xƏstƏlİyİn yayilma areali
DESCRIPTION
XƏSTƏLİYİN YAYILMA AREALI. Soğanın boz boğaz çürüməsi – Botrytis allii Munn. Təsnifatda yeri : Fungi və ya Mycota aləmi , Anamorfic fungi şöbəsi , Hyphomycetes sinfi , Hyphomycetales sırası , Dematiaceae fəsiləsi , Botrytis cinsi Bioloji qrupu : Hemibiotrof. - PowerPoint PPT PresentationTRANSCRIPT
• Tovuz, Şəmkir• Samux, Goranboy • Tət-tər, Göy-göl• Masallı, Cəliləbad• Biləsuvar, Lənkəran
AZƏRBAYCAN
• Rusiyanın Uzaq Şərq• Qərbi Sibir əyaləti• Krasnodar diyarı• Gürcüstan• Moldova, Ukrayna
MDB
• Danimarka, İngiltərə• Almaniya, Polşa• Norveç, Cerbiya• Xorvatiya, İtaliya
AVROPA ÖLKƏLƏRI
XƏSTƏLİYİN YAYILMA AREALI
• Konidilərin cücərməsi üçün havanın mülayin temperaturu- 12-16ºC
• Konidilərin cücərməsi üçün havanın optimal temperaturu- 10-12ºC
• Konidilər cücərmə qabiliyyətini itirir- 26ºC; +2ºC temperaturda
EKOLOGİYASI
• Xəstəliyin təsirindən bitkilərin məhsuldarlığı – 15-20% azalır
• 1000 ədəd toxumun kütləsi sağlamlara nisbətən 11-21% azdır
TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ
• Nəmləndirilmə ilə toxumları dərmanlamaq üçün: 80% TMTD i.t. (4 kq/t);
70% tiqam i.t. (3 kq/t);• 1 ton toxum 10 litr su ilə nəmləndirilir
• Xəstəlik görünən zaman kontakt fungisidlərlə dərmanlama: 1%-li bordo məhlulu (6-8 kq/ha mis üzrə), 60%-li arserid i.t. (2,5 kq/ha); 80%-li monika bordo (5 kq/ha); sistem fungisidlərlə dərmanlama 25% ridomil i.t. (1,2 kq/ha) İşçi məhlulun məsarifi 300-400 l/ha
MÜ
BA
RİZ
Ə T
ƏD
BİR
LƏ
Rİ
Təsnifatda yeri:
Fungi və ya Mycota aləmi, Anamorfic fungi
şöbəsi, Hyphomycetes sinfi,
Hyphomycetales sırası, Dematiaceae
fəsiləsi, Botrytis cinsi
Bioloji qrupu:
Hemibiotrof
Soğanın boz boğaz çürüməsi – Botrytis allii Munn.
Patogenin morfologiya və biologiyası.Patogen orqanizmlə əsasən baş və şalot soğan yoluxurlar. Xəstəlik adətən saxlama zamanı meydana çıxır, bəzən məhsul toplanışı dövrü da əmələ gələ bilir. Xəstəliyin xarakterik əlaməti soğanın kök boğazının yumşalması və seliklənməsidir.Belə yoluxan toxumlar boz xəzli örtüklə örtülür. Müəyyən vaxt keçdikdən sonra örtük səpələnir və onun üzərində kiçik qara sklerosiyalar əmələ gəlir, adətən bu sklerosiyalar birləşir və qara qətmək əmələ gətirir. Xəstəlik güclü inkişaf edən zaman örtük bütün soğanağı əhatə edir. Kəsik etdikdə yoluxmuş soğanağın toxuması bişmiş görkəm alır. Sirayətlənmiş soğanaqları tarlaya basdıran zaman solğun rəngli yarpaqlar əmələ gəlir, belə yarpaqlar isə tezliklə soluxur, çürüyür və quruyurlar. Rütubətli şəraitdə çiçəkdaşıyan və hamaşçiçəklər küllü miqdar boz kiflə örtülür, bunun nəticəsində zoğlar sınır, hamaşçiçəklər düşür, onlarda toxumlar yetişmir və ya tamamilə əmələ gəlmirlər.
• Baş və şalot soğan növlərinin məhsul toplanışı aramsız yağışlarla müşayət olunduqda xəstəliyin əlamətləri elə sahədə əmələ gəlir. Bununla yanaşı saxlama rejiminə düzgün əməl edilməyən anbarlarda geniş yayılmaqla və böyük iqtisadi zərərlə səciyyə olunur
Yayılması
• Göbələyin inkişafı üçün optimal temperatur 20ºC hesab edilsə də, 3-4ºC-də inkişaf edir və 00C-də dayanır
• Havanın nisbi rütubətinin 90% və daha artıq olması sirayətlənmənin gedişini sürətləndirir
Ekologiyası
• Saxlama üçün əlverişsiz şəraitdə kök boğazı xəstəliyinin təsirindən məhsulun 50%-ə qədəri çıxdaş edilir
Təsərrüfat əhəmiyyəti
• Tarlada bitki qalıqlarını dərinə çevirmək üçün şum aparılması
• Kök boğazı simptomları olan soğanaqların əkin qabağı çıxdaş edilməsi
• Nöbəli əkinə əməl edilməsi• Müxtəlif soğan əkinlərinin bir-birindən min metr
təcrid edilməsi vacibdir
Mübarizə tədbirləri
Təsnifatda yeri:
Fungi və ya Mycota aləmi,
Basidiomycota şöbəsi, Ustilaginomycetes
sinfi, Ustilaginales sırası, Tilletiaceae
fəsiləsi, Urocystis cinsi
Bioloji qrupu:
Biotrof
Soğanın və sarımsağın sürməsi- Urocystis cepulae Frast.
Patogenin morfologiya və biologiyası. Xəstəlik əsasən baş
soğan, az hallarda isə sarımsağı yoluxur. Əsasən toxumlardan yenicə
çıxmış cücərtilər sürmə ilə sirayətlənirlər. Yarpaqlarda əvvəlcə
məhdud qurğuşunu boz uzunsov zolaqlar formalaşır. Belə zolaqlar
adətən epidermisin altında yerləşir. Onlar sonra quruyur, epidermis
partlayır və uzunsov yarıqlardan qara səpgili kütlə çıxır.
Ən güclü yoluxma toxumun cücərməsindən birinci yarpağın əmələ
gəlməsinə qədər müşahidə edilir. Yarpaqların böyüməsi ilə eyni
zamanda spor zolaqları da uzanır və bir neçə santimetrə çatır.
Yarpağın təpə hissəsi cücərtilərdə əyilir və ölüşgəyir. Yoluxma əsas
etibarı ilə aprelin sonu mayın əvvəllərində kütləvi cücərtilərin əmələ
gəlməsi dövrü baş verir. Bəzən yaşlı bitkilər də sirayətlənirlər, belə
yoluxma soğanağın xarici pulcuqlarını əhatə edir. Xəstə bitkilər
adətən məhv olur, bəzən isə anormal inkişafda davam edirlər.
Təsnifatda yeri:
Fungi və ya Mycota aləmi,
Basidiomycota şöbəsi, Urediniomycetes
sinfi, Uredinales sırası, Pucciniaceae
fəsiləsi, Puccinia cinsi
Bioloji qrupu:
Biotrof
Soğanın pası – Puccinia porri Wint., P.allii Rud.,
Melampsora allii – populina Kleb.
Patogenin morfologiya və biologiyası. Soğan bitkisində pas xəstəliyini törədən üç xəstəlik törədici təsvir edildiyindən yoluxmanın xarakteri də müxtəlifdir.
Puccinia porri göbələyi ilə bitkilər yoluxan zaman yarpaqlarda sarı həlqəvi və ya oval ləkələr formalaşır. Belə ləkələr şəffaf rəngli etsilərdən ibarət olmaqla ellipsoidal halqa şəklində yerləşirlər. Yarpaqlar quruyur və əmtəəlik keyfiyyətlərini itirirlər. Daha sonra onların üzərində qonur uredinosporlarla uredinoyastıcıqlar meydana çıxır, vegetasiyanın sonuna yaxın isə onları teliosporlarla telioyas-tıcıqlar əvəz edirlər.
Etsisporlar şaraoxşar, yüngülcə yumurtavari, kiçik ziyilcikli örtüklü olub, diametrləri 21-24 mkm-dir. Uredinosporlar qonur, elliptik, ölçüləri 28-32 x 21-28 mkm, örtüyü isə nadir qarşılaşan ziyilçiklidir. Teliosporlar qısa rəngsiz ayaqcıqda, bir-iki hüceyrəlidir. Birhüceyrəli teliosporlar armudaoxşar və ya elleptik, ölçüləri 25-38 x 18-21 mkm-dir. İkihüceyrəlilər–sancağaoxşar, ölçüləri 28-45 x 20-26 mkm-dir.
AZƏRBAYCAN
TÜRKİYƏ
MOLDOVA
UKRAYNA
RUSİYA
ORTA ASİYA
XƏSTƏLİYİN YAYILMASI
EKOLOGİYASI• Yüksək rütubət• Havanın orta
temperaturu- 24-28ºC
TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ• Yarpaqların vaxtından
əvvəl ölüşgəməsi• Plastik maddələrin az
toplanması• Soğanın əmtəəlik
qabiliyyətinin itirilməsi
MÜBARİZƏ TƏDBİRLƏRİ• Sahədən bitki
qalıqlarının toplayaraq məhv edilməsi
• Dərin şum aparmalı• Növbəli əkin
dövriyyəsi• 1%-li bordo məhlulu• 0,2%-li ridomil (1,2
kq/ha)• İşçi məhlulun məsarifi
300-400 l/ha
Təsnifatda yeri:
Fungi və ya Mycota aləmi, Anamorfic
fungi şöbəsi, Coelomycetes sinfi,
Melanconiales sırası, Melanconiaceae
fəsiləsi, Colletotrichum cinsi
Bioloji qrupu:
Hemibiotrof
Soğanın antraknozu – Colletotrichum circinans (Berk.) Vogl.
Patogenin morfologiya və biologiyası. Xəstəliklə əsasən soğan
bitkiləri yoluxurlar. Yarpaq və toxum oxlarında qonur ləkələr əmələ
gəlir, rütubətli havada belə ləkələr konsentrik həlqələrlə düzülən
tünd yaşıl və ya qara yastıcıqlarla örtülür.
Bitkinin yoluxmuş səthində rast gəlinən tünd yaşıl yastıcıqlar
patogenin sporolojasından ibarətdir. Sporoloja əvvəlcə epidermisin
altına qoyulur, sonra onu cılız və lokal kiçik yastıcıqlar şəklində
toxumanın səthinə çıxır. Sporlarda çoxsaylı birhüceyrəli və ya
arakəsməli yuxarıya doğru nazilən, uzunluğu 315 mkm-ə qədər olan
tükcüklər (hiflər) var.
Konididaşıyanlar rəngsiz və ya solğun qonur, çox hüceyrəli düz,
ölçüləri 11,7-48 x 2.5-3 mkm-dir. Konidilər rəngsiz və ya yüngülcə
sarıtəhər, milşəkilli, zəif əyri və ya demək olar ki, düz, ucları itidir,
ölçüləri 14-30 x 3-6 mkm-dir.
AZƏRBAYCAN
GÜRCÜSTAN
MOLDOVA
BELORUS
UKRAYNA
RUSİYA
EKOLOGIYASI
• Xəstəliyin inkişafı üçün əlverişli şərait – 18-26ºC• Havanın rütubəti – 78- 90%
TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ
• Yarpaqlarda vaxtından əvvəl ölüşgəməsi• Soğanaqların əmtəəlik qabiliyyətinin itirilməsi
MÜBARİZƏ TƏDBİRLƏRİ
• 1%-li bordo məhlulu (6-8 kq/ha mis üzrə) • 60%-li arserid i.t. (2,5 kq/ha) • 80%-li monika bordo (5 kq/ha) • 25% ridomil i.t. (1,2 kq/ha) • İşçi məhlulun məsarifi 300-400 l/ha
Təsnifatda yeri:
Fungi və ya Mycota aləmi,
Ascomycota şöbəsi, Euascomycetes
sinfi, Helotiales sırası, Sclerotiniaceae
fəsiləsi, Sclerotinia cinsi
Bioloji qrupu:
Hemibiotrof
Soğan və sarımsaq diblərinin ağ çürüməsi – Sclerotium cepivorum Berk.
Patogenin morfologiya və biologiyası. Xəstəliklə soğan və
sarımsaq bitkiləri mülayim iqlimə malik rayonlarda, tarlada və
saxlama zamanı yoluxurlar. Tarlada yoluxma zamanı cavan bitki-
lərin yarpaqları saralır və ölüşgəyir. Ölüşgəmə yarpaqların ucundan
başlayır və aşağıya doğru gedir. Bitkilər tezliklə soluxur və məhv
olurlar. Cavan soğanaqların köklərin də və pulcuqlarında ağ xətli
mitsel və yarı sulu çürümə əmələ gəlir. Onun səthində isə belə to-
xumanın ölçülərinə oxşar qara sferik sklerosiyalar meydana çıxır.
Xəstəlik gec inkişaf edən zaman tarlada bitki yarpaqlarının
ölüşgəməsi nadir hallarda qeydə alınır və simptomlar məhsul
yığımı dövrü müşahidə olunur. Soğanağın dibində kiçik sklerosiyalı
ağ mitsel yaxşı görünür.
• Xəstəlik mülayim iqlim qurşağında yerləşən ölkələrdə daha geniş yayılmışdırYayılması
• Yüksək temperatur və torpağın aşağı rütubəti patogenin sklerosiyalarının həyatilik qabiliyyətini aşağı salır
• Temperatur 40ºC olduqda torpaqda göbələyin cücərən sklerosiyalarının 50%-i 39 saatdan sonra məhv olurlar
• 50ºC-də bu 2 saatdan sonra baş verir
Ekologiyası
• Xəstəliyin anbarda baş verməsi daha təhlükəli xarakterli olub, məhsulun əsas kütləsinin çürüməsi ilə nəticələnir
Təsərrüfat əhəmiyyəti
• Xəstəliklə mübarizədə yüksək aqrofon yaradılması vacibdir
• Saxlamaya qoymazdan əvvəl soğanaqların qurudulması və onların ciddi surətdə çeşidlənməsi əhəmiyyətlidir
• Saxlama anbarlarında saxlama rejiminə əməl edilməlidir
Mübarizə tədbirləri
Təsnifatda yeri:
Fungi və ya Mycota aləmi, Anamorfic
fungi şöbəsi, Hyphomycetes sinfi,
Hyphomycetales sırası, Moniliaceae
fəsiləsi, Penicillium cinsi
Bioloji qrupu:
Saprotrof
Soğanaqların yaşıl kifəoxşar çürüməsi və ya pensilliyoz- Penicillium sp.
Patogenin morfologiya və biologiyası. Saxlama zamanı sarımsağın ən təhlükəli xəstəliklərindən biri olmaqla, əmtəəlik məhsulun keyfiyyətini pisləşdirir, tonlarla məhsul seçilə-seçilə çıxdaş edilir. Xəstəliyin ilkin dövrlərində sarımsağın ayrı-ayrı dişləri solğunlaşır, ölüşgəyir, toxumanın şirəli hissəsində şəffaf-sarı rəngli kiçik basıq ləkələr meydana çıxır. Belə sirayətlənmiş sarımsaq dişləri 7- 10 gün müddətində yumşalır, ləkələr əvvəlcə şəffaf, ağtə-hər, 3-5 gün ondan sonra isə yaşıl kifəoxşar örtüklə seçilir. Yuxarıda göstərilən yaşıl kifəbənzər örtük Penicillium göbələyinin mit-selindən və sporlarından ibarətdir. Bu zaman günlər keçdikcə xəs-təlik daha da daxili dişlərə doğru yayılır, daxili dişlər büzülür, qaralır və parçalanmağa başlayır. Quru pulcuqlar dişlərə sıx yapışmırlar. Quru pulcuqlar altında patogenin yaşıl və ya yaşıl-göy rəngli səpələnən spor kütləsi yığılır. Belə pulcuqlar kəsildikdə spor kütləsi havaya səpələnir. Yoluxmuş toxuma yumşaq kütləyə çevrildiyindən soğanağa əllə toxunduqda boş görünür.
YAYILMASI
• Becərilmə şəraiti, aqrotexniki fon və saxlama rejiminə düzgün əməl edilməyən istənilən ölkədə rast gəlinir
EKOLOGİYASI
• Sahədən topladıqdan sonra 25-35ºC temperaturda 7-10 gün saxlamaq
• Soğanaqları havanın 70-75% nisbi rütubətində saxlamaq• Soğanaqları 1-2ºC temperaturda saxlamaq• Ərzaqlıq sarımsağı -1-3ºC temperaturda saxlama
Təsnifatda yeri:
Fungi və ya Mycota aləmi, Anamorfic
fungi şöbəsi, Hyphomycetes sinfi,
Hyphomycetales sırası, Dematiaceae
fəsiləsi, Alternaria cinsi
Sinonimi:
Macrosporium porri Ell., Alternaria allii
Nolia
Bioloji qrupu:
Hemibiotrof
Məxməri ləkəlik və ya alternarioz – Alternaria porri (Ell.) Cif.
Patogenin morfologiya və biologiyası. Xəstəliklə mədəni soğanın bütün növləri yoluxur. Əvvəlcə xəstəlik çoxillik soğanda meydana çıxır, bundan 3-4 həftə sonra isə patogen baş soğanda müşahidə edilir.
Soğanaqları basırdıqdan 2-2,5 ay sonra bitkinin yarpaq və çiçəkdaşıyan zoğlarında xəstəliyin simptomları əmələ gəlir. Bu simptomlar yaxşı görünən konsentrik zonallıqla seçilən uzunsov yumurtayaoxşar məxməri ləkələrdən ibarətdir. Soğanın bir çox növlərində ləkələr iri, elliptik, məxməri rənglidir. Toxum oxlarında, toxumluq başcıqların altında həlqəvi, məxməri çalarlı tünd bənövşəyi ləkələr formalaşır. Belə ləkələrin ölçüsü 4-6 sm-ə qədər ola bilir. Xəstəliyi törədən göbələyin mitseli çoxhüceyrəli, cavan yaşda ağ, nisbətən sonra isə zeytuni-qonur rənglidir.
Konididaşıyanlar tək-tək və ya qrup halında, düz və ya əyri, arakəsməli, boz-qəhvəyi, ölçüləri 100-120 x 5-10 mkm-dir.