Şərq təbabəti klinikası

11

Upload: yorick

Post on 13-Feb-2016

81 views

Category:

Documents


3 download

DESCRIPTION

Koreya Kyunq Hee Universitetinin. Şərq Təbabəti Klinikası. Klinika haqqında. Şərq təbabətinin üstünlükləri. Xidmətlərimiz. Həkimlərimiz. Avadanlıqlar. Bizimlə əlaqə. www.seba.az. Koreya Kyung Hee Universiteti 1949-cu ildə 2 illik - PowerPoint PPT Presentation

TRANSCRIPT

Page 1: Şərq Təbabəti Klinikası
Page 2: Şərq Təbabəti Klinikası

Klinika haqqındaKlinika haqqında

Şərq təbabətinin üstünlükləriŞərq təbabətinin üstünlükləri

XidmətlərimizXidmətlərimiz

HəkimlərimizHəkimlərimiz

AvadanlıqlarAvadanlıqlar

www.seba.az

Bizimlə əlaqəBizimlə əlaqə

Page 3: Şərq Təbabəti Klinikası

www.seba.az

Koreya Kyung Hee Universiteti 1949-cu ildə 2 illik kollec olaraq təsis edilmiş və 1952-ci ildə 4 illik universitetolaraq fəaliyyətə başlamışdır. Müasir Koreya təhsil sahəsininqabaqcıl ali təhsil ocaqlarından olan Kyung Hee Universitetində 1971-ci ildən etibarən Tibb Mərkəzi fəaliyyət göstərir. SEBA Assosiasiyası və Kyung Hee Universitetinin birgə əməkdaşlığı nəticəsində 2006-cı ilin fevral ayında Bakıda həmin universitetin Şərq Təbabəti Klinikasının şöbəsi açılmışdır.Həm ənənəvi Şərq təbabəti, həm də müasir tibbin bir çox sahəsi üzrə xidmət göstərənklinikamızda peşəkar həkim heyəti fəaliyyət göstərir. İstifadə olunan avadanlıqlar, yüksəkpeşəkar xidmət və pasientlər üçün yaradılan tam gigiyenik şərait Koreya Şərq Təbabəti Klinikasını ölkəmizin qabaqcıl səhiyyə ocaqlarından birinə çevirmişdir.

Page 4: Şərq Təbabəti Klinikası

www.seba.az

Koreya təbabəti qədim tarixə malikdir. Klassik Şərq Təbabəti ənənələrini özündə təcəssüm etdirən Koreya təbabətini fərqləndirən əsas cəhət insan bədənini 4 tipə ayıran Sasanq Konstitusiyasıdır. Bu nəzəriyyənin əsasında dayanan fikir hər bir insanın ayrı-ayrı bədən üzvlərinin tam özünəməxsus quruluşa malik olması və ümumi müalicə metodlarından qaçınmaqla hər bir pasientəfərdi yanaşmanın lazım olmasıdır. Bu prinsip əsasında çalışan həkim müalicəyə başlamazdan əvvəl mütləq şəkildə pasientlə onun şikayəti, ağrıları, qidalanması, həyat tərzi, xəstəliyin yaranma səbəbləri barədə söhbət aparır. Söhbətdən sonra bədənə ümumi baxış, dilin, gözlərin, nəbzin yoxlanılması həyata keçirilir. Müalicə klinikaya müraciət edən pasientlər üçün tam individual şəkildə təyin edilir. Həkim pasientin yaşını, cinsini, həyat tərzini, fəaliyyət növünü, enerji balansını və s. nəzərə alaraqmüalicə və ya pəhriz təyin edir. Koreya Şərq təbabəti metodları ilə aparılan müalicənin ən üstün cəhətlərindən biri də onun əks təsirə malik olmamasıdır. Məsələn, bədəndə müxtəlif növ ağrılar zamanı təyin edilən akupunktura adət etdiyimiz ağrıkəsici dərmanlardan fərqli olaraq bədənin digər orqanlarına ziyan yetirmir. Buna görə də xroniki ağrıları olan pasientlər bir çox hallarda məhz bu müalicə metodlarına üstünlük verirlər.

Page 5: Şərq Təbabəti Klinikası

www.seba.az

Klinikamızda müalicə zamanı müxtəlif növ akupunktura (iynə batırma) üsullarından istifadə edilir. Pasientin şikayətindən asılı olaraq iynələrin qalınlığı, tətbiq edildiyi sahə (qulaq, əl, ayaq, qarın və s.) müəyyən edilir. Bu proseduranın üstün cəhətlərindən biri də odur ki, akupunktura zamanı infra-qırmızı işıqdan istifadə olunur. Beləliklə də müalicənin effekti daha da artır və daha yaxşı nəticələr əldə olunur.

Moksibişn və ya Moksa unikal müalicə metodlarından biridir. Qədim Çin və Koreya təbabətində istifadə olunan bu terminin mənası “dağlanma”, “isitmə” deməkdir. Burada müxtəlif həcmli və formalı qabların içərisində xüsusi bitkilər yandırılır və müvafiq nöqtələrin üstünə qoyulmaqla müalicə aparılır. İnsan bədənində müəyyən orqanlara və enerji kanallarına nüfuz edən yüzlərcə nöqtə mövcuddur. Həmin nöqtələrə istilik vermə ilə təsir edən həkim, bədənin daxili istiliyini balanslaşdırır, enerji kanallarını açır və beləliklə də pasientin şikayəti üzrə olan xəstəliyi müalicə edir. Bu metodla nəinki daxili orqanlarla bağlı olan xəstəlikləri, həmçinin travma, ağrı sindromları, psixi nasazlıqlar, epilepsiya və digər xəstəliklər də müalicə edilir. Soyuq iqlimi və ya sərt qışı olan ölkələrdə moksibişn terapiyası bir çox xəstələrə tətbiq edilə bilər. Çünki soyuğun yaratdığı fəsadlar bir neçə il ərzində yığılır və özünü müxtəlif simptomlar şəklində biruzə verir. İlin soyuq dövrlərində moksibişn terapiyasını sırf profilaktik şəkildə də həyata keçirmək olar. Soyuğa qarşı dözümsüz olan insanlar üçün isə, moksibişn terapiyasının rolu əvəzsizdir.

Page 6: Şərq Təbabəti Klinikası

www.seba.az

Vakuum terapiyası xüsusi vakuum bankaları vasitəsilə orqanizmə təsir edən ağrısız, yüksək təsirli müalicə metodlarındandır. Vakuum bankalarının təsiri altında orqanizmə birbaşa təsir edən güclü təzyiq dəyişməsi baş verir. Dəri və yumşaq toxumalar bankanın içərisində genişlənir və bu zaman qan dövranı, maddələr mübadiləsi yaxşılaşır, toksin və digər zərər verici maddələr kənarlaşır, toxumaların regenerasiya prosesi tezləşir. Orqanizm qanla, oksigenlə və qidalandırıcı maddələrlə təmin olunur. Vakuum terapiyasının ev şəraitində qoyulan bankalarda ən əsas fərqli cəhəti onun daha effektiv olması və xüsusi nöqtələrə tətbiq edilməsidir.

Klinikamızda həmçinin Azərbaycanın qabaqcıl həkimlərinin çalışdığı və ən müasir avadanlıqlarla təchiz edilmiş EKQ, USM, laboratoriya, ginekoloji, otorinolarinqoloji (qulaq-burun-boğaz), rentgen, oftalmoloji, uronefroloji, pediatriya kabinetləri də fəaliyyət göstərir.

Page 7: Şərq Təbabəti Klinikası

www.seba.az

Klinikamızda hər biri müəyyən müddətə gələn Koreyalı professor və fizioterapevt tərəfindən oynaq-əzələ, ürək-qan-damar, allergik, dermotoloji, mədə-bağırsaq, tənəffüs, nevroloji, psixosomatik xəstəliklərin müalicəsi həyata keçirilir. Burada müayinələr Azərbaycanda analoqu olmayan cihazlarla aparılır, xəstəliklər müxtəlif üsullar ilə - akupunktura, moksibişn,vakuum, autotens terapiyaları, nöqtə masajı, infraqırmızı işıq və bitki mənşəli dərmanlarla müalicə edilir. Onu da qeyd etmək lazımdır ki, həkimlər tərəfindən təyin edilən kimyəvi qatqısız bitki mənşəli dərmanlar Koreyadan gətirilir və yalnız bizim klinikada əldə edilə bilər. Bu dərmanlar müalicə kursunda həm tək şəkildə, həm də bio-əlavələr kimi də istifadə oluna bilər.

Page 8: Şərq Təbabəti Klinikası

www.seba.az

Şərq təbabətinin prinsiplərinə görə orqanizmdə müsbət və mənfi enerji balansı mövcuddur.Yandorak cihazı orqanizmin mənfi və müsbət enerji nisbətini və ümumi energetik vəziyyəti müayinə edir. Nəticələr qrafik formada təqdim olunur. Bu üsul ayrı-ayrı orqanların fəaliyyətinə,qan dövranı və vegetativ sinir sisteminə nəzarət etməyə imkan verir.

FT-750R cihazı yalnız qan təzyiqi və nəbzi ölçmür, həmçinin ürək əzələlərinin işini də yoxlayır. Cihaz avtomatikqoşulma sistemi ilə təchiz olunmuşdur. Nəticələr geniş LCD ekranda əks olunur və çap edilir.

Analizator orqanizmin bioenerjisini verilmiş zəif elektrik qıcıqlarına olan reaksiyası əsasında ölçür. Alınmış nəticələr əsasında orqanizmin real vəziyyəti: nevroloji statusu, qan dövranı, ayrı-ayrı orqanların funksional vəziyyəti və bir çox başqa parametrlər müəyyənləşdirilir. Bu sistemin spesifik xüsusiyyəti xəstəliyin gizli və ilkin dövrlərini aşkar etmək imkanıdır. Analizator həmçinin müalicənin adekvatlığının və effektivliyinin obyektiv müqayisəli monitorinqini keçirir.

Son texnoloji nailiyyətlərə əsaslanan BIA (Bioelectrical Impedance Analyzer) sistemi bədəndəki protein və mineralların miqdarını, ümumi toxuma kütləsini, mayenin ümumi miqdarını, hüceyrədaxili və hüceyrəxarici mayeni, ödemin və dehidratasiyanın dərəcəsini, orqanizmdəki piy kütləsi, faizi və paylanmasının hesablanmasını mümkün edir. Belə çətin hesablamaları dəqiqliklə və çox qısa müddətə aparan bu analizator urologiya (böyrək xəstəlikləri), neonatоlogiya (yeni doğulmuşlar) və dietologiyada (piylənmə) geniş imkanlar açır.

Bu üsul tətbiq olunarkən qan damarlarının elastikliyinin 60 müxtəlif növü aşkar olunmuşdu. Aparat bu növləri xəstədə təyin və müqayisə edir. Bu parametrlər əsasında qanın ürəyə daxil olma gücü və qan damarlarının elastikliyinin dərəcəsi müəyyən olunur.

Yandorak cihazı

FT-750R Qan təzyiqini ölçən cihaz

OMD 3000 Bioenergetik analizator

Meqçinqi cihazı

X-SCAN Plus II Yüksəktezlikli bioelektrik analizator

Page 9: Şərq Təbabəti Klinikası
Page 10: Şərq Təbabəti Klinikası

Koreya Kyung Hee

Universitetinin

Şərq Təbabəti

Klinikası

Neftçilər prospekti

www.seba.az

Azneft dairəsi

Heydər Əliyev

fondu

ARDNŞ

BeynəlxalqMuğammərkəzi

FUNİKULYOR

ÇİNAR

restoranı

Page 11: Şərq Təbabəti Klinikası

www.seba.az

Bakı şəhəri, Neftçilər prospekti 65 (Funikulyorun yaxınlığında) Tel: (+99412) 437-18-10; 437-18-25 Faks: (+99412) 437-18-30 E-mail: [email protected]