respublikanın ümumtəhsil məktəblərinin 6-cı əri üçün...
TRANSCRIPT
Respublikanın ümumtəhsil məktəblərinin
6-cı sinifləri üçün ―Biologiya‖ dərslik komplekti
Müəlliflər: Seyidli Yaşar
Xumar Əhmədbəyli
Əliyeva Nailə
Bakı: ―Bakı Nəşr‖ 2013.
Dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və açıq
müzakirələr bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında
hazırlanmış
YEKUN RƏY
2
Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:
1. Məzmunun işlənməsi baxımından;
2. Dil və yazı üslubu baxımından;
3. Dizayn və bədii tərtibat baxımından;
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından;
5. ―Müəllim üçün metodik vəsait‖in (MMV-nin) məzmununun işlənməsi
baxımından.
1. Məzmunun işlənməsi baxımından
Dərslik komplekti dərslikdən və müəllim üçün metodik vəsaitdən ibarətdir.
Dərslikdə təlim materialları ―Mündəricat‖, ―Biologiya canlı orqanizmlər
haqqında elmdir‖, ―Canlı orqanizmlərin quruluşu‖, ―Orqanizmlərin həyat
fəaliyyəti‖, ―Orqanizm və mühit‖ tədris vahidləri üzrə qruplaşdırılmış 8 fəsildən
ibarət olmaqla, 54 mövzunu əhatə etmişdir. Təlim materiallarının yaxşı
mənimsənilməsi üçün hər fəslin sonunda ―Ümumiləşdirici tapşırıqlar‖ verilmişdir.
Dərslikdə şagirdlərdə mövzu haqqında ilkin təsəvvürlərin formalaşdırılması,
öyrənilən bilik və bacarıqların tətbiqi və qiymətləndirilməsi üçün ―Maraqoyatma‖,
―Fəaliyyət‖, ―Bilirsinizmi?‖, ―Öyrəndiklərinizi tətbiq edin‖, ―Nə öyrəndiniz”,
―Öyrəndiklərinizi yoxlayın‖, ―Açar sözlər‖ kimi bölmələrin verilməsi
təqdirəlayiqdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına görə,
fənnin tədrisi üçün həftədə 2 saat olmaqla, 64 saat vaxt ayrılmışdır.
Dərslik komplektindəki materiallarla yeni təhsil proqramına (kurikulum) əsasən 4
məzmun xətti üzrə əsas və alt standartların reallaşdırılması nəzərdə tutulmuşdur.
Bununla yanaşı, dərslikdəki materiallar standartların bəzilərinin tam şəkildə
reallaşdırılmasına imkan vermir.
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
Bu alt standartın ―Vətənimizin təbiəti‖ mövzusunda reallaşdırılması nəzərdə
tutulmuşdur. Mövzu ətraflı izah edilmədiyindən, buna nail olunmamışdır. Mövzuda
yalnız respublikanın flora və faunası, bitki örtüyü, heyvanlar aləmi və nəsli
kəsilməkdə olan bitki və heyvanlar haqqında qısa məlumat verilmiş, lakin canlıların
bir-birilə və ətraf mühitlə əlaqəsi izah edilməmişdir.
3
Bu alt standart ―Canlıların təsnifatı‖, ―Bakteriyaların yayılması və təbiətdə
rolu‖, ―Xəstəliktörədən bakteriyalar. Viruslar‖, ―Bitki orqanlarının yeraltı və
yerüstü şəkildəyişmələri‖ və s. mövzularında isə müəyyən qədər reallaşdırılmışdır.
2.1.2. Maddələr mübadiləsinin pozulma hallarını izah edir.
Bu alt standartın ―Bakteriyaların yayılması və təbiətdə rolu. Xəstəliktörədən
bakteriyalar. Viruslar‖ mövzusunda reallaşdırılması nəzərdə tutulmuşdur. Bu
mövzuların tədrisi çərçivəsində “Maddələr mübadiləsinin pozulması” anlayışı ilə
bağlı nəinki heç bir fikrə, eyni zamanda sual, tapşırıq və fəaliyyətə də rast gəlinmir.
Deməli, şagird maddələr mübadiləsinin (insanlarda, heyvanlarda, bitkilərdə)
pozulması dedikdə, nələrin nəzərdə tutulduğunu, bu pozulmanın hansı hallarda baş
verdiyi və onun təzahürləri barədə sistemli bilgi ala bilmədiyinə görə, alt standartda
təsbit edilmiş bilik və bacarığı da formalaşdıra bilməyəcək. Şagirdin bu prosesdə
qazanacağı bilik və bacarıqlar əslində onun biologiya fənni çərçivəsində
mənimsəyəcəyi və ömrü boyu istifadə edəcəyi ən vacib bilik və bacarıqlardandır.
Çünki düzgün maddələr mübadiləsi sağlam həyat, onun pozulması isə həyata təhdid
deməkdir.
2.1.3. Bioloji proseslərə dair sadə təcrübələr və hesablamalar aparır.
Bu alt standartın ―Prokariot orqanizmlər‖, ―Gövdənin daxili quruluşu‖,
―Bitkilərin yeraltı qidalanması‖, ―Bitkilərin havadan qidalanması. Fotosintez‖,
―Bakteriya və göbələklərin qidalanması‖ və ―Bitkilərdə tənəffüs‖ mövzularının
tədrisi yolu ilə formalaşdırılması nəzərdə tutulmuşdur. Həmin mövzularla bağlı
dərslərdə alt standartın birinci hissəsinə aid bilik və bacarıqların formalaşdırılması
üçün kifayət qədər material olsa da, ikinci hissəsinə – bioloji proseslərə dair
hesablamalara aid yalnız bircə bəsit tapşırıq var (səh. 33). Deməli, alt standartın tam
şəkildə formalaşdırılması mümkün olmayacaq.
Ümumiyyətlə, dərslikdəki materiallar fənn üzrə bilik və bacarıqların
formalaşdırılmasına, şagirdlərdə canlı orqanizmlər haqqında əsaslı məlumatlar əldə
etməyə əsasən imkan versə də, dərslikdə məzmunla bağlı çoxlu sayda elmi, pedaqoji
səhvlərə, ifadə xətalarına yol verilib.
Səhifə 10-da ―Respublikamız müxtəlif iqlim qurşaqlarında yerləşir‖ fikri
düzgün deyil. Azərbaycan mülayim iqlim qurşağında yerləşir, lakin onun ərazisində
4
müxtəlif iqlim tipləri (8) müəyyən edilib1. “İqlim qurşağı” və “iqlim tipi” fərqli
anlayışlardır.
Səhifə 11-də ―Vətənimizin ərazisində yalnız bizim təbiətə xas olan –
dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, şümşad, eldar şamı,
qaraçöhrə və s. ağaclara rast gəlinir‖ fikrinin “Vətənimizin ərazisində dəmirağac,
Lənkəran akasiyası, şabalıdyarpaq palıd, şümşad, eldar şamı, qaraçöhrə və s.
ağaclara rast gəlinir” kimi verilməsi məqsədəuyğun hesab edilir.
Səhifə 12-də ―Nə öyrəndiniz‖ blokunda ―flora‖ anlayışının tərifinin səhifə
11-də olduğu kimi verilməsi məqsədəuyğun hesab edilir.
Səhifə 14-də biologiya elminin sahələrinə botanika, zoologiya, mikologiya,
bakteriologiya, virusologiya və ekologiya aid edilmişdir. Burada ―Biologiyanın
sahələri‖ başlığının çıxarılması məsləhətdir. Çünki biologiya elminin sahələri
çoxdur. Burada isə onun bəzi sahələri göstərilmişdir.
Səhifə 17-də ―Yaranan fərdlər fərdi inkişafı dövründə (doğulandan ölənə
qədər) dəyişilir‖ cümləsi “Yaranan fərdlər fərdi inkişafı dövründə (mayalanma
anından ölənə qədər) dəyişilir” kimi yazılmalıdır.
Səhifə 18-də ―Açar sözlər‖dən ―Böyümə və inkişaf‖ sözləri çıxarılmalıdır.
Səhifə 19-da ―Canlıların təsnifatını öyrənən elm sistematika adlanır‖
əvəzinə “Canlıların müxtəlifliyini öyrənən elm sistematika adlanır” yazılmalıdır.
Belə ki, elm təsnifatı öyrənmir, onu yaradır.
Yenə həmin səhifədə sonuncu abzasda verilmiş ―K. Linney hər bir növü –
ikiqat latın adları ilə adlandırmışdır‖ cümləsi “K. Linney növü adlandırmaq üçün
sələfləri tərəfindən təklif olunan ikiqat latın adlarını elmə daxil etmişdir” kimi
yazılmalıdır.
Səhifə 21-də ―Açar sözlər‖dən ―Növ‖ anlayışı çıxarılmalıdır.
Səhifə 22-də ―Onurğalı heyvanlarda olduğu kimi, onda inkişaf zamanı
bədənin dayağını təşkil edən xorda meydana gəlir və sonradan onurğaya
çevrilir‖ cümləsi qüsurludur. Belə ki, onurğa xordadan deyil, onun ətrafında əmələ
gəlir. Bu cümlədən sonra “Buna görə də o, xordalılar tipinə aid edilir” cümləsinin
verilməsi məqsədəuyğun hesab edilir. Həmçinin burada verilmiş təsnifata “fəsilə”ni
də daxil etmək lazımdır. Çünki səhifə 20-dəki təsnifatda fəsilə də qeyd olunmuşdur.
1 http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_t%C9%99bi%C9%99t i
5
Yenə həmin səhifədə ―Belə ki, insanda meymundan fərqli olaraq kəllənin
beyin şöbəsi üz şöbəsindən böyükdür‖ cümləsindən sonra “Bu onda şüurun inkişaf
etməsinə və əlin əmək alətinə çevrilməsinə səbəb oldu” fikrinin qeyd olunması
məqsədəuyğun hesab edilir.
Səhifə 24-də tapşırıq 3-də sistematik vahidlərin arasından “aləm” sözü
çıxarılmalıdır.
Səhifə 26-da ―Orqanizmlərin hüceyrəli quruluşu‖ deyil, “Orqanizmlərin
hüceyrəvi quruluşu” yazılması daha doğru olar.
Səhifə 27-də ―Fəaliyyət 2‖də ―Tubus (baxış borusu) – mikroskopun
gövdəsinə bərkidilir‖ əvəzinə “Tubus (baxış borusu) – mikroskopun ştativinə
bərkidilir” yazılmalıdır.
Səhifə 34-də ―Bir ədəd bağırsaq çöpü bakteriyasının gün ərzində verdiyi
nəsil oturacağı 2 m2 , hündürlüyü isə 1 km-ə çatan piramidanı doldura bilərdi‖
cümləsində piramidanın təsviri düzgün verilməmişdir. Burada ―2 m2‖ əvəzinə
“2 km2” yazılmalıdır.
Yenə həmin səhifədə ―Bakteriyalar milyon illər ərzində orqanizmlərin
qalıqlarını minerallaşdıraraq faydalı qazıntı yataqlarının yaranmasında iştirak
etmişdir‖ fikri düzgün deyil. Çünki faydalı qazıntılar üzvi qalıqların minerallaşması
nəticəsində əmələ gəlmir.
Səhifə 35-də ―insan brusellyozla yoluxmuş qaramaldan sağılmış çiy südlə
qidalandıqda...‖ cümləsinin “insan brusellyozla yoluxmuş qaramaldan sağılmış çiy
və ya yaxşı bişirilməmiş südlə qidalandıqda...” kimi verilməsi daha məqsədəuyğun
hesab edilir.
Səhifə 36-da ―İnsanda viruslar - qrip, qızılca, çiçək, göyöskürək və QİÇS
(qazanılmış immun çatışmazlığı sindromu) xəstəliyi törədirlər‖ fikri düzgün
deyil. Göyöskürək virus mənşəli deyil, bakteriya mənşəlidir.
Səhifə 37-də ―Qonur ayının yeni doğulan balasının çəkisi 500 q-a çatsa da,
özü təxminən 200 kq olur” fikri düzgün deyil. Şimalda yaşayan qonur ayıların
kütləsi 700-800 kq-a qədər çatır. Hətta 1134 kq ağırlığında qonur ayı da qeydə
alınıb2.
2 http://ru.wikipedia.org/wiki/%D0%91%D1%83%D1%80%D1%8B%D0%B9_%D0%
BC%D0%B5%D0%B4%D0%B2%D0%B5%D0%B4%D1%8C
6
Səhifə 39-da ―Hollandiyalı alim Levenhuk ... sudan bir damcı götürərək
lupa ilə nəzərdən keçirdi‖ cümləsində ―lupa‖ əvəzinə “mikroskopla” yazmaq
məsləhətdir. Səhifə 29-da ―mikroskopla‖ yazılmışdır.
Səhifə 41-də ―XIX əsrdə alman alimləri Teodor Şvan və Matias Şleyden
müəyyən etdilər ki, bitki və heyvan orqanizmləri hüceyrələrdən təşkil
olunmuşdur‖ fikri düzgün deyil. 1675-ci ildə italyan həkimi Marçello
Malpigi və 1682-ci ildə ingilis botaniki Qrü Neemiya bitkilərin hüceyrələrdən təşkil
olunduğunu təsdiqləmişlər. 1802-1808-ci illərdə fransız tədqiqatçısı Şarl-Fransua
Mirbel müəyyən etmişdir ki, bütün bitkilər hüceyrələrin əmələ gətirmiş olduqları
toxumalardan ibarətdirlər. Jan-Batist Lamark isə 1809-cu ildə sübut etmişdir ki,
heyvanlar da bitkilər kimi hüceyrələrin əmələ gətirmiş olduqları toxumalardan
ibarətdirlər3.Teodor Şvan və Matias Şleyden isə “Hüceyrə nəzəriyyəsi”ni yaratmışlar.
Səhifə 47-49-da ―Dayaq – hərəkət orqanlar sistemi‖ əvəzinə “Əzələ və sümük
sistemi” yazılması məsləhətdir.
Səhifə 47-də ―Orqanizmdə müəyyən yeri olan, bir neçə növ hüceyrə
qrupundan təşkil olunan və hər hansı funksiya yerinə yetirən hissəsi orqan
adlanır‖ cümləsinin “Orqanizmdə müəyyən yeri olan, bir neçə növ toxuma
qrupundan təşkil olunan, bir və ya bir neçə funksiya yerinə yetirən hissəsi orqan
adlanır” kimi verilməsi məsləhətdir.
Səhifə 52-də zoğun tərifinin “Gövdənin üzərində yarpaq və tumurcuq olan
cavan hissəsi zoğ adlanır” kimi verilməsi daha məqsədəuyğundur.
Yenə həmin səhifədə ―Gövdənin əsas funksiyaları ... budaqları və
yarpaqları işığa çıxarmaqdır‖ cümləsindən ―budaqları‖ sözünün çıxarılması
məsləhətdir. Belə ki, budaqlar elə gövdənin şaxələnmiş hissələridir.
Yenə həmin səhifədə ―Çoxalma prosesində iştirak edən orqanlara — çiçək,
toxum və meyvə aiddir‖ cümləsi “Cinsi çoxalma prosesində iştirak edən orqanlara
- çiçək, toxum və meyvə aiddir” kimi yazılmalıdır.
Səhifə 53-də şəkilaltı yazıda ―zoğ (gövdə)‖ göstərilmişdir. Buradan zoğun
çıxarılması təklif edilir.
Səhifə 54-də ―Tumurcuq xaricdən tumurcuq pulcuqları ilə örtülmüşdür‖
cümləsi “Tumurcuğun xarici hissəsi tumurcuq pulcuqlarından təşkil olunmuşdur”
kimi yazılmalıdır.
3 http://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BB%D0%B5%D1%82%D0%BA%D0%B0
7
Yenə həmin səhifədə ―Yarpaqla gövdə arasında qalan bucağa yarpaq
qoltuğu deyilir‖ cümləsinin “Yarpaqla, ondan yuxarıda yerləşən buğumarası
arasında yaranan bucağa yarpaq qoltuğu deyilir” kimi yazılması daha
məqsədəuyğun hesab edilir.
Səhifə 57-də ―Açar sözlər‖də olan “floema” artıq olduğundan şagirdləri
çaşdırır.
Yenə həmin səhifədə ―Öyrəndiklərinizi yoxlayın‖da yazılmışdır: ―1. Dəricik
və ya mantar + ilk qabıq + floema.‖ Burada gövdənin daxili quruluşunda “İlk qabıq
anlayışı” verilməmişdir.
Səhifə 59-da mürəkkəb yarpaqların bölgüsü və şəkilləri verilmiş, lakin buna aid
heç bir bitki nümunəsi göstərilməmişdir.
Səhifə 61-də ―Ondan altda qeyri-düzgün formalı və xloroplastları nisbətən
az olan ...‖ cümləsi “Ondan altda qeyri-düzgün formalı hüceyrələrə malik və
xloroplastları nisbətən az olan ...” kimi yazılmalıdır.
Yenə həmin səhifədə ―Ağızcıqlar iki qapayıcı hüceyrədən təşkil
olunmuşdur‖ cümləsi “Ağızcıqlar iki qapayıcı hüceyrədən və yarıqdan təşkil
olunmuşdur” kimi yazılmalıdır.
Səhifə 62-də verilmiş “Nə öyrəndiniz” və “Açar sözlər” mənasızdır. Çünki
―Açar sözlər‖in sayı birinci cümləni tamamlamır.
Səhifə 63-də ―kökün zonaları‖ yarımbaşlığının “cavan kökün zonaları” kimi
yazılması daha məqsədəuyğundur.
Yenə həmin səhifədə ―Güclü küləklər ağacları əysə də, onlar, adətən
yıxılmır və sınmır‖ fikri düzgün deyil. Əgər söhbət güclü küləklərdən (saniyədə 24
m-dən yuxarı sürətlə əsən) gedirsə, onlar ağacları nəinki sındırır, yıxır, hətta
kökündən çıxarıb başqa yerə də atır.
Səhifə 65-də ―Açar sözlər‖dən ―Əmici tellər‖ və ―Kökün növləri‖
çıxarılmalıdır.
Səhifə 66-da ―Maraqoyatma‖ mətnində kartof bitkisi ―kol‖ kimi
göstərilmişdir. Burada ―kolu‖ deyil, “bitkini” yazılmalıdır.
Səhifə 67-də qoltuq tumurcuqları haqqında verilmiş ―Dibciyin üzərində təpə,
ətli pulcuqların qoltuğunda isə qoltuq tumurcuqları olur‖ izahı düzgün deyil.
Cümlədən elə başa düşülür ki onlar dibciyə aid deyil, dibciyin üzərində yerləşmir.
8
Yenə həmin səhifədə ―Soğanaqlı bitkilərə soğan, sarımsaq, dağ laləsi ... kimi
çoxillik bitkilər aiddir‖ cümləsindən “soğanı” çıxarmaq lazımdır. Belə ki, “soğan”
çoxillik deyil, ikiillik bitkidir.
Səhifə 69-da ―Onların belə adlandırılmasının səbəbi xüsusi orqanları
vasitəsi ilə həşərat tutmağa uyğunlaşmalarıdır‖ cümləsi “Onların belə
adlandırılmasının səbəbi xüsusi şəklini dəyişmiş orqanları vasitəsi ilə həşərat
tutmağa uyğunlaşmalarıdır” kimi yazılmalıdır.
Yenə həmin səhifədə həşəratyeyən bitkilər haqqındakı məlumatlarda qeyd
etmək olar ki, bu bitkilər əsasən avtotrof qidalanma üsulundan istifadə edirlər. Azota
olan tələbatı ödəmək üçün xüsusi orqanları şəklini dəyişərək həşəratı tutmaq üçün
uyğunlaşmışdır. Ümumilikdə, bu bitkilər miksotrof bitkilərə aiddir.
Səhifə 70-də ―Şehçiçəyinin (1) yarpaqlarının üzərində yapışqanlı damcılar
olan qırmızımtıl tükcüklər vardır‖ cümləsi “Şehçiçəyinin (1) yarpaqlarının
üzərində yapışqanlı damcılar olan qırmızımtıl vəzili tükcüklər vardır” kimi
yazılmalıdır.
Yenə həmin səhifədə verilmiş ―Həşərat parıldayan damcı üzərinə qonan
zaman yarpağın ucu qatlanaraq həşəratı udur‖ cümləsi “Həşərat parıldayan
damcı üzərinə qonan zaman yarpağın üzərindəki tükcüklər qatlanaraq həşəratı udur”
kimi yazılmalıdır.
Səhifə 74-də sonuncu şəkildə ―söyüdün çiçəkləri‖ deyil, “söyüdün sırğa çiçək
qrupları” yazılmalıdır.
Yenə həmin səhifədə ―Lakin bəzi bitkilərdə (dağlaləsi, süsən, amarillis,
inciçiçəyi) ...‖ cümləsinin “Lakin bəzi bitkilərdə (dağlaləsi, süsən, nərgizgülü,
inciçiçəyi) ...” kimi yazılması məqsədəuyğun hesab edilir.
Səhifə 75-də ―Bircinsli çiçəklər bitki üzərində yerləşməsinə görə birevli və
ya ikievli bitkilərə bölünür‖ cümləsinin “Bircinsli çiçəklərin bitki üzərində
yerləşməsinə görə birevli və ikievli bitkilər ayırd olunur” kimi yazılması
məqsədəuyğun hesab edilir.
Səhifə 76-da tək-tək yerləşən çiçəklər haqqında məlumat verilməmişdir.
Səhifə 78-də ―Öyrəndiklərinizi tətbiq edin‖də, cədvəldə D bəndində iki bitki
növü göstərilmişdir - yerkökü, cəfəri. Qalan bəndlərdə isə yalnız bir bitki növü
verilmişdir. Bütün bəndlərdə bir bitkinin verilməsi məqsədəuyğun hesab edilir.
9
Səhifə 79-da ― ... lobya toxumlarını götürərək onun formasını, rəngini və
saplağın izi olan göbəkciyi diqqətlə nəzərdən keçirin‖ cümləsinin “... lobya
toxumlarını götürərək onun formasını, rəngini və toxum saplağının izi olan göbəkciyi
diqqətlə nəzərdən keçirin” kimi verilməsi məqsədəuyğun hesab edilir.
Yenə həmin səhifədə verilmiş ―Qabığın altında iki iri və qalın ləpə
yarpaqları və rüşeymin yerləşdiyinə diqqət yetirin‖ cümləsi qüsurludur. Ləpə
yarpaqları rüşeymin ayrılmaz hissələri olduğundan, burada “rüşeymin digər
hissələrinin yerləşdiyinə diqqət yetirin” yazılmalıdır.
Səhifə 90-da ―Açar sözlər‖dən ―Böyümə‖ anlayışı çıxarılmalıdır.
Səhifə 95-də ―Açar sözlər‖dən ―Üzvi gübrələr‖ və ―Mineral gübrələr‖
anlayışları çıxarılmalıdır.
Səhifə 96-da fotosintezə aid təcrübələr kifayət qədər deyil.
Səhifə 98-də ―Açar sözlər‖dən ―Avtotrof qidalanma‖ anlayışı çıxarılmalıdır
Səhifə 99-da ―Parəbüzənin öz qısa – üçhəftəlik həyatı dövründə 1000-ə,
yetkin fərdi isə 4000-ə qədər mənənəni məhv edir‖ fikri düzgün deyil.
Parəbüzənlər qidanın mövcudluğundan asılı olaraq bir neçə aydan bir ilə qədər, hətta
iki ilə qədər yaşaya bilir4, payız fəslində daş meyllərdə, tikintilərin divarlarında,
yarpaqların altında qışlayırlar.
Səhifə 106-da ―Mərciməklər isə adətən gövdənin qabıq hüceyrələri arasında
yerləşir‖ cümləsində “mərciməklərin mantarda yerləşdiyi” fikrinin vurğulanması
təklif edilir.
Səhifə 111-də həmişəyaşıl bitkilər haqqındakı məlumatda ―qaraşamı‖ misal
göstərmək olmaz. Belə ki, o, yarpaqlarını tökən bitkidir.
Yenə həmin səhifədə ―Öyrəndiklərinizi yoxlayın‖da evkalipti yalnız tropik
bitki hesab etmək olmaz. Onun adı “yaxşı örtürəm” kimi tərcümə olunur. Belə ki,
evkaliptin qönçələri oduncaqlaşmış çiçəkyanlığı ilə örtülmüş olur. Evkalipt sağlam
iqlim təmin edir. Buna görə də onu “həyat ağacı”, “meşələrin almazı”, “möcüzələr
ağacı” da adlandırırlar. Evkaliptin vətəni Avstraliyadır. Burada onun 600-ə yaxın
növü bitir. Onların arasında nəhəng evkalipt kimi rütubətli iqlimdə yaşayan çox
hündür ağaclara, eləcə də Mərkəzi Avstraliyanın səhralarında yaşayan alçaqboylu
kollara da təsadüf olunur. Evkalipt əsasən tropik və ya subtropik iqlim bitkisidir, bəzi
4 http://ru.wikipedia.org/wiki/%D0%91%D0%BE%D0%B6%D1%8C%D0%B8_%D0%BA%
D0%BE%D1%80%D0%BE%D0%B2%D0%BA%D0%B8
10
növləri isə mülayim, soyuq və dağlıq subtropik ərazilərin sakinidir. Yüksək dağlıq
rayonlarda hətta –20 – 24°C şaxtaya dözə bilən növləri də mövcuddur.
Səhifə 112-də ―Qurdlar, həşəratlar və digər onurğasızlarda bu maye bütün
bədəndə dövr edir və hemolimfa adlanır‖ cümləsinin “Bəzi qurdlar, həşəratlar və
digər onurğasızlarda bu maye bütün bədəndə dövr edir və hemolimfa adlanır” kimi
yazılması məqsədəuyğun hesab edilir.
Səhifə 113-də ―... qurbağada, kərtənkələdə, ilanda qan ürəyin şöbələrinin
birində qarışır. Nəticədə onların bədən orqanlarına qarışıq qan daxil olur‖ fikri
düzgün deyil. Əslində suda-quruda yaşayanlarda və sürünənlərdə baş beyinə yalnız
arterial qan daxil olur.
Səhifə 126-da ―Açar sözlər‖dən ―Tozluq, Yumurtalıq, Mayalanma‖ sözləri
çıxarılmalıdır.
Səhifə 127-128-də toxumlar və torpaq tipləri haqqında məlumatın bir qədər
geniş verilməsi təklif edilir.
Səhifə 130-da ―Kürüdən çıxan balıq körpəsi isə böyüyərək balığa çevrilir‖
cümləsi “Kürüdən çıxan balıq sürfəsi körpəyə, o isə böyüyərək yetkin balığa çevrilir”
kimi yazılmalıdır.
Yenə həmin səhifədə ―Məməlilərin (yumurtaqoyan məməlilərdən başqa)
rüşeymi dişinin xüsusi orqanı olan balalıqda inkişaf edir‖ cümləsinin
“Məməlilərin (yumurtaqoyan və kisəli məməlilərdən başqa) rüşeymi dişinin xüsusi
orqanı olan balalıqda inkişaf edir” kimi yazılması məqsədəuyğun hesab edilir.
Səhifə 142-də ―Əlverişli qarşılıqlı münasibətlər‖ əvəzinə “Əlverişli qarşılıqlı
münasibətlər — simbioz” yazılması məsləhətdir.
Səhifə 144-də “... 1966-cı ildə ilk ―Qırmızı kitab‖ nəşr olundu‖ cümləsi
yanlışdır. İlk “Qırmızı kitab” 1963-cü ildə nəşr olunub5.
Yenə həmin səhifədə ―Azərbaycanda ... 12 qoruq ... var” cümləsi yanlışdır.
Azərbaycanda 11 qoruq var. Bu cür məlumatlar mötəbər rəsmi mənbələrdən
götürülməlidir. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytından6 (Bu
səhv 146-cı səhifədə də təkrarlanıb).
Səhifə 145-də ―Açar sözlər”də ―Qorunan ərazilər‖ sözləri artıqdır.
5 http://ru.wikipedia.org/wiki/%D0%9A%D1%80%D0%B0%D1%81%D0%BD%D0%B0%
D1%8F_%D0%BA%D0%BD%D0%B8%D0%B3%D0%B0 6 http://www.eco.gov.az/b-qoruqlar.php
11
Səhifə 154-də ―Güman edilir ki, onların əcdadları – vəhşi halda yaşayan
Prjevalski atları və tarpanlardır‖ əvəzinə “Güman edilir ki, onların əcdadları –
əvvəllər təbiətdə vəhşi halda yaşamış Prjevalski atları və tarpanlardır” yazılmalıdır.
Belə ki, hal-hazırda təbiətdə Prjevalski atları və tarpanlar yoxdur, Prjevalski atları
yalnız zooparklarda qalmış, tarpanların isə nəsli təqribən 100 il bundan əvvəl
kəsilmişdir.
Səhifə 155-də ―Məsələn, insan çiy süd içdikdə və ya duzsuz pendir yedikdə
brusellyozla xəstələnir‖ cümləsinin “Məsələn, insan çiy süd içdikdə və ya duzsuz
pendir yedikdə brusellyozla xəstələnə bilər” kimi verilməsi daha məqsədəuyğundur.
Belə ki, qaramalın brusellyoza yoluxması mütləq deyil.
Səhifə 158-də ―Düzgün qidalanma‖ mövzusunda motivasiya üçün şagirdlərə
belə bir mətn təqdim olunur: ―Məşhur səyahətçi Alonso de Oheda Cənubi
Amerikaya etdiyi ekspedisiyaların birində bir neçə dənizçini xəstə olduqlarına
görə bir adada qoyub getmək məcburiyyətində qalır. Bir neçə aydan sonra
adaya qayıdan səyahətçi dənizçilərin sağ və salamat olduqlarını görüb heyrətə
gəlir. Həmin adanı Kurasao adlandırırlar (portuqal dilində ―kure‖ – şəfa
verən)‖.
Sonra isə şagirdlərə aşağıdakı sual verilir: ―Dənizçilərin sağalmasının səbəbi nə
ola bilər?‖
Göründüyü kimi, şagirdlərin verə biləcəyi istənilən cavab bu mövzu ilə bağlı
olmayacaq və orada aşılanmaq istənən fikirləri dəstəkləməyəcək. Çünki xəstə
dənizçilərin kimsəsiz adada özlərinə lazımi qidaları tapıb düzgün qidalanmalarından
söhbət belə gedə bilməz. Onlar əllərinə keçəni, hətta tanımadıqları şeyləri yeməyə
məhkumdurlar.
Əslində isə söhbət C vitamininin çatışmazlığı ilə bağlı olan sinqa xəstəliyindən
gedir. Dənizçilər adada bitən və C vitamini ilə zəngin olan meyvələrlə qidalanma
nəticəsində salamat qalırlar.
Deməli, bu mətn, ―Düzgün qidalanma‖ya deyil, ―Dərman bitkiləri‖ mövzusuna
aiddir.
Dərsliyin rus dilində olan variantında da müəyyən qüsurlar var. Bunlar
aşağıdakılardır:
Səhifə 15-də ―экология‖ sözünün mənası ―дом, родина‖ kimi izah
olunmuşdur. Dərsliyin Azərbaycan dilində olan variantında isə ―ev, yaşayış
12
məskəni‖ kimi verilmişdir. Yaşayış məskəni – “местообитание” kimi tərcümə
edilir.
Səhifə 18-də ―Açar sözlər‖dən ―Рост и развитие‖ sözləri çıxarılmalıdır.
Səhifə 20-də ―Сходные отряды объединяют в классы, классы в типы (у
животных) и в порядки (у растений), которые в свою очередь входят в
состав царств‖ cümləsi “Сходные отряды объединяют в классы, классы в
типы ( у животных) и в отделы (у растений), которые в свою очередь входят
в состав царств” kimi yazılmalıdır.
Səhifə 21-də ―Açar sözlər‖dən ―Вид‖ sözü çıxarılmalıdır.
Səhifə 22-də sxemdə insanın “Hominidae” fəsiləsinə aid olduğu göstərilməli idi.
Səhifə 23-də ―Nə öyrəndiniz‖də ―речь‖ sözünü “роль” ilə əvəz etmək
lazımdır.
Səhifə 27-də verilmiş sözlərin mənasının, dərsliyin Azərbaycan dilin variantında
olduğu kimi, dırnaqda (“”) verilməsi məsləhətdir.
Yenə həmin səhifədə ―с ручкой‖ əvəzinə “рукояткой” yazılmalıdır.
Səhifə 35-də ―факторами‖ deyil, “условиями” yazılmalıdır. Dərsliyin
Azərbaycan dilində olan variantında ―əlverişli şərait” yazılmışdır.
Səhifə 42-də ―Öyrəndiklərinizi yoxlayın‖da ―без вакуолей‖ ifadəsi dərsliyin
Azərbaycan dilində olan variantında verilməmişdir.
Səhifə 43-də ―Образована живыми клетками с тонкими стенками‖
cümləsində ―стенками‖ deyil, “оболочками” yazılmalıdır. Dərsliyin Azərbaycan
dilində olan variantında ―nazik qılaflı‖ yazılmışdır.
Səhifə 44-də dərsliyin Azərbaycan dilində olan variantında ―Öyrəndiklərinizi
yoxlayın‖da ―a. Çinarın gövdəsinin qabığı‖, dərsliyin rus dilində olan variantında
isə ―a. кора тополя‖ verilmişdir. Burada тополь – qovaq bitkisidir. Yenə də
burada “çinarın gövdəsinin özəyi” yazılması daha dəqiq olar. Belə ki, qabıq olduqca
mürəkkəbdir, çoxlu toxuma növündən ibarətdir.
Səhifə 45-də ―По особенностям строения и месторасположению …‖
cümləsi dərsliyin Azərbaycan dilində olan variantında ―Quruluş xüsusiyyətinə və
yerinə yetirdikləri funksiyalara görə ...‖ kimidir. Bu cümlənin tərcüməsi “По
особенностям строения и выполняемым функциям …” kimi yazılmalıdır.
Səhifə 46-da ―Öyrəndiklərinizi tətbiq edin‖də cədvəldə ―Эпителий‖ deyil,
“Эпителиальная” yazılmalıdır.
13
Səhifə 47-də ―С‖ hərfini adi şriftlə yazmaq lazımdır.
Səhifə 49-da ―Öyrəndiklərinizi tətbiq edin‖də şərti “Найдите
соответствие между системой органов и органами.” kimi yazmaq lazımdır.
Burada ―8. Скелет‖ əvəzinə “8. кость ” yazılmalıdır. Çünki skelet orqan deyil,
orqanlar sistemidir.
Yenə həmin səhifədə “Nə öyrəndiniz”də dərsliyin Azərbaycan dilində olan
variantında olduğu kimi “-” olmalıdır.
Səhifə 52-də ―Деятельностья‖ əvəzinə “Деятельность” olmalıdır.
Səhifə 53-də dərsliyin Azərbaycan dilində olan variantından fərqli olaraq
―Вегетативные и генеративные почки‖ başlığı unudulmuşdur.
Səhifə 56-da ―Fəaliyyət 1‖də ―Сделайте продольный срез ветки тополя,
отделите верхний слой, ...‖ cümləsində ―верхний‖ əvəzinə “наружный”
yazılmalıdır.
Səhifə 57-də “Açar sözlər‖dən ―флоэма‖ sözü çıxarılmalıdır.
Səhifə 62-də ―Öyrəndiklərinizi tətbiq edin‖də cədvəldən ―мякоти листа‖
çıxarılmalıdır. Bu dərsliyin Azərbaycan dilində olan variantında verilməmişdir.
Yenə həmin səhifədə ―... а по сосудам в лист попадают вода и
минеральные соли ‖ cümləsində ―попадают‖ sözünün əvəzinə “поступают”
yazılmalıdır.
Səhifə 65-də ―Açar sözlər‖dən ―Корневые волоски‖ и ―Виды корней‖
ifadələri çıxarılmalıdır.
Səhifə 66-da ―Fəaliyyət 1‖də ―... подземную часть свинорой –
корневище‖ əvəzinə “... подземную часть свинороя – корневище” yazılmalıdır.
Səhifə 67-də ―Луковица. Клубни‖ hissəsi dərsliyin Azərbaycan dilində olan
variantındakı kimi verilməlidir.
Burada ―Такие растения быстро растут‖ deyil, “Такие корни быстро
растут” olmalıdır.
Səhifə 70-də ―Это интересно‖ əvəzinə dərsliyin Azərbaycan dilində olan
variantına uyğun olaraq ―Знаете ли вы?‖ yazılmalıdır.
Yenə həmin səhifədə ―Примером этого могут служить листья капусты‖
cümləsi düzgün tərcümə olunmamışdır. Dərsliyin Azərbaycan dilində olan
variantında ―Kələmin alt yarpaqları buna misal ola bilər‖ yazılmışdır.
14
Səhifə 71-də dərsliyin Azərbaycan dilində olan variantında olduğu kimi,
“непентеса (кувшиночник)” yazılmalıdır.
Yenə həmin səhifədə birinci cümlədə ―В почве‖ əvəzinə “В почвах”
yazılmalıdır.
Yenə həmin səhifədə ―Öyrəndiklərinizi yoxlayın‖da ―1. Укажите, какие
органы и у растений подверглись видоизменениям‖ əvəzinə “1. Укажите,
какие органы растений подверглись видоизменениям” yazılması məsləhətdir.
Səhifə 72-də ―Ümumiləşdirici tapşırıqlar‖da 4-cü tapşırıqda ―тканей‖ deyil,
“частей” yazılmalıdır.
Yenə həmin səhifədə “6. Определите видоизменение листь и побегов
растений‖ deyil, “Определите видоизменение листьев и побегов растений.”
yazılmalıdır.
Səhifə 77-də ―Сложный колос состоит из нескольких …‖ cümləsində
“состоит из нескольких‖ ifadəsi adi şriftlə yazılmalıdır. Həmçinin buraya
―колосков‖ sözü əlavə edilməlidir.
Yenə həmin səhifədə dərsliyin Azərbaycan dilində olan variantında
―Üçyarpaq və qırmızıbaş yonca‖, dərsliyin rus dilində olan variantında isə
―клевер‖ yazılmışdır, “трехлистовый и красноголовый клевер” yazılarsa, daha
doğru olar.
Yenə həmin səhifədə ―Öyrəndiklərinizi yoxlayın‖da krossvorda bir xana
əlavə etmək lazımdır.
Səhifə 79-da ―Обратите внимание на их форму, цвет и место
прикрепления семени к околоплоднику – рубчик‖ cümləsi düzgün deyil. Belə
ki, göbəkcik toxumun meyvəyanlığına birləşdiyi yer deyil, toxumu meyvəyanlığına
birləşdirən toxum saplağının izidir.
Səhifə 86-da ―Обобщающие задания”da tapşırıq 3-də ―вид растения‖
deyil, “название растения” yazılmalıdır.
Səhifə 90-da ―Açar sözlər‖dən ―Рост‖ sözü çıxarılmalıdır.
Səhifə 93-də ―Açar sözlər‖dən ―Лазающие стебли‖ və ―Вьющиеся
стебли‖ ifadələri çıxarılmalıdır.
Səhifə 94-də ―Fəaliyyət‖də ―Срежьте стебель комнатного растения,
оставив 2-3 см высотой‖ deyil, “Срежьте стебель комнатного растения,
15
оставив пенек высотой 2-3 см” yazılmalıdır. Bundan başqa, bu təcrübədə rezin
boruya su tökmək lazımdır.
Səhifə 95-də cədvəldə ―Ускоряет рост стебля и листьев. Ускоряет
цветение, развитие и созревание плодов. Усиливает рост корней, луковиц и
клубней, повышает морозо - и засухоустойчивость‖ deyil, “Ускоряют рост
стебля и листьев. Ускоряют цветение, развитие и созревание плодов.
Усиливают рост корней, луковиц, клубней и корнеклубней, повышают морозо -
и засухоустойчивость” yazılmalıdır.
Yenə həmin səhifədə ―Açar sözlər‖dən ―Органические удобрения‖ və
―Минеральные удобрения‖ ifadələri çıxarılmalıdır.
Səhifə 98-də ―Açar sözlər‖dən ―Автотрофное питание‖ ifadəsi
çıxarılmalıdır.
Səhifə 100-də ―- это всеядные животные. К ним относятся такие
животные как обезьяна, ѐж, бурый медведь, кабан‖ cümləsində meymun
terminini işlətmək korrekt deyil. Belə ki, meymunların 200-dən çox növü var və onlar
müxtəlif mənşəli qidalarla qidalanırlar: qorillalar vegetariandırlar, bəzi meymunlar
sırf cücüyeyəndirlər və s. Burada konkret növün və ya cinsin adının verilməsi
(məsələn, şimpanze) yaxşı olar.
Səhifə 101-də ―Öyrəndiklərinizi tətbiq edin‖də verilmiş ―Животные,
поедающие остатки животных и растений‖ cümləsi düzgün deyil. Belə ki, bitki
qalıqları ilə qidalanan heyvanlar cəsədyeyən sayılmır.
Səhifə 106-da ―Nə öyrəndiniz‖də ―... выде-ляют углекислый газ‖
ifadəsindən “-” götürülməlidir.
Səhifə 113-dəki ―... так что к органам тела поступает смешанная кровь‖
fikri doğru deyil. Çünki əslində suda-quruda yaşayanlarda və sürünənlərdə baş beyin
arterial qanla qidalanır.
Yenə həmin səhifədə ―Сосуды, по которым кровь движется к сердцу,
называются артериями, от сердца – венами‖ deyil, “Сосуды, по которым
кровь движется к сердцу, называются - венами, от сердца – артериями”
yazılmalıdır.
Səhifə 116-da ―Такие одноклеточные организмы, как амеба
обыкновенная, эвглена зеленая и бактерии, размножается делением
16
пополам‖ cümləsində ―размножается‖ deyil, “размножаются” yazmaq
lazımdır.
Səhifə 118-də ―qaymaqotu – чистяк‖ deyil, “qaymaqçiçəyi – лютик”
yazılmalıdır.
Səhifə 123-də ―Açar sözlər‖dən ―Опыление ветром‖, ―Опыление
насекомыми‖ və ―Искусственное опыление‖ ifadələri çıxarılmalıdır.
Səhifə 124-də “С.Г. Навашин русский ученый” yazılmalıdır.
Səhifə 126-da ―Açar sözlər‖dən ―Пыльник, Завязь, Oплодотворение‖
sözləri çıxarılmalıdır.
Səhifə 134-də ―Обобщающие задания‖da tapşırıq 5-də С bəndindəki
―Пыльцы у __ растений немного‖ artıqdır. Çünki Azərbaycan dilində olan
variantda bu ifadə verilməmişdir.
Səhifə 137-də ―Самораспространяющиеся растения‖ terminini “Растения
самостоятельно распространяющие семена” termini ilə əvəz etmək lazımdır.
Səhifə 138-də ―Nə öyrəndiniz‖də ―Бешенный огурец, фасоль и мак
распространяют семена_‖ deyil, “Бешенный огурец, фасоль и мак сами ___
семена” yazılmalıdır.
Səhifə 146-da ―На территории Азербайджана действуют 12 природных
заповедников‖ cümləsi “На территории Азербайджана действуют 12
государственных заповедников” kimi yazılmalıdır.
Səhifə 147-da ―дрофа‖ deyil, “обыкновенная дрофа” (adi dovdaq)
yazılmalıdır.
2. Dil və yazı üslubu baxımından
Dərslikdə təlim materialları sadə, anlaşıqlı dildə verilmiş, materialların seçimində
şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmışdır. Bununla yanaşı, bəzi düzəlişlərin
edilməsi məqsədəuyğun hesab edilir.
Səhifə 52-də ―Motivasiya‖da “şöhbət” deyil, “söhbət” olmalıdır.
Səhifə 58-də ―Motivasiya‖da ―salmaq‖ sözü sətirdən-sətrə düzgün
keçirilməmişdir.
Səhifə 59-da ―paralel damarlanma – iri damarlar yarpaq ayasında
bir-birinə paralel keçir‖ fikrinin “paralel damarlanma – iri damarlar yarpaq
ayasında bir-birinə paralel yerləşir” kimi verilməsi daha doğru olar.
17
Səhifə 88-də ―caatda‖ deyil, “saatda” yazılmalıdır.
3. Dizayn və bədii tərtibat baxımından
Dərslikdə hər bir mövzuya aid şəkillərin verilməsi şagirdlərdə canlılar aləmi
haqqında daha geniş təsəvvürlər yaradaraq, onlarda ətraf aləmi dərk etməyə və
verilmiş materialları daha dərindən öyrənməyə kömək edir.
Bununla yanaşı, müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır:
Dərsliyin rus dilində olan variantında səhifə 17-də şəkildə ―Пар‖, Azərbaycan
dilində olan variantda isə ―Su buxarı‖ yazılmışdır. Ona görə də dərsliyin rus
dilində olan variantında “Водяной пар” yazılması məsləhətdir.
Səhifə 30-da şəkillərdə bəzi xətlər artıqdır - yazıları yoxdur.
Səhifə 39-da dərsliyin rus dilində olan variantında şəkildə mötərizə içərisində
―колония‖ yazılmışdır. Dərsliyin Azərbaycan dilində olan variantında isə bu söz
verilməmişdir.
Səhifə 53-də şəkildə sağdan xətlərlə meyvəyanlığı və çəyirdək göstərilmişdir.
Əslində çəyirdək meyvəyanlığının daşlaşmış daxili hissəsidir. Şəklə əsasən
şagirdlərdə elə təsəvvür yarana bilər ki, çəyirdək toxumun müstəqil bir hissəsidir.
Səhifə 62-də səhv olaraq şəkildə yarpağın (ayasının) demək olar ki, bütün
toxumaları və o cümlədən dəriciyin şəffaf hüceyrələri yaşıl rənglə boyanmışdır.
Səhifə 69-da qovuqlu bitkisinin şəkli aydın təsvir olunmamışdır. Burada
bitkinin bir neçə yarpağının böyüdülmüş şəkildə verilməsi yaxşı olar.
Səhifə 74-də dərsliyin rus dilində olan variantında şəkilin altında ―Цветки
ивы‖ deyil, “Соцветия ивы” yazılmalıdır.
Səhifə 81-də şəkildə noxud toxumunun qabığı çox qalın verilmişdir.
səhifə 103-də dərsliyin rus dilində olan variantında şəkildə “с корнями
растения” deyil, “с корнями дерева” yazılmalıdır.
Səhifə 105-də şəkildə ağızcıq aydın görünmür. Dəricik isə səhvən bütünlüklə
yaşıl rəngə boyanmışdır.
Səhifə 114-də infuzor-tərliyin şəkilində ―ifrazat vakuolu‖ deyil, “ifrazat
vakuolları” yazılmalıdır.
Səhifə 131-də şəkildə ―Bölünmə‖ deyil, “Parçalanma” yazılması məsləhət
görülür.
18
Səhifə 131-də dərsliyin rus dilində olan variantında şəkildə ―Деление‖ deyil,
“Дробление” yazılması məsləhət görülür.
Səhifə 137-də dərsliyin rus dilində olan variantında ikinci şəkildə ―Волоски
(тростник)‖ deyil, “Волоски ( рогоз)” yazılmalıdır.
Səhifə 160-da yuxarıdakı üçüncü şəkil aydın deyil.
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından
Hər bir mövzuda verilmiş ―Öyrəndiklərinizi tətbiq edin‖, ―Öyrəndiklərinizi
yoxlayın‖, ―Nə öyrəndiniz‖ bölmələrində cədvəl, şəkil və test şəklində verilmiş
tapşırıqlar şagirdlərdə bu mövzuya aid olan bilikləri təhlil etmək, digər mövzularla
əlaqə yaratmaq, qazandıqları bilik və bacarıqları tətbiq etmək kimi müsbət
keyfiyyətlərin formalaşmasına imkan verir. Hər fəslin sonunda verilmiş
―Ümumiləşdirici tapşırıqlar‖ isə şagirdlərin fəsil üzrə qazandıqları bilik və
bacarıqları ümumiləşdirərək, canlı orqanizmlərin quruluşunu daha dərindən
öyrənməsinə xidmət edir.
Bununla yanaşı, dərslik komplektində müəyyən qüsurlar da var. Bunlar
aşağıdakılardır:
Səhifə 46-da ―Öyrəndiklərinizi yoxlayın‖da ―Heyvanların dərisi hansı
toxumadan əmələ gəlib‖ sualının çıxarılması məsləhətdir. Burada hansı heyvanın
dərisinin toxumaları soruşulur? Axı şagirdlər hələ bütün heyvanlar və onların
dərisinin quruluşu haqqında təsəvvürə malik deyillər.
Səhifə 47-də ―Fəaliyyət 1‖də ―Şəkillərdə hansı orqanlar sistemi
göstərilmişdir?‖ soruşulur. Şagirdlər şəkildəki canlılarda təsvir olunan bütün orqan
sistemlərini hələ öyrənməyiblər. Daha sonra isə ―Şəkildəki digər sistemin
funksiyası nədir?‖ soruşulur. Burada ―digər sistem‖ dedikdə nə başa düşüldüyü
aydın deyil.
Səhifə 50-də ―Ümumiləşdirici tapşırıqlar‖da ―parazit/saprofit‖ deyil,
dərsliyin rus dilində olan variantında olduğu kimi ―parazit/sianobakteriya‖
olmalıdır.
Səhifə 64-də ―Fəaliyyət 2‖də sonuncu suala cavab vermək mümkün deyil.
Səhifə 72-də ―Ümumiləşdirici tapşırıqlar‖da şagirdlərdən yumurtacığın
harada yerləşməsi soruşulur, halbuki proqram üzrə bu mövzu hələ tədris
edilməmişdir.
19
Səhifə 101-də ―Öyrəndiklərinizi yoxlayın‖da suallara cavab vermək üçün
lazım olan informasiya dərslikdə tam əks olunmamışdır.
Səhifə 108-də ―Öyrəndiklərinizi tətbiq edin‖də şəkillə bağlı suala cavab
vermək üçün dərslikdəki məlumat kifayət deyil.
Səhifə 139 və 141-də ―Fəaliyyət 1‖dəki suallara cavab vermək üçün dərslikdə
kifayət qədər məlumat verilməmişdir.
5. ―Müəllim üçün metodik vəsait‖in (MMV-nin)
məzmununun işlənməsi baxımından
Vəsaitdə dərslik və MMV-dən istifadə qaydaları, dərslik komplektinin
mövzular üzrə strukturu, fənn proqramı haqqında məlumat, fənn üzrə məzmun
standartları, fənn üzrə məzmun standartlarının reallaşma cədvəli, fənlərarası
inteqrasiya cədvəli, fənnin tədrisində istifadə olunan təlim forma və üsulları,
mövzuların illik planlaşdırılmasına dair nümunələr, şagird nailiyyətlərinin
qiymətləndirilməsinə dair tövsiyələr, mövzuların gündəlik planlaşdırılmasına dair
nümunələr, summativ qiymətləndirmə vasitələri haqqında məlumat verilmişdir.
Burada şagirdlərin tədris olunan materialı daha yaxşı mənimsəmələri və əldə etdikləri
bilikləri sistemləşdirmələri üçün nəzərdə tutulan cədvəllər və sxemlərin verilməsi,
qiymətləndirmə üçün təqdim olunan testlərin tərtibatı və məzmunu təqdirəlayiqdir.
Bununla yanaşı, MMV-də müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır:
MMV-də dərsliyin bütün səhifələrinin yalnız lupa ilə oxunacaq şəkil formasında
təkrar verilməsi məqsədəuyğun hesab edilmir.
―Qiymətləndirmə meyarları‖nın 5-ci maddəsi vəsaitdə əlavə materialların
olmasını tələb edir.
Vəsaitdə mütəmadi olaraq ―Həyat bilgisi‖ dərsliklərindəki məlumatlara istinad
olunur, halbuki bu dərsliklərin özü hələ tam işlənməmişdir.
Səhifə 5-6-da ―Bitki və heyvanların insan həyatında rolu‖ cümləsi “Bitki,
göbələk, bakteriya və heyvanların insan həyatında rolu” kimi yazılmalıdır.
Səhifə 23-də 1-ci abzasda ―müəllimtəbii‖ sözü “müəllim təbii” kimi
yazılmalıdır.
Səhifə 27-də verilmiş cədvəllə dərsliyin rus dilində olan variantının müvafiq
səhifəsindəki (səh. 29) cədvəl bir-birindən fərqlənir. Burada cədvəlin sonuncu hissəsi
20
üç bölməli olub, daha əyanidir. Azərbaycan dilində olan variantdakı cədvəldən ―cücə
çıxır‖ ifadəsinin qarşısındakı xanada ―yaşamaq və böyümək üçün‖ ifadəsini
“böyümək və inkişaf etmək üçün” ifadəsi ilə əvəz etmək məsləhətdir.
Səhifə 32-də ―baş barmağın digər barmaqlara qarşı yerləşməsi, yastı
dırnaqlar‖ fikrinin “əldəki baş barmağın digər barmaqlara qarşı yerləşməsi, yastı
dırnaqlar” kimi yazılması daha yaxşı olar.
Yenə həmin səhifədə ― ... insanın əqli qabiliyyəti heyvanlara nisbətən daha
yüksəkdir‖ ifadəsinin tamamilə çıxarılması məsləhətdir. Çünki sonrakı cümlələrdə
insanın heyvanlardan fərqli olaraq, yüksək şüura və təfəkkürə malik olması qeyd
edilmişdir.
Səhifə 37-də canlı varlıqların hüceyrələrinin çox kiçik olmaları və onları
böyüdücü cihazların köməyi olmadan öyrənməyin mümkün olmaması barədə verilən
məlumatla yanaşı, eyni zamanda bəzi hüceyrələrin (quşun yumurta hüceyrəsi) çox iri
olması və adi gözlə görünməsi də vurğulanmalıdır.
Səhifə 38-də ―Son hissəni təhlil edərkən müəllim plastidlər haqqında
məlumat verir, onların yalnız bitki hüceyrəsində olduğunu vurğulayır‖
cümləsinin “Son hissəni təhlil edərkən müəllim plastidlər haqqında məlumat verir,
onların bitki və bəzi ibtidai heyvan hüceyrələrində olduğunu vurğulayır” kimi
verilməsi daha yaxşı olar.
Səhifə 47-də ―Öyrəndiklərinizi yoxlayın‖da tapşırığın cavabı ―1. 1-b,d; 2.-a,e;
3.-c,ç‖ kimidir. Buradan, “ç” çıxarılmalıdır.
Səhifə 50-də cədvəldə ―Toxuma növü‖ deyil, “Toxuma qrupu və ya tipi”
yazılmalıdır. Belə ki, epiteli, birləşdirici, sinir və əzələ - toxuma qruplarıdır, onların
hər birinin öz növləri var.
Yenə həmin səhifədə ―Orqanizmdə dərinin üst səthini epiteli toxuması
örtür‖ cümləsinin “Orqanizmdə dərinin üst səthi epiteli toxumasından təşkil
olunmuşdur” kimi yazılması məsləhətdir.
Səhifə 54-də birləşdirici və əzələ toxumalarının xarakteristikası uğurlu
verilməmişdir. Əzələ toxuması da liflərdən təşkil olunmuşdur, eləcə də birləşdirici
toxumanın da (lifli birləşdirici toxuma) tərkibində liflər var.
Burada ―Balıqlar ağciyərlər vasitəsi ilə tənəffüs edir‖ cümləsi “Əksər balıqlar
ağciyərlər vasitəsi ilə tənəffüs edir” kimi yazılmalıdır.
Səhifə 60-da ―Yarpağın kənarının forması necədir?‖ soruşulur, lakin
dərslikdə bu barədə məlumat verilməmişdir.
21
Səhifə 65-də ―Gövdə yumrusunun tumurcuqları necə adlanır?‖ sualı korrekt
deyil. Belə ki, burada gözcüklər nəzərdə tutulur, gözcüklər isə tumurcuq deyil, içində
2-3 tumurcuq yerləşən çökəklikdir. Sualı belə yazmaq olar: “Gövdə yumrusunun
hansı növ tumurcuqları var?” Cavab isə təpə və yan tumurcuqlardır.
Səhifə 79-da 7-ci sual korrekt deyil. Verilmiş variantlardakı bütün cavablar
doğrudur.
Səhifə 86-da sxemdə ―bitki və heyvan qalıqları‖ əvəzinə “çürüntü” yazmaq
lazımdır. Belə ki, çürüntüdə həm də bakteriya və göbələk qalıqları olur.
Səhifə 146-da ―Motivasiya‖da şəkildə canlı və cansız təbiət obyektləri təsvir
olunmuşdur. ―Müəllim sinfə müraciət edir: Burada nə əks olunub? (təbii
varlıqlar)” Bu hissənin dərsliyin rus dilində olan variantında olduğu kimi “Müəllim
sinfə müraciət edir: Burada nə əks olunub? (təbii obyektlər)” yazılması daha dəqiq
olar.
Səhifə 150-də ―Motivasiya‖da şəkildə ―inciçiçəyi‖nin təsviri verilmiş, suala
cavabda isə o, yanlış olaraq “zəngçiçəyi” adlandırılmışdır.
Səhifə 157-də fotoperiodizm – canlıların günün uzunluğuna qarşı reaksiyası
anlayışı ilə işıqsevən, kölgəsevən bitkilər qarışdırılmışdır. Əvvəlcə uzungünlü,
qısagünlü, daha sonra isə işıqsevən, kölgəsevən bitkilər haqqında məlumat verilməsi
təklif edilir.
Səhifə 158-də ―Ayı kimi qışda özlərinə yem tapa bilməyən heyvanlar qış
yuxusuna gedirlər, quşlar isti, yem çox olan ölkələrə uçurlar‖ cümləsinin “Qonur
ayı (və ya boz ayı) kimi qışda özlərinə yem tapa bilməyən heyvanlar qış yuxusuna
gedirlər, quşlar isti, yem çox olan ölkələrə uçurlar” kimi yazılması məqsədəuyğun
hesab edilir.
“Müəllim üçün metodik vəsait”in (MMV-nin) rus dilində olan variantında da
müəyyən qüsurlar var. Bunlar aşağıdakılardır:
Səhifə 27-də cədvəlin 3-cü sütunundakı ―не полностью‖ ifadəsini çıxartmaq
lazımdır.
Səhifə 33-də ―пятипалая конечность с подвижными пальцами …‖
deyil, “большой палец руки противостоит остальным …” olmalıdır. Belə ki,
hərəkətli barmaqlara malik beşbarmaqlı ətrafın olması insanı məhz primatlar
dəstəsinə aid etməyə əsas vermir.
Səhifə 35-də insanın hansı fəsiləyə aid olduğu soruşulur, lakin dərslikdə insanın
aid olduğu fəsilə göstərilməmişdir.
22
Səhifə 39-da verilmiş cədvəlin ikinci sütununa “скорость движения
животного” ifadəsini əlavə etmək lazımdır.
Səhifə 69-da tapşırıq 3-də üçüncü bənddəki ―3. Генеративным органом
цветка является цветок / корень‖ fikri düzgün deyil. Burada ―цветка‖ deyil,
“растения” yazmaq lazımdır. Həmçinin, dördüncü bənd “Мужская часть цветка:
тычинка / пестик‖ dərsliyin Azərbaycan dilində olan variantında yoxdur. Beşinci
bənddə isə ―побега‖ deyil, “стебель” yazılmalıdır.
Səhifə 79-da cədvəldə meyvə tipi ―Яблоко‖ verilmişdir. Bu dərsliyin
Azərbaycan dilində olan variantında yoxdur.
Səhifə 90-da ―всасывающие волоски‖ deyil, “корневые волоски” yazılması
məqsədəuyğun hesab edilir.
Səhifə 93-də ―... молоко ( ) портятся быстрее‖ deyil, “... молоко ( )
портится быстрее” yazılması məqsədəuyğun hesab edilir.