peşman olmadan öncə. azərbaycan (version 1)

101
PEŞMAN OLMADAN ÖNCƏ HARUN YƏHYA

Upload: harunyahyaazerbaijan

Post on 19-Jan-2017

45 views

Category:

Science


1 download

TRANSCRIPT

Page 1: Peşman olmadan öncə. azərbaycan (version 1)

PEŞMAN OLMADAN ÖNCƏ

HARUN YƏHYA

Page 2: Peşman olmadan öncə. azərbaycan (version 1)

İÇİNDƏKİLƏR

GİRİŞ İNSANIN DÜNYADA YAŞADIĞI PEŞMANÇILIQ İNKARÇILAR ÜÇÜN ƏBƏDİ PEŞMANÇILIĞIN

BAŞLANĞICI: ÖLÜM HESAB GÜNÜNÜN PEŞMANÇILIĞI CƏHƏNNƏMDƏKİ PEŞMANÇILIQ BU PEŞMANÇILIĞI YAŞAMAMAQ ÜÇÜN ƏLAVƏ BÖLMƏ: TƏKAMÜL YALANI

4

Page 3: Peşman olmadan öncə. azərbaycan (version 1)

OXUCUYA

Bu kitabda və digər işlərimizdə təkamül nəzəriyyəsinin süqutuna xüsusi yer ayrılmasının səbəbi bu nəzəriyyənin hər cür din əleyhdarı olan fəlsəfənin təməlini meydana gətirməsidir. Yaradılışı və dolayısilə Allah`ın varlığını inkar edən darvinizm 150 ildir ki, bir çox insanın imanını itirməsinə və ya şübhəyə düşməsinə səbəb olmuşdur. Buna görə də, bu nəzəriyyənin yalan olduğunu gözlər önünə gətirmək əhəmiyyətli imani bir vəzifədir. Bu əhəmiyyətli xidmətin bütün insanlığa çatdırılması isə zəruridir. Bəzi oxucularımız ola bilər ki, yalnız bir kitabımızı oxumaq imkanı tapa bilər. Bu səbəblə, hər kitabımızda bu mövzuya xülasə də olsa yer ayrılması uyğun hesab edilmişdir.

Qeyd edilməsi lazım olan başqa bir xüsus da bu kitabların məzmunu ilə əlaqədardır. Yazıçının bütün kitablarında imani mövzular Quran ayələri yönündə izah edilir və insanlar Allah`ın ayələrini öyrənməyə və yaşamağa dəvət edilirlər. Allah`ın ayələri ilə əlaqədar bütün mövzular oxucuda heç bir şübhə və ya sual buraxmayacaq şəkildə açıqlanmışdır.

Bu mövzuda istifadə edilən səmimi, sadə və səlis üslub isə kitabların hamı tərəfindən rahat başa düşülməsini təmin edir. Bu təsirli və sadə izah sayəsində kitablar "bir nəfəsə oxunan kitablar" ibarəsinə tam uyğun gəlir. Dini qəti şəkildə rədd edən insanlar belə bu kitablarda bildirilən həqiqətlərdən təsirlənir və yazılanların doğruluğunu inkar edə bilmirlər.

Bu kitab və yazıçının digər əsərləri oxucular tərəfindən şəxsən oxuna biləcəyi kimi, qarşılıqlı söhbət şəraitində də oxuna bilər. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun, kitabları bir yerdə oxumaları mövzu ilə əlaqədar öz təfəkkür və təcrübələrini də bir-birlərinə ötürmək baxımından faydalıdır.

Bununla belə, yalnız Allah`ın razılığı üçün yazılan bu kitabların tanınmasında və oxunmasında iştirak etmək də böyük xidmətdir. Çünki yazıçının bütün kitablarında isbat və razı salıcı yön son dərəcə

5

Page 4: Peşman olmadan öncə. azərbaycan (version 1)

güclüdür. Bu səbəblə, dini izah etmək istəyənlər üçün ən təsirli üsul bu kitabların digər insanlar tərəfindən də oxunmasının təşviq edilməsidir.

Kitabların arxasına yazıçının digər əsərlərinin təqdimatının əhəmiyyətli səbəbləri vardır. Bu sayədə kitabı nəzərdən keçirən şəxs yuxarıda yazılan xüsusiyyətləri daşıyan və oxumaqdan xoşlandığını ümid etdiyimiz bu kitabla eyni xüsusiyyətlərə sahib daha bir çox əsərin olduğunu görər, imani və siyasi mövzularda faydalana biləcəyi zəngin bir qaynağın mövcudluğuna şahid olacaq.

Bu əsərlərdə digər bəzilərində görülən, yazıçının şəxsi qənaətlərinə və şübhəli qaynaqlara əsaslanan izahlara, müqəddəsata qarşı lazım olan ədəb və hörmətə diqqət yetirilməyən üslublara, şübhəli və həmçinin incidici yazılara rast gələ bilməzsiniz.

www.harunyahya.org - www.harunyahya.net - www.harunyahya.az

6

Page 5: Peşman olmadan öncə. azərbaycan (version 1)

YAZIÇI VƏ ƏSƏRLƏRİ HAQQINDA

Harun Yəhya təxəllüsündən istifadə edən yazıçı Adnan Oktar 1956-cı ildə Ankarada anadan olmuşdur. İbtidai və orta təhsilini Ankarada almışdır. Daha sonra İstanbul Memar Sinan Universitetinin İncəsənət fakültəsində və İstanbul Universitetinin Fəlsəfə bölməsində təhsil almışdır. 1980-ci illərdən bu yana imani, elmi və siyasi mövzularda bir çox əsər hazırlamışdır. Bununla yanaşı, yazıçının təkamülçülərin saxtakarlıqlarını, iddialarının əsassızlığını və darvinizmin qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini ortaya qoyan çox əhəmiyyətli əsərləri vardır.

Harun Yəhyanın əsərləri təxminən 30.000 şəklin olduğu cəmi 45.000 səhifəlik külliyyatdır və bu külliyyat 60 fərqli dilə tərcümə edilmişdir.

Yazıçının təxəllüsü inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin xatirəsinə hörmət olaraq adlarını yad etmək üçün Harun və Yəhya adlarından götürülmüşdür. Yazıçı tərəfindən kitabların üz qabığında Rəsulullahın (s.ə.v) möhürünün olmasının simvolik mənası isə kitabların məzmunu ilə əlaqədardır. Bu möhür Qurani-kərimin Allah`ın son kitabı və son sözü, Peyğəmbərimizin (s.ə.v) xatəmül-ənbiya olduğunun rəmzidir. Yazıçı bütün yayımlarında Quranı və Rəsulullahın sünnəsini özünə rəhbər etmişdir. Bu surətlə, inkarçı düşüncə sistemlərinin bütün təməl iddialarını bir-bir ortadan qaldırmağı və dinə qarşı yönələn etirazları tam susduracaq son sözü söyləməyi əsas almışdır. Böyük hikmət və kamal sahibi olan Rəsulullahın möhüründən bu son sözü söyləmək niyyətinin duası olaraq istifadə edilmişdir.

Yazıçının bütün işlərindəki ortaq hədəf Quranın təbliğini dünyaya çatdırmaq, beləliklə, insanları Allah`ın varlığı, birliyi və axirət kimi təməl imani mövzular üzərində düşünməyə sövq etmək və

7

Page 6: Peşman olmadan öncə. azərbaycan (version 1)

inkarçı sistemlərin əsassız təməllərini və azğın tətbiqlərini gözlər önünə çəkməkdir.

Necə ki, Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniya-herseqovinaya, İspaniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan Bolqarıstana və Rusiyaya qədər dünyanın əlavə bir çox ölkəsində sevilərək oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, boşnaq, uyğur, İndoneziya, Malay, benqal, serb, bolqar, Çin, Danimarka və İsveç dili kimi bir çox dilə tərcümə edilən əsərlər xaricdə geniş oxucu kütləsi tərəfindən izlənilir.

Dünyanın dörd tərəfində fövqəladə təqdir toplayan bu əsərlər bir çox insanın iman etməsinə, bir çoxunun da imanında dərinləşməsinə vəsilə olur. Kitabları oxuyub araşdıran hər kəs bu əsərlərdəki hikmətli, dolğun, asan aydın olan və səmimi üslubun, ağıllı və elmi yanaşmanın fərqində olar. Bu əsərlər sürətli təsir etmə, qəti nəticə vermə, etiraz və təkzib edilə bilinməyən xüsusiyyətləri daşıyır. Bu əsərləri oxuyan və üzərində ciddi şəkildə düşünən insanların artıq materialist fəlsəfəni, ateizmi və digər azğın görüş və fəlsəfələrin heç birini səmimi olaraq müdafiə etmələri mümkün deyil. Bundan sonra müdafiə etsələr də, ancaq romantik inadla müdafiə edəcəklər. Çünki fikri dayaqları aradan götürülmüşdür. Dövrümüzdəki bütün inkarçı cərəyanlar Harun Yəhya külliyyatı qarşısında fikirlə məğlub olmuşlar.

Şübhəsiz, bu xüsusiyyətlər Quranın hikmət və ifadə təsirliliyindən qaynaqlanır. Yazıçı bu əsərlərə görə öyünmür, yalnız Allah`ın hidayətinə vəsilə olmağa niyyət etmişdir. Bundan başqa, bu əsərlərin çap və nəşrində hər hansı bir maddi qazanc güdülmür.

Bu həqiqətlər göz önünə gətirildikdə insanların görmədiklərini görmələrini təmin edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasını təşviq etməyin də çox əhəmiyyətli xidmət olduğu ortaya çıxır.

Bu qiymətli əsərləri tanıtmağın yerinə insanların zehinlərini bulandıran, fikri qarışıqlıq meydana gətirən, şübhə və tərəddüdləri aparmaq və imanı qurtarmaq üçün güclü və iti təsiri olmadığı ümumi

8

Page 7: Peşman olmadan öncə. azərbaycan (version 1)

təcrübə ilə sabit olan kitabları yaymaq isə əmək və zaman itkisinə səbəb olar. İmanı qurtarmaq məqsədindən çox, yazıçının ədəbi gücünü vurğulamağa yönələn əsərlərdə bu təsirin əldə edilə bilməyəcəyi məlumdur. Bu mövzuda şübhəsi olanlar varsa, Harun Yəhyanın əsərlərinin tək məqsədinin dinsizliyi yox etmək və Quran əxlaqını yaymaq olduğunu, bu xidmətdəki təsir, müvəffəqiyyət və səmimiyyətin açıq şəkildə göründüyünü oxucuların ümumi qənaətindən anlaya bilərlər.

Bilmək lazımdır ki, dünyadakı zülm və qarışıqlıqların, müsəlmanların çəkdiyi əziyyətlərin təməl səbəbi dinsizliyin fikri hakimiyyətidir. Bunlardan xilas olmağın yolu isə dinsizliyin fikirlə məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və Quran əxlaqının insanların qavrayıb yaşaya biləcəkləri şəkildə izah edilməsidir. Dünyanın gündən-günə daha çox büründüyü zülm, fəsad və qarışıqlıq mühiti diqqətə alındığında bu xidmətin mümkün qədər sürətli və təsirli şəkildə edilməsinin lazım olduğu aydındır. Əks halda, çox gec ola bilər.

Bu əhəmiyyətli xidmətdə öndərliyi üzərinə götürən Harun Yəhya külliyyatı Allah`ın izni ilə 21-ci əsrdə dünya insanlarını Quranda təsvir edilən hüzur, sülh, düzgünlük, ədalət, gözəllik və xoşbəxtliyə daşımağa vəsilə olacaq.

9

Page 8: Peşman olmadan öncə. azərbaycan (version 1)

GİRİŞ

İnsan dünyada bəzən maddi-mənəvi müxtəlif müsibət və sıxıntılarla qarşılaşır. Ancaq insana əzab verən elə bir hiss var ki, o, bəlkə də heç bir fiziki əziyyətlə müqayisə edilməyəcək qədər şiddətlidir və insanın ruhunda böyük əzginlik əmələ gətirir. Bəhs etdiyimiz bu hiss peşmançılıq hissidir.

Peşmançılığın iki fərqli şəkli var. Allah`a iman gətirən insanların yaşadıqları peşmançılıqla yuxarıda tərif etdiyimiz və inkarçı insanların yaşadıqları peşmançılıq bir-birindən çox fərqlidir.

Möminlər hər hadisədən Allah`ın xəbəri olduğunu və Onun izni ilə baş verdiyini, başlarına nə gəlsə, Allah`ın izni ilə olduğunu qəti olaraq bilən insanlardır. Buna görə də çox mühüm xüsusiyyətlərdən biri olan təvəkkülü

10

Page 9: Peşman olmadan öncə. azərbaycan (version 1)

əsas götürürlər. İnanan insan çətinliklə qarşılaşanda da, heç etmək istəmədiyi səhv bir iş görəndə də təvəkküllə hərəkət edər. Əgər səhv edərsə, tez tövbə edər və Allah`ın onu bağışlayacağını düşünər. Bu səbəbdən də sıxıntılı və uzun müddət davam edən peşmançılıq hissinə qapılmaz. Möminin hiss etdiyi peşmançılıq onu səhvlərini düzəltməyə, tövbə edərək həmin davranışı bir də təkrarlamamağa istiqamətləndirər. Yəni özünü düzəltməsinə, nöqsanlarını aradan qaldırmasına təhrik edər, ancaq heç vaxt sıxıntıya, ruhi düşkünlüyünə səbəb olmaz. Şövqünü, həyəcanını, iman coşqunluğunu azaltmaz, tərəddüd və vəsvəsəyə salmaz.

Allah`a iman gətirməyən insanların yaşadığı peşmançılıq hissi isə çox sıxıntılı və davamlıdır. Belələrinin təvəkkülü olmadığı üçün qarşılaşdıqları çətinliklərə, etdikləri hər səhv hərəkətə görə dəhşətli sıxıntı çəkirlər. Daim “kaş” nidası ilə yaşayırlar: “kaş etməsəydim”, “kaş deməsəydim”, “kaş getməsəydim”...

Ancaq bundan daha əhəmiyyətli bir məsələ var. Belə ki, insanların dünyada ikən yaşadıqları bu sıxıntılı peşmançılıqdan daha böyüyü axirətdə qarşılarına çıxacaq. Dünyada dindən uzaq olan insanlar axirətdə həmişə dünyada yaşadıqları hər dəqiqənin peşmançılığını hiss edəcəklər. Çünki dünyada onlara çoxlu xəbərdarlıq olmuş, doğru yola dəvət edilmişdilər. Fikirləşmək və həqiqəti tapmaq üçün çox zamanları olmuşdu. Ancaq bunları həmişə qulaqardına vurmuş, xəbərdarlıq ediləndə dinləməmiş və dünyadakı yaşantının heç bitməyəcəyi kimi aldadıcı bir hissə qapılaraq axirəti yaddan çıxarmışlar. Cəhənnəmlə qarşılaşanda isə artıq geri qayıdıb səhvlərini düzəltməyə imkan tapa bilməyəcəklər. Quranda bu adamların axirətdəki peşmançılıqla dolu sözləri belə ifadə edilmişdir:

Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!” (“Nəbə”, 78/40)Odun üzərində dayandırıldıqları vaxt onların: “Kaş ki, bizi qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq”, – dediklərini görəydin! (“Ənam”, 6/27)

11

Page 10: Peşman olmadan öncə. azərbaycan (version 1)

Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq, alov (şölələri saçan) od sakinlərinin içində olmazdıq!” (“Mülk”, 67/10)

Sizə təqdim etdiyimiz bu kitabın məqsədi “kaş ağıllı hərəkət edəydik, kaş Rəbbimizin ayələrini yalan saymayaydıq, kaş bizə xəbərdarlıq edənlərin sözlərinə əməl edəydik, kaş...” deyəcəkləri və torpağa dönüb yox olmağı istəyəcək qədər böyük peşmançılıq çəkəcəkləri günlə bağlı insanları tənbeh etmək və hələ ki, düzəlmək imkanı olduğundan, onları Allah üçün yaşamağa çağırmaqdır.

Unutmayın ki, o gün peşmançılığın heç kimə faydası olmayacaq və heç kimi cəhənnəm əzabından qurtarmayacaq. Bu peşmançılığı yaşamamağın yeganə yolu vaxt var ikən Allah`a təslim olmaq, Onun əmr etdiyi şəkildə yaşamaqdır.

Bu kitab sığınacaq heç bir yerin və heç cür qurtuluş imkanının olmadığı axirət əzabına qarşı xatırlatma, Allah`ın yoluna dəvətdir.

Allah tərəfindən qarşısıalınmaz gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz (günahlarınızı) inkar edə bilməyəcəksiniz. (“Şura”, 42/47)

12

Page 11: Peşman olmadan öncə. azərbaycan (version 1)

İNSANIN DÜNYADA YAŞADIĞI PEŞMANÇILIQ

Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda, qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl (sözə) tabe olun! (“Zumər”, 39/54-55)

İnsan bir təhlükə ilə qarşılaşanda vicdanı heyrətamiz sürətlə hər şeyin hesabını aparmağa başlayır. Dünyada yaşadığı ömrə və bu müddət ərzində gördüyü işlərə bir-bir qiymət verir. Əgər dünyada yaxşı işlər görməyibsə, Allah`ın dininə tabe olmayıbsa, həmin an onu çox böyük peşmançılıq sarır.

13

Page 12: Peşman olmadan öncə. azərbaycan (version 1)

Çünki həyatı boyu heç düşünmədiyi gerçəklər bir anda bütün yönləri ilə insanın gözü önündən keçir. Bəlkə də ömründə birinci dəfə ölümün, həqiqətən, çox yaxın olduğunu anlayır. Dünyada ikən cənnəti qazanacaq şəkildə ömür sürmədiyini və qapıldığı peşmançılıq hissinin də bu səbəbdən meydana gəldiyini düşünüb məsələni dərk edir. Allah`a qarşı etdiyi nankorluğu başa düşür və bu hərəkətlərinin əvəzsiz qalmayacağını da çox yaxşı hiss edir. Həmin ana qədər heç vaxt yaşamadığı qorxu hissi onu bürüməyə başlayır. Belə bir vəziyyətdən onu ancaq Allah`ın qurtara biləcəyini artıq qavrayır. Təhlükənin sovuşması üçün Allah`a yalvarır, ona dualar edir. Əgər bəladan qurtulsa, çəkdiklərini heç vaxt unutmayacağına, Allah`a şükür edəcəyinə və sonrakı həyatını bu həqiqətlərə görə nizamlayacağına söz verir. Yetər ki, qurtulsun və əlinə bir də həyatı sürdürmək imkanı düşsün...

Amma insanların əksəriyyəti düşdüyü təhlükəli vəziyyətdən çıxandan sonra verdiyi sözə sadiq qalmır. Allah`ın onu bəladan qurtarmasına rəğmən, yenidən əvvəlki vəziyyətinə qayıdır. Ölümlə göz-gözə gələndə qəbul etdiyi həqiqətləri bir andaca yaddan çıxarır. Hiss etdiyi peşmançılıq və təslimçilik yerini əvvəlki nankorluğa verir. Təhlükə sovuşandan sonra, sanki bir qədər əvvəl Allah`a dua edən və peşmançılıq yaşayan özü deyilmiş kimi, Allah`dan üz çevirir. Əvvəlki həyatını sürdürərək, bəlkə də dünyaya daha çox bağlanaraq, yaşamağa davam edir. Allah belələrinin ruhi vəziyyətini Quranda bu misallarla açıqlamışdır:

Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidq-ürəkdən Allah`ın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!” (Allah) onları xilas etdikdə isə dərhal haqsız olaraq yer üzündə azğınlıq edərlər. Ey insanlar! Azğınlığınız yalnız sizin öz əleyhinizədir. (Bunlar) dünya

14

Page 13: Peşman olmadan öncə. azərbaycan (version 1)

həyatının keçici zövqləridir. Sonra isə dönüşünüz Bizə olacaq, Biz də nə etdikləriniz barədə sizə xəbər verəcəyik. (“Yunis”, 10/22-23)Sizə dənizdə bir fəlakət üz verdiyi zaman Ondan başqa tapındıqlarınız (sizdən) uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan nankordur! (Allah`ın) sizi quruda yerə batırmayacağına, yaxud üstünüzə daş-kəsəkli tufan göndərməyəcəyinə əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz. (“İsra”, 17/67-68)

Ayələrdə də bildirildiyi kimi, əcəba, insan bir təhlükədən canını qurtarandan sonra oxşar, yaxud başqa cür təhlükə ilə qarşılaşmayacağından, qarşılaşsa da, yenidən qurtulacağından əmindirmi? Əlbəttə, bundan əmin olmaq mümkün deyil. Üstəlik, qurtulsa da, heç bir şey dəyişməz. Çünki onun yaşaması üçün verilən müddət başa çatdıqdan sonra mütləq öləcək. Onda da eyni peşmançılığı yaşayacaq, lakin bu peşmançılığın ona faydası olmayacaq.

Burada bəhs olunanlar, əslində, dindən uzaq yaşayan bütün insanların malik olduqları müştərək ruh halıdır. Allah Quranın başqa ayələrində bu insanların vəziyyətlərini bizə belə xəbər verir:

İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi. (“Yunis”, 10/12)İnsanların başına bir bəla gəldiyi zaman Rəbbinə üz tutub Ona yalvarırlar. Sonra O, Özündən onlara bir mərhəmət daddıran kimi, onlardan bir dəstə Rəbbinə şərik qoşur. (“Rum”, 30/33)

Göründüyü kimi, ayələrdə də bəhs olunan insanlar bir sıxıntı ilə üzləşdikləri zaman Allah`a üz tuturlar. Ancaq təhlükədən qurtulandan sonra bir anda Allah`a verdikləri sözü unudaraq, nankorluq edirlər. Buradan aydın olur ki, insanların yaşadıqları peşmançılıq qarşılaşdıqları təhlükə anındakı çarəsizlikdən doğur. Halbuki, yuxarıda da bildirdiyimiz kimi, Allah`a inanan insanların yaşadıqları faydalı peşmançılıq belə deyil. Həqiqi peşmançılıq bir anda unudulmayan, insanı hərəkətə gətirən, hətta bəzi vaxtlar onda vacib

15

Page 14: Peşman olmadan öncə. azərbaycan (version 1)

dəyişikliklər edən bir hissdir. Ürəyində səmimi peşmançılıq hiss edən adam həyatının ona bağışlanan sonrakı dövrünü Allah`ın rizasına uyğun yaşayar. Şərtlər dəyişəndə və ona yeni fürsət veriləndə, qətiyyən əvvəlki vəziyyətinə dönməz. Çünki belə nankorluğun Allah`ın ayələrində də bildirildiyi kimi, özünün əleyhinə olacağını bilər.

Ayələrdə qeyd olunan gəmidəki insanların psixologiyasını Allah bütün insanlara ibrət olaraq göstərib. Çünki bu, hər bir insanın nəfsində olan meyildir. Elə isə hər insan nəfsinin bu mənfi xüsusiyyətindən imtina etməli, ayələrdə göstərilən insanların halından ibrət götürərək vicdanı qarşısında səmimi hesabat verməlidir. Yəni bunları düşünməlidir:

“Mən buna bənzər bir vəziyyətlə qarşılaşsam, hansı ruhi vəziyyətdə olardım? Nələrdən peşman olar və mənə gələn təhlükədən qurtulduğum təqdirdə, nəyi dəyişdirəcəyimə dair Allah`a söz verərdim? Nələrdən uzaqlaşar, hansı qərarlarımı səmimiyyətlə yerinə yetirməyə başlayardım?”

İnsanın bunları fikirləşməsi və doğru qərar verməsi üçün mütləq təhlükəli vəziyyətə düşməsi lazım deyil. Hətta belə bir təhlükə ilə qarşılaşmadığı üçün heç kim aldanmamalıdır. Bəlkə də bu gün belə vəziyyətə düşməyəcəyini düşünən insanın başına çox yaxın vaxtlarda buna oxşar bir iş gələcək. Yaxud, bəlkə də ömrünün axırına qədər heç bir təhlükə ilə üzləşməyəcək. Amma qəti olan bir şey var ki, onun üçün təqdir edilən ölüm anı gəlib çatan kimi ölüm mələklərini yanında görəcək. Ölümün həqiqət olduğunu görəndə isə əgər Allah`ın rizasına uyğun yaşamayıbsa, mütləq peşman olduğunu hiss edəcək.

Bu peşmançılıqla dünyada da, axirətdə də qarşılaşmamaq üçün dünyada yerinə yetiriləcək tək məsələ Allah`a üz tutmaq, Onu sevmək, Ondan çəkinmək, Onun Quranda bildirdiyi əmrləri həyatına tətbiq etməkdir. Ölüm çox yaxındır. Elə isə insan edəcəklərini heç bir şəkildə gecikdirməməli, verdiyi qərarları da səbir və iradə ilə həyata keçirməlidir. Allah`a olan yaxınlığının, səmimiyyətinin ölçüsü isə çarəsizlik və təhlükə anında Allah`a üz tutub, iman gətirən adamın göstərdiyi yaxınlıq və səmimiyyət qədər olmalıdır. Həmçinin bu yaxınlıq və səmimiyyəti qalan bütün ömrü boyunca davam etdirməlidir.

16

Page 15: Peşman olmadan öncə. azərbaycan (version 1)

İnsanların yaddan çıxarmaması vacib olan ən əsas həqiqət budur: insanın dünyada yaşamasının əsl məqsədi Allah`ın razı olduğu bəndə olmaqdır. Bunun xaricindəki hər şey- qazandığı müvəffəqiyyətlər, sahib olduğu mal-mülk, ailəsi, ətrafı, məqamı Allah`a yaxınlaşmaq üçün ancaq bir vasitədir. Bunların ona Allah`a şükür etməsi, Ona üz tutması üçün verildiyini yaddan çıxarıb və ya fərqində olmayıb, sadəcə bu vasitələri əldə etməyi qarşılarına məqsəd qoyanların isə etdikləri hər şey boşa çıxacaq. Dünyada əldə etdikləri müvəqqəti faydalar həmin insanlara axirət günündə heç nə qazandırmayacaq. Üstəlik, Allah daha çox belələrinin hüsrana düçar olacaqlarını bir Quran ayəsində belə açıqlayır:

De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında  idilər. Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik”. (“Kəhf”, 18/103-105)

Əgər insan dünyadakı halı, davranışları və əxlaqı ilə Allah`ı razı salarsa, Allah onu dünyada da, axirətdə də qoruyacaq. Ancaq dünyada ikən bu fürsəti əlindən buraxarsa, ölüm mələkləri yanına gələndə artıq düzəldə bilməyəcəyi səhvləri anlayacaq və sonsuza qədər sürən peşmançılıq içində yaşayacaq. Quranda Rəbbinin hüzuruna çıxarılanda etdiklərinə görə peşman olan insanların etirafı belə bildirilir:

O: “Kaş (axirət )həyatım üçün əvvəlcədən hazırlıq görəydim!”– deyəcəkdir. (“Fəcr”, 89/24)...Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım! (“Kəhf”, 18/42) …Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! (“Furqan”, 25/27)

17

Page 16: Peşman olmadan öncə. azərbaycan (version 1)

Etdiklərinə görə peşman olub, çarəsizlik içində bu sözləri söyləmək istəməyən hər bir insan vaxt itirmədən, elə indi onu yaradan Rəbbinə üz tutmalı və Onun istədiyi şəkildə həyatını davam etdirməlidir.

Dünyadakı peşmançılıqdan ibrət götürmək lazımdır

Dünya həyatı insanların cənnətdəki nöqsansız və sonsuz həyatı qazana bilmələri üçün verilmiş çox əhəmiyyətli bir fürsətdir. Bu fürsətdən istifadə edə bilməyərək dindən uzaq yaşayan insanlar isə yuxarıda da qeyd etdiyimiz kimi, axirətdəki əzabı görəndə, mütəmadi olaraq dünyada keçirdikləri hər dəqiqənin peşmançılığını yaşayacaqlar. Çünki bu insanlar dünyada kifayət qədər tənbeh edilmiş, cənnətin və cəhənnəmin mövcudluğu barədə xəbərdar olunmuşdular. Onlara hansı davranışlarının necə nəticə verəcəyi bildirilmişdi. Ancaq bu gedər-gəlməz sona varmamışdan əvvəl dünyada yaşadıqları müddətdə Allah insanlara peşmançılığın necə bir hiss olduğunu daddırır. Ölümdən əvvəl bəlkə düşünə və həqiqəti görələr deyə, peşmançılıq hissini onlara mütləq yaşadır.

Bununla yanaşı, peşmançılığı içlərində yaşayan insanlara səhvlərini və yanlış davranışlarını düzəldə bilmələri üçün vaxt da verir. Hər insan dünyada ikən həyatını Allah`ın ondan istədiyi kimi qurmaq və qalan həyatını tövbə edib Allah`ı razı salacaq şəkildə davam etdirmək imkanına malikdir.

Bu baxımdan, dünyada yaşanan peşmançılıq hissi, əslində, insanlara Allah tərəfindən verilmiş çox böyük fürsətdir. Çünki əgər peşmançılıqdan sonra Allah`a üz tuturlarsa, Allah insanların bu səmimiyyətinin əvəzində onları əbədi olaraq xilas edir. Ancaq əksinə, Allah`dan gələn bu tənbeh və fürsətlərə əhəmiyyət verməyərək, vaxtlarını necə gəldi keçirirlərsə, cəzaları sonsuza qədər qurtula bilməyəcəkləri əbədi peşmançılıq və əzab olur.

Səhv edib sonra peşman olan insanlar haqqında Quranda çoxlu misallar göstərilir. Yaşadıqları peşmançılıq bu insanlardan bir qismini Allah`a yönəltmiş, digərlərinin isə həyatlarında bir də eyni səhvləri təkrar etmələrinə

18

Page 17: Peşman olmadan öncə. azərbaycan (version 1)

şərait yaratmışdır. Bir qisim də müəyyən vaxt keçəndən sonra yaşadığı sıxıntıları yaddan çıxarmış, əvvəlki üsyankar vəziyyətinə qayıtmışdır.

İnsanların səhvlərinə görə çəkdikləri peşmançılığın onları tövbəyə məcbur etməsinə və doğru yola yönəltməsinə nümunə kimi, Quranda hz. Peyğəmbərimiz dövründə mübarizədən kənarda qalan üç nəfər göstərilir:

Allah bəzilərinin qəlbi yayınmaq üzrə olduqdan sonra Peyğəmbərin də, çətin vaxtda onun ardınca gedən mühacirlərin və ənsarların da tövbəsini qəbul etdi, sonra da onları bağışladı. Çünki (Allah) onlara qarşı şəfqətlidir, rəhmlidir. Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq, onlara dar gəlmiş, ürəkləri sıxılmış və yəqin bilmişdilər ki, Allah`dan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir. (“Tövbə”, 9/117-118)

Yuxarıdakı ayələrdə də göründüyü kimi, o dövrdə Peyğəmbərdən dala qalan üç nəfər daxilən çox peşman olmuşdular. Ancaq bu hissdən qurtulmaq üçün yeganə yolun yenə Allah`a sığınaraq tövbə etmək olduğunu da başa düşmüşdülər. Həqiqi peşmanlıq insanları tez bir zamanda hərəkətə gətirən, onları dəyişdirən, səhvlərini düzəltməyə istiqamətləndirən peşmanlıqdır. Belə səmimi peşmançılıqla insanlar həyatlarının qalan hissəsini Allah`ın razılığına uyğun yaşayar və Allah`ın bağışlayan və mərhəmətli olduğunu görməyə ümid edərlər. Çünki Allah tövbələri qəbul edər və səhvlərini düzəldən bəndələrini bağışlayar:

Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah bağışlayandır, rəhmlidir! Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allah`a tərəf qayıtmış olar. (“Furqan”, 25/70-71)Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra bağışlayandır, rəhmlidir. (“Əraf”, 7/153)

19

Page 18: Peşman olmadan öncə. azərbaycan (version 1)

Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram. (“Taha”, 20/82)

Eyni zamanda, Quranda peyğəmbər göndərilən qövmlərin etdikləri böyük səhvlərə görə peşman olduqları da bildirilir. Məsələn, hz. Musanın Tur dağına getməsindən istifadə edən qövmü Allah`ı unudub, bir heykələ sitayiş etməyə başlamış, ancaq hərəkətlərinin böyük səhv olduğunu biləndə çox peşman olmuşdular. Qövmün peşman olması Quran ayələrində belə bildirilir:

Musanın ardınca qövmü öz zinət əşyalarından böyürən bir buzov heykəli düzəltdilər. Məgər (bu heykəlin) onlarla danışmadığını, onlara düz yol göstərmədiyini görmürdülərmi? Ona ilah kimi sitayiş edib zalımlardan oldular. Onların əlləri yanlarına düşdükdə və azdıqlarını gördükdə: “Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, əlbəttə, ziyana uğrayanlardan olarıq”, – dedilər. (“Əraf”, 7/148-149)

Quranda bu mövzuda göstərilən başqa bir misal isə bağ sahibləri ilə bağlıdır. Bağ sahibləri Allah`ın nemət olaraq verdiyi bağı özlərininki sayıb qürrələnmiş və Allah`a şükür etməyi unutmuşdular. Lakin bundan sonra gələn əzab onların bu davranışlarına görə peşman olmalarına və Allah`a üz tutmalarına səbəb olmuşdu:

Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman (bağ sahibləri) səhər açılanda (bağda olan meyvələri) mütləq dərəcəklərinə and içmişdilər. Və heç bir istisna da etməmişdilər. Onlar yuxuda ikən Rəbbinin əzabı (o bağı) bürüdü. (Bağ) (yanıb) zülmət gecə kimi (qapqara) oldu. Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar: “Əgər dərəcəksinizsə, bağınıza erkən gedin!” Onlar (bağa) yollandılar, bir-birlərinə pıçıldayırdılar: “Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!” Onlar bu məqsədlə (kasıbları bağa buraxmamağa) qadir olacaqlarını zənn edib erkən getdilər. (Bağı) görəndə isə (belə) dedilər: “Deyəsən, biz düz gəlməmişik! Xeyr! Biz məhrum olmuşuq!” Onların ən insaflısı

20

Page 19: Peşman olmadan öncə. azərbaycan (version 1)

dedi: “Məgər mən sizə (Allah`ın şəninə) təriflər söyləyin deməmişdimmi?” Onlar dedilər: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!” Onlar dönüb bir-birlərini qınamağa başladılar. (Və) dedilər: “Vay halımıza! Biz həddi aşanlarıq! Ola bilsin ki, Rəbbimiz bizə (bu bağın) əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”. (“Qələm”, 68/17-32)

Təəssüf ki, insanların əksəriyyəti dünyada ikən peşman olmaları və tövbə edib saleh əməllər etmələri üçün gələn tənbehləri şərait və şərtlər dəyişəndə, yenə bir fürsət veriləndə tez yaddan çıxarırlar. Bu tənbehi görməzlik üzündən əvvəlki vəziyyətlərinə qayıdanların tövbə etmədikləri müddət ərzində nankorluqları əvəzsiz qalmayacaq.

Hz. Salehin peyğəmbər olaraq göndərildiyi Səmud xalqının başına gələnlər də bu qəbildəndir. Allah`ın elçisi onları açıq şəkildə tənbeh etdiyi, peşman olacaqlarını, əzabla qarşılaşacaqlarını bildirdiyi halda, onlar təkidlə üsyan etməyə davam etmişdilər. Əlbəttə, Allah vədindən dönməzdir və bu insanlara vəd etdiyi əzabı onlara göstərmişdir:

Dedi: “Bu, dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”. Onlar dəvənin diz vətərini kəsdilər, sonra da peşman oldular. Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi. Həqiqətən, sənin Rəbbin qüdrətlidir, rəhmlidir. (“Şüəra”, 26/155-159)

Yadda saxlayın ki, Allah sonsuz ədalət sahibidir. Edilən heç bir xətanı əvəzsiz buraxmaz. Ancaq Onun razı qalmasından ötrü edilən gözəl əməllərin əvəzini bir neçə qat artıqlaması ilə verir. Səmimi peşmançılıq duyaraq Ona üz tutan hər bir kəsi qurtaracağını və onu rəhməti, cənnəti ilə mükafatlandıracağı haqda müjdələyir. Bu vəziyyətdə insan özü-özünə bu sualı verməlidir: “Dünyada yaşadığın müvəqqəti bir peşmançılığın nə qədər böyük sıxıntı verdiyini bildiyin halda, sonsuzadək davam edəcək

21

Page 20: Peşman olmadan öncə. azərbaycan (version 1)

peşmançılığı yaşamağın düzgündürmü? Üstəlik, əzabın bir an da olsa, yüngülləşdirilməyəcəyi cəhənnəm həyatındakı peşmançılığı yaşamaq...”

Əlbəttə, heç kim belə peşmançılığı çəkə bilməz. Bu vəziyyətdə insanın görməli olduğu iş məlumdur. Dünyada bu fürsəti dəyərləndirmək imkanı hələ hər insan üçün mövcuddur. Bu fürsətdən istifadə edən insan nəinki cəhənnəm əzabından qurtulacaq, həm dünyadakı, həm də cənnətdəki bütün nemətlərin sahibi olacaq. Bu nemətlərə qovuşmaq və cəhənnəm əzabı çəkmədən yaşamaq istəyən hər bir insan həyatını Allah`ın razılığını qazanmaq üzərinə qurmalıdır. Qeyd-şərtsiz Onun dəvət etdiyi, qaranlıqlardan nura çıxaran yolun yolçusu olmalıdır:

Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Onun mələkləri də (sizin üçün bağışlanma diləyərlər). (Allah) möminlərə qarşı rəhmlidir. (Möminlərin) Ona qovuşacaqları gün xeyir-duaları “salam” olacaqdır. (Allah) onlara olduqca gözəl mükafat hazırlamışdır. (“Əhzab”, 33/43-44)

İNKARÇILAR ÜÇÜN ƏBƏDİ PEŞMANÇILIĞIN BAŞLANĞICI: ÖLÜM

22

Page 21: Peşman olmadan öncə. azərbaycan (version 1)

Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız! (“Ənbiya”, 21/35)

Ölüm axirətin mövcudluğuna inanmayanlar tərəfindən bir son, yox olma kimi qəbul edilir. Halbuki, bu, çox yanlış bir düşüncədir; çünki ölüm son deyil, əksinə, başlanğıcdır. İman gətirənlər üçün nöqsansız, bütün nöqsanlardan təmizlənmiş sonsuz bir cənnət həyatının başlanğıcıdır. İnkar edənlər üçünsə böyük bir əzabın sonsuza qədər davam edəcəyi cəhənnəm həyatına keçid mərhələsidir. Bu həqiqəti qavrayan insanlar ölümlə birlikdə dünyada gözəl bir sonu və axirətdə gözəl bir başlanğıcı eyni anda qazanarlar. İnkar edənlər isə onlara əvvəlcədən xəbər verilən bu həqiqəti qulaqardına vurmağın əvəzedilməz peşmançılığı ilə qarşılaşarlar. Sonsuza qədər hər an bu peşmançılığı hiss edər və bundan qurtulmanın heç bir yolunu bula bilməzlər.

İnsanların əksəriyyəti ölümlə qarşılaşana qədər onun haqqında fikirləşmək istəməsələr də, bu, qəti olaraq gerçəkləşən bir hadisədir. Çünki Allah ölümü dünya həyatının nəticəsi olaraq yaradıb. İndiyə qədər heç bir insan ölümü özündən uzaqlaşdırmağı bacarmayıb. Heç kimin malı, pulu, etibarı, dostları bu məsələdə ona yardımçı ola bilməyib.

Hər insan mütləq ölümlə qarşılaşır. Quranda bu həqiqət bir çox ayədə xəbər verilir:

Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə... (“Nisa”, 4/78)De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”. (“Cümuə”, 62/8)Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır. (“Münafiqun”, 63/11)

23

Page 22: Peşman olmadan öncə. azərbaycan (version 1)

Elə isə ölümü və ölümdən sonrakı həyatı düşünməmək insanı bu həqiqətlə üz-üzə gəlməkdən qurtara bilərmi? Əlbəttə ki, xeyr! İnsan ölüm qarşısında çarəsiz olduğu üçün bu vəziyyətdə edilməli ən ağıllı davranış Allah`ın qəti olaraq olacağını bildirdiyi axirət həyatına indidən hazırlaşmaqdır.

Dünya həyatında axirəti fikirləşməyənlər ölümlə ona hazır olmamışdan əvvəl qarşılaşırlar. “İndi necə olsa, cavanıq; yaşamaqdan ləzzət alaq, qocalanda axirəti düşünərik”, - deyənlər bəlkə də heç vaxt belə bir fürsətləri olmayacağını bilirlər. Çünki ölüm Allah`ın təqdir etdiyi anda gerçəkləşir. İnsan qocalmadan, gənc yaşda da ölə bilər. Bu vəziyyətdə ancaq gələcəklə bağlı planlar hazırlayıb, Allah`ın əmrlərini yerinə yetirməyi gecikdirmək insanın böyük peşmançılıq yaşamasına gətirib çıxarır.

Bütün həyatını Allah`ı fikirləşmədən yaşayanlar ancaq ölümü hiss edəndə belə peşmançılığa mübtəla olurlar. Çünki belə bir tövbə ancaq ölüm qorxusundan yaranan, səmimi olaraq düzəltməyə niyyəti olmayan, dolayısilə də Allah qatında qəbul edilməyən bir tövbədir. Bəzi adamlar bu həqiqəti bildikləri halda, bütün həyatları boyunca ancaq özləri üçün yaşamağı tərcih etmiş və onlara verilən möhlətin sona çatdığını anladıqlarında mənfəət yollarının qalmadığını görmənin çaşqınlığı içində özlərini qurtarmağa çalış-mışdılar. Ancaq bununla heç bir nəticəyə nail ola bilməzlər. Çünki Allah onların qeyri-səmimiliyinə şahiddir. Ayələrdə də bildirildiyi kimi, Allah insanların daxilində olanı, heç kimin bilmədiyi ən gizli sirləri də biləndir. O, ölümlə bağlı tövbəni qəbul etməyəcəyini belə xəbər vermişdir:

Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!” – deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq. (“Nisa”, 4/18)

Allah belə insanlara bir fürsət veriləndə, yenə nankorluq edəcəklərini bir çox ayədə bildirmişdir. Bu mövzuda bir ayədə belə buyurulur:

Odun üzərində dayandırıldıqları vaxt onların: “Kaş ki, bizi qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq”, – dediklərini görəydin! Xeyr! Əvvəllər

24

Page 23: Peşman olmadan öncə. azərbaycan (version 1)

gizlətdikləri onlara aşkar oldu. Əgər onlar qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə qayıdardılar. Şübhəsiz ki, onlar yalançıdırlar. (“Ənam”, 6/27-28)

Buna görə də “necə olsa, axırda iman gətirər, tövbə edərəm” kimi düşüncəyə qapılmaq çox səhvdir və insanları cəhənnəm əzabından qurtara bilməz. Elə isə insan ölümlə qarşılaşanda əbədi peşmanlığın başlamasını istəmirsə, bu dünyada mütləq Rəbbinə qovuşacağını və dünyada etdiklərinin hesabı sorulacağını yadında saxlayaraq yaşamalıdır.

İnkar edənlərin ölüm anındakı peşmanlıqları

Yaşadıqları qısa müddət ərzində insanlara dəfələrlə cənnət və cəhənnəmin varlığı, axirət üçün hazırlaşmalarının vacibliyi bildirilir. Ancaq inkarçılar hər dəfə üzlərini çevirir və onlara verilən fürsətləri dəyərləndirə bilmirlər. Belələrinin ölümlə qarşılaşanda yaşadıqları böyük peşmançılığın əsl səbəbi də öz əlləri ilə özlərini bu vəziyyətə salmalarıdır. Axı heç kim onları məcbur etməyib, öz iradələri ilə hərəkət edərək bu pis nəticəni seçiblər.

İnkarçılar bu səhv seçimin nəticəsində ölərkən əzabı çəkməyə başlayırlar. Bu əzabın başlanğıcı isə ayələrdə də bildirildiyi kimi, ölüm anında yaşanan böyük qorxudur. O gün insanların yaşadığı qorxudan Quranda belə bəhs edilir:

və ayaq ayağa dolaşacağı zaman - o gün (hər kəs) Rəbbinin hüzuruna gətiriləcəkdir. O, nə təsdiq etdi, nə də namaz qıldı. Yalan saydı və üz döndərdi. Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi. Vay sənin halına, vay! Yenə də vay sənin halına, vay! (“Qiyamə”, 75/29-35)

Ancaq unutmamaq lazımdır ki, bu qorxunu ancaq dini həqiqətləri inkar edənlər yaşayırlar. Çünki iman gətirən insanlar bütün həyatlarını Allah üçün yaşadıqlarına görə qəlbləri ümidlə doludur. İnkar edənlər isə ölümlə birlikdə böyük bir peşmançılıq yaşayırlar, ancaq bu, onlara veriləcək əzabların heç

25

Page 24: Peşman olmadan öncə. azərbaycan (version 1)

birinin qarşısını almağa kifayət etməyəcəkdir. Allah inkar edənlərin canlarının böyük əzab və çətinliklə alınacağını bildirir:

...Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!” (–dediklərini) bircə görəydin. (“Ənam”, 6/93)Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alanda necə olacaq? (“Muhəmməd”, 47/27)

İnkarçıların ölüm anında yaşadığı bu vəziyyəti dünya şərtləri ilə anlamaq, əlbəttə, mümkün deyil. Ancaq Allah insanların düşünüb belə bir vəziyyətlə üzləşməkdən çəkinmələri üçün bunu əvvəlcədən xəbər vermişdir. Ölüm mələkləri ayələrdə də açıqlandığı kimi, inkar edənlərin kürəklərinə və üzlərinə vura-vura canlarını alacaqlar.

Onlar bir yandan fiziki ağrı hiss edəcəklər, bir yandan da, əlbəttə, bu əzabla birlikdə peşman olmağa başlayacaqlar. Çünki həmin andan etibarən qayıtmağa imkanları qalmamışdır. Həmçinin, bunu da bilmək lazımdır ki, ölüm anında insan başına gələnləri bəlkə də həmişəkindən daha aydın şüurla dərk edir. Əslində isə ölümdən sonra insan üçün daha sonsuz bir həyat başlayır. Ölüm ancaq keçid mərhələsi, ruhun bədəndən ayrılaraq sonsuzluq məkanına gedişidir.

İnkarçılar canları alınarkən onlara çəkdirilən əziyyətdən başa düşürlər ki, artıq sonsuza qədər davam edəcək böyük bir əzabla üz-üzə durublar. Bütün həyatı boyunca Allah`ın dinindən üz çevirənlər həmin an onları bu əzabdan qurtarması və bağışlaması üçün bütün gücləri ilə Allah`a yalvararlar. Peşman olmuş halda, dünyaya dönməyi, saleh əməllər işləmələri və itirdiklərinin əvəzini çıxmaları üçün bir fürsət də verməsini arzulayarlar. Ancaq bu istəkləri qəbul edilməz, çünki onlara Quran ayəsinin ifadəsi ilə desək, nəsihət alanın ala biləcəyi qədər möhlət verilmiş, cənnət və cəhənnəm həyatı xatırladılmış, amma onlar bilə-bilə bu həqiqətlərdən üz döndərmişlər. Belələrinə imkan verilsə belə, bütün peşmanlığı yaddan çıxararaq yenə inkarı seçəcəkləri Quranda belə bildirilmişdir:

26

Page 25: Peşman olmadan öncə. azərbaycan (version 1)

Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri edəm”. Xeyr! Onun bu dedikləri ancaq bir sözdür… (“Muminun”, 23/99-100)

İnkar edənlər dünyada Allah`a qəsdən səcdə etməmiş, Onun hökmlərini yerinə yetirməmiş və Onun əmr etdiyi gözəl əxlaqı qəbul etməkdən uzaq olmuşlar. Ölüm gələndə isə nə qədər istəsələr də, buna güc çatdıra bilməyəcəkləri belə açıqlanır:

Ayağın açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin qadir ola bilməyəcəkləri gün onların baxışları yazıq görkəm alacaq, özlərini də zəlalət bürüyəcəkdir. Hərçənd ki, onlar (dünyada) ikən sağ-salamat halda, səcdə qılmağa dəvət olunurdular. (“Qələm”, 68/42-43)

Ölümlə birlikdə Allah`ın vəd etdiyi hər bir hadisənin olduğunu dərk edən bu insanların peşmançılığını artıran bir məsələ də var. Onların dünyada ikən inanmadıqları, sözlərini ciddi qəbul etmədikləri möminlər o gün inkar edənlərin çəkdiyi əzabların heç birinə düçar olmazlar. Onlar bütün həyatlarını səmimiyyətlə, Allah`ın razılığını istəyərək keçirdiklərinə görə, sonsuza qədər hər şeyin ən gözəli ilə mükafatlandırılacaqlar. İnkarçılardan fərqli olaraq, onların canı heç əziyyət verilmədən “yavaş” alınır. (“Naziat”, 79//2)”. Ayədə bildirildiyinə görə, mələklər ölüm anında möminləri salamlayar və onlara cənnət müjdəsini verərlər:

O kəslər ki, tər-təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: “Sizə salam olsun! Əməllərinizə görə cənnətə girin!” (“Nəhl”, 16/32)

Bu, inkar edənlər üçün daha bir mənəvi əzabdır. Çünki dünyada möminlərə verilən imkan və fürsətlər onlara da verilmişdi. Ancaq onlar dünya həyatının keçici mənfəətlərindən istifadə edə bilmək məqsədilə bilə-bilə cənnəti itirmişlər. Dünyanın müvəqqəti bir sınaq yeri, axirətin əsl həyat olduğu onlara xatırladılanda bunu başa düşmək, dünyada axirət üçün faydalı ola biləcək əməllər tutmağı istəməmişlər. Halbuki, Allah`ın əmr etdiyi gözəl əxlaqı yaşamaq, saleh bir mömin olmaq ancaq səmimi niyyət etməklə və bu

27

Page 26: Peşman olmadan öncə. azərbaycan (version 1)

niyyətdə iradə göstərməklə hər insan üçün mümkündür. Ölüm anında bütün bunları düşünmək inkar edənlərin içindəki peşmançılığı daha da çoxaldır.

Allah bir ayədə “Yoxsa günah qazananlar onları həyatda olduğu kimi, ölümlərindən sonra da iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər? Nə pis mühakimə yürüdürlər! (“Casiyə”, 45/21)” - buyurmaqla hər kəsin yaşayış tərzinə görə ancaq haqq etdiyinin əvəzini alacağını xəbər verir.

Bununla yanaşı, cəhənnəm əzabının onlar üçün hazırlandığını bilməyin yaratdığı qorxu da inkarçıların peşmançılıqlarını qat-qat artıracaqdır. Çünki o ana qədər ancaq canlarının əziyyətlə alınmasının verdiyi əzabı yaşamışdılar, sonra onları nələrin gözlədiyini çox yaxşı başa düşmüşdülər.

İnkar edənlərin ölümlə başlayan bu peşmançılıqları sonsuza qədər davam edəcəkdir. Hər dəqiqə, hər saat və hər gün heç azalmayan əzabın içində qalacaq və peşmançılıqdan heç vaxt qurtula bilməyəcəklər. Halbuki, belə böyük və sonsuz bir peşmançılığı yaşamamaq insanın öz əlindədir. Ölümün və axirətin həqiqətini başa düşmək üçün onlarla qarşılaşmağı gözləməyə ehtiyac yoxdur. İnsan üçün Allah`ın vədi kifayətdir. Ölümdən sonra Allah`ın ədaləti qəti olaraq öz yerini tapacaq. İnkar edənlər cəhənnəmlə cəzalandırılacaq, iman edənlər cənnətə qovuşacaqlar. Elə isə hələ ki ölümlə qarşılaşmayan hər insanın edəcəyi ən ağıllı davranış Allah`a sığınmaq və Onun rəhmətini istəməkdir. Eyni zamanda, Allah`ın insanlara yol göstərici kimi göndərdiyi Quranı çox yaxşı öyrənmək və onun göstərdiyi yola uyğun yaşamaqdır. Ölüm həqiqətini düşünməyərək onu özündən uzaqlaşdırmaq yox, əksinə, ölümün çox yaxın olduğunu fikirləşərək hərəkət etməyin insana faydası var. Allah`a üz tutan insan dünyada və axirətdə Rəbbinin razılığını qazanır və özü də razı salınaraq, cənnətə düşür:

Ey arxayın olan kəs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Mənim qullarımın (cərgəsinə) keç! Cənnətimə daxil ol! (“Fəcr”, 89/27-30)

28

Page 27: Peşman olmadan öncə. azərbaycan (version 1)

Ölümün peşmançılığından qurtulmaq və cənnətin sonsuz gözəlliklərinə qovuşmaq istəyən insan ölümü və ölümdən sonrakı həyatı indidən düşünməli və onu yaradan Rəbbinin yolunu seçməlidir.

HESAB GÜNÜNÜN

29

Page 28: Peşman olmadan öncə. azərbaycan (version 1)

PEŞMANÇILIĞI

Sur üfürüləcək və Allah`ın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcəkdir. Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar. Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir. Hər kəsə öz əməlinin əvəzi tam veriləcəkdir. Allah onların nə etdiklərini yaxşı bilir. (“Zumər”, 39/68-70)

Dünyaya gəlib-getmiş bütün insanlar hesab günü dirildiləcəklər. Ancaq inkar edənlər üçün diriliş anı çətin keçəcək. İnkarçıların diriliş anındakı çaşqınlığı və o vəziyyətdəki danışıqları Quranda belə xəbər verilir:

Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, mərhəmətli (Allah`ın) vəd etdiyi (qiyamətdir). Elçilər doğru deyirlərmiş”. (“Yasin”, 36/52)Haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri dərhal bərələcəkdir. (Onlar deyəcəklər:) “Vay halımıza! Biz bundan qafil idik. Üstəlik, zalım da olmuşuq!” (“Ənbiya”, 21/97)

“Vay halımıza!” nidası onların yaşadığı böyük qorxu və peşmançılığın ifadəsidir. Çünki həyatları boyu onları axirətlə tənbeh edib qorxudan insanların doğru söylədiklərini yenidən dirildikləri gün başa düşəcəklər. Dolayısilə, onlara vəd edilən başqa şeylərin də başlarına gələcəyini artıq anlayacaqlar. Bir zamanlar həqiqət olduğuna inanmadıqları əzabı çəkməyə məcbur ediləcəklər və qurtulmaq imkanları da olmayacaq.

30

Page 29: Peşman olmadan öncə. azərbaycan (version 1)

İnkar edənlər dirilişdən sonra Allah`ın hüzuruna gətiriləcəklər və bütün əməllərindən dolayı sorğu-suala çəkiləcəklər. Bu hesablara görə də barələrində hökm veriləcək. Bundan ötrü onlar kimi dünyada Allah`ın qoyduğu məhdudiyyətləri tanımayan, qürurlanaraq hərəkət edən insanların hamısı birlikdə Allah`ın hüzuruna gətiriləcəklər:

Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz. (“Nəbə”, 78/18)

Bu hesab günü inkarçılar heç nəyin Allah`ın razılığını qazanmaqdan və Onun əzabından qorunmaqdan daha əhəmiyyətli olmadığını anlayarlar. Allah`ın gücünü və varlığını təsdiqləyən dəlillər açıq olduğu halda və Allah Onun razılığını qazanmağın yollarını göstərməsinə baxmayaraq, bu fürsətdən nə üçün yararlana bilmədiklərini fikirləşdikcə yaşadıqları peşmançılıq daha da şiddətlənəcək. Danışıqlarından içlərindəki peşmançılıq açıq-aşkar hiss ediləcək:

Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki zikr mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır. (“Furqan”, 25/27-29)

İnkar edənlər hesab günü bütün bunları düşünərkən tamamilə öz hallarının qeydinə qalarlar. Belə ki, nə uşaqlarını, nə həyat yoldaşlarını, nə analarını, nə də atalarını gözləri görər. Allah bu vəziyyəti Quranda belə təsvir edir:

Qulaqbatırıcı bir səs gələndə. O gün insan qaçacaq öz qardaşından, anasından, atasından, arvadından və övladlarından! O gün onlardan hər birinin yetərincə işi olacaqdır. (“Əbəsə”, 80/33-37)

Qohumluq əlaqələrinin daha onlar üçün heç bir əhəmiyyəti qalmamışdır. Bu adamlar üçün əsas olan yeganə məsələ Allah`ın əzabından qurtula bilməkdir. Bunun müqabilində isə övladlarını, həyat yoldaşlarını, bacı və qardaşlarını fidyə olaraq verməyi də təklif edərlər:

31

Page 30: Peşman olmadan öncə. azərbaycan (version 1)

O gün göy əridilmiş metal kimi olacaqdır. Dağlar da yuna bənzəyəcəklər. Dost dostunun halını xəbər almayacaq. (Halbuki) onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq vermiş nəslini və yer üzündə olanların hamısını – təki (bu) onu xilas etsin. Xeyr! Bu, alovu (şölələnən) Oddur (“Məaric”, 70/8-15)

Əlbəttə, hesab günü inkar edənlərin sərf etdikləri bu əmək nəticəsiz qalacaq. Həmin insanların dünyada ikən mal, məqam və övlad sahibi olmaq ən böyük arzuları olmuşdu. Hətta bu məqsədlərinə çatmaq üçün bütün həyatlarını sərf etmişdilər. Ancaq hesab günü bunların heç birinin dəyəri olmadığını başa düşəcəklər. Allah`ın yanına gətirildikləri an inkarçıların yox olmaq istədikləri, möminlərin isə həvəslə gözlədikləri və sevincli olduqları andır. Allah bu anı ayələrdə belə təsvir edir:

O gün (neçə-neçə) üzlər parlayacaq, güləcək və fərəhlənəcəkdir. O gün (neçə-neçə) üzlərə toz-torpaq hopacaq, onları zülmət bürüyəcəkdir. Məhz onlardır kafirlər, günahkarlar! (“Əbəsə”, 80/38-42)

O gün insanların sahib olduqları ən qiymətli şey Allah`ın razılığını qazanmaq məqsədi ilə etdikləri yaxşı əməllərdir. Ancaq inkar edənlər əbədi həyatlarını qurtara biləcək bu qiymətli xəzinəyə malik deyillər. Həyatları boyu hesab günü Allah`a təqdim edə biləcəkləri, ortaya çıxaracaqları bir yaxşılıq və xeyirxah iş etməmişlər. İman gətirmədiklərinə görə, özləri yaxşı əməl kimi qəbul etdikləri işlər də hədər getmişdir. Allah bu həqiqətə Quranda belə diqqət çəkir:

De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa

32

Page 31: Peşman olmadan öncə. azərbaycan (version 1)

çıxan kimsələrdir. Odur ki, qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik”. (“Kəhf”, 18/103-105)

Dini inkar edənlər axirət gününün mövcudluğuna həmişə şübhə ilə yanaşdıqları üçün o günə hazırlanmağa ehtiyac hiss etməmiş, ancaq keçici olan həyatda mal toplamaqla, nəfslərinin istəklərinə tabe olmaqla ömürlərini keçirmişlər. İndi isə heç cür düzəldə bilməyəcəkləri bir peşmançılıqla qarşı-qarşıyadırlar:

Deyəcəklər: “Vay halımıza! Bu ki, haqq-hesab günüdür!” (Onlara deyiləcək:) “Bu, yalan saydığınız fərqləndirmə günüdür! (“Saffat”, 37/20-21)

Üstəlik, dünyada etmiş olduqları bütün vicdansızlıqlar, pisliklər və nankorluqlar Allah qatında nöqsansız olaraq ortaya çıxarılacaq. Və onlar da etdikləri günahlara şahidlik edəcəklər. Bu vəziyyət Quran ayələrində belə ifadə edilir:

Onlar Rəbbinin hüzurunda səf-səf duracaqlar. (Biz deyəcəyik:) “Hüzurumuza sizi ilk dəfə yaratdığımız kimi gəldiniz. Amma siz elə güman edirdiniz ki, Biz sizə müəyyən bir vaxt təyin etməyəcəyik”. (Hər kəsin) kitabı (qarşısına) qoyulacaq və sən günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu, necə bir kitab imiş! O, böyük-kiçik günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (“Kəhf”, 18/48-49)O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır. Zərrə qədər pislik edən də (əvəzini) alacaqdır. (“Zəlzələ”, 99/6-8)

Allah`ın Quran ayələrində bildirdiyinə görə, bundan sonra növbə kitabların verilməsinə gəlir. Kitablar möminlərin sağ tərəflərindən verildiyi halda, inkar edənlərin sol tərəflərindən verilir. İnkarçılar ölüm mələkləri yanlarına gəlib canlarını aldığı andan peşmançılıq hiss edirlər. Bir peşmançılığı da kitabları əllərinə veriləndə keçirərlər. Allah`a qarşı etdikləri

33

Page 32: Peşman olmadan öncə. azərbaycan (version 1)

günahları görmək istəməz, bir az tez yox olmağı arzu edərlər. Onların bu vəziyyətləri ayələrdə belə ifadə edilir:

Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş, kitabım mənə verilməyəydi! Hesabımdan da xəbərim olmayaydı! Kaş ilk ölümüm həmişəlik olaydı! Var-dövlətim məni qurtarmadı. Hökmranlığım da məhv olub getdi”. (“Haqqə”, 69/25-29) ...O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!” (“Nəbə”, 78/40)Kimin kitabı arxa tərəfindən veriləcəksə, o, ölüm diləyəcək və alovlu oda atılacaqdır! Sözsüz ki, o, öz ailəsində sevinc içində idi və elə güman edirdi ki, (Rəbbinin hüzuruna) qayıtmayacaqdır. Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü. (“İnşiqaq”, 84/10-15)

Bütün bunları görən inkarçılar dünyada yaşadıqları vaxt ərzində nə qədər böyük bir fürsəti qaçırdıqlarını başa düşərlər. Bunu anlayanda da o böyük sıxıntını, yəni peşmançılığı ən şiddətli şəkildə yaşayarlar. Lakin bunun əksinə, möminlərin sevinc içində olduqlarına şahid olarlar. Bunu görən inkarçılar daha çox peşmançılıq çəkərlər. Çünki dünyada ikən inadkarlıqla möminlərin hər çağırışına qarşı çıxmış və özlərinin daha ağıllı olduqlarını düşünərək, onlara arxa çevirmişdilər. Amma bir ayənin ifadəsi ilə desək, dəqiq tərəzilər qoyulmuşdur. Hamı kitabında yazılan əməllərinə görə cənnətə, ya da cəhənnəmə atılacaqdır. Hesab günü inkarçılar hara gedəcəklərini əvvəlcədən başa düşər və buna görə də çox qorxarlar. Belələrinin yaşadıqları qorxu bir ayədə belə bildirilir:

Zalımların qazandıqları özlərinə qarşı çevrildikdə onları bunun qorxusundan titrəyən görəcəksən...  (“Şura”, 42/22)”.

Sonra Allah`ın sonsuz ədaləti təcəlli edər və hər kəsə etdiklərinin əvəzi bir zərrə belə əskik olmadan verilər:

Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. (Görülmüş iş) bir xardal dənəsi mislində olsa belə, onu gətirib (tərəziyə) qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik. (“Ənbiya”, 21/47)

34

Page 33: Peşman olmadan öncə. azərbaycan (version 1)

Möminlər asan hesaba çəkildikləri halda, inkar edənlərin hesabı çox çətin olar. Allah`ın dünyada onlara bəxş etdiyi hər nemətdən bir-bir hesaba çəkiləcəklər. Allah`ın əmr və tövsiyələrinə tabe olub-olmadıqları, harada nankorluq etdikləri, üsyankar fikirləri, pis sözləri, tənbehləri qulaq ardına vurduqları kimi hər əməlləri barədə hesab verəcəklər. Ancaq qeyri-səmimi bəhanələri həmin gün keçməyəcək, hətta üzr istəmələrinə də izn verilməyəcək. O gün inkarçıların qarşılaşacağı vəziyyət Quranda belə təsvir edilir:

Yalan sayanların o gün vay halına! Bu, (günahkarların) danışa bilməyəcəkləri bir gündür. Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir. Yalan sayanların o gün vay halına! Bu, ayırd etmə günüdür. Biz həm sizi, həm də əvvəlkiləri cəm etdik! Əgər hiyləniz varsa, Mənə qarşı işlədin! Yalan sayanların o gün vay halına! (“Mürsəlat”, 77/34-40)

Hesab tərəzisinin yaxşılıqlar toplanan gözü yüngül gələn inkarçılar ayədə deyildiyi kimi, artıq nə tədarük etdiklərini bilmişdir və gedəcəkləri yer də məlum olmuşdur. (“Təkvir”, 81/14.) Bu əzablı yer ayələrdə “Haviyə” olaraq adlandırılmışdır:

Kimin tərəziləri ağır gələrsə xoşbəxt güzəran sürəcək. Kimin tərəziləri yüngül gələrsə, anası haviyə olacaqdır. Sən haradan biləsən ki, o nədir? O, çox qızmar bir oddur! (“Qariə”, 101/6-11)

Bütün bunlar hesab günü inkar edənlərin yaşayacaqları böyük peşmançılığın şiddətini başa düşməkdən ötrü çox əhəmiyyətlidir. Çünki o gün gələndə insan peşman olmaq üçün gecikmiş olacaq. Əgər burada anladılanları düşünüb Allah`ın razı qalacağı gözəl davranışlarını çoxaldarsa, yuxarıdakı ayədə bildirildiyi kimi, tərəzisi ağır gələcəkdir. Ancaq bu şəkildə əbədi peşmançılıqdan qurtula biləcəkdir.

35

Page 34: Peşman olmadan öncə. azərbaycan (version 1)

CƏHƏNNƏMDƏKİ PEŞMANÇILIQ

Onlar (cəhənnəm) odunu uzaq məsafədən gördükdə belə onun necə qəzəblə qaynamasını duyacaq və uğultusunu eşidəcəklər. (“Furqan”, 25/12)

36

Page 35: Peşman olmadan öncə. azərbaycan (version 1)

İnkarçıların cəhənnəmi görəndə yaşadıqları peşmançılıq

Hesab günü bütün insanlar bir yerə yığışacaq. Hesablarının müəyyən olunmasından sonra inkar edənlər qruplar halında cəhənnəmə aparılacaqlar. Bu izdihamın arasında tarix boyu Allah`ın varlığını və dinini inkar etmiş, Allah`ın ayələrinə qarşı təkəbbür göstərmiş və üz döndərmiş hər kəs olacaq. Aralarında dünyada ikən özlərini zəngin sayan, insanlar arasında etibar qazanan insanlar da tapılacaq. Lakin bu insanlar dünyada onları qurtaracağını zənn etdikləri şeylərin o gün heç bir faydasının olmadığının şahidi olacaqlar. Quranda bütün inkar edənlərin alçaldılaraq cəhənnəmə tərəf aparılacaqları xəbər verilmişdir. Cəhənnəmin qapısına gələndə isə qapıda duran növbətçilər günahlarını onlara bir dəfə də etiraf etdirəndən sonra bütün inkar edənləri içəri salacaq və cəhənnəmin qapılarını arxalarına bağlayacaqlar. Quranda inkar edənlərin cəhənnəmə aparılmaları haqda belə deyilir:

Kafirlər dəstə-dəstə cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açıq olacaq və onun gözətçiləri onlara deyəcəklər: “Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi?” Onlar: “Əlbəttə, (gəlmişdi!)” – deyəcəklər. Lakin əzab Sözü kafirlər barəsində gerçəkləşdi. (Onlara:) “İçində əbədi qalacağınız cəhənnəmin qapılarına girin!” – deyiləcək. Təkəbbürlülərin yeri necə də pisdir! (“Zumər”, 39/71-72)Bu sizin yer üzündə nahaq yerə sevinməyinizə və qürrələnməyinizə görədir! İçində əbədi qalacağınız cəhənnəmin qapılarına girin!” Təkəbbürlülərin yeri necə də pisdir! (“Ğafir”, 40/75-76)

Bu insanların arasında dünya həyatında Allah`ın əzabı və cəhənnəmlə qarşılaşacaqlarını bilmədiyini deyə biləcək bircə nəfər də yoxdur. Çünki Allah sonsuz ədaləti ilə insanları dünyada ikən tənbeh edən, onları qəflətdən oyandıran bir şəxs göndərərək, onlara Öz varlığını, hesab gününü, cənnəti, cəhənnəmi xatırlatmışdır. Buna görə də inkar edənlərin hamısı cəhənnəm

37

Page 36: Peşman olmadan öncə. azərbaycan (version 1)

əzabını haqlı olaraq qazandıqlarını təsdiq edəcəklər. Axı dünyada ikən bildirildiyi halda, qürurlanmışlar və onları yaradan Allah`a bilə-bilə qulluq etməmişlər. Və bunun əvəzində də Allah bu insanların cəhənnəmə boynu bükük girəcəklərini bildirmişdir:

... Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər cəhənnəmə zəlil olaraq girəcəklər (“Ğafir”, 40/60)

Bu insanların bir qismi dünyada özlərinin çox güclü olduqlarını görmüşlər və buna görə də üsyan etmişdilər. Sahib olduqları gücün onları hər cür təhlükədən qoruyacağını zənn etmişdilər. Nə vaxt da onlara cəhənnəmin varlığı, bu dünyada Allah`ın razılığını qazanmaq üçün yaşamağın vacibliyi, axirətdə cənnət yurdunu istəmələri və Allah`ın “Qəhhar” (qəhr edən) sifəti xatırladılsa, belə demişdilər:

... “Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?”– deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir. (“Mücadilə”, 58/8)

Üsyanlarına qarşılıq cəhənnəmin qapılarından içəri salınacaqlar və bir də heç vaxt həmin qapılardan kənara çıxmalarına izn verilməyəcək. Atəşi gördükləri an inkarçılar etdiklərinə görə bir də çox peşman olacaqlar. Quranda bildirildiyi kimi, cəhənnəmdən heç cür qaçış yolu olmadığını başa düşəcəklər:

Günahkarlar atəşi görən kimi oraya düşəcəklərini yəqin edəcək və oradan qaçmağa bir yer tapa bilməyəcəklər. (“Kəhf”, 18/53)

Dünya həyatında başa düşmək istəmədikləri hər şeyi aydın görəcəklər. Bütün həyatlarını əbəs bir məqsəd uğrunda keçirdiklərini, bir az keçici mənfəət uğrunda sonsuz həyatlarını əzabda keçirəcəklərini başa düşəcəklər.

Dünyada yaşadıqları bir neçə on illiyi çox uzun zənn etmiş və buna görə də axirəti düşünməmişdilər. Burada acizliklər və nöqsanlara görə heç vaxt rahat olmayan bir ruh halını yaşamağı nöqsansız, heç bir qüsuru olmayan, yorğunluq, aclıq kimi fiziki vəziyyətlərin də olmadığı, mükəmməl nemətlərlə dolu cənnətdə böyük səadət içərisində yaşamaqdan üstün

38

Page 37: Peşman olmadan öncə. azərbaycan (version 1)

tutmuşdular. Amma cəhənnəmin qapılarından içəri daxil olandan sonra daha geriyə qayıtmaq imkanlarının olmadığını başa düşəcəklər. Bu səbəbdən də dünyada sahib olduqları hər şeyi fidyə kimi təklif edərək, əzabdan qurtulmağa çalışacaqlar. Quranda onların bu nəticəsiz səyləri barədə deyilir:

Onun dəvətini qəbul etməyənlərə gəlincə, yer üzündə olan (var-dövlətin) hamısı, üstəlik, bir o qədəri də onların olsaydı, onu mütləq fidyə verərdilər. Onlarla dəhşətli bir haqq-hesab çəkiləcəkdir. Onların sığınacaqları yer cəhənnəmdir. Ora nə pis yataqdır! (“Rəd”, 13/18)

Ancaq belələrinin cəhənnəmə girəcəklərini anlayanda göstərdikləri bu səyin heç bir qarşılığı olmayacaq. Allah onların bu səylərindən bir nəticə hasil olmayacağını xəbər vermişdir:

Bu gün sizdən də, kafirlərdən də heç bir fidyə qəbul olunmaz. Sığınacağınız yer də oddur. Sizə layiq olan elə odur. Ora nə pis dönüş yeridir! (“Hədid”, 57/15)

Əlbəttə, inkarçıların bu səylərinin nəticə verməməsinin əhəmiyyətli bir səbəbi var. Allah hələ dünyada ikən cəhənnəm əzabını xatırladaraq onları tənbeh etmişdir. Və o gün heç bir insanın başqasına kömək edə bilməyəcəyi, onu qurtarmaq üçün heç bir şey verməyəcəyi, lap versə də, bunun qəbul edilməyəcəyi barədə onları xəbərdar etmişdir. İnsanları bu yöndə xəbərdar etmək üçün göndərilən bir ayə belədir:

Qorxun o gündən ki, heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən şəfaət qəbul olunmayacaq, heç kəsdən bir fidyə alınmayacaq və kömək göstərilməyəcəkdir. (“Bəqərə”, 2/48)

Lakin onlar hər cür xəbərdarlığa baxmayaraq, inkarlarından əl çəkməmiş və bildikləri halda, özlərini belə bir nəticəyə hazırlamışdılar. O gün başa düşəcəkləri ən böyük həqiqətlərdən biri də budur ki, özlərinə zülm etdiklərini, yəni öz əməllərinə görə cəhənnəmi qazandıqlarını biləcəklər. Bunu başa düşəndə hiss etdikləri peşmançılıq isə əbədi həyatları boyunca

39

Page 38: Peşman olmadan öncə. azərbaycan (version 1)

heç vaxt azad ola bilməyəcəkləri bir əzab olacaqdır. Çünki artıq çox önəmli bir həqiqətlə qarşılaşıblar. Əgər həyatlarını boş məqsədlərə sərf etmək əvəzinə onları yaradan Allah`ı razı etməyə çalışsaydılar, bu gün cəhənnəmin qapısında yox, cənnətdə olacaqdılar. Amma onlar doğru olanı etməmişdilər və buna görə də əbədi zülmə düçar olmuşdular. Bir ayədə bildirildiyi kimi, od onların üzərində qapanacaqdır (“Bələd”, 90//20). Yəni cəhənnəmin qapısından içəri daxil olandan sonra bu qapı onlar üçün həmişəlik bağlanacaq. Bu qapının arxasında əbədi yaşayacaqları atəş əzabı vardır. İnkarçılar üçün bu əzabdan heç cür qaçmaq, ya da qurtulmaq imkanı olmayacaqdır. Allah onların atıldıqları bu atəşi “Hütəmə” adlandırıb:

Sən haradan biləsən ki, Hütəmə nədir? (Bu,) Allahın qaladığı Oddur. Ki, (qalxıb) ürəklərə çatacaq. Həqiqətən, o, onların üzərində qapanacaqdır. (“Huməzə”, 104/5-9)

İnkar edənlərin cəhənnəmdə qarşılaşacaqları əzab

İnkarçıların cəhənnəmdə sonsuza qədər yaşayacaqları peşmançılıqdan danışmadan öncə orada üzləşəcəkləri əzablardan bəhs etmək daha faydalı olacaq. Çünki insan cəhənnəmdəki əzabın çeşidlərini öyrənmədən, orada çəkəcəyi peşmançılığın necə olacağını da dərk etməz. İnkarçıların yaşadıqları peşmançılıq yuxarıda da qeyd etdiyimiz kimi, cəhənnəmi gördükləri andan başlayır. Cəhənnəmə daxil olarkən və sonra cəhənnəmdəki əzabları yaşayarkən də bu sonu olmayan peşmançılıq davam edər. Allah bu insanların cəhənnəmə girmələrindən sonrakı danışıqlarını belə xəbər vermişdir:

Rəbbinə qarşı çıxanlar cəhənnəm əzabına düçar olacaqlar. Ora nə pis dönüş yeridir. Onlar oraya vasil ediləndə onun dəhşətli uğultu ilə qaynadığını eşidəcəklər. Cəhənnəm qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən (cəhənnəmin) gözətçiləri onlardan soruşacaqlar: “Məgər sizə xəbərdarlıq edən gəlməmişdi?” Onlar

40

Page 39: Peşman olmadan öncə. azərbaycan (version 1)

deyəcəklər: “Əlbəttə, bizə qorxudan gəlmişdi. Amma biz yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz”, – demişdik. Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq, alov (şölələri saçan) od sakinlərinin içində olmazdıq!” Onlar öz günahlarını etiraf edəcəklər. Rədd olsun alovlu od sakinləri! (“Mülk”, 67/6-11)

Ayələrdə də bildirildiyi kimi, inkar edənlər cəhənnəmə atılanda birinci dəhşətli səslə qarşılaşacaqlar. Allah “Mülk” surəsinin 7-ci ayəsində bu səsi: “Onları oraya atanda onlar onun qaynayaraq uğuldadığını eşidəcəklər”, -deyə təsvir edib. Şübhəsiz ki, inkarçılar bu dəhşətli səsi eşidəndə onları sözlə ifadə olunmayacaq bir sıxıntı və qorxu bürüyəcək.

Allah başqa bir ayədə isə atəşi inkar edənlər üçün hirsindən partlayıb-parçalanacaq şəkildə yaratdığını bildirmişdir (“Mülk”, 67/8). Bu dəhşət verən hadisələrə şahid olan inkarçılar necə bir əzabla qarşılaşacaqlarını başa düşməyin verdiyi çarəsizliyi yaşayacaqlar. Və yuxarıdakı ayələrdə bildirildiyi kimi, dünyada bunları düşünə bilmədiklərinin peşmançılığını etiraf edən danışıqları olacaq. Belə bir sıxıntı yaşamaları isə son dərəcə adi haldır. Çünki qarşılaşacaqları hər əzab bir-birindən dəhşət verici və can yandıran olacaq. Allah ayələrində cəhənnəmin ən pis yer olduğunu bildirmişdir:

...Ora nə pis qayıdış yeridir! (“Ali-İmran”, 3/162) ...Ora nə pis dönüş yeridir. (“Nisa”, 4/115) ...Zalımların məskunlaşacağı yer necə də pisdir! (“Ali-İmran”, 3/151)…Ora necə də pis yaşayış yerdir. (“İbrahim”, 14/29)

Cəhənnəm əhli bu pis yerə böyük izdiham şəklində atılacaq. Bir ayədə “Onlar azğınlarla birlikdə oraya atılarlar” (“Şüəra”, 26/94) şəklində bildirilmişdir.

Bu ifadələrdən dünyada mal-mülk sahibi, etibarlı insanlar olduqlarını düşünərək, qürurlananlar da daxil olmaqla, bütün inkarçıların cəhənnəm atəşinə dəyərsiz bir yığın halında töküləcəkləri anlaşılır. Dünyada özlərini böyük göstərmələrinin əvəzində onlar həmin gün alçaldılacaqlar. Orda heç

41

Page 40: Peşman olmadan öncə. azərbaycan (version 1)

vaxt onlara dəyər verilməyəcək. Onlar cəhənnəmin odunu olacaq və atəşin mənbəyi tək sonsuza qədər əzab içərisində qovurulacaqlar:

Siz və Allah`dan başqa tapındıqlarınız cəhənnəm odunusunuz. Siz ora girəcəksiniz. (“Ənbiya”, 21/98)...Onlar cəhənnəmin yanacağıdırlar. (“Ali-İmran”, 3/10)

Quranda bəhs olunan cəhənnəm əzabları çox müxtəlifdir. İnsanlar orada bir ayənin ifadəsi ilə söyləsək, bütün zamanlar boyu, yəni sonsuza qədər hər an əzabla üz-üzə olacaqlar. Bu əzab növlərindən bəzilərini sadalaya bilərik; məsələn, “Furqan” surəsinin 13-cü ayəsində inkarçıların atəşin sıx yerinə əlləri boyunlarına bağlı şəkildə atılacaqları xəbər verilmişdir. Məlum olduğu kimi, insanlar darısqal yerdə bir neçə dəqiqədən artıq qalanda çox narahat olur və tez oradan çıxmaq istəyirlər. Bu bir yana, hətta özlərini bağlı və dar yerdə təsəvvür etmək də istəməzlər. Cəhənnəmdə veriləcək əzab isə dünyadakı ilə müqayisə edilməyəcək qədər böyükdür. İnkarçılar orada həm dar yerə atılacaqlar, həm də olduqları yerdə atəşdə yanacaqlar. Üstəlik, əlləri boyunlarına bağlı olduğu üçün atəşdən qurtulmaq bir tərəfə dursun, heç tərpənməyə də imkan tapa bilməyəcəklər. Əlbəttə, insan bu cür vəziyyəti xəyalında canlandıranda belə çox şiddətli narahatçılıq hiss edər. Bunu yaşamağın necə əzablı olduğu isə artıq məlumdur.

Allah başqa bir ayəsində inkarçıların qapqara tüstüdən kölgə içində olacaqlarını bildirmişdir (“Vaqiə”, 56/43-44). Ancaq kölgə deyiləndə insanlar sərin bir yer başa düşürlər. Halbuki, cəhənnəmdəki kölgə dünyadakından tamamilə fərqlidir. Allah bu kölgənin nə sərinlədici, nə də fərəhləndirici olduğunu xəbər vermişdir.

Cəhənnəmdə digər dəhşətli əzab növü insanların əbədiyyən ölməməsidir. Çünki ölüm onlar üçün qurtuluş -əzabdan qurtulmaq üçün bir yoldur. Buna görə də Allah onların ölmələrinə izn verməyəcək. Ayələrdə xəbər verildiyi kimi, onlara hər tərəfdən ölüm gələr, lakin ölməzlər (“İbrahim”, 14/17). Yəni dünyada ikən ölümə səbəb olan hər cür hadisə ilə orada da üzləşəcəklər və bu hadisələr zamanı hiss edilən əzabları, sıxıntıları, qorxuları real olaraq yaşayacaqlar. Amma bütün bunlara baxmayaraq, ölməyəcək və yeni əzab növləri ilə sonsuz həyatlarına davam edəcəklər.

42

Page 41: Peşman olmadan öncə. azərbaycan (version 1)

Dünyada bir insan ciddi şəkildə yanandan bir müddət sonra ölür. Oda az bir müddət davam gətirə bilir. Əgər aldığı xəsarətlər ölümcül deyilsə, onda yaraları müəyyən vaxtdan sonra sağalır. Ancaq cəhənnəmdəki atəş əzabı dünyadakı ilə müqayisə edilməyəcək qədər fərqlidir. Allah`ı inkar edən insan orada oda atılacaq və dərisi yanıb töküldükcə, daha çox əzab çəkməsi üçün yeni dəri ilə dəyişdiriləcək (“Nisa”, 4/56). Yəni qısa bir müddət ərzində yanması, sonra ağrısının yox olması kimi bir vəziyyət olmayacaq, əbədi alovlanan atəşin yandırmasının verdiyi bir ağrını yaşayaraq hiss edəcək.

Cəhənnəmdəki başqa bir əzab növü inkarçıların o gün atəşin üzərində tutulub əridilmələridir (“Zariyat”, 51/13). Bunun necə böyük işgəncə olduğunu dünyada ikən qavramaq bir insan üçün mümkün də deyil. Dünyada çox sadə bir yaranın nə qədər şiddətli ağrı verdiyini bilən insan üçün Allah`ın bu əzabı çox ibrətamizdir. Üstəlik, bütün bunlar var ikən, bir yandan da bunlar olacaq:

Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun! (“Haqqə”, 69/32)Doğrudan da, kafirlərdən ötrü zəncirlər, buxovlar və alovsaçan od hazırlamışıq. (“İnsan”, 76/4)Onlar üçün dəmir toppuzlar da hazırlanmışdır. (“Həcc”, 22/21)...alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq... (“Tövbə”, 9/35)…Başlarına da qaynar su töküləcəkdir. (“Həcc”, 22/19)Onların paltarları qatrandan olacaq, üzlərini də alov bürüyəcəkdir. (“İbrahim”, 14/50)Bu, qaynar su və irindir. Qoy, onu dadsınlar! (“Səd”, 38/57)Qanlı irindən başqa yeməyi də yoxdur. (“Haqqə”, 69/36)

Yeyəcəkləri isə ancaq zəqqum və darı tikanı olacaq. Allah zəqqumun inkar edənlərin qarınlarında necə əzaba çevriləcəyini belə bildirmişdir:

Həqiqətən, zəqqum ağacı günahkar adamın yeməyidir. Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar – qaynar su qaynayan kimi. Onu tutub cəhənnəmin ortasına sürüyün! Sonra əzab vermək

43

Page 42: Peşman olmadan öncə. azərbaycan (version 1)

üçün başına qaynar su tökün! Dad (bu əzabı!) Sən ki qüdrətli və şərəfli idin. Sizin şübhə etdiyiniz (əzab) budur! (“Duxan”, 44/43-50)

Allah onların orada yedikləri yeməyin boğazlarında tıxanıb qalacağını bildirmiş, içəcəkləri irinli suyu isə udqunmağa çalışacaqlarını, amma boğazlarından keçirə bilməyəcəklərini söyləmişdir. Dünyada ikən insanın ən iyrəndiyi və nə iyinə, nə də görüntüsünə dayana bildiyi irin sonsuza qədər cəhənnəm xalqının qidası olacaq. Cəhənnəm əhli bundan böyük əzab hiss edəcək, amma ac olduğu üçün yemək məcburiyyətində qalacaq. Amma yemələrinə baxmayaraq, yenə də doymayacaqlar. Sonsuza qədər ac qalmağın ağrısını da dadacaqlar. Allah yedikləri darı tikanının da onları doyurmayacağını belə bildirib:

Onlara daridən (dəvə tikanı) başqa bir yemək verilməyəcəkdir. (“Ğaşiyə”, 88/6-7)

Cəhənnəmdə inkarçıların görəcəkləri əzabla bağlı Quranda başqa misallar da var:

Onlar orada inildəyəcək və (heç nə) eşitməyəcəklər. (“Ənbiya”, 21/100)Onlar orada əsrlər boyu qalacaqlar. (“Nəbə”, 78/23)... Onların əzabı yüngülləşdirilməyəcək... (“Ali-İmran”, 3/88)Onlar atəşdən çıxmaq istədilər, lakin heç cür oradan çıxa bilməzlər... (“Maidə”, 5/37)

Bütün bunlar inkar edənlərə təsəvvürə gəlməyəcək qədər böyük əzab verəcək. Bu əzabdan qurtula bilmək üçün canlarının alınmasını istəyəcəklər və bunun üçün dəfələrlə yalvaracaqlar. Cəhənnəmdəki insanların söhbətləri Quranda bizə belə çatdırılır:

Onlar (cəhənnəm gözətçisini) çağırıb deyəcəklər: “Ey Malik! Qoy Rəbbin canımızı alıb qurtarsın!” O isə: “Siz (burada) əbədi qalacaqsınız!”– deyəcək. Biz sizə haqqı təqdim etdik, lakin çoxunuz haqqı xoşlamırdı. (“Zuxruf”, 43/77-78)

44

Page 43: Peşman olmadan öncə. azərbaycan (version 1)

Ancaq ayədə də bildirildiyi kimi, Allah dünyada ikən haqq dindən üz döndərdikləri, edilən xəbərdarlıqları dinləmədikləri üçün onların yalvarmalarına cavab verməyəcək və onları həmişəlik əzabın içində saxlayacaq. Burada göstərilənlər dünyada Allah`ı və axirət gününü inkar edənlərin, cənnət və cəhənnəm mövzusundakı tənbehləri dinləməyənlərin qəti olaraq yaşayacağı əzablardan bir qismidir. İnkarçıların bu əzablardan başqa, əsla qurtula bilməyəcəkləri böyük bir əzab da var ki, bu, sonsuza qədər insanın ağlından bir an belə çıxmayacaq peşmançılıq hissidir. Bu hiss bir insanın görə biləcəyi ən qorxulu yer olan cəhənnəmdə əbədilik yaşamaq məcburiyyətində qalmağın verdiyi sıxıntıdır və getdikcə artar. Çünki başdan bəri bildirdiyimiz kimi, inkarçılar cəhənnəm əzabını daddıqları hər an xatırlayacaqlar ki, əgər dünyada doğru yolu seçsəydilər, bunların heç birini görməzdilər. Ancaq bunun gətirdiyi peşmançılıqdan qurtulmaları da mümkün deyil.

İnkarçıların cəhənnəmdə əbədi olaraq yaşayacaqları peşmançılıq

İnkar edənlər cəhənnəmdəki əzabın şiddətini yaşadıqca, dünya həyatında Allah`a iman gətirmədikləri üçün çox peşman olacaqlar. Ancaq bu peşmançılığın onlara heç bir xeyri olmayacaq. Çünki dünyada onlara kifayət qədər fürsət verilmişdi. Amma onlar bunu qiymətləndirə bilməmişdilər. Bunu başa düşəndə onları Allah`dan uzaqlaşdıran, Axirəti unutduran və dünyaya bağlayan hər şeyə və hər kəsə lənət edəcək, onlara qarşı çox böyük qəzəb hiss edəcəklər:

Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: “Kaş biz Allah`a ibadət edəydik, Onun Elçisinə müti olaydıq!” Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar. Ey Rəbbimiz! Onları ikiqat əziyyətə sal və onları müdhiş bir lənətə məruz qoy!” (“Əhzab”, 33/66-68)

45

Page 44: Peşman olmadan öncə. azərbaycan (version 1)

Nəhayət, o, hüzurumuza gəldikdə (yoldaşına) deyər: “Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib (arasındakı) uzaqlıq qədər (məsafə) olaydı. Sən nə pis yoldaş imişsən!” Bu gün (peşmançılığınız) sizə heç bir fayda verməz. Siz birlikdə zülm etdiyinizə görə əzaba da ortaqsınız! (“Zuxruf”, 43/38-39)

Ayələrdən də göründüyü kimi, inkar edənlər günahı dünya həyatında onları azdıranların üzərinə ataraq, özlərinin əzabdan azad ola biləcəklərini ümid edəcəklər. Halbuki, Allah hər kəsə doğrunu tapa biləcəyi bir vicdan və onun tətbiq edə biləcəyi bir iradə vermişdir. Hamıya hər ikisi anladılmış və hər kəsə düz də, səhv də bildirilmişdir. Və hər insan öz seçimini sahib olduğu iradəyə uyğun və istəyərək etmişdir. Bundan başqa, Allah hər kəsin ürəyində yaşadığı imanı da, inkarı da çox gözəl bilir. Buna görə də cəhənnəm əhli arasında insanların inkar etməsinə rəhbərlik edənlər də, onlara tabe olanlar da layiq olduqlarının əvəzini alacaqlar. O gün heç kim başqasının etdiyi günaha görə məsuliyyət daşımayacaq və heç kimin də günahı başqasına yüklənməyəcək.

Bu insanlar dünya həyatında bir-birilərini günaha sürükləyərkən bəlkə də çox vaxt axirətdə hesab verəcəklərini xatırlamış, amma bunu əhəmiyyətsiz saymışlar. Bir-birilərinə: “Sən elə, günahı mənim boynuma”, - demiş və inkar etmələri üçün bir-birilərini həvəsləndirmişlər. Şeytan da bəzi bərli-bəzəkli vədlər verərək onları inkar etməyə yönəltmişdir. Halbuki, Allah: “O, hüzurumuza tək-tənha gələcəkdir. (“Məryəm”, 19/80)” - deyərək bu vədlərin inkarçılar üçün heç bir faydasının olmayacağını əvvəlcədən bildirmişdir.

O gün inkar edənlər tamamilə tək olduqlarını açıq şəkildə görəcəklər. Allah`dan başqa onlara nə bir dost, nə də bir yaxın tapılacağını da anlayacaqlar. Çünki dünyada arxasınca getdikləri, özlərinə dost seçdikləri hər kəs cəhənnəmdə onları tərk edəcək. Həmçinin Allah`ı unudaraq yaxın olduqları şeytan da onlara xəyanət edəcək və belə deyəcək:

İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin (vədimə) xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi

46

Page 45: Peşman olmadan öncə. azərbaycan (version 1)

dəvət etdim, siz də qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni (Allah`a) şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımlar üçün üzücü bir əzab hazırlanmışdır. (“İbrahim”, 14/22)

Dost kimi qəbul etdikləri hər kəsin onlara belə xəyanət etdiyini və onları tək buraxdıqlarını görmək inkar edənlərin peşmançılığını daha da çoxaldan bir səbəb olacaq. Artıq Allah`dan başqa himayəsinə sığınacaq heç kimin olmadığını çox yaxşı başa düşəcəklər. Ancaq bunu başa düşməyin heç bir xeyri olmayacağını görmək də onları çox sıxıntıya salacaq. O gün bir yandan bir-biriləri ilə mübahisə edəcək, bir tərəfdən də dünyada etdikləri günahları etiraf edəcəklər:

Onlar orada höcətləşərək deyərlər: “Allah`a and olsun ki, biz açıq-aydın azğınlıq içində idik – o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq. Bizi ancaq günahkarlar azdırdı. İndi isə bizim nə şəfaətçilərimiz, nə də canıyanan bir dostumuz var! Bir də qayıda bilsəydik, möminlərdən olardıq!” (“Şüəra”, 26/96-102)

Ayələrdən də göründüyü kimi, inkarçılar böyük peşmançılıqla dünyaya yenidən qayıtmağı, iman gətirən insanlardan olub, axirət həyatları üçün onlara fayda verəcək xeyirli işlər etməyi istəyərlər. Ancaq bu diləkləri qəbul edilməz. Bu gün illərlə arxasınca qaçdıqları pulun, gözəlliyin, etibarın, dünyada qazanmağa çalışdıqları müxtəlif maddiyyatların heç bir mənasının olmadığını görəcəklər. Quranda onların peşmançılıqla dolu sözləri var:

Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi! Hesabımdan da xəbərim olmayaydı! Kaş ilk ölümüm həmişəlik olaydı! Var-dövlətim məni qurtarmadı. Hökmranlığım da məhv olub getdi”. (Mələklərə deyiləcək): “Onu yaxalayıb zəncirləyin! Sonra da cəhənnəmə atın! Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun! Çünki o, böyük Allah`a iman gətirmirdi, və kasıbı yedirtməyə rəğbətləndirmirdi. Bu gün burada onun üçün bir dost tapılmaz. (“Haqqə”, 69/25-35)

47

Page 46: Peşman olmadan öncə. azərbaycan (version 1)

Və o gün cəhənnəm gətiriləcək. O gün insan xatırlayacaqdır. Lakin xatırlamanın ona nə faydası? O: “Kaş (axirət) həyatım üçün əvvəlcədən hazırlıq görəydim!” – deyəcəkdir. (“Fəcr”, 89/23-24)

Bütün bunlarla yanaşı, cənnət xalqının sevincini görmək də inkar edənlərin yaşadığı peşmançılığı çoxaldır. Çünki cənnətdə yaşayan insanlarla öz yaşayışları arasında fövqəladə fərqə şahid olurlar. Axirətdə cənnət əhli ilə cəhənnəm əhli arasındakı böyük fərqə diqqət çəkilmişdir.

Cəhənnəm əhlinin vəziyyəti Quranda “Onların baxışları yazıq görkəm alacaq, özlərini də zəlalət bürüyəcəkdir. Hərçənd ki, onlar (dünyada) ikən sağ-salamat halda səcdə etməyə dəvət olunurdular” şəklində ifadə edilmişdir (“Qələm”, 68/43).

Başqa bir ayədə isə üzlərinin tutulub qaralmış (“Qiyamə”, 75/24) olduğu bildirilmişdir. Bunun əvəzində, cənnətlə müjdələnən möminlərin üzləri belə tərif edilmişdir:

O gün (neçə-neçə) üzlər parlayacaq, güləcək və fərəhlənəcəkdir. (“Əbəsə”, 80/38-39)

İnkar edənlər cəhənnəmdə qaynar su, irin, qan, zəhərli dəvə tikanı və zəqqumdan başqa heç bir qida tapa bilməyəcəkləri halda, iman gətirənlər cənnətdə bal, süd axan çaylarla, qədəhlərə süzülmüş bir-birindən gözəl içkilərlə, məhsulları azalmayan və budağı aşağı sallanan meyvə ağacları və nəfslərinin istədikləri daha çox nemətlə mükafatlandırılacaqlar. Bir ayədə cənnət xalqının yeməkləri belə tanıdılır:

Müttəqilərə vəd olunan cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. (Məgər onlar) od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi? (“Muhəmməd”, 47/15)

Ayədə də bildirildiyi kimi, bu cür mükafatlandırılan adamların ruzisi ilə inkar edənlərin həm aclıqlarını söndürməyə yaramayan, həm də böyük bir əzaba çevrilən ruziləri qətiyyən eyni deyil. Onlar orada saysız dəfə

48

Page 47: Peşman olmadan öncə. azərbaycan (version 1)

yandırılacaq, saysız dəfə dəriləri əridilib tökülərək təzələri ilə dəyişdiriləcək və sonsuza qədər bir parça sərinlik, ya da fərəhlik tapa bilmək üçün yalvararaq kömək istəyəcəklər. Cənnət xalqının kölgəliklərdə, sərinliklərdə naz-nemət içində olduğunu görəcək və sahib olduqlarından bir az da onlara vermələri üçün yalvaracaqlar. Quranda bu barədə belə deyilir:

Od sakinləri cənnət əhlini səsləyib deyəcəklər: “Bizim üstümüzə bir az su və ya Allah`ın sizə verdiyi ruzidən tökün”. Onlar isə deyəcəklər: “Allah bunları kafirlərə haram etmişdir”. (“Əraf”, 7/50)

Cəhənnəmdə peşmançılıq içində yaşayan inkarçıların bu cür yardım istəməklərinin əsla nəticəsi olmayacaq:

“...Biz zalımlar üçün elə bir od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir! (“Kəhf”, 18/29)

Yenə cənnət xalqına atlas və ipəkdən paltarlar, saysız zinətlər, qızıllar, gümüşlər təqdim edildiyi halda, cəhənnəm əhlinə qatrandan və atəşdən hazırlanmış paltarlar geydiriləcək. Onlar zəncirlərə vurulub, dəmir həlqələrlə bağlandıqları cəhənnəm yataqlarına yatırdılıb, üstləri də cəhənnəm örtükləri ilə örtülərkən, möminlər yüksək köşklər və gözəl otaqlarda, yüksəklərdə qurulmuş və zərifliklə işlənmiş cövhər taxtlarda, gözəlliyi göz oxşayan döşəklərdə, astarları incə işlənmiş atlasdan olan yataqlarda olacaqlar. Quranda möminlərin arzuladıqları hər şeyin onlara veriləcəyi, xoşlarına gələcək həyat yaşayacaqları, xoşbəxt olacaqları və sevinclə qarşılanacaqları bildirilmişdir:

...Rəbbinin yanında onlar üçün istədikləri hər şey hazırlanmışdır... (“Şura”, 42/22)Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər (“İnsan”, 76/11)

İnkarçılar da dünya həyatında əgər Allah`ın əmrlərinə tabe olaraq vicdanlı, səmimi və dürüst yaşasaydılar, bu gün cəhənnəm atəşində əzab

49

Page 48: Peşman olmadan öncə. azərbaycan (version 1)

çəkməz və cənnət əhli kimi nemətlər içərisində yaşayardılar. Buna görə də inkar edənlər hər dəfə cənnət xalqını düşünəndə peşmanlıqları çoxalacaq. Allah onların çəkdiyi cəhənnəm əzabını və peşmançılıqlarını sarsıdıcı kədər kimi göstərmiş və nə vaxt azad olmaq istəsələr, bir daha əzaba düçar ediləcəklərini bildirmişdir:

Onlar hər dəfə oradan çıxmaq, qəmdən qurtarmaq istədikdə yenidən oraya qaytarılacaq (və onlara): “Dadın odun əzabını!”(– deyiləcəkdir.) (“Həcc”, 22/22)

Çünki cəhənnəm daha geri qayıtmaq mümkün olmayan və peşmançılıq hissinin bir fayda verməyəcəyi, hətta bir məna ifadə etmədiyi yerdir. Mələklər, inkarçılar ölən kimi onlara daha sonsuza qədər heç bir gözəlliklə qarşılaşmayacaqlarını xəbər vermişdilər:

Məhz mələkləri görəcəkləri gün günahkarlara heç bir müjdə olmayacaqdır. (Mələklər) deyəcəklər: “(Cənnətə girməyiniz) qadağandır, qadağan!” (“Furqan”, 25/22)

Buna görə də inkar edənlər ancaq yox olaraq bu əzabdan qurtulacaqlarına inanmışdılar. Yox olmaq üçün yalvaracaqlar. Amma bu arzuları qəbul edilməyəcək. Çünki dünyada onlara nəsihət ala biləcəkləri qədər ömür verildiyi halda, onlar bilə-bilə inkar etməyi seçmiş və haqdan üz döndərmişdilər. Bu səbəblə onlara aşağıdakılar deyiləcək:

Bu gün özünüzə bir ölüm diləməyin, çox ölüm diləyin! (“Furqan”, 25/14)Yanın orada! Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir (“Tur”, 52/16)

Allah “Əraf” surəsinin 40-cı ayəsində onların “halat” (dəvə) iynənin deşiyindən keçənə qədər cəhənnəmdən qurtulmayacaqlarını və cənnətə girə bilməyəcəklərini bildirmişdir.

Bundan başqa, inkarçıların dünyada ikən haqdan üz döndərib axirət gününə və Allah`a qovuşmağı yaddan çıxardıqlarına görə, o gün də onların

50

Page 49: Peşman olmadan öncə. azərbaycan (version 1)

unudulacağı, yəni Rəbdən heç bir əvəz ala bilməyəcəkləri, kömək göstərilməyəcəyi Quranda bildirilmişdir:

(Allah) deyəcək: “Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün də sən beləcə unudulacaqsan!” (“Taha”, 20/126)Və (onlara) deyiləcəkdir: “Siz bu gününüzlə qarşılaşacağınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Sizin sığınacaq yeriniz cəhənnəmdir. Sizin köməkçiləriniz də olmayacaqdır. (“Casiyə”, 45/34)O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı. Onlar bu günləri ilə qarşılaşmağı unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq. (“Əraf”, 7/51)

Onlar isə yenə də yalvaracaq və Allah`dan onları atəşdən çıxarmasını istəyəcəklər, amma Allah belə cavab verəcək:

(Allah) buyuracaq: “Orada alçalmış vəziyyətdə qalın və Mənə heç nə deməyin! (“Muminun”, 23/108)

İnkar edənlərin həmişə alacaqları əvəz heç cür kömək görməmək və cəhənnəm əzabında tərk edilmək olacaq. Allah onlara rəhm etməyəcək, mərhəmət göstərməyəcək və etdikləri günahları, səhvləri bağışlamayacaq. Halbuki, dünyada ikən Allah`a sığınsaydılar, Onun həmişə bağışlayan və mərhəmət göstərən olduğunu görəcəkdilər. Ancaq cəhənnəmi görəndə bu həqiqətləri xatırlayacaqlar, amma bunun onlara heç bir xeyri olmayacaq.

Bütün bunlardan sonra Allah`ın bəndəsini sevən və hər zaman bağışlayan olduğunu indidən fikirləşib təkcə Onu dost və vəkil qəbul etmək lazımdır. Cəhənnəmin qapıları onların üstünə bircə dəfə bağlandımı, daha sonsuza qədər açılmayacaq və dünyada ikən əllərində olan fürsətlər bir də təkrar verilməyəcək. Bu əbədi peşmançılıqdan azad olmağın yolu isə Quranda bildirilmişdir:

Tövbə edənlər, (əməllərini) islah edənlər, Allah`dan möhkəm yapışanlar və öz dinlərini Allah`a məxsus edənlər istisnadır. Bunlar möminlərlə birgə olacaqlar. Möminlərə isə Allah böyük mükafat

51

Page 50: Peşman olmadan öncə. azərbaycan (version 1)

verəcəkdir. Şükür etsəniz və iman gətirsəniz, sizə əzab vermək Allah`ın nəyinə gərəkdir? Allah təşəkkür edəndir, biləndir. (“Nisa”, 4/146-147)

BU PEŞMANÇILIĞI

52

Page 51: Peşman olmadan öncə. azərbaycan (version 1)

YAŞAMAMAQ ÜÇÜN...

Şükür etsəniz və iman gətirsəniz, sizə əzab vermək Allah`ın nəyinə gərəkdir? Allah təşəkkür edəndir, biləndir. (“Nisa”, 4/147)

İnsan bəzi qüsurlara, nöqsanlara, acizliklərə malik bir varlıqdır. Ona verilən ömür boyu yaddan çıxarar, səhv edər və çoxlu xətaları olar. Amma eyni zamanda, Allah tərəfindən verilmiş olan tövbə kimi böyük bir nemətlə dünyada ikən bu səhvlərin düzəldilməsi həmişə mümkündür. Dünya insanın maarifləndirilməsi, səhvlərinin düzəldilməsi və ona verilən nemətlərlə imtahan edilməsi üçün yaradılmışdır. İnsan dünyada ikən etdiyi səhvlərdən, ya da yaşadığı həyatdan bəzən böyük peşmançılıq duya bilər. Amma bunu düzəltmək imkanı mövcuddur; insan yaşadığı bu peşmançılıqdan sonra tövbə etsə, Allah`ın onu bağışlayacağına və mərhəmət göstərəcəyinə ümid edə bilər.

Allah Quranda səmimi olaraq tövbə edənləri bağışlayacağını müjdələyir. Allah insanın daxilində gizlətdiyi, fikirləşdiyi, beynindən keçirdiyi hər kəlməni, hər fikri və daxilən səmimi olub-olmadığını bilir. “Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, (bilin ki,) həqiqətən də, O, tövbə edənləri bağışlayandır. (“İsra”, 17/25)” - deyərək, insana olan yaxınlığını xəbər verir.

Ancaq çox əhəmiyyətli bir həqiqət var ki, dünyada edilən səhvlərin, günahların öləndən sonra düzəldilməsi heç cür mümkün deyil. Demək, insanın itirəcəyi bircə anı da yoxdur. Yaşadığı dəqiqələr göz qırpımında keçir, insan hər ötən saniyə ölümə daha da yaxınlaşır. Üstəlik, ölümünün nə vaxt- hansı gündə və saatda olacağını da heç kim bilmir. Ancaq bir gün

53

Page 52: Peşman olmadan öncə. azərbaycan (version 1)

mütləq öləcək və etdiyi hərəkətlərə, yaşadığı ömrə görə Rəbbinin yanında sorğu-sual ediləcək.

Buna görə də insan hər an öləcəyini həmişə yadında saxlamalı və axirətdə peşman olmaması üçün həyatına yenidən nəzər salmalıdır: İndi ölüm mələkləri ilə qarşılaşsa, yaşadığı illərin hesabını verə biləcəkmi? Bu günə qədər Allah`ı razı sala bilmək üçün nə etmişdir? Onun hökmlərini istədiyi kimi yerinə yetirirmi? Bəlkə də bu sualların heç birinə verməyə müsbət cavabı olmaz. Əgər elə indi tövbə edərsə, bundan sonrakı həyatını Allah`ı razı salmaq üçün keçirəcəyinə səmimi qərar verərsə, Allah`ın tövbəsini qəbul edəcəyinə, onu bağışlayacağına inana bilər.

İnsan “Qəffar” (mərhəmətlilərin ən mərhəmətlisi), “Həlim” (bəndələrinə qarşı çox yumşaq olan) və “Təvvab” (bağışlayan və əsirgəyən, tövbələri qəbul edib, günahları yaxşılıqlara çevirən) olan Rəbbinə sığınmalıdır. Allah səbir edənlərin və Ona yön tutub pis yoldan qayıdanların əvəzini mütləq verəcək. İman gətirən bəndələrinin günahlarını bağışlayaraq yaxşılığa çevirəcək və etdikləri xeyirli işləri ən əla mükafatla mükafatlandıracaq. Allah`ın bəndələrinə verdiyi bu böyük müjdə belə bildirilmişdir:

Sizdə olan nemətlər tükənəcək, Allah`ın dərgahında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (“Nəhl”, 16/96-97)

Yaddan çıxarmayın ki, insan qəfildən ölümlə üzləşə bilər və peşman olsa da, bir də geri qayıdıb etdiklərini düzəltməyə imkan tapmaz. Buna görə, əgər Rəbbin sevdiyi bir bəndə olmaq və ölümündən sonra Onun saleh bəndələri üçün hazırladığı cənnətə qovuşmaq istəyirsə, tez Rəbbindən bağışlanmasını istəməli və həyatını Onun əmr etdiyi şəkildə Qurana tabe olaraq yaşamalıdır.

54

Page 53: Peşman olmadan öncə. azərbaycan (version 1)

ƏLAVƏ BÖLMƏ: TƏKAMÜL YALANIDarvinizm, yəni təkamül nəzəriyyəsi yaradılış həqiqətini inkar etmək

məqsədilə irəli sürülmüş, ancaq uğursuzluqla nəticələnmiş elmdən kənar cəfəngiyatdan başqa bir şey deyil. Canlıların cansız maddələrdən təsadüfən əmələ gəldiyini iddia edən bu nəzəriyyə kainatda və canlılarda çox möcüzəvi nizam olduğunun elm tərəfindən sübut edilməsi ilə və təkamül prosesinin əsla baş vermədiyini göstərən 350 milyona yaxın fosilin tapılması ilə süqut etmişdir. Beləliklə, Allah’ın bütün kainatı və canlıları yaratdığı elm tərəfindən də sübut edilmişdir. Bu gün təkamül nəzəriyyəsini dirçəltmək üçün dünya səviyyəsində aparılan təbliğat sadəcə elmi həqiqətlərin təhrif olunmasına, tərəfli şərhinə, elm adı altında söylənilən yalan və saxtakarlıqlara əsaslanır.

Ancaq bu təbliğat həqiqəti gizlətmir. Təkamül nəzəriyyəsinin elm tarixində ən böyük xəta olması son 20-30 il ərzində elm dünyasında getdikcə daha ucadan dilə gətirilir. Xüsusilə 1980-ci illərdən sonra aparılan tədqiqatlar darvinist iddiaların tamamilə səhv olduğunu üzə çıxarmış və bu həqiqət bir çox elm adamı tərəfindən dilə gətirilmişdir. ABŞ-da biologiya, biokimya, paleontologiya kimi fərqli sahələrlə məşğul olan bir çox elm adamı darvinizmin əsassızlığını görür, canlıların mənşəyini artıq yaradılışla açıqlayırlar.

Təkamül nəzəriyyəsinin süqutundan və yaradılış dəlillərindən digər bir çox əsərimizdə bütün elmi təfərrüatları ilə bəhs etmişik və etməyə davam edirik. Ancaq əhəmiyyəti baxımından mövzudan burada da bəhs etməkdə fayda var.

Darvini məhv edən çətinliklərTəkamül nəzəriyyəsi tarixi qədim yunanlara gedib çıxan bir təlim

olmasına baxmayaraq, XIX əsrdə hərtərəfli şəkildə irəli sürüldü. Nəzəriyyəni elm dünyasının gündəminə gətirən ən mühüm irəliləyiş Çarlz Darvinin 1859-cu ildə nəşr edilən “Növlərin mənşəyi” adlı kitabı idi. Darvin bu kitabda dünyadakı müxtəlif canlı növlərini Allah’ın ayrı-ayrı yaratdığına qarşı çıxırdı. Darvinin fikrincə, bütün növlər ortaq əcdaddan törəmiş və zaman ərzində kiçik dəyişikliklərlə müxtəlifləşmişdilər.

55

Page 54: Peşman olmadan öncə. azərbaycan (version 1)

Darvinin nəzəriyyəsi heç bir konkret elmi tapıntıya əsaslanmırdı; özünün də qəbul etdiyi kimi, sadəcə bir məntiq yeritmə idi. Hətta Darvin kitabındakı “Nəzəriyyənin qarşısında duran çətinliklər” başlıqlı uzun bölmədə etiraf etdiyi kimi, nəzəriyyə bir çox mühüm suala cavab verə bilmirdi.

Darvin nəzəriyyəsinin qarşısındakı çətinliklərə inkişaf edən elmin üstün gələcəyinə, yeni elmi kəşflərin nəzəriyyəsini gücləndirəcəyinə ümid edirdi. Bunu kitabında tez-tez bildirirdi. Ancaq inkişaf edən elm Darvinin ümidlərinin tam əksinə, nəzəriyyənin əsas iddialarını bir-bir əsassız qoydu.

Darvinizmin elm qarşısındakı məğlubiyyətini üç əsas başlıq altında təhlil etmək olar:

Nəzəriyyə həyatın yer üzündə ilk dəfə necə ortaya çıxdığını əsla açıqlaya bilmir.

Nəzəriyyənin irəli sürdüyü təkamül mexanizmlərinin, əslində, təkamül xarakterinə malik olduğunu göstərən heç bir elmi tapıntı yoxdur.

Fosillər təkamül nəzəriyyəsinin iddialarının tam əksini göstərir.Bu bölmədə bu üç əsas başlığı əsaslı təhlil edəcəyik.

Keçilməz ilk pillə: həyatın mənşəyiTəkamül nəzəriyyəsi bütün canlı növlərinin bundan təxminən 3.8

milyard il əvvəl dünyada fantastik şəkildə təsadüfən meydana gələn bircə canlı hüceyrədən törədiklərini iddia edir. Bircə hüceyrənin milyonlarla kompleks canlı növünü necə əmələ gətirməsi və əgər həqiqətən bu cür təkamül baş vermişsə, nə üçün izlərinin fosillərdə tapılmadığı nəzəriyyənin açıqlaya bilmədiyi suallardandır. Ancaq bütün bunlardan əvvəl iddia edilən təkamül prosesinin ilk pilləsi üzərində dayanmaq lazımdır. Həmin ilk hüceyrə necə ortaya çıxmışdır?

Təkamül nəzəriyyəsi cahilliklə yaradılışı inkar etdiyinə görə, həmin ilk hüceyrənin heç bir plan və nizam olmadan təbiət qanunları çərçivəsində təsadüfən meydana gəldiyini iddia edir. Yəni bu nəzəriyyəyə əsasən, cansız maddə kortəbii təsadüflər nəticəsində ortaya canlı hüceyrə çıxarmalıdır. Ancaq bu, məlum olan ən təməl biologiya qanunlarına zidd iddiadır.

Həyat həyatdan gəlir

56

Page 55: Peşman olmadan öncə. azərbaycan (version 1)

Darvin kitabında həyatın mənşəyindən heç bəhs etməmişdi. Çünki onun dövründəki ibtidai elm anlayışı canlıların çox sadə quruluşa malik olduqlarını fərz edirdi. Orta əsrlərdən bəri “spontane generation” adlı nəzəriyyəyə əsasən, cansız maddələrin təsadüfən birləşərək canlı varlıq əmələ gətirməsinə inanırdılar. Bu dövrdə həşəratların yemək artıqlarından, siçanların da buğdadan əmələ gəlməsi geniş yayılmış düşüncə idi. Bunu sübut etmək üçün qəribə təcrübələr aparılmışdı. Çirkli əsginin üstünə bir az buğda qoyulmuş və bir müddət sonra bu qarışıqdan siçanların əmələ gəlməsini gözləmişdilər.

Ətin qurdlanması da həyatın cansız maddələrdən törədiyinə dəlil hesab edilirdi. Lakin daha sonra məlum olacaqdı ki, ətin üstündəki qurdlar öz-özlərindən əmələ gəlmirlər, milçəklərin gətirib qoyduğu gözlə görülməyən sürfələrdən çıxırdılar. Darvin “Növlərin mənşəyi” adlı kitabını yazdığı dövrdə isə bakteriyaların cansız maddədən əmələ gəlməsi inancı elm dünyasında geniş şəkildə qəbul edilirdi.

Lakin Darvinin kitabının nəşr edilməsindən beş il sonra məşhur fransız bioloq Lui Paster təkamülə əsas verən bu inancı qəti şəkildə təkzib etdi. Paster apardığı uzun elmi fəaliyyət və təcrübələrdə gəldiyi nəticəni belə şərh etmişdi:

“Cansız maddələrin həyatı əmələ gətirməsi iddiası artıq qəti şəkildə tarixə gömülmüşdür”. (Sidney Fox, Klaus Dose, Molecular Evolution and The Origin of Life, New York: Marcel Dekker, 1977, səh. 2)Təkamül nəzəriyyəsinin tərəfdarları Pasterin kəşflərinə uzun müddət

qarşı çıxdılar. Ancaq inkişaf edən elm canlı hüceyrəsinin mürəkkəb quruluşunu üzə çıxardıqca həyatın öz-özünə əmələ gəlməsi iddiasının əsassızlığı daha da açıq şəkil aldı.

XX əsrdəki nəticəsiz səylərXX əsrdə həyatın mənşəyi mövzusunu tədqiq edən ilk təkamülçü məşhur

rus bioloq Aleksandr Oparin oldu. Oparin 1930-cu illərdə irəli sürdüyü bəzi tezislərlə canlı hüceyrəsinin təsadüfən meydana gələ biləcəyini sübut

57

Page 56: Peşman olmadan öncə. azərbaycan (version 1)

etməyə çalışdı. Ancaq bu fəaliyyətlər uğursuzluqla nəticələnəcək və Oparin bu etirafı etməli olacaqdı:

“Təəssüf ki, hüceyrənin mənşəyi təkamül nəzəriyyəsinin tamamilə əhatə edən ən qaranlıq nöqtədən ibarətdir”. (Alexander I. Oparin, Origin of Life, (1936) New York, Dover Publications, 1953 (Reprint), səh. 196)Oparinin yolunu davam etdirən təkamülçülər həyatın mənşəyi

problemini həll etmək üçün təcrübələr aparmağa çalışdılar. Bu təcrübələrin ən məşhuru amerikalı kimyaçı Stenli Miller tərəfindən 1953-cü ildə aparıldı. Miller ibtidai atmosferdə mövcud olduğunu iddia etdiyi qazları bir təcrübədə birləşdirdi və bu qarışığa enerji verərək zülalları təşkil edən bir neçə üzvi molekul (amin turşusu) sintezlədi.

O illərdə təkamüllə bağlı mühüm mərhələ kimi tanıdılan bu təcrübənin əsassız olduğu və təcrübədə tətbiq edilən atmosferin yer şərtlərindən çox fərqli olduğu sonrakı illərdə üzə çıxacaqdı. (“New Evidence on Evolution of Early Atmosphere and Life”, Bulletin of the American Meteorological Society, c. 63, Kasım 1982, səh. 1328-1330)

Uzun sükutdan sonra Millerin özü də tətbiq etdiyi atmosfer mühitinin həqiqi olmadığını etiraf etdi. (Stanley Miller, Molecular Evolution of Life: Current Status of the Prebiotic Synthesis of Small Molecules, 1986, səh. 7)

Həyatın mənşəyi problemini açıqlamaq üçün XX əsr boyu göstərilən bütün təkamülçü səylər uğursuzluqla nəticələndi. San Diyeqo Skrips İnstitutundan məşhur geokimyaçı Cefri Bada təkamülçü “Earth” jurnalında 1998-ci ildə dərc edilən bir məqalədə bu həqiqəti belə qəbul edir:

“Bu gün XX əsri arxada qoyarkən hələ də XX əsrin başlanğıcındakı ən böyük həll edilməmiş problemlə qarşı-qarşıyayıq: həyat yer üzündə necə başlayıb”. (Jeffrey Bada, Earth, Şubat 1998, səh. 40)

Həyatın kompleks quruluşuTəkamülçülərin həyatın mənşəyi ilə bağlı bu qədər çıxılmaz vəziyyətə

düşməsinin başlıca səbəbi ən sadə hesab etdikləri canlıların bu qədər mürəkkəb quruluşa malik olmasıdır. Canlı hüceyrəsi insanın hazırladığı

58

Page 57: Peşman olmadan öncə. azərbaycan (version 1)

bütün texnoloji məhsullardan daha mürəkkəbdir. Belə ki, bu gün dünyanın ən qabaqcıl laboratoriyalarında belə cansız maddələr birləşdirilərək nəinki canlı hüceyrə, hətta hüceyrəyə aid bircə zülal da hasil etmək mümkün deyil.

Bir hüceyrənin meydana gəlməsi üçün lazımlı şərtlər əsla təsadüflərlə açıqlanmayacaq qədər çoxdur. Lakin bunu açıqlamağa heç ehtiyac yoxdur. Təkamülçülər hələ hüceyrə səviyyəsinə çatmadan çıxılmaz vəziyyətə düşürlər. Çünki hüceyrənin əsasını təşkil edən zülalların təsadüfən sintezlənmə ehtimalı riyazi cəhətdən sıfırdır.

Bunun ən əsas səbəbi budur ki, bir zülalın əmələ gəlməsi üçün başqa zülallar da olmalıdır. Bu səbəb bir zülalın təsadüfən əmələgəlmə ehtimalını tamamilə aradan qaldırır. Ona görə, təkcə bu fakt təkamülçülərin təsadüf iddiasını təkzib etmək üçün kifayətdir. Mövzunun əhəmiyyətini qısaca açıqlayaq:- Fermentlər olmasa, zülal sintezlənə bilməz, fermentlər də zülaldır.- Bircə zülalın sintezlənməsi üçün 100-ə yaxın hazır zülal olmalıdır.

Ona görə, zülalların olması üçün zülallar lazımdır.- Zülalları sintezləyən fermentləri DNT hazırlayır. DNT olmasa, zülal

sintezlənə bilməz. Ona görə, zülalların əmələ gəlməsi üçün DNT də lazımdır.

- Zülal sintezləmə prosesində hüceyrədəki bütün orqanoidlərin mühüm funksiyaları var. Yəni zülalların əmələ gəlməsi üçün tam funksional hüceyrə bütün orqanoidləri ilə birlikdə mövcud olmalıdır.Hüceyrənin nüvəsində yerləşən, genetik məlumat daşıyan DNT

molekulu isə informasiya bankıdır. İnsan DNT-sindəki informasiyanı kağıza köçürmək istəsək, hər biri 500 səhifədən ibarət 900 cildlik kitabxana ortaya çıxar.

Burada çox maraqlı dilemma da var: DNT ancaq bir sıra xüsusi zülalların (fermentlərin) köməyi ilə qoşalaşa bilər. Amma bu fermentlər də ancaq DNT-dəki informasiya əsasında sintezlənir. Bir-birlərindən asılı olduqlarına görə, DNT-nin qoşalaşması üçün ikisi də eyni anda mövcud olmalıdır. Bu isə həyatın öz-özünə meydana gəlməsi ssenarisini çıxılmaz vəziyyətə salır. San Diyeqo Kaliforniya Universitetindən məşhur təkamülçü

59

Page 58: Peşman olmadan öncə. azərbaycan (version 1)

prof. Lesli Orcel “Scientific American” jurnalının 1994-cü il oktyabr sayında bu həqiqəti belə etiraf edir:

“Olduqca kompleks quruluşa malik olan zülalların və nuklein turşularının (RNT və DNT) eyni yerdə və eyni zamanda təsadüfən əmələ gəlmələri həddindən artıq ehtimaldan kənardır. Ancaq bunların biri olmadan digərini əldə etmək də mümkün deyil. Ona görə, insan məcburən həyatın kimyəvi yollarla meydana gəlməsinin tamamilə qeyri-mümkün olduğu nəticəsinə gəlir”. (Leslie E. Orgel, The Origin of Life on Earth, Scientific American, c. 271, Ekim 1994, səh. 78)Şübhəsiz ki, əgər həyatın kortəbii təsadüflərlə öz-özünə meydana

gəlməsi mümkün deyilsə, onda həyatın yaradıldığı qəbul edilməlidir. Bu həqiqət əsas məqsədi yaradılışı inkar etmək olan təkamül nəzəriyyəsini açıq-aydın əsassız edir.

Təkamülün xəyali mexanizmləriDarvinin nəzəriyyəsini əsassız edən ikinci əsas cəhət nəzəriyyənin

təkamül mexanizmləri kimi irəli sürdüyü iki anlayışın da, əslində, heç bir təkamül gücünə malik olmamasıdır.

Darvin irəli sürdüyü təkamül iddiasını tamamilə təbii seleksiya mexanizmi ilə əlaqələndirmişdi. Bu mexanizmə verdiyi əhəmiyyət kitabının adından da açıq şəkildə başa düşülür: “Növlərin mənşəyi, təbii seleksiya yolu ilə...”

Təbii seleksiya təbii seçmə deməkdir, təbiətdəki həyat uğrunda mübarizədə təbii şərtlərə uyğun və güclü canlıların həyatda qalacağı düşüncəsinə əsaslanır. Məsələn, yırtıcı heyvanlar tərəfindən təhlükəyə məruz qalan bir maral sürüsündə daha sürətlə qaçan marallar həyatda qalacaq. Beləliklə, maral sürüsü sürətlə qaçan və güclü fərdlərdən ibarət olacaq. Amma bu mexanizm maralların təkamül keçirməsinə səbəb olmaz, onları başqa bir canlı növünə, məsələn, atlara çevirməz.

Ona görə, təbii seçmə mexanizmi heç bir təkamül gücünə malik deyil. Darvin də bu həqiqəti anlamışdı və “Növlərin mənşəyi” adlı kitabında: “Faydalı dəyişikliklər baş vermədikcə təbii seçmə heç bir şey edə bilməz”, - demək məcburiyyətində qalmışdı. (Charles Darwin, The Origin

60

Page 59: Peşman olmadan öncə. azərbaycan (version 1)

of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 184)

Lamarkın təsiriBəs bu faydalı dəyişikliklər necə baş verə bilərdi? Darvin öz dövrünün

ibtidai elm anlayışı çərçivəsində bu suala Lamarka əsaslanaraq cavab verməyə çalışmışdı. Darvindən əvvəl yaşamış fransız bioloq Lamarka görə, canlılar həyatları boyu keçirdikləri fiziki dəyişiklikləri sonrakı nəslə ötürürlər, nəsildən-nəslə toplanan bu xüsusiyyətlər nəticəsində yeni növlər meydana gəlir. Məsələn, Lamarkın fikrincə, zürafələr ceyranlardan törəyiblər, hündür ağacların yarpaqlarını yeməyə çalışarkən nəsildən-nəslə boyunları uzanmışdır.

Darvin də buna bənzər misallar çəkmiş, məsələn, “Növlərin mənşəyi” kitabında qida tapmaq üçün suya girən bəzi ayıların tədricən balinalara çevrildiyini iddia etmişdi. (B. G. Ranganathan, Origins?, Pennsylvania: The Banner Of Truth Trust, 1988.)

Lakin Mendelin kəşf etdiyi və XX əsrdə inkişaf edən genetika elmi ilə qəti şəkildə sübut edilən genetika qanunları qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə ötürülməsi əfsanəsini məhv etdi. Beləliklə, təbii seçmə “təkbaşına” və tamamilə təsirsiz mexanizm olaraq qaldı.

Neodarvinizm və mutasiyalarDarvinistlər isə bu vəziyyətə bir çıxış yolu tapmaq üçün 1930-cu illərin

sonlarında müasir sintetik nəzəriyyəni və ya daha geniş yayılmış adı ilə neodarvinizmi ortaya atdılar. Neodarvinizm təbii seçmənin yanına faydalı dəyişiklik səbəbi kimi mutasiyaları, yəni canlıların genlərində radiasiya kimi xarici amillər və ya transkripsiya xətaları nəticəsində əmələ gələn pozulmaları əlavə etdi. Bu gün də elmi cəhətdən əsassız olduğunu bilmələrinə baxmayaraq, darvinistlər neodarvinist modeli müdafiə edirlər. Nəzəriyyə yer üzündəki milyonlarla canlı növünün, onların qulaq, göz, ağciyər, qanad kimi saysız-hesabsız mürəkkəb orqanlarının mutasiyalara, yəni genetik pozulmalara əsaslanan bir proses nəticəsində əmələ gəldiyini iddia edir. Amma nəzəriyyəni çarəsiz qoyan bir açıq elmi həqiqət var:

61

Page 60: Peşman olmadan öncə. azərbaycan (version 1)

mutasiyalar canlıları təkmilləşdirmirlər, əksinə, hər zaman canlılara zərər verirlər.

Bunun səbəbi çox sadədir: DNT çox mürəkkəb quruluşa malikdir. Bu molekula olan hər hansı təsadüfi təsir ancaq zərər verir. Amerikalı genetik B.G. Ranqanatan bunu belə açıqlayır:

“Mutasiyalar kiçik, təsadüfi və zərərlidirlər. Çox nadir meydana gəlirlər və ən yaxşı halda təsirsizdirlər. Bu üç xüsusiyyət mutasiyaların təkamül xarakterli təsir meydana gətirməyəcəyini sübut edir. Yüksək dərəcədə xüsusiləşmiş orqanizmdə meydana gələn təsadüfi dəyişiklik ya təsirsiz, ya da zərərli olur. Bir qol saatında meydana gələn təsadüfi dəyişiklik qol saatını təkmilləşdirməz. Ona böyük ehtimalla zərər verər və ya ən yaxşı halda təsir etməz. Bir zəlzələ bir şəhəri daha yaxşı hala salmaz, onu məhv edər”. (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 179)Bu günə qədər heç bir faydalı, yəni genetik məlumatı təkmilləşdirən

mutasiya müşahidə edilməyib. Bütün mutasiyaların zərərli olması aşkar edilib. Aydın olmuşdur ki, təkamül nəzəriyyəsinin təkamül mexanizmi kimi göstərdiyi mutasiyalar, əslində, canlıları sadəcə məhv edən, şikəst edən genetik hadisələrdir (insanlarda mutasiyanın ən çox rast gəlinən təsiri xərçəngdir). Əlbəttə, məhvedici mexanizm təkamül mexanizmi ola bilməz. Təbii seçmə isə Darvinin də qəbul etdiyi kimi, tək başına heç bir şey edə bilməz. Bu həqiqət bizə təbiətdə heç bir təkamül mexanizminin olmadığını göstərir. Təkamül mexanizmi olmadığına görə, təkamül deyilən xəyali proses də baş verməyib.

Fosillər: ara-keçid formalardan əsər-əlamət yoxdurTəkamül nəzəriyyəsinin iddia etdiyi prosesin baş vermədiyinin ən açıq

göstəricisi isə fosillərdir.Təkamül nəzəriyyəsinə görə, bütün canlılar bir-birlərindən törəyiblər.

Əvvəlcədən mövcud olan bir canlı növü zaman ərzində digərinə çevrilmiş və bütün növlər bu şəkildə əmələ gəlmişlər. Nəzəriyyəyə əsasən, bu çevrilmə yüz milyon illər davam edən uzun dövrü əhatə etmiş və mərhələ-

62

Page 61: Peşman olmadan öncə. azərbaycan (version 1)

mərhələ irəliləmişdir. Bu təqdirdə iddia edilən uzun çevrilmə prosesi zamanı saysız-hesabsız ara növlər əmələ gəlməli və yaşamalıdırlar.

Məsələn, keçmişdə balıq xüsusiyyətlərini daşımalarına baxmayaraq, bir tərəfdən də bəzi sürünən canlı xüsusiyyətlərini qazanmış yarı-balıq, yarı-sürünən canlılar yaşamalıdır və ya sürünən xüsusiyyətlərini daşıyan, bir tərəfdən də bəzi quş xüsusiyyətləri qazanmış sürünən quşlar ortaya çıxmalıdır. Bunlar bir keçid prosesində olduqları üçün şikəst, yarımçıq, qüsurlu canlılar olmalıdır. Təkamülçülər keçmişdə yaşadığına inandıqları bu nəzəri məxluqları “ara-keçid forması” adlandırırlar.

Əgər, həqiqətən, bu cür canlılar keçmişdə yaşayıbsa, onların sayı və növü milyonlarla, hətta milyardlarla olmalıdır və bu əcaib canlıların qalıqlarına mütləq fosil izlərində rast gəlinməlidir. Darvin “Növlərin mənşəyi”ndə bunu belə açıqlamışdır:

“Əgər nəzəriyyəm doğrudursa, növləri bir-biri ilə əlaqələndirən saysız-hesabsız ara-keçid növləri keçmişdə mütləq yaşamalıdır... Onların yaşadığının dəlilləri də sadəcə fosil qalıqları arasında tapıla bilər”. (Charles Darwin, The Origin of Species, səh. 172, 280)Ancaq bu sətirləri yazan Darvin ara-keçid formaların heç cür

tapılmadığını bilir və bunun nəzəriyyəsi üçün böyük problem olduğunu görürdü. Ona görə, “Növlərin mənşəyi” kitabının “Nəzəriyyənin qarşısında duran çətinliklər” (Difficulties on Theory) adlı bölməsində belə yazmışdı:

“Əgər, həqiqətən, növlər digər növlərdən yavaş dəyişikliklərlə törəyibsə, nə üçün saysız-hesabsız ara-keçid formasına rast gəlmirik? Nə üçün bütün təbiət qarmaqarışıq vəziyyətdə deyil, məhz yerli-yerindədir? Saysız-hesabsız ara-keçid forması olmalıdır, bəs nə üçün yer üzünün çoxsaylı təbəqələrində onları tapmırıq?... Nə üçün hər geoloji forma və hər təbəqə belə qalıqlarla dolu deyil?” (Charles Darwin, The Origin of Species, səh. 172, 280)

Darvinin puç olan ümidləriAncaq XIX əsrin ortasından indiyə qədər dünyanın hər tərəfində qızğın

fosil araşdırmaları aparılmasına baxmayaraq, ara-keçid formalarına rast

63

Page 62: Peşman olmadan öncə. azərbaycan (version 1)

gəlinməmişdir. Aparılan qazıntı işlərində və tədqiqatlarda əldə edilən bütün tapıntılar təkamülçülərin gözlədiklərinin əksinə, canlıların yer üzündə birdən-birə, tam və qüsursuz formada ortaya çıxdıqlarını göstərmişdir.

Məşhur ingilis paleontoloq Derek V. Eycer təkamülçü olmasına baxmayaraq, bu həqiqəti belə etiraf edir:

“Problemimiz budur: fosilləri hərtərəfli tədqiq etdikdə növlər və ya siniflər səviyyəsində belə daima eyni həqiqətlə qarşılaşırıq; mərhələli təkamüllə təkmilləşən deyil, birdən-birə yer üzündə əmələ gələn qruplar görürük”. (Derek A. Ager, “The Nature of the Fossil Record”, Proceedings of the British Geological Association, c. 87, 1976, səh. 133)

Yəni fosil qeydlərində bütün canlı növləri aralarında heç bir keçid forması olmadan, tam formada ani surətdə ortaya çıxırlar. Bu, Darvinin fikirlərinin tam əksidir. Habelə, bu, canlı növlərinin yaradıldıqlarını göstərən çox güclü dəlildir. Çünki bir canlı növünün heç bir əcdadı olmadan, bir anda və qüsursuz şəkildə ortaya çıxmasının tək açıqlaması var: o növ yaradılmışdır. Bu həqiqət məşhur təkamülçü bioloq Duqlas Futuyma tərəfindən də qəbul edilir:

“Yaradılış və təkamül yaşayan canlıların mənşəyi haqqında iki yeganə açıqlamadır. Canlılar dünyada ya tamamilə mükəmməl və tam formada ortaya çıxmışlar, ya da belə olmamışdır. Əgər belə olmamışdırsa, bir dəyişiklik prosesi nəticəsində özlərindən əvvəl mövcud olan bəzi canlı növlərindən təkamül keçirərək meydana gəlməlidirlər. Amma əgər tam və mükəmməl formada ortaya çıxıblarsa, onda sonsuz güc sahibi olan bir ağıl tərəfindən yaradılmışlar”. (Douglas J. Futuyma, Science on Trial, New York: Pantheon Books, 1983. Səh. 197)Fosillər isə canlıların yer üzündə tam və mükəmməl formada ortaya

çıxdıqlarını göstərir. Yəni “növlərin mənşəyi” Darvinin hesab etdiyinin əksinə, təkamül deyil, yaradılışdır.

İnsanın təkamülü nağılıTəkamül nəzəriyyəsinin tərəfdarlarının ən çox gündəmə gətirdikləri

məsələ insanın mənşəyidir. Bununla bağlı darvinist iddia bu gün yaşayan

64

Page 63: Peşman olmadan öncə. azərbaycan (version 1)

müasir insanın meymunabənzər məxluqlardan törədiyini zənn edir. 4-5 milyon il əvvəl başladığı fərz edilən bu prosesdə müasir insan ilə əcdadları arasında bəzi ara-keçid formaların yaşadığı iddia edilir. Əslində, tamamilə fantastik olan bu ssenaridə dörd əsas kateqoriya var:

AustralopithecusHomo habilisHomo erectusHomo sapiensTəkamülçülər insanların ilk “meymunabənzər əcdadları”na “cənub

meymunu” mənasını verən “australopithecus” adını veriblər. Bu canlılar, əslində, nəsli kəsilmiş meymun növüdür. Lord Solli Zukerman və prof. Çarlz Oksnard kimi İngiltərə və ABŞ-dan iki məşhur anatomun australopithecus nümunələri üzərində apardığı hərtərəfli araşdırmalar bu canlıların sadəcə nəsli kəsilmiş meymun növünə aid olduqlarını və insanlarla heç bir bənzərlik təşkil etmədiklərini göstərmişdir. (Charles E. Oxnard, “The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt”, Nature, c. 258, səh. 389)

Təkamülçülər insanın təkamülünün sonrakı mərhələsini də “homo”, yəni insan kimi təsnif edirlər. İddiaya əsasən, homo sırasındakı canlılar australopithecuslardan daha çox inkişaf ediblər. Təkamülçülər bu fərqli canlılara aid fosilləri ardıcıl düzərək fantastik təkamül sxemi qururlar. Bu sxem xəyalidir, çünki bu fərqli siniflərin arasında təkamül xarakterli əlaqə olması əsla sübut edilə bilməmişdir. Təkamül nəzəriyyəsinin XX əsrdəki ən mühüm tərəfdarlarından biri olan Ernst Mayr: “Homo sapiensə uzanan zəncir halqası, əslində, itib”, - deyərək bunu qəbul edir. (J. Rennie, “Darwin’s Current Bulldog: Ernst Mayr”, Scientific American, Aralık 1992)

Təkamülçülər “ausrtalopithecus > homo habilis > homo erectus > homo sapiens” ardıcıllığını qurarkən bu növlərin hər birinin daha sonrakının əcdadı olmasını irəli sürürlər. Lakin paleoantropoloqların son kəşfləri australopithecus, homo habilis və homo erectusun dünyanın müxtəlif bölgələrində eyni dövrlərdə yaşadıqlarını göstərir. (Alan Walker, Science, c. 207, 1980, s. 1103; A. J. Kelso, Physical Antropology, 1. baskı, New York:

65

Page 64: Peşman olmadan öncə. azərbaycan (version 1)

J. B. Lipincott Co., 1970, s. 221; M. D. Leakey, Olduvai Gorge, c. 3, Cambridge: Cambridge University Press, 1971, səh. 272)

Habelə, homo erectus sinfinə aid olan insanların bir qismi çox müasir dövrlərə qədər yaşayıblar, homo sapiens neandertalensis və homo sapiens sapiens (insan) ilə eyni mühitdə birlikdə mövcud olmuşlar. (Time, noyabr 1996)

Bu isə, əlbəttə, bu siniflərin bir-birilərinin əcdadı olduqları iddiasının əsassızlığını açıq şəkildə ortaya qoyur. Harvard Universitetinin paleontoloqlarından Stiven Cey Quld, təkamülçü olmasına baxmayaraq, darvinist nəzəriyyənin düşdüyü bu çıxılmaz vəziyyəti belə açıqlayır:

“Əgər bir-biri ilə paralel şəkildə yaşayan üç müxtəlif hominid (insanabənzər) sxemi varsa, onda bizim soy ağacımıza nə oldu? Aydındır ki, bunların biri digərindən törəyə bilməz. Habelə, biri digəri ilə müqayisə edildikdə təkamül xarakterli inkişaf meyli göstərmirlər”. (S. J. Gould, Natural History, c. 85, 1976, səh. 30)Qısaca desək, KİV-də və ya dərsliklərdə verilən bir cür fantastik yarı-

meymun yarı-insan canlıların rəsmləri ilə, yəni sırf təbliğat yolu ilə dirçəldilməyə çalışılan insanın təkamülü ssenarisi heç bir elmi əsası olmayan nağıldan ibarətdir. Bu mövzunu uzun illər tədqiq edən, xüsusilə australopithecus fosilləri üzərində 15 il araşdırma aparan İngiltərənin ən məşhur və hörmətli elm adamlarından biri olan Lord Solli Zukerman təkamülçü olmasına baxmayaraq, meymunabənzər canlılardan insana uzanan nəsil ağacı olmadığı nəticəsinə gəlmişdir.

Zukerman maraqlı elm şkalası da qurmuşdur. Elmi hesab etdiyi elm sahələrindən elmdən kənar qəbul etdiyi elm sahələrinə qədər şaxəli cədvəl çəkmişdir. Zukermanın bu cədvəlində ən elmi, yəni konkret faktlara əsaslanan elm sahələri kimya və fizikadır. Cədvəldə bunlardan sonra bioloji elmlər, daha sonra sosial fənlər gəlir. Şaxələnmənin ən kənar ucunda, yəni elmdən kənar hesab edilən hissədə isə Zukermanın fikrincə telepatiya, altıncı hiss kimi hissin fövqündə olan qavrama anlayışları və bir də insanın “təkamülü” yerləşir! Zukerman şaxələnmənin bu ucunu belə açıqlayır:

“Obyektiv reallıq sahəsindən çıxıb bioloji elm fərz edilən bu sahələrə, yəni hissin fövqündə olan qavramaya və insanın fosil

66

Page 65: Peşman olmadan öncə. azərbaycan (version 1)

tarixinin şərh edilməsinə daxil olduqda, təkamül nəzəriyyəsinə inanan bir şəxs üçün hər şeyin mümkün olduğunu görürük. Belə ki, nəzəriyyələrinə qəti şəkildə inanan bu şəxslərin ziddiyyətli bəzi rəyləri eyni anda qəbul etmələri belə mümkündür”. (Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, səh. 19)İnsanın təkamülü nağılı da nəzəriyyələrinə kor-koranə inanan bir sıra

insanların tapdıqları bəzi fosillər haqqında qabaqcadan rəy verərək şərh etmələrindən ibarətdir.

Darvin formulu!İndiyə qədər təhlil etdiyimiz bütün dəlillərlə yanaşı, istəyirsinizsə,

təkamülçülərin necə cəfəng inanca malik olduqlarına bir də uşaqların belə anlayacağı qədər açıq misalla baxaq.

Təkamül nəzəriyyəsi canlıların təsadüfən əmələ gəldiyini iddia edir. Ona görə, bu iddiaya əsasən, cansız və şüursuz atomlar birləşərək əvvəlcə hüceyrəni əmələ gətirmiş və sonra eyni atomlar birləşərək digər canlıları və insanı meydana gətirmişlər. İndi düşünək, canlıların əsasını təşkil edən karbon, fosfor, azot, kalium kimi elementləri birləşdirdikdə bir yığın əmələ gəlir. Bu atom yığını hansı prosesdən keçirilsə də, bircə canlı belə əmələ gətirməz. İstəyirsinizsə, bununla bağlı bir təcrübə keçirək və təkamülçülərin, əslində, müdafiə etdikləri, amma ucadan söyləyə bilmədikləri iddianı onların adından “Darvin formulu” adı ilə nəzərdən keçirək:

Təkamülçülər çoxlu sayda böyük çənin içinə canlıların əsasını təşkil edən fosfor, azot, karbon, oksigen, dəmir, maqnezium kimi elementlərdən bol miqdarda qoysunlar. Hətta normal şərtlərdə mövcud olmayan, ancaq bu qarışığın içində lazımlı bildikləri maddələri də bu çənlərə əlavə etsinlər. Qarışıqların içinə istədikləri qədər amin turşusu, istədikləri qədər də zülal doldursunlar. Bu qarışıqlara istədikləri nisbətdə temperatur və rütubət versinlər. Bunları istədikləri ən yaxşı texnoloji cihazlarla qarışdırsınlar. Çənlərin başında nəzarətçi kimi dünyanın qabaqcıl elm adamlarını qoysunlar. Bu mütəxəssislər atadan oğula, nəsildən-nəslə ötürülərək növbə ilə milyardlarla, hətta trilyonlarla il fasiləsiz çənlərin başında gözləsinlər.

67

Page 66: Peşman olmadan öncə. azərbaycan (version 1)

Bir canlının əmələ gəlməsi üçün hansı şərtlərin mövcud olmasını lazım bilirlərsə, hamısını tətbiq etsinlər. Ancaq nə etsələr də, o çənlərdən əsla bir canlı çıxara bilməzlər. Zürafələri, aslanları, arıları, bülbülləri, tutuquşuları, atları, delfinləri, gülləri, səhləb çiçəklərini, zanbaqları, qərənfilləri, bananları, portağalları, almaları, xurmaları, pomidorları, qovunları, qarpızları, əncirləri, zeytunları, üzümləri, şaftalıları, tovuz quşlarını, qırqovulları, rəngarəng kəpənəkləri və bunlar kimi milyonlarla canlı növündən heç birini əmələ gətirə bilməzlər. Nəinki burada sadaladığımız bir neçə canlını, bunların bircə hüceyrəsini belə əldə edə bilməzlər.

Qısaca desək, şüursuz atomlar birləşərək hüceyrəni əmələ gətirə bilməzlər. Sonra yeni qərar verərək bir hüceyrəni iki yerə bölüb, sonra ardıcıl başqa qərarlar verib elektron mikroskopunu icad edən, sonra öz hüceyrə quruluşunu bu mikroskop altında tədqiq edən professorları əmələ gətirə bilməzlər. Maddə ancaq Allah’ın üstün yaratması ilə həyat qazanır. Bunun əksini iddia edən təkamül nəzəriyyəsi isə ağıla tamamilə zidd cəfəngiyatdır. Təkamülçülərin ortaya atdığı iddialar üzərində bir az düşünmək yuxarıdakı misalda göstərildiyi kimi, bu həqiqəti üzə çıxarar.

Göz və qulaqdakı texnologiyaTəkamül nəzəriyyəsinin qətiyyən açıqlaya bilmədiyi digər məsələ isə

göz və qulaqdakı üstün duyğu keyfiyyətidir.Gözlə bağlı mövzuya keçməzdən əvvəl “Necə görürük?” sualına qısaca

cavab verək. Bir cisimdən gələn şüalar gözdə tor qişaya tərsinə düşür. Bu şüalar buradakı hüceyrələr tərəfindən elektrik siqnallarına çevrilir və beyinin arxa hissəsindəki görmə mərkəzi adlanan kiçik nöqtəyə ötürülür. Bu elektrik siqnalları bir sıra ardıcıl proseslərdən sonra beyindəki bu mərkəzdə görüntü kimi şərh edilir. Bu məlumatdan sonra düşünək: beyin işığa qapalıdır. Yəni beyinin içi qapqaranlıqdır, işıq beyinin yerləşdiyi yerə girə bilməz. Görmə mərkəzi adlanan yer qapqaranlıq, işığın düşmədiyi, bəlkə, heç qarşılaşmadığınız qədər qaranlıq yerdir. Ancaq siz bu zülmət qaranlıqda işıqlı, aydın dünyanı izləyirsiniz.

Üstəlik, bu, o qədər aydın və keyfiyyətli görüntüdür ki, XXI əsrin texnologiyası belə hər cür imkanı olmasına baxmayaraq, bu aydın görüntünü

68

Page 67: Peşman olmadan öncə. azərbaycan (version 1)

əldə edə bilmir. Məsələn, hal-hazırda oxuduğunuz kitaba, kitabı tutan əllərinizə baxın, sonra başınızı qaldırın və ətrafınıza baxın. Hal-hazırda gördüyünüz aydın və keyfiyyətli görüntünü başqa bir yerdə görmüsünüzmü? Bu qədər aydın görüntünü sizə dünyanın qabaqcıl televizor şirkətlərinin istehsal etdiyi təkmilləşdirilmiş televizor ekranı belə verə bilməz. 100 ildən bəri minlərlə mühəndis bu aydın görüntünü əldə etmək üçün çalışır. Bunun üçün fabriklər, böyük müəssisələr qurulur, tədqiqatlar aparılır, planlar və dizaynlar edilir. Bir televizor ekranına baxın, bir də hal-hazırda əlinizdə tutduğunuz bu kitaba. Arada böyük aydınlıq və keyfiyyət fərqi olduğunu görəcəksiniz. Həm də televizorun ekranı sizə iki ölçülü görüntü göstərir, lakin siz üç ölçülü, dərin perspektivi olan görüntü izləyirsiniz.

Uzun illərdən bəri on minlərlə mühəndis üç ölçülü televizor icad etməyə, gözün görmə keyfiyyətini əldə etməyə çalışırlar. Bəli, üç ölçülü televizor kimi sistem istehsal edə bildilər, amma onu da eynəksiz üç ölçülü görmək mümkün deyil, həm də bu, süni üçölçülü görüntüdür. Arxa tərəf daha bulanıq, ön tərəf isə kağız dekorasiya kimi görünür. Heç bir zaman gözün gördüyü qədər aydın və keyfiyyətli görüntü əmələ gəlmir. Kamerada da, televizorda da mütləq görüntü itkisi olur.

Təkamülçülər bu keyfiyyətli və aydın görüntünü əmələ gətirən mexanizmin təsadüfən əmələ gəldiyini iddia edirlər. İndi birisi sizə otağınızdakı televizorun təsadüflər nəticəsində əmələ gəldiyini, atomların birləşib bu görüntünü əmələ gətirən aləti meydana gətirdiyini desə, nə düşünərsiniz? Minlərlə insanın birlikdə edə bilmədiyini şüursuz atomlar necə etsin?

Gözün gördüyündən daha bəsit görüntünü əmələ gətirən alət təsadüfən əmələ gəlmirsə, gözün və gözün gördüyü görüntünün də təsadüfən meydana gəlməyəcəyi çox açıqdır. Eyni vəziyyət qulağa da aiddir. Xarici qulaq ətrafdakı səsləri qulaq seyvanı vasitəsilə toplayıb daxili qulağa ötürür; daxili qulaq da bu titrəyişləri elektrik impulslarına çevirərək beyinə göndərir. Eynilə görmədə olduğu kimi, eşitmə prosesi də beyindəki eşitmə mərkəzində həyata keçir.

Göz üçün dediklərimiz qulağa da aiddir, yəni beyin işıq kimi səsə də qapalıdır, səs keçirmir. Ona görə, xarici aləm nə qədər səs-küylü olsa da,

69

Page 68: Peşman olmadan öncə. azərbaycan (version 1)

beyinin içi tamamilə səssizdir. Buna baxmayaraq, ən aydın səslər beyində eşidilir. Səs keçirməyən beyninizdə orkestr simfoniyaları dinləyir, ətraf mühitin bütün səs-küyünü eşidirsiniz. Ancaq həmin anda həssas bir cihazla beyninizin içindəki səs səviyyəsi ölçülsə, burada səssizliyin hakim olduğu məlum olacaqdır. Aydın görüntü əldə etmək ümidi ilə texnologiyadan necə istifadə edilirsə, səs üçün də eyni səylər on illərdən bəri davam etdirilir. Səsyazma cihazları, musiqi mərkəzləri, bir çox elektron alət, səs qəbul edən musiqi sistemləri bu fəaliyyətlərin nəticələrindən bəziləridir. Ancaq bütün texnologiyaya və bu sahədə minlərlə mühəndis və mütəxəssis işləməsinə baxmayaraq, qulağın əmələ gətirdiyi qədər aydın və keyfiyyətli səs əldə edilməmişdir. Ən böyük musiqi sistemi şirkətinin istehsal etdiyi ən keyfiyyətli musiqi mərkəzini düşünün. Səsi qeyd etdikdə mütləq səsin bir hissəsi itir, az da olsa təhrif olur və ya musiqi mərkəzini işə saldıqda hələ musiqi çalmazdan əvvəl mütləq bir cızıltı eşidirsiniz. Ancaq insan orqanizmindəki texnologiyanın məhsulu olan səslər olduqca aydın və qüsursuzdur. İnsan qulağı heç vaxt musiqi mərkəzində olduğu kimi cızıltılı və ya təhrif olunmuş şəkildə səs eşitmir; səs necədirsə, tam və aydın şəkildə onu eşidir. Bu, insan yaradıldığı gündən bəri belədir. İndiyə qədər insanın istehsal etdiyi heç bir görüntü və səs cihazı göz və qulaq qədər həssas və keyfiyyətli qəbuledici olmamışdır. Ancaq görmə və eşitmə hadisəsində bütün bunların fövqündə duran çox böyük həqiqət də var.

Beyinin içində görən və eşidən şüur kimə aiddir?Beyinin içində parlaq, rəngli dünyanı izləyən, simfoniyaları, quşların

civiltilərini dinləyən, gülü qoxulayan kimdir?İnsanın gözlərindən, qulaqlarından, burnundan gələn siqnallar elektrik

impulsu kimi beyinə ötürülür. Biologiya, fiziologiya və ya biokimya kitablarında bu görüntünün beyində necə əmələ gəlməsinə dair bir çox şey oxuyursunuz. Ancaq bu mövzu haqqında ən mühüm həqiqətə heç bir yerdə rast gələ bilməzsiniz: beyində bu elektrik impulslarını görüntü, səs, qoxu və hiss kimi qavrayan kimdir? Beyinin içində gözə, qulağa, buruna ehtiyac hiss etmədən bütün bunları qavrayan bir şüur var. Bu şüur kimə aiddir?

70

Page 69: Peşman olmadan öncə. azərbaycan (version 1)

Əlbəttə, bu şüur beyini təşkil edən sinirlər, yağ təbəqəsi və sinir hüceyrələrinə aid deyil. Elə buna görə, hər şeyin maddədən ibarət olduğunu zənn edən darvinist-materialistlər bu suallara heç cür cavab verə bilmirlər. Çünki bu şüur Allah’ın yaratdığı ruhdur. Ruhun görüntünü izləmək üçün gözə, səsi eşitmək üçün qulağa ehtiyacı yoxdur. Eyni zamanda, düşünmək üçün beyinə də ehtiyacı yoxdur.

Bu açıq və elmi həqiqəti oxuyan hər insan beyinin içindəki bir neçə sm3-lik, qapqaranlıq yerə bütün kainatı üçölçülü, rəngli, kölgəli və işıqlı şəkildə sığışdıran uca Allah’ı düşünüb, Ondan qorxub Ona sığınmalıdır.

Materialist inancBura qədər təhlil etdiklərimiz təkamül nəzəriyyəsinin elmi kəşflərə zidd

iddia olduğunu göstərir. Nəzəriyyənin həyatın mənşəyi haqqındakı iddiası elmə ziddir, irəli sürdüyü təkamül mexanizmlərinin heç bir təkamül gücü yoxdur və fosillər nəzəriyyənin iddia etdiyi ara keçid formalarının yaşamadığını göstərir. Bu təqdirdə, əlbəttə, təkamül nəzəriyyəsi elmə zidd fərziyyə kimi bir kənara qoyulmalıdır. Belə ki, tarix boyu dünya mərkəzli kainat modeli kimi bir çox düşüncə tərzi elmin gündəmindən çıxarılmışdır. Ancaq təkamül nəzəriyyəsi təkidlə elmin gündəliyində saxlanılır. Hətta bəzi insanlar nəzəriyyənin tənqid edilməsini elmə təcavüz kimi göstərməyə çalışırlar. Axı niyə? Bunun səbəbi təkamül nəzəriyyəsinin bəzi kütlələr üçün əl çəkilməz doqmatik inanc olmasıdır. Bu kütlələr materialist fəlsəfəyə kor-koranə bağlıdırlar və darvinizmi də təbiət haqqında yeganə materialist açıqlama olduğu üçün mənimsəyiblər. Bəzən bunu açıq şəkildə etiraf edirlər. Harvard Universitetindən məşhur genetik və eyni zamanda, qabaqcıl təkamülçülərdən olan Riçard Levontin əvvəlcə materialist, sonra elm adamı olduğunu belə etiraf edir:

“Bizim materializmə bir inancımız var, bu “a priori” (əvvəlcədən qəbul edilmiş, doğru fərz edilmiş) inancdır. Bizi dünya haqqında materialist açıqlama verməyə məcbur edən şey elmi metodlar və qanunlar deyil. Əksinə, materializmə olan “a priori” bağlılığımız səbəbi ilə dünya haqqında materialist açıqlama verən tədqiqat metodları və anlayışlarını uydururuq. Materializm mütləq doğru

71

Page 70: Peşman olmadan öncə. azərbaycan (version 1)

olduğuna görə də İlahi açıqlamanın səhnəyə çıxmasına icazə verə bilmərik”. (Richard Lewontin, “The Demon-Haunted World”, The New York Review of Books, 9 Ocak, 1997, səh. 28)Bu sözlər darvinizmin materialist fəlsəfəyə bağlılıq uğrunda davam

etdirilən bir doqma olduğunun açıq ifadəsidir. Bu doqma maddədən başqa heç bir varlıq olmadığını qəbul edir. Bu səbəbdən də cansız, şüursuz maddənin həyatı əmələ gətirdiyinə inanır. Milyonlarla müxtəlif canlı növünün, məsələn, quşların, balıqların, zürafələrin, pələnglərin, həşəratların, ağacların, çiçəklərin, balinaların və insanların maddənin öz daxilindəki reaksiyalarla, yəni yağan yağışla, çaxan şimşəklə, cansız maddədən əmələ gəldiyini qəbul edir. Əslində isə bu, həm ağıla, həm də elmə ziddir. Amma darvinistlər Allah’ın açıq-aşkar varlığını qəbul etməmək üçün bu ağıldan və elmdən kənar fikri cahilliklə müdafiə etməkdə davam edirlər.

Canlıların mənşəyinə materialist düşüncə ilə baxmayan insanlar isə bu açıq həqiqəti görəcəklər: bütün canlılar üstün güc, bilik və ağıla malik olan Yaradanın əsəridir. Yaradan bütün kainatı yoxdan var edən, ən qüsursuz şəkildə nizama salan və bütün canlıları yaradan Allah’dır.

Təkamül nəzəriyyəsi dünya tarixinin ən təsirli sehridirBurada bunu da bildirmək lazımdır ki, heç bir ideologiyanın təsiri altında

qalmadan, sadəcə ağlını və məntiqini işlədən hər insan elm və mədəniyyətdən uzaq xalqların xurafatlarını xatırladan təkamül nəzəriyyəsinə inanmağın qeyri-mümkün olduğunu asanlıqla anlayacaqdır.

Yuxarıda da bildirildiyi kimi, təkamül nəzəriyyəsinə inananlar böyük bir çənin içinə bir çox atomu, molekulu, cansız maddəni dolduran və bunların qarışığından zaman ərzində düşünən, dərk edən, kəşflər edən professorların, universitet tələbələrinin, Eynşteyn, Habl kimi elm adamlarının, Frank Sinatra, Çarlton Heston kimi aktyorların, bununla yanaşı, ceyranların, limon ağaclarının, qərənfillərin çıxacağına inanırlar. Həm də bu cəfəng iddiaya inananlar elm adamları, professorlar, mədəniyyətli, təhsilli insanlardır. Bu səbəbdən, təkamül nəzəriyyəsi haqqında dünya tarixinin ən böyük və ən təsirli sehri ifadəsini işlətmək yerinə düşər. Çünki dünya tarixində insanların bu dərəcədə ağlını başından alan, ağıl və məntiqlə düşünmələrinə imkan

72

Page 71: Peşman olmadan öncə. azərbaycan (version 1)

verməyən, gözlərinin qarşısına sanki bir pərdə çəkib çox açıq olan həqiqətləri görmələrinə mane olan başqa inanc və ya iddia yoxdur. Bu, afrikalı bəzi qəbilələrin totemlərə, Səba xalqının Günəşə tapınmasından, hz. İbrahimin qövmünün düzəltdikləri bütlərə, hz. Musanın qövmünün qızıldan düzəltdikləri buzova tapınmalarından daha qorxulu və ağlasığmaz korluqdur. Əslində, bu vəziyyət Allah’ın Quranda işarə etdiyi ağılsızlıqdır. Allah bəzi insanların anlayışlarının bağlı olacağını və həqiqətləri görməkdən məhrum olacağını bir çox ayəsində bildirir. Bu ayələrdən bəziləri belədir:

Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər. Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir! (Bəqərə surəsi, 6-7)

... Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır! (Əraf surəsi, 179)

Allah “Hicr” surəsində də bu insanların möcüzələr görsələr də, inanmayacaq qədər sehrləndiklərini belə bildirir:

Əgər onlara göydən bir qapı açsaq və oradan durmadan yuxarı dırmaşsalar yenə də: “Gözümüz bağlanmış, biz sehrlənmişik”, - deyərlər. (Hicr surəsi, 14-15)

Bu qədər geniş kütləyə bu sehrin təsir etməsi, insanların həqiqətlərdən bu qədər uzaq saxlanması və 150 ildən bəri bu sehrin pozulmaması isə sözlə ifadə edilməyəcək qədər heyrətli vəziyyətdir. Çünki bir və ya bir neçə insanın qeyri-mümkün ssenarilərə, cəfəng və məntiqsiz iddialara inanmalarını anlamaq olar. Ancaq dünyanın hər tərəfindəki insanların şüursuz və cansız atomların ani qərarla birləşib qeyri-adi mütəşəkkillik, nizam, ağıl və şüur nümayiş etdirərək qüsursuz sistemlə işləyən kainatı, həyat üçün uyğun hər cür xüsusiyyətə malik olan Yer planetini və saysız-hesabsız kompleks sistemdən ibarət canlıları meydana gətirdiyinə inanmasının sehrdən başqa heç bir açıqlaması yoxdur.

73

Page 72: Peşman olmadan öncə. azərbaycan (version 1)

Allah Quranda inkarçı fəlsəfənin tərəfdarı olan bəzi şəxslərin etdikləri sehrlərlə insanlara təsir etdiklərini hz. Musa ilə firon arasında baş verən bir hadisə ilə bizə bildirir. Hz. Musa firona haqq dini təbliğ etdikdə firon hz. Musaya öz bilici sehrkarları ilə insanların toplaşdığı bir yerdə qarşılaşmasını söyləyir. Hz. Musa sehrkarlarla qarşılaşdıqda əvvəlcə onların bacarıqlarını göstərməsini əmr edir. Bu hadisənin danışıldığı ayə belədir:

(Musa:) “Siz atın”, - dedi. Onlar (əsalarını yerə) atdıqda, adamların gözlərini bağlayıb (sehrləyib) onları qorxutdular və böyük bir sehr göstərdilər. (Əraf surəsi, 116)

Göründüyü kimi, fironun sehrkarları hz. Musa və ona inananlardan başqa insanların hamısını sehrləyə bilmişdilər. Ancaq onların atdıqlarına qarşı hz. Musanın ortaya qoyduğu dəlil onların bu sehrini, ayədəki ifadə ilə uydurduqlarını udmuş, yəni təsirsiz etmişdir:

Biz də Musaya: “Əsanı tulla!” - deyə vəhy etdik. Bir də (baxıb gördülər ki,) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. Artıq haqq zahir, onların uydurub düzəltdikləri yalanlar isə batil oldu. (Sehrbazlar) orada məğlub edildilər və xar olaraq geri döndülər. (Əraf surəsi, 117-119)

Ayələrdə də bildirildiyi kimi, əvvəllər insanlara sehrləyərək təsir göstərən bu şəxslərin etdiklərinin saxtakarlıq olmasının başa düşülməsi ilə sözügedən şəxslər alçalmışlar. Dövrümüzdə də bir sehrin təsiri ilə elmilik adı altında olduqca cəfəng iddialara inanan və bunları müdafiə etmək üçün həyatlarını qurban verənlər əgər bu iddialardan əl çəkməsələr, həqiqətlər tam mənası ilə üzə çıxdıqda və sehr pozulduqda alçalacaqlar. Belə ki, təqribən 60 yaşına qədər təkamülü müdafiə edən və ateist filosof olan, ancaq sonradan həqiqətləri görən Malkolm Maqeric təkamül nəzəriyyəsinin yaxın gələcəkdə düşəcəyi vəziyyəti belə açıqlayır:

“Mən özüm təkamül nəzəriyyəsinin xüsusilə tətbiq edildiyi sahələrdə gələcəyin tarix kitablarındakı ən böyük yumor hədəflərindən biri olacağına inandım. Gələcək nəsillər bu qədər çürük və qeyri-müəyyən hipotezin inanılmaz saflıqla qəbul

74

Page 73: Peşman olmadan öncə. azərbaycan (version 1)

edilməsini heyrətlə qarşılayacaqlar”. (Malcolm Muggeridge, The End of Christendom, Grand Rapids: Eerdmans, 1980, səh. 43)Bu gələcək uzaq deyil, əksinə, çox yaxın gələcəkdə insanlar

“təsadüf”lərin ilah olmasının mümkünsüzlüyünü anlayacaqlar və təkamül nəzəriyyəsi dünya tarixinin ən böyük yalanı və ən güclü sehri kimi tərif ediləcəkdir. Bu güclü sehr böyük sürətlə dünyanın hər tərəfində insanlar üzərində təsirini itirməyə başlamışdır. Təkamül yalanının sirrinin öyrənən bir çox insan bu yalana necə aldandığını heyrət və təəccüblə qarşılayır.

…Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur!

Həqiqətən, Sən bilənsən, müdriksən!(Bəqərə surəsi, 32)

75