İqtisadi tədqiqatlar məerc.az/files/file/report_pension reform_az.pdf · İqtisadi t ədqiqatlar...
TRANSCRIPT
İ Tədqiqatlar Mərkəziqtisadi
İqtisadi Tədqiqatlar Mərkəzi
Friedrich Ebert Stiftung Fondu
Azərbaycan Respublikasında Pensiya İslahatları:
beynəlxalq təcrübə, standartlar və islahat konsepsiyası
Bakı -2009
Azərbaycan Respublikasının Pensiya Sistemi:
Beynəlxalq Təcrübə
Bir vaxtlar Yuri Sezar Romada hərbiçilər üçün pensiya sistemini tətbiq edəndə, çox güman ki, o özü
özünə hesabat verməmişdir ki, bir neçə yüz ildən sonra bu Roma imperiyası üçün böyük maliyyə
çəinlikləri yarada bilərmiş. Müasir pensiya sisteminin tarixi dövlət maliyyə sisteminə ən böyük
miqyasda təsir edən və ictimai inkişafı daha yaxşı təmin edən həmin qərarla bağlıdır. O qərar ki,
sonradan bir sıra Avropa dövlətlərində təşkilatlanmış formada pensiya sisteminin qurulması üçün yaxşı
nümunə olmuşdu. Özəl bölmədə çalışanlar üçün yaşa görə ilk təşkilatlanmış dövlət pensiya sistemi
1889-cu ildə Almaniyada qurulmuşdu. Bu sistemin başlıca xarakterik xüsusiyyəti ondan ibarət idi ki,
sosial sığorta məcburi və üzlük haqları bazasında olmalı idi. Odur ki, işəgötürən və işləyən mütləq
onun maliyyələşdirilməsinə qoyuluşlar etməlidir. Almaniyada tətbiq olunan sistem fəhlə birliklərinin
və komitələrinin təşkil etdiyi könüllü və qarşılıqlı yardım fondlarının bazasında formalaşmışdı. Bu
zaman pensiya çıxmaq hüququ əvvəllər ödənilmiş üzvlük haqlarının bazasında hesablanırdı.
Danimarkada (1891) və Yeni Zellandiyada (1898) pensiya sisteminin tətbiqi öncə yoxsullara məqsədli
yardım xarakteri daşıyırdı. Bu ölkələrdə pensiya sistemi ümumi vergi gəlirləri hesabına
maliyyələşdirilirdi. Sonrakı illərdə qərbi avropa ölkələrinin əksəriyyətində alman modelinə yönələn
pensiya sığorta sistemi formalaşdırılmağa başlanıldı.
Anqlosaksonik ölkələr (ABŞ istisna olmaqla) və Şimali Avropa dövlətləri Danimarka və Yeni
Zellandiya sisteminə uyğun pesniya sistemi yaratmağa başlamışdı. Bu sistemlər qarşısında duran
müxtəlif məsələləri həll edirdi. Belə ki, Almaniyada pensiya sığorta sisteminin əsas məqsədi işləyən
əhalinin pensiya yaşında sosial statusunun saxlanılması, Danimarka və Yeni Zellandiya, sonradan isə
İngiltərədə tətbiq olunan pensiya sieteminin başlıca məsələsi isə yoxsulluğun azaldılması idi.
XX əsrdə inkişaf etmiş kapitalist ölkələrində pensiya sistemlərinin uyğunlaşması prosesi müşahidə
olunmağa başladı. Artıq bir çox ölkələr sosial sığorta ödənişlərinin məbləğindən və ümumi həcmindən
asılı olmayaraq minimal pensiya təminatı əsasında yeni sistemi tətbiq edirdi. Bu məqsədlə bəzi ölkələr
ehtiyaclara görə pensiya məbləğinin müəyyənləşdirilməsindən imtina etmiş, ümumi gəlirlər və büdcə
hesabına maliyyələşdirilən bərabər ödənişli pensiya sisteminə keçidə üstünlük verirdi.
Şimali Amerikada yaşa görə dövlət pensiya sistemi nisbətən gec yayılmağa başlamışdı. Kanada yalnız
1927-ci ildən başlayaraq ehtiyaclılıq əsasında pensiya sisteminin tətbiqinə başlamışdır. Eyni məqsədli
pensiya sistemi ABŞ-da ötən əsrin 20-ci illərində həyata vəsiqə aldi və artıq 1934-cü ildə ABŞ-ın 28
ştatında bu sistem tətbiq olunurdu. Beləliklə də ABŞ federal səviyyədə pensiya sığorta sistemini 1935-
ci ildən başlayaraq tətbiq etməyə başladı.
Pensiya proqramlarının xarakterik cəhəti onun meydana gəlməsi prosesində siyasi populyarlığı ilə
bağlıdır. Bu aydın idi ki, pensiyaya çıxan işçilər öz əmək fəaliyyətləri dövründə onların pesnsiyasını
təmin dəcək qədər məbləğdə ödənişlər qoya bilmir. Onlar pensiya sisteminin başlanğıcında netto-
benefisiarlar adlanırdı. Bu halda pensiya ödənişinin ağırlığı gələcək nəsillərin üzərinə düşürdü.
F.Ruzvelt üzlük haqlarının bazasında formalaşan və uzunmüddətli dövr üçün dayanıqlı
maliyyələşdirməni təmin edən pensiya sığorta sisteminin tətbiqinə çalışırdı. O qeyd edirdi ki, “biz
əmək haqqından ayırmaları tətbiq etməklə, onun ödəyicilərinə öz pensiyalarını əldə etməkdə mənəvi,
siyasi və hüquqi hüquq veririk. Vegilər vasitəsilə heç bir siyasətçi mənim sosial sığorta proqramımı
ləğv edə bilməz.”
Baxmayaraq ki, İkinci Dünya mühabəsindək sənayecə inkişaf etmiş bütün dövlətlərdə pensiya sistemi
fəaliyyət göstərirdi, lakin müharibədən sonrakı on illikdə əksər inkişaf etmiş ölkələrdə pensiya
ödənişlərinin genişləndirilməsi problemə çevrilmişdir. Ona görə də bəzi dövlətlərdə pensiya
ödənişlərinin həyata keçirilməsi miqyasıarında məhdudiyyətlər tətbiq olunmağa başladı.
Pesniya sistemi tətbiq olunan dövrlərdə ilk əvvəllər pensiya yaşlı əhalinin əkəsriyyəti işləyirdi. Belə ki,
ABŞ-da 1900-cü ildə kişilər arasında yaşı 60-dan yuxarı olanların 66 faizi işləyirdi. Müqayisə üçün
qeyd edək ki, 1990-cu ildə belələri cəmi 26 faiz təşkil edirdi.
Eyni tendensiya Avropada da müşahidə olunmağa başlamışdı. Əvvala qeyd edək ki, 1950-cil ildən
1990-cu ilədək Avropanın daha çox inkişaf etmiş ölkələrdə pensiya yaşı 66-dan 62-dək endirilmişdir.
1960-cı ildə 60-64 yaşlı insanlar arasında işləyənlərin xüsusi şəkisi Belçika, Hollandiya, Fransada 70
faizi ötsə də, 90-cı illərin ortalarında 20 faizədək azalmışdı.
İqtisadi artım lideri olan ölkələrdə pensiya sisteminin formalaşması işçi qüvvəsində pesniya yaşlı
əhalinin sayının əhəmiyyətli dərəcədə azlıq təşkil etdiyi dövrlərə təsadüf etsə də sonradan həmin
öıkələrdə demoqrafik vəziyyətin dəyişməsi pesniya sistemlərinin böhranı üçün ciddi əsaslar yaratdı.
Bu şəraitdə vəziyyətdən çıxış yolu işləyənlər və işəgötürənlərin hesabına sığorta ödənişlərinin
genişləndirilməsi oldu. Lakin bu problemin bütövlükdə həllinə gətirib çıxara bilmədi. Belə ki,
demoqrafik dəyişikliklər fonunda sənaye inkişafına malik olan ölkələrdə orta ömür müddətinin
uzanması 1 nəfər işləyənə düşən pensiyaçıların sayının artmasına gətirib çıxardı.
Əksər inkişaf etmiş ölkələrdə (Avropa, ABŞ, Avstraliya, Yapon) müşahidə olunan demoqrafik
vəziyyət müasir vəziyyətdə aşağıdakı xüsusiyyətləri xarakterizə edir: əmək qabliyyətli əhalinin say
artımının zəifləməsi və ya hətta onun azalması ilə yanaşı 60 və ya hətta 80-dən yuxarı yaşı olanların,
daha doğrusu pensiyaçıların sayının artması ilə müşahidə olunur. Belə ki, 2000-ci ildə bütün dünyada
yaşı 65-i ötmüş əhalinin sayı 419 milyon nəfər təşkil etmişdir. Bu göstərici 1950-illə müqayisədə 298
milyon nəfər, 1999-cu illə müqayisədə isə 99 milyon nəfər çoxdur. BMT-nin məlumatlarlına görə,
hesablamalar göstərir ki, pensiya yaşlı əhalinin sayı 2000-ci ildə dünyada hər ay orta hesabla 750 min
nəfər artmışdır, eyni zamanda proqnozlar göstərir ki, 2020-ci ildə bu artım ayda 2 milyon nəfər təşkil
edəcək.
Aşağıdakı cədvəl vasitəsilə sənayecə inkişaf etmiş bəzi ölkələrdəki vəziyyətlə və gözləntilərlə tanış ola
bilərsiniz.
Ümumi əhalinin sayında 60 yaş və ondan yuxarı olan əhalinin xüsusi çəkisi, %
İllər Ölkələr
1980 1990 2000 2010 2020 2030 2040
Almaniya 15,5 15,5 17,1 20,4 21,7 25,8 27,6
Fransa 14,0 13,8 15,3 16,3 19,5 21,8 22,7
İtaliya 13,5 13,6 15,3 17,3 19,4 21,9 24,2
Böyük Britaniya 14,9 15,1 14,5 14,6 16,3 19,2 20,4
Mənbə: National Research Council. Preparing for an aging world: The Case for Cross-national
Research, Committee on Population and Committee on National Statistics, Division of Behavioral and
Social Sciences and Education. Washington, DC: National Academy Press, 2001.
Pensiyaçıların sayının artması hesabına sosial ayırmalar üzrə maliyyə yükünün artması bir çox
inkişafa etmiş ölkələrdə gələcəklə bağlı tutqun proqnozların meydana çıxmasına əsaslar yaratmışdır.
Rəsmi hesablamalara görə, 2040-cı ildə ABŞ-da səhiyyəyə və sosial təminata yönələn vəsaitlərin həcmi
2 dəfəyək artacaqdır. Eyni artımın Avropada da müşahidə olunacağı gözlənilir. Beləliklə, bir çox
ölkələrdə müasir pensiya sisteminin inkişafı xərclərin artımına yönələn tendensiyalarla müşahidə
olunmağa başladı.
Odur ki, bir çox ölkələrdə, həm inkişaf etmiş və həm də inkişaf etməkdə olan ölkələrdə pensiya
islahatarı ilə bağlı debatlar davam edir. Bu debatların əsas mövzusu mövcud pensiya sisteminin uzun
müddətli perspektivində demografik qocalma tendensiyasının təsirinin necə neytrallaşdırılması təşkil
edir.
Tədqiqatlar göstərir ki, pensiya sisteminin islahatı 3 əsas mərhələdən keçir:
• Yığım sxemi tətbiq edilmədən bölüşdürücü pensiya sisteminin modernləşdirilməsi;
• Yığım sisteminə keçid və bununla da bölüşdürücü komponentin kəskin məhdudlaşdırılması;
• Yığım və bölüşdürücü prinsiplərin qarışığından ibarət olan variantın tətbiqi.
Tədqiqatlar göstərir ki, bir çox ölkələr (Çili, Meksika, Salvador, Boliviya və Kazaxıstan)
bütövlükdə bölüşdücü sistemdən imtina edərək, yığım prinsipi ilə pensiya sistemini
formalaşdırmışdılar.
Avropa Birliyinin rəsmi sənədlərində 1998-ci ildən 2020-ci ili əhatə edən dövrdə yiğım sisteminin
qarşısında konkret məqsədlər qoyulmuşdur. Nəzərdə tutulur ki, bu dövr ərzində pensiya ödəmələrində
dövlətin bölüşdürücü sisteminin payı 84 faizdən 64 faizədək azaldılsın və bunun müqabilində yığım
elementinin xüsusi çəkisi 12 faizdən 29 faizədək artırılsın. Bununla yanaşı könüllü pensiya təminatının
payının da 1,5 faizdən 4,5 faizədək artırılması planlaşdırılır və beləliklə də şəxsi pensiya aktivlərinin
məbləği 2 milyarddan 2020-ci ildə 11,8 milyard manatadək artması gözlənilir.
Pensiya sistemində kursun yığım istiqamətində dəyişilməsi pensiya təminatında özəl institutların
rolunun artması ilə bağlıdır. Müvafiq dəyişiklik yenidən bölüşdürülmüş vəsaitlə və aktuar
hesablaşmalar, pensiya təminat sisteminin idarəedilməsində dövlət və özəl komponentlər arasında
mövcud münasibətlərdə də ifadə olunur. Beləliklə, pensiya sisteminin tipləri üzrə detallaşdırılmış
təsnifatı aşağıdakı cədvəldə kimi vermək olar.
Pensiya sistemlərinin təsnifatı
Təsnifat əlaməti
Pensiya sistemlərinin növləri
Pensiya sisteminin həyata keçirilmə subyektinə görə
Dövlət
Korporativ
Fərdi
Formaları Yığım
Bölüşdürücü
Qarışıq
Sığortanın mövcudluğu Sığorta
Qeyri-sığorta
Əhatə səviyyəsinə görə Ümumi
Məhdudiyyətli
Maliyyəşdırmə metodları Fondlaşdırılan
Fondlaşdırılmayan
Qarışıq
Maliyyələşdirilmə mənbələri Dövlət
Peşəkar
Şəxsi
Məqsədlər Yoxsulluğun azaldılması
Adekvat yaşayın təminatı
Sosial müdafiə institutları
Beverij modeli
Şəxsi-korporativ modeli
Bismark modeli
Bütövlükdə pensiya sisteminin əsasını bölüşdürücü və yığıcı komponentlər təşkil edir.
Bölüşdürücü sistem zamanı işləyən əhalinin ödənişləri hesabına işləməyənlərin pensiyaları ödənilir.
İstənilən halda işləyənlərin həmişə işləməyənlərdən çox olur ki, bu da ödənişlərin bölüşdürülməsinə
gətirib çıxarır. Islahata qədərki dövrdə məhz bu sistem inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin
əksəriyyətində mövcud olmuşdur. Bu sistemin birinci çatışmazlığı ondan ibarətdir ki, işləməyən
əhalinin pensiyası iqtisadi cəhətdən fəal əhalinin gəlirlərinin səviyyəsindən asılıdır. Əgər hər hansı bir
səbəbdən işləyənlərin gəlirləri aşağı düşərsə, bu halda pensiya ödənişləri azalacaq və pensiyaşıların
özləri bu problemin həllində heç bir rola malik ola bilməyəcklər.
İkinci çatışmazlıq - bu sistemin dayanıqığı işləyənlərlə işləməyən vətəndaşlarının sayının
nisbətindən asılıdır.
Pensiya islahatlarının dünya təcrübəsi sahəsindəki tədqiqatlar göstərir ki, müasir iqtisadi şəraitdə
yığım sistemi daha çox üstünlüklərə malikdir, belə ki:
– bu sietem məcmu milli yığımı artırır ki, bu da investisiyaların çoxalmasına və iqtisadi artıma gətirib
çıxarır;
– rəqabətin təsirinə minnətdar olmaqla və siyasi müdaxilələrdən asılı olmayaraq dövlət maliyyəsı daha
səmərəli idarə olunur;
– demoqrafik planda olan problemlərdən asılı olmayaraq bu sistem dayanıqlı fəaliyyət üçün daha
təhlükəsizdir;
– bu sistem vətəndaşlara seçim azadlığı verir pensiya yığımlarından və əmək haqqindan asılı olaraq
pensiyaların məbləğinin differensasiyasına şərait yaradır.
Aparılmış təqdiqatarın mərkəzində duran əsas məsələlərdən biri də pensiya fondlarının
formalaşması və fəaliyyətinin təhlildir. Müasir mənada pensiya fondu pul vəsaotlərinin yığılması və
ödənişlərinin həyata keşirilməsi ilə məşğul olan orqandır. Bu istiqamətdəki tədqiqatların nəticəsində
pensiya fondlarını aşağıdakı əlamətlər üzrə təsnifləşdirmək olar.
Pensiya fondlarınınə əsas əlamətlər üzrə təsnifləşdirilməsi
Əlamətlər Növlər
Formalaşma subyektindən asılı olaraq Dövlət
Qeyri-dövlət (özəl)
İdarəetmə subyektindən asılı olaraq Fərdi sxemlərlə
Qrup sxemləri ilə
Maliyyələşmə mənbəyi üzrə Fondlaşdırılmış
Fondlaşdırılmayan
Müqavilədən asılı olaraq Ödənişlərin təyin olunmuş məbləğı ilə
Təyin olunmuş üzvlük haqqı ilə
Ödənişlərdən asılı olaraq İşçilərin könüllü iştirakı ilə
İşçilərin məcburi iştirakı ilə
Sığortadan asılı olaraq Sığortalanmış
Sığortalanmamış
İştirak imkanlarından asılı olaraq Açıq pensiya fondları
Qapalı pensiya fondları
Dünyada ilk dəfə olaraq dövlət pensiya fondu 1889-cu ildə Almaniyada təşkil olunub. Pensiya
fondları sonradan Danimakada (1891), Fransada (1895), İtaliyada (1898) ildə yaradılıb. ABŞ –da
Federal Pensiya Fondu 1935-ci ildə təşkil olunub.
Dünya təcrübəsindən çıxış edərək qeyd etmək olar ki, daha mütərəqqi yığım fondları özəl
pensiya fondlardır. Bu sahədəki müsbət təcrübənin nəticəsində bir çox ölkələr tamamilə özəl pensiya
fondları sisteminə keçmişdilər. Bəzi ölkələrdə isə dövlət və özəl fondların paralel olaraq fəaliyyət
göstərməsinə baxmayaraq, bu ölkələrdə aparılmış tədqiqatlar göstərir ki, yığım və ödənişlərin həcminə
görə özəl pensiya fondlarında daha sürətli artım mühşahidə olunur. Bu da əhalinin dövlət fondları ilə
müqayisədə özəl fondlara etibarının yüksək olmasının göstəricidir.
Tədqiqat hesabatında araşdırılan məsələrdən biri də pensiya sistemləri ilə maliyyə bazarları
arasında qarşılıqlı əlaqəsi ilə bağlıdır. Heç şübhəsiz ki, yığım sisteminin mövcudluğu şəraitində fond
bazarlarının rolu artmaqdadır. Bu hər şeydən əvvəl maliyyə bazarlarında çoxsayli fondlaın (dövlət və
özəl) iştiraki ilə bağlıdır. Eyni zamanda bütün inkişaf etmiş ölkələrdə müxtəlif investisiya və sığorta
fəaliyyəti ilə məşğul olan pensiya fondları qiymətli kağızlar bazarının başlıca institutsional
investorlarından sayılır.
Belə ki, Böyük Britaniyada pensiya fonldarının portfelindəki səhmlərin payı 78 faiz, ABŞ-da 62
faiz təşkil etsə də, Fransa və İsveşrədə bu göstərici cəmisi 14 faiz təşkil edir, həmin ölkələrdə səhmlərin
əsas hissəsi müvafiq olaraq 38 və 69 faizi dövlət kağızlarına və istiqarazlarına qoyulur. Tədqiqatlar
göstərir ki, keçid iqtisadiyyatlı ölkələrdə fond bazarlarının zəif inkişafı yığım sisteminin təşəkkül
tapmasının əsas çətinliklərindən biridir.
Tədqiqat zamanı maraq kəsb edən məsələrdən biri də inkişaf etmiş ölkələrdə ö cümlədən də
Azərbaycanda da pensiya sisteminin islahatıdır.
İnkişaf etmiş ölkələrdə pensiya sisteminin islahatı inkişaf etmiş ölkələrin keçdiyi təcrübədən əsaslı
qaydada fərqlənməsə də hazırki müasir durum arasında əhəmiyyətli fərqlər müşahidə olunmaqdadır.
Demografiq vəziyyətdəki son dəyişikliklər bu ölkələrdə pensiya sisteminin islahatına yenidən zərurət
yaratsa da, inkişaf etmiş ölkələr hələ də islahatların birinci mərhələsini başa çatdira bilməyiblər.
Belə ki, inkişaf etmiş ölkələrdə pensiya sisteminin mövcud durumu sosial və demografik şəraitin
tələblərinin irəli gələn müvafiq dəyişikliklərə adekvat olaraq formalaşır. Odur ki, bu ölkələrdə siyasət
adamları yaxşı başa düşür ki, köhnəlmiş medodlarla yeni şəraitə uyğunlaşmaq mümkün olmayacaq.
Belə ki, Avropa Birliyinin statistika idarəsinin hazırladığı proqnozlara görə, 2050 ilədək 15 yaşdan 64
yaşadək olan əməkqabliyyətli əhalinin regionda sayı 17 faiz və ya 52 milyon nəfər azalacaq. Bunula
yanaşı növbəti 40 ildə yaşı 65-dən yuxarı olanların sayı 2 dəfə artacaq və Avropa Birliyinin bütün
əhalisinin üçündən birini təşkil edəcək. Ona görə də cəmiyyətin qocalması və orta ömürün
uzunluğunun artmasına görə, bir sıara qərb ölkələrində hökümət pensiyanın məbləğinin azaldılmasına
və pensiya yaşının artırılmasına gətirib çıxaran qərarlar verir. Bu dəyişikliklər təbii ki, dövlət və özəl
fondlar arasında da balansın pozulmasına gətirib çıxarır. Artıq bır çox ölkələrdə pensiyaçılar vaxtında
öz gəlirlərinin bir hissəsinin özəl və dövlət fonlarına qoyur və gələcəklərinin əvvəlcədən sığortalamağa
çalışırlar.
Apardığımız tədqiqatların nəticəsində təcrübələrin oxşarlığı və müxtəlifliyi baxımından inkişaf
etmiş ölkələri 2 qrupda fərqləndimək olar. Birinci qup ölkələr özəl pensiya fondlarına malik olan
ölkələrdir ki, onlara Avstraliya, Danimarka, Finlandiyanı əyani misal göstərmək olar. İnikci qrupa isə
dövlət fondları dominant olan ölkələr Belçika, Italiya və ABŞ daxildir.
Birinci qrup ölkələrdə özəl pensiya fondları ilə əməkdaşlıq məcburi xarakter daşıyır və ya qanunla, və
yaxud da tarif müqavilələri ilə tənzimlənir və nəticədə bu sistem ümumi pensiya sisteminə dərindən
inteqrasiya olunur. İkinci sistemə daxil olan ölkələrdə isə özəl pensiya sistemi könüllüdür, ona görə də
işləyənlərin kiçik bir hissəsi özəl pensia alır.
Pensiya reformaları sahəsindəki inkişaf etməkdə olan ölkələrin təcrübəsi ilə tanış olarkən, bu
tip ölkələrin pensiya təminatı resurslarını və imkanlarını daha dəqiq qiymətləndirmək və onları
fərqləndirmək üçün inkişaf etməkdə olan ölkələri 3 qrupda təsnifləşdirmək məqsəduyğundur. Burda
yanaşma ənənəvi olmaqla bir qrupda postsosialist (keçmiş sosialist və postsovet məkanina daxil
olanlar) ölkələri, digər qrupda isə sənaye dövlətlərini (Çili, Argentina, Braziliya, İndoneziya,
Malayziya, Tayland və başqaları), nəhayət sonuncu qrupda nisbətən az inkişaf etmiş ölkələri (bura 50-
dək ölkə daxildir, əsasən Afrika və Asiyanın zəif inkişafda olan üçüncü dünya dövlətləri)
fərqləndirmək mümkündür.
İnkişaf etməkdə olan ölkələrin əksəriyyəti, xüsusən də postsosialist ölkələri son vaxtlaradək
universal bölüşdürücü pensiya sxemlərinə malik olmuş, ya da afrika ölkələrində olduğu ümumiyyətlə
pensiya təminatına malik olmamışlar. Bununla yanaşı inkişaf etəkdə olan ölkələrdə situsasiya sadəcə
olaraq iqtisadi şəraitdən deyil, eyni zamanda büdcə imkanlarından asılı vəziyyətdə olmuşdur. Bu
ölkələrdə gəlirlərin əhali arasında bölüşdürülməsi qeyri-bərabər olduğundan yoxsulluğun səviyyədə
yüksək olmuşdur. Ona görə də həmin ölkələrdə yığım sisteminin tətbiqi iqtisadi inkişafın zəif olması,
fond bazarlarının inkişaf etməməsi ucbatından inkişaf etməmişdir. Lakin, inkişaf etməkdə olan bir sıra
ölkələrdə, o sıradan bəzi Latın Amerikası ölkələrində, Mərkəzi və Şərqi Avropa ölkələrində
iqtisadiyyatın artım göstəriciləri, məşqulluğun səviyyəsi pensiya sistemi sahəsində geniş miqyasli
islahatların aparılması və yığım pensiya sisteminə tam keçidə ciddi əsaslar yaradır.
Azərbaycan Respublikasının Pensiya Sistemi:
Beynəlxalq Standartlar
Hesabatın bu bölməsində Azərbaycan Respublikasında gələcəkdə tətbiq oluna biləcək qlobal pensiya
standartlarını müəyyən etmək, Azərbaycan Respublikasının pensiya qanunvericiliyini təhlil etmək və
pensiya qanunvericiliyinin bu standartlara uyğunluğu təhlil edilir.
Azərbaycan Respublikası son illərdə pensiya sistemində islahatlara aparmasına baxmayaraq hal-hazırkı
pensiya sisteminin islahatlar böyük ehtiyac var. Respublikasının pensiya sistemi ilə bağlı
qanunvericiliyinin təhlili Azərbaycanın üçüncü, yəni, sosial hüquqların üstünlük təşkil etdiyi və
dövlətin dominant olduğu universal sistem modelinin tətbiq etdiyini deməyə əsas verir. Qeyd etmək
lazımdır ki, Azərbaycan Respublikası pensiya qanunvericiliyi bir sıra təşkilatların müəyyən etdiyi
beynəlxalq standartlara mahiyyət olaraq uyğundur, lakin spesifik aspektlər, hansı ki, Azərbaycan
Respublikasının iqtisadi vəziyyəti və sosial siyasəti ilə bağlıdır, bu standartlarla uyğunluq təşkil etmir.
Qlobal Pensiya Standartları
Pensiya sistemi ilə bağlı beynəlxalq və regional standartlar Dünya Bakı, Beynəlxalq Əmək Təşkilatı və
müəyyən aspektlərlə bağlı Avropa Şurasının qəbul etdiyi Sosial Xartiyanı əsas götürmək olar. Pensiya
sistemlərinin iqtisadi, sosial, fiskal və hüquqi aspektlərinin əhatə edən qlobal normativ standartlar
Dünya Bankı və Beynəlxalq Əmək Təşkilatı tərəfindən hazırlanan pensiya sistemlərinə dair
hesabatlarda öz əksini tapmışdır. Lakin, Dünya Bankı və Beynəlxalq Əmək Təşkilatı dünya ölkələrinin
pensiya sistemlərində islahatlar aparılmasına böyük ehtiyacın olmasını vurğulamaqlarına baxmayaraq,
bu iki beynəlxalq təşkilat bir-birinə tamamilə əks mövqedən çıxış edirlər. Bu hal effektli və islahatların
əsasını təşkil edən qlobal standartların müəyyən edilməsini və tətbiqini xeyli çətinləşdirir.
Dünya Bankı
Dünya Bankının “Yaşlı Nəsil Böhranının Qarşısın Alınması” (“Averting the Old Age Crisis”) hesabatı
dünya ölkələrinin çoxunda pensiya islahatlarının həyata keçirilməsinə təkan oldu.1 Dünya Bankının
1
pensiya sistemlərinə münasibətdə müəyyən etdiyi beynəlxalq standartları yuxarıda adı çəkilən
hesabatda öz əksini tapmışdır. Dünya Bankıının pensiya sisteminə yanaşmasının təməlini pensiya
sisteminin rolu ilə iqtisadı artım əlaqə təşkil edir. Pensiya sistemi ilə bağlı standartlar PAYG (“Pay As
You Go”) modelinin maliyyə cəhətdən qeyri- effektivliyi ilə bağlıdır. Belə ki, demoqrafik dəyişikliklər
və yaşlı nəslin artması PAYG sistemin uzun müddətli faydalı işləməsinə problemlər yaradır, belə ki,
pensiya alan əhalinin daimi artması pensiya vəsaitlərinin uzun müddətdə davamlı ödənilməsini qeyri-
mümkün edir. PAYG sisteminin mövcudluğu hökumətin pensiyaları ödəmək öhdəliyinin olması
səbəbindən şəxsi əmanət yığımını azaldır və bu hal az investisiya qoyuluşu və əmanət yığımının yoxa
çıxmasına gətirib çıxardır. Bu yolla, bu sisteminin ilkin iştirakçılarının pensiyaları sonrakı nəsillər
tərəfindən ödənilir. Bundan başqa pensiyalarla bağlı dövlət xərclərinin artması digər investisiya
qoyuluşlarının xeyli azaldır və nəticədə iqtisadi artım zəifləyir. Bunları nəzərə alaraq, Dünya Bankı üç
sütundan ibarət standartlar müəyyən edir. Bu modelin standartlarına mahiyyətini qocalıqla bağlı
yoxsulluğu yüngülləşdirmək və bir sıra risklərə qarşı sığorta etməyə yönəlmişdir. Bu modeldə
vergilərlə maliyyələşməlidir. Bu eyni zamanda yaşlı insanlarda yoxsulluğun qarşısın almaq üçün
minimum pensiya təminatı müəyyən edir. İkinci sütun qənaət və sığorta funksiyalarını həyata keçirir.
Bu icbari maliyyələşən və özəl idarə olunan fondlar vasitəsilə həyata keçirilə bilər. Üçüncü sütun yaşa
(qocalığa) görə əlavə çox gəlir və sığorta ilə təmin etmək məqsədi ilə könüllü və işə əsaslanan qənaət
planından ibarətdir.
Beynəlxalq Əmək Təşkilatı (BƏT)
Beynəlxalq Əmək Təşkilatının pensiya sistemləri ilə bağlı irəli sürdüyü standartlar Dünya Bankının
standartları ilə tam ziddiyyət təşkil edir. Dünya Bankı neo-liberal pensiya siyasəti irəli sürdüyü halda
Beynəlxalq Əmək Təşkilatı işçilərin sosial maraqlarına əsaslanan standartlara irəli sürür. Beynəlxalq
Əmək Təşkilatının pensiya standartları və prinsipləri BƏT-in 1952-ci ildə 102 nömrəli Sosial Sığorta
(Minimum Standartlar) Konvensiyasıdır. Bu prinsipləri digər aspektləri BƏT-in digər
konvensiyalarında öz əksini tapmışdır.2 Azərbaycan Respublikası 1952-ci ildə qəbul olunmuş 102
nömrəli Sosial Təminat (Minimum Standartlar) Konvensiyasına qoşulmamışdır və ona görə də bu
konvensiyada müəyyən olunmuş standartlar Azərbaycan Respublikası üçün icbari deyildir. Lakin buna
baxmayaraq BƏT tərəfindən müəyyən olunmuş pensiya standartlarına dünyanın çox ölkələri
2 The Equality of Treatment (Social Security) Convention, 1962 (No. 118), the Maintenance of Social Security Rights Convention, 1982 (No. 157) and the Maintenance of Social Security Rights Recommendation, 1983 (No. 167), which provide reinforced protection to migrant workers.
qoşulduğundan bu prinsiplərin və standartların mahiyyəti və gələcəkdə Azərbaycanın pensiya sistemi
üçün islahatların təməlin təşkil edə bilər.
Yuxarıda qeyd olunan 1952-ci ildə qəbul olunmuş 102 nömrəli Sosial Sığorta (Minimum
Standartlar) Konvensiyası BƏT-in sosial təminat standartlarının əsasın təşkil edir. Bu dünyada yeganə
konvensiyadır ki, dünya üzrə sosial təminat minimumlarını müəyyən edir və aşağıdakı sahələri əhatə
edir.:
• Tibbi müavinat;
• Xəstəliklə bağlı müavinatlar;
• işsizlik müavinatı;
• yaşa (qocalığa) görə ;
• işdə xəsarətlə bağlı müavinatlar;
• ailə müavinatları;
• analıq müavinatları;
• əlillik müavinatları;
Bu Konvensiya sosial pensiyanın bütün sahələrini əhatə etsədə bunlardan yalnız üçünün dəvlətlər
tərəfindən ratifikasiya edilməsini tələb edir. Konvensiyanın prinsipləri aşağıdakılardan ibarətdir:
• müəyyən edilmiş pensiya təminatı;
• işçilərin bu sxemin idarəolunmasında iştirakı
• dövlətin pensiya təminatında və institutların lazimi idarəolunması üçün məsuliyyəti;
• pensiyaların sosial sığorta ödəmələri və vergilər vasitəsi ilə maliyyələşdirilməsi.
Lakin, Konvensiya bu məqsədlərə hansı vasitələrlə çatmağın yolların müəyyən etmir. Bu vasitələt
aşağdakılardır və dövlətlərin sosial-iqtisadi vəziyyətindən asılı olaraq tətbiq edilə bilər:
• universal sxemlər;
• social sığorta sxemi;
• social müavinət sxemləri.
Pensiya sistemləri ilə bağlı standartların digər normativ əsasları Azərbaycan Respublikasının da
qoşulduğu Avropa Sosial Xartiyasında öz əksini tapmışdır. Avropa Sosial Xartiyası sosial və iqtisadi
hüquqları təmin edir. Xartiya 1961-ci ildə qəbul edilmişdir və 1996-cı ildə dəyişikliklər edilmişdir.
Xartiyanın 12-ci maddəsi sosial pensiya hüququnu təsbit edir və üz dövlətlərə bu şərtləri tədricən və
proqressiv şəkildə yerinə yetirməsi öhdəliyi qoyur. 12-ci maddəyə əsasən:
Sosial müdafiə ilə bağlı hüquqların effektli həyata keçirilməsi üçün tərəflər aşağıdakı tədbirləri həyata
keçirməyi öhdəsinə götürür:
1. Sosial pensiya sisteminin yaratmaq və saxlamaq;
2. Avropa Sosial Sığrorta Məcəlləsini ratifikasiya etməyə zəruri bərabər olan Sosial müdafiə sistemini
tətbiq etmək;
3. Sosial pensiyanı proqressiv olaraq yüksək həddə artırmaq;
4. İkitərəfli və çoxtərəfli müqavilələrə qoşulmaqla bu müqavilələrdə aşağıdakıları təmin etmək:
a. social pensiya hüquqlarına münasibətdə öz vətəndaşları ilə bu müqaviləyə üzv olan digər dövlətlərin
vətəndaşları ilə eyni standartları, social pensiya qanunvericiliyindən irəli gələn müavinətlərin
saxlanması da daxil olmaqla, tətbiq etmək;
b. bu müqavilələyə üzv olan ölkələrin qanunvericiliyinə əsasən sığorta toplanması və ya iş stajı
vasitəsilə sığorta və ya iş stajı vasitəsilə sosial pensiya hüquqlarının verilməsi, həyata keçirilməsi və
təminatı.
Avropa Sosial Xartiya Komitəsinin şərhinə əsasən birinci paraqraf müvafiq olaraq bir sıra sahəni əhatə
edir və kollektiv ödəmələr vasitəsi ilə maliyyələşdirilir. Komitəyə əsasən 12.1 maddəsi sosial
pensiyaların mümkün qədər bütün əhalini və bu sahələri əhatə etməlidir: tibbi xidmət, xəstəlik, işsizlik,
yaşa (qocalığa), işdə xəsarət, ailə vəziyyət və analıqla bağlı pensiyalar.
Azərbaycan Respublikasının Pensiya Sistemi:
Hüquqi Aspektlər
Azərbaycan Respublikasının pensiya qanunvericili əsasən pensiya növlərini, pensiya almağa hüququ
çatan şəxs və şəxs qruplarının növləri və s. mühüm məsələləri əhatə edir.3 Eyni zamanda pensiya
3 "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının qanunu, 1992; “Sosial Sığorta haqqında” Azərbaycan Respblikasının qanunu, 1997; "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanunu, 2007; “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu, 2006
qanunvericiliyin əsas müddəalarının 1-ci hissədə müəyyən edilmiş beynəlxalq pensiya satndartlarına
uyğunluğunu müəyyən etməyə həsr olunub.
Müqayisəli pensiya sistemi çərçivəsində konseptual olaraq əsasən üç pensiya sistemi tipologiyası
mövcuddur: (i) korporativ - dövlət dominant olduğu sığorta modeli, (ii) dövlətin yalnız ən ehtiyacı olan
təbəqələrə pensiya müavinatlar verilməsini təmin edən rezidualist sistem, və (iii) sosial hüquqların
üstünlük təşkil etdiyi və dövlətin dominant olduğu universal sistem.4 Dövlətin bu modellərdən birinə
üstünlük verməsi bu modellər arasında fiskal, iqtisadi və sosial siyasətin fərqində doğur. Azərbaycan
Respublikasının pensiya sistemi ilə bağlı qanunvericiliyinin təhlili Azərbaycanın üçüncü, yəni, sosial
hüquqların üstünlük təşkil etdiyi və dövlətin dominant olduğu universal sistem modelinin tətbiq
etdiyini deməyə əsas verir.
Azərbaycan Respublikası hal-hazırkı pensiya qanunvericiliyi pensiyaların müxtəlif növlərini,
pensiyaların verilmə şərtlərini, pensiya almaq hüququ olan insan qruplarının kateqoriyalarını,
pensiyaların hesablanmasını və s. kimi mühüm məsələləri əhatə edir.
Azərbaycan Respublikası pensiya qanunvericiliyinə əsasən Respublika ərazisində daimi
yaşayan və pensiya təminatı üçün tələb olunan iş stajının üçdə ikisini Azərbaycan Respublikasının
ərazisində toplamış olan digər dövlətlərin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin də pensiya
təminatı hüququ vardır. Bu halda keçmiş SSRİ ərazisində 1992-ci il yanvarın 1-dək olan iş müddəti tam
nəzərə alınır. Bu müddəa Sosial Xartiyanın 1-ci paraqrafı və BƏT-nın 102 nömrəli konvesniyasına
uyğun olaraq bir çox insan qruplarını əhatə edir.
Azərbaycan Respublikası pensiya qanunvericiliyinə əsasən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirməklə ictimai faydalı əməklə məşğul olan aşağıdakı şəxslərin əmək pensiyası almaq hüququ vardır: mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər; fərdi əmək və sahibkarlıq fəaliyyəti, o cümlədən fərdi icarə (qrup icarəsi) ilə və ya kəndli (fermer) təsərrüfatında məşğul olanlar; yaradıcılıq ittifaqlarının (birliklərinin) üzvləri, habelə yaradıcılıq ittifaqlarının üzvü olmayan digər yaradıcı işçilər; dövlət sosial sığortasına düşən digər şəxslər; hərbiləşdirilmiş dəstələrin dövlət tərəfindən sosial sığorta edilməyən işçiləri, xüsusi rabitə xidmətinin sıravi və rəis heyətindən olan şəxslər; müddətli xidmət hərbi qulluqçuları və onların ailə üzvləri; ali məktəblərdə və orta ixtisas, texniki peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantlar; dövlət vəzifələrini yerinə yetirməklə, insan həyatını xilas etməklə, mülkiyyətin bütün formalarını və hüquq qaydalarını qorumaqla əlaqədar vətəndaşlıq borcunu yerinə yetirərkən əlil olmuş şəxslər; 1 qrup əlilə 4 Arjan Soede and Cok Vrooman, A Comparative Typology of Pension Regimes, EnepriResearch Report No.54, AIM WP2, aprel 2008
və ya 16 yaşına çatmamış əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edən şəxslər; bu maddədə göstərilmiş şəxslərin və bu şəxslər sırasından olan pensiyaçıların ailə üzvləri - ailə başçısını itirdikdə; qəhrəman ana" fəxri adına layiq görülmüş qadınlar əmək pensiyası almaq hüququna malikdirlər.
Qanunvericiliyə əsasən pensiyaların aşağıdakı növləri mövcuddur:
a) əmək(sosial sığorta) pensiyaları:
yaşa (qocalığa) görə, əlilliyə görə, ailə başçısını itirməyə görə, xidmət illərinə görə;
b) sosial pensiyalar.
Azərbaycan Respublikası vətəndaşları dövlət pensiyası ilə yanaşı sahibkarlardan pensiya,
könüllü sığorta üzrə və başqa pensiyalar almaq hüququna da malikdirlər. Əmək pensiyası almaq
hüququ və əmək qabiliyyəti olmayan vətəndaşların sosial pensiya almaq hüququ vardır. Azərbaycan
Respublikasında pensiya qanunvericiliyə əsasən pensiyalar Azərbaycan Respublikası Dövlət Sosial
Müdafiə Fondunun vəsaiti hesabına ödənilir.
Yaşa görə pensiyalar
Yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:
kişilər - 62 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda;
qadınlar - 57 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda.
Bu umumi qaydadan fərqli olaraq əmək şəraitinə görə güzəştli pensiyalarda müəyyən oluna bilər. Bunu
vurğulamaq vacibdir ki, pensiyaların məbləği yaşa görə pensiya alan şəxslərin onların iş stajından və
işin Nazirlər Kabinetinin müəyyən etdiyi siyahıdan asılı olaraq dəyişir. Məsələn, yaşa görə pensiya,
pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının 60 faizi, yeraltı işlərdə, əmək şəraiti xüsusilə
zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin,
vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1
nömrəli siyahısı üzrə nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, əmək şəraiti zərərli və ağır olan
digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan
Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə nəzərdə tutulan işlərdə
çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Eyni
zamanda, yaşa görə pensiya üçün tələb edilən tam ümumi iş stajı olduqda pensiyaların minimum
məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq
olunan orta aylıq əmək haqqının 30 faizi məbləğində təyin edilir.
Əlilliyə görə pensiyalar əmək zədəsi nəticəsində əlillik (yəni, işlər yerinə yetirərkən üz verdikdə) peşə
xəstəliyi nəticəsində əlillik, müddətli hərbi və alternativ xidmətdə olan şəxslərin əlilliyi əhatə edir.
Qanunvericiliyə əsasən təyin edilən pensiya növü əlilliyə görə pensiyalardır. Əlilliyə görə pensiyalar,
orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam
və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi
xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); v) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini
yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə,
həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əlillik qrupları və əlilliyin
səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət
göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları
haqqında" təlimata uyğun müəyyən olunur. Əlilliyə görə pensiyalar əlillik əmək zədəsi və ya peşə
xəstəliyi, hərbi zədə nəticəsində yaralanma, zədələnmə və ya xəstələnmə, müddətli hərbi və ya
alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq təyin edilir. Ödənilən
pensiyaların məbləği qanunu şəkildə müəyyən edilmiş əlillik dərəcəsindən asılıdır.
Ailə başçısını itirməyə görə pensiya
Pensiya qanunvericilinə əsasən digər növ pensiya ailə başçısını itirməyə görə pensiyalardır.
Vəfat etmiş ailə başçısının öhdəsində olmuş əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını
itirməyə görə pensiya almaq hüququ vardır. Ailə başçısının öhdəsində olub-olmamasından asılı
olmayaraq aşağıdakı əmək qabiliyyəti olmayan ailə üzvləri pensiya almaq hüququna malikdirlər:
müharibədə həlak olmuş vətəndaşların uşaqları, valideynləri, dul arvadları;
vəfat etmiş vətəndaşların uşaqları.
Əmək qabiliyyəti olmayan ailə üzvləri aşağıdakılar hesab edilirlər:
a) 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlar,
qardaşlar, bacılar, nəvələr;
Qardaşlar, bacılar və nəvələr əmək qabiliyyətli valideynləri olmadıqda pensiya almaq hüququna
malikdirlər;
Təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, ailə başçısını itirməyə görə pensiya
hüququna təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək malikdirlər;
b) ata, ana, arvad pensiya yaşına çatıblarsa (kişilər 62 yaşına, qadınlar 57 yaşına çatıbsa), yaxud
əlildirlərsə;
v) yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud
baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış
uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə;
q) baba və nənə, qanunla onları saxlamalı şəxslər yoxdursa.
Vəfat edənin öhdəsində olmamış valideynlər sonralar gəlir mənbəyini itirdikdə, övladının
ölümü ilə əlaqədar pensiya almaq hüququna malikdirlər.
Pensiyalar ailənin əmək qabiliyyəti olmayan hər bir üzvü üçün ailə başçısının orta aylıq əmək haqqının
30 faizi məbləğində hesablanır. Hər iki valideyni itirmiş uşaqlara pensiya hər iki valideynin orta aylıq
əmək haqqının ümumi məbləğinin 60 faizi məbləğində hesablanır. Lakin hər ailə üzvünün payına
düşən pensiyanın məbləği müvafiq kateqoriya üzrə vətəndaşlar üçün müəyyən edilmiş sosial
pensiyanın məbləğindən az ola bilməz.
Xidmət illərinə görə pensiyalar
Pensiya qanunvericilinə əsasən digər növ pensiya xidmət illərinə görə pensiyalardır. Xidmət
illərinə görə pensiyalar yaşa görə pensiya almaq hüququ verən yaşa çatandan əvvəl əmək qabiliyyətinin
tam və ya qismən itirilməsinə səbəb olan işlərdə çalışan ayrı-ayrı peşə sahiblərinə təyin edilir. Xidmət
növləri mülki aviasiya uçuş və uçuş-sınaq heyəti, təhsil və uşaq tərbiyə müəssisələrində pedaqoji
fəaliyyət göstərənlər, müalicə işlərinə və əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar digər işlər,
teatr, kino və digər teatr-tamaşa müəssisələrində və kollektivlərində yaradıcılıq fəaliyyəti, dəniz və
balıqçılıq sənayesi donanması gəmiləri heyətinin ayrı-ayrı vəzifələrində çalışan işçilər, prokurorluq
işçiləri, yeraltı işlərdə və açıq mədən işlərində çalışan işçiləri əhatə edir və fərqli qaydada pensiya təyin
olunur. Lakin, ümumiyyətlə, xidmət illərinə görə pensiyaların əsas məbləği pensiya üçün müraciət
edənin orta aylıq əmək haqqının 60 faizi məbləğində hesablanır.
Sosial pensiyalar
Azərbaycan Respublikasının universal və sosial yönümlü pensiya sisteminin əsasını sosial pensiyalar
təşkil edir. Sosial pensiyalar aşağıdakı əmək qabiliyyəti olmayan işləməyən vətəndaşlara onların əmək
pensiyası almaq hüququ olmadıqda təyin edilir və ödənilir:
ümumi xəstəlik nəticəsində I, II və III qrup əlillərə;
67 yaşına çatmış kişilərə, 62 yaşına çatmış qadınlara;
57 yaşına çatmış, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş analara;
uşaqlıqdan əlil olanların 57 yaşına çatmış analarına, onlar həmin uşaqları 8 yaşınadək tərbiyə
etmişlərsə;
ailə başçısını itirmiş uşaqlara
vəfat etmiş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə
qulluq edən və işləməyən valideynlərdən birinə və ya ərə (arvada), yaxud babaya, nənəyə,
qardaşa, bacıya yaşından və əmək qabiliyyətindən asılı olmayaraq.
Sosial pensiya əmək pensiyası almaq hüququ olmayan I, II və III qrup uşaqlıqdan əlillərə və eləcə də
16 yaşına çatmamış əlil uşaqlara da təyin olunur. Sosial pensiyalar aşağıdakı məbləğdə təyin edilir: a) I
qrup əlillərə, II qrup uşaqlıqdan əlillərə, eləcə də 16 yaşına çatmamış əlil uşaqlara - yaşa görə minimum
pensiyanın 100 faizi məbləğində; b) II qrup əlillərə (uşaqlıqdan əlillərdən başqa), ailə başçısını itirmiş
uşaqlara, habelə yuxarıda müəyyən edilən şəxslərin dairəsi üçün yaşa görə minimum pensiyanın 80
faizi məbləğində müəyyən olunur.
Azərbaycan Respublikasının Pensiya Sistemi:
İslahatların mövcud durumu və perspektiv inkişaf istiqamətləri
Azərbaycan Respublikasında pensiya sisteminin islahatı əsasən 2000-ci ildən başlayıb. Bu islahatların
başlanğıc dövrü 2001-2005-ci illəri əhatə etməklə həyata keçirilib. Bu dövr bir necə mərhələyə
bölünürdü.
Birinci mərhələdə pensiya təminatının qanunvericilik bazasının yaradılması nəzərdə tutulurdu.
Bununla bağlı 2001-ci ildən başlayaraq "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan
Respublikası qanunu yeni redaksiyada işlənib hazırlanmış, "Sosial sığorta haqqında" Azərbaycan
Respublikası qanununa dəyişiklik və əlavələr edilmiş, "Dövlət sosial sığorta sistemində fərdi uçot
haqqında" Azərbaycan Respublikası qanunu işlənib hazırlanmış, habelə qeyri-dövlət pensiya fondları
haqqında qanunvericilik aktları hazırlanıb təqdim olunmuşdur.
Pensiya islahatının ikinci mərhələsində pensiya sisteminin əsasını təşkil edən fərdi uçotun
yaradılması üzrə işlərin aparılmış, o cümlədən pensiya hesablamaları, vəsaitin yığımı və bütövlükdə
pensiyaların müəyyənləşdirilməsi sahəsində sistem avtomatlaşdırılmışdır.
Üçüncü mərhələdə fərdi uçotun yaradılması ilə bağlı əmək qabiliyyətli işçilərin gəlirləri və
pensiyaların təyin edilməsi üçün lazım olan digər göstəricilər barədə məlumat toplanmış və nəhayət
dördüncü mərhələdə pensiyaların fərdi uçot sənədləri əsasında hesablanmasına başlanılmışdır.
Azərbaycanda islahatların ikinci dövrünə 2006-cı ildən start verilmişdir. Bu ildən etibarən
Azərbaycanda yeni, beynəlxalq təcrübədə özünü doğrultmuş üçpilləli struktura (baza, sığorta və yığım
hissələrindən ibarət) əsaslanan əmək pensiyaları sistemi fəaliyyətdədir. Yeni sistemin fəaliyyəti
dövründə əmək pensiyalarının istər minimal məbləği (baza hissəsi), istərsə də orta aylıq məbləği
əhəmiyyətli şəkildə artmışdır. 2003-2006-cı illərdə aylıq pensiyanın orta məbləğinin artım tempi
aşağıdakı cədvəldə göstərildiyi kimi olmuşdur.
Illər Aylıq pensiyaların orta məbləği, manatla
2003 23,8
2004 24,0
2005 28,5
2006 41,1
2007 72,3
2008 96,0
Hazırda fəaliyyət göstərən əmək pensiyaları sistemi, əsasən, sığorta prinsiplərinə uyğun qurulsa
da, bu gün ən hissolunan problemlərdən biri sistemdən qeyri-sığorta xarakterli ödəmələrin maliyyə
yükünün təsirli dərəcədə böyük olmasıdır. Mövcud qanunvericiliklə təsbit olunmuş ümumi pensiya
yaşından əvvəl pensiyaya çıxanlara (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərə) əmək
pensiyaları üzrə güzəştli ödəmələrin, əmək pensiyasına verilən əlavələrin (əmək pensiyasının baza
hissəsinə əlavələrin və qulluq stajına görə əmək pensiyasına əlavələrin), həmçinin digər qeyri-sığorta
ödəmələrinin hazırda toplanan məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilməsi
mövcud sığorta-pensiya sistemində sığorta prinsiplərini zəiflədən amil kimi səciyyələndirilməlidir.
Sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının təmin olunması baxımından digər mühüm
məsələ vətəndaşların pensiya təminatında dövlət büdcəsi vəsaitlərinin funksiyaları və payının tam
müəyyənləşdirilməsi ilə bağlıdır. Bununla bərabər, pensiya təminatında müəyyən olunmuş sosial
hədəflərə nail olmaq üçün artan maliyyə tələbi ilə sosial sığorta normativlərinin uyğunluğunun
gözlənilməsi, eyni zamanda, sosial sığorta haqlarının toplanması sahəsində fəaliyyətin
təkmilləşdirilməsi vacib əhəmiyyətə malikdir.
Bütün bunlar sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan
mexanizmlərin formalaşdırılmasını və nəticələrin modelləşdirilməsini, müfəssəl fəaliyyət planının
gerçəkləşdirilməsini zəruri edir. Bu sırada vətəndaşların 2006-cı il 1 yanvar tarixinədək (yeni pensiya
sistemi fəaliyyətə başlamazdan əvvəlki dövrdə) qazanılmış pensiya hüquqlarının adekvat
qiymətləndirilməsi, yeni sistemin fəaliyyətindən əvvəl və sonra pensiyaya çıxmış şəxslərin pensiya
məbləğləri arasındakı fərqlərin tədricən aradan qaldırılması və bu tədbirlərin yeni sistemə əlavə
maliyyə yükü yaratmadan icrası xüsusi diqqət tələb edən məsələlərdəndir.
Hazırda ölkəmizdə əmək pensiyaları sistemi çərçivəsində nəzərdə tutulmuş baza və sığorta
hissələri müsbət nəticələrlə tətbiq olunsa da, əmək pensiyalarının qanunvericiliklə nəzərdə tutulmuş
üçüncü elementinin – yığım hissəsinin fəallaşdırılması məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsi
gündəlikdə durur. Bununla yanaşı, pensiya münasibətlərinin könüllü pensiya sığortası və qeyri-dövlət
pensiya təminatı kimi elementləri özündə cəmləşdirən islahat istiqamətinin reallaşdırılması ölkəmizin
perspektiv sosial–iqtisadi tərəqqisində mühüm rol oynaya bilər.
Yeni sığorta-pensiya sisteminin fəaliyyəti üçün zəruri qanunvericilik bazası və müasir tələblərə
cavab verən maddi-texniki baza əsasən yaradılsa da, sistemin işinin tam avtomatlaşdırılmış qaydada
təşkili və onu çalışdıracaq kadr potensialının formalaşdırılması, eyni zamanda, fərdi uçotun və xüsusilə
də sığortaolunanların məlumatlandırılması sisteminin hələ də qarşıdan duran və həlli vacib olan
problemlərdən sayılır.
“2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair
Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) qeyd olunan problemlərin kompleks həllinə
yönəlmişdir və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş “2009–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun
azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda müəyyən olunmuş strateji məqsəd, hədəf və
göstəricilər nəzərə alınmaqla, ölkəmizdə sığorta-pensiya sistemində həyata keçirilən islahatların
növbəti mərhələsini müəyyənləşdirir.
Pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsini və tədricən yığım komponentinin
tətbiqinə keçidi nəzərdə tutmaqla, pensiya islahatlarının daha da dərinləşdirilməsi, aparılan islahatlar
nəticəsində qurulmuş yeni sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması, bu
zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi Dövlət Proqramının əsas
məqsədini təşkil edir.
Dövlət Proqramında nəzərdə tutulan əsas vəzifələr aşağıdakılardır:
- sığorta-pensiya sisteminin fəaliyyətində sığorta prinsiplərinin gücləndirilməsi və qeyri-sığorta
xarakterli ödəmələrin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi;
- vətəndaşların 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni
əmək pensiyaları sisteminə daha sıx inteqrasiyasının təmin edilməsi;
- məcburi dövlət sosial sığortasının təkmilləşdirilməsi və konüllü pensiya sığortasının inkişaf
etdirilməsi;
- əmək pensiyalarının yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya
institutlarının formalaşdırılması və inkişaf etdirilməsi;
- bütövlükdə sığorta-pensiya sisteminin cari ödəmə qabiliyyətinin, habelə orta və uzunmüddətli
maliyyə dayanıqlığının təmin edilməsi;
- sığorta-pensiya sisteminin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının
geniş tətbiqinə nail olunması, idarəetmənin tam avtomatlaşdırılması və fərdi uçot sisteminin əhatəli
inkişafının təmin olunması.
Dövlət Proqramında 2009-2015-ci ilədək olan dövr üçün pensiya sisteminin islahatının əsas
iqtiqamətləri belə müəyyənləşdirilmişdir:
• Sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi;
• Məcburi dövlət sosial sığortası sahəsində fəaliyyətin təkmilləşdirilməsi;
• Əmək pensiyası təminatının təkmilləşdirilməsi;
• Dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafı;
• Sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi;
• Qeyri-dövlət pensiya institutlarının yaradılması və inkişafı.
Hazırda sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi həlli vacib
əsas vəzifələrdən sayıla bilər. Çünki, sığorta-pensiya sisteminin perspektiv inkişafı istiqamətlərinin
müəyyənləşdirilməsi aktuar hesablamalar əsasında proqnozlaşdırma işinin düzgün təşkilindən birbaşa
asılıdır. Bunun üçün makroiqtisadi, demoqrafik və bilavasitə sistemin fəaliyyətini xarakterizə edən
göstəricilərin dəyişməsinin əlaqəli şəkildə öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Xüsusilə
sistemdəki bir sıra əlavə hüquq və imtiyazların dövri olaraq demoqrafik göstəricilərə uyğunlaşdırılması
məqsədi ilə müvafiq mexanizmlərin tətbiqi təmin edilməlidir.
Yeni pensiya sisteminin tətbiqinədək təyin olunmuş pensiyaların, sığortaolunanların əvvəlki sistemin
fəaliyyəti dövründə qazanılmış pensiya hüquqlarının, qulluq stajına görə əlavələrin və sosial sığortaya
əsaslanmayan digər ödənişlərin sistemin əlavə maliyyə yükünə çevrilməsi, dövlətin müəyyən etdiyi
sosial hədəflərin həyata keçirilməsində zəruri olan dövlət büdcəsi transfertlərinin həcmi, məcburi
dövlət sosial sığorta sistemində fərdi uçotun nəticəsi kimi gələcəkdə gözlənilən maliyyə tələbi, artan
maliyyə tələbi ilə sosial sığorta normativlərinin uyğunluğunun gözlənilməsi və digər problemlərin
əlaqəli şəkildə öyrənilməsi, müvafiq təkliflərin göstərilən bütün amillər nəzərə alınmaqla hazırlanması
mexanizmi qurulmalıdır.
Növbəti dövr üçün qarşıda duran digər vəzifə məcburi dövlət sosial sığortası sahəsində fəaliyyətin
təkmilləşdirilməsindən ibarətdir. Azərbaycan Respublikasında sığorta münasibətlərinə əsaslanan
sığorta-pensiya sisteminin qurulması məcburi dövlət sosial sığortasının əhalinin sosial müdafiəsi
sahəsindəki rolunu daha da artırır. Mövcud sığorta-pensiya sisteminin dayanıqlı inkişafı məcburi dövlət
sosial sığorta haqları ilə sosial sığorta ödənişləri arasında birbaşa əlaqənin təmin edilməsindən
bilavasitə asılıdır. Eyni zamanda, artan maliyyə tələbi ilə sosial sığorta normativlərinin uyğunluğunun
gözlənilməsi əsas vəzifələrdəndir. Digər tərəfdən, işəgötürən-işçi münasibətlərinin
rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlər qeyd olunan sahəyə öz
mənfi təsirini göstərir.
Ötən dövr ərzində məcburi sosial sığorta ayırmaları hesabına ödəmələr artsa da yenə də sosial
sığorta ödənişləri ilə sosial sığorta haqları arasındakı nisbət dayanıqlı inkişafı təmin etməyə kifayət
etmir. Belə ki, Azərbaycanda 01 yanvar 2009-cu il tarixə olan statistikaya əsasən, əmək pensiyası alan
şəxslərin sayı 2008-ci ilin əvvəli ilə müqayisədə 26 455 nəfər artaraq 1.275 138 nəfərə çatıb. Onlardan
496 788 nəfəri kişi, 778 350 nəfəri qadındır. Qadınlardan 374 490 nəfəri çoxuşaqlı anadır. Bundan
başqa, əmək pensiyası alanların arasında dövlət qulluqçusu kimi pensiya alanların sayı 9241 nəfər
təşkil edir. Ümumilikdə əmək pensiyaçılarının 125 548-i işləyən pensiyaçılardır. Hazırda yaşa görə
pensiya alanların sayı 835 844 nəfərdir. Əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı isə 301 661
nəfər təşkil edir. Onlardan 22 354 nəfəri I qrup, o cümlədən 7644 nəfəri I qrup gözdən əlillərdir. Əmək
zədəsi və peşə xəstəliyi ilə əmək pensiyası alan şəxslərin sayı isə 4705 nəfərdən ibarətdir. Ailə başçısını
itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 137 633 nəfərə çatıb. Onlardan 22-si Azərbaycan
Milli Qəhrəmanlarının ailə üzvləridir.
Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların
sayı isə 2008-ci ilin əvvəli ilə müqayisədə 185 min nəfər artıb. Belə ki, hazırda fərdi şəxsi hesabı olan
sığortaolunanların sayı 1.516.100 nəfərə çatıb. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında
sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan sığortaolunanların sayı
432.763 nəfərdir. Bundan başqa, 30 yaşa kimi sığortaolunan vətəndaşların sayı 376.257 nəfər, 30-40
yaş aralığında sığortaolunanlar 343.525 nəfər, 50-60 yaş aralığındakılar 261.984 nəfər, 60 yaşdan
yuxarı olan sığortaolunanlar isə 101.571 nəfərdən ibarətdir.
Beləliklə də statistik məlumatlar əsasında aparılmış hesablamalar göstərir ki, 1 nəfər pensiyaçıya
1,188 nəfər sığortaolunan düşür. Bu isə pensiya sisteminin dayanıqlı inkişafını təmin etməyə kifayət
etmir. Çünki, beynəlxalq təcrübə göstərir ki, bu iki göstərici arasında nisbət 3 dəfədək fərqlənməlidir.
Perspektiv qiymətləndirmələr göstərir ki, bu nisbətin gələcəkdə sığorta olunanların xeyrinə dəyişməsi
üçün Azərbaycanda mövcud və perspektiv imkanlar o qədər də çox deyildir. Baxmayaraq ki, ötən illər
ərzində social sığorta ayırmaları üzrə ödənişlər artıb, amma yenə də social müdafiə fondunun dövlət
büdcəsindən artan templə subsidiyalaşdırılması tendensiyası müşahidə olunmaqdadır. 2003-2008-ci
illərdə social sığorta ödənişləri üzrə yığım tempi aşağıdakı cədvəldəki kimi olub:
İllər Sosial sığorta ödənişləri, milyon manatla
2003 222,86
2004 279,18
2005 315,87
2006 422,87
2007 687,5
2008 957,9
Cədvəl məlumatlarından göründüyü kimi, 2003-2008-ci illərdə social sığorta ödənişlərinin artım
tempi 430 faiz təşkil edib. Perspektiv təhlillər göstərir ki, sosial sığorta haqları üzrə yığım göstəricisinin
potensialı yüksək olsa da onun səviyyəsi aşağı proqnozlaşdırılır. Bunu sübut etmək üçün analoji
hesablamaları büdcədən maliyyələşən təşkilatlar üzrə aparaq. 2009-cu ildə orta aylıq əmək haqqının
büdcə təşkilatları üzrə 186,9 manat, dövlət sektorunda 268,2 manat olacağı proqnozlaşdırılır.
Həmçinin, gələn il dövlət sektorunda 1236,2 min nəfərin çalışacağı nəzərdə tutulur. Dövlət sektoru üzrə
aparılan müvafiq hesablamalar bu sektorda məcburi dövlət sosial sığorta haqları üzrə yığım
göstəricisinin potensial olaraq 994646,5 min manat olduğunu göstərir. 2007-ci ilin məlumatlarına görə
DSMF-nin büdcədən maliyyələşən təşkilatlardan məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərinin
faktiki kassa icrası proqnoz göstəricinin 90,5%-ni təşkil edir. Bu göstəricini tətbiq etsək məlum olur ki,
DSMF-nin büdcə təşkilatları üzrə məcburi dövlət sosial sığorta haqlarından yığımı 900155,1 min manat
olaraq proqnozlaşdırıla bilər ki, bu da nəzərdə tutulandan 357427,8 min manat və ya 66% çoxdur.
Büdcədən maliyyələşən təşkilatlarda vakant yerlərin mövcudluğunu, həmçinin il ərzində əmək
qabiliyyətinin müvəqqəti itirilməsi hallarını nəzərə alsaq, belə məcburi dövlət sosial sığorta haqları
üzrə DSMF-nin gəlirlərində müəyyən potensialın olduğunu qeyd etmək olar.
Eyni zamanda bu dövr ərzində dövlət büdcəsindən social müdafiə fonduna köçürmələrin də
artması müşahidə olunub. 2009-cu ilin büdcə proqnozlarına görə, ümumi gəlirlərin 495000,0 min
manatı və ya 27,9%-i Dövlət büdcəsindən ayırmalardan (transfertlərdən) ibarət olacaqdır ki, bu da
2008-ci il üzrə müvafiq göstəricidən 110000,0 min manat və ya 28,6% artıqdır. 2008-ci ildə isə 2007-ci
ilə nisbətən artımın 38,1% olacağı gözlənilir. Göründüyü kimi, xüsusi çəki üzrə göstəricinin artması,
yəni 2008-ci il üzrə 27,4%-dən 2009-cu ildəki 27,9%-ə qalxması Dövlət Sosial Müdafiə Fondunun
xərclərinin öz gəlirləri hesabına maliyyələşdirməsi baxımından mənfi meyldir. Dövlət Sosial Müdafiə
Fonduna dövlət büdcəsindən transfertlərin payının artması DSMF-nin büdcəsinin dövlət büdcəsindən
asılılığının güclənməsi fikrini irəli sürməyə əsas verir.
Azərbaycanda fəaliyyət göstərən əmək pensiyaları sistemində pensiyaların məbləğinə təsir edən əsas
göstəricilər kimi vətəndaşların fərdi şəxsi hesablarında əks olunan vəsaitlər və gözlənilən pensiya
ödənişi müddəti nəzərdə tutulur. Sistemdəki bir sıra əlavə hüquq və imtiyazların da bu göstəricilər
əsasında tənzimlənməsinin alternativ mexanizmlərinin müəyyənləşdirilməsi onun təkmilləşdirilməsi
baxımından mühüm əhəmiyyət kəsb etsə də bu sahədəki işlər qənaətbəxş sayıla bilməz. Bununla
yanaşı, yeni pensiya sisteminin fəaliyyətə başlamasından əvvəlki dövrdə qazanılmış pensiya
hüquqlarının qiymətləndirilməsinin təkmilləşdirilməsi, pensiya təyinatının avtomatlaşdırılması, xarici
ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən Azərbaycan Respublikası vətəndaşlarının gələcək
pensiya təminatı üzrə müvafiq ölkələrlə sazişlərin hazırlanması və digər istiqamətlərdə tədbirlərin
görülməsi də hələ ki, təmin olunmayıb. Eyni zamanda, yeni pensiya sisteminin fəaliyyətə
başlamasından əvvəl və sonra pensiyaya çıxmış şəxslərin pensiya məbləğləri arasındakı fərqlər də
tədricən aradan qaldırılmalıdır. Bütün bunlarla yanaşı, əmək pensiyalarının mütərəqqi üsullarla
ödənilməsi sisteminin daha da genişləndirilməsi mühüm proqram məqsədlərdəndən sayıla bilər. Bunun
üçün pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sistemi daim təkmilləşdirilməli,
bankomat və pos-terminallarla təchizat gücləndirilməli, ödənişlərdə çoxfunksiyalı çip kartlardan
istifadə təmin olunmalı, ucqar kəndlərdə ödənişin mütərəqqi üsullarla aparılması üzrə müxtəlif
ölkələrin təcrübəsi öyrənilərək tətbiq edilməlidir.
Dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafı və tətbiqi məqsədi ilə ötən dövr ərzində
normativ hüquqi bazanın yaradılması, zəruri infrastrukturun qurulması, qeydiyyatdakı bütün
sığotaolunanlara fərdi şəxsi hesab açılaraq sığorta şəhadətnamələrinin paylanması təmin edilsə də
perspektivdə sığortaolunanlara dair illik hesabatların qəbulu və müvafiq məlumatların fərdi şəxsi
hesablarda əks etdirilməsi, bu məlumatların sığortaolunanlara çatdırılması məsələsi hələ ki, həll
olunmayıb. Bunun üçün sığortaolunanların fərdi məlumatlarının qorunması mexanizmləri
müəyyənləşdirilməli və hər bir sığortaolunan üzrə məlumatların təqdim edilməsində işəgötürənlərin
məsuliyyəti daha da artırılmalıdır.
Ölkədə yeni sığorta-pensiya sisteminin tətbiqindən əvvəl sığortaolunanların qazanılmış əmək
pensiyası hüquqları üzrə göstəricilərin fərdi şəxsi hesablara işlənilməsi təmin edilməlidir. Bu məqsədlə
də tez bir zamanda Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sığortaolunanların
fərdi uçotu üzrə regional mərkəzlərinin yaradılması və Fondun fəaliyyətinin avtomatlaşdırılması başa
çatdırılmalıdır.
2009-cu ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərclərinin 93,5
faizi və ya 1 660 000 000,0 manat əmək pensiyalarının ödənilməsinə yönəldiləcək. Həmin vəsaitin 1
milyard 210 milyon manatı əmək pensiyalarının baza hissəsinə (cari ilin proqnozuna nisbətən 237 mln.
manat və ya 24,4 faiz çox), 450 milyon manatı isə əmək pensiyalarının sığorta hissəsinə (cari ilə
nisbətən 112 mln.manat, yaxud 33,1 faiz çox) yönəldiləcək. Göründüyü kimi, pensiya xərclərinin
tərkibində sığorta hissəsinin payı 27,1 faiz təşkil edir ki, bu da onu deməyə əsas verir ki, pensiyaların
baza hissəsinə yönələn vəsaitlər hələ də dominant rol oynamaqdadır. Yığım komponentinə gəlincə,
onun 2010-cu ildən tətbiqi nəzərdə tutulsa da mövcud situasiyanın analizi və perspektiv
qiymətləndirmələr bu sistemə 2010-cu ildən keçidin təminində müəyyən çətinliklıərin olacağını
deməyə əsas verir. Çünki, sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi daha mürəkkəb
mərhələ olmaqla, ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və
sığorta-pensiya sistemindən kənar digər amillərdən çox asılıdır. Bunun üçün beynəlxalq təcrübə
öyrənilməklə, əvvəlcə sosial sığorta haqlarının fərdi hesabın yığım hissəsinə (fərdi yığım hesablarına)
yönəldilməsi mexanizmləri və həmin vəsaitlərin idarə olunması qaydaları düzgün müəyyən edilməli,
bundan sonra sosial sığorta haqlarının fərdi yığım hesablarına toplanmasına başlanılmalıdır. Fərdi
yığım hesablarında toplanan vəsaitlərin istifadə qaydalarını, idarəedici şirkətlərə olan tələbləri,
həmçinin idarəedici şirkətlərin investisiya portfelinin sığortaolunanlar tərəfindən seçilməsi imkanını
nəzərdə tutan normativ hüquqi baza yaradılmalıdır. Bundan sonra sosial sığorta haqlarının fərdi yığım
hesablarına toplanmasına, eləcə də həmin vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin fərdi uçotuna
başlanılmalı, habelə sosial sığorta haqlarının fərdi yığım hesablarına toplanmasının stimullaşdırılması
məqsədi ilə bir sıra əlavə mexanizmlər tətbiq olunmalıdır.
Hazırda müşahidə olunan maliyyə böhranının növbəti ildə də davam edəcəyi ilə bağlı proqnozlar
nəzərə alınanda bu sahədəki dəyişikliklərin gələn ildən tətbiq olunacağı ilə bağlı şübhələr daha da artır.
Elektron hökümətin qurulması işinin ləng getməsi pensiya sisteminin avtomatlaşdırılmasında da özünü
göstərir. Belə ki, elektron hökümətin səmərəli mexanizmlərinin tətbiqi bu sahədə xeyli müsbət
dəyişiklərin təminatı üşün əsaslar yarada bilərdi.
Azərbaycanda qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və fəaliyyətinin təşkili
pensiyaçıların sosial müdafiəsi, eləcə də ölkədə maliyyə bazarının inkişafı baxımından çox əhəmiyyətli
olsa bu sahədə əməli işlər görülmür. Bu istiqamət president fərmanlarında və digər hüquqi sənədlərdə
təsbit olunsa da hələ də vətəndaşlara əlavə pensiya təminatını nəzərdə tutan qeyri-dövlət pensiya
fondlarının yaradılmasını və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazası yaradılmayıb. Eyni
zamanda, qeyri-dövlət pensiya fondlarının pensiya ehtiyatı vəsaitlərinin yerləşdirilməsi və
yerləşdirilməsinə nəzarət qaydaları işlənib hazırlanmayıb, qeyri-dövlət pensiyalarının təyini,
maliyyələşdirilməsi və ödənilməsi mexanizmləri müəyyən edilməyib.
Azərbaycan Respublikasının Pensiya Sistemi:
Nəticə və təkliflər
Aparılmış tədqiqatlar aşağıdakı nəticələr əsasında bir sıra təkliflərin irəli sürülməsini
şərtləndirmişdir:
1. Beynəlxalq təcrübənin, xüsusilə də inkişaf etmiş ölkələrin praktikasının tədqiqi göstərdi ki,
bu ölkələr pensiya təminatı sahəsində ciddi problemlərlə ötən əsrin 80-ci illrəində
üzləşmişdir və elə ona görə də həmin vaxtdan etibarən bütün qərb ölkələrində pensiya
sistemi sahəsində ciddi islahatlara start verilmişdir. Retrospektiv təhlil göstərdi ki,
islahatlara rəvac verən başlıca amil bölüşdürücü sistemin böhranı olmuşdur. Belə ki, bu
sistemin təzahürü olaraq işləyənlə işləməyənlər arasında disbalansın mövcudluğu sistemin
dayanıqlığı üçün müəyyən çətinliklər, əlavə xərclər yaradırdı. Belə disbalansın yaratdığı
xərclərin dövlət tərəfindən qarşılanması getdikcə çoxalan maliyyə yükünü artırdığından
pensiya təminatında yeni sistemə keçidi zəruri edirdi.
2. Pensiya təminatı sahəsində dünya təcrübəsinin tədqiqatı göstərdi ki, praktikada pensiya
sistemlərinin və onların kombinasiyalarının müxtəlif tipləri mövcuddur. Bununla yanaşı
tədqiqat göstərdi ki, pensiya sistemləri ölkənin iqtisadi inkişafının səviyyəsi və
dayanıqlığından, iqtisadiyyatın miqyasından, sosial təminat sahəsində toplanmış təcrübədən,
ənənədən, muzdlu işçilərin mütəşəkkillik dərəcəsindən, pensiya təminatının institutsional
inkişafından asılıdır.
3. Ölkələrarası müqayisələr və aparılmış təsnifatlar əsasında belə nəticəyə gəlmək olar ki,
pensiya sisteminin strukturunda önəmli yeri mahiyyətinə görə pensiya təminatının
reallaşdırılması aləti olan pensiya fondları turur. Tədqiqat cəlb oluanan ölkələrdə hazırda
çoxlu miqdarda müxtəlif tipli pensiya fondları fəaliyyət göstərir ki, onlar arasında da
pensiya yığımlarının həcminə görə öndə özəl pensiya fondları durur.
4. Apardığımız tədqiqatlar bu nəticəyə gəlməyə əsas verir ki, pensiya sistemlərinin tipi
aşağıdakı iqtisadi və siyası amillərdən asılıdır: ÜDM səviyyəsi, dövlət büdcəsinin gəlirləri,
əmək haqqı və inflyasiya, qiymətli kağızlar bazarının inkişaf səviyyəsindən və kredit
sistemindən və ilaxıradan, həmçinin demoqrafik amillərindən: doğumun və ölümün
səviyyəsindən, ömürün uzunluğundan, pensiyaçıların sayı ilə əməkqabliyyətli əhalinin
nisbətindən və sairdən.
5. Tədqiqat göstərdi ki, dünya ölkələrində pensiya sisteminin islahatı 3 əsas istiqamət üzrə
aparılmışdır: 1) yığım sxemi tətbiq edilmədən bölüşdürücü pensiya sisteminin
modernləşdirilməsi; 2) bölüşdürücü komponentin kəskin məhdudlaşdırılması və yığım
sxeminə keçid; 3) bölüşdürücü və yığım prinsiplərinin birgə tətbiqi.
6. Pensiya islahatları konsepsiyasının təhlili aşağıdakı nəticələrin əldə edilməsinə imkan
verir:
bütün ölkələrdə yeni sistemə keçid tədrici xarakter daşıyır;
keçidin ayrıca elementi, həmçinin onun maliyyələşdirilməsi mənbələri hər bir ölkədə spesifik xarakter daşıyır;
xüsusilə də inkişaf etmiş ölkələrdə islahatların konsepsiyasının işlənməsi kəskin siyası mübahisələrlə müşahidə olunmuş və konsepsiyanın müəllifləri bir çox hallarda mövcud dəyişikliklərlə razılaşmaq məcburiyyətində qalmışdılar;
bir çox ölkələrdə islahatların ayrıca məsələləri mükəmməl işlənməmiş və onların həyata keçirilməsində nöqsanlar müşahidə olunmuşdur;
əksər ölkələrdə pensiya islahatları iqtisadi artım və əmək haqlarının artması şəraitində baş vermişdır;
ölkələr arasında yığım elementlərinin tətbiq edilməsi üsulları və sürəti arasında müxtəlifliklər müşahidə olunmuşdur.
7. Tədqiqat göstərdi ki, inkişaf etmiş ölkələrdə köhnəlmiş pensiya sisteminin demografik və
sosial şəraitə uyğun olaraq təzələnməsi üçün müxtəlif metodlardan istifadə olunub. Buna
baxmayaraq inkişaf etmiş ölkələrdə hazırda tətbiq olunan müasir pensiya islahatları aşağıdakı
ümumi xarakterik cəhətlərə malikdir: 1) təminatının 3 əsas səviyyəsi – məcburi, könüllü
korporativ və şəxsi 2) pensiya təminatının dövlət tənzimlənməsi və nəzarət sistemi 3)
pensiya təminatının şəxsi və korporativ formalarının stimullaşdırılması 4) pensiya sisteminin
fərdiləşdirilməsi.
8. İnkişaf etmiş, yeni sənaye və keçid iqtisadiyyatlı ölkələrdə pesniya sisteminin qarçılaşdığı əsas
cətinliklər belə olmuşdur: 1) bölüşdürücü sistemdən yığım sisteminə keşid; 2) pensiya yaşının
artırılması; 3) inflyasiya və pensiya yığımlarının dəyərsizləşməsi ilə mübarizə; 5) yığm vasitəsilə
pensiya əmanətlərinin artırılması üçün fond bazarlarının inkişafı.
9. Peniya təminatı sahəsində zəngin dünya təcrübəsi göstərdi ki, hətta ən çox müvəffəqiyyət
qazanmış ayrıca bir ölkənin təcrübəsinin konkret sosial-iqtisadi şəraiti, sosial –mədəni və sosial-
psixoloji xususiyyətləri nəzərə almadan digər ölkədə eyni metodika ilə tətbiq olunması arzuedilməz
nəticələrə gətirib çıxara bilər.
10. Beynəlxalq standartların öyrənilməsi və mövcud normaların tədqiqi göstərdi ki, hazırda dünya
ölkələrində pensiya sisteminin hüquqi bazasının unifikasiyası prosesi gedir ki, bu da ölkələr
arasında pensiya təminatı konseptual çərçivədə yaxınlaşmasına gətirib çıxarır.
11. Dünya təcrübəsinin öyrənilməsi, beynəlxalq standartlarla tanışlıq, eləcə də Azərbaycanda
pensiya sisteminin mövcud durumunun təhlili və inkişaf imkanlarının dəyərləndirilməsi aşağıdakı
tövsiyyələrin irəli sürülməsini şərtləndirir:
Makroiqtisadi, demoqrafik və pensiya sisteminin fəaliyyətini bilavasitə xarakterizə edən
göstəricilərin dəyişməsinin əlaqəli şəkildə öyrənilməsi və onlar arasında simulyasiyaların
işlənilməsi və bütövlükdə sığorta-pensiya sisteminin perspektiv inkişafı istiqamətlərinin
müəyyənləşdirilməsi üçün aktuar hesablamalar əsasında proqnozlaşdırma işinin təşkili;
Elektron hökümətin səmərəli mexanizmlərinin tətbiqi məqsədilə e-pensiya proqramının
işlənilməsi və bu sistemdə avtomatlaşdırma səviyyəsinin yüksəldilməsi ilə pensiyaçılarla
hesablamaların sürətinin artırılması və onların daha çevik üsullarla məlumatlandırılması;
Dövlətin müəyyən etdiyi sosial hədəflərin həyata keçirilməsində zəruri olan dövlət büdcəsi
transfertlərinin həcmi, məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun nəticəsi kimi
gələcəkdə gözlənilən maliyyə tələbi, artan maliyyə tələbi ilə sosial sığorta normativlərinin
uyğunluğunun gözlənilməsi və digər problemlərin əlaqəli şəkildə öyrənilməsi üçün
tədqiqatların genişləndirilməsi;
Mövcud sığorta-pensiya sisteminin dayanıqlı inkişafının təminatı üçün məcburi dövlət
sosial sığorta haqları ilə sosial sığorta ödənişləri arasında birbaşa əlaqənin təmin edilməsi,
sığorta ödəyicilərinin sayının atırılması məqsədi ilə mövcud işəgötürənlər və yeni iş yerləri
yaradan sahibkarların biznes fəaliyyətində stimullaşdırıcı tədbirlərin tətbiqi;
Dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafı və tətbiqi məqsədi ilə zərurui normativ
hüquqi bazanın yaradılması və infrastrukturun qurulması;
Qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və fəaliyyətinin təşkili.