asantelebe.files.wordpress.com · web viewƏrəb dilinin bu cür geniş yayılmasında təbii...

28
MÜNDƏRİC AT GİRİŞ .............................................. ............................................2 Müasir ərəb dilində əvəzliklər ......................................... ...........3 Bitişən əvəzliklər ......................................... ...............................4 Şəxs əvəzlikləri ........................................ ....................................7 Sual əvəzlikləri ........................................ .....................................9 İşarə əvəzlikləri ........................................ .....................................11 Nisbi əvəzliklər ......................................... ....................................12 1

Upload: trinhthien

Post on 24-May-2018

221 views

Category:

Documents


4 download

TRANSCRIPT

Page 1: asantelebe.files.wordpress.com · Web viewƏrəb dilinin bu cür geniş yayılmasında təbii ki,ərəb fəthlərinin də mühüm rolu olmuşdur.Elə bu dövrdən sonra Azərbaycan

MÜNDƏRİCAT

GİRİŞ ..........................................................................................2

Müasir ərəb dilində əvəzliklər ....................................................3

Bitişən əvəzliklər ........................................................................4

Şəxs əvəzlikləri ............................................................................7

Sual əvəzlikləri .............................................................................9

İşarə əvəzlikləri .............................................................................11

Nisbi əvəzliklər .............................................................................12

İş əvəzlikləri ..................................................................................13

Nəticə .............................................................................................14

Ədəbiyyat........................................................................................17

1

Page 2: asantelebe.files.wordpress.com · Web viewƏrəb dilinin bu cür geniş yayılmasında təbii ki,ərəb fəthlərinin də mühüm rolu olmuşdur.Elə bu dövrdən sonra Azərbaycan

G İ R İ Ş

Müasir ərəb dili dünyanın ən geniş yayılmış və qədim

dillərindəndir.Ərəb dili flektiv dillər qrupuna daxildir.Müasir dövrümüzdə ərəb

dili 20 –dən artıq dövlətin rəsmi dilidir.Bu dillərdə danışan ölkələr Afrika

qitəsinin şimalında,Ərəbistan yarımadasında,Asiya qitəsinin cnub-qırbində

( Aralıq dəninzinin şərq sahillərində) yerləşir.Həmçinin ərəb dili Beynəlxalq

millətlər Təşkilatında altı beynəlxalq dildən biridir.

Ərəb dilinin bu cür geniş yayılmasında təbii ki,ərəb fəthlərinin də

mühüm rolu olmuşdur.Elə bu dövrdən sonra Azərbaycan dilinə də ərəb sözləri

keçmişdir.Müasir Azərbaycan dilinə də nəzər yetirsək görərik ki,ərəb sözləri

elə indi də dilimizdə çoxluq təşkil edir.Bir çox müsəlman ölkələrində olduğu

kimi Azərbaycanda da uzun müddət ərəb əlifbasından istifadə edilmişdir.

Ərəb dili dünyanın ən zəngin dillərindən biridir.Bu istər morfoloji,istər

leksik,istərsə dəsöz yaradıcılığı baxımından belədir.Bu dildəki

sinonimlər,omonimlər də onun zənginləşməsində böyük rol oynayır.Ərəb

dilində fikri daha aydın ifadə etmə,fikrin ifadəliliyi də onun lüğət fondunun

zənginliyindən xəbər verir.

Ərəb dilinin morfologiyası bu dildəki nitq hissələrini(əsas nitq

hissələrini,köməkçi nitq hissələrini)öyrənir.Bu nitq hissələri də ərəb dilinin

zənginləşməsində müstəsna rol oynayır.O cümlədən əsas nitq hissəsi olan

əvəzliklər də bu qəbildəndir.Əvəzliklər ikibağlayıcılı təyin budaq cümləli

tabeli mürəkkəb cümlələrin,sual sözlü ismi cümlələrin qurulmasında və s.

Ifadələrin qurulmasında istifadə olunur.

2

Page 3: asantelebe.files.wordpress.com · Web viewƏrəb dilinin bu cür geniş yayılmasında təbii ki,ərəb fəthlərinin də mühüm rolu olmuşdur.Elə bu dövrdən sonra Azərbaycan

MÜASİR ƏRƏB DİLİNDƏ ƏVƏZLİKLƏR

Digər dillərdə olduğu kimi ərəb dilninin morfologiyası nitq hissələrini

öyrənir.Morfologiya bölməsinə aid olan nitq hissələrindən biri də

əvəzlikdir.Əvəzliklər digər əsas nitq hissələrini əvəz edə bilirlər.Ərəb ədəbi

dilində əvəzliklər adlandırılır “ضمير“ və əvəzliklər digər nitq hissələrindən

fərqli olaraq quruluşca müxtəlif növlərə bölünmürlər.Əvəzliklər quruluşca

növlərə bölünməsələr də,ərəb dilində işlədilməsinə görə iki qrupa bölünürlər:

1 المنفصلظ ayrı yazılan əvəzliklər -الضمير

2. المتصل bitişən əvəzliklər-الضمير

المنفصل Adından الضمير məlum olduğu kimi bu əvəzliklər ayrı

yazılan əvəzliklərdir.Bu əvəzliklər heç bir sözə birləşməyərək ayrı

yazılırlar.Ayrı yazılan əvəzliklərə biz şəxs əvəzliklərini,sual əvəzliklərini,ال hissəciyindən sonra gələn əvəzlikləri və.s göstərə bilərik .Məsələn;

مهند . .Mən mühəndisəm انا

اال. جاء ما Yalnız mən gəldim انا

هو؟ ?O,kimdir من

İkinci cümlədəkiاال hissəciyi Azərbaycan dilinə tərcümə olunarkən “ancaq”,

“yalnız”, “sadəcə” mənalarını bildirir.Nümunədən göründüyü kimi اال hissəciyindən sonra gələn şəxs əvəzliyi ayrı yazılıb.Digər hissəcik isə ايا hissəciyidir.ايا hissəciyi tək işləndiyi halda heç bir məna daşımır.O bir

ədatdır və vasitəsiz tamamləq kimi çıxış edən əvəzliyi özünə birləşdirir.Bu

zaman onunla işlənən əvəzlik hissəciyə birləşdiyi üçün bitişən əvəzliyə

çevrilir.Lakin onun bitişən əvəzliyə çevrilməsinə baxmayaraq hissəciyi iləايا

3

Page 4: asantelebe.files.wordpress.com · Web viewƏrəb dilinin bu cür geniş yayılmasında təbii ki,ərəb fəthlərinin də mühüm rolu olmuşdur.Elə bu dövrdən sonra Azərbaycan

işlənən əvəzliklər ərəb dili qramatikasında ayrı yazılan əvəzliklər qrupuna

daxildir.

Bitişən əvəzliklər

Ərəb ədəbi dilində mövcud olan şəxs əvəzlikləri hallanmırlar. Bu əvəzliklər

yalnız adlıq halda olur və ayrı şəkildə yazılırlar.Cümlədə digər iki halın

mənasını bildirmək üçün bitişən əvəzliklərə çevrilir və sözlərə bitişik

yazılırlar.Ərəb dilində bitişən əvəzliklərdən geniş şəkildə istifadə

olunur.Bitişən əvəzliklər aşağıdakılardır;

TƏK CƏM TƏSNİYƏ

1. ي نا

2. , , ك ك كن كم كما

3. , هما , هن هم ها ه

Bətəşən əvəzliklər isim,fel,isimləşmiş sözlərlə,yiyəlik və təsirlik halını tələb

edən ön qoşmalarla işlədilərək müxtəlif mənalar bildirirlər.Bitişən əvəzliklər

təsirsiz fellər ilə işlədildikdə vasitəsiz tamamlığın mənasını daşıyırlar.Misal

üçün;

.Mən onu gördüm شاهدته

İsimlə işlənən bitişən əvəzliklər mənsubluq bildirir Misa üçün;

. Kitabım maraqlıdır كتابيشيق

Mənim kitabım كتابي

4

Page 5: asantelebe.files.wordpress.com · Web viewƏrəb dilinin bu cür geniş yayılmasında təbii ki,ərəb fəthlərinin də mühüm rolu olmuşdur.Elə bu dövrdən sonra Azərbaycan

Bitişən əvəzliklər fellərlə işlədildikdə müxtəlif qrammatik qaydalar ortaya

çıxır.

1) I şəxsin təkinin bitişən əvəzliyi olan ي -felə birləşərkən ني- olur.

.O məni gördü شاهدني

2) II şəxsin cəm müzəkkərində olan felə,birləşən əvəzlik qoşulduqda şəxs

sonluğu ilə bitişən əvəzlik arasına “ و” hərfi artırılır.

.Siz bizi gördünüz شاهدتمونا

3)III şəxsin cəm müzəkkərindəki felə bitişən əvəzlik artırıldıqda felin şəxs

sonluğundakı أ – atılır.

.Onlar bizi gördülər شاهدونا

*Bundan başqa bitişən əvəzliklərin isimlərlə işlədilməsində də xüsusiliklər

mövcuddur.

1) İsmə bitişən əvəzlik qoşulduqda isim müəyyənlikdə olur və onun ال

artiklılını qəbul etməsinə lüzum qalmır.

2)Bitiçən əvəzliklər təmərbutəli sözə qoşulduqları zaman sözün sonundakı

təmərbutə məbsudəyə çevrilir.Məsələn;

مكتبتنا - مكتبة

*Bitişən əvəzlikli isimlərin hallanması;

Adlıq ; كتابك

Yiyəlik; كتابك

5

Page 6: asantelebe.files.wordpress.com · Web viewƏrəb dilinin bu cür geniş yayılmasında təbii ki,ərəb fəthlərinin də mühüm rolu olmuşdur.Elə bu dövrdən sonra Azərbaycan

Təsirlik; كتابك

*Bitişən əvəzliklərin köməkçi nitq hissələri ilə işlədilməsi;

TƏK CƏM TƏSNİYƏ

I مني منا

II منك , , منك منكن منكم منكما

III منها , , منه منهن منهم منهما

Nümunədəki I şəxsin təkinin və cəminin təsrifində fərqlilik vardir.Belə ki,I

şəxsin təsrifi zamanı iki ن -nun yanaşı gəldiyi üçün təşdidlənir;

مني + منني ني من

منا+ مننا نا من

ŞƏXS ƏVƏZLİKLƏRİ

6

Page 7: asantelebe.files.wordpress.com · Web viewƏrəb dilinin bu cür geniş yayılmasında təbii ki,ərəb fəthlərinin də mühüm rolu olmuşdur.Elə bu dövrdən sonra Azərbaycan

Əvəzliklər məna növlərinə görə bir neçə qrupa bölünürlər.Bunlardan biri də

şəxs əvəzlikləridir.Digər əvəzliklər kimi şəxs əvəzliklərindən də ərəb ədəbi

dilində geniş istifadə olunur.Şəxs əvəzlikləri özü də üç qrupa bölünür;Iمتكلم

- mənası “danışan” deməkdir.Ərəb qrammatikasında I şəxs

əvəzlikləri belə adlandırılır.متكلم əvəzliklər təkdə انا (mən),cəmdə نحن (biz) –dir.

II مخاطب - mənası “ xitab olunan” –deməkdir.

II şəxs əvəzlikləri ərəb dilində adlandırılır.Bunlarمخاطب

, , , انتما , انتن انتم انت .əvəzlikləridir انت

III غائب - III şəxs əvəzlikləridir. غائب - əvəzlikləri; , , , هما , هن هم هي هو

Cədvəl;

المفرد الجمع التثنية المتكلم انا نحن

انتن, انتما انت , انتم المخاطب انتهن, هما هي, هم الغائب هو

Şəxs əvəzlikləri hallanmırlar.Onlar yalnız adlıq hal mənasını

daşıyırlar.Digər iki halı(yiyəlik və təsirlik halını)bildirmək üçün ərəb ədbi

dilində bitişən əvəzliklərdən istifadə olunur.Şəxs əvəzlikləri cümlədə mübtəda

və xəbər olurlar.

استاذ .O ,müəllimdir هو

هو Bu odur هذا

7

Page 8: asantelebe.files.wordpress.com · Web viewƏrəb dilinin bu cür geniş yayılmasında təbii ki,ərəb fəthlərinin də mühüm rolu olmuşdur.Elə bu dövrdən sonra Azərbaycan

Birinci nümunədə şəxs əvəzliyi mübtəda,ikinci nümunədə isə xəbərdir.Əsasən

ismi cümlələrdə şəxs əvəzlikləri cümlədə yazılır.Feli cümlələrdə isə yazılmaya

da bilər.Yəni fel keçmiş və ya indiki zamanda təsrif olunarkən həmin mənanı

özündə daşıyır.

.Mən yazdım (yazdım)– اكتب

Bu nümunədə göründüyü kimi şəxs əvəzliyi yazılmayıb.Lakin felin təsrifi

zamanı bu məna ortaya çıxır.Feli cümlələrdə şəxs əvəzlikləri yazıla da bilər.Bu

zaman əvəzlik feldən əvvəl yazılır.Təsrif olunan felin şəxs əvəzliyi ilə

işlədilməsindən məntiqi vurğunu əmələ gətirmək üçün istifadə olunur.

كتب .Mən yazıram - اناا

Bu cümlədə vurğu mən sözünün üstünə düşür və bu əvəzlik vurğulanaraq

deyilir.Belə cümlələrdə şəxs əvəzliyi feldən sonra da yazıla bilər.

III şəxs əvəzlikləri olan , , , هما, هن هم هي bəzən هو ismi cümlədə xəbər

şəkilçisini əvəz edirlər.Belə halda bu əvəzliklər öz mənalarından təcrid

olunaraq,mübtəda ilə xəbər arasında işlədilir və -dır şəkilçisinin mənasını

daşıyırlar.Bu əvəzliklər;1)Artikıllı ismi xəbəri mübtədadan ayırmaq;

2)İsmi xəbəri mübtədaya xüsusi şəkildə bağlamaq üçün istifadə

olunur.

1)Artikıllı ismixəbəri mübtədadan ayırır;

الكتاب هو Bu kitabdır.Nümunədə III şəxs əvəzliyi artikıllı هذا ismi xəbəri

mübtədadan ayırıb.Bu cümlədə əvəzliyiهو gəlməsəydi onda hər iki söz

müəyyənlikdə olardı və bu cümlə kimi deyil,söz birləşməsi kimi tərcümə

olunacaq. الكتاب bu kitab - هذا

8

Page 9: asantelebe.files.wordpress.com · Web viewƏrəb dilinin bu cür geniş yayılmasında təbii ki,ərəb fəthlərinin də mühüm rolu olmuşdur.Elə bu dövrdən sonra Azərbaycan

2)İsmi xəbəri mübtədaya xüsusi şəkildə bağlayır;Bu vəziyyətdə də bu

əvəzliklər –dır şəkilçisinin mənasını daşıyırlar. الجاحظ؟ هو Cahiz من

kimdir?

SUAL ƏVƏZLİKLƏRİ

Əvəzliklərin məna növlərindən biri də sual əvəzlikləridir.Sual əvəzlikləri

aşağıdakıla مااين, hara ,harada ماذا

neçə- كم kim -من

اية, necə-كيف hansı اي

Bu sual sözləri adətən əksər hallarda cümlənin başında gəlirlər. اي , sual اية

əvəzlikləri sifətə aid əvəzliklərdir.Adıçəkilən əvəzliklərin cinsə görə müzəkkər

və müənnəs olmaqla iki qrupa bölünürlər.اية isə müənnəsdir.Bu sual

əvəzliklərinin özünəxas cəhətləri vardır.Bu xüsusiyyətlərdən biri də onların

isimlərdən əvvəl gələrək onlarla izafətə girməsidir.اية və sual اي sözləri

izafətə girdiyi isimdən əvvəl gəlir,aid olduğu ismi yiyəlik halına salır.

الكتاب؟ اي ?Bu hansı kitabdır هذا

Nümunədəki cümlədə göstərildiyi kimi buradakı hansı sözü kitab sözünə

aiddir və onunla birləşərək uzlaşmayan söz birləşməsi əmələ gətirib.Bu izafət

tərkibi cümlənin baş üzvü olan xəbərdir.Cümlənin mübtədası isə işarə

əvəzliyidir.

;Sual əvəzliyinin işlədilməsi ما

1)Sual əvəzliyi kimi;

هذا؟ ?Bu nədir ما

9

Page 10: asantelebe.files.wordpress.com · Web viewƏrəb dilinin bu cür geniş yayılmasında təbii ki,ərəb fəthlərinin də mühüm rolu olmuşdur.Elə bu dövrdən sonra Azərbaycan

Bu sual əvəzliyi ön qoşmalarla işlədilərək müxtəlif məna çalarları əmələ

gətirir;

nə üçün لما nə iləبما

nədən مما nədəفيما

3) Tabeli mürəkkəb cümlədə “ nə ki”,” hansı ki” əvəzində işlədilən nisbi

əvəzliyin mənasını daşıyır.

يعجبني .Mənim xoşuma gələn budurهذا

əvəzliyi də tabeli mürəkkəb cümlədə nisbi من sual əvəzliyi kimi ما

əvəzlik kimi çıxış edə bilir, “kim”,”kim ki”,”o kəs ki” mənalarında

işlədilir.

الكتاب؟ هذه كتب من Bu kitabı yazan odurmu?(hərfən;o o kəsdirاهو

ki, bu kitabı yazmışdır?)

Digər əvəzliklər kimi sual əvəzlikləri də ön qoşmalarla

işlədildikdə müxtəlif məna çalarları əmələ gətirirlər.

؟ اين neçəyə بكم؟ ?haraya الى

اين؟ ?nə üçün لماذا؟ ?Haradan من

10

Page 11: asantelebe.files.wordpress.com · Web viewƏrəb dilinin bu cür geniş yayılmasında təbii ki,ərəb fəthlərinin də mühüm rolu olmuşdur.Elə bu dövrdən sonra Azərbaycan

İŞARƏ ƏVƏZLİKLƏRİ

Ərəb ədəbi dilində də başqa xarici dillərdə olduğu kimi əvəzliklərin

məna növündən sayılan işarə əvəzlikləridir.İşarə əvəzlikləri aşağıdakılardır:

Müzəkkərdə; , ذلك هذا

Müənnəsdə; , تلك هذه

Bu əvəzliklərdən هذه, təkdə هذا hallanmırlar. , تلك isə ذلك təkdə

ikihallıdır.Adlıq halda تلك , ;yiyəlik və təsirlik halında , ذلك تنك , . ذنك

və هذا isə هذه yalnız təsniyədə hallanırlar.Bu o deməkdir ki,işarə

əvəzliklərinin təsniyəsi mövcuddur.İşarə əvəzliklərinin təsniyə forması olduğu

kimi cəm forması da vardır. , تلك işarə ذلك əvəzlikləri üçün cəm forması

,(onlar) اوالئك هذه .dir هوالء işarə əvəzlikləri üçün cəm forması هذا

Təsniyədə - , - هتان هذه هذان :olur.Təsniyədə hallanması , هذا

Adlıq : - هتان هذان

Yiyəlik: - هتين هذين

Təsirlik: هتين هذين

İşarə əvəzliklərinin işlədilməsi:

Sifətdən fərqli olaraq işarə əvəzlikləri isimdən əvvəl gəlirlər.Bu əvəzliklər

müəyyənlikdədir və eəl buna görə də bu əvəzliklər uzlaşan təyini söz

birləşməsi əmələ gəlir.Yox əgər isim artikl qəbul etməzsə,bu zaman cümlə

olur.

11

Page 12: asantelebe.files.wordpress.com · Web viewƏrəb dilinin bu cür geniş yayılmasında təbii ki,ərəb fəthlərinin də mühüm rolu olmuşdur.Elə bu dövrdən sonra Azərbaycan

Məsələn: الكتاب .Bu kitabdır هذا

ب كتا Bu kitabهذا

NİSBİ ƏVƏZLİKLƏR

Nisbi əvəzliklər ərəb qramatikasında da mövcuddur.Nisbi əvəzliklər işarə

əvəzliklərinin az işlənən formasından əmələ gəlmişdir.(işarə əvəzliklərinin az

işlənən formaları: تا , , , تي ذي təsdiq ل İşarə əvəzliklərinin bu formaları( ذا

ədatını və ال artiklını birləşdirərək nisbi əvəzliyi əmələ gətirib.Bu əvəzliklərin

cəm forması da mövcuddur.Nisbi əvəzliklər aşağıdakılardır:

Müzəkkər Müənnəs

Tək التي الذي

Cəm ,الذين ااالتي اللواتي

Təsniyə الذان التان

Bu nisbi əvəzliklər azərbaycan dilinə hansı (ki),hansılar(ki),hansı ikisi (ki)

tərcümə olunur Bu əvəzliklərin yalnız təsniyə forması hallanır.Nisbi

əvəzliklərin təsniyə forması ikihallıdır.

Müzəkkər Müənnəs

Adlıq الذان التان

Yiyəlik الذين التين

12

Page 13: asantelebe.files.wordpress.com · Web viewƏrəb dilinin bu cür geniş yayılmasında təbii ki,ərəb fəthlərinin də mühüm rolu olmuşdur.Elə bu dövrdən sonra Azərbaycan

Təsirlik الذين التين

Nisbi əvəzliklərdən bağlayıcılı təyin budaq cümləli tabeli mürəkkəb

cümləsinin qurulmasında istifadə olunur.Bu cümlə növü ərəb ədəbi dilində

geniş yayılmışdır.Bəzi hallarda isə ما və من sual əvəzlikləri də nisbi

əvəzliklərin yerində işlənə bilər.Bu əvəzliklər nisbi əvəzliklərin yerində

işlənəndə kim(ki) ,nı (ki),o şey(ki) mənalarını ifadə edirlər.

قراته الذي هوالكتاب .Bu mənim oxuduğum kitabdır هذا

İ Ş ƏVƏZLİKLƏRİ

Əvəzliyin digər bir məna növü də iş əvəzlikləridir.Bu əvəzlik ərəb ədbi dilində

الشان olaraq adlandırılır.Bu əvəzliyin özünəməxsus özəl xüsusiyyəti ضمير

odur ki,bu əvəzlik digır əvəzliklərdən fərqli olaraq özündən əvvəl gələn

hissəyə yox,özündən sonra gələn hissəyə aid olur.İş əvəzlikləri azərbaycan

dilinə o ,ki,bu ki və digər mənlarda tərcümə olunur.Bu əvəzliklərdən fikri

kinayə rolu ilə ifadə etməkdən ötrü istifadə olunur.Bu əvəzliklər III şəxsin

təkinin əvəzlikləri olan هو (müzəkkər), هي (müənnəs) əvəzlikləridir.

االنسانية اساس الدين .Din insanlığın əsasıdır هو

İş əvəzliyinin iki forması mövcuddur: bitişik yazılan və ayrı yazılan.

Bitişik yazılana misal göstərək;

سمعت صديقك ياتي .Eşitdim ki,sənin dgələcəkانه

İş əvəzliyi ayrı yazılarkən mübtəda vəzifəsində çıxış edir.Məsələn;

هو قل هللاهحد De; O Allah birdir.

13

Page 14: asantelebe.files.wordpress.com · Web viewƏrəb dilinin bu cür geniş yayılmasında təbii ki,ərəb fəthlərinin də mühüm rolu olmuşdur.Elə bu dövrdən sonra Azərbaycan

İş əvəzliyinin xəbəri ismin özünə keçməz.Yəni iş əvəzliyindən bilavasitə sonra

mübtəda gəlməlidir.

NƏTİCƏ

Ərəb dilinin morfologiyası bu dildəki nitq hissələrini (əsas nitq

hissələrini,köməkçi nitq hissələrini) öyrənir.Bu nitq hissələri də ərəb dilinin

zənginləşdirilməsində müstəsna rol oynayır.O cümlədən əsas nitq hissəsi olan

əvəzliklər də bu qəbildəndir.

Əvəzliklər ikibaşlı cümlələrin,bağlayıcılı təyin budaq cümləli

tabeli mürəkkəb cümlələrin,sual sözlü ismi cümlələrin qurulmasında və

s.ifadələrin qurulmasında istifadə olunur.

Ərəb qramatikasında əvəzliklər ضمير adlandırılır və əvəzliklər digər nitq

hissələrindən fərqli olaraq quruluşca müxtəlif növlərə bölünmürlər.Əvəzliklər

quruluşca növlərə bölünməsələr də,ərəb dilində işlədilməsinə görə iki qrupa

bölünürlər:

المنفصل (1 ayrı yazılan əvəzliklər الضمير

bitişən əvəzliklərالضميرالمتصل ( 2

Adındanالضميرالمنفصل məlum olduğu kimi bu əvəzliklər ayrı yazılan

əvəzliklərdir.Bu əvəzliklər heç bir sözə birləşməyərək ayrı yazılırlar.

.Ərəb ədəbi dilində mövcud olan şəxs əvəzlikləri hallanmırlar الضميرالمتصل

14

Page 15: asantelebe.files.wordpress.com · Web viewƏrəb dilinin bu cür geniş yayılmasında təbii ki,ərəb fəthlərinin də mühüm rolu olmuşdur.Elə bu dövrdən sonra Azərbaycan

Bu əvəliklər yalnız adlıq halında olur və ayrı şəkildə yazılırlar.Cümlədə digər iki halın mənasını bildirmək üçün bitişən əvəzliklərə çevrilir və sözlərə bitişik yazılırlar.Bitişən əvəzliklər aşağıdakılardır:

TƏK CƏM TƏSNİYƏ

I- ي - ناII- , , كك - كن كم كما

III -, , ها - ه هن هم هما

Əvəzliklər məna növlərinə görə bir neçə qrupa bölünürlər:

1)Əxs əvəzlikləri

2)Sual əvəzlikləri

3)İşarə əvəzlikləri

4)Nisbi əvəzliklər

5)İş əvəzlikləri

Cədvəl

المفرد الجمع التثنية المتكلم انا نحن

انتن , انتما انت , انتم المخاطب انتهن , هما هي, هم الغائب هو

2) Sualəvəzlikləri

من كم

, اية اي كيف

, ما ماذا اين

3)İşarə əvəzlikləri;

Müzəkkərdə; ذلك , هذا

Müənnəsdə; تلك هذه

15

Page 16: asantelebe.files.wordpress.com · Web viewƏrəb dilinin bu cür geniş yayılmasında təbii ki,ərəb fəthlərinin də mühüm rolu olmuşdur.Elə bu dövrdən sonra Azərbaycan

4)Nisbi əvəzliklər; Müzəkkər Müənnəs

Tək الذي التي

Cəm الذين , الالتي اللواتي

Təsniyə الذان التان

5)İş əvəzlikləri;

Bu əvəzlik ərəb dilində الشان olaraq adlandırılır.İş əvəzlikləri ضمير

III çəxsin təkinin əvəzlikləri olan müzəkkər) هو هي

(müənnəs)əvəzlikləridir.Bu əvəzliklərdən fikri kinayə yolu ilə ifadə etməkdən

ötrü istifadə olunur.Ərəb dilində azərbaycan dilindən fərqli olaraq qayıdıç

əvəzlikləri yoxdur.Bu əvəzliyi bildurmək üçün

.sözündən istifadə olunur نفس

16

Page 17: asantelebe.files.wordpress.com · Web viewƏrəb dilinin bu cür geniş yayılmasında təbii ki,ərəb fəthlərinin də mühüm rolu olmuşdur.Elə bu dövrdən sonra Azərbaycan

ƏDƏBİYYAT

1) Ə.C.Məmmədov; Ərəb dili, Bakı.Maarif,1998, səh.620

2) ƏşC.Məmmədov;Ərəb dili,orta kurs.Bakı,Maarif ,1996

3) Dr.Mustafa Meral Çörtü,Arapça Dilbilgisi,Nahiv,İstanbul 2007

4) Dr.Mustafa Meral Çörtü,Arapça Dilbilgisi,Edatlar,İFAv ,İstanbul,2008

5) Bekir Topaloğlu,İstanbul ,1994

17