1. bütün dünya · 2011-03-07 · xalqlardan ibarətdi və mənim doğma xalqım də bu...

12
1 Bu məqalələr uşaqlar üçün olan “Şəkər villası” qəzetində 2001-ci ildə çap olunmuşdu. Buna baxmayaraq, onlar indi də həm şagirdlər, həm də müəllimlər üçün əlavə oxu materialı kimi maraq dogura bilər. Qəzet redaktorunun əvvəlki ideyası belə idi: oxuculara Uşaq Hüquqları haqqında maraqlı məlumat vermək. Sonra bu ideya daha da genişləndi: uşaqlara dünyada olan müxtəlifliyi göstərmək. Amma bu müxtəlifliyə baxmayaraq, hər bir insanın İnsan Hüquqları var və bu hüquqları onlardan heç kəs ala bilməz. Uşaqlar isə xüsusi hüquqlara – Uşaq Hüquqlarına malikdirlər. Bütün uşaqlar istisnasiz olaraq, bütün dünyada! Yazılarda skandinaviya müəlliflərinin "İnsan hüquqlarının tədrisi" vəsaitdən istifadə olunub. Müəllif Şəhla Abdullayeva. 1. Bütün dünya 2. Dünya xəritəsi 3. Tarix hesabı (Müxtəlif təqvimlər) 4. Ümumi vətənimiz –Yer Kürəsidir 5. Müxtəlif dillər 6. Ümumdünya restoranı 7. Ev tikirik və ya “kərpiç oyunu” 8. İmsam hüquqları nə deməkdir? 9. Elçinlə söhbət 10. Uşaq Hüquqları Konvensiyası 11. 15 yaşlı məktəblinin əhvalatı 12. Ad hüququ və ya adınız nədir? 1. Bütün dünya Mənim qonşuluğumda Elçin adlı bir oğlan yaşayır. O, 6-cı sinifdə oxuyur. Elçin öz Vətənini çox sevir, o, çox vətənpərvərdi. Bir dəfə Elçin dedi: "Bütün dünya azərbaycanlılardan və əcnəbilərdən ibarətdi". Görəsən, bu doğrudan belədi? Əvvəlcə Elçinə onun haqsız olduğunu demə k ist ədim, amma sonra fikrimi dəyişdim. Fikirl əşdim ki , b ə lkə Elçinin bir çox həmyaşıdları bu bu cür düşünür? Odur ki, həm Elçinə, həm də onun həmyaşıdlarına qəzet vasitəsilə cavab verməyi qərara aldım. Gəlin bel ə bir tədqiqat aparaq. Yəqin ki, hamınızın evində xə tkeş var. Həmin xətkeşin kömə yil ə stolun üstündə 60 sm-lik bir parça ölçün və işarə edin. Nə üçün məhz 60 sm? Darıxmayın, indi deyər əm.. Yer kürəsində 6 milyard adam yaşayır. İndi gözlərinizi yumun və el ə t əs əvvür edin ki, 6 milyard nəf ər işarə etdiyiniz 60 sm-lik parçada yerləşib. Bu hesabla da hər 1 mil yard insanı parçanın

Upload: others

Post on 18-Feb-2020

5 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: 1. Bütün dünya · 2011-03-07 · xalqlardan ibarətdi və mənim doğma xalqım də bu xalqların siyahısına daxildi. Bəs siz necə fikirləşirsiniz? Elçin haqlıdı, yoxsa

1

Bu məqalələr uşaqlar üçün olan “Şəkər villası” qəzetində 2001-ci ildə çap olunmuşdu.

Buna baxmayaraq, onlar indi də həm şagirdlər, həm də müəllimlər üçün əlavə oxu

materialı kimi maraq dogura bilər. Qəzet redaktorunun əvvəlki ideyası belə idi:

oxuculara Uşaq Hüquqları haqqında maraqlı məlumat vermək. Sonra bu ideya daha

da genişləndi: uşaqlara dünyada olan müxtəlifliyi göstərmək. Amma bu müxtəlifliyə

baxmayaraq, hər bir insanın İnsan Hüquqları var və bu hüquqları onlardan heç kəs ala

bilməz. Uşaqlar isə xüsusi hüquqlara – Uşaq Hüquqlarına malikdirlər. Bütün uşaqlar

istisnasiz olaraq, bütün dünyada!

Yazılarda skandinaviya müəlliflərinin "İnsan hüquqlarının tədrisi" vəsaitdən istifadə

olunub. Müəllif – Şəhla Abdullayeva.

1. Bütün dünya

2. Dünya xəritəsi

3. Tarix hesabı (Müxtəlif təqvimlər)

4. Ümumi vətənimiz –Yer Kürəsidir

5. Müxtəlif dillər

6. Ümumdünya restoranı

7. Ev tikirik və ya “kərpiç oyunu”

8. İmsam hüquqları nə deməkdir?

9. Elçinlə söhbət

10. Uşaq Hüquqları Konvensiyası

11. 15 yaşlı məktəblinin əhvalatı

12. Ad hüququ və ya adınız nədir?

1. Bütün dünya

Mənim qonşuluğumda Elçin adlı bir oğlan yaşayır. O, 6-cı sinifdə oxuyur. Elçin öz

Vətənini çox sevir, o, çox vətənpərvərdi. Bir dəfə Elçin dedi: "Bütün dünya

azərbaycanlılardan və əcnəbilərdən ibarətdi". Görəsən, bu doğrudan belədi? Əvvəlcə

Elçinə onun haqsız olduğunu demək istədim, amma sonra fikrimi dəyişdim. Fikirləşdim ki,

bəlkə Elçinin bir çox həmyaşıdları bu bu cür düşünür? Odur ki, həm Elçinə, həm də onun

həmyaşıdlarına qəzet vasitəsilə cavab verməyi qərara aldım. Gəlin belə bir tədqiqat

aparaq. Yəqin ki, hamınızın evində xətkeş var. Həmin xətkeşin köməyilə stolun üstündə 60

sm-lik bir parça ölçün və işarə edin. Nə üçün məhz 60 sm? Darıxmayın, indi deyərəm.. Yer

kürəsində 6 milyard adam yaşayır. İndi gözlərinizi yumun və elə təsəvvür edin ki, 6 milyard

nəfər işarə etdiyiniz 60 sm-lik parçada yerləşib. Bu hesabla da hər 1 milyard insanı parçanın

Page 2: 1. Bütün dünya · 2011-03-07 · xalqlardan ibarətdi və mənim doğma xalqım də bu xalqların siyahısına daxildi. Bəs siz necə fikirləşirsiniz? Elçin haqlıdı, yoxsa

2

10 sm-nə, hər 10 milyonunu isə 1 mm-nə yerləşdirə bilərsiz. Bunu nəzərinizdə tutub

gözlərinizi açın. Aşağıda bir neçə dövlət və orada ki əhalinin sayı göstərilib:

Çin - 1 milyard 300 milyon

Hindistan - 1 milyard

ABŞ - 258 milyon

Rusiya - 147 milyon

Azərbaycan - 8 milyon

Norveç - 4,5 milyon

Beləcə, məlum olur ki, Çin ən çox əhalisi olan ölkədi. İndi öz xətkeşimizə qayıdaq və Çinin

əhalisinin yerləşə biləcəyi hissəni orada qeyd edək. Özünüz də gördüyünüz kimi bu hissə

13 sm-ri tutur. Digər ölkələrin əhalisinin yerləşəcəyi yeri isə özünüz hesablayın. İndi isə

keçək Azərbaycana. Hə, görək bizim payımıza neçə düşür? Düzdü, 0,8 mm - 1 mm-dən də

az! Norveçin payına isə daha da az - 0,45 mm düşür. Bəs indi necə? Elçinin dediyi kimi

dünyanın əhalisinin yarısının azərbaycanlı (0,8 mm), yarısının isə əcnəbi (599,2 mm) olması

ilə razısızmı? Ya da çinli yeniyetmə çinlilərin dünyada ən cox olduqlarını iddia edərək

bütün dünyanın çinlilərdən və əcnəbilərdən ibarət olduğunu deyə bilərmi? Əlbəttə ki,

yox. Çünki nə qədər azsaylı olursa olsun bütün xalqlar üçün bizim 60 sm-lik parçada yer

tapılacaq.

Dünyadakı bütün xalqlar öz Vətənini, öz torpağını sevir. O, öz mədəniyyəti, adət-

ənənəsi və xalqının tarixi ilə fəxr edir. Və istəyir ki, digər ölkələrin xalqları da onun

Vətəninə

hörmətlə yanaşsınlar. Elə vətənpərvərlik də buna deyirlər. Əgər bir xalq bütün digər

xalqlara və onların mədəniyyətinə hörmətsiz yanaşaraq özünü hamıdan yuxarıda bilib,

yalnız öz sərvətinə, öz həyat tərzinə üstünlük verirsə, büna etnosentrizm deyilir (yunanca

etnos-xalq, sentr- mərkəz). Etnosentrizm xalqı mərkəzə qoymaq deməkdir. Bəli, amma hansı

xalqı: çinliləri, azərbaycanlıları, yoxsa hər hansı bir başqasını?

EIə buna görə də mən Elçinlə razılaşmayıb belə deyərdim: "Bütün dünya çoxlu sayda

xalqlardan ibarətdi və mənim doğma xalqım də bu xalqların siyahısına daxildi.

Bəs siz necə fikirləşirsiniz? Elçin haqlıdı, yoxsa mən? Bəlkə sizin tamamilə başqa, f'ərqli

fikriniz var? Onda fikrinizi yazıb göndərin, bunu bilmək bizim üçün də maraqlı olar.

2. Dünya xəritəsi

Siz corafiya dərsini sevirsiz? Yəqin ki sevirsiz. Axı adları bizim üçün çox qəribə səsələnən

uzaq və sirli ölkələr haqqında öyrənmək çox maraqlıdı. Mən məktəbdə oxuyanda

coğrafiyanı öyrənmək asan olsun deyə valdeyinlərim divara dünyanın xəritəsini asdılar.

Məktəbdə müəllim bizə dedi ki, bütün Müasir xəritələr XVI əsrdə holland Kartoqrafı

Gerhard Merkatorun (1512-1594) tərtib etdiyi xəritə əsasında hazırlanır. Ən maraqlısı

Page 3: 1. Bütün dünya · 2011-03-07 · xalqlardan ibarətdi və mənim doğma xalqım də bu xalqların siyahısına daxildi. Bəs siz necə fikirləşirsiniz? Elçin haqlıdı, yoxsa

3

isə odur ki, Merkator avropalı olduğu üçün, Avropanı xəritənin mərkəzində

yerləşdirib. Və beləcə "avrosentrik", xəritə əmələ gəlib (ötən sayımızda isə sizə

etnosetrizmin nə olduğunu demişdik). Bəs, bu xəritələrdə dünyanın mənzərəsi nə

dərəcədə düzgün əks olunub?

Xəritədə Avropa ölkələrinin ümumi təsviri, onların ərazisi reallığa uyğun göstərilib.

Amma mərkəzdən uzaqlaşdıqca bu xəritələrdə səhvlərə yol verilib. Özü də ki,

mərkəzdən nə qədər uzaqlaşırıqsa, səhvlər də bir o qədər artır. İnanmırsız? Onda gəlin

xəritə ilə bir təcrübə aparaq. İki ölkə götürək, biri Şimal kürəsində yerləşən hər hansı bir

ölkə, deyək ki, Norveç olsun. Digəri isə Cənub yarımkürəsində yerləşən Hindistan. Hər

iki ölkəni, şimal nöqtəsindən cənub nöqtəsinəcən olan uzunluğunu ölçək.

Görəycəyik ki, bu ölkələr demək olar eyni uzunluqdadırlar. Hə, necədi? Sizə elə gəlmir

ki, bu xəritədə haqsızlığa yol verilib? Sizcə, hindli uşaqlar belə bir təcrübə aparsalar nə

deyərlər? Hindistana qarşı haqsızlığa yol verilib! Norveç isə xəritədə düz təsvir

olunub, çünki o, Avropadan yerləşir.

Nəzərə almaq lazımdı ki, Yer kürəsi girdədi, xəritə isə yastı. Ona görə də xəritəni tərtib

edəncən hər hansı qeyri-dəqiqliklərdən və səhvlərdən qaçmaq çox çətindi. Buna

baxmayaraq xəritə ərazini, məsafəni düzgün əks etdirməlidir. 1974-cü ildə alman tarixçi

və Kartoqrafı Arno Peters bütün bu tələblərə cavab verən xəritə tərtib etdi. Xəritə

"Petersin Layihəsi" adlanır. İlk baxışdan o, qəribə görünə bilər. Çünki biz Merkatorun

xəritəsinə alışmışıq. Ancaq məhz Petersin tərtib etdiyi xəritə bütün qitə və ölkələri

özündə düzgün əks etdirir. Çünki, bu xəritədə dünyanın mənzərəsi daha dəqiq verilib.

Bu gün YUNESKO (UNESCO) tərəfindən Petersin xəritəsinin yayılması tövsiyə olunur.

BMT bəyan edir: "Bu layihə dünyanın avrosentrik coğrafi və mədəni dərkindən

uzaqlaşmağa doğru mühüm bir addımdı.

3. Tarix hesabı və ya müxtəlif təqvimlər

Bu yaxınlarda qonaq getdiyim qohumumun evində divardan asılmış böyük, yaraşıqlı

xalça diqqətimi cəlb etdi, Şərq üslubu ilə toxunmuş gözəl naxışların arasında "1373-cü il"

yazılmışdı. Görünür bu tarix xalçanın toxunduğu ili göstərirdi. "Nə qədim xalçadı" -

deyə qonaqlardan biri heyrətlə dilləndi. "Bu xalçanın ki 600-dən çox yaşı -var. Onun

belə gözəl qalmasına necə nail olmusuz?" EV sahibləri gülüb xalçanın müasir dövrdə

toxunduğunu dedilər. Bildirdilər ki bir neçə il bundan qabaq İrana səfər etdikləri

zaman ordan alıblar. Söhbət müzakirəyə səbəb oldu. Mənsə fikirləşdim ki, sizlər də bu cür xoşagəlməz vəziyyətdə qala bilərsiz. Odur ki, sizlərə

bir az tarix hesabından danışmağı qərara aldım. İndi 2001-ci ildi. Dinindən asılı

olmayaraq planetimizdəki bir çox ölkələrin istifadə etdiyi bu tarixin əsası xristian dininin

yaradıcısı İsa Məsihin doğulduğu ildən qoyulub. Amma bu o demək deyil ki, İsa

peyğəmbər doğulanacan Yer üzündə həyat olmayıb. Sadəcə, yaranmış hər bir

Page 4: 1. Bütün dünya · 2011-03-07 · xalqlardan ibarətdi və mənim doğma xalqım də bu xalqların siyahısına daxildi. Bəs siz necə fikirləşirsiniz? Elçin haqlıdı, yoxsa

4

sivilizasiyanın öz tarix hesabı, necə deyərlər, təqvimi olub. İndiyəcən istifadə

olunmaqda davam edən ən qədim təqvim İsraildə işlədilən yəhüdi təqvimidi. Bu tarixin

mənbəyi yəhüdi qulların misirlilərin əsarətindən azad olunduğu tarixdə qoyulub. İndi

yəhüdi təqvimi ilə 5761-ci ildi.

Müsəlman tarixi isə Məhəmməd peyğəmbərin 622-ci ildə Məkkədən Mədinəyə etdiyi

Hicrət səfəri ilə başlanır. Təqvimsə hicri adlanır. Deməli, müsəlman ilə xristian

təqvimləri arasında 622 il fərq var. Bəs, İranda indi neçənci ildi? Balaca bir hesablama

apamaqla biz bu suala cavab tapa bilərik: 2001 - 622 = 1379, cavab: 1379-cu il.

İndi isə xalça Məsələsinə qayıdaq. Yuxarıdakı qaydada hesablama apararaq xalçanın

neçənci ildə toxunduğunu tapa bilsəz, bizə də yazın.

Bir çox başqa Müsəlman dövlətlərində - Türkiyədə, Səudiyyə Ərəbistanında indi 1421-ci

ildi. Bu təqvim Hicri-qəməri adlanır. Adından da göründüyü kimi bu tarixin də

xronologiyası Hicri tarixindən götürülüb, amma aylar qəmər ayıdı ("qəmər" ay

deməkdi). Qəmər ayı adi aylardan bir neçə gün qısadı. Ona görə də qəmər ilində cəmisi

354 gün var. Adi ilsə bildiyiniz kimi 365 gündən ibarətdi. Türkiyə ilə İran tarixi ara-sında

ki fərq də bundan ibarətdi. Gördüyünüz kimi müxtəlif xalqların təqvimi özündə xalqın

tarixi keçmişini, onun

mədəniyyətini və hətta astronomik bilgilərini cəmləyib. Müxtəlif xalqlar, müxtəlif tarixi

hadisələr, müxtəlif dinlər müxxtəlif təqvimlərin yaranmasına səbə

4. Ümumi Vətənimiz – Yer kerəsidir

Qonşum Elçini artıq tanıyırsız. Bir dəfə o mənə öz inşasını göstərdi. İnşada öz ünvanını

da qeyd etmişdi:

Elçin İsmayılov

Qaçaq Nəbi küçəsi, ev 9

Əhmədli qəsəbəsi

Xətai rayonu

Bakı şəhəri

Azərbaycan Respublikası

Qafqaz

Avrasiya

Yer planeti

Bu mənə bir az qəribə və maraqlı göründü. Əgər, braziliyalı, norveçli, avstraliyalı və

yaponiyalı uşaqlar da öz ünvanlarını bu qayda ilə yazsalar, onların yazdıqlarında nə

qədər oxşarlıqlar olacaq?! Ən əsas hamısında Yer planetinin adı qeyd olunacaq.

Deməli, bizim Vətənimiz Yerdi. Odur ki, gəlin planetimizlə yaxından tanış olaq.

Page 5: 1. Bütün dünya · 2011-03-07 · xalqlardan ibarətdi və mənim doğma xalqım də bu xalqların siyahısına daxildi. Bəs siz necə fikirləşirsiniz? Elçin haqlıdı, yoxsa

5

Yer Günəş sisteminin 9 planetindən biridi. Planetimizi çox vaxt poetik olaraq "mavi

planet" adlandırırlar, çünki, kosmosdan baxanda o, məhz bu rəngdə görünür.

Planetimiz həm də çox qədimdi - onun 4,6 milyard yaşı var. Amma burada həyat birdən-

birə yox, tədricən yaranmağa başlayıb. Əvvəl ən sadə orqanizmlər əmələ gəlib. Bu

hesabla insan Yer planetinin ən gənc canlılardandır. Çünki insan cəmisi 35 000 il

bundan əvvəl əmələ gəlib. Mən bu haqda Elçinə danışanda o, çaşıb qaldı. Məgər 35 000

il azdı ki?

Elə isə gelin hamımız birlikdə təqribi hesablama aparaq. Təsəvvür edək ki, planetimizin

bir yaşı var. 12 ay arzində burada nələr baş verdiyinə nəzər salaq. Yanvarın 1-də Yer

planeti yaranıb. Mayın 17-də bakteriyalar, bundan da 6 ay sonra, oktyabrın 16-da

balaca heyvanlar və balıqlar əmələ gəlib. Dinazavrlar dekabrın 15-dən 27-dək olan

müddətdə yaşayıblar. Dekabrın 22-də ilk quılar əmələ qəlib.

İnsanların əcdadları isə ilin son saatında yaranıblar, ilin sonuna 5 dəqiqə qalmışsa

müasir insan formalaşıb.

Bütün bunları dinlədikdən sonra Elçin dedi: "Hə, indi başa düşdüm ki, planetimizin

yaşı ilə müqayisədə insanın "dünyaya gəldiyi" cəmisi 5 dəqiqədi".

İndi sizə bir sualım olacaq: Azərbaycan ərazisində tapılmiş qədim insan yaşayış

məskəni olan Azıx Mağarasının neçə yaşı var və o məhz harada yerləşir? Cavablarımızı

məktubla yazıb bizə göndərin.

5. Müxtəlif dillər

İnsanlar xarici görünüşü, mədəniyyəti, dili və bir sıra başqa əlamətlərinə görə bir-

birlərindən fərqlənirlər. Planetin bütün əhalisi 200 ayrı-ayrı suveren, yəni müstəqil

dövlətdə yaşayırlar. Azərbaycan Respublikası da bu cür dövlətlərdən biridi. Amma bu

o demək deyil ki, bütün dünyada cəmisi 200 millət yaşayır. Monoetnik (etnos - yunanca

xalq, mono-bir deməkdi), yəni, bütün əhalisi eyni xalqdan ibarət olan dövlət yoxdu.

Qonşuluğumuzda yerləşən Rusiyada 200-ə yaxın müxtəlif xalqların nümayəndələri

yaşayır. Amma onların hamısı Rusiyanın vətəndaşlarıdı. Hazırda bütün dünyada

6000-dən çox müxtəlif etnik qruplar var. Və onların da hər birinin öz dilləri var.

Bununla belə dünyada neçə dil olduğunu demək çox çətindi. Çünki bir dilin əlavə bir

neçə dialekti olur. Məsələyə bir az aydınlıq gətirmək üçün alimlər dünyada ki bütün

dilləri 8 ailədə bölüblər:

1. Hind-Avropa

2. Çin-Tibet

3. Altay

4. Ural

5. Qafqaz

6. Bantu

7. Sami-Hami

Page 6: 1. Bütün dünya · 2011-03-07 · xalqlardan ibarətdi və mənim doğma xalqım də bu xalqların siyahısına daxildi. Bəs siz necə fikirləşirsiniz? Elçin haqlıdı, yoxsa

6

8. Malaziya-Polineziya

Bizim doğma dilimiz Azərbaycan dili türk dilləri qrupuna daxildi. Bu qrup da öz

növbəsində altay diləri ailəsinə daxildi. Azərbaycan dili dövlət dilimizdi, ona görə də

burada yaşayan hər bir vətəndaş azərbaycan dilini mütləq bilməlidi. Və bundan başqa

hər kəs öz dilində rus, ləzgi və s. - danışa bilər. Xalqın qəlbinə yol tapmaq üçün mütləq

onun dilini bilmək lazımdı.

İndi də keçək suallarımıza:

1. Azərbaycanda hansı xalqlar yaşayır və onlar hansı dillərdə danışırlar?

2. Çoxlu xarici dil bilən adamı necə adlandırırlar?

Cavablarınzı gözləyirik.

6. Ümumdünya restoranı

Bir dəfə Uşaq Mərkəzində keçirilən gecəyə dəvətnamə aldım. Dəvətnamədə

yazılmışdı: Real dünya gecəsi. Burada aclıq və ədalətsizlik haqqında nitqlərin

söyləniləcəyini gözləyirdim. Gözlədiyimin əksinə olaraq bizə daha maraqlı bir şey

təklif olundu. Mən 9-yaşlı qızımla gecəyə gecikmişdim. İçəri girib dərhal dedik:

- İnanıram ki, yeməyə bir şey qalıb, acından ölürük!.

- Bu sizin bəxtinizdən asılıdır. Əvvəlcə bir lotoreya alın. Sonra görək bəxtinizə nə

çıxacaq.

Aldım, biletimdə Afrika yazılmışdı.

- Bu o deməkdir ki, sizə bir az düyü, bir az konservləşdirilmiş mal əti, bir də su

verəcəklər. Nə meyvə şirəsi, nə də salat olacaq.

Mən qismətimə çıxan xörəyi boşqaba qoydum və hiss etdim ki, mədəm bulanmağa

başlayır. Salondakı hər stolun üstündə qitələrin adları göstərilən yazılar vardı.

Stollardan ikisi Amerikaya məxsus idi - şimal stolundakı yeməklər cənub stolundaki

yeməklərdən fərqlənirdi. Mənim gözüm Avropa və Şimali Amerika stollarına sataşdı.

O stollarda yemək aşıb-daşırdı. Şimali Amerika stolunda hətta çərəz kimi iki cür

dondurma da var idi. Gen-bol xörəklərdən sonra uşaqların və böyüklərin bəziləri

dondurmaların birini yeyə bilmədikləri üçün onu bəxti az gətirmiş dostlarına vermək

istədilər. Təşkilat Komitəsinin sədri dedi:

- Belə etmək olmaz. Nəyi yeyə bilmirsizsə, atmalısız. Çünki real həyatda məhz

belə olur.

Heç kim ucadan danışa bilmirdi. Hamımız ciddi idik. Zarafat etməyə çalışsaq da

alınmırdı. Pərt olmuş yaşlılar Mərkəz rəhbərlərinin otağına yığışıb söhbət edirdilər.

Evə qayıdarkən qızım ac olduğunu dedi.

- Mən də acam, - dedim – bəlkə buterbrotla çay içək.

- Yox, biz ac yatmağın nə olduğunu hiss etməliyik.

Page 7: 1. Bütün dünya · 2011-03-07 · xalqlardan ibarətdi və mənim doğma xalqım də bu xalqların siyahısına daxildi. Bəs siz necə fikirləşirsiniz? Elçin haqlıdı, yoxsa

7

- Axı mən nahara da bircə buterbrod yemişəm. ..

- Səncə , onlar Afrikada nahara nə yeyirlər.

Balaca qızım çox ciddi tərzdə xeyli üzümə baxdı. Sonra yatmağa getdi. Mənsə onun

ciddiliyindən və özümə necə haqq qazandırdığımdan utana- utana buterbrodu

yedim.

- Axı bütün bunlar qeyri ciddi idi, elə deyil? Mənim ac yatmağımla dünya

düzəlməz ki, düzdü? Cəmi-cümlətani bir axşam ac qalmaq ağılsızlıqdı, eləmi?

Qızımsa bu dərsdən iki şey öyrənmişdi: dünyadaki ədalətsizliyi və böyüklərin qeyri

səmimiliyini.

7.”Ev tikirik” və ya “kərpiç oyunu ”

Ötən saylarmızda biz dünyanın rəngarəngliyindən, insanları bir-birindən fərqləndirən

cəhətlərdən: dillərin, adətlərin, baxışların fərqindən və s.dünyadakı haqsızlıqlardan:

Kasıb və varlı ölkələrin olmasından, eləcə də insanların bəzilərinin zəngin, digərlərininsə

kasıb olduğundan söhbət açmışdıq. Eləcə də bu fərqlərin olmasına baxmayaraq dünyadakı

bütün insanlara məxsus olan bir Vətənin Yer planetinin tarixindən danışmışıq.

Əlbətdə ki, biz planetdəki bütün qonşularımızı tanımıya bilmərik. Tanıdığımız bütün

insanları saymağa çalışın.

Mənə elə gəlir ki, onları sayıb qurtara bilməyəcəksiniz. Riyaziyyatçılar belə bir

hesablama aparıblar. Əgər sizin iki tanışınınzın hərəsinin üzərinə onların tanıdığın iki

tanışı və sonra onların tanışlarının hərəsinin üzərinə iki tanış və i.a.gəlsək,onda hər

birinizin tanışlarının sayı dünya əhalisinin sayına bərabər olacaq.Onda belə alınır ki,

planetdəki bütün insanlar bizim yaxınlarımızdı. Bəs siz öz yaxınlarınıza nə arzulayırsız?.

Yəqin ki ilk növbədə cansağlığı, uzun ömür və gözəl həyat. Çünki həyat insanın sahib

olduğu ən qiymətli şeydi.

Amma yaşamaq üçün təkcə sağlamlığın olması azdı. Bunun üçün çoxlu başqa-başqa şeylər

də lazımdı. Nə? Bax, yaşamaq üçün insana nə lazım olduğunu siz özünüz bizə yazıb, ya da

daha yaxşısı çəkib göndərəcəksiz. Sizin üçün asan olsun deyə belə bir şey də təkİif edirik.

Təsəvvür edin Kİ, sizə ev tikmək üçün çoxlu kərpic verilib. Bu evin ən yuxarsında üzərində

"həyat" yazılmış kərpici yerləşdirməlisiz. Həyatın maraqlı, rəngarəng, dolu olması üçün

bu kərpic bir çox başqa kərpiclərə söykənməlidi. Siz gərəkən həmin bu kərpiclərin

üzərində nə yazardız? Kərpiclərin sayı istədiyiniz qədər ola bilər. Cavablarınızı

gözləyirik..

8. İnsan hüquqları nə deməkdi?

Dostlar, yəqin ki, siz deyilən evi tikdiz və həyat üçün lazım olan şeylərin - yemək, su,

təmiz hava, televizor, ev, kitab, geyim, məktəb, qəzet, oyuncaq, telefon və s. adlarını çəkdiz. Bu

siyahını uzandıqca uzatmaq olar. Amma razılaşın ki, sadalananlar içərisində elə şeylər var ki, onlar

Page 8: 1. Bütün dünya · 2011-03-07 · xalqlardan ibarətdi və mənim doğma xalqım də bu xalqların siyahısına daxildi. Bəs siz necə fikirləşirsiniz? Elçin haqlıdı, yoxsa

8

olmadan keçinmək mümkündü. Əldə etmək istədiklərimizin bəziləri arzularımızı təmin etmək üçündü.

Amma elə şeylər də var ki, onlarsiz yaşamaq mümkün deyil. Bu şeylər bizim təlabatlarımızdı. Elə

insanın keçinə bilmədiyi həmin bu şeyləri də insanın təbii hüquqları adlandırırlar. Bu hüquqlar

insana doğularkən verilir və heç kim bu hüquqları ondan ala bilməz.

Məgər biz bu gün, XXI əsrdə yalnız taləbatlarımızla qane ola bilərikmi? Biz indi həyatımızı

elektriksiz, məktəbsiz, kinosuz, avtomobilsiz , kütləvi informasiya vasitələri olmadan , və s.

təsəvvür edə bilmərik. Deməli, cəmiyyət inkişaf etdikcə, həyat səviyyəsi yüksəldikcə insan

hüquqları da genişlənir. İndi isə təsəvvür edək ki, bizim yaşamaq üçün hər şeyimiz var.

Məgər onda biz özümüzü xoşbəx hiss edəcəyik? Mənimlə razılaşacağınıza əminəm ki, insan

üçün həyatın mənəvi tərəfinin də çox böyük rolu var. Bizim valideynlərimizin məhəbbət və

qayğısına, dostlarımızla ünsiyyətə ehtiyacımız var. Bizim üçün çox vacibdi ki, bizim fikrimizə

qulaq assınlar, bizi alçaldıb təhqir etməsinlər. Biz inkişaf etmək, çoxlu yeni şeylər öyrənmək

istəyirik. Bu da insan hüquqlarıdı. Deyilənlərə tək biz yox, hər kəs ayrı-ayrlıqda sahib olmaq

istəyir. Bu hər kəsin haqqıdı.

Gəlin yadda saxlayaq ki, insan hüquqlarını insan ləyaqətinə hörmət və ədalət təşkil edir.

9. Elçinlə söhbət

Qonşumuz Elçin “Şəkər Villası” nı çox sevir. Hər dəfə onunla görüşərkən rublikamız

haqqında fikirlərimizi bölüşürük. Elçin sual verməyi, mənsə onun suallarına cavab

verməyi xoşlayıram. Düzünü deyim ki, bu heç də həmişə asan olmur. Elə bu dəfə də.

"İnsan hüquqları nə deməkdi?" yazısını oxuduqdan sonra o bir neçə şeyi dəqiqləşdirmək

istədi. Elə bilirəm nə danışdığımız sizin üçün də maraqlı olacaq.

- Qəzetdə yazılıb ki, insana hüquqları doğulan kimi verilir. Onu kim verir: valideynləri,

hökümət və ya kimsə başqası?

- Yox, bu hüquqları heç kim vermir. Bu hüquqlar insana məxsusdu və onunla birgə

doğulur.

- Müəllim bizə uşaq hüquqları haqqında danışdı. Uşaq hüquqları insan hüquqlarından nə

ilə fərqlənir?

- İnsan hüquqları hamıya aiddi. Amma məsələn, ailədə ən çox kimin qayğısına

qalırlar? Əlbəttə ki, uşaqların. Çünki onlar köməksizdilər və qayğıya daha çox

ehtiyacları var. Cəmiyyətdə də belədi: elə insanlar var ki, onların fərqli hüquqlara

ehtiyaci var.

- Uşaqlar xüsusi qruplara aid olduqları üçün onların hüquqları da fərqlidi. Mən düz başa

düşdüm? Axı mənim valdeynlərim də uşaqdırlar, ona görə ki onların valideynləri var.

- Sən zarafat edirsən? Əlbəttə ki, valideyn üçün onun övladının neçə yaşı olmasına

baxmayaraq həmişə uşaq qalır. Əslində isə beynəlxalq sənədlərə

görə 18 yaşı tamam olmamış hər kəs uşaq sayılır.

Page 9: 1. Bütün dünya · 2011-03-07 · xalqlardan ibarətdi və mənim doğma xalqım də bu xalqların siyahısına daxildi. Bəs siz necə fikirləşirsiniz? Elçin haqlıdı, yoxsa

9

- Nə yaxşı. Mən uşagam və mənim xüsusi hüquqlarım var. Mən hüquqlarımı hardan öyrənə

bilərəm? Beynəlxalq sənədlər nə deməkdi?

- Sənə verilmiş hüquq dünyada yaşayan hər bir uşağın hüququdu, bunu bilmək

çox vacibdi. Bizim rubrikanı həmişə oxusan, öz hüquqların, beynəlxalq sənədlər və

bir çox başqa şeylər haqqında maraqlı məlumatlar əldə edə biləcəksən. Razısan?

- Bəli, razıyam. Çox sağ olun ki, bunları mənə başa saldız. Olar mən gələn dəfə də sizə sual

verim?

- Əlbəttə, olar.

Əziz oxucular, siz də öyrənmək istədiyiniz, sizi maraqlandıran sualları verə bilərsiz.

10. Uşaq Hüquqları Konvensiya haqqında

Keçən dəfə dediyimiz kimi, uşaqların fıziki cəhətdən yetkin olmaması, biliklərinin

və həyat təcrübələrinin az olması ilə əlaqədar olaraq xüsusi qayğıya və müdafiəyə

ehtiyacları var. Elə bu səbəbdən də onların xüsusi hüquqları olmalıdı. Və dünyada

yaşayan bütün uşaqlara aid olduğu üçün bu hüquqlar beynəlxalq sənədlərdə öz əksini

tapmalıdı

Ən böyük beynəlxalq təşkilat olan BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Baş

Assambleyasında 20 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Konvensiyası

da bu cür sənədlərdəndi.

"Konvensiya" sözünün latıncadan tərcüməsi “razılaşma" və ya "müqavilə" deməkdi. Bu

da deməkdi ki, əgər dövlət göstərilən sənəddə yazılanlarla razılaşırsa, bu sənədi

imzalayır və beləliklə sənədə qoşulmuş olur. Əsas məsələ isə odu ki, Konvensiyanı

imzalamaqla dövlət orada yazılmış maddələrin həyata keçirilməsi vəzifəsini öz

üzərinə götürür. Çox maraqlıdı ki, elə ilk gün Uşaq Hüquqları Konvensiyasını 61

dövlət imzaladı! Bu da beynəlxalq sənədlərin qəbul olunmasında görünməmiş haldı.

BMT-nin tarixində belə bir şey ilk dəfə idi. Bunu nə ilə izah etmək olar? Yəqin ki, hər bir

dövlətin öz gələcəyi olan uşaqlara qarşı marağı ilə.

Bu gün demək olar ki, bütün dünya Uşaq Hüquqları haqqında Konvensiyaya öz

imzasını atıb. Azərbaycan Respublikası da bu Konvensiyanı 1992-ci ildə imzalayıb.

Siz soruşa bilərsiz:“Biz öz hüquqlarımızı nə üçün bilməliyik? Yəni bu belə vacibdi?”

Əziz dostlar! Böyüklərin dünyası mükəmməl deyil. Özünüzü bu dünyada güvənli hiss

etmək, lazım gələrsə öz hüquqlarını müdafiə etməyi bacarmaq üçün Konvensiya sizə

kömək edəcək. Bundan başqa, hüquqlarını öyrənməklə insan özündə öz hərəkətlərinə

qarşı məsuliyyət tərbiyə etmiş olur. Bu haqda isə gələn saylarımızda.

11. 15 - yaşlı məktəblinin əhvalatı

Page 10: 1. Bütün dünya · 2011-03-07 · xalqlardan ibarətdi və mənim doğma xalqım də bu xalqların siyahısına daxildi. Bəs siz necə fikirləşirsiniz? Elçin haqlıdı, yoxsa

10

Uşaq hüquqlarının inkişafı kimdən asılıdı? Bu sualı bizə oxucularımızdan biri verib.

Biz də qəzet vasitəsilə suala cavab vermək istəyirik. Hamıdan: dövlət orqanlarından,

valideyn və müəllimlərdən, jurnalist və həkimlərdən, eləcə də sizlərdən. İnanmırsiz?

Gəlin sizə örnək ola biləcək bir hadisə danışaq. Bu hadisə 1980-cı ilin əvvəllərində

Böyük Britaniyada, hələ Uşaq Hüquqları Konversiyası qəbul olunmamışdan əvvəl baş

verib.

15 yaşlı şotland məktəblisi Ceffri Kozans məktəbdən sonra evə qəbiristanlıqdan keçən

qısa yolla gedir. Məktəb nizamnaməsinə zidd olduğu üçün bundan xəbər tutan

məktəb rəhbərliyi Ceffrini dəri qayışla döymək qərarını verir. Ceffri isə bu qərarla

razılaşmır. Onun valideynləri də öz övladlarına cismani cəza verilməsindən narazı

qalıb, bunu başqa bir cəzaya dəyişmələrini xahiş edirlər. Rəhbərlik Ceffrini 3 ay

müddətinə məktəbdən xaric edir. Amma 3 aydan sonra məktəbə qayıtmaq istəyən

Ceffri öyrənir ki, əvvəlki cəza ləğv olunmayıb. Ceffrisə bu şərt altında məktəbə

qayıtmaqdan imtina edir. Bu vəziyyətdə Ceffrinin valideynləri məhkəməyə müraciət

edirlər. Onlar qanunun insan ləyaqətini əlçaldan cəzanı tənqid edəcəyinə və 3 ay

müddətinə məktəbdən xaric edildiyi üçün Ceffrinin təhsil hüququnun

pozulduğunu təsdiq edəcəyinə inanırdılar.

Onların gözlədiyinin əksi olaraq ingilis məhkəməsi Kozanslar ailəsini müdafiə

etməyərək məktəbin çıxardığı qərara haqq verir. Ceffrinin anası bu ədalətsizliklə

razılaşmayıb uşağının hüququnu müdafiə etmək üçün beynəlxalq təşkilata, daha

dəqiqi, Strasburq şəhərində yerləşən İnsan Hüquqları üzrə Avropa Komissiyasına

müraciət edir. Bu Komissiya Avropa Konvensiyasında sadalanan insan hüquq və

azadlıqları ilə bağlı daxil olmuş şikayətlərə baxır.

1982- ci ildə Avropa Məhkəməsi Kozansların işinə baxır. Məhkəmə Ceffrinin təhsil

hüququnun pozulması və buna görə də dövlətin məktəbliyə dəymiş zərəri ödəməsi

haqda qərar çıxarır. Bundan başqa, məhkəmə Böyük Britaniya rəhbərliyinə məsləhət

gördü ki, məktəbdə cismani cəzaların verilməsi məsələsinə yenidən baxsın. Çünki

Avropa Konvensiyasını qəbul etmiş hər bir ölkə öz qanunlarını bu Konvensiyaya

uyğun nizamlamalıdı. Avropa Konvensiyasının 3-cü maddəsində deyilir: Heç kəsə

işgəncə verilməməli, heç kəs insan ləyaqətini alçaldan , qeyri- insani rəftara və cəzaya məruz

qalmamalıdı.

Böyük Britaniya öz məktəblərində cismani cəzaların ləğv edilməsilə razılaşmaq

istəmədi. Bu məsələ ilə bağlı parlamentdəki müzakirələr bir neçə il davam etdi. Və

yalnız 1986-cı ildə parlament üzvləri cismani cəzaların ləğv edilməsi məsələsini səsə

qoydu. Çox maraqlıdı ki, bu zaman 231 səs cəzanın ləğv edilməsinin lehinə, 230 səslə

əleyhinə olmuşdu. Yəni, bir səs qərarı verdi!

İndi isə suallar:

Page 11: 1. Bütün dünya · 2011-03-07 · xalqlardan ibarətdi və mənim doğma xalqım də bu xalqların siyahısına daxildi. Bəs siz necə fikirləşirsiniz? Elçin haqlıdı, yoxsa

11

- Sizcə, biz nə üçün yazının əvvəlində “bu yazı bir örnəkdi” demişik? Bu hadisə

sizə nəsə öyrətdimi?

- Sizcə, Ceffri məəktəbin qərarı ilə razılaşsaydı, Böyük Britaniya məktəblərindəki

cismani cəza verilməsi bu günədək davam edəcəkmi?

- Əgər parlamentdə səs vermə zamanı 230 səslə leyinə olsaydı, nə olardı?

- Siz “ləyaqəti alçaldan rəftar və cəza” ifadəsini necə başa düşürsünüz?

12 . Ad hüququ və ya adınız nədir?

Havalar isinib, lap yay havasıdı. Ona görə də səhərdən axşama kimi həyət və bağlardan

uşaqların səsi eşidilir. Mən eyvanda dayanıb futbol oynamağa hazırlaşan uşaqlara baxıram.

Onlar kimin qapıçı, kimin müdafiəçi , kimin hücümçu olacağını dəqiqləşdirərkən mübahisə

düşdü. Bu mübahisə mənim diqqətimi cəlb etdi:

- Ey, gombul, sən qapıçı olusan!

- Niyə həmişə mən? Mən hücumçu olmaq istəyirəm!

- Olmaz, gombul, sən pis qaçırsan. Sən hücümda oynaya bilməzsən.

- Mən siznən oynamayacam. Bir də ki, mənim adım var, mən gombul deyiləm, bildin, adım

Vüqardı.

Küsmüş oglan kənara çəkildi. Mənə elə gəldi ki, Vüqar daha çox hücumçu ola bilmədiyinə

yox, adının gombul deyildiyinə incidi.

Yəqin ki, sizin hər biriniz belə hallarla qarşılaşmısız, Hətta sizlərdən kimsə basqa sinfin uşaqları

haqqında "sən 6-cı sinifdə oxuyan dördgözü tanıyırsan?", ya da, "7-ci sinifdə ki uzun..." deyəni

də olub. Axı 6-da oxuyan o eynəkli qızin da, 7-də oxuyan hündürboy oğlanın da adı var.

Körpə uşağa ad qoyarkən qohum-qardaş yığışıb öz aralarında məsləhətləşir, uşaqlarına layiq ad

seçir. Hətta bizdə "adqoydu" adlanan gözəl bir mərasim də var. Mərasim zamanı yığışmış

qohumlar təntənəli surətdə uşağın qulağına adını pıçıldayırlar. Sonra isə onların hər biri uşağı

bir-bir qucagına alıb adını ucadan deyirlər. Valideynləri də inanır ki, uşaqlarına verilən adın

onun taleyində böyük rolu olacaq və ona xoşbəxtlik gətirəcək.

Gombul adlandırılmış Vüqar da öz adına uyğun hərəkət etdi. Axı onun adının mənası "qürur",

"dəyanət" deməkdi. Bəs siz öz adınızın mənasını bilirsiz, hec maraqlanmısınız ki, sizi nə üçün

məhz belə adlandırıblar?

Əgər Uşaq Hüquqlan Konvensiyasını vərəqləsək görərik ki, Konvensiyanın 7-ci maddəsində

deyilir: "Hər bir uşaq doğulduğu andan ad və vətəndaşlıq almaq hüququna, eləcə də, mümkün

olduğu dərəcədə öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdi.

Sizdən bir xahişimiz var. Adlarla bağlı həyatda təsadüf etdiyiniz hadisələr haqqında bizə

yazın.

Page 12: 1. Bütün dünya · 2011-03-07 · xalqlardan ibarətdi və mənim doğma xalqım də bu xalqların siyahısına daxildi. Bəs siz necə fikirləşirsiniz? Elçin haqlıdı, yoxsa

12