w w w . q a f q a z . e d u . a zebooks.azlibnet.az/download/csex4ity.pdf · lumat verərək...

18
TéL B L R ÜÇÜN AVROPA KREDÌT TRANSFER SÌSTEMÌ (AKTS) MéLUMAT KÌTABÇASI ééé www.qafqaz.edu.az AKTS ECTS www.qafqaz.edu.az ƏLAQƏ MƏLUMATLARI QUALITY MANAGEMENT CERTIFICATE Tel: (+994 12) 448 28 62/66; Faks: (+994 12) 448 28 61/67; e-mail: info@qafqaz.edu.az Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Qafqaz Universitetinin yeni tədris binasının təməlini atarkən b ir d ünya u niversite t i EUROPEAN CREDIT TRANSFER SYSTEM (ECTS) INFORMATION PACKAGE FOR STUDENTS

Upload: phungkiet

Post on 20-Aug-2019

217 views

Category:

Documents


0 download

TRANSCRIPT

TéL B L R ÜÇÜN AVROPA KREDÌT

TRANSFER SÌSTEMÌ (AKTS)

MéLUMAT KÌTABÇASI

é é é

ww

w.q

af q

az . e

du

. az

AKTS

ECTS

w w w . q a f q a z . e d u . a z

ƏLAQƏ MƏLUMATLARI

QUALITY MANAGEMENT CERTIFICATE

Tel: (+994 12) 448 28 62/66; Faks: (+994 12) 448 28 61/67;

e-mail: [email protected]

Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Qafqaz Universitetinin yeni tədris binasının təməlini atarkən

b i r d ü n y a u n i v e r s i t e t i

EUROPEAN CREDIT TRANSFER SYSTEM

(ECTS) INFORMATION PACKAGE

FOR STUDENTS

Q a f q a z Ü n i v e r s i t e s i . . .

m ü a s i r k a m p ü s . . .

TéL B L R ÜÇÜN AVROPA KREDÌT TRANSFER SÌSTEMÌ

(EKTS)

MéLUMAT KÌTABÇASI

é é é

Bakı - 2007

Qafqaz Universiteti

Hazırladılar:

Dr. Cihan Bulut, Dr. A. Reha Yılmaz

TéL B L R ÜÇÜN AVROPA KREDÌT TRANSFER SÌSTEMÌ (EKTS)

MéLUMAT KÌTABÇASI

é é é

Redaktor:

Ìslam Hüseynov

Dizayn:

Sahib Kazımov

Copyright ã Qafqaz Universiteti

Boloniya prosesi nədir?

“Boloniya prosesi” adı altında başlayan çalışmaların tarixi 1988-ci ilə qədər uzanır. 19 sentyabr 1988-ci il tarixində Alma Mater-Boloniya Avropanın ən qədim universitetlərindən biri olaraq qurulmasının 900 illik yubileyində “Magna Carta Universitatum” hazırlanır. 25 may 1998-ci ildə Sorbona Universitetinin qurulma-sının 800 illik yubileyində “Sorbona Deklarasiyası” qəbul olunur. 19 iyun 1999-cu ildə isə 29 Avropa ölkəsinin təhsil nazirləri “Boloniya Deklarasiyası”nı imzalayırlar. Boloniya Deklarasiya-sında 2010-cu ilə qədər ortaq bir Avropa Ali Təhsil Zonasının (EHEA) formalaşdırılması üçün bir sıra fəaliyyət prinsipləri mü-əyyənləşdirilmişdir. 25 Mart 2001-ci il tarixində “Höteborq Tələ-bə Deklarasiyası” imzalanır. Bu mövzudakı ən son iclas isə Praqa (19 may 2001) və Qrasda (04 iyul 2003) olan görüşlərdən sonra 19 sentyabr 2003-cü ildə Berlində keçirilmişdir. Praqa Konfransında 2010-cu ilə qədər Avropa Ali Təhsil Zonasının formalaşdırılması müddəaları yenidən gözdən keçirilmişdir.

2005-ci ildən etibarən 45 ölkə prosesə qoşularaq bu ortaq təhsil hədəfini dəstəkləyir. Həmin ölkələr prosesə daxil olma ardıcıl-lıqları ilə bunlardır:

1999: Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Maca-rıtan, İslandiya, İrlandiya, İtaliya, Latviya, Litva, Lyüksem-burq, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumı-niya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Böyük Britaniya;

2001: Xorvatiya, Cənubi Kipr, Lixtenşteyn, Türkiyə;

2003: Albaniya, Andora, Bosniya və Hersoqovina, Vatikan, Rusiya, Serbiya və Çernoqoriya, Makedoniya;

2005: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna.

Boloniya prosesinə üzv olan 45 ölkə ilə yanaşı bəzi beynəlxalq qurumlar da prosesə qoşulmuşdur. Bunlar:

Avropa Komissiyası

Avropa Şurası məsləhətçi üzv

Avropa Universitetlər Birliyi - məsləhətçi üzv

EURASHE - məsləhətçi üzv

ESIB - Avropa Tələbələri Beynəlxalq Birlikləri - məsləhətçi üzv

1

UNESCO-CEPES - məsləhətçi üzv

ENQA - məsləhətçi üzv

Education International Pan-European Structure - məslə-hətçi üzv

UNICE - məsləhətçi üzv

Avropa Kredit Transfer Sistemi (European Credit Transfer System) (ECTS) nədir?

Tələbə mobilliyini asanlaşdırmaq və tələbələrin xaricdə aldıqları

təhsilin öz ölkələrində tanınmasına nail olmaq üçün AB tərə-

findən Avropa Kredit Transfer Sistemi (ECTS) yaradılmışdır.

Avropa Kredit Transfer Sistemi (ECTS / AKTS) bir akademik

tanınma sistemi olub əsas məqsədi müxtəlif ölkələrin təhsil mü-

əssisələrində oxuyan mübadilə proqramı tələbələrinin aldıqları

təhsilin nəticələrinin tam və ədalətli şəkildə müvafiq orqanlar tə-

rəfindən qarşılıqlı olaraq tanınmasını təmin etməkdir.

ECTS başlanğıcda iki müxtəlif ölkənin ali təhsil müəssisələri ara-

sında həyata keçirilən keçişlər üçün yaradılmışdır. Ancaq eyni ali

təhsil müəssisəsi daxilində və ya eyni ölkədəki müxtəlif ali təhsil

müəssisələri arasında da istifadə oluna bilər.

Bu sistemin uzunmüddətli məqsədi isə kredit və qiymətləndirmə

məsələlərində Avropa ölkələri miqyasında standartlaşdırmaq,

şəffaflığa nail olmaq, beləliklə, Avropa təhsil məkanında inteq-

rasıyanı gücləndirməkdir. Bu baxımdan Avropa Kredit Transfer

Sistemi ali təhsil sahəsində Avropa səviyyəsində keçərli bir

“ortaq dil” olaraq qiymətləndirilir.

ECTS sistemini başqa tələbə mobilliyi proqramlarından fərqlən-

dirən ən vacib xüsusiyyəti xaricdə təhsil almağa gedən tələbə-

lərin həmin universitetin tələbələri ilə birlikdə dərslərdə iştirak et-

mələrini həyata keçirməsidir. Beləcə tələbələrin həmin universi-

tetin akademik həyatına fəal şəkildə iştirak etməsi mümkün olur.

ECTS çərçivəsində xaricdə təhsil alan tələbələr sadəcə müəy-

yən bir müddət üçün deyil, arzu edərlərsə proqramlarını bitirənə

qədər getdikləri ali təhsil müəssisəsində qala bilərlər. Əlavə ola-

raq, istəyən tələbələr üçüncü bir ali təhsil müəssisəsinə də keçə

bilərlər. Bu kimi tələblərin qəbul edilib edilməməsi, diplom alma

və ya keçmə şərtlərinin irəli sürülməsi müvafiq ali təhsil orqan-

larının səlahiyyəti daxilindədir.

2

Ali təhsil müəssisələri xarici tələbələrin akademik uğurları ilə bağlı bütün məsələlərdə qərarvermə səlahiyyətinə malikdir. Mü-əssisələr mövcud dərs tiplərində və qiymətləndirmə normala-rında hər hansı bir dəyişiklik etmədən öz tələbələri tərəfindən alınan dərslərin və imtahanların hamısını qonaq tələbələr üçün də həyata keçirirlər.

ECTS çərçivəsində xaricdə təhsil almağa qərar verən bir tələ-bənin edəcəyi ilk iş ixtisasına uyğun proqrama sahib olan ali təh-sil müəssisələrini müəyyənləşdirməkdir. Bu məqsədlə ECTS-ə qoşulan müəssisələrin hazırladığı və istər müəssisə, istərsə də dərs proqramının quruluşu ilə dərslərin məzmunu haqqında bilgi verən Məlumat kitabçasından (information package) faydalanılır. Gediləcək müəssisə müəyyən olunduqdan sonra tələbə tərəfin-

dən ərizə forması doldurulur (application form) və akademik ta-

nınmanın zəmanət altına alınması məqsədi ilə tələbə ilə tələbə-

nin öz müəssisəsi və xaricdəki təhsil alacağı müəssisə arasında üçtərəfli müqavilə imzalanır (learning agreement). Ölkələr arasın-

dakı istər təhsil, istərsə də qiymətləndirmə sistemlərindəki fərqli-liklər səbəbindən tələbələrin dərs yüklərinin müəyyənləşdirilmə-

sində və aldığı qiymətlərin köçürülməsində bir qayda olaraq “ortaq dil” istifadəsi məcburidir. Bu məqsədlə hər fənn üçün ECTS krediti (ECTS credit) müəyyən olunur, alınan qiymətlər isə ECTS qiymətləndirmə sisteminin (ECTS grading scale) köməyi

ilə hərf qiymətinə çevirilir. Bütün bu işlərin görülməsində əlaqə-

ləndiricilər fəal rol oynayaraq həm məsləhətçi vəzifəsini yerinə yetirərlər, həm də qarşıya çıxa biləcək problemlərin həllində kö-məklik göstərərlər.

ECTS krediti nədir? Nələri əhatə edir?

Avropa Kredit Transfer Sistemi (ECTS) tələbələrin xarici ölkədə aldıqları və müvəffəq olduqları dərs kreditlərinin bir ali təhsil mü-əssisəsindən digərinə köçürülməsinə imkan verən bir sistemdir.

Bu sistemdə akademik semestrlər (yarımilliklər) kreditləndirilir. Həyata keçirilərkən bir illik akademik təhsilə (iki yarımillik) 60 kredit, bir yarımillik təhsilə isə 30 kredit verililir. Bir ildə 3 semestr tətbiq edən ali təhsil müəssisələrində hər bir semestr 20 kredit olaraq qiymətləndirilir.

ECTS krediti bütöv miqdar olaraq verilir 1.83 kimi saylardan qaçınılır. Ancaq çox zəruri hallarda onluq kəsr saylarından da istifadə olunur.

3

ECTS krediti bir fənnin uğurla tamamlanması üçün tələbənin

üzərinə düşən bütün işləri (nəzəriyyə, praktika, seminar, fərdi

çalışma, imtahanlar, tapşırıqlar və s.) ifadə edən bir dəyərdir.

Bu dəyər hər fənnin bir ali təhsil müəssisəsində bir tədris ilinin

vaxtında tamamlaması üçün lazım olan ümumi iş yükünün nə

qədərlik bir hissəsini əhatə etdiyinin göstəricisidir.

Bir tədris ilində 120 ECTS kreditlik bir proqramda iştirak etmək

istəyən bir tələbənin yükü müvafiq ali təhsil müəssisəsində təh-

sil alan orta hesabla bir tələbənin aldığı dərs yükünün iki qatı ola-

caqdır. Bir tədris ilində 30 ECTS kreditlik bir proqramda iştirak

etmək istəyən bir tələbənin yükü isə müvafiq ali təhsil müəssi-

səsində təhsil alan orta hesabla bir tələbənin aldığı dərs yükünə

görə çox azdır və yarı-zamanlı statusda dərs alacaqmış kimi

düşünülə bilər.

ECTS krediti veriləcək fənlər hansılardır?

Məcburi və seçməli dərslərin hamısına ECTS krediti verilməlidir.

Tələbənin iştirak etdiyi proqramı başa vurması üçün alınması

məcburi olan dissertasiya işi, layihə işi və ya təcrübə kimi çalış-

malara da ECTS krediti verilməlidir. ECTS krediti sadəcə audi-

toriya saatını deyil, o fənlə bağlı bütün iş yükünü əhatə edir. Audi-

toriya saatı - əgər bir fənn nəzəri olaraq işlənirsə - iş yükü ilə və

bilavasitə auditoriya ECTS krediti ilə birbaşa bağlıdır.

Fənlər üçün ECTS kreditinin müəyyənləşdirilməsində diqqət

edilməsi vacib olan ən önəmli xüsus bir tədris ilində alınması

lazım olan bütün dərslərin kreditlərinin cəminin 60 olması məc-

buriyyətidir.

ECTS krediti ilə auditoriya saatı arasında bir əlaqə vardır. Ancaq

ECTS kreditinin sadəcə dərs saatına bağlı olmadığı, o dərsin

formalaşdırdığı bütün iş yükünü əhatə etdiyi nəzərə alınmalıdır.

Auditoriya saatı - əgər bir dərs klassik üsullarla tədris olunursa -

iş yükü ilə və vasitəsilə ECTS krediti ilə birbaşa əlaqəlidir.

Beş kreditlik bir dərs bir ali təhsil müəssisəsində 24 saatlıq nəzəri

dərs, 6 saatlıq təcrübə və 60 saatlıq fərdi çalışmadan ibarətdirsə,

başqa bir müəssisədə 24 saatlıq nəzəri dərs, 36 saatlıq təcrübə

və 30 saatlıq fərdi çalışmadan ibarət ola bilər. Tələbə hər iki

müəssi-sədə də eyni iş yükü ilə bənzər uğurlar əldə edə bilər.

Görün-düyü kimi, hər iki müəssisədəki ECTS krediti eynidir,

ancaq ümumi dərs saatları fərqlidir.

4

Nəzarətçilərin nəzarətində keçilən laboratoriya və ya layihələn-dirmə işlərindən ibarət olan fənlər üçün vəziyyət daha mürək-kəbdir. Bir saatlıq nəzəri dərs ilə bir saatlıq laboratoriya məşğə-ləsi qətiyyən bir-birinə bərabər deyil. Ali təhsil müəssisələri ümumiyyətlə bir saatlıq laboratoriya dərsini ¼ və ya ½ nəzəri dərs saatı kimi qiymətləndirir. Bir nəzarətçi başçılığında yerinə yetirilməyən layihə çalışmalarının kreditləndirilməsində isə o la-yihənin tam zamanlı bir çalışma nəticəsində neçə həftədə ta-mamlanacağı nəzərə alınmalıdır.

Fənnin səviyyəsi və ya çətinlik dərəcəsi ilə ECTS krediti arasında bir əlaqə varmı?

ECTS krediti heç bir şəkildə fənnin səviyyəsini müəyyən etməz və çətinlik dərəcəsi ilə ECTS kredit miqdarı arasında da bir əlaqə yoxdur. Fənnin səviyyəsi ali təhsil alınacaq müəssisənin məlu-mat kitabçasında öz əksini tapır. Məlumat kitabçasında əlavə olaraq dərsin proqramı, keçilmə tipi, qiymətləndirmə forması (imtahanlar və ev tapşırıqlarının miqdarı və ağırlıqları) kimi mövzularda da məlumatlar olur.

ECTS krediti ilə fənnin saatı arasında bir əlaqə varmı?

ECTS krediti sadəcə dərs saatına bağlı olmayıb o dərsə aid bütün iş yükünü əhatə edər.

Auditoriya saatı - əgər bir dərs nəzəri olaraq işlənirsə - iş yükü ilə və bilavasitə ECTS krediti ilə birbaşa bağlıdır.

ECTS-nin tələbələrə verdiyi imkanlar hansılardır?

Xarici ölkədəki təhsil nəticəsində alınan kreditlərin və ya də-rəcələrin akademik olaraq tanınması üçün əsas təşkil edir.

Tələbələrin xarici ölkədə sadəcə bir müddət üçün deyil, arzu-larına müvafiq olaraq, proqramlarını bitirənə qədər getdikləri ali təhsil müəssisəsində qala bilməsinə imkan verir.

Xarici ölkədə sadə başa düşülən və qarşılıqlı müqayisə olu-na bilən bir diplom.

Təhsil prosesi müddətində əldə edilən akademik karyera və minimum səviyyə haqqında geniş izahat.

Uğur və nailiyyətlər haqqında obyektiv məlumat.

Xarici ölkədə iş tapmaq, ya da yüksək səviyyədəki iş imkan-larına daha asan nail olmaq.

Məzunların işlə təmin olunmasının gücləndirilməsi.

5

ECTS-nin ali təhsil müəssisələri üçün verdiyi imkanlar hansılardır?

Tədris planları və fənnin məzmunu haqqında müfəssəl məlu-mat verir.

Akademik tanınma məsələsində alimlərə yardımçı olur.

Fənn proqramlarının quruluşu, tələbələrin dərs yükü və təd-ris müddətinin sonundakı nailiyyətlərin yenidən nəzərdən ke-çirilməsinə kömək edir.

Avropada müxtəlif qiymətləndirmə sistemlərindən istifadə olunur.

Tələbələrin xarici ali təhsil müəssisəsində aldıqları qiymətlərin öz ölkələrindəki ali məktəblər tərəfindən asanlıqla başa düşül-məsi məqsədi ilə bir ECTS qiymətləndirmə sistemi yaradılmışdır.

Ancaq bu qiymətləndirmə sisteminin əsas məqsədi ali təhsil müəssisələrinə əlavə məlumat verməkdir və müvafiq təhsil mü-əssisəsində mövcud olan hər hansı bir qiymətləndirmə sistemi-nin əvəzində işlədilməsi məcburi deyildir.

Ali təhsil müəssisələri bu qiymətləndirmə sistemini öz sistemləri daxilində necə tətbiq edəcəklərinə özləri qərar verir.

ECTS qiymətləndirmə sisteminin əsas məqsədi tələbənin fəaliy-yətinin səmərəliliyi haqqında ali təhsil müəssisələrinə əlavə mə-lumat verərək şəffaflığı və qarşılıqlı şəkildə müqayisə etmə im-kanı verməkdir.

Müəssisə əvvəlcə tələbənin aldığı qiymətlərin hansı şəkildə pay-lanmasını nəzərdən keçirir. ECTS qiymətləndirmə sistemindəki 10-25-30-25-10 modelini əldə etmək üçün müvəffəq olmuş tə-ləbələrin ümumi sayının ilk 10 % -nə, 35%-nə, 65%-nə və 90%-nə daxil olanların aldıqları ballara görə ECTS qiymətləndirmə limiti müəyyən edilir.

Müvəffəq olmuş tələbə sayının ilk 10 % -nə girən tələbələrə hər zaman avtomatik olaraq “A” qiyməti vermək əsas deyildir.

“A” qiyməti “mükəmməl”-in qarşılığı olduğu üçün bu dərəcəyə müəssisələr arasında da müxtəlif şəkildə yanaşma ola bilər.

Məsələn, tələbələrin sadəcə 8%-ni “First Class Honours” dərə-cəsi ilə məzun edən bir ingilis təhsil müəssisəsi “A” qiymətini ilk 8%-ə girən tələbələrə verə bilər.

Halbuki tələbələrinin 14%-i “30 con lode” olan bir italyan müəs-sisəsinin ilk 14%-ə girən tələbələri ilk 10%-lik tələbələrdən fərq-ləndirməsi vacib deyildir.

6

Digər tərəfdən, bir ispan müəssisəsinin “Matricula de Honor” dərəcəsi ilə mükafatlandırdığı tələbə sayı ümumi tələbə sayının 5%-indən az ola bilər.

Bu halda “mükəmməl” dərəcəsi:

Akademik dərəcə və ixtisas tanınmasını asanlaşdıraraq şəf-faflığı artırır.

Bütün Avropada qəbul olunan ortaq bir sistem formalaşdı-rarkən milli təşkilati xüsusiyyəti qoruyur.

Qənaətedici olması baxımından bir başqa təhsil sistemi da-xilində başa düşüləcək şəkildə məlumat verir.

Müəssisənin xaricdə tanınma və qəbul edilmə imkanını ar-tırır.

Məzunlarının öz ölkələrində və beynəlxalq səviyyədə işlə təmin olunma imkanını artırır.

Diplomun dərəcəsi və köçürülməsi xüsusunda tez-tez rast gəlinən bir çox sualı cavablandırması baxımından zaman itkisinin qarşısını alır.

ECTS qiymətləndirmə sistemi necədir?

Avropada bir çox müxtəlif qiymətləndirmə sistemlərindən isti-fadə olunur. Bu səbəbdən tələbələr, bəzi problemlərlə qarşı-laşırlar. Qiymətləndirmə normaları müxtəlif fənlər arasında və ya eyni ölkədəki ali təhsil müəssisələri arasında çox fərqlən-məsə də, ölkədən-ölkəyə ciddi fərqliliklər meydana gəlir. Qiymət köçürülməsində ortaya çıxan səhvlər təhsillərinin bir hissəsini xarici ölkədə alan tələbələr üçün ciddi problemlər doğurur.

Tələbələrin xarici ali təhsil müəssisələrində aldıqları qiymətlərin

öz ölkələrindəki müəssisələr tərəfindən asanlıqla başa dü-

şülməsi məqsədi ilə bir ECTS qiymətləndirmə sistemi yaradıl-

mışdır. Ancaq bu, ali təhsil müəssisələrinin qiymətləndirmə

sistemlərinə müdaxilə etmək mənasını vermir. Ali təhsil müəs-

sisələri ECTS qiymətləndirmə sistemini nə şəkildə tətbiq edə-

cəklərinə özləri qərar verir. Tələbələrin ECTS kreditləri qarşı-

lığında aldıqları qiymətləri getdikləri müəssisə versə də, bu

qiymətlərin qarşılaşdırılmasını tələbənin qeydiyyatda olduğu

müəssisənin qiymətləndirmə sistemi əsas götürülərək, bölmə

komissiyaları həyata keçirir. ECTS qiymət sistemi tətbiq edil-

mədə müəssisələrin özlərinin qərar vermələri prinsipi əsasında

tənzimlənmişdir.

7

ECTS qiymətləndirmə sistemində 5-i kafi (məqbul), 2-si isə

qeyri-kafi (qeyri-məqbul) olmaqla 7 dərəcəli qiymət vardır. Qiy-

mətləndirmə sistemində bu saydan daha az qiymətin olmasının

tələbənin müvəffəqiyyətini tam şəkildə əks etdirməyəcəyi, bu

saydan çox qiymətin olması isə gerçək olmayan bir vəziyyəti

göstərəcəyi nəzərə alınmışdır. Tələbənin aldığı dərslərin kö-

çürmə krediti olaraq qəbul edilə bilməsi üçün dərslərdən “A” ilə

“E” arasında qiymət alması məcburidir. “FX” və “F” qiymətlərinin

kredit dəyəri sıfırdır. Zəif tələbələrə “FX” və ya “F” qiyməti verilir.

“FX” qiyməti zəif olan, ancaq bir az daha çalışmaqla “E” qiyməti

ala biləcək tələbələrə verilir. Belə bir fərqləndirmə müvəffəq ola

bilməyən bəzi tələbələrin daha sonra alacaqları dərsləri müəy-

yənləşdirmələrinə kömək edir. Ancaq zəif tələbələr arasındakı

fərqi müəyyən etməkdə çətinlik çəkən müəssisələr “FX” qiymə-

tini tətbiq etmədən sadəcə “F” qiymətindən istifadə edirlər.

Qafqaz Universiteti Bakalavr Tədris və İmtahan Təlimatnamə-

sinə görə dərs müvəffəqiyyəti qiymətlərini ifadə edən ballar,

qiymətlər və əmsallar aşağıda göstərilmişdir.

ECTS qiyməti

Bu qiyməti alan tələbələrin təxmini faizi

Açıqlama

A

B

C

D

E

FX *

F *

Mükəmməl : Bəzi kiçik qüsurlarla birlikdə yüksək göstərici

Çox Yaxşı: Bəzi qüsurlarla birlikdə orta həddən yuxarı bir göstərici

Yaxşı : Diqqət edilməsi vacib olan qüsurlarla birlikdə səmərəli fəaliyyət

Orta: Düzəldilməsi vacib olan səhvlərlə birlikdə qəbul ediləcək bir səviyyə göstəricisi

Kafi: Kafi səviyyədəki ən aşağı göstərici

Qeyri-kafi: Kreditin verilməsindən əvvəl bəzi işlərin görülməsi lazımdır.

Qeyri-kafi: Ciddi çalışmaq lazımdır.

10

25

30

25

10

-

-

* Müvəffəq olmayan tələbələrə “FX” və ya “F” qiyməti verilir. “FX” qiyməti zəif olan, ancaq bir az daha çalışmaqla “E” qiyməti ala biləcək tələbələrə verilir. Belə bir fərqləndirmə müvəffəq olamayan bəzi tələbələrin daha sonra alacaqları dərsləri müəyyən etmələrinə kömək edir. Ancaq zəif tələbələr arasındakı fərqi müəyyən etməkdə çətinlik çəkən müəssisələr “FX” qiymətini tətbiq etmədən sadəcə “F” qiy-mətindən istifadə edirlər.

8

Bu halda universitet üçün ECTS qiymətlərinin qarşılığını aşağı-

dakı cədvəldəki kimi göstərmək olar.

Ballar Qiymətlər Əmsallar

90-100 A1 4.00

85-89 A2 3,50

75-84 B1 3,00

70-74 B2 2,50

65-69 C1 2,00

60-64 C2 1,50

55-59 D1 1,00

50-54 D2 0,50

0-49 F3 0,00

F2 0,00

F1 0,00

4

3

2

1

G : Kreditsiz dərslərdə müvəffəq olmaq.K : Kreditsiz dərslərdə müvəffəq olmamaq.F1 : Davamiyyətsizliyə görə ümumi imtahana buraxılmamaq, müvəffəqiyyətsizlik.F2 : Ümumi imtahana girmə haqqı olduğu halda tələbənin imtahana girməməsi, ,

müvəffəqiyyətsizlik.F3 : Ümumi imtahana girdi, müvəffəq olmadı.

Avropa Kredit Transfer Sistemi

(AKTS/ECTS)

100-90

85-89

75-84

70-74

65-69

60-64

55-59

50-54

0-49

Ballar Qiymətlər

Qafqaz Universiteti

Qiymətlər

A1

A2

B1

B2

C1

C2

D1

D2

F3

F1

F2

K

G

A*

B

C

D

E*

F

E*

* Xarici ölkəyə təhsil almağa gedən tələbənin aldığı A və E ECTS qiymətlərinin Qafqaz Universiteti qiymətlərinə çevrilməsində tələbənin akademik uğuru ilə yerli qiymətlər də nəzərə alına bilər.

9

ECTS əlaqələndiriciləri və onların vəzifələri

ECTS-ə qatılan hər ali təhsil müəssisəsi müəssisə əlaqələndiri-cisi ilə ECTS-i tətbiq edən hər bölmə üçün bir bölmə əlaqələn-diricisi müəyyən edir. Əlaqələndiricilər ECTS-in akademik və idari işlərini izləməklə yanaşı, ECTS-ə qatılmaq istəyən tələbə-lərə məsləhətlər verirlər. Əlaqələndiricilər müəssisələrinə xaric-dən gələn tələbələrin problemsiz bir şəkildə inteqrasiyasını tə-min etməklə, xaricə gedən tələbələrin də nailiyyətlərini daima izləmək məqsədi ilə onlarla müntəzəm əlaqə qururlar.

A. Müəssisə əlaqələndiricisi

Müəssisə əlaqələndiricisinin əsas vəzifəsi ECTS prinsiplərinə və işləyişinə uyğun şəkildə müəssisənin öhdəliklərini yerinə ye-tirməsini təmin etməkdir. Müəssisə əlaqələndiricisinin üzərinə düşən əsas işlər bunlardır: müəssisə daxilində və xaricində ECTS-i tanıtmaq; ECTS-in təcrübədə tətbiq olunmasını asan-laşdıran işlər görmək; bölmə əlaqələndiricilərinə kömək etmək. Əlaqələndiricinin - xüsusilə böyük müəssisələrdə - müəssisənin həm akademik, həm də idari təbəqəsi ilə güclü əlaqələri olan təcrübəli bir adam olması vacibdir. Tələbələri ECTS haqqında məlumatlandırmaq və bölmə əlaqələndiriciləri ilə bərabər Mə-lumat kitabçası hazırlayaraq nəşr etdirmək və paylamaq müəs-sisə əlaqələndiricisinin digər vəzifələrindəndir. Bundan başqa, müəssisə əlaqələndiricisi müəssisənin Avropa Komissiyası və National Grand-Awarding Authority ilə imzalanan müqavilələrə görə də məsuldur.

B. Bölmə əlaqələndiricisi

Bölmə və ya fakültə daxilindəki, tələbələrin və akademik heyətin kontaktda olduğu bölmə əlaqələndiricisi ECTS-in daha çox tət-biq olunan və akademik cəhətləri ilə əlaqəlidir. Bölmə əlaqələndi-ricisi ECTS-ə qoşulan digər müəssisələrdən gələn məlumat ki-tabçalarının tələbələrə paylanmasını təmin edir, ərizə formaları-nın doldurulmasında tələbələrə köməklik göstərir, akademik ta-nınma metodları və sənədləri (təhsil müqaviləsi, akademik ara-yış) haqqında tələbələri məlumatlandırır. Bölmə əlaqələndiricisi tələbələrin xaricdəki dərs proqramlarının müəyyənləşdirilməsi prosesində məsləhətlər verir.

Bölmə əlaqələndiriciləri öz müəssisəsi ilə xaricdəki müəssisə arasındakı məlumat axınını təmin etmək üçün ərizə formalarının və imzalanan sənədlərin müəssisələr arasında dövriyyəsini izlə-

10

yir; tələbələrin dərs proqramları ilə bağlı xaricdəki müəssisə ilə əlaqə qurur; xaricə təhsil almağa gedən tələbələrlə xaricdəki təh-silini tamamlayıb müəssisələrinə geri dönən tələbələrin akade-mik arayışlarını hazırlayır. Bölmə əlaqələndiriciləri tədris heyə-tinə həm ECTS haqqında, həm də bölmədəki dərslərə ECTS krediti verilməsiylə bağlı məlumat verir. Bölmə əlaqələndiricisi əlavə olaraq “Məlumat kitabçası”nın bölmə ilə bağlı hissəsini hazırlayır.

Dərs mövzuları üçün kredit tənzimlənməsi ilə tələbələrə kredit verilməsi arasındakı fərq nədir?

Hər bir dərs mövzusu üçün ECTS krediti müəyyən olunur, amma yalnız dərsləri müvəffəqiyyətlə tamamlayan tələbələrə kredit verilir. Yəni tələbələr sadəcə dərsə girərək, ya da təhsillərinin bir qismini xaricdə davam etdirərək ECTS krediti alma haqqı qa-zanmırlar. Tələbələrin getdikləri müəssisə tərəfindən müəyyən edilmiş qiymətləndirmə normalarına uyğun olmaları və hədəflə-nən məqsədləri həyata keçirmələri lazımdır. Qiymətləndirmə prosesi müxtəlif formalarda (yazılı, şifahi, nümayiş etdirmə və s.) ola bilər.

Gəlmə tələbə müəssisənin keçirdiyi imtahanlara girməsə, nə olar?

Bəzi proqramlar bir neçə akademik ilə paylanmış inteqrasiya olunmuş təhsil modullarından ibarətdir. Tələbələr bu modulları tamamladıqdan sonra dərs sonu imtahanına girmə haqqı qaza-nırlar. Belə bir sistem gəlmə tələbələr üçün problem yarada bilər. Bu tələbələr getdikləri müəssisədə qaldıqları zaman içərisində dərs modullarının hamısını tamamlaya bilmədiklərindən imta-hana girib lazım olan ECTS kreditini ala bilmirlər.

Alternativ həll yolu: Bu vəziyyətdə olan müəssisələr proqram-larını ECTS-ə uyğun formaya salmaq istəyirlərsə, digər müəssi-sələrdən gələcək tələbələri nəzərə alaraq buna görə tənzimlə- mə aparmalıdırlar. Əgər dərslərin tənzimlənməsində bir dəyişik-lik edilmirsə, kənardan gələn tələbələr üçün dərsin fərqli səviy-yələrində ECTS krediti verilməsi yolu seçilə bilər.

İmtahanda dəyişiklik edilməsi: Daha öncədən də göstərildiyi kimi, sadəcə müəssisə dəyişikliyi edilərək təhsilin bir hissəsinin xaricdə alınması kifayət deyil, həm də tələbələrin getdikləri mü-əssisədəki imtahanlarda da uğurlu olmaları lazımdır. Erasmus

11

və ECTS eksperimentləri bir çox müəssisənin tələbələri üçün tam akademik tanınmağa zəmanət verdiyini göstərmişdir. Bə-zən imtahanlar çox geniş bir mövzunu əhatə edir və dəyişdiril-mir. Bu halda ev sahibi olan müəssisə tələbəyə imtahanı əvəz edə biləcək bütün üsullardan (ev tapşırığı kimi) istifadə edə bilə-cəyinə zəmanət verməlidir.

Layihə və müəyyən sahə üzrə iş: Bütün dərs mövzuları üçün

qiymətləndirmə formaları və öyrənmə şəkilləri məlumat kitab-

çasında göstərilməlidir. Ev sahibi müəssisənin qaydaları, əsas

müddəaları da bu məlumat kitabçasında öz əksini tapmalıdır.

Kreditlər tələbə müvəffəqiyyətinə görə çox və ya az verilməz. Bir

fənn üçün verilən kredit miqdarı müvəffəq olan bütün tələbələr

üçün eynidir. Tələbə məhsuldarlığının keyfiyyəti verilən qiymət-

lərdə əks olunur.

ECTS necə tətbiq olunur ?

ECTS-in tətbiq olunmasını təmin edən və akademik tanınmanı asanlaşdıran üç təməl ünsür aşağıdakılardır:

Məlumat kitabçası (Information Package)

Təhsil müqaviləsi (Learning Agreement)

Diploma əlavə (Diploma sumplament)

Məlumat kitabçası (Information Package)

ECTS-i tətbiq etmək istəyən ali təhsil müəssisələri öz müəssi-

sələrində keçilən fənlər haqqında ətraflı məlumat olan və hər il

yenilənən bir məlumat kitabçası hazırlayır. Bu kitabçada əlavə

olaraq qeydiyyat-qəbul qaydaları, yemək və yataqxana mə-

sələləri, akademik təqvim kimi müvafiq təhsil müəssisəni tanı-

dan ümumi məlumatlar da olur. Ciddi bir xarici ölkə təhsili üçün

tədris olunacaq mövzuların əvvəlcədən tam şəkildə bilinməsi

vacibdir. Bu səbəbdən adı keçən kitabçada dərs planları, dərsə

girmə şərtləri, həftəlik dərs saatları, dərslərin tipi, öyrənmə və

öyrətmə metodları, imtahan və qiymətləndirmə formaları, qiy-

mətləndirmə sistemi, dərəcəyə yönəlik dərslərin quruluşu və

dərslər üçün müəyyən olunan ECTS kreditləri ilə bağlı açıqla-

malarla yanaşı, dərsi verən bölmənin təqdiminə yönəlik ümumi

məlumatlar da yer alır.

Müvafiq ali təhsil müəssisənin ana dilində və Avropa Birliyinin

istifadə etdiyi digər dillərdə hazırlanan Məlumat kitabçası xaricdə

12

təhsil almaq istəyən tələbələr ilə bu tələbələrə məsləhətçi olan

professorların faydalanmaları üçün ECTS-i tətbiq edən digər ali

təhsil müəssisələrinə paylanılır.

Təhsil müqaviləsi (Learning Agreement)

Təhsil müqaviləsi xarici ölkədə alınacaq təhsilin məzmununu

açıqlayan və tələbə ilə hər iki ali təhsil müəssisəsi arasında 3

nüsxədə imzalanan sənəddir.

Təhsil müqaviləsində yer alan və uğurla tamamlanan bir dərs

tələbənin öz universiteti tərəfindən avtomatik olaraq tanınır. Tə-

ləbənin xarici ölkədə alacağı dərslərin öz universitetindəki hansı

dərslərin yerini tutacağının ona əvvəlcədən yazılı olaraq bildiril-

məsi məqsədəmüvafiqdir.

Təhsil müqaviləsi tələbə xarici ölkəyə getmədən qabaq imza-

lanır. Tələbə xaricdəki müəssisəyə gedib təhsilə başladıqdan

sonra müqavilədəki dərslərdən bəzilərini keçməyə bilər. Bunun

səbəbi dərs cədvəli bəlli olduqdan sonra bəzi dərslərin toq-

quşması və ya bəzi dərslərdə həddindən az tələbənin qeydiy-

yatdan keçməsi ilə bağlı olaraq həmin dərsin açılmamasıdır.

Belə bir hal baş verərsə, müqavilədə yer alan bəzi dərslərdə

dəyişiklik edilə bilər. Bu halda təhsil müqaviləsinin arxa səhifə-

sində bu kimi dəyişikliklər üçün ayrılan bölmənin doldurulması

və tələbə ilə hər iki müəssisədəki əlaqələndirici tərəfindən imza-

lanması lazımdır.

Diploma əlavə (Diploma sumplament)

Boloniya prosesi çərçivəsində diqqəti cəlb edən məqamlardan

biri diplomların ekvivalentliyi və qarşılıqlı tanınmasında mühüm

əhəmiyyət kəsb edən diploma əlavənin hazırlanmasıdır. Diplo-

ma əlavənin vahid modeli (nümunəsi) Avropa Komissiyası, Avro-

pa Şurası və YUNESKO-nun ekspertlərinin də daxil olduğu birgə

işçi qrupu tərəfindən işlənib hazırlanmışdır. Həmin model üzrə

hazırlanan diploma əlavə məzunların akademik mobilliyini və

onların əmək bazarında fəaliyyətə başlamasını asanlaşdırır. Bü-

tün ölkələr ali təhsil müəssisələri ixtisaslarının tanınması prose-

sini asanlaşdıracaq Avropa tipli diplom əlavələri ilə təchiz etmək

məsələsində əməkdaşlıq etməlidirlər. Diploma əlavə ixtisas haq-

qında ətraflı məlumat vermək məqsədilə ali təhsil müəssisələ-

rinin diplomlarına əlavə kimi təqdim olunur. Bu da öz növbəsində

partnyor ölkənin nüfuzlu orqanı üçün əhəmiyyətli informasiya

daşıyır.

13

Tələbə təhsilini xarici ölkədə davam etdirmək

istədikdə, nə olur?

Tələbələrin bir qismi xarici ölkədəki təhsil vaxtı başa çatdıqdan

sonra öz ölkələrinə dönmək əvəzinə təhsillərini həmin universi-

tetdə və ya başqa bir ali təhsil müəssisəsində davam etdirməyi

arzulaya bilərlər. Bu tip istəklərə yalnız əlaqədar ali təhsil müəs-

sisələri razılıq verdikdə və tələbələr diplom alma və qeydiyyat

köçürməsi üçün lazım olan şərtləri qəbul etdikdə baxıla bilər.

14