yaxin sherq dunya siyasetinde

26
1 Dr. Elnur NƏSĐROV YAXIN ŞƏRQ DÜNYA SĐYASƏTĐNDƏ (Beynəlxalq Əlaqələr Fakültəsi Üçün Mühazirələr) Near East In World Politician Ближний Восток в Мировой Политике دق ا ا و ا اBakı 2010

Upload: enasir5640

Post on 05-Jul-2015

1.691 views

Category:

Documents


2 download

TRANSCRIPT

Page 1: Yaxin Sherq Dunya Siyasetinde

1

Dr. Elnur NƏSĐROV

YAXIN ŞƏRQ DÜNYA SĐYASƏTĐNDƏ

(Beynəlxalq Əlaqələr Fakültəsi Üçün Mühazirələr)

Near East In World Politician

Ближний Восток в Мировой Политике

ا2;59:6 ا82و34562 ا012ق ا-د+*

Bakı 2010

Page 2: Yaxin Sherq Dunya Siyasetinde

2

İÇİNDƏKİLƏR

Mövzu 1

Yaxın Şərq və Orta Şərq hadadır? “Yaxın Şərq və Orta Şərq” məfhumlarının mənası

Mövzu 2

Yaxın VƏ Orta Şərqin Geostrateji Və Geosiyasi Vəziyyəti

Mövzu 3 və 4

Yaxın və Orta Şərq Regionundakı Dövlətlər / Yaxın və Orta Şərqdə Etnik və Dini Vəziyyət

LİVAN

SURİYA

İORDANİYA

FƏLƏSTIN

İSRAİL

Mövzu 5

XX əsrin I yarısında ABŞ, Avropa dövlətləri və Sovet Rusiyanın Yaxın və Orta Şərq siyasəti

Mövzu 6

Türkiyənin Yaxın və Orta Şərq siyasəti

Mövzu 7

İsrail dövlətinin yaranması. Fələstin problemi

Mövzu 1

Yaxın Şərq və Orta Şərq hadadır? “Yaxın Şərq və Orta Şərq” məfhumlarının mənası

II dünya müharibəsindən sonra elmi tədqiqat və beynəlxalq siyasətdə tez-tez eşidlməyə başlanan “Orta Şərq” (Middle East) məfhumunu ilk dəfə 1902-ci ildə amerikalı tarixçi və stratejist Alfred Thayer Mahan “National Review” jurnalında dərc olunmuş özünün “The Persian Gulf and International Relations” başlıqlı məqaləsində işlətmişdir. A.T.Mahan bu sözü Ərəbistan yarımadası ilə Hindistan arasındakı ərazini bildirmək üçün istifadə etmişdi. Müəllif keçən əsrin əvvəllərində İran körfəzinin strateəi əhəmiyyəti və burada alman, ingilis və rus nüfuzunun toqquşmasını izah edərkən “Orta Şərq” məfhumu ilə Süveyş kanalından Sinqapura gedən dəniz yolunun bir hissəsinin qorunmasında böyük əhəmiyyət kəsb edən coğrafiyanı nəzərdə tutmuşdu. Lakin bu coğrafiyanın konkret sərhədləri haqqında danışmamışdı. Mahandan sonra ingilis qəzeti The Times-in xarici siyasət üzrə redaktoru Valentine Chirol “Orta Şərqin Problemləri” adlı məqaləsində İran körfəzinin strateəi əhəmiyyəti, Almaniyanın inşa etmək istədiyi Bağdad dəmiryolu xəttinin körfəzə qədər çatdırılmasının İngiltərənin regiondakı və Asiyadakı mənafelərinə vuracağı zərərləri açıqlamışdır. Müəllif burada “Orta Şərq” sözü ilə İran körfəzi və ətrafındakı regionu nəzərdə

Page 3: Yaxin Sherq Dunya Siyasetinde

3

tutmuşdu. Mahan və Chirolun ingilis dilinə qazandırdıqları “Orta Şərq” (Middle East) sözü yavaş yavaş elmi kimlik qazanmağa başlamışdı. A. Hamilton 1909-cu ildə Londonda nəşr etdirdiyi “Problems of the Middle East” kitabı ilə bu məfhumu politologiya elminin lüğətinə daxil etmişdi. Həmin dövrdə Hindistanda kralın müstəmləkə naibi olan Lord Curzon da Hindistanın qərbində qalan əraziləri bildirmək üçün tərtib etdiyi rəsmi sənədlərdə “Orta Şərq” (Middle East) sözündən istifadə etmişdi.

“Orta Şərq”, “Yaxın Şərq” və “Şərq Məsələsi” kimi anlayışlar qərbdə, Avropada meydana çıxmışdır. Bu məfhumlaşmanı istiqamətləndirən əsas amil Avropanı dünyanın mərkəzi olaraq qəbul edən və dünyanın digər regionlarını bu mərkəzə olan yaxınlıq və uzaqlığına görə kateqoriyalaşdıran düşüncə tərzidir. Avropanı dünyanın mərkəzi olaraq qəbul edən anlayış, düşüncə tərzi yeni deyildir, kökləri tarixin dərinliklərinə gedib çıxır. Müasir qərb mədəniyyətinin formalaşmasına böyük təsiri olmuş qədim yunanlar dünyanı “mədəni cənub” və “barbar şimal” olaraq iki qismə ayırırdılar. Bu ikiyə ayırma Romalılarda da olmuşdur, şərq və qərb formasında. Roma imperiyasının iki paytaxtı var idi. Qərbdəki paytaxt Roma, şərqdəki isə Konstantinopol idi.

XV əsrdə avropalılar Avropa xaricindəki dünyanın kəşf etməyə başlayandan sonra Çin,

Yaponiya və Malaziyanı “Uzaq Şərq” (Far East) adlandırmışdılar. Şərqin bu uzaq hissəsindən Avropaya daha yaxın olan, Aralıq dənizinin şərq sahillərini isə avropalılar “Yaxın Şərq” (Near East) adlandırmışdılar. Beləcə “Yaxın Şərq” qərbdə “Uzaq Şərq” ilə Avropa arasındakı regionu və əsasən də XVI əsrin əvvəllərindən etibarən Osmanlı dövləti tərəfində idarə olunan ərazini ifadə etmək üçün istifadə edilmişdi. Qərblilər “Şərq” (east, orient) və ya “Yaxın Şərq”məfhumundan ilə sadəcə Osmanlı dövlətinə işarə edən və ya coğrafi məkanı bildirən kəlmə kimi deyil, eyni zamanda mədəniyyət və dini cəhətdən “digərləri”ni bildirən anlayış kimi istifadə etmişdirlər.

“Yaxın Şərq” və “Uzaq Şərq” kimi anlayışların siyasi lüğətdə öz yerini möhkəmləndirməsində avropalı imperyalistlərin Osmanlı dövlətinə qarşı apardıqları mübarizəyə “Şərq məsələsi” adını qoymaları və 1894-1995-ci illər Çin-Yapon müharibəsinin də rolu olmuşdur. İngilis arxeoloq və səyyah Hogarth 1902-ci ildə nəşr etdirdiyi adlı "The Nearer East" kitabında bu anlayışa yeni bir şərh vermişdi. Hogartha görə “Yaxın Şərq” coğrafi olaraq Albaniya, Çernoqoriya, cənubi Serbiya, Bolqarıstan, Yunanıstan, Misir, İranın böyük bir qismi, Osmanlı dövlətinin Asiyadakı bütün torpaqları Qaradənizlə Xəzər arasındakı dağlıq və çöllük bütün ərazini ehtiva etməkdə idi. I dünya müharibəsi vaxtı Osmanlı

Page 4: Yaxin Sherq Dunya Siyasetinde

4

dövlətinin Balkan yarımadasındakı torpaqlarını itirməs, Ərəbistan yarımadasının bir hissəsinin ingilis və fransızlar tərəfindən işğal edilməsi “Orta Şərq” və “Yaxın Şərq” anlayışlarının coğrafi sərhədlərinin dəyişməsinə səbəb oldu. Belə ki, Balkan y.adası artıq avropalılar üçün “şərq”in bir hissəsi deyildi. Əvvəllər “Yaxın Şərq”ə aid etdikləri bir sıra əraziləri də artıq “Orta Şərq”ə aid etməyə başlamışdılar.

I dünya müharibəsindən sonra İngiltərə hökumətində “Müstəmləkələr Nazirliyi”nin tabeçiliyində “Middle Eastern Department” adlı bir idarə qurulmuşdu. Bu məfhum artıq rəsmilik qazanmışdı. I dünya müharibəsi vaxtı ingilislərin işğal etdikləri Fələstin, İordaniya və İraq bu idarənin ixtiyarına verilmişdi.

Coğrafi sərhədlərinin qeyri-müəyyən olması “Yaxın Şərq” və “Orta Şərq” anlayışlarının istifadəsini əslində çətinləşdiriri. Bunlarla yanaşı “Şimali Afrika və Orta Şərq” (North Africa and Middle East) anlayışı da istifadə edilir. “Near and Middle East” anlayışı ilə yanaşı bunların hamısını əhatə edə biləcək formada “cənubi-qərbi Asiya” (Southwest Asia) termininin istifadəsi də son dövrlərdə xeyli yayılmışdır.

Avropa və Amerikadakı universitetlərin bir çoxunda “Middle East Center” və ya “Near East

Center” adlı tədqiqat mərkəzləri fəaliyyət göstərir. II dünya müharibəsindən sonrakı dövrdə bu mərkəzlərdə regon ölkələri ilə bağlı ictimai, siysai, iqtisadi, tarixi, mədəni, strateji, coğrafi və digər bütün cəhətləri ilə tədqiqatlar aparılmaqdadır. Bu mərkəzlərin əhatə dairəsindəki ölkələr bəzən bir-birindən fərqli olur. Məsələn bəziləri Sudan, Liviya, Cibuti və Əfqanıstanı Orta Şərq anlayışına daxil etdikləri halda digərləri bunun xaricində sayırlar.

“Orta Şərq” sözünü daha çox sivil və siyasi dairələr istifadə edirlər, beynəlxalq təşkilatlar və mətbuat orqanları bu kəlmənin istifadəsində üstünlük vermirlər. Məsələn BMT-da bu kəlmənin istifadəsi çox yayılmamışdır. BMT çəçivəsində bu regionda fəaliyyət göstərən UNRWA (United Nationals Relief and Agency for Palestine Refugees in the Near East) Orta Şərq deyil, Yaxın Şərq sözünü istifadə edir. Livan, Suriya, İordaniya, qərbi Şəriə və Qəzzədə yaşayan Fələstinli qaçqın və köçgünlərə səhiyyə, təhsil və ictimai sahələrdə kömək etmək məqsədi ilə qurulmuş bu təşkilat 1950-ci illərdən bəri burada xidmət göstərir.

BMT-nin regionda fəaliyyət göstərən başqa bir qurumu (Economic and Social Commission for Western Asia) ESCWA-dır. Mərkəzi Beyrutda yerləşən qurumun şura üzvləri Bəhreyn, Misir, İraq, İordaniya, Küveyt, Livan, Oman, Fələstin, Qatar, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ və Yəməndir. Diqqətə dəyər

Page 5: Yaxin Sherq Dunya Siyasetinde

5

bir xüsus eyni regionda yerləşdiyi halda İsrailin bu quruma üzv olmamasıdır. BMT tərəfindən nəşr edilən “Demographic Yearbook”da Orta Şərq regionu ölkələri Western Asia adı altında təsnif edilmişdir. Ermənistan, Azərbaycan, Gürcüstan, Kipr, Bəhreyn, İraq, İran, İsrail, İordaniya, Küveyt, Livan, Oman, Fələstin (Qəzzə şəridi daxil), Qatar, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə, BƏƏ və Yəmən Qərbi Asiya (Western Asia) regionu daxilində göstərilmişdir. Burada cənubi Qafqaz ölkələrinin də bu regiona daxil edilməsi maraq doğurur.

Bizim dünya siyasəti çərçivəsində öyrənəcəyimiz “Yaxın Şərq”in əhatə dairəsi isə daha kiçikdir. Buraya Suriya, Livan, İordaniya, İsrail, Fələstin və Misir daxildir. Başda Fələstin-İsrail problemi, İsrailin region dövlətlərinə qarşı apardığı təcavüzkar siyasət, bu ölkələrin daxili problemləri, geostrateji və geosiyasi vəziyyəti, dini və etnik təşəkkülü, vətəndaş müharibələri, dünyadakı güc mərkəzlərinin regiondakı siyasi maraqları kimi mövzuları öyrənəcəyik.

Mövzu 2

Yaxın və Orta Şərqin geostrateji və geosiyasi vəziyyəti

Yaxın və Orta Şərq Avropa, Asiya və Afrika qitələrini bir-birinə yaxınlaşdıran, Atlantik okeanını Hind okeanına və Sakit okeana bağlayan, başqa sözlə desək “köhnə dünya”nı birləşdirən, geostrateji və geosiyasi cəhətdən olduqca əhəmiyyətli coğrafiyadır. Bu coğrafiya Süveyş kanalı, Dardanel və Bosfor boğazları, Bəsrə (İran) körfəzi kimi dəniz yollarını, eyni zamanda quru və hava yollarının kəsişdiyi bir yerdir. Xüsusən də Bəsrə (İran) körfəzinin bu coğrafiyada yerləşməsi regionun siyasi və strateji əhəmiyyətini artırı. Bəsrə (İran) körfəzi “İslam dünyasının qəlbi” adlandırsaq yəqin ki, mübaliğə etmiş olmarıq. Çünki Bəsrə (İran) körfəzi Yaxın və Orta Şərq regionun demək olar ki, mərkəzində qədər uzanaraq bu regionun istənilən nöqtəsinə eyni məsafədə dayanmaq imkanına malikdir. Bəsrə körfəzinin şimali-qərb sahillərində dayanmış, təyyarədaşıyan və ballistik roketlərlə təchiz edilmiş, donanma ilə Yaxın və Orta Şərq regionunun istənilən nöqtəsinə zərbə endirmək mümkündür. Bu da körfəzin strateəi dəyərinin nə qədər yüksək olduğunun dəlillərindən biridir. Yaxın və Orta Şərq regionunun qərbi Aralıq dənizinin şərq sahilləri ilə həmsərhəddir. Bu da adı çəkilən regiondan Aralıq dənizi kimi mühüm əhəmiyyət kəsb edən su hövzəsinə çıxışı təmin edir. Aralıq dənizi tarix boyu “siyasi dəniz” kimi tanınmışdır. Adının “Aralıq”

Page 6: Yaxin Sherq Dunya Siyasetinde

6

(Mediterranean Sea) olması da təsadüfi deyil. Çünki qədim dövrlərdən bəri coğrafiyaşünaslar bu dənizi “dünyanın ortasında, arasında yerləşən dəniz” adlandırmışdılar. Tarix boyu bir çox böyük dövlətlərin siyasi, iqtisadi maraqları məhz bu dəniz və ətrafında toqquşmuşdur. Yaşın və Orta Şərqi bəşər tarixinin və mədəniyyətinin beşiyi adlandırmaq olar. Tarix boyu bir çox mədəniyyətlər, dövlətlər, dinlər (İslam, xristianlıq və yəhudilik) bu regionda yaranmışdır.

Müasir dövrdə Yaxın və Orta Şərq regionunun strateji əhəmiyyətini artıran ən mühüm amil heç şübhəsiz malik olduğu enerji ehtiyatlarıdır. Dünyadakı neft ehtiyatlarının 60%-dən çoxu bu regionun payına düşür.

Region ölkələrinin malik olduqları neft ehtiyatları (milyard barrel):Səudiyyə Ərəbistanı: 264,3, İran: 137,5, İraq: 115, Küveyt: 101,5, Birləşmiş Ərəb Əmirlikləri: 97,8. Region ölkələrinin gündəlik neft neft hasilatı (1990-cı il göstəricisi): Səudiyyə Ərəbistanı: 6,82 milyon barrel, İran: 3,1 mln br, İraq: 1,95 mln br, Küveyt: 1,13 mln br, Birləşmiş Ərəb Əmirlikləri: 2,22 mln br, Suriya 388 min barrel, Misir 872 min br, Türkiyə 72 min br, Qatar 415 min br, Yəmən 192 min br, Oman 677 min br, Bəhreyn 42 min br. Bu ölkələrdən Qatar, S. Ərəbistanı, Bəhreyn, Küveyt eyni zamanda böyük təbii qaz istehsalçılarındandır.

Siyasi, iqtisadi və hərbi cəhətdən belə müstəsna bir dəyərə malik olan Yaxın və Orta Şərq regionu XVI əsrdən I dünya müharibəsinə qədər, İran istisna olmaqla, Osmanlı dövlətinə daxil olmuşdu. Lakin XIX əsrdə Osmanlı dövlətinin özünün zəifləmə dövrünün zirvəsində olması, bir çox daxili və xarici problemlərlə məşğul olmaq məcburiyyətində qalması bu regionun İngiltərə, Fransa, Rusiya, Almaniya, İtaliya kimi dövlətlərin mənafelərinin toqquşduğu, özlərinin siyasi, iqtisadi və mədəni hegemoniyalarını qurmağa çalışdıqları coğrafiyaya çevrilməsinə səbəb oldu. Qərbin imperyalist dövlətləri səylərini bu istiqamətdə birləşdirməklə yanaşı eyni zamanda cənuba, isti dənizlərə enmək istəyən digər bir imperyalist gücün,

Page 7: Yaxin Sherq Dunya Siyasetinde

7

Rusiyanın qarşısını almaq üçün də əməkdaşlıq edirdilər. Osmanlı dövləti uzun müddət imperyalist güclərin arasındakı bu rəqabətdən məharətlə isifadə etmiş və balanslaşdırılmış siyasət yeritmişdi. Lakin XX əsrin əvvəllərində dünyadakı siyasi şəraitin dəyişməsi Osmanlı dövlətini çətin vəziyyətə saldı. İngiltərə, Fransa və Rusiyanın bir blokda birləşmələri Osmanlı dövlətinin bunların qarşısındakı Almaniya və Avstriya-Macarıstan ittifaqına yaxınlaşmaq məcburiyyətini meydana çıxartdı. Almaniyanın I dünya müharibəsi ərəfəsində Osmanlı dövlətindəki hakimiyyət dəyişikliyində mühüm rol oynamasının yeni hökumətin Osmanlı dövlətini Almaniyanın yanında I dünya müharibəsinə daxil olmasına ciddi təsiri olmuşdu. Osmanlı dövlətinin daxil olduğu hərbi-siyasi blok I dünya müharibəsindən məğlub çıxdı. İngiltərə, Fransa və Rusiya müharibədən əvvəl bağladıqları gizli müqavilələrə görə məğlublara aid torpaqları öz aralarında bölüşdürməli idilər. Lakin Rusiyada 1917-ci il inqilabından sonra hakimiyyətə gələn bolşeviklər çar Rusiyasının bağladığı gizli müqavilələri açıqladılar. Müharibəyə sonradan qoşulmuş ABŞ-nın prezidenti Vudro Vilson bağlanmış gizli müqavilələrin öz hökmünü itirdiyini bildirmişdi. Vilson 8 yanvar 1918-ci ildə özünün 14 maddəlik prinsiplərini açıqladı. Bu prinsiplərə görə Osmanlı dövlətinin əlində sadəcə türklərin yaşadığı

ərazilər qalacaqdı. Geri qalan ərazisinin taleyini isə burada yaşayan xalqlar özləri həll edəcəkdilər. Lakin ABŞ tezliklə özünün müharibədən əvvəlki “özünütəcrid” siyasətinə qayıtdı. İngiltərə və Fransa 24 aprel 1920-ci ildə San-Remo konfransında Yaxın və Orta Şərqi öz aralarında bölüşdürdülər. Yaxın və Orta Şərqin müasir dövlətləri (İsrail istisna olmaqla) İngiltərə və Fransanın müstəmləkəçiliyindən xilas olaraq yaranmışdılar.

Mövzu 3 və 4

Yaxın və Orta Şərq Regionundakı Dövlətlər / Yaxın və Orta Şərqdə Etnik və Dini Vəziyyət

MİSİR

Rəsmi adı Misir Ərəb Respublikası (Cumhuriyyət Masr-ul Ərəbiyyə/�� (����ر�� ��� ا���şimali Afrikanın əhalisi ən çox olan ölkəsidir. Paytaxtı Qahirə şəhəridir. Əhalisinin böyük bir qismi Nil çayı boyunca məskunmaşmışdır. Misirin ərazisi, Asiya qitəsində yerləşən Sinay yarımadası ilə birlikdə, 1 020 000 km2-dir. Qərbdə Liviya, cənubda Sudan və şimali-şərqdə Fələstin və İsraillə quru sərhədlərinə malikdir. Quru sərhədlərinin uzunluğunun cməi 2665 km-dir. Bunun 11 km Fələstin, 266 km İsrail, 1115 km Liviya və 1273 km Sudanladır. Şimalında Aralıq dənizi (sahil 2000 km), şərqində isə Qırmızı dəniz (sahil 1800 km) var. 1869-cu ildən bəri istifadə edilən Süveyş kanalı

Page 8: Yaxin Sherq Dunya Siyasetinde

8

Misirin ərazisindən keçərək Aralıq dənizi və Qırmızı dənizi birləşdirir və Hindistana gedən dəniz yolunu qısaldır. Misir təbii sərvətlər cəhətdən elə də zəngin ölkə deyil. Ölkənin quru və isti iqlimi flora və faunanın zənginləşməsinə mane olmuşdur. Nil çayının ətrafı yaşıllıq və məhsuldar torpaqlarla örtülüdür. Ölkənin digər yerləri isə əsasən sarı rəngli çöllükdən ibarətdir.

Afrika ilə Asiyanı, Avropa ilə Hindistan və Uzaq Şərqi birləşdirən quru və dəniz yollarının kəsişdiyi Misir geostrateji cəhətdən mühüm ölkədir. Afrika Birliyi, ərəb və İslam ölkələri arasında nüfuzlu ölkə olan Misirin 78 887 000 əhalisi var (iyul 2006) və bu əhalinin 45% şəhərlərdə yaşayır. Əhalinin 92% müsəlmandır. Böyük əksəriyyət ərəbdir, lakin Misirdə qıbti və nubiyalılar da yaşayırlar. Misir keçən əsrin ikinci yarısından etibarən inkişaf yoluna qədəm qoymuş və hal-hazırda inkişaf etməkdə olan ölkələrdən biridir. Ölkədə orta təhsil pulsuz, ibtidai təhsil məcburidir. Əcnəbilərin açdıqlarından başqa ölkədə 7 universitet fəaliyyət göstərir. Bunlardan ən məşhuru əl-Əzhər universitetidir. Əhalinin 50% savadlıdır. Misir 26 vilayətə və hər bir vilayət də qəzalara bölünür. Vilayətlər valilər, qəzalar isə qəza müdirləri tərəfindən idarə olunur. Hər bir vilayətdə qəzalardan gələn təmsilçilərin təşkil etdikləri “vilayət şuraları” fəaliyyət göstərir. Misir parlamentində 402

millətvəkili var. bunlardan 10-unu prezident təyin edir, geri qalanlar isə 5 ildə bir keçirilən ümumxalq səsverməsində seçilirlər. Misir dövlətinin başçısı fövqəladə səlahiyyətlərlə təchiz edilmiş prezidentdir. Prezident hökuməti təşkil edir və ali icraedici orqanın başçısıdır. 1952-ci ildə kral Fəruqun hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılmasından bəri Misir prezident üsul-idarəli respublikadır. Misir adambaşına milli gəlirinə görə Afrikanın birinci ölkəsidir. Lakin dünya ölkələri siyahısında 114-cü yerdədir. Adam başına milli gəlir 1518 $-dır. Misirin ÜDM-si 328,1 milyard $-dır (2006). Bunun 14,7% kənd təsərrüfatı, 35,5% sənaye, 49,8% xidmət sektorunun payına düşür. 2006-cı il göstəricilərinə görə ölkənin ixracatı 24,22 milyard $, idxalatı isə 35,86 milyard $ olmuşdur. 1980-ci ilə qədər zəif iqtisadiyyata malik Misir prezident Ənvər Sədatın uğurla yeritdiyi siyasi kurs nəticəsində 10%-lik iqtisadi böyümə əldə edə bilmişdi. Nil çayı üzərində barajların və su anbarlarının tikintisi həm enerjiyə olan ehtiyacın əsaslı surətdə təmin edilməsi, həm də kənd təsərrüfatında məhsuldarlığın bir neçə dəfə artmasına səbəb olmuşdu. Bugün Misir kənd təsərrüfatı məhsullarının ixracatına görə dünyanın lider ölkələrindən biridir. Ölkədə nüvə enerjisindən də geniş istifadə olunur.

LİVAN

Page 9: Yaxin Sherq Dunya Siyasetinde

9

Ölkənin rəsmi adı Livan Respublikasıdır (����� .(əl-Cumhuriyyət-ul-Lubnaniyyə/ا�!���ر�� ا� �Paytaxtı 2 milyon əhalisi olan Beyrut şəhəridir. Ölkənin digər böyük şəhərləri Trablusşam, Seyda, Zəhlə və Nəbatiyədir. Ərazisi 10 452 km2-dir. Əhalisi 3 874 000 (iyul 2006). Əhalinin 77% şəhərlərdə yaşayır və 88% savadlıdır.

Ölkənin quru sərhədlərini cəmi 454 km-dir. Bunun 79 km İsrail, 375 km isə Suriya ilə sərhəddir. Ölkənin Aralıq dənizi sahilinin uzunluğu 225 km-dir. Livanda 400 min nəfərə yaxın Fələstinli qaçqın da yaşayır. Hal-hazarda Livanı öz daxilində hegemon bir dövlət adlandırmaq çox çətindir. Çünki ölkədə hər bir etnik və dini qrupun öz ordusu var. Ölkədə 7 ayrı ordu qruplaşması var. Livan parlamentli respublikadır. Ölkə 5 inzibati ərazi vahidinə bölünür. Dörd ildə bir seçkilərin keçirildiyi parlamendə 99 millətvəkili olur. Prezident 6 ildə bir, xristian ərəblərdən seçilir. Başnazir sünni ərəb, parlamentin sədri isə şiə ərəb olur. Ölkədəki siyasi qruplar da etnik və dini mənsubiyyətə görə qurulublar. Məsələn Falangelistlər xristianlardır, Müsəlman Qardaşlar, Yoxsullar hərəkatı, Sosialist Partiyası, Bəəs partiyası, İraq Bəəsçiləri, sünnilər və şiələrin partiyaları, maruni keşişlərin siyasi hərəkatı və.s. Ermənilərin siyasi və terror təşkilatlarının bir çoxunun mərkəzi və ya şöbələri Livanda yerləşir.

XX əsrin II yarısından etibarən inkişaf edən Livan iqtisadiyyatına İsrail işğalı və vətəndaş müharibələri ağır zərbə vurmuşdur. Ölkə ərazisinin 17% əkinə yararlıdır. Sədr ağacı Livanın simvoluna çevrilsə də (bayrağının üzərində təsvir olunub) ölkənin meşələri plansız istifadə nəticəsində xeyli kiçilmişdir. Livanın ÜDM 21.45 milyard $ (2006) olmuşdur. Bunun 7% kənd təsərrüfatı, 21% sənaye və 72% xidmət sektorunun payına düşür. 2006-cı ildə Livanın ixracatı 1.9 milyard $, idxalatı isə 9.3 milyard $ olmuşdur. Livanın adam başına milli gəliri 6.288 $ olmaqla dünyada 60-cı ölkədir.

Livan xeyli qarışıq dini və etnik təşəkkülə malikdir. Əhalinin 83% ərəblər təşkil edir. Livan ərəblərinin 63% müsəlman, 8% druz, geri qalanı isə maruni məzhəbində olan xristianlardır. Əhalinin 11% yunanlar təşkil edir. Yunanların 59% pravoslav, 41% katolikdir. Ölkə əhalisinin 5% ermənilərdən ibarətdir. Livan ermənilərinin hamısı pravoslav məzhəbindədirlər. Ölkə əhalisinin 1% kürdlər təşkil edir ki, bunların da hamısı sünni müsəlmanlardır. Livan əhalisinin 59,5% müsəlmanlardır. Müsəlman əhalinin 60% şiə, 40% sünnidir. Təqribən 7% druzda müsəlmanlardan sayılır. Lakin druzların dini etiqadları ilə İslamın təməl inam prinsipləri arasında ciddi fərqlər var. Druzların etiqadına görə Allah yeddi imamın cildinə girmişdir. Ən son Hakim bi-Əmrillahın

Page 10: Yaxin Sherq Dunya Siyasetinde

10

cildinə girmişdir. Druzluğun təməlini atan Həmzə ibn Əli adlı şəxs özünün Allahın nuru olduğu iddiası ilə çıxış etmişdir. Livan əhalisinin 20% maruni xristianlar təşkil edir. Marunilər katolik ərəblərdir, lakin digər katoliklərdən dini etiqadlarına görə müəyyən fərqləri var.

SURİYA

Ölkənin rəsmi adı Suriya Ərəb Respublikası (əs-Suriyət-ul-cumhuriyyət-ul-ərəbiyyə/ ��ّ ا�!���رّ�� ا��� paytaxtı Dəməşq (Şam) şəhəridir. 17,6 milyon ,(ا�ّ$�رّ��əhalisi ilə Suriya dünyanın 55-ci, 185,1 min km ərazisi ilə isə dünyanın 86-cı ölkəsidir. Əhalinin 77% savadlıdır. Ölkənin quru sərhədlərinin uzunluğunun cəmi 2253 km-dir. Bunun 605 km İraq, 822 km Türkiyə, 375 km Livan, 375 km İordaniya və 76 km İsrailin payına düşür. Ölkənin Aralıq dənizi sahilinin uzunluğu 193 km-dir.

Suriya çoxpartiyalı siyasi sistemə malik olsa da uzun illərdən bəri Bəəs (ərəb milliyətçiliyi) diktatorluğunun hakimiyyəti altındadır. Hakimiyyti öz əlində saxlayan Əsəd ailəsi nüseyridir. Konstitusiyaya görə Suriyada sosialist xalq demokratiyası rejimi mövcuddur. 250 deputatdan ibarət parlament fəaliyyət göstərir. İslami hərəkatlar baxımından Suriya tarixi köklərə malik bir ölkədir. Dr. Sibainin 1940-cı illərdə başlatdığı siyasi hərəkat Misirdə qurulmuş “Müsəlman Qardaşlar”

hərəkatının Suriyadakı davamına çevrilmişdir. Suriyada hakimiyyətdə olan Bəəs rejimi İslami siyasi hərəkata qarşı olduqca zorakı tədbirlərə əl atır. Suriya iqtisadiyyatında əsasən kənd təsərrüfatı və heyvandarlıq üstünlük təşkil edir. 2006-cı il göstəricilərinə görə ölkədə ÜDM 75 milyard $ olmuş və bunun 25,5% kənd təsərrüfatı, 22,1% sənaye və 52,4% xidmət sektorunun payına düşmüşdür. Həmin il ölkənin idxalatı 6,6 milyard $, ixracatı isə 6,9 milyard $ olmuşdur. Adam başına milli gəlirinə görə Suriya dünyada 115-ci ölədir, 1444 $.

Suriya etnik cəhətdən, ərəblərin üstünlük təşkil etməsilə birlikdə, rəngarəng bir ölkədir. Ölkə əhalisinin 88% ərəblər, 6% kürdlər, 2,8% ermənilər, 1% türklər, 1% yunanlardan ibarətdir. Bundan başqa Suriyada süryanilər, kəldanilər, nəsturilər, çərkəzlər və yəhudilər də yaşayırlar. Əhalinin 74% sünni müsəlanlardır. 11% nüseyridir. Nüseyrilər şiəliyin ifrat cərəyanlarından biri hesab olunur. Belə ki, nüseyrilərin dini etiqadına görə Əli ibn Əbu Talib (r.ə) Allahın insan cildinə girmiş formasıdır, bu kimi dini etiqada sahib qruplara Əliillahi də deyilir. Nüseyrilər əsasən Suriyanın Lazkiyyə rayonunda yaşayırlar. Suriya əhalisinin 3% druzlardır. Druzlar əsasən Suveydə (Cəbəlu Druz) rayonunda məskunlaşıblar. Əhalinin 0,8% ismaili, 10% isə xristiandır. Ölkədə həmçinin 17 minə yaxın yəhudi yaşayır.

Page 11: Yaxin Sherq Dunya Siyasetinde

11

İORDANİYA

Ölkənin rəsmi adı İordaniya Haşimi Krallığıdır (əl-Məmləkət-ul-Urduniyyət-ul-Haşimiyyə/ ا��� %� ��ّ�&� Paytaxtı Əmman şəhəridir. Ərazisi 92,3 .(ا)ردّ�ّ�� ا��min km, əhalisi 5,2 milyondur. Rəsmi dil ərəbcədir. Quru sərhədlərinin cəmi uzunluğu 1619 km-dir. Ölkə İraqla 181 km, İsraillə 238 km, Səudiyyə Ərəbistanı ilə 728 km, Suriya ilə 375 km, Qərbi Şəriə (Fələstin) ilə 97 km sərhəddə malikdir. Qırmızı dəniz sahilinin uzunluğu 26 km-dir. Əhalinin 62% şəhərlərdə yaşayır. Ən böyük şəhər 1,5 milyon əhalisi olan paytaxt Əmmandır. Əhalinin böyük əksəriyyəti ərəblərdir (98%). Bundan başqa İordaniyada yəhudilər, çərkəzlər, çeçenlər də yaşayırlar. Əhalinin 93% müsəlman, 5% xristian, geri qalan hissəsi isə yəhudi, bəhai və druzdur. Əhalinin 86,7% savadlıdır.

İordaniya adından da məlum olduğu kimi monarxiya üsul-idarəsi ilə idarə olunur. Ölkənin ilk kralı Abdullah ibn Hüseyn əl-Haşimi olmuşdur. Ölkədə iki palatalı parlament fəaliyyət göstərir. 30 üzvü olan Senat və 60 üzvü olan Təmsilçilər məclisi. Senat üzvlərini kral 4 il müddətinə təyin edir. TM-nin üzvləri isə seçkilərlə müəyyən edilir. İordaniya iqtisadi cəhətdən xarici yardımlardan asılı ölkədir. Ölkə təbii sərvətlər baxımından kasıb bir ölkədir. Yardım əsasən neftlə zəngin ərəb ölkələrindən gəlir. İsrail ölkənin əkinə yararlı ərazilərinin böyük bir

qismini işğal etmişdir. İqtisadi inkişafı ləngidən əsas səbəblərdən biri də budur. 2000-ci il göstəricilərinə görə ölkə ÜDM-u 17.3 milyard $ olmuşdur. Bunun 3% kənd təsərrüfatı, 25% sənaye və 72% xidmət sektoruna aiddir. 2000-ci ildə ölkənin idxalatı 4 milyard $, ixracatı isə 2 milyard $ olmuşdur. İordaniyanın xarici borcu 8 milyard $ keçmişdir. Adam başına milli gəlirinə görə dünyanın 101-ci ölkəsidir, 2423 $.

FƏLƏSTIN

Yaxın və Orta Şərqin istər siyasi, istərsə də dini və etnik baxımdan ən qarışıq və ən problemlə bölgəsi Fələstindir. Fələstinin coğrafi ərazisi də, israilpərəst media orqanlarının səhv təbliğatı nəticəsində, əksər insanlar tərəfindən düzgün tanınmır. Məlum olduğu kimi İsrail dövləti, eynən Ermənistan kimi, işğalçılıq siyasəti nəticəsində yaranmış və ərazisi genişlənmişdir. 1948-ci ilə qədər “İsrail” adlı nə coğrafi nə də siyasi bir yer yox idi. Qurulduğu tarixdən bəri İsrail öz ərazisini Fələstinin hesabına genişləndirmişdir. Oslo prosesi nəticəsində Fələstində qurulmuş muxtar idarə fələstinlilərə siyasi mənada istiqlaliyyət və kimlik qazandıra bilməmişdir. 1948-ci ildə Fələstinin bir hissəsində İsrail dövləti qurulandan sonra burada yaşayan fələstinlilərə “israilli” pasportu verilmişdi. Buna görə də vaxt keçdikcə dünyanın müxtəlif yerlərindən buraya köçüb gələn yəhudilər İsrailin əsl vətəndaşları, yerli əhali, yəni fələstinlilər isə

Page 12: Yaxin Sherq Dunya Siyasetinde

12

“İsraildəki ərəb azlıq” və ya “İsrail ərəbləri” adlandırılmışdılar. Beləcə fələstinlilər öz vətənlərində etnik azlığa çevrilmişdilər.

Hal-hazırda Fələstin torpaqlarının üzərində İsrail dövləti mövcuddur. Fələsdinin hüquqi olaraq İsrail idarəsində olmayan Qəzzə və Qərbi Şəriə adlanan ərizilərində isə Fələstin muxtariyyəti vardır. Bu muxtar idarə fələstinlilərdən daha çox İsrailə sərf edir. Belə ki, muxtariyyət İsrail dövlətindən hüquqi və faktiki olaraq asılıdır. Məsələn muxtariyyət ərazisində yəhudi məskunlar da yaşayırlar. Muxtariyyətin təhlükəsiz qüvvələri sadəcə ərəblərə təsir göstərə bilir, yəhudi məskunlar üzərində isə, müqavilə şərtlərinə görə, heç bir təsir qüvvəsinə malik deyillər.

Qərbi Şəriədəki əhalinin 91% fələstinli ərəblər, 9% isə yəhudilərdir. Qəzzədə yaşayan əhalinin isə demək olar ki, hamısı fələstinli ərəblərdir. Az sayda çərkəz var. Şərqi Qüds və qəbi Şəriədəki əhalinin 76% müsəlman, 17,5% yəhudi, 5,5% xristiandır. Qəzzə əhalisinin 98,8% müsəlman, 0,7% xristian, 0,5% isə yəhudidir. Fələstindəki müsəlman əhalinin böyük əksəriyyəti sünni-şafii məzhəbindədir.

İSRAİL

Fələstin torpaqları üzərində qurulmuş bir dövlətdir. Ölkənin rəsmi adı İsrail dövlətidir (Medinat Yisael/ מדינת ישרא ). Ərazisi 20770 km-dir.

Quru sərhədləinin cəmi uzunluğu 1017 km-dir. Bunun 266 km Misir, 51 km Qəzzə, 238 km İordaniya, 79 km Livan, 307 Qərbi Şəriə (Fələstin) və 76 km Suriyaya düşür. Ölkənin Aralıq dənizi sahilinin uzunluğu 273 km dir. Ölkənin cənubunda Nəcəf səhrası, cənubi-şərqində Ölü dəniz (Lut gölü) var. İsrail prezident üsul-idarəsi ilə idarə olunur. Prezident 7 ildə bir ölkənin parlamenti olan “Knesset” tərəfindən seçilir. Knesset tək palatalı 120 millətvəkili olan məclisdir. İsrailin iqtisadiyyatı kənd təsərrüfatı, sənaye və turizmə əsaslanır. 6,4 milyon əhalisi olan İsrail hər il ABŞ-ın milyardlarla dollar yardımı ilə təchiz olunur. Ölkə 6 inzibati ərazi vahidinə bölünür. Ölkə əhalisinin 76% yəhudi (bunun 67% İsrail təvəllüdlüdür, geri qalanı gəlmədir), 24% qeyri-yəhudidir ki, bunların da böyük əksəriyyəti ərəblərdir. Ölkə əhalisinin 76% musəvi (yəhudi), 16% müsəlman, 2% xristian, geri qalanı isə digər dini qruplara mənsubdur. Əhalinin 95% savadlıdır.

2006-cı il göstəricilərinə görə İsraildə ÜDM 166.3 milyard $ olmuşdur. Bunun 2,6% kənd təsərrüfatı, 30,8% sənaye, 66,6% isə xidmət sektorunun payına düşür. 2006-cı ildə ölkənin ixracatı 42.86 milyard $, idxalatı isə 47.8 milyard $ olmuşdur. Ölkənin 82 milyard $ xarici borcu var. Təcavüzkar və işğalçı bir dövlət olaraq İsrail özünün nüvə başlıqları və orta

Page 13: Yaxin Sherq Dunya Siyasetinde

13

mənzilli roketləri ilə regionda ciddi təhlükə mənbəyidir.

Fransız inqilabının Avropaya gətirdiyi dəyişikliklər yəhudi dininə və xalqının həyatına da təsir etmişdir. Əvvəlcə reformizm, sonra da Fransa inqilabı Avropada yəhudilərə qarşı olan düşməncə münasibəti dəyişmiş, yəhudilər Avropada daha rahat yaşamağa başlamışdılar. Bu rahatlıq yəhudi dini etiqadında müəyyən dəyişikliyə səbəb olmuşdu. Belə ki, yəhudi etiqadına görə onlara edilən zülümlər Məsihin gəlməsi ilə nəticələnəcəkdi. Lakin həyat rahatlaşmış, Məsih isə gəlməmişdi, bundan sonra gəlməsini ummaq da mənasızlaşmışdı. Bu kimi problemlərin doğurduğu ziddiyətlər müxtəlif fikirlərin meydana çıxmasına səbəb olmuşdu ki, bu da öz növbəsində 4 yeni məzhəbin yaranması ilə nəticələnmişdi.

Ortodoksal yəhudilik. Ortodoks (belə demək mümkünsə pravoslav) yəhudiləri ferisilərin davamçıları da adlandırmaq olar. Tövrat, Talmud və Rabbinlərin əsərlərinin əsas referans olaraq qəbul edilməsi nəticəsində meydana çıxmış yəhudi şəriətinə (Halaxa) sıx bağlı olan dindar yəhudilər ortodoks yəhudilərdir. Ortodoks yəhudilərin inancına görə yazılı Tövrat Musa peyğəmbərə yazdırılmış, şifahi Tövrat isə (Mişna, Talmud) şifahi olaraq vəhy edilmişdir. Ortodoks yəhudilərin etiqadının əsasını

Maimenidesin1 on üç maddəlik doqmatik (əhkamçı) prinsipləri təşkil etməkdədir. Onların əqidəsinə görə əgər yəhudi milləti tövbə etsə, Tövratın bütün əmrlərini yerinə yetirsə Yəhova mütləq Məsihi göndərəcək və bütün yəhudilər İsrailə qayıdacaq, Süleyman məbədini yenidən inşa edəcəklər. Şər’i hiylə ortodoks yəhudilər arasında rəğbət görməkdədir. Məsələn şabat günü (şənbə) işləmək, o cümlədən evdə soba yandırmaq qadağandır. Lakin ortodoks yəhudilər avtomatik yanıb-sönən elektrik sobalarından istifadə edirlər. Çünki şənbə günü sobaya toxunmurlar, o özü lazımi tempraturda sönüb yanır. Sionist yəhudilərin böyük əksəriyyəti ortodokslardır.

Reformist yəhudilik. Reformist yəhudiliyin təməli Avropada XIX əsrin əvvələrində alman yəhudisi Abraham Geider və Moses Mendelson tərəfindən atılmışdır. Mendelson Avropada yaşayan yəhudiləri yaşadıqları ölkə xalqı ilə qaynayıb qarışmağa çağırmışdır. Daha sonra Amerikaya köçən Mendelson eyni fikirləri burada da yaymışdır. Bu gün Amerika yəhudilərinin 40%-ini reformistlər təşkil edir. On minə yaxın reformist yəhudi də İsraildə yaşayır. 1885-ci ildə ABŞ-da Pittsburq forumunda alınan qərarlar reformistlərin əsas fikirlərini əhatə edir.

1 Moses Maimenides aristotelçi yəhudi filosofudur. Yəhudi sxolastikasının banilərindən biridir. Đslam dini etiqadının və müsəlman filosfoların təsiri altında öz fəlsəfi düşüncə sistemini formalaşdırmışdır.

Page 14: Yaxin Sherq Dunya Siyasetinde

14

Reformistlər ortodoksların etiqadını qətiyyətlə rədd edirlər. Onların inanclarını belə sıralamaq olar.

1-Ən ali Tanrı inancına yəhudi dini sahibdir.

2-Qiyamət günü diriliş, axirətdə cəza və mükafat görmək yoxdur.

3-Məsih gəlməyəcək.

4-Bütün yəhudilərin İsrailə qayıdışı baş verməyəcək.

5-Tək Tanrı inancı olan bütün dinlərə qarşı tolerant olmaq lazımdır.

6-İctimai ədaləti təmin etmək əsas vəzifədir.

7-Müasir həyata uyğun olmayan bütün yəhudi dini ənənələri ləğv edilməlidir.

8-Tanah və Talmudun hər hökmünə əməl etmək vacib deyil və.s.

Reformist yəhudiliyi laisist yəhudilək adlandırmaq yerinə düşəcəkdir.

Mühafizəkar (conservative) Yəhudilik. Reformistlərə etiraz olaraq meydana çıxmışdır. Qurucuları haham İsaac Bermays və Zaxaria Franklendir. Bu məzhəbə Amerika ortodoks yəhudiliyi də deyilir. İsrail ortodoksları ilə yeganə fərqləri ibadətlərini ibrani deyil, ingilis dilində etmələridir.

Mövzu 5

XX əsrin I yarısında ABŞ, Avropa dövlətləri və Sovet Rusiyanın Yaxın və Orta Şərq siyasəti

İngiltərə I dünya müharibəsindən sonra öz mövqeyini daha da möhkəmlətmiş və dünyanın ən güclü ölkəsi olmaq statusunu qazanmışdı. Qalib dövlət olaraq Yaxın və Orta Şərq regionunun böyük bir qismi də ingilis işğalına uğramışdı. Liviyadan Fələstinə qədər olan ərazini ələ keçirən İngiltərə beləcə Aralıq dənizinin bütün cənub sahillərini öz hegemoniyası altına almışdı. Halbuki həmin vaxta qədər İngilislərin Aralıq dənizindəki hakimiyyəti Cəbəlüttariq, Malta və Kiprlə məhdudlaşırdı və İngiltərə şərq ticarət yollarına sadəcə Aralıq dənizindəki donanması ilə nəzarət edə bilirdi. I dünya müharibəsindən sonra isə İngiltərə Yaxın və Orta Şərq regionunun (bundan sonra: YOŞ) istənilən nöqtəsində hərbi baza qurmaq imkanına sahib olmuşdu. YOŞ regionunda yaratdığı vəziyyətlə İngiltərə böyük iqtisadi, siyasi və hərbi avantajlara sahib olur və üstünlük qazanırdı. Lakin İngiltərə bu regionda heç vaxt rahat nəfəs ala bilməmişdi. Hər şeydən əvvəl regionun müsəlman xalqlarının qaldırdıqları qiyamlar ingilisləri daim narahat etmişdi.

İngiltərə 1882-ci ildən etibarən faktiki olaraq Misiri işğal etmişdi. 1914-cü ildə İngiltərə Misiri öz himayəsi altına aldığını elan etmişdi. 1919-cu ildə qurulmuş Vəfd partiyası Misirin ingilis müstəmləkəçiliyindən xilas olub öz istiqlaliyyətini qazanması üçün

Page 15: Yaxin Sherq Dunya Siyasetinde

15

çalışmışdı. 28 fevral 1922-ci ildə Misir öz istiqlaliyyətini elan etmişdi. Misirin istiqlaliyyətini tanımaq məcburiyyətində qalan İngiltərə Süveyş kanalı ətrafındakı ordularını geri çəkmədi və kanalın təhlükəsizliyinin təmini üçün burada hərbi qüvvə saxlayacağını bəyan etdi. Özünü Misir kralı elan edən I Fuadın bununla razılaşması Misirdəki milliyətçilərin qəzəbinə səbəb oldu. Xüsusən də Vəfd partiyası kralın bu hərəkətinə qarşı xalq kütlələrini ayağa qaldırmağa nail oldu. İtaliyanın 1936-cı ildə Həbəşistana qoşun yeritməsi ingilislərin Misir siyasətində dəyişiklik etməsinə səbəb oldu. İngilislər Misirdəki bütün qoşunlarını geri çəkmək, sadəcə kanalın qorunması üçün bir qədər hərbi qüvvəni Misir ərazisində saxlamaq şərti ilə Misirlə razılaşdılar.

YOŞ regionunun ingilis və fransız qüvvələri tərəfindən işğalı üçün əlindən gələni etmiş Şərif Hüseyn (bu şəxs Məkkə Şərifi adı ilə tanınırdı, Osmanlı dövlətinin hakimiyyəti dövründə Məkkə və ətraf əraziləri idarə edirdi) 1916-cı ildə özünü “bütün ərəblərin kralı” elan etmişdi. Lakin bu onu himayə edən ingilislərin xoşuna gəlməmiş və onu sadəcə Hicaz kralı kimi tanımışdılar. Ərəbistan yarımadasında Şərif Hüseynin Hicaz krallığından başqa Nəcd əmirliyi, Şəmmar əmirliyi, Asir və Yəmən imamlıqları da var idi. İngilislər yarımadada çox əl-

qol aça bilməyən Şərif Hüseynin oğlu Abdullahı 1920-ci ilin aprelində İordaniya kralı, digər oğlu Feysalı isə 1921-ci ilin avqustunda İraq kralı elan etdilər. Ş. Hüseynin belə hərəkəti Nəcd əmiri Əbdüləziz ibn Səudu məmnun etməmiş və əmir Əbdüləziz Hicaz krallığına hücum etmişdi. Lakin Ş. Hüseyn ingilislərin köməyi ilə bu hücumun qarşısını ala bilmişdi. 3 mart 1924-cü ildə Türkiyədə kamalistlərin xilafəti ləğv etməsindən dərhal sonra, 7 martda Ş. Hüseyn özünü xəlifə elan etdi. Bu hadisə əmir Əbdüləzizin yenidən Hicaz kralına müharibə elan etməsinə səbəb oldu və nəcdlilər Məkkəni ələ keçirdilər. Ş. Hüseyn ingilislərin köməyi ilə Kiprə qaçmalı oldu. 1926-cı ildə əmir Əbdüləziz ibn Səud özünü Nəcd və Hicaz məliki (kralı) elan etdi. Ş. Hüseynin İordaniya və İraqı idarə edən oğulları buna qarşı çıxsalar da ingilislərin 1927-ci ildə Əbdüləzizin hakimiyyətini tanıması ilə onlar da bununla barışmaq məcburiyyətində qaldılar. 1932-ci ildə Səudiyyə Ərəbistanı krallığı quruldu. İngiltərə ilə əlaqələri bir o qədər də yaxşı olmayan Səudiyyə krallığı 1936-cı ildə ABŞ neft şirkəti Aramco ilə müqavilə bağladılar və beləcə ingilislərin bu dövlət üzərindəki nüfzuna son qoyuldu.

İordaniya dövləti rəsmi olaraq Millətlər Cəmiyyəti tərəfindən 1922-ci ildə qurulmuşdu. Bu dövləti Fələstindəki İngilis başkomissarı idarə edirdi.

Page 16: Yaxin Sherq Dunya Siyasetinde

16

Formal olaraq dövlətin başına Ş. Hüseynin oğlu Abdullah gətirilmiş və kral elan edilmişdi. 1928-ci ildə İordaniya ilə İngiltərə arasında bu ölkənin müstəqilliyi haqqında müqavilə bağlansa da İordaniya faktiki müstəqilliyini 1946-cı ildə əldə edə bilmişdi.

Fələstin 25 aprel 1920-ci ildə San-Remo konfransında Suriyadan ayrılaraq İngilis mandatına verilmişdi. İngiltərə bu qərardan dərhal sonra dünyanın müxtəlif yerlərində yəhudilərin köçürülüb gətirilməsinə, fələstinli ərəblərin torpaqlarının əllərindən alınalarq yeni gələn yurdsuz yəhudilərə verilməsinə başlamışdı. Bununla da İngiltərə o dövrdə sionizmin ən böyük dəstəkçisi olmuşdu. 1882-ci ildə Fələstində cəmi 35 min yəhudi yaşayırdı. 1905-ci ildə Rusiyada başlyan anti-semit dalğası Rusiya yəhudilərinin Fələstinə kütləvi köçü ilə nəticələnmişdi. 1914-cü ildə Fələstində 46 yeni yəhudi koloniyası qurulmuş və dünyanın müxtəlif yerlərindən yəhudilər köçürülüb bu koloniyalarda məskunlaşdırılmışdılar. Həmin bu dövrdə Fələstində 650 min əhali yaşayırdı, bunun cəmi 85 mini yəhudi idi. I dünya müharibəsindən sonra ABŞ-ın yəhudi məsələsinə dəstək verməsi İngiltərəni daha da təşviq etmiş və 2 noyabr 1917-ci ildə bu ölkənin xarici işlər naziri Balfour “Sionist Fedarasiyası”nın sədri lord Rotşildə məktub yollayaraq İngiltərə hökumətinin prinsip olaraq

Fələstində yəhudi dövləti qurulmasını qəbul etdiyini bildirmişdi. “Balfour Deklarasiyası” adlanan bu sənədi 1918-ci ildə rəsmi olaraq Fransa, İtaliya və ABŞ da qəbul etdilər. 24 iyul 1922-ci ildə Millətlər Cəmiyyəti Fələstinin İngiltərənini mandatına verilməsi qərarını aldı. Bu qərardan sonra yəhudilərin Fələstinə köçü daha da artmış və sürətlənmişdi. Ərəblərin ciddi etirazlarına məhəl qoymayan İngiltərənin köçürmə siyasəti ABŞ, Fransa və digər qərb dövlətləri tərəfindən dəstəklənirdi. 1921-ci ildən etibarən gəlmə yəhudilərlə yerli ərəblə arasında silahlı toqquşmalar başlamışdı. 1929, 1933, 1937 və 1939-cu illərdə bu toqquşmalar şiddətlənərək döyüşə çevrilmişdi. İngiltərə öz yurd yuvalarını tərk etmək istəməyib müqavimət göstərən ərəblərə qarşı dözülməz tədbirlərə əl atmışdı. 1939-cu ildə Fələstində əhalinin sayı 1 435 145 nəfər idi ki, bunun da 883 293-ü ərəb, 463 535-i yəhudi idi. 1930-cu illərdə İtaliya və Almaniyada hakimiyyətə gəlmiş Hitlerlə Mussolininin ərəbləri dəstəkləyərək kömək göstərmələri İngiltərəni təşvişə salmış və ingilis hökuməti 10 il ərzində Fələstinli ərəblərin müstəqil dövlətlərini qurmalarına icazə verəcəyini bəyan etmişdi. Bununla yanaşı İngilislər yəhudi köçünü də məhdudlaşdırmışdılar. Lakin bu bəyanat və tədbir nə ərəblər nə də yəhudilər tərəfindən razılıqla qarşılanmamışdı.

Page 17: Yaxin Sherq Dunya Siyasetinde

17

San Remo konfransında YOŞ paylaşılarkən Fransanın payına Suriya və Livan düşmüşdü. Yerli əhali tərəfindən şiddətli müqavimətlə qarşılaşan Fransa Suriyaya böyük ordu hissələri yeridərək qiyamçılara divan tutdu. Fransa ölkəni daha rahat idarə edə bilmək üçün federal vahidlərə parçaladı. İlk işi Livanı Suriyadan ayırmaq oldu. Osmanlı dövründə kiçik bir yer olan Livanın ərazisi Suriya torpaqları hesabına böyüdüldü, Suriya isə federal vilayətlərə bölündü. 1920-ci illərdə qiyamları yatırmaqla məşğul olan Fransa bunun qarşısını zorla ala bilmədi. Buna görə də daha rahat bir üsula əl atdı. 1926-cı ildə Livanda, 1930-cu ildə isə Suriyada yerli hökumətlər quraraq bu ölkələrin hər ikisini respublika elan etdi. Yerli kukla hökumətlər formal olaraq qalırdı, əsl idarəetmə isə fransız canişinlərin əlində idi. Beləcə qiyamların qarşısının əsasən almaq oldu. Çünki ölkə əhalisi artıq yerli hökumətlər tərəfindən idarə olunduqlarını zənn edirdilər.

I dünya müharibəsinə YOŞ regionunda mühüm bir pay əldə etmək ümidi ilə girən Rusiyanın bu regiona dair siyasəti bolşevik inqilabı və Rusiyada hakimiyyət dəyişikliyi nəticəsində dəyişmişdi. Özü də imperyalist olmasına baxmayaraq Sovet Rusiaya YOŞ xalqlarının qərb imperyalistlərinə qarşı mübarizəsini dəstəklədiyini bəyan edirdi. Lakin zəif olduğu üçün regionda aktiv siyasət yeridə bilmirdi.

1930-cu illərdə Sovet Rusiya YOŞ rigonunda daha aktiv olmaq məqsədi ilə bəzi siyasi manevrlərə girişdi. Lakin Avropada Hitler Almaniyası təhlükəsinin yüksəlməsi Sovetləri YOŞ regionunda aktiv siyasət planlarını təxirə salmağa məcbur etdi.

Mövzu 6

Türkiyənin Yaxın və Orta Şərq siyasəti

Lozanna müqaviləsi (1923) ilə Türkiyə I dünya müharibəsi nəticəsində rəsmi olaraq YOŞ regionundan ayrılmış və qərbə inteqrasiya yolunu tutmuşdu. Türkiyənin YOŞ regionu ilə əlaqəli ilk siyasi təşəbbüsü prezident Mustafa Kamalın ölkəsinin cənubi-şərq sərhədlərinin təhlükəsizliyini zəmanət altına almaq məqsədi ilə bağladığı Sədabad paktı (1937) olmuşdur. Bu müqavilə Türkiyə, İran, İraq və Əfqanstan arasında bağlanmış dostluq və həmrəylik müqaviləsi idi. Bunun xaricində istər Mustafa Kamalın, istərsə də İsmət İnönünün prezidentlikləri dövründə Türkiyə YOŞ regionundan və regionun problemlərindən uzaq durmağa çalışmışdır.

II dünya müharibəsindən sonra Türkiyənin ərəb ölkələrinə dair siyasətinində müəyyən dəyişikliklər müşahidə edilməyə başlamışdı. Türkiyənin bu ölkələrlə bağlı aktiv siyasi kursa keçişi mənimsəməsi 14 may 1950-ci ildə başnazir postuna yiyələnən Adnan Menderesin dövrünə

Page 18: Yaxin Sherq Dunya Siyasetinde

18

təsadüf etmişdi. A. Menderesin YOŞ ölkələri siyasətini aktiv adlandırılmasının səbəbi bundan əvvəl, ələlxüsus Mustafa Kamalın dövründə, bu ölkələrə qarşı tam bitərəflik siyasətinin yeridilməsidir. Menderes hökuməti dövründə Türkiyə NATO-ya üzv olmuş (1952), bununla da soyuq müharibə dövründə hansı cəbhədə olduğunu açıq-aydın göstərmişdi. NATO-ya üzv olmaqla Türkiyə özünün qərbli müttəfiqlərinin mənimsədikləri YOŞ siyasətinə də şərik olmuş və dəstəkləmişdi. YOŞ ölkələri qərb imperyalizmindən yeni qurtulub istiqlaliyyətlərini qazandıqları üçün qərblə siyasi əlaqələri daim problemli idi. Qərb bu istiqamətdə Türkiyənin vasitəçiliyinə ciddi ehtiyac duyurdu. Belə ki, qərbyönlü siyasi kursu, qərbə inteqrasiyanı mənimsəmiş Türkiyə eyni zamanda YOŞ regionunda yerləşirdi və region ölkələri ilə əsrlərlə ölçülən müştərək tarixi keçmişə malik idi. Daha doğrusu Türkiyənin varisi olduğu Osmanlı dövləti əsrlər boyu YOŞ regionunu idarə etmişdi. Bu hal Türkiyəyə qərblə YOŞ ölkələri arasında bir növ körpü rolunu oynaya bilmə imkanı verirdi. Bütün bunlar Türkiyənin YOŞ ölkələri ilə siyasi, iqtisadi və mədəni əlaqələrinin inkişaf etdirməsinə səbəb olmuşdu. Qərb bu əlaqələrin inkişafında maraqlı idi. Çünki inadla YOŞ regionunda nüfuzunu

artırmağa çalışan SSRİ-nin qarşısı burada almaq lazım idi. Belə bir balanslaşdımada Türkiyənin rolu əvəzedilməz idi. Menderes hökuməti dövründə Qərbin YOŞ ölkələrindəki mənafeləri ilə Türkiyənin regiondakı mənafeləri eyniləşdirilmişdi.

İngiltərənin YOŞ ölkələrinin bir çoxunda hələ də hərbi bazaları var idi. Lakin qərb bloku sadəcə hərbi bazalarla regionda öz nüfuzunu qoruyub saxlamanın mümkünsüzlüyünü dərk edirdi. İngiltərənin YOŞ ölkələrinin demək olar ki, hamısı ilə ikitərəfli təhlükəsizlik müqavilələri var idi. Lakin İngiltərə bu ikitərəfli təhlükəsizlik müqavilələrini müştərək pakt çərçivəsində birləşdirmək istəyirdi. Bu məqsədlə İngiltərə “Ərəb bloku” və ya federasiyası quraraq YOŞ-nin təhlükəsizliyinin təmini üçün müştərək silahlı qüvvələr qurmaq niyyətində idi. Bu qüvvənin strateji hədəfləri və məqsədləri qərb tərəfindən müəyyənləşdiriləcəkdi. Əgər ABŞ, Fransa və digər qərb ölkələri ilə yanaşı Türkiyə və YOŞ ölkələrinin daxil olduqları çoxtərəfli müdafiə təşkilatının qurulması üçün razılığa gəlinsəydi İngiltərənin bu strategiyasını həyata keçirmək mümkün olacaqdı. YOŞ ölkələrini belə bir ittifaqda birləşdirmək üçün Misir və Türkiyə mühüm rol oynayacaqdı. İngiltərə əvvəlcə “Orta Şərq Komandanlığı”, sonra isə “Orta Şərq Müdafiə

Page 19: Yaxin Sherq Dunya Siyasetinde

19

Təşkilatı” adlandırdığı bu planının Misir tərəfindən qəbul ediləcəyinə şübhə etmirdi.

Menderes hökumətinin YOŞ regionuna dair xarici siyasəti üç əsas tezisə əsaslanırdı:

1- YOŞ-də sabitlik və təhlükəsizliyini qorunması.

2- Ərəb ölkələri ilə İsrail arasındakı ziddiyətlərin hər iki tərəfi təmin edəcək şəkildə həll edilməsi.

3- “Qırmızı təhlükə”nin, yəni kommunist ideologiyanın bu həssas coğrafiyada yayılmasının qarşısını almaq üçün təsirli təhlükəsizlik mexanizminin qurulması.

Burada bir şeyi də qeyd etmək lazımdır ki, Türkiyə qərblə yaxın əməkdaşlığına rəğmən İsrail dövlətini ən gec tanımış dövlətlərdən biridir. Menderes hökuməti Türkiyənin qərbə inteqrasiya prinsipinə sadiq qalacağını vurğulayır, bununla yanaşı yeni dövrün şərtlərinə uyğun olaraq xarici siyasət sahəsində yeni imkan və fürsətlərin dəyərləndiriləcəyini də bildirirdi. Adnan Menderesin rəhbərlik etdiyi Demokrat Partiyası müxalifətdə olduğu illərdə daim iqtidarı şərqdəki qonşularla əlaqələrə soyuq yanaşmasını tənqid etmişdi. Cumhuriyət Xalq Partiyasının YOŞ ölkələri ilə məsafəli əlaqəsi sadəcə müxalifətin

deyil bir çox ziyalının və mətbuatın da tənqid hədəfinə çevrilmişdi.

Başnazir A. Menderes və Xİ naziri Fuad Köprülü əvvəlki iqtidarın hakimiyyəti dövründə əhəmiyyət verilməyən YOŞ ölkələri ilə siyasi əlaqələrin inkişaf etdirilməsi üçün əzmlə çalışmışdılar. Türkiyə zəif YOŞ ölkələri üçün “böyük qardaşı” olacaqdı. Türkiyənin məşhur tarixçi alimlərindən bir olan akademik Fuad Köprülü Xİ naziri olduğu dövrdə dünyanın harasında olursa olsun Sovet ekspansiyasına qarşı ciddi tədbirlərin görülməsinə tərəfdar olduqlarını, xüsusən də YOŞ ölkələrinin SSRİ-nin təzyiq və təsirinə məruz qalmaması üçün Türkiyə və ABŞ əməkdaşlığının zəruri oldğunu bəyan etmişdi. F. Köprülü bu işdə Misirin böyük rolu olacağını, Türkiyənin hər şeydən əvvəl Misirlə siyasi əlaqələrinin səviyyəsini yüksəltməli olduğunu bildirmişdi. Misir Türkiyənin bu təşəbbüsünə mənfi münasibət bəsləmişdi. Misir hökuməti “Türkiyə İslam və ərəb ölkələri üzərində əvvəllər olduğu kimi yeni bir hegemoniya qurmaq istəyri” deyərək öz narahatlığını dilə gətirmişdi. YOŞ-in böyük ölkələrindən Pakistan, İran və İraq Türkiyənin bu təşəbbüsünə müsbət münasibət bəsləyirdi, lakin Misirin iştirak etməyəcəyi bir kollektiv təhlükəsizlik müqaviləsinin kifayət etməyəcəyi bilinirdi. Misirin belə mövqe nümayiş

Page 20: Yaxin Sherq Dunya Siyasetinde

20

etdirməsi qərb ölkələrinin, xüsusən də ABŞ-ın nəzərində Türkiyənin dəyərini və əhəmiyyətini artırırdı. Türkiyə də öz növbəsində YOŞ ölkələrinin kommunist təsirində qalmaması üçün qərbin köməyinə möhtac idi. belə ki, Türkiyə şimal, şimali-qərb və şimali-şərq istiqamətlərində SSRİ və Varşava paktı ölkələri ilə həmsərhəd idi. Türkiyənin cənubundakı YOŞ ölkələrinin Sovet nüfuz dairəsinə daxil olması bu ölkənin faktiki mühasirəsi demək idi. Buna görə də Türkiyə ABŞ Xİ naziri John Foster Dullesin YOŞ ölkələrinin təhlükəsizlik sisteminə dair layihəsini tərəddüdsüz qəbul etdi. 1953-cü ilin mayında Dulles YOŞ ölkələrinə səfərini başa vurduqdan sonra Ankaraya gələrək diplomatik təmaslara başlamışdı. Dullesin planı çərçivəsində 24 fevral 1955-ci ildə Türkiyə ilə İraq arasında “Qarşılıqlı Əməkdaşlıq Müqaviləsi” bağlanmış və beləcə “Bağdad Paktı”nın əsası qoyulmuşdu. Paktın şərtlərindən biri də digər dövlətlər üçün açıq olması idi. Lakin tezliklə Misir və Suriya bu pakta etiraz edərək öz aralarında İraqı daxil etməyəcəkləri bir ittifaq quracaqlarını bildirdilər. 5 aprel 1955-ci ildə İngiltərə pakta qoşuldu. Bu hadisə paktı gücləndirmişdi. 1955-ci ilin 23 sentyabrında Pakistanın, 3 noyabrında da İranın pakta qoşulması ilə üzv dövlətlərin sayı 5-ə çatdı. ABŞ ərəb ölkələrinin etirazına və pakta şübhə

ilə yanaşmalarına səbəb olmamaq üçün ittifaqa qoşulmamış, amma iqtisaid və texniki dəstək göstərəcəyini bəyan etmişdi. İraq 14 iyul 1958-ci il hərbi çevrilişindən bir il sonra (24 mart 1959) Bağdad paktından çıxdığını bəyan etdi. İttifaqın mərkəzi Ankaraya köçürülmüşdü. 18 avqust 1959-cu ildə Bağdad paktının adının dəyişdirilərək “Mərkəzi İttifaq Təşkilatı” (The Central Treaty Organization) qısaca CENTO olduğu bəyan edildi. CENTO-nun ilk iclası 7-9 oktyabr 1959-cu ildə Vaşinqtonda keçirilmişdi. Təşkilat əslində müdafiə məqsədi ilə qurulsa da üzv dövlətlər arasında iqtisadi, mədəni və texniki əməkdaşlıq məsələləri də müzakirə edilmişdi. 1979-cu ilin martında Pakistan və İran CENTO-dan çıxdıqlarını açıqlamışdılar. Bununla da CENTO hüquqi olmasa da faktiki olaraq sona çatmışdı.

Əksər ərəb dövlətləri ilə siyasi əlaqələrini müsbət məcrada inkişaf etdirən Türkiyənin uzun müddət, son vaxtlara qədər, Suriya ilə ciddi problemləri olmuşdur. Xüsusən də keçən əsrin 90-cı illərin sonlarına qədər Türkiyə haqlı olaraq Suriyanı separatçı PKK terror təşkilatını dəstəkləməklə təqsirləndirirdi. Bundan başqa Suriyanın Türkiyəyə qarşı, son vaxtlar demək olar ki, unudulan, torpaq tələbi və su problemi də iki ölkə əlaqələrinə mənfi təsir edən amillər olmuşdur. 1998-ci ildə Suriyanın

Page 21: Yaxin Sherq Dunya Siyasetinde

21

PKK-nın başçısını öz ərazisindən çıxarması müsbət addım kimi səciyyələndirilmiş və o tarixdən sonra iki ölkə əlaqəlir müsbət istiqamətdə inkişaf etmişdi. Son vaxtlar Türkiyənin İsraillə Suriya arasındakı əlaqələrin normallaşdırılmasında vasitəçilik etməsi də əlaqələrin yaxşı istiqamətdə xeyli irəlilədiyini göstərir. Yuxarıda qeyd etdiyimiz kimi 1950-ci ildə İsraili rəsmi olaraq tanıyan Türkiyə bu ölkə ilə əlaqələrində daim məsafəli davranmışdı. Bunun əsas səbəblərindən biri İsrailin qurulmasını dəstəkləyən dövlətlərdən birinin də SSRİ olması idi. SSRİ qarşısında yalnızlaşmaya qarşı çalışan Türkiyə qərb dövlətlərinin diplomatik cəhdləri ilə Fələstin torpaqlarının bölünməsinə qarşı etirazlarını uzun müddət davam etdirmədi. Bununla yanaşı qərb Türkiyəni YOŞ ölkələri arasında qurulacaq siyasi ittifaqa başçılıq edəcəyi düşüncəsi ilə bu iki dövlətin siyasi əlaqələrinin dərinləşdirlməməsini tövsiyə etmişdi. İsrail isə indi olduğu kimi o vaxt da ərəb dövlətlərinin düşmənliyini Türkiyənin dostluğu ilə kompensasiya etmə siyasəti güdmüşdü. 1950-ci illərin axırlarında Türkiyə ABŞ-la əlaqələrində bu ölkədəki yəhudi lobbisinin köməyindən geniş surətdə istifadə etmişdi. Bu da müəyyən yaxınlığın meydana gəlməsinə səbəb olmuşdu. Həmin dövrdə başlayan Kipr problemində də İsrail Yunanıstanla

Türkiyə arasında bitərəf mövqe nümayiş etdirsə də daha çox Türkiyəni dəstəkləmişdi. Türkiyənin 1958-ci il hərbi çevrilişi vaxtı İraqdan qaçan yəhudiləri qəbul edib İsrailə getmələrinə kömək etməsi İsraillə əlaqələrin möhkəmlənməsinə səbəb olmuşdu. İki ölkə arasında əlaqələrə müsbət təsir edən digər bir amil də həmin illərdə Türkiyədən könüllü olaraq İsrailə köçüb gedən 40 min yəhudil olmuşdu. Buna baxmayaraq 1967-ci ildə İsrailin işğal etdiyi torpaqları, BMT-nin 242 No-li qətnaməsinə uyğun olaraq, tərk etməsini tələb edən dövəltlərdən biri də Türkiyə olmuşdu. 1960-70 döneminde Türkiye’de sol akımlar güçlenmiş, aynı dönemde Sovyetler Birliği’nin, Birleşmiş Milletlerde ve uluslararası alanda etkinliği artmıştır. Bu dönemde Türkiye , Birleşmiş Milletlerde, Doğu Bloğu Ülkeleri, Araplar ve gelişmekte olan ülkelerin oluşturdukları grupların karşısında daha dengeli politikalar izlemek zorunda kalmıştır. Bunun sonucu olarak da, 1967 Arap-İsrail savaşından sonra alınan Birleşmiş Milletlerin 242 sayılı kararına paralel olarak, İsrail’in işgal ettiği topraklardan çekilmesini istemiştir. 1970-ci illərdə Türkiyə BMT-nin İsrailin işğalçılıq hərəkətlərini pisləyən qərarlarını və Sionizmi irqçiliq olaraq tanımasını dəstəkləmişdir. BMT-nin bu cür qərarlar çıxarmasına təsir edən əsas amil həmin dövrdə ərəb ölkələrinin, hasilatı azaldaraq neft

Page 22: Yaxin Sherq Dunya Siyasetinde

22

böhranına səbəb olmaları və beləcə dünya siyasətində öz səslərini daha çox eşitdirə bilmələri idi. 1975-cü ildə Türkiyə Fələstin Azadlıq Təşkilatını (FAT) və onun lideri Yasir Ərəfatı Fələstini təmsil edən qurum olaraq tanımışdı. 1976-cı Türkiyə İslam Konfransı Təşkilatının üzvü olmuş, bununla da xarici siyasətdə ərəb ölkələri ilə daha sıx təmas qurma fürsətini əldə etmişdi. Bəzi siyasi analitiklərin fikrinə görə Türkiyənin YOŞ siyasətində ərəbyönlü siyasi kursa keçişinin yaxın gələcəkdə ASALA və PKK kimi terror təşkilatlarının hədəfinə çevrilməsində mühüm rolu olmuşdur. Yəni İsrail və israilpərəst siyasi qüvvələr birbaşa və dolaylı yollarla bu kimi antitürk terror təşkilatlarını dəstəkləmişdilər. Fələstin məsələsində ərəbyönlü kursu mənimsəməsinə baxmayaraq ərəb ölkələri Kipr məsələsində Türkiyəni yekdilliklə dəstəkləməmiş və bu barədə həmrəylik nümayiş etdirə bilməmişdilər. 1978-ci ildə ABŞ-ın təşviqi ilə Türkiyə-İsrail əlaqələri yenidən yüksəliş mərhələsinə qədəm qoymuşdu. Bunda Misirin 1979-cu ildə İsraili rəsmən tanımasının da rolu olmuşdu. 1980-ci illərin axırlarında İsrailin təcavüzkarlığını artırması və FAT-nın ağır zərbələrə məruz qalması Türk-İsrail əlaqələrinin durğunluq dövrünə keçməsinə səbəb olmuşdu. Əlaqilərin soyumasına səbəb olan digər bir hadisə də 1988-ci ildə Fələsitin mühacirətdəki parlamentinin Fələstin Dövlətini elan

etməsi və Türkiyənin, digər 40 dövlətlə birgə, bu dövləti tanıyan ilk dövlətlərdən biri olması olmuşdu. İsrail Türkiyənin bu hərəkətini bəyanatla qınamışdı. 1989-cu ildə İzhak Şamirin sülh planının Türkiyə tərəfindən dəstəklənməsi iki ölkə arasındakı soyuqluğu mülayimləşdirmiş və 1991-ci ildə I Körfəz müharibəsinin başlaması Türkiyə-İsrail əlaqələrində yenidən inkişafına səbəb olmuşdu.

Türkiyənin regiona dair mənimsədiyi siyasi kursunda keçən əsrin ikinci yarısında, Nəcməddin Ərbakanın başnazirliyi dövründə D-8 qurmaq təşəbbüsünü nəzərə almasaq, əsaslı bir dəyişiklik olmamışdı. Son dövrlərdə, yəni Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyəti dövründə Türkiyənin YOŞ ölkələri ilə əlaqələrini inkişaf etdirmək üçün çalışdığı müşahidə olunmaqdadır. Hamas liderinin Ankaraya gəlişi İsrair və tərəfdaşı ölkələrin etirazına səbəb olmuşdu. Lakin Ərdoğan hökumətinin Suriya ilə İsrail arasındakı danışıqlarda vasitəçilik etməsi, 2006-cı ildə İsrailin Livana hücumundan sonra sülhməramlıların tərkibində Türkiyənin də Livana hərbi kontingent göndərməsi kimi hadisələr Türkiyənin YOŞ regionunda daha aktiv rol oynamaq niyyətində oluğunu göstərir.

Mövzu 7

İsrail dövlətinin yaranması. Fələstin problemi

Page 23: Yaxin Sherq Dunya Siyasetinde

23

Siyasi sionizm millətçilik cərəyanlarının sürətlə yayıldığı Avropada XIX əsrdə Teodor Herzl (1860-1904) adlı yəhudi hüquqşünas-jurnalist tərəfindən yaradılmışdı. T. Herzl 1869-cu ildə qələmə aldığı “The Jewish State” adlı kitabda siyasi sionizmin təməlini atmışdı. Bazel şəhərində keçirilən 1897-ci ildə I Sionist Konqresdə Ümumdünya Sionist Təşkilat qurulmuşdu. Sionist ideologiyaya görə yəhudilər sadəcə ayrı bir dini camaat deyil, tamamilə ayrı bir millət və irdir. Bu irqə mənsub olan bütün insanlar bir dövlətin sərhədləri içində yaşamalıdır. Bu ideologiyanın yarandığı dövrdə Fələstinə köçmək mümkün olmadığı üçün yəhudi dövlətini Uqandada qurmaq planı ortaya atılmışdı. Lakin daha sonra bu fikirdən əl çəkilərək yəhudi millətinin “tarixi torpaqları” adlandırdıqları Fələstində yəhudi dövlətinin qurulması qərarına gəlmişdilər.

XIX əsrin sonlarında yurdsuz yəhudilərin Fələstinə gətirilərək burada onlar üçün bir yəhudi dövləti (İsrail) qurulmasına xidmət edən sionist ideologiyanın banisi Teodor Herzl olmuşdur. Teodor Herzl Osmanlı hökmdarı II Əbdülhəmidə sultanın yaxın dostu polyak qraf Nevlinski vasitəsi ilə 5 milyon qızıl pul əvəzində yəhudilərə Fələstində torpaq və muxtariyyət verilməsini təklif etmiş, lakin II Əbdülhəmid bunu “mənim dövlətimin satılıq torpağı yoxdur” deyərək sərt bir şəkildə rədd

etmişdi. I Dünya müharibəsindən sonra 2 noyabr 1917-ci ildə İngiltərə başnaziri Artur Ceyms Balfur özünün məşhur “Balfur (Balfour) Bəyannaməsi” ilə yəhudilərə Fələstində torpaq vəd etmişdi. Həmin vaxtdan 1948-ci ilə qədər Avropadan yəhudilər Fələstinə köçürülmüş və 1948-ci ildə Fələstin torpaqları BMT-nin qərarı ilə ərəblərlə yəhudilər arasında iki yerə bölünmüş, dərhal İsrail dövləti qurulmuş və bunun ardınca da ərəb-İsrail müharibəsi başlamışdı.

1930-cu illərdə faşist rejimlərin Avropada sıxışdırdıqları yəhudilər kütləvi şəkildə Fələstinə köçməyə başlamışdılar. İngiltərə antisemit Almaniya və İtaliyaya qarşı ərəblərin artan simpatiyasının qarşısını almaq məqsədi ilə Fələstinə yəhudi köçünü məhdudlaşdırmışdı. İngiltərənin bu qərarından sonra Fələstindəki yəhudi terror təşkilatı “Haqahan” bir sıra terror aksiyaları törətdi və Fələstinə qeyri-leqal köçü davam etdirdi. II dünya müharibəsindən qalib çıxan blokun üzvləri İngiltərə və ABŞ Fələstin məsələsinin “qəti” həlli üçün BMT-yə müraciət etdilər. BMT-nin 1947-ci il noyabrında qəbul etdiyi qərara əsasən Fələstin torpaqları əblərlə yəhudilər arasında iki yerə bölünəcək və hər bir xalq öz dövlətini qurma hüququna sahib olacaqdı. BMT-nin bu qərarı ərəblərin etirazına səbəb oldu və ərəb-yəhudi silahlı toqquşmaları qızışdı.

Page 24: Yaxin Sherq Dunya Siyasetinde

24

14 may 1948-ci ildə BMT-nin qərarına uyğun olaraq David ben Qurion İsrail dövlətinin qurulduğunu elan etdi. Bu elandan sonrakı 24 saat ərzində Misir, İordaniya, Suriya, Livan və İraq orduları hücuma keçərək İsrail dövlətini elan edildiyi əraziyə girmişdilər. ABŞ və İngiltərənin dəstəyi ilə İsrail ərəblərin hücumunun qarşısın aldı və geri oturtdu. Ərəblərin təşəbbüsü ilə başlayan bu hərbi kampaniya İsrailin mövqeyini möhkəmləndirdi. 1949-cu ilin əvvəllərində BMT-nin təşəbbüsü ilə İsrail və ona hücum edən (İraq istisna olmaqla) ərəb ölkələri arasında müzakirələr aparlımış və atəşkəs sazişi bağlanmışdı. Sazişə görə Aralıq dənizi sahili, Cəlilə və bütün Nəcəf çölü İsrailə verilir, Yəhuda və Samiriyyə (Qərbi Şəriə) İordaniyaya, Qəzzə Misirə və Qüds şəhərinin qədim hissəsi, yəni şərqi Qüds İordaniyaya, şəhərin qərbi isə İsrailə verilimişdi.

İsrail dövlətinin simvollarından bayrağı ənənəvi yəhudi ibadət şalı “tallit” əsas götürülərək hazırlanmışdır. Rənginin mavi olmasının səbib Davudun (ə.s/yəhudi dini ədəbiyyatına görə peyğəmbər-kral) qalxanının (magen David) rəngin mavi olmasıdır. Lakin İsrail bayrağını başqa cür də izah etidlər. Ağ səthdə paralel iki mavi zolağ Nil və Fərat çaylarının simvoludur. Ortasındakı altı guşəli sion ulduzu isə “böyük İsrail” deməkdir. Məlum olduğu kim yəhudi dini ədəbiyyatında bir neçə yerdə

bu iki çayın arasındakı torpaqların “ard-ul-məvdud” yəni yəhudi tanrısı Yəhudanın bəni İsrailə vəd etdiyi torpaqlar olduğu yazılıb. İsrail dövlətinin gerbi “menora” adlanan yeddi qollu şamdandır. Bu simvol da yəhudi dini ədəbiyyatından götürülmüşdür. Əfsanəyə görə ''moriah'' adlı yeddi budağı olan bitki varmış. İsrailin himni “hatikvah” adlanır.

Yuxarıda qeyd etdimiz kimi sionizm cərəyanı T. Herzl tərəfindən meydana gətirilmiş və meydana gəldiyi ilk günlərdən etibarən “Fələstində yəhudi yurdu qurulması” ideyasını mənimsəmişdir. Osmanlı dövləti sionistlərin və dəstəkçilərinin bu istiqamətdəki bütün cəhdlərini boşa çıxarmışdı. İngiltərə hökuməti 1903-cü ildə sionistlərə Afrikada, Uqanda ərazisində yurd yeri verilməsini və burada yəhudi dövləti qurulmasını təklif etmiş, lakin sionistlər bu təklifi qəbul etməmişdilər. I Dünya müharibəsindən sonra 2 noyabr 1917-ci ildə İngiltərə başnaziri Artur Ceyms Balfur özünün məşhur “Balfur (Balfour) Bəyannaməsi” ilə yəhudilərə Fələstində torpaq vəd etmişdi. Balfur bəyannaməsindən sonra Fələstinə kütləvi şəkildə yəhudi köçləri başlamışdı. Gəlmə yəhudilər əsasən yerli ərəblərin əlindən alınan torpaqlarda məskunlaşırdılar. Bu da tez-tez yəhudi-ərəb silahlı toqquşmalarına səbəb olurdu. Belə toqquşmalarda yüzlərlə ərəb qətlə yetirilirdi. Bütün bunlar İngilis ordusunun gözü qarşısında baş verirdi. 1920-ci illər

Page 25: Yaxin Sherq Dunya Siyasetinde

25

belə lokal xarakterli silahlı toqquşmalarla keçmişdi. 1936-cı ilin aprel ayında Fələstin ərəbləri “Ərəb Ali Şurası”nı quraraq etirazlarını daha mütəşəkkil formada bildimək istəmişdilər. Şuranın başlatdığı milli hərəkat qiyama çevrilməyə başlayınca ingilis hökuməti, sanki heç bir şey bilinmirmiş kimi, məsələni yerində öyrənmək üçün Lord Peel adlı şəxsi Fələstinə göndərmişdi. Lord Peel ölkəsinə qayıdım hökumətə özünün “Peel Raportu” adı ilə məşhur olan təəssüratını təqdim etmişdi. Peel raportuna görə ərəblərlə yəhudilərin birlikdə yaşamaları qeyri-mümkün idi və Fələstin torpaqları mütləq bu iki etnik ünsür arasında bölünməli idi. Peel raportu ərəblərin qəzəbinə səbəb olmuş və 3 il, 1939-cu ilə qədər davam edən bundan sonrakı hadisələr minlərlə ərəbin, yüzlərlə yəhudinin və ingilis əsgərinin ölümü ilə nəticələnmişdi.

II dünya müharibəsində Almaniya qarşısında xeyli çətin vəziyyətə düşən İngiltərə YOŞ-də almanların dəstəyi ilə kütləvi ərəb qiyamına imkan verməmək üçün və bir növ regionun müsəlman əhalisinin könlünü almaq məqsədi ilə bəyanat yaymışdı. “Fələstin üçün ağ vərəq” adlanan bu bəyanatda Fələstinin iki yerə bölünməsi fikrindən daşınıldığı və qarşıdakı 10 il ərzində fələstinli ərəblərin öz dövəltlərini qurma hüququna sahib olacaqları bildirilirdi. Yəhudilər İngiltərənin bu

bəyanatını məmnuniyyətsizliklə qarşılasalar da ciddi etiraz etməmiş və II dünya müharibəsinin gedişatında 200 min yəhudini Fələstinə köçürüb gətirməyə nail olmuşdular. 14 may 1948-ci ildə BMT-nin qərarına uyğun olaraq David ben Qurion İsrail dövlətinin qurulduğunu elan etmiş və bundan sonra baş verən ərəb-İsrail müharibəsini və nəticəsini yuxarıda qeyd etmişdik. 25 may 1950-ci ildə ABŞ, İngiltərə və Fransa birgə deklarasiya yaymış, Misir, Suriya, Livan, İordaniyanın İsraillə bağladıqları atəşkəs sazişini əsas alaraq İsrailin mövcud sərhədlərinin zəmanətçisi olduqlarını açıqlamışdılar. Bu sərhədlərin pozulmasına yönəlmiş cəhdlərə qarşı müdaxilə edəcəklərini bildirmişdilər.

Ərəb ölkələri 12 iyunda iclas keçərərək bu üçtərəfli deklarasiyaya hüquqi qiymət vermiş və 21 iyunda bunu bəyanatla açıqlamışdılar. Həmin tarixdə Suriya, Misir, Səudiyyə Ərəbistanı və Yəmən “Müştərək Müdafiəyə Dair Əməkdaşlıq Müqaviləsi” bağlamışdılar. Qısa müddət sonra İordaniya və İraq da bu müqaviləyə qoşulmuşdular. Bəyanatda bu ölkələrin mümkün təhlükəyə qarşı silahlanmaq məcburiyyəti hiss etdikləri bildirilmişdi. 1956-cı ildə İsrail Misirin himayəsində olan Qəzzəni işğal etmişdi. Bu hadisədən sonra FAT-nın qurulması fikri səsləndirilmişdi. Yasir Ərəfat bu ərəfədə Küveytdə özünün rəhbərlik etdiyi “əl-Fəth” təşkilatını qurmuşdu. 28 may-3 iyun 1964-cü

Page 26: Yaxin Sherq Dunya Siyasetinde

26

il tarixləri arasında keçirilmiş “Fələstin Köçgünləri Konqresi”ndə FAT-nın qurulması qərara alınmış və 1969-cu ildə Yasir Ərəfat FAT-ın başçısı olmuşdu.

İrəlidə haqqında geniş surətdə danışacağımız 1967-ci il müharibəsi İsrailin regionda öz mövqeyini daha da möhkəmləndinməsi ilə nəticələnmişdi. BMT-nin təklifləri təsirsiz qalırdı. Çünki İsrail FAT-nı terror təşkilatı hesab edir və bu təşkilatla rəsmi görüş təklifini rədd edirdi. FAT da öz növbəsində İsrail dövlətini tanımaqdan imtina edirdi. ABŞ-ın FAT-nı “yox” sayaraq İordaniya-İsrail danışıqlarını təklif etməsi də ərəb ölkələrinin etirazı səbəbiylə səmərə vermirdi. Misir və Suriya da Fələstində ərəb dövləti qurulmayana qədər sülh müqaviləsinin gündəmə gətirilməməsinin tərəfdarı idilər. 26-29 oktyabr 1974-cü ildə Mərakeşdə, Rəbat şəhərində keçirilən “Ərəb

Zirvəsi”ndə FAT Fələstinin gerçək təmsilçisi olaraq qəbul edilmiş və ABŞ-ın FAT-sız danışıqlar planı tənqid edilmişdi. Rəbat zirvəsindən sonra ərəb ölkələrinin təkidi ilə Fələstin məsələsi BMT-nin Baş Məclisinin gündəminə gətirilmiş və Yasir Ərəfat 13 noyabr 1974-cü ildə BMT-nin Baş Məclisində nitq söyləmək üçün dəvət edilmişdi. 22 noyabrda BMT BM-nin aldığı qərarla Fələsitindəki ərəblərin milli istiqlaliyyət və öz müqəddəratını təyin etmə (self-determination) hüquqları tanınmış və FAT-na BMT BM-nin iclaslarında müşahidəsi statusunda iştirakına icazə verilmişdi. 1976-cı ildə Misir və İordaniya BMT TŞ-nda İsrailin işğal etdiyi torpaqların çıxması və müstəqil Fələstin dövlətinin qurulması barədə qərar qəbul etməsi təklifi ilə çıxış etmişdi. Layihə ABŞ-ın veto qoyması ilə rədd edilmişdi.