zaqatala və qax rayonlarına iki ikinci əl təcili tibbi …sosial sahə, mədəniyyət və insan...

6
Zaqatala və Qax rayonlarına iki ikinci əl təcili tibbi yardım maşınının təqdim olunması” layihəsinin açılış mərasimi 25 sentyabr 2018-ci il tarixində, Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə Zaqatala rayonunun Aşağı Tala kəndində və Qax rayonunun Cəlayer kəndində “Zaqatala və Qax rayonlarına ikinci əl təcili tibbi yardım maşınının təqdim olunması” layihəsinin açılış mərasimi keçirilmişdir. Sözügedən mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Teruyuki Katori və Zaqatala rayon İcra Hakimiyyətinin Başçısı cənab Mübariz Əhmədzadə, Qax rayon İcra Hakimiyyətinin Başçısı cənab Musa Şəkiliyev başda olmaqla, layihəni icra edən QHT-ı Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi -nin üzvləri və iki kəndin sakinləri iştirak etmişdir. Cənab səfir ilk öncə Zaqatala rayonunun Aşağı Tala kəndində keçirilmiş mərasimdə iştirak etmiş, sonra isə Qax rayonunda keçirilmiş mərasimə qatılmışdır. Mərasimlərdə çıxış edən cənab səfir bütün dünyada “Ot Kökləi və İnsan Təhlükəsiliyi Qrant Yardım Proqramı”-nın 30 illiyini qeyd etdiyimiz bu ildə icra olunmuş layihənin həm Zaqatala rayonuna həm Qax rayonuna töhfə verəcəyinin çox sevindirici bir hal olduğunu, ikinci əl təcili tibbi yardım maşınlarının gətirilməsi ilə bağlı layihələrin Azərbaycanda ilk olduğunu bildirmiş, Aşağı Tala kəndində və Cəlayər kəndində Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə tikilmiş tibb məntəqələrinə təcili tibbi yardım maşınlarının təqdim olunması ilə tibbi xidmətin səviyyəsinin artmasına ümid etdiyini söyləmişdir. Zaqatala rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhmədzadə Yaponiyanın göstərdiyi yardımı dəstəkliyərək, sözügedən layihənin icrası nəticəsində regionun tibbi xidmət səviyyəsinin təkmilləşdirilməsinə ümid etdiyini bildirmişdir. Qax rayon İcra Hakimiyyətinin Başçısı cənab Şəkiliyev isə bir neçə il öncə Yaponiyanın maliyyə dəstəyi ilə tikilmiş tibb məntəqəsinə təcili tibbi yardım maşınının təqdim olunması nəticəsində daha çox insanı xilas etmək mümkün olacaq deyə bildirmişdir. Sözügedən layihə nəticəsində Yaponiya Hökuməti tərəfindən keçmişdə tikintisi maliyyələşdirilmiş Aşağı Tala kənd tibb məntəqəsinə və Qax rayonunun Cəlayer kənd tibb məntəqəsinə ikinci əl təcili tibbi yardım maşın istifadəyə verilmişdir və bu layihənin icrası üçün 35,828 ABŞ dollarlıq qrant məbləğ ayrılmışdır. Bələdiyyələr, tibb institutları və QHT-lərin təqdim etdiyi “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” layihələrinin birbaşa məqsədi Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılmasını dəstəkləməkdir.Bu tipli layihələr yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin yüksəldilməsi ilə əlaqədar sahələrdə həyata keçirilə bilər. Hazırkı layihə ilə bərabər bu vaxta qədər layihələr üzrə imzalanmış müqavilələrin sayı 234 və ümumi dəyəri isə 19,983,599 ABŞ dolları təşkil edir. Yaponiya Hökuməti Azərbaycan Respublikasının davamlı inkişafına yönəlmiş əməkdaşlığa çox böyük əhəmiyyət verir.Yaponiyanın Azərbaycana ayırdığı İnkişaf üçün Rəsmi Yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə, ümumi məbləği artıq 1.1 milyard ABŞ dollarını keçmişdir. Bu vaxta qədər Zaqatla rayonunda bu layihə də daxil olmaqla 10 layihəyə imza atılmışdır. İl Layihənin adı Məbləğ 2007-ci il Zaqatala rayonunun Göyəm kəndində məktəbin tikintisi layihəsi 85,713 ABŞ 2008-ci il Zaqatala rayonunu Fərdəli kəndində tibb məntəqəsinin tikintisi layihəsi 87,331 ABŞ 2010-cu il Zaqatala rayonunda zibil tullantıların idarə olunması layihəsi 101,975 ABŞ 2011-ci il Zaqatala rayonunun iki kəndində su təchizatı sisteminin tikintisi layihəsi 100,621 ABŞ 2012-ci il Zaqatala rayonunun Qəbzdala və Lahıc kəndlərində su sisteminin tikintisi layihəsi 123,403 ABŞ 2013-cü il Zaqatala rayonunun Qandax kəndində tibb məntəqəsinin tikintisi layihəsi 121,938 ABŞ 2015-ci il Zaqatala rayonunun iki kəndində su təchizatı sisteminin tikintisi layihəsi 90,832 ABŞ 2016-cı il Zaqatala rayonunun Aşağı Tala kəndində tibb məntəqəsinin tikintisi layihəsi 83,197 ABŞ

Upload: others

Post on 25-Feb-2020

5 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Zaqatala və Qax rayonlarına iki ikinci əl təcili tibbi …sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə, ümumi məbləği

“Zaqatala və Qax rayonlarına iki ikinci əl təcili tibbi yardım maşınının təqdim olunması”

layihəsinin açılış mərasimi

25 sentyabr 2018-ci il tarixində, Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə Zaqatala rayonunun Aşağı Tala kəndində və Qax

rayonunun Cəlayer kəndində “Zaqatala və Qax rayonlarına ikinci əl təcili tibbi yardım maşınının təqdim olunması” layihəsinin

açılış mərasimi keçirilmişdir. Sözügedən mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri

cənab Teruyuki Katori və Zaqatala rayon İcra Hakimiyyətinin Başçısı cənab Mübariz Əhmədzadə, Qax rayon İcra Hakimiyyətinin

Başçısı cənab Musa Şəkiliyev başda olmaqla, layihəni icra edən QHT-ı “Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və

Resurs Mərkəzi ”-nin üzvləri və iki kəndin sakinləri iştirak etmişdir.

Cənab səfir ilk öncə Zaqatala rayonunun Aşağı Tala kəndində keçirilmiş mərasimdə iştirak etmiş, sonra isə Qax rayonunda

keçirilmiş mərasimə qatılmışdır. Mərasimlərdə çıxış edən cənab səfir bütün dünyada “Ot Kökləi və İnsan Təhlükəsiliyi Qrant

Yardım Proqramı”-nın 30 illiyini qeyd etdiyimiz bu ildə icra olunmuş layihənin həm Zaqatala rayonuna həm Qax rayonuna töhfə

verəcəyinin çox sevindirici bir hal olduğunu, ikinci əl təcili tibbi yardım maşınlarının gətirilməsi ilə bağlı layihələrin

Azərbaycanda ilk olduğunu bildirmiş, Aşağı Tala kəndində və Cəlayər kəndində Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə

tikilmiş tibb məntəqələrinə təcili tibbi yardım maşınlarının təqdim olunması ilə tibbi xidmətin səviyyəsinin artmasına ümid

etdiyini söyləmişdir. Zaqatala rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhmədzadə Yaponiyanın göstərdiyi yardımı dəstəkliyərək,

sözügedən layihənin icrası nəticəsində regionun tibbi xidmət səviyyəsinin təkmilləşdirilməsinə ümid etdiyini bildirmişdir. Qax

rayon İcra Hakimiyyətinin Başçısı cənab Şəkiliyev isə bir neçə il öncə Yaponiyanın maliyyə dəstəyi ilə tikilmiş tibb məntəqəsinə

təcili tibbi yardım maşınının təqdim olunması nəticəsində daha çox insanı xilas etmək mümkün olacaq deyə bildirmişdir.

Sözügedən layihə nəticəsində Yaponiya Hökuməti tərəfindən keçmişdə tikintisi maliyyələşdirilmiş Aşağı Tala kənd tibb

məntəqəsinə və Qax rayonunun Cəlayer kənd tibb məntəqəsinə ikinci əl təcili tibbi yardım maşın istifadəyə verilmişdir və bu

layihənin icrası üçün 35,828 ABŞ dollarlıq qrant məbləğ ayrılmışdır.

Bələdiyyələr, tibb institutları və QHT-lərin təqdim etdiyi “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı”

layihələrinin birbaşa məqsədi Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılmasını dəstəkləməkdir.Bu tipli layihələr

yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin yüksəldilməsi ilə əlaqədar sahələrdə həyata keçirilə

bilər. Hazırkı layihə ilə bərabər bu vaxta qədər layihələr üzrə imzalanmış müqavilələrin sayı 234 və ümumi dəyəri isə 19,983,599

ABŞ dolları təşkil edir.

Yaponiya Hökuməti Azərbaycan Respublikasının davamlı inkişafına yönəlmiş əməkdaşlığa çox böyük əhəmiyyət

verir.Yaponiyanın Azərbaycana ayırdığı İnkişaf üçün Rəsmi Yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı,

sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə, ümumi məbləği artıq 1.1 milyard ABŞ

dollarını keçmişdir.

Bu vaxta qədər Zaqatla rayonunda bu layihə də daxil olmaqla 10 layihəyə imza atılmışdır.

İl Layihənin adı Məbləğ

2007-ci il Zaqatala rayonunun Göyəm kəndində məktəbin tikintisi layihəsi 85,713 ABŞ

2008-ci il Zaqatala rayonunu Fərdəli kəndində tibb məntəqəsinin tikintisi layihəsi 87,331 ABŞ

2010-cu il Zaqatala rayonunda zibil tullantıların idarə olunması layihəsi 101,975 ABŞ

2011-ci il Zaqatala rayonunun iki kəndində su təchizatı sisteminin tikintisi layihəsi 100,621 ABŞ

2012-ci il Zaqatala rayonunun Qəbzdala və Lahıc kəndlərində su sisteminin tikintisi layihəsi 123,403 ABŞ

2013-cü il Zaqatala rayonunun Qandax kəndində tibb məntəqəsinin tikintisi layihəsi 121,938 ABŞ

2015-ci il Zaqatala rayonunun iki kəndində su təchizatı sisteminin tikintisi layihəsi 90,832 ABŞ

2016-cı il Zaqatala rayonunun Aşağı Tala kəndində tibb məntəqəsinin tikintisi layihəsi 83,197 ABŞ

Page 2: Zaqatala və Qax rayonlarına iki ikinci əl təcili tibbi …sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə, ümumi məbləği

2017-ci il Zaqatala rayonunun Qandax və Kəpənəkçi kəndlərində su sisteminin tikintisi layihəsi 90,719 ABŞ

2017-ci il Zaqatala və Qax rayonlarına ikinci əl təcili tibbi yardım maşınının təqdim olunması layihəsi 35,828 ABŞ

Cəmi 921,557 ABŞ

Qax rayonunda imza olunmuş layihələrin sayı 9 çatmışdır.

İl Layihənin adı Məbləğ

2003-cü il Qax rayonunun Güllük kəndində məktəbin tikintisi 80,247 ABŞ

2003-cü il Orta məktəbdə avadanlıqların təkmilləşdirilməsi layihəsi 79,667 ABŞ

2006-cı il Qax rayonunun İbahlı kəndində məktəbin tikintisi 89,959 ABŞ

2008-ci il Qax şəhərinin 3 saylı məktəbinin tikintisi 85,666 ABŞ

2009-cu il Qax rayonunun Qarağan kəndində tibb məntəqəsinin tikintisi 85,931 ABŞ

2013-cü il Qax rayonunun tullantıların idarə olunması layihəsi 116,185 ABŞ

2014-cü il Qax rayonunu Cəlair kəndində tibb məntəqəsinin tikintisi 102,975 ABŞ

2017-ci il Qax rayonunun Qıpçaq kəndində uşaq baxçasının tikintisi layihəsi 90,861 ABŞ

2017-ci il Zaqatala və Qax rayonlarına ikinci əl təcili tibbi yardım maşınının təqdim olunması layihəsi 35,828 ABŞ

Cəmi 767,319 ABŞ

Page 3: Zaqatala və Qax rayonlarına iki ikinci əl təcili tibbi …sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə, ümumi məbləği

Açılış mərasimindən görüntülər

Zaqatala rayon Aşağı Tala kənd tibb məntəqəsi

Mərasimə toplanmış sakinlər Zaqatala rayon İcra Hakimiyyətinin başçısı cənab

Əhmədzadənin çıxışı

Cənab Səfirin çıxışı

Yaponiya Hökuməti tərəfindən təqdim olunmuş təcili tibbi

yardım maşını

Page 4: Zaqatala və Qax rayonlarına iki ikinci əl təcili tibbi …sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə, ümumi məbləği

Maşına baxış( soldan cənab səfir Teruyuki Katori, Zaqatala

RİH başçısı cənab Mübariz Əhmədzadə,QHT-nın icraçı

direktoru cənab Yasin Dadaşov)

Maşının avadanlıqlarına baxış

Tibb işçiləri ilə fikir mübadiləsi Tibb işçiləri ilə xatirə şəkli

Page 5: Zaqatala və Qax rayonlarına iki ikinci əl təcili tibbi …sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə, ümumi məbləği

Açılış mərasimindən görüntülər

Qax rayon Cəlayer kənd tibb məntəqəsi

Mərasimə toplanmış sakinlər İki ölkənin himninin səsləndirilməsi

Cənab Səfirin çıxışı Yaponiya Hökuməti tərəfindən təqdim olunmuş təcili tibbi

yardım maşını

Page 6: Zaqatala və Qax rayonlarına iki ikinci əl təcili tibbi …sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə, ümumi məbləği

Maşına baxış( soldan cənab səfir Teruyuki Katori, Qax RMX

baş həkimi cənab Tərlan Əhmədzadə,Qax RİH başçısı cənab

Musa Şəkiliyev)

Səfir cənab Teruyuki Katoriyə öz təşəkkürünü bildirən yerli

sakinlər

Tibb işçiləri ilə xatirə şəkli