· web viewmüasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi...

38
Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti Fakult ə : Tarix Ixtisas : Tarix və Coğrafiya K u r s i ş i Fənn : Geodeziya Mövzü : Kartoqrafik təsvirin dərk olunması və generalizasiya

Upload: doannga

Post on 11-Mar-2018

244 views

Category:

Documents


4 download

TRANSCRIPT

Page 1: · Web viewMüasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Fakult ə : Tarix

Ixtisas: Tarix və Coğrafiya

K u r s i ş i

Fənn: Geodeziya

Mövzü: Kartoqrafik təsvirin dərk olunması və

generalizasiya

Tələbə: Siruz Abbasli

Kurs: II

Qrup: TC-201

Elmi rəhbər:

Page 2: · Web viewMüasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür

PLAN.

Mövzu: Kartoqrafik təsvirin dərk olunması və generalizasiya

I. Kartoqrafik təsvirin dərk olunması .

II. Topoqrafik xəritələrin oxunması.

III. Kartoqrafik generalizasiya

2

Page 3: · Web viewMüasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür

I. Kartoqrafik təsvirin dərk olunmasıKartoqrafiya – coğrafiya elmi və digər kartoqrafik əsərlər, onların

xüsusiyyətləri yaradılma və istifadə edilmə üsulları haqqında elmdir.

Müasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin

müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür. Bu fənlər bir-

biri ilə sıx əlaqədə olmaqla bərabər, onların hər biri özünə məxsus məsələləri

həll edir.

1. Xəritəşünaslıq – coğrafiya xəritələrini, onların mahiyyətini, növlərini

elementlərini, xəritənin və kartoqrafiyanın inkişaf tarixini, xəritədən

istifadə etmə üsullarını və ilk kartoqrafik materialları (mənbələri)

öyrənir.

2. Riyazi kartoqrafiya – kartoqrafik proyeksiyaların nəzəriyyəsinin,

kartoqrafik şəbəkənin hesablanma və qurulma üsullarının, xəritənin

geodeziya əsasını təşkil edən istinad məntəqələrindən istifadə etmə

üsullarının, miqyasın və koordinat şəbəkəsinin öyrənilməsindən bəhs

edir.

3. Xəritələrin tərtibi və redaktə edilməsi – hazır kartoqrafik materiallara

əsasən laboratoriya şəraitində müxtəlif ümumcoğrafi və xüsusi

xəritələrin tərtibindən və redaktə edilməsindən bəhs edir. Bu bölmənin

ən mühim problemlərindən biri kartoqrafik generalizasiyanın

nəzəriyyəsi və işlənib hazırlanması hesab olunur.

4. Xəritənin qrafiki düzəldilməsi (bəzənməsi) – qrafikaya, rənglərə və

onların coğrafiya xəritələrində tətbiqinə əsaslanaraq, xəritənin

məzmunun rəng və qrafiki (ştrixlər, şriftlər üzrə) surətdə təsvir edilməsi

üsullarından bəhs edir.

5. Xəritənin nəşri – fiziki-kimyəvi və texniki elmlərə əsaslanaraq,

poliqrafiya sahəsinə aid olub, xəritənin nəşr edilməsindən bəhs edir.

Diğər kartoqrafik əsərlərə coğrafiya qlobusları, relyef xəritələri, səma cisimlərinin (Ayın, planetlərin) və ulduzlu xəritə qlobusları və s. aiddir

3

Page 4: · Web viewMüasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür

6. Kartometriya – xəritə üzrə uzunluğun, sahənin, bucaqların,

yüksəkliyin, meylliyin, həcmin və s. kəmiyyətlərin ölçməsi və

hesablanması üsullarından bəhs edir. Özünün ənənəvi inkişaf

xüsusiyyəti və metoduna görə kartometriya əksər halda kartoqrafiyanın

bir sərbəst bölməsi hesab edilir. Lakin son zamanlar kartometriya və

onunla sıx əlaqədar olan morfometriya xəritənin, xüsusən mühəndis və

elmi-tədqiqat işlərində istifadə edilməsi üsulu kimi nəzərdə tutulur. Bu

kitabda kartometriya və morfometriya məsələləri “Xəritələrin istifadə

edilməsi” bölməsində şərh edilir.

7. Kartoqrafiya istehsalının təşkili və iqtisadiyyatı – kartoqrafiya

istehsal müəssisələrinin istehsal-təsərrüfat fəaliyyətinin planlaşdırma

metodlarını işləyib hazırlayır, onların iş təcrübəsini öyrənir və

ümumiləşdirir.

Kartoqrafiyanın riyaziyyat, geodeziya, topoqrafiya, coğrafiya, geologiya,

torpaqşünaslıq və s. Elmlərlə sıx əlaqəsi vardır.

Riyaziyyatdan, xüsusən riyazi kartoqrafiyada, kartometriya və

morfometriya işlərində daha çox istifadə olunur.

Kartoqrafiya geodeziyadan Yerin forması və ölçüləri haqqında dəqiq

məlumat və istinad məntəqələrinin koordinatlarını alır. Topoqrafiya və

aerotopoqrafiya bütün coğrafiya xəritələrinin tərtib edilməsi üçün ilk

kartoqrafik materialları - ərazinin böyük miqyaslı xəritəsini verir.

Obyekt və hadisələrin xüsusiyyətlərini və bir-biri ilə qarşılıqlı əlaqəsini

vermək və onları xəritələrdə düzgün təsvir etmək üçün kartoqrafiya coğrafiya,

geologiya, torpaqşünaslıq və s. Təbiət elmlərindən konkret məlumat alır.

Kartoqrafiya isə öz növbəsində, coğrafi və başqa tədqiqatların

aparılması üçün əvəzedilməz vasitə olan xəritə verir. Bu xəritələr üzrə

tədqiqatçılar (coğrafiyaşünaslar, kartoqraflar, geoloqlar, torpaqşünaslar və b.)

müxtəlif obyekt və hadisələrin yer üzərində yayılma qanunauyğunluqlarını,

bir-biri ilə qarşılıqlı əlaqəsini, asılılığını, inkişafını və s. xüsusiyyətlərini

4

Page 5: · Web viewMüasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür

müəyyən edirlər. Heç də təsadüf deyil ki, məşhur sovet alimi akademik

L.S.Berq xəritəni “çoğrafiyanın alfa və omeqası” adlandırmışdır.

Coğrafiya xəritəsi və onun əsas xüsusiyyətləri

Qədim zamanlarda, yer səthinin kiçilmiş təsvirinin müstəvi üzərində

göstərilməsinə coğrafiya xəritəsi deyilir. Lakin bu sadə tərif dəqiq və tam

deyil. Əvvəla, həmin tərif yer səthinin hər hansı fotoşəkli və bədii surətdə

təsviri olan mənzərə şəkli üçün də doğrudur. Ikincisi, həmin tərifə görə xəritə

yalnız yer səthini təsvir edir. əslində isə müasir xəritələrin məzmununa

müxtəlif təbii və ictimai-iqtisadi obyekt və hadisələr (məsələn, havanın

temperaturu və təzyiqi, əhalinin sıxlığı və milli tərkibi və s.) də aiddir.

Buradan aydın olur ki, yer səthini təsvir edən digər şəkillərdən fərqli olaraq

coğrafiya xəritələrinin özünəməxsus xüsusiyyətləri vardır. Bu xüsusiyyətlər

aşağıdakılardır:

1) xəritələrin riyazi qanun üzrə tərtib edilməsi; 2) xəritə tərtibində

kartoqrafik şərti işarələrdən istifadə edilməsi; 3) xəritədə təsvir edilən obyekt

və hadisələrin kartoqrafik generalizasiyası.

1. Xəritələrin riyazi qanun üzrə tərtib edilməsi.Yerin fiziki səthindən onun müstəvi üzərindəki təsvirinə kecmək üçün

iki əməliyyat tələb olunur:

a) Əvvəlcə, Yerin fiziki səthinin səviyyə səthi üzərində proyeksiyası alınır.

Həmin proyeksiya səviyyə səthinə perpendikulyar olan şaquli xətlərlə

alındığından, coğrafi obyektlərin vəziyyəti plan üzrə düzgün təyin edilir.

Səviyyə səthinin əmələ gətirdiyi fiqur – Yerin nəzəri forması olan geoid

mürəkkəb olduğundan o, kartoqrafiya işlərində fırlanma ellipsoidi,

yaxud da kürə ilə (az dəqiqlik tələb edən işlərdə) əvəz edilir.

b) Sonrakı əməliyyat ellipsoid (yaxud kürə) səthindən müstəvi səthə

keçməkdən ibarətdir.

5

Page 6: · Web viewMüasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür

Demək, Yer kürəşəkilli olduğundan, onun düzgün forması əyani

surətdə və heç bir təhrif olmadan yalnız qlobusda təsvir edilə bilər. Qlobus

səthini isə dartılma və sıxılma olmadan müstəviyə çevirmək mümkün düyil.

Ona görədə qlobus səthini arası kəsilmədən (fasiləsiz) müstəvi üzərində

təsvir etmək üçün kağızda müəyyən qanunlarla kartoqrafik şəbəkə nqurulur.

Meridian və paralellərin şərti olaraq kağız üzərində göstərilmiş təsvirinə

kartoqrafik şəbəkə deyilir.

Qlobus üzərində qurulmuş meridian və paralellər şəbəkəsi coğrafi

şəbəkə adlanır. Coğrafi şəbəkənin müstəvi üzərində müəyyən riyazi

qanunlarla təsvir edilmə üsuluna kartoqrafik proyeksiya deyilir.

Kartoqrafik şəbəkənin əmələ gətirdiyi trapeslərin birindən digərinə

keçdikdə miqyas dəyişir. Lakin meridian və paralellər elə qurulmalıdır ki,

miqyasın dəyişməsi arası kəsilmədən və sıçrayışsız olsun, yəni yer

üzərindəki hər hası bir A0 nöqtəsinə xəritədə yalnız bir A nöqtəsi uyğun

gəlsin və ya əksinə. Başqa sözlə desək, müstəvi üzərindəki təsvir fasiləsiz,

aralıqsız və qırışıqsız olmalıdır. Belə halda yer üzərindəki hər bir trapes

kartoqrafik şəbəkədə yalnız öz damasına uyğun gələcəkdir. Deməli, yer

səthinin təsvirini verən bir sıra digər üsullardan (məsələn, fotoqrafiya,

mənzərə şəkli və s.) fərqli olaraq, xəritədə yer səthinin təsviri müəyyən riyazi

qanunlar vasitəsi ilə göstərilir. Ona görə də xəritə üzrə hər hansı bir obyektin

vəziyyəti, forması və ölçüləri haqqında məlumat almaq olar.

2. Xəritə tərtibində kartoqrafik şərti işarələrdən istifadə edilməsi.Xəritə məzmununun elementləri (müxtəlif konturlar, relyef və s. obyekt

və hadisələr) xəritələrdə xüsusi şərti işarələrlə təsvir edilir. Məsələn, eyni bir

ərazinin müxtəlif miqyaslı aerofotoşəklinə diqqət etsək, görərik ki, miqyasın

kiçilməsi ilə əlaqədar olaraq orada bəzi xırda obyektlər seçilmir. Xəritənin

miqyasında göstərilə bilən, lakin xəritədə təsvir edilməsi lazım gələn

obyektlər isə kartoqrafik şərti işarələr vasitəsi ilə təsvir olunur. Bundan

başqa, xəritədə şərti işarələr vasitəsi ilə yalnız fotoqrafiyada əks oluna bilən

6

Page 7: · Web viewMüasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür

obyektlər deyil, həmdə bir çox başqa hadisə və proseslər (məsələn, havanın

temperaturu, küləyin istiqaməti, maqnit əqrəbinin inhirafı və s.) də təsfir

olunur.

Şəkildə eyni bir ərazinin aeroşəklini və xəritəsinimüqayisə etdikdə

kartoqrafik şərti işarələrin xüsusiyyətlərini aydın görmək olar. Burada

müəyyən hündürlükdə təyyarədən görünən yer səthinin əsil şəkli xəritədə

həndəsi xarakterli təsvirlə əvəz edilmişdir. Göründüyü kimi, kartoqrafik şərti

işarələr yer səthi obyektlərinin bir çox fərdi xüsusiyyətlərini elə bil pozur,

bununla da təsviri sadələşdirir və xəritənin yükünü azaldır.

Kartoqrafik şərti işarələrin istifadə edilməsi böyük ərazi sahələrini, hətta

bütün yer səthini bir baxışla əhatə etmək üçün təsviri çox kiçiltməyə imkan

verir.

a)

b)

7

Page 8: · Web viewMüasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür

Yer səthinin səthinin müxtəlif üsullarla təsviri:a) təyyarədən çəkilmiş fotoşəkil;

b) həmin sahənin topoqrafik xəritəsi (orta məktəb müəllimləri üçün

c) Coğrafiya atlasından, 1985)

3. Xəritədə təsvir edilən obyekt və hadisələrin kartoqrafik generalizasiyası.Miqyasın kiçilməsi ilə əlaqədar olaraq daha xırda təfsilatın xəritədə

təsfir edilməsi mümkün olmadığı üçün bunlardan bəziləri atılır, konturların,

xətlərin kiçik əyriləri isə ümumiləşdirilir (düzləndirilir). Xəritənin təsvirində olan

həmin proses kartoqrafik generalizasiya adlanır.

Beləliklə, göstərilən xüsusiyyətləri nəzərə alaraq coğrafiya xəritəsinə

belə tərif vermək olar.

Yer səthinin kiçildilmiş, ümumiləşdirilmiş və müəyyən bir kartoqrafik

proyeksiyada şərti işarələrlə təsvirə coğrafiya xəritəsi deyilir.

Lakin həmin tərif yer səthini (su obyektlərini, relyefi, bitki örtüyünü,

yollar şəbəkəsini, sərhədləri və s. obyektləri) xarakterizə edən xəritələr üçün

düzgün sayıla bilər. Belə xəritələr ümumcoğrafi xəritələr adlanır. Yer səthinin

mükəmməl təsvirini göstərən topoqrafik xəritələr ümumcoğrafi xəritələrə

aiddir.

Xəritədə Yerin fiziki səthindən əlavə bir sıra müxtəlif təbii və ictimai-

iqtisadi obyekt və hadisələr də təsvir olunur. Bu qrup xəritələrə müxtəlif

xüsusi (geoloji, iqlim, sənaye, etnoqrafik və s.) xəritələr aiddir.

Beləliklə, coğrafiya xəritəsi yer səthinin keçirdilmiş ümumiləşdirilmiş və

müəyyən bir kartoqrafik proyeksiyada şərti işarələrlə təsviri olub, müxtəlif

təbii, ictimai-iqtisadi obyekt və hadisələrin bir-biri ilə qarşılıqlı əlaqədə

yerləşməsini göstərir.

Hər hansı bir ərazinin xəritəsini tərtib etmək üçün əvvəlcə çöl işlərini

aparmaq lazımdır. Bu çöl işləri isə müxtəlif geodeziya, topoqrafiya,

8

Page 9: · Web viewMüasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür

aeroqrafiya planaalma və nivelirləmə işlərindən ibarətdir. Hazırda topoqrafik

xəritələr demək olar ki, tamamilə aerofotoplanaalma üsulu ilə tərtib olunur.

Kiçik miqyaslı coğrafiya xəritələrinin tərtibi üçün bilavasitə çöl işləri

aparılmır; bu məqsədlə nisbətən böyük miqyaslı kartoqrafik materiallardan

istifadə olunur.

Yer səthini göstərən digər kartoqrafik təsvirlər: qlobuslar, müxtəlif relyef

modelləri, blok-diaqramlar coğrafiya xəritəsinin iki xüsusiyyətini – kartoqrafik

generalizasiyanı və kartoqrafik şərti işarələri özlərində saxlayır, lakin riyazi

qurulma üsullarına görə xəritədən fərqlənirlər. Belə ki, Yerin modeli olan

qlobusun qurulmasında kartoqrafik proyeksiya istifadə edilmir. Relyef

modelləri (relyef xəritələri) üçölçülü təsvir olub, yer səthinin nahamarlığı

haqda təsəvvür yaradır. Blok-diaqramlar (yer qabığının kəsilişi ilə birlikdə)

yer səthinin perspektiv təsvirdə göstərən müstəvi şəkillərdir.

Ay və başqa planetlərin xəritələri öz xüsusiyyətlərinə görə coğrafi

xəritələrə oxşardır, lakin onlarda təsvir olunan obyektlər başqadır. Bu

xəritələr başqa məqsəd güdürlər və onların tərtibində xüsusi kartoqrafik şərti

işarələr sistemindən istifadə edilir.

Coğrafiya xəritələrinin əhəmiyyəti

Coğrafiya xəritələri bir çox təcrübi və elmi işlərdə mühüm əhəmiyyətə

malikdir. Xəritə, coğrafiyanın ikinci dilidir. Kitablardakı coğrafi təsvirlər nə

qədər mükəmməl olsa da, onlar ərazi haqqında xəritəsiz tam təsəvvür

yarada bilməz.

Xəritə yer səthində olan qurunun, suyun, ayrı-ayrı ölkələrin və s.

obyektlərin sahəsi, yerləşməsi və forması haqqında əyani təsəvvür yaradır.

Bundan başqa xəritə yer səthində olan müxtəlif hadisələrin dəyişməsini, bir-

biri ilə əlaqəsini və s. xüsusiyyətlərini öyrənmək üçün mühüm bir vasitədir.

Kartoqrafiyanın tarixindən məlumdur ki, xəritələrin düzəldilməsi təcrübi

işin tələbi ilə meydana gəlmişdir.

9

Page 10: · Web viewMüasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür

Böyük və orta miqyaslı ümumcoğrafi xəritələr bir çox layihə (inşaat, yol,

hidrotexnika, meliorasiya, kənd təsərrüfatı və s.) hərbi və elmi tədqiqat

işlərində geniş surətdə istifadə olunur.

Bir çox xəritələrdən (xüsusən, kiçik miqyaslı fiziki, siyasi inzibati və s.

xəritələr) mədəni quruculuq və kütlələrin ümumi təhsilinin artırılması işlərində

geniş istifadə edilir. Geomorfoloji, geoloji, hidroloji, torpaq və s. elm

sahələrində aparılan xüsusi tədqiqatlar nəticəsində çoxlu faktiki material

toplanır. Bu materialların coğrafi xəritələr üzərində təsviri, yəni xüsusi fiziki-

coğrafi xəritələrin tərtib edilməsini, ayrı-ayrı obyekt və hadisələrin (yer

səthinin relyefi, geoloji quruluşu, çayların axımı və s.) yerləşməsinin

qanunauyğunluğunu, əlaqəsini və s. xüsusiyyətlərini öyrənmək və dərk

etmək üçün xəritə böyük əhəmiyyətə malikdir.

Bundan başqa xəritələr üzrə (xüsusən böyük miqyaslı xəritələr üzrə)

aparılan ölçmə işlərinə əsasən bir sıra morfometrik göstəricilər (yer səthinin

orta yüksəkliyi, meyl bucağı və s.) tərtib edilir. belə morfometrik xəritələr yer

səthini öyrənməkdə və bir sıra təcrübi məsələlərdə (axımın tərpaq

eroziyasının öyrənilməsində, layihə işlərində və s.) xüsusi əhəmiyyətə

malikdir.

10

Page 11: · Web viewMüasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür

II. Topoqrafik xəritələrin oxunması.

Çox müxtəlif olan coğrafiya xəritələrini öyrənmək, onların ayrı-ayrı

növlərinə xas olan qanunauyğunluqları müəyyən etmək, xəritəlri

sistemləşdirmək və onlardan istifadə etməni asanlaşdırmaq məqsədi ilə

xəritələri təsnif etməyin mühüm əhəmiyyəti vardır. Bu deyilənlərlə yanaşı,

xəritələrin elmi təsnifatı kartoqrafiya istehsalatının təşkili, xəritələrin tərtib

edilməsi və redaktəsi üçün də vacibdir.

Coğrafiya xəritələrinin müxtəlif əlamətlərinə görə təsnifat etmək olar.

Bunlardan ərazi, xəritənin məzmunu, miqyası, vəzifəsi, kartoqrafik

proyeksiyanın növü və s. göstərmək olar.

Hər bir elmi təsnifatda coğrafiya xəritələrinin məzmununu və

xüsusiyyətini təyin edən mühüm əlamət olmalıdır. Bu nöqteyi-nəzərdən

əraziyə, xəritənin məzmununa və miqyasa görə təsnifat daha mühüm sayılır.

Ərazi əlamətinə görə: dünya, yarımkürələr, okean və dənizlər,

materiklər və onların böyük hissələri, dövlətlər, vilayətlər və s. xəritələr olur.

Məzmuna (ixtisaslaşmaya) görə xəritələri təsnif etdikdə hər şeydən

əvvəl onlar ümumcoğrafi və xüsusi) xəritələr qrupuna bölünür.

Ümumcoğrafi xəritələr yer səthi və orada yerləşən müxtəlif obyektlər

bir-birindən fərqlənməyərək eyni qüvvədə təsvir olunur. Lakin bu təsvirin

mükəmməlliyi və dolğunluğu hər şeydən əvvəl xəritənin miqyasından asılıdır.

Ona görə də ümumcoörafi xəritələrin təsnifində miqyas əsas götürülür.

Miqyasa görə ümumcoğrafi xəritələr aşağıdakı qruplara bölünür.

1. Böyük miqyaslı xəritələr. Bu qrupa miqyası 1:200 000 və daha böyük

olan xəritələr aiddir. Bu xəritələr topoqrafik xəritələr adlanır.

2. Orta miqyaslı xəritələr. Bu qrupa miqyası 1:200 000-dən 1:1 000 000-

a (özü daxil olmaqla) qədər olan xəritələr aiddir. Bu xəritələr obzor-

topoqrafik xəritələr adlanır.

)) Son vaxtlarda ədəbiyyatda “xüsusi” xəritələrlə yanaşı “mövzu” xəritələri termini də işlədilir.

11

Page 12: · Web viewMüasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür

3. Kiçik miqyaslı xəritələr. Bu qrupa miqyası 1:1 000 000-dan kiçik olan

xəritələr aiddir. Həmin xəritələr obzor xəritələr adlanır.

Topoqrafik və obzor topoqrafik xəritələrdə miqyas təcrübi olaraq sabit

qalır. Buna ğörə də proyeksiyanın təsiri ilə olan təhrifi nəzərə almadan həmin

xəritələr üzərində ölçmə işləri aparmaq olar.

Xüsusi xəritələrdə hər hansı obyek və ya hadisə daha dolğun təsvir

olunur. Həmin obyekt və ya hadisə ümumcoğrafi xəritənin məzmununu təşkil

edən elementlərdən biri (məsələn, hipsometrik xəritədə relyef), yaxud

statistik üsullahesablanmış göstərici (məsələn, hər nəfərə düşən elektrik

enerjisi), yeraltında və su altında gizlənmiş obyektlər (yeraltı sular, su altı

relyef), tez dəyişən və ümumiyyətlə insan gözünün görə bilmədiyi obyekt və

hadisələr (küləklər, maqnit inhirafı və s.) ola bilər. Ümumcoğrafi xəritənin

digər elementləri xüsusi xəritələrdə çox cüzi verilir, bəzi elementlər isə

tamamilə göstərilmir.

Xüsusi xəritələr təbii hadisələr (fiziki-coğrafi) və texniki xəritələr üzrə

təsnif edilir. Göstərilən siniflər öz-özlüyündə bir neçə növə bölünür.

Məzmuna (ixtisaslaşmaya) görə xəritələrin təsnifatı aşağıdakı sxem

üzrə aparıla bilər.

A. Ümumcoğrafi xəritələr1. Topoqrafik xəritələr;

2. Obzor-topoqrafik xəritələr;

3. Obzor xəritələr.

B. Xüsusi xəritələr1. Fiziki-coğrafi xəritələr;

2. Ümumi fiziki-coğrafi (landşaft və fiziki-coğrafi rayonlaşma) xəritələri;

3. Geoloji (tektonik, litoloji, qravimetrik, seysmik) xəritələr;

4. Yer səthi relyefinin (hipsometrik, morfometrik, geomorfoloji,

morfoqrafik) xəritələri;

12

Page 13: · Web viewMüasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür

5. Atmosfer hadisələri (meteoroloji, iqlim, sinoptik) xəritələri;

6. Dəniz (dərinliklər, batimetrik, duzluluq, dəniz cərəyanları və s.)

xəritələri;

7. Səth-suları (hidroqrafik, axım, rejim və s.) xəritələri;

8. Torpaq xəritələri;

9. Bitki (geobotanika, bitki növlərinin yayılması, meşə, bataqlıq və s.)

xəritələri;

10. Zoocoğrafi xəritələr.

C. İctimai-iqtisadi xəritələr1. Əhali (əhalinin yerləşməsi, əhalinin tərkibi, sıxlığı və s.) xəritələri;

2. İqtisadi (təbii ehtiyatlar, sənaye, kənd təsərrüfatı, nəqliyyat və rabitə

vasitələr, ümumiqtisadi və s.) xəritələr;

3. Mədəni quruculuq (maarif, səhiyyə, klub, kitabxana və s.) xəritələr;

4. Siyasi-inzibati xəritələr;

5. Tarixi xəritələr.

D. Texniki xəritələr1. Dəniz naviqasiya xəritələri;

2. Uçuş xəritələri;

3. Layihə və s. xəritələr.

Həmin təsnifatda müəyyən dərəcədə şərtlik vardır. Məsələn, geoloji

xəritələr qrupuna aid olan faydalı qazıntılar xəritəsində, faydalı qazıntılar təbii

ehtiyatlar kimi nəzərə alınarsa, o, (yəni həmin xəritə) iqtisadi xəritələr

qrupuna aid edilə bilər; yaxud müəyyən bir ərazinin geoloji xüsusiyyətini əks

etdirən mühəndis-geoloji xəritə mühəndis-geoloji xəritələr qrupuna aid edilə

bilər.

13

Page 14: · Web viewMüasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür

Vəzifəsinə görə xəritələri tədris, elmi-məlumat, mədəni-maarif, turist,

idman, hərbi məqsədlər (taktika, strateji və s.) və s. qruplara bölmək olar.

Xəritələrin vəzifəsi onların məzmununa, miqyasına, tərtib edilmə

üsullarına və s. xüsusiyyətlərinə təsir edir.

Lakin bir çox xəritələrin geniş miqyasda tərtib edilməsi ilə əlaqədar

olaraq, vəzifəyə görə onların təsnifatı məhdudlaşır. Məsələn, topoqrafik

xəritələr elmin, mədəniyyətin, xalq təsərrüfatının və ölkə müdafiəsinin

ehtiyatlarını ödəyir. Ona görə də vəzifəsinə görə xəritələrin təsnifatı təcrübi

olaraq onların aydın nəzərə çarpan qrupları üçün (məsələn, tədris xəritələri)

istifadə edilir.

Xüsusi xəritələrin tipləri

Xüsusi xəritələrin tipləri onlarda mövzuları (məzmunun) genişliyi və

məzmunun ümumiləşdirilməsinə görə müəyyən edilir.

Xüsusi xəritələr həm dar (kiçik) həm də geniş mövzunu əhatə edə bilər.

Hər hansı bir mövzunu əhatə edən xəritə xüsusi: yaxud sahə üzrə xəritə

adlanır. Məsələn, əgər xəritədə yalnız bir metroloji mövzu (yağıntı, yaxud

havanın təzyiqi və s.) göstərilirsə, belə xəritə dar mövzuya aid olur və xüsusi

iqlim xəritəsi adlanır. Yaxud, maşınqayırma zavodlarını təsvir edən xəritə

xüsusi (sahə üzrə)iqtisadi xəritə adlanır.

Bir neçə əsas elementlərin təsvirini birgə verən və obyekt və

hadisələrin tam xüsusiyyətlərini əks etdirən xəritələrə ümumi xəritə deyilir.

Məsələn, xəritə bütün iqlim xüsusiyyətlərinə həsr olunmuşsa və bir sıra

göstəricilərə görə həmin xəritədə iqlim üzrə rayonlaşma verilərsə, belə xəritə

ümumi iqlim xəritəsi adlanır. Xalq təsərrüfatının bütün əsas sahələrinin

inkişafını göstərən, yaxud ərazinin ümumi iqtisadi rayonlaşmasını göstərən,

xəritə ümumi iqtisadi xəritə adlanır.

Mövzunun genişliyinə görə xəritəni xüsusi və ümumi xəritələr tipinə

bölmək özü də şərtdir. Məsələn, əkinçilik xəritəsi (yaxud daha dar mövzuya

14

Page 15: · Web viewMüasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür

aid olan pambıqçılıq xəritəsi) kənd təsərrüfatı xəritəsinə nisbətən xüsusi

xəritə hesab olunur. Ancaq kənd təsərrüfatı xəritəsinin özü də bütövlükdə

xalq təsərrüfatı xəritəsinə nisbətən xüsusi xəritə sayıla bilər.

Məzmunun ümumiləşdirmə dərəcəsinə görə xəritələr analitik (yaxud

elementar) və sintetik tiplərə ayrılır.

Analitik xəritələrdə təbii və ictimai-iqtisadi obyekt və hadisələrin

konkret şəkildə fərdi xüsusiyyətləri göstərilir. Bu xəritələrdə ümumiləşdirilmiş

bəzən isə az ümumiləşdirilmiş göstəricilər təsvir edilir. Məsələn, hər bir

zavod, fabrik, maşın-traktor stansiyası və s. ayrı-ayrı işarələrlə, müxtəlif əkin

sahələri ayrı-ayrı rənglərlə və ya ştrixlərlə təsvir olunur. Yaxud, havanın

temperaturu, təzyiqi və s. metroloji elementlər müəyyən vaxt üçün aparılmış

müşahidə materiallarına əsasən tərtib edilir. Bu və buna oxşar bilavasitə çöl

müşahidə (və planalma) materiallarına əsasən tərtib edilmiş xəritələr bəzən

müşahidə xəritələri də adlanır.

Sintetik xəritələr üçün daha çox ümumiləşdirmə səciyyəvidir.

Xüsusi səciyyəvi xəritələrdə ən mühüm təbii və yaxud ictimai-iqtisadi

göstəricilərin sintezi birgə olaraq verilir. İqlim, hidroloji, kənd təsərrüfatı

rayonlaşması və s. xəritələri bu qrupa misal göstərmək olar. Həmin

xəritələrdə bir neçə göstəricilərin ümumi səciyyəsinə görə bu və ya digər

rayonlar (məsələn, hidroloji) ayrılır, lakin bu göstəricilər özləri xəritədə təsvir

edilmir. Belə sintetik xəritələrə bir sıra analitik xəritələrin ümumiləşdirilməsi

kimi də baxmaq olar.

Ümumi sintetik xəritələrdə müxtəlif kateqoriyalı obyekt və hadisələr

eyni vahidlə ölçülə bilən göstəricilərlə birgə olaraq təsvir edilir. Əhalinin,

iqtisadiyyatın və xidmət sahəsinin birgə xarakteristikasını göstərən ümumi

ictimai-siyasi xəritələr bu qrupa aiddir.

Bəzən xəritədə bir-biri ilə qarşılıqlı əlaqəsi olan bir neçə element (hər

birinin öz göstəricisi olmaq şərti ilə) təsvir edilir. Belə xəritələr kompleks xəritələr adlanır.

15

Page 16: · Web viewMüasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür

Coğrafiya atlasları və onların təsnifatı

Coğrafiya atlası eyni qaydada tərtib və nəşr edilmiş və müəyyən sistem

üzrə bir yerə yığılmış coğrafiya xəritələrinin cəmində ibarətdir. Lakin, atlas

müxtəlif coğrafiya xəritələrinin sadəcə olaraq cəmi deyil; məqsəd və

vəzifəsindən, istifadə edilmə üsulundan asılı olaraq, bir-biri ilə üzvü surətdə

əlaqəsi olan və bir-birini tamamlayan xəritələrin vahid sistemindən ibarətdir.

Atlasların tərtib edilməsi mürəkkəb bir iş sayılır. Atlasa daxil olan

xəritələrin hamısı vahid bir proqram əsasında tərtib edilir ki, bunun da

nəticəsində həmin xəritələrin müqayisə edilməsi mümkün olur. Bütün bunlar

proyeksiyanın əlverişli surətdə seçilməsi, miqyasın çoxda müxtəlif olmaması,

təsvirin və göstəricilərin ümumiliyi, şərti işarələrin, rənglərin və şriftlərin eyni

olması və s. məsələləri əhatə edir.

Atlasın məqsədi onun məzmununu: atlasda verilən məlumatın qədərini,

atlas bölmələrinin quruluşunu, xəritələrin yerləşməsinin ardıcıllığını, atlasın

həcmini təyin edir. Məsələn, orta məktəb üçün buraxılan coğrafiya atlasların

məzmunu hər sinif üzrə coğrafiya proqramlarına uyğun gəlir və sabit

dərsliklərlə razılaşdırılır, atlasın formatı, qiyməti və s. cəhətləri də nəzərə

alınır.

Müasir coğrafiya atlasları çox müxtəlifdir və onların təsnifatı coğrafiya

xəritələrinin təsnifatı kimidir.

A. Ərazi əlamətinə görə atlaslar aşağıdakı qruplara bölünür:

1. Bütün yer kürəsini əhatə edən dünya atlasları. “Dünyanın böyük

sovet atlası” (1937, 1940). “Zabit atlası”(1947), “Dünya atlası”

(1954) və s. bu qrupa aiddir.

2. Ayrı-ayrı dövlətlərin atlası. Məs., “SSRİ atlası” (1954), “Kuba milli

atlası” (1970) və s.

3. Dövlətlərin ayrı-ayrı hissələrinin, məs., respublikaların, vilayətlərin

atlası. Buna misal “Moskva vilayətinin atlası” (1933), “Azərbaycan

16

Page 17: · Web viewMüasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür

SSR atlası” (1963), “Belorusiya SSR atlası” (1958) və s.

göstərmək olar.

B. Məzmunun görə atlaslar aşağıdakı qruplara bölünür:

1. Ümumcoğrafi atlaslar əsasən məlumat və obzor xəritələrindən

ibarət olur, bəzən onlara bir neçə xüsusi xəritələr də əlavə edilir.

Ümumcoğrafi atlasların ən yaxşı nümunəsi sovet məlumat atlası

olan “Dünya atlası” (1954, 1967) hesab edilir.

2. Xüsusi atlaslar (fiziki-coğrafi və ictimai-iqtisadi atlaslar). “SSRİ-nin

enerji ehtiyatları atlası” (1934), “SSRİ-nin iqlimi atlası” (I cild

1960, II cild 1962) və s. atlaslar bu qrupa misal ola bilər.

3. Kompleks atlaslar fiziki, iqtisadi və siyasi-coğrafi elementləri

göstərməklə xəritəsi tərtib edilən ərazinin hər tərəfli və tam

xüsusiyyətlərini verir. “Orta məktəb müəllimləri üçün coğrafiya

atlası” (1959), “Azərbaycan SSR atlası” (1963), “Ermənistan SSR

atlası” (1961) və s. atlaslar bu qrupa aiddir.

C. Məqsəd və vəzifəsinə görə tədris, turist və s. atlaslar olur.

Atlasların məqsəd və vəzifəsi onların məzmununu, strukturasını,

həcmini və s. xüsusiyyətlərini təyin edir. Məs., əgər tədris atlasının məzmunu

müəyyən dərs proqramlarına uyğun olmalıdırsa, məlumat atlasında verilən

material (məlumat) nə qədər çox olarsa, bir o qədər də həmin atlas qiymətli

olar.

Atlasın məzmunu müəyyən vaxta uyğun olmalıdır. Bir çox atlaslarda

izahat mətnləri, qrafik, cədvəl və s. statistik məlumat verilir. Lazımi obyektləri

asanlıqla tapmaq üçün atlaslarda coğrafi adlar göstəricisi olur.

17

Page 18: · Web viewMüasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür

III Kartoqrafik generalizasiya

Kartoqrafik generalizasiya – mühüm obyekt və hadisələri xəritədə təsvir

etmək məqsədi ilə onların seçilməsi və məqsədə uyğun ümumiləşdirilməsi

üçün spesifik bir metoddur. “Generalizasiya” termini fransızca

“generalisation” (ümumiləşdirmə) sözündən götürülmüşdür; bu da latınca

“generalis”, yəni “baş”, “ümumi” deməkdir.

Kartoqrafik generalizasiyaya təsir edən əsas amillər aşağıdakılardır:

1) xəritənin məqsəd və vəzifəsi, 2) miqyası, 3) xəritəsi tərtib edilən

ərazinin xüsusiyyətləri.

1. Xəritənin məqsəd və vəzifəsi generalizssiyanın xüsusiyyətini, xəritədə

təsvir edilən obyekt və hadisələrin həcmini təyin edir. Başqa sözlə

desək, xəritənin məqsəd və vəzifəsi generalizasiyanın istiqamətini,

seçmə və ümumiləşdirmənin nə dərəcədə aparılmasını təyin edir.

2. Miqyasın təsiri generalizasiyada daha çoxdur. Belə ki, miqyasın

kiçilməsi ilə xəritədə təsvir edilən obyektlər və kartoqrafik təsvirin

sahəsi kiçilir ki, bunun da nəticəsində xəritənin dəqiqliyi azalır və

oxunması çətinləşir (cədvəl 1).

Cədvəl 11 km2 ərazinin müxtəlif miqyaslı xəritələrdə

təsvir edilmə sahəsi

Xəritələrin miqyası

1 km2 ərazinin xəritədə

sahəsi, mm2-də

Miqyasın qrafiki dəqiqliyi

(0,2 mm), m-lə

1:10 000 10000 21:50 000 400 10

1:100 000 100 201:200 000 25 401:500 000 4 100

1:1 000 000 1 200Cədvəldən göründüyü kimi, yer səthinin 1 km2 sahəsini təsvir etmək üçün

miqyası 1:10000 olan xəritədə 10 sm×10 sm=1 dm2=10 000 mm2,

18

Page 19: · Web viewMüasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür

1:1 000 000-da isə 1mm2 sahə lazımdır. Odur ki, yer üzərində olan obyektlər

həmin xəritələrdə eyni dolğunluqla və eyni dəqiqliklə təsvir edilə bilməz.

3. Generalizasiyanın digər amili – xəritəsi tərtib edilən ərazinin (obyekt və

hadisələrin) özünə məxsus xüsusiyyətindən asılıdır. Burada eyni

obyekt ayrı-ayrı landşaft sahələrində müxtəlif dərəcədə nəzərə alınır.

Kartoqrafik generalizasiyanın növləri

Kartoqrafik generalizasiya seçmə və ümumiləşdirmədən ibarətdir.

a) Obyekt və hadisələrin kartoqrafik seçilməsi ondan ibarətdir ki, xəritənin

vəzifəsindən, miqyasından və ərazinin coğrafi xüsusiyyətlərindən asılı olaraq

mühüm və əsas obyektlər seçilərək xəritədə təsvir edilir; ikinci dərəcəli

obyektlər isə atılır. Beləliklə, kartoqrafik seçmənin nəticəsində xəritədə təsvir

edilən obyekt və hadisələrin sayı azalır. Kartoqrafik seçmə qəbul edilmiş

müəyyən bir ölçü (norma) üzrə aparılır. Bu məqsədlə çox vaxt keyfiyyət və

kəmiyyət göstəricilərindən istifadə edilir. Məsələn, tələb olunur ki, yalnız

inzibati mərkəz olan yaşayış məntəqələri, yaxud miqyasa görə 1 sm-dən

uzun olan çaylar xəritədə göstərilməlidir. Buna seçmə norması deyilir. Seçmə

norması xəritənin təxminin ədədi yükü sayılır. Bu prinsipə görə miqyası 1:100

000 olan xəritələrdə 1 km-dən, 1:500000-də 5 km-dən və 1:1 000 000 olan

xəritələrdə isə 10 km-dən qısa çaylar göstərilməlidir. Ancaq bu qayda bir

qədər mexaniki xüsusiyyət daşıdığından, bəzi təlimatlara və müasir

təcrübəyə əsasən çayların xüsusiyyətindən asılı olaraq seçmə norması 0,5

sm ilə 1,5 sm arasında götürülür. Əgər xəritənin bütün sahəsi üçün eyni

seçmə norması tətbiq edilərsə, o zaman xəritədə dağlıq rayonda olan

çayların çoxu atılacaq və beləliklə də çay şəbəkə sıxlığı azalacaqdır. Odur ki,

həmin xəritə ərazini nöqteyi-nəzərdən düzgün təsvir edə bilməyəcəkdir. Buna

görə də eyni bir xəritədə müxtəlif rayonlar üçün müxtəlif seçmə normasının

götürülməsi məqsədə uyğundur. Bu deyilənləri 2-ci cədvəldən görmək olar.

19

Page 20: · Web viewMüasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür

Cədvəl 2

Müxtəlif miqyaslı xəritələrdə seçmə dərəcələri (%-lə)

Çayların uzunluğu, km-lə

Xəritələrin miqyası1:100000 1:300000 1:500000 1:1000000

3 km-dən az3-55-1010-15

15 km-dən çox

100100100100100

61 731

11838

96919383

457878

9570

Bütün qruplar üzrə 100 79 46 39

Həmin cədvəl tərtib edilərkən qruplar üzrə çayların uzunluğu 1:100 000

miqyaslı xəritədə 100% qəbul edilmişdir. Göründüyü kimi, miqyasın kiçilməsi

ilə bütün qruplar üzrə seçmə dərəcələri azalır. əgər norması 1sm qəbul

edilsəydi, cədvəldə pilləvari xətdən yuxarıdakı rəqəmlər sıfır olmalı idi, yəni

həmin çaylar xəritədə göstərilməli idi. Çünki bu qruplar üzrə çayların

uzunluğu xəritələrin miqyası üzrə 1 sm-dən qısadır.

Obyektlərin seçilməsinin digər üsulu normativ seçmə üsuludur.

Normativ seçmə əvvəlcədən müəyyən edilmiş seçmə norması üzrə aparılır.

Bunun üçün obyektlərin sıxlığı təyin edilir. Normativ seçmə adətən

xəritələrdə yaşayış məntəqələri üçün tətbiq edilir. Bu xəritələrin hər 1 dm2

sahəsinə 150-200-ə qədər punson təsvir edilə bilər. Belə halda xəritənin

sahə üzrə yükü hesablanır. Xəritənin hər bir 1sm2 sahəsinə düşən

obyektlərin işarələri (mm-lə) xəritənin sahə üzrə yükü hesab olunur. Sahə

üzrə yükə bütün işarələr aiddir.

b) Təsvirin ümumiləşdirilməsi xəritəsi tərtib edilən obyektləri konturlarının

(sərhəd xəttinin) və onların kəmiyyət və keyfiyyət xüsusiyyətlərinin

ümumiləşdirilməsində, fərdi obyektlərin ümumi işarələrlə göstərilməsində

tətbiq edilir.

Konturların ümumiləşdirilməsi o deməkdir ki, xəritənin miqyası

kiçildikcə, həmin konturun xırda hissələri müəyyən dərəcədə sadələşər,

20

Page 21: · Web viewMüasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür

düzləndirilir. Ümumiləşdirməni apararkən obyektin xüsusiyyəti, xəritənin

məqsəd və vəzifəsi nəzərə alınmalıdır.

Kəmiyyət göstəricilərinin ümumiləşdirilməsi ondan ibarətdir ki, xəritədə

təsvir edilən obyekt və hadisələri kəmiyyət nöqteyi-nəzərdən xarakterizə

edən pillələr (aralar) iriləşir. Yaşayış məntəqələri onlardakı əhalinin sayına

görə qruplara və yaxud hipsometrik xəritələrdə yüksəklik və dərinlik şkalası

pillələrə bölünür. Miqyasın kiçilməsindən, yaxud da xəritənin məqsəd və

vəzifəsindən asılı olaraq bir neçə pillə bir pillədə birləşir.

Keyfiyyət xüsusiyyətlərinin ümumiləşdirilməsi ondan ibarətdir ki,

obyektləri bir-birindən keyfiyyətcə fərqləndirən şərti işarə və başqa bölgülər

geniş mənada ümumi anlayışla əvəz edilir.

Generalizasiyanın axırıncı xüsusiyyəti fərdi obyektləri ümumimi

işarələrlə əvəz edilməsidir.

Hər hansı bir xəritənin tərtibində iki mühüm şərt: 1) həndəsi dəqiqlik; 2)

coğrafi oxşarlıq nəzərə alınmalıdır.

1. Xəritənin həndəsi dəqiqliyi tələb edir ki, hər bir obyekt plan üzrə

forması və ölçüləri saxlamaqla öz yerində dəqiq təsvir edilsin və

obyektlər arasındakı qarşılıqlı məsafə xəritənin miqyasına uyğun

sürətdə düzgün göstərilsin.

2. Coğrafi oxşarlıq tələb edir ki, xəritə obyekt və hadisələrin əsas tipik

xüsusiyyətlərini, bir-biri ilə qarşılıqlı əlaqəsini, ərazinin özünəməxsus

coğrafi xüsusiyyətlərinin göstərə bilsin. Bu şərtə görə xəritənin

miqyasında göstərilə bilməyən, lakin öz əhəmiyyətinə görə mühüm

obyektlər xəritədə təsvir edilməlidir. Bu zaman təsvirin müəyyən

dərəcədə böyük alınmasına yol verilir, yaxud da miqyassız işarələrdən

istifadə edilir. Kartoqrafik generalizasiya xəritənin həndəsi dəqiqliyinə

mənfi təsir göstərir. Bu hal kiçik miqyaslı xəritələrdə daha çox olur. Ona

görə də bir çox kartometrik və texniki layihə işlərinin aparılmasında

böyük miqyaslı xəritələrdən istifadə edilir. Həmin xəritələrdə aparılan

generalizasiya xəritənin həndəsi dəqiqliyinə nəzərə çarpacaq mühüm

21

Page 22: · Web viewMüasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür

təsir göstərmir. Kiçik miqyaslı xəritələr isə əsasən obzor xüsusiyyətə

malik olub, kartometrik işlər üçün çox az istifadə edilir, ona görə də bu

xəritələrdə təsvirin coğrafi oxşarlığı birinci plana keçir.

Məntəqələr üzrə yerləşən obyekt və həndəsələrin

generalizasiya edilməsi

Məntəqələr (nöqtələr) üzrə yerləşən obyekt və hadisələrə hər şeydən

əvvəl yaşayış məntəqələri aiddir. Ayrı-ayrı nöqtələrdə yerləşən iqtisadi

obyektlər (məsələn, maşınqayırma zavodu, faydalı qazıntı yataqları və s.) də

buna misal ola bilər. Göstərilən obyekt və hadisələrin xəritələrini tərtib etmək

üçün işarələr üsulu tətbiq edilir. Burada konturların ümumiləşdirilməsi öz

əhəmiyyətini itirir, ancaq generalizasiyanın digər cəhətləri: kəmiyyət və

keyfiyyət xüsusiyyətlərinin ümumiləşdirilməsi, fərdi obyektlərin seçilməsi və

ümumi işarələrlə əvəz edilməsi geniş miqyasda tətbiq edilir.

Kəmiyyət göstəricilərinin ümumiləşdirilməsi əvvəlcə fasiləsiz şkaladan

pilləvari şkalaya keçməklə, sonra isə pilləvari şkalada pillələrin sayının ixtisar

edilməsi ilə aparılır. Şkalaları ümumiləşdirərkən keyfiyyət mənasını göstərən

pillələri saxlamaq lazımdır.

Keyfiyyət xüsusiyyətlərini ümumiləşdirdikdə iki üsuldan istifadə edilir: 1)

obyekt və hadisələrin ayrı-ayrı növləri onların ümumi adı ilə işarə edilir.

Məsələn, kənd təsərrüfatı, nəqliyyat və s. maşınqayırma sahələri ümumi

“maşınqayırma sənayesi” işarəsi ilə göstərilir; 2) obyekt və hadisələrin bəzi

keyfiyyət xüsusiyyətləri xəritədə verilmir. Məsələn, yaşayış məntəqələrinin

inzibati xüsusiyyətləri xəritədə göstərilmir.

Məntəqələr üzrə yerləşmiş obyekt və hadisələrin seçilməsi seçmə

norması, yaxud normativ seçmə üsulları ilə aparıla bilər. Bu zaman yaşayış

məntəqələrinin sıxlığı, yəni onların hər 100 km2 sahəyə düşən sayı təyin

edilir.

Kiçik miqyaslı xəritələrdə yaşayış məntəqələrini seçmə aparmadan da

təsvir etmək olar, lakin punsonların yazısı işi çətinləşdirir. Yazılar xırda və

22

Page 23: · Web viewMüasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür

səliqə ilə yazıldıqda 1:1 000 000 miqyaslı xəritənin 1 dm2 sahəsində 150-yə

qədər, kiçik miqyaslı məlumat xəritələrində isə 300-400 yaşayış məntəqəsi

təsvir etmək olar.

23

Page 24: · Web viewMüasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür

İstifadə olunan ədəbiyyat1.A.M.Hüseynov-topoqrafik xəritələr və onlardan istifadə olunması –APİ nin nəşiri Bakı 19822. A.M.Hüseynov-topoqrafik biliklərin əsasları –II hissə topoqrafik planalma Bakı 1985,96 -92 seh3. A.M.Hüseynov,Ə.H.Hüseyinov - məktəb topoqrafiyası –maarif nəşriyarı , bakı-19874. A.M.Hüseynov- cografiya xəritəsi və onun üzərində calişmalar , maarif nəşriyyatı,Bakı 19975.A.Kazimov –topoqrafik rəsimxətt , Maarif nəşriyyatı, Bakı 19716.R.X.Priyev –geodeziyanın əsasları və topoqrafiya , maarif nəşriyyatı ,Bakı 19717.R.X.Priyev,kartoqrafiya8.Şəfiyev Ə.İ. «Mühəndis geodeziyası».9. M.İ.Cəfərov., R.M.Quliyev. Torpaq fondu və ondan səmərəli istifadə.

24

Page 25: · Web viewMüasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür

M ü n d r i c a təKartoqrafik təsvirin dərk olunması və generalizasiya

Kartoqrafik təsvirin dərk olunması

...........................................................................3Topoqrafik xəritələrin oxunması…………...............................................….…… .11

Kartoqrafik generalizasiya........................................................................................18

İstifadə olunmuş ədəbiyyat siyahısı............................................................................24

25