spe İllik xəzər texniki konfransı və sərgisi · • yataq enerjisi, təzyiq və temperaturun...

6
SPE İllik Xəzər Texniki Konfransı və Sərgisi Təkmilləşməyə Doğru 1 – 3 noyabr 2017-ci il I Bakı, Azərbaycan www.spe.org/go/17ctce Məqalələrin Qəbulu | Son Təqdimetmə Tarixi:12 may 2017-ci il Məqalələrin Qəbulu SON TARİX: 12 may 2017-ci il

Upload: others

Post on 05-Aug-2020

2 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: SPE İllik Xəzər Texniki Konfransı və Sərgisi · • Yataq enerjisi, təzyiq və temperaturun qiymətləndirilməsi. • Dinamik modelləşdirmədə mövcud problemlər ... •

SPE İllik Xəzər Texniki Konfransı və Sərgisi

Təkmilləşməyə Doğru

1 – 3 noyabr 2017-ci il I Bakı, Azərbaycanwww.spe.org/go/17ctce

Məqalələrin Qəbulu | Son Təqdimetmə Tarixi:12 may 2017-ci il

Məqalələrin Qəbulu

SON TARİX: 12 may 2017-ci il

Page 2: SPE İllik Xəzər Texniki Konfransı və Sərgisi · • Yataq enerjisi, təzyiq və temperaturun qiymətləndirilməsi. • Dinamik modelləşdirmədə mövcud problemlər ... •

Konfrans Programı Komitəsi Sədrindən məktub

Hörmətli Həmkarlar,

Neft Mühəndisləri Cəmiyyəti (SPE) adından, Sizə böyük məmnuniyyətlə 1-3 noyabr 2017-ci ildə yenə də Azərbaycanda Bakıda keçiriləcək dördüncü SPE İllik Xəzər Texniki Konfransı və Sərgisi ilə bağlı məlumat vermək istəyirəm.

“Təkmilləşməyə doğru” mövzusunda keçiriləcək builki konfransda əsas diqqət həm dünya, həm də yerli miqyasda neft-qaz sənayesinin indiki bazar durumuna yönəldiləcək. O yerli, regional və beynəlxalq ekspertlər üçün Xəzər regionunda texnoloji nailiyyətlər və inkişafın dəstəklənməsi və möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirə platformasına çevriləcək.

Konfrans proqramı çərçivəsində iştirakçılar arasında bilik, ən yaxşı praktika və təcrübə mübadiləsini aparmaq məqsədilə tədqiqatyönümlü prezentasiyalardan ibarət olan mövzu panel müzakirələri və texniki seminarların keçirilməsi nəzərdə tutulur.

Bu tədbir regionalyönümlü olacaq və biz Xəzər regionuna daxil olan dövlətlər, eləcə də dünya ölkələrinin nümayəndələrindən öz təkliflərini verməyə dəvət edirik.

SPE məmnuniyyətlə istənilən töhfəni qəbul edəcək və aşağıdakılar tərəfindən tərtib olunmuş abstraktları almaq istərdi:

• Neft-qaz sahəsində çalışan mütəxəssislər, ekspertlər və menecerlər • Xidmət, təchizat və məsləhətçi şirkətləri • Hökumət tənzimləyiciləri • Sağlamlıq, təhlükəsizlik və ətraf mühit sahəsi üzrə mütəxəssislər və nümayəndələr • Yerli, milli və beynəlxalq hökumət təşkilatları • Qeyri- hökumət təşkilatları• İxtisaslaşmış cəmiyyətlər• Universitietlər, elmi-tədqiqat mərkəzləri və institutları

Sizdən səbrsizliklə öz texniki təkliflərinizin verilməsini və bu il noyabr ayında Bakıya gəlməyinizi gözləyirik.

Əli ŞeydayevTexnologiya MeneceriBP Azərbaycan-Gürcüstan-Türkiyə regionu

Page 3: SPE İllik Xəzər Texniki Konfransı və Sərgisi · • Yataq enerjisi, təzyiq və temperaturun qiymətləndirilməsi. • Dinamik modelləşdirmədə mövcud problemlər ... •

TEXNİKİ KATEGORİYALAR

Müvafiq proqram komitəsinin məqalə təkliflərinin verilməsinin dəvət etdiyi ilkin texniki kategoriyalar aşağıdakılardır. Komitə xüsusilə bu mövzulardan hər hansını əhatə edən konkret regional problemlərin təhlil edildiyi təkliflərə üstünlük verir.

Qazma və Tamamlamalar

• Zəif sementlənmiş laylarda quyuların qazılması və tamamlanması • Tükənmiş yataqlarda quyuların qazılması və tamamlanması• Qazma və quyu xərclərinin optimizasiyası• Qazmanın avtomatlaşdırılması• Tükənmiş yataqlarda yeni sementlənmə mayelərin və texnologiyalarının tətbiqi• Quyularda tamamlanma zamanı quraşdırılan istismar göstəricilərinə nəzarət

texnologiyalarin köməyi ilə hasilatın optimizasiyası • Quyuların effektiv qazılması: idarə edilən təzyiq altında qazma (MPD) (intellectual MPD

daxil olmaqla), məftilli boru texnologiyası, və idarə edilən qazma• Yüksək təzyiq (20 min psi): qazma, quyunun layihələndirilməsi və tamamlanması• Su/qaz laylarının mexaniki və ya kimyəvi izolə edilməsi və daxili axının nəzarət cihazları • Zəif sementlənmiş qumlarda çoxtlüləli quyuların qazılması və tamamlanması• Çoxlaylı və intellektual tamamlanma işləri (suvurma və istismar quyuları, SMART quyuları)• Quyuların bütövlüyü və quyu nəzarəti• Quyu və tamamlanma etibarlılığı• Zəif sementlənmiş süxurlara qazılmış quyularda müasir qapalı lülənin tamamlanması

technologiyalarınln tədbiq edilməsi• Quyu müdaxilələri: əməliyyatların qazma qurğusundan istifadə etməklə və etməməklə

(elastik borular və məftilli karotaj) aparılması, bir neçə əməliyyatın eyni zamanda aparılması (SIMOPS), dəniz dibindəki müdaxilələr, suyun/qazın təcrid edilməsi, və qumun bərkidilməsi

• Quyu lüləsinin stabilliyi (geomexaniki yanaşma)• Qazma konduktorun istiqamətli ötürülməsi• Platformalar altındakı quyu birləşmələrində quyu lüləsinin toqquşmayaqarşı tədbiq

olunan texnologiyalar

Reservoir Description and Dynamics

• Yatağın struktur quruluşu, qaz-neft tələlərinin təsviri, bloklara bölünməsi• Yatağın təsviri• Yataq xassələri və geomexanikası

SPE İllik Xəzər Texniki Konfransı və Sərgisi Təkmilləşməyə doğru1 – 3 noyabr 2017-ci il I Bakı, Azərbaycan

Page 4: SPE İllik Xəzər Texniki Konfransı və Sərgisi · • Yataq enerjisi, təzyiq və temperaturun qiymətləndirilməsi. • Dinamik modelləşdirmədə mövcud problemlər ... •

• Mayelərin xassələri və paylanması• Geologiya, süxurla mayenin qarşılıqlı təsiri• Yataq enerjisi, təzyiq və temperaturun qiymətləndirilməsi.• Dinamik modelləşdirmədə mövcud problemlər• Qeyri-müəyyən şəraitdə tarixi və model məlumatlarının bir-birinə uyğunlaşdırılması,

hasilatın proqnozlaşdırılması • Yatagların işlənməsində nəzərət və diaqnostika: real vaxt rejimində yatağın monitoringi,

4 ölçülü seysmik, passiv seysmik, quyudaxili monitoring (o cüml. optic lif texnologiyaları - DTS/DAS, quyudaxili seysmik, kabelsiz texnologiya)

• Risk və qeyri-müəyyənliyin idarə edilməsi

Sağlamlıq, Təhlükəsizlik, Mühafi zə, Ətraf Mühit və Sosial Məsuliyyət

• Proseslərin təhlükəsizliyinin idarə edilməsi və təminatı• Fövqəladə vəziyyətlərə hazırlıq, irimiqyaslı bədbəxt hadisələrin təhlükələrinə qarşı eff ektiv

ehtiyat tədbirləri və qoruyucu vasitələr, hadisələrdən sonra bərpa olunma• Ətraf mühit, sosial və sağlamlığa təsirlərin qiymətləndirilməsi • İnsan amilləri və təhlükəsizlik mədəniyyəti• HSE (Sağlamlıq, Təhlükəsizlik, Ətraf Mühit) idarə edilməsinə texnologiya-əsaslı yanaşmalar• Tullantıların idarə edilməsi (qaz, su və bərk maddələr)• Xəzər regionunda biomüxtəlifl ik və mədəni irs

İdarəetmə və İnformasiya

Biznes vahidin idarə edilməsi• Dəyər zənciri, biznes kəşfi yyatı və analitikası • Enerji iqtisadiyyatı, o cümlədən malların qiymətlərinin təsiri• Strateji planlaşdırma və idarə edilmə• Biznes portfolionun idarə edilməsi• Biznes proseslərinin avtomatlaşdırılması və Biznes Prosesinin İdarə edilməsi

Yatağın İdarə edilməsi• Risk və qeyri-müəyyənliyin idarə edilməsi və qərarların verilməsi• Elmi-tədqiqat və inkişaf proqramları• Yatağın inteqrasiya olunmuş məlumatlar köməyi ilə idarə edilməsi

Məlumatların idarə edilməsi• Real-vaxt əməliyyat sistemi• Keyfi yyətin nəzərəti

Məqalələrin Qəbulu

SON TARİX: 12 may 2017-ci il

SPE İllik Xəzər Texniki Konfransı və Sərgisi Təkmilləşməyə doğru1 – 3 noyabr 2017-ci il I Bakı, Azərbaycan

Page 5: SPE İllik Xəzər Texniki Konfransı və Sərgisi · • Yataq enerjisi, təzyiq və temperaturun qiymətləndirilməsi. • Dinamik modelləşdirmədə mövcud problemlər ... •

• İrihəcmli məlumatlar• İnformasiyanın dəyəri

İnsan Resurslarınin (HR) idarə edilməsi• Birgə İşləmə Mühəti (CWE)• Peşəkarlıq, təlim, və təhsil

Layihələr, Qurğular və Əməliyyatlar

• Kimyəvi ərplənmə• Xəzər regionda inkişafetdirmə və əməliyyatlar • Eroziya (monitorinq, sızmanın aşkarlanması, və s.)• Axın təminatı, o cümlədən yığma sistemində axın təminatı• Layihənin idarə edilməsi, gecikmələr və ifrat vəsaitlərin xərclənməsi • Mürəkkəb dəniz dibi şəraitində sualtı texnologiya

Hasilat və Əməliyyatlar

• Mexaniki üsullarının tətbiqi• Hasilat və suvurma sisteminin optimizasiyası/avtomatlaşdırılması • Hasilatın ölçülməsi (çoxfazalı maye daxil olmaqla) və bölüşdürülməsi• Hasilatın müntəzəmliyi və effektivliyi• Qum təzahürünün nəzarəti (mexaniki və kimyəvi)• Quyu məhsuldarlığın artırılması (turşu İşlənməsi, zəif sementlənmiş qumlarının hidravlik

yarılması, bir neçə əməliyyatın eyni zamanda aparılmasının (SİMOPS) effectivliyi• Axın təminatının proqnozlaşdırılması, ölçülməsi və mum, ərp, xırda hissəciklərin axını və c.

ilə bağlı olan risklarin zəiflədilməsi• Hasil olunan suyun idarə edilməsi (o cümlədən təkrar laya vurulması)• Hasil olunan suyun keyfiyyətinin qiymətləndirilməsi və təmizlənməsi (bərk xlrda

hissəciklər və neftnin kənarlaşdırılması)• Hasil olunan suyun, qumun və ərpin idarə edilməsi (quyu ağzı və yeraltı) – erkən

diaqnostikası, əmələ gəlməsinin qarşısının alınması

Abstraktın Son Təqdimetmə Tarixi: 12 may 2017-ci ilƏlyazmanın Son Təqdimetmə Tarixi: 24 avqust 2017-ci il

Page 6: SPE İllik Xəzər Texniki Konfransı və Sərgisi · • Yataq enerjisi, təzyiq və temperaturun qiymətləndirilməsi. • Dinamik modelləşdirmədə mövcud problemlər ... •

1. Rəhbərliyinizdən müvafi q viza və qabaqcadan səfərin təsdiqini əldə edin.

2. Bu məqalə təklifi ən azı 200 sözdən və uzunluğuna görə 300 sözdən ibarət olmalıdır. Təklif edilən sənədin təsvirini, nəticələri/qənaətləri, və sənədinizə uyğun texniki kategoriyanı daxil edin.

3. Bu məqalə təklifi 12 may 2017-ci ildə alınmalıdır.4. Öz məqalənizi elektron şəkildə www.spe.org/go/17ctce

saytına təqdim edin5. Abstraktın əsas mətninə başlıq və ya müəllifi n adlarını daxil

etməyin. Başlıq və müəllif haqqında informasiyanın verilməsi təqdimetmə prosesi zamanı ayrıca tələb olunacaq.

6. Öz abstraktınıza cədvəllər, şəkillər, biblioqrafi k siyahıları və ya imzaları daxil etməyin. Onları ayrıca olaraq yükləmək olar.

7. Zəhmət olmasa nəzərə alın ki, qəbul olunacağı təqdirdə sizin təklif etdiyiniz məqalə -təqdim olunandan sonra-konfransın informasiya mediasında, o cümlədən SPE veb-səhifəsində dərc oluna bilər.

8. Qəbul olunmuş məqalə təklifl ərinin müəllifl ərindən konfransın materiallarına əlyazmaların daxil edilməsinin təmin edilməsi tələb olunacaq. Əlyazmanın veriləcəyi tarixində bu əlyazmanı və onunla əlaqədar dərcetmə formaları təqdim etməyən müəllifl ər sözügedən proqramdan kənarlaşdırılacaq və onlara prezentasiya etmək imkanı verilməyəcək. Əlyazmalar SPE-yə 24 avqust 2017-ci ildən gec olmayaraq verilməlidir.

9. Qeyd: Əgər siz hər hansı texniki məqaləni konfransda iştirak etmədən dərc etmək istəsəniz, onda bu məqaləni öz təşəbbüsünüzlə əlyazma kimi təqdim etməli olacaqsınız. Daha ətrafl ı məlumatı www.spe.org saytında əldə edə bilərsiniz.

Konfrans DilləriAbstraktlar ingilis və Azərbaycan/rus dilində (ya Azərbaycan, ya da rus dilində təqdim etmək seçim imkanı verilməklə) qəbul ediləcək. Əlyazmalar da həmçinin ingilis və Azərbaycan/rus dillərində qəbul olunacaq. İngilis, Azərbaycan və rus dillərinə sinxron şifahi tərcümə bütün konfrans sessiyalarında, yerindəcə təmin olunacaq.

Dəyişikliklər, Ləğvlər və Geri GötürmələrSPE və proqram komitəsi abstraktın qəbul olunmasını prezentasiya etmək üçün vacib şərt hesab edir. Əgər üzrlü səbəblərə görə müəllif prezentasiya ilə çıxış edə bilməsə, o başqa bir məruzəçini tapmalı və onların SPE proqramının rəhbərliyini və sessiya sədrini (-lərini) (əgər olsa) bu barədə məlumatlandırmalıdır. İmtinalar yazılı şəkildə mümkün qədər tez bir şəkildə SPE-yə göndərilməlidir. Abstraktda heç bir halda o təqdim olunandan sonra dəyişiklik edilə bilməz. Proqram komitəsi xüsusilə hər hansı məqalə qəbul olunandan və dərc olunandan sonra edilən ləğvləri çox qeyri-peşəkar addım hesab edir.

KommersiallıqSPE kommersiya ticarət adlarının, fi rma loqoslarının və

ya mahiyyətcə kommersiya xarakterli mətnin məqalə

başlığında, mətnində və ya slaydlarda istifadə edilməsinin qəti

əleyhinə olan siyasət yürüdür. Proqram komitəsi abstraktları

qiymətləndirdiyi zaman belə terminlərin istifadə edilməsi

hallarını ətrafl ı olaraq təhlil edəcək, və həmin məqalənin

prezentasiyasında kommersialığın aşkarlayacağı təqdirdə

proqramdan kənarlaşdıra biləcək.

Müəllif hüququKonfransda təqdim olunan bütün məqalələrin müəllifl ərindən

müəllif hüququ üzrə reliz formasının doldurulub SPE-yə

təqdim edilməsi və ya lazım olsa müəllif hüququndan azad

edilmə formasının təqdim edilməsi tələb olunacaq.

SPE Konfransının İkili Təqdimetmə Siyasəti1 may 2013-cü il tarixindən etibarən, müəllifl ərə abstaktları

birdəfəlik yalnız bir konfransa təqdim etmək imkanı verilir.

Hər hansı abstrakt proqram komitəsi tərəfi ndən nəzərdən

keçirilmək üçün başqa bir konfransa təqdim ediləndən qabaq

rəsmi olaraq rədd edilməlidir. Hər hansı abstraktın birdən çox

konfransa təqdim olunması halı aşkarlanacağı təqdirdə, həmin

abstraktın bütün variantları/nüsxələri baxılma prosesindən

kənarlaşdırılacaq.

Əvvəlki konfransda prezentasiya edilmiş və One Petro-da

dərc olunmuş hər hansı məqalə başqa SPE konfransında

dərc edilmək üçün təkrar təqdim edilə bilməz. Müəllif

proqram komitəsinin dəvəti ilə bu məqalə mövzusunu sonrakı

konfranslarda Prezentasiya edə bilər, lakin həmin məqalə

konfrans materiallarına daxil edilməyəcək.

Prezentasiyaetməmə SiyasətiSözügedən konfransda heç olmasa bir səlahiyyətli şəxs

tərəfi ndən müvafi q məqalənin prezentasya edilməsini təmin

edə bilməyən konfrans müəllifl əri bu konfrans məqaləsini

mütəmadi olaraq OnePetro-dakı SPE texniki məqalələr

arxivindən geri götürəcək.

SponsorluqSponsorluq imkanları mövcuddur. Bu tədbirdə sponsorluqla

bağlı əlavə məlumat əldə etmək üçün, [email protected]

elektron ünvanına məktub yazaraq Fil Çendlerlə əlaqə saxlaya

bilərsiniz.

Dayanıqlıq BəyanatıSPE bizim tədbirlərimizin ətraf mühitə təsirinin minimum

olmasının təmin edilməsini öz öhdəliyinə götürür. Bizim

məqsədimiz enerji istifadəsini azaltmaqla, ekoloji baxımdan

təhlükəsiz olan nəqliyyat vasitələri təbliğ etməklə, su istehlakını

azaltmaqla və tullantıları, bütün əsas göstəriciləri neft-qaz

sənayesindəki göstəricilərə uyğun şəkildə məhdudlaşdırmaqla

dayanıqlıq sahəsində tərəqqiyə nail olmaqdır.

Əgər bu təqdimetmə prosesi ilə bağlı hər hansı suallarınız olsa, zəhmət olmasa Enni Negemlə [email protected] electron ünvanına məktub yazaraq və ya +44.20.7299.3300 nömrəsinə zəng vuraraq əlaqə saxlayın.

Məqalə Təklifi nin Təqdim edilməsi üzrə Təlimatlar