socar aqŞ koronavİrusla mÜbarİzƏyƏ dƏstƏk … · 2020-05-31 · 7 25 22 səh. 2 səh. 4...

8
səh. 2 səh. 4 səh. 7 № 017 25 May 2020-ci il Tiraj sayı 1100 [email protected] MÜƏSSİSƏDAXİLİ RÜBLÜK QƏZET səh. 6 səh. 5 • RİSKLƏRİN İDARƏ EDİLMƏSİ SİSTEMİ • YAŞIL DÜŞÜNCƏ YAŞIL DAVRANIŞ • SOCAR AQŞ-DƏ DAXİLİ RADİO FƏALİYYƏTƏ BAŞLADI • IDEAS Y: HOW MILLENNIALS CAN HELP MANAGE YOUR BUSINESS • SOCAR AQŞ VƏ TEXAS A&M UNİVERSİTETİNİN BİRGƏ TƏŞƏBBÜSÜ – ENERJİ HAKATONU BAŞ TUTUB • SOCAR AQŞ “HR MEETUP” DA İŞTİRAK EDİB • EVDƏN İŞLƏYƏN İŞÇİLƏRİMİZ ÜÇÜN FAYDALI MƏSLƏHƏTLƏR • İŞÇİLƏRİN MƏSAFƏDƏN EFFEKTİV İDARƏOLUNMASI ÜÇÜN 10 TÖVSİYƏ səh. 3 səh. 6 səh. 7 Uğura gedən yolun pillələri… Birlik- uğurlu inkişafın əsas amillərindən biridir. Bu, eyni məqsəd ətrafında birləşən istənilən komanda üçün aksiomadır. Həyata keçirilən istənilən işin nəticəsi bir fərdin deyil, əksinə bir neçə nəfərin, yəni komandanın zəhmətindən asılıdır. Birləşmək başlanğıcdır, birliyi davam etdirmək inkişafdır, birlikdə işləmək isə müvəffəqiyyətdir! Müəssisəmizin fəaliyyətə başladığı ilk gündən başlayaraq istər ofisdə, istərsə də istehsalat sahələrində çalışan əməkdaşlarımız hər bir layihənin uğurla həyata keçirilməsi zamanı birlik nümayiş etdirirlər. Müəssisəmiz davamlı olaraq inkişaf edir və hər il qarşısına qoyduğu hədəflərə doğru inamla irəliləməkdədir. Rəhbərlik tərəfindən müəssisənin 2020-ci il üçün nəzərdə tutulan hədəflərinin müəyyən edilməsinə 2019-cu ilin noyabr ayından etibarən start verilib. Müvafiq proses İnsan Kapitalı üzrə menecer vəzifəsinə təyin edilmiş Sevinc Principe tərəfindən həyata keçirilir. Sevinc xanım 20 ildən artıq zəngin iş təcrübəsinə malik olmaqla İnsan Kapitalının qurulması və transformasiyası, yeni bazarlara giriş, şirkətlərin inteqrasiyası və ya birləşdirilməsi, birgə müəssisələrin yaradılması istiqamətində öz bilik və bacarığını bizimlə bölüşməkdədir. Real dünyada koronavirus bəlası ilə mübarizə virtual mühitdə də davam edir Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün SOCAR AQŞ-nin tərəfdaşlığı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “SUP.VC” Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə 10-12 aprel 2020-ci il tarixlərində “Global Virtual Hackathon” müsabiqəsi keçirilib. Layihənin mükafat fondunu 10 000 dollar məbləğində pul mükafatı təşkil edib. YENİ DÖVRÜN UĞUR DÜSTURU- BİRLİK, ƏZMKARLIQ VƏ CƏSARƏT! MÜƏSSİSƏ HƏDƏFLƏRİ İLƏ DAHA UĞURLU GƏLƏCƏYƏ DOĞRU! SOCAR AQŞ-NİN TƏRƏFDAŞI OLDUĞU VİRTUAL HAKATON DÜNYAYA SƏS SALDI • DUZ GÖLÜ YERALTI QAZ ANBARININ GENİŞLƏNDİRİLMƏSİ LAYİHƏSİ ÜZRƏ QAZMA İŞLƏRİ UĞURLA DAVAM ETDİRİLİR SOCAR AQŞ Koronavirus (COVID-19) xəstəliyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyevin sahibkarlıq subyektlərinin sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrinə tam dəstək olaraq bu istiqamətdə təşəbbüslərini davam etdirir. SOCAR AQŞ Prezident İlham Əliyevin martın 19- da Koronavirus pandemiyasına qarşı mübarizənin gücləndirilməsi, dünya bazarlarında baş verən kəskin dalğalanmaların əhaliyə, makroiqtisadi sabitliyə, məşğulluq sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı imzaladığı fərmana əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,5 milyon manat məbləğində vəsait köçürüb. SOCAR AQŞ-nin daxil olduğu NEQSOL Holding-in tərkibindəki şirkətlər tərəfindən bu vəsait də daxil olmaqla müvafiq Fonda ümumilikdə 5 milyon manat vəsait köçürülüb. Bundan əlavə, SOCAR AQŞ əməkdaşları təşəbbüs göstərərək, koronavirusun yayılması ilə mübarizə məqsədilə xaricdən böyük miqdarda qoruyucu maska, teplovizor, dezinfeksiya vasitələri avadanlıqları, test dəstləri süni tənəffüs aparatlarının alınıb gətirilərək müvafiq qurumlara təhvil verilməsi işini təşkil edib. SOCAR AQŞ Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində beynəlxalq təcrübəni əsas tutaraq Dünya Səhiyyə Təşkilatı, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq Koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə və bu xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə fevral ayından başlayaraq müəssisədə lazımi tədbirlər həyata keçirir. SOCAR AQŞ dünyada və ölkədə baş verən müvafiq mürəkkəb çağırışa cavab olaraq həyata keçirilən ümumdövlət və ümumxalq tədbirlərinə öz töhfəsini verir, üzərinə düşən missiyanı ləyaqətlə davam etdirir. SOCAR AQŞ KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK FONDUNA 1,5 MİLYON MANAT MƏBLƏĞİNDƏ VƏSAİT KÖÇÜRÜB

Upload: others

Post on 06-Aug-2020

1 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: SOCAR AQŞ KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK … · 2020-05-31 · 7 25 22 səh. 2 səh. 4 səh. 7 № 017 25 May 2020-ci il Tiraj sayı 1100 newspaper@socar-aqs.com MÜƏSSİSƏDAXİLİ

017 • 25 May 2020-ci il

səh. 2 səh. 4 səh. 7

№ 01725 May 2020-ci il

Tiraj sayı [email protected]

MÜƏSSİSƏDAXİLİRÜBLÜK QƏZET

səh. 6 səh. 5

• RİSKLƏRİN İDARƏ EDİLMƏSİ SİSTEMİ

• YAŞIL DÜŞÜNCƏ YAŞIL DAVRANIŞ

• SOCAR AQŞ-DƏ DAXİLİ RADİO FƏALİYYƏTƏ BAŞLADI

• IDEAS Y: HOW MILLENNIALS CAN HELP MANAGE YOUR BUSINESS

• SOCAR AQŞ VƏ TEXAS A&M UNİVERSİTETİNİN BİRGƏ TƏŞƏBBÜSÜ – ENERJİ HAKATONU BAŞ TUTUB

• SOCAR AQŞ “HR MEETUP” DA İŞTİRAK EDİB

• EVDƏN İŞLƏYƏN İŞÇİLƏRİMİZ ÜÇÜN FAYDALI MƏSLƏHƏTLƏR

• İŞÇİLƏRİN MƏSAFƏDƏN EFFEKTİV İDARƏOLUNMASI ÜÇÜN 10 TÖVSİYƏ

səh. 3 səh. 6 səh. 7

Uğura gedən yolun pillələri… Birlik- uğurlu inkişafın əsas amillərindən biridir. Bu, eyni məqsəd ətrafında birləşən istənilən komanda üçün aksiomadır. Həyata keçirilən istənilən işin nəticəsi bir fərdin deyil, əksinə bir neçə nəfərin, yəni komandanın zəhmətindən asılıdır. Birləşmək başlanğıcdır, birliyi davam etdirmək inkişafdır, birlikdə işləmək isə müvəffəqiyyətdir! Müəssisəmizin fəaliyyətə başladığı ilk gündən başlayaraq istər ofisdə, istərsə də istehsalat sahələrində çalışan əməkdaşlarımız hər bir layihənin uğurla həyata keçirilməsi zamanı birlik nümayiş etdirirlər.

Müəssisəmiz davamlı olaraq inkişaf edir və hər il qarşısına qoyduğu hədəflərə doğru inamla irəliləməkdədir. Rəhbərlik tərəfindən müəssisənin 2020-ci il üçün nəzərdə tutulan hədəflərinin müəyyən edilməsinə 2019-cu ilin noyabr ayından etibarən start verilib. Müvafiq proses İnsan Kapitalı üzrə menecer vəzifəsinə təyin edilmiş Sevinc Principe tərəfindən həyata keçirilir. Sevinc xanım 20 ildən artıq zəngin iş təcrübəsinə malik olmaqla İnsan Kapitalının qurulması və transformasiyası, yeni bazarlara giriş, şirkətlərin inteqrasiyası və ya birləşdirilməsi, birgə müəssisələrin yaradılması istiqamətində öz bilik və bacarığını bizimlə bölüşməkdədir.

Real dünyada koronavirus bəlası ilə mübarizə virtual mühitdə də davam edir Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün SOCAR AQŞ-nin tərəfdaşlığı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “SUP.VC” Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə 10-12 aprel 2020-ci il tarixlərində “Global Virtual Hackathon” müsabiqəsi keçirilib. Layihənin mükafat fondunu 10 000 dollar məbləğində pul mükafatı təşkil edib.

YENİ DÖVRÜN UĞUR DÜSTURU- BİRLİK, ƏZMKARLIQ VƏ CƏSARƏT!

MÜƏSSİSƏ HƏDƏFLƏRİ İLƏ DAHA UĞURLU GƏLƏCƏYƏ DOĞRU!

SOCAR AQŞ-NİN TƏRƏFDAŞI OLDUĞU VİRTUAL HAKATON DÜNYAYA SƏS SALDI

• DUZ GÖLÜ YERALTI QAZ ANBARININ GENİŞLƏNDİRİLMƏSİ LAYİHƏSİ ÜZRƏ QAZMA İŞLƏRİ UĞURLA DAVAM ETDİRİLİR

SOCAR AQŞ Koronavirus (COVID-19) xəstəliyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyevin sahibkarlıq subyektlərinin sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrinə tam dəstək olaraq bu istiqamətdə təşəbbüslərini davam etdirir. SOCAR AQŞ Prezident İlham Əliyevin martın 19-da Koronavirus pandemiyasına qarşı mübarizənin gücləndirilməsi, dünya bazarlarında baş verən kəskin dalğalanmaların əhaliyə, makroiqtisadi sabitliyə, məşğulluq və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı imzaladığı fərmana

əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,5 milyon manat məbləğində vəsait köçürüb. SOCAR AQŞ-nin daxil olduğu NEQSOL Holding-in tərkibindəki şirkətlər tərəfindən bu vəsait də daxil olmaqla müvafiq Fonda ümumilikdə 5 milyon manat vəsait köçürülüb.Bundan əlavə, SOCAR AQŞ əməkdaşları təşəbbüs göstərərək, koronavirusun yayılması ilə mübarizə məqsədilə xaricdən böyük miqdarda qoruyucu maska, teplovizor, dezinfeksiya vasitələri və avadanlıqları, test dəstləri və süni tənəffüs aparatlarının alınıb gətirilərək müvafiq qurumlara təhvil verilməsi işini təşkil edib.

SOCAR AQŞ Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində beynəlxalq təcrübəni əsas tutaraq Dünya Səhiyyə Təşkilatı, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq Koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə və bu xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə fevral ayından başlayaraq müəssisədə lazımi tədbirlər həyata keçirir. SOCAR AQŞ dünyada və ölkədə baş verən müvafiq mürəkkəb çağırışa cavab olaraq həyata keçirilən ümumdövlət və ümumxalq tədbirlərinə öz töhfəsini verir, üzərinə düşən missiyanı ləyaqətlə davam etdirir.

SOCAR AQŞ KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK FONDUNA 1,5 MİLYON MANAT MƏBLƏĞİNDƏ VƏSAİT KÖÇÜRÜB

Page 2: SOCAR AQŞ KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK … · 2020-05-31 · 7 25 22 səh. 2 səh. 4 səh. 7 № 017 25 May 2020-ci il Tiraj sayı 1100 newspaper@socar-aqs.com MÜƏSSİSƏDAXİLİ

017 • 25 May 2020-ci il

2

STTƏMM MƏSLƏHƏTLƏRİ

Hörmətli oxucularımız, bu dəfəki məqaləmizdə huşun itirilməsinin səbəbləri və bu zaman atılması zəruri olan müvafiq davranış qaydalarından danışacağıq. İnsan orqanizminin yanacağa (oskigen və qidaya), normal fəaliyyət göstərən bədən üzvlərinə və müvafiq ətraf mühitə tələbatı var. Bu tələbat zəncirində baş verən hər hansı dəyişiklik orqanizmin normal fəaliyyətinə ciddi təsir edir. İnsanın şüurlu vəziyyətdə olması bir fərdin ətrafda baş verənləri qəbul etməsi və onlara reaksiya vermə qabilliyətinə malik olması deməkdir. Şüura nəzarət beyinin böyük bir hissəsi olan baş beyində yerləşir. Beyinin əsasını tənəffüs və qan dövranını nizamlayan beyin kötüyü təşkil edir. İnsan şüursuz vəziyyətdə olduqda beyinin fəaliyyəti getdikcə zəifləyir, lakin beyin kötüyü fəaliyyətini davam etdirir. Əgər huşsuz vəziyyətdə olan adamın tənəffüsündə çətinlik və oksigen çatışmazlığı müşahidə olunarsa ilk addım olaraq zərərçəkmiş şəxsi düzgün vəziyyətdə uzatmaq, onun tənəffüs yolunun açıq olmasına və əngəl olmadan normal nəfəs almasına kömək etmək lazımdır. Huşsuz vəziyyətdə olmağın səbəbləri əsas 3 başlıqda təsnif olunur:• Oksigen çatışmazlığı; (hipoksiya)• Kimyəvi balansın pozulması;• Zədələnmə.

Oksigen çatışmazlığı (hipoksiya) sinir hüceyrələrinə eyni tərzdə təsir edir. Əgər nəfəs ala bilmiriksə və ya nəfəs aldığımız hava, məsələn, ətrafdan yayılan tüstü ilə çirkləndirilibsə, bu zaman qanın oksigenlə zənginləşməsi zəifləyir və ya ümumiyyətlə zənginləşmir və nəticə etibarilə mühüm orqanlara çox az və ya heç oksigen çatmır.Kimyəvi balansın pozulması qanda şəkərin miqdarının az olması – məsələn, diabet yarandıqda qanda maddələr mübadiləsinin pozulması deməkdir. Sinir hüceyrələrinin şəkərə daima ehtiyacı olduğuna görə, şəkərin

təminatında hər hansı azalma halları müşahidə olunarsa bu hüceyrələrin fəaliyyətinə ciddi olaraq mənfi təsir edəcək. Müxtəlif zədələnmə halları insanların huşsuz vəziyyətə düşməsinə səbəb ola bilər. Başa endirilmiş hər

hansı zərbə beyin silkələnməsi ilə nəticələnə bilər.Biz, şüurlu vəziyyətdə olduqda 3 funksiyanı- görmə, danışma və hərəkət etmə funksiyalarını çox asanlıqla yerinə yetirə bilirik. Huşsuz vəziyyətdə olan zərərçəkmiş isə bu funksiyaların heç birini yerinə yetirə bilmir.Qeyd etdiyimiz kimi, huşsuz vəziyyətdə olan zərərçəkmiş şəxsə yardım edərkən ilk olaraq onun tənəffüs yolunun açıq olmasına kömək etmək lazımdır. İnsanı huşsuz vəziyyətdə görərkən laqeyd qalmayın və vaxt itirmədən aşağıda göstərilən addımları atın:• Xəstəni vizual müayinə edin!• Fərdin başını arxaya uzadaraq tənəffüs yolunun açıq olmasına əmin olun!• Zərərçəkmişin nəfəs aldığını və nəbzinin vurduğunu yoxlayın!• Onurğa sütununun boyun nahiyəsini neytral vəziyyətdə saxlamaqla zərərçəkmişi sabit mövqedə yanı üstə uzadın!• Maye, qan və ya digər cismlərin onun tənəffüs yoluna axmasına imkan verməyin!• Zərərçəkmişin ağzını yoxlayın və oradakı hər hansı qalıq məhsullarını və ya sınmış, çıxmış dişləri təmizləyin! Bədənini isti saxlamaq üçün zərərçəkmişin üstünü yorğanla örtün!

Risk – istənilən fərdin və ya müəssisənin öz məqsədlərinə nail olmasına maneola biləcək hərəkət və ya mümkün hadisə deməkdir. Risklər birmənalı olaraq, müəssisənin strategiyasının icrasına maneçilik törədə bilər. Risk əsasən başvermə ehtimalı və nəticələrinin miqyası ilə xarakterizə olunur.

Son illər əksər müəssisələrdə risklərin idarə edilməsi diqqət mərkəzindədir. Risklərin vaxtında aşkarlanması, qiymətləndirilməsi və idarə edilməsini təmin edən universal yanaşmanın formalaşdırılmasına olan tələbat getdikcə artmaqdadır.

“SOCAR AQŞ” MMC-də risklərin idarə edilməsi sistemi beynəlxalq COSO – ERM və İSO 31000-18 standartlarına müvafiq qaydada həyata keçirilir və müəssisənin fəaliyyətinə tam uyğunlaşdırılmışdır. Risklərin idarə edilməsi sahəsində başlıca məqsədimiz mümkün risklərin aşkarlanması, təhlili və idarə edilməsi hesabına strateji məqsədlərə nail olunacağına əminliyin təmin edilməsi, müəssisədə risklərin səmərəli idarə edilməsi sisteminin yaradılması və qərarların qəbul edilməsi prosesinə inteqrasiyasından ibarətdir.

Bununla yanaşı, müəssisə öz fəaliyyətində risklərdən tamamilə qaçmaq prinsipini əsas götürmür. Müəssisə,

riskin vaciblik və ciddilik səviyyəsini və onun idarə edilməsinə yönəldilən tədbirlərlə bağlı xərclərin həcmini nəzərə alaraq, risklərin tarazlaşdırılmış qaydada idarə edilməsinə cəhd edir.

Aşağıda qeyd olunan 4 mərhələ risklərin idarə edilməsinin əməliyyat dövranını təşkil etməklə təqvim planı əsasında ardıcıl qaydada həyata keçirilir:

1. Risklərin idarə edilməsi prosesi müəssisənin üzləşdiyi risklərin aşkar edilməsindən başlayır. Bu zaman, risklərin aşkarlanmasına sistemli yanaşma aləti kimi əsas risk növlərini əks etdirən ümumi Risk Təsnifatına istinad edilir;

2. Bundan sonra, qiymətləndirmə metrikasından istifadə etməklə (riskin reallaşması ehtimalı və mümkün nəticələrinin dəyəri), risklərin qiymətləndirilməsi aparılır. Risklərin reytinqlərinin müəyyənləşdirilməsi mexanizmlərinə əsasən risklərin vahid siyahısı formalaşdırılır;

3. Aşkar edilmiş risklər üçün, onların əhəmiyyətlilik səviyyəsinə uyğun olaraq idarə edilməsinə (tənzimlənməsinə) yönəldilən tədbirlər planı işlənib hazırlanır;

4. Risklərin səmərəli idarə edilməsi çərçivəsində risklərin, habelə həmin risklərin idarə edilməsinə yönəldilən tədbirlərin statusunun monitorinqi mexanizmi nəzərdə tutulur.

Ətraf mühitlə bağlı problemlər getdikcə daha böyük vüsət alaraq dünyanın əsas qayğılarından birinə çevrilməkdədir. Amma nədənsə insanlar ətraf mühitin

mühafizəsi və “yaşıl” düşüncə mövzularına laqeyd yanaşırlar. Təbiətin qorunması ilə bağlı şəxsi məsuliyyət hissim və həmçinin, çalışdığım işdə vəzifə təlimatından irəli gələrək, mən ətraf mühitin mühafizəsi sahəsində mütəmadi olaraq yeniliklərlə maraqlanıram. İstərdim ki, bununla bağlı bəzi fikirlərimi sizlərlə də paylaşım:

1. Bu sadəcə qənaət deyil! – “Yaşıl” düşüncə - “istifadəni azalt”, “təkrar istifadə et” və ya “tullantıdan yararlan” prinsipi ilə işləyir. Bir sözlə, tükənən və istifadəsi ətraf mühitə ziyan vuran istənilən bir şeyin istifadəsində yuxarıdakı prinsipi gözləmək tövsiyyə olunur. Qlobal brendlər artıq bir neçə ildir ki, bu yanaşmanı biznes gündəliklərinə daxil ediblər. Məsələn, McDonald’s iddia edir ki, onun sanitar qovşaqlarda quraşdırdığı susuz unitazların hər biri illik 10 000 litr suyun axıdılmasının qarşısını alır. Ümumilikdə isə onlar 1000-dən artıq restoranlarında ilə 200 milyon litr suya qənaət etmiş olurlar. Bəli, böyük və qlobal brendlər üçün bunlar əhəmiyyətli dərəcədə hiss olunan

qənaətlərdir. Amma fəlsəfə sadəcə olaraq qənaət edib qabağa düşmək prinsipi ilə işləmir. Şirkətlərin cəmiyyətə verdiyi mesaj tükənən resurslara göstərdikləri həssas münasibətlərilə bağlıdır. Kiçik bir şirkətin timsalında bu cür qənaətin astarı üzündən baha da başa gələ bilər. Ancaq şirkət böyüdükcə əlbəttə ki, bu özünü xərclərə qənaətdə göstərəcək.

2. Hər bir brend öz müştəriləri üçün də bir nümunədir! – Bu gün bir çox brendlər böyük həvəslə öz ‘’yaşıl’’ siyasətlərindən danışırlar. Azərbaycanda bu siyasətin geniş miqyasda tətbiqi tam nəzərə çarpmasa da, Qərbin tanınmış brendlərinin timsalında‘’yaşıl’’ yanaşmanın necə uğurla istifadə edildiyini görə bilərik. Yuxarıda da qeyd etdiyimiz kimi, məsələ sadəcə hansısa resurslara qənaət etmək deyil. Əsas məsələ mövcud resurslardan mümkün qədər qənaətlə istifadə edilməsindədir. Təəssüf ki, biz bir çox gənclərimizin qlobal trendləri susqun müşahidə etdiklərinin şahidi oluruq. Əlbəttə ki, ətraf mühitin mühafizəsi bazara təqdim olunmuş yeni IPhone smartfonu deyil ki, onunla bağlı çox danışılsın, çox müzakirə edilsin.

Hazırda qlobal brendləri ən çox narahat edən məsələ öz müştərilərinin aldıqları, istifadə etdikləri məhsul və xidmətlərdə yalnız maddi dəyəri deyil, bir çox digər dəyərləri də axtarmasıdır. Məsələn, avtomobil alarkən onun nə qədər az yanacaq sərf etməsi və ətraf

mühitə nə qədər az ziyan vurmasından tutmuş, sevimli muğənnilərinin öz konsertində ətraf mühitin mühafizəsinə çağırış edib-etməməsinə qədər göstəricilər dəqiqləşdirilir. Yer kürəsi bizim ümumi evimizdir və onun sakinləri olaraq, biz mövcud ekoloji vəziyyətin yaxşılaşdırılmasına öz töhfəmizi verməliyik. Düşünürəm ki, yerli şirkətlərimiz də öz strategiyalarına “yaşıl düşüncə, yaşıl davranış” prinsiplərini mütləq daxil etməlidirlər. Məsələ sadəcə zibili ayrı-ayrı qablara atmaqdan getmir. Hədəf istehsal prosesində, məhsulun istifadəsində, xidmət sahələrində və digər bu kimi yerlərdə qaydalara ciddi riayət edilməsi zərurətidir. Bu məqsədlə “SOCAR AQŞ” MMC 2020-ci il üzrə müəssisənin ekologiya sahəsi üzrə hədəflərini “Yaşıl düşüncə, yaşıl davranış” proqramına əsasən tərtib etmişdir. Tədbirlər planımıza müvafiq olaraq, əməkdaşlarımızı yaxın gələcəkdə təşkil edəcəyimiz tədbirlərə dəvət etməklə onları bu amal uğrunda fəal iştirakçılığa sövq etməyi düşünürük.

HUŞUN İTİRİLMƏSİNİN SƏBƏBLƏRİ VƏ ZƏRURİ DAVRANIŞ QAYDALARI

RİSKLƏRİN İDARƏ EDİLMƏSİ SİSTEMİ

“YAŞIL’’ DÜŞÜNCƏ “YAŞIL’’ DAVRANIŞ

Zəhra Hüseynova

Vüqar Salmanov

Mirseymur Qənbərli

Page 3: SOCAR AQŞ KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK … · 2020-05-31 · 7 25 22 səh. 2 səh. 4 səh. 7 № 017 25 May 2020-ci il Tiraj sayı 1100 newspaper@socar-aqs.com MÜƏSSİSƏDAXİLİ

017 • 25 May 2020-ci il

3

İŞÇİLƏRİMİZ

Uğura gedən yolun pillələri… Birlik- uğurlu inkişafın əsas amillərindən biridir. Bu, eyni məqsəd ətrafında birləşən istənilən komanda üçün aksiomadır. Həyata keçirilən istənilən işin nəticəsi bir fərdin deyil, əksinə bir neçə nəfərin, yəni komandanın zəhmətindən asılıdır. Birləşmək başlanğıcdır, birliyi davam etdirmək inkişafdır, birlikdə işləmək isə müvəffəqiyyətdir! Müəssisəmizin fəaliyyətə başladığı ilk gündən başlayaraq istər ofisdə, istərsə də istehsalat sahələrində çalışan əməkdaşlarımız hər bir layihənin uğurla həyata keçirilməsi zamanı birlik nümayiş etdirirlər.Birlik məhfumu zaman-zaman canımıza, qanımıza hopmuş və korporativ dəyərlər sistemimizə daxil olmaqla bizə yeni qoşulan əməkdaşlarımıza da sirayət etməkdədir. Qarşıya qoyulan istənilən hədəfə çatmaq, eləcə də korporativ dəyərlərimizi qoruyub möhkəmləndirmək məhz birlikdən, birgə əməkdaşlıqdan başlayır. Əsrlərdən bəri süzülüb gələn yaxşı bir Atalar sözümüz var: “Güc birlikdədir!”. Bəli, birlik sarsılmaz qüdrətdir! Birlik- çətinlikləri birgə dəf etmək, məqsədə doğru əzmlə addımlamaq və nailiyyətləri qeyd etməkdir. 2019-cu ilin sonu və bu ilin əvvəlində “İşçilərimiz gücümüzdür!” şüarı ilə sahə işçilərimizlə silsilə görüşlərimiz keçirildi. Bu səpkidən olan tədbirlərimiz COVİD-19 pandemiyasına qalib gəldikdən sonra yenə davam etdiriləcək, hamılıqla sağlam və şən əhval-ruhiyyə ilə yeni uğurlarımızı qeyd edəcəyik. Biz sizinlə güclüyük!Birliyimizin bariz nümunələriMüəssisənin fəaliyyət göstərdiyi 12 il ərzində əməkdaşlarmızın birliyi sayəsində SOCAR AQŞ ardıcıl olaraq yüksək nailiyyətlər əldə etməkdədir. Bir çox ilklərə imza atan SOCAR AQŞ milli qazma sənayesində yeni şanlı səhifələr yazmaqdadır. Misal olaraq,

ilk dəfə olaraq milli müəssisə tərəfindən dayazsulu ‘’Günəşli’’ yatağında 13 saylı DDSÖ-dən qazılmış 350 nömrəli horizontal istismar quyusunu qeyd etmək olar. «Ümid» yatağındakı 1 saylı DDSÖ-dən faktiki dərinliyi 6810 m olan 16 nömrəli kəşfiyyat quyusunda qazma işlərinin təhlükəsiz, uğurla və keyfiyyətlə başa çatdırılması Azərbaycan neft sənayesi tarixinə özünəməxsus töhfə verdi. Müəssisəmizin Amerika Neft İnstitutunun API Spec Q2 sertifikatına layiq görülməsi də əməkdaşlarımızın uzunmüddətli zəhməti və əzmkarlığı sayəsində əldə edilmiş uğurlardandır. Bugün də əməkdaşlarımızın birgə səyi nəticəsində müəssisəmiz həm Azərbaycanda, həm də qardaş Türkiyə Cümhuriyyətində əməliyyatları uğurla davam etdirməkdədir. Artıq müəssisəmiz yeni inkişaf mərhələsinə daxil olur. Bu mərhələ komanda vəhdətinin və birliyimizin gücləndirilməsini daha da zəruri edir. Biz, vahid komanda olaraq bu mərhələdən də üzüağ və yeni hədəflərə köklənərək çıxa bilərik. Böhran ya yeni imkanlar?COVİD – 19 koronavirus epidemiyası yalnız böyükmiqyaslı sağlamlıq böhranı deyil - həm də qlobal iqtisadi nizamın yenidən qurulmasıdır. Getdikcə aydın olur ki, bizim dövrümüz fundamental bir nizamla müəyyənləşdiriləcəkdir: Pandemiyanın başlamasından əvvəlki dövr və virusdan sonrakı dövrün «normal həyatı və iş mühiti». Bu misli görünməmiş yeni reallıqda, biz biznesin və cəmiyyətin ənənəvi olaraq alışdığı iqtisadi və sosial nizamın kəskin şəkildə yenidən qurulmasının şahidi

olacağıq. Yaxın gələcəkdə yeni qaydaların həyatımızı formalaşdıran əvvəlki normativlərdən nə qədər kəskin şəkildə fərqlənməsi barədə geniş müzakirə və mübahisələrin iştirakçısına çevriləcəyik. Biz həyatımızın yeni mərhələsinə qədəm qoyuruq, məsafələr uzansa da sizinlə daha yaxın olduq, sizin əzminizlə daha da gücləndik. Post-pandemik dövrdə də uğura gedən yolda birgə addımlamalıyıq. Biz birlikdə güclüyük.Milli həmrəylikMüstəqil Azərbaycan Respublikası ölkə rəhbərliyinin yürütdüyü güclü siyasət və xalqımızın birliyi sayəsində çox qısa bir dövr ərzində qərinələrə bərabər inkişaf yolu keçməkdədir. Bu gün Azərbaycanımız dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasındadır. Məhz birlik və milli həmrəylik dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir. Ölkə rəhbərliyi Azərbaycanda COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması, bu qorxunc xəstəliyin fəsadlarının aradan qaldırılması, xalqımızın sağlamlığının mühafizə olunması və əhalimizin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində bütün zəruri tədbirləri görür. Cəmiyyətimizin bütün təbəqələrinin bu tədbirlərə dəstək verməsi xalqımızın birliyinin və öz dövlətinə inamının ifadəsidir. Bundan əlavə, bu çətin günlərdə aztəminatlı təbəqəyə mütəmadi olaraq diqqət göstərilir və yardımlar edilir. Bütün

bunlar Azərbaycan dövlətinin vətəndaşının yanında olduğunu və ona lazım olan dəstəyi verdiyini göstərir. Bu gün bizim hər birimizdən yüksək vətəndaşlıq məsuliyyəti, birlik və həmrəylik nümayiş etdirməklə xüsusi karantin rejiminə və özünütəcrid qaydalarına ciddi şəkildə əməl etmək tələb olunur. Böyük əminliklə demək olar ki, birlik nümayiş etdirərək qoyulan qaydalara ciddi riayət etməklə, bu sınaqdan dövlət və xalq olaraq, daha az itkilərlə çıxacağıq və inanırıq ki, qarşıdakı illər ölkəmiz üçün daha uğurlu olacaqdır.İctimai məsuliyyətAzərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir. Bəşəriyyət, bu mövcud pandemiyanın da öhdəsindən vaxtı ilə kainatı təhdid etmiş digər imtahanlarda olduğu kimi uğurla gələ biləcəkdir. Biz, post pandemiya dönəmindən həmrək, daha güclü və humanist olaraq çıxacağıq. Məhz milli və mənəvi dəyərlərə sadiqlik insanı istənilən çətin mərhələdən qalib çıxardır. Kim bilir, bəlkə də tarixən bu ənənələr məhz keçmişdə baş vermiş mürəkkəb dönəmlərdə formalaşıb. Biz, ehtiyacı olan qonşusuna əl tutan xalqın övladlarıyıq. Bu ənənələri davam etdirək, yaxınlarımızı qoruyaq, yaşlılarımızın qayğısına qalaq və ətrafımızdakı imkansızlara yardım edək. Siz, bu günlərdə İnsan kapitalı bölməsindən imkansız ailələrə yardım etməklə bağlı e-mail aldınız. Bu müraciət əməkdaşlarımızın könüllü təşəbbüsü əsnasında ortaya çıxdı. Bu kimi humanist işlərdə də birlik göstərməyimiz önəmlidir. Bu nəcib təşəbbüsə qoşulan hər kəsə əvvəlcədən dərin minnətdarlığımızı bildiririk! Fürsətdən istifadə edərək müqəddəs Ramazan ayında oruc tutan hər bir əməkdaşımızın tutduğu orucunun qəbul olunmasını diləyirik! Xoş əməllərin sayı artsın! Uca Tanrı sizi qorusun! Birliyimiz daimi və sarsılmaz olsun!

İncəsənət bir dildir, insanın ruhunun dincəldiyi və qidalandığı mənbələrdən biridir. Bu sahədə çalışan yaradıcı insanlar incəsənəti yaşatmaq, sevdirmək üçün gecə-gündüz çalışaraq bəşəriyyəti valeh edən əsərlərini ərsəyə gətirir. Elə müasir dövrümüzdə də maraqlı sənət əsərləri ilə göz oxşayan gənclərin sayı az deyil. ‘’Enerji’’ qəzetinin ötən sayında təsviri incəsənətə böyük sevgisi olan əməkdaşımız Gümanə Tanrıverdiyevanın əl işlərini sizinlə paylaşmışdıq. Bu sayımızdan etibarən nəinki əməkdaşlarımızın, hətta onların övladlarının da maraqlı əl işlərini sizinlə bölüşməyi planlanlaşdırırıq.Uğurlu gələcəyimizin kiçik memarlarından biri Müqavilələr şöbəsinin

müdir müavini vəzifəsində işləyən Dünya Fətəliyevanın övladı Xədicə Məhəmmədovadır. Xədicə 28 yanvar 2009-cu ildə Bakı şəhərində anadan olub, hal-hazırda 5-ci sinifdə oxuyur. Hələ kiçik yaşlarından təsviri incəsənətə marağı olan Xədicə artıq iki ildir ki, Tofiq İsmayılov adına Uşaq-gənclər yaradıcılıq sarayının Təsviri sənət qalereyasında təsviri incəsənətlə məşğul olur. Onun yaradıcılığı janr və mövzu müxtəlifliyi baxımından seçilir. Xədicə müxtəlif süjetli kompozisiyaları uğurla hazırlayıb. O, milli və beynəlxalq sərgilərdə iştirak etmiş və müxtəlif mükafatlara layiq görülüb. Xədicənin vətənpərvərlik və COVİD-19 qlobal pandemiyasına qarşı mübarizə mövzularındakı rəsmlərini sizinlə paylaşmaq istərdik. Balaca istedadımızın parlaq gələcəyinə inanaraq ona fırçası ilə dünyanı fəth etməyi arzu edirik!

Ülkər xanım Behbudova müəssisəmizdə fəaliyyətə başlayan yeni əməkdaşımızdır. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, daha sonra Dövlət Neft və Sənaye Universitetinin ABŞ-ın Georgian Universiteti ilə birgə əməkdaşlıq proqramı çərçivəsində MBA dərəcəsi üzrə təhsilini davam etdirıb Bununla yanaşı, Ülkər xanım Leoron Peşəkar İnkişaf İnstitutunun (JLT) İnsan Resurslarının İdarə edilməsi sahəsində sertifikasiya proqramı üzrə də ixtisasartırma təhsili alıb.Ülkər xanım İşə qəbul və İstedadların cəlb olunması sahəsi üzrə 15 ildən artıq peşəkar təcrübəyə malikdir. O, ilk iş fəaliyyətinə Kellogg Brown & Root Overseas UK LTD şirkətində başlamış, daha sonra fəaliyyətini Wood Group Production Services Network UK LTD şirkətində davam etdirib. Bu şirkətlərdəki fəaliyyəti zamanı əldə etdiyi bilik və bacarıqlar ona neft-qaz sektorunda insan resurslarının idarə edilməsi və təşkili üzrə zəngin təcrübə qazandırıb. Daha sonra, Ülkər xanım yüksək liderlik və idarəetmə bacarıqlarını Azertelecom MMC müəssisəsində tətbiq edərək şirkətin İnsan Resurslarının İnkişafı üzrə strateji fəaliyyət planının hazırlanmasını və idarə edilməsini həyata keçirib. Sonrakı fəaliyyəti dövründə o, İntertek Global Ltd. şirkətində çalışarkən dünyanın nəhəng neft-qaz şirkətləri olan BP, Cameron Petroleum Equipment Group, KCA-Deutag, Schlumberger, Halliburton Inc, Saipem Eni Group Azerbaijan-Georgia-Turkey üzrə istedadların işə cəlb olunmasında yaxından iştirak edib. Neft-qaz sənayesi üzrə fəaliyyətinin davamı olaraq, Ülkər xanım BP Global şirkətinin Bakı nümayəndəliyində müxtəlif layihələr üzrə həm yerli, həm də xarici işçilərin işə qəbulunu

və seçim mərhələsini, şirkət üçün istedadların cəlb edilməsi prosesi üzrə strateji qərarların qəbulu və fəaliyyət planının tətbiqini uğurla həyata keçiribr. Peşəkar iş fəaliyyətinin növbəti mərhələsi olaraq, Ülkər xanım Bakı Şəhəri Halqası Əməliyyat Şirkətinin (BCC) Azərbaycanda ilk dəfə təşkil etdiyi Formula – 1 beynəlxalq idman layihəsində İnsan Resursları üzrə prosedurların və qaydaların tərtib edilməsi, işçilərin individual fəaliyyət hədəflərinin müəyyən edilməsi və həmin sistemin qurulması, istedadların cəlb olunması mərhələsində strateji qərarların qəbul edilməsi və icra mexanizmlərinin müəyyən edilməsi üzrə fəaliyyət planını hazırlayıb. Peşəkar fəaliyyətini sonradan SOCAR-KBR şirkətində davam etdirən Ülkər xanım, İnsan Resursları üzrə departament rəhbəri vəzifəsində çalışmış və şirkətin HAOR, AzeriKimya, ACE BP, Total-Absheron, SD2 kimi mühüm lahiyələrinin icrasında yaxından iştirak edib. O, əsasən insan resurslarının idarə edilməsi üzrə prosedurların və qaydaların tərtib edilməsini, istedadların cəlb edilməsi və işə qəbul prosesinin idarə edilməsini həyata keçirmiş, rəhbər heyət ilə şirkətin işçi qüvvəsi ilə bağlı strategiyasının müəyyən edilməsi və inkişafı üzrə birgə çalışıb. Son 2 ildə karyerasını Azərbaycan Beynəlxalq Mədən Şirkətində (AİMC) davam etdirərək İstedadların cəlb edilməsi və İnsan Resursları üzrə departamentin rəhbəri vəzifəsində çalışıb. Yeni işçimizin əlavə məşğuliyyətlərinə səyahət etmək, idmanla məşğul olmaq, mütaliə etmək və landşaft dizaynı daxildir.

YENİ DÖVRÜN UĞUR DÜSTURU- BİRLİK, ƏZMKARLIQ VƏ CƏSARƏT!

İNTELLEKTUAL VƏ YARADICI GƏNCLİK XOŞBƏXT GƏLƏCƏYİN ETİBARLI QARANTIDIR

İNCƏSƏNƏT RUHLU İSTEDADLARIMIZ

YENİ İŞÇİMİZİ TANIYAQ

Ülkər Behbudovaİstedadların işə cəlb olunması üzrə rəhbər

Səhifəni hazırladı: Günay Teymurova

Page 4: SOCAR AQŞ KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK … · 2020-05-31 · 7 25 22 səh. 2 səh. 4 səh. 7 № 017 25 May 2020-ci il Tiraj sayı 1100 newspaper@socar-aqs.com MÜƏSSİSƏDAXİLİ

017 • 25 May 2020-ci il

4

Son zamanlar COVİD-19 koronavirus pandemiyası ilə bağlı dünyada baş verən sosial təcrid prosesləri hər birimizə kifayət qədər stress yaşadır. Emosional gərginlik məhsuldarlığı azaldır, əhval-ruhiyyəni pozur, sağlamlığa xeyli ziyan vurur. Emosional şok getdikcə hər bir fərddə stresə nəzarət edilməsi funksiyasını zəiflədərək sonradan yaşanacaq digər şoklara qarşı psixoloji davamiyyəti xeyli dərəcədə sarsıtmış olur. Bu prosesin bir neçə dəfə təkrarlanması sonsuz bir dairəyə çevirilir.Emosional gərginlikdən, həyəcandan, qorxudan və ya yorğunluqdan qurtulmaq, lazımi məqamda səfərbər olmaq və ya rahatlanmaq, psixoloji durumunuzu idarə

etmək üçün sizə sadə, amma olduqca effektiv aşağıdakı üsulları tövsiyə edirik:1. “Əllərin ayrılması”Qalxın, qollarınızı sinənizin səviyyəsində irəli uzadın (bu halda qollarınızı dirsək hissəsində boş, sərbəst saxlayın). Xəyalınızda təsəvvür edin ki, sizin qollarınız, əzələlərə güc verməməklə, rəvan, avtomatik olaraq bir-birindən ayrı-ayrı yerlərə ayrılmağa başlayır.Qollarınız yavaş-yavaş ayrılırsa, bu onu bildirir ki, relaksasiya prosesi artıq başlayıb və stress gərginliyi zəifləyir. Qollarınızın tamamilə ayrılmasını gözləyin və məşqi 2-3 dəfə ardıcıl olaraq təkrarlayın.Əgər sizdə ilkin cəhdlər alınmırsa, yəni qollarınız ayrılmırsa, onda qulaq seyvanını, burunun ucunda yerləşən bioloji aktiv nöqtələri yüngülcə masaj edin. Bundan əlavə, boyun nahiyəsində əzələlərin ən gərgin olduğu yerləri, ya da toxunanda ağrı hiss etdiyiniz bədən üzvünü masaj edin. Əgər belə vəziyyətdə qollarınız yorulursa, vaxtaşırı onları silkələmək, təxminən 5 dəqiqə

ərzində özünümasaj hərəkətlərini davam etdirmək lazımdır.2. “Hermes” məşğələsiDərindən nəfəs alın, nəfəsinizi saxlayın və bütün əzələlərinizi gərin. Dördə kimi sayın, sonra nəfəsinizi buraxın və tam rahatlanın (süstləşin). Bu prosesi 3-5 dəqiqə davam etdirin və davametmə müddətini tədricən 6 dəqiqəyə çatdırın.3. Vizuallaşdırma Rahat oturun və qarşınızdakı əşyalarda arzu etdiyiniz obyekti təsəvvür edin; bununla yanaşı, yaxşı olar ki, diqqətinizi eşidilməsi, duyulması, hiss edilməsi mümkün olan elementlərə yetirməklə, onu xəyalınızda “resurs” rəngində canlandırasınız.4. DissosiasiyaDissosiasiya-problemli vəziyyətə kənardan baxış deməkdir. Təsəvvür edin ki, hansısa videoçarxa baxırsınız və xəyalınızda vizual obrazı kiçiltməklə və ya özünüzdən uzaqlaşdırmaqla onu dəyişirsiniz.5. “Refreyminq” Bu neqativ hadisələrdən pozitiv məqamları çıxarmaqla, hadisələrə yumor hissi ilə yanaşma tərzidir. Hər hansı baş vermiş hadisədə 5 ballıq şkala ilə “+5” qiymətli pozitiv nəticəni görün.6. Təmiz havada gəzinti

Hər gün, ən azı 2 km məsafəni adi sürətlə gəzin.7. YuxuÇalışın bu qızıl qaydaya riayyət edəsiniz: “Bu gün yatmaq”- yəni minimum 7-8 saat yatmaq şərti ilə gecə saat12-yə qədər yuxuya qetmək.Gördüyünüz kimi bu tövsiyələr emosional və əzələ gərginliyini aşağı salır, ağrıları və spazmaları aradan qaldırır, beynin qan təchizatını yaxşılaşdırır, başda yüngüllük və aydınlıq hissi yaradır. Beləliklə, bu tövsiyələrdən yararlanmaqla siz normal şəxsi həyat və iş fəaliyyətinizi büsbütün bərpa edə bilərsiniz və əmin olun ki, bu sizdə alınacaq.Unutmayın ki, tövsiyələrdən istifadə etmək çətin deyil, sadəcə vaxt və müəyyən səy tələb olunur.

MAARİFLƏNDİRMƏ

EMOSİONAL VƏ ƏZƏLƏ GƏRGİNLİYİNİ ARADAN QALDIRMAQ ÜÇÜN TÖVSİYƏLƏR

İŞÇİLƏRİN MƏSAFƏDƏN SƏMƏRƏLİ İDARƏOLUNMASI ÜÇÜN 10 TÖVSİYƏ

İşlərin evdən effektiv idarə olunmasıEvdən işləmək bəzi əməkdaşlarımıza ofisdə işləməkdən daha çətin ola bilər. Belə ki, bir çoxlarımız ofisdə işimizi bitirdikdən sonra yerdə qalan vaxtımızı daha çox şəxsi işlərimizə həsr edirik. Evdən müvafiq peşə tapşırıqlarını yerinə yetirərkən isə az qala gecə yatana qədər həm peşəkar, həm də şəxsi işlərimizi paralel olaraq davam etdirməli oluruq. Bəzi işçilər isə evdən işlədikləri vaxt diqqətlərini işə cəmləməkdə çətinlik çəkir və iş saatları müddətində daha çox işdən kənar məsələlərə vaxt ayırmalı olur. Mövcud vəziyyətlə əlaqədar işçilərimizin evdən işləmə rejiminə keçidi gözlənilməz olduğuna görə bəzi faydalı məsləhətlərimizi sizinlə bölüşmək istəyirik:İşə gedirmiş kimi geyinib daha sonra işə başlayın. Təsəvvür edin ki, işdəsiniz. Səhər yeməyinizi bitirdikdən sonra iş saatlarınız müddətində işə gedirmiş kimi geyinib kompüter arxasında əyləşib işinizi davam etdirə bilərsiniz. O zaman siz özünüzü səliqə səhmanda saxlayacaq və özünüzü işdən təcrid olunmuş hiss etməyəcəksiniz. Bu sizin özünümotivasiyanıza da təsir edəcək.Maneələri aradan qaldırın. Çalışın evdən

işləyərkən özünüzə iş otağı və ya evinizdə rahat və səssiz bir guşə ayırasınız. Sosial media tətbiqlərindən gələn ismarıcların və xəbərdarlıqların işinizə mane olmaması üçün iş saatlarında telefonunuzu

səssiz rejimə keçirə bilərsiniz. Unutmayın ki, eviniz artıq sizin yeni ofisinizdir.Aktiv iş rejimində olduğunuzu bildirin. İstifadə etdiyiniz tətbiqdə iş saatlarında tam onlayn rejimdə olun, təqviminizi davamlı yeniləyin, sizə tapşırılan işlərin statusunu izləyin və tez bitirməyə çalışın. Naharızı elə nahar vaxtında edin.Fasilə edin. Hər saatdan bir özünüz üçün ofisdə olduğu kimi 5 dəqiqəlik fasilə verin. Bu 5 dəqiqəlik fasilə müddətində yaxınlarınıza zəng edə, sosial media hesblarınızı yoxlaya, çay və ya kofe içə bilərsiniz. Özünüzü komandanızdan təcrid etməyin. Daimi olaraq birbaşa rəhbəriniz və həmkarlarınızla fəal ünsiyyətdə olun. Tapşırıqların verilməsi, məsuliyyət bölgüsü və işin icrasını mütəmadi olaraq izləyərək hər şeyin plan üzrə davam etməsinə əmin olun. Hətta şöbədaxili onlayn toplantılarınızın maraqlı keçməsi üçün ofisdə olduğu kimi evinizə yemək və şirniyyat sifariş edə və həmkarlarınızla birlikdə “onlayn qrup naharı” təşkil edə bilərsiniz.Fiziki sağlamlıqYazın gəlişi ilə bağlı hər birimizin orqanizminin təbii qidalara və

hərəkətliliyə ehtiyacı var. Bəs ev şəraitində bu tələbatımızı necə əyləncəli edə bilərik?İdman edin. Hər 1-2 saatdan bir yüngül idman hərəkətləri edərək qan dövranınızı sürətləndirin. Bu sizin tez yorulmamağınıza və eyni zamanda əhval-ruhiyyənizin yüksəlməsinə müsbət təsir göstərəcək. Fasilə vaxtı sevdiyiniz musiqini dinləyə, hətta rəqs edə bilərsiniz. Bu bizi pozitiv emosiyalara kökləyər və gün ərzində özmüzü gümrah hiss edərik.İmmunitetinizi gücləndirin. Yeməyinizi vaxtlı-vaxtında qəbul edin və qida rasionunuza immunitet gücləndirici qidalar daxil edin. Mövsümi salatlar, yeməklər hazırlaya və həmçinin heç vaxt dadmadığınız menyularla maraqlana bilərsiniz. Psixoloji durumMüvəqqəti çətinlik dövründə saatlar günlər, günlər isə həftələr kimi uzun görünür. Unutmayın ki, zamanın qanadları var və o heç nəyi gözləmədən uçur. Əsas odur ki, evdə olmağımızdan effektiv istifadə edərək vaxtımızı keyfiyyətli keçirək. Nəzərə alaq ki, artıq fiziki olaraq görüşlərə getmir, vaxtımızı yolda itirmirik. Yaxınlarınızla sıx əlaqə saxlayın. Sizdən uzaqda olan yaxınlarınızla mütəmadi hal-əhval tutun, imkan dairəsində görüntülü danışın. Yaşlı adamlardan köməyinizi əsirgəməyin. Bu hər birimizin mənəvi borcudur, həm də daxilən bizə sakitlik və qayğıkeşlik hissi verir. Başqalarına bəxş etdiyiniz mənəvi rahatlıq və kömək sizə də müsbət təsir edər.

Vaxtınızı səmərəli keçirərək yaxşıca dincəlin. Müvəqqəti çətinlik dövründə işdən kənar saatlarda ən gözəl özünümotivasiya sevimli məşğuliyyətə vaxt ayırmağınızdır. Səmərəli vaxt keçirmək üçün mütaliə edə, audio kitablar dinləyə, çoxdan baxmaq istədyiniz amma imkan tapıb baxa bilmədiyiniz filmləri izləyə, rəsm çəkə və ya internetdən maraqlandığınız sahələr üzrə araşdırmalar edib dünyagörüşünüzü artıra bilərsiniz.Özünüzü davamlı təkmilləşdirin. Çoxumuz indiyədək vaxt azlığından şikayətlənir, tıxacda və ya növbələrdə çox vaxt itirdiyimizi əsas gətirərək özümüzü davamlı təkmilləşdirməyi arxa plana atırdıq. Əslində vaxt az deyil, biz vaxtdan səmərəli istifadə etməyi bacarmalıyıq. Biz evdə qalmaqla çoxdan planlaşdırıb həyata keçirə bilmədiyimiz onlayn təlimlərdə iştirak edərək biliklərimizi artıra bilərik. Unutmayaq ki, sağlamlığın qorunması şəxsi məsuliyyətdən başlayır.

Səriştəli rəhbərlər və onların peşəkar idarəetmə tərzi hər bir komandanın əsas uğur meyarıdır. Hər bir rəhbər şəxs işçilərinin yüksək əhval-ruhiyyədə fəaliyyət göstərmələri üçün dəstək olmalı və yaranmış mövcud çətinliklərin həll edilməsi istiqamətində əzmlə çalışmalıdır. Bu kimi meyarları nəzərə almayan rəhbər şəxsin tabeçiliyində olan işçilər bədbinliyə qapılaraq psixoloji gərginliyin təsiri altında çalışmaq məcburiyyətində qalırlar. Həmçinin, iş prosesini düzgün planlaşdırmaq və davamlı olaraq işin gedişatını məsafədən izləmək ofisdə fiziki olaraq çalışmaqdan qat-qat çətindir.Hazırda COVİD-19 koronavirus pandemiyasına qarşı aparılan qlobal mübarizənin gərgin bir vaxtında işlərin məsafədən idarə edilməsi bacarığına sahib olmaq hər bir rəhbərin inkişaf etdirilməli olduğu əsas ehtiyacdır. Bəs yaxşı işçiləri məsafədən necə səmərəli idarə etmək olar? Bununla bağlı ümumiləşdirdiyimiz 10 əsas tövsiyəni sizlərlə bölüşürük:Güvənmək. İşçilərinizə tapşırıqlar verdikdə məsuliyyəti də onlara ötürün. Bu, onların daha həvəslə işləmələrinə təsir edəcək və etimadınızı doğrultmaq üçün əllərindən gələni əsirgəməyəcəklər. İşçinin bacarığına uyğun verilmiş iş, onda həmin bacarıqları daha da gücləndirəcək, iş isə daha tez və keyfiyyətli şəkildə icra edilmiş olacaq. Fərdi yanaşma, tapşırıqların aydın şəkildə verilməsi və güvən hissi işçilərinizin

inkişafına bilavasitə müsbət təsir edir. Güvənmək ən güclü motivasiyadır!Dinləmək. İşçilərinizi dinləməyiniz onlara diqqət verdiyinizin və onların fikirlərinin həqiqətən də sizin üçün maraqlı olduğunun göstəricisidir. Onlar özlərini komandanın bərabərhüquqlu üzvü kimi hiss edəcək və işə daha da həvəslə yanaşacaq. Rəhbərlər hər zaman məsafədən işləyən işçilərin fikirlərini öyrənməyə əvvəlkindən daha çox vaxt ayırmalıdır. Məsafədən işləyən işçilərin fikirlərinin öyrənilməsi onların əsas mənəvi ehtiyaclarını ödəmiş olur, eyni zamanda gələcəkdə yeni perspektivlər yaradır.Komanda işini təşkil etmək. İşçilər nə qədər uzaqda olsalar belə, bu uzaqlıq hiss etdirilməməlidir. İşçilərə həmkarları ilə ortaq görə biləcəkləri tapşırıqlar verin ki, onlar daimi olaraq bir-birləri ilə sıx ünsiyyətdə olsunr. Bəzi kiçik qruplarda olan iclasları “virtual çay vaxtı” adı ilə də təşkil edib işçilərinizlə daha “yaxın” müzakirələrə qoşula bilər və aktual iş prosesləri ilə bağlı məhsuldar fikir mübadiləsi təşkil edə bilərsiniz.Təkmilləşdirmək. İşçilərinizin davamlı olaraq təkmilləşmələri üçün rastlaşdığınız məqalə və vebinarları onlarla paylaşın ki, onlar da faydalana bilsinlər. İşçilərin inkişafında rəhbərlərin rolu böyükdür. Davamlı olaraq öz inkişafınıza da vaxt ayırın ki, komandanız verəcəyiniz yeni istiqamət və ideyalarınızdan yararlana bilsin.

Empatiya göstərmək. İşçilərinizin mövcud vəziyyətini anlamağa çalışın və özünüzə rəva bilmədiyiniz münasibəti onlara göstərməyin. Nəzərinizdə saxlayın ki, gərginlik səviyyəsi yüksək olduqda məsafədən işləyən işçiləri idarə etmək daha da çətinləşir. Əksinə, adi saydığımız “İşlər necə gedir?” və ya “Əla, belə davam edin!” kimi mesajlarınız əmin olun ki, stresi azaltmaq üçün möcüzələr edə bilər.Həvəsləndirmək. Yaxşı işləyərək nəticə göstərən işçilərinizi yazdığınız məktub və ya keçirdiyiniz virtual iclaslarda təqdir edin. Bu, işçilərinizin daim yüksək əhval-ruhiyyədə olmalarına və işi daha yaxşı icra etmələrinə təkan verəcək. Nəticədə, rəqabət artacaq və siz komandanızda daha müsbət dinamikaya nail olacaqsınız.Fasilə vermək. Gərgin iş arası fasilə verməyi unutmayın, bu işçilərinizə dəyər verdiyinizin göstəricisidir. İşçilərinizə 40/20 prinsipindən istifadəni tövsiyə edin: 40 dəqiqə oturmaq, 10 dəqiqə ayaqüstə işləmək, 10 dəqiqə isə hərəkət etmək və ya dartınma hərəkətləri ilə idman etmək.Son icra tarixi müəyyən etmək. Verdiyiniz tapşırıqlar üçün real olan son icra tarixini müəyyən etməklə istədiyiniz nəticəni vaxtında əldə edə bilərsiniz. Bu işçilərinizin daha məsuliyyətli olmaqlarına təsir edəcək və qrafiklərini çevik şəkildə planlaşdırmaqlarına geniş imkan yaradacaq. Bununla da, onlar vaxtlarını daha səmərəli

idarəetmə imkanı əldə edəcək.Nümunə olmaq. İşçilərinizdə görmək istədiyiniz yaxşı keyfiyyətləri özünüzə aşılayın və onlara nümunə olmağa çalışın. İşçilər həm yaxşı, həm də yaxşı olmayan xüsusiyyətləri sizə baxaraq nümayiş etdirir. Ona görə də, siz yaxşı xüsusiyyətləri özünüzə aşılayaraq onlardan da bu vərdişlərə yiyələnməyi tələb edə bilərsiniz. Unutmayın ki, sizin yüksək əhval-ruhiyyədə olmağınız işçilərinizə də sirayət edir. Yüksək əhval-ruhiyyə və optimizim hər zaman yeni fürsətlərə və nailiyyətlərə yol açır.Belə bir həssas vaxtda əsas məqsədimiz komanda işini məsafədən səmərəli təşkil etməklə yanaşı, həm də güclü təşkilati mədəniyyət formalaşdırmaqdır. İnanırıq ki, birgə səyimiz nəticəsində əldə edəcəyimiz nailiyyətlər şirkətimizin daha rəqabətədavamlı olmasına öz töhfəsini verəcəkdir!

EVDƏN İŞLƏYƏN İŞÇİLƏRÜÇÜN FAYDALI MƏSLƏHƏT

GÜCÜMÜZƏ GÜC QATMAQ ÜÇÜN 10 QIZIL QAYDA

Günay Teymurova

Aleksandra Krujalo

Günay Teymurova

İstinad: Həlimə Qəmərlinskayanın təqdimatı

Page 5: SOCAR AQŞ KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK … · 2020-05-31 · 7 25 22 səh. 2 səh. 4 səh. 7 № 017 25 May 2020-ci il Tiraj sayı 1100 newspaper@socar-aqs.com MÜƏSSİSƏDAXİLİ

017 • 25 May 2020-ci il

5

SOCAR AQŞ Ankara ofisinin Əməliyyatlar üzrə meneceri Eldar Tağıyevin “Enerji”yə müsahibəsini təqdim edirik:Sənubər Nəzərova: Eldar müəllim, ‘’Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi’’ layihəsi çərçivəsində hazırda görülən işlər nə yerdədir?

Eldar Tağıyev: Bildiyiniz kimi müvafiq layihə Türkiyə Respublikasının enerji təhlükəsizliyində olduqca mühüm əhəmiyyətə malikdir və layihə çərçivəsində müəssisəmiz tərəfindən 40 quyunun qazılaraq sifarişçiyə təhvil verilməsi nəzərdə tutulub. Sevindirici haldır ki, qrafik üzrə qazma planı uğurla icra olunmaqdadır.Qazma layihəsinin ilkin fazasına uyğun olaraq, 33 quyuda 30 düymə konduktor kəmərlərinin 120m dərinliyə endirilməsi başa çatdırılımışdır. Cari ilin əvvəlindən etibarən əsas qazma işlərinə start verilmiş, quyuların dərinliyindən asılı olaraq 20 düymə aralıq kəmərlərinin 500-800 m dərinliyə endirilməsi prosesi də uğurla yerinə yetirilmişdir. Hal-hazırda faktiki dərinlikləri 1520m olan 14,15, 22, 24, 30, 33, 41, 43, 44, 48, 49 və 50 nömrəli quyularda qazma işləri müvəffəqiyyətlə yekunlaşmış, qoruyucu kəmərlər geoloji kəsiliş üzrə nəzərdə tutulmuş formasiyalara əsasən uğurla layihə dərinliyinə çatdırılmış və sementlənmişdirlər. Sadalanan quyularda tamamlanma işlərinə start verilmişdir. Daha 6 quyuda (17, 18, 38, 42, 51 və 52 nömrəli quyularda) əsas qazma işləri davam etdirilir.Xüsusi ilə vurğulamaq istərdim ki, SOCAR AQŞ-nin zəngin qazma təcrübəsi bizimlə çalışan sifarişçilərimiz, qazma podratçılarımız və xidmət göstərən digər tərəfdaşlarımız üçün böyük təcrübə mənbəyidir. Məlumat üçün bildirim ki, hazırda 7 qazma podratçısı və 10-a yaxın xidmət şirkətləri ilə birgə çalışırıq. Layihə çərçivəsində göstərdiyimiz yüksək peşəkarlıq türk tərəfdaşlarımız üçün neft-qaz sənayesində səriştəliyin artırılması, qazma işlərində tətbiq olunan ən müasir texnologiyalarla tanışlıq, o cümlədən KSTTƏMM üzrə müvafiq prosedurların öyrənilməsi baxımından çox qiymətli

təcrübə mübadiləsidir. Sənubər Nəzərova: Eldar müəllim, hal-hazırda bəşəriyyəti təhdid edən Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması məqsədilə ərazidə hansı qabaqlayıcı tədbirlər həyata keçirilir?Eldar Tağıyev: COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə SOCAR AQŞ-nin baş ofisindən bütün istehsalat sahələrinə ünvanlanmış təlimatlara və rəhbərlik tərəfindən təsdiq edilmiş tədbirlər planına Duz Gölü sahəsində də ciddi riayət edilir. İstər ofis əməkdaşlarımız, istərsə də tərəfdaşlarımız üçün mütəmadi maarifləndirici görüşlər təşkil olunur. İşçilərin sahədə, yaşayış blokunda və evciklərdə bir yerdə təmasda olmamaları üçün istehsalatın ahəngini pozmadan əməkdaşların sayının azaldılması və növbətçilik qrafikinə əsasən vaxtında təxliyyə edilməsi təmin edilir. Koronavirusun yayılmasının vaxtında qarşısının alınması, lazımi-zəruri profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Ankara ofisində yaradılmış Fövqəladə İşçi Qrupumuz Bakı ofisi ilə yaxından çalışaraq tam gücü ilə fəaliyyət göstərir. Qrup mütəmadi olaraq zəruri profilaktik və təxirəsalınmaz tədbirlərlə bağlı müzakirələr aparır. Hazırda işçilərimiz ərzaq, eyni zamanda dezinfeksiya məhlulları və qoruyucu vasitələrlə yüksək səviyyədə təmin edilirlər. Fədakar işçi heyətimiz ölkəmizin dayanıqlı iqtisadi inkişafını təmin etmək üçün var qüvvələri ilə gecə-gündüz çalışırlar. İnanıram ki, bəşəriyyət tezliklə bu çətin imtahanın öhdəsindən uğurla gələcək və biz hamılıqla əvvəlki normal həyata dönə biləcəyik.Sənubər Nəzərova; Eldar müəllim,

müsahibə üçün təşəkkür edirik. ‘’Enerji’’ qəzetinin redaksiya heyəti olaraq sizə, Türkiyədə çalışan bütün həmkarlarımıza möhkəm can sağlığı və işlərinizdə

müvəffəqiyyətlər arzu edirik!

SOCAR AQŞ və Halliburton şirkəti Azərbaycanda neft sənayesi üçün çoxsaylı material və xidmətlərin təchizi üzrə fəaliyyət göstərəcək birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalayır.SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev bildirib: “Şirkətimizin dünya səviyyəli səriştəsini, zəngin təcrübəsini və müasir infrastrukturunu neft sənayesi üzrə

material və xidmətlərin təchizi sahəsində qlobal lider hesab olunan Halliburton şirkətinin tam potensialı ilə birləşdirərək Azərbaycanda birgə əməkdaşlıq etmək və fəaliyyətimizi genişləndirmək üçün strateji platformanın əsasını qoyduq!’’Halliburton şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə Baş vitse-prezidenti Ahmed Kenavi bildirib: “Biz inanırıq ki, SOCAR AQŞ ilə yeni yaradacağımız birgə

müəssisə neft sənayesi üçün material və xidmətlərin təchizi üzrə regionun artan tələbatını dünya səviyyəli xidmətlər göstərməklə təmin edə biləcək və bazarda əhəmiyyətli mövqeyə malik olacaqdır.Birgə müəssisənin ofisi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşəcəkdir. Müəssisə Azərbaycanda, həm quruda, həm də dənizdə fəaliyyət göstərəcəkdir. Bununla yanaşı, bizim

bu müəssisə ilə əməkdaşlığımız ölkəmizin yüksək texnoloji xidmətlərin lokalizasiyası üzrə strategiyasına dəstək verəcəkdir!”SOCAR AQŞ və Halliburton şirkəti birgə müəssisənin 2020-ci ilin ikinci rübündə, razılaşmanın müəyyən olunmuş müddəalarının icrasından sonra fəaliyyətə başlamasını planlaşdırır.

ƏMƏLİYYATLAR HAQQINDA

SOCAR AQŞ VƏ HALLIBURTONBİRGƏ MÜƏSSİSƏ YARADIR

DUZ GÖLÜ YERALTI QAZ ANBARININ GENİŞLƏNDİRİLMƏSİ LAYİHƏSİ ÜZRƏ QAZMA İŞLƏRİ UĞURLA DAVAM ETDİRİLİR

Səhifəni hazırladı: Sənubər Nəzərova

‘’QƏRBİ ABŞERON’’ YATAĞI 10 SAYLI DSÖ:

• Faktiki dərinliyi 725 m olan 68 nömrəli quyu Qirmakı altı lay dəstəsinə qazılıb və sifarişçiyə təhvil verilib;

• Layihə dərinliyi 850 m olan 69 nömrəli quyuda qazma işləri davam etdirilir;• Layihə dərinliyi 834 m olan 70 nömrəli quyuda qazma işləri davam etdirilir;• Layihə dərinliyi 770 m olan 71 nömrəli quyuda qazma işləri davam etdirilir;• Layihə dərinliyi 820 m 143 nömrəli quyuda qazma işləri davam etdirilir.

‘’GÜNƏŞLİ’’ YATAĞI 7 SAYLI DDSÖ:

• Faktiki dərinliyi 3010 m olan 348 nömrəli quyu Fasilə lay dəstəsinə qazılıb, hazırda tamamlama və mənimsəmə işləri davam etdirilir;

• Faktiki dərinliyi 3979 m 38 nömrəli quyu Qala-5 horizontuna qazılıb və sifarişçiyə təhvil verilib.

‘’GÜNƏŞLİ’’ YATAĞI 11 SAYLI DDSÖ:

• Faktiki dərinliyi 3490 m olan 347 nömrəli quyu Fasilə lay dəstəsinə qazılıb və sifarişçiyə təhvil verilib.

“ÜMİD” YATAĞI 1 SAYLI ÖZÜL

• Müəssisə Ümid 1 saylı özüldən layihə dərinliyi 6270m olan 18 nömrəli quyunun qazılmasına start verir. 18 nömrəli yüksək təzyiqli qaz quyusu məhsuldar qatın V-VII horizonta qazılacaq.

Page 6: SOCAR AQŞ KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK … · 2020-05-31 · 7 25 22 səh. 2 səh. 4 səh. 7 № 017 25 May 2020-ci il Tiraj sayı 1100 newspaper@socar-aqs.com MÜƏSSİSƏDAXİLİ

017 • 25 May 2020-ci il

6

LAYİHƏLƏRİMİZ

MÜƏSSİSƏ HƏDƏFLƏRİ İLƏ DAHA UĞURLU GƏLƏCƏYƏ DOĞRU!

IDEAS Y: HOW MILLENNIALS CAN HELP MANAGE YOUR BUSINESS

Sevda Hacıyeva və Leyla Məmmədzadə

Müəssisəmiz davamlı olaraq inkişaf edir və hər il qarşısına qoyduğu hədəflərə doğru inamla irəliləməkdədir. Rəhbərlik tərəfindən müəssisənin 2020-ci il üçün nəzərdə tutulan hədəflərinin müəyyən edilməsinə 2019-cu ilin noyabr ayından etibarən start verilib. Müvafiq proses İnsan Kapitalı üzrə menecer vəzifəsinə təyin edilmiş Sevinc Principe tərəfindən həyata keçirilir. Sevinc xanım 20 ildən artıq zəngin iş təcrübəsinə malik olmaqla İnsan Kapitalının qurulması və transformasiyası, yeni bazarlara giriş, şirkətlərin inteqrasiyası və ya birləşdirilməsi, birgə müəssisələrin yaradılması istiqamətində öz bilik və bacarığını bizimlə bölüşməkdədir.Qeyd edək ki, 13 dekabr 2019-cu il

tarixində Qəbələ şəhərində SOCAR AQŞ-nin “Hədəflərlə idarəetmə sisteminin qurulması’’ layihəsinin ilk addımı olan “Strategiyanın planlaşdırılması” adlı seminarı keçirilib. Seminarda iştirakçılar verilən tapşırıqların yerinə yetirilməsində fəal iştirak edərək müəssisəmizin növbəti 3 ildə diqqət yetirəcəyi 5 əsas strateji sahənin müəyyən olunmasına öz qiymətli töhfələrini veribr. Bununla yanaşı, müəssisəmizin missiyası, amalı və dəyərləri bir daha müzakirə olunub. Müzakirələr nəticəsində müəssisəmizin Təhlükəsizlik, Keyfiyyətlilik, Dürüstlük, Yenilikçilik, Əzmkarlıq, Birlik dəyərlər sisteminə yeni Cəsarətlilik dəyəri də əlavə olunub. Bundan əlavə daha öncə Qənaətcillik

kimi qeyd olunan dəyərimiz Səmərəlilik dəyəri ilə, Müştəriyə yönümlülülk dəyəri isə Maraqlı tərəflərə yönümlülük dəyəri ilə əvəz olunub.Bu seminarın nəticəsində müəssisənin strategiyası, 5 əsas fəaliyyət prioritetləri və 2020-ci il üçün yeni hədəfləri müəyyən olunub. 2 gün davam edən seminarda SOCAR AQŞ-nin 12 illik tarixi boyunca əldə etdiyi nailiyyətlər, neft və qaz sənayesinin ehtimal və arzu olunan inkişaf ssenariləri, gələcəkdə fəalliyyət istiqamətləri geniş müzakirə olunub. Layihənin növbəti addımı olaraq, müvafiq bölmələr tərəfindən müəssisə hədəflərinə bağlı hədəflər müəyyən edilib və əlaqəli bölmələrlə razılaşdırılaraq Baş direktor

tərəfindən təsdiq edilib. Daha sonra bölmə hədəflərinin yerinə yetirilməsi məqsədilə hər bir işçi müvafiq bölmə hədəfləri ilə uzlaşan fərdi hədəflərini müəyyən etməlidir. Bu məqsədlə - İnsan Kapitalı üzrə menecer Sevinc Principe komandası ilə birlikdə rəhbərlər üçün “Fərdi hədəflərin müəyyən olunmasının icra qaydaları” adlı təlimlər təşkil edir. Bu təlimdə iştirakçılara böyük korporativ mənzərə: müəssisəmizin strategiyası, missiyası, amalı, dəyərləri, prioritetləri və şirkət hədəfləri təqdim olunub.Hər birinizi müəyyən etdiyiniz hədəflər istiqamətində işləyərək qarşıya qoyulan məqsədlərə dəstək olmağa çağırır və hədəflərinizə çatmaqda sizə böyük uğurlar diləyirik! Ayşən Həsənova

Elnarə Məmmədzadə

Ideas Y: How millennials can help manage your businessA lot of companies struggle with two apparently unrelated problems: disengaged younger workers and a weak response to changing market conditions. A few companies have tackled both problems at the same time by creating a “shadow board” — a group of non-executive employees that works with senior executives on strategic initiatives. The purpose? To leverage the younger groups’ insights and to diversify the perspectives that executives are exposed to.Let’s see the Gucci fashion company. The company under the direction of CEO Mario Bizzarri, Gucci underwent a comprehensive transformation that made the company more relevant to today’s marketplace. Gucci created a shadow board composed of Millennials who, since 2015, have met regularly with the senior team. According to Bizzarri, the shadow board includes people drawn from different functions; they’re “the most talented people in the organization.” They talk through the issues that the executive committee is focused on and their insights

have “served as a wakeup call for the executives.” Let’s focus on companies that use shadow boards, trying to understand what they really contribute to the organization and what best practices look like. Business model reinvention. Facing increasing pressure from Airbnb, French AccorHotels needed a new business model. Top management asked marketing to develop a brand for Millennials. However, after two years marketing came up empty. Arantxa Balson, chief talent and culture officer, decided to turn the project over to a shadow board. In 2018, the Jo&Joe brand was born. Considered “an urban shelter for Millennials,” the brand communicates creativity, flexibility, and a strong sense of community. According to Balson, the shadow board succeeded in part because they focused on their vision and developed their point of view “regardless of all internal and cost constraints.” The shadow board then gave birth to another innovation, the Accor Pass, a hotel subscription that provided people under 25 with a place to stay while they hunted for a permanent residence.Process redesign. Stora Enso, a Finnish paper and packaging company, used their shadow board to revise how the executive committee assigned work. Until this shift, work was assigned to groups that the executives considered experts and therefore best suited to the assignment. The shadow board convinced them to assign certain tasks to non-experts, arguing that an unbiased view would increase the chance of breakthroughs. One project, aimed at reducing supply-chain lead time, had stumped a supposedly expert team. The new team came up with a workable plan within six months. No team members came from the business unit in question, nor had they any prior supply chain experience.

Organizational transformation. CVL Srinivas, the CEO of GroupM India, needed to implement a three-year digital and cultural transformation. With that end in mind, he created the YCO (Youth Committee). Since its inception in 2013, the YCO has led GroupM’s Vision 3.0, making digital the centerpiece for driving future growth. Working across departments, the shadow board also led a scoping initiative focused on the digitalization of contracts. It strengthened GroupM’s ecosystem by increasing the number and improving the nature of partnerships with media owners, data providers, consultants, auditors, and start-ups. Additionally, the group noticed that there wasn’t much cross-agency interaction. To promote meaningful conversations, the YCO developed a social media platform (Yammer) that facilitated conversations between management and lower-level employees across agencies.Should SOCAR AQS create its own “shadow board”?

İstinad: Harvard Business Review

Dünyanın bəzi nəhəng şirkətlərində daxili radionun fəaliyyət göstərməsi təcrübəsi artıq ənənəyə çevrilib. Hər zaman yenilikçi

statusu ilə seçilən SOCAR AQŞ də öz adını belə şirkətlər siyahısına daxil etdi.Müəssisədaxili radionun yaradılması təşəbbüsü daxili kommunikasiyanın gücləndirilməsi, maarifləndirmə və ən son xəbərlərin real iş qrafikinə uyğun tərzdə operativ olaraq işçi heyətinə çatdırılması baxımından olduqca vacib rol oynayır. Radio müəssisəmizin fəaliyyət göstərdiyi özüllərdə, istehsalat və təchizat sahələrində və baş inzibati ofisində çalışan əməkdaşları bir araya gətirmək üçün körpü rolunu oynayır. Daxili radionun efir vaxtı iki həftədə bir dəfə nəzərdə tutulur. İşçilər həm email, həm də SMS vasitəsi ilə öncədən efir vaxtı ilə bağlı məlumatlandırılır. Radionu həm kompüter, həm də smartfonlar vasitəsi ilə onlayn dinləmək mümkündür.İlk efir vaxtı 19 mart 2020-ci il tarixində baş tutan Dərin Söhbətlər “Deep Talks” radio buraxılışı i müəssisəmizin əməkdaşları tərəfindən böyük maraq hissi ilə qarşılanıb. İlk verilişin qonağı SOCAR AQŞ-nin Baş direktoru

Ramin İsayev olub. O, radio vasitəsi ilə müəssisənin əməkdaşlarına müraciət edərək ilk öncə bütün kollektivi Novruz bayramı münasibəti ilə təbrik edib. Müəsissədaxili radionun fəaliyyətə başlamasını önəmli hadisə adlandıran Baş direktor bu təşəbbüsün gerçəkləşməsində zəhməti olan redaksiya heyətinə öz dərin təşəkkürünü bildirib. Ramin İsayev həmçinin, bütün neftçiləri Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən “Qarabağ” yatağının kəşf olunması münasibəti ilə ürəkdən təbrik edib, yatağın işlənməsi istiqamətində Azərbaycanın neft sənayesində yeni tarixi salnamənin yazılacağına əminliyini ifadə edib. Eyni zamanda Baş direktor dünyada hökm sürən COVID-19 qlobal pandemiyası ilə mübarizədə əməkdaşlarımızı karantin qaydalarına əməl etməyə çağıraraq onlara və ailə üzvlərinə sağlam qalmağı arzu edib. Beş efir vaxtı yayımlanan radionun hər bir buraxılışı müxtəlif mövzuları əhatə edib. Buraxılış zamanı dünyada, ölkəmizdə və müəssisəmizdə baş verən aktual xəbərlər işçilərlə paylaşılıb, maraqlı və interaktiv müsabiqələr elan edilib və işçilərin maraqlı hekayələri və şərhləri efirdə səsləndirilib. Həmçinin, radio

veriliş zamanı ‘’Dərin müsahibə’’ rubrikasına da start verilib. Rubrikada sürpriz qonaqlarla həyata keçirilən müsahibələr əməkdaşlarımıza təqdim olunub.İşçilərimiz radio ilə bağlı öz rəy və təkliflərini, həmçinin, maraq doğuran mövzular və dinləmək istədikləri mahnılarla bağlı arzularını 055 500 11 71 WhatsApp nömrəsinə yazıb göndərə bilərlər. Əmin ola bilərsiniz ki, göndərilən mesajların hamısı redaksiya heyəti tərəfindən diqqətlə nəzərdən keçirilir, seçilən ən maraqlı təkliflər efir vaxtı səsləndirilir.Siz də SOCAR AQŞ-nin daxili radiosu vasitəsi ilə daha dərin mövzulara qoşulmağa, həm evdən həm də işdən gücümüzə güc qatmağa h a z ı r s ı n ı z s a , efir vaxtlarımızı qaçırmayın!

SOCAR AQŞ-DƏ DAXİLİ RADİO FƏALİYYƏTƏ BAŞLAYIB

Page 7: SOCAR AQŞ KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK … · 2020-05-31 · 7 25 22 səh. 2 səh. 4 səh. 7 № 017 25 May 2020-ci il Tiraj sayı 1100 newspaper@socar-aqs.com MÜƏSSİSƏDAXİLİ

017 • 25 May 2020-ci il

7

SOCAR AQŞ-nin İnsan Kapitalı komandası “HR Meetup” da iştirak edib. 14 fevral 2020 –ci il tarixində keçirilən “HR Meetup” zamanı insan kapitalının şirkətdəki rolu, bu sahədəki yeniliklər və transformasiya metodları müzakirə edilib.

SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev, PAŞA Holdinqin Baş direktoru- Cəlal Qasımov, Rabitə Bankın İdarə

heyətinin sədri- Elçin Qədimov, GEMZA Qrupun Baş direktoru-Zamin Əliyev spiker qismində iştirak ediblər.

“Opalus Partners Group” şirkətinin təşkilatçılığı ilə silsilə şəkilində keçirililən “HR Meetup”, HR nəzəriyyəsinin gerçək dünya ilə görüşdüyü bir platformanın yaradılması yolu ilə HR anlayışları və problemləri ilə bağlı yeni perspektivlər təqdim etmək üçündür.

Tədbirin missiyası HR sahəsində bilik mübadiləsini təmin etmək, korporativ qarşılıqlı əlaqəni artırmaq və insan idarəçiliyinin bütün sahələrinə dair aktual mövzularda beyin fırtınasına yardım etməkdir.

SOCAR AQŞ –nin sponsoru olduğu “HR Meetup” da Azərbaycanda fəaliyyət göstərən 40 – a qədər şirkətin nümayəndəsi iştirak edib.

Real dünyada koronavirus bəlası ilə

mübarizə virtual mühitdə də davam edir

Koronavirus (COVID-19) pandemiyası ilə

mübarizə məqsədilə texnoloji həlləri bir

araya gətirmək üçün SOCAR AQŞ-nin

tərəfdaşlığı, Nəqliyyat, Rabitə və Yüksək

Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər

Təşkilatının İnkişaf Proqramı və “SUP.VC”

Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə

10-12 aprel 2020-ci il tarixlərində “Global

Virtual Hackathon” müsabiqəsi keçirilib.

Layihənin mükafat fondunu 10 000 dollar

məbləğində pul mükafatı təşkil edib.

Müsabiqə yeni koronavirus (COVID-19)

pandemiyası və bundan irəli gələrək dünyada

bu virusa qarşı mübarizə metodlarının

axtarışı, iş yerlərinin distant fəaliyyət rejiminə

keçməsi ilə əlaqədar təşkil olunub.

“Global Virtual Hackathon”un keçirilməsində

əsas məqsəd virtual aləmdə insanların öz

işlərini nizama salması üçün mühit yaratmaq,

öyrənmək, şəbəkə qurmaq, ticari əlaqələr

arasındakı boşluğu aradan qaldırmaq,

mövcud potensialı üzə çıxarmaq və həqiqi

nəticə əldə etməkdən ibarət olub.

Yarışmaya 5 qitə üzrə 45 ölkədən 600-dən

artıq iştirakçı qatılıb. Müsabiqə iştirakçıları

mentorlarla işləyərək, “Ən həssas və risk

qrupunda olanlara dəstək”, “Texnologiya

və səhiyyə”, “Kiçik və orta biznesə dəstək”,

“Fiziki məsafə və sosial əlaqə”, “Məlumatlılığı

artırmaq, müvafiq davranışı formalaşdırmaq

və ictimaiyyətin rəyini nəzərə almaq”,

“Texnologiya və təhsil”, “Texnologiya

və mühəndislik”, “Gündəlik həyatda

texnologiya” və digər bu kimi istiqamətlər

üzrə həll yollarını yerli və beynəlxalq

mütəxəssislərdən ibarət münsiflər heyətinə

onlayn formada təqdim ediblər.

Birinci yer (5000 ABŞ dolları) Polşadan,

ikinci yer (3000 ABŞ dolları) Azərbaycan,

üçüncü yerə isə (2000 ABŞ dolları)

Braziliyadan olan komanda layiq görülüb.

SOCAR AQŞ-nin əməkdaşı Elnarə

Məmmədzadə də haktona iştirakçı kimi

qatılıb. Elnarənin təmsil olunduğu komanda

dürdüncü yeri qazanıb.

SOSİAL XƏBƏRLƏR

SOCAR AQŞ VƏ TEXAS A&M UNİVERSİTETİNİN BİRGƏ TƏŞƏBBÜSÜ – ENERJİ HAKATONU BAŞ TUTUB

SOCAR AQŞ “HR MEETUP” DA İŞTİRAK EDİB

SOCAR AQŞ-nin TƏRƏFDAŞI OLDUĞU VİRTUAL HAKATONA DÜNYAYA SƏS SALDI

Səhifəni hazırladı: Səbinə Əkbərova

SOCAR AQŞ və Texas A&M

Universitetinin birgə təşəbbüsü ilə

Enerji Hakatonu keçirilib. Dayanıqlı

cəmiyyət, qlobal enerji problemlərinin

həllinə həsr olunan layihə zamanı

tələbələrdən ibarət komandalar

yarışıb. 7-9 fevral tarixlərində Innoland

İnkubasiya və Akselerasiya Mərkəzinin

dəstəyi ilə keçirilən Enerji Hakatonunda

iştirakçı komandalar spesifik enerji

problemi ilə bağlı yaradıcı həllər və

prototiplər irəli sürüb.

İlk mərhələdə ümumilikdə müraciət

edən 50 -dən çox komanda arasından

seçilmiş 10 komanda yarışıb. Seçilmiş

komandalar Azərbaycan-Fransız

Universiteti (UFAZ), Azərbaycan

Diplomatik Akademiyası (ADA), Bakı

Mühəndislik Universiteti, Bakı Ali Neft

Məktəbi (BANM), Azərbaycan Dövlət

İqtisad Universiteti (UNEC), Moskva

Dövlət Universitetinin Bakı Filialı

kimi ali məktəblərin 3 – 4-cü kurs və

magistr tələbələrindən ibarət 4 nəfərlik

qruplar olub. 10 iştirakçı komanda

tərəfindən 48 saat ərzində təklif edilən

ideyalar hakimlər kollegiyası tərəfindən

qiymətləndirilib.

Azərbaycan-Fransız Universitetinin

tələbələrindən ibarət (UFAZ)

“Deep divers” komandası – “Duzun

qızdırılmasından alınan enerjinin

saxlanması”, Bakı Mühəndislik

Universitetinin tələbələrindən

ibarət “E- zone” komandası “2*2=5

Enerjinin səmərəli saxlanılmasında

ağıllı texnologiyaların tətbiqi”,

Moskva Dövlət Universitetinin

Bakı Filialının tələbələrindən ibarət

“Amirli” komandası isə “Su elektrik

stansiyalarının modifikasiyası” layihəsi

ilə yarışmanın qalibləri olublar.

Bu mərhələnin qalibi olan üç komanda

14-16 fevral tarixlərində Texas A&M

Universitetinin təşkil etdiyi Planet üçün yarat 2020 (Invent for the Planet 2020) yarışmasının virtual

mərhələsində iştirak edib.

Yarışmanın nəticəsi olaraq innovativ

ideyalar daha sonra inkişaf etdirilə,

ölkə sərhədlərini aşan beynəlxalq

startup layihəsinə çevrilə bilər.

Page 8: SOCAR AQŞ KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK … · 2020-05-31 · 7 25 22 səh. 2 səh. 4 səh. 7 № 017 25 May 2020-ci il Tiraj sayı 1100 newspaper@socar-aqs.com MÜƏSSİSƏDAXİLİ

017 • 25 May 2020-ci il

8

MARAQ DAİRƏSİ

Baş Redaktor: Anar HacıyevRedaktor: Səbinə Əkbərova

Təsisçi:SOCAR AQŞ

Bakı ş., Ə. Rəcəbli 2/10Tel: +994 12 565 15 15

Faks: +994 12 565 15 [email protected]

Dəyərli oxucularımız, müəssisədaxili qəzetimizi daha da enerjili etmək üçün sizlərdən maraqlı məqalələr gözləyirik. Seçiləcək ən maraqlı məqalə mükafatlandırılacaq.

Müəssisədaxili qəzetimizdə tez-tez öz maraqlı məqalələri ilə təmsil olunan və hər dəfə dəyərli məlumatları bizimlə paylaşan Nərgiz Abdullayeva qəzetin 16-cı buraxılışının məqalə müsabiqəsinin qalibi elan olundu. Qalibin seçilməsi prosesində iştrak edən redaksiya heyəti Nərgiz Abdullayevanın ‘’Enerji’’-yə olan marağını təqdirəlayiq hesab edərək onun mükafatlandırılması haqqında qərarı yekdilliklə qəbul edib. Qalib hədiyyə kartı ilə mükafatlandırılıb. Nərgiz Abdullayeva verilən dəyərə görə həm müəssisə rəhbərliyinə, həm də redaksiya heyətinə öz dərin minnətdarlığını bildirərək, maraqlı məqalələrlə ‘’Enerji’’ qəzetinin oxucularının rəğbətini qazanmaq üçün daha səylə çalışacağını bildirib. Biz də öz növbəmizdə redaksiya heyəti olaraq qalibimizi təbrik edir və ona yeni uğurlar arzulayırıq. Dəyərli oxucularımız, kamil insan belə əgər davamlı olaraq mütaliə etmirsə, yerində sayıb qalacaq. Maraq dairənizi genişləndirmək, yeni məlumatlar əldə etmək, həm oxuyub, həm də digərlərini maarifləndirmək çox mütərəqqi yanaşmadır. “Enerji” qəzeti də sizlərl müxtəlif mövzularda maraqlı məlumatların çatdırılması üçün fəaliyyət göstərir və sizdən işimizi təkmilləşdirmək üçün yeni təkliflər gözləyir!

MƏQALƏMÜSABİQƏSİ

Anar Hacıyev

Sənan Piriyev

Hazırladı:Gümanə Tanrıverdiyeva

Asif vəVasif

Asif vəVasif

Gülək və Düşünək!Gülək və Düşünək!

QALİBİN MÜKAFATLANDIRILMASI

Ötən əsrin əvvəllərində kasıb ailəsində doğulub boya- başa çatmış, sonradan neft milyonçusu olmuş şəxslərdən biri də Ağa Musa Nağıyev idi. Biləcəridə anadan olan Nağıyevin atası saman satmaqla ailəsini dolandırardı. Ağa Musa gənc yaşlarında hambalçılıq edər, belində yük daşıyardı. Hambalçılıqla yığıb topladığı pulla o zaman dayaz yerlərdən neft çıxması ilə tanınan Balaxanı kəndində

kiçik bir torpaq sahəsi alaraq qazma işlərinə başlamışdı. Fəhlələrlə birlikdə özü də gecə-gündüz işləyən Ağa Musanın tezliklə bəxt üzünə gülür və qazdığı quyu neft fontanı vurur. Beləliklə, Ağa Musanın sahibkarlıq fəaliyyəti başlayır. Neftin satışından əldə etdiyi vəsaitlə Sabunçuda, Ramanada, Suraxanıda mədənlər qurur. O, neftçıxarma sahəsi ilə məşğul olmaqla kifayətlənməyib, onun emalı üçün Qaraşəhərdə neftayırma zavodu da tikdirir. Neftin hesabına milyonlar qazandıqdan sonra, sərmayəni tikinti işlərinə yatırmağı qərarlaşdırır. Ağa Musa Nağıyevın adı daha çox Bakı şəhərində yüzə yaxın müxtəlif memarlıq üslubunda tikdirdiyi binalar ilə birgə xatırlanır. Bu binlardan ən məşhuru şübhəsiz ki, hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi binadır. Bu binanı Ağa Musa çox gənc yaşlarında vəfat etmiş oğlu İsmayılın xatirəsinə tikdirmiş və İsmailiyə adlandırmışdır. İsmailiyyə ən yeni Azərbaycan tarixinin bir çox şərəfli hadisələrinə şahidlik etmişdir. Milli ornamentlərlə bəzədilmiş bu binanı Polşadan dəvət olunmuş

memar İ.Ploşko layihələndimişdir. Binanın fasadında ərəb əlifbası ilə bu sözlər həkk olunmuşdu: “İnsan öz əməyi ilə ucalır və arzularına yalnız zəhməti ilə çatır. İnsan doğulandan ölənə qədər öyrənməlidir. Ey müsəlmanlar! Sizin dövrünüz sizinlə birlikdə ölür, öz övladlarınızı yeni dövrə hazırlayın!” Uzun illər xəstəxana kimi fəliyyət göstərən, hal-hazırda isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin yerləşdiyi bina da Nağıyevin tikdirdiyi möhtəşəm memarlıq nümunələrindəndir. Həmin bina onun soyadının kiril əlifbası ilə baş hərfi olan “H” formasında tikdirilmiş və 1918-ci ildə istismara verilmişdi. Nağıyevin Bakı şəhərində tikdirdiyi binalardan indi də məşhur olanları var. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin istifadəsində olan İndiki Zabitlər evi ( o zaman “Qış evi” adlanırdı), “Lukoyl Azərbaycan” şirkətinin baş ofisinin yerləşdiyi Bakıda ilk yeddimərtəbəli bina olan “Yeni Avropa” mehmanxanası, hal – hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin yerləşdiyi(əvvəllər Bakı realnı məktəbinin yerləşirdi) bina Nağıyevin maliyyələşdirdiyi memarlıq şedevrlərindəndir. Müxtəlif informasiya mənbələrində Nağıyev xəsislikdə ad çıxarmış milyonçu kimi xatırlansa da, onun xeyriyyəçiliklə məşğul olduğu məlumdur. O, ali təhsil

alan gənclərə xüsusi təqaüd (8000 rubl) təsis etmişdi. Nağıyev Bakıda ticarət məktəbi yaradılması təklifi ilə çıxış edəndə bu təşəbbüsün reallaşması üçün qısa müddətdə 170 min manat toplanmışdı. İlk pul köçürənlər arasında M.Nağiyev və onun kürəkəni milyonçu Şəmsi Əsədullayev də vardı.Milyonçu yalnız Azərbaycandakı işləri üçün sərmayə qoymamışdır. Rusiya İmperatoru II Nikolay onu Qara dənizdə üç iri zavodun tikintisinə sərmayə qoyduğuna və neft hasilatı üçün yeni mexaniki üsulun tətbiqinə görə Andreyev lenti üzərində qızıl medalla və III dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif etmişdi. Ağa Musa bolşeviklərin ölkəmizi işğal etməsini, uzun illər ərzində sahib olduğu şəxsi mülkiyyətinin qəsb olunmasını görmədən ağır, üzüntülü xəstəlikdən sonra 1919-cu ilin aprel ayında 70 yaşında vəfat etmişdir. Sonradan öz vəsiyyətinə əsasən Kərbəlaya aparılıb oğlu İsmayılla yanaşı dəfn edilməsindən ötrü məzarına müvəqqəti baş daşı qoyulmaqla Çəmbərəkənd qəbiristanlığında dəfn edilmişdi. Son 100 il ərzində onun məzarı müxtəlif yerlərə köçürülsə də, vəsiyyətinə əməl etmək mümkün olmamışdır. Hal - hazırda əbədi uyuduğu yer Biləcəri məzarlığıdır.

AĞA MUSA NAĞIYEV 1849-1919

Redaksiya heyəti:• Aleksandra Krujalo• Ramil Bayramov• Günay Teymurova • Gümanə Tanrıverdiyeva

• Sənubər Nəzərova• İlham Əhmədov• Zəhra Hüseynova• İmran Ağayev • Ayşən Həsənova

© SOCAR AQŞ MMC

Sən demə qaydalara riayət

etmək lazım imiş…”

MARAQ DAİRƏSİKoronavirusboş şeydi!

Gəlin, görüşək!