ri ai ri seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - teach kidscaq. onlar, ola bilsin ki, sizə...

52
MUSA Seçilmiş xilaskar еUşaqlar üçün altı Müqəddəs Kitab hekayəsi Cudi Fondren Avropa üçün uyğunlaşdırılmışdır: Lorna Uorvik Orijinalın adı: Moses the law giver. Copyright © 1996, 2003 Child Evangelism Fellowship® Inc. Copyright © 2001, 2009 Общество Евангелизации Детей. 117420 Moskva Nametkina küç, ev. 15. tel. (495) 719-79-36 [email protected] Bütün hüquqlar qorunur. Icazəsi ilə istifadə olunur. Yalnız şəxsi, xidməti və qeyri-kommersiya işlər üçün istifadə etmək olar. İcazə haqda tam məlumat almaq üçün www.teachkids.eu/az saytına girə bilərsiniz. Xahiş edirik, DİQQƏTLİ OLUN! Təklif etdiyimiz dərslərin əyani vəsaitlərini BUM-in bir çox ofislərindən və ya internet mağazalrından ala bilərsiniz. BUM ofislərinin siyahısını və Avropada olan internet mağazalarını siz www.teachkids.eu/az saytında “Ölkələr” düyməsini basarkən tapa bilərsiniz.

Upload: others

Post on 28-Feb-2020

2 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

MUSA

Seçilmiş xilaskar

еUşaqlar üçün altı Müqəddəs Kitab hekayəsiCudi Fondren

Avropa üçün uyğunlaşdırılmışdır: Lorna Uorvik

Orijinalın adı: Moses the law giver.Copyright © 1996, 2003 Child Evangelism Fellowship® Inc. Copyright © 2001, 2009 Общество Евангелизации Детей.

117420 MoskvaNametkina küç, ev. 15.

tel. (495) 719-79-36

[email protected]

Bütün hüquqlar qorunur. Icazəsi ilə istifadə olunur.

Yalnız şəxsi, xidməti və qeyri-kommersiya işlər üçün istifadə etmək olar.

İcazə haqda tam məlumat almaq üçün www.teachkids.eu/az saytına girə bilərsiniz.

Xahiş edirik, DİQQƏTLİ OLUN!

Təklif etdiyimiz dərslərin əyani vəsaitlərini BUM-in bir çox ofislərindən və ya internet

mağazalrından ala bilərsiniz. BUM ofislərinin siyahısını və Avropada olan internet mağazalarını siz www.teachkids.eu/az saytında “Ölkələr” düyməsini basarkən tapa bilərsiniz.

Page 2: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

MündəricatGiriş....................................................................................................................................3

Ümumi təsəvvür.................................................................................................................5

1-ci dərs Musanın doğulması......................................................................................7

2-ci dərs Allahın Musanı çağırması...........................................................................15

3-cü dərs Musa Allahın xəbərini çatdırır...................................................................23

4-cü dərs Musa Allahın gücünü görür.......................................................................31

5-ci dərs Qələbə ilə dənizdən keçmə.........................................................................37

6-cı dərs İnsanlar şikayət edir, Allah təmin edir.......................................................43

Əlavə nümunələr Bulud (5-ci dərs...........................................................................50

Qırmızı dəniz..................................................................................................................51

Məsihi tanımaq istəyən uşaqlara yol göstərmək üçün addımların yekunu ................... 52

Page 3: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

3

GİRİŞMüqəddəs Kitabin həqiqətlərini öyrətMəK

Əgər biz bir müəllim kimi uşaqlara təkcə Müqəddəs Kitab hekayələrini danışsaq, öz məsuliyyətimizdə uğursuzluqla qarşılaşacağıq. Bizi öyrətmək üçün yazılmış hekayələrin həqiqətlərini uşaqların öyrənməsi çox vacibdir, sonra biz uşaqları bir addım qabağa aparırıq və onlara gündəlik həyatlarında həqiqətin nə demək olduğunu göstəririk. Əlbəttə, biz bir dərsin içərisində hansısa hekayənin bütün təlimlərini öyrədə bilmərik, ona görə də bu dərslərin hər birində bir əsas həqiqət seçilib. Əsas həqiqətin təlimi bütün hekayə boyunca axır, amma sizə kömək məqsədilə dərs bölmələri ƏH ilə işarələnib. Bunlar, eləcə də, dərs planında qeyd olunub. Siz həm də görəcəksiniz ki, əsas həqiqətlərin hansı uşaqlara aid edildiyini göstərmək üçün onlar Q və ya İ ilə qeyd edilib, Q-qeyri imanlı, İ-imanlı. Bu, həmçinin, mətndə belə ifadələr ilə aydın verilib, məsələn: “Əgər siz Rəbb İsaya günahlarınızın bağışlanması üçün etibar etməmisinizsə...” və ya: “məsihçi, sən...” Həqiqətin tətbiqi mətnin kənarlarında vurğulanıb. Siz dərs keçdiyiniz uşaqlara həqiqətin ən yaxşı uyğunlaşması üçün onların üzərində işləyə bilərsiniz. Vacib olan budur ki, Allah Kəlamı həyatlarımıza tətbiq olunsun.

özünüzü yararli etMəK (öye) Siz Müjdəni təqdim edərkən ona sizdən asılı olmayaraq sərbəst tərzdə cavab verən uşaqlar ola-

caq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər, ya da söyləməsinlər. Amma elələri də olacaq ki, onlara bir az kömək lazım olacaq. Ola bilsin ki, onların sualları olsun; xüsusilə də, siz onların yeganə məsihçi dəstəyi olduğunuz bir halda, onlar çətinliklərini bölüşə bilərlər ki, siz bunun üçün dua edəsiniz. Bu səbəblərə görə uşaqlar bilməlidirlər ki, sizinlə bölüşmək olar. Sonuncu vacib şey budur ki, imansız uşaqlar Rəbb İsanın yanına gəlməklə sizin yanınıza gəlməyi qarışdırmasınlar.

Bütün hallarda siz Müjdəyə elə dəvət edin ki, uşaqlar sizin yanınıza gəlmədən Məsihə yaxınlaşmağın mümkün olmadığını heç vaxt hiss etməsinlər, ya da elə düşünməsinlər ki, sadəcə sizinlə danışmaqla xilas olurlar.

Qeyri-imanli uşaQ üçün Öye-nin nümunəsi “Siz, həqiqətən, Rəbb İsa üçün yaşamaq istəyirsiniz, amma Onun yanına necə gəlməyi bilmirs-

iniz? Mən Müqəddəs Kitabdan bunu sizə izah etməyə çox şad olardım; gəlin mən sizə izah edim. Mən toplantı bitəndən sonra həmin ağacın yanında dayanacağam. Yadda saxlayın, mən sizin günahınızı yuya bilmərəm. Yalnız Rəbb İsa bunu edə bilər, amma mən şad olaram ki, sizə Onun yanına necə gəlmək barədə kömək edim. Sadəcə gəlin, mənimlə ağacın altında oturun.”

İmanli uşaQ üçün Öye-nin nümunəsi“Əgər siz Rəbb İsaya bir Xilaskarınız kimi iman etmişsinizsə və bu haqda heç vaxt mənə

deməmisinizsə, xahiş edirəm, bunu mənə deyəsiniz. Mən toplantı bitəndən sonra pianonun yanında dayanacağam. Mən sizin Rəbb İsaya bir Xilaskar kimi iman etdiyinizi bilmək istəyirəm ki, sizin üçün dua edim və lazım gələrsə, kömək edim.”

yadda saxlaMaq üçün ayələrUşaqlara öyrətmək üçün hər dərsə görə Kəlamdan ayələr verilib. Əgər siz altı həftədən yuxarı

dərs keçirsinizsə, yaxşı olar ki, öyrətmək üçün iki və ya üç ayə seçəsiniz, belə olan halda uşaqlar

Page 4: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

4

yadda saxlayacaqlar. Əgər siz altı ayəni öyrətməyə çalışırsınızsa, uşaqlar, ola bilsin ki, onların heç birini yaxşı bilməsin.

suallarin təKrari Təkrar vaxtı düzgün qaydada keçirilirsə, öyrətdiklərinizi möhkəmlətmək üçün bu, gözəl imkan

ola bilər, eyni zamanda, bu vaxt uşaqlar üçün şən bir vaxt ola bilər. Siz çox vaxt onların biliklərində səhv olan şeyləri və boşluqları aşkar edə biləcəksiniz və bu da sizə kömək edəcək ki, onları sonralar düzəldə biləsiniz.

İllüstrasİyali albOMdan neCə İstİFadə etMəKBu dərslər tədris etmək üçün flaneleqrafların köməyi ilə yazılmışdılar. Bu cür fiqurlar illüstrasiyalı

albomların qurulmasında da istifadə olunmuşdular. Alboma hər bir dərs üçün altı şəkil, yaxud illüstrasiya daxildir. 1-ci dərs üçün illüstrasiya bu

cür nömrələnibdir: 1-1, 1-2, 1-3, 1-4, 1-5, 1-6. 2-ci dərs üçün illüstrasiya müvafiq olaraq belə rəqəmlərə malikdir: 2-1, 2-2, 2-3 və s.

Flaneleqraf üçün dərsin mətninə daxil olanlar, illüstrasiyalar ilə səhnənin sxemini müqayisə edərək siz görəcəksiniz ki, onlar həmişə eynidirlər, yaxud oxşardırlar.

Əgər sizin dərsiniz üçün flaneleqraf üçün 1-ci səhnə və 1-ci illüstrasiya oxşardırlarsa, yax-ud eynidirlərsə, onda əyani vəsait kimi illüstrasiyadan istifadə edin. Eyni şey dərsin bütün səhnələrinə də aiddir.

Əgər siz dərsin heç bir səhnəsinə oxşamayan illüstrasiya ilə üzləşirsinizsə və ondan istifadə edə bilmirsinizsə, onda onu sadəcə ötürün.

Page 5: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

5

ÜMUMİ BAXIŞ Dərs Əsas həqiqət Tətbiq Yadda saxlamaq

üçün ayələrMusanın doğulması.

çıxış 1:11-2:10

Günah qəddar sahibkardır.

Qeyri-imanlı: Rəbb İsaya bu gün iman edin – sizi günahdan xilas etmək üçün yalnız Onun gücü var.

“Çünki hamı gü-nah edib, Allahın

izzətindən məhrum olub.”

Roma. 3:23

allahın Musanı çağırması.

çıxış 2:10-4:18həv. iş. 7:22-35İbr. 11:24-27

Allahın yolu kamildir.

Qeyri-imanlı: Allahın yolu budur ki, siz “yol” olan Rəbb İsa Məsih vasitəsilə Onun yanına gələsiniz.

İmanlı: Siz Onun gücündə Allahın həyatınız üçün olan kamil yolu ilə gedə bilərsiniz.

“Allahın yolu kamildir.”

2 Şamuel 22:31

Musa allahın xəbərini çatdırır.

çıxış 4:18-6:9

Allah istəyir ki, siz Ona iman edəsiniz.

Qeyri-imanlı: Rəbb İsa Məsihə iman edin ki, O, sizi günahlarınızdan azad etsin.

İmanlı: Allah istəyir ki, siz hər gün Ona etibar edəsiniz.

“Allahınız Rəbbin haqqınızda dediyi büt-ün yaxşı şeylərdən heç

biri boşa çıxmadı.” Yeşua 23:14

Musa allahın gücünü görür.

çıxış 7:1-12:51

Allah sizi azad etməyə qadirdir.

Qeyri-imanlı: Rəbb İsadan xahiş edin ki, sizi Allahın mühakiməsindən xilas etsin və günahın əsarətindən azad etsin.

“Allahınız Rəbbin haqqınızda dediyi büt-ün yaxşı şeylərdən heç

biri boşa çıxmadı.” Yeşua 23:14

qələbə ilə dənizdən keçmə.

çıxış 13:17-15:21

Allah Öz uşaqlarını heç vaxt tərk etməyəcək.

İmanlı: Onun daim sizinlə olduğuna etibar edin.

“Səni heç vaxt at-maram, səni heç vaxt

tərk etmərəm”.İbr. 13:5b

İnsanlar şikayət edir, allah təmin edir.

çıxış 15:22-17:7

Allah vəd edir ki, Öz övladlarının nəyə ehtiyacları varsa, onları verəcək.

Qeyri-imanlı: Siz ən böyük ehtiyacınız - günahlarınızın bağışlanması üçün Rəbb İsaya etibar edin.

İmanlı: Sizin ehtiyaclarınızı ödəməsi üçün Ona etibar edin.

“O Öz Oğlunu belə, əsirgəməyib Onu

hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf

etməyəcəkmi?” Roma. 8:32

Page 6: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

6

Page 7: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

1-Cİ DƏRS Musanın doğulması

KəlaMdan ayələr: Çıxış 1:11-2:10

mяркязи щягигят

Günah qəddar sahibkardır.

тятбиг

qeyri-imanlıya: Rəbb İsaya bu gün iman edin – sizi günahdan xilas etmək üçün yalnız Onun gücü var.

Йаддаш цчцн аЙя

“çünki hamı günah edib, allahın izzətindən məhrum olub.”roma. 3:23

ƏYANI VƏSAITLƏR• ŞƏKILLI KARTOÇKALAR: 1-1, 1-2, 1-3, 1-4,

1-5 VƏ 1-6.YAXUD:• FIQURLAR MC 1 - MC 13, MC 16, MC 17.• FONLAR – IÇƏRI, BAYIR VƏ ÇAY

SƏHNƏLƏRI.VƏ:• BALACA QIzIN TƏSVIRI OLAN ƏLAVƏ

ŞƏKILLƏR. • “GÜNAH” SÖzÜ YAzILMIŞ KARTOÇKA.

MüəlliMlər üçün Məsləhətlər:Bu dərsi “Xoş Xəbər” dərnəyinin başlanğıcında keçin. Dərsin sonunda vəziyyəti araşdırın. Əgər dərnək böyükdürsə və sizin kifayət qədər köməkçiləriniz varsa, sualları müzakirə etmək üçün uşaqları qruplara bölün.

dərsİn Plani

Giriş

Musanın doğulması

Hadisələrin ardığılığı3 İsraillilər qula çevrilirlər. ƏHQ4 Bütün oğlan uşaqlarını öldürün! ƏHQ5 Amram və Yokevedin körpəsi doğulur. ƏHQ6 Üç ay gizli saxlanılır.7 İoxaved uşaq üçün səbət düzəldir. ƏHQ8 Məryəm çay boyunca onu izləyir.

ƏHQ9 Fironun qızı körpəni tapır.10 Məryəm uşağı əmizdirməyə qadın tapır. ƏHQ KulminasiyaFironun qızı körpəni Yokevedə verir.

yekunAmram və Yokeved oğullarını saraya

aparırlar. ƏHQ

7

Page 8: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

8

DƏRS“Qız doğuldu! Onun bizə heç bir xeyri yoxdur – onu rədd etmək lazımdır!”

Qız təsviri olan şəkli qoyun.

Bəlkə sizin balaca bacınız var. Bəlkə o, çox ağlayır. O, sizin oyuncaqlarınızın bəzilərini sındırıb? Bütün bunlara baxmayaraq, siz onu çox sevirsiniz. Təsəvvür edin, kimsə: “Onu rədd edin!” söyləyir. Kədərli haldır ki, bu gün bəzi ölkələrdə belə şeylər baş verir. Oğlan uşaqlarını sevinclə qəbul edirlər, amma körpə qız uşaqları isə ailə üçün bir yükdür. Onların bir çoxlarını uşaq evlərinə verirlər, bəzilərini öldürürlər, ya da sadəcə, qayğısına qalmırlar ki, ölsün.

1-Cİ səhnəFon: İçərini təsvir edən səhnə. Amram (MC-2), Yokeved (MC-1),

Məryəm (MC-3) və Harun (MC-4). Müqəddəs Kitab min illər öncə Misir torpağında yaşayan iki

israilli, Amram və Yokeved barədə danışır. Onların yeni körpələri doğulacaqdı. Onların artıq bir qızları və bir oğulları olsa da, ailədə daha bir uşağın doğulmasını sevinclə gözləyirdilər. Yaxşı, bəs uşaq oğlan olsa? Həmin vaxt Misirdə qız uşaqlarının deyil, oğlan uşaqlarının həyatları təhlükə altında idi. Özü də israilli oğlan uşaqlarının. Həmin ölkənin qanununda deyilirdi ki, oğlan uşaqlarını Nil çayına tullamaq lazımdır.

Nəyə görə orada belə qəddar qanun var idi? Nəyə görə bu gün bizim dünyamızda bu qədər qəddarlıqlar var? Nəyə görə bu qədər pisliklər var? Allah Müqəddəs Kitabda bizə cavab verir-bu, günahdır.

“Günah” yazılmış kartoçkanı qoyun. Siz günahın nə olduğunu bilirsinizmi? Günah Allaha qarşıdır.

Günah, Allahın bizə qadağan etdiyi şeyləri etmək və Onun əmrlərinə əməl etməməkdir. Müqəddəs Kitab, Allahın Kəlamı bizə deyir ki, ilk insanlar, Adəm və Həvva Allaha itaətsizlik edəndə yer üzünə günah gəldi. O vaxtdan bəri Rəbb İsadan başqa hər bir kəs günahlı təbiət ilə doğulur və həmin təbiətə görə hamı günah işlədir. Müqəddəs Kitab nə söyləyir?

Roma. 3:23-ü oxuyun. “Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub.”İndi Rəbb İsanın nə söylədiyinə qulaq asın. Yəhya 8:34-ü oxuyun. “...günah edən hər kəs günahın köləsidir.”Siz günahın köləsisinizmi? Günah çox güclü və qəddar

sahibkardır. İsrail xalqı, Allahın xüsusi xalqı çox zalım, qəddar sahibkarın

– Misirin padşahı, Fironun əsarəti altında olduqca əzab çəkirdi.

Şəkilli kartoçka 1-1

əhq

Amram və Yokeved. Siz uşaqlara deyin ki, adları sizinlə birlikdə söyləsinlər

Fironqoy bu yeni sözü balaca uşaqlar sizinlə birlikdə söyləsinlər. qoy uşaqlar Misir və qoşeni xəritədə göstərsinlər.

Page 9: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

99

Əslində əvvəllər belə deyildi, Misirdə israillilər üçün yaxşı olan vax-tlar var idi. Onların əcdadlarından biri olan Yusif aclıq vaxtlarında Misirə kömək etmək üçün Allah tərəfindən istifadə olunmuşdu. Yusi-fin bütün qohumları Misirdə, Qoşen adlanan yerdə məskunlaşdılar. Həmin vaxtlar onlar 70 nəfər idi. İllər keçdikcə Allah Öz övladlarına xeyir-dua verdi. 400 ildən sonra Misirdə 2 milyon israilli yaşayırdı. Misirlilər onlardan qorxmağa başladılar. Taxt-taca Yusif haqqında heç nə bilməyən yeni padşah çıxdı. Bu padşaha elə gəlirdi ki, xaricilər Misirin əmin-amanlığını təhlükə altına salırlar. Birdən müharibə başlasa? Onlar düşmənlərin ordularına qoşula bilərdilər! Nə isə edilməli idi.

Bütün fiqurları götürün.

2-Cİ səhnəFon: Bayır. Misirli (MC-16) və israillini (MC-17) qoyun. Qəfildən israillilər üçün həyat dəyişildi. Onlar misirlilərin köləsinə çevrildilər.

Firon onlara və onların necə işlədiklərinə nəzarət etmək üçün qəddar nəzarətçilər təyin etdi! Səhər tezdən gecə yarısına qədər onlar kərpic sahələrində idilər. Firon necə də zalım bir rəhbər idi.

Siz başqa hansı zalım rəhbər haqqında eşitmisiniz? – günah. Ola bilsin ki, siz rəhbərinizin olmadığını düşünürsünüz. Siz azadsınız. Elə deyilmi? Sadəcə, bu gün necə hərəkət etdiyiniz barədə düşünün. Bəlkə siz səhər yeməyi zamanı ananız sizə məktəbdən sonra birbaşa evə gəlməyi söyləyəndə onun üstünə qışqırmısınız. “Bəsdir, mən uşaq deyiləm ki!” Sonra qaçıb evdən çıxaraq qapını çırpmısınız. Müqəddəs Kitab uşaqlara əmr edir ki, valideynlərinə hörmət etsinlər və itaət etsinlər. Əgər bunu etməsəniz, günahdır. Rəbb İsa nə deyir? “Günah edən hər kəs günahın köləsidir.” Bu, sizə aiddirmi?

Sizin sinfinizdə elə bir uşaq varmı ki, həmişə ələ salınır? Siz heç o biri uşaqlara qoşulmusunuzmu? Ola bilsin ki, siz qışqırmısınız: “Sən çox axmaqsan, həmişə sinifdə geridə qalırsan!”

Siz bu sözlərin insanı necə incitdiyini anlayırsınızmı? Rəbb İsa dedi, özünüzlə necə rəftar edilməsini istəyirsinizsə, başqaları ilə də elə rəftar edin. Bunu etməmək günahdır.

Siz azadsınız, yoxsa sizin sahibkarınız – günah var? Günah qəddar sahibkardır.

Gəlin, Allah Kəlamının bu haqda nə söylədiyini araşdıraq. Roma. 6:23a-nı oxuyun. “Çünki günahın əvəzi ölümdür...” Bu, o deməkdir ki, əgər günah sizin sahibkarınız olmaqla yaşamaqda davam

edirsinizsə, siz Allahdan əbədi olaraq ayrılacaqsınız və cəhənnəm adlı cəza yerində olacaqsınız. Bəli, günah çox qəddar sahibkardır.

Misir padşahı, firon çox qəddar sahibkar idi, Amram və Yokeved kimi insanlar özlərini aciz hiss edirdilər. Yokevedin uşağı doğuldu – uşaq oğlan idi, yoxsa qız?

Bütün fiqurları götürün. Amram (MC-2), Yokeved (MC-1), Məryəm (MC-3), Harun (MC -4) və körpə Musa (MC-5).

Oğlan uşağıdır! Əslində, çox sevincli anlar olmalı idi. Amma əksinə, fironun qəddarlığına görə onlar yeni doğulmuş oğulun öldürüləcəyindən qorxurdular. Onlar belə bir rəhbərin qarşısında aciz idilər.

İsrailliləri xilas etmək üçün kimsə kifayət qədər güclü idimi? Kimsə firon kimi belə qəddar və güclü rəhbərə qalib gələ bilərdimi?

əhq

Kərpiclər yəqin ki, gil və samandan istifadə edilməklə əl ilə düzəldilirdi. Məktəb yaşına çatmamış uşaqlar sanki kərpic düzəldirlərmiş kimi hərəkət edə bilərlər və ya kubiklərin köməyi

Page 10: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

10

Bəli – Rəbb. O, hansısa bir padşahdan və ya rəhbərdən daha gü-clüdür. Müqəddəs Kitab deyir ki, heç kim və ya heç bir şey Allahdan güclü deyil. Yalnız O, günahdan daha güclüdür. Yalnız O, sizi bu qəddar sahibkardan azad edə bilər. Siz özünüzü heç vaxt azad edə bilməzsiniz.

Heyranedici şey budur ki, Allahın İsraili azad etmək planına balaca köməksiz bir körpə daxil idi. Allah Amram və Yokevedin körpə oğlunu istifadə edəcəkdi. Onlar körpəni Nil çayına atmalı deyildilərmi? Bəli – amma qulaq asın, görün nə baş verdi.

İbr. 11:23-ü oxuyun. Amram və Yokeved Firondan daha güclü olan və daha böyük

olan Birinə iman edirdilər. Körpəni üç ay gizlətmək asan iş ola bilməz. Hətta körpələr də

çoxlu səs-küy salırlar. Yəqin ki, bacısı Məryəm körpə ilə oynayaraq onu sakitləşdirirdi. O, ağlayan zaman onu sakitləşdirmək lazım idi. Əgər misirlilər onu tapsaydılar, uşaq böyük təhlükə altında olardı. Üç aydan sonra artıq heç cür mümkün deyildi. Allah Yokevedə başqa bir plan verdi.

Çıxış 2:3-ü oxuyun. Yokevedin əllərindən körpəni götürərək (MC-5), səbətə qoyun

və qapağını (MC-6 və MC-7) örtün. Qır və qatran suyun səbətə girməsinə yol vermirdi. Yokeved

ehtiyatla öz oğlunu onun içinə qoydu. Sizcə, ailə üzvlərinin hər biri körpəni Nil çayına aparmazdan və çayın kənarındakı hündür qamışlıqlarda gizlətməzdən əvvəl onu öpdülərmi? Məryəm uzaqda durub baxırdı.

Bütün fiqurları götürün.

3-Cü səhnə Fon: Çay. Yokevedi (MC-1), Məryəmi (MC-3), səbətdə körpəni

(MC-6 və MC-7) və qamışları (MC-8 və MC-9) qoyun.Yokeved Allahın onun oğlunu xilas edəcəyinə etibar edirdi, amma

yəqin ki, o, uşağını tərk edəndə ürəyi yaman sıxılırdı. Gözəl olan bu idi ki, Allah uşağın qayğısına qaldı. Belə güclü və əzəmətli olan Allah həm qayğı çəkən, həm də sevəndir. Allah balaca körpənin qayğısına qaldı, O, Yokevedin qayğısına qaldı və O, sizin də qayğınıza qalır. Ürək ağrısı, əzab və ölüm gətirən həmin qəddar sahibkar - günah-dan necə də fərqlidir. Allah o qədər sizin qayğınıza qalır ki, O, sizi həmin qəddar sahibkardan – günahdan xilas etmək istəyir. Əgər siz günahdan azad olmaq barədə mənimlə danışmaq istəyirsinizsə, bir az gözləyin, toplantıdan sonra danışarıq. Sadəcə, qabaqdakı sırada oturun və mən biləcəyəm ki, siz məni gözləyirsiniz. Biz Allahın Kəlamında bu haqda nə deyildiyinə birlikdə baxacağıq.

Təxminən iki min il bundan əvvəl, başqa bir körpə uşaq doğuldu. Onun yatağı elə səbət kimi qəribə bir şey idi! Bu körpə heyvanların yem yedikləri qutuya, axura qoyulmuşdu. Amma bu körpə əbədi Allahın Oğlu idi. Nəyə görə əbədi olaraq Ata ilə olan Biri, köməksiz kiçik bir körpə kimi, Bet-Lexemdə tövlədə doğulmalı idi? Müqəddəs

əhq

Şəkilli kartoçka 1-2

Şəkilli kartoçka 1-3

Şəkilli kartoçka 1-4

əhq

Məktəb yaşına çatmamış uşaqlar “sus” deyə bilərlər və sanki körpəni yatmaq üçün yırğalayırlarmış kimi hərəkət edə bilərlər. Siz həm də təqvimi göstərə bilərsiniz və uşaqlara deyə bilərsiniz ki, uç ayı hesablasınlar. Siz, eləcə də, böyük səbət gətirə

Page 11: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

1111

Kitab deyir ki, bu, Allahın dünyanı sevdiyinə görə idi. Onun yeganə sevimli Oğlu yaşamalı və sizin kimi günahkarların yerinə ölməli və yenidən dirilməli idi ki, qəddar sahibkar olan günaha qalib gəlsin. Bəli, Allah anladığınızdan daha çox sizin qayğınıza qalır və eləcə də O, Yokeved və onun balaca oğlunun qayğısına qalmışdı. Allah qamışlıqların arasında gizlədilmiş bu balaca körpədən Öz xalqını Fironun əlindən xilas etmək üçün istifadə edəcəkdi. Bu, necə ola bilərdi?

Yokevedi (MC-1) götürün. Fironun qızını (MC-10) və qarabaşları (MC-11 və MC-12) qoyun.

Məryəm uzaqda durub baxarkən birdən səs-küy qopdu. O, səslər eşidirdi, bunlar kimlər ola bilərdi?

Çıxış 2:5a-nı oxuyun. Nəyə görə firon qızı Nil çayına gəlmişdi? O, körpəni

tapacaqdımı? Çıxış 2:5b-ni oxuyun. Məryəm yəqin ki, nəfəsini saxlamışdı. İndi nə baş verəcəkdi? Firon qızının fiqurunu (MC-10) MC-13 fiquru ilə əvəz edin.

Səbətin qapağını açın. Səbət açıldı, orada bir körpə var idi və ağlayırdı.Çıxış 2:6b-ni oxuyun. Məryəm öz gizləndiyi yerdən cəsarətlə çıxıb firon qızına

yaxınlaşdı. Onun ürəyi, yəqin ki, çox bərk döyünürdü. Allah ona cəsarət verdi.

Çıxış 2:7-dən Məryəmin sözlərini oxuyun. “Bəlkə gedib sənin üçün ibrani qadınlarından bir dayə çağırım

ki, körpəni əmizdirsin?” “Get” – firon qızı cavab verdi. Heyranedici deyilmi? Misir şahzadəsi israilli körpə oğlan uşağını

götürüb saxlamaq istəyirdi, halbuki atasının əmrinə görə, bu uşaqlar öldürülməli idi. Allah işləyirdi. Firondan və ya digər rəhbərdən daha da əzəmətli olan Rəbb Allahın Öz xalqını Misir əsarətindən azad etmək üçün planı var idi və bu körpə həmin planın bir hissəsi idi.

Allah sizi günahın köləsi olmaqdan azad etmək üçün yol hazırladı. Onun Oğlu, günahsız Rəbb İsa Məsih çarmıxda ölərkən günahlarınız üçün ödədi. O, həmin qəddar sahibkar olan günahı məğlub etdi. Biz bilirik ki, Rəbb İsa ölülərdən dirildiyi üçün əbədi olaraq yaşayır.

Siz nə etməlisiniz? Əgər siz bütün ürəyinizlə günahdan azad olmaq istəyirsinizsə, amma özünüz-özünüzü heç vaxt azad etməyəcəyinizi görürsünüzsə, onda Rəbb İsaya dönün. Yalnız Ona etibar edin. Yalnız O, sizi xilas edə bilər. Yəhya 8:36-da İsa deyir: “Əgər Oğul sizi azad etsə, həqiqətən də, azad olacaqsınız.”

Şəkilli kartoçka 1-5

əhq

Qamışlıqlar və ya qarğılar çay boyunca bitən hündür içiboş gövdəli otlar idi və balaca qızı asanlıqla gizlədə bilərdilər. Məktəb yaşına çatmamış uşaqlar, sanki Məryəm ilə birlikdə gizlənirlərmiş kimi, hərəkət edə bilərlər.

Page 12: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

4-Cü səhnəMəryəmi (MC-3) götürün. Məryəm evə qaçdı. Bircə an belə itirmək olmazdı! Ola bilsin ki,

o, anasını çağırıb deyəcəkdi: “Anacan, ana, sən çaya gəlməlisən. Körpə sağ-salamatdır. Fironun qızı onu götürüb saxlayacaq. O istəyir ki, kimsə körpəni əmizdirsin – tələs!”

Yokeved Məryəm ilə birlikdə qaçarkən onun ürəyi Rəbbə şükranlar ilə dolu idi – onun körpəsi sağ idi.

Yokevedi (MC-1) və Məryəmi (MC-3) qoyun. Bu, yəqin ki, gözəl bir yuxu kimi görünürdü! Yokeved bunun

gerçəklik olduğuna əmin olmaq üçün özünü çimdikləyirdimi? Bu, yuxu deyildi, bu, Allahın işi idi. Fironun qızı Yokevedin kim olduğunu bilsə də, ona dedi: “Bu körpəni götürüb mənim üçün əmizdir, sənə bunun haqqını verərəm.”

Amram və Yokevedin oğlu xilas oldu. Müəyyən vaxt onlar uşağın qayğısına qalacaqdılar, onlar yeganə həqiqi Allah barədə ona bacardıqları qədər öyrətməli idilər.

Tezliklə onu saraya aparmaq və firon qızına vermək vaxtı gəlib çatdı, uşaq onun oğlu oldu. O, uşağa Musa adını verdi, çünki o, uşağı sudan çıxarmışdı.

Musanın başına nə gələcəkdi? Allah Öz xalqını azad etmək üçün ondan necə istifadə edəcəkdi?

Sizin sahibiniz kimdir? Rəbb İsanın sözlərini yada salın: “Gü-nah edən hər kəs günahın köləsidir” (Yəhya 8:34). Siz azad olmaq istəyirsinizmi? Siz azad ola bilərsiniz. Bu gün siz həyatınızda günahın gücünü dağıtmaq üçün Rəbb İsaya bütün ürəyinizlə etibar edə bilərsiniz. Siz bağışlanacaqsınız, günahınızın layiq olduğu cəzadan azad olacaqsınız. Öz həyatını sizin üçün verən Rəbb İsa Məsihə xidmət etmək üçün siz azad olacaqsınız. Rəbb İsa dedi: “Əgər Oğul sizi azad etsə, həqiqətən də, azad olacaqsınız.” (Yəhya 8:36).

hadİsənİn MüzaKİrəsİBalaca Lalənin 8 yaşı var idi. O, hər gün fikirləşirdi: “Mən

dəyişilmək istəyirəm. Mən qərar çıxarıram ki, həqiqətən, yaxşı olum. Artıq yalan danışmayacağam, pis sözlər deməyəcəyəm, artıq hirslənməyəcəyəm.” Lalə, həqiqətən, dəyişilmək istəyirdi, amma nə qədər çalışırdısa, onda heç bir şey alınmırdı. Niyə? Lalə azad olmadığı üçün günah etməyi dayandıra bilmədi. Gü-nah onun sahibi idi. Ona azad olmaq üçün günahdan daha gü-clü olan Biri lazım idi. Bu, eynilə sizə də aiddir.

• Lalənin öz davranışından xoşu gəlirdi? • O, nə etməyə çalışırdı? • O, bunu edə bildi?• Nəyə görə edə bilmirdi?• O bilirdimi ki, azad deyil?• Lalə nəyi eşitməli idi?

12

əhq

Şəkilli kartoçka 1-6

Page 13: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

1313

təkrar üçün suallar: 1 Roma. 3:23-dən sitat gətirin. (“Çünki hamı günah edib, Allahın

izzətindən məhrum olub.”)2 Günah nədir? (Günah Allaha itaətsizlikdir. Günah, Allahın

bizə qadağan etdiyi şeyləri etmək və Onun əmrlərinə əməl etməməkdir.)

3 Burada yeri boş buraxılan söz nədir? Rəbb İsa dedi: “Günah edən hər kəs günahın ______” (Kölə.)

4 Misirdə kölə olan insan qrupunun adını söyləyin. (İsraillilər.) 5 Misir padşahı israilli oğlan uşaqlarını nəyə görə öldürmək

istəyirdi? (Firon qorxurdu, israillilərin sayı olduqca çox idi və əgər müharibə olsaydı, onlar Misirə qarşı vuruşardılar.)

6 İsrailliləri fironun qəddarlıqlarından xilas etmək və azad etmək üçün güclü olan yeganə şəxs kim idi? (Allah.)

7 Bizi günahdan xilas etmək və azad etmək üçün yeganə güclü olan kimdir? (Allah.)

8 Rəbb günahı məğlub etmək, eləcə də günahkarların bağışlanması və azad olması üçün nə etdi? (Allah Öz yeganə Oğlunu, Rəbb İsa Məsihi günahkarların yerinə ölmək və günahlarının cəzasını öz üzərinə götürmək üçün verdi.)

9 Rəbb İsa çarmıxda ölərkən onun günahı və şeytanı məğlub etdi-yini necə bilirik? (O, ölülərdən dirildi və əbədi olaraq yaşayır.)

10 Amram və Yokeved Allahın onların oğlunu qoruyacağına etibar etdi. Rəbb bunu necə etdi? (Onun anası körpəni Nil çayının yanında səbətdə gizlətdi və firon qızı onu tapdı.)

11 Məryəm firon qızının onun qardaşını çayın kənarında tapdığını görəndə nə etdi? (Firon qızına körpəni əmizdirəcək dayə tapmağı təklif etdi.)

12 Məryəm anasını firon qızının yanına aparanda firon qızı Yokevedə nə dedi? (Firon qızı uşağın qayğısına qalmaq üçün ona haqqını ödəyəcəyini söylədi.)

Təkrar üçün oyun

səbət uşaq suala cavab verəndə, o, səbətə nə isə yumşaq bir şey tul-laya bilər. əgər həmin şey səbətə düşsə, xal verilir. yaxud siz bu oyunun başqa variantlarını fikirləşə bilərsiniz. nun başqa variantlarını fikirləşə bilərsiniz.

Page 14: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

14

Page 15: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

dərs Plani:

GirişAllah Öz xalqını unudubmu?

Hadisələrin inkişafı: 1 Musa sarayda yaşamağa gedir. ƏHQ2 Allah onu xidmət üçün hazırlayır. ƏHQ3 Musa misirlini öldürür.4 İsrailli deyir: “Məni də öldürmək fikrindəsən?” ƏHQ5 Musa firondan qaçır.6 Yetro və onun ailəsi ilə qalır. 7 Onun qızı ilə evlənir və 40 il işləyir. ƏHİ8 Yanan kol ƏHQ9 Allah Musaya deyir ki, Onun xalqını Misirdən

çıxarsın. ƏHİQ10 Musa bəhanələr gətirir. 11 Allah Musaya əlamətlər verir - əsa,

cüzam, suyun qana çevrilməsi ƏHQ

Kulminasiya:

Allah Musaya hirslənir.

yekun

Allah Musanın bütün suallarına cavab verdi.

İndi o, Misirə getməli idi. ƏHİQ

2-Cİ DƏRS Allahın Musanı çağırması

KəlaMdan ayələr: Çıxış 2:10-4:18, Həv. ış. 7:22-35, İbr. 11:24-27

mяркязи щягигят

Allahın yolu kamildir.

тятбиг

qeyri-imanlıya: Allahın yolu budur ki, siz Onun yanına “yol” olan Rəbb İsa Məsih vasitəsilə gələsiniz.

İmanlı: Siz Onun gücündə Allahın həyatınız üçün olan kamil yolu ilə gedə bilərsiniz.

Йаддаш цчцн аЙя

“çünki hamı günah edib, allahın izzətindən məhrum olub.”roma. 3:23

əyani vəsaitlər• ŞƏKILLI KARTOÇKALAR: 1-1, 1-2, 1-3, 1-4,

1-5 VƏ 1-6.YAXUD:• FIQURLAR MC 1 - MC 13, MC 16, MC 17.• FONLAR – IÇƏRI, BAYIR VƏ ÇAY

SƏHNƏLƏRI.VƏ:• BALACA QIzIN TƏSVIRI OLAN ƏLAVƏ

ŞƏKILLƏR. • “GÜNAH” SÖzÜ YAzILMIŞ KARTOÇKA.MüəlliMlər üçün Məsləhətlər: Xilas yolu haqqında mahnı seçin. Uşaqları başa salın ki, onlar ilə xilas barədə danışmağa hazırsınız. Bu dərsi “Xoş Xəbər” dərnəyinin başlanğıcında keçin və dərsin sonunda təkrar üçün olan ideya-dan (“misir radio proqramı”) istifadə edin

15

Page 16: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

16

Dərs: “Allah bizi unudub!” İsrail xalqı belə fikirləşirdimi? Allah Fironun onlarla belə

qəddarcasına rəftar etdiyi Misirdən onları heç vaxt çıxarmayacaqdımı? Allah onları unutmuşdumu? Heç vaxt! Allah Öz xalqını Öz vaxtında və Öz yolu ilə azad edəcəkdi. Onun Kəlamı bizə deyir: “Allahın yolu kamildir” (2 Şamuel 22:31).

Nil çayının kənarında qamışlar arasında gizlədilmiş körpə oğlanın başına nə gəldiyini bizə kim deyə bilər?

Uşağı əmizdirmək üçün kim ödədi?

1-Cİ səhnə Fon: Saray. Yokevedi (MC-1), Musanı (MC-14), firon qızını

(MC-10) və qarabaşı (MC-12) qoyun.

Uşağın sarayda firon qızı ilə birlikdə yaşamağa başladığı vaxt gəlib çatanda ailəsi, yəqin ki, kədərlənirdi, amma eyni zamanda, Al-laha minnətdar idilər ki, Allah uşağın həyatını firon qızı vasitəsilə xilas etdi. 2 Şamuel 22:31-i yada salın: “Allahın yolu kamildir.”

Çox-çox əvvəllər Musa doğulmamışdan əvvəl Allah vəd etmişdi ki, insanları günahın köləsi olmaqdan xilas etmək üçün bir nəfər göndərəcək.

Günahın nə olduğunu deyə bilərsinizmi? Allaha qarşı günah etməkdə nə qədər insan günahkardır? Günahdan azad olmayan insanların başına nə gəlir? Siz görürsünüzmü ki, Allahın Xilaskar göndərməsi nə qədər

vacib idi? Sual yaranırdı – nə vaxt göndərəcək? Yüz illərlə vaxt keç-di – heç bir şey yox idi! Min illərlə vaxt keçdi – heç bir şey yox idi! Allah unudubmu? Bu, mümkün deyil! Allah Öz fikrini dəyişibmi? Xeyr! Müqəddəs Kitab bizə deyir ki, lazım olan vaxtda Allah Xilas-kar olmaq üçün Öz Oğlunu göndərdi (Qalat. 4:4). Bu, Allahın kamil yolu idi və Allah lazımi vaxtda Öz xalqını Misir əsarətindən azad edəcəkdi.

İsraillilərin heç xəbəri də yox idi ki, onları Misirdən çıxarmaq üçün Allahın istifadə edəcəyi insan çox vacib olan bu iş üçün hazırlanırdı. Siz inanırsınızmı ki, onun hazırlığı Fironun sarayında gedirdi! Allah israilliləri Misirdən çıxarmaq üçün Musanı seçmişdi və o, firon qızının oğlu kimi boya-başa çatmışdı! Siz belə plan haq-da heç fikirləşmisinizmi? Allah bizə deyir ki, Onun yolları bizim yollarımız deyil, Onun yolları daha yaxşıdır, onlar kamildir.

Oğlanlar və qızlar, Allahın sizin həyatınız üçün yolları kamildir. Bütün fiqurları götürün.

2-Cİ səhnə Fon: Bayır. Musanı (MC-15) qoyun.Musanın həyatı o biri gənc israillilərin həyatından necə də

fərqlənirdi. O, şahzadə kimi geyinirdi. O, ən yaxşı təhsili əldə

Siz uşaqlara başa sala bilərsiniz ki, onların saraylar barədə eşitdiyi hekayələrin çoxu uy-durma olub, amma bu hekayə Allahın Müqəddəs Kəlamından götürülmüş həqiqi hekayədir.

əhq

Şəkilli kartoçka 2-1

Page 17: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

1717

etmişdi. O, kölə kimi əzab çəkən öz xalqı barədə heç fikirləşmişdimi? O, misirlilərin yanlış allahlara ibadət etdiyini görəndə həqiqi Allah barədə valideynlərinin ona öyrətdiyi şeyləri düşünürdümü?

Musa bilirdi ki, Allahın onun üçün Misir şahzadəsi olmaqdan daha vacib planı var.

Allahın sizin üçün olan planını bilirsinizmi? Müqəddəs Kitab bizə deyir ki, Allah Onu tanımağımızı və sevməyimizi istəyir, amma həm də deyir ki, həyatınızda olan günah sizinlə Allahın arasında du-rur. Gözəl olan budur ki, Allah günahın bağışlanması üçün yol açıb və siz Onu tanıya bilərsiniz. Yəhya 14:6 Allahın yolunu göstərir. İsa dedi: “Yol...Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz.” Rəbb İsa Məsih Allahın vəd etdiyi Xilaskardır. Yalnız O, həyatınızda hakimlik edən günahdan sizi azad edə bilər və siz Allahı tanıya, sevə və Ona xidmət edə bilərsiniz.

Siz Allahın yolu ilə getmək istəyirsinizmi? Yadda saxlayın – Allahın yolu kamildir.

Musa Allahın yolu ilə getmək istəyir. Müqəddəs Kitab deyir ki, o, Allaha itaət etməyi seçir. O, firon qızının oğlu olmaqdan imtina edir.

İsraillini (MC-17) və misirlini (MC-16) qoyun. Musa öz xalqına kömək etmək istəyirdi. Müqəddəs Kitab deyir

ki, o, kərpic düzəldilən yerlərin yaxınlığından keçərkən misirlinin is-raillini döydüyünü gördü. Qəfildən Musa bərk hirsləndi və misirlini öldürdü. O düşündü ki, onu heç kim görmədi, ona görə də səhrada öldürdüyü adamı gizlətdi.

Misirlini (MC-16) israilli (MC-18) ilə əvəz edin.Növbəti gün Musa öz xalqından olan iki nəfərin bir-biri ilə

dalaşdığını gördü! O, onlara yalvardı ki, bir-biriləri ilə dalaşmasınlar, amma onlardan biri ona dedi: “Səni bizim üstümüzə kim başçı və hakim qoyub? Yoxsa misirlini öldürdüyün kimi, məni də öldürmək fikrindəsən?”

Musa bu kişilərə kömək etmək istədi, amma onlar onu rədd etdilər. O özü də qorxurdu. Birdən firon onun misirlini öldürdüyünü eşidər?

Müqəddəs Kitab bizə Öz xalqına kömək etmək istəyən, amma rədd edilən başqa bir adam haqqında danışır. Yəhudi rəhbərlərin çoxu Rəbb İsanı Allahdan gələn Xilaskar kimi qəbul etməkdən imti-na etdilər. Əvvəlcə bir çox adi insanlar Rəbb İsanın ardınca getdilər, amma Onun təlimlərinə qulaq asdıqca aşkar etdilər ki, Onun yolu asan deyil və Ondan üz döndərdilər. Bir dəhşətli gün Rəbb İsa Yerusəlimdə izdihamın qarşısına gətirildi. Romalılar Pilatı Yəhuda qəbiləsinin üzərində rəhbər (hökmdar) təyin etmişdilər.

O, xalqa dedi: “Budur sizin padşahınız!”Yəhya 19:15a-nı oxuyun. “Yox, rədd olsun, rədd olsun! Onu çarmıxa çək!”Sizin və mənim kimi günahkarları xilas etmək üçün bütün bun-

larla üzləşməyə razı olan Allahın yeganə Oğlu İsa idi. O bilirdi ki, bu, Allahın yoludur. O, əzab çəkməli, günahkarların yerinə ölməli və

əhq

əhq

Page 18: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

18

üçüncü gün yenidən dirilməli idi. Allahın sizin üçün yolu günahınıza görə layiq olduğunuz cəzadan

əzab çəkmək deyil. Onun yolu budur ki, sizin yerinizə əzab çəkmiş və ölmüş Şəxsə iman edəsiniz. Bu gün Onun sizin üçün yolu budur ki, həyatınızda Onun xoşuna gəlməyən bu şeylərdən üz döndərəsiniz və Rəbb İsa Məsihə tərəf gələsiniz, Xilaskarınız və Rəbbiniz olan Ondan yalnız asılı olasınız.

Allah demir ki, Onun yolu asandır, amma Onun Yolu kamildir. Allahın Musa üçün yolu asan deyildi. Firon eşidəndə ki, Musa mi-sirlini öldürüb, onu öldürməyi əmr verdi, ona görə də onun qaçmaq-dan başqa çarəsi yox idi.

Bütün fiqurları götürün.

3-Cİ səhnə Fon: Bayır. Midyanda quyunun yanında Musanı (MC-19), Yetronun qızlarını

(MC-22), çobanları (MC-23) və qoyunları (MC-20 və MC-21) qoyun

Səhra və dağları aşıb keçəndən sonra Musa, nəhayət, təhlükəsiz bir yerə gəlib çıxdı. Həm yorğun, həm də susuz halda Midyan ölkəsində olan bir quyunun yanına gəldi. O gördü ki, bir neçə qız quyudan qoyunlarına su vermək istəyirlər, amma kobud çobanlar onları qovurlar. Musa qızların sürülərinə su verməsinə kömək etdi.

Qızlar evə gələndə ataları onlardan soruşdu: “Necə oldu ki, bu gün tez gəldiniz?”

Yetro qızların başına gələnləri dinlədikdən sonra Musa üçün adam göndərdi. Musa həmin ailə ilə birlikdə qaldı. Sonra o, Yetro-nun qızlarından biri ilə evləndi və qayınatası üçün işlədi.

Bütün fiqurları çıxarın. Qırx il keçdi. Musa həyatının ilk qırx ilini şahzadə olmuşdu.

Növbəti qırx ilini çoban işləmişdi. Sizcə, onun fikirləri bəzən Misirə və hələ də köləlikdə olan xalqına qayıdırdımı? Əlbəttə, bunlar onun problemi deyildi.

Amma Rəbb bu şeylərə belə baxmırdı. Sarayda qırx il yaşamaq, eləcə də səhrada qırx il qoyunlara baxmaq Allahın Musa üçün planının bir hissəsi idi. Allah Musanı israilliləri Misirdən çıxarmaq işinə rəhbərlik etmək üçün

hazırlamışdı. Əgər siz Allahın Oğlu, Rəbb İsa Məsih vasitəsilə Onu tanısanız, onda əmin

ola bilərsiniz ki, Allah həyatınız üçün olan Öz kamil planını həyata keçirir. O, Musanın həyatında etdiyi kimi, yaxşı vaxtlardan da, çətin vaxtlardan da istifadə edəcək.

Musanı (MC-24), əsanı (MC-25) və qoyunları (MC-20 və MC-21) qoyun. Bir gün Musa qoyunları Sinay dağında otlaq sahələrinə aparırdı. Qəfildən

kolların biri yanmağa başladı. Yanan kolu (MC-26) qoyun.

Alov əsl alov idi, amma kol yanıb qurtarmırdı. Musa heyrətə gəldi. Nə baş verirdi? O bilmirdi ki, alov Allahın hü-

zurunun əlaməti idi. O öz-özünə dedi: “Gedim, bu qəribə mənzərəyə baxım.”

Şəkilli kartoçka 2-3

Şəkilli kartoçka 2-2

Siz uşaqlara kömək edin ki, onlar xəritədə Midyanı göstərsinlər. Məktəb yaşına çatmamış uşaqlar, sanki qoyunlar üçün su tökürlərmiş kimi, hərəkət edə bilərlər.

əhq

Şəkilli kartoçka 2-4

Page 19: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

1919

“Musa, Musa.” Kim danışırdı? Çıxış 3:4-ü oxuyun və uşaqları ruhlandırın ki, Musa ilə kimin

danışdığını sizə söyləsinlər. Rəbb Musaya nə dedi? Bu söhbəti birbaşa Müqəddəs Kitabdan oxuyun, ya da oxumağı

bacaran uşaqdan xahiş edin ki, oxusun. Çıxış 3:5: – “Buraya yaxınlaşma. Ayaqlarından çarıqlarını çıxart,

çünki durduğun yer müqəddəs torpaqdır.” Çıxış 3:6a – Mən atanın Allahı, İbrahimin Allahı, İshaqın Allahı

və Yaqubun Allahıyam.” Musa özünü necə hiss etdi? Qulaq asın. Çıxış 3:6b-ni oxuyun və uşaqları ruhlandırın ki, suala cavab

versinlər. “Musa üzünü örtdü, çünki Allaha baxmağa qorxurdu.”Musa Allahdan qorxmaqda düzgün edirdi, çünki O, olduqca

əzəmətli və güclüdür. Musanı (MC-24) MC-27 ilə əvəz edin. Əsanı (MC-25) qoyub

götürmək üçün sağ tərəfdə nöqtələnmiş xəttə diqqət yetirin. Bəzən indi oğlanlar və qızlar Allah barəsində zarafat edirlər. On-

lar Müqəddəs Kitabda deyilənlərə gülürlər. Onlar Allahı sevənləri lağa qoyurlar. “Kimin Allaha ehtiyacı var? Biz həyatlarımızı özümüz istədiyimiz kimi yaşaya bilərik.” Müqəddəs Kitab deyir ki, belə ad-amlar axmaqdırlar, bir gün onlar həyatlarını necə yaşadıqları haqda Allaha cavab verməli olacaqlar.

Müqəddəs Kitab deyir ki, Allahdan qorxanlar müdrik insanlardır. Musa müdrik idi. O, Allahdan qorxdu və Allahın səsinə qulaq asdı.

Rəbb dedi: “İsraillilər Misirdə əzab çəkirlər. MəЯ onları misirlilərin əlindən xilas edəcəyəm və həmin ölkədən çıxaracağam. Mən səni seçmişəm ki, gedib onları oradan çıxarasan.”

Sizcə, Musa necə cavab verdi?Çıxış 3:11-i oxuyun. “Axı mən kiməm ki, fironun yanına gedib İsrail övladlarını

Misirdən çıxarım?” Sizin yadınızdadırmı ki, Musa Misirdə gənc şahzadə olan

vaxtlarında öz xalqına kömək etmək üçün kifayət qədər güclü olduğunu düşünürdü. Musa indi necə zəif olduğunu düşünürdü, amma daha başqa şeyləri də öyrənməli idi. Allahın sözlərinə qulaq asın.

Çıxış 3:12a-nı oxuyun.“Allah dedi: ‘Mən səninləyəm.’”Musa israilliləri heç vaxt xilas edə bilməzdi, amma o, başa

düşməli idi ki, onları Allahın gücü ilə Misirdən çıxara bilər. Bu, Allahın yolu idi.

Bəs siz? Siz aşkar etmisinizmi ki, heç vaxt öz gücünüz ilə günah-dan azad ola bilməzsiniz? Anlamısınızsa, bu, yaxşıdır, amma indi

Müqəddəs Kitabda alov çox vaxt ya mühakimə, ya da təmizlənmə üçün Allahın hüzurunun rəmzi olaraq göstərilir.

Məktəb yaşına çatmamış uşaqlar sanki ayaqqabılarını çıxarıb üzlərini gizlədirlərmiş kimi

əhq

Page 20: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

20

Allahın necə böyük olduğunu başa düşməlisiniz. Allahın yolu budur ki, siz özünüzdən deyil, Rəbb İsa Məsihdən asılı olasınız. Yalnız O, həyatınızı günahdan azad edə bilər. Sizi azad etmək üçün yalnız Onun gücü var. Siz Onu həyatınızın Xilaskarı və Rəbbi kimi qəbul edəndə Allahın Kəlamında, Müqəddəs Kitabda göstərdiyi yolu gedə biləcəksiniz.

Allahın sözlərinə baxmayaraq, Musa Allahın yolu ilə getməkdə özünü çox da arxayın hiss etmirdi.

Musa dedi: “Mən israillilərin yanına gedəndə məni kimin göndərdiyini deyim?”

Allah dedi: “‘Mənəm’ deyən məni sizin yanınıza göndərdi. İsrail övladlarına söylə: ‘Atalarınızın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı Rəbb məni sizin yanınıza göndərdi.’”

Sizcə, indi Musa özünü necə hiss edirdi? Çıxış 4:1-i oxuyun. “Bəlkə onlar mənə inanmayaraq sözümə qulaq asmayıb ‘Rəbb

sənə görünməyib’ deyəcəklər?”Elə görünür ki, Musa getmək istəmirdi! Rəbb onunla çox

səbirlə davranırdı və Musaya bəzi əlamətlər də verdi ki, onun Allah tərəfindən göndərildiyini israillilərə sübut edə bilsin. Diqqətlə qulaq asın və üç əlaməti tapın.

Çıxış 4:3, 4, 6, 7 və 9-u oxuyun. Üç əlamət nə idi? Əsanı (MC-25) götürün. İlanı (MC-28) qoyun. Musanın əsası ilana çevrildi.Musanın əli dəriyə təsir edən dəhşətli xəstəlik olan cüzam ilə

örtülmüşdü. Çayın suyu qana çevrildi. Musa Allahın böyük gücünü görmüşdü. Yəqin ki, indi o, Rəbbə

və Onun yollarına etibar etməyə hazır idi. Bəs siz? Rəbb Özünü “Mənəm” adlandırdı. Bu, o deməkdir ki, O, həmişə eyni qalacaq.

Ola bilsin ki, siz Ayan kimisiniz. Ayan məsihçi olub Allahın yolu ilə getmək istəyirdi, amma qorxurdu. Birdən Onun dostları ona gülərlər? Birdən onu daha dostları kimi qəbul etməzlər? Birdən Al-lah ondan nə isə çətin bir şey etməyi xahiş edər? O, kifayət qədər güclü olarmı? Sonra Ayan hiss etdi ki, qorxmalı deyil. O, doğru idi, Allah üçün yaşamaqda heç vaxt güclü ola bilməzdi! Bu, Allahın yolu deyildi. Ayan gördü ki, Allahın yolu onun özündən deyil, Ondan asılı olmaqdır. Əgər o, özündən asılı olsaydı, yəqin ki, uğursuzluqla qarşılaşardı. Allahın Ayan üçün yolu budur ki, günahlardan xilas ol-maq və hər gün Allah üçün yaşamaqda Ondan güc əldə etmək üçün yalnız Rəbb İsadan asılı olsun.

Hətta bütün bu şeyləri gördükdən sonra Musanın nə söylədiyini bilirsinizmi?

“Mən yaxşı danışa bilmədiyim üçün fikirləşirəm ki, padşahla danışa bilmərəm.”

“Ağzı insana kim verib? İnsanı lal, kor, yaxud gözlü edən kim-

əhİq

Şəkilli kartoçka 2-5

yahve adı (yehova) “olmaq” felinin formasıdır, burada “Mənəm” tərcümə edilərək allahın mövcud olduğunu bildirir – var olan Mənəm. xarici ölkədə həbsdə olan, hətta allahın onlardan üz döndərdiyini hiss edən məhbuslar üçün bu, şad bir xəbər olardı. sizin allahınız Misirdə də mövcuddur. (the children’s Ministry resource bible, thomas nelson Publishers, nashville, tn, 1993).

əhq

Şəkilli kartoçka 2-6

Page 21: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

2121

əhİqYəhya 14:6

dir? Mən Rəbb deyiləmmi? İndi get, Mən ağzınla danışacağam və deyəcəyin sözü sənə öyrədəcəyəm.”

Amma Musa yalvardı: “Ya Xudavənd, yalvarıram, başqa adamı göndər.”

Allah Musaya hirsləndi. “Sənin qardaşın Harunun yaxşı nitqi var. Mən ona icazə verəcəyəm ki, danışsın, sən isə əlindəki əsa ilə əlamətlər göstərəcəksən.”

Allah Musanın bütün suallarına cavab verdi. Allahın onun üçün yolu bu idi ki, Misirə getsin və israilliləri oradan çıxarsın. Bu, asan olmayacaqdı, amma Allah Musaya vəd etmişdi ki, hər bir addımda Onunla olacaq. İndi Musa Allahın yolu ilə getmək üçün Onun gücündən asılı olaraq Ona itaət etməli idi.

Siz Allahın yolu ilə gedirsinizmi? “Yol Mənəm”-deyən Rəbb İsa Məsihin yanına gəlmisinizmi? Sizi Allahdan ayrı salan günahdan azad olmaq üçün Ona etibar etmisinizmi? Azad olmaq üçün Ondan asılısınızmı? Əgər belədirsə, onda həyatda günbəgün Onun yolu ilə getmək üçün Onun gücünə arxalanmalısınız.

Yadda saxlayın, Rəbb Öz Kəlamında deyir: “Allahın yolu kamildir.”

təKrar üçün Oyun: misir radio verilişi

Əgər sizin mikrofonunuz yoxdursa, keqldən və ya fənərdən üstünü alümini-um folqa ilə örtərək mikrofon düzəldin. Özünüzü təqdim edin – Misir radiosunun müxbirisiniz. Siz Musa haqqında nəsə danışmaq istəyən hər bir kəsdən müsahibə götürmək istəyirsiniz.

1. Mənə kimsə deyə bilərmi ki, Musanın ailəsi hansı millətdən idi? Onun bacıları və qardaşları var idi? Onun valideynləri nə cür insanlar idi? (İsrailli idilər. Qardaşı Harun, bacısı Məryəm idi. Onun valideynləri Rəbbi çox sevirdilər.)

Cavab verən uşağa tərəf mikrofonu uzadın. Siz səsi yaza da bilərsiniz. Gələn dəfə Misir radiosunun dalğasını tutub, sadəcə, təkrar üçün uşaqların cavablarına qulaq asa bilərsiniz.

2. Mən düşünürəm ki, Musa sarayda uzun müddət yaşamış və şahzadə olmuşdu. Kimsə mənə izah edə bilərmi ki, kasıb israilli ailəsindən olan bir uşaq fironun sarayına necə gedib çıxmışdı? (Nil çayının kənarında səbətdə gizlədilmişdi. Fironun qızı onu taparaq götürüb saxlamışdı.))

3. Belə deyilir ki, Musa Misiri qəfildən tərk etməli olmuşdu – nə isə dalaşmaq ilə əlaqəli idi? Kimsə həqiqətən nə baş verdiyini bilirmi? (Musa israilli qulu döyən misirlini öldürmüşdü.)

4. Biz bilirik ki, Musanın Midyanda arvadı və ailəsi var idi. Kimsə onun kiminlə evləndiyi və necə tanış olduqları barədə bilirmi? (Midyan kahininin qızlarından biri ilə evlənmişdi. Onlar quyu-nun yanında tanış olmuşdular. Musa sürülərinə su vermək istəyən qızlara çobanlar icazə verməyəndə, onların tərəfini tutmuşdu. Qızların atası bunu eşidəndə Musanı evə dəvət etdi.)

5. Musa Midyanda öz ailəsini necə dolandırırdı? (O, qayınatasının qoyunlarını otarırdı.)

Məktəb yaşına çatmamış uşaqlar üçün təkrar oyunlar:nöqtələrMarkerdən istifadə edərək, bir vərəqdə doqquz nöqtədən ibarət olan cədvəl (üç nöqtədən ibarət olan üç sıra) çəkin. Düzgün cavab verən hər bir uşaq iki nöqtəni birləşdirə bilər. Nöqtələri birləşdirməklə cədvəl yarananda onun içərisində təbəssüm işarəsini çəkin. Əgər vaxt və maraq varsa, davam etdirə bilərsiniz.

Page 22: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

6. Biz Musa, kol və alov haqqında bəzi şayiələr eşitmişik! Siz bu haqda nə isə deyə bilərsinizmi? (Musa Sinay dağının yaxınlığında yanan kolu görmüşdü. Kol yansa da, alov onu yandırıb külə döndərmirdi. Rəbb koldan Musaya danışdı.)

7. Siz deyirsiniz ki, Allah əslində Musa ilə danışmışdı! Siz Musaya nə deyildiyini bilirsinizmi? (Rəbb Musaya dedi ki, Öz xalqını Misirdən çıxarmaq üçün onu seçib.)

8. Musaya Allahın onunla danışdığını sübut edən şəhadətliklər lazım idi! Nəsə şəhadətliklər olmuşdumu? (Əlamətlər - əsa ilana çevrilir, Musanın əli cüzam ilə örtülür, Nil çayının suyundan tökərkən su qana çevrilir.) Bu xüsusi müsahibə sizə Misir radio verilişi ilə çatdırıldı. Gələn

həftə bu gözəl hekayə barədə daha çox eşitmək üçün dalğanı tutun!

ev taPŞiriğiDörd bölməyə bölünmüş vərəqlər götürün. Onlara deyin ki,

həyatlarında Allahın yolları ilə necə gedə bildiklərini təsvir edən üç şəkil çəksinlər. Lövhədə və ya böyük vərəqdə “həyat hekayənizi” çəkərək göstərin.

Nümunə1 Rəbb İsanı Xilaskar kimi qəbul etməyi diz çökmüş halda dua

edən fiqurla təsvir etmək. 2 Kəlamı tədqiq etməyi açıq Müqəddəs Kitab fiquru ilə təsvir

etmək. 3 Başqalarına danışmağı iki fiqurla təsvir etmək.

Ad ________________ Səhnə 1

Səhnə 2 Səhnə 3

22

Allahin yolu kamildir

2Şam 22:31

Page 23: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

3-CÜ DƏRS KəlaMdan ayələr

Çıxış 4:18-6:9

əsas həqiqətAllah istəyir ki, siz Ona etibar edəsiniz.

tətbiqQeyri-imanlı: Günahlarınızdan xilas olmaq üçün

Rəbb İsa Məsihə etibar edin.İmanlı: Allah istəyir ki, siz hər gün Ona

iman edəsiniz.

yadda saxlamaq üçün ayə“Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı şeylərdən heç biri boşa çıxmadı.”Yeşua 23:14

əyani vəsaitlər• Şəkilli kartoçkalar 3-1, 3-2, 3-3, 3-4, 3-5 və 3-6

və ya: • Fiqurlar: MC-20, MC-21, MC-24, MC-25, MC-

29, MC-30, MC-31, MC-32, MC-33, MC-34 və MC-35.

• Fon: Dağ səhnəsi, içəri və bayır səhnəsi.

MüəlliMlər üçün Məsləhətlər

Bu dərsdə qeyri-imanlı uşaq üçün tətbiq var. Amma məsihçi uşaq üçün təlim xüsusilə vurğulanır. Aydın müjdəçilik mahnılarını bu proqrama daxil etmək yaxşı olar. Bu mahnıları öyrədərkən uşaqları xilas barədə söhbətə dəvət edin.

Proqramın birinci yarısında Müqəddəs Kitab dərsini öyrədin və dərsin sonuna yaxın vəziyyəti araşdırın. Bu, imanlı uşağın dərsdə keçilənlərin tətbiqini gücləndirməsinə kömək edəcək.

dərs planı:GirişVədlərlə əlaqəli problem ƏHİHadisələrin inkişafı:1 Allah Musanı Misirə göndərir. ƏHİ2 Allah Musa ilə görüşmək üçün Harunu gö

ndərir. ƏHİ3 Musa ilə Harun Misirə gedir. ƏHQ4 Onlar Allahın planını insanlar ilə bölüşür. ƏHQ5 Musa fironun qarşısında. ƏH 6 İnsanlar daha çox işləməli idilər. ƏH7 Firon onların kömək üçün yalvarışlarına

“yox” deyir.8 Onlar çətinliklərinə görə Musanı günahlandırırlar. ƏHİ9 Musa kömək üçün Allaha yalvarır. Kulminasiya:Allahın Musaya və israillilərə sözləri – O, Rəbdir, O, onları azad edir. Yekun: Musa Rəbbə etibar edə bilər – israillilər Rəbbə etibar edə bilər. ƏHİQ

Musa Allahın xəbərini çatdırır

23

Page 24: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

24

Dərs “Amma sən vəd etmişdin! Sən dedin ki, biz istirahət etməyə

gedəcəyik. Bu, ədalətsizlikdir! Mən bütün dostlarıma demişəm ki, Türkiyəyə gedəcəyik. Onlar deyəcəklər ki, mən yalan danışırdım. Bu, ədalətsizlikdir! Sən vəd etmişdin!”

Nazimin valideynləri ona planlarının dəyişildiyini izah etməyə çalışırdılar. Keçən il Türkiyəyə getmək barədə danışanda, onlar bilmirdilər ki, Nazimin atasının işlədiyi firma bağlanacaq və o, işsiz qalacaq.

Elə yeri seçin ki, öyrətdiyiniz uşaqlar üçün həmin yer münasib olsun.

Bəzən valideynlər və ya yaxın dostlar həyata keçirə bilmədikləri vədlər verirlər. Onlar sizi ruhdan salmaq üçün bunu etmirlər, amma onların idarə edə bilmədikləri şeylər baş verir, məsələn, Nazimin atası işini itirmişdi.

Allah Kəlamının nə dediyinə diqqət yetirin. Yeşua 23:14-ü oxuyun. Allahın həmişə Öz vədlərini yerinə yetirdiyini bilmək çox

gözəldir. Heç bir şey Onun nəzarətindən kənar deyil, çünki Allah hər bir insandan və hər bir şeydən daha güclü, daha əzəmətlidir. Allah Öz xalqını sevir. Allahın insanlara olan vədləri boşa çıxmaz.

Allah Öz xalqını onlar Misirdə kölə olarkən sevirdi. Yəqin ki, bir çoxları düşünürdü ki, Allah onları unudub – yox – Allah Öz xalqına olan vədlərini həyata keçirəcəkdi. O, onları azad edəcəkdi. Onlar Ona etibar etməli idilər.

1-Cİ səhnə Fon: Dağ. Qoyunları (MC-20 və MC-21) və Musanı (MC-24) əsa ilə (MC-25)

qoyun. Allah Musaya tapşırıq vermişdi ki, xalqını Misirdən çıxarsın. Allah Musa ilə

olacağını və xalqını oradan çıxaracağını vəd etmişdi. Allah istəyirdi ki, Musa Al-laha etibar etsin.

Allah istəyir ki, siz Ona etibar edəsiniz. Bizim ilk dərsimizi yada salın? Biz öyrənmişdik: Allah vəd etmişdi ki, Rəbb İsa Məsihə etibar edənlər həmin qəddar sahibkar olan günahdan azad olacaqlar. Siz Rəbb İsa Məsihə etibar edirsinizmi? Onun vədləri heç vaxt yerdə qalmayacaq. Siz əmin ola bilərsiniz ki, əgər indi Ona iman etsəniz, bir gün göylərdə Onunla birlikdə olacaqsınız.

Allah Musaya fironun yanına getməyi söyləyəndə onun qorxularından bəziləri yadınızdadırmı?

“Mən yaxşı danışa bilmirəm” – Musa dedi. O öyrəndi ki, həmin problem üçün Allaha etibar etməlidir. Rəbbin cavabı nə idi?

Harunu (MC-29) göstərin.

“Sənin qardaşın Harun yaxşı danışır. Mən ona icazə verəcəyəm ki, danışsın, sən isə əsan ilə əlamətlər göstərəcəksən.”

Amma Musa Harunu necə tapa bilərdi? O, ailəsini uzun müddət idi ki, görmürdü. Həmin dövrdə insanların bir-biriləri ilə əlaqə saxlaması üçün telefon və ya internet yox idi.

Məktubları və açıqcaları çatdırmaq üçün poçt xidməti yox idi.

əhq

Uşaqları ruhlandırın ki, suallara cavab versinlər.

Page 25: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

2525

Allah yenə də Musaya göstərdi ki, Ona etibar edə bilər. Məzmur 119:105-i oxuyun. Allah bu gün uşaqlarına necə yol göstərir? Allah Öz Kəlamından istifadə edir.

Müqəddəs Kitab sizi səhv yola aparmayacaq. Siz Rəbbə etibar edə bilərsiniz. Keçmiş sahibiniz olan günahı deyil, Onu razı salmaq üçün O, sizə necə yaşamağı öyrədəcək.

Bütün fiqurları götürün.

2-Cİ səhnə Musanı və Harunu (MC-30) qoyun. Allah Harunu Sinay dağına apardı, O, burada yanan koldan Musa-

ya danışmışdı. Neçə il bir-birindən uzaq düşmüş qardaşlar üçün bu, çox xüsusi bir görüş idi. Mən əminəm ki, Musa ailəsi barədə çoxlu suallar vermişdi, amma daha vacib olanı bu idi ki, Musa Allahın ona söylədiyi gözəl yol haqqında Harunla bölüşmüşdü. Ola bilsin ki, o, belə sözlər demişdi:

“Ay Harun, əcdadlarımızın həqiqi Allahı bu dağda yanan koldan mənimlə danışdı. Sən mənim yerimə danışmalısan. Mən əlamətlər göstərmək üçün çoban əsasından istifadə etməliyəm ki, insanlar bizə inansınlar.”

Məsihçi oğlanlar və qızlar, Allahın sizinlə bu yolla danışmasını istərdinizmi? Siz dəqiq nə etməli olduğunuzu bilə bilərsiniz! Allah Musa ilə çox xüsusi yolla danışdı, amma sonra bütün insanlar Musa-ya qulaq asmalı idilər. Onlar Allahın yolunu tanımaq üçün Ondan asılı olmalı idilər.

Bu gün İsanı həyatlarının Xilaskarı və Rəbbi kimi tanıyan hər bir qız və ya oğlan Allah Kəlamına malikdir. Kəlamda olan hər bir şey Allahdandır və sizin üçündür. Amma Allahın nə dediyini bilmək istəyirsinizsə, Kəlamı hər gün müntəzəm olaraq oxumalısınız. Siz bu haqda düşünməlisiniz və Allahın köməkliyi ilə həyatınıza tətbiq etməlisiniz. Yadda saxlayın, bu, Allah Kəlamıdır – siz ona etibar edə bilərsiniz.

Musa və Harun Rəbbə etibar etməli idilər ki, O, onları idarə etsin.

3-Cİ səhnə Fon: Bayır. Bütün fiqurları götürün. Harunu (MC-29) və Musanı

(MC-31) əsa ilə (MC-25) qoyun. Ola bilsin ki, qardaşlar Misirə qayıdarkən uzun səyahət zamanı

Harun ailələrində olan bütün xəbərləri Musaya çatdırmışdı. Yəqin ki, Harun da Musanın Midyan torpağında keçən həyatı barədə eşitmək istəyirdi – onun ötən qırx il ərzində nə etdiyini bilmək istəyirdi. Amma siz düşünürsünüzmü ki, onlar çox vaxtı Rəbbin onlara ver-diyi nəhəng iş barədə danışır və fikirləşirdilər.

Musa və Harun israilliləri inandırmalı idilər ki, xalqı Misirdən çıxarmaq üçün Allahın onları göndərdiyinə inansınlar! Onlar firo-nun yanına getməli və ona deməli idilər ki, Allahın xalqını buraxsın. Firon buna necə reaksiya verəcəkdi? Sonra onlar bütün İsrail xalqını Misirdən çıxarıb yeni torpağa aparmalı idilər.

əhq

əhq

Siz Harunun səyahəti barədə danışdıqca xəritədə Misir və Midyan torpaqlarını göstərə bilərsiniz.

Şəkilli kartoçka 3-1

Page 26: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

Musa və Harun bilirdi ki, onlar bütün ürəkləri ilə Rəbbə etibar etməlidirlər, çünki yalnız O, fironun ürəyini dəyişdirə bilərdi ki, İsrail xalqını buraxsın. Yalnız Rəbb onları yeni torpağa apara bilərdi.

Siz də Rəbbə bütün ürəyinizlə etibar etməlisiniz. Yalnız O, sizi günahın köləliyindən azad edə bilər. Rəbb İsanın Qolqofa-da günahkarların yerinə ölməklə günaha necə qalib gəldiyini və ölülərdən dirildiyini yada salmaq yaxşıdır. Yalnız Ona iman etməklə siz hər gün Onun Kəlamında dediyi qayda ilə yaşaya bilərsiniz. Al-lah sizi heç vaxt peşman etməz, Onun vədləri heç vaxt yerdə qal-mayacaq.

4-Cİ səhnə Fon: Bayır. İsrailliləri (MC-32) qoyun.Bu iki qardaş Misirə çatanda, yəqin ki, camaat heyrət içində

idilər. “Harun ilə gələn bu qərib sarayda yaşayan şahzadə deyilmi?”“O, misirlini öldürmək ilə bizə kömək etmək istəmirdimi?”“Bəs indi o, nəyə görə buradadır?”“O, bizim xilaskarımız deyilmi?”Musa və Harun israilli rəhbərləri bir yerə yığdı. Harun Musanın

yerinə danışdı. “Əcdadlarımızın Allahı Musaya göründü. O, Misirdə sizin

çətinliklərinizi gördü. Allah vəd edib ki, sizi Misirdən daha çox məhsul gətirən yaxşı bir torpağa gətirsin.”

“Bu, doğru ola bilər?” – insanlar təəccüb etdi. “Bütün bu illərdən sonra biz dəhşətli yeri tərk edəcəyikmi?” Rəhbərlər üçün buna inan-maq çətin idi.

Musa öz əsasını yerə tulladı. Əsa ilana çevrildi! O, ilanın quyruğunu tutdu və o, yenidən əsaya çevrildi. Musa əlini üst paltarının içərisinə saldı və əli cüzam xəstəliyi ilə örtüldü. Sonra yenidən əlini içəri saldı, bu dəfə cüzam keçib getmişdi!

Sizcə, rəhbərlər möcüzələri görəndə Allahın Musa ilə danışdığına inandılar? Bəli, inandılar.

“Mən elə möcüzələr görsəydim, inanardım!” Siz belə fikirləşirsinizmi? Siz eşitmisiniz ki, Rəbb İsa sizi xilas edə və həyatınızı dəyişə bilər, amma sizdə şübhələr var.

“Mən Ona etibar etməyi necə bilim? Əgər israillilər kimi möcüzələr görsəydim!”

Ətrafınıza – göyə, dağlara, dənizə baxın. Dünyada olan müxtəlif növ heyvanlara və bitkilərə baxın. Bütün bunları yaradan olduqca əzəmətli olan Şəxsə etibar edə bilərsinizmi?

Yəhya 3:16-nı oxuyun. Ayəni oxuyun. Sizin kimi günahkarları xilas etmək üçün çarmıxda ölən Allahın yeganə

Oğlu Rəbb İsa barədə düşünün. Allah Öz Oğlunu nə qədər sevirdi, amma buna baxmayaraq, O, sizin xilas olmağınız üçün Oğlunu verdi. Siz Allahın İsrail xalqı

26

əhq

Şəkilli kartoçka 3-2

Uşaqları ruhlandırın ki, firo-nun bu şeylərə necə reaksiya

əhq

Page 27: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

2727

üçün Musaya verdiyi əlamətlər kimi əlamətlər görməyəcəksiniz, amma sizin üçün bu qədər iş görmüş Şəxsə necə etibar etməyə bilərsiniz? Əlbəttə, siz iman etməlisiniz.

İsrail xalqı Musaya və Haruna inandılar, bəs firon necə? Bütün fiqurları götürün.

5-Cİ səhnə Fon: Saray. Harunu (MC-29), Musanı (MC-31) əsa ilə (MC-25)

və padşahı (MC-33) qoyun. Musa və Harun Misir padşahı ilə cəsarətlə danışdılar. Onlar nə

dedilər? Çıxış 5:1-i oxuyun. “İsrailin Allahı Rəbb belə deyir: ‘Xalqımı burax...’”Firon necə reaksiya verdi?Çıxış 5:2-ni oxuyun. “Rəbb kimdir ki, Onun səsinə qulaq asıb İsrail övladlarını

buraxım? Rəbbi tanımıram, İsrail övladlarını da buraxmıram.”Firon hirslənmişdi. Bu kişilər İsrail xalqını kərpic sahələrində

işləməkdən yayındırırdı! O, nə etdi?Çıxış 5:6-7-ni oxuyun. “Həmin gün firon xalqın nəzarətçilərinə və gözətçilərinə əmr

edib dedi: ‘Bir daha xalqa kərpic düzəltmək üçün saman verməyin. Qoy özləri gedib saman yığsınlar.’”

Allah Musaya nə etməyi söylədi? Musa Allaha itaət etdi. O, inanırdı ki, Allah xalqını xilas etmək

və padşahın yanına getmək üçün onu idarə edir, amma İsrail xalqının həyatı əvvəlkindən daha da çətinləşdi! Onların işi indi daha da çətinləşmişdi, çünki onlar saman yığmalı idilər və bundan əlavə, əvvəlki qədər kərpic düzəltməli idilər.

Allah uğursuzluqla rastlaşdı? Xeyr. Allah uğursuzluğa düçar ola bilməz. Rəbb Öz xalqını Misir köləliyindən xilas etməyi bacardımı? Bəli. Onun Öz xalqını azad etmək üçün gücü var idi.

Keçən həftənin dərsini yadınıza sala bilərsinizmi? Bu cümləni kim tamamlaya bilər? “Allahın yolları_________ (kamildir).”

Amma biz gördük ki, Allahın yolları bizim yollarımızdan fərqlidir.

Çox-çox illər Musa öləndən sonra Rəbb İsa yer üzünə gəldi. Onun davamçıları Ona iman etdilər. Onlar əmin idilər ki, Məsih Allah tərəfindən göndərilib. Rəbb İsa həbs olunanda, ittiham olu-nanda və çarmıxa çəkiləndə onlar necə də çaşqınlığa və qorxuya düşmüşdülər! Bu, necə baş verə bilərdi! Belə görünürdü ki, sanki Rəbb uğursuzluğa düçar olub. Sonralar onlar başa düşə bildilər. Rəbb İsa Məsih günahkarların yerinə əzab çəkməli və ölməli idi ki, Ona iman edən hər kəs azad ola bilsin. Bu, Allahın kamil yolu idi. Rəbb İsa ölülərdən diriləndə onlar hər bir şeyi gördülər, anladılar, amma eyni zamanda, bu, çox çətin və çox çaşdırıcı idi.

Allahın xalqı Misirdə çox böyük çaşqınlıq içərisində idi. Onlar üçün etibar etmək çox çətin idi.

əhq

Şəkilli kartoçka 3-3

Məktəb yaşına çatmamış uşaqlar kərpic üçün saman yığırlarmış kimi hərəkət edə bilərlər.

Page 28: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

28

Padşahı (MC-33) və rəhbərləri (MC-34) qoyun. Onlardan bəziləri fironun yanına getdilər. Çıxış 5:15b-16a-nı oxuyun. “Qullarınla niyə belə rəftar edirsən, qullarına saman vermirlər,

ancaq bizə ‘kərpiclər düzəldin’ deyirlər...qulların döyülür.” Firon hala acıyan bir insan idi? Xeyr! “O isə dedi: ‘Tənbəlsiniz’… ‘gedək, Rəbbə qurban gətirək’ deyirsiniz.

İndi gedin işləyin. Sizə saman verilməyəcək, ancaq gündəlik kərpic sayını düzəltməlisiniz.”

Bütün fiqurları götürün.

6-Cİ SƏHNƏ Fon: Bayır. Musanı (MC-31) əsa ilə (MC-25), Harunu (MC-29)

və rəhbərləri (MC-34) qoyun. Musa və Harun sarayı tərk edəndə ibrani rəhbərləri onların

üstünə qışqırıb: “Bütün bunlara təqsirkar sizsiniz! Qoy bizim bütün çətinliklərimizə görə Rəbb sizi cəzalandırsın!”

“Məni nəyə görə günahlandırırsnız?” – deyə, Musa yəqin ki, təəccüblənirdi. Bu, ədalətsizlik idi. İnsanlar məgər inanmırdılar ki, Allah onları xilas etməyi vəd edib?

Sizcə, Musa çox ruhdan düşmüşdü? O, Allaha itaət etdiyini bil-irdi, amma belə görünürdü ki, heç nə alınmır.

Siz də özünüzü belə hiss edirsiniz? Siz Rəbb İsaya Xilaskarınız kimi iman etmisiniz və hər gün Onun üçün yaşayırsınız, amma indi çox çətindir. Sizin evdə probleminiz varmı? Ola bilsin ki, sizin atanız işini itirib və kifayət qədər pulunuz yoxdur. Bəlkə ananız və atanız sizi etmədiyiniz hansısa bir işə görə günahlandırırlar. Onda siz təəccüblənərək düşünürsünüz ki, əgər Allah bu qədər əzəmətlidirsə, bu şeylərə nəyə görə yol verir?

Məktəbdə sizin probleminiz var? Sənə başqaları kimi olmamaq çətindir? Başqa uşaqlar sizin jurnallardan müəyyən məqalələri oxumadığınızı və ya son musiqilər haqqında danışmadığınızı görəndə gülürlərmi?

Musa nə etdi? Onun etdiyini siz də etməlisiniz. Musa Rəbb ilə danışdı. Bütün fiqurları götürün.

7-Cİ səhnə Fon: Bayır. Dua edən Musanı (MC-35) qoyun. Çıxış 5:22-23-ü oxuyun. “Ey Xudavənd, nə üçün xalqı belə bəlaya saldın? Məni niyə

göndərdin? Sənin adınla fironla danışmaq üçün gələndən bəri o, bu xalqı bəlaya salır, Sən isə onları heç azad etmirsən.”

Rəbbin cavabı nə oldu? Çıxış 6:2b,6-ı oxuyun. “Mən Rəbbəm...İsrail övladlarına söylə: ‘Mən Rəbbəm.

Sizi misirlilərin zülmündən qurtaracağam, onların əsarətindən çıxaracağam və qolumu uzadıb böyük cəzalar bahasına sizi satın alacağam.’”

Musa Rəbbə etibar edə bildi. İsrail xalqı Rəbbə etibar edə bildi. Onun xalqını azad etmək üçün vədi yerdə qalmadı. Siz Rəbbə etibar edə bilərsiniz. Əgər siz xilas olmamısınızsa, bu gün, elə indi günaha köləlikdən azad olmaq üçün Rəbb İsaya bütün ürəyiniz ilə iman edə

əhq

Şəkilli kartoçka 3-4

Şəkilli kartoçka 3-6

Şəkilli kartoçka 3-5

Page 29: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

2929

bilərsiniz. Onun vədini yadda saxlayın: “Əgər Oğul sizi azad etsə, həqiqətən də, azad olacaqsınız” (Yəhya 8:36).

Əgər siz İsa Məsihi Xilaskarınız kimi tanımısınızsa, onda hər gün evdə, məktəbdə və dostlarınızla ünsiyyətdə Ona etibar edə bilərsiniz. Onun sizin üçün olan vədləri heç vaxt boşa çıxmaz.

“Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı şeylərdən heç biri boşa çıxmadı” (Yeşua 23:14).

hadİsənİn MüzaKİrəsİNövbəti səhnəcikdə köməkçi və ya yaşca bir az böyük uşağı dəvət edin. Rauf öz-özünə danışır.

“Nəyə görə hər şey belə çətindir? Mən Rəbb İsanı sevirəm, O, mənim Xilaskarımdır, amma mənim üçün çox çətindir. Məktəbdə başqa oğlanlar aldadır və bir-birindən köçürürlər, mən də bunları etməyə sövq olunuram. Evdə də heç yaxşı deyil. Bacım həmişə məni ələ salaraq “müqəddəs” deyir. O qədər problemlər var ki! Bəzən mənə elə gəlir ki, Allah məni tərk edib.”Sonra Rauf Müqəddəs Kitabdan oxuyur. O, Sül. məs. 3:5-6-nı ucadan oxuyur və başını aşağı əyib səssizcə dua edir. Uşaqlar ilə müzakirə edin.

1.Niyə Rauf çaşıb qalmışdı? 2. O, iki müdrik hərəkət etdi. Onlar hansılar idi? 3. Allah ona nə dedi?

Əgər siz də özünüzü Rauf kimi çətinlikdə hiss edirsinizsə, onda xahiş edirəm, dərsdən sonra mənimlə danışın. Başqa uşaqlar çıxıb gedəndə siz öz yerinizdə oturub gözləyin. Biz birlikdə Allahın Kəlamına baxa bilərik və sizin xüsusi probleminiz üçün dua edə bilərik.

Ola bilsin ki, siz Rauf kimi deyilsiniz, çünki siz heç vaxt Rəbb İsaya Xilaskarınız kimi etibar etməmisiniz. Sizin həyatınızda olan böyük problem günahınızdır. Əgər siz məsihçi olmaq barədə danışmaq istəyirsinizsə, onda xahiş edirəm, dərsdən sonra gözləyin.

təkrar üçün suallar1 Həmişə vədlərini saxlayan kimdir? (Rəbb.)2 Nəyə görə Allahın vədləri heç vaxt boşa çıxmır? (Allah yalan

danışa bilməz və hər bir şey Onun əlindədir.) 3 Harun qardaşı Musa ilə harada görüşməli olduğunu necə bildi?

(Allah ona yol göstərdi.) 4 Allah həyatlarımız üçün olan yolunu bizə necə göstərir? (Kəlamı

olan Müqəddəs Kitab ilə.) 5 Allah İsrail xalqı üçün Musaya hansı əlamətləri verdi? (Musanın

əsası ilana çevrildi; onun əli cüzam ilə örtüldü, yerə tökülmüş su qana çevrildi.)

6 Musa və Harun israillilər ilə danışdıqdan və bu əlamətləri göstərdikdən sonra nə düşündülər? (Onlar inandılar ki, Allah onları göndərib.)

7 Musa və Harun firona israilliləri buraxmaq haqqında deyəndə o,

əhİq

Page 30: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

30

nə dedi? (“Mən onları buraxmayacağam.”)8 Firon israillilərin həyatını daha da çətinləşdirmək üçün nə etdi?

(O əmr etdi ki, kərpic düzəltmək üçün onlara saman verilməsin. Onlar özləri saman yığmalı idilər və əvvəlki qədər kərpic düzəltməli idilər.)

9 İsraillilər çətinliklərinə görə kimləri günahlandırırdılar? (Musa və Harunu.)

10 Allah övladlarının həyatlarına problemlər və çətinliklər gələndə nə etmələrini istəyir? (Ona etibar etmələrini.)

11 İnsanlar həyatlarının daha da çətinləşdiyinə görə Musanı günahlandıranda Musa nə etdi? (O, Rəblə danışdı.)

12 Rəbb Musaya nə cavab verdi? (Mən Rəbbəm, Mən İsrail övladlarını Misirdən çıxaracağam.)

Təkrar üçün oyun

Boş buraxılmış hərflərV-----P---------E-----Ya vərəqdə, ya da lövhədəUşaq suala cavab verərkən hərfləri tapa bilər. Sözlər “vədlər”, “problemlər” və “etibar”dırDeyilən hərf sözlərdə olsa, onu lövhəyə yazın və tapılan xüsusi hərflərin sayını komanda hesablasın, məsələn, “R” hərfi üç xala bərabərdir. Uşaq hərfi deyil, bütün sözü tapa bilər. Dəqiq cavab on xala bərabərdir.Əgər sözlər bütün təkrar sual-lar bitməzdən əvvəl bitibsə, hər düzgün cavabı xal ilə qiymətləndirərək sualları verməkdə davam edin. Əgər suallar bitibsə, amma bəzi sözlər tapılmayıbsa, uşaqlar üçün boş yerlərə hərfləri yazın. Hər iki halda bu sözlərin əhəmiyyətini siniflə birlikdə müzakirə etmək üçün vaxt ayırın.

Page 31: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

4-cü dərs

Мцгяддяс китабчыхыш 7:1-12:51

mяркязи щягигят

Аллащ сяни азад едя биляр.

тятбиг

qeyri-imanlıya: хащиш етки, Иса Мясищ сяни Аллащын мящкямясиндян вя цзяриндя щакимлик едн эцнащдан азад етсин.

Йаддаш цчцн аЙя

“əgər Oğul sizi azad etsə, həqiqətən də, azad olacaqsınız.”yəhya 8:36

əyani vəsaitlər• Şəkilli kartoçkalar 4-1, 4-2, 4-3, 4-4, 4-5, 4-6 və

5-1 və ya• Fiqurlar: MC-25, MC-28, MC-29, MC-31, MC-

33, MC-36, MC-37, MC-38, MC-39, MC-40, MC-41, MC-42, MC-43, MC-44, MC-45, MC-46, MC-47, MC-48, MC-49, MC-50, MC-51, MC-52 və MC-53

MüəlliMlər üçün Məsləhətlər:Proqramın başlanğıc mərhələlərində yadda

saxlamaq üçün olan Yəhya 8:36-nı öyrədin. Dərs keçərkən 1-ci dərsə istinad edin və aşağıdakıları uşaqlardan soruşun:

• günah nədir• günah üçün nümunə• hamı Allaha qarşı günah işlətməklə

günahkardır• günahın gətirdiyi cəzaUşaqlara qısaca günah barədə təlimi təkrarlamaq

üçün “Mənim günahımı nə yuya bilər?” kimi mahnılardan istifadə edin. Uşaqlara günah barədə əvvəlki təlimi xatırlatmaq üçün yadda saxlanılan ayədən və mahnıdan istifadə edərək siz 4-cü Dərs üçün yaxşı

Musa Allahın gücünü görür

31

təməl yaradırsınız. Doqquz cəza barədə təlim qısa şəkildə verilib.

Əgər çox geniş şəkildə verilsəydi, dərs həddən artıq uzun olardı. Əgər siz daha da ətraflı keçmək istəyirsinizsə, dərsi bölərək iki həftədən çox keçə bilərsiniz.

dərsin Plani:

Giriş

“mən onları buraxmayacağam!”

Hadisələrin inkişafı:

1 Qan

2 Qurbağalar; mığmığalar; mozalanlar

3 ev heyvanları; irinli çibanlar

4 Dolu; çəyirtkə

5 Zülmət МHQ

6 Firona sonuncu xəbərdarlıq

7 Pasxa Quzusunun hazırlanması МHQ

8 misirlilərin ilk övladları ölür МHQ

Kulminasiya:

İsraillilərə əmr edildi ki, çıxıb getsinlər. МHQ

yekun

çıxış МHQ

Page 32: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

32

dərs

1-ci səhnə “Mən israilliləri buraxmayacağam!” Hər dəfə firon bu cavabı

verirdi. (Fon: Saray. İlanları (MC-28 və MC-39), Harunu (MC-29) əsa

ilə (MC-36), Musanı (MC-31) əsa ilə (MC-25), padşahı (MC-35) və misirliləri (MC-37 və MC-38) qoyun.)

Musa Allahdan aldığı əlamətləri padşaha göstərdi. Firon Allahın necə də güclü olduğunu görmədimi? Rəbb Nil çayını qana çevirəndə firon və onun xalqı böyük əzab çəkdilər. Balıqlar öldü. İçməyə su yox idi, hətta evlərdə olan qablardakı sular da qana çevrilmişdi! Firon nə dedi? “Mən xalqı buraxmayacağam.”

(Bütün fiqurları götürün.)

2-ci səhnə Fon: Lövhə. Öyrətdikcə cəzaları (MC-40, MC-41, MC-42, MC-

43, MC-44, MC-45, MC-46, MC-47 və MC-48) qoyun. Bəlkə də israillilər düşünürdülər ki, heç bir şey fironun fikri-

ni dəyişə bilməz. Onlar heç vaxt azad ola bilməzlər! Onlar səhv düşünürdülər. Rəbb onları azad etməyə qadir idi, amma O, Musaya demişdi ki, firon İsrailin Allahının necə böyük və güclü olduğunu görməyincə, bu, baş verməyəcək. Rəbb nə etdi?

(Çıxış 8:5-i oxuyun.) Qurbağalar! Milyonlarla! Hər yerdə doludur. Qurbağalardan sonra mığmığalar, mozalanlar gəldi! Hər bir şey

və hər bir kəs onlarla örtülmüşdü. Allah mozalanları göndərəndə firon: “Mən xalqı buraxacağam”

dedi, amma Rəbb mozalanları ləğv edən kimi, firon fikrindən imtina etdi.

Firon tezliklə Allahın başqa bir gücünü gördü, Rəbb misirlilərə məxsus olan bütün heyvanların üzərinə xəstəlik göndərdi. Padşah israilliləri buraxmaqdan yenə də imtina etdi və Allah həm insanların, həm də heyvanların üzərinə dəhşətli xəstəlik göndərdi.

Daha sonra şiddətli dolu, sonra isə çoxlu sayda çəyirtkələr gəldi. Firon nə etdi? O, insanları buraxmadı!

Allah doqquzuncu xəbərdarlığı göndərdi. Bu vaxt zülmət ölkəni bürüdü.

Firon Misir xalqının üzərinə necə də böyük əzablar gətirdi, çünki o, Rəbbə fikir vermirdi, amma ən pisi isə hələ qarşıda idi!

Siz Musa haqqında olan birinci dərsi yadınıza sala bilərsinizmi? Kişilərin və qadınların, oğlanların və qızların üzərində hökmranlıq edən qəddar sahibkarın adını mənə deyə bilərsinizmi? (Günah.)

Günah dünyamıza dəhşətli əzablar gətirdi. Günaha görə baş vermiş hansı dəhşətli şeyləri göstərə bilərsiniz? (Müharibələr, xəstəlik, ölüm.)

Sizin yadınızdadırmı ki, həyatlarımızı dağıdan, bizi Allahı tanımaqdan və sevməkdən saxlayan ən pis şey günahdır? Bir gün günah sizi cəhənnəm adlanan cəza yerində Allahdan əbədi olaraq ayıra bilər.

Siz bilmək istəyirsiniz: kimsə məni bu dəhşətli sahibkarın əlindən azad edə və günahın gətirdiyi dəhşətli cəzadan xilas edə bilərmi? Rəbb İsanın sözlərinə qulaq asın.

ЦИН

Şəkilli kartoçka 4-1Şəkilli kartoçka 4-2

Şəkilli kartoçka 4-3

Məktəb yaşına çatmamış uşaqlar quruldayan qurbağalar və vızıldayan milçəklər kimi səs sala bilərlər.

qurbağalar Misirdə müqəddəs hesab edilirdi və öldürülməməli idilər. Fironun cadugərləri anladılar ki, mığmığalarla (və ya mozalanlarla) cəza “allahın barmağı”dır. bu həşəratlar toz-dan yarandılar, bu da onların həddən artıq çox olduğunu göstərir. Mozalanlar sancan növlər idi və yalnız misirlilərin üzərinə gəlmişdi.

İnfeksiyalı xəstəlik sahələrdə heyvanları tutmuşdu, amma belə görünür ki, evlərdə olanları tutmamışdı.

İrinli çibanlar isə həm insanları, həm də heyvanları tutmuşdu. Günah dünyamıza dəhşətli əzablar gətirdi.

Misirlilər, yəqin ki, xəstəlik və epidemiya üzərində gücə malik olan allahlara ibadət edirdilər, amma bu allahlar onları xilas edə bilmirdi.

Dolu biçin üçün hazır olan bütün məhsulu xarab etdi. Çəyirtkələr qalan məhsulu tamamilə məhv edərək hədsiz sayda

Page 33: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

3333

(Yəhya 8:36-nı oxuyun.) “Əgər Oğul sizi azad etsə, həqiqətən də, azad olacaqsınız.” Siz düşünürsünüz ki, azad olmaq istəyirsiniz, amma nə etməli olduğunuza

əmin deyilsiniz? Bəlkə siz Rəbb İsadan xahiş etmisiniz ki, sizi azad etsin, amma buna əmin deyilsiniz. Hər iki halda, xahiş edirəm, dərsdən sonra gəlib mənimlə danışa bilərsiniz. Sadəcə, o biri uşaqlar gedəndə gəlib qabaqda oturun və mən biləcəyəm ki, mənimlə danışmaq istəyirsiniz.

Birlikdə biz Allahın Kəlamına baxa bilərik. Həmin qəddar sahibkar sizin azad olmağınızı istəmir. Siz heç vaxt özünüzü

azad edə bilməzsiniz. Allahın sizi azad edə bildiyini anlamaq gözəl deyilmi! Firon İsrailin azad olmasını istəmirdi. İsraillilərin özlərini azad etmək üçün

heç bir gücləri yox idi. Onların Allahı vəd etmişdi ki, onları azad edəcək və O, belə də etdi.

(Bütün fiqurları götürün.)

3-cü səhnə (Fon: Saray. Musanı (MC-31) əsa ilə (MC-25), Harunu (MC-29) əsa ilə (MC-

36) və padşahı (MC-33) qoyun.) Musa Rəbdən sonuncu xəbərdarlığı alaraq fironun yanına getdi. (Çıxış 11:4-6-nı oxuyun.) “Rəbb belə deyir: ‘Gecə yarısı Mən Misirin ortasından keçəcəyəm;

Misir torpağında taxtda oturan fironun oğlundan tutmuş dəyirman arxasında olan kəniz oğluna qədər hamının ilk oğlu öləcək. Hətta bütün heyvanların da ilk balaları öləcək. Bütün Misir torpağında elə böyük fəryad qopacaq ki, indiyədək beləsi olmamışdır və bundan sonra da ol-mayacaq.’”

Bəs israillilər necə olacaq? Allah dedi ki, onlara heç nə olmayacaq. Yəqin ki, firon bunun baş verməsini istəməzdi! Yəqin ki, indi o, İsraili buraxacaqdı. Yox - onun ürəyi o qədər sərtləşmişdi ki, onları buraxmazdı, amma Rəbb Öz xalqını köləlikdən azad edəcəkdi. Firon Allahın əzəmətli gücünü dəhşətli bir tərzdə görəcəkdi.

Bu vaxt Allahın xalqı Misirdən çıxmağa hazırlaşırdı. Musa və Harun onlara Rəbbin əmrlərini verdi, əgər onlar Misirin üzərinə gələn mühakimədən qaçmaq və azad olmaq istəyirdilərsə, onda həmin əmrlərə əməl etməli idilər. Onlar nə etməli idilər?

(Bütün fiqurları götürün.)

4-cü səhnə (Fon: Lövhə. İsraillini (MC-50), qapı çərçivəsini (MC-49) və ləyəni

(MC-51) qoyun.) Başqa bir uşaq və ya köməkçi Çıxış 12:3, 4a, 5a, 6, 7 və 13-ü ox-

usun. “Bu ayın onuncu günündə hər kəs öz ailəsi üçün bir quzu, hər ev

üçün bir quzu götürsün.Əgər bir adamın ailəsi bir quzu üçün azdırsa, qoy o adam evinə

yaxın qonşusu ilə birgə...götürüb...bölsün. Özünüzə birillik qüsursuz erkək heyvan götürün.Onu ayın on dördüncü gününə qədər saxlayın. Qoy axşamçağı bütün İsrail icmasının camaatı onu kəssin. Qurbanın qanından götürüb onu yeyəcəkləri evin qapısının hər iki

taxtasına və üst dirəyinə sürtsünlər.

Şəkilli kartoçka 4-5

DXS

Page 34: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

34

...Sizin olduğunuz evlər üzərindəki qan sizin üçün əlamət olacaq. Qanı görəndə yan keçəcəyəm və Misir ölkəsini cəzalandırdığım zaman sizə məhvedici bəla gəlməyəcək.”

İsrail xalqının ölümdən və köləlikdən azad olması üçün quzular kəsilməli idi. Bu, sizin və mənim kimi insanları xilas etmək, eləcə də günahlarımıza görə layiq olduğumuz cəzadan və günahın köləsi olmaqdan azad etmək üçün Allahın planının gözəl mənzərəsi idi.

Quzu nə cür olmalı idi? Onun heç bir qüsuru olmamalı idi. Müqəddəs Kitab Rəbb İsanı Allahın Quzusu adlandırır. Onun həyatında heç bir qüsur yox idi. O, heç vaxt nə düşüncəsində, nə sözündə, nə də hərəkətində günah etməmişdi.

Bizi günahdan heç kim xilas edə bilməz, çünki hər bir kəs günah edib, hər bir kəs Allaha itaətsizlik edib. Bizi xilas və azad etmək üçün ölən quzu yalnız Allahın günahsız, kamil Oğlu ola bilər.

(Bütün fiqurları götürün.)

5-ci səhnə (Çarmıx təsvirini qoyun.) Heç bir qanunu pozmamış Rəbb İsa Məsih ittiham olundu və

Onun haqqında yalanlar söylənildi. Qəddar insanlar Onu ələ saldılar və Onu çox pis döydülər. Nəhayət, onlar Onu bir cinayətkar kimi çarmıxa çəkdilər. Qolqofada O, bizim anladığımızdan daha çox əzab çəkdi və Onun qanı günahkarlar üçün töküldü.

Keçən həftə siz eşitmədinizmi ki, heç kim Allahdan güclü dey-il? Siz təəccüblənirsinizmi ki, nəyə görə Rəbb bütün bunların çox sevdiyi Oğlunun başına gəlməsinə yol verdi?

Allah bu işi bacarmadığı üçün Rəbb İsa çarmıxa çəkilmədi, O, dünyanı çox sevdiyi üçün çarmıxa çəkildi.

Günah cəzalanmalı və günahın gücü məhv olmalı idi, ona görə də Allah öz heyranedici məhəbbətində öz sevimli Oğlunu günahkarların yerinə cəzalandırdı. Rəbb İsa sizi xilas etmək və günah olan qəddar sahibkardan azad etmək üçün könüllü olaraq Öz həyatını verdi.

Yadda saxlayın, ölümdən xilas olmaq və Misirdən çıxmaq üçün israillilər Allahın qaydalarına əməl etməli idilər. Bu qaydalara əməl etməyən hər bir kəs misirlilər kimi eyni dəhşətli mühakimə ilə üzləşəcəkdi.

(Çarmıx təsvirini götürün. )

6-cı səhnə (İsraillini (MC-50), qapı çərçivəsini (MC-49) və ləyəni (MC-51)

qoyun.) Vaxt gəlib çatanda israillilər hazır idilər. İsrail xalqının Allahı

onları xilas və azad edəcəyini vəd etmişdi. Onlar evlərində gözləyirdilər. Axşam çağı quzular kəsildi. Ailə başçısı, onlara öyrədildiyi kimi, qandan bir az götürüb qapının çərçivələrinə çilədi. Quzu acı otlarla bişirildi və çörək mayasız hazırlandı. Süfrə asudə vaxt üçün açılmamışdı – israillilər paltarlarını geyinib oturmuşdular və səyahətə çıxmağa hazır idilər. Bu yemək cəld yeyilməli idi. Səhərə qədər heç nə qalmamalı idi.

Şəkilli kartoçka 4-6

MHQ

Şəkilli kartoçka 4-5

Bir neçə uşaq israilli ailənin bu gecə üçün hazırlaşmasını səhnəcik kimi göstərə bilər.

Page 35: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

3535

Gecə yarısı Rəbbin mələyi Misir torpağından keçdi. O, hər evdə olan ən böyük oğulu öldürməyə gəlmişdi. Bu, Allahın Misir xalqının üzərinə gətirdiyi cəzası idi. Amma qapı çərçivələrinə quzu qanı çəkilmiş evlərdə hamı salamat qalmışdı.

Allah Öz Kəlamında bizə deyir ki, Ona itaət etməyən bütün in-sanlar Onun cəzasına layiqdirlər – buraya biz hamımız daxilik. Sizin həyatınızı idarə edən günah Allahın mühakiməsini sizin üzərinizə gətirir. Həmin mühakimə Allahdan əbədi olaraq ayrılmaqdır. Allah eləcə də Öz Kəlamında təmin etdiyi gözəl yol haqqında danışır, bu yolla biz mühakimədən xilas ola bilərik və günahın hakimiyyətindən azad ola bilərik.

Allahın Quzusu kimdir? Onun qanı ilə nə baş verdi? Rəbb İsa çarmıxda öləndə Onun qiymətli qanı layiq olduğumuz

cəzadan, eləcə də şeytanın və günahın hakimiyyətindən bizi xilas etdi. Allah Rəbb İsanı ölülərdən diriltdiyinə görə siz buna tamamilə əmin ola bilərsiniz.

(Bütün fiqurları götürün.) (Boş qəbir təsvirini qoyun.)

Rəbb İsa əbədi olaraq sağdır! Siz nə etməlisiniz? Əgər siz həyatınızda olan günaha görə

dəhşətli təhlükədə olduğunuzu anlayırsınızsa, onda Məsihin yanına gəlməlisiniz. Gecikməyin. Allah istəyir ki, siz indi Onun yanına gələsiniz. Harada oturmusunuzsa, elə orada Rəbbə deyə bilərsiniz ki, günahınıza görə həqiqətən peşmansınız və artıq günahda qal-maq istəmirsiniz. Sonra Rəbb İsaya günahınıza görə öldüyü üçün minnətdarlıq edin və Ondan xahiş edin ki, sizi xilas etsin və günahın hakimiyyətindən azad etsin.

Yəhya 8:36-da deyilir: “Əgər Oğul sizi azad etsə, həqiqətən də, azad olacaqsınız.”

Bəs misirlilər necə oldu? Ah, onların evlərindən fəryad, nalə səsləri gəlirdi! Ölkədə varlı ailədən kasıb ailəyədək hamısında dəhşətli kədər var idi, çünki Musanın xəbərdarlıq etdiyi kimi, ailənin böyük oğlu ölmüşdü. Allahın xəbərdarlığını rədd etmək necə də axmaqlıqdır.

Firon Musanı və Harunu çağıranda gecə idi. O nə istəyirdi? (Çıxış 12:31-i oxuyun.) Firon dedi: “Çıxın gedin! Həm özünüz, həm də bütün israillilər

xalqımın arasından çıxın gedin, istədiyiniz kimi Rəbbə ibadət edin.”

(Bütün fiqurları götürün.)

7-ci səhnə Fon: Dağlıq ərazi. İsrailliləri (MC-52 və MC-53) qoyun. İsraillilərə gümüş, qızıl və paltar verildi. İsraillilər nə

istəmişdilərsə, misirlilər onlara verdilər ki, çıxıb ölkədən getsinlər. Onlar çox qorxmuşdular. Onlar israillilərə yalvardılar ki, çıxıb getsinlər, çünki hamının öləcəyindən qorxurdular!

İsraillilər çox cəld çıxdılar, hətta onların yoğurduqları xəmiri bişirməyə vaxtları olmadı! Onlar xəmiri özləri ilə apardılar.

MHQ

Şəkilli kartoçka 4-6

Şəkilli kartoçka 5-1

Məktəb yaşına çatmamış uşaqlar cəld səfərə çıxırlarmış kimi hərəkət edə bilərlər.

Page 36: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

36

Onlar Misirdən çıxdılar. Onlar köləlikdən çıxırdılar. Onlar salamat idilər, onlar azad idilər.

Oğlanlar və qızlar, ehtiyatlı olun! Dünyanı çox sevən və günahkarların yerinə ölmək üçün Öz yeganə Oğlunu verən Allah günahı nəzərdən qaçırmır. Siz Rəbb İsa Məsihə dönməyincə həyatınızı idarə edən günah Allahın mühakiməsini üzərinizə gətirəcək. İsraillilər kimi olun – gecikməyə vaxt yoxdur. Bu gün gəlin, sizi xilas və azad edə bilən Şəxsin yanına gəlin.

“Tam hikmət və dərrakə ilə bizə bol-bol göstərdiyi Öz zəngin lütfünə görə biz Oğlunda, Onun qanı vasitəsilə satınalınmaya – təqsirlərimizin bağışlanmasına malikik.”

(Efes. 1:7).

təkrar üçün suallar:1 Allah Musa və Haruna nə demişdi ki, firona desinlər? (“Mənim

xalqımı burax.”) 2 Fironun cavabı nə oldu? (“Rəbb kimdir? Mən İsrail xalqını

buraxmayacağam.”) 3 Rəbbin Misirin üzərinə göndərdiyi üç dəhşətli cəza nə idi? (Do-

qquz cəza – suyu qana çevirdi, qurbağalar, mığmığalar, mo-zalanlar, heyvanlarda xəstəliklər, misirlilərdə və heyvanlarda irinli çibanlar, dolu, çəyirtkə və zülmət.)

4 Padşaha axırıncı hansı xəbərdarlıq edildi? (Misirlilərin ilk doğulmuş oğulları və heyvanlarının da ilk balaları öləcəkdi.)

5 Allahın Misirin üzərinə gətirdiyi dəhşətli mühakimədən israillilər özlərini necə qorudular? (Hər bir israillinin evinin qapı çərçivələrinə quzunun qanı çəkildi.)

6 Nə cür quzu kəsilməli idi? (Heç bir qüsuru olmayan quzu kəsilməli idi.)

7 Bu quzular bizə Rəbb İsanı necə xatırladır? (Günahkarları xilas etmək üçün ölən Allahın günahsız Quzusu.)

8 Günahınıza görə Allahın mühakiməsindən xilas olmaq üçün siz nə etməlisiniz? (Xilas olmaq üçün yalnız Rəbb İsaya etibar etmək. Onun qanı günahlarınızın yerinə

ödəmək üçün axıdıldı.) 9 Gecə yarısı nə baş verdi? (Allah nə söyləmişdisə, onu həyata

keçirdi, misirlilərin ilk oğulları və heyvanları öldü.) 10 Firon Musanı və Harunu çağırtdırdı. O nə dedi? (“Gedin! Mənim

xalqımdan əl çəkin. Uşaqlarınızı, mal-qaranızı və sürülərinizi də aparın.”)

11 Misirlilər israillilərə nə verdilər? (Gümüş, qızıl və paltar.)12 Yəhya 8:36-da nə deyilir? (“Əgər Oğul sizi azad etsə, həqiqətən

də, azad olacaqsınız.”)

MHQ

Page 37: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

5-ci dərs Мцгяддяс китаб

Çıxış 13:17-15:21

mяркязи щягигят

allah öz övladlarını heç vaxt tərk etməyəcək

тятбиг

иманлыйа: Onun daim sizinlə olduğuna etibar edin.

Йаддаш цчцн аЙя

“Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm”. İbr. 13:5b

əyani vəsaitlər:• Şəkilli kartoçkalar 5-1, 5-2, 5-3, 5-4, 5-5

və 5-6 Yaxud:• Fiqurlar: MC-33, MC-37, MC-52, MC-

53, MC-54, MC-55 və MC-56• Fonlar: Dağlıq səhnə• Flaneldən və ya keçədən düzəldilmiş

taxılan fiqurlar: A – bulud, B - Qırmızı Dəniz

MüəlliMlər üçün MəsləhətlərBu dərsdə öyrədilənlərin çox hissəsi imanlı

uşaqlar üçündür. Ona görə də qeyri-imanlı uşağı öyrətmək üçün proqramın qalan hissələrindən istifadə etmək və məsləhət vermək vacibdir, məsələn, əvvəlki həftənin dərsini xatırladın və “Mənim günahımı nə yuya bilər?” mahnısından istifadə edin.

Dərsdə xilasa əminlik verən Müqəddəs Ru-hun rolu barədə danışılır. Müqəddəs Ru-hun şəxsiyyəti və işi barəsində uşaqlara xatırlatmaq üçün “Mən Ata Allaha inanıram” mahnısından istifadə edin.

Dərsdə Səlim adlı oğlanın hekayəsi verilib. Hekayədən sonra suallar verilib. Uşaqların

suallara cavab verməsi və verdikləri cavabları onlarla müzakirə etmək üçün vaxt ayırın. Müzakirədən sonra yenidən hekayəyə qayıtmaq üçün bir neçə sual vermək lazımdır, məsələn:

• İsrailliləri nə qorxutmuşdu? • İsraillilər Misirdə qalsaydılar, onlar üçün

daha yaxşı olardımı? • Onlar nəyi yadda saxlamalı idilər?

dərs Plani

Giriş

Nəhayət azad!

Hadisələrin inkişafı:

1 Allah yeni torpağa aparır MHİ

2 Bulud və od dirəyi MHİ

3 Firon döyüş üçün hazırlaşır

4 İsraillilər qorxurlar və Musanı günahlandırırlar MHİ

5 Bulud misirlilərə zülmət gətirir

6 Sular bölündü və insanlar onun içərisindən keçdilər MHİQ

7 Misirlilər çaşqınlığa düşdülər

Kulminasiya:

Dəniz onların üzərində qapandı.

Yekun

İnsanlar təhlükəsizdirlər. MHİ

37

qələbə ilə dənizdən keçmə.

Page 38: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

38

dərs

1-ci səhnə (Fon: Dağlıq. İsrailliləri (MC-52 və MC-53) qoyun). Nəhayət azad! Allah Öz xalqını Misirdən çıxardı. İki milyondan

artıq israilli – kişilər, qadınlar və uşaqlar gecə ikən çıxdılar. Bəs indi necə olacaq? Allah onları azad etdi, amma haraya gedəcəkdilər? On-lar oraya necə gedəcəkdilər?

Allah Misirdə Öz xalqına qüdrətli gücünü göstərdi. Onlar Allahın sevgisini hiss edən zaman Onun misirlilərin üzərinə gətirdiyi dəhşətli mühakiməni də gördülər. İndi onlar öz Allahları barədə daha çox öyrənəcəkdilər. O, onları Misirdən çıxardı və yeni torpağı vəd etdi və O Özü həmin torpağa onları aparmalı idi. Onlar öyrənməli idilər ki, Allah həmişə onlarla olacaq. O, onları heç vaxt tərk etməyəcək.

Siz Rəbb İsa Məsihdən Xilaskarınız və Rəbbiniz olmağı xahiş etmisinizmi? Əgər etmisinizsə, onda

siz azadsınız, günah artıq sizin sahibiniz deyil və günahınıza görə layiq olduğunuz cəzadan qurtulmusunuz. Siz həm də Allahın sizə olan vədini bilirsinizmi: “Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm” (İbr. 13:5b)?

Siz özünüzü xilas edə bilməzsiniz, yalnız Rəbb bunu edə bilər. Siz məsihçi həyatını təkbaşına yaşaya bilməzsiniz, sizə Rəbb lazımdır. Necə ki, O öz xalqı israillilər ilə olmuşdu, eləcə də həyatınızın hər bir addımında sizinlə olacaq. Onun vədi budur: “Səni heç vaxt at-maram”.

Siz bilmək istəyirsiniz ki, Rəbb sizinlə necə ola bilər? İsraillilər haradan bildilər ki, Rəbb onlarladır?

(A - bulud fiqurunu qoyun. ) Onlar səhər qəribə bir bulud dirəyi gördülər. Müqəddəs Kitab

deyir ki, Rəbb buludda idi. Gecələr bulud yolu onlara göstərmək üçün od dirəyinə çevrilirdi. Allah Kəlamının nə dediyinə qulaq asın.

(Çıxış 13:22-ni oxuyun.) “Gündüzlər bulud dirəyi, gecələr isə od dirəyi xalqın önündən

ayrılmadı.” İnsanlar gördülər ki, Rəbb onlarladır və onları tərk etmir. Bu gün Allah bulud və ya od dirəyində qarşıya çıxmır, amma

siz Onun övladısınızsa, əmin olar bilərsiniz ki, O sizinlədir. Siz Rəbb İsaya Xilaskarınız kimi iman edəndə Onun Müqəddəs Ruhu sizin həyatınıza gəldi. Müqəddəs Ruh sizə kömək edir ki, Rəbbin sizinlə olduğunu biləsiniz. O, sizin ürəyinizə sülh verir və Allahın övladı olduğunuza əminlik verir. Amma yadda saxlayın ki, günah sizi buraxmaq istəmir və şeytan Allahın həqiqətən sizinlə olduğu barədə sizə şübhələr gətirə bilər! Allah sizə Ruhunu və Kəlamını verib. Onun Kəlamında heç vaxt boşa çıxmayan vədləri var. O deyir: “Səni heç vaxt tərk etmərəm”. Bəzən özünüzü elə hiss edə bilərsiniz ki, sanki Allah sizinlə deyil, amma Onun vədləri sizdə var.

Ona etibar edin.

Şəkilli kartoçka 5-1

MHİ

MHİ

Page 39: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

3939

Bulud və od İsrailə Allahın onlarla olduğunu və hansı yolla getmələrini göstərdi. Baxmayaraq ki, Allahın onlara vəd etdiyi tor-paqdan onlar neçə yüz kilometr uzaqlıqda idilər, Allah onlara fərqli yolu göstərdi ki, onlar düşmən ərazidən keçməsinlər.

2-ci səhnə (Padşahı (MC-33) və onun rəhbərlərini (MC-37) qoyun.) İndi gəlin, bir anlıq Misirə qayıdaq. Padşah öz oğlunun və

misirlilərin ailələrində olan başqa uşaqların ölümünə hələ də dərindən kədərlənirdimi? Yəqin ki. Amma o, şübhəsiz ki, qullarını, israilliləri itirdiyi üçün çox təəssüflənirdi.

(Padşahı (MC-33) və rəhbərləri (MC-37) qoyun.) Firon cəld öz ordusunu və altı yüz döyüş arabasını yığdı. Hər

bir arabanı beş at çəkirdi və iki misirli döyüşçü tərəfindən idarə ol-unurdu. Döyüşçülərdən biri arabanı sürürdü, o birisi isə qılınc və qalxan ilə silahlanmışdı. İsraillilərin arxasınca düşərkən padşah və onun arabası, yəqin ki, orduya rəhbərlik edirdi.

Bu vaxt Allahın xalqı dənizin yaxınlığında düşərgə salmışdı. Allah onları bu yerə gətirib çıxarmışdı. Onlar yəqin ki, özlərini çox yaxşı – azad hiss edirdilər, Allahın onlara vəd etdiyi torpağa gedirdilər.

Qəfildən hər şey dəyişildi! Onlar yüzlərlə atların tappıltısını eşitdilərmi? Onlar belə bir ordunun yaratdığı toz buludunu gördülərmi? Yəqin ki, səhranın sükutunda onlar hətta misirli döyüşçülərin qışqırıqlarını eşitmişdilər!

İsraillilər qorxuya düşmüşdülər. Onlar tələyə düşmüşdülər! Onları hər iki tərəfdən dağlar əhatə edirdi, qarşıda isə dəniz var idi – belə görünürdü ki, fironun ordusundan canlarını qurtara bilməyəcəkdilər. Onlar vahimə içərisində üzlərini Musaya çevirdilər. “Niyə bu işi bi-zim başımıza gətirdin? Biz Misirdə ölə bilərdik! Bizi ölmək üçün nəyə görə səhraya gətirdin?”

Onlar düşünmüşdülərmi ki, Misirdən çıxan kimi çətinliklər və ya təhlükələr ilə üzləşməyəcəklər? Siz düşünürsünüz ki, bir dəfə Rəbb İsanı Xilaskarınız kimi qəbul etdikdən sonra hər şey asan olacaq? Siz düşünürsünüz ki, bütün problemləriniz keçib gedəcək? Xeyr! Allah bunu vəd etməyib. Nə qədər ki siz dünyada yaşayırsınız, problemləriniz olacaq. Sizcə, köhnə sahibiniz olan günah sizə asan yaşamağa imkan verəcək? Əmin olun ki, günah üçün deyil, Allah üçün yaşamağa çalışdıqca sövq olunmalar, şübhələr və problemlər olacaq. Yəqin ki, sizin də başınıza nəsə gəlib, siz də israillilər kimi deyirsiniz: “Əvvəllər daha yaxşı idi – daha asan idi!”

Səlim də özünü belə hiss edirdi. O, Rəbb İsaya Xilaskarı kimi iman etmişdi. O, məktəbdə dələduzluq edən uşaqlar ilə dostluq edirdi. Onlar özlərindən yaşca kiçik uşaqları qorxudur və bir neçə müəllimin sözünə qulaq asmırdılar. Əvvəl-əvvəl Səlim heç nəyi vecinə almırdı, amma Allah onun həyatında işləməyə başladı və o özünün necə günahlı olduğunu görməyə başladı.

Şəkilli kartoçka 5-2

MHİ

Şəkilli kartoçka 5-3

Page 40: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

40

Nəhayət, Səlim Allah qarşısında tövbə edib Rəbb İsanı ürəyinə qəbul etdi. Onun həyatı dəyişildi. Artıq o, dələduz uşaqlara qoşulmurdu və incitdiyi insanlardan üzr istəməyə çalışırdı. Əvvəlcə dələduz uşaqlar ona güldülər. “Səlim müqəddəs olub!” Onlar düşünürdülər ki, o, tezliklə onlara qoşulacaq. Bu, baş verməyəndə onunla savaşıb hədə-qorxu gəlirdilər!

Sizcə, indi Səlim nə düşünürdü? Allah onu tərk edibmi? Sən bunu haradan bilirsən? Onun üçün Rəbb İsa Məsihə etibar etmək daha yaxşı olardımı? Sən ona nə məsləhət verərdin?

(Uşaqlara öyrətdiyiniz dərslərdən cavablar fikirləşmələri üçün onları ruhlandırın.)

İsraillilər Rəbbin onlar üçün etdiyini çox tez unutmuşdular? O, onları azad etmişdi. O, onlara yeni torpağı vəd etmişdi. O, onlar ilə idi!

Musa dedi: “Qorxmayın, möhkəm durun və siz bu gün Rəbbin sizin üçün gətirəcəyi qurtuluşu görəcəksiniz. Rəbb sizin üçün vuruşacaq. Siz yalnız sakit olun.”

Amma israillilər fironun ordusundan canlarını necə qurtara bilərdilər? Onların qarşısında dəniz vardı! Hər iki tərəfdə dağlar vardı! Onlar nə edə bilərdilər? Onlar heç nə edə bilməzdilər, yalnız onlarla olan Rəbbə etibar edə bilərdilər. Yadda saxlayın, Rəbb üçün heç bir çətin iş yoxdur. Musanın xalqa dediyi sözlərə qulaq asın.

(Çıxış 14:13a və 14a-nı oxuyun. )“Qorxmayın! Durun, Rəbbin bu gün sizi necə xilas edəcəyinə

baxın...Sakit olun, Rəbb sizin üçün döyüşəcək!”

3-cü səhnəA -bulud fiqurunu qoyun. Onların qarşısında gedən bulud indi arxalarında Misir ordusunu

onlardan ayırırdı. Bulud misirlilər üçün zülmət və israillilər üçün bütün gecəni işıq yaratdı. Allah Öz xalqı ilə idi.

(Musanı (MC-54) qoyun. B-Qırmızı dənizi qoyun.) Rəbb Musaya dedi ki, əsasını dənizin üzərinə uzatsın. Güclü

külək əsdi və dənizin içərisindən yol açdı. Sular böyük divarlar kimi hər iki tərəfdə dayandı. Allahın xalqı artıq təhlükədə deyildi. Onların Allahı möcüzəli surətdə Misir ordusundan onları xilas etdi.

(B-Qırmızı dəniz təsvirini C-fiquru ilə əvəz edin).allah necə də qüdrətlidir! bu böyük allah öz övladlarına nə

vəd edir? “səni heç vaxt atmaram.” qayğıya qalan valideynlərin və dostların insanın yanında olması çox gözəl bir şeydir, amma onlar sizi çox sevsələr də, həyatın hər bir dəqiqəsində sizin yanınızda ola bilməzlər. Müqəddəs Kitab bizə deyir ki, allah heç vaxt yatmır. O, daim öz övladlarına baxır.

Məzmur 121:3b-4-ü oxuyun. “...Səni qoruyan yatmaz...Bax

MHİ

Şəkilli kartoçka 5-4

Hansısa bir uşaq Musanın sözlərini ucadan oxuya bilər. Siz həmin sözləri bir vərəqə yazıb çap edə bilərsiniz və uşağı ruhlandırın ki, sözləri ruh yüksəkliyi ilə oxusun.

Page 41: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

4141

İsraili qoruyan yuxulamaz, yatıb qalmaz.” Bizim valideynlərimiz və dostlarımız bizi pisliklərdən qorumağa

çalışırlar, amma bəzən elə şeylər baş verir ki, onların heç bir gücləri çatmır. Yadda saxlayın, Rəbb üçün heç bir iş çətin deyil və O, həmişə Öz övladları ilə qalır. (İsrailliləri qoyun (MC-55).)

Yəqin ki, israillilər üçün Qırmızı dənizin içindən quru yolla keçmək sanki bir yuxu kimi görünürdü. Onların Allahı bunu etmişdi. O, necə də böyük və güclü idi.

Məsihçi, sənin Allahın bu gün də güclüdür və O, həmişə səninlə olacaq.

Siz anlayırsınızmı ki, Rəbbin həmişə sizinlə olmasını bilməyiniz üçün Rəbb İsa nə qədər ödəməli olub?

Müqəddəs Kitab deyir ki, günah insanı Allahdan ayırır. Günah Allahın üzünü bizdən gizlədir. Rəbb İsa çarmıxdan asılanda bizim bütün günahlarımız Onun üzərində idi. O qışqırdı: “Mənim Allahım, məni niyə tərk etdin?” Rəbb bizim layiq olduğumuz cəzanı çəkərkən Allah Öz Sevimli Oğluna baxa bilmirdi. Rəbb İsa ən dəhşətli ağrıdan – Allahdan ayrı düşməkdən əzab çəkirdi ki, Ona iman edənlər heç vaxt Rəbdən uzaq düşməsinlər.

Rəbb İsanın sağ olduğunu bilmək gözəl deyilmi? O, günah üçün bütünlüklə ödədi və O, əbədi olaraq sağdır.

(Bütün fiqurları götürün.)

4-cü səhnə Bəs Misir ordusu necə oldu? Misirlilər israillilərin ardınca

düşmüşdülər, amma Rəbb onlar ilə deyildi, onlara qarşı idi. Allah or-dunu çaşqınlığa saldı. Onların ən gözəl arabalarının təkərləri palçığa batdı.

“Gəlin İsrail övladlarından qaçaq, çünki Rəbb onların tərəfində bizə qarşı döyüşür”.

Musa Qırmızı dəniz üzərində əsasını saxladı. Allahın divar kimi saxladığı sular misirlilərin, onların atlarının və arabalarının üzərinə töküldü. Misirlilərdən heç kim sağ çıxmadı!

İsrailliləri və Musanı (MC-56) qoyun.Amma bütün israillilər indi Qırmızı dənizin o biri tərəfində idilər.

Rəbb Allah onlar üçün vuruşmuşdu. Onlar öz Allahlarının gücünü görmüşdülər və Onun həmişə onlarla olduğunu öyrənmişdilər.

Siz “Allahın övladı” olduğunu deyə bilərsinizmi? Əgər siz günahlarınızdan xilas və azad olmaq üçün Rəbb İsa Məsihə iman etsəniz, Onun övladı olduğunuzu deyə bilərsiniz.

Siz “Mən qorxmalı deyiləm” deyə bilərsinizmi? Əgər siz Onun övladısınızsa, sizdə Onun vədləri olduğuna görə deyə bilərsiniz, “Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm” (İbr. 13:5b).

Şəkilli kartoçka 5-5

Məktəb yaşına çatmamış uşaqlar sanki israillilər ilə dənizin içindən keçirlərmiş kimi hərəkət edə bilərlər, bu, onların xoşuna

Мt. 27:46 və Мк. 15:34

MHİ

MHQ

MHİ

Şəkilli kartoçka 5-6

Page 42: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

42

dərinlikKöməkçidən və ya ev sahibindən soruşun ki, ən çətin vəziyyətlərdə

Rəbbin necə onlarla olduğu barədə danışsın.

ev tapşırığı Məsihə imanlarını bəyan edən uşaqları ruhlandırın ki, yadda

saxlamaq üçün olan ayəni (İbr. 13:5b) bir neçə vərəqə yazsınlar. Bunları müxtəlif yerlərə, məsələn, yataq otağına, məktəb çantasına, gündəliyə, partaya qoyun.

“Siz hər dəfə problem, yaxud çətinliklə üzləşəndə və siz qorxmağa başlayanda bu ayəyə baxın, oxuyun və Allahın sizinlə olduğuna görə Ona minnətdarlığınızı bildirin.”

təkrar üçün suallar:1 Allah israillilərə həm səhər, həm də gecə onlarla olduğunu necə

göstərdi? (Gündüz bulud, gecə od dirəyi.) 2 İbr. 13:5-də Allah Öz övladlarına nə vəd edir? (“Səni heç vaxt

atmaram, səni heç vaxt tərk etmərəm.”) 3 Allah Öz xalqının düşərgə qurması üçün onları haraya apardı?

(Dənizə yaxın yerə.)4 İsraillilər Misiri tərk edəndən sonra firon hansı qərara gəldi?

(Onların ardınca getmək üçün ən yaxşı əsgərlərini və arabalarını yığdı.)

5 İsraillilər Allahın onlara kömək edəcəyinə etibar etmədiklərini necə göstərdilər? (Onlar Musaya şikayət etdilər.)

6 Allahın xalqı çətinliklər ilə üzləşəndə nə etməlidir? (Rəbbə etibar etməkdə davam etməlidirlər.)

7 İsraillilər misirli əsgərlərdən necə ayrıldılar və müdafiə olundu-lar? (Bulud onların arasında idi.)

8 Allah Musaya hansı göstərişləri verdi? (O, əsasını dənizin üzərində uzatdı.)

9 Musa Rəbbə itaət edəndə nə baş verdi? (Sular dənizin içərisində yol açaraq bölündü.)

10 Rəbb bunu necə edə bilərdi? (Bütün güc-qüvvə Ona məxsusdur.)

11 Misirli ordu israillilərin ardınca düşəndə başlarına nə gəldi? (Su onların üstünü örtdü.)

12 Allahın övladları nəyə görə qorxmalı deyillər? (Allahın onlarla həmişə olmaq vədi heç vaxt boşa çıxmayacaq.)

təkrar üçün oyun

Gülümsəyən üzlərBir üzündə gülümsəyən üz, o biri üzündə isə qaşqabaqlı üz olan vərəqdən istifadə edin. Hər komandanın qaşqabaqlı üz şəkli olan beş vərəqi var. Uşaq suala düzgün cavab verəndə o, vərəqi çevirib gülümsəyən üzü göstərə bilər. Bütün vərəqləri ən tez çevirən komanda udur.

Page 43: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

6-cı dərs

Мцгяддяс китаб

Çıxış 15:22-17:7

mяркязи щягигят

Allah vəd edir ki, Öz övladlarının ehtiyacı olduqları bütün şeyləri verəcək.

тятбиг

qeyri-imanlı: ən böyük ehtiyacınızda –günahlarınızın bağışlanmasında Rəbb İsaya etibar edin.

Йаддаш цчцн аЙя

“O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə büt-ün şeyləri də bizə lütf etməyəcəkmi?” Roma. 8:32

əyani vəsaitlər:• Şəkilli kartoçkalar 6-1, 6-2, 6-3, 6-4, 6-5

və 6-6 və ya:• Fiqurlar: MC-31, MC-29, MC-52, MC-

53, MC-57, MC-58, MC-59, MC-60, MC-61, MC-62, MC-63, MC-64, MC-65, MC-66 və MC-67

• Fonlar: Dağlıq səhnə• Su təsvirini yaratmaq üçün ya göy yun, ya

göy vərəq, ya da keçə

MüəlliMlər üçün MəsləhətlərBu Müqəddəs Kitab dərsini “Xoş Xəbər”

dərnəyinin birinci yarısında keçin. Dərnəyin sonuna yaxın müzakirə üçün iki vəziyyəti təqdim edin. Böyük dərnəkdə sualları uşaqlar ilə müzakirə etmək üçün köməkçiniz ilə kiçik qruplara bölünə bilərsiniz.

dərs Plani

Giriş

“Bizi nəyə görə buraya gətirdin?” MH

Hadisələrin inkişafı:

1 İsraillilər su olmadığına görə ümidsiz hala düşmüşdülər.

2 Mara – su acıdır, insanlar şikayət edirlər.

3 Musa Allaha fəryad edir – su şirin oldu.

MHİ

4 Elimdə istirahət vaxtı. MHİ

5 Səhrada aclıq – insanlar şikayət edir. MHİ

6 Allah Musa vasitəsilə danışır, ət və çörək vəd edir. MHİQ

Kulminasiya:

Manna və bildirçinlər

Yekun:

Allahın xalqı bütün ehtiyacları üçün Ona etibar edə bilər. MHİQ

İnsanlar şikayət edir, allah təmin edir

43

Page 44: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

44

dərs“Bizi nəyə görə buraya gətirdiniz? Mənim xoşum gəlmir! Mən

heç kimi tanımıram! Əvvəlki yaşadığımız yer buradan çox yaxşı idi” – deyə, Rizvan valideynlərinə şikayət edir. O, özünü çox tənha hiss edirdi və yeni məktəbə getməyə qorxurdu. Rizvana, həqiqətən, dost lazım idi.

Keçən həftə öyrədilən vəd yadınızdadırmı? “Allah Öz övladlarını heç vaxt tərk etməyəcək.” Bu həftə siz Rəbbin başqa bir vədini öyrənəcəksiniz. Allah Öz övladlarına nələrə ehtiyacları varsa, onları verəcəyini vəd etmişdir.

1-ci səhnə (Fon: Dağlıq. İsrailliləri (MC-52 və MC-53) qoyun.) İsrail xalqının suya böyük ehtiyacı var idi. Üç gün idi ki, onlar

Qırmızı dənizi keçmişdilər. Balaca uşaqlar ağlayırdılar, böyüklərə isə həm isti idi, həm də susamışdılar. Ah, onların boğazı necə də ağrıyırdı!

Onlar hər iki tərəfdən böyük divarlar kimi görünən boz dağlar ilə əhatə olunmuşdular. Ən hündür zirvə 2800 metrə çatırdı. On-lar dağların arasından keçən sarı qumlu və bəzən daşlıq yollar ilə addımbaaddım gedirdilər. İndi onlar çox boş, bərəkətsiz bir torpaqda idilər.

Qış vaxtı dağların cığırlarından çay axırdı. Amma indi bu cığır səhra boyunca sanki bir yol idi. (Bütün fiqurları götürün.)

2-ci səhnə (Fon: Su təsvirini yaratmaq üçün göy yundan, göy vərəqdən və

ya keçədən istifadə edin. Musanı (MC-31) və israilliləri (MC-57, MC-58, MC-59, MC-60 və MC-61) qoyun.)

“Nə yaxşı ki, içməyə su var.” Amma onlar suyun acı olduğuna görə məyus oldular. Onlar suyu içə bilmədilər.

Allah istəyir ki, Öz övladlarına ehtiyacları olduğu hər bir şeyi versin. İsraillilər nə etdilər? Onlar Musaya deyinməyə başladılar. “Biz nə etməliyik?”

Musa düzgün şeyi etdi. O, Rəbbə fəryad etdi və Allah Musaya dəqiq nə etməli olduğunu söylədi.

(Musanı (MC-31) MC-62 fiquru ilə əvəz edin.) (Çıxış 15:25-i oxuyun.) Allah Musaya xüsusi bir ağac göstərdi və dedi ki, onu suya atsın.

Birdən-birə su, içmək üçün yaxşı oldu! Allah Öz xalqını sevirdi. Al-lah onlara lazım olan hər bir şeyi vermişdi.

Məsihçi oğlanlar və qızlar, Allahın sizin ən böyük ehtiyacınızı ödədiyini bilmək gözəl deyilmi? Sizə günahlarınızın bağışlanması və Allah ilə düzgün münasibətdə olmaq – hətta sizin yeməyə və suya ehtiyacınızdan daha böyük olan bir şey gərəkdir! Allah sizi o qədər sevdi ki, günahlarınızın əvəzini ödəmək üçün Öz vahid oğlunu,

Şəkilli kartoçka 6-1

Şəkilli kartoçka 6-2

MHİ

MH

Page 45: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

4545

Rəbb İsa Məsihi verdi. Siz Allahın övladısınız, çünki Rəbb İsa sizin yerinizə öldü və dirildi və siz Ona etibar edirsiniz.

Roma. 8:32 bizə deyir ki, “O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?”

Əgər Rəbb İsa sizin Xilaskarınızdırsa, əmin ola bilərsiniz ki, Al-lah hər bir ehtiyacınızı ödəyəcək.

(Burada istək ilə ehtiyac arasında fərqi qısaca müzakirə etmək yaxşı olar. Onlara izah edin ki, Allah həmişə Öz uşaqları üçün ən yaxşı olanı verir, heç də həmişə istədikləri şeyləri deyil, onların ehtiyacları olan şeyləri verir.)

Maradan Allah İsrail xalqını Elimə apardı, burada on iki su quyusu var idi! Orada həm də kölgəli palma ağacları var idi. Al-lah onlara qarşı necə də yaxşı idi. Onlar Elimdə, demək olar ki, bir ay dincəldilər. İndi hər bir şey öz qaydasında olanda Allaha etibar etmək asan idi.

Rizvan, dosta ehtiyacı olan oğlan yadınızdadırmı? Rizvan Rəbb İsanı Xilaskarı kimi qəbul etmişdi. Onun əvvəlki məktəbində çox-lu məsihçilər var idi və onlar hər həftə Müqəddəs Kitab dərsi üçün məsihçi müəllimlə yığışırdılar. O biri şagirdlər Rizvanı məsihçi olduğu üçün ələ salanda ona çox təsir etmirdi, çünki Rəbb İsanı sevən çoxlu dostları var idi. Orada Allaha etibar etmək asan idi. İndi isə başqa cür idi! Atasının işinə görə onlar yeni şəhərə köçməli oldu-lar, Rizvan isə qorxurdu və özünü tənha hiss edirdi. O, yeni məktəbə getməli idi. O, heç kimi tanımırdı. Bu, dəhşətli idi! Allaha etibar etmək əvəzinə, Rizvan israillilər kimi gileylənirdi!

Onun valideynləri vəziyyəti başa düşürdülər və Allahın artıq onun üçün etdiyi şeyləri ona xatırlatdılar. “Rizvan, əgər Allah səni belə çox sevib Öz Oğlunu sənin üçün verdisə, nə üçün etibar etmirsən ki, bütün ehtiyaclarını da ödəyər. Gəl, birlikdə dua edək ki, Allah sənə yeni dost versin.”

Məsihçi oğlanlar və qızlar, sizin indi həqiqətən hansısa bir ehtiyacınız varmı? Siz bu haqda nə edirsiniz? Narahatsınız? Gileylənirsiniz? Allah istəyir ki, siz bütün ehtiyaclarınızın ödənilməsində Ona etibar edəsiniz.

(Bütün fiqurları götürün.)

3-cü səhnə (Fon: Dağlıq. Musanı (MC-31), Harunu (MC-29) və şikayət edən

xalqı (MC-60, MC-61, MC-63 və MC-64) qoyun.) Kədərli budur ki, üstündən çox vaxt keçməmiş israillilər yenidən

şikayətləndilər! Onların səyahəti onları yeni bir səhraya gətirdi. Orada, yəqin ki, kifayət qədər yemək də yox idi. Onların mədələri acından quruldayırdı.

“Bizim üçün Misirdə qalmaq daha yaxşı olardı. Bizim istədiyimiz bütün yeməklər orada var idi. İndi siz bizi buraya gətirmisiniz ki, acından ölək!” – deyə, Musaya şikayətləndilər. Onlar anlamırdılar

Uşaqlar xəritədə Maradan Elimə gedən yolu göstərə bilərlər.

MHİ

Şəkilli kartoçka 6-3

Page 46: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

46

ki, Misirin köləliyindən onları azad edən, quru torpaqdan keçmələri üçün Qırmızı dənizi açan Rəbb su və yemək verə bilər?

Sizcə, Allahın övladları bütün ehtiyacların ödənilməsində Ona etibar etmək əvəzinə, şikayətlənəndə və ya narahat olanda Rəbb Özünü necə hiss edir?

(Uşaqları ruhlandırın ki, nə düşündüklərini desinlər.) Amma Allah necə yaxşı və səbirlidir. İsraillilərin giley-güzarına

və şikayətlərinə baxmayaraq, Rəbb Musaya danışdı və Musa Onun sözünü İsrail xalqına çatdırdı.

(Köməkçidən və ya oxumağı bacaran uşaqların birindən xahiş edin ki, Çıxış 16:6, 7, 11-16, 19, 22a-dan oxusunlar.)

“Axşam biləcəksiniz ki, sizi Misir ölkəsindən çıxaran Rəbdir. Səhər isə Rəbbin izzətini görəcəksiniz. Çünki Rəbb Onun əlindən giley-güzarınızı eşitdi. Deyinməyiniz bizə qarşı deyil, Rəbbə qarşıdır. Allah hər axşam sizə ət verəcək. Hər səhər sizə çörək verəcək. O biri gün üçün yığmalı deyilsiniz. Allah şənbə günündən başqa, hər səhər sizə təzə çörək verəcək. Şənbə günündən bir gün qabaq iki gün üçün kifayət qədər çörək yığın. Beləliklə, siz altı gün çörək yığırsınız, yeddinci gün isə istirahət edirsiniz.”

(Uşaqlara yeddinci günün Rəbb tərəfindən istirahət günü kimi ayrıldığını qısaca xatırlada bilərsiniz).

Allah Öz xalqının nəyə ehtiyacları olduğunu bilirdi və onları möcüzəli surətdə təmin edəcəkdi.

Bunun indiki dövrdə də belə olduğunu bilmək istəyirsinizmi? Bəli, bu belədir! Allah dəyişilmir. Onun vədləri həmişə eynidir. İsrail xalqının ehtiyaclarını ödəyən Allah bu gün Öz övladlarının nələrə ehtiyacı varsa, onları ödəyir.

Rizvanın dosta olan ehtiyacı təmin edildimi? Rizvan bazar ertəsi məktəbə getdi və çətin gün oldu! Belə görünürdü ki, hər bir kəsin öz dostu var idi və o, özünü tənha hiss etdi! O və onun valideynləri dua etməkdə davam edirdilər, amma Allah nə vaxt və necə cavab verəcəkdi? Rizvan üçün etibar etmək çətin idi, amma o, Roma. 8:32 haqqında düşünməkdə davam etdi. O bilirdi ki, Allah onu çox sevərək onun yerinə ölmək üçün Öz yeganə Oğlunu göndərib, ona görə də Allahın ona lazım olan dostu verməsində Ona etibar etməli idi.

Bəs siz? Siz düşünürsünüzmü ki, Rəbb İsa Məsihi Xilaskarınız kimi tanımadığınız üçün Rizvan kimi ola bilməzsiniz? Sizin ən böyük ehtiyacınız günahlarınızın bağışlanmasıdır. Bu gün bu, baş verə bilər. Əgər siz həqiqətən günahla yaşamaq istəmirsinizsə, onda bunu Rəbbə deyin və bağışlanmanız üçün Ona iman edin.

Ola bilsin ki, nə etməli olduğunuza əmin deyilsiniz. Onda xahiş edirəm, gəlin dərsdən sonra mənimlə danışın. Qabaq cərgədə oturun və mən biləcəyəm ki, siz məsihçi olmaq üçün mənimlə danışmaq istəyirsiniz.

Rizvanın yeni məktəbə getdiyi vaxtdan bir neçə həftə sonra o, qaçaraq evə gəldi. O, yeni xəbəri anasına və atasına çatdırmaq üçün tələsirdi! Başqa bir oğlan onların sinfində oxumağa başlamışdı.

Şəkilli kartoçka 6-4

Şəkilli kartoçka 6-5

MHİ

MHİ

MHQ

DXS

Page 47: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

4747

Müəllim onu Rizvanla tanış etdi və Rizvan yeni sinifdə oxumağın nə olduğunu yaxşı bildiyi üçün müəllim düşündü ki, o, Familə kömək edə bilər.

“Ata, çox yaxşıdır” – deyə, Rizvan dedi. “Biz bir-birimizlə yaxşı yola gedirik. Famil də mənim kimi futbol oynamağı sevir. Mən onu evimizə qonaq çağıra bilərəmmi? Ən əsas budur ki, Famil məsihçidir – yəqin ki, biz sinfimizdə İsa haqqında başqalarına birlikdə danışa bilərik.”

Rəbb Rizvana həqiqətən nə istəyirdisə, onu vermədimi? Əgər siz Onun övladısınızsa, Allahın bütün ehtiyaclarınızı ödəyəcəyinə etibar edə bilərsiniz. Onun İsrail xalqına verdiyi vəd yadınızdadırmı?

4-cü səhnə “Baxın! Mən birini tapdım! Daha birini! Onlar hər yerdə var!

Hər ailənin yeməsi üçün kifayət qədər var!” Yəqin ki, israillilər bir-birini çağırırdılar. Allah bildirçinlər göndərdi. Onlar düşərgəni örtdü. İnsanlar üçün yeməyə lazımi qədər ət var idi.

(Musadan başqa bütün fiqurları (MC-31) götürün. Manna yığan israilliləri (MC-57, MC-58, MC-65 və MC-67) qoyun.)

Səhəri gün onlar gecə vaxtı yerə düşmüş nəsə gördülər. Yer ağ idi!“Bu nədir?” – deyə, onlar Musadan soruşdular. “Bu, Rəbbin sizə yeməyə verdiyi çörəkdir” – deyə, Musa onlara

cavab verdi. Çörək kiçik yumru vaflilərə bənzəyirdi. Onun dadı çox şirin idi

və bal kimi idi! Bu, göydən gələn yemək idi. İsraillilər bunu manna adlandırdılar.

Rəbb hər gün onlara yeni yemək vəd etmişdi. Amma nə baş verdi? İnsanların bəziləri etibar etməkdə qorxdular və yeyə bildiklərindən daha çox yığdılar! Yaxşı bəs artıq yığılmış manna necə oldu? Səhəri gün o, pis qoxu verdi və onun içində qurdlar gəzməyə başladı!

Onlar altıncı gün nə qədər yığmalı idilər? İki gün üçün kifayət edən miqdarda. Həmin yemək növbəti gün yaxşı vəziyyətdə idi? Bəli, çünki Allah onlara demişdi ki, onlar yeddinci gün istirahət etməlidirlər. Təəssüf ki, Allahın Kəlamına məhəl qoymayan insanlar şənbə günü çörək yığmaq üçün çıxdılar – amma yerdə heç nə yox idi!

Allah Öz xalqına dəfələrlə göstərmişdi ki, onlar yalnız Ona etibar etsinlər, O, onlara lazım olan şeyləri verəcəkdi. Siz bunu bilirdinizmi ki, İsrail xalqı səhrada keçirdiyi illər boyunca heç vaxt yeməksiz və susuz olmayıblar?

Allah dəyişmir. Siz hər gün Ona etibar edə bilərsiniz. Siz Rəbb İsa Məsihə etibar edə bilərsiniz ki, O, sizin günahlarınızı bağışlayacaq və sizi Allahın övladı edəcək.

Əgər siz Allahın ailəsindəsinizsə, bütün ehtiyaclarınızı ödəyəcəyinə etibar edə bilərsiniz. Roma. 8:32-ni yada salın: “O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?”

Məktəb yaşına çatmamış uşaqlar sanki bildirçinlər tuturlarmış kimi hərəkət edə bilərlər.

Siz manna barədə müzakirə etdikcə və ya dərnəyin sonunda uşaqlara yeməyə peçenye verə bilərsiniz

Şəkilli kartoçka 6-6

MHİ

MHQ

Page 48: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

48

ev taPŞiriği:

Yeddi yerə bölünmüş vərəqlər hazırlayın və uşaqlara verin.

Bazar günü

Bazar ertəsi

Çərşənbə axşamı

Çərşənbə

Cümə axşamı

Cümə

Şənbə

Hər gün Kəlamı oxuyan uşaqları ruhlandırın ki, Allahın xüsusi ehtiyacları ödəyəcəyini vəd edən ayələri tapsınlar. Məsələn, Matta 6:30 – Allah övladlarını geyindirəcəyini vəd edir.

Uşaqlar tapdıqları hər bir vədi yazmalıdırlar və ona görə Allaha minnətdarlıqlarını bildirməlidirlər.

Növbəti dərnəkdə onların aşkar etdikləri vədlərin bəzilərini müzakirə edin.

1-Ci nüMunə

Rəhilə Efiopiyanın balaca bir kəndində yaşayır. Sizin ehtiyacınız olduğu şeylərə: geyimə, yeməyə, suya, təhsilə onun da ehtiyacı var. Rəhilənin valideynləri Rəbb İsanı sevirlər və Onun haqqında ona danışıblar. Rəhilə Rəbbi və Xilaskarı kimi İsa Məsihə iman edir.

Rəhilənin çoxlu bacı və qardaşları var. Onlar çox kasıb ailədir. Sizcə, Allah onlara ehtiyacları olduğu şeyləri necə verəcək?

1. Allah Rəhilə və onun ailəsinə kömək etmək üçün nə cür in-sanlardan istifadə edər? (Müjdəçilərdən.)

2. Müjdəçilər nə cür kömək edə bilərlər? (Kənd təsərrüfatı işlərini öyrədə bilərlər; məktəblər aça bilərlər; sağlamlıq və gigiyena proqramları yarada bilərlər.)

3. Rəhiləyə kömək edən müjdəçilərə sənin kömək etməyin üçün Allah səndən necə istifadə edə bilər? (Dua etmək; vermək.)

2-Ci nüMunə Cəmil anası ilə yaşayır. Onun atası vəfat edib. Onun anası Cəmili

və onun bacısını təmin etmək üçün çox işləməlidir. Anası Rəbb İsanı sevir və uşaqlara öyrədib ki, Allah ona iş verdiyi üçün, Ona minnətdarlıqlarını bildirsinlər.

Bu yaxınlarda Cəmil İsa Məsihi Xilaskarı və Rəbbi kimi qəbul edib. O, həqiqətən, Rəbbi razı salan həyat yaşamağa çalışır. Amma

Page 49: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

4949

son günlərdə o, mübarizə aparır. Məktəbdən uşaqlar xizək sürməyə gedəcəkdilər. Onun bir neçə dos-

tu da gedəcəkdi və o da getmək istəyirdi. Amma o, anasına bu haqda söyləyəndə anası dedi ki, bu, çox bahadır və onun getməsi üçün imkanı çatmaz.

“Deməli, Allah ehtiyaclarımıza belə cavab verir!” – Cəmil düşünərək qaşqabağını salladı.

• Allah istədiyimiz hər şeyi bizə verəcəyini vəd edir? • Sizcə, xizək sürmək ekskursiyası ehtiyac idi, yoxsa istək idi? • Cəmilin düşüncələrində və hərəkətində səhv olan nə idi? • Cəmil anası və Rəbb ilə ünsiyyətini düzəltmək üçün nə etməli

idi? • Cəmil gələn il xizək sürmək ekskursiyasına getmək üçün nə edə

bilər? (məsələn, ad günü və ya Milad bayramında ona verilən pulu saxlaya bilər, otları biçməklə pul qazana bilər, və s.)

təKrar üçün suallar1 İnsanlar Marada nəyə görə şikayət etdilər? (Su acı idi.)2 İsraillilər şikayət etmək əvəzinə nə etməli idilər? (Allaha etibar

etməli idilər.)3 İnsanlar şikayət edəndə Musa nə etdi? (O, dua etdi.)4 Allahın Musanın duasına cavabı nə oldu? (Xüsusi ağacı suya

atmaq.)5 Roma. 8:32-də nə deyilir? (“O Öz Oğlunu belə, əsirgəməyib

Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə büt-ün şeyləri də bizə lütf etməyəcəkmi?”)

6 Bizim ən böyük ehtiyacımız nədir? (Günahlardan azad olmağımız.)

7 Allah bu ehtiyacı necə təmin etdi? (O, Öz yeganə Oğlunu bizim yerimizə ölmək və cəzamızı üzərinə götürmək üçün göndərdi.)

8 İsraillilər səhrada olanda və yeməkləri olmayanda nə etdilər? (Onlar Musaya şikayət etdilər.)

9 Allah onları necə təmin etdi? (O, gecələr bildirçin, səhərlər isə manna göndərdi.)

10 Əgər Allah bizi çox sevdiyindən Öz Oğlunu verdisə, Roma. 8:32 bizə Onun nə edəcəyini söyləyir? (Ehtiyacımız olduğu hər bir şeyi bizə verəcək.)

11 Ehtiyacımız ilə istəyimiz arasında hansı fərq var? 12 Əgər siz məsihçisinizsə, ehtiyacınız olanda Allah sizdən nə

etməyinizi istəyir? (Onun təmin edəcəyinə etibar etmək.)

təKrar üçün Oyun:

“rəbb təmin edir”On iki şəkil kəsib düzəldin, həmin şəkillər Rəbbin təmin edəcəyinə etibar etdiyimiz ehti-yaclar olmalıdır. Uşaq suala cavab verəndə şəkillərdən birini seçir və lövhənin üzərinə qoyur. Şəkillər üçün mövzuların nümunəsi:

• yemək• su• geyim• ev• dostlar• valideynlər• Müqəddəs Kitab• Məbəd

Page 50: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

50

Flaneldən fiqurlar düzəltmək üçün şablonlar

bulud təsviri olan fiqur (a) – 5-ci dərs

qırmızı dəniz təsviri olan fiqur (b) – 5-ci dərsDağlıq və su fonunu yaratmaq üçün bu şablonlardan istifadə edin. Əgər siz dağlar üçün başqa fondan istifadə etmək istəyirsinizsə, onda siz su fonunu həmin fona uyğunlaşdırmalısınız.

Page 51: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

51

qırmızı dəniz təsviri olan fiqur (C) – 5-ci dərs

Flaneldən fiqurlar düzəltmək üçün şablonlar

sol

sağ

Page 52: ri ai ri Seçilmiş xilaskar mağ ı ə ı ə ğ ı ə - Teach Kidscaq. Onlar, ola bilsin ki, sizə sonralar Rəbb İsa Məsihə bir Xilaskar kimi inandıqlarını söyləsinlər,

Məsihi qəbul etmək istəyən uşaqla söhbət etmək üçün qısa plan

Əmin olun ki, uşaq bunları bilirallah:

Allah kimdir? Allah bizi yaradıb. O, bizimlə Müqəddəs Kitab vasitəsilə danışır. Allah müqəddəsdir və pakdır. O, bizi sevir.

Günah:Günah nədir? Günah Allahın əmrlərinə riayət etməməkdir. Bu, Allaha qarşıdır. Xüsusi günahlar haqqında danışın. Uşaq təbiətinə və əməllərinə görə günahkardır. (Biz günahkar olduğumuzüçün günah edirik.)Günah cəzaya layiqdir.

xilaskar:Günahdan sizi yalnız kim xilas edə bilər? Oğul olan Allah günahkarlar üçün çarmıxda öldü. Rəbb İsa ölülərdən dirildi. O, hamının Rəbbidir.

necə xilas olmağı izah edin: Rəbbin bizdən nə etməyimizi istədiyini və Onun nə edəcəyini izah edin. Müqəddəs Kitabın ayələrindən istifadə edin (Yəhya 1:12; 3:16; 6:37; Həv. iş. 16:31; Roma. 6:23 və ya 10:13). Rəbb sizin nə etməyinizi istəyir? Rəbb nə edəcək? Çətinliklər barədə xəbərdarlıq edin.

Soruşun: “Məsihə iman etmək istəyirsən, yoxsa gözləmək istəyirsən?”Uşağı ruhlandırın ki, ucadan dua etsin (əgər hazırdırsa).

xilasa əminlik barədə danışın:İstifadə etdiyiniz Müqəddəs Kitabın ayəsinə qayıdın. Dəyişilmiş həyat haqqında danışın.

Məsihə həqiqətən iman edən insanın nəyi bilməli olduğunu söyləyin. Məsihçi həyatı haqqında (sonralar) bəzi məsləhətlər verin:Müqəddəs Kitabı oxuyun və ona riayət edin. Göylərdəki Atamız, Allahla danışın. Rəbbin sizin üçün etdikləri haqda başqalarına danışın. Günah edərkən Rəbdən xahiş edin ki, sizi bağışlasın.

Başqa məsihçilər ilə görüşün.

Rəbbin vədini yadda saxlayın: “Səni heç vaxt tərk etmərəm” (İbr. 13:5).

nüsxəsini çıxarın, kəsin və Müqəddəs Kitabınızın arasında