spotlight...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi...

28
SISTEM KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ SPOT LIGHT OUR HEART BEATS FOR YOUR ENGINE.

Upload: others

Post on 17-Jul-2020

5 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

SISTEM KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

SPOTLIGHT

OUR HEART BEATS FOR YOUR ENGINE.

Page 2: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

1909 1928 1969 1970 1989

Gebr. Pierburg ASC-nin ilk Solex-karbüratoru Hanomag P 2/10 modelinin mühərrikində tətbiq olunmuşdur

Pierburg, çirkləndirici emissiyaları azaltmaq üçün Neussda Avropanın ən müasir araşdırma və təkmilləşdirmə mərkəzini inşa edir

Pierburqun ilk tullantı qazı sirkulyasiyası klapanının (TQR) təkmilləşdirilməsi

Pierburgun yağ və su nasoslarının istehsalına başlaması

Bernhard Pierburg polad tökmə zavodu Gebr. Pierburg ASC-nin əsasını Berlində qoymuşdur

TARİXÇƏ

Page 3: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

2 | 3

MOTORSERVICE QRUPUBIR MƏNBƏDƏN OLAN KEYFIYYƏT VƏ XIDMƏT

Motorservice Qrupu, Rheinmetall Automotive-in dünya miqyasında satış sonrası fəaliyyəti üçün olan satış təşkilatıdır. Bu, hissələrin əvəz edilməsi bazarı üçün mühərrik komponentlərinin aparıcı təchizatçısıdır. Kolbenschmidt, Pierburg, TRW Engine Components kimi premium markaları, eləcə də BF markası ilə, Motorservice müştərilərinə bir mənbədən olan keyfiyyətli məhsulda geniş və dərin çeşidləməni təklif edir. Pərakəndə və emalatxanalar üçün problem həlli kimi o geniş xidmət paketinə də malikdir. Motorservice müştəriləri əsas beynəlxalq avtomobil təchizatçılarının konsen-trat texniki istehsalat sirrlərindən faydalanır.

RHEINMETALL AUTOMOTIVEBEYNƏLXALQ AVTOMOBIL SƏNAYESININ TANINMIŞ TƏCHIZATÇISI

Rheinmetall Automotive texnologiya qrupu Rheinmetall Group-un mobillik hissəsi-dir. Rheinmetall Automotive premium markalar olan Kolbenschmidt, Pierburg və Motorservice ilə havalandırma, çirkləndirici emissiyaların azaldılması və nasos sahələrində, eləcə də porşenlərin, mühərrik bloklarının və valların hazırlanması, istehsalı və ehtiyat hissələri təchizatında dünyada aparıcı mövqeləri tutur. Çirkləndirici emissiyanın az olması, sərfəli yanacaq istehlakı, etibarlılıq,keyfiyyət və təhlükəsizlik Rheinmetall Automotive-in innovasiyalarının arxasındakı əsas təsiredici faktorlardır.

SISTEM KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

1998 2000 2012 2014 2016

Pierburg və Kolbenschmidt-in ehtiyat hissələri istehsalatının birləşməsi

Çində SAIC/Hasco, PHP ilə birgə müəssisə

İspaniyada istehsal olunmuş 75-milyon TQR-Klapanı

İstehsalat rekorduXartada 35-milyon su sirkulyasiyası klapanı istehsalı

Niederrhein/Neuss zavodunun açılışı

KSPG Avtomativ Rheinmetall Avtomativə çevrilir

Kolbenschmidt və Pierburg şirkətləri, Rheinmetall Group şirkətinin avtomobil bölməsi Kolbenschmidt Pierburg AG-də birləşir

Page 4: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

Məhsullarımız çox az tullantı qazı xaric olunması, səmərəli yanacaq sərfiyyatı, etibarlılıq, keyfiyyət və təhlükəsizlik ilə xarakterizə olunur. Onlar mühərrik ətrafında müxtəlif sistemlərdə tətbiq olunur.

SPOTLIGHTBIZIM MÜHƏRRIK ƏTRAFINDA TƏTBIQ OLUNAN MƏHSULLARIMIZ

Redaksiya:Motorservice, Texniki bazar dəstəyi

Planlama və istehsalat:Motorservice, MarketinqDIE NECKARPRINZEN GmbH, Heilbronn

Yenidən çap, çoxaltma və tərcümələr, hətta qismən olsa belə yalnız bizim əvvəlki yazılı razılığımız və mənbəyimizin təsdiqi ilə mümkündür.

Dəyişikliklər və şəkil yansımaları qorunur.Məsuliyyət istisna olunur.

Nəşriyyatçı:© MS Motorservice International GmbH

Page 5: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

4 | 5SISTEM KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

MÜNDƏRICAT

YANACAQ TƏCHIZATI 6

YAĞ TƏCHIZATI 8

ELEKTRIKLI KLAPAN 10

FILTR 12

HAVA TƏCHIZATI 14

MÜHƏRRIKIN SOYUDULMASI 16

VAKUUM NASOSLARI 18

EMISSIYANIN AZADILMASI 20

İŞ ALƏTLƏRI VƏ YOXLAMA AVADANLIQLARI 24

Page 6: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

09

08

05

06 07

03

10

02

01

11

04

MƏHSUL ÇEŞIDI

01 Yanacaq təzyiqi tənzimləyicisi02 Yüksək təzyiqli yanacaq nasosu03 Kömür filtrinin regenerasiya klapanı04 Kömür filtrinin bağlanma klapanı05 Çən sensoru cihazı06 Yanacaq daşınması modulu (daxili)07 Yanacaq nasosunun idarəetmə bloku08 Yanacaq nasosu (daxildə qurulmuş)09 Yanacaq filtri (Kolbenschmidt)10 Yanacaq qoruma klapanı11 Yanacaq/vakuum üçün hava və buxar

nasosu

Yanacaq nasoslarından başlayaraq, daşınma modulları və çəndəki yanacaq səviyyəsi göstəriciləri, sistem təzyiqi tənzimləyiciləri, qoruma və regenrasiya klapanları və AKF klapanlarınadək: Motorservice, Pierburg keyfiyyətində yanacaq sistemi üçün yenilənməyə ehtiyacı olmayan geniş spektrli komponentlər təklif edir.

YANACAQ TƏCHIZATITƏSQIDLƏNMIŞ KEYFIYYƏTDƏ GENIŞ MƏHSUL ÇEŞIDI

Page 7: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

6 | 7SISTEM KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

YANACAQ NASOSLARININ IDARƏETMƏ BLOKU

İdarəetmə bloku müasir mühərriklər üçün tələb olunan yanacaq təchizatının bir hissəsidir. Qeyri-müntəzəm yanacaq təchizatından fərqli olaraq, lazım olan qədər yanacaq yönləndirilir. Bu, istifadə olunan enerji sərfiyyatını azaldır və yanacağa qənaət edir. Xarakteristik əyri qövs isə avtomobilin mühərriki və modeli ilə bağlıdır.

Bizim 19 OE-keyfiyyətli idarəetmə bloklarımız bazarda təxminən 10 milyondan çox nəqliyyat vasitəsini əhatə edir.

MEXANIKI YANACAQ NASOSLARI

Klassik mexaniki yanacaq nasosları çox hallarda köhnə nəqliyyat vasitələrində quraşdırılır. Onlar birbaşa mühərrikdən təkanverici və ya qol vasitəsi ilə idarə olunur. Motorservice məhsul çeşidləri arasında köhnə vasitələrdə tətbiq etmək üçün müxtəlif növ məhsullar mövcuddur.Mexaniki yüksək təzyiq nasosları, VAG-ın FSI, TFSI və TSI mühərriklərini lazımi injektor təzyiqi 120-200 bar ilə təmin edir. Buxar və hava nasosları mexaniki vakuum nasosunun funksiyasını yerinə yetirir və yanacaq daşınmasında əlavə kimi istifadə olunur.

ELEKTRIKLI YANACAQ NASOSLARI

Elektrikli yanacaq nasosları yanacağın müəyyən bir təzyiqdə injektora çatdırıl-masını təmin edir. Onlar həm spesifik olaraq nəqliyyat vasitələrində, həm də müxtəlif təzyiq və güc səviyyələrində universal istifadə üçün nəzərdə tutulmuşdur.Quraşdırılan yanacaq nasosları yanacaq xəttinin üzərində yerləşir. Daxili yanacaq nasosları çənin içərisində quraşdırılır.

Motorservice, satış sonrası elektrikli yanacaq nasoslarını aparıcı təchizatçı-larından biridir.

YANACAQ DAŞINMASI MODULLARI

Yanacağın daşınması modulları çəndə yerləşir. Onlar boru birləşdirici qapaq, yağ reflektoru çənidə yanacaq nasosu, yanacaq səviyyəsi göstəricisi və ya təzyiq tənzimləyicisi kimi digər mümkün qurğulardan ibarətdir.

Motorservice komplekt yanacaq daşınması modullarına əlavə olaraq, həmçinin yanacaq səviyyəsi göstəricisi, kipləşdirici və asanlıqla xidmət göstərən təmir dəstləri kimi əlavə komponentlər də təqdim edir.

YANACAQ TƏZYIQI TƏNZIMLƏYICISI

Yanacaq təzyiqi tənzimləyiciləri yanacaq injektorlu mühərriklərdə tətbiq olunur. Onlar yanacağı injektor üçün lazım olan sabit təzyiqdə saxlayırlar.

YANACAQ QORUMA KLAPANLARI

Yanacaq qoruma klapanları yanacaq xəttlərinin üzərində quraşdırılır. Çəni sızıntılardan qorumaq və ya boruların drenajının qarşısını alamaq üçün onlar yanacağın yalnız bir istiqamətə axmasına icazə verir.

Motorservice 6, 8, 10 və 12 mm birləşmə diametrli yanacaq qoruma klapanları təklif edir.

Page 8: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

01

02

Yağ nasosları yağı yağ çənindən başlayaraq yağ filtrindən və yağ soyuducusundan keçirərək mühərrikin yağlama nöqtələrinə çatdırır. Bu, mühərrik komponentlərini onların yağlaması üçün kifayət miqdarda yağla təmin edir.

Rheinmetall Automotive, avtomobil və ticari nəqliyyat vasitəsi sənayesində tanınmış mühərrik istehsalçıları üçün yağ nasosları üzrə çox sayda patentə malik OE keyfiyyətli təchizatçıdır, və hər il dünyada iki milyon diapazonunda yağ nasosu istehsal edir.Bu istehsalat bilgisi əsasında, Motorservice Kolbenschmidt, Pierburg və BF kimi tanınmış markalara 3 000-dən çox mühərrik hissələrindən ibarət geniş məhsul çeşidi təklif edir. Məhsullarımızdan düzgün bir Qiymət-Performans nisbəti ilə faydalanın.

YAĞ TƏCHIZATIYAĞ NASOSLARI – MÜKƏMMƏL SƏVIYYƏDƏ YAĞ TƏCHIZATI

MƏHSUL ÇEŞIDI

01 Yağ nasosları (tənzimlənməyən, dəyişkən və hava və buxar nasosları, avtomobillər və ticari nəqliyyat vasitələri üçün)

02 Yağ filtri (Kolbenschmidt)

Page 9: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

8 | 9SISTEM KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

HAVA VƏ BUXAR NASOSUVAKUUM/YAĞ

Hava və buxar nasoslarında müxtəlif mühitlər üçün olan qidalandırma nasosları bir ox üzrə birləşdirilir. Tək çarxlı vakuum nasosu əyləc gücləndiricisi üçün vakuum yaradaran zaman, birləşdirilmiş yağ nasosu ya əsas yağ nasosunun vəzifəsini yerinə yetirir və ya yağ sorma nasosu kimi silindr qapağındakı artıq yağı sorur.

TƏNZIMLƏNMƏYƏN YAĞ NASOSLARI

Yağ nasosları mühərrik komponentlərinin kifayət qədər miqdarda sürtkü yağı ilə təchiz olunmasını təmin edir. Kifayət qədər soyutma və yağlama üçün, yağ tam həcmində mühərrikdən dəqiqədə 4 dəfədən 6 dəfəyə qədər çəkilməlidir.

Bundan əlavə, yağ nasosu, soyuq işə salınmadan sonra ən qısa müddətdə yağlama nöqtələrini təzə yağ ilə təchiz etmək və aşağı sürətdə belə axın həcmini kifayət qədər təmin edəcək formada dizayn olunmalıdır.

DƏYIŞƏN YAĞ NASOSLARI

Pierburg CO2 tullantı qazlarını azaltmaq üçün dəyişən yağ nasoslarını təkmilləşdirmişdir. Hidravlik klapan aralığı, paylayıcı val balansı, porşenli soyutma və digər bu kimi qismən yeni təkmilləşdirilmiş yağ-hidravlikası öhdəlikləri sayəsində müasir mühərriklər xüsusilə aşağı sürətdə nisbətən böyük yağ həcmlərinin təchizatını tələb edir.

Mühərrik istiliyi, sürəti və yük vəziyyətindən asılı olaraq, dəyişən yağ nasoslarının daşınma həddi istənilən yağ həcminə uyğunlaşdırıla bilir. Onlar yağın lazımi miqdarda təchiz edilməsinə və beləliklə də yanacaq sərfiyyatına qənaət etməyə kömək edirlər.

Dizayn və tətbiq zamanı yağ nasosunun keyfiyyəti mühərrikin ömrünü əhəmiyyətli dərəcədə artırır. Təhlükəsizliyinizdən əmin olmaq üçün tanınmış Pierburg və BF nasoslarını seçin.

Page 10: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

04

05

06

01

02

03

01

Elektrikli klapanlar keçirmə və idarəetmə, həmçinin rahatlıq və təhlükəsizlik funksiyalarının həyata keçirilməsi üçün mühüm komponentlərdir. Onlar pnevmatik icraedici elementləri idarə etmək və ya iki və ya daha çox vəziyyət arasında keçid üçün istifadə olunur.

Klapanlar ehtiyat hissələri ticarətində böyük potensiala malikdirlər, çünki onlara bilvasitə və ya bilavasitə OBD sistemi ilə nəzarət olunur. Klapan zədələnərsə, onu mütləq dəyişdirmək lazımdır. Gündə 350 növdə 125 000 ədədən çox klapan istehsal edən bazar lideri Pierburgun OE keyfiyyətinə etibar edin.

ELEKTRIKLI KLAPANKIÇIK KOMPONENTLƏR ILƏ EFFEKTIV TƏSIR

MƏHSUL ÇEŞIDI

01 Keçirici klapan02 Paylayıcı valı tənzimləmə üçün

nəzarət klapanları və mərkəzi maqnit03 Təzyiq transdüseri04 AKF bloklayıcı klapanı

(aktivləşdirilmiş kömür filtr klapanı)05 AKF regenrasiya klapanı

(aktivləşdirilmiş kömür filtr klapanı)06 Hava resirkulyasiyası klapanı

Page 11: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

10 | 11SISTEM KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

KEÇIRICI KLAPANLAR

Keçirici klapanlar yüksək təzyiqə nəzarət klapanlarına (Wastegate), ikincil dərəcəli havalandırma klapanlarına, sorma borusu qapaqlarına və TQR-soyuducularının qapaqlarına nəzarət kimi pnevmatik icraedici elementlərin açılmasını və bağlanmasını tələb edən sadə funksiyalarda istifadə olunur.

AVTIVLƏŞDIRILMIŞ KÖMÜR FILTRI KLAPANI (AKF-KLAPANI)

AKF klapanları çənin havalandırma sistemində və çənin sızıntıya qarşı yoxlanılmasında əhəmiyyətli rol oynayan komponentlərdəndir.

Çənin havalandırma sistemi yanacaq buxarlarının zərərli karbohidrogenlər ilə birgə ətraf mühitə sızmasının qarşısını alır. O həmçinin yanacaq çənində yanacaq miqdarının az olması və ya xarici temperaturun aşağı olması səbəbindən yanacaq çəninin hipotəzyiqi zamanı onu havalandırır.

PAYLAYICI VALIN TƏNZIMLƏNMƏSI ÜÇÜN NƏZARƏT KLAPANLARI VƏMƏRKƏZI-MAQNITLƏR

Mühərrikin fırlanma tezliyinə uyğun olaraq, nəzarət klapanları müxtəlif yağ kanalları vasitəsilə yağ axınını hidravlik paylama valının faza dəyişdiricisinin müvafiq kameralarına yönəldir. Nəticədə, paylama valı paylama valı çarxına nisbətdə fırlanır və tənzimləmə müddəti dəyişir. Bu yolla yükün yarı və tam yüklənməsi zamanı performans yaxşılaşır və istehlak azalır.

HAVA RESIRKULYASIYASI KLAPANLARI

Yüksək təzyiqə nəzarət edən hava resirkulyasiyası klapanları, drossel qapağının qəflətən bağlanması zamanı turbo kompressorun istənməyən yavaşlamasını qarşısını alır. Bununla sürətli sıçrayışın ləngiməsinin qarşısını əhəmiyyətli dərəcədə alır.

TƏZYIQ TRANSDÜSERI

Pnevmatik TQR klapanların, VTG turbo kompressorlarının və TQR soyuducu baypas keçiricisinin birbaşa nəzarət olunması üçün.

Avtomobil və klapan istehsalçıları bəzən bu komponentlər üçün fərqli adlar istifadə edirlər. Müvafiq terminlər üçün alternativ adların seçimi:

• Təzyiq transdüseri: Elektro-pnevmatik transdüser, EPT, elektrikli təzyiq transdüseri

• Keçirici klapan: Elektrikli keçirici klapan, EKK, yükləmə təzyiqinin məhdudlaşdırılması üçün maqnit klapan N75 (VW), Maqnit keçirici klapan (VW), Elektrikli klapan (BMW)

• Elektrikli təzyiq transdüseri: Təzyiq transdüseri, klapan (VW), elektrikli klapan (BMW), EDW, DW

Page 12: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

01

02

03

04

MƏHSUL ÇEŞIDI

01 Hava filtri02 Daxili filtr03 Yanacaq filtri04 Yağ filtri Qrafikdə əks olunmayıb:

• Soyuducu filtr• Karbamid filtri• Transmissiya yağı filtri• Hava quruducu• Xüsusi filtr• Yağ sentrofuq filtri

Mühərrik filtrləri mühərriki yağ, hava və yanacaqdaki çirklənmədən qoruyur. Yalnız yüksək keyfiyyətli filtrlər mühərrik hissələrinin uzun ömür müddətini və daha az aşınmasını təmin edə bilər.

KOLBENSCHMIDT FILTRLƏRI ÇIRKI SIZDƏN UZAQ SAXLAYIR

Page 13: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

12 | 13SISTEM KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

HAVA FILTRI

Hava filtrinin optimallaşdırılmış toz ayırma dərəcəsi nəticəsində porşen, porşen həlqəsi və silindr daxili həlqəvi aşınma minimuma endirilir. Mühərrik xüsusiyyətləri və quraşdırma yerinə uyğunlaşdırılmış hava filtri narahat edici səs-küyü effektiv şəkildə boğur.

DAXILI FILTR

Daxili hava filtrləri xarici maddələrin, ətrafdakı toz, tozcuq, sporlar və kömür hissəcikləri kimi cisimlərin hava ventilya-siya sistemi vasitəsi ilə içəriyə daxil olmasının qarşısını alır. Aktivləşdirilmiş daxili kömür filtrlər, xırda hissəcikli filtrasiya ilə yanaşı, – həmçinin xoşagəl-məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır.

YANACAQ FILTRI

Yanacaq sistemindəki ən kiçik çirklər belə böyük xətalara səbəb ola bilər. Xüsusilə müasir injeksiya sistemləri çox təmiz, pulsasiya etməyən və homojen yanacaq tələb edir.

YAĞ FILTRI

Mühərrikə yanacaq, qəbuledici boru, hava və metal aşınması vasitəsilə daxil olan xarici cisimlər yağ süzgəci tərəfindən yağ sirkulyası zamanı süzülürək saxlanılır.

SOYUDUCU FILTR

Soyuducu filtrlər çirklənməni süzməklə və filtrdə toplanan əlavələrin dozalanmış şəkildə soyuducu sistemə ötürülməsini təmin etməklə mühərrikin soyuducu sistemini qoruyurlar.

KARBAMID FILTRI

Karbamid filtrləri SCR katalitik konverti-soru (Selective Catalytic Reduction) vasitəsi ilə müasir tullantı qazı emalı zamanı karbamid məhlulunu süzür, beləliklə sistemin komponentlərini aşınmadan qoruyur.

Page 14: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

01 02

08

07

03

04

05

06

MƏHSUL ÇEŞIDI

01 Hava filtri (Kolbenschmidt)02 Təzyiq transdüseri (VTG turbo

kompressorunu idarə etmək üçün)03 Sorma xətti/Qəbuledici sorma xətti04 Təzyiq sensoru05 Elektikli dartma modulu06 Drossel qapağı/Nəzarət qapağı

(boş sürət tənzimləyicisi kimi cihazlar)

07 Hava kütləsi sensoru08 Hava resirkulyasiyası klapanı

Ən optimal formada havaya nəzarət etmək üçün drossel qapaqları, sorma boruları və dartma modulları – təkmilləşdirilmiş texnologiya sayəsində bu məhsullar ən optimal performans, sürüş rahatlığı və mümkün olan ən az yanacaq sərfiyyatı ilə fırlanma momentini təmin edir.

HAVA TƏCHIZATIDAHA COX MƏHSULDARLIQ VƏ SÜRÜŞ HƏZZI ÜÇÜN

Page 15: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

14 | 15SISTEM KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

SORMA BORUSU

Ənənəvi yanacaq-hava qarışığının fərdi silindrlərə paylanması funksiyasından fərqli olaraq, sorma boruları davamlı olaraq təkmilləşdirilir və emissiyaların və yanacaq istehlakının azaldılması zamanı artan məhsuldarlıq və səmərəlilik üzrə həlledici elementdir.

Pierburg alüminium və ya maqnezium sorma boruları üzrə Avropada 90 % bazar payına malikdir.

HAVA KÜTLƏSI SENSORLARI

Hava kütləsi sensoru mühərrikə daxil olan hava kütləsini qeydə alır. Onun siqnalı, tullantı qazlarının dövriyyəsinin tənzimlənməsi ilə yanaşı, dizel mühərriklərində çiləmə miqdarını hesablamaq üçün də istifadə olunur.

Motorservice, Pierburg hava kütləsi sensorlarını axın borusu ilə birgə və ya ayrıca bir quraşdırma sensoru kimi də təklif edir.

NƏZARƏT QAPAQLARI

Nəzarət qapağı tullantı qazı sirkulyasiya dərəcəsini artırmaq və tənzimləmək üçün tələb olunan dizel mühərrikinin qəbuletmə sistemində mənfi təzyiq yaratmaq üçün istifadə olunur. Bundan əlavə, dizel hissəcikləri filtrlərinin bərpası üçün mühüm komponentdir.

Pierburg nəzarət qapaqları digər istehsalçıların təklif etdiyi nəzarət qapaqları ilə əvəz oluna bilməz.

DROSSEL QAPAQLARI

Benzin mühərriklərində drossel qapağı mühərrikə ötürülən hava kütləsinin miqdarına nəzarət edir. Beləliklə drossel qapağının mövqeyi mühərrikin performansını müəyyənləşdirir.

Avropa bazarının lideri Pierburqun drossel qapaqlarının geniş məhsul çeşidləri mexaniki qapaqlardan başlayaraq tam elektronik "elektron-ötürücü" E-qaz qapaqlarına qədər dəyişir. Bundan əlavə, Motorservice məhsul çeşidləri sırasında drossel qapağı potensiometri və əvəzləyici kimi boş sürət tənzimləyicisi kimi əlavə komponentlər də təqdim edir.

TƏZYIQ SENSORLARI

Təzyiq sensorları mühərrik nəzarəti üçün əhəmiyyətli olan giriş dəyişkənliyini təmin edir. Tez-tez istifadə olunan "MAP sensorlar" İngilis dilində "Manifold Absolute Pressure" söz birləşməsindən qısaldılıb.

Təxminən 60-a yaxın OE referansları ilə, bu sensorlar Audi, VW, Škoda, Seat, Opel, Vauxhall, Fiat və PSA kimi nəqliyyat vasitəsində təxminən 700 tətbiqetmə sahəsini əhatə edir.

ELEKTRIKLI DARTMA MODULLARI

Elektrikli dartma modulları traektoriyaların və ya bucaqların sürətli və dəqiq şəkildə tənzimlənməsi tələb olunduğu halda istifadə olunur. Özünəməxsus bir tətbiq kimi sorma borularındakı qapaqların tənzimlənməsini göstərmək olar.

Page 16: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

01 02

03

Su nasosu, soyutma dövrünün mərkəzi komponentidir. Mexaniki su nasosları sınaqdan keçirilmiş və təsdiqlənmişdir.

Elektriklə idarə olunan soyuducu nasoslar istehlaka əsaslanan mühərrik soyutmasını təmin edir, enerji tələblərini, sürtünmə itkilərini, yanacaq istehlakını və çirkləndirici emissiyaları azaldır.

Hər il Pierburqun istehsal müəssisələrində avtomobil və ticari nəqliyyat vasitələri üçün 7 milyondan çox mexaniki və elektrikli su nasosları istehsal olunur.

MÜHƏRRIKIN SOYUDULMASISU NASOSLARI – UZUN MÜHƏRRIK ÖMRÜ ÜÇÜN SOYUTMA

MƏHSUL ÇEŞIDI

01 Su sirkulyasiyası nasosu02 Mexaniki su nasosu03 Elektrikli su nasosu

(soyuducu nasoslar)

Page 17: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

16 | 17SISTEM KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

MEXANIKI SU NASOSLARI

Su nasosunun soyuducu mayesi silindr blokundan və silindr qapağındakı istiliyi absorbsiya edir və radiator vasitəsi ilə xaricə ötürür. Dizaynından asılı olaraq, mexaniki su nasosları ya mühərrikin xaricində öz yuvasında yerləşdirilir və ya birbaşa mühərrik yuvasına birləşdirilir və mühərrik kəməri, dişli kəmər və ya birbaşa mühərrik tərəfindən idarə olunur.

Su nasoslarımızın keyfiyyət xüsusiyyətləri:• Yüksək keyfiyyətli mexaniki izolyasiya

paketi• Təmirə ehtiyacı olmayan, dözümlü

podşipniklər• Plastik, polad, alüminium və ya

latundan hazırlanmış axına uyğun olaraq optimallaşdırılmış impellerlər

• Kipləşdiricilər və izolyasiya həlqələri məhsul paketinə daxildir

SU SIRKULYASIYASI NASOSLARI

Su sirkulyasiyası nasosları soyutma və isitmə funksiyasının soyutma dövranından asılı olmayaraq ayrılıqda yerinə yetirildiyi vəziyyətlərdə istifadə olunur. Şaquli istilik sistemlərində, məs. su sirkulyasiyası nasosları avtomobilin içərisinin tez isidilməsi üçün istifadə olunur.

İstehsalına başlandığı 1996-cı ildən etibarən Pierburq zavodlarında 50 milyondan çox su sirkulyasiyası nasosları istehsal edilmişdir.

ELEKTRIKLI SU NASOSLARI

Elektrikli su nasosları müasir mühərrik anlayışlarına emissiyaların azaldılması baxımından əhəmiyyətli töhfə təmin edir.

Mühərrikin sürətindən asılı olmayan məhsuldarlıq lazımi soyumanı təmin edir. Bu enerji tələbatını azaldır və beləliklə sürtünmə itkisini, yanacaq istehlakını və çirkləndirici emissiyaları azaldır.

Pierburg, bu texnologiyanı kütləvi istehsalata gətirdi və elektrikli su nasosları üzrə dünyanın lider təchizatçısına çevrildi.

Page 18: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

01

02

02

Vakum nasosları, əyləc gücünə kömək etmək üçün lazım olan mənfi təzyiqə, eləcə də mərkəzi qapanma, havalandırma, avtomatik transmissiya, emissiyaların azaldılması sistemləri və digər idarəetmə funksiyalarına nəzarət edir. Hidravlik prinsipin köməyi ilə kiçik bir məkanda böyük aktivləşdirmə gücü tətbiq etmək mümkündür.

Orijinal avadanlıq istehsalçısı kimi, Pierburg təkmilləşdirmə və istehsalat sahəsində illərin təcrübəsinə malikdir və yenilikçi konsepsiyaları sayəsində mövcud texnologiyaya əhəmiyyətli töhfələr vermişdir.

VAKUUM NASOSLARIBIR SIRA ISTIFADƏ ÜÇÜN GÜCÜN ARTIRILMASI

MƏHSUL ÇEŞIDI

01 Vakuum nasosları02 Qoruma klapanları (Vakuum)

Page 19: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

18 | 19SISTEM KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

MEXANIKI VAKUM NASOSLARI

Mexaniki vakuum nasosları fırlanan yumruqcuq, təkanverici, zəncirlər, kəmərlər və ya diskli yumruqcuq tərəfindən idarə oluna bilər. Porşen və ya membranın irəli və geri hərəkəti ilə mənfi bir təzyiq meydana gətirən bu nasoslar sınaqdan keçirilmiş və təsdiqlənmişdir.

Ən yeni təkmilləşdirilmiş texnologiya isə fırlanan dartma qurğu ilə lövhəli nasoslardır. Bir və ya birdən çox çarxı olan bir rotor, əməliyyat zamanı dəyişkən ölçülü fəaliyyət sahələri yaradır.

HAVƏ VƏ BUXAR NASOSU YANACAQ/VAKUUM

Sözügedən "hava və buxar nasoslarında" vakuum nasosları ümumi axındakı digər qidalandırma nasosları ilə birləşdirilir. Kombinasiya edilmiş yanacaq/vakuum nasosu mexaniki vakuum nasoslarının funksiyalarını yerinə yetirir və yanacaq təchizatında əlavə olaraq istifadə olunur.

HAVA VƏ BUXAR NASOSLARI VAKUUM/YAĞ

Tək çarxlı nasos əyləc gücləndiricisi üçün vakuum yaradarkən, əlavə quraşdırılmış G-rotor yağ nasosu silindr qapağındakı artıq yağı sorur və onu yağ konteynerinə qaytarır.

ELELKTRIKLI VAKUUM NASOSLARI

Elektrikli vakuum nasosları mühərrikindən müstəqil olaraq və zəruriyyət yarandıqda işə salınır. Bu, yanacağa qənaət edir və tullantı qazlarını azaldır.

Hibrid nəqliyyat vasitələrində, elektrikli vakuum nasosları mühərriki söndürən zaman əyləc gücünün artırılmasına kömək edir.

Page 20: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

01

02

03

04

05

06

07

08

09

10

11

12

MƏHSUL ÇEŞIDI

01 TQR-Soyuducu modul02 TQR-Klapan (elektrikli)03 TQR-Klapan(pnevmatik)04 Pnevmatik TQR klapanlarının idarə

olunması üçün təzyiq transdüseri05 İkinci dərəcəli hava klapanı

(pnevmatik)06 Pnevmatik ikinci dərəcəli hava

klapanlarını idarə etmək üçün keçirici klapanalar

07 İkinci dərəcəli hava klapanı (elektrikli)08 Qullantı qazı qapağını idarə etmək

üçün keçirici klapan09 Tullantı qazı temperaturu sensoru10 Tullantı qazı qapağı11 Lambda-zond12 İkinci dərəcəli hava nasosu

Heç təəccüblü deyil ki, Pierburq bir çox müasir avtomobillərdə TQR klapanları və TQR soyuducularının orijinal avadanlıq istehsalçısı kimi təmsil olunur. Pierburg məhsullarının korroziyaya və temperatura davamlı materialları agresiv tullantı qazı kondensatı, 700 °C qədər temperatur və 3 bara qədər təzyiq kimi ən çətin şəraitdə davamlı xidmət müddətini təmin edir.

EMISSIYANIN AZADILMASI KATALIZATORA ÇATANADƏK 50 % DAHA AZ EMISSIYA

Page 21: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

20 | 21SISTEM KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

TULLANTI QAZI QAPAQLARI

Emissiyanın azaldılması və rahatlığının artması üçün tullantı qazı qapaqları müasir mühərriklərin mühüm elementidir. Əməliyyat vəziyyətindən asılı olaraq, tullantı qazı buradan müxtəlif tullantı qazı xətlərinə keçir.

Mühərrik ətrafı ərazilərdə tətbiq sahələri:• DeNOx-Katalizatorları• Aşağı təzyiqli tullantı qazı

resirkulyasiyası• HC absorbent

Motorservice məhsul çeşidləri özündə pnevmatik və elektrikli tullantı qazı qapaqları və həmçinin motosikllar üçün tullantı qazı qapaqlarını ehtiva edir. Bütün qaqalar -40 °C-dən +950 °C-ə qədər ekstremal qaz temperaturu və 1 000 000 dəfədən çox əməliyyatın davamlılığı üçün nəzərdə tutulmuşdur.

TQR-SOYUDUCU

Emissiya qaydalarının getdikcə daha qatı tələblərinə cavab vermək üçün, cihazalarda tullantı qazı tənzimləmə sistemləri artıq zəruriyyət halına gəlmişdir.

Soyudulmuş tullantı qazları maksimal yanma temperaturunu azaldır. Bu da daha az azot oksidi sərfiyyatı ilə nəticələnir. Bundan əlavə, soyudulmuş qazlar isti qazlardan daha sıx olur. Bu o deməkdir ki: Eyni təzyiq yükləməsində silindrə daha çox kütlə daxil olur. Nəticədə, "zəif" yanma istehlak və hissəciklərin emissiyasına müsbət təsir göstərir.

TQR-KLAPANLAR

Bütün müasir dizel mühərrikləri artıq emissiya tələblərinə riayət etmək üçün TQR sistemləri ilə təchiz olunmalıdır.

Bununla silindrin arxasındakı qaz dərhal xaric edilir və qəbul edilən hava yenidən qarışdırılır. Nəticədə, silindirə daha az oksigen daxil olur. Bu, aşağı yanma temperaturuna səbəb olur. Nəticədə, tullantı qazında azot oksidlərinin miqdarı 50 % -ə qədər azaldıla bilər. Benzinli mühərriklər də karbon dioksid emissiyalarını və yanacaq istehlakını azaldır.

Pierburg 70-ci ildən bu sistemlərin təkmilləşdirilməsində işrirak etmiş və texnologiyanın mövcud vəziyyətinə əhəmiyyətli dərəcədə töhfə vermişdir.

Page 22: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

İKINCI DƏRƏCƏLI HAVA NASOSLARI İkinci dərəcəli hava nasosları yüksək sürətli, bir və ya iki mərhələli hava üfləyicisidir. Onlar ətrafdakı havanı sorur və xaric etmə klapanlarının arxasındakı tullantı qazı kollektoruna üfürürlər. Onlar benzin mühərriklərində soyuq işə salma mərhələsində katalitik konvertor işləmə temperaturuna çatmadıqda yüksək miqdardakı karbon monoksid və yanmamış karbohidrogenlərin azaldılmasını təmin edirlər.

LAMBDA-ZONDLARI

Lambda zondları tullantı qazındakı qalıq oksigen səviyyəsini ölçür. Bunun üçün hesablanmış lambda dəyərlərini istifadə edərək, mühərrikə nəzarət sistemi yanma üçün ən optimal qarışıq tərkibini tənzimləyir.

Lambda sensorları az emissiya ilə mükəmməl mühərrik əməliyyatını təmin etmək üçün mühərrik idarəetməsində əsas elementlərdir.

Yüksək əməliyyat temperaturu və aqresiv tullantı qazı lambda-zondlarına olan tələbatı yüksəldir. Buna görə emissiyanın azaldılması üçün mütəxəssis məhsulları üzrə qərarınızı verin.

TULLANTI QAZI TEMPERATURU SENSORLARI

Tullantı qazı temperatur sensorları isti tullantı qaz axınına nəzarət edir və komponentləri çox isinməkdən qoruyur. Onlar xarakterik olaraq dizel hissəcikləri filtrinin sərbəst alışmasına nəzarəti, katalitik konvertorlarda optimal temperatur aralığının monitorinqini və tullantı qazı temperaturunun yerində (OBD çərçivəsində) TQR ölçülməsini həyata keçirən turbo kompressorlar və bütün növ katalitik konvertorlarda istifadə olunur. Kritik dərəcədə isinmə halında, idarəetmə bloku yüklənmənin (fövqəladə vəziyyətdə) azaldılması kimi lazımi tədbirlər yerinə yetirərək temperaturu aşağı salır.

Motorservice 30 növ tullantı qazı temperaturu sensorları ilə təxminən 1 400 nəqliyyat vasitəsi növünü əhatə edir.

Page 23: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

22 | 23SISTEM KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

İKINCI DƏRƏCƏLI HAVA KLAPANLARI

İkinci dərəcəli hava klapanları ikinci dərəcəli hava nasosu ilə tullantı qazı kollektoru arasında yerləşir. İkinci dərəcəli hava klapanları bir neçə vəzifələri yerinə yetirir:• Qoruyucu funksiyası ilə tullantı qazı

şlanqındakı qazın, kondensatın və ya təzyiq sıçramalarının ikinci dərəcəli hava nasosuna ziyan verməsinin qarşısını alınır.

• Söndürmə funksiyası isə köməkçi hava axınının tullantı qazı kollektoruna yalnız soyuq içə salma zamanı daxil olmasını təmin edir.

MOTORSERVICE-IN GENIŞ MƏHSUL PORTFELINDƏ ÜÇ MÜXTƏLIF NÖV PIERBURG IKINCI DƏRƏCƏLI HAVA KLAPANLARI MÖVCUDDUR:

ELEKTRIKLI

Elektrikli ikinci dərəcəli hava klapanlarının qısa açılış və qapanma müddətinə malikdirlər və pas və ya kir yapışmasına qarşı daha davamlıdırlar.

TƏZYIQI TƏNZIMLƏNMIŞ

Bu növ ikinci dərəcəli hava klapanı ikinci dərəcəli hava nasosunun təzyiqi ilə açılır.

PNEVMATIK

Pnevmatik ikinci dərəcəli hava klapanları onilliklər boyu özünü sübut etmişdir. Sizin nəzarət üçün bir keçirici klapana ehtiyacınız var.

Page 24: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

Motorservice, məhsulların peşəkar şəkildə, sürətli yığılması üçün bir sıra faydalı alətlər təklif edir.

İŞ ALƏTLƏRI VƏ YOXLAMA AVADANLIQLARIPEŞƏKARLARDAN PEŞƏKARLAR ÜÇÜN

TƏZYİQ-/VAKUUM ƏL NASOSU

Təzyiq/vakuum əl nasoslarının təzyiqə bağlı funksiyaların sınaqları və düzəlişləri birbaşa nəqliyyat vasitəsinin üzərində, mühərrikdən asılı olmayaraq təzyiq və ya vakuum tələb olunduqda həyata keçirilə bilər.

YANACAQ TƏZYIQI YOXLAMA DƏSTI

Yanacaq təzyiqinin yoxlama blokundan istifadə edərək, yanacaq nasoslarını yerindən çıxarmadan yanacağın təzyiqini və axın səviyyəsini ölçə bilərsiniz. Bütün ümumi yanacaq daçınması sistemləri yanacaq təzyiqi sınaq dəsti istifadə edilərək xətalara qarşı yoxlanıla bilər.

YANACAQ XƏTTLƏRI ÜÇÜN TƏMIR DƏSTI

Təmir dəsti ilə yanacaq xəttlərindəki kiçik zədələnmiş sahələr səmərəli və tez bir şəkildə təmir oluna bilər.

SÖKMƏ ALƏTLƏRI – SÜRƏTLI AÇILAN MUFTA

Motorservice, sürətli açılan muftaları (Quick Connectors) açarkən işi asanlaşdırmaq üçün səkkiz güşəli bir alət təklif edir. Qıvrımlı alətlər muftalara asanlıqla daxil olur.

Page 25: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

24 | 25SISTEM KOMPONENTLƏRI DIQQƏT MƏRKƏZINDƏ

YANACAQ NASOSLARININ QURAŞDIRMA ALƏTLƏRI

Bu səmərəli yanacaq nasosu quraşdırılması və sökülməsi alətləri vasitəsi ilə, bütün yanacaq nasosunu möhürü də daxil olmaqla dəyişdirməyə ehtiyac yoxdur. Yalnız yanacaq nasosu dəyişdirilir.

MİNİ AMPERMETR

Mini ampermetrlərin köməyi ilə enerji istehlakı birbaşa avtomobilin siğorta qutusundakı birbaşa qoruyucuda asanlıqla və tez bir zamanda ölçülür. Mini ampermetrlər avtomobilin ən çox yayılmış düz qoruyucuları üçün iki versiyada mövcuddur.

HAVALANDIRMA XƏTTLƏRI ÜÇÜN TƏMIR DƏSTI

Yük maşınları və ticari nəqliyyat vasitələ-rinin alüminium və sinklənmiş polad hava xəttlərində kiçik və zədələnmiş sahələrini təmir etmək üçün 8, 10, 12, 16 və ya 18 mm xarici diametrli təmir dəsti.

• R12, R134a və R1234yf soyuducuları üçün yararlıdır

• Nominal təzyiq: max. 35 bar • Dağılma təzyiqi: 60 bardan artıq

SOYUTMA SUYU ŞLANQI ÜÇÜN TƏMİR DƏSTLƏRİ

Bəzi yerləri zədələnmiş soyuducu şlanqlar bu təmir dəsti ilə tez və asanlıqla təmir oluna bilər, beləki zədələnmiş şlanq hissəsi kəsilib çıxardılır və təchiz edilmiş şlanq konnektorları və muftaları (0° və 90°) istifadə edilərək yeni bir şlanqla əvəz olunur. Motorservice məhsul çeşidində avtomobillər və ticari nəqliyyat vasitələri üçün iki müxtəlif təmir dəsti var.

TƏZYİQLİ HAVA XƏTTLƏRİ TƏMIR DƏSTI

Bu təmir dəsti ilə 4, 6, 8, 10, 12 və ya 16 mm diametrli Poliamid (PA) təzyiqli hava xəttlərindəki kiçik və zədələnmiş sahələri daha sərfəli və tez təmir oluna bilərlər. Avtomobillər və ticari nəqliyyat vasitələri üçün uyğundur.

• Nominal təzyiq: maks. 10 bar• Dağılma təzyiqi: 15 bar

HAVA KÜTLƏSI SENSORLARININ DƏYIŞDIRILMƏSI ÜÇÜN XÜSUSI IŞ ALƏTLƏRI

Standart formada quraşdırılmış hava kütləsi sensorlarının dəyişdirilməsi ortasında ştift olan xüsusi vintlər (5 dişli və ya 6 dişli ulduz şəklində əlavələr) istifadə olunduğundan çətindir. Motorservice, satış sonrası hava kütləsi sensorlarına uyğun xüsusi alətlər təqdim edir.

Page 26: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

İSTEHSALAT SIRRI MÜBADILƏSIMÜTƏXƏSSISLƏRDƏN TƏRƏFINDƏN VERILƏN IXTISASLI MƏLUMATLAR

DÜNYA MIQYASINDA APARILAN TƏLIMLƏR Bilavasitə istehsalçıdan Hər il təxminən 4500 mexanik və texnik, dünyanın müxtəlif yerlərində və ya Neuenstadt, Dormagen və Tammdakı (Almaniya) təlim mərkəzlərimizdə həyata keçirilən təlim kurslarımız və seminarlarımızdan faydalanır.

TEXNIKI MƏLUMATLARTətbiq üçün praktikadan Məhsul haqqında məlumatlarımız, xidmət məlumatlarımız, texniki broşuralar və plakatlarımızla siz həmişə texnologiyanın ən son yeniliklərindən xəbərdar olacaqsınız.

TEXNIKI VIDEOLARVideo vasitəsi ilə məlumatların ötürülməsiVideolarımızda məhsullarımız ilə bağlı praktik quraşdırma təlimatları və sistem izahatları əldə edə bilərsiniz.

ONLAYN FOKUSDA MƏHSULLAR Bizim həll yollarımız açıq-aydın şəkildə izah edilibİnteraktiv elementlər, animasiyalar və video kliplər vasitəsi ilə mühərrik daxilində və ətrafında olan məhsullarımız haqqında məlumat əldə edin.

ONLAYN MAĞAZA Məhsullarımıza birbaşa çıxışınız Gün ərzində sifariş edin. İstifadəyə yararlılığın sürətli yoxlanışı. Mühərrik, nəqliyyat vasitəsi, ölçümlər və s. ilə əlaqədar geniş məhsul axtarışı.

YENILIKLƏR E-poçt ünvanı vasitəsi ilə müntəzəm olaraq məlumatların verilməsiÖdənişsiz bülletenimizə onlayn qeydiyyatdan keçin və məhsul tanıtımları, texniki nəşrlər və s. haqqında daha ətrafl ı məlumat əldə edin.

FƏRDI MƏLUMATLAR Xüsusi olaraq müştərilərimiz üçünSizə geniş fəaliyyət spektrımiz haqqında ətrafl ı məlumat və xidmətlər təqdim edirik: məsələn, şəxsi satış təbliğatı materialları, satış dəstəyi, texniki dəstək və digərləri.

TEXNIPEDIA Mühərrik haqqında texniki məlumatlarTechnipediada istehsalat sirrimizi sizinlə bölüşürük. Burada bilavasitə mütəxəssislər tərəfi ndən verilən ixtisaslı məlumatları tapa bilərsiniz.

MOTORSERVICE MOBIL ƏLAVƏTexniki istehsalat sirrinə mobil çıxışBurada siz məhsullarımız haqqında ən son məlumatları və xidmətləri sürətli və sadə bir şəkildə əldə edə bilərsiniz.

SOSIAL ŞƏBƏKƏDaima aktual

www.ms-motorservice.com

Page 27: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

26 | 27

Page 28: SPOTLIGHT...məz qoxuları, azot oksidləri, kükürd dioksid, ozon və hidrokarbonlar kimi zərərli qazların 95 %-ni avtomobilin içərisinə daxil olmasının qarşısını alır

www.ms-motorservice.com© MS Motorservice International GmbH – 50003864-34 – AZ – 05/18 (082018)

HEADQUARTERS:MS Motorservice International GmbHWilhelm-Maybach-Straße 14–1874196 Neuenstadt, Germanywww.ms-motorservice.com