımın qırışlarını yonmaq istəyirəm

Page 155: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

155

DÖŞƏK İYNƏSİ

əyat yoldaşım eynən anam kimidir. Xırda-mırda ev əşyalarını çox istəyən. O günü deyir ki, bəs qızlara cehizlik döşək hazırlayıram, döşək iynəsi

gödəkdir, gedək Sədərək Ticarət Mərkəzindən döşək iynəsi alaq.

Nə isə, iki yoldaş olub düzəldik yola, gəldib çıxdıq Sədərəyə.

Sədərək Ticarət Mərkəzinin girişində yerləşən məşhur “Femina Xəz – Dəri Qaleriyası” adlanın dükanın yanından keçəndə bir dəstə oğlan aldı başımızın üstünü.

Çavan oğlanlar yalvarişlı səslə xahiş etdilər ki, heç olmasa bir dəqiqəliyə onların təklif etdiyi dükana dönək.

Etiraz edirəm: – bizim başqa işimiz var, nəvəmiz üçün oyuncaq (daha durub döşək iynəsi deməyin yeri yoxdur) almağa gedirik. Cavan oğlan daha da qızışır: – Xahiş edirəm almasanız da, baxın, elə-belə qiymətlərini soruşun, nə olar, xahiş edirəm keçin içəri, keçin, keçin endirim eləmişik. Qeyri-ixtiyari yoldaşım soruşur: – Endirim nə qədərdir?

Cavan oğlan cavab verir: – səksən faiz. Ürəyimdə gülürəm, gör qiyməti nə qədər qaldırıblar ki,

ondan sonra səksən faiz endirim ediblər. İçəri daxil olan kimi mini yubka geyinmiş qızlar,

“bazburutdu” kişilər bizi elə gülərüzlə qarşılayırlar ki, az qala könülsüz gəlməyimizdən utanaq. Utanmaq o yana dursun, lap döşək iynəsi almağa gəlməyimizi yadımızdan çıxaraq.

Bizə çay gətirirlər. Kişinin biri diqqətlə mənə baxır: –

H

Page 156: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

156

Siz mənə tanış gəlirsiniz, hardasa görmüşəm sizi. Bilirəm ki, adamların məni tanımağı həyat yoldaşımın

çox xoşuna gəlir. Bu dəfə kişi lap əlini dodağına qoyub fikirləşir.

– Universitetdə müəllim deyilsiz? Düşünürəm ki, bu jest artıq şubanın bahalığı üçün əsaslı

zəmin hazırlamaqdır. – Yox – deyirəm. – Aha, tapdım, parlament, deputat, hə televizor...

sesiyalar... Həyat yoldaşım artıq xəyallar aləmindədir. Artıq

Sədə­rəyə nə üçün gəlməyimiz onun yadından çıxıb deyəsən.

Həmin kişi ciddi bir şəkildə o biri yoldaşına deyir: – Müəllim tanış adamdı, onun yoldaşına ən yaxşı bir

şuba gətir. Həmin adam: – baş üstə – deyib gedir. Qollarının üstə

bir şuba dərhal geri dönür. Bizi qarşılayan kişi şuba gətirənin üstə necə qışqırırsa,

əməlli-başlı utanmağa başlayıram. – Qaytar onu, ay axmaq, müəllimə elə şubaları biz layiq

bilmərik, get ən yaxşısını gətir. Bu gün dükanımıza görkəmli ziyalımız təşrif buyurub.

Sonra mənə baxıb deyir: – müəllim, siz bizim fəx­rimiz­siniz, başımızın tacısınız.

Həmin oğlan yeni bir şuba ilə gəlir. – Təzə modeldir, bir dənə qalıb. Qiymətini soruşuram: – Neçəyədir? – On beş min dollar, amma endirim eləmişik, dörd min

dollar, siz bizim ziyalımızsınız, sizə üç min dollar. Yanımda yoldaşım yox, başqa bir qadın olsaydı,

hökmən infarkt olacaqdım.

Page 157: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

157

Şubanı yoldaşım geyinir. Satıcı qız çiyinlərini düzəldə-düzəldə izah edir: – Ətəkləri açılır, payız aylarında belə edərsiniz, qolları da dirsəkdən aşağı açılır, yoldaşım lap həyacanlanır. Deyəsən döşək iynəsi almağa gəlməyimiz yadıında çıxıb.

– Çox bahadı, qalsın başqa vaxta – deyirəm. Kişi deyir: – Müəllim, on il zəmanətlə veririk. – Bu şubanı neçə il geyinərlər? Deyir – dörd il. Məntiqsizliyi ayırd eləməkdən uzağam Çünki bu dilli-

dilavər kişinin növbəti izahı artıq məni yoracaq. Yenə: – yox – deyirəm – istəmirik, sonra alarıq. Kişi qızların üstünə qışqırır: – O birisini gətirin. Çayımızı təzələyən qız asılqanlara tərəf yüyürür, bir

dəqiqə keçməmiş qollarının üstündə iki şuba geri qayıdır. – Biz şuba istəmirik – deyirəm. – Almasanız da, xahiş edirəm, xanımınız bunu da

geyinsin. Yenə izahlar, tükün yumşaqlığı, hansı ölkənin olmağı,

brolyer toyuğu kimi yetişdirilən heyvanın dərisindən olmamağı... Artıq başım partlayır. Deyəsən təzyiq...

– Qardaş, bizə şuba lazım deyil, biz xırda-mırda şey almağa gəlmişik.

– Xahis edirəm, bu şubanı da geyinsin, bunu iki min beş yüz əlli dollara verirəm. Lap kreditlə də olar.

Bərkdən əsəbləşirəm. – İstəmirik, istəmirik, istəmirik. Yoldaşımın əlindən tutub çıxıram. Aşağı düşən kimi o

biri oğlanlar üstümüzə cumur, bizim dükana da dəyin, almasanız da baxın.

Oğlanları kənara itələyirəm – rədd olun, bizə yol verin. Yoldaşıma: – özümü pis hiss edirəm – deyirəm.

Page 158: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

158

Maşını düz sürürəm Bayıla, təcili yardım xəstəxanası-na. Artıq qulaqlarım uğuldayır. Həkim təzyiqimi təkrar ölçə-ölçə dodaqlarını büzür. Yoldaşım soruşur: – həkim, təzyiq neçədir?

– 190/120 Həkim tibb bacısına göstəriş verir dibazol, papaverin,

hazırla. İyirmi beş damcı karvolol... Tibb bacısı əzələmə iynə vurur. İynəni görən kimi yoldaşımın səsini eşidirəm. – Vay, biz döşək iynəsi alacaqdıq.

Page 159: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

159

ARVADLA FUTBOLA BAXMAQ

ünyanın ən qəliz məsələlərindən biri də budur ki, futbola baxmaq istəyəsən, pulkt da arvadın əlində ola, o da seriala baxmaq istəyə. Gümanın ona gəlir

ki, arvadı aparıb bir gecəlik dədəsi evinə qoyasan, üç şüşə pivə alasan, bir az da noxud, içəsən bala-bala, baxasan futbola. Amma nə qədər eləyəsən, arvad da dədəsi evinə getməyə.

Əlacım ona qalır ki, futbolu arvada başa salam, onu da salam öz günümə. Gördüm ki, futbolu başa salmağın özü də qəliz məsələdir. Metodumu sadələşdirib keçdim başqa bir dərsə. Bilirəm ki, yoldaşıma nə təsir edə bilər, nəyi tez öyrənə bilər, ona görə də iri bir ağ kağız götürdüm. Ortasında geniş bir dairə çəkdim. Dairəni iki yerə böldüm.

Dedi: – Bu, nədir? Dedim: – Azərbaycandır. – Bəs ikiyə niyə böldün? Dedim: – Mən bölməmişəm, 1828-ci ldə Türkmənçay

müqaviləsində ruslarla farslar bölüb. – İndi biz hardayıq? – Bu balaca hissədə. – Bəs o tərəf? – O tərəf Cənubu Azərbacandır, Mərkəzi şəhəri –

Təbriz. otuz milyon soydaşımız farsların zülmü altında inildəyirlər. Məktəbləri yox, dilləri də fars dili...

Gördüm yoldaşım kövrəlir. Keçdim öz tərəfimizə. – Şimali Azərbaycan, paytaxtı Bakı şəhəri Cəmi

D

Page 160: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

160

qoqquz milyon doqquz milyonun biri sən, bir mən, ikisi də uşaqlarımız.

Artıq futbol başlayıb. Oyunçuları gözdən qoymuram. Ciddi nəzarətim həmişəki kimi öz yerindəndir.

Yoldaşım lap kövrəlir: – Bəs biz buna necə dözürük? Niyə ürəyimiz partlamır?

Niyə üsyan eləmirik? Ayağa qalxmırıq? Niyə birləşmirik? Yoldaşım televizorun pulktunu tulladı kreslonun

üstünə, başladı için-için ağlamağa. – Özü də çox hissəmiz o tərəfdə qalıb. Az bir hissə biz

tərəfə düşüb. Pulktu götürüb televiziyanın səsini artırdım. O saat işarə elədi ki, çevir seriyala. Tez vərəqi goturub özümüz tərəfdəki dairənin başından

bir az kəsib ayırdım. Tez sorusşdu: – Bu, nədi belə? – Dərbənd – Onu kim alıb bizdən? – Ruslar Tez başladı ağlamağa. – Ay aman, bizim millətin başına nə oyunlar gətiriblər.

Bəs ürəyimiz niyə partlamır? Elə bu zaman məndən ürək dərmanı istədi. İyirmi

damcı korvalol verdim. Bir az dəsmalla mehlədim, özünə gəldi. Gözüm futboldadır, artıq serial-zad yaddan çıxıb.

Yənə vərəqi götürüb aşağı tərəfdən bir azca kəsdim, kəsdim deyəndə ki, cız çəkib dairədən ayırdım.

Dedi: – Bu, nədir? – Göyçə – Onu kimi alıb? – Ermənilər. Yoldaşım bu dəfə elə ağladı ki, o biri otaqdan uşaqlar

səsinə gəldilər.

Page 161: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

161

– İlahi, bizi bölə-bölə nə günə qoyublar? Tez dairədən yenə bir az kəsib ayırdım Dedi: – O, nədir? Dedim: – Zəngəzur qəzası – Onu kim alıb? – Ermənilər Artıq həyat yoldaşım uduzan komandanın azerkeşi kimi

ağlamaqda idi. Hesab 2: 0 mənim komandamın xeyrinədir. Yenə qələmi götürüb kiçik bir ərazini də ayırdım. Dedi: – Bu, nədir? Dedim: – Qərbi Azərbaycan – Onu kim alıb? – Ermənilər Bu dəfə lap qəşş elədi. Bizi parça-parça edənlərə

qarğıdı, başına döydü – Oyy yaralı vətənim – dedi. Mənim gözüm yenə futboldadı. Komandam sürətlə

irəliləyir. Elə bu zaman hakim oyundan kənar vəziyyəti göstərir.

Yoldaşımın bənizi avazıyıb. Kədər-qəm içindədir. Anamı yanına çağırır.. Vərəqi ona göstərir. Anam da ona qoşulur:

– Evi yıxılan balam, hey, Vətənim hey, obam hey. Yoldaşım vərqədəki kiçik dairələrə əlini çırpa-çırpa

deyir: – Bu Təbriz, bu Göyçə bu Dərbənd, bu Zəngəzur… Anam artıq dillə ağlayır:

– Arazı ayırdılar, Qumuynan qayırdılar. Mən səndən ayrlmazdın, Zülmnən ayırdılar.

Page 162: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

162

Gözümü futboldan çəkmirəm. Mənim sevimli koman-dam yaşıl geyimdədir. Gərgin vəziyyət yaranır. Yenə güncdən zərbə.

Anamın səsi otağı götürüb. Artıq Təbrizi, Dərbəndi, Zəngəzuru, Göyçəni oğlanları kimi ağlayır. Elə bil müha­ribəyə gedib qayıtmayıblar. Bir azdan aralığa sukut çökür. Yoldaşım və anam yas içindədilər.

Yoldaşım deyir: – Sənin dediklərini atama deyə bilmərəm, ürəyi

xəstədir. Bəlkə, anama deyəm. Elə bu zaman anam üzünü mənə tutdu: – Kanalı çevir, seriala. Görək arvadına xəyanət edən

kişinin axırı nətər oldu? Yoldaşım dinmir. Elə bu zaman vərəqi əlimə götürüb öz tərəfimizdən bir

az da kəsdim. Yoldaşım dedi: – Bura haradır? Dedim: – Qarabağ Bunu o, artıq əzbər bilir. – Onu da ermənilərər alıb ey, Şuşam ey, Ağdam ey –

deyib hönkürdü. Qarabağ müharibəsi elə bil ona yenicə çatıb. Anam da

qoşuldu gəlininə. Artıq bir-birini qucaqlayıb ağlayırdılar. Televiziyaya baxmaq ikisinindən yadından çıxdı.

Vərəq stolun üstə idi. Parça-parça olmuş Azərbaycanı anam elə dillə ağlayırdı ki, futboldan gözümü çəkməyə məcbur olurdum. Artıq mənim komandam hesabı artırıb. Hesab artıq 3: 0-dır.

Budur, yenə mənim komandam sürətlə irəliləyir, yenə aut. Ən zəhləm gedən şey futbolda autdur. Oyunu ləngidir. Qələbə üçün heç bir əhəmiyyəti yoxdur.

Stolun üstəki vərəqi anam öpüb gözünün üstə qoyurdu.

Page 163: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

163

Sinəsinə sıxırdı. Azərbaycanım – deyirdi. Əslində anam da, yoldaşım da Azərbaycanın zaman-

zaman bu cür hissələrə parçalandığını bilirdilər. Dörd nəfər qohumum Qarabağda şəhid olmuşdu. Elə bil dərdlərimizi bu qədər yaxından görməmişdilər. İkiyə bölünmüş Azər­baycanın xəritə esgizini bilmirdilr. Xətlərlə ayırdığım ərazilər onlar üçün canlı idi.

Futbol sona çatdı. Hesab: 3: 0 mənim komandamın xey­rinə. Qələbə bizimlə olsa da, vərəqə baxa-baxa əhvalım pozulurdu.

Yeni bir vərəq götürdüm. Üstündə iri bir dairə çəkdim. Ətrafında kiçik hissələr cızmadım. Elə üstünə bütöv Azad Azərbaycan yazdım.

Anamla yoldaşım elə sevinirdi ki, gəl görəsən. Elə bilir­dilər, hər şey mənim əlimdədir. Anam o kağızı hələ də saxlayır.

Page 164: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

164

İNSAF ƏRƏ GETDİ, MÜRVƏT ÖLDÜ, İMANI DA TUTDULAR

acıma məktəb çantası almaq istəyirdim. Həmişə bacımın çanta pulu cibimdə darıxırdı. O pul bütün pullarımdan seçilərək cibimin bir küncünə

toplanırdı. Kim bilir, bəlkə də əcəl neçə dəfə məni bacımın çanta puluna bağışlamışdı.

Əvvəlcə mağazalara baxdım. Xoşuma gələn çanta olmadı ki, olmadı. Özümü bazara verdim. Kök bir arvadın əlindəki qırmızı çanta məni çağırırdı. Lap gözəl çanta idi. Arvada yaxınlaşdım.

– Ay xala, neçəyədi bu çanta? – Bıy, xalan boyuna qurban, heç neçəyə. İyirmi beşdən

satmışam, iyirmiyə götür. Düzü, çox baha idi. Öz qiyməti altı manat olardı, ya

olmazdı. – Çox baha verirsən, xala. – Baha deyil, xala sənə qurban. Üstümüzə o qiymətə

çıxır. Nə qədər çalışdım, çantanın qiymətini endirə bilmədim.

Cibimi tökdüm. Cəmi on doqquz manat pulum var idi. Bir manatım çatmırdı.

– Xala, çəmi on doqquz manat pulum var. Tələbəyəm, xahiş edirəm, götürün.

– Yox, xala qurban, kəsmə pulumu. Bu gözəllikdə çantanı o qiymətə satsaydım, öz qapımda satardım. Gözlə, pulun düzələndə gəlib alarsan.

– Yoxumdur, xala, olanım budur, on doqquz manat. – Nə üzdü oğlansan, ə... Sən öl, polis çağıraram bu saat.

B

Page 165: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

165

Mən əsəbləşdim. – Ay xala, insafın, mürvətin olsun. Heç imanın yoxdu

sənin. On doqquz manata çanta olar? O, cəld qolumdan tutub, məni özünə tərəf çəkdi.

Yavaşca qulağıma dedi. – Oğul bala, bilirsən nə var? İnsaf ərə getdi. Qonşumuz

idi. Bu geçə qaçırdıblar. Xoşbəxt olsun, qəşəng qızıydı. Mən donub qalmışdım. Nə İnsaf? İnsaf kimdi? Arvad qolumu buraxmırdı. – Oğul bala, sonra Mürvəti soruşdun? Mürvət də öldü.

Çox yaxşı kişiydi. Bir geçənin içində infarkt oldu. Allah ölənlərinizə rəhmət eləsin, bala.

Mən arvadın əlindən çıxmağa çalışırdım. O biri arvadlar da mənə baxırdılar. Bilmirdim nə edim? Xəcalət təri məni basmışdı.

– Oğul bala, qaldı ki, İman. Onu da bu yaxınlarda tutdular. Yazıq guppultu ilə getdi. İşlədiyi idarədə kəmi çıxmışdı.

Özümü arvadın əlindən güclə qurtardım. Qırmızı çantanın məhəbbətini ürəyimdən birdəfəlik sildim. Bacımın rəngli karandaşları, mürəkkəb ləkəli barmaqları hey fikrimdə dolaşırdı.

Aradan on gün keçmişdi. Avtobusla evimizə gedirdim. Arxadan qoca bir arvadın gileyli səsi eşidilirdi.

– İndiki çavanlarımız qocalara hörmət etmirlər. Anaları yaşındayam. Səhərdən ayaq üstə dayanmışam. Qıçlarım qırılır. Heç birində mərifət yoxdur.

Arxaya çevrildim. O idi. Qırmızı çantanı satan arvad. İstədim deyəm ki, ay xala, mərifəti tutublar. Demədim. Çünki bizimlə Mərifət adında bir oğlan oxuyurdu. Çox yaxşı oğlanıydı. Əlaçı kimi təqaüd alırdı. Qarabağda vuruşmuşdu. Bir qardaşı şəhid olmuşdu.

Qoca arvad isə hey danışırdı. Gəncliyin adına min cürə

Page 166: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

166

böhtanlar yağdırırdı. Mən qalxıb yerimi ona verməli oldum. Fikirləşdim ki, necə olsa o anadır. Xəstədir bəlkə. Bir sözlə, o hər şeydən əvvəl anadır. Vəssalam. Sonra ürəyimdə buna əks fikir doğdu. Əgər o anadırsa, niyə qırmızı çantanı mənə vermədi. Axı bir manatım çatmırdı. İndi bacımın yanına çantasız qayıdıram. O, qabağıma yüyürəcək, məndən çanta istəyəcəkdi. Nə deyəcəyəm ona? Yenə ürəyimdə buna əks fikir yaranır. O, çantanı mənə satmasa da, anadır. Hər şeydən əvvəl, ana!

Page 167: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

167

TEATR

ç-dörd il bundan əvvəl saat on beş radələrində Fəvvarələr bağından keçirdim. Gördüm xeyli adam var, özü də orda-burda dəstə-dəstə dayanıblarə

Dedim bəlkə kiminsə küçədə ürəyi gedib və ya kimsə ölüb.

Həmişə adamların topa dayanmağını belə məsələlərlə əlaqələndirəm. Ağlıma ayrı bir şey gəlməz. Özü də ürəyim­dən keçər ki, həmin ürəyi gedən və ya ölən adama diqqətlə baxım, görüm adamın ürəyi necə gedir və ya necə ölür? Əslində, içimdəki qorxu məni həmişə dəhşətli şeylərə, avtoqəzalara və yaxud ürəyi gedən və ya ölən adama tərəf itələyir. Kənarda dayanıb fikirləşəndə daha çox qorxuram, nəinki dəhşətli hadisələri yaxından görəndə...

1998-ci ildə anam can üstəydi. Həyətdə o yana, bu yana qaçıb ağlayırdım. İçəri keçib onu son dəfə görmək istəyirdim, yaşlı adamlar buraxmırdılar. Deyirdilər ki, xəstə adamam, birdən ürəyim gedər və ya ölərəm. Axırda ağsaqqalların biri qapıda gələnlərə yer göstərən qadına dedi ki, onu içəri buraxın, sakitləşəcək. İçəri keçib anamın baş tərəfində dizlərimi qucaqlayıb oturdum, hər şeyi anladım və sakitləşdim.

Ona görə fəvvarələr bağında baş verən hadisənin mərkə­zini tapıb sakitləşmək qərarına gəldim. Mərkəzi-zadı yox idi. Bir o başa, bir bu başa gedib-gələndən sonra kimdənsə soruşmaq qərarına gəldim. Hər adamdan söz-zad soruşan deyiləm. Hər adam söz soruşulası da deyil. Üst-başına, yör-yöndəminə baxandan sonra nəsə soruşmaq

Ü

Page 168: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

168

haqqında qərara gəlirəm. Özü də nə soruşsam rayon adamına oxşayandan soruşuram. Bilirəm ki, yazıq, əgər bilirsə, dəqiqliyinə qədər xırdalayacaq. İndi burda kimdən soruşum? Daha bu metro və şadlıq sarayı deyil ki, elə qabağına çıxandan yerini soruşasan. Gərək ölçəm, biçəm.

Ən maraqlısı budur ki, meydanda polis adamdan çox-dur. Dəyənəkləri də böyründə. Adamların əksəriyyətinin bir əlində siqaret var, bir əlində bayraq, hər ikisi dalğala-nır. Polislərin xidməti telefonlarının səsi ətrafa yayılır. Adamlar fikirli-fikirli və topa-topa dayanıblar. Sanki elə bil cənazəni bu meydandan yola salacaqlar. Və yaxud elə bil polislərə məlumat verilib ki, fəvvarələrin birinə bomba qoyulub. Hamı tez-tez saatına baxır və hərdən də bir-birilərini kənara çəkib pıçıldaşırlar.

Rayon adamına oxşayan axtarıram. “Bundan soruşmaq olar, ya olmaz “ – deyərək bir neçə dəfə dairə cızdım. Gör-düm həm polislər həm də adamların bəziləri mənə baxırlar və məndə şübhəli bir şeyin olacağını dəqiqləşdirmək istə-yirlər. Mən sürətlə adamları nəzərdən keçirməyə başladım. Yəni sübut etməliydim ki, məndə heç nə yoxdur, hər şeydən xəbərsizəm və sizdən soruşmaq istəyirəm.

Vəziyyət daha da gərginləşir. Diqqətlər mənə yönəlib. Sanki axtardıqları və gözlədikləri adam mənəmmiş. Çünki mən heç bir dəstənin içində deyildim, tək idim. Demək, onlar axtardıqları “O” mənəm.

Rayonumuzda Nizam həkimin dediyi bir məsəl ildırım sürəti ilə yadıma düşür. “Dəstəsindən ayrılan durnanın səsi havadan deyil, tavadan gələr”. Addımlarımı yeyinlətdim. Rayon adamına oxşayan bir nəfəri gözüm aldı, amma yanında dörd polis vardı. Şirin-şirin söhbət edirlər. Hətta polis nə deyirsə, oğlan polisin uzanmış əlinə hərdən-bir şillə çəkir. Artıq mən yanlarındayam. Xeyli toxtamışam. Gördüm ki, polis adamlarla çox mehribandı. Hətta geyimi

Page 169: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

169

mənə oxşayan bu oğlanla ürəkdən deyib-gülür. Demək, burda problemdən söhbət gedə bilməz. Polis damağına siqaret qoydu, oğlan cəld siqareti yandırdı. Sonra polis oğlana siqaret uzatdı. Oğlan dedi ki, rəis, mən ondan çəkmirəm, cibindən ayrı bir siqaret çıxarıb qoydu damağına, polis də onun siqaretini yandırdı. Gördüm, burda çox mehribançılıqdı, elə bunların yanında durmağım məsləhətdi. Polisin biri rayon adamına oxşayan oğlandan soruşdu:

– Nə qədər çəkər? – Uzağı iyirmi beş dəqiqə. Maraq məni bürüdü. Tez soruşdum: – Burda nə olacaq? Polis rayon adamına oxşayan oğlana göz vurub dedi: – Teatr. Bir az keçmişdi ki, ayrı bir polis gəldi. Qara, kök bir

polis. Bu polislər o polisə “çest” verdilər. Gələn polis rayon adamına oxşayan oğlanla görüşüb öpüşdülər. Xeyli əhvallaşıb gülüşdülər. Mənə də yüngülvari salam verdi, xeyli ürəkləndim. Polislərin ən yekəsi gələn polisə dedi ki, qaqaş maşını təzələyib, X-5 alıb. Gələn polis oğlanı bir də qucaqlayıb öpdü.

– Şirinlik məndə – dedi. Elə bu zaman çaxnaşma düşdü. Xüsusi geyimli və kü-

rəklərinə və sinələrinə “Media” yazılmış bir dəstə adam əllərində diktofon, fotoaparat, videokamera bizi mühasirə-yə aldılar. Elə bu zaman rayon adamına oxşayan oğlan tez yerə yıxılıb qışqırmağa başladı:

– İstefa! İstefa! Polislər onun qolundan tutub sürüməyə başladılar. Oğlan elə hey qışqırırdı: – Əclaflar, buraxın məni. İstefa! İstefa! Polislər onun qolunu burub arxasında saxladılar,

Page 170: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

170

quş­qon­mazına bir-iki yüngülvari təpik vurdular. İstədim onu polislərin əlindən alım. Amma görəndə ki polislərini ən uşağı və ən arığı onun quşqonmazına dəyən təpiklərin tozun təmizləyir, bir az toxtadım.

Amma oğlan dayanmırdı: – İstefa! İstefa! Polislər onun ağzını əlləri ilə tuturdular. Axırda polisin

biri əl dəsmalı ilə onun ağzını bərk-bərk bağladı. O, isə qışqırırdı: – Sizdə demokratiya yoxdur! Azadlıq! Azadlıq! Polislər dubinka ilə yüngülcə onun ayağına vururdular. Hər tərəfdən fotoqraflar, videolar çəkirdi. Oğlan artıq iki sözü birdən deyirdi: – Azadlıq! İstefa! Elə ki şəkil və video çəkənlər, jurnalistlər getdilər,

oğlan ayağa qalxıb üst-başını çırpdı. Polislər də ona kömək elədilər. Sonra damağına siqaret qoyub yandırdılar. Xeyli gülüşdülər. Oğlan polislərlə öpüşüb ayrıldı. Mən yerimdəcə donmuşdum. Demək, burda təkcə yad adam mən idim. Polisin biri məni başdan-ayağa süzüb dəyənəyini yuxarı qaldırdı:

– Rədd ol... Mən sürətlə oradan uzaqlaşmağa başladım. Hələ də

bilmirəm o teatr nə idi?

Page 171: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

171

ŞƏKİLLİ KİTABLAR YANMIR

ir anın içində qar Bakını böyrü üstə qoydu. İşıqlar söndü, qaz kəsildi. Yoldaşım dedi ki, get nəvə­lərimizi gətir. Üşüsək, bir yerdə üşüyək,

qızışsaq, bir yerdə qızışaq. Lap ölsək də, bir yerdə ölək. Oğlanlarımızı da gətir, qızımızı da, üstəlik uşaqlarını da...

Səhərdən günortayacan evə adam daşıdım. Yoldaşım dedi ki, bəs indi evi nə ilə qızdıraq? Fikirləşib keçdik evin arxasına, gözdən-könüldən uzaq düşən, kənddən gətir­diyimiz odun peçinin axtarmağa... İllərin ağırlığı, köhnə mebellər, taxtalar, çarpayılar hamısı peçin üstə yığılıb. Böyük məhəbbətlə başladıq zir-zibilləri peçin üstündən götür­məyə. Az qala peçə layla çalaq, az qaldı “qadan alım”– deyək.

Yarım saatdan sonra əlimiz çatdı peçə. Elə bil otuz il əvvələ – qoyub gəldiyimiz yurda döndük. Könlümüz qana döndü, gözlərimiz yaşardı. Peçin ayaqlarının ikisi əyilib. Ortası çöküb. Az qala sağ tərəfini qara torpaq çürüdüb. Uçqunun altından adam çıxarırmış kimi peçi oxşaya-oxşaya qaldırdıq yuxarı. Hər tərəfini sığallaya-sığallaya yoldaşım başladı kəndi tərifləməyə: “Əşi, kənd hayıf deyil? Gərməsi bol, odunu bol, sayğacı yox, nəzarətçisi yox, kartofdan soy tök peçin üstünə qızarsın, uşaqlar da doyunca yesin”.

Qara, paslı peçi oxşaya-oxşaya gətirib qoyduq evə. Yoldaşım başladı odun peçinin insan səhhətinə xeyrindən danışmağa: “Allah kəssin qazı, gündə biri boğulub ölür. Hayıf deyil odun peçi? Dədə-babamız həmişə kombi yandırmayıb ha...”

B

Page 172: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

172

Burda ürəyim partlayır, yazmasam olmaz. Elə odun peçinin ən böyük düşməni yoldaşım özüdür. Şəhərə gələn kimi odun peçini, hətta evin arxasına da layiq bilmədi. Dedi, bizə gələn nə deyər. Qara peç hara, Bakı hara? Gərək kombi alaq, evə “atepleniya” çəkdirək. Başına döndüyüm kombini gətirib oturtduq evimizdə. Odun peçini də atdıq evin arxasındakı zibilliyə. Elə ki, qar yağdı, işıqlar söndü, kombi getdi işinin dalınca, su dondu içində. Sonra yandıranda partladı.

İndi oturmuşuq odun peçinin ətrafında, başlamışıq kənddən danışmağa. Yoldaşım deyir: – Gərmədə, odunda efir yağı var, qol-qıç ağrısına xeyirdi, gözə də böyük əhəmiyyəti var”.

Mən də dinmirəm. İki gün keçmişdi, odun qurtardı, elə kombi yada

düşmək istəyirdi ki, qonşu məni səslədi: “Bizdə taxta var, gəlin aparın” – dedi.

Qonşunun verdiyi odun da qurtardı, yoldaşım stolun üstündəki qəzetləri basdı peçin içinə. Peç guruldadı. Hər şey də elə bununla başladı. Nəvələrim hücum çəkdilər yazı stoluma, lazımsız kağızları verdim aparıb atdılar peçə. Qaça-qaça gedib, qaça-qaça gəlirlər. Kağız vermədikcə ağlayırlar. Yoldaşım deyir ki, uşaqları ağlatma, kağız ver. Seçim qarşısında qalmışdım, başladım zəif şeirləri gedər-gəlməzə yola salmağa. Ən qəddar redaktor nəvələrimmiş. Əlimdən alırlar, bir anın içində peçə atıb gəlirlər. Bir –iki şeirimi cibimdə gizlətdim. Gördüm qabaqlarında dayan-maq mümkün deyil, kitab rəfimi nişan verdim. Başladılar kitablardan daşımağa. Kitab rəfimlə peç arasında huma-nitar bir axın başlamışdı. Balacalar iş başında idi. Peç də kürə kimi qızarıb. Əməlli-başlı kitabxanam boşalmaq üzrədir. Elə bil Azərbaycan ədəbiyyatına bəla gəlib. Dün-ya və Azərbaycan ədəbiyyatından cəmi beş-altı kitab

Page 173: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

173

saxlamışam, onları da başımdan yuxarı qaldırmışam. Nəvələrim gəlib mənə dırmaşırlar. Əllərini yuxarı uzadıb. “Baba bizə kitab vey”-deyirlər.

Artıq veriləsi kitab yoxdur. Peçin yanına gəlirəm. Verdiyim kitabların çoxu pecin yanında üst-üstə yığılıb. 3 yaş yarımlıq nəvəmdən soruşuram.

– Aysu, bəs bu kitabları niyə yandırmamısan? – Baba, kitablarda adam şəkilləri var, axı adamları

yandırmaq olmaz. Nəvələrim şəkilli kitabları seçib kənara qoyublar. Kövrəldim. Səhəri qar əridi. Yolların donu açıldı. Yoldaşım dedi ki,

get usta gətir kombini düzəlt, peçi də aparaq ataq evin arxasına. Şəhər yeridir, bizə yaraşmaz ki, odun peçi yandıraq.

Düşündüm, şəkilli kitablara baxıb çox düşündüm... Nəvələrimin səsi gəlirdi: “Baba, bizə kitab vey....”

Page 174: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

174

KÜÇƏ TELEFONLARINA SEGAH

üçə telefonlarının yanından sakit ötüb keçə bilmirəm. Gərək dayanam, baxam! Heç zaman zəngi çalmayan, heç vaxt nömrəsi və ünvanı

olmayan bu “lal qızlar”, “ bu yalqızlar” xatirələrin canlı heykəli kimi qalıblar bu şəhərdə. İki qəpiklik “şöhrəti”, adı-sanı vardı keçmişdə. Jeton adlı çətin tapılan bir qiyməti vardı bu telefonların. İndi nə yanında dayanan var, nə də heç olmasa kənardan bir baxan! Payızdı, payız yarpağıdı, indi küçə telefonları. Lal gəldilər dünyaya, dilləri olmadı bir adamı çağırmağa, səsləri olmadı bir adamı diksindirməyə. Nə olar, bir dəqiqə dayanın, üzündəki çapıqlara, cızıqlara baxın. Elə bil qədim əlyazmadı, amma Əlyazmalar İnstitutu deyil, sanki Xatirə Universitetidir küçə telefonları.

Jetonlarla cızılıb sifətləri, bir jeton “yeyəndə” başına yeddi dəfə qapaz vurublar. Kim oxuya bilər bu cızıqları, bu sətirləri? Hansı əsəbin, hansı sevginin duyğularından yazılıb bu sətirlər? Bəlkə hicran olanda, bəlkə ayrılıq düşəndə həkk olunub bu “qırışlar”. “Sevirəm” kəlməsini ilk eşidən bu telefonlar olub.

Bu əzabkeş dəmir parçaları yorğun-arğın dayanıblar küçələrimizdə. Xatirə küləkləri əsir başında. Gəlib gedən oğlanlara, qızlara aldanır, əvvəl sevinir, sonra arxalarınca həsrətlə baxır, sanki dəstəyini qaldırıb, öz başına vurur. Yalnız kasıbları tanıyır, kasıb oğlanlar, qızlar yağışlı və qarlı günlərdə onun dəmir çətirinin altına başlarını çox salıb.

Təkayaqlı küçə telefonları pərt olmasın deyə bəlkə

K

Page 175: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

175

onunla saatlarla danışan oğlanlar, qızlar iki dəqiqədən bir ayaqlarının birini götürüb, o birini qoyublar ki, qoy onlar da tək ayaqlı görünsünlər.

Telefonların üz-gözünə “Sevirəm” sözü yazılıb. Hamısının üstündə bir adın baş hərifi qeyd edilib. Hamısının üzündə plyus, minus işarələri var. Nə vaxt yazılıb, bilinmir... Bəzilərinin də tarix qalıb, 70-80-ci illərin tarixləri. Həmişə bu telefon köşklərində yarı yeyilmiş peraşki və ya dönər olardı. Pişiklər bunu yaxşı bilərdi, kənardan dayanıb gözləyərdilər, elə bil onlar da “danışmaq” üçün növbə tutublar. Kim bilir, bu peraşki və dönərlər hansı sözdən sonra yarımçıq qalıb. Bəzən pişiklər dəstəyi yalayar, dəstəyin yanında yatardılar.

Hərdən ürəyimdən keçir ki, bu küçənin tən ortasında, “İçərişəhər” metrosunun düz qabağında köhnəlmiş, əldən düşmüş küçə telefonları haqqında bir segah oxuyum, sözləri də belə olsun: “İki qəpiklik qəzetlər, iki qəpiklik telefonlar hara getdiniz? Getdiniz, getdiniz, gərək bu telefonları da özünüzlə aparaydınız, bizə göz dağı qoymayaydınız. Məgər bilmirsiniz, bir gözəl ağlayır küçə telefonlarında, bir oğlan hələ də üzünü söykəyib “dud-dud” eləyən dəstəyə. Küçə telefonlarında danışıb ailə quranlar, mobil telefonlarda ayrıldılar...”

Segahın ikinci hissəsi belə olardı: “Anam kənddə şalvarımı yuyanda cibimdən çıxan iki qəpiklər, jetonlar, metronun sarı beş qəpikləri həmişə məni ağladardı, şəhəri yadıma salardı – kənddə belə pulları xərcləmirlər – elə cibimdə yaşardı, yaşardı, məni ağladardı”.

Sonra segahımın zirvəsinə – zilə qalxardım: “Hanı deşib ucuna sap bağladığım, telefonları aldatdığım jetonlar... Kasıb idik, pulumuz yox idi onda, ona görə yeniliyə-oğurluğa əl atdıq, sap taxdıq. Buna görə bizi bağışlasın vətən!”

Page 176: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

176

Segahımın son notlarını müasirliklə bağlamalıydım: “Bahalı telefonlar gələndən sonra bu telefonları uçurtduq. Ona görə ki, vacib məsələləri mobillə müzakirə edə-edə gedəndə qəfil qabağımıza çıxıb bizi yıxardılar. İki qəpiklik telefonda danışdıqlarımız min manatlıq telefonda danışdıqlarımızla düz gəlməyəndə bu zaman küçə telefonları dəstəyini “şarap” üzümüzə çırpa bilərdi...”

Sonra segahıma ayaq verərdim: “Adam yeriyə-yeriyə danışanda əyri yeriyir, sözlər yalan olur, adam dayanıb danışanda gözəldi. Qədim telefonların yanında göz dağı kimi yaraşıqlı, bahalı telefon köşkləri tikdik. Bu telefon köşkləri xaricdən gələn telefonların yerli qardaşlarıdır...”

“Cip” maşınında gedə-gedə cib telefonu ilə danışan kök, qırmızı qalstuklu kişini görəndə segahı yenidən zilə qaldırardım: “İki qəpiklərdə rüşvət olmur, min manatlıq mobillərdə rüşvət bostan kimidir. Küçə telefonlarında sevgi var, cib telefonlarında ayrılıq. Küçə telefonlarında ev var, mobil telefonlarda küçə”.

Segahı aşağıdakı sözlərlə bitirərdim: “Sarı bir küçə telefonuna başımı söykədim, telefon dilə gəlib görün, nə dedi: “Məni iki qəpiklə danışanlar yıxdı, Əvvəl məni bəyəndilər, sonra yox, ancaq başıma vurdular, dabanımı qazıdılar...”

Telefon çox sözlər dedi. Amma bilmirəm nə dedi, çünki özümün də cib telefonuma zəng gəldi...

Page 177: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

177

HƏYAT YOLDAŞIYLA YOL YOLDAŞLIĞI

yirmi beş ildir ki, bir yerdə yaşayırıq. Həyat yoldaşımı deyirəm. Mübahisələrimiz çox olub. Belə

vaxtlarda oğlum qapı-pəncərələri möhkəm bağlayıb ki, davamızı heç kim eşitməsin. Hətta oğlumun bu haqda şeiri var.

Heç vaxt mənim şeirlərimin tərəfində olmayıb, dərindən götürəndə bu, mənim xoşuma gəlib. Amma bir dəfə oğlum Kəramət Böyükçöl məni tənqid edəndə şeirlərimi müdafiəyəyə qalxıb, “Kəs səsini, atan böyük şairdir” – deyib. Bəzən kitablarımı boşaldıb, rəflərə aldığı qab-qacaqları düzüb. Bu da mənə ləzzət eləyib. Çünki qadının şeirləri qab-qacaq, ev-eşik və bişirdiyi yeməklərdir.

Harada yemək yemişəmsə ev üçün mədəmin bir küncündə azacıq boş yer saxlamişam ki, evdə bişirdiyi yeməkdən yeyim, yoxsa inciyə bilər.

Get-gedə anama oxşayır. Sərtliyi ilə eynən anamdı. İki xahişini yerə salmışam indiyəcən. Bir dəfə xahiş elədi ki, nə olar, araq iç, mənə elə gəlir, içki sənə çox yaraşar. İçə bilmədim. Sonra xahiş elədi ki, siqaret çək, siqaret yalnız sənin dodaqlarında gözəl görünür. Çəkə bilmədim. O da bunu mənim çatışmayan cəhətim hesab eləyib heç küsmədi də.

O qədər safdır ki, siqaretin, içkinin ailələrə gətirdiyi fəlakətlərdən xəbərsizdir.

Bir-birimizə gözəl sözlər deməmişik. Çox vaxt acı sözlərin balansından istifadə eləmişik. Aslan

İ

Page 178: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

178

Quliyev mənim haqqımda yazdığı məqaləni aşağıdakı sözlərlə bitirir. “Qəşəmin bir şeiri var, ağır gün – güzəranın içindən keçib, bəzəkli-sevgili sözlərdən imtina edib və evinin qapısını açıb həyat yoldaşına deyəsən ki,

Yaxşısı budur, Bax, gör sənə nə almışam!

Bədii təsvir vasitələrindən, metaforalardan uzaq real bir

həyat həqiqəti” Həmişə qoluna saat bağlamağı sevib. Evimizə davanın

düşdüyü vaxt onun saatının daşının işləmədiyi və ya geri qaldığı vaxtdır. Hirslənir ki, başını şeirə elə qatmısan, saatımın xarab olmağından xəbərin yoxdur.

Ehtiyaclarımız çox olub, bunların üstündə dava salmayıb, amma pis olduğunu hiss eləmişəm. Bir gün qərara aldıq ki, bu yayın istisində Bakıda nə var, gedək dağlara. Məsələn, Daşkəsənə və ya Gədəbəyə. Həmişə gəzməyə getmişik, amma uşaqlarımızla. İndi uşaqlar bizdən ayrı yaşayır. Nə isə... İki yoldaş olub yola düzəldik. Əvvəl maşının arxasında oturmaq istədi, etiraz elədim, dedim, keç qabaqda otur. Tərpəndik eeey…

İlk sözü belə oldu: – Gərək qırmızı köynəyini geyəydin. – Eybi yox, sən qara ayaqqabını niyə geymədin? – Sən onu çox xoşlayırsan? – Hə. – Mən də sənin qırmızı köynəyini. Çünki səni ilk dəfə

qırmızı köynəkdə görmüşəm. Sonra üzümə baxır. – Son vaxtlar yaman sınıxmısan, özünə fikir ver,

qurvan olum. – Sən də son vaxtlar yaman ağrıyırsan. Gərək Bilgəhə

Page 179: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

179

aparaydım səni. – Yox, müalicəyə sən gedəydin gərək, işdə çox

yorulursan, mənə nə var, oturmuşam evdə. Bir söyüd kölgəsində maşını saxlayıram. Çayxana var,

əyləşirik. Birdən qayıdır ki, Amerikanın xarici işlər naziri

Azər­baycana nə vaxt gələcək? – Bilmirəm, danışıqlar gedir, hələ bu, uzun çəkə bilər. – Məncə, o, gəlməyəcək. – Niyə? – Rusiya Qafqazada fəallaşa bilər. Çay içirik. – Yazıçıların qurultayı nə vaxt olacaq? – Sentyabrda. – Məncə, sentyabrda olmaz, Prezident seçkilərindən

sonra ola bilər. Maşına minirik. – Suriyanın prezidentini devirdilər? – Yox hələ, mənə elə gəlir ki, devirəcəklər. – Xalq devirəcək? – Hə, elə deyirlər. – Belə şeyləri çox oxuyursan, ona görə sınıxırsan. Uzaqdan dağlar görünür.... Sevinirik. Deyir: – İndi Şuşa dağlarında yaydı? – Hə. – Bəlkə orda heç yay deyil, qışdı. – Nədən? – Biz olmayan yerlər həmişə qışdı. Dağlar gülümsünür. Söhbət uzanır, Qarabağ problemindən danışırıq.

Gürcüstanda, Misirdə baş verən hadisələrə toxunuruq. Elə bil mən onu ilk dəfə görürəm.

Page 180: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

180

HAMAMDA VANNANIN SINMASI

günü tibb bacısı mənə iynə vurur, özü də venadan, bütün qohum – əqrabamı yığmışam başıma. Lap yaxında həyat yoldaşım, ondan bir az aralı, böyük

oğlum, sonra kürəkənim, sonra qohum – əqraba, qonşular – hamsını yığıb gətirmişəm təcili yardıma. Yevlaxdan gələn bir dostum var, şair Xəqani Həbiboğlu, ona da demişəm, gəl dur yanımda. Cəlilabaddan şair Vəlyilla zəng elədi ki, hardasan? Dedim iynə vurdururam, özü də venadan, gəl sən də dur sağ tərəfimdə.

Tibb bacısı da özünü tərifləyir. Otuz ildir tibb bacısı işləyirəm, hələ o yan bu yan olmayıb, hamısı dübbə – düz, sanılı qoz kimi indi də yaşayırlar. Sonra yoldaşımın üzünə baxıb valı dəyişir:– Bəlkə, arvad sənə yaxşı baxmır, qısqanır.

Guya zarafat eləyir ki, eynim açılsın. Daha bilmir ki, məni kimi qorxaq kişini kim qısqanar?

Tez Xəqaniyə deyirəm, gör rəngim ağarıb? O da and – aman eləyir ki, sən öl, yox, elə bil

yaylaqdan indi gəlmisən. Çünki o, özü Kəlbəcərdəndir. Vəlyulla müəllimə tərəf dönürəm: – Müəllim, gör gözlərim qızarıb? – Vəlyulla müəllim də and içir ki, gözün əvvəl necə

vardı, indi də elədi. Hələ bir az durulub, qabaq bulanıq kimiydi, yaz qabağı arxdan su gəlir ha, bax elə.

Oğluma deyirəm, tez ol nəbzimi sana. Yoldaşıma deyirəm, götür “Ədəbiyyat qəzeti”ni məni

mehlə. “Ədəbiyyat qəzeti”ndə yenə yazım getməyib. Bu dərd

də bu yandan. Sətəlcəm bunun yanında toya getməlidir.

O

Page 181: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

181

Tibb bacısı yavaş-yavaş dərmanı venama yeritdikcə deyir, beşinci iynədən sonra dəf kimi olacaqsan.

Amma xeyri yoxdur, qorxudan ayaqlarım döşəmənin üstə qoşa nağara çalır.

O, deyir, nədən qorxursan? Bu, deyir, nədən qorxursan? O biri həkimlər də gəlib reseptə baxırlar, deyirlər, gül

kimi iynələrdir. Bundan biz də vurdururuq. Bu iynənin nəyindən qorxursan?

Deyirəm, bəlkə, iynənin tərkibi düz deyil, nə olsun üstünə Almaniya yazıblar, bəlkə, elə bizim evin yaxınlığında – Badamdardda istehsal eləyiblər.

Hamı bir ağızdan: - Ay müəllim, yaxşı da, burax bu şübhələri, sən Allah.

– Bəlkə, həkim dərmanı səhv yazıb – deyirəm – çünki məni müayinə edib dərman yazana qədər telefon qulağından düşmədi.

– Kimlə danışırdı? – Dəyəsən santexnik ustası ilə, evində usta işləyirdi. – İşləsin də, onun dərmana nə dəxli? – Çünki həkim ürəyimi yoxlayanda usta hamamın

kafelinin 5-ni birdən sındırdı. – Nədən bildin axı? – Nəsə telefonda çak-çuk elədi. Həkim telefonda ona

söydü, dedi, ay köpəkoğlu, bilirsən o kafelin kvadratı neçəyədir?

“Çak-çuk” deyən kimi həkimlərin hamısı gülüşdü. Mən canımın hayındayam, heç nəyə əhəmiyyət

vermədən sözümə davam edirəm: – Həkim ürəyimə qulaq asa - asa fikri-xəyalı hamamda

işləyən santexnik ustasının yanında idi. Usta deyəsən hamamın duşunu səhv almışdı. Həkim dedi, apar qaytar, italyanski al. O da baş üstə dedi, birdən nəsə bərkdən

Page 182: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

182

“daranq” elədi. Həkim hirslə qışqırdı: – O “daranq” eləyən nədir, ay köpəkoğlu – Vanna. – Sındırdınız, yenə? – Hə, koməkçimin əlindən düşdü betonun üstə. – Sındımı?– Həkim bağırdı. – Yox, bir az əzildi. – Bax, onda həkim bu dərmanı yazırdı. Hamam vannası

sınanda. Əli əsirdi. Ona görə qorxuram. Tibb bacısı dərmanın adını bir də diqqətlə oxuyur. – Düz yazıb, Somazina, on qramlıq Natri – xlorla vena

daxilinə. Gündə bir dəfə. – Nə olsun, düz yazıb hamam vannası bu dərman

yazılan zaman sınıb. Düşər, düşməzi olar. Mən qorxuram. – Bəs aptekdən alanda nə dedilər? – Çox bilmiş tibb

bacısı soruşur. – Heç nə. O da əsəbiydi. Telefonla danışırdı. Qışqırırdı. – Kimə? – Deyəsən evdə uşağının üstə. Bilmədin, niyə qışqırır? – O da güldanı sındırmışdı.

Page 183: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

183

UZAĞA GETMƏ, İNDİ ATANI GƏTİRƏCƏKLƏR

u gün saat 11-də adını belə oxumağıma macal tapmadığım rayon məhkəmələrinin birinin qarşısında mənə tərəf yüyürən on bir yaşlı uşağın

təşvişinə ayaq saxladım. Elə bilirdim nəsə deyəcək, sözü olana oxşayırdı. Gəlib qarşımdan keçir, heç dayanmır da. Sən demə uşaq uzağa diyirlənən qırmızı topun dalınca yüyürürmüş. Adətən küçələrdə belə toplar qarşıma tez-tez çıxır, mən də uşaqlar əziyyət çəkməsin deyə ya saxlayıram, ya da bir az da uşaqlıq eləyib topu onlara tərəf vururam. İndi qarşımdan keçən uşağın qaçış xətti ilə mənim gəliş xəttimi üst-üstə hesablasaq üstəgələk alınar, riyazı dillə desək, pilyus, yəni müsbət. Demək, bu gün məhkəmədə keçirilən proses müsbət həll oluna bilər.

Bir az keçmir ki, anası uşağın arxasınca yüyürür, tez-tez də başındakı yaylığını açıb səliqə ilə yenidən bağlayır, guya əvvəl pis bağlayıbmış, yol da adamlarla doludur. Tez – tez uşağı adı ilə çağırır: – ay Əli, uzağa getmə indi atanı gətirəcəklər – deyir

Elə bu zaman uşaq topu əyilib götürmək istəyəndə özü də bilmədən ona yenidən novbəti zərbəni vurur, top da daha uzağa diyirlənir. Top və uşaq mənzərəsinə baxanda insan ömrünü xatırladım. Biz hamımız vurulan bir topun dalınca qaçmaqdayıq. Amma kimsə topu daha da uzağa vurur. Özümüzmü, ya kimsə vurur, fərq etməz, hər halda qaçmağa və yaşamağa bir bəhanə var.

Ana uşağı tutub bahalı maşınların arasından keçirir, binanın sağ böyründə döyükə-döyükə dayanır. Uşağın üst-

B

Page 184: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

184

başını çırpır, sonra yaylığını açıb yenidən bağlayır. Bura məhkəmə salonununa buraxılış məntəqəsinin

kiçik həyətidir. Belə qapılar həmişə məhkəmə binasının yan tərəfində olur Sanki bu giriş böyük küçələrdən gizlədilib. Adətən belə yerlər kələ-kötür, nahamar, ağacları əyri-üyrü, qabıqları sürtülmüş, budaqları təbii şəkildə yox, zərbə nəticəsində sağa-sola əyilmiş formada olur. Bu da ondan irəli həlir ki, məhkəmə iclasını gözləyən adamlar o qədər ağaca söykənirlər ki, nəticə də ağac deformasiyaya uğrayır. Söykənmək nədir, iki əlli ağacdan tutub sallananlar da var, belə eləyəndə adamın canından yorğunluğu çıxır. Hətta gətirdikləri zənbilləri də ağacın budaqlarından asırlar. Bir sözlə, bu ağaclar iclas salonun qarşısında insanların nələr çəkdiklərinin canlı şahididi. Elə bil buranın fəsli əsəb rəngindədir. Burada təbiət yorğun və üzgündür. Elə bil ağaclar zillətdən qabar bağlayıb və az qala qabar meyvələri gətirsinlər.

İclas salonun qarşısında hər gün adda-budda, yorğun adamlar olur. Elə bil çox uzaqdan gəliblər. O qədər yorğundular ki, bir-birinə oxşayırlar. Heç vaxt içlərində yaxşı geyinmiş, qalstuklu və maddi cəhətdən imkanlı adamlar görünmür.

Topu qovan uşağı tutub gətirən qadın binaya bitişik daşın üstündə oturur və kənarda oynayan iki uşağı da çağırıb dizlərinun üstündə əyləşdirir. Uşaqlar sakit durmayanda yanlarından qalın bir kənd çimdiyi götürür, uşaq bərkdən ağlayanda: – “Ağlama başına dönüm indi atanı gətirəcəklər”-deyir. Kənarda yenə iki-üç arvad, dörd- beş kişi dayanıb, əlləri ilə ağacdan yapışıb fikirli-fikirli söhbət edirlər. Kişinin birinin ayaqqabısına “qoyun mizi” bulaşıb. Əyninə geydiyi kürk hiss olunur ki, özünün deyil, ola bilsin ki, şəhərdə yaşayan böyük oğlunun köhnəsidir. Arvadların ayağında yastı daban ayaqqabılar, birində isə

Page 185: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

185

təzə qaloş var. Geydikləri uzun boğaz qırmızı “mariyana” corabları onları laləlikdə gəzənə oxşadır. Uşaqlarını dizinin üstündə oturdan qadın üzünü çevrib hərdən –bir kişilərə nəsə hirsli-hirsli sözlər deyir, sonra başınıdakı yaylığı açıb yenidən örtür.

Burda həyat kədərlidir. Tez-tez Əlini çağıran qadın hərdən binanın qabağına baxır, hər baxanda da yaylığını açıb yenidən bağlayır. Əli bir az yenə topun dalınca gedən kimi qadın daha ucadan qışqırır: “Əli uzağa getmə, indi atanı gətirəcəklər”. Demək, bu gün Əlinin atasının məhkəməsi olacaq. O qadın yaylığını tez-tez açıb yenidən örtməklə məhkəmə qarşısında möhtəşəm bir çıxışa hazırlaşır. Yəqin ki, o həqiqəti deyəcək. Amma onun xəbəri yoxdur ki, bu axşam dollar yenə bahalaşıb. Bəlkə də, hakim heç onu eşitməyəcək.

Page 186: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

186

İSMAYIL DEYƏN

urban olum kəndimin Vaqif dilinə. Gündə bir söz yaradır. Əvvəlcə dilində oynadır sözü, görür ki, ağzı –gözü əyilmir, ötürür istehsalata.

Bu günlərdə getmişdim kənddə. Evimizin yanı kəndin mərkəzi sayılır, tərəkəmə dilində desək, mərə. Adamların axşamüstü toplaşıb xosunlaşdığı yerə mərə deyilir.

Müasir bir adı da var, idarənin qabağı. Kolxoz ləğv olundu, təzə bir dükan tikdilər, indi də adı oldu dükanın qabağı.

Bura elə bir şirin yerdi ki, çox kişilər həsrətin çəkib buranın. Mən sovet vaxtı Kamçatkada əsgər olanda ata-anama yazdığım məktubun ilk cümləsi belə idi: “Kaş axşamüstü idarənin qabağına çıxdığım günün biri bu gün olaydı...” İndi görün, o yerin ləzzəti nə imiş...

İndinin özündə də Günəşin hənirtisi azalan kimi kişilər özünü sürüyür dükanın qabağına. İkibir-üçbir durub söhbət edirlər. Söhbət də olur əsasən mal-qoyundan, Qa-rabağ, rus və Amerika məsələlərindən. Bir-birindən siqaret alıb çəkirlər. Adını da qoyurlar ki, guya öz siqareti döşünə yatmır. Əslində bunlar münasibətlərin istiləşməsinə yozu-lur.

Bir dəfə Yetər xala qonşu arvadlara şərt qoyur ki, bəs görərsiz, mən bu axşam qoymayacam kişini idarənin qabağına getməyə. Ona görə də günortadan götürüb kişinin ayaqqabılarını gizlədir. İdarə vaxtı gələndə görür ki, kişi təzə yumurtlayan (belə də deyirlər – yumurtası tərs gələn) toyuq kimi qapıda yozaxlayır, yəni var-gəl edir. Sən demə, kişi ayaqqabısını gəzirmiş, amma arvada demirmiş.

Q

Page 187: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

187

Bilirmiş ki, arvadın qurğusudur. Axırda kişi əlacsız qalıb arvadın qaloşunu geyib gedir idarənin qabağına. Kişini heç cür saxlamaq olmur. Bizim kənddə idarənin qabağı yaman şeydi.

İndi gəlmişəm kəndə. Düz idarənin qabağındayam. Qulağım kişilərin ağzında. Görüm nə danışırlar.

Kişilərdən biri deyir (adını unutmuşam), rus Krımı tut-dusa, demək, bunun əvəzində Suriyanı Amerikaya təslim edəcək.

Aslan qayıdır ki, (əlini üzünə vurub) bu sən öl, mən ölü, sən diri – rus Surayidan əl çəkməyəcək. İsmayıl deyəndi.

– Ay Qasım əmioğlu (indi bildim ki, adı Qasımdı), İsmayıl deyən o vaxt olardı ki, artıq Amerika Rusiyanın qol-qanadını çoxdan bağlamış olardı.

Aslan yenə etiraz edir: – Bu sən öl, yüz faiz İsmayıl deyəndi. Burda məsələ məlumdur. Yan alıram başqa bir dəstəyə.

Görüm nə deyib, nə danışırlar? Hal-xoşdan sonra işıq pulu yığan Məmmədağa soruşur:

– Müəllim, Bakıda rusun Azərbaycanı tutmaq məsələ­sindən nə danışırlar, rus gələcəkmi?

– Yox... Azərbaycanın müstəqilliyinə heç kim toxuna bilməz.

Bu sözü eşidən kimi Dəllək Rəcəb özünü saxlaya bilmir:

– Müəllim, nə danışırsan? Bəhrəmtəpədən (Bəhrəmtəpə İmişlinin qəsəbəsidir) gələn var, deyir uje rus Gəncə tərəf­dən girəcək.

Tapdıq müəllim köməyimə çatır. – Ayə, müəllim düz deyir, sən öl Rusun Azərbaycana

girməsi İsmayıl deyəndi. Gəldim evə, başladım düşünməyə. Görəsən, bu İsmayıl

Page 188: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

188

kimdi və nə deyib ki, bu gün camaat ondan misal çəkir. Sadəcə bir misal. Məsələn, hər hansı bir məsələnin yekunu belə qurtarır: İsmayıl deyəndi.

Kimdən soruşdum bilmədi, kimə zəng elədim dedi, düzdü, işlədirik, amma bilmirik İsmayıl nə deyib?

Yenə də özüm. Baş vururam yaddaşımın dərəsinə. 70-ci illərin əvvəllərində kəndimizdə İsmayıl adında bir kişi vardı. O, həmişə ağlı kəsməyən və düzəlməyən bir işə bircə kəlmə bu sözü deyərdi: “qoduq işdi”. İndi görünür, camaat bu sözü toyda, yasda və ya digər mədəni yerlərdə işlətməkdən utanıblar, üstüörtülü şəkildə “İsmayıl deyəndi” deyiblər və beləliklə qoduq yaddan çıxıb.

İşə bax, aradan əlli ilə yaxın bir vaxt keçsə də, hələ qoduq böyüməyib.

Page 189: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

189

HƏKİMDƏN PUL ALMAQ

oğulandan həkimpərəst olmuşam. Həkimpərəst olmağımın da əsas səbəbi elə xəstə olmağımdı.

O qədər bizim evdə xəstəlik, həkim və dərmandan söhbət gedirdi ki, daha uşaqlarımız da bu ruhda “böyüyürdülər”.

Oğlum Kəramətin beş, qızım Sevincin dörd yaşı olardı. Məktəbdən (Yoldaşım da müəllimdi, mən də) gəlib gördük ki, evdə ağlaşmadı. Mətbəxə keçdik. Kəramət ağlayır, Sevinc qulaq asır, Sevinc ağlayanda Kəramət. Birdən ikisi də qoşa ağlayır. Nə isə... Soruşdum ki, sizə nə olub? Bu nə ağlaşmadı? Sevinc dedi ki, ata, Kəramət mənim mədəmə yumruqla vurdu. Üzümü Kəramətə tutdum. O da dedi ki, ata, Sevinc mənim öd kisəmə niyə təpiklə vurur?

İndi bu söhbətdən anlayın ki, bizim evdə vəziyyət necədir?

Ən çox mübahisələrim həkimlə olub. Axırda iş o yerə gəlib çatdı ki, uşaqlardan və ya qohumlardan biri xəstələnəndə məni özləri ilə aparmadılar. Aparanda da mənə təlimat keçirdilər ki, həkim nə desə dinməyim. Hətta bir dəfə həkim özü məndən soruşdu ki, sən bunların nəyisən, dedim heç nəyi, sadəcə sürücüyəm.

Məndə günah yox idi... Ağ xələt geyib insan ovuna çıxan bəzi həkimlər xəstə dilini bilmirlər. Məsələn, bir dəfə yoldaşımla həkimə getmişdik. Böyrüm ağrıyırdı. Bu da o zaman oldu, mən nə vaxt deyirdim ki, başım ağrıyır, yoldaşım deyirdi ki, mənim də. Deyirdim ki, mədəm ağrıyır, deyirdi ki, mənim də... Bir gün dedim ki, heç haram ağrımır, dedi ki, mənim də. Ancaq bu dəfə deyəndə

D

Page 190: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

190

ki, böyrüm ağrıyır, o da dedi ki, mənim böyrüm ağrımır. Yüz faiz dəqiqləşdirdim ki, o söz, yəni böyrək əldən gedib. Onunku da ağrısaydı, deyərdim ki, yəqin ailənin ümumi problemləri ilə bağlıdı. Artıq bu, başqa məsələdi, reklamda deyildi kimi: “Demək, biz ayrılırıq”. Nə isə... Üz tutduq həkimə. Həkim böyrümü yumruqladı, sonra uzi, qan, analiz filan, xeyli pul getdi filan, həkim dedi ki, səndə heç nə yoxdur, sən xəstəyə oxşamırsan, xəstəyə sənin yoldaşın oxşayır. Elə “qan” da bu zaman düşdü.

Dava-şava, yoldaşım dedi ki, həkim, düz deyirsən, o mənim xəstəliyimə inanmır. Nə isə...Gəldik evə. Yoldaşım hey deyirdi ki, həkim üzümə baxan kimi dedi. Mənim böyrəyim xəstədi. Mənim qeydimə qalmırsan və sair. Düz iki ay böyrəyin tutub durdu. Axırda getdik böyrək həkiminə. Birinci mərtəbədən zəng elədik, həkim gəldi, həmin həkim idi, deyəsən bizi unutmuşdu. Yenə yoxlama zad, analiz-flan, xeyli pul çıxandan sonra həkim yoldaşıma dedi ki, sən xəstə deyilsən xəstə elə bu kişidi. Daha mən dinib eləmədim. Məsələ burasındadır ki, həmişə bizdən pul çıxandan sonra ağrılarımız kəsir, necə deyirlər pul vermək stressi xəstəlik stressini üstələyir.

Yoldaşım həmişə deyirdi ki, sən özünü həkimə göstərəndə çox pul verirsən, məni göstərəndə az. Məni adam saymırsan. Axır ki, bu məsələdə də balans yaratdım.

Uşaqlarımız böyüdülər, ailə qurdular, nəvələr dünyaya gəldilər. İndi başladıq nəvələri həkimə aparmağa.

Yoldaşımla qərar qəbul elədik ki, həmişə özümüzün və uşaqlarımızın həkim pulundan bir az kəsmişik, daha nəvələrinkindən kəsməyək. Zarafat deyil, axı bu, nəvədir. Bir gün üç yaşlı böyük nəvəmizin boğazı ağrıdı. Getdik ey... Yoldaşım yolda məni təlimatlandırdı ki, bilirəm, sən xəsissən, həkimə pulu çox ver. Daha bu da özümüz deyilik.

Page 191: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

191

İçəri daxil olduq. Həkim qadın idi. Uşağa baxdı, dərman yazdı. Yoldaşım çıxdı çölə. Mən tez iyirmi manatı stolun üstə qoyub sürüşdürdüm həkimə. Həkim də pulu mən tərəfə sürüşdürdü. Mən yenə o tərəfə, o da yenə mən tərəfə. Dedi ki, öldür məni götürmərəm. Çıxdım çölə. Yoldaşıma dedim ki, həkim pulu götürmədi.

Yoldaşım dedi ki, yalan deyirsən, sən ya həkimə pul verməmisən, ya da könülsüz vermisən. Get üstünə on manat da qoy ver. Özü də həkimin əlinə pul verməzlər. Qoy stolun üstündəki kitabın altına. İyirmi manatın üstünə on manat da əlavə edib pulu ehmalca kitabın altda qoyub qaçdım çölə. Həkim kitabın altdan pulu götürüb düşdü dalımca. Yoldaşımın yanında məni yaxaladı. Pulu məcbur basdı cibimə.

Düşdük birinci mərtəbəyə. Baxdım ki, həkimin qaytardığı pul otuz yox, əlli manatdır. Həkim mənə iyirmi manat artıq qaytarıb. Fikirləşdim ki, bizdən əvvəlki kişi kitabın altına iyirmi manat qoyubmuş. Həkim çaşıb hamısını bizə verib. Yoldaşım dedi ki, apar həkimin iyirmi manatını qaytar. Dedim ki, qaytarsam, biz onun rüşvətxor olduğunu sübut eləmiş oluruq. Yoldaşım inandı. Nəvəmi qucağıma aldım, üzündən öpüb dedim: “Ayağı sayalı başına dönüm!”

Page 192: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

192

YAS YERİNDƏ AMERİKA

ənddə yas yerindəyəm, mağarın bir tərəfindəki adamlar ot yığımından, o biri tərəfindəkilər isə Suriyada baş verən hadisələrdən danışır. Hiss

olunur ki, molla yerlidir, yoxsa, yas yerində bu cür demokratiya hökm sürə bilməz. Ya camaat onu yaxşı tanıdığından, ya da ərk elədiklərindən vəziyyət bu cürdür. İşə bax, burda molla camaatı dinləyir. Hərdənbir mərhumun ruhuna salavat çevirməklə işini bitmiş sayır.

Məclisdəkilərdən biri mollaya deyir: – Ay Səfər kişi, bu yaz sonu nə qədər yonca presi

toplaya bildin? – Allah Qasımın evini yıxsın, qoydu ki, gözümüzü

açaq. Preslerin hamısını gecə daşıdı xarabasına. Başqa bir kişi qayıdır ki, ay Səfər, yoncanı sən gec

suvardın, ona görə sahənin bəzi yerləri yandı. O da deyir, su oldu ki, suvaraq? Sarıxanlı camaatı suyumuzu kəsib döndərdilər öz əkin-biçinlərinə.

Tək-tük adamlar mağara daxil olduqca, yaxud ayağa qalxıb getdikcə molla Fatihə verib yenə camaata qulaq asır.

Suriya danışıqları gedən tərəfdə kişinin biri o biri sırada oturanlardan soruşur: “Yüz dollar bizim pulnan nə qədər eləyir?” Molla heç kəsə imkan vermədən deyir: “Yüz dollar bizim pulnan yüz yetmiş səkkiz manat otuz qəpikdir”. Sonra keçir avroya, tümənə, lariyə, lirəyə və başqa dövlətlərin pullarına... Ardınca bir salavat çevirir... Birdən mağardakılara deyir ki, kimdə qoyun üçün “Qıl qurd” dərmanı var?

K

Page 193: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

193

Hamı susur, görür sükut uzun çəkdi, mərhumun ruhuna bir salavat çevirir. Sonra əlindəki kitabı diqqətlə vərəqləməyə başlayır:

– Suriyadan nə xəbər var? Axşam bizim işıqlar sönmüşdü, baxa bilmədim.

Əks tərəfdəki sıradan saqqalı bir kişi cavab verir: – Suriyanı müxalifət dağıtdı. Molla kitabdan gözünü çəkib söhbətə qoşulur: – Dağıda bilməzlər, Suriyanın arxasında rus durub! – Nə olsun? Qəddafinin də arxasında rus durmuşdu.

Odey, soxdular durbanın içinə... – Onun arxasında rus elə – belə durmuşdu, arada

burcudurdu. Mərhumun ruhuna bir salavat! – Yadında deyil, rus Səddam Hüseynin də dalında

durmuşdu axırı nə oldu? – Səddam rusun dediyini eləmədi, ona görə asdılar!

Mərhumun ruhuna bir salavat! Amma rus Suriyanın arxasında möhkəm dayanıb.

– Sən öl rusun Amerikaya gücü çatmaz, Amerika dünyanı alıb əlinə.

– Sən öl Amerika rusa heç “xox” da eləyə bilməz. Mərhumun ruhuna bir salavat!

– Eləyər, lap o tərəfə də keçər. – Rusun kimyəvi silahı var. Mərhumun ruhuna bir

salavat! – Amerikanın da var, nə olsun, gərək adamda ürək ola. Molla bu yerdə iki dəfə öskürdü. Bu o demək idi ki, daha bu qədər diliuzunluq eləmə.

Sonra uzun Fatihə verib söhbəti birdəfəlik dəyişdi: – Ay camaat, Allah-təala bizə kömək olsun ki,

bayrağımızı aparaq Şuşada dalğalandıraq. Bayaq mübahisə edən kişi: – Amerikanın əli olmasa, çətin.

Page 194: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

194

Molla: – Mərhumun ruhuna bir salavat! Kişi yenə əl çəkmədi: – Görürsüz də Amerika Gürcüstanı necə dəstəkləyir? Molla: – Sən öl rus ölər, Gürcüstanı əldən verməz. Mərhumun

ruhuna bir salavat... Kişi yenə hazırlaşırdı nəsə deməyə. Bu vaxt cavan

oğlanlar sıra ilə içəri girib yeməkləri stolların üstünə düzdülər. Səslər birdən-birə kəsildi. Az sonra qaşıqların səsi qulaq batırırdı...

Page 195: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

195

“YANIQ KƏRƏMİ” VƏ YA “BƏRKGEDƏN MADDƏ”

əndimizə çatmamış, yolun kanarında, arxın üstün-də söyüdlərin altında bir yeməkxana var. Həmişə iki aşıq saz çalır burda. Yerli deyillər, gəlmədilər.

Biri arıq, biri kök. Balabançıları da ayrı, deyəsən müştəriləri də. Birinin adı Mahmuddu, birinin adı Salman. Balalarına çörək pulu qazanırlar. Müştəriləri də bax buracan...

Aşıqlar kimin xosuna gəlsə, toya da aparırlar. Gecələr aşıqlar yeməkxananın araq yığılan damında qalırlar, burda yeyirlər, burda yatırlar.

Asiqlarin bir pərəstişkarı var, çoban Əziz. Günorta olanda sürünü ötürür yonca yerinə, qoyunlar otladıqca, Əziz də qoyun qabırğasının kababını çəkir dişinə. Aşıq Mahmuda “Dilqəmi” çaldırır. Havanın ortasında guya qəhərlənir, beşliyi qoyur aşığın döş cibinə. Aşıq da lap kövrəlir, guya pulu görmür, guya pul üçün oxumur. Əziz də dərdlənir. Aşıq nə oxuyursa, üzü Əzizə sarı oxuyur.

Bir dəfə Sarıxanlı kəndinin çobanları gəlmişdi biz tərəflərə. Biz tərəflər deyəndə yeməkxanaya. Qoyun satıb gəlmışdilər. Atları qotazlı, ozləri bığlı-saqqalı kişilər idi. Biri içəri keçəndə qarnı ilə Əzizi geri itələdi. Bu qaraqoyunlu çoban dağar Mustafa idi. Əziz hiss elədi ki, ona Mustafanın qarnı yox, rayonda müstəntiq işləyən qardaşının bərkgedən “maddəsi” dəydi. Aşıqlar “simirna” vəziyyətinə gətirildi. Dayandılar gizir oğlu Mustafanın qabağında, biz tərəflərdə ona “giziroğlu” deyirdilər, öz kəndlərində dağar Mustafa. Aşıqlar sazlarını kökləyib sifariş gözləyirdilər. Mustafa əl atdı cibinə iyirmi manat

K

Page 196: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

196

çıxardıb barmağının arasında tutdu. Aşıqlar pulu almadı. Guya pulda gözləri yoxdur. Dünya malından bezardılar. Aşıq Salmanın qızıl dişlərinin arasında süzülən “dövlət ki, var, əl çirkidi, şad ol könül nə məlulsan” misraları Mustafanı özündən çıxartdı, durub iyirmi manatı aşıq Salmanın alnına yapışdırdı:

– Al mənim üçün iyirmi manatlıq “Yanıq Kərəmi” Aşıq Salman o saat məclisdəkilərə hörmət və izzətlə

baş əydi, sazı kökləməmiş- təki özünün kefi kök osun – keçdi “Yanıq Kərəmi” yə.

Çoban Əziz yeməkxananın bir güncündə oturmuşdu. Gözünün önünə Kərəm gəldi, Kərəm yanırdı, Kərəm sızlayırdı, İki Cəllad onu tutmuşdu. Kərəmi yıxdılar, balta ilə əvvəl bir qolunu, sonra isə o biri qolunu kəsdilər, Kərəm şikəst oldu.

Əzizi tər basdı, birdən– birə aşığın mizarabı ona balta kimi göründü. Əziz əlindəki şallağı bir dəfə xrom çəkməsinə çəkdi.

Kərəmin edamı qurtardıqdan sonra aşıq yenə qayıdıb Aşıq Salman oldu. Bu havadan və həm də içdiyi araqdan cuşa gələn Gizir oğlu Mustafa novbəti badəsini əvvəl aşığın burnuna, sonra isə sazın sədəfinə vurub və baxışları ilə yeməkxanadakı adamları bir-bir sözüb başına çəkdi. Aşıqlar generalın qabağında dayanan zabitə bənzəyirdilər. Sanki Mustafanın növbəti sifarişını gözləyirdilər. Elə bu zaman Gizir oğlu Mustafa əlindəki onluğu yenə aşıq Salmanın alnına yapışdırdı və uca səslə bağırdı:

– Mənim üçün on manatlıq “Dilqəmi” Elə bu zaman Aşıq Mahmud özünü atdı ortaya. – Biz sənətkar-zad döyülük, nədi? Özüm oxuyacam bu

səfər. Aşıq Salman dedi: – Aşıq Mahmud, müştərilərimin çoxalan vaxtı qanımı

Page 197: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

197

qaraltma. Bir çətən külfətim var. Aldı Salman: – Mənim də bir çətən külfətim var, üstəlik biri də

türmədədi. Aldı aşıq Mahmud: – Kəndimizə qış gəlib, odun yoxdur, yandırmağa. Gizir oğlu Mustafa aşıq Mahmudun alnına bir “beşlik”

yapışdırdı. Elə bildi ki, aşıqlar deyişirlər. Yanındakı çoban dostunun çiyninə vurub dedi:

– Sən öl bu deyişmənin qiyməti bir qoyundan yuxarıdı. Aşıqlar deyişirdi. – Qız köçürməliyəm. – Oğul evləndirməliyəm. – Arvadım xəstədi, pul lazımdı. Aşıq Salman növbəti ehtiyacı xususilə dilə gətirdi. Dedi

bəlkə Gizir oğlu Mustafanın bu işə əli girə. – Kiçik qardaşımın işı müstəndiqdədi. Birdən Aşıq Mahmud Aşıq Salmanın üstə atıldı. Saz əllərindən yerə düşdü. Ara qarışdı, məzhəb itdi... Saz yerdə ağlayırdı... Müstəntiqin qardaşı Giziroğlu Mustafa davanı qiymət-

ləndirmək üçün “maddə” axtarırdı. Qardaşına zəng eləyirdi.

Page 198: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

198

QOL

ən yazılarımla futbol oynayıram”– desəm yəqin ki, gülərsiniz. Çox xöşbəxtəm ki, bu, doğurdan,

belədir. Elmi rəhbərim və redaktorum deyir ki, fikirlərin saçların kimi uzun və pırtaşıqdır. Yazı ən çox müəllifin əyin-başına və ən çox saçlarına oxşayır desəm də razılaşan yox.

Bax, indi mən hücumdayam. Mövzu – topumla oyna-masam, demək, “qol” olmayacaq. Əslində rəqiblər mənim yaxşı oyunçu olmağımın, deyək ki, yazımın mənalı çıxmasının təsdiqidir. Əgər qarşında rəqib oyunçular olmasa, mözunu aparıb boş qapıya –yerinə ötürmək heç kişilikdən deyil. “Qol” nidası yalnız güclü rəqiblərlə alınır.

Mövzu topum indi məndədir, irəliləyirəm, düz getmə-yim oyun qaydalarına ziddir. Ora-bura dönməliyəm. Bir sözlə, burcutmalıyam. Burcutmaq oyunun təşbehidir.

Aha, hamı üstümə gəlir, bəs mən neyləyim? Tez möv-zu–topu atıram bələdiyyələrə. Xarici ölkələrdə əksər mə-dəni tədbirləri bələdiyyiyələr həyata keçirir, uşaq ədəbiy-yatı bağlı məsələləri onlar maliyələşdirir. Bizimkilər ancaq torpaq satmaqla məşğul.

Sədr-hakim qaşlarını çatır, yenə qarışdırır aranı. Sonra deyəcəklər sənin kadrındı bu. Saçlarına bax, heç daramır, köynəyi ütüsüz, qalstuku əyri.

Mövzu topum yenə məndədir. Bəli, mən oynamalıyam. Tez topu atıram banklara. Kreditlər faizlər, intiharlar, in-hisarlar... Bizim bankların çoxu az millətini sevmir, halbu-ki, banklar az faizlə millətini dolandırmalıdır. Mənasız ve-rilişlərə maliyə ayırırlar, amma mədəni tədbirlərə bir ma-

“M

Page 199: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

199

nat ayırmaq nədir, hələ istəyirlər ki, o tədbirlərə yüksək faizlə kredit versinlər.

Bilirəm mənimlə oynayan biri bank müdiridir. Oynasın da. Onsuz da mövzu-topum məndədir. Görürəm ki, oxucular və tamaşaçılar məndən yenilik gözləyirlər. Bəli, hər şeyin başı yenilikdir. Top mən də çox qalsa oyun zəif-ləyəcək. Top otürmək (pas) gərək. Aha, qarşımda ki, dil üzrə bizim professorumuz Zamiq müəllimdir. Topu atıram Zamiq müəl­limə. Əgər getsəniz Fəvvarələr meydanına, ordan çıxsanız Tarqovuya, bir dənə Azərbaycan dilində söz tapa bilməzsiniz. Hamısı ingilis dilində, bəlkə də, heç ingilis dilində də düz yazmayıblar. Şəhər əlifbadır. Dili şə-hərin divarlarından yaxşı öyrənmək olur.

Baxın, mehmanxanaların, şadlıq saraylarının, restoran-ların, dükanların adlarına. Hamısı dilə yatmayan adlar, xa-rici sözlər. Bura Bakıdırmı? Bəs hanı milliliyimiz, dili-miz?

Zamiq müəllim qaçır, mən onu qovuram. Tamamilə ye-niyəm. Hələ oyunda indiyə kimi belə bir hadisə olma-mışdır. Qarşı tərəfin oyunçusu qaçır. Mənim onun ar-xasınca getməyib ayıbdır. Sağa, sola, qabağa, arxaya baxıram. Aha, arxada Mədəniyyət Nazirliyinin əməkdaşı. Qayıdıb onunla oynayım gərək. Yoxsa oyundan kənar vəziyyətə düşərəm. Hələ ki, mövzu-topum məndədir.

Çoxlu sayda uşaq teatrları var. Bir-ikisini çıxmaq şərti ilə heç birinin fəaliyyəti yox. Repertuarları çox zəif, hə-vəskar müəlliflər... Qabaq nazirliyin nəzdində kitab kallektoru vardır. Müəlliflərin kitablarını alıb pulunu ve-rirdi. Həm müəllif qazanırdı, həm də nazirliyin kitabxana-ları.

İrəliləyirəm. Mənimlə sol tərəfdə Təhsil Nazirliyinin əməkdaşı oynayır. Deyəsən mövzu-topumu əlimdən almaq istəyir. Bəli, oynamaq gərək. Təhsil Nazirliyininin burax-

Page 200: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

200

dığı dərslik kitablarının əksəriyyətində mətnlər çox zəifdir, müasir uşağın dünya görüşünə uyğun deyil. Elə şairlərin şeirləri dərsliyə salınıb ki, həm şeir qüsurludur, həm də həmin müəllifi tanıyan yoxdur.

Aha, qarşıda televiziya... Oynamaq, yalnız oynamaq. Televiziyalırımız demək olar ki, tamamilə əsl uşaq verilişilərindən boşaldılıb. Yerinə böyüklərin öyrətdiyi, böyük kimi danışdırılan uşaqların verilişləri yer alıb.

İrəliləyirəm. Keçirəm. Sədr-hakim neçə dəfə “aut” qışqırsa da, əhəmiyyət vermirəm. Mövzu topumu qapıya vururam.

Qol!

Page 201: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

201

XƏYANƏTƏ ƏMANƏT

amal indi yazıçı olub, roman yazır deyirlər. Mənim kəndimdəndi. Müəllimi olmuşam, 6-cı sinifdən dərs demişəm Camala. İlk romanlarının adı belədir.

“Kamxozun mudiri”, “Rayon prokurorunun sücaəti”, “Ra-yon İcraiyyə komitəsinin dünəni və bu günü”, “Rayon qəzetinin redaktoru”, “Birinci katibin Şah İsmayıl Xətai ilə qohumluğu”, “Ət kombinatının direktorunun xəlqiliyi” və sair romanları idarə müdirlərinin stolüstü kitablarıdır.

Orta məktəbdə bir dəfə də olsun ədəbiyyatdan dərs danışmayıb, həmişə “iki” vermişəm. Səkkizinci sinifdən qayıtdı. Mal fermasında çoban işlədi, sonra briqadir oldu, mal-qaranın hamısını satıb kökünə daş atdı, haqqında cinayət işi qaldırdılar, qaçdı Leninqrada, sonra sovet hökuməti dağıldı, kolxoz ferması da. Camal qayıtdı kəndə, adın belə qoydular ki, əsgərlikdə imiş, rusa qulluq eləməyi şəxsiyyətinə sığışdırmayıb, “vətən çağırıb”, vətənin ağır günündə köməyə gəlib. Müharibə bölgəsinə köməyə getməmiş doğma kəndimizə yenə əlüstü kömək elədi, tərəkəmə kəndlərində işıq pulu yığan düzəldi.

Camalın kəndimiz üçün köməyi o oldu ki, bizə verilən transformatoru bir gecənin içində satıb cib xərcliyi elədi. Yavaş-yavaş o biri kəndlərə də “qayğı” göstərməyə başla-dı. Transformatorlar bir ayın içində buxarlanıb yox oldu. Üç aydan sonra Camalı tutdular, dörd il iş verdilər, onun vətənin cəbhə bölgəsinə köməyinin qarşısını belə aldılar.

Həmin hadisədən altı ay sonra Camalı kənddə gördüm. Hal-xoş elədim, hələ bir işarə vurdu ki, müəllim, yenə şeir yazırsan? Dedim hə, kitabım çıxıb. Guya bu sözü eşit-mədi. “Nə qədər maaş alırsan” – dedi, guya mən də bunu eşitmədim.

C

Page 202: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

202

Birbaşa dedim ki, axı sənə “iş” vermişdilər, nətər oldu? Dedi müəllim, bizi salmışdılar Şuşa türməsinə. Ermənilər Şuşanı alanda bizi açıb buraxdılar. Dedim indi hardasan? Dedi Füzulidə əsgərlərin ərzaq, geyim təchizatına baxıram, böyük bir anbar mənim ixtiyarımdadı. Ürəyimdə dedim, o anbara ki, Camal baxır, o anbar ömrünü müdafiə nazirinə çoxdan bağışlayıb.

Sonra Camal əyin-başıma baxıb dedi:– Müəllim, maşı-nın yük yerində yaxşı zabit çəkmələri var, bir cüt verim geyin.

Etiraz elədim. Dedi, bizim mal deyil, Rusiyanın isteh-salıdır, xalis dəridi. O saat bildim ki, Camal əsgərlərimizin çəkmələrinin kökünə çoxdan daş atıb. Yenə etiraz elədim. Dedi ki, sən mənim sevimli müəllimim olmusan, sənin çörəyindi yeyirəm. Lap xəcalət çəkdim, dabanımacan məndən tər getdi.

Yadıma düşür... Camal yeddidə oxuyurdu, nə qələm-dəftəri var idi, nə də kitabı. Heç nəyi yox idi, əli cibində gedib-gəlirdi. Atası atamın çoban yoldaşı idi. Camal özü o yana dursun, hələ oxuyanlara da imkan vermirdi. Bir gün məni lap boğaza yığdı, bunun qulağının dibinə tərə-kəməfason bir şillə ilişdirdim. Camal yıxıldı partanın altı-na, iki qatlandı, çox qorxdum, istədim üzr istəyim, Camal başını qaldırsın, məni bu stressdən qurtarsın. Camalı apar-dıq müəllimlər otağına, iyirmi dəqiqədən sonra ayıldı. Müəllimlər dərsə getdi, ikimiz qaldıq, Camal qayıdıb mənə nə desə yaxşıdır:

– Müəllim, öz aramızdı, yaman qorxdun ha. Elə bu zaman dərs hissə müdiri gəldi, mənə dedi ki, tez

ol qaç, Camalın atası gəlir səni öldürməyə. Çölə çıxdım, gördüm ki, əvvəl Camalgilin iti, onun arxasınca atası, atasının arxasınca anası və bacıları qışqıra-qışqıra gəlirlər məktəbə. Sən demə, Camalı vurmağımı ona xəbərləyiblər-

Page 203: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

203

miş... Atası çatdı mənə, tüpürdüm dabanıma, o qovdu mən qaçdım. Məktəbin başına altı “kruq” eləmişdik ki, Camalın atası dayandı, mənə dedi ki, get səni qurban eləyirəm “əmi-oğlu” olmağımıza. Tərəkəmələr bir-birinə, qohum oldular, olmadılar çox şəhdi-şəkərlə “əmioğlu” deyirlər, bunun da ən abırlısı əmioğlunu məktəbin başına nə az-nə çox, düz altı dəfə fırlatmaqdır.

Sonra eşitdim ki, Camalı yenə tutublar. İllər keçdi. Beş ildən sonra rayonda yenə mənə rast gəldi, yenə dedi ki, müəllim, nə qulluq eləyim, sənin çörəyini yeyirəm.

Yanımda Bakıdan şair yoldaşım vardı, lap ölüb yerə girdim.

Dedim, sağ ol, Camal, heç nə lazım deyil. Camal dedi ki, Bakıda “Qanun əmanəti” adlı qəzet

açmışam. Təsisçi, baş redaktor, redaktor müavini, hamısı özüməm. Gəl səni bölgə müxbiri götürüm, yenə dedi ki, mən sənin çörəyini yeyirəm. Dedim yox, qəzetlə aram yoxdur.

Qoltuğunda kitablar vardı, yeni romanlarımdı -dedi. Onu da dedi ki, müəllim, bu yazıçılıq yaman ağır sənətdir. Mən indi bilirəm, sən nələr çəkirmişsən. Amma sizinki şeirdi, şeirə nə var, gündə yüzünü yazaram, nəsr ayrı şeydir. Bir kitab bağışladı, üz qabağında Azərbaycan bayrağının şəkli, arxasında özünün böyük portreti. Dedim, üz qabığında niyə bayraq şəkli vermisən? Dedi ki, icra başçıları, idarə müdirləri onda kitabları yaxşı alırlar, biz də təhsil görmüşük, belə şeyləri yaxşı bilirik.

Sonra təzə bir roman üzərində işlədiyini dedi: İmişlinin Bakıda bina tikənlərinin bərkgedəni, öz əmioğlumuz Məmməd Tərəkəməlinin həyatı haqqında roman sifarişi aldım. Əvvəl dedim, sənin həyatın povestlikdir. Summanı artıran kimi keçdim romana. Əvvəl avans kimi üç min dollar, iki min dollar da əsəri bitirəndən sonra alacam.

Məmməd Tərəkəməlinin həyatını araşdırarkən – Camal

Page 204: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

204

deyir-bəzi müəmmalara rast gəldim. Öyrəndim ki, onun birinci arvadı erməni olub. Məmməd Tərəkəməliyə dedim ki, mən yazıçıyam, “Qanun əmanəti” qəzetinin baş redaktoruyam, qanun əmanətinə xəyanət edə bilmərəm, gərək tarixi həqiqəti olduğu kimi yazam, səni erməni qızı ilə evləndirəm, o da yalvardı ki, məni biabır eləmə, heç o məsələyə toxunma. Dedim ki, mən yazıçıyam, yalan yaza bimərəm – Camal arada bir bu işin təsdiqi kimi boynuma qoyur ki, müəllim, siz də arada-bərədə yazırsınız, belə şeyləri yaxşı bilirsiniz – nəsə, axır ki, bir “Mersedes”ə razılaşdıq ki, guya mən o məsələləri heç eşitməmişəm”.

Sonra Camal dedi ki, səhər 12-də Bakıya çıxıram, gedir-sənsə, gəl səni də aparım, üstümdə haqqın var, əziyyətini unudan deyiləm.

Razılaşdıq, səhər saat 12-də çıxmağa. Tezdən gəldim İmişli Rayon Hərbi Komissarlığına.

Katibə dedi ki, komissarın yanında Bakıdan qonaq var, çay içib söhbət edirlər. Düz bir saat gözlədim, qonaq çıxmadı. Katibə yenə çay aparanda qapının arasından gördüm ki, içəridə komissarla deyib-gülən Camaldır.

Axır ki Camal çıxdı, nə yaxşı məni görmədi. İçəri girəndə komissar üz-gözünü turşutdu. Dedim qeydiyyatdan çıxıb Ba-kıya qeydiyyata düşürəm. Xahiş edirəm, çıxarışı təsdiqlə-yəsiniz. Komissar – Səhər gəl, indi vaxtım yoxdur – dedi.

Əlacım kəsildi. Yoldaş komissar – dedim – mən bayaq sizinlə söhbət

edən Camal müəllimin müəllimi olmuşam. Kişinin qırışığı açıldı: – bəs səhərdən bunu niyə

demirsən? Kağızıma möhür vurub yola saldı. Gəldim Camalla

vədələşdiyim yerə. Mindim maşınına, üz tutduq Bakıya. Yolda Camal dedi ki, Nərimanovdan təzə ev alıb. Sonra

əlavə etdi, müəllim, sənin şəhərdə evin olmamış olmaz. De-

Page 205: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

205

dim kirayə qalıram. Guya pis oldu. Müəllimə qiymət verən yoxdur – dedi – amma müəllim, sən özün də fərasətsizsən. Allah deyir, səndən hərəkət, məndən bərəkət.

Bu “hərəkət” və “bərəkət” sözləri mənə çox tanışdı deyə, dinmədim.

Ələti keçəndə Camal yoldan xeyli aralı qazıntı aparan fəhlələri gördü. Qırğı kimi aldı başlarının üstünü. Sağdan, soldan, arxadan, öndən bunların şaqqaşaraq şəklini çəkdi. “Qanun əmanəti” qəzetinin vəsiqəsini göstərdi, qanunsuz iş-lər aparırsınız, mən bu şəkilləri səhər qəzetimdə verəcəyəm – dedi.

Fəhlələr zəng elədilər, müdirləri gəldi, zorla Camalın ci-binə beş yüz manat pul basdılar.

Camal yolda cibindəki bütün pulları yenidən saydı, əvvəl avro, sonra dollar, sonra yüzlük, əllilik, iyirmilik və onluqlar üst-üstə qoyulmuşdu.

Sonra qəflətən dedi ki, müəllim, ədəbiyyatdan mənə niyə “2” verdin”, səndən çox mənə “2” verən yox idi. İndi gör-dün, mən yazıçı oldum. Sonra əlavə elədi, sən mənə “5” ver-səydin, indi bədbəxt olmuşdum. Sənin çörəyindi mən ye-yirəm. Sənin “2”-lərinə qurban olum, müəllim. Sənin həmişə “5” verdiyin sinifimizin əlaçısı Zamin vardı ha, hər gün ona “Mersedes”imi beş manata yudurduram. “2” verməklə sən mənim əlimi çörəyə çatdırdın.

– Axı mənim belə çörəyim olmayıb – dedim. – Müəllim təvazökarlıq eləyirsən, yediyim sənin çörəyin-

di. İndi tərəkəmə kəndlərindən bu payız deputatlığa na-mizədliyimi verəcəyəm. Hamısı əmioğlulardır. Burda da sə-nin əməyin var. Seçilsəm mənə bir şeir yaz, mən də sənə borclu qalmaram. “Qanun əmanəti” qəzetimdə sənin şeirlərini verərəm.

Mən daha dinmədim... Əllərim əsirdi...

Page 206: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

206

NOVRUZUN XROM ÇƏKMƏSİ, QƏLFEYİ

ŞALVARI VƏ QIRPIŞIN DONU...

vvəl alça, sonra da ərik ağacı çiçəklədisə, demək, Novruz bayramı kəsdirib qapının ağzını... Bunu babam deyir.

Balaca quzular otuxdusa (dişləri çıxdısa) çölə, çəmənliyə çıxıb ot yeməyə başladısa, demək, yaz qapımızı döyür. Bunu da atam deyir.

Novruz bax budur, ey, lap burnumun ucunda – bu da nənəmin sözüdür. Amma burun ucu yaman şeydi, göynədisə, üzünü görmə.

Novruz bayramına on gün qalmış, axşamtərəfi bir də görərdik ki, fermanın itləri doldu kəndə, nə doldu! Kəndin itləri də qorxusundan qaçıb girdi damın altına və hərdən-hərdən bir-iki ağız qorxaq-qorxaq hürdülər. İtlərin arxasınca adamlar görünərdi, hamısı da at belində. Atların dalınca dayçaları, dayçaların dalınca düşən kənd uşaqları...

Onda bilərdik ki, ferma adamları kişili-arvadlı kəndə niyə gəlirlər? Səhər o başdan kəndimizə təzə işləməyə başlayan “təpəl” avtobusla rayona Novruz bazarlığına gedəcəklər. Gələn adamların çoxu bizim evdə əylənərdi... Bunlar olardı atam, anam, iki dayım və arvadları, iki əmim və arvadları, kənddə evi olmayan bizim evə qonaq düşən atamın üç-dörd çoban dostu və arvadları, hamısının yanında itləri, atları, dayçaları... Böyük səs-küylə girərdilər həyətimizə. Belə hay-küy kəndimizin çox evlərində olardı.

Atları həyətdə bağlayardılar, qabağına ot-alaf atardılar.

Ə

Page 207: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

207

Bu köçün komandanı əsasən anam olardı. Ona görə ki, anam qayınlarını və qardaşlarını özü evləndirmişdi, gəlinlərin ağzı nə idi sözünün üstünə söz desin...

Fermadan gələn itlərə babam “gəzəyən itlər” deyirdi, hamısı tumarlı, quyruqları da belində. Fermanı qoruyan itlər, belə itlərə baş qoşmazdılar və fermadan bir metr də olsun aralanmazdılar.

Gələn itlər həyətimizi “oblova” edər, ağacların dibini “sulayardılar”. Bu yerdə atamın vaxtı ilə mənə verdiyi bir sual yadıma düşdü: “Əniklər (cavan köpək) özünü nə vaxt tanıyır?” Cavabını bilmədim. Atam dedi ki, nə vaxt, ənik arxa ayağının birini qaldırıb çöpün və ağacın dibinə işədi, bil ki, həddi-buluğa çatıb. Lap qabaqlar bir sual da vermişdi atam: “Qoyun yatanda yerə ilk dəfə harası dəyir?” Mən dedim, quyruğu, atam dedi, nəfəsi. Çünki qoyun iyləmədiyi yerdə yatmır.

Fermadan gələn kişilər çox yaxşı geyinərdilər: xrom çəkmə, təzə dördkünc kepka və ya adi papaq, bəzən də qəlfeyi şalvar... Sonralar hey fikirləşirdim ki, niyə bunlar belə geyinirlər. Yəni onlar da özlərini Stalın yoldaşa bənzədirlərmiş... Aşıqlarımız kimi... Stalin aşıqları çox sevirdi, tarzənləri yox. Aşıqların bir neçə qurultayını keçirmişdi. Atamgil və aşıqların çoxu bu cür geyimlərinin səbəbini bilmirdi. Sələfləri belə eləmişdi, onlar da bunu milli geyim kimi qəbul edirdilər.

Arvadlar adətən çust, tirmə şal, qırpışın, qrenplin, palotnoydan allı-güllü paltarlar geyinirdilər...

Mən çox sevinirdim. Ona görə ki, səhər məni də bazara aparacaqdılar, ikincisi, aldıqları şeylərin yanına məni gözətçi qoyacaqdılar, zəhmət haqqı kimi də hər ev yiyəsi mənə bir nəlbəki qoz-fındıq verəcəkdi.

Səhər gedərdik rayona, girərdik bazara, kişilər dişləri ilə qoz-fındıqları qırıb yoxlayardılar. Anam əsasən

Page 208: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

208

fındığın nəmliyinə fikir verərdi, qozun isə ağlığına-qaralığına. Guya bu sahədə anam mütəxəssis sayılırdı, hamı onunla məsləhətləşirdi.

Nənəm tanrı bəxtəvəridi, o cür gəlini var. Anam həm ziyarət, həm də ticarət eləməyi bacarırdı. Yox yerdən pul qazanırdı. O, fermadan gələndə satmaq üçün 30 kiloqrama qədər pendir və ya başqa yavanlıq – şor, yağ, qatıq, yumurta gətirib bazarda satardı, əvəzində qoz-fındıq alardı.

Elə ki, tərəkəmə arvadları yağ pendir satılan yerə girdilər, bazar arvadları tez anamı behləyirdilər, bilirdilər ki, dəstənin “xozeyni” anamdı. Anam da bir az o yan-bu yana baxardı ki, görüm daha yaxşı alıcı varmı? Bundan sonra anamı ilk yaxalayan arvad ilkin iqtisadi əlaqə kimi mənim əlimə iri qırmızı alma verərdi, bir az da qiyməti endirərdi, bundan sonra anam razılaşardı, gətirdiklərini xırıd edər, sonra keçərdi qoz-fındıq almağa.

Kənddə yaşayan əmim lap əhli-kefin biridir, qoz-fındıq almaq adı ilə girərdi bazara, hər satıcıdan iki qoz, iki fındıq götürüb dişiylə qırıb yeyərdi, guya xoşuna gəlmədi, sonra keçərdi o birisinə. Bu minvalla qarnını doyurub çıxardı bazardan.

Əmim hər gün belə eləyirmiş... Mən bazarın ortasında torbalara gözətçi dururdum.

Hamı alır, gətirir, mən də kisələri sayla qəbul edirdim. Bir dəfə fındıq satanla dayım arvadının bərk davası düşdü. O dedi, bu dedi! Birdən fındıq satan dayım arvadını söydü: “Buna bax, tərəkəmənin eşşəyi, lap itə oxşayırsan, qoyun başı yeyənlər gəlib burda adam olublar!”

Qoyunun başını başa düşdüm, tərəkəmələr qoyun başından yaxşı şilə (şorba) bişirirlər, bəs eşşəklə itin nə əlaqəsi?

Dayım arvadı ayağının birini irəli, birini geri qoyub

Page 209: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

209

dedi, görək nə dedi: “Aaaz, balıq başı yeyən (adətən tərəkəmələr də yerli

camaata belə deyir), itə sən oxşayırsan, paşburatda (posportda) mənim bir şəklim var (baş barmağını dik tutaraq) bax belə!”

Bu cür atışmadan sonra hər iki tərəf susduruldu. Çünki yerli camaatla tərəkəmələrin davası qoyun və balıq başına qədərdir.

Hər şeyi alandan sonra gələrdik kəndə. Çatan kimi anam nənəmə deyərdi ki, bazara od qoyulub, hər şey bahadı, yaşamaq qana çatıb (yəni qan bahasınadır).

Gözətçi payımı alıb mən də özümə bir bayramçalıq torbası düzəldərdim.

Sonra “köç” qayıdardı Şirinquma – fermaya. Qabaqda itlər, arxada dayçalar, dayçaların arxasınca kənd uşaqları... Dərs bağlı olduğu üçün anamgil məni də fermaya aparardılar.

Anam bayramçalıqları yükün altında gizlədərdi, ilin axır çərşənbəsinə qədər mən xeyli onlardan oğurlayıb “xımır-xımır” yeyərdim.

Fermada Novruz bayramı ayrı cür keçirilirdi. İtlərin, atların sevinməyi ayrı aləm idi.

Fermada alaçıqların arası ən uzağı 10-15 metr olardı. Həmişə bir olan bu evlər bayram günlərində öz qonaqpər-vərliklərini böyük səxavətlə bir-birinə göstərərdilər. Kişi-lər, arvadlar və uşaqlar bir-biri ilə sevinə-sevinə görüşər-dilər. Elə bil birinci dəfədir, görüşürlər, birinci dəfədir, qo-naq gedirlər. Qoyunlar kəsilərdi, qazanlar asılardı. Burda da əsas “xozeyn” anam idi. Evləri bir-bir gəzib göstəriş verərdi, birinə deyərdi, düyünü çox ötürmüsən, birinə de-yərdi, qovurmanın duzu kəmdi. Kişilər də “mərə” deyilən bir yerə toplaşıb birinci kimin evinə qonaq getməyi müzakirə edərdilər. Halbuki, bu adamlar hər gün bir yerdə

Page 210: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

210

yemək yeyir, çay içir, söhbət edirlər. Atam həmişə deyərdi ki, birinci bizə gedək. O biriləri

deyərdi, yox, bizə gedək. Axır, birinci bizə gəlməyə qərar verilərdi. Səhərdən bir-birinə kömək edib düyü bişirən qadınlar evlərinə gedib geyinib –kecinib ərləri və uşaqları ilə təzədən bizə gələrdilər. Anamla arvadlar görüşüb öpüşər, kişilər salamlaşardı. Elə bil səhərdən bir yerdə olan adamlar deyillər, birinci dəfə görüşürlər. Bir-biri ilə elə hal-əhval tuturdular ki, guya on illərdi bir-birilərinin üzünə həsrətdirlər. Bir gün ərzində bütün fermadakılar bir-birinin evində qonaq olardı. Bundan əlavə gedəndə qonaqlara Novruz payı qoyulardı.

Bir bayram lap gülməkdən öldük. Dayım arvadının aldığı qozun hamısı çürük çıxmışdı. O, kövrəlirdi, biz gülürdük.

Evimizin yanında bir telefon dirəyi vardı, Novruz bayramında onun başına hər səhər bir qaranquş qonardı. Anam qaranquşa qəribə sözlər deyərdi. İki sözü dəqiqliyi ilə yadımdadı: “Gətirdiyin şad xəbərdisə, görüm oğlun olsun, oğlunun da oğlu olsun!”. Bu sözləri eşidən kimi qaranquş uçub gedərdi, elə bil anamdan bu sözləri, yəni alğışı muştuluq kimi alıb qaçardı.

Anam deyərdi, Novruzda bütün həşəratlara, ilanlara, siçanlara bir sözlə, hər şeyə yuvalarından torpaq üstünə çıxmağa rüsxət (izn) verilir. Mən çox sevinirdim. Çünki fermada özümə bir qoduq, bir balaq (camış balası), bir buzov (inək balası), bir təpəl quzu, bir ilan, bir siçan, bir koramal, bir tısbağa götürmüşdüm.

Günəşlə torpağın, odla suyun təmasını xəfif külək hər tərəfə yayardı. Hər yerdən üzərlik qoxusu gələrdi. Elə bil təbiət özü öz başında üzərlik yandırardı.

Novruz bayramında evlərdən peçləri götürərdik, onun yerinə rəngli xalılar sərərdik. Evimizin içinə artırılmış o

Page 211: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

211

genişlik ruhumuzu doydurardı. Həmin xalının üstündə uzanıb şirin-şirin yatardım.

Novruz vaxtı qonşumuz, bizdən yaşca böyük olan Səfəralı tez-tez bizi ora-bura – dükana, poçta buyurardı, birimizi siqaret, digərimizi araq dalınca göndərərdi. Bir gün mən qətiyyətlə etiraz etdim. Onda gördüm ki, Səfəralı birdən-birə balacalaşdı, əlini boğazına aparıb ətindən tutdu, yeganə və əsaslı bir mənbədən sitat gətirib xahiş elədi: “Axı mən səndən iki Novruz böyüyəm”. Onda mən Səfəralının xahişini yerinə yetirərdim...

Səhər tezdən anam yatağımızın üstünə su çiləyib bizi yuxudan oyadardı, deyərdi eyy, qalxın uşaqlar, nə yatmısınız, Novruz gəlib – sonra o əlindəki su qabı ilə bizi həyətdə qovalayardı.

Mən isə dünən yandırdığımız tonqalın külünə baxıb bir azca kədərlənərdim.

Page 212: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

212

XOCALI HAQQINDA FİLM

əlin Xocalı filminə başlayaq. Bir-birimizi vuraq yıxaq, sən məni vur, mən ölüm. Sonra mən dirilim, səni vurum, sən öl. Qovaq, qaçaq, gizlənək,

hönkürək, ağlayaq, titim-titim titrəyək. Gəlin üşüyək, sonra hamımız yerə uzanıb ölək. Sonra oyanıb xatirələr danışaq.

– Hə, birinci sən danış – Hə, axşamüstü idi, birdən atşıma başladı. Balaca

oğlumu götürüb evdən çıxanda papağını başına qoymağı unutdum. Sonra oğlum başından milingit oldu. İtimiz zəncirdə qaldı. Açıb buraxmağa imkan tapa bilmədik. Alçamız çiçəkli qaldı. Çıxanda qapını örtmədik, elə açılı qaldı. Qonşunu səsləməyə vaxt olmadı, bilmədik onlar ev-dən çıxdılar, yoxsa yox. Somavarımız qaynar, çaynikimiz dəmli, televizorumuz yanılı qaldı. “Xəbərlər” gedirdi, Ayaz Mütəllibov danışırdı, deyəsən bizdən, müdafiəmizin yaxşı təmin etməyindən danışırdı.

Daha kimin xatirəsi var? – Mənim. – Buyur, danış. – Həmişə Xankəndini Şuşa şəhəri atəş altında

saxlayırdı. Ermənilər də onun acığını bizdən çıxırdı. 26 fevral günü Şuşadakı hərbi qüvvələrimizə nə qədər xahiş etdik ki, heç olmasa on dəqiqəliyə Xankəndini atəşə tutsunlar. Emənilərin başı qarışsın, tam gücü ilə üstümüzə gəlməsinlər. Amma Şuşa atəş açmadı.

– Daha kimi xatirəsi var? – Mənim.

G

Page 213: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

213

– Danış, ucadan danış! – İyirmi beş fevral günü vəziyyət daha ağır idi. Biz

yuxarı – rəhbərliyə zəng elədik. Dedilər arxayın olun, İran höküməti bu işdə bizə dəstək olacaq və sizin üçün heç bir həyati təhlükə olmayacaq. İranın xarici işlər naziri Doktor Vilayəti bu məsələ ilə ciddi məşğuldur.

– Mənim də xatirəm var. – Xocalıdansınız? – Hə. – Buyurun, mikrofonu bir az özünüzə yaxın tutun. – Mən evdən uçaqlarım və həyat yoldaşımla çıxdım.

Başımızın üstə amansız qradlar guruldayırdı. Ağdam istiqamətinə yol aldıq. Həyat yoldaşım bizi bir çökəklikdə qoyub bir az aralı fəryad qoparan insanların köməyinə getdi. Sonra geri qayıtmadı. Lap yaxınlıqda erməni cəlladlarının səsi gəlirdi. Biz yerə sindik. Torpaqda sürünməyə başladıq. İki yaşlı qızım elə bil vəziyyəti başa düşürdü. O da balaca əllərini torpağın üstə qoyub için –için ağlayırdı. Əllərinə, dizlərinə tikanlar batırdı. Qızım tikanların həmin andaca çıxarılmasını istəyirdi. Mən onu koksümün altında sıxdıqca o daha da torpağ sıxılırdı. Birdən arxaya baxanda böyük uşaqlarımı görmədim. Onları ya vurmuşdulər, ya da məni itirmişdilər. Balaca qızımla bir çalaya yıxılıb qaldım. Şaxta adamı qılınc kimi kəsirdi. Qızımın alnından axan qan donan əllərimi qızdırırdı. Onu daha da bağrıma sıxdım. Əynimdə nə var-dısa, hamısını körpə balama sarıdım. Sonralar həmin vəziyyətimi düşünüb orta məktəbdə yazıçı Ənvər Məm-mədxanlının “Buz heykəl” hekayəsini xatırlayırdım. “Buz heykəl”in qucağında körpə sağ qalmışdı, ancaq mənim qucağımdakı körpə çoxdan ölmüşdü. Həmin gecənin səhəri əsgərlərimiz gəlib məni tapdılar. Ayaqlarımı, əllərimi don vurmuşdu. Ağdam məscidində körpəmi

Page 214: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

214

yuyanlardan xahiş elədim ki, icazə verin onun əllərinə, dizlərinə batan tikanları çıxardım, sonra dəfn edin.

– Gəlin xatirəni dayandıraq, bəsdir,daha danışmayın. Gəlin indi də Xocalıdakı körpələr kimi biz də donaq.

– Hə, gəlin donaq. – Gəlin ayaqqabılarımızı, corablarımızı çıxardaq.

Ayaqlarımızı buzlu suya qoyaq. Hə, necədi? Xocalını indi hiss eləyirsən?

– Hə, mən donuram. – İndi də əllərimizi buzla suya salaq. – Uyyyy, can bala, sən buzlu suyun içindəsən. – Gəlin əlimizi bıçaqla kəsək. – Uyyy can bala, sən bu qanın içindəsən. – İndi gəlin başımıza buzlu su tökək. – Oyyy can bala, yuxun nə şirindir? Gəlin Xocalı haqqında şeir deməyi dayandıraq. Elə bir

saatlığa üşüyək, buzlu sularda bir saatlıq donaq. Donub dirilək, amma ölməyək. Axı gələn ildə göstərəcəyik bu filmi...

Page 215: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

215

ƏGƏR HAQQIMDA FİLM ÇƏKSƏLƏR...

ə Bakının işıqlı küçələrindən keçərdim nə də Xəzə-rin sahillərində fikirli dolaşardım. Nə bir ağac

yarpağından yapışardım, nə də qaşlarımı düyünlərdim. Mən belə film istəməzdim.

Şair haqqında çəkilən filmə bax: Şair ağır-ağır keçir iş otağına, asta-asta əyləşir, sonra alnını qırışdırır, siqaretə birqüllab vurur, o yana– bu yana baxır, sonra başlayır şeir yazmağa...

Ya da başqa bir kadrda: Şair əyilir aşağı, bir çiçəyin ləçəyindən tutur və ya bir ağacın yarpağından yapışıb başlayıronu sığallamağa...Guya, elə bil ilk dəfədir ki, görür.

Mən heç vaxt belə film istəməzdim. Haqqımda elə bir film olsaydı, onun lentini nəvələrimə oyuncaq düzəldər-dim, ya da həyətdəki hovuzu dairəyə alardım ki, burdan o yanaadlamasınlar, hovuza düşə bilərlər.

Haqqımda danışmaq üçün nə professor axtarardım, nə də akademik. Nə millət vəkili arayardım, nə də məşhur bir yazıçı. Onlar haqqımda nə yazar, nə deyə bilərlər onu özüm də bacararam. Məsələn, tanınmış bir profossorun adından özüm haqqında elə bir məqalə yazaram ki, bir dənə cümləsi o yan, bu yan ola bilməz. Hamısı dübbədüz. Azmı olur belə şeylər? Bimirəm bu, mənim xöşbəxtli-yimdi, yoxsa bədbəxtliyim, amma çox qəribə nəticədir. Mən çox adamın üslubuna bələdəm, onların düşüncəsindən ətrafa, hadisələrə baxa bilirəm. Mən belə film istəməzdim.

N

Page 216: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

216

Haqqımda film çəksələr bu şəhərdə qalmazdım, gedərdim kəndimizə. Deyərdim atamı çəksinlər, özü də necə? Atam ömür boyu çoban olub. Çöldən qayıdır atam, cibləri dolu göbələklər. Atama tərəf qaçırıq. Arxada qalan uşaq mən olmalıyam. Rejissor bunu bilməlidir. Evin böyük uşağı olduğuna görə atamın ən böyük cibi mənə düşür. Göbələkləri anam sacın altdakı közün üstə düzür, ortasına duz səpib bişirir. Hamısını bizə yedirdir, özü də yemiş kimi barmağını yalayır.

Filmin ən maraqlı kadrlarından biri atamn mənim süd dişlərimə sap bağlayıb çəkdiyi yerlər olacaq. Atam deyirdi ki, atası da onun dişlərini belə çəkib. Sap qırılmasın deyə onu üç qat edərdi atam. Başımı dizlərinin üstə alardı. Dişlərimi sanayardı. Sonra laxlayan dişimə sapı bağlayıb astaca dartardı. Çıxardığı dişi mənə verərdi ki, atım yükün arxasına. Öyrədərdi ki, dişi atanda belə deyim: “Ey sıçan, mən balta dişimi sənə verdim (Çünki sıçana balta diş lazımmış), sən də inci dişini ver mənə” Bax belə. Uşaqlıqillərimin ilk və ən gözəl nəğməsiydi bu sözlər. Rejissormənə oxşayan uşaq tapmalıdır. Bu da çətin olmayacaq.Kənddə uşaqlar bir-birinə oxşayır eynən.

Sonra deyəcəyəm, atımızı çəksinlər. Qaşqa at. Ayaqları səkil. Atam mənə deyirdi ki, atın alnındakı ağ deyil, qardı. Boz ay sonu, yaz ağzı qarağanın (yarım metrə qədər uzanan bitki) dibində otlayan zaman alnını qara batırıb at. Deyirəm mənim uşaq ağıma bax. Mən də inandım. Atamın dediyinə bir şeir qoşdum.

Getdi qış, əridi qar, Yamacların yalında. Bir ovuc qar qalıbdı, Atımızın alnında.

Page 217: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

217

At mənim ilk şeirimdi. İçindən çöl keçən at. Gümüş yəhəri iravandan, nalı Gorusdan gələn at. Qoy kəndçimiz Tapdıq dayı at nallasın, mən də ağzım sulana-sulana baxım. Hərdən Tapdıq dayı mənə sual versin: İtdən alçaq, atdan hündür, nədir? Mən də bilməyim. Bir az kənarda nehrə çaxlayan Bəyaz xala ucadan desin:Yəhər.

Kənddə bir sinif yoldaşım var adı Həsən, indi kəndimizdə traktorçudur. 1966-cı ildən 1976-cı ilə kimi bir partada oturmuşuq, özü də arxada. Yarlı -yaraşıqlı bir bir traktoru var, arxasında lapeti. Nömrəsi də zerkanlıdır: 30 T 400. Hələ biz orta məktəbdə oxuyanda, bu troktor vardı, gərək ki, Həsənin atası sürürdü, Arif dayı. Məktəbə gedəndə lapetin arxasından sallaşardıq. Bax, operatora deyərdim ki, o traktoru, arxasında sallaşan uşaqları çəksin, o uşağın biri mənə oxşasın. İndi həmin traktoru Həsən sürür. Baxsan, gülməkdən ölərsən, Həsən traktoru elə bil gücləyaşadıb, harası qırılıbsa, ora daha qalın bir dəmiri qaynaqedib, ölməyə qoymayıb. Traktorun qabaq təkərləri

mənim Cip maşınımın köhnə təkərləridi, vermişəm Həsənə. O da Vurub traktorun qabaq təkərlərinin yerinə. Elə mazlayıb ki, təkərlər gümüş kimi parıldayır. Gəzsən, şəhərdə belə təkər tapa bilməzsən. Həsən traktorun hər tərəfinə işıqlar düzəldib. Milli Məclisə namizədliyimi verəndə Həsən mazutlu köhnə traktorunu mənim rəngli şəkillərimlə bəzəmişdi.

Traktora qoşduğu maqintofonda hey mənim şeirlərim səslənirdi. Bir növ Həsənin taraktoru mənim səyyari seçki qərargahım idi.

Bir də görürsən ki, xüsusən günortalar, kəndin ortasında Həsənin traktoru, lapeti də arxasında, didərgin-didərgin, af-ufla gedir. Həsən maqintofonun səsini verir, şeirlər də mənim öz ifamda. Bax, operatora deyərdim ki, bunu çəksin. Tpraktorun əyni başdan-ayağa mazut.

Page 218: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

218

Həsənin dırnaqları codlaşıb, bığlarını və barmaqlarını siqaret tüstüsü saraldıb. Köhnə ayaqqabıları qoyun mizinə batıb. Səsi hələ də xırıldayır.

Qoy mənim haqqımda Həsən danışsın. Mən həmişə riyaziyyatdan məsələ və misalları ondan köçürüdüm, özü də on beş qəpiyə. Qoy Həsən bunu haqqımda çəkilən filmdə desin. Mən ona söz vermşdim ki, deputat seçilsəm, ona təzə traktor alacam. Ala bilmədim, yalanşı çıxdım, çünki deputat seçilmədim.

Həsən hələ də köhnə traktorunda mənim şeirlərimi oxudur, şüşələrində mənim şəkillərimi gəzdirir. Operatora deyəcəm ki, bax, o traktoru çəksin. O traktor mənim haqqımda ən maraqlı filimdir.

Page 219: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

219

UNUDULMAĞIM HAQQINDA

BİR NEÇƏ KƏLMƏ

əmişə atamın məzarını ziyarət edəndə sağ tərəfin-dəki boş yer diqqətimi çəkir. Açığı bir az da qorxuram, heç kimə demirəm. Birdən məsələ

ciddiləşər. Amma deməsəm də, oğlanlarım və qohumları-mın seçdikləri ən münasib yer ancaq ora ola bilər.

Öləndən sonra mən şair kimi yaşaya biləcəyəmmi? Qəribə də olsa, bu barədə düşünürəm. Ciddi yox, elə -belə. Çünki nə olsa, ölməyi boynuma almıram. Bəzi şeyləri, reallıqları hesablayıram.

Keçək hesablamağa. Tutaq ki, mən öldüm. Onsuz da saytlar belə xəbərdən ötrü pul paylayır. Şəkillərim bir günlük saytların bəzəyi olacaq. Gör yadıma nə düşür? Tanınmış bir şair dostum ağır xəstə idi, saytların birinin baş redaktoru mənə zəng elə di ki, o şair ölən kimi tez bizə de, xəbəri ilk dəfə biz verək, yaxşı qonararın da olacaq. Elə bil damarımda qanım dondu. Mən öləndə imkanım olsaydı, qabaqcadan kasıb bir jurnalistə deyərdim, o da sayta yazardı, babat qonarar alardı.

İndiyə kimi iyirmi altı kitabım çap olunub. İlk kitabım “Yazıçı” da işıq üzü görüb. O vaxt düzün düz vaxtı o kitabı çap etdirməkdən ötrü düz on il növbə gözləmişəm. İndi evimdə cəmi bir nüsxə qalıb. Bilirəm ki, ölən günü bütün nəvələrim bizə gələcək. Həyat yoldaşım o bir nüsxəni də verəcək ağlayan uşaqların birinin əlinə. Adını da belə qoyacaq: uşaq babasının kitabını oynadan kimi sakitləşir. Bir azdan kitabımın cırılmış vərəqlərini külək qonşu həyətə yuvarlayıb aparacaq. Birinci kitabımın taleyi belə.

H

Page 220: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

220

O biri kitablarıma gələk. Kiçik oğlum kitab sevən deyil. Onun fikrincə, ədəbiyyat-zad mənasız bir şeydir. Ona görə də ev bölgüsündə kitablarımı böyük oğlum tərəfə itələyəcək. Böyük oğlum yazıçıdır. O da heç vaxt mənim şeirərimi bəyənməyib. Guya mən həmişə Yazıçılar Birliyinin tərəfini saxlamışam. Hətta o mənim qəbrimi, şəkilli başdaşımı görüb heyrətlənməz. Qalır qızım. Bilirəm o mənim bir kitabımı götürəcək. Hey opüb ağlayacaq. Amma heç vaxt kitabımı çap etdirmək üçün imkanı olmayacaq. İstəyəcək, amma ildən – ilə saxlayacaq. Sonra isə tamamilə yaddan çıxacaq. Sonra böyük oğlum kitablarımı qoymağa yer tapmayacaq. Beləcə evdəki kitablarım bir – bir illərin arxivinə düşüb it – bat olacaq. Sonra evdə bir dənə də olsun kitabım qalmayacaq...

Evdən çölə cıxaq. Yaxşı dostlarım var. Onlar bir gün AYB-nin Natəvan klubunda ildönmümü qeyd edəcəklər. Bilirəm, on yeddi adam gələcək. Sonra dostlar da dəyişəcək: ya fikirlərini, ya da dünyalarını. Hər dostla yenidən öləcəm. Sonra ayrı adamlar gələcək ki, onlar da artıq məni tanımırlar.

Hərdən həyat yoldaşıma deyirəm ki, mənim video çəkilişlərimi yaxşı saxla. Bir gün mən həyatda olmayanda səni televiziyaya çağırarlar, səndən istəyərlər, sən də tapmazsan. Pis olarsan. Özüm də sağ deyiləm ki, durub yerini sənə göstərim.

Televiziyalar susacaq. Heç sağlığımda televiziyaya çıxa bilmirdim, öləndən sonra necə çıxa bilərəm ki? Heç sağ vaxtımda şeirlərimi dərsliklərə saldıra bilmirdim, mahnı bəstələmirdilər, kitabımı çap etmirdilər, öləndən sonra bunlar necə baş tuta bilər?! Gözlərinin qabağındaydım, məni unudurdular, bəs öləndən sonra necə görə bilərlər?!

Amma böyük oğlumun yubileyimdə kiçik, deyək ki, əlli altı səhifəlik bir kitabımı çap etdirmək ehtimalı var.

Page 221: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

221

Olsun. Onun təqdimatı da düşəcək bayram gününə, 5-6 adam gələcək. Bir iki xatirə, rəhmət-zad, filan.

Qeyri-hökümət təşkilatları, bələdiyyələr, hamısı isti yay günləri kimi gəlib gedəcəklər üstümdən. Eləcə istilərin altında baş daşımdakı adım intihar edəcək. Məni tanıyanlar da öləcək. Oğlum da, qızım da, arvadım da.

On beş ildən sonra kənd bələdiyyəsinin kəndin ortasında balaca bir büstümü qoymaq ehtimalı ola bilər. Orası da var ki, məni şair kimi təqdim etməyəcəklər; ya da ola bilsin ki, uşaq şairi kimi xatırlasınlar. Büstümün pyedestalını çox aşağı qoyacaqlar ki, uşaq kimi görünüm. Yəni baxça uşaqları və ya birinci sinif şagirdləri büstümü ziyarətə gələndə onlardan böyük görsənməyim, onlarla bir boyda olum. Guya böyük kimi görünməyə hələ yaşım çatmır. Oğlumu büstümün açılışına çağıracaqlar, şübhəsiz ki, gəlməyə vaxtı olmayacaq. Qızımın da gəlməyinə həyat yoldaşı icazə verməyəcək. Nəvələrim xaricdə təhsil alırlar deyə artıq məni tanımırlar. Büstümün ətrafında susuzluqdan öləziyən bir– iki qızıl gül kolu ola bilər. Onu da kəndin qoyunları yeyəcək. Heç kəs məni tanımayacaq.

Beş ildən sonra kəndin baytar həkimi büstümü sökdürəcək, yerində baytar apteki tikdirəcək. Məni bir şey yandıracaq; büstümü aparıb qəbrimin üstə qoyan olmayacaq. Büstüm baytar aptekindən bir az aralı başı üstə dərin bir arxa düşüb qalacaq. Heç olmasa büstümü torpağa basdırmaq bir adamın ağlına gəlsəydi... Heç kimi istəmirəm, hamının əvəzinə bircə atam sağ olsaydı, o büstümü aparıb qəbrimin üstə qoya bilərdi, hökmən qoyardı.

Page 222: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

222

Veysəl

izim tərəflərdə dava ən çox bir itin üstündə düşür, bir də uşağın. Əgər kiminsə itini və uşağını

vurdunsa, bunun yeganə əlacı başını götürüb ya Rusiyaya getməkdir, ya da başını aparıb it və uşaq yiyəsinə yardırmaq. Yenə heç olmasa, uşaq vurmağı bağışlayarlar, iti vurmusansa, qan düşməlidir vəssalam.

Qan da ayrı yerdən yox, başdan çıxmalıdır, şüttamam.

Biz tərəflərə gəl, mal, qoyun, quzu, keçi oğurla, yon-canı, xəsilliyi otar, nə edirsənsə elə - oğruya zaval yoxdur. Amma it üstünə gəldisə, sən də onu vurdunsa, bunun za-valı birə - mindir.

Bir tərəflərdə bir məsəl də var, deyirlər itlə uşağın üstündə dalaşanın ağlı yoxdur. Amma nə faydası, it olan yerdə həmişə qorxusundan ağıl qaçır.

Bizim tərəflərdə bir adət də var, onu da deyim keçim mətləbə. Hər kişinin adının yanında ayaması olur. Necə ki, “Dədə Qorqud” dastanında olduğu kimi, kişilərimiz bu adları müəyyən çətinliyə düşəndə qazanıblar.

Indi sizə kimdən deyim, mənim yazımın qəhrəmanı Heri Veysəldən. Veysəl haqqında nənəm danışıb mənə. Veysələ aşıq Veysəl də deyirlərmiş, çalıb oxumağı varmış. Orasını deyim ki, bu, bizim tərəkəmə camaatının öz Veysəlidir, saz çaldığına görə, o məşhur Aşıq Veysəllə adını bir tutarlarmış. Heç kəs inanmırmış ki, Veysəl belə bir qəhrəmanlıq eləyə. Ona körə də nənəm deyirdi ki, yavaş at vurağan olur, həmişə özünüzü gözləyin. Heri Veysəl adı nənəmin məşhur məsəlinin insanlara aid hissəsinin təsdiqi kimi bu saat da dildə -

B

Page 223: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

223

dodaqda gəzir. Heri Veysəl Kəlbəcər rayonunda Yeddi dolamanın

üstündə yerləşən “Taxrta” adlanan yerdən gəlirmiş. At nalı alıb gətirirmiş. Fermanın atlarını özü nallayırmış. Beşdən - üçdən qazanırmış...

Soltan Heydər yoxuşunun aşağısından, Süleyman bulağının yanından keçəndə qonşu fermanın itləri düşür Heri Veysəlin üstünə. Veysəl əvvəl qaçır, itlər daha da qızışır. Ağacla özünü qoruyur Veysəl, amma arada - bir itlərin ağzına da ağac çəkir. Birini lap möhkəm vurur, it zingildəyir.Zingilti səsini eşidən kimi, itlərin hamısı ruhdan düşür, yerdə çömbəlib otururlar. Sən demə qonşu fermadan bir kişi bunu yalın başından görürmüş. İt yiyəsiymiş. Çatır Heri Veysələ. Nə yemisən turşulu aş. Heri Veysəlin yanbızına ağacdan döşəyir, oturdub qaldırır. Ilk sözü də bu olur:

-Mənə Təklə Abbas deyərlər. Heri Veysəl yalvarır ki, Təhlə Abbas, sənə qurban

olum məni vurma. Ikinci ağac gəlir dizinin gözünə. - Mənə it Abbas deyərlər. Heri Veysəl ufudayır. -İt Abbas, itinə qurban olum, çevir məni itinin başına. Üçüncü ağac gəlir. - Mənə qancıq Abbas deyərlər. Heri Veysəl ağlayır. - Qancığına qurvan olum qancıq Abbas, məni çevir

balalarının başına. Məni öldürmə. İt Abbas yalvarışlara əhəmiyyət vermir. Ağacdan fə-

tir kimi döşəyir Heri Veysəlin belinə. Düzdü, tərəkəmə-lərdə fətiri ağac dəyəndən sonra döşəyirlər. Çox guman ki, bu zaman fətir Heri Veysəlin xəyalından keçməmiş olmazdı.

Page 224: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

224

Heri Veysəl it Abbasa yalvara – yalvara yavaş – yavaş onu çəkir yalın başına. Baxır ki, bizim fermalar görünür. Ürəyi toxtayır. Bir yandan da it Abbasın ağacları göydən dolu kimi yağır.

Yenə yalvarır: - İt Abbas, məni itlərinin, balalarının, ölənlərinin

başına dola, bir qələtdi eləmişəm, bilməmişəm. İt Abbas da hər ağacı vurduqca deyirmiş ki, mənə it

Abbas, qancıq Abbas, çobur Abbas, zakon Abbas deyərlər.

Heri Veysəl baxır ki, bizim fermalar lap aydın görü-nür. Gözünə dediyim Heri Veysəl, bir gözü fermada, bir gözü it Abbasda, ağacı qaldırıb it Abbasın təpəsinin düz ortasından “hıy” eləyib vurur.

-Al köpəyoğlu, mənə də Alğullar ( bizim kəndin adıdır) Heri Veysəl deyərlər.

İt Abbasın başından qan fışqırır. Dağdan ağır adam – tarap - dəyir yerə. Bu il ölmüsən, yoxsa bildir? Heç səsi də çıxmır.

Heri Veysəl çarığını soyunub alır əlinə, diz ferma deyib qaçır. O biri fermaların adamları gəlib it Abbasın başını sarıyıb aparırlar Laçının Minkəndinə, həkim baxıb deyir ki, gərək it Abbasın başına uşaq işiyə, yoxsa mikrop – zad düşər. Sonra it Abbası aparırlar fermalarına.

Deyirlər ki, “Heri” sözünü Veysəl öz adına yaraş-dırıbmış... “Heri” güc mənasındadır. Atın dal ayaqları təkbaşına qaldırıb nallayırmış.

Hərdən Heri Veysəl olmaq istəyirəm.

Page 225: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

O qara əyri bulud

225

MÜNDƏRİCAT

Ön söz................................................................................................... Ağgül ........................................................................................ Qarbasan ................................................................................... 1 Dava, yava, Anaş, baş... ........................................................... 1 Anamın barmaqları ................................................................... Saday bəyin qisası ................................................................... At Murtuzəlinin badalağı ......................................................... Xalçamızı oğurladılar .............................................................. Başı yaylıqlı qoyunlar .............................................................. Əmimin əsgərlik məsələsi, qırmızı gərdək və mən... ............... Qara Söyünün erkəkləri ............................................................ O qara, əyri bulud ..................................................................... Qərib atdan yıxılan yer... .......................................................... Telli xala öldü... ....................................................................... Elçilik ....................................................................................... Tərsinə çevrilən başmaq ........................................................... Göyüş ...................................................................................... Nənə hey .................................................................................. Atam ......................................................................................... Ocaqqırağı ............................................................................... Yurd hekayəsi .......................................................................... Məni ağladan it ......................................................................... Yolda dayanan qadını maşına götürmək ................................. Gülümsəyən ağac ..................................................................... Ay ürək… ................................................................................ Bənövşə .................................................................................... Şəhid anası .............................................................................. Kameraya düz baxa bilməyən yazıçı ........................................ Seçki məntəqəsinin keçmiş işçisi ............................................. Naxırçının diplomu ................................................................. Mənə Şuşa al ........................................................................... Naftalan novellası ..................................................................... Qapıçı ...................................................................................... Boy .......................................................................................... Seçki üsulu ............................................................................... Qəşəmə bir dənə qələm ............................................................ Döşək iynəsi ............................................................................

Page 226: O QARA ƏYRİ BULUD · Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən,

Qəşəm Nəcəfzadə

226

Arvadla futbola baxmaq ........................................................... İnsaf ərə getdi, Mürvət öldü, İmanı da tutdular ....................... Teatr ......................................................................................... Şəkilli kitablar yanmır .............................................................. Küçə telefonlarına segah .......................................................... Həyat yoldaşıyla yol yoldaşlığı ................................................ Hamamda vannanın sınması ..................................................... Uzağa getmə, indi atanı gətirəcəklər ........................................ İsmayıl deyən .......................................................................... Həkimdən pul almaq ............................................................... Yas yerində Amerika ................................................................ «Yanıq Kərəmi» və ya bərkgedən «maddə» ............................ Qol ........................................................................................... Xəyanətə əmanət ..................................................................... Novruzun Xrom çəkməsi, Qəlfeyi şalvarı və Qırpışın donu... Xocalı haqqında film ................................................................ Əgər haqqımda film çəksələr... ................................................ Unudulmağım haqqında bir neçə kəlmə ................................... Veysəl………………………………………………………….