accessbank.az · web viewsəhmdarlarının Ümumi yığıncağında səsvermə hüququ ilə...

5
AccessBank-da risklərin idarə edilməsi barədə ümumi məlumat Risklərin idarə edilməsi Bankın biznes fəaliyyətinin ayrılmaz hissəsidir. Risklərin idarə edilməsində məqsəd, Bank tərəfindən qəbul edilən riskləri Bankın strateji (kredit riski, bazar riski, əməliyyat riski, likvidlik riski, xüsusi risklər) haqqında ətraflı məlumatlar təsvir edilir. Risklərin idarə edilməsi, həmçinin, aşağıdakı məqsədlərlə həyata keçirilir: Qəbul olunmuş risk səviyyəsinin aşkarlanması, ölçülməsi və müəyyən olunması; Ban fəaliyyətinin bütün istiqamətlərində risk/mənfəətlilik əmsallarının optimallaşdırılması; Risklərin, Bankın maliyyə sabitliyinə, eləcə də onun kreditorlarının və əmanətçilərinin maraqlarına təhlükə yaratmayacağı səviyyədə saxlanması; Bankın bütün əməkdaşları tərəfindən, Bankın normativ-hüquqi aktlarına, təsisçilik və daxili sənədlərinə riayyət olunmasına nəzarət; Bank üçün mənfi hallar yarandıqda Bankın üzləşdiyi risklərin minimuma endirilməsi. Risklərin qiymətləndirilməsi prosesi bankın tərtib etdiyi risk xəritəsində əhatəli şəkildə öz əksini tapmışdır. Bankda biznes kreditləri üzrə borcalanların qiymətləndirilməsi zamanı borcalanların maliyyə göstəriciləri, kredit tarixi, girov təminatı, kreditin təyinatı, borcalanın biznes fəaliyyətində təcrübəsi, boraclana təsir edən bazar amilləri və xarici amillər nəzərə alınır. Borcalanların istehlak kreditləri üzrə qiymətləndirilməsi bankdaxili qaydalar və skorinq sistemi üzrə həyata keçirilir.

Upload: others

Post on 08-Feb-2020

2 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: accessbank.az · Web viewSəhmdarlarının Ümumi Yığıncağında səsvermə hüququ ilə iştirak etmək (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.2-ci və 49-1.3-cü

AccessBank-da risklərin idarə edilməsi barədə ümumi məlumat

Risklərin idarə edilməsi Bankın biznes fəaliyyətinin ayrılmaz hissəsidir. Risklərin idarə edilməsində məqsəd, Bank tərəfindən qəbul edilən riskləri Bankın strateji (kredit riski, bazar riski, əməliyyat riski, likvidlik riski, xüsusi risklər) haqqında ətraflı məlumatlar təsvir edilir.Risklərin idarə edilməsi, həmçinin, aşağıdakı məqsədlərlə həyata keçirilir:

Qəbul olunmuş risk səviyyəsinin aşkarlanması, ölçülməsi və müəyyən olunması;

Ban fəaliyyətinin bütün istiqamətlərində risk/mənfəətlilik əmsallarının optimallaşdırılması;

Risklərin, Bankın maliyyə sabitliyinə, eləcə də onun kreditorlarının və əmanətçilərinin maraqlarına təhlükə yaratmayacağı səviyyədə saxlanması;

Bankın bütün əməkdaşları tərəfindən, Bankın normativ-hüquqi aktlarına, təsisçilik və daxili sənədlərinə riayyət olunmasına nəzarət;

Bank üçün mənfi hallar yarandıqda Bankın üzləşdiyi risklərin minimuma endirilməsi.

Risklərin qiymətləndirilməsi prosesi bankın tərtib etdiyi risk xəritəsində əhatəli şəkildə öz əksini tapmışdır.Bankda biznes kreditləri üzrə borcalanların qiymətləndirilməsi zamanı borcalanların maliyyə göstəriciləri, kredit tarixi, girov təminatı, kreditin təyinatı, borcalanın biznes fəaliyyətində təcrübəsi, boraclana təsir edən bazar amilləri və xarici amillər nəzərə alınır. Borcalanların istehlak kreditləri üzrə qiymətləndirilməsi bankdaxili qaydalar və skorinq sistemi üzrə həyata keçirilir.

Page 2: accessbank.az · Web viewSəhmdarlarının Ümumi Yığıncağında səsvermə hüququ ilə iştirak etmək (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.2-ci və 49-1.3-cü

Risklərin idarə edilməsi üzrə bankın siyasəti AccessBank-nın Risklərin idarə edilməsi siyasəti, bankın fəaliyyətində meydana çıxan risklərin aşkarlanması, təhlil edilməsi və məhdudlaşdırılması üçün nəzərdə tutulub.

Bu siyasət banklara nəzarət üzə Bazel Komitəsinin təklifləri, Azərbaycan Respublikasının qanunvericiliyi, o cümlədən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının “Banklarda risklərin idarə olunması haqqında Qaydalar”ı və digər normativ xarakterli aktları, eləcə də Bankın Nizamnaməsi və daxili prosedurları əsasında hazırlanmışdır.

Bankda risklərin azaldılması üzrə prioritet istiqamətlər və aparılan nəzarət tədbirləri aşağıdakı kimidir:

Bankda risklərin azaldıması siyasətinə uyğun olaraq risklərin iştahası müəyyən edilir;

Risklərin azaldılması istiqamətində müəyyən limitlər təyin olunur və əsasən kredit, likvidlik, bazar riskləri üzrə həyata keçirilir. Limitlərin məqsədi risklərin qabaqcadan qarşısının alınması və bank işinin effektivliyinin təmin edilməsidir. Risklərə nəzarət bankın Müşahidə Şurası tərəfindən təsdiqlənən risk limitləri çərçivəsində həyata keçirilir;

Bankda risklərin idarə edilməsinə nəzarət hər bir şöbənin daxili qaydalarına və Riskləri İdarəetmə Komitəsinin təlimatlarına uyğun aparılır. Risklərə gündəlik nəzarət Bankın daxili şöbələri tərəfindən həyata keçirilir. Daxili şöbələrə əməliyyat dəstəyi Bankda mövcud olan Risklərin İdarəedilməsi departamenti tərəfindən həyata keçirilir;

Bununla yanaşı Daxili Audit departamenti tərəfindən il ərzində bu istiqamətdə yoxlamalar aparılır;

Risklərin İdarəedilməsi departamenti tərəfindən Baş Ofisə filiallardan daxil olan kredit təkliflərinə baxılır və onlara nəzarət baxışları keçirilir; mütəmadi olaraq filiallar tərəfindən verilən kreditlərin monitorinqi keçirilir və zəruri olduqda filiallarda gecikmələr üzrə kredit komitələri keçirilir və işin yekunlarına dair hesabat hazırlanır;

Erkən xəbərdarlıq sisteminin vasitəsilə bank fəaliyyətində istifadə olunan müxtəlif əmsalların müəyyən edilmiş limitlərə yaxınlaşması nəticəsində yarana biləcək risklər barədə rəhbərliyə məlumatlar verilir və risklərə nəzarət edilir;

Aparılan monitorinqlər zamanı müəyyən olunmuş limit səviyyələrinin pozulması aşkarlanarsa bank tərəfindən zəruri tədbirlər həyata keçirilir və bu sahədəki risklər nəzarətdə saxlanılır;

Hər bir risk üzrə təhlillər aparılır və nəticələri barədə Bankın İdarə Heyyəti və Müşahidə Şurasına təqdim olunur;

Mərkəzi Bankın müəyyən etdiyi qaydalara uyğun olaraq aktivlər və öhdəliklər üzrə ehtiyyatlar yaradılır.

Bank və onun fəaliyyəti barədə ümumi məlumat

14.6.10. əlaqədar şəxslərlə (hüquqi və fiziki şəxslər) bağlanmış əqdlərin ümumi məbləği və bu məbləğin bankın məcmu kapitalına olan nisbəti14.6.11. bankın buraxdığı səhmlər haqqında məlumat (növü, dövlət qeydiyyatı nömrəsi, nominal dəyəri, səhmdarların hüquqları)

Page 3: accessbank.az · Web viewSəhmdarlarının Ümumi Yığıncağında səsvermə hüququ ilə iştirak etmək (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.2-ci və 49-1.3-cü

Bankın buraxdığı səhmlər haqqında məlumat (növü, dövlət qeydiyyatı nömrəsi, nominal dəyəri, səhmdarların hüquqları)

Qiymətli kağızların növü: adi səhmQiymətli kağızların buraxılışının qeydiyyat nömrəsi/Beynəlxalq eyniləşdirmə kodu: AZ1005004283Qiymətli kağızların nominal dəyəri: 4 manat 25 qəpik

Bankın Səhmdarların Hüquqları: Bankın idarə edilməsində Azərbaycan Respublikasının qanunvericiliyi və Bankın nizamnaməsi

ilə müəyyən edilmiş qaydada iştirak etmək; Bankın idarəetmə və icra orqanlarına seçmək və seçilmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Bankın fəaliyyətinə

dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq; Səhmdarlarının Ümumi Yığıncağının çağırılmasını tələb etmək; Səhmdarlarının Ümumi Yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;  Səhmdarlarının Ümumi Yığıncağında səsvermə hüququ ilə iştirak etmək (Azərbaycan

Respublikası Mülki Məcəlləsinin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun iclas protokolunun surətini tələb etmək;

Bankın fəaliyyətinin auditor tərəfindən yoxlanılmasını tələb etmək; Bankın xalis mənfəətindən dividend almaq; Bankın fəaliyyətinə xitam verildikdə, onun kreditorlarının tələbləri yerinə yetirildikdən,

hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazılı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra onun yerdə qalan əmlakının müəyyən hissəsini almaq;

Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Bankın nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malikdir.

14.6.12. bankın buraxdığı digər investisiya qiymətli kağızlar barədə məlumat (növü,nominal dəyəri, ödəniş müddəti, gəlirliyi, qiymətli kağız mülkiyyətçisinin hüquqları) – yoxdur, boşBank risklərinin idarə edilməsi barədə məlumat14.8.2. vaxtı keçmiş kreditlərin məbləği və kredit portfelində xüsusi çəkisi 167 235.28 və 28.35% (min manatla)14.8.3. qeyri-standart kreditlərin cəmi və bu kreditlərin hər bir alt-kateqoriyası üzrə məbləği və kredit portfelində xüsusi çəkisi Qeyri-qənaətbəxş 18 540.06 və 3.14%, Təhlükəli 15 623.51 və 2.65%, Ümidsiz 106 520 və 18.06%Cəmi 140 683.57 və 23.85% (min manatla)14.8.4. kreditlər üzrə yaradılmış adi və məqsədli ehtiyatların məbləği və kredit portfelinə nisbətiAdi ehtiyatlar 7 279.46 və 1.23%, Məqsədli ehtiyatlar 118 966.77 və 20.17% (min manatla)14.8.5. balansdankənar öhdəliklərin cəmi və növləri üzrə məbləğiKredit xətləri 2 699.62, Qarantiyalar 6 500.74 (min manatla)14.8.6. kreditlərin, o cümlədən vaxtı keçmiş kreditlərin regionlar üzrə coğrafi bölgüsü14.8.7. kreditlərin, o cümlədən vaxtı keçmiş kreditlərin iqtisadi sektorlar üzrə bölgüsü

14.8.8. iri kredit borclarının məbləği və I dərəcəli kapitala nisbəti7 031.29 və 11.75% (min manatla)14.8.9. faiz riskinə həssaslıq üzrə təsnifat

Page 4: accessbank.az · Web viewSəhmdarlarının Ümumi Yığıncağında səsvermə hüququ ilə iştirak etmək (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.2-ci və 49-1.3-cü

14.8.10. sabit və dəyişkən faizi olan aktiv və öhdəliklərin təsnifatı –

14.8.11. fəaliyyətində istifadə edilən əsas xarici valyutalar və açıq valyuta mövqeyi üzrə prudensial normativlər göstərilməklə, bankın hər bir əsas valyuta üzrə ayrılıqda və məcmu açıq valyuta mövqeyi

14.8.12.xarici valyuta ilə bağlı riskin qarşısının alınması məqsədi ilə istifadə edilən alətlərin (hecinq alətləri) siyahısı, habelə bu alətlərin qısa izahıDerivativ alətlər üzrə öhdəliklər - Xarici valyuta müqavilələri üzrə təəhhüdlər, FRONTERA Capital Limited 55 250 (min manatla)14.8.13.hər bir valyuta (milli və xarici) üzrə aktivlərin və öhdəliklərin ödəniş müddətlərinin bölgüsü barədə məlumat