ramazan bayrami

20

Upload: argyle

Post on 11-Jan-2016

82 views

Category:

Documents


6 download

DESCRIPTION

RAMAZAN BAYRAMI. Ramazan bayramının tarixi. “ Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” ( Əl Bəqərə surəsi, 183-cü ay ə). - PowerPoint PPT Presentation

TRANSCRIPT

Page 1: RAMAZAN BAYRAMI
Page 2: RAMAZAN BAYRAMI

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”

                       (Əl Bəqərə surəsi, 183-cü ayə)

 

Page 3: RAMAZAN BAYRAMI

Islamın müqəddəs bayramları içərisində orucluq bayramı mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.

Islamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur. Həmin gecəyə “qədr” və ya “ehya” gecəsi deyilir. Qədr gecəsinin konkret olaraq hansı günə təsadüf edildiyi bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər vardır. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. Islamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-sinə təsadüf edir.

Page 4: RAMAZAN BAYRAMI

«Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!» [Qədr, 1]

«(Mübarək) Ramazan ayı elə bir aydır ki, Quran bu ayda nazil edilmişdir.» [Bəqərə, 185]

«Biz Quranı mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik» [Duxan, 3]

Page 5: RAMAZAN BAYRAMI
Page 6: RAMAZAN BAYRAMI

97. əl-Qədr, 5 ayə, Məkkədə nazil olub.

RƏHİMLİ VƏ MƏRHƏMƏTLİ ALLAHIN ADI İLƏ

1. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik!

2. Sən haradan biləsən ki, Qədr gecəsi nədir?

3. Qədr gecəsi min aydan xeyirlidir.

4. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə (yerə) enirlər.

5. O gecə sübh açılanadək əmin-amanlıq olur.

Page 7: RAMAZAN BAYRAMI

Qədr gecəsi hədislərdə İslami rəvayətlərdə Qədr gecəsinin fəziləti haqqında çoxlu hədislər nəql

olunmuşdur. Onlardan birini sizin nəzərinizə çatdırmağı faydalı hesab edirik. İslam peyğəmbərindən əvvəlki peyğəmbərlərin dövründə onlar üçün Qədr gecəsi təyin olunmamışdır. İslam peyğəmbərinin dövründə Allah-təala onun ümməti üçün bu mübarək gecəni təyin etdi. Bir gün həzrət Peyğəmbər(s.a.s) öz səhabələrinə İsrail tayfasının uzunömürlü olmasından və onların 80 illik və daha artıq ibadətlərindən söhbət açdıqda onlar qibtə edərək dedilər: «İlahi! Nə olaydı, bizə də uzun ömür əta edəydin və biz də bütün ömrümüzü sənə ibadət etməyə sərf edəydik!». Belə düşünərək səhabələr Bəni-İsrail tayfasına qibtə edirdilər. Allah-təala həzrət Peyğəmbərə(s.a.s) bu ayəni nazil etdi: «Qədr gecəsi min aydan daha xeyirlidir (bərəkətlidir, fəzilətlidir).» Qədr, 3 Yəni, böyük Allah öz peyğəmbərinə demək istəyir ki, ey mənim peyğəmbərim, Mən sənin ümmətinə uzun ömür verməmişəm, lakin əvəzində onlar üçün gecələr arasında bir gecə təyin edirəm və adını da Qədr gecəsi qoyuram. Kim o gecəni ibadətlə məşğul olarsa, ona 1000 ayın ibadətinin savabından artıq savab verərəm.

Page 8: RAMAZAN BAYRAMI

Qədr gecəsinin əməlləri1) Qüsl etmək. 2) Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. 3) Məscidə getmək.4) Qədr gecəsinin namazı.Qədr gecəsində qılınan namazın böyük şərafəti

vardır. 5) Quranı başa qoyub, Allahın, peyğəmbərin və imamların adlarına and

verməklə Allahdan günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək.

6) İmam Əli (ə) və İmam Hüseyn (ə) ziyarətnaməsini oxumaq.7) 100 rükət (sübh namazı kimi) müstəhəbbi namaz qılmaq.8) Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək. (Əllahummə səlli

əla Mühəmmədin və ali Mühəmməd.)9) Cövşən-kəbir duasını oxumaq.10) Həzrət Əlinin (ə) qatilinə lənət oxumaq.11) Yüz dəfə «Əstəğfirullahə rəbbi və ətubu iləyh» demək və tövbə etmək.

Page 9: RAMAZAN BAYRAMI

Fitr bayramıOrucluğun başa çatdığı gün Fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Fitrə zəkatı Ramazan ayının son günündə, şam azanından sonra (fitr bayramı ərəfəsində) ayrılır. Ev sahibi özü və öhdəsində olan ailə üzvləri üçün fitrə zəkatı ayırıb ödəməlidir. Onun miqdarı adambaşına təqribən 3 kiloqram buğda, ya arpa, ya xurma, ya düyü, ya da kimişdir. (Bu ərzağın ya özü, ya da pulu verilməlidir).Fitrə zəkatı mütləq maddi vəziyyəti çətin olan adamlara verilməlidir. Hər kəs öz kasıb qohumuna ya qonşusuna fitrə zəkatı versə, daha yaxşıdır. Hənəfi məzhəbinə görə, fitrə zəkatı Ramazanın ilk günündən başlayaraq Fitr bayramının namazı qılınana kimi verilə bilər. Cəfəri məzhəbinə görə isə fitrə zəkatı ramazanın sonuncu günü ayrılır və ertəsi gün Fitr bayramı namazı qılınana kimi keçən müddətdə ehtiyaclılara çatdırılır. əgər bu mümkün olmazsa, bayram namazı qılınandan sonra mümkün olan ən qısa vaxt ərzində ödənməlidir. Ramazanın sonuncu günündə, iftar vaxtı gəlmiş qonağın fitrə zəkatı da ev sahibinin boynundadır. Maddi durumu həddən artıq pis olan ailələr fitrə zəkatını ödəməkdən azaddırlar.

Page 10: RAMAZAN BAYRAMI
Page 11: RAMAZAN BAYRAMI

Sovet hakimiyyəti dövründə İslamın başqa ayinləri və ibadətləri kimi, orucluq da qadağan idi. Lakin imanlı adamlar gizlicə də olsa, öz borclarını yerinə yetirirdilər. Bir çoxları isə vəzifə və iş yerlərini itirmək, təqiblərə məruz qalmamaq üçün orucluqdan imtina etməyə məcbur idilər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra insanların vicdan azadlığı bərpa olundu, İslam dininə, onun ibadət və ayinlərinə olan münasibət də dəyişdi. Orucluq bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən dövlət səviyyəsində qeyd olunmağa

başlandı.        

Page 12: RAMAZAN BAYRAMI
Page 13: RAMAZAN BAYRAMI
Page 14: RAMAZAN BAYRAMI

Orucluq ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək, qatı toz udmaq,qəsdən qusmaq, Allahın, peyğəmbərlərin və imamların adından yalan danışmaq və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın".(Bəqərə surəsi 187)

Məhəmməd peyğəmbər (s.a.s) buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar. Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzinə (qəzasını) tutmalı və ya fidiyə verməlidirlər.

Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur 

Page 15: RAMAZAN BAYRAMI
Page 16: RAMAZAN BAYRAMI

Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.

 “Qabusnamə”nin müəllifi Keykavus ibn İsgəndər oğluna nəsihət edərək yazır: “Ey oğul!... bil və agah ol ki, Allah-Təalanın sənin ac və ya toxluğuna ehtiyacı yoxdur. Oruc Allah tərəfindən sənin var-dövlətinə və özünə vurulan möhürdən ibarətdir. Bu möhür mal və bədənin yalnız bir hissəsinə deyil, bəlkə, bütün üzvlərinə vurulur: əl-ayağa, gözə, dilə, qulağa, qarına.

 Ey oğul, bil və agah ol: orucluğun ən böyük məqsədi ondadır ki, sən gündüz yemədiyini ehtiyacı olanlara verəsən ki, zəhmətinin faydasını görmüş olasan, elə bu zəhmət ona görə lazımdır ki, onun xeyri ehtiyacı olana çatsın”. 

Orucluqla bağlı dini ayinlər əvvəlki səmavi dinlərdə də (yəhudilik, xristianlıq) mövcud olmuşdur. Amma digər dinlərdən fərqli olaraq İslamda orucluq xüsusi əhəmiyyət daşıyır. Islam qaydalarına əsasən yetkinlik yaşına çatmış hər bir müsəlmana oruc tutmaq vacibdir.

Page 17: RAMAZAN BAYRAMI

Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. Insan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Bu ay ruhun tərəqqisi, Allaha tərəf pərvaz etməsidir.

Ramazan ayında fani varlıqlar sanki savaş meydanına çevrilir. İmanla nəfs bu meydanda çarpışır. Nəfs hər imanlı işi udmaq, yeyib-içmək istəyir, pis vərdişlərin davamını diləyir. Inanclar mətanətlə buna qarşı çıxır, dil yalandan, göz və könül haramdan uzaqlaşır.

Ramazan bayramının məqsədlərindən biri müsəlmanların toplanması və görüşməsidir. Müsəlmanlar bayramda görüşür, bir yerdə namaz qılırlar. Oruc ibadətlərini bitirdikdən sonra müsəlmanlar bayram keçirir və bir yerə yığılırlar. Bayramın başqa məqsədlərindən də, müsəlmanların bir-birini ziyarət etməsi, qohum-əqrabalarla görüşməsi, əgər arada inciklik varsa barışması üçündür. Bayramda kasıblar və yoxsullar da sevinməlidir, onlar da yeni paltar geyərək bütün müsəlmanlarla bir yerdə namaza gəlməlidirlər. Məhz buna görə fitrə zəkatı buyurulmuşdur ki, yoxsul müsəlmanlar da bayramı keçirsinlər və hamı kimi şənlənsinlər.

Bu ibadət ayini ilə bağlı Məhəmməd peyğəmbərin (S.Ə.S) xeyli hədisi vardır. Həmin hədislərin birində deyilir ki, Adəm oğlunun hər bir əməli özü üçündür. Təkcə orucdan başqa- o, Allah üçündür, əvəzini də Allah verir. 

Page 18: RAMAZAN BAYRAMI
Page 19: RAMAZAN BAYRAMI

1.Ağaverdiyev Mais, «Mübarək Ramazan ayı»,TTM, 2002 Mənbə: http://kayzen.az/

http://az.wikipedia.org/

http://www.anl.az/

Page 20: RAMAZAN BAYRAMI

Slaydı Səbail rayonMKS-in 1 saylı filialınkitabxanaçısı Səlimova

Firuzə hazırladı.